09.12.2021 Views

sportsman-131small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BATUT

S P O R T S M A N

Sonra Azərbaycan Respublikasının

Dövlət Himni səsləndirilib.

Açılış mərasiminə bədii hissə ilə

yekun vurulub.

Noyabrın 21-dək davam edən

dünya çempionatında 33 ölkədən

300-dək gimnast iştirak edib. Çempionatda

gimnastlar batut üzərində

fərdi və sinxron tullanışlar, tamblinq

və ikili minibatut üzrə proqramlarda

çıxış ediblər. Bundan əlavə, komanda

çoxnövçülüyü, eləcə də hər

proqram üzrə komanda hesabında

qaliblər müəyyənləşdirilib.

Ölkəmizdə bu növ üzrə daha

əvvəl Avropa çempionatı və çoxsaylı

dünya kubokları keçirilsə də,

paytaxtımız havada pərvazlanan

dünya ulduzlarını ilk dəfə belə bir

irimiqyaslı yarışda Milli Gimnastika

Arenasına toplayıb.

Dünya çempionatında ölkəmizi

bir idmançı – Avropa çempionu,

dünya yaş qrupları yarışlarının qalibi

Mixail Malkin təmsil edib. Təmsilçimiz

tamblinq yarışlarında mübarizə

aparib.

Azərbaycan tamblinqçisi Mixail

Malkin Bakıda keçirilən dünya

çempionatında gümüş medal qazanıb.

Təmsilçimizin çıxışı 76,300

xalla qiymətləndirilib.

Yarışın qalibi 80 xalla Rusiya

Gimnastika Federasiyasının üzvü

Aleksandr Lisitsin olub. ABŞ idmançısı

Kaden Braun 75,400 xalla

yarışı üçüncü pillədə başa vurub.

Noyabr ayının 21-i batut gimnastikası

üzrə 35-ci dünya çempionatına

yekun vurulub. Yarışda

bütün rəqiblərini qabaqlayan Rusiya

Gimnastika Federasiyasının

komandası birinci olub. ABŞ millisi

yarışı ikinci, Böyük Britaniya gimnastları

isə üçüncü pillədə başa

vurublar.

22 спортсман № 131 / 2021

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!