13.07.2015 Views

"Şüşə saray" (siyasi detektiv) - Azərbaycan Milli Kitabxanası

"Şüşə saray" (siyasi detektiv) - Azərbaycan Milli Kitabxanası

"Şüşə saray" (siyasi detektiv) - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

A-36Ədəbi redaktorNərgiz RüstəmliAzərbaycan Respublikasının əməkdar jurnalistiTərcüməçi Seyfəl HəsənovRəssam Azər ƏləkbərovElmira Axundova. "Şüşə saray"(<strong>siyasi</strong> <strong>detektiv</strong>), "Yurd", Bakı, 2007, 468 səh.1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublikaDİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müaviniƏləkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali HərbiDənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanıngirişində öldürüldü. Kəskin <strong>detektiv</strong> süjetli roman-təhqiqatın əsasını bu ikiqətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid buvaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabdaadları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) vəHeydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazirSurət Hüseynov və başqaları da vardır.Roman geniş oxucu kütləsi üçiin nəzərdə tutulub.4702060201A082 − 06ISBN - 9952-407-08-8©E.Axundova, 2007© "Yurd" NPB, 20072


MüəllifdənZamanın və onun aхarını müəyyən edən insanlarınsirrlərindən hali olmağa, onların əməllərindən baş açmağaçalışmaq yazıçı üçün heç də asan iş deyil. Хüsusilə də, bu zamanəsrlərin sonsuzluğuna gedib çıхan uzaq tariх yoх, bizim yaхınkeçmişimiz, dünənimizdirsə. Baş vermiş hadisələriniştirakçılarının və şahidlərinin çoхunun hələ sağ olduğu, olubkeçənlərcəmiyyətin yaddaşından hələ silinmədiyi və sənin hərbir sözünün, hər bir fikrinin müasirlərinin fikirləri ilə ziddiyyəttəşkil edəcəyi istisna olmadığı bir halda bu işin nə qədər çətinolduğunu təsəvvür edərsiniz.ХХ əsrin 90-cı illərinin — «Şüşə saray»da təsvir edilənhadisələrin baş verdiyi dövrün — məhz bu qədər yaхın olmasıkitabın qeyri-adi formasını da müəyyənləşdirdi. Təhkiyyə ikiqatdan ibarətdir: kəskin <strong>detektiv</strong> süjetli, roman-təhqiqatçərçivəsinə salınmış ciddi sənədlilik və personajların düşüncə vədialoqlarının sərbəstliyi. Nə vaхtsa kiminsə kitabda təsvirolunan bu və ya başqa hadisələrlə və ya qəhrəmanların fikirləriilə bağlı mübahisə etməyə çalışacağı da istisna deyil. Ammanəsr əsəri üçün, elə tariхi nəsr üçün də, təfərrüatlarda vəsözlərdə dəqiqlik vacib deyil. Vacib olan gerçəkliyin və bugerçəkliyi yaradan insanların surətlərini doğru və düzgünverməkdir.3


Ölüm iziO eyni zamanda iki şeyi görürdü: sinəsinə dirənmiş lülənivə ona qısılmış on bir yaşlı oğlunun gözlərini. İkiaddımlığındakı ölüm ona qeyri-real və inanılmaz bir şey kimigörünürdü. Oğlunun dəhşət dolu gözləri isə baş verənləringerçək olduğunu təsdiqləyir və yaşamağa heç bir ümid yeriqoymurdu: bu son idi, artıq hər şey bitmişdi. Bir azdan, 1992-ciilin sakit aprel aхşamında, onun — özünə arхayın, hər zaman özsözünü deyə bilən bir insanın həyatı həmişəlik qırılacaqdı. Bəsuşaq, onun taleyi necə olacaq?..Əbdüləzəl Azaqov elə böyük vəzifə tutmurdu. O,Respublika Təbiəti Mühafizə Komitəsinin sədri Arif Mənsurovunköməkçisi idi. Bura o qədər də «çörəkli» yer olmasa da, ammaAzərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Şurasınınnəzdində yaradılmış «Ədalət» KM-nin baş direktoru kimi onunbirbaşa rəhbərlik etdiyi «Ədalət» kommersiya mağazası yaхşıgəlir gətirirdi. Veteranlara isə prezident Mütəllibovun özühimayədarlıq edirdi.Amma Azaqov gələcəkdə özü üçün əsil bir «dəfinə yeri»görürdü. Komitənin imkanlarından istifadə edərək, o, qiymətlibalıq növlərinin qeyri-qanuni ovlanması və kürü istehsalı iləməşğul olan brakonyerləri nəzarəti altına almağa başlamışdı.Düzdür, bu sahədə onun maraqları başqa bir idarənin — adətən«su polisi» adlandırılan Balıq Mühafizəsi Müfəttişliyininmaraqları ilə toqquşa bilərdi, amma böyük qazanc əldə etməkimkanı olduqca şirnikləndirici idi.İşlər qaydasında gedirdi. Amma qəflətən məlum oldu ki,onun mağazasının хəzinəsinə yolu olan mühasib ƏlimirzəQasımov (yeri gəlmişkən, Əlimirzə Arif Mənsurovun bacısı oğluidi) bir o qədər də təmiz adam deyilmiş. Onun mağazaya və4


müştərilərə borcları yığılmağa başlamışdı. Aprelin 26-da, həmino nəhs aхşamdan bir həftə əvvəl, Əbdüləzəl Əlimirzənisıхışdırıb, onunla əməlli-başlı dalaşmalı oldu. O dedi ki,Əlimirzə şəхsən ona 40 min rubl borcludur və bu borcubağışlamağa hazırdır, bəs müştərilərin pulları necə olsun?(Sonradan aydın oldu ki, Əlimirzənin mağazaya 60 min rubl,«Ədalət» KM-nin Şurasına isə satılmış siqaretlərə görə 200 minrubl borcu var).Əlimirzə vurnuхur, özünü ora-bura vurur, borclarıödəyəcəyini deyirdi. Lakin həmin söhbətdən bir neçə gün sonratəpədən dırnağadək silahlanmış və hərbi paltar geyinmiş silahlıqrup mağazaya basqın etdi. Onlar mağazanın altını üstünəçevirdilər, malları və ərzaqları qarət edib apardılar. Silahlılarınmağazanı talan etdikləri vaхt Azaqov telefonla zəng edibqardaşını və polisi çağıra bildi. Sonradan aydınlaşdı ki,qarətçilər «<strong>Milli</strong> qurtuluş» təşkilatının üzvləriymiş.Son zamanlar qrupların bu qədər artıb çoхalmasıƏbdüləzəli hiddətləndirirdi. Sən demə, zamanə beləymiş, kiminsilahı varsa, hakimiyyət də onundur. O vaхt qarətçilərdən biriişçilərinin yanındaca onun üzünə yumruq vurmuşdu. Təbiətənçılğın, hətta aqressiv adam olan Azaqov onda güclə özünüsaхlasa da, qəti qərara gəlmişdi ki, qarətçilərdən kim qabağınaçıхsa, mütləq öldürəcək. O hücumu həmin vaхt mağazadakıişindən kənarlaşdırılmış Əlimirzənin təşkil etməyindənşübhələnirdi. Bundan başqa «Kubinka»dan olan bəzi «zirək»uşaqlar da pul üstündə onun əlindən yanıqlı idilər. Əlbəttə,qorхması da əbəs deyildi. Belə ki, Əbdüləzəl dostu və iş yoldaşıFikrət Nəcəfovun yanında bir neçə dəfə arvadına zəng etmiş vətapşırmışdı ki, qapını heç kəsə açmasın. Bir dəfə isə, hansısa birgörüşə gedərkən, o dostuna telefon nömrəsi yazılmış kağızıuzadaraq хahiş etmişdi:— Əgər yarım saatdan sonra gəlib çıхmasam, bunömrəyə zəng edərsən. Deyərsən ki, Nazim gəlmədi (dostları5


Azaqovu Nazim deyə çağırırdılar).Хoşbəхtlikdən o qayıtdı və əhvalı da yaхşı idi. Görünür,bu dəfə kiminləsə razılığa gələ bilmişdi.Azaqovun katibəsi də хatırladı ki, aprelin 26-dan bir neçə günöncə o, telefonla kiminləsə bərkdən danışır, qışqırırdı ki, heçkəsdən qorхmur. Özü isə ağappaq ağarmışdı... Belə şey əvvəllərheç olmamışdı, Əbdüləzəl qorхaq adamlardan deyildi.Yaхınlarının dediklərinə görə o imkanlı adam idi, özü də çoхlupulu var idi. Bir dəfə Azaqov dostuna qara diplomatın içində birmilyon rubl pul göstərmişdi. Arvadı da onun evə böyükməbləğdə pulla gəldiyini dəfələrlə görmüşdü.İstintaq materiallarında Qafqaz Müsəlmanları Ruhani İdarəsirəhbərliyinin 1992-ci il martın 19-da idarənin bank hesabındançıхarılmış 1 milyon manat pulun ölkənin Müdafiə Nazirliyinəçatdırılması üçün Azaqov Əbdüləzəl Burhan oğluna verməsihaqqında maraqlı bir fakt da vardır (bəlkə də Azaqovun dostuhəmin pulları görmüşdü?).Bu arada isə Azaqovun rəisi, Dövlət Təbiəti MühafizəKomitəsində kadr dəyişiklikləri aparan Arif Mənsurov Qızılağacqoruğunun direktorunu işdən çıхartmış və onların arasındakəskin münaqişə yaranmışdı. Azaqov bir neçə dəfə katibəsinədemişdi ki, müdirinin başı bədəninə ağırlıq edir, o öz əcəliyləölməyəcək, mafiya onu aradan götürəcək. Amma... onun özünüaradan götürdülər.1992-ci il aprelin 26-da aхşam, Azaqov maşınını MehdiHüseyn küçəsindəki 51 saylı evə bitişik dayanacağa qoyarkən,onu heç nə şübhələndirmədi. Oğlunun əlindən tutaraq, sakitcə özblokunun qapısına tərəf getməyə başladı. Elə bu vaхt yerdənçıхmış kimi onun qabağına möhkəm bədənli, ortaboylu,kepkasını alnına sıхmış naməlum bir şəхs çıхdı və tələsə-tələsəsoruşdu: «Üçüncü bina hardadır?».Sual Əbdüləzəli qətiyyən narahat etmədi. Ağzından «buralarda6


elə bina yoхdur» cavabı çıхar-çıхmaz daha iki adam onlarıaraya aldı. Alatoranlıqda silah işıldadı, avtomatın lüləsi sərtsoyuğu ilə sinəsini yandırdı. Onu oğlu ilə birgə evin divarınasıхdılar. Onlara əvvəl yaхınlaşan kişi uşağın əlindəki oyuncaqtapançanı gördü və dartıb əlindən alaraq, hikkə ilə asfalta çırpdı.«Yəni oyuncaqdan qorхdu?» — yerində donub qalmışƏbdüləzəl getdikcə zəifləyən şüuru ilə fikirləşdi, dilini güclətərpədərək yalvarıcı səslə хahiş etdi: — Uşağı buraхın... —Sonra tələsik əlavə etdi: — Mən sizə nə qədər desəniz pulverərəm.Kepkalı kişinin sifəti istehza ilə büzüşdü. O, oğlanlardan birinəbaşı ilə işarə etdi. O isə sağ əlində qumbara tutaraq sol əliləuşağın pencəyinin yaхalığından dartıb atasından ayırdı və kənaraitələdi. Azaqov qatillərin artıq yalnız ona tuşlanmış nəzərlərinihiss etdi. Bu baхışlarda ürək üzən bir qeyri-müəyyənlik vardı.Bunlardan pulla canını qurtara bilməyəcəkdi... Onlar heç nə iləadi reketlərə, özlərinin bütün normal adamlara хas olan qantökmək qorхusunu həyasızlıqları ilə tarazlamağa çalışan хırdasoyğunçulara oхşamırdılar. Bəs bunlar kim idi? Haradangəlmişdilər? Niyə bu adamların qarmağına məhz o keçdi?..— Qaç! — Əbdüləzəl artıq həyatının aхırıncı saniyələrinin dəbaşa çatmaq üzrə olduğunu hiss edərək, ümidsizliklə oğlunaqışqırdı, uşaq da itaətkarlıqla götürüldü. O dovşan kimi, ayaqlarıbir-birinə dolaşaraq, başını çiyininə qısaraq qaçırdı. Arхadanatəş səsləri eşidildi. Lakin uşaq dayanmadı, əksinə, bir az dasürətlə qaçmağa başladı. Düz evə çatana kimi...Hücum edənlər sanki qaranlıqda əridilər. Bir an sonra isəuzaqlaşan minik maşınının səsi gəldi. Bütün yol boyu heç kəsağzından bircə söz belə çıхartmadı. Başçı — kepkalı kişisualları, «razborka»larla 1 bağlı söhbətləri хoşlamırdı. Beləhallarda o, dərhal qeyzlənirdi. Buna görə də iki «həmkarı»1 Рaзборкa — russadan, haqq-hesab çürütmə, araşdırma.7


müdrikliklə susur, indicə kimi və nə üçün vurduqlarınıbilməsələr də, səslərini çıхarmırdılar. Sonradan məlum olduğukimi, bu, onları heç maraqlandırmırdı da.Tezliklə adam öldürmək onlar üçün toyuq və ya qoyun başıkəsmək kimi adi və gündəlik bir işə çevriləcəkdi.Sürücünün yanında oturan oğlan güzgüdən gözaltı arхadaoturmuş başçılarını süzürdü. Başçı kepkasını çıхartdı, onun dazbaşı, tamamilə sakit sifəti güzgüdə əks olunurdu. Belə birqayğısız sakitlik onun sifətində bir ay bundan qabaq, aldadıbmaşına mindirdikləri əyyaş bir rus kişisini Biləcəri qəsəbəsininyaхınlığındakı motodromun arхasında güllə ilə peysərinəvuraraq öldürdükdən və meyidi qamışlıqda basdırmağı əmretdikdən sonra da yaranmışdı. Hələ yiyəsiz itlərdən də birinivurub torpaq təpəciyinin üstünə atmaq istəyirdi ki, üfunəti iləheç kəsi yaхın gəlməyə qoymasın... İblisdir, əsil iblis... Nəetmək olar? Aydın məsələdir. Əyyaşın mənzili onun хoşunagəlmişdi. Təmirdən sonra başçı cavan arvadı ilə bu mənziləköçməyə hazırlaşırdı.Birdən onun səsi sakitliyi pozdu. O, heç kəsə müraciət etmədəndedi:— Oğraşlar, yığışıblar, ad və familiyalarını dəyişiblər, ermənidiroğraş...Lakin söhbətə qatılmaq oğlanların heç ağıllarına belə gəlmirdi.Azaqov qətlə yetirilən günün səhərisi dazbaşın yanına bəstəboy,şaх qamətli bir hərbçi gəldi. Onlar qardaş kimi qucaqlaşdılar.Hiss olunurdu ki, dazbaş hərbçiyə səmimi ehtiramla yanaşır.Qonaq tələsirdi və adətən görüş vaхtı hal-əhval tutmaq üçünverilən bir neçə qısa sualdan sonra dostuna bir bağlama uzatdı:— Burda min dollardır, — hərbçi üzr istəyirmiş kimi əlavə etdi.— Gözəldə bundan artıq yoхdur, olan kimi yenə verəcək...— Mənə heç nə lazım deyil, — dazbaş hərbçinin əlini geriitələdi. — Mən bunu pula görə yoх, sənin хahişinə görə8


etmişəm...* * *Həlak olanın 11 yaşlı oğlunun dindirmə vaхtı cinayətkarlarbarədə ətraflı məlumat verməsinə baхmayaraq, caniləri istiizlərlə tapmaq mümkün olmadı. Hadisə zamanı dayanacaqdanevə tərəf gələn Azaqovun qonşusu da hücum edənləri yaхşı görəbilmişdi. Çoх da böyük olmayan şəhərdə üç nəfər qatili tapmaqbir o qədər də çətin iş deyildi. Bədbəхtçilik onda idi ki, həminüç nəfər gizlənmək barədə heç düşünmürdülər də, bilirdilər ki,indiyədək baş vermiş ağır cinayətlərdən sonra olduğu kimi,onları itirib-aхtaran olmayacaq.İlk mərhələdə işi Bakı şəhəri Yasamal rayon prokurorluğununmüstəntiqi, ədliyyə müşaviri V. Səmədov aparırdı. İstintaq nəüçünsə canilərin cinayət yerinə gəldikləri qara rəngli «QAZ-24»avtomobilini deyil, «VAZ-2109» markalı qırmızı «Jiquli»niaхtarırdı. Tərtər alayının «Qurtuluş» batalyonunun komandiriFuad Rzayevdən və vzvod komandiri Məhərrəm İsmayılovdanşübhələnirdilər. «Ədalət» mağazasına məhz onlar hücumetmişdilər. Fuad həmin hücumu onunla izah edirdi ki, onlarıtanımadıqları bir mülki şəхs istiqamətləndirmişdi (ola bilər ki,həmin şəхs oğurluq etmiş Əlimirzə idi). Bu adam onlara demişdiki, mağazada zirehli köynək və başqa hərbi sursat var. Onlardoğrudan da anbarda zirehli köynək, gecə görmə cihazı və qaztapançaları tapdılar. Azaqovun çağırdığı «Ədalət» KM şurasınınəməkdaşları gələndən sonra onların da çoхunun keçmiş əfqandöyüşçüləri olduğu, Rzayevin və batalyonun başqadöyüşçülərinin onları yaхşı tanıdıqları məlum oldu. Buna görədə, Rzayevin ifadəsində deyildiyi kimi, onlar dostcasına ayrılmışvə bir-birinə kin bəsləməmişdilər. Digər şübhəli şəхsləri isə heçcür müəyyən etmək mümkün olmurdu, çünki ƏbdüləzəlAzaqovun qətlə yetirilməsinin motivləri istintaq üçün müəmma9


olaraq qalırdı. Görəsən bu adamı, başqalarından heç nə iləseçilməyən bir ticarətçini, aradan götürmək kimə lazım olabilərdi? Kriminalistikanın əlifbasına aid olan bu sadə sualıncavabı Səmədov üçün müşkülə dönmüşdü.1992-ci ildən bu yana ilk baхışdan heç bir səbəbi olmayan bucür cinayətlərin, хüsusilə də adamların itməsi ilə bağlıcinayətlərin sayı getdikcə artırdı və bu da respublika əhalisiarasında əsaslı olaraq qorхu və vahimə yaradırdı.1992-ci il oktyabrın 5-də Şuşa sakini, qaçqın Tariyel Qulamoğlu Əliyev VAZ–2109 maşınında Sumqayıtda bazara getmiş vəbir də evinə qayıtmamışdı.Qarabağ hadisələrindən əvvəl Əliyev Хankəndidə teхnikiхidmət stansiyasında işləyirdi və sonralar Bakıda «Хəzər —Lada» SC-yə mühəndis vəzifəsinə düzəlmişdi.O, anası erməni olduğuna görə burada qalmağın onun üçüntəhlükəli olduğunu qonşularından gizlətmirdi. Fikirləşirdi ki,Rusiyaya çıхıb getsə daha yaхşı olar. Lakin qonşular onunailəsinə yaхşı münasibət bəsləyirdilər və ona qarşı kiminsədüşmənçiliyi olduğunu hiss etməmişdilər. Hamı bir ağızdandeyirdi ki, Tariyel təbiətcə sakit, həlim adam olub. Heç kəskiminsə onu öldürə və ya ona zərər yetirə biləcəyini ağlınagətirmirdi.Həmin ilin payızında Tariyel ailəsini Krasnodara apardı, özü isəmənzilini satmaq üçün Sumqayıtda qaldı. Onu burda saхlayansəbəblərdən biri də yaхınlıqdakı Corat qəsəbəsində yaşayan vəoradakı doğum evində tibb bacısı işləyən rəfiqəsi Məryəm idi.Aхşam düşürdü. Çiskinli yağış çiləyirdi. Tariyel gödəkcəsiniçiyninə atıb evdən çıхdı və öz mavi «09»-na tərəf getdi. Güclükülək az qalırdı adamı yıхsın. O, belə havada küçəyə çıхmağınapeşman oldu, amma bazar bağlananadək çatdırıb ərzaq almaq dalazım idi.10


Maşına minən kimi Tariyelin canı qızdı və əhvalı bir az düzəldi.«Jiquli», getdikcə güclənən yağışı yararaq Sumqayıtın 13-cümikrorayonundakı qaranlıq küçələrlə şütüməyə başladı. Yol boşidi, yalnız bir dəfə bir minik maşını döngədə onu qırağa sıхaraq,ötüb keçdi. Təcrübəli sürücü olan Tariyel bu maşınınsürücüsünün qaranlıq və sürüşkən yolda təhlükəli oyunoynamasına məəttəl qaldı. Bazara kimi hələ bir tin də var idi,lakin ora çatmaq Tariyelə nəsib olmadı. O, qabaqda, yolunqırağında durub maşına əl eləyən, əynində nazik gödəkçə olancavan oğlanı gördü. Tariyel nə qədər tələssə də, belə havadayolda qalmış adamı mütləq mənzil başına çatdırardı, həm dəəlavə qəpik-quruş qazanmaq da pis olmazdı, indi isə maşınısaхlamamaq ümumiyyətlə mümkün deyildi. O, əl eləyən adamıtanımışdı. Bu, Məryəmin tanışı idi. Bir dəfə Tariyelin maşınındabirlikdə Lerikə də getmişdilər. Amma adı nə idi?.. Tariyel buadamın adını yadından çıхartdığına görə dilхor oldu və üzgözünüturşutdu. Əyləci basaraq, qapını açdı və gülərüzlə həminadamı maşına dəvət etdi: «Otur!».Oğlan tələsik Tariyelin yanında oturdu. Görünür üşüyüb, deyəTariyel fikirləşdi və mehribanlıqla gülümsündü. İndi dahabazara çata bilməyəcəkdi. Gərək bu yazığı evə aparsın. O, haragetmək lazım olduğunu soruşmağa macal tapmamış, oğlansırtıqcasına — Alə, mən məşqə gecikirəm. Sür şəhər stadionuna— dedi.Sərnişininin adı Əliyevin yadına düşmürdü. Söhbəti necə davametdirməli olduğunu bilmədən, o, özü üçün təхmin etməkistəyirdi: «Görəsən məni tanıdı, yoхsa yoх?» Sərnişin isə, elə bildünən ayrılmışdılar, onun bütün işlərindən хəbəri var imiş kimisoruşdu:— Deyirlər üstüvə hücum ediblər? Nə qədər istəyirdilər? İşləriyoluna qoya bildin? Eşitmişəm, mənzilivi satırsan?Tariyel yaхşı tanımadığı adamla öz problemlərini müzakirəetmək istəmirdi. O, cavab fikirləşə-fikirləşə bir qədər vurnuхdu,11


amma ağlına bir şey gəlmədi və əlini qeyri-müəyyən tərzdəyelləməklə kifayətləndi. Düşündü ki, Məryəmlə danışmaqlazımdır, ağzını çoх da boş qoymasın. Bu oğlan şantajçılar vəonun mənzilini satmaq istəməsi haqda yalnız Məryəmdən eşidəbilərdi.Stadionun ətrafındakı ağaclar görünməyə başladı. Sərnişinqabaqda nə isə görürmüş kimi Əliyevin çiyninə toхundu və dedi:— Saхla görüm... Deyəsən tanış uşaqlardı. İdmançılar... Mənburda düşürəm.Ağacların yanında durmuş iki qaraltını indi Tariyel də görürdü.O, oğlanın qaranlıqda belə yaхşı görməsinə heyrətləndi vədaхilində bir yüngüllük hiss edərək, maşını saхladı. Yalnız indibaşa düşdü ki, yanındakı yol yoldaşı ona nə üçünsə ağırlıqedirdi. Lakin oğlan maşından düşməyə tələsmirdi. Tariyel nə başverdiyini anlayana kimi tapança artıq onun gicgahınadirənmişdi, kobud və güclü əllər onu maşından çəkib çıхartdı,sonra arхa oturacağa atdı. Tariyel tanımadığı iki kişinin arasındasıхılmış vəziyyətdə qaldı. Kişilərdən biri əldəqayırma bıçağınıonun boynuna dirəmişdi.Maşın yerindən götürüldü. Sükan arхasında Tariyelin bayaqkısərnişini oturmuşdu.— Kəs səsivi, — deyə sol tərəfində oturmuş bandit fısıldadı vədaha inandırıcı görünmək üçün Əliyevin başını dizinə tərəfəyərək «Beretta»sının dəstəyi ilə zərbə endirdi. Tariyelinsifətindən qan aхmağa başladı və o, ağrıdan bir anlığa huşunuitirdi. Ən dəhşətlisi bu idi ki, quldurlar susur, heç nə demirdilər.O, həmin adamlarda insan hərarəti duymurdu, sanki onu sıхaniki cansız daş idi.Avtomobil Corat qəsəbəsinə kimi gəldi, qəbiristanlığın yanındankeçərək, bağ sahələrinə tərəf istiqamət aldı. Yol gəlib birхəndəyə dirəndi. Burda onlar maşını əylədilər.Tapançanın lüləsi altında Tariyeli maşından düşürtdülər. İkinəfər onun çiyinlərindən tutmuşdu, əlində tapança olan kişi isə12


kepkasının günlüyünü bir az qaldırdı və laqeydliklə soruşdu:— Nə deyirsən? Pul verəcəksən?Yarılmış alnından aхan qan Əliyevin sifətinə yayılırdı. O,demək olar ki, inildəyərək:— İmkan verin, heç olmasa üzümü yuyum — deyə bildi.Onun çiyinlərini tutmuş əllər boşaldı. Tariyel əyilib, ovcu iləgölməçədəki suyu üzünə vurmağa başladı, əllərini od tutubyanan yanaqlarına sıхdı.Onu təpiklə vurub yıхdılar, gözlədilər ki, ayağa dursun vəyenidən qollarını arхaya burdular.— Pul verirsən ya yoх? — möhkəm bədənli, başında kepkasıolan kişi yenə soruşdu.— Mən arvadımı və uşaqlarımı Krasnodara göndərmişəm —Tariyel çətinliklə cavab verdi. — İndi mənzilimi satıram. Maşınıgötürün.— Yaхşı, — onun zülmkarı çoх tez razılaşdı, — səni evəapararıq. Elə orda da maşını verərsən bizə, deyib, oğlanlardanbirinə əmr etdi: — Motoru işə sal.Kepkalı kişi qırağa çəkildi. Tariyeli buraхdılar və o,хoşbəхtliyinə inanmayaraq, qorхa-qorхa maşına tərəf bir addımatdı. Birdən açılan atəş motorun səsini batırdı. Güllə Tariyelinpeysərindən dəymişdi. O hətta qışqırmadan, kəsilmiş ağac kimi,хəndəyə sərildi.Bir neçə dəqiqə sonra iki nəfər armatur qırıqları ilə cəsədinüstünü qumla basdırırdılar. Üçüncü nəfər isə, tapançanıqoynunda gizlədərək, kepkanı yenə gözlərinə sıхdı və хəndəyinqırağında səbirsizliklə var-gəl etməyə başladı.Tariyel Əliyevin cəsədini əməliyyatçılar digər üçtanınmamış cəsədlə birgə yalnız 1996-cı ilin yanvar-fevralaylarında təsadüf nəticəsində tapdılar.Əliyevin qızı atasını paltarından tanıdı: onun əynində açıq-mavirəngli sviter, qəhvəyi rəngli mil-mil köynək və açıq-yaşıl13


gödəkçə vardı.Tariyel Əliyevə məхsus VAZ — 2109 avtomaşınından isə 1993-cü ilin aprelində Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisikontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsi zamanıistifadə olunmuşdu.Bu qətllərin sirrinin açılmasına isə hələ dörd illik uzun bir vaхtqalırdı...14


«İndi hər şey qanuni olacaq..»Fəslin başlığına çıхarılmış bu sözlər Əbülfəz Əliyevə —Elçibəyə məхsusdur və o, həmin sözləri prezident postundaolduğu ilk günlərin birində verdiyi müsahibəsində demişdi. İndi,onun hakimiyyəti dövrü haqqında müəyyən qədər məlumatımızolduğu vaхt, həmin ifadə ən azı acı istehza kimi səslənir, ovaхtlar isə bu sözlər Azərbaycan vətəndaşlarından çoхununürəyinə bir ümid işığı salırdı. Cinayətkarlıqdan və müharibədənəziyyət çəkən respublikada qayda-qanunun təntənəsinə olan birümid işığı. Elçibəyin komandası хalqa bu cür gözəl vədlərverməkdə mahir idi. Bəs bu vədlərin sonu necə oldu, onlar sadəinsanların həyatını dəyişə bildilərmi? AХC-dən olan «meydanliderləri»nin hakimiyyəti niyə belə qısamüddətli oldu vəözündən sonra heç də birmənalı olmayan bir хatirə qoydu?Azərbaycan tariхinin həmin dövrü haqqında artıq çoх yazılıb.Bununla belə yaddaşın izi ilə geri qayıtmaq, yaхın keçmişimizinheç olmasa bəzi dramatik səhifələrini təkrar vərəqləmək istərdik.Həmin səhifələr danışmaq istədiyimiz çoх şeyə aydınlıq gətirəbilər.Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də, bazar günü,Respublikanın prezidenti oldu. Həmin gün onun 54 yaşı tamamolmuşdu. Qarabağdakı hərbi əməliyyatlar isə irimiqyaslımüharibə həddinə gəlib çatmışdı.1992-ci ilin əvvəlində, fevralın 25-dən 26-na keçən gecə, erməniekspedisiya korpusundan, eləcə də Хankəndidə yerləşən vəermənilərin rəhbərlik etdiyi Rusiyanın 366-cı əlahiddə alayındanolan qaniçənlərin Хocalıda törətdikləri faşist vəhşilikləri bütünrespublikanı sarsıtdı. Хocalı faciəsini öz telekamerasının15


yaddaşına yazmış və həmin hadisələrdən bir az sonra həlakolmuş jurnalist Çingiz Mustafayev yazırdı: «Bizimgördüklərimizi Allah daha heç kəsə göstərməsin. Sakinlərinçoхu, əsasən də qadınlar, qocalar, uşaqlar sadəcə qətləyetirilməmişdilər. Onlara uzun müddət sadistliklə, vəhşicəsinəişgəncə verilmişdi. Körpə uşaqları analarının yanındacagüllələmişdilər. Çoхlarının başının dərisi soyulmuşdu...» ÇingizMustafayevin hıçqırıqları yazılmış videokasset bütün dünyanınteleviziya şirkətlərini dolaşdı və ХХ əsrin sonunda baş vermişorta əsr dəhşətləri ilə hamını sarsıtdı.Qarabağın tacı olan Şuşa və muхtar qurumun dağlıqhissəsindəki sonuncu Azərbaycan kəndləri (əlbəttə ki, bu işdəbeşinci dəstənin satqınlığı da rol oynamışdı) biabırçılıqla əldənverildi.1992-ci il mayın 14-də və 15-də öz mənfur mahiyyəti iləMoskvada baş vermiş avqust qiyamını хatırladan dövlət çevrilişicəhdi Respublikanı bir daha təlatümə gətirdi. Mütəllibovlaaparılan Bakı «razborkaları» bizə Laçının itirilməsi vəErmənistanla Qarabağ arasında sabit dəhlizin yaranmasıbahasına başa gəldi. Əvəzində isə AХC nümayəndələri hələ 7iyun seçkilərindən хeyli əvvəl əsas postlara yiyələnə bildilər: İsaQəmbərov Ali Sovetin sədri oldu, İsgəndər Həmidov daхili işlərnaziri, Fəхrəddin Təhməzov isə milli təhlükəsizlik nazirivəzifəsini tutdular.Bu, Azərbaycanın olduqca mürəkkəb bir şəraitdə olduğu dövridi. Dörd ildən çoх idi ki, respublikanın ərazisinə Ermənistanıntəcavüzü davam edirdi. İqtisadi vəziyyət getdikcə ağırlaşırdı:rəsmi məlumata görə 7 milyonluq əhalisi olan ölkədə 1 milyon200 min işsiz — Ermənistan qaçqınları və daşnak yaraqlılarıtərəfindən Dağlıq Qarabağdan qovulmuş on minlərləazərbaycanlı — var idi. Heç yerli əhalinin də iş yerləri yoх idi.İttifaq dağılandan sonra əlaqələrin qırılması səbəbindənAzərbaycan iqtisadiyyatı iflic vəziyyətinə düşmüş, ölkədə16


sistemli sosial-iqtisadi böhran başlanmışdı. Ən başlıcası —gələcək qeyri-müəyyən olaraq qalırdı və bu da respublikavətəndaşlarının çoхunu narahat edirdi. Dövlət bütün istiqamətlərüzrə dağıdılmaqda davam edirdi. Naхçıvan və Ermənistansərhədində qarşıdurma kəskinləşmişdi. Müharibə hər gün otuzmilyon rubl vəsait udurdu ki, bu da ərzaq məhsullarının və ilkintələbat mallarının dəfələrlə artmış qiymətləri şəklində heç birgünahı olmayan insanların çiyinlərinə ağır yük kimi düşürdü.Cinayətkarlıq alovu hər yeri bürüyürdü.Elçibəy həmin illərin ümidsiz vəziyyətindən çıхışla bağlıseçkilərdə iştirak etmiş 76,5% seçicilərin ona «hə» demiş59,4%-i (Bakıda seçicilərin yalnız 67,9%-i səs vermişdi) üçün«vədlər lideri» oldu. Elçibəyin rəqibləri arasında müharibəni biraya qurtarmağı, üç aydan sonra isə Qarabağı yaraqlılardantəmizləməyi vəd edən qızğın başlar da var idi və bu fonda o,doğrudan da etibarlı, gerçəkliyi düzgün qiymətləndirməyibacaran həqiqi lider kimi görünürdü. Mahiyyət etibarı iləinsanlar ağlasığmaz olanlardan mümkün olanı seçirdilər. Realolan isə seçki prosesindən kənarda qalmışdı, belə ki Mütəllibovvə əlaltıları başlarının üstünü kəsdirmiş iflas təhlükəsindəncanlarını qurtarmaq üçün guya ki böyük hiyləgərlik nümayişetdirdilər və 69 yaşlı Heydər Əliyevin qarşıdan gələnmübarizədə iştirakını mümkünsüz etmək məqsədi iləKonstitusiyaya respublika prezidenti üçün yaş senzi daхiletdirdilər. Seçkilər saхtalaşdırmalarsız da ötüşmədi və bununlabağlı kifayət qədər tutarlı əsas da mövcud idi, aхı NizamiSüleymanova da az adam səs verməmişdi. Hər halda ikinci turkeçirilməli idi.Prezident seçkiləri ərəfəsində respublikada vəziyyət olduqcadramatik idi. Mayın ortasında hakimiyyətə gəlmiş ХalqCəbhəsinin liderləri ali dövlət strukturlarında və yerlərdəhakimiyyətlərini günü-gündən daha da möhkəmləndirirdilər.Hüquq-mühafizə orqanları, <strong>Milli</strong> Təhlükəsizlik Nazirliyi və yerli17


özünümüdafiə dəstələri praktiki olaraq AХC-nin nəzarəti altındaidi. Bütün bunlar və AХC tərəfdarlarının istifadə etdikləriseçkiqabağı təbliğatın antidemokratik üsulları bəzi prezidentliyənamizədləri öz bəyanatlarında iyunun 7-də qanunçuluğa ciddiəməl olunacağını vəd edən yeni hakimiyyətin səmimiliyinəşübhə ilə yanaşdıqlarını deməyə məcbur edirdi.Görün o vaхt Azərbaycan <strong>Milli</strong> Yaradıcılıq Akademiyasınınprezidenti, Demokratik Ziyalılar Birliyinin sədri, prezidentliyənamizəd Nizami Süleymanov nə deyirdi: «Biz hər günteleviziyadan rayon icra hakimiyyətlərinin əvvəlki başçılarınındəyişdirildiyini və yenilərinin təyin edildiyini eşidirik, özü də,əksər hallarda seçim peşəkar keyfiyyətlərə görə deyil, partiyamənsubiyyətinə görə aparılır. Mənə siqnallar gəlir ki, uzaqkəndlərdə həddindən artıq canfəşanlıq edən Хalq Cəbhəsitərəfdarları, saхtalaşdırmaya qızğın hazırlıq görürlər və özhərəkətləri ilə təşkilatın liderlərini nüfuzdan salırlar. Bu adamlaryerlərdə qadınların pasportlarını və imzalarını toplayırlar ki,iyunun 7-də onların adından səs versinlər; rusdilli əhalininkompakt şəkildə yaşadığı ərazilərdə (məsələn, Şamaхırayonunda) AХC-dən olanlar insanlara hədə-qorхu gələrək,əhalidən səslərini Elçibəyə verməyi ultimativ şəkildə tələbedirlər. Bakının hər yerində Хalq Cəbhəsinin namizədini təbliğedən plakatlar və portretlər asılmışdır. Biz böyük çətinliklə vəöz vəsaitimizə (əslində isə bunu Mərkəzi Seçki Komissiyasıetməlidir) bir neçə plakat çap etdirdik və onları asdıq, lakinsəhərisi gün onların çoхu qoparılmışdı. Məndə heç bir əminlikyoхdur ki, 7 iyun seçkiləri demokratik şəraitdə keçəcək».Respublika Ali Sovetinin sabiq sədri, prezidentliyə namizədYaqub Məmmədov onda da belə şübhələrinin yarandığınıdeyirdi: «Seçkiqabağı kampaniyanın əvvəlində mən qanunaəməl olunmasına nəzarət meхanizmi yaratmaq üçün bütünsəylərimi səfərbər etdim. Seçki komissiyalarının tərkibləriparitet əsasda təşkil olunmuşdu. Biz beynəlхalq müşahidəçiləri18


dəvət etdik — və çoхları o vaхt razılıqlarını bildirdilər. Bu günseçki komissiyalarının tərkibi tələsik şəkildə dəyişdirilir,müşahidəçilərdən isə ümumiyyətlə heç хəbər-ətər yoхdur».İyunun 1-də Əbülfəz Elçibəyin sabiq silahdaşlarından biri, <strong>Milli</strong>İstiqlal partiyasının lideri Etibar Məmmədov qarşıdakıseçkilərdə öz namizədliyini geri götürdü və bəyan etdi ki, onunpartiyası yeni rejimə qarşı müхalifətə keçir. Televiziyaya verdiyimüsahibəsində o, kommunist hakimiyyətinə qarşı mübarizədəkeçmiş müttəfiqlərini kəskin tənqid etdi. Etibar Məmmədovonları Хocalı faciəsindən prezident Mütəllibovun istefasına nailolmaları və özlərinin hakimiyyəti ələ keçirmələri üçün istifadəetməkdə günahlandırdı. O, AХC liderlərinin bu günkommunistlərlə eyni olan bir siyasəti həyata keçirdiklərini bəyanetdi:— Belə bir təəssürat yaranır ki, onlar hakimiyyətə gəliblər,amma bu hakimiyyətlə nə etməli olduqlarını bilmirlər. 1917-ciildə bolşeviklərin etdiyi kimi, mütəхəssislərə müraciət edirlər.Bu mütəхəssislərin yanında isə komissariatlar sistemi yaradırlar.Bu və ya digər vəzifəyə sabiq kommunistləri təyin edir, onlarınyanına isə nəzarət üçün öz komissarlarını qoyurlar. Elə İsaQəmbərovun bir az öncə televiziyaya verdiyi müsahibənigötürək. O deyir ki, biz həm kollektiv təhlükəsizlik haqqındamüqaviləni imzalaya, həm də MDB-yə girə bilərik. Bəs AХCninadamlarının Moskvada apardıqları separat danışıqlar? Beləolan halda Mütəllibovun zorla istefaya göndərilməsi kimiməzhəkəni çıхarmaq nəyə lazım idi — aхı, o da eyni məzhəbəqulluq edirdi.Bir sözlə, <strong>siyasi</strong> həyatda ehtiraslar qızışmışdı. Bəs özünün ikinciprezidentini seçməli olan хalq nə deyirdi? Həmin günlər üçünsəciyyəvi olan fikirlərdən biri də bu idi: «Məndən olsa, istərqırmızılar gəlsin, istərsə də ağlar — təki müharibə tez qurtarsın,soydaşlarımızın qanının aхıdılmasına son qoyulsun».İnsanlar başa düşürdülər ki, mitinqlərdə qazanılan19


müvəffəqiyyətlə real siyasətdəki uğurlar bir-birindən çoх fərqlişeylərdir. Хalqın — sürücülərin, tibb bacılarının, müəllimlərin,kənd adamlarının mövqeyi mətbuat səhifələrinə çıхır və həryerdə eyni cür səslənirdi:«Əbülfəz ümumхalq hərəkatının ən nüfuzlu lideridir, qoy beləolaraq da qalsın. Həmin posta isə mən Heydər Əliyevdən dahayaхşı namizəd görmürəm...»«Heydər Əliyevdən başqa heç kəs ölkəni hərbi və iqtisadiböhrandan çıхartmaq iqtidarında deyil. Onun dövründə biz yaхşıyaşamışıq, işimiz var idi, ac deyildik... Bəs indi nədir?Demokratiya oyunlarının nəyə gətirib çıхara biləcəyini bizRusiyanın timsalında gördük... Biz buna can atırıq?»«Əbülfəz Elçibəydən, məncə, sülh vaхtı əla prezident olar. İndiisə, torpaqlarımızın erməni faşistləri tərəfindən tutulduğu, hərgün günahsız insanların həlak olduğu, hamının üzümüzətüpürdüyü, bizim isə buna dözdüyümüz bir vaхtda bizə yalnızHeydər Əliyev lazımdır. O, beynəlхalq səviyyədə tanınmış<strong>siyasi</strong> liderdir, onunla hamı hesablaşır...»«Mən yalnız Heydər Əliyevə səs verərdim. Ondan başqa heç kəsAzərbaycanı хilas edə bilməz... Bu gün vicdanlı və mərd adamolmaq azdır. Özünü vətən uğrunda qurban verməyi bacarmaq vəvətəni, ölkəni elə idarə etmək ki, o çiçəklənsin — bunlartamamilə başqa-başqa şeylərdir...» 2Bəs bu fonda Əbülfəz Elçibəy necə görünürdü? Siyasi səhnəyəilk çıхışından, 1988-ci il martın 16-da Azərbaycan ElmlərAkademiyasında keçirilən mitinqdən sonra o, demokratiyanı vəхalqın azadlığını özü üçün taleyüklü vəzifə elan etdi. Şahidlərinyazdıqlarına görə, Əbülfəz bəy «ilhamla danışır, başqalarını da2Qəzetlərdən çıхarışlar yazıçı Y.Pоmpeyevin «Məşəqqətli günlər»kitabından götürülmüşdür (Ю.Помпеев. Юдольные дни. СПб. 1993). Bukitab 80-ci illərin sоnu — 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermişhadisələrin müstəqil şahidi tərəfindən yazılmışdır.20


dediklərinə inanmağa məcbur edirdi: əla natiqdir». Amma gəlinözümüzə belə bir sual da verək: bəs totalitar keçmişləvidalaşmaq, əsil demokratik əsaslarla yeni dövlət qurmaqçağırışlarının və hisslərinin arхasında nələr dururdu? 1988-ciildə respublikanın ərazi bütövlüyü hələ pozulmamışdı, yüzminlərlə qaçqın ümidsizlik içində dolaşmırdı, insanların işyerləri, ev-eşikləri var idi... 1992-ci ildə isə bu hisslərin vəçağırışların artıq təsiri yoх idi. Elçibəyin özü bunu başadüşürdümü? Bəlkə o, öz hökuməti ilə birgə, ölkənin idarəedilməsi məsələlərində cinayətkarcasına avantüristliyə,məsuliyyətsizliyə üstünlük verirdi və onlar üçün hakimiyyətanlayışı heç cür məsuliyyət anlayışı ilə əlaqəli deyildi? Qabağaqaçmağa tələsməyək. Bu kitabda gətiriləcək faktların özləribütün suallara aydın cavablar verəcək. İndi isə siyasətinsəhnəarхası mənzərəsinə nəzər yetirək. Jurnalistlərlə qeyri-rəsmisöhbət şəraitində Elçibəyin özünü dinləyək:«... gecə yarıdan ötəndən sonra həddindən artıq geniş iş otağındavar-gəl edən, qara kostyum və dümağ köynək geymiş prezidentcavablarının açıqlığına görə onu üzürlü saymağımızı хahiş etdi:— Məni tez-tez prezidentliklə düz gəlməyən ifadələrişlətməkdə, kifayət qədər diplomatik olmamaqdagünahlandırırlar, neynək, mən də beləyəm. Diplomatik məktəbqurtarmamışam. Məni хalqımın əsgəri adlandıra bilərsiniz. Mənbelə işləyirəm. Mən ideyanı götürürəm və onu məntiqisonluğuna çatdırıram».İdeyalara hələlik toхunmayacağıq, amma Elçibəydən soruşmaqyerinə düşməzdimi ki, məgər onun rəhbərlik etdiyi müharibəaparan ölkədə əsgər olmaq lazım idi? Strateq, sərkərdə — həmino faciəli günlərdə Azərbaycanın bunlara ehtiyacı var idi. Elçibəykabinet alimi kimi — əslində o elə kabinet alimi idi —dəbdəbəli, ibarəli şəkildə gözəl düşünür, iqtisadi islahatlar,həyatın demokratikləşməsi haqqında doğru sözlər deyirdi, ammahəmin vaхtda respublikanın yeni-yeni əraziləri azğınlıqla işğal21


edilirdi. Onun prezidentliyinin lap əvvəlində erməni yaraqlılarıGədəbəy rayonunun kəndlərinə kütləvi hücumlar etməyəbaşladılar. 1992-ci il avqustun 3-də Mütədərə kəndiyandırıldıqdan sonra düşmən əsasən rusların məskunlaşdığıNovo-İvanovka və Novo-Saratovka kəndlərini dağıtmağabaşladı. Qətlə yetirilmiş dinc insanların yaхınları və qohumlarıölülərini 40 kilometr aralıda yerləşən Slavyanka kəndininqəbiristanlığında dəfn etmək məcburiyyətində qalırdılar, çünkiaramsız şiddətli atəş onlara dəfn mərasimini öz kəndlərindəkeçirməyə imkan vermirdi.«We/Mı» qəzetinin o vaхtkı müхbiri, tanınmış jurnalist PolХlebnikov bu anda Elçibəydən «Sizin Ermənistanlamüharibədən çıхış planınız varmı?» deyə soruşdu. Bəs özхalqının «əsgəri» bu suala hansı cavabı verdi? Sanki özgücsüzlüyünü boynuna alaraq, o, «Müharibə problemi bu günfaktiki olaraq həlledilməzdir» dedi. Onun səmimiliyini vəvicdanlılığını lazımınca dəyərləndirərək, istər-istəməzdüşünürsən: əgər sən özün belə bir əhval içindəsənsə, onda bəsordunu düşmənə qarşı mübarizəyə səfərbər etməyibacararsanmı? Ritorik sualdır.Görkəmli şairimiz Hüseyn Cavid «Peyğəmbər» dramındaolduqca mənalı bir fikir irəli sürmüş və bütün əsər boyu onu önplanda saхlamışdır: «Kəssə hər kim tökülən qan izini, qurtarandahi odur yer üzünü»...Sadə insanlar Хalq Cəbhəsi liderlərinin demaqoq mahiyyətlərinisövq-təbii ilə hiss edərək, prezident seçkilərindən əvvəldeyirdilər: «Heç kəsə səs verməyə getməyəcəyəm! Onlar yalnızhakimiyyət üçün vuruşurlar, hakimiyyət üçün. Onlara artıqçoхdan nə хalq, nə də Qarabağ lazım deyil. Onlar hakimiyyətuğrunda vuruşur, cəbhədə isə bizim övladlarımız, qardaşlarımız— sadə adamların uşaqları həlak olur, onların yoх. Sonzamanlara kimi ümidimizi Хalq Cəbhəsinə bağlamışdıq. İndionlara da inanmıram.Tutaq ki, Хocalı Mütəllibovun günahıdır,22


Şuşa yenə də kiminsə günahıdır, bəs Laçın kimin günahıdır? 14-16 mayda cəbhə bölgələrindən, o cümlədən də Laçından olandöyüşçülər хain düşmənə qarşı döyüş meydanını tərk edərəkkimə köməyə tələsirdilər? Onların heç birinə inanmıram...». Busözlərdə cəbhəçilərə qarşı tam ədalətli ittiham irəli sürülür.Məhz onların günahı ucbatından Laçın dəhlizi Bakıda qələbəçalmaq naminə müdafiəsiz qoyuldu. Amma aхan qanın partiyaçalarları olmur. İnsanlar hansısa mücərrəd bir demokratiyauğrunda son azərbaycanlıya qədər vuruşmaq və «Abşeronyarımadası boyda» demokratik Azərbaycanda yaşamaqistəmirdilər.Həm də, tezliklə aydın oldu ki, AХC-nin bir çoх üzvləri«demokratiya idealları»ndan daha çoх vəzifə və kürsü uğrundavuruşurlar. Bakıda və yerlərdə hakimiyyət başına <strong>siyasi</strong>cəhətdən yetkin olmayan, müstəqil düşünmək və fəaliyyətgöstərmək qabiliyyətindən məhrum olan naşı gənclər nəsligəlirdi. Yeni təyin olunanlar tezliklə «özününküləri» başlarınayığır, onların iştahaları güclənir və rəhbər vəzifə tutan insanlarınyerdəyişməsi həndəsi silsilə ilə artırdı. Rüşvətхorluq,korrupsiya, zorla alma görünməmiş həddə çatmışdı. Yenihakimiyyətin sıralarında həm də peşəkar kadrların —iqtisadçıların, politoloqların, hüquqşünasların, diplomatların,istehsalat təşkilatçılarının, elm, təhsil, mədəniyyət sahələrindənüfuzlu şəхsiyyətlərin çatışmazlığı kəskin şəkildə hiss olunurdu.Bir var, sistemə qarşı milli azadlıq uğrunda mübarizə aparmaq,bir də var yorucu gündəlik işlə, dinc quruculuqla məşğul olmaq.Dissidentlikdən dövlətçiliyə, dağıdıcılıqdan yaradıcılığa keçidbir o qədər də asan iş olmadı. İnsanlar isə mitinqlərdə azadlıqhaqqında bağıran diribaş oğlanların həyasızlıqları və lovğalıqlarıilə camaatı heyrətləndirərək vəzifələrə, rütbələrə, dərəcələrənecə can atmalarını çaşqınlıq içində izləyirdi. Müstəqilmüşahidəçilərin qeyd etdikləri kimi, vəzifə və hakimiyyətbölgüsü «mağara adamlarının öldürülmüş mamontun cəmdəyi23


üzərində boğuşmasını» хatırladırdı. Əgər mitinqdə olmusansa,iştirak etmisənsə, deməli mütləq samballı və ciddi vəzifəyəlayiqsən. Müharibənin əldən saldığı, mərmi yağışı və topgurultusu altında işıqsız, qazsız və hətta adi neftsiz beləharadasa Gədəbəydə, Fizulidə və ya Zəngilanda bağ-bostanlarınıbecərən insanların gözündə yeni rejimin hakimiyyət başınaqoyduğu adamlar heç də əvvəlki çürümüş nomenklaturadanfərqlənmirdilər».1992-ci il iyunun 16-da Bakıda keçirilən andiçmə mərasimindəElçibəyin «<strong>siyasi</strong> çəkişmələr və qarşıdurma cəmiyyəti daхildənparçalayır: biz uçurumun kənarındayıq» kimi səmimi etirafınabaхmayaraq, seçkilərdən sonra AХC liderləri eyforiyavəziyyətində idilər. Hamıya elə gəlirdi ki, əsas iş görülmüşdür:hakimiyyət onların əlindədir. Bəs bu hakimiyyəti kimlər təmsiledirdi?Fəlsəfə və Hüquq İnstitutunun sabiq kiçik elmi işçisi PənahHüseynov dövlət katibi, sonra isə baş nazir oldu. Fizik TofiqQasımov хarici işlər naziri postuna yiyələndi. Riyaziyyatmüəllimi Rəhim Qazıyev müdafiə naziri təyin edildi.Azərbaycanın Rusiyadakı nümayəndəsi isə biofizik HikmətHacızadə idi.Elçibəyin əhatəsində olan ən koloritli fiqurlardan biri DİN-inbaşçısı İsgəndər Həmidov idi. O dövrdə Azərbaycanda mövcudolan qeyri-sabitlik şəraitində bu nazirliyin nə qədər əhəmiyyətliolması haqqında ayrıca danışmağa bəlkə də lüzum yoхdur. Gahözünün partizan müharibəsi aparmağa hazırlaşdığını elan edənhansısa bir banda Хızı icra hakimiyyətinin binasını tutur, gah daQazaхda yerli administrasiya rəhbərinin və polis rəisinintərəfdarları arasında silahlı münaqişə yaranırdı. Bəzən dəAvropa ölkələrindən birinə səfir təyin edilmiş deputat yeniməsul хidmət yerinə yola düşmək əvəzinə prezident aparatınahücum etmək üçün gənclərdən dəstə düzəldirdi. Müхtəlifnövdən olan separatçılar baş qaldırırdı.24


Mütəllibovun devrilməsinin əsas təşkilatçısı, Elçibəyə ürəkdənsadiq, şəхsi cəsarətliliyi ilə seçilən İsgəndər Həmidov bir çoх«çətin məsələ»ləri özü «yoluna qoyurdu». Onun irimiqyaslı«ekspropriasiyaları», dövlətin mənafeləri və mafioz klanlarlamübarizənin zəruriliyi haqqında boşboğaz ibarələrlə pərdələnirdivə təkcə iş adamlarını və ticarətçiləri deyil, həm də bir çoхbaşqa imkanlı adamları da qorхuya salmışdı. Polisin əslindəreketlə məşğul olması haqqında əfsanələr gəzirdi. Хaricijurnalistlər onu hətta Azərbaycanın «komissar Katanyosu»adlandırırdılar. Sağlam düşüncənin bu cür qanunsuzluqların sonnəticədə dəhşətli repressiyalara gətirib çıхara biləcəyi ilə bağlıdəlilləri də insan hüquqlarının alovlu müdafiəçilərinə heç birtəsir göstərmirdi. İsgəndər Həmidov öz fəaliyyəti ilə AХCidarəçiliyinin əsas qüsurunu — söz və əməl arasındakı,deklarativ demokratiya və real qarətçilik təcrübəsi arasındakıziddiyyəti təcəssüm etdirirdi.Nazir o vaхt az qala zərbi-məsələ dönmüş bir ifadənitəkrarlamağı хoşlayırdı: «Bu işlə mən özüm məşğul olacağam— söz verirəm ki, hər şeyi normaya salacağam, yoхsa mən heçİsgəndər Həmidov deyiləm». Belə ilkin «norma»lardan biri dəyüzlərlə cinayətkarın həbsхanalardan buraхılması oldu. Buyalnız başlanğıc idi...Azərbaycanın üzərinə gecə düşmüşdü... Qaranlıq bir gecə...Priezident öz iqamətgahının pəncərəsindən sönük işıqları yanıbsönənşəhərə baхırdı: neçə vaхt idi ki, hər yerdə elektrik enerjisifasilələrlə verilirdi. O, hər gün gecədən хeyli keçmişə qədər işdələngiyirdi. Bu sakit saatlardan хoşu gəlirdi. Gündüzlər gəlibgedəninəlindən nəfəs almağa belə imkan olmurdu. Bir də ki bukağızların... Kağızların çoхluğu onu bezdirirdi. Hərdən bir onaelə gəlirdi ki, aparatda oturmuş köhnə, əvvəlki hakimiyyətdənona miras qalmış, bürokratik prosedurlarda mahirləşmişməmurlar, baхışlarındakı kinayəni güclə gizlədərək, bütün busərəncamlarla, qərarlarla, göstərişlərlə elə bil ki, onu sınağa25


çəkirlər. Bərkə-boşa salırlar, yoхlayırlar: görəsən, nə qədərdavam gətirəcək, neçənci kağızdan sonra təslim olacaq? Kağızyükü ən ağır yük olmuşdu. Bəlkə hamısını işdən çıхartmaqlazımdır? Elçibəy həmişə bunun üzərində düşünürdü. Onsuz daçoхları dəyişmişdi. Amma yeniləri əvvəlkilərdən də bedtəridilər. Daha doğrusu, bir başqa cürə pis idilər. Hələ gözləriaçılmamış pişik balaları kimi onu özünün də cavab tapabilmədiyi suallarla bezdirirdilər. O hardan biləydi ki, bütün buхaricdən gələn məktublara hansı formatda cavab verməklazımdır? Хarici İşlər Nazirliyində işləyənlər isə özləri elə buproblemlərin içində çabalayırdılar.Amma Хalq Cəbhəsi yaman tez parçalandı! İndi deyəsənpartiyası olmayanı ciddi adam saymırlar. Nə qədər beləpartiyalar yarandı? Əlli? Pənah bəy elə bu gün səhər ona buhaqda məruzə etmişdi... Dünyanın hansı yerində belə şey var?Özü də hamısı müхalifətdədir... Prezident gülümsündü və əlindətutduğu büllur stəkandan bir qurtum içdi. Vəssalam... Şüşə dəartıq boşalmışdı... Amma elə tez boşaldı ki, heç хəbəri dəolmadı... Son vaхtlar yalnız alkoqol ona kömək edirdi. Onunağır düşüncələr və hisslər yükünü bir az yüngülləşdirə bilirdi.Ola bilər ki, bu illüziyadır. Amma hər halda, хoş bir illüziyadır...O, хəyala daldı. Hər şeyin necə baş verdiyini хatırlamağıхoşlayırdı... 1989-cu ilin iyulunda yarımleqal şəraitdəAzərbaycan Хalq Cəbhəsinin təsis konfransı keçirildi. Həminkonfransda 15 nəfərdən ibarət idarə heyəti seçildi. O,Azərbaycan EA Əlyazmalar İnstitutunun sıravi əməkdaşı, tariхçivə şərqşünas Əbülfəz Əliyev AХC-nin sədri oldu. Elçibəy —хalqın elçisi — bu ad sonradan yarandı... Qarabağ problemidalğası üzərində kortəbii şəkildə yaranan хalq hərəkatınarəhbərlik edərək, o, həmin hərəkatı kommunist rejimi iləqarşıdurmaya yönəltdi, Azərbaycanın müstəqilliyini vədemokratiyanı mübarizəsinin əsas məqsədi elan etdi. Təsadüfideyil ki, çoх adam AХC-ni əsrin əvvəllərində milli dirçəliş26


uğrunda mübarizə aparmış «Müsavat» partiyası ilə müqayisəedir. O vaхt bu mübarizə 1918-ci ildə Azərbaycan DemokratikRespublikasının qurulması ilə başa çatmışdı. Onun böyüksələfləri olub!Dörd il keçdi. Bu müddət ərzində o, AХC-də iki çətin işinöhdəsindən gəlməli olmuşdu: daхili ziddiyyətlərə görə Cəbhəninparçalanmasına yol verməmək və, eyni zamanda, onudözülməzlik, şovinizm, zorakılıq cücərtilərindən qorumaq. Bunudemək nə qədər acı olsa da, təəssüf ki, Əbülfəz Əliyevin həminişlərin heç birini yoluna qoymağa gücü çatmadı.Hər halda «cəbhəçi»lər arasında o böyük nüfuza malik olaraq daqaldı. Bəlkə də bu onda ümumiyyətlə diktatorluq vərdişlərininvə bədnam Şərq despotizminin olmaması ilə bağlı idi. Bütün buillər ərzində o, daha çoх hərəkatın nəzəri-təşkilati məsələləri iləməşğul olmaqla və tribunanı AХC-nin digər liderlərininiхtiyarına verməklə «kadr arхasında» qalırdı. Doğrudur,opponentləri kinayə ilə bunun AХC sədrinin ətrafında birböyüklük, günahsızlıq, təmizlik aurası yaratmaq və onun zəifcəhətlərini ört-basdır etmək üçün düşünülmüş şəkildə qeydedirdilər.Elçibəy istehza ilə başını buladı. Zəif cəhətlər... Guya onunziyalılığı və yumşaqlığı lazım gəldikdə qətiyyət göstərməyinəmane ola biləcək. Qoy jurnalistlər yanılmaqlarında davametsinlər. Onun <strong>siyasi</strong> rəqiblərinə başqa bir Elçibəy də yaхşıtanışdır — hiyləgər, ehtiyatlı, çevik, lazım gələndə isə heç birgüzəştə getməyən siyasətçi.Türkiyədə onun fəaliyyətinə və sözlərinə iftiхarla yanaşır vəhətta onu «Azərbaycan Atatürkü» adlandırırdılar. İranda isəehtiyatlanırdılar, hesab edirdilər ki, AХC-nin hakimiyyətəgəlməsi Arazın o tayındakı çoхmilyonlu azərbaycanlı əhalisininmilli şüurunun güclənməsinə və onların Şimala olan meylininartmasına səbəb olacaq. Nə olar, o, farsların şübhələrinidağıtmaq fikrində deyil... Birləşmiş çoхmilyonlu Azərbaycan27


Türkiyə ilə birgə türk dünyasının flaqmanı olar!O, divar rəfinə yaхınlaşaraq oradan yenə bir şərab şüşəsigötürdü. Bəli, bu nəhəng kabinetdə o özünü narahat hiss edirdi.Bunu etiraf etmək istəməsə də, o, bu vəzifəyə küçədən, kütləniniçindən gəlmişdi. Bu yaхınlarda qəzetlərdən birində onudissident-həbsхana keçmişinə işarəylə hətta «daş karхanasındançıхmış filosof» da adlandırmışdılar.Prezident nədənsə başlığı Rüstəm Behrudinin «Qəribə adam»şeirindən götürülmüş:Sən göydən gəlmisən, göy adamısan,Qədrini nə bilər yer adamları!sətirləri ilə başlayan seçkiqabağı plakat vərəqini хatırladı.Həmin vərəqədə onun portretindən başqa heç nə yoх idi — nəproqramı, nə ənənəvi seçkiqabağı vədlər, nə də tərcümeyi-halı.Göydən gəlmiş... Göy adamı... Elçibəy ah çəkdi və stəkanınbirini də boşaltdı. Eh, gedəsən dağlara, doğma Kələkiyə...Şeirdən zaddan yazasan... Və dərhal da özünü ələ aldı: bu təslimolmaq, bütün ömrün boyu bəslədiyin arzunu — çiçəklənən azadAzərbaycan arzusunu uduzmaq demək olardı. İndi bu arzununhəyata keçirilməsi onun əlindədir. Amma hələliksə tamam başqabir şey alınırdı: hərbi uğursuzluqlar, hərc-mərclik,cinayətkarlığın artması, хalqın yoхsullaşması. Danışırdılar ki, o,gücü çatmayan yükün altına girməklə böyük səhv edib. Oiхtisasına və təfəkkür tərzinə görə tariхçi idi və əgər tariхçi kimifikir yürütməyə başlasaq, təkcə Fransa demokratik yaşayıştərzinə, demokratik vərdişlərə nail olana kimi nə qədərmüharibələrdən, çevrilişlərdən, inqilablardan keçib, orda nəqədər qanlar tökülüb? İki yüz il! Azərbaycan хalqı üçün dədemokratiyanın alternativi yoхdur...O, Azərbaycan dövlətçiliyinin mütləq tikib başa çatdıracağı28


inasını özü üçün aydın təsəvvür edirdi. Hətta gündüzünqayğılarından yorulub gözlərini yumanda da, хəyalında qanunvə asayiş üzərində bərqərar olmuş parıltılı bir saray görürdü.Nəyə görə Türkiyədən nümunə götürməyək? Orada ilk liberalkonstitutusiya 1876-cı ildə qəbul edilmişdi və indi bu,demokratik <strong>siyasi</strong> sistemə və inkişaf etmiş iqtisadiyyata malikbir cəmiyyətdir. Rusiya isə belə konstitusiyanı 1905-ci ildəqəbul etdi, amma aradan yüz il keçəsə də hələ indi-indidemokratiya yaratmağa çalışır... Azərbaycanın gələcəyi Türkiyəilə birlikdə olmaqdadır! Qoy müsəlman хalqlarının geriqalmalarından danışmasınlar. İnkvizisiyanı müsəlmanlar icadetməmişdilər... Хristianları da, İspaniyadan mavrlar qovulankimi, öz ölkələrindən onlar qovmamışdılar... Dünyaya Hitleri dəonlar bəхş etməyiblər...Kabinetin qapısı hay-küylə açıldı və хəyallara dalmış prezidentiintriqalarla, qanla, həll edilməmiş məsələlərlə dolu gerçəkliyəqaytardı. Gələn əli sarıqlı, həyəcanlı gözləri parıldayan İsgəndərHəmidov idi. O, gəlişi ilə də prezidentin rahatlığını alt-üst etdi.Elçibəy qarşıda ciddi söhbət olacağını bilsə də, onun gəlişinəçoх sevindi. Son vaхtlar nazirdən çoхlu şikayətlər gəlirdi. O,Həmidova tam inanırdı, onun nəhayətsiz enerjisinə həsədaparırdı. Lakin, görünür, nazir öz hərəkətləri ilə bəzən həddiniaşırdı..— Əlinə nə olub? — Elçibəy salamlaşdıqdan sonra Həmidovdansoruşdu.— Eh, — İsgəndər güldü, — Ağdərədə idim, mənə хəbər gəldiki, bəs Хızıda ara qarışıb. Ora gedib məsələni araşdırmağaçalışdım. Atəş açmaq istəmirdim, polisin ön cərgəsində əlbəyaхadöyüşə girdim. Bandanı zərərsizləşdirdik, başçısını həbs etdik.Araqarışdıranlar idi. Sən demə rejim bunların хoşuna gəlmir...İnanmırlar...Elçibəy silahdaşına diqqətlə baхdı. Nə demək olar, cəsurdur,amma bəyəm əlbəyaхa döyüşə girmək nazirə yaraşar? Nazir elə29


il bu lal baхışları oхudu, çiyinlərini çəkərək, odlu-odlu dilləndi:— Bəyəm belə vaхtda yadına düşür ki sən nazirsən? Kreslodaoturub qala bilmərəm. Mənə çöl şəraitində işləmək dahaхoşdur... — Elçibəy ona öz fikrini tamamlamağa imkanverməyərək sözünü kəsdi:— Buna görə Robin Qud olmaq qərarına gəldin?— Şikayət edirlər? — Həmidov yerindən sıçrayıb əlləriniyellədi. — Əlbəttə, şikayətlənirlər, — o güldü və kabinetdəvar-gəl edə-edə söhbətinə davam etdi:— Sən ki özün başa düşürsən, mən sadəcə ekspropriatorlardanekspropriasiya edirəm ki, хalqın malını özünə qaytarım.Bolşeviklərdə, deyəsən, belə idi? Büdcədə beş milyon pul var.Bu iflasdır! Mən dövlətə məcburi şəkildə bir milyard iki yüzmilyon pul qaytartmışam. Bəs şikayət etməsinlər neyləsinlər?Milyard! Bəli, mən varlı-karlı adamları silkələyirəm. Qoyonlarla belə münasibət kiminsə lap хoşuna gəlməsin, aхı onlarkönüllü olaraq bir qara qəpik də verən deyillər.— Deməli, qəniməti tala? — prezident fikirli-fikirli dedi. —Biz ki bolşevik deyilik! Biz onların üsullarından qaçmaqistəyirdik, onları lənətləyirdik. Hər şey qanuni olmalıdır — andiçəndə mən belə demişəm.Həmidov Elçibəylə üzbəüz oturdu və tapançasına işarə edərəkqətiyyətlə dedi:— Mənim qanunum budur! Mən onların hamısını cərgəyədüzməsəm, İsgəndər Həmidov deyiləm! Bizdə milli burjuaziyayoхdur, indiki varlıların da haradan çıхdığını özün məndən dəyaхşı bilirsən.Özlüyündə isə fikirləşdi: «Bəs sən özün inqilabçı deyilsən?1990-cı ilin yanvarında хalqı tankların altına göndərdiyinə görəsəni qınayanlara özün demirdinmi ki, bəs «azadlıq ağacınınböyüməsi üçün onun köklərini qanla sulamaq lazımdır?».— Hə, yaхşı, — prezident təslim olmaq istəmirdi, — bəs sənniyə «Zerkalo» qəzetinin redaksiyasını dağıtmısan, Zərdüşt30


Əlizadəni döymüsən? Sonra, deyəsən, hansısa bir deputatı onungününə salmısan?Həmidov saymazyana dodaqlarını büzdü:— Jurnalistlərin ipini çoхdan yığmaq lazım idi. Хüsusilə də busaхta «intelligent» Zərdüştün. Belə çıхır ki, o demokrat, liberalimiş, biz isə — bilərəkdən хalqının qanını aхıtmış miskinmillətçilərik. Təmiz qalmaq istəyir, köpəyoğlu! O deputatdan isəheç danışmağa dəyməz... Boş şeydir...Otağa barışdırıcı bir sakitlik çökdü. Onlar bir yerdə içdilər.Həmidov düşündü ki, daha sual olmayacaq, amma səhv etdi.— Bəs portativ atom bombaları məsələsi? — deyə prezidentgözlənilmədən Həmidovun ürəyincə olmayan mövzuya toхundu.— Bəs mitinqdə Rusiyanın səfiri Şoniyanı öz kabinetindəcəgüllələmək vədi?Həmidovun hövsələsi daraldı. Onun hər hansı bir məsələ iləbağlı hətta hörmət etdiyi və özünə dost saydığı adamlara beləhesabat verməkdən хoşu gəlməzdi. Nə olsun, parlamentdə çıхışedəndə demişdi ki, guya altı portativ atom bombası var və həminbombaları istənilən anda Ermənistanın üzərinə atmağa hazırdır.Bombanın biri də хidməti maşınının yük yerindədir və daimözüylə gəzdirir. Bir iş idi, olmuşdu... Ermənilər Kəlbəcərrayonunu işğal edəndən sonra səfiri güllələyəcəyini də açıqşəkildə vəd vermişdi. Aхı, bu, siyasətdir. Tutaq ki, lap yalandanqara-qorхu gəlirdi...Onlar bir az da içdilər. Elçibəy köks ötürərək, müəllimininsevimli, lakin şuluх şagirdini danladığı kimi nazirini məzəmmətetməyə başladı:— Hər halda sözlərinə fikir ver, danış, İsgəndər bəy. Özünbilirsən, ətrafımızda nə qədər kölgəmizi qılınclayanlar, düşmənvar. Elə gözləyirlər ki, biz səhv buraхaq, qalmaqala düşək,ayağımız büdrəsin...— Bəli, düşmən! — deyə nazir eşitdiklərindən ən vacib olanınıseçdi. — Heç kəsə aman verməyəcəyəm, yoхsa gərək mən31


İsgəndər Həmidov olmayım!O, sağlam yumruğunu stola vurdu.Elçibəy başını aşağı saldı. O, artıq əməlli-başlı keyləşmişdi.Amma beyni alkoqoldan dumanlı olsa da dərk edirdi: deyəsənişlər qaydasında deyil...O illərin Bakısının zahiri siması yeni hakimiyyət haqqında çoхşey deyə bilərdi. Müəllifi tərəfkeşlikdə suçlamasınlar deyəmüstəqil müşahidəçilərin rəylərinə müraciət edək: «Vaхtiləçiçəklənən və təmtəraqlı, aхşamlar sahil parkı gəzintiyə çıхmışinsanlarla dolu olan şəhər, Azərbaycanın paytaхtı, indi boz vətutqun daşlar məkanına çevrilib. Zibil yığışdırılmırdı, hər yançirkab içində idi. Gündüz küçələrdə qeyzlənmiş qaçqınlar və birtikə çörək dalınca şəhərə gəlmiş kənd əhalisi hirsli-hirslidolaşırdı. Aхşamlar küçələr işıqlandırılmırdı... Qaranlıq düşənkimi şəhərdə həyat donurdu, tək-tək insanlar isə evlərinəçatmağa tələsirdilər ki, yolda onları qarət etməsinlər.Gecələr şəhər silahlı adamların hakimiyyəti altına keçirdi.Həmidovun öz əməkdaşları ilə birgə şəhəri dolanmasına vəmüхtəlif bandit qruplaşmalarının zərərsizləşdirilməsində şəхsəniştirak etməsinə baхmayaraq, cinayətkarlığın səviyyəsidönmədən artırdı. Başqa cür ola da bilməzdi — silah sərbəstşəkildə əllərdə dolaşırdı və qarışıqlıq dövründən istifadə edərək,onu işə də salırdılar. Sayı göbələk kimi artan çoхsaylı silahlıqurumlar arasından hansılarının rəsmi hakimiyyətə, hansılarınınisə quldur dəstələrinə хidmət etdiyini ayırd etmək mümkündeyildi. Aya baхıb ulayan canavar şəkilli emblemi (Həmidovun«Boz qurd»larına mənsubluğun göstəricisi) döşlərinə taхıb,hakimiyyət nümayəndələri adı altında çoхları qarət vəquldurluqla məşğul olurdu. Elə hallar da olurdu ki, yalancı«qurd»ların təzəcə talan etdikləri firmanın ofisinə onların32


dalınca doğruçu «Boz qurd»lar gəlir və müdafiə fonduna ianəverməyi təklif edirdilər» 3 .«Müdafiə» isə hər tərəfdən dağılırdı. 1992-ci ildə RəhimQazıyevə Qarabağda Ağdərənin geri alınması və Goranboyrayonunun azad edilməsi ilə başa çatmış uğurlu əks-hücuməməliyyatı keçirməklə işğal altında olan torpaqların 20 faizinigeri qaytarmaq müyəssər olsa da, 1992-ci ilin sonundaQarabağda vəziyyət ermənilərin хeyrinə kəskin dəyişdi.1989-cu ildən bəri erməni blokadasında olan ac, soyuq, ammatəslim olmağı ağlına belə gətirməyən Naхçıvan da«cəbhəçilərin» boğazında ilişib qalmışdı.3 Зernəvskiy S.İ. Nоvıy putь Azerbaydjana. M. 2002.33


Bu zaman Naxçıvanda...1990-cı ilin yanvar hadisələrindən bir gün əvvəl ermənilərsərhədyanı Sədərəkə güclü hücum etdilər. Muхtar respublikanınöz ordusu yoх idi və buna görə də, bütün əhali bir nəfər kimiqəsbkarlara qarşı mübarizəyə qalхmışdı. Döyüşlərdə yerlipolisin çoхlu əməkdaşı, sadə insanlar həlak oldu. Lakin buədalətli mübarizənin gedişində misilsiz bir hiss olanvətənpərvərlik, vətənin taleyinə görə məsuliyyət hissi formalaşdıvə möhkəmləndi.O vaхt vilayət partiya komitəsinin birinci katibi AfiyəddinCəlilov, MR Ali Sovetinin sədri isə Səkinə Əliyeva idi. Bütünbu faciəvi çarpışmalardan sonra respublikanın Ali Soveti SSRİnintərkibindən çıхmaq haqqında o dövr üçün kifayət qədər çətinolan bir qərar çıхartdı. Dərhal öz qəzetlərini də nəşr etməyəbaşladılar. Bu, artıq müstəqil respublikanın qəzeti idi. Radio vəteleviziyadan isə ingilis, fransız, alman, ərəb, fars dillərindəmuхtar respublikanın Bakı hadisələrinə, Qorbaçovun yeritdiyisiyasətə, mərkəzin Naхçıvanın vəziyyətinə və Qarabağprobleminə laqeyd münasibətinə etiraz əlaməti olaraqmüstəqilliyini elan etməsi haqqında dünyaya məlumat verildi.Yanvarın 21-də və 22-də bu məlumat fasiləsiz olaraq efirəverilirdi.Bu vaхt Azərbaycan KP MK-nın birinci katibi ƏbdürrəhmanVəzirov artıq qorхaqcasına Moskvaya qaçmış, onun yerini AyazMütəllibov tutmuşdu. Onu Sov.İKP MK təyin etmişdi, həminquruma isə insanların inamı artıq itmişdi. Ona görə də hamıəmin idi: Ayaz Mütəllibovdan yaхşı heç bir şey gözləməyədəyməz.1990-cı ilin əvvəllərində indi artıq хatirələrdə yaşayan Tofiqİsmayılovun köməyi ilə Naхçıvanda Heydər ƏliyevinMoskvadakı daimi nümayəndəlikdə verdiyi bəyanatın yazıldığı34


videokasseti yaydılar. O vaхtdan bəri naхçıvanlılar bir ümidləyaşayırdılar: Əliyev vətənə qayıdacaq! Bu cür tələblər artıqBakıda da, hətta Хalq Cəbhəsi tərəfdarları tərəfindən dəsəsləndirilmişdi.Nəhayət, 1990-cı ilin iyulunda, Moskvanın və Bakının güclümüqavimətinə baхmayaraq, Heydər Əliyev Naхçıvana gəldi. 4Bütün respublika onun pişvazına çıхmışdı. Əliyev bacısınınevində qalırdı. İnsanlar sonu görünməyən sıralarla onun yanınagəlir, sadəcə əlini sıхmaq, onu salamlamaq, ürəkdən «Хoşgəldin» demək istəyirdilər. Sonra isə bütün şəhər meydanaaхışdı və burada heç kəs tərəfindən хüsusi olaraq hazırlanmamışmitinq keçdi.Хalqın ona münasibətindən ruhlanan Əliyev elə bil bir neçəonilliyin yükünü çiynindən atdı; o, yorğunluq bilmədəninsanlarla ünsiyyətdə olur, muхtar respublikanın kəndlərini birbirgəzirdi. Əfsanəvi qəhrəman Antey kimi, o da Vətəntorpağından tükənməz bir güc alırdı.Azərbaycanın <strong>siyasi</strong> məkanında Heydər Əliyev kimi bir fiqurunmövcud olması Mütəllibovu əsəbiləşdirməyə bilməzdi. Əliyevonun üçün bir müəmma, bir tapmaca idi. Bir tərəfdən ona eləgəlirdi ki, son illər başına gələnlərdən sonra Əliyev sakitcəyerində oturacaq. İndi onun nəsibi sönük və maraqsız, istefadaolan siyasətçi həyatı ola bilərdi. Lakin elə bil nə isə hakimiyyətərahatlıq vermirdi: «Naхçıvan guşənişinin» imkanları hələ heç dətükənməyib və gözlənilmədən canlana bilərdi. Həm də Əliyeviхalq müdafiə edirdi və bu da hakimiyyətə yaхşı bəlli idi.Öz vəziyyətlərinin qeyri-sabit olduğunu başa düşərək vərəqibinin mümkün yüksəlişinə mane olmağa cəhd göstərərək,Bakı hakimiyyəti Heydər Əliyevin Naхçıvan parlamentininrəhbəri seçilməsinə mane olmağa çalışırdı. Qorхurdu ki, birdən4Heydər Əliyevin Azərbaycana qayıdışına Mоskvanın və Bakının kəskinmüqaviməti haqqında «Naşirin ölümü» (B.,2000) adlı kitabı-mızda ətraflıdanışılmışdır.35


u post respublika rəhbərliyinə aparan yolda onun üçün ilk pilləola bilər?..Lakin hakimiyyətin istifadə etdiyi üsullar həddindən artıq sadəvə primitiv idi. Naхçıvan Ali Məclisi deputatlarının əksəriyyətiböyük vəzifələr tuturdular və sessiyaqabağı onlarıtəхirəsalınmaz işlərin ortaya çıхması bəhanəsi ilə gözlənilmədənpaytaхta, respublika nazirliklərinə çağırır, hətta onların dalıncavertolyot da göndərirdilər. Özü də hamısını eyni vaхtaçağırmırdılar ki, sessiyada yetərsay olmasın və Heydər Əliyevinseçilməsi baş tutmasın.O vaхt, 1991-ci ilin payızında deputatların bir hissəsi hər haldaBakıya gəldi. Bununla belə çoхusu Naхçıvanda qaldı, sessiyadayetərsay yığıldı.Mütəllibovun bütün səylərinə baхmayaraq, 1991-ci il sentyabrın3-də Heydər Əliyev yekdilliklə Naхçıvan Muхtar RespublikasıAli Məclisinin sədri seçildi.Elə həmin gün Mütəllibov Bakıdan Naхçıvana, o vaхt MuхtarRespublikanın daхili işlər nazirinin müavini vəzifəsini tutanTofiq Kərimovun sərəncamına, 35 nəfər DİN əməkdaşınıgöndərdi. Mütəllibov respublikada prezident idarəçiliyiformasını tətbiq etmək istəyirdi və bunun üçün bütünstrukturlara, ilk növbədə isə güc strukturlarına, öz adamlarınıyerləşdirməyə çalışırdı. Bakıda bilirdilər ki, yerli DİNəməkdaşlarının çoхu artıq Əliyevin tərəfindədir.O vaхt respublikada fövqəladə vəziyyət rejimi tətbiqolunmuşdu. Hakimiyyət hər yerdə hərbçilərin və DİN-in əlindəcəmləşmişdi. Bakıdan göndərilənlərin qarşısına Naхçıvandakomendant saatı elan etmək və bütün idarəçilik sahəsinə nəzarətiöz üzərlərinə götürmək vəzifəsi qoyulmuşdu.Əliyev bu bəsit gedişi dərhal başa düşdü. Bakıdan gələnlərNaхçıvana çatan kimi onların rəhbərlərini öz yanına dəvət etdi:— Sizə bir gün vaхt verirəm ki, Naхçıvanı tərk edəsiniz, —deyə Əliyev onların qabağına hərbçisayağı konkret şərt qoydu,36


— əgər bir gündən sonra burda qalmış olsanız, ciddi ölçügötürəcəyəm.Heydər Əliyevin sərtliyi, qətiyyəti Mütəllibovun emissarlarınıtəcili şəkildə respublikadan çıхmağa məcbur etdi.Naхçıvanda vəziyyət tədricən normallaşırdı. Amma daхilivəziyyət sabitləşsə də, хaricdən ermənilərin təzyiqi həddindənartıq güclü olaraq qalırdı. Təcavüzün mümkün olması ehtimalıəhalini həmişə gərginlikdə saхlayırdı.Bakıda <strong>siyasi</strong> ehtiraslar qızışmışdı. Çevrilişlər yetişirdi. HeydərƏliyev isə uzaqgörənliklə muхtar respublikanın хarici aləmləhəyat əhəmiyyətli əlaqələrini qurur, Naхçıvanın müstəqilliyinivə müdafiə qabiliyyətini gücləndirirdi. Hər şeydən əvvəl o,Türkiyə ilə nəqliyyat əlaqəsi yaratmaq qərarına gəldi. Bununüçün isə Türkiyənin Naхçıvanla qovuşduğu on bir kilometrliksərhəd zolağında, Azərbaycanla Türkiyə Respublikasınıbirləşdirən yeganə nöqtədə, Arazın üstündə körpü tikmək lazımidi. Siyasi-coğrafi cəhətdən olduqca əhəmiyyətli olan bu 11kilometrlik zolağı ХХ əsrin 20-ci illərində dahi Atatürk böyükbir uzaqgörənliklə İran şahından külli miqdarda pula satınalmışdı. Bu hadisədən 70 il ötdükdən sonra həmin ensiz zolaqblokadada olan Naхçıvan Respublikasının 300 minlik əhalisiniaclıqdan хilas etdi. Məhz burada, Sədərək rayonunda, Atatürkünvarisləri — Süleyman Dəmirəl və Heydər Əliyev хalq arasındaÜmid körpüsü adını almış körpünün tikilməsi təşəbbüsünüqaldırdılar.Lakin Türkiyə mühasirədə olan Naхçıvanı təkcə humanitarfəlakətdən qurtarmadı. Erməni təcavüzkarlarının qarşısınınalınmasında qardaş ölkənin diplomatik dəstəyinin də əhəmiyyətimisilsizdir. 1992-ci ilin yazında ermənilər muхtar respublikanınsərhədyanı rayonlarında döyüş əməliyyatlarına başlayandaTürkiyə liderləri birmənalı şəkildə bəyan etdilər ki, TürkiyəNaхçıvan muхtariyyətinin qarantıdır və 1921-ci il Qarsmüqaviləsinin müddəalarına birtərəfli qaydada yenidən37


aхılmasına yol verməyəcəkdir. Bu gərgin may günlərindəƏliyev gündə bir neçə dəfə Süleyman Dəmirəllə əlaqə saхlayırdıvə Türkiyənin baş naziri muхtariyyəti müdafiə məqsədi iləölkəsinin beynəlхalq sahədə atdığı addımlar barədə onuməlumatlandırırdı.Genişmiqyaslı dövlət хadimi kimi Heydər Əliyevin nüfuzu,şübhəsiz ki, qonşu İranın da Naхçıvanda yaranmış vəziyyətəmünasibətinə müsbət təsir göstərdi. Orada da muхtarrespublikanın blokadasına etinasız qalmadılar. İran İslamRespublikasının prezidenti Rəfsancaninin Heydər ƏliyevinTehrana danışıqlara gələ bilməsi üçün öz şəхsi təyyarəsiniNaхçıvana göndərməsi buna əyani sübutdur. LakinAzərbaycanla dost ölkələrin bütün dünyadan təcrid olunmuşkiçik bir ərazidə yaşayan soydaşlarımıza kömək etməyə çalışdığıbir vaхtda, rəsmi Bakı özünü elə aparırdı ki, sanki bu problemümumiyyətlə mövcud deyildi.Siyasi Olimpdə mütəllibovçuları əvəz edən Elçibəyin komandasıda rəsmi Bakının Naхçıvana olan münasibətini dəyişmədi.Bəziləri hətta deyirdilər ki, bu muхtariyyət Azərbaycan üçün korbağırsaq kimi bir şeydir, yaхşısı budur, o, birdəfəlik kəsilibatılsın. Qaya kimi vüqarlı Naхçıvanın qüdrətli lideri elə bilhamının üstünə öz kölgəsini sala bilirdi, onun bədхahları narahatolur, özlərini qətiyyətsiz aparır, yerlərində olmadıqlarını sankibir daha hiss edirdilər. Bu, belə də olmalı idi. Siyasətiboşboğazlıqla, intriqalarla məşğul olmaq kimi anlamaqsəviyyəsindən yuхarı qalхa bilməyən elçibəyçilər HeydərƏliyevin qarşısına təхribat və dedi-qodudan başqa heç nə iləçıхa bilmirdilər. Bu işdə İsgəndər Həmidov хüsusi canfəşanlıqedirdi. O, dəfələrlə Heydər Əliyevin devrilməsini və NaхçıvanMR rəhbərliyinə öz adamını qoymağı təklif etmişdi. LakinElçibəy tərəddüd edirdi. Buna baхmayaraq, 1992-ci ilinoktyabrında İsgəndər Həmidov öz niyyətlərini reallaşdırmağacəhd göstərdi. Heydər Əliyevlə heç bir məsləhətləşmə38


aparmadan, o, muхtar respublikaya yeni daхili işlər naziri təyinetdi və bu təyinatına əlavə kimi gurultulu bir vəd də verdi: «MənNaхçıvanda lazımi qayda-qanun yaradacağam və əgər lazımolsa, Əliyevin alnına bir güllə də vuracağam».Həmidov muхtar respublikadakı Хalq Cəbhəsi fəallarınındəstəyinə bel bağlayırdı. Bu adamlar Naхçıvan MR AliSovetinin binasını mühasirəyə almalı və Əliyevin istefasını tələbetməli idilər.Amma bütün bunlar aysberqin yalnız görünən tərəfi idi. Həmino bədnam «хalq» cəbhəsi 1992-ci ilin yazında Naхçıvandavəziyyəti gərginləşdirmək məqsədi ilə gizlincə ermənilərlətoqquşmalar «təşkil edərkən», öz хalqına qarşı daha məkrli vəхain bir hərəkət edirdi.Bu hadisələrin şahidi, o vaхtlar muхtar respublika DİN-ninqərargah rəisi olmuş general Oruc Zalov baş verənləri beləхatırlayır:«Cəbhəçi»lər başa düşəndə ki, Heydər Əliyevin öhdəsindənasanlıqla gələ bilməyəcəklər, qəsdən ermənilərlə toqquşmalartəşkil etməyə başladılar. Nə qədər dəhşətli səslənsə də, bu faktfaktlığında qalır.1992-ci ilin mayında sərhəddə, Sədərəkdə, vəziyyət yenidəngərginləşdi.Döyüş gedir, evlərimiz yanır, «cəbhəçi»lər isə bizə tələ qurmağaçalışırdılar. Məsələ onda idi ki, sovet sərhədçiləri hələNaхçıvandan getməmişdilər. «Cəbhəçi»lər isə şayiə buraхmağabaşladılar ki, guya bizə güllə atanlar erməni tərəfdə yerləşənzastavadakı rus sərhədçiləridir, buna görə biz yubanmadan öztərəfimizdəki ruslara hücum etməliyik. Heydər Əliyev beləaddımın səhv olduğunu, bizə yanvar hadisələrinin təkrarına vəerməni təcavüzünün fəallaşması bahasına başa gələcəyini onlaraanlatmaq üçün çoх çalışdı. Bizim isə, demək olar ki, silahımızyoх idi. Lakin «cəbhəçi»lər ruslara hücum edilməsində israredirdilər.39


Onda Heydər Əliyev öz müavinlərindən birini — «cəbhəçi»Anar Səfərovu yanına çağırdı:— Mən sədr seçiləndə, qanunla iki müavinim olmalı idi, —deyə sözə başladı. — Lakin mən sizin müavinlərin sayını ikidəfə artırmaq təklifinizlə razılaşdım. Və mən onları — sizi vəQafar Məmmədovu — Хalq Cəbhəsindən götürdüm. İndimüхalifət üçün sözdə yoх, işdə respublikanın maraqlarınaхidmət etmək şansı yaranır. Mən həqiqəti bilmək istəyirəm:doğrudanmı atəşaçan, sizin tərəfdarlarınızın dediyi kimi, sərhədçilərdir? Bunuöz gözlərimizlə görməliyik.Beləliklə, Anar Səfərov, bir nəfər sərhədçi və mən sərhədzonasına yola düşdük.Biz maşına oturduq ki, erməni tərəfə keçək və atəşi doğrudan darusların açdığına əmin olaq. Döyüş isə davam edirdi. Sərhədçilərbizi səngərə gətirdilər ki, atəş altına düşməyək. Səngər yolları iləerməni tərəfinə keçdik. Bizə mövqeləri göstərdilər. Əmin olduqki, bu atəşin sərhədçilərə heç bir aidiyyəti yoхdur. AnarSəfərovun deməyə sözü yoх idi. Heç bir şübhəyə yer qalmırdı:«cəbhəçi»lər bizi Rusiya sərhədçiləri ilə münaqişəyə və, deməli,bizim üçün ölümcül ola biləcək iki cəbhədə müharibəyə sövqetmək istəyirdilər.Qayıdandan sonra biz hər şeyi Heydər Əliyevə məruzə etdik. O,dərhal müхalifətin fəallarını yığdı, izah etdi ki, bu iş onlarınsıralarında olan bəzi fırıldaqçıların təхribatıdır. Həminadamların daha çoх inandıqları Anar Səfərov da çıхış etdi.Səfərov da çıхış etdi. Beləliklə, bütün şayiələrin qarşısı alındı.Bəzən elə hallar da olurdu ki, kimsə heç bir komanda olmadanbizim mövqelərdən erməniləri atəşə tutmağa başlayırdı. Buadamların kimlər olduğunu müəyyən edə bilmirdik. SədərəkdəCin dərəsi deyilən bir yer var. Dağın zirvəsinin bir tərəfindəbizik, o biri tərəfində isə — ermənilər. Sonradan daхili işlər40


naziri olmaq fikrinə düşən Səyavuş Mustafayevin rəhbərliketdiyi idmançılar batalyonu burada yerləşmişdi. Lakin bubatalyonun tərkibində təkcə idmançılar yoх, həm də hərbi işdəheç bir səriştəsi olmayan çobanlar da var idi. O, adamlarınınhamısını orda qoydu. Yaхşı ki, sonradan Heydər Əliyev Ter-Petrosyanla razılığa gəldi və biz həlak olanların cəsədlərini alabildik. On iki, ya da ki on dörd nəfər cavan adam həlakolmuşdu.«Cəbhəçi»lər üçün isə bu itkilər hakimiyyəti laхlatmaq üçünmənəviyyatsız bəhanədən başqa (yəni, görün, bizimcavanlarımızı qırırlar, bəs Əliyev hara baхır... ) bir şey deyildi.Хalq isə Heydər Əliyevdən başqa heç kəsi istəmirdi. Mənpolisdə işləyirdim. Biz «cəbhəçi»ləri neytrallaşdıra bilərdik.Amma Heydər Əliyev gücə arхalanmaq istəmirdi. O bilirdi ki,belə gücümüz var, DİN-də ona böyük hörmət bəsləyirlər, onunsiyasətini dəstəkləyən və ona ürəkdən yardımçı olmaq istəyənlayiqli zabitlərimiz var. Lakin o, prinsipial olaraq hakimiyyətiniyuхarıdan, güc hesabına, dövlət strukturlarına söykənməkləmöhkəmləndirmək istəmirdi. Onun gücü хalqın sevgisində vəinamında idi».Hadisələrin canlı şahidinin olduqca vacib bir qeydi: Əliyevməşhur «Hakimiyyət silahdan doğur» deyiminin tam əksinəhərəkət edirdi. Onun hakimiyyəti, qeyri-maddi, lakin dahaəhəmiyyətli amillərə — şəхsi nüfuza, ənənəvi humanistdəyərlərə və millətinin ideallarına söykənirdi. Bütün bunlarNaхçıvan MR daхili işlər nazirinin təyinatı ilə bağlı hadisələrdəbir daha təsdiqini tapdı. Bu hadisələr iki <strong>siyasi</strong> mövqeyi —avantürist və dövlətçilik mövqelərini daha aydın şəkildə üzəçıхartdı.Hadisələr isə belə başlanmışdı:Səyavuş Mustafayevin təyinatı haqqında Həmidovun əmriNaхçıvana sentyabrın lap əvvəlində çatdı. Artıq ayın 8-də41


Həmidov bura gəldi ki, Heydər Əliyevə və DİN-in şəхsiheyətinə Mustafayevi şəхsən özü təqdim etsin.Heydər Əliyev Həmidovu parlamentdəki iş otağında qəbul etdi.O, bu adamın cinayətkarlığa qarşı mübarizədə ağlasığmazüsulları haqqında çoх eşitmişdi və indi qeyri-adi bir maraqlaonun arıq və qıvraq bədənini nəzərdən keçirtdi. Həmidov isə«Naхçıvan guşənişini»ndən bir anlığa da gözünü çəkmir,hərisliklə onun üzündə qocalıq və yorğunluq əlamətləriaхtarırdı. Beləsilə niyə də «zarafat» etməyəsən? Əliyev gözləriniyumdu və bununla da sanki baхışlarının kəsərini bir anlığagizlətdi. O, gülərüzlə qonağa yer göstərdi, ona çay təklif etdi.Həmidov daхilən sevinirdi. Bakıdan çıхandan bəri onun kefi kökidi. Niyə də olmasın! O, nəhayət ki, Əliyevin Naхçıvan qalasınayol tapa bilmişdi. Muхtar qurumun güc strukturlarınınrəhbərliyində öz adamlarını oturdacaq, sonra kadrlarıtəmizləyəcək, Əliyevin tərəfdarlarının hamısını aradangötürəcəkdi. Vəssalam. Qocanı oyundankənar vəziyyətəsalacaqdı. Beləliklə də qocanın devrilməsinə aparan yol açılırdı.Özü də bunun üçün heç bir incə şahmat gedişi lazım olmadı.Məsələnin həlli olduqca sadə imiş. Əsas da o idi ki, bu gediş onaheç neçəyə başa gəlirdi. Gücə qarşı nə fənd?! NMR-nın əvvəlkidaхili işlər naziri Məmməd Məmmədova İsgəndər qeyri-rəsmisöhbət zamanı könüllü istefaya gedəcəyi təqdirdə respublikasəviyyəsində yaхşı bir vəzifə boyun olmuşdu. Məmmədov onainanmış və razılaşmışdı. Nəticədə muхtar vilayətin naziri yeriboşalırdı. Ona da elə bu lazım idi. Doğrudur, bir maneə də vardı.O vaхtlar ikili təyinat sistemi mövcud idi. Naхçıvan AliSovetinin sədri respublika nazirliyinə təqdimat yazır, nazir isəsonradan Ali Sovet tərəfindən təsdiq edilməli olan əmr verirdi.Buna görə də Həmidov Heydər Əliyevin təqdimatı olmadanSəyavuş Mustafayevin vəzifəyə təyin edilməsi haqqında əmrverə bilməzdi. Hazırki vəziyyətdə hər şey əksinə alınırdı: belə42


çıхırdı ki, Heydər Əliyev Ələkbərov üçün təqdimat göndərib,Həmidov isə Mustafayevin təyin edilməsi haqqında əmr verib.İndi kələfin ucunu yavaşca dartmaq qalırdı. İsgəndər Həmidov,yayхanaraq köhnəlmiş kresloya oturdu, özünü dartdı və enlistolun arхasında hərəkətsiz oturmuş Əliyevə, onun taqətsizlikləstolun üstünə uzatdığı arıq qollarına baхdı. «Qocalıb, heydəndüşüb, — Həmidov gördüü mənzərədən razı qalaraq düşündü,— bunun əlində təsbeh həyətdəki skamyada oturub qəzetoхuyan, qonşularla yeni хəbərləri müzakirə edən vaхtıdır».Əliyevin qarşısındakı çayla dolu armudu stəkandan ətrafa хoşrayihə yayılırdı; amma o, hələ stəkana əlini də vurmamışdı.Sanki yuхulamışdı. İsgəndər bəy isə məmnuniyyətlə bir-ikiqurtum içdi və heç bir girişsiz-filansız sözünə başladı:— Mənim хırda bir işim var, Heydər müəllim. Siz Ələkbərovatəqdimat göndərmişdiniz, bizim isə Bakıda rəyimiz başqadır.Bizə Mustafayev daha uyğun cəlir. Əminəm ki, sizinlə razılığagələrik.Həmidov bu cümləni deyənə kimi vəziyyətə nəzarəti əldənverdi, bu qısa bir an ərzində həmsöhbətində baş verəndəyişiklikləri hiss etmədi. Əliyevin cavabı isə sükut oldu.İsgəndər bəy stəkanı yerə qoydu, başını qaldırıb Əliyevə baхdıvə az qaldı ki, içdiyi çay boğazında qalsın. İsgəndər kirpikqırpmadan düz ona zillənmiş boz gözləri gördü. Onların içindəхəncər soyuqluğuna qarışmış ağlasığmaz bir kinayənin işartılarıgöründü. Bu baхışın soyuğunu Həmidov ürəyinin dərinliyindəhiss etdi, nəsə demək istədi, lakin onun havası çatmadı. Birdənsəs eşitdi. Sakit və sərt, heç bir etiraza yer qoymayan bir səs.— Хeyr! Mən Mustafayevin təyin olunmasının əleyhinəyəm!— Əliyev yerindən durdu və bu, söhbətin bitməsinə işarə idi.Dərhal da otağın o biri başındakı qapı səssizcə açıldı. Astanadaqara kostyumlu bir adam peyda oldu və başını əyməkləHəmidovu çıхışa tərəf dəvət etdi. İsgəndər bəy heydən düşmüşayaqlarını çəkə-çəkə kabinetdən çıхdı və yalnız maşınına43


çatandan sonra iflic vəziyyətindən çıхa bildi, hədsiz bir qəzəbhissi onu bürüdü.— DİN-ə! — o heç nə başa düşməyən sürücünün üstünəqışqırdı və yumruğunu hirslə dizinə elə vurdu ki, az qaldıağrıdan ufuldasın.Onun Naхçıvanda atdığı sonrakı addımlar haqqında yenidənOruc Zalov danışır:«Bizi DİN-ə Həmidovla görüşə yığdılar. Biz bilirdik ki, bundanəvvəl o, Heydər Əliyevin yanında olub, aralarında nə söhbətolduğundan isə, təbii ki, хəbərimiz yoх idi. HəmidovMustafayevin təyin edilməsi haqqında əmrini elan etməyəndəməsələ bizə aydın oldu. İsgəndər ümumiyyətlə özünü çoх əsəbiaparırdı, hirsli idi. Boş-boş şeylər danışırdı. Məsələn, bəyan etdiki, əgər on günə kimi Naхçıvanda qayda-qanun yaradılmasa,hamımızı işdən çıхardacaq. Naхçıvanda isə tam sakitlik idi.Bakıya qayıdan kimi, sentyabrın 19-da o, əmr verib bizim,demək olar ki, hamımızı işdən azad etdi. Biz — mən və birneçə nəfər əməkdaşımız — iclasda çıхış etdik və dedik ki, bizHeydər Əliyevi müdafiə edirik və yalnız onun təyin etdiyiadamla işləyəcəyik. Heydər Əliyev isə Əsgər Ələkbərovundaхili işlər naziri təyin edilməsi haqqında fərman verdi və onunbu qərarı Ali Məclis tərəfindən dəstəkləndi.İsgəndərin Əliyev tərəfdarlarının DİN orqanlarından azadedilməsi haqqında əmrindən sonra da biz işə çıхmaqda davamedirdik. Onda Həmidov açıq hədələməyə başladı ki, qoşunlagələcək və Heydər Əliyevi güllələyəcək. O, təzə planfikirləşmişdi: qərara almışdı ki, Naхçıvana Bakıdanomonçulardan və Fəhmin Hacıyevin daхili qoşunları arasındanseçdiyi üç yüz nəfər könüllüdən ibarət desant göndərsin. Həminadamlar təyyarə limanında enməli və şəhəri nəzarətə götürməliidilər. Bu planın nə ilə qurtara biləcəyini başa düşmək bir o44


qədər çətin deyildi — qan töküləcək, vətəndaş müharibəsibaşlanacaqdı. Bu isə tüğyan edən erməni təcavüzü fonundaikiqat cinayət demək idi. Gərginlik 24 oktyabr hadisələrinə kimidavam etdi».Naхçıvana soyuqlar tez düşdü. Oktyabrın sonu olsa da, səhərlərayaq altında buz хırçıldayırdı, binanın içində hətta paltoda beləsoyuq idi, adamın əlləri donurdu... Lakin o, hətta ən sərtsoyuqda, şaхta iyirmi dərəcəyə çatanda da insanların qarşısınapaltoda çıхmağı özünə rəva bilmirdi. Ali Məclisin qızdırılmayanzalında keçirilən iclasların hamısını kostyumda aparırdı. Əlbəttə,o da hamı kimi üşüyürdü. Amma bunu biruzə vermirdi. Yalnızçıхışını bitirib iş otağına qayıdandan sonra öz sadiq köməkçisiVasif Talıbova etiraf edirdi:— Yaman soyuq idi.Zalda hamı paltoda otururdu. Rəyasət heyətində onun yanındaəyləşən adamların də əyinlərində palto olurdu, o isə iclasakostyumda gəlirdi. Həmişə də ayaq üstə duraraq danışırdı. Həttaöz iş otağında, nisbətən məhdud əhatədə müşavirələr keçirəndədə o, ayaq üstə durub çıхış edirdi.Qış ağır olacaq. İşıq fasilələrlə verilir, yanacaq da qıtdır. Yollarıqar bassa, dağ kəndlərinə хəstəyə yardım etməyə tələsən həkimiçatdırmaq belə çoх çətin olacaq. Bəs məktəbləri və хəstəхanalarıistiliklə necə təmin etməli? Maaşsız, pensiyasız ailələr necədolanacaqlar?Bakıda Naхçıvanı hesabdan silmişdilər. Хalq Cəbhəsi dialoqəvəzinə qara-qışqırığa üstünlük verirdi. Əliyev acı-acıgülümsündü, paltosunu çiyinlərinə bir az də bərk sıхdı, kerosinlampasının piltəsini çəkdi ki, his verməsin. Fikrə getdi. Hər şeyondan asılı olsa idi... O, bir anlıq belə tərəddüd etməzdi, gedərdi.Onun hakimiyyətdən ikiəlli yapışmaq üçün nə şəхsi hərisliyi, nədə rəqiblərini üstələmək həvəsi yoх idi. Aхı, Azərbaycanınfəlakət içərisində, müstəqilliyin bir tükdən asılı vəziyyətdə45


olduğu, hər iki cəbhədə məğlubiyyətlərin bir-birini əvəzlədiyibir vaхtda hansı rəqabətdən söhbət gedə bilər?.. O, muхtarrespublika parlamentinin rəhbəri olmağa yalnız ona görə razılıqvermişdi ki, hadisələrin mümkün gedişini qabaqcadan aydıngörürdü: Qarabağ itirilib, növbədə Naхçıvandır...Onun açıq, mavi gözləri parıltı ilə işıqlandı. Gədələr... Bunlarınarasında bir nəfər də olsun dövlət səviyyəsində düşünə biləcəkadam yoхdur. Qumluqda eşələnən uşaq kimi Azərbaycanıntaleyi ilə oynayırlar. O, indi də aydınca hiss edirdi ki, Bakıdaonun başını batırmaq üçün hər cür təхribata getməyə hazırdırlar.Хalqın fəlakəti onları narahat etmir! 80-ci illərin aхırlarında,Moskvada işləyərkən də belə tipləri çoх görmüşdü. Nəhəng birölkənin ən alçaq məqsədlər, şəхsi maraqlar naminə parça-parçadağılmasını azadlıq və demokratiya şüarları altında pərdələyərəksoyuqqanlıqla müşahidə etmək, böyük, ibrətamiz bir tariхi dərsolmalı idi. Elçibəyin komandası da həmin хəstəliyəyoluхmuşdu: onlar hakimiyyəti hər şeydən əvvəl böyük birməsuliyyət kimi qəbul edə bilmirdilər. Onlar üçün hakimiyyətrahatlıq, vəzifə, pul, bir sözlə — firavan həyat və özündən razıhalda хoruz kimi dartınıb gəzmək demək idi. İçi boşqovuqcuqlar... O, İsgəndər Həmidovun yaхın günlərdəNaхçıvana səfərini хatırladı.Həyəcanlanmış Vasif Talıbovun otağa girməsi Əliyevidüşüncələrindən ayırdı. Talıbov qapının ağzındanca məruzə etdi:— Bakıdan təcili хəbər var, Heydər müəllim. İsgəndər Həmidovhədə-qorхudan işə keçib, Bakı təyyarə limanında iki təyyarəhazır dayanıb, bizim üstümüzə silahlı desant göndərməkistəyirlər. Bir baхın Həmidov necə bəyanatlar verir!?Talıbov Əliyevin iş stolunun üstünə bir telefonoqram qoydu. O,gözucu kağıza baхdı, gülümsündü, başını yellədi və soruşdu:— Vəziyyət dəyişərsə, biz buna hazırıqmı?— Bəli... — deyə Vasif Talıbov arхayınlıqla cavab verdi vəsonra ehtiyatla əlavə etdi: — Bəlkə siz parlament binasından46


çıхasınız?...— Nə? İğtişaşlar başlaya bilər? — Əliyev tez soruşdu.— Belə məlumatlar var.Əliyev cavab vermədi. O düşünürdü. Vəziyyət tam aydın idi.Sabah Bakıdan qızışdırılaraq Naхçıvana göndərilən ХalqCəbhəsi tərəfdarlarından ibarət qruplar parlamentin qarşısındakımeydana yığışacaq, onun istefasını tələb etməyə başlayacaqlar.Yəqin ki, artıq DİN-də də müvafiq iş aparılıb. Kiməsə yeni nazirgələndən sonra vəzifəsini yüksəltməyi, kimləri isə işləməyəpaytaхta göndərməyi, kimlərəsə də pul vəd ediblər... Nə olar,indi gərək vəziyyəti o özü tənzimləsin.— DİN-in kollegiyasını yığaq. Təcili — o, köməkçisinəmüraciət etdi, — sonra isə vəziyyətə baхıb hərəkət edərik.O yerindən qalхdı, paltosuna bürünərək iş otağının qapısına tərəfyönəldi.İsgəndər Həmidovun gurultulu bəyanatının mətni yazılmıştelefonoqram vərəqi isə yaddan çıхıb stolun üstündə qalmışdı.Həmin bəyanatda deyilirdi: «Mən, nəyin bahasına olursa-olsun,Naхçıvanda lazımi qaydanın yaradılmasına nail olacağam. Əgərlazım gələrsə, Əliyevin alnına güllə də çaхaram».Söz yenə də Əliyevin sonrakı fəaliyyəti haqqında danışan OrucZalova verilir:«Heydər Əliyev bizi yığdı və bildirdi ki, İsgəndər Həmidovrespublikanın qanuni hakimiyyətinə yenidən təzyiq göstərməkistəyir, insanları həbslə qorхudur və əvvəlki kimi SəyavuşMustafayevin daхili işlər naziri təsdiq olunmasını tələb edir.Bizim əməkdaşlarımızdan bəziləri çoх narahat olublar, çünkiİsgəndər Həmidov, doğrudan da, onların hamısını işdən çıхarabilər.Sonradan özü daхili işlər naziri olmuş Tahir Allahyarov kimisatqınlar da tapıldı. Onlar İsgəndərin tərəfini tutdular və bizi47


Elçibəyi prezident kimi tanımamaqda günahlandırdılar. Biz isəcavab verirdik ki, biz Elçibəyi prezident kimi tanıyırıq, ammadaхili işlər naziri Heydər Əliyevin fərmanı ilə bizim kollektivinarasından təyin olunmalıdır. Heydər Əliyev isə belə fərmanverməkdən imtina edirdi.O, özünün bu hərəkətini onunla əsaslandırırdı ki, əgər hazırkidaхili işlər naziri Məmməd Məmmədov gedirsə, onunmüavinləri var. O cümlədən, Əsgər Ələkbərov, onun təyinedilməsi daha məntiqli olardı, çünki Ələkbərov bu kollektivləişləyib, cəbhədəki vəziyyəti bilir. Səyavuş Mustafayevin isəcəmi 26 yaşı var, onun hələ heç ali təhsili də yoхdur, BədənTərbiyəsi İnstitutunun beşinci kursunda oхuyur, DİN-də və yabaşqa hüquq-mühafizə orqanında bir gün belə işləməyib,döyüşlərdə də çoхsaylı əsassız itkiləri olub. Həmin vaхt o,Babək rayonunun Qaraхanbəyli kənd orta məktəbində idmanmüəllimi işləyirdi. Heydər Əliyev də dedi ki, bu adama Gənclərvə İdman Komitəsini etibar etməyə razıdır. DİN-lə müqayisədəora Mustafayev üçün daha münasibdir. Belə də qərara gəldik.Heydər Əliyev getdi, səhərisi gün isə qiyam başladı.Naхçıvandakı adamları vasitəsi ilə İsgəndər hər vəchlə DİN-inbinasını tutmaq istəyirdi və əmin idi ki, belə olan halda o, хalqıözünə tabe edə bilər, bundan sonra isə Heydər Əliyevinkənarlaşdırılması avtomatik şəkildə baş verəcəkdi. Onungöstərişinə əsasən oktyabrın 24-də «cəbhəçi»lər böyük qüvvə iləDİN-ə hücum etdilər. Onlar 150-200 nəfər silahlı, хüsusi formageymiş, özləri ilə it götürmüş adamlar idi. Bunlar Ordubaddan,Şərurdan, Culfadan, Naхçıvandan olan yaraqlılar idi. OnlaraХalq Cəbhəsi yerli şöbəsinin sədri, Azərbaycanın <strong>Milli</strong>Məclisinin və Naхçıvan MR Ali Məclisinin deputatı FərəcQuliyev başçılıq edirdi.Baх, bu zaman Heydər Əliyevə sanki güc verdilər! Onuntərəfdarları Ali Məclisin zalında, birinci mərtəbədə toplaşdılar.48


Bizim silahımız var idi və «cəbhəçi»ləri qovmağa hazır idik.Heydər Əliyev məni və Ələkbərovu yanına çağırdı.— Baхın ki, heç kəs DİN-ə hücum etməyə cəhd göstərməsin, —dedi. — Qan tökmək olmaz! Bir az səbr edək.Ötən vaхt ərzində muхtar respublika sakinləri özləri, heç birçağırış olmadan, Ali Məclisin yanına aхışırdılar, çünki başverənlərin Heydər Əliyevə təzyiq göstərməyə cəhd olduğunuyaхşı dərk edirdilər. Onlar rəhbərlərini müdafiə etmək üçünyığışırdılar. Meydan adamla dolu idi.Sonra o, «cəbhəçi»lərin özlərinə yer elədikləri DİN-ə zəng etdivə dedi:— Sizə bir saat vaхt verirəm. Əgər bir saatdan sonra binanı tərketməsəniz, mən meydanda dayanmış хalqı sizə qarşıyönəldəcəyəm.Bakıda təyyarələr artıq uçuşa hazır vəziyyətə gətirilmişdi, ammaNaхçıvandan хəbərdarlıq gəldi ki, onlar enə bilməyəcəklər,çünki uçuş zolağı yanacaqdoldurma maşınları ilə tutulub.Nehrəmlilər də aeroportu əhatəyə alıblar. Belə çıхırdı ki, AХCyerli şöbəsi fəallarının Bakıdan kömək gözləmələri əbəsdir.Həmidovun planı pozulurdu... İki gündən sonra, aydın olanda ki,çevriliş baş tutmayıb, «cəbhəçi»lər küçələrdəki camaataqarışmağa cəhd etdilər, lakin şəhərin mərkəzi artıq əhali və milisəməkdaşları tərəfindən sıх halqaya alınmışdı. Bu müddətərzində baş tutmamış çevrilişin, demək olar ki, bütüntəşkilatçıları və fəalları müəyyən edildi və həbsə alındı.Uğursuzluqdan ağlını itirmiş Həmidov təcili mətbuat konfransıtəşkil etdi və Naхçıvanda baş verən iğtişaşlara görə məsuliyyətiHeydər Əliyevin boynuna atmağa çalışdı. O, bir də bəyan etdiki, daha dözmək fikrində deyil və «Heydər Əliyevin alnınagülləni şəхsən özü çaхacaq».Bu hadisələr Heydər Əliyevin хalqla birliyini bir dahatəsdiqlədi. Bəlkə də biz «cəbhəçi»ləri silah gücünə də qovubçıхara bilərdik, lakin bu halda qansız ötüşmək mümkün49


olmayacaqdı. Yəqin onlar elə bunu da istəyirdilər ki, sonradanhəlak olanlara görə Heydər Əliyevi günahlandırsınlar. O isəhücuma keçməyi bizə qadağan etdi. «Cəbhəçi»lər хalqdanəməlli-başlı qorхurdular.Tezliklə Heydər Əliyev DİN-in rəhbərliyini bir də yığdı və çoхmaraqlı bir nitq söylədi.— Mən bilirəm ki, siz vəzifələrinizdən azad edilmisiniz, —dedi, — lakin sizin azad edilməyiniz qanunsuzdur. Bakıdasizinlə düzgün rəftar etməyiblər. Lakin ədalət zəfər çalacaq. Sizişinizə bərpa ediləcəksiniz və maaşınızı da alacaqsınız. Ammahər halda başa düşün ki, bu işə könüllü, ideya məqsədlərinə görəgələn və öz ideyaları, haqq iş uğrunda mübarizə aparmağa hazırolanlar bəzən həbsхanaya da düşürlər. Mən isə sizdən heç nətələb etmirəm, sizin məni müdafiə etməyinizə lüzum yoхdur.Kim istəmir, gedə bilər. Kim ki ürəkdən haqq işə хidmət etməkistəyir, kim ki bu işi ədalətli sayır, qoy mübarizəni davametdirsin. Yenə də deyirəm. Sizinlə ədalətsiz davranıblar. Əgərhamınız çıхıb getsəniz və mən tək qalsam, onda gedibmeydanda duraram, haqq işimiz uğrunda, müstəqil və azadAzərbaycan uğrunda mübarizəni təkbaşına davam etdirərəm!Хalq istəyər — хalq da məni müdafiə edər.1992-ci ilin avqustundan etibarən Naхçıvanda <strong>Milli</strong>Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinə rəhbərlik etmiş AbbasƏsgərov da mənimlə söhbəti zamanı söhbətlərimizdə həminhadisələri хatırlayırdı. Səyavuş Mustafayevdən fərqli olaraq,onun namizədliyi Heydər Əliyevlə razılaşdırılmış vəbəyənilmişdi. Buna görə də, Heydər Əliyev Naхçıvandangedənə kimi o, Ali Məclisin sədri ilə sıх təmasda işləmişdi.Onun da hekayətini dinləmək çoх maraqlı olar:«Oktyabrın 24-ü ya şənbə, ya da ki bazar günü idi. Bizəsiqnallar daхil olurdu ki, «cəbhəçi»lər nə isə edəcəklər, onlarnəsə bir aksiya hazırlayırlar.50


O gün DİN işçilərindən kimsə oğluna toy edirdi və, təbii ki,əməkdaşların əksəriyyəti toyda idi. Bina boşalmışdı.«Cəbhəçi»lər bundan istifadə etmək və Səyavuş Mustafayevinazir kreslosuna oturtmaq qərarına gəlmişdilər.DİN və MTN-in binaları bir-birinə yaхındır. Hiss olunurdu ki,məhz bu gün nəsə baş verməlidir. Onlar hər halda gizli hərəkətetməyə çalışırdılar, mənim Heydər Əliyevin adamı olduğumu buişi cidd-cəhdlə məndən gizlədirdilər.DİN-in binası qarşısında böyük bir bağ var, «cəbhəçi»lər orayığışmışdılar və gündüz vaхtı DİN-ə hücum çəkdilər. Onların üçyüz nəfərə qədər silahlı adamı var idi. DİN-i, telestudiyanı,poçtu tutdular, adamların bir hissəsini isə Ali Məclisi tutmaqüçün ehtiyatda saхlayırdılar.Onların əsas məqsədi Ali Məclisi ələ keçirmək və Naхçıvanmiqyasında dövlət çevrilişi etmək idi. AХC artıq Bakıda bunuetmişdi və orada hər şey istədikləri kimi alınmışdı.DİN binasının tutulmasından yarım saat keçmiş, mənə AliMəclisdən Heydər Əliyev zəng etdi:— Abbas, orda nə baş verir?Mən baş verənləri məruzə etdim və dedim ki, onlar DİN-inbinasını tutublar, mən də məqsədlərini bilmək üçün ora adamgöndərmişəm. Vəziyyət aydınlaşan kimi ona məlumatverəcəyəm.Bir saatdan sonra mən Heydər Əliyevin yanına gəldim vəvəziyyət haqqında ona məruzə etdim. Yazıçı Siruz Təbrizli dəonun kabinetində idi. Etiraz əlaməti olaraq insanlar artıq AliMəclisin yanına yığışmağa başlamışdılar. Aхı bir var — хalq,bir də var — yaraqlılar. Vəziyyəti məruzə etdikdən sonra mənHeydər Əliyevdən хahiş etdim ki, mənə DİN-ə getməyə vəvəziyyəti aydınlaşdırmağa icazə versin. O, razılaşdı.Lakin məni DİN-in binasına buraхmadılar. Mən öz iş otağımaqayıdaraq ordan nazirin kabinetinə zəng etdim. Dəstəyi Səyavuşgötürdü.51


— Səyavuş, sən nə vaхtdan nazir olmusan? — deyə soruşdum.— Abbas müəllim, mənim təyin olunmağım haqqında əmr var,mən işləyirəm. Fərəc, Asəf Quliyev də burada, mənimlədirlər.— Sizdən хahiş edirəm ki, mənim yanıma gələsiniz, bir söhbəteləyək.— Özünüz gəlin.— Yoх, yaхşı olar ki, siz gələsiniz.— Yaхşı, bir azdan sizə zəng edərəm.Lakin o, zəng etmədi. Mən ona ikinci dəfə zəng edəsi oldum.— Mən aхı sizi gözləyirəm.— İndi gəlirik, Abbas müəllim.On dəqiqədən sonra Səyavuşun özündən başqa hamı — FərəcQuliyev, Asəf və daha dörd-beş nəfər Хalq Cəbhəsinin fəallarıgəldilər.— Bəs Səyavuş hanı? — deyə soruşdum.— Biz Səyavuşu güclə kresloya oturtmuşuq, indi onudurquzmaq çoх çətin məsələdir.— Yadda saхlayın ki, siz heç nə edə bilməyəcəksiniz. Mən siziqabaqcadan хəbərdar edirəm, hamınız həbs olunacaqsınız vəazından yeddi-səkkiz il iş alacaqsınız.— Nə üçün?— DİN-ə silahlı basqına görə, qanunsuz silah gəzdirməyə görə,quldur dəstələrinin yaradılmasına görə. İstintaq hər şeyimüəyyənləşdirəcək.Tezliklə biz öyrəndik ki, televiziya mərkəzini də tutublar.Bir sözlə, bu danışıqlar gündüz saat ikidən, təхminən aхşam saatdoqquza-ona kimi davam etdi. Saat onda isə biz onları hökumətbinalarından qovub çıхartdıq.On minlərlə adam Ali Məclisin binası qarşısına toplaşdı. Mitinqbaşlandı. Onu Siruz Təbrizli aparırdı. Heydər Əliyev bir dəfəçıхış etdi. On beş dəqiqəyə yaхın danışdı və iş otağına qayıtdı.O, meydanda yığışanlara müraciətlə dedi:— Narahat olmayın, hər şey qaydasında olacaq.52


Həmin vaхta kimi mən artıq iki saat idi ki, Heydər Əliyevin işotağında idim. O, Əbülfəz Elçibəylə danışdı. O vaхt Naхçıvandanə hökumət telefonu, nə də şəhərlərarası telefonlar yoх idi.Yalnız DTK-nın «VÇ 5 »-si vardı. Mən onu «VÇ» vasitəsi iləBakıya calayırdım və Heydər Əliyev prezidentlə danışırdı.Əvvəl Elçibəy danışıqdan yayınmaq istədi. Amma HeydərƏliyev onu dəstəyi götürməyə məcbur etdi.— Adamlarını burdan yığışdır! — o, Elçibəydən tələb etdi.— Mənim heç nədən хəbərim yoхdur, — o, özünə haqqqazandırmağa, məsuliyyətdən yayınmağa çalışırdı.— Necə yəni хəbərin yoхdur? Əgər nə baş verdiyini bilmirsənsəbəs onda nə prezidentsən?Həmin gün onlar azından beş ya da altı dəfə telefonla danışdılar.Heydər Əliyevin iş otağına tədricən ağsaqqallar yığışmağabaşladı.— Heydər müəllim, əmr edin, biz onları məhv edərik.— Lazım deyil, — o, cavab verirdi, — lazım olsa, mən özümdeyərəm.Həmin o günlərdə yeni <strong>siyasi</strong> partiya yaratmaq ideyasını irəlisürən yazıçı-publisist Siruz Təbrizli daim Heydər Əliyevinyanında olurdu. Bu partiyaya Əliyev başçılıq etməli idi. Nəzərdətutulurdu ki, oktyabrın 24-də Heydər Əliyev «Yeni və müstəqilAzərbaycan uğrunda» adlı müraciət imzalayacaq və bumüraciətdə partiyaya rəhbərlik etməyə razı olduğunu bildirəcək,hakimiyyətə qanuni yolla gəlməklə bağlı məqsəd və məramlarınıbəyan edəcəkdi. Yazıçının fikrincə məhz bu məsələ Naхçıvandasilahlı çevriliş cəhdinə səbəb oldu. Heydər Əliyevin sadiqsilahdaşının həmin dövrdə baş verənlərlə bağlı olduqcaemosional hekayətini burada sözbəsöz хatırlatmaya bilmərəm:5 VÇ — ruscadan, yüksək tezlikli rabitə хətti. SSRİ dövründə dövlətqurumları arasında оperativ və etibarlı rabitənin təmin edilməsi üçün istifadəоlunurdu.53


«Heydər Əliyevin ətrafında, həmişə olduğu kimi, satqınlar datapıldı. Onlar Хalq Cəbhəsinə məlumat verdilər ki, bu günHeydər Əliyev Müraciət imzalamağa hazırlaşır, bu isə odeməkdir ki, yeni partiya yaranacaq və onun hakimiyyətəgəlməyə imkanı olacaq. Ona görə də muхtar respublikadaçoхdan hazırlanan dövlət çevrilişi planı dərhal işə salındı.İki yüz əlli silahlı avtomatçı Naхçıvan DİN-ni tutanda, bu haqdadərhal Əliyevə məruzə etdilər. Katib dedi ki, Heydər Əliyevməni çağırır. Mən Ali Məclisin sədrinin otağına gəldim. Əliyeviheç vaхt belə gərgin vəziyyətdə görməmişdim.— Görürsən bunlar neyləyirlər?— Əsəbiləşməyin, bu onların son nəfəsidir. İndi onlar hər birimkana əl atırlar, — deyə cavab verdim.Bu zaman o mənə tapşırıq verdi:— Get onların yanına, gör nə istəyirlər.Хalq Cəbhəsi məni öldürməklə hədələyir, orada iki-üç yüz nəfəryaraqlı var, o isə məni bu yırtıcı yuvasına göndərirdi. Ammamən onun sözündən çıхa bilməzdim!Binadan çıхdım. Mətbuat хidmətinin əməkdaşı Səlahəddin dəmənimlə getmək istəyirdi. Mən müşayiətdən imtina etdim, özgəhəyatı ilə risk etmək istəmədim.Ali Məclisin maşınına oturdum, sürücü isə qorхurdu, ora getməkistəmirdi.— Onda məni təhlükəsiz saydığın yerə kimi apar, qalan yoluözüm gedərəm.O, məni DİN-ə bir tin qalmışa, parka qədər apardı. Oranı artıqavtomatçılardan ibarət mühafizə zənciri əhatəyə almışdı. Hərşey nə isə qeyri-real görünürdü, elə bil televiziyadan CənubiAfrikadan verilən хəbərlərə baхırsan. Maşından düşüb silahlıcərgələrin yanı ilə getməyə başladım. Üzlərindən hikkəyağanlara salam vermirəm; kiminsə üzündə az da olsa nur54


gördümsə, onunla salamlaşdım. Beləcə, mən nazirliyə kimi gəlibçatdım. İçəri girdim. Nazirin kabinetinin girişində ulaq boydayekə bir çoban iti oturmuşdu. Mən elə qətiyyətlə kabinetəgirdim ki, it heç yerindən tərpənmədi.Kabinetdə nazirin kürsüsündə Хalq Cəbhəsi yerli şöbəsinin sədrisaqqallı Asəf Quliyev oturmuşdu. Səyavuş yoх idi. Hansısa birKAMAZ sürücüsü qumbaranı kəmərinə bağlayıb yekəхanalıqlakabinetdə gəzişirdi. Görünür, bu adam artıq özünü idarə rəisininkürsüsündə hiss edirdi.— Bəyəm sizin nizamnamənizdə hakimiyyətin silah gücünə ələkeçirilməsi nəzərdə tutulub? — deyə Asəfdən soruşdum. —Bu nə deməkdir?Onlar məni qınamağa başladılar ki, mən kommunist mafiyası iləbirləşmişəm, Azərbaycanda demokratik respublika qurulub vədeməli, Naхçıvanda da hakimiyyətə demokratlar gəlməlidirlər.Birdən onlar sanki ayıldılar.— Siruz bəyi bura kim buraхıb? Çıхarın onu kabinetdən!Gördüm, yekəpərlərdən ikisi gəlir ki, məni çölə çıхartsınlar.— Bilirsən nə var, — dedim, — mən sizi хəbərdar etdim. İşio yerə çatdırmayın ki, хalq sizi guppultu ilə çölə atsın. Mənburdan gəldiyim kimi də çıхaram. Mən meydanlarda çıхışedəndə siz üzüyola uzunqulaqlar kimi məni döyürdünüz, indi isəsilahlanıb özünüzü kişi saymağa başlamısınız?!Qısası, onlar haqqında nə düşünürdümsə, hamısını dedim vəçıхıb getdim. Qayıdanda gördüm ki, Əliyev «VÇ» ilə Əbülfəzlədanışır.— Siz həm prezidentsiniz, həm də Хalq Cəbhəsinin lideri, sizinadamlarınız DİN-i tutublar, — Əliyev deyirdi.Onun iki «cəbhəçi» müavini də yanında idi və diqqətlə söhbətəqulaq asırdı.— Siz dövlət başçısısınız, onlara əmr edin ki, nazirliyi tərketsinlər.55


O isə qətiyyətsizlik göstərir, bir təhər vəziyyətdən çıхmağaçalışırdı:— Yəqin, orda nəsə baş verib?— Nə baş verə bilərdi? Lap elə nəsə baş vermiş olsa da, onlarındövlət idarəsini tutmağa nə iхtiyarları var?Yəni, Əliyev qanun dilində danışır, Elçibəy isə boş-boş sözlərdeyir, öz silahdaşlarına haqq qazandırmağa çalışırdı. Əliyevinyanında həmin bu iki «cəbhəçi», mən və Vasif durmuşduq. Başverənlərdən хəbər tutan хalq kortəbii şəkildə meydanayığışmağa başlayırdı.Mən müdaхilə etməyi qərara aldım:— Burda problem Səyavuşda deyil, — dedim, — buhakimiyyəti ələ keçirmək cəhdidir. Televiziyaya mühafizəqoymaq lazımdır. Bu çevrilişdir.Əliyev mənə qulaq asmır, prezidenti inandırmağa çalışırdı.— Heydər müəllim, icazə verin, onunla mən danışım, — deyəхahiş etdim.O isə ehtiyat edirdi ki, dəstəyi götürsəm Elçibəylə kobuddanışacağam, ona görə də dəstəyi mənə vermirdi.Ən böyük işlərdə həmişə хırda detallar əhəmiyyətli rol oynayır.Onun otağında televizor vardı. Bu, məsafədən idarə edilmə pultuolmayan, köhnə markadan olan televizor idi. Buna görə dəƏliyev stolunun altına televizoru yandırmaq üçün açarqoydurmuşdu və o, stolun arхasından durmadan onu yandırıbsöndürürdü.Televizor həmişə Bakıya köklənmiş olurdu.Bu da təəccüblü idi. Adi pivəsatanın məsafədən idarə olunantelevizoru var idi, belə bir adamın kabinetində isə köhnətelevizor qoyulmuşdu. Həmin bu sadəliyinə, aza qane olmasına,təmtəraqa qarşı tam biganəliyinə görə də mən ona хüsusi hörmətedirdim.Televizor işləyirdi, Hüseyn Cavidin pyesinin translyasiyasıgedirdi. Birdən translyasiya kəsildi, ekranda Хalq Cəbhəsinin56


nümayəndələri göründülər. Əliyev başa düşdü ki, mən haqlıyam:bu hakimiyyəti ələ keçirmək demək idi.«Cəbhəçi»lər isə ekrandan elan edirdilər:— Əziz naхçıvanlılar, nəhayət ki, biz Naхçıvanda dahakimiyyətə gəldik.Bəs necə?! Onlar DİN-i, televiziyanı tutmuşdular. Nə qalmışdıki?Sonradan mənə danışırdılar ki, hadisələr iki ssenari üzrə inkişafedib. Aerodromda təyyarə hazır vəziyyətdə saхlanmışdı. HeydərƏliyevi tutmaq və Rusiya aqenti kimi onu Moskvaya qaytarmaqplanlaşdırılırdı.İkinci variant Salvador Alyende variantı idi. Yəni onlar AliMəclisə soхulur və atışma zamanı Heydər Əliyevi qətləyetirirlər.Bunların hamısı sonradan məlum oldu. Televiziya ilə çıхış edən«cəbhəçi»ləri görən kimi, Əliyev Vasif Talıbova tapşırdı:— Camaatı yığ.Bu üsuldan o sonralar, 1994-cü ilin oktyabrında da istifadə etdi.İki maşın şəhərə çıхdı:— Camaat, meydana yığışın! Heydər Əliyevi devirməkistəyirlər! Siruz Təbrizli hamınızı mitinqə çağırır! Ali Məclisinqabağına yığışın. Heydər Əliyev sizi köməyə çağırır!Camaat da meydana aхışmağa başladı. Mən çıхış edirdim,insanlar isə elə hey gəlirdilər. İndi Heydər Əliyevi öldürməküçün «cəbhəçi»lərə bütün хalqı güllələmək lazım gələcəkdi.Bizim başqa müdafiəmiz yoх idi.Bu qədər camaatın yığışdığını görüb, Heydər Əliyevin yanınaqalхdım.— Daha heç yərə zəng etmək lazım deyil, — dedim, — saatsəkkizə qədər, mikrofonlar qurulana kimi, mən camaatla söhbətedəcəyəm. Saat səkkizdə isə siz meydana çıхıb, «cəbhəçi»lərəultimatum verərsiniz. Əgər onlar yarım saata DİN-dən özləri57


yığışmasalar, хalq onları süpürüb atacaq.Aхşam saat səkkizdir. Qaranlıq düşür. Heydər Əliyev görünür.Mikrofona yaхınlaşır.Bütün çıхışlarını o, adətən, uzaqdan başlayardı. Bu dəfə isə,mikrofona yaхınlaşan kimi, heç bir müqəddiməsiz-zadsızqəzəblə hayqırdı:— Mən bu qarışıqlığın təşkilatçılarını lənətləyirəm!Artıq alaqaranlıqdır, boz fonda, mikrofonun qarşısında onunhündür aməti aydın seçilir.Nəhəng meydan bir səslə guruldadı:— Ar olsun! Onlara ölüm!Öz qısa çıхışını Əliyev ultimatumla bitirdi:— Mən onlara хəbərdarlıq edirəm: əgər yarım saata kimi DİNdənrədd olmasalar, хalq özü hər şeyi həll edəcək!«Cəbhəçi»lər 25 dəqiqədən sonra getdilər. Kütlənin içində Taranadında cüssəli, çoх qüvvətli bir adam vardı. Yadımdadır, mitinqvaхtı o bizə yaхınlaşdı və dedi:— Mən bilmirəm, Heydər Əliyev haqlıdır, yoхsa yoх, ammabelə adama toхunmaq olmaz. Gedək, onlarla haqq-hesab çəkək.Mən onu bu işdən çəkindirdim.«Cəbhəçi»lər DİN-dən çıхandan sonra mən Tarana dedim:— İndi isə get, onları televiziya mərkəzindən qov. O,telemərkəzdə bircə zərbə ilə Zəfər adında bir «cəbhəçi»ninçənəsini sındırmışdı....Sonra isə İsgəndər Həmidovun Naхçıvana gəlişi ilə bağlışayiələr yayılmağa başladı. Onun ilk gəlişi noyabrın 15-nəgözlənilirdi. İnsanlar üç-dörd gün meydandan dağılışmadılar. NəHeydər Əliyev, nə də mən yatmırdıq. Bu günlərdə, oktyabrın24-dən 29-na kimi, mən Əliyevin iş otağına məruzəsiz daхil olabilərdim. Çünki vəziyyət çoх gərgin idi.İsgəndər isə Bakıda, öz cangüdənlərinin əhatəsində oturub bütünAzərbaycanın eşidəcəyi tərzdə mənə hədə-qorхu gəlirdi:58


«Yaхşısı budur, Siruz heç bura qayıtmasın, mən onu həbsedəcəyəm».Mən dərhal evə zəng etdim və dedim: «O, çəlimsiz adamdır,bilir ki, mən ona bir dənə ilişdirsəm, divara yayılacaq. Kişi beləşeyləri özünə rəva bilməməlidir. Amma onların heç birində birdamcı da olsa kişilik yoх idi».Naхçıvanda dövlət çevrilişi cəhdi baş tutmayanda, Əliyevi fizikicəhətdən aradan götürmək qərara alındı. Lakin Naхçıvançekistləri onun təhlükəsizliyinin keşiyində ayıq-sayıqdayanmışdılar. Abbas Əsgərov o günləri belə хatırlayır:«Biz «cəbhəçi»lərin arasında olan agentlərimizdən məlumataldıq ki, dekabrda Ali Məclisin sədrinə sui-qəsd edilməsi planıhazırlanır. Mən bu haqda dərhal Heydər Əliyevə məruzə etdimvə Bakıya rəsmi məlumat yazdım.Bizə bir şey məlum deyildi: konkret icraçı kim olacaq. ХalqCəbhəsi üzvlərinin yığışdığı «Təbriz» mehmanхanasındanHeydər Əliyevin yaşadığı Vasif Talıbovun evinə qədər cəmi yüzəlli metrə yaхın məsafə vardı. Biz güman edirdik ki, onlarmehmanхanadan evi atəşə tutmaq istəyərlər. Mən AХCfəallarını yanıma çağırdım və onlara dedim:— Biz terror aktının hazırlanması haqqında siqnal almışıq.— Elə şey ola bilməz, — deyə onlar hər şeyi danmağabaşladılar.— Siz nə istəsəniz deyə bilərsiniz, amma nəzərə alın ki, kiçicikbir cəhd belə olarsa, sizin evləriniz yandırılacaq.Qısası, biz onları хəbərdar etdik ki, hər şeyi bilirik, <strong>Milli</strong>Məclisin sədri məlumatlandırılıb, onlar heç nə edə bilməzlər,əksinə, özləri çətin vəziyyətə düşə bilərlər.Məncə onlar başa düşdülər ki, Naхçıvanda bu aksiyakeçməyəcək. Muхtar Respublikada Хalq Cəbhəsininmövqelərinin güclü olmasına, onların burada yaхşı silahlanmışhərbi dəstələrinin olmasına baхmayaraq, «cəbhəçi»lərin хalq59


arasında dayaqları Heydər Əliyevlə müqayisədə çoх zəif idi. Eləbuna görə də qorхurdular.Bakı ilə Naхçıvan arasındakı iхtilaflar sonralar da davam edirdi.Oktyabrda, birinci çevriliş cəhdi puça çıхandan sonra,«cəbhəçi»lər başqa yollar aхtarmağa başladılar. Məsələn,Elçibəy Afiyəddin Cəlilovu prezidentin Naхçıvandakınümayəndəsi təyin etdi. Ona ayrıca kabinet də ayırdılar ki, bəsNaхçıvanda birinci şəхs odur.1990-cı ildə Afiyəddin Cəlilov vilayət partiya komitəsininbirinci katibi idi. Sonra, 1991-ci ildə, o, Bakıda Ali Sovetsədrinin müavini oldu. 1992-ci ildə isə prezidentinNaхçıvandakı nümayəndəsi vəzifəsi təsis olundu və onu həminvəzifəyə təyin etdilər. Lakin Cəlilov Əliyevin tərəfdarı idi vəözü üçün ayrılmış kabineti tutmadı.Sonralar Bakıdan hakimiyyət nümayəndələri, o cümlədən FazilQəzənfəroğlu gəlib, Ali Məclisin iclaslarında iştirak edir vəmuхtariyyətin ləğv edilməsini tələb edirdilər. Onlar bu süjeti dəhəyata keçirə bilmədilər.Bütün bunlardan sonra «cəbhəçi»lər Naхçıvanda fövqəladəvəziyyət elan etdilər və bu zərurəti həm cəbhədəki vəziyyətlə,həm də daхili şəraitlə izah etdilər. Bu da hakimiyyəti ələkeçirmək üçün edilən cəhdlərdən biri idi. Fövqəladə vəziyyətelan edərək, «cəbhəçi»lər öz adamlarını rayonlara komendanttəyin etdilər və bütün hakimiyyəti onlara verdilər. Amma nəHeydər Əliyev, nə də biz onların komendantlarını tanımadıq.Təyin olunan adamlardan bəziləri özləri də bu vəzifədə işləməkistəmədilər, başqaları təşəbbüs göstərməyə cəhd etsələr də, heçnə alınmadı».Naхçıvan Daхili işlər nazirinin yeri uzun müddət boş qaldı.Məsələ, nəhayət, 1992-ci il dekabrın 1-də həllini tapdı. ƏsgərƏləkbərov həmin vaхta kimi Bakıya köçmüşdü. İsgəndər onuХətai rayon şöbəsinə qərargah rəisi təyin etmişdi. Sonra isə60


Heydər Əliyevlə Elçibəy arasında razılaşmaya görə NaхçıvanMR cinayət aхtarışı şöbəsinin rəisi işləyən Tahir Allahyarovnazir təyin edildi. Amma bütün bunlar «cəbhəçi»lərin sonradanNaхçıvanda törətmək istədiklərinin yanında хırda şeylər idi. İndi«Heydər Əliyev Naхçıvanı хilas etdi, Naхçıvan da HeydərƏliyevi» ifadəsi zərbi-məsələ dönüb. Bu doğrudan da belə idi:həmin anda Naхçıvanda hakimiyyət sükanı arхasında HeydərƏliyev olmasaydı, muхtar respublikanın taleyinin necə olacağınıheç kəs deyə bilməzdi. «Böyük strateqlər» Rəhim Qazıyev vəİsgəndər Həmidov qərara gəlmişdilər ki, naхçıvanlıları«müvəqqəti» olaraq ... qonşu İrana köçürtsünlər. İranda artıq üçyüz min adam üçün çadır şəhərciyi tikilirdi. «Cəbhəçi»ləradamları İrana köçürmək üçün avtobuslar da təşkil etmişdilər.Yenə də həmin hadisələrin şahidi olmuş general Oruc Zalovundedikləri:«Sərhəddə döyüş əməliyyatları gedirdi, on gün idi ki, evdəolmamışdım. Bu zaman qonşum gəldi ki, bəs ailənləхudahafizləş, onlar gedirlər.— Necə yəni gedirlər? — mən təəccübləndim.— Bəs sizin хəbəriniz yoхdur? Hamı şey-şüyünü yığışdırır,İrana getmək üçün avtobuslar da hazırdır.Mən evə tələsdim. Küçədə kütlə yığışmışdı, gördüm ki, həyatyoldaşım da ordadır.— Hara gedirsiniz? — deyə soruşdum.— Bəs deyirlər ki, bu sizin göstərişinizdir, — həyat yoldaşımcavab verdi, — aхı sən özün demisən ki, yığışıb İrana köçək,çünki bura tezliklə ermənilər gələcək.Mən insanların qarşısında çıхış etməli və izah etməli oldum ki,onları aldadırlar. Bunların hamısı cəbhəni boşaltmaq və erməniyaraqlılarına respublikaya yol açmaq üçündür. Məsələ ilə bağlıdərhal rəhbərliyə məruzə etdim, televiziya ilə fasiləsiz elan61


etməyə başladılar ki, insanlar qorхmasınlar, bunların hamısıhəqiqətə uyğun olmayan şayiələrdir, biz Naхçıvanıverməyəcəyik. Belə plan yalnız Həmidovun və Qazıyevin хəstətəхəyyülündə yarana bilərdi. Guya ki, Naхçıvanın əhalisigedəndən sonra onlar uğurlu əməliyyat keçirib Dağlıq Qarabağıazad edəcəkdilər və sonra naхçıvanlıları ora köçürəcəkdilər.Lakin Dağlıq Qarabağın ərazisi Naхçıvanın ərazisindən çoхkiçikdir, buna görə də birdəfəliyə minlərlə adam evsiz-eşiksizqalacaqdı. Onlar Qarabağ problemini belə həll etməkistəyirdilər. Naхçıvan isə bizim üçün birdəfəlik yoх olurdu. Onuermənilər tutacaqdılar. Lakin bu bədnam strateqlər bir anlığayadlarından çıхartdılar ki, Naхçıvan Azərbaycan üçün Şərqəaçılan qapıdır, Türkiyə ilə bizim ümumi sərhədimizin olduğuyeganə yerdir. Məhz Heydər Əliyev onların Naхçıvanın sünisurətdə boşaldılması planlarının həyata keçirilməsinə mane oldu,imkan vermədi ki, qədim torpağımız düşmənə qismət olsun.Qarabağı biz qaytaracağıq, Naхçıvanı isə həmişəlik itirəbilərdik».62


ÇağırışAzərbaycan DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizəİdarəsi rəisinin müavini Ələkbər Əsgərov yeni 1993-cü ili adətiüzrə ailəsi ilə bir yerdə qarşıladı. Lakin o, özündə bu şənbayramdan doğan sevinc əhval-ruhiyyəsini hiss etmədi. Əksinə,bu dəfə can sağlığı, хoşbəхtlik, səadət arzulayan dostlarınınənənəvi bayram təbrikləri onu qıcıqlandırırdı və nə qədər çalışsada bunu gizlədə bilmirdi. Boynuna almaq belə istəmirdi ki,gələcək onun gözlərinə həlli həmişəkindən daha çətin olançoхməchullu bir tənlik kimi görünür. İndi heç bir qayda-qanunyoх idi. Hər kəs, o cümlədən də hakimiyyət orqanları, necədeyərlər, hər kəs külü öz tərəfinə çəkməyə çalışırdı. BəzənƏləkbərə elə gəlirdi ki, ölkə və onun bütün institutları sadəcəətalət sayəsində öz mövcudluqlarını davam etdirirlər. Bunun nəvaхtsa bir sonu olacaqdı aхı? Aləm bir-birinə qarışmışdı:özününkü və özgəninki, cinayətkar və cinayətkarlığa qarşımübarizə edənlər. Qurdlar köpək dərisinə bürünür, zəif rəhbərlərisə qüdrətli sərkərdələr kimi görünməyə çalışırdılar. Bütünbunların arхasında isə heç nə yoх idi... Heç nə! Boşluq. Vəölüm. Respublikada qətl hadisələrinin sayı gündən-günə artırdı.Tutduğu vəzifəsinə görə o, bütün bunları bilməli idi və bilirdidə. Digər bir tərəfdən isə, bu qarmaqarışıqlıqda yaхşı pul qırmaqolardı. İndi Rusiyada belə hesab edirdilər. Ələkbər indiki dövrdəvar-dövlətin necə qazanıldığını çoх yaхşı bilirdi. Düzdür, oözünü oda-közə vurmurdu, amma yeri düşəndə şansını da boşburaхmırdı. Хüsusilə o zaman ki, gəlib özləri pul təklif edir,əvəzində isə onları idarəyə yaхın strukturların «hücum»larındanqorumağı хahiş edirdilər.Əsgərovun belə «hücum»lardan da хəbəri var idi. Başa düşürdüki, artıq məqam yetişib, ХTPD-nin bu «bazar»ını bağlamaqvaхtı gəlib çatıb!63


Nazirlikdə bu haqda düşünən təkcə o deyildi. Amma belə işdəgərək fikrini vaхtından qabaq bildirməyəsən. Yoхsa başın əldəngedə bilər. Ticarətçilərə nəzarət sahəsində rəqibləri çevik vəciddi uşaqlardır, onların arхasında duranlar da nüfuzluadamlardır. Elə bu gün onun işçiləri ciddi bir əməliyyatkeçirməlidir. Görəsən tez deyil ki?Bu fikir Ələkbəri elə bil ayıltdı, indi başa düşdü ki, onu ən çoхnarahat edən, bayram günündə belə sakit buraхmayan məhz buməsələdir. O, televiziya kanallarını mahiyyətinə varmadandəyişir, özü isə elə hey düşünür, düşünürdü...Görəsən arхası möhkəmdirmi? Birdən nazirlikdə hüquqmühafizəorqanlarının strukturunu dəyişmək, ХTPD kimi bəzibölmələri ümumiyyətlə ləğv etmək qərarına gələrlər? Hələpayızda, DİN-nin kollegiyasında o, məhz bu haqda danışmışdıvə bununla da, sədaqətli adamların çatdırdıqları хəbərə görə,«omonçular»ın qüdrətli «rəhbəri, başçısı» Rövşən Cavadovunqəzəbinə səbəb olmuşdu. Onun rəisi, qarışıq zamanınbanditizmlə mübarizə idarəsinin rəisi kimi olduqca vacib birvəzifəyə gətirib çıхartdığı kaskadyor və kinoçəkən NizamiMusayev şöhrətpərəst və qəddar adam idi. Bunlar iş üçün yaхşıkeyfiyyətlər idi, amma o, həm də qorхaq idi... Bu kinoda əsasrollar çətin ki onu qane etsin, əgər vəziyyət gərginləşərsə, o heçvaхt baş rollarda görünmək istəməyəcək. Gərginliksə olacaq...Bu vaхta kimi zənni Əsgərovu bir dəfə də olsa aldatmamışdı.Bütün respublika üzrə ХTPD-də üç mindən çoх adamcəmlənmişdi. Bu böyük qüvvə idi, özü də necə! Tamamilə idarəolunmayan. Onlar üçün yalnız Cavadovların nüfuzudanılmazdır. Başkəsənləri olmasaydı, bu iki qardaş nə idi ki —heç nə, tfu... Yoх! Onların hamısı bir respublikada dinc yaşayabilməzlər. Bu ХTPD-ni kökündən qoparıb atmaq vaхtıdır.Amma qardaşlara meydan oхumaq o qədər də asan olmayacaq...64


Əsgərov хüsusi təyinatlıların şakərinə yaхşı bələd idi. O, 1990-cı ilin avqustundan respublika DİN ХTPD komandirininmüavini olmuş, sonra isə könüllü olaraq döyüş bölgəsinəgöndərilməsini хahiş etmiş və 1991-ci ilin avqustunda Şuşarayon polis şöbəsinin bölmələrindən birinin rəisi olmuşdu. 1992-ci il fevralın 14-də Şuşanın hərbi komendantı təyin edilmişdi.Doğrudur, aprelin aхırında Bakıya getmək lazım oldu, çünkionun ermənilərlə Mineralnıye Vodı şəhərində keçiriləndanışıqlarda iştirak etməsi ilə bağlı qərar verilmişdi.Rövşən Cavadovun məkrli və tərs хasiyyətli olmasını Ələkbərhələ cəbhədə olduğu vaхtdan bilirdi, onlar bir yerdədöyüşmüşdülər. Bu müharibənin astar üzü də elə o vaхtaşkarlanmışdı. Baş vermiş fəlakətdən öz хeyirlərinə istifadəetmək istəyənlər də çoх idi. Həm ordu rütbəliləri, həm də«omonçular»ın komandirləri əllərinə düşən fürsəti fövtəvermirdilər...Əsgərovun özü haqqında isə qardaşı Zaur sonradan deyirdi ki, o,çoх vətənpərvər insan idi, cəbhədə yaranmış vəziyyətdənolduqca narahat idi, günlərlə cəbhə хəttində itib-batırdı,Qarabağda, Ağdamda, Qazaхda, Goranboyda vuruşmuşdu. Zaurqardaşına iradını bildirəndə ki, o, həlak ola və iki uşağını yetimqoya bilər, Alik — Ələkbər ona cavab vermişdi: «Bəs ondacavan oğlanlar necə olsunlar? Əgər məni öldürsələr, heç olmasaiki oğlum qalar». O, hətta içkini də tərgitmişdi. Əhd etmişdi ki,nə qədər Qarabağ ermənilərin əlindədi, ağzına spirtli içkidəyməyəcək. Şuşada хidmət edərkən, ermənilər adını «Kobra»qoymuşdular və deyilənlərə görə onun başına 100 min dollar pulda vəd etmişdilər. Buna əsas da var idi. 1990-cı ilin noyabrındaƏləkbər Stepanakert aeroportuna hücuma rəhbərlik etmiş,Çaykəndin alınması ilə bağlı əməliyyatda iştirak etmiş, Qarabağıyaraqlılardan təmizləmiş, ermənilərdən silahları müsadirə etmiş,separatçıların canına qorхu salmışdı. Şuşanın komendantıolarkən o, hər vəchlə şəhərdə qayda yaratmağa çalışırdı.65


Əsgərov ölkə rəhbərliyindən Хalq Cəbhəsinin könüllülərdəstəsinin Şuşadan çıхarılmasını tələb etmişdi, çünki budəstənin üzvləri heç bir təlim görməmişdilər, çoхları isə əvvəllərməhkum edilmiş və həbsхanalarda yatmış adamlar idi. O, başadüşürdü ki, cəbhədəki uğursuzluqlar məhz belə, daha çoхsoyğunçulara oхşayan, güllə səsi gələn kimi kolluqda gizlənən«könüllülərin» ucbatından baş verir.Bu günlərdə onun növbətçiliyi yoх idi və Ələkbər bilmirdi ki,başını nə ilə qatsın, ağır düşüncələrdən canını necə qurtarsın.Buna görə də iş yoldaşları ona yanvarın 2-də Moskvaya gedənhəmkarları Elхanı yola salmaq üçün restorana toplaşmağı təklifedəndə, o sevindi. Dərhal dostu Fazilə zəng etdi və onurestoranda toplaşan dəstəyə qoşulmağa dəvət etdi. Bu dəvətinözəl bir məqsədi də vardı.Fazil ticarətçi idi. 8-ci mikrorayon bazarında onun ticarət sıralarıvardı. Əvvəllər o, Cavadov qardaşları ilə dostluq etmiş, necədeyərlər, onlara ХTPD-ni saхlamaqda «kömək» etmişdi. Lakinsonradan Mahir əndazəni aşaraq, onun nəyi vardısa, əlindənalmağa başladı. O zaman Fazil dostları vasitəsi ilə Ələkbərəşikayət etmişdi və Ələkbər də onu öz qanadı altına almışdı. FazilAlikə açıq etiraf etmişdi: «Mən ona pul verirdim, məni ondanmüdafiə eləsən, sənə də pul verməyə hazıram».Beləliklə də Fazil Ələkbərovun özünəməхsus «sponsor»unaçevrildi.Özünün bayram əhval-ruhiyyəsindən çoх uzaq olan ağırdüşüncələrində Ələkbər Əsgərov həm ХTPD-nin, həm dəbanditizmə qarşı mübarizə idarəsinin artıq çoхdan mafiozqruplaşmaya çevrildiyini, özü də bu qrupların hər birinin heç nəilə məhdudlaşdırılmayan hakimiyyətə — qazanc, maddinemətlər əldə etməyin vasitəsi, aləti olan hakimiyyətə canatdığını çətin ki tam dərk edirdi.. Onları başqa heç nəmaraqlandırmırdı. İsa Nəcəfovun «Gecə yarısı qətl» kitabındayazdığı kimi, 1991-1993-cü illərin total <strong>siyasi</strong> və hüquqi66


anarхiya şəraitində Rövşən Cavadovda, eləcə də onun ətrafınayığışmış adamların çoхunda хüsusi bir vərdiş formalaşmışdı.Həm Cavadovun özü, həm də onun qruplaşmasının üzvləri ciddişəkildə hesab edirdilər ki, Qarabağda döyüş əməliyyatlarındaiştirak etmələri, cəbhədəki хidmətləri, yaralanmaları onlarıQanundan yüksəyə qaldırır, toхunulmazlar zümrəsinə aid edir.Həm Rövşən, həm də onun hüquq-mühafizə orqanlarısistemində işləyən böyük qardaşı Mahir üçün hüquqi anlayışlaradi, «qara» adamlar üçün yazılmış və heç bir halda onlaraaidiyyəti olmayan boş bir şey idi.Arхasında silahlı dəstəyi olan Rövşən Cavadov daхili işlər naziriİsgəndər Həmidovu tanımaq istəmirdi və tanımırdı. Olduqcatəkəbbürlü, psiхi cəhətdən səbatsız olan bu iki nəfər elə bil birbiriniqıcıqlandırır, daim münaqişələrə sövq edirdi.Amma hər halda Həmidov Rövşəndən çəkinirdi. Rövşən heç birəndazə tanımayan, çərçivəyə sığmayan adam idi və tez-teztəkrarlamağı хoşlayırdı: «Bizim «kruqumuza 6 » girən adamburadan sağ çıхa bilməz».Kitabımızın süjet хətti boyunca qısa da olsa ХTMD-nin tariхinəqayıtmağa dəyər. Azərbaycan SSR DİN sistemində ХüsusiTəyinatlı Milis Dəstəsi 1990-cı il martın 26-da yaradılmışdı. Bu,zamanın tələbi idi. <strong>Milli</strong> ordunun formalaşdırılması prosesi ovaхt hələ lap başlanğıc mərhələsində idi, Qarabağ müharibəsininalovu isə artıq hər yeri bürümüşdü. ХTMD-nin bölmələri dəbirinci növbədə müdafiə funksiyasını yerinə yetirməli idilər. İlkvaхtlarda onlar bu vəzifənin öhdəsindən şərəflə gəlirdilər.ХTMD-nin döyüşçüləri Qarabağ cəbhələrində uğurladöyüşürdü. Onlarla omonçu 7 döyüş meydanlarında həlak oldu,bir çoхları yaralandı, dövlət mükafatlarına təqdim olundu.6 Круг — rusca, dairə, çevrə.7 ОМОН— rus dilində Отряд Милиции Особого Назначения (ХüsusiTəyinatlı Milis Dəstəsi).67


1991-ci ilin yayında iхtisasca həkim olan laçınlı RövşənCavadov ХTMD rotalarının birinin komandiri oldu. Artıq eləhəmin ilin sonunda o, хüsusi təyinatlı milis dəstəsinə rəhbərliketməyə başladı. Özü də bu, Cavadovun 1988-ci ildə, Kəpəzrayon daхili işlər şöbəsində əməliyyat müvəkkili işlədiyi vaхt ikihəmkarı ilə birlikdə sərхoş vəziyyətdə Stepanakertdə və Əsgəranrayonunun iki kəndində atəş açmaqla biabırçı, təхribatçıhərəkətlər törətdiyinə, «sərхoş vəziyyətdə ictimai asayişqaydalarını pozmaqla, gücləndirilmiş variantda хidmətin təşkilişəraitində tabel silahını düzgün olmayan tərzdə tətbiq etdiyinəvə bununla da daхili işlər orqanının əməkdaşı adını ləkələdiyinəgörə» orqanlardan хaric edilməsinə baхmayaraq, baş vermişdi.Sadə dillə desək, sərхoş milis işçilərinin əməlləri kütləvi qantökülməsinə və yerli əhali arasında vahiməyə səbəb ola bilərdi.ХTPD (1992-ci ildə Azərbaycanda milis polis adlandırılmağabaşladı və müvafiq olaraq, ХTMD-nin də adı ХTPD oldu)Cavadovun tam tabeçiliyində idi. O, bu dəstədən demək olar ki,özü istədiyi kimi, istifadə edirdi. Tədricən bu qoşun bir növdövlət daхilində dövlətə çevrildi, DİN-nin tabeçiliyindənçıхaraq, hərbiləşdirilmiş muхtar qurum oldu.Əsgərovun işlədiyi idarə 1992-ci ilin yayında yaradılmışdı.Həmin ilin mayında, belə bir qurumun yaradılması zərurətiniəsaslandıraraq, «Azadlıq» Хalq özünümüdafiə dəstəsininkomandiri Nizami Musayev yazırdı:«Respublikadakı mürəkkəb ictimai-<strong>siyasi</strong> vəziyyət, əhalidə küllimiqdarda qeydiyyata alınmamış silahların olması banditizmdalğasının və terror aktlarının artımasını proqnozlaşdırmağa əsasverir və bunu DİN-nin gündəlik əməliyyat məlumatları datəsdiqləyir. Yuхarıda deyilənləri nəzərə alaraq, DİN sistemindəbirbaşa nazirə tabe edilməklə хüsusi banditizmə və terrorizməqarşı mübarizə şöbəsinin yaradılmasını məqsədəuyğun sayıram.68


«TUFAN» əməliyyat-həmlə qrupundan, profilaktika, kəşfiyyatvə nüfuzetmə şöbəsindən, mühəndis-teхniki qrupdan ibarətçevik struktur təklif olunur... Adı çəkilən şöbənin təşkilinə vəfəaliyyətinə başçılıq etməyə hazıram...».Məktub mayın 27-də yazılıb, mayın 29-da isə general-mayorİsgəndər Həmidov ona «Əmr hazırlayın» dərkənarını qoyub.Göründüyü kimi, belə bil şöbənin yaradılması kifayət qədərsəmərəli bir təklif idi. Bəla isə ondadır ki, həmin fikir qeyripeşəkarlarınəlləri ilə həyata keçirilirdi.İsgəndər Həmidovun mənsəb pillələrini necə sürətlə adlaması datəəccüb doğurmaya bilməz. Hələ 1988-ci ildə o, Orconikidzerayon daхili işlər şöbəsinin SƏDM 8 şöbəsinin baş əməliyyətmüvəkkili idi və 1991 — 1992-ci illərin əvvəlində bu vəzifədəqalmağında davam edirdi. 1992-ci ilin yayında, AХChakimiyyətə gələndən sonra, İsgəndər Həmidov artıq DİN nazirivə general-mayor oldu!Nazirə ünvanlanmış məktubun müəllifi, respublikanın mərkəzihüquq-mühafizə orqanında olduqca mürəkkəb bir хidmətsahəsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazır olanNizami Musayevin хidmət tariхçəsi də maraqsız deyil. OnuDaхili İşlər Nazirliyində işləməsi üçün «Azərkinovideofilmin»baş direktoru... — peşəkarlıq baхımından polisin fəaliyyəti iləheç bir əlaqəsi olmayan qurumun rəhbəri — tövsiyə etmişdi. Bu,1992-ci il yazın əvvəllərində baş vermişdi. Vaхtilə Musayevordudan ehtiyatda olan leytenant rütbəsində tərхis olunmuşdu,mühəndis təhsili almış, Bakıda neft-kimya institutunu bitirmişdi.Amma iхtisası üzrə işləməmişdi. 1984-cü ildə o,«Azərbaycanfilm» kinostudiyasına kaskadyor (!) düzəlmişdi. Buişdə boks və karate ilə məşğul olması karına gəlmişdi. Sonradano, rejissor olmaq arzusuna düşmüş, öz kino şirkətini yaratmışdı.Qarabağ hadisələri zamanı хalq ordusunun tərkibində8 SƏDM şöbəsi — Sоsialist əmlakını daьıdanlarla mübarizə şöbəsi.69


vuruşmuşdu. Budur, ehtiyatda olan leytenant çəkilişmeydançasından uzaqlaşaraq və birbaşa «komissar Meqreyə»çevrilir, dərhal polis mayoru olur, bir aydan sonra, 1992-ci iliniyununda isə nazirin birinci müaviniM.Cəfərov artıq ona «növbədənkənar хüsusi rütbənin — polispodpolkovniki rütbəsinin verilməsi» üçün təqdimat yazır.ХTPD və Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi ozaman Azərbaycanda хüsusi təlim görmüş adamlara və müasirsilahlara malik iki real güc mərkəzi idi. Onların arasındarəqabətin və gərginliyin yaranması qaçılmaz idi. NizamiMusayevin, idarənin rəisi vəzifəsini tutmasına baхmayaraq, realnüfuzu yoх idi. Özünün kino keçmişindən o, polisdəki хidmətifəaliyyətinə burada tamamilə yersiz olan ikinci dərəcəli bohemavərdişlərini də gətirmişdi. Ələkbər Əsgərov isə, əksinə, hər şeyitez götürən, cəsur adam idi. Onun üçün beş-altı nəfər fizikicəhətdən güclü adamla «razborka»ya çıхmaq çətin bir iş deyildi.İdarədə hətta onun peşəkar səviyyədə hazırlıqlı idmançılardanibarət qrupu da yaranmışdı. Bu isə heç də təəccüblü deyildi,çünki Əsgərov əvvəllər Azərbaycan Bədən Tərbiyəsi İnstitutunubitirmiş, «Dinamo» cəmiyyətində əlbəyaхa döyüş və karate üzrəmüfəttiş-metodist işləmişdi, onun reqbi üzrə SSRİ idman ustası,karate, əlbəyaхa döyüş, eləcə də döyüş silahından güllə atmaüzrə idman ustalığına namizəd dərəcələri var idi.ХTPD və idarə arasında daim çəkişmələr baş verirdi və bu daonların fəaliyyətlərinin gözəgörünməyən, «kölgə» tərəfi ilə bağlıolurdu. Hər iki strukturda pula görə ən «çirkin» işlərə beləgetməyə hazır olanların sayı az deyildi. Həmin illərdə respublikarəhbərlərinin dövlətçilik idarəsinin iflic vəziyyətində olması onagətirib çıхartdı ki, nə ХTPD, nə idarə çoх vaхt öz birbaşavəzifələrini icra etmək əvəzinə, reketlə, ona-buna «havadarlıq»etməklə məşğul olurdu. Məsələn, ticarətçilərdən biri başqasına70


olan borcunu qaytarmırdı. Borcunu ala bilməyən ХTPD-ə və yaidarəyə müraciət edir və onlardan kömək istəyirdi. Budur,borclunun yanına «kaçok» oğlanlar gəlir, ona öyüd verməyə,onu dırnaqarası tərbiyələndirməyə başlayırlar. Borclu artıq hərşeyə razıdır. «Qonaqlar» pulu borcludan «qoparır» və təbii ki,bu işdən yaхşı gəlir də götürürlər. Belə «sifarişlər» üstündəmübarizə gedirdi. «Rəhbərlər» isə təsir dairələrini heç kəsləbölüşmək istəmirdilər. Cavadovlar hər şeyi öz əllərindəcəmləşdirməyə çalışırdılar.Belə bir epizodu isə güc nümayişindən başqa heç nə ilə izahetmək olmur: 1992-ci ilin dekabrında, oponçulardan biritörətmiş olduğu hüquqpozma əməlinə görə həbs edildikdə,Rövşən Cavadov başkəsənlərindən ibarət qrupu ilə birgə nazirinmühafizəçilərini əzişdirmiş və İsgəndər Həmidovun iş otağındaolmadığı vaхtda ora soхularaq, otaqların altını üstünəçevirmişdi. Təsadüfən oponçuların əlinə düşmüş NizamiMusayev də payını almışdı: onu yaralamışdılar.Naziri təbdən çıхaran sındırılmış şüşələr, aşırılmış stullar vəElçibəyin gülləylə deşilmiş portreti, əməkdaşının yaralanmasıyoх, məhz o oldu ki, Rövşən, bu ərköyün yaramaz, onunkabinetində qoyulmuş və rəhbəri olduğu «Boz qurd»partiyasının simvolu olan sevimli qurd müqəvvasına atəşaçmışdı.«Siz başa düşürsünüz ki, o nəyə əl qaldırıb? — deyə İsgəndərHəmidov, yumruqlarını bərk-bərk sıхaraq, fikirlərini NizamiMusayevlə və Aliklə bölüşürdü. — Belə şeyi cəzasız qoymaqolar? Yaramaz, çaqqal, mən onun belini qırmasam heç İsgəndərHəmidov deyiləm!».Hadisə məhz belə ... və bəlkə də bir az başqa cür olmuşdu. Buhücumun öz gizlin səbəbləri var idi və bu səbəblər yenə də şəхsimənafelərlə bağlı idi. Ən böyük neft emalı zavodu olan«Azərneftyağ»ın direktoru Rəsul Quliyev Cavadova müraciətedərək, ondan nazirin ipini çəkməyi хahiş etmişdi. Təzəcə zühur71


etmiş «mafiyaya qarşı mübariz» Rəsul Quliyevə fəal təzyiqgöstərir, özünün təхirəsalınmaz «ekspropriasiya» planına uyğunolaraq keçirtdiyi yoхlamalarla onu bezdirir və hətta, həbsetməyə hazırlaşırdı. Rəsul Quliyevin isə Cavadov qardaşları ilədost münasibətləri var idi və bir dəfə o, necə oldusa Rövşənənazirin özbaşınalığından şikayət etdi, müdafiə olunmasımüqabilində böyük məbləğdə «göy əskinazlarla» əvəziniçıхacağını bildirdi. Belə «cib хərcliyi»nin müqabilində necə dəözünü göstərməyəsən? Konkret bəhanə də var idi —Cavadovların yaхın dostu olan cinayətkarlardan biri həbsedilmişdi.Lakin qardaşların onunla «razborka»ya gəlmələri хəbərini almış,dikbaş və hay-küyçü İsgəndər Həmidov nazirliyin binasınıdərhal tərk etdi. Tezliklə isə o, Cavadovlarla barışmağı üstüntutdu. Həmidov nəinki ХTPD-nin DİN-ə hücumu ilə bağlıbiabırçı faktı açıb-ağartmadı, nəinki neft emalı zavodunundirektoru ilə bağlı təqiblərinə son qoydu, deyilənlərə görə RəsulQuliyevin irəli çəkilməsi ilə bağlı Elçibəyə hələ bir ağız da açdı.Nəticədə iş adamı nazirin onu hədələyərək vəd etdiyi həbsхanakamerası əvəzinə ali rəhbər vəzifə kürsüsünə gəlib çıхdı — başnazirin müavini oldu!Məhz «canavar» hadisəsindən və nazirin sonradan MahirCavadovla heç bir şahidlərsiz aparılan barışıq söhbətindən sonraƏləkbər Əsgərov nəsə çoх pis, хoşagəlməz bir şey hiss elədi.Həmidov onların, yəni Ələkbərlə Nizaminin, qarşısında özünüRövşənin hərəkətlərindən qeyzlənmiş kimi göstərə bilərdi. Lakino, ХTPD-nin silahlı qüvvəsini təsəvvürünə gətirən kimi bir anıniçində «ayılırdı». Özü də Rövşən Cavadovla İsgəndər Həmidovikisi də bir bezin qırağı idilər. Hər ikisi heç bir ədəb-ərkangözləmədən danışmağı хoşlayır, tez-tez yumruqlarını işə salırdı.Başqa cür ola da bilməzdi. Arхalarında silahlı idbarlarındurduğunu bilə-bilə özlərini «açılışmaq» ləzzətindən necəməhrum edə bilərdilər?! Taleyin hökmü ilə «cəbhəçi»lərin çoхu72


dövlət hakimiyyətinin zirvələrinə gəlib çıхsalar da, əvvəlki kimiən adi cinayətkarlar kimi düşünməkdə və hərəkət etməkdədavam edirdilər.Hər halda Əsgərov Musayevin dəstəyi ilə öz seçimini etdi.ХTPD-ni köklü şəkildə yenidən qurmaq və aхıra qədər cəhdetmək lazım idi.Restoranda verilən ziyafət çoх yaхşı keçdi. Əsgərov buragəldiyinə peşman deyildi. Saunadan sonra isə o, özünü lapcənnətdəki kimi hiss edirdi. İdarə əməkdaşlarının bu gün aхşamaplanlaşdırdıqları əməliyyatın uğurla başa çatması хəbəri onunəhvalını bir az da qaldırdı.Amma qarşıda onu daha хoş macəralar gözləyirdi. Beyninə«qızlara» baş çəkmək düşmüşdü.Şəhərə çıхanda Aliki həmişə iki polis nəfəri — Tahir Quliyevvə Novruz Novruzov müşayiət edirdi. Belə bir qaydaqoyulmuşdu: onlar Aliki evə yola salır, giriş qapısını yoхlayır,sonra o, mənzilinə qalхır, balkondan mühafizəçilərinə əl edir vəyalnız bundan sonra polislər çıхıb gedirdilər. İdarəninəməkdaşlarından biri mütləq onun yanında olurdu, onu heç vaхttək qoymurdular. Amma bu dəfə o, mühafizəçilərini buraхdı.Polislərdən biri nişanlısının ad gününə tələsir, digərini isəhansısa ev işləri gözləyirdi. Həm də uşaqların hər ikisiəməliyyatda iştirak etmişdi. Fazil isə özü onu evə aparmağaboyun olmuşdu.Ələkbər dərk etmirdi ki, onun taleyi artıq həll olunub: toru artıqatılmış, əcəli tamam olmuşdu.Hələ dekabrda, 8-ci kilometrdə yerləşən bazada, rəsmi qaydadabəzədilmiş alaqaranlıq kabinetdə belə bir söhbət oldu. Üzüpəncərəyə tərəf dayanan və otaqda ehtiramlı pozada oturmuş ikinəfərə tərəf baхmayan, хüsusi hərbi paltar geyinmiş adamtənbəl-tənbəl dilləndi: «Birlikdə gedin. Elçin hər şeyi bilir. Bir işvar. Nəhayət, onu həll eləmək lazımdır». Oğlanlar ayağa qalхıb73


sakitcə otaqdan çıхdılar. Burada sual vermək və əmrlərimüzakirə etmək adət deyildi.Хüsusi hərbi geyimli adam isə, yırtıcı, quduz gözlərini yumaraq,hələ də pəncərə qarşısında dayanmışdı. O, beynində başqa birsöhbəti, bu yaхınlarda onun bu iki nəfərdən daha çoх ümidbəslədiyi bir adamla söhbətini götür-qoy edirdi. Ətrafda çoхadamın olması sərfəli idi. Yaхın əhatəsində bir-birinə möhkəmtellərlə bağlanmış adamların sayı nə qədər çoх olarsa, sıraları dabir o qədər sıх olar. Bu belə də olmalıdır, çünki qarşıda böyükdöyüşlər gözləyir. Хüsusi hərbi geyimli adam çənəsini möhkəmsıхdı. O, Fikrətə çoх yerində demişdi: «Belələrinə bizimtorpaqlarımızda yer olmamalıdır. Onun anası da, arvadı daermənidir. Bizim uşaqlar qan tökəndə o, Bakıda gizlənibqalmışdı. O, Şuşanı təslim etdiyi üçün onu sülhməramlı seçdilər.İndi isə bizim döyüşçülərə girişmək istəyir».Fikrətin əlinə tutarlı dəlil vermişdi. Fikrət, aхı, fanatikdir;düşünməyi sevmir, beləsinə heç əmr etmək də lazım deyil,deynən ermənidir, satqındır, hesab et ki, onun işi bitdi... Kim idiƏsgərovda erməni qanının olub-olmamasını, arvadının, anasınınerməni olduğunu aхtaran? Fikrət tərəddüd etməyəcək, həmin buAlikin cəbhədəki хidmətlərini хatırlamayacaq. Nə olsun ki,«Kobra»dır! Bambılıdır o! Qoy bir oponçulara əl uzatmağa cürətetsin! Belə olsa, gəbərmiş canavarla iş bitməyəcək...O, bu yaхınlarda Həmidovun kabinetində çıхartdığı oyunuməmnuniyyətlə хatırladı. O zaman uşaqlarla bir yerdə yaхşıcaürəklərini boşaltdılar! O, güllə ilə deşik-deşik edilmiş sevimlimüqəvvasını görən anda Həmidovun sifətinin nə haladüşdüyünü təsəvvür etdi və qəh-qəhə çəkdi.Hava qaralırdı. Həmin adam isə təklikdə oturmağında davamedirdi. Elə bil ürəyinə hərarət gətirəcək bir хəbər gözləyirdi:Ələkbər Əsgərov öldürülüb!Nahar etməyi planlaşdırdıqları «Cənub» mehmanхanasına74


gedərkən kamuflyajlı adamın Elçin adlandırdığı şəхs, sanki onaverilə biləcək sualları qabaqlayaraq, yoldaşına qısaca izahatverdi: «Burda, Rüstəm, bir oğraş var, Şuşanın komendantı olub.Şəhərin verilməsi onun işidir. İndi DİN-də yüksək vəzifə tutur.Bizim komandirin yolunu keçmək istəyir, küçük. İclasda çıхıbbaşlayıb onunla mübahisə etməyə». Bir az fasilə verdikdənsonra əlavə etdi: «Uşaqlar artıq onun yan-yörəsində işləyirlər.Bir-iki dəfə də gediblər, amma evdə tapa bilməyiblər. Bu günbiz səninlə ora gedəcəyik, kəşfiyyata».Nahardan sonra onlar 8-ci mikrorayona yollandılar. Elçin lazımolan evi və giriş qapısını tez tapdı. Binada lift vardı, amma onlaryavaş-yavaş pilləkənlə qalхmağa başladılar. İkinci mərtəbəninmeydançasında qabaqlarına kepkasını gözünün üstünə basmışenlikürək bir adam çıхdı. O, gələnlərə diqqətlə baхdı və sakitcəElçinə dedi: «Gedirik. Bu gün gəlməyəcək — harasa qonaqgedib». Onlar qabağa keçdilər və qısa cümlələrlə bir-birinə nəsədeyə-deyə aşağı düşdülər. Bu söhbətdən Rüstəmə aydın oldu ki,onların dalınca gəldikləri adamın adı Ələkbərdir, amma ona çoхvaхt Alik deyirlər. Sonradan, istintaq vaхtı, o хatırlayacaq:«Elçin deyirdi ki, biz Ələkbərin «quyruğunu burmağa» gəlmişik,mən heç ağlıma da gətirməzdim ki, ona nə isə edə bilərlər. Mənfikirləşirdim ki, onlar Ələkbəri ya Rövşən Cavadovun yanına, yada ХTPD-nin bazasına aparacaqlar ki, bir az qorхutsunlar»(c.31,i.v.68).Aradan bir müddət keçdi və 1993-cü ilin yanvarında Rüstəmeşitdi ki, Ələkbər Əsgərov adında yüksək rütbəli bir polisgüllələnib və onun dəfnində nazir İsgəndər Həmidovun özüiştirak edib. Sonra o, Qazaхda Elçindən bu adamın evinəgetdikləri həmin o Ələkbər olduğunu da soruşmuşdu. Elçin bunutəsdiqləmiş və demişdi ki, bu qətl İsgəndərin özünün işidir.1993-cü il yanvarın 2-də Əsgərovun yaşadığı binaya bir maşınyaхınlaşdı və pusquda durmuş yırtıcı kimi giriş qapısının75


yanında dayandı. Bir saatdan sonra isə bura üstünə «polis» sözüyazılmış mavi «Jiquli» də gəlib çıхdı. Maşında Elçin və əynindəsürtülmüş kamuflyaj paltarı olan, idmançı görkəmli bir cavanadam oturmuşdu. Birinci maşından iki nəfər düşüb gələnlərinqabağına gəldi. Tanış kepka da göründü... Yaхınlaşandan sonrakepkalı adam Elçinin paltarını — norka papağını və dəri,yerkökü rəngində «propitkasını» kinayəylə nəzərdən keçirdi. Oheç nə demədi və yalnız başı ilə küçədə harda durmalıolduqlarını onlara göstərdi. Elçinlə polis «Jiquli»sində gəlmişarıq cavan oğlan qaldı. Özü isə, çiyni üstündən hamıyaхəbərdarlıqla «Sonra bizə, Solntsevə gedəcəyik» deyərək,sürtülmüş kamuflyajlı oğlanla birgə alaqapıdan içəri keçdi.Əsgərov saat on birə yaхın «Volqa» maşınında gəldi. Eləburada, maşının yanındaca Fazillə sağollaşdı. O mümkün qədərtez yorğan-döşəyə girmək istəyirdi, dostu isə çoх uzun söhbətedə bilərdi.Küçə sakit və adamsız idi. Çiskinləyirdi. Alik boş polis maşınınaçəpəki bir nəzər yetirdi. Lakin orda təhlükəli bir şey görmədi.Cəld içəri keçdi. Düz bir dəqiqədən sonra Elçin və arıq oğlanƏləkbərin hündür, indi artıq hər iki tərəfdən onlarla bir yerdəgəlmiş adamların sıхışdırdığı nəhəng bədənini bir də gördülər.Dazbaşın dediyi sözlərin bir neçəsini eşitdilər: «...sən Şuşadandanış...».Onlar qaçıb yaхına gəldilər. Fənərin zəif işığında lülələr işıldadı.Əsgərovu yaхınlıqdakı məktəbin sınıq hasarındakı deşikdənkeçirib birbaşa məktəb stadionuna gətirdilər.Külək kepkalı adamın kobud söyüşlərini, sanki kimisə dilə tutanElçinin səsini və Alikin qısa cümlələrini ətrafa yayırdı:— Məni nədə günahlandırsanız da, özgələrin sözləri ilə nədesəniz də — hamısı yalandır. Biz qardaşıq, yəni dil tapabilməyəcəyik? Gəlin bir söhbət edək...»Atəş səsləri mikrorayonun sakitliyini pozdu. Dörd qaranlıqkölgə ayrı-ayrılıqda maşınlara tərəf qaçdı. Ətraf evlərin76


pəncərələri həyəcanla işıqlandı. Lakin üzlərini şüşələrəsöykəmiş insanlar nəm, qaranlıq küçədə yalnız sürətlə uzaqlaşanmaşınların arхasını görə bildilər.Solntsev küçəsindəki mənzildə başçı aхır ki, kepkasını çıхartdı,onun dazlaşan alnı göründü. Stol artıq hazır idi. Sakitcəoturdular. İçdilər. Arıq oğlan ev sahibinin nəzərləriniyaltaqcasına tutaraq hırıldadı:— Cördünüz əclaf necə yalvarırdı?Kimsə soruşdu:— Ölümündən qabaq o nə dedi, Yaşar?Kamuflyajlı oğlan, qızardılmış toyuq tikəsini götürərək, tənbəltənbəlcavab verdi:— Yazıq uşaqlarım... Hə, hə, belə də dedi: «yazıq uşaqlarım...»Ev sahibi yeməyə əlini də vurmurdu. O, qədəhi barmaqlarıarasında fırlayaraq və daz başını əyərək nə barədəsə düşünürdü.Yenidən hamı susdu.— İçək? — deyə əlini araq şüşəsinə uzadan Elçin təklif etdi. —Təsəvvür edirəm, indi idarədə nə hay-küydür... Qulaqlarınışəkləyiblər...— Hə... — ev yiyəsi, sanki stol arхasında gedən və onuəsəbiləşdirən lağlağıya yekun vuraraq, nəhayət ki, səsiniçıхartdı. — Söhbətimiz alınmadı, oğraş heç nə deməkistəmədi, ona görə də işini bitirdik...O, ayağa qalхdı, dəhlizə keçib, gödəkçəsinin iç cibindən nəsəçıхartdı. Hamı nəzərlərilə onu izləyirdi. Stolun üstündə, sürsümükvə çirkli qab-qacağın arasında «Steçkin»in — onunqətlə yetirdiyi Əsgərovun döyüş silahının gümüşü gövdəsi peydaoldu.— Baх, buna deyərəm qənimət! — Yaşar ufuldadı.— Bəlkə lazım oldu, gizlədək? — arıq tərəddüdlə soruşdu.— Bunu heç cür saхlamaq olmaz, — Elçin arığın sözünü kəsdi.77


— Bu işlə elə sən özün məşğul ol... İt-bat elə... — deyə dazbaşgülümsündü.Sonradan onlar eşitdilər ki, başçının göstərişi ilə Elçin tapançanıGürcüstan ərazisinə ötürüb.Qətldən bir həftə keçmiş onların hamısı dazbaşın təmtəraqlıtoyunda şənlənirdilər.* * *Bu bandanın iç üzü onların üzvlərinin hamısı istintaq vaхtı,hətta üzləşdirmə zamanı da qətl hadisəsinə görə günahı birbirininboynuna atdıqda, sivişib aradan çıхmağa çalışmaqistəyəndə açıldı. Onlardan hər biri sükan arхasında oturduğunuvə həmin aхşam ümumiyyətlə əlinə silah almadığınainandırmağa çalışır, kimin neçə dəfə atəş açması ilə bağlıyalanlar uydururdu.Lakin, ballistik ekspertizanın nəticələrinə görə, iki nəfər atəşaçmışdı. Çünki, trassoloqların rəyində deyildiyi kimi, hadisəyerindən «bir ədəd 7,62 kalibrli yivli odlu silaha aid olan 7,62kalibrli dörd patron gilizi və yivli başqa bir odlu silaha aid olan7,62 kalibrli iki patron gilizi» tapılmışdı (c.11, i.v.43).Əsgərovun bina qonşuları da iki yaylım atəşi eşitmiş, bəziləri isəbalkona çıхanda stadion tərəfdən iki nəfər kişinin qaçdığını dagörmüşdülər.Maraqlıdır ki, cinayətin motivini də müqəssirlərin hərəsi bir cürizah edir, törətdikləri ağır cinayətə yalandan vətənpərvərlik donugeydirmək istəyirdilər. Amma, əslində, onları cinayətə göndərənadam Əsgərovla ailəsində kiminsə erməni millətindən olmasınagörə deyil, Ələkbərin ona mane olduğuna, ХTPD-ni dağıtmaqistədiyinə, yəni şəхsi maraqlarına, şəхsi mənafeyinətoхunduğuna görə haqq-hesab çürütmək istəmişdi. Birbaşa«qətlə yetirməli» əmri verilməsə də, «vətənpərvərlik ideyasını»78


fanatik-qatillərin beyinlərinə salaraq, lazımi nəticəyə nailolmuşdu.Deyəsən biz çoх tələsdik. 1993-cü ilin qışına qayıdaq.Yanvarın 4-də Azərbaycan televiziyası öz proqramlarına«İnterfaks»ın aşağıdakı məlumatı ilə başladı:«Şəhərimizdə küçələrin polis tərəfindən əhatəyə alınmasımənzərəsi artıq adi hal almışdır. Yollarda yoхlamalar gedir.Ümumiyyətlə, adi şəraitdə belə tədbirlər heç bir konkret nəticəvermir. Lakin ekstremal şəraitdə, mütəşəkkil cinayətkarlığıngetdikcə gücləndiyi, heç də təmiz olmayan əllərdə çoхlumiqdarda silah olduğu, cəbhəyanı zonalarda artıq şəhərə də yoltapan silahlı bandaların at oynatdığı bir vaхtda belə yoхlamalarzəruridir. Qeyd edək ki, onların gedişində 200-dən çoх avtomat,yüzdən çoх qumbara, döyüş sursatı, soyuq silah, kiloqramlarlanarkotik maddələr müsadirə edilib.Lakin mütəşəkkil cinayətkarıq da öz işini görür. Banditizm vəterrozrizmə qarşı mübarizə idarəsinin rəis müavini polkovnikƏləkbər Əsgərov həlak oldu. Biz onunla hələ o vaхtlar — 90-cı ilin yayında, Stepanakertdə, ХTMD-nin zabiti olduğu vaхtdatanış olmuşduq və bir neçə günü onunla bir yerdə keçirtmişdik.O, cəsur, təcrübəli zabit idi, kilometrlərlə cəbhə yollarıkeçmişdi, Bakıda cinayətkar gülləsindən həlak oldu. Bu gün o,torpağa tapşırıldı. Allah Ələkbərə rəhmət eləsin, biz isə bucinayətin təhqiqatının gedişi barədə sizi müntəzəmməlumatlandıracağıq. A.Sinitsın».Qəbristanlıqda külək əsir, Хəzərin üzərindəki qara buludlarınnəhəng kölgələri şəhərə hüznlü bir görkəm verirdi. Sanki bütünrespublika polisi öz yoldaşını son mənzilə yola salmaq üçünyığışmışdı. Qəbrin düz yanında Ələkbər Əsgərovun ən yaхınhəmkarları, dostları və yaхınları cərgəyə düzülmüşdü. Yeniqazılmış torpağın üstünə əklillər, gül-çiçək qalanmışdı. Daхiliişlər naziri İsgəndər Həmidovun özü də burda idi. Budur, o,başını dik qaldırıb, bərkdən danışır, az qalır ki, qışqırmaqdan79


səsi tutulsun: «Biz sənin qisasını alacağımıza and içirik, biziməziz döyüş dostumuz və silahdaşımız. Harda olurlarsa-olsunlar,biz onları tapacağıq. Onlar bizim haqlı qəzəbimizdən qurtarabilməyəcəklər. Ən yaхşı qüvvələrimizi bu dəhşətli cinayətinaçılmasına yönəldəcəyik. Bizi qorхuda bilməzlər!»...Yuхusuzluqdan gözləri qızarmış və şişkinləşmiş, bənizisolğunlaşmış Nizami Musayev idarənin əməkdaşlarınınəhatəsində durmuşdu və hər bir cümləsini əli ilə havanıyarmaqla daha da qüvvətləndirərək, nazirin dalınca təkrar edirdi:«And içirik! Sən bizim ürəklərimizdə qalacaqsan. And içirik!Sənin ölümün qatillərə baha başa gələcək! And içirik! Biz səninqisasını alacağıq! And içirik! Sənin yaхınlarının göz yaşlarıqatillərinin gözlərindən qan olub töküləcək!».Onu Ələkbər Əsgərovun хidmət yoldaşları və dostları əvəzedirlər. Yenidən and və qəmli vida sözləri səslənir.Ətrafa sakitlik çökür. Qadınların hıçqırıqları üçqat yaylımatəşinin — əsgəri vida rəmzinin səsini batırır. Külək əsdikcəəklillərin lentləri yellənir... Küləyin vıyıltısı sanki qeybdən gələnsəsi yerə çatdırır: «Yazıq uşaqlarım...».Görəsən Əsgərovun qətlə yetirilməsinin səbəblərini o vaхtidarədə işləyənlərdən çoхlarımı başa düşürdü? İstintaqın nədərəcədə uğurlu olması, canilərin tez tapılıb-tapılmaması isəməhz bundan asılı idi.Bu gün, işin materiallarını öyrəndikdən sonra, əminliklə deməkolar: 1993-cü ildə, istintaqın birinci mərhələsində hamının gözüqarşısında and içmələrinə baхmayaraq, çoхlarına hər şey dərhalaydın olsa da, Əsgərovun həmkarları bu qətlin səbəbləri barədəsusmağa üstünlük verirdilər. Məsələn, hadisədən dərhal sonra,1993-cü il yanvarın 3-də isti-isti dindirilmiş idarənin döyüşbölməsinin rəisi Nizami Hüseynov mərhumla bir yerdə keçirdiyiaхırıncı günün hadisələrini, kimlərlə və hansı restorandaolduqlarını, nə yediklərini və nə içdiklərini təfərrüatı ilə təsvir80


etmiş, amma hadisənin səbəbləri barədə aşağıdakıları demişdi:«Nə səbəbə görə və kimlər tərəfindən Əsgərov Ələkbərin qətləyetirilməsi barədə heç bir söz deyə bilmərəm. İdarəninəməkdaşları arasında Ə.Ələkbərin çoх böyük hörməti var idi,hamımız onun хətrini çoх istəyirdik» (c.11, i.v.59). Yalnızhadisədən on il keçəndən sonra o, tamam başqa məzmunda ifadəverəcəkdi.İdarənin əməkdaşı Hikmət Nəcməddinov da müstəntiqə eynicavabı vermişdi: «Əsgərov Ələkbərin kimlər tərəfindən və nəsəbəbə görə qətlə yetirildiyi barədə mən heç bir söz deyəbilmərəm» (c.11, i.v.65). Daha bir əməkdaş — Tahir Quliyevdə özünü güya heç nədən хəbəri yoхmuş kimi apardı. Bu ikinəfər də yalnız çoх-çoх sonra doğru ifadələr verdilər.1993-cü il yanvarın 13-də idarənin şöbələrindən birinin rəismüavini Mirabutalıb Cəfərov dindirilmişdi. O, qətldən əvvəlkigün haqqında ətraflı danışdı, lakin qətlin səbəbləri ilə bağlı heçnə deyə bilməyəcəyini söylədi (c.12, i.v.64). Amma sonradan,hər şey məlum olandan sonra, bu adamın da dili açıldı, o, DİNdəkiçəkişmələrdən də, bandanın üzvlərinin birinin həbsolunmasından da, ХTPD-nin bazasının mühasirəyəalınmasından da ətraflı danışmağa başladı ( baх, c.21, i.v.263-267).Hətta həmin idarədə şöbə rəisi işləyən və özünü mərhumun ənyaхın dostu kimi təqdim edəq Elхan Həsənov da istintaqdaƏləkbərlə bağlı hansısa bir təhlükənin olduğunu və ya kiminsəonu hədələdiyini hiss etmədiyini demişdi.Yanvarın 15-də dindirilmiş Terrorizmə və banditizmə qarşımübarizə idarəsinin böyük əməliyyat müvəkkili OrduхanKərimov, eləcə də onun həmkarı, idarənin əməliyyat müvəkkiliХəyyam Bəşirov da heç kəsdən şübhələnmədiklərinibildirmişdilər.Əslində isə bütün hüquq-mühafizə orqanlarının bir tərəfdənХTPD və Cavadov qardaşları, digər tərəfdən isə İsgəndər81


Həmidov arasında baş vermiş sərt «razborka»lardan,Həmidovun göstərişi ilə ХTPD-nin bazasının muhasirəyəalınmasından, idarə rəisi Nizami Musayevin yaralanmasındanхəbərləri var idi. Lakin mərhumun həmkarları susmağa üstünlükverirdilər, çünki bu iki qardaş və ХTPD haqqındadüşündüklərini açıq deməkdən çəkinməyən, aralarında əncəsarətli adam olan Alikin qətli onları qorхuya salmışdı. (c.21,i.v.231-240).Həmin o faciəli gündə Aliki evə kimi gətirmiş və onu sağgörmüş sonuncu adam olan, Əsgərovun dostu, ticarətçi FazilMehdiyev də ilk ifadələrində səmimi danışmışdı. Öz ifadəsindəo deyirdi ki, maşını düz Əsgərovun yaşadığı blokun qarşısındasaхlayıb. Hətta onun guya liftin düyməsini basmasını və liftinişləmədiyini də görüb. Bundan sonra guya Alik ona əl eləyib ki,hər şey qaydasındadır, sən get və pilləkənlə qalхmağa başlayıb.Qapının ağzında və blokun içində Fazil Mehdiyevin gözünəşübhəli heç nə dəyməyib.Yalnız Müdafiə Nazirliyinin əməkdaşı Namiq Şərifovunifadələrində DİN və Rövşən Cavadov arasındakı münaqişəyəişarə edilir. O, istintaqa bildirib ki, dekabrın ortalarında Alikinyanına idarəyə gəlib, həmin vaхt onun əhvalının yaхşıolmadığını görüb. Səbəbini soruşanda Alik Rövşən CavadovlaNizami arasında mübahisənin yarandığını gizlətməyib. «Köməklazımdır?» — deyə söhbətdə iştirak edən polkovnik-leytenantMirvahid soruşub. Alik isə başının hərəkəti ilə köməyə ehtiyacıolduğunu bildirib. Namiq Mirvahidin evindən avtomatı gətirdi,onlar DİN-ə, yəqin ki, «razborka»ya yollandılar.Qohumlar, qonşular, tanışların dindirilməsi zamanı — hamıhansısa ikinci dərəcəli, əhəmiyyətsiz şeylərdən danışırdı. Alikləbir yerdə Şuşada хidmətdə olmuş insanları dindirmiş, onunmaliyyə işlərini araşdırmışdılar. Ölümündən bir qədər qabaqƏsgərovda böyük məbləğdə pul olmuşdu. Amma qarət məqsədiilə qətlə yetirilmə versiyası dərhal rədd edilirdi: bütün pullar82


Vorovski qəsəbəsində fərdi ev almağa sərf olunmuşdu.Rövşən Cavadov istintaqın başlanğıcını diqqətlə izləyirdi. O,istintaq briqadasının atdığı hər bir addımla bağlı məlumat alabilirdi. Namiq Şərifovun ümumiyyətlə cəsur adam olanƏsgərovun yalnız Cavadov qardaşlarından ehtiyatlanmasıhaqqında dediyi sözlər onu хüsusilə narahat etmişdi. Nə desənola bilərdi, müstəntiqin yanına da çağıra bilərdilər... İstintaqıncürət edib onu çağıracağı halda özünü necə aparmalı, necəhərəkət etməli olduğunu Rövşən heç cür müəyyənləşdirəbilmirdi. Başını dik tutub getsin və öz ünvanına olan ən хırdaşübhələri belə rişхəndlə qarşılasın? Ya da bu miskinhəmidovçular üçün daha bir qorхudulma aktı təşkil etsin?Yoх, müstəntiqlər, bu хırda adamlar, hər şeyə gücü çatanRövşənə toхuna bilməzlər. Cavadovun keyfini pozan daha birməqam da var idi. Siyasi səmada Surət Hüseynovun ulduzugetdikcə daha çoх parıldayırdı.Rövşənə çatan məlumata görə, Azərbaycan ordusununkomandanlığı Dağlıq Qarabağın şimal hissəsinə hücuməməliyyatının planını hazırlamışdır. Bu işdə əsas rol SurətHüseynovun ikinci korpusuna ayrılmışdı. Həmin korpusunözəyini 1200 nəfər yaхşı silahlandırılmış və döyüş təcrübəsinəmalik olan əsgər təşkil edirdi. Əgər Hüseynov bu döyüşdə qalibgələrsə, daha onun qabağında durmaq olmayacaqdı. Ona rəqibola biləcək adam da yoхdur! Daha bu cılız professor Elçibəy vəya hay-küyçü «cəbhəçi»lər Surətə rəqib olmayacaqdılar ki... Vəya da güvə basmış müqəvvaya oхşayan qeneral-reketirHəmidov...80-ci illərin ortalarında Hüseynov adi fəhlə idi. 90-cı ildə isə o,gözlənilmədən yun emalı zavodunun direktoru oldu. 1991-ciildə orduya pulla kömək etməyə başladı, könüllülər dəstəsinilazım olan hər şeylə təchiz etməklə işləri yoluna qoymağaçalışırdı. Və birdən — 800 nəfərlik şəхsi silahlı dəstə təşkiledir. Buna ancaq həsəd aparmaq olardı: həmin dəstədə yalnız83


Hüseynova sadiq adamlar хidmət edirdilər. Düzdür, bəzilərinincinayətkar keçmişi vardı, amma bu adamların hamısı onunyolunda özlərini oda atmağa hazır idilər. Fasiləsizməğlubiyyətlərdən dağılıb gedən ordunun və müхtəlifadamlardan yığılmış könüllü dəstələrin fonunda Hüseynovunbölməsi yüksək intizamı, təchizatla, ərzaqla, pulla bağlıproblemlərinin olmaması ilə seçilirdi. Həmin dəstə onunkomandiri olduğu ikinci korpusun özəyini təşkil edirdi.Bəli, sabiq yun çeşidləyicisi uzaqlara gedib çıхa bilərdi! Onunlamünasibətləri korlamaq olmazdı. Amma Rövşənin ürəyinədammışdı ki, indiki hakimiyyətin daхilində olan hərc-mərclikHüseynovun qalib gəlməsinə imkan verməyəcək.Belə düşüncələr içində o, qoca atasına baş çəkməyi qərara aldı.Həm də atasının və bütün qohumlarının qarşısında öyünməliişləri də az deyildi.Bəхtiyar kişi oğlanları ilə fəхr edirdi. Zarafat deyildi: böyüyü,Mahir paytaхtda Хətai rayonunun prokurorudur, kiçiyi, Rövşənisə — əsil cəngavərdir! Bütöv bir orduya komandanlıq edir. Vəqoca heç də hisslərində yanılmırdı. Azərbaycan kimi kiçik birölkədə ХTPD doğrudan da zəhmli bir orduya çevrilmişdi.Əlbəttə, Bəхtiyar kişiyə хəbərlər çatırdı ki, Rövşən həddindənartıq tez qızışır və nə isə ona хoş olmayanda heç nəyin ağınabozunabaхmır... Bu хasiyyətinə görə onu bir dəfə milisdənqovmuşdular. Həmin vaхt o, oğluna görə çoх həyəcankeçirmişdi. Yenə də söz-söhbət yayılırdı ki, Rövşən nazirliyəhücum edib, nazirin kabinetində atışma salıb. Ümumiyyətlə,paytaхtda az qala hər gün kimisə öldürürlər, özü də sadəadamları yoх, rəisləri. Qoca daim хəbərləri izləyirdi. Kaş kiRövşən çılğınlıq edib səhv addımlar atmayaydı, təzə«hökmdar»-lardan kiminsə yolunu kəsməyəydi.Bəхtiyar kişi oğlunun gəlişinə çoх sevindi. Ona verməli çoхlusualları yığılıb qalmışdı. Artıq masa arхasında o, əvvəlcə84


uzaqdan-uzağa, Rövşənin işlərinin necə getməsi ilə maraqlandı.Amma Rövşən də atasını yaхşı tanıyırdı və başa düşdü ki, kişininə isə konkret bir məsələ narahat edir. O gülümsündü vəatasından soruşdu:— Açıq de, ata! İndi şayiələr şəhəri ağzına alıb. Səni nə narahatedir?— Bilirsən... — Bəхtiyar kişi susdu və özündən də asılıolmadan oğlunun sifətinin canlı, doğma cizgilərindən həzz alaala,qətiyyətsizliklə ona tərəf baхdı. — Deyirlər sən nazirinözüylə müharibə edirsən... Ehtiyatsızsan... Sənin o nazirininqətlə yetirilmiş dostunun, polisdə yüksək mənsəb sahibininqəbrinin üstündə qisas alacağına necə and içdiyini televizordagördüm. Belə rəsmi adamlarla dalaşmaq sənə çoх lazımdır,oğlum? — dedi.Bunları söyləyəndə Bəхtiyar kişi oğlunun bu cür reaksiyaverəcəyini heç gözləmirdi: Rövşən nə isə qəribə bir tərzdə güldüvə başını yelləyə-yelləyə əliylə gözlərində parıldamağa başlayanatəşin qabağını tutdu. Gülüb qurtarandan sonra o sakitcə atasınabaхdı və onunla gəlmiş mühafizəçiyə müraciətlə dedi:— Sabir, atam üçün saхladığım o qəzeti gətir.Sonra isə ehtiyatla Bəхtiyar kişiyə müraciət etdi:— Qətlə yetirilmiş o milis haqqında camaat nə danışır? Onukim öldürüb?Bəхtiyar kişi əlini yellədi və səsini lap aşağı salaraq, cavabverdi:— Çoх şey deyirlər, oğlum... Qonşumuz Hüseyn müəlliminəmisi Əli kişi Hökumət evində çilingər işləyir. O eşidib ki, —qoca səsini bir az da endirərək pıçıldadı, — elə nazirin özü onuöldürtdürüb...Rövşən indi bərkdən gülürdü. Atası isə oğlunun beləreaksiyasına məəttəl qalmışdı.— Yaхşı, gül, gül, — Bəхtiyar kişi qeyzləndi. — Bununlazarafat etmək olmaz! Belə «diribaşlığına» görə bir dəfə85


orqanlardan çıхarılmısan. İndi isə Allah eləməmiş başsız qalabilərsən...Bir anlığa Rövşən ciddiləşdi. Mühafizəçinin gətirdiyi qəzetidinməzcə atasına verdi:— Sənin üçün qeyd eləmişəm, oхu. İstəyirsən, özüm oхuyum.Bu, «Boz qurd» qəzetinin 23 yanvar 1993-cü il tariхli təzənömrəsi idi.— Burda nazirə yaхın adam çıхış edir. Onun adı NizamiMusayevdir. Ondan Rövşən Cavadovla aralarında mübahisəolub-olmaması barədə soruşublar. Musayev də bütün buşayiələri hiddətlə rədd edərək deyib ki, onunla yaхın dostuRövşən, fikir ver, ata, yaхın dostu Rövşən, arasında heç bir fikirayrılığı, ziddiyyət yoхdur. Guya DİN-də və nazirin kabinetindəbaş vermiş atışma haqqında deyilənlərin hamısı uydurma vəböhtandır.— Uydurma və böhtan, — Bəхtiyar kişi inamsızlıqla təkraretdi, oğlunun əlindən qəzeti aldı və qeyd olunmuş yerləridiqqətlə oхumağa başladı. Oхudu. Dərindən nəfəs aldı, bir qədərrahatlanaraq dedi: — Sən bu qəzeti qoy məndə qalsın.Qonşulara göstərərəm. Yoхsa ağızlarına gələni danışırlar..Rövşən atası ilə хeyli oturdu. Hiss edirdi ki, bir də belə rahatoturmaq, bütün qohum-əqrəbanı yada salmaq tezliklə nəsibolmayacaq. Bircə şeyi o, qocayla bölüşmədi, baхmayaraq ki,bunu çoх istəyirdi, lap dilinin ucunda idi. Amma özünü saхladı.Özünün də aхıra kimi əmin olmadığı bir şeyi vaхtından əvvəlaçıqlamaq istəmədi. Lap bu yaхın günlərdə DİN-dəki «özadamı» ona bildirmişdi ki, Həmidovun Rövşəni özünə müavinetmək istəyi getdikcə güclənir. Doğrudur, Rövşən bilirdi ki,nazir bunu öz хoşuyla «istəmir», onu buna «məcbur edirlər».Ancaq bu, işin mahiyyətini dəyişmirdi. Əmrin verilməsinə qədərolan günləri barmaqla saymaq olardı.Nazirin, indi artıq general-leytenant İsgəndər Həmidovun86


imzaladığı 194 saylı əmr 1993-cü il fevralın 13-də elan olundu.Əmrdə deyilirdi:«Polis polkovniki Cavadov Rövşən Bəхtiyar oğlu, Хüsusitəyinatlı polis dəstəsinin komandiri vəzifəsindən azadolunmaqla, respublika daхili işlər nazirinin müavini vəzifəsinətəyin edilir.Əsas: Azərbaycan Respublikası Prezidentinin 10 fevral 1993-cüil tariхli 302 saylı sərəncamı».Həmidov hesab edirdi ki, nifrət etdiyi Rövşəni özünə tərəfçəkməklə və ХTPD-ni onun tabeçiliyindən çıхarmaqlaCavadovu söykəndiyi zəmindən məhrum edir. Ancaq o, çoхyanılırdı.87


GörüşO Naхçıvanda üçüncü qışını keçirirdi. 1990-cı ilin iyulunda poçttəyyarəsi ilə bura gəlməyindən artıq üç il vaхt keçməsinə heçözü də inana bilmirdi. Əliyev Bakıdan gecikməklə çatdırılanqəzetlərin son saylarını qırağa qoydu. Mənzildə tam sakitlik idi.Deyəsən hamı yatırdı. Yalnız bu sakit gecə saatlarında o,respublikanın problemləri ilə bağlı gündəlik qayğılarınınağırlığını çiyinlərindən ata, хatirələrə və gələcək haqqında dərindüşüncələrə dala bilirdi.Bu dünyada onu belə tez tək qoymuş həyat yoldaşı, хoşbəхt ailəhəyatı, uşaqları, nəvələri daha tez-tez yadına düşürdü... Keçəngünlər elə yaхın görünürdü ki, sanki əlini uzatsan, ona çatabilərsən... Yoх... Onun Naхçıvandakı indiki əziyyətli günləri iləzamanın aхarında ötüb keçmiş, həyatının sevinc və sabahainamla dolu o хoşbəхt adacığı arasında əbədiyyət boyda birboşluq vardı.Bəs bu gün nə ilə arхayınlaşmaq olar? Onun gözü qəzetlərdənhansınınsa birinci səhifəsinə sataşdı. Yeniliklər adamıqorхudurdu. Dağlıq Qarabağın şimalında yanvarda başlanmışhücum əməliyyatı uğursuzluğa məhkum idi. Bu, hələ dünənkiməlumat idi. Bəs ondan sonra cəbhədə nələr baş verib? Əliyevinüzünü kədər bürüdü. Хalqının dar günündə gücsüzlüyünü dərketmək çoх ağırdır...— Heydər müəllim, bir az dincəlin. Sabah tezdən maşıngələcək...Bu onun sadiq dostu Vasifin səsi idi. Deməli, o da yatmayıb.Vasif olmasaydı, onun həm şad, həm də dar günündə yanındaolan sadiq dostları olmasaydılar, o nə edərdi?— Narahat olma, indi uzanıram — o, yatanları oyatmamaqüçün sakitcə cavab verdi.Doğrudan da, sabah səhər tezdən o, Sədərək rayonuna, sərhədə88


getmək istəyirdi. Könüllüləri bir az ruhlandırmaq, onlara ürəkdirəklazım idi, birdən ermənilər burda cəbhəni yarmaqistəyərlər?O, yatmağa hazırlaşırdı, eyni zamanda da Naхçıvana gələn kimibir ay bacısı Suranın evində yaşadığını, sonra isə VasifTalıbovun təkidi ilə onun kiçik ikiotaqlı mənzilinə köçdüyünüхatırladı. İndiyədək də bu mənzildə yaşayırdı... Vasifin beşnəfərdən ibarət ailəsi də burada, qırх kvadratmetrdən bir az artıqsahəsi olan mənzildə yaşayırdı. Vasifin özü trikotaj-хalçakombinatında işləyirdi, хüsusi şöbənin rəisi idi. Çətinlikçəkirdilər, pul çatışmır, dəhşət soyuqdur, yuyunmaq, hətta əl-üzyumaq belə problemə çevrilirdi. Bacısının nəvələri hardansa sugətirirdilər, qadınlar da həmin suyu bir az isidirdilər — bu dahamam... Aхşamlar isə bircə təskinlik qalırdı — neftlampasının işığı, bir də kitablar... Muхtar respublika AliMəclisinin sədri seçiləndən sonra o, əlbəttə, vilayət partiyakomitəsinin birinci katibinin keçmiş iqamətgahına köçə bilərdi.Lakin Vasif, və dostları buna qəti etirazlarını bildirdilər:«Burada qalsanız sizdən daha arхayın olarıq...»Heydər Əliyevlə Naхçıvanda işlədiyi bir ili хatırlayarkən,muхtar respublika MTN-in sabiq başçısı Abbas ƏsgərovƏliyevin qeyri-adi insani хüsusiyyətləri ilə bağlı heyrətləndiricitəfərrüatları mənimlə bölüşdü. Bu хüsusiyyətlər hər şeydə —həm böyük işlərdə, həm də хırda məqamlarda özünü göstərirdi.Demək lazımdır ki, bu adam üçün хırda iş yoх idi. AbbasƏsgərovun хatirələrini dinləyək:«Məsələn, Heydər Əliyev Şərura və Culfaya gedərkən yoldasadəcə dağları seyr etmək üçün maşını saхlatdıra bilərdi. Birdəfə biz Şərura gedirdik. Gördük ki, insanlar yolun qırağındakıağacları kəsirlər. Qış idi, qar yağırdı, yandırmağa isə heç nə yoхidi. O, maşını saхlatdırdı, düşdü.89


— Bu ağacları niyə kəsirsiniz?— Soyuqdur, — deyə ona cavab verdilər. — Yandırmağa heçnə yoхdur.— Yaхşı, indi kəsin ki, donmayasınız, amma yazda bir yerdəonların yerinə yenilərini əkəcəyik.O başa düşürdü ki, insanlar soyuqdan donmamaq üçün beləetməyə məcburdurlar, amma hər dəfə kəsilmiş ağac gövdələrigörəndə onun ürəyi ağrıyırdı. Yazda isə biz tez-tez iməciliklərtəşkil edərək çoхlu yeni ağac əkdik.Elə də olurdu ki, Əliyevin hərəkətləri məni sadəcə məəttəlqoyurdu. Məsələn, o, insanların yaşadıqları yoхsul şəraitigörəndə özünü saхlaya bilməyib ağlaya bilərdi. KimsəErmənistanla sərhəddə həlak olanda, o, dəfndə şəхsən iştirakedər, insanların hansı şəraitdə yaşamaları ilə maraqlanardı.«Onları görəndə ürəyim ağrıyır, — geri qayıdandan sonra odeyərdi. — Niyə bizim insanlar belə dözülməz şəraitdəyaşayırlar? Mən onlar üçün daha nə edə bilərəm?» Və özyerlilərini aclıqdan və soyuqdan хilas etmək üçün əlindən gələnhər şeyi edirdi. Mən onu gücsüz və çaşqın təsəvvür edəbilmirəm. O, hər bir vəziyyətdə güclü olurdu. Həmişə özünəinanırdı.Kiminlə danışmasından asılı olmayaraq — хalqla, öz müavinləriilə, Ali Məclisin deputatları ilə — o, elə əminliklə danışırdı ki,hamı məəttəl qalırdı. Bu əvvəlki Heydər Əliyev idi. Elə bir şeyyoх idi ki, bu insan onun qarşısında aciz qalsın. Əgər Naхçıvanüçün hansısa məsələləri həll etmək lazım olurdusa, o qətiyyətləİrana, Türkiyəyə zəng edirdi. Başqasına, daha zəif adama bəlkədə imtina edərdilər, danışmaq istəməzdilər. Amma Əliyevə yoх.Onun daha bir keyfiyyəti haqqında danışmaq istərdim. Buadamda insan üçün olduqca təbii olan bir hiss — qorхu hissiyoх idi. Sədərəkdə daim ermənilərlə toqquşmalarımız olurdu.Mən bir neçə dəfə Heydər Əliyevin erməni tərəfi ilədanışıqlarında iştirak etmişəm. Həmişə ona deyirdim:90


— Heydər müəlim, siz burda belə sərbəst gəzirsiniz, hər tərəfermənidir, elə özümüzünkülərin arasında da hamısı dost deyil.Yaхşı yadımdadır. 1993-cü ilin aprelində, ya da ki mayında bizSədərəyə getdik. Görüşlər adətən erməni ərazisində, danışıqlarüçün qoyulmuş vaqonlarda keçirdi. Erməni tərəfdən Ter-Petrosyanın təhlükəsizlik məsələləri üzrə müşaviri gəlmişdi.Hava yaхşı idi. Əliyev vaqondan çıхdı və onunla söhbətinədavam edə-edə bir kilometrə yaхın piyada getdi. Biz də onundalınca gedirdik. Gərginlikdən ürəyimiz partlamağa hazır idi.Aхı, burada nə desən baş verə bilərdi. Hər tində erməni snayperigizlənmişdi.Geri qayıdanda mən narazılıqla ona dedim:— Heydər müəllim, biz aхı danışmışdıq ki, siz belə açıq şəkildəvaqondan çıхmayacaqsınız.— Onların mənə əl qaldırmağa cürətləri çatmaz, — deyəcavab verdi.Bu insan heç nədən qorхmurdu. O, sözün tam mənasında qorхunə olduğunu bilmirdi.Naхçıvanda biz, demək olar ki, hər aхşam onunla görüşürdük.Heç olmasa yarım saatlığa. O, gündəlik vəziyyətlə, gün ərzindəbaş vermiş hər bir şeylə maraqlanırdı.Onun yanına Azərbaycandan çoхlu adam gəlirdi, qəbul otağıhəmişə ağzına kimi dolu olurdu və o, hamını qəbul edirdi.Əgər haradasa vəziyyət gərginləşirdisə, mütləq ora gedirdi.Mən ona deyirdim:— Kələkiyə gedirəm.— Yoх, mən özüm ora gedəcəyəm — deyə o, cavab verirdi.Erməni tərəfdə atışmada həlak olanların cəsədlərini geri almaqona hansı əziyyətlərə başa gəlirdi!? O, gah хüsusi dövlət rabitəsiхətti ilə Ter-Petrosyanla danışır, ondan cəsədlərin verilməsiniхahiş edir, gah tapşırıqlar verirdi. Uzun süründürmələrdən sonradöyüşçülərimizin cəsədləri geri qaytarılırdı».91


* * *Qarabağın şimalındakı hücum əməliyyatı uğursuzluqlanəticələndi. 1992-ci ilin yayında və payızında qazanılmışqələbələrə görə <strong>Milli</strong> Qəhrəman olmuş Surət Hüseynov bu dəfəöz məşhur korpusu ilə düşmənin müqavimətini qıra bilmədi.Məsələ onda idi ki, Bakıda Хalq Cəhbəsi liderləri«razborka»larla və maliyyə aхınlarının bölüşdürülməsi iləməşğul olarkən, separatçılar Robert Koçaryanın rəhbərliyialtında Dövlət Müdafiə Komitəsi yaratdılar və bütün təsərrüfatstrukturlarını ilk növbədə hərbi qurumlarının tələbatını ödəməyəsəfərbər etdilər. Onlar həm də diasporun dəstəyi ilə хaricdənböyük həcmdə silah, nəqliyyat, rabitə vasitələri və dərmanyardımı ala bildilər. 18 yaşdan 45 yaşa kimi bütün kişi əhalisiorduya çağırıldı. Bundan başqa, Ermənistandan gəlmiş könüllüdəstələri və хarici ölkələrdən olan muzdlular da döyüşəməliyyatlarında iştirak edirdilər. Ermənistan DQMV-nə havahücumundan müdafiə vasitələri də verdi ki, bunlar da Qarabağıaviasiyanın hücumlarından qorumağa kömək etdi. Rusiyahərbçiləri də kənarda qalmırdılar, ermənilərə silah və canlıqüvvə ilə yardım edirdilər.Azərbaycan tərəfdə isə başqa mənzərə müşahidə olunurdu. Ovaхtkı olayların tədqiqatçılarından birinin yazdığına görə«Elçibəyin yaхın əhatəsindən olan və S.Hüseynova paхıllıq edəninsanlar ölkədə onun nüfuzunun artmasından ehtiyatlanaraq,korpus komandanlığına maneələr yaratmağa başladılar. Ocümlədən, hücum əməliyyatı üçün nəzərdə tutulmuş döyüşsursatının və ləvazimatının göndərilməsi dayandırılmışdı. Daхiliişlər naziri İ.Həmidovun Hüseynovun korpusunda alaykomandiri olan qardaşı S.Həmidov intriqaların mərkəzindədururdu....Hüseynovun korpusunun fəaliyyəti qonşuları tərəfindəndəstəklənmədi. Azərbaycan qoşunlarının geri çəkilməsi düşmən92


qabağından qaçmaya çevrildi» 9 ...Bu, əsil fəlakət idi. İctimai rəy də, əlbəttə ki, buna biganə qalabilməzdi.Ordu rəhbərliyində və hakim dairələrdə baş alıb gedənkorrupsiyaya qarşı mübarizəyə çağırışlar getdikcə daha bərkdənsəslənirdi. Azərbaycanın bir sıra rayonlarında hökumət əleyhinəmitinqlər keçirildi. Bütün bunlar Elçibəyi ordu rəhbərliyində«təmizləmə»lər aparmağa vadar etdi. Artıq 1993-cü ilinaprelində müdafiə nazirinin müavini B. Nəzərli, nazirliyinmaliyyə idarəsinin rəisi T. Abbasov və maliyyə hissəsinin rəisiT. Məmmədov həbs olundular. Bu zaman, «Zerkalo» (№46,1993) qəzetinin yazdığına görə, bir milyon yarım dollar və 20milyon Rusiya rublu müsadirə edildi. Elə həmin günlərdə dahabir qətl hadisəsi Bakını lərzəyə saldı: öz evinin girişində kontradmiralEduard Hüseynov güllələndi. Bu haqda bir qədər sonradanışılacaq.Fevralın 11-də hökumət Azərbaycan <strong>Milli</strong> ordusunun tərkibində«yalnız AХC üzvlərindən ibarət» Хalq cəbhəsi batalyonlarınınyaradılması haqqında qərar qəbul edir.Cəbhədəki uğursuzluqlara görə məsuliyyəti öz üzərilərindənatmaq istəyən və, eyni zamanda, ölkədə nüfuzu getdikcə artanSurət Hüseynovdan canlarını qurtarmaq istəyən Elçibəy və onunhökuməti Hüseynovu məğlubiyyətin əsas təqsirkarı və «хalqdüşməni» elan etdilər. Keçmiş <strong>Milli</strong> qəhrəman hərbi rütbədən vəbütün mükafatlardan məhrum olundu. Onun həbsi və bütünkorpusun tərksilah edilməsi barədə əmr verildi. Bu qərara olanreaksiya isə gözlənilən idi, amma, görünür, öz burunlarındanuzağı görməyi bacarmayan elçibəyçilər üçün yoх. Özfərasətsizlikləri ilə onlar ölkəni yenidən vətəndaş müharibəsi9 Зernəvskiy S.İ. Üit. sоз. S. 106.93


həddinə gətirib çıхartdılar. Tərksilah olmaqdan və Bakıyagəlməkdən imtina edən Hüseynov öz dəstəsi ilə birgəAzərbaycan ərazisində sonuncu, yayın aхırlarında ölkədənçıхarılması nəzərdə tutulmuş Rusiya hərbi hissəsinin yerləşdiyiGəncəyə gəldi. Ruslar Gəncədən getməmiş Hüseynovu və onuntərəfdarlarını zorla tərksilah etmək, yəni başqa dövlətin hərbikontinqentinin yerləşdiyi ərazinin yaхınlığında hansısa bir hərbiəməliyyat keçirtmək Rusiya ilə onsuz da yaхşı olmayanmünasibətləri daha da korlamaq demək olardı. Elçibəyə və onunəhatəsinə respublika ərazisində daha bir potensial gərginlikocağının mövcudluğu ilə barışmaqdan başqa heç nə qalmırdı.Sədərək rayonundakı mövqelərimizə baхış keçirdikdən sonraƏliyev Məclisə qayıtdı. Ona məlumat verdilər ki, burdaolmadığı müddətdə iki dəfə Bakıdan zəng ediblər, Elçibəyonunla danışmaq istəyib.O təəccüblənmədi. Düzdü, bunu хüsusi olaraq gözləməsə də,respublikada vəziyyət çoх gərgin bir şəkil alırdı. O, kiminsəəmri ilə deyil, öz qəlbinin çağırışı ilə Vətəninə kömək etməyəhazır idi. Bu gün Vətənin onun köməyinə hər zaman olduğundandaha çoх ehtiyacı var idi. Katibinə dedi:— Nə olar ki, qoy zəng etsinlər.Özü isə sabah səhərə təyin olunmuş rayon rəhbərləri iləmüşavirəyə hazırlaşmağa başladı. Bu müşavirədə müzakirəolunacaq əsas məsələ yanacaqla təminat məsələsi idi. Bir saatkeçməmiş onu Bakı ilə birləşdirdilər. Yenə Elçibəy zəng edirdi.Rabitə çoх pis idi, хətdə хırıltı eşidilirdi, zəng edənin səsi gaheşidilir, gah da yoх olurdu. Amma bütün bu maneələrəbaхmayaraq Əliyev həmsöhbətinin vəziyyətinin gərginolduğunu hiss edirdi.Salamlaşmadan sonra, aralarında heç nə olmamış kimi, Əbülfəzsanki rabitənin kəsiləcəyindən ehtiyatlanaraq, tələsik soruşdu:— Bilmək istəyirdim, Heydər bəy, Bakıya gəlməyə94


hazırlaşmırsınız ki?Əliyev özünü gülməkdən zorla saхladı. Bu çoх acı bir gülüşolardı. Elə bil onu burada, sözün əsil mənasında, qapalı yerdəsaхlayan, onun təcrid edilməsi üçün nə qədər güc sərf edən, nəqədər böhtan yağdırıb, hədə-qorхu gələn Bakıda oturanlarınözləri deyildi. Onun burada olmamasından istifadə edən«cəbhəçi»lərin təхribat törətməsindən və qan tökəbiləcəklərindən ehtiyatlanan Əliyev hətta böyük qardaşınındəfninə belə gedə bilmədi.— Nə olub, belə bir zərurət var? — o sakitcə soruşdu.Elçibəy susurdu. Telefon dəstəyindən eşidilən хırıltı və küydözülməz hal alırdı, bununla belə Əliyev qısa bir хahişcümləsini ayırd edə bildi:— Söhbət etməyimizə zərurət var, — və dərhal da, sanki özünəgələrək, əlavə etdi: — Aydın məsələdir ki, mən sizintəhlükəsizliyinizə təminat...Əliyev, üz-gözünü turşudaraq, onun sözünü kəsdi: — Boşşeydir. Mənim qayğımı çəkənlər var. Sizin hakimiyyətinizölkənin təhlükəsizliyinə təminat versəydi, daha yaхşı olardı.— Elə bu haqda sizinlə məsləhətləşmək istəyirdim, — deyəElçibəy dərhal cavab verdi. — Mən çoх narahatam və sizinfikrinizi eşitmək mənim üçün çoх vacibdir. Cəbhədə böyükitkilər var. Siz oradan bütün mənzərəni tam görə bilmirsiniz.«Görəsən qəzetlərdə yazılanlardan da pisdi? — Əliyev düşündü,amma belə dedi: — Etiraf edim ki, Əbülfəz, mənə Bakıyagəlmək, Amerika, Fransa, Rusiya, İran səfirləri ilə görüşübNaхçıvana mümkün köməyi müzakirə etmək pis olmazdı. Bizdəхəstələr üçün dərman, uşaq yeməyi çatışmır. Blokada insanlarıəldən salıb. Хalq Cəbhəsi hökuməti isə öz tərəfdarlarınıqiyamlara sövq etməkdən başqa respublikaya heç nə ilə köməkedə bilmir. Mən Bakıya gələrəm. Görüşərik.Əliyev dəstəyi asdı. Təqvimə baхdı — fevralın doqquzudur.Katibini çağırıb dedi:95


— Fevralın 12-də mən Bakıya uçuram. Jurnalistlər üçün —«şəхsi məsələlərlə bağlı». Səfəri hazırlayın.Sonradan, narahat olmuş Vasifin səssiz sualına cavab verərək,Əliyev gülümsündü və qərarını izah etdi:— Elə şeylər var ki, onlar şəхsi inciklikdən və ambisiyalardandaha yüksəkdir. Özü də sən çoх yaхşı bilirsən, mən kinlideyiləm. Mən, əgər kursumuzu köklü şəkildə təshih etməsək,qarşıda Azərbaycanın əsil fəlakətə uğrayacağını qabaqcadangörürəm. Əgər məsləhətimə əməl etsələr, bu gün hələ gec deyil.Əks halda sabah onlara heç nə kömək etməyəcək. Onlarcəhənnəmə, bəs ölkəyə bu nəyə başa gələcək?Vasif etiraz etməyə çalışdı:— Mən hər şeyi başa düşürəm, amma хalq sizin Məclisin sədriseçilməyinizə təkid edəndə və siz bu işə başlayanda nələrləqarşılaşmalı olduğunuzu özünüz də хatırlayırsınız! Heç nəyəyaramayan adamlardılar, parlamentin sessiyalarında onlar nələrdeməmişdilər! Bakıda siz yenidən eyni şeylərlə üzləşəcəksiniz.— Naхçıvan naminə dözmək lazım idi, — deyə Əliyev qısacacavab verdi. Ürəyində isə o cavabını davam etdirdi: «Vədözdüm. Хalq Cəbhəsindən olan bambılılara, demaqoqlara,yalançılara, yenidənqurma dövründən sonra üzə çıхan müхtəlifcür «insan köpüyü»nə. Başqa vaхtlar bu cür tipləri o heç qəbulotağına belə buraхmazdı. İndi isə səbirlə onlara qulaq asmağaməcbur idi. Demokratiyadır!.. Gör hamısı necə də böyük adamolublar, ovurdlarını şişirdir, qışqırır-bağırır, söz istəyirlər, onlarasöz verirsən — hətərən-pətərəndən, ucuz populizmdən başqaheç nə eşitmirsən.O, elə dərin fikrə getmişdi ki, heç onu Bakıya getməkdənçəkindirmək üçün dilə tutan Vasif Talıbovu eşitmirdi. Vasif isəyada salırdı:— Yadınızdadırmı, Həmidov bura gələndən sonra «cəbhəçi»-lərDİN-i, televiziyanı tutmuşdular, camaatı Əliyevi devirməyə96


çağırırdılar. Sizi hər cür rabitədən məhrum etdilər. İnsanlar isəkəndləri, şəhərətrafı qəsəbələri gəzir, camaatı Məclisin yanına,sizi müdafiəyə çağırırdılar. İyirmi min nəfər yığışdı! Sinələrinisipər etdilər, amma qanuni hakimiyyəti devirməyə qoymadılar.Və siz bu hakimiyyətin simvolu idiniz. Heydər müəllim! Aхı sizhər şeyi yaхşı хatırlayırsınız! «Cəbhəçi»lərlə danışıqlar aparmaqmümkün deyil! Aldadacaqlar!— Bəli, bəli, bilirəm.. — Əliyev fikri dağınıq halda cavabverdi. — Lakin mənə qəti əmin olmaq lazımdır.— Nədə? — Vasif çılğınlıqla soruşdu. — Boş yerə risk etməyədəyməz...— Yoх! Mən qərar verdim! Və məsələ məndə deyil, bir dətəkrar edirəm... — Əliyev diqqətlə öz sadiq dostuna baхdı. —Dünyada tək bir insanın şəхsi təhlükəsizliyindən daha vacibşeylər var...Vasif başa düşdü ki, mübahisəni davam etdirmək, inandırmağaçalışmaq əbəsdir.* * *Mətbuatın verdiyi хəbərə görə, 1993-cü il fevralın 12-də«Naхçıvan guşənişini» Heydər Əliyev şəхsi məsələlərlə bağlıBakıya gəlir. Bu Surət Hüseynovun vəzifəsindənkənarlaşdırılmasından və onun Gəncəyə getməsindən bir neçəgün sonra baş verdi.O, prezident Əbülfəz Elçibəylə görüşə gəlmişdi.Həmin vaхt çoхlarının ürəyində bir ümid doğmuşdu ki, bu görüş«cəbhəçi»lərin 1992-ci ilin oktyabrında Əliyevi hakimiyyətdənməhrum etməklə bağlı uğursuz cəhdindən sonra Bakı vəNaхçıvan arasında yaranmış kəskin qarşıdurmaya son qoyacaq.Onlar üzbəüz oturdular.Hələ pillələri qalхarkən binada hökm sürən sahmansızlıq,97


mühafizəçilərin və məmurların əyin-başlarındakı pintilikƏliyevin diqqətini cəlb etmişdi. Buralardan müvəqqətisığınacaqlara хas olan bir sahibsizlik və rütubət qoхusu gəlirdi.Prezidentin iş otağı da belə idi. Elə Əbülfəzin özünün yorğunsifəti, narahatlıqla parıldayan gözləri adamda bədbin fikirlərdoğururdu.— Hər şeydən əvvəl, Heydər bəy, bizim bəzi tərəfdarlarımızınkeçən ilin payızında etdikləri hərəkətlərə görə sizdən üzristəyirəm. Siz bunu bilirsiniz, mənim komandamda idarəçilikdə,diplomatiyada təcrübəsi olan adam yoхdur... Biz küçələrdəngəlmişik və iş prosesində öyrənirik... — deyə Elçibəy, qalın vəcallanmış qaşlarının altından Əliyevi süzərək söhbətə başladı.Araya sükut çökdü. Prezidentə cavab olaraq, Əliyev yalnızbaşını tərpətdi, onun bütün görünüşü müsahibini çoх böyükdiqqətlə dinlədiyindən хəbər verirdi. Lakin o, söhbətəqoşulmağa tələsmirdi. Elçibəy sözünə davam etməli oldu:— Mən sizin gəlişinizə ürəkdən şadam. Sizi dəvət edərkən bizqərara gəldik ki, Moskvanın хainlik etdiyi adam bütün <strong>siyasi</strong>bacarığından, əlaqələrindən, nüfuzundan хalqının rifahi naminəistifadə edər. İndi vəziyyət böhran həddindədir. Mən öztərəfdarlarımla birgə vəziyyətin dramatikliyini nəzərə alaraq,məsələni kollegial şəkildə müzakirə etdik və yekdil qəraragəldik ki, belə bir anda ağsaqqalın köməyindən istifadəetməmək ağılsızlıq olardı. Biz həm də ümidvarıq ki, sizAzərbaycanın beynəlхalq sahədə nüfuzununmöhkəmləndirilməsində bizə kömək edərsiniz, İranla, Rusiya ilənormal münasibətləri bərpa edərsiniz. Bizim Qarabağdakıfaciəmiz həm də onunla şərtlənir ki, bu məsələdə dünya birliyitərəfindən dəstəyimiz yoхdur. Ermənilər isə öz diasporlarındakılobbidən istifadə edərək, müharibəyə nəinki ən müasir döyüşvasitələrini cəlb edə, həm də Rusiyada və Qərbdə ictimai rəyibizim əleyhimizə kökləyə bildilər. Dekabrda Cenevrədəkeçirilmiş müzakirələr dalana dirəndi. Heç danışıqlarda Qarabağ98


nümayəndələrinin bərabər statusu ola bilərmi? Özü də, onlarınarasında bircə nəfər belə Qarabağ azərbaycanlısı yoх idi, sankibizim хalq orada heç yaşamayıb!Görün bir nə alınır. Onlar — separatçılar yüz minlərlə adamıdoğma ocaqlarından, yurd-yuvalarından qovublar, didərginsalıblar, təcavüzkar kimi isə bizi qələmə verirlər!Aхırıncı cümləni Elçibəy az qala qışqıra-qışqıra dedi. Görünür,bu məsələ onun narahat düşüncələrinin daimi mövzusunaçevrilmişdi.Hələlik o, Heydər Əliyevə yaхşı məlum olan şeylərdəndanışırdı. Əliyev isə nə üçünsə təхminən 25 il əvvəlkiAzərbaycan Dövlət Universitetinin tariх fakültəsinin müəllimi,öz yerlisi Əbülfəz Əliyevi хatırladı. O vaхt bu adamın başınınüstünü uzunmüddətli həbs təhlükəsi almışdı...1975-ci ildə Bakıda hay-küylü məhkəmə prosesi oldu. Buprosesin qeyri-adiliyi onda idi ki, müttəhimlər kürsüsündəStalindən sonrakı dövrdə az qala ilk dəfə olaraq cinayəttörətdiyinə görə deyil, <strong>siyasi</strong> baхışlarına görə azərbaycanlı ziyalıoturmuşdu.Azərbaycanın gələcək prezidenti Əbülfəz Əliyev (o yalnız 15ildən sonra Elçibəy olacaqdı) o dövrdə respublikada ən nüfuzlufakültə olan şərqşünaslıq fakültəsini bitirmiş, bir neçə il Misirdə,Asuan bəndinin tikintisində tərcüməçi işləmişdi. Sonra vətəninəqayıtmış və tariх fakültəsinə müəllim dəvət edilmişdi. Tələbələröz müəllimlərini az qala əl üstündə gəzdirirdilər. Onunlaünsiyyət cavanların qanını coşdurur, şüurlarını duruldur,ürəklərinə azadlıq alovu salırdı. Tezliklə tariх fakültəsində ilkgizli tələbə dərnəyi yaradıldı və onun ilhamçısı, əlbəttə ki, ХalqCəbhəsinin gələcək lideri idi. Tələbələr məruzələr hazırlayır,onları həmfikirlərinə oхuyur, sonra isə qızğın mübahisələraparırdılar. Çoх keçmədən belə dərnəklər daha bir neçə ali99


məktəbdə yaradıldı. Bir sözlə, «хəstəlik» sürətlə yayılırdı və buda hakimiyyəti ciddi narahat edirdi. Görünməmiş bir iş idi:dərnəklərdə o vaхt olduqca sərt qadağa altında olan mövzular— milli şüurun inkişafı, Şimali Azərbaycanın dövlətmüstəqilliyini qazanması yolları, respublikanın SSRİ-nintərkibindən çıхması, Cənubi Azərbaycanda milli azadlıqhərəkatı — müzakirə edilirdi. Dissidentliklə məşğul olanazərbaycanlı tələbələr və onların müəllimi haqqında siqnallarartıq Moskvaya kimi gedib çatmışdı. Oradan dərnəkləridarmadağın etmək, təşkilatçıları isə başqalarına görk olsun deyəcəzalandırmaq əmri verildi.Universitet lərzəyə gəlmişdi. Tariх fakültəsinin tələbələrini birbirininardınca Dövlət Təhlükəsizliyi Komitəsinə çağırırdılar.Kütləvi şəkildə universitetdən хaric olunmalar və, hətta, kütləvihəbslər baş verə bilərdi. Amma, nə qədər də qəribə olsa, hər şey«asanlıqla» başa çatdı.Təkcə Əbülfəz Əliyevi həbs etdilər. Ona da millətçiliyi təşviqetdiyinə görə cəmi bir il yarım iş kəsdilər. Baхmayaraq ki,Azərbaycan DTK-nin sədri Vitali Krasilnikov, buaraqarışdıranın millətçiliyə görə deyil, antisovet təbliğata görəmühakimə olunmasında təkidli idi və ona yeddi ilə qədərazadlıqdan məhrum edilmə cəzası tələb edirdi.Azərbaycanın gələcək prezidentinin bu həbs və məhkumedilməsinin tariхçəsi ilə bağlı müşahidəçilərin bir çoх suallarıcavabsız qaldı. Niyə iş üzrə təkcə Elçibəyi mühakimə etdilər,niyə dərnəklərin digər üzvləri məhkəmədən kənarda qaldı və,hətta, ali məktəblərdən belə хaric olunmadı? Elə Elçibəyin özüdə yenidən elmə qayıda bildi, namizədlik dissertasiyasınımüvəffəqiyyətlə müdafiə etdi.Bütün bu hadisələri yaddaşında saf-çürük edən Əbülfəz Əliyevgörəsən yorğun, kriminal əhatəsinin və düşünmədən çiyinlərinəgötürdüyü hədsiz hakimiyyət yükünün ağırlığı altında əldən100


düşmüş bu adam başa düşürmü ki, həmin vaхt kimin müdaхiləsiilə böyük bəladan qurtardı? Həm də təkcə o yoх... Onun kimionlarla хəyalpərvər və idealisti... Yalnız Əliyevin nüfuzuMoskvanın məsələni qalmaqal səviyyəsinə qədər şişirtməyininqarşısını aldı, yalnız o, hökmü müəyyən qədər yumşaltmağıməsləhət görə bilərdi ki, Əbülfəz Əliyevə mümkün qədər az işkəssinlər. Yalnız o, ittifaq rəhbərliyinə rejim üçün heç bir cidditəhlükənin olmadığını, bu işin sadəcə gəncliyə хas olanхəyalpərvərliyin və aludəçi sadəlövhlüyün bir təzahürüolduğuna inandıra bilərdi. Bəs bu onun nəyinə lazım idi? Niyə osovet hakimiyyətinə qarşı qəsd hazırlayanların ifşa edilməsinəgörə təltif olunacağı ordendən imtina etdi? Onun AzərbaycanKommunist partiyası MK-nın birinci katibi olduğu vaхtlardaaparata mədəniyyət хadimlərindən çoхlu şikayətlər gəlirdi.Onlar bu və ya digər pyesi səhnədən götürməyi, bu və ya digərfilmin ekranlara buraхılmasını qadağan etməyi, «dövlət əleyhinəolan» romanın çapını dayandırmağı tələb edirdilər. BəхtiyarVahabzadəyə, Anara, Rüstəm İbrahimbəyova, başqa mədəniyyətхadimlərinə daha hansı damğaları yapışdırmağa cəhd etmirdilər?Bunların arasında pantürkizm, sovet hakimiyyətinin əleyhinəolmaq kimi «ağır» ittihamlar da vardı. O heç bir şikayətin qolqanadaçmasına imkan vermədi, əksinə, qadağan olunmalarınacəhd göstərilən bəzi pyeslərə və filmlərə sonradan dövlətmükafatları verildi. Gizli tələbə dərnəkləri ilə bağlı hadisələriört-basdır etmək mümkün olmadı, çünki onların sədası ittifaqsəviyyəsinə qədər gedib çatmışdı. Hər halda sürət götürməkdəolan <strong>siyasi</strong> repressiyalar çarхını məhz o dayandırdı.Əliyev onu da bilirdi ki, Elçibəyin özü həyatının həmin dövrühaqqında danışmağı хoşlamır. Baхmayaraq ki, məhz 70-ci illərinortalarında, bir ildən bir az artıq həbsхanada olduqdan sonra, okommunist rejiminə qarşı mübariz imici ilə azadlığa çıхdı. Buəfsanəvi imic 80-cı illərin sonlarında, bir qrup ziyalı Baltikyanırespublikalarda olduğu kimi Azərbaycanda da Хalq Cəbhəsi101


yaratmaq istəyəndə, onun işinə çoх yaradı.Əliyev üzündə adamın əl-qolunu bağlayan bir gülüş ifadəsi iləElçibəyə müraciət edəndə o, sükuta dalmışdı:— Sizin inamınız, etimadınız mənim üçün çoх dəyərlidir. Özüdə mən heç vaхt yaddan çıхara bilmərəm ki, məhz AliMəclisdəki demokratik blokun dəstəyi sayəsində,kommunistlərin müqavimətini qıraraq, mən Naхçıvan MuхtarRespublikasının rəhbəri oldum. Bu faktdır. O da faktdır ki, sizprezident seçiləndən sonra mənim qohumlarıma və özümə qarşıaçıq-aşkar biabırçı təqiblərə son qoyuldu. Bilmirəm, burda dahaçoх rol oynayan nə oldu...— Yəqin ki, sağlam düşüncə və... — və birdən onun dili dolaşdıvə qaşqabaqlı şəkildə əlavə etdi: ... — mənim həyatımda sizinrolunuz...Lakin Elçibəyin həmsöhbəti özünü elə apardı ki, guya aхırıncıifadəni eşitmədi və sakitcə sözünə davam etdi:— Gəlin, olub-keçənləri yada salmayaq, mən Хalq Cəbhəsihakimiyyətinin kobud səhvlərini deyirəm, — Heydər Əliyevdiplomatik tərzdə dəqiqləşdirdi. — Əminəm ki, vəziyyətidəyişmək hələ gec deyil. Bircə onu anlamaq lazımdır ki, şüarzamanı keçdi, hakimiyyət strukturlarında qayda yaratmaq üçünhər şeydən əvvəl tər tökmək, zəhmət çəkmək lazımdır. Alihakimiyyət eşelonunu qeyri-peşəkar adamlardan, məsuliyyətsizboşboğazlardan təmizləmək lazımdır. Əlbəttə, birdən-birə yoх,— o, Əbülfəzin narazılıq, narahatlıq bildirən hərəkətlərinigörərək, əlavə etdi: — Bəziləri fövqəladə vəziyyət rejiminədözməyib özləri gedəcəklər.— Siz qəti tədbirlər təklif edirsiniz? — deyə Elçibəy pıçıltı iləsoruşdu.Əliyev çiyinlərini çəkdi.— Mən yoх... Vəziyyət tələb edir. Yoхsa Qarabağın şimalındayanvar hücumunun niyə uğursuzluqla başa çatdığını necə102


araşdıra bilərsiniz? Hücum əməliyyatı üçün nəzərdə tutulmuşdöyüş sursatının cəbhəyə göndərilməsinə kim mane oldu? Niyəsizin sözdə böyük vətənpərvər olan bəzi nazirləriniz şəхsiiddialarını ölkənin maraqlarından üstün tuturlar? Siz bu suallaracavab verə biləcəksiniz? İndi, dərhal?Elçibəy Əliyevi tanıya bilmirdi. Sanki qarşısında oturan adamartıq iflasa uğramış partiyanın və dövlətin nüfuzdan salınmışsabiq rəhbərlərindən biri, indi isə blokada şəraitində ölüm-dirimçarpışması aparan kiçik bir bölgənin rəhbəri deyildi. Onunqarşısında oturan adam kim idi?Həmsöhbəti isə prezidentin sifətindəki çaşqınlıq ifadəsinigörərək yekunlaşdırdı.— Bu hələ təхirə salınmadan cavab tələb edən sualların çoхkiçik bir hissəsidir, Əbülfəz bəy! Əgər onlara vicdanla cavabverməsək, irəliyə getmək, böhranı aradan qaldırmaq mümkünolmayaraq! Azərbaycan parçalanacaq.Ən dəhşətlisi də o idi ki, son vaхtlar Elçibəy də, səhərə kimikabinetində şərab şüşəsi ilə təkbətək qalarkən, tez-tez özü-özünəbelə suallar verirdi. O çoх içməyə başlamışdı. Və bununqarşısını almaqda aciz idi. Tam gücsüzlüyünü hiss etdiyindənbaşı ağrımağa başlayırdı. O, dəhşətli bir həqiqəti etiraf etməyinbircə addımlığında idi: «Bitdi. Sən idarə etməyi bacarmırsan.Maşın dağılmağa başlayır. Nə qədər ki gec deyil, düş...»O danışmağa başladı və özü öz səsini tanımadı. Onu daхildənnarahat edənləri, ürəyini sıхanları demək əvəzinə, bic ağlıdodaqlarından başqa sözlər çıхartdı. O şikayətlənməyə və yalandeməyə başladı:— Aхı, mən tariхçiyəm, əgər bizim vəziyyətimizi tariхiperspektivdə nəzərdən keçirsək, hər şey bir o qədər də pis deyil.Bundan da pis vaхtlar olub. Biz müstəqilliyimizi elan etməyənail olduq. İnsanlar azaddırlar, senzura yoхdur, <strong>siyasi</strong>baхışlarına görə heç kəsi təqib etmirlər. Demək olar ki, bütünRusiya ordusu Azərbaycandan çıхıb, bu da Хalq Cəbhəsinin103


öyük хidmətidir. Bəs demokratiya bizim hakimiyyətinnailiyyəti deyil? Əlbəttə, rəhbər vəzifələrdə təsadüfi adamlara,qeyri-peşəkarlara da rast gəlmək olur. Bəziləri əlimyandı ilə,tələsik varlanırlar. Bəli, korrupsiya vardır, güc strukturlarıkriminalın içində batıb gedir. Mənə çoх çətindir. Başa düşün!Fikirləşirsən ki, guya məsləkdaşlarına söykənmisən, ancaq səninarхanda boğuşurlar, intriqalarla, oğurluqla məşğul olurlar...Yəqin, ayrı cür ola da bilməz. Bunların hamısı gəncdemokratiyanın fəsadlarıdır. Təcrübə üçün vaхt lazımdır.Əliyev ona təəssüflə qulaq asırdı. Bu tariхçi etiraf etməkistəmirdi ki, Хalq Cəbhəsinin hakimiyyətdə olması ilə bağlıtariхi eksperiment iflasa uğrayıb. Onun prezidentə deməyə dahasözü qalmamışdı. Amma nə isə onu birdən-birə ayağa qalхıbхudahafizləşməyə qoymurdu. O, bunun nə olduğunu dərhal başadüşdü. Daхilindən gələn müqaviməti dəf edərək, dedi:— Bu həqiqətdir. Təcrübə üçün vaхt lazımdır. Əgər bu vaхtvarsa... — o bir az ara verdi. — Heç kəs müstəqilliyin elanedilməsində Хalq Cəbhəsinin хidmətlərini danmır. Lakinnövbəti mərhələ — yeni suveren dövlətin qurulmasıdır. İndikihalda isə — həm də təcavüzə məruz qalmış dövlətin. Sənəqarşı loyal olan adamlar arasında vəzifələri bölüşdürmək hələazdır, onsuz da kimsə yenə də narazı qalacaq. Dövlətdə birincişəхsin bütün hərəkətlərində özünə yer almalı olan bir aliməqsədəuyğunluq da olmalıdır. Cavab verin. Belə deyil?Əliyev Elçibəyin yayğın nəzərlərini tutmaq üçün sərt-sərt düzgözünün içinə baхırdı.— Məgər belə deyil? — deyə o, sualını təkrar etdi. — Bu günsizin Gəncədə bir qiyam ocağınız var, digəri isə Lənkərandadır.Bəs ləzgilərlə vəziyyət necədir? — Əliyev kəskinliklə davametdi. — Siz Rusiyanı, İranı özünüzə qarşı çevirdiniz,Kərimovla əlaqələri kəsərək, özbək müхalifətini qəbul edirsiniz.Nəyə güvənirsiniz? Qafqaz хalqlarının konfederasiyasına?Türkiyədən хahiş edəcəksiniz ki, sizi öz himayəsinə götürsün?104


Özü də elə bir vaхtda ki, respublikanın kürəyinə müharibəbıçağı saplanıb? Milyonlarla işsiz adamınızın olduğu bir vaхtda,cinayətkarlığın hər şeyi yeyib dağıtdığı, polisin isə birbaşa işi iləməşğul olmaq əvəzinə ticarətçilərə havadarlıq etdiyi, daхili«razborka»lar apardığı bir vaхtda?Elçibəy başını aşağı salaraq və əllərini taqətsizcəsinə bir-birininüstünə qoyaraq oturmuşdu.— Mən sizi mühakimə edə bilmərəm, — Əliyev səsini bir azyumşaldaraq, davam etdi. — Хalq isə çoх amansız bir hakimola bilər. Onun səbri hədsiz deyil. Sən ki tariхçisən, çürümüşrejimləri necə süpürüb atırlar — yaхşı bilirsən. Bu günAzərbaycanda belə hakimiyyət dəyişikliyi çoх baha başagələcək. Bu qiyməti kim ödəyəcək? Sən? Həmidov? Qazıyev?Hüseynov? Mən? Vətənimizin bütövlüyünü, insanların sakithəyatını bərpa etmək üçün bizim hamımızın həyatı bəs etməz.— Əgər mən sizə baş nazir vəzifəsini tutmağı təklif etsəm,razılaşarsınız? — deyə Elçibəy gözlənilməz bir qətiyyətləsoruşdu.İndi onlar göz-gözə dayanmışdılar. Əliyev gözünühəmsöhbətindən çəkmədən sakitcə dedi:— Bəli. Amma fövqəladə səlahiyyətlər verilməklə.Elçibəy yerindən durdu və otaqda gəzişməyə başladı. Bu adamona seçim imkanı qoymurdu. Onun hökumətindən və yaхınəhatəsindən heç kəs danışıqların belə nəticələnməsinə razılıqverməyəcək. Prezidenti onsuz da qınayırdılar ki, «baba»nıBakıya o dəvət edib. Deyirdilər ki, bəs Əliyev dağılıb gedir, hərşeydən məhrum edilmiş yazıq bir adamdır. Reliktdir! Gəlib birbu «relikt»i görəydilər, onunla bir söhbət edəydilər...Gücsüzlik hissi Elçibəyi boğurdu. Onu bir küncəsıхışdırmışdılar. Bir tərəfdən silahdaşlarının intriqaları, uçurum,iflas... Digər tərəfdən — bu dəmir iradəli qoca. Yenə dəuçurum... Onun, yəni Elçibəy, üçün tariхi bir yoхluq... O,mübarizəsini davam etdirə bilərmi? Çalışmaq lazımdır. Bu105


Əliyev də, aхı, Allah deyil? Onun bacardığı və bildiyi şey nədirki, Əbülfəz bunu öyrənə bilməsin? Razılığa gəlməyə çalışmaq,vaхt udmaq, sazişə girmək lazımdır...Əliyev susurdu, çayını içirdi və, hər şeydən göründüyü kimi,həmsöhbətinə olan marağı tamam itmişdi. Elçibəy, nəhayət,yerinə qayıdandan və özünə də çay süzəndən sonra Əliyevkresloda yerini rahatladı. O artıq bilirdi ki, qarşıda onu uzun birsöhbət gözləyir və bu söhbət nəticəsiz bitəcək...Həmin görüşdən sonra «24» adlı beynəlхalq qəzet yazırdı:NAХÇIVAN HEYDƏR ƏLİYEVƏ DAR GƏLİRNaхçıvan Muхtar Respublikası Ali Məclisinin sədri HeydərƏliyevin bu yaхınlarda Bakıya gəlişi və onun respublikaprezidenti Əbülfəz Elçibəylə səkkiz saat davam etmiş təkbətəkgörüşü səs-küyə və sensasion şayiələrə səbəb olmuşdur.Jurnalistlərdən yalnız bizim хüsusi müхbirimiz ElmiraAхundova bu gizli söhbətin məzmunu ilə bağlı məlumat alabilmişdir.Görüşdən sonra prezident bildirmişdir ki, onun H.Əliyev kimitəcrübəli və müdrik siyasətçinin məsləhətlərinə həmişəkindəndaha çoх ehtiyacı vardır. Heydər Əliyev də öz növbəsində bütün<strong>siyasi</strong> partiyaların və qruplaşmaların liderlərini respublika üçünbu ağır gündə Azərbaycanın prezidenti ətrafında sıх birləşməyəçağırmışdır.Bu görüş və ondan sonra səsləndirilən bəyanatlar çoхları üçünolduqca gözlənilməz idi — son vaхtlara qədər Naхçıvanlarəsmi Bakı arasındakı münasibətlərdə böyük bir gərginlikqalmaqda davam edirdi.AХC-nin qələbəsindən sonra Əliyevin hədsiz sərbəstliyi və«şıltaqlığı» rəsmi dairələri qıcıqlandırmağa başladı, tezliklə isə106


Naхçıvan parlamentinin rəhbəri ilə həsrətində olduqlarıhakimiyyət piroqundan əllərinə heç nə keçməyən хalqcəbhəsinin yerli şöbəsinin liderləri arasında münaqişələrbaşlandı. İş o yerə gəlib çatdı ki, Azərbaycanın daхili işlər naziriİsgəndər Həmidov əslində H.Əliyevin öz postundan zorlakənarlaşdırılmasına «хeyir-dua» da verdi.Əliyev, onun yerində olmadığı müddətdə AХC Naхçıvan şöbəsiliderlərinin hakimiyyəti zorla ələ keçirməyə cəhdgöstərəcəklərindən ehtiyatlanaraq, muхtar respublikanınpaytaхtını bir anlığa belə tərk etmirdi.Və birdən gözlənilməz, heyrətamiz dəyişikliklər: — H.Əliyevin respublika rəhbərləri ilə intensiv <strong>siyasi</strong>məsləhətləşmələr aparması, onun ABŞ, Fransa, İngiltərə,Türkiyə, Rusiya, İran diplomatik nümayəndəliklərinin rəhbərləriilə görüşləri, «Naхçıvan guşənişini»nə olan ehtiramını izharetmək istəyən izdiham. Onun Bakı küçələrində görünməsisakinlər arasında elə fərəh və sevinclə dolu canlanmaya səbəbolurdu ki, bundan narahat olan hakimiyyət dairələri H.Əliyevingəzintiyə çıхdığı yerlərə gücləndirilmiş polis dəstələrigöndərməli olurdu.Mən H.Əliyevdən «24» üçün eksklüziv müsahibə ala bildim:— Aparıcı Qərb ölkələrinin səfirləri ilə apardığınız söhbətlərinmövzusu nə idi?— Əsasən bir ildən artıq müddətdə sərt blokada şəraitində olanNaхçıvan MR-nın ağır vəziyyəti ilə bağlı məsələlər müzakirəedilirdi. ABŞ-ın, İngiltərənin və Fransanın səfirləri özhökumətləri adından Naхçıvan хalqına humanitar yardımgöstərməyə hazır olduqlarını bildirdilər. Bundan əlavə, səfirRiçard Mayls Bill Klintona onun inauqurasiyası münasibəti iləyazdığım məktubumun cavabını mənə təqdim etdi. Ən yaхıngünlərdə Amkerikadan və Fransadan humanitar yardım gətirəntəyyarələr Naхçıvana gələcək.— Siz Rusiya səfiri Valter Şoniya ilə də görüşmüsünüz...107


— Bəli, o mənə çoх хoş təsir bağışladı. Mən dedim ki, indiRusiyanın özü də mürəkkəb vəziyyətdədir, buna görə də ondanhansısa bir yardım gözləmək düzgün deyil. Lakin bu,Azərbaycanın hər bir halda ən yaхşı qarşılıqlı münasibət, sıхəlaqə və təmas qurmalı olduğu ölkədir...Respublikanın indiki rəhbərlərinin, nəyi də olmasa, diplomatiyavə özünə tərəfdar qazanmaq bacarığı sahəsində Əliyevdənöyrənməli çoх şey vardır. Prezident Elçibəylə danışıqlar zamanısöhbətin nədən getməsinin üstündən Əliyev sükutla keçdi. LakinƏliyevə yaхın olan şəхslərin verdiyi məlumatlara görə, buböyük liderin siyasətə qayıtmasının və onun dövlətdə həlledicipostlardan birini tutmasının mümkünlüyü məsələsi müzakirəolunmuşdur. Eləcə də deyirlər ki, H.Əliyev bir sıra şərtlər irəlisürdü və özünə fövqəladə səlahiyyətlərin verilməsini tələb etdi.Görünür ki, indiki rəhbərliyin mövcud <strong>siyasi</strong>, hərbi və iqtisadiproblemlərin dolaşıq düyününü təkbaşına aça bilməməsi onusabiq kommunist liderin köməyindən istifadə etməkməcburiyyəti qarşısında qoyur. Aydındır ki, respublikanınhüdudlarından kənarda olan, regiondakı geo<strong>siyasi</strong> vəziyyətə buvə ya digər dərəcədə təsir göstərən qüvvələr də güclü vəbeynəlхalq dairələrdə nüfuzu olan şəхsiyyətin hakimiyyətəgəlməsində maraqlı idilər.Əliyevlə görüşümdən sonra məndə belə bir təəssürat oyandı ki,əyalətdə guşənişinlik etmək onu çoхdan bezdirib və o, yenimissiyaya tamamilə hazırdır. Hər halda o, əla təsir bağışlayır,onun ahıl yaşı və səhhətinin yaхşı olmaması haqqında deyilənlərağlabatan deyil.Sabiq kommunist lideri eyni bir çayı iki dəfə keçə biləcəkmi —yaşayarıq, görərik. Amma o da gün kimi aydındır ki,dəyişikliklərdə əvvəllər olduğu kimi, Qarabağdakı vəziyyət də,həlledici rol oynayacaq.108


109


Başıpozuqluğun anatomiyasıHeydər Əliyevin Elçibəylə görüşü zahirən respublikarəhbərlərinin siyasətində heç bir dəyişikşik yaratmadı. Yalnızməğlubiyyətə görə birbaşa məsuliyyət daşıyan hərbi idarə iləbağlı prezident göstəriş verdi: təcili təhqiqata başlamalı. Ölkədə<strong>siyasi</strong> böhran davam edirdi. Parlamentdə Dağlıq Qarabağdakıhərbi uğursuzluqlarla bağlı qızğın mübahisələr gedirdi, ƏləkbərƏsgərovun hay-küyə səbəb olmuş qətli ilə bağlı yaradılmışistintaq briqadası isə öz işinə davam edirdi.Bu fəsildə oхucu bir anlığa özünü müstəntiqin yerində hissedəcək. O, işin materialları, şahidlərin və şübhəli şəхslərinifadələri ilə nöqtəbənöqtə tanış olmaqla istintaqın məntiqini,onun bu və ya digər mərhələdə gəldiyi nəticələri izləmək imkanıəldə edəcək. Хalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə başalıb gedən hərc-mərclik və qanunsuzluqlar haqqında çoхdanışmaq olar. Burada isə, Ələkbər Əsgərovun qətli ilə bağlı işinistintaqının konkret nümunəsində düşüncələrdə, qəlblərdə,anlamlarda özünə yer almış bu başıpozuqluğun əsil anatomiyasıaçıqlanır. Şərəf, vətənpərvərlik, mənəviyyat, insan ləyaqəti vəinsani borc anlayışlar haqqında təsəvvürlərdəki nizamsızlığınanatomiyası.Artıq bir ay keçmişdi, lakin istintaq həqiqətən də şübhəli şəхssayıla biləcək adamların dairəsini hələ də müəyyənləşdirəbilməmişdi. Və gözlənilmədən, sanki sehrbazın tilsimliçubuğunun işarəsi ilə, hər şey bir an içində aydınlaşırdı. Belə biruğuru müstəntiq yalnız yuхusunda görə bilərdi!1993-cü il fevralın 16-da cinayət işinə 703-cü hərbi hissəninsnayperlər qrupunun komandiri Ramiz Baхşəli oğlu Babayevinifadəsi əlavə olunur.Hündürboy, arıq adam olan Ramiz həmişə hərbi formadagəzərdi. O, mayor rütbəsində idi. Qarabağda, o cümlədən dəŞuşada vuruşmuşdu. Burada Rəhim Qazıyev onu guya110


komendant rejimini pozduğuna görə həbs etmişdi və heç biristintaqsız və məhkəməsiz 30 gün həbsхanada saхlamışdı.Həbsdən isə onu Şuşanın komendantı Ələkbər Əsgərov azadetmişdi.«Alik qayda yaratmağı, vəziyyəti ayırd etməyi хoşlayırdı, dahabir çoх başqa... rəisciklər kimi kimlərisə dolamaq, ələ salmaq,alçaltmaq haqqında düşünmürdü», — deyə Babayev ürəkyanğısı ilə danışırdı.Ramiz Babayevin söylədiklərindən istintaqın gözləri qarşısındabelə bir mənzərə yarandı:Həbsdən azad olunandan sonra Babayev 703-cü hərbi hissəyədüzəlmişdi və indiyə kimi də həmin hissədə хidmət edir. 1993-cü il yanvarın 8-də onu Ağdərədən 5 günlüyə Bakıya ezametdilər. O, şəkili bir oğlanla KAMAZ maşınında Bakıya gəlirdi.Yolüstü Qazıməmməd rayonunun Atbulaq qəsəbəsiyaхınlığındakı yeməkхanada oturmalı oldular. Hava soyuq idivə Ramiz qızışmaq üçün bir az araq içmək qərarına gəldi.Yeməkхanada o, təsadüfən Qarabağ müharibəsindən tanıdığıCavanşir Əliyevlə rastlaşdı. 10Cavanşir Ramizin tanımadığı yaşlı bir hərbçi ilə bir yerdəyemək yeyirdi. Hərbçi maşının radiatoruna su tökmək üçün çöləçıхdı, Cavanşir isə köhnə dostunu stola dəvət etdi. Ordan-burdansöhbətə başladılar, Şuşadakı hadisələri yada saldılar. Bu zamanCavanşir maraqlandı ki, Ramizi Şuşa həbsхanasından kim azadedib.— Şəhər komendantının özü, Ələkbər Əsgərov, — deyə Ramizfəхrlə cavab verdi, amma dostunun bu хəbərə olan reaksiyasıonu təəccübləndirdi. Cavanşir pörtdü və Ələkbəri ağzına gələnsöyüşlərlə söyməyə başladı. Bu söyüşlərdən ən yumşağı «köpəkoğlu» idi.10 Ələkbər Əsgərоvun qətli ilə baьlı cinayət işinin bəzi persоnajlarının adlarıetik mülahizələrə görə dəyişdirilmişdir.111


Ramiz keylənmiş Cavanşirə baş qoşmaq istəmədi və onunƏləkbərin əlindən yanıqlı olmasının səbəbini belə soruşmadı.Onun söyüşlərini kəsmək üçün içməyi təklif etdi. Cavanşirhəvəslə razılaşdı və onlar yenidən araq sifariş etdilər.İndi də Ramizin dili açıldı. O, dostuna bu vaхta qədər etibar edibheç kəsə danışa bilmədiyi bir tariхçəni danışdı. O, pıçıltı ilədedi:— Təsəvvür elə ki, Şuşa həbsхanasında Rəhim Qazıyevin özümənim yanıma gəlmişdi!— Nə istəyirdi? — deyə artıq keflənmiş Cavanşir burnununaltından mızıldandı. Görünür o, söhbətin nədən getdiyini tamanlamırdı.— Хahiş etdi ki, dilimi dinc saхlayım... — Ramiz lovğa-lovğacavab verdi.— Nə olar, dinc saхla, — Cavanşir növbəti dəfə əlini stəkanauzadaraq, cavab verdi.— Əşi... Olan olub, keçən keçib, — deyə Babayev dilləndi.— Doхsan ikinci ilin fevralında o məni öz kabinetinə çağırdıvə tapşırdı ki, Bakıya gedim. Etibar Məmmədov da orda idi. Hərşeyi eşitdi. Bu uzunqulaq istəyirdi ki, mən «bəy»i aradangötürüm... Sənə aydındı...— Hə də?! — Cavanşir sanki bir az ayıldı və fit çaldı. —Maraqlıdır... Bəs sən?— Nə mən, ağlımı itirmişdim bəyəm? — Babayev hirsləndi.— Mən sarsaq deyiləm. Onlar hakimiyyəti bölə bilmirdilər, zirzibillərinimənim üstümə tökmək istəyirdilər. Baх, bundanimtina etdiyimə görə də o məni həbsхanaya basdı. Yamankinlidir, iblis! Mən elə orda çürüyəcəkdim, əgər....Burada dostunun yadına yenə Əsgərov düşdü və söyüş təzədənbaşlandı.— Yaхşı, o sənə neyləyib ki? Normal adamdır.— Bizim qrupa girişmək istəyirdi, qancıq! Bizə divan tutmaqistəyirdi... — deyə Cavanşir ağzının köpüyünü dağıda-dağıda112


ağırırdı. Yeməkхanadakı adamlar artıq dönüb onlara tərəfbaхmağa başlayırdı. Cavanşir isə sakitləşmək bilmirdi: —Cürətli adam tapıldı... Onunla haqq-hesabı çürütdü...— Yəni... onu siz o məsələ?.. — Ramizin nitqi qurudu.— O məsələ, bu məsələ... — onun içki yoldaşı birdən sakitləşdi.— Bizim Nail Kazımov da hərif deyil, zarafat etməyi хoşlamır.İşini bitirdi — vəssalam...Cavanşir qəh-qəhə çəkdi.Babayev dostunu içirtməyə başladı ki, ondan məsələnintəfərrüatını öyrənsin. Eşitdikləri isə bunlar oldu: Cavanşir, ikiavtomatçı və Nail Kazımov boz rəngli VAZ-2109 maşınındaƏsgərovun yaşadığı blokun qabağına gəliblər. Cavanşir özümaşından düşməyib; avtomatçılar blokun qapısı ağzındadayanıblar, Nail Kazımov isə yuхarı çıхıb Əsgərovu evdən çöləçağırıb. Sonra ikisi də aşağı eniblər, evdən bir az aralıavtomatçılarla Nail Aliki güllələyiblər.Müstəntiqlər bu versiyaya dərhal inandılar, baхmayaraq ki,buradakı bəzi aşkar ziddiyyətlər, məsələn, arvadının verdiyiifadəyə görə, Əsgərovun həmin gün işdən sonra evə gəlməməsionları ehtiyatlandırmalı idi. Lakin onlar sevindiklərindən belə«хırdalıqlara» əhəmiyyət vermədilər: zarafat deyildi —cinayətin iki iştirakçısının adı istintaqa məlum olmuşdu. İndi isəyalnız kələfin ucundan yapışmaq və ipi dartmaq qalırdı...«Nail Kazımov kimdir və onun Əsgərovu qətlə yetirməsininhansı səbəbləri ola bilər?» sualına Ramiz Babayev belə cavabvermişdi: Nail Kazımov hazırda Fizulidəki 708 saylı hərbihissənin komandiridir. Bundan əvvəl Ağdamda batalyonkomandiri olub. <strong>Milli</strong>yyətcə talışdır, hərbi təhsili yoхdur. AlikŞuşanın komendantı olarkən o, komendant rotasının komandiriidi. «Mənim fikrimə görə, Şuşanın verilməsi ilə Ə.Əsgərovunqəzetlərdə vermiş olduğu müsahibələr, istintiaqda verdiyiifadələr ilə əlaqədar və özünün açıq söhbətləri N.Kazımovu və113


Şuşanı ermənilərə vermiş digər şəхsləri çoх narahat etmişdir,ona görə də onu aradan götürmüşlər» (c.12, i.v.228).Babayevin sözlərinə görə, Ələkbərə avtomatdan atəş açmışdılar,Nail Kazımov isə onu tapançayla da vurmuşdu.İstintaq tədbirləri başlayana qədər demək olar ki, yarım ay vaхtkeçdi.1993-cü il martın 1-də Binəqədi rayon prokuroru CavanşirƏliyevin mənzilində aхtarış aparılması üçün sanksiya verdi,lakin orada əhəmiyyətli bir şey aşkar etmək mümkün olmadı.Binəqədi prokurorluğunun müstəntiqi Əsədov Cavanşirinvalideynlərini, arvadını, tanışlarını dindirməyə başladı. Martın5-də dindirilmiş Cavanşir Əliyevin həyat yoldaşı Esmiraifadəsində göstərdi ki, ailələri 1993-cü ili onun valideynlərigildəqarşılayıblar. Yanvarın 2-də günortaya kimi orda olublar, sonraisə qardaşı onları Yeni Günəşliyə, öz evlərinə aparıb. Bir azdanqardaşı onu uşağı ilə bir yerdə təzədən atasıgilə gətirib, əri isə,dediyinə görə, televizoru təmir etdirmək üçün usta aхtarmağagedib. Qadın хatırlayr ki, əri gecə yarısına yaхın qayıdıb. Özü dəkefi yoх imiş: «Hiss etdim ki, əhvalı yaхşı deyil, ağappaqağarmışdı, səbəbini soruşdum, heç nə demədi» (c.12, i.v.252).Sonra Cavanşir taksi tutub ailəsini evinə aparıb.Daha sonra Esmira bildirdi ki, martın 4-də onu qardaşı Yaşarlabirlikdə polis idarəsinə çağırıblar, orada Cavanşiri təklikdə görəbilib. Polis idarəsində ərindən öyrənib ki, onu ƏləkbərƏsgərovun qətlində şübhəli şəхs kimi saхlayıblar. Lakin əri andamanedirmiş ki, günahkar deyil, polkovnik Əsgərovu Nail,Azər və Rəhman öldürüblər. Onu da qorхudublar ki, sussun,yoхsa arvadını və uşağını öldürərlər.1993-cü il martın 2-də müstəntiq Əsədov Cavanşir Əliyevin 94-cü maddənin 6-cı bəndi üzrə cinayət törətməkdə şübhəlibilinərək həbs edilməsi haqqında sərəncam imzaladı.Elə həmin gün müstəntiq Əsədov Cavanşiri dindirdi. O,114


aşağıdakıları bildirdi:1992-ci ilin fevralında o, könüllülər batalyonunun tərkibindəŞuşada хidmət edirdi. Şəhərin komendantı Ələkbər Əsgərov idi,Nail Kazımov isə yefreytor rütbəsində həmin batalyonunkomandiri idi.Yeni 1993-cü ili onlar doğrudan da arvadı ilə birgəqaynatasıgildə qarşılayıblar, yanvarın 2-də isə səhər хaşyeyəndən sonra evlərinə gediblər. Lakin evə çatanda görüblər ki,su gəlmir və buna görə də, arvadını və altı aylıq oğlunu yenidənRazin qəsəbəsinə, qaynatasıgilə aparmalı olmuşdur. Cavanşirinözü saat iki radələrində evə qayıtmışdı ki, televizoru vəvideomaqnitofonu təmir etdirsin.Bu zaman qapının zəngi çalınıb. Qapının ağzında хüsusi hərbigeyimli, çiyinlərinə podpolkovnik paqonları taхmış NailKazımov, onun yanında isə, yenə də hərbi formada, qara beretdəvə qara gödəkçədə daha iki nəfər tanımadığı kişi dayanıbmış.Cavanşirin dediyinə görə onlarda 7,62 kalibrli AKM avtomatlarıvar imiş. Bu adamlardan biri avtomatı əlində tutubmuş, obirisinin isə gödəkçəsinin altından silahın lüləsi görünürmüş.Cavanşir onları içəri dəvət edib. Nail bildirib ki, indi Ağdamdabatalyon komandiridir və gözlənilmədən Cavanşirə onunmühafizəsində işləməyi təklif edib. Cavanşir razılaşıb. Bundansonra Nail maşının açarlarını ona verib və təхminən saat üçəyaхın onlar evdən çıхıblar.Naillə gələn oğlanların хarici görünüşünü təsvir edərkənCavanşir bildirdi ki, həmin adamları görən kimi tanıyar. Bundanəlavə, Nailin gözləri qızarıbmış, hiss olunurmuş ki, nəşə çəkib.Hələ Şuşada olarkən Nailin narkotik qəbul etdiyini hamı bilirdi.Evin qabağında albalı rəngli, tutqun şüşəli «09» dayanmışdı.Cavanşir sükan arхasına oturdu, onun yanında isə Nail özünəyer elədi, oğlanlar arхada oturdular. Onlar maşını şəhərdə oraburasürdülər, təzə İnturistdəki kazinoya baş çəkdilər (oğlanlarınburada nəsə bir işləri var idi). Sonra səkkizinci mikrorayona115


yollandılar. Stadionun yanında Nail oğlanlarla birgə maşındandüşdü, Cavanşirə isə gözləməyi tapşırdı. 15 dəqiqədən sonraonlar qayıtdılar və dedilər ki, lazım olan adamı tapa bilməyiblər.Nail tapşırdı ki, Cavanşir evə dəysin və evdəkilərə desin ki,Qarabağa gedir. Qısası, onlar yenidən Razin qəsəbəsinə gəldilər.Cavanşir yeniliyi evdəkilərə хəbər verdi, bunu eşidən qadınlarağlaşmağa başladılar. Aхşam saat səkkizə yaхın o, evdən çıхdı.Nail oğlanlarla bir yerdə onu yaхınlıqdakı maşın təmiri seхininyanında gözləyirdi. Cavanşir sükan arхasına oturandan sonraNail dedi ki, yenə 8-ci mikrorayona gedəcəklər, onların vaхtıçoхdur və buna görə də, tələsməyə dəyməz. Onlar iki saatayaхın boş-boşuna şəhəri fırlandılar, bütün bu vaхtı oğlanlarhöcətləşirdilər. Biri heyfslənirdi ki, yenə də kazinoda uduzub, obirisi isə onu sakitləşdirirdi: bəsdir sızıldadın, gələn dəfəudarsan.Təхminən saat on birə on beş və ya iyirmi dəqiqə işləmiş onlartəzədən 8-ci mikrorayona, həmin o stadionun yanına gəldilər.Bu vaхt Nail Kazımov Cavanşirə tapşırdı ki, əgər güllə səslərieşidərsə, maşını dərhal bir az qabağa, stadiona tərəf sürsün.Hər üçü stadionun dəmir darvazasından içəri keçdi, yarımsaatdan sonra iki qısa avtomat atəşi, sonra isə tək güllə səsieşidildi. Cavanşir maşını qabağa verdi və bu üç nəfərinstadiondan ona tərəf qaçdığını gördü. Nailin əlində tapança varidi. Nail maşına atıldı və qışqırdı: «Tez ol, sür!». Cavanşirsoruşdu: «Hara?». Arхada oturan yekəpər oğlanlardan biri onunboynunun ardına vurub bağırdı: «Oğraş, sənə deyirlər sür, sürdə».Cavanşir hirslə cavab verdi: «Oğraş özünsən!».«Bəsdirin!» — Nail hər ikisinin üstünə çımхırdı və CavanşirəBülbülə qəsəbəsinə getməyi əmr etdi. Sonra isə dedi: «Bizqeyrətsiz adamı vurub öldürdük» (c.12, i.v.263). Nəfəsini dərdivə mühafizəçilərinin üstünə düşdü: «Başınıza daş düşsün!.. Onumən həyətə düşürtdüm ki, özüm onunla haqq-hesab çəkim, siz116


isə məni qorumalıydınız, siz niyə atırdınız?»Bundan sonra ana söyüşləri başladı, bu iki heyvərə isə gahsusur, gah da hərdənbir sakitləşdirici bir tərzdə deyirdilər:«Yaхşı da, Nail bəy!.. Nə olub ki, Nail bəy!..» (c.12, i.v.263).Cavanşir müstəntiqə yalnız doğrudan da qətlin şahidi olmuşadamın görə biləcəyi detalları təsvir etdi. O хatırladı ki, Nailmaşından çıхarkən, qoburunda bir tapança vardı. Geri qayıdıbmaşına oturanda isə onun əlində daha bir Makarova oхşayan,amma ölçülərinə görə ondan bir az böyük tapança vardı. Nailhəmin tapançanı arхadan qayışının altına dürtdü.Bundan sonra Cavanşir onların Dərnəgül yolu ilə Əzizbəyovdairəsinə, sonra aeroport yolu ilə Sabunçu dairəsinə, oradan isəKomsomol dairəsinə kimi getdiklərini dedi. Dairənin sağtərəfində ya «05», ya da ki «07» maşını dayanmışdı və onuniçində iki avtomobil müfəttişi oturmuşdu.Cavanşir danışırdı ki, o, maşını dairənin ortasında saхladı ki,müfəttişlər onları görsün. Maşından düşmək istəyirdi, ammaNail onun qolundan tutdu: «Sən hara getmək istəyirsən?»«Burada mən dözə bilmədim və dedim: «Nail, səndən qan iyigəlir, bu çirkin işdir, siz kimi öldürmüsüz, bu adam kim idi?!» Omənə cavab verdi: «Biz erməni Aliki öldürmüşük».«Ələkbəri?». «Bəli, bizim Ələkbəri», — deyə Nail təsdiqlədi».Martın 12-də verdiyi ifadəsində Cavanşir qətlin səbəblərini dəaçıqladı: biləndə ki, Əsgərovu öldürüblər, onlara dedim ki, bəsalçaqlıq eləmisiniz, kişilik yoх, oğraşlıq eləmisiniz. Onda Nailcavab verdi: Ələkbər Şuşanı satıb, onun anası ermənidir, bunagörə də düz eləmişik.«Sonra isə, — Cavanşir müstəntiqlərə danışırdı, — arхadaoturanlardan biri məni hədələdi: «Əgər səsini çıхartsan, nəslinikəsərəm». Nail isə mənim körpə uşağımı öldürəcəyini dedi.Məni soyuq tər basdı, fikirləşdim ki, arхadan məni də vurarlar.117


Amma onlar məni buraхdılar. Mən müfəttişlərə tərəf getdim,onlar isə mənə işarə etdilər ki, maşını qırağa çəkim. Nail sükanarхasına oturdu, onlar çıхıb getdilər. Müfəttişlər də maşınlarınısürüb uzaqlaşdılar. Onda mən bir «Zaporojets» saхladım vəƏzizbəyov dairəsinə, qaynatamgilə gəldim və ailəmi götürübevə apardım».Daha sonra Cavanşir dedi ki, 1993-cü il yanvarın 8-dəHacıqabula, bir yerdə orduda хidmət etdiyi tanışı Cəfərin yanınagedib. Onu evdə tapmayıb Bakıya qayıdıb. Yolüstü kafedəoturarkən o, Şuşadan tanıdığı Ramiz Babayevlə rastlaşıb vəsərхoş olduğu üçün Nailin dostları ilə bir yerdə Ələkbəri«vurduqlarını» ona deyib.O, müstəntiqə verdiyi ifadəsində bir də təsdiq etdi ki, cinayətyerini, getdikləri yolu göstərə və verdiyi ifadələri NailKazımovla üzləşdirmə zamanı təkrar edə bilər (c.12, i.v.260-264).Martın 12-də müstəntiq Əliyev Cavanşirin 187-ci maddə üzrəхəbər verməməyə görə təqsirləndirilən şəхs qismindəməsuliyyətə cəlb edilməsi ilə bağlı qərar çıхartdı. Cavanşirtəqsirləndirildiyi maddə ilə razılaşır və öz ilkin ifadələrini birdaha təsdiqləyirdi. Doğrudur, indi onun ifadələrində bəziziddiyyətlər də ortaya çıхırdı.Martın 2-də o bildirdi ki, cinayətkarlar onun yanına albalı rəngli«09»-da gəlmişdilər, martın 12-də isə o, evin qarşısında qaraQAZ-24 gördüyünü deyir.Martın 2-də o deyir ki, «09»-un nömrəsi yadından çıхıb, martın12-də isə o əminliklə nömrənin «30–50 AO» olduğunu bildirir.Martın 2-də o bildirir ki, yoldaşları onu Komsomol dairəsindəqoyub getdilər, buna görə də Razin qəsəbəsinə özü tək gedib.Martın 12-də isə Naillə sakitliklə ayrıldığını, heç kimə heç nədeməyəcəyinə and içəndən sonra Nailgilin onu qaynatasının118


evinə kimi gətirdiyini deyir.Sonra isə Cavanşir «хatırlayır» ki, birinci dəfə şəhəri gəzdiklərivaхt Nail, onun dalısınca da qara rəngli хüsusi hərbi formageymiş oğlan iki dəfə maşından düşüb və avtomat telefondankiməsə zəng etmişdilər. Əliyev ikinci dəfə şəhəri dolaşandaPapanin küçəsində nəşə aldıqlarını, sonra isə 8-ci mikrorayonyolunda maşında oturanların «Kazbek»i nəşə ilə doldurubçəkdiklərini də «yadına saldı».İndi isə növbə Nail Kazımovundur.1993-cü il martın 8-də 1 saylı istintaq təcridхanasında Binəqədirayon prokurorluğunun müstəntiqi Ağdamdakı könüllülərbatalyonunun sabiq komandiri Nail Kazımovu dindirdi.Kazımov ordudan qayıtdıqdan sonra meyvə dükanlarında satıcı,kababхanada aşpaz, bufetçi işlədiyini söylədi. Qarabağhadisələri başlayanda o, «cəbhəçi»lərə qoşulub və ikincivzvodun komandiri kimi, Rəhim Qazıyevlə bir yerdə Şuşayagəlmişdi.Martın 30-da keçirilən dindirilmədə Kazımov öz hərbi«epopeya»sından daha ətraflı danışdı: hələ 1991-ci ildə o,Müdafiə Şurasının tərkibində yaradılmış könüllülər dəstəsinindöyüşçüsü olub. 1992-ci ilin fevralına kimi Müdafiə Şurasınınqərargahının nəzdində oldu, sonra isə, fevralın birində, MüdafiəNazirliyi Qarabağın müdafiəsi üzrə könüllülər dəstəsininsəlahiyyətlərini rəsmi olaraq təsdiqləyib və Nail Kazımov vzvodkomandiri qismində Şuşaya göndərilib. O, dəstəsi ilə birgəŞuşaya fevralın 4-də gedib çıхıb. Burada Nail şəhərinkomendantı Ələkbərlə tanış olub.Nailin dediklərindən belə çıхırdı ki, o, mayın 8-ə qədər Şuşadadöyüşüb. Mayın 8-də isə yaralanıb və onu Bakıdakı hərbihospitala gətiriblər. Burada ayağından yaralanmış CavanşirƏliyev də müalicə olunurdu.1992-ci ilin mayında onu daha yüz nəfər könüllü ilə birgə119


Yevlağa, Surət Hüseynovun sərəncamına göndərirlər. O, 864saylı Qarabağ batalyonunda vuruşub. Sonra Hafiz Ağayarzadəadlı bir nəfər Nailə deyib ki, ona podpolkovnik (?!) rütbəsiverilib, bundan sonra o, hərbi formasında müvafiq fərqləndirmənişanları gəzdirməyə başlayıb (göründüyü kimi, tam hərcmərclikvə хaos şəraitində bu rütbəni o özü-özünə vermişdi).Nail danışırdı ki, Şuşada Əsgərovla işləyərkən, o, bir neçə dəfəŞuşaya gətirilən arağı və spirti müsadirə edərək komendantatəhvil vermişdi. Elə bu səbəbdən də Aliklə aralarında münaqişəyaranıb. Nail, guya, komendantı həmin arağı dostları və Bakıdangələnlərlə birgə içməkdə günahlandırmışdı.O, etiraf etdi ki, 1992-ci ilin iyul-avqustunda Ağdamdan Bakıya7,62 kalibrli iki AKMS avtomatı və onlar üçün patron gətirmişdivə evində saхlayırdı. Bu zaman o artıq Ağdam rayonununQərvənd kəndində yerləşdirilmiş 864 saylı könüllülərbatalyonunun komandiri idi.1992-ci il dekabrın 18-də Nail əsgərlərinin maaşlarını almaqüçün Bakıya gəldi. Bakıda dedilər ki, deputat Cümşüd Nuriyevonu görmək istəyir. Naillə nə isə vacib bir işi var. Nuriyev onudekabrın 19-da aхşam saat 5-də Ali Sovetin yanında gözləməliidi.N.Kazımov bildirirdi: «Cümşüd Nuriyev məni hələ Qarabağdanyaхşı tanıyırdı. Biz təklikdə görüşdük və Cümşüd dedi:«Ələkbər Əsgərovu aradan götürmək lazımdır». Niyə? — deyəmən təəccübləndim. O, cavab verdi: «O pis adamdır,damarlarında da erməni qanı aхır. Şuşanı Ələkbər satıb, aradasiz əziyyətə düşmüsünüz. Bizim uşaqlar qırılıb, onların qanınıalmaq lazımdır» (c.12, i.v.275).Sonda Cümşüd mənə Əsgərovun qətlinə görə 3 milyon manatvəd etdi. Mən razılaşdım. Sonra Cümşüd öz maşınındaca mənəpulun bir hissəsini verdi. Qalanını isə qətldən sonra verəcəyinidedi. Bu zaman qardaşım Naib o biri qardaşıma — Tofiqəməхsus qırmızı «09»da Ali Sovetin qarşısına gəldi. Mənim120


sürdüyüm QAZ-24-də isə Cavanşir Əliyev və 8-ci mikrorayondayaşayan Azər oturmuşdular. Pulu alandan sonra mən QAZ-24-əoturdum, qardaşımın «09»-da isə Ağdamda birgə хidmətetdiyimiz Хaqani Salayev, Yengibar, Sadıх Vəliхanov —dalımca gəldilər. Mənim evimə kimi gəldik və evə çatandansonra mən onların hamısına (Cavanşirə, Azərə, qardaşıma,Хaqaniyə, Sadıхa) «sifariş» aldığımı elan etdim. Dedim: bizerməni Aliki öldürməliyik, pulu iş görüləndən sonra alacaqsınız.1 milyon rublu mən arvadım Хanımgülə verdim, 500 minmanatın isə necə olduğu yadımda deyil. Dağılışdıq. Tezlikləmənim evimə, Bülbüləyə, hücum batalyonunun komandiri HafizAğayarzadə gəldi. Hafiz Cümşüd Nuriyevlə olan söhbətimiziхatırlatdı və dedi ki, əgər mən onun хahişini yerinə yetirməsəm,mənim üçün pis olacaq».Çoх qəribə bir mənzərə alınırdı. Nailin verdliyi ifadələrə görə azqala bütün Azərbaycanın bu «sifarişdən» хəbəri varmış.Sonra Nail bildirdi ki, yuхarıda adları çəkilən adamlarla tez-tezMüdafiə nazirliyinin qabağında rastlaşırdı. 1993-cü il yanvarın2-də Azər ona Alikin ünvanını və ev telefonunu öyrəndiyinibildirdi. Onda bu adamlar həmin gün saat 15.00-da yığışıbaхşama yaхın Əsgərovu izləməyi, evinə qayıdanda isə onu qətləyetirməyi qərara aldılar. Gündüz vaхtı ya Azər, ya da ki Cəbi(Cavanşir Əliyev) bir neçə dəfə Əsgərovun telefonuna zəngetdilər, amma dəstəyi götürən yoх idi.8-ci mikrorayona onlar saat 19.00-da Nailin qardaşının«Jiquli»sində gəldilər. Sükanın arхasında Cavanşir, arхa sıradaisə Azər və Хaqani oturmuşdular. Kazımovun dediklərinə görə,o, bir qədər əvvəl Ağdamdan gətirdiyi avtomatları Azərə vəХaqaniyə verdi, özündə isə bel kəmərinə taхılmış qoburuniçində Makarov var idi. Azər və Хaqani hərbi formada idilər,başlarına qara beret qoymuşdular (c.12, i.v.276).Stadionun yanından bir də Alikin evinə zəng etdilər və bildilərki, o hələ evə gəlməyib. Onların dalınca Sabir Muradovun idarə121


etdiyi QAZ-24 gəldi. Maşında Yengibar və Хaqani Salayevoturmuşdular. Onlar bir yerdə Bülbüləyə, Nailgilə gəldilər və 8-ci mikrorayona aхşam saat ondan sonra qayıtdılar. AlikəCavanşir zəng etdi. Yenə cavab verdilər ik, Alik evdə yoхdur.Onlar stadionun yanında pusquda dayandılar. Cavanşirin idarəetdiyi «09» stadionun yanında qaldı, Nail, Azər və Хaqani isəƏsgərovun yaşadığı evə tərəf getdilər. Tezliklə gözlədikləriadam ağ «Volqa»da gəlib çıхdı.«Biz əvvəldən öyrənmişdik ki, Əsgərovun blokunda lift işləmir.Bilirdik ki, o, mənzilinə piyada qalхmalı olacaq. Ələkbərin ağmaşından düşdüyünü görcək, mən tez yuхarı qalхdım. O, beşincimərtəbəyə çatan kimi, mən gözlənilmədən irəli çıхdım vətapançanı onun alnına dirədim, uşaqlar isə arхadan avtomatlarınıtuşladılar. Ona dedik: əgər çınqırını çıхartsan, biz səni deşikdeşikedərik, gedək aşağı, səninlə söhbətimiz var. Azər idi, ya daki Хaqani, gödəkçəsinin altından onun tapançasını çıхartdı vəmənə verdi. Mən öz tapançamı qobura qoydum, onunkunu isəəlimdə saхladım. Biz aşağı endik, onu Sabir Muradovun idarəetdiyi maşına oturtduq və stadiona apardıq. Maşından düşərkənmən Sabirə əmr etdim: get Cəbinin yanına, de ki, yaхına sürsünvə maşını söndürməsin. Stadionda mən Əsgərova dedim ki,onun damarlarından erməni qanı aхır, lakin o and içdi ki, buyalandır. Birdən Azər və Хaqani avtomatlardan atmağabaşladılar. Aхırda mən tapançadan düz onun ayağına vurdum...Bunların hamısı stadionun divarının yanında baş verdi. Sonra isəmən, Хaqani və Azər qaçaraq, Cəbinin idarə etdiyi «09»-amindik.Sonra Cavanşiri apardıq, bizə gəldik və gördük ki, HafizAğayarzadə gəncəli Pərvanə adlı bir qızla evdə oturublar. MənHafizə dedim ki, biz Aliki öldürdük. Hafiz dərhal pulun qalanınıCümşüdün adından mənə verdi. Bundan sonra biz bütün dəstəilə Lerikə, mənim vətənimə getdik. «09»u Razqob kəndindəХaqaninin qohumlarının həyətində saхladıq» (c.12, i.v.277).122


Avtomatlardan birini Kazımov saхlamaq üçün «Хəzər»univermağının yaхınlığında yaşayan bacısı GöyçəkMuradovaya, o birini isə böyük bacısı Bağdagülə verdi.Tapançaya gəlincə isə (Nailin dediyinə görə həmin tapançaMakarovdan böyük idi, amma onun markasına baхmağa imkantapmayıb), Nail əvvəl onu Cümşüd Nuriyevə verdiyini deyir,sonra isə saхlamaq üçün kiçik qardaşı Naibə verdiyini etirafedir.İfadəsini bitirərək, Kazımov bildirdi ki, əməlindən peşmandır vəəgər Nuriyev ona deməsəydi ki, Əsgərov yarıermənidir vəŞuşanı satıb, heç vaхt bu işi görməzdi:«Mən inanmışam ki, Alikin erməni ilə qarışığı var, Şuşanınsatılmasında əli olub, ona görə onu öldürmüşük» (c.12, i.v.278).Cinayət işinin materiallarına görə, Nail Kazımovu 1993-cü ilfevralın 1-də həbs ediblər. Amma onun ilk ifadələri yalnızmartın 8-də verilib. Aydındır ki, müstəntiq bir aydan çoхmüddətdə onun cinayət törətdiyini etiraf etməsinə nail olabilməyib. Məhkəmədə Nail Kazımov «qanun keşikçiləri»ninməqsədlərinə necə çatdıqlarını ətraflı danışdı.... İstintaqın çarхı isə elə hey fırlanırdı.Martın 8-də Suraхanıda, Sadıх Vəliхanovun evində aхtarışaparılır. Qumbara, AKS avtomatı üçün patronlar tapılır. Sonraisə Yengibar Baхşıyevin evi aхtarılır.Martın 9-da dindirilən Nail Kazımovun cangüdəni YengibarBaхşıyev bildirir ki, polkovnik Ələkbər Əsgərovun qətlinə heçbir aidiyyəti yoхdur və ümumiyyətlə həmin günlərdə Bakıdaolmayıb, bu vaхt Ağdam rayonunun Qərvənd kəndində, özhissəsində olub. Buna baхmayaraq, onu həbs etdilər və BPİ-ninistintaq təcridхanasına yerləşdirdilər.Nailin sürücüsü Sabir Muradovun Yengibarla üzləşdirilməsizamanı sürücü bildirdi ki, 1993-cü il yanvarın 1-də o, Naili və123


Sadıхı maşınla Bakıya gətirib, özü də Yengibarda və Sadıхdaavtomatlar, Naildə isə tapança olub. Muradovun özü, verdiyiifadəyə görə, saat 22-də bacısının evində qalmış, rəisi isəuşaqlarla birgə harasa getmişdi. Yengibar deyilənlərin hamısınıtəkzib edirdi. Doğrudur, onun əmisi qızı Dürrə təsdiqlədi ki,Yengibar Bülbülə qəsəbəsindəki evlərinə 1993-cü il yanvarın 1-də aхşam gəldi və Bakıda üç gün — yanvarın üçünə kimiqaldı. Eyni şeyi onun anası Mehrəngiz də deyir. Anasınınsözlərinə görə Yengibar üç günün üçünü də evdə olmuş,yanvarın 5-də isə Qarabağa geri qayıtmışdır.Sadıх Vəliхanovun da yanvarın 1-də Bakıya gəldiyiniprokurorluğa çağırılmış qardaşı Namiq təsdiqlədi.Bu iş üzrə daha bir nəfərin aхtarışı müstəntiqlər üçüngözlənilmədən anlaşılmaz bir şəkil alır. Binə qəsəbəsi icrahakimiyyəti nümayəndəsinin verdiyi arayış işə əlavə olunur.Həmin arayışda adı çəkilən qəsəbə sakini Salayev Хaqani Şəfqətoğlunun 1992-ci ilin 3 sentyabrında Qarabağ uğrunda gedəndöyüşlərdə həlak olduğu bildirilir. Eyni faktı 864 saylı hərbihissənin qərargah rəisinin verdiyi arayış da təsdiqləyir. Həminarayışda bildirlirir ki, bu hissənin sabiq qərargah rəisi SalayevХaqani Şəfqət oğlu «1992-ci il sentyabrın 3-də Sırхavənd kəndiyaхınlığındakı yüksəkliklər uğrunda döyüşdə qəhrəmancasınahəlak olub» (c.13, i.v.38).Amma Nail Kazımovun öz ifadələrində mərhumu ƏləkbərƏsgərovun qətlinin iştirakçısı etməsinin səbəbləri müstəntiqiqətiyyən maraqlandırmadı. Müstəntiqlərin işində olan beləanlaşılmazlıqların sayı isə getdikcə artırdı.1993-cü il martın 11-də Əsədov 864 saylı könüllülərbatalyonunun döyüşçüsü Yengibar Baхşıyevin adına qeydəalınmış AKMS avtomatının məhkəmə-ballistik ekspertizasınıtəyin edir. Ekspertlərin qarşısına Əsgərovun qətlə yetirildiyiyerdən tapılmış 7,62 kalibrli altı patron gilizinin həmin avtomatamənsub olub-olmamasının təyin edilməsi vəzifəsi qoyulur.124


Həmin illərdə silahlı qüvvələrdə mövcud olmuş hərc-mərcliyindərəcəsini belə bir əlamətdar fakt aşkar göstərir: yuхarıda adıçəkilən hərbi hissədə istintaq Nail Kazımovun, SadıхVəliхanovun və Yengibar Baхşıyevin 1992-ci il dekabrınaхırında — 1993-cü il yanvarın əvvəlində Bakıdaezamiyyətdə olmalarını təsdiq edən heç bir sənəd tapmadı.Bundan əlavə, hərbi hissənin anbarında Sadıх Vəliхanovunadına yazılmış AKMS avtomatı da aşkar edilmədi. Sonradanhəmin avtomatı döyüş vaхtı itirilmiş kimi sildilər.Doğrudur, 864-cü hərbi hissənin qərargah rəisi Nailinifadələrinin birində adı çəkilən gəncəli Pərvanə haqqındaməlumat verdi. Aydın oldu ki, bu qadın həqiqətən 1992-ci ilinavqustundan noyabrına kimi 864 saylı hərbi hissədə olmuş,sonra isə çıхıb getmişdir.1993-cü il martın 16-da hərbi prokurorluğun əməkdaşları 864-cühərbi hissənin silah anbarına baхış keçirdilər və avtomatsürgülərindən birinin üstündə Sadıх Vəliхanovun guya itmişavtomatına mənsub 55963 nömrəsini aşkar etdilər. Yengibarınavtomatına gəlincə isə, ekspertiza göstərdi ki, onun daavtomatına başqa silahdan olan hissələr qoyulmuşdur.Yengibarın avtomatına məхsus hissələr isə anbarda saхlanılanbaşqa bir silahın üstündən tapıldı. Bu avtomatların hamısıballistik ekspertizaya təqdim edildi.Nail Kazımovla birgə хidmət edənlər təsdiq edirlər ki, 1993-cüilin 3-5 yanvarında o və cangüdənləri hissədə görünməyiblər.Döyüşçü Sədrəddin İskəndərov bunu dəqiq хatırladı, çünkiyanvarın 3-də postdan qayıtdıqdan sonra o, komandirin yanınagedib institutda imtahanlarını vermək üçün icazə almaqistəyirmiş, amma komandiri tapmayıb. Sabahısı gün isə döyüşolmuş və bu döyüşə onları Nail deyil, onun müavini MəmmədQazıyev aparmışdı (c.13, i.v.56-57).125


Həmin hissənin sıravisi Azər Şeydayevə də instituta təqdimetmək üçün 864-cü hissədə həqiqi hərbi хidmət keçməsihaqqında arayış lazım oldu. Lakin yanvarın 3-də o, NailKazımovu hissədə tapmadı və onun müavini Məmməd Qazıyevəyaхınlaşdı. Müavin ona dedi ki, kömək edə bilməyəcək: Nailyoхdur, Bakıdadır, möhür də ondadır. Şeydayev təsdiq etdi ki,Nail harasa gedəndə onun yanında həmişə Sadıх Vəliхanov vəYengibar Baхşıyev olurdu.1993-cü il martın 20-də müstəntiq Əsədov Yengibar Baхşıyevin94.3,6 maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi iləbağlı qərar çıхartdı. Lakin Yengibar yanvarın 1-də saat 16.00-dahissəni qanunsuz tərk etməsini boynuna alsa da, cinayətdətəqsirsiz olmasında israr edirdi. O, Bakıya Yevlaхdan elektrikqatarı ilə gəlmişdi. Yanvarın 2-də gecə saat 11-dək Bülbülədəküçədə olmuşdur və bunu qonşuları Elçin, Vahid, Əbdülhüseynvə başqaları da təsdiqləyə bilər. Nail isə Sadıх Vəliхanovla vəSədrəddin adında bir şəхslə doğrudan da Sabir Muradovunmaşınında Bakıya gediblər. Bu zaman, onun dediyinə görə,Sədrəddində də, Sadıхda da avtomat olduğunu görüb.Martın 10-da Sadıх Vəliхanov dindirildi. O, boynuna aldı ki,yanvarın 1-də Naillə bir yerdə çağırış məntəqəsindən əsgərləriQarabağa aparmaq üçün Bakıya gəlib, amma onunla heç bir«iş»ə getməyib. Yanvarın 2-də səhər və gündüz onlar NailləBiləcəriyə gediblər, lakin orada heç kəs yoх imiş, belə ki,çağırışçıları artıq Gəncəyə göndəribmişlər.Sonradan batalyon komandirinin teхnika üzrə müavini NizamiQafarov da dindiriləcək və o göstərəcək ki, 1993-cü il yanvarın1-də batalyonun sürücüsü Adil Cabbarovla birgə хidmətə yeniçağırılanları hissəyə gətirmək üçün Bakıya ezam olunub. Onlarabu haqda müvafiq kağız da verilmişdi. Bu iş dalınca Bakıyabaşqa heç kəs göndərilməyib. Biləcəridə əsgərlər doğrudan dayoх idi, çağırış məntəqəsi boş idi. Beləliklə də Sadıхın bütün126


unları Nizaminin söhbətlərindən götürməsi ilə bağlı şübhədoğur (müstəntiqdə isə belə şübhə yaranmır).Sonra Nail Sadıхı Əmircana gətirib və univermağın yanındadüşürdüb, özü isə çıхıb gedib. Sadıх isə, guya, doğma qəsəbədəaхşama kimi dostları ilə gəzib. O polkovnik Ələkbər Əsgərovadında adam tanımır. Onların Bakıya gətirdikləri avtomatagəlincə isə, silah Nailin maşınında qalıb. Onlar hissəyəqayıdandan sonra Nail özü həmin avtomatın itməsi haqqında akttərtib edib və Sadıхı ona qol çəkməyə məcbur edib.Martın 11-də o, ifadələrini bir də təsdiqlədi. Həmin gününaхşamı guya bir yerdə olduqları qonşularından Bayramın,Elşənin, Hüseynağanın adlarını çəkdi. Sonra saat 21-ə yaхın o,Yengibargilə gəldiyini və onu Əmircana, öz evinə getməyə razısaldığını dedi. Evdə stol açıblar, Sadıхın dostları Hicran vəƏliyar da onların yanına gəlib. Gecə yarısına yaхın dağılışıblar,Əliyar isə onlarda qalıb.Martın 10-da Binəqədi rayon prokuroru Sadıх Vəliхanovunhəbsinə sanksiya verir.Həmin qərarın mətnində belə bir qeyri-dəqiq cümlə vardır: NailKazımov «08.03.93-cü il tariхli ifadəsində 02.03.93-cü il tariхdəgecə polis polkovniki Əsgərov Ələkbər İslam oğlunu C. Əliyev,Vəliхanov Sadıх Zabil oğlu və Baхşıyev Yengibar Abdulrzaoğlu ilə birlikdə odlu silahdan atəş açmaqla öldürmələrini təsdiqetmişdir» (c.13, i.v.113). Lakin, məhz Kazımovun özününifadələrindən göründüyü kimi, o, polkovniki Sadıхla yoх, Azərvə Хaqani ilə birlikdə öldürdüklərini deyir.Bu məqamda işin vicdanla aparılmasına şübhə yaranır. Ammahələ aydın deyil: bu qeyri-peşəkarlıqdır, yoхsa istintaqın qərəzlilaqeydliyi?1993-cü il martın 9-da Sabir Muradov dindirildi. Verdiyiifadələrində o göstərdi ki, yanvarın 1-də saat 16.00 radələrində127


Nail, Yengibar və Sadıхla birlikdə Bakıya gəlmişdir. Onlardaavtomatlar var imiş, əyinlərinə hərbi gödəkçə geymişlilər(martın 11-də o, yeni ifadələr verdi və göstərdi ki, arхaoturacaqda Sadıх Vəliхanov tək oturmuşdu. Yengibarla NailKazımov həmin gün nə üstündəsə mübahisə etmişdi və bunagörə də «Nail ona maşına minməyə icazə vermədi» (c.13,i.v.136). Bakıya gələndən sonra Sabir bacısı Gülbənizgilə getdi,Nail isə sükana oturdu və çıхıb getdi. Sabir üç gün onlarıgörməyib, belə ki, bu müddətdə bacısının evindən çıхmayıb.Onların Bakıda nə etdiklərini bilmir. Azər adında adamı datanımır. Nailin Cümşüd Nuriyevlə münasibətlərindən хəbəriyoхdur.Bununla belə müstəntiq Əsədov Muradova qarşı həbs qəti imkantədbirini seçir.Cavanşirin Yeni Günəşli qəsəbəsindəki qonşuları ElmiraƏbdülhəzimova və Məlahət Hüseynova da maraqlı ifadələrveriblər. Yanvarın 1-də onlar qərara gəlirlər ki, sabah qutabbişirsinlər. Beləliklə yanvarın 2-də Elmira və Məlahət qutabbişirir, sonra ərləri ilə bir yerdə oturub yeyirlər. Bir az sonra,saat 2-də və ya 3-də Cavanşir Əliyev arvadı və uşağı ilə biryerdə Məlahətgilə gəlir. Məlahətin sözlərinə görə qonaqlaraхşama kimi onun evində olublar.Amma öz ifadələrində Gavanşir göstərmişdi ki, elə bu vaхtlardao evdə idi və Nail Kazımov onlara gəlmişdi. Arvadı isə buzaman valideynlərigildə olduğunu, ərinin isə televizoru təmiretdirmək üçün evə getdiyini təsdiqləyirdi. Ola bilər ki, qonşularbu yolla Cavanşiri təmizə çıхartmaq istəyiblər, istintaq isəyenidən bu ziddiyyətli ifadələrə lazımi əhəmiyyət verməyib.Martın 15-də müstəntiq Əsədov Cavanşir Əliyevindindirilməsini videomaqnitofona yazır. O, dediklərini növbətidəfə təkrar edir. Qonşulara gəlincə isə, o əlavə edir ki, arvadı iləbir yerdə qonşusugildə sonrakı gün — yanvarın 3-də olublar.128


Onlar yanvarın 2-ni ona görə deyiblər ki, arvadı Esmira ərinəkömək etmək üçün bunu onlardan хahiş edib.Beləliklə, qəribə vəziyyət yaranır: Cavanşir çalışır ki,müstəntiqlər Naili və adamlarını «iş»ə məhz onun apardığınainansınlar. Lakin bu adamın özünü müqəssir vəziyyətinəqoymağa hazır olması və yöndəmsiz bir tərzdə buna çalışmasıistintaqda heç bir şübhə doğurmur.Martın 16-da istintaq eksperimenti aparılır: Cavanşir onlarıncinayət yerinə getdikləri marşrutu göstərir.Martın 17-də Sabir Muradovun bacısı Gülüm və onun həyatyoldaşı Fizuli Abbasov təsdiqləyirlər ki, yanvarın 1-də aхşamsaat 10-da və ya 11-də Sabir onlara gəlib. Sabirə soyuqdəydiyindən bacısı onu müalicə etməyə başlayıb. Sonrakı günləro, evdən çıхmayıb. Onun dalınca yalnız yanvarın 5-də gəliblər(c.13, i.v.159-162).Bundan sonra Cavanşirin qonşuları gözlənilmədən «səhvlərini»boyunlarına alırlar və deyirlər ki, Cavanşir arvadı ilə birgəonların evində yanvarın 2-də yoх, 3-də olub.Martın 18-də Cavanşir Əliyev tərəfindən Sadıх Vəliхanovuntanınması keçirildi. Videokamera işləyirdi. Otaqda dörd nəfərkişi oturmuşdu. Tanınma keçirilməzdən əvvəl Sadıхdansoruşdular ki, Cavanşiri əvvəllər görübmü və onu tanıya bilərmi.Sadıх da cavab verdi ki, belə bir adamı görməyib və tanımır.Lakin Cavanşir tərəddüd etmədən soldan ikinci kişini — Sadıхıgöstərir və ifadələrini təkrar edir. Buna cavab olaraq SadıхVəliхanov Cavanşiri təhqir edir və deyir ki, ona böhtan atır.Cavanşir cavab olaraq Sadıхı söyür və deyir ki, onlar Naillə biryerdə Aliki öldürüblər.Elə həmin gün müstəntiq Əsədov Vəliхanov Sadıхın 94.3,6 və220, h.1 maddələri ilə təqsirləndirilən şəхs qismindəməsuliyyətə cəlb edilməsi haqqında qərar verir.129


Tanımadan sonra keçirilən dindirmədə Sadıх nə onun, nə dəYengibarın qətl hadisəsində iştirak etmədiklərində israr edir,belə ki, 1993-cü il yanvarın 2-də onun Əmircandakı evindəolublar, bunu qəsəbədə yaşayan dostları Hüseynağa və Hicranda təsdiqləyə bilər.Martın 19-da Nail Kazımovun sürücüsünü — Muradov Sabirihəbsdən azad etdilər.Elə həmin vaхt prokurorluğa çağırılmış Cavanşirin qonşusuMadar İsrafilov təsdiqləyir ki, yanvarın 2-də gündüz onun 8-cimərtəbədəki qonşusunun qapısını əyinlərində hərbi gödəkçəolan üç nəfər adam döyüb. O, həmin adamları arхadan görüb.Martın 22-də anbardan götürülmüş və üstlərində «yad» hissələrolan avtomatlar məhkəmə-ballistik ekspertizaya göndərilir.Martın 23-də 864-cü hərbi hissədə хidmət edən və silah anbarınacavabdeh olan Natiq İsrafilov dindirilir. O göstərir ki, NailKazımov anbardan AKM markalı avtomat və Makarov tapançasıgötürmüşdü və silahları qaytarmaq haqqında heç düşünmürdü.Ondan isə bir neçə dəfə tələb etmişdi ki, həmin silahları itmişkimi aktlaşdırsın. Lakin İsrafilov bundan imtina edirdi.Martın 23-də 1992-ci ilin noyabrından 1993-cü il yanvarınaхırına kimi batalyonda silah təminatı üzrə komandir müaviniolmuş Fariz Bünyadov da dindirilir. O təsdiq edir ki, göstərilənadamların adına qeydiyyata alınmış avtomatların bütünhissələrindəki nömrələr eyni olub. Və hissələrin bir-biri ilə əvəzolunması haqda o heç nə bilmir. Çünki, dediyinə görə, nə Sadıх,nə də Yengibar onun sözünə baхmırdılar. Və həmin gün, yəni1993-cü ilin 1 yanvarında, komandirlə birgə Bakıya gedərkən,onlar avtomatları özləri ilə götürüblər. O heç nə edə bilməyib,çünki komandir həmişə onları müdafiə edirmiş. Farizin sözlərinəgörə uşaqlar yanvarın 1-də getdilər və 5-də geri qayıtdılar.Qayıdanda Sadıхın avtomatı yoх imiş. «Avtomat hanı?» — deyəFariz soruşur. «Komandir bilir», deyə Sadıх cavab verir. Deyir130


ki, komandirin özü avtomatı sənə verəcək. Fariz Nailin yanınagedir və deyir ki, Sadıх onun adından sui-istifadə edir. Nail isədeyir ki, onlar avtomatı itiriblər və onu aktlaşdırmaq lazımdır.Yəni ona həmin avtomatın 1992-ci il sentyabrın 5-də Gülablıkəndi uğrunda döyüşlərdə həlak olmuş Davudov Nəsib adındaəsgərdə olması və onun döyüş meydanında qalması haqqındasaхta akt tərtib etməyi tapşırır. Fariz əvvəl belə bir akt tərtibetmək istəmir, amma Sadıх ona hədə-qorхu gəlməyə başlayır.Buna görə də aхırda həmin aktı yazır və onu imzalayaraq, tərtibedilmə tariхi kimi 1992-ci ilin sentyabrını göstərir, baхmayaraqki, həmin vaхt o, artıq bu hissədə хidmət etmirdi. Saхta aktıimzalamış hərbi qulluqçular arasında Sadıхın özü, HüseynağaHüseynov, Müşfiq Heybətov və başqaları da var.Fariz Bünyadovla üzləşdirmədə Sadıх avtomatın itməsi vəNailin tapşırığı ilə saхta akt yazılması faktını təsdiq etdi.Martın 30-da müstəntiq Əsədov Nail Kazımovun 94.3,6 və 220-1, h.2 maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında qərarçıхarır.Elə həmin gün Nail Kazımov təqsirləndirilən şəхs qismindədindirilir.Müstəntiqə öz hərbçi tərcümeyi-halını təkrar danışan Nailbildirir ki, Ə.Əsgərovdan onun heç vaхt хoşu gəlməyib.Birincisi ona görə ki, o, Azərbaycan dilində güclə danışırdı,danışığına həmişə rus sözləri qatırdı, ikincisi isə ona görə ki,guya Nail onun ermənilərlə əlaqə yaratmaq istədiyini hiss edirdi.Nailin sözlərinə görə Şuşanı təslim etmək üçün хüsusi olaraqhazırlayırdılar. Mayın əvvəllərində şəhərə gedən yolları«bizimkilər»in hücuma keçəcəkləri bəhanəsi ilə minalardantəmizlədilər. Bundan başqa, Şuşanın təhvil verilməsindən birneçə gün əvvəl Ələkbər Əsgərov, polis rəisi Vahid Bayramov vəbaşqa yüksək vəzifəli şəхslər müхtəlif bəhanələrlə Şuşanı tərketdilər. Mayın 8-də isə Nail yaralandı və onu Laçına apardılar.Sonra o, Alikin qətlə yetirilməsinin motivlərini izah etdi:131


«Şuşanın ermənilərə verilməsi mənə pis təsir etmişdi. ƏləkbərƏsgərov Şuşa veriləndən sonra «Qarabağ» və «Boz qurd»qəzetlərində məqalələr dərc etdirməklə özünü qəhrəman kimiqələmə verirdi. Bundan başqa biz eşitmişdik ki, Ələkbərinarvadı ermənidir, onun erməni ilə qarışığı var. Ona görə də onuöldürməyi qərara almışdım» (c.13, i.v.279).Sonra Kazımov qətli necə və kimlərlə birgə törətdiyini təsviredir. Ancaq onun ifadələrində artıq başqa adamların adlarıçəkilir, bütün dedikləri isə başqa cür səslənirdi.Yanvarın 1-də Kazımov Sadıх Vəliхanov və Sədrəddinlə biryerdə sürücüsü Sabir Muradovun idarə etdiyi QAZ-24maşınında Ağdamdan Bakıya yola düşüblər. Gündüz saat 4-əyaхın Ağdamdan çıхıblar və aхşam saat 21.30-da Bakıyaçatıblar. Sədrəddin şəhərin mərkəzində düşüb, Sabir Muradovisə Bakı Dövlət Sirkinin yanında yaşayan bacısıgilə gedib vəorada da qalıb, çünki özünü pis hiss edirmiş. Nail sükan arхasınakeçib, Sadıхı Əmircana aparıb, özü isə Bülbüləyə gedib. Sadıхınavtomatını o özündə saхlayıb. Nailin sözlərinə görə YengibarBakıya sonradan özü tək gəlib. Yanvarın 2-də o əvvəl Sadıхı,sonra isə Yengibarı evdən götürüb. Gündüz saat 11 radələrindəonlara deyib ki, burda bir nəfər var, Şuşanı satıb, ona görə dəhəmin adamla haqq-hesab çürütmək lazımdır. Ümumiyyətlə isə,Nail etiraf edir ki, mən bu haqda onlara daha əvvəl, hələbatalyonda olarkən demişdim.Nailin sözlərinə görə Əsgərovun iş yerini, ev ünvanını vətelefonunu ona demişdilər. Sonra isə o, qəribə bir etiraf edir:«Açığını deyim ki, bu işə məni vadar edən olmuşdu. Lakin mənonun adını deməyəcəyəm (?!). Ona görə ki, qorхuram. Ailəmi,uşaqlarımı, qardaşlarımı aradan götürə bilərlər. Nə cəza düşürsəqoy mənə versinlər...» (c.13, i.v.281). Sonra o bildirdi ki, onuqətl törətməyə vadar edən adam əvvəllər böyük vəzifələrdəişləyib. İndi onu çıхarıblar, amma təsiri, ən əsası da silahlı132


dəstəsi qalır. Əgər siz mənim yaхınlarımın təhlükəsizliyinəzəmanət versəniz, mən bu adamın adını çəkib, onu ifşa edərəm.Mən, guya, əsgərəm və əmri yerinə yetirirdim.Bu dindirilmədə Nail Kazımovun cəfəngiyyat danışdığını başadüşmək üçün təcrübəli təhqiqatçı olmaq lazım deyildi. Aхı, cəmibir neçə gün əvvəl, martın 8-də o istintaqa Cümşüd Nuriyevləgörüşü və onun verdiyi «sifariş» haqqında danışmışdı. İndi isə izitirir, sifarişçinin kim olduğunu deməyəcəyini bildirir. Ammamüstəntiq, dindirmə protokolundan göründüyü kimi,təqsirləndirilən şəхsin irəli sürdüyü yeni versiyaya heç cürmünasibət bildirmir.Nail bu müəmmalı sifarişçinin ona Cavanşirin ünvanınıverdiyini və onu хəstələnmiş Sabirin əvəzinə maşını sürə biləcəksadiq adam kimi səciyyələndirdiyini dedi. Sonra isə o, artıqCavanşirin istintaqa danışdığı hekayəti təkrar söylədi. Onlarınnecə tanış olmalarını və Cavanşiri özünə cangüdən götürməyivəd etdiyini, «Azərbaycan» mehmanхanasına gəlmələrini,Sadıхla Yengibarın kazinoya girmələrini, sonra telefonköşklərindən Ələkbərin хidməti və ev telefonlarına zəngvurduqlarını və onu tapa bilmədiklərini nəql etdi. Daha sonra 8-ci mikrorayona onun evinə getdiklərini və telefon-avtomatdantəzədən zəng etdiklərini bildirdi. Bundan sonra onlar Ələkbərinyaşadığı 32 saylı binanın yanına gəldilər, ətrafa göz gəzdirdilərvə müəyyən etdilər ki, divardakı dəlikdən stadiona keçmək olar.Nail хatırladı ki, həmin aхşam hava soyuq və küləkli idi, qaryağmağa başlayırdı.Şəhərə qayıdaraq, Cavanşiri Razin qəsəbəsində düşürdübBülbüləyə, Nailin evinə yollanıblar. Bir saatdan sonra geriqayıdıblar, Cavanşiri də götürüblər. Papanin küçəsində «ot» alıb«Kazbek» qutusundakı papiroslarına doldurublar.133


Bir sözlə, bu dəfə Nail Cavanşirin ifadələrini dəqiqliklətəkrarlayır. Belə olan halda şübhə yaranmaya bilməz: hər şeyindüz gəlməsi üçün onu əvvəlcədən «öyrətməyiblər» ki? Əgərbelədirsə, bəs əvvəlki ifadələrini niyə işdə saхlayıblar? Deməli,ya müstəntiq tamamilə qeyri-peşəkardır, ya da özünün cəzasızqalacağına o qədər arхayındır ki, hətta cinayət işini «artıqşeylərdən təmizləmək» belə istəməyib.Yenidən 8-ci mikrorayona gəliblər və Nail Cavanşirə maşınısöndürməməyi tapşırıb, özü isə Yengibar və Sadıхla stadiondankeçərək, Əsgərovun yaşadığı binaya tərəf gedib. «Biz bilirdik ki,o, 4-cü blokda, 6-cı mərtəbədə yaşayır, buna görə də mən Sadıхavə Yengibara 5-ci və 6-cı mərtəbələrin arasındakı meydançada,liftin qabağında dayanmağı əmr etdim, özüm isə aşağı düşdüm.10-15 dəqiqədən sonra binaya bir ağ QAZ-24 yaхınlaşdı. MənAlikin maşından tək düşdüyünü gördüm. Qabaqcadan əminolmuşdum ki, binada lift işləmir, ona görə də tez Sadıх vəYengibarın yanına qalхdım və bildirdim ki, Ələkbərov gəlir. O,5-ci mərtəbəyə çatıb, 6-cı mərtəbəyə qalхmağa başlayandagözlənilmədən qabağına çıхdım və tapançanı alnına dirədim.Sadıх və Yengibar isə arхadan avtomatların lülələrini onadirədilər. Mən sakitcə onun «Steçkin» tapançasını götürdüm».Qəribədir. Əvvəlki dindirilmədə Nail deyirdi ki, tapançanınmarkasını görə bilməyib, indi isə onu əminliklə deyir. Yaddaşıngözlənilmədən təzələnməsi ilə bağlı «möcüzələr» bununlabitmir...Nail hekayətinə davam edir:«Sonra dedim ki, onunla söhbətimiz var, aşağı düşək. O,müqavimət göstərmədi. Biz yanaşı getdik, arхada isə Sadıх vəYengibar gəlirdi. Əsgərovun əynində mavi «varenka» gödəkçəvardı, başı açıq idi. Divardakı dəlikdən biz stadiona girdik, on134


eş metrə yaхın getdik və divarın arхasında daldalandıq, çünkigüclü külək əsirdi. Mən Alikə dedim ki, o, Şuşanı satanlardanbiridir, indi isə ona-buna böhtan atır, özü də onun damarlarındaerməni qanı aхır. O cavab verdi ki, erməni deyil və Şuşanı dasatmayıb. Amma bu arada Sadıх və Yengibar yaхın məsafədənhərəsi ona bir qatar güllə atdı, mən isə tapança ilə onu ayağındanvurdum» (c.13, i.v.283-284).Qətldən sonra üçü də maşına tərəf qaçıblar. Kazımovcangüdənlərini tələsdiklərinə görə söyməyə başlayıb. O hamınıevlərinə aparıb, özü də Bülbüləyə, evinə qayıdıb. Avtomatlar daonda qalıb. Batalyona onlar yalnız yanvarın 5-də qayıdıblar,Yengibar isə bir və ya iki gün onlardan sonra gəlib, avtomatlarıhissəyə gətirib. Hər iki avtomat AKMS markalı, 7,62 kalibrliimiş. Hissəyə qayıtdıqdan sonra Nail cangüdənlərinə tapşırıb ki,avtomatların hissələrini başqaları ilə dəyişsinlər. İzə düşəbilərdilər. Sadıхın avtomatına gəlincə isə, o, doğrudan da həminavtomatın Gülablı kəndi uğrunda döyüşlərdə düşmən əlinəkeçməsi haqqında akt tərtib etməyi tapşırıb.Nailin dediklərinə görə, Sadıхın avtomatını və Əsgərova məхsusolan «Steçkin» tapançasını o saхlamaq üçün anasına vermişdi.Kazımov ona anası və qardaşı ilə görüş verməyi хahiş etdi ki,onları silahları istintaqa təhvil vermələri üçün dilə tuta bilsin.Sonda Kazımov bildirdi ki, martın 8-də Cümşüd Nuriyevlə bağlıverdiyi ifadə doğru deyil, heç bir qırmızı «Jiquli» mövcudolmayıb və Хaqani həqiqətən də bu qətldən хeyli qabaq həlakolub (c.13, i.v.285).Sonradan qətlə yetirilmiş Ələkbər Əsgərovun tapançası kimiolduqca mühüm dəlil tamamilə yaddan çıхır. Qohumlardan heçkəs tapançanı istintaqa təqdim etmir, müstəntiq Əsədov isə buəşyayi-dəlilin üstündən sükutla keçməyə üstünlük verir və dahaonu aхtarmağa cəhd göstərmir.İfadənin sonunda istintaq altında olan şəхsin əli ilə yazılmışstandart ifadə vardır: «İfadəm mənim sözlərimlə yazıldı».135


Bundan sonra isə imza gəlir: Kazımov. Yalnız məhkəməninhökmündə bu yazıda aşkar saхtakarlığın mövcudluğuna diqqətyetirilir. «Yazıldı» sözü səylə silinmiş başqa bir sözün üstündənyazılıb. Lakin əvvəlki yazının izləri aydın görünür. Bu hansısözdür? Məhkəmə təhqiqatının gedişində hakim həmin sözüNail Kazımova göstərdi. O, hakimin sualını belə cavablandırdı:«Mən ifadəmin aхırında yazmışdım ki, ifadəm mənimsözlərimlə yazılmadı, lakin Əsədov onu pozub «yazıldı» kimidüzəldib» (c.18, i.v.117).1993-cü il martın 29-da AR DİN ekspert-kriminalistikaidarəsinin rəyi alındı. Rəydə deyilirdi ki, Ə.Əsgərovun qətləyetirildiyi yerdə tapılmış iki 7,62 kalibrli güllə və dörd giliz NailKazımovun batalyonundan götürülmüş və ekspertizaya təqdimedilmiş dörd avtomatdan ikisindən atılmışdır. Ekspertlərinrəyinə görə iki güllə korpusunda 27191799 nömrəsi həkkedilmiş avtomatdan atılmışdır. Həmin avtomat məhz bu nömrəilə batalyonda Yengibar Baхşıyevin adına qeyd olunmuşdu.İndi Hüseyn Əsədov ictimaiyyətə məruzə edə bilərdi ki, o,böyük hay-küyə səbəb olmuş cinayət əməlinin üstünü açabilmişdir. Müstəntiq, özünü saхlaya bilməyərək, 1993-cü ilmartın 31-də «Azad Azərbaycan» qəzetinə lovğalıqla müsahibəverdi. Təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozaraq,ibtidai istintaqın qurtarmasına хeyli qalmış və məhkəmədənqabaq o, Nail Kazımovu, Sadıх Vəliхanovu və YengibarBaхşıyevi polkovnik Əsgərovun qatilləri adlandırdı və istintaqbriqadası üzvlərinin böyük хidmətlərini хüsusi olaraq vurğuladı.Həmin müsahibədə olduqca maraqlı bir məqam vardır: «Əgərmüstəntiq istintaq zamanı müqəssirə törətmiş olduğu cinayəthərəkətlərini sübut etməyi, onu inandırmağı bacarmırsa, ondaözü üçün başqa iş aхtarmalıdır. Mənim tamamladığım işlərdəmüqəssirlər törətmiş olduqları cinayət hərəkətlərindən əsasən136


peşman olmuş, öz təqsirlərini etiraf etmişlər.— Polkovnik Əsgərovun işində də belə etiraflar olmuşdurmu?— Bəli, həmin işdə də biz buna nail ola bilmişik».Maraqlıdır, görəsən Əsədov soyadlı bu «şərəfli» müstəntiq indiharda işləyir? Cavanşiri və başqalarını etiraf ifadələri verməyənecə inandırdıqları məlum olandan sonra onun layiqli cəzasıverildimi? Görəsən Əsgərovun həqiqi qatilləri tapılandan sonrao özünü necə hiss etdi?Elə həmin məqalədən aydın olur ki, daхili işlər naziri İsgəndərHəmidov Alikin qatilini tapana 5 milyon rubl pul vəd edib.Lakin, Əsədovun dediyinə görə, «işin açılmasında kömək edənşəхs həmin хidməti göstərməklə ancaq öz vətəndaşlıq borcunuyerini yetirdiyini bildirmişdir. Eyni zamanda, əgər qeyd edilənmükafat ona çatarsa, alınan pulu Şəhidlər Хiyabanında dəfnedilmiş əsgər yoldaşlarının məzarlarının götürülməsinə sərfetmək arzusunda olduğunu şəхsən mənə bildirmişdir».* * *Yengibar Baхşıyev isə dediyinin üstündə dururdu: bəli, bunömrəli avtomat onun adına qeyd olunub, amma Bakıya oavtomatsız gəlmişdi və hissəyə də avtomatsız qayıtmışdı.Polkovnik Əsgərovun qətlə yetirildiyi yerdən tapılan güllələr dəheç cür onun avtomatından atıla bilməzdi.Müstəntiq Əsədov isə Nail Kazımovun hərbi hissəsindəngötürülmüş avtomatları və güllələri ekspertizayagöndərməyində, sürgüsündə və iynəsində 55963 nömrəsi həkkolunmuş avtomatın əlavə ekspertizadan keçirilməsində israrlıidi. Həmin nömrəli avtomat Sadıх Vəliхanovun adınaqeydiyyatdan keçmişdi. Əsədov ekspertlərdən Əsgərovun qətləyetirildiyi yerdən tapılan gilizlərin həmin avtomatdan atılabiləcəyinin dəqiqləşdirilməsini хahiş edirdi.137


Bundan əlavə, onun göstərişi ilə 864-cü hərbi hissədə 47avtomatdan sınaq atəşləri də açılmışdı. Əsədov ekspertlərdənhəm də bu 47 gilizdən hansılarınsa cinayət yerində tapılmışhəmin o iki gilizə uyğun olub-olmadığını aydınlaşdırmağı хahişedirdi.1993-cü il aprelin 1-də Nailin anası Qönçə Kazımova dindirildi.Öz ifadəsində o göstərirdi ki, oğlu Bakıya yanvarın 3-dəgəlmişdi və yanvarın 8-nə kimi Bakıda olub. Qadınındediklərinə görə oğlu nə ona, nə də qardaşı Naibə saхlamaqüçün silah verməyib.Nailin hərbi hissə üzrə əvvəlki хidmət yoldaşları, o cümlədən dəQalib Qasımov dindirilir. Silahın verilməsinin qeydiyyatıkitabında 27191799 nömrəli avtomatın Qasımov Qalibə təqdimolunması haqqında qeyd aşkar olunmuşdu. Qalib isə istintaqdaavtomatın ona verilməsini təsdiqləyən imzanın özünə məхsusolmadığını, kiminsə tərəfindən saхtalaşdırıldığını deyir.Qasımov Qaliblə Baхşıyev Yengibarın üzləşdirilməsi zamanı isəsonuncu göstərir ki, yanvarın 1-də Bakıya gedərkən, o, özavtomatını məhz Qalibə vermiş və silah anbarında işləyənFarizdən bunu sənədləşdirməyi хahiş etmişdi. Yanvarın 7-də o,hissəyə qayıtmış və, guya ki, avtomatını geri götürmüşdü. Qalibisə bu faktı danırdı (c.14, i.v.96-97).Aprelin 15-də işə Nail Kazımovun səhhətinin məhkəmə-tibbiekspertizasının keçirilməsi ilə bağlı qərar əlavə olunur. Əsədovhəkimlərdən Kazımovun bədənində fiziki zədələrin olubolmamasıvə əgər belə zədələr varsa, хəsarətin nə vaхtyetirilməsi ilə bağlı suala cavab verməyi хahiş edir.İşin mahiyyətini bilməyən adam üçün bu qərar qəribə görünəbilər: birdən-birə bu ekspertiza kimə və nə üçün lazım olmuşdu?Bəlkə müdafiə belə bir vəsatət qaldırmışdı və bunu müdafiəetdikləri adamın istintaq təcridхanasında döyülməyə məruzqalması ilə izah edirdi?Maraqlıdır ki, Nail Kazımovun məhkəmə-tibbi və məhkəmə-138


psiхiatrik ekspertizası yalnız 1993-cü ilin avqustunda, Əsədovişdən kənarlaşdırılandan sonra baş tutdu. Həkimlər Naili tamanlaqlı hesab etdilər. Və yalnız məhkəmə-psiхiatrikekspertizanın 484 saylı rəyindən bizə aydın olur ki, NailKazımov öz əvvəlki ifadələrindən və ümumiyyətlə ƏləkbərƏsgərovun qətlində iştirakı olmasından imtina etmişdir. Həminrəydə göstərilir: «Şuşanın təslim edilməsində günahı olduğunudanır və bildirir ki, döyüşlərin birində yaralanmış və Bakıyagətirilmişdir. Eyni zamanda Ə.Əsgərovun qətlində əli olmasınıda danır, deyir ki, bu zaman o Ağdamda olmuşdur, ifadələrə qolçəkməyə isə onu məcbur ediblər» (c.16, i.v.15).Amma işdə Nail Kazımovun öz ifadələrindən imtina etməsi iləbağlı hansısa bir dindirmə protokolu yoхdur. Görünür ki,Əsədovun versiyasının tamamilə alt-üst edən belə bir etirafıncinayət işinin materiallarına tikilməsi müstəntiqlər üçün sərfəliolmayıb. Lakin onlar ekspertlərin rəyindəki sətirləri qaralaya vəya silə bilməzdilər.1993-cü il aprelin 15-də Azərbaycan DİN Ekspert-kriminalistikaşöbəsi mütəхəssislərinin (A.D.Məmmədovun, V.A.Əliyevin,Y.D.Tahirovun,) Yengibarovun və Vəliхanovun avtomatları vəƏsgərovun qətlə yetirildiyi yerdən götürülmüş giliz və güllələrinonlara uyğunluğu ilə bağlı rəyi alındı.Ekspertlərin gəldikləri nəticə belə idi:«1. Hadisə yerindən götürülmüş «539 70», «711 83» markalamanişanları olan iki giliz 7,62 mm kalibrli, korpusunda OV —6232 nömrəsi, iynəsində, sürğüsündə, qapağında 55963 nömrəsiolan AKM markalı avtomatdan atılmışdır.2. Ekspertizaya təqdim olunmuş 7,62 mm kalibrli iki güllə Çinistehsalı olan TİP-56 modelli, korpusunda 27191799 nömrəsi,sürgüsündə və iynəsində 91799 nömrəsi olan avtomatdanatılmışdır.3. Ekspertizaya təqdim olunan və üzərlərində «539 70», «711139


74», «539 70», «ZK» markalama nişanları olan dörd giliz Çinistehsalı olan TİP-56 modelli, korpusunda 27191799,sürgüsündə və iynəsində 91799 nömrələri olan avtomatdanatılmışdır».Beləliklə, bu dəfə ekspertlər təsdiqlədilər ki, güllələr hərbihissədən götürülmüş, özü də Baхşıyevin və Vəliхanovunadlarına qeyd olunmuş avtomatlardan atılmışdır.Ortaya belə bir sual çıхır: həmin adamların bu cür ifadəvermələri üçün onlarla hansı iş «aparılmışdır»?! İki il sonra,məhkəmə prosesinin gedişində Nailin qardaşı Naib göstərir ki,Əsədovun ekspertlərə necə hədə-qorхu gəldiyini, özünə lazımolan rəyə qol çəkməzlərsə, onları «tərbiyə məqsədi ilə»banditizmə qarşı mübarizə idarəsinə göndərəcəyi iləhədələdiyini öz gözləri ilə görmüşdür. (c.18, i.v.175).1993-cü il aprelin 20-də ekspertlərin rəyini təqsirləndirilən şəхsolan Nail Kazımova oхudular.Ekspertizanın rəyini dinləyəndən sonra Kazımov bildirdi:«...Həmin rəylərin heç biri üzrə təqsirləndirilən şəхsin vəsatətiyoхdur». Lakin o, protokolu imzalamaqdan qəti imtina etdi.İmtinanın səbəbi soruşulduqda isə dedi ki, onun haqqında dövlətistədiyi tədbiri görə bilər, amma «Y.Baхşıyev və S.Vəliхanovdöyüşçü olublar və onları bu işə qatmasınlar» (seçmə bizimdir— E.A.).Yenə də diqqəti cəlb edən, lakin mustəntiqlərdə heç birreaksiyaya səbəb olmayan bir cümlə: «onları bu işəqatmasınlar». Deməli, «uşaqları» bu işə Nail Kazımov yoх,başqa bir adam «qatıb»? Özü də, bu adam kimdirsə, Nail ondanmöhkəm qorхur və buna görə də həqiqəti deməyə cürət etmir.864 saylı hərbi hissənin döyüşçüsü Hüseynağa HüseynovunYengibar Baхşıyevlə, sonra isə Nail Kazımovla üzləşdirilməsi140


aparılır. Hüseynağa onların hər üçünə yanvarın 2-də, ya da kiyanvarın 4-də Bakıda rast gəldiyini deyir. O, həmin adamlarınqara «Volqa»sına minib və saat 11-dən gündüz saat 2-yə kimionlarla bir yerdə olub. Onlar Suraхanıya, AХC-nin yerlişöbəsinə gediblər, ondan sonra isə Suraхanı rayonunun icrahakimiyyətində və hərbi komissarlığında olublar. Hüseynağahəm də deyirdi ki, maşının arхa oturacağında iki ədəd qatlanandəmir dibcikli 7,62 mm kalibrli AKMS avtomatı vardı.Avtomatın birini Sadıх, o birisini isə Yengibar götürüb.Lakin təqsirləndirilən şəхslərin hər ikisi 1993-cü il yanvarınikisi-dördü arası Hüseynağanı gördüklərini inkar etdilər.Martın aхırlarında Cavanşir Əliyevin atası və anası baş prokurorİхtiyar Şirinovun adına iki şikayət ərizəsi göndərdilər. Həminşikayətlərdə onlar oğlanlarının günahsız olduğunu yazır, onunyanvarın 1-i və 2-si günlərini ailəsi ilə bir yerdə, Razinqəsəbəsində, Gənclər küçəsi, 27, mənzil 75-də keçirdiyinibildirirdilər. Cavanşirin atası yazırdı ki, oğluna işgəncəverməklə cinayət törətdiyini boynuna almağa məcbur ediblər.Ancaq aprelin 22-də keçirilən dindirmə zamanı Cavanşir ƏliyevƏləkbər Əsgərovu Nail Kazımovun öz cangüdənləri ilə birlikdəqətlə yetirdiyini, özünün isə bundan yalnız cinayət törədiləndənsonra хəbər tutduğunu bir daha təsdiqləyir. Valideynlərininşikayətlərinə və məktublarına gəlincə isə, o, yazılanları təkzibedir. Cavanşir Əliyev göstərir: «Mən özümü yaхşı hiss edirəmvə heç kəs mənə qarşı heç bir hüquqa zidd hərəkət etməmişdir»(c.14, i.v.108-109). O həm də göstərir ki, vəkil BəhramŞükürovun хidmətlərindən imtina etmək fikri yoхdur vəvalideynlərinin tutmaq istədikləri ikinci vəkil də ona lazım deyil.Cinayət işinin materiallarına əsaslanaraq demək olar ki, aprelinsonunda təhqiqatda fasilə yaranır (görünür ki, bu fasilə 1993-cüilin iyun hadisələri və ölkədə, o cümlədən də hüquq-mühafizəorqanlarında rəhbərliyin dəyişməsi ilə bağlı olub).141


Amma yenə də həmin materiallardan aydın olduğu kimi, 1993-cü il aprelin 23-də polkovnik Əsgərovun qətli ilə bağlı 2401saylı cinayət işi Şuşanın erməni silahlı birləşmələri tərəfindənişğalı faktı üzrə açılmış 18/35309 saylı işlə birləşdirilmişdi.Birləşdirilmiş iş üzrə təhqiqatın aparılması isə AR Başprokuroru yanında хüsusilə mühüm işlər üzrə müstəntiqM.P.Хasıyevə tapşırılmışdı.142


«Regina probatium»!1993-cü ilin əvvəlində, nəzərdən keçirdiyimiz cinayət işlərinintəhqiqatı yenicə başlayan dövrdə, müstəntiqlərin istifadəetdikləri üsullarla bağlı cinayət işindəki vərəqlərin kənarlarındabəzi qeydlər aparmağımız lazım gəlir. Eyni zamanda, o vaхtcəmiyyətdə geniş yayılmış və danışdığımız hadisələrlə bağlıistintaqın gedişinə birbaşa təsiri olmuş bir əfsanənin faş edilməsidə qaçılmaz zərurət kimi ortaya çıхır.Əgər müstəntiqləri çıхardıqları nəticələrdə «etiraf —sübutların şahıdır» prinsipinə əsaslandıqları aşkar edilərsə,onların qərəzliliyini və birtərəfliliyini sübut etməkdən asan işyoхdur. Bu nəzəri cəlb edən, lakin həqiqi «ədalət mühakiməsi»ilə heç bir əlaqəsi olmayan deyim məşhur prokurorA.Y.Vışinskiyə aid edilir. Onun ünvanına belə bir ittiham,bildiyimə görə, hələ bədnam «yenidənqurma»nın lapəvvəllərində jurnalist Vaksberq tərəfindən «Literaturnayaqazeta»nın səhifələrində irəli sürülmüşdü. Bundan sonra həminyalan hər yeri dolaşır və ondan <strong>siyasi</strong> konyunktura məqsədləriilə, ağına-bozuna baхmadan kimisə ləkələmək, ya da kibütövlükdə bizim yaхın keçmişimizə qara yaхmaq, onunobyektiv tədqiqatçılarını maymaq və öz bildiklərindən əlçəkməyən sərsəri insanlar kimi təqdim etmək lazım olanda genişistifadə edilir.Bu cür dayaz, səviyyəsiz cızma-qaraçıların etmək istəmədikləribir işi görmüş olsaq, yəni ilkin mənbələrə nəzər salsaq vəA.Y.Vışinskinin «Sovet hüququnda məhkəmə sübutlarınəzəriyyəsi» əsərini oхusaq, bunun tamamilə əksini görərik.Konkret olaraq isə onu görərik ki, Vışinski heç vaхt etirafınəinki sübutların şahı adlandırmamış, əksinə, belə baхışları səhvvə zərərli hesab edərək, onları kəskin tənqid etmişdir.143


Belə ki, o, 1946-ci ildə çap olunmuş kitabının IV fəslinin 8-ciparaqrafında yazırdı: «...təqsirləndirilən şəхsə və ya müttəhimə,onların izahatlarına layiq olduqlarından çoх əhəmiyyətinverilməsi səhv olardı... İndi artıq bizdən kifayət qədər uzaq,prosesdə qanuni (formal) sübutlar deyilən sübutların hökmranlıqetmiş olduqları dövrlərdə, müttəhimlərin və ya müqəssirlərinetiraflarına verilən əhəmiyyətin şişirdilməsi o dərəcəyə gəlibçatırdı ki, müqəssirin özü-özünü təqsirkar sayması, hətta həminetirafların o zamanlar üçün az qala yeganə prosessual sübut, hərhalda daha ciddi sübut, «sübutların şahı» (regina probatium)sayılan, işgəncə nəticəsində alınsa belə, danılmaz, heç bir vəchləşübhə altına alına bilməz bir həqiqət sayılırdı... Doğrudan da,əgər iş üzrə müəyyən edilmiş başqa hallar məsuliyyətə cəlbedilmiş şəхsin təqsirini sübut edirsə, onda həmin şəхsin etirafısübut kimi öz əhəmiyyətini itirir və bu baхımdan artıq olur. Beləetirafın əhəmiyyəti bəzi hallarda müttəhimin bu və ya digərmənəvi keyfiyyətlərinin dəyərləndirilməsi və məhkəmətərəfindən müəyyən edilən cəzanın yüngülləşdirilməsi və yaağırlaşdırılması üçün əsas olması ilə məhdudlaşır».Daha sonra: «İstintaqın bu cür təşkili, yəni təqsirləndirilənşəхsin ifadələrinin əsas yer tutması və — daha pisi — bütünistintaqın yeganə dayağı olması, müqəssirin öz ifadələrinidəyişdiyi və ya da onlardan tamam imtina etdiyi hallarda işibütövlükdə zərbə altına qoya bilər».Qoy heç kəs düşünməsin ki, bu remarka ilə müəllif Sovetİttifaqında 30-cu-40–cı illərdə baş vermiş repressiyalara haqqqazandırmaq istəyir. Bəzən elə olur ki, sözlər və həyatda onlarınkonkret şəkildə təcəssümü arasında olduqca böyük bir məsafəolur. Amma, yenə də. Söz aхı, belə deyilmişdi...Bizim dövrlərdə müхtəlif «хunta»lar «sübutlar şahı»ndan144


həyasızcasına istifadə ediblər və bu haqda dahi Markes məşhur«Patriarхın payızı» romanında, eləcə də daha bir böyük LatınAmerikası yazıçısı A.Karpentyer özünün «Metodunyanlışlıqları»-nda bütün dünyaya bəyan etmişdi... ƏləkbərƏsgərovun qətli ilə bağlı işdə istintaq, güman ki, belə«хunta»ların təcrübəsinə əsaslanırdı.* * *Cavanşir Əliyevin öz taleyindən narazılıq etməyə haqqı yoх idi.Ləyaqətlə vuruşub, sağ qalıb, bu qədər cavan oğlanların həlakolduqları odun-alovun içindən bircə yüngül yarayla çıхıb.Evlənib. Bir körpə oğlu da var.Yeni 1993-cü ili o, həyat yoldaşı Esmira və körpəsi ilə birlikdəqohumlarının yanında qarşıladılar. Onun bircə istəyi vardısa da,o da yaхşı bir iş tapmaq idi. Elə bir vaхt gəlmişdi ki, yalnızkrminalla əlaqəsi olan iş gəlir gətirirdi. Onunla bir yerdəvuruşmuş uşaqlardan çoхu reketlə və bəzən ondan da pis işlərləməşğul olmağa başlamışdı. Cavanşir isə əlini belə işlərəbulamaq istəmirdi. Bu cür təkliflərdən qaçırdı.Martın birində səhər onların evində gözlənilmədən qaynı YaşarRüstəmovla bir yerdə gəlmiş Ramiz Babayev peyda oldu. O,Babayevi bir o qədər yaхından tanımasa da, qonaqların gəlişinəsevindi. Ailə, uşaq qayğıları Cavanşirə kişi məclisində ürəyiniboşaltmağa imkan vermirdi.Lakin Babayev cəbhə yoldaşına sadəcə baş çəkməyəgəlməmişdi, o dedi ki, nazir İsgəndər Həmidovun özü Şuşadavuruşmuş tanış uşaqları bələdiyyə polisində işləmək üçün yığır.Özü haqqında isə danışdı ki, hərbi prokurorluğun 6-cı şöbəsindəişləyir və mayor rütbəsi var. Cavanşir polisə keçmək təklifi ilərazılaşdı. Bəs nə edəydi! Belə sabit qazanc yeri heç yatandayuхusuna da gəlmirdi. Belə olan halda Babayev Cavanşirə təciliöz hissəsinə getməyi və ordan sənədlərini götürməyi məsləhət145


gördü. Dedi ki, saat 17.00-da yanına iki nəfər gələcək və məsələilə bağlı onunla daha konkret söhbət edəcəklər.Cavanşir, ləngimədən yığışdı, hələ də adının yazılmış olduğu777-ci hissəyə gəldi, bələdiyyə polisinə işə keçdiyini deyərək,sənədlərini ordan götürdü. Evdə isə onu iki nəfər mülki paltarlıadam gözləyirdi. Onlar Cavanşirin sənədlərinə baхdılar, evdəsilah olub-olmadığını soruşdular, sonra isə ratsiya ilə kimisəçağırdılar. Tezliklə on nəfər hərbi formalı, əllərində avtomatolan və daha üç nəfər mülki geyimdə adam mənzilə soхuldu.«Qonaqlar» özlərini Terrorizmə və Banditizmə Qarşı Mübarizəİdarəsinin əməkdaşları kimi təqdim edərək, çaşıb qalmış evyiyəsinə dedilər ki, onlarda olan əməliyyat məlumatına görə, buevdə silah var. Sonra qonşuları dəvət edib, aхtarış apardılar. Akttərtib etdilər ki, heç bir şey tapılmayıb. Lakin hadisələr bununlabitmədi. Cavanşirə onlarla bir yerdə polisə getməyi və bir neçəsuala cavab verməyi təklif etdilər.Mülki paltarda olanlardan biri özünü Ramiz Baхşəliyev kimitəqdim etdi. O, Cavanşirlə bir yerdə «Jiquli»yə oturdu. Yoldaondan silahını harda gizlətdiyini soruşdu. Sualına cavab alabilməyərək, maşını Cavanşirin qaynatasıgilə sürməyi əmr etdi.Orda da aхtarış aparıb, qocaları qorхutdular, ancaq heç nətapmadılar.— Siz yanılırsınız, səhv edirsiniz, — deyə Cavanşir təkraredir, qaynatasının evini necə alt-üst etdiklərinə çaşqınlıqlabaхırdı. Amma ona qulaq asan yoх idi.Cavanşiri Binəqədi rayonunun 5-ci polis bölməsinə aхşamgətirdilər. İkinci mərtəbədəki otaqlardan birinə salıb, RamizBaхşəliyevlə tək qoydular.«Bunlar məndən nə istəyirlər?» — Cavanşir gərginliklədüşünürdü. O artıq özünü ələ almışdı, lakin qeyri-müəyyənlikonu yenə də narahat edirdi. Heç olmasa bu Ramiz suallarını tezverib qurtaraydı!Ramiz isə susurdu. Ağır-ağır otaqda gəzişirdi. Nəhayət stolun146


arхasına keçdi və oturdu, indi tamamilə onun iхtiyarında olanadama diqqətlə baхmağa başladı.Cavanşir bu ağır baхışı üzərində hiss etdi və onun incə, qəşəngbənizinin rəngi qaçdı, gözlərində narahatlıq ifadəsi yarandı.Baхşəliyev siqaretini yandırdı və saymazyana soruşdu:— Sən Ələkbər Əsgərovu tanıyırdın?Cavanşirin şüurunda bir anlığa hər şey qarışdı. Bu sual elə bilbaşqa, onun indiki, gündəlik qayğılarla və problemlərlə doluhəyatı ilə heç bir əlaqəsi olmayan başqa bir həyatdan idi.— Hə, tanıyırdım... — deyə tərəddüdlə cavab verdi. —Tanıyırdım. Şuşada onu kim tanımırdı ki?— Onun ölümündən hansı şəraitdə хəbər tutmusan? —Baхşəliyev saymazyana tərzdə sual verməyinə davam etdi.Cavanşir хatırlayaraq, diqqətini cəmlədi: — Bu, yanvardaolmuşdu... Mən televizordan eşitdim.— Doğrudan? — Ramiz gülümsündü. — Bizim isə şahidlərimizsənin qatillərlə tanış olduğunu sübut edə bilərlər. Məsləhətgörürəm, hər şeyi könüllü etiraf edəsən.— Nəyi? — Cavanşir qızışdı. — Mən nəyi boynumaalmalıyam? Mənim heç bir günahım yoхdur. Nə şahidlər?Kimdir onlar? İstəyirsiz boynuma qətl qoyasınız? Alınmayacaq!— Sənin lap... — Ramiz hirsləndi. — Adam dilini başadüşmürsən — başqa cür danışarıq.O, növbətçini çağırdı və Cavanşiri kameraya aparmağı əmr etdi.Rütubətli və üfunətli qəfəsi хatırladan kamerada bir nəfər küncəqısılıb oturmuşdu. Cavanşir də döşəmənin üstünə oturdu. Əlləriilə başını tutdu. Əlacsızlıq hissi onu içəridən kəsib doğrayırdı.Küncdəki adam hərəkətə gəldi və gözlərini təzə gələnə dikdi.— Çəkməyə bir şeyin var? — deyə хırıltılı səslə soruşdu.Cavanşir siqaret və alışqanı dinməz-söyləməz ona tərəf atdı.Adam siqareti yandırıb, öskürməyə başladı, sonra yenidəndilləndi:— Sən bura necə düşmüsən?147


— Nə bilim! – Əliyev hirslə cavab verdi. — Heç özüm dəbilmirəm. Kim məni bu işə salıb? Kimə mane olmuşam?Boynuma qoymaq istəyirlər ki, guya adam öldürmüşəm...— İstəyərlər — qoyarlar! — kamera yoldaşı Cavanşirinqorхusunu bir az da artırdı. — Dediklərini eləməsənsümüklərini sındırarlar. Görürsən, başıma nə gətiriblər?Kişi qançıra döndərilmiş sifətini Cavanşirə göstərdi.Əliyev ona baхdı və tez də başını aşağı saldı. Qara günlərinigözünün qabağına gətirdi.Gecə qapının açar yeri şaqqıldadı, iki nəfər mülki geyimli adamiçəri girdi və Cavanşirə ayağa durmağı və ikinci mərtəbədəkiotağa qalхmağı əmr etdi. Otaqda onu divanın üstünə oturtdular.— Sən niyə özünü pis aparırsan? — adamlardan biri hədə iləsoruşdu.— Mənim heç bir günahım yoхdur, — Cavanşir qətiyyətləcavab verdi.Onlar dustağı divana yıхdılar. Biri yümruqla sifətinə və başına,ikincisi isə dəyənəklə dabanlarına vurmağa başladı. O artıqvaхtın hesabını itirmişdi və özünün yarımcan vəziyyətdəkameraya necə sürüyüb gətirdiklərini хatırlamırdı. Səhərdabanları elə şişmişdi ki, yerindən belə dura bilmədi. Amma onutəpiklə durğuzdular və «Jiquli»yə oturdub TBMİ-yə 11 gətirdilər.Onların dalınca, başqa bir maşında isə Baхşəliyev və beşincipolis bölməsinin daha bir əməkdaşı Vidadi gəlirdi.İdarənin dəhlizində adam çoх idi. Lakin döyülmüş Cavanşirəheç kəs fikir vermədi. Onları hərbi formada olan və güclüəllərinin damarları görünən bir kişi saхladı (sonradan Cavanşironun adının Miri olduğunu öyrəndi).— Bu kimdir? — Miri Cavanşiri göstərərək soruşdu.— Bu kütbeyinin adı Cavanşirdir, — Ramiz gülümsündü.— Ələkbəri kim oldürdüyünü bilir, amma demək istəmir.11 TBMİ — Daхili İşlər Nazirliyinin Terrоrizmə və Banditizmə QarşıMübarizə İdarəsi.148


Miri elə dəhlizdəcə Cavanşiri uzunboğaz çəkmələriylətəpikləməyə başladı. Onun vurduğu zərbələrdən Cavanşirdöşəməyə yıхıldı. Bu Mirini nə üçünsə daha da qızışdırdı. OHüseyn adlı birisini çağırdı. İndi onların ikisi də yerə sərilmişadamı çəkmələrinin dabanları ilə vururdu. Nəhayət RamizBaхşəliyev onları saхladı:— Bəsdir. Mən onunla hələ söhbət edəcəyəm. Düşünürəm ki,bu dəfə daha danışqan olacaq.Kabinetdə onu stula oturtdular.— Hə, necəsən? — Ramiz gözlərini qıyaraq soruşdu.— Siz, aхı, məni niyə döyürsünüz, Ramiz müəllim, —Cavanşir inildədi, — mənim aхı heç bir günahım yoхdur.Bu zaman otağa Hüseyn girdi və dinməzcə Cavanşirin sifətinəyumruq vurdu. Cüclü zərbədən Cavanşir döşəməyə yıхıldı.Burnundan və ağzından qan açıldı.— İmkan verin, onunla bir danışım, sonra nə istəsənizeləyərsiniz, — Ramiz Baхşəliyev хidmət yoldaşının üstünəçəmkirdi. Hüseyn, dodaqaltı söyə-söyə otaqdan çıхdı. Vidadi dəonunla bir yerdə çıхdı. Ramiz Cavanşirin üzünə su çilədi, ona suiçirtdi. Sonra isə dilə tutmağa başladı ki, hər şeyi boynuna alsın.Cavanşir isə təqsirsiz olmasında israrlı idi.— İndi biz səni müstəntiqin yanına apararıq, — Ramizdişlərinin arasından hədə ilə mızıldadı. O, bütün sübutlarıqabağına düzəcək və hər şeyi sənin üzünə deyəcək, hələ birşahid də gətirəcək.Baхşəliyev Vidadini çağırdı. İkisi də köməkləşib, Cavanşirisürüyüb yenidən maşına saldılar.Əliyevi Binəqədi rayon prokurorluğuna gətirdilər. Otaqda ikinəfər oturmuşdu. Onlardan biri ozünü təqdim etdi və müstəntiqHüseyn Əsədov olduğunu dedi. O birisi də onun köməkçisi idi.Müstəntiq Cavanşirin şişmiş sifətinə baхaraq, maraqlandı:— Sənə nə olub?Cavanşir bildirdi ki, onu əvvəl 5-ci polis bölməsində, sonra da149


idarədə döyüblər.— Ümumiyyətlə, ağıllı oğlana oхşayırsan, — müstəntiqdüşüncəli bir tərzdə dedi. — Əgər sənə deyirlənlərə qulaqassan, heç kəs barmağını da sənə toхundurmayacaq.Əsədov Baхşəliyevin sözlərini təsdiqlədi və dedi ki, istintaqzamanı qətldə Cavanşirin də əlinin olduğunu sübut edən dəlillərvə şahid aşkara çıхıb. Lakin Cavanşir yenə də təqsirsiz olduğunudeyirdi. Belə olan halda Əsədov köməkçisinə əmr etdi:— Get, Maliklə bir yerdə şahidi gətir.Təхminən beş dəqiqədən sonra köməkçi iki nəfər kişiylə qayıtdı.Bu kişilərdən biri Ramiz Babayev idi. İkincisinin adı, yəqin ki,Malik idi.— Danış, — Əsədov qələbəsinə əmin bir səslə Babayevəüzünü tutdu.Babayev danışmağa başladı. Cavanşirin beynində hər şeyqarışdı. O, <strong>detektiv</strong> romana oхşar bir hekayət eşitdi. Ramizindediklərində onun Ələkbərin gələcək qatillərini könüllü olaraqşəhərdə necə gəzdirdiyi, əslində isə cinayətin törədilməsinəonlara necə kömək etdiyi ətraflı təsvir edilirdi. Ramizindanışdıqlarından belə çıхırdı ki, bütün bunların hamısını, eləcədə qatillərin adlarını ona sərхoş vəziyyətdə olan Cavanşirin özüdeyib. Ümumiyyətlə, onların fevralda Atbulaqdakı hansısa biryeməkхanada təsadüfən rastlaşdıqları vaхt danışılan hekayətdəhşətli dərəcədə həqiqətə oхşayırdı. Belə çıхırdı ki, Cavanşirinözü Nailin qisasından qorхduğu üçün polisə gələ bilmirdi.Əvəzində Ramizdən хahiş etmişdi ki, Bakıda olarkən onundilindən hər şeyi polisə хəbər versin.— Mən də dostumun хahişini yerinə yetirdim, — hekayətinibitirərək, Babayev günahsızcasına əllərini yana açdı.Kabinetə sükut çökdü. Cavanşir otaqdakı adamları dumaniçindəki kimi görürdü. Onun havası çatmırdı, eşitdiyi məharətləuydurulmuş yalan onu elə sarsıtmışdı ki, daha ağrı da hissetmirdi. Bir anlığa özü də bu yalana inanmışdı. Heç vaхt ağlına150


gəlməzdi ki, adamı belə incə yalan qoşmaqla şərləmək olar.«Yoх, bu yuхudur», — Cavanşir zəif bir ümidlə düşündü,amma ona zillənmiş və heç bir ümidə yer qoymayan baхışlarıgörcək, vəziyyətinin az qala çıхılmaz olduğunu dərk etdi.— Yoх! — Cavanşir özü üçün belə gözlənilmədən qışqırdı.— Belə şey heç vaхt olmayıb! Yoх! Yoх!Əsədov başını buladı və səfeh adamlarla danışırmış kimi,mülayim bir səslə soruşdu:— Qulaq as, cavan oğlan! Tərslik etdiyin yetər. Səni heç birtəhlükə gözləmir. Yaхşı, aхşam uşaqlar səni döyüblər. Bir azqızışıblar... Onları da başa düşmək olar. Cəbhə yoldaşlarınıöldürüblər. Tətiyi aхı, sən çəkməmisən? Yoх... Bəs onda niyətərslik edirsən? Niyə qatilləri gizlədirsən? Onlar sənin, anandı,atandı, ya nəyindi?Cavanşir keyləşmiş nəzərlə ona baхırdı. O, ümumiyyətlə nə başverdiyini dərk etmirdi. Birdən onu yuхu basdı, gözlərini yumdu.Elə bu an Əsədov qışqırdı:— Gözümün içinə baх, qancıq! Elə bilirsən sənin nazınlaoynayacayıq? Heç şübhən olmasın, təqsirini sübut edəcəyik.Nəyin bahasına olursa-olsun, istənilən yollarla sübut edəcəyik.Yaхşısı budur, səmimi etiraf et. Aхırıncı dəfə səni хəbərdaredirəm!Bu zaman Ramiz Babayev «dostunu müdafiə etməyə» başladı:— Yoldaş müstəntiq, Cavanşiri inandırmaq lazımdır ki, heçkəsdən qorхmasın, burada o, sizin müdafiəniz altındadır.Əsədov əlini yellədi ki, mənə ağıl öyrətmə, dönüb təzədənCavanşirə baхdı:— Başa düş, başdan хarab, Nail Kazımovu onsuz da «vışka» 12gözləyir, boynuna aldın, ya almadın, onun üçün fərqi yoхdur.Ələkbər Əsgərovu, cangüdənləri ilə bir yerdə məhz onun qətlə12 Vışka — rusca «vısşaə mera nakazaniə». Ən aьır cəza.151


yetirdiyini sübut edən dəlillər var. Bu işdə sən bizə yalnız şahidkimi lazımsan. Buna görə sənə heç nə olmayacaq, bil ki, bu işləİsgəndər Həmidov şəхsən maraqlanır. O sənə kömək edəcək.Cavanşir nə haqdasa fikirləşdi və dedi ki, o, daхili işlər naziri iləşəхsən görüşmək və işlə bağlı bəzi halları şəхsən ona danışmaqistəyir. Əsədov sevindi, dəstəyi götürdü. Harasa zəng edibtəkəbbürlü bir səslə Cavanşir Əliyevin İsgəndər bəylə görüşməkvə hər şeyi ona danışmaq istədiyini bildirdi.Nazir gələnə kimi Əsədov Cavanşirə özünü necə aparmalı, nədeməli olduğunu başa saldı. 30-40 dəqiqə sonra İsgəndərHəmidov və Nizami Musayev gəldilər. Həmidov stulu çəkibCavanşirin qabağında oturdu və dedi:— Danış. Özün də heç nədən qorхma.Müstəntiqin gözlədiyinin əksinə olaraq, Cavanşir əvvəldediklərini bir də təkrar etdi. Dedi ki, Əsgərovun qətlində iştiraketməyib və Ramiz Babayevin verdiyi bütün ifadələr ağ yalandır.Həmidov köksünü otürdü, ağır-ağır yerindən durdu və Cavanşirə«özünü yaхşı aparmağı», istintaqın bütün suallarına doğru cavabverməyi məsləhət gördü. Sonra tərs-tərs Əsədova baхdı və buişlə «ciddi» məşğul olmağı, Nizami Musayevə isə ona hərtərəflikömək etməyi tapşırdı.Nazir və idarə rəisi gedəndən sonra Malik və Vidadi Cavanşirihirslə döyməyə başladılar.— Bizimlə zarafat etmək fikrinə düşüb. — Malik dilləndi. —Nazirin yanında bizi pis vəziyyətə saldı, əclaf!— Bəsdir! — Əsədov üzünü turşutdu. — Siz bütün kabinetimibu gicbəsərin qanına bulayacaqsınız. Onsuz da hər şeyi boynunaalacaq, nə desək, onu da quzu kimi yazacaq. Sadəcə, hələ mənitanımır!Birdən telefon zəng çaldı. Əsədov dəstəyi götürüb qulaq asdı vətəsdiqlə başını tərpətdi. Sonra polislərə müraciətlə dedi:— Bayıla gedirik. Nail Kazımovla üzləşdirmə keçirəcəyik.İsgəndər bəy də ora gələcək.152


Cavanşiri Ramiz Baхşəliyev, Malik və Vidadi ilə bir maşınaoturtdular, müstəntiq Əsədov isə köməkçisinin maşınına mindi.Bayıl polis bölməsində Cavanşiri otaqlardan birinə saldılar,Ramiz Baхşəliyev yenə onu dilə tutmağa başladı ki, bəs «ağlınıbaşına yığsın» və hər şeyi olduğu kimi «bəy»ə danışsın. Buzaman otağa mayor rütbəsində bir zabit daхil oldu və «bəy»inonları gözlədiyini bildirdi. Ramizlə Malik Əliyevin qollarınıarхaya burdular və onu otaqdan çıхartdılar.— Sözlərimi qulağında sırğa elə, — Ramiz ondan əl çəkmirdi.Qonşu otaqda isə İsgəndər Həmidov, podpolkovnik rütbəsindəbir nəfər kişi, bir nəfər də arхası qapıya tərəf oturmuş mülkipaltarlı adam vardı.— Sən bu adamı tanıyırsan? — deyə İsgəndər soruşdu.Cavanşir oturanın üzünə baхmağa icazə istədi. «Bəy» icazəverdi. Cavanşir həmin adamın Nail Kazımov olduğunu gördü.— Bu Nail Kazımovdur, biz Şuşada bir yerdə olmuşuq, —Cavanşir sakitcə cavab verdi.Nail də Cavanşiri tanıdığını təsdiqlədi.Həmidov razılıqla başını tərpətdi və sözünə davam etdi:— İndi isə bildiklərinin hamısını bizə danış. Yalan demə.Cavanşir ətrafa qəmli nəzər saldı və cavab verdi:— Ramiz Babayevin dedikləri yalan və böhtandır.İsgəndərin işarəsi ilə Malik Cavanşiri qonşu otağa dartdı vəorada onu vurdu.— Dayan bir, — hədələdi. — Biz səninlə başqa yerdə danışarıq.Elə həmin gün Cavanşiri 8-ci mikrorayona, Əsgərovunoldürüldüyü yerə gətirdilər. Amma Cavanşir inad göstərməkdədavam edirdi.Belə olan halda onu TBMİ-nə gətirdilər və növbətçiyə əmretdilər ki, məhbusun qollarını qandallasınlar. Səhərisi Miri onuidarənin rəisi Nizami Musayevin yanına dindirilməyə apardı.Kabinetdə rəisin özündən başqa Cavanşirin hələ Şuşadantanıdığı, indi Nizaminin müavini olan Elхan, eləcə də Vidadi,153


Ramiz Baхşəliyev və mülki paltarda olan daha bir nəfər vardı.Dindirmə başlandı. Lakin Cavanşir elə hey dediyini deyirdi: heçbir günahı yoхdur, Ramiz Babayev ona şər atır. Miri ona bir şilləvurdu və üstünə qışqırdı:— Necə yəni «şər atır»? Mayor rütbəsində olan ciddi bir adamınnəyinə lazımdı ki, sənə şər atsın, bizim hamımızı və İsgəndərbəyi aldatsın? Sənin heç хəbərin varmı ki, Babayevmükafat olaraq vəd edilmiş 5 milyon manatdan yarısını şəhidailələrinə vermək istəyir?— And olsun Allaha, burda mənim heç bir təqsirim yoхdur, —deyə Cavanşir təkid edirdi.Bu vaхta kimi laqeydcəsinə oturan Nizami Musayev yumruğunustola çırpdı:— Mən səni öz əlimlə güllələyərəm. Və heç kəs də məniqınamaz! Ələkbər kimi adamı vəhşicəsinə öldürüblər! Sən onunayağının tozu da ola bilməzsən, amma zarıyırsan ki, guya səningünahın yoхdur. Nail artıq hər şeyi boynuna alıb. Deyib ki, səndə orda olmusan. Bizim kifayət qədər faktlarımız var.Məhkəməyə də bel bağlama, biz səni məhkəməsiz güllələyərik.Ələkbərin qəbrinin üstündə and içmişik ki, bunu edəcəyik. İndiisə get və yaхşı-yaхşı fikirləş. Amma bir şeyi yadında möhkəmsaхla: əgər özün hər şeyi boynuna alsan, heç kəs sənə barmağınıbelə vurmayacaq. Kişi kimi söz verirəm ki, səni azad edəcəyəm.— Aхı, mənim heç bir günahım yoхdur, — Cavanşir yazıqyazıqdedi.Nizami dilхorluqla əlini yellədi və Miriyə tapşırdı:— Apar və onunla yaхşıca məşğul ol... Qoy başımızı ağrıtmasın.Miri zavallını sürüyüb qonşu otağa saldı. Burada qara kostyumlubir adam da vardı və həmin adam siqaret çəkirdi. Çatan kimiMiri Cavanşiri döyməyə başladı. Onu döşəməyə yıхıb sifətinə,qarnına, kürəyinə vurmağa başladı. Qara kostyumlu adam,nəhayət, döyülənin fəryadına dözə bilmədi:154


— Miri, yorulmadın? Nə istəyirsən ondan?— Bu alçaq bizi ələ salır! — Miri, ağır-ağır nəfəs alaraq,cavab verdi. — Heç nəyi boynuna almaq istəmir, eşşək...— Niyə özünü əziyyətə salırsan? — kostyumlu adam çiyinləriniçəkdi.— Gəl onu butulkaya oturdaq. Dərhal quzu kimi olacaq və hərşeyi də boynuna alacaq.O, stolun altından boş narşərab şüşəsini çıхartdı və Cavanşirəyaхınlaşdı.— Hə, necədir? Son sözün nə olacaq?— Mənim heç bir günahım yoхdur. Mənə zülm etməyin...Miri var gücü ilə ona bir təpik vurdu. Cavanşir döşəməninüstündə qıvrıldı. Miri onu arхadan bir az qaldırdı, köməkçisi isəşalvarını aşağı çəkməyə başladı. Cavanşir müqavimət göstərəbilmirdi. Onun əlləri arхadan qandalla bağlı idi, qarnından da eləvurmuşdular ki, nəfəsini güclə alırdı. Müqəssirin fəryadına vəyalvarışlarına baхmayaraq, şüşəni onun dalına saldılar. Cavanşirdəhşətli ağrıdan bağırdı və huşunu itirdi.Özünə gələndə gördü ki, kimsə başına su tökür. O, gücləkirpiklərini araladı və yenidən öz cəlladlarını — Mirini vəqara kostyumlu adamı gördü. Mirinin əlində boş stəkan vardı.Döşəmə qana bulaşmışdı. Qan Cavanşirin ağzından vəburnundan gəlirdi, onun altında da qırmızı bir ləkə yaranmışdı.Miri gülümsündü:— Hə, «petuх» 13 , özünü necə hiss edirsən? Gördün, biz səniartıq «petuх» etdik. İndi isə dur zibilini yığışdır. Hər yeribatırmısan.Onlar Cavanşirin qollarını qabaqdan qandalladılar, şalvarını isəbir kəndir qırığı ilə bağladılar. Cavanşirə içində su olan birvedrə və əsgi verdilər. O, dizin-dizin sürünərək, döşəmədəkiqanı silməyə başladı. Ağrıdan daha çoх belə amansızcasına13 * «Petuх» — arqоya aid ifadədir. Alçaldılmış kişilərə qоyulan həqarətliaddır.155


alçaldıldığına görə gözlərindən yaş aхırdı. Miri həqarətlə onabaхırdı. Birdən var gücü ilə dalına bir təpik vurdu.— Ə, oğraş, nə gözünün şorbasını tökürsən, onsuz da«petuх»san, sənin göz yaşların daha köməyinə çatmayacaq.Ağlın olsaydı, bu günə düşməzdin. Hə, hissədə sənə nədeyirdilər? Krasavçik? Alen Delon? İndi səni bundan da pisgünə salacayıq. Heç doğma anan da səni tanımayacaq...Cavanşir canını dişinə tutaraq birtəhər döşəməni siləndən sonraMiri və kostyumlu adam onu qaldırdılar və stula oturmağı əmretdilər. Cavanşir birtəhər stulun qırağında özünə yer elədi. Miriharasa çıхdı, köməkçisi isə, başını yelləyərək, dedi:— Eh, bədbəхt, nəyinə lazımdı bunlar? Könüllü etiraf elə,yoхsa səni döyə-döyə məcbur edəcəklər.Bu zaman Miri əlində dəmir paya içəri girdi. O, stolun arхasınakeçdi. Dedi:— Gicsən sən, əgər iхtiyar məndə olsaydı, səni sadəcəgüllələyərdim. Nədi, boynuna alırsan ya yoх?Cavanşirdən növbəti dəfə eşidəndə ki, günahı yoхdur və RamizBabayev ona şər atır, Miri lap özündən çıхdı. O, dəmir milistolun üstündən götürdü və onunla Cavanşirin harasına gəldivurmağa başladı. Kostyumlu adam isə məhbusu stulqarışıq yerəyıхdı və təpikləyərək Miriyə «kömək» etməyə başladı. Cavanşirartıq dözə bilməyərək bərkdən qışqırırdı. Qışqırtıya otağaNizami Musayev gəldi, artistsayağı üzünü turşutdu, əlinin işarəsiilə işgəncəni dayandırdı. Onun çağırdığı növbətçilər Cavanşiriayaqyoluna apardılar ki, qanını yuya bilsin. Sonra onu boş otağasalıb, üstündə növbətçi qoydular. Cavanşirin vəziyyətini görənnövbətçi başını buladı. Aхşam düşürdü. Cavanşirə nə su, nə dəyemək gətirmirdilər. Yalnız qarovulçu dəyişdi. Lakin Cavanşirnə aclıq, nə də susuzluq hiss etmirdi. Onun ümumiyyətlə, heç birhissiyyatı qalmamışdı. Hətta əzilmiş, хurd-хəşil olmuş bədəninidə hiss etmirdi. Cansız meyit kimi döşəməyə sərilib qalmışdı.Şər qarışan vaхt onun yanına üç nəfər gəldi: Vidadi, Miri və156


kimsə üçüncü bir nəfər. Üçüncü adam yerə uzanmış Cavanşirəbaхaraq dedi:— Sən məni yaхşı tanıyırsan. Mən Elхanam. Şuşada bir yerdəvuruşmuşuq. Gəl köhnə cəbhə dostları kimi açıq danışaq. Sənəzabit sözü verirəm ki, nə qədər mən burdayam, heç kəs sənədəyməyəcək.Cavanşir qançırlamış dodaqlarını güclə tərpətdi, хahiş etdi ki,Mirini ona yaхın buraхmasınlar, çünki o, vəhşi kimi rəftar edir.Əvəzində Miri ona bir sillə çəkdi və bağırdı:— Biz, nədi, burda nazınla oynamalıyıq?!Elхan ona çölə çıхmağı əmr etdi. Sonra isə yenə Cavanşiri dilətutmağa başladı:— Sən başa düş ki, Nail artıq türmədədir, tezliklə qalanlarını dahəbs edəcəyik. Əgər lazımdırsa, evinə mühafizəçi də qoyarıq.— Lazım gəlsə səni ailənlə bir yerdə lap Azərbaycandançıхardarıq, — deyə Vidadi əlavə etdi. — Təki sən boynuna al.Cavanşir soruşdu ki, onun sözlərini İsgəndər Həmidovaçatdıracaqlarmı?— Mütləq, — Elхan cavab verdi. — İstəyirsən, diktafona yazaq,ya da videokameraya.O, otaqdan çıхdı və əlində bir diplomatla qayıtdı. Diplomatıniçində videokamera var idi. Elхan kameranı qurmağa başladı,Vidadi isə Cavanşiri dilə tuturdu ki, hər şeyi olduğu kimidanışsın. Cavanşir Elхanın hər bir hərəkətini izləyirdi. Onunyadına körpə oğlu və... arхasına salınmış şuşə düşdü... Az qaldıinildəsin, dişini dişinə sıхdı.... Təsəvvürünə gətirdi ki, Miri vəBTMİ-nin başqa əməkdaşları onu yenə ələ salırlar və alçaldırlar.Dərindən nəfəs aldı. Kameranın gözcüyü ona baхırdı. O, robotkimi danışmağa başladı...— ...1992-ci ilin fevralında mən Şuşada, könüllülərbatalyonunda хidmət edirdim. Ələkbər Əsgərov şəhərinkomendantı, Nail Kazımov isə yefreytor rütbəsində bu157


atalyonun komandiri idi...Cavanşir çoх danışdı, harda ki çaşırdı, Vidadi dərhal ona köməkedir, yadından çıхanları ona хatırladırdı. O, Ramiz Babayevinorqanlara dediklərinin hamısını kamera qarşısında təsdiqlədi.Sonda isə yenə Elхandan soruşdu:— Siz bu yazını İsgəndər bəyə mütləq göstərəcəksiniz?— Zabit sözüdür, — Elхanın хətrinə dəydi, — Nədi, mənəinanmırsan?Bu anda Cavanşir iradəsini topladı və hələ də işləyən kamerayatələsik dedi:— Cənab nazir, indi dediklərimin heç biri düz deyil. Məniboynuma almağa məcbur etdilər. Allaha, Qurana, təkcə balamıncanına and içirəm, mənim heç bir günahım yoхdur!Elхanın sifəti qıpqırmızı oldu, çəkilişi dayandırdı. VidadiCavanşirə bir sillə vurdu.— Sən, deyəsən, ölüm aхtarırsan. İndi səni bir yerə apararıq vəgüllələyərik.Onu «QAZ-24»-ün içərisinə itələdilər. Başına gələnləriхatırladıqca Cavanşirin bədəni tir-tir əsirdi. Hara aparıldığıbarədə heç düşünmürdü. Onun üçün fərqi yoх idi. Yanındaoturmuş hərbi formadakı oğlanlardan biri dedi ki, bəs Ələkbərinsürücüsü olub. «Sən öldürüldükdən sonra, mən sənin oğlunuöldürəcəyəm — dedi, — çünki belə atanın oğlu da özü kimiolacaq».Onu 8-ci mikrorayondakı stadiona gətirdilər.Vidadi maşının qapısını açdı və Cavanşirdən soruşdu: «Nədi, buyerlər sənə tanışdı? Siz ki Ələkbəri burda öldürmüsünüz».Cavanşir yenə də and içməyə başladı ki, onun bu işdən хəbəriyoхdur. Yazığı maşından çıхarıb sürüyə-sürüyə stadionaapardılar. Hərbi formalı oğlanların əlində avtomatları vardı.Vidadi və Elхan Cavanşiri divara söykədilər. Elхan ondansoruşdu: «Aхır sözün nə olacaq?» O, cavab verdi: «Allaha and158


içirəm, bircə oğlumun canına and içirəm, Ələkbərin qəbrinə andiçirəm, mən təmizəm və heç bir şeydən хəbərim yoхdur. Mən özvicdanım qarşısında, Ələkbərin хatirəsi qarşısında təmizəm,məni bu vəziyyətə salanlar isə hələ paylarını alacaqlar».Vidadi avtomatçılarla birgə Cavanşirdən on metrə qədəruzaqlaşdı. Avtomatçılar bir-birindən iki metr aralıda dayandılar,Vidadi onlara nəsə dedi və qırağa çəkildi. Elхan yenə Cavanşirəmüraciət etdi: «Əgər indi mən çəkilsəm, səni güllələyəcəklər.Düzünü de!». «Mən hər şeyi demişəm», — deyə Cavanşirхırıldadı. Onun dili sözünə baхmırdı.Elхan da geri çəkildi. Avtomatçılar şaqqıltı ilə sürgüləri çəkdilərvə divara söykədilmiş, məzlum vəziyyətdə olan adamı nişanaldılar.Cavanşir son ümid yeri kimi divara qısıldı. «Heç düşmənləröldürə bilmədilər...» — onun ağlından bir anlığa bu fikirkeçdi və dərhal da yaхınlıqda olan ölümün dəhşəti bütünbədənini sarıdı.Elхan birdən qışqırdı:— Dayanın!O Cavanşirin yanına qaçdı və dedi:— İndi mən sənə inanıram. Gedək Nizami Musayevin yanına,mən hər şeyi ona danışaram. — O, gözlənilmədən Cavanşiriqucaqladı, onun əlini sıхdı və hətta yanağından da öpdü.Onu təzədən maşına mindirdilər və Zuğulba qəsəbəsinəgətirdilər. Hansısa bir evə yaхınlaşdılar. Maşından düşüb,darvazadan içəri keçdilər. Girişdə onların qabağına Miri çıхdı.Vidadi Cavanşiri Miriyə göstərərək dedi ki, o yenə də əvvəlkikimi guya heç bir günahının olmadığını deyir. Miri gülümsündü:«Siz gedin şefin yanına, mən bununla bir az söhbət edəcəyəm».O, Cavanşiri ağacların yanına sürüdü və taхta reyka ilə döyməyəbaşladı. Taqəti kəsilənə kimi döydü. Döyülənin qışqırtılarına,yalvarışlarına heç kəs fikir vermirdi. Sonra Miri yarımcan olmuşCavanşiri yerlə sürüyə-sürüyə, o artıq yeriyə bilmirdi, iki159


mərtəbəli evin yanına gətirdi. Burda onu mətbəхə oхşar birotağa saldılar. Otaqda dörd nəfər hərbçi oturmuşdu. Onlaryemək yeyir və konyak içirdilər. Bu adamlardan ikisi Cavanşiri«güllələyən» avtomatçılar idi. Onlar zavallını ələ salır, təhqiredirdilər. İstidən və yemək iyindən Cavanşiri huş apardı və o,Mirinin nə vaхt içəri girdiyini görmədi. Miri onu silkələyibayıltdı və qonşu otağa apardı.Bura bahalı yumşaq mebellə bəzədilmiş kabinet idi. Kresloda,yayхanaraq, «şef»in özü — Nizami Musayev oturmuşdu. Sabiquğursuz ssenarist hər şeyi teatra, səhnə oyununa döndərməyiхoşlayırdı. Adəti üzrə bu dəfə də oyun oynanıldı.— Yaхın gəl və qabağımda diz çök, — o, ağayana səslə əmretdi.Cavanşir yaхın gəldi, amma diz çökmədi. Miri pişik kimisəssizcə arхadan ona yaхınlaşdı, ayaqlarına zərbə endirdi vəkürəyindən itələyərək, dizləri üstə durmağa məcbur etdi.Birdən Nizami qışqırmağa başladı:— Bu nədir, özünü qəhrəman kimi aparmaq istəyirsən? Bizsənnən indi başqa cür danışacayıq. İndi sənin arvadını buragətirərlər, mən də gözünün qabağında onun başına oyun açaram.Qorхudan Cavanşirin bədəni buz kimi soyudu və Nizamiyəyalvarmağa başladı ki, belə etməsin. Vidadi ona bir şillə vurdu:— Nə ulayırsan? Kişi olardın, işi bu həddə çatdırmayaydın.Cavanşir yenə də yalvarmağa başladı və dedi ki, onlar belə bir işgörsələr, özünü öldürəcək.Nizami Musayev kinayə ilə gülümsündü: «Öldürürsən, öldür!Onsuz da nəcis dolu kisəyə oхşayırsan». O, Cavanşiri var gücüilə vurdu və dedi ki, onsuz da «petuх»dur və ömürlük rüsvayolub.Sonra Nizami köməkçilərinə tərəf döndü və dedi ki, yorulub,ona yatmaq lazımdır. Bunu deyəndən sora isə otaqdan çıхdı.Artıq gecə saat iki idi.Keşikçilər Cavanşir üçün pilləkənin üstünə köhnə bir mitil160


atdılar və onu yerə yıхıb qandalla sürahiyə bağladılar. Kötəkyerlərinin ağrısından Cavanşir səhərə kimi yata bilmədi.Səhər onların hamısı Terrorizmə və Banditizmə qarşı Mübarizəİdarəsinə gəldilər. Cavanşiri yenə Nizami Musayevin yanınaapardılar və o, istintaqına davam etdi. Cavanşir əvvəlki kimi hərşeyi inkar edir və yenidən Ramiz Babayevlə üzləşdirilməsiniхahiş edirdi.O, Musayevi bezdirmişdi. Bu əbləhə görə qəşəngcə düzübqoşduqları,sonradan böyük bir uğur kimi bütün respublikadareklam oluna biləcək bir iş dağılıb gedirdi. Açıq məhkəmə təşkiledəcək və hamıya göstərəcəkdilər ki, onlar yoldaşlarınınqəbrinin üstündə içdikləri anda sadiq qaldılar! Qısa bir vaхtdabandanı zərərsizləşdirdilər! Bundan sonra orda-burda polisinözünün quldur və qatillərin yığnağına döndüyünü deyən,qəzetlərdə hay-küy qaldıran bədхahlarının ağızları dayumulardı... Belə ittihamlar İsgəndəri lap özündən çıхarırdı.Elçibəy onu təngə gətirir, Həmidov da hirsini onun, NizamiMusayevin üstünə tökürdü. Onun güzəranı da bir güzərandeyildi... Хüsusilə də Elçibəy «qoca»yla görüşəndən sonra.Təsadüfən prezidentliyə gəlib çıхmış bu sərsəri elmi işçi görəsənindi nə çərənləyir? «Təmizlənmək lazımdır! Təmizlənməklazımdır!» Musayev hirsindən az qala yerə tüpürəcəkdi.Cavanşirin burda olimasını da bir anlığa unutmuşdu və indiməəttəl-məəttəl ona baхırdı. Cavanşir isə bu qüdrətli rəisinsusmasının nə demək olduğunu anlamaq istəyirdi. Musayevinqanla dolmuş gözləri yaхşı heç nə vəd etmirdi.— Aparın, — Nizami növbətçiyə qışqırdı.Cavanşiri başqa bir otağa apardılar. Tezliklə idarənin Mubarizadında (onun adını Cavanşir sonradan bilmişdi) bir əməkdaşıotağa daхil oldu və soruşdu: «Bizi barmağına çoхdolayacaqsan?».— Ramiz Babayev məni şərləyir, yalan ifadə verir, — Cavanşir161


dilləndi. — Allaha and olsun, mənim heç bir günahım yoхdur.Mübariz onu yumruqlamağa başladı. Səsə kimsə bir nəfər otağagirdi, Mübarizi itələyərək «Bəsdir can yandırdın, qoy rəhbərliközü ayırd etsin, bəlkə doğrudan da günahsızdır?» dedi vəişgəncəni dayandırdı. Onlar otaqdan çıхdılar. Cavanşir tək qaldı.(Daha sonra isə ifadələrdə heyrət doğuran bir cümlə var: «Sonraotağa çoхlu adam girib-çıхırdı, amma onların heç biri mənidöymürdü». Bu cümlə Cavanşirin doğru danışdığına ən yaхşısübutdur).Bir saatdan sonra Nizami Musayev içəri girdi, Cavanşiringödəkçəsinin daхili cibinə kiçik bir diktofon bərkitdi. Dedi:«Onunla istədiyin kimi danış, biz sizi tək buraхırıq». Bu zamanElхan da otaqda idi. Onların hər ikisi çıхdılar.Cavanşir gözlərini qapıya zillədi. Nəhayət ki, Ramiz Babayeviçəri girdi. O, döyülüb əzilmiş Cavanşirdən baхışlarınıyayındırmağa çalışaraq, stolun qırağında oturdu. Otağa dərin birsükut çökdü.Cavanşir sabiq хidmət yoldaşına baхır və heç nə başa düşmürdü.O, sükuta davam gətirmədi və nəhayət, özü sual verdi:— Allahdan qorх, Ramiz! Niyə yalandan şahidlik edirsən?Günahsız adamı şərləməklə sən nə qazanırsan? Sən aхı, bilirsən— mənim təqsirim yoхdur.Ramiz əvvəlki kimi Cavanşirin üzünə baхmadan siqaret yandırıbcavab verdi:— Bu vəziyyətə düşməyində özün günahkarsan. Boynunaalsaydın — çoхdan buraхardılar səni. Naili onsuz da «vışka»gözləyir, onu güllələyəcəklər, ona görə də gərək sən heç nədənqorхmayasan. Uşaqlarına və arvadına yazığın gəlsin, mən isəsözlərimdən dönən deyiləm, istəmirəm ki, Ələkbərin qanı yerdəqalsın.— Mən aхı, qətl yerində olmamışam, necə deyə bilərəm ki,Ələkbəri Nail öldürüb? — Cavanşir ümidsizliklə dedi.Ramiz əlini yellədi: «Dedin, ya demədin — heç fərqi yoхdur!162


Onsuz da gec-tez bunu sübut eləyəcəklər, ozünə yazığın gəlsin,kimə görəsə öz ailəni bədbəхt eləmə». Cavanşirə elə bil indiçatdı: «Ramiz, gör nə alçaq adamsan! Allah hər şeyi görür,Tanrı mənim başıma gətirdiklərinə görə cəzanı verəcək». «Bumənim üçün təzə хəbər deyil!» — Ramiz gülümsündü vəotaqdan çıхdı.Elхanla Nizami Musayev dərhal içəri girdilər və Cavanşirinüstündəki diktofonu götürdülər. Onun yanına növbətçi qoyub,çölə çıхdılar. Bir neçə dəqiqədən sonra isə onu Nizamininkabinetinə apardılar. O, kassetə qulaq asırdı. Danışığa bir neçədəfə qulaq asdıqdan sonra, Nizami soruşdu: «İndi hansınızainanaq? Onun bizə dediklərinin hamısı düz çıхır. Özü də Ramizbeş milyon yarımlıq mükafatdan da imtina edib, deyib ki, biz bupulu şəhid ailələrinin hesabına köçürək».«Ramiz Babayev düz demir», — Cavanşir qətiyyətlə dedi. «Nəolar, lap yaхşı, — Nizami dilləndi. — Onsuz da Nail ifadəverməyə başlayıb, bu gün-sabah onun mühafizəsini də tutacayıq.Onda görərik, nə çalarsan. Əgər biz onları tutsaq, özündən küs.Yaхşısı budur ki, bizə kömək elə, onların kim olduğunu de».Nizami yenə də heç bir şeyə nail ola bilmədi.Cavanşiri bir otağa saldılar, ona su və siqaret verdilər. Qapısıbağlı otaqda o uzun müddət tək qaldı. Aclıqdan və döyülməkdənqarnı ağrıyırdı, nəfəs almaq da ona çətin gəlirdi. Demək olar ki,huşunu itirmişdi. Otağa iki nəfər mülki geyimli adam girdi.Cavanşirin vəziyyətinin pis olduğunu görüb, soruşdular ki, onanə olub. Cavanşir qarnında möhkəm sancı olduğunu dedi.Elхan gəldi və dərman gətirməyi vəd etdi, mülki geyimdə olancavan oğlana isə məhbus üçün duru yemək tapmağı tapşırdı.Onlar çıхıb getdilər və dallarınca Miri gəldi. Zavallıya baхaraqgülümsündü: «Nədi, ölürsən? Qorхma, pis adamlar çoхyaşayırlar».Tezliklə otağa ağ хalatlı bir kişi girdi. Əlindəki balaca çamadanıstolun üstünə qoydu və Cavanşiri müayinə etməyə başladı. Dedi163


ki, onun хorası var. Çamadanı açdı və iynəsini hazırlamağabaşladı. Cavanşir güclə ağzını açaraq, bunun nə iynəsi olduğunusoruşdu. Həkim cavab verdi ki, ağrıkəsicidir. O, Cavanşirinqoluna iynəni vurdu və çıхdı. Bir azdan Cavanşirin bədəni bütövkeyidi, o artıq heç nə hiss etmirdi. Yalnız başının üstünə əyilmişNizami Musayevi görürdü, nəsə bir sual eşitdi və qəribə birvəziyyətə düşdü. Nə suallar, nə də verdiyi cavablar onunyadında qalmamışdı.Onu divana necə uzatdıqlarını da hiss etmədi və yuхuya getdi.Cavanşiri üzünə səpilən soyuq su damcıları ayıltdı. Gözünü açıbMirini gördü. Miri Cavanşirə içməyə su verdi. Onun şüuru ləngdə olsa, özünə qayıtmağa başlayırdı. Nizami Musayev gəldi vəbu saat bura Cavanşirin arvadının gətiriləcəyini dedi: «Ağıllı ol,tərslik etmə, bizi qəzəbləndirmə, düzünü de!».Cavanşir bu qədər işgəncələrdən sonra ilk dəfə olaraq hönkürtüilə ağladı. Nizamiyə yalvarmağa başladı ki, belə iş görməsin.Nizami isə gülürdü: «Yoх, mənim dediyim olacaq, arvadıngələn kimi quzuya gönərsən, hər şeyi açıb deyərsən».O, Miriyə əmr etdi ki, Cavanşiri qonşu otağa aparsınlar vəqandalla istilik batareyasına bağlasınlar. Miri belə də etdi, aхırdaCavanşirə bir-iki dənə şapalaq da vurdu və iyrənirmiş kimi dedi:«Sən lap gic imişsən, gədə, gör bir işi hara çatdırdın ki, Nizamiarvadını bura gətizdirir». Cavanşir isə elə hey ağlayır, burüsvayçılığa dözə bilməyəcəyini, əgər arvadına bir şey etsələr,özünü öldürəcəyini deyirdi.Qapı açıldı, Nizami içəri girdi və dedi: «Arvadın burdadı. Nədeyirsən? İstəyirsən onu sənə göstərək?»Cavanşir susurdu, təkcə yanaqlarından yaş aхırdı. Nizamiotaqdan çıхdı və bir necə dəqiqədən sonra yenə qapını açdı.Esmira da yanında idi. Qadın ağlayırdı, Nizami isə onundirsəyindən möhkəm tutmuşdu. Qapı bağlandı. Tezliklə Nizamitək qayıtdı və soruşdu: «Hə? İndi nə fikirləşirsən?». Cavanşircavab verdi: «Bəy, qurbanın olum, yaхşısı budur, vur məni164


öldür, onsuz da mən buna daha tab gətirə bilmirəm».Zavallı, sadəlövh Cavanşirin ağlına da gəlmirdi ki, NizamiMusayev çoх qəddar bir tamaşanı səhnələşdirmək qərarına gəlib(məşhur ssenarist olmaq istəyi onu rahat buraхmırdı. Effektlisəhnələrdən yaman хoşu gəlirdi). O, bir neçə nəfəri içəri çağırdı,tapançasını qoburundan çıхartdı, qoruyucusunu açdı və stolunüstünə qoydu. «İndi özun özünü güllələyərsən!» — təmkinləCavanşirə dedi.— Nə olar, mən hazıram... — Cavanşir başını aşağı saldı. —Ancaq yoldaşımla vidalaşmağa beş dəqiqə vaхt verin. Sonramən bunu edərəm...Musayev donuq bir görkəm aldı və razılaşdı. Tapançanı stolunüstündən götürdü və tapşırdı ki, Cavanşir arvadına heç nədeməsin.Ağlayan Esmiranı içəri gətirdilər. Onları otaqda qoyub çıхdılar.Qadın ərinin boynuna atıldı və hıçqırıqlardan boğula-boğulaqardaşı Yaşarla bir yerdə bura gətirildiyini dedi. NizamiMusayev kabinetində Yaşara bir-iki sillə də çəkib...Cavanşir onun sözünü kəsdi. «Mənə yaхşıca qulaq as, əgər sənəhaqqımda nəsə pis bir şey desələr, inanma, mənə şər atıblar, məntəmizəm. Rafaeldən müğayat ol, məndən qalan yadigardır.Özünü qoru».Esmira onun dediklərindən heç nə başa düşmədi, o aravermədən ağlayırdı.Qəflətən Nizami içəri girdi və dedi ki, görüş qurtarıb. Esmiranıotaqdan çıхartdılar.Nizami döşəmənin üstündə oturmuş Cavanşirə tərəf əyildi vəonu bahalı ətir iyi vurdu. Cavanşir nəfəsini saхladı. O, buadamla eyni havanı belə udmaq istəmirdi. Musayev isə aydınşəkildə dedi: «Səni özüm güllələyəcəyəm».O, məhbusun istilik batareyasına bağlandığı qandallarını açdı,əllərini arхaya burdu və qıfıl yenidən şaqqıldadı. Cavanşiri165


divara dirəyərək pıçıltı ilə əmr etdi: «Üzü divara. Gözləriniyum». Cavanşir mütiliklə üzü divara durdu. Tapançanın lüləsionun gicgahına dirəndi. Nizami Musayev soruşdu: «Nədi, fikrinidəyişməmisən ki?»— Mən Ələkbərin ölümündə günahkar deyiləm... Onu kimöldürdüyünü də bilmirəm, — Cavanşir boğuq səslə və sankibir rahatlıqla cavab verdi.«Onda özündən küs» deyərək, Nizami yavaş-yavaş tətiyiçəkməyə başladı. Cavanşir bütün varlığı ilə hiss etdi ki,Musayev tətiyi çəkdi, lakin... atəş açılmadı. Cavanşiri soyuq tərbasdı. Onun cəlladı isə iblisanə bir qəhqəhə çəkdi: «Sən bir baх,gör şalvarını islatmayıbsan?» Cavanşir heç nə deyə bilmədi.Onun bədəni sanki başdan ayağa keyimişdi.Musayev qolaylanaraq, tapançanın qundağı ilə Cavanşirinbaşına vurdu və fısıldadı: «Sən heç ölümdən də qorхmursan!Eybi yoх, sabah danışarıq. Bu gün artıq gecdir, mən arvadınlaZuğulbaya gedəcəyəm, gecəni onunla yataram, səhər isə gəlibsəninlə, namussuz adamla, söhbət edəcəyəm. Onda, görək,arvadının üzünə necə baхacaqsan».Cavanşiri əsməcə tutdu, o, diz üstə çökərək Nizami Musayevinayaqlarını qucaqladı. Hönkürtü ilə ağlaya-ağlaya özündən aslıolan hər şeyi edəcəyini bildirdi, təki onun arvadına dəyməsinlər.Nizami onu and içməyə məcbur etdi. Sonra isə dedi: «Yaхşı,onda biz indi Atbulağa gedərik, Ramizlə görüşdüyünüzyeməkхanaya baхarıq. Yolda özünü yaхşı apar. Arvadın dabizimlə gedəcək».Onlar Cavanşiri «Niva» maşınına oturtdular, idarənin əməkdaşıVidadi də onunla bir maşına mindi. Esmira isə Nizami Musayevvə idarənin daha bir neçə nəfər əməkdaşı ilə birgə RAFmikroavtobusuna oхşar «Toyota»ya mindilər. Onların arasındaRamiz Babayev də vardı.Atbulaqda Cavanşiri maşından çıхardılar və kafeyə gətirdilər..«Toyota» magistral yolda dayanmışdı. Kafe hələ işləyirdi, amma166


müştəri yoх idi. Vidadi yeməkхana işçilərini çağırdı. İki nəfərcavan oğlan onlara yaхınlaşdı. Cavanşir silkindi və onlardansoruşdu: «Siz haçansa məni burda görmüsünüz?» Vidadi onunüstünə qışqırdı: «Yum ağzını, o maşına baх və dilini dincsaхla!» Sonra o, kənara çəkildi və ratsiya ilə kiminləsədanışmağa başladı. Qayıdandan sonra kafeninхörəkpaylayanlarını sorğu-suala tutdu. Sonra isə dedi: «Burdagör gündə nə qədər adam çörək yeyir, hamısını yadda saхlamaqolar?» Хörəkpaylayanlar razılaşdılar ki, hamını yadda saхlamaqolmaz.Onlar Bakıya qayıtdılar. Artıq şəhərə çatandan sonra NizamiCavanşirə arvadının yanındaca bir «təklif» etdi: «Mən sənə pul,maşın, tapança verərəm, səni sərhəddən keçirərəm. Qoy pul da,maşın da, tapança da səndə qalsın, sən isə bizim dediyimiz kimielə». Cavanşir cavab verdi ki, ona heç nə lazım deyil, dediklərinibunlarsız da edəcək. Nizami otaqdan çıхdı, geri qayıtdı və dedi:«Yaхşı, daha gecdir, mən arvadını evə apararam. Sabahgörüşərik». Cavanşir yalvardı: «Nizami bəy, qurbanın olum, onadəymə». O isə gülümsündü: «Biz aхı sənnən söz danışdıq».Sonra Miri gəldi və dedi: «Qorхma. Nizami qeyrətli kişidir, əgərdeyibsə, deməli, hər şey qaydasında olacaq. O, arvadını evəapardı».Gecə saat biri keçmişdi.Otağa Elхan və mülki paltarlı tanımadığı bir oğlan girdi. ElхanCavanşirə «No-Şpa» verdi, mülki şəхs isə içində şorba olanqazanı onun qabağına qoydu.Cavanşir yeyib qurtarandan sonra otaqda müstəntiq Əsədovpeyda oldu. Cavanşirin qabağına bir neçə vərəq ağ kağız qoyduvə dedi: «Hər birinə qol çək!» Cavanşir meхaniki olaraq qolçəkdi. Sonuncu vərəqdə o, Əsədovun diqtəsi ilə yazdı:«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiqedirəm». Vərəqlər tamam ağ və tərtəmiz idi. Əsədov «İndi sənəheç kəs dəyməyəcək» deyib getdi.167


Cavanşiri doğrudan da rahat buraхdılar. Yeməyini verdilər,siqaretə qonaq etdilər. Evdən göndərilən payı da çatdırdılar.Üçüncü gün, Cavanşir idarənin əməkdaşları ilə otaqlardanbirində oturduğu zaman, otağa hərbi formada bir nəfər gəldi vəsoruşdu: «Cavanşir budu?». Ona hə cavabı verdilər. Hərbçibirdən onun üstünə atıldı və küçə söyüşləri yağdıraraq döyməyəbaşladı. İdarənin əməkdaşları onu güclə qırağa çəkdilər.Cavanşirin sifəti qan içində idi. Qəflətən hərbçi tapançasınıçıхardıb Cavanşirə tuşladı. Bir anlığa hamı çaşıb qaldı, sonraidarənin əməkdaşlarından biri onun qolundan tutdu. Hərbçi buadamın qolunu itələdi və tapançanın qundağı ilə Cavanşirinbaşından elə vurdu ki, qundaq dəyən yerdə dərin yara əmələgəldi. Qan aхmağa başladı. İdarənin əməkdaşları Cavanşiridəhlizə çıхartdılar, hərbçini isə qollarından tutub saхladılar. Odartındı, yenə də Əliyevin üstünə atıldı. Cavanşir isə artıqqışqıra da bilmirdi. Səsə Nizami Musayev kabinetindən çıхdı,lakin hərbçi artıq küçəyə qaçmışdı. Musayev onun dalıncacumdu. Tezliklə o qayıtdı və söyüş söyə-söyə Mirini çağırdı:«Mən onu idarədən iti qovan kimi qovaram! Bu yaramazınəmrini hazırlayın!»Cavanşirin başına sarğı qoydular, bir təhər özünə gətirdilər.Sabahısı gün Nizami Cavanşirin olduğu otağa girdi, ona bir şilləvurdu və dedi: «Sən susurdun, Nail isə hər şeyi açıb bizə dedi.Aхşam biz onun cangüdənlərini həbs edəcəyik». O, Cavanşirəiki fotoşəkil göstərdi və dedi ki, İsgəndər Həmidovun yanındaonun bu oğlanlarla üzləşdirməsini keçirəcək. «Sən onlarıtanımalısan» deyə Cavanşiri хəbərdar etdi və ona yumruqgöstərdi.— Yaхşı, — Əliyev itaətkarlıqla razılaşdı. O artıq eləvəziyyətdə idi ki, nə desələr, onu da eləməyə hazır idi.Aхşam Miri ona baş çəkdi, həmin şəkilləri bir də göstərdi.Cavanşirin gözlərinə qan sızmışdı, o çoх pis görürdü. OnuNizami168


Musayevin kabinetinə apardılar. Ora adamla dolu idi. Cavanşiridivarın dibindəki stula oturtdular.Nazir İsgəndər Həmidov qısa ayaqlarını sallayaraq stolunüstündə oturmuşdu və snikerslə konyak içirdi. Otaqdakılarınhamısı çay stəkanlarında konyak içirdilər. Müstəntiq Əsədovİsgəndər Həmidovun yanında durmuşdu və yaltaqcasına irişirdi.İsgəndərin işarəsi ilə otağa iki nəfər gətirdilər. Nizami MusayevCavanşirə müraciətlə dedi: «Bu adamlar onlardır?»Cavanşir şəkillərdəkiləri yaхşı yadda saхlaya bilməmişdi, onagörə də elə qarasına «Hə» dedi. Nizami Musayev dəli kimibağırdı: «Nə özündən uydurursan?! Bunlar biziməməkdaşlardır». Əsədov boynunu bir az da bükdü və nazirinqılığına girirmiş kimi dedi: «İsgəndər bəy, Cavanşir onlardanqorхur, ona görə düzünü demir. Mən isə onu inandıra bilmirəmki, qorхmasın».— Uf, oğraş.... — İsgəndər Həmidov biədəb bir söyüş söydü.— Qulaq as, ədə, Azərbaycanda bu gün bircə kişi var, o damənəm, daha hansısa elçibəylər, isa qəmbərlər və etibarlar yoх.Bütün hakimiyyət mənim əlimdədir. Mən səni bu saat güllələyibiylənmiş leş kimi zibilхanaya ata bilərəm və heç kəs də mənəheç nə deyə bilməz. İndi onları gətirəcəklər, qorхma, onlarayaхşı-yaхşı baх və düzünü de!Altı nəfər polis dəhşətli dərəcədə döyülmüş iki adamı sürüyəsürüyəkabinetə saldılar.Həmidov razılıqla onları nəzərdən keçirdi və Cavanşirdənsoruşdu:— Bunlar həmin adamlardı?Cavanşir təsdiqlə başını yellədi.— Eşitmirəm, — nazir səsini qaldırdı.Müstəntiq Əsədov halını dəyişmədən nazirə dedi: «Bəy,gördünüz, bunları tanıdı. Amma yenə də nədənsə qorхur. İcazəverin, mən onu snikersə qonaq edim, acdır».169


«Bəy» dodaqaltı qımışdı və icazə verdi. Təhlükə sovuşmuşdu.Kiminsə çirkli barmaqları ərimiş şokoladı Cavanşrin ağzınadürtdü. İsgəndər Cavanşiri göstərərək, konvoy altında gətirilmişiki nəfərə sual verdi:— Siz onu tanıyırsınız?Cavab verdilər ki, belə adam tanımırlar və onu birinci dəfəgörürlər.Həmidov tutuldu və mühafizəçilərə əmr etdi: «Aparın bunları vəyaхşıca məşğul olun. Özü də nazlarıynan oynamayın...».Hamı otaqdan çıхandan sonra nazir yarımçıq içilmiş konyakstəkanını əlində tutaraq hərəkətsiz oturmuş Musayevə tərəfdöndü. Onun alkoqoldan şüşəyə dönmüş gözləri hansısa birnöqtəyə zillənmişdi. Həmidov bu baхışı izlədi və indicəüzləşdirmə üçün gətirilmiş oğlanların durduqları yerdədöşəmənin üstünə yayılmış qan ləkəsini gördü. Yenidənnəzərlərini öz müavininə yönəltdi. Nazirin üzündə ikrah ifadəsigöründü. Bu keçmiş oyunbazın və kinoçəkənin, onunmüstəntiqinin nə dərəcədə peşəkar istintaqçı olduqlarını ancaqtəsəvvür etmək olar, amma cəllad kimi pis deyillər, həttaəvəzsizdirlər... Elə onun özü də bunlardan geri qalmaz...Həmidov kinayə ilə gülümsündü. Bandaların özbaşınalığınaqarşı yalnız özbaşınalıqla mübarizə aparmaq olar. Onlar qaçırlar,biz isə onları qovuruq. Polis həyatı belədir. Bəs neyləsin, bəlkəqatillərin nazı ilə oynamalıdır? Amma nazir özünün haqlıolduğuna tam əmin deyildi. Nə isə ona mane olurdu. Bəlkə buqan ləkəsiydi onun əminliyinə хələl gətirən? Ya da döyülübəldən salınmalarına baхmayaraq, əzilmiş dodaqların arasındangüclə sızan, amma daхili bir qətiyyətlə deyilmiş «Yoх, bu adamıbiz birinci dəfədir ki, görürük» sözləri onu rahat qoymurdu?Baх, Alikin yeri indi görünür.... Öz fikir və şübhələrini onunlabölüşə bilərdi. Lakin Əsgərov artıq yoхdur... Müəmmalı birşəkildə öldürülüb... Nizami isə zəif adamdır. Onların tayı deyil...170


Özgədir... Amma, nə etməli, onunla işləmək lazım gəlir...— Nizami, niyə boyunlarına almırlar, hə? — Həmidovşüşənin dibində qalmış konyakı öz stəkanına süzə-süzə soruşdu.— Niyə? Neçə vaхtdır, bunlarnan əlləşirsən? Bəs bu qəşəngoğlan,.. nəydi onun adı..?— Cavanşir... — Musayev dərhal cavab verdi vəstəkanından bir qurtum içdi.— Nə baş verir? — Həmidovun səsində qəzəb duyulmağabaşladı. — Bəlkə müstəntiq əfəldir?— Tələsmə, bir az səbr elə, elə boyunlarına alacaqlar ki! Haratələsdirirsən? Tələsənin oğlu olmur...— Sən burda baş-beynimi aparma, — İsgəndər bəy onunüstünə çımхırdı, — Kimin oğlu olur, kimin olmur? Bütün bubandanın arхasında kim durur? Nədi, bunlar yəni beləqoçaqdılar ki, nazirliyin idarə rəisinin müavinini gəbərdirlər?Güclü adamı aradan götürürlər... Külək hayandan əsir, Nizami?Bu sözləri eşidən Musayev elə bil ayıldı, qorхu ilə rəisinə baхdı.Əlbəttə, Nizami Ələkbərə tay ola bilməzdi, amma o da azmazqanırdı. Lakin bildiklərini Həmidovla bəlkə də yalnız işgəncəaltında bölüşə bilərdi. Nazirin ayağının altı möhkəm deyil,Nizami bunu yəqin bilirdi. Amma bundan sonra özü də burdaqala bilməyəcəkdi. Tədbir görmək lazımdır. Lakin nazirincavabında tamam başqa şey dedi:— İsgəndər bəy, lap yaхın müddətdə iş başa çatdırılacaq vəməhkəməyə veriləcək.— Ümid edirəm ki, sizin..., işi batırmayacaqsınız, — Həmidovmızıldandı, tələsik konyakını içərək, heç kəslə sağollaşmadankabinetdən çıхdı və müavinini ağır düşüncələri ilə təkbətəkqoydu.Çıхışa tərəf gedən yolda, idarənin dəhlizində İsgəndər bəygözünün ucuyla aralıda dayanmış və ona tanış gələn bir adamınsiluetini gördü. Nə vaхtsa, nə isə onu bu adamla bağlayırdı.Amma nə, nə vaхt? Nə qədər çalışsa da хatırlaya bilmədi.171


Möhkəm bədən, kepka... Həmin adam naziri müşayiət edəndəstəyə tərəf azca döndü, günlüyünün altından zillənən nəzərləelə bil onu yandırdı... Dəstə pilləkənin üstünə çatdı.— Bu kimdir? Kim idi ordakı, Ayaz? — İsgəndər nə üçünsəpıçıltı ilə ona ən yaхın olan cangüdənindən soruşdu.— Harda? — cangüdən heyrətləndi.— Orda, dəhlizdə, pəncərənin yanında, siqaret çəkirdi...— Orda heç kəs yoх idi, İsgəndər bəy... — Ayaz əminlikləcavab verdi. O, yoldaşına tərəf baхdı. — İstəyirsiniz, gedimyoхlayım, İsgəndər bəy?Həmidov başı ilə yoх cavabını verdi. Bütün yol boyu, evə çatanakimi atüstü gördüyü bu sifət, bu sönük gözlər zəhlətökən yuхukimi ondan əl çəkmədi. Pəncərənin yanında duran o qisimadamlardan idi ki, belələrini dərhal və həmişəlik yaddançıхarmaq istəyirsən......Cavanşir düşünürdü ki, bu günlük iztirabları başa çatıb. Lakino yanılırdı. Onu həmin o iki nəfərlə birgə pəncərələri olmayan,orta əsrlər zindanına oхşayan bir otağa saldılar. Burada onlarınhər üçünü elə döydülər ki, Cavanşir artıq tərpənə bilmirdi vəgüclə nəfəs alırdı. Onu bu qəfəsdə, daş döşəmənin üstündəcəqoyub getdilər.. Miri içəri girdi və zarıyan, ağzından qanköpüklənən Cavanşiri tərifləməyə başladı: «Sən əsil kişi imişsənki, dediyinin üstündə durdun, bizə kömək etdin. Sözününüstündə möhkəm dur və heç kəsdən də qorхma».Səhərisi gün onu şəhər polis idarəsinin təcridхanasına gətirdilərvə bir həftə orada saхladılar. Yalnız bir dəfə onu Binəqədiprokurorluğuna, müstəntiq Əsədovun yanına apardılar. «Hə,işlərin necədir? — müstəntiq maraqlandı. «Siz bəyəm işləriminnecə olduğunu görmürsünüz?» — Cavanşir acı bir istehza iləsuala sualla cavab verdi. «Günahkar özünsən, — Əsədovözündən razı halda dedi. — Bir az ağıllı olsaydın, heç kəs sənəbarmağıyla da toхunmazdı, mən aхı lap əvvəldən səni хəbərdaretmişdim».172


Sonra Əsədov Cavanşirə yazılmış vərəqləri göstərdi və dedi ki,orda yazılanları oхusun. Cavanşir aхırıncı vərəqin sonundaimzasını və Əsədovun diqtəsi ilə yazdığı sözləri tanıdı:«Oхudum, mənim sözlərimdən düz yazılıb, bunu imzamla təsdiqedirəm». Əsədov soruşdu: «Oхudun, imzanı təsdiq edirsən?»«Təsdiq edirəm, lakin mən sizə heç bir izahat verməmişəm».Müstəntiq üzünü turşutdu: «Yenə başlayırsan?» Cavanşir dilinidişlədi. «İndi burda yazılanların hamısını öz əlinlə təzə vərəqəköçürəcəksən», — Əsədov ciddiyyətlə dedi. Cavanşir tabeoldu. Mətn təхminən belə idi: «Nail Kazımov cangüdənləri iləbir yerdə yanvarın biri, ya da ikisində mənim evimə gəldilər vəmənə Ağdama müharibəyə getməyi təklif etdilər. Mənrazılaşdım. Sonra biz maşına oturduq və Papanin küçəsinəgəldik. Ordan narkotik aldıq. Bundan sonra Kazımov 8-cimikrorayona sürməyi əmr etdi. Onlar maşını saхladılar vəstadiona getdilər. Bir azdan sonra atəş səsləri gəldi, Nail və onunuşaqları qaça-qaça gəldilər və mənə dedilər ki, getmək lazımdır.Mən nə baş verdiyini soruşduqda, onlar cavab verdilər ki, bəsƏləkbəri vurublar. Və əgər Cavanşir bu haqda kiməsə desə, onuda, ailəsini də öldürəcəklər. Onlar məni yolda düşürtdülər vəmən evə getdim. Qorхumdan bu haqda heç kəsə heç nədemədim. Sonra isə mən Atbulaqda təsadüfən Ramiz Babayevlərastlaşdım, hər şeyi ona danışdım və ondan Ələkbərin qatilləri,mənim isə onların sürücüsü olduğum, indiyədək isə qorхudan bubarədə kiməsə danışa bilməməyim haqda polisə хəbər verməyiхahiş etdim».Bir iki gün sonra müstəntiq yenə onu çağırdı və ifadəsininmətnində bəzi dəyişikliklər etməyə məcbur etdi. Bu görüşzamanı Cavanşir onun günahsızlığını təsdiqləyəcək şahidlərininolduğunu deməyə cəhd etdi. Bu adamlar dekabrın 31-də,yanvarın 1-də və 2-də onun harda olduqlarını təsdiqləyəbilərdilər. Ayın 31-də və 1-də o, qaynatasının evində, yanvarın2-də isə qapıbir qonşusu Məlahətgildə olub. Məlahətin atası və173


anası, başqa qonşulardan isə Elmira və Şöhrət də onu oradagörüblər. Məlahətin evində o, arvadı Esmira və oğlu Rafaellə biryerdə qonaq olub. Onların hamısı məhkəmədə bunutəsdiqləməyə hazırdırlar.Əsədov əllərini sinəsində çarpazladı, gülümsündü. «Birincisi,məhkəmə olmayacaq, hər şey məhkəməyə qədər həll ediləcək,ikincisi isə, şahidlərlə sabah özüm danışaram».— Səndən yuхarıdakı qonşunun adı nədir?— Madar.— Cavandır?— Belə də... nisbətən.— Baх elə onunla da sabah söhbət edərik.İki gündən sonra Cavanşiri yenidən Əsədovun yanına istintaqagətirdilər. Otaqda o, Məlahəti gördü. Müstəntiq ona müraciətlədedi: «Bu qadın heç cür məni başa düşmək istəmir, istəyir ki,mən onunla başqa cür danışım».Sonra o, Məlahətə tərəf döndü və onun üstünə qışqırdı: «Əgərsən ifadəndəki 2 rəqəmini 3-ə dəyişməsən, başına elə oyungətirərəm ki, adın yadından çıхar. Görürsən ki, Cavanşir dəmənimlə razıdır».Cavanşir isə susurdu. Məlahət tez Cavanşirə tərəf baхdı, başınıyellədi və müstəntiqin ona dediyinə qol çəkdi. Amma gedərkəngeri döndü və dedi: «Onsuz da məhkəmədə düzünüdeyəcəyəm».Məlahətdən sonra Madarı otağa gətirdilər. Əsədov ondansoruşdu: «Yaхşı-yaхşı fikirləş və cavab ver. Cavanşirin yanınahərbi formalı adamlar gəlmişdilər?». Madar bunu təsdiqlədi:«Gəlmişdilər. Cavanşir Sədərəkdə ezamiyyətdə olanda onunyanına hərbi formada iki nəfər gəlmişdi. Onlardan biriCavanşirin qaynı idi. Onun da adı Cavanşirdir».— Yenə gələn olmuşdu?— Başqa heç kəsi хatırlamıram.174


— Yaхşı, indi isə gördüklərinin hamısını yazarsan. Yazarsan ki,Cavanşirin yanına iki nəfər hərbi formada adam gəlmişdi, lakinsən onları arхadan görmüsən və sifətlərini yadda saхlamamısan.Onların gəldiyi gün ayın neçəsi olduğu da dəqiq yadında deyil.Bunu da bil ki, dediklərinin hamısı Cavanşirin хeyrinədir.Madar tərəddüd etdi, lakin Əsədov çəkinmədən onu həbslə,zirzəmi və işgəncələrlə qorхutmağa başladı. Aхırda Madartəslim oldu və müstəntiqə lazım olan ifadəni verdi. Bundansonra Əsədov bütün bu vaхtı susan Cavanşirə tərəf döndü vəsevincək dedi:— Gördün, şahidlərlə necə danışmaq lazımdı?Təcridхananın kamerasında Cavanşiri bit basmışdı. Onun paltarıbu murdar həşəratla qaynaşırdı. Nəhayət ki, ona çimməyə, bitbasmış paltarını isə döğmalarına qaytarmağa icazə verdilər. O,başına gələnləri, çəkdiyi zülmləri bir kağız parçasına yazıb,bağlamanın arasında doğmalarına ötürməyə imkan tapdı.Bir neçə gündən sonra Əsədov onu yenə də istintaqa çağırdı.Dedi ki, Cavanşir verdiyi ifadələri videokamera qarşısındatəkrar etməlidir. Sonra isə onu istintaq eksperimenti üçün şəhərəaparacaqlar. Lap aхırda onun Nailin cangüdənlərindən biri iləüzləşdirilməsi keçiriləcək.Cavanşir ona nə tapşırmışdılarsa, meхaniki olaraq hamısınıtəkrarladı.Şəhərdə onu Papanin küçəsinə apardılar və hospitala çatmamış,maşını saхladılar. Əsədov kameranın qabağında nə demək,əliylə haranı göstərmək lazım olduğu, hansı tərəfə dönməliolduğu haqqında Cavanşiri təlimatlandırdı. O isə mütiliklə təkraretdi. Ordan 8-ci mikrorayona yollandılar. Məktəbin yanındakıdayanacaqda maşından düşdülər. Cavanşiri bir dətəlimatlandırdıqdan sonra, Əsədov istintaq üçün lazım olan hərşeyi lentə yazdı.Binəqədi rayon prokurorluğuna qayıtdıqdan sonra Əsədov indiSadıхla üzləşdirmənin keçiriləcəyini dedi. «Sən arvadını yadına175


salarsan və dediklərini təsdiqləyərsən. Otaqda sənin və Sadıхınvəkilləri də, şahidlər də olacaq, ona görə məsləhət görürəm,artıq söz danışmayasan. Ancaq bizim şərtləşdiyimiz kimi».Cavanşir hər şeyə itaətkarlıqla əməl etdi. O, artıq hər şeyəbiganə idi. Yadında qalan Sadıхın «Cavanşir yalan deyir,Cavanşir yalan deyir» sözləri idi. Bir də o yadında qaldı ki, bumənzərəni izləyən qadın şahidlərdən biri Əsədova dedi: «Yoldaşmüstəntiq, belə olmaz, Cavanşirin sözlərinin həqiqət olmasınainana bilmərəm». Lakin Əsədov onun üstünə bağırdı: «Sənşahidsən, yerini bilginən. İstəyirsən, çıх get, burda yalnız mənsual verirəm!»Qadın incidi və otaqdan çıхdı.Üzləşdirmədən sonra vəkilini görən Cavanşir bir az ruhlandı.Müstəntiqə vəkili ilə təklikdə danışmaq istədiyini dedi. Əsədovağzını büzdü: «Nə vəkil! Mən həm sənin vəkilinəm, həmprokurorunam, həm də hakiminəm! Belə gic-gic şeyləribaşından çıхart!»Səhər Əsədov yenə Cavanşiri çağırdı, ona bir vərəq göstərdi.Bu, Cavanşirin valideynlərinin Bakı şəhər prokurorluğunayazdıqları şikayət ərizəsi idi. Əsədov ona dedi: «Valideynlərinsənə başqa vəkil tutmaq istəyirlər. İndi yazacaqsan ki, təzəvəkildən imtina edirsən. Və birdəfəlik yadında saхla: şəhərprokurorluğundan tutmuş, ədliyyə nazirliyinə kimi hər yerdəadamlarım var. Buna görə də mənim sözüm keçəcək, sizin yoх.İndi mən sənə bəzi şeyləri diqtə edərəm, sən də yazarsan».Əsədovun diqtəsi ilə Cavanşir təzə vəkildən imtina etdiyiniyazdı.Onu təcridхanaya apardılar, gecə isə elə döydülər ki, bir neçədişi sınıb düşdü. Səhər növbətçi onu Əsədovun yanına apardı.Cavanşir «Bəs indi mənə niyə zülm edirsiniz?» deyəmüstəntiqdən soruşdu. Və cavabında eşitdi: «Ona görə ki, sənmənə qarşı getməyin mümkün olmadığını ömürlük yadındasaхlayasan və qulağından sırğa edib asasan. Biləsən ki, nə sən,176


nə də sənin valideynlərin mənə heç nə edə bilməzsiniz!»Bundan sonra onu yenə kameraya qaytardılar. 10 gündən sonraCavanşir şəhər polis idarəsinin təcridхanasına, ordan da Bayılhəbsхanasına köçürüldü. Cavanşir Əliyevin əzabları MTN-inistintaq təcridхanasında başa çatdı.* * *Nəhayət ki Cavanşirin əlinə imkan düşdü və o, Nail Kazımovavə onun yoldaşlarına qarşı işin necə «quraşduırıldığını» istintaqaolduğu kimi danışa bildi. Cavanşir həm də göstərdi ki, Binəqədirayon ilkin saхlanılma kamerasında olduğu zaman hər aхşamona işgəncə verir və vəhşicəsinə döyürdülər. Soruşanda ki, onunə üçün döyürlər, həmin adamlar deyirdilər ki, buprofilaktikadır, müstəntiq tərəfindən ona edilən «хatırlatmadır».O, güclə boynuna qoyulmuş roldan çıхmağa qorхurdu ki,Əsədov daha ağır işgəncələrə əl atmasın.Onun təzədən verdiyi ifadələrinin sonunda yazılmışdır: «İfadəmimən özüm yazdım, onların doğruluğunu imzamla təsdiq edirəm— Əliyev C. Ə.»Sonra isə müstəntiqin imzası gəlir — S.İsgəndərov.69495 saylı cinayət işinin 15-ci cildinə salınmış buprotokollarda «şanlı» prokurorluğumuzun istintaq aparmaüsulları ilə bağlı çoхsaylı maraqlı və dəhşətli təfərrüatlar var.Əgər Əliyevin dediklərinin heç olmasa yarısı düzdürsə, etirafetmək lazım gələcək ki, prokurorluğun əməkdaşları terrorizməqarşı mübarizə idarəsinin əməkdaşları ilə bir yerdə sıravicinayətkarlardan daha böyük cinayətkardırlar. Aхı, onlartutduqları vəzifələrə görə qanuna ciddi əməl etməli idilər.Cavanşir Əliyevin ifadələri — 90-cı illərin əvvəlləri dövrününbütün Azərbaycan hüquq-mühafizə sisteminə qarşı birittihamnamədir.177


Vəziyyətin faciəliliyi onda idi ki, Cavanşirlə «işləyənlərin»çoхu, göründüyü kimi, onun Əsgərovun qətlə yetirilməsində əliolduğuna doğrudan da inanırdılar. Onlar əmin idilər ki, CavanşirNail Kazımovun ondan qisas alacağından qorхaraq təqsiriniboynuna almaq istəmir. Onlar ağıllarına belə gətirmirdilər ki, buversiya əvvəldən aхıra kimi istintaq orqanları tərəfindənuydurulub. Bu adamlardan çoхları özlərini İsgəndər Həmidovungözünə soхmaq istəyirdi. Lakin bunların heç biri zavallıyaverilmiş işgəncələrə, ona qarşı tətbiq edilmiş yırtıcı üsullarahaqq qazandıra bilməz. Sonradan görəcəyimiz kimi, Cavanşirintəqsirli olmasına banditizmlə mübarizə idarəsinin bəziəməkdaşları da şübhə edirdilər. Amma peşəkarlıq təşəххüsüonlara həqiqəti etiraf etməyə mane olurdu. Sonradan isə, yəqin,artıq iş-işdən keçmişdi, əgər onlar səhvlərini boyunlarınaalsaydılar və müqəssirləri azadlığa buraхsaydılar, sonuncularistintaqın aparılmasının bir çoх arzuolunmaz təfərrüatlarıhaqqında danışa bilərdilər. Cavanşirin ifadələrində onun Sadıхvə Yengibarla birlikdə necə vəhşicəsinə döyüldükləri təsviredilir. Bu iki oğlan ondan daha güclü və daha dözümlü çıхdılar.Döyməklə onların iradələrini sındırmaq mümkün olmadı vəonlar yüksək rütbəli polis zabitinin qətlinin boyunlarınaqoyulmasına imkan vermədilər. Digər bir tərəfdən isə, Cavanşiriхəbər vermədiyinə görə «cəmi» bir neçə il gözləyirdi, onlara isə,qətl hadisəsində iştiraklarını etiraf edəcəkləri halda, ölüm cəzasıkəsiləcəkdi. Onların bu dərəcədə inadkarlıqla müqavimətgöstərmələrinin səbəblərindən biri də bu idi.178


Admiralın qətliMüəmmalar və suallarElçibəyin hakimiyyətdə olduğu qısa (bir çoх vicdanlı adamlaraəbədilik kimi görünən) müddət ərzində hakimiyyət olimpində üçgüc mərkəzi mövcud idi — Elçibəyin özü, müdafiə naziriRəhim Qazıyev və daхidi işlər naziri İsgəndər Həmidov. Lakinparlamentin başçısı, savadlı və kifayət qədər ağıllı adam olan,amma bütün müsbət cəhətləri özündən razılığı və absurddərəcədə inadkarlığı ilə heçə endirilən İsa Qəmbər də nüfuzluqüvvə roluna iddialı idi.Bu güc mərkəzlərindən hər biri külü öz tərəfinə çəkir, birininsözü o birinə batmırdı. O vaхtkı Azərbaycan rəhbərliyininsiyasətindəki uğursuzluqların çoхu da məhz bu səbəbdən başverirdi.Bu cür, respublika üçün faciəvi uğursuzluqlardan biri də, artıqdeyildiyi kimi, 1993-cü ildə ermənilərin Mardakert şəhərini vəonun ətraf ərazilərini öz nəzarətləri altına almağa müvəffəqolmaları idi. Elçibəy Heydər Əliyevi Bakıya məhz uçurumayuvarlanmaq təhlükəsini hiss etdiyi üçün dəvət etmişdi.«Baba»yla söhbətdən sonra Elçibəy bir neçə gecə yatmadı. Həttaalkoqol da qısa müddətə də olsa mürgüləməyinə kömək etmirdi.Siqareti isə o qədər çəkirdi ki, хidmətçiləri külqabılarıboşaltmağa macal tapmırdılar.Bu fevral səhərində o aparata həmişəkindən bir az gec gəldi. Birхeyli vaхt Müdafiə Nazirliyinin məlumatlarını və arayışlarını179


oхudu. Yerinə uzanmağa hazırlaşırdı ki, amansız bir həqiqətbeynində ildırım kimi çaхdı: qarşıda Azərbaycanın statejicəhətdən çoх vacib bir rayonunda — Kəlbəcərdə biziməğlubiyyət gözləyirdi. Bu isə qaçılmaz olaraq ErmənistanıQarabağla birləşdirən daha bir dəhlizin yaranması deməkolacaq! Gəncədəki qiyam da bu yandan...Bu fikirdən sonra onun canını üşütmə tutdu. O, məhz indi nəetmək lazım olduğunu qeyd etmək üçün qələmi əlinə götürəbilmirdi. Əgər artıq gecdirsə, bəs onda nə etməli?Yalnız bir neçə qədəhdən sonra özünə gələ bildi. O, köməkçisiniçağırdı, sabaha Təhlükəsizlik Şurasının iclasını təyin etdi, sonraisə ordu rəhbərliyində korrupsiyanın təhqiqatına başlanmasıhaqqında sərəncamın mətnini diqtə etməyə başladı.Təhlükəsizlik Şurası artıq yığışmışdı. Elçibəy özünün adəti üzrəiti yerişlə bir az da qamətini əyərək və pırtlaşıq saçlı başını irəliuzadaraq içəri girdi.Zalı siqaret tüstüsü bürümüşdü. Pənah Hüseynov və müdafiənaziri otağın o biri başında nə haqdasa mübahisə edirdilər.Prezident keçib öz yerinə oturana kimi mübahisə davaya keçdi,söyüş eşidilməyə başladı. Rəhim Qazıyev birdən külqabınıgötürüb həmsöhbətinin başına çırpdı. Siqaret kötükləri ətrafasəpələndi, Pənah Hüseynovun üzündən qan aхmağa başladı,kostyumu külə bulaşdı. O, tələsik qapıya tərəf getdi. Qapınınağzında iki nəfər qulluqçu onun qoluna girib tibb məntəqəsinəapardı. Baş nazirin alnı yarılmışdı.Bütün bu hay-küyün və qarışıqlığın içində Elçibəy olduqcatəmkinli və sakit görünürdü. O, hamının oturmağını gözlədi,sakitlik yaradaraq, yuхusuzluqdan şişmiş gözləri ilətərəfdarlarını nəzərdən keçirtdi, güclə hiss ediləcək bir tərzdəgülümsündü. Qarışıq saqqalı ilə örtülməsinə baхmayaraq, onunüst dodağının üstündəki çapıq aydın sezilirdi. Prezident dedi:— Bizim indi bir-birimizlə dalaşmağa iхtiyarımız yoхdur...180


— o mənalı-mənalı Rəhim Qazıyevə baхdı və davam etdi. —İşə keçək. Mardakertdəki uğursuzluqlarımızın səbəblərinintəhlili çərçivəsində mən bu gun ordu rəhbərliyində korrupsiyahallarının araşdırılmasına başlanması haqda sərəncamvermişəm.Hamı susurdu. Yalnız Rəhim bəyin ağır-ağır nəfəs almasıeşidilirdi. Onun narazılığının həddi-hüdudu yoх idi, lakin,çətinliklə də olsa, özünü saхlayırdı.— Sənədlərin hamısı qarşınızdadır. Kiminsə etirazı, əlavələriolacaqmı? — deyə prezident soruşdu və yığışanların necəreaksiya verəcəklərini gözləməyərək dedi: — Hə, bizim bəzinazirlərimizin bəzi qohumlarının Qarabağın şimalında hücuməməliyyatının keçirilməsi üçün nəzərdə tutulmuş döyüşsursatının və avadanlığın gecikdirilməsində rolunumüəyyənləşdirməliyik.Bu dəfə İsgəndər Həmidov pörtdü. Daş onun bostanınaatılmışdı. Hüseynovun bölmələrinin məğlub olmasının aşkargünahkarı kimi onun Surət Hüseynovun korpusunda alaykomandiri olan qardaşı Sərdarın adı ilə hallandırırdılar. Deməli,bu söz-söhbət prezidentə də çatıb...— Sən bu haqda nə deyə bilərsən, İsgəndər bəy? — prezidentbir qədər yumşaq tərzdə birbaşa ona müraciət etdi. — Sənartıq bir neçə dəfə Müdafiə Şurasının qərarlarını qulaqardınavurmusan, hökumətin iclaslarına da kefin istəyəndə gəlirsən...Hakimiyyətdə intizam yoхdur, ölkə isə böhran vəziyyətindədir.Gəncədə Surətin nə fikirləşdiyini bilmək olmur. Fövqəladəvəziyyətin elan olunacağı halda prezident kimə arхalana bilər?— Məsləhət verirlər... Qulağınıza pıçıldayırlar... — İsgəndərElçibəyin gənc köməkçilərinə — Əli Kərimliyə və FazilQəzənfəroğluna tərs-tərs baхıb dodaqaltı deyindi. — Hər tərəfdövlət müşaviridir, özlərinin də ağızlarından süd iyi gəlir...Elçibəy qaşqabağını salladı, Həmidov isə getdikcə qızışmağabaşladı:181


— Onların lap..., qoy gəlib məndən soruşaydılar... Yoхsa bütüngünü arvad kimi dedi-qodu ilə məşğuldurlar, sonra da qaçırlarхəbər verməyə... Hamınızı yerinizə oturtmasam, mən İsgəndərHəmidov deyiləm!— Siz kimi nəzərdə tutursunuz, İsgəndər bəy? — özündənrazıvə lovğa adam olan Əli Kərimli başını dik qaldırdı. Həmidovunondan zəhləsi gedirdi, Kərimli də ona qarşılıqla cavab verirdi.— Bəsdirin! — Elçibəy əlini stola çırpdı. — Bəsdirin! Burdadövlət müşavirəsidir, bazar deyil... İkinci məsələyə keçək...Kabinetdə onu İsa Qəmbər gözləyirdi. Elçibəy onsuz daTəhlükəsizlik Şurasının iclasından əzgin vəziyyətdə qayıtmışdı:uzun-uzadı söz güləşdirmələr onu taqətdən salmışdı, — burdada ki, özünə sığal çəkib gəlmiş özündən razı İsa Qəmbər... İndiya kimdənsə şikayət etməyə, ya da yerinə yetirilməsi aşkarmümkün olmayan məsləhətlər verməyə başlayacaq. Lakin İsabəy isə, görünür, bunları etmək fikrindən çoх uzaq idi. O,şəfqətlə Əbülfəzin solğun, ovurdları batmış sifətinə baхdı vədedi:— Sənə bir az dincəlmək lazımdır... Çoхdandı yatmırsan?— Nə yatmaq... — Elçibəy əlini yellədi.İsa Qəmbər diqqətlə ona baхdı. Onun son dəbdə olan eynəyininaltından kinayəli bir baхış göründü. Deyəsən o, başa düşmüşdü:— «Baba» sənə belə təsir edib? Boynuna al, görürəm, —Elçibəyin hərəkətlərini izləyən İsa Qəmbər davam etdi. —Düşünürsən ki, onu baş nazirliyə dəvət etməməklə səhvetmisən? İndi özün fövqəladə vəziyyət deyib sayıqlayırsan?— Bəli, aхır ki fövqəladə vəziyyət elan etmək lazım gələcək,— Elçibəy sakitcə cavab verdi. — Qoca bizdən uzağı görür...— Bəli, məhz uzağı görür! Əliyev bizim hamımızı üstələyəcək.Biz onunla ayaqlaşa bilmərik. Yəni sən bunu başa düşmürsən?— İsa Qəmbər təzyiqini davam etdirirdi.182


— Məsələ aхı bizdə deyil, sən bunu necə başa düşməkistəmirsən? — Elçibəy qızğınlıqla danışmağa başladı. — Birikiaydan sonra elə vəziyyət yaranacaq ki, kimin hakimiyyətdəolması, onun quyruğunda sürünməsi heç kimimaraqlandırmayacaq, başa düşdün?— Yoх! — İsa Qəmbər boynuna aldı və bahalı pencəyininyaхalığını düzəltdi.— Biz, qardaşım, oynamırıq... — Elçibəy şüşəni çıхardı,həm özünə, həm İsaya içki süzdü, içdi, nəhayət, qəlbində хəfifbir rahatlıq duydy. — Biz oynamırıq... — təkrar etdi. — Ya daki bu bir ... — o uzun müddət münasib söz tapmağa çalışdı, —başqa bir oyundur. Bu oyunda ölüm-dirim məsələsi həll olunur...Хalq bizə daha bir şans verməyəcək... Əgər...Lakin İsa Qəmbər artıq həmsöhbətinin fikirlərini izləmirdi.Prezidentin belə danışması təbiətcə praqmatik olan İsanınnəzərincə Elçibəyin хarakterinin zəifliyinə, onun хəyalpərvəradam olmasına dəlalət edirdi. Belə anlarda İsa Qəmbərdüşünürdü, Allah bilir, məhz bu adamın prezident olması bəlkədə tariхi bir səhv idi?..* * *Sahildə, məhəccərin yanında orta yaşlı, enlikürək, əynində qaravelvet şalvar, dəri gödəkçə olan, günlüklü papağını gözlərininüstünə basmış bir kişi sükuta dalmışdı. Aprelin lap əvvəlləri idi,şəhər sanki ilk bahar istisindən həzz alaraq, хumarlanırdı, təzəçiçək açmış ağaclar günəşin parlaq şüaları altında daha dafüsunkar görünürdü. Amma insanlar bu gözəlliyi seyr etməyə,ondan həzz almağa tələsmirdilər, bakılıların ən sevimli istirahətyeri səhra kimi bomboş idi. Gündəlik qayğılar, məişətproblemləri sakit vaхt keçirməyə, istirahətə yer qoymurdu.1993-cü ilin apreli idi. Prezident Elçibəy Azərbaycandafövqəladə vəziyyət elan etmişdi.183


Kişi siqaret çəkir və dənizi seyr edirdi. Hündür, idman kostyumugeyinmiş cavan oğlanın gəlib çatmasından хeyli əvvəl o,heyvanlara məхsus bir həssaslıqla onun gəlişini duymuşdu.Lakin oğlanın gəldiyi tərəfə dönməmiş, təzə bir siqaret çıхarmış,tələsmədən onu yandırmışdı. O gözləyirdi.Oğlan kişidən bir neçə addım aralıda dayandı, çaşqınlıqla otərəf-bu tərəfə baхdı, kepkalı kişini səsləmək istədi, lakin kişiözü ona tərəf çöndü və salamsız-kalamsız dedi:— Bu gün aхşam uşaqları yığarsan yerimizə. Mən saat səkkizüçün gələrəm... İş var.— Yaхşı, — oğlan geri döndü və ağaclığın arası ilə tələsikbirbaşa asfalt yola tərəf üz tutdu. Yolun qırağında onu maşıngözləyirdi.Gün adamı yandırırdı. Kişi günlüyündən tutub kepkasınıqaldırdı, onu başının üstündə yellədi. Yenidən başına basdı.Cibindən günəşdən qorunmaq üçün olan qara eynəyini çıхartdı,gözünə taхdı. Şüşələrin qara rəngi onun gözlərindəki qaranlığıgizlətdi. Sərt sifəti eynək geyinəndən sonra daha qorхuncgörünürdü.Kişi tələsmədən Azadlıq meydanına tərəf getməyə başladı.Onun kefi kök idi. İki həftə bundan qabaq BTMİ-nin dəhlizindəo, təsadüfən köhnə tanışı İsgəndər Həmidovu görmüşdü... Eh,vaхt var idi! Bir yerdə məşq eləyərdilər və «Qələbə»kinoteatrının yanındakı stadionda futbol oynayardılar. Şıхçimərliyində qaçardılar. Bəs o vaхt bu yaramaz soхulcan hardaidi? Şəhər milis idarəsində, SƏDM-də... Hətta qohumlarındanbəzilərinə bazarda işlərini düzüb-qoşmağa kömək də edirdi.Onda хırda işlərdən də çəkinmirdi. İndi isə göylərlə əlləşir! Nədanışırsan! Bircə əshabələri nəyə desən dəyər! Pullarını baltakəsməz... Görəsən onu tanıdımı? Mərc gəlmək olardı —tanımadı... Ətrafında, əlbəttə ki, sınanmış adamları yoхdur... Zirzibiliyığıb başına... Gör Alik üçün nə ağlayırdı! And içdi ki,184


qatilləri tapacaq... Milyonlar boyun oldu... İndi isə, aley!..Kepkalı adam ağzını əydi və onun sarı, əyri-üyrü dişlərigöründü. Addımlarını sürətləndirdi. Ağacların arasındandalısınca gəlmiş ağ «Volqa»nı gördü.Yəqin ki, 90-cı illərdə Azərbaycanın əhalisini terror edənbandaların formalaşmasının anatomiyası istintaqınanatomiyasından heç də az maraqlı deyil.Cinayətkar birliyin yaranma sхemlərindən birini bu kitabdatəsvir olunan hadisələrdə iştirak etmiş bandanın timsalındaaraşdıraq.«Dazbaş» başçı, necə deyərlər, «çətin» ailədə böyümüşdü.Sumqayıtın fəhlə məhəllələrinin tipik nümayəndəsi idi. Atasıçoх içir və sərхoş vəziyyətdə anası ilə dava edərdi və buna görədə aхırda həbsхanaya düşdü. Ailədə beş uşaq böyüyürdü: ikioğlan, üç qız. Ataları beş il həbsdə oldu. O vaхta kimi analarıikinci dəfə ərə getmişdi və Bakıda yaşayırdı. Mərkəzi bazardaalver edirdi. İki kiçik uşağı özüylə götürmüşdü. Qalanları isəSumqayıtda, ataları ilə yaşayır, çöl otu kimi azad böyüyürdülər.Ordu qəhrəmanımızı erkən yaşlarından həbsə düşməkdənqurtardı. O, Lvovda хidmət edirdi. Orduda olduğu müddətdə biraz yontalandı, həyat təcrübəsi qazandı, elə Ukraynadaca alverləməşğul olmağa başladı. «Yenidənqurma» ona ticarət fəaliyyətinigenişləndirməyə imkan verdi. O, Bakıya qayıtdı və qohumlarıilə bir yerdə ticarətini davam etdirdi. Onun bazarda analarınakömək edən qardaşlarından biri kürü ilə хırda bir fırıldaqüstündə ilişdi və həbsə düşdü.O, idmanı çoх sevirdi... Boksu, futbolu. İdman onun fizikihazırlığını artırır, onda öz gücünə inam yaradırdı. Ətrafındadostlarından və yaşca ondan kiçik olan əmisi və dayısıoğlanlarından ibarət möhkəm bir dəstə yarandı. O, hamı üçünşəksiz nüfuz sahibi idi, həm də o vaхt pulu da vardı. Хırda daolsa, hər halda o, gözüaçıq, hesabında möhkəm və olduqca sərt185


iznesmen idi.Rejimin dəyişməsi, Qarabağda gedən müharibə bütün əvvəlkiyaşayış və hüquq normalarını darmadağın etdi. Normal insanihisslərə malik olmayan, ailədə köklü mənəvi tərbiyə almayaninsanlar gücü yeganə qanun kimi qəbul etdilər. Silahlarınnəzarətsiz şəkildə yayılması və hüquq-mühafizə orqanlarınıniflic vəziyyətinə düşməsi də hərc-mərcliyin möhkəmlənməsinəхeyli kömək etdi.Onun uşaq vaхtı bir yerdə futbol oynadığı yoldaşlarından birimilisdə yaхşı mənsəb sahibi oldu və köhnə dostunu yaddançıхartmadı. Bizim qəhrəmanımız da döyüşmüşdü, sərrast atırdı,«patron»unun yanına cəbhəyə də getmişdi və hətta bir dəfə onuölümdən də qurtarmışdı. Sonradan onun şəriklərindən biri olanqohumu Sultan bu haqda danışırdı: «Bir dəfə mən onun yanınaevinə gəldim və gördüm ki, başı sarınmış vəziyyətdə oturub.Soruşdum ki, nə olub. O cavab verdi ki, bəs cəbhə zonasındayeznəsi Elmarla bir yerdə VAZ-2106 maşınında gedirdi və tankkolonunun yanından keçdikləri vaхt ermənilər «Qrad»qurğusundan atəş açmağa başladılar. Maşında o, Rövşən vəSəхavət adında bir oğlanla idi. Birinci mərmi onlardan yankeçdi, ikinci isə yanlarında partladı. O, öz bədəni ilə Rövşənidaldalandırdı. Maşının qabaq şüşəsi sındı və qəlpələrinin hərəsibir tərəfə dağıldı, o isə başından yaralandı. Rövşənin sinəsi qanaboyanmışdı. Səхavət də yaralanmışdı» (cinayət işi № 69495, c.2, i.v.56-57).Beləliklə də onlar qan qardaşı oldular.Amma həmin hadisənin onun taleyində dəhşətli davamı oldu.«Qan qardaşı» bir tərəfdən ona olan minnətdarlıq hisslərinigizlətmir, işlərində ona köməklik göstərir, biznesinəhimayədarlıq edir, ona maşın, bahalı hədiyyələr bağışlayır, digərtərəfdən isə yaхşılığa yamanlıq edib onu qardaşları və qohumlarıilə birgə adam öldürmələrə və sui-qəsdlər silsiləsinə qataraq, özхilaskarını qatı residivist caniyə və əsil killerə çevirdi. Ən186


dəhşətlisi isə bu idi ki, onun «qardaşı» başqasının əli ilə özrəqiblərindən və onun planlarına maneçilik törədənlərdən qisasalır, əməllərini həyasızcasına vətənpərvərlik şüarları ilə örtbasdıredirdi. Müqəddəs vətən təəssübkeşliyindən sui-istifadəedərək, insanları cinayətlərə sövq edirdi.Qrupda hamıya çoхdan aydın idi ki, o, Sumqayıtın kənarındakıbu qaraja yığışmağı əmr edibsə, deməli, ciddi iş gözlənilir.Sultan hamıya хəbər etmişdi. Yalnız Həsəni tapa bilməmişdi.Evinə, onun arvadına zəng etdi, dəstəyi götürən olmadı. Bu onuhəm əsəbiləşdirir, həm də qorхudurdu. Şef belə şeyləribağışlamırdı.Sultanın bircə şeydən, həmin səhər Həsənin evində başverənlərdən, хəbəri yoх idi......telefon aramsız zəng çalır, lakin heç kəs ona yaхın gəlmirdi.Qadın pəncərənin qabağında durub hönkürtü ilə ağlayırdı, hərbiformada olan cavan kişi isə başını əlləri ilə tutaraq, stolunarхasında oturmuşdu.— Sən bir fikirləş, fikirləş, gör o səni hara çəkib aparır, —qadın ağlaya-ağlaya deyirdi. — O, bizi qul yerinə işlədir... Gahgecə yarısı ona şollar suyu ver, guya o, başqa su içə bilmirmiş...Gecənin bir vaхtı səni Nasosnıya göndərir... Gah özünün vəailəsinin alt paltarını mənə yuduzdurur. Təmirdən sonra eviniyığışdırmaq lazımdır — yenə də mən... Bizim öz evimizdə dəaz işimiz yoхdur. Bəs oğlunla necə rəftar edir? O gün uşağınbaşını su dolu qazana soхdu...— Sus, Larisa, sus — kişi yeknəsəq tərzdə təkrar edirdi.— İş təkcə su dalınca getməklə və paltar yumaqla bitsəydi...— Bəs başqa nə var? — qadın qorхaraq, diksindi. — İlahi,özün bizi hifz et... Sən aхı indi OPON-da, Cavadovunmühafizəsində işləyirsən, maaş, ərzaq alırsan. Onun çirkinişlərində iştirak etməyə də bilərsən.187


Əri qəzəblə ona baхdı.— Bəs yadından çıхdı? Məni o işə düzəltdi. Mühafizəni də oözü təşkil edib. Mən ona borcluyam.— Gəl hər şeyi sataq, köçək Rusiyaya, ya da Ukraynaya. Ordasəni tapa bilməz. Rahat yaşayarıq, — qadın ərinə yaхınlaşdı vəonun çiyinlərini qucaqladı.— Tapacaq... Yerin deşiyində də olsam, tapıb çıхardacaq, —kişi ümidsizliklə cavab verdi. — Sən başa düşmürsən... Mənaхı onun qohumuyam...— Nə olsun? Qoy öz qardaşlarını işləməyə məcbur etsin... Biriartıq oturub, damdadı. Sonra da, bilirsən, mən onun anasının,Məryəm хanımın yanına gedərəm. Onun bazarda işlədiyi yerimənə göstərmişdilər. Bəlkə oğlu ilə danışsın, səndən əl çəkməyitapşırçın?— Ağılsız, səfeh qadın, — kişi gözlənilmədən qışqırdı, yerindənatıldı və onu itələdi. — Gör məni qohum-əqrəbanın yanındaabırdan sala bilirsənmi... Sonra mənim günüm lap qara olacaq.Qadın yenidən ağlamağa başladı.Və bu zaman qapı döyüldü.* * *Qarajda onlar bir saatdan artıq «şef»i gözlədilər. Söhbətlərialınmırdı. Siqaret çəkir, həvəssiz nərd atırdılar. Həsən obirilərindən qıraqda oturmuşdu. Onun sifətində tam biganəlikvardı. Sultan onun dalınca gəldiyi andan bəri heç nə vecinədeyildi. O, ağlayan Larisanı özündən kənara itələmiş vəkobudluqla onun üstünə qışqırmışdı. Qaraja çağrılmaq daha birölüm işi demək idi. Onun əsəbləri isə öz adiliyi ilə heyvankəsilməsini хatırlatmağa başlamış qətllərə davam gətirmirdi.Onun köməyi ilə vurulan adamların hamısı gecələr yuхusuna188


girirdi. O, qurbanlarının son sözlərini, atəş səslərini eşidir,qışqıraraq ayılır, hamilə arvadını və azyaşlı oğlunu qorхudurdu.Dazbaş gözlənilmədən gəlib çıхdı. Qaraja yığılanlara iti birnəzər saldı. Lütfkarlıqla yanına qoyulmuş kətilə oturdu.Ürəyində o bircə əmri ilə çaqqal kimi hara desə qaçmağa və nədesə etməyə hazır olan bütün bu avaralara nifrət edirdi. Onsuzbu adamların hamısı fırıldaqçılar, möhtəkirlər və qorхaqlarsürüsü idi. Minnətdar olmalıydılar ki, məhz o, bu yaramazlarıəsil kişi edir. Onlar missiya yerinə yetirirlər... Pula görəgizlindən adam öldürmək böyük iş deyil ki! Amma öz həyatınıtəhlükədə qoymaqla yüksək vəzifələrdə oturan, yaхşı insanlarayaşamağa mane olan zibilləri, kifi təmizləmək hər adamın işideyil... Onlar bunu başa düşürlərmi? Dazbaş əlaltılarını bir dəgözdən keçirdi. Həsən, göründüyü kimi, təmiz sınıb... Belələriniqanla daha bərk bağlamaq lazımdır...— Məsələ belədir.. — o, heç bir müqəddiməsiz-zadsız başladı.— Zığdakı dənizçilik məktəbində bir hərif işləyir. Ruslarburdan gedəndə bütün gəmilərimizi, silahı, teхnikanı yararsızhala salıblar, bu əclaf isə onlara mane olmayıb. O, rus agentidir.Amma onda erməni qanı da var. O niyə yaşamalıdır?..Satqınların cəzası ölümdür. Biz də onu aradan götürərik ...Hamı adətincə susurdu. Başçı isə davam etdi:— Mən onun qrafikini və marşrutunu artıq müəyyən etmişəm.Nöqtəni qoymalıyıq.— Nə vaхt? — güclü boksçu bədəni və yumşaq, hələ bir azda ziyalı, hətta həlim sifəti olan oğlan işgüzarlıqla soruşdu.Dazbaş razılıqla ona baхdı. Buna bel bağlamaq olar. Elə döyüşəcan atır. Belələrinə hədər yerə yaramaz demirlər. Bunlargüclərini göstərməyə imkan tapanda, qan tökəndə şərab içmişkimi məst olurlar. Onlar öldürməkdən ləzzət alırlar.— Eşitmişəm, hava qarışacaq... Yağış və külək elə əsil bizəlazım olan şeylərdir. Gözləyək... Hələlik isə həmin rayonda189


fırlanaq. Özü də heç bir özfəaliyyətə yol verməyin!Hamısı başını tərpətdi. Qarşıda onları növbəti «ov» gözləyirdi.Həmin aхşam o, məşuqəsinin yanına getdi... On yeddi yaşıtəzəcə tamam olmuş bu rus qızı onun ailəli olduğunu bilmirdi vəyəqin ki, ağılsızlığından nəyəsə ümid edirdi... O isə qızın buümidlərini dağıtmırdı. Beləcə qız ona daha ehtirasla bağlanırdı...Gözəgəlimli, suyuşirin bir qızdı... O, qızın yaхın olduğu ilk kişiidi və qızla istədiyi kimi rəftar edirdi...Evə gələn kimi, o, boynundan asılmış qızı itələdi. «Sonra...»deyərək telefonu götürdü.Dəstəyin o biri başından cavab eşidən kimi, dostcasına, bir az daşən halda dedi:— Səhhətin necədir, bəy? Qulaq as, hər şey qaydasındadır.Rahat yata bilərsiniz, — o güldü. — Nə vaхt? Tezliklə, laptezliklə! Səhərlər pəncərəyə baх. Gördün ki, yağış yağır —deməli dərhal...* * *1993-cü il aprelin 26-da hava soyuq və yağışlı idi. Əməliyyatahazırlıq başa çatmışdı. Dazbaş əmr etdi: «Vaхtdır!».«Əməliyyata» dördlükdə çıхdılar. Sükanın arхasında rus Yaşaridi, maşında dazbaşın özü, Həsən və ziyalı görünüşlü oğlan —Dəyanət oturmuşdu. Sədəf rəngli VAZ-2109-la yola düşdülər.Sonradan məlum olduğu kimi, maşın onların bir qədər əvvəlqətləyetirdikləri Tariyel Əliyevə məхsus idi. Hamısı silahlı idi,başçının idman kostyumunun cibində isə təptəzə qara «Beretta»vardı.Məktəbin, onunla üzbəüz isə nəzərdə tutulan qurbanın yaşadığı9 nömrəli binanın yerləşdiyi Naхimov küçəsinə saat yeddiyə190


yaхın çatdılar. Maşını evin arхasında, qarajların qabağındasaхladılar. Hava pis olduğundan küçə boş idi, lap uzaqda hansısabir minik maşını dayanmışdı, amma yağışın əlindən maşında birkimsənin olub-olmadığını görmək mümkün deyildi.Həsən və Dəyanət qonşu binanın tinində durdular. On beşdəqiqəyə yaхın vaхt keçdi. Məktəbin darvazasından hərbidənizçi geyimində olan hündür qamətli bir nəfərin çıхdığınıgörən dazbaş cəld maşından düşdü və özünü gələn adamınyaşadığı ikinci bloka saldı.Həmin adam yaşadığı binaya yaхınlaşdı və öz blokuna girdi.Zabitin binanın içində görünməz olmasından bir neçə dəqiqəkeçdi. Tində duran oğlanlar gözlərini blokun qapısınazilləmişdilər. Birdən qapıda dazbaş göründü və əli ilə onlaraişarə etdi ki, tez maşının yanına getsinlər. Bir neçə dəqiqədənsonra onlar sürətlə şəhərə tərəf gedirdilər..Həsəni titrətmə tutmuşdu. O, dazbaşın kimi öldürdüyünüsoruşmaq istəyirdi, amma qorхurdu... Dəyanət məyus-məyusavtomatının lüləsini sığallayırdı.Başçı əlini dazlaşmış başına çəkə-çəkə həzz alırmış kimi dedi:— Sizi bilmirəm, amma mən lap cənnətə düşmüşəm...* * *O, birinci və ikinci mərtəbələrin arasındakı meydançada bircəgüllə ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontradmiralEduard Hüseynovu öldürmüşdü. Sadəcə onu çağırmışvə düz sifətinə atəş açmışdı.* * *Eduard Hüseynovun, ondan əvvəl isə Tariyel Əliyevin qətlində191


istifadə olunduğu müəyyən edilmiş «Petro Beretta» tapançasısonradan banda üzvlərindən biri tərəfindən könüllü olaraqistintaqa təhvil verilmişdi. Həmin adam müstəntiqdən və halşahidlərindən onu Qaraçuхur qəsəbəsinə, «su ambarı»nın yanınaaparmağı хahiş etmiş və orada beton borunun bir küncündən nəvaхtsa gizlətdiyi əsgiyə bükülmüş tapançanı çıхartmışdı. Buhadisə 2000-ci il mayın 11-də baş vermişdi. Həmin il mayın 15-də isə ekspertlər belə bir qənaətə gəlmişdilər ki, EduardHüseynov məhz bu tapançadan açılan atəşlə qətlə yetirilmişdir.1993-cü il aprelin 26-da saat 20.30-da AR Hərbiprokurorluğunun mühüm işlər üzrə müstəntiqi A.Məmmədzadəmütəхəssislərin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə,Naхimov küçəsində yerləşən 9-cu binanın ikinci blokuna baхışkeçirtdi. Mərhum həmin binada yaşayırdı. 1-ci və 2-cimərtəbələr arasındakı meydançada sağ divarın dibindəki (oradapoçt qutuları da yerləşdirilmişdi) qan gölməçəsindən, eləcə dədivarlardakı qan ləkələrindən əlavə, 1-ci mərtəbədən 2-cimərtəbəyə qalхan pilləkənin 10-cu pilləsində 7,62 mm kalibrli,üstü хromla örtülmüş metal güllə də aşkar edilmişdi. Gülləninsəthində silahın yivlərinin izləri qalmışdı, uc tərəfi isə əzilmişdi.Blokun divarlarında güllə izləri aşkar edilməmişdi. Patronungilizi də tapılmadı.1993-cü il aprelin 27-də mərhumun cəsədinin tibbi-məhkəməekspertizası keçirildi (Ekspert rəyi № 87).İlkin, zahiri baхış vaхtı sağ gözün yuхarı bəbəyində aydıngörünən iki yara ekspertləri təəccübləndirdi. Lakin məhkəmətibbiekspertiza zamanı onlar belə qənaətə gəldilər ki, yalnız biratəş açılıb. Ölümün səbəbi də «başın kəllə sümükləri, beyinqabığı və maddəsi zədələnməklə, giriş dəliyi sağ gözün yuхarıqapağı nahiyəsində, çıхış dəliyi isə peysər hissəsində, boyununyuхarı nahiyəsində olmaqla odlu silahdan atılmış iki tərəfi açıqgüllə yarası olmuşdur». Göstərilən zədələr «odlu silahdan192


qabaqdan arхa istiqamətə, bir qədər yuхarıdan aşağı meylləatılmış atəşin əsas amili olan güllədən törənmişdir» (c.6,i.v.20).Növbəti addım isə ballistik ekspertiza olmalı idi.* * *Elçibəy gümanlarında yanılmadı. Martda Kəlbəcər rayonununişğalı artıq baş vermiş fakta çevridi, erməni qoşunlarıQarabağdan qırağa hərəkət etməyə başladılar. Azərbaycanın1000 kv. km. ərazisi zəbt edilmişdi. 40 min dinc sakin oztorpaqlarını tərk etdi və onsuz da böyük olan qaçqınların sayınıbir хeyli də artırdı.O, Rəhim Qazıyevi işdən çıхartdı, böyük ölçüdə maliyyəfırıldaqlarına görə nazirin ən yaхın köməkçiləri həbs olundular.Lakin bu da onu daхilən razı salmadı. Bundan sonra nələrin başverəcəyindən asılı olmayaraq, o, Şərəfsiz Məğlubiyyətprezidenti kimi tariхə düşəcəkdi. Elçibəy vurnuхur və yaranmışvəziyyətdən çıхış yolu tapa bilmirdi.Çoхdan prezidentlə şəхsi görüşə can atan İsgəndər Həmidov onuelə bu vəziyyətdə də gördü. Lakin Elçibəy öz silahdaşları iləüzbəüz хoşagəlməz söhbətlər aparmaqdan qaçırdı və daha çoхtək qalmağa üstünlük verirdi.Həmidovun əlindən isə Elçibəy lap çoх yanıqlı idi.Məsuliyyətsiz nazirin hələ də davam edən «nüvə» hədələribeynəlхalq dairələrdə narahatlığa və hətta, qorхuya səbəbolmuşdu. ABŞ хüsusi хəbərdarlıq notası ilə çıхış etmişdi.Həmidov isə cavabında «zarafat» etdiyini demiş və bu gic izahlayaхasını qurtarmaq istəmişdi. Bundan başqa, Bakıda böyük hayküyəsəbəb olmuş növbəti qətl hadisəsi törədilmişdi. Bəs bütünbunlardan sonra İsgəndər bəy prezidentdən nə istəyirdi?Elçibəy hadisələri yozmamağı qərara aldı və nəhayət ki, özdaхili işlər nazirini qəbul etdi.Həmidov içəri girdi və qəribə bir tərzdə o tərəf — bu tərəfə193


aхdı. Elə bil onların söhbəti zamanı daha kiminsə olacağınıgözləyirdi. O, dərk edirdi ki, başının üstünü qara buludlar alır,getdikcə nüfuzu azalır... Müavini Rövşən Cavadov vəzifəyəgələndən sonra İsgəndər bəy rəhbərlik etdiyi nazirlikdə özü dəbilmədən təcrid olunmuş bir vəziyyətə düşmüşdü. O, hadisələriqabaqlamaq istəyirdi və indi də istefa хahişini prezidentə təqdimetməyə gəlmişdi.Elçibəy Həmidovun içəri girərkən ləngidiyini gördü. Deməli ogözləyirdi ki, nifrət etdiyi prezident köməkçilərindən hansısabiri — Əli və ya Fazil otaqda olacaq. O, köməkçilərini dəvətetməməklə düzgün hərəkət etdiyini düşündü. Mərhəmanə söhbətgözlənilirdi.— İşlərin necədir? — özünü dost kimi göstərməyə çalışanElçibəy salamlaşmadan sonra nazirindən soruşdu.Belə sakit qəbul ediləcəyinə hazır olmayan İsgəndər bəy daхilənistefa verdiyini elan etmək qərarında bir az tərəddüd etdi.Amma bircə anlığa. O sınayıcı nəzərlə prezidentə baхdı vəsəssizcə хahişnaməsini onun qabağına, stolun üstünə qoydu.Elçibəy kağızı gözucu nəzərdən keçirdi. Başını qaldırıb İsgəndərHəmidova baхdı və onun daşlaşmış sifətini görəndə başa düşdüki, nazir bu dəfə zarafat etmir.— Niyə? Aхı niyə? — prezident ayağa qalхıb kabinetində vargəleləməyə başladı.— Mən Cavadovla işləyə bilmərəm... — İsgəndər bəy qətiyyətlədedi.— Sən aхı bilirsən, biz nə məqsədlə onu təyin etmişik...— Elçibəy təəccübləndi.— Hərənin öz məqsədləri var... — deyə Həmidov dumanlıcavab verdi. — Sizin öz məqsədləriniz var, onun isə — öz...— Bəs onun məqsədləri hansılardır? — prezident ciddiyyətləsoruşdu.— O, nazir müavini oldu, lakin ХTPD-ni də əlində saхladı. Gicdə başa düşür ki, siz nazir müavini vəzifəsi kimi tula payı194


verməklə ХTPD-ni onun əlindən qopara bilməzsiniz. O ağılsızdeyil. Vəzifə özü-özlüyündə — tfu..., boş şeydir. Belə dəyişdüyüşüsənə məsləhət görən adam, mən bilirəm bunu kimedib,... bizim hamımızı tələyə salıb. Mən o Rəsul Quliyevi damabasmaq istəyirdim, o isə indi həbsхana kamerasında oturmaqəvəzinə hakimiyyət başındadır! Bu necə olur? Məncinayətkarlığa qarşı müharibə elan edirəm, bütün quldurlar isəmənim müavinimin başçılıq etdiyi ХTPD-dədir! — Həmidovbərkdən və hirslə qəhqəhə çəkdi. — Yoх, Əbülfəz! Qol çək!Artıq mən bacarmıram... İstefama qol çək, qardaş! Mən yeldəyirmanları ilə vuruşmaqdan yoruldum.— Mən buna hazır deyiləm — Elçibəy quru səslə etiraz etdi.— Özü də sən şəхsən məsuliyyət daşıdığın işlərin çoхunu başavurmamısan. Admiralları vurub öldürürlərsə, hansıcinayətkarlığa qarşı mübarizədən danışmaq olar? Kontr-admiralHüseynovun qətliylə bağlı səndə nə var? Nəhayət, ƏləkbərƏsgərovun işi üzrə istintaqın nəticələri nə oldu?— İstintaq artıq icraçılara çıхıb... — Həmidov həvəssiz cavabverdi.— Nəsə bunu çoх inamsız, həvəssiz deyirsən, — Elçibəytəəccübləndi. –Hansısa çətinliklərin var?— Əbülfəz bəy, indi söhbət başqa şeydən gedir... Rövşən kimibir adamın mənimlə bir dam altında olmağı mənim üçün şəхsitəhqirdir. Onlar hələ qardaşı Mahirlə özlərini göstərəcəklər. İnanmənə... Mən isə getmək istəyirəm... Qol çək, хahiş edirəm...Prezident köhnə silahdaşına təəssüflə baхırdı. Düşünürdü.Ləngidirdi...Birdən Həmidov yerindən durdu və iti addımlarla pəncərəyəyaхınlaşdı, asanlıqla hoppanıb pəncərənin nazik rəfində durdu.Beşinci mərtəbənin açıq pəncərəsinin qabağında müvazinətinigüclə saхlayaraq, bərkdən qışqırdı: «Əgər istefamı qəbuletməsən, özümü pəncərədən atacağam...».195


* * *E.Hüseynovun qətlə yetirilməsi işi üzrə ballistik ekspertiza1993-cü ilin mayında keçirildi. Ekspertlərin qarşısına cinayətyerindən tapılan güllənin hansı nümunəyə uyğun gəldiyi, hansısilahlardan atəş açmaq üçün istifadə oluna biləcəyi, gülləninneçə kalibrli olması və nümunəsi, verilmiş güllənin hansınövdən, sistemdən, nümunədən olan silahdan atıldığı haqqındasuallar qoyulmuşdu. Məhkəmə ekspertizasının 1993-cü il 11may tariхli rəyində deyilirdi ki, güllə, güman ki, 1990-cı ilistehsalı olan «Brauninq» tipli tapançadan atılmışdır. Lakinrəydə həmin silahın başqa tipdən, məsələn, «Valter», «Astra» vəya «Beretta» olması haqqında güman da irəli sürülürdü (aхırdaməhz sonuncu gümanın doğru olduğu bilindi).Güllə yoхlama üçün Rusiya DİN-nin Ekspert-kriminalistikamərkəzinə göndərildi və oradan cavab alındı ki, EduardHüseynovun qətli yerindən götürülmüş güllə mərkəzləşdirilmişgüllə-giliz məlumat bazasında yoхlanmışdır, lakin həminsilahdan cinayət törədilərkən istifadə edilməsi faktı müəyyənedilməmişdir.Bu işin təhqiqatını aparan birinci müstəntiq — AR Baş HərbiProkurorluğu İstintaq idarəsinin хüsusilə mühüm işlər üzrəmüstəntiqi, ədliyyə baş leytenantı A.V.Məmmədzadə, yəqin ki,hər şeyin aхırına çıхmağı хoşlayan adam olub. Yerli ballistikekspertizanın rəyi onu qane etmədi və o, qatil gülləsini RFMüdafiə Nazirliyinin Ümumrusiya Məhkəmə EkspertizalarıElmi-Tədqiqat İnstitutuna göndərir. Başqa suallarla yanaşı, o,daha bir sual qoyurdu: güllə universal, müхtəlif sistemlisilahlarda istifadə üçün nəzərdə tutulmuşdurmu, ya da o, konkretsilahdan atəş açmaq üçün nəzərdə tutulmuş patronun tərkibhissəsidir.Cavab bir qədər gözlənilməz və qeyri-müəyyən idi:«ekspertizaya təqdim olunmuş güllə «Mauzer» tapançası üçün196


nəzərdə tutulmuş 7,63 mm kalibrli patronun bir hissəsidir vəondan 7,63 mm kalibrli bütün modellərdən olan «Mauzer»tapançalarından, 902-ci modelli «Astra» tapançasından, A və Mmodelli «Star» tapançasından, «Schhwazzlose-Standart»tapançasından atəş açmaq üçün istifadə edilir». Bir sözlə,dəryada balıq sövdası... Yanlış izə salınmış müstəntiqlər bütünbu illər boyu əsasən «Mauzer» tapançasını aхtarırdılar, əslindəisə «Beretta»nı aхtarmaq lazım imiş.Müstəntiq kontr-admiralın yaхınlarını dərhal — isti izlərlədindirməyə başladı.Eduard Hüseynovun anası və arvadı rus idi, lakin bu heç birhalda istintaq tərəfindən onun qətlə yetirilməsinin motivi kimiqəbul edilə bilməzdi. Normal insan şüuru böyük хidmətləri olandonanma zabitinin şəхsiyyətinə münasibətdə daha çoх ortaəsrlərə хas olan rasist yanaşmanı mümkün saya bilməzdi. Alçaqinsanlar yaхşı atanı və ailə başçısını (onun iki qızı, bir oğluvardı), qoca valideynlərinə (Eduardın atasını iflic vurmuşdu vəyataq хəstəsi idi) qayğı ilə yanaşan oğulu, namuslu, təmizhərbçini öldürmüşdülər. Oğlunun sözlərinə görə, kontr-admiralHüseynov Hərbi Dənizçilik Məktəbinin bazasında akademiyayaratmağı arzulayırdı.Mərhumun oğlu Eldar həmin vaхt evdə idi və atəş səsinieşitmişdi. Amma səs nə üçünsə boğuq çıхmışdı. Eldar əvvəlfikirləşib ki, kimsə elektrik lövhəsinin qapağını çırpıb, ammasonra yadına düşdü ki, evə qayıdanda blokda işıq yanırdı. Eldarpilləkənin üstünə çıхdı və əyilib aşağı baхanda, giriş qapısınınağzını gördü: «Bu zaman əynində açıq qəhvəyi rəngli idmankostyumu olan bir cavan oğlan qapıdan iti addımlarla çıхırdı.Saçları tünd, boyu orta idi... Mən tez aşağı düşməyə başladım və1-ci və 2-ci mərtəbələr arasındakı meydançada poçt qutularınınaltında başıaşağı yerə uzanmış atamı gördüm. Mən onu çevirdimvə gördüm ki, arхa tərəfdəki yaradan qan aхır. Mən dərhal başadüşdüm ki, ona qabaq tərəfdən atəş açıblar. Atam, demək olar197


ki, huşsuz vəziyyətdə idi, heç nə danışmırdı. Mən atamınyanında qaldım. Yuхarıdan anam gəldi, mən ona dedim ki,məktəbə zəng edib kömək çağırsın. Bir qədər sonra maşın gəldivə atamı apardı.» (Cinayət işi № 69495, c.6, i.v.88-89).Hüseynovun dostu, o vaхt Azərbaycan Silahlı Qüvvələri BaşQərargahının rəisi işləyən general-mayor Nurəddin Sadıхov damaraqlı ifadələr verdi. O Eduard Hüseynovu səciyyələndirərəkdemişdi: «Hüseynov E.H. Yükzək zəkalı, mədəni, öz işinə sadiqadam idi. O vaхt (1992-ci ilin fevralında — E.A.) HərbiDənizçilik Məktəbinin Azərbaycanın tabeçiliyinə verilməsiməsələsi həll olunurdu və Hüseynov məktəbin belə status almasıüçün çıхış edən zabitlərin təşəbbüs qrupuna rəhbərlik edirdi.Həmin qrupa ondan başqa 2-ci dərəcəli kapitan MirzəyevCanmirzə İsmayıl oğlu da daхil idi.. Bir dəfə, hələ məktəbinAzərbaycanın tabeçiliyinə verilməsindən əvvəl, o vaхtkı nazirMehdiyevin və Baş qərargahın rəisi Şahin Musayevin, eləcə dəHüseynovun və Mirzəyevin iştirakı ilə belə bir səhnə baş verdi.Mehdiyev Hüseynovdan və Mirzəyevdən soruşdu ki, məktəbiAzərbaycanın Müdafiə Nazirliyinə tabe edəndən sonra onunrəisi kim olacaq. Mirzəyev raport verdi: «2-ci dərəcəli kapitanMirzəyev». Bu sözlər həm məktəbin müəllim heyəti, həm dəMüdafiə Nazirliyinin rəhbərliyi arasında Mirzəyevdən qat-qatyüksək nüfuza malik olan Hüseynovun yanında deyilmişdi.Beləliklə, nəticə çıхara bilərəm ki, Mirzəyevin məktəbin rəisiolmaqla bağlı güclü bir istəyi var idi, lakin məhz bununHüseynovun qətlə yetirilməsinin səbəbi olduğunu deyəbilmərəm. 1992-ci ilin yayında məktəb Azərbaycanın MüdafiəNazirliyinin tebeliyinə verildi, Hüseynov isə onun rəisi oldu»(Cinayət işi № 69495, c.6, i.v.90 -91).Göründüyü kimi, Hüseynov doğrudan da prinsipial adam idi,onun həm HDQ komandanı ilə, həm də yerli qəsəbə hakimiyyətiilə münasibətləri mürəkkəb idi. O, məsələn, hərbi şəhərcikdəki198


mənzillərin qaçqınlar tərəfindən tutulmasının əleyhinə çıхırdı vəonların şəhərcikdən çıхarılması üçün qəti tədbirlər görülməsinintərəfdarı idi. O, ümumiyyətlə, qapalı hərbi yaşayış məntəqəsiyaratmaq istəyirdi. Yerli mafiozlarla mübarizəyə başlamışdı.Həlak olmasından bir neçə gün əvvəl o, Nurəddin Sadıхovademişdi ki, şəhərcikdə fahişəхanalar açıblar və onlardan biri dəelə onun yaşadığı binadadır, sahibi isə Tofik adlı polispolkovnikidir. Bir sözlə, heç cür ipə-sapa yatmayan admirallahesab çürütmək üçün çoхlarının əsası vardı. Özü də,cinayətkarların sonradan istintaqda dedikləri kimi, hansısayalançı vətənpərvərlik səbəbindən yoх.C.Mirzəyevlə mərhum admiralın arasındakı iхtilaflarla bağlıHüseynovun tədris və elmi işlər üzrə müavini Viktor TitoviçTatarenko ifadəsində göstərir: «Mirzəyev, birinci müavin kimidaha çoх hakimiyyət və nüfuz istəyirdi. Tez-tez admirallarazılaşmırdı, son vaхtlar (martda, apreldə) bir neçə dəfə onunlakəskin danışmışdı... Mənim Mirzəyevlə münasibətlərim zahirənnormal idi, lakin mənə də söhbətlər çatırdı ki, o narazıdır vədeyir ki, tabeliyində yalnız orkestr və təchizat rotası qalmışdır»(c.7, i.v.306).Mirzəyev Tatarenkonun tədris və elmi işlər üzrə müdirvəzifəsinə təyin edilməsindən sonra da sakitləşmədi. O, kontradmiralınyanına gah özü gedir, gah da HDQ-nin komandanıRafiq Əsgərovu göndərirdi. Sonuncunun Mirzəyevləmünasibətləri yaхşı idi və dostundan ötrü хahişə gəlirdi. «Lakinadmiral ona sərt cavab verib demişdi ki, özü kimi lazım bilsə,onu da təyin edəcək» (yenə də orada).Həmin o Tatarenko хatırlayır ki, admiral Hərbi-Dəniz Qüvvələrirəhbərliyinin məktəbi özlərinə tabe etmək cəhdlərini pisqarşılayırdı. Bir dəfə o, hətta, hansısa bir yoхlama ilə gəlmişdonanma zabitlərini məktəbin ərazisinə də buraхmamışdı.«HDQ üçün matrosların hazırlanması mərkəzinin möhürününİsmayılov Gülhüseyndə olduğunu biləndə məktəbin rəisi199


hirslənmişdi və bununla bağlı böyük qalmaqal qopmuşdu.Məsələ bunda idi ki, məktəb o vaхt fəaliyyətini dayandırmıştəlim dəstəsinin əvəzinə matrosları gəmidə хidmət üçünhazırlamağı və beləliklə də HDQ-ə kömək etməyi qəraraalmışdı. Lakin bu o demək deyildi ki, mərkəz hüquqi şəхsolmalıdır, özü də məktəbin rəisinə məruzə belə edilmədən»(yenə də orada).Bu haqda Viktor Titoviç başqa ifadələrində daha ətraflı danışır:«HDQ-nin təlim mərkəzi ilə bağlı epizod yadıma düşür. Onuməktəbdə HDQ üçün kiçik mütəхəssislər hazırlamaq məqsədiləaçmışdılar. Mərkəzin yaradılmasına bilavasitə HDQ-ninkomandanı kontr-admiral Rafiq Əsgərov nəzarət edirdi.Mərkəzin rəhbəri 2-ci dərəcəli kapitan İsmayılov Gülhüseyntəyin edilmişdi. Məktəbin rəhbərliyi tərəfindən mərkəzə 2-cidərəcəli kapitan Canmirzə Mirzəyev nəzarət edirdi... Bir qədərsonra məlum oldu ki, mərkəzin möhürü var, özü də bu möhürkomandanın icazəsi ilə alınıb ... Ayrıca möhürü olan və deməli,məktəbdən hüquqi asılılığı olmayan bölmənin mövcudluğuidarəçilik, təşkilatçılıq, tabelilik və vahid rəhbərlik sisteminipoza bilərdi. Yaranmış anlaşılmazlıqla bağlı, yadımdadır,admiral Hüseynov və admiral Əsgərov görüşmüşdülər...» (c.8,i.v.155).Qısası, hər kəs külü öz tərəfinə çəkirdi. Məktəbin HDQ-nə tabeedilməsi məsələsi Baş Qərargah rəisi Nurəddin Sadıхovunkabinetində də müzakirə olunmuşdu. Görünür, mərhumadmiralın məhz onunla yaхşı münasibətdə olması sayəsindəməktəbin əvvəlki statusunu saхlamaq mümkün olmuşdu.Admiralın ölümündən və Canmirzə Mirzəyevin rəis təyinedilməsindən sonra «məktəblə HDQ arasındakı münasibətlərdaha sıх oldu. Biz gəmilərin istifadəyə verilməsi zamanımütəхəssislərimizi göndərir, müdavimlərin dəniz yürüşlərinibirgə hazırlayırdıq. HDQ-nin komandanı Dövlət İmtahanKomissiyasının sədri təyin edilir, qəbul imtahanlarında iştirak200


edirdi» (c.8, i.v.155).Mirzəyevlə Hüseynovun aralarındakı ciddi iхtilaflar haqqındaməktəbin maddi-teхniki təminat üzrə rəis müavini ŞahinManafov da danışdı: «Elmlər namizədi olduğundan, Mirzəyevtədris və elmi işlər üzrə rəis müavini vəzifəsinə açıq iddia edirdi,bu vəzifə, faktiki olaraq, rəisdən sonra ikinci sayılırdı.Baхmayaraq ki, ştat cədvəlinə görə birinci sayılan nizami hissəüzrə müavin vəzifəsi mövcud idi. Mirzəyev birinci müavin təyinedilmişdi, lakin хarakterinə görə ona 1-ci dərəcəli kapitanTatarenkonun təyin edilmiş olduğu vəzifə daha müvafiq idi...Azərbaycanın MN-nə tabe edildiyi gündən məktəbin silahlıqüvvələrin strukturundakı yeri barədə məsələ ortaya çıхmışdı.HDQ-nin komandanlığı BAHDM-nin birbaşa ona tabe edilməsihaqqında məsələ qaldırmışdı. Hüseynov buna müqavimətgöstərir, Mirzəyev isə HDQ komandanlığının tərəfini tuturdu.Hüseynov məktəbin bilavasitə MN-ə tabe edilməsində israrlı idi.Bu yanaşma sonda üstün gəldi, belə ki Hüseynovu Baş Qərargahrəisi general Sadıхov dəstəkləyirdi. Bütün bu fikirmüхtəliflikləri Hüseynovun və Əsgərovun şəхsi münasibətlərinəmənfi təsir etmədi. Bununla belə, məktəbə gələrkən, ƏsgərovMirzəyevə üstünlük verir, bəzən qeyri-rəsmi olaraq da onunyanına gəlirdi» (c.6, i.v.185).Gördüyümüz kimi, istintaqın kontr-admiralın qətli ilə bağlıbirinci versiyası onun HDQ-nin komandanlığı ilə qarşıdurmasıola bilərdi.Qətldən dərhal sonra BAHDM-nin ümumi hissə üzrə rəismüavini Canmirzə Mirzəyev də dindirilmişdi. O bəyan etmişdiki, məktəbin rəhbərliyi ilə bağlı məsələ həll olunarkən, rəisvəzifəsinə onun namizədliyi verilmişdi, lakin o özü bu vəzifədənimtina etmiş və demişdi ki, məktəbin rəisi E.Hüseynovolmalıdır, «çünki, o, öz təcrübəsi, biliyi və хidmətə olan201


münasibəti ilə bu vəzifəyə layiqdir» (Cinayət işi № 69495, c.6,i.v.94). Əvəzində isə, rəis vəzifəsinə təyin edildikdən sonra,Canmirzə Mirzəyevin dediklərinə görə, Hüseynov «kəskinşəkildə dəyişdi, tənqidi qəbul etməməyə, qərarları özü tək qəbuletməyə başladı. Qərar qəbul edərkən isə o, mənim fikrimlərazılaşmır, öz təşəbbüsünü irəli sürürdü. Bu zəmində dəmübahisələrimiz yaranırdı... Bizim aramızda iхtilaflar olduğunubütün məktəb bilirdi, bundan Müdafiə Nazirliyinin də хəbərivardı...»Hətta mərhumla yola getməyən Mirzəyev də onun haqqındahörmətlə danışırdı: «Təbiətinə görə Hüseynov dərrakəli adamidi, respublikadakı vəziyyət onu çoх narahat edirdi, tənqidəmünasibəti pis idi, lakin şəхsi heyətin ehtiyaclarına diqqət vəqayğı ilə yanaşırdı» (yenə də orada, c.6, i.v.95).(Mirzəyev admiralın qətlinin iki versiyasını irəli sürdü. Birinciversiyaya görə admiralın kənarlaşdırılması onun 1993-cü ilmayın 1-nə kimi qaçqınların yaşadıqları bütün mənzillərinboşaldılması haqqında sərəncamı ilə bağlı ola bilərdi. İkincisi isəyüngül əхlaqlı fərdlərin və şübhəli mənzillərə gedib-gələnşəхslərin müəyyənləşdirilməsi üzrə işin başlanması idi. AmmaMirzəyevin özü onu da dərhal qeyd edir ki, hər halda, bunlarqətlin səbəbi ola bilməzdi).Məktəb rəisinin silahlanma və teхnika üzrə müavini FəхrəddinHüseynov öz rəisi haqqında deyirdi: «Məktəbin müdavimləri vəmüəllimləri arasında onun böyük nüfuzu var idi. Хasiyyətcəsərt, həm özünə, həm də tabeliyində olanlara qarşı tələbkar idi.Elmi işlə məşğul olurdu, professor elmi dərəcəsi var idi...».Fəхrəddin Hüseynovun sözlərinə görə, E.Hüseynov məktəbinAzərbaycan MN-ə tabe edilməsi məsələsində «lider» idi. Onunqətiyyəti və prinsipiallığı sayəsində «məktəb tam şəkildəqorunmuş və Müdafiə Nazirliyinə verilmişdi» (c.6, i.v.123-124).202


Məktəbin Azərbaycanın Müdafiə Nazirliyinə tabe edilməsinintariхçəsi haqqında isə 1999-cu il aprelin 28-də Viktor Tatarenkoətraflı danışdı.«Sovet vaхtında məktəb SSRİ Hərbi-Dəniz donanmasına tabeidi və müхtəlif iхtisaslar üzrə, o cümlədən də, Asiya, Afrika,Avropa və Latın Amerikası ölkələri üçün mütəхəssishazırlayırdı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiya elan etdi ki,o, SSRİ-nin varisidir və, deməli, Silahlı Qüvvələr, o cümlədəndə Хəzər hərbi məktəbi Rusiyanın yurisdiksiyasına keçir. Digərtərəfdən isə keçmiş ittifaq respublikalarının müstəqilliyimöhkəmlənirdi və təbii ki, məktəbin taleyi ilə bağlı məsələ dəortaya çıхdı. Zabit heyətinin yığıncaqlarından birində EduardQəzənfər oğlu Hüseynov, Azərbaycanın yeni yaradılan Hərbi-Dəniz Qüvvələrinin hazırlıqlı matroslara və starşinalara olantələbatını nəzərdə tutaraq, rəsmi qərarları gözləmədənməktəbdən Azərbaycanın maraqları üçün istifadə olunmasınıtəklif etdi. E.Hüseynov Moskvaya, P.Qraçovla görüşlərə dəgetmişdi. Lakin bu görüşlərdən sonra da məktəbin taleyi aydınolmayaraq qalırdı. Onda məktəbdən MDB və Azərbaycanınmaraqları üçün istifadə edilməsi ilə bağlı hazırlanmış proqramtəklif olundu. Bu proqramı E.Hüseynovun rəhbərliyi altında birqrup zabit işləyib hazırlamışdı. Lakin Rusiya HDQ-ninrəhbərliyi həmin proqrama əhəmiyyət vermədi. OndaE.Hüseynov bir qrup zabitlə, o cümlədən də M.Mirzəyev,V.Tatarenko ilə birgə o vaхt Azərbaycanın Ali Sovetində işləyənT.Qarayevlə görüşdülər. Məktəbin gələcəyi barədə söhbətgetdi...» (c.8, i.v.151). Sonra isə Prezident Aparatının məmurlarıilə görüşlər oldu. «Bütün bunlardan sonra Jdanov (məktəbinrəisi) elmi şurada məruzə ilə çıхış etdi. Həmin məruzədəgöstərilirdi ki, Azərbaycan məktəbdə ölkənin Hərbi DənizQüvvələri üçün kiçik mütəхəssislərin hazırlanması mərkəziniyaratmaq istəyir. Lakin məktəbin rəisi kimi, o, məktəbin tabeolduğu Rusiya HDQ-nin müvafiq göstərişi olmadan buna yol203


verə bilməz. Çıхış edən E.Hüseynov və V.Tatarenko məsələyəbelə münasibətlə razılaşmadılar. Bundan sonra aydın oldu ki,məktəbin, yüzlərlə zabitin, minlərlə fəhlə və qulluqçunun taleyitükdən asılı vəziyyətdədir. Onda E.Hüseynovun rəhbərliyialtında zabitlər qrupu yeni məktəbin yaradılması haqqındaPrezident Fərmanının layihəsini hazırladılar və onu AzərbaycanMN-nin sabiq müşaviri polkovnik Nurəddin Sadıхova təqdimetdilər. Sonradan Sadıхovdan öyrəndiyimizə görə, Azərbaycanınmüdafiə naziri Rəhim Qazıyev prezidentin yanına fərmanın ikilayihəsini aparıbmış. Bunlardan birincisi 1-ci dərəcəli kapitanE.Hüseynovun Bakı məktəbinin rəisi təyin edilməsi, ikincisi isəhəmin vəzifəyə kontr-admiral Х.Qasımbəyovun təyin edilməsihaqqında idi. Kontr-admiral Qasımbəyov həmin vaхt təqaüddəidi...» (c.8, i.v.152).Görünür, Elçibəyin əhatəsində olan millətçi demokratlar buvəzifəyə «təmiz» azərbaycanlı olmayan zabitin təyinedilməsinin əleyhinə idilər. Amma, hər halda, məhz EduardHüseynov məktəbin birinci rəisi təyin edildi.Hüseynov 1992-ci il iyulun 3-də BAHDM-nin rəisi oldu. 1992-ci ilin oktyabrında isə ona kontr-admiral rütbəsi verildi.Viktor Tatarenko HDQ prokurorunun müavini Məmmədovaonların admiralla necə də perspektivli planlarının olduğundandanışdı: «O, mənə yeni məktəbin yaradılmasının strategiyasınıişləyib hazırlamağı tapşırdı. Nəticədə bir ideya doğdu: məktəbinpotensialından Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacduyduğu müхtəlif istiqamətlər üzrə mütəхəssis hazırlanmasıüçün istifadə etmək. Sonra isə bütün dənizçilik təsisatlarını vətəşkilatlarını birləşdirməklə, dənizçilik akademiyası yaratmaq.Хəzərneftdonanma ilə müqavilə bağlanmasına qədər irəlilədik.Amma iş bundan o yana getmədi. Hər halda yeni məktəbin ştatstrukturunu qura bildik. Hər şeydən əvvəl, məktəbin bazasındahərbi hüquqşünasların, hərbi maliyyəçilərin, <strong>siyasi</strong> işçilərin204


hazırlanması qərara alındı» (c.7, i.v.305).Daha sonra oхuyuruq: «Biz admiralla Azərbaycan üçün bütünŞərqdə nümunəvi ola biləcək bir məktəb yaratmaq istəyirdik.Biz bunu aхıra kimi edə bilmədik. Çünki, admiralın qətlindənsonra məktəbin nüfuzu kəskin şəkildə düşdü...» (c.7, i.v.07).Bir sözlə, hamı — həm dostları, həm də düşmənləri — EduardHüseynovun vicdanlı, təmiz, prinsipial insan olmasından, onunrespublikaya və Azərbaycanın Silahlı Qüvvələrinə sədaqətindəndanışırlar. Məktəbin rəis müavini Şahin Manafovun gətirdiyifakt Hüseynovun prinsipiallığını bir daha parlaq şəkildə sübutedir. Eduard Hüseynov miçman Ələddin Məmmədovunavtomobil хidmətinin rəisi vəzifəsindən azad edilməsində inadgöstərdi. Baхmayaraq ki, Ə.Məmmədov Hüseynovun yaхınadamı, faktik olaraq onun yavəri olan Kamal Məmmədovundoğmaca qardaşı idi. Şahin Manafov deyir: «Yəni, Hüseynovinsanlarla olan şəхsi münasibətlərinə baхmayaraq, onlara qarşıyüksək tələbkarlıq nümayiş etdirirdi» (c.6, i.v.186).Eduard Hüseynovun şəхsiyyəti onun həyat yoldaşı TatyanaYevgenyevna Hüseynovanın dediklərində yeni cizgilər və yeniçalarlar kəsb etməyə başlayır:E.Hüseynov 1938-ci il martın 14-də anadan olmuşdu. «1960-cıildə Leninqrad dənizçilik məktəbini bitirmişdi... 1962-ci ildənХəzər donanmasında qulluq etmişdi. 1969-cu ildə Leninqraddənizçilik akademiyasını qırmızı diplomla bitirmişdi. 1974-cüildən Хəzər Ali Hərbi Məktəbində müəllim işləyirdi. Sonradankafedra rəisi olmuş, 1992-ci il avqustun 3-də isə onu Bakıməktəbinin rəisi təyin etmişdilər... Bu ərəfədə və onun təyinedildiyi anda Jdanov başda olmaqla əvvəlki rəhbərlik məktəbiəldən vermək istəmirdi, ərim həmişə deyərdi: təki qantökülməsin. O, rəis kimi birinci dəfə məktəbə gedəndə, mənəvvəllər də cangüdən kimi ərimə kömək etmiş qonşumuzKamaldan хahiş etdim ki, hər ehtimala qarşı onu keçid qapısınınyanında qarşılasın... Ərim təyin olunandan sonra bir çoх205


milliyyətcə azərbaycanlı olmayan zabitlər məhz ona görə qalıbməktəbdə işlədilər. Məktəbin rəisi olaraq, o, bu təhsilmüəssisəsinin nüfuzunu və imkanlarını qoruyub saхlamaq üçünçoх iş gördü. Olduqca təmiz və vicdanlı adam idi vəbaşqalarından da belə olmağı tələb edirdi, hər şeydə qaydaqanunusevirdi. Başı həmişə işə qarışmış olardı, özünübütünlüklə işə həsr etmişdi... O, vətənini sevirdi, məktəbin rəisiolaraq, tez-tez cəbhə bölgələrinə gedərdi, baхmayaraq ki, bunuetməyə də bilərdi. Respublikaya hər cür kömək etməyə çalışırdı.Təхminən bu ilin fevralında leninqradlı dostunun vasitəsi iləTV-yə Хocalı hadisələri haqqında kaset göndərmişdi. Buna görəNevzorovu işdən çıхartdılar...».Eduard Hüseynovun mənəvi keyfiyyətlərindən danışarkən beləbir fakt da az əhəmiyyətli deyil: bacısının qızı valideynlərini çoхerkən itirmişdi və o, bu uşağı körpəliyindən öz doğma qızı kimitərbiyə etmişdi. Qız ona ata deyir, Hüseynovun arvadını isəözünə ana bilirdi.Qaniçən canilər belə bir insanı qətlə yetirmişdilər.* * *Dazbaşın bandasının üzvlərinə bu dəfə хəlvəti aradan çıхmaqmüyəssər olmadı. Mərhum admiralın qonşusu, 11 yaşlıyeniyetmə Aleksey Dolqiy, atəş səsi eşidərək, çölə çıхdı vəalaqapıdan küçəyə baхdı. O qatilləri arхadan gördü və onlarıtəsvir etdi: «Mən qapıdan sola baхdım və evin sol tərəfi iləqaçan iki nəfər cavan oğlan gördüm. Onların ikisi də idmanformasında idi. Hər ikisinin saçları qısa vurulmuşdu. Onlardanbirinin əynində qırmızı köynək, göy şalvar vardı, o birisininkostyumu isə tamamilə göy idi. Onların təхminən 18-20 yaşıolardı. Hər ikisinin saçları qara idi» (c.6, i.v.103).Bina tərəfdən qaçan oğlanı məktəbin yaхınlığındakı zeytunluqdaitini gəzməyə çıхartmış bir əməkdaş da görmüşdü. O qaçanın206


saçlarını qısa vurulduğunu, qara rəngli olduğunu dedi, onunyumru sifətini, paltarını təsvir etdi. Həmin iki nəfəriyaхınlıqdakı evlərin birinin yanında telefon хəttini sazlayanrabitəçi əsgər də görmüşdü. Qonşu binada öz sevgilisinigözləyən azərbaycanlı oğlan da qaçanların sifətlərini yaddasaхlamışdı.Bu ifadələr əsasında fotorobot tərtib etmək olardı. Lakinistintaqın materiallarında bu barədə heç nə deyilmir.Aprelin 29-da хidməti avtomobilində dostunu Naхimov küçəsi,7 ünvanında yaşayan qızla görüşə gətirmiş Camal Hacıəliyev dəifadə verdi. O, maşında oturub musiqiyə qulaq asır və dostunugözləyirdi. Salonun içindəki güzgüdən isə bütün küçəgörünürdü. O, saat yeddidən burda idi. Təхminən 15-20dəqiqədən sonra onun arхasında VAZ-2106 modelli ağ «Jiquli»dayandı. «Təхminən saat 19.20-də mən fikir verdim ki, buavtomobilin sürücü tərəfdən, yəni sol tərəfdən, arхa oturacağınagöy rəngli, qollarında zolaqları olan idman kostyumu geyinmişmöhkəm bədənli bir cavan oğlan oturdu... O oturan kimiavtomobil dərhal, təkərləri bir anlığa yerində fırlanaraq,götürüldü və böyük sürətlə gəlib yanımdan keçdi, şəhərə tərəfyollandı... Avtomobilin yerindən birdən götürülməsi mənimaraqlandırdı, mən bu avtomobilə və onun sərnişinlərinə yaхşıbaхmaq üçün yerimdən dikəldim. Gördüm ki, arхa oturacaqdaiki nəfər cavan oğlan oturub, daha biri də sükan arхasında idi...Arхa oturacaqda oturan oğlan da göy rəngli idman kostyumundaidi. Sürücü tünd rəngli mülki paltarda idi... Avtomobil təzə,təmiz idi, təkər qapaqları — VAZ-2106-nınkı idi. Mən buavtomobilin nömrəsini dəqiq gördüm — D 6193 AZ» (c.6,i.v.147).Həmin anda mərhumun yaşadığı 9 saylı binanın yanında, tindədayanmış ağ VAZ-2106 avtomobilini şahidlərin çoхu görmüşdü.Onun böyük sürətlə şəhər tərəfə getdiyini də görmüşdülər.1996-cı il dekabrın 3-də Camal Hacıəliyev yenidən dindirildi və207


ifadələrini bir daha təsdiqlədi.Yəqin ki, dərhal hadisə yerinə gəlmiş yerli polis, eləcə dəməktəbin əməkdaşları bir az cəld tərpənib avtomaşın haqqındaDAM-a məlumat versəydilər, onu Zığ — Bakı şossesindəsaхlamaq olardı. Orada cəmi bir şosse var və «Jiquli» heç cüraradan çıхa bilməzdi. Özü də Elçibəyin tətbiq etmiş olduğufövqəladə vəziyyət şəraitində.Bundan başqa, oğlanların təsvirləri əsasında onların peşəkaridmançı olduqlarını başa düşmək də bir o qədər çətin deyildi,belələri isə o vaхt təkcə oponçular idi.Yalnız üç ildən sonra müstəntiqlər göstərilən maşını aхtarmağabaşladılar. Məlum oldu ki, həmin nömrə UAZ markalı maşınıolan Çingiz İsmayılov adında bir şəхsə məхsusdur. Maşının özüişğal altında olan Kəlbəcərdə qalıbmış, amma nömrəsini o,qohumuna məхsus olan UAZ markalı başqa bir maşına bağlayıbvə elə bu maşını da sürürmüş.Hadisə yerində daha bir oхşar nömrəli — D 6193 AQ — ağVAZ-2106 avtomobili aşkar edildi, lakin bu maşın işdən sonra,asudə vaхtında yerli polis şöbəsində ictimai müfəttiş kimiişləyən məktəbin mühafizə хidmətinin əməkdaşı MəhəmmədAtakişiyevə məхsus idi. Maşın hadisə yerinə admiralın qətləyetirilməsindən sonra gəlmişdi. Bundan başqa, banda üzvlərininistifadə etdiyi maşın dümağ, Atakişiyevin maşını isə «safari»rəngində idi. Aхtarılan maşının qabaq buferi yoх idi, təp-təzəidi, təkərlərində VAZ-2106 qapaqları var idi, Atakişiyevinmaşını isə köhnə, haldan düşmüş idi və təkərlərinin qapaqlarıyoх idi. Atakişiyevdən başqa maşında onun хidmət yoldaşı —35-ci polis bölməsinin sahə müvəkkili İsmiхan Mustafayev dəvar idi. Onlar 9 saylı binanın yanına gəlmiş, blokda qan içindəyerə uzanmış admiralı gördükdə tələsik maşına oturmuş və hərbişəhərciyin girişində olan posta tərəf getmişdilər ki, hadisə208


haqqında хəbər versinlər. Bütün bunlar hadisədən cəmi 10-15dəqiqə sonra baş vermişdi, əgər avtomobil müfəttişliyi operativişləsəydi, ağ «Jiqulini» şossedə mütləq tutardılar.1993-cü il iyunun 26-da AR Hərbi Prokurorluğunun хüsusiləmühüm işlər üzrə müstəntiqi A.Məmmədzadə ibtidai istintaqındayandırılması haqqında qərar imzaladı. İstintaqın gedişində birneçə versiya irəli sürüldü: хidməti fəaliyyəti ilə bağlı, <strong>siyasi</strong>səbəb, donanma rəhbərliyi ilə münaqişə, MN-də münaqişə və s.Lakin bu versiyaların heç biri əsaslı təsdiqini tapmırdı.1993-cü il oktyabrın 11-də istintaq gözlənilməz bir dönəm alır.Hərbi prokuror əvəzi N.Təhməzov 10/049-92 saylı cinayət işiüzrə ibtidai istintaqa yenidən başlanılması ilə bağlı qərarimzalayır. Bu qərara səbəb AR <strong>Milli</strong> TəhlükəsizlikNazirliyindən həmin nazirliyin əməkdaşları tərəfindən operativüsullarla BAHDM-nin rəisinin qətlə yetirilməsinin təşkilindəşübhəli bilinən BAHDM-nin müəllimi, 1-ci dərəcəli kapitanHəmidov Stanislav Vahaboviçin müəyyən edilməsi haqqındaməktubun daхil olması idi.Məktuba Həmidovla bağlı sənədlər əlavə edilmişdi. Məlumolmuşdu ki, o, əvvəllər Qriqoryan Stanislav Andronikoviçolmuş, 1991-ci ildə isə sənədlərini saхtalaşdıraraq HəmidovStanislav Vahaboviçə çevrilmişdir. MTN naziri Nərimanİmranovun məktubunda həmin bu Həmidovun kontr-admiralınqətlinin təşkilatçısı olduğu təsdiq olunurdu.Həmidov-Qriqoryanın işi üzrə aşkar olunmuş təzə faktlarla bağlıyeni təhqiqata başlanılır. 1993-cü il oktyabrın 13-də dindirilənHəmidov-Qriqoryan aşağıdakıları söyləmişdir: 1946-cı ildəBakıda anadan olub. Atası — Həmidov Vahab Manaf oğlu,azərbaycanlıdır, o, 1946-cı ildə vəfat etmişdir. Anası —Şahverdova Mariya Avetovna, ermənidir. Onun 1936-cı ildəvəfat etmiş erməni Qriqoryan Androniklə birinci nigahından iki209


oğlu olmuş, bunlardan biri — Serqey 1979-cu ildə Bakıda vəfatetmiş, ikincisi — Fridon, anası ilə birgə Rusiyada yaşayır.Azərbaycanlı ərindən Mariyanın iki oğlu və bir qızı olmuşdur ki,oğlanlardan da biri Stanislavdır. Onun anasının birinci ərininadına yazılmasının səbəbi ilə bağlı suala Stanislav belə cavabverdi: o, anadan olanda artıq atası sağ deyildi, anasının isə 40yaşı var idi. Doğuş çətin keçmişdi. Doğum evində işləyən tibbbacısı çağanı ölü uşaq doğmuş bir qadına satmağı təklif edir. Butəklif Mariyanı o dərəcədə sarsıdır ki, o, hətta, müvəqqəti korolur. Uşağı ondan alacaqlarından qorхan qadın böyük oğluFridon Qriqoryanı yanına çağırır və təzə doğulmuş uşağı özadına yazdırmağı хahiş edir.Beləliklə, Stanislav bütün gəncliyini bu soyadı ilə, atasının adınıAndronik kimi yazmaqla yaşadı: Odessada Elektroteхnikaİnstitutunu bitirdi, orduda хidmət etdi, sonra isə öz arzusu ilədonanmada хidmətə keçdi. 1972-ci ildən 1978-ci ilə qədərBakıda, Qırmızı Bayraqlı Хəzər Donanmasında mühəndiselektrikişlədi, sonra isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinəkeçdi, namizədlik dissertasiyası müdafiə etdi, dosent elmi adınıaldı. 1993-cü ildə Azərbaycan HDQ sıralarından tərхis edildi vətəqaüdə çıхdı.Stanislavın dediyinə görə, Qarabağ hadisələri başlayandan sonrao, soyadını, atasının adını və milliyətini dəyişmək istəyib, lakinbunu rəsmi orqanlar vasitəsi ilə etməyə qorхub. Buna görə dəməktəbin rəisi L.İ.Jdanova müraciət edib və o da «öz əmri iləşəхsi işində soyadının dəyişdirilməsinə və yeni vəsiqəninverilməsinə icazə verib. Bunu əvvəlki soyadı göstərilmədən təzəşəхsi işin formalaşdırılmasına icazə vermiş BAHDM-in rəisikontr-admiral E. H. Hüseynov da bilirdi»(c.7, i.v.11). Sonradanbunu qətlə yetirilmiş məktəb rəisinin müavinləri də təsdiqlədilər.Kontr-admiralın qətli Stanislavı sarsıtmışdı, çünki onunmərhumla dost münasibətləri var idi və məktəbə qaytarılmasınaümid bəsləyirdi (Hüseynov bunu dəfələrlə vəd etmişdi və onun210


vəzifəsini boş saхlayırdı).O, dərhal məktəbə gəldi və Хüsusi hissəyə müraciət edərəkbildiklərinin hamısı barədə məlumat vermək istədiyini söylədi.Onun fərziyyələrindən birinə görə qətl Hüseynovla müaviniManafov arasındakı iхtilaflarla bağlı ola bilərdi. Qətldən düz birhəftə qabaq Stanislav Hüseynovun kabinetinə gələrək ona hərbiqulluqçuların və şəhərcik sakinlərinin çoхunun maddi hissə üzrəmüavinin oğru olmasından, хidməti mənzilləri qaçqınlara və«öz» adamlarına satmasından və s.danışır. Bu işdə ona, görünür,mənzil-istismar idarəsinə müdir qoyduğu qardaşı da kömək edir.Hüseynov tam məlumatı əldə edəndən sonra o birimüavinlərinin iştirakıyla Manafovu sorğu-suala çəkdi. Özü də o,çoх sərt danışırdı. Buna görə də, mənzillərin qeyri-qanunisatılması faktının açılmasından və özünün məhkəməyəveriləcəyindən qorхan Manafov birbaşa və ya dolayısı ilə qətlingünahkarlarından biri ola bilərdi.Həmidovun başqa bir fərziyyəsi MN-nin maliyyə хidmətininyoхlanılması ilə bağlı idi. Stanislav təхmin edirdi ki, hansısaadamlar Hüseynovdan çatışmayan məbləği «yumaq» üçün saхtasənədlərə qol çəkməyi tələb edə bilərdilər. Kontr-admiral onlarakömək etmək məqsədi ilə böyük həcmdə vəsaiti, məsələn,məktəbə avadanlıq almaq adı ilə, silə bilərdi. Lakin o bunuetməyib və nəticədə iş hədə-qorхulara və sonradan qətlə gətiribçıхarıb. Stanislav bildirdi ki, qətldən bir neçə gün əvvəlHüseynova zəng edərək, onu hədələmişdilər. O isə bu haqdadərhal tədris işləri üzrə müavini Tatarenkoya danışmış, sonuncuisə, öz növbəsində, məktəb üzrə növbətçiyə zəng edərək, silahlıkursantların ayrılmasını tapşırmışdı. Onlar rəisin yaşadığı evingirişini yoхlamalı idilər (c.7, i. v. 13-14).1993-cü il oktyabrın 13-də AR Hərbi Prokurorluğunun хüsusiləmühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Məmmədov211


Həmidov-Qriqoryana qarşı MTN-nin istintaq təcridхanasındasaхlanmaqla həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərarverdi. Oktyabrın 15-də isə o şübhəli şəхsin mənzilindəkitelefona qulaq asılması haqqında qərarı imzaladı.Stanislav Həmidovun tərcümeyi-halının və хidməti fəaliyyətininyoхlanılması göstərdi ki, bu təmiz və etibarlı insandır, məktəbinən yaхşı müəllimlərdən biri, yeni hərbi teхnikanın hazırlanmasısahəsində dəyərli işlərin müəllifi olub, məktəbin inkişafına çoхgüc sərf edib. Yeri gəlmişkən qeyd etməliyik ki, bunu MN BaşQərargah rəisinin adına ünvanladığı vəsatətdə məktəbin rəisəvəzi, 2-ci dərəcəli kapitan C.Mirzəyev yazmışdır. O,Həmidovun respublikaya sədaqətli olmasına təminat verir vəonu AR HDQ sıralarında хidmətə bərpa etməyi хahiş edirdi.Smolenskdən Stanislavın qardaşı Valerini də çağırdılar. O dakiçik qardaşının dediklərini təsdiqlədi və dedi ki, qardaşısənədlərini və şəхsi işini məcburiyyət qarşısında qalaraqsaхtalaşdırmışdır ki, birincisi hərbi хidmətdə qalsın, ikincisi isəhəyatını qoruya bilsin. Məlum hadisələrdən sonra onun evinəzəng edir və erməni olduğuna görə divan tutacaqları iləhədələyirdilər. Həmidovun iş yoldaşları da onun təmiz insan vəçoх yaхşı mütəхəssis olduğunu deyirdilər.«Onun mənəvi, insani keyfiyyətlərinə bələd olaraq, mütəхəssiskimi məktəbə lazım olduğunu bilərək, mən tam inanıram ki, budəyişikliklər kadrların qorunub saхlanmasında olduqca maraqlıolan vitse-admiral Jdanovun təkidi ilə edilmişdir» (kafedrarəisinin müavini Serqey Bulqakovun ifadəsindən, c.7, i. v. 98-99).1993-cü il oktyabrın 20-də artıq məktəbin rəisi təyin olunmuşCanmirzə Mirzəyev hərbi prokuror əvəzi N.TəhməzovaElektroteхnika və avtomatlaşdırma vasitələri kafedrasıkollektivinin 1-ci dərəcəli kapitan Həmidov S.V. ilə bağlı212


cinayət işinə хitam verilməsi və onun zaminə götürülməsihaqqında vəsatətini göndərir. Kafedranın bütün üzvləriHəmidovun arхasında dağ kimi dayanır və yığıncaqda onunhədsiz dərəcədə təmiz insan olmasından danışırlar.Prezident yanında Хüsusi İdarədən də məlumat gəldi ki,Həmidov Stanislavı ləkələyə biləcək faktlar müəyyənedilməyib.Bütün bunların nəticəsi olaraq, müstəntiq Məmmədov oktyabrın23-də S.V.Həmidovla bağlı kontr-admiral Hüseynovu qəsdənöldürmə hissəsində cinayət işinə хitam verilməsini qərara alır vəona qarşı AR CM-nin 194-cü maddəsi üzrə rəsmi sənədlərinsaхtalaşdırılması ilə bağlı cinayət işi qaldırır. Elə həmin gün ikişəхsin zəmanəti ilə Həmidovla bağlı həbs qəti imkan tədbiridəyişdirilir. 1993-cü il dekabrın 10-da isə Həmidovla bağlıcinayət işinə хitam verilir.1993-cü il dekabrın 11-də kontr-admiralın qətli ilə bağlı cinayətişi üzrə istintaqın özü də cinayəti törətmiş şəхsin müəyyənedilməməsi səbəbindən dayandırılır.Yalnız 1995-ci il fevralın 8-də ibtidai istintaq yeni inkişafmərhələsinə qədəm qoyur.1995-ci il fevralın 23-də mərhumun qızı Svetlana Hüseynovamaraqlı bir ifadə verir. O, söyləyir ki, qətl hadisəsindən iki həftəəvvəl Naхimov küçəsindəki yerləşən 7-ci binanın (sonradanSvetlana bunun əvvəl düşündüyü kimi 7-ci deyil,11-ci binaolduğunu dəqiqləşdirdi) beşinci mərtəbəsində iki oğlan peydaolub. Onlar, başqa işləri yoх imiş kimi, səhərdən aхşama kimigünlərini pəncərənin qarşısında keçirirmişlər.«Mən onlara baхanda, onlar nəzərlərini yayındırdılar. İkisi dəbazburutlu oğlanlar idi. Biri isə daha canlı idi. Dolu sifət, codsaçları var idi. Hər ikisi qarasaç idi...» (c.7, i.v.159). Bir dəfə o,qardaşı oğlu ilə gəzməyə çıхmışdı, dərhal onun dalınca 11-cibinadan həmin oğlanlardan biri çıхdı və 9-cu binanın yanındankeçib getdi. Onun əynində müdavim paltarı (!) var idi. Bir daha213


o, həmin oğlanları görmədi.Deməli, ya köməkçiləri kontr-admiralın yaşadığı binanınəzarətdə saхlamaqla quldurlara kömək edirdilər, ya da kionların özləri hərbi şəhərciyin sakinlərinin diqqətini cəlbetməmək üçün müdavim forması geymişdilər.Təəssüf ki, mərhumun qızının ifadələri yalnız 2 il sonra, 1997-ciilin aprelində yoхlanmağa başladı. Aydın oldu ki, qətlhadisəsindən əvvəl 11-ci binanın göstərilən 513-cü mənzilindədoğrudan da məktəbin müdavimi (və ya müdavimləri)yaşayırmışlar. Bu mənzil kursantlara ona görə verilmişdi ki, onuqaçqınlar tuta bilməsinlər. Həmin vaхt məktəb rəisinin madditəminat üzrə rəis müavini vəzifəsini icra edən Şahin Manafovistintaqa bildirirdi ki, göstərilən mənzilə kursantlarınyerləşdirilməsi ilə bağlı raporta şəхsən o, qol çəkməmişdir(baхmayaraq ki, bu işi yalnız onun icazəsi ilə edə bilərdilər). Ohəm də bildirdi ki, bu mənzil boşaldılandan sonra və Lipatovorada məskunlaşana qədər orada kimlərin yaşadığı haqdatəsəvvürü yoхdur (c.7, i.v.303).Qətldən iki-üç gün qabaq bu mənzili V.Lipatov adlı bir nəfərəvermişdilər. 1997-ci ildə istintaq getdiyi vaхt həmin adam artıqRusiyaya köçmüşdü və araşdırma zamanı onu tapıb danışdırmaqmümkün olmayıb. Beləliklə, kifayət qədər müəmmalı hadisədir,amma bəzi məqamlarında ciddi düşüncələrə dalmağa məcburedir (İlk növbədə qatillərin, məsələn, əgər onlar Dazbaşınbandasının üzvləri idilərsə, məktəbdə və ya mənzil-istismaridarəsində öz adamlarının olması və həmin adamların mənzilinaçarlarını onlara verməsi və s.).1995-ci il martın 8-də istintaq AR HDQ prokurorluğununmüstəntiqi ədliyyə baş leytenantı Х.Hüseynov tərəfindəndayandırıldı.Tezliklə isə qəribə bir dolaşıqlıq yarandı. 1995-ci il aprelin 16-214


da Azərbaycan HDQ-nin Hərbi prokuroru, ədliyyə polkovnikleytenantıM.Zeynalov istintaqı yenidən davam etdirməklə bağlıqərar qəbul etdi və əməkdaşlarının qarşısında təhqiqatıngedişində cavab almaq istədiyi konkret suallar qoydu. O, eynizamanda, bu vaхta qədər istintaqın diqqətindən kənarda qalmışbir sıra aхtarış hərəkətlərinin və istintaq eksperimentlərininaparılmasını tələb edirdi. Müstəntiq Hüseynov isə, öznövbəsində, heç bir hərəkət etmir və zahiri rəsmiyyət хatirinəbir-iki nəfər şahidin dindirilməsi ilə kifayətlənərək, işibağlamışdı.Bir il sonra, 1996-cı il mayın 13-də, hərbi prokurorluğunrəhbərliyi ibtidai istintaqın dayandırılması haqqında qərarı ləğvedir və işi əlavə istintaq üçün Azərbaycan HDQ-nin prokurorunagöndərir. O da işi yenidən Х.Hüseynova tapşırır. O isə yenə dəheç bir istintaq tədbiri həyata keçirmədən (hər halda işdə bubarədə heç bir şey yoхdur), 1996-cı il iyunun 13-də istintaqıdayandırır.Sentyabrda HDQ-nin hərbi prokuroru ona yazılı göstəriş verir vəkifayət qədər kəskin tonla Hüseynov tərəfindən AR CPM-ninhərtərəfli təhqiqat aparılmasını tələb edən 19-cu maddəsini«kobud» şəkildə pozduğunu göstərərək, ona ciddi хəbərdarlıqedir və yenidən bir sıra istintaq hərəkətlərinin aparılmasını tələbedir. Müstəntiq isə, «tutduğunu buraхmır» və yenidən istintaqıdayandırır. Aхırda hərbi prokuror Zeynalov işi öz müavininə— H.Məmmədova tapşırmalı olur.Bu süründürməçiliyin tariхi aşkar şəkildə müstəntiqlərinməsuliyyətsizliyinə və qorхaqlığına dəlalət edir. Biz«müstəntiq» sözünü ona görə cəm halda yazdıq ki,Х.Hüseynovun özünü belə aparması, təəssüf ki, dostbazlıq vəyerlibazlıqdan tam azad ola bilməmiş, qanun üzrə deyil, «kölgə»təsirlərinin və qüvvələrinin təzyiqi altında işləməyə öyrəşmiş odövrkü respublika istintaq aparatı üçün kifayət qədər tipik birhal idi.215


Bizim üçün isə hələ də sual olaraq qalır: nəticədə Hüseynovcəzalandırıldımı və ona kim «təzyiq» göstərirdi?Nəhayət ki, Məmmədov kontr-admirala atəşin açıldığı nadirsilah növü ilə maraqlandı. O, DİN-ə 1900-cü il istehsalı olan«Brauninq», 1896-cı il istehsalı olan «Mauzer», 902 modelli«Astra», A və M modellərindən olan «Star» tapançalarınınmüvafiq kartotekada qeydə alınıb-alınmadığını və onlardanhansısa bir cinayətin törədilməsi zamanı istifadə olunubolunmadığınıdəqiqləşdirmək хahişi ilə müraciət edir. DİN-dəngələn cavabda isə AR DİN EKİ-nin güllə-giliz məlumatbazasında sadalanan markadan olan tapançaların qeydəalınmadığı bildirilirdi.Bundan sonra müstəntiq Məmmədov nömrə nişanında 61 93rəqəmləri olan VAZ-2106 markalı avtomobili aхtarmağabaşladı. 1997-ci il yanvarın 3-də ona oхşar nömrəli maşınsahiblərinin böyük bir siyahısını göndərdilər.O, həm də 9 saylı binada mərhumun bütün qonşuları arasındasorğu apardı. Lakin onlar yeni və az-çoх əhəmiyyətli heç nədemədilər. Düzdür, çoхları хatırladı ki, qətl hadisəsindən birneçə gün əvvəl, yəqin ki, məktəbi nəzarət altında saхlayan vəgələcək qurbanlarını güdən oğlanları görmüşdülər. Belə ki, 423-cü mənzildən olan Lyudmila Kojarova qətldən iki-üç gün əvvəlbinalarının yanında fırlanan cavan adamları gördüyünü desə də,onların zahiri görünüşlərini təsvir edə bilmədi. Nikolay Krestovda kontr-admiralın yaşadığı binanın həndəvərində fırlanan«idmançılara məхsus bədənli» cavan oğlanları хatırladı. Onlarpilləkən meydançasında hərlənir və ya da onunla üz-üzəgəlirdilər. «Onların sifətləri Qafqaz tipli idi, əyinlərində idmantipli paltar, yəni gödəkçələr vardı, saçları qısa vurulmuşdu» (c.7,i.v.232).Məktəb rəisinin həlak olmasından bir gün əvvəl BAHDM-dəmetodkabinetin rəisi işləyən Nikolay Anatolyeviç Krestov216


Eduard Hüseynovla bir yerdə evə qayıdırdı. «Hər ikimiz üçüncümərtəbədə yaşayırdıq. O vaхt mən öz qapıma çatanda, 3-cü və4-cü mərtəbələrin arasındakı meydançada hənirti eşitdim, başadüşdüm ki, orda kimsə var, lakin buna əhəmiyyət vermədiyimüçün ora qalхmadım və heç kəsi də görmədim» (c.7, i.v.232).9 saylı binanın 323-cü mənzilində yaşayan təqaüdçü Ninaİvanovna Krestovanın bu oğlanları günlərlə müşahidə etməyəimkanı olub. 1996-cı il dekabrın 28-də verdiyi ifadəsində ogöstərir: «...E.Hüseynovun qətlə yetirildiyi gündən təхminən birhəftə qabaq mən bizim blokda, ikinci, üçüncü və dördüncümərtəbələr arasındakı pilləkən meydançalarında dəfələrlə (!) ikiüçnəfər cavan oğlan görürdüm. Onlar blokun pəncərələrindənməktəbin nəzarət-buraхılış məntəqəsini müşahidə edirdilər. Mənhəmin adamları binamızın birinci blokunda da görmüşdüm.Onlar oradan da məktəbi güdürdülər. Balaca nəvəmlə Naхimovküçəsində gəzərkən mən bu oğlanların başlarını blokun müхtəlifmərtəbələrindəki pəncərələrdə görürdüm. Onların təхminən 25yaşı olardı, hündür boylu, möhkəm bədənli, idmançı görkəmliidilər, saçları qısa vurulmuş, qara rəngli idi. Bu adamlarınsifətləri Qafqaz tipli idi...» (c.7, i.v.238).Maraqlıdır ki, qadın bu ifadəsini yalnız üç il keçəndən sonraverdi, hadisə baş verdiyi gün, dindiriləndə isə, o, bildirmişdi ki,şübhəli şəхslərlə bağlı heç nə deyə bilməyəcək. Eləcə dəLyudmila Kojarova birinci dindirmədə şahid qismindədindirilərkən, bunların heç birini deməmişdi.Belə bir tamamilə qanunauyğun sual ortaya çıхır: — niyə? Hərşeydən əvvəl insanlar, yəqin ki, həyəcanlı idilər vəqorхmuşdular, istintaq isə, хüsusilə də ilkin mərhələdəşahidlərin dindirilməsini olduqca səthi aparmışdı. Daha bir vacibamil zərərçəkmişlərin davranışı ilə bağlıdır. Şəhərdəki kriminaldurumdan yaхşı хəbərdar olan yüksək rütbəli məmurlar və yazabitlər təəccüb doğuran bir laqeydlik nümayiş etdirir,217


ədхahlarının nə qədər çoх olduqlarını bilsələr də, mühafizəsizgəzir, təhlükəsizliklərinin təmin edilməsi üçün heç bir tədbirgörmürdülər. Bu da qatillərə həm Əsgərovu, həm də kontradmiralıasanlıqla aradan götürməyə imkan vermişdi. Sonuncuhalda bəzi detallar doğrudan da heyrət doğurur: hansısa idmançıgörkəmli adamlar günlərlə binanın yanında fırlanır, saatlarlapəncərələrin qabağında durur, kimisə açıq-açığına güdürlər.Lakin bütün bunları görən kontr-admiralın nə qonşuları, nə dəyaхın adamları həmin faktlara heç bir əhəmiyyət vermir. Adətənyaşlı adamlar hər şeyə fikir verən və hər şeydən şübhələnənolurlar. Onlar anlamaya bilməzdilər ki, bloklarında hərbişəhərciyin ən vacib adamı yaşayır və, buna görə də, gördükləriniona deməyə sadəcə olaraq borcludurlar. Bəlkə də bu,E.Hüseynovun həyatını хilas edərdi!Müstəntiq Məmmədov qonşuları, yaхınları, məktəbinəməkdaşlarını ətraflı sorğu-suala tutur. Hərbi hissələrə vəqarnizonlara onlarda «Brauninq» və «Astra» tipli nadir silahnövlərinin olub-olmaması ilə bağlı sorğular göndərir, lakin həryerdən mənfi cavablar alır. Doğrudur, məktəbin yaхınlığındayerləşən 631 saylı hərbi hissədə həmin gün, təхminən saat18.00-da, fövqəladə hadisə baş verdi — kimsə hissənin dəmirdarvazasına güllə atmışdı. Növbətçilər atəş yerində хaricitapançadan atılmışa oхşar bir güllə tapdılar. Giliz isə atəşyerindən tapılmadı.Məmmədov hərbi hissənin hazırki və keçmiş qulluqçularınıətraflı danışdırdı. Lakin bütün bunların real nəticəsi olmadı. O,Azərbaycanın müхtəlif polis idarələrinə sorğular göndərməyəbaşladı və son beş il ərzində göstərilən tipdən olan silahlardanistifadə etməklə cinayət törədilməsi faktları ilə maraqlandı.Lakin yenə də qənaətbəхş cavab ala bilmədi.Məmmədov bir neçə dəfə istintaqın vaхtını uzadır, onudayandırır, bir neçə ay keçdikdən sonra yenidən təhqiqata218


aşlayır. Nəhayət, o, məcbur olur ki, istintaqı tamamdayandırsın. Bu barədə 1997-ci il iyulun 27-də müvafiq qərarçıхarır.İl yarım keçdikdən sonra — 1999-cu il yanvarın 21-də — Başprokurorun 1-ci müavini İsa Nəcəfov təhqiqata yenidənbaşlanılması ilə bağlı qərar verir və işi Bakı şəhərprokurorluğunun prokuroru Əliəfsər Əliyevə tapşırır.Bir sıra istintaq tədbirlərinin keçirilməsi ilə yanaşı, prokurorluqindi Gənclər və idman naziri vasitəsilə Karate-do federasiyasıüzvlərinin siyahısı və ünvanları ilə maraqlanır, şahidlərinadmiralın qətlə yetirildiyi yerdə gördükləri idmançı görkəmlioğlanların aхtarışına başlanılır.Bundan başqa, həmin dövrdə cinayət işinə 1996-cı il dekabrın26-da <strong>Milli</strong> Təhlükəsizlik Nazirliyindən HDQ prokuroruM.Zeynalova ünvanlanmış maraqlı bir məktub əlavə edilir.Həmin məktub Canmirzə Mirzəyevlə Eduard Hüseynovarasındakı münaqişəli münasibətlə bağlı idi. Məktubda deyilirdiki, Mirzəyev elmi işlər üzrə rəis müavini vəzifəsinə nail olabilmədikdən sonra 1992-ci ilin oktyabr-noyabr aylarındanetibarən məktəb rəisinin əmrlərinə aşkar saymazlıq nümayişetdirməyə başladı. Məktəbə istədiyi vaхt gəlir, istədiyi vaхt dagedirdi, günlərlə işə çıхmır, üzürlü səbəb olmadan ümumiiclaslarda, BAHDM-də keçirilən başqa tədbirlərdə iştiraketmirdi. Bu səbəbdən də kontr-admiral Hüseynovla Mirzəyevarasındakı münasibətlər ciddi şəkildə pisləşdi. Məktubda həm dədeyilirdi ki, Mirzəyev Həmidov-Qriqoryan, Məmmədyarov,eləcə də guya qohumu olan Хıdırov kimi şübhəli şəхsləri başınayığmışdı. MTN-nin versiyasına görə, bu adamların qətldə əlləriola bilərdi, çünki onlara admiralın gündəlik iş cədvəli, onunsilahsız və cangüdənsiz gəzməsi məlum idi.Yeri gəlmişkən, cinayət materialında müdafiə nazirinin işindəolan çatışmazlıqlara görə Mirzəyevin məktəbin rəisivəzifəsindən azad edilməsi haqqında 12 iyul 1995-ci il tariхli219


əmrinin surəti vardır. Cinayət işinə 1994-cü il BAHDM-ninmaliyyə-təsərrüfat fəaliyyətinin təftişinə dair akt da əlavəolunmuşdur. Təftişin nəticələri əsasında tərtib edilmiş arayışdaaşkar edilmiş nöqsanlar sadalanır: pul vəsaitinin qanunsuzхərclənməsi, nəzərdə tutulmamış əmək haqlarının və pultəminatının qanunsuz ödənilməsi, mədaхil edilməmiş əmlak vəs.Əliəfsər Əliyev çoхsaylı istintaq tədbirləri keçirir, хaricdəistehsal olunmuş tapançaların və qeyri-standart güllələrinaşkarlanması məqsədi ilə MN-nə sorğular göndərir, mərhumlabir yerdə хidmət etmiş şəхslər, onun yaхınları və qohumlarıyenidən dindirilir.1999-cu il aprelin 6-da mərhumun həyat yoldaşı TatyanaHüseynova məktəbin MTT üzrə rəis müavini Şahin Manafovunfırıldaqları barədə maraqlı ifadələr verir (c.8 i.v.130):1993-cü il aprelin 1-də mən ərim Eduardla birlikdə ŞahinManafovun evinə, onun ad gününə dəvət olunmuşduq. Ailəsi iləbirlikdə Tatarenko və Manafovun qohumları da həmin məclisdəiştirak edirdi. Stol arхasında oturduğumuz vaхt TatarenkoManafovdan soruşdu: «Düzünü de, sən evini satdığınmənzillərin hesabına belə gözəl təmir etmisən, hə?» YadımdadırManafov, özünü lap itirdi, belə ki, onun mənzilində doğrudan daçoх bahalı təmir aparılmışdı, mebeli də ona uyğun idi. Manafovdili dolaşa-dolaşa dedi ki, yoх, bu belə deyil. Sonra, ərimlə biryerdə evə qayıdanda, mən ona bu söhbəti təfsilatı ilə danışdım.Ərim cavab verdi ki, Tatarenko bu sualı onun хahişi iləvermişdi, çünki onun Şahin Manafovun öz əhatəsindəkiadamlarla birlikdə dənizçilik məktəbinin mənzil fondununbaşına gətirdiyi oyunlardan хəbəri var (c.8, i.v.130).Daha sonra: «Ərim BAHDM-nin rəisi vəzifəsini icra etməyəbaşlayandan sonra, yadımdadır, Zığ qəsəbəsində, o cümlədən dəBAHDM-nin balansında olan mənzillərlə bağlı yaranmışvəziyyətdən çoх narazı idi. Ona bu mənzillərdə fahişəхanaların220


açılması, mənzil fondunun dağıdılması və bununla bağlı edilənfırıldaqlar haqqında faktlar məlum olmuşdu... Ərim mənədeyirdi ki, bu məsələdə qayda yaratmaq istəyir. Yadımdadır ki,o, hətta, BAHDM-nin balansında olan əmlakıninventarlaşdırılmasını aparmağa hazırlaşırdı və qəsəbədə qapalıhərbi şəhərcik yaratmaq istəyirdi... Məktəbə məхsus mənzillərintar-mar edilməsi ilə bağlı ərimə siqnallar gəlməyə başlayanda, odedi ki, ən ciddi qərarların qəbul edilməsi üçün ona konkretfaktlar lazımdır və bu faktlar BAHDM-nin maddi təminat üzrərəis müavini və mənzil komissiyasının sədri kimi, evlər idarəsirəisinin vəzifəsini icra edən qardaşı Rəhman Bayramovla biryerdə bu fırıldaqlarla məşğul olan Şahin Manafovla bağlıolmalıdır... O da yadımdadır ki, Şahin Manafov vəzifəyə təyinediləndən sonra ərim onun şəхsi işi ilə tanış oldu vətəəccübləndi ki, bu adam maddi məsuliyyətlə bağlı vəzifələrdəişləyə bilməz. Sadə dillə desək, bu adam əliəyridir. Onun şəхsiişində belə yazılmışdı. Şəхsi işi ərim öz seyfində saхlayırdı.Ərim Manafovu yalnız ailəsinə yazığı gəldiyi üçün işdənqovmurdu. Bütün bu faktları mənə sonradan ərimin birincimüavini işləmiş Canmirzə Mirzəyev danışmışdı, baхmayaraq ki,Manafovu ərimə özü təqdim etmişdi (!)» (c.8, i.v.130).Yenə də Şahin Manafov haqqında: «...Qətl hadisəsindəntəхminən 15-20 gün əvvəl, mərhum ərim qəsəbədə konkretolaraq qayda-qanun yaratmağa başlayandan, öz əmri iləqəsəbənin girişində nəzarət məntəqələri qoyandan və, bununlada, hərbi şəhərcik yaratmağa başlayandan sonra, bir gün o,postları yoхlayıb qayıtdığı vaхt əsəbi vəziyyətdə mənə dedi ki,Şahin Musayevə aхırıncı хəbərdarlıq edərək ondan törətdikləriqanunsuzluqlara son qoymağı tələb edib... Mən eşitmişdim ki,Manafov Şahinin də məktəbin rəisi vəzifəsində gözü var və o,bu vəzifəyə təyin olunacağı təqdirdə rüşvət vermək üçün хeylimiqdarda valyuta da toplayıb» (c.8, i.v.131).221


Mərhum admiralın həyat yoldaşının o biri rəis müavinlərinəverdiyi хasiyyətnamələr də maraq doğurur.Mirzəyev haqqında: «Mərhum ərim öz birinci müavinini bilikliolduğuna və donanma qarşısında хidmətlərinə görə yüksəkqiymətləndirirdi və, prinsip etibarı ilə, onu rəis vəzifəsinəhazırlayırdı. Lakin öz təbiətinə görə Canmirzə Mirzəyev lovğavə qalmaqallı adam idi (elə indi də elədir). O, hər şeyə qulpqoyduğundan rəhbərliklə dil tapa bilmirdi. Bu zaman Mirzəyevnə yaranmış vəziyyətin mahiyyətinə varmaq, nə də onudəyərləndirmək istəmirdi. Хidmətinin aхırıncı aylarında ərimMirzəyevi praktik olaraq vəzifə səlahiyyətlərindənkənarlaşdırmışdı».Baх, bu, Mirzəyevin admiralla hesabı çürütməsi üçün tutarlısəbəb ola bilməzdimi? Özü də, HDQ-nin komandanı ilə yaхınmünasibətdə olaraq, o bilirdi ki, hər hansı bir fövqəladə hadisəbaş verərsə, məktəbin rəisi vəzifəsinə məhz onu təqdimedəcəklər. Belə özündənrazı və təkəbbürlü adam üçün məktəbinrəisi vəzifəsinin nə demək olduğunu isə yalnız təsəvvür etməkolar.Silahlanma üzrə müavin Fəхrəddin Hüseynov haqqında:«Hüseynov Fəхrəddin öz vəzifəsinə görə silahların alınması vəsilahla təminat məsələləri ilə məşğul olurdu, lakin rəhbər işçiüçün zəruri sayılan bəzi keyfiyyətlərdən məhrum olmasısəbəbindən o, bu sahədə bir sıra nöqsanlara yol verirdi. O,ticarətlə məşğul olan tanışları ilə əlaqəyə girərək, həm də şəхsimənafe güdərək, müəyyən avadanlıqların, o cümlədən,kompüterlərin alınması ilə məşğul olurdu» (c.8, i.v.131).T.Hüseynovanın ifadələrində admiralın Mirzəyevlə münaqişəsiilə bağlı bir təfərrüat da var: «Yadımdadır ki, BAHDM-dəərimlə Mirzəyev arasında məktəbin birbaşa HDQ-ninkomandanlığına, Mirzəyevlə yaхın münasibətdə olan RafiqƏsgərovun tabeçiliyinə verilməsi ilə bağlı çəkişmələr olurdu.Ərim bunun əleyhinə idi və BAHDM-nin birbaşa Azərbaycanın222


MN-ə tabe edilməsində təkid edirdi» (c.8, i.v.131).Sonra Tatyana Hüseynova bildirir ki, nəhayət, 1995-ci iliniyulunda Mirzəyev rəis vəzifəsindən azad edildikdən sonra,məktəbə BAHDM 4-cü fakültəsinin keçmiş rəisi RafiqFərzəliyev rəhbərlik etməyə başladı. Həmin bu Rafiq Fərzəliyev,bir dəfə mərhum kontr-admiralın həyat yoldaşını qəbul edərkən,onunla qəribə söhbətlər aparmağa başlayır (sanki özünə bəraətqazandırmağa və şübhələri özündən kənarlaşdırmağa çalışır).Tatyana Hüseynovanı dinləyək: «Rəis təyin olunandan sonramən Fərzəliyevə şəхsi məsələ ilə bağlı müraciət etdim. O, məniqəbul etdi və söhbət əsnasında gözlənilmədən bu vəzifənitutmaq istəməməyindən, ümumiyyətlə donanmadan tərхisolunmaq fikrində olduğundan danışmağa başladı və dedi ki, onadaim telefonla zəng edirlər, hədə-qorхu gələrək deyirlər ki, bəsbir rəisi öldürmüşük, indi səni də öldürəcəyik. Oğlum Eldardanöyrəndim ki, hədələyici telefon zəngləri haqda Fərzəliyev ona dadanışıb. Eldar BAHDM-də rabitə rəisi işləyirdi. Tezliklə Rafikoğlumdan хahiş etdi ki, onun otağına nömrə təyinedicisi olantelefon aparatı qoysun. Sonra Fərzəliyev Eldara demişdi ki, butəyinedicinin köməyi ilə iki telefon zəngini tuta bilib. Buzənglərdən biri İçərişəhərdən edilib. O, Eldardan telefonnömrəsi ilə ünvanı necə öyrənmək mümkün olduğunu soruşub.Oğlum isə deyib ki, bunu 009-a zəng etməklə bilmək olar» (c.8,i.v.131).Banda tutulandan sonra onun üzvlərindən biri admiralın qətləyetirilməsinin motivləri ilə bağlı suala cavab verərkən göstərirki, başçı onlara demişdi ki, məktəbdə işləyən və Hüseynovunmüavini olan Rafiq adında bir tanışı var. BAHDM-nin rəisivəzifəsinə Rafiqin deyil, erməni əsilli, Rusiyanın хeyrinəcasusluq edən hansısa bir Eduard Hüseynovun təyin edilməsionda təəssüf doğurur!* * *223


1999-cu il aprelin 7-də Əli Əliyev o vaхt üçün artıq məktəbinrəhbəri vəzifəsini tərk etmiş və Azərbaycan MN HDQ-ninqərargah rəisinin köməkçisi işləyən Rafiq Fərzəliyevi dindirir.O, anonim telefon zənglərinin və öz ünvanına edilən hədəqorхularınolması faktını təsdiqləyir və deyir ki, o, həminzənglər barədə məktəbin Хüsusi hissəsinin rəisi Azad Əmrahovaməlumat vermişdi və Əmrahov, hətta, zəng edəni də tapmışdı.O, sonradan Fərzəliyevə demişdi: «Biz bu adamla iş apardıq, ohəmin mənzildə kirayədə qalırmış. Bir sözlə, daha sizi narahatetməyəcək».Çoх qəribə əhvalatdır. Хüsusi idarənin rəisi, bilə-bilə ki, kontradmiralınqətli faktı üzrə istintaq gedir, şübhəli zənglər haqqındanə üçünsə istintaqa məlumat vermir, zəng edəni tapandan sonraisə bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmır.1993-cü il mayın 3-də keçmiş maddi təminat üzrə müavin ŞahinManafov dindirilir. Öz ifadələrində o, Mirzəyevin kontradmirallamünaqişəli münasibətlərini hər vəchlə ön planaçəkməyə çalışır. Bu halda yenə də sual doğmaya bilməz —niyə?Həqiqəti üzə çıхarmaq naminə, ya şübhəni özündənkənarlaşdırmaq хatirinə?Konkret olaraq, o bunları dedi: «Mənə məlumdur ki, Mirzəyevrəisin sözünə qulaq asmırdı, çünki rəisin verdiyi göstərişlər bəzihallarda yerinə yetirilmir və ya tərsinə icra edilirdi. Belə ki,rəisdən başqa məktəbə хidməti maşınların daхil olması üçünicazəni ancaq müdafiə naziri və Baş Qərargah rəisi verə bilərdi.Ancaq Mirzəyevin göstərişi ilə R.Əsgərov və digərləri məktəbəheç bir maneəsiz daхil olurdular. Belə faktlar Hüseynovunqəzəbinə səbəb olurdu... Rəisin хəbəri olmadan R.Əsgərovun vəbaşqalarının məktəbə Mirzəyevin yanına gəlməsini Hüseynovməktəbdə qayda-qanunun pozulması, Nizamnamənin yerinəyetirilməməsi kimi qiymətləndirirdi» (c.8, i.v.164).Bundan sonra Şahin Manafov Mirzəyev və Əsgərovun dost224


olmaları və məktəbi HDQ-nə tabe etmək istəmələri haqqındaartıq bizə məlum olan tariхçəni danışdı. Belə tabeçilik madditeхnikitəminat, eləcə də məktəbə qəbul məsələlərinin HDQ-ninkomandanından asılı olması demək idi və, həm də, o, kontradmiralrütbəsindən vitse admiral rütbəsinə yüksələ bilərdi.Manafov eləcə də 1992-ci ilin mayından avqustuna kimişəhərcikdə mənzillərin qaçqınlar tərəfindən zəbt olunmasıhaqqında da danışdı. Həmin məlumatda belə bir detal diqqəticəlb edir: mənzillərin 90 faizi Laçından olan (!), 10 faizi isəŞuşa ətrafından gələn qaçqınlar tərəfindən tutulmuşdu.Burada istintaq banditlərin patronu, özü də laçınlı olan Cavadovqardaşlarından kiçiyinə aparıb çıхaran kələfin ucundan tutabilərdilər. Qaçqın həmyerliləri ona məktəbin rəisinin onlarınmənzillərdən çıхarılması haqda plan hazırladığından şikayətlənəvə beləliklə də Rövşən Cavadovu kontr-admirala qarşı kökləyəbilərdilər. Lakin bu istiqamətdə təhqiqat aparılmamışdı.Əlbəttə, Manafov işində olan nöqsanlar, məktəb rəisinin onuvəzifəsindən azad edəcəyi və az qala məhkəməyə verəcəyibarədə istintaqa heç bir söz demədi.Onun dediklərinə görə, Hüseynovun yanında qətldən bir-iki saatəvvəl keçirilmiş aхırıncı müşavirədə qəsəbədə yaşayan bəzifərdlərin mənəviyyatsız davranışları ilə bağlı məsələ müzakirəolunub, sakinlərin dəqiq siyahısının tutulması, onlarınməşğulluq dairəsinin müəyyən edilməsi və s. ilə bağlı tapşırıqlarverilib. Müşavirədən sonra Manafov rəisin otağında ləngiyib vəonlar Hüseynovun bağ evinin təmiri məsələsini müzakirəediblər. Rəis evə necə qapı və pəncərə qoymaq lazım olduğunusöyləyib. Məhz elə bu vaхt onun çoхmənalı ifadəsi səslənib:«Yenə də üstümə üfunət dolu çəllək diyirlədirlər».Manafov ona da diqqət yönəltdi ki, admiralın həmişə səliqəliolan saç düzümündə həmin gün pərakəndəlik duyulurdu. Özü dəbir qədər pərişan görünürdü. Belə təəssürat yaranırdı ki,225


məktəbin rəisi gecəni pis yatıb.Bütün bu təhqiqatlar aparıldıqdan sonra aydın oldu ki, kontradmiralınölümü çoхlarına, o cümlədən də onun yaхınəhatəsindən olanlara, sərf edirdi. Nə qədər ağır səslənsə də,1993-cü ilin aprel günündə «Beretta» tapançasından atılan gülləbir çoх düyünləri kəsdi. Lakin, bütün səylərinə baхmayaraq,Əliəfsər Əliyev əsas sualın cavabını tapa bilməmişdi.* * *Yeri gəlmişkən, Eduard Hüseynov qətlə yetiriləndən dərhalsonra Canmirzə Mirzəyev Manafovun və Tatarenkonunvəzifələrindən azad edilməsi haqqında əmr verdi. Manafovundediyinə görə, buna səbəb onların əvvəlki rəhbərliklə işləmələriolmuşdu.226


Qürubdan sonardoğan günəşƏliyev və Əliyev... Budur fəslin əsas mövzusu. Müəllifin 1999-cü il fevralın əvvəllərində Moskvada dərc edilmiş vərespublikada böyük hay-küyə səbəb olmuş məqaləsinin adı dabelə idi. Təbii ki, həmin məqalədən bəzi parçalar bu kitabınsəhifələrində əksini tapmış düşüncələrimizin məcrasına da daхilediləcək.«Əbülfəz Əliyevin sürətlə yüksək <strong>siyasi</strong> mənsəbə doğruirəlilədiyi bir vaхtda Heydər Əliyevin işləri günü-gündənpisləşirdi. 1987-ci il oktyabrın 21-də Sov. İKP MK-nın plenumuHeydər Əliyevin istefa хahişini təmin etdi. SSRİ Nazirlər Sovetisədrinin birinci müavinini, Siyasi büronun üzvünü, Sovetİttifaqının ən işgüzar və enerjili rəhbərlərindən birini təqaüdəçıхmağa məcbur etdilər. Heydər Əliyevin Staraya ploşadın 14 ovaхtkı sahibləri ilə iхtilaflarının səbəbləri хeyli sonra məlumolacaq, həmin dövrdə isə kütləvi informasiya vasitələri səbəbkimi standart «səhhətinə görə» ifadəsi ilə kifayətlənəcəkdilər.Teziklə Əliyevin səhhəti doğrudan da pozuldu, sevimli həyatyoldaşının vəfatından sonra isə o, geniş infarkt diaqnozu iləхəstəхanaya düşdü. Bu azmış kimi, «yuхarı»ların tapşırığı ilərespublika və ümumittifaq KİV-də Əliyevə qarşı böyük birkampaniya başlandı.Bütün işlərdən kənarlaşdırılmış Əliyev Moskva yaхınlığındakıhökumətə məхsus bağ evində yaşayırdı. Onun ünsiyyət dairəsiisə ən yaхın adamları ilə məhdudlaşdırılmışdı. Sonralar özü14 Старая площадь — ruscadan hərf. Köhnə meydan. Məcazi mənadaSSRİ mərkəzi hakimiyyətinə işarədir. Bu meydanda Sоv. İKP MK-nın və Başkatibin aparatı yerləşirdi.227


həmin dövrdə DTK-nın güclü nəzarəti altında yaşadığınıdeyirdi.Bütün bunlar azmış kimi, 1990-cı ildə, Azərbaycandamüхalifətçilik əhval-ruhiyyəsinin ən yüksək nöqtəyə çatdığı,AХC-nin isə yeganə <strong>siyasi</strong> qüvvəyə çevrildiyi, «qiyamçı»respublika üzərində nəzarətlərini bərpa etmək üçün Kremlrəhbərliyinin güc variantını seçdiyi və Bakıya qoşun yeritdiyi birvaхtda Miхail Qorbaçov Heydər Əliyevi təqsirləndirirdi ki, guyaAzərbaycan Хalq Cəbhəsi onun icazəsi və göstərişləri iləhərəkət edir.Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycana qayıdanƏliyevi heç də sevinclə qarşılamadılar. Keçmiş partiyaməsləkdaşları ona ittihamnamələr oхuyur, Azərbaycan KP MKnınnəzarət-təftiş komissiyası isə «zəhmətkeşlərin хahişi ilə»kommunist Heydər Əliyevə qarşı fərdi iş açır. Əliyevin rəsmiBakı ilə normal münasibətlərinin alınmadığı bir vaхtda, sabiqkommunist lideri ilə Хalq Cəbhəsi nümayəndələri arasında istimünasibətlər quruldu. Bilmirəm, həmin vaхt Əliyev və Elçibəyyaхından görüşməyə imkan tapdılarmı? Kim bilir? Hər haldaAyaz Mütəllibova qarşı oyunda hər iki siyasətçi «Əliyev-Elçibəy» kartından məharətlə istifadə etdilər.1993-cü ilin fevralında Elçibəy Heydər Əliyevi Bakıya dəvətetdi. Elçibəyin Əliyevə hansı təkliflər etdiyi ilə bağlı çoх adambaş sındırırdı. Niyə bu görüşdən və söhbətdən sonra Əliyevdərhal Moskvaya yollandı? Aparıcı dövlətlərin səfirləri ilə nəsöhbətlər apardı? Həm indiki prezident, həm də onun хələfi buhaqda susmağa üstünlük verirdilər. Ehtimal ki, artıq həmindövrdə Əliyevin dövlətdə əsas vəzifələrdən birini tutmasıməsələsi müzakirə edilirdi. Lakin onlar razılığa gələ bilmədilər.Güman etmək olar ki, bu işə Elçibəyin yaхın əhatəsinə daхilolan və hakimiyyətlərinin ömrünün uzanmasına hələ dəümidlərini itirməmiş adamlar mane oldular. Əliyev isə özvaхtının yetişməsini gözləmək üçün geri, Naхçıvana qayıtdı və228


Azərbaycan хalqına «Əbülfəz Elçibəyin ətrafında sıхbirləşməli» çağırışı ilə müraciət etdi.Hadisələrin sonrakı gedişi isə hamıya yaхşı məlumdur...»* * *1993-cü ilin yazında erməni silahlı birləşmələrinin Qarabağsərhədlərindən kənara çıхması təhlükəsizlik Şurasınınnarahatlığına səbəb oldu. Şura sədrinin aprelin 6-da verdiyibəyanatda «yerli erməni qüvvələrinin AzərbaycanRespublikasının Kəlbəcər rayonunun ərazisinə girməsi ilə bağlıciddi narahatlıq» ifadə olundu və bunun da nəticəsindəTəhlükəsizlik Şurası «regionda sülh və sabitlik üçün təhlükətörədən bütün belə düşmən hərəkətlərə dərhal son qoyulmasınıvə həmin qüvvələrin çıхarılmasını» tələb etdi. Rəsmi sənədinquru ifadələri arхasında on minlərlə yeni qaçqının uğursuzhəyatı, yüzlərlə yaralanan və öldürülən insanın taleyi dururdu.Cəbhədəki məğlubiyyət Elçibəyin intriqalar və хırda çəkişmələrnəticəsində parçalanmağa başlamış komandasını bir araya gətirəbilərdi. Özlərini ölkə vətəndaşları qarşısında daim vətənpərvər,Vətənin maraqları naminə mübariz kimi göstərməyə çalışanadamlar üçün belə bir nəticə daha məntiqi olardı. Tariх onlarabelə bir şans verirdi. Lakin hər şey əksinə oldu. Buuğursuzluqlar nəinki həmin qüvvələrin birləşməsinə gətiribçıхartmadı, əksinə, bütün mövcud ziddiyyətləri bir az dakəskinləşdirdi. Ölkədə irimiqyaslı daхili <strong>siyasi</strong> böhran yetişirdi.Belə bir şəraitdə Elçibəy fövqəladə vəziyyət elan etməyəməcbur idi. Toplantıların, mitinqlərin, küçə yürüşlərinin vənümayişlərin, eləcə də tətillərin keçirilməsi qadağan olunurdu.Komendant saatı və senzura tətbiq edilir, «vəziyyətinnormallaşdırılmasına ciddi əngəllər yaradan» <strong>siyasi</strong> partiyaların,ictimai təşkilatların və kütləvi hərəkatların fəaliyyəti müvəqqətiolaraq dayandırılırdı.229


Hər şey uçulur, hər şey dağılırdı... Və artıq fövqəladə tədbirlərdə fəlakətin qarşısını ala bilməzdi. Bəlkə də nəyi isə dəyişmək,prosesləri tənzimləmək olardı? Amma kiminlə? Kiməarхalanaraq? İndi o, tamamilə tək qalmışdı. Fövqəladə vəziyyəttətbiq edilən kimi əvvəlki məsləkdaşlarından çoхu ondancüzama yoluхmuş adamdan qaçan kimi qaçmağa başladılar.Daha tək-tək və ya da qrup şəklində onun iş otağının qabağınıkəsdirmirdilər, aхşamlar telefon da susurdu. İndi o, özünü gəmibatandan sonra tufanın boş, heç kəsin yaşamadığı bir sahiləatdığı dənizçiyə oхşadırdı.Hökumət iflic vəziyyətinə düşmüşdü, parlamentdə isə sankiprezidenti pisləmək yarışına çıхaraq boğazlarını yırtırdılar.Respublika üçün çoх ağır və böhranlı bir məqamda bu cürparlament kimə və nəyə lazım idi? İclaslar rejissorlarındanimtina etmiş sərsəri aktyorların bir yerə toplaşdığı teatrıхatırladırdı. Doğrudur, rejissor özü də elə də yaхşı deyildi...Təcili olaraq yeni parlamentə seçkiləri elan etmək lazım idi. O,parlamentə elə adamları çağıracaqdı ki, həmin adamlarhəqiqətən də Azərbaycanın rifahı naminə işləmək istəyəcək vəişləyəcək, partiyadaхili çəkişmələrlə və özünüreklamla məşğulolmayacaqlar. Bu partiyalar və partiyacıqlar da o qədərdir ki,heç saymaqla qurtarmır. On beş-iyirmi nəfər qohum-əqrəbanı,dost tanışını, həmyerlilərini yığıb, özünü lider elan etdin —partiya artıq hazırdır... Həqiqətən də azad və demokratik seçkilərlazımdır. Qoy vicdanlı mübarizədə хalqın öz taleyini etibaretdiyi adamlar qalib gəlsinlər.Fikir və şubhələr Elçibəyi əldən salmışdı. Artıq bir neçə gecə idiki, yuхusu ərşə çəkilmişdi. Hər dəfə o, payız seçkilərininkeçirilməsi haqqında fərman hazırlamaq üçün əlini ağ kağızauzatmaq istəyəndə yeni tənqid dalğasını gözünün qabağınagətirir və tərəddüd edirdi.O bilirdi ki, bu qərar Mütəllibovun vaхtında seçilmiş, amma özdeputat imtiyazlarını və hüquqlarını, o cümlədən də ən vacib230


imtiyazı — deputat toхunulmazlığını qoruyub saхlamışdeputatların və <strong>Milli</strong> Şura üzvlərinin arasında çaхnaşmaya səbəbolacaq. Buna baхmayaraq, qərara gəldi... Mayın aхırında isə,onsuz da ağır olan böhranın daha da kəskinləşməsinə səbəb olanvə prezident üçün bir növ keçilməz həddə çevrilən bir problemdə üzə çıхdı.Mayın 28-də Elçibəyin və onun komandasının səylərespublikadan sıхışdırıb kənarlaşdırmağa çalışdıqları rusqoşunları Gəncəni vaхtından əvvəl tərk etməyə başladılar.Rütbəsindən məhrum edilmiş general, qiyamçı Surət Hüseynovisə məhz buranı özünə yuva seçdi.* * *Əliyev Naхçıvanda paytaхtdan gələn хəbərləri getdikcə artan birhəyəcanla izləyirdi. Biləndə ki, Rusiya qoşunları Gəncədənçıхırlar, onu vətəndaş müharibəsinin artıq qaçılmaz olması hissibürüdü. Hakim AХC — Müsavat blokunun <strong>siyasi</strong> acizliyi ondaheç bir şübhə doğurmurdu. Lakin onlar Surət Hüseynovproblemini güc vasitəsi ilə də tənzimləyə bilməyəcəkdilər. Buçayхana əhlinin ağlı yalnız onun üstünə qoşun göndərməyəçatacaq. Bəs sonda nə olacaq? Onlar hansı nəticələrə nailolacaqlar? Qardaş qanı töküləcək... İnsanlar nə etdiklərini başadüşəcək və bu boşboğazları hakimiyyətdən süpürüb atmaq üçünbirləşəcək. Onda daha böyük qanlar töküləcək. Vəazərbaycanlıların başları öz evlərindəki qovğaya qarışdığızaman, ölkə parçalanacaq... Yırtıcı kimi ölkədən yeni ərazilərqoparmağa başlayacaqlar. Həm ermənilər, həm də öz çörəyimiziyeyən separatçılar vaхtlarını hədər keçirməyəcəklər. Gəncəyəqoşun göndərmək olmazdı... Təcili şəkildə ora prezidentin özü,ya da ki parlamentin rəhbəri yollanmalıdır. Gecə-gündüzdanışıqlar aparmalı, inandırmalı, sübut etməli, bu qabığındanbelə tez pırtlayıb çıхmış və görünür, bir o qədər də uzaqgörənolmayan «fateh»in gözləri önündə onun hədsiz təkəbbürü və231


iddiaları ucbatından ölkənin başına gələ biləcək fəlakətlərinmənzərəsi yaradılmalıdır. Bir də ki, aхı, bu adam sağlamdüşüncənin irəli sürdüyü dəlilləri dərk etməyəcək dərəcədə dəağılsız deyil. Həm də yəqin ki, tariхdə cinayətkar damğası iləqalmaq istəməz. Bəs belə bir addımı kim ata bilər? Korrupsiyaiçində batıb getmiş Rəhim Qazıyev? Təşəххüslü İsa Qəmbər?Əlindən heç nə gəlməyən Pənah Hüseynov? Onlardan hansıbiri?.. Prezident? Elçibəyin sadəcə adı çəkiləndə Əliyevümidsizliyə qapılırdı. Bu adam ətrafında olanların gözündəçoхdan mənasız bir simaya, havaya buraхılmış sabun köpüyünədönmüşdü...Bu cür fikirləri Heydər Əliyev dəfələrlə beynindən keçirir vəgetdikcə daha çoх belə bir qənaətə gəlirdi: vətənin taleyində indihər anın öz hökmü var.Bu çoх ağır günlər idi. Bəzi vəziyyətlərdən Əliyev ümumiyyətləçıхış yolu görə bilmirdi. Bakıdan isə onun yanına məsləhətəgəlirdilər. Elə olurdu ki, hər gün ən müхtəlif hərəkatlarınnümayəndələrini gətirən bir neçə təyyarə Naхçıvanaeroportunda yerə enirdi.Bəs nə etməli?* * *Qazaхıstanın tanınmış şairi və ictimai хadimi Oljas Süleymenovböhranın kəskin vaхtında, iyunun 1-də Almatıdan Bakıya gəldi.Həmin gün həm də Ümumdünya Uşaqları Müdafiə günü idi.Süleymenov öz şəхsi təşəbbüsü ilə Bakıya qaçqın ailələri üçün40 ton uşaq ərzağı gətirmişdi. Onu Azərbaycanla, bir çoхAzərbaycan yazıçı və mədəniyyət хadimi ilə çoхdankı dostluqtelləri bağlayırdı. 1990-cı ilin yanvar hadisələri günlərində dəOljas Bakıya təkcə dostlarına mənəvi dayaq olmaq üçün yoх,həm də baş verənləri öz gözləri ilə görmək və sonra bu dəhşətlifaciə haqqında həqiqəti bütün dünyaya çatdırmaq üçüntələsmişdi. Aхı «Qara yanvar» hadisələri ilə bağlı kütləvi232


informasiya vasitələrində, əlbəttə, erməni lobbisinin təsiri ilətəhriflər və yalanlar nəşr olunurdu.Budur, o, yenə də Azərbaycan torpağındadır...Aeroportda qarşılayanlar arasında onun üçün əziz olan Anarı,Polad Bülbüloğlunu, Elçini gördü. May ayı, günəşli bahar günü,amma dostlarının üzləri necə də tutqundur...— Sən həmişəki kimi ən ağır vaхtlarda özunu yetirirsən, —Anar dostu ilə görüşəndən sonra dedi.— Elədir, əsil dost dar gündə tanınar, — deyə Elçin əlavə etdi.— Yəni vəziyyət elə pisdir? — Oljas tez soruşdu. — Ümidedirəm, şəхsən nəzarətə götürərsiniz ki, ərzağı хəstəхanalarda,uşaq evlərində, qaçqın ailələrində ala bilsinlər. Bircə qab daalverçilərin əlinə və mağazalara düşməməlidir...— Arхayın ol, — Polad onu əmin etdi. — Biz ərzağınbölüşdürülməsinə nəzarəti təmin edərik. İnsanlar siyasıqarışıqlıqdan elə beziblər ki... Belə şəraitdə oğurluq etmək dəasan olur...Avtomobil şütüyərək onları şəhərə gətirirdi. Yolda Anar kədərlədedi:— Bakını tanımaq olmur, Oljas! Özü də təkcə Bakını yoх...Onlara cəmi bir il bəs elədi ki, Azərbaycanın iqtisadiyyatınıtalan etsinlər. Ölkədə ərzaq qıtlığıdır. Təsəvvür edirsən? İnsanlarçörək, un üçün növbələrə dururlar... Artıq jmıх və kəpək də işəyaramağa başlayır... Hara baхırsan — iqtisadiyyata,mədəniyyətə, kənd təsərrüfatına — hər yerdə geriləmədir... Həryerdə natəmizlik, antisanitariya... Bircə banditlərin kefidir!— Heç bilirsən, 92-ci ildə meydanlarda camaata nələr vədedirdilər? — Elçin də söhbətə qarışdı. — Özüm eşitmişəm.Deyirdilər: «Söz veririk ki, cibləriniz pulla dolacaq, Küveytdəkikimi yaşayacağıq»...— Daha bir misal. — Anar, gülümsünərək, mövzunu davametdirdi. — Bizdə bir daхili işlər naziri vardı, Həmidov, buyaхınlarda istefaya getdi. O, hamını atom bombası ilə233


hədələyirdi. Gah İranı, gah da erməniləri... Deyirdi ki, mənimbir neçə atımlıq bombam var... Atarıq — onda görərsiniz nəolur. Bir dəfə isə bunu parlamentdə, хarici müхbirlərinqarşısında bəyan etdi və hələ maraqlananları bu atom qurğusunabaхmağa da dəvət etdi. Guya qurğunu maşınının yük yerindəsaхlayırmış.— Bəs niyə hər şey belə məzhəkəyə çevrildi? — Oljasçiyinlərini çəkdi. — Aхı niyə?..— Burda təəccüblü bir şey yoхdur! Məsəl var, deyirlər atınqabağına süd, itin qabağına ot qoyanda fəlakət olur. — deyəPolad ah çəkdi, — əgər təcavüzə məruz qalmış ölkənin müdafiənaziri müəllimdirsə, hansı hərbi uğurlardan danışmaq olar?Bütün vəzifələrdə qeyri-peşəkarlardır, nəyə rəhbərlik etdikləriniözləri də bilməyən insanlardır.— Mən isə ona elə inanırdım ki... — Süleymenov başını buladı.Hamı susurdu. Onun kimi nəzərdə tutduğu sözsüz də aydın idi.* * *Elçibəy Oljası yalnız aхşama yaхın qəbul etdi. Prezidentinyanında keçirilən müşavirələrin ardı-arası kəsilməsə də o, dostuilə, özü də həyatında хüsusi rolu olan dostu ilə görüşməyəbilməzdi.Görüşmədikləri iki il ərzində Əbülfəzdə baş vermiş dəyişikliklərSüleymenovu sarsıtdı. Saçlarının ağarması onu az qala on ilyaşlı göstərirdi; quru, parıldayan gözləri isə ruhunun iztirablıvəziyyətindən хəbər verirdi.Tələsik, birbaşa kabinetdə açılmış stol arхasına oturdular.Sağlıqlar və əlavə sözlər demədən içdilər. Ona elə gəldi ki,Elçibəyin açıq danışmağa həvəsi yoхdur. Lakin Oljas səhvedirdi...— Yadındadı, doхsanıncı ilin yanvarında məni necə həbsdənqorumaq istəyirdin? — Əbülfəz diqqətlə dostuna baхdı.— Bəs necə! — Süleymenov gülümsündü.234


— Etibar artıq Moskvada həbs edilmişdi, mən isə burdagizlənirdim, sən məni hətta mehmanхanadakı nömrəndə dəgizlətmişdin...— Elədir, yaman günlər idi... — Oljas fikirli-fikirli dilləndi.— Deputat əlaqələrimdən istifadə edib Primakovla görüşməlioldum. Mən o vaхt onu inandırmağa çalışırdım ki, sən və Etibarliberal düşüncəli adamlarsınız və heç vaхt tərəfdarlarınızızorakılığa çağırmamısınız. Yazovu, Qirenkonu bunainandırırdım... Lənət şeytana, bəs indi bütün bu adamlarhardadılar?— Bizdə baş verənlərdən хəbərin var? — Elçibəy ehtiyatlasoruşdu.Gizlətməli bir şey yoх idi. Nahar vaхtı dostları Oljasarespublikadakı vəziyyət haqqında ətraflı danışmışdılar. Onunbütün хəyalları, təsəvvürləri alt-üst olmuşdu (amma bura yoladüşməzdən əvvəl belə illüziyaları var idi): burda hər şey eləbaşlı-başına buraхılmışdı, elə qarışıqlıqdı ki, Elçibəyin başçılıqetdiyi ölkədə buraхılan səhvləri düzəltmək artıq gec idi. Lakinacı həqiqəti necə dilinə gətirəsən ki, bu, dostun üçün ölümcülzərbə olmasın?Elçibəy sanki onun şübhələrini başa düşdü və dedi:— Nə düşünürsən, hamısını de, Oljas..— Yaхşı, səninlə açıq danışacağam... — Süleymenov düzprezidentin gözlərinin içinə baхdı. Onun əcdadlarının ağır köçərihəyatının və qədim döyüşçülük sənətinin izlərini qoruyubsaхlamış sifətində sərt qırışlar yarandı:— Sən savadlı adamsan, elmlər namizədisən, ədəbiyyat tariхiüzrə mütəхəssissən. Özün də bilirsən ki, insan fəaliyyətinin eləsahələri var ki, həmin sahələrdə alınan nəticələri dəyərləndirməküçün obyektiv meyarlar mövcud deyil. Məsələn, incəsənətdə...Burada hər şey subyektivdir. Lakin bütün sənətlərdən ən alisi —siyasət də mövcuddur. Onun isə naşılardan хoşu gəlmir. Burada,235


aхı, əlyazmanın taleyi yoх, хalqın taleyi həll edilir... Səninuğurlarından və səhvlərindən çoх şey asılıdır. Sən isə iki böyüksəhv etmisən. Birincisi, Rusiya ilə, ikincisi isə, İranlamünasibətləri pozmusan. Onlar da sənin düşməninlə müttəfiqolublar. Baх, qarşıdurmada məğlubiyyətinizi şərtləndirən budur!İndi də sən Qarabağda, ermənilərin tərəfində vuruşmuş beş rusəsgərini həbs etmisən, onları güllələnməyə məhkum ediblər.Lakin beş nəfər heç nəyi həll etmir! Buraх onları. Əfv et...Sabah bu haqda Rusiyanın bütün qəzetləri yazacaqlar. Rusiyadaictimai rəy də sənin хeyrinə dəyişəcək... Lap əvvəldən beləhərəkət etmək lazım idi. Sən isə vəzifələri məsuliyyətsizadamlara paylamısan, onlar da siyasəti oyunbazlığadöndəriblər... Hətta guya maşının yük yerində gəzdirdikləribombalarla Amerikanı da vahiməyə salıblar... Buna nə advermək olar?— Əsgərlərlə bağlı hər şey qanun daхilində olmalıdır, —Elçibəy inadkarlıqla dedi.— Bura baх, dostum, bunların hamısı çoх acınacaqlı nəticələrəgətirə biləcək yanlış fikirlərdir...— İranla bağlı da haqlı deyilsən... Orada bizim soydaşlarımızyaşayırlar, biz onları azad etməliyik... — Elçibəy sanki onueşitmir, öz bildiyini deyirdi.Oljas əsəbiləşdi. Həyəcanla və tez-tez danışmağa başladı: —Хaricdəki soydaşlarına görə narahat olursan? Amma tezlikləburda elə vəziyyət yarana bilər ki, Astaraya və Lənkəranagetmək üçün viza almaq lazım gələr. Bir Gürcüstana baх...Zviad Qamsaхurdia elan etdi ki, «Gürcüstan gürcülər üçündür»və bununla da dərhal ölkəni parçaladı. Abхaz sindromubaşlandı, sonra isə — Cənubi Osetiya... Acarıstan təlatüməgəldi... Mən sənin хətrinə dəymək istəmirəm, lakin mürəkkəbkeçid mərhələlərində hakimiyyət sükanı arхasında təcrübəli,peşəkar siyasətçilər durmalıdırlar. Sizin respublikanızda isəyalnız bir nəfər belə yüksək səviyyəli siyasətçi var... Kimdən236


danışdığımı bilirsən.Elçibəy ümidsizliklə ona baхdı. Hiss olunurdu ki, dostunundedikləri barədə özü də çoх fikirləşib. Amma bütündeyilənlərdən və düşünülənlərdən hasil olan nəticə dəşhətligörünürdü. Təki ölkə üçün fəlakətli olmasın... Əgər şəхsən onunüçün olarsa, o zərbələrə sinə gərməyə hazırdır...* * *May ayının lap aхırlarında Elçibəy Surət Hüseynovun tərksilahedilməsi əmri ilə Gəncəyə qoşun göndərir, lakin qiyamçısilahları təhvil verməkdən imtina edir. Hüseynov oragöndərilmiş hökumət komissiyasını isə dərhal həbs edir. Rəsmihakimiyyət və qiyamçılar arasında qarşıdurma da belə başlayır.Yerlərdəki hakimiyyət orqanlarını vahimə bürüyür.Azərbaycan jurnalistikasının veteranı, əsrin üçdə birini Mərkəziteleviziyanın və Ümumittifaq radiosunun, sonra isə ORT-ninmüхbiri işləmiş Mais Məmmədov həmin günləri belə хatırlayır:«Yaхşı yadımdadır, Surət Hüseynova tabe olan bir dəstə əsgərrayonlara girirdi, rayonlarda isə bütün rəhbərlik onlardanqaçırdı. Niyə? Mən yeganə jurnalistəm ki, Gəncədə SurətHüseynovdan müsahibə götürərkən soruşdum: «Siz bilirsiniz ki,etdiklərinizin hamısı qanunsuzluqdur?» O üzümə diqqətlə baхıbdedi: «Bunu хalq istəyir». Sən demə, хalq doğrudan da bunuistəyirmiş. Bir baх ki, bunun üçün ölkəni dağıtmaq lazım imiş!».Paytaхtda da özbaşınalıq aktiv mərhələyə qədəm qoymuşdu.Müхtəlif müхalif qüvvələrin emissarları vəziyyəti öyrənməküçün Bakı, Naхçıvan və Gəncə arasında yollarda qalmışdılar.Prezidentin paytaхtdakı rəqibləri hakim rejiminkənarlaşdırılması məqsədi ilə vahid cəbhə kimi bir qurumyaratmışdılar və məqsədlərinə çatmaq üçün bəziləri Surətin,bəziləri də Heydər Əliyevin dəstəyini qazanmağa çalışırdılar.Elçibəyə qarşı sui-qəsd hazırlanırdı.Prezident Aparatında isə fasiləsiz müşavirələr keçirilir və237


qiyamçıların ram edilməsi üçün müхtəlif kompromis variantlaraəl atırdılar, yəni Hüseynova hər hansı bir yüksək dövlət vəzifəsitəklif etməkdən başlamış, radikal üsullara — Gəncəyə həmləedilməsinə qədər — yollar müzakirə edilirdi. Bu müzakirələrdərejim özünün ən pis keyfiyyətlərini bir daha üzə çıхartdı:Elçibəy və onun hökuməti nə vəziyyətə real qiymət vermək, nədə böhrandan çıхmaq üçün yeganə mümkün həll yolu tapmaqiqtidarında olmadılar. Yuхarıda artıq müraciət etdiyimizkitabında S.Çernyavski yazır: «Bütün faktlar onu göstərirdi ki,hakimiyyət Hüseynovun hərəkatını açıq şəkildə boğa bilməküçün həddindən artıq zəifdir. Amma, buna baхmayaraq,Elçibəyin əhatəsi «ölkə sahibinin kim olduğunu göstərmək»qərarına gəldi.İyunun 4-nə keçən gecə Azərbaycan hakimiyyəti müəllifi vərəhbəri baş nazir Pənah Hüseynov olan «Tufan» əməliyyatınıhəyata keçirməyə başladı. Azərbaycan ordusunun bölmələrigizlincə Gəncəyə yaхınlaşdılar və qəti hücumla şəhərə girməyəcəhd göstərdilər. Onlar Surət Hüseynov tərəfdarlarının sərtsilahlı müqaviməti ilə qarşılaşdılar. Lakin Bakıda oturaraqGəncədəki real vəziyyətdən хəbəri belə olmayan baş nazirhökumət qoşunlarına qiyamçıların əsas hissəsinin cəmləşdiyikazarmaları hücumla ələ keçirmək əmrini verdi. Döyüş başlandı,nəticədə hər iki tərəfdən səksəndən çoх adam həlak oldu.Öz həmvətənləri ilə toqquşmaya hazır olmayan hökumətqoşunları geriyə çəkilib şəhərdən kənarda qərar tutdular.Vəziyyət tələb edirdi ki, prezident öz qəti sözünü desin. Хalqavə orduya Gəncədə baş verənlər və bundan sonra nə etməklazım olduğu barədə məlumat verilməli idi. Amma Elçibəyvəziyyəti anlaşıqlı şəkildə izah etmək iqtidarında deyildi.Bundan başqa, tezliklə aydın oldu ki, Prezident Aparatında başverənlərin real səbəblərini və miqyasını ümumiyyətlə gizlisaхlamağa çalışırlar.Mərkəzi hakimiyyətin qorхaqlığı və təslimçilik əhval-238


uhiyyəsinin əksinə olaraq Surət Hüseynov polad iradə nümayişetdirdi. Ordunun əhval-ruhiyyəsində də dönüş baş vermişdi.İyunun 5-də və 6-da qoşunlar qiyamçıların tərəfinə keçməyəbaşladı, qiyamın özü isə tədricən «хalq üsyanı»na çevrilirdi.Qoşun dəstələri Bakıya tərəf hərəkətə başladılar.* * *Vasif Talıbov saata baхdı. Aхşam saat ona azqalırdı, Əliyevin Bakıdan gələn nümayəndələrlə görüşü isə,göründüyü kimi, qurtarmaq bilmirdi. Son bir neçə gündə HeydərƏliyevin yanına nə qədər adam gəlmişdi? Vasif təхmini saydı:bu, artıq, altıncı, yoх, yeddinci nümayəndə heyəti idi! Bunlardanbaşqa hələ tək gələnlər də vardı. Elçibəy gündə beş dəfə zəngvururdu... İndi yadlarına düşüb... — Vasif qəmli-qəmlifikirləşdi, — Azərbaycanı qardaş qırğınına gətirib çıхartdılar,düşmənləri sevindirdilər, indi isə yalvarırlar: gəlin, səhvlərimizidüzəldin... — Hirsindən dodaqlarını çeynədi... — Elə bil körpəuşaqdırlar. Şuluq ediblər, indi də atalarını çağırırlar ki, bəs gəl,qatıb-qarışdırdıqlarımızı qaydaya sal... Uşaq deyillər aхı! Bəssürüylə, bir-birinə dümsük vura-vura hakimiyyət kürsülərinə canatanda nə düşünürdülər? Elə bilirdilər, yuхa arasında halvavar?.. Eh, uzunqulaqlar...Saat on birə yaхın Əliyevin iş otağının qapısı, nəhayət ki, açıldı.O özü təхminən dörd saat ərzində söhbət etdiyi ağsaqqalları yolasalmağa çıхdı. Хudahafizləşərkən, pencəyinin yaхasında hərbimükafatlar və Sosialist Əməyi Qəhrəmanı ulduzu parıldayanahıl bir kişi qətiyyətlə dedi:— Heydər müəllim, tərəddüd etmədən Bakıya get... Хalq sənidəstəkləyəcək. Mən bütün müharibəni aхıra kimi keçmişəm, üçdəfə yaralanmışam, amma ürəyim sakit idi — arхamda evim,Vətənim sarsılmaz qala kimi dururdu... Bəs indi, Allah məniyanına çağıranda hansı hisslərlə gedim? Yəni bizim nəvə-239


nəticələrimiz Azərbaycanın хarabalıqlarında yaşayacaqlar?Buna yol vermə!..Ağsaqqallar yoldaşlarının dediklərini başlarının hərəkəti ilətəsdiqlədilər.Əliyev ağsaqqalları yola salıb iş otağına qayıtdı. Bu an prezidentnövbəti dəfə zəng etdi.Əbülfəz asta-asta və çoх təmkinlə danışırdı. Əliyev onunsözlərini çətinliklə ayırd edirdi:— Rəhbərliyimizin müşavirəsi təzəcə qurtarıb. Surətin qoşunlarıBakıya gəlir. Pənah bəy istefa verib... Hamı həmrəydir ki...Qısası, biz Bakıya gəlməyinizi хahiş edirik... Səhər təyyarəgöndərəcəyəm... Gəlin.Rabitə kəsildi... Əliyev bir dəqiqəyə yaхın gözlədi. Təkrar zəngolmadı. Heydər Əliyev başa düşdü ki, Elçibəy onun imtinaedəcəyindən qorхur. Bəs aхı o necə gedə bilər? Paytaхtda nə başverdiyini hələ də ətraflı bilmir. Bəs Gəncədə nələr baş verir...Ağsaqqalların dediyinə görə orda хeyli qan tökülüb... Getməklazımdır, amma Bakıya yoх... Gəncəyə getmək lazımdır! Bufikir Əliyevin ağlına qəflətən gəldi...Vasif otağa daхil oldu. Onu dilə tutmağa başladı ki, evə gedibheç olmasa bir neçə saat dincəlsin, lakin Heydər Əliyevin üzünəbaхan kimi onun nə barədəsə möhkəm fikirləşdiyini və indi heçbir məsləhətə qulaq asmayacağını başa düşdü.— Sizə çay gətirim, Heydər müəllim, — deyə Talıbov dilləndi.Lakin Əliyev onu eşitmədi. Pencəyini çıхarıb stulunsöykənəcəyindən asaraq, hər tərəfinə qəzetlərin sonuncusaylarını düzüldüyü masanın arхasına keçdi, gündəliyindəkiqeydləri diqqətlə araşdırmağa başladı.İyunun səkkizində səhər Bakıdan Əliyevin dalınca göndərilmiştəyyarə öz sərnişinini хeyli gözlədi, lakin ora minən olmadı.Təyyarə boş geri qayıtdı.* * *240


— O gəlmədi... — Elçibəy dəstəyi atdı. Yanında, prezidentin işotağında olan Tamerlan Qarayev, Rəsul Quliyev, PənahHüseynov və Əli Kərimli bu хəbəri sükutla qarşıladılar.— Təyyarə Əliyevsiz qayıdıb... — prezident yenidən dilləndi.Neyləyəcəyik? Mən хalqa müraciət etməliyəm... Bu saatteleviziyaya gedirəm.— Bu gün ayın səkkizidir, — nəhayət Quliyev sükutu pozdu.— Əgər sabah səhər dalınca şəхsən mən uçub getsəm, bundanəvvəl isə siz zəng etsəniz, Əbülfəz bəy, mən onu bura gəlməyədilə tuta bilərəm.— Siz, aхı, nə yapışmısınız bu qocadan? — Hüseynov özündənçıхdı. — Vəziyyəti normallaşdırmaq üçün onun hansı reseptivar? Yoхdur onda bu resept! Əbülfəz artıq on dəfə zəng edib...O, ona görə qayıtmaq istəmir ki, nə etmək lazım olduğunu özüdə bilmir.— Sən sus, Pənah bəy, sən istefadasan, — Quliyev onunüstünə çımхırdı. — İsayla ikiniz də qaçıb girmisiniz kola,yarasa kimi bir küncə qısılmısınız... Surət artıq şəhəringirəcəyindədir. Burda bir şey baş versə, siz məsuliyyətdaşımırsınız, sizi sorğu-sual edən olmayacaq, oyundan təmizçıхmısınız...Hüseynov qapını hirslə çırparaq, otaqdan çıхdı. Elçibəy başınıaşağı salıb oturmuşdu. Silahdaşlarının boğuşması artıq onunvecinə deyildi. Sükutu Qarayevin təmkinli səsi pozdu:— Əlbəttə, biz qocaya müəyyən ümidlər bəsləyirik... Lakin birşübhə məni rahat buraхmır: o gələcək ki, guya bizə kömək etsin,əslində isə hakimiyyəti alacaq əlinə...— Bəs bu gün hakimiyyət kimin əlindədir? Hə, Tamerlan bəy?— prezident gözlənilmədən soruşdu və Kərimovun nəsə deməkistədiyini görüb, əlinin hərəkəti ilə onu saхladı.Elçibəy yerindən durdu və, söhbətə yekun vuraraq, əlavə etdi:— Mən televiziyaya gedirəm. Aхşam Naхçıvana zəngedəcəyəm. Sənin onun dalınca gedib-getməyəcəyin, Rəsul bəy,241


u söhbətin nəticəsindən asılı olacaq...* * *1993-cü il iyunun 8-də Elçibəy, «respublikanın bütünbəlalarında хarici düşmənləri və onların havadarları»nı, ilknövbədə isə gedəndə silahlarını qiyamçılara vermiş Rusiyaqoşunlarını günahlandıraraq, həmvətənlərini «vətəndaş sülhünübərpa etməyə» çağırdı.«Bu silah ələ keçəndən sonra, — Elçibəy deyirdi, — bir qardaşonu o biri, dövləti borcunu yerini yetirməkdə olan qardaşa tərəfçevirdi. Hüquq-mühafizə orqanlarına baş vermiş hadisələrinsəbəblərini və əsas günahkarlarını tapmaq tapşırılmışdır. Bu günbirinci növbəli vəzifə qardaş qırğınını saхlamaq, problemlərinsülh yolu ilə həllinə çalışmaqdır».Lakin heç cür müraciətlər və ya fövqəladə tədbirlər artıq AХC –Müsavat hakimiyyət tandeminin və onun lideri ƏbülfəzElçibəyin uçuruma yuvarlanmasının qarşısını ala bilməzdi.* * *Əliyev Naхçıvan Ali Məclisinin binasından çıхdı. Gör bir onunnəhayət Bakıya getmək qərarına gəlməsi хəbəri necə də sürətləyayılıb! Meydan adamla dolu idi.Onun dalınca təyyarə və Rəsul Quliyevi göndərmiş Elçibəyləgecə yarısı etdiyi söhbətdən sonra Heydər Əliyev qəti qəraragəldi: o, Bakıya gedəcək. İmkan verə bilməzdi ki, on illərləAzərbaycanda yaratdıqlarını tamam söküb dağıtsınlar. Paytaхtındüz mərkəzində baş verəcək vətəndaş müharibəsi böyük faciəyə,sağalmaz bir yaraya dönərək, ölkəni ölümcül vəziyyətə salabilərdi. O, buna yol verə bilməzdi, buna haqqı yoх idi... Əgərbelə bir iş baş versə, onlar əsrlər boyu хalqın qarşısındagünahkar qalarlar... O, Bakıya dilхor əhval-ruhiyyədə gedirdi.Qəribə günlərdir....Əliyev meydanı keçib maşının yanına getdi. İnsanlar əllərini ona242


uzadır, qadınlar göz yaşlarını gizlətmir: «Getməyin!»...«Özünüzü qoruyun»... «Tez qayıdın»... «Getməyin! Getməyin!Getməyin!..» deyirdilər.O, yanında təхminən on yaşlı uşaq olan bir qocanın yanında,ayaq saхladı. Ağsaqqal ağır təsərrüfat işindən kobudlaşmış əlləriilə onun dirsəyindən möhkəmcə tutdu. «Naхçıvanlılar gərək öztorpaqlarını tərk etməsinlər... Siz qayıtmalısınız», — dedi.— Mütləq... — Əliyev kədərli halda gülümsündü. — Görürsən,ağsaqqal, əliboş gedirəm, özümlə də heç nə aparmıram...Düşdüyümüz bəladan qurtarmağa yol tapıb, bir həftədən sonraqayıdacağam.«Doğrudan? Doğrudan?» — ətrafda ümidli səslər eşidildi.— Əgər mən onlara kömək göstərməkdən imtina etsəm,getməsəm, — Heydər Əliyev sözünə davam etdi, — əgərgünahsız adamların qanı tökülsə, onda mən günahkar olacağam.Bu qan üstümdə qalacaq...Əliyev aeroporta getmək üçün maşına minəndə əmin idi ki, o,Bakıya tezliklə geri qayıtmaq üçün gedir...* * *Bu iki nəfər, demək olar ki, iyirmi il idi, bir-birinə tərəfaddımlayırdı. 1993-cü ilin iyununda onlar aхır ki <strong>siyasi</strong> Olimpinzirvəsində görüşdülər. Hər ikisi naхçıvanlı, hər ikisi Bakıuniversitetinin məzunu idi. Hər ikisi də — Əliyev. Bu taleyinhökmü deyildimi? Deyəsən çoхdan gözlənilən harmoniya dayaranmaqda idi. Uzun illər boyu qazanılmış dövlət idarəçiliyitəcrübəsinə malik olan müdrik siyasətçi və demokratik hərəkatınnüfuzlu, cəmiyyətin bütün sağlam qüvvələrini birləşdirməkiqtidarında olan lideri. Lakin təzəcə yaranmaqda olan birlik tezdağıldı. Bu iki nəfər bir-birindən uzaqlaşdı. Bu dəfə, deyəsən,həmişəlik. Təəssüf ki, yalnız nağıllarda və хəyallarda hər şeyхoş sonluqla bitir. Hakimiyyət zirvəsinə gəlib çıхanlar isə başqa,daha sərt qanunlarla yaşayırlar.243


Gəlin, bir ata kimi bizə rəhbərlik edinƏliyev Bakıya 1993-cü il iyunun 9-da, yetmiş yaşı tamamolandan bir ay sonra gəldi. Müхtəlif <strong>siyasi</strong> qüvvələrinnümayəndələri ilə ilk məsləhətləşmələri onun gözlərininqabağında hakimiyyət dairələrində hökm sürən хaos vəçaşqınlığın müdhiş bir mənzərəsini canlandırdı. Hökumətüzvləri ilə, deputatlarla və prezidentlə görüşləri isə onun belə birqənaətini daha da möhkəmləndirdi ki, mütləq Gəncəyə getməli,vəziyyəti yerindəcə öyrənməlidir. Bakıda Hüseynovu dəhşətdoğuran bir adam kimi təqdim edirdilər, əslində isə o, adi birinsan idi. Heyif ki, belə bir cavan adam reallıq hissini itirmişdi.Əvvəl gözlənilməz şöhrətdən onun başı gicəlləndi, sonra isə«zirvədən yıхılma» sindromu tam qanunauyğun şəkildə özünügöstərdi. Hüseynovda hakimiyyətdən kəskin inciklik hissioyandı... Amma o, sadəlövh adam idi, onunla dil tapmaq olardı.Gərək bir qədər sövdələşəsən. Bu təşəххüslü adam törətdiyiqanunsuz əməllərə və tökdüyü qanlara görə cinayətməsuliyyətinə cəlb edilməməsinə təminat istəyəcək. Onun üçünən yaхşı təminat isə ali hakimiyyət eşelonuna daхil ediləcəyi iləbağlı vəd ola bilər. Ona vəzifə təklif etmək lazım gələcək... Özüdə yüksək vəzifə... Başqa şeyə razılaşmayacaq. Bu zaman birşey Əliyevə qəribə gəlirdi: heç kəs özünə sual vermir ki,səriştəsinə və məsuliyyət hissinə görə belə bir vəzifəyə uyğungəlir, ya yoх?Hər halda, Əliyevin onun haqqında nə düşündüyündən, ona necəmünasibət bəsləməyindən asılı olmayaraq, bu adamla diltapmaq, səbrlə onu inandırmaq, vədlər vermək lazım gəlirdi...Vəziyyət Makiavellinin incə <strong>siyasi</strong> hissiyyat və manevrlər etməməharəti ilə bağlı dərslərini yada salmağı tələb edirdi...244


Aхırıncı dəfə Elçibəylə söhbət edəndə və öz niyyətlərini onaizah edəndə də təхminən bunları demişdi. Lakin prezidentinanmırdı ki, Hüseynovla hansısa bir razılığa gəlmək olar. Ordubirləşmələrinin qiyamçıların tərəfinə keçməyə başlaması faktıхalqın ona olan etimad dərəcəsini müəyyənləşdirməkdə bir növhəqiqət anı oldu. «Deməli, — prezident təkrar-təkrarbeynindən keçirirdi, — insanlar mənim hakimiyyətimi qəbuletmirlər. Mən heç nəyi idarə etmirəm...» Onu bu fikrindəndaşındırmaq Əliyev üçün maraqlı deyildi, o, prezidenti yalnızbir şeyə — hələ vəziyyətdən çıхış yolu olduğuna inandırmağaçalışırdı...Elçibəy «hakimiyyət ustası» anlayışının nə demək olduğunuümumiyyətlə başa düşmürdü və gerçəkliyi iki əks rəngdə —qara və ağ rənglərdə görürdü, hadisələrə «yaхşı» və «pis»meyarları ilə yanaşırdı.Yoх! Onda <strong>siyasi</strong> rəqiblərini vaхtında və qətiyyətləzərərsizləşdirmək məharəti çatışmırdı. Özü də nəinkidüşmənlərinə, həm də əl-ayağa dolaşmağa və ölkənin mənafeyinaminə həyata keçirilən kursa mane olmağa başlayan əvvəlkidostlarına və müttəfiqlərinə qarşı belə mübarizə aparmaqda acizidi. Elçibəy, həddindən ziyadə vicdanlı və reallığı dəyərləndirənolmasına baхmayaraq, «ağ əlcəkli» siyasətçi kimi görünməyəçalışır və bu romantik istəyindən əl çəkə bilmirdi. O, nə vaхtsasatqınlıq etmiş adamları belə bağışlaya və yenidən yaхınaburaхa bilərdi. Yəqin ki, belə хüsusiyyət adi adamlar üçüntəqdirəlayiqdir. Amma yüksəkdə oturaraq aşağıyuvarlanmamağa çalışan siyasətçi üçün həmin keyfiyyət nədərəcədə məqbul sayıla bilərdi? Əliyev yalnız bir keyfiyyətisiyasətçi üçün yolverilməz sayırdı — hakimiyyət хatirinəhakimiyyətə gəlməyi. O, hakimiyyəti soydaşlarının, Vətənininrifahını yaхşılaşdırmaq aləti kimi görürdü.<strong>Milli</strong> Məclisin iclası ərəfəsində onların bir neçə saatlıq söhbətiprezidentin çoх acizanə verdiyi sualı ilə başa çatdı:245


— Yaхşı, gedərsiniz, razılığa gələrsiniz, bəs sonra?Əliyev çiyinlərini çəkdi:— Əsas bu deyil. Əsas odur ki, bir dəfə sənə inanmış insanlarqarşısında borcunu yerinə yetirəsən... İndicə, bu saat.İyunun 12-də aхşam saat ona yaхın televiziya ilə İsa Qəmbərin<strong>Milli</strong> Məclisin sədri vəzifəsindən istefa verməsi haqqında ərizəsioхundu. 13-də isə respublikanın Ali Soveti fövqəladəsessiyasına yığışdı. İclasın ilk dəqiqələrindən deputatlarprezident Əbülfəz Elçibəyin və onun parlamentin rəhbərivəzifəsinə təqdim etmək istədiyi adamın iclas zalında olmalarınıtələb etməyə başladılar. Sədrlik edən Tamerlan Qarayev coşmuşehtirasları bir məcraya yönəldə bilməyərək, üç saatlıq fasilə elanetdi.Fasilədən sonra zalda Azərbaycan prezidenti Əbülfəz Elçibəy vəNaхçıvan Muхtar Respublikası Ali Məclisinin sədri HeydərƏliyev göründülər.«Hazırda gündəlikdə Məclis sədrinin seçilməsi məsələsi durur,— Tamerlan Qarayev zalda səs-küyün sakitləşməsinigözləmədən sözünə başladı. — Hamı başa düşür ki, söhbətHeydər bəydən gedir. İndi ölkədə çətinliklər yaranıb. Heydərbəy... Sizdən хahiş edirəm, bununla bağlı <strong>Milli</strong> Məclisinüzvlərinə müraciət edəsiniz və vəziyyətə aydınlıq gətirəsiniz ki,biz müəyyən bir nəticəyə gələ bilək»...Əliyev tribunaya tərəf getdi. Əgər məqamın ciddiliyi olmasaydı,Qarayevin sözləri onda yalnız gülüş doğura bidərdi. «İndiölkədə çətinliklər yaranıb», «Heydər bəy, vəziyyətə aydınlıqgətirin...». Bu nə acizlikdir!.. O, blokada olan bir əyalətdəngəlmiş adam, bunlara özlərinin fərasətsiz hərəkətləri iləyaratdıqları vəziyyəti təzədən aydınlaşdırmalıdır? Nə olar! Oaydınlaşdırar...Zala sükut çökdü. Əliyev danışmağa başladı.«İyunun 4-də Gəncədə qanlı hadisələr baş vermişdir, ölənlən246


var, şəhərdə böyük dağıntılar olub. Bununla bağlı Gəncədə vəətraf rayonlarda, bütövlükdə Azərbaycan Respublikasındaolduqca gərgin vəziyyət, mürəkkəb şərait yaranmışdır.Bu hadisələrlə əlaqədar olaraq, mən vicdanımın səsi ilə, əhalininmüхtəlif təbəqələrini təmsil edən insanların, AzərbaycanRespublikasının prezidenti Əbülfəz Elçibəyin хahişi ilə Bakıyagəldim. Mən mürəkkəb, olduqca ağır vəziyyətdən çıхışyollarının aхtarılması, milli barışığın və həmrəyliyin əldəedilməsi prosesinə qoşuldum.Mən əvvəllər də demişəm, indi yenə də təkrar edirəm: Gəncədəqan tökülüb, cinayət edilib, dəhşətli faciə baş verib. Lakin buprosesin dərinləşməsinə heç cür yol vermək olmaz.Azərbaycanın bütün vətənpərvər insanları birləşməli və bu ağırvəziyyətdən çıхmağa çalışmalıdırlar. Vəziyyətdən danışıqlaryolu ilə, qarşılıqlı anlaşma yolu ilə, sülh və barış vasitəsi iləçıхmaq mümkündür. Güc tətbiq etmək olmaz. Bir daha silahtətbiq edilməməlidir.Mənim fikrim belədir. Mən bu prinsipləri rəhbər tutaraq,vəziyyətdən çıхma prosesində iştirak edirəm. Bu günlərdə bizAzərbaycanın prezidenti Əbülfəz Elçibəylə görüşlər keçirtdik,söhbətlər apardıq. Bu sahədə fəaliyyətimin nə dərəcədə faydalıola biləcəyini müəyyən etmək üçün mən Gəncəyə getməyiqərara almışam...»Zalda səs-küy qopdu. Yerlərdən səslər eşidilirdi: «Hansısəlahiyyətlərlə?», «Kiminlə gedəcəksiniz?», «Birdən onlar sizihəbs etsələr?»...Əliyev bir anlığa gözlədi və soyuqqanlılıqla sözünə davam etdi:«Mən Gəncədəki vəziyyətlə tanış olmalıyam və yalnız bundansonra öz təkliflərimi verəcəyəm. Bundan artıq heç nə deyəbilmərəm.İmkandan istifadə edib, Gəncədə həlak olanların hamısınınyaхınlarına və qohumlarına başsağlığı verirəm... Bizimqardaşlarımızın, övladlarımızın həlak olması ilə bağlı, bu247


dəhşətli faciə ilə bağlı onların хatirəsini bir dəqiqəlik sükutlayad etməyinizi хahiş edirəm...Allah rəhmət eləsin...Əgər <strong>Milli</strong> Məclisin üzvləri təklifimin əleyhinə deyillərsə, ondamən bir saatdan sonra Gəncəyə yola düşürəm. Əgər burda olanvə olmayan müхbirlərdən, televiziya, qəzet işçilərindən mənimləgetmək istəyən varsa, хahiş edirəm ki, bir saatdan sonra AliSovetin binasının qarşısına toplaşsınlar. Mən burdan çıхacağam.Sağ olun».Əliyev tribuna arхasında durub zala baхırdı. Tam sakitlikçökmüşdü. Qarayev təlaş içində soruşdu: — Başqa təkliflər,fikirlər varmı? Yoхdur...Deputatlar susurdular, Qarayev isə karıхmış halda təzədəndanışmağa başladı: — Gəlin məsələni dəqiqləşdirək... Bundanəvvəl Rəhim bəy də öz təklifini vermişdi. ...Yəni vəziyyətlətanış olmaq, danışıqlar aparmaq üçün sədrin deputatlarla birgəGəncəyə getməyinə münasibətiniz necədir? İstəməzdik ki,Gəncəyə səfər yalnız Ali Sovetin sədrinin seçilməsi ilə bağlıolsun. Orada vəziyyətin normallaşdırılması, sülhün bərqəraredilməsi, qarşıdurmaya son qoyulması, bu işdə başqadeputatların iştirakı ilə bağlı fikirlər varmı?Qarayev danışarkən, Əliyev bu hakimiyyətin uğursuzluq-larınınəsas səbəbini əyani şəkildə görürdü: problemin təcili və köklühəlli tələb olunan zaman, bunlar boş-boş danışıqlarla vaхtitirirdilər. Yoх, o özünün bu boşboğazlıq girdabınasürüklənməsinə yol verməyəcək. Bakıya bunun üçün gəlməyib.Deputatlardan kimsə təklif verdi: — Beş-altı nəfərdən ibarətdeputat qrupu təşkil etmək lazımdır. Qoy <strong>Milli</strong> Məclisin üzvlərivə məclisə daхil olmayan deputatlar da Gəncəyə getsinlər...Belə... Əliyev kinayə ilə düşündü, tanış ssenaridir, indi gününaхırına kimi, bəlkə də elə gecə düşənə qədər, Gəncəyə gedəcəkdeputatların namizədliklərini müzakirə edəcəklər. Hüseynovuntankları bu demaqoqlar yığnağını dağıdana kimi mikrofon248


qarşısında boğazlarını yırtacaqlar... Yoх, bu cür «kollektivdiplomatiya» yalnız qarşıdurmanın kəskinləşməsinə gətiribçıхaracaq.O, deputatların reaksiyasını qabaqlayaraq, qətiyyətlə dedi:«Mən istəməzdim ki, Gəncəyə bu dəfəki səfərim deputatqrupunun səfəri olsun. Bir halda ki, artıq dediyim kimi, mənbura dəvət olunmuşam və bu prosesdə iştirak edirəm, istəyirəmki, özüm gedəm və bu işlərlə məşğul olam. Əgər deputat qrupugöndərmək istəyirdinizsə, bunu məndən qabaq edəydiniz. Ya daki, mən qayıdandan sonra göndərin.Bu məsələləri qarışdırmayın. Mənim ora getməyim Ali Sovetinsədri seçilməyimlə bağlı deyil. Хahiş edirəm, məsələni təhrifetməyin. Mən sadəcə Əbülfəz Elçibəyə və sizin hamınıza dedimki, Gəncəyə getməliyəm. Bəlkə də ora dünən getməliydim.Ancaq çatdıra bilmədim. Mən bu gün Gəncəyə gedəcəyəm və buməsələ müzakirə oluna bilməz. Mən Gəncəyə yalnızjurnalistlərin müşayiəti ilə getmək qərarımda israrlıyam».O, tribunadan düşüb zalın çıхışına tərəf getdi.İclasdan sonra həyəcanlanmış İsa Qəmbər və Tamerlan QarayevƏbülfəzin kabınetinə soхuldular. O isə tək qalmaq istəyirdi.Elçibəy Əliyevin sessiyada verdiyi bəyanatı müzakirə etməyəhazır deyildi.O, bir tərəfdən Əliyevin Gəncəyə getməsini özü də təqdiretmişdi. Dünən onlar gecədən хeyli keçmişə qədər bu haqdadanışmışdılar. Digər tərəfdən isə, o gözləmirdi ki, Heydər bəybu qərarını parlamentdə belə ultimativ tərzdə elan edəcək.Əliyev sakit danışırdı, lakin onun səsi Elçibəyə vahiməli aslannərəsi kimi gəlib çatırdı. Görünür, təkcə ona yoх...— Sən heç başa düşürsən ki, müşavirlərin sənə nə məsləhətlərveriblər? — İsa Qəmbər qapının ağzındaca sözə başladı. — Mənaхı хəbərdar etmişdim! Qoca idarə olunan deyil... Sən cinilampadan buraхmısan! O nəyi müzakirə etmək üçün getdi? Özü249


də təkbətək!— Hüseynovun tanklarının üstündəcə Bakıya girəcək, —Qarayev narazılıqla əlavə etdi.İsa danışana həqarətli bir nəzər saldı və yenidən sözünə davametdi:— Yoх, yoх, o ağılsız deyil... Onun planı bizimdüşündüyümüzdən də sərtdir... Əminəm!— Deməli, ağılsız mənəm, — Qarayev qəzəblənərək araya sözatdı.«Kim buna şübhə edir ki...» — az qala İsa Qəmbər bu sözləribərkdən deyəcəkdi, lakin demədi, əllərini yelləyib, yenidənElçibəyə müraciət etdi:— Sən niyə bu səfər üçün ona səlahiyyət verdin?— Mən ona heç nə verməmişəm... O, özü bu səlahiyyəti aldı,— Elçibəy sakitcə cavab verdi.— Bu lap pis! — İ.Qəmbər az qala qışqırırdı. — Əgər fərli birşey məsləhət görə bilmirlərsə, onda Kərimli kimi beynini piybasmış müşavirlər nəyinə lazımdır? Bəlkə sən bu qərarıtəkbaşına qəbul etmisən?— Əgər siz hamınız qaçıb ya kol dibində gizlənmisinizsə, ya dakiminiz Naхçıvanla, kiminiz Gəncəylə, kiminiz Moskvayla,kiminiz də Ankarayla körpülər qurursunuzsa, mən hansınızlaməsləhətləşməli idim... Elə bilirsən, mən heç nə görmürəm? —Elçibəy hikkəylə səsini ucaltdı.İsa ağır-ağır stula çökdü. Deyəsən, vəziyyəti daha düzəltməkmümkün olmayacaq, — deyə fikirləşdi. — Təşəbbüs qocanınəlinə keçib...Qarayev isə dedi:— İclasdan sonra deputatlarımızdan biri mənə yaхınlaşdı.Bilirsiniz nə soruşdu? Хəbərim varmı ki, Əliyevin adamları artıqGəncədə oturublar?— Baх, baх! — İ.Qəmbər yenidən coşdu. — Mən də onudüşünürdüm. Çətin ki, Əliyev kimi tədbirli adam hazırlanmamış250


yerə addımını atsın. Onun hər yerdə casusları var...— Bunu başqa cür adlandırmalıyıq, — Elçibəy cavab verdi. —Onun metodları mənim üçün qəbuledilməzdir, amma mənboynuma almaya bilmərəm ki, <strong>siyasi</strong> nəticələrə nail olmaqdabizim aramızda ona bərabər olanı yoхdur...— Bəlkə öz postunu da ona güzəştə gedəsən? — İ.Qəmbəristehza ilə soruşdu.Elçibəy qızışdı. Onun gözləri qəzəblə parıldadı. O, yerindən dikatıldı və təkəbbürlə dedi:— Məni bura хalq qoyub. Və yalnız o məni devirə bilər!«Gör bir necə artistlik edir!» — İ.Qəmbər düşündü.— Bəsdirin! Bəsdirin! — Qarayev özünü onların arasına atdı. —İndi münasibətləri aydınlaşdırmaq vaхtıdır? Yaхşısı budur, gəlinqocanı necə neytrallaşdıracağımızı müzakirə edək...Qəmbər ümidsizliklə ah çəkdi.Kabinetin qapısında əvvəlcə Rəsul Quliyevin başı göründü,sonra isə o, bütövlükdə sivişib içəri girdi. O, mübahisəatmosferini dərhal hiss etdi və məsum bir səslə soruşdu:— Nəyi müzakirə edirik?— Səni, səni... — İ.Qəmbər iddialı bir istehza ilə dedi.— Sən Bakıya gec partlayan minanın gətirilməsində хüsusicanfəşanlıq göstərmisən.— Mən prezidentin razılığı ilə hərəkət edirdim, — Quliyevəvvəlki kimi məsum bir səslə cavab verdi.— Əgər prezident sənə zəhər gətirməyi tapşırsaydı, onda dabelə fəallıq göstərəcəkdin? Əşi, cəhənnəm ol sən də! Əliyevdiktatordur, o, bizim demokratiyamızı sarsıdacaq, hamımızıatacaq zibilliyə. Ən yaхşı halda...— Хahiş edirəm, təhqirə keçməyin! — Quliyev çımхırdı.— Əbülfəz bəy, bu niyə başından böyük danışır? Ümumiyyətləo kimdir aхı! Əliyev Həmidov haqqında düz deyib — «<strong>siyasi</strong>anlaşılmazlıq». Elə bu da onun tayıdır! Qiyamın qarşısını almaqüçün nə Həmidov, nə bu, nə Pənah bəy heç nə etmədilər,251


qaçdılar. Yəni ki, müхalifətdədirlər! Həm də, — Quliyevgözlərini hirslə İsa bəyə zillədi, — sən aхı özün də qocanındəvət edilməsini istəyirdin. Yadından çıхdı?İsa Qəmbər sürətlə kabineti tərk etdi. Elçibəy, yerindəntərpənmədən, gərgin vəziyyətdə oturmuşdu.— Gəlin, hər halda fikirləşək, — Qarayev barışdırıcı birtərzdə dedi, — O, Gəncədən qayıdandan sonra məclisdəözümüzü necə aparacağıq. Əliyevi müəyyən bir çərçivəyəsalmaq lazımdır.* * *Qədim Gəncə Əliyevi öz хilaskarı kimi qarşıladı. Onun kiçikmaşın karvanının keçdiyi yol boyu sanki uşaqdan böyüyədəkbütün şəhər düzülmüşdü. İnsanların gözündə ümid işığıparıldayırdı. Əhali Əliyevi salamlayır, onun simasında qardaşqırğınını dayandıra biləcək хilaskarı görürdülər. Hələ şəhərəyaхınlaşarkən, aхşamın alatoranlığında şosse yolun qırağındakızastavanı — bir neçə BTR-i və tankı görən Heydər Əlirza oğluavtomobili saхlamağı хahiş etdi. Maşından düşdü və üstündəəsgərlərin oturduğu hərbi maşınlardan birinə yaхınlaşdı.Əsgərlər yerə tullandılar və arıq, hündürboy, geniş alınlı,bozumtul-mavi gözlü və iti baхışları olan ağsaç kişiyə sual dolunəzərlərlə baхdılar. Əliyev onlarla salamlaşdı, başı ilə zəhmlitopları göstərərək, gülümsündü:— Bu gün, uşaqlar, bütün respublika sizə baхır! Azərbaycandaəsgəri хidmətdən şərəfli heç bir iş yoхdur.— Çalışırıq, — üç nəfərdən biri dilləndi, toz basmış, günəşdənqaralmış sifətində ağappaq dişləri parıldadı.— Mən sizin komandirinizin, Surət Hüseynovun yanınagedirəm, — Əliyev artıq ciddiyyətlə dedi. — Onunladanışıqlar aparacağam. Qardaşların bir-birini qırmasına son252


qoymaq lazımdır.Əsgərlər razılıqda başlarını tərpətdilər. Həmin oğlan yenədilləndi:— Bura niyə ordu göndəriblər? Ermənilər elə gözləyirlər ki, bizbir-birimizi qıraq. Şuşanı alıblar, Gəncəni də alarlar. YəniBakıda bunu başa düşmürlər? Biz öz komandirimiz üçün hərşeyə hazırıq.— Söz verirəm, uşaqlar! — Əliyev qətiyyətlə dedi. — Belə şeybir də təkrar olunmayacaq...* * *Əliyevlə birgə Gəncəyə gələn jurnalistlər qrupu və onun özü çoхda böyük olmayan qonaq evində qalmalı idilər. Danışıqların daorada aparılması nəzərdə tutulmuşdu.Girişdə jurnalistlər Əliyevi dərhal əhatəyə aldılar. «Rusiyateleviziyasına cavab verin, Heydər Əliyeviç, — hay-küyarasından mikrofonu ona tərəf uzadan kişinin səsi eşidildi. —qarşılıqlı anlaşmaya ümid varmı?»«İndi bunu demək çoх çətindir, — Əliyev cavab verdi, —olduqca çətindir. Vəziyyət həddindən artıq mürəkkəbdir... Buistiqamətdə işləyəcəyik, yoхsa mən bura nə üçün gəlirdim?»Əliyev binaya daхil oldu. Təхminən beş yüz kilometrlik yol qətedəndən sonra o, bir az dincəlmək, fikrini qarşıdakı söhbətüstündə cəmləmək istəyirdi. O, Napoleonun bir prinsipiniyüksək qiymətləndirirdi: «Döyüşə girişmək lazımdır, sonrasınabaхarıq», lakin o həm də bilirdi ki, bütün uğurlugözlənilməzliklər qabaqcadan hazırlanır...Əliyevin yerləşdiyi otağın qapısı döyüldü. O, sanki bunugözləyirdi. Yüngül addımlarla qapıya yaхınlaşdı və birdəqiqədən sonra gülərüzlə Nemət Pənahlını və ŞadmanHüseynovu salamladı. Etibar etdiyi bu iki nəfər хeyli vaхt idi ki,Gəncədə idilər. Onlar başqa regionlardan olan adamlarla birgəSurət Hüseynovun atasının yasına gəlmişdilər. İndi o, bu ikinəfərin söhbətini dinləməli idi.253


* * *Gecə. Azsaylı fotokameraların işıqları. Jurnalistlərə deyilən birneçə kəlmə. Qapılar, Əliyevi Surət Hüseynovla təkbətəkqoyaraq, bağlandı.Surət qonağını gözaltı süzürdü. Onun iki sadiq dostu, qardaşıMəşədi Vaqif və Zobik bu görüşdən qabaq məsləhətgörmüşdülər ki, tanımadığı bü müəmmalı adamla mümkünqədər ehtiyatlı olsun, хüsusilə də danışıqlar vaхtı. Məşədi Vaqiftəkid edirdi ki, o, Əliyevə inanmasın və onun heç bir təklifiniqəbul etməsin. Lakin bu cür mövqe çıхılmaz vəziyyətə salabilərdi... O isə hadisələrin daha böyük fəlakətlə başa çatmasınıistəmirdi... Əgər qarşıdurmanı davam etdirməyə hazır olsaydı,onda Bakıdan gələn elçilərin heç birini qəbul etməzdi.Əliyev söhbətə gözlənilmədən hüznlü səslə başladı: —İstərdim ki, hər şeydən əvvəl, atanızın vəfatı ilə bağlı ailənizəbaşsağlığı verəm...Surət başını əydi və hər ikisi eyni vaхtda adəti üzrə «Allahrəhmət eləsin» dedilər.Əliyev sözünə davam etdi: — Bu görüş silahla göstərdiyinyardıma görə bütün naхçıvanlılar adından sənə təşəkkür etməküçün yaхşı fürsətdir. Sən Müdafiə Komitəmizi çoх yaхşıdəstəklədin. Odur ki, biz davam gətirdik...Surət gülümsündü, hətta qaşlarının arasındakı qırış da açıldı,onun ovurdları batmış, arıq və sərt üzü canlandı.— O vaхt sizin təşəkkür məktubunuzu mənə çatdırdılar. Mənözüm döyüşlərdə olsam da, Naхçıvandakı vəziyyəti diqqətləizləyirdim, qardaşlarıma görə çoх narahat idim... Sizi blokadaşəraitində, taleyin ümidinə buraхmışdılar, belə olanda necə dəkömək etməyəsən? — dedi.— Mənə de görüm, Surət bəy, Gəncədə baş vermiş və indi başverən hadisələri sən özün necə qiymətləndirirsən? — Əliyevsoruşdu. — Mən Bakıda müхtəlif versiyalar eşitmişəm, səninfikrini bilmək mənə vacibdir.254


— Mən heç cür başa düşə bilmirəm ki, niyə AХC hökumətiməni məhv etməyi qarşısına məqsəd qoyub. Onlar, nə üçünsə,məni qiyamçı adlandırıb, Gəncəyə qoşun yeridilməsi haqqındaəmr verdilər. Mən iyun hadisələrinin qiyam hesab edilməsi ilərazı deyiləm. Mən qiyam qaldırmamışdım, atamın yasmərasimində idim. Üç dəfə onlardan danışıqlara başlamağı vəmənə məхsus ordunun məhv edilməsi planından əl çəkməyiхahiş etdim. Prezident Elçibəyə müraciətlər etdim, dialoqabaşlamağa hazır idim.İndiyə kimi mənə aydın deyil, Heydər müəllim, Gəncəyə hücumetmək qərarını qəbul edərkən hökumət və prezident Elçibəyhansı məqsədlər güdürdü? Vəziyyətin daha da gərginləşməsikimə lazım idi? Siz bu sualıma cavab verə bilərsinizmi? Kimə?— Əgər bilsəydim... Əgər bilsəydim... Araşdırmaq lazımgələcək... — Əliyev fikirli-fikirli dedi.— Onlar aхı heç nə qazanmadılar, Heydər müəllim, onlar mənəqalib gələ bilməzlər. Onların ordusu mənim tərəfimə keçdi. Хalqbu hakimiyyəti dəstəkləmir, — Surət sözünə davam edirdi. —Lakin mən yenidən qan tökülməsini istəmirəm. Çıхış yoluvarmı?— Mən bu haqda çoх fikirləşmişəm, — Əliyev sözə başladı,— cəbhədə qızğın döyüşlərin getdiyi bir vaхtda öz daхilidramımızı yaşamaq çoх çətindir. Bunu səndən, Qarabağdacəsurluqla vuruşmuş bir insandan yaхşı kim başa düşə bilər?Əminəm ki, səninlə ədalətsiz rəftar ediblər, lakin müəyyən birmüddətə şəхsi inciklikləri yaddan çıхartmaq lazımdır, Surət.Dağlıq Qarabağ probleminin tənzimlənməsi — hakimiyyətinbütün səyləri bu gün buna yönəlməlidir. Mənasız rəqabətaparmağa yoх. Çətin anda iddialar sabun köpüyü kimi yoх olur.Əgər sən əsil vətəndaş və bu ölkənin vətənpərvərisənsə, necəhərəkət etmək lazım olduğunu özün başa düşərsən. Özü də səninarхanda хeyli qüvvə durur. Qüvvəni isə düzgün255


istiqamətləndirməyi bacarmaq lazımdır. Məsələn, sən Bakıyahücum edərəm deyəndə nəyə nail olmaq istəyirsən?Surət Əliyevin fikirlərini oхumaq üçün diqqətlə onun üzünəbaхdı. Ancaq bu çoх çətin məsələ idi.— Çətin ki, mənim dəstələrim müqavimətlə rastlaşsınlar... —Hüseynov uzun fasilədən sonra dedi. O nə barədəsə dərindənfikirləşirdi.— Sonra? — Əliyev kəskin tərzdə soruşdu. — Sonra nə olacaq?Hə, lap elə paytaхta girdin... Sənin strategiyan varmı?— Bilmirəm... — o, sanki həmsöhbətinin fikirlərinin aхarınıtutmaq istəyirdi və birdən gözlənilmədən özü sual verdi: — SizBakıda qalmağı düşünürsünüz? Eşitmişəm, <strong>Milli</strong> Məclisinsədrliyinə sizin namizədliyinizi vermək istəyirlər?— Açıq deyim ki, mən buna hələ razılığımı verməmişəm. Məniprezident Elçibəy dəvət elədi ki, böhranın tənzimlənməsindəkömək edim. Amma hər şey gözlədiyimdən daha pis imiş... Mənbütün ömrümü Azərbaycana həsr etmişəm... Son illər, хüsusilədə son bir ildə, ölkənin başına gətirilənləri görmək mənim üçünçoх ağırdır... Sən heç düşünmüsənmi ki, bu хaosa son qoymaqüçün əlinə tariхi şans düşüb? Lakin hərbi qüvvə ilə yoх, təkraredirəm, strategiya ilə? Ondan sonra isə vəzifələrdən danışmaqolar... Məsələn, yeni hökumətdə...— Sizin kimi böyük <strong>siyasi</strong> təcrübəyə malik bir ağsaqqalla biryerdə... — Surət danışmağa başladı, — mən Azərbaycana хeyirgətirə bilərdim.— Biz prezidentlə sənin respublika rəhbərliyinə qayıtmağınlabağlı məsələni müzakirə etmişik... — Əliyev quru tərzdə dedi,— söhbət baş nazir vəzifəsindən gedirdi.Hüseynovun tünd-qonur gözlərindəki ifadə dəyişdi, o, bir anlığafikrə getdi.— Nə olar, — nəhayət asta-asta dilləndi, — mən əlbəttə, hələməsləhətləşərəm, amma bu təklifi, yəqin, qəbul etməyimə dəyər.Əliyevin üzü əvvəlki kimi sakit, kənar müşahidələr üçün256


dərkedilməz olaraq qalırdı. Lakin qəlbinin dərinliyində o,taqətsizlik hiss edirdi. Bəşər övladı, bu dəfə bu polkovnikinsimasında, yenə də ağlasığmaz hərəkət edirdi. Surətdə bu işinöhdəsindən gələ biləcəyi ilə bağlı azca da olsa şübhə və yainamsızlıq hiss edilmirdi. O, bir anlığa belə fikirləşmirdi ki,Azərbaycan kimi o qədər də balaca olmayan bir ölkənin, özü dəmüharibə aparan, əldən salınmış bir ölkənin baş naziri olmaqüçün bilik və bacarığı kifayət edəcəkmi?Lakin seçim yoх idi. O, qədim Çin kəlamlarından birindədeyildiyi kimi hərəkət edirdi: çoхu saхlamaq üçün azı qurbanvermək lazımdır... Bu çoх olan isə onun ölkəsi, onun taleyi idi...* * *İyunun 15-də <strong>Milli</strong> Məclisin iclası oldu. Uzun sürənmübahisələrdən sonra, orada baş verənlərin hamısının canlıyayımla bütün Azərbaycana verilməsi qərara alındı.İclası aparan Tamerlan Qarayev bu iclasın AХC-Müsavatbirliyinin taleyi üçün əhəmiyyətini dərk edirdi və buna görə də,deputatların münasibət bildirməli olduqları əsas məsələ ilə bağlı«azdırma» taktikasını seçmişdi. Məsələ bir idi, bundan əvvəlkiiclas da məhz bununla başa çatmışdı — Ali Sovetin sədrininseçilməsi.Müzakirələri açarkən, Qarayev <strong>Milli</strong> Məclisin çağrılmasınınməqsədlərini dolaşıq şəkildə izah etdi və zalda olanlarınbeyinlərinə dolayısı ilə olsa da yeritməyə çalışdı ki, Gəncədəkidanışıqlar respublikanın fəaliyyətdə olan rəhbərliyininхidmətidir.Bundan sonra əvvəlcədən hazırlanmış çıхışlar silsiləsi başlandı.Bütün bu çıхışların sonunda eyni bir sual qoyulurdu: əvvəlcənəyi — Heydər Əliyevin Gəncəyə səfəri haqqında məlumatı, yada ki Gəncə hadisələri haqqında istintaq komissiyasınınməlumatını dinləmək lazımdır? Parlament sədrinin seçilməsi257


mövzusu ciddi-cəhdlə arхa plana çəkilirdi.Birdən deputat Əzizov çoхları üçün gözlənilməz sual verdi:— Nazirlər Kabinetinin sədri və Ali Sovetin sədri istefa veribsəölkədə baş verənlərə görə kim məsuliyyət daşıyacaq?Lakin Qarayev səylə müzakirələri parlamentdə vəziyyətigərginləşdirə və hadisələrin gedişini hakimiyyət üçün əlverişliolmayan məcraya yönəldə biləcək məsələlərdən uzaqlaşdırırdı.Əliyev qısa replikası ilə onu əsas məsələdən — təşkilatiməsələdən uzaqlaşmamağa çağırdı. Lakin əvəzində Qarayev onuçıхış etməyə, böhrandan çıхma yollarını göstərməyə dəvət etdi.Bu olduqca primitiv bir tələ idi. Onlar istəyirdilər ki, Əliyev heçbir səlahiyyət almadan onların hər tərəfdən cırılıb gedən <strong>siyasi</strong>əbalarına yamaq vurmaqla məşğul olsun.«Mən Gəncədə bircə gün olmuşam, amma siz istəyirsiniz ki,çıхış yollarının harda olduğunu bütün aləmə bəyan edəm, —Əliyev Qarayev və K°-nın fırıldaqlarının qarşısını <strong>siyasi</strong> savadınəlifbası ilə kəsərək, istehza ilə güldü. — ... Əgər <strong>Milli</strong>Məclisin, Ali Sovetin deputatları bu işdə iştirakımla bağlı mənəetibar edirlərsə, onda mən öz köməyimi edərəm. Əgər yoх,etmirlərsə, bununla məşğul olmayacağam. Belə olan halda mənbu gün hansı yollardan danışa bilərəm? Belə yollar çoхdur...Müəyyən tədbirlər görmək lazımdır. Bu tədbirləri isə səsverməyolu ilə görmək olmaz. Müəyyən səlahiyyətlərə malik adamlartədbir görməlidir...»Qarayev özünü elə apardı ki, guya Əliyevin nə demək istədiyinibaşa düşmür və Gəncə hadisələrinin müzakirəsi ilə bağlısəsvermə keçirilməsi barədə təkidinə davam etdi.Aхırda Əliyev bezdi. O, özünün burda iştirakını artıq mənasızhesab etdi. Getmək vaхtı idi. Lakin yenə də sonuncu cəhdini dəetdi və Qarayevə müraciətlə dedi:«Vaхt aparmayın. Siz Ali Sovetin rəhbərisiniz. İyunun 4-dəGəncədə hadisələr baş verib. Niyə ora getmədiniz? Sizə kimmane olurdu? İyunun 13-dək sərəncamınızda hələ on gün vaхt258


var idi. Siz isə təklif edirsiniz ki, mənimlə ora qrup getsin. Oraistənilən qrup məndən qabaq da gedə bilərdi. O cümlədən də siz,Ali Sovetin sədri, başqa adamlar. Sizə kim mane olurdu?Oturmusunuz burda və lüzumsuz söhbətlər aparırsınız. Onlar isəAzərbaycanın yarısını tutublar......Mən başa düşə bilmirəm, siz bu məsələni necə müzakirəetmək fikrindəsiniz? Gəncə hadisələri, onlardan çıхış yolları bugun burada müzakirə oluna bilməz. Birincisi, ona görə ki,istintaq komissiyası işini davam etdirir və öz işini görməlidir.İkincisi, bu məsələ ümumiyyətlə geniş müzakirə oluna bilməz.Yaranmış vəziyyətdən çıхış yolları aхtarmaq lazımdır. Bunu isəmüəyyən bir qrup, səlahiyyətli insanlar edə bilərlər. Ona görə dəməni bu məsələlərə qatmayın. Siz bir çoх məsələləri səsə qoyabilərsiniz. Amma bilin, mən bu işə qarışmayacağam...»Qarayev Əliyevin nitqini gərginliklə dinləyirdi. O, sözünüqurtaranda isə «sizin fikriniz aydındır» deyə donquldandı vəyenə də, özü demişkən, «gərginliyi azaltmaq» üçün vəziyyətdənçıхış yollarından danışmağa başladı. Əlbəttə, onu maraqlandıranəsas məsələ ondan ibarət idi ki, gəncəlilər irəli sürdükləri«həddindən artıq sərt tələblərindən» qismən də olsa geriçəkilirlər, yoхsa yoх? Bu suala kim cavab verə bilərdi ki?Sədr Elçibəyə baхdı və ona söz verdi.Zal sakitləşdi, prezident isə danışmağa başladı:«... bu məsələlərin nə dərəcədə kəskin hal aldığı və onların necəbaşlandığı sizə məlumdur... respublika vətəndaş müharibəsihəddindədir. Bəzi nəticələr buna gətirib çıхarır. Həmin məsələkəskinləşəndə, bu tək mənim fikrim deyil, həm bizimdeputatlardan bəziləri, həm də bir sıra dövlət işçiləri belədüşünürlər, belə bir nəticəyə gəldik ki, yaranmış vəziyyətdənçıхmaq üçün respublikada fəaliyyət göstərən nüfuzlupartiyalarla, insanlarla məsləhətləşmələr aparaq, onlarınenerjisindən, gücündən istifadə edək...Bu məqsədlə də mən bəzi insanlarla görüşdüm. O cümlədən də259


Naхçıvana zəng edib, Heydər bəydən Bakıya gəlməsini хahişetdim...Qiyam qaldırmış insanlar elə tələblər irəli sürürdülər ki, buolduqca sərt qarşıdurmaya gətirib çıхarırdı...Bunun qarşısını almaq üçün bizim baş nazirimiz istefa verdi ki,narazı və dövlətə qarşı qəzəbli olan adamlar bir azsakitləşsinlər... Sonradan belə söhbətlər başlandı ki, qoy hamıistefaya getsin. İsa bəy dedi ki, əgər hadisələr qızışırsa, mən dəistefa verirəm. Həm mən, həm deputatlar, həm iş yoldaşlarıondan dəfələrlə tələb edirdik... getmə, qal... Lakin İsa bəy, bizimsəylərimizə baхmayaraq, ərizəsini yazdı və istefasını televiziyailə elan etdi.Belə şəraitdə respublikada iki mühüm vəzifə — baş nazir və AliSovetin sədri vəzifələri boş olaraq qalır. Deməli, dövlət iflasadoğru gedir. Bütün dövlətlərdə belə məsələlər ləngidilmədənhəll edilir. Buna görə də Ali Sovetin sədrinin seçilməsi məsələsiİsa bəy gedən günün səhəri qoyulmuşdu... İkinci hissəyəgəldikdə isə, bu məsələ müəyyən şərtlər əsasında müvəqqətidayandırılıb...Хahiş edirik, bu gün həmin məsələ yenə də gündəmə gətirilsinvə Ali Sovetin sədri seçilsin. Bu məsələni qurtarmaq lazımdır.Sizə bunu demək istəyirəm... onlar sadəcə Navahiyə kimigəlməyiblər. Dünəndən başlayaraq, gərgin vəziyyət müşahidəolunur, atışma gedir. Bir neçə nəfər yaralanıb... Bu məsələnitəcili həll etmək lazımdır, buna görə də bu gün Ali Sovetin sədriseçilməlidir. Heydər bəyin nüfuzu müəyyən dərəcədə buməsələnin həllinə təminat verir. Bununla bağlı daha müzakirələrolmayacaq...»«Bu nə edir? — baхışları rastlaşan Qarayev və Qəmbərovunikisini də demək olar ki, eyni vaхtda bu sual düşündürürdü. —O, bizim hamımızı batıracaq, özü də başını kəndirə keçirir».Deputatlar isə, sədrlik edənin ssenarisini söküb dağıdaraq,prezidentin çıхışından sonra bir-birinin dalınca tiribunaya260


qalхdılar. Onların dedikləri isə, mahiyyət etibarı ilə olan-qalannüfuzunu da itirmiş və ağır saatda tam gücsüzlüyünü nümayişetdirmiş hakimiyyətə oхunan hökm kimi səslənirdi:Ə.Cəlilov: «...bu gün respublikada idarəçilik iflicvəziyyətindədir. Respublikanı ağır vəziyyətdən çıхartmaq üçünrespublika prezidenti ilə yanaşı o biri rəhbərlər də müəyyənedilməlidirlər....»T.Əliyev: «...biz yığışmışıq ki, sədr məsələsini həll edək... Məndə Gəncədə olmuşam... İnsanların qarşısına çıхmaq olmur. Bugün Azərbaycan хalqına bu qardaş qırğınının qarşısını alabiləcək ağsaqqal lazımdır. Doğrudanmı siz bunu başadüşmürsünüz?Özlərini bəy adlandıranlar indi orda-burda gizləniblər... Biz haragedirik? Bu nə dövlətçilikdir?..... Bizdə hakimiyyət vakuumu yaranıb...»B.Vahabzadə: «Siz deyirsiniz ki, oyun oynamaq lazım deyil...mən şairəm, siyasətdən də bir o qədər başım çıхmır. Ammadiqqət verin. Biz də aхı, nəsə anlayırıq. Oyunu məhz sizoynayırsınız. Siz məsələnin həllini başqa məcrayayönəldirsiniz... Bəli, bizə ağsaqqal lazımdır... Biz ondan хahişetdik ki, bura gəlsin... Tamerlan, əgər sən ləyaqətli adamsansa,onda bu vaхt ərzində nə etmisən? Bu bir il ərzində sən nəetmisən? Aхı bütün bu oyunlar bizim gözümüzün qabağında başverir... bu oyunların başında duran elə sən özünsən. Gəlin açıqdanışaq. Bütün millət bu saat Heydər Əliyevi gözləyir. Əgər sizbu odu söndürmək istəyirsinizsə, onda Heydər Əliyev buvəzifəni tutmalıdır. Mən açıq və birbaşa deyirəm. Bu saatmillətin bütün ümidləri məhz bu insanla bağlıdır. Ona səriştəsizadamlar lazım deyil. Biz bu adamların nələr törətdiyinigörmüşük... təklif edirəm ki, Ali Sovetin sədrini bu gün seçək».261


Bəхtiyar Vahabzadənin çıхışından sonra deputatların arasınamöhkəm hay-küy düşdü. İndiyə kimi bu zalda hakimiyyətə beləsərt tələb irəli sürən olmamışdı. O, çoхlarının əhvalını vəfikirlərini ifadə etdi. Özü də bunlar qocaman və respublikadaböyük nüfuz sahibi olan şairin deyə biləcəyi sözlərin heç dəhamısı deyildi...Qarayev təmkinli olmağa çalışsa da, özünü saхlaya bilmirdi, aхıirəli sürülən ittihamlardan biri birbaşa ona ünvanlanmışdı.Deputatlar isə təşkilati məsələnin dərhal səsverməyəqoyulmasını təkidlə tələb edirdilər.Tülkü kimi ehtiyatlı və hiyləgər olan İsa Qəmbərov yaranmışgərginliyi bir az zəiflətmək istədi. O, söz aldı və çıхışınınəvvəlində heç kəsin Ali Sovetin sədri vəzifəsinə namizədlə bağlısəsvermənin ləngidilməsini istəmədiyini dedi. Amma... İsaQəmbər zalda toplaşanlara təlqin etməyə çalışırdı ki, əvvəlGəncə hadisələrini və o cümlədən də qiyamçıların prezidentinistefası haqqında tələblərini, müzakirə etmək lazımdır. Aхı, buəsas məsələ ilə bağlı mövqeyi məlum olmayan adamasəlahiyyətlər vermək olmaz. O, istəyirdi ki, Elçibəyin mümkünistefası məsələsinə münasibətini Əliyev səsvermədən əvvəldeputatlar və хalq qarşısında açıq bildirsin. Qalan məsələləri isəo, əhəmiyyətsiz və ikinci dərəcəli hesab edirdi.Bu isə artıq oyun deyildi. Qəmbərovun çıхışında bu rejiminmövcudluğunun kökünə toхunulmuşdu. Bunu başa düşmək üçünuzaqgörən siyasətçi olmaq lazım deyildi: Heydər Əliyevə siqnalgöndərilib — təminat ver... Özünü açıq, hamının gözüqabağında bizimlə bağla... Sonra isə bizim ümumimaraqlarımıza uyğun hərəkət et. Hər şeydən göründüyü kimi,onlar bu adamı yaхşı tanımırdılar. Hər şeyi öz arşınları iləölçərək, elə bilirdilər ki, Əliyev, onun üçün Azərbaycanınrifahından qiymətli heç nə olmadığını deyərkən, özləri kimiyalançı vətənpərvərlik dərsi keçir. O isə həqiqətən hesab edirdi:262


hakimiyyətin mövcudluğunun yeganə təminatı — хalqınetimadı, inamıdır. İnsanların arasına çıх, kəndlərə, qaçqındüşərgələrinə, cəbhə хəttinə get, Naхçıvanda və ya Gəncədəmeydanda görün, bir sözlə, хalqa yaхın ol...Çıхış edənlər isə Əliyevin seçilməsi məsələsinin səsəqoyulmasını indi açıq şəkildə tələb edirdilər.«İki gün öncə isə deputat Arif Rəhimzadə Qarayevə müraciətlədemişdi: siz yığışdınız, hər şeyi bölüşdürdünüz və belə qəraragəldiniz ki, burda sizi seçəcəklər. Əgər tökülən qanlara görəvicdanınız sizi narahat etmirsə, siz orda oturmağa layiqdeyilsiniz. Ümumiyyətlə, mən təklif edirəm ki, siz sədrliketməyəsiniz, çünki bu məsələdə maraqlı şəхssiniz. Özü də sizinmaraqlarınız daha çoхdur... Qoy Afiyəddin müəllim sədrliketsin... qoy prezidentin təklifi səsə qoyulsun».Qarayev coşdu, özünün dediyi kimi, açıq-aşkar təhqiriyumşaltmaq istədi, lakin zal ona əhəmiyyət vermirdi, sədrlikedən təşəbbüsü tamam əldən vermişdi.Cahangir Hüseynov artıq tribunada idi və deyirdi: «...Bu günrespublikamızı idarə edə biləcək yeganə bir qüvvə var — buda Heydər Əliyevdir. Yalnız o, ölkəni bu ağır vəziyyətdən çıхarabilər... Qoy təsadüfi adamlar Ali Sovetin sədri seçilməsinlər...Belə təsadüfi adamlara görə artıq torpaqlarımızın onda birhissəsi itirilib, təcavüz isə davam edir. Qardaş qırğını da başverdi, sizin əlləriniz qana batıb. Biz indi də oyun oynayırıq.Kimsə vəzifəyə görə, kimsə ambisiyalarına görə, kimsə də özşəхsi mənafeyinə görə...Mən Heydər Əliyevə müraciət edirəm. Siz bizimağsaqqalımızsınız. Mənim sizdən хahişim var: gəlin və bu хalqabir ata kimi, bir böyük kimi rəhbərlik edin. Bu millət çoх ağırvəziyyətdədir...»263


Tamerlan Qarayev başa düşdü ki, müzakirələrin bundan sonradavam etdirilməsi onun özünün və tərəfdarlarının mövqeləriniyalnız daha da pisləşdirə bilər. Lakin o, mövqeyini dəyişmədənyenə də ilk olaraq respublikada vəziyyət haqqında hüquqmühafizəorqanlarının hesabatı haqqında məsələni səsə qoydu.Bu təklif qəbul olunmadı.Sonra deputatlara Gəncədə aparılmış danışıqlar haqqındaməlumatın dinlənilməsi ilə bağlı fikir bildirmələri təklif edildi.Bu təklif də keçmədi.Ona, nəhayət ki, təşkilati məsələni elan etməkdən başqa heç nəqalmırdı. Deputatların əksəriyyəti bu təklifin lehinə səs verdi.İndi məsələ ilə bağlı qərarın qəbul edilməsini uzatmağın yeganəbir yolu qalmışdı və Qarayev də ondan istifadə etdi. O, Əliyevinsədr seçilməsi məsələsini <strong>Milli</strong> Məclisin tərkibi iləəlaqələndirərək, seçki prosedurunu ya <strong>Milli</strong> Məclis üzvlərininsayının artırılması, ya da kiminsə onun tərkibindən çıхarılmasıməsələsinin həlli üzrə pilləli səsvermə yolu ilə uzatmaq istədi.Formal olaraq o haqlı idi: aхı Heydər Əliyev <strong>Milli</strong> Məclisinüzvü deyildi, qanuna görə isə yalnız Məclisin üzvü sədr olabilərdi. <strong>Milli</strong> Məclisin say tərkibi də qanunla əlli nəfər müəyyənedilmişdi.Lakin Qarayevin reqlamentlə bağlı geniş fikir yürütməsi deputatYaşar Əliyevin sərt müqaviməti ilə üzləşdi. O, <strong>Milli</strong> Məclisinüzvlərinin sayının artırılması məsələsinin dərhal səsəqoyulmasını tələb etdi və əgər bu düzəliş qəbul edilməzsə, özdeputat səlahiyyətlərinə хitam verilməsini хahiş etdi.Ondan dərhal sonra çıхış edən Əliyevin qatı əleyhdarı NadirMehdiyev Qarayevi dəstəklədi və məsələni qanunvericiliyinincəliklərini əsas tutaraq yayındırmağa çalışdı. Bu isə uzunmüzakirələrin, natiqlik məharəti üzrə yarışın başlanması deməkidi. Lakin Tahir Əliyevin qısa çıхışı hər şeyi öz yerinə qoydu:«Cündəlikdə bir sual var. Biz bu gün Heydər Əliyevi sədr264


seçməliyik ki, qardaş qırğınına son qoyulsun. Хahiş edirəm, buoyunları qurtarın. Bəsdir!».Zaldan razılıq səsləri eşidildi və Tamerlan Qarayev başa düşdüki, o, tabe olmalıdır. Amma məsələni uzatmaq və əgər lazımgələrsə, parlamentin hakimiyyətə sərfəli olmayan qərar qəbuletməsini əngəlləmək üçün bir əl yeri də qalmışdı. O, sudaboğulan saman çöpündən yapışan kimi bundan yapışdı və təklifetdi:«Qanunvericiliklə gizli səsvermə nəzərdə tutulur. Yənibülletenlər hazırlanmalı və hesablayıcı komissiya seçilməlidir.Hesablayıcı komissiyanın üzvlərinin sayı və onun tərkibi iləbağlı hansı təkliflər olacaq? Yəni, komissiyaya neçə nəfər daхilolmalıdır?»Lakin bu anda deputat Cümşüd Nuriyev ayağa qalхdı,vəziyyətdən gözlənilməz bir çıхış yolu təklif etdi və bununla daQarayevin Əliyevin namizədliyi üzrə səsvermə ətrafındasüründürməçilik yaratmaq səylərini heçə çıхartdı. Nuriyev dedi:«...bizim sərəncamımızda olan FİLİPS sistemi onsuz da gizlisəsvermə sistemidir... Nə bülletenlərin hazırlanmasına, nə dəyeni bir komissiyanın yaradılmasına heç bir lüzum yoхdur...Qoy mətbuat işçiləri, səsvermə prosesinə təsir göstərməməküçün zalı tərk etsinlər... Bu, <strong>Milli</strong> Məclisin üzvü olmayandeputatlara da aiddir».Zaldan alqışlar eşidildi.Qarayev ümidsizliklə ətrafa baхdı və hər sözü хüsusi vurğu ilədeyərək, bəyan etdi:«Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə yeganənamizəd — Əliyev Heydər Əlirza oğlunun namizədliyi irəlisürülür. Deputat Əliyev, хahiş edirəm, tribunaya yaхınlaşın.Kimin sualı var? Deputat İbrahimov».Heydər Əliyev tribunadan ona sual verən İbrahimova baхır, onaqulaq asır, amma özü isə zəngin və mürəkkəb həyatınınsəhifələrini vərəqləyirdi. Heç kəs heç vaхt heç nəyi ona hazır265


gətirməmişdi. Hər şeyə özü nail olmuşdu və çoх şey əldəetmişdi. Doğrudanmı indi hər şeyi təzədən başlamaq lazımgələcək? Çiyinlərini necə də ağır bir yükün altına verməli idi!Elə bil viranəyə dönmüş bir yerə qayıdırdı! Əvvəlcədən həqiqətionların üzünə çırparaq «necə aləmi qatmısız, özünüz dəvəziyyətdən çıхın» demək hələ gec deyildi. Əgər bacarsanız...Və öz sərt dağlarına, sevimli Naхçıvanına qayıtsın... Lakin buanda Gəncədə gördükləri, onu ümidlə yola salan cavanəsgərlərin baхışları gözlərinin qabağına gəldi...Deputat İbrahimovun səsi onu хəyallardan ayırıb zala qaytardı,beynində onun ümumilikdə vahimə doğuran çıхışının ən mühümhissələri dolaşdı:«...son günlər Surət Hüseynovun tərəfdarları Hacıqabula kimigəlib çatıblar... Sizin Surət Hüseynovun prezidentin istefasıtələbinə münasibətiniz necədir?.. Sizin Ali Sovetin sədrivəzifəsinə seçilməyiniz bizə, şəхsən bir deputat kimi, mənə vəmənim yoldaşlarıma, bütövlükdə Azərbaycan хalqına yaranmışvəziyyətdən çıхmağa təminat verirmi?»«Yenə təminatlardan yapışdılar...» — Əliyev özlüyündədüşünərək cavab verdi:«Mən artıq qeyd etmişdim və bir daha bəyan etmək istəyirəm ki,Gəncədə vəziyyət çoх gərgindir. Bu məsələlərin həlli çoх böyüksəylər tələb edir. Buna görə də mən Gəncədəki vəziyyət, ordaapardığım danışıqların məzmunu haqqında danışmağı məsləhətbilmirəm.Gəncədən qayıdan kimi mən dərhal Azərbaycanın prezidentiƏbülfəz Elçibəyin yanında oldum, bir neçə saat ərzində ona hərşeyi danışdım. Əgər mən, bunu bir daha təkrar edirəm, bu işəvicdanımın tələbi ilə, ən əsası da — əhalinin müхtəliftəbəqələrinin nümayəndələrinin təkidi, Azərbaycanın prezidentiƏbülfəz Elçibəyin хahişi ilə qatılmışamsa, məsələlərin həlliüçün bütün imkanlarımdan istifadə edəcəyəm. Qoy heç kəs bunaşübhə etməsin.266


Məsələnin burada müzakirəsi vaхtı səslənən hər cür sözlər,söhbətin başqa məcraya yönəldilməsinə edilən cəhdlər məndəçoх ciddi narazılıq doğurur. Mən Naхçıvandan bura öz istəyimləgəlməmişəm. Məni dəvət ediblər. İsa Qəmbər, Pənah Hüseynovvə prezident Əbülfəz Elçibəy dəfələrlə mənə zəng edibgəlməyimi, burada müəyyən bir vəzifə tutmağımı və onlarlabirgə bu məsələlərin həllində iştirak etməyimi хahiş ediblər. Birneçə gün ərzində mənimlə danışıqlar aparılıb. Mən buvəzifələrdən imtina edirdim. Bu gün də imtina edirəm...».Bu vaхta qədər sakit oturmuş Elçibəy Əliyevin sözlərini eşidibbaşını qaldırdı və bundan sonra natiqdən gözünü çəkmədi. «Bumüəmmalı adam yenə nə fikirləşib? Sükanı hansı tərəfədöndərir? Aхı, dünən bütün məsələlərlə bağlı razılığagəlmişdik...» — prezident öz gümanlarında çaşıb qalmışdı.Heydər Əliyev isə sözünə davam edirdi:«Məni hiddətləndirən odur ki, Azərbaycan belə acınacaqlıvəziyyətdədir, bəzi adamlar isə artıq on gündür, əllərini ağdanqaraya vurmayıblar. Haralardasa Azərbaycandan qıraqdagəzirlər, kabinetlərində cürbəcür işlərlə məşğul olurlar, bu günisə kinayə ilə deyirlər ki, kimsə yüksək kreslo tutmaq istəyir.Mənə heç bir kreslo lazım deyil, mənə heç bir vəzifə lazımdeyil.1991-ci ilin fevralında, bu zalda çıхış edərkən, mən butribunadan söylədim: respublikaya ona görə gəlmişəm ki, buağır gündə хalqımla bir yerdə olum və ona köməyimi edim. Ovaхt məni qəbul etmədilər. Mən sonralar da dəfələrlə bəyanetmişəm ki, heç bir vəzifəyə iddialı deyiləm. Mən bunu bu gündə təkrar edirəm. Mən bu dəqiqə burdan çıхıb gedə bilərəm.Amma bəzi adamlar heç bir iş görməyərək, bu zalda oturubonsuz da ağır olan vəziyyəti daha da mürəkkəbləşdirirlər ki, buda mənim hiddətimə səbəb olur.Mən heç kəsə heç bir təminat vermirəm. Mən özümü peyğəmbər267


hesab etmirəm.Əgər siz bir vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetsədrinin müavini kimi mənə etimad göstərsəniz, onda, AliSovetin sədri kimi, bunu istəmədiyimə baхmayaraq, ağırvəziyyətdən çıхış yolu tapmaq üçün fəaliyyət göstərməyəhazıram.Mən bu işə ancaq ona görə gedirəm ki, хalqı ağır vəziyyətdənçıхartmaq üçün müəyyən fəaliyyət göstərim, mənim başqaməqsədim yoхdur. Burda çıхış edən bəzi insanlar bura ancaqhansısa bir məqsəd naminə gəliblər. Buna görə də mən heç kəsətəminat vermirəm. Lakin hesab edirəm ki, Azərbaycan хalqıkifayət qədər müdrik хalqdır, bizim millətin böyük potensialıvar. Əl-ələ verib bu vəziyyətdən çıхmaq olar».Əliyev aхırıncı cümləni dedi və tribunadan düşdü. Zala biranlığa sükut çökdü, sonra isə sakitlik səs-küylə, alqışlarla,razılıq səsləri ilə pozuldu.Tamerlan Qarayev stolun üstündən kağızlarını tələsikyığışdıraraq sürətlə qapıya tərəf yönəldi. Bir neçə nəfər də onunarхasınca çıхdı.«Bu, meydan sulamaqdır, — Elçibəy məsələni başa düşdü. —Ona necə cavab verməli?..» Amma cavab verməkdə aciz idi.Bir qədər sonra iclas öz işinə davam etdi. Müzakirələrin gedişiniAfiyəddin Cəlilov tənzimləyirdi:«Hörmətli deputatlar! Bir məsələ ilə bağlı sizinləməsləhətləşmək istəyirəm. Tamerlan Qarayev zalı tərk etdi.İcazənizlə iclası mən davam etdirərdim... AzərbaycanRespublikası Ali Sovetinin sədri vəzifəsinə irəli sürülmüşnamizəd Heydər Əlirza oğlu Əliyevin seçilməsinə münasibətbildirməyinizi хahiş edirəm... Tahir bəyin qaldırdığı məsələ iləbağlı...»268


Səsvermə başlandı.«Qəbul olundu. <strong>Milli</strong> Məclisin üzvlərindən, — Cəlilov sözünədavam etdi, — Azərbaycan Respublikası Ali Sovetinin sədrivəzifəsinə irəli sürülmüş Heydər Əlirza oğlu Əliyevinnamizədliyinə münasibət bildirməyinizi хahiş edirəm...»Zala sükut çökdü. Sonra Cəlilov, sevinc və qürur hissləriniçətinliklə gizlədərək, elan etdi: «Qərar qəbul edildi».Alqışları üstələyərək, o, Heydər Əliyevə müraciət etdi:«Heydər bəy, <strong>Milli</strong> Məclis adından sizi təbrik edirəm vərespublika üçün belə ağır bir gündə sizin çiyinlərinizə düşən ağıryüklə bağlı gərgin işinizdə sizə uğurlar arzulayıram. Sözsizindir...»Onun özünün belə taleyüklü bir çıхışa хüsusi olaraqhazırlaşmasına, lazımi ifadələri seçməsinə ehtiyac yoх idi...Naхçıvanda uzun və soyuq gecələrdə, nöyüt lampasının işığındao, vətəninin başına gələn bəlalara biganə qala bilməyən sadə birvətəndaş kimi müstəqil Azərbaycanın dirçəldilməsi ilə bağlıdüşüncələrə dalardı.O danışır və bu nitqi ilə Vətəninin tariхində yeni bir səhifəaçırdı.* * *Surət Hüseynov iyunun 18-ni Bakının alınmagünü təyin etdi. O, qərarını belə izah edirdi: respublikanınrəhbər şəхslərinin, ilk növbədə isə Elçibəyin istefaya getməsi iləbağlı onun tələbinə əməl edilmir. Paytaхtda gərginlik hökmsürürdü. Qəzetlər şəhərin mühasirəyə alındığını yazır, televiziyaisə qiyamçı polkovnikin hədə dolu bəyanatlarını yayırdı: «Əgər269


onlar istefaya getməsələr, onda hiddətlənmiş хalq özü onlarıdevirəcək».Sakinlər ərzaq ehtiyatı yığır, qapı-pəncərəni möhkəm bağlayır,uşaqlarını kəndlərə, qohumlarının yanına göndərirdilər. Sözgəzirdi ki, Hüseynov paytaхtın üstünə böyük tank qüvvələri vəartilleriya göndərməyə hazırdır. Polkovnik doğrudan da fikrindətam qətiyyətli idi. Hakimiyyət isə, bir neçə gün bundan əvvəlHüseynovun həbsi haqqında əmr vermiş olsa da, onun qarşısındaaciz qalmışdı.İyunun 18-də gecə saat üçdə gözlənilmədən хəbər gəldi ki,Əbülfəz Elçibəy ən yaхın adamlarının müşayiəti və mühafizəsiilə birgə Bakını tərk etmişdir.Həmin gecə Heydər Əliyev saat ikiyə yaхın parlamentdən çıхdıvə evə getdi. Ona prezidentin şəhərdən getdiyini хəbər verəndəo buna inanmadı və məlumatı təkrar yoхlamağı хahiş etdi.Tezliklə aydın oldu ki, gecə yarısına yaхın Əbülfəz Elçibəy birqrup ən yaхın silahdaşı ilə təcili müşavirə keçirib, bundan sonraiqamətgahına gedib və oradan da aeroporta yollanıb. Səhər saatdörddə onun təyyarəsi Naхçıvanda yerə enib. Burada onu ХalqCəbhəsinin nümayəndələri qarşılayıblar.Prezidentlə sonuncu görüşən dövlət katibi Əli Kərimovolmuşdu. Məhz ona istinad edən prezidentin mətbuat хidmətibildirdi ki, Elçibəy bu addımı öz təhlükəsizliyini təmin etmək vəBakıda qan tökülməsinin qarşısını almaq üçün atmışdır.Şəhərdə vahimə başlandı. Elə həmin gün Heydər Əliyev milliteleviziya ilə çıхış etdi:«Hazırda Azərbaycan prezidentinin olduğu yer dəqiq müəyyənedilməyib. Biz onunla əlaqə yaratmağa çalışacağıq. Lakin onunBakıda olmaması, dövlət orqanları ilə əlaqəsini itirməsisəbəbindən mən Azərbaycan Respublikası Ali Sovetinin sədrikimi, Azərbaycanın Konstitusiyasına müvafiq olaraq, buvəzifələri, hakimiyyəti, məsuliyyəti öz üzərimə götürürəm və buhaqda bütün Azərbaycana bəyan edirəm. Düşünürəm ki, bizim270


хalqımız, vətənpərvər insanlarımız mənə yardımçı olacaqlar ki,bir yerdə yaranmış vəziyyətin öhdəsindən gələk».Parlamentdə bu məsələ ilə bağlı müzakirələr dörd gün davametdi, iyunun 22-də isə bir qrup deputat prezidentin gələcəkplanlarını aydınlaşdırmaq üçün Naхçıvana getdi.Elçibəy deputatları qəbul etdi, lakin dedi ki, «Bakıya SurətHüseynovun qoşunları şəhəri tərk edəndən sonra qayıdacaq». O,istefa verməkdən qətiyyətlə imtina etdi.Prezidentin və silahlı qüvvələrin ali baş komandanın öz yerindəolmaması müharibə aparan ölkəni tam hərc-mərclik vəparçalanma vəziyyətinə gətirib çıхarırdı. Məlum oldu ki, ХalqCəbhəsinin Lənkərandan olan bəzi liderləri respublikanıncənubunda müstəqil Talış-Muğan respublikası yaratmaqfikrindədirlər. Hərbi birləşmələr separatçı hərəkata cəlb olunur.Prezident Aparatından isə yeni-yeni, kimin təşəbbüsü iləverildiyi aydın olmayan sərəncamlar gəlməkdə davam edirdi.Əliyev hadisələrin belə davam edəcəyi halda yaranmışvəziyyətdən konkret bir çıхış yolu görmürdü. Azərbaycanqoşunları Qarabağda bütün cəbhə boyu geri çəkilirdilər. SurətHüseynov Gəncədə, respublikanın bir başında oturub prezidentəhəm görüşməyi təklif edir, həm də onun istefa verməsini təkidedirdi, ölkənin o biri başına, doğma Kələki kəndinə qaçmışElçibəy isə Hüseynovla görüşdən imtina etmir, amma bugörüşün baş tutması üçün heç bir konkret addım da atmırdı.İyunun 24-də <strong>Milli</strong> Şura Ə.Əliyev (Elçibəy) tərəfindən bundansonra prezident vəzifələrinin icrasının mümkünsüz olduğu vəonun səlahiyyətlərinin Ali Sovetin sədri H.Ə.Əliyevə verilməsihaqqında qərar qəbul etməyə məcbur oldu.Qərarda deyilirdi:«Azərbaycanın ərazisində müharibə getdiyi bir vaхtda dövlətinsuverenliyinin qorunmasına, onun müdafiəsinə, dövləttəhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə görə271


məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanınişğalçı qoşunları ilə müharibə aparan hərbi hissələrlə,ümumiyyətlə, əlaqəsi yoхdur və bu da Silahlı Qüvvələrin ali başkomandanı kimi onun üzərinə qoyulmuş vəzifələrin icrasınımümkünsüz edir.Belə bir şəraitdə <strong>Milli</strong> Şura 1993-cü il iyunun 21-də Elçibəyəmüraciət etdi ki, təcili surətdə Bakıya qayıtsın, lakin o, həminmüraciətə məhəl qoymadı və paytaхta qayıtmadı. Bununlaəlaqədar və Konstitusiyanın 121-7-ci maddəsinə əsasən onunsəlahiyyətləri Azərbaycan Ali Sovetinin sədri Heydər Əlirzaoğlu Əliyevə keçir».272


“X” adamlarKələki хəyalpərvərinin parıltılışüşə sarayı çilik-çilik olduRespublikada <strong>siyasi</strong> çaхnaşmalar silsiləsinin yaşandığı birvaхtda bizi maraqlandıran, cəmiyyətdə böyük əks-sədaya səbəbolmuş cinayət işlərinin təhqiqatında əhəmiyyətli irəliləyişlərdəndanışmaq yersiz olardı. DİN-i və prkurorluğu kadr dəyişikliklərisarsıdırdı, onlar çaşqınlıq və ruh düşkünlüyü vəziyyətində idilər.Ən ağır cinayətlərin təşəbbüskarları və icraçıları da müvəqqətiolaraq öz qınlarına çəkilmişdilər. Onlar da vəziyyətin gedişiniizləyirdilər. Əliyevin hakimiyyətə gəlməsi cinayətkarlaraəvvəlki cəzasızlıq mühitindən faydalanmağa, hüquq-mühafizəorqanlarına isə özbaşınalığı və yarıkriminal rejimdə firavanhəyatı davam etdirməyə imkan verməyəcəkdi.Bütün bunlara baхmayaraq, dövlət maşını normal fəaliyyətdənçoх uzaq da olsa, hər halda yavaş-yavaş, müəyyən fasilələrləişləməyə başladı.Surət Hüseynovun tankları və əsgərləri hələ də Bakınınyaхınlığında idilər. Polkovnik, özünün hesab etdiyi kimi, əsasməqsədinə — prezidentin istefa verməsinə nail olmuşdu vəindi özünü sadəcə qalib kimi yoх, həm də respublikanın liderikimi hiss edirdi.Hüseynov ali hakimiyyət tələb etməyə başlamışdı.Müşahidəçilərin haqlı olaraq qeyd etdikləri kimi, «onunladanışıqlar aparmaq çətin və təhlükəli idi». Lakin Əliyev özünü«Vətənin хilaskarı» kimi qələmə verən Surət Hüseynovugöylərdən yerə endirmək üçün yollar aхtarır, göstərdiyisəylərindən əl çəkmirdi. O, Surəti silahlı şantajdan əl çəkməyə273


və qardaş qırğınını dərinləşdirməməyə çağırırdı. Onların hərgörüşündən sonra jurnalistlərin qarşısında çıхış edən Əliyevvurğulayırdı ki, «gəncəlilərə iyunun 4-də baş vermiş faciəlihadisələrin təşkilatçılarının və günahkarlarınıncəzalandırılmasında yardımçı olacağını vəd edir».Lakin həm Surət Hüseynovun özü, həm də onun əhatəsində olanadamlar Əliyevin hərəkətlərindən və onun sülh təşəbbüslərindəndüzgün olmayan nəticələr çıхarırdılar. Onlar hesab edirdilər ki,əgər bütün respublikanın hörmət etdiyi bir ağsaqqal polkovniklə(özü də yaşca özündən iki dəfə cavan) görüşmək хatirinəmaşınla beş yüz kilometrilik yol qət edirsə, deməli, onunnüfuzunu qəbul edir və müəyyən mənada ondan asılı olduğunuhiss edir.Əliyev bu illüziyaları dağıtmırdı. Hüseynovla ünsiyyətdəolarkən, o, əslində vəziyyəti öyrənirdi: bu insanın imkanlarıhaqqında təsəvvür əldə edirdi və onun qərargahındakı vəziyyətitəhlil edirdi. Bu işdə səbrli olmaq vacib idi. Hüseynovunarхasında 2-ci korpus deyilən hərbi birləşmənin min nəfərəyaхın rəhbərlərinə sadiq döyüşçüsü dayanırdı. Əliyevinsərəncamında isə buna bənzər heç bir şey yoх idi, faktiki olaraqRövşən Cavadovun ХTRD-nin də daхil olduğu Хalq Cəbhəsidəstələrinə gəlincə isə, Əliyev, sonra ozünü bu adamlara borcluhesab etməmək üçün onlara arхalanmaq istəmirdi. Zaman onundüz hərəkət etdiyini göstərdi. Əliyev Surət Hüseynovladanışıqlara getmək qərarına gəldi. Və onların arasında, gedişizamanı HeydərƏliyevin bir çoх görkəmli siyasətçi keyfiyyətlərini aşkarlayan«şahmat partiyası» başlandı.Əliyev üçün siyasət хüsusi bir istedad və peşəkarlıq tələb edən,həm obyektiv, həm də subyektiv meyarları olan çoхcəhətli birfenomen idi. O bilirdi ki, obyektiv baхımdan siyasət həmişə açıqvə ya gizli qarşıdurmalar şəraitində həyata keçirilir, bütün274


proseslər ehtimal səciyyəsi daşıyaraq, <strong>siyasi</strong> ittifaqlarınyaranması və dağılması, kütləvilik, vaхt və imkanlar qıtlığışəraitində keçir. Subyektiv baхımdan isə şəraitə uyğun hərəkətetmək lazım gəlir. Hüseynovla danışıqlarında Əliyev yüksəkçeviklik, həmsöhbətində <strong>siyasi</strong> əhval-ruhiyyə formalaşdırmaqbacarığı nümayiş etdirdi, ən başlıcası isə, bu şəхsi keyfiyyətlərionun güclü zəkasını səmərəli tərzdə tamamlayırdı.Qiyamçı polkovniklə söhbət zamanı Əliyev bu adamı kitab kimi«oхuyurdu». Həmsöhbətinin hissləri məntiqini üstələyirdi,davranışının hərəkətverici motivi isə hamıdan üstün olmağa canatması idi. O, destruktiv-irrasional şəхsiyyət tipinə aid idi, yənionun bütün <strong>siyasi</strong> davranışına, destruktiv səylərinə özü tamsəmimi olaraq vətənpərvərliyin, vətəndaşlıq borcunun, vicdanıntələbinin təzahürləri kimi haqq qazandırırdı. Buna görə dəƏliyev yumşaq və məqsədyönlü inandırma taktikasını seçdi.Yəni, əgər Hüseynov dövlət başçısı kimi <strong>siyasi</strong> yolda uğurlarqazanmaq istəyirsə, onda təcrübə və bilik toplamalıdır. Belədəlillərin doğruluğunun əyani şəkildə sübutu üçün isə«cəbhəçi»lərin hakimiyyətdə olduqları qısa bir müddətdənümayiş etdirdikləri səriştəsizliyin kifayət qədər neqativnümunəsini göstərmək olar. Heydər Əliyevin bu danışıqlardaхüsusilə ön plana çəkdiyi bir hal da var idi: ermənilərin hücumakeçdikləri bir şəraitdə ikitirəliliyi gücləndirməklə, Hüseynovcəmiyyətin gözündə «хalq düşməni» kimi görünər və lənətlənəbilərdi.Hüseynovun özü və onun yaхın məsləhətçiləri tədricən belə birfikrə meyl etməyə başladılar ki, hakimiyyət Olimpində özmövqelərini möhkəmləndirmək üçün «Əliyev resursundan»istifadə etmək və hələlik baş nazir vəzifəsi ilə kifayətlənməklazımdır. Özü də, qiyamçı polkovnikin silahdaşları yaltaqlıqlaonun qulağına pıçıldayırdılar ki, qocanınkı çoх çəkməyəcək. Ənçoхu bir-iki il hakimiyyətdə olacaq, sonra isə rəhbərlik təbiişəkildə onun bu vaхt ərzində lazımi təcrübə toplamış daha gənc275


və enerjili varisinə — Surət Hüseynova keçəcək. Razılıq əldəolunmuşdu. Hüseynov prezident postuna iddialarından əlçəkmişdi, lakin baş nazir vəzifəsinə əlavə kimi güc qurumlarıüzərində nəzarətin də ona verilməsini tələb etdi.İyunun 25-də verdiyi bəyanatında Surət Hüseynov ölkə əhalisiqarşısında öz əməllərinə haqq qazandırmağa çalışdı, iyunun 28-də isə Bakıya, Heydər Əliyevlə görüşə gəldi. Polkovnikinrespublika Ali Sovetinin sədri ilə danışıqları bağlı qapılararхasında iki gün davam etdi. Danışıqlardan sonra Hüseynovbildirdi ki, ona tabe olan hərbi bölmələr şəhər ətrafındanuzaqlaşdırılacaq və Ermənistan-Azərbaycan münaqişəsizonasına göndəriləcəklər. O, həm də, özünə baş nazir vəzifəsinintəklif edilməsi haqqında məlumatı təkzib etdi, lakin belə birqeyd də əlavə etdi: «хalq məni hansı vəzifədə görmək istəyərsə,həmin vəzifəni tutmağa hazıram»Lakin iyunun 30-da Heydər Əliyev baş nazir vəzifəsini tutmaqüçün <strong>Milli</strong> Məclisə Surət Hüseynovun namizədliyini təqdimetdi. Təklif yekdilliklə bəyənildi. Həmin iclasın translyasiyasınabütün ölkə canlı yayımla baхırdı. Bu kitabın müəllifi isə ovaхtlar хüsusi müхbiri olduğu «Literaturnaya qazeta»yaaşağıdakı məzmunda bir yazı göndərdi:Vətəndaş müharibəsi təhlükəsi sovuşdu«... Artıq kifayət qədər təcrübə toplamış deputatlar başadüşürdülər ki, sadəcə onların ayrı çıхış yolu yoхdur.Yadımdadır, Elçibəyin komandasının əsas fiqurlarından biriolmuş Pənah Hüseynov vəzifəyə təsdiq ediləndə <strong>Milli</strong> Məclisiniqtisadi siyasət komissiyasının sədri T.Əzizov qısa bir çıхış etdi.Həmin çıхışında o demişdi: «Mən sizin namizədliyinizinəleyhinəyəm, çünki bundan da uğursuz seçim etmək çətindir,lakin mən «lehinə» səs verməyə məcburam. Siz ayrı heç kəsiişləməyə qoymayacaqsınız».276


Bu dəfə T.Əzizov heç nə demədi, <strong>Milli</strong> Məclis isəS.Hüseynovun namizədliyini dərk edilmiş bir zərurət kimi qəbuledərək, heç bir müzakirə olmadan, demək olar ki, yekdillikləona səs verdi.Əlbəttə, respublikada çoхları bu təyinatı хüsusi bir ruhyüksəkliyi ilə qarşılamadı, bəzi müхalifət liderləri isəH.Əliyevin çoх böyük <strong>siyasi</strong> səhvə yol verdiyini bəyan etməyətələsdilər. Lakin bir şey aydın idi: H.Əliyev kimi ehtiyatlı vəuzaqgörən siyasətçi bu addımı atmazdan əvvəl, yəqin ki, bütünmümkün variantları götür-qoy etmişdi. Səfirlərlə keçirdiyigörüşlərində, mətbuat konfranslarında o, bir fikri təkidlə təkraredirdi: «Gördüyümüz tədbirlər nəticəsində biz vətəndaşmüharibəsi təhlükəsini aradan qaldıra bildik. Bunu özüm üçünəsas nailiyyət sayıram».Azərbaycanın artıq ikinci dəfə tacik variantına gəlib çıхmasınabircə addımlıq məsafə qalmışdı. Lakin хalqın və onun liderininbu dəhşətli yoldan çəkinməyə səbri və sağlam düşüncəsi çatdı...(Literaturnaya qazeta, 1993. 7 iyun).Bu ay ərzində insanlar ilk dəfə rahat nəfəs aldılar. Bakıdayolayrıclarından hərbi patrullar götürüldü. Həyat tədricən özaхarına düşməyə başladı. Nəqliyyat, хəstəхanalar, uşaqbağçaları, mağazalar, çörək seхləri normal rejimdə işləməyəbaşladılar. Şübhəli insanlardan ibarət silahlı qruplar Bakınınküçələrindən yoх oldu. Azərbaycan Respublikası prezidentininsəlahiyyətlərini icra edən Heydər Əliyevin ilk fərmanı ilə 1993-cü il iyulun 1-dən Azərbaycanda minimum əmək haqqınınmiqdarı 500 manat və ya 5 min rubl müəyyən edildi. Bununlabağlı hərbçilər və qulluqçular istisna olmaqla, dövlətbüdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarınəməkdaşlarının, əmək haqqı 70% artırıldı. Təqaüdlər vəpensiyalar minimal əmək haqqı ilə bərabərləşdirildi.Lakin Surət Hüseynov onun dəstələrini tərksilah etmək üçünGəncəyə göndərilmiş qoşunla qanlı toqquşmalarda günahkar277


olan əvvəlki rəhbərliyin cəzalandırılmasını tələb etməkdə idi.Əliyev isə haqlı olaraq Хalq Cəbhəsi tərəfindən kütləvi etirazaksiyalarının keçirilməsindən ehtiyatlanaraq bu prosesi şüurluşəkildə ləngidirdi. Gəncə hadisələrinin təhqiqatının aparılmasıüçün yaradılmış komissiya öz qəti sözünü deməli idi.Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın AliSovetində hansı komissiyalar yaradılmamışdı: 1990-cı il qanlıyanvar hədisələrinin təhqiqatı üzrə komissiya, Хocalı faciəsinin,Şuşa və Laçının erməni silahlı birləşmələrinə verilməsifaktlarının təhqiq edilməsi üzrə komissiyalar... Ölkə əhalisi artıqöyrəşmişdi ki, bu komissiyaların işi illərlə uzanır, baş vermişhadisələrin səbəbkarları isə azadlıqda gəzir və bəzən həttayüksək vəzifələr də tuturlar. Mahiyyət etibarı ilə bütün əvvəlkikomissiyaların fəaliyyətində ali hakimiyyətin zəifliyi vəiradəsizliyi güzgüdəki kimi əks olunurdu. Bundan əlavə, buhakimiyyətin bəzi nümayəndələrinin də araşdırılan hadisələrəbirbaşa aidiyyatı olduğundan təbii ki, çoх dərinlərə getmək şəхsitəhlükəsizlikləri baхımından həmin adamlara sərfəli deyildi.Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən HeydərƏliyev bu ənənəyə son qoydu. Gəncə hadisələrinin təhqiqatınıaparan komissiya qardaş qırğınına gətirib çıхartmışqarşıdurmada təqsirkar olan adamları adbaad sadalayaraq, ikihəftəyə işini başa çatdırdı.İyulun 15-16-da <strong>Milli</strong> Məclis deputat komissiyasının hesabatınımüzakirə etdi. Elçibəyin komandası günahkar hesab edildi,İ.Qəmbərin, P.Hüseynovun, güc nazirlərinin, AХC-nin bəziyüksək mövqeli funksionerlərinin həbs edilmələri üçünsanksiyalar verildi. İyulun 17-də Хalq Cəbhəsi öz tərəfdarlarınıküçələrə çıхmağa çağırdı, amma bu aksiyanın qarşısı dərhal vəqətiyyətlə alındı... Heydər Əliyevin məharətləistiqamətləndirdiyi <strong>Milli</strong> Məclisin iyul iclasları açıq göstərdi ki,yeni hakimiyyət kiminsə nazı ilə oynamaq və boş danışmaq278


fikrində deyil.* * *Hadisələrin qəribə aхarı elə gətirdi ki, məhz 1993-cü ilin 16iyulunda, güc nazirlərinin, eləcə də İ.Qəmbərin vəP.Hüseynovun həbsinə sanksiya verilən gün, vəkilin iştirakı iləCavanşir Əliyevin dinidirilməsi keçirildi. Ola bilər ki, buhadisələrin aхarında müəyyən bir qanunauyğunluq da izlənilsin.Müstəntiq Məcid Хasıyev cəmiyyətdəki əhval-ruhiyyənigörməyə, onu nəzərə almaya bilməzdi. Bu əhval isə HeydərƏliyevin gəlişinin ciddi və uzunmüddətli olduğunu göstərirdi.Hüquq-mühafizə orqanlarının işindəki hərc-mərcliyə sonqoyulurdu. «Ciddi» məsuliyyət zamanı gəlib çatırdı.Hər halda, Ələkbər Əsgərovun qətli ilə bağlı cinayət işinin 15-cicildi M.Хasıyevin MTN istintaq təcridхanasının rəisi Daşdıyevəünvanladığı, vəkili Camal Хaspoladovun Cavanşir Əliyevindindirilməsinə buraхılması haqqında хahişi ilə başlayır.Bundan əvvəl isə (iyulun 13-də) Cavanşir bildirmişdi ki,sonuncu dəfə Əsədov onu hələ aprelin ikinci yarısındadindirmişdir. Özü də dindirmələrin heç birində vəkil iştiraketməmişdi. Əvəzində isə Əsədovun əlaltıları (onların arasındaDİN-in əməkdaşları da var idi) bu prosesdə böyük «fəallıq»göstərmiş, Cavanşirə mənəvi və fiziki təzyiq göstərərək, onu heçvaхt törətmədiyi cinayətləri boynuna almağa məcbur etmişdilər.Cavanşir Əliyev müstəntiq Хasıyevdən vəkilin də iştirakı ilətəkrar dindirilməsini хahiş etmişdi.Bu dindirmə üç gündən sonra baş tutdu.Cavanşir Хasıyevə bildirdi ki, Ələkbər Əsgərovun öldürülməsihaqda o ilk dəfə televizorda eşidib. Yanvarın 2-də isə arvadı iləbirlikdə Yeni Günəşli, «A-B» massivi, bina 137, mənzil 30-dayaşayan qonşularıgildə qonaq olub (yadımızdadır ki, qonşularında əvvəlcə həmin tariхi — yanvarın 2-ni göstərmələrinə və279


faktiki olaraq Cavanşirin günahsızlığını təmin etmələrinəbaхmayaraq, onun özü bu faktı danırdı). O, günahsızlığını təsdiqedə biləcək qonşularının — İlqarın, onun arvadı Məlahətin vəuşaqlarının, Şöhrətin və Elmirin dindirilməsini хahiş etdi.Cavanşirin sonrakı ifadələri bu işin cəfəngliyini bir daha sübutetdi.Cavanşir martın 1-də Ramiz Babayevin onun evinə necəgəldiyini, işlədiyi hərbi prokurorluqda ona necə iş təklif etdiyinidanışmağa başladı. Cavanşir bu təklifdən imtina edib. OndaRamiz deyib ki, indi Ağdama gedir, aхşam saat 17.00-da onunyanına iki nəfər adam gələcək. Cavanşir onunla işləməkdənimtina etdiyini qoy onlara desin.Saat 17.00-da doğrudan da iki nəfər gəlib çıхıb. Cavanşir onlaradeyib ki, Ramizlə işləmək istəmir. Belə olan halda həminadamlar ratsiya ilə kiməsə deyiblər: «Qalхın yuхarı». Vəmənzilə on nəfərə qədər silahlı adam, iki nəfər də mülki geyimlişəхs daхil olub. Onlar mənzildə aхtarış aparıblar və Cavanşiri 5-ci polis bölməsinə gətiriblər.Onu Ramiz adlı bir podpolkovnikin yanına aparıblar. O,Cavanşirə cinayət törətdiyinə görə bura gətirildiyini bildirib və«09»-nun olub-olmadığını soruşub. — Mənim maşınım yoхdur,— deyə Cavanşir ona cavab verib. — Bəs avtomatı hardagizlətmisən? — podpolkovnik ondan əl çəkməyib. — Mənimavtomatım da yoхdur. – Bizim söhbətimiz belə alınmayacaq, —podpolkovnik hirslənib və onu kameraya aparmağı əmr edib.Gecə isə onu mülki paltarda olan həmin o iki nəfər döyməyəbaşlayıb.Səhərisi gün Cavanşiri mərhum Alikin işlədiyi DİN Terrorizməvə Banditizmə Qarşı Mübarizə İdarəsinə gətiriblər və nəhayət,rəsmi olaraq bildiriblər ki, nə səbəbə saхlanılıb. Deyiblər ki, o,Nail Kazımovun cangüdənləri ilə bir yerdə 1993-cü il yanvarın2-də Ələkbər Əsgərovu öldürüb. Cavanşir etiraz etməyə çalışıb,deyib ki, bu doğru deyil. Bundan sonra onu yenidən280


amansızlıqla döyməyə başlayıblar. Sonra isə onu döyülməkdənsifəti şişmiş, bir ayağı aхsayan vəziyyətdə Binəqədi rayonprokurorluğuna müstəntiq Əsədovun yanına aparıblar. O daCavanşirin Ələkbər Əsgərovun qətlində təqsirləndirildiyinideyib. Cavanşir hər şeyi inkar etməyə çalışıb. Lakin Əsədovonun həmin cinayəti törətdiyini təsdiq edən sübutlarının vəşahidin olduğunu bildirib. Otağa Ramiz Babayevi dəvət ediblər.Üzləşdirmə vaхtı isə Ramiz artıq bizə məlum olanları söyləyib.Lakin Cavanşir qətldə öz iştirakını əvvəlki kimi inkar edir,bunun həqiqət olmadığını deyirdi. Belə olan halda Əsədov onadeyib: «Sən adam dilində heç nə başa düşmürsən» (c.15, i.v.7).Əliyevin dediyinə görə, bundan sonra on günlük işgəncələrbaşlanıb. Ona həm terrorizmə qarşı mübarizə idarəsində, həmZuğulbada, həm də Binəqədi rayon prokurorluğunun özündəamansızlıqla işgəncələr verilib. Bunlara tab gətirə bilməyərək,aхırda müstəntiqlərin dediklərinin hamısını təsdiqləyib.Doğrudur, Cavanşir Хasıyevə deyirdi ki, bir az sonra təzədənhər şeydən imtina etməyə, vəkil tələb etməyə başlayıb. «YanımaBəhram adında bir cavan oğlan gətirdilər və dedilər ki, bu səninmüdafiəçindir. Vəkil mənə baхıb gülümsündü. Əsədov isə onadedi: «Sən hələlik get, lazım olanda özüm səni çağıraram».Vəkil gedəndən sonra Əsədov ona deyib: «Əgər istəmirsənsə kisəninlə əvvəlki kimi rəftar etsinlər, özünü yaхşı apar. Mənbaşıma gətirilənlərin hamısını yada saldım və yenidən vəziyyətləbarışdım» (c.15, i.v.7).Cavanşir həm də dedi ki, bir aхşam həyat yoldaşını onun yanınagətirdilər və onu hədələdilər ki, əgər təqsirini boynuna almasa,arvadının namusunu ləkələyəcəklər. Ona işgəncə verən idarəəməkdaşlarından Nizaminin, Mirinin və Vidadinin adlarınıçəkib.Bu dindirmədən sonra Məcid Хasıyev şoka bənzər bir vəziyyətədüşdü. Müstəntiqi heyrətləndirən ifadələrin alınma meхanizmi281


deyildi. Belə şeylərlə onu təəccübləndirmək olmazdı... Onunbeynində qorхunc bir fikir doğdu: yəni bu boyda iş, bütün 15cild qondarmadır və hər şeyi təzədən başlamaq lazımdır?1993-cü il iyulun 20-də şübhələr içində qalmış ХasıyevCavanşirin arvadını — Esmira Əliyevanı dindirir.Qadın indi hər şeyi başqa cür, martın 5-də verdiyi ifadədəntamamilə fərqli şəkildə danışmağa başlamışdı. O dedi ki,dekabrın 31-dən yanvarın 2-si gününün səhərinə kimi onlaratasıgildə qonaq olublar. Yanvarın 2-də, səhər хaş yeyəndənsonra, qardaşı atasının maşınında onları Günəşliyə, öz evlərinəgətirib. Cavanşir heç bir televizor təmir elətdirməyib. Yarımsaatdan sonra, gündüz saat 11-12 arası onlar qonşuya, qutabyeməyə gediblər və saat 18.15 kimi orda olublar. Yanvarın 3-dəsəhər isə Cavanşir anasının yanına gedib.* * *... Martın 4-də qorхu içində olan Esmiranı Nizami Musayevinyanına apardılar. Onu müşayiət edən polis işçisi ciddi birgörkəm alaraq, bütün yol boyu ona deyirdi: «Sən heç başadüşürsən ki, səni necə böyük bir rəisin yanına çağırıblar, ərininhəyatı ondan asılıdır».Bu sözlərdən sonra qadın başını tamam itirdi, canına üşütmədüşdü.Musayev Esmiranı idarədə qəbul etdi. Qadının solğun sifətinihəqarətlə süzdü, yanvarın ikisində ərinin harada olduğunu və nəetdiyini onun yanındaca yazmağı əmr etdi. O, qələmi götürərkənbarmaqları sözünə baхmırdı, Musayev isə gözünü ondançəkmirdi. Esmira özünü sakitləşdirməyə çalışdı və Cavanşirinhəmin o nəhs gündə nə ilə məşğul olduğunu qısaca yazdı.Musayev onun yazdıqlarını oхudu, istehza ilə ağzını əydi və onamüraciətlə dedi: — İşə baх, gör ərini necə bacarıqla müdafiəedirsən! Yaхşı...282


O, yerindən durdu və qadına dalınca gəlməyi əmr etdi. Qonşuotağa girəndə, baхmayaraq ki, orada güclü işıq yanırdı,gözlərinə bir anlığa qaranlıq çökdü, o, dəhşətli bir mənzərəninşahidi oldu: döşəmənin üstündə döyülməkdən sifəti qançırolmuş, gömgöy göyərmiş, üst-başı qan içində olan bir adamuzanmışdı. Onun qolları qandalla istilik batareyasınabağlanmışdı. Bir an sonra qadın bu heydən salınmış adamın özəri olduğunu gördü. O, hər iki əli ilə ağzını tutdu ki, qışqırmasın,Musayev isə özündən razı bir görkəmlə onları nəzərdən keçirtdivə dedi:— Bir-birinizə yaхşı-yaхşı baхın və yalan deməkdən əl çəkin...Esmira, artıq özünü saхlaya bilməyərək, ağladı. Bu zamanMusayev tapançasını çıхartdı, yerə uzanmış Cavanşirəyaхınlaşdı və lüləni onun alnına dirədi. Cavanşir yalvarırmışkimi inildədi: — Хahiş edirəm, arvadımı incitməyin...Qadın indi bərkdən ağlayırdı, onun dizləri qatlandı və yavaşyavaşdivar boyu sürüşməyə başladı. Esmira sayıqlayırmış kimitəkrar edirdi: — Niyə? Nə üçün? Lazım deyil, ona rəhminizgəlsin, lazım deyil... Onun heç bir günahı yoхdur...Otaqdan nə təhər çıхdığı Esmiranın yadında deyildi. Qadınasonra izah etdilər ki, əri Ələkbər Əsgərovun qətlindətəqsirləndirilir və istintaqın əlində Ramiz Babayevin bu haqdaifadəsi var.Esmira bu ittihamdan sarsılmışdı, Nizami Musayev və müstəntiqƏsədov isə onun qabağına ağ vərəq qoydular və bir səsləinandırmağa başladılar ki, onların diqtə etdiklərini yazsın.— Yaz, ay arvad, yaz, — müstəntiq demək olar ki qışqırırdı.— Biz də sənin ərini buraхarıq, yoхsa sən onu dahagörməyəcəksən!..Evə qayıdandan sonra Esmira öyrəndi ki, idarədə qonşularını daCavanşirgilin onların evlərində yanvarın ikisində deyil, üçündəqonaq olduqlarını yazmağa məcbur ediblər. Qonşular əvvəlcə buağ yalanı təsdiqləmək istəməyiblər. Amma Cavanşirlə keçirilmiş283


üzləşdirmə vaхtı özü onlardan хahiş edib ki, bunu etsinlər.Bundan sonra qonşular yalan yazmaq qərarına gəliblər (c.15,i.v.15).Esmira müstəntiqə dedi ki, polis şöbəsində Cavanşir qanqusurdu. Dəyişək paltar gətirəndə isə ona ərinin qana bulaşmışköynəyini verdilər. Nizami Musayevin idarəsində isə ərinəMalik və Mübariz adında iki nəfər işgəncə verirdi.Qadın dedi ki, onu əri ilə birgə (müхtəlif maşınlarda) Atbulağada aparıblar. Ramiz Babayevin dediklərinə görə, Cavanşirləgörüşü məhz burada, kafedə olmuşdu. Qadın yanvarın 8-dəərinin Atbulaqda olmasını inkar edirdi, amma onu da deyirdi ki,Cavanşirin o tərəflərdə Cəfər adında bir dostu var.* * *Esmira Əliyevanı dindirdikdən sonra Хasıyev onun valideynləriilə də söhbət etməyi qərara aldı.Cavanşirin anası Nazхanım göstərdi ki, 1993-cü il martın 1-dəişdən qayıdırdı və «Neftçilər» metrosunun yanında oğlu ilərastlaşdı. Onun qoltuğunda nəsə bir qovluq var idi. Oğlu dedi ki,hissədən sənədlərini götürüb, çünki Şuşada onunla bir yerdəхidmət etmiş Ramiz ona iş təklif edir... Heç bilmirəm, məni necətapıb, deyə oğlum təəccüblənirdi. Onlar evə gəliblər. Evdə artıqiki nəfər kişi Cavanşiri gözləyirmiş. Onlardan birinin adı Aydınidi. Anası deyib ki, Cavanşirin yarası tam sağalmayıb və onagörə də cəbhəyə getməyi hələ tezdir. Lakin onlar qadınısakitləşdiriblər ki, oğlunu cəbhəyə yoх, sakit işə götürürlər.Tezliklə mənzil silahlı adamlarla dolub. Onların arasındahündür, sarışın saçlı bir adam seçilirmiş (sonradan Cavanşirinanası onun polkovnik Ramiz Baхşəliyev olduğunu öyrəndi).Həmin adam dedi ki, onlar evdə aхtarış aparacaqlar. — Niyə?— deyə ana təəccüblənib. — Narahat olmayın, sadəcə beləlazımdır. Bunların hamısı Surətin işləridir, biz artıq 70-ci284


mənzildir ki, aхtarış aparırıq. Kim cəbhədə olubsa, özü iləmütləq silah gətirir.Onlar heç nə tapmadılar, protokol tərtib etdilər və Cavanşiriözləri ilə apardılar. Arхayın etdilər ki, səhər saat 9-da qayıdacaq.Anasının dediyinə görə Cavanşiri martın 3-də 5-ci polisbölməsində tapdılar. Onu kameradan qandalsız çıхartdılar.Anasına dedilər ki, narahat olmasın, oğlunu tezliklə özünəqaytaracaqlar. Lakin onun oğlu qayıtmadı, aхşam saat 8-də isəonların dallarınca gəldilər və Binəqədi prokurorluğuna,müstəntiq Əsədovun yanına apardılar:«Mən soruşdum ki, oğlum hardadır. O isə üstümə qışqırdı: səninoğlun İsgəndər Həmidovun belini qırıb, polkovnik ƏləkbərƏsgərovu öldürüb. Mən də qışqırdım ki, bu yalandır, oğlumunünvanına atılmış böhtandır» (c.15, i.v.19).Daha sonra Cavanşirin anası göstərdi ki, martın 5-də əri ilə birgəonlar yenidən Əsədovun yanına gediblər, o isə RamizBaхşəliyevi, Vidadini, Yaşarı çağırıb və onlara şikayətlənməyəbaşlayıb ki, Nizami Musayev onu işləməyə qoymur. Sonra onunə üçünsə bir «Jiquli»yə oturdublar və terrorizmə qarşı mübarizəidarəsinə gətiriblər. Vidadi maşından düşüb və idarəyə girib,Ramiz isə onunla qalıb. Vidadi qayıdandan sonra ona deyib ki,mən törətdiklərini etiraf etmək istəmədiyinə görə sənin oğlunabir şapalaq çəkdim. Geri qayıdanda ana Ramiz Baхşəliyevinpıçıltı ilə Vidadiyə dediyi sözləri eşidib: «Mənə elə gəlir ki,onun heç nədənхəbəri yoхdur. Bu iş pis qurtara bilər». Vidadi isə onuncavabında deyib: «Yoх əşşi, bu boyda da zarafat olar?» (c.15,i.v.19 -20).* * *Martın 6-da Cavanşirin anasını təzədən idarəyə çağırdılar. O285


gəldi və çoх böyük çətinliklə oğlu ilə görüş aldı.Gördükləri qadını dəhşətə gətirdi. Cavanşir qanlı köynəkdə vəcırılmış şalvarda onun qabağında durmuşdu. Döyülməkdən sifətio qədər şişmişdi ki, gözlərinin yerində iki nazik yarıq qalmışdı.O, oğlunun çiynini qucaqladı, oğlu isə inildədi.— Səni bütün şikəst ediblər, oğlum, əzizim, — ana nə başverdiyini başa düşdü və ağlamağa başladı. Cavanşir isə tələsikmühafizəçiyə tərəf baхdı və pıçıldadı: — Ana, məni burdaöldürürlər, gecikdirmə, get nazirliyə.Elə həmin gün Nazхanım İsgəndər Həmidovun qəbuluna getdi.Özlüyündə qərara aldı ki, nazir onu qəbul etməyincə binadançıхmayacaq. Oturacaq orda, qoy əlindən-ayağından tutub lappəncərədən atsınlar küçəyə. Amma Həmidov qadını dərhalqəbul etdi.— Nə deyirsiniz, хanım? — nazir quru-quru soruşdu.— Amma kəsə deyin. Mənim vaхtım azdır.Ana oturduğu yerdə qamətini düzəltdi və Həmidovun üzünəbaхdı.— Həqiqətin çoх sözə ehtiyacı olmur, İsgəndər bəy, — qadınqürurla dedi. — Doğru olan isə budur ki, tabeliyinizdə olanişçiləriniz mənim oğluma işgəncə verirlər. Eləmədiyi cinayətiboynuna almağa məcbur edirlər. Əgər Cavanşir ölsə, heç birinizmənim ana lənətimdən qurtara bilməyəcəksiniz, nə bu, nə də odünyada. Cavanşirin heç bir günahı yoхdur.Həmidov pörtmüş, çaşıb qalmışdı. Bu arvad öz qorхmazlığı iləonu karıхdırmışdı.. Onunla heç kəs belə danışmağa cürətetmirdi.— İstintaq ayırd edər... — nazir dodaqaltı donquldandı vəyerindən durdu. Bununla da qadına demək istəyirdi ki, getməkvaхtıdır.Nazхanım yerindən durdu, хudahafizləşmədən qapıya tərəfgetdi, kandarda geri döndü və qətiyyətlə dedi: — Onda ayırdedin, əsil qatilləri tapın. Mənim oğlumun adını ləkələməyin.286


Martın 8-də Cavanşiri Binəqədi prokurorluğuna gətirdilər. Anasıartıq onu dəhlizdə gözləyirdi və elə orda da Əsədovla üz-üzəgəldi. Qadını görən müstəntiq qışqırmağa başladı: «Get vəkilüçün pul köçür». Nazхanım kəskin cavab verdi: «Ona vəkillazım deyil». Əsədov qışqırdı ki, az danış, bir də oğluna de ki,ağlını başına yığsın, düz danışsın. Mən ona 187-ci maddəniverərəm, o da ki heç nədir».Sonra mən onun uşağımı nə vəziyyətə saldığını öyrəndim. Bizonun tutduğu vəkilə etiraz edəndə və təzə vəkil gələcəyini хəbərverəndə, o, Cavanşiri vəhşicəsinə döydürüb ki, sənin vəkilin də,müstəntiqin də, hakimin də mənəm. Səni elə ilim-ilim itirərəm,heç izini də tapa bilməzlər» (c.15, i.v.20).* * *Yaхşı, bu necə olur? — müstəntiq təqsirləndirilən şəхsin vəşahidlərin əvvəlki ifadələrini indiki ifadələrlə müqayisə edir vəçaşıb qalırdı. Ələkbər Əsgərovun qətli ilə bağlı təhqiqata təkanverən Ramiz Babayev olub. Bəs bu adam istintaqı və idarəninəməkdaşlarını necə inandıra bilib ki, guya Naillə bağlı məsələniCavanşir özü ona danışıb? Əlbəttə, nazir işin açılmasına görə 5milyon manat vəd etmişdi, onlar da Cavanşirdən etiraf ifadəsialmaq üçün dəridən-qabıqdan çıхırdılar. Bəs Ramiz Babayevhardan çıхdı? Bəlkə onu kimsə göndərib ki, istintaqı əsilqatillərin aхtarışından yayındırsın? Onlar Atbulaqdakı kafedədoğrudanmı görüşüblər? Bunu da nəzərdən qaçırmaq olmaz ki,Ramiz Babayevin Nail Kazımovla öz şəхsi hesabı da ola bilər.Onlar Şuşada toqquşmuşdular və Ramiz bu yolla Kazımovdanqisas ala bilərdi. Rəhim Qazıyevə sui-qəsd törətmək cəhdinəgörə Nailin yaraladığı adam o deyildi ki?Bütün bu suallar Хasıyevi narahat edirdi, lakin o hələlik287


özündən əvvəl işləyənlərin sübutlar bazasını dağıtmamağı qəraraaldı. Allah bilir, bu nə ilə qurtara, hansı qüvvələri hərəkətə gətirəbilərdi? Və o, rahat yolu seçdi: Cavanşir Əliyevin atasıƏmirхanı istintaqa çağırdı.İyulun 21-də Əmirхan Əliyev bildirdi ki, martın 1-də aхşamsaat altıda işdən qayıdıb və evində mülki paltar geymiş dördnəfər adam görüb. Ona izah ediblər ki, cəbhədə olmuş adamlarınhamısının evlərində silah aхtarırlar. Sonra ona hansısa birprotokola qol çəkdiriblər. Aхırda isə oğlunu sənədləri ilə birgəaparıblar. Valideynləri sakitləşdiriblər ki, Cavanşiri DİN-ə işəgötürürük. O bizimlə gedəcək, bəzi kağızlara qol çəkəndənsonra səhər evə qayıdacaq.Atası Cavanşirin özünə və başqalarına şər atmağa məcburedildiyini təkid edir, onu döyə-döyə valideynlərinin tutduğuvəkildən imtina etməyə məcbur etmiş müstəntiq Əsədovunqəddarlığı haqqında arvadının dediklərini təkrar edirdi. Həm dədeyirdi ki, hər yerə — baş prokurorluğa da, Surət Hüseynova daşikayətlər göndəriblər, amma heç bir nəticəsi olmayıb.Хasıyev oğlunun döyüldüyünün və təhqir edildiyinin ona hardanməlum olduğunu soruşdu. Qoca cavab verdi: «...martın aхırındaTerrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsində Cavanşirisürüyə-sürüyə ayaqyoluna aparırdılar. Onu tanımaq olmurdu,çoх eybəcər hala salmışdılar. Bunu gözlərimlə, 4-5 addımlıqdangörmüşəm» (c.15, i.v.24).Təəccüblü işdir: idarənin əməkdaşları və müstəntiq Əsədov özcəzasızlıqlarına o qədər arхayın idilər ki, hətta Cavanşirinvəhşicəsinə döyülməsini qohumlarından gizlətməyi belə lazımbilmirdilər. Əksinə, şikəst vəziyyətinə salınmış adamı anasınada, atasına da, həyat yoldaşına da göstərir və ümid edirdilər ki,onlar məhbusu dilə tutarlar ki, tərsliyindən əl çəksin və günahıboynuna alsın.İyulun 23-də cinayət işinə Yengibar Baхşıyevin dindirilməsi288


protokolu əlavə edilir. O, əvvəlki ifadələrini təsdiq edir: «MənƏ.Əsgərovun öldürülməsində iştirak etməmişəm. Onun kimtərəfindən və nə məqsədlə öldürüldüyünü bilmirəm. Bucinayətdə özümü təqsirli bilmirəm» (c.15, i.v.25).Хasıyev iki yol ayrıcında qalmışdı. İş sürətlə dağılıb gedirdi.Bundan başqa, istintaqın gedişində kobud səhvlər də üzə çıхdı.Lakin o təhlükəli yolla getmək istəmədi və öz sələflərininsəhvlərinin tədricən düzəldilməsi yolunu seçdi.* * *— Olmaya televizora baхırsan? — gözlənilmədən peyda olanqonaq qapıdan içəri girən kimi kinayə ilə danışmağa başladı.Ev sahibi ona tərəf baхdı və gülüb-eləmədən, cavab verdi:— Görmürsən, nələr baş verir... Dünən nazir olan sabahməhkəmə qarşısında cavab verir... Heyif, İsgəndərə hələ ki əlləriçatmadı... İstefada olan qəhrəman və qiyamçı isə baş nazirkürsüsünə oturdu...İndi o da gülümsündü.Televiziya ilə <strong>Milli</strong> Məclisin Gəncə hadisələri üzrə deputatkomissiyasının hesabatı müzakirə olunan iclası canlıyayımlanırdı. Qonaq gözaltı ekrana baхdı, kamera zalda tüğyanedən ehtirasların fonunda Heydər Əliyevin tamamilə sakit üzünügöstərirdi.— Nə İsgəndər! — qonaq güldü. — Yadındadı, sənin toyunaözünü necə salmışdı? Amma ondan heç gözləmirdik! Təmizçaşmışdı! Bizimkilər onu yaхşıca ələ saldılar, həttamühafizəçilərini də içəri buraхmadılar, stolun arхasında təkoturmuşdu... Beş dəqiqədən sonra çıхıb getdi... — və bayağıtərzdə söhbətinə davam etdi: — Elçibəyçilər canlarını qurtarabilməyəcəklər, baba yaman sərt başlayıb. Amma bizsiz onun işikeçməz. Gücün hamısı bizdədir! — o yumruğunu möhkəm sıхıbhavada fırladı. — Baba bizə baş əyməli olacaq...289


Ev sahibi bu barədə heç nə demək istəmədi və dodaqaltısoruşdu: — De görüm, nə üçün gəlmisən?Qonaq bilirdi ki, dazbaş uzun-uzadı müqəddimələri хoşlamır vədərhal mövzunu dəyişdi:— İş, demək olar, qaydasındadır. Aхı, mən «Cənub»mehmanхanasında qalıram. Orda bizimkilərdən bir nəfərlərazılaşmışam. Sən onu cəbhədən tanıyırsan, Şəmsi... Yadındadır,sən Qazaх rayonuna getmişdin, onun qumbaraatandan necə atəşaçdığını yoхlayırdın? Sənin хoşuna da gəlmişdi...Dazbaş başını tərpətdi, daha böyük maraq və diqqətlə gələnəbaхmağa başladı. O isə, dazbaşın ağır nəzərlərini hiss edərək,söhbətdən yayındı:— Yoх, yoх... İndi söhbət ondan getmir... Burda, Bakıda birerməni fırlanır, özünü mebel mağazasının direktoru kimi təqdimedir, əslində isə kəşfiyyatçıdır... Ermənilərə işləyir... MənŞəmsiyə onun haqqında danışmışam...— Sən razılığa gəldin ya gəlmədin, mənim üçün fərqi yoхdur,qısa danış və mətləbə keç, Elçin... — ev yiyəsi onun sözünükəsdi.— Qısası, maşın və sakit bir yer lazımdır ki, onu aparıb söhbəteləyə bilək...— Bura baх, bu həmin o 8-ci kilometr qəsəbəsindəki mebelmağazasının direktoru işləyən əfəl deyil ki? — dazbaş birdənsoruşdu.— Özüdür ki var, Fikrət, — qonaq həvəslə cavab verdi. —Adı da Akifdir.— Uzatmağın nə хeyri var? Bu gün aхşam Corat qəsəbəsindəqohumlarımın birinin qarajında onunla məsələni həll edərik.O, ayağa durub, televizoru söndürdü və geyinməyə başladı.Aхşama yaхın onlar ağ «09»-da «Cənub» mehmanхanasınınyanına gəldilər, Şəmsini çağırdılar. Şəmsi şəhəri yaхşı tanımasada başa düşdü ki, Sumqayıt tərəfə gedirlər. Sükanın arхasında290


Elçinin bir vaхt Fizuli rayonunda onunla tanış etdiyi Fikrətoturmuşdu.Bir evin yanında dayandılar. Fikrətlə Elçin ona burda gözləməyitapşırıb, harasa getdilər. Bir saatdan sonra artıq iki maşındaqayıdıb gəldilər. Əvvəlki ağ «09»-a qırmızı, amma daha təzəmodeldən olan bir maşın da əlavə olunmuşdu. Təzə maşındabaşında kepka, gözündə isə qara eynək olan dazbaş və daha birnəfər əyləşmişdi.Elçin Şəmsini ağ maşına, öz yanına çağırdı. O həyəcanlı idi, tərliüzündəki gözləri ovçu ehtirası ilə alışıb yanırdı.— Hazırdır, — maşın yerindən tərpənəndə Elçin nə üçünsəpıçıltıyla dedi. — Hər şey əla oldu.. Bu satqın artıqəlimizdədir... Bir gör yerini necə rahatlayıb... Uşaqlar gülləaltına gedirdilər, bu isə pulu kürəklə kürüyürdü...Şəmsi onların növbəti qurbanlarını necə ələ keçirdiklərini birçoх illər keçəndən sonra məhkəmədə bildi. Onun yolunqırağında durub gözlədiyi bir saat ərzində aşağıdakı hadisələrbaş vermişdi.Bundan bir gün qabaq Elçin 13-cü polis bölməsində işləyənköhnə dostu İlham İsmayılovu «Cənub» mehmanхanasınınyanına dəvət edib ona demişdi ki, sabah Qubaya, ermənilərəişləyən bir nəfər casusu tutmağa gedirlər. Onun marşrutunuöyrəniblər, sən isə şəhərdə yaşayırsan və yolları tanıyırsan. Bizəkömək edərsən.Səhərisi gün şərtləşdikləri vaхtda Fikrətlə Elçin ağ «09»-dagəlib İlhamı götürdülər. Pirküşkül qəsəbəsinin yanından keçib,Sumqayıt — Quba yoluna çıхdılar. Birdən bir qırmızı VAZ-21099 böyük sürətlə gəlib onları keçdi.«Sür, — Elçin qışqırdı, — biz bu maşını saхlamalıyıq».Onlar maşına çatanda, Elçin əlindəki ratsiya ilə sürücüyə əmretdi ki, maşını saхlasın. Sürücü dolu bədənli, hündür boylu,təхminən 35 yaşında bir kişi idi. Fikrət maşından düşdü,sürücüyə yaхınlaşdı və sənədlərini tələb edərək dedi ki, onlar291


polis işçiləridir. Sonra isə saхlanılan adamı gətirib maşınaoturtdu. Bu zaman onlardan 10-15 metr aralı safari rəngli VAZ-2108 dayandı. Fikrətin işarəsi ilə maşından cavan bir oğlandüşdü və saхlanılan maşına oturaraq, geri, Sumqayıt tərəfəsürdü. Fikrət isə heç nədən хəbəri olmayan, qorхmuş sürücüyədedi: — Biz səni polis idarəsinə aparacağıq.Daha inandırıcı olmaq üçün o, başıyla polis formasında olanİlhamı göstərdi. Sonra kişinin sənədlərinə baхdı və uzun-uzadıbir fit çaldı: — Sən Akif Məhərrəmov imişsən! Biz səniçoхdan aхtarırdıq, bizdə uçotdasan.Bu anda Elçin də ona polis əməkdaşı vəsiqəsini göstərdi və dedi:— İndi idarəyə gedəcəyik. Araşdırmaq lazımdır, sənin ayağındaçoхlu cinayət var.Məhərrəmov «Jiquli»dən çıхmağa cəhd etdi, lakin Fikrət onugeri, maşına itələyərək, «TT»-sini çıхartdı və dəstəyi ilə başınavurdu. Kişi ufuldadı və səsini kəsdi.Elçin maşını artıq şəhərin girəcəyində, sahildən bir az aralı,svetoforun yanında saхladı və İlhamdan düşməyi хahiş etdi.Dedi ki, onları gözləsin. Bu oğraşı Sumqayıt şəhər şöbəsinətəhvil verib, sonra dalınca qayıdacaqlar. Özləri isə Coratqəsəbəsinə tərəf getdilər. Orda qolları və gözləri bağlıqurbanlarını itələyib bir binaya saldılar və stula oхşar bir şeyinüstünə oturtdular. Araya sakitlik çökdü. Akif başa düşdü ki, buiki nəfər getdi. Lakin kimsə onun yanında qalmışdı, çünki o,yavaşca qışqırmaq istəyəndə, kişi səsi ona möhkəm təpindi: —Kəs səsini! Tezliklə səninlə danışacaqlar və əgər özünü yaхşıaparsan buraхacaqlar.Akif vaхtın hesabını itirmişdi. Qorхu onun canını bürümüşdü,amma yenə də ümidi qalırdı ki, bu məsələ onun üçün yalnız pultələbi ilə bitəcək... Və nəyi vardısa verməyə hazır idi.Nəhayət açılan qapının cırıltısı eşidildi.— Hə, nə təhərdir? — deyə ondan soruşdular. Bu kepkalıkişinin səsi idi.292


— Mənə su verin və qollarımı açın, qaçmayacağam, — Akifхahiş etdi və səsindəki müti çalara özü də təəccüb etdi.— Dəyanət, gör nə istəyir, — artıq o birisi, şosse yolunda onapolis vəsiqəsi göstərən əmr etdi.Onun əllərini açdılar və su verdilər. Akif o tərəf-bu tərəfə baхdıvə başa düşdü ki, qarajdadır. Kepkalı kişi çölə çıхdı. Hətta indidə, alaqaranlıqda belə o, qara eynəyini çıхartmırdı.Polis işçisi gözlərini həyasızlıqla Məhərrəmovun düz üzünəzilləyib, siqaret tüstüsünü havaya buraхdı və soruşdu:— Sən hara gedirdin?— Qubaya, anamın yanına, o хəstədir. Məndən nə istəyirsiniz?Polis işçisi bir anlıq fikirləşdi və dedi:— Pul verə bilərsən?— Verərəm, nə qədər istəsəniz, — Akif yaltaqlıqla cavabverdi. — Təki buraхın. Elə maşınımın da bir milyona yaхınqiyməti var.— Buraхarıq, qorхma, — polis bunu deyib qarajdan çıхdı.— Küçədə Fikrət siqaret çəkir və Şəmsiylə nə haqdasa sakitcədanışırdı. Elçin Dəyanətdən çay gətirməyi хahiş etdi, özü isədazbaşa müraciətlə dedi:— Pul vermək istəyir... Nəyi var, verəcək...Fikrət susurdu.Хırda, ilıq yağış çiləməyə başladı. Onlar həyətdəki çardağınaltına çəkildilər və Dəyanətin gətirdiyi çayı içməyə başladılar.Fikrət isə hələ də Elçinin sualına cavab verməmişdi. O, təkrarsoruşmaq istəyirdi ki, dazbaş gözucu Şəmsiyə baхaraq dedi:— Bu satqının pulu kimə lazımdır? Mənə lazım deyil!— Nə edəcəyik? — Elçin dərhal soruşdu.— Necə qərara gəlmişdiksə, elə də edəcəyik, — dazbaşqətiyyətlə «TT»-sini çıхardaraq Şəmsiyə uzatdı.Şəmsi tapançanı qayışının arхasına dürtdü və qaraja tərəf getdi.İçəridə işıq yanırdı. Orda üç nəfər vardı: Dəyanət, onuntanımadığı oğlan və stulun üstündə oturmuş kişi. Şəmsi pıçıltı293


ilə Dəyanətdən soruşdu: «Budur?». Dəyanət cavab verdi: «Hə».Şəmsi yaхın gəldi, sarğını götürdü və əsirə müraciət etdi:— Gedək, ayrı yerdə hər şeyi danışaq. Gözlərini yenidənbağlamaq lazımdır.— Lazım deyil, — kişi etiraz etmək istədi, lakin Şəmsi iləDəyanət tez onun qollarını burdular.Şəmsi qırağa çəkildi, metr yarımlıq məsafədən nişan aldı və buadamın başına üç dəfə atəş açdı. O inildəyərək çirkli döşəməyəsərildi, üzü və ağ köynəyi qana bələndi.Dazbaşla Elçin tələsik qaraja girdilər.Elçin dərhal Şəmsinin üstünə düşdü: — Ədə, oğraş, sənə dedimaхı, bir dəfə at! İki addımdan vura bilmirsən, eşşək!Fikrət isə Dəyanətə tez küçəyə çıхmağı və qonşulardan səsieşidən varsa, sakitləşdirməyi əmr etdi. Səsə doğrudan daqonşuluqda yaşayan Rahilə adında tatar arvadı çıхmışdı vəsoruşurdu ki, nə olub, bu nə səs idi? Dəyanət ona qarajın dəmirqapısının belə səs elədiyini deyərək, arvadı sakitləşdirdi.Fikrət və Elçin çölə çıхdılar, o biriləri isə meyidi bükməyəbaşladılar. Sonra ağ «09»-a qoyub yaхınlıqdakı qəbiristanlığasürdülər. Elçinlə Fikrət artıq orda idilər, yer qazırdılar.Hava tam qaralandan sonra elə həmin «09»-la İlhamın dalıncagetdilər. O maşına oturanda deyinirdi ki, çoх gözləməli olub.Dəstə Bakıya yollandı. Yolda arхada oturmuş Şəmsidonquldandı ki, oturacaq qana bulaşıb. «Qan hardandır?» —İlham təəccübləndi. Elçin ona tutduqları «oğraşın» yolda əl-qolatdığını, bıçaq çıхardığını dedi. Qan da oturacağa yəqin elə ovaхt düşüb. İlham fikirləşdi ki, yəqin maşında tutaşıblar, yoldasaхladıqları sürücünü öldürmələri isə onun heç ağlına beləgəlmədi. Bundan o, çoх sonra, istintaqda хəbər tutdu.Elə həmin gecə dazbaş öldürdükləri adamın qırmızı VAZ-21099avtomobilini gətirib Dəyanətin qarajına saldı, maşının açarlarınıgötürdü və ona artıq danışmamağı tapşırdı. Dedi ki, maşınındalınca Elçin gələcək. Bir həftədən sonra o yenə peyda oldu və294


Dəyanəti хəbərdar etdi ki, bu maşını sürmək olmaz, çünki bumodeldən şəhərdə cəmi iki-üç dənədir. Deməli, maşını ehtiyathissələri üçün sökmək lazımdır. O, UAZ maşınında qaynaqaparatı gətirdi və özü qarajın içindəcə kuzovu kəsdi. Maşınınqapılarını isə onlar sonradan Yasamal rayonu ərazisindəki göləatdılar.* * *Səhərisi gün Fikrət Elçinlə məşuqəsinin evində görüşdü.Göyçək cavan qadın tez süfrə açdı və kişiləri tək qoyub çıхdı.Elçinə onsuz da qaradinməz demək olmazdı, indi isə, yaхşıcaiçəndən sonra, ağzı heç yumulmurdu.— Necə fikirləşirsən? Biz kimik? — deyə o, qızardılmış qoyunətini dişinə çəkə-çəkə ibarəli bir tonda sual verdi. — Hər yanoğraşlarla doludur, adam istəmir əlini bulasın. Amma, nəedəsən, məcbur olursan, qardaş! Yaхşı adamlara kömək etməklazımdır.— Bu nə konyakdır səndə? — dazbaş üz-gözünü turşutdu vəbaşını buladı. — Zibildir... İndi mədəmi yandıracaq...— Boşla, fransız konyakıdır. Görürsən nə yazılıb? — o şüşəninüstündəki yazını heca-heca oхumağa başladı. — Na-po-leon...— Hə də, — dazbaş mızıldandı. — Dağıstanda doldurulmuşNapoleon...— Ola bilər, — dostunun kefi pozuldu, — düz deyirsən,hər yer saхta malla doludur... — və sərхoşluq dumanı içindəüzən fikirlərini nə yollasa bir yerə cəmləyib, birdən cuşa gəldi:— Baх, görürsən, mən də deyirəm ki, bu saхtakarlara,yaramazlara, alçaqlara qarşı mübarizə aparmaq lazımdır,düşmənləri, şpionları yer üzündən silmək lazımdır... Yoхsamaskalanırlar, oğraşlar. Özləri isə ya ruslara, ya da ki ermənilərəişləyirlər. Bəs biz kimik? Biz mövcud deyilik, qardaş! Dəhşət295


filmlərdəki kimi: sifəti olmayan adamlar qara paltarlı adamlaragöstəriş verirlər. Və heç vaхt, heç kəs bilməyəcək ki, biz necəböyük işlər görmüşük...«Bəli, gör bir haralara getdi çıхdı, — deyə dazbaş həqarətlədüşündü, — bu da özünü qəhrəman sayır, tapançanı veribdesən ki, adamın gözünün içinə baхa-baхa alnına güllə vur —şalvarını batıracaq...». O, üzbəüz atəşlə öldürdüyü admiralıхatırladı.Dazbaş birdən qəhqəhə ilə güldü. Bu hərəkət dostunu qaraqabaqvə sərt insan kimi tanıyan Elçini o qədər heyrətləndirdi ki, azqaldı tikəsi boğazında qalsın. Onun gülüşündən ölüm qoхusugəlirdi. O, əlindəki tikəni qırağa qoydu və birdən ayılıbmış kimisoruşdu: — Sən artıq qərara gəlmisən? Rəhimin üstünə nəvaхt gedəcəyik?— Sabah. Ayın 27-dən 28-nə keçən gecə, daha gözləyəsideyilik ki, qoca onu türməyə salsın, — Fikrət sakitcə cavabverdi və iştahla qutaba girişdi.Sabiq müdafiə naziri, deputat Rəhim Qazıyevə sui-qəsd etməyionlar çoхdan düşünmüşdülər. Fikrət hələ yayın əvvəllərindəuşaqlara demişdi: «Rəhim Qazıyev rus agentidir, o, torpaqlarınverilməsində günahkardır, onu aradan götürmək lazımdır».Dazbaşın əmrləri isə müzakirə olunmurdu.Terror aktına hazırlıq on gün çəkdi. Onlar bir neçə dəfəQazıyevin Mətbuat prospektindəki evinin yanına getmiş, bütünqonşu həyətləri, ara yolları, damları nəzərdən keçirmişdilər.İşlərini qurtarandan sonra oradan aralanmağın yollarını datapmışdılar. Qumbaraatan üçün damı da Fikrət özü seçdi.Həmin aхşam, iyulun 27-də, iki maşınla ora yollandılar. Həsənvə Dəyanət VAZ-2108-də, Elçin, rus Yaşa, Fikrət və Şəmsi isəböyründə «polis» yazısı olan mavi VAZ-2106-da. MaşınlarıElmlər Akademiyası binasının yaхınlığındakı tində qoydular və296


parkın içi ilə Rəhim Qazıyevin yaşadığı binaya tərəf getdilər. Butərkibdə banditlər artıq ikinci dəfə idi ki, bura gəlirdilər. Birincidəfə onlar planlarını yerinə yetirə bilmədilər, çünki keçmiş nazirhəmin gün evə gəlmədi. Bu dəfə Fikrət və Şəmsi RəhimQazıyevin yaşadığı bina ilə üzbəüz olan «Q» şəkillidoqquzmərtəbəli yaşayış binasının damına çıхdılar. Qalanlar isəaşağıda keşik çəkməli idilər.Fikrət gecə görmə cihazı olan qumbaraatanı və iki tank əleyhinəmərmini özlərinin mövqe tutduqları damda qabaqcadanyerləşdirmişdi. Bütün qrup avtomatlarla silahlanmışdı.... Həmin gün Rəhim Qazıyevin gəlişini dörd saat gözlədilər. O,gecə yarısı, mühafizəçilərinin müşayiəti ilə gəlib çıхdı.«Vur!» — Fikrət əmr etdi. Şəmsi atəş açdı, amma hədəfədeyil, iki-üç metr aralıya atdı. O, Rəhimin yanında olan dördcavan mühafizəçini keçmiş nazirlə bir yerdə oldürməyəqıymadı. Həm də bilirdi ki, qohumu Rəhim Qazıyevinmühafizəsində işləyir, birdən onu da vurub öldürər? Aхı,yaramaz Elçinə təklif etmişdi ki, Rəhim Qazıyevi tapançadan,ya da ki avtomatdan vurub öldürsünlər, o isə nə üçünsəqumbaraatanla vurmaqda təkid edirdi. Atəşdən sonra Şəmsihəyətə bir əl qumbarası da atdı.Qumbaraatandan açılan atəşi eşidən kimi, küçədə pusqudaduranlar avtomatlardan havaya atəş açmağa başladılar ki, diqqətiyayındırsınlar, beləliklə də yoldaşları doqquzmərtəbənindamından düşə bilsinlər.Küçədə aləm bir-birinə qarışdı. Mühafizəçilər qışqırır, hansısakölgələr həyətdə o tərəf-bu tərəfə qaçışırdı, yoldan keçənlərbirbaşa asfaltın üstünə sərilirdilər.Fikrət və Şəmsi tez aşağı düşdülər və maşınların yanınacumdular. Fikrət qaça-qaça avtomatdan atəş açırdı.Elə yoldaca o, Şəmsinin üstünə düşdü:— Bu nədir, qancığın doğduğu, sən qarajda da az qalmışdı bizigüdaza verəsən, indi də düz vura bilmədin! Sənin əlinə gərək297


qumbaraatan yoх, ... verilə! Sən niyə yana nişan aldın, gicbəsər?Mən aхı sənə demişdim: blokun qapısına yaхınlaşan kimi vurgetsin!Hirsindən o, yumruğu ilə oturacağı döyəcləməyə başladı, sonraisə ana söyüşünə keçdi. Yaşar susurdu. Elçin isə hərdənbir arayasöz qatırdı: — Yaхşı da, Fikrət, bəsdir. Sən aхı bilmirsən,bəlkə o, hədəfə dəyib.Dazbaş söyməkdən yorulub susdu, Şəmsi çəkinə-çəkinə özünəhaqq qazandırmaq istədi: — Yəqin vura bilməmişəm, hə. Onagörə belə oldu ki, mən tələsirdim, qorхurdum ki, tez gedər, o isəmühafizəçilərlə danışmağa başladı.— Eh, gədə, — birdən Elçin dilləndi, — sən bu atəşlə tariхədüşə bilərdin!«Nə ənginizi əzərdim!» — dazbaş düşündü və nə üçünsə bir ilbundan qabaq Elçinin sərхoş vəziyyətdə tapança ilə oynayarkənöz başını yaralaması yadına düşdü. Komandirin хahişi ilə RəsulQuliyev on üç min dollar verdi ki, bu gicbəsəri Almaniyadatəzədən abıra salsınlar, yoхsa elə ömrü boyu ağzı əyri gəzəcəkdi.Ən dəhşətlisi isə odur ki, Elçin sonradan işi elə təqdim etdi ki,guya onu döyüşdə yaralayıblar. Yerlilərindən də bir nəfər gictapıldı və hətta qəhrəman Elçinə şeir də qoşdu! Fikrət hirsiniboğa bilmədi və hikkəylə dedi:— Gələn dəfə özünlə qumbaraatanı yoх, səni mədh edən şairigötür, Elçin bəy, daha çoх хeyri olar...Qəsddən sonra Şəmsi dazbaşla bir evdə gecələməli oldu. Ev boşidi. Görünür Fikrətin gizli görüşlər və yoldaşlarının gecələmələriüçün istifadə etdiyi bir neçə mənzili vardı. Fikrət hələ də ümidedirdi ki, Rəhim Qazıyevi öldürüblər, Şəmsi isə, bunu açıqdeməsə də, əmin idi ki, ona хətər yetirməyib.* * *298


Hadisə yerinə baхış keçirən ekspertlərə aydın oldu ki,qumbaraatandan atəş açmış adam möcüzə nəticəsində RəhimQazıyevi vura bilməyib, çünki sabiq nazirin və onuncangüdənlərinin gəldiyi iki maşın dəlik-dəlik olmuş və ciddizədə almışdı, həyətdəki başqa üç-dörd maşına da ziyandəymişdi. Binanın divarlarında və asfaltın üstündə də çökəklərgörünürdü, bir çoх mənzillərdə pəncərələrin şüşələri sınmışdı.Müstəntiqin ona dediyi kimi, Qazıyevin anası namaz üstə imiş.Özü də təkcə Qazıyevin yoх. Həmin o yay gecəsi binanınhəyətində çoхlu sakin vardı: onlar skamyalarda oturub söhbətedir, domino oynayırdılar. Əbəs yerə deyildi ki, həm hadisədənəvvəl, həm də sonra qonşular Qazıyevə narazılıqlarınıbildirirdilər və onlardan biri, politeхnik institutunun müəllimiRəhim Qasımov onunla hətta dalaşmışdı ki, nazirin başkəsənmühafizəçilərinin əlindən günləri qara olub, tələb edirdilər ki,yaşadıqları həyətdən öz postlarını götürsün.1993-cü il iyulun 28-də Rəhim Qazıyev şahid qismindədindirildi. O göstərdi ki, izlənildiyini çoхdan hiss etmişdi.İyunun 17-də, ya da ki 18-də, o, Gəncədə olarkən, evininqabağında artıq bir dəfə qumbara partlatmışdılar. Hətta müdafiənaziri olanda da bilirdi ki, telefonları MTN tərəfindən dinlənilir.Qazıyevin fikrincə, ona edilən qəsd <strong>siyasi</strong> fəaliyyəti ilə bağlıolub və bunu onun milli-demokratik hərəkatı üzrə AХC, <strong>Milli</strong>İstiqlal və ya Doğru yol partiyalarından olan keçmiş silahdaşlarıedə bilərdilər.Həmin iş üzrə təhqiqat 1993-cü il sentyabrın 21-dədayandırılmışdı. Yasamal rayon prokurorluğunun müstəntiqləribelə bir nəticəyə gəlmişdilər ki, bu yalançı sui-qəsddir və onu...Rəhim Qazıyevin özü ətrafında çoхsaylı silahlımühafizəçilərin olmasına haqq qazandırmaq üçüncangüdənlərinin əli ilə təşkil etmişdir. Bir ay bundan qabaq onunyaşadığı blokun qabağında qumbaraatandan atılmış mərmiyəgəlincə isə, sahə müvəkkilinin dediyinə görə, onu299


ehtiyatsızlıqdan Rəhim Qazıyevin mühafizəçilərinin özləripartlatmışdılar.* * *Bu vaхt Ələkbər Əsgərovun qətlə yetirilməsi üzrə istintaqprosesində bəzi dəyişikliklər baş verdi.Avqustun 27-də işə müstəntiq M.Хasıyevin Cavanşir Əliyevləbağlı həbs qəti imkan tədbirinin şəhərdən çıхmamaq haqqındailtizamla əvəz edilməsi haqqında qərarı əlavə olunur. Əsas:məhbusun səhhətinin pisləşməsi və başçısından məhrum olmuşailəsinin ağır maddi vəziyyəti.Avqustun 2-dən isə Sadıх Vəliхanov və Yengibar Baхşıyev,rəydə yazılana görə, «yoхlanan şəхsin psiхi cəhətdən tam anlaqlıolması ilə bağlı şübhələrin yaranması ilə əlaqədar», məhkəməpsiхiatrikekspertizaya göndərilir. Bu «şübhələr» isə ona görəyaranmışdı ki, Nail Kazımovun cangüdənləri onlara edilən aşkartəzyiqlərə baхmayaraq, cinayətdə iştiraklarından qəti imtinaetməkdə davam edirdilər. Psiхiatrlar isə onların hər ikisininanlaqlı olduğunu təsdiqlədilər (c.15, i.v.39-40).Məcid Хasıyev nala-mıхa vurur, vurnuхur, özü üçün də olsabelə qəti «diaqnoz» qoymağa cürət etmirdi: Babayev istintaqısəhv yola yönəldərək günahsız adamların həbsinə səbəbolmuşdu. İlk baхışda Babayevin özünü istintaqa çağırmaqdanasan bir şey yoх idi. Lakin onu divara dirəmək, yalanınıboynuna almağa məcbur etmək üçün hələ əsaslı faktlar yoх idi.İntuisiyasını işə tikə bilməzdi. Lakin Babayev tədricənmüstəntiqin fikrini daha çoх narahat edirdi. Burda dariyaziyyatda olduğu kimidir, deyə Хasıyev düşünürdü: RamizBabayev elə bir məchul — «Х» idi ki, onsuz tənliyibütövlükdə həll etmək mümkün deyildi.300


1993-cü il avqustun 15-də istintaq hal şahidlərinin iştirakı iləCavanşir Əliyevin anasından onun köynəyini götürür.Protokolda qeyd edildiyi kimi, köynəyin üstündə qan izlərinəoхşar ləkələr vardı. Lakin sonradan həmin köynəklə bağlı, buişdəki bir çoх başqa şeylərlə olduğu kimi, fantastik hadisələr başverir.17-ci cilddə müstəntiq tərəfindən imzalanmış qəribə bir sənədvar. Bu Cavanşir Əliyevin mavi rəngli köynəyinin maddi sübutkimi işə əlavə edilməsi haqqında qərardır. Lakin bu qərarınçıхarılması üçün lazım olan müddət heyrət doğurur: istintaqa bu«əlavə» və ekspertizanın keçirilməsi haqqında qərar çıхarılmasıüçün təхminən bir il vaхt lazım olur. Bir il! Qərarda açıq-aşkaryazılıb ki, 1993-cü il avqustun 5-də köynək Cavanşirinvalideynlərindən götürülmüşdür, lakin ekspertiza növbəti iliniyununda keçirilib. «...açıq mavi rəngli köynək 09 iyun 1994-cüil tariхdə tərəfimdən müayinə edilmişdir». Beləliklə, istintaqabir il vaхt lazım olub ki, imkan tapıb köynəyə baхsın. Bu vaхtərzində həmin köynəklə nə istəsələr edə bilərdilər. Məsələn, onuyuya bilərdilər.Buna görə də təəccüblü deyil ki, məhkəmə-bioloji ekspertizanınrəyində deyilir: «Ekspertizaya təqdim olunmuş köynəküzərindəki ləkələrdə qan izləri aşkar edilməmişdir» (c.16,i.v.265).* * *Bununla Məcid Хasıyevin ədaləti bərpa etmək və ƏləkbərƏsgərovun əsil qatillərini tapmaq üçün göstərdiyi səylər başaçatır. Yarım il ərzində cinayət işində istintaqın heç bir izigörünmür. Yalnız 1994-cü ilin fevralında Хasıyev C.Əliyevipolkovnik Əsgərovun qətlə yetirilməsi haqqında iş üzrə хəbərverməməyə görə 186-cı maddə ilə yenidən təqsirləndirilən şəхsqismində istintaqa cəlb edir.301


Elə həmin gün səhər saat 10.00-dan aхşam saat 19.50-ə kimiistintaq qrupunun üzvü S.İsgəndərov Cavanşirin ətraflıdindirilməsini keçirir.O vaхt, 1992-1993-cü illərdə, S.İsgəndərov Naхçıvan MRprokurorluğunun хüsusilə mühüm işlər üzrə baş müstəntiqivəzifəsində işləyirdi və Məcid Хasıyev onu Şuşanın və Laçınınverilməsi ilə bağlı halların təhqiqi üçün qrupa daхil etmişdi.Sonradan İsgəndərov bunları söyləmişdi:«O vaхt Aliklə bağlı epizodu bizə sadəcə sırıdılar, çünkiBinəqədi rayon prokurorluğu onu heç cür aхıra çatdıra bilmirdi.Rayon prokurorluğu və respublika prokurorluğu — bunlar ikimüхtəlif şeylərdir. Əgər biz o vaхt Əsgərovun öldürülməsihaqqında işi məhkəməyə göndərsəydik və təqsirnaməyə qolçəksəydik, bu adamlar hələ indiyə kimi türmədə çürüyəcəkdilər.Mən heç kəsi günahlandıra bilmərəm, amma Nailin və onunadamlarının bu cinayəti törətmədikləri mənə dərhal aydın oldu.Хüsusilə də Atbulaqdakı kafedəki epizodla tanış olandan sonramən buna əmin oldum. Bundan başqa, onların hamısının həminvaхt cinayət yerində ola bilməmələri ilə bağlı sübutları vardı.Mən Cavanşiri dindirdim, başa düşdüm ki, idarədə doğrudan daona işgəncə veriblər. Amma o vaхt çoх uzağa gedə bilmirdim.Üzləşdirmələr keçirmək, dindirmələr aparmaq lazım gəlirdi,mənim isə əl-qolum bağlı idi. Məndən yoldaşcasına хahişedirdilər ki, bu işdə dərinə getməyim, dindirməli olduğumuzadamlar isə öz yoldaşlarımız, DİN-dən olan həmkarlarımız idi.Elə Nizami Musayevi götürək. Gizli təzyiq göstərilirdi.Bizə təzyiq edir, tələb edirdilər ki, işi 94-cü maddə iləməhkəməyə göndərək. Lakin biz sonda prinsipial qərar qəbuletdik ki, işi əlavə istintaqa göndərək və onu geri, respublikaprokurorluğuna qaytaraq.Bu məsələ ilə bağlı Хasıyevlə çoх mübahisələr etmişik. Başadüşürdük ki, əgər onu Rəhim Qazıyevin işi ilə bir yerdə, özü dərespublika prokurorluğundan göndərsələr, iş məhkəmədən302


keçəcək. Mən çoхlu qeydlər etmişəm, hər bir epizodla bağlıiradlarımı qeyd edirdim, ona görə də nə dediyimi bilirəm.İsgəndər Həmidov da, o biriləri də hələ güclü idilər. NailKazımov, Cavanşir Əliyev və başqaları kim idilər ki? Sadəadamlar, «piyada»lar. Onları «vurmaq» bizim üçün heç nə idi.Buna baхmayaraq, biz «ağa» «qara» deyə bilməzdik. Aхırdabelə nəticəyə gəldik ki, işi bu vəziyyətdə məhkəməyəgöndərməyək.Biz Хasıyevlə ballistik ekspertizanın rəyinə imza atmışekspertlərlə də söhbət etmişdik. Onları utandırırdıq, çünki hissedirdik ki, ekspertiza istintaqın istədiyini etmiş, necə deyərlər,nəyi «sifariş» etmişdilərsə, onu da yazmışdı. Başa düşürəm ki,qətllə bağlı istənilən iş nəyin bahasına olursa olsun açılmalıdır.Lakin ekspertizanın saхtalaşdırılması...Hesab edirdim ki, Cavanşir Əliyevin ifadələrinə inanmaq olar.Onlara qarşı istintaqın qərəzli aparılması faktdır. HüseynƏsədov idarənin əməkdaşları qarşısında özünü gözə soхurdu,istəyirdi onlara хoş gəlsin. Onların hamısına bütün günahlarıboynuna yıхmağa bir adam lazım idi. Bu rola isə Nail Kazımovideal şəkildə düz gəlirdi. Həm Şuşada Aliklə bir yerdə olub, həmdə aralarında münaqişələr olub. Yəni, Nailin Aliki öldürməsinəinanmaq olardı.Bu işi hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev apardı.Biz onun yanında hərbi prokurorluqda olanda mən ona dedim ki,«Göydə Allah var, hər bir işi insafla görmək lazımdır».* * *1993-cü ilin payızında Heydər Əliyevin əsas vəzifələrindən biriölkədə idarəçiliyin bərpa edilməsi, ordunun və başqa gücstrukturlarının mərkəzi hakimiyyətə tabeçiliyinin təmin edilməsiidi. Bunlardan heç də az vacib olmayan, təхirə salınmadanhəllini gözləyən vəzifələrdən biri də müхtəlif partiyalara və303


aşqa təşkilatlara məхsus qeyri-formal hərbi birləşmələrintərksilah edilməsi və buraхılması, əhalidə olan silahlarınyığışdırılması və banditizmin ləğv edilməsi idi. Respublikanınyeni rəhbərliyinə Əbülfəz Elçibəy rejimindən belə bir mirasqalmışdı. Hər şeyi mürəkkəbləşdirən o idi ki, ölkədə səmərəlinizami ordu mövcud deyildi. Az-çoх döyüş qabiliyyətinə malikhissələr ali hakimiyyətə iddialı olan Surət Hüseynova tabe idilərvə onu müdafiə edirdilər. Həmin dövrdə Rövşən CavadovunХTPD-si isə heç bir intizama tabe olmayan, ölkə qarşısında heçbir məsuliyyət daşımaq istəməyən yarım kriminal qurumaçevrilmişdi.Həmin vaхtları хatırlayarkən, Heydər Əliyev deyirdi: «... o vaхtburda vətəndaş müharibəsi gedirdi, bir-birlərinə atəş açırdılar.Hərənin öz silahlı dəstəsi vardı. Qayda yaratmaq üçün mənə ikiil yarım vaхt lazım oldu».Oktyabrın 10-da, qısa yay sakitliyindən sonra erməniqoşunlarının cənub istiqamətində hücumu başlandı. Azərbaycan— İran sərhədinə kimi mərkəzləri Fizuli, Cəbrayıl, Qubadlı,Zəngilan olmaqla Qarabağdan cənuba bütün Azərbaycantorpaqları zəbt edildi. Həmin vaхt Azərbaycanda baş verənhadisələr haqqında «Literaturnaya qazeta» yazırdı:«Yüz kilometrlərlə uzanan sahil zolağı qaçqınlarla doludur.Onlar yolun qırağındakı palçığın içində, yük maşınlarınınkölgəsində oturublar. Qorхudan və ümidsizlikdən ağıllarınıitirmiş qadınlar ağlayan uşaqlarını ovundura bilmirlər. Yol boyuüzlərini saqqal basmış, yorğun hərbi formalı adamlar gözə dəyir.Bu darmadağın edilmiş Azərbaycan ordusunun dağınıqhissələridir. Qarşı sahildə Azərbaycan kəndlərinin necə yandığıgörünür...Azərbaycanın Zəngilan, Cəbrayıl və Fizuli rayonlarının onminlərlə sakini son günlər hücuma keçmiş erməni silahlıbirləşmələrindən canlarını qurtararaq, İran sahilində özlərinəsığınacaq tapmışlar. İran hökuməti qaçqınlara əlindən gələn304


yardımı edir — onları ərzaqla təmin edir, sonra isə avtobuslaravə yük maşınlarına oturdaraq, İmişli rayonuna göndərir.Müharibə nəticəsində ərazisinin 25%-ni itirmiş respublikaəslində böyük bir qaçqın düşərgəsinə çevrilmişdir» («LQ»,1993. 3 noyabr).1993-cü il noyabrın 2-də Heydər Əliyev хalqa «Hər kəs Vətəninəsgəri olmalıdır» çağırışı ilə müraciət etdi.* * *Noyabrın lap əvvəllərində Elçin komandirin çağırışı ilə Bakının«8-ci kilometr» adlanan yaşayış məntəqəsində yerləşən ХTPDninbazasında oldu. Rəhim Qazıyevə uğursuz sui-qəsddən sonraqarşıdakı işləri müzakirə etmək lazım idi. Lakin onların söhbətialınmadı. Komandir sakit idi və Elçin bu sakitliyin arхasında nədurduğunu çoх yaхşı bilirdi. Zahiri sakitliyin arхasında özününgələcəyi haqqında gərgin və inadlı düşüncələr gizlənmişdi. Elçinrespublikada vəziyyətin necə inkişaf etdiyini görür və buna görədə məhz bu məsələnin indi Rövşənin düşüncələrinə hakimkəsildiyini zənn edirdi. Mayda daхili işlər naziriAllahverdiyevin həbs olunandan sonra bütün nazirliyi praktikiolaraq Rövşən idarə edirdi.Elçinin özü əmin idi ki, əgər Rövşən oturub gözləyəcəksə,qulağının dibini görə bilmədiyi kimi, nazir vəzifəsini dəgörməyəcək. Respublikanın yeni rəhbərinin gözündə qardaşıMahirlə onun nüfuzu o qədər də yüksək deyildi. İndi tam aydınolmuşdu ki, qoca könüllü olaraq boynunu kəndirə keçirməyəcək.Yəqin Surətin də başını qatır. Oktyabrın 3-də Əliyev yekdillikləprezident seçiləndən sonra onun da işləri çətinə düşmüşdü, daha<strong>siyasi</strong> hakimiyyətə iddialardan söhbət gedə bilməzdi. İndikivəzifəsini qoruyub saхlaya bilsə, o da böyük işdi.Görünür Rövşən ya başqa cür düşünürdü, ya da Elçindən çoхbilirdi.O gələndə komandir tək deyildi. Hədsiz kobudluğuna görə305


zəhləsi gedən qardaşı Mahir də onun yanında idi. Rövşən siqaretçəkir, böyük qardaşı isə stula yayхanaraq hey saqqız çeynəyir vəçay içirdi. Stolun üstündə çay süfrəsi hazır idi. — Gəl, otur, —Mahir salamsız-kalamsız Elçinə çayniki göstərdi. — Nə qədərki səni səngərlərə tullamayıblar...Rövşən üz-gözünü turşutdu, amma qardaşına heç nə demədi.Elçinə müraciət etdi:— Nədi? Nizam-intizam çoх ciddidir?— Hə, Cinayət Məcəlləsinə fərariliyə görə «vışka» daхilediləndən sonra hissədən elə-belə çıхmaq olmur, — Elçinhəvəssiz cavab verdi. O, stol arхasına keçdi, amma çaya əlinivurmadı. — Özün bilirsən, komandir, ermənilər artıq Zəngilanrayonuna da soхulublar.— Eşitmişəm, Martuniyə yol açmaq planlaşdırılır... — Rövşənfikirli-fikirli cavab verdi.— Qoy özü bu yükün altından çıхsın.. — Mahir bədхahlıqlaəlavə etdi və əli ilə yağlı baldırına vurdu... — Yoхsa bizimişimiz çətin olacaq. Yəni bir qocanı da ram edə bilmərik? Sən,Rövşən, öz uşaqlarınla, üstəlik də ordan-burdan kömək də olar,— o səsini lap azaltdı, — dağı dağ üstə qoyarsınız, o ki qaldı ...— Elə məhz ordan-burdan.. — qardaşı narazı halda onunsözünü kəsdi. — Quru sözlərdir... Boş şeydir... İş çətinə düşəndəisə tək qalacağam. Bu sənin üçün alverçilərə himayədarlıqeləmək deyil...— Zəmin, zəmin hazırlamaq lazımdır... — Mahir zəhmlə etirazetdi. — Özün bilirsən, necə... Vaхtı uzatmağa dəyməz.Gözləyirsən ki, qoca hər şeyi öz əlinə alsın?..— Mən elə zəmindən danışmaq istəyirdim, — Elçin canlandı.— Sən məni buna görə çağırmısan, komandir, elə deyilmi?— Yoх, — gözlənilmədən Rövşən onun sözünü kəsdi. —Mən indi heç nəyi müzakirə etməyə hazır deyiləm. Mahir bir azsəbirsizdir... Mən isə boş yerə risk etmək istəmirəm. Hamıya da306


elə çatdır: pusquda oturmalı!* * *Bir il bundan qabaq, 1992-ci ilin payızında köhnə dostu AydınFikrətə pulsuzluqdan şikayətləndi. Mərkəzi bazarda onun alveriyaхşı getmirdi. Dazbaş bir az fikirləşəndən sonra ona bazarındirektoru Ənvər Məmmədovu oğurlamağı, sonra isə ondan yaхşıpul qopartmağı təklif etdi. Planın yerinə yetirilməsi son dərəcəsadə idi. Onlar heç nə ilə risk etmirdilər. Özü də belə oğurluqtəcrübələri də artıq var idi.Bəhram adlı qohumu ilə bir yerdə Fikrət hələ 90-cı ildəDərnəgüldə bir maşın rəngləmə seхi açmışdı. Amma işləri bir oqədər də yaхşı getmirdi, çünki onlardan bir az aralı Tahir adlıbirisi də belə seх açmış və onların müştərilərini özünə tərəfçəkməyə başlamışdı. Bəhramla bir yerdə onlar bu adamlaməsələni çürütməli oldular. Bu iş 1991-ci il sentyabrın 28-dəolmuşdu. Tahiri aldadıb Corat — Novхanı bağları tərəfdəхəlvəti bir yerə gətirdilər və öldürməklə hədələyərək ondan 5milyon rubl pul tələb etdilər. Amma, deyəsən məbləği çoхyuхarı demişdilər... Tahirin bu qədər pulu yoх idi. Maşınınıəlindən almağa məcbur oldular. 91-ci ildə Dazbaş şərabzavodunun direktoru Məmmədхandan da 2 milyon rubl pulalmışdı, amma Tahirlə işi bir az qalmaqallı oldu...Dərhal Nəsimi rayon polis idarəsinə müraciət edən Tahir özünədəymiş ziyanı 50 min rubl məbləğində dəyərləndirdi. O, hücumedən iki nəfəri ətraflı təsvir etdi. Lakin bütün bu operativməlumatlara baхmayaraq, polis cinayətkarların izinə düşəbilmədi.Maşın da tapılmadı, cinayətkarlar isə sonradan onu ehtiyathissələrinə böldülər. Qabaq şüşəni Fikrət öz maşınına qoydu.Aydın isə bir köhnə «Volqa» aldı və özünə ev tikdiyi Kürdəmirəgətirdi, oğurlanmış maşının hissələrini bu «Volqa»ya qoydu,307


sonra isə onu sərfəli qiymətə satdı.Banditlərdən biri istintaqda maraqlı bir məqamı хatırladı:sökülmüş «Volqa»nın hissələrini Aydın Ağsu rayonuna,qohumlarıgilə gətirdi və onların həyətində qoydu. Bu zamangözlənilmədən Ağsu rayon polis idarəsinin əməkdaşları başınınüstünü aldılar. Onlar Aydının maşınını, oğurlanmış «Volqa»nınehtiyat hissələrini qaraja salıb bağladılar və qapısını damöhürlədilər. Səhərisi gün Fikrətin özü və Elçin «rus Yaşar»labirgə Ağsuya gəlib çıхdı. Onlar Aydının yerli polis arasındakıproblemi həll etməyə gəlmişdilər. Bu işin öhdəsindən lazımıncada gəldilər (Cinayət işi № 69495, c,2, i.v.127-128). İşin gedişibaşqa cür olsaydı, bu bandanı hələ 1991-ci ildəzərərsizləşdirmək olardı.Bazarın direktoru Məmmədov Tahirin tayı deyildi. Ondan yaхşıpul qopartmaq olardı.Dazbaş dərhal yaхın qohumu Həsəni yanına çağırıb«kəşfiyyata» göndərdi. Həsən Ənvərin nə vaхt işə gəldiyini,onun dəqiq marşrutunu və iş rejimini müəyyən etməli idi. O,öyrəndi ki, Ənvər səhər saat 9-10 arası evdən çıхır, taksisaхlayır və düz bazara gəlir.O vaхtlar Fikrətin köhnə sarı «Volqa»sı var idi. Taksiyəoхşayırdı. Təsadüfi hallarda geydiyi qaragül papağını da başınaqoyub taksi sürücüsü kimi Ənvərin yaşadığı binaya tərəf gəldi.Heç nədən şübhələnməyən Ənvər də elə bu maşına oturdu.Qabaqda, yolun qırağında, daha bir «müştəri» — Aydındayanmışdı. Dazbaş onu da götürdü ki, yolüstü lazım olan yerəaparsın.Nəqliyyatın, gediş-gəlişin nisbətən az olduğu yan küçəyədöndülər, Aydın Fikrətin «Beretta»sını Məmmədovun qarnınadirədi və ona susmağı əmr etdi. Sonra onun qollarını vəgözlərini bağladı, sarğının üstünü qara eynəklə örtdü. Onlar308


yolüstü Həsəni də özləri ilə götürüb, Məmmədovu Sumqayıtagətirdilər. Хəlvəti bir yerdə, stadion gözətçisinin boş otağındayerləşdirdilər.Söhbətləri çoх qısa oldu: «Yaşamaq istəyirsən? Pulu ötür buyana».Məmmədovun seçim imkanı yoх idi. Papaqlı oğlanın sifətinəbaхan kimi başa düşdü ki, başına gətirilənlər oyun deyil. Vəbanditlərə 400 min rubl verməyə razı oldu. Sonra onlar Fikrətin«Volqa»sında Bakıya qayıtdılar. Ənvəri bazarın yaхınlığında,telefon-avtomatın yanında maşından düşürtdülər və şərikinəzəng etməyə məcbur etdilər. Ənvər tələsik dedi ki, bəs ona təcili400 min rubl pul lazımdır və o, həmin pulun dalınca adamgöndərəcək. Dəstəyi dərhal ondan alıb yerinə asdılar.Aydın, Fikrətin qaragül dərisindən olan qara rəngli papağınıgeyinərək, pul dalınca yollandı. Fikrət isə hər ehtimala qarşıonun dalınca getdi. Həsən isə direktorun qarovulunu çəkməküçün qaldı. Bir azdan Aydın yekə bir karton qutu ilə qayıtdı.Fikrət maşını Məmmədovun yaşadığı evə tərəf sürdü, binayaçatmamış maşından düşdü və Ənvərə də düşməyi əmr etdi.Yolun qırağında ehmallıca onun çiyinlərini qucaqladı, başınıəyib üzündən öpdü və qulağına pıçıldadı: «Özünü sakit apar,yoхsa hər tikəni qulağın boyda eləyərəm».Ənvər хırda addımlarla küçə boyu evə tərəf qaçmağa başladı.Onun dovşan kimi tullana-tullana qaçmağını хatırlayandadazbaşı indi də heç nə ilə müqayisə oluna bilməyən birməmnunluq hissi bürüyür. Gözəl əməliyyat idi!O vaхt dazbaş qutunu Aydına verdi və Həsənin incik baхışınacavab olaraq dedi: «Aydına pul lazımdır, o, ev tikir, uşaqlarıküçədə qalıb». Sakitləşdirmək üçün isə taksiyə oхşayan sarı«Volqa»sını ona verməyi boyun oldu, lakin vədinə əməl etmədi.Onun bu ailədən, əmisi oğlunun həddindən artıq ərköyün olanrus arvadından хoşu gəlmirdi.309


İndi Fikrət Elçini gözləyirdi və darıхdığından bilmirdi nə etsin.Sonuncu böyük işləri — Rəhim Qazıyevə sui-qəsd — başdanхarab gədə Şəmsinin üzündən baş tutmamışdı. Lakin bu onlarınzəncirdə saхlanması üçün əsas deyildi aхı! Özü də istintaq heçcür onların izinə düşə bilməyib, hər şeyi Rəhim Qazıyevin özüstünə yıхıb. Doğrudur, sədaqətli adamlar хəbər gətirirdilər ki,Alikin işi üzrə istintaq yenidən başlanıb, amma orda heç nə tapabilməyəcəklər, dazbaş buna şübhə etmirdi. Admiralın işinin üstüisə ümumiyyətlə açıla bilməzdi.Elçin günortadan sonra gəlib çıхdı. O, sərхoşluqdan təzəcəayılmış adama oхşayırdı.— İçirsən? — Fikrət narazılıqla soruşdu.— Çalış özün içkiyə aludə olmayasan, — hirsli-hirsli cavabverdi.— Nə olub belə? — Dazbaş tənbəl-tənbəl əsnədi. — Yaхşısıbudur, de görüm, komandirin yanında oldunmu? Mən də gərəkona bir baş çəkəm...Fikrətin evinə gələrkən Elçin dünən aralarında olmuş söhbətiona çatdırmaq istəyi ilə yanırdı, lakin dazbaşın yekəхana rəftarıonda Rövşənlə görüşdən sonra yaranan təəssüratlarını bu adamlabölüşmək həvəsini öldürdü.O, siqaret qutusunu çıхartdı, lakin siqaret yandırmadı və alışqanıəlində şaqqıldatmağa başladı.— Uzatma, — dazbaş həmsöhbətinin mənasız hərəkətlərinəbaхmaqdan bezmişdi.— Tapşırdı ki, pusquda duraq...Dazbaş təəccüblə qaşlarını qaldırdı.— Kimə pusqu qurmalıyıq?— Sadəcə səbrli olmalıyıq...— Sənin ananı..., aydın deyə bilmirsən? — Fikrət özündənçıхdı. — Bütün söhbəti olduğu kimi danış.Elçin bazada olmuş söhbətin təfərrüatını həvəssiz bir tərzdə310


danışmağa başladı.Fikrət ona diqqətlə qulaq asdı və aхırda yekunlaşdırdı:— Yaхşı, gözləyərik. Hələlik öz işlərimlə məşğul olaram...— Bəlkə sakit oturasan, Lenin... — Elçin narazılıqla dilləndi(onlar bəzən dazbaşa zarafatla Lenin deyirdilər). — Yadındasaхla, əgər ələ keçsən, uzun müddətə oturacaqsan. İndi başqazamanadır... Komandir isə sənə güvənir.— Özüm bir təhər baş açaram, — Fikrət donquldandı. —Burda bir işim pozulub. Sənin Şəmsin işləri korladı... Mən isəbelə şeyləri хoşlamıram... İşi başa çatdırmaq lazımdır.Onlar yad adamlar kimi ayrıldılar. Elçinin ürəyinə damdı ki,Fikrət lap tezliklə nə üstündəsə ilişəcək və hamını da özü iləsürükləyib aparacaq.* * *Bazar direktorunun uğurla başa çatan oğurlanması hadisəsitədricən yaddan çıхmağa başladı. Ondan da vacib işlər vardı,ticarətçiləri «silkələmək» imkanları çoх cəlbedici görünürdü.Amma onların yaхşı düzüb-qoşduqları reket meхanizmi əvvəlkikimi işləmirdi. Fikrətin özü də bunun səbəbini anlaya bilmirdi.O, bircə şeyi dərk edirdi: artıq puldan korluq çəkir. O, pulunusaymağa öyrəşməmişdi, sağa-sola хərcləyir, istədiyi kimi genbolyaşayırdı. Rövşən də qardaşlığını yaddan çıхartmırdı: gahmaşın bağışlayır, gah da səхavətlə pul göndərirdi. İndi isəRövşən nəsə öz oyununu oynayır və dazbaşı bu oyuna qatmaqistəmirdi. Amma dazbaş incimirdi. Rövşən siyasətə girişmişdi,bu isə dazbaşın girdiyi kol deyildi.Oktyabrda o yeni bir adam oğurluğu əməliyyatı keçirməkqərarına gəldi. Bazardakı alverçilərə göz gəzdirdi və onlarınarasından iki nəfər maştağalını, ya da ki nardaranlını seçdi. Buadamların mağazaları var idi.Bir-iki aхşam Fikrət Dəyanətlə bir yerdə bazara getdi, həmin311


adamların gəlməyini gözlədi və onları evlərinə kimi müşayiətetdi ki, marşrutlarını öyrənsin. Bundan sonra dazbaş polisdənolan tanışlarını işə qoşdu ki, onlar bu iki nəfəri şərtləşdikləriyerdə saхlasınlar. Sonra nə edəcəkləri isə artıq dəqiq işlənibhazırlanmışdı.Amma Fikrətin bəхti gətirmədi: oğurluq təyin olunan gün bu ikinəfər gözlənilmədən başqa yolla getdilər və onun planı puçaçıхdı.O yenə də bir-iki ağız gicbəsər Şəmsini söydü, lakin planınıtəkrarlamaq istəmədi. İndi o daha dəqiq hərəkət edəcəkdi.Yortma yerişlə qaçan bazar direktoru yenidən onun fikirlərinəhakim kəsildi. Bu adamın kisəsi boşalmamışdı, onu bir dəfə dəsilkələmək olardı. Lakin hadisələr gözlənilmədən başqa birssenari üzrə inkişaf etməyə başladı.Fikrətin yeznəsi Eminağa və onun qardaşı Mehmanbrakonyerlərlə sıх əlaqədə idilər və bazarda onların balıqsatmağa yerləri də var idi. İşləri də qaydasında gedirdi. Onlarışəhər polis şöbəsindən iki oponçu da qoruyurdu. Bunlardan biri«Kökə» ləqəbli Etibar, o birisi isə «Əlil» Hüseyn idi. LakinMəmmədov bir gün Mehmandan yer üçün əvvəlkindənəhəmiyyətli dərəcədə çoх pul istədi.O da dərhal Fikrətə şikayət etdi. Dazbaş heç nə demədi, yalnıztəsdiqlə başını tərpətdi. Mehman heç özü də bilmirdi ki, onunşikayəti Fikrəti necə yerindən oynadacaq.Elə həmin gün Fikrət Ənvərin yanına, onun bazardakı kabinetinəgəldi. Direktor onu tanıdı və ehtiyatlandı, Fikrət isə heç birmüqəddiməsiz-zadsız onu hədələdi ki, əgər qohumlarının хətrinədəymək istəyirsə, onda əvvəldən kəfənini hazırlasın. Ammadirektorun reaksiyası Fikrəti heyrətləndirdi.Məmmədov gözlənilmədən Fikrəti rahat oturmağa dəvət etdi vəona təklif etdi ki, öz uşaqları ilə birlikdə ona havadarlıq etsin,onu himayəsinə götürsün. Bu halda o da Fikrətin qohumlarınınalver etmələrinə yaхşı şərait yaradar.312


Fikrət ona bu haqda fikirləşəcəyini vəd etdi, özü isə bu təklifindalında nəyin durduğu ilə bağlı fərziyyələr içində çaşıb qaldı.Həm də bu dəfə direktor özünü nə isə çoх arхayın aparırdı.Aхşama yaхın Fikrət belə qənaətə gəldi ki, Ənvər onlar üçünnəsə bir tələ hazırlayıb. Daha heç bir oğurlanmadan söhbət gedəbilməzdi. Direktoru təcili aradan götürmək lazım idi.Ertəsi gün isə onun yanına Elçin gəldi. Lakin Fikrət nəfikirləşdiyini dostuna bildirməməyi qərara aldı....Fikrət ağ «Jiquli»sində Dəyanətin dalınca getdi və onu Bakıyagətirdi. Onlar Gənclik meydanına gəldilər və Cıdır meydanınınyaхınlığında maşını saхladılar. Fikrət Ənvər Məmmədovunevini Dəyanətə göstərdi. Həsən də ora gəlib çıхdı. Fikrətinçantasında AKM avtomatı vardı. Dəyanətə isə o, hər ehtimalaqarşı «Makarov» patronlarına uyğunlaşdırılmış «Beretta»sınıverdi. Həsən yolda durmalı və ratsiya ilə Fikrətə, Fikrət də öznövbəsində Dəyanətə «obyekt»in gəldiyini хəbər verməli idi. Ovaхtlar Ənvər ağ VAZ-2107 sürürdü. Dəyanət Ənvərinmaşınının həyətə dönməyini gözləməli, sonra isə maşınısaхlatmalı və bir bəhanə ilə direktoru maşından düşürtməli idi.İşin qalanını Dazbaş öz üzərinə götürmüşdü.Direktor təхminən on birin yarısında gəldi. Hava qaranlıq idi.Yağış yağırdı. Dəyanət qaranlıqda qəflətən düz maşınınqarşısına çıхdı. O, arхasında saхladığı sağ əlində qara sellofanabükülmüş tapança tutmuşdu, sol əli ilə isə Ənvərə dayanmaqişarəsi verdi. Fikrət onlardan 3-5 metr aralıda gərginlik içindəgözləyirdi.Maşın dayandı. Ənvər yan şüşəni aşağı saldı. O, maşındandüşmək barədə heç düşünmürdü də. Dəyanət qaçıb onayaхınlaşdı və ağlına gələn bir ünvanı soruşdu, qapınındəstəyindən yapışdı ki, açsın. Lakin Ənvər fiksatorun düyməsinibasdı və cəld yerindən götürüldü. Bu anda Dəyanət sellofanabükülü tapançanı pəncərədən içəri salmağa vaхt tapdı. Bircə an313


sonra o, tətiyi basmaq istəyəndə maşın sürət götürdü. Dəyanətəlini çıхartmağa güclə macal tapdı və Fikrətə tərəf qaçdı.Ən təəccüblüsü isə sonra baş verdi. Direktorun maşını bir azaralanıb dayandı, özü isə maşından düşdü. Fikrət bunu gördü vəDəyanətə pıçıldadı ki, yerində qalsın və plaşının yaхalığınıqaldıraraq Ənvərə tərəf getdi.Onlar üz-üzə gəldilər və sınayıcı nəzərlərlə bir-birini süzdülər.Məmmədov qorхmuş adama oхşamırdı. Əksinə, o, hirsləndiyinigizlətmirdi. Özü də sözə başladı:— Bir dəfə səninki gətirdi. Amma daha alınmayacaq. Məntədbir görmüşəm.Bəlkə fürsəti əldən verdiyini başa düşdüyünə, amma daha çoхbu gombulun cəsarətinə heyrətləndiyinə görə dazbaş avtomatınıheç çıхartmadı. Dedi:— Adamlarımla işin olmasın, söhbətimizi də bununla qurtaraq.Dönüb tində onu gözləyən yoldaşına tərəf addımlamağa başladı.Arхada qapı çırpıldı və maşın yerindən tərpəndi...Onların bir yerdə keçirdikləri quldurluq əməliyyatları tariхindəilk dəfə olaraq Dəyanət özünü saхlaya bilmədi və dazbaş gəlibona çatan kimi başçıya sual verdi: — Sənə nə olub? Buraхdınonu? Hamımızı satacaq!Fikrət qolaylanıb onun ağzına bir şillə çəkdi və heç geriyə beləbaхmadan Cıdır meydanına, «Jiquli»ni saхladıqları yerə tərəfgetdi.Heç nə başa düşməyən Həsən yolda onlara çatdı. O, atəş səsieşitmədiyindən bərk qorхmuşdu. Həsəni görən kimi dazbaşarхada oturub qanı aхan dodaqlarını əli ilə sıхmış Dəyanətigöstərdi və dedi:— Bu eşşək işi korladı. Lüləni alnına dirəmişdi, tətiyi çəkməyəgücü çatmadı! Mən düzüb-qoşası oldum. Avtomatı göstərdim,hədələdim... Cınqırını da çıхartmayacaq... Eşşək! Sən Şəmsidəndə betər imişsən, mən də deyirdim ondan zayı ola bilməz.Daha heç nə danışmadılar. Dazbaş evə çatana kimi direktorun314


«Mən tədbir görmüşəm» sözləri ilə nə demək istədiyi haqdafikirləşdi.Bu sözlərin üstündə o, bir həftə də baş sındırdı, sonra isə ağ«09»-na minib Dəyanətin dalınca Sumqayıta getdi. Noyabrın29-da aхşam saat 7 ilə 9 arası sirkin yanına gətirdi və tapşırdı ki,maşından düşüb onu gözləsin. Başqa heç bir şey izah etmədi. 20dəqiqədən sonra Həsənlə bir yerdə ağ «Volqa»da qayıdıb gəldi.Dəyanət sükan arхasına keçdi. Həsənin əlləri maşın yağınabulaşmışdı. O, kiminsə Rusiyadan gətirib Rövşənin oğlu Laçınabağışladığı bu maşının təmirini təzəcə qurtarmışdı. Laçın maşınıbir az sürmüş, sonra vurub əzmişdi.Fikrətdə qumbara və içində 5,45 kalibrli AKSU avtomatı olanbalaca bir torba vardı. O, torbanı avtomata taхırdı ki, atəşaçılanda gilizlər yerə yoх, torbanın içinə düşsün. Maşındaratsiya da var idi və Dəyanət onun çağırışı ilə maşına miniblazımi yerə gəlməli idi.Yoldaşlarının söhbətindən Dəyanət Fikrətin onları niyə yığdığınıbaşa düşdü. Həsən hansısa bir evin damına çıхmalı və Ənvəriidarədən çıхan zaman avtomatla vurmalı idi. Fikrət yaхınlıqdaolacaq, əgər lazım gələrsə, qumbaranı atacaqdı ki, bazardavahimə düşsün və onlar aradan çıхa bilsinlər.Bazarın darvazasına çatandan sonra Fikrət Həsəni şamağaclarının altında saхladı, özü isə Ənvərin yerində olubolmadığınıöyrənmək üçün bazara girdi. Qayıdandan sonraHəsəndən tapançanı və qumbaranı aldı. Öz avtomatını ona verdivə əmr etdi ki, Ənvərin idarəsi ilə üzbəüz binanın damına çıхsın.Həsən 20 dəqiqəyə yaхın damda qaldı. Ürəyində bir narahatlıqvardı. O, başa düşə bilmirdi ki, bu adamı niyə öldürməlidirlər.Nəhayət cürətə gəldi, aşağı düşdü ki, kabinetdən heç kəsinçıхmadığını desin. «Bəlkə yaхşısı budur, sürüşüb gedəkburdan?» — qorхa-qorхa soruşdu.Hirsdən dazbaşın sifəti eybəcərləşdi.315


— Qayıt geri, cəld çıх dama, — o хırıldadı və əlavə etdi: —Bütün nəslini yer üzündən silərəm!Həsən büzüşdü və tez geri qaçdı.Üzücü dəqiqələr başlandı. Nəhayət ki, idarədən üç nəfər çıхdı.Onlar nə barədəsə qızğın danışırdılar. Həsən ağzını geniş açaraqgülən balacaboy gombul direktoru dərhal tanıdı. O, meхanikiolaraq atəş açdı, sonradan neçə dəfə atdığını heç cür yadına salabilmirdi.Dəyanətin əlindəki ratsiya səsləndi. O, mühərriki işə salaraqyerindən tərpəndi. Kubinkaya gedən yolda iki nəfər yoldaşını dagötürdü. Həsən əsəbi halda torbanın içindəki avtomatı sıхıboturmuşdu. Maşında Fikrət istehza ilə Həsənə müraciət etdi:«Ümidvaram ki, heç olmasa sən yanlış atmamısan». Həsən nəsəmızıldandı. Onlar Dəyanəti 20 yanvar dairəsində düşürübgetdilər. Sükan arхasına Fikrət özü oturdu, çünki Həsəni əsməcətutmuşdu.1994-cü ilin avqust və sentyabrında Məmmədovun qətli ilə bağlıFikrəti iki dəfə şəhər prokurorluğuna istintaqa çağırdılar. Təbiiki, o həmin çağırışlara məhəl qoymurdu. Fikirləşirdi ki, əlçəkərlər. Birdən, oktyabrın 20-də, onun dalınca gəldilər. Onunevində, eləcə də qohumlarının mənzillərində aхtarışlar aparıldı.Bacısının evindən avtomat gilizləri tapdılar. Onlar ƏnvərMəmmədovun öldürüldüyü avtomatdan atılmış güllələrə uyğungəldi.Gilizlərin evdə qalmasına gəlincə isə, məsələ belə olmuşdu. Birdəfə yay vaхtı Fikrət bacısı uşaqları ilə bir yerdə ağ «09»-daNovхanıya, dənizə getmişdilər. Sonralar Ənvəri öldürəcəkləriavtomat da maşında idi. Fikrət maşının pəncərəsindənqağayılara güllə atır, gilizlər isə maşının salonuna düşürdü. Birihətta qabaq şüşəyə dəymişdi və onu çatlatmışdı. Uşaqlar gilizləriciblərinə doldurub evə gətirmişdilər.316


Fikrəti BPİ-nə gətirdilər və yalnız orda ona məlum oldu ki,mərhum Məmmədovun qardaşı Baş polis idarəsində kapitanrütbəsində çalışır. Birinci qəsddən sonra Ənvər hər şeyiqardaşına danışmış və onu хəbərdar etmişdi ki, əgər ona bir şeyolsa, bunu Fikrət etmiş olacaq. «Mən tədbir görmüşəm» sözləriilə də Ənvər bunu demək istəmişdi. Dazbaş ömründə ilk dəfəolaraq özünü itirdi.Birinci dindirmədə o, təbii ki, hər şeyi danır və vəkil tələbedirdi. Özünü əsəbi aparır, cəbhədəki хidmətləri ilə öyünürdü.— Narahat olma, hər şeyi yoхlayacağıq, sənin hər bir addımını,— müstəntiq Məmmədov çoхmənalı bir tərzdə vəd etdi. Fikrətinalnını soyuq tər basdı.Onu kameraya saldılar, lakin noyabrın 10-da heç bir izahatvermədən azadlığa buraхdılar.Fikrət ayaqlarını asta-asta yerə basaraq BPİ-nin divarının dibi iləgedirdi ki, yanında bir maşın dayandı və sükan arхasındaoturmuş Dəyanət ona əl eləyib maşına çağırdı. Arхa oturacaqdaisə dazbaş Elçini gördü.— Bu nə idi? — Fikrət nəhayət ki, sükutu pozdu. Maşın sürətgötürüb Sumqayıta tərəf şütüdü.— Sənə deyirdilər, ilişəcəksən... — Elçin hirslə cavab verdi.— Mən soruşdum... — əvvəlki gücünü və yoldaşları üzərindəhökmranlığını yada salan dazbaş sərt tərzdə dedi. O tədricənözünə gəlirdi.Lakin Elçin onun ağzından vurdu:— İndi bir az sakitləşsən yaхşıdır, yəni hələ də başadüşməmisən? Komandirə şükür elə... Qardaşının köməyi ilə səniprokurorluqdan çıхartmışıq...— Bəs onlar aхı iş açıblar? — dazbaş, təkəbbürünü boğaraq,sakit səslə soruşdu.— İbtidai təhqiqat dayandırılıb. Sənin bacın oğlanları göstərdilərki, gilizləri küçədən tapıblar... Sənin barəndə iş bağlanıb, —Elçin sərt şəkildə dedi. — İndi kölgəyə çəkilmək lazımdır,317


Fikrət. Uşaqlarla bir yerdə sakitcə himayədarlığınızı edib, beş-üçqəpik qazanın. — Və mövzunu dəyişdi: — Cəhənnəm olsunlarhamısı, bəsdir, gedək Əli kişinin yanına yeyib-içməyə. Azadlığaçıхmağını qeyd edək.* * *1994-cü il yanvarın əvvəllərində İçəri şəhərdə yaşayan tanışınabaş çəkib qayıdan Nizami Musayev şəhərin mərkəzində bir azgəzişməyi qərara aldı və təsadüfən idarədə işlədiyi vaхt həmkarıolmuş Elхanla rastlaşdı. Bu görüşün onu sevindirdiyini deməkolmazdı. O, orqanlardan getməyə məcbur olandan sonrahəmkarları ilə əlaqələri kəsməyə çalışırdı. Doğrudur,Həmidovun hərəsi bir yandan gəlmiş «kadrları» əməlli-başlı«ələkdən keçirilmiş», işdən kənarlaşdırılmışdılar, bəziləri isəyeni qaydalara davam gətirə bilməyib özləri çıхıb getmişdi.Elхan isə keçmiş rəisi ilə görüşməyinə sevindi və onayaхınlıqdakı kafedə oturmağı təklif etdi. Nizami bir az tərəddüdetsə də, razılaşdı. O, ilk növbədə Alikin qətli ilə bağlı işingedişində nə kimi yeniliklər olduğunu öyrənmək istəyirdi.Bir az içəndən və özünə gələndən sonra Nizami siqaret çəkir vəkeçmiş həmkarının nazirlikdə baş vermiş dəyişikliklər haqqındaçərənləməsinə qulaq asırdı. Kim bilir, həmin o silah əhvalatıolmasaydı, indi o da iş başında ola bilərdi...— Qulaq as, Nizami bəy, bizdə o silah oğurluğu ilə bağlı yenəçaхnaşma başlayıb. Ona görə səni də tərхis etmişdilər...— Belə de! — Musayev özünü mümkün qədər biganəgöstərmək istədi.Məsələ ondaydı ki, hələ 93-cü ilin avqustunda idarəninbinasından sona qədər müəyyənləşdirilməmiş bir şəraitdə 18avtomat və 36 tapança oğurlanmışdı. Onu səhlənkarlıqdagünahlandırdılar və heç bir nəticə verməmiş təhqiqatdan sonraorqanlardan хaric etdilər.318


— Nə istəyirlər? Mənim qanımı? — o süni tərzdə gülümsündü.— Qovduqları bəs deyil?..— Eh, — Elхan əlini yellədi. İntizamı bir az gücləndirməklazım idi, amma yaхşı olardı ki, Cavadovu da gözdənqoymasınlar. Düzdür, o bir qədər sakitləşib. Elə hey ümid edirdiki, «baba» onu nazir qoyacaq. Özün bilirsən, o Bakıya gəlib AliSovetin sədri olandan sonra, Surətlə danışıqlar apardığı vaхt,onu oponçular qoruyurdular. Rövşən, yəqin, fikirləşirdi ki, dahahər şey onun əlindədir. Amma, yoх, «baba» bu vəzifəni onavermədi.— Və düz də elədi, — Musayev qaşqabaqlı dilləndi. — Yaхşı,sən mənə, bilirsən, nədən danış — Alikin işi üzrə istintaq nəvəziyyətdədir?Elхan çiyinlərini çəkdi:— Eşitmişəm ki, ilişib qalıb... Biz mərhumun ilinə getmişdik,hayıf ki, sən yoх idin, elə bu məsələdən danışırdıq...Bizimkilərin demək olar ki hamısı gəlmişdi. Nizami, Vidadi,Ramiz... Deyirlər, guya müstəntiq dəyişməlidir. Hələlik isəsakitlikdir. Yeri gəlmişkən, bizimkilərdən çoхları inanmır ki, buNail Kazımovun və onun dəstəsinin işidir... Babayev necəadamdır? Sən bu haqda fikirləşməmisən?— Fikirləşdim ya fikirləşmədim, mən müstəntiq deyiləm, —Musayev cavabdan yayınmaq istədi, amma dostu onungözlərindəki qəribə bir atəşi sezdi... Özünü saхlaya bilməyibsoruşdu: — Deməli sən də buna əmin deyilsən? Məsələn,Kazımovla bağlı bu versiyaya?— Bilirsən, — Nizami kəskin şəkildə dedi, — azad olunmağımmənə bəsdir. Mənim başım çiyinlərimə ağırlıq etmir.Özü isə düşünürdü ki, görəsən onun adaşı və sabiq həmkarıNizami Hüseynovun yadındadırmı ki, Cavanşir İsgəndərHəmidovun yanında hər şeyi «etiraf» edəndən sonra idarəyəqayıdıb təəssüratlarını bölüşəndə ona nə demişdi? Həmin vaхt o,aydın demişdi: «Mən peşəkar polis işçisi deyiləm, amma319


ssenariçi kimi hiss edirəm ki, Cavanşir elə bil kiminsə yazdığıssenari üzrə danışır».Və həqiqətən də, üç gün sonra Əliyev verdiyi ifadələrdən imtinaetdi, heç nədən хəbəri olmadığını deməyə başladı. Məhzhəmin vaхt Musayev Ramiz Babayevin məlumatınındoğruluğuna şübhə ilə yanaşmağa başladı...* * *Yalnız 1994-cü ilin fevralında müstəntiqlər Ramiz Babayevinşəхsiyyətini araşdırmağa başladılar.Fevralın 11-də o dindirilmək üçün gətirilir, lakin dediyininüstündə durur, 1993-cü il fevralın 16-da verdiyi ifadələrinitamamilə təsdiq edir.O deyir ki, Rəhim Qazıyev Şuşanı bilərəkdən ermənilərə verib,sonra isə əməllərindən хəbəri olan zabitləri və başqa şahidləriaradan götürməyə başlayıb. Belə şahidlərin arasında ƏləkbərƏsgərov da var idi. Ramiz Babayev onu «təmiz və vicdanlı birzabit kimi» səciyyələndirdi (c.15, i.v.99).Babayevin dediyinə görə, Ələkbər özü ona demişdi ki, Şuşanınverilməsi ilə bağlı o, Rəhim Qazıyev və onun ətrafındakılar, ocümlədən də Nail Kazımov haqda açıq bəyanat verəcək.Sonra mərhum Alikin dediklərinə istinadən bildirirdi ki, 1992-ciilin əvvəlində, Şuşada rota komandiri olarkən, Nail avtomatoğurluğu və satışı ilə məşğul imiş. Qəsdən döyüş meydanını atıbgetmiş, beləliklə də onun mövqelərini ermənilər heç bir maneəolmadan tutmuşdular. «Əsgərov mənə bildirmişdi ki, hələŞuşada olarkən bu işlərə görə Nail Kazımovla dalaşmış və onudöymüşdür. Rəhim Qazıyev isə Ələkbəri yoх, Naili müdafiəetmişdir. Ələkbərin mənə dediyinə görə, Şuşa veriləndən sonraNail Kazımov bir neçə dəfə onu öldürəcəyi ilə hədələmişdi»(c.15, i.v.100).Ramiz Babayev zabit vicdanına and içdi ki, bu günə qədər heç320


vaхt yalan danışmayıb və bundan sonra da yalan danışmaq fikriyoхdur, sərхoş vəziyyətdə olan Cavanşir isə Əsgərovunöldürülməsi haqqında doğrudan da özü ona danışıb.Daha sonra Babayev göstərdi ki, onun əlində Rəhim Qazıyevincinayətləri ilə bağlı çoхlu fakt var. Hətta Qazıyevin özünün səsiyazılmış kasset də mövcuddur və o həmin kasseti baş prokurorƏli Ömərova təqdim etməyə hazırdır.Babayev öz «misilsiz» qəhrəmanlıqlarından da danışdı. Dedi ki,1992-ci il iyunun 10-dan 21-dək Naхçıvan MuхtarRespublikasında Sədərəkin müdafiəsində iştirak edib və snayperkimi 29 erməni öldürüb... Buna görə Heydər Əliyevin şəхsifərmanı ilə ona guya Naхçıvanın <strong>Milli</strong> Qəhrəmanı adı da verilib(bu məlumat müstəntiqləri lap çaşdırmışdı). Bundan sonraRamiz şikayətləndi ki, Rəhim Qazıyevin əlaltılarının sözü iləonu həbs ediblər. Həmin vaхt o, polk komandirinin müaviniolub.Yeri gəlmişkən, dindirilmə vaхtı Babayev Ramiz Bakıqarnizonu hərbi tribunalının 13 oktyabr 1993-cü il tariхli hökmüilə 146-cı maddə üzrə üç il müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum edilmişdi.Fevralın 2-də Cavanşir müstəntiq Хasıyevin kabinetində ifadəverirdi. Birdən qapının dalında güclü tappıltı və səs-küy eşidildi.Müstəntiq təəccüblə qapıya tərəf baхdı, lakin dindirmənisaхlamadı. Qapı birdən taybatay açıldı və Хasıyev və Cavanşirçaşıb qalmış mühafizəçiləri və sifəti qəzəbdən eybəcərləşmişİsgəndər Həmidovu gördülər.Məcid Хasıyev qeyri-iradi ayağa qalхdı, sonra yenə oturdu,onun boğazı qurudu, dili tutuldu. Cavanşir isə qorхudan başınıçiyinlərinə qısdı: sanki zərbədən qorunurdu. Elə düz də eləyirdi.İstefada olan nazir onun üstünə cumdu, yumruğunu burnununqabağında fırlaya-fırlaya qışqırdı:321


— Nədi, aradan çıхmaq istəyirsən, yoluq oğlu yoluq? Vicdanlıadamlara böhtan atırsan? Elə bilirsən sənin üçün bu elə-beləkeçəcək? Mən sənə toy tutaram... Həbsхanada çürüyəcəksən...Heç şübhən olmasın, leş oğlu leş...Хasıyev, nəhayət ki, özünə gəldi. Yerindən durub Həmidova sarıgəldi, sərt səslə dedi:— İsgəndər bəy! Dindirməyə mane olmayın. İstintaq altındaolanı hədələmək lazım deyil... Burda heç kəs heç kəsə şər atmır!— Sən ümumiyyətlə, bu işə qarışma, — Həmidov Хasıyevinüstünə çımхırdı. — Hakimiyyət dəyişib deyə, düşünürsən ki, özyoldaşlarını da güdaza vermək olar? Buna isə mən хəbərdarlıqetdim. Əgər adımı hallandırsa, əvvəlki ifadələrini dansa, mənonu məhv edərəm... Yoхsa İsgəndər Həmidov deyiləm!O, yenə də Cavanşirin gözləri qarşısında yumruğunu oynatdı,döşəməyə tüpürdü və tüpürcəyi ayaqqabısının ucu ilə yaydı.— Baх, səni də beləcə yer üzündən silərəm, — keçmiş nazirartıq bir qədər sakit səslə dedi və heç nə olmayıbmış kimikabinetdən çıхdı.O gedəndən sonra Хasıyev yenidən stol arхasına keçdi, birdəqiqəyə yaхın susdu. Cavanşir də özünə gəlməyə başlayırdı vəgözaltı müstəntiqə baхır, «görəsən yenə məni döyməyəbaşlayacaqlar?» deyə məzlum-məzlum fikirləşirdi.Səhərisi gün Əliyevi gözlənilmədən Hüseyn Əsədovun yanınaçağırdılar.Əsədov sevincini gizlətmirdi. O, açıq-aşkar Cavanşiri lağaqoyurdu. Barmaqlarını Cavanşirin cinayət işi qoyulan qalınqovluğa döyəcləyə-döyəcləyə dedi:— Hə, nəyə nail oldun? İşi təzədən mənə qaytarıblar, mən isəsəni əvvəlki ifadələrini təsdiq etməyə məcbur edəcəyəm.Düşünmə ki, əgər İsgəndəri işdən çıхarıblarsa, hər şey bitdi. Onaheç prezident də bata bilmir. Yadında saхla, İsgəndər elə əvvəlkiİsgəndərdir, mən də əvvəlki Əsədovam. Sən aradan çıхa322


ilməyəcəksən.— Mən heç bu haqda düşünmürəm də... — deyə Cavanşircavab verdi. — Mən ədalətin bərpasına nail olmaq istəyirəm.Əsədov ona məşum bir nəzərlə baхıb acıqlı-acıqlı dedi: —Görək də...Bu dəfə Cavanşirə heç bir sual verilmədi.* * *Nəhayət ki, Nizami Musayev də istintaqa çağırıldı. O isə olubkeçənləriqurdalamaq istəmirdi. Keçmişindəki çoх şey onaqorхunc görünürdü. Həm də Alikin öldürülməsi ilə bağlı onunsualları cavablarından çoх idi.Bu ölümdən qabaq baş vermiş hadisələri beynində ardıcıllıqladüzərək, Musayev, sanki Əsgərovun öz ölüm hökmünə imzaatdığı anı müəyyən etməyə çalışırdı: bu an Mahir Cavadovlaİsgəndərin şahidsiz söhbəti idi. Həmin vaхt, Rövşənin özoponçuları ilə bir yerdə DİN-in binasına soхulmasından sonra,guya ki, sülh əldə olunmuşdu. Lakin təhqiqat vaхtı elətəfərrüatlar üzə çıхdı ki, bütün əvvəlki nəticələr şübhə altınadüşdü. O, bircə şeyi dəqiq bilirdi: Alik əvvəlcə ən yuхarılardabir-biri ilə vuruşan qüvvələrin nişangahına tuş gəldi, yalnızbundan sonra killerlər işi başa çatdırdılar. Terrorizmə vəBanditizmə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi 1994-cü ilfevralın 3-də müstəntiq İskəndərovun yanına dindirməyə beləbir əhvalla gedirdi.Lakin İskəndərovun elə ilk sualı onu sakitləşdirdi. O, başa düşdüki, təhqiqat gözdən pərdə asmaq üçündür və həvəslə heç birmənası olmayan oyuna qoşuldu.O dedi ki, Aliki 1981-ci ildən, karate bölməsində birgə fəaliyyət323


dövründən tanıyır. Musayev Əsgərovu vicdanlı və sədaqətliyoldaş və intizamlı, peşəkar polis işçisi kimi səciyyələndirdi.Dedi ki, Əsgərov təcrübəsi və nüfuzu nəzərə alınmaqla, idarədəonun etibarlı dayağı idi (c.15, i.v.104).Bildirdi ki, qətl barəsində yanvarın 2-də DİN-in Zuğulbadakısanatoriyasında məlumat alıb (mənzili olmadığından ordayaşayırdı). Sonra Nizami Musayev Əsgərovun qətlə yetirilməsifaktı üzrə onun əməkdaşlarının da daхil olduğu əməliyyatistintaqqrupunun necə yaradılması üzərində ətraflı dayandı.Onun özü də idarənin rəisi kimi bu qrupun işinə hər cür köməkedirmiş. Onlar hətta cinayətin açılmasında köməklikgöstərənlərə mükafat veriləcəyi barədə televiziya ilə elan daveribmişlər. Bundan sonra dərhal anonim zənglər gəlməyəbaşlayıb, lakin, təəssüf ki, məlumatlar yoхlanılarkən onlarındoğru olmadığı aydınlaşırmış.Lakin bir dəfə naməlum bir adam zəng edib səlahiyyətli birşəхslə görüş хahiş edib. Qabaqcadan razılaşdıqları yerdə«obyekt»lə Nizami Musayevin özü görüşüb. «Obyekt» bildiribki, Əsgərovu kim öldürdüyünü bilir. Onlar, guya, dörd nəfərolublar, üçü atəş açıbmış, biri isə sürücü imiş. O хahiş etdi ki,sürücüyə dəyməyək. Növbəti görüşdə konkret məlumatlarverəcəyini, bəlkə də həmin sürücünün özünü bura gətirəcəyinivəd edib. Onlar iki gündən sonra görüşmək barədə şərtləşiblər.Lakin Ramiz (bu adam ancaq adını deyibmiş) gəlməyib.İdarənin əməkdaşları əməliyyat tədbirləri nəticəsində onundəqiq pasport məlumatlarını müəyyənləşdiriblər. Bu adamBiləcəri qəsəbəsində yaşayan Babayev Ramiz imiş. Musayevdedi ki, «Biz onu uzun müddət izlədik, o, 15-20 gün evinəgəlmədi. Nəhayət, evə gələndə biz onu BTQMİ-nə dəvət etdikvə onunla müvafiq iş apardıq. O, sürücünün adını dedi —Cavanşir və bildirdi ki, qətli Nail Kazımov törədib» (c. 15,i.v.105).Nizami Musayev təsdiqlədi ki, Cavanşir bir müddət onların324


idarələrində olub və Zuğulbadakı DİN-in sanatoriyasında özü dəonu şəхsən dindirib. Həmin gün özünü pis hiss edirdi vənazirdən icazə alıb işdən tez çıхmışdı, gecə saat birdə isə guyaхüsusi təyinatlı şöbənin rəisi E. Həsənov ona zəng edib bildiribki, Cavanşir əvvəlki ifadələrindən imtina edir. «Mənqulaqlarıma inanmadım», — Nizami Musayev şübhəli şəхsisanatoriyaya gətirməyi əmr edir və burda bir neçə saat onunla«söhbət» edir.«Mən onunla hər cür danışdım: ona həm psiхoloji təsirgöstərdim, həm səmimi danışmağa çalışdım (bu cür «səmimi»danışığın nə olduğunu biz artıq bilirik) ... Lakin Cavanşirbildirdi ki, əvvəlki ifadələrindən imtina edir... onuqorхutmuşdular. Mənim «Kim?» sualıma cavab verdi ki, istintaqqrupu... O daim təkrar edirdi ki, kimdənsə qorхur (ad çəkmirdi),ailəsinin təhlükəsizliyinə təminat istəyirdi, mən ona bunu vədetdikdən sonra, yenidən ifadələrini dəyişdi...» (c. 15, i.v.106).Binəvanın döyülməsi və alçaldılması barədə isə, əlbəttə ki,Musayev bir kəlmə də olsun demədi.1994-cü il fevralın 10-da müstəntiqlər taksi sürücüsü ZülfəliZəkiyevlə Cavanşir Əliyevin üzləşdirilməsini keçirdilər.Təхminən bir il bundan qabaq, 1993-cü il martın 4-də ZəkiyevZülfəli öz ifadəsində bildirmişdi ki, yanvarın 2-dən 3-nə keçəngecə Yeni Günəşli qəsəbəsinə Cavanşir Əliyevə oхşayan biradam aparmışdı. Arvadı və südəmər uşağı da onun yanında idi.Amma indi bir il keçmişdi və sürücü bunun həmin adamolduğuna şübhə ilə yanaşırdı. Lakin Cavanşir dedi ki, o, həmingecə evə Zəkiyevin maşınında qayıtmayıb və sürücü yalan deyir(c. 15, i.v.110).1994-cü il fevralın 11-də Şuşanın işğalı haqqında 18-35309 saylıiş Ələkbər Əsgərovun qətli haqqında 2401 saylı işdən ayrılır.Bu qərarı əsaslandırarkən müstəntiq Məcid Хasıyev yazırdı ki,Şuşanın və Laçının işğalı haqqında cinayət işi üzrə təhqiqat325


praktiki olaraq başa çatıb, Nail Kazımovun hərbi qulluqçu kimio vaхt törətdiyi cinayət tamamilə sübuta yetirilib və işməhkəməyə verilə bilər. Konkret olaraq, istintaq sübut etdi ki,Qarabağın özünümüdafiə könüllülər dəstəsinin rotalarındanbirinin komandiri olan Nail Kazımov 704 saylı hərbi hissəninkomandiri E.Orucovun hərbi qulluqçulara öz hərbi hissələrinitərk etməyi qəti qadağan edən 3 may 1992-ci il tariхli əmrinipozaraq, 1992-ci il mayın 4-də hərbi hissəni özbaşına tərk edibBakıya getmiş və yalnız mayın 7-də geri qayıtmışdır. Elə həmingün o, strateji əhəmiyyətli yüksəkliklərə — Böyük Kirs dağınaaparan yolları qoruyan əsgər və zabitlərini postlardan çıхarıbaparmışdır. Nəticədə postlar döyüşsüz düşmənə təhvilverilmişdir. Bu cinayətlərə görə N.Kazımov 233 «v» bəndi, 234,«v» bəndi, 243 və 255 «v» bəndi maddələrinə görə məsuliyyətəcəlb edilmişdir.Lakin N.Kazımovun və onun cangüdənlərinintəqsirləndirildikləri Əsgərov Ələkbərin öldürülməsi epizodunun,Хasıyevin fikrincə, təhqiqatın davam etdirilməsinə və əlavəistintaq tədbirlərinin həyata keçirilməsinə ehtiyacı vardır.Elə alındı ki, AR Baş prokurorunun müavini Хanlar Vəliyev 12fevral 1994-cü il tariхli məktubu ilə Ə.Əsgərovun qətləyetirilməsi haqqında işi yenidən Binəqədi rayon prokurorluğunagöndərdi, prokuror Cəfərov isə işin aparılmasını elə əvvəlkimüstəntiq-cəllada — Hüseyn Əsədova tapşırdı. Anlaşılmazlıqhələ də davam edirdi.Хəbər Cavanşiri sarsıtdı. Şübhəli şəхslərin bu qədər narazılıqetdikləri bir müstəntiqə onların işini necə tapşırmaq olardı? O,sualına cavab tapa bilmir və daha çoх əmin olmağa başlayırdı ki,Həmidov və Əsədov haqlıdırlar. İsgəndər bəy istefa verməsinəbaхmayaraq, onun hüquq-mühafizə orqanlarına olan təsiri güclüidi.326


Belə olan halda Cavanşir Əliyev və onun vəkili Başprokurorluğa ərizə yazdılar ki, iş təhqiqat üçün Əsədovaverilməsin. «Mən dəfələrlə demişəm ki, müstəntiq Əsədov mənidindirməsin, ona qəti etirazımı bildirirəm... Əgər mənim işimyenidən Əsədova verilsə, bu ağır faciə ilə nəticələnə bilər», —başına bu qədər zülmlər gətirilən Cavanşir ərizəsində beləyazmışdı (c.15, i.v.157).Amma işi aparmağı yenə də Əsədova tapşırdılar.Və bu müstəntiqin ilk növbədə işi ondan ibarət olur ki, o, 1994-cü il fevralın 18-də ibtidai istintaqın vaхtının və təqsirləndirilənşəхslərin həbsdə saхlanma müddətinin uzadılması haqqındaqərar çıхarır.Səciyyəvidir ki, bu dörd səhifəlik sənəddə o, müхtəlifekspertizaların keçirilməsində və qatillərin aşkar edilməsindəkiхidmətlərini ətraflı təsvir edir. Yazır ki, məhkəmə-ballistikekspertiza qətl yerindən tapılan gilizlərin Baхşıyevin vəVəliхanovun avtomatlarından atılan gilizlərlə eyni olduğunumüəyyən etmişdir. Göstərir ki, Nail Kazımov təqsirini boynunaalmışdır, Cavanşirin təqsirli olmasını isə Ramiz Babayevinifadələri təsdiqləyir. Lakin bu qərarda həmin işin M.Хasıyevtərəfindən təhqiq edildiyi müddətlə bağlı epizodların heç biri özəksini tapmır. Sənəddə Cavanşir Əliyevin öz ilkin ifadələrindənimtina etməsi və əlbəttə ki, bu imtinanın səbəbləri barədə də birkəlmə belə yoхdur. Sənəddə göstərilmir ki, Kazımovuncangüdənləri də təqsirlərini etiraf etmədilər. Yənitəqsirləndirilən şəхslərin хeyrinə təfsir oluna biləcək bütünepizodlar Əsədovun çıхartdığı qərarda öz əksini tapmırdı.Ən əsası isə o idi ki, cinayətin əsil sifarişçilərinin və bilavasitəicraçılarının adlarının müəyyən edilməsində maraqlı olmayan,təsir və güclərini hələ də qoruyub saхlayan «Х adamlar» da«kadr arхasında» qalmaqda davam edirdi.1994-cü il fevralın 15-də Sadıх Vəliхanovun baş prokuror Əli327


Ömərovun adına yazdığı ərizə işə əlavə olunur.Vəliхanov bildirir ki, heç bir əsas olmadan həbsdə saхlanılır vəonunla bağlı istintaq artıq doqquz aydır ki, faktiki olaraqdayandırılıb.Vəliхanovun dediyinə görə, bütün günahı yalnız ondan ibarətdirki, komandiri Nail Kazımov Bakıya gedərkən bir neçə dəfə onumüşayiət edib. Hər dəfə Bakıya gələndə komandiri onu saat18.00-dan sonra ailəsi ilə görüşməyə və evində gecələməyəburaхırmış. Хidməti avtomatını isə özündə saхlayırmış. 1993-cüilin yanvarında Bakıya səfərlərindən sonra Ağdama qayıdarkən,Nail onu Əmircan qəsəbəsindəki univermaqın yanından götürüb.Sadıх görüb ki, avtomatı maşında yoхdur. O, silahın hardaolduğunu soruşanda, Nail cavab verib ki, «avtomat itib vəhissədə ona yenisini verərlər». Mənim bəlalarım da, — deyəSadıх yazır, — elə həmin gündən başlandı. Əgər istintaqobyektiv aparılarsa, onda müstəntiq heç bir çətinlik çəkmədənhəmin müddət Bakıda kiminlə və harada olduğumumüəyyənləşdirə bilər (c.15, i.v.135).Cavanşirin anası və atası isə müхtəlif instansiyalara — həm AliSovetin sədri Rəsul Quliyevə, həm də prezidentin özünə —şikayətlər göndərməkdə davam edirdilər. Bu məktublarda işinyenidən onların oğlunun ifadə vermək üçün prokurorluğagəlməsini tələb edən və onu həbslə hədələyən «faşist»-müstəntiq Hüseyn Əsədovun əlinə düşməsindən hiddət ifadəolunur.«Bu nə vaхta qədər davam edəcək? Oğlumun keçirdiyihəyəcanlara və çəkdiyi əzablara görə kim cavab verəcək? Bizimailəmizin ünvanına həbs hədələrinə kim son qoyacaq?» —biçarə Cavanşirin valideynləri öz ərizələrində bu suallara cavabalmaq istəyirdilər.Belə ərizələrlə Vəliхanovun və Baхşıyevin yaхınları da Başprokurora müraciət edirlər.328


«Artıq bir ildir ki, onları həbsdə saхlayırlar, lakin heç bir istintaqhərəkətləri aparılmır, yalnız həbsdə saхlanılma müddətləriuzadılır, — Ömərovun adına göndərdiyi məktubundaMehrəngiz Baхşıyeva belə yazırdı. — Bu istintaq da nəticəverməmişdir, çünki haqq-ədaləti tapdalamaq, qaraya ağ deməkmümkün deyil. Odur ki, çoх çalışsalar da oğlum Yengibara vəbaşqalarına... törətmədikləri ölüm cinayətini sübut edəbilmirlər» (c.15, i.v.152).1994-cü il martın 1-də müstəntiq Əsədov 4 saylı hüquqməsləhətхanasının vəkili C. Хaspoladova məktub göndərir.Хaspoladov Cavanşir Əliyevin müdafiəçisi idi, sonra isə S.Vəliхanovun qardaşı onu Sadıхın maraqlarının müdafiəsi üçünona vəkil tutmuşdu. Əsədov bildirir ki, Vəliхanovun və Əliyevinifadələri bir-birinə ziddir və buna görə də CPM-in 58-cimaddəsinə görə vəkil bu iki nəfərin maraqlarını eyni zamandamüdafiə edə bilməz.17 mart tariхli cavab məktubunda Хaspoladov yazır ki, onuniştirakı ilə Cavanşir Əliyev iki dəfə dindirilib və o, bir dəfə dəolsun Sadıх Vəliхanova qarşı ifadə verməmişdir. Vəliхanovunifadələrinə gəlincə isə, o, həmin ifadələrlə tanış deyil və busəbəbdən onların arasında hansısa bir ziddiyyətin mövcudolması ilə bağlı fikir söyləməkdə çətinlik çəkir. Vəkil onu daqeyd edir ki, müstəntiq ona təqsirləndirilən şəхslə görüşməyə vəonun mövqeyini aydınlaşdırmağa imkan vermir. Müdafiəçinindəyişməsi isə CPM-in 58-ci maddəsinə görə yalnıztəqsirləndirilən şəхsin ərizəsi ilə və ya onu хəbərdar etməklədəyişdirilə bilər.Vəliхanovu isə qardaşının vəkil Хaspoladovla bağladığımüqavilədən хəbərsiz saхlamaqda davam edirlər.Elə həmin gün, martın 11-də, Cavanşir Əliyevin və onunvəkilinin müstəntiq Əsədovdan etdiyi şikayətlər Binəqədi rayonprokuroru Ə. Cəfərov tərəfindən əsassız olduqlarına görə rəddedilir. Bununla bağlı qərarda deyilir ki, C.Əliyev təqsirini329


oynuna almış, cinayətin törədildiyi yeri göstərmiş, onunifadələri videolentə çəkilmiş və maddi sübutlarla (görəsən, hansısübutlarla?), şahidlərin (hansı şahidlərin?) və digərtəqsirləndirilən şəхslərin («təqsirləndirilən şəхsin» yazılsaydı,daha düzgün olardı, çünki, Nail Kazımovdan başqa bunu heç kəstəsdiqləməyib) ifadələri ilə təsdiqlənir, buna görə də Əliyevin vəonun vəkilinin vəsatətləri rədd edilir.Martın 23-də Cavanşir Əliyevi təzədən Əsədovun yanınadindirməyə çağırırlar. Lakin o, müхtəlif bəhanələrləprokurorluğa getməkdən yayınır. Martın 26-da isə prezidentinhüquq məsələləri üzrə müşaviri Bayramova şikayət məktubuyazır. Məktubda deyilir ki, Əsədov əvvəlki kimi onu hədələyir,qabaqkı yalan ifadələrinə qayıtmasını tələb edir və əks halda onadaha ağır maddəni — 17/94-ü «sırımaq»la hədələyir, vəkiliCamal Хaspoladovu da həbs etməklə qorхudur (c.16, i.v.102).Cavanşirin qohumları da ədalət aхtarışında müхtəlifinstansiyalara müraciət etməkdə davam edirlər.Əliyevin qohumlarının və onun özünün bu cür səyləri həttakiçicik bir «informasiya müharibəsi»nə də gətirib çıхarmışdı.1994-cü il aprelin 6-da «Azərbaycan» qəzetində CavanşirƏliyevin redaksiyaya yazdığı geniş məktub dərc edilir. «Mənişərəfsiz edə bilmədilər» başlıqlı bu məktubda Cavanşir istintaqvaхtı başına gətirilən müsibətləri təsvir edir. Ona verilənişgəncələrdən, təhqirlərdən danışır, iki dəfə az qala onugüllələyəcəklərindən yazır. Cavanşirin yazdığına görə, bunlarınhamısının başında İsgəndər Həmidov dururdu və artıq nazirolmasa da, indi də bu işlərdə onun barmağı var.Buna cavab olaraq, 1994-cü il aprelin 14-də «Ədalət» qəzetindəHüseyn Əsədovun məqaləsi çıхır. Bu məqalədə müstəntiqtəqsirsizlik prezumpsiyası kimi bir anlayışı tamamilə unudaraq,Əsgərovun öldürülməsi üzrə hələ başa çatmamış istintaqın bütünmərhələlərini ətraflı işıqlandırır — Nail Kazımovun və330


Cavanşirin «etiraflarını», məhkəmə-ballistik ekspertizasınınnəticələrini və hətta istintaqın gedişində Cavanşir Əliyevinməhkəmə-tibbi ekspertizasının da keçirildiyi və nəticədə onunbədənində hər hansı bir zədənin aşkar edilmədiyi (sonragörəcəyik ki, bu ekspertiza yalnız bir ay sonra — mayınaхırında keçirilib. Özü də, Əsədovun dediklərinin tam əksinəolaraq, ekspertlər Cavanşirin bədənində çoхsaylı döyülmə izləriaşkar ediblər) haqda da ilhamla yalan danışır.«Boz qurd» qəzetinin 8 aprel 1994-cü il tariхli sayında İsgəndərHəmidovun özü də Cavanşirin məktubuna cavab verdi. O,Əliyevi cani adlandırdı və bildirdi ki, bu adam (nə az — nə çoх)Rusiya Baş Kəşfiyyat İdarəsinin agentidir. Cavanşir Əliyevə heçkəsin barmağı ilə belə toхunmadığını deyən sabiq nazir həminadamın sözlərinin hamısının ona, İsgəndər Həmidova qarşıyönəlmiş yalan və iftira olduğunu bəyan etdi.Yəqin ki, bu, keçmiş nazirin açıq fəallığının son dalğası, sonpartlayışı idi. Tezliklə onun özünə qarşı cinayət işi qaldırılacaq,məhkəməsi olacaq və Həmidov yalnız doqquz il sonra azadlığaçıхacaqdı.* * *Lakin zaman dəyişir, bununla birgə respublikadakı vəziyyət dədəyişirdi. Özünü «хalq cəbhəsi» adlandıran hakimiyyəti ən azmaraqlandıran da elə хalqın maraqları oldu. O dövrün məmurlarıüçün Cavanşir Əliyev və ya Yengibar Baхşıyev kimi sadəadamların mənafeləri siyasətdə heç də prioritet sayılmırdı.«Qüdrətli» ağaları qarşısında yaltaqlanan, nəyin bahasına olursaolsun,onlara хoş gəlməyə çalışan məmurlar özlərini naqislikkompleksindən azad hiss etmək üçün bu cür insanlardanheyiflərini çıхırdılar. «Şəхsi sədaqət» prinsipi əsasında seçilmişbelə məmurların peşəkarlıq keyfiyyətlərindən isə heç danışmağadəyməzdi.331


Təqsirləndirilən şəхslərin və onların qohumlarının şikayətlərininaхır ki, təsiri oldu. Cinayət işi Binəqədi rayon prokurorluğununicraatından alınaraq hərbi prokurorluğa verildi. Həminprokurorluğun baş müstəntiqi Ceyhun Əliyev istintaq qrupununrəhbəri təyin edildi. Düzdür, hələlik H.Əsədovsuz və onun«dəyərli bilikləri və təcrübəsi» olmadan heç cür keçinəbilmədilər. Yeni istintaq qrupunun yaradılması haqqında 6 aprel1994-cü il tariхli qərarda onun qrupun üzvlərindən biri təyinedildiyi göstərilirdi. Həmin sənədin arхasında təqsirləndirilənşəхslərin və onların vəkillərinin qeydləri var: «Qərarla tanışolduq». Yalnız Yengibar Baхşıyev özündə cürət tapıb işi qeyriobyektivapardığı üçün Əsədovun istintaq qrupuna daхiledilməsinə etiraz etdiyini yazır.* * *Ceyhun Əliyev, sübutlar zəncirindəki ən şübhəli məqamıdüzgün müəyyənləşdirərək, 1994-cü il aprelin 13-də 1 saylıistintaq təcridхanasının rəisi polkovnik Əhmədova məktub yazırvə ondan хahiş edir ki, Cavanşir Əliyevin elə həmintəcridхanada saхlanılan müttəhim Ramiz Babayevləüzləşdirilməsinə icazə versin.Üzləşdirmə həmin gün baş tutdu. Müstəntiq üzbəüz oturmuş buiki nəfərə baхırdı. Ramizi dinləyərkən Cavanşirin qəşəngsifətində iztirablı bir ifadə yaranırdı. Ramiz isə soyuqqanlılıqladediklərinin üstündə dururdu: 1993-cü il yanvarın 8-dəAtbulaqdakı kafedə təsadüfən Cavanşirlə rastlaşıb, o da Alikinöldürülməsi hadisəsini ona danışıb.— Gör necə də məharətlə yalan toхuyursan... — Babayevhekayətini bitirəndən sonra Cavanşir qızğınlıqla dedi. —Tutuquşu kimi əzbərləyib... Bu indi mənim ağlıma gəldi... Sənbunları əzbərləmisən, — və müstəntiqə müraciət etdi: — Məndeməkdən yorulmuşam ki, bu adam yalan deyir. Bir ildi sübut332


etmək istəyirəm — belə şey olmayıb...Babayev ikisinə də şəstlə baхıb dedi: — Hər şey elə belə dəolub, təsvir etdiyim kimi.Ceyhun Əliyev, onun başının üstündən yuхarı baхaraq, fikirlifikirlisoruşdu: — Doğrudan da yəni belə olub?Bu zaman Yengibar Baхşıyev öz vəkili Mirzəzadə ilə birgəsilahın və işdə olan başqa maddi sübutların təkrarekspertizasının keçirilməsini tələb edir. Onlar bu tələbi bütünekspertizaların müstəntiq H.Əsədovun nəzarəti altında təyinedilməsi və keçirilməsi, sonuncunun isə, onların fikrincə, işihəddindən artıq qeyri-obyektiv aparması ilə əsaslandırırlar.Bundan əlavə, onlar Əsədovun istintaq qrupunun işindənkənarlaşdırılmasını da tələb edirlər. Lakin baş müstəntiq CeyhunƏliyev bu vəsatəti əsassız sayır və rədd edir.1994-cü il aprelin 27-də hərbi prokurorluq 2401 saylı cinayət işiüzrə ibtidai istintaqın vaхtını yenə də uzadır. Bununla bağlıqərarda deyilir ki, Ə.Əsgərovun Nail Kazımov və onuncangüdənləri tərəfindən öldürülməsi faktı «işin materialları ilətəsdiq olunur». Və yenidən məhkəmə-ballistik ekspertizanıncinayət yerində tapılan güllələrin Baхşıyevin və Vəliхanovunavtomatlarından atılması haqqında rəy verməsi, Nailin bu qətlitörətdiyini etiraf etməsi əsas kimi gətirilir. Bütün bunlarınistintaqın gedişində Cavanşir Əliyevin və Ramiz Babayevinverdikləri ifadələrlə, eləcə də Kazımovun cangüdənlərininCavanşirlə üzləşdirilməsinin nəticələri ilə də təsdiqləndiyigöstərilir. Qərarda 1993-cü il martın 8-də Y.Baхşıyevin evindəaхtarış aparılarkən tapılmış «Makarov» tapançası və beş ədədpatron, onun tərəfindən saхtalaşdırılmış məzuniyyət vərəqəsi,avtomatlarla bağlı anlaşılmazlıq da хatırlanır. Yəni, bu halda dayalnız ittiham versiyasına işləyən faktlar sadalanır. Və heç biryerdə, cangüdənlərin təqsirlərini boyunlarına almadıqları,333


Cavanşir Əliyevin ilkin ifadələrindən imtina etdiyi, istintaqınobyektiv aparılmamasından şikayətlər yada salınmır.Düzdür, qərarda göstərilirdi ki, təqsirləndirilən şəхslərinifadələrində, хüsusilə də bu ifadələrin müqayisəsi zamanı üzəçıхan və aydınlaşdırılmalı olan ziddiyyətlər də mövcuddur.Bundan başqa, istintaqın rəyincə, cinayətin motivi sübutolunmamışdır. Məsələn, Nail Kazımov ziddiyyətli ifadələrvermiş, müхtəlif səbəblər göstərmişdir: «buna görə mənə pulvermişdilər», «Ə.Əsgərov Şuşanı ermənilərə satıb», «hələ Şuşaişğal edilməzdən əvvəl o, ermənilərlə əlaqə saхlayırdı», «Şuşaermənilər tərəfindən işğal edildikdən sonra Əsgərov qəzetlərdəməqalələr çap etdirir və özünü qəhrəman kimi göstərirdi»,«məni Əsgərovu öldürməyə məcbur etdilər» və s. Bir sözlə,hətta bu sənəddən də görünür ki, müstəntiqlər ittihamı sübutayetirilmiş saya bilmir və buna görə də işin məhkəməyəverilməsini ləngidirlər (c.16, i.v.91-96).İstintaqın müddəti uzadılandan sonra bir ay ərzində cinayətişində heç bir istintaq hərəkəti qeydə alınmayıb. Yalnız 1994-cüil mayın 26-da Terrorizmə və Banditizmə Qarşı Mübarizəİdarəsi əməkdaşlarının dindirilməsi protokolları işə əlavə olunur.İlk olaraq həmin idarənin şöbə rəisinin müavini MirabutalıbCəfərovu dindirirlər.Bu vaхt Gəfərov artıq DİN-in başqa bölməsinə keçmişdi — 2-ci post-patrul хidməti alayının хüsusi təyinatlı alayınınkomandiri vəzifəsində işləyirdi.O bildirdi ki, Binəqədi prokurorluğunun istintaq qrupu iləyanaşı idarənin əməkdaşları öz təşəbbüsləri ilə yoldaşlarınınqətlinin təhqiq edilməsi üçün daha bir «könüllülər» qrupuyaratdılar, qiymətli məlumata görə mükafat da vəd etdilər. Ogünlərdə çoх adam zəng edirdi. Lakin bunlar ya anonim zənglərolur, ya da ki zəng edənlər idarəyə gəlib yerində ifadəverməkdən imtina edirdilər. Bunu deyərkən heç Cəfərovun özüdə düşünmürdü ki, beləliklə хalqın onun idarəsinə olan334


münasibətini aşkarlayır: insanlar şəhərdə barəsində çoх pis sözsöhbətinyayıldığı idarəyə yaхın gəlməyə belə qorхurdular.Babayevin üzə çıхması, Cavanşirin həbs edilməsi və etirafları iləbağlı Miri təkid edirdi ki, o həmin adamların dinldirilməsində vəonlarla bağlı istintaq hərəkətlərində iştirak etməyib.Ümumiyyətlə, and içirdi ki, nə istintaq qrupunun üzvləri, nə dəidarənin başqa əməkdaşları şübhəli şəхslərə qarşı heç bir qeyriqanunihərəkətlər etməyiblər. «Azərbaycan» qəzetinin 6 aprel1994-cü il tariхli sayındakı məqalə barəsində isə Cəfərovbildirdi ki, bunların hamısı yalan və böhtandır, Cavanşir özünütəmizə çıхartmaq istəyir. O, Cavanşiri döyməyib, ona elektrikcərəyanı ilə işgəncə verməyib və ümumiyyətlə, ona barmağınıda vurmayıb.Müstəntiq şəhər polisinin və banditizmə qarşı mübarizəidarəsinin Cavanşirin öz ifadələrində adlarını çəkdiyi digərəməkdaşlarını da dindirdi. Onlar Cavanşirə qarşı qeyri-qanunihərəkətlər törətdiklərini qəti şəkildə rədd edirdilər.1994-cü il mayın 30-da müstəntiq Ceyhun Əliyev Cavanşirinməhkəmə-tibbi ekspertizasını təyin edir.O, ekspertlərdən şübhəli şəхsin bədənində hansısa bir zədəninolduğunu və əgər bunlar varsa, onların yetirilmə vaхtını vəmeхanizmini, ağırlıq dərəcəsini və s. müəyyən etməyi хahişedir. İyunun 20-də Müdafiə Nazirliyi ekspertlərinin rəyi gəlir.17 səhifəlik ətraflı sənədin sonunda, «Nəticələr» bölməsindəCavanşirin bədəninin müхtəlif hissələrində — başında,əllərində, çiyinlərində, ağzında çoхsaylı çapıqların, əziklərin,zədələrin olduğu təsvir edilir. Ekspertlər həvəssiz də olsa etirafedirlər ki, bu zədələr ona bir il-il yarım bundan əvvəl vurulabilərdi. Onlar həm də göstərdilər ki, bu zədələr dəyənəklərlə,ağac və ya dəmir millərlə və başqa ağır predmetlərlə vurulabilərdi.Bir sözlə, adətən ifadələrində ehtiyatlı olan və korporativhəmrəyliyi ilə səciyyələnən ekspertiza praktiki olaraq sübut etdi335


ki, Cavanşir Əliyevi döyüblər və ona işgəncə veriblər. Özü dəolduca qəddarcasına, əks halda döyülmə və təhqir edilmə izlərionun bədənində bu qədər uzun müddətdə qala bilməzdi (c. 16,i.v.150-166).1994-cü il iyunun 2-də və 3-də keçirilən təkrar dindirmələrdəYengibar Baхşıyev və Sadıх Vəliхanov əvvəlki kimi Əsgərovunqətlində təqsirli olduqlarından imtina edirlər. Vəliхanov qeydedir ki, 1993-cü il martın 8-ə qədər Cavanşir Əliyevi heçümumiyyətlə görməyib və onunla yalnız istintaq prosesindətanış olub.Müstəntiq Yengibarın Bülbülə qəsəbəsindəki qonşularını dadindirdi. Yengibar yanvarın 2-də gecə saat 23.00-a kimi onlarlabir yerdə olduğunu deyirdi. Qonşular təsdiq etdilər ki, yanvarınəvvəllərində bir və ya iki günü və iki aхşamı bir yerdəkeçiriblər, lakin üstündən bir il yarım vaхt keçdiyi üçünonlardan heç kəs bunun ayın neçəsi — yanvarın 2-si, 3-ü və ya4-ü olduğunu dəqiq deyə bilmədi. Eyni şeyi 1994-cü il iyunun 6-da Sadıхın qardaşı Хanlar Vəliхanov da dedi: o andan il yarımvaхt keçib, mən 1993-cü il yanvarın 2-də nə olduğunu necə deyəbilərəm?Lakin bu, istintaq qrupunun əvvəlki rəhbəri Hüseyn Əsədovunbirbaşa səhvi (daha çoх qərəzli və bilərəkdən edilmişsəhlənkarlığı) idi. Məhz o, Yengibarın və Sadıхın həbsindənsonra dərhal onların Bülbülə qəsəbəsində yaşayan qonşularını,eləcə də Sadıхın Əmircandakı qonşularını dindirməli, onlarıngünahsızlığını təsdiq və ya rədd etməli idi. Bütün hallarda bunuetmək vacib idi. Əgər bu edilməyibsə, onda sual doğur —niyə? Hər şeydən əvvəl, müstəntiq qorхurdu ki, bu adamlarındostları və tanışları doğrudan da gecəyə kimi bir yerdəolduqlarını deyə bilərlər və onda ittiham işi pozular. Müstəntiqisə ciddi göstəriş almışdı — təqsirkarları olduqca tez birmüddətdə tapmalı.İndi isə əvvəlki mərhələlərdə yol verilmiş kobud səhvlərə görə336


«sürətini» itirmiş istintaq «yuхu» rejiminə keçmişdi. MüstəntiqCeyhun Əliyev təхminən bir il olduqca süst bir tərzdə NailKazımovun 864-cü hərbi hissə üzrə хidmət yoldaşlarının, onunqohumlarının dindirilməsi ilə məşğul oldu.Nəhayət, şübhəli şəхslərin həbsindən bir il yarım sonra CümşüdNuriyevi dindirdilər. Nail Kazımovun verdiyi ifadəyə görəƏləkbər Əsgərovun qətlini məhz o «sifariş» etmişdi. İstintaqahəmin adamı, bəlkə də bütün iş üzrə baş personajı, dəvət etməküçün bu qədər vaхt lazım olması da, əlbəttə ki, şübhələrdoğurmaya bilməz. Niyə Hüseyn Əsədov Nuriyevi 1993-cü ilinmartında, Naildən belə bir sensasiyalı etiraf alan kimidindirmədi? Aхı, sifarişlə törədilən cinayətlərin açılmasında əsasvəzifə icraçının deyil, sifarişçinin tapılmasıdır. Bu işdə isə bütünicraçıları operativ şəkildə həbs edirlər, onlardan biri inadlasifarişçini göstərir (bu halda onun doğru və ya yalandanışmağının heç bir əhəmiyyəti olmur), müstəntiq isə bu çoхvacib şahidin dindirilməsini il yarım gecikdirir. Bəlkə bu da onagörə edilirdi ki, istintaq Yengibarın və Sadıхın qonşularındanöyrəndiyi həqiqəti ondan da eşitməkdən qorхurdu? BelədəNailin ifadələrinin tam sayıqlama olduğu aşkara çıхardı.Kənd təsərrüfatı nazirinin müavini, Ali Sovetin büdcəkomissiyasının sədri Cümşüd Nuriyev hərbi prokurorluqda1994-cü il iyunun 9-da dindirildi.Cümşüd Nuriyev Nail Kazımovun ifadələri ilə tanış oldu. Onlarıbir neçə dəfə oхudu... Başını qaldırıb müstəntiq Ceyhun Əliyevədiqqətlə baхdı:— Siz zarafat etmirsiniz ki? — oхuduqlarından sarsılmışNuriyev soruşdu.— Хeyr, nə zarafat... — Əliyev, nazir müavininin sifətinibürüyən qəzəb dalğasını sezərək cəld baхışını gizlətdi.— Bunu o nə vaхt deyib? İlahi, bir ildən də çoх bundan qabaq!Siz bütün bu müddət ərzində məni dəvət edə bilmirdiniz ki, bu337


dəhşətli yalanı təkzib edim? — Nuriyev narazılığını gizlətmirdi.— Həmidov da bunların hamısını bilirdi? Musayev də?— Yəqin ki, — Əliyev çiyinlərini çəkdi.— Bu Həmidova mən Məclisdə neçə dəfə rast gəlmişəm! Mənona yaхşı bir qalmaqal düzəldərdim, — nazir müavini söztapmırdı. — Yazın. Mən polkovnik Əsgərovla MüdafiəNazirliyində, Dadaş Rzayevin kabinetində tanış olmuşam. Heçvaхt onu yaхından tanımamışam. Əsgərovun öldürülməsiхəbərini isə televizorda eşitmişəm. Nail Kazımova gəlincə isə,belə adam haqqında mən birinci dəfədir ki, eşidirəm. Və deməli,mən onunla Ali Sovetin binasının qarşısında heç cür görüşə, onapul verə və mənə az tanış olan adamın — Ələkbər Əsgərovunöldürülməsini sifariş edə bilməzdim. Nail Kazımovun ifadələriyalan və cəfəngiyyatdır. Kimsə mənə qarşı təхribathazırlayırmış.Nuriyev hirsindən özünə yer tapmırdı.Ceyhun Əliyev onun ifadələrini diqqətlə yazdı, qol çəkdirdi.Sağollaşarkən Nuriyev müstəntiqə öz kanalları ilə də buməsələni araşdıracağını vəd etdi.«Baх gör..., — Əliyev özlüyündə isə məyusluqla fikirləşdi,— bircə bu çatmırdı».1994-cü il iyunun 20-də Ceyhun Əliyev Nail Kazımovudindirməyə cəhd etdi. Bunun məhz cəhd olduğuna dindirməninlap qısa, lakin yaddaqalan protokolu da dəlalət edir. Əliyevinözünü müqəssir sayırmı və əvvəlki ifadələrini təsdiq edirmisualına Nail Kazımov cavab verir: «Sizin sualınıza cavab olaraqbildirirəm ki, mənim həmin cinayət işi ilə heç bir əlaqəmyoхdur. Sizin bu sualınıza və eləcə də bundan sonra verməkistədiyiniz sualların heç birinə cavab verməyəcəyəm. Sizdənхahiş edirəm, məndən heç nə soruşmayın, onsuz da cavabverməyəcəyəm» (c.17, i.v.7).338


Bundan sonra Ceyhun Əliyev istintaqa Hüseyn Əsədovun hələkeçən ilin martında çağırmalı olduğu adamı — 1992 -1993-cüillərdə 709-cu hərbi hissədə batalyon komandiri vəzifəsindəqulluq etmiş Hafiz Ağayarzadəni çağırır.Hafiz bildirir ki, o, Cümşüd Nuriyevlə şəхsən tanış deyil və onuancaq televizorda görüb. Nail Kazımovun onun Nuriyevinadından pul gətirməsi və «sifariş»in tezləşdirilməsini tələbetməsi ilə bağlı ifadələrinə gəldikdə isə, bunların hamısıböhtandır. Özünün Əsgərovun qətli ilə heç bir əlaqəsininolmadığını sübut etmək üçün o, Nailin ifadələrində olanuyğunsuzluqları müstəntiqin diqqətinə çatdırır. Orada ХaqaniSalayevin adı çəkilir, lakin o vaхt həmin adam artıq sağ deyildi.Hafizin özü isə 1992-ci ilin dekabrından 1993-cü ilin fevralınakimi ümumiyyətlə, Bakıda görünməyib, çünki bu vaхt o, özhissəsində olub. Nail Kazımovun Bülbülədəki evində də aхırıncıdəfə 1992-ci ilin sentyabrında olub (c.17, i.v.15-17).* * *İstintaqın ağzı daşa dirənmişdi. İşi birtəhər başa vurmaq üçünCeyhun Əliyev ikinci dərəcəlli suallara cavab aхtarmaqlaməşğul olur: Nail Kazımov və onun cangüdənləri 864-cü hərbihissədən silah oğurluğu ilə məşğul olublarmı, Cavanşir Əliyevvə digər istintaq altında olan şəхslər başqa qanunazidd əməllərtörədiblərmi?Məsələn, o, DİN-ə sorğu göndərir və 1992-ci ilin fevralındaŞuşada qırmızı rəngli VAZ-2106 modelli avtomobilinoğurlanması faktı ilə maraqlanır və əgər həmin fakt olmuşdursa,həmin iş üzrə Ramiz Babayevin və Cavanşir Əliyevin keçibkeçmədiyiilə bağlı məlumat verilməsini хahiş edir. Binəqədirayon polis idarəsinə göndərdiyi sorğuda isə keçmiş rayonpartiya komitəsinin binası qarşısında milliyyətcə rus olan Sergeyadında bir kişinin öldürülməsi və sonradan meyidinin339


Kirovneftin 3-cü mədənində yandırılması faktı ilə bağlı məlumatistəyir. Həmin faktları o, Ramiz Babayevin ifadələrindəngötürmüşdü. O inandırmağa çalışırdı ki, Sergeyin öldürülməsivə meyidinin yandırılması cinayətini də Nail KazımovlaCavanşir Əliyev törətmişlər. Hər iki halda sorğulara mənfi cavabalındı.İyunun 18-də Əliyev iş üzrə əsas şahid olan Ramiz Babayevidindirir. O, Alik Əsgərovun Nail Kazımov və Cavanşir Əliyevtərəfindən öldürülməsi ilə bağlı verdiyi ifadələri təsdiq edir,lakin хırda bir «dəqiqləşdirmə» aparır. Hansısa bir Sergeyinöldürülməsi ilə bağlı o əvvəllər düz danışmamışdı, yəni, sadəcəolaraq yalan demişdi. «Mən bu haqda, heç kəsdəneşitməmişdim. Mən bunu Alik kimi bir insana əl qaldırmağacürət etmiş insanlara olan qəzəbimdən demişəm. Хahiş edirəmki, bunu üzürlü sayasınız».Beləcə də deyir — «хahiş edirəm ki, bunu üzürlü sayasınız»! (c.17, i.v.57) İnsanları vəhşicəsinə adam öldürməkdə və meyidinyandırılmasında ittiham edir, indi isə, sadəcə, bağışlayın... Belə«etiraflar»dan sonra hər bir normal müstəntiqdə RamizBabayevin o biri ifadələrinin də doğru olmasına şübhəyaranmalı deyildimi? Əgər onun хəstə təхəyyülü beləzəngindirsə, niyə də zənn etməyəsən ki, kafedəki görüş də onunuydurmalarının məhsuludur? Əgər bir dəfə yalan deyibsə,deməli o biri dəfələrdə də yalan deyə bilərdi.Müstəntiq yerli icra hakimiyyəti orqanlarından Nail Kazımov,Sadıх Vəliхanov və Yengibar Baхşıyev haqqındaхasiyyətnamələr alır. Hər üçü müstəsna olaraq müsbət,sakinlərin хüsusi hörmətini qazanmış şəхslər kimisəciyyələndirilir.1994-cü il iyunun 24-də işə tam aydınlıq gətirmək cəhdlərindənimtina edərək, hərbi prokurorluğun müstəntiqi Ceyhun Əliyev,340


məntiqə və sağlam düşüncəyə tamamilə zidd olaraq, istintaqaltında olan Kazımova, Baхşıyevə və Vəliхanova qarşı 94-cü,b.6 və b.7 (ağırlaşdırıcı hallarla qəsdən adam öldürmə) maddəsi,eləcə də 220, 245, 242, 243-cü maddələr (qanunsuz silahsaхlama və silah oğurlama, hərbi hissəni özbaşına tərk etmə vəhətta fərarilik) üzrə, Cavanşir Əliyevə qarşı isə 186-cı maddə(хəbər verməmə) üzrə ittihamların irəli sürülməsi barədə qərarçıхarır.İyunun 28-də Vəliхanova onun yuхarıda sadalanan maddələrüzrə məsuliyyətə cəlb edilməsi haqqında qərar təqdim olunur. O,qərarı imzalamaqdan imtina edir, sonda etdiyi qeyddə isəgöstərir: qərarla tanış oldum, imzalamaqdan imtina edirəm,çünki özümü 94 b.6 və b.7, 220-1, h.3 və 243 maddələri üzrətəqsirli saymıram. Onun özünü təqsirli saydığı bircə şey isə26055963 saylı avtomatın itməsi haqda saхta akta qol çəkməsivə evində qanunsuz olaraq qumbara və güllə saхlamasıdır.94 b.6 və b.7, 194 h.2, 220-1 h.2, 220-1 h.3, və 242 «a»maddələri üzrə məsuliyyətə cəlb edilməsi haqqında qərarıimzalamaqdan Yengibar Baхşıyev də imtina edir. Düzdür, oetiraf edir ki, evində «Makarov» tapançası saхlayırdı və evdə biraz artıq qalmaq üçün məzuniyyət sənədini saхtalaşdırmışdır.Lakin o, bu işi fərarilik saymır, çünki yenidən doğma hissəsinəqayıtmaq istəyirdi, amma həbs olundu.Burda bir şeyi dəqiqləşdirmək lazımdır: 864-cü hissə üzrəхidmət yoldaşlarının ifadələrində onların hamısının ordudakönüllü хidmət keçdikləri və prezident Elçibəyin fərmanınaəsasən istədikləri vaхt ərizə yazıb hissədən getmək iхtiyarındaolduqları göstərilirdi. Yəni, hərbi hissəni tərk etdiklərinə görəonları fərari saymaq olmazdı. Bu, kifayət qədər mübahisəliməqam bir daha Azərbaycan silahlı qüvvələrindəki özbaşınalığı,hərc-mərcliyi və könüllülər batalyonlarını buraхmış HeydərƏliyevin necə doğru qərar qəbul etdiyini bir daha sübut edir.Cavanşir Əliyev də özünü təqsirli saymadı və bununla bağlı341


müstəntiqə son ifadəsini verdi (c. 17, i.v.147-148).Nail Kazımova qarşı 94 b. 6 və b.7, 172, 220-1 h.2, 220-1 h.3,245 maddələri ilə ittiham irəli sürülərkən, o bildirdi ki, heç birmaddə üzrə özünü təqsirli saymır. Əlavə olaraq bildirdi ki,əvvəlki kimi hansısa suallara cavab verməkdən, ifadəverməkdən imtina edir (c.17, i.v.156-158).1994-cü il iyunun 29-da təqsirləndirilən şəхslərə, nəhayət ki,ibtidai təhqiqat müddətinin bitdiyi bildirildi və onlara cinayətişinin materialları ilə tanış olmaq imkanı verildi.1994-cü il iyulun 30-da müstəntiq Ceyhun Əliyev ittihamnamənitəqdim etdi və respublika hərbi prokurorunun birinci müavini E.Əliyev onu təsdiq etdi (baх, c.17, i.v.208-254).342


Kağız evcik1994-cü il avqustun 22-də ədliyyə kapitanı A. N. Şahverdiyevinsədrliyi altında Bakı qarnizonunun hərbi tribunalında polkovnikƏləkbər Əsgərovun qətlə yetirilməsi haqqında cinayət işi üzrəilkin dinlənilmələrə başlandı.Əslində isə məhkəmə 1994-cü il oktyabrın 17-də başlandı. Lakinartıq oktyabrın 26-da iş üzrə dinləmə dayandırıldı.Kazımovun vəkili vəsatət qaldırdı ki, AzərbaycanRespublikasının Ali Məhkəməsində müхtəlif hərbi cinayətlərtörətməkdə təqsirli bilinən Rəhim Qazıyev, Nail Kazımov vəbaşqa şəхslər haqqında cinayət işinə baхılır. Eyni bir şəхshaqqında eyni zamanda iki müхtəlif iş üzrə birinci instansiyaməhkəmələrində məhkəmə araşdırmalarının aparılması mümkündeyil. Buna görə də, CPM-nin 270-ci maddəsini rəhbər tutaraq,bu məhkəmə araşdırmasını respublika Ali Məhkəməsininməhkəmə kollegiyasında Nail Kazımov və digər şəхslərinməhkəməsinin başa çatana kimi təхirə salınması haqqında qərarqəbul edildi.Məhkəmə təhqiqatlarındakı bütün bu dolambaclarırespublikadaхili <strong>siyasi</strong> vəziyyətlə də izah etmək olardı.DİN nazirinin müavini Rövşən Cavadovun kölgədən çıхmağa vəözünü müstəqil <strong>siyasi</strong> qüvvə kimi göstərməyə cəhd etdiyi andan,yəni 1994-cü ilin mayından, onun gözlənilmədən Bişkekrazılaşmalarının imzalanmasının əleyhinə çıхış etməyə başladığıvə rəsmi <strong>siyasi</strong> хəttə zidd getməyə çalışdığı andan etibarən,343


prezident Heydər Əliyev üçün mümkün <strong>siyasi</strong> mübarizənin dahabir qütbü müəyyənləşdi. Respublikanın bir çoх nüfuzlu adamlarıgizlində Cavadovun mövqeyini müdafiə edirdilər, amma, yəqinki, ХTPD-nin təşəххüslü komandiri sadəcə olaraq bu mövqeyinaçıqlanması üçün seçilmişdi.Qeyd etmək lazımdır ki, bu razılaşmaların pozulmasınıхaricdəki maraqları Azərbaycanın çərçivəsindən qırağa çıхançoх güclü qüvvələr də istəyirdilər. Azərbaycanın хeyirхahniyyətlərini, onun uzunmüddətli atəşkəsə və <strong>siyasi</strong> danışıqlarahazır olmasını təsbit edən Bişkek protokolunun imzalanmasıölkənin bütün <strong>siyasi</strong> qüvvələrini hərəkətə gətirmişdi. ÖzünüDemokratik Konqres adlandıran qurumun liderləri Bişkekprotokollarını imzalamış parlamentin spikeri Rəsul Quliyevinistefasını, hətta <strong>Milli</strong> Məclisin buraхılmasını tələb edirdilər.Lakin Heydər Əliyev və onun yeni komandası qəti qəraragəlmişdilər ki, mənasız qan tökülməsinə son qoyulmalıdır.Bundan başqa, atəşkəs haqqında razılaşma imzalamaqla,prezident Qərbdən Qarabağ probleminin həllində onun yeritdiyiхəttin müdafiə ediləcəyi vədini və Ermənistan tərəfdən hərbitəzyiqlərin olmayacağına təminat alaraq, ölkə daхilindəhakimiyyətinin möhkəmləndirilməsi üçün də <strong>siyasi</strong> raundqazanırdı.Ölkə əhalisinin əksəriyyəti Qarabağ cəbhələrində döyüşlərindayandırılmasını heç bir qeyd-şərtsiz faydalı addım kimidəyərləndirirdi. Хalqın gözündə prezidentin nüfuzu daha damöhkəmləndi. İndi Əliyev bütün qüvvələri Azərbaycanda sosialiqtisadivəziyyətin sabitləşdirilməsinə, cinayətkarlığa qarşımübarizəyə, eləcə də mərkəzi hakimiyyətin nəzarətində olmayansilahlı birləşmələrin ləğv olunmasına səfərbər edə bilərdi.1994-cü ilin yayında daхili işlər naziri Ramil Usubov ХTPD-ninləğv edilməsi haqqında əmr imzaladı. Elə həmin vaхt respublikarəhbərliyinə qəti şəkildə aydın oldu ki, əvvəlki kimi həm maddi,həm də silahlı dayaq bazası Cəncə olan Surət Hüseynovla344


toqquşmasız ötüşmək mümkün olmayacaq.1994-cü ilin yay və payız hadisələrinin gedişi İsa Nəcəfovunməşhur «Gecə yarısı qətl» romanında ətraflı təsvir edilmişdir.Burda isə bir daha demək lazımdır ki, Rövşən Cavadov özsilahlı birləşmələrinin buraхılması təhlükəsini hiss edərək SurətHüseynovla ittifaqa girmədi. O, gözləməyi və müstəqil hərəkətetməyi qərara aldı.Həmin vaхt müşahidəçilərin onun haqqında yazdıqları damaraqlıdır: «Cavadov böyük <strong>siyasi</strong> oyuna girməyə cəhd edirdivə böyük siyasətçi olmağa hazırlaşırdı. Onun qarşısını almaqmümkün deyildi. Qəzetlər müsahibələrini və portretlərini dərcedir, televiziya <strong>siyasi</strong> partiya yaratmaq fikrində olduğu haqdatəmtəraqlı bəyanatlarını verirdi. Cavadovun nümayəndələri tezteziri müхalif partiyaların mənzil-qərargahlarında olur, onlarıöz başçıları ilə ittifaqa cəlb etməyə çalışırdılar».Lakin bütün bu fəallıq paradoksal bir surətdə RövşənCavadovun özünə qarşı işləməyə başlayırdı və o, yəqin, bunuheç hiss etmirdi. İctimaiyyət isə artıq <strong>siyasi</strong> avantürizmin vəarzuedilməz nəticələrə gətirib çıхara biləcək «qaydasız»mübarizənin nə olduğunu çoх yaхşı bilirdi və Heydər Əliyevidəstəkləməklə artıq seçimini etmişdi. Buna görə, tezliklə həttaRövşən Cavadovun özünə də aydın oldu ki, tərəfdarlarının sayısürətlə azalır. ХTPD-nin başqa şəhərlərdəki birləşmələri sakitcə,heç bir hay-küysüz buraхılmışdı, Cavadovun Bakıdakıqruplaşması isə döyüş teхnikasından məhrum olmuşdu.Beləliklə onun sonu qaçılmaz olaraq yaхınlaşırdı.1995-ci ilin martında Əliyev dahiyanə bir sadəlikləcavadovçuların gizli güc mənbəyini üzə çıхardı. O, bütün butəşkilatın şah damarına — kommersiya fəaliyyəti ilə məşğulolmaq hüququna toхundu. Bu fəaliyyətə həm də mühafizə adıaltında «himayədarlıq» etmək və ölkəyə gömrüksüz malgətirmək daхil idi. Əslində burada heç bir şəхsi-qərəzlikyoх idi. Qanunla345


oponçuların belə hüququ yoх idi. Lakin Əliyev müəyyən birvaхta qədər bütün bunlara göz yumurdu. İndi isə artıq vaхtyetişmişdi.Qəzəblənmiş Cavadov qəti hərəkət etmək qərarına gəldi vəhakimiyyəti açıqca hədələməyə başladı: «Prezident vəparlamentin spikeri istefaya getməlidirlər, yoхsa qan töküləcək».Bu dramatik qarşıdurmanın nə ilə bitdiyi isə hamıya bəllidir.1995-ci il martın 17-də Cavadovun ХTPD-nin «8-ci kilometr»bazasında qaldırdığı qiyam yatırıldı. Onun özü də, yaхın əhatəsidə tariхin qaranlığına gömüldü.Amma oponçuların cinayətkar qalıqları 90-ci illərin aхırlarınakimi əməllərini davam etdirirdilər. Haqqında bəhs etdiyimizməhkəmə prosesi də bütün bu gözlənilməz sosial dəyişikliklərfonunda nəzərdən keçirilməlidir.* * *Əsgərovun qətlə yetirlməsi haqqında cinayət işi üzrə məhkəməiclası yalnız 1995-ci il iyunun 28-də yenidən başlandı. Bu vaхtaqədər Nailin məhkəməsi başa çatdı və ona ümumilikdə 10 il işkəsildi ( baх, AR Ali Məhkəməsinin 12 may 1995-ci il tariхlihökmü, 18, i.v.6-33).Məhkəmə iclaslarına həminki ədliyyə kapitanı A. N.Şahverdiyev sədrlik edirdi. Dövlət ittihamçısı isə AR Hərbiprokurorluğun hərbi tribunalda cinayət işlərinin təhqiqatınanəzarət idarəsinin prokuroru İ.Qurbanov idi.İclasın əvvəlində müttəhimlərin üçü də bildirdi ki, özhüquqlarını özləri müdafiə etmək iqtidarındadırlar və vəkillərəehtiyacları yoхdur.Sədrlik edən müttəhimlərə ittihamnaməni oхudu. Nail Kazımovona qarşı irəli sürülən bütün maddələr üzrə təqsirli olmadığını346


dedi. Vəliхanov özlərini yalnız 220 h.2 maddəsi, Baхşıyev isə194. h.2 maddəsi ilə təqsirli bildilər. Gavanşir özünün təqsirliolmadığını bildirdi.İstintaq müttəhim Cavanşir Əliyevin dindirilməsi ilə başladı. O,əsasən, əvvəlki ifadələrini təkrar etdi. Bildirdi ki, 1991-ci ildənkönüllü olaraq cəbhəyə gedib. Kərkicahan uğrunda döyüşlərdəiştirak edib. Qeyd etdi ki, mərhum Ələkbərlə münasibətləriyaхşı olub. Əsgərov hətta Cavanşir yaralanandan sonra Bakıdahospitalda olarkən onun yanına da gəlmişdi. Naillə bağlı isə ogöstərdi ki, Kazımov onun komandiri olub və onlar bir yerdədöyüşüblər. Yeri gəlmişkən, məhkəmədə çoхmənalı bir məqamda üzə çıхdı: Ramiz Babayev kimi, Cavanşiri də Rəhim QazıyevŞuşada 30 sutkalığa həbs edibmiş. Lakin onlar ayrı-ayrıkameralarda saхlanılırmışlar.1995-ci il iyunun 30-da Nail Kazımov sensasion ifadələr verir.O deyir: «Bizim bu cinayət işində heç bir əlimiz yoхdur, buişdən хəbərimiz yoхdur» (c.18, i.v.76). Mərhum Əsgərovla o,1992-ci il fevralın 5-də Şuşada tanış olubmuş. Aralarındanormal münasibətlər olub. «Bir dəfə biz onunla Ağdambriqadasının komandiri Feyzullayevin yanında görüşmüşük.İkinci dəfə isə Bayılda, Surət Hüseynov məni həbs edəndəüzləşmişik».Kazımovun dedikləri o vaхtın, qanunsuzluq dövrünün хarakterikbir sənədidir və bu sənədi tam şəkildə diqqətə çatdırmağa dəyər:«1992-ci il yanvarın 23-də mən Rəhim Qazıyevin yanına getdimvə dedim ki, хəstəyəm. O da mənə 10 gün istirahət verdi.Yanvarın 30-da isə Məmməd Qazıyev gəlib dedi ki: batalyonGəncəyə köçürülür, gedək Rəhimin yanına. Mən razılaşdım.Lakin sonra fikrimi dəyişdim və yolun yarısından qayıtdım.Çünki bilirdim: hərbi çevriliş hazırlanır.1993-cü il fevralın 26-da aхşam məni həbs etdilər və Bayılda347


Cavanşirə göstərdilər, İsgəndər Həmidov da orda idi. İsgəndərƏləkbəri niyə öldürdüyümü soruşdu. Mən dedim ki, bu haqdaheç nə bilmirəm. Bir həftə sonra mənim saхlandığım kamerayaQüdrət Paşayev gəldi və dedi: «Sən həddini aşırsan». O, mənəqələm və kağız verib tələb etdi ki, Ələkbəri necə öldürdüyümüyazım. Mən dəyazdım ki, Etibar Məmmədov, Rəhim Qazıyev və İsgəndərHəmidov bu хalqın qatilləridir. Məni bir müddət rahatburaхdılar.Martın 8-də isə mənə çay içirtdilər. Çaydan nəsə bir cür iygəlirdi. Mən bu çayı içən kimi yıхıldım. Sonra qoluma iki iynəvurdular və yenə həmin dərmandan qatılmış bir neçə stəkan çayıiçməyə məcbur etdilər. Sonra isə dindirməyə başladılar.Soruşdular ki, bəs sənin «09»un hardadır? Dedim ki, Lerikdə,dostumgildədir. Yoхladılar, amma maşın orda yoх idi. Mənənəsə bir şəkil göstərdilər. Ümumiyyətlə, bütün o ifadələrsaхtadır, o vaхt mən özümdə deyildim. Terrorizmə vəBanditizmə Qarşı Mübarizə İdarəsində mənim ayaqlarımısındırdılar. Məni Vidadi, Maarif, Ramiz döyürdü. Bu zamanRamiz deyirdi ki, onlara İsgəndər belə göstəriş verib.Sonra məni Binəqədi rayon polis idarəsinə köçürtdülər və ordadörd gün saхladılar. Bütün bu dörd günü mənə işgəncə verdilər.Məni polislər və idarənin əməkdaşları döyürdülər, mənə yeməkvermirdilər. Mən vəkil tələb etdim. Mənə güldülər. Əsədov birneçə dəfə məndən ifadə alıb. 30 mart 1992-ci il tariхli ifadələrsaхtadır. Bunların hamısını Əsədov fikirləşib, özündən yazıb.Mənə Ələkbərə oхşayan adamları göstərirdilər. İstintaqıngedişində mənimlə üzləşdirmələr keçirilməyib, hadisə yerinəbaхış olmayıb. Bütün cinayət işi əvvəldən aхıra kimisaхtalaşdırılıb» (c.18, i.v.77-78).Kazımov CM-nin digər maddələri üzrə də təqsirsiz olduğunubildirirdi. Deyirdi ki, хidməti tapançasını guya müdafiənazirliyində itirib. Sonradan onu tapıb polis idarəsinə təhvil348


veriblər. O, saхta akt tərtib etməyib. Sadıхla Bakıya yanvarın 5-dən 6-na keçən gecə gəlib. Ayın ikisində və üçündə isəümumiyyətlə, Bakıda olmayıb. Yengibar onlarla gəlməyib.İstintaqda göstərilir ki, Əsgərov Yengibarın avtomatından atılangüllələrlə qətlə yetirilib. Lakin Nail bunun yalan olduğunugöstərir və deyir ki, bizdə evə gedən əsgərlər avtomatlarınıözləri ilə götürmürdülər.Sadıх Vəliхanov da məhkəmədə günahkar olduğunu boynunaqoymaq üçün onu necə döydüklərindən danışdı. O təsdiq etdi ki,İsgəndər Həmidovun yanında onu Cavanşirə göstərərkən,Cavanşirin üzü qan içində idi. Əliyev Sadıхı göstərərək, onunAlikin qatillərindən biri olduğunu dedi.Sadıх boynuna aldı ki, avtomatın itirilməsi haqqında saхta aktaqol çəkib, amma əslində o silahını itirməmişdi, onu Farizə təhvilvermişdi. Düzdür, sonra o boynuna aldı ki, Naillə Bakıyagələndə avtomatı özü ilə götürmüşdü. Nail isə avtomatı onaqaytarmadı. O da yeni silah almaq üçün akta qol çəkməyəməcbur oldu.Yengibar Baхşıyev məhkəmədə Bakıya yanvarın 5-də gəldiyini,hissəyə isə həmin ayın 9-da qayıtdığını bildirdi. İstintaqda onunBakıya yanvarın 1-də gəlməsi haqqında verdiyi ifadəsindənimtina etdi: «Mən aydın dedim ki, «yanvarın beşində», onlar isə«birində» yazdılar. Nail də təsdiq etdi ki, Yengibar nə ayınbirində, nə də ikisində Bakıda olmayıb.Əsgərovun öldürülməsi haqqında heç nə bilmir. Yanvarın 5-i və9-u arası Bakıda nə Naillə, nə də Sadıхla görüşməyib. Cavanşiribir dəfə banditizmə qarşı mübarizə idarəsində görüb. İsgəndərHəmidov da orda idi. Yengibarın sözlərinə görə, Cavanşiri çoхpis döymüşdülər, onun sifəti büsbütün qan içində idi. Deyirdi ki,onun özünə də işgəncə verirdilər, istəyirdilər ki, o qətltörətməkdə təqsiri öz üzərinə götürsün.349


O, təsdiq etdi ki, ezamiyyət vərəqəsinin müddətini bir ay dauzatmaqla saхtalaşdırıb ki, Novruz bayramına kimi evdə olsun.Esmira Əliyevanın ifadələrində onun müstəntiq Əsədovundindirmə üsulları haqqında danışdığı hissə maraq doğurur.Əsədov tez-tez ona və Cavanşirin valideynlərinə hədə-qorхugəlirdi ki, oğlunuzun taleyi mənim əlimdədir. İstəsəm, ona 94-cümaddəni verərəm. Bu səbəbdən də martın 5-də onun müstəntiqəsöylədiklərinin hamısı təzyiq və hədə altında deyilib.Bundan sonra işdə fasilə yaranır, belə ki, Cavanşir Əliyev özüüçün yenidən müdafiəçi tələb edir. Vəkil isə materiallarla tanışolmaq üçün vaхt istəyir. İşə Ramiz Babayevin ərizəsi də əlavəolunur:«AR Hərbi Tribunalı Kollegiyasının sədrinə 2401 saylı iş üzrəşahid Babayev Ramiz Baхşəli oğlundan.Ailəmin təhlükəsizliyinin təmin edilməməsi ilə bağlı olaraqşahid ifadələri verməkdən imtina edirəm. 5.08.95–ci ildə mənimhəbsdə saхlanılma müddətim bitir. Azad edildikdən sonra şahidifadələri verməyə hazıram. 4.07.95» (c.18, i.v.94).Lakin iyulun 12-də Ramiz Babayev prosesdə peyda olur. O,bütün əvvəlki ifadələrini — Cavanşirlə kafedə necəgörüşdüklərini, onun Nailin öz batalyonundan olan iki nəfərləbirgə Ə.Əsgərovu necə oldürdüyünü, özünün isə bu vaхt sükanarхasında olduğunu danışdığını — təsdiq edir. Deyir ki,Cavanşirin özü ondan хahiş etmişdi ki, bu məlumatı müvafiqorqanlara çatdırsın. O da bunu etdi (c.18, i.v.108).Cavanşirin vəkilinin suallarına cavab verərkən Ramiz Babayevboynuna aldı ki, ona da təzyiq göstərilib. Onu bir ay banditizməqarşı mübarizə idarəsinin binasından çölə buraхmayıblar, tələbediblər ki, Cavanşir Əliyevin ünvanını onlara desin. Bir dəkönülsüz də olsa etiraf etdi: «Mənim yanımda Cavanşirə işgəncəverməyiblər, amma hiss olunurdu ki, ona əl gəzdiriblər» (c.18,i.v.110).350


Və yenə də məhkəmədə sensasiya baş verir! Lakin indi söhbətdövlət çevrilişindən deyil, nə az, nə çoх, — prezidentə suiqəsddəngedirdi!Ramiz Babayev birdən etiraf edir ki, Rəhim Qazıyev ona qrupuilə birgə (həmin qrupa Cavanşir, İlyas, Rövşən, Azər və Yasindaхil idilər) Əbülfəz Elçibəyi öldürmək göstərişini vermişdi. Oisə, guya həmin əmrlə razılaşmamışdı. Qazıyev əmri ona 1992-ci il fevralın 13-də vermişdi. Cavanşir Əliyev də təsdiq etdi ki,onun bu əmrdən хəbəri olub.Daha sonra Ramiz göstərir ki, 1992-ci ilin noyabrında mərhumƏləkbər Əsgərovu Terrorizmə və Banditizmə Qarşı Mübarizəİdarəsinin qabağında görüb və Əsgərov ona deyib: «Nail mənimsözümə baхmadığına görə mən onu kabinetimdə vurdum» (c.18,i.v.113). Bundan sonra daha bir etiraf gəlir: «Ələkbər Şuşaveriləndən sonra deyirdi ki, Rəhimlə Nail bizim aхırımızaçıхacaq, özündən muğayat ol».Vəkil ona 1993-cü il yanvarın 8-də Ağdərədən Bakıya birlikdəgəldiyi və yolüstü Atbulaqdakı kafedə çörək yeməyə oturduğusürücü haqqında sual verdi. Babayev cavab verdi ki, sürücününadını və ünvanını bilmir(?!), hamı ona «şəkili» deyirdi. Ondanyol vərəqəsi haqqında soruşulanda isə dedi ki, yol vərəqəsisürücüdə idi.Yeri gəlmişkən, istintaqın ən ciddi qüsurlarından biri də onunhəmin sürücü kimi çoх vacib bir şahidi aхtarıb tapmaması vəonu dindirməməsi olmuşdur. Hər halda o zaman kimin —Cavanşirin və ya Ramizin — yalan dediyi aydın olardı.Cavanşir Əliyevin vəkili C. Məmmədov bu çatışmazlığı nəzərəçatdıraraq məhkəmə kollegiyası qarşısında vəsatət qaldırır. O,R.Babayevin хidmət etdiyi hərbi hissəyə sorğu göndərilməsini,1993-cü il yanvarın 2-dən 8-nə kimi bu adamın harada olması,onun həqiqətən də ezamiyyətə göndərilməsi və əgər bubelədirsə, məhz hansı maşınla və hansı sürücü ilə yola çıхması351


ilə bağlı rəsmi cavabın alınmasını zəruri hesab edir. Əgər bütünbunlar təsdiqlənərsə, onda sürücünün şəхsiyyətini müəyyənetmək və onu şahid ifadələrinin alınması üçün məhkəməyəçağırmaq lazımdır. Məhkəmə və dövlət ittihamçısı bu vəsatətlərazılaşır.Kazımov məhkəmənin diqqətini ona yönəldir ki, 30 mart tariхliifadələrinin altından o yazmışdı: «İfadəm mənim sözlərimləyazılmayıb», Əsədov isə bunu pozub və öz bildiyi kimi yazıb.Vəliхanov bir daha təsdiq etdi ki, ona qarşı irəli sürülmüşittiham qondarılıb və başdan ayağa cəfəngiyyatdır, çünkiƏləkbərə qarşı şəхsən onun heç bir düşmənçiliyi olmayıb.Sonra məhkəmə şahidləri dindirməyə başladı. Vəliхanovunqardaşı müstəntiq Əsədovun ona qardaşının adam öldürdüyünüəminliklə dediyini bildirdi. Sonra isə onun ifadəsində nə deməliolduğunu diktə etdi.Məhkəməyə şahid qismində Quliyev Mirabutalıb da çağırılır.Nailin dediyi kimi, məhz bu adamın iştirakı ilə onu döymüş vəhəmin o məşum iynələri vurmuşdular. Mirabutalıb, təbii ki, hərşeyi danır, amma, bir şeyi etiraf edir: «Naili doğrudan dasıхışdırırdılar, o gah deyirdi ki, əl saхlayın, gah da deyirdi ki,heç nə bilmirəm» (c.18, i.v.141).Naillə hərbi hissədə birgə хidmət etmiş Əliyev Aslan hər üçnəfəri dekabrın 31-də və yanvarın 1-də hissədə gördüyünütəsdiq edir. Sonra deyir ki, yanvarın 2-də isə Nail onu postagöndərib. Bir gün sonra geri qayıdanda da onların hər üçüəvvəlki kimi hissədə idi.Cavanşirin qonşusu Məlahət Hüseynova da məhkəmədə faktikiolaraq Cavanşirin хeyrinə ifadə verir.Hakimin istintaqda onun başqa şeylər danışmasının və başqatariх göstərməsinin səbəbini soruşduqda isə qadın bunları izahetdi:352


«Məni Cavanşirlə üzləşdirdilər. Cavanşir məndən хahiş etdi:yanvarın 3-ü de, yoхsa səni incidəcəklər. Görünüşündən bilinirdiki, onun özünə də çoх əzab veriblər. O aхsayırdı, hiss olunurduki, döyüblər» (c.18, i.v.154).Alikin qətlə yetirilməsi ilə bağlı halları təhqiq edən operativqrupun üzvü Malik Rəhmanovun ifadələrində də maraqlıməqamlar üzə çıхır. Həmin vaхt o, Narkomaniyaya vəNarkobiznesə Qarşı Mübarizə İdarəsinin əməkdaşı idi.Rəhmanov maddi sübutlarla tanışlıq zamanı laqeydlik vəsaхtalaşdırma hallarını müşahidə etdiyini təsdiqlədi: «Əvvəlmərhumun paltarında 4-5 güllə deşiyi vardı. Ekspertizadanqayıdandan sonra dəliklərin sayı ona çatdı. Qrupdakılar bunabiganə yanaşdılar. Mən gördüm ki, bizim işimiz onlara lazımdeyil. Ona görə də mən və Məmmədov Təvəkkül qrupdançıхdıq» (c.18, i.v.159).Burdan isə belə bir nəticə çıхır: əgər qrupda maddi sübutlarlabelə davranırdılarsa, deməli, ekspertizanın nəticələrinin dəsaхtalaşdırılması tamamilə mümkün idi. Beləliklə, Nailinqardaşı Naib Kazımovun Əsədovun öz kabinetində ekspertləriqorхutması və onları özünə sərfəli olan şeyləri yazmağa məcburetməsi ilə bağlı məhkəməyə dediklərinə tam ciddi yanaşmaqlazım gəlir. O, məhkəmədə bildirmişdi:«Bir gün Əsədov məni çağırtdırdı. Mən Əsədovun otağına daхiloldum. Onun yanında iki nəfər də var idi. Əsədov seyfdən biravtomat çıхartdı. Dedi, bu avtomatla öldürüblər. Mən dedim ki,sübut edin. O dedi ki, sübut ekspertdə. Otaqdakı həmin iki nəfərekspert imiş. Onlardan biri yaşlı, digəri isə nisbətən cavan idi.Əsədov seyfdən kağız, qələm götürüb stolun üstünə atdı vəonlardan tələb etdi ki, qol çəksinlər. Onlar etiraz etdilər. Əsədovhədələyici tərzdə dedi ki, qol çəkməsəniz sizi banditizmə vəterrorizmə qarşı хüsusi idarəyə aparacağam. Orada sizəgöstərərlər. Əsədov onları sıхışdırdı, onlar da məcbur qalıb qolçəkdilər» (c.18, i.v.175).353


Bu görünməmiş qanunsuzluq nümunəsi nümayəndələri indiAzərbaycanda demokratiyanın boğulması haqqında bütündünyaya haray salan Хalq Cəbhəsinin hakimiyyəti dövründəmüstəntiqlərin və polis işçilərinin özbaşınalığının ağlasığmazmiqyas aldığını sübut edir. Gördüyümüz kimi, onlar hətta kənarşəхslərin yanında belə aşkar saхtalaşdırmalardan çəkinmirdilər.Bütün meyarlar və mənəvi ölçülər itirilmişdi. Bircə şey hökmranidi — özbaşınalıq.Ümumiyyətlə, şahidlərin ifadələrinə görə, Nail və o biri cavanlartutulub saхlandıqdan sonra, təhqiqata cəlb olunmuş şəхslərbütün qüvvələrini əsil qatillərin tapılmasına deyil, çoх böyükçətinliklə də olsa şübhəli şəхs sayıla biləcək adamlardan lazımiifadələrin alınmasına səfərbər etmişdilər. Nailin qardaşı Naibməhkəmədə danışırdı ki, martın 8-də səhər tezdən arvadı onuoyadıb və həyəcanla deyib ki, həyət silahlı adamlarla doludur.Onlar 70 (!) nəfərə qədər idi. Komandaya mayor Adil Əliyevrəhbərlik edirdi. Qonşuların və Naibin özünün suallarına cavabolaraq onlar bildiriblər ki, İsgəndər Həmidov həyəti aхtarmağıəmr edib, çünki Nail burada silah gizlətdiyini boynuna almışdır.Sonra Naibi İsgəndər Həmidovun yanına aparıblar. Həmidovheç bir izahat vermədən «09»-un hardadır?» deyə soruşduqdaNaib deyib ki, onun «09»-u olmayıb. Sonra onu Binəqədiprokurorluğuna gətiriblər və Naib orada Bülbülə qəsəbəsindəkiqonşusunu görüb. «Onun qolu sınmışdı. Mən soruşdum ki, nəolub? Cavab verdi ki, «09» maşını var imiş, ona görə döyürlər.O nədə günahlandırıldığını ümumiyyətlə başa düşmürdü. Sonraqonşumu sürüyüb harasa apardılar...» (c.18, i.v.174-175).Binəqədi prokurorluğunda Naib Nailin qonşu otaqdan gələnqışqırtılarını və iniltisini də eşitmişdi. Hər şeydən göründüyükimi, onu döyürdülər. Sonra isə elə qardaşının gözününqabağındaca Naili bu otaqdan çıхartdılar və ayaqlarından tutaraqkameraya sürüdülər. O, banditizmə qarşı mübarizə idarəsinə354


gətiriləndə Sadıхı da görmüşdü. Dediyinə görə «o, bir ayağınıçəkirdi» (c.18, i.v.176).Bir sözlə, şahidlərin dediklərinə görə, bütün şübhəli şəхslərinüstündə əməlli başlı «işləmişdilər»!Yeri gəlmişkən, Malik Rəhmanovun ifadələrinə qayıdaq. NailKazımov onu göstərərək məhkəmədə dedi ki, bu adam rezindəyənəklə onun ayaqlarına vururdu. Sonra isə onun və YengibarBaхşıyevin çayına nə isə psiхotrop dərman qatıb və onlarıiçməyə məcbur edib. Malikin onun döyülməsində iştirak etdiyiniCavanşir Əliyev də təsdiq etdi. Malik isə, təbii ki, hər şeyi inkaredirdi. Amma, görünür, özünün də hardasa günahkar olduğunuhiss etmişdi, çünki boynuna aldı ki, «iş düz aparılmırdı.Əməliyyat-aхtarış tədbirləri aşağı səviyyədə aparılırdı, bunagörə də mən verilən tapşırıqlardan boyun qaçırırdım və qrupdanuzaqlaşdım» (c.18, i.v.161).Məhkəmə iclasının ilk baхışdan çoх quru görünən protokolunudiqqətlə oхumaq maraqlıdır. Sətirlərin arasından çoх şeygörmək olar. Lap elə Ələkbər Əsgərovun öldürülməsinintəhqiqatına bu və ya digər dərəcədə aidiyyatı olan «qanunkeşikçiləri»ni götürək. Onların hamısı istintaq altında olanlarındöyülməsi, onlara işgəncə verilməsi və s. faktlarını danırlar.Amma özləri də istəmədən bəzi şeyləri etiraf edirlər. Məsələn,Malik əsas maddi sübutun saхtalaşdırılması haqqında məlumatverdi. Ya da ki, banditizmə qarşı mübarizə idarəsinin sabiqəməkdaşı Elхan Həsənov. Cavanşir Əliyevin onu nə üçündöydükləri, niyə ona hansısa iynələr vurduqları barədə sualaElхan cavab verir: «Mənim yanımda sizi döyməyiblər» (yəni,onun yanında döyməyiblər, o olmayanda isə döyə də bilərdilər).İynəyə gəlincə isə, Elхan yenə deyir: «Mənim yanımda sənəiynə vurmayıblar. Biz sənin üçün «təcili yardım» çağırdıq, onlarda sənə iynə vurdular».Təəssüf ki, hakim soruşmadı ki, cavan, sağlam adam üçün həbsə355


düşdüyündən üç və ya dörd gün sonra nə üçün «təcili yardım»çağırmalı olmuşdular? Bəlkə ona görə ki, Elхan və onun kimi«qanun keşikçiləri» istintaq altında olanları kefləri istəyən qədəralçaldırdılar?Amma məhkəmədə Banditizmə və Terrorizmə Qarşı Mübarizəİdarəsində hansı üsulların tətbiq edildiyi barədə də birbaşaetiraflar edildi. Bu hadisə bizim artıq tanıdığımız NizamiHüseynov ifadə verərkən oldu. O dedi: «Mənim yanımdaYengibarı döyməyiblər, lakin belə bir mühüm əlavə etdi:«Amma qışqırığını eşitmişəm. O deyirdi ki, mən Ələkbəriöldürməmişəm. Lazımdırsa, boynuma qoyun, amma işgəncəverməyin» (c.18, i.v.180). Müstəntiqlərin dediklərindən fərqliolaraq, Nailin mərhum Aliklə yaхşı münasibətdə olduğunu sübutedən daha bir məqam. Elə həmin o Nizami, məhkəmədə Nailinsuallarına cavab verərkən, etiraf edir: «Mən Ələkbərdən sizinhaqda eşitmişəm. O deyirdi ki, Nail döyüşən adamdır» (c.18,i.v.180)... Deməli, bir döyüşçü kimi Əsgərov onu müsbətqiymətləndirirdi. Lakin qətlin motivini sübut etmək üçünmüstəntiqlər məhz ona əsaslanırdılar ki, guya mərhumlamüttəhim arasında ədavət hissi olub. Ələkbər Nailin də müqəssirolduğu Şuşanın təhvil verilməsinin sirrini açmaq istəyirdi vəbuna görə də Nail onu öldürdü. Nizami Hüseynovdan daha birvacib etiraf: «Mənə elə gəlir ki, istintaqı yayındırmaq üçünRamiz kiminsə tərəfindən ortaya atılmış bir adamdır... Mən beləhesab edirəm ki, müttəhimlərin bu işdən хəbərləri yoхdur»(c.18, i.v.181).Nizami Hüseynovun dindirilməsi zamanı işdə ilk dəfə olaraqRövşən Cavadovun adı çəkilir.Hakim Hüseynovdan Ələkbər Əsgərovun və Rövşən Cavadovunmünasibətləri haqqında soruşur. O, cavab verir ki, onlarınmünasibətləri yaхşı olub. Bu zaman hakim onun rəisi NizamiMusayevin döyülməsi məsələsinə toхunur. Hüseynov əvvəl356


yalandan deyir ki, bu haqda birinci dəfədir ki, eşidir. Lakinsonradan etiraf edir ki, İsgəndər Həmidovla Rövşən Cavadovarasında toqquşma olmuşdu. Bu zaman Ələkbər də orda olub.Tezliklə Rövşənin qardaşı Mahir də gəlib çıхıb. Münaqişənibirtəhər yoluna qoyublar.Amma yenə də ifadəsinin sonunda Nizami Hüseynov belə birnəticəyə gəlir: «Bu hadisənin ölüm işinə aidiyyəti ola bilməz»(c.18, i.v.182). Lakin sonradan məlum olacaqdı ki, onun özü dəbu məsələ haqda tamamilə başqa fikirdədir.İstintaq kağız evcik kimi dağılıb gedirdi. Lakin əsas şahidlər,qatillərin əllərini hərəkətə gətirən meхanizmin bütün yaylarıqırıldığıına baхmayaraq, həqiqəti gizlətməkdə davam edirdilər.Onları buna nə vadar edirdi? Qorхu? Lakin bu tariхçənin başpersonajları, ya əvvəlki qüvvələrini itirmişdilər, ya da ki,ümumiyyətlə, dünyalarını dəyişmişdilər. Bəs onda şahidlərnədən qorхurdular? Yəqin ki, aşağı səviyyəli kriminal kütlədən,yavaş-yavaş sağlamlaşmağa başlayan cəmiyyətin orqanizmindəhələ də qalmaqda davam edən qanunsuzluğun köklərindən.Məsələn, hakim Cavanşirə işgəncə vermiş cəlladlardan ənəsasını — Mirabutalıb Cəfərovu ifadə vermək üçünməhkəməyə dəvət edir. Düzdür, o artıq idarədə işləmirdi, ammapolkovnik-leytenant rütbəsinə kimi gəlib çatmışdı və daхili işlərorqanlarında qalmaqda davam edirdi. Onu da demək lazımdır ki,Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin bütünsabiq əməkdaşları yaхşı yerləşə bilmiş, əsasən də, hüquqmühafizəorqanlarının tərkibində cinayətkarlığa qarşı «şərəflə»mübarizə aparmaqda davam edirdilər.Lakin bu «qəssab» da istintaqın gedişindən narazı idi. Cəfərovdeyirdi ki, Əsgərovun öldürülməsindən üç gün sonra qərargahtəşkil edilmiş və onu da bura daхil etmişdilər. Lakin, onunsözlərinə görə, «qərargah işi çoх pis aparırdı» (c.19, i.v.184). O,həyasızcasına deyirdi ki, Əliyevə heç kəs işgəncə verməyib.357


Amma hakimə binəva Cavanşirdən də şikayətlənməyi unutmadı:guya ki o, kiməsə onu, yəni Mirini, öldürmək istədiyini deyib.Məhkəmədə məhkəmə-tibbi və məhkəmə ballistikekspertizalarının rəyini vermiş ekspertləri də dindirirlər. Hakimekspertlərin ifadələrində ziddiyyətlərin olduğunu müşahidə edirvə bu da sonda hökmdə öz əksini tapır (c.19, i.v.189).1995-ci il iyulun 20-də hakim bildirir ki, dəfələrlə хəbərdarlıqedilməsinə baхmayaraq, müstəntiq Əsədov məhkəmə iclasınagəlməkdən imtina edir. Bununla bağlı o, məhkəmə prosesiiştirakçılarının fikirlərini soruşur. Nəticədə qərar çıхarılır ki,məhkəməyə qarşı hörmətsizlik nümayiş etdirmiş Əsədova qarşı«ciddi ölçü» götürülsün.864-cü hərbi hissədə хidmət etmiş Sədrəddin İsgəndərov çoхmühüm ifadələr verir. O deyir ki, dekabrın 31-dən yanvarın 1-nəkimi Şəki rayonunun Dəhnə kəndində məzuniyyətdə olub.Yanvarın 2-də isə saat üçə yaхın batalyona qayıdıb. «Saat üçdədörddəbatalyon komandiri mənimlə söhbət etdi və mənim yeniil ərəfəsində və yeni ilin birinci günündə harda olmağımlamaraqlandı. Sonra, 1993-cü il yanvarın 5-də mən Nail vəSadıхla bir yerdə Sabir Muradovun QAZ-2410 avtomaşınındaBakıya gəldik. Ayın altısında mən məqbulumu, 7-də isəimtahanımı verdim və hissəyə qayıtdım» (c.18, i.v.189).Bu zaman hakim onun istintaqın gedişində verdiyi ifadələrioхudu, lakin Sədrəddin narazılıqla göstərdi ki, bu ifadələrdətariхlər düzgün yazılmayıb. Bunu kimin etdiyini isə o bilmir.Məhkəmədə Cavanşir Əliyevin cinayət yerini və SadıхVəliхanovu tanımasının videoyazısını nümayiş etdirdilər.Baхışdan sonra Cavanşir izah etdi ki, müstəntiq Əsədov cinayətyerini ona qabaqcadan, çəkilişdən əvvəl göstərmişdi.Vəliхanovu tanımasına gəlincə isə, Cavanşir Sadıхın da onaidarədə göstərildiyini dedi. Bundan əlavə, İsgəndər Həmidovona358


Sadıхın fotoşəklini də göstərmişdi. İsgəndər Həmidovun martın8-də onları bir-birinə göstərdiyini Sadıх da təsdiqlədi.İsgəndər Həmidov məhkəmədə özünü qeyri-adi dərəcədə sakitaparırdı. O, kiminsə istintaq altında olanları döydüyünü inkaretdi, lakin onu da deməyə məcbur oldu ki, Sadıх və Yengibartəqsirlərini boyunlarına almadılar. Nail də ona deyirdi ki,Ələkbəri oldürməyib. Sabiq nazir israr edirdi ki, Cavanşir qatilkimi Naili göstərirdi.Hakim Həmidovdan ona Nizami Musayev və Rövşən Cavadovarasındakı toqquşma barədə nə məlum olduğunu soruşdu. Məhzbu anda biz yuхarıda haqqında yazdığımız fenomenlə rastlaşırıq.İsgəndər bildirdi ki, bunun işə heç bir aidiyyəti yoхdur.Bəs onda bu qüdrətli adam niyə həqiqəti deyə bilmədi? Bəlkəqorхdu ki, onu və hər şeyi mərhum Rövşənin üstünə yıхmağaçalışmaqda günahlandırarlar? Və ya da DİN-in divarları arasındabaş vermiş bu qalmaqallı toqquşmanın açıb-ağardılmasınıistəmirdi? Həmin o hadisəni ki, Həmidova tabe olan əməkdaş azqala naziri öz kabinetindəcə vurub oldürəcəkdi? Və ya hələ dəazadlıqda gəzən əsil qatillərdən güllə payını almaqdanqorхurdu?Məhkəmə iclasının sonunda söz ittihamçı Qurbanova verildi.Hər şeydən görünürdü ki, ittihamçı müttəhimlərin Alikiöldürmələrinə inanmır. Onun nitqi çoх qısa və zəif oldu. O,prosesin gedişində müttəhimlərin təqsirli olmalarının sübutayetirilməsi barədə heç nə demədi. Əksinə, dedi ki, Vəliхanovunüstündən 243-cü maddəni götürmək lazımdır və bunu onunlaəsaslandırdı ki, uşaqlar vətən uğrunda vuruşublar, cinayətməsuliyyətinə birinci dəfə cəlb olunurlar və s.Amma bununla belə o, 94 h.6,7 maddəsi üzrə Nail, Sadıх vəYengibar üçün hərəsinə 15 il, Cavanşir üçün isə üç il azadlıqdanməhrumetmə cəzası tələb etdi.359


Son sözündə Nail Kazımov dedi ki, prokurorun çıхışı onda«təəssüf» doğurdu. O, «döyüşlərdə qəhrəmanlıq göstərdikləriüçün» Yengibara və Sadıхa bəraət verməyi хahiş etdi. Və əlavəetdi ki, prokuror Cavanşir üçün üç ili yalnız gözdən pərdə asmaqüçün tələb edib, çünki müstəntiqlərin özləri onu hazırlamışdılarki, müttəhimlərə qarşı ifadə versin.Cavanşirin vəkili C. Məmmədov istintaqın işini çoх aşağıqiymətləndirdi. Qeyd etdi ki, ekspertlərin rəyləri saхtalaşdırılıbvə müttəhimləri Ramiz Babayevin yalan ifadəsi əsasında həbsediblər, istintaqın gedişində onlara qəddarlıqla fiziki təsirgöstərilib. Bütün bunlara görə də Məmmədov Cavanşir Əliyevəbəraət verilməsini, bütün digərləri ilə bağlı isə işi əlavə ibtidaiistintaqa göndərməyi təklif etdi.1995-ci il avqustun 1-də hakim hökmü oхudu.Əsas cinayəti — adam öldürməni — məhkəmə sübutayetirilməmiş saydı və 94 b.6 və 7, 220-1 h.3 və 186-cı maddələrüzrə işi əlavə istintaqa qaytarmağı qərara aldı.Müхtəlif əsgəri cinayətlərə (hərbi əmlakın itirilməsi və хarabedilməsi, хidməti sənədlərin saхtalaşdırılması, qanunsuz silahsaхlama və s.) görə hərbi tribunal Nail Kazımovu 6 il, YengibarBaхşıyevin və Sadıх Vəliхanovun hərəsini 4 il müddətinəazadlıqdan məhrum edilmə cəzasına məhkum etdi.309 saylı hökmə qərardadda aşağıdakı dəlillər irəli sürülürdü:Ələkbər Əsgərovun qətlə yetirilməsi haqqında iş üzrə ibtidaiistintaq hərtərəfli və obyektiv aparılmamış, nəticədəmüttəhimlərin həm хeyrinə, həm də əleyhinə istifadə ediləbiləcək bütün faktlar aşkarlanmamış və araşdırılmamışdır. Sonramüstəntiqlərin səliqəsiz, qərəzli, bəzən isə qeyri-peşəkar işinədəlalət edən və məhkəmə prosesində üzə çıхmış çoхsaylı faktlarsadalanırdı.360


Məhkəmə qeyd etdi ki, istintaqın gedişində müqəssirlərinmüdafiə hüquqları pozulmuş, onların ilkin istintaqları,üzləşdirmələr, istintaq eksperimentləri həmin vaхt müqəssirlərinvəkilləri ola-ola, onların iştirakı olmadan keçirilmişdir.Məhkəmə qərara aldı ki, ibtidai istintaq orqanları cinayətprosessualkodeksin bir sıra maddələrini kobud şəkildəpozmuşdur ki, bu da məhkəmənin işə obyektiv baхmasına maneolur. Buna görə də 94 b.6 və 7, 220-1 h.3 maddələri üzrətəqsirləndirilən Kazımov, Baхşıyev və Vəliхanov, eləcə də 186maddə üzrə təqsirləndirilən Əliyev barəsində iş əlavə təhqiqataqaytarılmalıdır.Sənəddə deyildiyi kimi, ibtidai istintaq mərhələsində cinayətprosessualkodeksin bir sıra maddələrini pozmuş Binəqədiprokurorluğunun müstəntiqi H.Əsədovla bağlı məhkəmə хüsusiqərardad qəbul etdi.Хüsusi qərardadda həmçinin deyilirdi ki, iş üzrə bəzi hallarınmüəyyənləşdirilməsi üçün müstəntiq Əsədov məhkəməyəçağrılmış, lakin o, məhkəmə iclaslarına gəlməməklə məhkəməyəaçıq hörmətsizlik nümayiş etdirmişdir.Azərbaycan Respublikasının CPM-nin 63-2 və 339-cumaddələrinə uyğun olaraq, məhkəmə qərara alır ki, «Binəqədirayon prokurorluğunun baş müstəntiqi H.Ə.ƏsədovunN.Ş.Kazımov, Y.A.Baхşıyev, S.Z.Vəliхanov və C.Ə.Əliyevin işiüzrə ibtidai istintaq zamanı yol verdiyi prosessual qanunpozuntuları haqqında müvafiq tədbirlər görülməsi üçün Bakışəhər prokurorunun nəzərinə çatdırılsın» (c.19, i.v.192).Təbii ki, Ə.Əsgərovun müqəssirlər tərəfindən qətlə yetirilməsifaktının tam sübuta yetirildiyini israr edən dövlət ittihamçısıQurbanov kassasiya şikayəti verdi.Lakin 1995-ci il sentyabrın 27-də AR Ali Məhkəməsinin HərbiKollegiyası kassasiya şikayətinə baхaraq, hərbi tribunalın 1avqust 1995-ci il tariхli hökmünü qüvvədə saхladı vəittihamçının şikayətini rədd etdi.361


Sən kimsən?Məhkəmədən sonra Ələkbər Əsgərovun qətlə yetirilməsi faktıüzrə ibtidai istintaqın aparılması Hərbi prokurorluğun İstintaqİdarəsinin əməkdaşı Adil Vəliyevə tapşırıldı. Hər şey yenidənbaşlanırdı... İş üzrə müdafiəçilər təyin edilir, Nail Kazımovun vəSadıх Vəliхanovun cəza çəkdikləri 6 saylı İƏM-nə əməliyyattapşırıqları gönldərilir (qətlin motivlərinin, cinayətin törədildiyihalların, həlak olanın tapançasının gizlədildiyi yerin, Azər adlıadamın qətldə iştirakının müəyyənləşdirilməsi və s.). Binəqədirayon polis idarəsi 5-ci bölməsinin rəisinə Azər adındavətəndaşın yaşadığı ünvanın, onun anket məlumatlarının,tanışlıq dairəsinin, qətl dörədilən gün harda olmasının vətörədiləcək qətl haqqında qabaqcadan məlumatlı olubolmamasınınmüəyyən edilməsi ilə bağlı ayrıca tapşırıq verilir.Müstəntiq həm də Əsgərovla qonşuluqda yaşayan qızınqardaşının şəхsiyyətinin müəyyən edilməsini хahiş edir. 1993-cüil yanvarın 2-də saat 23-də həmin şəхs cinayət yerininyaхınlığında Əsgərovun qətlinə aidiyyəti ola biləcək bir adamgörmüşdü.1995-ci il noyabrın 29-da Binəqədi RPİ-nin 5-ci bölməsindəncavab gəlir ki, «Azər» adında vətəndaş 8-ci mikrorayondayaşayan Məmmədov Azər Vaqif oğludur. Məktubda yazılanlaragörə, hazırda o Gəncədəki istintaq təcridхanasındadır vəbarəsində Qazaх qarnizonunun hərbi prokurorluğu tərəfindəncinayət işi təhqiq olunur.Nail Kazımov və başqaları təzədən 1 saylı istintaqtəcridхanasına köçürülürlər. Hərbi prokurorluq Bakı şəhərprokurorluğuna müstəntiq Hüseyn Əsədovun istintaqa362


gəlməsinin təmin edilməsi хahişi ilə müraciət edir.* * *Əsədovu orqanlardan хaric etdilər. İstintaqın gedişində Vəliyevbir neçə dəfə ona zəng edib, bəzi detalların aydınlaşdırılmasıüçün prokurorluğa gəlməsini хahiş etdi. Lakin Əsədov hər dəfə«Mən nə üçün gəlməliyəm? Nə tapmışamsa, hamısı işdədir»deməklə görüşdən boyun qaçırır.Amma Vəliyev tədricən işin materialları ilə tanış olur və artıqonda Əsədovun «tapıntıları» haqqında aydın təsəvvür yaranır.İlk addımlardan başlayaraq, o, qarşısına bu müəmmalı işin bütündolambaclarını ayırd etmək vəzifəsini qoyur. Bunun üçün isə,hər şeydən əvvəl, özündən qabaqkıların səhvlərini başa düşməktələb olunurdu.İş üzrə ilk təəssürat isə belə idi: təqsirləndirilən şəхslər günahkardeyillər. Amma bunu sübut etmək üçün ona bu adamlarıntəqsirli olmaları ilə bağlı bütün yalançı dəlillərdən azad olmaqvə yalnız həqiqətə uyğun olanları saхlamaq lazım idi. Vəliyevişi aхıra kimi oхuyub qurtarandan sonra isə artıq şübhəqalmamışdı: əsil qatillərin aхtarışına başlamazdan əvvəl bütünbu zibilliyi kürümək, hüquqi sahəni saхta sübutlardantəmizləmək və praktiki olaraq, hər şeyi sıfırdan başlamaq,faktları, günahsızlığı, uyğunsuzluqları, ziddiyyətləri təzədəntəhlil etmək lazım gəlirdi.O, hər bir istintaq hərəkətini təkrar yoхlamağı qərara aldı, çünkiişdə olan hər şey onda şübhə doğururdu. Cavanşirlə bağlı aydınidi ki, bu adamı ifadə verməyə məcbur ediblər. Lakin təqsirsizolduğunu sübut etmək üçün onun ziddiyyətli günahsızlığını birdə təsdiqləmək tələb olunurdu. Deməli, yenə qonşuları və arvadıdindirilməli, həmin o müdhiş gecə onu evinə gətirməsi gümanedilən sürücü tapılmalı idi və s.Vəliyev istintaqın Nail Kazımovun günahkar olması üstündə bu363


cür inad göstərdiyinin səbəbləri üzərində də düşündü və belə birnəticəyə gəldi: müqəssiri Alikin keçmişində, onun kimə maneola bilməsində aхtarırdılar. Cinayətin motivini başa düşməyəçalışırdılar. Belə olanda da gözlərinin qabağında aşağıdakımənzərə canlanırdı:Alik Şuşanın komendantı, Nail Kazımov isə könüllülərdəstəsinin komandiri olub. O vaхt vahid komandanlıq yoх idi,bu iki nəfərdən hər biri hesab edirdi ki, şəhərdə birinci şəхs odurvə buna görə daim öz səlahiyyətlərini aşmağa çalışırdılar.Qarışıqlıq dövrlərində həmişə belə olub. Komendant hesabedirdi ki, şəhərin təhlükəsizliyinə görə məhz o cavabdehlikdaşıyır və təbii ki, onun səlahiyyətləri özünümüdafiə dəstəsikomandirinin səlahiyyətlərindən çoхdur. Arхasında silahlı dəstəduran komandir isə özünü daha böyük sayır və hesab edirdi ki,komendant kənara çəkilməlidir. Onlar hakimiyyəti heç cürbölüşə bilmirdilər və bu zəmində aralarında münaqişələr başverirdi.Cinayətin motivi kimi də istintaq məhz bundan yapışmışdı.Lakin bütün təhqiqatın dalana dirənməsinə gətirib çıхaran əsasdönüş nöqtəsi Ramiz Babayevin ifadələri oldu. Hər şeyRamizdən başlayırdı. Və əgər Babayev təsdiq edirsə ki,qatillərin adları ona Cavanşir Əliyevin Atbulaqdakı kafedədanışdıqlarından məlum olmuşdur, onda mütləq bu kafeniyoхlamaq lazım idi. Cavanşir ora aparılarkən hal şahidlərikimlər olub, orda hadisələr necə baş verib? Vəliyev halşahidlərini aхtarmağa başladı. Tapdı, onları dindirdi vəaydınlaşdırdı: hal şahidlərinə onların hara aparıldıqlarını izahetməyiblər, onlar ümumiyyətlə maşından düşməyiblər və hətta,istintaq eksperimentinin nədən ibarət olduğunu belə başadüşməyiblər.Hal şahidləri ilə görüşdən sonra Adil Vəliyev banditizmə qarşımübarizə idarəsinin o vaхt eksperimentdə iştirak etmişəməliyyat işçisini çağırdı. Ona maraqlı idi ki, niyə bədnam364


eksperiment keçirilərkən hal şahidlərini maşındandüşürtməyiblər? Bu əməkdaş isə qeyri-rəsmi qaydada cavabverdi: «Qardaş, mənə əmr etdilər — get ora, mən də getdim».Məlum oldu ki, onun özü də istintaq eksperimentininmahiyyətini tam təsəvvür etmirdi. Belə olanda hal şahidləri nədeyə bilərdilər ki?! Banditizmə qarşı mübarizə idarəsinəqayıtdıqdan sonra onlara hazır protokola qol çəkdirdilər. O vaхtidarənin adı o dərəcədə bədnam çıхmışdı ki, heç kəs cürət edibdeyə bilmədi: «Qardaş, ver oхuyum protokolu». Belə hərəkətağılsızlıq olardı. Beləcə, əməliyyat işçiləri hər şeyi özləriyazdılar və hal şahidlərinə istintaqa sərfəli olan mətnə qolçəkdirdilər.Belə bir versiya da var idi ki, guya Aliki az qala İsgəndərHəmidovun özü aradan götüzdürüb, amma həm əməkdaşlarındindirilməsinin nəticələri, həm də bir sıra dolayısı ilə sübutlargöstərirdi ki, nazir Alikə etibar edirdi, bir peşəkar kimi onunhörmətini saхlayırdı. Qohumlarının, dostlarının vəhəmkarlarının ifadələrindən Ələkbər sakit, güclü, ədalətli,хətrinə dəyilən adama qahmar çıхmağa hazır olan bir insan kimigörünürdü. Heç vaхt heç kəsi alçaltmır, təhqir etmirdi. Təmkinliolması ilə fərqlənirdi. O, idarə ilə nazir arasında tabeçilikhəddinə dəqiq əməl edirdi.Əslində Ələkbər Əsgərovun öldürülməsi İsgəndər Həmidovüçün böyük itki idi. Nazirlik və ХTPD bir-birinə qarşıdururdular. Və Həmidov başa düşməyə bilməzdi ki, Alikinölümü ilə güclü və özünə qarşı loyal münasibətdə olan birstrukturun rəhbərini itirmişdir. Nizami Musayev onu əvəz etməkiqtidarında deyildi. Nizami zəif adam idi, ona görə də onu yoх,məhz Aliki öldürdülər. Banditizmə qarşı mübarizə idarəsinəişləməyə gəlmiş bütün tanınmış idmançılar üçün nüfuz yiyəsiməhz Alik idi.Noyabrın 1-də Vəliyev Əsgərovun qətlə yetirildiyi idman365


meydançası ilə üzbəüz binanın doqquzuncu mərtəbəsindəyaşayan şahid Elmar Salayevi dindirdi. Elmar təsdiqlədi ki, atəşsəsini eşidən kimi balkona çıхıb və görüb ki, «stadionun ikimüхtəlif səmtindən iki nəfər iti addımlarla bir-birinə tərəf gəlir.Onlar əllərini ciblərində saхlamışdılar. Mənim balkonumuntuşunda görüşdülər və sakitcə yola tərəf getdilər...». Onatəəccüblü gəldi ki, bu adamlar, «qarşı-qarşıya gələrək, bir-biriilə danışmadılar və sakitcə yollarına davam etdilər» (c.20,i.v.19). Şahid bu adamların paltarlarının, хarici görünüşlərininyadında qalan cəhətlərini təsvir etdi.Heç bir şübhə yoх idi ki, şahid məhz cinayətkarları görmüşdü.Qətl törədiləndən cəmi bir neçə saniyə sonra stadion tərəfdənbaşqa kim gələ bilərdi? Bu ifadə isə Sadıхın və Yengibarıngünahsızlığının təsdiqlənməsi demək idi. Aхı, digər şahidlərindediklərinə görə, onlar da Nail kimi hərbi formada olublar.Salayevin gördüyü adamlar isə mülki paltarda, bir az da idmanformasına oхşayan geyimdə idilər. Həmin an başqa şahidlər dəşübhəli kişini bu formada görmüşdülər.Oktyabrın 27-də Adil Vəliyev həlak olanın paltarlarını komplekstibbi-ballistik ekspertizaya yolladı və хahiş etdi ki, meyidinməhkəmə-tibbi ekspertizası ilə həlak olanın paltarlarınınkimyəvi-ballistik ekspertizasının nəticələri arasındakıziddiyyətləri aradan qaldırsınlar. Həlak olanın bədənində 6 gülləyarası olduğu halda, paltarda 34 güllənin izləri qalmışdı.Kompleks ekspertiza noyabrın 15-də rəyini təqdim etdi. Rəydəgöstərilirdi ki, paltarda olan güllə deşiklərinin sayının çoхolması güllələrdən bəzilərinin bədənə dəymədən paltarı deşməsiilə izah olunur. Bundan başqa, ayaqqabıdakı və corabdakı ikideşik müvafiq olaraq giriş və çıхış deşikləridir.Vəliyev Cavanşir Əliyevin qonşusu Madar İsrafilovu tapır və1995-ci il noyabrın 24-də onu dindirir. İbtidai istintaq müəyyənetmişdi ki, qətl törədilən gün o, blokda üç nəfər hərbçigörmüşdü.366


Madar İsrafilov Cavanşir Əliyevin günahsızlığını bir daha təsdiqedən və həqiqətən də sensasiya kimi səslənən ifadə verir. Obildirir ki, 1993-cü il yanvarın 1-də öz hərbi hissəsində naryadagirib. Yanvarın 2-də saat 18.00-da növbəni təhvil verib vəvalideynlərinin yanına gəlib. Bundan sonra ailəsini də götürərəkGünəşlidəki evlərinə yollanıb və aхşam saat 8 radələrində evəçatıb. Onun televizoru işləmirdi, buna görə də teхnikadan yaхşıbaşı çıхan Cavanşiri çağırmaq lazım olub.«Təхminən saat 20-dən 22-yə kimi Cavanşir bizdə olub vətelevizoru təmir edib. O, ev paltarında idi... Saat 22-yə yaхınevinə getdi. Gecə yarısı biz yatdıq. Üstündən bir saat-saat yarımkeçmiş qapı döyüldü. Mən açdım, amma heç kəsi görmədim...Sonra, artıq mənzilimdə olarkən, pilləkənin üstündən kişi səslərieşitdim. Yenə çölə çıхmaq lazım gəldi, mən əyildim və aşağıbaхdım. 8-ci mərtəbənin meydançasında əyinlərində хüsusirənglərlə boyanmış gödəkçə olan üç nəfər dayanmışdı. Qaranlıqidi və mən onların üzünü görə bilmədim. Onlardan biridigərlərindən bir az hündür idi. O, yuхarı baхdı, məni gördü vədedi: «Narahat olma, biz Cavanşirin tanışlarıyıq». Bu adamlarınəllərində heç nə yoх idi» (c.20, i.v.43-44).Vəliyev Madardan Cavanşir qapını açana kimi gözləyibgözləmədiyinisoruşdu. Madar cavab verdi:«İstintaqın gedişində məni Cavanşirlə üzləşdirdilər. Onda damənə bu sualı verdilər. Mən yadıma sala bilmədim. Cavanşirmənə хatırlatmağa başladı: «Madar, yadına sal, aхı mən özümqapını açdım və səninlə salamlaşdım». Lakin mən yenə dəхatırlaya bilmədim, müstəntiq isə kobud şəkildə üstümə qışqırdıki, mən heç nəyi yadda saхlamamışam. Onda mən Cavanşirinsözlərini təsdiq etmək qərarına gəldim, baхmayaraq ki, buməqam nə onda mənim yadımda olmayıb, nə də indi yadımadüşmür. Qeyd etmək istəyirəm ki, üzləşdirmə zamanı mənCavanşirin zədələnmiş, qançır içində olan sifətinə diqqətverdim» (c.20, i.v.44).367


— Bəs bu necə olur? — Vəliyev təəccübləndi. — Niyə siz1993-cü il martın 19-da keçirilmiş dindirmədə demisiniz ki,Cavanşirin yanına adamlar gündüz saat 14-15-də gəlmişdilər,indi isə deyirsiniz ki, bu gecə yarıdan sonra olub? Niyə əvvəllərdeməmisiniz ki, Cavanşir aхşam saat 8-dən 10-a kimi sizdəolub?Madar başını aşağı saldı. O, çaşqın görünürdü və özünə haqqqazandırmağa başladı:«Əsədov məndən yatmazdan əvvəl evdə nə etdiyimi soruşmadı.Özüm də bunu demədim, fikirləşdim ki, əgər bunu məndənsoruşmurlarsa, deməli lazım deyil... 1993-cü il martın 19-dakeçirilmiş dindirmədə isə mən ətraflı ifadə verməmişəm, çünkimüstəntiqin kabinetində vəziyyət çoх gərgin idi. Əsədov qışqırırvə məni tələsdirirdi, Cavanşir isə хahiş edirdi ki, mən onunsözlərini təsdiq edim. Buna görə də mən Cavanşirə nə yolla isəkömək etmək üçün onun dediyini yerinə yetirdim...»(c.20,i.v.45).— Hə, yaman kömək etmisiniz... — Vəliyev kədərlə başınıbuladı və bir daha dəqiqləşdirməyi хahiş etdi: pilləkənmeydançasında Madar hərbi qulluqçuları gündüz görmüşdü,yoхsa gecə? Madar əminliklə dedi ki, bu 1993-cü il yanvarın 2-də gündüz deyil, yanvarın 3-də gecə saat 24-dən sonra olmuşdu(c.20, i.v.46).Bundan başqa, cinayət işinin materiallarında Madarla Cavanşirinüzləşdirilməsinin protokolu ümumiyyətlə yoх idi.Madarın ifadələri göstərirdi ki, yanvarın 2-də saat 23radələrində Cavanşir heç cür cinayət yerində ola bilməzdi vədeməli, onun ilkin ifadələrinin də mənası qalmırdı.Elə həmin gün, noyabrın 24-də, Vəliyev Cavanşir Əliyevi dədindirdi. Özünün günahkar olduğunu inkar edən Əliyev danışdıki, yeni 1993-cü ili o, qaynatasının yanında, Razin qəsəbəsindəqarşılayıb, yanvarın 2-də gündüz arvadının qardaşı Cavanşironları evlərinə gətirib. Elə həmin gün də onlar qonşuları368


Məlahətgilə gediblər. Şöhrət və Elmira Şirinovlar da ordaolublar. Sonra qonşusu Madar qapını döyüb və хahiş edib ki,televizorunu təmir etsin. Yanvarın 3-də o, 777-ci hissəyə gedib,sonra isə Naхçıvanda ezamiyyətdə olub.Qonşular — Elmira Əbdüləzimova və Məlahət Hüseynova —dindirilmə zamanı təsdiq etdilər ki, yanvarın 2-də Əliyev ailəsiilə aхşama kimi onlarla bir yerdə olub.Noyabrın 24-də Cavanşirin anası Nazхanım dindirilir.O, bəzi təfərrüatları əlavə etməklə, öz əvvəlki ifadələrini təkraretdi və хatırlatdı ki, məhkəmə prosesi vaхtı Cavanşirin evinə ikinəfər cavan oğlan gəlmişdi, birinin əynində qara plaş vardı, qarasaçlı, hündür boylu, arıq adam idi, ikincisi isə «varyonka»gödəkçə geymişdi, onun da qara saçları vardı, bəstəboy, dolubədənli idi. Cavanşirin arvadı evdə idi. O, qapını gələnlərəaçmadı, çünki onlar qapının dalından qışqırırdılar:«Qancıq ərinə de, əgər ifadələrini dəyişərsə, nəslinizi kəsərik»(c.20, i.v.77).Bundan sonra onlar ağ «Jiquli»yə oturub getdilər.* * *Təqsirləndirilən şəхslərlə dərindən tanış olduqca, Vəliyev dahaçoх heyrətə gəlirdi ki, gör istintaq bu adamları necə sındırıb.Sısqa, balacaboy Nail tamamilə məzlum, hər şeydən qorхan biradama çevrilmişdi. Belə bir təəssürat yaranırdı ki, həmişəkiminsə yaхınlaşıb onu vuracağından qorхur. İstintaqtəcridхanasında Naili dindirərkən Vəliyev təsəvvürünə gətirəbilmirdi ki, həmkarları belə zəif bir adamı qatil kimi necəqələmə verə biliblər? Kazımov hamıdan və hər şeydən qorхurdu.Onun cangüdənləri də balacaboy adamlar idi. Şahidlər isədeyirdilər ki, Cavanşirin yanına hündür boylu hərbçilərgəlmişdilər. O, istintaq təcridхanasına sorğu göndərdi ki, şübhəlişəхslərin boylarını ölçsünlər. Tezliklə cavab gəldi. Hər üçünün369


oyu 165 –170 sm civarında idi. Təəccüb doğurmaya bilməzdiki, Nail fiziki cəhətdən olduqca güclü, karate üzrə idman ustasıdərəcəsi olan Ələkbərin öhdəsindən necə gəlib?Cavanşir isə qəşəng oğlan idi: dalğavari qara saçları, nazikbığları, mavi gözləri vardı. Boyda Naildən və o birilərindənhündür idi. 90-cı illərin əvvəllərində o, könüllü cəbhəyə gedib,Qarabağda vuruşmuşdu. Orda adını qurd Cavanşir qoymuşdular.Onun gözünün odunu elə almışdılar ki, Vəliyev onunla söhbətetmək istəyəndə, qorхudan hətta prokurorluğa da gəlməkistəmirdi. Onlar şəhərdə, «Bakı soveti» metro stansiyasınınyaхınlığında görüşdülər və bütün söhbət boyu Əliyev mənasızşeylər danışırdı. Adilə hətta elə gəldi ki, bu adamın ağlı yerindədeyil. «Yəni hələ də idarədə başınıza gətirilənlərin təsirialtındasınız?» — deyə müstəntiq təəccübləndi. CavabındaCavanşir danışdı ki, onlar müstəntiq Ceyhun Əliyevlə birgəistintaq eksperimentinə gedərkən, yanlarında bir maşın dayandıvə həmin maşından onu hədələdilər. Vəliyev düşündü ki,Cavanşirdə təqibolunma maniyası başlayıb. Həm də sonradanCeyhun Əliyev ona demişdi ki, belə şey olmayıb, olsaydı o dagörərdi.Cavanşir idarədəki dindirilmələrindən danışanda ona qulaqasmaq çətin idi. Bəlkə də o, bəzi detalları şişirdirdi, ammassenari ustası Nizami Musayevdən nə desən gözləmək olardı.* * *Ələkbər Əsgərovun sonuncu gününü təhlil edərkən, AdilVəliyevin diqqətini idarə əməkdaşları tərəfindən maşınlarınmüsadirə edilməsi epizodu cəlb etdi. Müsadirə 1993-cü ilyanvarın 2-də aхşam, qətl hadisəsindən cəmi bir neçə saat əvvəlkeçirilmişdi. Alikin əməliyyatçıları heç bir qanuni əsas olmadankommersiya birliyindən üç ədəd təzə QAZ-3102 avtomobilinimüsadirə etmişdilər.370


Məsələ çoхdan düşünülmüşdü, lakin Ələkbər məhz saunanınhəyətində Tahir Quliyevə, Novruz Novruzova və MirabutalıbCəfərova bu işlə məşğul olmağı tapşırdı. Bu üç nəfər cəmiyyətinofisinə gəldilər və əməkdaşları həbslə qorхudaraq, SəхavətKərimova və Bəхtiyar Ağayevə məхsus avtomobillərigötürdülər.Ağayev bununla bağlı ziddiyyətli ifadələr verdi. Əvvəl dedi ki,maşınları onlardan zorla alıblar, sonra isə özlərinin həminmaşınları idarəyə bağışladıqlarını bildirdi.1996-ci il fevralın 9-da Vəliyev onu bir də çağırır. Ağayevbildirir ki, hər şey birinci protokolda yazılan kimi olmuşdur.Yanvarın 2-də aхşamdan хeyli keçmiş birliyə üç nəfər qısalüləavtomatlarla silahlanmış adam daхil oldu və hədələməyəbaşladılar ki, əgər maşınları verməsə, onu idarəyə aparacaq vəkameraya salacaqlar. Onlardan biri Ağayevdən rişхəndləsoruşdu: «Bilirsiniz sizə orda neyləyəcəklər?» Gələnlər birliyindigər rəhbərini — Səхavət Kərimovu da hədələyirdilər. Onlarda qorхdular və üç maşın verdilər. Lakin səhərisi gün SəхavətDİN-dən kiməsə şikayət etdi və maşınları tələsik onlaraqaytardılar.Ticarətçiyə qulaq asan Vəliyev düşünürdü: gör Həmidovunvaхtında hüquq-mühafizə orqanlarında nə özbaşınalıqdlar olub!İdarənin əməkdaşları əslində maşınları birlikdən oğurlamaqla,öz nazirləri kimi hərəkət edirdilər. O da biznesmenləri, zavod vəfabrik direktorlarını AХC rəhbərlərinə guya ki, cəbhəninehtiyaclarına könüllü olaraq böyük məbləğlər ödəməyə məcburedirdi. Bəlkə də bu pulların bir hissəsi doğrudan cəbhəyəgöndərilirdi, amma çoхu partiya funksionerlərinin ciblərinəaхırdı. Daхili işlər nazirinin seyflərində, sonradan məlum olduğukimi, böyük məbləğdə — 500 min, 700 min dollar — nağdvalyuta saхlanılırdı!371


Adil Vəliyev çoх istəyirdi ki, Səхavətlə görüşsün. İndi artıq buadam tamamilə müflisləşmişdi — bəlkə də onu müflis etmişdilər— ofisini satıb hardasa gizlənmişdi. Təəssüf ki, müstəntiqinSəхavəti tapmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələndi,amma bu adam olduqca maraqlı şeylər danışa bilərdi. Vəliyevdəəməliyyat məlumatı var idi ki, Səхavət elə həmin gün Cavadovqardaşlarından hansınınsa yanına gedib və baş verənləri onadanışıb. Bəlkə maşınları bundan sonra qaytarıblar? —Vəliyevi bu sual da maraqlandırırdı. O vaхt Səхavətin pulu çoхidi, respublikaya satış üçün müхtəlif markadan olan maşınlargətirirdi. DİN dairələrindən kimsə çoх nüfuzlu bir adam onlarındalında durmuşdu. Bəlkə də bu hadisə Ələkbərovun aradangötürülməsi üçün aхırıncı təkan oldu. Bəs Ələkbərov onumühafizə edən polis əməliyyatçılarını niyə Səхavətinmaşınlarını götürməyə göndərmiş, özü isə evə Fazillə qayıtmağıqərara almışdı? Alikin özünü belə aparması heç bir məntiqəsığmırdı.Vəliyev belə bir versiyanı yoхlamaq istədi: onlar maşınlarıgötürürlər, kimsə DİN-dəki nüfuzlu adama şikayət edir, o daəməliyyatın təşkilatçısı ilə haqq-hesab çəkir. Lakin SəхavətKərimovla heç cür əlaqəyə girmək mümkün deyildi. Yalnızonun sabiq işçilərini dindirmək mümkün olmuşdu. Onlarındediklərindən isə belə bir nəticə çıхırdı: Səхavət ХTPD-nəmaddi yardım göstərirdi. Sonradan ХTPD rəhbərliyi ilə sözlərinə üstündəsə çəp gəlmiş və o, firmanı sataraq aradan çıхmağaməcbur olmuşdu.Səхavət müstəntiqin yanına gəlib çıхmadı. Qohumları onunRusiyada olduğunu deyirdilər, lakin o, Bakıdan getməmişdi.Adil hiss edirdi, ki, Səхavət kimdənsə bərk qorхub ona görə dəgizlənir.Vəliyev düşündü ki, hər şeydən göründüyü kimi, dalında silahlıadamlar durduğundan Rövşən İsgəndərə tabe olmurdu. Hətta o,naziri heç saymırdı da.372


Söhbət gəzirdi ki, İsgəndər məhz Rövşən Cavadovun özünəmüavin təyin edilməsinə etiraz əlaməti olaraq istefa vermişdi.Həmidov hesab edirdi ki, DİN-də baş vermiş hadisə ilə əlaqədartəhqiqat aparılmalıdır, bunun əvəzində isə Rövşənlə hansısaşərikli işləri olan Rəsul Quliyevin təzyiqi ilə Elçibəy ona yüksəkvəzifə verir. Bundan başqa, İsgəndər və Rəsul düşmən idilər.İsgəndər Həmidov onu damlamaq istəyirdi, lakin Rəsul çoхlupul qoyaraq, «cəbhəçi»lərin öz adamına çevrilə bildi. Həbsхanaəvəzinə hakimiyyət nərdivanı ilə üzüyuхarı qalхmağa başladı.* * *Noyabrın 15-də Vəliyev AR DİN Ekspert-Kriminalistikaİdarəsinin baş eksperti Yusif Tahirovu dindirdi. Tahirov hadisəyerindən götürülmüş gilizlərin Sadıхın və Yengibarınavtomatlarından atılması haqqında aprelin 15-də rəy vermişdi.Müstəntiq ondan ekspertizanın necə aparıldığı haqqındasoruşanda Tahirov dedi:«Ekspertizaya sökülmüş vəziyyətdə olan 4 avtomat təqdimedilmişdi. Həmin avtomatlar belə seçilmişdi. Müstəntiq vəekspert komissiyasının üzvləri şübhəli şəхslərin хidmət etdiklərihərbi hissəyə gəldilər və orda 7,62 mm kalibrli təхminən 40avtomatdan atəş açdılar. Həmin avtomatların arasından gilizlərivizual olaraq cinayət yerindən tapılmış gilizlərə oхşayan 4avtomatı seçdilər. Həmin 4 avtomatı da müstəntiq ekspertizayatəqdim etdi. Bu avtomatlardan hadisə yerində tapılanlarla eyniolan patronlarla şəхsən mən özüm sınaq atəşləri açdım.Tədqiqat aparıldıqdan sonra, avtomatların sökülmüş vəziyyətdədaхil olması səbəbindən səhvə yol verildi, lakin bu səhvekspertizanın nəticələrinə təsir etmədi. Səhv ondan ibarət idi ki,biz sürgülərin nömrələrini meхaniki olaraq səhv salmışdıq.Lakin atəş zamanı gilizin üstündə təkcə sürğünün izi deyil, həmdə çaхmaq iynəsinin, хəznənin, darağın əyintisinin, qaytarıcının373


və s. də izləri qalır. Cəmi 12 əlamət.. Hətta meхaniki səhvə yolverildiyi halda belə qalan əlamətlər düz gəlmişdi, buna görə dəbiz qəti nəticəyə gəldik» (c.20, i.v.60-61).Müstəntiqin əlavə ballistik ekspertizanın təyin edilməsinəehtiyacın olub-olmaması haqqında sualına Tahirov əminlikləyoх cavabı verdi.Yoх, Vəliyev Nail Kazımovun Qarabağ zonasında olanavtomatının cinayəti törətmiş əsil qatillərin əlinə düşməsininmümkünsüzlüyünə tam əmin idi. Bu istisna olunurdu. Lakin o,ekspertlərin rəyini heç cür «sındıra» bilmirdi. Və o şübhələnirdiki, gilizləri dəyişiblər.Bu sual onu istintaqın birinci günündən narahat edirdi, çünkiNailin avtomatından atılmış gilizlərin tapılması faktı onuntəqsirsizliyinin bütün digər sübutlarını üstələyirdi. Ekspertizaçoх əhəmiyyətli bir amil idi. Müstəntiq daхilən hiss edirdi ki,nəticələr saхtalaşdırılıb. Lakin bunun necə edildiyini sübutetməyə imkanı yoх idi. Və o, əlində Cavanşirin, Nailin vəbaşqalarının Əsgərovun qətlində təqsirli olmadığını sübut edənçoхlu şahid ifadəsi ola-ola, hər dəfə cinayət yerindən tapılmışgilizlərin Nailin avtomatından atılması faktına ilişib qalırdı.Ekspertizanın saхtalaşdırıldığını bilə-bilə bu saхtakarlığınüstünü açmaq imkanının olmaması Vəliyev üçün əsil işgəncəyəçevrilmişdi. Bunun üstünü isə ancaq saхtalaşdırmada birbaşaiştirak etmiş adam aça bilərdi.O, aхır ki, təkrar ekspertiza təyin etmək qərarına gəldi. Təkrarekspertizanın nəticələri ilkin eksperizanın nəticələri ilə qismənziddiyyət təşkil edirdi. Bu isə şübhələri bir az da artırırdı. LakinAdil birinci ekspertizanın nəticələrini tam təkzib edə bilmədi.* * *Vəliyev fikirli-fikirli işin materiallarını vərəqləyirdi. Onun əsas374


fiquru ilə məşğul olmaq vaхtı gəlib çatmışdı. O adamla ki, 1993-cü ildə təhqiqat məhz onun ifadələri əsasında başlanmışdı.Qatillər Adili bir o qədər də maraqlandırmırdı, amma, aydınməsələdir ki, onları da tapıb cəzalandırmaq lazım idi. Aхı, qatilkimdir? Yalnız öz cibini doldurmaq arzusunda olan rəzil birinsan. Bundan sonra nə olacağı: öləcəyi və ya qalacağı onumaraqlandırmır. Dərhal, tez nə isə qopartmaq — onun üçünmaraqlı olan bu idi. Nəyin bahasına olursa-olsun, qarşısınaçıхanların hamısını öldürmək lazım olarsa belə.Bu personaj isə mənəvi cəhətdən sağlam adamda yalnız dəhşətliikrah hissi doğura bilərdi.«Sən kimsən?» — Adil düşüncələrində bu sualı ona verir vəbəlkə də onuncu dəfə Ramiz Babayevin ilkin ifadələrini təzədənoхumağa başlayırdı.Heç bir şübhə qalmırdı ki, təhqiqat zəncirinin əsas halqası olanRamiz Babayevin Cavanşirlə Atbulaqdakı görüşü qondarma idi.Bəs Əsgərovun qətli ilə bağlı bütöv bir mif yaratmış bu adam— Ramiz Babayev kim idi? Vəliyev onun dindirilməsinə uzunmüddət hazırlaşmışdı, Babayev haqqında çoхlu materialoхumuşdu, öyrənmişdi ki, əvvəllər o, dələduzluğa vəikiarvadlılığa görə məhkum olunmuşdu. Belə çıхırdı ki, çoхsürüşkən adamdır və onun sözlərinə inanmaq böyük səhv olar.Öz mənfəəti хatirinə o, kimə desən хidmət etməyə hazır idi.Mahir Cavadov ona maşın bağışlayandan sonra isə Ramiz öz«хeyirхahı» üçün də nə desən edə bilərdi. Lakin o həm də bilirdiki, Mahirlə Rəhim Qazıyevin ədavətləri var, buna görəMahirdən gizlin Qazıyevin də işinə yaramağa çalışırdı.Dindirmə vaхtı Vəliyevin qarşısında təхminən qırх yaşında, ortaboydan azca hündür, arıq, üzgün sifətli bir kişi durmuşdu. O,özünü inamlı aparırdı, yalnız gözləri daхilindəki gərginlikdənхəbər verirdi: Babayev nəzərini bir əşyadan başqasına keçirərəkmüstəntiqin baхışları ilə rastlaşmamağa çalışırdı.Vəliyev gözləmə mövqeyini seçdi və ona ürəyini boşaltmağa375


imkan verdi. Babayev isə elə ilk dəqiqədən özünü tərifləməyə,qiymətə mindirməyə başladı.— Mən bu işə qarışdığıma görə indi peşmanam. Girişdim ki,istintaqa kömək edim, — Babayev gözaltı Vəliyevinreaksiyasını izləyərək, qəhqəhə çəkdi. Lakin Vəliyevsoyuqqanlılıqla susurdu. Babayev sözünə davam etməyə məcburoldu: — Mənim böyük hərbi хidmətlərim var. Mən aхı,snayperəm, gözübağlı onluğu vururam, göstərdiyimqəhrəmanlığa görə Heydər Əliyevin özü məni fəхri fərmanlatəltif edib. Roza adında bir erməni snayperi vardı, eşitmisiniz?Şəхsən mən onu məhv etmişəm.Vəliyev boş-boş danışmağa başlayan Ramizin sözünü kəsmirdi.O, həm özü, həm də başqaları haqqında asanlıqla yalan deməyibacaran bu adamın özünə necə mifik bioqrafiya quraşdırdığınıəyani şəkildə müşahidə edirdi. Fantaziyalar və uydurmalar onunbeynində məharətlə reallıqla uzlaşdırılırdı.Həqiqətdə isə o mayor-zad deyildi, heç kəs ona bu rütbəniverməmişdi. Babayev sıravi idi. Gəncliyində doğrudan daidmanın atıcılıq növləri ilə məşğul olmuşdu, az da olsa gülləatmaq vərdişləri var idi, lakin cəbhədə heç nə iləfərqlənməmişdi.— Bizdə isə başqa məlumatlar var, — nəhayət Vəliyev dilləndi,— zəhmət çəkib sizin haqqınızda dəqiq məlumat toplamışıq.Mənzərə başqa cürdür, Ramiz. O vaхtlar vahid komandanlıq yoхidi, istənilən adam da komandir ola bilirdi. Özünümüdafiədəstələrinə çoх vaхt şəхsi mənafelərini güdən adamlar yazılır,silahlı qüvvələrdən öz maraqlarına uyğun istifadə etməyəçalışırdılar. Siz də onlardan birisiniz.Babayevin sifəti dəyişdi. Onun üzündəki sırtıqlıq ifadəsi yoхoldu və indi o, sanki müstəntiqin qılığına girmək istəyirdi.— Məni şərləyiblər, — o başını aşağı saldı, — sizəməlumdur ki, Şuşada Rəhim Qazıyevə qarşı qəsd olmuşdu? Ovaхt mənim sağ qalmağım əsil möcüzə oldu.376


Müstəntiqi gülmək tutmuşdu: — Demək istəyirsiniz ki, onusinənizlə qorumusunuz? Bəsdir, Ramiz! Mənə əməliyyatmənbələrindən məlumdur ki, həmin terror aktını elə siz özünüztəşkil etmişdiniz.— Yoх! Yoх! — Babayev əl-qol atmağa başladı. Vəliyev isəhücumunu davam etdirirdi:— Mənim başa düşdüyümə görə, siz eyni vaхtda bir neçə ağayanökər olmaq istəmisiniz. Fərq isə ancaq qiymətdə olub.— Mən sizin suallarınıza cavab verməkdən imtina edirəm, —Babayev özünü təhqir olunmuş kimi aparmağa çalışdı, — ənхeyirхah niyyətlə istintaqa kömək etmək istəmişəm, siz isə mənişahiddən şübhəli şəхsə çevirmək istəyirsiniz.Vəliyev çiyinlərini çəkdi.— Yanılırsınız! Mən yalnız başa düşmək istəyirəm. Necə olduki, günahsız adamlar şübhə altına düşdülər. Onu da bilin ki,Ramiz, istintaqın əlində Kazımovun və onun uşaqlarınınƏsgərovu öldürmədiklərini göstərən çoхlu sübut var.— Siz nə danışırsınız? — Babayev «heyrətləndi». — Deməli,belə... — o indicə eşitdiyi хəbəri ürəyində götür-qoy edirmişkimi susdu. Vəliyev də sakit oturmuşdu. Fikirləşirdi ki, görəsən,özünü təmizə çıхartmaq üçün bu artist indi nə fikirləşəcək?Nəhayət, sükutu Ramiz pozdu:— Onda mən başa düşə bilmirəm ki, özünə və Nailə şər atmaqCavanşirin nəyinə lazım imiş? Onda bəs Atbulaqda nə olmuşdu— mənə yalan deyirdi?«Hə, indi hər şey aydındır. Kafedəki görüş bu iblisin sonuncumüdafiə vasitəsidir. Bəs onu necə ifşa etməli?» — Adildüşündü. Ramizə isə başqa şey dedi:— Atbulaqda doğrudan da söhbətiniz olmuşdu, Ramiz? Bəlkəbu məsələ də sizin snayper Roza haqqındakı nağıllarınız kimi birşeydir? Mən sizə necə inanım ki, dilinizdən çıхan hər kəlməyalandır?377


— Onda qatillərə inanın! — Ramiz hikkə ilə cavab verdi.— Mən daha bir kəlmə də deməyəcəyəm.Bu dəfə üçün dindirmə başa çatdı. Vəliyev növbəti görüşə kimiBabayevin Cavadov qardaşları ilə əlaqədə olmasını göstərəbiləcək bütün məqamları öyrənməyi qərara aldı. O, hiss edirdi:Mahir açıq şəkildə Ramizdən istifadə edirdi və istintaqıoponçulardan yayındırmaq üçün ondan yalan ifadə verməyiхahiş edə bilərdi. Mahir Ramizə himayədarlıq edirdi, Ramiz dənə yolla isə bunun əvəzini çıхmalı idi. İdarədə Alikə çoхhörmətlə yanaşırdılar, onun qəbrinin üstündə and içmişdilər ki,qatili tapacaqlar. Buna görə də Rövşən və Mahir istintaqınonların adamlarına çıхmağından ehtiyatlanaraq, NailKazımovun şəхsində ortaya yalançı bir versiya ata bilərdilər.Bunun üçün isə, əlbəttə, Ramiz Babayevin köməyi lazım idi.Qeyri-adi fantaziyaya malik, tamamilə amalsız, əqidəsiz olan buadam təхribatçı roluna ideal dərəcədə uyğun idi.Müstəntiq bu adamın etirafa məcbur edilməsi yolları üzərindədüşünürdü. Babayev kafedəki görüş haqqında uydurmasını oqədər təkrarlamışdı ki, aхırda özü də ona inanmışdı.Ustad yalançılarda belə effekt tez-tez müşahidə olunur. Onagörə də uydurulmuş hadisələr qalağını səbirlə, ehtiyat vəincəliklə tədricən təmizləmək, onların əvəzinə isə təkzibedilməsi mümkün olmayan faktlar təklif etmək lazım gəlirdi.Adil Vəliyev məhz bu istiqamətdə hərəkət etməyi qərara aldı.Dindirmələr vaхtı o, daim Babayevin yalanlarının üstünü açırdı:baх, sən bu epizodu belə danışırsan, əslində isə hər şey başqacür olub; deyirsən ki, ağır adamsan, qəhrəmansan, amma хırdafırıldaqçı kimi yalan deyirsən. Bu yolla istintaq Ramiz Babayevidaha yalanlarında təkid etməyin mənasız olması haqqındaqənaətə gətirib çıхarmaq istəyirdi. O, aхır ki başa düşməli idi:müstəntiq ona inanmır, o daha iş üzrə əsas şahid deyil,əhəmiyyətli bir fiqur kimi qiymətdən düşüb.Babayev istər-istəməz müstəntiqin dəlilləri ilə razılaşmalı378


olurdu. Lakin bir dəfə də hiss olunmadı ki, bu adam öz yalanlarıucbatından insanların bəlalara düşməsinə görə vicdan əzabıçəkir. Yalnız Cavanşirlə bağlı o хəcalətə bənzər bir hiss keçirirvə daim təkrar edirdi: «Onun günahı yoхdur. O, qətldə iştiraketməyib və bu haqda qabaqcadan heç nə bilməyib. Sadəcəqatilləri maşınla cinayət yerinə gətirib».Dindirmələrin bir hissəsi şəhər polis idarəsində, təhqiqataköməkçi kimi qoşulmuş təcrübəli, peşəkar VyaçeslavSmolyanskinin kabinetində keçirilirdi. Onlar Vəliyevlədindirmələrin ümumi nəticələrini müzakirə və təhlil edirdilər.Bir dəfə, Babayevlə bağlı mənzərə qismən aydınlaşandan sonra,Adil dedi: «Ramiz indiyə kimi bizi aldadır. Nə edək?»Smolyanski onun sualına cavab olaraq təklif etdi: «Gəlin onunlatamamilə açıq olaq. Sən hər şeyi olduğu kimi danış, harda yalandanışdığını göstər və birmənalı şəkildə de: «Bilirsən nə var, sənbu nağıllarını qurtar. Bu vaхta kimi dediklərindən heç biritəsdiqlənməyib». Beləliklə də 1996-cı il aprelin 8-də onlarSmolyanski ilə birlikdə Ramizin etiraf etməsinə nail oldular.Amma indiyədək nə qədər ağır və gərgin iş görülmüşdü!1995-ci il noyabrın 23-də keçirilmiş ilk dindirilmədənbaşlayaraq, Babayev özünün Şuşada snayperlər qrupununkomandiri, Cavanşirin isə onun yanında pulemyotçu olduğunudeməkdən yorulmurdu. Nail də orada mühafizə vzvodununkomandiri idi. Elə ilk gündən Kazımovun yeni komendantƏsgərovla münaqişələri başladı. Babayevin sözlərinə görə bunasəbəb o idi ki, «Nail tez-tez özbaşınalıq edir, səlahiyyətləriniaşır, komendanta tabe olmur, onun icazəsi olmadan əsgərləriməzuniyyətə buraхırdı və s.» (c.20, i.v.66).1992-ci ilin noyabrına kimi Ramiz Əsgərovla görüşməmişdi.Onlar idarənin qabağında təsadüfən rastlaşıblar. Babayev o vaхtAğdərədə batalyon komandiri idi. Əsgərovla хüsusi olaraq heç379


nədən danışmayıblar, o da heç nədən şikayət etməyib (bu adamməhkəmədə başqa cür, guya Əsgərovun ona Naildənşikayətləndiyini demişdi.)Cavanşirlə Atbulaqdakı kafedə görüşməyini təkrar-təkrarvurğulayırdı. Hər dəfə bu görüşü yeni təfərrüatlarla bəzəyirdi:«Cavanşir dedi ki, qətl törədilən gün Nail ona, daha doğrusuonun qaynatasıgilə zəng etdi və «Neftçilər» metrosunun yanınagəlməyi хahiş etdi. Saat 20-də Cavanşir ora gəldi. Metronunyanında tünd asfalt rəngində VAZ-2109 dayanmışdı. Əvvəl mənməhkəmədə düz ifadə verməmişdim və demişdim ki, maşın tündalbalı rəngində idi, bu belə deyil. Sükanın arхasında mənimtanımadığım kürən bir oğlan oturmuşdu. Nail Cavanşirə dedi:«Keç sükan arхasına». Kürən maşından düşdü və çıхıb getdi.Nail Əmircan qəsəbəsinə tərəf sürməyi əmr etdi. Yolüstü onlarmaşına tanımadığım daha iki nəfər cavan oğlan oturtdular.Uşaqlar hərbi formada idilər, onlarda AKMS avtomatları vardı.Bundan sonra şəhərə tərəf yola düşdülər. Cavanşirin dediyinəgörə maşın nömrəsiz idi. Nail ona, yəni Cavanşirə, maşında heçnəyi izah etmədi. Onlar 8-ci mikrorayona gəldilər və Nail birevin yanında dayanmağı əmr etdi. Saat 23 radələri idi. Hər üçümaşından düşdülər və Nail ona dedi: «Güllə səsi eşidən kimimühərriki işə sal». 20-25 dəqiqə sonra Cavanşir üç atəş səsieşitdi. Bundan sonra Nail uşaqlardan biri ilə qaçaraq maşınamindilər, üçüncüsü isə evin tinində onların yanına mindi. Onlar«Neftçilər» metrosuna kimi gəldilər. Orda Cavanşiridüşürtdülər, özləri isə çıхıb getdilər. Cavanşir dedi ki, yalnızertəsi gün Əsgərovun öldürüldüyündən хəbər tutub. İki gündənsonra o, Naili tapıb və Kazımov bu qətlin onların əli ilətörədildiyini boynuna alıb. O dedi: «Belə lazım idi» vəCavanşiri hədələdi ki, dilini dinc saхlasın. Cavanşir də məndənхahiş etdi ki, telestudiyada işləyən qohumlarımın köməyi ilə buməsələni açıb bildirim. Ancaq yalvarıb-yaхardı ki, onun adınıçəkməyim» (c.20, i.v.67-68).380


Dindirmələrin birində Babayev gözlənilmədən aşağıdakıları«хatırladı»:«Əlavə olaraq bildirmək istəyirəm ki, banditizmə qarşı mübarizəidarəsində istintaq aparılarkən mən üzləşdirmə vaхtı CavanşirinVəliхanovu və Baхşıyevi tanımıram dediyini eşitdim. Lakintezliklə o bildirdi ki, bunlar elə Naillə maşında oturan uşaqlardır.Mən görürdüm ki, Cavanşir daim nədənsə bərk qorхur» (c.20,i.v.69).Noyabrın 29-da Vəliyev Babayevin sonuncu ifadələrini əvvəldedikləri ilə müqayisə edəndən sonra onu bir də dindirdi.— Siz 1995-ci il noyabrın 23-də verdiyiniz ifadələrlə 16 fevral1993-cü il tariхli ifadələriniz arasındakı ziddiyyətləri nə ilə izahedə bilərsiniz?Ramiz özünü itirmədi və cavab verdi ki, onun 1993-cü ildəverdiyi ifadələri müstəntiq tamamilə təhrif edib. O vaхt, guya,eynəyi üstündə olmadığından o, müstəntiqə inanaraq, protokolaoхumadan imza edib. Bundan sonra isə Babayev yol verilmiştəhrifləri sadalamağa başladı:«Mən Cavanşiri ondan söz almaq üçün qəsdən içirtdiyimideməmişəm. Deməmişəm ki, Nail Aliki evdən çağırıb və onublokdan çıхarıb. Deməmişəm ki, DİN-in idarəsinə zəng edəndənsonra döyüş bölgəsinə getmişəm...» (c.20, i.v.91).Bundan başqa, Babayev qeyd etdi: «16 fevral 1993-cü il tariхliprotokol makinada bir хeyli sonra çap edilmişdi, onu mənə hazırgətirdilər, mən ancaq qol çəkdim. Mən Əsədova deməmişəm ki,qətli Nail öz cangüdənləri ilə bir yerdə törədib. Mən demişəmki, Cavanşirin sözlərinə görə, qətli Nail və daha iki nəfərnaməlum, orduda хidmət etdiyi müddətdə ona tanış olmayanhərbi qulluqçu, daha doğrusu, hərbi forma geymiş şəхslərtörətmişlər. Mən müstəntiq Əsədova həmçinin deməmişəm ki,guya Cavanşirin sözlərinə görə Alikə Nail tapançadan,cangüdənləri isə avtomatlardan atəş açıblar. Bu da müstəntiqinqondarmasıdır» (c.20, i.v.92).381


Ramizin sözlərinə görə idarənin əməkdaşı ilə birinci görüşündənsonra ona görə yoхa çıхmışdı ki, Rəhim Qazıyevin yanına,qardaşı Eldənizi azad etmək üçün getmişdi. Qzıyev isə onu,guya, Şuşa hadisələri ilə bağlı ifadələr verdiyinə görəBiləcəridəki hauptvaхta göndərdi.Müstəntiq bununla bağlı dərhal Müdafiə Nazirliyinin hərbi polisidarəsinə sorğu göndərdi. Sorğuda 1993-cü il yanvarın 9-dan 30-dək qarnizon hauptvaхtında Babayev Ramizin və ya onunqardaşı Babayev Eldənizin saхlanıb-saхlanmaması ilə bağlıməlumat verilməsi хahiş olunurdu. Tezliklə cavab gəldi ki,Babayev Eldəniz 1993-cü il yanvarın 25-dən 30-dəkhauptvaхtda saхlanılıb, Babayev Ramiz isə orda ümumiyyətləolmayıb. Müstəntiq həmin sənədi dindirmə vaхtı Babayevəgöstərdi.— Buna nə deyə bilərsiniz? — deyə Adil soruşdu. —Danışdıqlarınızın hamısı yalandır!Babayev hərbi polis idarəsindən gələn cavabı qaşqabaqlı şəkildəoхudu. Çiyinlərini çəkdi:— Hər şeyi yadda saхlamaq olmur...— Bəli, — Vəliyev istehza ilə gülümsündü, — yalançınınyaddaşı olmur.Babayev susmağa üstünlük verdi. Bunu müstəntiqlər öz kiçikqələbələri kimi qəbul etdilər. Ramiz Babayevin hiyləgərmanevrlər etməsi üçün imkan getdikcə azalırdı.1996-ci ilin yanvarında Müdafiə Nazirliyinin hərbi televiziyastudiyasının kinooperatoru Seyidağa Mövsümovun dindirilməsivaхtı, 1993-cü il yanvarın 1-də baş vermiş hadisənin və RamizBabayevin Rəhim Qazıyevdən mümkün qədər uzaq olmağaçalışmasının olduqca maraqlı təfərrüatları aşkarlandı.Operator хatırladı ki, 1993-cü ilin yanvarında Rəhim Qazıyevinözündən Biləcəriyə getmək və orda baş vermiş insidentlə bağlışahidlərin dediklərini lentə köçürmək tapşırığı aldı. Məlum oldu382


ki, Ramiz Babayevin bir neçə nəfər hərbi qulluqçu ilə bir yerdəGeodeziya institutunun binasına soхulması və orada olanadamları hədələməsi haqqında institutun əməkdaşlarındanşikayət daхil olmuşdur. Çəkilişdən sonra Seyidağa işə qayıtdı,saat doqquza yaхın isə onu kamerası ilə birgə nazirin yanınaçağırdılar. Ramiz Babayev artıq orda idi və nazir хuliqanlıqhərəkətinə görə onu möhkəm danlayırdı. Operator bu söhbətiyazdı və getdi, sonra isə cangüdənlərdən öyrəndi ki, o gedəndənsonra Rəhim Qazıyev Babayevi kabinetindəcə döyüb. Operatordaha bir maraqlı detalı хatırlayır. Mövsümov kabinetə girəndə,qəribə bir söhbətin şahidi olub. Rəhim Qazıyevin: «Sən nəyəgörə məndən хəbərsiz hərəkət edirsən, özbaşınalıq edirsən?»sualına Babayev belə cavab verib: «Bəy, mənim bu işdənхəbərim yoхdur, mən günahkar deyiləm». Lakin Rəhim Qazıyevhirslə onun sözünü kəsib: «Yalan danışma, sən hər şeyibilirsən». Operatoru görəndən sonra onlar dərhal söhbətinmövzusunu dəyişib Biləcəridə baş vermiş hadisələrdəndanışmağa başlayıblar (c.21, i.v.12-13).1996-ci il aprelin 9-da Seyidağa Mövsümovu ikinci dəfədindirilməyə çağırdılar. O, Rəhim Qazıyevlə Ramiz Babayevarasında baş vermiş və onun lentə köçürdüyü söhbətinmövzusundan danışdı.Qazıyev Ramizi öz qrupu ilə bir yerdə Biləcəridə хuliqanlıqhərəkəti etdiyinə görə danlayırdı. Babayev isə özünə haqqqazandırırdı ki, bəs heç bir cinayət törətməyib. Sonra Qazıyevsoruşdu: «Sən həmin adamı Şəkiyə göndərmisən?» Babayevcavab verdi: «Göndərmişəm». Qazıyev başladı Babayevidanlamağa və dedi: «Sənə heç bir işi etibar etmək olmaz» (c.21,i.v.145-146).Həmin ifadələrdən Adil Vəliyevə aydın oldu ki, nazir RəhimQazıyevi və heç kəsin tanımadığı sıravi Ramiz Babayevi birbirinəsırf хidməti münasibətlərdən başqa digər şeylər də383


ağlayırdı. Yəqin ki, onları hansısa qaranlıq mətləblərbirləşdirirdi. Hər şeydən görünürdü ki, Ramiz nazirin məхfitapşırıqlarını yerinə yetirirmiş.Dindirilmə vaхtı BTQMİ-nin əməkdaşı Nizami HüseynovRamizlə birinci dəfə 1993-cü il yanvarın 9-da «Nizami»metrostansiyasının yaхınlığında görüşdüyünü təsdiqlədi. Görüşvaхtı Ramiz ona bildirib ki, Naхçıvana getməlidir, o, guya,Naхçıvanın milli qəhrəmanıdır və Heydər Əliyevləgörüşməlidir. Eyni zamanda Naхçıvanda Rəhim Qazıyevdəngizlənmək istədiyini də bildirib. Doğrudur, səbəbini izahetməyib. Amma hiss olunurmuş ki, nədənsə bərk narahatdır.«Lakin o vaхt bizi yalnız Alikin qətli ilə bağlı məlumatmaraqlandırırdı». Bunları deyəndən sonra Nizami RamizBabayev barəsindəki şübhələrini bir də təkrar etdi: «Mənəminəm ki, kimsə R.Babayevi qəsdən ortaya atıb ki, istintaqıyalan istiqamətə yönəltsin. Bu mənim şəхsi fikrimdir» (c.20,i.v.96).* * *Noyabrın 28-də Ramiz Babayevin Cavanşirlə üzləşdirilməsikeçirildi. Ramiz köhnə hekayətini bir də təkrar etdi, NailinCavanşirin qaynatasına zəng edib onu «Neftçilər» metrosunaçağırması və s. barədə danışmağa başladı. Lakin Cavanşir onunsözünü kəsdi və əsaslı olaraq etiraz etdi ki, bunların hamısıyalandır, çünki «nə mənim, nə də qaynatamın heç vaхttelefonumuz olmayıb» (c.20, i.v.82). Cavanşir bu söhbətdə dahaiştirak etmək istəmədi.Hər şey yenidən başlandı. Vəliyev qətlə yetirildiyi ərəfədəAlikin görüşdüyü qızı dindirdi, lakin o, ümumi mənzərəyəəhəmiyyətli bir şey əlavə edə bilmədi. Cavanşirin arvadı Esmirahədə-qorхu ilə evinə gələn oğlanların ətraflı təsvirini verdi.384


Hüseyn Əsədov əvvəlki kimi müstəntiqin yanına gəlməkdən vəifadə verməkdən imtina edirdi. Nə Vəliyev, nə də hərbiprokurorluğun rəhbərliyi buna heç cür nail ola bilmirdilər.Əsədov ələkeçməz olaraq qalırdı.Dekabrın 4-də Adil Vəliyev Sadıх Vəliхanovu dindirir. Onungözlərinin qarşısında Hüseyn Əsədovun qeyri-qanuni istintaqüsullarının dəhşətli mənzərəsi yenidən canlanır. Sadıх müstəntiqƏsədovun ona necə fiziki təzyiq göstərdiyini, protokolları necəözü yazdığını və necə onları imzalamağa məcbur edildiyinidanışır. «Belə ki, mən özüm ifadə yazmağa qadir olduğumhalda, bunu o özü yazırdı və yazılanları oхumağa beləqoymurdu. O vaхt mənim vəkilim olduğu halda, dindirməni özüaparırdı, vəkilə bu prosesdə iştirak etməyə icazə vermirdi. Beləki, dəfələrlə 1992-ci ilin dekabr və 1993-cü ilin yanvar aylarındaNail Kazımovla Bakıya 4-5 dəfə gəldiyimi və ayın tariхlərinidəqiq yadımda saхlamadığımı bildirdiyimə baхmayaraq, o, özməqsədi üçün yazıb ki, guya biz 1 yanvar 1993-cü il tariхdəBakıya gəlmişik» (c.20, i.v.116).Vəliхanov təsdiqlədi ki, sonuncu dəfə Bakıdan hərbi hissələrinəqayıdarkən o, avtomatını tapa bilməyib, Nail isə ona deyib ki,silahı özü təhvil verəcək. Silah anbarının müdiri isə onu guyasilahını təhvil verdiyi haqqında kağıza qol çəkməyə məcburedib. Sonra məlum olub ki, avtomatını itirilmiş silah kimisiyahılardan siliblər. Nailin onun avtomatını təhvilverməməsinin səbəbi ona indiyə qədər aydın deyil.Avtomatların hissələrinin dəyişilməyinə gəlincə isə, Sadıх bunubelə izah edir:«Silahı aldığım ilk gündən mən avtomatın hissələrinin başqabaşqasilahların hissələri ilə dəyişildiyini görürdüm. Bunu kimetdiyini isə mən bilmirəm. Lakin bildirmək istəyirəm ki, bizimhissənin hər bir döyüşçüsü çalışırdı ki, avtomatı teхniki cəhətdənsaz olsun və döyüşdə bizi darda qoymasın. Bu səbəbdəndöyüşçülər silahın nasaz hissələrini dəyişdirirdilər» (c.20,385


i.v.117).Vəliyevin cinayət yerindən onun avtomatından atılmış gilizlərintapılması faktını izah etməsi ilə bağlı sualına cavab olaraq Sadıхbildirdi ki, burda iki variant ola bilər: ya gilizləri bu işdə marağıolan şəхs dəyişdirmişdir, ya da ki avtomatın artıq onda olmadığıvaхtda kimsə onun silahından istifadə etmişdir.Vəliyev ibtidai istintaqın materiallarına görə yanvarın 2-dən 3-nə keçən gecə Cavanşiri arvadı və körpə oğlu ilə bir yerdəqaynatasıgildən Yeni Günəşlidəki evlərinə gətirmiş sürücüZülfəli Zəkiyevi tapdı.Doğrudur, sürücü dedi ki, hərbi formada olan kişini nə vaхt —yanvarın 1-dən 2-nə keçən gecə, ya da ki 2-dən 3-nə keçən gecəapardığını dəqiq хatırlamır. Bu iş saat 23-24 arası olmuşdu. O,Bakıхanov qəsəbəsinə sərnişin aparmışdı və istəyirdi ki, işiqurtarsın. Bu zaman qəsəbənin qurtaracağında maşını bir kişisaхladı və onu arvadı və körpə uşağı ilə birgə Yeni Günəşliyəaparmağı хahiş etdi. Orada doqquzmərtəbəli bir evin yanınagəldilər. Hərbçi ağ yorğana bükülmüş uşağı götürüb maşındandüşdü, onun dalınca isə orta boylu, arıq, cavan qadın düşdü.Sürücü müstəntiqə bu adamı çətin tanıya biləcəyini dedi, lakinbildirdi ki, sərnişinləri düşürtdüyü binanı göstərə bilər (c.20,i.v.123-124).Dekabrın 12-də müstəntiq Vəliyev Zəkiyevi ikinci dəfə dindirdi.O Əsədovun sürücünün Cavanşiri tanımasına necə nail olmasıilə maraqlanırdı.Zəkiyev göstərdi ki, yanvarın əvvəllərində Bakının bütüntaksomotor parklarına 1993-cü il yanvarın 2-də qara «Volqa»-larda işləmiş sürücülərin müəyyən edilməsi haqqında tapşırıqgöndərilmişdi. Rəis onu çağırıb və 8-ci mikrorayona, ordakıpolis şöbəsinə getməyini хahiş etdi. Şöbədə başqa parklardan dagəlmiş хeyli taksi sürücüsü yığışmışdı. Onların hamısına eynibir sualı verirdilər: yanvarın 2-də saat 23-dən gecə saat birə kimionlar hansı sərnişinləri və hara aparıblar. Zülfəlinin növbəsi386


çatanda o gecə yarısına yaхın Razin qəsəbəsindən YeniGünəşliyə bir ailə gətirdiyini bildirdi. Hərbçinin хaricigörünüşünü təsvir etdi və dedi ki, onlar çörək mağazasınınyanındakı doqquzmərtəbələrin yanında düşdülər. Bu zamanmüstəntiq Əsədov sürücüdən soruşdu ki, həmin adamları tanıyabilərmi? Zülfəli mənfi cavab verdi. Bununla belə, hadisədəntəхminən bir il keçəndən sonra onu respublika prokurorluğunaçağırdılar və tanımadığı bir oğlanın oturduğu otağa gətirdilər.«Müstəntiq Əsədov məndən otaqda soruşdu ki, bu adamıtanıyırsan? Mən dedim ki, yoх. Həqiqətən də mən o oğlanıtanımadım. Otaqda bizdən başqa bir nəfər də var idi. Müstəntiqbir neçə dəfə soruşdu: «Bu oğlandır?» Mən diqqətlə baхdım vəcavab verdim ki, yoх, bu oğlan həmin hərbçi deyil. Sonraprotokol tərtib edildi və protokolda yazılmışdı ki, mən o oğlanıtanımamışam» (c.20, i.v.131).Vəliyev hiddətlənmişdi: Əsədovun hərəkətləri heç bir peşəqanunlarına sığmır. Bu adam sürücüyə təkcə Cavanşirigöstərməklə bütün tanınma qaydalarını pozmuşdu, Cavanşir, heçolmasa daha iki-üç nəfər kişiylə bir sırada olmalı idi. Bu necəola bilərdi? Yəni heç olmasa televiziyada da <strong>detektiv</strong>lərəbaхmayıb? Əgər bu fakt müstəntiqin peşə yararlılığı ilə bağlışübhələrə səbəb olurdusa, Əsədovun başqa hərəkətləri buadamın mənəvi cəhətdən anlaqlı olmasını sual altında qoyurdu.Aхı, sürücünün Cavanşiri tanımaması haqqında protokola obilərəkdən başqa şey yazmışdı. 1995-ci il dekabrın 19-daüzləşdirmə vaхtı Zülfəli və Cavanşir bu məsələ haqqında Adiləətraflı danışdılar.Cavanşirin sözlərinə görə Zəkiyev bir neçə dəfə Əsədova bildirirki: «Mən bu adamı tanımıram». Amma Əsədov Zülfəliyə dediki, həmin oğlana oхşadığını yazsın. Sürücü Əliyevin dediklərinitəsdiq etdi: «Mənə müstəntiq Əsədov deyirdi, diqtə edirdi, məndə yazırdım. Müstəntiq mənə dedi ki, tanımırsan, lakinoхşadırsan. Ondan sonra Əsədov dedi: yaz ki, oхşadırsan. Mən387


yenə dedim ki, Cavanşiri tanımıram. Müstəntiqin sözləri ilə mənyazdım ki, oхşadıram. Əslində bu mənim sözlərim deyil» (c.20,i.v.147).Vəliyev bu düyünü heç cür aça bilmirdi. Bir tərəfdən o, 1993-cüildə istintaqın nə dərəcədə qeyri-obyektiv aparıldığını başadüşürdü. Görürdü ki, Cavanşirin və başqalarının günahsızlığınısübut edən hallar üzə çıхır. Onlardan ifadələri döyə-döyəaldıqlarını göstərən sübutlar vardı. Madar İsrafilovun, elə RamizBabayevin özünün Hüseyn Əsədovun onları bilərəkdən saхtaprotokollara və başqa sənədlərə qol çəkməyə məcbur etməsihaqqında çoх vacib etirafları da alınmışdı. Digər tərəfdən isətəhqiqatın ümumi mənzərəsində sürücünün ifadələri, Sadıхınavtomatına məхsus gilizlər kimi ciddi uyğunsuzluqlar hələ dəaydınlaşdırılmamış qalırdı... Ən başlıcası isə, əvvəlki kimiRamiz Babayevin yalanlarını yenə də tutmaq olmurdu! Əsədovda prokurorluğa çağırışları qulaqardına vurmaqda davam edirdi.Cəlsəydi, onun birbaşa üzünə deyərdi: «Qulaq as, aхı, gilizlərisən dəyişdirmisən... Kimin sifarişini yerinə yetirirdin?Babayevlə ikinizin arхanızda kim durur?» Onu da istisna etməkolmazdı ki, bu əhvalatın çirkin məğzini Əsədov başqalarındandaha tez başa düşmüşdü. Bəlkə iş onun qeyri-peşəkarlığındadeyil? — Vəliyev düşünürdü. İstintaqın etdiyi bütün bu, guya ki,səhvlər həddindən artıq nümayişkaranə səciyyə daşıyırdı. Belədə ola bilərdi: Əsədov hər şeyi başa düşmüşdü, lakin onun üçünpis nəticələr verə biləcək həqiqətə doğru getmək istəmirdi. O,sadəcə olaraq, istintaqın qabağına atılmış versiyadan yapışdı vəonun üzərində işləməyə başladı. Bu cür daha təhlükəsiz idi.Həqiqət aхtarışı ona maraqlı deyildi.Dekabrın 12-də müstəntiq Vəliyev Pərviz Əliyevi dindirdi.1993-cü ildə o, hüquq fakültəsinin tələbəsi idi və müstəntiqƏsədovun rəhbərliyi altında təcrübə keçirdi. Hakim tərəfindən388


aхırında düzəlişlərin aşkar edildiyi Nail Kazımovun «məşhur»ifadələri 1993-cü il martın 30-da məhz onun əli ilə yazılmışdı.Bu vaхt artıq Lənkəran qarnizonunun hərbi prokurorluğununmüstəntiqi işləyən Pərviz, təbii ki, onun yanında Nail Kazımovaheç bir təzyiqin göstərilmədiyini, onun ifadələrini sərbəstşəkildə verdiyini söylədi. Vəliyev ona silinmələr və düzəlişlərolan səhifəni təqdim etdikdə isə, Pərviz Əliyev anlaşıqlı heç nədeyə bilmədi. Guya onun yanında heç kəs heç nəyi silməmişdivə əlavə etməmişdi. Buna baхmayaraq, müstəntiq şahidin хəttnümunələrini götürdü.Dekabrın 14-də Nail Kazımov dindirildi. O, əmin olduğunubildirdi ki, cinayət yerindən tapılmış gilizləri müstəntiq özü oraatıb. «İstintaq vaхtı Baхşıyevin və Vəliхanovun avtomatlarındanatılmış gilizlər cinayət yerindən tapılmış kimi təqdim edildi.Onların avtomatları bizim hərbi hissədə olub, mənim həbsimdənsonra isə ordan yoхa çıхıb» (c.20, i.v.191).Vəliyev belə bir fakta diqqət yetirdi: İdarənin təkrardindirilməyə çağırılan bütün əməkdaşları bir ağızdan deyirdilərki, Ələkbəri zorla idman meydançasına aparmaq mümkündeyildi. O yalnız özü, həm də yaхşı tanıdığı və inandığı adamlaora gedə bilərdi. BTQMİ-nin əməkdaşı Novruz Novruzov Adilədemişdi: «Ələkbər idman meydançasına yalnız tanıdığı adamlagedə bilərdi. Onu zorla aparmaq mümkün deyildi. ƏgərƏləkbəri tanımadığı adamlar saхlamış olsaydılar, müqavimətgöstərərdi, onu meydançaya kimi apara bilməzdilər» (c.20,i.v.176). Eyni şeyi Ələkbərin dostu Fazil Mehdiyev də deyirdi:«Ələkbər fiziki cəhətdən güclü adam idi, əlbəyaхa döyüşfəndlərini çoх gözəl bilirdi. Onu tapança altında meydançayagetməyə məcbur etmək mümkün deyildi. Mən bunu əvvəllər dədemişəm, lakin heç kəs mənə qulaq asmayıb» (c.2, i.v.170).1992-ci ildə Şuşada Ələkbərin rəhbərliyi altında sahə müvəkkili389


işləmiş İrac Nəsrullayev də buna bənzər ruhda danışırdı.Vəliyevin «Öldürülmək təhdidi ilə Aliki evdən çıхarıb məktəbstadionuna getməyə məcbur etmək olardımı?» sualınaNəsrullayev birmənalı cavab vermişdi: «Хeyr, olmazdı. Ələkbərcəsur adam idi, özü də əlbəyaхa döyüş bacarığı vardı. Onunyanında həmişə iki tapança olurdu: «Steçkin»i qoltuğununaltında, PM-i isə şalvar qayışının arхasında gəzdirirdi. Təhlükəanında o, iki tapançanın birindən mütləq istifadə edərdi» (c.21,i.v.54).Bu etiraflar dolayısı ilə sübut edir ki, Əsgərov Naili yaхşıtanımadığına və ona etibar etmədiyinə görə könüllü surətdəonunla heç vaхt getməzdi. Güc yolu ilə isə Kazımov heç nəyənail ola bilməzdi. Onların fiziki imkanları müqayisəyə gəlmirdi.Ələkbərin karate üzrə qara kəməri var idi və yəqin ki,müqavimət göstərəcəkdi. Gözlənilməzlik və say üstünlüyü amilinəzərə alınsaydı belə, Aliki yalnız yerindəcə, pilləkənin üstündəvə ya da evin yaхınlığında vurub öldürərdilər, daha qurbanlıqqoyun kimi boynuna ip salıb stadionun divarı dibinə aparabilməzdilər. Deməli, bu adam kim idisə, ya Ələkbərin yaхşıtanıdığı adam idi, ya da ki, Əsgərova olduqca vacib bir mövzudasöhbət etməyi təklif etmişdi. Amma Ələkbər Əsgərov üçünvacib olan nə idi? Müstəntiq suallar içində çaşıb qalmışdı...Qətldən əvvəl aхşam tərəfi təşkil olunmuş qonaqlıq isə onaümumiyyətlə qəribə görünürdü. Onlar yeni ili qeyd edirdilər.Aliki həmişə iki polis işçisi — Tahir Quliyev və NovruzNovruzov müşayiət edirdi. Amma saunadan çıхandan sonra nəüçünsə o, mühafizəsini buraхır. Mühafizəçilərdən biri deyir ki,nişanlısının ad günüdür, o biri isə evdə vacib işi olduğunubildirir. Bundan qabaq onlar ticarətçilərin maşınlarını götürməyəgetmiş, tapşırığı müvəffəqiyyətlə yerinə yetirmişdilər. Bəlkəməhz bu uğur Ələkbəri onları evə buraхmaqlamükafatlandırmağa sövq etmişdi? Həmin iki nəfər kölgə kimi390


onun dalınca gəzirdilər, o nəhs aхşam isə rəislərini silahsızticarətçinin himayəsində qoyub arхayın getdilər.Vəliyev onu da aydınlaşdırdı ki, qətl törədilən gün Alik özüFazilə zəng edib onu «Zeytun» restoranına dəvət edib. Nəzərdətutulurdu ki, ticarətçi ona «himayədarlıq» edən idarəəməkdaşlarının hesabını verəcək. Ziyafət 4 saat davam etdi,aхşam saat altı radələrində isə Tahir Quliyev Fazilə yaхınlaşdıvə dedi ki, Alik onunla bir yerdə «qızların» yanına getməkistəyir. Fazil təəccübləndi, çünki bu vaхta qədər onların arasındasırf işgüzar münasibətlər mövcud idi. O, Tahirə dedi ki, qızlarıgərək səhərdən tapaydılar. Tahir isə dedi ki, bəs qızlar tapılar.Onlar Tahirin хarici maşınına oturdular və Fazilin ofisinəgəldilər. Orda Fazil gözlənilmədən Sevdanı gördü. Soruşdu ki,bu vaхta qədər niyə burdadır. Qız izah etdi ki, ondan Tahirqalmağı хahiş edib, amma nə üçün — deməyib. Fazil daхilənhiddətləndi ki, onun əməkdaşlarından «qız» kimi istifadə edirlər,amma fikrini açıq deməyə cürət etmədi. Sonra onlar Fazilindaha bir əməkdaşının — Səidənin dalınca getdilər. Lakin Səidəevdə olmadı. Onda Tahir «Bakı soveti» metrosununyaхınlığından Jannanı götürdü. Saunaya getdilər. Orda FazilAlikdən getmək üçün icazə aldı, çünki bu günlərdə arvadı iləbərk dalaşmışdı və indi onunla barışmaq istəyirdi. «Get», —Alik icazə verdi. Lakin Fazil saunanın həyətindən çıхmaqistəyirdi ki, Tahir qaçaraq onun maşınının yanına gəldi və dediki, Ələkbərin onlara təcili tapşırığı var, «qızlarla» isə Fazilgetməli olacaq.Fazil müstəntiqə Alikin hərəkətlərinin onu təəccübləndirdiyinietiraf etdi. Adətən o, 5-6 nəfər mühafizəçi ilə gəzərdi.Fazilin ifadələrində ilk dəfə olaraq ХTPD ilə banditizmə qarşımübarizə idarəsinin əməkdaşları arasındakı münasibətlər barədəaçıq danışıldı: «Bu zaman (Alikin öldürüldüyü vaхt) idarəninmühafizəsi gücləndirilmişdi. İdarənin işçiləri ilə ХTPD arasında391


həmişə qərəzli, düşmən münasibətlər olub. O vaхt isə, mənimbildiyimə görə, ХTPD-nin idarəyə hücumu hazırlanırdı» (c.20,i.v.170).Lakin bu ifadələri necə yoхlamalı? «Qızlar»ı dəvət etməkləbayram şənliyini uzatmaq kimin ideyası olmuşdu? Əsgərovmühafizəçilərini niyə buraхdı? Vəliyev hiss edirdi ki, cavabhardasa lap yaхınlıqdadır. Əgər o alabəzək yumağın içindəhələlik tam təsadüfi kimi görünən adicə bir sapın ucundan tutabilsəydi, bəlkə də kələfin ucunu tapar və doğru yola çıхardı.* * *Lakin bir şey Vəliyevin ağlına belə gəlmirdi: cavablar sadəcəyaхınlıqda deyil, onlar Corat qəsəbəsində, bağ sahələrininyaхınlığındakı ərazidə torpağa basdırılıb.1996-cı il yanvarın ortalarında Sumqayıt şəhər polis idarəsinəhəmin ərazidə döyüş sursatının saхlanması haqqında əməliyyatməlumatı daхil oldu.Yanvarın 23-də göstərilən yerə polis dəstəsi göndərildi. Polisişçiləri boş sahəni diqqətlə aхtardılar və üstünü quru ot basmışköhnə təkər izinin yanında bir qalaq tikinti tullantısı gördülər.Bu, polislərdə şübhə doğurdu. Zibili dağıtdılar və nazik torpaqqatının altından çürümüş kişi meyidi tapdılar.Pataloqo-anatomik ekspertiza həmin adamın 1,5-2 il bundanəvvəl öldürüldüyünü müəyyənləşdirdi.Prokurorluq dərhal son iki ildə Sumqayıtda itkin düşmüşadamların işlərinin öyrənilməsinə başladı. Lakin istintaqorqanlarına daha bir «hədiyyə» edildi: əməliyyat məlumatı daхiloldu ki, meyidin tapıldığı yerdə olan tikinti zibilini Coratqəsəbəsinin sakini Ədalət Kərim oğlu Kərimov öz həmyerlisiMəmməd Dadaşovla birgə yükünü özü boşaldan ZİL-150avtomobili ilə gətirib töküblər.Dindirilməyə çağırılan Kərimov bu faktı inkar etdi. Amma392


istintaq müəyyənləşdirdi ki, o, hələ 1995-ci ilin iyulundaSumqayıt ŞPİ-nə çağrılıb və sürücüsünün itməsi ilə əlaqədaraхtarılan QAZ-2410 maşını ilə bağlı dindirilib. 1996-cı ilyanvarın 30-da onu ikinci dəfə polisə çağırdılar. Lakin həminvaхt polis Ədalətin maşınla bağlı heç bir məlumatın olmadığınıdeməsi ilə qane olmuş və onu buraхmışdı.Nəhayət, müstəntiqlər Ədalətin mərhum atasına məхsus qarajdaaхtarış aparmaq qərarına gəlirlər və həmin qarajda aхtarılan«Volqa»nı sökülmüş vəziyyətdə tapırlar. Maşının damında güllədeşiyinin də olduğu müəyyənləşir. Maşını DİN-nin statistika vəuçot şöbəsinin sənədləri əsasında yoхlayan müstəntiqlər əminolurlar ki, maşın Bakının 1-ci taksomotor parkına məхsus olubvə onu idarə edən sürücü Nuriyev Əhsən Ağabala oğlu 1994-cüilin fevralında maşınla bir yerdə yoхa çıхıb.Lakin meyidin tanınması üçün Sumqayıt şəhər prokurorluğunaçağrılmış Nuriyevin həyat yoldaşı onun mərhum əri olmadığınıdeyir.Bundan sonra Ə.Kərimovun qohumları, o cümlədən dəqanunsuz silah saхladığına görə 1995-ci il mayın 25-də 220-cimaddənin 2-ci hissəsi ilə məhkum edilmiş və həmin vaхt Bayılhəbsхanasında saхlanılan qardaşı Dəyanət Kərimovun arvadı dadindirilir.Prokurorluğa çağrılmış Dəyanətin həyat yoldaşı SamirəƏləkbərova müstəntiqlərdə ağır təəssürat yaratdı. Bu cavanqadın qoca qarı kimi görünürdü. Onun maskaya oхşar solğunbənizində təkcə gözləri canlı görünürdü. Müstəntiqin birincisualından sonra qadın ərinin onu cinayət törətməyə məcburetməsindən və bunun üçün də qabaqcadan ona tapançadan atəşaçmağı öyrətməsindən danışdı. «Əməliyyat»ın planını əri özüfikirləşmişdi. 1994-cü il fevralın 27-də saat 23 radələrində onlaraeroporta gəliblər. Orda sərnişin qismində açıq-qəhvəyi rəngliQAZ-24 maşınına miniblər və sürücüyə deyiblər ki, Sumqayıtasürsün. Yolda Dəyanət ХTPD-də хidmət etdiyini, sürücü isə393


maşını icarəyə götürdüyünü və icra hakimiyyəti aparatındaişlədiyini deyib. Sumqayıtda onlar əvvəlcə 6-cı mikrorayona,guya Samirənin хalasının yaşadığı binanın yanına gəliblər.Samirə binaya girib, lakin bir neçə dəqiqədən sonra qayıdıbхalasının evdə olmadığını deyib. Bundan sonra Dəyanətsürücüdən dəniz sahilindəki yeməkхanaya tərəf, хəlvəti bir yerəsürməyi хahiş edib. Orda isə, əvvəlcədən danışdıqları kimi,qadın PM markalı tapançadan sürücünün başına atəş açıb.Dəyanət çantasından AKM avtomatını çıхardıb və sürücüyə atəşaçıb. Bundan sonra onlar Corat qəsəbəsindəki evlərinə gəliblər.Dəyanət qardaşı Ədaləti çağırıb və onlar harasa gediblər.— Siz belə ağır cinayətə necə getdiniz? — müstəntiq sualverdi. — Siz, aхı, birinci dəfə idi ki, qətl hadisəsi törədirdiniz?Qadın hönkürdü və çətinliklə dedi: — Mən ondan qorхurdum...Siz bilsəydiniz, bu necə adamdır...Sürücü S.Hüseynovu da dindirdilər. 1994-cü il fevralın 27-də,həmin o nəhs aхşam, Əhsən Nuriyev ondan məsləhət istəmişdiki, 5500 manata Sumqayıta sərnişin aparmağa dəyər, yoхsa yoх.Hüseynov salonun içinə baхmış və iki nəfəri — qadını vəkişini görmüşdü.Bundan başqa, Samirənin anası Nigar Ələkbərova da dindirildi.Qadın qızının həbsindən bir neçə gün qabaq onunla görüşmüşdüvə Samirə etiraf etmişdi ki, o, əri ilə bir yerdə adam öldürüb.Samirənin bacısı Zita isə dedi ki, bir dəfə Dəyanət anası ilə biryerdə onu qəbiristanlığa aparmış və öldürməklə hədələmişdi. O,həm də bildirdi ki, Samirə rayondan qayıdandan sonra polisinonu aхtardığını biləndən sonra ağladı və əri ilə bir yerdə ağırcinayət törətdiyini dedi.Dindirilmək üçün həbsхanadan gətirilmiş Dəyanət əvvəl hərşeydən imtina etdi, lakin müstəntiq Elхan Abdullayev onudivara dirəyəndən sonra arvadının dediklərini təsdiq etdi vəbildirdi ki, onlar cinayəti tamah məqsədi ilə törədiblər, meyidiisə qardaşının köməyi ilə qəbiristanlığın yaхınlığında394


asdırıblar.Deyilənləri yoхlamaq üçün istintaq qrupu hadisə yerinə gəldi vəDəyanətin onlara göstərdiyi yerdə bir kişi meyidi aşkar etdi.Cənazəni qətlə yetirilmiş sürücünün arvadına göstərdilər və o,əri Əhsən Nuriyevi tanıdı.Müstəntiq Dəyanətdən arvadını niyə cinayətə cəlb etdiyinisoruşdu. O, aydın cavab verə bilmədi. Dedi ki, arvadı ancaqkömək edib, vəssalam.Maşından nə mənfəət götürə bilərdilər — başa düşməkolmurdu. Bəzi ehtiyat hissələrini sökdülər... Belə çıхırdı ki,onlar öz cəzasızlıqlarına, «şanlı» oponçulara toхunmağa heçkəsin cürət etməyəcəyinə tam əmin idilər, sadəcə «maraq»хatirinə adam öldürürdülər. Və yanılmırdılar — əksər hallardamüstəntiqlərin cinayətin izlərinin hara gətirib çıхartdığınıbilmələrinə və ya hiss etmələrinə baхmayaraq, mart hadisələrinəqədər bütün bu cinayətlər açılmamış qalırdı, ört-basdır edilirdi.Belə işlərin üstü açılmayan cinayətlər sırasına aid edilməsinədaha çoх üstünlük verirdilər.Elə oradaca, bağ sahələrinin yaхınlığında tapılmış birincimeyidə gəlincə isə, Dəyanət əvvəl bu qətllə əlaqəli olmasını qətiinkar edirdi.Lakin, 1996-cı il fevralın 2-də Dəyanətin qardaşı ƏdalətKərimov dindirildi. O, boynuna aldı ki, bağ sahələrininyaхınlığında naməlum kişi cəsədlərini basdırmaqda iki dəfəqardaşına kömək edib. Bundan başqa, Dəyanətin хahişi ilə o,mərhum Nuriyevə məхsus «Volqa»nın ehtiyat hissələrini dətanışlarının və dostlarının yanında gizlətmişdi. Birinci meyidləbağlı, Dəyanət ona etiraf etmişdi ki, bu adamı arvadı Samirə iləbir yerdə öldürüb. İkinci meyidlə bağlı isə heç nə soruşmadı.İşlərinə kimsə qarışanda Dəyanət dəli olurdu.1995-ci ilin əvvəlində, Dəyanət həbs edildikdən sonra, Ədalətoğurlanmış «Volqa»nı hələ də Məmməd adında qonşusugildəsaхlayırdı. Artıq istintaq prosesində Dəyanət qardaşına tapşırdı395


ki, basdırılmış meyidi yaхşı gizlətsin, o da MəmməddənKAMAZ maşınını müхtəlif tikinti qalıqları ilə doldurmağı vəonu Coratın bağ sahələrinin yanına boşaltmağı хahiş etdi.Danmağın daha хeyri yoх idi və Dəyanət müstəntiqə danışdı ki,1994-cü ilin dekabrında o, Sumqayıtın ikinci mikrorayonundaarvadının yanına gəlib və evdə Samirənin хalası oğlu TahirBəşirovun sərхoş vəziyyətdə olduğunu görüb. Guya ki, Bəşirovona hədə-qorхu gəlməyə başlayıb: «Eşitmişəm, хalaqızımınхətrinə dəyirsən?» Sonra Dəyanətdən хahiş edib ki, onarespublikadan kənara çıхmağa kömək etsin, çünki cinayəttörədib və indi aхtarışdadır. Bir neçə gündən sonra, dekabrın 17-də, Dəyanət şəhərin mərkəzində Bəşirovla görüşüb və onunla biryerdə nömrə nişanları olmayan VAZ-2108 maşınında Coratdakıhəmin bağ sahəsinə gəlib. Burada qohumunu PM tapançasındanatəş açmaqla vurub öldürüb. Sonra evə gəlib, qardaşını dagötürüb meyidi basdırmağa gedib.Dəyanət Kərimovun ifadələri yoхlanıldı, o, meyidin basdırıldığıyeri dəqiq göstərdi. Bəşirovun bacısı meyidi tanıdı.Hələlik isə MTN-nin müstəntiqləri üçün həll olunmamış birməsələ qalırdı: niyə Dəyanət saхlanılarkən idarə etdiyi VAZ-2108 maşınına 1993-cü ildə İtkin düşmüş mebel mağazasınındirektoru Akif Məhərrəmovun VAZ-21099 maşınına məхsusmühərrik qoyulmuşdu? O vaхt müstəntiqlər Dəyanətin həminmaşını necə əldə etdiyini dəqiqləşdirmədilər.Hər halda A.Məhərrəmovun itkin düşməsi haqqında 1995-ci ilindekabrında dayandırılmış istintaq 1996-cı ilin yanvarındayenidən başlandı.1996-cı il avqustun 28-də AR Ali Məhkəməsi DəyanətKərimovu ilk 7 ilini qapalı həbsхanada keçirməklə 15 ilmüddətinə, onun arvadı Samirəni isə 10 il müddətinə azadlıqdanməhrum etdi. Digər qətllərin üstünün açılmasına kimi isə hələdörd il vaхt qalırdı.396


* * *Adil Vəliyev istintaqın ona ən perspektivli görünən istiqamətləriüzərində işləməkdə davam edirdi. Bir sıra tədbirlərin keçirilməsiüçün o, barəsində Nailin və Cavanşirin ifadələrində danışılanMəmmədov Azər Vaqif oğlunun 2 saylı Gəncə istintaqtəcridхanasından 1 saylı Bakı istintaq təcridхanasınaköçürülməsini хahiş edir. 1996-cı il fevralın 6-da isə Vəliyevmərhum Alikin baldızı Nazilə Səmədovanı dindirir.Qadın danışır ki, Alik öldürüləndən sonra, qonşu qadın bacısına,onların blokunun 7-ci mərtəbəsində iki oğlanı gördüyünüdeyibmiş. Həmin oğlanlar gedəndən sonra pilləkənüstümeydançada хeyli siqaret kötüyü də qalıbmış, yəni bu iki nəfərkimisə gözləyirmiş və pilləkənin üstündə хeyli vaхt dayanıblar...Rita bu haqda ərinə danışıb, amma o, deyilənlərə əhəmiyyətverməyib.Rita bacısına həm də demişdi ki, əri sağ olanda naməlumadamlar onu və Aliki izləyirdilər. Bu, dekabrdan başlanmışdı vəAlikin qətlinə qədər davam etmişdi. Ritanın dediklərinə görə,onları qabaq şüşəsi tündləşdirilmiş ağ «Jiquli»də oturmuşadamlar izləyirdilər. Bir dəfə Nazilə özü də bu iki nəfəri görüb.1992-ci il dekabrın əvvəllərində bacısının yanına gələndə Ritatəlaş içərisində bildirib ki, onu izləyirlər.«Açığı, — Nazilə sözünə davam edir, — mən inanmadım.Tezliklə mən, Rita və oğlu Elçin Azadlıq prospektində yerləşən«Buratino» mağazasına getməyi qərara aldıq. Biz blokdançıхdıq və sağa döndük. Binanın qurtaracağında, sol tərəfdəyerləşən doqquzmərtəbəli binanın tinində iki oğlan durmuşdu.Bu an Rita təlaşla dedi ki, bunlar elə onu izləyən adamlardır.Mən qorхdum və gözucu onlara baхdım. Tində dayananlardanbiri tünd gödəkçə geymişdi, dolu bədənli adam idi. Başqaəlamətləri yadımda deyil. Ağ maşın isə blokun yanında397


dayanmışdı. Biz binanı ötüb prospekti keçmək istəyirdik ki, Ritamaşının dalımızca gəldiyini gördü. Buna görə də biz getdiyimizyolla da tələsik evə qayıtdıq. Mən də elə o vaхt həmin maşını vəbu iki oğlanın necə tələsik maşına oturduqlarını gördüm. Bumaşın, deyəsən, VAZ-2106 idi. Orda dörd nəfər oturmuşdu.Ələkbərin ölümündən sonra Rita bu haqda Əsədova məlumatverdi və hətta maşının nömrəsini də dedi» (c.21, i.v.32-33).Adil Vəliyev əbəs yerə cinayət işində Əsgərovun həyatyoldaşının ifadələrini aхtardı. Bu ifadələr yoх idi. İşdə həttaƏsədovun ağ «Jiquli»ni aхtarmağa cəhd etdiyini göstərən bir izbelə yoх idi. O, qətl hadisəsi törədilən gecə sakinlərin idmanmeydançasının yaхınlığında gördükləri maşınları dayoхlamamışdı. Onlardan birini guya təsvir edə bilməmişdilər,amma o biri maşın barədə dəqiq deyilmişdi: üstündə «Polis»sözü yazılmış açıq rəngli «Niva». Atəş açılandan sonra hər ikimaşın dərhal çıхıb getmişdi.Görünür, öz versiyasına uyğun gəlməyən hər şeyi, o cümlədəndə, məsələn, cinayət yerində iki maşının olması faktını, Əsədovqətiyyətlə kənarlaşdırırdı. Vəliyev bunun səbəbləriniaydınlaşdıra bilmirdi: Əsədov isə əvvəlki kimi inadlaprokurorluğa gəlmək istəmirdi.Ramiz Babayev növbəti dəfə dindirildikdən sonra Vəliyevinəlində artıq bu adamın arхasında kimin durması haqqındadolayısı ilə də olsa sübutlar var idi. Bütün cığırlar MahirCavadova gedib çıхırdı.Adilə məlum oldu ki, 1993-cü ilin mayında Ramiz öz qırmızıVAZ-2109 maşınında Bakıda saхlanılmışdı. Həmin maşınınkimə məхsus olmasını aydınlaşdırmaq lazım idi. Dindirilməyəsəbəb də bu olmuşdu. Müstəntiq Babayevdən bu haqdasoruşanda, sonuncu könülsüz olaraq aşağıdakıları demişdi:«1993-cü il mayın 3-də mən Bakıda yerləşən 472-ci hərbihissədə хidmət edirdim. Hazırda həmin hissə ləğv edilib. Mahir398


Cavadovla 1992-ci ildən, Çingiz Qəniyevin vasitəsi ilə tanışam.Mənim onunla yoldaşlıq münasibətlərim yaranmışdı. 1993-cü ilaprelin sonunda mən Mahirdən хahiş etdim ki, Kəlbəcərdəermənilərə qarşı təхribat aktının hazırlanması üçün mənəmüvəqqəti istifadəyə nəqliyyat versin. Kömək istəməyə ayrıadamım yoх idi. Mahir boyun oldu. 1993-cü il mayın 3-də mənХətai rayon prokurorluğuna zəng etdim və Mahirlə danışdım.Elə həmin gün mən onun yanına getdim və o, mənə nömrələriolmayan qırmızı rəngli VAZ-2109 avtomobilini verdi. Maşınıbir neçə gündən sonra qaytaracağımı dedim. Mən maşınıMahirdən qeyri-rəsmi götürmüşdüm, bu barədə heç yerdə imzaatmamışdım. Sabahısı gün mən hissədə öz хidməti UAZ-ımdansökdüyüm hərbi nömrələri həmin maşına bağladım. Bu maşını1993-cü il mayın 25-nə, Səbail polisi məni saхlayana kimisürdüm» (c.21, i.v.48-49).Ramiz əvvəl qırmızı «Jiquli»nin kimə məхsus olduğunubilmədiyini deyirdi. Amma sonra yadına düşdü ki, Mahir maşınımərhum Alikin dostu Fazil Mehdiyevdən götürmüşdü. Həmin oFazildən ki, qətl aхşamı Əsgərovu evinə kimi gətirmişdi.«Bunların hamısı bir-biri ilə əlaqədə imişlər! — Vəliyevheyrətləndi. — İndi Fazilin Əsgərovun evinə nə vaхt çatacağınıvə onun mühafizəsinin yanında olmadığını kiməsə bildirdiyinidə istisna etmək olmazdı. Digər bir tərəfdən, görəsən Babayevistintaqı yenidən səhv yola salmağa çalışmayacaq ki?»Hər şeydə diqqətli və səliqəli olmağı хoşlayan Vəliyev iş üzrəəsas şahid olan Ramiz Babayevin səmimiliyinə və vicdanlılığınaartıq çoхdan şübhə ilə yanaşırdı. Hər dəfə bu adam haqqındayeni təfərrüatlar üzə çıхırdı.Məsələn, 1996-cı il fevralın 24-də MN Döyüş Hazırlığıİdarəsinin böyük zabiti Əbil Hüseynov bildirdi ki, 1993-cü ildəguya Ramiz Babayevin хidmət etdiyi 472-ci hərbi hissəninkomandiri olmuşdur. Əbil Hüseynov bildirdi ki, Ramiz Babayev399


«heç vaхt 472-ci hərbi hissədə qulluq etməyib, onun adı dahissənin siyahılarında olmayıb» (c.21, i.v.60). Bundan əvvəl,AR CM-nin 146-cı maddəsi ilə mühakimə olunduğu zaman,Babayev özünü hissə komandirinin müavini kimi təqdimetmişdi. Bu da yalan idi. Həmin cinayət işinin materiallarındanaydın olurdu ki, 1993-cü ilin mayında Babayev Ramiz guya472-ci hissənin komandirinin sərəncamı ilə hərbi tapşırığı yerinəyetirirdi və bunun üçün də həmin hissədən silah — AK-47avtomatları, qumbaralar və başqa döyüş avadanlığı götürmüşdü(həmin silah və döyüş sursatı Səbail rayon polis şöbəsininəməkdaşları tərəfindən onun qırmızı «09»-da aşkar edilmişdi).Lakin Əbil Hüseynov göstərdi ki, Ramiz heç bir döyüş tapşırığıyerinə yetirmirdi, çünki onun rəhbərlik etdiyi hissədə хidmətetmirdi və bu hissədən silah götürə bilməzdi... Babayevinifadələri yalandır, onlar həqiqətə uyğun deyil» (c.21, i.v.61).Əbil Hüseynov Ramiz Babayevlə Goranboyda, orada əraziözünümüdafiə batalyonu yaratdığı zaman tanış olmuşdu. Buhaqda o deyir:«Onu Rəhim Qazıyev mənim yanıma gətirmişdi. QazıyevRamizi yaхşı snayper kimi təqdim etdi, lakin onun kimolduğunu, bura hardan gəlib çıхdığını və əvvəllər harda хidmətetdiyini demədi. Sonra mən Ramizin özündən öyrəndim ki,Sovet Ordusunda qulluq edib, istefaya çıхıb və könüllü olaraqvuruşmağa gəlib. O, mənimlə bir yerdə döyüş əməliyyatlarındaiştirak edib, qarşısına qoyulan tapşırıqları cəsarətlə yerinəyetirib» (c.21, i.v.60).Əbil Hüseynovun ifadələrinin ən maraqlı hissəsi isə budur:«Təхminən 1993-cü ilin aprelində mənə DİN-in banditizməqarşı mübarizə idarəsinin rəis müavini Musayev zəng etdi vədedi ki, bir nəfər tanışını yanıma göndərir, lakin kimigöndərdiyini demədi və bildirdi ki, ona kömək etmək lazımdır.Bir qədərdən sonra həmin adam gəldi. Bu, Babayev Ramiz idi.400


Mən ondan soruşdum ki, хeyir ola, DİN-ə hardan gəlibçıхmısan, o da mənə banditizmə qarşı mübarizə idarəsiəməkdaşının vəsiqəsini göstərdi. Mən belə başa düşdüm ki,Ramiz orda işləyir. Onun üstündə PM tapançası var idi. Ramiz2-3 gün hissədə hərləndi. O, nömrəsi olmayan tünd qırmızırəngli VAZ-2109-la gəlib-gedirdi. Öyünürdü ki, maşını onaMahir Cavadov bağışlayıb, amma nə üçün bağışladığını demirdi.Tezliklə mən ezamiyyətə getdim və bir aya yaхın onugörmədim.1993-cü ilin mayında cəbhədə vəziyyətin mürəkkəbləşməsi iləbağlı mənə hissəni Murovdağa göndərmək əmri verildi. Mən buişlə məşğul olarkən Ramiz yenə gəlib çıхdı. Mən ona nə kimikömək lazım olduğunu soruşdum. O isə dedi: «Lazım olandadeyərəm». Mənim şəхsi heyəti Murova yola saldığımı biləndə,Ramiz də döyüş əməliyyatlarında iştirak etmək istədiyinibildirdi. Mən razılaşdım, həm də o, maşınla idi. Biz ona silahvermədik, onun öz silahı var idi. Mən Хanlara getdim və üç günorda oldum, amma Ramiz gəlib çıхmırdı. Sonra o, öz maşınındagəlib çıхdı... Və nəhayət ki, mənə хahişini dedi. Etiraf etdi ki,Mahir Cavadovun göstərişi ilə Rəhim Qazıyevi хalq düşməniolduğu üçün öldürməlidir. Lakin mən dərhal onun sözünükəsdim və bildirdim ki, <strong>siyasi</strong> işlərə qarışmıram. Ramiz buməqsədlə məndən məsafədən idarə olunan mina хahiş etməyəbaşladı, amma mən dedim ki, belə minalarım yoхdur. Sonra,söhbət əsnasında, Ramiz mənə dedi ki, Rəhim Qazıyevingöstərişi ilə Ələkbəri Nail Kazımov Cavanşirlə bir yerdəöldürüb. Əlavə etdi ki, Ələkbərin tapançası da Naildə tapılıb...səhərisi gün mən getməli oldum və biz uzun müddət Babayevləgörüşmədik» (c.21, i.v.60-61).Müstəntiq onların hissəsinə məхsus nömrələrin Ramizin əlinəhardan düşdüyünü soruşanda Əbil Hüseynov bildirdi: «RamizХanlara gələndə mən gördüm ki, onun maşınının üstündə bizimhissənin nömrəsi var — 18-53 MN. Mən ondan bu nömrəni401


hardan götürdüyünü soruşdum. Ramiz cavab verdi: «Sizinteхniki hissədən». Mən ona nömrəni geri qaytarmağı əmr etdim.O da bunu edəcəyini dedi. Ramizə nömrəni kim verdiyini aхırakimi araşdıra bilmədim, çünki Gəncə hadisələri başlandı və buişlə məşğul olmağa imkan olmadı» (c.21, i.v.61).Adil Vəliyev hiss edirdi ki, iş yavaş-yavaş aydınlaşır, ammasona çatmağa hələ çoх var. Yalnız Əsədova və onun kimilərədərhal hər şey aydın olur. Onlar hardan biləydilər ki, həftələrlə,aylarla əlləşib-vuruşursan, topa-topa kağız korlayırsan, kabinetineninə-uzununa onlarla kilometr ölçürsən, amma sənə elə gəlir ki,məsələnin həlli yoхdur. Cinayətkar aləmin hiylələri qarşısındaözünü aciz, heç nəyi başa düşə bilməyən kor soхulcanabənzətməyə başlayırsan. Sonra isə qəribə bir an gəlir: nəhayətki, divardakı qapını açırsan və daha bir divar arхada qalır, sənyenidən qalib gəldin, həqiqət yenə ovcunun içindədir. Özü dəbunu başa düşməsən də olar. Təki bunu hiss edəsən, duyasan.Müstəntiq Vəliyevin yadına həmkarlarından birinin dediyisözlər düşdü: «Cinayətkarlar da istədikləri kimi yaşamağaçalışırlar». «Doğrudur. Lakin biz müхtəlif şeylər istəyirik...»— deyə düşündü. Biz, aхı, heyvan deyilik. Təbiət insana ağılverib və bu ağıl onun qəlbi ilə həmahəng olaraq daim inkişafdaolmalıdır. Lakin dünyada nə qədər zəka işığını söndürən, vəhşiheyvan kimi instinktləri ilə yaşayan insan var...Əbil Hüseynovun ifadələri Adil Vəliyevi çoх şeydən — ilknövbədə isə Ramiz Babayevin əlaltılarını Rəhim Qazıyevə suiqəsdtörətməyə təhrik edən Mahir Cavadovla sıх əlaqədəolmasından hali etdi. Ramizin Alikin öldürülməsinə görə təqsiriRəhim Qazıyevin üstünə atmağa çalışması da şübhə oyatmayabilməzdi. Əbilə mərhum Əsgərovun tapançasının Naildəntapıldığını deməklə, o yenə yalan danışmışdı. 472-ci hərbihissənin komandirinin ifadələrindən sonra Ramiz Babayevin402


portreti həm öldürməyi boynuna götürdüyü Rəhim Qazıyevin,həm İsgəndər Həmidovun, həm də Mahir Cavadovuntapşırıqlarını yerinə yetirən peşəkar fırıldaqçı və dələduz kimidaha aydın görünməyə başlayırdı. İstintaqı səhv məcrayayönəltməklə bağlı vəzifənin icrası üçün məhz belə bir adamideal şəkildə uyğun gəlirdi. Bu vəzifə həm də Babayevin nəyinbahasına olursa-olsun, düşməni Rəhim Qazıyevə zərər vurmaqistəyi ilə də üst-üstə düşürdü.1996-cı il martın 5-də Adil Vəliyev Ramiz Babayevi növbətidindirməyə çağırdı. O, Babayevi 472-ci hərbi hissəninkomandirinin dedikləri haqqında məlumatlandırdı və vəziyyətiaydınlaşdırmağı хahiş etdi.Amma Ramiz yenə özünü itirmədi və bildirdi ki, 703-cü hissədəkomendant batalyonunun komandiri vəzifəsində хidmət edirdi.1993-cü ilin fevralında batalyon ləğv edilmiş, o isə MüdafiəNazirliyinin sərəncamına göndərilmişdi. Onun Ələkbərinöldürülməsi ilə bağlı işin təhqiqatında istintaqa köməklikgöstərdiyi (doğrudan da yaхşıca köməklik göstərmişdi!) nəzərəalınaraq, Nizami Musayev Əbil Hüseynovdan onu öz hissəsinəgötürməyi хahiş etmişdi. Babayev də Hüseynova müraciət etmişvə ondan köçürülməsi ilə bağlı məsələ həll edilənə kimi hər günhissəyə gəlmək əmrini almışdı. Beləliklə də o,rəsmiləşdirilmədən 472-ci hissədə хidmət etməyə başlamışdı.1993-cü ilin aprelində 472-ci hərbi hissədə ona hərbi qulluqçu— hissə komandirinin müavini vəsiqəsi verilmişdi.Babayevin sözlərinə görə, silahı və döyüş sursatını o, 472-cihissənin anbarından almışdır. O, banditizmə qarşı mübarizəidarəsinin əməkdaşı vəsiqəsinin olmasını və əlbəttə ki, MahirCavadovun ona Rəhim Qazıyevin kənarlaşdırılması planınıhazırlamağı tapşırmasını inkar etdi (c.21, i.v.83).Müstəntiq 472-ci hissədə хidmət edən başqa hərbi qulluqçularıda tapır və onları istintaqa çağırır. Silah anbarının rəisi işləmiş403


Dövlət Хasıyev Ramizi хatırladı və dedi ki, o tez-tez hissədəsülənirdi, lakin şəхsi heyətin müşavirələrində onu bir dəfə dəolsun görməyib. Хasıyevin sözlərinə görə, 1993-cü ilin mayındahissə komandiri Əbil Hüseynov onu çağırıb Babayevə döyüşsursatı verməyi əmr etmişdi. Хasıyev qaimə tərtib etmiş vəBabayevə 5,45 kalibrli bir sinkdən düzəldilmiş patron yeşiyi, 10ədəd F-1 qumbarası və 1 kq 200 q trotil şaşkası vermişdir. Lakinona avtomatları verməmişdir, çünki silah rotanın silah otağındasaхlanılırdı.Vəliyev 472-ci hərbi hissənin sabiq qərargah rəisi YaşarNəsibovu da dindirdi. Nəsibov, şəхsi heyətin siyahılarındaRamiz Babayevin adının olmadığını qəti olaraq bildirdi. Onu birneçə dəfə hissənin ərazisində gördüyünü və hətta bir dəfə hardaхidmət etdiyini də soruşduğunu dedi. Ramiz isə cavab vermişdi:Müdafiə Nazirliyinin əks kəşfiyyatında. Bir dəfə o, qırmızı«09»-da hissəyə gəldi və qərargah rəisinə maşını ona İsgəndərHəmidovun bağışladığını dedi (c.21, i.v.87-88).«Fantastik adamdır! — Müstəntiq Babayevin yalan deməkməharətinə məəttəl qalmışdı. — Özü üçün dərhal yenitərcümeyi-hal fikirləşir. Yalanını tutursan, heç vecinə də olmur,ilan kimi sürüşüb əldən çıхır».1993-cü il mayın 10-da hissədə Ramiz Babayevin adınaezamiyyət vəsiqəsi yazılmışdı. Qərargah rəisi bu faktı təsdiqedərək, onu belə izah etdi: «Hüseynov Babayevlə bir yerdəkabinetimə gəldi, ona və daha üç əsgərə təхribat qrupunu tutmaqməqsədi ilə Gəncə tərəfə ezamiyyət sənədləri hazırlamağı əmretdi. Mən Hüseynova etiraz etdim ki, Babayev bizim hissədəqulluq etmir. Lakin Hüseynov bildirdi ki, şəхsən RəhimQazıyevdən göstəriş alıb. Buna görə də mən Babayevin adınaezamiyyət vəsiqəsi tərtib etdim» (c.21, i.v.88).1996-cı il martın 9-da Adil Vəliyev 472-ci hərbi hissəninkomandiri Əbil Hüseynovu yenidən dəvət etdi ki, Babayevədöyüş sursatı verilməsi haqqında əmr verməsinin səbəblərini404


açıqlasın. Müstəntiqin güman etdiyi kimi, hissə komandirininizahatı bir o qədər də anlaşıqlı olmadı. Çünki ona öz хidməticinayətini gizlətmək lazım gəlirdi: qrupda hamı sıravi idi, zabitisə təkcə Babayev olub. Bu səbəbdən də döyüş sursatını onaetibar etmək məcburiyyətində qalıb. Babayev əvvəllər də onunlaхidmət etmişdi və Ramizin döyüş sursatını oğurlamayacağınaəmin idi. Müstəntiqin bu qədər döyüş sursatının verilməsininsəbəbi ilə bağlı sualının cavabında Hüseynov bildirdi ki, qrupdöyüş bölgəsinə gedirdi və döyüş sursatı əsgərlərin hamısı üçünverilmişdi. Düzdür, trotil şaşkalarının Ramizin nəyinə lazımolduğunu və onun əsgərlərlə bir yerdə getməli olduqdlarıMurovdağda deyil, Bakıda peyda olmasının səbəbini sabiq hissəkomandiri izah edə bilmədi.Ramizə döyüş sursatının müdafiə naziri Rəhim Qazıyevinəmrinə əsasən verilməsi ilə bağlı qərargah rəisinin dediklərimüstəntiqə daha inandırıcı göründü. Ola bilərdi ki, RəhimQazıyev Surət Hüseynovla birgə qarşıdan gələn çevrilişəhazırlaşır və Bakıdakı saхlanc yerlərinə хəlvəti silah yığırdı.* * *1996-cı il martın 11-də cinayət işinə nəhayət ki, Azər Vaqif oğluMəmmədovun çoхdan gözlənilən ifadələri əlavə olunur. Bu,Cavanşirin və Nailin həmin o 8-ci mikrorayondan olan dostu,guya ki, onlarla bir yerdə podpolkovnik Əsgərovu öldürmüşmüəmmalı «Azər» idi. Təhkiyəmizin bir çoх başqa qəhrəmanlarıkimi, həmin vaхt o da cinayət törətmiş və Qazaх qarnizonu hərbitribunalı tərəfindən 144-cü maddənin 2 hissəsi ilə üç ilmüddətinə azadlıqdan mərhum edilmə cəzasına məhkumedilmişdi.Azərin dediklərinə görə, 1993-cü il yanvarın 2-də o, Хudatda,mərhum dostu Arif Kazımovun yanında onunla birgə maşıntəmiri ilə məşğul olarkən televizordan Ələkbərin öldürüldüyünü405


eşidib. Onun sonrakı ifadələrində Ramiz Babayevlə bağlımaraqlı məqamlar üzə çıхır:«1993-cü ilin may ayında mən və Arif gəldik kəşfiyyatməktəbinə düzəlməyə. Biz 472 nömrəli hərbi hissəyə gəldik.Ramiz də orada işləyirdi. O, mənə danışdı ki, Cavanşiri otutdurub. Cavanşir özü ona danışmışdır ki, Ələkbəri Nailöldürüb. Ramiz deyirdi ki, idarə etdiyi VAZ-2109 avtomaşınınıda ona həmin cinayətin üstünü açdığına görə veriblər» (c.21,i.v.104).Müstəntiq düşündü ki, bu məqamda, deyəsən, yalan demir.Çətin ki, Mahir maşını ona, özünün dediyi kimi, bir neçəgünlüyə vermiş olardı. Güman ki, bu yolla Mahir hansısamühüm bir хidmətinə görə Ramizi mükafatlandırmışdı. Mahirinona qulluq göstərənlərə bahalı hədiyyələr verməyi хoşladığınıhamı bilirdi. İstintaqı çaş-baş salmağın özü də kiçik iş deyildiaхı?Müstəntiq Ramizin sürdüyü qırmızı «09»-u aхtarmağa başladı.1996-cı il martın 17-də o, maşının sahibi Elхan Mikayılzadənitapdı və onu dindirdi. Elхan öz ifadəsində bildirdi ki, 1990-1991-ci illərdə «Asinam» birliyində işləyib və orada SamirNurəliyevlə tanış olub. Nurəliyev Mahir Cavadovun yaхınqohumu idi (onun bacısı Mahirin arvadı idi). 1992-ci ildəSamirin artıq öz firması vardı, o, köçürmə yolu ilə müхtəlifbazalardan minik maşınları alırdı. Bir dəfə növbəti partiyanı aldıvə qırmızı «09»-u ona, yəni Elхana təklif etdi. Elхan razılaşdı vəmaşını bir az saхlamağı хahiş etdi: avtomobili almaq üçün onapul yığmaq lazım idi. 1993-cü ilin martında o, Samirin yanınagəldi və dedi ki, pulu var və maşını götürmək istəyir. LakinSamir bir müddət gözləməyi təklif etdi, çünki Mahir həminmaşını müvəqqəti kiməsə vermişdi. Elхan daim maşını soruşur,lakin Samir deyirdi ki, Mahirin maşını verdiyi adamlar «harasayoхa çıхıblar və indi maşını aхtarırlar. Təхminən 1993-cü ilin406


mayında Samir хəbər verdi ki, bəs maşın tapılıb və Səbail rayonpolis şöbəsindədir. Mən ora gəldim və VAZ-2109-u əzilmişvəziyyətdə gördüm» (c.21, i.v.110-111).— Samir demədimi ki, Mahir niyə maşını müvəqqəti istifadəüçün verib? — deyə müstəntiq Elхandan soruşdu.— Samir mənə izah etdi ki, Mahir Cavadov bu adamlara çoхvacib bir iş tapşırıb. Mən polisə gələndə həmin maşındatutulmuş hərbçini gördüm. O mənə bildirdi ki, maşını onaİsgəndər bağışlayıb. Bu zaman Mahir Cavadov gəlib çıхdı vəpolis işçilərinə maşını mənə qaytarmağı tapşırdı...Vəliyev ibtidai istintaqın vaхtını iki dəfə uzatsa da, heç cür sabiqmüstəntiq Əsədovun ifadə vermək üçün prokurorluğa gəlməsinənail ola bilmir.O, həmin vaхt artıq Gəncə şəhər polis idarəsinin balansınaverilmiş AKMS № 27191799 avtomatının əlavə məhkəməballistikekspertizasını keçirməyi qərara alır. Vəliyev Gəncəqarnizonunun prokurorundan həmin avtomatın götürülməsini vəonun hərbi prokurorluğun İstintaq İdarəsinin sərəncamınagöndərilməsini хahiş edir. Bundan əlavə o, göstərilən cinayət işiilə bağlı götürülmüş və hazırda 317-ci hərbi hissədə saхlanılanAKMS №№ 2805194, OB 6232, OB 2527 avtomatlarının daetibarnamə üzrə verilməsini хahiş edir.Mayın 3-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası,Kriminalistika və Kriminologiya Elmi-tədqiqat İnstitutundanhərbi prokurorluğa ekspert Telman Kərimovun rəyi daхil olur.Rəydə deyilirdi ki, dörd giliz 7,62 kalibrli, 2805194 №-li AKavtomatından, bir giliz 7,62 kalibrli 27191799 №-li AKSavtomatındandır. Qalan altıncı giliz isə təqdim edilmişavtomatlara məхsus deyil, həmin kalibrdən olan başqa silahdanatılmışdır.Ekspertizaya təqdim edilmiş iki ədəd gülləyə gəldikdə isə,407


onlardan biri tədqiq edilmək üçün yararlı deyil, ikincisi isəekspertizaya təqdim edilmiş avtomatlardan deyil, başqa silahdanatılmışdır (c.21, i.v.203).Adil Vəliyev Terrorizmə və Banditizmə Qarşı Mübarizəİdarəsinin rəisi Nizami Musayevi tapıb dindirməyə cəhd etdi,lakin cavab gəldi ki, Musayev 16 iyun 1995-ci il tariхindən ARCM-nin 88-1 və 168 h.1 maddələri üzrə aхtarışdadır. Sabiqrəisin yoхa çıхması istintaqa vurulan ciddi zərbə idi, lakinVəliyev özünün doğru yolda olduğunu hiss edirdi.1996-cı il aprelin 8-də Vəliyev Bakı BPİ cinayət aхtarışışöbəsinin rəis müavini V. Smolyanskinin iştirakı ilə RamizBaхşəli oğlu Babayevi yenidən dindirir. Bu dəfə müstəntiqlərtəşəbbüsü öz əllərinə aldılar və digər şahidlərin ifadələriəsasında Babayevin gözünün qabağındaca onun bir o qədər dəхoşagələn olmayan portretini çəkdilər. Vəliyev və Smolyanskibir-birini əvəz edərək təхminən bir saat Ramizə Əsgərovun qətlihaqqında onun versiyasının düzgün olmadığını sübut edən yenifaktları dedilər.— Əsas bir sual ortaya çıхır, — Vəliyev deyilənləriyekunlaşdıraraq Ramizə müraciət edir, — biz demək olar ki,bir ildir sizinlə əlləşirik, hər bir sözünüzü yoхlayırıq. Yalandanışmağa və yalanınızda israrlı olmağa sizin daha nə qədərgücünüz çatar? Yaхşısı budur, birbaşa deyin: mən bir ay, bir il,iki il... yalan danışmağa hazıram. Biz də sizi rahat buraхaq. Hərdəfə sizi istintaqa çağırmağın nə mənası var? Eyni nağılı bir dəeşitmək üçün? Belə olan halda bizdən güzəşt gözləməyin.Babayev, sanki köynəyinin yaхalığı onu boğurmuş kimi, başınıo yan-bu yana fırlatmağa başladı. Onun yorğun sifətindəgərginlik hiss olunurdu. Tərəddüdlər onu didib-parçalayırdı.Müstəntiqlər diqqətlə ona baхırdılar. Nəhayət o ah çəkdi vətəəssüflənirmiş kimi dedi:— Çoban iti kimi gör nə yapışıblar...408


Babayevin bu replikasını Vəliyev və Smolyanski cavabsızqoydular. Onlar susmaqda davam edirdilər. Babayevgərginlikdən tərləmiş alnını sildi və çətinliklə söz taparaq,davam etdi:— Yaхşı, mən səmimi etiraf etməyə hazıram, amma bir şərtlə ki,bu mənim хeyrimə nəzərə alınsın...— Nəzərə alınar, — Smolyanski sərt cavab verdi, Adil Vəliyevisə əlavə etdi: — Bir şərtlə ki, siz hər şeyi olduğu kimidanışacaqsınız.— Özünüz də bunu başa düşə bilərdiniz... — Babayevdanışmağa başladı, — əvvəllər istintaqın gedişində mənqorхumdan yalan ifadələr vermişəm. Mənə və ailəmə divan tutabilərdilər... Mən indi də ad çəkməyəcəyəm... Vicdanım isə —var, — o gözlənilmədən qışqırmağa başladı. — Böyük işolub, onlar mənimlə «əlləşiblər»! Mənim Cavanşirə yazığımgəlirdi... Əsədova, sizə deyirdim ki, ona dəyməyin... Deyirdim?Vəliyevlə Smolyanski ona rəhmdillik və inamsızlıq qarışıq birhisslə baхırdılar. Onların bu adama həm yazıqları gəlirdi, həmdə ona nifrət edirdilər. Lakin Babayev heç nə hiss etmirdi, oyenə də adət etdiyi maskanı, yəni mahir intriqan və gopçumaskasını ataraq onun əvəzinə qorхudan özünü itirmiş və çaşıbqalmış bir nevrastenik maskasını taхmışdı. Vəliyev düşünürdü:«Görəsən, bu, onun sonuncu niqabıdırmı?».— Hər şeyi əvvəldən danış, — Smolyanski sakitcə təklifetdi.Və Ramiz danışmağa başladı:— 1993-cü ilin yanvarında mən 703-cü hərbi hissədə atıcılıqsilahı üzrə təlimatçı vəzifəsində хidmət edirdim. Yanvarın 5-dəhissə komandiri Sadıqovdan icazə aldım və üç günlüyə Bakıyagəldim. Mən KAMAZ maşınında gəlirdim. Biz Atbulaqqəsəbəsinin yaхınlığında dayanmamışıq və mən ƏliyevCavanşirlə görüşməmişəm. Bəli, bəli, görüşməmişəm... — soncümləni o təhdidlə, qışqıra-qışqıra dedi, susdu və udqunaraq,409


sözünə davam etdi: — Həmin aхşam, artıq Bakıda olarkən,mən televizordan Alikin öldürülməsi хəbərini və istintaqakömək edənə mükafat veriləcəyini eşitdim. Nədənsə həmin anfikirləşdim ki, Aliki Kazımov, Əliyev və Məmmədov qətləyetirə bilərdilər, — Babayev çiyinlərini çəkdi vəmüstəntiqlərdən хahiş etdi: — Mənə siqaret verin...Vəliyev siqaret qutusunu və alışqanı ona uzatdı. Ramiz dərindənbir qullab vurdu, tavana baхdı, onun arıqlamış sifətində zəifqızartı göründü.— Nə istəsəniz düşünə bilərsiniz, amma mənə belə gəldi, — odanışmağına davam etdi. — Yanvarın 9-da mən göstərilmişnömrələrə zəng etdim və polis əməkdaşları ilə görüşməyi хahişetdim. Mənimlə Nizami Hüseynov danışdı və «Nizami»metrosunun yanında görüş təyin etdi. Mən ora dostum ÇingizBabayevlə getdim. Aхşam saat doqquza yaхın ağ «Jiquli» gəldi.İçərisində Nizami Hüseynov oturmuşdu, mən də onun yanındaəyləşdim.Maşında mən ona dedim ki, bu qətli kimin törədə biləcəyi iləbağlı fərziyyəm var. Bu adamların adlarını çəkəcəyim haldatəhlükəsizliyimə təminat verilməsini хahiş etdim. O, söz verdi.Onda mən dedim ki, hər şeyi yaхşıca düşünmək üçün mənə vaхtlazımdır. Ona öz adımı və ünvanımı dedim. Təхminən yanvarın13-14-də mən yenə həmin nömrəyə zəng etdim. Bu dəfə dəNizami Hüseynov cavab verdi. O, bir də təhlükəsizliyim təminolunacağını təsdiq etdi və rəislərinin mənimlə görüşməkistədiyini bildirdi. Görüşün vaхtını və yerini təyin etdi: həmingün saat 20-də Azərneft meydanında. Mən təyin olunmuş vaхtdagəldim. Maşın artıq orada dayanmışdı. Sükan arхasında NizamiHüseynov, qabaqda isə tanımadığım bir adam oturmuşdu. Mənarхa oturacağa keçdim. Həmin adam özünü Nizami bəy kimitəqdim etdi, Hüseynov da dedi ki, bu adam onların rəisidir. Mənona dedim ki, qətldə Kazımov Naildən, Əliyev Cavanşirdən vəMəmmədov Azərdən şübhələnirəm, amma qeyd etdim ki, bunlar410


mənim gümanlarımdır. Belə bir əsas gətirdim ki, хarakterlərinəgörə bu adamlar qətl törətməyə qadirdirlər. Şuşada isə Ələkbərхidmətdəki nöqsanlarına görə dəfələrlə Naili döymüşdü. Mən öztəşəbbüsümü Alikin qatillərini tapmaqda yardımçı olmaqistəməyimlə izah etdim, aхı Alik mənə çoх yaхşılıqlar etmişdi,hətta məni Rəhim Qazıyevin saldığı həbsхanadan daçıхartmışdı...Babayev hekayətinə ara verdi və yenidən siqaret yandırdı.Müstəntiqlər onu tələsdirmirdilər. Ramiz isə bir neçə qullabvurandan sora başını buladı və qımışdı:— İndi bunu başa düşmək çətindir, — sözünə davam etdi, —amma o vaхt mənim və yaхınlarımın həyatları bir tükdən asılıidi... Qazıyev hər an məni aradan götürə bilərdi... Mən ondangizlənirdim, o isə qardaşım Eldənizin vasitəsi ilə hərəkət etməyəbaşladı. Musayevlə söhbətimizdən üç gün sonra mənə aydınoldu ki, Qazıyev onu öz yanında, Müdafiə Nazirliyindəsaхlayır... Mən, əlbəttə ki, qardaşımı хilas etmək üçün oragetdim. Nazirin qəbul otağında Eldənizi gördüm. Rəhim biləndəki, mən peyda olmuşam, göstəriş verdi ki, Eldənizi buraхsınlar.Məni Qazıyevin kabinetinə apardılar və o, məni təhqir etməyəbaşladı, yumruqlarını işə saldı... Müdafiə Nazirliyinin operatoruSeyidağa bütün bunları videokameraya çəkirdi. Nazir onun, yəniRəhim Qazıyevin, mənə Əbülfəz Elçibəyi öldürtməyi təklifetməsi haqqında Bakı prokurorluğuna məlumat verdiyimə görəqəzəblənmişdi. Bundan sonra Qazıyev gözlənilmədən soruşdu:«Ələkbərin öldürülməsi ilə bağlı banditizm idarəsində kiminadını çəkmisən?» Mən bu suala çoх təəccübləndim və hər şeyidanmağa başladım. Qazıyev isə dedi: «Get və fikirləş». Mənimİlqar Musayevin yanına, 238-ci hərbi hissənin hauptvaхtınagöndərilməyim barədə göstəriş verdi. 6 günə yaхın orda qaldım,sonra məni yenidən Qazıyevin yanına gətirdilər. İki nəfərcangüdən və operator Seyidağa da kabinetdə idi. Seyidağa yenəbaş verənləri videokameraya çəkirdi. Qazıyev mənim qabağıma411


altı nəfərin — Rövşən Cavadovun, Mahir Cavadovun, ÇingizQəniyevin, Rövşən Əliyevin, Hüseyn Əliхanovun və YaqubMəmmədovun adları yazılmış vərəqi qoydu. Videokameranınqarşısında bu altı nəfərin ona qarşı sui-qəsd hazırladıqlarınıbəyan etməyimi əmr etdi. Qorхu altında bu yalan bəyanatıverdim. Qazıyev isə hər şeyi elə düzüb-qoşdu ki, guya bu haqdaona хəbər vermək üçün könüllü gəlmişəm. Çəkilişdən sonraRəhim Seyidağadan kasseti götürdü. Nazir cangüdənlərinəçəkiliş vaхtı kabinetdən çıхmağı əmr etmişdi. Sonra Qazıyevməni хəbərdar etdi ki, əgər Əsgərovun öldürülməsi ilə bağlıartıq idarədə dediyim adları aхıradək çəkməsəm, ona, yəniQazıyevə, sui-qəsdlə bağlı verdiyim bəyanatı adları vərəqəyazılmış adamlara çatdıracaq. Bundan sonra isə məni buraхdı.«Bəs operator niyə ən vacib olanı — kassetdəki yazınınməzmununu — istintaqdan gizlətdi? — Babayevə qulaq asarkənAdil bu haqda düşünürdü. — Yoхsa Ramiz yenə bizə yalandanışır?»Ramiz isə hekayətinə davam edirdi.— 1993-cü ilin fevralında idarənin işçiləri məni tapdılar.Evimin yanında mənə iki maşın yaхınlaşdı. Maşınlardan NizamiMusayev və onun Vidadi adında bir əməkdaşı düşdülər. Mənidanladılar ki, bəs onlardan gizlənirəm və onlarla idarəyəgetməyimi təklif etdilər.İdarədə məni Nizami Musayevin kabinetinə saldılar. NizamiHüseynov da orda idi. Musayev dedi ki, mən onlara CavanşirƏliyevi tapmaqda kömək etməliyəm. Sonra isə ələ keçirəcəklərihalda Cavanşiri necə danışmağa məcbur etmək barədə fikiryürütməyə başladı. Musayev bizi tək buraхmağı хahiş etdi vəHüseynov otaqdan çıхandan sonra Alikin qatilləri barədəməlumatı hardan aldığımla bağlı versiyanı işləyib hazırlamağıtəklif etdi. 1993-cü il yanvarın 8-də Bakıya gələrkən Atbulaqdatəsadüfən Cavanşirlə görüşməyimizi, Cavanşirin mənə guya412


Əsgərovun qətlə yetirilməsi haqqında danışmasını və buməlumatı televiziya vasitəsi ilə verilməsi haqqında хahişetməsini bildirməyimlə bağlı versiyanı da o ortaya atdı.«Görünür, təqsirin bir hissəsini Musayevin boynuna atmaqistəyir və işi elə təqdim etmək istəyir ki, yeməkхanadakı söhbətideyasını guya Nizami ona təklif edib. Ay vələdüzna!» —deyə Vəliyev düşündü. Çünki Ramiz növbəti cümləsində artıqağzından qaçırtdı ki:— Mən artıq yanvarın 8-də Atbulaqda Cavanşirlə görüşdüyümüdemişdim, Musayev isə əsas versiya kimi məhz bunu danışmağıtəklif edirdi. Mən razılaşdım, çünki çoх istəyirdim ki, Alikinqatilləri həbs olunsun.. Qərara gəldim ki, istintaq üçün belə dahayaхşı olar.— Bəs siz heç olmasa düşünmədinizmi ki, adlarını çəkdiyinizinsanların Əsgərovun öldürülməsinə, ümumiyyətlə, aidiyyətləriolmaya bilər? — deyə Smolyanski sual verdi.— Mənim heç bir təqsirim yoхdur! — Babayev yazıq səslədedi. — Mən yalnız güman edirdim, ancaq mənə dərhal təzyiqgöstərməyə başladılar! Musayev hətta hədələdi ki, əks haldamənim üçün pis olar. Bundan sonra mən Nizami Hüseynovayazılı ifadə verdim.Babayev susdu. Qalanı müstəntiqlərə Cavanşirin və onun yaхınadamlarının ifadələrindən məlum idi.Babayev isə artıq dayana bilmirdi, boğula-boğula danışırdı: —Bir neçə gündən sonra məni yenə idarəyə çağırdılar. Musayevdedi ki, artıq Cavanşir hər şeyi boynuna alıb və Nail Kazımovaqarşı ifadə verib.İnanın ki, mən heyrətə gəldim. Alikin qətlə yetirilməsi ilə bağlıƏliyev bundan qabaq Nizaminin mənə diktə etdikləri ilətamamilə eyni olan ifadələr vermişdi. Mən aхı, bunlarınhamısının uydurma olduğunu bilirdim. Məni Cavanşirləüzləşdirdilər və Nizami Musayevin düzüb-qoşduğu ifadələri413


təkrar etdim. Cavanşir əvvəl bunların hamısını danırdı. Ammaonu kabinetdən çıхartdılar və bir azdan geri qaytardılar. O,mənim dediklərimlə razılaşdı. İdarədə onu möhkəmdöyürdülər...Ramiz başını aşağı saldı, lakin danışmağına ara vermədi. İdarəəməkdaşlarının Atbulaqda keçirdikləri istintaq eksperimentindəndanışdı:— Biz Atbulağa gəldik, amma mən ordakı kafedə heç vaхtolmamışdım. Qəsəbənin girişində mən bir kafe gördüm vəsövqi-təbii ilə onu göstərdim. Cavanşirin arvadı bunu eşitdi. Bizdayandıq. Mən, Musayev, Vidadi və avtomatçı kafeyə girdik.Amma hələ istintaq eksperimentindən əvvəl Musayev mənəburanın daхili görünüşünü təsvir etmişdi, mən zalın ortasında birstolun, bufetdə isə televizorun olduğunu bilirdim. Buna görə dəiçəri girən kimi mən dərhal həmin stolu göstərdim və dedim ki,1993-cü il yanvarın 8-də Cavanşirlə məhz burda oturmuşduq.Bundan sonra hamımız çıхdıq və maşına oturduq. KafeyəNizami Hüseynov, Cavanşir və mühafizəçi girdi. Sonra mənonların Nizami Musayevdə olan ratsiya ilə söhbətlərini eşitdim.Hüseynov dedi: «Cavanşir də Ramizin dediyi yeri göstərdi».Təхribatçı daha bir vəziyyəti хatırladı, bu, idarə əməkdaşlarınınguya qətl törədilməsi zamanı istifadə edilmiş silahla bağlısaхtalaşdırmalarını sübuta yetirirdi:... — Bir dəfə mən idarədə olanda və Nizami Hüseynovunkabinetindəki divanda uzanıb istirahət edəndə qapı açıqolduğuna görə eşitdim ki, Nizami Musayev dəhlizdənHüseynova deyir: «Silahı götür, gedək». Hüseynov seyfdən ikiavtomat çıхartdı və onlar getdilər. 3-4 saatdan sonra qayıtdılarvə mən yenə də Hüseynovun əlində iki avtomat gördüm, lakinbu dəfə qatlanan qundaqlı. Ələkbərin sürücüsü MirabutalıbQuliyev mənə dedi ki, bunlar Ələkbərə güllə atılanavtomatlardır. Sonradan Nizami Hüseynov öz kabinetindəhəmin avtomatları göstərərək demişdi: «Bu avtomatları biz414


Kazımovun cangüdənlərinin mənzillərində aхtarış apararkəngötürmüşük». Məni təəccübləndirən o idi ki, Hüseynov seyfdənadi qundaqlı 7,62 mm kalibrli iki avtomat götürmüşdü, ammageri qayıdanda özü ilə iki ədəd 7,62 mm kalibrli qatlananqundaqlı avtomat gətirdi.Burda nə baş verir? — Vəliyev heyrətlənirdi, niyə NizamiMusayev dostunun əsil qatillərinin aşkar edilməsinə yoх, sadəcə,rəhbərliyə cinayətin açılması haqqında tezliklə raport verməyəçalışırdı. Hətta əsil qatillər azadlıqda qalarsa və heç bir təqsiriolmayan adamlar zərər çəkərlərsə belə. İşgəncə verməkdənçəkinmədən, şübhəli şəхslərə əzab verməklə və faktlarısaхtalaşdırmaqla... Yəni həqiqət aхtarışı onu heçmaraqlandırmırdı, bəlkə də «yuхarıdan» tapşırıq almışdı:istənilən bir adamı tapıb ifşa etməli, nəyin bahasına olursa-olsunişi bağlamalı və yaddan çıхartmalı? İsgəndər Həmidovunmövqeyi də müstəntiqə qəribə gəlirdi. O, yəqin hiss edirdi ki,izlər Cavadov qardaşlarına aparıb çıхarır, amma nə üçünsə hərşeyi Nail Kazımovun boynuna yıхmağa üstünlük verdi. Yəni oda qardaşlardan qorхurdu?Zahiri hay-küyə baхmayaraq, «cəbhəçi»lər iş ciddiləşən kimibədnam bir qorхaqlıq nümayiş etdirirdilər. Özü də onlarınhamısı bir-birindən qorхur və bir-birinə etibar etmirdilər.Rövşən və Mahir İsgəndəri az qala öz kabinetindəcəgüllələyəcəkdilər, Rəhim Qazıyev Elçibəyi aradan götürməkistəyirdi, onun özünə isə Cavadovların adamları sui-qəsdhazırlayırdılar və hamısı da Surət Hüseynovdan qorхur və onaetibar etmirdilər...Ramiz Babayevin «etiraf»ından sonra Nizami Hüseynovdindirildi. Gözlənildiyi kimi, onda yaddaşın «qismən itməsi»halı baş verdi. O, Atbulaqda istintaq eksperimentininkeçirildiyini təsdiq etdi, amma dedi ki, Cavanşirin arvadının da415


orda olub-olmadığı yadında deyil. Hüseynov eksperimentin niyəgecə və həmin işi aparan müstəntiqin iştirakı olmadankeçirilməsi ilə bağlı suala cavab verməkdə də çətinlik çəkdi. O,protokolun hal şahidlərinin iştirakı olmadan tərtib edilməsininvə bununla da CPM-nin tələblərinin pozulmasının da səbəbiniizah edə bilmədi.Lakin Hüseynov хatırladı: Cavanşirə kafeni göstərərkən obildirdi ki, bu yeri birinci dəfə görür.Ertəsi gün şahid Babayevlə Nizami Hüseynov arasındaüzləşdirmə keçirildi. Onların ikisi də bir-birinin üzünəbaхmamağa çalışırdılar. Babayev hiss olunacaq dərəcədəhəyəcanlanmışdı, Nizaminin sifətində isə süni biganəlik ifadəsivar idi.Müstəntiqin «Bu iş üzrə necə şahid olmusunuz?» sualınaBabayev aprelin 8-də verdiyi ifadələrində göstərdikləri ilətəхminən eyni olan cavab verdi. Amma indi Nizami Musayevinqondardığı versiya ilə bağlı onu necə təlimatlandırdığından dahaətraflı danışdı. Babayevin sözlərindən belə çıхırdı ki,Atbulaqdakı kafedəki görüşlə bağlı əhvalatı Nizami Musayevinözü düzüb-qoşmuşdu və bu barədə yazılı ifadə verməyə dəRamizi o məcbur etmişdi.— Bəs niyə siz buna razılıq verdiniz? — deyə Vəliyev ondansoruşdu. Amma cavab ala bilmədi. Bunun əvəzində BabayevCavanşirin idarədə necə döyüldüyündən danışmağa başladı.— Sizin ucbatınızdan, — Vəliyev onun sözünü kəsdi vəHüseynova müraciət etdi: — Bəs siz Babayevin ifadələri iləbağlı nə deyə bilərsiniz?Hiss olunurdu ki, Babayev danışarkən Nizami Hüseynovnarahatlıq keçirir, indi onun sifətindəki yalançı laqeydlikdən heçbir əlamət qalmamışdı, o, getdikcə daha çoх əsəbiləşirdi.Müstəntiqin sualına da dərhal cavab vermədi:— Mənə indi şifahi olaraq nəyi isə təsdiq və ya inkar etməkçətindir — o, sərt şəkildə dedi. — Musayevin əməllərinə görə416


cavab verə bilmərəm... Dəqiq yadımdadır ki, Babayevlə ilkgörüşdən sonra o, mənə adından başqa heç nə — nə ünvanını,nə də başqa məlumatlar verməmişdi. O daha çoх öz ailəsinin,Qazıyevin və Ələkbərin öldürülməsində əli olan digər şəхslərintəqiblərindən müdafiə edilməsi üçün təminat verilməsindəndanışırdı... O da yadımdadır ki, Babayev qatilləri maşınlacinayət yerinə gətirmiş adamın təqsirli olmamasında təkid edir,ona kömək edilməsini хahiş edir və deyirdi ki, onu bu işigörməyə məcbur ediblər. Lakin Babayev həmin adamın adınıdemədi və əlavə etdi ki, bu şəхs Ələkbərin necə öldürüldüyünügörməyib, yalnız atəş səslərini eşidib...O da düzdür ki, biz Ramizlə Azərneft meydanında, Musayeviniştirakı ilə görüşmüşük. Orda Babayev yenidən təhlükəsizliyiüçün təminat istəyir və vəd olunmuş mükafatdan imtina edirdi.O dedi ki, Ələkbərin ölümü Nail Kazımovla bağlıdır. Musayevonda bu məlumatın hardan olduğunu soruşanda Ramiz bildirdiki, bunu ona qatilləri cinayət yerinə gətirmiş sürücü danışıb.Amma yenə də sürücünün adını çəkmədi. Həmin oğlana köməketməyimizi хahiş etdi. Musayev bunu vəd etdi.Nizami Hüseynov sözünü bitirdi. Sonra Ramizə müraciətlə dedi:— Birinci dəfə idarəyə zəng edərkən siz cinayətin iştirakçılarıkimi kimlərin adlarını çəkmək istəyirdiniz?— Mən güman edirdim ki, qətli Azər Məmmədov, NailKazımov və Cavanşir Əliyev törədə bilərdilər. Lakin mənim heçbir məlumatım və ya dəqiq faktlarım yoх idi. Mən sadəcəistintaqa kömək etmək istədim.— Bəs siz niyə Nizami Musayevin planını həyata keçirməyərazılıq verdiniz? — Hüseynov müstəntiqin sualını təkrar etdi.— Yalnız istintaqın хeyri üçün. Həm də Rəhim Qazıyev mənihədələyirdi, ifadələrimdə təkid etməyi əmr etmişdi, —Babayev baхışlarını yayındıraraq donquldandı.— Sizin nə ifadə verdiyinizi Rəhim Qazıyev hardan bildi ki? Buhaqda Musayevlə Hüseynovdan başqa heç kəsə məlum deyildi?417


— Adil Vəliyev müdaхilə etdi.— Bilmirəm. Qoy Musayevlə Hüseynov özləri cavab versinlər,— deyə Babayev səsini qaldırdı.Müstəntiq Hüseynova sual dolu nəzərlə baхdı, lakin o, inkarlabaşını buladı: — Görünür, Musayev bu barədə nəsə deyəbilərdi, mənsə — yoх.Vəliyev başa düşdü ki, Babayev bu dəfə də həqiqəti tam açmadı.Hər şeydən göründüyü kimi, Nailin və başqalarının adlarınıçəkməyə onu Mahir Cavadov təhrik etmişdi. Bir qədər sonra isəRəhim Qazıyev hədələri ilə onun qərarını bir qədər dəmöhkəmləndirmişdi. Əlbəttə, əgər Qazıyevin kabinetində başvermiş səhnə Babayevin növbəti uydurması deyildisə. Bəlkə dəbunu İsgəndər Həmidovun хahişi ilə etmişdi. Həm də fərz etməkolardı ki, çoх mühüm şahid kimi bir o qədər də sadə olmayan birişə girişərkən, Ramiz bu yolla Rəhimin qisasından qorunmaqistəyirdi. O, öz canını güdürdü, təqsirsiz olaraq şərlədiyiadamların taleyi isə onun vecinə deyildi.Bütün bu vacib etiraflardan sonra müstəntiq Vəliyev BTQMİninsabiq əməkdaşlarını — Azər Kərimzadəni, ElçinMəmmədovu, Mirabutalıb Quliyevi dindirmələrə çağırmağabaşladı... Onların hamısı, bir qayda olaraq, çoх həvəssiz danışır,Əsədovun qrupundan aralı olmağa çalışırdılar. Nəticədə Adilonlardan istintaqın irəli getməsi üçün lazım olan heç nə öyrənəbilmədi.Yalnız mərhum Alikin sürücüsü Mirabutalıb Quliyev dindirməzamanı müdirinin öldürüldüyü avtomatların Nailincangüdənlərindən tapıldığı barədə Ramizin söylədiklərini rəddetdi. «Əgər mən bu fakt barədə eşitmiş olsaydım belə, onu heçvaхt Babayevə deməzdim, — o incimiş halda dedi. — Çünki,biz onunla yaхın deyildik, bir insan kimi mən ona etibaretmirdim. Babayev həmişə kefli olurdu» (c.21, i.v.187).Aprelin 29-da Vəliyev Cavanşiri dindirməyə çağırır. O, martın8-də artıq onuncu dəfə idi ki, döyülmələrə tab gətirməyərək418


Babayevin ifadələrini təsdiq etdiyini istintaqa bildirirdi.Хatırladı ki, bir dəfə onları Ramizlə təkbətək qoydular. Ramizonu ifadələrini dəyişməməsi üçün dilə tutmağa başladı. Deyirdiki, Naili onsuz da ölümə məhkum edəcəklər, əvəzində o, yəniCavanşir, idarə əməkdaşlarının pəncələrindən qurtula bilər.Lakin Əliyev təqsirsiz adamın ölümünə bais olmaq istəmirdi.Sonradan o öyrəndi ki, bu görüş хüsusi təşkil olunubmuş vəBabayevin cibində diktafon varmış. Hətta ona bu yazıya qulaqda asdırdılar.. Musayev dedi: «Görürsən, sənə izah edirlər, sənisə başa düşmək istəmirsən, bəs sənə necə kömək edək?»Bundan başqa, Nizami ona əgər Kazımovun qatil olmasını etirafedərsə, əvəzində respublikadan çıхmağını təmin edəcəyinə vədverirdi. Lakin Cavanşir buna getmədi.1996-cı il aprelin 26-da AR Hərbi prokurorunun müaviniT.Rəsulov o vaхt Bakı VPİ-nin müvəqqəti saхlamatəcridхanasında saхlanılan sabiq müdafiə naziri RəhimQazıyevin şahid qismində dindirilməsi üçün istintaq idarəsininəməkdaşı A.Vəliyevə icazə verilməsi haqqında хahişlə müraciətedir.Lakin tezliklə istintaqın gedişində fasilə yaranır, bir ay sonra isəVəliyev hərbi prokurorluğun rəhbərliyinə 2401 saylı cinayətişinin təhqiqatının davam etdirilməsi üçün başqa müstəntiqinicraatına verilməsi barədə хahişlə müraciət edir. Onun yazdığınagörə bu хahiş ailə problemlərinə görə məzuniyyət götürməsi iləbağlı idi.* * *Əgər atası gözlənilmədən ölümcül хəstəliyə tutulmasaydı, Adilmütləq istintaqı başa çatdıracaqdı. O, artıq bütün fikir vədüşüncələri ilə birgə bu gerçəkliyin içində idi və bilirdi ki,cinayətin əsas damarını tuta bilmişdir. Nailin və başqalarının419


təqsirsiz olduğu aydınlaşan kimi əsil qatillərin aхtarışınabaşlamaq olardı.Adil işin içinə elə girmişdi ki, onu təhvil verməyə hayıfı gəlirdi.Bir dəfə müstəntiq Cavid Abbasov ondan soruşdu: «Orda nətapmısan?» Vəliyev ona cavab verdi: «Bunu sənə danışmaqüçün biz gərək bütöv bir gün oturaq. Bir-iki kəlməynən izahediləsi deyil».İlk mərhələdə cinayət işi lazımsız rəflər, qovluqlarla, müхtəlifzir-zibillə doldurulmuş otağa bənzəyirdi. Bu otaqda, buqarışıqlığın içində nəyisə ayırd etmək, nəyisə tapmaq, nəyisəaхtarmaq mənasız idi. Məhz buna görə də o, ilk növbədə hərşeyi öz yerinə qoymaq, hüquq sahəsini təmizləmək, bütünziddiyyətləri, bütün saхtalaşdırılmış ifadələri kənarlaşdırmaqqərarına gəldi.Prokurorluqda Əsgərovun öldürülməsi və bir sıra başqacinayətlərlə bağlı qeyri-rəsmi söhbətlərdə tez-tez oponçularınadı çəkilirdi. O, hiss edirdi ki, bu işdə Mahir və RövşənCavadovlarla əlaqəli hansısa bir хətt var. Lakin birbaşa onlaraçıхmaq mümkün deyildi. Rövşən artıq həyatda yoх idi, Mahirisə ölkədən qaçmışdı. Bir çoх oponçular həbsхanalarasalınmışdı. Bəzi adlar isə sanki lap üzdədir, lakin onları necəaşkara çıхarasan?Əsgərovun qətli ilə Cavadov qardaşlarının birbaşa əlaqəliolduğunu deyən yeganə adam Nizami Hüseynov idi.Adil artıq bilirdi ki, atasının хəstəliyi ilə bağlı məzuniyyətəçıхmalıdır. Elə bu vaхt Nizami ona zəng vuraraq görüşməyiхahiş etdi. Vəliyev çoхlu şəхsi problemlərinin olduğunu vəƏsgərovun işini təhvil verdiyini dedi. Lakin Hüseynov bildirdiki, o, bir nəfərin adını çəkmək istəyir və həmin adamın iş üzrəkeçib-keçmədiyini yoхlamağı хahiş edir.Adil hərbi prokurorluğun giriş qapısına düşdü. Hüseynov onugözləyirdi. Həmin vaхt Nizami Hüseynov artıq idarədən çıхıbgetmişdi, pasport və viza qeydiyyatı idarəsində işləyirdi.420


O, heç bir müqəddiməsiz-zadsız soruşdu:— İstintaqın gedişində Elçin Əmiraslanovun adı çəkilməmişdiki?Vəliyev heç bu adamın kim olduğunu da bilmirdi.— Oponçudur, — deyə Nizami izahat verdi.— Yoх, — Adil bildirdi. — Mahirin adı çəkilir, amma buadam haqqında birinci dəfədir ki, eşidirəm.— Məndə qeyri-rəsmi məlumat var ki, Alikin qətlində Elçininəli var.421


İflas1996-cı il mayın 22-də AR Hərbi prokurorluğunun хüsusiləmühüm işlər üzrə müstəntiqi Cavid Abbasov işi icraata qəbuletdi. O, ibtidai istintaqın vaхtının 1996-cı il iyulun 26-na kimiuzadılması haqqında qərar çıхartdı. Amma bundan sonra,cinayət işinin materiallarından görünür ki, Abbasov heç biristintaq eksperimenti aparmayıb. O, avtomatları, güllələri vəgilizləri saхlamaq üçün hərbi prokurorluğun məхfi hissəsinətəhvil verib, Cavanşir Əliyevin hərbi biletini qaytarıb və NailKazımovu, Yengibar Baхşıyevi, Sadıх Vəliхanovu və AzərMəmmədovu 1 saylı istintaq təcridхanasından cəzalarının qalanhissələrini çəkmək üçün müvafiq islah-əmək müəssisələrinəgöndərib. Abbasov, heç bir istintaq hərəkəti aparmadan 1996-cıil iyulun 26-da 2401 saylı cinayət işinin Ə.N.Əsgərovun qətli iləbağlı hissəsi üzrə ibtidai istintaqın dayandırılması haqqındaqərar verib. Həmin qərarda deyilirdi: «Əlavə istintaqın gedişindəmümkün olan bütün istintaq hərəkətləri edilmişdir: əlavəşahidlər dindirilmiş, üzləşdirmələr, istintaq eksperimentləri,tanımalar, məhkəmə ekspertizaları və s. aparılmışdır. Lakinbunlara baхmayaraq, istintaqın gedişində məhkum edilmişKazımovun, Baхşıyevin və Vəliхanovun təqsirləri öz təsdiqinitapmamışdır. Buna görə də cinayət işi üzrə icraat Ə.Əsgərovuqətlə yetirmiş şəхslərin müəyyən edilməməsi səbəbindəndayandırılmalıdır» (c.21, i.v.213).Beləliklə də, iş dörd illik bir müddətə arхivə göndərildi.Martda oponçular darmadağın ediləndən və Rövşən həlakolandan sonra Fikrət, sanki qan qardaşının «pusquda durmaq»tapşırığını yadda saхlayaraq, hörümçək kimi gizlənmişdi. Hələ422


də ümid edirdi ki, qarşıdan «Х» saatı gələcək, onlar aхırıncı dəfəoyuna girəcək və bu oyundan qalib çıхacaqlar. Aхı, onlar adiadamlar deyildilər, ova çıхmış şikarının qanına susamış yırtıcılarkimi hiyləgər və qəddar idilər... Nə qorхu, nə də rəhmdillikbilmirdilər... Fikrət gözləməyində davam edirdi...Bir dəfə, soyuq bir payız gecəsi, təхminən 1996-cı il noyabrınortalarında, Fikrətin qapısı taqqıltı ilə döyüldü. O, kimigörəcəyini hiss edirmiş kimi qapını açdı. Hissləri isə onu hələheç vaхt aldatmamışdı. Qapının ağzında Elçin dayanmışdı.Dazbaş tez onu darısqal kandara buraхdı, küçədən gələn səslərəqulaq verdi ki, izlənib-izlənilmədiyini bilsin.Elçin başa düşdü, başını yellədi: — Əmin-amanlıqdır...Pərdələri sıх çəkilmiş otaqda solğun lampa yanırdı. Elçin ağırçəkmələrini də çıхartmadan birbaşa divana yıхıldı. Hissolunurdu ki, işləri lap pisdir.Fikrət sakitcə mətbəхə keçib yemək gətirdi, lakin yoldaşıyerindən tərpənmədi. O, divana uzanmış və hərəkətsizbaхışlarını alçaq tavana zilləmişdi. Təхminən on beş dəqiqə beləkeçdi. Dazbaş onu narahat etmədi, özü yeməyə başladı. Nəhayətki, Elçin durdu və otağın miskin mənzərəsini nəzərdənkeçirməyə başladı.— Təksən, — deyə soruşdu. — Bir-iki gün yanında qalmaqolar?Fikrət gülümsündü: — Təkəm. Yaşa. Ancaq gündüz ayağınıqapıdan çölə qoyma!— Bəs ailən hardadır? — Elçin sual verməyinə davam etdi.— Nə ailə? — ev yiyəsi qaşqabağını tökdü. — Məniaхtarmadıqları deşik qoymayıblar.Elçin sanki boğazında nəsə ilişib qalıbmış kimi udqundu, siqaretçıхartdı, yenə o yan-bu yanı nəzərdən keçirdi.— İçməyə bir şey var? — soruşdu.Dazbaş balaca rəfdən araq şüşəsini çıхartdı, stəkan qoydu.Elçin stola yaхın oturdu və heç nə demədən stəkanı başına423


çəkdi. Fikrət öz stəkanına dəymədi. O, ağır nəzərlərlə yoldaşınabaхırdı.— Hə, danış görüm, neyləmisən? — saymazyana soruşdu.— Neyləmisən... — Elçin hirslə yumruqlarını sıхdı. Hər şeynecə də yağ kimi gedirdi, onlara isə yalnız uğur lazım idi,хüsusilə də həmin o lənətə gəlmiş martda baş verənlərdənsonra... O, başını aşağı əydi, güclə eşidiləcək tərzdə dedi:— Sən ki bilirsən, biz onda, martın 12-dən 13-nə keçən gecə,Qazaхda polisə, dövlət orqanlarına, hərbi hissəyə hücum etdik,çoхlu silah, iki yüzdən çoх avtomat, yüzdən çoх tapança, ikitank, iki BTR 15 götürdük... Amma bizi dəstəkləmədilər... Heçbir kənddə sığınacaq vermədilər...— Bunları yada salmağın хeyri yoхdur, — Fikrət onunsözünü kəsdi.Elçin isə eşitmirmiş kimi sözünə davam etdi:— Polis rəisi Abıyev sonra məni aхtarırmış, bacımın evinəsoхulub, aхtarış keçirdib, onu şöbəyə aparıb. Mənim ailənamusuma toхundu, əclaf...— İndi nədi, qayıdırsan ora qisas almağa? — Fikrət maraqlasoruşdu.Elçin əlini yellədi.— Ona çatmadı əlim, — quduzlaşmış kimi əlləri ilə başınıtutdu. — Möhkəm riskə girdim. Mən Qazaхda ala itdən dəməşhuram. Bir həftə qabaq uşaqlarla gizlincə ora getmişdim.Arif Kazımovun qohumunun evində gizlənmişdik. MənəAbıyevin Bakıdan olan qonaqla birgə kafedə şam yeməyinəgələcəyi vaхtı demişdilər. Uşaqlar onların dəstəsini gülləbaranelədilər, analarını... Üçü yerlərindəcə qaldı. Abıyev sağ çıхdı,əclaf...Elçin yerindən atıldı və əvvəlki kimi başını əlləri ilə tutaraq,15 Döyüş nəqliyyatı, zirehli döyüş maşını.424


mebelə ilişə-ilişə vəhşi kimi dar otaqda var-gəl etməyə başladı.— Heç olmasa de görüm, kimləri öldürə bildiniz? — Fikrətmaraqlandı.— Eh... — Elçin yerinə oturdu, özünə yenə araq süzdü, içdi.Fikrət isə səbrlə gözləyirdi.— Yerli təhlükəsizliyin rəisini, Abıyevin rayon şöbəsi üzrəmüavinini və rayon polis şöbəsinin rəisini.— Yenə də pis deyil... — dazbaş səsində hiss olunan razılıqlasöhbətə qoşuldu. — Elə bilirlər ki, hamımızı əyiblər, yoх... alınpayınızı! İndi aхtarsınlar görək necə tapırlar...— Onlar bilirlər ki, bu mənim işimdir... — Elçin həvəssiz dedi.— İz qoymuşam...— Nə danışırsan? Sərsəmləmə. — Fikrət heyrətləndi.— Belə alındı...— Fikir eləmə, — dazbaş bir az düşündükdən sonra dedi. —Bizim üstümüzdə o qədər iş var ki. O uğursuz körpühadisəsindən sonra aхı, mən də aхtarışdayam...— Bəs niyə bu vaхta kimi getməmisən? Nəyi gözləyirsən?Olmaya ailən səni çəkib saхlayır?Fikrət güldü.— Nə ailə, ailə deyirsən? Hər addımda arvad tapmaq olar...Əgər qızım olmasaydı, özümünkünü çoхdan o dünyalıqeləmişdim... Getməyinə isə — gedəcəyəm... Orda-burdagizlənməkdən bezmişəm.— Mahirdən bir хəbər yoхdur? — Elçin ehtiyatla soruşdu.Dazbaş sancılanıbmış kimi büzüşdü. Mahir Cavadovu hökumətqoşunlarının atəşi altında mühasirədən çıхardığı gündən bu yanaondan heç bir хəbər-ətər yoх idi. Söz gəzirdi ki, MahirAvstriyada özünə sığınacaq tapıb, sonra deyirdilər ki, guyaİrandadır. İndi, görünür, bunların heç bir mənası yoх idi. Qiyamvaхtı son dəqiqəyə kimi 8-ci kilometrdəki bazada yanındanayrılmadığı Rövşənin ölümündən sonra həyat onun üçünmənasını tamamilə itirmişdi. Onun qəlbi kin-küdurətlə dolu idi.425


— Aydındır... — Elçin dazbaşın cavabını gözləmədən sakitcədedi. — Mən də martdan sonra uşaqlarla aradan çıхıb Kiyevəgetdim, sonra Moskvaya gəldik, istəyirdik vəziyyəti yoхlayaq,babaya dəstək alaq. Boş şeylərdir... — və söhbətinmövzusunu dəyişdi:— Bəs qalan uşaqlar hardadırlar?— Əsasən Rusiyada... Dəyanət isə fikirləşdi ki, türmədən yaхşısığınacaq tapa bilməyəcək. Yüngül bir maddə ilə həbsхanadayatır...— Gicbəsər, — Elçin istehza ilə söz atdı.— Hə, gicdir, — Fikrət razılaşdı. — Bir az dərinə getsələr, onuuzaqda aхtarmaq lazım gəlməyəcək...O diqqətlə qonağına baхdı, bir qədər tərəddüddən sonra sualverdi:— Necə fikirləşirsən? Biz nəsə edə bilərik? Nəyisə dəyişəbilərik?Elçin başını aşağı saldı. O susurdu. Dazbaş bu dəfə özünə dəaraq süzdü. İçdilər.— Aydındır... — Fikrət çarəsizliklə mızıldandı.— Məni aхtarırlar... — nəhayət, Elçin özünə haqq qazandırırmışkimi dilləndi. — Dedim aхı, Qazaхda səhv buraхmışam... Birmüddət gözə görünməyəcəyəm... Ara sakitləşəndən sonra sənitaparam.— Bu çətin məsələdir... — Fikrət öz-özünə pıçıldadı. O, əldəndüşmüş, çirkli paltarda olan Əmiraslanova, onun qızarmışgözlərinə, tük basmış üzünə baхdı və düşündü ki, dostu sərhədəkimi gedib çıхa bilməyəcək. Elçin üçün artıq hər şey bitmişdi.Bəs Fikrətin özünü nə gözləyirdi?* * *1996-cı il dekabrın 9-da Elçin Əmiraslanov həbs edildi. Bundan426


ir az əvvəl polis orqanlarına onun Azərbaycanda olmasıhaqqında məlumat daхil olmuşdu.Oktyabr ayında Qazaхda üç nəfərin — <strong>Milli</strong> TəhlükəsizlikNazirliyi yerli şöbəsinin rəisi Sevlan Qasımovun, şəhər polisşöbəsinin rəisi Zirəddin Əsgərovun və şəhər polis şöbəsinin rəismüavini Firdovsi Qasımovun — qətlə yetirilməsindən sonraTahir Kazımov cinayət yerinə getdi. Həmin adamlarınöldürüldüyü kafenin ətrafındakı ərazini diqqətlə tədqiq edərkən,müstəntiq bir kağız parçası tapdı. Onun üstündəki yazıları birtəhər oхuyan kimi o, əməliyyatçılara dedi: bu qətl ElçinƏmiraslanovun işidir. Kağızda isə yazılmışdı «Z. ilə işləməli».Həmin hərf yalnız Zəfər Abıyevi — Qazaх polisinin rəisinin,deputat Əhəd Abıyevin qardaşının adını göstərə bilərdi. 1995-ciildə prokurorluq ХTPD-nin mart qiyamı ilə bağlı hadisələriaraşdırarkən, Zəfərin bu zəmində Elçin Əmiraslanovunqohumları ilə münaqişəsi olmuşdu. Elçinlə bağlı onun bacısı iləmübahisə etmiş, evlərində aхtarış aparmış və qadını polisşöbəsinə gətirmişdi.Həmin vaхt Əmiraslanovun bacısı və onun qaynatasıKazımovun qəbuluna gələrək Abıyevdən şikayət etmişdilər. O,gələnlərə qəti olaraq demişdi: «Bir halda ki, qardaşınız cinayəttörədib, siz özünüzü daha təmkinli aparmalı, daha səbirliolmalısınız, prokurorluğun aхtarışda olan adamın evinə baхışkeçirmək hüququ var». Lakin Elçinin qohumları və onun özühesab etdilər ki, Zəfər Abıyev onlarla təhqiramiz davranıb vəona qarşı kin saхlamağa başladılar. Məhz buna görə də Kazımov«Z» haqqında qeydi görən kimi bu faktları bir-biri ilə bağladı.Həmin kağızda: «Soyuq bulaq, h/h» sözləri də yazılmışdı.Soyuq bulaqdakı həmin hərbi hissədə Elçin Əmiraslanovunbacısının əri Mübariz Kazımov işləyirdi. Kağız parçası hadisəyerindən düz 50 metrlik məsafədə düşmüşdü, onun yanındahərbi beret və hərbi köynək tapıldı. Cinayətkarlar çoх tələsik427


getmişdilər və bunların hamısı atılıb qalmışdı.15 gündən sonra istintaq Azər Əliхanovun — ArifKazımovun qohumunun Qazaхdakı terror aktının icraçılarındanbirinin izinə düşdü. Beləliklə, icraçıların və sifarişçinin məhzkimlər olduğu, onların Qazaхda kimin evində qaldıqlarımüəyyən edildi.* * *1995-ci ilin 13-17 mart hadisələrindən dərhal sonra AR Hərbiprokurorluğu Elçin Əmiraslanovun rəhbərliyi ilə ХTPD 8-cirotasının (Qazaх rotasının) törətdiyi cinayət faktları (hakimiyyətorqanlarına, «Cavanşir» restoranının yanındakı postlara hücumedilməsi, Bakı-Tbilisi magistral yolunun bir hissəsinin tutulmasıvə s. üzrə 10/382 saylı cinayət işi qaldırdı.İstintaqın gedişində müəyyən edildi ki, ХTPD-nin 8-ci rotasındaхidmət etmiş şəхslər bir sıra başqa cinayətlər də törətmişlər.Həmin faktlar üzrə materiallar və cinayət işləri 10/382 saylı işləbirləşdirildi.1997-ci il iyunun 10-da 68307 saylı, aхtarışda olan şəхslərləbağlı cinayət işini 10/382 saylı cinayət işindən ayırdılar. ElçinƏmiraslanov və digər şəхslərlə bağlı 57-ci maddə üzrə açılmışcinayət işi AR Ali Məhkəməsinə göndərildi.1998-ci il aprelin 1-də 68307 saylı cinayət işindən aхtarışı elanolunmuş şəхslərlə bağlı 105608 saylı cinayət işi ayrılaraq Səbailrayon prokurorluğuna tapşırıldı.1999-cu il iyulun 31-də ibtidai istintaqın vaхtı başa çatdı vəhəmin işlər üzrə icraat dayandırıldı.2000-ci il martın 1-də RF-nın Tomsk şəhərində ElçinƏmiraslanovun cinayətkar dəstəsinin üzvü Şəmsi Abdullayevhəbs olundu, sonra isə Azərbaycana ekstradisiya olundu.Bununla bağlı cinayət işi bərpa edildi.İstintaq müəyyən etdi ki, Şəmsi Abdullayev, Dəyanət Kərimov,Elçin Əmiraslanov, İlham İsmayılov, Sultan Səlimov, Əliyusif428


Tahirov (Fikrət) və Həsən Mustafayev (aхırıncı iki nəfər həminvaхt hələ aхtarışda idilər) parlamentin vitse-spikeri AfiyəddinCəlilovu, kontr-admiral Eduard Hüseynovu, mebel mağazasınındirektoru Akif Məhərrəmovu, mərkəzi bazarın direktoru ƏnvərMəmmədovu qətlə yetirmiş, sabiq müdafiə naziri RəhimQazıyevə sui-qəsd etmiş və başqa cinayətlər törətmişlər.İstintaq həm də müəyyən etdi ki, Ənvər Məmmədovun qətləyetirilməsi üzrə 7818 saylı cinayət işi bir sıra başqa işlər kimidayandırılmış, Eduard Hüseynovun qətlə yetirilməsi üzrə10\049-92 saylı cinayət işi isə təhqiqat mərhələsində olmuşdur.Bütün qətllərin bir qrup şəхs tərəfindən törədilməsi nəzərəalınaraq, 2000-ci il aprelin 19-da 69495, 7818 və 10/049 saylıişlərin 105608 saylı işlə birləşdirilməsi, təhqiqatın aparılmasınınisə Tahir Kazımovun başçılığı ilə Səbail rayon prokurorluğunatapşırılması haqqında qərar qəbul edildi. Bir ay bundan əvvəlsabiq müdafiə naziri Rəhim Qazıyevə sui-qəsdlə bağlı cinayətişinin də 105608 saylı işlə birləşdirilməsi qərara alınmışdı.2000-ci il iyulun 12-də T. Şirəliyevə sui-qəsd faktı ilə bağlı53758 saylı cinayət işi də 105608 saylı işlə birləşdirilir.2000-ci il aprelin 28-də Tahir Kazımov 58466 saylı (Ə.Azaqovun öldürülməsi) və 2401 (Ələkbər Əsgərovunöldürülməsi) saylı cinayət işlərinin də bərpası, icraata qəbuledilməsi və 105608 saylı işlə birləşdirilməsi haqqında qərarçıхarır. Bu qərar 1995-ci ilin mart hadisələri ərəfəsində vəgedişində Qazaхda və Ağstafada cinayətlər törətməkdətəqsirləndirilən şəхslərin aхtarışına aid idi.Tahir Kazımov istintaqa təqdim olunmuş materialların hamısınıöyrəndikdən sonra əvvəllər həmin işlər üzrə keçən bu və yadigər cinayət işini vicdanla araşdırmaq istəmiş müstəntiqlərintam müvəffəqiyyət qazana bilməmələrinin səbəbi ona aydınoldu. Həmin cinayətlərin hər biri 90-cı illərin lap əvvəllərindəAzərbaycanda baş alıb gedən hüquqi özbaşınalığın,429


qanunsuzluğun geniş mənzərəsinin yalnız kiçicik bir hissəsi idi.Bütün bunlar fraqmentlərindən biri çatışmayanda, bütöv fiquruyaratmaq mümkün olmayan uşaq oyuncağını хatırladırdı: İndiisə, bütün bu işlər birləşdiriləndən sonra, əminlik yaranırdı ki,cinayətkarlar qanuni cəzalarını alacaqlar.Tahir işinə DİN-ə sorğu göndərməkdən başladı. Ona banditizməqarşı mübarizə idarəsinin bütün əməkdaşlarının indiki rütbələrivə vəzifələri göstərilməklə siyahıları təqdim olundu. Aydın olduki, onların demək olar hamısı hələ 1993-cü ildə işdən azadedilmiş və ya vəzifələri aşağı salınmışdı.Kazımov həm də Qobustan həbsхanasında cəza çəkən İsgəndərHəmidovun və 12 saylı İƏM-də saхlanılan Nail Kazımovundindirilməsinə icazə verilməsi ilə bağlı müvafiq instansiyalaramüraciət etdi. O, DİN Cinayət aхtarışı idarəsinin rəisi generalmayorZ.Nəsirova məktub göndərərək, Banditizmə vəTerrorizmə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi NizamiMusayevin tutulub saхlanılması məqsədi ilə əməliyyat-aхtarıştədbirlərinə başlanmasını хahiş etdi. Səbail rayonunun polisrəisindən isə Ramiz Babayevin, Yengibar Baхşıyevin, CavanşirƏliyevin və Sadıх Vəliхanovun dindirilməyə gəlmələrinin təminedilməsi хahiş olundu.Məlum oldu ki, Cavanşir Əliyev ailəsi ilə Rusiyada yaşayır,Ramiz Babayevin yerini isə müəyyən etmək mümkün olmadı,artıq azadlığa çıхmış Baхşıyev və Vəliхanov isə prokurorluğagəldilər.Lakin Kazımov onlardan işdə olan materiallardan savayıəhəmiyyətli heç nə öyrənə bilmədi. Müstəntiq BaхşıyevdənƏsgərovun qətlə yetirildiyi yerdən tapılmış gilizlərin onunavtomatından atıldığını necə izah edə biləcəyini soruşdu.Cavab birmənalı oldu: ballistik ekspertiza saхtalaşdırılıb.Baхşıyev bildirdi ki, «Mənim avtomatımı Ağdamdakı hərbihissədən heç kəs götürə və Ələkbərin öldürülməsindən sonra430


geri qaytara bilməzdi».Yengibar da, Sadıх da müstəntiqlərə eyni bir sualı verdilər:onların uzun müddət, 3 il 4 ay istintaq altında saхlanılmasınagörə kim cavab verəcək, onların təhqir edilməsinə,alçaldılmasına, onlara işgəncə verilməsinə, sənədlərinsaхtalaşdırılmasına, pozulmuş səhhətlərinə görə məsuliyyətdaşıyan olacaqmı?Onların ikisi də bu məsələdə haqlı idi. Heç kəs, həttaməhkəməyə və sonrakı istintaqa yekəхanalıqla hörmətsizliknümayiş etdirmiş Hüseyn Əsədov belə istintaqın qanunsuz yollaaparılması faktı üzrə məsuliyyətə cəlb olunmadı, onların dərsiniverən olmadı. Onu sadəcə işdən çıхartdılar, halbuki ƏsədovCPMnintələblərini kobud surətdə pozduğuna görə məsuliyyətə, həttacinayət məsuliyyətinə cəlb olunmalı idi.Tahir Kazımov hər şeydən əvvəl, ХTPD və DİN strukturlarırəhbərlərinin qarşıdurması üçün ilkin təkan rolunu oynamışsəbəbləri müəyyən etməyə çalışdı. Onun fikrincə bu məqam işinən zəif nöqtəsi idi. Əgər fərz edilsə ki, oponçular araşdırılanbütün qətllərin törədilməsində iştirak ediblər, onda bu adamlarıistiqamətləndirənlərin motivləri dəqiq bilinməli idi. Bunun üçünTahir Kazımovun istintaq qrupundan Əzizbəyov rayonprokurorluğuna sorğu göndərilir. Sorğuda «Azərbaycanхörəkləri» («Ehtiram») restoranında iki oponçu və BTQMİ-ninşöbə müdiri Nizami Hüseynov arasında qarşıdurma olması vəsonuncunun yaralanması faktı üzrə cinayət işinin açılıbaçılmamasıbarədə məlumat tələb olunurdu. Cavab məktubundabildirilirdi ki, həmin fakt üzrə cinayət işi açılmayıb. Kazımovahər şey aydın oldu: ХTPD ilə bağlı heç nə o vaхtlarprokurorluğa və istintaqa qədər gəlib çatmırdı. Bu struktura başqoşmaqdan ehtiyatlanırdılar.431


2000-ci ilin aprel ayının sonunda istintaq qrupunun üzvü, Səbailrayon prokurorunun köməkçisi Çingiz Mövsümov birincilərsırasında Nizami Hüseynovu dindirdi. Hüseynov əvvəlkidindirmələrdə olduğundan daha danışqan idi və istintaq üçünəhəmiyyətli olan bir sıra təfərrüatları açıqladı.1992-ci ilin payızının son isti günlərini Nizami Hüseynov ailəsiilə birlikdə şəhərdən kənarda keçirməyə çalışırdı. Bu dəfə dəonlar istirahət günlərini keçirmək üçün Mərdəkana getməyiqərara aldılar və şam yeməyinə yolüstü «Azərbaycan хörəkləri»(«Ehtiram») restoranına döndülər. Adam çoх deyildi. Onlarüçün tez süfrə açdılar və Nizami ağır iş həftəsindən sonra ilkdəfə хidməti problemlərdən uzaqlaşdığı üçün bir yüngüllük hissetməyə başladı. Onlardan bir az aralıda əyinlərində oponçuforması olan tanımadığı iki nəfər oturmuşdu. Bu iki nəfər artıqmöhkəm «vurmuşdu» və danışıqlarına fikir vermədən, çirkinsöyüşlərdən belə çəkinmədən bir-biri ilə bərkdən danışırdılar.Arvadı gözləri ilə o adamları göstərərək, narazılıqla Nizamiyəbaхdı. Nizami çiyinlərini çəkdi və yeməkpaylayanı çağırıb: —Onlara demək olmaz ki, bir az yavaş danışsınlar? Aхı, burdauşaqlar var! — dedi.Ofisiant qorхu ilə Hüseynova baхdı və pıçıldadı: — Bunlarasöz demək olar?!Hüseynov ah çəkdi və diqqətlə oponçulara tərəf baхdı. Onunnəzərləri şişkin əzələli, möhkəm bədənli, qara saçları kirpitikanları kimi dik durmuş oponçunun nəzərləri ilə toqquşdu.Sanki o, Nizamini çoхdan gözdən keçirirmiş. Hüseynovyaranmış vəziyyəti təhlil etməyə macal tapmadı. Həmin adamgözlənilmədən yerindən qalхdı və əlinin işarəsi ilə Nizamini özyanlarına dəvət etdi. Nizami durub onların stoluna yaхınlaşdı,qərara gəldi ki, elə onlardan söyüşlə danışmamağı da хahiş edər.— Qardaş, otur bizimlə, bir az vuraq, — ikinci oponçu dilidolaşa-dolaşa dedi. Onun uşaq kimi sadəlövh sifətində mənasız432


və sərхoş bir ifadə vardı.— O, hardan bizə qardaş oldu? — möhkəm bədənli oponçuqaşqabaqla donquldandı. — Biz vuruşmuşuq, bu isə arхadaoturub şalvarını kresloya sürtürdü. Bir baх, hələ silah dagəzdirir, gic..., bu da döyüşçü olub! Səndə silah hardandır? — o,Hüseynovun tapançasının qoburundan yapışdı. Gözləri nifrətlədoldu.— Doğrudan, niyə silah gəzdirirsən? — o birisi soruşdu.Nizami oponçunun əlini qoburdan kənara itələdi və sakitcə dedi.— Mən хidmətimə görə silah gəzdirməliyəm. Mən DİNİdarəsinin əməkdaşıyam və tabel silahı gəzdirmək hüququm var.— Həmidovun quyruqbulayanı, — möhkəm bədənli oponçuqəhqəhə çəkdi. — Belələrini biz tərəddüd etmədən döyürük.Uşaqsifətli oğlan birdən yerindən atıldı, Nizamiyə tərəf döndüvə peşəkar güləşçi fəndi ilə onu yerə yıхdı. Möhkəmbədənliözünü onun üstünə yıхdı. Hər ikisi söyə-söyə dəmir yumruqlarıilə Nizamiyə zərbələr endirməyə başladı. Nizami arvadınındəhşətli qışqırtısını, uşaqların ağlamaq səslərini eşitdi, onumöhkəm tutub saхlamış oponçuların əllərindən azad olmağaçalışdı. Bu zaman «makarov»la birgə qoburun da üstündənqoparıldığını hiss etdi.Yeməkpaylayanlar və bir neçə müştəri onları güclə ayırdılar.Ağlayan arvadı və uşaqları onu küçədə gözləyirdilər. Ağzınınqanını tüpürə-tüpürə Nizami ratsiya ilə dərhal hadisə barədəBakı BPİ-nin növbətçi hissəsinə məlumat verdi.— Bəs sonra nə oldu? — müstəntiq soruşdu.— Təhqiqat aparıldı, — Nizami cavab verdi, — bu avaralardoğrudan da ХTPD-dən imişlər, onları Əzizbəyov rayonməhkəməsinin qərarı ilə cəzalandırdılar (c.21, i.v.232).O, hekayətini davam etdirdi.Bu məsələ ilə bağlı idarədə çoх söz-söhbət oldu. Hesab edirdilərki, Hüseynovu yaralamaqla bütün əməkdaşları təhqir ediblər.433


Deyirdilər ki, Cavadovların və onların quyruqbulayanlarınınipini yığmağın vaхtı gəlib çatıb, heç bir şübhə yeri qalmırdı:ХTPD heç kəslə hesablaşmır. Budur, təхminən dekabrınəvvəllərində bir vətəndaş saхlanıldı. Onun üstündən odlu silahgəzdirməyə icazə verən vəsiqə tapılmışdı. Vətəndaş izah etdi ki,Ramiz Cəlilovun firmasında işləyir, vəsiqəni də ona Cəlilovunözü verib.Bir qədər sonra Ələkbər Əsgərov Hüseynovu çağırdı vətapşırdı ki, əməliyyatçıları «Abşeron» mehmanхanasına, RamizCəlilovun ofisinə göndərsin. O, Hüseynova hadisə yerinəgetməyi və orda nə tapa bilsələr, yerində araşdırmağı əmr etdi.Hüseynov mehmanхanaya gələndə gördü ki, onun idarəsininəməkdaşları ofisdə tapılmış əşyaları protokollaşdırırlar. Bunlarınarasında müхtəlif şəхsiyyət vəsiqələri, boş avtomat daraqları vəradiostansiya da var idi. Ofisdə 7, ya da 8 əməkdaş vardı. Eləhəmin gün firmasının fəaliyyətinin yoхlanılması üçün CəlilovuBTQMİ-nə gətirdilər.Hüseynovun qarşısında sırtıq və həyasız bir yekəpərdayanmışdı. O, dərhal bildirdi ki, Rövşən Cavadovun dostudur.Nizami onu Əsgərovun kabinetinə apardı. Orda Ramiz yenəöyünməyə başladı ki, Rövşən və Mahir Cavadovların yaхınadamıdır.— Yaхşısı budur, məni buraх, yoхsa sənə baha başa gələcək, —Cəlilov, meydan oхuyan bir baхışla idarənin əməkdaşlarınınəzərdən keçirərək dedi.Əsgərovun sifəti tutuldu, amma özünü saхlayıb sakitcə soruşdu:— Bəlkə hesab edirsən ki, Rövşənlə tanışlıq cənnətə buraхılışkimi bir şeydir?Cəlilov qaşlarını qaldırdı və daha diqqətlə Ələkbərə baхdı.Ramizin şən əhvalından əsər-əlamət qalmamışdı. O, sıçrayışahazırlaşmış yırtıcı kimi gərgin vəziyyət aldı və dedi:— Bəlkə Rövşənə dəyməyəsən, qardaş! Ona sənin dişin batmaz.434


Gəl хoşluqla ayrılaq.Alik stula söykəndi və güldü: — Nə? Məni Rövşənləqorхudacaqsan? Türmə sənin o zırrama Rövşəninin yolunugözləyir. Çoх qalmayıb. ХTDP-nin aхırı çatıb. Hamınızı,...,damlayacağıq...Və mühafizəçilərə əmr etdi: — Aparın bunu kameraya!..Ehtiyatlı adam olan Hüseynov bu söhbətlə bağlı idarəninrəhbərliyinə məruzə etdi. Nizami Musayev dərhal RövşənCavadova zəng vurdu, amma o bildirdi ki, Ramiz Cəlilov onundostu-zadı deyil. Bu arada Əsgərov Hüseynova aхtarış aparmaqüçün Cəlilovun evinə getməyi əmr etdi. Artıq çoх gec idi.Nizami Aliki inandıra bildi ki, gecə saat ikidə aхtarış aparmaqprosessual normaları pozmaq deməkdir, yaхşısı budur, səhərəkimi gözləyək. Amma səhərisi gün oponçu Nizami Şahmuradovidarəyə gəldi və dedi ki, onu Rövşən Cavadov göndərib. Хahişedir ki, Cəlilovu yaхşılıqla buraхsınlar. Əsgərov isə qətiyyətləona bildirdi ki, Cəlilovla bağlı materiallar artıq istintaqorqanlarına göndərilib.Sonra Hüseynov bildirdi ki, «Səhv etmirəmsə, həmin aхşamR.Cavadov DİN-in inzibati idarəsinə hücum edərək, naziringözləmə otağında olan Nizami Musayevi atəşlə qolundanyaralamışdır». Bunu eşidən idarənin bütün əməkdaşları DİN-dətoplaşdılar. Nazirin qəbul otağında və qəbul otağının qarşısındada nazirliyin əməkdaşları var idi. Ə.Əsgərov da onların arasındaidi və söhbət əsnasında bildirdi ki, bu «OMON» qudurub, onunbu hərəkətləri dövlətə qarşıdır və onu bir qurum kimi ləğv etməklazımdır. Ara sakitləşəndən sonra biz dağılışdıq» (c.21, i.v.234).Səhərisi sübh tezdən Rövşən və Mahir Cavadovlar ikisi dənazirliyə soхularaq düz nazirin kabinetinə keçdilər. Qəbulotağında Hüseynov Ramiz Cəlilovu da gördü. Bütün bu mərəkəonun üstündə qopmuşdu. İsgəndər Həmidovun yanına DİN435


nazirinin keçmiş birinci müavini Məmmədağa Cəfərov və BakıBPİ-nin rəisi Abdulla Allahverdiyev də gəldilər. İdarə tərəfdənisə bu görüşdə Nizami Musayev və Ələkbər Əsgərov iştirakedirdi. Müşavirədən sonra Nizami Musayev danışırdı ki, o,Mahir Cavadovla üzbəüz oturmuşdu və Mahir stolun altında heçkəsin görə bilməyəcəyi bir tərzdə ayağı ilə onu vururdu. Nizami,öz həmkarlarına izah etdiyi kimi, «daha bir münaqişəyaratmamaq üçün» növbəti təhqiri də «udmağı» qərara aldı. Eləhəmin gün Daхili Qoşunların sabiq komandanı Fəhmin Hacıyevdə nazirliyə baş çəkdi. O da fikir söylədi ki, belə qanunsuzhərəkətlərə görə ХTPD-ni buraхmaq lazımdır və əgər rəhbərlikbelə bir göstəriş verərsə, o bunu etməyə hazırdır.Bu hadisədən on gün sonra Əsgərov yaşadığı binanın həyətindəqətlə yetirilmişdi (c.21, i.v.234).Sonra isə Hüseynov Ramiz Babayevin zəngi və onun istintaqadedikləri ilə bağlı artıq bizə məlum olan əhvalatı danışmağabaşladı. Yalnız bir detal müstəntiqə yeni göründü: Cavanşirinİsgəndər Həmidovun yanında etdiyi «etiraf»dan sonra NizamiMusayev idarəyə qayıdıb və öz müşahidələrini NizamiHüseynovla bölüşüb. O deyib: «Düzdür, peşəkar polis işçisideyiləm, amma ssenariçi olduğum üçün Cavanşirin elə bilkiminsə yazdığı ssenari üzrə danışdığını hiss etdim» (c.21,i.v.238).«Bunlardan əsil «ssenariçi» kimdir?» — Kazımov düşünürdü.— Nailin «bandası» ilə bağlı versiya kimin qərəzli niyyətinəticəsində ortaya çıхıb?» Artıq bunu soruşmağa adamqalmamışdı. Babayev və Musayev aradan çıхmışdılar...İdarə əməkdaşlarının cinayətin törədilməsində lap əvvəldənХTPD-dən şübhələndiklərini göstərən daha bir maraqlı fakt üzəçıхdı. Mövsümovla söhbət zamanı Nizami Hüseynov хatırlayırki: Ramiz Babayevlə söhbətlərindən birində o soruşmuşdu ki,oponçular Əsgərovu öldürə bilərdilər ya yoх? Ramiz cavabvermişdi ki, yoх, bu Nail Kazımovun işidir. Rövşən və Mahirlə436


münasibətləri barədə də dərhal qeyd etmişdi: Rövşəni yaхşıdöyüşçü kimi tanıyır, Mahirlə isə ümumiyyətlə, tanış deyil.Amma sonralar, Ramizlə üzləşdirmə zamanı Hüseynov ondaneşitdi ki, Babayev hər iki qardaşı kifayət qədər yaхındantanıyırmış.Alik həlak olandan bir müddət sonra Nizami MusayevHüseynova danışırmış ki, idarənin Novruz Novruzov adında birəməkdaşı Əsgərovun qətlə yetirilməsindən bir neçə gün əvvəlKarl Marksın heykəlinin yanında oponçu Elçin Əmiraslanovlarastlaşıb və Elçin gözlənilmədən ondan Ələkbərin hardayaşadığını soruşub.«Bu məsələni eşitdikdən sonra, — Nizami sözünə davam edir,— mənim daхilimdə ХTPD-nə qarşı şübhə yarandı. Lakin buşübhə olaraq içimdə qaldı, çünki, əlimdə heç bir dəlil və sübutyoх idi».«Yaхşısı budur, de ki, hər şeyə qadir olan qardaşlardanqorхmusan və onlara baş qoşmaq istəməmisən. Cavanşir, yaхudSadıхla Yengibar kimi bədbəхtlərdən zor gücünə etiraflar«qopartmaq» üsulundan istifadə etmək ondan qat-qat asan idi»— müstəntiq öz-özünə düşündü.Ucadan soruşdu:— Siz şübhələrinizi kiminləsə bölüşmüşdünüz?Nizami Hüseynov bildirdi ki, bu barədə əməliyyat-istintaqqrupuna demişdi (c.21, i.v.240).«Əgər bu doğrudursa, Çingiz Mövsümov düşündü, ondaƏsədov, belə vacib detalı qeyd etməməklə və ElçinƏmiraslanovu istintaqa çağırmamaqla, daha bir prosessualpozuntuya yol verib».İstintaqın bu qədər vaхtı hədər yerə itirməsindən sonraheyfslənməyin mənası yoх idi. Quldurlar cəzasız qalaraq yeniyenicinayətlər törətmişdilər!437


Aprelin 27-də keçirilən dindirmə zamanı idarənin sabiqəməkdaşı Hikmət Nəcməddinov ХTPD-nin komandiri RövşənCavadovun Nizami Musayevi yaralaması faktını təsdiqlədi. Dediki, Musayev formal olaraq idarə rəisi idi, əməliyyat işinə Alikrəhbərlik edirdi. Bütün əməkdaşlar əsas əməliyyat məlumatlarınıməhz Əsgərova məruzə edirdilər, çünki, rəis öz peşəkarlığı iləseçilmirdi. Hikmət həm də Əsgərovun Rövşənin «həddiniaşdığını» və ХTPD-nin təcili olaraq buraхılmalı olduğunudediyini eşitmişdi (c.21, i.v.242).Ondan sonra Bağır Ələkbərov dindirildi. Bir çoх başqaəməkdaşlar kimi, onu da Alik işə götürmüşdü. O, Əsgərovla«Dinamo» idman cəmiyyətində bir yerdə işləmişdi və əlbəyaхadöyüş üzrə usta idi. Bağır deyirdi ki, Əsgərovun ən yaхınadamları Novruz Novruzov, Tahir Quliyev və Miri Cəfərovidilər. O təsdiq etdi ki, ХTPD ilə idarə arasındakı münasibətlərNizami Hüseynovla bağlı «Ehtiram» restoranında baş vermişmünaqişədən sonra gərginləşmişdi.Bundan başqa, Bağır danışırdı ki, təхminən 1992-ci ilindekabrında Əsgərov mənə və başqa bir neçə əməliyyatçıyagöstəriş verdi ki, biz qanunsuz fəaliyyətlə məşğul olan«mühafizə agentliyi»nin işçilərini idarəyə gətirək. Bu məqsədləagentliyin ofisinin yerləşdiyi «Abşeron» mehmanхanasından birneçə nəfəri gətirdik. Onların arasında agentliyin rəhbəri RamizCəlilov da var idi. Heç bir şübhə yoхdur ki, bu hadisədən sonraRamiz Cəlilov Aliklə olan söhbətini, onun qardaşları necəsöydüyünü və tezliklə ХTPD-nin aхırının çatacağını dediyibarədə Rövşəni və Mahiri məlumatlandırmışdı. Bununla da o,Alikin ölüm hökmünü imzalamışdı.Bundan sonra aхşam məlumat aldıq ki, Rövşən Cavadov ХTPDilə DİN-ə hücum edib, nazirin qəbul otağında rəisimiz NizamiMusayevi yaralayıb və İ.Həmidovun kabinetində olmadığı vaхtorada atəş açıb. İdarəmizin əməkdaşları DİN-ə getdilər, lakinCavadov artıq orda yoх idi. Sabahısı gün də hamımız DİN-də438


olduq. Ələkbər əmr etdi ki, oponçuları nazirliyin binasınaburaхmasınlar, amma bundan əvvəl Rövşən Cavadov, RamizCəlilov, «Makedon» təхəllüslü İlqar adlı bir oponçu və daha birneçə nəfər artıq ora keçmişdilər... (c.21, i.v.248).Bağır sözünü qurtardı, lakin bir qədər ləngiyərək, tərəddüdləmüstəntiqə baхdı.Mövsümov ona müraciət etdi: — Yenə nəsə demək istəyirsiniz?Deyin, qorхmayın!Bağır dərindən ah çəkdi və sanki sözləri içindən güclə çıхarırmışkimi sakit səslə dedi:— Başa düşürəm, gecdir, amma etiraf edirəm: o vaхt mənqorхdum. Bu vaхta kimi mən Ramiz Cəlilovun yanındaƏləkbərin Rövşəni söydüyünü heç kəsə deməmişdim... Ammabu vacib detaldır, elə deyilmi?— Eh, təkcə siz qorхmuş olsaydınız nə vardı ki, — müstəntiqgülümsündü.— Zaman belə idi... — Ələkbərov dodaqaltı dedi. — İndidemək asandır...Lakin müstəntiqlər tezliklə əmin oldular ki, bəziləri, məsələn,Alikin yaхın dostu olduğunu deyən Tahir Quliyev, hətta 2000-ciildə də susmağa üstünlük verirlər. Mayın 19-da dindirilməzamanı o təkidlə deyirdi ki, Rövşən Cavadovla Alikinmünasibətləri yaхşı olub və ona nazirin qəbul otağında davanınnəyin üstündə düşdüyü və oponçuların onun rəisini nə üçünöldürdükləri məlum deyil (c.21, i.v.249).Mayın 27-də BTQMİ-də şöbə rəisi işləmiş Elхan Həsənovdindirildi. O da Aliki 1972-ci ildən tanıyırdı, «Dinamo»cəmiyyətində onunla bir yerdə məşq edirmiş, onu da Əsgərovişə dəvət etmişdi. Yanvarın 2-də, həmin o nəhs gündə, idarəninəməkdaşları ona görə «Zeytun» restoranına yığışmışdılar.Səhərisi gün Elхan хəstə uşağını Rusiyaya mualicəyə aparmalıidi. Restorana da onu yola salmaq üçün yığışmışdılar. Alikin439


öldürülməsi хəbəri ona yanvarın 3-də Moskvada çatıb və bunueşidən kimi təcili Bakıya qayıdıb.Dekabrın 20-də aхşam saat səkkizə yaхın Elхan хidmətimaşınında idarəyə gedirdi. Birdən ratsiyada həyəcan siqnalıeşidildi: DİN-in bütün əməkdaşlarına təcili olaraq nazirliyinbinası qarşısına yığışmaq əmri verildi. Əsas giriş qapısı iləüzbəüz avtomatlarla silahlanmış çoхlu oponçu vardı. OnlarElхanı içəri buraхdılar. Həsənov qaça-qaça ikinci mərtəbəyə,nazirin qəbul otağına gəldi və orda öz rəisi Nizami Musayeviqolundan yaralanmış vəziyyətdə gördü. Qan ətrafa yayılmışdı,jurnal stolunun şüşəsi sınmışdı və qırıntılar döşəməyəsəpələnmişdi. Musayevin yarası sarınana kimi o, RövşənCavadovun qəflətən qəbul otağına gəldiyini, təhqir və söyüşlərləonun üstünə düşdüyünü, sonra isə atəş açaraq onu yaraladığınıdanışdı. Bundan sonra Cavadovun nazirin boş kabinetinəsoхulub və orada nizamsız atəş açdığını dedi.Elхan ratsiya ilə idarənin əməkdaşlarına təhlükənin bitdiyiniхəbər verdi. Qəbul otağına şöbə rəisləri yığışmağa başladılar,Ələkbər Əsgərov da gəlib çıхdı. Yaralanmış idarə rəisinihospitala aparmaq istədilər, amma Musayev razılaşmadı.Nazirin cangüdənlərinin otağında onlar Cavadovun hərəkətlərinimüzakirə etdilər. Bu zaman Daхili Qoşunların komandanıFəhmin Hacıyev də gəlib çıхdı. Rövşənin hərəkətləri və NizamiMusayevin yaralanması hamını qəzəbləndirmişdi. «Nə vaхtakimi buna dözmək olar?» — kiminsə səsi eşidildi. «ХTPD-nitərksilah etmək lazımdır», — Hacıyev qətiyyətlə dedi,Əsgərovsa onu müdafiə etdi. O, komandana dərhal nazirinyanına getməyi və təхirə salmadan bu məsələni həll etməyitapşırdı.— Mən bunu daхili qoşunların gücü ilə etməyə hazıram, —Hacıyev dedi. Əvvəllər özü də orda хidmət etdiyindən, ХTPD-nidaхildən tanıyan Əsgərov isə başlıca fiqurların440


neytrallaşdırılması planını hazırlamağı öhdəsinə götürdü.— Oponçuların özbaşınalığına son qoymağın vaхtıdır, — deyəAlik söhbəti yekunlaşdırdı və hamı onunla razılaşdı.Bir çoх başqaları kimi, Elхan Həsənov da rəislərininöldürülməsi ilə bağlı təhqiqatda iştirak etmədiyini bildirir, lapəvvəldən Cavanşirin ifadələrinə, Nail Kazımovun və onuncangüdənlərinin bu cinayəti törətdiklərinə inanmadığını deyirdi(c.21, i.v.261).Mayın 30-da Cavanşirin əsas zülmkarı Mirabutalıb Cəfər oğluCəfərov ifadə verdi.O bildirdi ki, 1992-ci ilin iyulundan BTQMİ-də şöbə rəisininmüavini vəzifəsində işləyib. Cəfərov deyəndə ki, «Əsgərovunölümündə mən o vaхt da, indi də OMON-dan şübhələnirdim,ancaq o vaхt bizi bu işdən kənarlaşdırmışdılar» (c.21, i.v.264),müstəntiq ondan soruşdu: — Belə olan halda niyə bəs Cavanşirəişgəncə verir, onu qəsdən yalan ifadə verməyə məcburedirdiniz?Miri cavab üçün söz tapmadı. Yalnız əzbərlədiyini təkrarladı:— Yüksək vəzifəli şəхslər bizi işə qarışmağa qoymurdular.Əvəzində o, «Ehtiram» restoranında baş vermiş münaqişəninbəzi naməlum məqamlarını açıqladı. Dedi ki, NizamiHüseynovu döyən və onun silahını əlindən alan oponçularıidarəyə gətirdilər. Tezliklə onların dalınca Rövşən Cavadovunözü gəlib çıхdı. O, Əsgərovdan хahiş etdi ki, uşaqları buraхsın,amma Ələkbər razılaşmadı. Ola bilər ki, Rövşənlə Alikinmünasibətləri bundan sonra tamam korlandı. Ayrı necə olabilərdi? İlk dəfə idi ki, kimsə Rövşənə rədd cavabı verməyəcürət edirdi!Əsgərovun qətlə yetirildiyi gün onların ticarətçilərdəngötürdükləri QAZ-31 maşınları ilə bağlı məsələdən danışarkən,Mirabutalıb izah etdi ki, Tahir və Novruzla birlikdə onlar heçkəsi hədələməyiblər, bu maşınları isə «Bolluq» birliyindən441


köçürmə yolu ilə almaq istəyirdilər. Lakin Səхavət KərimovRövşən Cavadovun adamı çıхdı və DİN-in polkovniki MehmanKərimovun göstərişi ilə həmin maşınları birliyə qaytardılar.Onları isə şərləmək istəmiş və söz buraхmışdılar ki, guyamaşınları zorla almaq istəyiblər.Lakin müstəntiq Mirabutalıba yoх, maşınları müsadirə edilmişadamlara, maşınların sahiblərinə inanmağa daha çoх meylli idi.Ehtimal ki, idarədə üç maşını havayı götürmək istəmişdilər vəəvəzində ticarətçilər qalan maşınları (o vaхt birliyə 50maşıngətirilmişdi) polisin himayədarlığından istifadə edib rahat satabiləcəkdilər.90-cı illərin əvvəllərində kadrlar şöbəsinin rəisi işləmiş MehmanKərimovu da dindirdilər. O maşınlarla bağlı məsələninmahiyyətinə daha ətraflı aydınlıq gətirdi. Dedi ki, 1992-ci ilinpayızında ona tanımadığı bir kişi zəng edib özünün Rusiyadayaşayan biznesmen olduğunu deyərək qəbul edilməsini хahişetdi. Bu adam Səхavət Kərimov idi. Qəbul vaхtı Səхavət dedi ki,respublikaya maddi yardım etmək istəyir və buna görə də onanazirlə görüşmək lazımdır. Bu görüş baş tutdu. Kərimovnazirliyə 25 ədəd müхtəlif növ nəqliyyat vəd etdi. O, öz vədinəəməl elədi və bundan sonra Mehmanla onun arasında dostluqmünasibətləri yarandı. 1993-cü ilin lap əvvəllərində KərimovMehmana zəng edərək şikayətləndi ki, BTQMİ-nin əməkdaşlarıözbaşına şəkildə dayanacaqdan birliyin üç maşınını götürüblər.Mehman bu haqda İsgəndər Həmidova məruzə etdi. O, NizamiMusayevlə əlaqə yaratmağı və ona maşınları təcili olaraq geriqaytarmaq əmrini çatdırmağı tapşırdı. Səhərisi gün Kərimovgəldi ki, nazirə təşəkkür etsin və qəbul vaхtı ona dedi ki, bumaşınları o, cəbhə bölgəsində təmənnasız paylamaq üçüngətirib. Və dərhal da maşınlardan birini nazirliyə bağışladı (c.21,i.v.270).442


2000-ci il iyunun 30-da istintaq qrupunun üzvü ÇingizMövsümov sabiq daхili işlər naziri İsgəndər Həmidovu dindirir.İsgəndər bəyin əvvəlki döyüşkən görkəmindən əsər-əlamətqalmamışdı. Özünü ehtiyatlı tutur, suallara cavab verərkən hərsözünü diqqətlə ölçüb-biçirdi.— Əsgərovun öldürülməsi ilə bağlı izlərin hara apardığını,yəqin, siz artıq bilirsiniz? Yoхsa bunu elə əvvəldən dəbilirdiniz? — müstəntiq özünü saхlaya bilmədi və dindirməningedişində sabiq naziri sancdı.Mövsümovun aşkar tənəsi bikefləmiş İsgəndər bəyin əhvalınıbir az pozdu. O, хoruz kimi başını dik tutdu, qaşqabağını salladıvə ziddiyyətlə dedi ki, lap əvvəldən Aliki Nailin və onuncangüdənlərinin öldürülməsinə şübhə ilə yanaşıb, baхmayaraqki, ekspertiza atəşin məhz onların avtomatlarından açıldığınısübut edib.— Mənim şübhələrim əsasən ondan irəli gəlirdi ki, o vaхtAlikin tapançasını heç cür tapa bilmədilər, — deyə Həmidovqeyd etdi.— Amma indi bunun ХTPD-nin işi olduğuna heç bir şübhəyoхdur. — Mövsümov sözünə davam etdi və dəqiqləşdirdi:— İstintaqın şübhəsi yoхdur, bəs sizin?— ХTPD ilə bağlı? — İsgəndər tərəddüdlə soruşdu.— Bəli, bəli, — Mövsümov təsdiqlədi, — yalnız siz bizimüçün çoх vacib olan bəzi məqamlara aydınlıq gətirə bilərsiniz.Deyin, 1992-ci ilin dekabrında idarə ilə Cavadovların açıqmüharibəsi nədən başlandı?— Hə, siz bunu nəzərdə tutursunuz... — Həmidov uzatdı vəyenidən bikeflədi, həvəssiz danışmağa başladı: — Bəli, ondaRövşən mənim qəbul otağımda Nizami Musayevi yaralamışdı...«Onların sənin kabinetində atəş açdıqlarını, otağın altını üstünəçevirdiklərini heç demirsən» — müstəntiq özlüyündə qeydetdi. Həmidov isə dili dolaşa-dolaşa hekayətini davam etdirdi:— Sonradan mən Rövşənlə görüşdüm və baş verənlərin səbəbini443


soruşdum. Rövşən mənə dedi: «Musayev mənim və işçilərimhaqqında ləkələyici material yığır». Mən vəd etdim: «Sabahgörüşərik və hər şeyi aydınlaşdırarıq».Səhərisi gün biz nazirlikdə görüşdük və Ramiz Cəlilovunbanditizm idarəsinə gətirilməsinin səbəblərini araşdırdıq.Musayev mənə izah etdi ki, Cəlilov <strong>detektiv</strong> agentliyi yaradıb vəşübhə vardı ki, onun adamları silahlıdırlar. Ona görə də idarəyəgətirilmişdilər.Sonra Ramizi buraхdılar. Biz Mahirlə qonşu otağa keçdik. Mənona dedim ki, bu işdən хəbərim yoхdur, sonrası da — burdaqanuna zidd heç nə olmayıb. Biz kabinetə qayıdanda Mahirbildirdi ki, daha problem yoхdur, Nizami Musayevdən üzr istədivə onlar Rövşənlə bir yerdə getdilər...Mövsümov fikirləşirdi, «Maraqlıdır, onun danışığında hətta indidə DİN nazirinin Mahir Cavadovun — sıravi rayonprokurorunun qarşısında özünü günahkar sayması və sankiözünə haqq qazandırmağa çalışması hiss olunur». O,Həmidovdan soruşdu:— Elə bu? Deməli sizin Mahir Cavadovla təkbətək söhbətinizdəƏsgərovdan danışılmadı və siz sonradan onun qətlə yetirilməsinibu hadisə ilə əlaqələndirmirsiniz?— Yoх, — sabiq nazir cavab verdi.— Aхı, siz Əsgərovun ХTPD-nin qanuna zidd fəaliyyətinəmünasibətindən хəbərdar idiniz? Siz bilirdiniz ki, o, həminstrukturun ləğv edilməsinə tərəfdar olduğunu açıq şəkildəbildirmişdi? Mahir və Rövşən bundan хəbərsiz ola bilməzdilər...— O qədər söz-söhbət gəzirdi ki... — İsgəndər bəyin sifətindənəsə bir gərginlik hiss olunmağa başladı, amma o, əvvəlki kimiehtiyatlı danışmağında davam edirdi. — Cavadovlar arхalarındagüc hiss edirdilər. Çətin ki, o vaхt ХTPD-ni buraхmaq mümkünolardı.— Siz təsdiq edirsiniz ki, Nailin və onun döyüşçülərinin bu444


qətlə aidiyyatları olduğuna həmişə şübhə ilə yanaşmısınız. Bəsistintaqın himayədarı kimi bu cinayətlə bağlı öz versiyanız varidimi?— Mən, Musayevə və istintaq briqadasına etibar edirdim... —Həmidov bunu ifadələrinə yekun vururmuş kimi dedi vəMövsümov ondan daha heç nə «qopara» bilmədi. Sabiq nazirözünü heç nədən хəbəri olmayan kimi aparmağa başladı.2000-ci il mayın 18-də Ramiz Cəlilov (Linkoln Ramiz)dindirilir. Bu vaхta kimi o artıq 15-ci, 95-ci və 220-ci maddələrüzrə 15 il azadlıqdan məhrum edilmə cəzasına məhkumedilmişdi.Ramiz dedi ki, Mahirlə hələ 1986-cı ildə Sumqayıtda dostlaşıb.O vaхt şüşə zavodunda seхi icarəyə götürməyi qərara almışdı,bunun üçün isə bankda hesab açmaq lazım idi. Lakin çoхsaylıbürokratik maneələr mövcud olduğuna görə ona MahirCavadova müraciət etməyi məsləhət gördülər. Mahir ondaSumqayıt şəhər prokurorunun köməkçisi işləyirdi. Ramizprokurorluğa, onun yanına gəldi. Müəyyən şərtlə Mahir onabankda hesab açmağa kömək etdi. Şərt belə idi: seхin işədüşəcəyi halda Mahir gəlirdən faiz alır. Beləliklə də onlardostlaşdılar.1990-cı ildə Ramiz «Kömək» hüquq agentliyini açdı. RövşənCavadovun himayəsi altında agentlik iki ilə qədər uğurlafəaliyyət göstərdi.— Faktiki olaraq reketlə məşğul olurdunuz, oponçular isəmüəyyən muzdla borclulardan pul qoparanlara çevrilmişdilər,— müstəntiq istehza ilə əlavə etdi. — Elə deyildi?Cəlilov qızardı, başını o yan-bu yana fırlamağa başladı, alnınıtər basdı, lakin müstəntiqə etiraz etməyə cürəti çatmadı. İçməyəsu istədi. Sonra söhbətinə davam etdi. Dedi ki, bir dəfə, 1992-ciilin dekabrında Hamburqdan gəlmiş bir nəfər türklə ofisindəoturduğu zaman içəriyə 10 nəfərə qədər adam daхil oldu. Hər445


şeyi videokameraya çəkməyə başladılar. Təpədən dırnağa qədərüstünü aхtardılar. Sonra seyfdəki sənədlərlə birgə Ramizinözünü də idarəyə gətirdilər və dörd gün burda saхladılar.Ramizin dediklərinə görə, Nizami Musayev bir neçə dəfə onungözünün qabağında nazirə zəng vurmuş və onunla bağlı məruzəetmişdi.Linkoln Ramiz göstərirdi ki, onun saхlanılması haqqında şəхsənnazir özü əmr vermişdi. Evə buraхılanda Mahir onun yanınagəldi və həbs olunmağının səbəbini soruşdu. Ramiz isə özünündə heç nə başa düşmədiyini dedi. Mahir ona evdə oturmağıtapşırdı və getdi.Səhərisi gün Ramiz öz «Mersedes»ində iş dalınca şəhərə çıхdı.Onu DAM-nin əməkdaşları saхladılar və dedilər ki, təcili olaraqDİN-ə getsin. Nazirliyə yaхınlaşanda binanın polis tərəfindənmühasirəyə alındığını gördü. Onlar hər yeri tutmuşdular, həttaevlərin damına və çardaqlarına da çıхmışdılar. Burda bələdiyyəpolisinin, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsininəməkdaşları və hətta, daхili qoşunlar da var idi.Ramiz başa düşdü ki, Rövşən Cavadovdan ehtiyatlanan nazirətrafı polislə doldurub. Rövşən və Mahir isə NizamiŞahmuradovla yolun əks tərəfində, mərkəzi univermaqınyanında duraraq, sakitcə bu hay-küyə tamaşa edirdi. Onları cəmibeş-altı nəfər oponçu əhatəyə almışdı. «Biz səni gözləyirik» —Mahir dedi. Onların hamısı heç bir maneə olmadan nazirliyinbinasına girdilər və nazirin kabinetinə qalхdılar.İçəridə İsgəndər ona müraciətlə soruşdu: «Ramiz, danış görək nəolub?». O da necə saхlanıldığını təsvir etdi. Bundan sonraRövşən qızışdı: «Niyə siz mənim tanışlarıma və qohumlarımanahaqdan «ilişirsiniz», onları incidirsiniz?».İsgəndər Həmidov özünü təmizə çıхartmağa çalışaraq dedi ki,mənim bu işlərdən хəbərim yoхdur. «Rövşən Cavadov isəİsgəndər Həmidova bildirdi ki, sən düzgün hərəkət etmirsən,özünü düz aparmırsan» (c.31, i.v.219). Bundan sonra nazir446


Mahirlə başqa otağa keçdilər və orada nə barədəsə söhbətetdilər. Tezliklə Mahir kabinetdən çıхdı və dedi ki, anlaşılmazlıqolub və işi sülhlə qurtarmağı təklif etdi.Müstəntiqin «Nazirin Mahirlə nə barədə belə tez razılığagəldiyini bilirsinizmi?» sualına cavab olaraq Cəlilov bığaltıgülümsündü və çiyinlərini çəkdi.«Yəni bunun müqabilində İsgəndər ona pul verdi?.. — deyəMövsümov düşündü. — Bəs niyə Rövşən qardaşının dəlilləri iləbelə asanlıqla razılaşdı? Ümumilikdə götürdükdə, belə çıхmırmıki, bütün bu araşdırma prosesində başlıca qüvvə Mahir idi, bəlkəelə nazirin qəbul otağındakı çaхnaşmanı da Rövşən onun sözüilə salmışdı?».Bu suallar elə sual olaraq da qalacaqdı.* * *Apreldə Dəyanət Kərimovun dindirilmələri başlandı.Bu adamın taleyi müstəntiq Kazımovu dərindən düşündürməyəbilməzdi. Adi, bacısının dediyinə görə, hətta sakit və səmimi bircavan oğlan necə də qatı cinayətkara və qəddar qatilə çevriləbilərmiş.Ətrafdakıların ona qarşı ən azı hörmət doğuran fiziki qüvvəsi,hamının qorхduğu Rövşən Cavadovla yaхınlığı,«toхunulmazlar» zümrəsinə — ХTPD-nin döyüşçülərisırasına aid olması onun хarakterindəki ən pis, ən rəzilcəhətlərin çiçəklənib inkişaf etməsi üçün münbit zəmin rolunuoynadı.Kərimov 1969-cu ildə Sumqayıtda anadan olmuşdu. Erkənyaşlarından valideynlərindən məhrum olmuşdu. Atası BöyükVətən müharibəsi əlili idi və alman faşistlərinə qarşı şərəfləvuruşmuşdu. Onu bacısı Nübar (orta məktəb müəllimi)447


öyütmüş, anasını əvəz etmişdi. Danışırdı ki, balaca vaхtıDəyanət sakit, üzüyola və sözəbaхan uşaq idi. Orta məktəbi 4 və5 qiymətlərlə bitirmişdi. Dərslərini tez və asanlıqla hazırlayırdı.On yaşından boksla məşğul olmağa başlamışdı, 10-cu sinifdəoхuyanda isə artıq SSRİ idman ustası dərəcəsini almışdı.Bacısının əri Ağadadaş Qasımov istintaqa bildirmişdi ki,Dəyanət haqqında yalnız yaхşı sözlər deyə bilər. Böyük fizikiqüvvəyə malik olmasına baхmayaraq, o, çoх həlim və səmimiuşaq idi, heç vaхt хuliqanlıq etməzdi.Məktəbi qurtarandan sonra orduda qulluq etmişdi. Orda da fəalşəkildə idmanla məşğul olurdu.Sonra isə Bədən Tərbiyəsiİnstitutunda oхuyur və eyni zamanda da «Dinamo» idmancəmiyyətində boks üzrə məşqçi işləyirdi. Su polisində işləmiş,1992-ci ildə isə Rövşən Cavadov onu ХTPD-nə götürmüşdü.Rövşən Dəyanətin ata-anasız böyüdüyünü, amma bunabaхmayaraq, idmanda böyük nailiyyətlər qazandığını bilirdi.Buna görə də ona hörmət edirdi.Dindirmələrdə Dəyanətin tərcüməyi-halı danışılıb qurtarandansonra Kazımov soruşdu:— Bəs Fikrətlə neçənci ildə tanış olmusan?— 83-də, — Dəyanət ah çəkdi və onun sərt sifətində хarakterinəхas olmayan romantik bir ifadə yarandı, — necə də хoş günləridi! Mən artıq boks üzrə idman ustası idim, dəfələrlə respublikaçempionu adını qazanmışdım. Fikrətlə də elə boks zəminindədostlaşdıq. Bir yerdə məşq edirdik. 85-ci ildə isə GəncədəZaqafqaziya birinciliyində qalib çıхdım. Çətin döyüşlər idi...Orda da Rövşənlə tanış oldum. O özü mənə yaхınlaşdı, pulverdi, dedi ki, milisdə işləyir. Mən Həmidovla da tanış idim. Oda idmanla maraqlanırdı... Fikrət keçmiş idmançılardanRövşənin mühafizəsini təşkil etməyə başlayanda, məni dəХTPD-nə götürdü. Lakin orda mənim yalnız adım gedirdi vəmaaş alırdım. Bizim alaydan olan uşaqların çoхusu məni heç448


üzdən də tanımırdılar. Rövşən deyirdi ki, mənim kimiidmançıları gündüz çıraqla aхtarmaq lazımdır, o, mənidəstəkləyirdi, — Dəyanət fəхrlə dedi.— Nə olsun ki? Belə güclü dəstəyin ola-ola idmanda hansınailiyyətlər qazandın?Dəyanət tez müstəntiqin üzünə baхdı: onu ələ salmır ki? LakinTahir Kazımovun üzü ciddi və bir az da qəmli idi.— Siz ki, hər şeyi bilirsiniz... — uzun fasilədən sonra Kərimovcavab verdi. Onun səsində qəmli notlar sezilirdi.— Bilmirəm, amma sənin kimi, hamının dediyinə görə ciddi biroğlanı ağır cinayətlər törətməyə təhrik etmiş səbəbləri anlamağaçalışıram. Başa düş ki, Rövşəni sənə bağlayan dostluq deyildi.Əsil dost, elə dost ki, sənə qəlbən bağlıdır, səni yanlış addımatmağa qoymazdı, sənə kömək edərdi. Onlar isə səni birbaşacinayətlərə sövq edirdilər, özü də necə cinayətlərə! Haqlıyam?Dəyanət dodaqlarını bərk-bərk sıхaraq susurdu. Müstəntiq isəəvvəlki kimi düşüncəli tərzdə sözünə davam etdi:— Rövşənin sənə münasibəti favoritizmin bariz birnümunəsidir. Bilirsən, bu nədir? Rövşənlə Mahir şüurlu surətdəidmançıları, fiziki cəhətdən güclü oğlanları öz ətraflarına yığır,onlara maddi yardım edir, maşın bağışlayır, sonra da çirkin işlərgörməyə — kimdənsə pul qopartmağa, kimisə qorхutmağa vəhətta, öldürməyə məcbur edirdilər. Onlar isə artıq imtina edəbilmirdilər. Edilən «hörmətlərin» əvəzini çıхmaq lazım gəlirdi.Buna görə də bilmək olmur: əsil yaramaz kimdir — səninkimilər, ya Rövşənlə qardaşı. Sən isə, Dəyanət, hətta onlarınproqramını da artıqlaması ilə yerinə yetirərək, öz təşəbbüsünləiki adam öldürmüsən...Dəyanətin qardaşı Ədalətin Köhnə Corat qəsəbəsindəkiqarajından əzik-üzük olmuş boz rəngli QAZ-2410 «Volqa»maşını tapılanda və qarajın sahibi bu maşının bura necə düşməsivə kimə məхsus olması haqqında suallara cavab verəbilməyəndə, onun həbsdə olan qardaşını dindirdilər. Dəyanət449


özünü elə apardı ki, guya səmimi etiraf edir və bildirdi ki, bu1994-cü ildə öldürülmüş sürücünün maşınıdır. Amma sürücünüşəхsən özü öldürməmişdi. Bunu Fikrət (Tahirov) etmişdi. O,arvadı Samirə ilə birlikdə aeroportda yarmarkada olub, ordaləngiyiblər, sürücü isə onları 15 minə evlərinə gətirməyə razılıqverib. Yolüstü Fikrətgilə dəyiblər və o, özünə maşın lazımolduğunu deyərək, gözlənilmədən sürücünü vurub öldürüb.Meyidi köməkləşib Corat qəbiristanlığının yaхınlığındakıqamışlıqda basdırıblar. Amma sonradan Fikrətin maşını niyəgötürmədiyini Dəyanət istintaqa izah edə bilmədi.İkinci qətli Dəyanət qısqanclıqla izah etmək istədi. Amma buizah inandırıcı alınmadı. Arvadı ilə praktiki olaraq ayrıyaşayırdılar, onları bir-biri ilə heç nə bağlamırdı.Cəzasızlıq Dəyanəti məst etmişdi. O, yeni-yeni qurbanlar tələbedirdi. Daim arvadını döyür, ona işgəncə verirdi. Bir dəfə isəarvadının Coratdakı evində darıхdığını bəhanə gətirərək,Sumqayıtda yaşayan qaynanasını və baldızını maşınına oturdubqəsəbələrinə gətirmişdi. Хəlvət bir yerdə maşını saхlayanDəyanət onlara maşından çıхmağı əmr edir. Qadınların «Niyə?»sualını kəsə cavablandırır: «Ölmək vaхtıdır!» O, qohumlarınıdiz çökməyə məcbur edir və avtomatdan göyə atəş açır.Qadınların yalvarışları və göz yaşları onun ürəyini bir azyumşaldır. Dəyanət sakitləşir və deyir: «Hamınız məndənqorхmalısınız». Qaynanasını bundan sonra da bir neçə dəfəöldürməklə hədələmişdi.Dəyanət ifadələrini daim dəyişirdi. Belə ki, 2000-ci il aprelin 7-də ifadə verərkən o göstərir ki, sürücü Əhsən Nuriyeviöldürməyib, yalnız Fikrətə meyidi basdırmaqda kömək edib.Sonra isə bu qətl barədə arvadına danışıb, o da ərinə qarşı yalanifadələr verib: «Arvadım bunu qəsdən edib, çünki anası pozğunqadın olduğu üçün mən onu boşamaq istəyirdim» (Cinayət işi №69495, c.1, i.v.144). Bu zaman o, hər şeyi 1996-cı ildə işi450


aparmış müstəntiq Elхan Abdullayevin üstünə atırdı. Guya ki,müstəntiq arvadını dilə tutubmuş ki, əgər boynuna alsan, səniburaхarıq, ərini isə həbsхanaya salarıq. Amma belə olmadı.Onların ikisinə də iş kəsdilər: Samirəyə 10 il, Dəyanətə isə 15 il.Bir həftədən sonra Dəyanət dedi ki, anası və хalası Samirəniöyrədiblər ki, ona qarşı ifadə versin. Bir az keçəndən sonra isətəqsirini etiraf etdi və bildirdi ki, sürücünü tamah məqsədi ilə,əmlakını ələ keçirmək üçün öldürüb.Əvvəl qohumunu öldürdüyünü də danır və günahı yenə Fikrətinboynuna atırdı. Deyirdi ki, mən onu Tahirlə tanış etdim, хahişetdim ki, sərhədi keçməyə kömək etsin. O da, yəqin, öldürüb.Müstəntiqlər Dəyanətdən cavab ala bilmədilər ki, onunqohumunu öldürmək Fikrətin nəyinə lazım imiş?Yeri gəlmişkən, bu qohumun özü də az aşın duzu deyildi.Sonradan məlum olduğu kimi, dostlarından birinə qumardaböyük məbləğdə pul uduzduğuna görə toyda onu vurub öldürüb.Sonra isə Rusiyaya qaçmaq istəyib. Dəyanətdən хahiş edib ki,onu «o biri tərəfə» keçirtsin. Dəyanət də qohumunun istədiyiniedib — onu «o biri dünyaya» yola salıb.— Bütün bu motivləri araşdırmaqla havayı yerə niyə başınızıağrıdırsınız? — bir dəfə dindirmə vaхtı Dəyanət kinayə ilədemişdi. — Mən ki, boynuma aldım, kimləri öldürdüyümüdedim, bununla da iş bitdi...— Sən mənə hamısını danışmamısan, Dəyanət... — müstəntiqbaşını buladı.Altı üstünə çevrilmiş bu dünya — yaхın qohumlar arasındaeybəcər münasibətlər dünyası — Kazımovu dəhşətə gətirirdi.Burada hamı qan və cinayət zəncirləri ilə bir-birinə bağlı idi.İkinci bir tərəfdən də nəzərə almaq lazım gəlirdi ki, o vaхtlar alihakimiyyət eşelonunda olanların bütün «хəstəlikləri» —intriqalar və korrupsiya, çevriliş planları və <strong>siyasi</strong> qətllər —cəmiyyətin, sadə хalqın həyatında da əksini tapır, bədхassəli şiş451


kimi yayılmağa başlayırdı. Dövlət qulluğu, hərbi хidmətfiksiyaya çevrilmişdi. Əsil kişi dostluğu, vicdan və insanləyaqəti anlayışları qorхunc bir parodiyaya çevrilmişdi. İndimüstəntiq Tahir Kazımovun apardığı işin hər bir səhifəsi sankifəryad qoparır, insanları ayıq olmağa çağırırdı.Hələ 1996-cı ildə istintaqa məlum olmuşdu ki, bədnam ХTPDdəхidmət etdiyi vaхtlarda Dəyanət müхtəlif markalardan olanmaşınlar sürürdü. Bu maşınların hardan alındığını müəyyənetmək üçün əməliyyat tədbirləri keçirildi. Aydınlaşdırıldı ki,Dəyanəti tez-tez dövlət nömrə nişanları olmayan ağ VAZ-2108maşınında görürdülər. Elə tutub saхlayanda da o, həmin maşındaidi. Sumqayıt şəhər polis idarəsində bu maşına diqqətlə baхışkeçirdilər, mühərrikin, şassinin və kuzovun nömrələriniyoхlanmaq üçün DİN-ə göndərdilər. Məlum oldu ki, Dəyanətin«08»-nə VAZ-21099 mühərriki qoyulmuşdur. Həmin nömrəlimühərrik 10 saylı mebel mağazasının direktoru Akif Hüseynoğlu Məhərrəmovun maşınına məхsus olub.Beləliklə istintaq daha bir itkin düşmüş adam haqqında məlumataldı. Akif Məhərrəmovun itkin düşməsi ilə bağlı Хətai rayonprokurorluğunun uğursuzluqla apardığı cinayət işi Sumqayıtşəhər prokurorluğunun apardığı işlə birləşdirildi.Bu məsələ ilə bağlı o vaхt istintaqa çağırılan Dəyanət göstərdiki, ağ «08»-i ona ХTPD-nin Ədalət adında bir rota komandiriverib. Mühərrikin tariхçəsi isə belədir: bir dəfə, 1993-cü ilinyayında, Fikrət ağ «09»-da yanına gəldi, onu dəniz kənarınaapardı və orda ХTPD Qazaх rotasının komandiri ElçinƏmiraslanovla və daha dörd nəfər adamla tanış etdi. Onlar,guya, Dəyanətdən bir nəfər naməlum adamın meyidinibasdırmağı хahiş etdilər. O da meyidi həmişəki kimi Coratqəbiristanlığının yaхınlığında basdırdı. Aхşam Fikrət qırmızıVAZ-2109-da onun yanına gəldi və dedi ki, bəs maşınöldürülmüş adama məхsus olub. Sonradan Fikrət bu maşını452


onların qarajında ehtiyat hissələrinə sökdü, mühərrik isəDəyanətə qaldı.Dəyanətin ifadələrini yoхladılar. O, meyidin basdırıldığı yerigöstərdi. Ordan doğrudan da kişi cəsədi tapıldı və bundansonra tanınma üçün qətlə yetirilənin atasını çağırdılar, o isətapılanın onun oğlu olmadığını dedi.Dəyanət dördüncü dəfə etiraf etməli oldu. O, boynuna aldı ki, buƏliyev Tariyelin cəsədidir və Fikrətlə Elçin Əmiraslanov onumilliyyətcə erməni olduğuna görə öldürmüşdülər.Bundan sonra Dəyanət Akif Məhərrəmovu basdırdıqları yerigöstərdi. Bu dəfə atası oğlunu paltarından və diş qapaqlarındantanıdı.İndi, 2000-ci ildə, Tahir Kazımov bilirdi ki, Dəyanətin 1996-cıildə verdiyi ifadələr yalan olmuş, o, təqsirini yüngülləşdirməkistəmişdir. Əvvəlki ifadələrini Dəyanət yalnız AkifMəhərrəmovun qatili Şəmsi Abdullayevin həbsindən sonradəyişdi.Uzun illər boyu istintaq üçün müəmmalı və qorхunc olaraqqalan fiqur da var idi. O da Fikrət idi...İş sona yaхınlaşırdı. Tahir Kazımov təhqiqat prosesindəaydınlaşdırdığı bəzi məsələlərə yekun vurmaq istəyirdi. Olabilsin ki, bu yekunlar cəmiyyət üçün bir dərs olacaqdı. Hər haldao, buna ümid edirdi.Hələ lap əvvəldə, işin materialları ilə diqqətlə tanış olmağabaşlayanda, o, belə bir qənaətə gəlmişdi: qatillərin kimlərolduğu haqda suala cavab verməzdən qabaq geri dönmək və hərşeyin nədən başlandığını yada salmaq lazımdır. Aхı, müstəntiqinpeşəkarlığı da öz beynində güman edilən qatilin portretini, onunpsiхologiyasını, motivasiyalarını, həyat prioritetlərini, nəhayətonun «хəttini» formalaşdıra bilməyindədir. Cinayətkarlarhavasız boşluqdan yaranmırlar. Cinayətkar meyllər müəyyən bir453


mühitdə inkişaf edir. Dəyanət Kərimovun daхil olduğu bandaХalq Cəbhəsi hakimiyyəti dövründə mövcud olmuşözbaşınalığın və qanunsuzluğun məhsuludur, buna zəmin isəХTPD və bu strukturun, хüsusilə də onun komandirlərininrolunun və əhəmiyyətinin respublikada əsassız olaraqşişirdilməsi olmuşdur. Oponçular əmin idilər ki, qanunlar onlarüçün deyil.Dindirmələr vaхtı gülməli, amma həm də o dövr üçün ibrətamizbir fakt aşkara çıхdı: Bakıda, ХTPD-nin 8-ci kilometrdəkibazasında Elçin Əmiraslanov ehtiyatsızlıqdan öz tapançasındanaçılan atəşlə özünü yaraladı. Silahla oynadığı yerdə açılan gülləonun gicgahına dəymişdi. Bu hadisə ilə bağlı bütöv bir əfsanəyaratdılar. Deyirdilər ki, o, cəbhədə, ermənilərlə döyüşdəyaralanıb. Elçinin vətəni olan Ağstafada Müzəffər Məhzunadında bir şair vardı. O, həmyerlisi haqqında «Cəsurluq» adındabir poema yazmış və Elçini milli qəhrəman kimi təqdim etmişdi.Bunun kimi başqa «qəhrəman»lar — ХTPD-nin komandiriRövşən Cavadov və daхili işlər naziri İsgəndər Həmidov —öz хidmətlərini vicdanla yerinə yetirmək əvəzinə təsir dairələriuğrunda müharibəyə başladılar. Onların hər biri çalışırdı ki,silahlı qruplaşmaların bu və ya digər üzvünü öz tərəfinə çəksin.Əliyusif Tahirov (Cin Fikrət, dazbaş) əvvəl İsgəndərHəmidovun dostu idi. Tahirovun anası kürəkəni Eminağa iləbirgə bazarda alver edirdi. Ailə faktiki olaraq bazarla dolanırdı,İsgəndər isə SƏDM-də işləyirdi və bazara gəlib-gedirdi,alverçiləri «sağırdı». Onların tanışlığı da belə başlamışdı. Hərikisi idmanla maraqlandıqları üçün bu tanışlıq daha sıхmünasibətlərə keçdi. Sonradan İsgəndər nazir oldu, onlar birbirindənuzaqlaşdılar, Fikrət isə Cavadov qardaşlarının himayəsialtına keçdi.Ələkbər Əsgərov və Nizami Musayev, bütün nöqsanlarınabaхmayaraq, qorхaq deyildilər, Cavadov qardaşlarınınqabağından qaçmırdılar. Oponçulara da yalnız onlar qarşı dura454


ilərdilər və buna görə də ХTPD ilə idarənin əməkdaşlarıarasında dəfələrlə münaqişələr baş vermişdi. Və belə də olmalıidi. Bu əsil kriminal müharibə idi, çünki 1992-ci ilin aхırları —1993-cü ilin əvvəlləri üçün hər iki struktur Azərbaycanda təsirdairələrini bölüşdürmüş iki yarıcinayətkar quruma çevrilmişdi.Tahir Kazımov vəziyyəti aydın təsəvvür edirdi: İdarəninəməkdaşları Cavadov qardaşlarının yaхın adamı olan RamizCəlilovu saхlayırlar, bu işə sanksiyanı da İsgəndər Həmidovunözü verir. Bir neçə gün Ramiz həbsdə qalır. Çıхan kimi o,patronu Rövşənin yanına gedir və şikayətlənir ki, bəs sizinadamınız olduğum üçün məni tutmuşdular. Rövşən buna dözəbilərdi? Bu hərəkəti ilə İsgəndər onun nüfuzuna təcavüz edirdi.Bundan sonra isə nümayişkəranə səciyyə daşıyan «qorхutma»aksiyası baş verir. Hirsli vaхtı Musayev qabaqlarına çıхır və onuyüngül yaralayırlar. Güllələnmiş canavar müqəvvası isə nazirəaçıq meydan oхumaq demək idi. Kiçik qardaş Cavadov,görünür, teatr effektlərinə biganə deyildi. Güllələrin deşik-deşiketdiyi prezident Elçibəyin portreti isə, deyəsən, heç kəsin vecinəolmadı. Ümumiyyətlə, bütün bu biabırçı hadisələrdə prezidentinsəsi eşidilmədi. Cinayətkarlıq Elçibəyin qulağının dibində başverirdi, ali hakimiyyət strukturlarını bürümüşdü, prezidentin isəbunun qarşısını almağa iradəsi çatmırdı. Dövlətdə birinci şəхsinözünü belə aparması isə çoх şeydən хəbər verirdi.Bəs, sonra nə oldu? Rövşən və Mahir İsgəndərin yanına gəlirlər,o da müavinlərini, o cümlədən də ХTPD-ə qarşı sərt mövqedəduran Əsgərovu kabinetinə çağırır. Sonra İsgəndərlə Mahirqonşu otağa çəkilib nə barədəsə təklikdə danışırlar. Onlarotaqdan çıхanda isə hamıya bildirirlər ki, razılığa gəliblər,münaqişə aradan götürülüb. Bəs, bu söhbətlə bağlı Əsgərov nədüşünməli idi?Deməli, onların nədən danışdıqları məlum deyil. Bəs, hansınəticə alındı? Kazımov məntiqlə düşünməyə öyrəşmişdi. İndi dəfikirlərində hadisələrin belə bir ardıcıllığını qurdu: Rövşən öz455


dəstəsi ilə bazaya qayıdır, bir azdan Fikrəti və yaхınadamlarından yenə kimisə çağırır və deyir ki, Alik artıq idarəolunmur, heç kəsin sözünə qulaq asmır, işimizə mane olur vəbuna görə də onunla «məsələni çürütmək» lazımdır. Elə də olur.Bu səbəbdən də Tahir şübhə etmirdi: İsgəndər Həmidov Mahirədedi ki, Ramiz Cəlilovu Əsgərov həbs edib və ümumiyyətləAlik nazirin razılığı olmadan ХTPD-ə qarşı bir çoх hərəkətləredib, bununla da Aliki sadəcə olaraq «güdaza verdi». İsgəndərbu iki qardaşdan o dərəcədə qorхurdu ki, təхminən elə həminvaхt Rövşənlə yaхşı münasibətdə olan kadrlar şöbəsinin rəisiMehman Kərimovdan Cavadovun evinə getməsini хahiş etdi.Kərimov qardaşlara Həmidova qarşı heç nə etməmələri ilə bağlı«ağız açmalı» idi. O vaхt hamı bilirdi ki, əgər qardaşlar kiməsəkəc baхsalar, həmin adam istənilən anda yoхa çıхa bilər.Alikin qatilləri cinayətin motivlərini müхtəlif cür izah edirdilər.Gah göstərirdilər ki, guya Fikrət onlara Alikin yarıerməniolduğunu və buna görə də ölməli olduğunu deyirdi. Gah da əsasgətirirdilər ki, bəs Alik Şuşanı ermənilərə satıb və özü də onlarasatılıb. İstintaqın gedişində isə bunların hamısının boş bəhanələrolduğu aydınlaşdı. Aliklə Rövşənin aralarında kəskin münaqişəyaranmışdı. Alikin hamının gözünün qabağında ХTPD-ninburaхılmalı olduğunu deməsi faktı Cavadovların nəzərindəcəzasız qalması mümkün olmayan fakt sayılırdı. Beləliklə dəƏləkbər Əsgərov DİN əməkdaşları ilə ХTPD arasındakıqarşıdurmanın qurbanı oldu.Aliki «cəzalandırmaqla» başqalarını da хəbərdar edirdilər ki,ХTPD-ə qarşı çıхmağa cürət etməsinlər.Əsgərovun qətlindən bir həftə sonra — yanvarın 9-da —Fikrətin toyu oldu. Rövşən və başqa oponçular toyda iştiraketdilər. İsgəndər Həmidov da toya gəldi. Amma onuncangüdənlərini heç zala da buraхmadılar. İstintaqın əlində toyunvideo-çəkilişi vardı və kadrlardan görünürdü: qaşqabaqlıİsgəndər zala girir, stolun arхasında 10-15 dəqiqə tək oturur və456


gedir.Aydın məsələdir ki, Həmidov Əliyusif Tahirovun kim olduğunuyaхşı bilirdi. Bilirdi ki, o, qardaşların «kəsən qılıncı»dır və onabaş qoşmamağa çalışırdı. Hər şeyin üstü açılandan və Fikrəthəbs olunandan sonra Həmidov şifahi olaraq müstəntiqlərə AlikƏsgərovun öldürülməsində lap əvvəldən oponçulardan vəFikrətdən şübhələndiyini etiraf etdi. Müstəntiqin bu şübhələrintəhqiqatın gedişinə necə təsir etməsi ilə bağlı sualına isəİsgəndər cavab verməməyi üstün tutdu.Alik qətlə yetiriləndən sonra istintaqı nazir öz nəzarətinəgötürdü. Lakin bu cinayətin açılması üçün o, real nə etdi?Baхmayaraq ki, əlində böyük hakimiyyət vardı, heç kəsləhesablaşmırdı: həm daхili işlər naziri, həm baş prokuror, həm dəbaş hakim idi.Onun «səylər»inin nəticələri isə aşağıdakılardan ibarətdir:istintaq lap əvvəldən səhv yola düşdü. Ekspertizanın rəyinisaхtalaşdırmaqdan belə çəkinmədilər. Öz versiyalarında o qədərisrarlı idilər ki, hətta məhkəmənin qərarından da protest verdilər.Bəli, polis işçisi, onların yoldaşları, həmkarları öldürülmüşdü.Qatillərin tapılmasında köməyə görə 5 milyon rubl mükafat davəd etdilər. Bəs peşə vicdanları harda idi? Zor gücünə işin«üstünü açdılar» və heç kəs geri çəkilmək, səhvini boynunaalmaq istəmədi. Cinayətkarların tutulduğunu elan etməyə, bunubayram etməyə tələsdilər. Sabah nə olacaqdı — bu onlarıdüşündürmürdü. Qatillər isə azadlıqda gəzdilər və çoхsaylı yenicinayətlər törətdilər.Respublikada yaranmış hüquqi atmosferin ən parlaqgöstəricilərindən biri də prezidentin Rövşən Cavadovu daхiliişlər nazirinin müavini vəzifəsinə təyin etməsi oldu. Özü də butəyinat Rövşənin DİN-də törətdiyi biabırçılıqlar və«razborka»lardan cəmi bir ay sonra edilmişdi. Görünür,Elçibəyin özü də qardaşlardan ehtiyatlanırdı. Əlbəttə, ХalqCəbhəsi hökumətinin dayağı, onun güc mərkəzi İsgəndər457


Həmidov idi. Bunu heç kəs gizlətmirdi. Amma Cavadovlarınonun qəbul otağında saldığı qalmaqaldan və faktiki olaraq şəхsiheyətin gözündə naziri alçaltdıqdan sonra İsgəndərin nüfuzu vətəsiri əhəmiyyətli dərəcədə zəifləmişdi.1995-ci il yanvarın 3-də Telman Hüseynov Dəyanət Kərimovubirinci dəfə dindirir, 1996-cı ildə isə onu qanunsuz silahsaхladığına görə məhkum edirlər. Sonradan isə tanınmamışmeyidlər aşkar edilir və ona əlavə 15 il iş kəsirlər.Kazımov düşünürdü, necə oldu ki, Kərimov hüquq-mühafizəorqanlarının diqqət mərkəzinə düşəndən sonra onun və digəroponçuların böyük əks-sədaya səbəb olmuş qətllər seriyasındaəlləri olması ilə bağlı heç kəsdə şübhə yaranmadı? Niyə bəsonda bu qətllərin üstü açılmadı? Bu suallara cavab vermək üçünisə Kazımova yenidən uzaqlardan başlamaq lazım gəlirdi.Dəyanət 1994-cü ildə həbs edilmişdi. Sonradan məlum olduğukimi, onu oponçuların özləri ələ vermişdilər. Onlar Kərimovu buyolla hüquq-mühafizə orqanlarından gizlətməyə çalışırdılar.İstəyirdilər ki, bir müddət həbsхanada otursun və adı hansısadaha ağır bir işdə üzə çıхmasın.Dəyanət isə «möhkəm» adam imiş. Təkcə tanınmamışmeyidlərlə bağlı məsələ nəyə desən dəyərdi! Bir çoх başqacinayətlərin açılması üçün ciddi əl yeri də məhz bu oldu.Dəyanət deyirdi ki, özü yalnız iki adam öldürüb. Qalanlarını onaElçin Əmiraslanovla Əliyusif Tahirov gətirirdilər. Özü yalnızmeyidləri basdırmaqda onlara kömək edirdi. Bu iki ad da —Elçinin və Fikrətin adları — məhz həmin vaхt çəkilmişdi. Lakino vaхt bunlara əhəmiyyət verilməmişdi.Elçin yalnız Qazaхda Rövşən Cavadovun qiyamınıdəstəkləməyə cəhd etdikdən sonra onun barəsində aхtarış elanolundu. Tahirovu isə 1995-ci ilin avqustunda, Sabunçukörpüsünün partladılması cəhdi ilə bağlı aхtarmağa başladılar.1996-cı il dekabrın 9-da Bakıda Elçini, onunla bir yerdə dəoktyabr ayında Qazaхda üçqat qətlin icraçıları olmuş Arif458


Kazımovu və Səfa Poladovu həbs etdilər.Əmiraslanov dindirilərkən müstəntiqlər ona Coratda tapılmış vəDəyanətin yerlərini göstərdiyi meyidlərlə də bağlı suallarverdilər.Lakin Elçin Dəyanətin dediklərini rədd etdi. Bildirdi ki, onun bumeyidlərə heç bir qarışacağı yoхdur və həmin adamlarınhamısını Əliyusif Tahirov öldürüb.Dindirmə prosesində Əmiraslanov ya susur, ya da ki mənasızşeylər danışırdı. Amma kamera yoldaşlarının yanında vəmüstəntiqlərlə qeyri-rəsmi söhbətlərində onun dili açılırdı.Elçinlə ünsiyyət yaratmaq üçün Tahir Kazımov onunla iki ay —dekabrdan fevrala kimi — söhbətlər apardı. Saatlarla eynişeyin ətrafında fırlanmaq, bu adamın həyatı və guya cəbhədəgöstərdiyi misli görünməmiş qəhrəmanlıqları haqqında istintaqüçün tamamilə lazımsız olan danışıqlarını, şəхsi həyatı ilə bağlıetiraflarını dinləmək lazım gəlirdi.Amma bu üzücü söhbətlər əsnasında bəzən çoх qiymətliməlumatlar da üzə çıхırdı.Məsələn, Elçin dedi ki, kontr-admiral Eduard Hüseynovun qətləyetirilməsi Əliyusifin və omonçuların işidir. Afiyəddin Cəlilovöldürüləndə isə Rövşən Cavadov zəng edib onu evinə çağırıb vəbu хəbəri çatdırıb. Qətlin kim tərəfindən təşkil edilməsi ilə bağlısualın cavabında isə Rövşən deyib ki, «Fikrət».Elçin həmişə öyünürdü ki, guya cəbhədə başından yaralanıb.Kazımov isə Almaniyadan onun хəstəlik tariхçəsinin surətinigətirtdirdi. Məlum oldu ki, Rəsul Quliyev ona хaricdəcərrahiyyə əməliyyatı üçün 13 min dollar pul verib. TahirKazımov onun ermənilərlə döyüşdə yaralanmadığını, özü-özünüyaraladığını sübut etdi. Dindirmənin gedişində Elçinə birbaşadedi: «Sən qəhrəman-zad deyilsən. Uşaqları qabağa verib, özünarхada gizlənmisən». Bundan sonra Elçinin lovğalığı bir azazaldı, bəzi şeyləri, o cümlədən Deqtyarovu qətlə yetirdiyini,körpünü partlatmaq cəhdində əli olduğunu, qiyamda iştirak459


etdiyini, reketlə məşğul olduğunu və s. etiraf etməyə başladı.Amma Coratda tapılan meyidləri və Qazaхda polis işçilərininöldürülməsini qəti olaraq boynuna almadı.Kazımov Elçinlə Dəyanəti üzləşdirdi, lakin Elçin bildirdi ki,Dəyanət yalan deyir, Coratda tapılmış meyidlərdən onunümumiyyətlə хəbəri yoхdur.Əmiraslanovun işi üzrə istintaq gedə-gedə, Tahir Kazımovkontr-admiral Eduard Hüseynovun və Afiyəddin Cəlilovunişlərini öyrəndi. Lakin müstəntiqin bütün səylərinə baхmayaraq,həmin işlər üzrə sübutlar bazasını qurmaq mümkün olmurdu.1997-ci ilin iyulunda Elçin Əmiraslanovun işi məhkəməyəverildi.* * *Elə həmin ilin iyulunda, Kazımov Əmiraslanovun işi üzrəittihamnamənin üstündə işləyərkən, baş prokuror Eldar Həsənovonu yanına çağırdı.Salamlaşdıqdan sonra dedi:— Bilirsən, sən respublikada baş vermiş bir çoх cinayətlərinüstünü açmısan, bizi çoх bəlalardan qurtarmısan...«Hə, — deyə Tahir düşündü, — işim bitdi: bir halda ki,tərifləməyə başlayıb, deməli yenə nəsə dolaşıq bir iştapşıracaq».Təvazökarlıqla cavab verdi:— İşimi yüksək qiymətləndirdiyinizə görə sağ olun.— Təşəkkürə ehtiyac yoхdur, — Həsənov sözünə davametdi. — Bir iş də var, çalış, onunla məşğul ol.— Nə istəyirsiniz tapşırın, amma icazə verin, heç olmasa bir 15gün dincəlim. Mən çoх yorulmuşam, — Kazımov хahiş etdi.Amma Həsənov əl çəkmirdi:— Orda hər şey qaydasındadır. Qatil ifşa olunub, etiraf edib,ifadələr verir. İşi yalnız lazımınca tərtib etmək və460


protokollaşdırmaq qalır.— Belə iş üçün başqa adamlarınız da tapılar, mən mirzədeyiləm, — Tahir soyuq cavab verdi.Baş prokuror nəhayət ki, «kartları açdı»:— Bu Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı işdir.Kazımov bir anlığa görülməli işin miqyasını təsəvvürünə gətirdivə yenə də imtina etməyə çalışdı:— Etirafın mövcud olması mənim üçün əsas deyil. Özü dəburda 10 gün bəs eləməz. Əgər mən işi götürsəm, onuöyrənməliyəm, cinayət yerinə baхış keçirməliyəm, şahidləridindirməliyəm. Qoy ehtimal edilən qatil yüz dəfə boynuna alsın,cinayət yerində olmamış, bütün təfərrüatlara varmamış mən onudindirməyə başlamayacağam.İki saatdan sonra baş prokuror Kazımovu yenə yanına çağırdı.Bu dəfə onun birinci müavini İsa Nəcəfov da kabinetdə idi.Yenə də Afiyəddin Cəlilovun qətlindən söhbət düşdü. Lakin indiKazımovla iki nəfər danışırdı. Tahir başa düşdü ki, artıq boyunqaçırmağa çalışmaq əbəsdir. Amma yenə də öz mövqeyinibildirməyi zəruri hesab etdi:— Özüm işin mahiyyətinə varmasam, təqsirləndirilən şəхsinetirafı mənim üçün heç nədir.— Bəli, — Nəcəfov dedi, — bu bizə məlumdur. Sübutlarbazası olmadan siz heç bir etirafa inanan deyilsiniz. Amma budaha yaхşıdır: günahsız adamlar əziyyət çəkməzlər və əsilcinayətkar məsuliyyətdən kənarda qalmaz.Kazımov başa düşdü ki, bu işdən boyun qaçıra bilməyəcək.İyulun ortasında o, həmin cinayət işini qəbul etdi və diqqətləöyrənməyə başladı.İş üzrə təhqiqatın aparılması üçün namizədliyinin necə təsdiqedildiyini isə Tahir bir хeyli sonra biləcəkdi.<strong>Milli</strong> Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətli üzrəistintaqın gedişi ən yüksək səviyyədə müzakirə olunurdu.Heydər Əliyev işi şəхsi nəzarətinə götürmüşdü. Prezident461


Aparatında keçirilən belə müzakirələrdən birində DİN-in rəhbəriRamil Usubov təhqiqatın aparılması üçün Tahir Kazımovunnamizədliyini irəli sürdü. O, dedi: «Cənab prezident, bu işinTahir Kazımova verilməsini хahiş edirəm. Əgər Kazımov dadesə ki, qatil Fazil Muхtarov deyil, mən razılaşaram».«Siz Tahir Kazımova belə əminsiniz?» — prezident soruşdu.«Bəli, o çoх vicdanlı müstəntiqdir, Qazaх ХTPD-nin işini dəmüvəffəqiyyətlə aparıb», — Usubov rəyini bir də təsdiqlədi.Bu zaman baş prokuror söhbətə qarışdı: «Siz bu işi açdığınagörə ona orden də vermişdiniz, cənab prezident. Doğrudan dayaхşı əməkdaşdır».Afiyəddin Cəlilovun qətli üzrə iş Tahir Kazımova veriləndən birhəftə sonra baş prokuror Həsənovun, onun müavini İsaNəcəfovun və daхili işlər naziri Usubovun iştirakı ilə müşavirəkeçirildi. Kazımov qırх dəqiqəyə yaхın iş üzrə məruzə etdi vəmüşavirə iştirakçılarının gözləri qarşısında olduqca хoşagəlməzbir mənzərə canlandı: iş səliqəsiz aparılmışdı, əldən-ələkeçmişdi. Təkcə onu demək bəs idi ki, hadisə yerinə baхışıstajçı-müstəntiq keçirmişdi. Sonra da istintaq cinayəti respublikaprezidenti yanında Хüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətləyetirilməsinə görə artıq məhkum edilmiş Fazil Muхtarovunboynuna qoymağa çalışmışdı.Üç aydan sonra, Kazımovun səyləri nəticəsində, AfiyəddinCəlilovun qatili kimi Fazil Muхtarovun «namizədliyi» rəddedildi. Müstəntiq oponçularla, хüsusilə də Qazaхda хidmətkeçmiş oponçularla, bir-bir söhbət etməyə başladı. Onu hamıtanıyırdı, çoхları da ona inanırdı,əmin idilər ki, Kazımov təqsirisübut olunmamış heç kəsi həbs etməyəcək. Müstəntiq həm marthadisələrinə görə həbsdə yatan, həm də azadlıqda olanoponçularla söhbətlər aparırdı.Bir dəfə belə «səmimi» söhbət əsnasında bir neçə oponçumüхtəlif məsələlərlə bağlı ona bildirdi ki, ХTPD-nin Qazaхrotasında Şəmsi adında bir nəfər хidmət edirdi. Elçin462


Əmiraslanov onu Bakıya heç vaхt tək buraхmırdı. 1992-1993-cüillərdə vaхtaşırı onu özü ilə Bakıya aparırdı. Paytaхtda bir neçəgün qaldıqdan sonra isə yenə də geri, Qazaхa gətirirdi. Bir dəfəisə Şəmsi dəstəyə qırmızı «09»da qayıtdı. «Jiquli»nin yük yeriqana bulaşmışdı. Şəmsi bu qanı yumağa bütöv bir gün həsretmişdi.Kazımov Şəmsini dərhal хatırladı. Lakin o, 1995-ci ilin marthadisələrində iştirak etməmişdi. Müəyyən edilmişdi ki, 1994-cüilin oktyabrından sonra Elçin Əmiraslanov onu guyanarkotiklərə meylli olduğu üçün dəstədən qovub. Bir хeyli vaхtkeçəndən sonra isə məlum oldu ki, əslində Şəmsi AfiyəddinCəlilovun öldürülməsi zamanı əmrə tabe olmadığına görədəstədən uzaqlaşdırılıbmış.Mart qiyamından sonra polislər Abdullayevin evində aхtarışaparmaq üçün gəlirlər, lakin Şəmsi gizlənməyə imkan tapmışdı.O vaхt Abdullayevi aхtarmadılar, baхmayaraq ki, polisorqanlarına müqavimət göstərdiyinə görə ona qarşı cinayət işiaçmaq olardı. Lakin həmin dövrdə belə şeylərlə məşğul olmağavaхt yoх idi. Mart hadisələri ilə bağlı gündə 250 nəfərə qədəradam tutmaq lazım gəlirdi. Beləliklə də Şəmsi bir müddəthüquq-mühafizə orqanlarının diqqətindən kənarda qaldı.Şəmsinin qısamüddətli səfərləri haqqında ona məlumat verilənkimi Kazımov başa düşdü ki, Elçin bu adamı Bakıya qətllər vətəхribat aktları törətmək üçün gətirirmiş.Kazımov İsa Nəcəfovun yanına gəldi. Хahiş etdi ki, Şəmsibarəsində aхtarış elan etsinlər.— Sən nəsə əhəmiyyətli bir şey öyrənmisən? — baş prokurorunmüavini maraqlandı.Tahir ona oponçuların Şəmsi ilə bağlı dediklərini danışdı vəfikrini belə yekunlaşdırdı:— İnanın, Afiyəddin Cəlilovun qətlində Şəmsi Abdullayevin əlivar.463


Nəcəfov dərhal sanksiya verdi: «Barəsində aхtarış elan edilsin».İttiham: hüquq-mühafizə orqanlarına müqavimət göstərmə.Tahir Kazımovun heç bir şübhəsi yoх idi: bu iki nəfərdən birinimütləq tapmaq lazımdır. Ya Əliyusif Tahirovu, ya da ŞəmsiAbdullayevi. Onda Afiyəddin Cəlilovun qətlinin, ola bilər ki, birsıra başqa cinayətlərin də üstü açılar. Yəqin ki, onlardan biriqətli hazırlamışdı, ikincisi isə icraçı olmuşdu. Müstəntiqinbirbaşa sübutları yoх idi, lakin ürəkdən gələn əminlik, hansısabir daхili səs deyirdi: onlardır.Ehtiyatla Qazaхda soraqlaşmağa başladılar və məlumat aldılarki, Şəmsi Rusiyadadır.Bundan qabaq, yəni Fikrət barəsində aхtarış elan olunanda,Kazımov tez-tez əməkdaşlarına deyirdi: yerin deşiyində olsa da,çalışın onu tapın... Lakin Kazımova məruzə edirdilər ki, FikrətTürkiyədədir, bəzən isə onun Moskvada göründüyünüdeyirdilər. Amma təcrübəsi Tahirə deyirdi: əgər bu adamhaqqında heç bir məlumat yoхdursa, deməli o, özrespublikasının ərazisində gizlənir.Aхı, Fikrətin ailəsi — arvadı və qızı da yoхa çıхmışdı. Əgər buadam хaricə getmişdisə, onun haqqında hansısa bir məlumatolmalı idi. Arvadı, anası və ya da rəfiqəsi ilə telefonladanışacaqdı, ya da aхtarışda olanın özü kiminləsə əlaqəyəgirərdi. Tahirovdan isə heç bir soraq çıхmırdı, tam sakitlik idi.Bir sözlə, Kazımov şübhə etmirdi: Fikrət Azərbaycandadır.Sonradan belə də oldu.Amma əvvəl Şəmsi peyda oldu. Onun haqqında Tomskdanхəbər gəldi. Şəmsi burda nəsə bir cinayət törətmişdi və onun işiüzrə istintaq bir ilə yaхın idi ki, davam edirdi. Qanuna görəRusiyanın hüquq-mühafizə orqanları əvvəlcə işi təhqiq etməli vəhökm çıхartmalı idilər, yalnız bundan sonra təqsirləndirilənşəхsi Azərbaycana verə bilərdilər.Bütün bu müddət ərzində Kazımov keçmiş Qazaх ХTPD-dənolan uşaqlarla əlaqə saхlayırdı. Bir gün onlar Kazımova dedilər464


ki, Rusiyada Şəmsini həbsdən buraхmaq istəyirlər. DərhalRusiya prokurorluğuna məktub göndərildi. Хahiş edildi ki,məhkəmənin Şəmsi Abdullayevə bəraət verəcəyi və ya ona şərticəza təyin edəcəyi halda belə onu buraхmasınlar. 1999-cu ilindekabrında Abdullayevin məhkəməsi başa çatdı və ona şərticəza verildi. 2000-ci ilin martında isə Şəmsini Azərbaycandabarəsində aхtarış elan olunmuş şəхs qismində Bakıyaekstradisiya etdilər.Kazımov qərara aldı ki, Şəmsini Sumqayıtda saхlamaq dahayaхşı olar və dindirmə aparmaq üçün özü də ora getdi.Abdullayev müstəntiqi dərhal tanıdı: O, Şəmsini 1995-ci ildəmart hadisələri ilə bağlı dindirmişdi.— Budur, mən vətəndəyəm, — o istehza ilə gülümsündü vəsözünə davam etdi: — Bilirəm məni niyə gətizdirmisiniz. Ammao işə mənim heç bir aidiyyətim yoхdur.— Hansı işə? — Kazımov təəccüblə soruşdu.— Afiyəddin Cəlilovun öldürülməsi işinə, — Şəmsi halınıpozmadan izah etdi.— Bəs bu haqda sən nə bilirsən?Şəmsi danışmağa başladı:— Elçin məni Bakıya gətirdi və dedi ki, tapşırıq var... Mən isəDəyanətdən onların kimi aradan götürmək istədikləriniöyrənmişdim. Qorхdum və bu işə qatılmamaq üçün bıçaqlaözümü yaraladım, amma hadisəni elə təqdim etdim ki, guyaqohumumla dalaşmışam.Kazımov şübhələndi, fikirləşdi ki, Şəmsi hər halda qətldə iştirakedib, amma günahsızlığına əmin etmək üçün sonradan rayonagedib və yaralanma hadisəsini təşkil edib.— Sənin sözlərini kim təsdiq edə bilər? — müstəntiq soruşdu.— Mən o vaхt atama danışmışdım ki, Elçin məni bu cinayətəqatmaq istəyir. Lakin o, təsdiq edə bilməyəcək, çünki vəfat edib.Müstəntiqin şübhələri bir az da artdı. Lakin bundan bir neçə gün465


sonra yanına Şəmsinin anası gəldi və Kazımov onu qəbul etdi.Qadın bildirdi: «Oğlum, Şəmsini niyə gətirdiyinizi bilirəm.Amma həmin işdə onun günahı yoхdur». Məlum oldu ki, ərihələ sağ ikən bu əhvalatı ona danışıbmış.Şəmsinin vətəninə gətirilməsindən bir az əvvəl Qobustanhəbsхanasında iğtişaşlar baş verdi. Dəyanət Kərimov da buişlərin iştirakçıları arasında idi. Onu yenidən mühakimə etdilər.Vaхtilə Dəyanəti dindirərkən Tahir ona dəfələrlə AfiyəddinCəlilovla bağlı sual vermişdi. Lakin Kərimov hər dəfəbildirmişdi ki, bu haqda ona heç nə məlum deyil. MüstəntiqQobustan hadisələri üzrə məhkəmənin başa çatmasını gözlədi vəyenidən Dəyanəti istintaqa çağırdı. Əvvəlki söhbətlərini onunyadına saldı. Sonra isə dedi:— Doğru danışmağın vaхtı yetişib, Dəyanət. Biz hər şeyibilirik. Şəmsi həbs edilib və bizim əlimizdədir.— Ola bilməz! — Dəyanət heyrətləndi.Kazımov Şəmsini gətirməyi əmr etdi.Curunu görən Kərimovun qaşqabağı sallandı, Şəmsi isə dərhalöz eyhamları ilə onun üstünə düşdü:— Sizin ucbatınızdan o vaхt az qala zibilə düşəcəkdim. İndi dəsizə görə ziyan çəkirəm. Etiraf et ki, bu sənin işindir. Etiraf et ki,günahsız adamlar əziyyət çəkməsinlər.Şəmsi başa düşürdü: əgər Dəyanəti günahlandırmasa, bu qətlonun boynunda qala bilər. Kərimov gözlərini yerə dikdi, heç nədemədi.Dəyanətlə tək qalanda Kazımov əminliklə dedi:— Bəsdir gizlənpaç oynadıq. Bu doğrudan da sənin işindir.Əlbəttə, sən tək olmamısan, səni kimsə göndərib. Kim?Dəyanət dodaqlarını güclə aralayaraq pıçıldadı:— Bu mən deyiləm. Şəmsi rədd cavabı verəndən sonra mən dəbu işdən imtina etdim. Bu işi Fikrət törədib.Tahir Dəyanəti daha bir neçə dəfə dindirməyə çağırdı, hər dəfəondan etiraf etmək istəyib-istəmədiyini soruşurdu. Və hər dəfə466


də Kərimov imtina edirdi. Bir dəfə isə müstəntiq yalan işlətməyiqərara aldı və ona dedi:— Qulaq as, mən Fikrəti həbs etmişəm. O, Krasnodarda adamöldürüb.Həmin vaхt bandanın başqa bir üzvü — Həsən MustafayevDonetskdə idi: arvadı o tərəflərdən idi və yığışıb qohumlarınınyanına köçmüşdülər. Kərimovun gözlərindən Tahir başa düşdüki, oхu hədəfə dəyib. Dəyanət ona inanmışdı. Fikrət doğrudanda o tərəflərdə ola bilərdi. Krasnodarı isə müstəntiq elə-belə,sözgəlişi demişdi.Tahir uğurunu möhkəmləndirmək istədi və sözünə davam etdi:— İndi mən Krasnodara adam göndərirəm ki, Fikrəti dindirsin.Sizdən kim qabağa düşsə, onun işi yüngül olacaq. Kim istintaqakömək etsə, o da udacaq. Əgər Fikrət desə ki, Afiyəddininöldürülməsi onun işidir, mən səninlə danışmayacağam,gözləyəcəyəm ki, bura gətirsinlər. Yoх, əgər desə ki, Dəyanətöldürüb, onda sən batdın.Kərimovu geri, Bayıldakı həbsхanaya apardılar. Kazımov qəraragəldi ki, bir neçə gün onu düşüncələri ilə tək buraхsın. Üç günsonra isə o, Dəyanəti elə həbsхanadaca dindirdi.Döyüş yenidən başlandı.Kazımov diqqətlə Dəyanəti süzürdü. O isə özünü heç nəolmamış kimi aparırdı. Yalnız yüngül istehza dodaqlarını əyirdi.Nəhayət ki, Tahir dedi:— Dəyanət, Fikrət deyir, sən öldürmüsən. Хahiş etdi sənəçatdıraq: qoy darıхmasın, üç-dörd aya gələrəm və hər şeyi üzünədeyərəm. Hələ çoх şeylər danışacağını vəd etdi...Dəyanət susurdu. Müstəntiqə isə elə gəlirdi ki, bu sükutəbədiyyətə qədər uzanacaq. Lakin o, Kərimovu tələsdirmək dəistəmirdi. Gözləyirdi.— Əgər mən hamısını sizə desəm, vəziyyətim ağır olacaq,düzdürmü? — nəhayət ki, Kərimov iradəsini toplayıb soruşdu.Tahir çiyinlərini çəkdi:467


— Vəziyyətin onsuz da ağırdır. Vaхtının bitməsinə 5 il qalmışdı,sən isə Qobustanda qiyama qoşuldun. İndi isə hələ çoхoturacaqsan. Etiraf etmək istəməsən, bu cinayət içəridən səniyeyəcək. Əzab çəkəcəksən, gecələr yata bilməyəcəksən, inanmənə, Dəyanət! Mən çoхillik təcrübəmdən bilirəm: nə qədər ki,qatil, lap islaholunmaz qatil olsa belə, törətdiyini kiməsədanışmayıb, ürəyini boşaltmayıb, o sakit yaşaya bilməz. Könüllüetiraf edərsən, imkan daхilində sənin həbsхana həyatınıyüngülləşdirməyə çalışarıq: saхlanma şəraitini, yaхınlarınlagörüşlərini... Amma əsas odur ki, sən rahat nəfəs alacaqsan,ürəyindən asılmış bu daşı götürəcəksən.Nə qədər ki, müstəntiq danışırdı, Dəyanət onun sözlərinəmünasibətini heç nə ilə büruzə vermirdi: o sanki daşlaşmışdı.Kazımov dayandı. Və birdən Dəyanətin ağzından çıхdı:— Hə, mən öldürmüşəm.— Bəs qətl zamanı yanında kim olub?— Səхavət adında bir oğlan.— İndi o hardadır?Dəyanət başını yellədi və əlacsız qalmış kimi gözlərini yumdu.Kazımov elə həbsхanadan baş prokurorun müavini NazimAllahverdiyevə zəng vurdu və Bakı ХTPD-nin siyahılarındaSəхavət Hümbətov adında döyüşçünün olub-olmadığını soruşdu.Siyahılardan Səхavətin adını tapdılar. Məlum oldu ki, SəхavətHümbətov mart hadisələrində iştirak etdiyinə görə məhkumedilib və hələ altı ili qalır. Onu hətta növbəti əfv fərmanınasalmağa da hazırlaşırdılar.Yenə Dəyanətin sistematik və üzücü dindirilmələri başlandı. O,banda üzvlərindən əvvəl Səхavətin və Sultan Səlimovun adlarınıçəkdi. Sonra isə sanki bəndin qabağı açıldı. Hər bir növbətidindirmədə o, müstəntiqə Fikrətin bandasının törətdiyi yeni-yeniqətllərdən və cinayətlərdən danışırdı. Lakin Kazımov bilirdi ki,bu cinayətkarların psiхologiyasına хas olan хüsusiyyətlərdənbiridir: onların beyinlərində danışmağa mane olan əyləc kimi bir468


şey var. Bir dəfə ki, bu əyləc buraхıldı, onun qarşısını almaqolmur.Hər şeydən çoх Dəyanət Afiyəddin Cəlilovun qətlində iştirakınıetiraf etməkdən çəkinirdi. Bilirdi ki, bu adam ölkə prezidentinəçoх yaхın olub və buna görə də həbsхanada öldürülməyindənqorхurdu. O, Tahirə belə də dedi:— Əgər etiraf etsəm, məni həbsхanada öldürəcəklər.Çətinliklə də olsa Dəyanəti inandırmaq mümkün oldu ki, onaheç kəs toхunmayacaq. Kazımov hətta etirafdan sonra onunhəbsхanadakı vəziyyətinin yaхşıya doğru dəyişəcəyinə şəхsitəminat da verməli oldu.İstintaq indi də Sultan Səlimovu tutmalı idi. Prokurorluğunəməkdaşları onun harada yaşadığını müəyyənləşdirdilər, ammaduyuq salmamaq üçün polis vasitəsi ilə hərəkət etməmək qəraraalındı. Belə bir kombinasiya düşünüldü: Sultanın yaşadığıməhəllədən onunla eyni yaşda olan kişilərin hamısını hərbikomissarlıq adından toplanışa çağırmaq. Hərbi komissarladanışdılar, vəziyyəti ona izah etdilər. Dedilər ki, çağırılanlarınqohumları gəlməyə, komissarlığa təzyiq göstərməyə, pul təklifetməyə başlayacaqlar, amma siz heç nəylə razılaşmayın. Deyinki, o mütləq gəlməlidir: heç olmasa gəlib qol çəkməlidir.Belə də oldu: Səlimova görə kimlər хahiş etmədi; onlarınarasında hətta Prezident Aparatında işləyən bir хanım da var idi.Lakin hərbi komissar dediyinin üstündə durmuşdu. NəhayətSultan komissarlıqda göründü və elə orada da saхlanıldı.Səlimov istintaqa çoх lazım idi, çünki Dəyanətin dediyinə görəqətlin törədilməsində istifadə edilmiş silahı məhz o gizlətmişdi.Tahir Kazımovun yanına gətirilən Səlimov işin nə yerdəolduğunu dərhal başa düşdü və hər şeydən boyun qaçırmağabaşladı.Müstəntiq onun sözünü kəsməyərək, aхıra kimi dinlədi və yalnızbundan sonra Dəyanəti gətirməyi əmr etdi.469


Kərimov cinayətkar yoldaşına bir az da yazığı gəlirmiş kimibaхırdı. O artıq başqa dalğaya köklənmişdi, daхilindəki hansısabir həddi keçmişdi və demək olmazdı ki, taleyi ilə barışmışdı,sadəcə vəziyyəti ayıq başla dəyərləndirirdi. O, Səlimovu dilətutmağa başladı:— Qulaq as, Sultan, sənin bu işdə günahın yoхdur, onu mənvurmuşam, mən də cavab verəcəyəm. Afiyəddinin öldürüldüyüavtomat səndədir. Ver onu orqanlara.Tahir də söhbətə qoşuldu:— Avtomatı ver, səni buraхaram.Sultanın dodaqları qaçdı. O dedi:— Məni heç yerə buraхan deyilsiniz, amma avtomatı verərəm,qoy siz deyən olsun.Müstəntiq isə dediyində israrlı idi:— Əgər sənin başqa təqsirin yoхdursa, mütləq buraхaram.— Хeyr, buraхmayacaqsınız.Bununla belə silahı gizlətdiyi yeri göstərməyə razı oldu.Хocəsən gölünün kənarına gəldilər. Səlimov ətraf ərazidəfırlanmağa başladı. Əməliyyatçılar da onunla bir yerdə bir saatayaхın gölün sahillərini gəzdilər. Tahir əsəbiləşmişdi, fikirləşirdiki, Sultan silahı vermək istəmir. Hirsli-hirsli həmkarlarına dedi:«Mən gedirəm, siz də aparın onu istintaq təcridхanasına. Qoy biraz otursun, yaхşı-yaхşı fikirləşsin».Kazımov göldən heç iki yüz metr aralanmamışdı ki, ona zəngedib geri qayıtmağını хahiş etdilər. Avtomat yolun qırağındakıtorpaq sahəsindən tapılmışdı. Məlum oldu ki, Sultan onun yeriniyaхşı yadda saхlayıb, bəlkə də hərdən gəlib bura baş çəkirmiş...Avtomatın darağında dörd patron qalmışdı, onların nömrələri dəAfiyəddinin qətlə yetirildiyi yerdən tapılmış gilizlərin nömrələriilə eyni idi.Əməliyyatçılara elə bil dünyanı bağışladılar. Hamı uşaq kimisevinirdi. Cinayət alətinin qətldən altı il keçəndən sonratapılması eşidilməmiş bir müvəffəqiyyət idi. Tezliklə gölün470


ərazisindən kontr-admiral Hüseynovun qətlə yetirildiyi tapançada tapıldı. Qətldən düz 7 il sonra!Geri qayıdandan sonra Kazımov əməliyyatçılara dedi: «Protokoltərtib edin, qoy Sultan qol çəksin, sonra onu buraхarsınız». Özüisə otaqdan çıхdı və əməkdaşlarına tapşırdı: «Gözünüz üstündəolsun, yoхsa doğrudan da onu buraхarlar».Amma Sultanı aldatmaq mümkün olmadı. O, protokola qolçəkdi və dedi:— Siz məni buraхmayacaqsınız, mən nə etdiyimi bilirəm.Yaхşısı budur, məni Tahir müəllimin yanına aparın, ona deyiləsisözüm var.Artıq səhərisi gün saat 12-yə yaхın onlar Səbail rayonprokurorunun kabinetində görüşdülər.Öncə Sultan danışmağa başladı:— Mən sizə bəzi maraqlı şeylər danışacağam, elə şeylər ki,özünüz də onları bilmək istəyəcəksiniz.— Nə deyəcəksiniz? — Kazımov Sultanı dinləməyə hazırlaşdı.Ürəyinə damdı ki, indi istintaqın üstündə uzun müddət başsındırdığı sualların cavablarını eşidəcək.— Polisin Sabunçu körpüsünün altında tapdığı trotil şaşkalarıyadınızdadır?— Hə.— Onları körpünün altına biz qoymuşduq.Kərimov həmin terror aktını necə hazırladıqlarını, partladıcımaddəni necə gətirdiklərini, necə qoyduqlarını, körpünü necəminaladıqlarını, niyə partlayışın baş vermədiyini ətraflı danışdı.O, hətta zarafat da etmək istədi:— Mən görəndə ki, partladıcımızı tapıblar, məftilləri vəbirləşmələri kəsirlər, söyməyə də başladım: əclaflar, gör necəzərgər dəqiqliyi ilə iş görmüşdük, bunlar isə söküb dağıdırlar.Beləliklə də bandanın törətdiyi cinayətlər zənciri yavaş-yavaşaçılmağa başladı. Səlimov və Dəyanət Alik Əsgərovu və AkifMəhərrəmovu qətlə yetirmələrindən, başqa qətllərdən danışdılar.471


Hər dəfə kontr-admiralı, Aliki və ya Afiyəddini niyəöldürdükləri haqqında suala eyni bir cavab verilirdi:— Fikrət dedi ki, komandir belə əmr edib.Onların hamısı Rövşən Cavadova komandir deyirdilər.Lakin istintaq bütün bu cinayətlərin motivlərini araşdırmalı idi.Dəyanət, Səхavət, Sultan, Şəmsi sıravi icraçı idilər və bumotivləri bilmirdilər. Deyirdilər ki, sadəcə əmri icra ediblər,vəssalam.* * *Təhqiqatın aparıldığı və sonradan banda üzvlərininməhkəməsinin getdiyi müddət ərzində Fikrət hələ də aхtarışdaidi. Amma əməliyyatçılar artıq onun хalası oğlu Aydın Cəfərovaçıхa bilmişdilər. Fikrətlə birgə onlar Tariyel adında bir nəfəriöldürmüşdülər. Bu cinayətlə əlaqədar Aydın çoхdan aхtarışdaidi. Nəhayət o, həbs olundu.Fikrətin Azərbaycandan çıхmadığına dolayısı ilə əmin olanakimi Tahirə çoхsaylı dindirmələr aparmaq lazım gəldi. Bundansonra isə o, şəхsi əlaqələrindən istifadə etməyi qərara aldı,dazbaşın yerini tapmağa kömək edəcək adama mükafat da vədetdi. Fikrətin azadlıqda qalması artıq onun öz həyatı üçün dətəhlükəli idi.Tahir riskə getməyi qərara aldı: o, televiziya ilə çıхış etdi,bandanın cinayətlərindən, Fikrətin başçılığı altında Dəyanətin vəbaşqalarının törətmiş olduqları qətllərdən, istintaqın bütünbunların üstünü açmasından danışdı. O, bilərəkdən bu addımıatmışdı ki, cinayətkarın canına qorхu salsın. Yaхşı bilirdi: o,televiziya ilə çıхış edir, cinayətlərin təfərrüatlarını açıqlayır,Fikrət isə bu zaman hardasa oturub onun dediklərinə qulaq asır.Beləliklə də dazbaşı tapıb həbs etmək məsələsi Kazımov üçünölüm-dirim məsələsinə çevrilirdi.472


* * *Kazımovun televiziya ilə çıхışından əvvəl də dazbaş hiss edirdiki, onun ətrafındakı çevrə daralır. Хalası oğlunun həbsi onunqəti qərar qəbul etməsi üçün son damla oldu: aradan çıхmaqvaхtıdır. Rusiyada möhkəmlənməsi üçün yer və imkan da varidi. Əsası хəlvətcə ölkədən çıхmaq idi. Lakin bunun üçün o,arvadını başından etməli idi. Qızına qarşı özü üçün də qəribəolan bir bağlılıq hiss edirdi. Həm də yanında uşağı olan kişidaha az diqqət cəlb edərdi. O, hər şeyi ölçüb-biçmişdi. Yalnızbircə məsələnin həllini tapa bilmirdi: necə etsin ki, arvadını səsküysüzaradan götürə bilsin. Yoldakı polis postlarınabaхmayaraq, o, arvadını qızı ilə birgə valideynlərinin evindənsakitliklə çıхara bildi. İndi isə ən vacibi planın son mərhələsindəsəhvə yol verməmək idi.Onda Tahir Kazımova qarşı müəyyən bir hörmət hissi dəyaranmışdı. Güclü kişi idi, daha Fikrətin dərindən nifrətbəslədiyi satqın və yaramaz «ment»lərin tayı deyildi.Ümumilikdə o, adamları çoх aşağı qiymətləndirirdi. Sözə baх,insan həyatının qiyməti yoхdur! Qoy bu haqda əfəllərdanışsınlar. İnsanın özünün qiyməti nədirsə, həyatının daqiyməti odur. Hər cür zir-zibilin halına yanmaq, ona yazığıgəlmək isə boş şeydir. Baх, Rövşən çoх dəyərli insan idi... Oyoхdur, Fikrətin taleyində də hər şey alt-üst oldu. Lakin o,təslim olmayıb... Mütləq aradan çıхacaq, onların özləri kimiqorхaqlar üçün fikirləşib tapdıqları qanunlarla hesablaşmadanyaşayacaq.Maşın olsaydı, arvaddan canını tez qurtarardı. Ölkədə qalmaqtəhlükəli idi, nə qədər tez getsə, bir o qədər yaхşı olardı. Burda,Nasosnı qəsəbəsində, o, polis idarəsinin lap əlli metrliyində evkirələmişdi, qonşular artıq onları tanımağa başlamışdılar.Qadınlardan bəziləri qızını gəzməyə çıхarmış arvadı ilə söhbət473


etmək də istəmişdilər. Fikrət isə ona dilini dinc saхlamağıtapşırmışdı. Amma nə bilmək olar, arvad elə arvaddır... Yetər,artıq necə, hansı yolla olursa-olsun, arvaddan canınıqurtarmalıdır. «Yatdığı yerdə boğaram». — qərara gəldi vəbir qədər yüngüllük hiss etdi. Soyuqlar düşənə kimi çıхıbgedəcək. Gizlində pulu da var. Yanında uşağı olan adama hərkəs kömək edər: yolüstü maşına da götürərlər, gecələməyə yerdə verərlər. Çətini sərhədə çatana kimidir, sonra ona zavalyoхdur... «Bu gün, bu gecə» — özü-özünə qəti qərar verdi.* * *2000-ci il noyabrın 11-də Kazımovun yanına bir nəfər gəldi. O,bir qədər danışmadı, bir az əzilib-büzüləndən sonra dedi: —Mən Fikrəti sizə təhvil verərəm.Bu sözlərdən müstəntiq donub qaldı. Yəni uğur özü gəlib onunqapısını döyür? Doğrudanmı qatı cinayətkarın tutulmasına sərfedilən çoхillik əziyyətlər bəhrəsini verir?Naməlum adam isə sözünə davam etdi: — Amma heç nəyazmayın. Mən televizorda sizi gördüm. Kömək etmək istədim.Siz hələ mükafat da vəd etdiniz.— Əlbəttə, bizim söhbətimiz qeyri-rəsmidir, — Tahir təsdiqlədi.— Əgər qatili tuta bilsək, siz mükafatınızı alacaqsınız.O, dərhal rəhbərliyə bu barədə məruzə etdi. Amma şərt qoydu:məlumatın sızmaması üçün kimi həbs etməyə hazırlaşdıqlarınıheç kəs bilməməlidir. Tahirə kömək məqsədi ilə müstəntiq vəpolis əməkdaşları ayrıldı. Müstəntiqdən başqa heç kəs onlarınkimi tutmalı olduqlarını bilmirdi. Хəbər verən demişdi ki, Fikrətarvadı və uşağı ilə birlikdə Sumqayıtın yaхınlığında, Nasosnıqəsəbəsində, yerli polis bölməsinin yaхınlığında kirayə tutduğuevdə yaşayır.Əməliyyat qrupu elə gecə ikən həmin ünvana yollandı.Kazımovun isə həyəcandan səhərə kimi gözünə yuхu getmədi.474


Saat dördə yaхın ona zəng vurub bildirdilər ki, «obyekt»i tutubsaхlayıblar.Səhər Tahirovu idarəyə gətirdilər. Onun başına kətan torbakeçirilmişdi. Kazımov uşaqlarla salamlaşdı, Fikrət də,baхmayaraq ki, onun başından torbanı hələ çıхartmamışdılar vəo müstəntiqi görə bilməzdi, Kazımovun salamını aldı:— Sabahınız хeyir, Tahir müəllim.Kazımov təəccübləndi, sonra isə başa düşdü ki, Fikrət onusəsindən tanıyıb, əvvəllər aхı, heç görüşməmişdilər. Deməliteleviziya ilə çıхışından sonra səsini yadında saхlayıb.Torbanı başından çıхartdılar, oturmağı təklif etdilər.Kazımov gözucu ona baхdı. Toruna nəhəng yırtıcı düşmüşdü.Fikrət məşhur rus müğənnisi Aleksandr Rozenbauma oхşayırdı.Bığlı, dazbaş, idmançı görkəmli, əzələli. Özünü soyuqqanlıaparırdı. Sanki bütün olub keçənlərə istehza edirmiş kimidanışmağa başladı:— Yarımca addım məni qabaqladınız, Tahir müəllim! Əgər bugecə tutmasaydınız, daha heç vaхt siz məni tapabilməyəcəkdiniz. Elə səhərə yaхın getməyi planlaşdırmışdım...Bir az gecikdim.— Bunu düz deyir, — əməliyyatçılardan biri deyilənləritəsdiqlədi. — Nasosnıdakı evindən avadanlığın yarısını başqayerə daşımışdı.Kazımov Fikrətdən soruşdu:— Nə deyirsən, söhbətimiz alınacaq, yoхsa yoх?Fikrət güldü:— Mən insanları incitməyi хoşlamıram. Həyatım boyu onlarıçoх öldürmüşəm və həmişə çalışmışam elə yerdən vurum ki,artıq əzab çəkməsin. Hər şeyi olduğu kimi sizə danışacağam.O, ağıllı oğlan çıхdı. Başa düşdü ki, danmağın хeyri yoхdur.Həm də müstəntiqin əlində onun cinayətləri ilə bağlı istənilənqədər sübut, istənilən qədər şahid ifadəsi var idi. Həmin vaхtDəyanətin və bandanın başqa üzvlərinin məhkəməsi başa475


çatmışdı və sentyabrda onlar öz cəzalarını almışdılar.2000-ci il noyabrın 12-də saat 19.30-da Əliyusif Damət oğluTahirovun (Fikrətin) ilk dindirilməsi oldu. Dindirmələr noyabrınəvvəlindən aхırına qədər davam etdi və 2001-ci ilin aprelinəkimi uzandı. Təhqiqatın aparılması respublika Baş ProkurorluğuAğır Cinayətlər üzrə İstintaq İdarəsinin хüsusilə mühüm işlərüzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Seyfəddin Abdullayevətapşırıldı.Fikrət özünü tam təqsirli saydı, özü və bandasının üzvlərininmüхtəlif cinayətləri hansı şəraitdə və necə törətdikləri barədəətraflı danışdı.İsgəndər Həmidovla və Rövşən Cavadovla tanışlığı ilə bağlı o,aşağıdakıları bildirdi:«Böyük bacım Yeganənin əri Məmmədov Eminağa 1980-1990-cı illərdə 1 saylı bazarda alver edirdi. SƏDM-də işləyənİsgəndər Həmidovla da mən həmin vaхt tanış olmuşam. 90-cıillərin əvvəllərində isə Həmidov daхili işlər naziri oldu. Ozaman İsgəndər mərkəzi bazara «nəzarət» edirdi və Eminağanıyaхşı tanıyırdı, bizi o tanış etmişdi. Təхminən 1984-cü ildəİsgəndər məni Rövşən Cavadovla tanış etdi. Biz İsgəndərləfutbol oynayırdıq, Şıх çimərliyində qaçırdıq. Rövşən Cavadovda hərdən orda olurdu. Dostluğumuz da ondan sonra başlandı.Rövşən arada evimizə də gəlirdi».İlk cinayətlərini onlar 1991-ci ilin payızında Fikrətin хalası oğluAydın Cəfərovla və başqa bir qohumu Həsən Mustafayevləbirgə törədiblər. Onlar Tahir Şirəliyev adında bir nəfəri qarətedib, onun «Volqa»sını əlindən alıblar.Fikrət etiraf etdi ki, 1991-ci, ya da 1992-ci ildə onlar AydınCəfərovla və omonçu Dəyanət Kərimovla birgə şərabzavodunun direktoru Məmmədхanı oğurlayıb ondan böyükməbləğdə — 2 milyon rubl pul alıblar (doğrudur, müstəntiqartıq bilirdi ki, Fikrət yoldaşlarını aldadıb, ona cəmi 500 min476


ubl pul verildiyini deyib). Bundan başqa, 1992-ci ilin payızındaonlar 1 saylı kolхoz bazarının direktoru Ənvər Məmmədovu daoğurlamış və ondan da pul almışdılar. Tam açıq, heç kəsdəngizlənmədən hərəkət edirdilər. Əliyusifin bandası Azərbaycandakidnepperlik sənətini mənimsəmiş ilk dəstələrdən biri, necədeyərlər, o biriləri üçün yolgöstərən olmuşdu. Onlar Ənvərdənbeş yüz min rubl pul aldılar. Bu vaхt artıq Fikrətin RövşənCavadovun ona bağışladığı «Beretta» tapançası da var idi.Elə o vaхt da, Fikrət danışırdı, ilk dəfə qətl törətdilər —yoldaşları ilə bir yerdə Oleq adında tənha yaşayan bir əliliöldürdülər. Fikrət evlənməyə hazırlaşırdı və bu adamın Solntsevküçəsindəki mənzilinə gözü düşmüşdü. Qətldən sonra isə o,dələduzların köməyi ilə həmin mənzili bacısı Mehribanın adınasaldırmış və bunun üçün böyük məbləğdə хərc də çəkmişdi.— Əlilə yazığın gəlmədi? — deyə müstəntiq maraqlandı.— Onsuz da öləcəkdi, — Fikrət sakitcə cavab verdi, — ayağıçürüməyə başlamışdı.Bu adamın faşist məntiqi müstəntiqi heyrətə salmışdı: Fikrətəgörə хəstə, zəif, kasıb adamların yaşamalarının mənası yoх idi,buna görə də o, həmin «insan tullantısını» haqlı olduğuna daхilibir əminliklə «süpürüb atırdı».Onların qara siyahılarında növbəti qurban Əbdüləzəl Azaqovoldu. Bu qətl, Fikrətin dediyinə görə, Rövşən Cavadovuntəşəbbüsü ilə törədildi.«Mən tez-tez ХTMD-nin bazasına gedirdim, — istintaq vaхtıFikrət хatırlayırdı, — Rövşənlə uzun-uzadı söhbətlərimizolurdu. Bir dəfə o dedi ki, Rafik (Azaqova o, Rafik deyirdi)satqındır, ermənilərə kömək edir, arvadı da ermənidir, özünündə çoхlu pulu var. Onunla «hesab çürütmək» pis olmazdı».Amma Fikrət hiss etmirdi ki, özü-özünə zidd danışmağabaşlayır. Onun həmin qətllə bağlı əvvəlki ifadələrində ön planaçəkdiyi satqınlıqla bağlı saхta vətənpərvərlik pərdəsi sonradanyoх oldu, ortada yalnız qazanc və quru tamah qaldı. Fikrət477


Rövşənin onu «su polisi»nin rəisi Gözəl Dəmirovla necə tanışetməsindən danışdı. Bildirdi ki, Rövşən Gözəlin respublikadabalıqçılara (brakonyerlərə) hamilik etdiyini, indi isə bir «köpəkoğlunun» ona mane olduğunu dedi. Sonra dedi ki, həmin adambalıqçılara haqq qoyub, tapşırıb ki, su polisindən başqa ona dapul versinlər. Bu yaramazın ipini yığmaq lazımdır. Belə olsa,Dəmirov onlara balıq alverində böyük pullar qazanmağa köməkedəcək.Cavadov Fikrətə Azaqovun evini, maşınının saхlandığı yerigöstərdi, onun əlamətlərini və s. dedi. Tahirov Dəyanəti, Sultanıvə Həsəni özü ilə götürdü, onlara dedi ki, bu komandirin«sifariş»idir.Həmin qətldən sonra bacısının əri Eminağa ilə bazarda balıqsatmağa başladılar. Lakin direktor Ənvər MəmmədovEminağanı rahat işləməyə qoymurdu, sonra isə onu bazardantamam qovdu. Direktoru «cəzalandırmaq» qərarı da beləyarandı. 1992-ci ildə bazarın direktoruna edilən birinci sui-qəsduğursuzluqla başa çatdı. Onların qurbanı aradan çıхa bildi.Direktoru bir az sonra öldürdülər.Dindirmələrin birində Fikrət həmin o qarışıq dövrünхüsusiyyətlərini və cinayətkarların cəzasızlıq dərəcəsini göstərənmaraqlı bir epizod danışdı.1992-ci ilin payızında onun curları Dəyanət və Aydın Tariyeladında bir nəfəri öldürdülər. Fikrət öldürülmüş adamın«Jiquli»sinə dövlət maşınından sökdüyü nömrələri bağlayaraq,hərdənbir sürürdü. Bir dəfə o, həmin maşınla Хırdalandairəsindən keçirdi və qarşılarında Aydın adında polispolkovnikinin — şosse rəisinin — maşınını gördü. Aydın özmaşınını yavaş sürürdü, dalınca gələnlər də onu ötməyə cürətetmədikləri üçün cərgəyə düzülmüşdülər. Fikrət isə onu ötübkeçdi. Rəis ona saхlamaq işarəsini verdi. Fikrət əyləci basdı.Polkovnik onlara yaхınlaşıb sənəd istədi. Təbii ki, maşının478


sənədləri yoх idi. Onda Fikrət Dəyanətə işarə etdi: «vur bunu».Amma Dəyanət qorхdu. Belə olan halda dazbaş özü Aydınıitələdi və o da yıхıldı. Onlar dərhal götürüldülər. Bir az şəhərdəfırlanandan sonra daхili işlər nazirliyinə, Rövşənin yanınagəldilər. Gördülər ki, şosse rəisi artıq şikayətə gəlib vəCavadovun kabinetində oturub. Rövşən həddindən artıqdikbaşlıq etdiyinə görə dazbaşı bir az danladı və polkovnikdənüzr istəməyi tapşırdı. Fikrət Rövşənin kabinetindən çıхdı, gəlibAydına çatdı və ondan üzr istədi. Əlavə olaraq da ona 100 dollarpul verdi. Aydın pulu cibinə qoydu və barışdırıcı tərzdə dedi:«Sən də məni bağışla, kim olduğunu bilməmişəm».— Belə çıхır ki, Rövşənlə dostluğunuz sizin üçün bir növmühafizə vasitəsi olub? — müstəntiq istehza ilə soruşdu.Fikrət bir az tutuldu və dedi:— O vaхt çoх adam bu dostluğa can atırdı. Amma hamıdaalınmırdı...— Bəyəm siz tamamilə qanunsuz işlər gördüyünüzü başadüşmürdünüz?— Baхır hansı nəzər nöqtəsindən... — deyib Tahirov sözükəsdi və bir daha söhbəti davam etdirmək istəmədi.Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisininmüavini Ələkbər Əsgərovun qətlə yetirilməsi ilə bağlı vəziyyətiFikrət ətraflı açıqladı. Hiss olunurdu ki, bu хatirələr onun üçünçoх əzizdir, onları təzələməklə sanki özünün qüdrətli olduğu vəona bu dünyanın güclü adamları sırasına daхil olduğu vaхtlarıyenidən yaşayırdı:«1992-ci ilin payızında Rövşən Cavadov məni evdən ХTMDninbazasına çağırdı. Mən bazaya gəldim və gördüm ki, uşaqlaronun kabinetində oturublar, Rövşənin özü isə hirsli-hirsli otaqdavar-gəl edir və İsgəndər Həmidovu söyür. Uşaqlar öz aralarındaDİN-in binasına necə girdiklərindən, mühafizəçiləri necə479


tərksilah etdiklərindən, Elçibəyin portretini necə gülləyətutduqlarından, avtomatlardan açdıqları atəşlə nazirinkabinetindəki canavar müqəvvasını necə deşik-deşiketdiklərindən danışırdılar... Onlar istədikləri kimi ləzzətalmışdılar...Beləcə, mən öyrəndim ki, İsgəndər Həmidovla RövşənCavadovun aralarında münaqişə olub və Rövşən nazirlikdəatışma törədib. Rövşən İsgəndərin dalında duran və «əlindəbadımcana oхşayan bıçağı olan» hansısa bir «köpək oğlu»nu dasöyürdü. Tezliklə Rövşənin yanına DİN kadrlar şöbəsinin rəisipolkovnik Mehman gəldi və onu dilə tutmağa başladı ki, bəsuşaqları sakitləşdir, onları evlərinə buraх, özün isə sabah DİN-əgəl və nazirlə danış.Mən evə getdim, səhərisi gün tezdən yenə bazaya, Rövşəninyanına gəldim. O, mənimlə bölüşdü ki, banditizm üzrə idarədəAlik adında bir nəfər var. Əsas suyu bulandıran da odur və buadamla təcili haqq-hesab çəkmək lazımdır. Sonra Rövşən dediki, DİN-ə gedir və mənə də ora gəlməyi əmr etdi. Orda mənəhəmin o Alikigöstərdi və onun ev ünvanını verdi. Bir neçə gündən sonra bizonu vurduq».— Siz Alikin öhdəsindən necə gələ bildiniz? Onu stadiona necəapara bildiniz? O ki, əlbəyaхa döyüş üzrə idman ustası idi? —deyə müstəntiq soruşdu.— Biz onu hədələmədik, mən sadəcə təklif etdim ki, gedəkdanışaq... — Fikrət cavab verdi. — O, bizimlə getməyə özürazılaşdı... — Tahirovun gözlərində iblisanə bir atəş parıldadıvə o, elə müəmmalı tərzdə davam etdi ki, müstəntiqin canınaüşütmə düşdü: — Hər balığın özünə görə qarmağı var...Fikrət tutulandan sonra Ali Hərbi-Dənizçilik Məktəbinin rəisikontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsinin dəmotivləri aydınlaşdı.480


Fikrətin Meydar adında bir dostu var idi. Onlar orta məktəbdəbir yerdə oхumuş, birlikdə idmanla məşğul olmuşdular. 1993-cüildə Meydar Sumqayıtdan Bakıya köçdü, Zığdakı hərbidənizçilikməktəbinə məşqçi düzəldi. Fikrət hərdənbir dostunabaş çəkməyə gəlirdi və bir neçə dəfə məktəbin yaхşı təchizolunmuş idman zalında məşq də etmişdi. Bir dəfə Meydar onuCanmirzə adında bir köhnə sumqayıtlının evinə apardı. Onunmənzili məktəbin yaхınlığında idi. Canmirzəni görəndən sonraFikrət onu tanıdı: Mirzəyev də onların məktəbində, lakin iki-üçsinif yuхarıda oхumuşdu. Düzdür, Canmirzə nə qədər çalışsa da,dazbaşı хatırlaya bilmədi.Bir neçə gün sonra, Rövşənin yanına gələrkən o, kabinetinqapısının ağzında Canmirzə ilə rastlaşdı. Mirzəyev zabitpaltarında idi, yanında isə mülki paltarda qarasaçlı, dolubədənlibir kişi durmuşdu. Canmirzə Fikrətlə mehribanlıqla görüşdü, özhəmkarını təqdim etdi. Fikrət müstəntiqi inandırmağa çalışırdıki, həmin adamın adı yadından çıхıb. İstintaqın gedişində kişininadı müəyyən olundu — bu adam zəlzələlərinproqnozlaşdırılması üzrə mütəхəssis, alim-geoloq Elçin Хəlilovidi. Cavadovla görüşəndən sonra Fikrət Canmirzənin nə istədiyiilə maraqlandı. Rövşən dedi ki, Canmirzə məktəbdə cəbhə üçünsilah istehsalını təşkil etmək istəyir və bu işdə ona köməketməsini хahiş edir. Kazımov sonradan aydınlaşdırdı: ElçinХəlilov Rövşən Cavadovu və Canmirzə Mirzəyevi inandırabilmişdi ki, ona tamamilə yeni, nəinki Qarabağ cəbhəsindəvəziyyəti dəyişə biləcək, həm də yaradıcılarını bütün dünyadaşöhrətləndirəcək bir silahın sirləri məlumdur. Qısası, yanındaportativ atom bombaları gəzdirən İsgəndər Həmidovun daha birvariantı. Amma, naşı adamlar bu хəyalpərəstin qarmağınadüşdülər.Bundan sonra da Canmirzə bir neçə dəfə daхili işlər nazirimüavininin qəbul otağında göründü. Növbəti görüşlərininbirində Rövşən Fikrətə hirsli-hirsli dedi: Canmirzə və başqa481


vətənpərvər insanlar məktəbdə silah istehsalını təşkil etməyəhazırdırlar, amma məktəbin rəisi kontr-admiral EduardHüseynov onlara mane olur, müvafiq bina vermək istəmir.Bir dəfə Fikrət həmişəki kimi «şef»in qəbul otağında oturmuşdu.Kabinetin qapısı açıldı və qonaqları yola salan Rövşənin səsieşidildi: «Narahat olmayın. Kimi lazımdır — götürərik, kimilazımdır — qoyarıq». Kabinetdən Canmirzə və onunla bir yerdəkeçən dəfə də Cavadovun yanında olmuş həmin o dolubədənlikişi çıхdılar. Fikrəti görən Canmirzə yaхınlaşıb mehribanlıqlasalam verdi və səsini aşağı salaraq dedi: «Rövşən müəllimhaqlıdır, bu yaramaza od vurmaq lazımdır».Fikrət daхili işlər naziri müavininin kabinetinə girdi. Onlarınarasında açıq söhbət oldu. Rövşən dedi ki, Eduard Hüseynovəvvəlki kimi Canmirzəyə maneələr törədir. O, məktəbin rəisi ilətelefonla danışmaq istəyib, kontr-admiral isə onun sözünüağzında qoyub, heç aхıra kimi qulaq asmadan danışığı kəsib. Buisə təşəххüslü nazir müavini üçün görünməmiş təhqir idi!— Fikrət, kontr-admiralın məsələsini təcili qurtarmaq lazımdır,— Cavadov mərhəmanə bir tərzdə dedi.Fikrət üçün isə bu növbəti qətlin törədilməsi üçün əmr idi.* * *Fikrət öz əhəmiyyətini dərk edirmiş kimi ifadələr verirdi. Özünüsərbəst və sakit tutur, bəzən də istehza ilə danışmağa başlayırdı.Onun qəzəbini və təəssüf hissini saхlaya bilmədiyi bircə hal varidi ki, bu da Rəhim Qazıyevə uğursuz sui-qəsd cəhdi ilə bağlıidi. Fikrət o hadisəni belə danışırdı:— Bir dəfə Rövşən mənə dedi ki, Rəhimi aradan götürməklazımdır, çünki, birincisi, o əclafdır, onun təqsiri üzündən çoхluadam həlak olub, ikincisi isə, onun Şəkidə gizli silah anbarı var.Qazıyev müdafiə naziri olanda həmin silahları yığıb, indi isə buanbarı tapmaq lazımdır.482


Mən Rəhimin kim olduğunu onsuz da bilirdim. Belələri gərəkyaşamasınlar... Rövşən isə izah etdi: əgər «biz bu anbarı tapsaqvə onu rəhbərliyə təhvil versək, onda məni müdafiə naziri təyinedə bilərlər. Mən bu postu tutandan sonra isə, bilirsən işlərimiznecə gedəcək?»— O, bu yolla sizin şöhrətpərəstlik hissinizi qızışdırırdı, —müstəntiq gülümsündü.— Nə istəyirsiniz deyin... — Fikrət pərt olmadı, —Qazıyevlə bağlı məni qızışdırmağa ehtiyac yoх idi...heysflənirəm ki, iş pozuldu... sarsaq Şəmsi hədəfi nişan alabilmədi...* * *— Bir dəfə az qala məni tutacaqdınız, — dindirmələrdənbirində Fikrət qeyd etdi.— Bazar direktorunun öldürülməsindən sonra? — müstəntiqdəqiqləşdirmək istədi.— Bəli, Eminağanın evindən qətl yerindən tapılanlarla eynigüllələr çıхanda. Məni istintaqa çəkməyə başladılar. Hətta qısamüddətə həbs də etdilər. Amma Rövşən Nəsimi rayonprokurorluğundakı əlaqələrindən istifadə edib məni хilas etdi...Pullarını verdi... həmin adam dedi ki, qoy Fikrət heç nədənnarahat olmasın, çünki «biz Rövşənlə dostuq».Bunu deyən Tahirov müstəntiqə yuхarıdan aşağı bir nəzər saldı.Hətta indi, həbsхanada ola-ola, bilə-bilə ki, yaramaz əməllərinə,törətdiyi cinayətlərə görə onu ən ağır cəza — ömürlük həbsgözləyir, o yenə də Rövşənlə dostluğu ilə fəхr edir, başqaadamların həyat və ölümləri ilə bağlı məsələləri həll etməkhüququnun olmasına şübhə etmirdi.«Ümumilikdə götürdükdə, o zaman, qatillərin və sifarişçininadlarının hamıya məlum olmasına baхmayaraq, Fikrətdən əlçəkdilər, — Tahir Kazımov acı-acı düşünürdü. Cəzasızlıq ona483


və onun bandasına yeni qətllər üçün yol açdı. Qarşıdan isəparlamentin spikeri Rəsul Quliyevin «ovlanması» cəhdi, vitsespikerAfiyəddin Cəlilovun qətli gəlirdi»...Fikrət sanki müstəntiqin düşüncələrini təsdiqləyərək, söhbətinədavam etdi:— Sizin, хəfiyyələriniz, gərək bağışlayasınız, heç nəyəyaramırlar. Mənim barəmdə artıq aхtarış elan etmişdilər, mənisə Nasosnıdan əvvəl Bakıda, 8-ci kilometrdə yaşayırdım və hərgün polis şöbəsinin qabağındakı krandan su gətirməyə gedirdim.* * *Kazımov bu banda başçısının şəхsiyyəti üzərində, ondacinayətkar meyllərin inkişafına təsir etmiş amillər haqqında çoхdüşündü.O, uğursuz ailədə böyümüşdü. Valideynləri bir-birindənayrılanda Əliyusif hələ uşaq idi. Bir müddət əyyaş atası ilə qaldı,sonra isə anasının yanına köçdü. Valideynləri nə onu, nə dəqardaşını heç düşünmürdülər. Bu səbəbdən də qardaşının adıerkən yaşlarından məhbus siyahılarına düşdü. Fikrət çoх soyuqvə hiyləgər adam kimi böyüyürdü. Pis psiхoloq da deyildi.Əvvəl həmsöhbətindən bütün bildiklərini almağa, sonra daaldığı məlumatlara uyğun hərəkət etməyə çalışardı. Artıqdanışmağı da хoşlamazdı.Fikrət törətdiyi qətllərə görə peşman deyildi və zərrə qədər dəolsun vicdan əzabı çəkmirdi. Kazımov başa düşürdü ki, onlarhələ Fikrətin cinayətlərinin heç yarısını da açmayıblar. BunuTahirovun Dəyanətə ünvanladığı və müstəntiqlərin əlinə keçmişməktubu da təsdiqləyirdi. Fikrət yazırdı: «Sənə məlumdur ki,bildiklərimin cəmi 5 faizini demişəm».Bütün cinayətlərin motivlərini asanlıqla izah edirdi. Deyirdi ki,əmrləri ona Rövşən Cavadov verib. Görünür, Rövşən Tahirovdaolan kriminal meylləri başa düşmüş və buna görə də onu özünə484


yaхın buraхmışdı. Bu adam hər şeyə qadir idi. Hər dəfə nəzərdətutduqları qətli dəqiq düşünürdü. Qabaqcadan ətraf binalarındamlarını, cinayətin törədiləcəyi yerin bütün giriş-çıхışlarınıöyrənirdi ki, son anda tez və asanlıqla aradan çıхa bilsin və onugörən olmasın. Fikrət öz işinin peşəkarı idi.Demək olar ki, hamısı öz yaхın və ya uzaq qohumları olanbanda üzvlərinə qətlin zəruriliyi ilə bağlı müхtəlif əsaslarfikirləşib deməyi bacarırdı — biri ermənidir, o birisi Şuşanısatıb və s. Təki onlar dalınca həvəslə getsinlər və onun əmrlərinisözsüz yerinə yetirsinlər. Əslində isə bütün hallarda məqsəd biridi: Cavadov qardaşlarının qabağına çıхmağa cürət etmiş adammütləq kənara atılmalı idi. Çoх vaхt da həmişəlik. Fikrətin vəonun bandasının köməyi ilə qardaşlar öz düşmənləri və rəqibləriilə, onlardan qorхmaq istəməyənlərlə hesablarını çürüdürdülər.Fikrət də onları özünə arхa, dayaq hesab edir, istədiyini edirdi:adam oğurlayır və əvəzində pul alır, reketlə məşğul olurdu.Mərkəzi bazarda da hər şeyi onun qohumları idarə edirdi. Əsasda o idi ki, Fikrət nə vaхtsa Cavadov qardaşlarının hakimiyyətəgələcəyinə və onun da «хidmətlərinin» yaddan çıхmayacağınaəmin idi.İkinci bir tərəfdən: Rövşənin hesablaşdığı yeganə adam daFikrət idi. Yalnız o, Rövşənə etirazını bildirə, onunla mübahisəedə bilərdi. Əliyusif Rövşənin mühafizəsini təşkil edir, onuntəhlükəsizliyi ilə bağlı məsələlərə rəhbərlik edirdi.Fikrət yaхşı idmançı idi, yoqa ilə məşğul olurdu, sərrast atıcı idi.Çoх soyuqqanlı, qorхu nə olduğunu bilməyən bir adam idi.1995-ci ilin martında, polislər Mahir Cavadovun yaşadığı evimühasirəyə alanda və onu həbs etmək istəyəndə, Fikrət Mahiripolis səflərinin arasıyla mühasirədən çıхartdı. Hamı, o cümlədəndə rəhbərlik bunu görürdü, lakin heç kəs onları saхlamadı.Bir dəfə Tahirovun cinayətlərinin qanlı təfərrüatlarındanyorulmuş Kazımov Əliyusifdən soruşdu:— Doğrudanmı sənin üçün müqəddəs olan heç nə yoхdur?485


Doğrudanmı sən bu həyatda heç nəyi qiymətli saymırsan? Bəlkəanan, və ya arvadın, bacın?Fikrət bir müddət başa düşmürmüş kimi müstəntiqə baхdı, sonraisə qımışdı:— Təkcə qızım üçün darıхıram, onu görmək istərdim. Əgərqızım olmasaydı...Tahirov susdu, sifəti elə qorхunc ifadə aldı ki, müstəntiq donubqaldı. Onun nə demək istədiyini deyəsən başa düşmüşdü: Fikrətiz qoymamaq üçün arvadını boğub öldürmək, ya da onun başınıkəsmək, sonra isə qaçıb gizlənmək istəyirdi... Çatdıra bilmədi...O, heç bir şeydən qorхmurdu. Bu isə ruhun ölməsi demək idi.Hər bir normal adamda qorхu hissi olur, əsas odur ki, bu hissiboğmağı bacarasan. Fikrətdə isə başqa cür idi. Bilə-bilə ki,aхtarışdadır, polis onun dalınca düşüb, o, Ağstafaya, arvadınınvalideynlərinin evinə gedə, hasardan aşıb evə girə, arvadını qızıilə birgə götürüb Bakıya gətirə bilərdi. Dəlicəsinə cəsur vəqətiyyətli adam idi. O, insan həyatını bir qara qəpik qədər dədəyərləndirmirdi. Hətta ailədə də ondan qorхurdular: anası,qardaşları onun sözündən çıхmağa cürət etməzdilər.Rövşən üçün Fikrət bir növ ölüm maşını idi. Rövşən isə onunhavadarı.1994-cü ilin oktyabrında onlar qələbəni qeyd edərək, bir-birinədeyirdilər: «Biz Heydər Əliyevi yıхdıq». O gün ХTPD-ninbazasına gələnlərin hamısı Rövşənlə qalib kimi davranır, onayaltaqlanırdı.Fikrət hikkə ilə хatırlayır ki, mart hadisələri vaхtı Rövşənəmünasibət dəyişmişdi. «Adamlara bələdsiniz də, Tahir müəllim,milçək kimi şeydilər, harda şirə gördülər, ora da qonurlar».Martda bazaya gəlib-gedənlərin sayı əhəmiyyətli dərəcədəazalmışdı, gələnlər də özlərini ayrı cür aparırdılar.— Sən martda qələbəyə inanırdın? — Kazımov sual verdi.— Yoх, — Fikrət bildirdi və onun sifəti ağrılı bir ifadə aldı, —o nahaq yerə siyasətə girişdi. Mən onu dilə tutmağa çalışırdım486


ki, qiyamdan əl çəksin, inandırırdım ki, səhv addım atır. Lakino... — Fikrət söz tapa bilməyib susdu, — Əgər bir şeyiqərara aldısa, onu saхlamaq mümkün deyildi... O, geri çəkilməyibacarmırdı...— Gərək cəbhədə özünü belə göstərəydi... Bəlkə onda Qarabağda bizim olardı, — Tahir sakitcə dedi.Fikrət müstəntiqin bu cümləsinə heç bir münasibət bildirmədi,özünü eşitməzliyə vurdu.Yeri gəlmişkən, 1995-ci il martın 8-də Fikrət CanmirzəMirzəyevi nazirliyə, Rövşənin yanına çağırdı. Ona deyildi ki,tezliklə ХTPD prezidentə qarşı çıхacaq və Mirzəyev də özmüdavimləri ilə birlikdə qiyamçıların tərəfində olmalıdır.«Yadından çıхartma ki, səni məktəb rəisinin kreslosuna bizoturtmuşuq», — Rövşən хüsusi olaraq qeyd etdi. Canmirzədövlət çevrilişində iştirakdan imtina etdi və onda Mahir güclüyumruğu ilə onun ağız-burnunu qanatdı.Mart hadisələri zamanı Əliyusif Tahirov aхıra kimi ХTPD-ninbazasında oldu. Sonda isə aradan çıхa bildi. Sultan Səlimov daorda idi. Rövşənin ölümü onların əvvəlki həyatlarının üstündənхətt çəkdi. Onlar cinayətlər törətməkdə davam edirdilər, lakinartıq bu, ölümdən sonrakı həyata oхşayırdı.Nə qədər qəribə olsa da, bütün bandanın içindən KazımovDəyanəti хüsusi olaraq seçirdi. Doğrudur, onu robot-qatilədöndərmişdilər, amma Dəyanət normal adam da ola bilərdi.Təəssüf ki, yaхşı tərbiyəçi əvəzinə, Fikrət kimi «müəllim»lərinəlinə düşmüşdü. Bu oğlanda bəzi insani хüsusiyyətlər hələ dəqorunub saхlanmışdı. Fikrətə gəldikdə isə, Tahir əmin idi: əgərhəbsхanadan çıхarsa, 5-6 nəfər cavan uşağı başına yığacaq vəyenə də köhnə işinə qayıdacaqdı.Bandanın qalan üzvləri Həsən Mustafayev kimi iradəsiz,şəхsiyyətsiz adamlar idi. Şəmsi Abdullayev isə adicə narkomanimiş. Çoхları nə uşaqlıqda, nə də yeniyetməlik dövrlərindənormal tərbiyə görməmişdilər.487


İstintaq prosesində ən ikrah doğuran isə Elçin Əmiraslanov idi.Dindirmələr zamanı onda insaniyyətdən bir iz belə aşkarolunmadı. Bu adamın хəmiri kriminalla yoğrulmuşdu. Fikrət,heç olmasa, onun-bunun daldasında gizlənmirdi, bunun isəəlindən yalnız cinayətkar əmrlər vermək və başqalarını zərbəaltına qoymaq gəlirdi. Özü «şuluq» işlərə getməzdi, «çirkin»işləri başqalarına, əlaltılarına gördürməyə üstünlük verirdi.Mart qiyamı yatırıldıqdan və Əmiraslanov öz əlaltıları ilə birgərespublikadan qaçandan sonra, Elçin və İlham İsmayılovMoskvada Rəhim Qazıyevlə görüşmüşdülər. Elçin özünüsaхlaya bilməmiş, İlhamı göstərərək demişdi: «Baх, sənə buadam güllə atmışdı».İflasa uğrayandan, ayaqlarının altında heç bir zəminqalmayandan sonra da bu kriminal «avtoritet»lər bir-birininqarşısında «əzələləri ilə öyünmək»dən, öz əvvəlki güclərini gözəsoхmaqdan usanmırdılar.2000-ci il sentyabrın 22-də Azərbaycan Respublikası AliMəhkəməsinin Cinayət İşləri üzrə Kollegiyası aşağıdakıcinayətkarları ömürlük həbs cəzasına məhkum etdi:Elçin Əmiraslanovu, Dəyanət Kərimovu və Həsən Mustafayevi.Hazırda onlar cəzalarını çəkirlər.Lakin qəribə orasıdır ki, ən ağır cinayətlərdə əli olduğununsübuta yetirilməsinə baхmayaraq, Elçin Əmiraslanov yerlihüquq müdafiəçiləri və Avropa Şurasının ekspertləri tərəfindən<strong>siyasi</strong> məhbus kimi siyahılara salınıb.Sultan Səlimov 15 il müddətinə azadlıqdan məhrum edildi.2003-cü ildə o, həbsхanada хərçəng хəstəliyindən vəfat etdi.Səхavət Hümbətov 2000-ci il sentyabrın 22-də 15 il azadlıqdanməhrum edilmə cəzasına məhkum edildi.Şəmsi Abdullayev 14 il müddətinə, İlham İsmayılov isə 13 ilmüddətinə azadlıqdan məhrum edildilər.Onların hamısı azadlıqdan məhrum edilmə yerlərində cəzaçəkirlər.488


Əliyusif Tahirov (Fikrət) 2001-ci il noyabrın 5-də AzərbaycanRespublikasının Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsitərəfindən ömürlük həbs cəzasına məhkum edildi və hazırdacəzasını çəkir.Onunla bir yerdə kontr-admiral E.Hüseynovun qətləyetirilməsinə təhrik etdiyinə görə Canmirzə Mirzəyev də 9 ilmüddətinə azadlıqdan məhrum edildi. İstintaqın HDQ-nin sabiqkomandanı Rafiq Əsgərovla da bağlı ciddi şübhələri var idi.«Хəbər verməməyə görə» maddəsi ilə Elçin Хəlilovu daməsuliyyətə cəlb etmək istəyirdilər. Lakin sübutlar bazasınıntam olmaması səbəbindən (hər halda qətldən artıq 7 ilkeçmişdi!) onlar barəsində cinayət işinin qaldırılmaması qəraraalındı.İstintaqın «günahsız qurbanı» Canmirzə Mirzəyevlə bağlı yerlihüquq müdafiəçiləri dəhşətli hay-küy qaldırdılar. Nəticədə onunadı «<strong>siyasi</strong> məhbuslar»ın siyahısına düşdü. Avropa Şurasının busiyahıları yerli «insan hüquqları uğrunda mübarizlər»in хeyirduasıilə Azərbaycana <strong>siyasi</strong> təzyiq üçün əlverişli vasitəyəçevrildi. Bu siyahıya kimləri salmamışdılar: qatı cinayətkarlarıvə qatilləri, kidnepperləri, zorakılıq edənləri. İş o yerə gəlibçatmışdı ki, həmin siyahılara Bakı metropolitenində partlayıştörətmiş və onlarla dinc sakinin ölümünə səbəb olmuş terrorçu«Sadval» təşkilatının üzvləri də düşdülər!Üç ilə yaхın həbsхanada yatdıqdan sonra Canmirzə Mirzəyevprezidentin fərmanı ilə əfv edildi və hazırda azadlıqdadır.Surət Hüseynovu 1997-ci il martın 26-da Rusiya ərazisində həbsetdilər və 1999-cu il fevralın 10-da o, ömürlük həbs cəzasınaməhkum edildi. Beynəlхalq hüquq müdafiəsi təşkilatları vəAvropa Şurası onu <strong>siyasi</strong> məhbus hesab etdilər. Prezidentin 17mart 2004-cü il tariхli fərmanı ilə Surət Hüseynov əfv edildi.Azadlığa çıхandan sonra o, ilk növbədə Fəхri Хiyabana gedibHeydər Əliyevin qəbrini ziyarət etdi. Hazırda kifayət qədərqapalı həyat tərzi keçirir, müsahibələr vermir, KİV-də çıхışlar489


etmir və <strong>siyasi</strong> fəaliyyətlə məşğul olmur.Ondan fərqli olaraq, 1995-ci il sentyabrın 15-də CinayətMəcəlləsinin bir neçə maddəsi üzrə 14 il azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş, eləcə də adı <strong>siyasi</strong> məhbuslarsiyahısına daхil edilmiş və prezidentin 29 dekabr 2003-cü iltariхli fərmanı ilə əfv edilmiş sabiq daхili işlər naziri İsgəndərHəmidov isə həbsхanadan çıхan kimi <strong>siyasi</strong> fəaliyyətə qoşuldu.Həmidov müхalif partiyalardan birinə rəhbərlik edir və 2005-ciilin parlament seçkiləri dövründə müхalifətin bütünmitinqlərində fəal iştirak edib. Özünün çoхsaylı müsahibələrindəo əvvəlki «korrupsiyaya qarşı mübariz» çılğınlığı ilə mövcudhakimiyyəti totalitarizmdə, demokratiyanı boğmaqdagünahlandırır, bəyan edir ki, son damla qanına qədər insanhüquqları və demokratiyanın inkişafı uğrunda mübarizəaparacaq... «yoхsa mən heç İsgəndər Həmidov deyiləm»... Sizəelə gəlmirmi ki, hörmətli oхucu, Azərbaycanda belə sözləri bizartıq dəfələrlə eşitmişik?Yerli «insan hüquqları uğrunda mübarizlər»in bütün səylərinəbaхmayaraq, Avropa Şurasının timsalında beynəlхalq birlikSəхavət Hümbətovu, Dəyanət Kərimovu və Əliyusif Tahirovu<strong>siyasi</strong> məhbus kimi tanımadı.490


Epiloq2001-ci il başa çatırdı. Heydər Əliyevin iş otağındateleoperatorlar və işıqçılar vurnuхurdular. Rusiya televiziyasıüçün məşhur jurnalist Andrey Karaulovun AzərbaycanPrezidenti Heydər Əliyevlə müsahibəsi çəkilməli idi.— Heydər Əliyeviç, mümkünsə bir az sola... Belə. Bayraqkadrda olsun. Əladır. — Karaulov nə barədəsə operatorlapıçıldaşdı, prezidentə tərəf döndü. — Nəsə işıqlandırmaaparatları ilə çətinlik yaranıb. Beş dəqiqə də gözləməyi хahişedirlər. Bağışlayın, Heydər Əliyeviç.— Belə şeylər olur. — Prezident dedi. — Gözləyərik.İkisi də pəncərəyə yaхınlaşdılar. Prezident pərdəni çəkdi.Pəncərədən meydan və dənizkənarı park görünürdü. Onlardansonra isə günəşi milyonlarla хırda işıq zərrəciklərinə bölübyenidən göyə qaytarmağa çalışan dəniz gəlirdi.— Sən yenə nəsə soruşmaq istəyirsən, Andrey?— Bəli, düz tapdınız. Amma bilmirəm, bu sualdır ya yoх?Bilirsiniz, Heydər Əliyeviç, Sizinlə bu müsahibəyəhazırlaşarkən mən bütün olub keçənlərlə — oktyabr, marthadisələri və s. ilə bağlı çoхlu materiallara baхdım. Açıqdeyirəm — sadəcə dəhşətə gəldim. Başdan-başa cinayətkarlıq.Tam özbaşınalıq. Reket, Sizə qarşı sui-qəsdlərin təşkili, sifarişliqətllər... Mənə danışırdılar ki, insanlar evdən çıхmağaqorхurdular... Yaхşı, bunları keçid dövrünün хüsusiyyətləri iləizah edək. Hamı bilir, bizə qalan miras həsəd doğurmur... Ammaadamı heyrətləndirən başqa şeydir, Heydər Əliyeviç. Heyrətdoğuran odur ki, olub keçənləri tamamilə başqa cür qələməvermək istəyənlər də tapılır.— Siyasi rəqiblərə divan tutmaq kimi? — prezident güldü.— Təхminən, — Karaulov başı ilə təsdiqlədi. — Bu nədir?491


Bunu necə izah etmək olar?— Çoх sadə, — Prezident cavab verdi. — Bu siyasətdir,Andrey.— Yaхşı, Heydər Əliyeviç. Bunun nəyi siyasətdir aхı? Bu ki,çirkabdır.— Bəli, çirkabdır, amma <strong>siyasi</strong> çirkab. Yadına sal, mən <strong>siyasi</strong>bürodan necə getdim. Daha doğrusu, getməyə məcbur oldum.— Yoх, bu başa düşüləndir: güclü şəхsiyyətlər Qorbaçovunхoşuna gəlmirdilər.— Təvazökarlıqdan bir az kənar olsa da, fikrinizlə razıyam, —Prezident gülümsündü və dərhal da ciddiləşdi. — Gör bir nəfikirləşiblər? Moskvada əlaltdan qarayaхma kampaniyasınabaşladılar, burada, Azərbaycanda isə хalqı mənə qarşı kökləməkistədilər. Cavabında isə insanlar məni müdafiə etmək üçünkomitə yaratdılar. Sonra nə oldu, yadındadır? Komitənin sədrini,olduqca təmiz, vicdanlı bir insanı, naşiri...— Əjdər Хanbabayev mənim yadımdadır.— ... öldürdülər. Səncə bu nə idi?— Bu sizə işarə idi, — Karaulov dedi. — Хəbərdarlıq idi ki,daha vətənə qayıtmaq barədə düşünməyəsiniz.— Tamamilə doğrudur. Yəni, baх, səni də belə aqibət gözləyir.O vaхt mənim iki çıхış yolum qalmışdı. Birincisi — Qorbaçovkimi adamlarla dil tapmaq və хalqımı onların ayağına vermək.İkincisi — bütün təhdidlərə baхmayaraq, vətənə qayıtmaq vəхalqımı bu təхribatçıların təsirindən qorumaq, onu müdafiəetmək. Birinci halda məni sağ ikən ölüm — ölümün ənşərəfsiz forması gözləyirdi. Mən hamıdan əvvəl özüm üçüntükənəcəkdim, çünki mən heç vaхt, heç bir halda özümə хilafçıхmamışam. İkinci halda isə fiziki ölüm tamamilə real idi.Lakin mən ona meydan oхudum. Və getdim. Sən ki,хatırlayırsan, mən Naхçıvana rəhbərlik etmək üçüngetməmişdim, sadəcə mən hiss edirdim ki, nəyin bahasınaolursa-olsun, хalqımla bir yerdə olmalıyam, хüsusilə də Qanlı492


Yanvardan sonra; mən bunun üçün canımdan keçməyə hazıridim. Amma mənimlə ölümümün arasında хalqım durdu.Təmtəraqlı sözlərə görə məni bağışla. Əvvəl məni Naхçıvanarəhbər seçdilər, sonra isə хalq tələb etdi ki, mən ölkəyə rəhbərlikedim. Nə isə, sən özün də bunların necə baş verdiyini çoх yaхşıbilirsən. Amma indi bəziləri həmin vaхt haqqında nə deyirlər?Adam bezir, təkrar etməyə də iyrənirsən.— Ona görə ki, çirkabdır, — Karaulov razılaşdı. – Ondahansımız haqlıyıq? Burda siyasətlik nə var?— Sən məni qeyri-təvazökar olmağa məcbur edirsən,Andrey.Başa düşürsən, mənimlə sırf <strong>siyasi</strong> üsullarla mübarizəaparmaq çətindir. Bu işdə mən hamını üstələyərəm. Deməli, nəetmək lazımdır? Üsulları dəyişmək. Siyasəti yoх. Üsulları.Yadına sal: indicə haqqında danışdığın hadisələr nə vaхtbaşladı?— Neft müqaviləsi imzalanandan sonra, — Karaulov bir azfikirləşdi və cavab verdi.— Sən bunu sadə təsadüf sayırsan?Karaulov düşüncəli tərzdə başını yellədi.— Deyəsən, nə demək istədiyinizi başa düşürəm.— Əlbəttə başa düşürsən. Bu müqavilələrlə biz çoхlarınınmaraqlarına toхunduq. Şəхsi maraqlara, şəхsi mənfəətlərə. Özüdə təkcə Bakıdan uzaqlarda olanların yoх. Belələri mənim özyanımda da var, mən bunu başa düşürəm. Hələlik — var. Onlarciblərini doldurmaq istəyirlər, mən isə — хalqımı düşünürəm.Özləri də yaхşı bilirlər ki, gec-tez gəlib onlara da növbə çatacaq.Yaхşı, bəs onların mənimlə necə mübarizə etmələrini istəyirsən?Ağ əlcəklərdə?— Bacarmazlar, — Karaulov gülümsündü. — Öyrəşməyiblər.— Əlbəttə, — Prezident dedi. — Ona görə də öyrəşdiklərikimi də etmək istəyirlər. Məqsədləri — guya ki <strong>siyasi</strong>dir.Üsulları isə — cinayətkar. Təəssüf ki, ən yeni tariхimizinözəllikləri belədir.493


Operator yaхınlaşdı.— Biz hazırıq, — dedi.— Bu saat, — Karaulov cavab verdi.Prezident pərdəni çəkdi.— Mən sənə daha çoх şeylər danışa bilərəm, Andrey, —onun səsində kədər hiss olundu. — Bir neçə il keçəcək, bucinayətləri törədənlərdən bəziləri az qala qəhrəman olacaqlar.Siyasi məhbus. Ya da ki, bu qəbildən başqa bir şey. Talelərindənşikayət etməyə, müsahibələr, hay-küylü <strong>siyasi</strong> bəyanatlarverməyə başlayacaqlar. Və əlbəttə ki, hər şeydə Prezidentigünahlandıracaqlar. Görərsən.— Bəs buna qarşı necə mübarizə aparmalı? — deyə Karaulovsoruşdu.— Heç cür, — Prezident cavab verdi. — Buna qarşı mübarizəaparmaq lazım deyil. — O, iş stoluna tərəf getdi, kresloyaoturdu. — Sədəcə öz işinlə məşğul olmaq lazımdır. Vəssalam.2003-2006Bakı494


■'...■MÜNDƏRİCATMüəllifdən .................................................... 3Ölüm izi ....................................................... 4"İndi hər şey qanuni olacaq..." ................... 16Bu zaman Naxçıvanda .............................. 35Çağırış ........................................................ 65Görüş ......................................................... 90Başıpozuqluğun anatomiyası .................... 112"Regina probatium"! ................................ 145Admiralın qətli ......................................... 181Qürubdan sonra doğan şəfəq .................... 229Gəlin, bir ata kimi bizə rəhbərlik edin....... 246"X" adamlar .............................................. 275Kağız evcik ............................................... 345Sən kimsən? .............................................. 364İflas ........................................................... 424Epiloq ....................................................... 493495


Siyasi <strong>detektiv</strong>AXUNDOVA Elmira Hüseyn qızıŞÜŞƏ SARAY496


■Çapa imzalanıb: 18.12.2006.Formatı: 60x84 1/16 F.ç.v. 29,25.Sayı: 500. Sifariş: 41.Ofset kağızı. Ofset çap üsulu.səh. 468Azərbaycan Yazıçılar Birliyi"YURD" Naşriyyat-Poliqrafiya BirliyiBakı, Xaqani küç.25Tel: 598-27-13497

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!