10.07.2015 Views

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bu ifadənin məna tutumuna, fikir siqlətinə valehəm.Dünyanın təməl mətləblərindən biri – insanın təkliyi,tənhalığı, özgələr tərəfindən heç vədə anlanılmaması (Sartr:cəhənnəm-başqalarıdır, – deyir) kontaktsızlıq, rabitəsizlik,əlaqəsizlik, insanın zahiri bəliriylə-çölüylə, daxili varlığı-içərisiarasındakı təzad, uyğunsuzluq, uyarsızlıq – beş kəlmədənibarət bu deyimdə nə qədər qısa, yığcam ifadə edilib. Vəzndənyüngül, qıvraq, qiymətdən ağır bu cümlə insanın dünyaylamünasibəti barədə böyük bir həqiqəti demirmi?İnsanın içəri dünyasıyla çöl dünyası daimi təmasda,qaynayıb-qarışmada olsalar da, bir-birindən möhkəm sədlər –sərhədlərlə ayrılıblar – içərimizdəki hər sözü, fikri, hissi buhüdudlardan dışarı buraxmırıq, buraxanda yüz kərə götür-qoyedirik, düşünüb-daşınırıq, dönə-dönə fikirləşirik ki, sərhədiadlayıb keçən sözümüz, duyğumuz çöl dünyasında necəgörünəcək, necə səslənəcək, bizə dostmu qazanacaq,düşmənmi?Bizim xeyrimizə olacaq, zərərimizə?Şöhrət gətirəcək bizə, ya nifrət?Eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyənhər yeni insanı, ideyanı, təəssüratı, sərhəddə çək-çevirə salırıq,yüz ölçüb bir biçirik-bu gələn kimə bənzər, bu gələn nəyəbənzər? Casus kimi, çuğul kimi gəlir-içərimizi ələk-vələk edibbizi "aləmə demək" üçün? Pozucu kimimi gəlir içərimizdətikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün?Yaxud gələcək söhbətlərinə, qeybətlərinə yem axtaran, qidagəzən yüngülməcaz bir maraqlı kimimi?Seviriksə içəridən sezirik: əlbəttə, çöldə gördüyümüzdəndüşür bu toxum daxilimizə, amma içərimizdə cücərir,pöhrələyir, boy atır; sevgimiz içərimizdən boylanır. "Boylanır"sözünün hər iki mənasında – həm ucalmaq, boy atmaqanlamında, həm də boylanıb baxmaq, çəpərdən o taydakı aləmiseyr etmək mənasında.İçəri dünyamız da çölümüzdəki böyük dünya qədər genişdir,6

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!