21.12.2018 Views

TÜRK DÜNYASI - 3 - Türk dövlətçiliyi tarixi

Bu kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri;

Bu kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk
dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və
onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları
və vilayətləri;

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

CAVANŞİR FEYZİYEV

TÜRK DÜNYASI

5 kitabda

Beş kitabdan ibarət olan “Türk dünyası” – dünya türklüyünün bütövlük

gerçəkliyini, eyni zamanda, onun diferensial və inteqral xüsusiyyətlərini

real faktlar əsasında, dolğun və zəngin məlumat spektri ilə özündə əks

etdirir.

1-ci kitabda: türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk

dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası,

türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist

dün yagörüşü və onların müasir dünyadakı mövqeyi;

2-ci kitabda: türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk

xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri,

ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolu;

3-cü kitabda: türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk

dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və

on ların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları

və vilayətləri;

4-cü kitabda: türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və

onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin

tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının

inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar;

5-ci kitabda: türk dünyasının görkəmli şəxsiyyətləri və onların döv lətçilik,

siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistem ləş dirilərək

təqdim olunur.

CAVANŞİR FEYZİYEV

3-cü kitab

Türk dövlətçiliyi

tarixi

Bakı

MÜTƏRCİM

2017

Azərbaycan Milli Elmlər Akademiyasının

A.A. Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur.

Elmi redaktorları:

Yaqub Mahmudov

AMEA-nın A.A.Bakıxanov ad. Tarix İnstitutunun direktoru,

AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor,

Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi

Fərman İsmayılov

fəlsəfə elmləri doktoru, professor

Cavanşir Əyyub oğlu Feyziyev. TÜRK DÜNYASI: 5 kitabda. Üçüncü

ki tab: Türk dövlətçiliyi tarixi. – Bakı: Mü tər cim, 2017. - 328 səh.

ISBN: 978-9952-28-397-6

Müəllif hüquqları qorunur.

Müəllifin razılığı olmadan kitabın tam və ya hissələrlə

çoxaldılması qadağan olunur

© Cavanşir Feyziyev, 2017

İÇİNDƏKİLƏR

I BÖLÜM.

TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

BÖYÜK HUN İMPERİYASI.............................................................................................14

QƏRBİ VƏ ŞƏRQİ HUN İMPERİYALARI...................................................................19

AĞ HUN İMPERİYASI.......................................................................................................24

GÖYTÜRK İMPERİYASI..................................................................................................26

UYĞUR İMPERİYASI.........................................................................................................29

AVAR İMPERİYASI............................................................................................................32

XƏZƏR İMPERİYASI.........................................................................................................36

QARAXANLILAR DÖVLƏTİ..........................................................................................40

QƏZNƏLİLƏR DÖVLƏTİ.................................................................................................44

BÖYÜK SƏLCUQ İMPERİYASI......................................................................................48

ATABƏYLƏR DÖVLƏTİ....................................................................................................54

İRAQ SƏLCUQ DÖVLƏTİ................................................................................................59

SURİYA SƏLCUQ DÖVLƏTİ..........................................................................................61

ANADOLU SƏLCUQ DÖVLƏTİ......................................................................................63

XARƏZMŞAHLAR DÖVLƏTİ..........................................................................................67

TÜRK-MONQOL İMPERİYASI.......................................................................................70

TEYMURİLƏR İMPERİYASI...........................................................................................77

ELXANİLƏR DÖVLƏTİ.....................................................................................................83

QIZIL ORDA (ALTUN ORDU) İMPERİYASI..............................................................88

MƏMLÜK DÖVLƏTİ.........................................................................................................93

OSMANLI İMPERİYASI...................................................................................................97

MOĞOL İMPERİYASI.....................................................................................................113

7

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

DEHLİ TÜRK SULTANLIĞI.........................................................................................119

QARAQOYUNLU DÖVLƏTİ.........................................................................................124

AĞQOYUNLU DÖVLƏTİ...............................................................................................130

SƏFƏVİLƏR İMPERİYASI............................................................................................136

SİBİR, KAZAN, KRIM, NOQAY, QASIM, ASTARXAN XANLIQLARI...........151

II BÖLÜM.

MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

TÜRKİYƏ RESPUBLİKASI...........................................................................................166

AZƏRBAYCAN RESPUBLİKASI..................................................................................176

QAzAXISTAN RESPUBLİKASI...................................................................................192

ÖZBƏKİSTAN RESPUBLİKASI....................................................................................204

QIRĞIZISTAN RESPUBLİKASI....................................................................................213

TÜRKMƏNİSTAN RESPUBLİKASI...........................................................................223

ŞİMALİ KİPR TÜRK RESPUBLİKASI......................................................................231

III BÖLÜM.

MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

ALTAY RESPUBLİKASI.................................................................................................240

BAŞQIRDISTAN RESPUBLİKASI..............................................................................244

TATARISTAN RESPUBLİKASI....................................................................................248

ÇUVAŞISTAN RESPUBLİKASI....................................................................................253

DAĞISTAN RESPUBLİKASI.........................................................................................256

HAKASİYA RESPUBLİKASI........................................................................................261

QARAÇAY-ÇƏRKƏZ RESPUBLİKASI.......................................................................266

TUVA RESPUBLİKASI...................................................................................................270

SAXA (YAKUTİYA) RESPUBLİKASI..........................................................................274

8

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

KABARDİN-BALKAR RESPUBLİKASI....................................................................279

QAQAUZ MUXTAR RESPUBLİKASI..........................................................................284

KRIM MUXTAR RESPUBLİKASI...............................................................................287

SİNCAN UYĞUR MUXTAR VİLAYƏTİ....................................................................293

QAYNAQLAR......................................................................................................................300

9

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Dünyada yalnız bir neçə imperiyanın mövcud olduğu zamanlarda

türklər onlarla rəqabət apara bilən və hətta onlardan da

üstün olan böyük imperiyalar yaratmışlar. Üç min illik döv lət çilik

tarixinə malik türklərin bütün Avrasiya boyunca qur duğu dövlət

və imperiyaların mütləq əksəriyyətinin bir-birinə ge netik bağlılığı,

ulusal dəyər daşıyıcılığı, bir universal siyasi sistemdən törəmə

dövlətlərin yaranması, onların inteqrasiya və diferensiasiyası

proseslərində yeni geopolitik münasibətlərə yol açması ümumtürk

siyasi tarixinin və mədəniyyətinin əsas xüsusiyyətləridir. Antik Hun,

daha sonra Göy Türk epoxası ilə bu böyük və davamlı ənənənin

təməli qoyulmuşdur. Tarixin bütün zamanlarında özünəməxsus

dövlətçilik ənənələrini yaşadan türklər imperiya quruluşundan

respublika quruluşunadək davamlı təkamül prosesi keçmiş, qlobal

siyasi proseslərlə ayaqlaşmış, müasirləşmiş, beynəlxalq siyasət

tarixində əhəmiyyətli rol oynamışlar.

10

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

I BÖLÜM

TÜRK DÖVLƏTLƏRİ

VƏ İMPERİYALARI

11

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Minilliklər ərzində türk dövlət və imperiyalarının mövcud olduğu

əsas coğrafiya – Mərkəzi Avrasiya

12

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

13

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

BÖYÜK HUN İMPERİYASI

Böyük Hun imperiyasının əsas

bayrağı

Mərkəzi Asiyada, eləcə

də dünya tarixində ilk köçəri

im periyanı yaradan hunlar olmuş

dur (220, s.17-72; 88;

15; 38, s.11-22). Hunların və

türk lərin etnogenetik bağlılığı

onla rın soy birləşmələrinin daimi

təkamülü prosesində öz

təs diqini tapır. Hunların ulu sal

ta rixinin və fatehliyinin baş ladığı

ərazilərdə türklər yeni tarixin və fatehliyin başlanğıcını qoymuşlar.

Əski qaynaqlar hunların yaşadıqları bu coğrafiyada ilk

dövlətlərini hələ e.ə. 1200-cü ildə qurduqlarından xəbər verir. Lakin

hunların dövlətçilik ənənəsi, idarəetmə üsulu, dövlətin əsas fi-

Böyük Hun imperiyası. E.ə. III – I əsrlər

14

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

qur ları haqqında müfəssəl məlumatlar Böyük Hun imperiyasının

ya radılmasından sonrakı dövrə təsadüf edir (60).

Eramızdan əvvəl 220-ci ildə Teoman (e.ə. 220-209) tərəfin

dən əsası qoyulmuş Böyük Hun imperiyası (bəzi mənbələrdə:

Asiya Hun imperiyası) qısa zaman kəsiyində bütün Avrasiyanın

əsas hərbi-siyasi qüvvəsinə çevrilmişdir. Teomandan sonra ha ki -

miyyətə gələn Mete xanın (e.ə. 209-174) dövründə Bö yük Hun

im periyası qərbə və cənuba doğru sərhədlərini genişlən di rərək

yüksəliş dönəminə qədəm qoymuşdur. “Xalqa aid olan şey

ve rilməz” – deyimi ilə adını qədim hun-türk tarixinə yaz dı ran

Me te xanın hakimiyyətinin son illərində Böyük Hun im peri yası

nın ərazisi Yapon dənizindən Volqa çayına qədər olan bö yük

coğ rafiyanı əhatə etmişdir. Böyük Hun imperiyasının əhatə etdiyi

ərazinin təxminən 18 milyon kv. kilometr olduğu bildi ri lir.

Hunların davamlı yürüşlərinin qarşısında aciz qalan çin lilər dünyanın

7 möcüzəsindən biri olan Böyük Çin Səddini in şa et mə yə

məcbur olmuşlar. İnşası yüzilliklər boyu davam edən Bö yük Çin

Səddi belə hunların Çin yürüşlərinin qarşısını ala bil məmiş, Çi nin

böyük bir hissəsi Böyük Hun imperiyasının tər ki binə daxil edilmişdir

(60, s.57).

Artıq e.ə. 200-cü ildə bütün Çin ərazisi Böyük Hun imperi

yasından asılı vəziyyətə gətirilmişdi. Mete xan dönəmindən

son ra hakimiyyətdə mərkəzdənqaçma

me yilləri güclənsə də, iki əsrə yaxın

müd dətdə mövcudluğunu qoruyub

sax lamış Böyük Hun imperiyası Avrasi

yanın hun-türk epoxasının təməlini

qoymuşdur. Hun-türklərin dövlətçilik

tarixinin parlaq nümunəsi olan Böyük

Hun imperiyası ilk dəfə Asiyada yaşayan

bütün türk tayfalarını bir araya

gə tirmiş, onları bir bayraq ətrafında

bir ləşdirmişdir (290).

Mete xanın obrazı

15

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

“Böyük Tanhu” adlandırılan imperator dövlətin başçısı olmuş,

dövlət əhəmiyyətli qərarlar ona tabe olan məşvərət məclisin

də məsləhətləşmələr yolu ilə qəbul edilmişdir. Dövlət soy

də rəcələrinə görə iyerarxik əsasda boy və qəbilələrdən ibarət olmuşdur.

Tanhu boyuna yaxın olan boylar mərkəzi idarəetmədə və

əyalət idarəetməsində önə çıxmışlar. Bununla yanaşı, imperator

sa rayında çinli bürokratların da sayı kifayət qədər çox olmuşdur.

Bu amil sonrakı dövrlərdə saray ixtilafları, sonda isə imperiyanın

da yaqlarının zəifləməsi ilə nəticələnmişdir.

Mete xanın başçılığı ilə orduda həyata keçirilən islahatlar

həmin dövr üçün inqilabi səciyyə daşımaqla yanaşı, uzun müddət

istifadə ediləcək hərb taktikasının özəyini təşkil etmişdir. Belə ki,

orduda “onluq” sistemin tətbiqi ilə ordu on, yüz, min nəfərlik

bir liklərə bölünmüşdür. Həmin biriklərə rəhbərlik edən onbaşı,

Hunlar Qafqazda. VI – VII əsrlər

16

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

yüzbaşı, minbaşı rütbələri də bu düzənləmə nəticəsində meydana

çıxmışdır.

Bir çox tarixi mənbələr Böyük Hun imperiyasına tabe

olan boyların öz muxtar statusunu qoruyub saxladıqları barə də

mə lumat verirlər. Bu heç də mərkəzi hakimiyyətə qarşı itaət sizliyə

deyil, əksinə, imperiyanın cəlbedici siyasi qüvvəyə çevrilə

rək öz sərhədlərini daha da genişləndirməsinə yol açmışdır.

Hun-türklərin boylar arasında və daxilində idarəetmə üsulunu

bü tövlükdə onların demokratiya gələnəyinin ilkin işartıları kimi

də yərləndirmək olar. Çünki hər bir boy daxilində müntəzəm toplan

tıların təşkili, bütün təbəqədən olan insanların burada iştirakı

və fikir ifadə etmək imkanı həmin dövr üçün unikal hadisə idi.

Hun imperiyası dönəmində Böyük İpək Yolu Şərqlə Qərbin

əsas ticarət bağlantısı qismində mövqeyini möhkəmləndirmiş, bu

coğrafiyanın iqtisadi-ticari yüksəlişinə təkan vermişdir. Təsadüfi

deyil ki, sonrakı dönəmlərdə Böyük Hun imperiyası və Çin arasında

çoxillik mübarizənin hədəfi məhz Böyük İpək Yolu üzərində

nəzarəti ələ keçirmək olmuşdur.

Hun imperiyası daxilində tayfalararası ixtilaf, eyni zamanda,

Çinin İpək Yolu üzərində siyasi nüfuzunu getdikcə gücləndirməsi

onun zəifləməsinin əsas səbəbləri idi. Nəticədə, e.ə. 46-cı ildə Av-

Antik hun sənətindən nümunələr.

Hun qazanı və Maralı parçalayan qurd fiquru

17

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ra siyanın bu ən böyük dövləti iki hissəyə parçalanaraq, Şərqi və

Qər bi Hun imperiyalarına ayrılmışdır. Göründüyü kimi, Böyük

Hun imperiyasının süqutu hunların dövlətçilik ənənəsinə son

qoy mamış, əksinə, yeni geopolitik reallıqlar müstəvisində hun

türk ləri daha təkmil və strukturlaşmış dövlət təsisatları yaradaraq,

Av rasiyanın siyasi tarixində söz sahibliklərini davam etdirmişlər

(324; 124).

18

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

QƏRBİ VƏ ŞƏRQİ

HUN İMPERİYALARI

Eramızdan əvvəl 46-cı ildə Böyük Hun imperiyasının iki

hissəyə bölünməsi nəticəsində meydana gələn Qərbi və Şərqi Hun

imperiyaları Avrasiyanın siyasi tarixində həlledici rol oynamışdır

(38, s.23-38; 88). Ho-han-ye və Çiçi qardaşları tərəfindən əsası

qoyulan bu iki imperiyanı fərqləndirən əsas cəhət onların siyasi

xətti idi. Şərqi Hun imperiyasının başçısı Ho-han-ye iqtisadi

çətinliklər səbəbindən Çinlə daha sıx əməkdaşlığa can atsa da,

Çiçinin başçılıq etdiyi Qərbi Hun imperiyası uzun müddət əsarət

altında saxladıqları Çinin siyasi-iqtisadi nüfuzunun güclənməsini

hunlara qarşı əsas təhlükə kimi görürdü. Çinin boyunduruğu al tına

düşməyin “atalara sayğısızlıq” olduğunu ifadə edən Çiçi Çin

is tilasından qorunmağı ordunun qarşısında əsas hədəf kimi müəy

yənləşdirmişdi (60).

Böyük Hun imperiyası, onun varisləri

– Qərbi, Şərqi və Ağ Hun imperiyaları

19

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Çiçi “vətən atalarımızdan bizə əmanət edilmiş müqəddəs

tor paqlardır, ləyaqətsiz yaşam üçün bu torpaqlar tərk edilməz”

– sözləriylə adını tarixə yazdırmış imperatordur. Sonradan Şərqi

Hun imperiyasının Çinlə ittifaqa girərək Qərbi Hun imperiyasına

qarşı savaş cəbhəsi açması hər iki Hun imperatorluğunu zəiflətdi.

E.ə. 36-cı ildə Çinin hərbi dəstəyi ilə savaşı qazanan Şərqi Hun

imperiyası Qərbi Hun imperiyasının varlığına son qoydu. Lakin

Şərqi hun birliklərinin Çinlə ittifaqı heç də Şərqi Hun imperiyasını

gücləndirmədi. Əksinə, savaş meydanında çinlilərin həlledici

üstünlük əldə etməsi ilə nəticələndi. Buna baxmayaraq,

Şərqi Hun imperiyası hələ 100 ilə yaxın müddətdə öz varlığını

qo ruyub saxlamağı bacardı. Eramızın 54-cü ilində saray çəkişmə

ləri nəticəsində Şərqi Hun imperiyası Şimali və Cənubi Hun

dövlətlərinə bölünməklə süquta uğradı.

Bəzi tarixçilər Qərbi Hun imperiyasını qısa müddətdə möv -

cud olan imperiya kimi qələmə versələr də, qədim yunan və Çin

ta rixi mənbələri Avropa Hun imperiyasının Qərbi Hun im pe riyasının

sələfi olduğu qənaətindədirlər. Əslində, im pe rator Çiçinin

rəhbərliyi ilə böyük hun boylarının İssık gölü ətra fından Qərbə

Qərbi (Avropa) Hun imperiyası. 450-ci il

20

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

doğ ru kütləvi axını və geniş coğrafiyada hun hegemonluğunu

bər qərar etməsi bu tarixi mülahizənin doğru luğunu sübut edir.

Avropaya doğru hun birliklərinin böyük köçü 4-cü əs rin

or talarından etibarən daha geniş vüsət aldı (258). Tarixi hesabla

malara görə, Avropa Hun imperiyası 4 milyon kv.km əra zini

əha tə edirdi. Hazırkı Çexiya, Slovakiya, Almaniyanın mər kəzi

və cənubu, Macarıstan, Avstriya, Rumıniya, Serbiya, Ru siya

Federasiyasının cənub və qərb bölgələrini əhatə edən Av ropa

Hun imperiyası 352-469-cu illərdə mövcud olmuşdur. Bö yük

coğrafiyada dövlətlərini yaratmaqla, hunlar Avropanın so si al,

mə dəni, demoqrafik düzəninə əhəmiyyətli dərəcədə tə sir göstərmişlər.

İmperator Balamirin (370-375) rəhbərliyi ilə Ro ma

im pe ri ya sı nın şimal əyalətlərinə yürüşlər edən hun bir lik ləri Av -

ro panın etnik mənzərəsini tamamilə dəyişdirən “xalq la rın bö -

yük köçü”nə təkan verdilər. Eyni zamanda, bu dövrdə im pe ri -

ya nın xarici siyasətinin əsas istiqamətləri müəy yən ləş dirildi. Bu

si yasətin əsasını Şərqi Romanın (Bizansın) daim təz yiq altın da

saxlanması, Qərbi Roma ilə münasibətlərin qorun ması təşkil edirdi

(242).

Qərbi (Avropa) Hun imperiyası. Ən böyük genişlənmə çağında. 453-cü il

21

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

352-ci ildə Kama Tarkanın başçılığı ilə qurulan Avropa

Hun imperiyası qısa zaman ərzində Xəzər dənizi ətrafında mövqe

lə rini möhkəmləndirərək Avropaya doğru genişlənməyə başladı.

Artıq IV əsrin sonlarında Avropa Hun imperiyası Roma

im periyasının sərhədlərinə qədər olan geniş ərazini əhatə edirdi.

Da vamlı olaraq Roma imperiyasının nəzarətində olan ərazilərə

uğurlu yürüşlər təşkil edən hun-türklərin Qafqaz və Anadolu ilə

tanışlığı bu dövrə təsadüf edir (206). Qara dənizin şimalı, Antakya,

Şanlıurfada məskunlaşan hunlar bu coğrafiyada məskən

sal mış ilk türk birlikləri hesab edilirlər.

Avropa Hun imperiyasının ən qüdrətli dövrü Attilanın hakimiyyətdə

olduğu illər hesab edilir (251). 445-ci ildə hakimiyyətə

gəlmiş Attilanın Bizans ordusuna qarşı uğurlu yürüşləri 447-ci

ildə Şərqi Roma imperiyasını sülh sazişi imzalamağa vadar etdi.

451-ci ildə Katalon savaşını qazanmaqla Attila Avropa Hun

im periyasının qüdrətini daha da artırdı (333). 452-ci ildə Qərbi

Roma imperiyasının o zamankı paytaxtı Ravenna şəhərini

mühasirəyə alan Attila Papa Birinci Leonun rəhbərlik etdiyi

nü ma yən də heyəti ilə görüşdən sonra şəhəri ələ keçirmək niy-

Attila zamanında Hun imperiyası. V əsr

22

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

yə tin dən vaz keçdi. Həmin görüşdə Papa imperator və bütün

xris tian dünyası adından bağışlanmaları xahişini izhar etmişdi.

Ha kimiyyəti dövründə bütün Avropanı təhdid və qorxu altında

saxlayan Attilanın 453-cü ildə qəfil vəfatı ilə dövlətin dayaqları

zəifləməyə başladı. Saraydaxili çəkişmələr, imperiya daxilində

baş qaldırmış üsyanlar Avropa Hun imperiyasının süqutu ilə nəti

cələndi. İmperator Dengizikin ölümü – 469-cu il Avropa Hun

im periyasının süqut tarixi hesab edilir (249).

23

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

AĞ HUN İMPERİYASI

Ağ Hun imperiyası 408-670-ci illərdə mövcud olmuşdur.

Bu imperiya Bizans qaynaqlarında Eftalit, Çin qaynaqlarında Ak

Hiung-nu, Hind qaynaqlarında Sveta –Huna kimi təqdim olunur.

Hun tayfalarının bir qisminin Volqa çayından Qərbə doğru

üz tutduğu zamanda “ağ hunlar” adlandırılan digər hun boyları

Mər kəzi Asiyada mövqelərini möhkəmləndirirdilər (88; 60, s.

570-630; 38, s.38-44). Tarixi mənbələr Ağ Hun imperiyasının

hökm darlarına türk gələnəyinə uyğun olaraq, “kağan” deyə müra

ciət olunduğu barədə məlumat verirlər. V əsrin ortalarına qədər

öz hakimiyyətlərini önəmli dərəcədə möhkəmləndirən Ağ

Hun lar Xəzər sahillərindən Şimali Hindistana, Əfqanıstandan

Mər kəzi Asiyanın içərilərinə doğru böyük coğrafi məkanda ha kimiyyətlərini

bərqərar etmişdilər.

Ağ Hun imperiyası. 500-cü illər

24

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

425-ci ildən etibarən Sasani imperiyasının nəzarətində olan

ərazilərə Ağsuvar kağanın başçılığı ilə Ağ Hun ordusunun yü rüşləri

daha da intensivləşdi. Nəticədə, Sasani imperatoru Fi ruz xan

ağ hunlara vergi ödəməyə və imperiyanın şimal-şərq torpaq la rının

Ağ Hun imperiyasının tərkibinə qatılmasına razı oldu. 483-cü

ildə Sasani imperiyasında baş qaldırmış Məzdək üsyanı Ağ Hun

ordusunun köməyi ilə yatırıldı.

V əsrin sonlarına doğru öz sərhədlərini cənub-şərqə doğru

ge nişləndirən Ağ Hun imperiyası 484-cü ildə şimali və mərkəzi

Hin distanı ələ keçirdi. O zaman Hindistanın nəhəng Qupta imperiyası

Ağ Hun ordusunun qarşısında duruş gətirməyərək təslimçi

sülh sazişi imzalamağa məcbur oldu. Artıq bu dövrdə Ağ Hun

imperiyasının ərazisi 3,5 milyon kv.km ərazini əhatə edir di. Ağ

Hun imperiyası bugünkü Türkmənistan, Qazaxıstan, Öz bə kistan,

Əfqanıstan, Tacikistan, Pakistan, Hindistan və Çinin şi mal-qərb

əra zilərini əhatə edirdi.

Ağ Hun imperiyasında iki əsas boy – hunlar və uarlar dövlət

idarəetməsində iştirak edirdilər. Böyük İpək Yolu üzərindən həyata

keçirilən ticarət Ağ Hun imperiyasının əsas iqtisadi güc qaynağı

hesab edilirdi. İpək Yoluna nəzarət, eyni zamanda, ağ hunla

rın bu coğrafiyada yaşayan toplumlarla sıx təmasda olma sına

şərait yaratdı.

552-ci ildə Göy Türk imperiyasının yaranması və Sasanilərlə

ittifaqa daxil olması Ağ Hun imperiyasını əhəmiyyətli dərəcədə

zəiflətdi. 564-cü ildə Ağ Hun imperiyasının nəzarətində olan

əra zilərin böyük qismi Sasani və Göytürk imperiyaları arasında

bölüşdürüldü. Lakin Ağ Hunlar dövlətçilik ənənələrini VI əsrin

sonlarına qədər yaşatmağı bacardılar (60, s.628-632; 51).

Hun imperiyalarının 441-ci ildəki ümumi ərazisi 4 milyon

kv. km. olmaqla, dünyanın quru ərazisinin 3%-ni tutmuşdur.

25

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

GÖYTÜRK İMPERİYASI

İlk dəfə “türk” sözü nü döv ­

lətin adı olaraq rəsmiləş di rən

Göytürk imperiyası (Ka ğanlı

ğı) 552-745-ci illərdə mövcud

olmuşdur (26; 25; 15; 38,

s.45-61). Müəyyən za man aralıq

larında Ötükən, Su yab, Or ­

Göy Türk imperiyasının bayrağı du Balıq və Navekat şə hər lə ri

im periyanın inzibati mər kə zi

funk siyasını yerinə yetirmişlər. Bumın kağan tərəfindən əsa sı qoyul

muş imperiya özünün ən qüdrətli dövründə Çinin şimal-şərq

ərazilərindən Xəzər sahillərinə qədər olan 6 milyon kv.km ərazini

əhatə edirdi. Muğan kağanın (553-572) hakimiyyəti il lə rin də

Göytürk imperiyası şərqə doğru sərhədlərini daha da ge niş ləndirmişdi.

İmperiyanın qərb ərazilərini idarə edən İstəmi kağan

Xəzər sahillərinə qədər olan əraziləri özünə tabe etmişdi. Göytürk

Göytürk imperiyası. 552-630-cu illər

26

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

imperiyasının Çin, Sasani və Bizans imperiyaları ilə hərbi, siyasi

və iqtisadi əlaqələri var idi. Bu əlaqələrin türk dövlətçiliyinin və

diplomatiyasının inkişafında xüsusi əhəmiyyəti olmuşdur.

Göytürk imperiyasının şərqə doğru genişlənməsi Sasani imperiyasını

xüsusilə narahat edirdi. Sonrakı dövrlərdə göytürklərin

Böyük İpək Yolu üzərində nəzarəti ələ keçirməsi iki imperiya

arasında münasibətləri daha da kəskinləşdirdi. Sasanilərin Bizans

imperiyası ilə ixtilafından istifadə edən göytürk ordusu Xorasanı

ələ keçirdi, 571-ci ildə isə Qafqaza daxil oldu. Bu dövrdən etiba

rən türk birliklərinin Qafqaz yolu ilə Anadolu istiqamətinə

ya yılması daha da sürətlənmişdi. Avrasiyanın tarixində dərin iz

bu raxmış Göytürk imperiyası, eyni zamanda, türk birliklərinin

ya şadıqları coğrafiyanın genişlənməsinə də əhəmiyyətli təsirini

gös tərmişdir.

VII əsrin əvvəllərində Göytürk imperiyası Şərqi və Qərbi

Göytürk kağanlıqlarına ayrılsa da, göytürklər dövlətçilik ənənələrini

VIII əsrin ortalarına qədər qoruyub saxlamağı bacardılar.

VIII yüzilliyin əvvəllərində ardıcıl qələbələr qazanaraq imperiyanın

əvvəlki şöhrətini qaytarmağa nail oldular. Bu yolda görkəmli

tarixi şəxsiyyət, diplomat Tonyukukun xüsusi rolu var idi.

46 ildən çox dövlətə xidmət edən Tonyukuk uzaqgörən si ya si

məs ləhətləri ilə əski türk dövlətçilik ənənələrini daha da zən ginləşdirmişdir.

Göytürk imperiyası Böyük Hun imperiyasının süqutundan

sonra əksər türk boylarını bir araya gətirən ilk türk dövləti idi.

Göytürk imperiyası zamanında, əsasən, köçəri həyat tərzi keçirən

türk birlikləri oturaqlaşmağa başladılar. Məhz bu dövrdən etibarən

türklərə aid maddi-mədəniyyət nümunələrinə daha çox rast gəlinir

(182). Eyni zamanda, türklərin qədim dövlətçilik ənənələrini daha

da inkişaf etdirən göytürklər sonradan qurulacaq türk dövlətləri

üçün əlverişli zəmin yaratmışdı. Göytürk imperiyası bugünkü

Türk mənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Tacikistan,

Mon qolustan, Rusiya Federasiyasının cənub və Çinin şimal-qərb

əra zilərini əhatə edirdi.

27

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Şərqi və Qərbi Göy Türk imperiyaları. VI – VIII əsrlər

Göytürk imperiyasının idarəetmə sistemi həmin dövr üçün

unikallığı ilə seçilirdi. Belə ki, önəmli qərarlar qəbul olu narkən,

kağan seçilərkən qurultay toplanırdı. Qurutayın qəbul et di yi

qərarların icrası məcburi xarakter daşıyırdı. Göytürk impe ri yasının

başında “Kağan” (və ya “Xaqan”) titulu daşıyan hökmdar

da yanırdı. Kağanın həyat yoldaşı “Xatun” titulu, kağandan sonra

gə lən şəxs “Yabqu” titulu daşıyırdı (196).

Şərqi və Qərbi Göytürk imperiyalarının Avrasiyadakı ümumi

ərazisi 624-630-cu illər arasında 8 milyon kv. km. olmaqla,

dün yanın quru ərazisinin 6%-ni tutmuşdur (88; 124).

Göy Türk imperiyası epoxası.

Orhon-Yenisey abidələrindən əski türkcə

yazılı daş. 680-745-ci illər

28

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

UYĞUR İMPERİYASI

Uyğur kağanlığı 744–

840-cı illər arasında mövcud olmuş

türk dövlətlərindən biridir

(38, s.105-116). Bir çox tarixi

mən bələr Uyğur imperiyasını

Göy türk imperiyasının varisi

ki mi göstərirlər. Göytürk imperiyasının

zəiflədiyi zamanda

Uyğur imperiyasının bayrağı

uy ğurlar Doqquz Oğuz (“tokuz

oğuz”) boylarını öz himayələrinə götürərək Tula çayı sahilində

bəy lik qurdular. Uyğurların yaratdıqları dövlət barədə Orhon-

Yenisey abidələrində də kifayət qədər məlumat vardır. Öz mövqe

lərini Orta Asiyada gücləndirən uyğur birlikləri 745-ci ildə

Xəzər dənizini çevrələyən Xəzər və Oğuz türkləri

ilə qonşu Uyğur imperiyası. 800-cü illər

29

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qut luq Bilgə Kül kağanı göytürklərin paytaxtı olan Ötükəndə

“Ka ğan” elan edərək Uyğur imperiyasını yaratdılar (220, s.120).

Da ha sonralar Orhon çayı sahilində yerləşən Ordubalıq şəhəri

Uy ğur imperiyasının inzibati mərkəzinə çevrildi.

Qısa zaman ərzində Yenisey çayı ətrafındakı, Altay dağ ları

ilə Tanrı dağları arasında olan böyük coğrafiya Uyğur im peri

ya sı nın nəzarətinə keçdi. Bayançur kağanın hakimiyyəti dövründə

Çin imperiyasının nəzarəti altında olan Tibet və şimalşər

qi Çin torpaqları Uyğur imperiyasının tərkibinə daxil edildi.

Çin imperatoru Uyğur ordusunun ölkə ərazilərinə davamlı yürüş

lərinin qarşısını almaq üçün Bayançur kağana illik xərac verirdi.

Tengri Bögü kağanın hakimiyyət illəri (759-779) Uyğur imperiyasının

çiçəklənmə dövrü hesab edilir.

Mərkəzləşdirilmiş hakimiyyətin kifayət qədər güclü olduğu

Uyğur imperiyası IX əsrin ortalarına qədər Avrasiya məkanının

həl ledici dövlətinə çevrilmişdi. Böyük İpək Yolu üzərindən həyata

keçirilən ticarət Uyğur imperiyasının əsas gəlir qaynağı idi.

Bu, həm də Uyğur imperiyasının region dövlətləri ilə geniş ticari,

iqtisadi, diplomatik münasibətlər qurmasını şərtləndirirdi.

Tibetlilərin Beşbalıq adlandırılan böyük bir ərazini ələ ke -

çir məsi, karlukların imperiyanın tərkibindən ayrılmaq cəhd lə ri

Uyğur imperiyasında mərkəzdənqaçma meyllərini güclən dir mişdi.

Xüsusilə, qırğızlar tərəfindən başladılan üsyan bu zəifləməni

daha da sürətləndirdi. 839-cu ildə ölkədə baş qaldıran ac lıq və

epi demiya imperiyanın zəifləmiş dayaqlarını daha da sarsıtdı.

840-cı ildə qırğız birliklərinin Ordubalıq şəhərini ələ keçirməsi

ilə Uyğur imperiyası süquta uğradı. İmperiya ərazi sin də yaranmış

iki dövlət: Qansu Uyğur kağanlığı və Qoço ka ğanlığı yüz ilə yaxın

müddətdə türk-uyğur dövlətçiliyinin əsas əlamətlərini özündə

sax lamışdı.

Tenrgriçilik və şamanizm Uyğur imperiyasının tərkibinə

da xil olan birliklərin əsası inancı olmuşdur. Daha sonralar qon şu

dövlətlərdə formalaşan köhnə və yeni dini təlimlər Uyğur imperiyasında

yayılmağa başlamışdır. Tengri Bögü kağan və onun

30

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

hakimiyyəti altındakı boylar İrandan gəlmiş missionerlərin təsiri

ilə zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini

özündə əks etdirən maniçilik təlimini qəbul etmişdilər. Artıq 762-

ci ildə maniçilik təlimi Uyğur imperiyasının rəsmi dini elan edilmişdi.

800-cü ildə Uyğur imperiyasının ümumi ərazisi 3,1 milyon

kv. km. olmaqla, dünyanın quru ərazisinin 2,08%-ni tutmuşdur

(88; 470).

Uyğur kağanı.

VIII əsrin sonları

Uyğur xanımı.

VIII əsrin sonları

31

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

AVAR İMPERİYASI

Avar imperiyası 562-823-

cü illərdə mövcud olmuş dur

(38, s.62-76; 88). Əsası Ba -

yan kağan tərəfindən qo yul -

muş Avar imperiyası Asi ya və

Av ropanın kəsişdiyi stra te ji

mə kanda yerləşirdi. Bu gün kü

Avar imperiyasının bayrağı Ma carıstan, Slovakiya, Ru mıniya,

Ukrayna və Serbiya torpaq

ları Avar imperiyasının tərkibinə daxil idi. Avar imperiyası

1 milyon kv. kilometr ərazini əhatə edirdi. Timişuora şəhəri im periyanın

inzibati mərkəzi idi. Şimali Qafqazdan Qara dənizə doğru

kütləvi köç edən avarlar bu coğrafiyada yaşayan xalqları bir araya

gətirmişdilər. Artıq 562-ci ildə Qara dənizin şimal sahilləri

avar ların nəzarəti altında idi. Avarların Bizans imperiyası ilə ilk

diplomatik münasibətləri də bu dövrə təsadüf edir.

Avar Kağanlığı. 550-560-cı illər

32

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Bayan kağanın rəhbərliyi altında avarlar müxtəlif zaman

aralıqlarında Bizans imperiyası, eləcə də bir çox slavyan və türk

bir likləri ilə ittifaqlar yaratmışlar. Bütövlükdə, Avar imperi yası

Av ropanın siyasi mənzərəsinə önəmli təsir göstərmiş dövlətlərdən

biri olmuşdur. Öz sərhədlərini qərbdə Türingiya və İtaliya qapılarına

qədər genişləndirən Avar imperiyası 582-ci ildə Singi dunumu

(indiki Belqrad şəhəri), 586-cı ildə Salonikini fəth edərək

Konstantinopola qədər yaxınlaşmışlar. Slavyan birliklərinin dəstəyi

ilə Konstantinopolu mühasirəyə alan avar ordusu Sasani imperiyası

ilə ittifaqa girmişdi. 617-ci ildə Konstantinopola qəfil

hücum təşkil edən avarlar şəhər ətrafını və 270 min əsiri ələ keçirmişdi.

Lakin Konstantinopolun uzun müddət mühasirədə sax lanılması

Avar imperiyasının resurslarını xeyli zəiflətmişdi. Yaranmış

vəziyyətdən istifadə edən bolqarlar 632-ci ildə, xorvatlar isə

640-cı ildə Avar imperiyasının tərkibindən ayrıldılar. Buna baxma

yaraq, Avar imperiyası öz mövcudluğunu 823-cü ilə qədər qoru

yub saxlamışdır.

Avar imperiyasının qonşu dövlətlərlə geniş ticari, diplo matik

münasibətləri olmuşdur. Macar tarixi mənbələri Avar imperiyasının

Frank dövləti ilə diplomatik əlaqələri haqqında məlumat

verirlər. Lakin bu münasibətlər heç də davamlı olmamış, VIII əsrin

sonlarında sloveniyalıların, xorvatların da daxil olduğu frank

Avar süvarisinin obrazı

33

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ordusu avarlara qarşı aramsız hücumlar təşkil etmişlər. Həmin

hü cumlar, eyni zamanda, imperiya daxilində müxtəlif xalqların

baş latdıqları üsyanlar Avar imperiyasının süqutunu yaxınlaşdıran

başlıca səbəblər idi. 795-ci ildə hakimiyyətə gələn Yugur kağan

xristianlığı qəbul edərək Frank dövləti ilə diplomatik müna

si bətləri bərpa etməyə cəhd göstərmişdi. Lakin bu cəhd avar

döv lətçiliyinin qorunub saxlanması üçün kifayət etmədi. 803-

804-cü illərdə bolqar birlikləri Krım və Tuna bölgəsindəki bü tün

avar torpaqlarını ələ keçirmişdilər. Bu zamandan etibarən avar -

ların kütləvi assimilyasiya prosesi başlamışdır. Avarlara dair son

məlumat 823-cü ildə Frank sarayında franklara bağlılığını bil -

dirən avar elçilərinə aiddir. Buna baxmayaraq, bir çox tarixi mənbə

lər avarların X əsrə qədər varlıqlarını davam etdirdiyi ba rə də

mə lumat verirlər.

Avar imperiyasında monarxik idarəetmə üsulu mövcud idi.

Dövlətin başında dayanan kağanın qəbul etdiyi qərarlar sözsüz

icra olunurdu. Kağanın sarayında fəaliyyət göstərən məşvərətçi

şura kağan tərəfindən qəbul olunan qərarlara təsir göstərmək iq-

Bizans və Göy Türk imperiyaları ilə

qonşu olan Avar imperiyası. VI-VIII əsrlər

34

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

ti darında idi. “Yuğruş” adlandırılan vəzir kağandan sonra dövlət

idarəetməsində ikinci ali vəzifəli şəxs sayılırdı. Ordu, onun

yö nətimi dövlət təşkilatlanmasının əsas elementi hesab olunurdu.

Avar imperiyasında çoxsaylı xalqların yaşaması ordunun tər kibinə

də təsirini göstərmişdi. Belə ki, ordu sıralarında avar-türk

bir likləri ilə yanaşı, slavyanlar, bizanslılar da xidmət göstərirdi.

Təqribən 300 ilə yaxın bir müddətdə Avar imperiyası Asiya

və Avropa xalqları arasındakı münasibətlərin inkişafında öz tarixi

ro lunu oynamışdır (15).

Avar mədəniyyəti nümunələri.

Qızıl cam. VII

35

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

XƏZƏR İMPERİYASI

Xəzər imperiyası 640-

1048-ci illərdə mövcud olmuş

dur (38, s.77-104; 84; 54).

Xəzər imperiyasının ərazisi

Qa ra dənizin şimal sahilləri,

Qaf qaz dağlarından Kiyev şəhə

rinə qədər olan Ukrayna tor -

Xəzər imperiyasının bayrağı paqları, Xəzər dənizinin şi mal

və şimal-qərb sahillərini əhatə

edirdi. Xəzər imperiyasının ümumi ərazisi 3 milyon kv. kilo

metr təşkil edirdi. Bələncər, Səməndər və İdil şəhərləri imperi

yanın paytaxtları olmuşlar. Şərqi Avropa ərazilərini də özünə

tabe edən Xəzər imperiyası bu coğrafiyada mövcud olmuş ilk

türk dövlətlərindən ən uzun ömürlüsü hesab edilir. VII əsrin əvvəl

lərində Xəzər dənizi və Qara dəniz arasında dağınıq şəkildə

yaşayan Sabir, Oğur və Onoğur kimi türk birlikləri təşkilatlanaraq

VI – IX əsrlər boyunca Xəzər imperiyasının genişlənmə arealı

36

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

“xəzərlər” adı altında birləşmişdilər. Xəzərlərə Bizans və Çin

qay naqlarında “türk” və ya “türk- xəzər”, Avropa və slavyan

mən bələrində isə “Kaspi”, “kaspilər” adı ilə rast gəlinir.

Xəzərlər Bizans imperiyası ilə sıx müttəfiqlik əlaqələri qurmuşdular.

Bu ittifaq nəticəsində xəzərlər sasanilərə qarşı çoxsaylı

qələbələr qazanmışdılar. 623-cü ildə xəzərlər Cabu kağanın başçılığı

və Bizans ordusunun dəstəyi ilə Tiflis və Naxçıvanı ələ keçirmişlər.

Sasanilərin məğlubiyyətindən sonra Bizansa qarşı yeni

rəqib kimi çıxış edən ərəb xilafətinə qarşı Xəzər – Bizans ittifaqı

davam etmişdir. Bu ittifaqı möhkəmləndirən amillərdən biri də

nikah diplomatiyasından istifadə olunması idi. Belə ki, Bizans

imperatoru II Yustinian Xəzər kağanının bacısı ilə evlənmişdi.

Son rakı dövrlərdə də tərəflər həmin ənənəni davam etdirmişlər.

Ərəblərin xəzərlərə qarşı ilk böyük savaşı xəlifə Osmanın za manında

652-ci ildə baş vermiş və bu döyüşdə ərəblər məğlub edilərək

geri qayıtmışlar. 718-ci ildə ərəblər Konstantinopola hücum

edər kən Bizans imperiyası Xəzər və Bolqar türklərindən yardım

istəmişdir.

Uzun müddət davam edən xəzər-ərəb toqquşmalarında tərəflər

uzunmüddətli üstünlük təmin edə bilməmişdir. Məsələn,

730-cu ildə xəzər ordu birlikləri Ərdəbilə qədər ərəb xilafətinin

Qalib Xəzər döyüşçüsünün obrazı

37

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

nəzarətində olan əraziləri ələ keçirmişlər. Bu hadisədən 7 il sonra

isə Azərbaycan və Ərməniyyənin valisi Mərvan ibn Məhəmmədin

başçılığı ilə 150 minlik ərəb ordusu Xəzər imperiyasına qarşı hücuma

keçmiş, Dərbənd, İdil, Səməndər şəhərlərini ələ keçir mişdi.

Tərəflər arasında sülh bağlansa da, 765-ci ildə xəzərlər yenidən

Azər baycan ərazisində hücuma keçərək ərəb ordusunu ağır məğlubiyyətə

uğratmışdılar.

Uzun müddət Xəzər imperiyasının tərkibində yaşayan slavyan

birliklərinin dövlətçilik ənənələrinin formalaşması prosesi

də bu zamana təsadüf edir. Bir sıra tarixi mənbələr slavyan xalqla

rının dövlətçilik təfəkkürünün formalaşmasında Xəzər im pe -

riyasının, onun idarəetmə sisteminin əhəmiyyətli təsiri oldu ğu nu

vurğulayırlar.

X əsrin sonlarından etibarən Xəzər imperiyası Bizansla və

slavyan birlikləri ilə aramsız münaqişələr nəticəsində zəifləməyə

baş lamışdı. Xüsusilə, Krım yarımadası üzərində hakimiyyəti bər -

qə rar etmək uğrunda mübarizə uzun müddət davam etmiş və Xəzər

– Bizans ittifaqının sona çatması ilə nəticələnmişdir. 1016-

1019-cu illər arasında Bizansla əməkdaşlıq edən ruslar Xə zər

im periyasının nəzarətində olan Qara dəniz və Volqa çayı sa hil lə -

Xəzər imperiyası X əsrdə

38

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

rin dəki əraziləri ələ keçirmişlər. Daha sonralar, xəzərlər aşa ğı İdil

ət rafında (indiki Həştərxan vilayəti), Azov və Krım ya rıma da sında

kiçik xanlıqlar quraraq dövlətçilik ənənələrini ya şat mışlar.

Göytürk imperiyasının idarəetmə üsulu Xəzər imperiyasının

idarəetmə sistemi üçün bünövrə təşkil edirdi. Belə ki, dövlətin

ba şında dayanan kağan, Aşina sülaləsindən gəlməklə, qədim türk

adətlərinə uyğun olaraq ilahi mənşəli sayılırdı. Kağanın kö məkçisinə

“kündür”, onun köməkçisinə “çavışğır” deyilirdı. Bu titul

lara mənsub şəxslərdən başqa heç kim kağanın yanına gi rə bilməz

di. Kağanın düşmənə qarşı göndərdiyi ordu məğlub olar dısa,

qa çaraq geri dönənlər öldürülər, ordu başçısı və kağan kö məkçisi

cə zalandırılardı.

Xəzər imperiyasının uzun müddət mövcudluğunu qoruyub

saxlamasının başlıca səbəblərindən biri Xəzər kağanları tərəfindən

həyata keçirilən uğurlu diplomatik gedişlər olmuşdur. Coğrafi baxımdan

strateji əhəmiyyət daşıyan məkanda yerləşən Xəzər imperiyasının

müxtəlif zaman kəsimlərində Bizans imperiyası ilə,

slavyanlarla və eləcə də digər türk birlikləri ilə ittifaqlar yaratması

uğurlu diplomatiya örnəyi kimi qəbul edilir (15; 183).

Xəzər imperiyası. Qızıl zinət əşyaları. IX – X əsrlər

39

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QARAXANLILAR DÖVLƏTİ

Qaraxanlılar – 840-1212-

ci il lərdə mövcud olmuş türksoy

lu dövlətdir (38, s.117-126;

88). Dövlətin inzibati mər kəzləri

müxtəlif vaxtlarda Qaş qar

(“Kaşğar”), Özkənd və Səmər

qənd şəhərləri olmuş dur.

Qaraxanlılar dövlətinin bayrağı XI əs rin ortalarında Qara xanlı

lar dövlətinin ümumi əra zi si

3 milyon kv. kilometr təş kil

edir di. Şərqi Türküstan, Yeddisu, Tyan-şan dağlarının şimal hissəsi,

Fərqanə vadisi Qaraxanlı dövlətinin tərkibinə daxil idi. Bilgə

Gül Qədir (Kadır) kağan Qaraxanlılar dövlətinin qurucusu hesab

edilir. Qaraxanlı hökmdar sülaləsinin əski Türgiş kağanlarının

nəslindən olduğu bildirilir. Türgişlər Qərbi göytürklərin ən nüfuz

lu boyu hesab edilirdi.

Göytürk imperiyasının süqutundan sonra həmin boylar Orta

Asiyada mövqelərini möhkəmləndirməyə başlamışdılar. Görkəmli

türk alimi, mütəfəkkiri Mahmud Kaşğarlının “Divanü Lüğat-it-Türk”

əsərində qaraxanlılar və onun kağanları haqqında

mə lu matlara rast gəlinir. Qaraxanlılar dövlətini quran türk boyları

sı rasında karlukların, çiğillərin, yağmaların da adı çəkilir.

IX əsrin sonlarında Satuk Buğra kağanın rəhbərliyi ilə Orta

Asiyada yaşayan türk boylarının təmərküzləşməsi prosesi başlamışdı.

Həmin dövrdə ərəb xilafətinin bu coğrafiyada mövqelərinin

zəifləməsi Qaraxanlılar dövlətinin yaranması üçün əlverişli zəmin

yaratmışdı. Mavəraünnəhrin fəthi və Samanlılar dövlətinin

sü qutu Qaraxanlılar dövlətinin möhkəmlənməsi və sərhədlərinin

ge nişlənməsində dönüş nöqtəsi oldu. 1008-ci ildə strateji önəm

da şıyan Xotan ərazisi uyğurlardan alındı. Qaraxanlılar qərb və

40

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

şərqdəki qalibiyyətlərdən sonra cənuba doğru genişlənməyi əsas

hədəf olaraq seçmişdilər. Bu yolda Qaraxanlılar qarşısında əsas

ma neə Qəznəlilər dövləti idi. Qəznəlilərlə ilk böyük toqquşma

1019-cu ildə baş vermişdi. Arslan Toğan kağanın rəhbərliyi ilə

Qa raxanlı ordusu bu döyüşdə məğlub olmuş, hər iki dövlət arasın

da gərgin münasibətlər bir müddət davam etmişdir.

1025-ci ildə Qaraxanlı hökmdarı Yusif Qədir kağanla Qəznəli

sultanı Sultan Mahmud arasında tarixi görüş olmuş, be ləlik

lə, iki türk dövlətinin ittifaqı qurulmuşdu. Tərəflər mü nasibət

lərin daha da möhkəmləndirilməsi məqsədilə nikah diploma

ti yasından istifadə etmişlər. 1040-cı ildə səlcuq türklərinin

Qəz nəliləri məğlubiyyətə uğratması Qaraxanlılar dövlətini real

təh lükə altında qoymuşdu. İlkin dövrlərdə qaraxanlılar səlcuqlara

qarşı dirəniş göstərsələr də, bu müqavimət uzun sürməmiş, Qaraxanlılar

dövlətinin tərkibində olan Xorasan, Səmərqənd kimi şəhərlər

səlcuqların hakimiyyəti altına keçmişdi.

Qaraxanlılar dövlətinin Mərkəzi Asiyada dəyişən

siyasi coğrafiyası. IX – XIII əsrin əvvəlləri

41

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qaraxanlılar dövləti 1042-ci ildə baş vermiş saray çəkişmələri

nəticəsində iki hissəyə – Şərqi və Qərbi Qaraxanlılar döv -

lətinə ayrılmışdır. Qərbi Qaraxanlılar dövləti 1042-1212-ci illərdə

öz varlığını qoruyub saxlamışdır. İlk əvvəllər paytaxtı Öz kənd,

daha sonralar Səmərqənd şəhərləri olan Qərbi Qaraxanlılar dövləti

1212-ci ildə Xarəzmşahların hücumu nəticəsində süquta uğramışdır.

Şərqi Qaraxanlılar dövləti də 1211-ci ilə qədər möv cud

olmuş, qaragitaylarla uzun müddət davam etmiş toqquşmalar

nə ticəsində dağılmışdır.

Təbii ehtiyatlarla zəngin ərazidə yerləşən Qaraxanlılar dövlətində

mədənçilik geniş inkişaf etmişdi. Həmin dövrün məş hur

sə nətkarları Balasaqun, Talas, Qaşqar kimi Qaraxanlı şəhər lə rində

məskunlaşaraq, Böyük İpək Yolu üzərində ticarətlə məş ğul

olur dular.

Türksoylular arasında islamı ilk qəbul etmiş Qaraxanlı

hökm darları lap əvvəldən fəth etdikləri ərazilərdə bu dini dövlət

Qaraxanlı dövlətinin ilk müsəlman hökmdarı Buğra xanın

məqbərəsi. Artuş şəhəri. XI əsr. Bərpadan sonra

42

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

sə viy yə sində təbliğ etdiklərindən həmin coğrafiyada geniş şəkildə

is lamlaşma prosesi başlamışdır (214; 16; 21). Tarixi mənbələr

Qa raxanlı hökmdarı Buğra Təkin Süleyman Arslan xanın (1034-

1047) zamanında indiki Qazaxıstan ərazisində yaşayan 10 mindən

çox türkün islamı qəbul etməsi məlumatını verirlər. Qara xanlılar

islamı kütləvi şəkildə qəbul etməklə türklüyün və isla mın ideal

sintezini yaratmış ilk türk dövləti kimi tarixdə yer al mışlar. Ədəbi

dili türkcə (türki) olan Qaraxanlılar dövləti türk-islam mədəniyyəti

və ədəbiyyatının ilk meydana gəldiyi məkan olmuşdur (15;138).

43

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QƏZNƏLİLƏR DÖVLƏTİ

Qəznəlilər dövlətinin bayraqları

Alp Təkin (Alp Tegin) tərəfindən əsası qoyulmuş Qəznəlilər

(Qəznəvilər) dövləti 963-1186-cı illərdə mövcud olmuş türk dövlətlərindən

biridir (137; 38, s.127-134). Dövlətin ərazisinə Əfqanıstan,

Hindistanın şimalı, İran, Fərqanə vadisi ətrafında olan

torpaqlar daxil idi. Qəznəlilər dövlətinin ümumi ərazisi 4,7 milyon

kv. km təşkil edirdi. Qəznə şəhəri dövlətin inzibati mər kə zi

funksiyasını yerinə yetirirdi. Qəznəlilər dövlətinin ən güclü dövrü

Sultan Mahmud Qəznəlinin hakimiyyət illərinə (998-1030)

təsadüf edir.

Tarixdə ilk dəfə “sultan” titulu Mahmud Qəznəliyə (Qəznəvi)

verilmişdir. 999-cu ildə Samanilər dövlətinin süqutu region

da Qəznəlilər dövlətinin mövqeyini xeyli gücləndirmişdi. Nəti

cədə, keçmiş Samani torpaqları olan Xarəzm, Xorasan, Sis tan

və indiki Əfqanıstan Qəznəli dövlətinin tərkibinə daxil oldu.

1026-cı ildə Hindistanın şimal və şimal-qərb əraziləri – Kəşmir,

Pəncab, Qucarat vilayətləri də Qəznəlilər dövlətinin tabeliyinə

keçdi. 1001-1027-ci illərdə Hindistan ərazisinə Sultan Mahmud

Qəznəlinin başçılığı ilə 17 yürüş təşkil edilmişdi. Beləliklə, Sultan

Mahmudun hakimiyyəti dövründə Qəznəlilər dövləti Hin distandan

Xarəzmə və Xəzər dənizinə qədər olan geniş coğra fi yanı

əha tə edirdi.

44

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Qəznəlilər dövləti Sultan Mahmudun vəfatından sonra zəifləməyə

başlamışdı. Sultan Mahmudun oğlu Sultan Məsudun

ha ki miy yəti illərində ölkə daxilində tayfalararası çəkişmələrin

güc lən mə si, vergilərin artırılması sosial-siyasi gərginliyi xeyli

də rə cə də artırmışdı. Bununla yanaşı, səlcuqların Avrasiyanın yeni

güc mərkəzi kimi meydana çıxması Qəznəlilər dövləti üçün

əsas təhlükə mənbəyi hesab edilirdi. 1040-cı ildə baş vermiş

Dən dənəkan döyüşü Qəznəlilər dövlətinin taleyinə həlledici təsir

göstərdi. Bu döyüşdə Səlcuqlara məğlub olan Qəznəlilər dövləti

şərqə doğru sıxışdırılaraq, yalnız Əfqanıstan və Hindistanın şimal

ərazilərində mövqelərini qoruyub saxlaya bilmişdi. 1186-cı

ilə gurluların hücumuna məruz qalan Qəznəli dövləti süquta uğra

mış, sonuncu sultan Xosrov Məlik əsir götürülmüşdü.

Qəznəlilər dövlətinin qonşu dövlətlər və toplumlarla münasibətləri

çoxşaxəli xarakter daşımışdır. Qaraxanlılar dövləti ilə

münasibətlər yeni yaranmış hər iki dövlət üçün xüsusi önəm kəsb

et mişdir. İlk zamanlarda ixtilaflarla və davamlı toqquşmalarla

mü şayiət olunan Qəznəli-Qaraxanlı əlaqələri daha sonrakı dövrlər

də dostluq münasibətləri ilə əvəz olunmuşdur. Bu amil hər

iki dövlətin Avrasiya məkanında mövqelərinin güclənməsində

Qəznəlilər türk dövlətləri konfiqurasiyasında. X əsr

45

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

önəm li faktor idi. Eyni zamanda, Qəznəlilər dövlətinin həmin

dövr lərdə bu coğrafiyada söz sahibi olan oğuz, ziyari, büveyhi

bir likləri ilə sıx təmasları olmuşdur.

Feodal monarxiya quruluşuna malik olan Qəznəlilər dövlə

tində həlledici fiqur “Sultan” titulu daşıyan ölkə başçısı idi.

Qəz nəlilər dövlətinin idarəetmə sistemi Orta Dövr islam döv lətlərinin

özəlliklərini, dövlət və hökumət anlayışlarını tamamilə

özündə əks etdirirdi. Divan dairələri adlanan təsisatlar dövlət idarə

etməsinin əsas elementləri idi. Həmin dairələr maliyyə, ümumi

idarəetmə, müdafiə və sosial məsələlər, vergilərin top lan ması

üzrə səlahiyyətləri yerinə yetirirdi. Qəznəli ordusu yük sək hər bi

intizamı ilə seçilirdi. Ordunun əsasını türk əsilli “qu lamlar” təşkil

edirdi. Eyni zamanda, orduda “qazilər” adlandırılan könüllü döyüş

çülər də iştirak edirdi.

Qəznəlilər dövlətində islam dini dövlət səviyyəsində təbliğ

olunur, şəriət qaydaları sosial münasibətlərin tənzimlənməsində

əsas meyar kimi qəbul edilirdi. İslam dininin Hindistanın içə ri lərinə

doğru yayılmasında Qəznəlilər dövlətinin xüsusi rolu ol muşdur

(138).

Qəznəlilər dövləti. X – XII əsrlər

46

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Sultan Mahmud Qəznəlinin hakimiyyəti dövründə ədə biyyat,

incəsənət, sənətkarlığın inkişafına xüsusi diqqət ayrıl mışdır.

Məşhur fars şairi Firdovsinin “Şahnamə” əsəri Sultan Mahmud

Qəznəlinin sarayında qələmə alınmışdır. Qəznəlilər dövləti

ərazisində mövcud olan memarlıq nümunələri bütövlükdə orta

əsr islam-türk memarlığına, şəhərsalma mədəniyyətinə önəmli

təsir göstərmişdir. Qəznəlilər dövlətinin həm inzibati, həm də

mədəniyyət mərkəzi olan Qəznə şəhərində çoxlu sayda məd rəsələr,

kitabxanalar, məscidlər mövcud olmuşdur (15; 16; 21; 405).

Dəndənəkan müharibəsinin miniatür təsviri. 1040-cı illər.

Qəznəli hökmdarı I Məsudun adına kəsilmiş sikkələr. 1031-1041-ci illər

47

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

BÖYÜK SƏLCUQ İMPERİYASI

Böyük Səlcuq

imperiyasının gerbi

Böyük Səlcuq imperiyası (1038-

1157-ci illər) oğuz türklərinin qınıq

bo yundan olan tayfalar tərəfindən yara

dılmış dövlətdir (30; 88). Həmin türk

tayfalarının başçısı Dükak bəyin oğlu

Səlcuq bəy idi. Sonradan bütün tayfa

onun adı ilə Səlcuq türkləri adlanmağa

başlanmışdır. 1080-ci illərdə Böyük

Səl cuq imperiyası 3,9 milyon kv. km.

əra zini əhatə etmişdir. Böyük Səlcuq

im periyası Orta Asiya, Yaxın Şərq, Anadolu və Qafqazı əhatə

edən böyük türk dövləti idi. Nişapur, Rey, İsfahan və Həmədan

şə hərləri imperiyanın paytaxtları olmuşdur. Orta və Yaxın Şərq

tarixində Böyük Səlcuq imperiyasının xüsusi yeri vardır.

Böyük Səlcuq imperiyasının başçısı Səlcuq bəyin islam

dinini qəbul etməsi səlcuqların mövqeyini daha da gücləndirmiş,

qonşu dövlətlər və tayfalarla sıx ittifaqa yol açmışdır. Səlcuq bəy

Samanilər dövləti ilə ittifaqa daxil olaraq Qaraxanlılar dövlətinə

qarşı mübarizə aparırdı. Lakin Samanilər dövlətinin süqutundan

sonra səlcuqlar bir müddət Qaraxanlılar dövlətindən asılı və ziyyətə

düşmüşdülər. Qəznəli sultanı I Məsudun zamanında səl cuqların

Qəznəlilərlə uzun sürən müttəfiqlik əlaqələri kəsilmiş və

tərəflər arasında bölgədə nüfuz savaşı daha da şiddətlənmişdi.

Qəz nəli ordusunun Hindistana yürüşündən istifadə edən səlcuqlar

Toğrul bəyin başçılığı ilə Bəlx, Tus, Gürgan ərazilərini, 1038-ci

ildə isə Xorasanı ələ keçirdilər. Beləliklə, həmin dövrdə Yaxın

və Orta Şərqin ən güclü dövləti olmuş Böyük Səlcuq imperiyası

ya randı.

48

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Toğrul bəyin məqbərəsi. XI əsr

1040-cı ildə səlcuqlarla Qəznəlilər arasında baş vermiş

Dən dənəkan döyüşündə səlcuqların qələbəsi türk-oğuz bir liklə

rinin İran və İraq istiqamətinə kütləvi axınını daha da sürətlən

dirmişdi. 1043-cü ildə imperiyanın paytaxtının Rey şəhərinə

kö çürülməsindən sonra səlcuq ordusunun Həmədan, İsfahan və

Şimali Azərbaycan istiqamətinə yürüşləri başladı. Artıq XI əsrin

ortalarında Suriya, Qafqaz, Kiçik Asiya, Dərbənddən Fars körfəzinə,

Türküstandan Aralıq dənizinə qədər olan ərazilər Böyük

Səlcuq imperiyasının tərkibinə daxil edilmişdi.

1055-ci ildə Bağdadın fəthi Orta və Yaxın Şərq türk-islam

tarixində dönüş nöqtəsi olmuşdur. Bu hadisədən sonra Abbasilər

səlcuq türklərindən asılı vəziyyətə düşmüş, sultan I Toğrul (1040-

1063) bütün “Şərqin və Qərbin hökmdarı” kimi tanınmışdır. I

Toğ rulun vəfatından sonra hakimiyyətə gəlmiş oğlu Alp Arslanın

(1063-1072) hakimiyyət dövrü Böyük Səlcuq imperiyasının

Anadolu və Aralıq dənizi sahillərinə doğru irəliləməsi baxımından

xüsusilə əlamətdar olmuşdur. Qısa zaman ərzində Tiflis və Qars

şəhərlərini ələ keçirən Səlcuq ordusu daha sonra Anadolunun

49

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

stra teji mərkəzlərindən hesab edilən Sivas, Qeysəriyyə, Urfa şəhər

lərini də ələ keçirmişdir.

Böyük Səlcuq imperiyasının qərbə doğru irəliləməsi Bizans

imperiyasını narahat etməyə bilməzdi. Çoxsaylı Bizans ordusu

ilə Malazgird ətrafında cəmləşən imperator Roman IV Diogen

həm səlcuqlara sarsıdıcı zərbə endirmək, həm də Ərəb Xilafətinin

nəzarətində olan torpaqları ələ keçirmək niyyətində idi. 1071-ci

ildə baş vermiş Malazgird savaşı Bizans imperiyası üçün faciəvi

sonluqla nəticələndi. Möhtəşəm zəfər əldə edən səlcuqlar Bizans

imperatorunu əsir götürdülər. Lakin Alp Arslan onu bağışlamış

və azad etmişdi. Bu döyüş nəticəsində Bizans imperiyası hər il

səl cuqlara vergi verməyi, zəruri anlarda hərbi yardım göstərməyi,

Şərqi Anadolunu türklərə verməyi öhdəsinə götürmüşdü. Böyük

Səlcuq imperiyası xristianlığın şərqə doğru yayılmasına qarşı sipər

rolunu oynayırdı. Səlib yürüşlərinin qarşısının alınmasında

səl cuqların əvəzsiz rolu olmuşdur. Təsadüfi deyildir ki, Abbasi

xə lifəsi Alp Arslanı “dinin təməli” adlandırırdı.

Böyük Səlcuq imperiyası. 1000-1200-cü illər

50

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Alp Arslandan sonra hakimiyyətə gəlmiş I Məlikşahın

(1072-1092) dövründə Böyük Səlcuq imperiyasının sərhədlərinin

ge nişlənməsi prosesi davam etdi. Belə ki, Orta Asiya, Suriya və

Ərə bistan yarımadası I Məlikşahın hakimiyyəti illərində imperi

yanın tərkibinə daxil edilmişdi. I Məlikşahın ölümündən sonra

Böyük Səlcuq imperiyası zəifləməyə başladı. Böyük coğ rafi

məkanı özünə tabe etmiş imperiyada çoxsaylı xalqların, top lumların

vahid siyasi, iqtisadi mərkəzdə birləşdirilməsi getdikcə çətin

ləşirdi.

Sultan Mahmudun və sultan Börküyarığın hakimiyyəti dövründə

baş qaldıran daxili müharibələr, qiyamlar imperiyanın dayaqlarını

sarsıtdı. Bu zaman mütəmadi hal almış səlib yürüşləri də

imperiyanın zəifləməsinin başlıca səbəblərindən biri idi. Sonuncu

Böyük Səlcuq sultanı Səncərin (1118-1157) zamanında imperiya

itirilmiş torpaqların bir hissəsini geri qaytarsa da, bu imperiyanın

süqutunu dayandıra bilmədi. Beləliklə, sultan Səncərin ölümü ilə

Böyük Səlcuq imperiyası süquta uğradı. İmperiyanın ərazisində

Suriya, Kirman, Anadolu Səlcuq sultanlıqları yarandı.

Böyük Səlcuq imperiyası. XI – XII əsrlər

51

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Böyük Səlcuq sultanı Börküyarığın miniatür təsviri

Böyük Səlcuq imperiyasının idarəetmə sistemi orta əsr türkislam

dövlətlərinə xas olan idarəetmə düzənindən demək olar ki,

fərqlənmirdi. İmperiyanın başında dayanan sultan həlledici qərarları

qəbul edir, sultan sarayında fəaliyyət göstərən siyasi xadim

lərdən ibarət olan Şuranın mövqeyi məşvərətçi xarakter

da şı yırdı. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahal

ları iqta olaraq bağışlayır, bunun əvəzində həmin vilayət lərdə

sabitliyin təmin olunmasını, vergilərin, döyüşçülərin top lan -

ma sını onlara həvalə edirdilər. İqta – feodalizm dövründə əsasən

müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti idi.

İqta digər mülklərdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət

müddətinə verilirdi. Bu xidmət həm hərbi, həm də mülki

ola bilərdi. Alp Arslan dönəmində vəzir kimi fəaliyyət göstərən

Ni zam-ül-Mülk dövlət idarəetməsində köklü dəyişikliklər həyata

keçirmişdi. Onun dövlət yönətiminə dair “Siyasətnamə” kitabı

uzun müddət Yaxın və Orta Şərq məkanında mövcud olan

dövlətlərin istinad etdikləri siyasi-diplomatik mənbə olmuşdur.

Böyük Səlcuq imperiyasının türk tarixində oynadığı başlıca

rol oğuz-türk birliklərinin bütün Cənubi Qafqazda və Ön Asiyada

başlıca etnik və siyasi qüvvəyə çevrilməsi oldu. Səlibçilərə qarşı

inamla mübarizə aparan səlcuqlar Yaxın və Orta Şərqin siyasi

xəritəsinin Avropanın xeyrinə formalaşmasının qarşısını al dı-

52

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

lar. Türk dövlətçiliyinin parlaq nümunələrindən biri olan Bö yük

Səlcuq imperiyası bütövlükdə türk-islam dünyasının və mədəniyyətinin

intibahına yol açmışdır.

Böyük Səlcuq imperiyasının mövcud olduğu illərdə iqtisadiyyat

və sənətkarlıq inkişaf etmiş, yeni şəhərlər salınmış, oğuz

türklərinə aid olan çoxsaylı tarixi memarlıq abidələri yara dılmışdır.

Səlcuqların hərb sistemi öz üstünlüyü və manevr imkanları

ilə qonşu dövlətlərdən xeyli fərqlənmişdir (16).

Böyük Səlcuq epoxası.

Sultan qadın büstü

Ornamental su qabı

53

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ATABƏYLƏR DÖVLƏTİ

Tarixdə ilk dəfə Azər bay -

can türk dövlətçiliyini ya ra -

dan və “Azərbaycan” sözü nü

dövlət adında rəsmi ləşdirən

Ata bəylər [Eldəgiz və ya Eldə

niz] dövləti (Atabakan-e

Āzər baycan) 1136-1225-ci illər

də mövcud olmuşdur. Azər-

Atabəylər dövlətinin bayrağı

bay can, İraq, Şərqi Ana dolu,

İran ərazisini əhatə edən Atabəylər

dövlətinin əsası türklərin qıpçaq boyundan olan Atabəy

Şəmsəddin Eldəniz (bəzi qaynaqlarda – Eldəgiz) tərə findən qoyul

muşdur. Naxçıvan, Həmədan və Təbriz şəhərləri Atabəylər

döv lətinin paytaxtları olmuşdur. 1136-cı ildə Azərbaycanın cə-

Atabəylər dövlətinin siyasi coğrafiyası. 1136-1225-ci illər

54

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

nub hissəsi Böyük Səlcuq sultanı Məsud tərəfindən Atabəy Eldə

nizə iqta olaraq verilmişdi. Həmin zamandan etibarən Ata bəy

Şəmsəddin Eldəniz bu coğrafiyada güclü hakimiyyət bər qə rar

etmişdir. Hakimiyyətdə olduğu 1175-ci ilə qədər Ata bəy Şəm -

səddin Eldəniz Atabəylər dövlətinin idarəetmə təsisat la rını möh -

kəm ləndirmiş, dövlətin coğrafi hüdudlarını xeyli geniş lən dirmişdi.

1161-ci ildə strateji önəm daşıyan Rey şəhəri, 1163-cü ildə

Nişapur və Mazandaran, 1167-ci ildə Diyarbəkir və Əl-Cəzirə

vi layətləri Atabəylər dövlətinin tərkibinə qatıldı. Gürcü çarı III

Georginin 1163-cü ildə məğlub edilməsi ilə dövlətin şimal sərhəd

lərinə qarşı gürcü təhdidi aradan qalxdı. Atabəy Şəmsəddin

El dəniz dövlətin siyasi dayaqlarını möhkəmlətmək məqsədilə

Səl cuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları

ara sında bölüşdürmüşdü.

Atabəy Şəmsəddin Eldənizin vəfatından sonra hakimiyyətə

böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhlə vanın

hakimiyyəti illərində Atabəylər dövləti iqtisadi, siyasi cəhətdən

daha da qüvvətləndi. Cahan Pəhləvan tərəfindən orduda

hə yata keçirilmiş islahatlar nəticəsində mərkəzi hakimiyyətə

bağlı nizami ordu formalaşdırılmışdı. Regionda mövqelərini əhəmiy

yətli şəkildə möhkəmləndirən Atabəylər dövləti Şirvanşahlar,

Diyarbəkir və Fars hakimlərini özünə tabe etdi. Bu dövrdə Azərbaycan

Cahan Pəhləvanın oğlu Əbu Bəkr tərəfindən idarə olu nurdu.

Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə gə lən

qar daşı Qızıl Arslan (1186-1191) mərkəzi hakimiyyətə tabeçilik

dən yayınan feodalları zərərsizləşdirdi. Lakin nüfuzlu Atabəy

sərkərdələri və Cahan Pəhləvanın xanımı Qızıl Arslana

qar şı çıxdılar. Mərkəzi hakimiyyətdə siyasi gərginliyin artması

Ata bəylər dövlətinin nüfuzuna ciddi xələl gətirmişdi. Toğrulun

baş çılıq etdiyi narazı atabəylər sərkərdələrinə qarşı Qızıl Arslan

Bağ dad xəlifəsi ilə ittifaqa daxil olmuşdu. Qısa müddət ərzində

əvvəlki nüfuzunu bərpa edən Atabəylər dövləti Rey və İsfahan

55

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

şəhərlərini yenidən öz tərkibinə qaytardı. Qızıl Arslanın başçılıq

et diyi Atabəylər ordusu 1190-cı ildə Şirvana hücum edərək Şama

xı şəhərini tutdu. Bununla, Şirvanşah I Axsitan Atabəylər

döv lətinin vassallığını qəbul etmiş və paytaxtı müvəqqəti olaraq

Bakı ya köçürməyə məcbur olmuşdu. Beləliklə, Atabəylər dövlətində

siyasi sabitliyin möhkəmlənməsi ilə ölkənin iqtisadi və mədəni

inkişafı üçün əlverişli şərait yaranmışdı.

Qızıl Arslanın ölümündən sonra hakimiyyətə gələn Əbu

Bəkr (1191-1210) zamanında ölkədə feodal çəkişmələri yenidən

baş qaldırmışdı. Bunun nəticəsində, Atabəylər dövlətinə tabe olan

İraq, İsfahan və Rey vilayətləri üzərində nəzarət itirildi. Eyni zamanda,

Atabəylər dövlətində baş qaldıran siyasi gərginlikdən

Xa rəzmşahlar, Abbasilər, Şirvanşahlar və gürcü çarları istifadə

etməyə çalışırdılar. Atabəy Özbəyin (1210-1225) hakimiyyəti

döv ründə Atabəylər dövlətinin tənəzzülü prosesi sürətlənməyə

baş ladı. 1220-ci ildən etibarən türk-monqol hücumlarının aramsız

hal alması bu prosesi daha da tezləşdirdi. Qısa zaman ərzində

Ma rağa, Ərdəbil, Beyləqan şəhərləri türk-monqol birliklərinin

isti lasına məruz qaldı. Beləliklə, ölkədaxili siyasi sabitliyin uzun

Atabəylər dövlətinin Gədəbəydəki qalası

56

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

müddət bərqərar olunmaması, aramsız xarici təhdidlər və sonda

Xarəzmşah Cəlaləddinin hücumu nəticəsində Atabəylər dövləti

1225-ci ildə süqut etdi.

Türk dövlətçilik tarixində xüsusi yeri olan Atabəylər dövləti

Azərbaycan-türk mədəniyyətinin, memarlıq və incəsənətinin inki

şafına öz töhfəsini vermişdir. Azərbaycan torpaqlarının (ha zırkı

Güney və Quzey Azərbaycanın daha böyük tarixi-siyasi coğ ra -

fiyası) vahid dövlətdə birləşməsi, bütövlükdə iqtisadiyyatın, sənətkarlığın,

elm və mədəniyyətin yüksəlişinə əlverişli şərait ya -

rat mışdı. Bunun nəticəsində, Naxçıvan, Təbriz və Həmədan ki mi

Azərbaycan şəhərləri Yaxın və Orta Şərqin önəmli mə də niyyət

və ticarət mərkəzlərinə çevrilmişdi. Azərbaycan-türk dün ya sının

tarixi şəxsiyyətləri olan Xaqani Şirvani, Nizami Gən cəvi,

Mü cirəddin Beyləqani, Qivami Mütərrizi, alimlərdən, Şi ha bəddin

Yəhya Sührəvərdi, Nəcməddin Əhməd Naxçıvani Ata bəylər

dövlətinin xüsusi himayəsi altında yazıb yaradırdılar. Eyni

za manda, bu dövr türk-islam koloritini özündə əks etdirən me -

mar lığın daha da inkişaf etdiyi bir dövr kimi xarakterizə edilir.

Azərbaycan Atabəylərinin böyük memarı

Əcəmi Naxçıvaninin Mömünə xatın türbəsi. 1186-cı il

57

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Bu dövrdə Naxçıvan memarlıq məktəbi Yaxın və Orta Şər qin

örnəyinə çevrilmiş, özünün parlaq nümayəndələrini – Əcə mi

Nax çıvani, Əmirəddin Məsud, Əhməd ibn Əyyub əl Hafiz Naxçı

vani kimi memarlar yetişdirmişdir. Əcəmi Naxçıvaninin şah

əsə ri hesab olunan Möminə Xatun türbəsi bu dövrün ən parlaq

me marlıq nümunələrindən biridir (2; 16).

Atabəylər dövrünə aid dəbilqə.

Azərbaycan Milli İncəsənət Muzeyi

58

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

İRAQ SƏLCUQ DÖVLƏTİ

İraq Səlcuq dövləti Böyük Səlcuq imperiyasının sonuncu

sultanı Səncərin ölümündən sonra yaranmış törəmə Səlcuq dövlətlərindən

biridir. İraq məliyi olan Məhəmməd Böyük Səlcuq

im periyasının süqutundan sonra özünü şah elan etmiş və 1159-

cu ilə qədər hakimiyyətdə olmuşdur. İraq Səlcuq dövləti bütün

İraq ərazisini və Suriyanın bir hissəsini əhatə edirdi. Süleyman

şah (1159-1161) və Arslan şahın (1161-1177) hakimiyyət illəri

İraq Səlcuq dövlətinin ən güclü dövrü hesab edilir. Həmin dövrdə

mərkəzləşdirilmiş hakimiyyət qurmağa nail olmuş İraq Səlcuq

dövləti ölkədə sabitliyi bərqərar etmiş, qonşu dövlətlərlə mehriban

münasibətlər qurmuşdur. Lakin Böyük Səlcuq imperiyasının dağılmasından

sonra bu coğrafiyada yaranmış digər dövlətlər kimi

İraq Səlcuq dövləti də uzun müddət istiqlaliyyətini qoruyub saxlaya

bilməmişdir. Kənar müdaxilələr və ölkə daxilində baş qal-

İraq Səlcuq dövləti

Böyük Səlcuq imperiyasının bir hissəsi kimi. XI – XII əsrlər

59

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

dıran qiyamlar 1194-cü ildə İraq Səlcuq dövlətinin süqutu ilə nəticələnmişdir.

Həmin ildə Tehran yaxınlığında baş vermiş döyüşdə

sonuncu sultan II Toğrul Xarəzmşah Təkiş tərəfindən öldürülmüş

və Böyük Səlcuq dövlətinin torpaqları Xarəzmşahlar dövlətinin

tərkibinə daxil edilmişdir.

Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, İraq

Səl cuq dövləti Yaxın və Orta Şərq türk-islam tarixində önəmli

yer tutmuşdur. Bağdad şəhərində və Mesopotamiya ərazisində

İraq Səlcuq dövlətinə aid çoxsaylı maddi mədəniyyət nümunələri

ta pıl mışdır (16; 46).

60

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

SURİYA SƏLCUQ DÖVLƏTİ

Suriya Səlcuq dövləti 1092-1117-ci illərdə mövcud ol muşdur

(38, s.155-160). Bir sıra tarixi mənbələr Suriya Səlcuq dövlə

tini Böyük Səlcuq imperiyasının tərkib hissəsi, imperiyanın

stra teji əyaləti kimi qələmə verirlər. Lakin Suriya səlcuqlarının

müstəqil siyasət yürütməsi, nizami ordusunun olması səbəbindən

bir çox tarixçilər onların ayrıca dövlət təsisatı yaratdıqlarını bildi

rirlər.

1078-ci ildən etibarən Böyük Səlcuq imperiyasının Suriya

mə liyi olmuş Tutuş 1094-cü ildə Bağdadı ələ keçirərək özünü

sul tan elan etmişdi. Hələb və Dəməşq vilayətləri Suriya Səlcuq

döv lətinin iki əsas dayaq nöqtəsi hesab olunurdu. Tutuş sultanın

ölümündən sonra Hələb və Dəməşq vilayətləri sultanın oğulları

tərəfindən idarə olunmağa başladı. Hər iki vilayət Suriya Səlcuq

dövlətinin tərkib hissəsi olsa da, faktiki olaraq bir-birindən müstəqil

siyasət yürüdürdülər.

Böyük Səlcuq imperiyasının Şərq regionu

– Suriya Səlcuq dövləti. XI – XII əsrlər

61

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Suriya səlcuqları Səlib yürüşlərinə qarşı davamlı dirəniş

gös tərmiş, bu coğrafiyada xristian nüfuzunun güclənməsinin

qar şısının alınmasında vacib rol oynamışlar. Səlcuq türklərinin

Su riya ərazisi ilə yanaşı, güney Anadoluda möhkəmlənməsi də

məhz İraq Səlcuq dövlətinin mövcud olduğu illərə təsadüf edir.

Suriya Səlcuq dövlətinin gücü regionda getdikcə güclənən

Atabəylərlə mübarizədə xeyli zəifləmişdi. Bunun nəticəsi olaraq,

1117-ci ildə Suriya Səlcuq dövləti süquta uğramış, dövlətin ərazisi

Atabəylər dövlətinin tərkibinə qatılmışdır (46; 16).

62

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

ANADOLU SƏLCUQ DÖVLƏTİ

Anadolu Səlcuq dövlətinin bayrağı

63

Anadolu Səlcuq dövləti

(1075-1308-ci illər) Yaxın Şərq

regionunda türk nüfuzunun

möh kəm lənməsinin həlledici

mər hə lə si sayılır (46; 365).

Bö yük Səlcuq imperiyasının

şi mal hissəsini əhatə edən

Ana dolu vilayəti imperiyanın

zəiflədiyi dövrdə daha geniş

ida rəetmə səlahiyyətləri əldə

et mişdi. Artıq XI əsrin sonlarında Süleyman şahın rəhbərliyi ilə

Anadolunu vahid mərkəzdən idarə edən bütün dövlət təsisatları

yaradılmışdı. Anadolu Səlcuq ordusu Bizans imperiyasına qarşı

bir sıra uğurlu hərbi əməliyyatlar həyata keçirərək, dövlətin

ərazisini genişləndirməyə müvəffəq oldu. 1075-ci ildə Süleyman

şahın rəhbərlik etdiyi səlcuq ordusu Bizans imperiyasının o zamankı

paytaxtı Konstantinopolun ətrafını və Nikea şəhərini ələ

ke çirmişdi. Artıq 1081-ci ildə Anadolu Səlcuq dövləti bütün Anadolu

üzərində yeganə güc sahibinə çevrilmişdi (16).

Anadolu səlcuqlarının güclənməsindən narahat olan Böyük

Səlcuq sultanı Məlikşah Anadoluya qoşun yeritmiş, lakin bu

həmlə Anadolu səlcuqlarının öz dövlətçilik ənənələrinin for malaşdırılmasının

qarşısını ala bilməmişdir. Bu dövr Anadolu səlcuqlarının

Suriya səlcuqları ilə münasibətlərinin kəskinləşməsi

ilə müşayiət edilir. 1086-cı ildə tərəflər arasında baş vermiş toqquşmada

Süleyman şah öldürülmüş, bundan sonra Anadolu Səlcuq

dövlətində mərkəzdənqaçma meylləri güclənmişdir. I Qılınc

Arslanın (1092-1107) hakimiyyətə gəlməsi ilə Anadolu səlcuqları

bölgədə yenidən güc mərkəzinə çevrilmiş, qısa zaman ərzində İzmir,

Rodos, İstanköy bölgələrini ələ keçirmişlər.

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Anadolu Səlcuq dövlətinin hökmdarı I Qılınc Arslan quruda

olduğu kimi, dənizdə də səlcuq hökmranlığını təmin etmək məqsə

dilə donanma yaradılmasını əmr etmişdi. Həmin zamandan

eti barən səlcuqlar Aralıq dənizi və Qara dənizdə mövqelərini

əhə miyyətli dərəcədə möhkəmləndirmişdilər. I Qılınc Arslan dönəmində

baş vermiş iki səlib yürüşü (1010-cu və 1096-cı il lər)

Anadolu səlcuqlarının bölgədə nə qədər önəmli güc sahibi olduqlarını

nümayiş etdirdi. Bu səlib yürüşləri səlcuqlar üçün ağır

itkilərlə müşayiət olunsa da, onlar əsl türk xarakteri göstərərək

üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmişlər.

I Qılınc Arslanın ölümündən sonra Anadolu Səlcuq dövlə

tində saray çəkişmələri sürətlənmiş və Bizans təhdidi daha da

ciddiləşmişdi. Lakin II Qılınc Arslanın hakimiyyətə gəlişi Anadolu

Səlcuq dövlətində mərkəzi hakimiyyəti xeyli gücləndirdi,

Bizans ordusunun həmlələrinin qarşısı uğurla alındı. 1176-cı il də

baş vermiş döyüşdə Bizans ordusunun darmadağın edilməsi Malazgird

döyüşündən sonra bizanslıların ən ağır məğlubiyyəti idi.

Bu məğlubiyyətin ardından Bizans imperiyasının türkləri Anadoludan

sıxışdırıb çıxarmaq niyyəti tamamilə puç oldu.

Anadolu Səlcuq dövlətinin ərazisi

64

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

XIII əsrin ilk yarısı Anadolu Səlcuq dövlətinin parlaq dövrü

hesab edilir. Sultan Keykavus və sultan I Ələddin Keyqubadın

ha kimiyyəti illərində ölkədə sabitlik bərqərar edildi, xarici müda

xilələrin qarşısı uğurla alındı. 1230-cü ildə baş vermiş Yassıçə

mən döyüşündə Trabzon imperiyası ilə ittifaqda olan Xarəzmşahların

məğlub edilməsi Anadolu Səlcuq dövlətinin nüfuzunu

daha da yüksəltmişdi. Lakin monqolların 1240-cı ildən etibarən

Anadoluya aramsız hücumları Anadolu Səlcuq dövlətinin

da yaqlarını zəiflətdi. Qısa zamanda, Ərzincan, Sivas, Kayseri

şə hər ləri monqol istilasına məruz qaldı. Beləliklə, Anadolu Səlcuq

dövləti Türk-Monqol imperiyasından asılı vəziyyətə düşdü.

Sonuncu sultan II Məsudun 1308-ci ildə ölümündən sonra Anadolu

Səlcuq dövləti süquta uğradı.

Böyük Səlcuq imperiyasında olduğu kimi, Anadolu Səlcuq

dövlətində də ölkə başçısı “sultan” titulu daşıyırdı. Sultan önəmli

qərarları “Böyük Divan” adlandırılan təsisatla müzakirə etdikdən

sonra qəbul edirdi. Vəzir sultandan sonra ikinci fiqur hesab

edi lir və Böyük Divana rəhbərlik edirdi. Ölkənin maliyyə işləri

üz rə məsul şəxsi “müstəvfi”, hərbi işlər üzrə məsul şəxs isə “bəylərbəyi”

adlanırdı.

Anadolu Səlcuq dövlətində əsas tədris mərkəzləri məd rə sələr

hesab olunurdu. Mədrəsələr, əsasən, Sivas, Amasya və Konya

şə hərlərində cəmləşmişdi. Anadolu Səlcuq dövləti əsas ticarət

yol larının kəsişməsində yerləşdiyindən ölkənin iqtisadi güc qaynağının

təhlükəsizliyini təmin etmək xüsusilə vacib idi. Çoxlu

say da gözətçilər bu ticarət yollarının təhlükəsizliyinə nəzarət

edir, həmin yollar üzərində “qonaqlama” deyilən karvansaraylar

in şa edilirdi.

Anadolunun, eyni zamanda, mədəniyyətlərin qovuşduğu

mə kan olması səlcuq türklərinin sosial-mədəni həyatına, memarlı

ğına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bu məkanda formalaşmış

maddi mədəniyyət nümunələri özündə türk, bizans,

islam, fars elementlərinin zəngin sintezini əks etdirir. Anadolu

Səl cuq dövlətindən bu günümüzə çoxsaylı memarlıq nümunələri

65

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

miras qalmışdır. 1296-cı ildə inşa edilmiş Əşrəfoğlu məscidi, Ankaradakı

Aslanxana məscidi, Sivasdakı Göy Mədrəsə, Alanyadakı

Qızıl Qüllə həmin tarixi abidələrdəndir (33).

Anadolu Səlcuq dövləti

dövründəki memarlıq nümunəsi

66

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

XARƏZMŞAHLAR DÖVLƏTİ

Xarəzmşahlar dövləti

1077- 1231-ci illərdə mövcud

ol muşdur (43). Köhnə Ürgənc,

Səmərqənd və Təbriz şəhərləri

müxtəlif zaman aralıqlarında

bu dövlətin paytaxtı olmuşdur.

Xarəzmşahlar dövlətinin ümumi

ərazisi 3,6 milyon kv. km

Xarəzmşahlar dövlətinin bayrağı

təş kil edirdi. Dövlətin ümu mi

əhalisi 12 milyon nə fə rə ça -

tır dı. Xarəzmşahlar dövləti Məhəmməd Xarəzmşah tərəfin dən

qu rulmuşdur. Mənbələrdə Xarəzmşahlar sülaləsinin Böyük Səlcuq

Sultanı Məlikşahın saray xidmətində olmuş Anuş Təkin dən

gəldiyi barədə məlumat verilir.

Böyük Səlcuq imperiyasının zəifləməsindən istifadə edən

Xarəzmşah ordusu 1142-ci ildə Xorasan vilayətinə hücum edərək

Xarəzmşahlar dövləti. 1190-1220-ci illər

67

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Mərv və Nişapur şəhərlərini ələ keçirmişdi. Lakin 1143 və 1147-

ci illərdə Böyük Səlcuq sultanı Səncər Xarəzmşah qoşunlarına

qarşı səfərlər təşkil etmiş, nəticədə dövlətin mərkəzi olan Ürgənc

şəhərini tutaraq Xarəzmşahları asılı vəziyyətə gətirmişdir. Sul tan

Səncərin ölümündən sonra Xarəzmşahlar dövləti yenidən genişlənmə

siyasətini həyata keçirməyə başlamışdır. Bunun nəticəsində,

İraq, Azərbaycan, Qara dənizin şimal sahilləri, Xorasan və

Şərqi Türküstanın bir hissəsi Xarəzmşahlar dövlətinin tərkibinə

qatılmışdır.

Müstəqilliyinin ilkin dövrlərində Xarəzmşahlar dövlətinin

Abbasilər xilafəti ilə müttəfiqlik əlaqələri mövcud olmuşdur.

Hə min ittifaqdan istifadə edən Xarəzmşahlar dövləti 1194-cü ildə

İraq Səlcuq dövlətini ağır məğlubiyyətə uğradaraq İraqın bir

hissəsini və Qərbi İranı ələ keçirmişdir. Xarəzmşah Əlaəddin Təkiş

Məhəmmədin (1200-1220) dönəmində Xarəzmşahlar dövləti bölgənin

ən güclü dövlətinə çevrilmişdir. 1207-ci ildə Səmərqənd,

1210-cu ildə Təbəristan və Mavərünnəhr Xarəzmşahlar dövlə tinin

tərkibinə daxil edilmişdir. 1212-ci ildə Qaraxanlılar döv ləti

süquta uğradılaraq, bütün ərazisi üzərində nəzarət təmin edilmişdir.

1211-ci ildə Daşkənd və Fərqanə vadisinin, 1223-cü ildə

Azərbaycanın bir hissəsinin fəthi ilə Xarəzmşahlar dövlətinin

möv qeyi regionda xeyli möhkəmlənmişdir.

XIII əsrin əvvəllərindən etibarən Xarəzmşahlar dövləti ye -

ni hərbi müdaxilə ilə üz-üzə qalmışdı. Bütün Orta Asiyanı bürü

yən türk-monqol istilası Xarəzmşahlar dövlətindən də yan

keç mə di. 1220-ci ildə türk-monqol qoşunları tərəfindən həya ta

ke çi ri lən hücumda Xarəzmşah ordusu ağır məğlubiyyətə uğra dıldı.

İmperator Çingiz xanın rəhbərlik etdiyi 200 minlik ordu Xa -

rəzm şahlar üzərinə hücuma keçərək, Buxara, Səmərqənd, Ot rar

şəhərlərini ələ keçirdi. Buna baxmayaraq, Xarəzmşahlar döv lətinin

sonuncu hökmdarı Cəlaləddin Xarəzmşah (1220-1231) mon -

qol ordusuna qarşı bir neçə uğurlu hərbi əməliyyat ke çirə bil mişdi.

Çingiz xanın monqol düzənliyinə dönməsindən istifadə

edən Cəlaləddin Xarəzmşah İraq ərazisindən Azərbaycana da xil

68

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

olaraq, 1225-ci ildə Atabəylər dövlətini məğlub etmiş və Təbrizi

almışdı. Bundan sonra, Cəlaləddin Xarəzmşahın başçılıq

et diyi ordu Azərbaycandan hərəkət edərək, Gürcüstanı işğal etmiş

və Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını

ge niş ləndirmişdi. Lakin 1230-cu ildə baş vermiş Yassıçəmən

dö yü şün də Xarəzmşahların Anadolu səlcuqları tərəfindən ağır

məğ lubiyyətə uğradılması Xarəzmşahlar dövlətinin yenidən dirçəlişinin

qarşısını aldı və yeni formalaşmış geosiyasi gerçəkliklər

Xarəzmşahlar dövlətinin süqutunu şərtləndirdi.

Xarəzmşahlar dövlətində idarəetmə sistemi Böyük Səlcuq

imperiyasının dövlət idarəçilik üsulu ilə oxşarlıq təşkil edirdi.

Belə ki, Xarəzmşahlar dövlətində də dövlət torpaqları iqta olaraq

xanədanlar arasında bölüşdürülür və həmin bölgələrdə sabitliyin

bərqərar olunması onlara həvalə edilirdi. Eyni zamanda, vergilər

və orduya döyüşçülərin toplanması mərkəzləşdirilmiş qaydada

həyata keçirilirdi.

Xarəzmşahlar dövlətinin ilk paytaxtı olmuş Ürgənc şəhəri

həm sənətkarlıq, həm də ticarət mərkəzi idi. Böyük İpək Yolu

üzərində yerləşməsi şəhərin ticari baxımdan strateji əhəmiyyətini

artırmışdı. Eyni zamanda, şəhərdə çoxsaylı tarixi memarlıq abidələri

inşa edilmişdi. Bu günümüzə qədər qorunub saxlanan Xarəzmşah

türbəsi həmin tarixi abidələrdən biridir (16).

Xarəzmşahlar dövləti.

Əlaəddin Təkiş Məhəmmədin Köhnə Ürgəncdəki türbəsi. XIII əsrin əvvəlləri

69

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

TÜRK-MONQOL İMPERİYASI

Türk-Monqol imperiyasının ilk bayraqları

Türk-Monqol imperiyası 1206-1368-ci illərdə mövcud

ol muşdur (75; 88; 250). Çingiz xan tərəfindən qurulan Türk-

Mon qol imperiyası 1270-ci illərdə özünün ən qüdrətli dövründə

dün yanın 23 % ərazisini əhatə edirdi. Ümumi ərazisi 34 milyon

kv. km-dən çox olan Türk-Monqol imperiyası ən böyük transkon

tinental imperiya kimi dünya tarixinə düşmüşdür (144; 154).

Qaraqorum və Xanbalıq (indiki Pekin) şəhərləri imperiyanın inzibati

mərkəzləri olmuşdur. İmperiyanın ümumi əhalisi 110 mil -

yon nəfər idi ki, bu da 429 milyon nəfərlik dünya əhalisinin 25,60

%-ni təşkil edirdi.

1206-cı ildən Türk-Monqol uluslarının hərbi yürüşlərə başlaması.

İmperiya quruculuğunun ilk 20 ili

70

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

1206-cı ildə Qurultay tərəfindən Çingizxan titulu əldə edən

Temuçin dünya siyasi tarixinin sonrakı inkişaf proses lə ri nə dərin

dən təsir göstərmiş imperiyanın – Türk-Monqol im pe ri yasının

əsasını qoymuşdur (56; 283; 291; 98). Sibir və Tür küs tan

1207-1211-ci illərdə, Şimali Çin 1215-ci ildə, Buxara, Sə mərqənd,

Üzgənc və Otrar şəhərləri 1219-1220-ci illərdə, Tibet və

Çi nin cənub əraziləri isə 1240-cı ildə Türk-Monqol imperiyasının

tərkibinə qatılmışdır.

1237-ci ildən etibarən türk-monqol birliklərinin Avropa isti

qamətində yürüşləri müntəzəm hal almağa başlamışdır. 1240-

cı ildə Kiyev Rus dövlətinin bütün ərazisi Türk-Monqol impe riyasının

tərkibində idi. Növbəti hədəf Avropanın içərilərinə doğru

irəliləmək idi. 1241-ci ildə macar və xorvat müttəfiq ordusunun

darmadağın edilməsi ilə Macarıstan, Avstriyanın şərq hissəsi

üzə rində nəzarət ələ keçirildi. Artıq Çingiz xan hakimiyyətinin

son illərində Türk-Monqol imperiyasının ərazisi Sakit Okeandan

Xə zər dənizinə qədər olan böyük coğrafiyanı əhatə edirdi. Türk-

Monqol imperiyasının ümumi ərazisi Roma imperiyasından və

Ərəb xilafətindən iki dəfə böyük idi.

Çingiz xanın ölümü Türk-Monqol imperiyasında mərkəzi

hakimiyyəti zəiflətsə də, imperiyanının siyasi-hərbi nüfuzu uzun

Türk-Monqol imperiyasının XIII əsrin ortalarına qədər genişlənməsi

71

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

müddət Avrasiya məkanında həlledici amil olmuşdur. Sərhədlərini

durmadan genişləndirən imperiyanın ərazisi səmərəli idarəetməni

təmin etmək məqdəsilə Çingiz xanın oğulları – Ugedey, Cağatay,

Cuci, Tuli arasında bölüşdürülmüşdü. Sonradan bu ərazilərdə

Türk-Monqol imperiyasına tarixi-genetik bağlılığı olan Qızıl Orda

imperiyası, Elxanilər dövləti, Krım, Qazan, Sibir, Qasım xanlıq

ları yaranmışdır (96).

Böyük kağan kimi Ugedey Türk-Monqol imperiyasında

ən yüksək siyasi nüfuza malik idi. Türk-monqol ordusunun Avropa

istiqamətində uğurlu fəthləri Ugedey kağanın rəhbərliyi ilə

baş vermişdir. Ugedey kağandan sonra hakimiyyətə türk əsil li

həyat yoldaşı (arvadı) Törəgənə gəlmiş, bununla da uzun müddət

davam edən saray çəkişmələri yaşanmışdır. Lakin 1246-cı

il də keçirilmiş Qurultayda Göyük kağanın imperiyanın başçısı

seçilməsi ilə Türk-Monqol imperiyasında siyasi sabitlik təmin

olun muş, yeni fəthlərə başlanmışdır. Mönke kağanın (1251-

1259) hakimiyyət dönəmi Türk-Monqol imperiyasında həyata

ke çirilmiş bir sıra islahatlarla yadda qalmışdır. Eyni zamanda,

Mön ke kağan müxtəlif din daşıyıcılarına münasibətdə dözümlü

mövqe göstərərək, imperiya paytaxında buddist məbədləri, məscidlər

və kilsələr də inşa etdirmişdir.

Qubilay Kağanın miniatür təsviri. 1290-cı illər

72

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

1294-cü ildə sonuncu kağan Qubilayın ölümü Türk-Monqol

imperiyasının parçalanması ilə nəticələndi. 1368-ci ildə Çinin

Minq sülaləsinin qalibiyyəti oradakı Türk-Monqol dövlətçiliyinə

son qoymuşdur. Bundan sonra, türk-monqol birlikləri Mon qo lustanın

mərkəzinə doğru çəkilərək burada yaşamaqda davam etmişlər.

Türk-monqol birliklərinin Qafqaza, eləcə də Azərbaycan

əra zilərinə ilk yürüşləri 1220-ci ilə təsadüf edir. Bu yürüş nəticəsində,

Zəncan, Ərdəbil, Şamaxı, Təbriz və Marağa şəhərləri

ələ keçirilmiş və ciddi talana məruz qalmışdı. Türk-monqol ordu

sunun Azərbaycana ikinci yürüşü 1231-ci ildə baş vermiş və

Xarəzmşahlar üzərində həlledici qələbə qazanılmışdı. Eyni zamanda,

bu yürüş yenidən Marağa şəhərinin, həmçinin, Gəncə,

Şəmkir, Tovuz və Bakının ələ keçirilməsi ilə nəticələnmişdir.

Türk-monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-

cı ildə baş vermişdir. Bu zaman Azərbaycan tamamilə Türk-Monqol

imperiyasının nəzarəti altına keçmişdir.

Türk-Monqol imperiyası. 1300-1405-ci illərdə

73

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türk-Monqol imperiyası öz dövrünün ən nizamlı ordusuna

sahib idi. Ordu birliklərinə “bahadur” adlandırılan şəxslər rəhbərlik

edirdi. Çingiz xan tərəfindən həyata keçirilmiş islahatlar

or dunun idarə edilməsi və döyüşlərin təşkilində o zaman üçün innovativ

olan xüsusiyyətləri özündə əks etdirirdi. Qoşun on, yüz,

min, on min nəfərlik qruplara ayrılırdı və hər bir qrupun dö yüş

za manı ona həvalə edilmiş xüsusi vəzifəsi var idi (269).

Çingizxan tərəfindən hazırlanmış “Yasa” (müasir anlamda –

konstitusiya) Türk-Monqol imperiyasında ictimai münasibətlərin

tənzimlənməsində əsas mənbə hesab edilirdi. Ana qanun hesab

edilən Yasa çoxyönlü ictimai-siyasi münasibətləri tənzimləyən və

Məcəllə formatında tərtib olunmuş ilk qanunlar toplusu idi. Bu

Yasada qadınların qul kimi satılması, şəxsi mülkiyyətin oğurlanması,

türk-monqol birlikləri arasında daxili savaş qadağan edilmişdi

(272).

Türk-Monqol imperiyasında ticarətin inkişafına və tica rət

yollarının təhlükəsizliyinin təmin edilməsinə ən yüksək səviy yədə

dəstək göstərilirdi. Böyük İpək Yolu ticarətindən əldə edilən

gəlir imperiyanın və onun əhalisinin əsas gəlir qaynağı idi. Eyni

zamanda, tacirlərdən qonşu dövlətlərdə baş verən hadisələr barədə

Böyük İpək Yolunu da nəzarətə götürən,

Avrasiyanın tam hökmdarı Türk-Monqol imperiyası. XIII – XIV əsrlər

74

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

məlumat əldə etmək məqsədilə də istifadə olunurdu. Məşhur qərb

səyyahı Marko Polo Türk-Monqol imperiyası üçün Böyük İpək

Yolunun xüsusi əhəmiyyətini vurğulayaraq, tacirlərin dövlətə

əm lak və ticarət vergisi ödədiyi barədə məlumat verirdi (124).

Türk-Monqol imperiyasında dövlət idarəetməsi bir sıra

qədim və orta dövr türk dövlətlərinin dövlət yönətim üslubu ilə

oxşarlıq təşkil edir. “Kağan” (və ya “Xaqan”) titulu daşıyan dövlət

başçısı həlledici fiqur hesab edilsə də, onun sarayında fəaliyyət

göstərən Qurultayın geniş səlahiyyətləri var idi. Xaqan titulunun

verilməsi və ya ləğv olunması Qurultayın səlahiyyətinə daxil

idi. İmperiya geniş məkanı əhatə etdiyindən mərkəzləşdirilmiş

qay dada idarəetmə mümkünsüz idi. Bu baxımdan, imperiya

vilayətləri geniş muxtariyyətə malik idilər.

Türk-monqol imperiyasının tərkibində çoxsaylı xalqların

yaşaması dini inanc müxtəlifliyinin əsas səbəbi idi. Belə ki, imperiyanın

geniş ərazilərində yerli xalqların dini inancları – tanrıçılıq

(tengriçilik), şamanizm, islam və xristianlıq onlardan heç birinə

üstünlük verilmədən, bərabər hüquqlar əsasında saxlanılmışdır.

Da ha sonralar imperiyanın Yaxın Şərqdə mövqelərini möhkəm-

Türk-Monqol döyüşçüləri. Fəzlüllah Rəşidəddinin

“Cami’ ət-Təvarix” əsərinə miniatür-illüstrasiya. XIV əsr

75

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

lən dirməsi səbəbindən islam dini sürətlə yayılmağa başlamış və

dominantlıq əldə etmişdir.

Türk-Monqol imperiyasında türk, monqol, fars, çin dili əsas

ünsiyyət vasitələri olmuşdur. Rəsmi yazışmalar türk uyğur yazısı

ilə aparılmışdır. Bu dövrdə yaşayıb-yaratmış bir sıra ədəbiyyat

nümayəndələri də bu yazıdan istifadə etmişlər (14; 116).

Çingiz xanın dövründə kəsilmiş qızıl pul. 1220-ci illər

76

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

TEYMURİLƏR İMPERİYASI

Teymurilər imperiyası

(1370-1507-ci illər) Əmir Teymur

tərəfindən əsası qoyulan

türk dövlətidir (88). Səmərqənd

və Herat şəhərləri Teymurilər

imperiyasının paytaxtları olmuş

dur. Mesopotamiya, İran,

Teymurilər imperiyasının ilk bayrağı Azərbaycan, Gürcüstan, Mərkəzi

Asiya, Şərqli Ana dolu,

Su riya Teymurilər imperiyası

nın tərkibinə daxil idi. İmperiyanın ümumi ərazisi XV əsrin

əv vəllərində 4,4 milyon kv. km təşkil edirdi. Əmir Teymur XIV

əsrin ortalarından başlayaraq Mərkəzi Asiyada hakimiyyətini

güc ləndirmiş, Mavərəünnəhr və Xorasanı özünə tabe etmişdir.

Əmir Teymur Çağataylardan və Çingiz xanın soyundan olan Suyurqatmış

xanı taxta çıxardıqdan sonra dövləti məhz Çağatay xanədanlığının

adından idarə edirdi (76).

Teymurilər imperiyasının genişlənməsi. XIV əsrin sonları

77

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Regionun geostrateji baxımdan önəmli mərkəzi sayılan Xarəzmin

fəthi Əmir Teymurun başlıca məqsədi idi. Əmir Tey murun

Xarəzmə təşkil etdiyi aramsız yürüşlər 1388-ci ildə bu əra zinin

tamamilə Teymurilər imperiyasının tərkibinə daxil edil məsi

ilə nəticələnmişdir. Daha sonra İran üzərinə yürüş edən Əmir

Teymur Heratı, İsfahanı, Şirazı və Bağdadı ələ keçirmişdir. 1394-

1395-ci illərdə Qızıl Orda üzərinə hücuma keçən Əmir Teymur

Gür cüstanı və bütövlükdə Qafqazı Teymurilər imperiyasının tərkibinə

qatmışdır.

Əmir Teymurun Qızıl Orda xanı Toxtamışla münasibətləri

daim gərgin olmuş və hər iki tərəf bu ixtilafdan ciddi itkilərlə

çıx mışdır. Tarixə “Əmir Teymurun beş illik yürüşü” adı ilə daxil

olan hərbi səfərində Toxtamış xanın ordusunu darmadağın etmək

həlledici vəzifə kimi müəyyənləşdirilmişdi. Tərəflər arasında

1391-ci ildə baş vermiş tarixi Qunduzca döyüşündə Əmir Teymur

qalib gəlsə də, Toxtamış xan Dəşti-Qıpçaq ərazisində öz

möv qelərini qoruyub saxlamışdı. Qızıl Orda imperiyasına həlledici

zərbəni vurmaq məqsədilə Əmir Teymur 1395-ci ildə səfərə

çıx mış və Terek çayı sahilində baş vermiş döyüşdə Toxtamış xanın

ordusunu ağır məğlubiyyətə uğratmışdı. Bu yürüşdə Əmir

Tey mur Qərbə doğru irəliləyərək Həştərxan və Saray Bərkəni

mü qavimətlə qarşılaşmadan ələ keçirmişdi.

1398-ci ildə Hindistan səfərinə çıxan Əmir Teymur bu cəbhədə

də hərbi zəfərlər əldə etmişdir. Elə həmin ildə Dehli Sultan

lığının ordusunu məğlub edən Əmir Teymur Hindistan səfə

rindən çoxlu qənimətlə geri dönmüşdü. Azərbaycan və ətraf

əra zilərin hakimliyinə gətirilən Miranşahın səriştəsiz idarəçiliyi,

Azər baycanda qaraqoyunluların nüfuzunun getdikcə güclənməsi

Əmir Teymurun Hindistan səfərindən qayıtdıqdan az sonra Qərb

istiqamətində yürüşə çıxmasına səbəb olmuşdur. 1399-cu ildə

baş lanan bu yürüşdə Əmir Teymur Azərbaycan, Gürcüstan və

İraq üzərində nəzarəti möhkəmləndirmişdi. Bundan sonra, Əmir

Tey murun qarşısında Suriya və Anadolunu ələ keçirmək üçün

cid di maneə qalmamışdı. 1400-1401-ci illərdə Anadolu və Yaxın

78

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Şərq istiqamətində həyata keçirdiyi hərbi yürüşlər nəticəsində

Əmir Teymur Dəməşq, Şam və Şərqi Anadolunu ələ keçirmişdir.

1401-ci ildə baş vermiş Ankara döyüşündə Osmanlı ordusunu

məğlub edən Əmir Teymur imperiyanın siyasi-hərbi qüdrətini

möhkəmləndirmişdi. Lakin o zamanın digər türk-müsəlman dövlətlərində

olduğu kimi, dövlətin taleyinin bir hökmdarın əlin də

cəmləşməsinin acı nəticələri özünü Əmir Teymurun ölümün dən

sonra açıq şəkildə göstərmişdir. 1405-ci ildə Əmir Teymurun

və fatı Teymurilər imperiyasının parçalanmasının başlanğıcı olmuş,

qısa müddət ərzində imperiyanın tabeliyində olan ərazilər

dövlətin tərkibindən ayrılmışdır.

Şahrux (1409-1447) dönəmində imperiyanın tənəzzülü

pro sesi yavaşısa da, Uluqbəyin (1447-1449), Əbu Səidin (1451-

1469) və Hüseyn Bayqaranın (1469-1506) hakimiyyəti illərində

bu gedişin qarşısını almaq mümkün olmamışdır. Artıq XV əsrin

son larında Avrasiyanın böyük coğrafiyasını öz hərbi zəfərləri ilə

lərzəyə salan Teymurilər imperiyası əvvəlki gücünü tamamilə

itir mişdi. Bu zaman Qafqaz, Mesopotamiya və Şərqi Anadolu

Sə fəvilərin, Mərkəzi Asiya isə Şeybanilər sülaləsinin nəzarəti

Teymurilər imperiyası. 1400-cü illər

79

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

altına düşmüşdü. Teymurilər imperiyasının dövlətçilik ənənələri

Əmir Teymurun soyundan olan Babur xan tərəfindən Moğol imperiyasının

yaradılması ilə davam etmişdir.

Teymurilər imperiyasına Əmir titulu daşıyan hökmdar başçılıq

edirdi. Sarayda fəaliyyət göstərən divanxananın səlahiy yətləri

geniş idi. Hərbi, hüquqi, mülki, maliyyə məsələlərinin müzakirəsi

divanxanada keçirilirdi. Əmirzadə titulu daşıyan hökmdar

oğulları və nəvələri imperiya vilayətlərini idarə edirdilər. Tey murilər

imperiyasında ictimai-sosial-siyasi münasibətlərin tənzimlənməsi

yasalar, türk törəsi və şəriət əsasında həyata keçirilirdi.

Zirehli süvari birlikləri, yüngül zirehli atlı oxçular Teymurilər ordusunun

əsasını təşkil edirdilər. Əmir Teymur ordunun çevikliyini

və nizamlılığını artırmaq, beləliklə, zəfər imkanlarını yüksəltmək

məqsədilə mütəmadi olaraq ordu islahatları həyata keçirirdi. Orduya

düşmən qüvvələrinin sayından asılı olaraq hökmdarın özü,

əmirzadələr və əmir əl-üməra başçılıq edirdi. Orduda on nə fər lik

birliklərin başçısı onbaşı, yüz nəfərlik birliklərin başçısı yüzbaşı,

min nəfərlik birliklərin başçısı isə minbaşı adlanırdı (294).

Teymurilər imperiyası Şərq dövlətləri konfiqurasiyasında.

XV əsrin əvvəlləri

80

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Tarixi qaynaqlar Teymurilər imperiyasının Avropa dövlət

ləri ilə diplomatik münasibətlər qurması barədə məlumat verirlər.

Xüsusilə, Osmanlı təhlükəsindən xilas olmaq üçün Avropa

dövlətləri Teymurilər imperiyası ilə müttəfiqlik münasibətləri yaratmaqda

maraqlı idilər. Osmanlılarla Ankara döyüşündə iki ispan

elçisinin Əmir Teymuru müşayiət etməsi də bu münasibətlərin

göstəricisi idi. Əmir Teymurla Fransa kralı VI Karl və Kastiliya

kralı III Henrix arasında dostluq münasibətləri mövcud olmuşdur.

Teymurilər xanədanlığına mənsub hökmdarların yürüş ləri

nə qədər dağıdıcı və amansız olsa da, onlar elm və mədəniy yə -

tin, memarlığın inkişafına xüsusi diqqət ayırırdılar. Həmin dövr -

də Teymurilər imperiyasının paytaxtı Səmərqənd bütün Şərq də

elm, mədəniyyət və ticarət mərkəzinə çevrilmişdi. Əmir Tey -

mu run varislərindən olan Uluqbəy, eyni zamanda, astro no miya

və riyaziyyatla məşğul olurdu. Uluqbəyin təşəbbüsü ilə Sə mərqənddə

çoxlu sayda mədrəsə və rəsədxana tikilmişdi. Bu dövrdə

memarlıq və miniatür sənətinin sürətli yüksəlişi bütöv lük də

Səmərqənddə Bibi-Xanım məscidi.

1404-cü il. Azərbaycan memarlıq üslubu

81

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

türk-islam memarlığının sonrakı inkişaf istiqamətinə ciddi təsir

göstərmişdir. Səmərqənddəki Şahi-Zində və Gur-Əmir kompleks

ləri, Ruhabad türbəsi, Şəhrisəbz şəhərində inşa edilmiş Əmir

Teymur sarayı Teymurilər dövrünün məşhur tarixi-memarlıq abidələrindəndir.

Teymurilər imperiyasında elm və sənətkarlığın

sürətlə inkişaf etməsi səbəbindən bu dövr, eyni zamanda, “Teymu

rilər renessansı” kimi təsdiqlənir (9; 62).

40 metrlik Məscidin günbəzi

82

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

ELXANİLƏR DÖVLƏTİ

Elxanilər dövlətinin bayrağı

Elxanilər hökmdarı Hülaku xanın

damğası

1256-1353-cü illərdə mövcud olan Elxanilər dövlətinin

əsa sı Çingiz xanın nəvəsi Hülakü (1256-1265) xan tərəfindən

qo yulmuşdur. Bəzi tarixi qaynaqlarda dövlətin adı Hülakülər

dövləti kimi qeyd edilir. Marağa, Təbriz və Sultaniyyə şəhərləri

El xanilər dövlətinin paytaxtları olmuşdur. Güclü siyasi-hərbi

qüdrətə malik olduğu zaman Elxanilər dövlətinin ümumi ərazisi

3,7 milyon kv. km təşkil edirdi. Elxanilər dövləti Fars kör fə zindən

Dərbəndə, Ceyhun çayından Misirə qədər olan əraziləri əhatə

edirdi. Ölkənin strateji önəm kəsb edən mərkəzi isə Azər baycan

hesab edilirdi.

1255-ci ildə Türk-Monqol imperiyasının hökmdarı Mönke

xaqan Hülaku xanı imperiyanın qərb ərazilərini idarə etmək üçün

göndərmişdi. Qısa müddət ərzində siyasi və hərbi mövqelərini

gücləndirməyi bacaran Hülakü xan Abbasilər xilafətini məğlub

etməyi və bu coğrafiyada əsas söz sahibi olmağı başlıca məqsəd

kimi müəyyənləşdirmişdi. Bu məqsədə çatmaq üçün güclü ordu

və mərkəzləşdirilmiş hakimiyyət yaradan Hülakü xan 1258-ci

ildə Bağdad şəhərini ələ keçirərək Abbasilər xilafətinin varlığına

son qoymuşdur.

83

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Elxanilər dövlətinin siyasi coğrafiyası. 1256-1353

Elxanilər hökmdarı Hülakü xanın

miniatür təsviri. 1250-ci illər

84

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Bundan sonra, Suriya və Fələstini ələ keçirən Elxanilər ordusu

Misir üzərində hakimiyyəti bərqərar etməyə cəhd gös tərmişdir.

Lakin Məmlüklərlə üz-üzə gələn Elxanilər 1260-ci ildə

baş vermiş döyüşdə məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur

olmuşdular. Eyni zamanda, Anadolu Səlcuq dövlətini özünə

tabe edən Elxanilər dövləti bu regionun geopolitik və et nik

mənzərəsini tamamilə dəyişdilər. Fəth edilən ərazilərin yağ malanması

və tabe olan xalqlar üzərində sərt hakimiyyət rejimi bu

ərazilərdən kütləvi köçə səbəb olmuşdu.

Hülakü xanın vəfatından sonra Elxanilər dövlətində mərkəzi

hakimiyyət zəifləməyə başladı. Şimalda yerləşən Qızıl Orda

dövləti yaranmış situasiyadan istifadə edərək 1265, 1288,

1290-cı illərdə ölkənin şimal vilayətlərinə yürüşlər etmişdilər. Bu

yü rüşlərdə Azərbaycanda yaşayan əhali, şəhər və kəndlər xeyli

zərər çəkmişdir.

Elxani hökmdarı Qazan xan “Quran” oxuyur.

Miniatür təsviri. 1300-cü illər

85

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Elxanilər dövlətində mərkəzi hakimiyyət Sultan Mahmud

Qa zan xanın (1295-1304) hakimiyyətə gəlişi ilə yenidən güc lənməyə

başladı. Qazan xan tərəfindən həyata keçirilən islahatlar nəti

cəsində kənd təsərrüfatı, ticarət və sənətkarlıq yeni inkişaf mərhələsinə

qədəm qoydu. Qazan xanın islam dinini qəbul etməsi

onun yerli əhali və dinə bağlı güc mərkəzləri ilə münasibətlərini

möh kəmləndirməsinə səbəb olmuşdu.

Qazan xanın ölümündən sonra taxta oturan oğlu Olcaytu

xanın hakimiyyəti dövründə (1304-1316) Elxanilər dövlətində

da xili sabitlik qorunmuş, xarici müdaxilələrin qarşısı uğurla

alın mışdı. Lakin Əbu Səid dönəmində (1316-1335) Qızıl Orda

və Misir sultanlarının aramsız hücumları nəticəsində Elxa ni lər

döv ləti xeyli zəiflədi. Bununla yanaşı, iri feodalların mərkəz dənqaçma

meyllərinin güclənməsi dövlətin tənəzzülünü daha da yaxınlaşdırdı.

1335-ci ildə Qızıl Orda xanı Özbəyin Azərbaycana

təş kil etdiyi hücumda Əbu Səidin öldürülməsi ilə Elxanilər dövləti

süquta uğradı.

Elxanilər dövlətinin mövcud olduğu illərdə inşa edilmiş

bir sıra tarixi abidələr bu günümüzə qədər gəlib çatmışdır. Ba nisi

görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi olan Marağa rəsəd-

XIV əsrin ortalarında Elxanilər dövlətinin

dağılmasından sonra Cənub-Şərqi Asiya

86

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

xanası Hülakü xanın hakimiyyəti dövründə inşa edilmişdir. Eyni

zamanda, dövlətin paytaxtının Təbrizə köçürülməsi nəticəsində

şəhər önəmli memarlıq – sənətkarlıq mərkəzinə çevrilmişdir. Elxanilər

dövlətinin başçısı Qazan xanın vəziri Rəşidəddinin təşəbbüsü

ilə tikilmiş Rəşidiyyə bu regionda xüsusilə məşhur idi. Akademiya

şəhərciyi kimi tanınan Rəşidiyyədə 24 karvansaray, 1500

dükan, 30 min yaşayış evi, çoxlu mədrəsələr, 60 min kitab fondu

olan 2 kitabxana var idi. Təbriz şəhərində inşa edilmiş Əlişah

məscidi, Olcaytu Xudabəndə türbəsi bu dövrün məşhur memarlıq

nümunələrindəndir (430).

87

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QIZIL ORDA

(ALTUN ORDU) İMPERİYASI

Qızıl Orda imperiyasının

bayrağı

Qızıl Orda imperiyası 1240-

1502-ci illərdə mövcud olmuşdur.

Əsası Çingiz xanın nəvəsi Batı xan

(1236-1255) tərəfindən qurulmuş

Qı zıl Orda imperiyası Şimali Qafqazdan

Sibirin bir hissəsinə, Krım

və Qıpçaq düzlərindən Balxaş gölünə,

Dunaydan Fin körfəzinə qədər

olan geniş məkanı əhatə edirdi.

İm periyanın ümumi ərazisi planetin quru ərazisinin 4,03%-i olmaqla,

6 milyon kv. km təşkil edirdi. Saray Batı və Saray Bərkə

şəhərləri Qızıl Orda imperiyasının inzibati mərkəzləri ol muşdur.

Batı xanın ölümündən sonra hakimiyyətə gələn Bərkə xan

(1257-1266) Türk-Monqol imperiyasında baş qaldırmış siyasi

qey ri-sabitlikdən istifadə edərək dövlətin müstəqilliyini daha da

Batı xanın (1236-1255) miniatür təsviri

88

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

möhkəmləndirdi. Bu dövrdə Qızıl Orda imperiyası ilə Elxanilər

döv ləti arasında Qafqaz uğrunda uzun sürən toqquşmalar başlamış

dı. Bu mübarizədə əlavə dəstək qazanmaq üçün Misirin Məmlük

dövləti ilə mütəffiqlik əlaqələri qurulmuşdur. Eyni za man da,

imperiya torpaqlarının Qərbə doğru genişlənməsində əsas maneə

olan Bizans imperiyasına qarşı həyata keçirilmiş bir sı ra uğurlu

hərbi əməliyyatlar Bərkə xanın hakimiyyət illərinə tə sadüf edir.

1265-ci ildə Bərkə xan qardaşı oğlu Noqayın başçılıq etdiyi 20

minlik ordunu Bizans üzərinə göndərmişdi. Dunayın cə nubunda

baş vermiş döyüşdə bizanslıların məğlubiyyətə uğraması nəticəsin

də Bulqar torpaqları, Macarıstanın şərq əraziləri Qızıl Or da

im periyasının tərkibinə qatıldı.

Qızıl Orda imperiyası. XIII əsrin sonları

89

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Bərkə xanın ölümündən sonra hakimiyyətə növbə ilə Ba tı

xanın nəvələri – Məngi Teymur, Tuta Məngü və Teleboğa gəlmişlər.

Lakin bu dövrdə hakimiyyəti faktiki olaraq dövlətdə və

or du içərisində yüksək nüfuzu olan Noqay xan idarə edirdi. 1291-

ci ildə hakimiyyətə gələn Toqta xan Noqay xanın mövqelərini

zəiflətmək siyasəti yürüdürdü. 1300-cü ildə Noqay xanın öl dü rülməsindən

sonra Toqta xan dövlətdə əsas söz sahibinə çev ril mişdi.

XIV əsrin əvvəllərindən etibarən Qızıl Orda imperiyasında

mərkəzi hakimiyyətə tabe olmamaq meylləri güclənmişdi. İmperiya

ərazisində çoxsaylı və müxtəlif inanclara sahib olan xalqlar

yaşadığından onları vahid hökmdarlıq altında saxlamaq imkanları

məhdudlaşırdı. Lakin Özbək xanın (1313-1342) hakimiyyətə gəlişi

ilə daxili müharibələrə son qoyularaq uzunmüddətli siyasi sabitlik

əldə edildi. Özbək xanın islam dinini qəbul etməsi onun imperiyada

getdikcə sayı artan müsəlmanlar arasında nüfuzunu möhkəmləndirmişdi.

Özbək xanın vergi və inzibati sahədə apardığı

is lahatlar imperiyanın idarəetmə sistemində köklü dəyişikliklərə

səbəb oldu. Özbək xandan sonra hakimiyyətə gələn Canı bəyin

(1342-1357) hakimiyyəti dövründə Qızıl Orda imperiyası hərbisiyasi

mövqelərini möhkəmləndirərək coğrafi sərhədlərini xeyli

genişləndirmişdi. Lakin Canı bəyin saray çəkişmələri nəticəsində

öl dürülməsindən sonra mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr

fəallaşmağa başladı. Nəticədə, XIV əsrin 60-cı illərində Xarəzm,

daha sonra Həştərxan Qızıl Orda imperiyasından ayrıldı.

Lakin bu heç də Qızıl Ordanın dövlət olaraq həmin coğrafiyada

möv qelərinin itirilməsi anlamına gəlmir.

Qızıl Orda qoşunlarının 1380-cı ildə rus knyazları tərəfin

dən məğlub edilməsinin qisası çox ağır oldu. Qızıl Orda xanı

Tox tamışın (1380-1395) başçılıq etdiyi ordu Moskva şəhərini ələ

keçirərək yandırdı. Toxtamışın Azərbaycana təşkil etdiyi yü rüşlər,

Xarəzm və Mavərəünnəhrin ələ keçirilməsi Toxtamışla Əmir

Teymur arasında münasibətləri xeyli gərginləşdirdi. Bundan sonra,

Toxtamış xanla Əmir Teymur arasında uzun müddət davam

edə cək mübarizə başladı. Bu mübarizənin sonu 1395-ci ildə baş

90

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

vermiş Terek döyüşündə Toxtamış xanın öldürülməsi ilə nəti cələn

di. Qızıl Orda imperiyasının Teymurilərlə mübarizədən məğlub

ayrılması dövlətin dayaqlarını sarsıtdı. Beləliklə, XV əsrin

20-ci illərindən etibarən Qızıl Orda imperiyası parçalanmağa

baş ladı. Qızıl Orda ərazisində Noqay, Qazan, Həştərxan, Özbək,

Si bir və digər xanlıqlar yarandı.

Türk-Monqol imperiyasının idarəetmə sisteminin əsas elementlərini

Qızıl Orda imperiyasında da görmək mümkündür. Həlledici

qərarlar dövlətin başında dayanan xan tərəfindən qəbul edilirdi.

Bəylərbəyi və vəzir xandan sonra siyasi baxımdan statusu

ən yüksək olan səlahiyyət sahibləri sayılırdı. İmperiya vilayətləri

mər kəzi hakimiyyətə tabe olsalar da, idarəetmə baxımından geniş

muxtariyyət əldə etmişdilər.

Əsas ticarət yollarının Xəzərin şimalı ilə Qızıl Orda ərazisindən

keçməsi bu coğrafiyada ticarətin inkişafına təkan verən

başlıca amil idi. Tarixi mənbələr buraya Misir, Hindistan və Qaf-

Qızıl Orda və digər türk imperiyaları

epoxasında Böyük İpək Yolu. 1294-cü il

91

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

qazdan çoxlu sayda tacirlərin axın etdiyi barədə məlumat verirlər.

Volqa çayının sahilində yerləşən Saray Batı şəhəri sənətkarlıq

və ticarət mərkəzi idi. Saray Bərkə Avropa və Asiyanın kəsişmə

sində yerləşdiyindən uzun müddət ticarət əhəmiyyətini qoruyub

saxlamışdır. Türk, qıpçaq və monqol dilləri Qızıl Orda imperiyasında

ünsiyyət vasitəsi idi. Eyni zamanda, rəsmi yazış malar,

əsasən, türk dilləri ailəsinin şimal-qərb qrupuna mənsub qıpçaq

dilində aparılırdı.

Dunay çayı sahillərində aparılmış arxeoloji qazıntılar zamanı

Qızıl Orda imperiyasına aid maddi-mədəniyyət nümunələri aşkar

edilmişdir. Bu ərazilərdə islam dininin yayılmasından sonra

Saray Batı, Saray Bərkə, Qazan şəhərlərində çoxsaylı məscid və

mədrəsələr inşa edilmişdir. Türk-islam sivilizasiyası arealının

Xə zər və Qara dənizin şimal istiqaməti üzrə Şərqi Avropayadək

ge nişlənməsi prosesi Qızıl Orda imperiyası dövründə ən yüksək

səviyyəsinə çatmışdır (426).

Qızıl Ordanın imperiya möhürü. Batı xan dövrü

92

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

MƏMLÜK DÖVLƏTİ

Məmlük dövləti (və ya

“ed- Devletü’t-Türkiyye”;

Daw lat al-Mamālīk; Sal ta nat

al- Mamālīk – Məmlük Sul tan -

lığı) Misir və Suriya əra zi sində

1250-1517-ci illərdə mövcud

olmuş türk dövlət lə rin dən biridir

(38, s.205-212). Məm lük-

Məmlük dövlətinin bayrağı

lər Abbasilər xila fətində, əsa -

sən, orduda xidmət edən türk sərkərdələri və hərbçiləri ol muşlar.

Tarixi qaynaqlar Abbasi or dusundakı məmlüklərin sa yı nın 35

minə qədər olduğu barədə məlumat verirlər.

Zaman keçdikcə dövlət təsisatlarında mövqelərini xeyli

güc ləndirən məmlüklər öz dövlətlərini yaratmaq istiqamətində

fə aliyyətə başladılar. Məmlüklər, əsasən, iki qoldan – Bəhri

məmlükləri və Bürcü məmlüklərindən ibarət idi. Bəhri məmlükləri

döv lətin qurulmasında daha yaxından iştirak etsələr də, sonrakı

dövrlərdə Bürci məmlükləri Məmlük dövlətində həlledici söz

sahibinə çevrildilər. Əyyubilər xanədanının zəifləməsi məmlüklərin

öz dövlətlərini qurması üçün əlverişli siyasi şərait forma

laşdırmışdı. Sonuncu Əyyubi sultanı Turan şahın 1249-cu ildə

öl dürülməsi bu yolda sonuncu maneəni aradan qaldırdı. Məmlük

sərkərdəsi Aybəy 1250-ci ildə özünü sultan elan edərək Məmlük

dövlətinin qurulduğunu elan etdi.

Qısa müddət ərzində sultan Aybəy Məmlük dövlətinə qarşı

daxili və xarici müdaxilələri zərərsizləşdirməyi bacardı. La kin

sultan Aybəyin öldürülməsi və getdikcə daha təhlükəli hal alan

türk-monqol hücumları Məmlük dövlətini real təhlükə ilə üz-

93

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

üzə qoymuşdu. Bağdad şəhərinin ələ keçirilməsi və Abbasi xəlifəsinin

öldürülməsi türk-monqol birliklərinin Misirə yolunu açmışdı.

1260-cı ildə Məmlük sultanı Qutuzun başçılıq etdiyi or du

türk-monqol qoşunu ilə üz-üzə gəldi. Məmlük dövləti üçün bu

ölüm-dirim savaşından Sultan Qutuz qalib ayrıldı. Həmin zə fərdən

sonra Məmlük dövlətinin ərazisi Həbəşistandan Fərat çayı

sa hillərinə qədər olan geniş coğrafiyaya yayıldı.

Məmlüklərin xəlifələrə qarşı olan isti münasibəti Məmlük

dövlətinin islam aləmində mənəvi nüfuzunu xeyli artırmışdı. Bu

vaxt Məmlük sultanı olan Baybars səlib yürüşləri zamanından

burada məskunlaşmış xristian birlikləri üzərində Məmlük dövlətinin

nəzarətini təmin etməyi bacardı. 1274-cü ildə Anadoluya

daxil olan sultan Baybars Sis vilayətini, daha sonra Kayserini ələ

keçirdi. Sultan Baybars dönəmində mövqelərini xeyli güc lən dirən

Məmlük dövləti Suriya və Misirdə türk-monqol hakimiy yətinin

bərqərar olmasının qarşısının alınmasında həlledici rol oynamışdır.

1310-cu ildə hakimiyyətə gəlmiş Sultan Məhəmməd Məmlük

dövlətində həyata keçirdiyi siyasi və iqtisadi islahatlarla məş -

Məmlük dövləti. 1250-1517-ci illər

94

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

hurdur. Bu islahatlar mərkəzi hakimiyyətin gücləndirilməsi, çoxsaylı

məmur ordusunun sayının azaldılması, vergilərin sə mə rəli

şəkildə toplanması baxımından xüsusilə əhəmiyyətli idi. Ey ni

zamanda, bu islahatlar məşvərətçi funksiya yerinə yetirən Di vanın

səlahiyyətlərini də xeyli artırmışdı.

1382-ci ildə Bəhri məmlüklərinin hakimiyyətinə son qoyan

Bürcü məmlükləri Məmlük dövlətində idarəetməni ələ keçirdilər.

Bürcü məmlükləri 1517-ci ilə qədər Misir üzərində hakimiyyəti

qo ruyub saxlayaraq Məmlük dövlətçiliyini yaşatmışlar. Bu dövrdə

Məmlüklər güclü donanma yaratmış və Aralıq dənizinin şərq

sahillərində hökmranlıqlarını möhkəmləndirmişdilər. XV əs rin

ortalarına doğru Məmlük dövlətinin yanlış xarici siyasət stra tegiyası

dövlətin dayaqlarının zəifləməsinin əsas səbəbləri idi.

Belə ki, Məmlük sultanları həmin coğrafiyada onları hər

tə rəfdən əhatə edən digər türk dövlətləri ilə mehriban qonşuluq

mü nasibətləri qurmaqda çətinlik çəkirdilər. Ağqoyunlular və

Osmanlılarla mücadilə Məmlük dövlətinin regiondakı nüfuzunu

xeyli zəiflətmişdi. Qonşu dövlətlərdən yalnız Səfəvilərlə qısa

müd dətli ittifaqda olsalar da, bu müttəfiqlik əlaqələri Məmlük

Məmlük bəyi. XIV əsr

95

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

döv lətinin ayaqda qalmasına yardım göstərə bilmədi. 1517-ci

il də Ridaniyyədə Yavuz Sultan Səlimin başçılıq etdiyi Osmanlı

ordusu Məmlüklər üzərində həlledici qələbə qazandı. Beləliklə,

Məmlük dövləti süquta uğradı, xəlifəliklə bərabər, müqəddəs torpaqların

himayəsi Osmanlı dövlətinin əlində keçdi.

Məmlüklər rəsmi yazışmalarda ərəb dilindən istifadə etsələr

də, sarayda və orduda başlıca ünsiyyət vasitəsi oğuz türkçəsi idi.

Zəngin mədəniyyət qovuşağında yerləşən Məmlük dövləti bu

məkanın mədəni irsinə yeni və özünəməxsus çalarlar əlavə et mişdir.

Qahirədəki Baybars, Məhəmməd Nəsir, Sultan Həsən, Ulu

məs cidləri, Hələb, Şam istehkam-qalaları Məmlük dövlətinin

möv cud olduğu illərdə inşa edilmiş məşhur tarixi abidələrdəndir.

Məmlük incəsənəti nümunələri

96

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

OSMANLI İMPERİYASI

Dünyanın siyasi tarixinin ən

əzəmətli dövlətlərindən biri olan

Os manlı imperiyası (1299-1922-ci

illər) tarixin ən uzun ömürlü imperiyalarından

biri olmuşdur (29; 31;

88; 45; 358). Özünün ən qüdrətli

döv ründə Osmanlı imperiyası üç qitənin

torpaqlarını – Şimali Afri kanı,

Cənubi və Qərbi Asiyanı, Şər qi

Osmanlı imperiyasının gerbi

və Cənubi Avropanı özündə birləşdirmişdi.

XVII əsrin sonlarında imperiyanın ümumi ərazisi 5.2

milyon kv. km. təşkil edirdi. Söyüt, Bursa, Ədirnə və İstanbul

şə hərləri Osmanlı imperiyasının paytaxtları olmuşdur. XX əsrin

sonlarında imperiyanın ümumi əhalisi 24 milyona yaxın idi (27).

Oğuzların qayı (“kayı”) boyundan olan Osman bəyin 1299-

cu ildə Anadolunun şimal-qərbində yerləşən Söyüt şəhərində

Osmanlı bəyliyinin əsasını qoyması bu dövlətin yarandığı tarix

hesab edilir. Qayı boyu oğuz türklərinin ən nüfuzlu 24 qolundan

Osmanlı imperiyasının müxtəlif tarixi zamanlardakı bayraqları

97

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

biri idi. Osman bəyin atası Ərtuğrul Qazi Anadolu Səlcuq sultanı

III Ələddin tərəfindən Bizans sərhəddinə “uc bəyi” (vilayət hakimi)

olaraq təyin olunmuşdu. Həmin ərazi Türkiyənin indi ki

Bursa, Kütahya və Biləcik ellərini əhatə edirdi. Bu dövrdə Anadolu

Səlcuq dövlətinin Elxanilərlə mübarizədə ağır məğlu biyyətə

uğraması Anadolunu Bizans təhlükəsi ilə yenidən üz-üzə

qoy muşdu. 1281-ci ildə Ərtoğrul bəyin ölümündən sonra onun

yerinə kiçik oğlu Osman bəy keçdi. Yaşının və idarəetmə təcrübəsinin

az olmasına baxmayaraq, Osman bəyin qısa zamanda əldə

etdiyi uğurlar onun Anadolu bəyləri arasında siyasi nüfuzu nu

xeyli artırmışdı. Belə ki, Bizans ordusunun nəzarətində olan Ak -

hisar şəhərinin, Lefke, Mekece, Geyve qalalarının ələ keçi ril məsi

Osman bəyin dövlət qurmaq yolunda atılmış önəmli addım ları

idi.

Anadolu Səlcuq dövlətinin zəifləməsinə baxmayaraq, Osman

bəy uzun müddət səlcuqlara siyasi bağlılığını qoruyub saxlamışdı.

Lakin Anadolu Səlcuq dövlətinin faktiki olaraq Ana doluda

nəzarəti itirməsi yeni siyasi situasiya formalaşdırmışdı. Kənar

qüvvələrin belə siyasi boşluqdan istifadə etməsinin qar şısını

almaq məqsədilə Osman bəy 1299-cu ildə Osmanlı dövlətinin ya-

Osmanlı bəyliyi. XIII əsrin sonları

98

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

radıldığını elan etdi. Beləliklə, dünya tarixində xüsusi yeri olan,

uzun əsrlər boyu Avrasiyada baş verən siyasi-iqtisadi-mədəni

prosesləri istiqamətləndirən imperiyanın əsası qoyulmuş oldu.

Osman bəyin hakimiyyətinin son illərində Osmanlı ordusunun

yürüşlərinə oğlu Orxan qazi rəhbərlik edirdi. 1324-cü ildə

Osman bəyin ölümündən sonra taxta Orxan qazi çıxdı. Orxan

qazinin rəhbərliyi ilə Osmanlı ordusunun bir-birinin ardınca əldə

etdiyi zəfərlər dövlətin dayaqlarını önəmli şəkildə gücləndirdi.

Bur sanın fəthindən sonra Osmanlı bəyliyinin mərkəzi Bursa şəhərinə

köçürüldü. 1361-ci ilə qədər hakimiyyətdə olduğu müddət

də Orxan qazi İznik şəhərini (1330) ələ keçirdi, eyni zamanda,

Anadoluda pərakəndə şəkildə mövcud olan türk bəyliklərini mərkəzi

hakimiyyətə tabe etdi. İzmitin 1337-ci ildə fəthi ilə Bizans

ordusu tamamilə Anadolu torpaqlarından çıxarıldı. Daha sonra,

ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və

Təkirdağ, Ankara fəth edildi.

Orxan qazidən sonra hakimiyyətə gələn I Muradın hakimiyyəti

illərində (1362-1389) Osmanlı fəthləri daha geniş vüsət

aldı (239). Bu dövrdə Osmanlı ordusu Balkan yarımadası üzərində

nəzarətini təmin etdi. 1371-ci ildə Çirməndə baş vermiş savaşda

serblər məğlub olaraq osmanlıların himayəsi altına keçdi. Bu zaman

Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri

Os manlılara qarşı birləşdi və 30.000 nəfərlik bir ordu ilə Osmanlı

sərkərdəsi Timurtaş Paşanı məğlub etdilər. Bu üstünlükdən yararlanmaq

istəyən avropalılar Xaçlı Birliyi qurdular. Əks hücuma

keçən I Murad, Bolqar kralını və Dobruca şahzadəsini məğlub

edə rək, onların Xaçlı Birliyinə qoşulmasının qarşısını aldı. 1388-

ci ildə I Murad Rumeliyə keçərək Xaçlı Birliyini ağır məğlubiyyətə

uğratdı.

İldırım Bəyazidin hakimiyyəti illərində də (1389-1402)

Os manlı fəthləri davam etmişdir. Mərkəzi hakimiyyəti xeyli

güc lən dirən İldırım Bəyazid Malatya və Konyanı dövlətin tərki

bi nə qatdı. İstanbulu mühasirəyə alaraq həlledici hücuma keçməyə

hazırlaşan Bəyazidin planları Anadolu torpaqlarına Tey-

99

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

mu run yürüşü nəticəsində uğursuzluğa düçar oldu. 1402-ci ildə

tərəflər arasında Ankarada baş vermiş tarixi döyüşdə Bəyazid

ağır məğlubiyyətə uğradı və əsir götürüldü. Teymur Osmanlı

döv lətini zəiflətmək üçün bəyliklərin müstəqilliyini bərpa edərək

ha kimiyyəti Bəyazidin oğulları arasında bölüşdürdü. 1413-cü ilə

qədər davam edən hakimiyyət çəkişmələri Osmanlı dövlətinin

xeyli zəifləməsinə səbəb olmuş və Bizans təhdidini yenidən gündə

mə gətirmişdi.

Lakin I Mehmetin (1413-1421) hakimiyyətə gəlişi ilə mər -

kəzi hakimiyyət yenidən güclənmiş və Osmanlı fəthlərinə yenidən

başlanmışdır. Anadoluda siyasi birliyi təmin etməsi və

Bi zans ordusu tərəfindən tutulan Anadolu torpaqlarını geri alma

sı I Mehmetin ən böyük uğuru idi. Anadoluda siyasi sabitlik

və birlik II Muradın (1421-1451) hakimiyyəti illərində daha da

möh kəmlənmişdir. Osmanlı ordusunun Avropa fəthlərini davam

etdirən II Muradın 1448-ci ildə baş vermiş Kosovo savaşını qazanması

ilə Balkanlarda türk hakimiyyəti bərqərar olmuşdur. Eyni

zamanda, bu dövrdə Balkan yarımadasına türklərin axını inten

siv hal almağa başlamışdır.

Osmanlı dövlətinin imperiyaya çevrilməsi Fateh Sultan

Meh metin (1451-1481) hakimiyyəti dövründə baş vermişdir.

1453-cü ildə İstanbul şəhərinin tarixi fəthi Osmanlı imperiyasının

yük səlişində dönüş nöqtəsi olmuşdur. Osmanlı qaynaqları İstanbulun

fəthində iştirak etmiş əsgər sayının 150-200 min ara sında

olduğu barədə məlumat verirlər. Min ildən çox Bizans imperiyasının

mərkəzi olmuş İstanbulun fəthi ilə Avropa və Asiyanın

birləşdiyi strateji məkan tamamilə türklərin nəzarəti altına keçdi

və Bizans imperiyası süquta uğradı. Beləliklə, Osmanlı im pe riyasının

Avropaya doğru irəliləməsi və bu məkanda türk amilinin

güc lənməsi üçün münbit zəmin formalaşdı. 1454-cü ildə Serbiya,

1463-1479-cu illərdə Bosniya və Makedoniya, ardınca İtaliya və

Ma carıstan üzərinə təşkil edilən yürüşlər Osmanlı imperiyasının

Avropadakı hakimiyyətini əhəmiyyətli şəkildə gücləndirdi. 1461-

ci ildə Trabzonun fəthi, 1475-ci ildə Krım yarımadasının asılı

100

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

hala gətirilməsi ilə Qara dəniz hövzəsi üzərində mütləq hakimlik

bər qərar edildi.

1470-ci ildən başlayaraq Osmanlı imperiyası ilə Ağqoyunlu

dövləti arasında münasibətlər kəskinləşməyə başlamışdı. Buna

əsas səbəb Anadolunun şərqində yerləşən Qaramanoğlu bəyliyinə

Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən dəstək verilməsi və

Osmanlı imperiyasına qarşı yönəlmiş Gürcü-Trabzon-Ağqoyunlu

ittifaqının qurulması idi. Tərəflər arasında gərgin münasibətlər

1473-cü ildə savaşla nəticələndi. Bu savaşda Ağqoyunlu dövlətini

ağır məğlubiyyətə uğradan Osmanlı ordusu öz imperiyasının şərq

sərhədlərinin təhlükəsizliyini uzun müddət təmin etdi.

1481-ci ildə hakimiyyətə gələn II Bəyazid Osmanlı fəthlə

rinə bir müddət ara vermişdir. Buna baxmayaraq, II Bəyazid

dö nəmində Osmanlı imperiyası nəzarəti altında olan ərazilər

üzə rində hakimiyyətini möhkəmləndirmişdir. 1512-ci ildə taxta

çıxmış II Bəyazidin kiçik oğlu Sultan Səlim bütün qüvvələrini

Səfəvi dövləti ilə mübarizəyə səfərbər etmişdi. Ümumtürk tarixinin

ən dramatik dövrü və türk dövlətləri arasında müna sibət-

Osmanlı imperiyası 1481-1683-cü illərdə

101

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

lərin düyün nöqtəsi kimi xarakterizə edilən Osmanlı-Səfəvi qarşıdurması

on la rın hər ikisi üçün neqativ sonluqla nəticələndi.

1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılı ağır

məğ lubiyyətə uğradan Sultan Səlim Osmanlı imperiyasının sərhədlərinin

şər qə doğru genişlənməsinə yol açsa da, imperiyanın

Avropada möv qelərinin zəifləməsinə və mərkəzdənqaçma meyillə

rinin güclən məsinə səbəb oldu. Eyni zamanda, bu döyüşlə uzun

müddət da vam edəcək Osmanlı-Səfəvi qarşıdurmalarının “ənənəsi”

yarandı.

Sultan Səlim 1517-ci ildə ikinci bir türk dövlətini – Məmlük

xanədanlığını ağır məğlubiyyətə uğradaraq Suriya, Fələstin və

Misiri fəth etdi. Sultan Səlim “Xəlifə” adını almış ilk Osmanlı

sultanı olmuşdur. Sultan Səlimin ölümündən sonra hakimiyyətə

gələn Sultan Süleyman dönəmində Osmanlı imperiyasının yüksəlişi

davam etmişdir. Avropa fəthlərinə Belqrad şəhərini ələ

ke çirməklə başlayan Sultan Süleyman daha sonra Kipr, Rodos,

Malta adalarını, Əlcəzairi, Macarıstanı imperiyanın tərkibinə

Üş qitənin torpaqlarını özündə birləşdirən Osmanlı

imperiyasının XIV – XIX əsrlərdə dəyişən siyasi coğrafiyası

102

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

da xil etdi. Macarıstanın fəthi Avstriya üzərinə həlledici hücuma

keçmək üçün əlverişli şərait yaratmışdı. Osmanlı ordusu 1529-cu

ildə Vyana şəhərini mühasirəyə aldı. Bu mühasirə Vyananın fəthi

ilə sonuclanmasa da, Osmanlı imperiyasının siyasi-hərbi qüdrətini

bir daha Avropaya göstərmiş oldu. 1533-cü ildə imzalanmış İstanbul

anlaşması ilə Avstriya hersoqu Ferdinand Osmanlı imperiyasının

Macarıstanın şimal hissəsi istisna olmaqla, ətraf ərazilərinin

Osmanlı hakimiyyəti altında qalmasına razılıq verdi.

Bu zaman Osmanlı imperiyasının uğurları digər cəbhələrdə də

da vam edirdi. Piri Rəisin başçılığı ilə Osmanlı donanmasının

həyata keçirdiyi hind səfərləri Osmanlı imperiyasının cənub-şərq

sərhədlərinin genişlənməsinə səbəb oldu. Yəmən, Eritreya, Sudan

sahilləri və Həbəşistanın bir hissəsi imperiyanın tərkibinə daxil

edildi.

Osmanlı-Səfəvi qarşıdurmasının ikinci dalğası da məhz bu

dövrə təsadüf edir. 1534-1553-cü illərdə mütəmadi olaraq davam

edən bu qarşıdurmada Səfəvi imperatoru Şah Təhmasib Sultan

Süleymana məğlub olmuş, Təbriz, Van, Həmədan şəhərləri, İraq

və Azərbaycan torpaqlarının böyük hissəsi Osmanlı imperiyasının

nəzarəti altına keçmişdi. 1553-cü ildə Naxçıvan səfərinə çıxan

Sultan Süleyman Naxçıvanı və Qarabağı ələ keçirmişdi. Tərəflər

arasında 1555-ci ildə imzalanmış Amasya müqaviləsi ilə Səfəvilər

imperiyası Şərqi Anadolunun, Vanın, Qərbi Azərbaycanın, Təbriz

və Bağdad şəhərlərinin Osmanlı imperiyasının nəzarəti altında

qalmasına razılıq verməyə məcbur olmuşdu.

Sultan Süleymanın ölümündən sonra hakimiyyətə gələn

Sultan II Səlimin hakimiyyəti illərində (1566-1574) imperiya

sər hədlərinin genişlənməsi prosesi davam etmişdir. Lakin sələflərindən

fərqli olaraq, II Səlim Osmanlı ordusunun heç bir yürüşündə

iştirak etməmişdir. Bu amil Osmanlı ordusunda döyüş ruhunun

azalmasına səbəb olmuşdur. 1571-ci ildə baş vermiş İnəbax

tı dəniz savaşında Roma Papasının rəhbərliyi ilə qurulmuş

Xaç Birliyi tərəfindən Osmanlı donanmasının məğlub edilməsi

os manlıların yenilməzliyi haqqında stereotipləri dağıtmışdır.

103

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

100 ildən çox bir dövrü əhatə edən 1579-1683-cü illər Os -

manlı tarixinin durğunluq dövrü hesab edilir. Osmanlı impe riyasına

qarşı üç cəbhədən – Avropadan, Səfəvi imperiyasından

və Rusiyadan gələn təhdid ordunun və getdikcə artan əhalinin

eh tiyaclarını qarşılamağı çətinləşdirirdi. Uzun müddət davam

edən Osmanlı-Səfəvi qarşıdurmasına 1629-cu ildə imzalanmış

Qəs ri-Şirin müqaviləsi ilə son qoyulmuşdur. Eyni zamanda, bu

mü qavilə Osmanlı imperiyasının süqutuna qədər onun şərq sərhədlərini

müəyyən etmişdir (263; 379).

Avropada İntibah dövrünün davamı olaraq elm, siyasət

və mədəniyyətin inkişafı, dünya okeanlarına çıxış nəticəsində

önəmli iqtisadi-ticari güc qaynaqlarının formalaşması Osmanlı

imperiyasını rəqib güclərlə siyasi-iqtisadi rəqabətdə geridə qoymuşdu.

1683-cü ildə Vyananın ikinci dəfə uğursuz mühasirəsi

Os manlı imperiyasının Avropadakı mövqelərinin xeyli zəifləmə

sinə səbəb olmuşdur. Avstriya, Rusiya, Venesiya və Reç Pospolitadan

ibarət ittifaq Osmanlı ordusunu məğlub etmiş, nəticədə,

Macarıstan Avstriyaya, Mora Venesiyaya, Podolya və Kamaniçe

Osmanlı imperiyası 1683-cü ildə

104

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Reç Pospolitaya, Azov qalası isə İstanbul anlaşması ilə Rusiyaya

verilmişdir. Osmanlı imperiyası ilə Rusiya arasında XVIII əsr boyunca

davam edən hərbi toqquşmalar 1768-1774-cü illərdə özünün

ən yüksək nöqtəsinə çatmışdır. Bu savaşın sonunda Uk ray -

nanın cənubu, Şimali Qafqaz və Krım Rusiyanın nəzarəti al tına

keçmişdir (79).

Beləliklə, XIX əsrin əvvəllərindən etibarən, Osmanlı imperiyası

artıq ekspansiyanı deyil, tabeliyində olan əraziləri xarici

təhlükədən qorumağı və daxili sabitliyi qoruyub saxlamağı əsas

hədəf kimi müəyyən etmişdir. Bununla yanaşı, həmin dövrdə Osmanlı

imperiyasını mövcud böhrandan xilas etmək məqsədilə

iq tisadi-siyasi islahatlar aparılmağa başlanmışdır. 1839-cu ildə

Sultan Əbdülməcid tərəfindən qəbul edilən “Tənzimati Fərman”da

Osmanlı imperiyasının yeni dövrün tələblərinə uyğun olaraq yeniləşməsinin

təxirəsalınmazlığı qeyd edilmişdir. Bu Fərman türk

tarixində demokratikləşmənin ilk təzahürü sayılır. Fərmanda

vətən daşların can və mal güvənliyinin, məhkəmə şəffaflığının

tə min edilməsi, ədalətli vergi təyin edilməsi, rüşvətxorluğun

Vyana mühasirəsi rəsm əsərində. 1863-cü il

105

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ara dan qaldırılması kimi önəmli müddəalar öz əksini tapmışdır.

Həmin Fərman imperiya ərazisində yaşayan xalqların mərkəzi

ha kimiyyətə inamını artırsa da, getdikcə güclənən xarici təhdidlər

onun tam şəkildə icra edilməsini əngəlləmişdir.

1828-1829-cu illərdə baş vermiş Osmanlı-Rusiya münaqi şəsinin

növbəti mərhələsi Osmanlı sultanı II Mahmudun Çanaqqala

boğazını rus gəmilərinə bağlaması səbəbindən başlamış və hər

iki tərəf üçün böyük itkilərlə nəticələnmişdir. Lakin Osmanlı imperiyasının

itkiləri daha böyük olmuş, Ərdahan, İrəvan, Qars, Ərzurum

rus işğalına məruz qalmışdır. 1829-cu ildə tərəflər arasında

imzalanmış Ədirnə sazişi ilə Yunanıstan müstəqillik qazanmış,

Os manlı imperiyası Rusiyaya savaş təzminatı verməyi öhdəsinə

gö türmüşdür.

Rusiyanın getdikcə Avropa üçün böyük təhlükə yaratmağa

başlaması İngiltərə, Fransa kimi böyük gücləri də narahat edirdi.

Rusiya nüfuzunun güclənməsinə qarşı ortaq mövqe sərgiləyən

Osmanlı imperiyası Fransa və İngiltərə ilə ittifaqa daxil olmuşdu.

1853-1856-cı illərdə baş vermiş və tarixə Krım savaşı kimi daxil

olan bu müharibəni müttəfiqlər udmuş və Rusiyanı təslimçi sülh

Osmanlı imperiyasının 1890-cı ildə çap olunmuş kitabda xəritəsi

106

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

bağlamağa məcbur etmişlər. Lakin bu qalibiyyət Osmanlı imperiyasına

Balkanlarda sabitliyin bərqərar edilməsi üçün yetərli

olmamış, həmçinin, böyük iqtisadi itkilərlə sonuclanmışdır. Eyni

zamanda, Krım məğlubiyyəti Rusiyanın Osmanlı imperiyasına

qar şı savaşlarına son qoymamış, əksinə, təşkil edilən aramsız hücumlar

nəticəsində Osmanlı torpaqlarının işğalı davam etmişdir.

1878-ci ildə Avropanın böyük gücləri, Rusiya və Osmanlı im periyası

arasında imzalanmış Berlin müqaviləsi imperiyanın onsuz

da zəifləyən siyasi mövqelərinə ciddi zərbə vurmuşdur. Bu

müqavilə ilə Bolqarıstan, Bosniya muxtariyyət əldə etmiş, Serbiya,

Rumıniya, Makedoniya müstəqillik qazanmış, Qars, Batumi,

Ərdahan Rusiyaya verilmişdir. Osmanlı imperiyasının üzləş

diyi ağır durumdan istifadə edən Fransa 1881-ci ildə Tunisi,

İn giltərə 1882-ci ildə Misir və Sudanı işğal etmişdir. 1912-1913-

cü illərdə baş vermiş Balkan savaşları Osmanlı imperiyasının

Bal kanlarda mövqelərini tamamilə itirməsinə səbəb olmuş, bu

coğrafiyada yaşayan türklərin kütləvi köçünə təkan vermişdir.

Bu dövrdə Osmanlı imperiyasında yaranmış yeni siyasi

si tu asiya dövlətin siyasi sisteminə də təsirsiz ötüşməmişdir.

1889-cu ildə qurulmuş İttihad və Tərəqqi Cəmiyyətinin üzvləri

özü nü osmanlıların gənc davamçıları kimi qələmə verirdilər. Cəmiyyətin

üzvləri XX əsrin əvvəllərində Osmanlı imperiyasında

həyata keçirilən siyasi islahatların, yeni konstitusion düzənin

for malaşdırılmasının əsas təşəbbüskarları idi. Cəmiyyətin fəaliyyətinə

1918-ci ildə xitam verilsə də, onun üzvləri sonradan Mustafa

Kamal Atatürk öndərliyində aparılan milli mücadilənin ön

sıralarında dayanmışlar.

1914-1918-ci illərdə baş vermiş Birinci Dünya müharibəsi

yeni dünya düzəninin meydana gəlməsinə, dünyanın güc mərkəzləri

arasında bölüşdürülməsinə səbəb olmaqla yanaşı, Os manlı

imperiyasının siyasi taleyini də müəyyənləşdirən hadisə olmuşdur.

Bu müharibədə Osmanlı imperiyası Avstriya-Ma ca rıs tan

və Almaniya alyansında yer almışdır. Birinci Dünya mü ha ribəsi

Osmanlı imperiyasının süqutu ilə yanaşı, digər üç impe ri ya nın

107

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Almaniya, Çar Rusiyası və Avstriya-Macarıstan imperi ya sı nın da

dağılması ilə nəticələnmişdir.

Osmanlı imperiyası Birinci Dünya müharibəsi ərəfəsində

dərin siyasi, iqtisadi böhran yaşamaqda idi. Nəzarətində olan yüz

minlərlə kv. km. əraziləri itirən və böhrandan çıxış yolları arayan

Osmanlı imperiyası bu savaşa yenidən dirçəliş və itirilmiş

siyasi-iqtisadi-hərbi qüdrətini bərpa etmək imkanı kimi baxırdı.

Müharibənin başlanğıcında Osmanlı imperiyası ordusunun Qafqaz

cəbhəsinə doğru hərəkətində taktiki yerdəyişməsi onun üçün

əsl faciəyə çevrilmişdir: 1915-ci ilin qışında baş vermiş Sarıqamış

döyüşündə 130 minlik Osmanlı ordusunun 60 mini donaraq

ölmüşdür. Osmanlı imperiyasının Qafqaz cəbhəsində ağır

məğlubiyyətinin əsas səbəblərindən biri də bölgədəki erməni silahlı

quldur dəstələrinin xəyanətkar fəaliyyətləri idi. Lakin Rusiyada

bolşeviklərin qalibiyyəti siyasi-hərbi gedişatı dəyişmiş,

1918-ci ildə Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmış

Brest-Litovsk müqaviləsi ilə tərəflər əvvəlki sərhədlərinə qayıtmış

lar. Hətta belə bir çətin məqamda da Osmanlı imperiyası ye ni

yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə siyasi-hərbi dəs tək

Osmanlı imperiyasının 1807-1924-cü illər arasında

108

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

göstərməkdə davam etmiş, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz

İslam Ordusu Bakının erməni-bolşevik birliklərindən təmiz lənməsində

önəmli rol oynamışdır.

Birinci Dünya müharibəsinin türklər üçün ən önəmli hərbi

hadisəsi 1915-1916-cı illərdə davam edən Çanaqqala savaşı olmuşdur.

Bu savaşda müttəfiq “Antanta” qüvvələri Osmanlı impe

riyasını müharibədən çəkindirmək, İstanbulu işğal etmək və

boğazlar üzərində nəzarəti ələ keçirməyi hədəfləyirdilər. La kin

Osmanlı ordusunun Mustafa Kamal Atatürk öndərliyində Çanaqqala

zəfəri müttəfiq güclərin planlarını tamamilə alt-üst edərək

türklərin bu coğrafiyaya təkcə fiziki bağlılığını deyil, həm də

mənəvi sahibliyini bir daha nümayiş etdirdi.

Birinci Dünya müharibəsinin sonucunda Osmanlılarla Antanta

müttəfiqləri arasında 1918-ci ildə imzalanmış Mudros müqa

viləsi Osmanlı imperiyası qarşısında ağır şərtlər qoymuşdur.

Bu müqavilə ilə İstanbul boğazları Antantanın hərbi və ticarət gəmiləri

üçün açılmalı, Osmanlı savaş gəmiləri müttəfiq qüvvələrin

nə zarətinə verilməli, Osmanlı qoşun birləşmələri İrandan və

Qaf qazdan çəkilməli idi. Bu anlaşmanın davamı olan 1920-ci

17 noyabr 1922-ci ildə Osmanlı imperiyasının

son Sultanı VI Mehmet hakimiyyətdən gedir

109

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

il də imzalanmış Sevr müqaviləsi isə Anadolu torpaqlarının parça

lan ması demək idi. Məhz bu təslimçi saziş Anadoluda milli

mü cadilə əzmini daha da alovlandırmış, 1920-ci ildə toplanmış

Tür kiyə Böyük Millət Məclisi bu sazişi imzalayanları vətənə

xə yanətdə ittiham etmiş və onun şərtlərini rədd etmişdir. 1923-

cü ilin 29 oktyabrında Böyük Millət Məclisi tərəfindən Türkiyə

Cümhuriyyətinin yaradıldığı elan edilmiş, beləliklə, tarixin ən

uzunömürlü imperiyası tarixə qovuşmuşdur (302; 337).

Osmanlı imperiyasının dövlət idarəetmə forması mütləq

mo narxiya idi. Osmanlı iyerarxik sisteminin ən yuxarı pilləsində

Sul tan dayanırdı. Divanda dövlət üçün xüsusi önəm kəsb edən

mülki, siyasi, hərbi məsələlər müzakirəyə çıxarılırdı. Osmanlı

ordusu Anadolu səlcuqlularının hərbi təşkilati sisteminin ək sər

elementlərini özündə birləşdirmişdi. Ordu Osmanlı imperiyasının

siyasi sütununu təşkil etməklə, əsasən, türklərdən ibarət idi.

Qapıqulu ocaqları (hərbi təlim məktəbləri və onların yetişdir mələri),

əyalət əsgərləri və axınçılar quru qüvvələrinin əsasını təşkil

edirdi. Qapıqulu ocaqlarının piyada qismi “yeniçərlər” (8-

18 yaşından Osmanlı ordusu üçün xristianlıqdan islama dönüşdürülərək

yetişdirilən gənc döyüşçülər) adlanırdı. Yeniçərlərin

əsas vəzifəsi səfərə gedişlərdə sultanı mühafizə etməkdən ibarət

idi. XIV yüzilliyin əvvəllərində qurulmuş Osmanlı donanması

im pe riyanın hərbi zəfərlərində önəmli rol oynamışdır. Bir ne çə

yüzillik boyu Osmanlı donanması Aralıq və Qara dənizi, İran körfəzi

və Hind okeanında hökmran mövqeyini qoruyub sax lamışdır.

İmperiyanın hava qüvvələri XX əsrin əvvəllərində formalaşmış

və ilk dəfə Balkan savaşlarında istifadə olunmuşdur.

Osmanlı imperiyasında iqtisadiyyat əksər orta əsr Şərq dövlətlərində

olduğu kimi, feodal mülkiyyətçiliyi prinsipləri əsasında

qurulmuşdu. İmperiyanın maliyyə ehtiyatları iki qurumda – İç və

Dış Xəzinədə saxlanılırdı. İç Xəzinə dövlətin daxili ehtiyaclarının

və saray xərclərinin ödənilməsini, Dış Xəzinə isə dövlətin ümumi

gəlirlərinin toplanmasını və şəffaf şəkildə bölüşdürülməsini təmin

edirdi. Osmanlı imperiyasında hakimiyyətin məmur-bürokratları

110

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

ən zəngin təbəqə sayılırdı. İmperiya ərazisində vergilər şəriət

prin siplərinə uyğun olaraq toplanırdı. İmperiyanın iqtisadi cəhətdən

zəifləməsi onun XX əsrin əvvəllərində malik olduğu ümumi

daxili məhsulunun (ÜDM) həcmində də özünü göstərirdi. Belə

ki, Osmanlı imperiyasının Birinci Dünya müharibəsindən sonra

ÜDM göstəricisi 26 milyard dollar idi. Bu zaman Avstriya-Maca

rıstan imperiyasının ÜDM-i 100 milyard dollar, Rusiya imperiyasının

ÜDM-i 257 milyard dollar idi.

Üç qitəyə yayılan Osmanlı imperiyasının qonşu dövlətlərlə

zəngin və çoxtərəfli diplomatik münasibətləri mövcud olmuşdur.

Xüsusilə, İstanbulun fəthindən sonra Osmanlı imperiyasının

Ara lıq dənizi hövzəsində yerləşən dövlətlərlə sıx diplomatik təmasları

qurulmuşdur.

Osmanlı imperiyasında əhalinin demoqrafik tərkibi xeyli

zənginləşmişdir. Bu zənginlik imperiyanın sosial-iqtisadi-mədəni

həyatına da öz təsirini göstərmişdir. XX əsrin əvvəllərində ölkənin

ümumi əhalsinin 75 faizini müsəlmanlar, 13 faizini yunanlar, 3

faizini bolqarlar və digər etnik-dini toplumlar təşkil edirdi.

İslam təhsil sisteminin təməl qurumu olan mədrəsələr təhsilin

baza platforması hesab edilirdi. Tənzimat dönəmindən sonra

Osmanlı imperiyasında təhsilin dünyəviləşməsi prosesi başlanmış

və Qərb təhsil sisteminin prinsipləri tətbiq edilməyə başlanmışdır.

Osmanlı mədəniyyəti və ədəbiyyatı dərin ölçüdə ərəb və fars

dil ləri və mədəniyyətlərinin təsirinə məruz qalmışdır. Bu, həmçinin,

özünü Osmanlı memarlığında və miniatür sənətində də

gös tərmişdir. XVI əsrə qədər Osmanlı memarlığında səlcuq-türk

üslubu özünü daha qabarıq şəkildə büruzə verirdi. İznik və Bursa

şəhərlərində inşa edilmiş məscid, mədrəsə və karvansaraylar bu

memarlıq üslubunun parlaq nümunələridir (204; 27; 72; 391).

111

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Osmanlı epoxası incəsənətinin klassik ornamentləri

112

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

MOĞOL İMPERİYASI

Moğol imperiyasının tarixi bayraqlarından biri və gerbi

Avrasiyanın ən qüdrətli türk dövlətlərindən biri – Moğol

im periyası (və ya “Böyük Moğol imperiyası”) 1526-1858-ci illər

də mövcud olmuşdur (55; 205; 259; 316; 339). Dövlətin əsası

Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuşdur.

XVIII əsrin əvvəllərində Moğol imperiyasının ümumi ərazisi 3.2

mil yon kv. km. təşkil edirdi. Hindistan, Pakistan, Əfqanıstanın

cənubu Moğol imperiyasının tərkibinə daxil idi. 1526-cı ildə Babu

run Dehli Sultanlığını məğlub etməsi Moğol imperiyasının yaran

dığı tarix hesab edilir (52; 77; 118).

Babur xanın Hindistana ilk yürüşü 1508-ci ildə baş vermişdir.

Babur xanın Səfəvilər imperiyası ilə yaxın münasibətləri olmuş

və Səfəvilərin dəstəyi ilə 1512-1513-cü illərdə Buxara və Səmər

qənd ələ keçirilmişdi. Lakin Səmərqənddə möhkəmlənə bilmə

yən Babur xanın ordusu Cənubi Əfqanıstana üz tutmuşdu.

1522-ci ildə Qəndəharı fəth edən Moğol ordusu, 1526-cı ildə

baş vermiş Panipat döyüşündə Dehli Sultanını ağır məğlubiyyətə

uğ rat mışdır. Baburun ölümündən sonra taxta çıxan oğlu Sultan

Hümayunun hakimiyyəti illərində baş qaldıran saray çəkişmələri

mərkəzi hakimiyyəti xeyli zəiflətmişdir. Müxalif güclərə qarşı

mü barizədə Səfəvi hökmdarı I Təhmasibdən yardım alan Sultan

Hü mayun itirilmiş torpaqları geri alaraq, 1555-ci ildə qədim Dehliyə

daxil olmuş və hakimiyyətini bərpa etmişdir (241).

113

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Mərkəzi hakimiyyətin güclənməsi prosesi Sultan Əkbər dönəmində

də davam etmiş, Moğol ordusunun fəthləri geniş vüsət

al mışdır (223). 1578-ci ildə Benqal, 1581-ci ildə Kabil, 1587-ci

ildə Kəşmir, 1592-ci ildə Sind Böyük Moğol imperiyasına tabe

edil mişdir. Sultan Əkbərin ölümündən sonra hakimiyyətə gələn

Sul tan Cahan və Sultan Cahangirin dövründə Moğol imperiyası

uğurlu hərbi zəfərlər əldə edə bilməmişdir. Bu zamandan etibarən,

Moğol imperiyası uzunmüddətli saray çəkişmələrinə səhnə

ol muşdur.

İngilislərlə ticarət əlaqələrinin genişləndirilməsi daha sonralar

ingilis qüvvələrinin Hind okeanında mövqelərinin getdikcə

güclənməsinə təkan vermişdir. Mərkəzi hakimiyyət Sultan Övrəng

zebin (1658-1707) zamanında yenidən güclənmiş və Moğol

imperiyası özünün ən böyük sərhədlərinə çatmışdır. Bu zaman

imperiyanın ümumi əhalisi 150 milyon nəfər idi. Bu da həmin

dövr də dünya əhalisinin ¼-ni təşkil edirdi.

İngilis və hollandların ticarətdə əlavə imtiyazlar əldə et məsi,

hindlilərin, əfqanların tez-tez baş qaldıran üsyanları və saray

Moğol imperiyası 1526-1707-ci illərdə

114

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

ixtilafları Moğol imperiyasının zəifləməsinin əsas səbəbləri idi.

Belə kövrək siyasi-iqtisadi durum Moğol imperiyasını xarici

müdaxilələrlə üz-üzə qoymuşdu. 1737-ci ildə imperiyanın şimalqərb

əraziləri Nadir şahın hücumlarına məruz qalmış, Herat və

Qən dəh ar şəhərləri zəbt edilmişdi.

Artıq XVIII əsrin ortalarında Moğol imperiyası əvvəlki

qüdrətini itirmiş, imperiyanın quru ərazisindən və Hind okeanından

keçən bütün ticarət yolları ingilis və holland müstəmləkəçilərinin

nəzarəti altına keçmişdi. 1764-cü ildə ingilislərlə baş vermiş Buksar

döyüşündəki məğlubiyyətlə imperiya üzərində faktiki nəzarət

itirilmiş oldu. Bundan sonra hakimiyyətə gələn sultanlar Böyük

Britaniya asılılığından qurtula bilməmişlər. Beləliklə, sonuncu

Moğol hökmdarı Bahadurun 1858-ci ildə ailəsi ilə birlikdə sürgün

edilməsi ilə Moğol imperiyası süquta uğramışdır.

Üç böyük türk imperiyası – Osmanlı, Səfəvi, Moğol dövlət

ləri arasında diplomatik münasibətlər dəyişkən xarakterli olmuş

dur (20). Qurulmasının ilk dönəmində Moğol-Səfəvi müna

sibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Xüsusilə,

Şeybanilərə qarşı mübarizədə Moğol-Səfəvi birlikləri ortaq

mövqedən çıxış etmişlər. Müttəfiqlik əlaqələri Səfəvi impe ratoru

I Abbas dönəmində də davam etmişdir. Lakin Moğol impe ri yasının

şimal-qərbində yerləşən, hər iki dövlət üçün strateji önəm

daşıyan Qəndəhar şəhərini nəzarətdə saxlamaq planları za manzaman

Moğol-Səfəvi münasibətlərində gərginliyə səbəb ol muşdur.

Moğol-Osmanlı münasibətləri Osmanlı donanmasının Hind

okeanına çıxışından sonra daha da intensivləşmişdir. Bu za man

Osmanlıların əsas məqsədi Hind okeanında getdikcə möv qe lərini

möhkəmləndirən Portuqaliya donanmasına qarşı əks tədbirlər həyata

keçirməkdən ibarət idi. Bu baxımdan, Moğol im pe ri yası ilə

münasibətləri geopolitik maraqlar müstəvisində də rin ləşdirmək

Osmanlı imperiyası üçün xüsusi önəm daşıyırdı.

Sultan Əkbərin hakimiyyəti dövrünə qədər dövlət idarə sində,

orduda əsas vəzifələri türklər tuturdu. Səltənətin ərazisi genişləndikcə,

Böyük Moğol imperiyasına tabe olan ərazilərdə türklər

115

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

azlıq təşkil etməyə başlamışlar. Bu amil sonradan imperiya idarə

çiliyində türk təsirinin azalmasına, etnik dominantlığın əldən

ve rilməsinə səbəb olmuşdur.

Moğol imperiyasında mərkəzi hakimiyyət sultan, şah titulları

daşıyan hökmdarların əlində cəmləşmişdi. İdarəetmə islahatları

çərçivəsində Əkbər şah hakimiyyəti iyerarxik bölgülərə

ayırmışdı. Hər bir bölgünün aydın şəkildə müəyyənləşdirilmiş

sə la hiyyətləri var idi. Hökmdarın məsləhətçisi olan baş vəzir (indiki

anlamda – baş nazir) ölkədə ikinci şəxs hesab edilirdi. Öl kənin

xəzinə və maliyyə işlərinə divanbəyi başçılıq edirdi. İm periya

ərazisi 15 əyalətə bölünmüşdü. Həmin əyalətlərə və onun daxili

böl gələrinə hökmdarın nümayəndəsi hesab olunan si pah darlar

başçılıq edirdi.

Moğol imperiyası dini tolerantlıq baxımından o dövrün digər

dövlətləri üçün nümunəvi model sayılmışdır. İslam, hinduizm,

bud dizm, zərdüştlük, xristianlıq imperiya əhalisinin əsas etiqad

din ləri olmuşdur. Sultan Əkbər imperiya ərazisində din birliyini

Moğol imperiyası: Himalay dağlarından Hind okeanına qədər

116

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

təmin etmək məqsədilə, bütün dinlərin ən kamil xüsusiyyətlərini

bir araya gətirərək, onların universal vəhdətinin təzahürü olan

“Din-i-İlahi” (“İlahi Din”) məktəbinin əsasını qoymuşdur. Eyni

zamanda, Sultan Əkbərin təşəbbüsü ilə “ibadətxana” adlanan

yerlərdə müntəzəm olaraq müxtəlif din daşıyıcılarının fəlsəfi

və dini müzakirələri keçirilirmişdir. Tolerantlığın yüksək örnəyi

olan bu tarixi təşəbbüs və onun meydana gətirdiyi dünyagörüşü

XIX əsrin sonu – XX əsrin əvvəllərində böyük hind dini-fəl sə fi

məktəblərinin inkişafına və onların Avropa və dünya mədə niyyətinə

təsir imkanlarının yaranmasına yol açmışdır (109).

Moğol imperiyasında inşa edilmiş memarlıq abidələri dünya

memarlığının incilərindən hesab edilir. Moğol epoxası memarlığının

ən yüksək zirvəsi sultan Cahan şahın xanımı Mümtaz Maha

lın şərəfinə Aqra şəhərində inşa etdirdiyi Tac Mahal abidəsidir.

İnşa sına 1632-ci ildə başlanılmış Tac Mahal abidəsinin tikin tisi

10 ildən çox müddətdə davam etmişdir. UNESCO-nun Ümumdün

ya İrs Siyahısına daxil edilən Tac Mahal dünyanın yeddi möcüzəsindən

biridir (191; 120).

Moğol imperatoru Cahan şah və xanımı Mümtaz Mahal

117

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Tac Mahal memarlıq kompleksinin interyerindən. 1632-1642

118

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

DEHLİ TÜRK SULTANLIĞI

Dehli türk sultanlığı 1206-

1526-cı illər ərzində Hin dis -

tan yarımadasının böyük qis -

mi üzərində hakimiyyətini

bər qərar etmiş türk dövlətidir

(245). Dehli, Bədayun, Deoqir

və Aqra şəhərləri Deh li sultan

lığının inzibati mərkəz lə ri

Dehli türk sultanlığının bayrağı

olmuşdur. 320 il ərzində yer -

ləş diyi coğrafiyanın qüdrətli dövləti olan Dehli sultanlığını ida rə

edən 5 hakim sülalədən 4-ü – Məmlük, Xıcılı, Tuğlaq, Seyid sülalələri

türk kökənli idilər. Dehli sultanlığının ərazisi Hin dis ta nın

mərkəzi və şimal vilayətlərini əhatə edirdi.

Hindistanda yerli tayfalar arasında davam edən uzunmüddətli

müharibələrdən istifadə edən Məhəmməd Gurlu 1175-ci ildə

Pəncab şəhərini, 1199-cu ildə Bihar vilayətini ələ keçirmişdi. Bu

ərazilərin idarə edilməsi türk əsilli sərkərdələr tərəfindən hə yata

ke çirilirdi. Məhəmməd Gurlunun varisi Qütbəddin Aybək Şi mali

Hindistanın fəthini tamamlayaraq, 1206-cı ildə Dehli sul tan lı ğının

əsasını qoymuşdur. Qütbəddin Aybəkin hakimiyyəti illə rində

Dehli sultanlığının ərazisi Hindistanın mərkəzi vilayətlərinə doğru

genişlənmişdir. Daha sonra hakimiyyətə gələn Eltutmuş sul -

tanın dönəmində ölkənin sərhədləri genişlənməkdə davam et miş,

Multan və Benqaliya vilayətləri Dehli sultanlığının tərki binə daxil

edilmişdir.

XIII əsrin əvvəllərindən başlayaraq Dehli sultanlığı türkmonqol

birliklərinin hücumlarına məruz qalmışdır. 30 ildən çox

aramsız davam edən türk-monqol yürüşlərinin qarşısı Qiyasəddin

Balabanın hakimiyyəti illərində çətinliklə də olsa, alınmışdır.

119

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Dehli türk sultanlığı 1221-1447-ci illərdə

Dövlətdə ordu islahatları aparılan zaman Səlcuqlu nümunəsi əsas

götürülərək, nizami ordu yaradılmış və mərkəzi hakimiyyətə tabe

olmayan iri feodallar zərərsizləşdirilmişdir. XIII əsrin sonlarında

türk-monqol yürüşlərinin növbəti mərhələsi başlanmışdır. Sultan

Ələddinin başçılığı ilə ordu bu yürüşlərin də qarşısını uğurla almış

və Hindistan yarımadasının böyük hissəsi Dehli sultanlığına tabe

edilmişdir.

Lakin sonradan əhali üzərinə qoyulmuş vergilərin ağırlığı

və iri feodalların mərkəzi hakimiyyətdən narazılığı sabitliyi pozmuş

və sultana qarşı üsyanla nəticələnmişdir. Ölkədə sabitlik Məhəmməd

bin Tuğlaqın hakimiyyəti illərində (1325-1351) bərpa

edilmişdir. Bu zaman ölkə paytaxtı Dehli şəhərindən Hindistanın

mərkəzinə – Deoqir şəhərinə köçürülmüşdür. Nəticədə, sultanlığın

şimal əyalətlərinə nəzarət zəifləmiş və hind-əfqan birliklərinin

bu ərazilərə hücumları mütəmadi hal almışdır. Eyni zamanda,

Deh li şəhərinin ticarət əhəmiyyəti xeyli azalmışdır.

120

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Məhəmməd bin Tuğlaqdan sonra hakimiyyəti 37 il ida rə

edən Firuz şah Tuğlaqın Dehli sultanlığından ayrılmış vilayət ləri

döv lətin tərkibinə qaytarmaq cəhdləri uğursuzluqla nəticə lənmişdir.

Firuz şahın ölümündən sonra Dehli sultanlığında siyasi

ixtilaflar son həddə çatmış və ölkə xarici hücumlar qarşısında

mü va fiq hərbi güc ortaya qoya bilməmişdir. XIV əsrin sonlarında

Deh li sultanlığının Əmir Teymurun hücumlarına məruz qalması,

daha sonralar geniş vüsət alan yerli qiyamlar və saray çəkişmələri

dövlətin süqutunu sürətləndirmişdir. 1526-cı ildə Moğol ordusu

qarşısında ağır məğlubiyyət Dehli sultanlığının süqutu ilə nəticələnmişdir

(38, s.317-324).

Feodal monarxiya dövləti olan Dehli sultanlığını qeyri-məhdud

səlahiyyətlərə malik olan sultan idarə edirdi. Nəzarətedici və

icraedici funksiyaları yerinə yetirən vəzir sultandan sonra ikinci

şəxs sayılırdı. Dövlət əyalətləri sultan ailəsinə mənsub şah zadələrdən

və varlı feodallardan təyin olunan valilər tərəfindən idarə

olunurdu. Yerlərdə sabitliyi təmin etmək üçün valilərə muzd lu

ordu saxlamaq səlahiyyəti verilmişdi.

Dehli türk sultanlığı XIII – XVI əsrlərdə

121

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

XIII əsrdə Dehli sultanlığının yaranması Hindistanda türk,

islam və hind sivilizasiyalarının zəngin və özünəməxsus çalarlarını

özündə birləşdirən sinkretik mədəniyyət modelinin for malaş

masına səbəb olmuşdur. Ölkədə islam dininin sürətlə yayılması

bu dövrdə inşa edilən memarlıq abidələrində aydın şəkildə özünü

göstərmişdir. Dehlidəki “Qüvvət-ül-islam” məscidi (1193-1200),

“Qütb minar” minarəsi (1206-1210) bu dövrün unikal memarlıq

abi dələridir. Hər iki abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına

daxil edilmişdir (423; 38, s.317-324).

Dehli şəhəri. Qala divarlarının qalıqları

Məhəmməd bin Tuğlaq zamanında kəsilmiş sikkələr.

XIV əsrin birinci yarısı

122

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

“Qütb minar” (1206-1210) memarlıq abidəsi

123

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QARAQOYUNLU DÖVLƏTİ

Qaraqoyunlular 1370-1468-ci

illərdə Şərqi Ana do lu, Cənubi

Qafqaz, Azər bay can, İran və

Şimali İraqı bir ləş dirərək vahid

türk döv ləti qur muşlar. Təb riz

şəhəri Qa raqoyunlu dövlə tinin

pay tax tı ol muşdur. Qara qo yunlu

döv lə tinin bayrağında əks

Qaraqoyunlu dövlətinin bayrağı

olu nan “ya şam çiçəyi” adlanan

simvol qədim türk birliklərinin döv lət atri butlarında da istifadə

olunmuşdur.

Qaraqoyunlular XIV əsrin ortalarından etibarən bu coğrafiyada

mövqelərini möhkəmləndirməyə başlamışlar. Qara qoyunluların

nüfuzlu qollarından olan Baharlı (Baharlu) qolunun başçısı

Bayram xoca burada yaşayan türk əsilli birliklər üzərində

hakimiyyət qurmağa başlamış, beləliklə, qaraqoyunlular Şərqi və

Cənubi Anadolunun və Mosulun hakim qüvvəsinə çevrilmişlər.

1382-ci ildə Bayram xocanın ölümündən sonra hakimiyyətə Qara

Məhəmməd (1380-1389) gəlmiş və qaraqoyunluların dövlət kimi

təş kilatlanmasında önəmli rol oynamışdır. Qara Məhəmməd

Əmir Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini

qı ra raq 1387-ci ildə Təbrizə daxil olmuşdur. Qara Məhəmmədin

ölümündən sonra qaraqoyunlular Əmir Teymurun qüvvələrinə

qar şı mübarizədə bir neçə dəfə uğursuzluqla üzləşmişlər. Qara

Yusif (1389-1420) hakimiyyətdə olduğu müddətdə bütün qüvvə

lərini Teymurilər və Cəlairilərə qarşı səfərbər etmişdir. 1400-

cü ildə Teymurilərlə döyüşdə məğlub olan Qara Yusif Cəlairilər

sultanı ilə birgə Osmanlı sultanı İldırım Bəyazidin himayəsinə girmişdir.

Daha sonra Suriyaya sığınan Qara Yusif burada Məmlük

124

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

sultanı tərəfindən həbs edilmişdi. Şam valisi tərəfindən həbsdən

azad edildikdən sonra Qara Yusif Teymurilərə qarşı mübarizəsini

davam etdirmiş və Bağdad şəhərini ələ keçirmişdir.

1406-1408-ci illərdə Teymurilər ordusunu ağır məğlubiyyətə

uğradan Qara Yusif Təbriz şəhərini, daha sonra bütövlükdə Azərbaycanı

fəth etmişdir. Əmir Teymurun Azərbaycana hakim təyin

etdiyi Miranşahın oğlu Əbubəkri 1406-cı ildə Şənbi Qazan yaxınlığında

məğlub edən Qara Yusif, 1408-ci ildə Miranşahın da

or dusunu darmadağın edərək Teymurilərin Azərbaycanda hakimiy

yətinə son qoymuşdur.

Ağqoyunlu hökmdarı Qara Osman üzərində qələbə Qa ra -

qoyunluların siyasi-hərbi qüdrətini daha da möhkəm lən dir miş dir.

Qara Yusifin keçmiş müttəfiqi Sultan Əhməd Cəla iri Qa ra qoyun

luların nüfuzunun artmasından narahat idi. Qara Yusifə qarşı

Şirvanşah İbrahimlə ittifaqa girən Sultan Əhməd Cəlairi 1410-cu

ildə II Şənbi-Qazan döyüşündə məğlub olmuşdur. Bun dan sonra,

Qaraqoyunlu dövləti yerləşdiyi məkanın alterna tiv siz güc mərkəzinə

çevrilmişdir.

Qaraqoyunlu dövləti Teymurilər imperiyasının

istilasından əvvəl (1380 – 1389) və sonra (1407 – 1468)

125

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qısa zaman ərzində Qaraqoyunlu dövləti Şirvanşahlar dövləti

istisna olmaqla, bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə

Cümhuriyyətinin şərq əyalətlərini, Gürcüstanın şərqini (Borçalını),

Qərbi İran və İraqı əhatə edən sərhədlər daxilində hökmranlıq

etmişdir. 1412-ci ildə Qara Yusif Şirvanşah I İbrahimin Şəki

hakimi Seyid Əhməd və Kaxetiya çarı II Konstantinlə müttəfiq

qüvvələrini Kür çayı sahilində baş vermiş döyüşdə məğlub etmiş

və Şirvanşahlar Qaraqoyunlulardan vassal asılılığına düşmüşlər.

Bu döyüşdə Qara Yusifə qarşı cəbhədə yer almış Seyid Əhməd və

II Konstantin edam edilmişlər.

1420-ci ildə Qara Yusifin ölümündən sonra ölkədə daxili

çə kişmələr güclənmişdir. Bu zaman Teymurilər imperiyasının

hökm darı Şahrux dövləti yenidən əvvəlki qüdrətinə qaytarmaq

uğ runda mübarizə aparırdı. Bu zaman Qaraqoyunlu dövləti yenidən

Teymurilər imperiyası tərəfindən işğal olunmaq təhlükəsi ilə

üzləşmişdi. Belə bir şəraitdə hakimiyyətə gələn İskəndər (1420-

1437) Şirvanşahlar, Ağqoyunlu və Teymurilərə qarşı üç cəb hədə

mübarizə aparırdı. Qaraqoyunlu dövləti və Teymurilər im periyası

arasında 15 il davam edən savaşlar sonda İskəndərin haki

miyyəti itirməsi və Teymurilər imperatoru Şahruxun Azər baycan

hakimliyini Cahanşaha (1437-1467) təslim etməsi ilə nə ti cələnmişdir.

Cahanşahın hakimiyyəti illərində Qaraqoyunlu dövlətində

sabitlik təmin edilmiş, Gürcüstan və İraq üzərinə uğurlu yürüşlər

təşkil edilmişdir. Sələflərindən fərqli olaraq Cahanşah Teymurilər

və Osmanlılarla dostluq münasibətlərində olmuş, bu da uzun

müddət ölkəni xarici təhdidlərdən uzaqlaşdırmışdır. 1447-ci ildə

Şahruxun ölümündən sonra Qaraqoyunlu dövləti Sultaniyyə,

Qəzvin və Həmədanı dövlətin tərkibinə qatmış, ona qarşı üsyana

qalxan Mosul hakimi Əlvənd Mirzəni zərərsizləşdirmişdir.

Lakin ölkə daxilində baş qaldıran qiyamlar və Ağqoyunlu

bir liklərinin getdikcə fəallaşması Qaraqoyunlu dövlətinin süqu tunu

sürətləndirmişdir. Uzun Həsənin başçılığı altında nizami ordu

yaradan ağqoyunlular öz dövlətlərini yaratmaq yolunda başlıca

126

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

maneə kimi Qaraqoyunlu dövlətini görürdülər. Uzun Həsənin

baş çılıq etdiyi Ağqoyunlu birlikləri Qaraqoyunlu dövlətindən

vas sal asılılığında olan ərazilərə bir neçə dəfə yürüşlər təşkil etmişdir.

Tərəflər arasında son və həlledici döyüş 1467-ci ildə Muş

düzənliyində baş vermiş və bu döyüşdə Qaraqoyunlu ordusu ağır

məğlubiyyətə uğramışdır.

Həmin müharibədə bilavasitə iştirak edən böyük sərkərdə

və dövlət xadimi Cahanşah öldürülmüş, başı kəsilmişdir. Ca han -

şahın cəsədini silahdaşları dava meydanından çıxararaq Təb rizə

gətirmiş və onu özünün tikdirdiyi Göy Məsciddə dəfn et mişlər.

Onun ölümündən sonra hakimiyyətə gələn Həsən Əli ağ qo yunlu

lara qarşı bütün qüvvələrini səfərbər etsə də, uğur suz luqla

üz ləş miş dir. Beləliklə, ağqoyunlular qarşısında davamlı məğ lubiy

yət lər 1469-cu ildə Qaraqoyunlu dövlətinin süqutu ilə nəti cələnmişdir.

Qaraqoyunlular öz dövlətinin yaradılması və təşkilatlandı

rılmasında Elxanilər dövlətini nümunə olaraq götürmüşdülər.

Əsas səlahiyyətləri əllərində cəmləşdirən Qaraqoyunlu hökm darları

sultan titulu daşıyırdı. Hökmdar sarayında əmirlərin başçılıq

Qaraqoyunlu dövləti 1407 – 1468-ci illərdə

127

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

etdiyi divanlar fəaliyyət göstərirdi. Bu divanlar mülki, hərbi, vergi

və maliyyə məsələləri üzrə səlahiyyətləndirilmişdilər. Dövlətin

əra zisi vilayətlərə bölünmüşdü. Bu vilayətlər şahzadə və bəylər

tə rəfindən idarə olunurdu.

Qaraqoyunlu memarlığının şah əsəri Təbriz şəhərində olan

Göy Məsciddir. 1465-1466-cı illərdə Cahanşah tərəfindən inşa

edilmiş Göy Məscid bu gün də türk-islam memarlığının par -

laq nümunəsi kimi qorunub saxlanmışdır. Görkəmli döv lət xadi

mi olmaqla yanaşı, Cahanşah həm də şair və sufi (hürufi) fəlsə

fəsinin tanınmış nümayəndəsi idi. Türk-islam ədəbiy ya tının

zənginləşməsində xüsusi yeri olan Cahanşah “Həqiqi” tə xəllüsü

ilə Azərbaycan türkcəsində şeirlər yazmışdır. Yüksək təhsil görmüş

Cahanşah Həqiqi Azərbaycan türkcəsi və fars di lində gözəl

qəzəllər, məsnəvi və rübailər yazmışdır. O, Şərq ədəbiy yatına

dərindən bələd olmuş və özünü dahi mütəfəkkir İmadəddin Nəsimi

məktəbinin ardıcılı hesab etmişdir. Cahanşah Həqiqi zəmanəsinin

bütün Şərqdə tanınan görkəmli şairi Əbdürrəhman Cami ilə dostluq

münasibəti saxlamışdır. Cami onun “Divan”ının bədii və mənəvi-əxlaqi

keyfiyyətlərini yüksək qiymətləndirmişdir. Öz şeirlərindən

birində o, bu “Divan”ı “xəzinə” adlandırmışdır (434).

Qara Yusif zamanında

kəsilmiş Qaraqoyunlu sikkəsi

128

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin tikdirdiyi və

dəfn olunduğu Göy məscid. Təbriz. 1465-ci il

129

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

AĞQOYUNLU DÖVLƏTİ

1468-1503-cü illərdə mövcud

olmuş Ağqoyunlu döv ləti

Azərbaycan, Şərqi Ana do lu,

Gür cüstan, Ərəb İraqı, Ma zan -

daran və Xorasan da daxil olmaqla,

İran torpaqlarını özündə

birləşdirmişdir (408; 387).

Ağqoyunlu dövlətinin bayrağı Di yarbəkir, Təbriz və Bağ dad

şə hər ləri Ağqoyunlu döv lətinin

inzibati mərkəzləri olmuşdur. Oğuzların Bayandur bo yundan olan

Ağqoyunlu türkləri hələ XIII əsrin sonlarından eti barən Azərbaycan

ərazisində, Dəclə və Fərat çayı sahillərində məs kun la şaraq, bu bölgədə

mövqelərini möhkəmləndirmişlər. 1340-cı il dən etibarən Tur

Əli bəyin öndərliyində Ağqoyunlu bir likləri Ana dolu, Suriya, İraq

ərazilərinə, Trabzon imperiyasına yürüşlər təş kil etmişlər.

Ağqoyunlu dövlətinin yaradılış tarixi barədə tarixi mənbə

lərdə müxtəlif məlumatlar vardır. Bəzi mənbələr Ağqo yun lu

dövlətinin yarandığı tarix kimi, Qaraqoyunlu dövləti üzərində

1467-ci ildə əldə edilmiş qalibiyyəti göstərsələr də, əslində, ağqoyunluların

dövlət olaraq təşkilatlanması XIV əsrin sonlarına təsadüf

edir. Bayandur boyundan olan Pəhləvan bəyin (1370-1388)

hakimiyyəti dövründə Ağqoyunlu tayfa ittifaqı vahid mər kəzdən

idarə olunmağa başlamışdır. Dövlətin qurucusu hesab edilən Qara

Yuluq Osman bəyin (1394-1434) dönəmində Ağqoyunlu birlikləri

Sivas uğrunda aparılan mübarizədə qaraqoyunlular üzə rində

qələbə qazanmış, Ərzincan və Mardin üzərində nəzarəti ələ

ke çir mişlər.

Əmir Teymurun Anadolu torpaqlarına təşkil etdiyi yürüşə

dəs tək verən Osman bəy Malatya, daha sonra Diyarbəkiri fəth

130

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Diyarbəkirdə Ağqoyunlu qalası. 1450-ci illər

et miş dir. Osman bəy qaraqoyunlulara qarşı 1434-cü ildə baş vermiş

savaşda öldürüldükdən sonra hakimiyyət uğrunda müba ri zə

kəskinləşmişdir. Uzun Həsən 1453-cü ildə Diyarbəkiri ələ ke çirdikdən

sonra uzun müddət davam edən iqtidar uğrunda mü barizəyə

son qoyulmuşdur. 1467-ci ildə qaraqoyunluları məğ lub

et dikdən sonra Ağqoyunlu dövləti öz sərhədlərini şərqdə Xorasandan

qərbdə Fərat sahillərinə, şimalda Qafqazlardan cənubda

Oman dənizinə qədər genişləndirmişdir.

Ağqoyunlu dövlətinin regionda güc mərkəzinə çevrilməsi

Osmanlı imperiyası ilə münasibətlərə təsirsiz ötüşməmişdir. Ağqoyunlu-Osmanlı

münasibətlərində ilk gərginlik Fateh Sultan

Meh metin Trabzon imperiyası üzərinə qoşun göndərməsi ilə başla

mışdır. Trabzon imperatorunun qızı ilə evli olan Uzun Həsən

Trabzona hərbi dəstək göstərmişdir. Osmanlılarla ağqoyunlular

arasında 1473-cü ildə baş vermiş Malatya savaşında Uzun Hə sənin

ordusu qalib gəlsə də, elə həmin ildə Otluqbeli savaşında ağqo

yunlular ağır məğlubiyyətlə üzləşmişdir. Bu məğlubiyyətdən

son ra Ağqoyunlu dövləti əhəmiyyətli dərəcədə siyasi və hərbi gücünü

itirmişdir.

131

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Uzun Həsənin oğlu Zeynəl bəyin türbəsi.

Türkiyənin Batman şəhəri

Osmanlılarla mübarizənin uğursuzluqla nəticələnməsinə

bax mayaraq, Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu ordusu digər

cəbhələrdə uğurlu hərbi əməliyyatlar həyata keçirirdi. 1474-

1478-ci illərdə Gürcüstana təşkil edilmiş hərbi yürüşlər nəticəsində

Tiflis də daxil olmaqla, bütün Gürcüstan torpaqları Ağqoyunlu

dövlətinin tərkibinə daxil edilmişdir. 1478-ci ildə Uzun Həsənin

ölümündən sonra hakimiyyətə gələn Yaqub Mirzə dönəmində

də Osmanlı imperiyası ilə gərgin münasibətlər davam etmişdir.

1480-cı ildə tərəflər arasında baş vermiş döyüşdə ağqoyunlular

Os manlı ordusuna, daha sonra Misir və Suriya sultanı Qayıtbəyə

qa lib gələrək dövlətin süqutunun qarşısını almışdır. Lakin Yaqub

Mirzənin ölümündən sonra Ağqoyunlu dövlətində yenidən saray

ixtilafları baş qaldırmış və 1499-cu ildə dövlətin iki varis –

Murad və Əlvənd arasında bölüşdürülməsinə səbəb olmuşdur.

Sə fəvi hökmdarı Şah İsmayıl 1501-ci ildə Şərur yaxınlığında

baş vermiş döyüşdə Əlvənd Mirzənin qoşunlarını məğlub edərək

Təb rizə daxil olmuş və Səfəvilər imperiyasının yaradılmasını

132

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

elan etmişdir. 1503-cü ildə Həmədan yaxınlığındakı savaşda Şah

İsmayılın digər Ağqoyunlu hökmdarı Sultan Muradın qoşunlarını

məğlubiyyətə uğratması ilə Ağqoyunlu dövlətinin varlığına son

qoyulmuşdur.

Ağqoyunlu dövlətinin qonşu ölkələrlə, eyni zamanda Avropa

dövlətləri ilə sıx diplomatik münasibətləri mövcud ol muşdur.

Qərb ölkələri ilə münasibətləri qurmaqda əsas məqsəd ticarət

əlaqələrini genişləndirmək və ordunu zəruri silah-sursatla

təc hiz etməkdən ibarət idi. Şərqlə Qərb arasında önəmli ticarət

qovuşağında yerləşdiyindən, Ağqoyunlu dövlətinin Osmanlı

im periyası ilə münasibətləri daim gərgin olmuşdur. Eyni zaman

da, Trabzon dövləti ilə yaxınlıq Ağqoyunlu-Osmanlı münasibətlərinə

mənfi təsir göstərmişdir. Ağqoyunlu hökmdarı Uzun

Həsənin Trabzon imperatorunun qızı Dəspinə xatunla evlənməsi

Ağqoyunlu-Trabzon münasibətlərini daha da sıxlaşdırmışdır. Trabzon

imperiyası ilə dostluq münasibətləri Ağqoyunlu dövlətinin

Qara dənizə təhlükəsiz şəkildə çıxışını təmin edirdi. Lakin 1461-

ci ildə Osmanlı sultanı II Mehmet tərəfindən Trabzonun fəthi ilə

Ağqoyunlu dövləti. 1468-1503-cü illər

133

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Ağqoyunlu dövlətinin Avropaya çıxışı məhdudlaşmışdır. Uzun

Həsən Osmanlılara qarşı mübarizə aparmaq məqsədilə Qaraman

bəyliyi, Kipr, Rodos kimi dövlətlərlə və Venesiya respublikası ilə

ittifaqa daxil olmuşdur.

Ağqoyunlu dövlətində idarəetmə Qaraqoyunlu dövlətindən

ciddi şəkildə fərqlənmirdi. Ölkə hökmdar ailəsinin ortaq mülkü

sayılırdı. Hökmdarlar “uluq bəy” və ya “xan” titulu daşıyırdılar.

Döv lət əhəmiyyətli bütün məsələlər sarayda fəaliyyət göstərən

Bö yük Divanda müzakirə edilir və yekun qərar qəbul edilirdi.

Uzun Həsən dövlət idarəetməsində Osmanlı sisteminin bəzi

prinsiplərini tətbiq edirdi. Ölkə vilayətlərini idarə edən Ağqoyunlu

bəy və şahzadələri hökmdara bağlı olsalar da, müstəqil siyasət

yü rüdürdülər.

Ağqoyunlu dövlətinin yüksəliş dövründə türk-islam memar

lığının xüsusiyyətlərini özündə cəmləşdirən bir sıra tarixi

abi dələr inşa edilmişdir. Elazığda Sara Xatun (Azərbaycanın ilk

dip lomat qadını) adına məscid, Bitlisdə Əmir Bayandur günbəzi,

Di yar bəkirdə Şeyx Matar məscidi həmin memarlıq məktəbinin

parlaq nümunələrindəndir.

Ağqoyunlu dövrünə aid dəbilqə.

Azərbaycan Milli İncəsənət Muzeyi

134

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Ağqoyunlu dövləti. Sara Xatun məscidi.

Türkiyənin Elazığ vilayəti

Ağqoyunlu dövləti. Əmir Bayandur gümbəzi.

1477-ci il. Türkiyənin Bitlis vilayəti

135

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

SƏFƏVİLƏR İMPERİYASI

Səfəvilər imperiyasının bayrağı

Səfəvilər imperiyasının gerbi

Azərbaycanın tarixi ərazilərində bilavasitə Azərbaycan

türk lərinin etnogenezisi ilə bağlı olan Atabəylər, Qaraqoyunlu və

Ağ qo yunlu dövlətlərindən sonra – 1501-ci ildə qurulmuş Səfəvilər

im pe riyası (1501-1736) ən qüdrətli türk imperiyalarından biri kimi

dövrünün beynəlxalq siyasi həyatında mühüm rol oynamışdır

(340; 341). Təbriz, Qəzvin və İsfahan şəhərləri ayrı-ayrı dövrlərdə

Səfəvilər imperiyasının paytaxtları olmuşdur. İndiki Azərbaycan,

İran, Ermənistan, İraq, Əfqanıstan, Mərkəzi Asiyanın cənub-qərbi

və şərqi Anadolu əraziləri Səfəvilər imperiyasının tərkibinə

da xil idi (343; 347). Səfəvilər imperiyasının ümumi ərazisi 2,85

milyon kv. km təşkil edirdi.

İmperiyanın əsasını I Şah İsmayıl 1501-ci ildə Təbrizdə özünü

şah elan etməklə qoymuşdur. Şamlı, Əfşar, Qacar, Çağırqanlı,

Ustaclı, Şahsevənlər kimi türk boyları Səfəvilər imperiyasının

qu rulmasında yaxından iştirak etmişlər. I Şah İsmayılın əsas tərəf

darları olan qızılbaşlar, əsasən, həmin türk boylarından təşkil

edil mişdir.

Səfəvi adı səfəviyyə təriqətinin (1301) yaradıcısı olan Şah

İsmayılın ulu babası Şeyx Səfiəddin Ərdəbili ilə (1252–1334)

bağlıdır. I Şah İsmayılın atası Şeyx Heydər dövründə bu təriqətin

136

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Səfəvi qızılbaş döyüşçüsünün hərbi geyimi

tərəfdarları qızılbaşlar adlanırdı. Səfəvilərin Azərbaycanda və

Şərqi Anadoluda möhkəmlənməsi prosesi XV əsrin ortalarından

baş lanmışdır. Səfəvilərin başçısı Şeyx Cüneyd bu zaman bölgədə

olan türk birliklərini ətrafına toplamış və ağqoyunlularla sıx münasibətlər

yaratmışdı. Şeyx Cüneyd Şirvanşahlar üzərinə hücuma

keçərkən öldürüldükdən sonra Şeyx Heydər Səfəvilərin başçısı

olmuşdur.

Ağqoyunlularla münasibətləri daha da dərinləşdirən Şeyx

Heydər Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənmiş və bu

iz divacdan I İsmayıl dünyaya gəlmişdir. Lakin Səfəvilərin bölgə

də əsas güc sahibinə çevrilmək təhlükəsini aradan qaldırmaq

üçün Ağqoyunlu hökmdarı Sultan Yaqub Şirvanşahlarla ittifaqa

girərək, 1488-ci ildə Şeyx Heydər üzərinə qoşun göndərmiş və

Səfəvi ordusunu məğlub etmişdir. Döyüşdə Şeyx Heydər öl dürülmüş

və İsmayıl da daxil olmaqla, üç oğlu İstəxr qalasında 5

il həbsxanada saxlanmışdır. Sultan Yaqubun ölümündən sonra

Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etmiş

və İsmayılın böyük qardaşı Sultanəli Səfəvilərin başçısı təyin

edil mişdi. Rüstəm Mirzə Ağqoyunlu dövlətində baş qaldırmış

137

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

saray çəkişmələrini yatırmaq üçün Səfəvi qüvvələrindən istifadə

etmişdir. Lakin Səfəvilərin getdikcə güclənməsi Rüstəm Mirzəni

narahat edirdi. Artmaqda olan Səfəvi təhlükəsinin qarşısını almaq

məqsədilə Rüstəm Mirzə 1494-cü ildə Şəməsi adlanan yerdə Səfəvilərin

başçısı Sultanəlini öldürmüşdür. Səfəvi müridləri İs mayılı

və qardaşını bir müddət gizlətmiş, daha sonra Səfəvilərin varisi

kimi İsmayılın ətrafında yenidən təşkilatlanmağa başla mışlar.

1499-cu ildə Lahicandan Ərdəbilə yola düşən İsmayılı nüfuzlu

Səfəvi tərəfdarlarından olan Hüseyn bəy Lələ Şamlı, Əbdüləli

bəy Dədə, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı

müşayiət edirdilər. Qızılbaş tərəfdarları İsmayılın başçılığı ilə

bütün qüvvələrini Şirvanşahlar ordusuna qarşı səfərbər etməyi

razılaşdırmışdılar. 1500-cü ildə Səfəvi ordusu Şirvanşah Fərrux

Yasar üzərinə hücuma keçərək, Şirvanşahlar dövlətini ağır məğlubiyyətə

uğratmışdır. Səfəvi birliklərinin növbəti hədəfi Bakını

fəth edərək, bölgənin strateji mərkəzini nəzarət altına almaq idi.

1501-ci ildə gerçəkləşdirilən hücumda Bakı fəth edilmiş,

bu nunla, Şirvanşahlar dövləti Səfəvilərdən asılı vəziyyətə düşmüş

dür. Elə həmin ildə İsmayıl Ağqoyunlu hökmdarı Əlvənd

Mir zəni məğlub edərək Təbrizə daxil olmuş və özünü şah (şah

Səfəvi ordusunun odlu silahları:

tüfənglər

Qılınc və tüfənglə silahlanmış

Səfəvi döyüşçüsünün miniatür təsviri

138

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

-ən- şah – şahlar şahı) elan etmişdir. Şah İsmayılın Azərbaycantürk

dövlətçilik ənənələrinin zənginləşməsində əvəzsiz xidmətləri

olmuşdur. Şah İsmayıl tərəfindən Azərbaycan türkcəsi tarixdə ilk

dəfə dövlət dili statusunu qazanmışdır.

Təbrizin fəthindən sonra Səfəvilərin nəzarəti altına düşən

ərazilərin əhatə dairəsi sürətlə genişlənməkdə idi. 1503-cü ildə

Ağqoyunlu dövlətini ikinci dəfə məğlub edən Şah İsmayıl Şiraz,

Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh,

Us ta qalaları, Yəzd və Kirmanı ələ keçirmişdir. Bundan sonra, Şah

İsmayıl öz ordusu ilə birgə Qərbə doğru hərəkət edərək 1507-ci

ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını fəth et mişdir.

Şah İsmayılın Yaxın Şərqdə hərbi səfərdə olmasından istifadə

edən özbək dövləti – Şeybanilərin hökmdarı Məhəmməd xan

Şeybani 1507-1508-ci illərdə Xorasanı işğal edərək, Səfəvilər

im periyasının nəzarətində olan Kirmana yürüşlər təşkil etmişdir.

Şah İsmayıl Məhəmməd xanın yanına elçilərini göndərərək yürüş

ləri dayandırmağa çağırmışdı. Lakin münasibətlərin getdikcə

kəskinləşməsi tərəflər arasında toqquşmanı qaçılmaz etmişdi.

Səfəvilər imperiyası 1501 – 1587-ci illərdə.

Səfəvi-Özbək və Səfəvi-Osmanlı müharibələrinin əsas coğrafiyası

139

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət edərək Mərv

dö yüşündə Məhəmməd xan Şeybanini ağır məğlubiyyətə uğ ratmış,

Xorasan vilayəti və Ceyhun çayına qədər olan torpaqları ələ

keçirmişdir. Daha sonra Şah İsmayıl bütün hərbi qüvvəsini Şərqi

Anadolunu ələ keçirmək üçün səfərbər etmişdir. 1512-ci ildə

həyata keçirilmiş Şərqi Anadolu yürüşündə Qaraman və Malatya

Səfəvilər imperiyasının tərkibinə daxil edilmişdir.

Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsi hər iki türk

imperiyasında sonrakı siyasi proseslərə neqativ təsirini göstərmiş,

iki türk xalqının ortaq dəyərlər ətrafında birləşmək imkanlarını

məhdudlaşdırmışdır. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləri

ilə sülh bağladıqdan sonra bütün gücünü Səfəvilər imperiyasına

qarşı birləşdirmişdi. Sultan Səlimin Ədirnədə çağırdığı

fövqəladə divan toplantısında qızılbaşlara qarşı irimiqyaslı müha

ribənin başlanmasına fətva verilmişdi. I Səlimin əmri ilə Anadoluda

40 minə yaxın qızılbaşın öldürülməsi tərəflər arasında

mü naqişənin hərbi fazaya keçidinə rəvac vermişdir.

1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi altında

Sə fəvilər imperiyasının nəzarətində olan ərazilərə daxil olmuşdu.

Həmin ilin 23 avqustunda Çaldıran düzündə qarşılaşan Səfəvi və

Osmanlı orduları tarixin ən qanlı döyüşlərindən birini yaşamışdır.

Hərbi təchizat baxımından xeyli irəlidə olan Osmanlı ordusu bu

döyüşdən qalib ayrılmış, Səfəvilər imperiyasının paytaxtı olan

Təbriz şəhəri osmanlılar tərəfindən tutulmuşdu. Lakin əhalinin

müqaviməti və Səfəvi ordusunun toparlanması nəticəsində Osmanlı

sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur olmuşdur.

Bu döyüş nəticəsində Osmanlı ordusu Şərqi Anadolu üzərində

nə zarəti tamamilə ələ keçirmişdir. Çaldıran məğlubiyyətindən böyük

mənəvi zərbə alan Şah İsmayıl hakimiyyətinin sonrakı illərini

daha çox ədəbi yaradıcılığa həsr etmişdir. Çaldıran döyüşünün

baş verməsi hər iki tərəf üçün ağır nəticələrə səbəb olmuşdur.

Belə ki, bu hadisədən sonra tərəflər arasında etimadsız siyasi müna

sibətlər uzun müddət davam edəcək aktiv toqquşmalar fazasına

140

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

keçmiş və bu proses Səfəvilər imperiyasının süqutuna qədər davam

etmişdir.

Şah İsmayılın 1524-cü ildə ölümündən sonra taxta çıxan

oğlu I Təhmasibin (1514-1576) hakimiyyətinin ilk illərində Səfəvilər

imperiyası ərazilərinin bir hissəsini itirmək təhlükəsi ilə

üzləşmişdi. 1528-ci ildə özbək hərbi birlikləri Xorasan üzərinə

hücuma keçmiş, lakin şəhəri ələ keçirmək məqsədlərinə nail ola

bilməmişdilər. I Təhmasibin şərqə səfərindən istifadə edən Luristan

bəylərbəyi Zülfüqar xan üsyan qaldıraraq, 1528-ci ildə

Bağ dad şəhərini ələ keçirmişdi. Səfəvi ordusunu qısa müddət

ər zində toparlayan I Təhmasib Bağdad üzərinə qoşun yeridərək,

şəhəri yenidən Səfəvilər imperiyasının sərhədləri çərçivəsinə

qay tarmışdır. Bağdad şəhəri 1534-cü ildə növbəti dəfə təhdidlə

üz-üzə qalmışdır.

Sultan I Süleymanın başçılıq etdiyi Osmanlı ordusu Bağdad

üzərinə hücum edərək şəhəri ələ keçirmişdir. Buna cavab olaraq,

I Təhmasib Səfəvi ordusunu Şərqi Anadoluya göndərərək Van və

Qarsı ələ keçirmişdir. Sultan Süleymanın Səfəvilər imperiyasına

yürüşləri 1555-ci ilə qədər davam etmiş, lakin bu yürüşlərin heç

birində Osmanlı ordusu Azərbaycanda möhkəmlənə bilməmişdir.

Çaldıran döyüşünün (1514, 23

avqust) miniatür təsviri

Səfəvi hökmdarı

I Şah Təhmasib

141

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

1555-ci ildə Amasyada imzalanmış Osmanlı-Səfəvi sülh müqaviləsinə

əsasən, şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı

Os manlı imperiyasının, Şərqi Gürcüstan vilayətləri isə Səfəvilər

imperiyasının tərkibində qalmışdır.

Səfəvilərlə osmanlılar arasında münaqişənin növbəti mərhələsi

1578-ci ildə başlanmış və 12 il davam edən müharibə 1590-

cı ildə İstanbul sülh müqaviləsinin imzalanması ilə sona çatmışdır.

Bu müqaviləyə əsasən, Osmanlı imperiyası Kartli, Kaxetiya,

Mes xetiya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri üzərində

ha kimiyyətini bərqərar etmişdir. Şah Abbas Səfəvi 1593-cü ildə

Azərbaycanın qızılbaşlara tabe edilən Zəncan, Xalxal, Ərdəbil,

Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında

yerləşən ərazidə Azərbaycan bəylərbəyliyi yaratmışdır.

I Təhmasibin ölümündən sonra taxta çıxan II İsmayıl (1576-

1578) və Məhəmməd Xudabəndə (1578-1587) dönəmində mərkəzi

hakimiyyət saray çəkişmələri ucbatından xeyli zəifləmişdi. Bu

da öz növbəsində, Səfəvilər imperiyasına qarşı xarici müda xi-

Azərbaycan Səfəvi dövləti Avrasiyanın Yaxın və Orta Şərq regionunun

böyük imperiyası kimi

142

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

I Şah Abbasın qrafik portreti.

Müəllif: Dominikos Kustos.

1600-cü il

lələri gücləndirirdi. 1587-1629-

cu illərdə hakimiyyətdə ol muş

I Şah Abbas dönəmində Səfə vi lər

im periyasında mərkəzi ha ki miyyət

güc ləndirilmiş, yer lər də baş

qaldıran üsyanlar yatırıl mışdır.

I Şah Abbasın hakimiyyəti

illərində türk kökənli xanədanın

mərkəzi hakimiyyətdə, eyni zamanda

qızılbaşların orduda mövqeyi

nəzərə çarpacaq dərəcədə

azal mışdır. Bunun nəticəsində,

Sə fəvilər imperiyasında farslaşma

meyilləri güclənmişdir. İm pe riya

pay taxtının İsfahana köçü rülmə

si də bu prosesə əlavə tə kan

ver mişdir. Şah Abbas tərə findən

dövlət idarəçiliyi və or duda bir

sıra islahatlar həyata keçi ril mişdir.

Bu islahatlar çərçivəsində orduda sərt nizam-intizam yaradılmış,

ordu birlikləri içərisində qulamların sayı kəskin şəkildə

artırılmışdır. 10 il ərzində orduda aparılan islahatlar nəticəsində

Səfəvi ordusu əvvəlki gücünü bərpa edə bilmişdi. Hər fürsətdə

Səfəvi-Osmanlı münasibətlərinin gərginləşməsində maraqlı olan

Avropa dövlətləri Şah Abbas tərəfindən güclü ordunun ya radılmasında

maraqlı idilər. Ordu islahatlarına dəstək adı ilə 1598-

ci ildə Şah Abbasın sarayına gələn ingilis elçiləri Antoni Şirli və

Robert Şirlinin əsas məqsədi Səfəvilər imperiyasını anti-Osmanlı

ittifaqına cəlb etmək olmuşdur.

Bu dövrdə Xorasanı özbək hərbi birliklərindən azad edən

Səfəvi ordusu, Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara

başlamışdı. Nəticədə, uzun müd dət osmanlıların nəzarətində olan

Təb riz və Bağdad şəhərləri geri alın mış, Qafqazın böyük hissəsi

Sə fəvilər imperiyasının tərkibinə qaytarılmışdır. Bir neçə cəbhədə

143

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Səfəvi dövlətinin Avropaya

göndərdiyi ilk səfir

Hüseyn Əli bəy.

1599-1602-ci illər

uğurlu hərbi əməliyyatlar keçirən

Sə fəvi ordusu imperiyanın sərhədlə

rini şimalda Kabardin-Balkardan

cənubda Hind çayına qədər genişlən

dirmişdir. Eyni zamanda, portu

qaliyalılarla mübarizədə Şah

İs mayıl dönəmində itirilmiş Hörmüz

boğazı üzərində nəzarət bər pa

edilmişdir. Beləliklə, uzun müd dət

davam edən Osmanlı-Sə fə vi qarşı

durmasına 1629-cu ildə im zalan

mış Qəsri-Şirin müqavilə sinin

im zalanması ilə son qoyulmuşdur.

Bu müqavilə ilə müəyyən edil miş

sər hədlər bu gün də İranın şimalqərb

və Türkiyənin cə nub-şərq sərhədləri

ilə üst-üstə düşür.

Səfəvi səfiri Avropada. Rəsm əsəri

144

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Səfəvi hökmdarı I Şah Təhmasib və Moğol hökmdarı Şah Hümayunun görüşü.

1543-cü il. Miniatür təsviri

Səfəvi hökmdarı I Şah Abbas

və Moğol hökmdarı Şah Cahangir.

Müəllif: Əbül Həsən

145

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Səfəvilərlə Moğol imperiyası arasında münasibətlər dəyişkən

xarakterli olmuşdur. Zaman-zaman bu münasibətlərdə müttəfiqlik

meylləri müşahidə edilsə də, tərəflər arasında əlaqələr

gər ginliyi ilə yadda qalmışdır. Bu gərginliyin əsas səbəbi iqti sadi

və hərbi baxımdan strateji nöqtə olan Qəndəhar şəhərinə yi yələnmək

uğrunda mübarizə olmuşdur. XVI əsrin əvvəllərində Əf -

qanıstanın şərqi, eyni zamanda, Qəndəhar şəhəri Moğolların nə -

zarətində idi. Bir neçə mərhələdən ibarət olan Səfəvi-Moğol müharibələrində

Səfəvilər üstün mövqe nümayiş etdirmiş, nəti cə də

Qəndəhar şəhəri Səfəvi imperiyasının tərkibinə daxil edilmiş dir

(20).

XVIII əsrin əvvəllərindən başlayaraq Səfəvilər imperiyası

üç cəbhədən – Rusiya və Osmanlı imperiyasından və Hotakidən

(Əfqanıstan Xanədanlığı) gələn təhdidlərlə üz-üzə qalmışdır. Səfəvilərlə

Hotakilər arasında uzun müddət davam edən müharibə

nəticəsində Səfəvilər imperiyası Qəndəhar və Xorasan əyalətlərini

itirmişdi. 1722-ci ildə Hotakilər Gülnabad döyüşündə Səfəviləri

məğlub edərək paytaxt İsfahanı da ələ keçirmişlər.

Səfəvi imperiyasının 1610-cu il xəritəsi

146

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Səfəvilərin hərbi-siyasi gücünün zəifləməsindən istifadə

edən Rusiya 1722-ci ildə, Osmanlı imperiyası isə 1723-cü ildə

Sə fəvi imperiyasına qarşı müharibəyə başlamışdır. Nəticədə,

Dər bənd, Bakı, Lənkəran, Rəşt I Pyotrun göndərdiyi rus qoşunla

rı tərəfindən işğal olunmuşdur. Bu, Rusiya imperiyasının Azərbay

can üzərinə birinci işğalçılıq yürüşü idi. 1723-1726-cı illərdə

Osmanlı ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində Qa rabağ,

Çuxursəəd, Təbriz və Həmədan bəylərbəylikləri ələ keçirilmişdi.

Beləliklə, tabeliyində olan torpaqların əksəriyyətini itirən

Səfəvilər imperiyası faktiki olaraq çöküşün bir addımlığında idi.

İmperiyanı üzləşdiyi ağır durumdan çıxarmağa çalışan Səfəvi şahı

II Təhmasib bu zaman Fətəli xan Qacarı və qızılbaş sərkərdəsi

Nadir xan Əfşarı ordunun komandanları təyin etmişdi. 1728-ci

ildən başlayaraq Nadir xanın başçılıq etdiyi Səfəvi ordusu İsfahan,

Kirman və Xorasanı hotakilərdən, daha sonra Marağa, Həmədan

və Təbrizi osmanlılardan geri almağa müvəffəq olmuşdur. 1732-

ci ildə Osmanlı imperiyası ilə imzalanmış Kirmanşah müqa vi ləsinə

əsasən İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan böl gə-

Səfəvi imperiyası 1501 – 1736-cı illərdə

147

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ləri Osmanlı imperiyasının tərkibində qalsa da, Kirmanşah, Ərdəbil

və Təbriz yenidən Səfəvilər imperiyasına qaytarılmışdır. Bu

zaman Nadir xan Əfşar II Təhmasibi taxtdan salaraq, onun kiçik

yaşlı oğlu III Şah Abbası hakimiyyətə gətirmişdir. Nadir xan Əfşar

bundan sonra da Osmanlı və Rusiya imperiyalarına qarşı hərbi

əməliyyatları davam etdirmişdir.

1735-ci ildə Rusiya ilə imzalanmış Gəncə sülh müqavi ləsinə

müvafiq olaraq rus qoşunları Xəzəryanı Azərbaycan torpaqla

rından geri çəkilmişlər. Eyni zamanda, Osmanlı ordusu tərəfindən

işğal edilmiş bütün torpaqlar yenidən Səfəvilər imperiyasının

nəzarəti altına keçmişdir. 1736-cı ildə Nadir xanın özünü Azərbay

canın və İranın şahı elan etməsi ilə Səfəvi xanədanı süquta

uğ ramışdır. 1747-ci ildə Nadir xan Əfşarın sui-qəsd nəticəsində

öl dü rülməsindən sonra Səfəvi sülaləsi qısa müddət ərzində hakimiy

yəti ələ keçirsə də, sarsılmış imperiya dayaqlarını möh kəmlən

dirə bilməmişdir. Beləliklə, Səfəvi imperiyasının süqutu ilə

İran, Orta Asiya və Qafqazda parçalanmış dövlətin öz etno siyasi

təməli üzərində türksolu müstəqil və yarım-müstəqil xanlıqlar

ya ran mağa başlamışdır.

Səfəvi hökmdarları həm dünyəvi, həm də dini yetkiləri əllərində

cəmləşdirmişdi. Dövlətin mərkəzi aparatına vəzir, dini

ida rələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mustuofi əlməmalik

nəzarət edirdi. Səfəvilər imperiyası inzibati baxımdan

bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən

bəy lərbəyilərin şahın tələbi ilə öz qoşun birlikləri ilə hərbi səfərlərdə

iştirakı məcburi idi. Səfəvilər imperiyasının daimi ordusu

yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabına saxlanan

süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə Səfəvi

ordusunun ümumi sayı 120–150 min nəfər təşkil edirdi.

Azərbaycanın cənub və şimal torpaqlarının Səfəvi imperi

yasının tərkibində mərkəzləşdiyi vahid dövlətdə sənətkarlığın,

ticarətin, mədəniyyətin inkişafı üçün əlverişli şərait yaranmışdı.

Səfəvilər imperiyasının iqtisadi və mədəni həyatında Azərbaycan

şəhərlərinin əhəmiyyəti getdikcə artmaqda idi. Təbriz Asiya və

148

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Avropanın bir çox şəhərləri ilə geniş ticarət əlaqələrinə malik idi.

Şamaxı və Ərəşdə istehsal olunan ipək parçalar Avropa ölkələrinə

ixrac edilirdi.

I Şah Abbas dönəmində Səfəvi memarlığının yeni inkişaf

mərhələsi başlanmışdır. Bu dövrdə inşa edilmiş Şah məscidi,

Əli məscidi, Harun Vilayət mavzoleyi bu memarlığın seçkin nümu

nələrindəndir. Şah Abbas tərəfindən imperiya paytaxtının İsfahana

köçürülməsindən sonra şəhər, əsasən, islam memarlığı

üslubunda tamamilə yenidən qurulmuşdur.

Səfəvilər imperiyasının süqutundan sonra miladi tarixinin

əvvəllərindən başlayaraq, böyük Avrasiya coğrafiyasında imperiyalar

quran (XI-XVIII əsr) türklərin dövlət təsisetmə prosesində

durğunluq mərhələsi başlamışdır. Səfəvilər imperiyasının süqutundan

sonra yaranmış xanlıqlar, təbii ki, ortaq siyasi mövqe nümayiş

etdirə bilməmiş, bu da öz növbəsində Rusiya və Avropa

dövlətlərinin ekspansiyası üçün əlverişli şərait yaratmışdır. Bu

dövrdə türk dövlətlərindən yalnız biri – Osmanlı imperiyası öz

müs təqilliyini XX əsrin əvvəllərinə qədər qoruyub saxlamışdır

(3; 343).

İsfahanda Lütfullah məscidinin interyeri

149

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Səfəvilər zamanında kişilər

Səfəvilər zamanında qadınlar

Çövkan oyunu. Miniatür təsvir

Səfəvilər epoxasının döyüşçü

dəbilqəsi

Səfəvilər dövlətinin sikkələri

150

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

SİBİR, KAZAN, KRIM,

NOQAY, QASIM, ASTARXAN

XANLIQLARI

Sibir xanlığı – 1490-1598-ci illərdə mövcud olmuşdur.

Çin ki-Tura (Tümen) və Kaşlık şəhərləri Sibir xanlığının inziba

ti mərkəzləri olmuşdur. Xanlığın təməli Çingiz xanın nəvə si

Cu cinin ulusuna bağlı Şeybani sülaləsindən olan İbak tərə findən

qoyulmuşdur. Tarixi qaynaqlarda Sibir xanlığının ilk hökm darının

Taybuğa olduğu qeyd edilir. Xanlığın ərazisi Mon qo lus tanın

şimalını və Sibir torpaqlarını əhatə edirdi. XVI əsrin ilk ya -

rısından etibarən Qızıl Orda imperiyasının zəifləməyə baş la ma sı

səbəbindən Sibir xanlığı müstəqil siyasət yürütməyə baş la mışdı.

Lakin Sibir xanlığının qərbində yerləşən Kazan xan lı ğının rus

knyaz ları ilə mübarizədə məğlub olması Sibir xan lı ğı nı da rus müdaxiləsi

ilə üz-üzə qoymuşdu.

Sibir xanlığı. 1490-1598-ci illər

151

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Bu zaman, Sibir xanı Yadigar xan könüllü olaraq rus tə bəəliyini

qəbul etsə də, bu Sibir xanlığının süqutu demək deyildi.

Çin giz xanın nəslindən olan Küçüm xan 1563-cü ildə Yadigar

xa nı məğlub edərək, Sibir xanlığının bu coğrafiyada dayaqlarını

möhkəmləndirdi. Küçüm xan Sibir torpaqlarında islam dininin

ya yılmasında önəmli rol oynamışdı. Bu məqsədlə, Küçüm xan

Buxara xanı Abdullah xana müraciət edərək islam dinini öyrədən

ruhanilər göndərilməsini xahiş etmiş və Buxara xanı tərəfindən

buraya din alimləri və şeyxlər göndərilmişdi. Nəticədə, Sibir

türk lərinin əksəriyyəti şamanizmi tərk edərək islam dinini qəbul

et mişlər.

Lakin getdikcə daha müntəzəm hal almağa başlayan kazak

və rus hücumları Sibir xanlığı üçün əsas təhlükə mənbəyinə çevrilmişdi.

İlkin mərhələdə, rus knyazlarının zülmündən qaçaraq

Yermakın rəhbərliyi ilə qaçaq dəstəsi yaradan kazaklar Sibir

xanlığına hücumlar təşkil etməyə başlamışlar. Kazaklar 1578-

1580-ci illərdə Ural dağlarını aşaraq Qərbi Sibiri ələ keçirmişlər.

Küçüm xanın kazaklara və ruslara bir neçə dəfə məğlub olmasına

baxmayaraq, mübarizəni sona qədər davam etdirmişdir. Sibir

xan lığı ilə mübarizədə çətinliklə üzləşən rus knyazları Polşa, Litva

əsirlərini və Dnepr kazaklarını da öz qoşunlarına daxil edərək,

1598-ci ildə Sibir xanlığı üzərinə həlledici yürüşlərini təşkil

etmişlər. Baş vermiş döyüşdə Küçüm xan və yaxınları əsir

Avrasiyanın şimal regionunda Sibir xanlığı. XVI əsr

152

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

götürülərək öldürülmüş, beləliklə, Sibir torpaqları tarixdə ilk

dəfə olaraq rus istilasına məruz qalmışdır (443).

Kazan xanlığı (1438-1552) – Qızıl Orda imperiyasının

par çalanmasından sonra yaranmış türk xanlıqlarından biridir

(99). Qızıl Orda hökmdarı Toxtamışın nəvəsi Uluq Məhəmməd

xan Kazan xanlığının əsasını qoymuşdur.

Kazan şəhəri xanlığın

in zibati mərkəzi idi. Xanlığın

ərazisi Volqa çayının sağ sahil

lərindən Kama çayına qədər

olan geniş ərazini əhatə

edir di. Kazan xanlığı mövcud

ol du ğu bir əsrdən çox müddət

Kazan xanlığının bayrağı

ərzində yerləşdiyi coğrafiyanın

siyasi-hərbi cəhətdən nüfuzlu

dövlətlərindən biri olmuşdur.

Uluq Məhəmməd xan hakimiyyətdə olduğu müddətdə rus knyazlıqlarına

qarşı bir neçə uğurlu hərbi yürüşlər təşkil etmişdir.

Kazan xanlığı. 1438-1552-ci illər

153

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

1445-ci ildə baş vermiş döyüşdə Moskva knyazı II Vasilini

əsir götürən Uluq Məhəmməd xan xanlığın ərazisini qərbə doğru

xeyli genişləndirmişdi. 1478-ci il Kazan xanlığı ilə Moskva

knyazlığı arasında münasibətlərin dönüş dövrü hesab edilir. Belə

ki, Moskva knyazlığının Novqorod şəhərini tutmasından sonra

Kazan xanlığının şimal və qərb əraziləri tamamilə rusla rın

nə zarəti altına düşmüşdü. Buna baxmayaraq, XVI əsrin əv vəllərində

Noqay xanlığından əlavə dəstək alan Kazan ordusu rus

birliklərini darmadağın edərək Nijni Novqorod şəhərini ələ keçirmiş

və mövqelərini xeyli möhkəmləndirmişdi.

Kazan xanlığı 1521-ci ildən etibarən Osmanlı imperiyasına

bağlı olan Krım xanlığının təsiri altına düşmüşdür. Kazan xan lığının

Krım xanlığından yardım istəməsinin əsas səbəbi rus təhlükəsinin

önlənməsi məqsədi daşıyırdı. Lakin tez-tez baş ve rən

saray çevrilişləri və getdikcə daha təhlükəli hal alan rus knyaz -

lıqlarının aramsız yürüşləri Kazan xanlığını xeyli zəiflət miş di.

Yaranmış kövrək siyasi durumdan istifadə edən Moskva çarı IV

İvan 1552-ci ildə Qazan xanlığı üzərinə 150 minlik ordu ilə hücuma

keçmiş, xanlığı süquta uğratmışdır.

Xanlığın paytaxtı Kazan şəhəri regionun ən böyük ticarət

mərkəzlərindən biri idi. Tarixi qaynaqlar Kazan şəhərində Krımdan,

Mərkəzi Asiyadan, Qafqazdan gəlmiş 5 mindən çox tacirin

Kazan xanlığı. Hərbçi geyimi

154

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

olduğu barədə məlumat verirlər. Eyni zamanda, Kazan şəhərində

çoxlu sayda şərq üslubunda inşa edilmiş memarlıq abidələrinin

bir çoxu indiyədək qalmaqdadır.

Krım xanlığı – 1441-1783-cü illərdə mövcud olmuşdur.

Krım xanlığı Qızıl Orda imperiyasının parçalanmasından sonra

yaranmış xanlıqların ən uzunömürlüsü kimi tarixə düşmüşdür.

Bağçasaray şəhəri Krım xanlığının

mərkəzi idi. Krım yarımadasını ələ keçirən

Hacı Giray Krım xanlığının ilk hökm darı

olmuşdur. Onun vəfatından sonra Krım

xan lığında baş qaldırmış saray çəkiş mə lərinə

Osmanlı imperiyasının Krım yarı mada

sında nəzarəti ələ keçirməsindən sonra

Krım xanlığının

damğası

son qoyulmuşdur. Krım xanlığı 1475-ci

il dən 1774-cü ilə qədər Osmanlı impe riya

sının tabeliyində olmuşdur. Bu müddət

ər zində Krım qüvvələri qonşu dövlətlərlə

apardıqları mübarizədə Osmanlı imperiyasına fəal dəstək göstərmişlər.

Krım xanlığı. 1441-1783-cü illər

155

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Mengli Gərayın başçılığı altında Qızıl Orda torpaqlarının

bir hissəsində mövqelərini gücləndirən Krım xanlığı XVI əsrin

əv vəllərində Kazan və Astarxan xanlıqlarını özünə tabe etmişdir.

1521-ci ildə Moskvanı mühasirəyə alan Krım xanlığının ordusu

rusları məğlub edərək, onları hər il vergi ödəməyə məcbur et mişdir.

Ruslar bu vergini I Pyotr zamanına qədər ödəyirdilər. Moskva

üzərinə ikinci hərbi yürüş 1571-ci ildə Krım xanı Dövlət Gira

yın rəhbərliyi ilə baş vermiş və bu yürüşdə Moskva yenidən ələ

keçirilmişdir.

XVIII əsrin sonlarında Osmanlı imperiyasının ruslarla

mü barizədə mövqelərinin zəifləməsi Krım xanlığına da təsirsiz

ötüşməmişdir. 1768-1777-ci illərdə baş vermiş Osmanlı-rus savaşları

Krım xanlığını süqutuna aparan yolun başlanğıcı idi. 1774-

cü ildə tərəflər arasında imzalanmış Kiçik Qaynarca müqaviləsi

Krım xanlığını faktiki olaraq Osmanlı tabeliyindən çıxardı.

1777-ci ildə Şahin Girayın hakimiyyətə gəlməsi ilə Krım xanlığı

üzə rində Rusiya təsiri daha da artdı. Osmanlıların dəstəklədiyi

Ba hadur Giray Krım xanlığında hakimiyyəti ələ keçirmək üçün

Krım xanı Mengli Gərayın Osmanlı sultanı II Bayazidlə görüşü.

Miniatür təsvir

156

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

cəhd göstərsə də, uğursuzluğa düçar oldu. Bu zaman, rus ordusu

Krım üzərinə hücuma keçərək 30 min Krım türkünü öldürdülər.

Beləliklə, 1785-ci ildə Krım xanlığı tamamilə ruslar tərəfindən

ələ keçirildi. 1792-ci ildə imzalanmış Yaş anlaşması ilə Osmanlı

im periyası Krımın ruslar tərəfindən ilhaqını qəbul etdi.

Osmanlı himayəsini qəbul etdikdən sonra Krım xanlığının

dövlət idarəetməsi və ictimai quruluşu Osmanlı imperiyasına uyğun

qurulmağa başlamışdı. Krım xanlığı boy (nəsil) aris tokra ti -

yasına əsaslanırdı. Hər boy öz bəyinə, hər bəy də öz xanına ta -

be idi. Şirinlər, Arqunlar, Barınlar və Qıpçaqlar ən nüfuzlu boylar

hesab edilirdi. Bəylər xanın yanında məşvərətçi orqan ki mi

fəaliyyət göstərən Divanın üzvləri idilər və mühüm qərarlar qəbul

edilərkən onların mövqeləri nəzərə alınırdı (420).

Krım xanlığının paytaxtı

Baxçasarayda saray fontanı

Krım tatar döyüşçüsünün

obrazı

157

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Noqay xanlığı (Noqay Ordası) – 1440-1634-cü illərin

Avrasiya türk dövlətidir. Qızıl Orda imperiyasının zəifləməsi ilə

onun tərkibində olan Noqay

xanlığı daha geniş muxtariyyət

əldə etmişdir.

Yedigey tərəfindən əsası

qoyulmuş Noqay xanlığı Volqa

çayından İrtış çayına, Xəzər

dənizindən Aral gölünə qədər

Noqay xanlığının bayrağı

olan əraziləri əhatə edirdi. Noqay

xanlığının paytaxtı Sa raycuq

şəhəri olmuşdur. Haki -

miy yə ti dövründə xanlığı xarici müdaxilələrdən qorumaq üçün

Ye digey xan ilk əvvəllər Tey murilər xanədanlığı ilə ittifaq qurmuş

dur.

Yedigey xanın 1419-cu ildə öldürülməsindən sonra hakimiy

yətə Nurəddin xan gəlmişdir. Onun hakimiyyəti illərində Azov

dənizindən Aral gölünə qədər olan ərazilər Noqay xanlığının tərkibinə

qatılmışdır. Astarxan və Kazan xanlıqlarının ruslara ta-

Noqay xanlığı. 1440-1634-cü illər

158

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

be olmasından sonra türk geopolitik regionunun meydanda tək

qal mış dövləti – Noqay xanlığı xeyli zəifləmişdi. 1557-ci ildə

Noqay xanlığının Moskva knyazı İvan Qroznının təbəəliyini qəbul

etməsi ilə xanlıq bir neçə hissəyə parçalanmış, Qafqazın şimalında

Kiçik Orda, Emba çayı ətrafında Altıul Ordası, İsmayıl

xanın rəhbərliyi altında qalan Xəzər dənizinin və Volqa çayının

sahillərində isə Böyük Noqay Ordası yaranmışdı. XVII əsrin

əvvəllərində davamlı şəkildə rusların və kalmıkların istilasına

uğrayan noqayların dövlətçilik ənənələrinə son qoyulmuşdur.

Bundan sonra, noqayların əksəriyyəti Şimali Qafqaza və Osmanlı

imperiyasına köç etməyə məcbur olmuşlar.

Qasım xanlığı – 1452-1681-ci illərdə mövcud olmuş türk

dövlətidir. Qasım xan tərəfindən qurulmuş xanlığın ərazisi Oka

çayının şimal sahillərini əhatə edirdi. Xanlığın inzibati mərkəzi

Qasım şəhəri olmuşdur.

XV əsrin ortalarında Qasım xan Moskva knyazlığı ilə itti

faqa girərək Oka çayının sahillərində mövqelərini möhkəmlən

dirmişdi. Qasım xanlığı ilə Moskva knyazlığı arasında ittifaq

Qasım xanlığı. 1452-1681-ci illər

159

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

uzun müddət davam etmişdir. Xüsusilə, Moskva knyazlığı Kazan

xan lığına qarşı yürütdüyü siyasətdə Qasım xanlığının dəstəyindən

istifadə edirdi. Rus knyazlarının qonşu dövlətlər üzərinə həyata

keçirdikləri yürüşlərdə də Qasım xanlığının ordusu yaxından iştirak

edirdi. Zaman keçdikcə Qasım xanlığı üzərində rus təsiri

özü nü daha qabarıq şəkildə göstərməyə başlamışdır. Müstəqil siyasət

yürütmək imkanlarını tamamilə itirən Qasım xanlığı 1681-

ci ildə süquta uğramışdır. Burada yaşayan türksoylu etnoslar Qa -

sım xanlığının süqutundan sonra cənub torpaqlarına, xüsusilə Osmanlı

imperiyasının nəzarəti altında olan ərazilərə köç etmişlər.

Astarxan xanlığı – 1466-1556-cı illərdə mövcud olmuşdur.

Çingiz xanın oğlu Cucinin ulusuna bağlı Toka Teymur xanın sülaləsindən

olan Kasım xan tərəfindən əsası qoyulmuş Astarxan

xanlığı qərbdə Don çayı sahillərindən başlayaraq Noqay Ordasına

qədər olan əraziləri, Xəzər dənizinin şimal-qərb sahillərini əhatə

edirdi. Həmin dövrün önəmli ticarət və liman mərkəzi olan As tarxan

şəhəri xanlığın inzibati mərkəzi idi.

Astarxan xanlığı. 1466-1556-cı illər

160

I BÖLÜM. TÜRK DÖVLƏTLƏRİ VƏ İMPERİYALARI

Kasım xanın hakimiyyət dövrü Astarxan xanlığının yüksəliş

və sabitlik dönəmi olmuşdur. Lakin Kasım xanın ölümündən

sonra Krım və Noqay xanlıqları ilə ixtilaflar, daha sonra ruslar

tərəfindən təşkil edilən hərbi yürüşlər Astarxan xanlığının siyasihərbi

gücünün zəifləməsi ilə nəticələnmişdir. Rus çarı IV İvan

1552-ci ildə Kazan şəhərini ələ keçirdikdən sonra Astarxan

xan lığını işğal etməyi növbəti hədəf kimi müəyyənləşdirmişdi.

1554-cü ildə rus çarına bağlı Dərviş xanın hakimiyyətə gəlməsi

ilə Astarxan xanlığı faktiki olaraq müstəqilliyini itirmişdir. Lakin

Dərviş xan ruslara qarşı Krım xanlığı ilə ittifaqa cəhd göstərmişdir.

Bu səbəbdən, rus ordusu Astarxan üzərinə hücum edərək

1556-cı ildə Astarxan xanlığının varlığına son qoymuşdur. Bu

hücum nəticəsində Astarxan şəhəri tamamilə darmadağın edil miş

və çoxsaylı tarixi-memarlıq abidələri məhv edilmişdir.

Astarxan xanlığının istilası ilə Volqa çayının aşağı sahilləri

də rusların hakimiyyəti altına düşmüşdür. XVI əsrin ikinci

yarısından etibarən məqsədli şəkildə bu ərazilərə rusların köçürülməsinə

başlanılmışdır. Orta əsrlər dünya ticarətinin ən işlək

Xəzər dənizinin şimalında Kazan, Krım,

Noqay və Astarxan xanlıqları. XV – XVI əsrlər

161

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

kom munikasiya xətlərindən olan İpək yolunun bu coğrafiyadan

keçən hissəsinin rusların əlinə keçməsi Rusiyanın siyasi-iqtisaditicari

mövqelərinin xeyli güclənməsini şərtləndirmişdir (411).

Avrasiyanın uzunəsrlik siyasi tarixində mühüm rol oynamış

türk dövlətləri və imperiyalarının əhatə etdiyi coğrafi məkanın

özək (əsas) ərazilərində bu gün müasir siyasi-hüquqi təsisat quru

luşuna malik müstəqil türk dövlətləri yerləşir. Əgər türklər

ya şadıqları tarixi zamanın siyasi məntiqi ilə böyük imperiyalar

yarada və geniş superetnik-geopolitik areal formalaşdıra bil mişlərsə,

deməli, onların varisi olan müasir türk xalqları da yeni tarixi

epoxada beynəlxalq siyasətdə bir güc mərkəzinə çevrilmək

üçün öz müstəqil dövlətlərinin birliyini yarada bilərlər.

162

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

II BÖLÜM

MÜSTƏQİL

TÜRK RESPUBLİKALARI

163

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Müasir Avrasiyanın siyasi coğrafiyasında müstəqil türk respublikalarının yerləşimi

164

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

165

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

TÜRKİYƏ RESPUBLİKASI

Tarix və müasirlik – Bi rin ci

Dünya müharibəsindən sonra

Mustafa Kamal Ata tür kün

ön dər liyində aparı lan istiqla

liy yət savaşı Türkiyə Respub

li ka sının yaradıl ma sı nın

fun da mental siyasi əsas larını

Türkiyə Republikasının bayrağı for malaşdırmışdır. Nəti cə də,

1923-cü ilin iyulunda imza la n-

mış Lozanna sazişi ilə Türkiyə

Res publikası beynəlxalq siyasi arenada tanınmış və həmin ilin

29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən

Tür kiyə Cümhuriyyəti elan edilmişdir. Türkiyə Respublikasının

ilk prezidenti Mustafa Kamal Atatürk olmuşdur. Türkiyə Respub

li kasının dünyəviləşməsi və dövlət idarəetməsində radikal

is lahatlar, dünya birliyinə inteqrasiya Mustafa Kamal Atatürkün

adı ilə bağlıdır.

Türkiyə Respublikası İkinci Dünya müharibəsində neytral

mövqe nümayiş etdirmiş, nəticədə ölkə müharibənin dağıdı

cı fəsadlarından yayına bilmişdir. Türkiyə Respublikası 1945-

ci ilin iyulunda BMT-yə, 1952-ci ildə NATO-ya, 1961-ci ildə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmuş, bey nəl -

xalq hüququn müstəqil subyekti kimi digər dövlətlərlə və beynəlxalq

təşkilatlarla siyasi-diplomatik münasibətlərini də rin -

ləşdirmişdir. Türkiyə Respublikası Aralıq dənizi, Yaxın və Orta

Şərq istiqamətində sovet ekspansiyasına qarşı sipər rolunu oynamış

dır.

Türkiyədə 1960, 1971, 1980-ci illərdə baş vermiş hərbi

çev rilişlər demokratik inkişaf proseslərini zəiflətmiş və kövrək

166

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürk,

İsmət İnönü, Fevzi Çakmak və başqaları Türkiyə Böyük Millət Məclisinin

ilk binasının qarşısında. 1930-cu il

Avrasiya koordinatlarında Türkiyənin siyasi xəritəsi

167

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

si yasi mühitin yaranmasına səbəb olmuşdur. 1980-ci illərdən

son ra iqtisadiyyatın liberallaşdırılması istiqamətində atılmış addımlar

Türkiyə Respublikasının çoxşaxəli inkişafına təkan vermiş,

siyasi-iqtisadi sabitliyin təmin olunması üçün münbit şərait

yaratmışdır (73).

Ərazi – Türkiyə Respublikasının ərazisi 783 562.38 kv. kmdir.

Ölkə Asiyanın cənub-qərbində, Aralıq dənizi və Qara dəniz

arasında, Anadolu yarımadasında yerləşir. Ölkə ərazisinin 97%-

i Asiya, 3%-i Avropa qitəsində yerləşir. Türkiyə Respublikası

cənubdan Suriya və İraq, şərqdən Azərbaycan, Gürcüstan və

İran, qərbdən Yunanıstan və Bolqarıstanla həmsərhəddir. Türkiyə

Res publikası Mərmərə, Egey, Aralıq və Qara dənizlə əhatə olunmuş

dur. Ölkənin ən uca nöqtəsi Ağrı dağı, ən böyük gölü isə

Van gölüdür. Türkiyə Respublikası ərazisinə görə dünyanın ən

böyük 37-ci ölkəsidir. Türkiyə Respublikası coğrafi baxımdan 7

bölgəyə – Aralıq dənizi, Qara dəniz, Mərmərə, Şərqi Anadolu,

Ege, cənub-qərbi Anadolu, iç Anadoluya bölünmüşdür. İnzibati

ba xımdan ölkə 7 bölgə və 82 vilayətə ayrılmışdır.

İqlim – Aralıq və Egey dənizlərinin əhatəsində olan sahilyanı

bölgələrdə Aralıq dənizi iqlimi hakimdir. Bu ərazilər isti və quru

yayı, rütubətli və sərin qışı ilə seçilir. Qara dəniz sahillərində isə

okeanik iqlim üstünlük təşkil edir. Həmin bölgələrdə yay əsasən

Türkiyənin inzibati xəritəsi

168

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

isti və rütubətli, qış soyuq və yağıntılıdır. Ölkənin şimal-şərq əraziləri

ən çox yağıntıların qeydə alındığı bölgədir. Türkiyədə yay

üçün rekord temperatur 48 dərəcə olmaqla 1993-cü ildə Mardində

qeydə alınmışdır. Ən aşağı temperatur 1941-ci ildə -50 dərəcə

olmaqla Ərdahan vilayətində müşahidə olunmuşdur.

Təbii sərvətlər – Türkiyə dünyanın ən zəngin geotermal

enerji qaynaqlarının olduğu 5 ölkədən biridir. Xüsusilə, Ege bölgəsində

cəmləşmiş geotermal enerji qaynaqlarından kənd tə sərrüfatı

və sənaye sektorunda geniş istifadə olunur. Kömür və daş

kömür yataqları ölkənin, əsasən, cənub və cənub-şərq ərazilərində

geniş yayılmışdır. Türkiyə dünyanın zəngin duz yataqlarına malik

olan ölkələrindən biridir. Ölkədə az miqdarda neft və təbii qaz

ehtiyatları vardır. Bu ehtiyatlar, əsasən, Kırkaleri, İzmir, Mersin

və Mardin vilayətlərində cəmləşmişdir.

Əhali – Türkiyə Respublikasında əhalinin ümumi sayı 78

milyon 741 min nəfərdir. Ölkə əhalisinin ilk statistik məlumatının

açıqlandığı 1927-ci illə müqayisədə əhali sayı 65 milyon nəfər

artmışdır. Əhalinin ən sıx yaşadığı ərazi İstanbul şəhəridir. İs tanbul

Avropanın ən sıx məskunlaşmış 3-cü şəhəridir. Ümumi əhalinin

19%-i İstanbul şəhərində yaşayır. Əhalisinə görə digər böyük

şəhərlər Ankara, İzmir, Bursa və Antalyadır.

Türkiyənin fiziki xəritəsi

169

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türkiyə Böyük Millət Məclisi (TBMM)

Etnik baxımdan ölkə əhalisinin əksəriyyəti türk kökənlidir.

Türklər ümumi əhalinin 77%-ni təşkil edir. Bununla yanaşı, Türkiyə

Respublikasında Azərbaycan türkləri, ərəblər, lazlar, gür cülər,

kürdlər, ermənilər, boşnaqlar, yunanlar yaşayırlar. Türk lərdən

sonra ölkədə yaşayan ən böyük etnik qrup kürdlərdir. Kürd lər

ümu mi əhalinin 15%-ni təşkil edir.

İdarəetmə – Ölkənin dövlət idarəetmə forması hazırda parlament

respublikasıdır. Lakin 2017-ci il 16 aprel tarixində baş

tu tan ümumxalq səsverməsi ilə Türkiyə Konstitusiyasına dəyişikliklər

həyata keçirilmişdir. Bu dəyişikliklərin 3 noyabr 2019-

cu ildə tam tətbiq edilməsindən sonra Türkiyədə mövcud olan

siyasi sisteminin keçidi təmin ediləcəkdir və ölkə parlamentli respublikada

prezident üsul-idarəli respublikaya çevriləcəkdir. Bu

dəyişikliklər bugünə qədər simvolik olan prezidenti Türkiyə siste

minin ən ümdə siyasi fiquruna çevirəcəkdir.

Ölkə konstitusiyasında Türkiyə Respublikasının dün yəvi,

demokratik, hüquqi dövlət olduğu qeyd edilmişdir. Tür ki yə

Respublikasının mərkəzi idarəetmə qurumları paytaxt An ka rada

cəmləşmişdir. Unitar quruluşa malik olan Türkiyə Res pub lika

sında hakimiyyət üç əsas qola – qanunvericilik, icra və məh-

170

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

İstanbulda Levent biznes rayonu

kə mə hakimiyyətinə ayrılmışdır. 550 nəfərlik Türkiyə Böyük

Millət Məclisi (TBMM) hökumətin formalaşdırıldığı əsas siyasi

məkan funksiyasını yerinə yetirir. TBMM-ə seçkilər hər 4 ildən

bir keçirilir. Daha çox mandat əldə edən siyasi partiya hökuməti

formalaşdırır. Türkiyədə yerli özünü idarəetmə qurumlarının

geniş səlahiyyətləri mövcuddur.

İqtisadiyyat – Türkiyə Respublikası hazırda dünya ölkələri

arasında iqtisadi gücünə görə 17-ci yeri tutur. Burada əsas iqtisadi

indikator ÜDM-in ümumi həcmidir. 2015-ci ilin statistik məlumatına

əsasən, nominal nisbətdə Türkiyə Respublikasının ÜDM-i

722 milyard dollar təşkil etmişdir. Türkiyə Respublikası Böyük

İyirmiliyə daxil olan yeganə türk dövlətidir. Ölkənin strateji valyuta

ehtiyatları 111 milyard ABŞ dolları təşkil edir.

1995-ci ildə Türkiyə ilə Avropa İttifaqı arasında imzalanmış

Gömrük İttifaqı sazişi ölkədə iqtisadi liberallaşmanı sürətləndirmiş,

tariflərin və iqtisadi tənzimləmə mexanizmlərinin Avropa

İttifaqı standartlarına uyğunlaşdırılmasını təmin etmişdir. İxrac

yönümlü iqtisadiyyata malik olan Türkiyə Respublikasının əsas

ti carət tərəfdaşı Almaniyadır. Belə ki, ölkənin ümumi ixraca tı nın

təqribən 9%-i bu ölkənin payına düşür. İxrac olunan əsas məh-

171

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

sullar kateqoriyasına tekstil, geyim, kənd təsərrüfatı məh sulları,

məişət texnikası, dərman vasitələri daxildir.

Ölkənin ümumi idxalı ixracdan çox olduğundan ümumi

ticarət balansı mənfi göstəriciyə malikdir. Türkiyə Respublikasının

ümumi iqtisadi-maliyyə arsenalında bank xidmətləri, turizm, ağır

metallurgiya, neft-kimya, dağ-mədən sənayesi, yüngül sənaye

əsas paya malikdir. Kənd təsərrüfatının ümumi istehsal dəyəri ölkə

ÜDM-nin 10%-ni təşkil edir.

Sənaye sektoru və xidmətlərin ÜDM-də ümumi payı 65%-

dir. İqtisadiyyatın digər aparıcı sahəsi olan turizm dövlət büdcəsinin

formalaşdırılmasında önəmli rol oynayır. Hər il ölkəyə 35-

40 milyon turist səfər edir. Ölkə hər il turizm sektorundan 25-30

milyard dollar gəlir əldə edir. Türkiyə turizm cəlbediliciliyinə

gö rə dünyanın ilk 10 dövlətindən biridir. Almaniya, Rusiya və

Bö yük Britaniyadan gələn turistlər ümumi turist sayının əsas hissə

sini təşkil edir.

Türkiyə Respublikasına yatırılan xarici investisiyaların

həc mində son illər ciddi artım müşahidə olunur. 2014-cü ilin

sta tis tik məlumatına əsasən, ölkəyə investisiya yatırımının ümumi

həcmi 12,5 milyard dollar təşkil etmişdir. İnvestisiya mü hiti

nin cəlbediciliyinə görə, Türkiyə Respublikası dünyanın 22-ci

ölkəsidir. Beynəlxalq maliyyə agentlikləri Türkiyənin xarici sər -

mayələrin etibarlılığı, investisiya mühitinin şəffaflığı kate qo riyaları

üzrə investisiya reytinqlərini yüksəltmişlər.

Ordu – 495 min əsgər və zabit heyəti ilə Türkiyə ordusu

NATO-ya üzv dövlətlər arasında ABŞ-dan sonra ikinci ən güclü

milli ordudur. Güclü hərbi potensialı ilə Türkiyə ordusu həm ölkənin

təhlükəsizliyinin, milli maraqlarının müdafiəsində, eləcə

də, bütövlükdə Avroatlantik məkanın cənub-şərq cinahında təhlükəsizliyin

təmin edilməsində xüsusi mövqeyə malikdir. Ölkədə

hərbi xidmətə yararlı şəxslərin ümumi sayı 21 milyon nəfərdir.

2015-ci ilin məlumatına əsasən, orduya ayrılan vəsaitin ümumi

məbləği 22 milyard ABŞ dollarıdır. Bu da ölkə ÜDM-nin 3%-ni

təşkil edir.

172

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

NATO-da ən güclü Avrasiya dövləti – Türkiyə Respublikası

Türkiyə silahlı qüvvələri üç əsas qoldan – hərbi hava, quru

və dəniz qüvvələrindən ibarətdir. Türkiyə quru qüvvələrində xidmət

edən hərbi heyətin ümumi sayı 400 min nəfərdir. Modernləşdirilmiş

hərbi hava qüvvələrinə malik olan Türkiyə ordusunda

2000-dən çox hərbi hava texnikası vardır. Türkiyə hərbi dəniz

qüv vələri personalına və hərbi arsenalına görə, dünyada 8-ci ye ri

tutur. Ordunun ali baş komandanı Türkiyə Respublikasının prezi

dentidir. Türkiyə Böyük Millət Məclisi dövlətin silahlı qüv vələrinin

xidmətlərindən istifadəyə, digər ölkələrə qoşun yeri dilməsinə

icazə verən səlahiyyətli dövlət qurumudur.

Xarici siyasət – Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq

Türkiyənin xarici siyasətinin tərkib hissəsidir. Türkiyə

Respublikası 1951-52, 1954-55, 1961 və 2009-2010-cu illərdə

BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Türkiyənin BMT,

ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əmək -

daşlıq Təşkilatı, Avropa Şurası və Avropa İttifaqı ilə sıx diplomatik

münasibətləri mövcuddur. Avroatlantik məkana inteqra

siya ölkənin xarici siyasətində prioritet istiqamət təşkil edir.

Av ropa İttifaqına üzvlük istiqamətində Türkiyədə çoxşaxəli siya

si-iqtisadi islahatlar həyata keçirilmişdir. Avropa İttifaqına

173

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan

BMT Baş Assambleyasının tribunasından çıxış edir

üzv lük üçün tərəflər arasında rəsmi danışıqlara 2005-ci ildə start

verilmişdir.

ABŞ və əksər Avropa dövlətləri ilə münasibətlər stra te ji

müttəfiqlik səviyyəsindədir. Türkiyənin yerləşdiyi həssas geopolitik

məkan bu münasibətlərin siyasi xarakterini müəyyənləşdirən

əsas faktordur. Son zamanlar Yaxın və Orta Şərqdə baş verən siyasi

proseslər, Avropaya yönələn böyük qaçqın axını, eyni zamanda

Türkiyədə süni olaraq yaradılmış kürd problemi Tür kiyə-

Qərb münasibətlərini mürəkkəbləşdirən əsas amillərdir (203).

1991-ci ildə Qafqaz və Orta Asiyada müstəqilliklərini əldə

edən türk dövlətləri ilə münasibətlər Türkiyənin xarici si ya -

sətində aparıcı yeri tutur. Həmin dövlətlərlə linqvistik, mə də ni,

dini bağlılıq siyasi, iqtisadi, mədəni münasibətlərin dərin ləşdi

rilməsinə stimul verən başlıca amillərdir. Xüsusilə, Türkiyə-

Azər baycan münasibətləri bu kontekstdə örnəkdir. 1991-ci ildə

Azər baycanın öz müstəqilliyini bərpa etməsini rəsmən tanıyan ilk

dövlət Türkiyə olmuşdur. 1992-ci ilin yanvarında Tür kiyə Respublikasının

Azərbaycan Respublikasındakı, 1992-ci ilin avqustunda

Azərbaycan Respublikasının Türkiyə Respubli kasındakı

Sə fir likləri fəaliyyətə başlamışdır.

174

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Asiya və Avropanı birləşdirən Bosfor körpüsü

Türkiyə və Azərbaycan münasibətləri təkcə iki dövlət arasında

strateji müttəfiqliyi müəyyənləşdirmir, eyni zamanda, region

və dünya üçün nümunəvi və etibarlı tərəfdaşlıq modelini forma

laşdırır. Türkiyə və Azərbaycanın dünyanın enerji xəritəsini

ye nidən şəkilləndirən birgə siyasi fəaliyyətləri bütövlükdə Şərq

və Qərbin inteqrasiyasında, türk dövlətləri arasında müna sibətlərin

yeni səviyyəyə yüksəlməsində önəmli rol oynayır. Tərəflər

arasında müxtəlif sahələri əhatə edən 190-a yaxın imza lan mış

müqavilələr, eyni zamanda, Strateji Əməkdaşlıq Şurası, par lament

lərarası və hökumətlərarası komissiyalar Türkiyə-Azər baycan

münasibətlərində möhkəm hüquqi və siyasi platforma for malaşdırmışdır

(398).

175

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

AZƏRBAYCAN RESPUBLİKASI

Tarix və müasirlik – XX

əsr Azərbaycanın dövlət çi lik

ənənələrinin siyasi məz mun -

ca zənginləşməsi, onun de -

mok ratik dəyərlər əldə et məsi

ba xımından əlamətdar döv r -

Azərbaycan Respublikasının bayrağı dür. 1918-ci ildə elan edil miş

Azər baycan Xalq Cüm hu riy -

yəti bütün Şərqdə, o cüm lə dən,

türk-islam dünyasında ilk demokratik, hüquqi və dün yə vi dövlət

kimi adını tarixə yazdırmışdır. İlk respublikanın ya ran ması

XIX-XX əsr Azərbaycan Maarifçilik hərəkatının ən gör kəmli

nümayəndələrindən biri olan Məmməd Əmin Rəsul zadənin

adı ilə bağlıdır. Respublikanın ilk Baş naziri Fətəli xan Xoyski

olmuşdur. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq

Cüm huriyyəti həm ölkə, həm də beynəlxalq miqyasda önəmli

uğurlara imza atmışdır. Beynəlxalq birlik tərəfindən de fak to

müs təqilliyi tanınan Azərbaycan Xalq Cümhuriyyəti Azər baycan

xal qının azadlıq ideallarının və müstəqil dövlətçilik ənə nələrinin

möhkəmlənməsinə əvəzsiz töhfəsini vermişdir. Möv cud olduğu

23 ay ərzində Rusiya tərəfindən dəstəklənən ermə ni-daşnak birləşmələri

tərəfindən aramsız hücumlara məruz qalma sına baxmayaraq,

Azərbaycan Xalq Cümhuriyyəti tarixdə ilk türk res publikasının

siyasi, hərbi, iqtisadi, mədəni inkişafının hüquqi-normativ

əsaslarını yarada bilmiş, bu gün üçün də çox uğurlu sa yı la

biləcək çoxsaylı islahatlar həyata keçirməyə müvəffəq ol muş dur.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan

Xalq Cümhuriyyəti süquta uğramış və 1920-ci il aprelin 28-də

Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan

176

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Azərbaycanın tarixi coğrafiyası.

Azərbaycan xanlıqları XVIII əsrin ikinci yarısında

Türkmənçay müqaviləsi ilə (1828)

Azərbaycanın iki hissəyə parçalanması

177

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci iclası. 1918-ci il

edil mişdir. Bundan sonra, erməni-bolşevik birləşmələri tərəfindən

Azərbaycan xalqına qarşı yeni soyqırıma start verilmiş, Azər -

baycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, zi yalılar

siyasi təzyiqlərə, repressiyaya məruz qalmışlar. 30-cu illərdən

sonra daha kütləvi hal alan repressiya dalğası 30 minə yaxın

Azərbaycanın mütərəqqi ruhlu ziyalılarının məhv edilməsi ilə

nəticələnmişdir.

1918-ci ildə dövlət müstəqilliyinin tanınması müqabilində

Azərbaycanın qərb bölgəsi olan İrəvan ( 9000 kv.km ərazi ) bölgəsi

hələ XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda yerləşdirilməyə

başlanmış erməni tayfalarının “öz müqəddərtaını

təyin etməsi” məqsədilə ermənilərə verilmiş və həmin ərazidə

ta rixdə ilk erməni dövləti yaradılmışdır. Həmin dövrdə İrəvan

əhalisinin 90 faizini azərbaycanlılar təşkil edirdi. Sovet rejimində

möhkəmlənmiş erməni-rus müttəfiqliyindən istifadə edərək 1948-

1953-cü illərdə azərbaycanlıların minilliklər boyu yaşadıqları

tor paqları olan Qərbi Azərbaycandan – Ermənistandan kütləvi şəkildə

sürgün olunmasına başlanmışdır. Bununla, həmin ərazilərdə

süni şəkildə ermənilərin say üstünlüyü təmin edilmişdir.

II Dünya müharibəsində faşizm üzərində zəfər əldə edilməsində

Azərbaycan xalqının önəmli rolu olmuşdur. 1941-1945-

178

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

ci illərdə Sovet ordusu sıralarına 640 min nəfərədək azər bay canlı

səfərbər edilmişdir. Müharibə illərində 300 mindən çox azərbaycanlı

qəhrəmanlıqla həlak olmuşdur.

1969-cu ildə görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə

gəlişi Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri

olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş

islahatlar proqramı Azərbaycan Sovet Sosialist Respublikasını

SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirmiş, beləliklə,

öl kənin hərtərəfli inkişafını təmin edən zəruri infrastruktur ya radılmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet

dövrü (1969-1982) ərzində respublika ərazisində yüzlərlə zavod,

fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi

işə salınmışdır.

1980-ci illərin sonlarından başlayaraq, geniş vüsət almış

milli azadlıq hərəkatı 1991-ci ildə məntiqi sonluğuna çatmışdır.

1990-cı ilin yanvarın 20-də Sovet rəhbərliyinin konstitusiyaya

və qanuna zidd göstərişi ilə Bakıda həyata keçirilmiş qətliam

Azər baycanın müstəqilliyi uğrunda mübarizəni daha da alovlandır

mışdır. Beləliklə, 1991-ci il oktyabrın 18-də “Azərbaycan

Res publikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Ak -

tının qəbul edilməsi ilə Azərbaycan müstəqilliyini bərpa edə rək,

özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan et miş dir.

Müstəqilliyin ilk illərində yenə də rus hərbçilərinin dəstəyi ilə

erməni birləşmələrinin qəsbkar fəaliyyəti nəticəsində Azər baycanın

20 faiz torpaqları işğal altına düşmüş, 1 milyona yaxın

azər baycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1992-ci

ilin fevralında Xocalıda törədilmiş soyqırım erməni van dallığının

ba riz nümunəsidir.

1993-cü ilin iyununda ölkədə siyasi böhranın dərinləşdiyi

məqamda yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkədə

siyasi-ictimai sabitliyi təmin etmiş, Azərbaycanın beynəlxalq

sə viy yədə mövqelərini möhkəmləndirmiş, ölkənin enerji strategi

yasının prioritet istiqamətlərini müəyyən etmişdir. 1994-cü

ildə imzalanmış “Əsrin Müqaviləsi” Azərbaycanın dayanıqlı in-

179

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Cənubi Qafqazda Azərbaycan Respublikasının siyasi xəritəsi

kişafını təmin etmiş, onun geopolitik əhəmiyyətini daha da artır

mışdır. Azərbaycanın bu gün siyasi, iqtisadi, mədəni sahədə

əldə etdiyi uğurların təməlində Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi

dayanır.

Ərazi – Azərbaycan Respublikasının ümumi ərazisi 86,6

min kv. km təşkil edir. Ölkə 44° və 52° şərq uzunluq dairəsi,

38° və 42° şimal en dairəsində yerləşir. Cənubdan İran ilə 765

km. və Türkiyə ilə 15 km., şimaldan Rusiya ilə 390 km., şimalqərbdən

Gürcüstan ilə 480 km., qərbdən Ermənistan ilə 1007

km. həmsərhəddir. Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə

malikdir. Ölkənin ən yüksək nöqtəsi Bazardüzüdür (4466 metr).

Dəniz səviyyəsindən ən alçaq nöqtə isə Neftçala rayonu (-28

metr) ərazisindədir. Azərbaycan ərazisinin 60%-ə qədərini dağlıq

ərazilər tutur. Qazax, Gəncə, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan,

Lənkəran, Samur-Şabran, Arazyanı və Şərur ölkənin ovalıq

və düzənlik relyefini təşkil edir.

180

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Azərbaycan Respublikasının inzibati xəritəsi

Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə

bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan

MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz) ovalıqdır. Böyük Qafqazın

Azərbaycan hissəsində iki əsas dağ silsiləsi – Baş Qafqaz və

Yan Qafqaz silsiləsi uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron

yarımadası cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin

cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası

çö kəkliyi, ondan cənuba doğru Ceyrançöl və Acınohur öndağlığı

uzanır. Şahdağ, Qarabağ vulkanik yaylası, Murovdağ Kiçik Qafqazın

Azərbaycan hissəsində yerləşir. Ölkənin cənubunda Lənkəran

ovalığı Talış sıra dağları ilə əhatələnmişdir.

Azərbaycanda 66 rayon, 78 şəhər, 13 şəhər rayonu, 257 qəsəbə,

1719 kənd ərazi dairəsi və 4260 kənd yaşayış məntəqəsi

var dır. Ərazisinə görə ən böyük rayon Kəlbəcərdir. Ölkənin ən

bö yük şəhərləri paytaxt Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki,

Lənkəran və Şirvandır.

181

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

İqlim – Ölkənin iqlim şəraiti müxtəlifliyi ilə seçilir. Bu nun

əsas səbəbi Azərbaycanın mülayim və subtropik iqlim qur şaqlarının

qovuşduğu sahədə yerləşməsi ilə bağlıdır. Xəzər də ni zi,

ölkənin coğrafi yerləşməsi və relyefi iqlimə təsir göstərən başlıca

amillərdir. Dünyanın 11 iqlim növündən 9-u çox nadir bir kombinasiyada

Azərbaycanda vardır.

Azərbaycan Respublikası ərazisinin böyük qismi subtropik

iqlim qurşağında, Böyük Qafqaz dağlarının şimal-şərq hissəsi

isə mülayim iqlim qurşağında yerləşir. Eyni zamanda, ölkə ərazisinin

bir qismi yarımsəhra, quru çöl və soyuq iqlimin təsiri altın

dadır. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin,

Kiçik Qafqaz dağları isə cənubdan gələn isti tropik hava

axınlarının qarşısını kəsir. Xəzər dənizi ölkə iqliminin müla yimləşməsinə

təsir göstərir. Ölkədə orta illik temperatur 13,4 də rəcədir.

Mütləq maksimum temperatur +43 dərəcə, mütləq mi nimum

temperatur -30 dərəcədir.

Təbii sərvətlər – Azərbaycan təbii sərvətlərinə görə dünyanın

zəngin dövlətlərindən biridir. Ölkə ərazisinin 2/3 hissəsi

Azərbaycan Respublikasının fiziki xəritəsi

182

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

neft və qaz yataqları ilə zəngindir. Ən çox neft və qaz yataqları

Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və

Abşeron arxipelaqlarındadır. Əsas neft və qaz ehtiyatları Günəşli,

Çıraq və Azəri yataqlarında cəmləşmişdir. Ölkənin bu günə rəsmi

təsdiq olunmuş ümumi neft ehtiyatları 8 milyard barel, qaz

ehtiyatları isə 2 trilyon kub metrdir.

Filiz şəklində çıxan faydalı qazıntılar (qızıl, dəmir, alü mini

um, gümüş, xromit, mis və s.) respublikanın, əsasən, dağlıq

his sələrindədir. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən

və “Dəmir” yataqları sənaye əhəmiyyətlidir. Qafqaz regionunda

Daşkəsən dəmir filizi yatağı ehtiyatlarına görə dünyada

Çindən sonra 2-ci yeri tutur. Alüminium filizinin ən böyük yatağı

da Daşkəsən rayonunda yerləşir. Qeyri-filiz mənşəli fay dalı

qazıntılar Azərbaycanın mineral xammal ehtiyatlarının əsas

hissəsini təşkil edir. Daşduz, gips, gəc, bentonit gilləri kimi qey rifiliz

və tikinti materialı yataqları, əsasən, Naxçıvan Muxtar Respublikası,

Goranboy, Qazax və Qobustandadır.

Əhali – Azərbaycan Respublikasında əhalinin ümumi sayı

9 milyon 700 min nəfərdir. Əhali sıxlığı 1 kv. kilometrə 111 nəfər

təşkil edir. Əhalinin 53,1%-i şəhərlərdə, 46,9 %-i kəndlərdə

yaşayır. Ümumi əhalinin 49,8%-ni kişilər, 50,2 %-ni isə qadınlar

təşkil edir. Əhalinin milli tərkibində 91.6%-lə Azərbaycan türkləri

üs tünlük təşkil edir. Bununla yanaşı, ölkədə ruslar, yəhudilər,

talışlar, avarlar, ləzgilər, ermənilər, tatlar və digər etnik azlıqlar

məs kunlaşmışdır.

İdarəetmə – Azərbaycan Respublikası Konstitusiyasının

7-ci maddəsinə müvafiq olaraq Azərbaycan dövləti demokratik,

hüquqi, dünyəvi respublikadır. Azərbaycan Respublikasında

döv lət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipinə əsasla

nır: Dövlət idarəetmə formasına görə prezident üsul-idarəsinə

əsas lanan respublikadır. Dövlətin başçısı prezidentdir. O, ümumi,

bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəx si və

gizli səsvermə yolu ilə seçilir. Nazirlər Kabineti Azər bay can

Res publikası prezidentinin icra səlahiyyətlərinin həya ta ke çi ril-

183

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Azərbaycan Respublikasının Prezident Administrasiyası

məsini təşkil edir. Azərbaycan Respublikasında qanun veri cilik

hakimiyyəti hər 5 ildən bir keçirilən seçkilər yolu ilə for malaş

dırılan Milli Məclis tərəfindən həyata keçirilir. Azər baycan

Respublikasının Milli Məclisi 125 deputatdan iba rətdir. Məh kəmə

hakimiyyətini Azərbaycan Respublikasının Konsti tusiya, Ali,

Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir. Döv lət quruluşuna

görə Azərbaycan unitar respublikadır.

İqtisadiyyat – Azərbaycan müstəqilliyini bərpa etdikdən

sonra ölkə iqtisadiyyatında baş verən prosesləri iki mərhələyə

ayırmaq mümkündür: 1) 1995-ci ilə qədərki iqtisadi tənəzzül

döv rü; 2) 1995-ci ildən sonrakı makro-iqtisadi sabitliyin və da -

vamlı inkişafın təmin olunduğu dövr. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin

imzalanması, Azərbaycan neftinin dünya bazar larına

çıxarılmasını təmin edən 1996-cı ildə Bakı-Novorossiysk,

1999-cu ildə Bakı-Supsa, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və

Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin istismara verilməsi

ölkənin iqtisadi inkişaf tarixində əlamətdar hadisələr olmuşdur.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya

daşıyacaq 3500 kilometr uzunluğundakı “Cənub Qaz

184

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

“Əsrin Müqaviləsi”nin 20 illiyi.

“Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi. 2014-cü il, 20 sentyabr

Dəh lizi”nin reallaşması planları ölkə iqtisadiyyatının çoxşaxəli

in kişafına töhfəsini verməklə yanaşı, Azərbaycanın dünyanın

enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edən əsas

oyun çulardan birinə çevrildiyinin göstəricisidir.

2012-ci ildə ölkə başçısı tərəfindən qəbul olunmuş “Azərbaycan

2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası səmərəli

döv lət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan

iqtisadi modelin formalaşdırılmasını, iqtisadiyyatın strukturunun

təkmilləşdirilməsini, qeyri-neft sektorunun inkişafını prioritet

isti qamətlər kimi müəyyənləşdirmişdir. Regionların sosial-iqtisadi

inkişafını nəzərdə tutan Dövlət proqramlarının səmərəli icrası

ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata

ke çirilən uğurlu iqtisadi islahatların tərkib hissəsidir.

Azərbaycan 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna,

Dün ya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam

İn kişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul

olunmuşdur. Ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla həyata

keçirilən sosial-iqtisadi siyasət sosialyönümlü, şaxələnmiş

185

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

milli iqtisadiyyatın formalaşdırılması və dünya iqtisadi-maliyyə

sis teminə inteqrasiyasının təmin olunmasına şərait yaratmışdır.

2003-2013-cü illərdə Azərbaycanda ÜDM 3,4 dəfə, qeyrineft

sektoru isə 2,7 dəfə artmışdır. Həmin illər ərzində Azərbaycan

iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici

ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır.

Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard

dollara çatmışdır. Hazırda, ölkədə yoxsulluğun səviyyəsi 6%,

işsizliyin səviyyəsi isə 5,2% təşkil edir. Dünya Bankı və Beynəlxalq

Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes

mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən

nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan dünyada

ən islahatçı ölkə elan edilmişdir. Davos Dünya İqtisadi Forumunun

“Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda Azərbaycan

iqtisadiyyatı dünyada ölkələri sırasında 37-ci yeri tutur. 2014-cü

il Dünya Bankının məlumatına əsasən, ölkə ÜDM-nin ümumi

həcmi 75 milyard ABŞ dolları təşkil etmişdir.

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı enerji və

tikinti sahələrindən sonra üçüncü ən iri sektordur. Ölkə ərazisinin

55%-i yararlı torpaqlardır. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq

kənd təsərrüfatının inkişaf etmiş sektorlarıdır.

Ordu – Azərbaycan Silahlı Qüvvələri quru qoşunları, hərbi

hava qüvvələri və hərbi dəniz qüvvələrindən ibarətdir. Silahlı

qüvvələrin ümumi zabit və əsgər heyətinin sayı 95 min nə fər dir.

Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə

Tərəfdaşlıq Proqramına qoşulmuşdur. Azərbaycan Si lahlı

Qüvvələri Əfqanıstan və İraqda sülhməramlı missiyanın hə yata

keçirilməsində iştirak etmişlər.

ABŞ-ın “Global Firepower” araşdırmasına görə, Azər baycan

Silahlı Qüvvələri dünyada 50-ci, Cənubi Qafqazda isə ən güclü

və hazırlıqlı ordudur. Silahlı qüvvələrin maliyyələşdirilməsinə

ayrılan büdcə vəsaiti ölkə ÜDM-nin 4,8%-ni təşkil edir. Ölkənin

mü dafiə sənayesi sektoru kiçik silahlar, artilleriya sistemləri,

186

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr

Günü münasibəti ilə Hökumət Evi qarşısında hərbi parad

tanklar, aviasiya bombaları, pilotsuz nəqliyyat vasitələri, müxtəlif

hərbi nəqliyyat vasitələri istehsal edir.

Xarici siyasət – Geopolitik baxımdan həssas coğrafi məkanda,

dünyanın əsas siyasi güclərinin maraqlarının kəsiş diyi

böl gədə yerləşməsi Azərbaycanın xarici siyasətinin formalaş masına

təsir göstərən başlıca amildir. Dövlətin milli maraqlarının

müdafiəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün

beynəlxalq səviyyədə tanıdılması və aradan qaldırılması, qonşu

ölkələrlə qarşılıqlı etimad mühitinin yaranmasına xidmət edən

əlaqələrin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin

gücləndirilməsi və Avroatlantik məkana inteqrasiya Azərbay

canın xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik

münasibətlər qurduğu ilk dövlətlər Türkiyə, Pakistan, ABŞ,

İran və İsrail olmuşdur. Xüsusilə, Türkiyə Respublikası ilə çoxşa

xəli münasibətlər strateji tərəfdaşlıq səviyyəsində olmaqla,

türk dünyasının iki böyük dövlətinin beynəlxalq arenada siyasi

187

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Almaniya kansleri Angela Merkellə Berlində rəsmi görüşü.

2016-cı il, 21 yanvar

möv qelərinin möhkəmləndirilməsinə xidmət edir. 158 dövlətlə

diplomatik münasibətlər quran Azərbaycan Respublikası 40-a

yaxın beynəlxalq və regional təşkilatların üzvüdür. Hazırda Azərbaycanın

xarici ölkələrdə 71 diplomatik nümayəndəliyi – səfir liklər,

beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş

konsulluqlar fəaliyyət göstərir.

Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO,

İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa

Şurası ilə sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə

Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair imza lan -

mış memorandum Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında

Azərbaycanın iştirakına hüquqi status qazan dır mışdır.

2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz

Dəhlizi” Layihəsi haqqında birgə Bəyannamə imza lan mışdır.

2011-ci ildə Azərbaycanın tarixində ilk dəfə (həm də Cənubi

Qafqazdan ilk dövlət olaraq) BMT Təhlükəsizlik Şurasına

üzv seçilməsi ölkənin xarici siyasətinin əsas nailiyyətlərindən bi -

ridir. Həmin səsvermədə Azərbaycanın 155 ölkə tərəfindən dəs-

188

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

təklənməsi ölkənin beynəlxalq nüfuzunun yüksək olduğunun

gös təricisidir.

Dağlıq Qarabağ münaqişəsi və işğal faktı barədə həqiqətlərin

dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xa rici

siyasətində başlıca istiqamətlərdən biridir. Beynəlxalq hü ququn

norma və prinsipləri bu münaqişənin Azərbaycanın ərazi

bü tövlüyü çərçivəsində həlli üçün zəruri hüquqi-siyasi im kanlar

yaradır. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş

882, 853, 874, 884 №li qətnamələr, eyni zamanda, Avropa

İttifaqı, Avropa Şurası, BMT Baş Assambleyası, ATƏT, İslam

Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul olunan qətnamə və bəyan

namələr Ermənistanla Azərbaycan arasında Dağlıq Qa ra bağ

münaqişəsinin həllində Azərbaycanın siyasi-diplomatik möv qelərini

möhkəmləndirir (395).

Müasir Bakıda qədim İçərişəhərin qala divarları

189

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Erməni işğalı altında olan Şuşa qalası

Zəriflik estetikasının klassik nümunəsi – Şəki Xan Sarayı

190

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Paytaxt Bakının arxitektura ansamblında

“Odlar Yurdu”nun simvolu – 190 metrlik

“Alov qüllələri” kompleksi

191

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QAZAXISTAN RESPUBLİKASI

Tarix və müasirlik – Rusiya

imperiyasında ça riz min süqu

tu ərəfəsində Qa za xıstanda

baş qaldırmış istiq laliyyət mü -

ca di ləsi qazax türk lərinin öz

dövlətlərini yaratması ilə nə ticə

lənmişdir. 1917-1920-ci il-

Qazaxıstan Respublikasının bayrağı

lər də mövcud olmuş Alaş muxtar

dövləti (“Alaş Orda”) qazax türklərinin döv lət çi lik tarixində

önəmli yer tutmuşdur. Rus bolşevizminə məğ lu biy yətdən sonra

Alaş muxtar dövləti süquta uğramış, Qafqazda və Mərkəzi

Asiyadakı digər türk toplumları kimi, qa zaxlar da ye nidən rus

imperializminin əsarəti altına düşmüşlər.

Sovet hakimiyyəti illərində Qazaxıstan Sovet Sosialist Respublikasının

böyük ərazisinə məqsədli şəkildə yerləşdirilən çoxlu

sayda ruslar ölkənin etnik mənzərəsinin xeyli dəyişməsinə səbəb

olmuşdur. Bunun nəticəsində, İkinci Dünya müharibəsindən sonrakı

dövrdə rusların ümumi əhaliyə nisbətdə payı 43%-ə yüksəlmişdir.

1920-30-cu illərdə Qazaxıstanda baş vermiş kütləvi

aclıq və emiqrasiya ölkənin yerli əhalisinin 38 faiz azalmasına

səbəb olmuşdur. 1937-38-ci illər Stalin repressiyası nəticəsində

qazax türklərinin ziyalı təbəqəsinin önəmli simaları öldürülmüş

və ya sürgün edilmişdir. İkinci Dünya müharibəsi illərində qazax

türkləri Sovet ordusunun 5 diviziyasının tərkibində alman faşizminə

qarşı mübarizədə iştirak etmişlər.

1985-ci ildən etibarən, xüsusilə gənc qazaxların iştirakı ilə

ölkədə Sovet hakimiyyətinə qarşı siyasi təşkilatlanma prosesi

başlanmışdır. 1986-cı ilin dekabrında baş qaldıran kütləvi etirazların

yatırılmasında mərkəzi hakimiyyətin göstərişi ilə güc tətbiq

192

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Qazaxıstan Respublikasının siyasi xəritəsi

olunmuş və onlarla qazax həlak olmuşdur. Qazaxıstan 1991-ci ilin

16 dekabrında müstəqilliyinə qovuşmuşdur. Prezident Nursultan

Nazarbayevin başçılığı ilə həyata keçirilən geniş islahatlar proqramı

Qazaxıstanın sovet inzibati amirlik sistemindən azad bazar

iqtisadiyyatına keçidini sürətləndirmiş, siyasi sabitlik və

dayanıqlı iqtisadi inkişafa nail olunmuşdur.

Ərazi – Qazaxıstan ərazisinə görə türk respublikaları arasında

ən böyük dövlətdir. Ölkənin ümumi ərazisi 2 724 900 kv.

kilometr təşkil edir. Ölkə 40° və 56° şərq uzunluq dairəsi, 46°

və 88° şimal en dairəsində yerləşir. Avropa ilə Asiyanın kəsişmə

sində yerləşən Qazaxıstan Respublikası şimalda, şimal-şərqdə

və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda Türkmənistan,

Öz bəkistan və Qırğızıstan ilə həmsərhəddir. Xəzər dənizi vasitəsilə

Qazaxıstan Respublikası Azərbaycan, Rusiya Fede rasiyası

və İranla qonşudur. Ölkə sərhədlərinin ümumi uzunluğu 6846 kilo

metrdir.

Qazaxıstan ərazisi, əsasən, düzənliklərdən ibarətdir. Qazaxıs

tan düzənliyi adlanan coğrafi bölgə ölkənin ümumi ərazisinin

193

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

1/3-ni təşkil edir. Ölkənin qərbində Xəzəryanı ovalıq və Üstürt

yaylası, şərqdə Qazaxıstan xırda təpəliyi, şimal hissədə isə Turğay

çökəkliyi yerləşir. Turan ovalığının bir hissəsi Qazaxıstanın cənub

ərazisindədir. Qazaxıstanın dəniz səviyyəsindən ən hün dür

nöqtəsi şərqdə Altay dağlarının Qazaxıstan ərazisinə daxil ol duğu

hissədə yerləşən Xan Tenqri (7010 metr) dağıdır. Dəniz səviy

yəsindən ən alçaq nöqtə Xəzər sahillərində yerləşən Kara giye

(-32 metr) çökəkliyidir. Ölkə daxilində yerləşən ən böyük su hövzələri

Aral dənizi və Balxaş gölüdür.

Qazaxıstan Respublikası inzibati cəhətdən 14 əyalət, 2 əyalət

statusunda olan şəhər, 83 şəhər, 200 qəsəbə və 7743 kənd dən

ibarətdir. Ölkənin paytaxtı Astana şəhəridir.

İqlim – Qazaxıstanda kəskin kontinental iqlim hakimdir.

Arktik hava kütlələri ölkə ərazisinə maneəsiz daxil olduğundan

şimal və mərkəzi bölgələrdə şaxtalar daha güclü (şimalda -45 °C,

mərkəzdə -35 °C) olur. Yay aylarında orta temperatur şimalda

+24 °C, cənubda +28 °C-dir. Bəzi vaxtlarda temperatur +44 °C-yə

qə dər yüksəlir. Bu səbəbdən, ölkənin cənubuna doğru irəlilədikcə

yarım səhra və səhra iqlimi özünü göstərir. Ölkəyə düşən yağın-

Qazaxıstan Respublikasının inzibati xəritəsi

194

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

tıların miqdarı azdır. Qazaxıstanın mərkəzi bölgələrində illik

yağıntıların miqdarı 200-400 mm., Xəzər sahillərində və mərkəzi

düzənlik hissələrdə isə daha azdır. Az yağıntıların olması sə bəbindən

ölkə ərazisində əksər su hövzələri yay aylarında quruyur.

Təbii sərvətlər – Qazaxıstan ərazisi faydalı qazıntılarla

zən gindir. Əsas təbii sərvətlər neft, qaz, daş kömür, mis və dəmir

filizidir. Həmin təbii ehtiyatların cəmləşdiyi yataqlardan Qarağandı,

Ekibastuz və Torğay daş kömür yataqlarını, Cez qazğan,

Sayık, Balxaş və Kounrad mis mədənlərini, Torğay, Kos tanay

vilayətindəki yataqları göstərmək olar. Eyni zamanda, Qa zaxıstan

ərazisində zəngin alüminium, qurğuşun, sink, gümüş, nikel, qızıl

və digər nadir metal yataqları vardır. Qazaxıstan uran və sink

ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Ölkə ərazisinin Xəzərsahili

hissələrində neft (Tengiz, Torğay, Mangistau) və qaz

yataqları (Mangistau, Qaracanbaş, Özən) vardır. Neft və qaz ehti

yatlarına görə Qazaxıstan dünyanın 11-ci ölkəsidir. Neft ehtiyatlarının

ümumi həcmi 7,8 milyard tondur. Bu rəqəm dünya neft

ehtiyatlarının 3,2%-ni təşkil edir.

Qazaxıstan Respublikasının fiziki xəritəsi

195

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Əhali – Qazaxıstan əhalisinin ümumi sayı təxminən 18

milyona yaxındır. Əhali ölkə ərazisi üzrə qeyri-bərabər paylaşmışdır.

Bunun əsas səbəbi coğrafi və iqlim şəraitinin əlverişsiz olmasıdır.

Qazaxıstan Respublikasında orta hesabla 1 kv. kilo metrə

6 nəfər düşür. Ölkənin şimal, şimal-şərq və cənub hissələrində,

xüsusilə, Almatı və onun ətrafında əhali nisbətən sıxdır. Almatı

şəhərində əhalinin ümumi sayı 1,5 milyon nəfərdir. Əhalinin

54%-i şəhərlərdə, 46%-i kəndlərdə məskunlaşmışdır. Qazaxıstan

Res publikasında əhalinin illik artımı 1,5-2% arasında dəyişir.

Əhalinin etnik tərkibində qazaxlar üstünlük təşkil edir. Belə

ki, əhalinin 63,1 faizi qazaxlardır. İkinci ən böyük etnik qrup

23,7 faizlə ruslardır. Eyni zamanda, ölkədə tatarlar, ukray nalılar,

azərbaycanlılar, özbəklər, Mesheti türkləri yaşayırlar. Tari

xən indiki Gürcüstan ərazisində yaşayan Mesheti türkləri Qaza

xıstana 1930-40-cı illərdə Stalin rejimi tərəfindən məc buri

surətdə köçürülmüşdür. Eyni zamanda, yüz minlərlə azərbaycan

lı da Azərbaycan Respublikasından və xüsusilə də, Ermə nistandan

(Qərbi Azərbaycan torpaqlarından) Qazaxıstana sürgün

edilmişdir. Azərbaycanın Astanadakı səfirliyinin məlumatına görə,

repressiya illərində Qazaxıstanda həlak olan azərbaycanlıların

Qazaxıstanın paytaxtı Astanada

Ağ Orda Prezident Sarayı

196

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

sayı 150 min nəfər təşkil edib. Onlardan 28 mini məhkəmə və istintaq

olmadan güllələnib. 1991-ci ilə qədər Qazaxıstanda İkinci

Dünya müharibəsi zamanı sürgün edilmiş 1 milyona yaxın alman

yaşamışdır. Qazaxıstan müstəqilik qazandıqdan sonra almanların

əksəriyyəti ölkələrinə qayıtmışlar.

İdarəetmə – İdarəetmə formasına görə Qazaxıstan prezidentli,

quruluşuna görə isə unitar respublikadır. Mərkəzi hakimiyyət

üç əsas qola – icra, qanunverici və məhkəmə hakimiyyətlərinə

bölünür. İcra hakimiyyətinin başında ölkə prezidenti dayanır. Ölkə

prezidentinin səlahiyyət müddəti 5 ildir. Prezidentə tabe olan

Na zirlər Kabinetinin tərkibində 16 nazirlik fəaliyyət göstərir. Qazaxıstan

Respublikasının parlamenti iki palatadan – Məclis və

Senatdan ibarətdir. Məclisdə deputatların ümumi sayı 117, Senatda

47 nəfərdir. Deputatların eyni zamanda hər iki palatanın

üz vü olmaq səlahiyyətləri yoxdur. Ölkə prezidentinin, hökumətin

və deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ

vardır. Məhkəmə hakimiyyəti Ali Məhkəmə, vilayət, hərbi, şəhər

və ixtisaslaşmış məhkəmələr tərəfindən həyata keçirilir.

İqtisadiyyat – Qazaxıstan türk dünyasında iqtisadi poten sialına

görə Türkiyədən sonra ikinci yeri tutur. Qazaxıstan Respub-

Mərkəzi Asiyanın əsas enerji infrastrukturunda Qazaxıstan

197

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

likasında iqtisadiyyatın aparıcı sahəsi enerji sektorudur. 2013-cü

ildə ölkədə rekord həcmdə – 79,2 milyon ton neft ölkə və dünya

bazarlarına çıxarılmışdır. Neft və qaz sektorunun davamlı inkişafı

sayəsində ölkə iqtisadiyyatı 2013-cü ilə qədər orta hesabla hər

il 8 faiz artmışdır. 2000-2007-ci illər ərzində ölkə ÜDM-nin artım

dinamikası 8-13,5 faiz arasında dəyişmişdir. 2015-ci ilin məlumatına

əsasən, ölkə ÜDM-nin ümumi həcmi 195 milyard ABŞ

dollarıdır. Ölkənin strateji valyuta ehtiyatları 27,8 milyard ABŞ

dollarıdır.

Qazaxıstan post-sovet ölkələri arasında beynəlxalq maliyyə

agentlikləri tərəfindən investisiya reytinqi alan ilk ölkə olmuşdur.

Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik He sabatı”nda

Qazaxıstan dünyanın ilk 50 ölkəsi sırasındadır. 2012-ci

ilin ortalarına qədər ölkəyə yatırılmış xarici investisiyanın ümumi

həcmi 180 milyard ABŞ dolları olmuşdur. 2015-ci ildə Qaza

xıstanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ölkənin

dün ya iqtisadi-maliyyə sisteminə inteqrasiyasına geniş imkanlar

açır.

Astana şəhərində Biznes Mərkəzi

198

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Bununla yanaşı, əlvan metallurgiya, kimya, maşınqayırma,

yüngül və yeyinti sənayesi, ölkə iqtisadiyyatında əsas paya malikdir.

Qazaxıstanın kimya sənayesində mineral gübrə istehsalı

əsas yer tutur. Ölkənin maşınqayırma müəssisələrində, əsasən,

kənd təsərrüfatı maşınları, elektrotexniki maşın və avadanlıqlar

is tehsal olunur. Enerji məhsullarından savayı, Qazaxıstan Respub

likasının əsas ixrac səbətində un, ət və süd məhsulları, tekstil

məmulatları üstünlük təşkil edir. Uran ixracına görə Qazaxıstan

dünyanın əsas ölkələrindən biridir.

Kənd təsərrüfatı sahəsi ölkədə əmək qabiliyyətli əhalinin

ça lışdığı əsas sahələrdən biridir. Kənd təsərrüfatı sektorunun

isteh sal dəyəri ölkə ÜDM-nin 5 faizini təşkil edir. Taxılçılıq

kənd təsərrüfatında əsas yeri tutur. Qazaxıstan ərazisinin şimal

və şimal-şərq hissələrində münbit torpaqların mövcudluğu taxıl

çılığın inkişafına əlverişli şərait yaradır. Eyni zamanda, pam -

bıqçılıq, çəltikçilik, maldarlıq kənd təsərrüfatının aparıcı sa hələ

ridir. Ölkədə aqrar sektorun inkişafını nəzərdə tutan bir sıra

dövlət proqramları qəbul olunmuşdur.

Ordu – Qazaxıstan silahlı qüvvələrinin yaradılması haqqında

qərar 1992-ci ilin may ayının 7-də ölkə prezidenti tərəfindən

qəbul olunmuşdur. Sovet İttifaqının süqutundan sonra ölkədə

mövcud olan hərbi bazalardakı texnikanın əksəriyyəti müstəqil

Qazaxıstan Respublikasının hərbi arsenalına daxil olmuşdur.

Hər bi hava, hərbi dəniz və quru qoşunlarından ibarət olan Qa zaxıstan

Silahlı Qüvvələrində 40 minə yaxın zabit və əsgər heyəti

qulluq edir.

Qazaxıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Haiti,

Liberia, Fil Dişi Sahili kimi ölkələrdə BMT Sülhməramlı qüvvə

ləri tərkibində xidmət etmişlər. 2015-ci ilin statistik məlu matına

əsasən, dövlət büdcəsində silahlı qüvvələrin maliy yələş diril

məsinə 2 milyard 435 milyon ABŞ dolları məbləğində vəsait

ay rılmışdır. Bu rəqəm ölkə ÜDM-nin 1,3 faizini təşkil edir.

Xarici siyasət – Beynəlxalq və regional təşkilatlarla dərin

əməkdaşlıq münasibətlərinin qurulması Qazaxıstan Respub li-

199

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

“2050-ci il – Qazaxıstanın Strategiyası”na görə o,

Mərkəzi Asiyanın ən qüdrətli dövlətlərindən

birinə çevrilməlidir

200

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

kasının xarici siyasətində prioritet istiqamətlərdən biridir. Qazaxıstan

Respublikası BMT-nin, ATƏT-in, Avro-Atlantik Əməkdaşlıq

Şurasının, Ümumdünya Ticarət Təşkilatının, İslam Əməkdaşlıq

Təşkilatının, Şanxay Əməkdaşlıq Təşkilatının, Müstəqil

Dövlətlər Birliyinin, Avrasiya İqtisadi İttifaqının üzvüdür. Qazaxıstan

Respublikası NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının

aktiv iştirakçılarından biridir.

Qazaxıstan Respublikasının xarici siyasətində türk dövlət

ləri ilə əməkdaşlıq xüsusi yer tutur. Hər il keçirilən Türk dilli

Döv lətlərin Əməkdaşlıq Şurasının zirvə görüşlərində Qa zaxıs

tan Respublikası ən yüksək səviyyədə təmsil olu nur. Azər -

bay can Respublikası ilə siyasi, iqtisadi, mədəni əlaqə lərin dərin

ləş dirilməsi Qazaxıstan Respublikasının xarici siya sə tinin

tər kib hissəsidir. Hər iki ölkə arasında diplomatik müna sibətlər

1992-ci ildə yaradılmışdır. 1993-cü ildə Qazaxıstan Res pub li kası

nın Azərbaycan Respublikasındakı, 2004-cü ildə Azər bay can

Respublikasının Qazaxıstan Respublikasındakı səfir lik ləri fəaliyyətə

başlamışdır. 2005-ci ildə Azərbaycan Res pub likası Milli

Məc lisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parla mentlərarası

əla qələr üzrə işçi qrupu yaradılmışdır (68; 81; 273; 393).

“Türküstanın Həzrəti Əhməd Yasəvi” Mavzoleyi

201

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qazaxıstan Respublikasının iki palatalı Parlamenti

Qazaxıstanın müasir şəhər mədəniyyəti

202

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Baykonur (kazaxca: zəngin vadi) –

dünyanın ilk və ən böyük kosmodromu

203

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ÖZBƏKİSTAN RESPUBLİKASI

Tarix və müasirlik – XIX

əsrdən etibarən Rusiya imperiyasının

Mərkəzi Asiyaya doğru

siyasi-hərbi nüfuzunu genişləndirməsi

Özbəkistandan da

yan keçməmişdir. Artıq həmin

dövrdən bu ərazilərə et-

Özbəkistan Respublikasının bayrağı

nik rusların kütləvi şəkildə

kö çü rülməsinə başlanmışdı. 1912-ci ilin məlumatına əsasən,

Öz bə kistanda 210 mindən çox rus yaşayırdı. Rusiyanın im perialist

siyasətinə baxmayaraq, əsası Şah Murad tərəfindən qo yulmuş

və 1785-ci ildən Buxara Əmirliyi adlanan dövlət 1920-ci

ilədək mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1920-ci ilin

əvvəllərində Özbəkistanda rus bolşevizminə qarşı hərəkat formalaşsa

da, bu, həmin coğrafiyada Sovet hakimiyyətinin qurul

masının qarşısını ala bilməmişdir. 1924-cü ilin oktyabrında

Öz bəkistan Sovet Sosialist Respublikası yaradılmışdır. 1930-cu

ildə ölkənin inzibati mərkəzi Səmərqənddən Daşkənd şəhərinə

köçürülmüşdür. II Dünya müharibəsi illərində 1 milyon 430 min

özbək sovet ordusu sıralarında alman faşizminə qarşı mübarizə

aparmışdır. Onlardan 300 min nəfər bu müharibənin qurbanlarına

çevrilmişdir.

Özbəkistan 1991-ci ilin 31 avqustunda SSRİ-nin tərkibindən

ayrılaraq müstəqilliyini elan etmişdir. Ölkə 1992-ci ilin

martında BMT üzvlüyünə qəbul edilmişdir (400).

Ərazi – Özbəkistan Respublikası Mərkəzi Asiyada yerləşən

türk dövlətlərindən biridir. Ölkə şimal-şərqdə Qırğızıstan, şimal

və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və

cə nub-qərbdə Türkmənistan və Əfqanıstan ilə həmsərhəddir. Öl-

204

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Özbəkistan Respublikasının siyasi xəritəsi

kə 37° və 46° uzunluq dairəsi, 56° və 74° en dairəsində yerləşir.

Ərazisi 447 400 kv. kilometrdir. Ərazisinə görə Özbəkistan dünyanın

56-cı ən böyük ölkəsidir. Şərqdən qərbə doğru ölkə əra zisinin

ümumi uzunluğu 1425 kilometr, cənubdan şimala doğru 930

kilometrdir.

Ölkə ərazisinin böyük qismi Turan ovalığında yerləşir.

Amu-Dərya və Sır-Dərya çayları arasındakı Qızılqum səhrası

ölkə ərazisinin böyük hissəsini tutur. Bütövlükdə Özbəkistan

Res publikasının ərazisinin 70%-i səhra və yarımsəhralardan iba -

rətdir. Respublika ərazisinin digər hissəsini dağarası vadilər (Fər -

qanə, Çirçik) və onları əhatə edən dağlar (Tyan-Şan, Pamir, Altay)

təşkil edir. Ölkənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 4623

metr yüksəklikdə yerləşən Həzrət Sultan zirvəsidir.

Özbəkistan ərazisində 12 vilayət, bir muxtar respublika

(Qa raqalpakıstan) mövcuddur. Bu vilayətlərə Buxara, Nəvai,

Qaş qadərya, Səmərqənd, Sır-Dərya, Cizzəx, Surxandərya, Daşkənd,

Fərqanə, Əndican, Namanqan, Xarəzm daxildir.

205

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Özbəkistan Respublikasının inzibati xəritəsi

İqlim – Özbəkistan Respublikasının iqlimi kəskin kontinentaldır.

Ölkə ərazisində il boyu quru və az yağıntılı iqlim hakimdir.

Bu səbəbdən, çay sularının və Aral dənizinin suyundan,

əsasən, suvarma məqsədilə istifadə olunur. Bu isə ekoloji tarazlığın

pozulmasına şərait yaradır. Ölkədə orta illik yağıntının miqdarı

100-200 millimetr təşkil edir. Yay aylarında orta temperatur 40

də rəcə, qışda isə -23 dərəcədir.

Təbii sərvətlər – Özbəkistan Respublikası təbii sərvətlərinə

görə Mərkəzi Asiyanın zəngin dövlətlərindən biridir. Asiyanın

ən böyük qızıl mədəni Özbəkistanda yerləşir. Ölkənin ümumi

ixracının 20%-ə yaxınını qızıl məmulatları təşkil edir. Özbəkistan

dünyanın ən böyük 7-ci qızıl istehsalçısı, qızıl yataqlarının həcminə

görə isə 4-cü ölkədir. Ölkənin illik qızıl istehsalının həcmi

80 tona yaxındır. Özbəkistan gümüş ehtiyatlarına görə dünyanın

ən böyük 10-cu ölkəsidir. Eyni zamanda, ölkədə zəngin təbii qaz

eh tiyatları mövcuddur. Bu ehtiyatlardan, əsasən, yerli tələbatın

206

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Özbəkistan Respublikasının fiziki xəritəsi

ödənilməsi məqsədilə istifadə olunur. Sink, uran, gümüş və kömür

yataqları Özbəkistanda rast gəlinən digər təbii ehtiyatlardır.

Əhali – Özbəkistan Mərkəzi Asiyada əhalinin ən sıx yaşadığı

respublikadır. Ölkə əhalisinin sayı 31 milyon nəfərdir.

Əha linin etnik tərkibində özbəklər üstünlük təşkil edir. Ümumi

əha linin 80%-i özbəklərdir. Ölkədə yaşayan etnik azlıqlar ruslar

(5,5%), taciklər (5%), qazaxlar (3%), qaraqalpaklar (2,5%) və

tatarlardır (1,5%). Eyni zamanda, Özbəkistan Respublikasında

az sayda koreyalılar və yəhudilər yaşayırlar. Özbəkistan müstəqilliyinə

qovuşana qədər ölkədə yaşayan ruslar əhalinin 13 %-ni

təş kil edirdi. 1940-cı illərdə Stalin rejimi tərəfindən minlərlə

Krım tatarları da Özbəkistan ərazisinə sürgün edilmiş və ağır

şərt lər altında yaşamağa məhkum edilmişlər (111).

İdarəetmə – Özbəkistan Respublikası prezident idarəetmə

üsuluna malik dövlətdir. Ölkə prezidenti icraedici hakimiyyətin

başçısıdır. Özbəkistan Respublikasının Konstitusiyasına əsasən,

prezident dövlətin suverenliyinin, təhlükəsizliyinin və ərazi bü-

207

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Özbəkistan Respublikasının Parlamenti – Oliy Məclis

töv lüyünün, ölkə Konstitusiyanın və qanunlarının, eləcə də, vətəndaşların

hüquq və azadlıqlarının qarantıdır. Prezident ümumxalq

səsverməsi yolu ilə 7 il müddətinə seçilir. Özbəkistan Respublikasında

qanunvericilik hakimiyyəti iki palatadan – Senat

və Qanunvericilik Palatasından ibarət olan Milli Məclis (Oliy

Məclis) tərəfindən həyata keçirilir. Senat üzvlərinin sayı 100, Qanunvericilik

Palatası üzvlərinin sayı isə 150 nəfərdir.

Məhkəmə hakimiyyəti üzrə yuxarı instansiya Ali Məh kəmə

və Konstitusiya məhkəməsidir. Eyni zamanda, iqtisadi müba

hisələrin həlli üzrə ixtisaslaşmış məhkəmə orqanı olan Ali Təsərrüfat

Məhkəməsi və yerli məhkəmələr məhkəmə hakimiy yətinin

tərkib hissəsidir.

İqtisadiyyat – Özbəkistan bazar iqtisadiyyatına keçid ərəfəsində

ciddi çətinliklərlə üzləşmiş post-sovet ölkələrindən biridir.

1995-ci ilə qədər ölkə iqtisadiyyatı dərin böhran içərisində olmuş

dur. Sonrakı illərdə iqtisadi sabitlik təmin olunmuş, iqtisadiy

yatın illik inkişaf tempi 5-8% səviyyəsinə yüksəlmişdir. Ölkə

208

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

ÜDM-i 2008-ci ildə 1995-ci illə müqayisədə iki dəfə artmışdır.

2014-cü ilin statistik məlumatına əsasən, ÜDM-in həcmi 62,6

mil yard ABŞ dolları təşkil etmişdir. Özbəkistan Respublikasının

strateji valyuta ehtiyatları 15 milyard ABŞ dolları təşkil edir.

Özbəkistan iqtisadiyyatında kənd təsərrüfatı və xammalın

payı yüksəkdir. Bütövlükdə, Özbəkistan Respublikasında əmək

qabiliyyətli əhalinin 25,9%-i kənd təsərrüfatı, 13,2%-i sənaye,

60,9%-i xidmət sektorunda çalışır. Kənd təsərrüfatının istehsal

dəyəri ölkə ÜDM-nin 18%-ni təşkil edir. Pambıq istehsalı və

ixracına görə Özbəkistan Respublikası dünyada 5-ci yeri tutur.

Ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının 4,4 milyon

hek tarında pambıq becərilir. Eyni zamanda, qızıl istehsalı ölkə

iqtisadiyyatında xüsusi çəkiyə malikdir. Ölkədə işsizlik səviy yəsi

aşağı olsa da, bu rəqəm əyalətlərdə 20%-ə qədər yüksəlir. Beynəlxalq

Valyuta Fondunun məlumatına əsasən, Özbəkistan Respublikası

2003-cü ildən etibarən büdcə kəsirinin və inflya siyanın

qarşısının alınmasında önəmli irəliləyişlərə nail olmuşdur. Ölkənin

əsas ticarət tərəfdaşları Rusiya Federasiyası, Qazaxıstan və

Özbəkistan. Qızıl mədənlərində iş

209

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Özbəkistanda ənənəvi pambıqçılıq təsərrüfatları

Ukraynadır. Belə ki, Özbəkistan Respublikasının xarici ticarət

döv riyyəsinin 40%-i qeyd olunan dövlətlərin payına düşür.

Özbəkistan Respublikası beynəlxalq və regional iqtisadimaliyyə

təşkilatları ilə sıx əməkdaşlıq edir. Ölkə Beynəlxalq Val -

yuta Fondunun, Dünya Bankının, Asiya İnkişaf Bankının, Av ropa

Yenidənqurma və İnkişaf Bankının üzvüdür. Özbəkistan Res publikası

Dünya Ticarət Təşkilatında müşahidəçi statusuna ma likdir.

Özbəkistan Respublikasına yatırılan birbaşa xarici investisi

yaların həcmi digər post-sovet ölkələri ilə müqayisədə aşağı

səviyyədədir.

Ordu – Özbəkistan Respublikasının ordusunda 65 min

zabit və əsgər heyəti xidmət edir. Özbəkistan ordusu hərbi heyə

tin sayına görə Mərkəzi Asiyada ən böyük ordudur. Silahlı

qüv vələrin ali baş komandanı ölkə prezidentidir. Silahlı qüv vələrin

maliyyələşdirilməsinə ayrılan vəsaitin ümumi həcmi 70

milyon ABŞ dollarıdır. Ordunun malik olduğu hərbi texnikanın

bö yük qismi sovet ordusunun Özbəkistanda hərbi bölməsi olan

210

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Türküstan Hərbi Qarnizonundan miras qalmışdır. 11 sent yabr

2001-ci il hadisələrindən sonra Özbəkistan ABŞ hərbi qüv vələrinin

ölkədəki aviabazadan istifadəsinə razılıq vermişdir. Özbə

kistan Respublikası 2006-cı ildən Kollektiv Təhlükəsizlik Şurasının

üzvüdür.

Xarici siyasət – Post-sovet məkanı ilə sıx əməkdaşlıq müna

sibətlərinin qorunub saxlanılması Özbəkistan Respublikasının

xarici siyasətində mərkəzi yeri tutur. Özbəkistan Respublikası

1991-ci ilin dekabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür.

Eyni zamanda, Özbəkistan Respublikası beynəlxalq və regional

təşkilatlarla sıx əlaqələrin qurulmasına xüsusi önəm verir. Özbəkistan

Respublikası ATƏT-in, Avro-Atlantika Şurasının, İqtisadi

Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının,

Şan xay Əməkdaşlıq Təşkilatının üzvüdür. Özbəkistan NATOnun

Sülh Naminə Tərəfdaşlıq Proqramının fəal iştirakçılarından

biridir. BMT tərəfindən təşkil edilmiş Əfqanıstanda sülhməramlı

qüvvələrin tərkibində Özbəkistan Respublikasının hərbi kontingenti

də təmsil olunmuşdur.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında

siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə sıx münasibətlər

mövcuddur. Hər iki ölkə arasında diplomatik münasibətlər 1995-

ci ilin oktyabrında yaradılmışdır. 1996-cı ildə Azərbaycan Respublikasının

Özbəkistan Respublikasındakı, 1998-ci ildə Özbəkistan

Respublikasının Azərbaycan Respublikasındakı səfirlikləri

fəaliyyətə başlamışdır (71;131; 350; 400).

211

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Keçmişin və müasirliyin vəhdətini yaradan Özbəkistan

212

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

QIRĞIZISTAN RESPUBLİKASI

Tarix və müasirlik –

XIX əsrin ortalarından eti barən

Qırğız torpaqlarında Çar

Rusiyasının mövqeyi möhkəm

lənməyə başlamışdır. Kokand

xanlığının məğlub edilmə

sindən sonra, 1876-cı ildə

Qırğızıstan Respublikasının bayrağı

Çin və Çar Rusiyası arasında

bağlanmış müqaviləyə əsasən, bugünkü Qırğızıstan ərazisinin

böyük hissəsi Rusiya imperiyasının tərkibinə qatılmışdır. Qırğı

zıstanda rus imperializminə qarşı bir neçə dəfə geniş miqyaslı

üsyanlar baş vermişdir. Bu üsyanların ən böyüyü 1916-cı ildə baş

vermiş, nəticədə yüzlərlə qırğız rus ordusu tərəfindən qətlə yetirilmişdir.

Bu hadisədən sonra qırğızların bir qismi Çin ərazisinə

köç etmiş və Sincan vilayətinin yaxınlığında Qızılsu Qırğız Muxtar

Vilayətini yaratmışlar.

Qırğızıstanda Sovet hakimiyyəti 1919-cü ildə bərqərar olmuş

və Qırğızıstan Sovet Türküstanının tərkibinə daxil edilmişdir.

1924-cü ildə Qara Qırğız Muxtar Vilayəti, 1936-cı ildə SSRİ-nin

tamhüquqlu üzv dövləti kimi, Qırğızıstan Sovet Sosialist Respublikası

yaradılmışdır. Sovet dönəmində Qırğızıstanın ruslaşdırılması

prosesi davam etdirilmişdir. 1989-cu ilin statistik məlumatına

əsasən, Qırğızıstanın inzibati mərkəzi Bişkek (keçmiş

Frunze) şəhərində əhalinin 60%-ni ruslar təşkil edirdilər. Bununla

yanaşı, Sovet hakimiyyəti ilərində qırğızların təhsil, mədəni, sosi

al həyatında ciddi irəliləyişlərə nail olunmuşdur.

Sovet hakimiyyətinə qarşı qırğız xalqının siyasi təşkilatlan

ması 1989-cu ilin sonlarından başlanmışdır. Həmin dövrdə

for malaşmış Qırğızıstan Demokratik Hərəkatı istiqlaliyyət mü-

213

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

barizəsində önəmli rol oynamışdır. 1990-cı ilin dekabrında Qırğız

Ali Soveti ölkənin Qırğızıstan Respublikası adlandırılması

ba rə də qərar qəbul etmiş və Əsgər Akayevin başçılığı ilə yeni höku

mət formalaşdırılmışdır.

1991-ci ilin 31 avqustunda Qırğız Ali Soveti tərəfindən

Qır ğızıstanın dövlət müstəqilliyi haqqında Akt qəbul edilmişdir.

2005-ci ilə qədər ölkədə mövcud olan siyasi sabitlik Qırğızıstanın

ye ni siyasi-iqtisadi münasibətlər sisteminə uyğunlaşmasını təmin

etmişdir. 2005-ci ildən sonra Qırğızıstan Respublikasında bir neçə

dəfə hakimiyyət dəyişikliklərinin baş verməsi ölkədə dayanıqlı

iqtisadi inkişaf proseslərini, davamlı sabitliyin təmin olunması

prosesini ləngitmişdir.

Ərazi – Qırğızıstan Respublikası şimalda Qazaxıstan, qərbdə

Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin

Xalq Respublikası ilə həmsərhəddir. Qazaxıstan ilə sərhədin

uzun luğu 1113 km, Çin Xalq Respublikası ilə 1048 km, Tacikistan

ilə 972 km, Özbəkistan ilə 1374 kilometr təşkil edir. Qırğızıstan

Qırğızıstan Respublikasının siyasi xəritəsi

214

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Respublikası 39° və 44° uzunluq dairəsi, 69° və 81° en dairəsində

yerləşir. Ölkənin ümumi ərazisi 199 951 kv. km təşkil edir.

Qırğızıstan Respublikası Mərkəzi Asiyanın dünya okeanına

çıxışı olmayan dövlətlərindən biridir. Ölkə ərazisinin 3/4-nü dağ

relyefli ərazilər təşkil edir. Cengiş Çokusu adlanan zirvə (7439

metr) ölkənin ən hündür nöqtəsidir. İssık-göl, Narın, Qara-Dərya,

Aksay və Sır-Dərya Qırğızıstan ərazisində yerləşən əsas su hövzələridir.

Tanrı dağlarının şimal-şərqində yerləşən və ölkənin ən

böyük və şirin sulu gölü olan İssık-göl dünyanın ən hündür ikinci

gölüdür.

Qırğızıstan Respublikası inzibati baxımdan 7 vilayətə bölünür.

Həmin vilayətlər İssık-göl, Batkən, Çuy, Cəlalabad, Narın,

Oş və Talasdır. Eyni zamanda, ölkədə 2 şəhər vilayəti, 28 şəhər,

40 qəsəbə, 423 kənd vardır.

İqlim – Ölkənin iqlimi relyef müxtəlifliyi səbəbindən də yişkəndir.

Qırğızıstan ərazisində, əsasən, subtropik və mülayim iqlim

müşahidə olunur. Orta və yüksək dağlıq bölgələrdə sərt iqlim, da-

Qırğızıstan Respublikasının inzibati xəritəsi

215

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ğarası çökəkliklərdə mülayim iqlim hakimdir. Qırğızıstanın cənubunda

yerləşən Fərqanə vadisində subtropik iqlim hakimdir.

Bu ərazilərdə temperatur yay aylarında 40˚-dək yüksəlir. Tanrı

dağlarının ətrafında kontinental quru iqlim müşahidə olunur. Bu

coğrafiyada temperatur qış aylarında -40˚-dək azalır. Yağıntılar

dü zənlik ərazilərdə 100 mm.-dən 300 mm.-ə, dağlarda isə 900-

1000 mm.-ə qədərdir.

Təbii sərvətlər – Qırğızıstan Mərkəzi Asiyanın təbii ehtiyatlarla

zəngin dövlətlərindən biridir. Ölkə ərazisində əlvan

metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları,

dağarası çökəkliklərdə neft və kömür ehtiyatları vardır.

Kumtor qızıl yatağı dünyanın ən zəngin qızıl yataqlarından biridir.

Ölkəyə yatırılan xarici sərmayələrin əhəmiyyətli hissəsi təbii

ehtiyatların hasilatına və emalına yönəlmişdir.

Əhali – Qırğızıstan Respublikasında əhalinin sayı 6 milyon

nəfərdir. Qırğızlar ölkə əhalisinin 72%-ni təşkil edir. Qırğızlarla

yanaşı, ölkədə 80-ə yaxın etnik azlıqlar yaşayır. Həmin et nik azlıqlar,

əsasən, ruslardan (9%), özbəklərdən (14,5%), ukray nalılardan

(0,5%), taciklərdən (1,1%), uyğurlardan (1,1%), tatar-

Qırğızıstan Respublikasının fiziki xəritəsi

216

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

lar dan və qazaxlardan (0,7%) ibarətdir. 1930-cu illər repressiya

dönəmində yüzlərlə azərbaycanlı ailələr də Qırğızıstan ərazisinə

sürgün edilmişdir.

Qırğızıstanın relyefi ölkə əhalisinin məskunlaşmasına ciddi

təsir göstərmişdir. Əhalinin 80%-dən çoxu dağətəyi düzənliklərdə

və çay vadilərində məskunlaşmışdır. Çuy, Fərqanə və Talas vadiləri

əhalinin ən sıx məskunlaşdığı ərazidir. Ölkə ərazisində əhalinin

orta sıxlığı hər 1 kv. km.-ə 25 nəfərdir. Təbii artım hər 1000

nəfərə 16 nəfər təşkil edir. Əhalinin 1/3-i kənd yerlərində yaşayır.

Ölkənin ən böyük şəhəri və paytaxtı Bişkekdə əhalinin sayı 937

min nəfərdir.

İdarəetmə – Ölkə Konstitusiyasına əsasən, Qırğızıstan Respublikası

suveren, demokratik, dünyəvi, unitar dövlətdir. Qırğızıs

tan Respublikasında dövlət idarəetməsini həyata keçirən əsas

subyektlər prezident və parlamentdir. Ölkə prezidenti ümumi,

birbaşa seçkilər yolu ilə 6 il müddətinə seçilir. Bir palatadan ibarət

olan Parlament (Cokurqu Keneş) hökumətin formalaşdırılmasına

və onun fəaliyyətinə nəzarəti həyata keçirən əsas qurumdur. Parlament

üzvlərinin sayı 120 nəfərdir. Hökumətin, parlament üzv-

Qırğızıstan Respublikasının Parlamenti – Cokurqu Keneş

217

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

lərinin və 10 min nəfər seçicinin qanunvericilik təşəbbüsü ilə

çı xış etmək hüququ vardır. Məhkəmə hakimiyyətini həyata keçirən

əsas qurumlar Ali Məhkəmə, ixtisaslaşmış və yerli məh kəmələrdir.

Yerli özünü idarəetmə orqanları dövlət idarəetmə sisteminin

tərkib hissəsidir.

İqtisadiyyat – Sovet İttifaqının süqutundan sonra ölkə iqtisadiyyatının

yeni sistemə uyğunlaşdırılması prosesinə başlanmış

dır. Bu istiqamətdə atılan mühüm addımlardan biri kütləvi

özəlləşdirmə proqramının həyata keçirilməsi olmuşdur. Həmin

proq ramın icrası çərçivəsində dövlət müəssisələrinin 70%-i özəlləşdirilmişdir.

Qırğızıstan Respublikası aqrar-sənaye ölkəsidir. Ölkə ÜDMnin

ümumi həcmi 7,4 milyard ABŞ dolları təşkil edir. Qızıl və civə

ölkənin əsas ixracat məhsullarıdır. Qırğızıstan Respublikasının

əsas ticarət tərəfdaşları İsveçrə, Rusiya Federasiyası, Özbəkistan,

Qazaxıstan və Fransadır. Sənaye sektorunun istehsal dəyəri ölkə

ÜDM-nin 18,9%-ni təşkil edir.

Kənd təsərrüfatı sektoru iqtisadiyyatın aparıcı sahələrindən

biridir. Əmək qabiliyyətli əhalinin təqribən yarısı bu sektorda çalışır.

Ölkə ÜDM-nin 35%-ni kənd təsərrüfatı sektoru forma laş-

Qırğızıstanda maldarlıq ənənəvi aparıcı sahədir

218

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Qırğızıstan zəngin qızıl ehtiyatlarına malikdir

dı rır. Maldarlıq kənd təsərrüfatında aparıcı yeri tutur. Əkinçilik

sahəsində taxılçılıq, tütünçülük, pambıqçılıq üstünlük təşkil edir.

1998-ci ildə Qırğızıstan Respublikası Ümumdünya Ticarət

Təşkilatına üzv olmuşdur. Bu hadisə ölkə iqtisadiyyatının dünya

ticarət, maliyyə sisteminə inteqrasiyasını sürətləndirmişdir. Ey ni

zamanda, Qırğızıstan Respublikası 2015-ci ildən Avrasiya İqti sadi

İttifaqının üzvüdür.

Ordu – Qırğızıstan Respublikasının silahlı qüvvələri Sovet

İttifaqının dağılmasından sonra formalaşmışdır. Quru qoşunları,

hərbi hava qüvvələri, daxili qoşunlar və sərhəd qoşunları silahlı

qüvvələrin tərkib hissəsidir. Xidmətdə olan zabit və əsgər heyətinin

ümumi sayı 16 500 nəfərdir. Ölkənin hərbi büdcəsi 240

mil yon ABŞ dollarıdır. Silahlı qüvvələrin maliyyələşdirilməsinə

ayrılan vəsait ölkə ÜDM-nin 3,2%-ni təşkil edir. Qırğızıstan

Respublikası ABŞ-a 2002-ci ildə ölkədə yerləşən Manas hərbi

bazasından terrorizmə qarşı mübarizədə istifadə olunması üçün

razılığını vermişdir. 2014-cü ilə qədər həmin hərbi bazanın xidmətlərindən

istifadə olunmuşdur.

219

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Manas hərbi bazası

Xarici siyasət – Post-sovet dövlətləri ilə, Çin və Türkiyə ilə

əməkdaşlığın genişləndirilməsi Qırğızıstan Respublikasının xarici

siyasətində əsas yer tutur. Qırğızıstan Respublikasının prezidenti

tərəfindən qəbul olunmuş “2013-2017-ci illər Qırğızıstan Respublikasının

Davamlı İnkişafı üzrə Milli Strategiya” Sənədində qonşu

dövlətlərlə, eyni zamanda, Avroatlantik məkanla qarşılıqlı

eti mada əsaslanan əlaqələrin qurulması, Mərkəzi Asiya dövlətləri,

Rusiya Federasiyası və Türkiyə Respublikası arasında mal

və xidmətlərin, işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsi,

beynəlxalq və regional təşkilatlarla münasibətlərin də rin -

ləş dirilməsi ölkənin xarici siyasət strategiyasının başlı ca isti qamətləri

kimi müəyyənləşdirilmişdir. Qırğızıstan Respub lika sı

1992-ci ilin martında BMT-yə üzv qəbul edilmişdir. Eyni za manda,

Qırğızıstan Respublikası Müstəqil Dövlətlər Birliyinin, Şanxay

Əməkdaşlıq Təşkilatının və ATƏT-in üzvüdür.

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası ara -

sın da siyasi, iqtisadi, mədəni sahələrdə sıx əməkdaşlıq möv cuddur.

İki ölkə arasında münasibətlər 1993-cü ilin yanvarında yara

dıl mışdır. 2004-cü ildə Azərbaycan Respublikasının Qırğızıstan

Res publikasındakı, 2012-ci ildə Qırğızıstan Respublikasının

Azər baycan Respublikasındakı səfirlikləri fəaliyyətə başlamışdır

(394).

220

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Qırğızıstanın füsunkar təbiət mənzərələrindən

Oş şəhəri. Süleyman dağında Milli Tarix

və Arxeologiya Muzeyi kompleksi. Dağın 12 təbii

mağarasında 33 000 nadir eksponat yerləşir

221

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qırğız çörəyi

Qırğızıstan. Karakoldakı Qızıl dağ

dünyanın hər yerindən turist cəlb edir

222

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

TÜRKMƏNİSTAN RESPUBLİKASI

Türkmənistan Respublikasının

bayrağı

Tarix və müasirlik – Rusiya

imperiyası qoşun ları tərəfindən

türkmən torpaq larının

işğalına XIX əsrin sonlarından

başlanmışdır. 1881-ci ildə baş

vermiş döyüşdə türk mən bir -

ləş mələrinin məğ lub edil məsindən

sonra Türk mə nis tanın

işğalı sona çatdı rıl mış dır.

1920- ci ilin əvvəl lərində forma

laşmış anti-bolşevik – başmaçı hərəkatında qazax, qırğız və

öz bək lərlə birgə türkmənlər də yaxından iştirak etmişlər.

1921-ci ildə Sovet Türküstanının tərkibində Türkmən vilayəti,

1924-cü ildə isə əvvəllər Transxəzər vilayəti adlanan ərazi

də Türkmənistan Sovet Sosialist Respublikası yaradılmışdır.

1948-ci ildə baş vermiş Aşqabad zəlzələsində 110 mindən çox insan

həlak olmuşdur. Bu hadisə ölkə infrastrukturuna ciddi zi yan

vurmuşdur. Sovet dönəmində əksər türkmənlər ənənəvi hə yat tərzindən

uzaqlaşaraq Aşqabad və digər böyük şəhərlərdə məs kunlaşmışdır.

Eyni zamanda, bu dövrdə ölkənin enerji ehtiyat larının

istismarı təcrübəsi zənginləşmişdir.

1990-cı ilin oktyabrında Türkmənistan SSR-nin Ali Şurası

prezident postunu təsis etmişdir. 1991-ci ilin 26 oktyabr tarixində

Türkmənistanın müstəqilliyi haqqında referendum keçirilmiş

və növbəti gün Ali Şura tərəfindən Türkmənistan müstəqil respublika

elan edilmişdir. 2006-cı ilə qədər ölkəni Saparmurad Niyazov

idarə etmişdir. Müstəqillik illərində Türkmənistanda təhsil,

səhiyyə, iqtisadiyyat sahəsində bir sıra islahatlar həyata keçiril

mişdir.

223

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türkmənistan Respublikasının siyasi xəritəsi

Ərazi – Türkmənistan Respublikası əlverişli coğrafi məkanda

yerləşir. Ölkənin coğrafi mövqeyi ona Avropa və Asiya

ara sında nəqliyyat, enerji, ticarət sahəsində körpü rolunu yerinə

yetirmək üçün strateji üstünlük qazandırmışdır. Türkmənistan

Res publikası şimal-qərbdə Qazaxıstan, şimalda və şərqdə Özbəkistan,

cənub-şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İran ilə

həmsərhəddir. Xəzər dənizi vasitəsilə Türkmənistan Respublikası

Azərbaycan, Rusiya Federasiyası və İran ilə qonşudur. Türk mənistan

Respublikasının ərazisi 491 210 kv. km təşkil edir. Əra zisinə

görə ölkə dünyanın 52-ci dövlətidir.

Türkmənistan Respublikası 35° və 43° uzunluq dairəsi, 52°

və 67° en dairəsində yerləşir. Turan ovalığı ölkənin 80%-ni əhatə

edir. Həmin ərazilər dəniz səviyyəsindən 100-200 metr yük səklikdədir.

Cənub-qərb sərhədləri boyunca uzanan Kopet dağ silsiləsinin

ən yüksək nöqtəsi 2912 metrdir. Ölkənin dəniz səviy yəsin

dən ən yüksəkdə olan nöqtəsi Ayrıbaba zirvəsidir (3137 metr).

224

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Türkmənistan Respublikasının inzibati xəritəsi

Ölkə daxilində yerləşən əsas su hövzələri Amu-Dərya, Te jen və

Muğrab çayları və Sarıqamış gölüdür. Xəzər dənizi ölkə nin şərq

sa hilləri boyu 1768 kilometr uzanır.

Türkmənistan Respublikası inzibati baxımdan 5 vilayətə

(Aşqabad, Axal, Balkan, Daşoğuz, Lebap, Mari) ayrılır. Ölkədə

24 şəhər, 77 qəsəbə, 1901 kənd mövcuddur.

İqlim – Türkmənistan Respublikasında quru subtropik və

kəskin kontinental iqlim hakimdir. Qış aylarında temperatur -32˚dək

enir, yay aylarında isə 48˚-dək yüksəlir. Ölkə ərazisi dünyada

yağıntıların ən az düşdüyü yerlərdən biridir. Yağıntıların orta illik

miqdarı 50-200 mm. arasındadır.

Təbii sərvətlər – Türkmənistan Respublikası təbii qaz və

neft ehtiyatlarına görə dünyanın ən zəngin dövlətlərindən biridir.

Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Hazırda,

həmin yataqlardan yalnız 40-ı istismar olunur. Qalkınış qaz yatağı

ehtiyatlarına görə dünyada 3-cüdür. Həmin yataqda təbii qaz

ehtiyatlarının ümumi həcmi 21 trilyon kub metrdir. Neft ehti-

225

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türkmənistan Respublikasının fiziki xəritəsi

yatlarının cəmləşdiyi əsas yataqlar Balkanabad, Koturdepe və

Çələkdir. Ümumilikdə, Türkmənistan neft və qaz ehtiyatlarının

ümumi həcminə görə dünyada 4-cü yeri tutur. Eyni zamanda,

Türk mənistan Respublikasında zəngin kükürd, daşduz və kalium,

ben tonit gili, alunit yataqları mövcuddur.

Əhali – Ölkə əhalisinin sayı 5 milyon 272 min nəfərdir.

Əha linin etnik tərkibində türkmənlər üstünlük təşkil edir. Belə

ki, əhalinin 85 %-i türkmənlər, 5%-i özbəklər, 4%-i ruslar, digər

6%-i qazaxlar, bəluclar, azərbaycanlılar, puştunlar və kürdlərdir.

Türkmənistanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra ölkədə

etnik rusların məskunlaşdırılması prosesinə başlanmışdır.

1939-cu ilin statistik məlumatına əsasən, rusların ümumi əhaliyə

nisbətdə payı 19% təşkil etmişdir. Əhalinin ən sıx məskunlaşdığı

yerlər Aşqabad, Türkmənbaşı və Daşoğuz şəhərləridir. Ölkənin

ən böyük şəhəri olan Aşqabad şəhərində əhalinin sayı 1,03 milyon

nəfərdir. Digər Mərkəzi Asiya dövlətlərindən fərqli olaraq,

Türk mənistan Respublikasında əhalinin təbii artım faizi nisbətən

aşağı səviyyədədir.

226

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

İdarəetmə – Türkmənistan prezident üsul-idarəsinə malik

respublikadır. Prezident həm dövlətə, həm də hökumətə rəhbərlik

edir. 2008-ci ilə qədər ölkədə tək partiyalı sistem mövcud

olmuşdur. 2008-ci ilin sentyabrında qəbul olunmuş Türkmənistan

Respublikasının yeni Konstitusiyası ölkədə çoxpartiyalı siyasi

mühitin formalaşmaşmasına hüquqi zəmin yaradır.

İqtisadiyyat – Türkmənistan Respublikasında ÜDM-in

ümumi həcmi 47 milyard ABŞ dolları təşkil edir. Ölkə ÜDM-ni

formalaşdıran əsas sahələr sənaye (34%), kənd təsərrüfatı (10%)

və xidmət (56%) sektorlarıdır.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında aparıcı yer tutan

sahələrdən biridir. Regionlarda əmək qabiliyyətli əhalinin böyük

hissəsi bu sektorda çalışır. Bütövlükdə, işçi qüvvəsinin 48%-i

bu sektorda fəaliyyət göstərir. Pambıqçılıq kənd təsərrüfatında

əsas paya malikdir. Pambıqçılığın əsas mərkəzləri olan Daşoğuz,

Mari, Balkan və Lebap vilayətlərində hər il orta hesabla 1 milyon

ton pambıq toplanır. Ölkənin əsas ticarət tərəfdaşları Rusiya

Federasiyası, Çin, Ukrayna və Türkiyədir.

Ölkə iqtisadiyyatında enerji amili əsas yeri tutur. Əvvəllər

Rusiya Federasiyası vasitəsilə dünya bazarlarına çıxış imkanı əldə

edən Türkmənistan Respublikası daha sonralar enerji siyasətinin

Türkmənistanın getdikcə təkmilləşən

qaz sənayesi infrastrukturu

227

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

şaxələndirilməsi istiqamətində önəmli addımlar atmışdır. Çinin

təbii qazla təminatını həyata keçirəcək boru xəttinin inşası, eyni

zamanda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin

çəkilməsi, ölkənin enerji resurslarının Azərbaycan vasitə silə

Avropaya çatdırılması planları bu siyasətin tərkib hissəsidir.

Ordu – Türkmənistan Respublikasının hərbi gücü məhdud

çərçivədədir. Ölkədə zabit və əsgər heyətinin ümumi sayı 26 min

nəfərdir. Türkmənistan Respublikasının Silahlı Qüvvələri quru

qo şunları, hərbi hava və hərbi dəniz qüvvələri, sərhəd qoşunları

və daxili qoşunlardan ibarətdir. Hərbi texnikanın böyük qismi

Sovet İttifaqının dağılmasından sonra buraxılmış Türküstan Hərbi

Qarnizonunun Türkmənistanın payına düşən hissəsidir. Si lahlı

qüvvələrə ayrılan büdcə vəsaitinin ümumi həcmi 198 milyon

ABŞ dollarıdır.

Xarici siyasət – Türkmənistan Respublikasının xarici siyasətində

neytrallıq strateji xətt olaraq müəyyənləşdirilmişdir. Belə

ki, 1995-ci ildə ölkə beynəlxalq siyasətdə “daimi ney tral lıq”

möv qeyini rəsmiləşdirmişdir. Türkmənistanın neytrallıq mövqeyi,

əsasən, beynəlxalq və regional hərbi blok və təşkilatlara qoşulmamağı

özündə əks etdirir. 1995-ci ildə BMT tərəfindən qəbul

edilmiş Qətnamədə Türkmənistanın beynəlxalq siyasətdə neytral

statusunun beynəlxalq və regional sülhə, davamlı sabitliyə töhfə

verəcəyi qeyd edilmişdir. Bununla yanaşı, Türkmənistan bir sıra

təş kilatlarla sıx əlaqələrə malikdir. Türkmənistan Respublikası

BMT-nin, ATƏT-in, İqtisadi Əməkdaşlıq Təşkilatının, Qoşulmama

Hərəkatının üzvüdür.

Türkmənistan Respublikasının 132 ölkə ilə diplomatik əla -

qələri mövcuddur. Azərbaycan Respublikası və digər türk dövlətləri

ilə münasibətlərin genişləndirilməsi Türkmənistan Res -

pub likasının xarici siyasətində aparıcı yer tutur. Azərbaycan-

Türk mə nistan diplomatik münasibətləri 1992-ci ilin iyununda

qu rul muşdur. 1999-cu ildə Türkmənistan Respublikasının Azərbay

can Respublikasındakı, 2002-ci ildə isə Azərbaycan Res publi

ka sının Türkmənistan Respublikasındakı səfirlikləri fəaliy yə tə

baş la mışdır (399).

228

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Türkmənistan. Yanğıqaya kanyonu

Türkmənistan. Mərvdə e.ə. II minilliyə aid

“Kağan Qəlbi” qalasının qalıqları

229

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türkmənistan. Yanardağda Atlar

abidəsi

Türkmənistan

Mərkəzi Bankı

Türkmənistan. Aləm Mərkəzi

Türkmənistan. Ulduz oteli

230

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Şimali Kipr Türk

Respublikasının bayrağı

ŞİMALİ KİPR

TÜRK RESPUBLİKASI

Tarix və müasirlik – Kipr Respublikası

1960-cı ilin avqus tun da

elan edilmiş və Böyük Bri taniya,

Yu nanıstan və Türkiyə Respub lika

sının birgə razılığına əsasən, yunan

ların və türklərin adanın siyasi

həyatında bərabər iştirak imkanları

tanınmışdır. Lakin qısa müddətdən

sonra, Kiprdə türklərə qarşı Yunan

hərbi xuntası tərəfindən etnik ayrıseçkilik

siyasəti həyata keçirilməyə, türkləri siyasi proseslərdən

uzaqlaşdırmaq cəhdləri özünü göstərməyə başlamışdır. Bu yanaş

mada əsas siyasi məqsəd adanın Yunanıstanın tərkibinə daxil

edilməsi planlarını həyata keçirmək olmuşdur. Artıq 1963-cü ildən

etibarən adada yaşayan türklərə qarşı ayrı-seçkilik siyasəti

zorakılıq müstəvisinə keçmiş, onlarla türk qətlə yetirilmişdir.

Kiprin Osmanlı imperiyasının dənizçisi

Piri Rəis (1465 – 1554) tərəfindən çəkilmiş xəritəsi

231

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

1974-cü ildə Kipr adasında hərbi çevrilişin baş verməsi və

“Yunan Kipr Respublikası”nın yaradıldığının elan edilməsi baş

verən proseslərə Türkiyə Respublikasının müdaxiləsi üçün siyasi

və hüquqi zəmin formalaşdırmışdır. Bu hadisədən sonra Türkiyə

Respublikasının Silahlı Qüvvələri adada yaşan türklərin hüquq

və azadlıqlarının müdafiəsi məqsədilə Kipr adasına yeridilmişdir.

1975-ci ilin avqustunda BMT-nin himayəsi altında Kiprin yunan

və türk icmaları arasında sülh sazişi imzalanmış, beləliklə, Kipr

Türk Federativ Respublikasının yaradıldığı elan edilmişdir.

1983-cü il 15 noyabr tarixində Kipr Türk Federativ Respub

likasının Məclisi Kiprin türk icmasının öz müqəddəratını

tə yin etmək hüququndan istifadə edərək Şimali Kipr Türk Respub

likasının yaradıldığını bəyan etmişdir. Sonrakı illərdə bir sıra

beynəlxalq və regional təşkilatlar və Kiprin türk icması tərəfindən

davamlı sülhə nail olunmasına və adanın birləşdirilməsinə cəhdlər

olmuşdur. Lakin Kiprin yunan icması qeyri-konstruktiv mövqe

nümayiş etdirdiyindən həmin cəhdlər uğursuzluqla nəticə lənmişdir.

1987-ci ildə Kiprlə Avropa İttifaqı arasında gömrük anlaşması

imzalanmışdır. 1990-cı ildə Kipr hökuməti Avropa ittifa qına

Şimali Kipr Türk Respublikasının siyasi xəritəsi

232

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

daxil olmaq üçün müraciət vermiş və 1998-ci ildən tərəflər arasında

danışıqlar başlamışdır. 1may 2004 referendumu ilə Kip rin

cənub hissəsi Avropa İttifaqının üzvü olmuşdur. Kipr hazırda bir

çox beynəlxaq təşkilatların üzvü olsada, Şimali Kiprə qarşı təc rid

siyasəti aparılır.

Ərazi – Şimali Kipr Türk Respublikasının ərazisi 3 355

kv. km-dir. Bu ərazi bütövlükdə Kipr adasının 1/3-ni əhatə edir.

Kiprin yunan bölümü ilə Şimali Kipr Türk Respublikası arasında

BMT nəzarəti altında təhlükəsizlik bölgəsi formalaşdırılmışdır.

Şimali Kipr Türk Respublikası 32° və 35° uzunluq dairəsi, 34° və

36° en dairəsində yerləşir. Ölkənin dəniz səviyyəsindən ən yüksəkdə

yerləşən nöqtəsi Selvili dağıdır (1024 metr).

Şimali Kipr Türk Respublikası inzibati baxımdan 5 vilayətə

– Lefkoşa, Qazimaqusa, Girne, Güzelyurt və İskele vilayətlərinə

bölünür. Respublika ərazisində 28 bələdiyyə fəaliyyət göstərir.

İqlim – Şimali Kipr Türk Respublikasının iqlimi quru və

mülayimdir. Ölkənin coğrafi mövqeyi iqlimin formalaşmasına

təsir göstərən əsas amildir. Quru iqlimin üstünlük təşkil etməsi

öl kənin daxili su hövzələrinin yay aylarında qurumasına səbəb

olur. Orta illik yağıntıların böyük qismi qış aylarında düşür. Yay

Şimali Kipr Türk Respublikasının inzibati xəritəsi

233

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Şimali Kipr Türk Respublikasının fiziki xəritəsi

aylarında temperatur 45˚-dək yüksəlir. Qış aylarında temperatur

15-18˚ ətrafında dəyişir.

Əhali – Şimali Kipr Türk Respublikasında əhalinin sayı

ba rədə ilk statistik məlumat 1996-cı ildə açıqlanmışdır. Həmin

dövr də əhali sayı 200 min nəfər olmuşdur. Son məlumata əsasən,

öl kə əhalisinin sayı 313 min nəfəri ötmüşdür. Əhalinin 82%-i

adada daha əvvəllər məskunlaşmış türklər, digər hissəsi isə Tür -

kiyə Respublikasından köç etmiş türklərdir. Adanın türklər məskunlaşmış

hissəsində çox az sayda yunanlar yaşayırlar.

İdarəetmə – Şimali Kipr Türk Respublikası prezidentli

res publikadır. Bununla yanaşı, hökumət başçısı olan baş nazirin

də dövlətin idarə olunmasında geniş səlahiyyətləri vardır. Ölkə

prezidentliyinə seçkilər hər 5 ildən bir keçirilir. Prezident və baş

nazir icra hakimiyyətinin həyata keçirilməsində əsas səlahiyyət

sahibidirlər. Ölkədə qanunvericilik hakimiyyətini Şimali Kipr

Türk Respublikasının Cümhuriyyət Məclisi həyata keçirir. Hər 5

ildən bir formalaşdırılan Cümhuriyyət Məclisində millət vəkillərinin

sayı 50 nəfərdir. Ölkədə məhkəmə hakimiyyəti müstəqil

məhkəmələr tərəfindən həyata keçirilir.

İqtisadiyyat – Şimali Kipr Türk Respublikasında ÜDM-in

ümumi həcmi 4,3 milyard ABŞ dolları təşkil edir. Ölkə iqti sa-

234

II BÖLÜM. MÜSTƏQİL TÜRK RESPUBLİKALARI

Şimali Kiprin turizm yolları şəbəkəsi

diyyatında xidmət sektorunun (dövlət sektoru, ticarət, səhiyyə,

təhsil, turizm) payı kifayət qədər yüksəkdir. Belə ki, ÜDM-in

69%-i xidmət sektorunun payına düşür. ÜDM-in 22%-i sənaye,

9%-i kənd təsərrüfatı sektorunda formalaşır. Şimali Kipr Türk

Res publikası biznes mühitinin şəffaflığına görə Avropanın qabaqcıl

ölkələrindən biridir. Lakin Kipr problemi, ölkəyə qarşı tətbiq

edilən qərəzli embarqolar dövlətin davamlı iqtisadi inki şa fını

əngəlləyən əsas faktorlardır. Bu səbəbdən, Şimali Kipr Türk Respublikası

Türkiyə Respublikası tərəfindən ayrılan maliyyə yardımlarından

əhəmiyyətli dərəcədə asılıdır.

Ordu – Şimali Kipr Türk Respublikasının silahlı qüvvələrində

zabit və əsgər heyətinin ümumi sayı 8 min nəfərdir. 18-

40 yaşlı kişilər üçün hərbi xidmətin keçilməsi məcburidir. Eyni

zamanda, Türkiyə Respublikasının silahlı qüvvələrinin 30-40 min

nəfər hərbi heyəti Şimali Kipr Türk Respublikasında sülhməramlı

missiyanı həyata keçirir. Sülhməramlı missiyanı həyata keçirən

Türkiyə Respublikasının silahlı qüvvələrinin tərkibinə hərbi hava

qüvvələrinin, hərbi dəniz qüvvələrinin və sərhəd qoşunlarının

birləşmələri daxildir.

Xarici siyasət – Ölkənin beynəlxalq hüququn müstəqil subyekti

kimi tanınmasını təmin etmək Şimali Kipr Türk Respub-

235

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

li kasının xarici siyasətinin başlıca vəzifəsidir. Beynəlxalq və

re gional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi bu isti qamət

də həyata keçirilən siyasətin tərkib hissəsidir. Şimali Kipr

Türk Respublikası İslam Əməkdaşlıq Təşkilatında və İqti sadi

Əməkdaşlıq Təşkilatında müşahidəçi statusa malikdir. Şi mali

Kipr Türk Respublikası suveren dövlət kimi Türkiyə Respub lika

sı tərəfindən tanınır. Eyni zamanda, Şimali Kipr Türk Respubli

kasının Azərbaycan Respublikasında Nümayəndəliyi fəaliyyət

göstərir.

Kipr adasının birləşdirilməsini nəzərdə tutan Annan planının

(BMT-nin keçmiş Baş Katibi Kofi Annanın adı ilə bağlıdır) qəbul

edilməsi üzrə 2004-cü ildə referendum keçirilmişdir. Həmin

plan Kiprin türk icması tərəfindən səs çoxluğu ilə qəbul olunsa

da, adanın yunan icması tərəfindən rədd edilmişdir. Bu hadisədə

Şimali Kipr Türk Respublikasının və onun vətəndaşlarının konstruktiv

mövqe nümayiş etdirməsinə baxmayaraq, beynəlxalq

ictimaiyyətin bu dövlətə qarşı qərəzli mövqeyində dəyişiklik baş

ver məmiş, əksinə, adanın yunan bölümü müstəqil dövlət olaraq

Av ropa İttifaqının tərkibinə daxil edilmişdir (255).

Paytaxt Lefkoşa. Tarixi memarlıq abidələri qorunub saxlanılır

236

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

III BÖLÜM

MUXTAR

TÜRK RESPUBLİKALARI

VƏ VİLAYƏTLƏRİ

237

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Türk dünyası

238

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

239

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

ALTAY RESPUBLİKASI

Tarix və müasirlik – Altay

vilayəti türklərin qədim dövrlərdən

məskunlaşdıqları ərazilərindən biridir.

VI əsrdən etibarən Göy Türk

im periyasının tərkibinə daxil olan

Altay torpaqları daha sonralar Türk-

Monqol imperiyasının, Qızıl Or da

Altay Respublikasının bayrağı

imperiyasının, Cunqar kağan lı ğının

tərkibində olmuşdur. XIX əs rin əvvəllərindən

başlayaraq bu coğra fiya

Rusiya imperiyasının təsir dairəsinə düşmüşdür.

1922-ci ildə Altay türkləri muxtariyyət əldə etmiş və Altay

vilayətinin tərkibində Oyrat Muxtar Vilayəti yaradılmışdır. 1948-

ci ildə vilayətin adı dəyişdirilərək Dağlıq Altay Muxtar Vila yəti

adlandırılmışdır. 1991-ci ildə Dağlıq Altay Muxtar Sovet Sosi

alist Respublikası yaradılmış, 1992-ci ildə isə respublikanın

adı dəyişdirilərək Altay Respublikası adlandırılmışdır. Hazırda,

Rusiya Federasiyasının ərazisində Altay Respublikası

240

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Altay Respublikası Rusiya Federasiyasının sərhədləri daxilində,

Sibir Federal Dairəsinin tərkibindədir.

Ərazi – Asiya qitəsinin mərkəzində yerləşən Altay Respublikası

Sibir tayqası, Qazaxıstan çölləri və Monqol yarımsəh

rasının qovuşduğu məkanda yerləşir. Altay Respublikasının

ərazisi 92 600 kv. kilometrdir. Altay Respublikası Monqolustan,

Çin, Qazaxıstan, Tuva Respublikası və Kemerovo vilayəti ilə

həmsərhəddir. Ölkə ərazisinin 25%-ni meşələr əhatə edir. Altay

Respublikasının ərazisinin böyük hissəsini dağlıq ərazilər təşkil

edir. Altay dağ silsiləsi ölkə ərazisindən keçərək Qazaxıstan,

Monqolustan və Çin ərazisinə qədər uzanır. Respublika ərazisinin

ən hündür nöqtəsi dəniz səviyyəsindən 4506 metr hündürlükdə

olan Beluxa dağıdır. Altay Respublikası Mərkəzi Asiyanın ən

zəngin su hövzələrinə malik olan bölgələrindən biridir. Ob və

Yenisey çaylarının qolları ölkə ərazisindən keçir. Respublikanın

ən böyük çayları Xatun və Biya çaylarıdır. Ölkədə yerləşən ən

böyük göl Telet gölüdür.

Altay Respublikası inzibati baxımdan 10 rayona və Dağlıq

Altay Şəhər Vilayətinə bölünür. “İl (El) Qurultayı” adlandırılan

Altay Respublikasının Dövlət Məclisi inzibati məsələlərin həllində

əsas rol oynayır.

Altay Respublikasının siyasi xəritəsi

241

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Altay Respublikasının inzibati xəritəsi

İqlim – Altay Respublikasında kontinental iqlim hakimdir.

Yay aylarında temperatur +19˚-dək yüksəlir. Qış aylarında isə

tem peratur -31˚-dək enir. İllik yağıntıların miqdarı 100-1000 milli

metr arasında dəyişir. Ən çox yağıntılar dağlıq bölgələrdə qeydə

alınır.

Təbii sərvətlər – Altay Respublikasının ərazisi təbii sərvətlərinə

görə zəngindir. Ölkə ərazisində çoxlu qızıl, gümüş, dəmir

və litium yataqları mövcuddur. Ölkənin ən böyük şəhərlərindən

biri olan Barnaul şəhərində həmin mineral ehtiyatların emalı üz rə

çoxsaylı istehsal müəssisələri vardır. Eyni zamanda, Altay Respublikasında

müalicəvi əhəmiyyətə malik olan mineral və isti su

ehtiyatlarına rast gəlinir. Altay buzlaqları regionun zəngin təmiz

su mənbələrindən biri hesab edilir.

Əhali – Altay Respublikasında əhalinin sayı 215 min nəfərdir.

Ölkə əhalisinin 34,5%-ni Altay türkləri, 56,6%-ni ruslar,

digər qismini qazaxlar, almanlar, tuvalılar, telengitlər təşkil edir.

Əhalinin 29%-i şəhərlərdə, qalan hissəsi isə kənd və qəsəbələrdə

məskunlaşmışdır. Ölkədə əhalinin ən sıx məskunlaşdığı bölgə

Dağlıq Altay Şəhər Vilayətidir.

İqtisadiyyat – Altay Respublikası aqrar-sənaye ölkəsidir.

Öl kə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının

242

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

əsas alıcıları Rusiya Federasiyasının digər vilayətləridir. Bununla

ya naşı, ölkə ərazisində qida, kimya, ağır sənaye müəssisələri də

fəaliyyət göstərir. Son zamanlar, turizm sektorunun ölkə iqti sadiyyatında

payı artmaqdadır. Ölkə ərazisini hər il 1 milyondan

çox turist ziyarət edir.

Sibirdə mövcud olan qaz yataqlarının Altay Respublikasının

ərazisi ilə Rusiya Federasiyasının qərb və cənub qərb bölgələrinə,

eyni zamanda, Avropaya tranzitini nəzərdə tutan boru kəmərlərinin

çəkilməsi planları Altay Respublikasının iqtisadi inkişaf

imkanlarını artırır (410).

Altay Respublikasının paytaxtı –

Gorno-Altaysk

(Altay türkcəsində: Tuuli Altay)

Altayın Ulaqan kəndində

xallı atlar üzərində güləş

Türk ruhunun oyandığı Ulu Yurd – Altay

243

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

BAŞQIRDISTAN RESPUBLİKASI

Başqırdıstan Respublikasının

bayrağı

Tarix və müasirlik – Başqırdların

yerləşdikləri coğ rafi

məkan tarixən həm geo politik,

həm də iqtisadi baxımdan strateji

bölgə olmuşdur. Bu ba xım -

dan, həmin bölgə siya si tə sir

dairəsini genişlən dir məyə ça -

lı şan güclər ara sın da mü barizə

meydanına çev ril miş dir.

Qı zıl Orda impe riya sı nın süqu

tundan sonra başqırdların məskunlaşdıqları ərazilər Si bir, Kazan

və Noqay xanlıqları arasında bölüşdürülmüşdür. XVI əsrin

orta larında Başqırd torpaqları rus knyazlıqlarının da vamlı hücumlarına

məruz qalmışdır.

1865-ci ildə başqırdların yaşadıqları əraziləri əhatə edən

coğ rafi bölgədə Ufa Quberniyası yaradılmışdır. Başqırdlar muxtar

vilayət statusunu 1917-ci ildə əldə etmişlər. 1919-cu ildə Ru-

Rusiya Federasiyasının ərazisində Başqırdıstan Respublikası

244

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

siya Sovet Federativ Sosialist Respublikasının tərkibində Baş qırd

Muxtar Sovet Sosialist Respublikasının yaradıldığı elan edilmişdir.

Başqırdlar Rusiya ərazisində muxtariyyət hüququ əldə

etmiş toplumdur. Başqırdıstan II Dünya müharibəsi illərində

Sovet ordusunun xam neft, hərbi avadanlıqlar və ərzaqla təchiza

tında mühüm rol oynamışdır. 1990-cı ilin 11 oktyabr tarixində

Başqırdıstan SSR-nin Ali Şurası ölkənin muxtar müstəqilliyini

bəyan etmişdir. 1992-ci ilin 25 fevral tarixindən ölkə Başqırdıstan

Respublikası adlanır (78).

Ərazi – Volqa çayı və Ural dağları arasında yerləşən Başqırdıstan

Respublikasının ərazisi 143 600 kv. km təşkil edir. Ölkə

ərazisi şimaldan cənuba doğru 550 km, qərbdən şərqə doğru

430 km uzanır. Ölkənin dəniz səviyyəsindən ən yüksəkdə yerləşən

nöqtəsi Yamantau (1640 metr) zirvəsidir. Başqırdıstan

Res publikası Perm, Sverdlovsk, Çelyabinsk, Oren burq vilayətləri,

Tatarıstan və Udmurt respublikaları ilə həmsər həddir. Başqır

dıstan Respublikasında 54 rayon, 21 şəhər və 827 kənd mövcuddur.

Başqırdıstan Respublikası zəngin su hövzələrinə malikdir.

Belə ki, ölkə ərazisində 13 minə yaxın çay, 2700 göl mövcuddur.

Ölkə ərazisinin 40%-ni meşələr əhatə edir.

İqlim – Başqırdıstan Respublikası kontinental iqlimə malikdir.

Orta illik temperatur düzənlik ərazilərdə 2,8˚, dağlarda

isə 0,3˚ təşkil edir. Qış aylarında temperatur -41˚-dək enir, yay

ay larında +38˚-dək yüksəlir. Ölkə ərazisində orta illik yağıntı

300-600 millimetr təşkil edir. Yağıntıların böyük qismi dağlıq

ərazilərdə müşahidə olunur.

Təbii sərvətlər – Başqırdıstan Respublikasında 3 minə yaxın

təbii mineral növü ehtiyatları aşkarlanmışdır. Ölkə Rusiya

Fe derasiyasının ən zəngin neft yataqlarının mövcud olduğu

sub yektlərindən biridir. Ölkə ərazisində 200-ə yaxın neft yatağı

möv cuddur. Başqırdıstan Respublikasının təbii qaz ehtiyatlarının

ümumi həcmi 300 milyard kub metr təşkil edir. Eyni zamanda,

öl kədə zəngin daş kömür, qızıl, sink, daş duz, qranit yataqlarına

rast gəlinir.

245

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Başqırdıstan Respublikasının xəritəsi

Əhali – Ölkə əhalisinin sayı 4 milyon 71 min nəfərdir. Başqırdıstan

Respublikası Rusiya Federasiyasının ən sıx məskunlaşmış

federal subyektidir. Əhalinin etnik tərkibi zəngindir. Başqırdlar

əhalinin 29,5%-ni, ruslar 36,1%-ni, tatarlar 25,4%-ni, digər

hissəsini isə udmurtlar, çuvaşlar, beloruslar, ukraynalılar, marilər

təşkil edir. Əhalinin 62%-i şəhərlərdə, digər qismi isə kənd

və qəsəbələrdə məskunlaşmışdır. Başqırdıstan Respublikasının

inzibati mərkəzi olan Ufa şəhəri əhalinin ən sıx məskunlaşdığı

ərazidir. Ufa şəhərində əhalinin sayı 1 milyon 105 min nəfərdir.

Öl kə ərazisində əhalinin orta sıxlığı 1 kv. kilometrə 28 nəfər təşkil

edir (92).

İqtisadiyyat – Başqırdıstan Respublikası iqtisadi baxımdan

Rusiya Federasiyasının ən inkişaf etmiş subyektlərindən biridir.

Ölkə iqtisadiyyatında sənaye sektoru aparıcı mövqeyə malikdir.

Başqırdıstan Respublikasında sənaye sektoru təbii ehtiyatların

hasilatı və emalı üzrə ixtisaslaşmışdır. Ölkədə çoxlu sayda neftkimya

müəssisələri mövcuddur. Rusiya Federasiyasının benzinə

246

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

olan tələbatının 17%-i, dizelə olan tələbatının 15%-i Başqırdıstan

Res publikasında yerləşən neft emalı zavodları tərəfindən qarşılanır.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında 6,5% paya malikdir.

Dənli bitkilərin becərilməsi və heyvandarlıq kənd təsərrüfatında

əsas paya malikdir. 300 minə yaxın əmək qabiliyyətli əhali kənd

təsərrüfatı sektorunda çalışır.

Ölkə iqtisadiyyatında davamlı inkişaf meyllərinin olması

onun ticarət balansında da özünü göstərir. Belə ki, ölkənin ticarət

balansı müsbətdir. Başqırdıstan Respublikasının ən sıx iqtisadi-ticari

münasibətlərə malik olduğu federal subyekt qərb qonşuluğunda

yerləşən Tatarıstan Respublikasıdır (416).

Ufa çayının üzərində unikal bir ərazidə yerləşən paytaxt Ufa şəhəri

Ufa şəhəri. Başqırdıstanın Milli Qəhrəmanı Salavat Yulayevin

heykəli. Müəllif: Soslanbəy Tavasiyev

247

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

TATARISTAN RESPUBLİKASI

Tarix və müasirlik – Tata

rıstan türklərin zəngin dövlətçilik

ənənənlərinin formalaş

dığı strateji məkanlardan

bi ridir. Bu coğrafiyada Volqa

Bulqar dövləti, Qızıl Orda im -

Tatarıstan Respublikasının bayrağı pe riyası, Kazan xanlığı öz tarixlərinin

ən qüdrətli dövr lərini

yaşamışdır. XVI əsrin orta larından

etibarən rus knyazlıqları Tatarıstan ərazisinə dağıdıcı yürüşlərə

başlamışlar. Bu dövrdən etibarən tatarlar kütləvi şəkildə

etnik zorakılığa məruz qalmış, bölgənin ruslaşdırılması siyasəti

hə yata keçirilmişdir.

Rusiyada çarizmin devrilməsi ərəfəsində Tatarıstanda siya

si və mədəni təşkilatlanma prosesi sürətlənmişdi. 1917-ci ilin

iyununda tatar aydınları tərəfindən çağırılmış Qurultayda “Mər-

Rusiya Federasiyasının ərazisində Tatarıstan Respublikası

248

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

kəzi Rusiya və Sibir-Müsəlman Türk-Tatarlarının Mədəni Muxtariyyəti”nin

yaradıldığı elan edilmişdir. Həmin ilin dekab rında

tatar, başqırd və çuvaş siyasi fəalları tərəfindən Volqa Ural

döv lətinin yaradıldığı bəyan edilmişdir. Bu hadisə tatarların öz

dövlətçilik ənənələrini bərpa etməsi baxımından önəmli addım idi.

Lakin 1918-ci ildə bolşeviklərin bölgədə nəzarəti ələ keçirməsi

ilə tatarların müstəqil dövlətlərini möhkəmləndirmək planları baş

tutmamışdır. 1920-ci ilin 27 may tarixində Tatar Muxtar Sovet

So sialist Respublikasının yaradıldığı elan edilmişdir. 1921-1922-

ci illərdə baş vermiş kütləvi aclıqda 2 milyona yaxın tatar tələf

olmuşdur. Bu hadisədən sonra Tatarıstana rusların kütləvi şəkildə

köçürülməsi prosesi başlanmışdır.

1990-cı ilin 30 avqust tarixində “Tatar Sovet Sosialist Res -

pub likasının dövlət müstəqilliyi haqqında Bəyannamə” qə bul

edil mişdir. 1992-ci ilin 7 fevral tarixindən ölkə Tatarıs tan Respub

likası adlanır. Həmin ilin martında keçirilmiş referen dumda

ta tarlar ölkənin müstəqilliyinə səs vermişdilər. Lakin referendum

Rusiya Federasiyası Konstitusiya Məhkəməsi tərəfindən qeyriqa

nuni elan edilmişdir. 1994-cü ildə Rusiya Federasiyası hökuməti

və Tatarıstan Respublikası hökuməti arasında bağlanmış

mü qa viləyə əsasən, tərəflər arasında inzibati, iqtisadi, siyasi məsə

lə lər üzrə səlahiyyət bölgüsü həyata keçirilmişdir.

Ərazi – Tatarıstan Respublikası Volqa və Kama çaylarının

arasında, Şərqi Avropa düzənliyinin mərkəzində yerləşir. Ərazisi

67 836 kv. kilometrdir. Ölkə şimaldan cənuba doğru 290, şərqdən

qərbə doğru 460 kilometr uzanır. Tatarıstan Respublikası Kirov,

Samara, Ulyanovsk, Orenburq vilayətləri və Başqırdıstan, Mari

El, Udmurt, Çuvaşıstan respublikaları ilə həmsərhəddir. Ölkənin

dəniz səviyyəsindən ən yüksək nöqtəsi Çatır Tau (343 metr) zirvə

sidir. Tatarıstan Respublikasının ərazisinin 18%-ni meşələr

əhatə edir.

İnzibati ərazi bölgüsünə müvafiq olaraq, ölkə ərazisində 2

şəhər vilayəti, 43 rayon, 14 respublika əhəmiyyətli şəhər və 898

kənd vardır.

249

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Tatarıstan Respublikasının xəritəsi

İqlim – Tatarıstan Respublikasında orta kontinental iqlim

hakimdir. Yay aylarında orta temperatur +19˚, qış aylarında isə

-16˚ təşkil edir. Orta illik temperatur 4˚-dir. Yağıntıların orta illik

miqdarı 460-520 millimetr arasında dəyişir. Yağıntıların böyük

hissəsi yay aylarında qeydə alınır.

Təbii sərvətlər – Tatarıstan Respublikasının əsas təbii sərvəti

neftdir. Ölkədə proqnozlaşdırılan neft ehtiyatlarının həc mi

1 milyard tondan çoxdur. Ölkə ərazisində 127 neft yatağı mövcuddur.

Eyni zamanda, təbii qaz, daş kömür, torf, gips Tatarıstan

Respublikasında rast gəlinən digər təbii sərvətlərdir. Tatarıstan

Res publikası Rusiya Federasiyasında ən zəngin su ehtiyatlarına

malik olan federal subyektlərdən biridir. Belə ki, ölkədə 29 yeraltı

su yatağı, 500-ə yaxın çay və 8000 göl vardır.

Əhali – Tatarıstan Respublikasının əhalisinin sayı 3 milyon

868 min nəfərdir. Əhalinin sıxlığı 1 kv. kilometrə 57 nəfər təşkil

edir. Ölkə əhalisinin 76%-i şəhərlərdə məskunlaşmışdır. Tatarıstan

Respublikasının ən böyük şəhəri və paytaxtı olan Kazan

şəhərində əhalinin sayı 1 milyon 217 min nəfərdir.

250

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Tatarıstan Respublikasında əhalinin etnik tərkibi olduqca

zəngindir. Ölkədə 115 etnik azlığın nümayəndələri yaşayır. Tatarların

ümumi sayı 2 milyon nəfərdir. İkinci ən böyük etnik qrup

rus lardır. Onların sayı 1,5 milyon nəfərdir. Digər etnik azlıq nü -

ma yəndələrinə çuvaşlar, udmurtlar, mordvinlər, başqırdlar, ukray

nalılar və digərləri daxildir. Bütövlükdə, ölkə əhalisinin 47%-i

iqtisadi cəhətdən fəal əhalidir.

İqtisadiyyat – Tatarıstan Respublikasının iqtisadiyyatı digər

federal subyektlərlə müqayisədə daha çox sənayeləşmişdir.

Öl kə iqtisadiyyatında sənaye istehsalının payı 45% təşkil edir.

Neft-kimya sənayesi və maşınqayırma sənaye sektorunun aparıcı

sahələridir. Bununla yanaşı, aviasiya sənayesi, metallurgiya, tekstil,

qida sənayesi ölkə iqtisadiyyatında xüsusi paya malikdir. Respublikanın

ümumi gəlirlərinin 5,1%-i kənd təsərrüfatının payına

düşür. Tatarıstan Respublikasında sənayenin müxtəlif sektorları

üzrə ixtisaslaşmış 6 iqtisadi zona vardır (460).

Tatarıstan Respublikasının paytaxtı

Kazan şəhərinin memarlıq nümunələrindən

251

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Kazan Milli Muzeyi

Kazan Milli Kitabxanası

252

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

ÇUVAŞISTAN RESPUBLİKASI

Tarix və müasirlik – Çuvaşlar

1917-ci ildə tatar və

baş qırdlarla birgə müstəqillik

uğrunda mübarizə aparmış

lar. Çuvaşlar 1917-ci ildə

ya ra dılmış Volqa-Ural dövlətinin

tərkibində təmsil olunan

Çuvaşıstan Respublikasının bayrağı

xalqlardan biri olmuşdur. 1920-

ci ilin martında çuvaşların

məs kunlaşdıqları ərazilər bolşe

viklərin nəzarəti altına düşmüşdür. 1920-ci ilin 24 iyun tarixində

Çuvaş Muxtar Vilayətinin, 1925-ci ilin 25 aprel tarixində

Çuvaş Muxtar Sovet Sosialist Respublikasının yaradıldığı elan

edilmişdir. 1990-cı ilin 19 oktyabr tarixində Çuvaşıstan Ali Məclisi

tərəfindən “Çuvaşıstanın dövlət suverenliyi haqqında Bəyan

namə” yekdilliklə qəbul edilmişdir. 1992-ci ilin 13 fevral tarixindən

ölkə Çuvaşıstan Respublikası adlanır.

Ərazi – Çuvaşıstan Respublikası Volqa çayının qərbində,

Rusiya Federasiyasının Avropa hissəsində yerləşir. Ölkə Mordovia,

Mari El və Tatarıstan respublikaları, Nijni Novqorod və

Ul yanovsk vilayətləri ilə həmsərhəddir. Ölkənin ərazisi 18 343

kv. km təşkil edir. Çuvaşıstan Respublikasının ərazisinin 30%-ni

meşələr əhatə edir.

İnzibati ərazi bölgüsünə müvafiq olaraq, ölkədə 5 şəhər

vilayəti, 21 rayon, 9 şəhər, 8 şəhər tipli qəsəbə, 1700 kənd vardır.

İqlim – Çuvaşıstan Respublikası mülayim kontinental iqlimə

malikdir. Qış aylarında orta temperatur -13˚, yay aylarında

+19˚ təşkil edir. Orta illik yağıntı 450-700 millimetr arasında dəyişir.

Yağıntıların böyük hissəsi yay aylarında müşahidə olunur.

253

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Çuvaşıstan Respublikasının xəritəsi

Təbii sərvətlər – Çuvaşıstan Respublikasında zəngin fosfor

və torf yataqları mövcuddur. Eyni zamanda, ölkədə neft və təbii

qaz yataqlarına rast gəlinmişdir. Lakin hazırda həmin yataqların

istismarı həyata keçirilmir. Çuvaşıstan Respublikası zəngin

su ehtiyatlarına malikdir. Ölkədə 2000-dən çox çay və 400 göl

vardır. Su ehtiyatlarından həm kənd təsərrüfatında, həm də

elektrik enerjisinin əldə olunmasında geniş istifadə olunur.

Əhali – Çuvaşıstan Respublikası Rusiya Federasiyasında

əhalinin ən sıx məskunlaşdığı federal subyektlərdən biridir. Əhalinin

sayı 1 milyon 236 min nəfərdir. Əhalinin orta sıxlığı 1 kv.

ki lometrə 67 nəfər təşkil edir. Ölkənin paytaxtı olan Çeboksarı

şəhərində əhalinin sayı 480 min nəfərdir. Bütövlükdə, əhalinin

60%-i şəhərlərdə məskunlaşmışdır. Çuvaşlar əhalinin 67,7%-ni,

ruslar 26,9%-ni təşkil edir. Ölkədə məskunlaşmış etnik azlıqlara

tatarlar, mordvinlər, beloruslar və digərləri daxildir.

254

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

İqtisadiyyat – Çuvaşıstan Respublikası aqrar-sənaye ölkəsidir.

Rusiya Federasiyasının digər subyektləri ilə müqayisədə

Çuvaşıstan Respublikasının iqtisadiyyatında kənd təsərrüfatı daha

yüksək paya malikdir. Ət və süd istehsalı, kartofçuluq kənd

təsərrüfatında aparıcı sahələrdir. Sənaye sektoru ölkə iqtisadiyyatının

31%-ni təşkil edir. Sənaye müəssisələrinin əksər hissə

si ölkənin paytaxtı Çeboksarı şəhərində cəmləşmişdir. Əsas

sə naye subyektləri maşınqayırma, elektrotexniki məmulatların

isteh salı üzrə ixtisaslaşmış müəssisələrdir (419).

Volqa çayı sahilində paytaxt Çeboksarı

(Çuvaşca: Şupaşkar) şəhərinin ümumi mənzərəsi

255

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

DAĞISTAN RESPUBLİKASI

Tarix və müasirlik. Hələ

Xəzər imperiyası dönəmindən

başlayaraq bu coğrafiyada

türk lərin məskunlaşması kütləvi

hal almışdır. XVII əsrin əvvəl

lərindən etibarən rusların

Da ğıstan ərazisinə aramsız

Dağıstan Respublikasının bayrağı

yü rüşləri başlamışdır. 1813 və

1828-ci illərdə imzalanmış Gülüstan

və Türkmənçay müqavilələri

ilə Dağıstanın Rusiya imperiyasının tərkibinə qatılması

rəs miləşmişdir. Dağıstan Şimali Qafqazda Rusiya imperiyasına

qarşı uzun müddət davam edən istiqlaliyyət mübarizəsinin və

dini hərəkatın mərkəzlərindən biri olmuşdur.

1917-ci ilin dekabrında Dağıstan, Çeçenistan və İnqu şetiyanı

əhatə edən Şimali Qafqaz Dağlıq Respublikasının yara dıldığı

elan edilmişdir. Şimali Qafqaz Dağlıq Respublikasının müstəqilliyi

beynəlxalq birliyin bir sıra subyektləri tərəfindən defakto

tanınmışdır.

1921-ci ilin əvvəllərində bolşeviklərin hücumuna məruz

qalan Dağıstan Sovet İttifaqının tərkibinə daxil edilmişdir. Həmin

ilin 21 yanvar tarixində Dağıstan Muxtar Sovet Sosialist

Res pub likasının yaradıldığı elan edilmişdir. Sovet İttifaqı dönəmində

Dağıstan Respublikası SSRİ-nin ən zəif inkişaf etmiş bölgələrindən

biri olmuşdur. 1991-ci il 24 may tarixində Dağıstan

So vet Sosialist Respublikasının yaradıldığı elan edilmişdir. 1993-

cü il 25 dekabr tarixindən ölkə Dağıstan Respublikası adlanır.

Ərazi – Dağıstan Respublikası Şimali Qafqaz regionunda,

Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. Ölkənin ərazisi

50 270 kv. kilometrdir. Dağıstan Respublikası şimaldan cənuba

256

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Qafqaz regionunda Dağıstan Respublikası

doğru 400, şərqdən qərbə doğru 200 kilometr uzanır. Ölkə şimalda

Stavropol vilayəti və Kalmıkiya Respublikası, qərbdə Çeçenistan

və Gürcüstan respublikaları ilə, cənubda Azərbaycan

Res publikası ilə həmsərhəddir. Dağıstan Respublikasının dəniz

səviyyəsindən ən yüksək nöqtəsi Azərbaycan Respublikası ilə

sərhəddə yerləşən Bazardüzü zirvəsidir.

İnzibati ərazi bölgüsünə müvafiq olaraq, ölkədə 41 rayon,

10 şəhər, 19 şəhər tipli qəsəbə və 363 kənd vardır.

İqlim – Dağıstan Respublikasının iqlimi mülayim kontinentaldır.

Qış ayları soyuq və rütubətli, yay ayları isə quru və

isti keçir. Qış aylarında orta temperatur dağlıq ərazilərdə -11˚,

düzənlik bölgələrdə -4˚, yay aylarında isə müvafiq olaraq +8˚ və

+30˚ təşkil edir. Orta illik yağıntı bölgələrdən asılı olaraq 250-

800 millimetr arasında dəyişir.

Təbii sərvətlər – Dağıstan Respublikası zəngin yeraltı və

ye rüstü təbii sərvətlərə malikdir. Ölkə ərazisində rast gəlinən

257

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Dağıstan Respublikasının xəritəsi

əsas təbii sərvətlər neft, təbii qaz və daş kömürdür. Neft və təbii

qaz yataqları, əsasən, Xəzər dənizinin sahil bölgələrində cəm lənmişdir.

Eyni zamanda, Dağıstan Respublikası hidroenerji ehti yatları

ilə də zəngindir. Ölkədə 6000-dən çox çay və 300 göl vardır.

Əhali – Dağıstan Respublikasında əhalinin ümumi sayı 3

milyon 15 min nəfərdir. Ölkə Rusiya Federasiyasının etnik baxımdan

ən zəngin federal subyektidir. Azərbaycanlılar, kumıklar, noqaylar

və digər türk toplumları əhalinin 21%-ni təşkil edir. Əhalinin

29%-ni avarlar, 17%-ni dargilər, 13%-ni ləzgilər, 3,2%-ni

çeçenlər, 3,6%-ni ruslar, 13%-ni digər etnik azlıqlar təşkil edir.

Əhalinin sıxlığı 1 kv. kilometrə 59 nəfər təşkil edir. Ölkə əhalisinin

47%-i şəhərlərdə yaşayır. Ölkənin paytaxtı Mahaçqala şəhərində

əhalinin sayı 583 min nəfərdir.

258

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

İqtisadiyyat – Dağıstan Respublikasının əlverişli coğrafi

məkanda yerləşməsi onun iqtisadi inkişafı üçün geniş imkanlar

yaradır. Dağıstan Respublikası aqrar-sənaye ölkəsidir. Sənaye

sektorunda neft-kimya, tekstil, yeyinti, yüngül sənaye və

maşınqayırma sahələri aparıcı yer tutur. Ümumi sənaye məhsulunda

həmin sahələrin payı 83% təşkil edir. Respublikanın ən iri

sənaye mərkəzi paytaxt Mahaçqala şəhəridir. Dağıstan Respublikası

elektrik enerjisi istehsalına görə Rusiya Federasiyasının

qabaqcıl subyektlərindən biridir. Ölkədə 5 böyük hidro-elektrik

stansiyası fəaliyyət göstərir.

Respublikanın təbii şəraitinin müxtəlifliyi kənd təsərrüfatının

inkişafına əlverişli şərait yaradır. Heyvandarlıq, balıqçılıq

və şərabçılıq kənd təsərrüfatında əsas yer tutur. Əkinçilikdə suvar

madan geniş istifadə olunur (422).

Dağ başında qala-şəhərin qalıqları

259

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Dağıstanda el sənəti yaşadılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

və Dağıstan Respublikasının Başçısı Ramazan Abdulatipovun

Bakıda rəsmi görüşü. 2013-cü il, 26 dekabr

260

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

HAKASİYA RESPUBLİKASI

Hakasiya Respublikasının bayrağı

Tarix və müasirlik – Hakasiya

ərazisi Yenisey qır ğızlarının

ilk məskən saldıqları

qə dim türk torpaqlarından biridir.

Hakasiya Böyük Hun, Göy

Türk, Uyğur, Türk-Monqol

im pe riyaları kimi böyük türk

döv lət lərinin strateji əhəmiyyət

kəsb edən məkanlarından biri

olmuşdur. Hakasiya torpaqları I Pyotr dönəmində Rusiya imperiyasının

tərkibinə qatılmışdır. 1727-ci ildə Rusiya və Çin arasında

imzalanmış müqaviləyə əsasən, Hakasiyanın Rusiya im periyasının

sərhədləri daxilində qal ması rəsmiləşmişdir.

1930-cu il 20 oktyabr tarixində Hakasiyaya muxtariyyət

statusu verilmiş və Hakasiya Muxtar Vilayəti yaradılmışdır.

Sovet İttifaqının qurulduğu ilk illərdə ruslaşdırma siyasətinə uyğun

olaraq, Hakasiya torpaqlarına kütləvi şəkildə rus köçü həyata

keçirilmişdir. 1920-1930-cu illərdə bu coğrafiyaya 250

min dən çox etnik rus yerləşdirilmişdir. Bu torpaqların etnik

mən zərəsini rusların xeyrinə dəyişmək siyasətinin həyata keçirilməsi

nəticəsində hakasların ümumi əhaliyə nisbətdə payı xeyli

azal mışdır. 1991-ci ilin iyulunda Hakasiya Sovet Sosialist Respublikasının

yaradıldığı elan edilmişdir. Ölkə 1992-ci ilin fevral

ayından Hakasiya Respublikası adlanır (85).

Ərazi – Hakasiya Respublikası Rusiya Federasiyasının

Si bir Federal Dairəsində yerləşir. Ölkə şimalda və şərqdə Krasnoyarsk,

qərbdə və şimal-qərbdə Kemerovo vilayətləri, cənubşərq

də Tuva Respublikası, cənubda və cənub-qərbdə isə Altay

respublikası ilə həmsərhəddir. Hakasiya Respublikasının ərazisi

261

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Rusiya Federasiyasının ərazisində Hakasiya Respublikası

61 900 kv. kilometrdir. Ölkə şimaldan cənuba doğru 460, şərqdən

qərbə doğru 200 kilometr uzanır. Dağlıq ərazilər ölkənin 2/3 hissəsini

təşkil edir.

İnzibati ərazi bölgüsünə uyğun olaraq, Hakasiya Respublikasında

8 şəhər vilayəti, 9 şəhər tipli qəsəbə və 79 kənd vardır.

İqlim – Ölkənin coğrafi yerləşməsi iqlimin formalaşmasına

təsir göstərən əsas amildir. Hakasiya Respublikasında kontinental

iqlim hakimdir. Qış ayları soyuq və quru, yay ayları isə isti və

yağıntılı keçir. Yay aylarında temperatur +18˚–+24˚ arasında

dəyişir. Ölkəyə düşən illik yağıntının 55%-i avqust ayında qeydə

alınır. Qış aylarında temperatur -40˚-dək aşağı düşür. Orta illik

temperatur 0˚ təşkil edir.

Təbii sərvətlər – Hakasiya Respublikasında rast gəlinən

əsas təbii sərvətlər dəmir, qızıl, gümüş, daş kömür, molibden,

neft və təbii qazdır. Rusiya Federasiyasında ən böyük molibden

ya tağı Hakasiya Respublikası ərazisində yerləşir. Ölkədə aşkar

edilən təbii sərvətlərin böyük əksəriyyəti respublikanın dağlıq

əra zilərində cəmlənmişdir. Bu səbəbdən, həmin təbii ehtiyatların

istis marı xeyli çətindir.

262

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Hakasiya Respublikasının xəritəsi

Hakasiya Respublikası. Əski və müasir türklərin doğma çayı – Yenisey

263

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Hakasiya Respublikası. Yenisey üzərində Sayan-Şuşen su elektrik stansiyası

Hakasiya Respublikasında zəngin su hövzələri mövcuddur.

Ölkənin ən böyük çayı Yeniseydir. Digər böyük çaylar Abakan,

Tom və Çulımdır. Ölkə ərazisində 300-dən çox göl vardır. Həmin

su hövzələrindən əsasən kənd təsərrüfatında və elektrik enerjisi

istehsalında istifadə olunur.

Əhali –Hakasiya Respublikasının əhalisi 536 770 nəfərdir.

Əhalinin orta sıxlığı 1 kv. kilometrə 8,7 nəfər təşkil edir. Əhalinin

ən sıx məskunlaşdığı yer ölkənin paytaxtı Abakan şəhəridir.

Abakan şəhərinin əhalisinin sayı 176 min nəfərdir. Bütövlükdə,

ölkə əhalisinin 68%-i şəhərlərdə yaşayır. Tarixən bu torpaqlarda

məqsədli şəkildə həyata keçirilmiş ruslaşdırma siyasəti əhalinin

etnik tərkibində özünü göstərir. Belə ki, əhalinin 81,7%-ni ruslar,

12,1%-ni hakaslar təşkil edir. Ölkədə yaşayan digər etnik azlıqlara

ukraynalılar, tatarlar, almanlar və digərləri daxildir.

İqtisadiyyat – Hakasiya Respublikası aqrar-sənaye ölkəsidir.

Ölkə iqtisadiyyatında elektroenergetika və dağ-mədən səna

yesi inkişaf etmiş sahələrdir. Ölkədə elektrik enerjisi istehsal

edən çoxlu sayda hidroelektrik stansiyaları vardır. Dağ-mədən

264

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Abakan şəhərində Göyərçin uçuran Mələk-Qadın heykəli

səna yesində xüsusi yerə malik olan daş kömür şaxtalarının il lik

hasilat gücü 6 milyon ton təşkil edir. Ölkədə zəngin meşə örtüyünün

mövcud olması meşə və ağac emalı, meşə-kimya səna yesinin

inkişafına təkan vermişdir.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında önəmli yer tutur.

Ət və süd məhsullarının istehsalı, dənli bitkilərin becərilməsi,

kartofçuluq kənd təsərrüfatı sektorunun aparıcı sahələridir (442).

265

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QARAÇAY-ÇƏRKƏZ RESPUBLİKASI

Qaraçay-Çərkəz Respublikasının

bayrağı

Tarix və müasirlik – Qa raçay-Çərkəz

Respublika sı nın

əra zi si tarixən bir sıra türk dövlətlərinin

əsas dayaq nöq tələrindən

olmuşdur. Stra teji bölgədə

yerləşdiyindən bu coğ rafiya

hər zaman böyük güc lərin

siyasi-hərbi maraq dai rə sində

olmuşdur.

Qaraçay-Çərkəz Muxtar

Vila yəti 1922-ci il 12 yanvar tarixində yaradılmışdır. 1926-cı

ildə Muxtar Vilayət iki hissəyə – Qaraçay Muxtar Vilayətinə və

Çərkəz Milli Vilayətinə ayrıl mışdır. 1943-cü ildə Qaraçay Muxtar

Vilayəti ləğv edilmiş, çoxlu sayda qaraçaylar faşist Almaniyası

ilə işbirliyində ittiham olu naraq Mərkəzi Asiya respublikalarına

deportasiya olunmuşlar. Qaraçay-Çərkəz vilayətinin muxtariyyət

statusu 1957-ci ildə bər pa edilmişdir.

Sovet İttifaqının dağılmasından sonra bölgədə yaranmış yeni

siyasi durum Qaraçay-Çərkəz vilayətindən də yan keçməmişdir.

1991-1992-ci illərdə Qaraçay və Çərkəz vilayətlərinin yenidən

ay rılmasına dair təkliflər irəli sürülmüşdür. Bölgədə 1992-ci ilin

dekabrında keçirilmiş referendumda əhali hər iki vilayətin va hid

tərkibdə qalmasının lehinə səs vermiş, beləliklə, Rusiya Federasiyasının

tərkibində Qaraçay-Çərkəz Respublikasının yaradılması

elan edilmişdir.

Ərazi – Qaraçay-Çərkəz Respublikası Rusiya Federa siya

sının Şimali Qafqazda, Böyük Qafqaz dağlarının şimal-qərb

his səsində yerləşən federal subyektidir. Ölkənin ərazisi 14 277

kv. kilometrdir. Ölkə şimaldan cənuba doğru 140, şərqdən qərbə

doğru 170 kilometr uzanır. Qaraçay-Çərkəz Res publikası şimal-

266

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Qaraçay-Çərkəz Respublikasının xəritəsi

qərbdə Krasnodar vilayəti, şimal-şərqdə Stav ropol vila yəti, cənub-şərqdə

Kabardin-Balkar Respublikası, qərbdə Ab xaziya,

cə nubda Gürcüstan ilə həmsərhəddir. Qaraçay-Çərkəz Res publikasının

əra zisinin böyük hissəsini dağlıq relyef təşkil edir. Ölkənin

və bütövlükdə Qafqaz sıra dağlarının ən yüksək nöqtəsi

olan Elbrus (Minqu Tau) zirvəsi (5642 metr) Kabardin-Balkar

Res publikası ilə sərhəddə yerləşir.

Ölkənin inzibati ərazi bölgüsünə müvafiq olaraq, Qaraçay-

Çərkəz Respublikasında 10 rayon, 4 şəhər, 7 şəhər tipli qəsəbə və

139 kənd vardır.

İqlim – Mülayim iqlim Qaraçay-Çərkəz Respublikası üçün

xarakterikdir. Qış aylarında orta temperatur -3,2˚, yay aylarında

+20,6˚-dir. Orta illik yağıntının miqdarı 550-2500 millimetr arasında

dəyişir. Yağıntılar əsasən yay aylarında qeydə alınır.

Təbii sərvətlər – Daş kömür, qranit, qızıl və mərmər Qaraçay-Çərkəz

Respublikasının əsas təbii sərvətləridir. Qaraçay-Çərkəz

Respublikası hidroenerji ehtiyatları ilə də zəngindir. Ölkədə

170-dən çox çay və 130 göl vardır. Ən böyük çayları Kuban,

Urup, Laba, Kiçik və Böyük Zelençuq çaylarıdır. Bununla yanaşı,

267

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

İki türk muxtar respublikasının – Qaraçay-Çərkəz və Kabardin-Balkar

Respublikalarının sərhəddində yerləşən Elbrus (Minqu Tau) dağının

qoşa zirvəsi (5642 metr)

öl kədə çoxlu sayda müalicəvi-mineral və termal su mənbələri

möv cuddur.

Əhali – Qaraçay-Çərkəz Respublikasında əhalinin sayı 467

min nəfərdir. Ölkədə 80-dən çox etnik azlığın nümayəndələri

yaşayır. Qaraçaylar ümumi əhalinin 41%-ni, ruslar 31,6%-ni, çərkəzlər

11,9%-ni, abazinlər 7,9%-ni, noqaylar 3,3%-ni təşkil edir.

Əhalinin orta sıxlığı 1 kv. kilometrə 32 nəfərdir. Ölkənin paytaxtı

Çer kessk şəhərində əhalinin sayı 123 min nəfərdir. Ümumi əhalinin

42%-i şəhərlərdə yaşayır.

İqtisadiyyat – Qaraçay-Çərkəz Respublikası sənaye-aq rar

ölkəsidir. Ölkə 2 iqtisadi bölgəyə ayrılır. Ölkənin şimal bölgə sində

maşınqayırma və yüngül sənaye, cənub bölgəsində isə təbii

ehtiyatların hasilatı, ağac emalı sənayesi və kənd təsərrüfatı məhsullarının

istehsalı üstünlük təşkil edir.

Eyni zamanda, turizm Qaraçay-Çərkəz Respublikasının iqtisa

diyyatında aparıcı yer tutur. Bu səbəbdən, xidmət sektorunun

ölkə iqtisadiyyatında çəkisi Rusiya Federasiyasının digər federal

sub yektləri ilə müqayisədə xeyli yüksəkdir. Turistlərin xüsusi

maraq göstərdikləri istirahət mərkəzləri Arxız, Dombay və Teberdadır

(435).

268

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Qafqaz dağlarının yüksəkliklərində Astrofiziki Rəsədxana

Dünyada “Arxız” mineral su qaynaqları ilə

məşhur olan Arxız kəndi və onun İstirahət kompleksi

269

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

TUVA RESPUBLİKASI

Tarix və müasirlik – Tuva

Respublikasının yer ləş di yi

ərazi türklərin ilk məskən saldıqları

ərazilərdən biridir. Bu

coğ rafiya Böyük Hun, Göy

Türk, Uyğur imperiyalarının

Tuva Respublikasının bayrağı önəm li ərazi vahidlərindən biri

ol muşdur. Uzun əsrlər boyu bu

məkan qədim və orta əsr türk

döv lətləri, Çin və Rusiya arasında siyasi və hərbi münaqişələrin

yaşandığı ərazilərdən olmuşdur. IX əsrin əvvəllərindən başlayaraq

Yenisey qırğızları burada mövqelərini möhkəmləndirmişlər. XIII

əsrdən etibarən Türk-Monqol imperiyasının tərkibində yer almış

bu torpaqlar daha sonra Çin dövlətlərinin təsiri altına düşmüşdür.

Tuva 1912-i il tarixinə qədər Çinin tərkibində olmuşdur.

Həmin tarixdə Rusiya çarı II Nikolayın göstərişi ilə Tuva vilayətinə

Rusiya Federasiyasının ərazisində Tuva Respublikası

270

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

rus qoşunları yeridilmişdir. 1914-ci ilin aprelində Tuva ərazisi

Uryanxay vilayəti adı altında Rusiyanın protektoratlığına qəbul

edilmişdir. 1920-1921-ci illərdə Tuva vilayəti üzərində nəzarəti

ələ keçirmək uğrunda rus bolşevikləri və Çin arasında münaqişə

baş vermişdir. 1921-ci il 14 avqust tarixində bolşeviklərin dəstəyi

ilə Tuva Xalq Respublikasının yaradıldığı elan edilmişdir.

Tuva Xalq Respublikası 1944-cü ildə ölkə Məclisinin qəbul

etdiyi Qərarla Sovet İttifaqının tərkibinə daxil olmuşdur. Ölkə

1961-ci il tarixindən Tuva Muxtar Sovet Sosialist Respublikası

adlanmışdır. 1990-cı ilin əvvəllərindən Tuva Demokratik Hərəkatı

adı altında Tuvalıların istiqlaliyyət mübarizəsi başlan mışdır.

Lakin mürəkkəb coğrafi məkanda yerləşən Tuvanın azadlıq mü -

cadiləsi beynəlxalq dəstək qazana bilməmişdir. 1991-ci ilin 28

avqust tarixində ölkənin Ali Məclisi tərəfindən Rusiya Federasiyasının

muxtar vilayəti kimi, Tuva Respublikasının yaradıldığı

elan edilmişdir.

Ərazi – Tuva Respublikası Mərkəzi Asiyada, Rusiya Federasiyasının

tərkibində yerləşən türk muxtar respublikalarından

biri dir. Tuva Respublikasının ərazisi 168 604 kv. kilometrdir.

Ölkə Krasnoyarsk və İrkutsk vilayətləri, Hakasiya, Buryatiya və

Monqolustan respublikaları ilə həmsərhəddir. Ölkənin dəniz sə-

Tuva Respublikasının xəritəsi

271

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

viy yəsindən ən yüksəkdə yerləşən nöqtəsi Monqun Tayqa (3970

metr) zirvəsidir. Tuva Respublikası cənubdan şimala doğru 450,

şərqdən qərbə doğru 700 kilometr uzanır. Ölkə ərazisinin 80%-ni

dağlıq ərazilər əhatə edir.

İnzibati ərazi bölgüsünə uyğun olaraq, Tuva Respublikasında

2 şəhər vilayəti, 17 rayon, 5 şəhər tipli qəsəbə və 120 kənd vardır.

İqlim – Tuva Respublikası kəskin kontinental iqlimə malikdir.

Qış aylarında temperatur -40˚-dək enir, yay aylarında isə

+35˚-dək yüksəlir. Orta illik yağıntının miqdarı 200-1000 millimetr

arasında dəyişir. Yağıntıların böyük qismi yay fəslində və

dağlıq bölgələrdə müşahidə edilir.

Təbii sərvətlər – Daş kömür, dəmir, qızıl, sapfir və kobalt

Tuva Respublikası ərazisində aşkar edilən əsas təbii ehtiyatlardır.

Həmin təbii ehtiyatlar ölkənin əsasən dağlıq ərazilərində cəmlənmişdir.

Eyni zamanda, ölkə Mərkəzi Asiyada ən zəngin su ehtiyatla

rına malik olan ərazilərdən biridir. Ölkə ərazisində 8000-dən

çox çay vardır. Həmçinin, ölkədə yerləşən göllər duz ehtiyatları

ilə zəngindir.

Əhali – Tuva Respublikasında əhalinin sayı 315 min nəfərdir.

Əhalinin orta sıxlığı 1 kv. kilometrə 1,8 nəfər təşkil edir.

Bü tövlükdə, ölkə əhalisinin 53,6%-i şəhərlərdə yaşayır. Ölkənin

paytaxtı Qızıl şəhərində əhalinin sayı 115 min nəfərdir. Tu va

Respublikası Rusiya Federasiyasının çoxmillətli muxtar subyektlərindən

biridir. Tuvalılar ölkə əhalisinin 80%-ni təşkil edir.

İkinci ən böyük etnik qrup 16%-lə ruslardır. Qırğızlar, buryatlar,

tatarlar, ukraynalılar ölkədə məskunlaşmış digər əsas etnik azlıqlardır

(312, s. 225-243).

İqtisadiyyat – Dağ-mədən sənayesi Tuva Respublikasının

iq tisa diyyatında aparıcı yeri tutur. Ölkənin əsas sənaye müəssisələri

paytaxt Qızıl şəhəri və onun ətrafında cəmlənmişdir. Kənd

təsərrüfatı sektoru ölkə iqtisadiyyatında xüsusi paya malikdir.

Xü susilə regionlarda yaşayan əmək qabiliyyətli əhalinin böyük

272

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

his səsi kənd təsərrüfatı sektorunda çalışır. Heyvandarlıq, ət və

süd məhsullarının istehsalı kənd təsərrüfatında əsas yer tutur.

Tuva Respublikası unikal coğrafi xüsusiyyətlərə malik olduğundan

ölkədə tibbi turizmin inkişafı üçün geniş imkanlar

möv cuddur. Ölkə ərazisində 100-dən çox mineral və termal su

mən bələri vardır (467).

Tuva Respublikası. Gölün ortasındakı adacıqda Por-Bajin

(Tuvaca: Gil yurd). XVIII əsrdə Uyğur sarayının yerləşdiyi məkan

Tuva Respublikasında şaman bayramı

273

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

SAXA (YAKUTİYA) RESPUBLİKASI

Saxa (Yakutiya) Respublikasının

bayrağı

Tarix və müasirlik – Türk

xalqlarından biri olan saxa

lılar XIII əsrdən eti ba rən

şimali Sibirdə məs kun laş mağa

başlamışlar. Bu coğ rafi yada

Rusiya XVII əsrin əv vəllə

rindən eti barən siyasi möv -

qe lərini möh kəm lən dir mişlər.

1708-ci ildə Sa xa əra zi sini də

əhatə edən Sibir quberniyası yaradılmışdır. Bu dövr dən baş layaraq,

şimali Sibir ərazisinə etnik rusların köçü kütləvi hal almışdır.

Rusiya imperiyasında həyata keçirilən inzibati isla hatlar

çərçivəsində 1782-ci ildə İrkutsk quberniyası, 1805-ci ildə Yakutsk

vilayəti yaradılmışdır. Ağır coğrafi-iqlim şərtlərinə malik

olan Yakutiya həm çar Rusiyası, həm də Stalin rejimi dönəmində

siyasi-ictimai fəalların sürgün edildiyi əsas bölgə olmuşdur.

Rusiya Federasiyasının ərazisində Saxa (Yakutiya) Respublikası

274

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

1922-ci il 27 aprel tarixində Yakutiya Muxtar Sosialist Sovet

Respublikasının yaradıldığı elan edilmişdir. Respublika iqtisadiyyatının

sənayeləşməsi Sovet İttifaqı dönəmində inten sivləşmiş,

ölkənin dağ-mədən sənayesi inkişaf etmişdir. 1990-cı il

27 sentyabr tarixində Saxa (Yakutiya) Ali Məclisi tərəfindən dövlət

müstəqilliyi haqqında Bəyannamə qəbul edilmişdir. 1991-ci

ildən ölkə Saxa Respublikası adlanır.

Ərazi – Rusiya Federasiyasının Uzaq Şərq Federal Dairəsin

də yerləşən Saxa Respublikası ərazisinə görə dünyada ən

bö yük muxtar respublikadır. Ölkənin ərazisi 3 083 523 kv. kilometr

təşkil edir. Saxa Respublikası Çukotka Muxtar Vila yəti,

Xabarovsk, Amur, Zabaykalsk, İrkutsk və Krasnoyarsk vi -

la yətləri ilə həmsərhəddir. Ölkənin dəniz səviyyəsindən ən

yük səkdə yerləşən nöqtəsi Qələbə (3003 metr) zirvəsidir. Saxa

Res publikasının ərazisi şimaldan cənuba doğru 2500 kilometr,

şərq dən qərbə doğru 2000 kilometr uzanır. Ölkənin şimal ərazisi

Arktik okeanı ilə əhatə olunmuşdur. Arktik okeanında yerləşən

Sibir adaları da muxtar respublikanın tərkibinə daxildir. Tayqa

meşələri ölkə ərazisinin 47%-ni əhatə edir.

Saxa (Yakutiya) Respublikasının inzibati xəritəsi

275

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

İnzibati ərazi bölgüsünə uyğun olaraq, Saxa Respublikasında

33 rayon, 13 şəhər, 44 şəhər tipli qəsəbə, 590 kənd yaşayış məskən

ləri vardır.

İqlim – Saxa (Yakutiya) Respublikasının ərazisi şimal yarım

kürəsinin ən soyuq ərazisidir. Ölkədə kəskin kontinental

iq lim hakimdir. Yay və qış ayları arasında temperatur fərqi

70-75˚-dək yüksəlir. Qış aylarında temperatur -28˚ və -47˚ arasın

da dəyişir. Yay aylarında temperatur müsbət 2-19˚ arasında

də yişir. Şimal yarımkürəsində ən aşağı temperatur Saxa Res publikasında

müşahidə olunmuşdur. Belə ki, ölkə ərazisində yerləşən

Oymyakonda 1926-cı il tarixində -71,2˚ temperatur qey də

alınmışdır. Orta illik yağıntı miqdarı 200-700 millimetr ara sındadır.

Təbii sərvətlər – Saxa Respublikasının ərazisi təbii sərvətlərlə

zəngindir. Neft, təbii qaz, kömür, torf, almaz, gü müş

ölkədə aşkar edilmiş əsas təbii sərvətlərdir. Rusiya Fede rasi yasın

da istehsal olunan almazın 99%-i, dünyada istehsal edilən al-

Saxa (Yakutiya) Respublikasının fiziki xəritəsi

276

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

mazın 25%-i Saxa Respublikasının payına düşür. Eyni zamanda,

ölkə ərazisində zəngin su ehtiyatları mövcuddur. Belə ki, ölkədə

700 çay, 800-dən çox göl vardır. Ölkədə istehsal olunan elektrik

enerjisinin böyük hissəsi hidroelektrik stansiyalarından əldə olunur.

Əhali – Saxa Respublikasının əhalisinin sayı 959 min nə -

fərdir. Coğrafi yerləşməsinə və sərt iqlim şəraitinə malik ol duğundan,

ölkə əhalisinin sayı digər federal subyektlərlə müqa yisədə

xeyli azdır. Əhalinin orta sıxlığı 1 kv. kilometrə 0,3 nə fər

təşkil edir. Ölkənin paytaxtı Yakutsk şəhəri əhalinin ən sıx məskunlaşdığı

ərazidir. Yakutsk şəhərinin əhalisinin sayı 300 min

nəfərdir. Bütövlükdə, əhalinin 65%-i şəhərlərdə yaşayır. Yakutlar

ölkə əhalisinin 49,9%-ni, ruslar 37,8%-ni təşkil edir. Ölkə

də məskunlaşmış digər etnik azlıqlara tatarlar, evenklər, uk raynalılar,

evenlər daxildir.

İqtisadiyyat – Sənaye sektoru ölkə iqtisadiyyatının əsasını

təş kil edir. Belə ki, sənaye sektorunun ölkə iqtisadiyyatında payı

Saxa Respublikasının almaz yataqları

277

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

50%-dir. Sənaye müəssisələrinin böyük hissəsi təbii ehtiyatların

hasilatı və emalı üzrə ixtisaslaşmışdır. Əsas sənaye müəssisələri

paytaxt Yakutsk şəhərində cəmlənmişdir. Saxa Respublikasında

ağac emalı sənayesi iqtisadiyyatın inkişaf etmiş sektorlarından

bi ridir. Heyvandarlıq və balıqçılıq ölkənin kənd təsərrüfatında

apa rıcı yer tutan sahələrdir (457).

Saxa Respublikasının çay və meşə sərvətləri

278

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

KABARDİN-BALKAR

RESPUBLİKASI

Kabardin-Balkar Respublikasının

bayrağı

Tarix və müasirlik – Kabardin-Balkar

ərazisinə türk

tayfalarının kütləvi kö çü XI-

XII əsrlərə təsadüf edir. XIII

əsrdə türk-monqol bir lik lərinin

təsiri altına düşən bu coğrafiya,

daha sonralar gür cülərin, Səfəvi

və Osmanlı impe riya larının

hakimiyyəti altında olmuş

dur. XVI əsrin ortalarından etibarən ruslar bölgədə siyasihər

bi təsir dairəsini genişləndirməyə başlamışlar.

1774-cü ildə Osmanlı imperiyası və Rusiya imperiyası

ara sında imzalanmış Kiçik Qaynarca müqaviləsi ilə Kabardin-

Balkar ərazisinin Rusiya imperiyasının tərkibində qalması rəsmiləşmişdir.

1917-ci ilin sonunda bölgə anti-bolşevik hərə ka tının

Şimali Qafqaz regionunda Kabardin-Balkar Respublikası

279

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Şimali Qafqaz qolu tərəfindən yaradılmış Şimali Qafqaz Dağ

Respublikasının tərkibinə daxil olmuşdur.

Kabardin-Balkar Muxtar Vilayəti 1922-ci ildə yaradılmışdır.

1936-cı ildə Kabardin-Balkar Sovet Sosialist Respub lika

sının yaradıldığı elan edilmişdir. Faşist Almaniyası ilə əməkdaş

lıqda ittiham edilən balkarlar 1944-cü ildə Mərkəzi Asiya

res publikalarına və Sibirə sürgün edilmişlər. Bu hadisədən sonra,

ölkə nin adı Kabardin Sovet Sosialist Respublikası adlanmağa

baş la mışdır.

Türk kökənli balkarların öz doğma yurdlarına qayıdışı

yalnız 1957-ci ildən sonra mümkün olmuşdur. 1991-ci ildə ölkənin

Ali Məclisi tərəfindən Kabardin-Balkar Sovet Sosialist

Res publikasının dövlət suverenliyi haqqında Bəyannamə qəbul

edil mişdir. 1992-ci ildən ölkə Kabardin-Balkar Respublikası adlanır.

Ərazi – Kabardin-Balkar Respublikasının ərazisi 12 470

kv. kilometrdir. Şimali Qafqazda yerləşən Kabardin-Balkar Res -

Kabardin-Balkar Respublikasında əksər yaşayış məntəqələri dağlardan

Xəzər dənizinə axan çayların kənarında yerləşir

280

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

pub likası Stavropol vilayəti, Şimali Osetiya-Alaniya Res publikası,

Qaraçay-Çərkəz Respublikası və Gürcüstan Res pub likası

ilə həmsərhəddir. Ölkənin dəniz səviyyəsindən ən yük səkdə yerləşən

nöqtəsi Qaraçay-Çərkəz Respublikası ilə sər həd də yerləşən

Elbrus (5642 metr) zirvəsidir. Kabardin-Balkar Res publikasının

ərazisinin böyük hissəsini dağlıq relyef təşkil edir. Ölkə şimaldan

cə nuba doğru 167 kilometr, şərqdən qərbə doğru 123 kilometr

uzanır. Muxtar Respublikanın ərazisinin 10%-i meşələrlə örtü lüdür.

İnzibati ərazi bölgüsünə uyğun olaraq, Qaraçay-Çərkəz

Respublikasında 3 şəhər vilayəti, 10 rayon, 8 şəhər, 2 şəhər tipli

qə səbə və 170 kənd vardır.

İqlim – Kabardin-Balkar Respublikası kontinental iqlimə

ma likdir. Qış aylarında temperatur -4˚ və -12˚ arasında, yay aylarında

müsbət 4˚ və 23˚ arasında dəyişir. Ölkə ərazisində qey də

alı nan yağıntının miqdarı 500-2000 millimetr arasında dəyişir.

Şimali Qafqazda Kabardin-Balkar Respublikasının fiziki xəritəsi

281

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Yağıntıların böyük qismi ölkənin dağlıq bölgələrində müşahidə

olunur.

Təbii sərvətlər – Kabardin-Balkar Respublikasında aşkar

edilmiş əsas təbii sərvətlər molibden, volfram, daş kömür, qızıl

və neftdir. Hazırda, ölkədə istismara yararlı 70-dən çox müxtəlif

təbii ehtiyatların cəmləşdiyi yataqlar vardır. Həmçinin, muxtar

Respublikada zəngin yeraltı və yerüstü su ehtiyatları mövcuddur.

Əhali – Ölkə əhalisinin sayı 862 min nəfərdir. Rusiya Federasiyasının

digər subyektləri ilə müqayisədə əhalinin sıxlığı

xeyli yüksəkdir. Belə ki, 1 kv. kilometrə düşən əhali sıxlığı 68 nəfər

təşkil edir. Ölkə əhalisinin 52%-i şəhərlərdə məskunlaşmışdır.

Paytaxt Nalçik şəhərində əhalinin sayı 239 min nəfərdir.

Kabardin-Balkar Respublikasında əhalinin etnik tərkibi

digər Şimali Qafqaz muxtar dövlətlərində olduğu kimi zəngindir.

Ölkə əhalisinin 57%-ni kabardinlər, 12,7%-ni türk kökənli balkarlar,

22,5%-ni ruslar təşkil edir. Muxtar Respublikada yaşayan

di gər etnik azlıqlara tatarlar, osetinlər, gürcülər, inquşlar, qaraçay

lılar və digərləri daxildir.

İqtisadiyyat – Kabardin-Balkar Respublikası sənaye-aqrar

ölkəsidir. Ölkə iqtisadiyyatında sənaye sektorunun payı kifa

yət qədər yüksəkdir. Dağ-mədən sənayesi, əlvan metallurgi

ya, maşınqayırma və metal emalı, yüngül sənaye, tikinti mate

rial larının istehsalı və ağac emalı sənaye sektorunun əsas sahə

ləridir. Volfram-molibden filizi yataqlarının istismarı əlvan

me tallurgiya sənayesinin əsasını təşkil edir. Tırnıauz dağ-metallurgiya

kombinatı və Nalçik metallurgiya zavodu dağ-mə dən

sə nayesi sahəsində fəaliyyətdə olan əsas müəssisələrdir. Bü tövlükdə,

Kabardin-Balkar Respublikasında 200-dən çox müx təlif

təyinatlı sənaye müəssisəsi fəaliyyət göstərir. Ölkədə kənd təsər

rüfatının aparıcı sahələri taxılçılıq və heyvandarlıqdır. Muxtar

Res publikada kiçik və orta sahibkarlığın inkişafını təşviq edən bir

sıra regional iqtisadi inkişaf proqramları həyata keçirilməkdədir

(433).

282

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Qafqaz dağları fonunda paytaxt Nalçik şəhəri

Kabardin-Balkar Respublikası. Nalçik kurortu

283

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QAQAUZ MUXTAR

RESPUBLİKASI

Qaqauz Muxtar Respublikasının

bayrağı

Tarix və müasirlik – Bugünkü

Qaqauz Muxtar Res -

publikasının əhatə et di yi coğrafiyada

türklərin məskun laşma

prosesi XI əsrdən etiba rən

sürətlənmişdir. Səlcuq türk lərindən

törəyən qaqauzlar uzun

müddət Osmanlı imperiyasının

tərkibində yaşamışlar. Osmanlı

və Rusiya imperiyaları arasında davam edən uzun müddətli müharibələrdən

sonra Balkan yarımadasının bir hissəsi 1812-ci

ildə Rusiya imperiyasının tərkibinə qatılmışdır. Bu zaman, şərqi

Bol qarıstanda məskunlaşan qaqauzlar indiki Qaqauz Muxtar

Respublikasının ərazisinə köçürülmüşlər. Qaqauzların köçürülmə

prosesi 1846-cı ilə qədər davam etmişdir. 1917-ci ilə qədər Rusi

ya imperiyasının tərkibində qalan qaqauzların məskunlaşdığı

əra zilər daha sonralar Rumıniyanın, Sovet İttifaqının və Moldova

Respublikasının tərkibində olmuşdur.

1980-ci illərin sonlarında qaqauz aydınlarının öndərliyində

istiqlaliyyət mübarizəsi başlanmışdır. Sovet İttifaqının dağılması

ərəfəsində bölgədə formalaşmış yeni siyasi situasiyadan isti fadə

edən qaqauzlar 1991-ci ilin 19 avqust tarixində öz müstəqil liklərini

elan etmişlər. Lakin qaqauzların suverenliyi Moldova Respublikası

və beynəlxalq birlik tərəfindən tanınmamışdır. 1994-cü

ilin 23 dekabr tarixində Moldova Respublikası tərəfindən qəbul

olunmuş “Qaqauziyanın Xüsusi Hüquqi Statusu” haqqında Qanunla

qaqauzlara Moldova Respublikasının tərkibində mux ta riyyət

statusu verilmişdir.

284

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Moldovanın ərazisində Qaqauz Muxtar Respublikası

Ərazi – Qaqauz Muxtar Respublikasının ərazisi 1832 kv.

kilometrdir. Muxtar Respublika şimalda və qərbdə Moldova Respublikasının

regional vilayətləri, cənubda və şərqdə isə Ukrayna

ilə həmsərhəddir.

İnzibati ərazi bölgüsünə uyğun olaraq, muxtar Respub likanın

ərazisi 3 rayona (Komrat, Çadır-Lunqa, Vukaneşt) ayrılır.

Hə min rayonların tərkibində şəhər, qəsəbə və kəndlərdən ibarət

olmaqla 32 yaşayış məskəni vardır.

İqlim – Qaqauz Muxtar Respublikasının iqlimi mülayim

kontinentaldır. Qaqauziyanın dənizlərə çıxışı olmasa da, Aralıq

də nizi və Qara dəniz iqlimin formalaşmasına birbaşa təsir göstərir.

Ölkədə orta illik temperatur 10˚ təşkil edir. Müşahidə olunan

orta illik yağıntının miqdarı 350-370 millimetr arasında dəyişir.

Yağıntılar əsasən yay aylarında qeydə alınır.

Əhali – Qaqauz Muxtar Respublikasında əhalinin sayı

162 min nəfərdir. Ölkə əhalisinin 82,1%-ni qaqauzlar, 5,1%-ni

bol qarlar, 4,8%-ni moldovanlar, 3,8%-ni ruslar, 3,2%-ni uk ray-

285

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Qaqauz Muxtar Respublikasının fiziki xəritəsi

nalılar, 1%-ni digər etnik azlıqlar təşkil edir. Muxtar Res publikanın

inzibati mərkəzi Komrat şəhərində əhalinin sayı 26 min

nəfərdir. Ölkə əhalisinin 59,6%-i kəndlərdə, 40,4%-i şəhərlərdə

yaşayır. Əhalinin orta sıxlığı 1 kv. kilometrə 87,7 nəfər təşkil edir.

İqtisadiyyat – Qaqauz Muxtar Respublikasının iqtisadiy yatında

kənd təsərrüfatı aparıcı yer tutur. Belə ki, kənd təsər rüfatı

sektorunun ölkə iqtisadiyyatında payı 70% təşkil edir. Üzümçülük

və şərabçılıq kənd təsərrüfatının əsas sahələridir. Ölkədə

hər il 400 min tondan çox şərab istehsal olunur. Qaqauz Muxtar

Respublikasında əmək qabiliyyətli əhalinin 20%-i kənd təsər

rüfatı sektorunda çalışır. Ölkədə yüngül və yeyinti səna ye sinin

iqtisadiyyatda payı getdikcə artmaqdadır. Eyni zamanda, əlverişli

coğrafi və iqlim şəraitinə malik olan Qaqauz Muxtar Respublikasında

turizmin inkişafı üçün geniş imkanlar vardır (425).

286

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

KRIM MUXTAR

RESPUBLİKASI

Krım Muxtar Respublikasının

bayrağı

Krım tatarlarının türk damğalı

milli bayrağı

Tarix və müasirlik – Krım yarımadası türklərin dövlətçilik

ənənələrini zənginləşdirdikləri strateji məkanlardan biri ol muşdur.

XV əsrin sonlarında yaradılmış Krım Xanlığı üç əsr ərzində

Osmanlı imperiyasının təbəəliyi altında suverenliyini qoruyub

saxlamışdır. Krım yarımadası 1783-cü ildə Rusiya imperiyasının

hakimiyyəti altına düşmüşdür.

XX əsrin əvvəllərində Krım türklərinin istiqlaliyyət mübarizəsi

başlanmışdır. 1917-ci ildə Krım türkləri müstəqilliklərini

elan etmişlər. Lakin bolşevik güclərinin regionda mövqelərinin

möh kəmlənməsi ilə Krım yarımadasında siyasi durum bol şevik

lərin xeyrinə dəyişmişdir. 1921-ci ildə Krım Muxtar Sovet

Sosialist Respublikası yaradılmışdır. İkinci Dünya müharibəsi illərində

Krım türkləri faşist Almaniyası ilə əməkdaşlıq etməkdə

it tiham edilərək, Sibirə və Mərkəzi Asiya respublikalarına sürgün

edilmişlər.

Sovet İttifaqının dağılmasından sonra Krım Ukraynanın

tər kibində qalmaqla, muxtariyyat statusunu qoruyub saxla mışdır.

2014-cü ilin fevralında Ukraynada siyasi vəziyyətin mürəkkəbləşməsi

Krım yarımadasına təsirsiz ötüşməmişdir. Rusiya

Federasiyası tərəfindən Krımın ilhaqı istiqamətində atılan ad-

287

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Krım Muxtar Respublikasının xəritəsi

dımlar Krım yarımadasının işğalı ilə nəticələnmişdir. Lakin bu

gün Ukraynanın ərazi bütövlüyü və Krımın muxtar statusu beynəlxalq

birlik tərəfindən tanınmaqdadır.

Ərazi – Krım Muxtar Respublikasının ərazisi 26 100 kv.

kilometrdir. Muxtar Respublika Krım yarımadasında, Qara dənizin

şimal, Azov dənizinin qərb sahillərində yerləşir. Qara dəniz

sahillərindən ölkənin şimal ərazilərinə doğru irəlilədikcə coğrafi

relyef mürəkkəbləşir. Ölkənin 25%-ni düzənlik ərazilər təşkil

edir.

Krım Muxtar Respublikası 25 inzibati bölgəyə ayrılır.

Hə min inzibati bölgələr 14 rayon və 11 respublika əhəmiyyətli

şəhərlərin tabeliyində olan vilayətlərdən ibarətdir.

İqlim – Krım Muxtar Respublikası mülayim kontinental

iqlimə malikdir. Krım yarımadasının cənub sahillərində isə rütubətli

subtropik iqlim hakimdir. Qara və Azov dənizləri Krım

yarımadasının iqliminin mülayimləşməsinə səbəb olur. Yay ayla

rında temperatur +28˚-dək yüksəlir, qış aylarında -0,3˚-dək

enir. Yarımadanın şimal hissəsi dağlarla əhatə olunduğundan, bu

288

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Qara dəniz regionunun geopolotik episentri – Krım

istiqamətdən gələn soyuq hava kütlələri Krım yarımadasına daxil

ola bilmir. Krım yarımadasına düşən orta illik yağıntının miqdarı

400 millimetrdir.

Təbii sərvətlər – Krım Muxtar Respublikasında aşkar edilmiş

əsas təbii sərvətlər neft və təbii qaz, daş kömür, filiz ya taqlarıdır.

Neft və təbii qaz ehtiyatları Krım yarımadasının şimal

və cənub-şərq sahillərinin şelf zonalarında cəmlənmişdir. Eyni

za manda, yarımadada zəngin müalicəvi və içməli su mənbələri

mövcuddur.

Əhali – Krım Muxtar Respublikasında əhalinin sayı 2 milyon

33 min nəfərdir. Əhalinin orta sıxlığı 1 kv. kilometrə 78 nəfər

təşkil edir. Muxtar respublika əhalisinin etnik tərkibi zəngindir.

Əhalinin 58,5%-i ruslar, 24,3%-i ukraynalılar, 12,1%-ni Krım

türk ləridir. Ölkədə yaşayan digər etnik azlıqlara polyaklar, yə hudilər,

azərbaycanlılar, beloruslar və başqaları daxildir. Krım Muxtar

Respublikasının inzibati mərkəzi olan Simferopol (Ağməscid)

şəhərində əhalinin sayı 336 min nəfərdir.

289

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Krım yarımadasının peyk görüntüsü. 2015-ci il

Rusiya imperiyasının işğalına məruz qaldıqdan sonra

Krım yarımadasına etnik rusların uzun müddət davam edən kö -

çü rülmə siyasəti, XX əsrin ortalarında Krım türklərinin küt ləvi

deportasiyası əhalinin etnik tərkibinin rusların xeyrinə də yişməsində

həlledici amil olmuşdur.

İqtisadiyyat – Yüngül və yeyinti sənayesi, turizm və xidmətlər,

kənd təsərrüfatı Krım Muxtar Respublikasının iqtisa diyyatının

əsasını təşkil edir. Kənd təsərrüfatında heyvandarlıq, üzümçülük

və tərəvəzçilik əsas yer tutur. Krım Muxtar Respublikası

re gionun şərab istehsal edən əsas subyektlərindən biridir. Muxtar

respublikanın əsas sənaye müəssisələri yarımadanın şimal bölgə

lərində cəmlənmişdir. Əmək qabiliyyətli əhalinin böyük qismi

kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir (412).

290

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Krım. Kerç boğazında antik kurqan

Krımda Osmanlı qalası. 1699-1706-cı illər

291

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Krım böyük turizm potensialına malikdir

292

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

SİNCAN UYĞUR

MUXTAR VİLAYƏTİ

Şərqi Türküstan (Uyğurıstan)

bayrağı

Tarix və müasirlik – Uyğurıstan

türklərin qədim yaşayış məs -

kənlərindən biri olmaqla bəra bər,

Avrasiyada yüzilliklər boyu türk

birlikləri tərəfindən yara dıl mış

döv lətlərin önəmli siyasi mər kəzlə

rindən olmuşdur. Bu coğra fiyada

ya şayan türklər Böyük Hun, Göy

Türk, Uyğur, Türk-Monqol im pe riya

larının, Qaraxanlılar dövlətinin siyasi, iqtisadi, mədəni həyatında

yaxından iştirak etmişlər.

Çinlə münasibətlərdə hər zaman gərginlik yaşayan bu bölgədə

Çin təsirinin güclənməsi XVIII əsrin ortalarından daha sistemli

xarakter almışdır. Lakin Sincan Uyğur bölgəsində yaşayan

türklər dövlətçilik ənənələrini yaşatmaq uğrunda mübarizəni heç

zaman dayandırmamışlar. 1864-cü ildə Şərqi Türküstanda Yaqub

Xanın başçılığı altında uyğur türkləri müstəqil dövlətlərini yaratmışlar.

Lakin Çinin siyasi-hərbi təzyiqlərinə tab gətirməyən

və beynəlxalq dəstək ala bilməyən bu dövlət 1875-ci ildə süquta

uğramışdır.

1933-cü ildə uyğur türklərinin uzun müddət davam edən

is tiq laliyyət mücadiləsi nəticəsində Şərqi Türküstan İslam dövləti

yaradılmışdır. Regionda yaranmış mürəkkəb siyasi-hərbi

şə raitdə mövqelərini möhkəmləndirə bilməyən Şərqi Türküstan

İslam dövləti 1934-cü ildə yenidən süquta uğramışdır. Elə həmin

tarixdə bölgə Sovet İttifaqının işğalına məruz qalmışdır. Uyğur

türkləri müstəqilliklərini 1944-cü ildə yenidən bərpa etmişlər.

1949-cu ildə isə Şərqi Türküstan dövləti Çin kommunist ordusu

293

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Çin Xalq Respublikasının ərazisində Sincan Uyğur Muxtar Vilayəti

(Uyğurıstan və ya Şərqi Türküstan)

tərəfindən işğal olunmuş, bundan sonra uyğur türklərinə qarşı

küt ləvi repressiyalar başlanmışdır.

1955-ci ildə kommunist Çini tərəfindən Sincan Uyğur

Mux tar Vilayətinin yaradıldığı elan edilmişdir. Çin işğalına məruz

qaldığı gündən bu günədək Sincan Uyğur Muxtar Vilayətin

də etnik mənzərənin xan (Çin) etnik qrupunun xeyrinə dəyişdirilməsi

və uyğur türklərinin azadlıq mübarizəsinin bütün vasitələrlə

boğulması məqsədi ilə Çin hökuməti tərəfindən indiyədək

repressiv siyasət yürüdülməkdədir. Buna görə də, uyğur xalqının

geniş beynəlxalq dəstək qazanan suverenlik mücadiləsi onun

mühacirət nümayəndələri tərəfindən xaricdə daha intensiv şəkildə

davam etdirilməkdədir.

Ərazi – Sincan Uyğur Muxtar Vilayətinin ərazisi 1 664

897 kv. kilometrdir. Sincan Uyğur Muxtar Vilayəti Çinin şimalqər

bində yerləşir. Çinin ən böyük inzibati bölgəsi olan Sincan

Uyğur Vilayəti Monqolustan, Rusiya Federasiyası, Qazaxıstan,

Qırğızıstan, Tacikistan, Pakistan, Əfqanıstan və Hindistan ilə,

294

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Sincan Uyğur Muxtar Vilayəti

regionun siyasi xəritəsində

Çinin sərhədləri daxildində Xansu, Çinxay və Tibet Muxtar

Vilayətləri ilə həmsərhəddir. Sincan Uyğur Vilayəti Çin ərazisinin

1/6-ni təşkil edir. Tyanşan (Tanrı) dağları Vilayət ərazisini Cunqariya

və Tarim adlandırılan iki böyük coğrafi hissəyə ayırır.

Tanrı dağları ilə bərabər, Pamir, Karakorum, Kunlun, Altay sıra

dağ ları Vilayət ərazisinin böyük hissəsini əhatə edir.

İnzibati ərazi bölgüsünə müvafiq olaraq, Sincan Uyğur

Muxtar Vilayəti 6 prefekturadan ibarətdir. Həmin prefekturaların

tərkibində 13 rayon, 24 şəhər, 62 yerli dairə və 6 muxtar dairə

mövcuddur.

İqlim – Sincan Uyğur Vilayətində quru və səhra iqlimi hakimdir.

Qış və yay ayları arasında temperatur fərqi xeyli yüksəkdir.

Belə ki, yay aylarında temperatur +40˚-dək yüksəlir, qış

aylarında isə -20˚-dək enir. Vilayət ərazisində qeydə alınan orta

illik yağıntının miqdarı 165 millimetr təşkil edir.

Təbii sərvətlər – Sincan Uyğur Muxtar Vilayəti qızıl, daş

kö mür, dəmir, sink, gümüş ehtiyatları ilə zəngindir. Həmin təbii

295

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Sincan Uyğur Muxtar Vilayətinin fiziki xəritəsi

ehtiyatlar, əsasən, yüksək dağlıq ərazilərdə cəmlənmişdir. Eyni

zamanda, Muxtar Vilayət ərazisində neft və təbii qaz yataqları aşkar

edilmişdir. Neft və təbii qaz yataqlarının istismarına XX əsrin

ortalarından etibarən başlanmışdır.

Əhali – Sincan Uyğur Muxtar Vilayətində əhalinin sayı 22

milyon 980 min nəfərdir. Muxtar Vilayətdə yaşayan əhalinin etnik

tərkibi müxtəlifdir. Uyğurlar əhalinin 45,2%-ni, çinlilər 40,5%-ni

təşkil edir. Çinlilərin (xan etnik qrupunun) sayı Muxtar Vilayətdə,

xüsusilə, XX əsrin ortalarından etibarən inzibati qaydada kəskin

artırılmışdır. Bunun əsas səbəbi, Çin hökuməti tərəfindən uyğur

türklərinə qarşı yürüdülən etnik ayrı-seçkilik siyasətidir. Sincan

Uyğur Vilayətində yaşayan digər etnik azlıqlara – qazaxlar, qırğızlar,

dunqanlar, monqollar, kalmıklar, özbəklər və digərləri daxildir.

Əhalinin orta sıxlığı 1 kv. kilometrə 13 nəfər təşkil edir.

Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçi şəhərində əhalinin

sayı 3 milyon 110 min nəfərdir.

296

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

İqtisadiyyat – Neft və neft-kimya sənayesi Sincan Uyğur

Vilayətinin iqtisadiyyatında 60% paya malikdir. Xüsusilə 2000-

ci illərdən sonra daş kömür, neft və təbii qaz kimi ehtiyatların

istismarının intensivləşməsi nəticəsində dağ-mədən sənayesi və

enerji sektorunun iqtisadiyyatda payı getdikcə yüksəlməkdədir.

Çin özü istisna olmaqla, Sincan Uyğur Vilayətinin əsas xarici

ticarət tərəfdaşı Qazaxıstan Respublikasıdır.

Sincan Uyğur Muxtar Vilayətində kənd təsərrüfatı sektoru

iqtisadiyyatın əsas sahələrindən biridir. Pambıqçılıq, tərəvəzçilik

və heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələridir (401).

Sincan Uyğur Muxtar Vilayəti.

Türk sivilizasiyasının antik ruhunu yaşadan

– Şərqi Türküstan

297

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

Sincan Uyğur Muxtar Vilayəti.

Qədim Kaşğar şəhəri özünü bu günədək qoruyur

Kaşğar şəhərində klassik

memarlıq nümunəsi

Çoxdan açılmayan

uyğur qapısı

298

III BÖLÜM. MUXTAR TÜRK RESPUBLİKALARI VƏ VİLAYƏTLƏRİ

Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçi.

XXI əsrin şəhəri

299

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

QAYNAQLAR

Azərbaycan dilində

1. Azərbaycan tarixi, 8 cilddə. Bakı: Elm, 1998-2003

2. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci

illər). Bakı: “Şərq-Qərb”, 2007

3. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb,

2007

4. Nizamülmülk. Siyasətnamə. Bakı: Elm, 1989

5. Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992

6. Toğan Z.V. Azərbaycan. Bakı: Təhsil, 2007

7. http://azerbaijan.az/portal/History/General/generalInfo_a.html

8. https://tr.wikipedia.org/wiki/Azerbaycan

Türk dillərində

9. Aka İ. Timurlular Devleti Tarihi. Berikan Yayınevi, 2010

10. Aydın M. Bayat Boyu ve Oğuzların Tarihi. Hatiboğlu Yayınevi,

1984

11. Aydoğan M. Türk Uygarlığı. İzmir: Umay Yayınları, 2006

12. Babinger F. Fatih Sultan Mehmed ve Zamanı. İstanbul: Oğlak

Yayınevi, 2003

13. Bahadır Han E.G. Şecere-i Terakime, (Türklerin Soy Kütüğü),

Çev: Muharrem Ergin. İstanbul: Tercüman, 1987

14. Barthold W. Moğol İstilasına Kadar Türkistan. İstanbul:

Kervan, 1981

15. Bayrak M.O. Türk İmparatorlukları Tarihi. İstanbul: Bilge

Karınca Yayınevi, 2002

300

QAYNAQLAR

16. Brockelmann C. İslam Ulusları və Devletleri Tarihi. Türkceye

çevirən N.Çağatay. Ankara: Türk Tarihi Kurumu Basımevi,

2002

17. Celâlzâde Mustafa Çelebi. Kanunî’nin Tarihçisinden Muhteşem

Çağ. İstanbul: Kariyer Yayıncılık, 2011

18. Çelebi E. Seyahatname. Cilt 2. Akşehir: Yeni Şafak, 2006

19. Danișmend İ.H. Osmanlı Devlet Erkâni, İstanbul: Türkiye

Yayınevi, 1971

20. Erdogan E. Babür İmparatorluğu’nun Kuruluş Safhasında Şah

İsmail ile Babür İttifakı // History Studies, 2014, July, Volume 6

Issue 4, pp. 31-39

21. Erdoğan M. Müslüman Türk Devletleri Tarihi. Ankara: Türk

Tarih Kurumu Yayınevi, 2000

22. Erdoğan M. Gazneliler Devleti Tarihi, TTK Yayınevi, Ankara,

1989

23. Esin E. İslamiyet’ten Önceki Türk Kültür Tarihi Ve İslam’a

Giriş. İstanbul, 1978

24. Faruk S. Kara Koyunlular. Cilt 1. Ankara: Türk Tarih Kurumu

Yayınları, 1992

25. Gao Yang, The Origin of the Turks and the Turkic Khanate /

X. Türk Tarih Kongresi: Ankara 22 – 26 Eylül 1986, Kongreye

Sunulan Bildiriler, V. Cilt, Türk Tarih Kurumu, 1991

26. Giraud R. Gök Türk İmparatorluğu. İstanbul: Ötüken, 1999

27. İnalcık H. Osmanlı İmparatorluğu Klasik Çağ (1300-1600).

İstanbul: Yapı Kredi Yayınları., 2008

28. Kıldıoğlu M. IX-XVI. Asırlarda Yenisey-İrtiş Bölgesinde

Kırgız-Kıpçak İlişkileri. Erzurum, 2006

29. Köprülü M. F. Osmanlı İmparatorluğu’nun Kuruluşu. İstanbul:

Ötüken, 1981

30. Köymen M.A. Büyük Selçuklu İmparatorluğu Tarihi. Cilt 3. Alp

Arslan ve Zamanı. Ankara:Türk Tarih Kurumu Yayınları, 2001

31. Mantran R. Osmanlı İmparatorluğu Tarihi. Alkım Yayıncılık,

2007

301

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

32. Merçil E. Gazneliler Devleti Tarihi, Ankara: TTK Basımevi,

1989

33. Osman T. Selçuklular Zamanında Türkiye. İstanbul: Ötüken

Neşriyat, 2010

34. Osmanlı Beyliği (1300-1389). İstanbul: Tarih Vakfı Yurt

Yayınları, 1997

35. Özbilgen E. Osmanlının Balkanlardan Çekilişi: Süleyman

Hüsnü Paşa ve Dönem. İz Yayıncılık, 2006

36. Özdağ M. Türkiye ve Türk Dünyası Jeopolitiği, 1995

37. Özdemir H. A. Moğol İstilâsı. İstanbul: İz Yayıncılık, 2005

38. Özkan M. Türk Devletleri. İstanbul: Kalipso Yayınları, 2008

39. Roux J.P. Türklerin Tarihi Büyük Okyanus’tan Akdeniz’e İki

Bin Yıl. Ankara: Milliyet Yayınları, 1997

40. Sakaoğlu N. Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları,

1999

41. Sümer F. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu

Türklerinin Rolü. Türk Tarih Kurumu Yayınları, Ankara, 1992

42. Şerefüddin A. Y. Zafername. İstanbul: Selenge Yayınları, 2013

43. Taneri A. Harezmşahlar. Türkiye Diyanet Vakfı Yayınları, 1989

44. Togan Z.V. Ümumtürk Tarihine Giriş. İstanbul, 1946

45. Uzunçarşılı I.H. Osmanlı Tarihi, II cilt. Ankara, 1983

46. Yazıcizade A. Selçukname, Yazma. Topkapı Sarayı Müzesi Kıt.

Revan K. No.1391

47. Yılmaz Ö. Başlangıcından Zamanımıza Kadar Büyük Türkiye

Tarihi: Türkiye’nin Siyasî, Medenî, Kültür, Teşkilât ve San’at

Tarihi. Ötüken Yayınevi, 1983

48. Yılmaz Öztuna. Kanûnı̂ Sultan Süleyman. İstanbul: Kültür

Bakanlığı, 1989

49. Zachariadou E.A. Osmanlı Beyliği (1300-1389). İstanbul: Tarih

Vakfı Yurt Yayınları, 1997

50. https://tr.wikipedia.org/wiki/Bat%C4%B1_Hiung-nu

302

QAYNAQLAR

Rus dilində

51. Kляшторный С.Г., Савинов Д.Г. Степные империи древней

Евразии. СПб: 2005

52. Азимджанова С. А. Государство Бабура в Кабуле и в Индии.

М.: Наука, 1977

53. Алаев Л. Б. Средневековая Индия. СПб: Алетейя, 2003

54. Артамонов М. И. Очерки древнейшей истории хазар.

Москва: 1937

55. Гаскойн Б. Великие моголы. М.: Центрполиграф, 2003

56. Груссе Р. Чингисхан: Покоритель Вселенной. М.: Молодая

гвардия, 2008

57. Гумилев Л. Тысячелетие вокруг Каспия. Баку: Азернешр,

1990

58. Гумилев Л. Древние турки. История великого народа – от

возникновения до гибели. М.: Астрель, 2010

59. Гумилев Л. История Евразии. М.: Алгоритм, Эксмо, 2009

60. Гумилев Л. История народа хунну. Хунны в Китае. Хунны в

Азии и Европе. М.: Эксмо, 2008

61. Гусейнов Р. А. Из истории отношений Византии с

сельджуками // Палестинский сборник. Л.: 1971, № 23(86)

62. Д’Оссон К. От Чингисхана до Тамерлана. Париж, 1935

63. Дарабади П. Геоистория Каспийского региона и

геополитика совре менности. Баку: Элм, 2002

64. Дирсехан Р. Ататюрк и рождение Турецкой Республики. М.:

Весь Мир, 2012

65. Доннелли А. Завоевание Башкирии Россией, 1552-1740.

Уфа: Издательство Башкортостан, 1995

66. Дубровская Д.В. Судьба Синьцзяна. Обретение

Китаем «Новой границы» в конце XIX в. М.: Институт

востоковедения РАН, 1998

67. Егоров В. Л. Историческая география Золотой Орды в XIII-

XIV вв. Издательство Либроком Год, 2009

303

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

68. Жолдасбаев С., Бабаев Д. История Казахстана средних

веков. Алматы: Атамура, 2003

69. Ибн Арабшах. История эмира Тимура (Аджайиб ал-макдур

фи тарих-и Таймур). Ташкент: Институт истории народов

Средней Азии имени Махпират, 2007

70. Каримов И. Узбекистан на пороге XXI века. Угрозы

безопасности, условия и гарантии прогресса. Ташкент, 1997

71. Каримов И. Узбекистан на пороге достижения

независимости. Ташкент, 2011

72. Кинросс Л. Расцвет и упадок Османской империи. М.:

Kрон-Пресс, 1999

73. Киреев Н. Г. История Турции XX в. М.: ИВ РАН, 2007

74. Кляшторный С. Г., Султанов Т. И. Государства и народы

Евразийских степей. СПб.: 2009

75. Крадин Н. Н., Скрынникова Т. Д. Империя Чингис-хана. М.:

Издательская фирма «Восточная литература» РАН, 2006

76. Лемб Г. Тамерлан. Потрясатель вселенной. М.: Вече, 2008

77. Лэмб Г. Бабур-тигр. М., Центрполиграф, 2002

78. Мажитов Н. А., Султанова А. Н. История Башкортостана с

древнейших времен до XVI в. Уфа: 1994

79. Мейер М. С. Османская империя в XVIII веке: черты

структурного кризиса. Москва: ГИВЛ, 1991

80. Мусульманский мир. 950-1150. М.: Наука, 1981

81. Назарбаев Н. Стратегия развития Казахстана как

суверенного государства. Алма-Аты, 1992

82. Назарбаев Н. Стратегия трансформации общества и

возрождение евразийской цивилизации. Алма-Аты, 2002

83. Насыров Р. По древним торговым путям. Алматы: Балауса,

1998

84. Новосельцев А. П. Хазарское государство и его роль в

истории Восточной Европы и Кавказа. Москва: 1990

85. Очерки истории Хакасии (с древнейших времён до

современности) / гл. редактор В. Я. Бутанаев. Абакан:

Издательство ХГУ им. Н. Ф. Катанова, 2008

304

QAYNAQLAR

86. Палчев И. Азербайджан – Кавказский тигр. Баку:

Мутарджим, 2009

87. Петрушевский И. П. Поход монгольских войск в Среднюю

Азию в 1219-1224 гг. и его последствия // Татаро-монголы в

Азии и Европе. Сборник статей. М.: Наука, 1977

88. Рахманалиев Р. Империя тюрков. Великая цивилизация.

Тюркские народы в мировой истории с Х в. до н.э. по ХХ в.

н.э. М.: Рипол Классик, 2009

89. Рашид ад-дин Ф. Огуз-наме. Баку: Элм, 1987

90. Рашид ад-Дин. Сборник летописей. М., Л.: Издательство

АН СССР, 1952

91. Ру Ж.-П. Тамерлан. М.: Молодая гвардия, 2007

92. Руденко С.И. Башкиры: историко-этнографические очерки.

Уфа: Китап, 2006

93. Сандаг Ш. Образование единого монгольского государства

и Чингисхан // Татаро-монголы в Азии и Европе. Сборник

статей. М.: Наука, 1977, c. 23-45

94. Стенли Л.П. Мусульманские династии. Издательская фирма

«Восточная литература» РАН, 2004

95. Султанмурад Е., Мухаметдинов Р., Каримов Б. Тюркский

пояс стабильности. Всемирная Ассамблея Тюркских

Народов. Алматы: Оркениет, 2008

96. Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть.

М.: АСТ, 2006

97. Трубецкой Н.С. Наследие Чингиз хана. М.: Эксмо, 2007

98. Храпачевский Р. П. Военная держава Чингисхана. М.: АСТ,

2005

99. Худяков М. Очерки по истории Казанского ханства. Инсан,

1991

100. http://1997-2011.tatarstan.ru/?DNSID=

0176996b620d9c233ac39226737fadef&node_id=3044

101. http://ia-centr.ru/expert/9261/

102. http://www.ca-c.org/c-g/2011/journal_rus/c-g-1-2/09.shtml

103. http://www.gezitter.org/society/27053_pyaterka_kyirgyizyi/

305

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

104. http://www.mfa.gov.kg/contents/view/id/31

105. http://www.ruvek.ru/?module=articles&action=view&id=8629

106. http://www.tatarlar-deutschland.de/2009/08/24/tatary-ibashkiry-v-avstralii/

107. http://www.turkmenistan.ru/ru/articles/41215.html

108. http://www.welcome.kg/ru/history/nz/xc/

Avropa dillərində

109. Ali M.A. Mughal India: Studies in Polity, Ideas, Society and

Culture. Oxford University Press, 2006

110. Allsen T.T. Mongol Imperialism: The Policies of the Grand Qan

Möngke in China, Russia, and the Islamic Lands, 1251-1259.

University of California Press,1987

111. Allworth E. The Modern Uzbeks: From the 14th Century to the

Present. Hoover Institution Press, 1990

112. Alstadt A. The Azerbaijani Turks. Stanford: Hoover Institute,

1992

113. Aras B. New Geopolitics of Eurasia and Turkey’s Position.

London, Portland, OR: Frank Cass, 2002

114. Asimov M.S., Bosworth C. E. History of Civilizations of

Central Asia. UNESCO Regional Office, 1998

115. Atkin M. Russia and Iran (1780-1828). Minneapolis: University

of Minneapolis, 1980

116. Atwood C.P. Encyclopedia of Mongolia and the Mongol

Empire. New York, 2004

117. Babinger F. Mehmed the Conqueror and His Time. Princeton

NJ: Princeton University Press, 1978

118. Babur. Babur Nama. Penguin Books, 2007

119. Bacon E.E. Central Asians under Russian Rule: A Study in

Culture Change. Cornell University Press, 1980

120. Balabanlilar L. Imperial Identity in the Mughal Empire:

Memory and Dynastic Politics in Early Modern South and

Central Asia. London: I.B. Tauris, 2012

306

QAYNAQLAR

121. Barfield, Thomas J. The Hsiung-nu imperial confederacy:

Organization and foreign policy // The Journal of Asian Studies,

1981, 41 (1), p. 48-69

122. Bartholomä R. Von Zentralasien nach Windsor Castle. Leben

und Werk des ungarischen Orientalisten Arminius Vámbéry

(1832—1913), Würzburg: Ergon, 2006

123. Bauer S. W. The History of the Medieval World: From the

Conversion of Constantine to the First Crusade. W. Norton &

Company, 2010

124. Beckwith Ch.I. Empires of the Silk Road. A History of

Central Eurasia from the Bronze Age to the Present. Princeton

University Press, 2009

125. Berkes N.A.F. The Development of Secularism in Turkey. C.

Hurst & Co. Publishers, 1998

126. Bertsch G.K., Craft C.B., Jones S.A., Beck M.D. Crossroads

and Conflict: Security and Foreign Policy in the Caucasus and

Central Asia. Routledge, 2013

127. Black A. The History of Islamic Political Thought. New York:

Routledge, 2001

128. Black J. The Atlas of World History. New York, American

Edition, 2005

129. Blackwell C. Tradition and Society in Turkmenistan: Gender,

Oral Culture and Song. Routledge, 2001

130. Bloom J.M., Blair Sh. The Grove Encyclopedia of Islamic Art

and Architecture. Oxford: Oxford University Press, 2009

131. Bohr A. Uzbekistan: Politics and Foreign Policy. London: Royal

Institute of International Affairs, 1998

132. Bombaci A. Storia del la letteratura turca. Milano, 1956

133. Border and Territorial Disputes. Ed. by Allcock J.B. Addison-

Wesley Longman, 1992

134. Borowiec A. Cyprus: A Troubled Island. Greenwood Publishing

Group, 2000

135. Bosworth C.E. “Mahmud bin Sebuktigin” / Encyclopedia of

Islam (E.J.Brill) VI, 1991

307

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

136. Bosworth C.E. Historic Cities of the Islamic World. Brill, 2007

137. Bosworth C.E. The Ghaznavids 994–1040. Edinburgh

University Press, 1963

138. Bosworth C.E. The New Islamic Dynasties. Columbia

University Press, 1996

139. Bosworth C.E. The Political and Dynastic History of the Iranian

World / The Cambridge History of Iran: The Saljuq and Mongol

Periods, Vol.5, ed. J. A. Boyle, Cambridge University Press,

1968

140. Bosworth C.E. Turkish Expansion towards the West //

UNESCO, History of Humanity, Volume IV, 2000

141. Bovingdon G. The Uyghurs: Strangers in Their Own Land.

Columbia University Press, 2010

142. Braudel F. A History of Civilizations. Penguin Books, 1995

143. Brauer B. Central Asia: The Great Game Revisited / The Impact

of Asian Powers on Global Developments/ Ed. by Pieter E.,

Hazdra P. Phisyca-Verlag, 2004

144. Brent P. The Mongol Empire: Genghis Khan: His Triumph and

His Legacy. London: Weidenfeld & Nicholson, 1976

145. Brill O.M. Central Asia’s New States: Independence, Foreign

Policy, and Regional Security. Washington, D.C.: United States

Institute of Peace Press, 1996

146. Brockelmann C., Perlmann M., Carmichael J. History of the

Islamic Peoples: With a Review of Events, 1939-1947, 1947

147. Brook K.A. The Jews of Khazaria. 2nd ed. Rowman &

Littlefield Publishers, 2006

148. Brown E.K., Asher R.E., Simpson J.M.Y. Encyclopedia of

Language & Linguistics. Elsevier, 2006

149. Brozba G. Between Reality and Myth: A Corpus-based Analysis

of the Stereotypic Image of Some Romanian Ethnic Minorities.

GRIN Verlag, 2010

150. Brummel P. B. Travel Guide: Turkmenistan. Bradt Travel

Guides, 2006

308

QAYNAQLAR

151. Bryant R., Papadakis Y. Cyprus and the Politics of Memory:

History, Community and Conflict. I.B.Tauris, 2012

152. Buckley E.P. The Cambridge Illustrated History of China.

Cambridge University Press, 2010

153. Budagov B. Turkic Toponyms of Eurasia. Baku: Elm, 1997

154. Burgan M. Empire of the Mongols. New York, 2005

155. Çarkoğlu A. Religion and Politics in Turkey. Routledge, 2004

156. Central Asia and the World: Kazakhstan, Uzbekistan, Tajikistan,

Kyrgyzstan, and Turkmenistan. Ed. by M.Mandelbaum. New

York: Council on Foreign Relations Press, 1994

157. Chandra S. History of Medieval India. New Delhi: Orient

Longman, 2007

158. Chandra S. Medieval India: From Sultanat to the Mughals-

Delhi Sultanat (1206–1526) Part 1. Har-Anand Publication Pvt

Ltd., 2006

159. Christoph B. The History of Central Asia: The Age of the

Steppe Warriors I.B.Tauris, 2012

160. Claudio C.R., Rogers J.D., Wilcox S.P., Alterman J. Computing

the Steppes: Data Analysis for Agent-Based Modeling of

Polities in Inner Asia // Proceedings of the 104th Annual

Meeting of the Amer. Pol. Sci. Assoc., Boston, Massachusetts:

2008

161. Cleveland W. A History of the Modern Middle East. Boulder,

CO: Westview Press, 2004

162. Clot A. Suleiman the Magnificent : The Man, His Life, His

Epoch. Londra: Saqi Books, 1992

163. Corbin H. En Islam Iranien: Sspects Spirituels et

Philosophiques, vol. II: Sohrawardi et les Platoniciens de Perse,

Paris: Gallimard, 1971

164. Cordel K. Ethnicity and Democratisation in the New Europe,

Routledge, 1998

165. Cornell S. E. The Politicization of Islam in Azerbaijan. Silk

Road Studies Program, Uppsala University, 2006

166. Cornell S.E. Azerbaijan since Independence. Routledge, 2015

309

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

167. Cornell S.E. Small Nations and Great Powers: A Study of

Ethnopolitical Conflict in the Caucasus. Routledge, 2001

168. Critchlow J. Nationalism in Uzbekistan: Soviet Republic’s Road

to Sovereignty. Westview Press, 1991

169. Croissant M.P. The Armenia-Azerbaijan Conflict: Causes and

Implications. Greenwood Publishing Group, 1998

170. Curta F. Southeastern Europe in the Middle Ages, 500-1250.

Cambridge University Press, 2006

171. Daftary F. Ismailis in Medieval Muslim societies. I B Taurus

and company, 2005

172. Daniel R.K., Terry D.C. Unity or Separation: Center-Periphery

Relations in the Former Soviet Union. Praeger Publishers, 2002

173. Das R.P. Europe in Eurasian Strategic Consideration:

Introductory Remarks / The Impact of Asian Powers on Global

Developments / Ed. By Pieter E., Hazdra P. Phisyca-Verlag,

2004

174. David J.P. Peoples on the Move: Introducing the Nomads of the

World. William Carey Library, 2001

175. Dawisha K., Parrott B. Russia and the New States of Eurasia:

the Politics of Upheaval. Cambridge University Press, 1994

176. Demircioğlu C. Translating Europe: The Case of Ahmed

Midhat as an Ottoman Agent of Translation / John Milton, Paul

F. Bandia: Agents of Translation. John Benjamins Publishing

Company, 2009

177. Demko G.J. The Russian Colonization of Kazakhstan, 1896-

1916. Indiana University, 1969

178. Demko G.J. The Russian Colonization of Kazakhstan.

Routledge, 1997

179. Denison E.R. The Tonyukuk Inscription / Bulletin of the School

of Oriental Studies, University of London, 1930

180. Diasporas and International Politics / Global Politics in

a Changing World. Ed. by Mansbach W.R., Rhodes E.

Wadsworth: Cengage Learning, 2009, pp.412-418

310

QAYNAQLAR

181. Dominique F. La Russie et les Turco-Mongols : 15 Siècles de

Guerre. Paris: Economica, 2007

182. Drompp. M.R. Breaking the Orkhon Tradition: Kirghiz

Adherence to the Yenisei Region after A. D. 840 // Journal of

the American Oriental Society, 1999, no.19 (3), pp. 390-403

183. Dunlop D.M. The Khazars. The Dark Ages: Jews in Christian

Europe, 711-1096, 1966

184. Dwight H.G. Constantinople, Old and New. New York: C.

Scribner’s Sons, 1915

185. Dyer T. H., Hassall A. A History of Modern Europe From the

Fall of Constantinople. London: G. Bell and Sons, 1901

186. Eastern Europe and the Commonwealth of Independent States.

Europa Publications Limited. Routledge, 1998

187. Edwards M. Searching for the Scythians. National Geographic,

1996

188. Ehsan Y. Encylopedia Iranica. Routledge & Kegan Paul, 2001

189. Eisenstadt S.N. The Kemalist Regime and Modernization:

Some Comparative and Analytical Remarks / Atatürk and the

Modernization of Turkey, ed. by J. Landau, Boulder, Colorado:

Westview Press, 1984, 3–16

190. Encyclopedia Britannica. 3 volumes. London: 2005

191. Eraly A. The Mughal Throne: The Saga of India’s Great

Emperors. Phoenix, 2004

192. Ethnologue: Languages of the World, Fifteenth edition.

Language Family Trees – Altaic. Ed. by Raymond G.Jr., 2005

193. Faizrakhmanov G. Ancient Turks in Sibiria and Central Asia.

Kazan, 2000

194. Fergus M., Jandosova J. Kazakhstan: Coming of Age. Stacey

International, 2003

195. Fillion R.R. Multicultural Dynamics and the Ends of History:

Exploring Kant, Hegel, and Marx. University of Ottawa Press,

2008

196. Findley C.V. The Turks in World History. Oxford University

Press, 2005

311

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

197. Fischel W.J. Ibn Khaldun and Tamerlane. Berkeley: University

of California Press, 1952

198. Fortier A-M. Multicultural Horizons: Diversity and the Limits

of the Civil Nation. Taylor & Francis, 2008

199. Frank A.G. The Centrality of Central Asia // Bulletin of

Concerned Asian Scholars, 1992, no.24, pp.36-52

200. Fredet P. Modern History: From the Coming of Christ and

Change of the Roman Republic into an Empire, to the Year of

Our Lord 1888. Baltimore: J. Murphy & Co, 1888

201. Friedman G. The Next 100 Years: A Forecast for the 21st

Century. New York: Anchor Books, 2010

202. Friedman G. The Next Decade: Empire and Republic in a

Changing World. Anchor, 2012

203. Fuller G.E. The New Turkish Republic: Turkey as a Pivotal

State in Muslim World. Washington, D.C.: United States

Institute of Peace Press, 2010

204. Gabor A., Bruce A.M. Encyclopedia of the Ottoman Empire.

Infobase Publishing, 2009

205. Gascoigne B. The Great Moghuls, London, 1987

206. Gmyrya L. Hun Country at the Caspian Gate: Caspian

Dagestan during the Epoch of the Great Movement of Peoples.

Makhachkala, Dagestan Publishing, 1995

207. Gohlman W.E. The Life of Ibn Sina. A Critical Edition and

Annotated Translation. New York University Press, 1974

208. Goichon A-M. Lexique de la Langue Philosophique

d’Avicenne. Paris, 1938

209. Goldberg D.T. Multiculturalism: A Critical Reader. Blackwell

Publishers, 1994

210. Golden P. B. An Introduction to the History of the Turkic

Peoples, Wiesvaden, 1992

211. Golden P. B. Khazar Studies: Achievements and Perspectives /

The World of the Khazars: New Perspectives. Brill, 2007

212. Golden P. B. Nomads and Their Neighbours in the Russian

Steppe: Turks, Khazars and Quipchaqs. Ashgate, 2003

312

QAYNAQLAR

213. Golden P.B. Central Asia in World History. New York: Oxford

University Press, 2011

214. Golden P.B. The Karakhanids and Early Islam / The Cambridge

History of Early Inner Asia, Cambridge University Press, 1990

215. Golden P.B. An Introduction to the History of the Turkic

Peoples. Wisbaden: 1992

216. Goodwin G. A History of Ottoman Architecture. Johns Hopkins

Press, 1971

217. Gordon A., Newfield Ch. Mapping Multiculturalism. University

of Minnesota Press, 1996

218. Grannes A. The Soviet Deportation in 1943 of the Karachays: a

Turkic Muslim people of North Caucasus // Journal of Muslim

Minority Affairs, 1991, no. 12 (1): pp.55–68.

219. Great Powers and Strategic Stability in the 21st Century:

Competing Visions of World Order. Ed. by Herd G.P. London,

New York: Routledge, 2010

220. Grousset R. The Empire of the Steppes. A History of Central

Asia. Rutgers University Press, 2010

221. Günay R. Sinan the Architect and His Works. İstanbul: YEM,

Güzel Sanatlar Matbaası, 1998

222. Gürgen E. Economic Reforms in Kazakhstan, Kyrgyz Republic,

Tajikistan, Turkmenistan, and Uzbekistan. International

Monetary Fund, 1999

223. Habib I. Akbar and His India. New Delhi: Oxford University

Press, 1997

224. Hahn R.F. Spoken Uyghur. Ewha Womans University Press,

2006

225. Hakki M.M. Cyprus Issue: A Documentary History, 1878-2006.

IB Tauris, 2007

226. Hamlin C. Among the Turks. New York: R. Carter & Bros, 1878

227. Harris J. The End of Byzantium. New Haven CT and London:

Yale University Press, 2010

228. Hasan N. Religion, State and Society in Medieval India. New

Delhi: Oxford University Press, 2007

313

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

229. Hayes A. Uighur Transnationalism in Contemporary Australia:

Exile, Sanctuary, Community and Future / Cultures in Refuge:

Seeking Sanctuary in Modern Australia. Studies in Migration

and Diaspora. Ashgate Publishing, Farnham, United Kingdom,

2012, pp. 179-193.

230. Haywood A.J. Siberia: A Cultural History. Oxford University

Press, 2010

231. Heathcote T. A. The Military in British India: The Development

of British Forces in South Asia: 1600-1947. Manchester

University Press, 1995

232. Hermann K., Dietmar R. A History of India. Routledge, 1998

233. Hernández C., Miguel. La Vida de Avicena. Salamanca, 1997

234. Hodgson, M.G.S. The Expansion of Islam in the Middle

Periods. Volume 1. University of Chicago Press, 1977

235. Hopkirk P. The Great Game: The Struggle for Empire in Central

Asia. Kodansha International, 1992

236. Hozier H.M. The Russo-Turkish War. Adamant Media

Corporation, 2001

237. Husain M.Z. Global Islamic Politics. Addison-Wesley

Educational Publishers Inc., 2003

238. Ilishev I.G. Russian Federalism: Political, Legal, and

Ethnolingual Aspects – a View from the Republic of

Bashkortostan // Nationalities Papers, 1998, no. 26 (4): pp.723-

759

239. Imber C. The Ottoman Empire, 1300–1650 : The Structure of

Power. New York: Palgrave Macmillan, 2002

240. International Monetary Fund. Report for Selected Countries and

Subjects». IMF World Economic Outlook Database, 2015

241. Irvine W. The Army of the Indian Moghuls. London, 1985

242. István B. Les Huns: le Grand Empire Barbare d’Europe (IVe-Ve

siècles), 2002

243. István V. Cumans and Tatars. Cambridge University Press, 2005

244. Jackson P. Review: The History of the Seljuq Turks // Journal of

Islamic Studies, 2002, no.13 (1), pp.75-76

314

QAYNAQLAR

245. Jackson P. The Delhi Sultanate: A Political and Military History.

Cambridge University Press, 2003

246. James A. M. Eurasian Crossroads: A History of Xinjiang,

Columbia University Press, 2007

247. James F. A History of the Peoples of Siberia: Russia’s North

Asian Colony 1581-1990. Cambridge University Press, 1994

248. James S.O., Nicholas C.P. An Ethnohistorical Dictionary of the

Russian and Soviet Empires. Greenwood Publishing Group,

1994

249. John G. The Fragmentary History of Priscus: Attila, the Huns

and the Roman Empire, AD 430-476, Evolution Publishing,

2014

250. John J.S. The History of the Mongol Conquests. University of

Pennsylvania Press, 1971

251. John M. Attila: the Barbarian King Who Challenged Rome.

New York: Thomas Dunne Books/St. Martin’s Press, 2009

252. Jonanson L., Csato E.A. The Turkic Language. London and

New York: Routledge, 2006

253. Jonathan A. Nazarbayev and the Making of Kazakhstan.

London: Continuum, 2009

254. Josef W.M. Medieval Islamic Civilization: An Encyclopedia.

Routledge, 2005

255. Justin J.R., Justin B.R. Oasis Identities: Uyghur Nationalism

along China’s Silk Road. Columbia University Press, 1997

256. Karpat K.H. Studies on Turkish Politics and Society: Selected

Articles and Essays. Brill, 2004

257. Kaziev S.A. Caucasian War of 19th century. The Historical

Novel. Epoch Publishing house, Makhachkala, 2008

258. Kennedy H. Mongols, Huns & Vikings. London: Cassell, 2002

259. Kennedy P. A History of the Great Moghuls. Calcutta, 1905–

1911, Vol. 1–2

260. Ker-Lindsay J., Faustmann H. The Government and Politics of

Cyprus. Peter Lang, 2008

315

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

261. Khazanov A.M. People with Nowhere To Go: The Plight of the

Meskhetian Turks, After the USSR: Ethnicity, Nationalism and

Politics in the Commonwealth of Independent States. University

of Wisconsin Press, 1995

262. King D.C. Azerbaijan. Marshall Cavendish, 2006

263. Kinross L. The Ottoman Centuries: The Rise and Fall of the

Turkish Empire. Harper Collins, 1977

264. Kinzer S. Reset: Iran, Turkey, and America’s Future. New York:

Times Books. Henry Holt and Company, 2010

265. Kissinger H. Diplomacy. Simon & Schuster Paperbacks, 1994

266. Kumbaracibasi A.C. Turkish Politics and the Rise of the AKP:

Dilemmas of Institutionalization and Leadership Strategy.

Routledge, 2009

267. Kuran A. Sinan: The Grand Old Master of Ottoman

architecture, Ada Press Publishers, 1987

268. Kurtuluş O. Dictionary of the Turkic Languages. London:

Routledge, 1999.

269. Lamb H. Genghis Khan: The Emperor of All Men. New York:

R. M. McBride & company, 1927

270. Landau J.M. Pan-Turkism: From Irredentism to Cooperation.

Hurst, 1995

271. Landau J.M. The Politics of Pan-Islam: Ideology and

Organization. Oxford: Clarendon Press, 1990

272. Lane G. Genghis Khan and Mongol Rule. Westport,

Connecticut: Greenwood Publishing Group, 2004

273. Larry C., Thurman M., Tyson D. Kazakhstan, Kyrgyzstan,

Tajikistan, Turkmenistan, and Uzbekistan: Country Studies.

Washington, D.C.: Division, 1997

274. Laruelle M. Russian Eurasianism: An Ideology of Empire.

Baltimore: The Johns Hopkins University Press, 2012

275. Laurence B. Marco Polo: From Venice to Xanadu, London:

Quercus, 2007

316

QAYNAQLAR

276. Lazzerini E. J. Ismail Bey Gasprinskii (Gaspirali): the

Discourse of Modernism and the Russians / Tatars of the

Crimea. Their Struggle. Durham-London, 1988

277. Leonard K. The ‘Great Firm’ Theory of the Decline of the

Mughal Empire. Comparative Studies in Society and History.

1979, no.13 (02), pp.151-167

278. Les Déportations en Héritage. Les Peuples Réprimés du

Caucase et de Crimée, Hier et Aujourd’hui. Ed. by Campana

A., Dufaud G., Tournon S. Rennes: Presses Universitaires de

Rennes, 2009

279. Levi S.C., Sela R. Islamic Central Asia: An Anthology of

Historical Sources. Indiana University Press, 2010

280. Lewis F. Past and Present, East and West: The Life, Teachings

and Poetry of Jalal al-Din Rumi. One World Publication

Limited, 2008

281. Light N. An 8th Century Turkic Narrative: Pragmatics,

Reported Speech and Managing Information / Turkic languages,

№10.2, 2006, pp. 155–186

282. Lipman J.N. Familiar Strangers: A History of Muslims in

Northwest China. University of Washington Press, 1998

283. Lister R. P. Genghis Khan. Lanham, Maryland: Cooper Square

Press, 2000

284. Litvinsky. B.A. The Hephthalite Empire // History of

Civilizations of Central Asia, Vol. 3. South Asia Books, 1999

285. Liu X. The Silk Road in World History. Oxford University

Press, 2010

286. Lombard M. The Golden Age of Islam. American Elsevier,

1975

287. Lowe R. Nation Building and Identity in the Kyrgyz Republic //

Central Asia: aspects of transition. 2003, pp.107-131

288. Lowry H.W. The Nature of the Early Ottoman State. Albany,

NY: SUNY Press, 2003

317

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

289. Mackinder H. The Geographical Pivot of History // The

Geographical Journal, 1904, vol. XXIII, April, No.4, pp.430-

451

290. Maenchen H., Otto J. The World of the Huns: Studies in Their

History and Culture. Berkeley and Los Angeles: University of

California Press, 1973

291. Man J. Genghis Khan: Life, Death and Resurrection (London;

New York : Bantam Press, 2004

292. Mango A. The Turks Today. Overlook, 2004

293. Mansel P. Constantinople : City of the World’s Desire, 1453–

1924. New York: St. Martin’s Griffin, 1998

294. Manz B.F. The Rise and Rule of Tamerlane. Cambridge

University Press, 1999

295. Marozzi J. Tamerlane: Sword of Islam, Conqueror of the World.

Da Capo Press, 2006

296. Martin H.D. The Rise of Chingis Khan and his Conquest of

North China. Baltimore: Johns Hopkins Press, 1950

297. Martin R.C. Encyclopedia of Islam and the Muslim World.

USA: Macmillan Reference, 2004

298. Mayhew B., Clammer P., Kohn M. Lonely Planet. Central Asia.

Lonely Planet Publications, 2004

299. McLeod J. The History of India. London: Greenwood Press,

2002

300. Meri J. W. Medieval Islamic Civilization. Routledge, 2005

301. Meserve M. Empires of Islam in Renaissance Historical

Thought. Harvard University Press, 2008

302. Mesut U., Edward J.E.A Military History of the Ottomans:

From Osman to Atatürk. Greenwood Publishing Group, 2009

303. Michael B. Marco Polo and the Silk Road to China. Mankato:

Compass Point Books, 2002

304. Michael K. Russia’s Steppe Frontier: The Making of a Colonial

Empire, 1500-1800, Indiana University Press, 2004

305. Millward J.A. Eurasian Crossroads: A History of Xinjiang.

Columbia University Press, 2007

318

QAYNAQLAR

306. Minorsky M. A History of Shirvān and Darband in the 10th–

11th Centuries. University of Michigan, 1958

307. Mitchell L. Kyrgyzstan: The Bradt Travel Guide. The Globe

Pequot Press, 2008

308. Moazzam A. Jamal Al-Din Al-Afghani, A Muslim Intellectual.

New Delhi, 1984

309. Mohammad H. Sultan Mahmud of Ghaznin. S. Chand & Co.,

1965

310. Mohibbul H. Babur: Founder of the Mughal Empire in India.

New Delhi: Manohar Publications, 1985

311. Momen M. An Introduction to Shi’i Islam. Yale University

Press, 1985

312. Mongush M.V. Tuvans of Mongolia and China // International

Journal of Central Asian Studies, 1996, no.1: pp. 225-243

313. Morgan D. The Mongols. The Peoples of Europe. Blackwell

Publishing, 1986

314. Mote F.W. Imperial China: 900-1800. Harvard University Press,

1999

315. Murinson A. Turkey’s Entente with Israel and Azerbaijan:

State Identity and Security in the Middle East and Caucasus.

Routledge, 2009

316. Muzaffar A., Subrahmanyan S. The Mughal State, 1526–1750,

Delhi, 1998

317. Nadelyaev V.M. Orhon-Eniseisk Mark’s Reading and

Etymology of the Name of Tonuquq // Turkology Researches.

M.L. 1963, pp. 197-213

318. Nehme L.M. 1453, Fall of Constantinople: Muhammad II

imposes the Orthodox Schism. Aleph Et Taw, 2003

319. Nehme L.M. 1453, Mahomet II Impose le Schisme Orthodoxe.

Lebanon, Aleph & Taw, 2003

320. Newman A.J. Safavid Iran: Rebirth of a Persian Empire, 2008

321. Nissman D. The Soviet Union and Iranian Azerbaijan: The Uses

of Nationalism for Political Penetration. Boulder: Westview,

1987

319

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

322. Old Turkic İnscriptions History and Theory. Almaty, 2003

323. Olson J.S. An Ethnohistorical Dictionary of the Russian and

Soviet Empires. Greenwood Press, 1994

324. Otto M.H. The World of the Huns: Studies in Their History and

Culture. University of California Press, 1973

325. Özcan A. Pan-Islamism: Indian Muslims, the Ottomans and

Britain (1877-1924). Brill Academic Publishers, 1997

326. Özcan A. The Ottomans and the Caliphate // The Great

Ottoman-Turkish Civilization. In 3 volumes, v.III. Ankara: Yeni

Türkiye, 2000, pp.181-191

327. Patrick P. Military Orientalism: Eastern War through Western

Eyes. Columbia University Press, 2009

328. Paul R.S. Race and Nation: Ethnic Systems in the Modern

World. Routledge, 2005

329. Peacock A.C.S. Early Seljuq History: A New Interpretation.

New York, Routledge, 2010

330. Peoples of Western Asia. Marshall Cavendish Corporation,

2006

331. Peter B. G. An Introduction to the History of the Turkic

Peoples: Ethnogenesis and State-Formation in Medieval and

Early Modern Eurasia and the Middle East. O. Harrassowitz,

1992

332. Petersen A. The World Island: Eurasian Geopolitics and Fate of

the West. Praeger Security International, 2011

333. Philip M. The Enemies of Rome: From Hannibal to Attila the

Hun. Thames & Hudson, 2009

334. Philippides M. Emperors, Patriarchs, and Sultans of

Constantinople, 1373-1513: An Anonymous Greek Chronicle of

the Sixteenth Century. Brookline MA: Hellenic College Press,

1990

335. Pomponius Mela de Chorographia Liber Primus – https://da-dk.

facebook.com/notes/591103670926920/

336. Pope H. Sons of the Conquerors. The Rise of the Turkic World.

London: Overlook Duckworth, 2005

320

QAYNAQLAR

337. Quataert D. The Ottoman Empire, 1700–1922. Cambridge

University Press, 2005

338. Rein T. Expansion and Contraction Patterns of Large Polities:

Context for Russia // International Studies Quarterly, 1981, 41

(3), pp. 475–504

339. Richards J.F. The Mughal Empire. Cambridge University Press,

1996

340. Rizvi K. The Safavid Dynastic Shrine. I.B.Tauris & Co Ltd,

2010

341. Roemer H.R. The Safavid Period / The Cambridge History of

Iran, Volume 5: The Timurid and Safavid Periods. Cambridge:

Cambridge University Press, 1986

342. Roemer H.R., S.W. History of the Turkic Peoples in the Pre-

Islamic Period. 2000

343. Roger S. Iran under the Safavids. Cambridge University Press,

2007

344. Roudik P. The History of the Central Asian Republics.

Greenwood Press, 2007

345. Roux J.P. L’Asie Centrale, Histoire et Civilization,. Librairie

Arthème-Fayard, 1997

346. Roy O. The New Central Asia: Geopolitics and the Birth of

Nations. NYU Press, 2007

347. Savory R. Iran under the Safavids. Cambridge University Press,

2007

348. Schröder K. Die Türkei im Schatten des Nationalismus.

Hamburg, 2003

349. Seaman G., Daniel M. Rulers from the Steppe: State Formation

on the Eurasian Periphery. Ethnographics Press, Center for

Visual Anthropology, University of Southern California, 1991

350. Sengupta A. The Formation of the Uzbek Nation-State: A Study

in Transition. Lexington Books, 2003

351. Shaffer B. Borders and Brethren: Iran and the Challenge of

Azerbaijani Identity. BCSIA Studies in International Security:

The MIT Press, 2002

321

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

352. Shissler A. H. Between Two Empires: Ahmet Agaoglu and the

New Turkey. I.B. Tauris, 2003

353. Silburn P. A. The Evolution of Sea-Power. London: Longmans,

Green and Co, 1912

354. Simons W.Jr. Eurasia’s New Frontiers: Young States, Old

Societies, Open Futures. Ithaca and London: Cornell University

Press, 2008

355. Sinor D. History and Historiography of the Nomad Empires of

Central Eurasia. Acta Orientalia Academiae Scientarum Hung,

2005

356. Sinor D. Cambridge History of Early Inner Asia. Cambridge,

1990

357. Smith V.A. Akbar the Great Mogul, 1542-1605. Oxford at The

Clarendon Press, 1917

358. Stanford J.Sh. History of the Ottoman Empire. Cambridge

University Press, 1977

359. Stanford S. History of the Ottoman Empire and Modern Turkey.

Cambridge University Press, 1976

360. Stearns P.N., Leonard W. The Encyclopedia of World History.

Houghton Muffin Books, 2001

361. Stewart S. The Empire of Genghis Khan: A Journey among

Nomads. London: Harper Collins, 2001

362. Svat S. A History of Inner Asia. Cambridge: Cambridge

University Press, 2000

363. Svatopluk S. A History of Inner Asia. Cambridge: Cambridge

University Press, 2000

364. Swietochowski T. Russia and Azerbaijan. A Borderland in

Transition. New York: Columbia University Press, 1995

365. Talbot R.T. The Seljuks in Asia Minor. London: Thames and

Hudson,1961

366. Tales of the Hodja / Retold by Charles Downing, illustrated by

William Papas. Oxford University Press: London, 1964

322

QAYNAQLAR

367. Taspinar O. Turkey’s Middle East Policies: Between Neo-

Ottomanism and Kemalism. Carnegie Endowment for

International Peace, 2008

368. Tatar Encyclopaedia. Kazan: The Republic of Tatarstan

Academy of Sciences. Institution of the Tatar Encyclopaedia,

2002

369. The Great Ottoman-Turkish Civilization. In 3 volumes, v. III.

Ankara: Yeni Türkiye, 2000

370. The Cambridge History of Early Inner Asia, vol.1. Cambridge

University Press, 1990

371. The Encyclopaedia of Islam, Vol. I, ed. H.A.R. Gibb, J.H.

Kramers, E. Levi-Provencal and J. Schacht, 1986

372. The Encyclopedia of Islam. Ed. by Bearman P.J. Brill, 2010

373. The Turkic Peoples of the World. Ed. by Bainbridge M. London

and New York: Kenan Paul International, 1993

374. Trenin D. Post-Imperium: A Eurasian Story. Moscow: Carnegie

Endowment for International Peace, 2011

375. Trenin D. The End of Eurasia: Russia on the Border between

Geopolitics and Globalization. Moscow: Carnegie Moscow

Centre, 2001

376. Turkish Studies, International Periodical for the Languages,

Literature and History of Turkish or Turkic, 2008 vol.3/2, pp.

229-277

377. Turks: A Journey of a Thousand Years, 600–1600. Ed. by

Roxburgh D.J. Royal Academy of Arts, 2005

378. Turnbull S. Genghis Khan and the Mongol Conquests 1190–

1400. Oxford: Osprey Publishing, 2003

379. Turnbull S. The Ottoman Empire, 1326–1699. Osprey

Publishing Ltd, 2003

380. UNESCO Staff. History of Civilizations of Central Asia: The

Crossroads of Civilizations, 1996

381. Valerie H. The Silk Road: A New History. Oxford University

Press, 2012

382. Vámbéry A. Das Türkenvolk. Leipzig 1885

323

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

383. Vámbéry A. Reise in Mittelasien. Leipzig, 1865

384. Vámbéry A. Skizzen aus Mittelasien. Leipzig, 1868

385. Vilmer J.B. Turkménistan . Editions Non Lieu, 2009

386. Warren T. A History of the Byzantine State and Society,

Stanford Press, 1997

387. Woods J.E. The Aqquyunlu: Clan, Confederation, Empire.

University of Utah Press, Salt Lake City, 1999

388. World History. Combined Edition. J. Upshur, J. Terry, J.Holoka,

R.Goff, B.Lowry, USA: West Publishing Company, St. Paul,

New York, Los Angeles, San Francisco, 1991

389. Yu Z. Early Turks: Essays of History and Ideology. Almaty,

Daik-Press, 2002

390. Zurcher C. The Post-Soviet Wars: Rebellion, Ethnic Conflict,

and Nationhood in the Caucasus. NYU Press, 2007

391. Zürcher E.J. Turkey: a Modern History. I.B.Tauris, 2004

392. http://eeas.europa.eu/delegations/azerbaijan/index_az.htm

393. http://en.wikipedia.org/wiki/ Kazakhstan

394. http://en.wikipedia.org/wiki/ Kirgizstan

395. http://en.wikipedia.org/wiki/Azerbaijan

396. http://en.wikipedia.org/wiki/European_Union

397. http://en.wikipedia.org/wiki/Iran

398. http://en.wikipedia.org/wiki/Turkey

399. http://en.wikipedia.org/wiki/Turkmenistan

400. http://en.wikipedia.org/wiki/Uzbekistan

401. http://en.wikipedia.org/wiki/Xinjiang_Uyghur_Autonomous_

Region

402. http://tr.wikipedia.org/wiki/Iran

403. http://uyghuramerican.org/

404. http://www.britannica.com/place/Xinjiang

405. http://www.britannica.com/topic/Ghaznavid-dynasty

406. http://www.kyrgyznews.com/article/1570

407. http://www.turksoy.org/tr/turksoy/about

408. https://en.wikipedia.org/wiki/Ag_Qoyunlu

409. https://en.wikipedia.org/wiki/Altai_people

324

QAYNAQLAR

410. https://en.wikipedia.org/wiki/Altai_Republic

411. https://en.wikipedia.org/wiki/Astrakhan_Khanate

412. https://en.wikipedia.org/wiki/Autonomous_Republic_of_

Crimea

413. https://en.wikipedia.org/wiki/Azerbaijanis

414. https://en.wikipedia.org/wiki/Balkars

415. https://en.wikipedia.org/wiki/Bashkirs

416. https://en.wikipedia.org/wiki/Bashkortostan

417. https://en.wikipedia.org/wiki/Bulgarian_Turks

418. https://en.wikipedia.org/wiki/Chuvash_people

419. https://en.wikipedia.org/wiki/Chuvashia

420. https://en.wikipedia.org/wiki/Crimean_Khanate

421. https://en.wikipedia.org/wiki/Crimean_Tatars

422. https://en.wikipedia.org/wiki/Dagestan

423. https://en.wikipedia.org/wiki/Delhi_Sultanate

424. https://en.wikipedia.org/wiki/Gagauz_people

425. https://en.wikipedia.org/wiki/Gagauzia

426. https://en.wikipedia.org/wiki/Golden_Horde

427. https://en.wikipedia.org/wiki/Hephthalite_Empire

428. https://en.wikipedia.org/wiki/Hulagu_Khan

429. https://en.wikipedia.org/wiki/Huns#Unified_Empire_under_

Attila

430. https://en.wikipedia.org/wiki/Ilkhanate

431. https://en.wikipedia.org/wiki/International_Turkic_Academy

432. https://en.wikipedia.org/wiki/Iraqi_Turkmen

433. https://en.wikipedia.org/wiki/Kabardino-Balkaria

434. https://en.wikipedia.org/wiki/Kara_Koyunlu

435. https://en.wikipedia.org/wiki/Karachay-Cherkessia

436. https://en.wikipedia.org/wiki/Karachays

437. https://en.wikipedia.org/wiki/Karakalpaks

438. https://en.wikipedia.org/wiki/Kara-Khanid_Khanate

439. https://en.wikipedia.org/wiki/Karluks

440. https://en.wikipedia.org/wiki/Kazakhs

441. https://en.wikipedia.org/wiki/Khakas_people

325

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

442. https://en.wikipedia.org/wiki/Khakassia

443. https://en.wikipedia.org/wiki/Khanate_of_Sibir

444. https://en.wikipedia.org/wiki/Khwarazmian_dynasty

445. https://en.wikipedia.org/wiki/Kipchaks

446. https://en.wikipedia.org/wiki/Kyrgyz_people

447. https://en.wikipedia.org/wiki/List_of_largest_empires

448. https://en.wikipedia.org/wiki/Mongol_Empire

449. https://en.wikipedia.org/wiki/Naimans

450. https://en.wikipedia.org/wiki/Nogais

451. https://en.wikipedia.org/wiki/Oghuz_Turks

452. https://en.wikipedia.org/wiki/Onogurs

453. https://en.wikipedia.org/wiki/Pechenegs

454. https://en.wikipedia.org/wiki/Qashqai_people

455. https://en.wikipedia.org/wiki/Sabir_people

456. https://en.wikipedia.org/wiki/Safavid_dynasty

457. https://en.wikipedia.org/wiki/Sakha_Republic

458. https://en.wikipedia.org/wiki/Syrian_Turkmen

459. https://en.wikipedia.org/wiki/Tatars

460. https://en.wikipedia.org/wiki/Tatarstan

461. https://en.wikipedia.org/wiki/Timurid_Empire

462. https://en.wikipedia.org/wiki/Turkish_Americans

463. https://en.wikipedia.org/wiki/Turkish_Cypriots

464. https://en.wikipedia.org/wiki/Turkish_people

465. https://en.wikipedia.org/wiki/Turks_in_Algeria

466. https://en.wikipedia.org/wiki/Turks_in_Egypt

467. https://en.wikipedia.org/wiki/Tuva

468. https://en.wikipedia.org/wiki/Tuvans

469. https://en.wikipedia.org/wiki/Utigurs

470. https://en.wikipedia.org/wiki/Uyghur_Khaganate

471. https://en.wikipedia.org/wiki/Uzbekistan#Military

472. https://en.wikipedia.org/wiki/Volga_Bulgaria

473. https://en.wikipedia.org/wiki/Xinjiang

474. https://en.wikipedia.org/wiki/Xueyantuo

326

QAYNAQLAR

Cavanşir Əyyub oğlu Feyziyev

TÜRK DÜNYASI

5 kitabda

Üçüncü kitab

Türk dövlətçiliyi tarixi

Bakı - Mütərcim - 2017

327

TÜRK DÖVLƏTÇİLİYİ TARİXİ

«Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində

səhifələnmiş və çap olunmuşdur.

Чапа имзаланыб: 18.12.2017. Формат: 70X100 1/16 .

Гарнитур: Times. Щяcми: 20.5 ч.в. Тираj: 1000.

«Mütərcim» TM, Az1014, Bakı, Rəsul Rza, 125

Tel.: (+994) 596 21 44, e-mail: mutarjim@mail.ru

www.mutercim.az

328

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!