06.04.2018 Views

125_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Smart Audio

2. Evdə bu qədər məlumat toplaya

bilən qurğunu saxlamaq qorxuludur.

Onsuzda Google haqqımızda çox

geniş məlumata sahibdir, indi

isə üstəlik bütün söhbətlərimizə

qulaq asacaq. Allah bilir, bütün bu

məlumatlar sonra hara gedir...

Apple HomePod

Qiyməti 349 dollardır.

Apple bu yarışa hamıdan sonra qoşulub.

Amma şübhə yoxdur ki, HomePod

çıxandan sonra ağıllı sütunlar təkçə

ingilisdilli ölkələrdə deyil, dünyanın hər

yerində trendə girəcək. Kupertinoda bu

qurğunu təkçə köməkçi kimi deyil, eləcə

də musiqi səsləndirmək üçün əla cihaz

kimi yaradıblar. Məhz elə bu, qurğunun

bu qədər baha olmasının səbəbini

aydınlaşdırır: HomePod səs şüası

formalaşdıran 4” uzunsov sabvufer və 7

dinamiklə təchiz olunub. Avtomatik yer

təyinetmə sistemi dinamiklərə məkana

görə yük nisbətini müəyyənləşdirməyə

kömək edir. Əksolunmuş siqnalları

boğma sistemi ilə təchiz olunmuş

6 ədəd quraşdırılmış mikrofon səsli

əmrinizi gur musiqi səsinin içindən belə

ayırd edib qəbul edəcək. HomePod

vasitəsilə istənilən HomeKit qurğusunu

idarə etmək olar. Belə ki, bu ağıllı sütun

Philips Hue, Nest və digər ağıllı ev

sistemləri ilə uyğunlaşa bilir.

HomePod dəbdəbəli, parlaq və bahalı

şeydir. Echo interyeri korlayır, Google

Home diqqət cəlb etmədən təvazökarca

bir kənarda yer alır, Apple sütunu isə

məkanın əsl yaraşığıdır. Quraşdırılmış

Siri köməkçisi hamıya tanışdır, onun

idarəolunması çətin deyil. O, həmişə

olduğu kimi sizə hava məlumatı, son

xəbərlər təqdim edəcək, mesajları

çatdıracaq, sizi yuxudan qaldıracaq.

Yeganə nöqsan odur ki, tətbiqlərin sayı

azdır. Musiqi mənbəyi yalnız Apple

Music, xəritə - yalnız Apple Maps-dir

və s.

HomePod əsl Apple fanatlarının malıdır.

3/2018/ 61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!