06.04.2018 Views

125_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Smart Audio

IT sifariş etmək, oteldə

nəhəngləri növbəti

dəfə dünyanı

dəyişmək eşqinə

düşüb. Yaxın

gələcəkdə taksi

otaq ayırmaq, təyyarə bileti almaq

kimi işləri istifadəçilər kompüter və ya

smartfon vasitəsilə deyil, sadəcə həmin

istəklərini dilə gətirib səsləndirməklə

görə biləcəklər. Siz əmrinizi səsləndirin,

ağıllı akustik sütunu onu «eşidib» yerinə

yetirsin. Bir tərəfdən, belə yanaşma

vaxtınıza xeyli qənaət edəcək. Amma

digər tərəfdən də bir sıra nüans var ki,

bunların başında səsli köməkçilərin hələ

ki, zəif inkişaf etmiş olması, bəzən isə

açıq-aşkar kütbeyinliyi gəlir. Lakin bütün

bu çətinliklərə baxmayaraq Amazon,

Apple və Google ruhdan düşmür və

ağıllı sütun tərtib etməyə davam edirlər.

Elə bu ildən başlayaraq bu brendlər

arasında müştəri uğrunda amansız

rəqabət alovlanacaq.

2018-ci ilin əsas trendi:

ağıllı akustik

sütunlar

Ağıllı sütun

nə deməkdir?

Sadə dillə desək, ağıllı sütun səsinizi

eşidib dediyinizi təhlil edərək əmrinizi

yerinə yetirməyə çalışan bir qurğudur.

Nəticə etibarilə bildiyiniz səsli köməkçi

smartfondan akustik sütuna köçürülüb,

üstəlik, istəsəniz, bu sütun sizin üçün

həm də musiqi çala bilər. Bu, doğurdan

da faydalı ola bilər, çünki bir çox insan

smartfonla ünsiyyət qurmaq istəmir,

lakin belə bir qadcetlə söhbət etməyə

etiraz etməyə bilər.

Pis xəbər isə ondan ibarətdir ki, belə

qurğuların Azərbaycanda hələ ki,

faydası olmayacaq. Ağıllı sütunlar

artıq bir neçə ildir ki, istehsal olunur,

58 /3/2018

amma bu qurğular yalnız ABŞ və

Böyük Britaniyada rəğbət qazana bilib.

Qurğuya sahib olub onu almaq istəyən

Azərbaycanlılar bir sıra kompromislə

razılaşmalı olacaqlar. Əvvəla, nə

Amazonun Alexası, nə də Google

Home köməkçisi hələ də Azərbaycan

dilini bilmir, odur ki, qurğunu işlətmək

istəyən təmiz ingiliscə danışmalıdır.

İkincisi, qurğunu həqiqətən faydalı

edən mühüm funksiyaların əksəriyyəti

ölkəmizdə aktiv deyil. Misal üçün,

Google Home ilə ABŞ-dakı telefon

nömrələrinə pulsuz zəng etmək olar,

Amazon Echo isə bu ölkədə bir çox

xidmətə bağlıdır və rahatlıqla konsyerj

xidməti (internet mağazalarından

alış-veriş, taksi sifarişi və s.) göstərə

bilər. Nəhayət, ABŞ-da ağıllı sütunların

baza modelləri çox ucuza satılır. Misal

üçün, Google Home Mini-nin endirimsiz

qiyməti 30 dollar, endirimli qiyməti isə

10 dollardır. Amma böyük məbləğdə

alış-veriş etsəniz, qurğunu sizə hətta

pulsuz verə bilərlər. Məlum məsələdir,

bizdə belə qiymətlər və endirimlər

gözlənilmir.

Amazon Echo

Qiyməti 30-150 dollar arası dəyişir.

Ağıllı sütunların üç ən populyar

modelləri 130 dollarlıq Echo, 150

dollarlıq Echo 2 və 29 dollarlıq Echo

Dot-dur. Qurğuların hamısında musiqi

səsləndirə, müəyən suallara cavab verə,

oteldə otaq ayıra, bilet ala, üstəlik, ağıllı

evi idarə edə bilən Alexa səsli köməkçisi

quraşdırılıb.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!