19.11.2014 Views

MATERİALLARI - Bakı Slavyan Universiteti

MATERİALLARI - Bakı Slavyan Universiteti

MATERİALLARI - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

məktəblərdə aldıqları biliklərin yetərli olduğu düşünülməkdədir. Bu

fikirin əsasını, dövlət qulluqçularının vəzifəyə təyin olunduqdan

sonra işi öyrənəcəyi və mütəmadi olaraq yer dəyişəcəyi ideyasıtəşkil

edir. Ölkədə dövlət qulluqçularının işə qəbulunda mərkəzi bir təşkilat

olaraq Civil Service Commissioners 1855-ci ildə fəaliyyətə

başlamışdır. 1870-ci ildən Kralın əmri ilə yarışma imtahanları (test)

tətbiqi edilmişdir. Dövlət qulluğuna işə qəbul əsasən 16-25 yaşlı

vətəndaşlar arasından seçilməkdədir.

İngiltərədə yarışma imtahanı nəticəsində dövlət qulluğuna qəbul

3 mərhələdən ibarətdir:

Yazılı giriş imtahanı.Bu imtahanda 125 ballıq məqalə incələməsi,

50 ballıq bacarıq testi, 100 ballıq problemin həll edilməsitesti və 225

ballıq qarışıq cümlələrdən doğru cavabı seçmə testi tətbiq olunur.

Komisya tərəfindən keçirilən 2 günlük imtahan.Komisya 3 nəfə

üzvdən ibarət olur. Komisyanın rəhbəri yeni təqaüdə çıxmış və yüksək

dərəcəli dövlət qulluqçusundan, 2-ci üzvü gənc dövlət qulluqçusundan

seçilir və sonuncu üzvü isə psixoloq olur.İmtahan yazılı və şifahi

aparılır. Yazılı imtahanda namizədlərə verilən bir sualın cavabı

dəyərləndirilir. Şifahi imtahanda isə, namizədlər onlara verilən 2 və ya 3

mövzudan birinin seçərək, 15 dəqiqə həmin mövzu haqqında öz fikrini

bildirirlər. Sonda bütün namizədlər ayrı-ayrılıqda komisya tərəfindən

musahibəyə cəlb edilir.

Final seçmə komisyası. Komisya 4 nəfər üzvdən ibarətdir. İki üzv

namizədin işə qəbul olunacağı qurumdan, digəri ikisi isə

univerisitetlərdən və ya digər qurumlardan seçilir. Bu komisya namizədin

ümumi biliklərini yoxlayır. Bu komisyanın seçdiyi namizədlərin

vəzifəyə təyini mütləqdir. Komisya vakant vəzifələrin sayı qədər kadr

seçmək məcburiyyətində deyil.Ancaq bu vəzifənin öhdəsindən bacarıqla

gələ biləcəkkadrlar seçilir.

Dövlət qulluğuna seçilən kadrlar stajlarını xidmət illərində

keçirlər. Bu staj dövrü 10 həftəlik 2 programdan ibarətdir. Birinci

proqram, brinci xidmət ilinin sonunda, statistika, iqtisadiyat, hüquq və

dövlət idarəçiliyi mövzularında həyata keçirilir. İkinci programda isə,

ikinci xidməti ilin sonunda heyətin idarə edilməsi, maliyyə idarəetməsi,

siyasət və idarəetmə mövzularında təhsil verilir. Bu staj proqramları

Civil Serilirvice College tərəfindən tədris olunur.

Elmi rəhbər: dos. Məmmədova S.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!