13.10.2021 Views

SPORT-130AZ-small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

FUTBOL

***

“Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov vaxtilə

futbolçu kimi “Kayrat”a qarşı çıxış edib. O, 1988-1990-

ci illərdə SSRİ çempionatı və digər yarışlar çərçivəsində

Almatı klubu ilə ümumilikdə 7 oyunda “Neftçi”nin

qapısını qoruyub.

***

“Qarabağ”ın hazırkı heyətindən iki futbolçu vaxtilə

Qazaxıstanda çıxış edib. Riçard Almeyda 2018-ci ildə

«Astana» ilə Avropa Liqasının qrupunda oynayıb, Emil

Balayev isə 2019-cu ildə «Tobol»un qapısını qoruyub.

Onlardan başqa, vaxtilə “Qarabağ”da çıxış edən

futbolçulardan Egidiyus Yuşka (“İrtış Pavlodar”, 2002-

2003), Muarem Muarem (“Aktobe”, 2017), Reynaldo

(“Aktobe”, 2018, “İrtış Pavlodar”, 2019), Pedro Enrike

(“Astana”, 2018) Qazaxıstan çempionatında da oynayıblar.

Rasim Mövsümzadə

“Ballon d’Or” mükafatı jüri üzvü

Daha sonra “Qarabağ” noyabrın 25-də Bakıda

“Omonia”, dekabrın 9-da İsveçrədə isə “Bazel”lə oynayacaq.

Bilirsinizmi?

1976-cı ildə “Kayrat” SSRİ çempionatı 1-ci liqasının

qalibi, “Neftçi” isə ikinci olaraq güclülər dəstəsinə vəsiqə

qazanmışdılar. O vaxt Bakı komandasının Ağdam

əsilli hücumçusu Elbrus Abbasov 28 qolla turnirin bombardiri

olmuşdu. O, karyerasına 60-cı illərin sonlarında

"Qarabağ"ın sələfi "Məhsul"da başlamışdı. Daha sonra

E. Abbasovun rəhbərliyilə "Qarabağ" 1996-cı ildə

Finlandiyanın "MyPa" klubu ilə heç-heçə etməsi (1:1,

əlavə vaxtda) sayəsində Avropada ilk xalını qazanmışdı

- bu həm də Azərbaycan komandalarının Avropa yarışlarında

səfərdə ilk məğlubiyyətsiz oyunudur.

***

2008-ci ilin avqustundan “Qarabağ”ın baş məşqçisi

olan Qurban Qurbanov hazırda avrokuboklarda öz komandasını

ən uzun müddət çalışdıran mütəxəssisdir.

Bu göstəriciyə görə hazırkı mövsümdə avrokuboklarda

onun ən yaxın izləyicisi 2011-ci ildən “Atletiko Madrid”in

baş məşqçisi olan Dieqo Simeone, UEFA Konfrans

Liqasında isə 2017-ci ildən “Mura”nı çalışdıran Ante Şimundjadır.

***

“Qarabağ” və “Kayrat”ın mübarizəsindən əvvəl bu

klubların baş məşqçiləri Qurban Qurbanov və Kurban

Berdıyev 2002-ci ildə Rusiya çempionatı 1-ci divizionu

çərçivəsində iki dəfə üz-üzə gəliblər. O vaxt Q. Qurbanov

Voronej “Fakel”inin hücumçusu, K. Berdıyev isə

Kazan “Rubin”inin baş məşqçisi idi. Hər iki qarşılaşmada

Berdıyevin komandası eyni 2:0 hesabı ilə qələbə

qazanıb.

спортсман № 130 / 2021

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!