04.11.2015 Views

4.12.3.az

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MÖVZU.

MÜASİR DÖVRDƏ QENDER

ANTROPOLOGİYASININ AKTUAL PROBLEMLƏRİ

• Müasir mərhələdə qadın tədqiqatlarının institutsionallaşması

• Antropoloji fənnlərdə qender problematikası

• Qloballaşmanın qender aspektləri

Müasir mərhələdə qadın tədqiqatlarının institusionallaşması

XX əsrin feminizm üzrə yazılan əsərlərin kütləviliyi, tənqidi xarakteri və artmaqda olan nəzəri

bazası onunla nəticələndi ki, Qərbdə sosial və humanitar elmlər sahəsində çalışan qadın tədqiqatçılar və

müəllimləri qadın mövzusunu daha fəal öyrənməyə başladılar. XX əsrin 70-ci illərin əvvəllərində

Amerika universitetlərində «Women’s studies» adlanan qadın tədqiqatları yarandı; burada qadınlar,

qadın təcrübəsini öyrənib, yenidən mənalandırırdılar.

Universitetlərdə çalışan feminist qadınlar xeyli miqdarda yeni tədqiqatları keçirib belə bir qənaətə

gəldilər ki, həyat fəaliyyətinin az qala bütün sahələri, bütün sosial institutları, norma və qaydaları,

yönümləri, kişi dəyərləri üstünlüyü ilə, androsentizm şəraitində keçir. Birinci növbədə bu, hakimiyyət və

mülkiyyətə aiddir: onlar, kişilərin əlində olaraq, onların mənafelərinə xidmət edir. Qadınlar, qərarların

qəbul ounması və ictimai nemətlərin bölünməsi sahələrindən təcrid olunur: dünya məcmu məhsulunun

üçdə ikisini yaradan qadınlar, ümumdünya gəlirinin yalnız 10%-ni mənimsəyir; dünya mülkiyyətinin

yalnız 1% onların ixtiyarındadır. Hakimiyyətin özündə isə «kişi» xasiyyətləri var: qəddarlıq, zorakılıq,

təcavüzkarlıq. Patriarxal dünyagörüşündə hakimiyyət və hökmranlığının əsası olan qüvvəyə, zora səcdə

edilməsi hökmranlıq sürür, mədəniyyət və cəmiyyətə əsaslı şəkildə təsir göstərir. Qüvvə və hökmranlıq,

mədəniyyətimizdə daima «kişi» xasiyyətləri sayılan təcavüzkarlıq və ekspansionizmdə bərqərar olur.

Renata Xof yazır ki, «qadın tədqiqatların, qadınlar haqqındakı tədqiqatlardan fərqi ondadır ki,

birinciyə elmi işin əsası olan qadın həyatının təcrübəsi daxil edilir; nəticədə həm sübutetmə yolları

dəyişdi, həm də buraya dərketmə prosesinin yeni sahələri əlavə olundu». Qadınlar haqqında ənənəvi

tədqiqatlar, kişi və qadınların qeyri-bərabər ictimai mövqelərin izahını verə biləcək elmi cəhətdən

əsaslandırılmış ifadələr kimi artıq qiymətləndirilmir. Qadınlarda xüsusi irrasionallıq (ürəyə damma),

evdarlıq və həlimliyi öyrənən nəzəriyyələr indi, öz qarşısına izah etmək yox, mövcud status quonu

(mövcud şəraiti) başa salmaq vəzifəsini qoyaraq, kişi strategiyaları kimi qiymətləndirilirdi. Başqa sözlə,

nəzəri və tənqidi işə başını qatan «neytral», «cinsiyyətsiz» bir fərd şübhə altına alınır: uzun müddət bu

fərd, maarifçilik dövrünün universal insan dəyərləri üzərində düşünərək, mədəniyyətimizin daxilində,

cinslərdən asılı olan hakimiyyət strukturlarına nisbətini tam unutmuşdu. İlk dəfə olaraq, məlum oldu ki,

bir çox universal adını qazanmaq istəyini cəsarətlə bildirən nəzəriyyələr, qadınların həyati praktikası ilə

ziddiyyəti təşkil edir. Qadının nöqteyi-nəzərindən izah olunmasında ehtiyac duyan bir çox fenomenlər

indiyə qədər heç öyrənilməyib. Bilik sayılan, idrak nəzəriyyəsi baxımından təsdiqlənən fakt kimi qəbul

edilmiş hal, əslində, «daha ümumi mənzərə həddlərində imtiyazların məhdud məhsulu imiş».

Qadın tədqiqatları, məlum olanda ki, əslində, sosial və humanitar elmlərdə, insanı öyrənmək adı

altında kişini öyrənilir, qadının həyat təcrübəsi, onun dünyaya baxışları mədəniyyətin mücərrəd

sahələrinə sıxışdırılıb çıxarılır, yaranmağa başlayır. Qadın tədqiqatları məhz bu sahələrinin

öyrənilməsinə yönəldilmişdi; burada müxtəlif metodlar istifadə olunurdu: etiraf etmə, qrupda diskusiya,

dərin intervyu (B.Fridan öz «Zərifliyin təsəvvüfü» əsərini məhz belə 300 intervyu əsasında yaratmışdır),

etnoqrafik tədqiqatların təkrar təhlili.

Paralel olaraq, ənənəvi Qərb elminin, feminist nəzəriyyəsi tərəfindən tənqidi inkişaf etməyə

başlandı. Bu tənqid birinci növbədə androsentrizm və maskulinliyə, onların sosial nəticələrə aiddir.

Elmin maskulin xarakteri bir çox hallarda özünü büruzə verir.

Elmin tərifinin özu maskulin xarakterli əlamətlər vasitəsilə verilir: obyektivlik, rasionallıq, ciddilik,

dəyərlərin təsirindən azadolunma. Başlıcası isə odur ki, Avropa elminin maskulinliyi özünü biliklərin

istehsalı xarakterində büruzə verir. Ənənəvi olaraq, feminiliklə uzlaşdırılan idrak üsulları (intuisiya, hissi

dərketmə) və yaxud adətən kişilərə aid edilməyən təcrübə növlərini rədd edərək, elm, dünyanın dərk

olunmasının bir çox usullarından üzünü döndərir. Məs., biologiya, antropologiya, səhiyyə və psixologiya

uzun müddətdir ki, «ümumiyyətlə insan» dedikdə, kişini öyrəniblər. Başqa bir, müəyyən maraq doğuran

misal: ənənəvi tarixi tədqiqatlarda adətən «böyük» (kişi) tarixinin hadisələri – müharibə, döyüşlər,

inqilablar, sülalələrin bir-birini əvəz etməsi və s. öyrənilir, gündəlik həyat isə, qadın fəaliyyəti sahəsi

sayılaraq, çox az hallarda tədqiqatçıların diqqət mərkəzində olur. Beləliklə, qadınlar tarixdən

«gizlədilmiş» olur, tarixin izahı isə kifayət qədər birtərəfli maskulin xarakter daşıyır: daha presticli,

hörmətli olan «ciddi», riyaziyyat, fizika kimi elmlər, bir də «az hörmətdə olan», «sanballı» olmayan

femininli, ədəbiyyatşünaslıq kimi elmlər var.

Feminizm mövqeyindən müasir elmin tənqidi Avropa mədəniyyətinin fəlsəfi, tarixi-mədəni və

metodoloji baxımından tənqidi ilə üst-üstə düşür. Elmi bilik tərəfindən humanist mahiyyətinin

itirilməsini, bir də elmin sosio-mədəni «neytrallığı» haqqındakı tezisin yalan olmasını sübut edən

amillərin feminizm tərəfindən gətirilməsi halları da, çox vaxt dəlillərlə üst-üstə düşür.

E.Finin fikrincə, elmin tənqidinin başlıca istiqamətləri, hakimiyyət haqqındakı əsas məsələ ilə

bağlıdır. Hakimiyyətin bir çox formalarında, o cümlədən təbiətin, kişinin qadın üzərində, bir irqin digər

irq üzərində və s. oxşarlıq və ümumilik var. Bu mənada qadın emansipasiyası (azadlığa çıxması) bəşər

nəslinin hər hansı bir istismar və qeyri-bərabərlik formalarından azad olunması uğrunda aparılan

mübarizənin tərkib hissəsidir; qərb mentalitetinin «obyektivizmi» və «rasionalizmi» çox vaxt bu

proseslərə təkan verir. Əslində, söhbət elmi-nəzəri biliklər sistemində feminizm yanaşmanın

imkanlarının genişlənməsindən gedir. Elmin feminist tənqidi bir sıra prosesləri təhlil edir: ağalıq-tabelik

sisteminin yaranması və inkişafı, bunun nəticəsində qender bərabərsizliyi və hüquqların pozulması

hallarının meydana gəlməsi və s. Təhlilin nəticələri dünya haqqındakı biliklər strukturuna, onların

istehsalı sisteminə daxil edilir. Nəticədə, bu, (yəni tənqid olunan hallar) biliklərin məzmunu, mahiyyəti

və tətbiqinə dağıdıcı təsir göstərir.

Universitetlərdə qadın tədqiqatların sahmana düşməsi, mədəniyyətə qarşı onun tənqidi

coşğunluğu – ictimai inkişafın qanunauyğun nəticəsidir. «Kişiliyin» (maskulinliyinin) üstünlüyünü,

«qadınlılığın» (femininliyinin) sıxışdırılıb çıxarılması və basılması xüsusiyyətlərini özündə daşıyan

patriarxal cəmiyyətin ənənəvi inkişaf mexanizmi qadını, bu mədəniyyətə qarşı tənqidi münasibət

bəsləməyə, onu devirməyə məcbur etdi.

XX əsrin 60-70-ci illərin feminist nəzəriyyələrinin gözə çarpan antikişi ruhu, müəyyən mənada o

zaman, «qender» və «cins»kateqoriyaların kifayət qədər işlənib hazırlanmaması ilə bağlı idi; bununla belə

dünyanı qender mövqeyindən qiymətləndirmək meylləri artıq erkən feminist mətnlərindən sezilir. Bu

gün akademik xarakterli feminist nəzəriyyələrində, xüsusilə idrak nəzəriyyəsində artıq qəbul edilmiş bir

faktdır ki, qadın və kişi təcrübələri fərqlidir və həyatda bu fərqlərin çox böyük nəticələri olur. Alis Jardin

yazırdı ki, «bütün fərqlərə baxmayaraq, feminizm, son nəticə etibarilə, belə bir təsəvvürün üzərində

qurulur ki, qadın həqiqətləri, təcrübəsi, reallığı həmişə kişilərinkilərdən fərqlidir; eynilə onların əldə

etdiyi məhsul, digər göstəricilər (artefaktlar) patriarxal mədəniyyətdə müxtəlif şəkildə qiymətləndirilir və

aşkarlanır.

XX əsrin 80-ci illərində qadın tədqiqatlarında, yeni mərhələ başlanır: patriarxat və özünəməxsus

qadın təcrübəsinin təhlili, qender sisteminin təhlili ilə əvəz olunur. Qadın tədqiqatları tədricən qender

tədqiqatlara çevrilir, ön plana belə bir yanaşma çıxır: cəmiyyətin, mədəniyyətin və insanların qarşılıqlı

münasibətlərinin əslində bütün tərəflərində qender məsələləri özünə yer salıb. Tədricən aparıcı

istiqamət-qenderin bütün sosial proseslərdə olmasını, layihələşdirilməsi və quraşdırılmasının təhlili

qadın amili, olur; kişilərin üstünlüyünün təhlili arxada qalır.

Antropoloji fənnlərdə qender problematikası

Qender tədqiqatların müasir inkişafı belə bir nəticəyə gətirib çıxarır ki, artıq «cins» sosial

kateqoriyasının təhlilində inteqrativ metodlar istifadə olunur. Qenderin öyrənilməsində bir sıra

antropoloji fənnlər, o cümlədən folklorşünaslıq və etnoqrafiya fənnlərin zəruriliyi bu mənada tam

təbiidir. Hər iki elmdə çoxdandır ki, ənənəvi cəmiyyətlərdə yaş-cins bölgüsü, Jinsi rol davranışında

stereotiplər istehsalının sosial formalarının əmələ gəlməsi, maskulinlik və femininlik simvolları (işarələri)

, «kişi» və «qadın» submədəniyyətlərdə normativ təsəvvürlər və rol gözləmələri problemləri öyrənilir.

Sosioloqlar, tarix və mədəniyyətdə öyrənilən «kişilik» və «qadınlılıq» mövzusunun öyrənilməsini (məs.,

«qadınlar tarixi» adlanan tədqiqatlarda), bilavasitə, sosial mənada həmin anlayışları tədqiq edən qender

tədqiqatlarını fərqləndirirlər. Amma sual oluna bilər ki, hansı materiallar hesabına belə tədqiqatlar

aparıla bilər. Məlumdur ki, qender differensiyası sosial həyatın müxtəlif səviyyələrində ifadə olunur;

burada dil, mifoloji təsəvvürlər, ailə strukturu, dini sistemlər, siyasi quruluş qeyd edilməlidir. Bu

nöqteyi-nəzərindən folklorşünaslıq və etnoqrafiya üçün ənənəvi olan sahələrin – ailə-nigah qadınənənələri,

uşaq tərbiyəsi və s. sahələrində əldə edilmiş empirik materialın nəhəng toplusundan istifadə

olunmalıdır

Çox qəribə bir vəziyyət yaranıb: baxmayar ki, XIX-XX əsrin protestant burcua mədəniyyəti, istər

feminist tənqidi, istərsə də qender tədqiqatları üçün çıxış nöqtəsi rolunu oynayıb, qender problemlərinin

tədqiqi zamanı, müxtəlif mədəniyyət növləri üçün asanlıqla tətbiq edilə bilir, hətta bu zaman həmin

mədəniyyətlərin cins-yaş stratifikasiyası (bölgüsü) formalara əsaslanır. Beləliklə, istər-istəməz, qender

tədqiqatları, etnologiya, folklorşunaslıq və antropologiyanın digər sahələrinə müdaxilə edir. Təəssüflər

olsun ki, belə müdaxilə çox vaxt adicə, kifayət qədər mürəkkəb olan, az tədqiq olunan, «ənənəvi»

mədəniyyətlərdə qadın və kişi sosial rolları sistemləri üçün, universal ideoloji trafaretlərin (ştampların,

stereotiplərin) tətbiqi ilə xarakterizə olunur. Buna baxmayaraq, belə vəziyyəti yeni, yaxud təkrarsız

adlandırmaq olmaz: buna oxşar hallar çox olub; müşahidə edilən tarix və mədəniyyət hadisələrinin

universal və təsnifləndirilmiş təhlilində marksizm, psixoanaliz və digər izahedici yanaşmaların ideoloji

təcavüzü indi də iddiaçı kimi çıxış edirlər.

Son onilliklərin tədqiqatları göstərir ki, XIX-XX əsrlərdə «primitiv» xalqlar, «orta əsr», «kəndlilər»in

mədəni aləmində elm tərəfindən yaradılmış mədəni dünyalar mənzərəsi, daha çox o dövrün

cəmiyyətinin ideoloji quraşdırmaları ilə müəyyən edilmişdir. Belə elmi, cəmiyyətin özü yaradıb, burada

öyrənilən hadisələrin (ənənələrin) «obyektiv reallığı» təşkil etməsinin bir o qədər əhəmiyyəti yox idi.

Yəqin ki, qender prioritetləri və stereotiplərinin vəziyyəti yuxarıdakına bənzərdir. Lakin postmodernist

tənqidi, öz-özlüyündə antropoloji biliyin başlıca müddəanı rədd etmir: «Qərb» cəmiyyətindən fərqli

cəmiyyətlər olub və hələ ki, olmaqdadır. Bu cəmiyyətin üzvü olan insanlar müəyyən mədəni irsə

malikdirlər; dəxli yoxdur, onu «müstəmləkə» adlandırırlar, ya da ki, başqa cürə.

Məsələnin ideoloji tərəfindən yayılaraq, qeyd etməliyik ki, folklorşünaslıq, etnologiya və tarixi

antrpologiya hadisələri sırasında qender fərqlərinin öyrənilməsinin çox yaxşı perspektivləri var. Eyni

zamanda bu problemlərinin tədqiqi o zaman müvəfəqiyyət qazana bilər ki, başlıca anlayışlar və

ümumiləşdirmələrə («patriarxal model», maskulinlik / femininliyin üstünlüyünü təşkil edən tip (nov),

«qadınlılıq və kişiliyinin müqəddəs olanı» və s.) tənqidi yanaşılsın.

Qender tədqiqatları və antrpologiya arasındakı münasibətlərinin digər tərəfi də var. Antrpoloji

fənnlərin predmeti və metodunun öyrənilməsini, mütləq «ənənə» anlayışı üzərində qurulmalıdır, yəni,

insanın yaşadığı sosiomədəni mühitin «ənənəvi» olmasına mütləq işarə verilməlidir. Belə yanaşma ani

yox, retrospektiv, əhatəli xarakter daşıyır. «Ənənənin» başa düşülməsi həddləri çox genişdir, amma

burada bir şey daha vacibdir: istənilən yanaşmada gündəlik həyatın, onun sosiomədəni məzmunun

qeyri-sabitliyi, dəyişkənliyi, etibarsızlığı düşünülməlidir. Gündəlik həyatın öyrənilməsində ənənənin

aktuallığını sosiopsixoloji baxımından, Piter Bergerin məlum konsepsiyası ilə müqayisə etmək olar: o,

hesab edir ki, mədəniyyətin maddi və mənəvi sərvətləri təhlil edilərkən, sosial varlığı ümumi məqamlar

(simvollar) şəklində təsəvvür etmək, «simvolik» məkanı yaratmaq olar. Gündəlik həyatda ənənə,

cəmiyyətin «ekzistensial narahatlığına» nəzarət edir, nəticədə bu, həyatı mənalandırmaq vasitəsi kimi

istfiadə edilə bilər.

Təsadüfi deyil ki, antropologiyanın inkişafı ənənələrin dəyərli olmasının düşünülməsi ilə üst-üstə

düşür; aydın olur ki, indiki, «qeyri-sabit» müasirliyinin qeyri-müəyyənliyi ilə, ənənənin sabitliyi və

mədəni cəhətdən əsaslandırılması, bir-biri ilə nisbətdə götürülməlidir.

Bu situasiyanı qender yanaşılması baxımından, stabillik və yaxud qeyri-stabillik, yaxud mədəni

təcrübədə «kişi» və «qadın» stereotiplərinin dəyişilməsi kateqoriyaları vasitəsilə öyrənmək olar.

Antropoloji tədqiqatlar mədəni reallığın müxtəlifliyi ilə hesablaşmağa köməklik göstərir; burada

qiymətvermə səviyyəsində ümumiləşdirmələrin mümkünlüyü öyrənilir. Antropoloji və qender

tədqiqatları arasında mübadiləsi həm faydalı, həm də perspektivlidir.

Demək kifayət edər ki, antropoloq, qender yanaşılması ideyalarını, sosial rolların qender fərqlərini

tədqiqatda istifadə edərkən, müasir antropologiyanın ən vacib tələblərindən birinə – reallığın müxtəlif

təsvirlərində təsnifatı apararkən, onu müxtəlif səpgidə etmək tələbinə riayət etməlidir. Bu mənada, təsvir

edilən mədəniyyətə ən yaxın olanında, yəni müxtəlif qender prioritetlərinin, sosial stratifikasiyasının

asılılığının əks olunması prosesi, istər tədqiqatçı, istərsə də bu mədəniyyətin daşıyıcıları tərəfindən

öyrənilməlidir.

Görünür ki, antropoloq (tarixçi, ədəbiyyatçı, etnoloq), sosioloqla bərabər, keçmişin indikiyə çevirən

zaman obyektiv qaydaları yox, daha çox subyektiv qaydaları özündə əks etdirən bir hekayətə çevirir.

Tarixin qaydası – tarixçinin fərdi təcrübəçinin məzmununu ümumiləşdirən sücet və metafor ardıcıllığının

qaydasıdır; bu qaydalar tarixçidən tam təcrid edilmir. Məna axtarışı burada, fərdi xarakter daşıyan

tədqiqatçı təcrübəsinin «fraqmentlər toplusu» problemləri kimi həll olunur; bu zaman burada, ictimai

şüurda artıq mövcud olan, az və ya çox dərəcədə dünya haqqında kollektiv təsəvvürləri yaradan

ümumiləşdirmələr formalaşır. Belə təsəvvürlər cəmiyyətdə artıq qəbul olunmuş hekayətlər şəklində

yaşayır, bunların da mahiyyəti ideologiya, dil, ənənə ilə müəyyən olunur.

Qloballaşmanın qender aspektləri

Qloballaşma şəraitində cins və yeni texnologiyalar problemi sosial təhlilin diqqət mərkəzinə

çevrilir. Dünya məkanının yenidən ölçülməsi nəticəsində yeni texnologiyalarının inkişafı sahəsində iş,

«sənaye cəhətdən inkişaf etmiş ölkələrdə» (əsasən Şimali Amerikada) aparılır; bu iş, qadınlara qarşı

neytral mövqe tutan miqrasiya siyasətilə yeni texnologiyalar üzərində qurulan peşələrdən qadınların

uzaqlaşdırılması ilə müşaiət olunduğu üçün, elə bir nəticələrə gətirib çıxarır ki, belə şəraitdə qadın

statusuna təsirin mənfi və yaxud müsbət olması haqqında qəti fikir söyləmək olmur. Qloballaşmanın

tədqiqatçıları belə bir fikirdədirlər ki, müasir dünyada mallar, xidmətlər, insan və pul axınları sərbəst

olaraq hərəkət edir, əmək bazarı isə qlobal xarakter daşıyır; işçi qüvvəyə olan tələbat xaricdən də ödənilə

bilər. Belə yanaşmada artıq, müxtəlif dünya regionlarının qeyri-bərabərliyi nəzərdə tutulur (məs., niyə

işçi qüvvəsi Jənubi-Şərqi Asiyadan ABŞ köçür); bununla yanaşı «qenderdən kənardır», çünki cinsi

əlamətə görə peşə seçimi hüququnu pozur. Qadın və kişilər tarixən müxtəlif iş sahələrində çalışmış və

indi də çalışırlar; bu fərqi aradan götürmək hələ də olmur, əmək bazarında qadın və kişilərin vəziyyəti

çox fərqlidir; cinsi əlamətə görə peşələrdə qeyri-bərabərlik, texnoloji və qeyri-texnoloji peşələrə bölgüsü

ilə bağlıdır. İndi kişi və qadınlar hələ də yeni texnologiyalarla bağlı olan peşələrə eyni dərəcədə yiyələnə

bilmirlər; digər tərəfdən, qadınlar texnoloji inkişafın zəruri «komponentinə» (tərkib hissəsinə) çevrilir.

Müqayisə üçün demək olar ki, arvadlar, sanitar qızlar, hərbi zavodlarda işləyən qadın işçiləri hərb

maşını və militarist ideologiyasının mövcudluğu üçün zəruridir.

Bir çox tədqiqatçılar, sosial elmlərdə, «kapitalizmin axırlarında» mədəni məntiqinə uyğun,

sonuncunun problemləri və ziddiyyətləri, o cümlədən qender qeyri-bərabərliyi ilə bağlı olanlarında,

postmodernizm hökmranlığının ifadəsini görürlər. Bəzi birliklər öz siyasi iradəsini itirir, digərləri, əksinə,

onu təzəlikcə tapır; qərb «tərəqqisinin» «yeni, gözəl aləmi», ekstremizmin son həddinə çatdırılmış

formalarından fundamentalizmin dirçəldilməsi ilə yan-yana gedir.

Əxlaqi antropologiyada daha çox diqqəti, təxəyyüldə yaradılan keçmişi şəklində tarixi yazan

intellektual adamların rolunun artırılmasına yetirilir; buraya «millətin», «ənənənin», «obyektiv elmin»

icad edilməsi də əlavə edilir. Bilik və hakimiyyət arasında yaranan münasibətlər, biliklərin (o cümlədən

təhsil sistemi vasitəsilə) yayılması prosesi, artıq hakimiyyəti quraşdırmaq, tabeliyində olan obyektləri

formalaşdırmaq texnologiyalarının tərkib hissəsinə çevrilir. «Obyektiv, elmi məlumatlara» əsaslanan

siyasətinin başlanğıcında həmişə eksperiment (o cümlədən antropoloq) durur. Burada da tənqidi

düşünən antropoloqun vəzifəsi – antropologiyada hakimiyyətin texnologiyasının açıqlanması, bununla

da onun mədəni surətdə dekonstruksiyasıdır qurulmuş, lakin real mövcud olan postfeminist erasının

maddi aləmi tərəqqi və elmə baxmayaraq, hələ ki, yoxsulluğun feminizasiyasına, bütöv ölkələrin,

kontinentlərin dilənçi vəziyyətinə düşməsinə, profesional ayırmaya, yoxsullar üçün təhsil almanın və

tibbi xidmətin imkansızlığına, qadına qarşı zorakılığa, uşaqlara nəzarət üçün iqtisadi imkanın

olmamasına, buna görə də qadınların nümayəndələrinin xüsusi sektorlara göndərilməsinə davam

etməsinə və bunun nəticəsində hakimiyyətə sahiblikdə yaranan assimmetriyaya qalib gəlmək

imkanından məhrumdur. Bunun nəticəsində də nə vaxtsa «Vəziyyətimizi başa düşmək və onu

dəyişdirmək üçün» feminist layihəsinin antropologiyaya daxil edilməsinin vacibliyi ortalığa çıxdı.

İqtisadi cəhətdən inkişaf edən ölkələrin transmilli monopoliyalar tərəfindən əsarət altına

alınmasının əsas obyekti qadınlar olmuşdur, onlar işçi qüvvələr bazazına daha ucuz təkliflə gedirlər,

daha tez tabelik və manipulyasiya təsiri altına düşürlər, bu, faktiki olaraq, qadın əməyinin

səmərəsizləşdirilməsinə gətirib çıxarırdı. Burada təklif edilirdi: iş saatının daha çox uzadılması; artıq işlə

yüklənmə; axşam növbəsində və ya erkən səhər vaxtı gərgin iş ritmi; ixtisasa və təhsil səviyyəsinə

getdikcə artan tələblər; iş prosesi üzərində böyük nəzarət; bir adam tərəfindən bir neçə iş növünün birgə

icra edilməsi; vəzifələri dəqiq göstərilməyən işçi yerlərinin yaranması.

Bu proseslər əhalinin bütün qrup və təbəqələrinin hüquqlarına, qanunçuluğa, qanun-qaydalara,

habelə III sektorun və qadınların əhəmiyyətli rol oynadığı qeyri-hökumət təşkilatlarına əsaslanan

vətəndaş cəmiyyətinin formalaşması ilə ziddiyyət təşkil edirdi. Bazar tədavülü ilə həyata keçirilməyən

iqtisadi münasibətlər və bilavasitə istehsalçılar tərəfindən istehlak edilən xidmətlər (xüsusilə qadın əməyi

ilə) «qayğı iqtisadiyyatı» termini ilə qeyd edilir. İqtisadiyyatın qayğısının ilkin bəndi ailədir (evdarlıq

təsərrüfatı). Onun xüsusiyyəti tədavülün olmamasıdır; o istehsal da təkrar istehsala, insanların tədrisinə

və sosiallaşdırılmasına yönəldilmişdir. Ailənin üzvlərinə – uşaqlara, qocalmış valideynlərə, əlillərə

xidmət göstərməkdən əlavə, qadın çox vaxt evdə istehsalat xarakterli iş görməli olurdu, bu da sözsüz

onun həddən artıq istismarına gətirib çıxarır.

Hüququ pozulmuş qadınların vəziyyəti, əhəmiyyətli dərəcədə onların reproduktiv funksiyaları ilə

və bir çox ölkələrdə yaranmış patriarxal ənənələrlə bağlıdır. Dünyada olan savadsızların üçdə ikisi

qadınların hesabına düşür. Qadınlar və qızlar yoxsul əhalinin beşdə üçünü təşkil edir. (yoxsulluğun

feminizasiyası); bütün dünyada qadınlara qarşı zorakılıq geniş yayılmışdır; qadınlar kişilərdən çox QİÇSə

tutulurlar. Bunlarla əlaqədar olaraq, müasir şəraitdə respublikada qadınların vəziyyətini əks etdirən

aşağıdakı faktları misal gətirmək olar:

Belə ki, respublikada qadınların yaşının ən şux vaxtında bütün yaş qruplarında doğum prosesi

aşağı düşür. Əgər 1995-ci ildə 1 min nəfərə nisbətdə doğum koeffisiyenti 18,9 idisə, 2003-ci ildə bu 13,8

olub. Statistik məlumatlar göstərir ki, əhalinin çoxuşaqlılıqdan orta və azuşaqlılığa keçməsi müşahidə

edilir. Bu zaman respublikada kişilərin orta yaş həddi 2002-ci ildə 69,4 yaş, qadınlarınkı – 75,0 yaşdır.

Müasir cəmiyyətdə cinslərin bərabərsizliyi problemi və qadınların vəziyyətinin dəyişdirilməsi yalnız

sosial səviyyədə deyil, ailədaxili səviyyədə, ictimai sferada və şəxsi həyatda qloballaşdırmanın təsiri

altında qeyri-stabillik yaradır.

Qloballaşdırmanın qender aspektinin əsasən dörd cəhəti xarakterizə edilir:

• iqtisadiyyata cəlb edilmiş, lakin kişilərə nisbətən pis iş şəraiti olan qadınların sayının artması;

• qadın fəhlə qüvvələrinin marqinalizasiyası;

• qadınların işlə yüklənməsinin artırılması;

• qadınların siyasi və sosial həyatda imkanlarının eyni zamanda artması və azalması.

Qloballaşma qadınların ayrı-ayrı təbəqələri arasında müxtəlifliyi artırır: onun təsiri qeyribərabərdir

və bu, ölkənin inkişafından, qadınların təhsilindən və peşə ixtisaslarından, onların məşğulluğunun

xüsusiyyətindən, milli ənənələrinin qüvvəsindən asılıdır. Əmək haqqı ödənilən işlərin artması qadınların

vəziyyətini xeyli yaxşılaşdırmışdır.

Baxmayaraq ki, qadınların məşğulluğu əsasən peşəkar olmayan əməklə məhdudlaşır, əmək haqqı

ödənilən işlərin artması qadınların vəziyyətini xeyli yaxşılaşdırmışdır. Artıq etiraf edilir ki, qadınlar öz

təbiəti etibarilə çox dözümlü olur, onların əlləri çevikdir – buna görə də onlar ən yaxşı işçilərdir; lakin iri

firmalar işçi kimi ailəsi olmayan uşaqsız qadınların işə qəbul edilməsinə üstünlük verirdilər. Nəticədə

qadın işçi qüvvəsinin işə götürülməsi belə təşkil edilir ki, qadınların şəxsi həyatı tamamilə nəzarət altına

alınmış olur. Kişi və qvdınların əmək haqqları arasında əhəmiyyətli fərq olur, bir sıra ölkələrdə bu hətta

artır. Uzunmüddətli perspektivdə qadınların ictimai əmək fəaliyyətinə qoşulmasının, bir-birinə əks

olunan ikili nəticəsi var idi. Bir tərəfdən qender assimulyasiyası azalır, o biri tərəfdən də qadınların

yüklənməsi getdikcə artırdı. Məşğulluq sahəsində qloballaşma nəticəsində əmələ gələn dəyişiklər

hazırda qadınların muzdlu əməkdə iştirakına şərait yaradır və həm də müəyyən dərəcə də onları

həvəsləndirir. Eyni zamanda çox ölkələrin qadınları ikiqat «qayğı yükü»nü daşıyır, bu da onlar üçün

tədricən daşına bilinməyən yükə çevrilir.

Planeti müxtəlif səviyyədə münasibətlərin sıx şəbəkəsinin qlobal maliyyəsi qadın və kişilərin

iqtisadi statusunun fərqləndirilməsini gücləndirir. Ədəbiyyatda institutlaşmış patriarxal qender

münasibətlərinin üstünlüyünün iqtisadi qarşılıqlı əlaqələrin strukturuna «birbaşa» təsirini göstərmək

üçün «qender qarşıdurması» terminindən istifadə edilir. Bu zaman «qender qarşıdurması»nın dörd

qlobal maliyyə sferasında dörd forması qeyd edilir:

• maliyyə sferasında qərarların qəbul edilməsi prosesində qadınların kifayət qədər iştirak etməməsi;

• qadın və kişilərin iqtisadi statusunda getdikcə artan qender disbalansı;

• maliyyə resursların qoyuluşunun effektivliyinə qender hüququnun pozulma hallarının təsiri;

Aparılan təhlilin əsas nəticəsi ondan ibarətdir ki, bir sosial qrup kimi qadınlara qlobal maliyyə

bazarının mənfi təsiri bütünlüklə kişilərə olan təsirindən çoxdur: məsələn, Dünya Bankı tərəfindən

inkişaf etməkdə ölkələr üçün işlənilmiş struktur təkmilləşdirilməsi proqramı çərçivəsində sərt iqtisadi

tədbirlərin ağır nəticələri, kişilərə nisbətən daha çox qadınlara öz təsirini göstərmişdir. Dövlət sektorunun

azalması qadın məşğulluğuna disroporsional təsir göstərir; sosial müdafiədə əmələ gəlmiş qüsurlar və

onların kompensasiyasının vacibliyinin ağırlığı qadınların üzərinə düşür. Ev təəssərüfatının üzərinə

düşən ağırlıqlar onun resurs bazasının eroziyasına, daha az sabitliyə və ailənin ayrı-ayrı üzvlərinin

iqtisadi fəaliyyətinin daha riskli kombinasiyalarına gətirib çıxarmışdır. Demək olar ki hər yerdə ailə

daxilində qender bərabərsizliyi və ev zorakılığı artdı. Getdikcə artan qeyri-stabillik şəraitində ailə

yoxsullar üçün yeganə sığınacaq yeri idi. Yaşamaq uğrunda mübarizədə yoxsul ev təsərrüfatları qadın və

kişilərin evdən kənar fəaliyyətindən asılılığını artırmışdı. Bu qadınların haqqı ödənilən işlərdə iştirakını

genişləndirməklə, onların ailədə qabaqcıl rolunu azaldırdı.

Qadınların vəziyyətinin pisləşməsinə qlobalizasiyanın nəticəsində getdikcə artan əmək bazarının

çevikliyi təsir göstərir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına görə,

kişilərə nisbətən qadınların iş axtarması müddəti orta hesabla daha uzundur; bu zaman xroniki işsizlərin

içində qadınların sayı getdikcə artır. Xroniki işsizlərin sırasında 30 yaşına qədər yaşı olan qadınların payı

55 %-dən çoxdur.

Məşğulluq daha az müntəzəm və tez-tez ara verən (fraqmentlər) hallarda olur, bu da formal və

qeyriformal sektorlar arasında olan fərqin aradan qaldırılmasına səbəb olur. Belə ki, iqtisadi cəhətdən

yaşamaq uğrunda mübarizədə yükün daha çox payı qadınların üzərinə düşdüyü üçün, qadın əməyinin

fərqi əsasən görünməz olur, belə ki, onların əsasən olan ev əməyinin haqqı ödənilmir. Lakin onların

əməyi uşaqların sosiallaşdırılmasına və ailənin yaşlı üzvlərinə himayədarlığa yönəldildiyindən, bu əmək

əvəzedilməzdir.

Qadın əməyində hüquq pozuntuları aşağıdakı səbəblərlə bağlıdır:

• Jinsi mənsubiyyətə görə yaranan çoxlu bərabərsizliklər onların iqtisadi fəaliyyətini məhdudlaşdırır,

ehtiyatlardan, əmlakdan və başqa potensialdan tam istifadə etməyə onlara mane olur.

• Onların insani, fiziki və maliyyə kapitalı, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, daha az

sosiallaşdırılmışdır.

• Qadınlar işçi qüvvəsinin dəstəklənməsində, yenidən bərpa olunmasında, xəstə və zəiflərə qayğı

göstərilməsində məsuliyyət daşıyırlar.

Sosial – iqtisadi böhranlar xüsusilə qadınların vəziyyətinə təsir edir; struktur yaxşılaşdırılmasının

sərt tədbirləri qadınlar üzərində ikiqat təsirini göstərir. Əməyin qender bölümündə ev təsərrüfatının

bütün vacib şərtlərinin təmin edilməsi üzrə məsuliyyət qadınların üzərinə düşür: məsələn, yeməyin,

səhhətin, məişət xidmətinin və s.

Bu sahələrə dövlət tərəfindən maddi yardım verilməsinin azalması, kişilərə nisbətən qadınlara öz

təsirini daha çox göstərmişdir. Bundan əlavə, qadınların çoxluq təşkil etdiyi fəaliyyət sferaları kişilərin

sayca çox olan sferasına nisbətən daha az statusa malikdir. Belə ki, Azərbaycanda qadınlar daha çox

səhiyyə, təhsil, sosial müdafiə və s. sahələrdə məşğuldurlar. Bu zaman qadınların səhiyyədə əmək haqqı,

respublika üzrə olan orta əmək haqqının 30 %-ni, təhsil sektorunun isə 70 %-ni təşkil edir.

İqtisadi böhranlar zamanı bazarın dəyişkənliyinin məsarifliyi və mqtisadi restrukturizasiyası sosial

cəhətdən ən zəif işçi qruplarına və əsasən qadınlara öz təsirini göstərir.

Qlaballaşma özü ilə texniki inkişafı gətirir. Bunun nəticəsində daha hazırlıqlı mütəxəssislər, aşağı

ixtisası olanlara nisbətən daha üstün hesab edilirlər. Yalnız savadın artırılması bu fərqin aradan

qaldırılmasına imkan verir. Yüksək savad alan qadınlar yüksək əmək haqqı almaq və ixtisaslı işçi

qüvvəsinin bir hissəsi olmaq imkanına malikdirlər. Bu qadınla, övladlarına daha yaxşı yemək, təhsil

vermək və onları səhiyyə xidməti ilə təchiz etmək imkanına malikdirlər.

Kənd təsərrüfatında qadınlar işçi qüvvəsinin daha çox hissəsini təşkil edir. lakin onlardan çoxu

hələ də əməyin elementar şəraitindən, onun ödənişindən, məişətdən məhrumdurlar.

Bir sıra ölkələrin tarixi təcrübəsi, əsrlərlə qadının sosial rolunu müəyyən edən ənənəvi

stereotiplərinin zəifləməsini sübut edir.

Bir çox ölkələrin elit təbəqəsinin təhsilin dünya standartları və onlarla birlikdə münasibətlərin

müvafiq stilinə malik olması nəticəsində qadınlardan İndira Qandi, Benazir Bhutto, Tansu Çillər,

Korason Akino kimi görkəmli xadim qadınlar siyasi hakimiyyətin yüksəkliklərinə qalxmağa və şəxsi

karyeraya nail ola bildilər.

Bütün bu qadınlar qender münasibətlərinə görə çox mühafizəkar rejimli ölkələrdə siyasi karyera

yüksəkliklərini dəf edə bildilər. Lakin bununla birlikdə, bu ölkələrin xalqları və elitası özləri üçün

qadınların xeyrinə qeyri-ənənəvi siyasi seçim etdilər və yəqin ki, başa düşdülər ki, kişi cinsinə aid

olmaqdansa, yüksək səviyyəli təhsil və bunun nəticəsində əldə edilmiş əlaqələr daha çox xeyir verə bilər.

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TƏPŞIRIQLAR

1. Antropoloq qadınlar qender tədqiqatlarının inkişafına nə vermişlər

2. Müasir mərhələdə qadın antropologiyasının inkişafı

3. Qlaballaşma şəraitində qender problematikasına baxış

İş üsulları – diskusiya, rol oyunu «Qadın marqinallığı»

ROL OYUNU «QADIN MARQİNALLIĞI»

Tapşırıq 1.: kişi və ya qadın olmaq asandırmı?

Jinsi əlamətinə görə tələbələr iki qrupa bölunür. Qadın qrupu kişinin həyatında olan çətinliklərin

və üstünlüklərin siyahısını hazırlayır, kişilər isə müvafiq olaraq, qadınlar üçün belə siyahı hazırlayırlar.

Lövhədə və ya flipçartda tələbələr qadın və kişi statusunun «müsbət» və «mənfi»lərini qeyd

edirlər. Hər qrup çalışıb göstərir ki, əks tərəfin vəziyyətini onunkündan daha əlverişlidir. Bu tapşırıq

diskusiyasının hazırlıq mərhələsidir.

Tapşırıq 2.: Kişi və qadının sosiallaşması problemləri.

Bu tapşırıqların məqsədi-kişi və qadınların anadan olandan ölənədək həyat yolundakı problemləri

təsvir etməkdir: Həyatın aşağıdakı mərhələlərində əsas problemləri tapmaq: 4 yaşına qədər, 7-18

yaşlarında, 25-35 yaşlarında, 50-70 yaşlarında, 70 yaş və ondan yuxarı.

Bu tapşırığı lövhədə və ya flipcartda da yerinə yetirmək rahatdır. Vaxta qənaət etmək üçün

tələbələri kişi və qadın 7 altqrupa bölmək lazımdır. Hər altqrup, belə yaş qrupunun bir yaş dövrünü

müzakirə edir. Birinci tapşırıqdan fərqli olaraq, tələbə qızlar qadınların özlərini tipik qadınlara

bənzətmələri ilə yanaşı, qadın həyatının anadan olandan ölənə kimi, kişi nümayəndələrinin tuta

bilmədikləri çoxcəhətli xarakterik detallarını təsvir etmək üçün əlverişli məqam idi.

Qrupların təqdim etmə mərasimindən sonra müəllim, xüsusən, marginallıq barədə diskusiyaya

başlayır. Bu zaman diskusiyanın metodik məqsədi – qadınların cəmiyyətdə marginal statusunu təsdiq

etmək, ideoloji vəzifəsini müəyyənləşdirmək və ya müəllimin ona mədəni yönüm verməsi deyildir.

Qadınlarla bağlı natamamlıq, problemli olarsa, emosiyaların ön plana çəkilməsi lazım deyildir. Qeyritədiliyə,

şişirdirmə, elə qadının təkrarən yaradılmasının inistutlaşmasına və ideoloji cəhətdən

möhkəmləndirilməsinə yönəlmiş dünyagörüşünün dəyərləri, diskusiyanın əsası, pafosu olmalıdır.

Diskusiyanın möhkəm emosional momenti «qenderə sədaqətin müqəddəs «andı» fikrini tələbələr

tərtib edə bilər, istədikləri vaxt şərh edə bilər, onun altına imza ata bilərlər. Məsələn, onlar, cinsi

mənsubiyyətinə görə, heç vaxt şəxsiyyətin hüquqlarını məhdudlaşdırmaq və s barədə and içə bilərlər. Bu

intellektual-etik aktın qeydə alınması həm seminara, həm də bütün kursa xüsusi, qeyri-adi xarakter

verər.

ƏDƏBİYYAT

Azərbaycanın statistik göstəriciləri 2004. – B., 2004

Müasir sosial-siyasi dəyişikliklər kontekstində qender təhsilinin inkişafı / Elmi-praktiki konfransın

materialları. – B., 2004

Mehddiyeva A. Azərbaycanda qız qalalarının tarixi. – B., 2001

İsmayılov Q. Abidələr, xatirələr, düşüncələr. – B., 1981

Адам и Ева. Альманах гендерной истории / Под ред. Л.П. Репиной. – М., СПб., 2003

Антология гендерной теории. – Минск, 2000

Гендерные исследования: Феминистская методология в социальных науках / Материалы 2-й

Международной Летней школы по гендерным исследованиям. – Харьков, 1998

Гендерные исследования. Хрестоматия. – М., 2002

Гендерные исследования. Учебное пособие. – М., 2002

Пол женщины / Сб.ст. по гендерным исследованиям. – Алматы, 2000

Римашевская Н.М. Человек и реформы: секреты выживания. – М., 2003

Теоретико-методологические аспекты проблем гендерного обучения в системе высшего образования /

Материалы научно-практической конференции. – Б., 2002

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!