14.07.2017 Views

SPORTSMAN-IC-101

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N MOK

təşkil olunan Baş Assambleyasında

40-dan çox ölkədən 90-

dək nümayəndə iştirak edib. Baş

Assambleya IV İslam Həmrəyliyi

Oyunlarının 2017-ci il mayın 12-

22-də Bakının 14 idman qurğusunda

keçirilməsi haqqında təklifi

bəyənib. Əsas şüarı “Gücümüz

həmrəylikdədir” olan Oyunlar zamanı

idmanın 20 növü üzrə yarışlar

keçiriləcək. Formula-1 yarışlarının

Avropa qran-pri mərhələsi Bakıda

təşkil olunmuş ən mötəbər yarışlardan

biri oldu. Bu yarış yüksək

beynəlxalq reytinqə və böyük tamaşaçı

auditoriyasına malikdir. Hesabat

dövründə Bakıda təşkil edilmiş

mühüm beynəlxalq yarışlardan

biri də 42-ci Ümumdünya Şahmat

Olimpiadası olub. Şahmat Olimpiadası

170-dən çox ölkədən 3 minədək

nümayəndəni əhatə edən əsas

idman yarışlarından biridir. Bakının

ev sahibliyi etdiyi 42-ci Olimpiada

indiyədək Azərbaycanda keçirilən

ən kütləvi yarışlardan biri kimi tarixə

düşüb. Bundan başqa, bu ilin

mayında 17 yaşadək futbolçular

arasında Avropa çempionatının final

mərhələsi Bakıda keçirildi. Bu

mötəbər yarışda qitənin 16 ölkəsini

təmsil edən komandalar qələbə

uğrunda 17 gün ərzində gərgin

mübarizə aparıblar. Ekspertlərin

yekdil rəyinə görə, Azərbaycan bu

mötəbər yarışı da yüksək səviyyədə

təşkil edib”.

Sonra Təftiş Komissiyasının

sədri Hicran Şərifov hesabat məruzəsi

ilə çıxış edib.

Gənclər və idman naziri Azad

Rəhimov tədbirdə çıxış edərək

Azərbaycanda idmanın inkişafının

getdikcə geniş vüsət aldığını, yeni-yeni

uğurların əldə olunduğunu

bildirib. Nazir deyib ki, müstəqilliyin

bərpasından sonra Azərbaycan

idmançıları müxtəlif səviyyəli beynəlxalq

yarışlarda minlərlə medal

qazanıblar. Son illər Azərbaycan

mötəbər idman tədbirlərinə uğurla

ev sahibliyi edir. Bu, Azərbaycanda

uğurla reallaşdırılan dövlət idman

siyasətinin sayəsində mümkün

olub. Beynəlxalq tədbirlərin

Azərbaycanda yüksək səviyyədə

keçirilməsi üçün ölkəmizdə hər

cür şərait var. Bütün bu uğurlar və

Azərbaycanda keçirilən tədbirlər

ölkəmizdə idmanın kütləviliyinin

artmasına, gəncliyin sağlam ruhda

yetişməsinə kömək edir.

Çıxışlardan sonra təşkilati

məsələlərə baxılıb, MOK-un prezidenti

və digər vəzifələrə seçkilər

keçirilib.

MOK-un prezidenti vəzifəsinə

yeganə namizəd olan dövlətimizin

başçısı İlham Əliyev, yekdilliklə

yenidən Milli Olimpiya Komitəsinin

rəhbəri seçilib.

Daha sonra İcraiyyə və Təftiş

komissiyaların üzvləri seçilib.

спортсман № 101 / 2016

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!