06.04.2018 Views

125_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qorxunc nağıl dünyasına tamamilə qərq

olacaq. Bu dünyanın sirləri sizi özünə

qüvvətli şəkildə cəlb edəcək. Oyun

dünyası əksər hallarda boş olsa da, siz

hərdən-bir canlılara rast gələ bilərsiniz.

Misal üçün, kərtənkələ görəndə

onu yemək lazımdır, çünki bununla

sağlamlığınızı möhkəmlədəcəksiniz. Son

divə qalib gəldikdən sonra isə qarşınıza

əlavə tapşırıqlar və zamana qarşı sınaq

yarışları çıxacaq.

2018-ci il Shadow of the Colossus

oyununun tərtibat işlərini klassik

oyunların rimeyki ilə məşğul olan

Bluepoint Games həyata keçirib.

Vizual olaraq oyun başdan ayağa yeni

surətdə yaradılıb. Buna görə görünüş

təmiz, parlaq və aydındır. O qədər

təmiz və aydındır ki, onu görəndən

sonra oyunun orijinal versiyasına

qayıtmaq istəməyəcəksiniz. Daha bir

xoş məqam fotorejimdir. Bu rejimin

sayəsində oyunçular fotofiltrlərdən,

müxtəlif optik effektlərdən istifadə

edərək gözəl və maraqlı skrinşotlar

çəkə bilərlər. Oyunda avtomatik

yaddasaxlama funksiyası da

var. Qəfil ölümlə üzləşəndə bu

funksiya sizə çox kömək edəcək.

Oyunu həm də əl rejimində,

xəritənin müxtəlif yerlərinə

səpələnmiş xüsusi qurbangahlar

başında yadda saxlamaq olar.

Səsin və musiqinin orijinal

versiyadakılardan fərqi yoxdur.

Qaranlıqlar tanrısının məxsusi

olaraq oyun üçün yaradılmış

əsrarəngiz dildə danışarkən

tükürpərdici səsi, nəhəng

divlərin ağır ayaq səsləri, Aqronun

nallarının altından çıxan taqqıltı,

eləcə də oyundakı bir çox səs

effektləri oyunçuların xoşuna

gələcək. Amma tərtibatçılar hər şeyi

elə qurublar ki, bu dəfəki versiyada

səslər daha təsirli, daha canlı səslənir

və bununla da oyunun abı-havası

daha dərin təsir yaradır. Musiqi

müşayiəti ekranda cərəyan edən

hadisələrlə tam ahəng yaradaraq təsir

gücünü artırır, oyunçu ilə Fumito

Uedanın nağıl dünyası arasındakı əlaqəni

daha da dərinləşdirir.

Shadow of the Colossus bizi PlayStation

2 zamanlarına geri qaytaran, unudulmuş

təəssüratları bizə yenidən yaşadan

nümunəvi rimeykdir. Qorxunc

nəhənglərlə dolu, ölümcül təhlükələrin

sizi addımbaşı güdən fantastik dünyada

qısa bir virtual həyat yaşayacaqsınız.

Əgər indiyədək Shadow of the Colossus

oynamamısınızsa, tələsin, mütləq

oynayın!

Buraxılış tarixi: 7 fevral 2018

İstehsalçı: Team Ico,

Bluepoint Games

Nəşriyyatçı:

Sony Interactive Entertainment

Rəsmi veb-sayt:

www.teamicogames.com

Oyunun janrı: Action/Adventure

Platforma: PlayStation 4

Yaş məhdudiyyəti: 12+

3/2018/ 77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!