09.12.2021 Views

sportsman-131small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

CÜDO

S P O R T S M A N

“Böyük dəbilqə” - 7 medal

1 QIZIL, 2 GÜMÜŞ, 4 BÜRÜNC

Noyabrın 5-də Heydər

Əliyev adına İdman Sarayında

cüdo üzrə “Böyük dəbilqə”

turnirinə start verilib.

Turnirin açılış mərasimində

Beynəlxalq Cüdo Federasiyasının

prezidenti (IJF) Marius

Vizer, Azərbaycan Milli

Olimpiya Komitəsinin vitse-prezidenti

Çingiz Hüseynzadə,

Azərbaycan Cüdo

Federasiyasının prezidenti

Rəşad Nəbiyev və idman

ictimaiyyətinin nümayəndələri

iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan

Cüdo Federasiyasının baş

katibinin müavini, jurnalist Elnur

Əşrəfoğlunun xatirəsi anılıb. Sonra

Azərbaycanda idman sahəsində,

eləcə də cüdo üzrə qazanılmış

nailiyyətləri əks etdirən videoçarx

nümayiş olunub.

Çingiz Hüseynzadə açılış mərasimində

çıxış edərək, Bakının

artıq yeddinci dəfə bu nüfuzlu yarışa

ev sahibliyi etdiyini bildirib: “Bakıdakı

budəfəki yarış fərqli şəraitdə

keçirilir. Builki turnir Zəfər Günü

ərəfəsində təşkil edildiyi üçün bunun

idmançıların çıxışına müsbət

təsiri olacaq. Eyni zamanda, bir

sıra məhdudiyyətlərin hökm sürdüyü

pandemiya şəraitinin də nəticələrə

təsiri olacaq. Tokio Olimpiadası

sübut etdi ki, tamaşaçısız

da maraqlı yarış təşkil etmək olar.

Olimpiadanın ən maraqlı yarışlarından

biri də cüdo idi”.

Azərbaycan Cüdo Federasiyasının

prezidenti Rəşad Nəbiyev

çıxışında Vətən müharibəsində

Qələbənin birinci ildönümü ərəfəsində

belə bir nüfuzlu yarışın paytaxt

Bakıda keçirilməsinin əhəmiyyətini

qeyd edib. Azərbaycanda

idmanın sürətlə inkişaf etdiyini bil-

14 спортсман № 131 / 2021

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!