15.11.2014 Views

azərbaycan respublikası təhsil nazirliyi - Bakı Dövlət Universiteti

azərbaycan respublikası təhsil nazirliyi - Bakı Dövlət Universiteti

azərbaycan respublikası təhsil nazirliyi - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2. Maqnit xassəli polimer nanokompozisiyaların kristallaşmanın istilik zaman

şəraitindən asılı olaraq superparamaqnit

xassəsinin tədqiqi.

İşdə müxtəlif quruluşlu və elektrofiziki xassələrə malik polimer matrisalarda

ferromaqnit xassəli nanohissəciklərin alınması və kristallaşmanın istilik zaman

şəraitindən asılı olaraq onların maqnit, möhkəmlik və elektrofiziki xassələri tədqiq

edilmişdir. Maqnit nanohissəciklərlə doldurulmuş mühitlər öz xassələrinə görə

massiv maqnit materiallardan kəskin fərqlənirlər və onlardan təşkil olunmuş mühit

superparamaqnetikdir. Dispers maqnit nanohissəciklərin bir çox xüsusiyyətləri ayrıayrı

hissəciklərin xassələri və həmin hissəciklərin birlikdə özünü necə aparmasından

asılıdır. Hissəciklərin ölçülərinin kiçilməsi onların bir çox fiziki xassələrinə təsir

edir, yəni ölçü effektləri özünü göstərir. Hissəcikdə səth və həcm atomlarının

miqdarı təqribən eyni olduqda səthin rolu kəskin olaraq artır. Maqnit nanoquruluşlar

yüksək sıxlıqlı maqnit məlumatların maqnit yaddaşlara yazılmasında, mikrodalğa

örtüklərdə, ferromayelərdə, maqnit soyutmada və s. yerlərdə uğurla tətbiq olunurlar.

Hissəciklərin ölçülərinin kiçilməsi onların səthinin aktivliyinin artmasına səbəb olur

və ona görə onlar sərbəst şəkildə dayanıqlı olmurlar və nəticədə onlar koaqulyasiya

edərək iri ölçülü hissəciklər əmələ gətirirlər. Nanohissəciklərin xassələrinin qorunub

saxlanılması üçün onların polimer matrisada alınmasının böyük əhəmiyyəti var.

Birincisi, maqnit nanohissəcikləri daxil edilmiş polimer matrisalar maqnit

nanohissəciklərə xas maqnit, elektrik və digər fiziki xüsusiyyətlərini qoruyub

saxlayır.

İkincisi, nanohissəciklər polimer matrisada xassələrini qoruyub saxlamaqla

bərabər polimer matrisaya yeni keyfiyyət verir ki, bu da polimerin fiziki kimyəvi

xassələrinə təsir göstərir.

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!