10.07.2015 Views

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

ANAR Əsərlər III Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ANARƏsərlərIIISizsiz (roman-xatirə)Həyatım ağrıyır (povest-xatirə)Anılar, ağrılar, ağılarGecə düşüncələriBu kitabın çapıEkson Azərbaycan Əməliyyat Şirkəti,MMM EksonMobilin törəmə şirkətitərəfindən maliyyələşdirilmişdirBakı — 2004

Redaktor:Arif ƏmrahoğluRəssam:AzərANAR. Əsərlər. III cild,Nurlan, Bakı, 2004, 689 səh.Müəllif bu cildlərin nəşrinə vəsait ayırmışEkson Azərbaycan Əməliyyat Şirkətinə,MMM EksonMobilin törəmə şirkətinədərin minnətdarlığını bildirir2

SİZSİZ(roman – xatirə)ANAM NİGARA, ATAM RƏSULA. Sizsiz qalıb sizdənyazdığım bu yazını sizin solmaz, sönməz,yadımızdan silinməz xatirənizə həsr edirəm.3

BIRINCI HİSSƏKim bilir? Bəlkə də...Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxtdüzümündə İndi yoxdur yalnız Keçmiş və Gələcək var;Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların –Arxadaqalanla İrəlidəngələnin – rastlaşdığı yer, toqquşduqlarınöqtə isə mövcud deyil....Ya da bəlkə...İlk qışqırıqGələcək günlərinvahiməsidir bəlkə!Son sükutÖmrün yorğunluğuna məlhəm,Sakit, sərin bir kölgə!!Qədim yunan müdriki "Bir çayda iki dəfə çimmək olmaz" –deyib. Amma bir çayda bir dəfə də çimmək mümkünsüzdür.Sənin çimdiyin vaxt ərzində bu çay artıq o çay deyil; səninsuya girdiyin çay axıb gedib, onun axarı bir an, bir saniyədayana bilməz. Çayın axmazdan fərqi odur ki, axması var.Vaxt kimi. "An dayan, sən nə gözəlsən!"An dayana bilməz.An-saniyə, Anmaq-yada salmaq, Anım-assosiasiya.Oxucularla görüşdə birisi soruşur;–Adınızın mənası nədir?–Anar-anmaq felindəndir, anmaq-yada salmaq, anar – yadasalar, Anar-yada salan.–Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul.–Yox, bu uydurmadır, Kim uydurubsa, maraqlı uydurub.Amma doğru deyil, belə şey heç vaxt atamla anamın ağlınagəlməyib. Təkrar edirəm:–Anar-anmaq felindəndir, anmaq-yada salmaq.4

...Anıram, yada salıram. Keçib getmiş saatları, günləriqaytarmaq istəyirəm. Vaxtın ətəyindən yapışıb saxlamaqistəyirəm.Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.An dayana bilməz.Vaxtın indisi yoxdur, olmuşları, olacaqları var. Yazdığım bucümlələri də, heç bircə cümləni, bircə kəlməni İndi yazmıram.Yazacağımacan bu cümlələr, sözlər hələ yoxdur, qabaqdagələcəkdədir,yazıb qurtardığım hər cümlə, bitirdiyim hər sözisə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hərhərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarınpəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxadaqalır və yalnız cümləni tamamlayacaq nöqtə hələ qabaqdadırki, onu da indi qoyuram.İndi?Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı.İlahi, bütün bu dayaz fəlsəfələr nəyə gərəkdir? İki ildənartıqdır ki, içimi lim-həlim dolduran, hər an məni çuğlayan,göynədən yazını günü günə, saatı saata sata-sata yubadıbuzaqlaşdırıram, neçə vaxtdan bəri yazmaq istədiyimiyazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi, yazmağabaşlayanda da mətləbə keçməkdən qorxuram.Qorxuram qələmim qanaya.Gəlişi gözəl deyilmiş sözdür.İç Oğuzlar və Dış Oğuzlar kimi hər bir ayrı fərd də, hər birinsan da iki bölünür, parçalanır, haçalanır, iki dünyada yaşayır– dişarı dünyasında və içəri dünyasında. Mən "İç dünyası"deyil, "İçəri dünyası" deyirəm, çünki "iç" sözü "daxili aləm"anlamında çox işlənsə də, çağdaş şerimizin ərköyünsözlərindən birinə çevrilsə də, nəsə ürəyimə yatmır – fiziolojibir çalar var bu kəlmədə, "iç-içalat", "iç-qovurma"; yada düşür."İçəri şəhərimiz" varsa, İçəri dünyamız ola bilməzmi?Doğrudur, xalq "içim özümü yandırır, çölüm özgəni" deyir.5

Bu ifadənin məna tutumuna, fikir siqlətinə valehəm.Dünyanın təməl mətləblərindən biri – insanın təkliyi,tənhalığı, özgələr tərəfindən heç vədə anlanılmaması (Sartr:cəhənnəm-başqalarıdır, – deyir) kontaktsızlıq, rabitəsizlik,əlaqəsizlik, insanın zahiri bəliriylə-çölüylə, daxili varlığı-içərisiarasındakı təzad, uyğunsuzluq, uyarsızlıq – beş kəlmədənibarət bu deyimdə nə qədər qısa, yığcam ifadə edilib. Vəzndənyüngül, qıvraq, qiymətdən ağır bu cümlə insanın dünyaylamünasibəti barədə böyük bir həqiqəti demirmi?İnsanın içəri dünyasıyla çöl dünyası daimi təmasda,qaynayıb-qarışmada olsalar da, bir-birindən möhkəm sədlər –sərhədlərlə ayrılıblar – içərimizdəki hər sözü, fikri, hissi buhüdudlardan dışarı buraxmırıq, buraxanda yüz kərə götür-qoyedirik, düşünüb-daşınırıq, dönə-dönə fikirləşirik ki, sərhədiadlayıb keçən sözümüz, duyğumuz çöl dünyasında necəgörünəcək, necə səslənəcək, bizə dostmu qazanacaq,düşmənmi?Bizim xeyrimizə olacaq, zərərimizə?Şöhrət gətirəcək bizə, ya nifrət?Eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyənhər yeni insanı, ideyanı, təəssüratı, sərhəddə çək-çevirə salırıq,yüz ölçüb bir biçirik-bu gələn kimə bənzər, bu gələn nəyəbənzər? Casus kimi, çuğul kimi gəlir-içərimizi ələk-vələk edibbizi "aləmə demək" üçün? Pozucu kimimi gəlir içərimizdətikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün?Yaxud gələcək söhbətlərinə, qeybətlərinə yem axtaran, qidagəzən yüngülməcaz bir maraqlı kimimi?Seviriksə içəridən sezirik: əlbəttə, çöldə gördüyümüzdəndüşür bu toxum daxilimizə, amma içərimizdə cücərir,pöhrələyir, boy atır; sevgimiz içərimizdən boylanır. "Boylanır"sözünün hər iki mənasında – həm ucalmaq, boy atmaqanlamında, həm də boylanıb baxmaq, çəpərdən o taydakı aləmiseyr etmək mənasında.İçəri dünyamız da çölümüzdəki böyük dünya qədər genişdir,6

əhatəlidir, enişli-yoxuşlu, istili-soyuqludur, əlvandır.İçərimizdə özümüzün bəlkə heç vaxt fəth edə bilməyəcəyimizzirvələrimiz var, onların ucalığına dırmaşdıqca ciyərlərimizədağ havasının sərinliyi dolur. İçərimizdə dibi görünməzuçurumlarımız, yarğanlarımız, quyularımız da var. Elədərinliklərimiz var ki, onların dibinə bəlkə də insan heç zamançata bilməyəcək; İçərimizdə çala-çuxurlarımız var, keçilməzcəngəlliklərimiz var, göz-gözü görməyən zülmətlərimiz var.İçəri dünyayla çöl dünyası arasında çox uzaq bir yol, çoxböyük bir məsafə var – bu yol, bu məsafə kirpiklərimizuzunluğundadır.İki dünyamız arasında çox möhkəm bir sədd, ağır bir qapıvar-gözümüzün qapağı. Gözümüzü açırıq-İçəri dünyamızdançöl dünyasına çıxırıq. Gözümüzü yumuruq, kirpiklərimizqovuşur. İçəri dünyamıza qayıdırıq.Qoca, çox tənha bir yazıçının şakəri varmış – bəzənətrafında çoxlu adamlar olanda, gur məclisdə, qalabalıqdagözlərini qapayarmış. Soruşanda: "ürəyim darıxır", deyərmiş.Bir gün gözlərini əbədi yumanda yeganə dostu: "görünür, ürəyielə darıxıb ki, daha dözə bilməyib", – dedi.Çöl dünyasında nə qədər gəzib-dolaşsaq da, son səfərimiztorpağa yox – İçəri dünyamızadır. Torpağa bizi bizdən sonrabaşqaları gömürlər. Biz isə özümüz yolumuzun son mənzilinəçatmaq üçün son səddi adlayıb ardımızca qapını bağlayırıqgözlərimiziyumuruq. Bu dəfə həmişəlik...İçəri dünyamıza-ilk və son dünyamıza qayıdırıq.Ancaq bir an da var "həyatla ölüm arasında bir qarış yol"da.İki aləm arasındakı bir an.İki aləm arasındayam,biri gerçək,sevincli, həyəcanlı,xatirəli, unudumlu, nisyanlı.Biri bilinməzlik,o yanlı.7

Kim bilir? Kim bilir nə qədər qalıb bilinməzlik mənzilinə, oyanın sahilinə. Nə qədər möhlətə var –"bir il, bir gün, bir saat?"Hələ ki, "vaxt var ikən" bu bir kirpiklik məsafəni keçirəm,gözlərimin ağır qapılarını örtürəm, içəri dünyama çəkilib,xatirələr aləminə dalıram.Anıram..."Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşlarıbir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər,baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heçbir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələryolunun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçüntəəssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizigöynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmişgünlərdən dinlədiyimiz tanış səslərdir".Yuxarıdakı şerlər də, bu sözlər də Rəsul Rzanındır."Həyat qəribə şeydir. Onun elə səhifələri var ki, anlamaq,izah etmək çətin, unutmaq daha çətindir".Bu sözlər də onundur."Biz hər zaman xatirələrimizdən daha yaşlıyıq".Bu da…Ömrünün son iyirmi ili bir–birindən ağır xəstəliklər,əsəbilik, yorğunluq, bir növ biganəlik onun binədən çoxmöhkəm olan səhhətini, həyatsevər, nikbin təbiətini, illah dabütün mərəzlərə mətanətlə dözən ürəyini qəlpə-qəlpəparçalayır, əridir, söndürürdü, amma ömrün möhlətindən sözdüşəndə həmişə: "mən mütləq XX əsrin axırını görəcəm, –deyirdi, – XXI əsri qarşılayacağam, təzə minillikdə heç olmasabircə gün yaşayıb sonra gedəcəm".Biz, onun yaxınları, hətta həkim qohumlarımız da buzarafatı guya ki, ciddi qəbul edirdik, "əlbəttə, hökmən" –deyirdik. Halbuki, bunun xülya olduğunu hamımız başadüşürdük.8

Özü başa düşmürdü məgər?"Şəhərin yay günləri" pyesinin qəhrəmanı Qiyas – onuntəxminən 40-42 yaşı var – deyir: "Mənim ömrümün çoxugedib, azı qalıb".Bu pyesi yazanda mənim 39 yaşım vardı. Əlbəttə, Qiyasmüəllifin prototipi deyil, ancaq hər tamaşada aktyorun dilindənbu sözləri eşidəndə mənə elə gəlirdi ki, bu, elə mənim də ömürmöhlətimdir. Kövrəlirdim.Müəllifin öz əsərindən kövrəlməsi çöçün gəlir adama,gülməli gəlir, lağa qoyulmalı məsələdir, elə deyilmi?Amma bu yazıda mən nəinki hər hansı yalanı qələmimindörd həndəvərinə buraxmayacağam; nəyisə gizlətmək, nəbarədəsə susmaq, hansı duyumunsa üstündən keçmək dəistəmirəm.İndi yaşım 46-dır. Daha lap qəti bilirəm ki, ömrümün çoxugedib, azı qalıb.Yağış mənimlə gedir.yumru, uzunsov damcılarlaqonub qatar pəncərəsinə.Qulaq asıram qatar təkərlərininyeknəsək səsinə.Arxada qalır taqqıltılar.Sanki,Ömür damcı-damcı düşür, qayıtmazlığa.Günlər gedirçoxluqdan azlığa.Barı atama qismət olmayan mənzilə çatmaq, XX əsri yolasalmaq, III minilliyi qarşılamaq mənə nəsib olaydı.Amma nə fərqi var? Tutalım, lap bu həddə də çatdım, onuda ötdüm, atamın yaşını – 71-i də haqladım, 80-ə, 90-a dayetdim. Bu halda belə, mənimçün indən belə yalnız Keçmişvar.Əgər İndi yoxdursa, insan yalnız Keçmişlə və GələcəkləYaşayırsa, mənimki-Keçmişdir.9

Keçmiş – xatirələr, anımlar, Gələcək – ümidlər,gümanlardır, hər ikisi real olduğu qədər qeyri-real, gerçəkolduğu qədər sirabdır, ilğımdır, mirajdır.Beləysə, gerçəkdən olmuşların anımlarıyla yaşamaqdoğrulub-doğrulmayacağını bilmədiyin ümidlərə qapılmaqdanüstün deyilmi?Xatırlayıram,neçə belə axşamın arxasındaömrün uzaq sahilindədağ kimiqalaq-qalaq yığılmış illərinarxasındaqalan günləri...Atamındır bu sətirlər:Bunlar da...Xatirələrin yaxınıağrıdan olur,göynədən olur.Uzaqlarıdaha mülayim, sakit....Anıram..."Anari, xoş gördük!Səninlə az danışdıq və deyəsən məndən, incidin. Yox,incimə, oğlum. Mən indi sənə uşaq kimi yox, yetkin bir gənckimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisiolasan, ananın, bacılarının qayğısına qalasan. Yaz görüm nəvar, nə yox? Təzə nə yazırsan?Mən işləməyə başlamışam, ara-sıra xırda şerlər də yazıram.Bura işləmək üçün yaxşıdır. Ancaq adam darıxır, yamandarıxır. Mən də güc vuracağam işləməyə....Daha nə yazım. Elə maraqlı bir şey yoxdur.10

Özün necəsən? Bakıda nə təzə əhvalat var?Hələlik. Öpürəm sizi.Mənim yaxşı balam, istəkli oğlum. Təranə ilə aran necədir?Bax, onu incitsən, mən burda hiss edəcəm və işləyə bilməyəcəmha.Rəsul.Peredelkino"."Salam, əziz oğlum!Necəsən?Bakıda təzə nə var? Sizə ingilislərin "Hamlet"i haqqındakitabçanı göndərirəm. Maraqlı şeylər var burda.Anari, üç dəfə zəng eləmişəm, səni evdə tapa bilməmişəm.Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başadüşməmisən? Mən sənə öyüd-nəsihət vermək istəmirdim vəistəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazımolmasın gərək. Ancaq o son sözlərimi bir də dəqiqləşdirməyəməcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəym.Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunudərslərinə, yaradıcılığa verməlisən.Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməzac bir gənckimi yox, insan kimi aparacaqsan özünü.Öpürəm səni. Məktub yaz.Səni istəyən atan.Peredelkino".Bu məktubların hər ikisi əllinci illərin əvvəllərində, mənim14-15 yaşım olanda yazılıb. Atamın otuz ilə yaxın birmüddətdə mənə müxtəlif yerlərdən və müxtəlif yerlərdəyazdığı və indi qırx dördü əlimdə olan məktublarındanilkləridir. Onları və sonrakı məktubları cüzi ixtisarlarlaverirəm."Anar, salam!Doğrudur, sənin təbiət gözəlliyindən xoşun gəlmir, ancaq11

urda olsaydın, sən də Soçinin dağlarına, yollarına, dənizəbaxıb heyran qalardın.Mən "x" işarəsi ilə göstərdiyim otaqda oluram. Qabaqtərəfimiz dəniz, böyrümüz və arxa tərəfimiz yaşıl parkdır.Burda qəribə ağaclar var. Dünyanın hər yerindən gəlməağaclar buranın parklarına, küçələrinə ayrıca bir görkəmverir. Əsas küçələrdən biri təxminən 150-200 metro boyuncahər iki tərəfdən çinar ağacları ilə hasarlanmışdır. Göyçaydakıçinarlar yadındadırmı? Bunlar daha da qollu-budaqlıdırlar.Burda adamlar indidən dənizdə çimirlər. Havalar bir azyağışlıq idi, indi düzəlib.Hələlik bu qədər.Dərslərin necə gedir? Ciddi çalışırsanmı? Ani bala, unutmaki, yay zamanı arxayın, yaxşı istirahət edə bilməyimiz səninindiki çalışmağından asılıdır. Kitab–filan oxuma, ancaq vəancaq dərslərinə güc ver. Öpürəm səni. Məndən hamıya,nənələrinə, bibilərinə, Ənvərə, Oğuzgilə salam de.Rəsul.29 /IV–54 Soçi"."Anarım!Buralar elə gözəldir ki, söyləməklə təsvir etmək olmaz.Buradakı mənzərələrin gözəlliyini heç olmazsa bir qədər verəbilmək üçün gərək Ayvazovski, Levitan və Şişkinin üçününtalant və həvəslərini bir yerə yığıb onlara Puşkin şerininoynaqlığını, Füzulinin riqqət və həsrətini, Lermontovun hərarətvə ehtirasını və..–in quruluğunu əlavə edəsən – çünki burdaquru ağaclar, otsuz daşlar və adamda nifrət oyadan bəzivücudlar da var. Yalnız belə bir əməliyyat nəticəsində bəlkə dəbugünkü Soçi, xüsusilə mən istirahət elədiyim sanatorihaqqında bir təsəvvür oyatmaq olar.Ani bala, işin necə oldu? Dərslərin necədir? 4-lər ləğvolunubmu? Futbol aləmində nə var? Bizimkilər uduzurlar, yahələ yox?12

Kağız yaz. Öpürəm səni.Rəsul.18/V.54 Soçi"."Anar!Məktubunu almamışam. Yəqin ona görə ki, sən bu məktubuhələ yazmamısan. Gündüzlər beş saat yatıb, altı saat böyrüüstə uzanandan sonra vaxtın qalsa, mənə məktub yaz.Buralar yaxşıdır. Dincəlirəm. Teleqramın üçün çox sağ ol.Rəsul.19/V.54 Soçi".Dərd adamı dəyişdirir. Müdrikləşdirməsə belə hər haldasinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz-qəmsizyaşamanın yüz ilinə bərabərdir.1981-ci ildə yüz gün ərzində dünyada ən əziz iki adamımıitirdim; Aprelin 1-də dünyanın yalan günündə, şux zarafatlargünündə – atam vəfat etdi və indiyəcən bu həqiqətingerçəkliyinə inandıra bilmirəm özümü. İyulun 10-da anamöldü.İkisi də mənim gözlərimin qabağında can verdilər.Atam yarım saatın içində keçindi.Aprelin 3-də onu torpağa tapşırdıq və dəfn günününsabahısı, ayın 4-də – Moskvadan gəlmiş həkimlər anamın sonqəti diaqnozunu dedilər: ümidsizdir, – dedilər, – möhləti birhəftədən bir aya qədərdir, – dedilər.Bu hökm verilən saatdan sonra üç ay altı gün yaşadı.Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi.Anam atamın vəfatını bilmədi, düz yüz gün bu xəbəri ondangizlətdik. Daha doğrusu, doxsan səkkiz gün-axır iki günü huşuözündə deyildi, heç nə dərk etmirdi.Bir günbir saat,bir an13

ayrıla bilsəydim yaddaşımdan,dincələrdim;yaddaşımın ayrılığını bayram edərdim,hara getsəm,harda olsamyanımdadır yaddaşım,Bilmirəm yaddaşımınyapışqan sədaqətindənnecə can qurtarım,hara qaçım.Yaddaşım yaşadıqca yaddaşımda yaşayacaq yüz gün –mənim yüz günüm haqqındadır bu yazım. Yüz gün və iki ölümhaqqında......İki həyat haqqında. İki bənzərsiz insanın son günlərihaqqında. İki sənətkarın böyük ömürləri haqqında, bir dəmənim özümün kiçik ömrüm haqqında.Ömrümün yüz günü haqqında.Yüz günü və bütün başqa günləri – bu yüzlükdən qabaqkı,bu yüzlüyün içindəki və sonrakı günlərim, gecələrim,həftələrim, aylarım haqqında.Onların ömürləriylə keçən ömrüm, onların ölümləriyləkeçən ömrüm, onlarsız keçən ömrüm haqqında.Keçən, keçmək, keçinmək – nə qəribə sözdür. Ömür keçir,qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir.Dünyada birtəhər dolanmaq, başını girləmək, aza qane olubkeçinmək olar. Amma "keçinmək" sözünün bir məşum mənasıda var: Keçindi-öldü...Bir gün mənsiz olacaqsanSənsiz olacağam deməyəgəlmir dilim.Bu sətirləri Rəsul Rza Nigar Rəfibəyliyə yazıb.Bir son bahar da düşdüömrümün təqvimindən14

Nə sənə məhəbbətim,nə həsrətim azaldı.Özüm də heç bilmirəmniyə bir ömür boyuGözüm uzaq yollarda–sənin yolunda qaldı.Bir qocaman dağ olasansəni vurub yıxardım.Ürəyimdən ən incəteli necə qopardım!...Baharın çiçəkləriaçıb solmasın sənsiz.Ömrüm sənsiz olmasın,şerim olmasın sənsiz.Bu misralar da Nigar Rəfibəylinindir. Biri-birisiz olmadılarbu dünyada. Bircə gün də."Anar, salam!Nigarla sənə bəzi materiallar göndərmişdim. Bu günuniversitetin qəbul qaydalarını sənə göndərirəm. Həm söhbətnəticəsində, həm də qəbul qaydalarından məlum olur ki, bütünfakültələrdə rus dili və əcnəbi dillərə çox fikir verilir. Sənbütün imtahanları əla verəndən sonra Moskvaya gəlincəyəqədər rus və ingilis dilləri ilə ciddi məşğul olmalısan. Bu il aliməktəblərə qəbul məsələsi çətinləşdiyi və ciddiləşdiyi üçündaxil olmaq istəyənlər möhkəm hazırlaşacaqlar.Hansı institutu seçmək barəsində mən sənə bir məsləhətvermədən əvvəl aldığım məlumat əsasında bu institutların birötəri şəklini çəkim.Qorki adına Yazıçılar İttifaqının institutu Puşkin meydanınayaxın, keçmiş "Dom Gertsena" deyilən binada yerləşir. Bilirsənki, vaxtilə Mayakovski bu evin başabəla "şöhrəti" haqqındayazmışdı. O zaman burada Yazıçılar klubu varmış. Yazıçıqardaşlar burda möhkəm əyyaşlıq, pozğunluq və başqa bu kimi15

işlərlə məşğul olurlarmış. O zamandan xeyli vaxt keçib, çox şeydəyişib, indi bu binada institut və 2 illik yüksək tipli Yazıçılarkursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin yazdığıo boqema və pozğunluqlardan ilişib qalan bir çox "əməllər"hələ də qalır....studentlərdən bir çoxu – güclərini qızışmış üzüm suyu vəbu kimi "dəli sulara" vururlar. Amma məlumdur ki, hər sərxoşyazıçı olsaydı, onda bütün pivə dükanları, çaxır zavodları vəkabaklar yazıçı məktəbi adlanardı və bütün sərxoşlar Yazıçılarİttifaqına üzv olardı. Sən deyərsən ki, belələri yazıçılarsırasında az deyil, ancaq bilirsən ki, bu heç də belə adamlarıntalant dərəcəsinin yüksəkliyinə dəlalət etmir.Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanlarınçoxu bu institutun ancaq "yaradıcılıq" institutu olduğunu zənnedir. Həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqadərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqlaməşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyatvə xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur.Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünügenişləndirmək üçün təmkinlə hər cürə zəhmətə vəməhrumiyyətə qatlaşan tələbələr də var...Əgər doğrudan da, "obrazovannı" adam olmaq, ali savadalmaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaqistənilirsə, əlbəttə, bu institutda da bunlar mümkündür. Buradaədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir.Yaxşı cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz vənəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər.Universitetin də qəbul kağızını sənə göndərirəm. Burdabütün şöbələr haqqında məlumat var. Görürsən ki, burda dadil məsələsinə çox fikir verilir.Humanitar elmlər köhnə binada, dəqiq elmlər... yeni binada,Leninskie Qorıdadır. İlk nəzərdə əhəmiyyətsiz və sadə görünənbu fakt heç də təsadüfi deyildir.Hər cəhətdən Lenin təpələrindəki binada olan fakültələr16

daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələrmüəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdənsənət versə də, əslində nisbətən az şey verir. Özün düşün,xüsusi təhsil görməmiş redaktor, yazıçı, tərcüməçi, hətta tarixçivə filosof belə nə qədər istəsən var, ancaq xüsusi təhsilgörməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğulolan adam mində bir olur. Demək istəyirəm ki, "toçnıe nauki"daha elmi, daha konkret və daha geniş məlumat verir. Bufakültələri qurtaran adam üçün böyük Sovet İttifaqının həryerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərintətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bukimi şeylərlə çox bağlıdır.Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır. İndifizikanın açdığı yeni sahələr təsəvvürə sığmayan bir dərəcədəgeniş və romantikdir. Bu yaxınlarda "Pravda"da akademik (adıyadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcımaşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlirki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenədə bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında,yazmaq bacarığın və bacarmadığın haqqında getmir. Mənsənin oxuduğum şeylərinə əsasən deyə bilərəm ki, sənin əslciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur.Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyattəcrübələri ilə zənginləşsə, yaxşı nəticələr verəcəkdir. Ancaqbunu da unutma ki, sən bir geoloq, bir həkim, bir fizik olsan,bu, sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüməlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütünbu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir.Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunlarıbelə mühüm bir zamanda sənə deməyi borc bilirəm.Sən bilirsən ki, mənim təhsilim çox qırıq, qeyri-müntəzəmolub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinəoxşasın.Universitetin filoloji və jurnalistika fakültələri də vardır.17

Bunlar dil-ədəbiyyat müəllimləri, redaksiya işçiləri, ədəbiişçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, aliməktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcədətələbənin özündən asılıdır.Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etməkmümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir.Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki,orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridəqalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyənbir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nəeləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakinbunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı sənin biliksərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burdamüəllim ancaq sənə məsləhət verə bilər, sənin çalışmağına,səyinə əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə səniəvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil,orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, aliməktəbdə birə-beş dəfə artıq səndən iradə, müstəqil hərəkəttələb olunur.Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüşdairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti,Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyatbir dənizə bənzəyir ki, onun dərin, dayaz yerlərini, küləkli, sakittərəflərini öyrənməsən, onun girdabı harda, sualtı daşları hardaolduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez özburulğanında məhv edə bilər......İyul ayının birindən burda həm universitet, həm də Qorkiİnstitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhətelə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvayabir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən(buna əmin olmaq istəyirəm), onda konsultasiya olmasa dakeçər. Ancaq məktəbi nə nəticə ilə qurtarmağından asılıolmayaraq rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır.Mütləq bir aylıq, ay yarımlıq müəllim tutmaq lazımdır, həm18

us dili, həm də ingilis dili ilə hər gün məşğul olmaq lazımdır.Unutma ki, bu il institutlara medallıları da çox ciddi yoxlamailə qəbul edəcəklər. Əgər yaxın zamanda medallılar haqqındaqayda dəyişməsə də "sobesedovanie" deyilən şey özü bir növimtahandır. Bu söhbət zamanı tələbənin ümumi həyat görüşüdairəsini, inkişafını yoxlayırlar.Əziz oğlum! Mən sənə heç bir yüngüllük, güzəşt vəd etməkistəmirəm. Mənə elə gəlir ki, sənin buna ehtiyacın da yoxdur.Mən səni ancaq ciddi çalışmağa, ən ciddi imtahan, ən ağırzəhmətə hazır olmağa çağırıram.Ən sonda deyə bilərsən ki, bəs mənə hara girməyi məsləhətgörürsən? Mən sənə dəqiq elmlərdən birini, məsələn,geologiyanı məsləhət görürəm, lakin sən Qorki institutuna, yaMQU-nun filologiya, ya jurnalistika şöbələrinə girməkqərarına gəlsən, mən yox demərəm və mənim arzuma əksgetdin deyə sənə heç bir məzəmmət eləmərəm. Çünki sənəbütün təfərrüatı yazdım. Mən inanıram ki, bütün yazdıqlarımınəzərə alıb sən öz qəlbinin, öz könlünün səsini eşidər və doğruqərar qəbul edərsən. Bununla mən sənin atacağın ciddi biraddımın məsuliyyətini sənin çiyninə qoymaq istəmirəm...Mənim məqsədim budur ki, sənin istək və iradəni zorlamayım.Hələlik bu qədər. Sağ ol, oğlum!...Məndən Nigara salam. Məktubu ona da oxu, gör onunfikri nədir.Atan Rəsul.27 may, 1955-ci il. Moskva".Matəmin birinci günlərinə, ilk dövrlərinə nisbətən sonrakımərhələləri daha ağır, daha göynəklidir. İlk vaxtlar sarsıntı,yaranın isti-isti, hələ çox da qövr eləməyən yeri, ağrısıhisslərimizi bir növ dondurur, kütləşdirir, qavrama, dərk etmə,duyma qabiliyyətimizi korşaldır. İtkinin dibi görünməz yarğanıqarşımızda hələ bütün dəhşətli dərinliyiylə açılmayıb. Matəm,ələm, yas, necə deyərlər, rəsmiləşib, mənəvi cəhətdən19

məqbuldur, qanunidir, təbiidir, heç kəsdə təəccüb doğurmur.Adət-ənənə var, əsrlərin, nəsillərin dəbi var. Şərikləri vardərdinin. Qırxına qədər.Bəs qırx birinci gün? Və bu qırx birinci gündən başlayaraqbütün başqa günlərin, ayların sırası? Hə, bir də il var, il verməkvar. Dəblərin, qayda-qanunların, adət-ənənələrin matəmərüsxət verdikləri daha bir gün. Son hüzür, son pəs məzar.Qonum-qonşuların, tanış-bilişlərin qəbir üstünə bu sayda, butərkibdə, müəyyən olunmuş, deyilmiş saatda toplanacaqları sonmatəm günü. Son borc...Son xatirə...Bəs ilin bütün başqa günləri, həftələri, ayları? Bəs başqaillərin dəqiqələri, saatları, günləri?Gecələri?O gündüz dəqiqələri, o uzandıqca uzanan, bitib-tükənməyəngecə saatları ki, dərdinlə əlbəyaxa, itkinlə təkbətək qalırsan?...dərdimi kimə deyim,dünya dolu adamdır!!Kimə deyəsən dərdini, kimə ərkin çata bilər, ərkin çatsabelə, yeri gəldi-gəlmədi dərdini süfrə kimi açmaq ağlağanlıqdeyilmi? Sabir demişkən, "ağladıqca kişi qeyrətsiz olar".Yox, əlbəttə, yox, ağlamaq olmaz, içinin göz yaşıyla,qəhərlə dopdolu olduğundan söz açmaq da yaramaz. Dərdə,möhnətə ayrılmış zaman möhləti, vaxt limiti qurtardı.Dünyada dərdsiz-qəmsiz adam yoxdur. Hərənin öz itkisi, özyarası var. Əgər hamı bütün həyatı boyu elə ağrılarını,yaralarını, nisgilini yaşada-yaşada ömür sürsə, dərdini onunlabununlabölüşsə, onsuz da min bir qayğıyla yüklənmiş insanlarıöz qəm-qüssəsiylə də yükləsə, dünyanın işi necə olar görəsən?...və ancaq bu zaman, bu məqamda adamlarla dopdoludünyada, yüzlərlə, minlərlə insanın arasında həqiqikimsəsizliyin zəhər acısını dadırsan, yalqızlığın, təkliyin, dinibdanışmazlığındibsiz dərinliyini görürsən – gözlərin qaralır.Dünyadan, dünyanın səslərindən, haray-həşirindən, ala-20

əzəkliyindən qaçmaq istəyirsən, özün-özündən qaçmaq,qurtulmaq istəyirsən.Qaçmağa yer tapmırsan.1981-ci ilin avqust axşamında doqquzuncu mərtəbənineyvanında bir nəfər dayanmışdı. Mənzilində tək idi. Ailəsişəhərdə yox idi. Eyvandan aşağı – doqquz mərtəbəməsafəsindən görünən, üstündə belədən-beləyə maşınlar,adamlar şütüyən küçəyə baxırdı.Küçə çağırırdı onu elə bil. Liftlə, pilləkənlərlə yox, baxbeləcə, bir anlıq sıçrayışla, tullanışla qoynuna atılmağa,asfaltda həkk olunmağa, həyatla ölüm arasındakı bir ömürlükyolu bircə anda qət etməyə çağırırdı.İradəni sıxıb-sıxıb toplamaq, qəti, son qərara gəlmək, bir-ikiasanca, yüngülcə fiziki hərəkət, bir anlıq, beş anlıq uçuş...Qayıtmazlığı, geridönməzliyi haqqında düşünməyə belə macaltapmayacağın uçuş. Zərbə, ağrı, qaranlıq və son...Sükut və zülmət dünyası. Hamlet demişkən: sonrası –səssizlik.Nə xatirələr, nə itkilər, nə keçmişin şirini, indinin acısı,gələcəyin boşluğu. Heç nə... Heç nə...Küçə çağırır, doqquzmərtəbəli evin ətəyi ətəyinə qısılmağaçağırır... Liftsiz, pilləkənsiz. Eyvan məhəccəri – adamınqurşağınacan.Məni dincəlməyə çağırır,əbədi ayrılıqlakövrəlmiş keçmişim."İntihar zəiflikdir" deyənlərə inanmayın. Belə bir addımıatmaq hər adamın hünəri deyil. Amma bəlkə intiharınastanasında, beş qarışlıq, bir məhəccərlik, doqquz mərtəbəlikməsafəsində özünü tutub saxlaya bilmək də iradə istəyir.Mən yaşamalıyam. Özümçün yox, başqalarıyçün,yaxınlarım, uzaqlarımçün. Güvəndikləri, inandıqları mən olanneçəsi varsa – onlarçün. Dirilərçün, qalanlarçün, olanlarçün.21

...və Onlarçün – olmayanlarçün, gedənlərçün. Ölənlərçün. Məndurduqca Onlar da dururlar. Bunu dost da bilir, düşmən də.Mən yaşadıqca Onlar da yaşayır. Buna sevinən də var,təəssüflənən də..."Göz yaddaşımda" – işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi,sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti..."Qulaq yaddaşımda" – səsləri, sözləri, sətirləri, danışıqədaları, ləhcə xüsusiyyətləri, Göyçayın və Gəncənin dialekt,şivə kəlmələri..."Beyin yaddaşımda" – fikirləri, amalları, inamları,aldanışları, "qəlb yaddaşımda"–ümidləri, nisgilləri, sevgiləri...Əlbəttə, bütün bunları yaşadan tək mən deyiləm. Bütünbunlar Onların şerlərindədir.Şerlər isə Ədəbiyyatındır, Xalqındır, Azərbaycanındır.Mən yolçuyam,Mən yoldayam.Od nə çəkdi,küldən soruş!Hansı şerim,hansı sözümyaşayacaq məndən sonraMən bilmirəm.Eldən soruş!(Rəsul Rza)Mən sənin torpağındanBoy atmışam, vətənim...Dirçəlmişəm, qalxmışam,Dənli – sünbül olmuşam.Eşqini ürəyimdəYaşatmışam, vətənim...Bir gün sinəmdə əgərÇırpınmasa bu ürək,Torpağın altda belə22

Sənin böyük eşqinləHəmişə döyünəcək!(Nigar Rəfibəyli)Ölüm-həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı –tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: "Axşamgündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır", –deyirlər.Bu gün atamla-anamın ölümlə tamamlanmış, bitmişbitkinləşmiş ömür yolları haqqında düşünərkən mənə elə gəlirki, 81-ci ilin yazında – yayında, üç ay on gün içində qəfil qarayellər kimi əsib-keçən, qollu-budaqlı ağacları kökündənqoparıb aparan qasırğa kimi anamla-atamı aparan ruzigar – adihəyatın adi hadisəsi deyildi. Nə isə əfsanəvi bir nəfəs vardı buruzigarda, mifoloji bir ölçü vardı, dastan gücü, dastan ruhuvardı.Amma məgər ömürlərinin yalnız sonu deyil, bütün başqailləri də bir dastan deyildimi? İgidlik və Mərdlik dastanı,Məhəbbət və Şəfqət dastanı. Sevinclə, fərəhlə dolu, ölümitimlədolu dastan. Ağır illərin xoşbəxt günləri də vardı budastanda, xoşbəxt illərin ağır günləri də. İztirab da vardı, intizarda... Hər çətinliyin, hər gümansızlığın dibindən boy veribqalxan ümid də...Neçə boyu var bu dastanın?Boylar illərə səpələnib..."1957. 7 yanvar. Moskva.Anar bala, Fina bala.Sizi xoş gördük. Siz ikiniz mənə bir yerdə məktub yazdığınızüçün mən də hər ikinizə bir yerdə yazıram... Leninqradtamaşası haqqında (Atam Peredelkinoda dincələrkənMoskvadan Leninqrada, Qara Qarayevin "İldırımlı yollarla"baletinin premyerasına getmiş, tamaşa barəsində əski əlifbaylaməqalə yazıb bizə göndərmişdi – A.) Nigar oxusun, siz də23

qulaq asın, təkrar eləmək istəmirəm. Ancaq onu deyim ki, üçgündür onun təsiri altındayam. Hayıf ki, siz özünüz qulaq asabilmədiniz. Yəqin ki, siz məndən daha yaxşı başa düşər və dahaartıq həzz alardınız. Bəlkə də yayda mümkün oldu, gəlibbaxdınız. Mən bir 8-10 gün olar ki, işdən ayrılmışam. Bu günsizə məktub yazıram. Sabahdan başlayacağam "Füzuli"nidavam etdirməyə. Başımda fikirlər arı beçəsi kimi qaynaşır,görək nə olacaq. Bura işləmək üçün daha münasibdir. Sakit,səliqəli. Dünən Moskvada olanda Emin (Emin Sabitoğlu o vaxtMoskva konservatoriyasında təhsil alırdı.–A.) zəng eləmişdi.Deyir ki, kanikul zamanı Leninqrada gedəcəyəm, "İldırımlıyollara" baxmağa. İstəyirsiniz siz gəlin, mən sizi qarşılayıbyola salaram.Bakıda maraqlı nə var? Vaxtınız necə keçir? Plastinkalarnecədir? Yazın görüm, daha hansıları almaq lazımdır.Moskvadan alaram. Mən gələndə özümlə ancaq əsər yox,bahar da gətirəcəyəm.Öpürəm sizi bərk-bərk. Təranəni incitməyin. Eşidirsinizmi.Bax sən Anar və sən Fidan mənim balaca qızım Təranəniincitməyin, bax incitməyin ha. Eşitdiniz? Öpürəm.Rəsul"."Anar bala!Məktubunu aldım, çox sağ ol! Oxumağına 7 saat 8 dəqiqə11 saniyə sərf etdim. Gözəl xəttin var.Ani bala, bu məktubu alan günü, alan günü ha!!!Nigarla bərabər, əlbəttə, Fidanın iştirakı və Təranənin başkonsultantlığı ilə mənim ən yaxşı fotolarımdan (şəkillərimdən)üçünü-dördünü seçib Avia poçta ilə Moskva, qost. Moskva, dovostrebovaniya – adresinə göndərin.Bir də Füzulinin "Bəng və badə" və qəsidələr kitabını (gərəkikinci tom olsun) eyni adresə, yenə də hava poçtası ilə tezgöndərin.Sənə uzun məktub yazardım, ancaq Füzuli razı olmur.24

Öpürəm, salam vəfasız Fidana, vəfalı Təranəyə və əzizim,gözüm Nigara.Rəsul.22 dekabr. 1957".Haçan başladı bu? Hardadır başlanğıcı bu itkilər yolunun?81-ci ilin ilk günlərindəmidir? Martın əvvəlindəmi,ortasındamı? Fevralın axırındamı?Fevralın axırlarında xarici səfərdən Moskvaya qayıtdım.Son illər mənim bütün səfərlərim, xüsusilə də, xaricə səfərlərim– nə qədər maraqlı keçsə də, nigarançılıqla, təlaşla dolu olurdu.Hər dəfə Bakıdan bir həftə, on gün uzaq düşəndə, evlə əlaqəsaxlaya bilməyəndə beynimə min cür qara-qura dolurdu, məniqorxu, vahimə basırdı. Elə bilirdim ki, bax bu gün, bu gecə, busaat, ən uzaq əcnəbi ölkədə, səfarətxanamız vasitəsilə mənitapacaqlar, atam haqqında qara xəbər deyəcəklər. Belə birdəhşətli xəbərin anam barəsində olacağı heç vaxt ağlımagəlmirdi.Nə üçün?Bu barədə heç düşünmək belə istəmirdimmi? Ya da bəlkəməsələ ondaydı ki, atam çoxdan ağır xəstəydi. Anam daxəstəydi, amma onun xəstəlikləri atamınkılar kimi ardıcıl,davamlı deyildi.Hərçənd ki, 1971-ci ildə anam da ölümlə üz-üzədayanmışdı.Bəlkə də səbəb ondaydı ki, bir çox məsələlərdə anam dahasəbatlı, daha möhkəm, daha dözümlü idi."Dözüm". Bu sözü tapıb, seçib, kitabının adıyla öz həyatdevizi kimi təsdiq edən Rəsul Rzanın ədəbi, ictimai həyatdadözümdən danışmağa tam haqqı vardı.Amma adi həyatda, məişətdə, qayğılara, azarlara sinəgərməkdə Nigar Rəfibəyli daha mətin, daha dözümlü idi.Atam çox vaxt əsəbi, darmacal, hövsələsiz olurdu.Anam həmişə səbrli, həlim, təmkinli idi.25

Mən təsəvvür edə bilərəm ki, anam atamı itirsəydi (dahadoğrusu itirdiyini bilsəydi, çünki itirdi – bilmədi), bu itkinin,bu müsibətin iztirabını mətanətlə çəkə bilərdi, bir müddətdünyada Rəsulsuz yaşamağa bəlkə də gücü, iradəsi, dözümüçatardı.Atam isə Nigarı itirsəydi, bir gün, bir saat da yaşayabilməzdi.Həyat bunu təsdiq etdi.Daha doğrusu, ölüm bunu təsdiq etdi. Atamın ölümü.Amma kim bilir? İndi bunu kim təyin edə bilər?1973-cü ildə atam ağır xəstə yatanda həyatı bir tükdənasılıydı, sağalacağına güman çox az idi. Anam möcüzəvi biriradəylə özünü ələ almışdı, özünü tox tuturdu, ağır xəstəyəqulluq etmənin bütün əzab-əziyyətlərinə mərd-mərdanədözürdü, bədbinləşmirdi, bizi də bədbinləşməyə,ümidsizləşməyə qoymurdu.Ancaq bir dəfə, yalnız bircə dəfə, xəstənin ən ağırsaatlarından, ən ümidsiz dəqiqələrindən birində özünü saxlayabilmədi, dəhlizə çıxdı, ağladı: "Ondan sonra mənimyaşamağımın nə mənası var?"– dedi.Bu sözləri anamdan birinci və axırıncı dəfə eşitdim.Xaricə səfərin sonu yaxınlaşanda qayıtmağınhövsələsizliyinə bir səksəkə də qarışırdı. Xəyalımdan bir–birindən əyani, görümlü səhnələr keçirdi. Budur Şeremetyevouçarlığında məni moskvalı dostlarımdan biri qarşılayır, qəfilcəyox, ehtiyatla, yavaş-yavaş məni bəd xəbər eşitməyə hazırlayır.Mənə elə gəlirdi ki, içəri dünyamın ən xəlvət hücrələrindəgizlətdiyim bu hisslərdən heç kəsin xəbəri yoxdur.Ümumiyyətlə, mən ömrümün çoxunu öz içimdə yaşamışam.Mənə, tək bir mənə aid olan duyğuları, qorxuları, həyəcanlarıbaşqalarıyla bölüşməyə nə hacət? Həm də indi belə aydınlıqlavə dəqiqliklə bəyan etdiyim bu gizli qorxularımı, pünhannigarançılıqlarımı o vaxt özüm özümə belə etiraf edəmməzdim.Ürəyim gəlməzdi. Əmin idim ki, özümün belə səbəbini tam26

aşkarlığıyla boynuma almaqdan qorxduğum hisslərimbaşqalarına heç cür agah ola bilməz. Sən demə...ÇarpayıdaRəsul Rzanınüzünə çəkilibyüz illərin ağ yuxusu.Anar təslim olubqısılıb küncəSaçlarından, qaşlarından, üzündənaxıb tökülürneçə ildir ürəyindəgəzdirdiyi qorxusu.Fikrət Qocanın "Rekviyem"ində atamın ölümünü,ölümündən sonrakı ilk saatları təsvir edən sətirləri oxuyandagördüm ki, "illər boyu ürəyimdə gəzdirdiyim qorxumu" gizlədəbilməmişəmmiş. Hər halda şair gözlərindən gizlədəbilməmişəm.Belə qorxurdumsa, uzaq səyahətlərə niyə çıxırdım? Ağlagələn ilk cavab – bu cavab mənim xeyrimə deyil – belədir ki,qorxu qorxu yerində, amma kefimdən də qalmaq istəmirdim.Bu cavabda bir azca həqiqət varsa da, həqiqətin hamısı, yarısı,heç çərəyi də yoxdur.Özümə bəraət qazandırmaq, olanları bəzəmək, münasibsəbəblər uydurmaq istəmirəm. Amma doğrudan, səfərlərəçıxmağımın bir cəhəti də vardı – hansı səfərdənsə imtinaetsəydim, getməsəydim, demək, məhz bu müddət içində bədhadisə gözləmiş olardım.Əlbəttə, atamın halı xarablaşanda səfərlərdən imtinaedirdim, amma 81-ci ilin fevralında İtaliyaya gedəndə atamıevdə nisbətən gümrah halda qoyub getmişdim.İndi İtaliyadan Moskvaya qayıdarkən mehmanxanayaçatanacan, Bakıya zəng vuranacan ürəyim çırpınıb yerindən27

çıxırdı.Mehmanxana otağındayam, Bakının telefon kodunu, sonraatamgilin nömrəsini, sonra öz nömrəmi yığıram. Uzun-uzunsədalar. Cavab çıxmır ki, çıxmır.Bacımgilin nömrəsini yığıram.–Qorxma, heç bir şey yoxdur. Qan təzyiqi bir az yüksəkoldu, apardıq xəstəxanaya. Orda palatada telefon var, istəyirsənzəng vur.Xəstəxananın nömrəsini yığıram. Dəstəyi özü götürür.Səsimi eşidən kimi gümrah tonla danışır.–Lap yaxşıyam. Nigar da burda, yanımdadır. O da lapyaxşıdır.Dəstəyi anam alır. Səsində sevinc var, şadlıq var.Əlbəttə, iki min kilometr məsafədə nigarançılığımısakitləşdirmənin yeganə vasitəsi budur.Kefləri kök, damaqları çağ... Guya ki... Elə bil heçxəstəxanadan danışmırlar.Amma bilirəm axı, bilirəm axı...Məlumdur ki, xəstələryaşamır.Xəstələr gecə-gündüzölümlə dava çəkir.Bəzisi səsli, haraylı,bəzisi səssiz, səmirsiz;mən təki...Müxtəlif illərin misraları səslənir qulaqlarımda.Beyin fosfor istəyir,şəkər istəyir ürək.həkim deyir:şəkəri az yeyəsən gərək.Beş, on il dözər canCiddi pəhriz saxlasan.Bu sətirlər 58-ci ilin şerindəndir. Dözümlü canı, möhkəmürəyi atamı bu şerin yazılma tarixindən sonra iyirmi üç il28

yaşatdı.Amma bütün bu illər ölümünü də "qəlbində, beynindəsaxladı".Çinarın ölüm günüilk pöhrəsindən,ilk yarpağından başlamışdı.Əsr-əsr yaşadı bu ölümçinarın budağında,gövdəsində, kötüyündə.Ayrılmadı çinardanbir an da, bir gün də.Çinar duymasa da onu,ölüm keçdi pöhrə-pöhrə.yarpaq-yarpaq.Budaq-budaq yolunu."Kölgə kimi ondan ayrılmayan ölüm" onubədbinləşdirmirdi, o, "ömür adlanan qəribə yolun sonucu bu"deyərkən ölümü yox, həyatı, insanları, dünyanı düşünürdü.Ancaq ki, bir qaçılmazqanunu var həyatın–günlərin damlasındandolacaq ömür gölü.Necə uzaqda olsagələcək bir gün ölüm...... Bir gün gedəri olsambəlkə azalacaqdırbu dünyadan bir damla.Ancaq dünya qalacaq;dopdolu bir həyatla,yaşayıb yaratmağaqadir saysız adamla...Hər gün onu "bir xəncər boyu" ölümə yaxınlaşdırırdı.Amma o daima hərəkətdə idi, qolunun giri, ayaqlarının gücüqaldıqca addımlayırdı. Həmişə yoldaydı.29

Qurtarmaq bilmir qatarın yolu.Gündüzü var, gecəsi var.Hələ gülə-gülə minəcək,kədərlə düşəcəkneçəsi var.Nə mən bilirəm harda düşəcəyəm,nə qatardakılar bilirBəlkə heç qatar dayanmır:düşənə elə gəlir,minənə elə gəlir,bəlkə mənə elə gəlir......nə yol qurtarır,nə – arzular.Yenə iskələlər, duracaqlar ötüşür.Kimsə minir.Kimsə düşür...Ömür qatarından yol boyu neçə tanışı, dostu, əzizidüşmüşdü. Axır illər onları daha tez-tez, daha göynəklianımlarla xatırlayırdı. Müşfiq nisgilini "Qızıl gül olmayaydı"poemasında ifadə etmişdi. Sabit Rəhmana, Nazim Hikmətə,Abdulla Faruka, Mikayıl Rəfiliyə, Cəfər Cəfərova, ƏvəzSadıqa, Tatul Huryana, Lətif Səfərova, Əliağa Kürçaylıya,cavan vəfat etmiş bacısı Turəyə şerlər, poemalar, misralar həsretmişdi.Mən kölgəsiz bağ görmədim,El dərdi tək dağ görmədim.Gözlərimi yumub-açdım,neçə dostu sağ görmədim.1962-ci ilin payızından 64-cü ilin yazına qədər mənMoskvada, Ali ssenari kurslarında oxuyurdum. Atamın vəanamın məktublarının bir qismi bu illərdə Moskvayayazdıqlarıdır."Anar bala, xoş gördük!30

Bakıdan nigaran olma, hamı sağ-salamatdır. İttifaqda,ictimai həyatda elə mühüm bir hadisə yoxdur. Yer-yurdunuzmüəyyən olandan sonra yaz, səni yerli qəzetlərə abunəyazdırım. "Rənglərə" bir başlıq yazmışam, gör necədir. Ver,Çingiz (Ç.Hüseynov – A.) sətri tərcümə eləsin, o biri şerlərləbirgə versin tərcüməyə. Əgər Vinokurov nəm-nüm eləyirsə,bənd olmayın. Bəlkə başa düşmür, bəlkə ürəyindən deyil,Slutskiyə versə də, Çingiz mənim adımdan verməsin. Çünki oda lovğadır. İstəmirəm mənim adımdan ona təklif olunsun......Yaxşı olar ki, Çingiz şerləri bir adama versə, sən də ordaolasan, çünki sən daha yaxşı izah edə bilərsən.Hələlik. Sağ ol, oğlum. Öpürəm.Rəsul23/XI–62 Bakı"."Anarım!Kaş bu məktub Şimalın şaxtalı soyuqları arasında səni birazca qızdıra idi. Əvvəlcə bu kağızı tutan əllərini, sonra onuoxuyan ağıllı gözlərini və nəhayət, o şair duyğulu incə ürəyinibir azca isidə biləydi. Ayaqlarını demirəm, çünki burdanapardığın naxışlı yun corab və isti çəkmə yəqin ki, ayağınıyaxşıca qızdırır.Sən gedəndən sonra mən bir neçə axşam gözümün yaşını selkimi axıtdım, sonra düşündüm ki, Bakını sel apara bilər, dahaağlamıram; amma çox darıxıram. Bizim həyatımız əvvəlkikimidir. Rəsul gündüzlər evdən gedir Radioya, Azərnəşrə,Yazıçılar İttifaqına, yaxud əksinə. Beşdə gəlir nahar edir, biryığın qoz, fındıq, nar yeyir, sonra otağına çəkilib poeziyanınşedevrlərini yaradır. Fidan ərəb dili ilə məşğuldur. Təranədərslərini hazırlayır, sonra ikimiz televizora baxırıq. Rəsularabir otağından çıxıb bizə deyir: bu zibilin nəyinə baxırsınız.Doğrudan da, bir yaxşı kino göstərmirlər. "Tam-tam" pişikbuxarının qabağında uzanıb xor-xor kefə baxır. Niyə baxmasın,oğlu Moskvaya getməyib ha! Ənvər (Ə.Məmmədxanlı – A.)arabir gəlir. "Tam-tam"la oynayır, papiros çəkir və susur.31

Bəzən də bir aylıq danışmaq normasını iki saatın içində yerinəyetirir. Fikrət (F. Ağazadə, qohumumuz – A.) bu qapıdan giribo qapıdan çıxır. "Niyarə, işin yoxdursa, mən getdim" – deyibəkilir. Sənsiz çox darıxır. Daha sənə nə yazım, səni görməkarzusu ilə yaşayıram. Bu ayda yəqin ki, görüşərik. Sənin vəZemfiranın (yoldaşımın – A.) işləri necədir? Ev tapabildinizmi? Anar, əgər sən ərəb əlifbasını unutmamısansa, mənsənə o əlifba ilə yazaram, onda uzun və müfəssəl yazmaq olar.Öpürəm səni bərk-bərk.Anan.1962-ci ilin axırıncı ayının 1-ci günü"."Ani bala, xoş gördük!İndicə səninlə danışdıq.İclas... pis keçmədi. Z və Ə özlərini cırdılarsa da yığıncaqonlara səs vermədi. Yerdən etiraz səsləri qalxdı. Ümumi hesabtəxminən 10–0 oldu. Hər halda iştirak edənlər belə deyirlər. İşburdadır ki, Ə çıxışında dedi ki, axır iki-üç ildə Rəsulunyaradıcılığında formalizm bir qorxu təşkil edir və sairə.Mən danışmadım, ancaq axırda arayış istəyib... keçən il"Azərbaycan"ın 8-ci nömrəsindən parçalar oxudum. Burada o,indicə dediyinin tam əksini, yəni mənim nə qədər müasir, yaxşıyazdığımı söyləyir. Məqalə sənin yadında olar.Burda o, şeri bir neçə dəfə oxumağı, başa düşmək üçündiqqətlə təkrar oxumağı məsləhət görür. "...Rəsul Rzanın şerlərinimən təkrar oxuyanda görürəm ki, nə qədər dərin" və sairə....Suyu süzülə-süzülə getdi.Gələcəkdə də belə olacaq.Salam dostlara. Öpürəm.Bu saat bütün ailə üzvləri oturub söhbət edirik.Rəsul7/I-3U"Anarım!Biz gələndən sonra sizdə əmələ gələn ruh yüksəkliyini32

ürəkdən alqışlayıram. Sənin ssenarini belə sürətlə qurtarmağınvə Zemfiranın elm dəryasına baş vurması göstərir ki,gələcəyiniz parlaqdır. "Prazdnaə jiznğ ne mojet bıtğ çistoy".A.P.Çexov. "Bekarçılıq insanı çürüdə bilər". Nigar xanımRəfibəyli. Rus və Azərbaycan klassiklərindən gətirdiyim busitatlar ömrünüzün şüarı olsun. Sizin ayrılığınızın acısını mənəyalnız bizim əjdaha evimiz unutdura bilərdi. Gələn kimi evəjdaha kimi ağzını açıb məni uddu, mən də içəridən onudidməyə başladım. Yaz mövsümünün başlanması ilə əlaqədarolaraq evdə çoxlu işlər görülür. Nə isə Anarım, xan nəvələriistirahətdədirlər. Mülayim dəniz havası, çiçəkləyən ağaclarınətri, bir də sakitlik. Yazıçıya və insana bundan artıq nəlazımdır ki... Moskvada keçirdiyim günləri xatırladıqcaoxuyuram: ah, necə kef çəkməli əyyam idi.Bu məktub sənə çatanda yəqin yola hazırlaşacaqsınız.Anarım, qatarla gəlin, mən də arxayın olum. Bakıda sağsalamatlıqdır.Havalar tez-tez dəyişir. Daha sənə nə yazım.Məktubunu aldıq, çox sağ ol. Zemfiraya salam de.Öpürəm səni.Niyal.12 aprel, 1963".Onlar xəstəxanada deyil, öz evlərində olanda hər günatamgilə dəyərdim. Adətən gündüzlər gedərdim.Gündüzlərdə nə isə bir nikbinlik var – gün işığı, telefonzəngləri, küçənin hay-küyü, qəzetlər, məktublar, ev kirayəsi,işıq pulu, gəlib-gedənlər...Ancaq bəzən onlara axşamlar gələrdim.Deyirlər,axşamlar kədər gətirir.Deyirlər,can sıxır qaranlıq gecə.Deyirlər...Deyirlər...33

Gündüzlər necə!Gündüzlərsəbirsiz gözləyirik ki,bir axşam olsun,bir gəlsin gecə!..Bu qərib axşamların kədəri son saatımacan içimdəyaşayacaq. "Qərib" sözü burda çox dəqiqdir; onlar özşəhərlərində, öz evlərində olsalar da vaxt qürbətindəyaşayırdılar.Niyə, niyə, axı, niyə mən hər cür işimi–gücümü, ən təcili,təxirəsalınmaz, ən vacib işlərimi belə kənara atıb bütünaxşamlarımı onlarla keçirmirdim? Niyə onların bir günolmayacaqlarını bilə-bilə, onlarsız günlərimin acı həsrətiniöncədən duya-duya, bu fikri özümdən iraq edirdim?Hökmən bir ay, bir-iki həftə, heç olmasa bir neçə gün bütündünyanı, bütün aləmi, işlərimi, qayğılarımı unudaraq Bakıdamı,Buzovnadamı, Göyçaydamı səhərdən axşamacan, axşamdansəhərəcən onlarla bir yerdə olmaq – arzum, istəyim, əlçatmazxülyam idi. Doyunca, lap doyunca bir yerdə qalmaq, doyunca,lap doyunca söhbət etmək – olanlardan, keçənlərdən. Niyəqismət olmadı bu mənə, niyə?Uşaqlığımdakı kimi – bir yerdə yaşamaq, amma durulubaydınlaşmamış körpə şüuruyla deyil, yaşlı, yetkin insanzehniylə onları günbəgün, axşambaaxşam, səhərbəsəhərdinləmək, qavramaq, yadda saxlamaq....Niyə mümkün olmadı bu, niyə?Hansı iclaslar, bədii şuralar, redkollegiyalar, çıxışlar,görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyətsevincləri və bütün başqa sevinclər – bax, həmin o saatları, ogünləri – Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı məndən?Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri,sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları qədər mənəəziz, doğma, munis ola bilərdi!Axşamlar... Onların axşamları... Son illərin axşamları...34

Otaq böyük idi, bəlkə buna görə çıraq onu gur işıqlandırabilmirdi. Alaqaranlıq olmasa da, otaq hər halda çıraqban dadeyildi.Televizor işləyir. İkisi – iki qoca – oturublar televizorunqarşısında. Anam baxır ekrana, atam yox; televizorunqabağında oturub, amma gözlərini yumub."Xoş-beş, nə var, nə yox, sağlıq"dan sonra dinib-danışmır.Dəhlizdə anam: "Mənimlə də danışmır, elə bil söhbət tapmırdanışmağa, – deyir. – Bütün axşamları, bax, beləcə televizorunqabağında oturur, gözlərini də yumur, baxmır, susur. Bilmirəmgözlərini yumursa, daha televizorun qabağında niyə oturur".Bəlkə baxmır, qulaq asırmış. Amma qulaq asmalı nə var ki?Qulaq asmaq istəyəndə balaca tranzistorunu qururdu. Axır ikiüçildə çox mütaliə də edə bilmirdi-gözləri zəifləmişdi,oxuyanda tez yorulur, ağrıyırdı.Yəqin ki, bu gözüyumulu, sükutlu saatlarında büsbütünötənlər aləminə, İçəri dünyasına çəkilirdi. O dünyaya ki, oradavaxt anlayışı yoxdu. – Keçmiş də İndi kimi realdır, əyanidir,görümlüdür, insanların da hamısı – ölüb itənləri, haçansaömründən keçib-gedənləri belə – diridirlər, budur, burdadırlar,danışırlar, gülürlər, ağlayırlar, əl eləyirlər.. Dünya da minrəngli, min bir çalarlıdır.Bilmirəm, bir mən beləyəm,Ya hamı belədirmi?Yada saldıqca keçən günləriHər gün bir rəngdə görünür mənə;Şənbə sarı görünür,Bazar ağ,Cümə-qırmızı.Yadıma gəlir qonşumuzunqara, uzun kirpikli qızıvə qızın, boynundakıgözmuncuğu,Yadıma gəlir nənəmin35

göy gözləri,şirin nağılı,babamın qaşqabağı, acığı.Yollar yadıma düşür.Tozlu yollar,Yulqunlu, yovşanlı yollar,turaclı, dovşanlı yollar.Qarğı tütəyim yadıma düşür.Sümsüm yadıma düşür,qarğı cəngərəkləəlçatmaz budaqdan üzdüyümzingirə-zingirəəlvan üzüm yadıma düşür.Köbərləri qazıbçıxartdığımız boyaqyadıma düşür.Bağlardan yığdığımızşirin əvəlik,dağlardan yığdığımsumax yadıma düşür.Onu bu xatirələr, fikirlər aləmindən, vaxtsızlıq dünyasındanayırmaq, təkliyini dağıtmaqçün eşitdiklərimdən,gördüklərimdən, oxuduqlarımdan – bir sözlə Bu Gündəndanışırdım. Ona cürbəcür xəbərləri, şayiələri, bəzən həttaqeybətləri çatdırırdım. Zəif gülümsünürdü, solğun bir maraqgöstərirdi, amma duyurdum ki, bütün bunları tam birbiganəliklə qarşılayır.Hərdən bu məni hövsələdən çıxardırdı. "Niyə heç kəslədurub – oturmursan? – deyirdim. – Hanı sənin tay-tuşların,dostların?" – deyirdim.Dönə-dönə verdiyim bu suala yalnız bir kərə cavab verdi vəbu cavabı heç vaxt unutmayacam:–Mənim dostlarım Müşfiq, Faruq, Rəfili, Sabit, NazimHikmət, Cəfər Cəfərov idi. Neyləyim ki, heç biri qalmayıb.36

Sabit Rəhmana müraciətlə yazırdı:"Kommunist" küçəsindəSabir bağıyla üz–üzə"Gənc işçi"Həm iş yeri,Həm gündəlik ruzi ağacı,Həm etibarlı sınaqdı bizə.İndi sən yox,Müşfiq yox,Mikayıl yox,Faruq yox,Səməd yox,Əli Nazim yox,Mehdi yoxdu.Tək necə qayıdım o günlərə,necə keçim o yolu!Son illər Nazim Hikməti daha tez-tez xatırlayırdı. Nazim20-ci illərdə Bakıya gələndə atamla görüşməmişdilər. Naziminölkəmizə 50-ci illərdə ikinci və həmişəlik gəlişi zamanı tanışoldular və dərhal da köhnə dostlar kimi ünsiyyət bağladılar.Moskvada və Bakıda bir-birinin ən əziz qonaqları idilər. Nazimatam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şeryazıb. Bu şerlərin hamısı N.Hikmətin vəfatından sonra yazılıb.Ancaq Nazimlə hələ şəxsən tanış olmadığı vaxt, şair TürkiyədəBursa məhbəsində dustaq yatarkən, atam Nazimin anasına birşer yazıb. Bu şeri sevmirəm. Ritorik, şüarçı şerdir. Nazimləşəxsi tanışlıqdan, ülfətdən sonra və Nazimin ölümündən sonraatamın ona həsr olunmuş sətirlərini isə həyəcansız oxuyabilmirəm.Şair yoxdur artıq,olmayacaqUlu şair ölümünüsinəsində apardıBursadan.37

İnfarkt miakardo onuuzaqlarda vursa da.İstanbulda Boğaziçində, Çinaraltında, Bursada Nazimixatırlaması təbiidir, amma Bakıda, xəstəxanada, azarlı, ağrılı,əzablı günlərində də ürəyində, yuxularında, şüur dumanlarındaNazimlə danışırmış."Qarşı yalı məmləkət"də – Bolqarıstanda yazdığı şerində dəNazimlə bağlı sətirlər var.Üfüqdə göy gözlərin sarı həsrəti.Bir səs:–Oğlum, oğlum! – deyə.çağırır Məməti......Qara dənizin üstündən,qara yellər əsdimi?Məmət gecikdimi?Çağıran tələsdimi?...Üfüqdə göy gözlərin sarı həsrəti,Səhifələrdə yaralı qəlbin məhəbbəti...Məmət dərs oxuyurLehistanın baş kəndində.Şəkərim, qardaşım, ustad!Bir də çağırma,Çağırma Məməti!–Niyə çağırmasın? – deyə atamdan soruşuram.–Necə niyə? –təəccüblənir, mənim başa düşmədiyimətəəccüblənir. – Axı Nazim ölüb. İndi hara çağıra bilər Məməti,o dunyaya?Bu qədər aydın ifadə olunmuş fikir, bilmirəm niyə mənə ilkdəfədən çatmayıb.1962-64-cü illərdə Moskvada təhsil alanda atam məni birneçə Bakı qəzetinə abunə yazdırmışdı. Hər həftə "Ədəbiyyat vəincəsənət" qəzeti gəlirdi və hər həftə qəzetin səhifələrində atamhaqqında yazılar oxuyurdum.Qəzetin 13 yanvar 1963-cü il nömrəsində Lenin mükafatına38

təqdim olunan əsərlərin siyahısı dərc olunmuşdu. Bu əsərlərsırasında atamın "Qəlbimdə bahar" kitabı da vardı.Qəzet bu kitabın mükafata təqdim olunması münasibətiləformal müsbət rəyi ifadə edən məqalə çap etmişdi, ammaməqalə bu sözlərlə qurtarırdı: "Pəncərəmə düşən işıq", "İkitarix" şerlərinin sonluğu zəifdir. "Quzu", "Mahnı dərsi", "Qaz"şerlərində yürüdülən fikir müəyyən dərəcədə dumanlıdır. "Ağfil" şerinin ideyası orijinal deyildir, "Bakı", "Ana, dərdinnədir?" şerləri lakonizmdən uzaqdır, ritorik xarakterdədir və s.Şair bəzən prozaik ifadələrdən həddindən çox istifadə edirki, bu da sətri tərcümə təsiri bağışlayır.Ayrı-ayrı nöqsanlarına baxmayaraq "Rəsul Rzanın "Qəlbimdə,bahar" şer kitabı maraqla qarşılanır". (19 yanvar, 1963)Qəzetin elə həmin nömrəsində dərc edilmiş başqa birməqalədə belə abzas var:"Qəlbimdə bahar" kitabına çəkilmiş şəkillərdə gənc rəssamT.Nərimanbəyov formalist axtarışlarının faydasız bəhrəsininümayiş etdirmişdir. Həyat ilə, insan təfəkkürü ilə heç birəlaqəsi olmayan bu mücərrəd ifrat şərti rəsmlərin meydanaçıxması, hazırda sovet incəsənətində mücərrədçi, formalisthoqqabazlıqlarla gedən ciddi mübarizə şəraitində xoşagəlməzbir hadisədir". (19 yanvar, 1963)Ölkənin ən yüksək mükafatına təqdim olunmuş kitaba busayaq, bu dillə xeyir-dua verilir, "uğur dilənirdi".Qəzetin (9 fevral, 1963) "Xalq üçün yazıb-yaratmalı" adlıbaş məqaləsi demək olar ki, tamamilə atamın "Rənglər"inə həsrolunmuşdu. Məqalədən bəzi parçalar:"Biz mücərrəd insanpərvərliyi poeziyamıza və ümumiyyətlə,ədəbiyyata və incəsənətimizə yaxın qoymamalıyıq. Çox təəssüf ki,bizim poeziyamızda mücərrəd insanpərvərlik, "ümumiyyətlə"insandan danışmaq kimi hallara təsadüf olunur...Müasir poeziyamızın görkəmli nümayəndələrindən olan xalqşairi Rəsul Rzanın ədəbiyyatımızdakı xidmətləri geniş39

ictimaiyyətə məlumdur. Onun gözəl ictimai-siyasi lirikası,beynəlxalq mövzulardakı şerləri, Dövlət mükafatına layiqgörülmüş "Lenin" poeması oxuculara yaxşı tanışdır. Bütünbunlarla yanaşı şairin bir sıra son şerlərində və xüsusilə,"Rənglər" adlı ("Azərbaycan" jurnalı, 1962-ci il, № 12) silsiləşerlərində gözə çarpan ciddi qüsurlar da ədəbi ictimaiyyətimizinarahat etməyə bilməz. Şairin həmin şerlərində məhz mücərrədinsanpərvərlik, müasir həyatımızın aktual məsələlərindənuzaqlaşmaq halı aydın hiss olunur. "Rənglər" silsiləsindəki 27şerin demək olar ki, hamısının axırı insan haqqında beləmücərrəd fikirlər və ifadələrlə qurtarır: "İnsan ülfəti","Anlayan, duyan insan", "İnsan qayğısı", "İnsan əməli", "İnsandüşüncələri", "Gülən, ağlayan insan, insan, insan", "İnsanbəzəyi", "Dərindən nəfəs aldı insan", "İnsanın bəlalı başı","Bəzi insan niyyəti", "İnsan dünyası" və sairə. Bu şerlərdəhansı insandan danışılır? Şairin insana demək istədiyi nədir?Tamamilə aydındır ki, bu şerlərdə konkret insan yoxdur,rənglərin dili ilə insana söylənən fikirlər çox mücərrəddir,dumanlıdır və oxucu bu fikirləri duymaq, başa düşmək bir yanaqalsın, yozub məna çıxarmağa da çətinlik çəkir.Həmin parçalardan aydın görünür ki, şairin məntiqində heçbir ardıcıllıq yoxdur, müqayisələrində predmetlər, insanlar,hadisələr haqqında real təsəvvür yoxdur, rənglərin insanamünasibətində, hadisələrə təşbeh gətirilməsində uyğunsuzluqvə mücərrədlik var (Kəlmə başı "mücərrədlik" sözünün təkraredilməsi "Rəngləri" o zaman rəssamlıqda mücərrədliyə qarşımübarizə kampaniyasıyla bağlamaq cəhdiylə əlaqədardır).Belə tapmacaçılığa müasir şerimizdə nə ehtiyac var? Bizimhəm fikir, həm ifadə cəhətdən aydın, axıcı və ahəngdar sovetpoeziyamızın ənənələri harda qalmışdır ki, belə "tapmacaçılıq"və mücərrədlik şerimizə yol tapır?"."21 fevral 63.Oğlum, Anarım!40

Bu gün Nigarla qonaq getmişdik, Ə-gilə. Çox üz vurdu,getməli olduq...Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyliriqqətləndirdi. İnsan necə mürəkkəb, anlaşılmaz məxluqdur.Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdənzövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən.Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyranqalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, TahirSalahovla, Elbəylə (Elbəy Rzaquliyev - A) Neft daşlarınagetmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandanneçə il keçir. Elə bil ki, 1963-cü ilin qapısını açıb o uzaq illərəgirdim. Ə. həmin şux enerjili, adama (bəzən həddindən artıq)hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu günonun səadətxanasında olduğumuz zaman mən bu adamın, adigörünən bu adamın qəlbində nə qədər zəngin insani hissləryaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzunillər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincəhəsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıqfərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biripişiyə, biri quşa salır. Ə. iki tapdıq uşaq saxlayır. Bu uşaqlarkim bilir, nə qədər məhrumiyyət, kədər, göz yaşı"gələcəyindən" dinc həyat, məhəbbət, tərbiyə, əmək, səadət"bugününə" düşüblər.Onlar "yetim" sözünün köz kimi cızıltısından qurtarıb "ana","ata" sözlərinin şəfqət və işıq mehribanlığına qovuşublar.Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətləsalam verdikləri, adam arasında "çudak" ləqəbi qazanmış Ə-dir. Sən təsəvvür edə bilməzsən, o nə qədər böyük bir qürur vəinsanı riqqətə gətirən sevinclə "balalarından", onların ağılkamalındandanışırdı. Hər dəfə onların adını dedikdə onungözlərində nə sonsuz bir səadət görünürdü.Bəli, insan mürəkkəb, böyük, mənalı, mübhəm, zəngin, heçbir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgərbu varlığın heç olmazsa-bir hissəsini anlamaq, duymaq,41

aşqalarına nağıl etmək üçün bir ömür vaxt lazımdırsa, bunuməmnuniyyətlə etmək ən şərəfli iş deyilmi?Evə gəldik, dedilər zəng eləmisən. Əzizim, oğlum, qardaşım,mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam,yoldaşım Anar bala, nə üçün bu qədər nigaranlıq keçirirsən?Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündənmübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərinimtahanından keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm,davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Nəüçün nigaransan? Məgər mən inandığım, seçdiyim həyat vəsənət yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığalarınsancaqlarını görmüş, dızıltısını eşitmişəm?Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlargüruhunun tənə daşları hansı sənətkarı yolundan qaytarabilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindənolduğuma şübhə edirsən?Anarım! Mən axır günlər yumoristik şerlər yazıram. Bu sonhadisələrə mənim necə baxdığıma sübut deyilmi? "Karvanımızgedəcək" şeri yadında deyilmi?...Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət,çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki,anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, "özünübəyənən ağam vay!" qəbilindən gəlməsin. Mən söz gəzdirənədəbi... f. nə üçün belə etdiklərini anlamasaydım, qəzəbinəsəbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın,xüsusilə, Azərbaycan şerində hər gün daha artıq bir qüvvətləsəslənən yeni şerin mübarizlərini bir sıraya nə topladığınıanlamasaydım, bəlkə də məyus olar, ruhdan düşərdim. Bütünbunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığımüçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa)məndə bir təbəssümdən, bəlkə də təəssüfdən başqa bir şeyəsəbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrəözümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ,42

əlində hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş birqələm olaraq "bənzəyir bir qocaman dağa ki, dəryada durar".Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.Rəsul"."Oğlum!Bilsən yerin necə boşdur. Hər dəfə yeni bir şer yazıbqurtaranda gözlərim səni axtarır, axı sən bizim ədəbimübahisələrimizin, münaqişələrimizin münsifi idin. Əgər təbiətdə insan qəlbi qədər həssas olsaydı, yəqin ki, dəniz birdamlanın əksildiyini duyardı. Hər gün səhər açılır, fəslinahənginə uyğun planetimiz böyrünü günəşə verib hərlənir, bizigecələrin qaranlıq səhrasından keçirib yeni səhərlərəqovuşdurur, biz ən əziz bildiyimiz ömrü məngənə kimi yeyəyeyəəbədi sükut aləminin sahilinə yaxınlaşırıq.Bəlkə də bu ibarəli cümləyə dodaqaltı qımışacaq,deyəcəksən, Rəsul sentimentalizm ənənələrini yenidəndirçəldir. Yox. Bu bir növ ruhi fotoqrafiyadır ki, kəlmələraşkarlayıcısı ilə aydınlaşıb.Yeni şerlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvəttoplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün bizüçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mənsəsində bir məyusluq çaları duydum. Nə üçün?...Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim.Səninlə danışandan sonra elə bil ki, qəlbimə bir sakitlik,fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Busikldən olan birinci şeri sənə göndərirəm.İş günüİstər yağış çiləsin,istər qızmar gün olsunistər şaxta,43

u gün də iş günüdür,sabah da.İnsanın iş günüazalsa da, çoxalsa da,insanlığın iş günü bitməyəcəkİnsan orbit–orbit gəzəcəkulduzların beşiyini.Səhralara bahar səpək,günəş tökək yuvamıza!Qaralmasın ömrümüzünnə bir anı, nə beş günü,Ulduzlar yanırDəryalar dalğalanır.Güllər cücərir torpağın qoynunda.Yer kürəmiz fəsil-fəsiltəzələyir dəyişəyini.Dünən də iş günü idi,Bu gün də iş günüdür!Sabah da olacaq həyatın iş günü.Nə yorğunluq, nə intizar,nə təqvimi müxtəlif rənglərə ayıran olsun.Ömrümüz iş günü,Hər iş günümüz bayram olsun.14 fevral 1963.Məni Balakən rayonundan deputatlığa namizəd veriblər.Həyat belədir, oğlum: gün çıxır, göy buludlanır, yaz olur, qışolur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər,soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin.Bəlkə də ədəbi mığmığalar bu sözləri oxuyub ağız büzərlər."Yenə də mücərrəd İnsan" – deyə dızıldayarlar. Olsun. Konkretheyvan olmaqdan müçərrəd İnsan olmağın nəyi pisdir?Hələlik. Öpürəm.Rəsul Rza44

16/XI.63"Oğlum! Anar!İndicə Filarmoniyadan türk bəstəkarlarının konsertindəngəldik. Yerin boş idi. Biz hamımız – anan, bacıların, Ənvəroturub xeyli natanış musiqiyə qulaq asırdıq, sən yox idin.Simfoniya və orkestr üçün yazılmış konserti dinlədikcədüşünürdüm: dünyadan nə qədər xəbərsizik. Axı bizimtəsəvvürümüzdə aləm çox məhduddur. Biz evimiz, eyvanımız,küçəmizdən başqa nə görmüşük? Yeni illərin qırdığı çərçivələrhələ zehnimizə uyuşub bərkiməyib. Çalınan əsərlərdən ikincimənə daha xoş gəldi, Fidana əksinə. Nigar, Təranə hər ikisinibir az bəyəndilər. Mən musiqi haqqında mülahizə yürüdübhökm verməkdə özümü haqlı hesab etmirəm. Lakin mənanlamağa çalışıram. "Bu gecədə dinlədiyim əsərlər bütünlüklə– mənə aydın idi" – deyə bilmərəm. Ancaq duman arxasındasilueti görünən dağlar kimi mən bir əzəmət, nə isə rəngləri,biçimləri adiləşmiş aləmə bənzəməyən bir varlıq mövcudolduğunu duydum......İndi gedib duş (çilək) qəbul edəcəyəm. Sonra yatacağam.Burda hamı sağ-salamatdır.Öpürəm.Rəsul.20/XI.63""Ədəbiyyat və incəsənət", 30 mart 1963. "Məqsəd aydınlığıvə sənətkarlıq" adlı məqalədən:..."Yenilik" pərdəsi altında düşmən ideologiyasınınmədəniyyətimizə nüfuz etməsinə, kommunist tərbiyəsindəqüdrətli vasitə olan ədəbiyyat və incəsənət silahımızın pasatmasına kəsərdən düşməsinə laqeyd qalmaq olarmı? Əlbəttə,yox. Qəribə burasıdır ki, formalizmi, abstraksionizmi əsaslısurətdə tənqid edən qiymətli partiya sənədlərindən söhbətgedərkən: "Bəs bizim ədəbiyyatımızda necə? Mücərrədçiliyi və45

onun müxtəlif təzahürlərini andıran əsərlər yoxdurmu?" – deyəsual etdikdə, yazıçı yoldaşların bəziləri "məsələnin bu şəkildəqoyulmasından" narazı olurlar. "Şərt deyil ki, hər yerdəmücərrədçilik axtarıb tapasan?" – deyir, tənqidin diqqətiniqüsurlardan, səhvlərdən yayındırmaq istəyirlər (Bizim estetikadərnəyinin bir məşğələsində olduğu kimi). Sual olunur:–Hörmətli yoldaş, hərgah belə qüsurlar varsa, onları"axtarıb tapmaq", yəni göstərmək qəbahətdirmi? Bir də ki,əgər belə səhvlər uzaq keçmişdə deyil, bu yaxın zamanlardabaş vermişsə, onlar çox köhnə kitab və jurnallarda deyil, bizimöz orqanımız "Azərbaycan" jurnalının 1962-ci il 12-cinömrəsində çap edilmişsə, daha onları "axtarıb tapmağa" nəehtiyac var. Onlar "tapılmışdır", daha doğrusu, onları hamımızoxumuşuq. Jurnalımızın yuxarıda göstərilən nömrəsində xalqşairi Rəsul Rzanın "Rənglər" başlığı altında 27 yazısıverilmişdir. Mən bu parçaları diqqətlə oxudum, bunlardahəyatımız üçün, cəmiyyətimiz üçün xeyirli bir məna, faydalı birməzmun axtarmağa çalışdım, çox təəssüf ki, tapa bilmədim....R.Rza "Rənglər"i çap etdirməklə indi çıxılması çətin olanbir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, buradabir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərədüşüb çıxmışam, hələ neçə il bundan qabaq formalizmə meyletməyim üstündə məni möhkəm tənqid etdilər, nə oldu, nəitirdim?...Novatorluğu "novatorluq" xatirinə deyil, əsərlərimizləxalqımızın böyük işlərinə daha yaxından və daha layiqli köməkgöstərmək xatirinə etməliyik. "Rənglər" müəllifi necə, beləmietmişdir? Çox təəssüf ki, yox! Bəlkə müəllif yuxarıda göstərilənsəhvləri səmimiyyətlə etiraf edəcəkdir. Yaxud bəlkə o: "İmkanverin düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçünaydınlaşdırım; görüm qatıq həqiqətən ağdır, yoxsa qara, qurumqaradır, yoxsa ağ, qum yeməlidir, yoxsa yeməli deyildir"deyəcəkdir? Bu müddət ərzində formalizmin, mücərrədçiliyintənqidinə bir çox məqalə həsr olunmuşdur. Hərgah R. Rza yoldaş46

"Rənglər" haqqında olan tənqidlərə kəmetina olmasaydı, indiyəkimi "rəngləri" özü üçün aydınlaşdırar, müəyyənləşdirər, əslindəqatığın ağ, qurumun qara rəngdə olduğu haqda qəti fikir söyləyəbilərdi. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədiikeyfiyyətlərdən məhrum olan bu "rənglər"in "çalar"larının bizimüçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə,formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif"çalarlar"ı lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdənqovulmasa, oxucularımızda şerə, sənətə ikrah hissi doğurar, sənətaləminə hərc-mərclik gətirər."Azərbaycan" jurnalı bu cür yazıları qeydsiz-şərtsiz çapetməklə həm bu yazıların müəllifinə, həm də oxuculara çox pisxidmət göstərmişdir.(30 mart 1963).6 aprel. 1963. "Şer, yoxsa tapmaca" adlı məqalədən: ..."Rənglər" şeri başdan-ayağa qədər bənzətmələr,müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr, çoxqəribə, gözlənilməz və mücərrəd görünür. Nə qədər başsındırsan da, "Səbir kasasını daşdıran bir damla" ilə bozrəngin əlaqəsini, "bir aylıq balası kəsilmiş bir inəyin mələməsi"ilə narıncı rəngin uyğunluğunu, "namərdin tövbəsi" ilə sürməyirəngin oxşarlığını tapa bilməzsən. Məhz hansı əlamətinə görəgərək "ilk dərs günü" badımcanı rəngə, "Təsəllisiz dərd"xurmayı rəngə, "sallaqxana qapısından girən qafil öküzlər" də,"insan əməli" də sarı rəngə uyğun gəlsin? Bilmirsən niyə"boynuburuq yetim" bənövşeyi rəngdə, amma "gözəllər" və"qəzəllər" məhz püsteyi rəngdə olmalıdır? Bilmirsən niyə"kiçiyin ögey qardaşı məhz kürən olmalıdırU, "bir udum su"ancaq yaşıl rənglə tutuşdurula bilər və i. a. və s.Müxtəlif parçalar içərsində işlənmiş "soyuq tənhalıq","cansız barmaqlar", "boş ürəklər", "kədər çökmüş üzlər","dəryalarla göz yaşı", "milyonlarla qəbir daşı", "yanmış ürək",47

"şaxta qorxusu", "hicran qorxusu", "yanıqlı göz yaşı", "gecənintabutuna salınmış örtük", "buz nəfəsli qaraltı", "ömürlükdustaq", "həsrətli gözlər", "pərişan saçlar", "titrək dodaqlar","nəğməsiz dağlar", "kor bulaqlar", "ovsuz ovlaqlar", "odsuzocaqlar" və bir sıra başqa ifadələr şerlərə bir ümidsizlik əhvalruhiyyəsi,qüssə və soyuqluq gətirmişdir.Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərinarxasından baxa bilsəydi, yəqin ki, müasir şerimizin bəzinümayəndələrinə üzünü tutaraq deyərdi: Axı, mən də, birzaman təbiətin hər an dəyişən gözəlliklərini, təravət vərayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olanəsl insana da ürəyimdə yer vermişzm. Mən də rənglərdənyazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ... Ammainsansız bu gözəlliklər nəyə gərəkdir? Əgər bu rənglər insanınitirilmiş səadətindən doğan məyusluğunu, onun dərinsəmimiyyətini elmin gücü ilə tilsimləri açmaq qüdrətini, həyateşqini, yaxşılıq, mənəvi saflıq kimi sifətlərini aşkara çıxarmağakömək etmirsə nəyə lazımdır? Əgər bu rənglər xalqın böyükhəyat təcrübəsindən, müdrik sözlərindən qida almazsa necəyaşaya bilər? (Göründüyü kimi, fərdi üslubu və düşüncəsəviyyəsi etibarilə məqalə müəllifindən fərqlənməyən Nizamidə "Rənglər" silsiləsinin fəal əleyhdarları cəbhəsindəymiş–A.)."Bakı, 17.IV.63.Oğlum məktubunu aldım. Sağ ol!Doğrudur xətti oxumaq üçün nüfuzlu mütəxəssislərdənibarət bir komisyon düzəltməli olduq. Komisyonun işi(komisyon üzvləri: Təranə, Fidan, Nigar və mən idim) böyükmüvəffəqiyyətlə nəticələndi; yazının demək olar ki, 60%–i üçsaata, qalan 40%-dən 5–6%-ni təxmin şəklində müəyyən etməkmümkün oldu. Bir təsəllimiz var ki, sən də mənim xəttimioxumaqdan az zəhmət çəkməyəcəksən......Burda işlər yaxşıdır. Ev-eşik yerində, adamlar sağ–salamat, ədəbiyyat gül, bülbül, pərvanə və kaman qaşlar48

arasında çaşıb qalıb. Bilmir əsrin həqiqətinə inansın, kosmosəsrinin çağırışına qulaq versin, ya hüsn-camal aləmində ilişibqalsın, budağından üzülmüş bir yarpaq kolluqda ilişib qalankimi. Bu məsələnin həlli müşküldür......Telefona çağırdılar...Məktubu dünən başladım, bu gün davam edirəm. Telefondayol. Sabit Rəhmanov idi. Bir xeyli çərənlədik, sonra da yuxumgəldi, yatdım. Dünən bütün günü yağış yağıb. Bu gün yaxşı günçıxıb.Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım. Əsgərolduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütünhəyət gül iyinə qərq olmuşdu. Bülbüllərin səsi (şerə doluşanbülbülləri demirəm ha) adamı gecə yatmağa qoymurdu. Birkəndə də getdik (Volodya Qafarov və Əli Kərim də mənimləgetmişdi). Bu kənd Dibol1 adlanır. Talışca bolluq kəndideməkdir. Şəkər Aslanov adlı bir cavan şair var, onlarınkəndidir. O da bizimlə getmişdi.Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar. Bu ilAzərbaycanda yağan yağışlar bir təbii fəlakət halını alıb.Deyirlər yüz ildi bu vaxt belə yağış görünməyib. Bir çoxyerlərdə çiyidi yerdə çürüdüb, cücərməyə qoymayıb. Təzədənəkməli olublar. Bu da çəkilən ağır zəhmətə əlavədir. Görünür,Allah ateizmin və din əleyhinə mübarizənin hayıfını bizdənçıxır.Təzə nə yazırsan? Televiziyaya söz verdiyim pyesiqurtarmaq istəyirəm. Bu günlərdə Neft daşlarına gedəcəyəm.Görək nə çıxır. Sən neyləyirsən? Nə yazmısan? "İlin songecəsi" necə oldu? Povest nə haldadır? İşləyə bilirsənmi?Məktub yaz, pul lazım olsa yaz!...Qohum-qardaş hamısı sağ-salamatdır.Öpürəm.Rəsul.18/V.63".49

Atamın və anamın vəfatından sonra onların uzun aylar boyudavam edən xəstəlikləri ilə bağlı binanın – Nərimanovprospektindəki xəstəxananın yanından keçmək mənimçün çoxağır idi. Amma hər halda, gündə, ya günaşırı keçirdim, çünkihər ikisinin məzarlıqlarının yolu bu evin böyründəndir.Hətta xəstəxananın içinə də – nə qədər çətin olsa da getdim.Böyük bibim Kübra xanım burda yatırdı, ona dəyməyəgedirdim. Bibim: " – Bir bu yaya çıxa bilsəydim", – deyirdi. Nəqədər tanış idi bu sözlər, nə qədər tanış idi bu hisslər.Xəstəliyi ümidsizdi. Özü bilmirdi, biz bilirdik. – Bu nəsözdür, maşallah, səndə nə var ki, bir-iki həftəyə sağalıbduracaqsan, – deyirdim.Nə qədər tanış idi bu təsəllilər dilimə, nə qədər vərdişliyalandı bu dediklərim.Bibim atamın ölümündən bir il on gün sonra 82-ci il aprelin10-da vəfat etdi.Xəstəxananın, atamın diliylə desək "xəstələr evinin" tanışdəhlizləri, palataları, həkimləri, tibb bacıları min bir acıxatirəmlə bağlıydılar, min bir göynəkli anımlar oyadırdılar.Amma dəhlizlərdə yumşaq divanlarda əyləşmiş, çəliklərinədayanıb oturmuş xəstələri görəndə sanki çox yaxın, məhrəmadamlarımı görürdüm; axı, onların bir çoxu hələ o vaxtdan,atamın burdakı günlərindən qalmışdılar, onunla hal-əhvaltutmuş, iki kəlmə söz kəsmiş, bir-birlərinə "sabahınız xeyir","gecəniz xeyrə qalsın" demişdilər. Gecələr "xeyrə qarşı" deyibsəhərə çıxmayanlar da vardı.Bir gün qonşum Əziz gəldi,Həkim Əziz.Ümidli, təsəllili sözlər dedi:"Nə var ki, səndə,Çox adam əhvalsız olurBakımızın məşhur küləyiəsəndə".Getdi50

"Yaxın gün şadlıq məclisindəgörüşərik" – dedi..Demə ömründən bir neçə ay,neçə gün, neçə saat qalıbmışNə ağrılı, incikli keçdibu qış!Qəribədir insan taleyi, qəribə.Kim bilir nə vaxt,Hardan dəyəcək zərbə.Düşünürəm: özününgünləri sayılı ikən,bəlkə də onun inamlısözlərindən,bir çimdik də olsaqüvvət aldım mən,Belə olur insanıninsana əvəzsiz hədiyyəsi.Bir xoş baxışı,bir ümidli sözü,bir inamlı səsi.Bu şerdə söhbət atamgilin ev qonşusu həkim ƏzizTalışınskidən gedir. Xəstəxanaya atama dəyməyə gəlmişdi.Gümrah, sağlam, şən idi. Atama ürək-dirək verirdi, dəhlizdə isəbizə: – Vəziyyəti çox ağırdır, – dedi, təəssüflə başını buladı.Bir müddət sonra Əzizin ölüm xəbərini eşitdik."Ölüm gözlə qaş arasındadır" – deyirlər."Gözlə qaş arasındakı ölüm" mənim şüuruma, beynimə,ömrümə ilk dəfə haçan daxil olmuşdu?Əlbəttə, ömrün bütün başqa illəri kimi uşaqlıq illəri də fəsillərləbölünür. Amma mən indi – uşaqlığımı içəri dünyamdacanlandıranda həmişə aləmi yay fəslində görürəm.1951-ci ilin yayıdır, Buzovnada bağdayıq. Anam şəhərdədir.Atam, iki bacım və mən eyvanda oturmuşuq. Bol günəşli,amma mülayim bir gündür. İlıq meh əsir. Dəniz sakit, göy51

apaçıqdır. Atam bizə Mark Tvenin hekayələrini oxuyur. Hansıhekayələri oxuduğu da dəqiq yadımda qalıb: "Tennesidəjurnalistlik", "Mən ziraət qəzetini nə sayaq redaktə edirdim","Saatsazlar". … Gülürük, uğunub gedirik.Elə bu dəqiqələrdə "Saatsazlar" hekayəsinin sonluğunaçataçatda, sürətlə gələn maşın darvazamızın qarşısındaxırıppadan dayanır, qapımız şiddətlə döyünür.Qapıya qaçırıq. Gələn anam və Cəfər Cəfərovun yoldaşıZübeydə xanımdır. Hər ikisi həyəcanlıdır.Mənim on üç yaşım var; atamın rənginin dəyişməsindən,anamın təlaşından hiss edirəm ki, nə isə olub. "Turənin halıxarablaşıb" sözlərini eşidirəm.Turə – atamın ən kiçik bacısıdır, məni tez-tez kinoya aparan,mənə tez-tez dondurma alan istəkli bibimdir.Atam otağa keçib paltarını dəyişən vaxt Zübeydə xanımdansoruşuram: "Düzünü deyin, nə olub?". O, cavab vermir, üzünütutub ağlayır.Beş dəqiqədən sonra maşınla şəhərə yola düşürük. Yol boyuheç kəs dinib-danışmır.Bakıda, evimizin qabağında maşından düşəndə atamanamdan soruşur: – Hər şey qurtarıb?Anam: – Bilmirəm, Rəsul, bilmirəm, – deyir, – biz bağagetdiyimiz müddətdə hər şey ola bilər.Hər şey bir neçə saat bundan qabaq, onlar hələ şəhərdəykənbitib, qurtarıb. – Turə keçinib.Anamgil bağa gələndə bunu bilirmişlər, amma bu xəbəriatama hələ birbaşa çatdırmadan, onu Bakıya gətirməkçüngəliblər. Evimizə qalxırıq. Çöl qapımız taybatay açıqdır, evadamla doludur. İlk dəfə yas görürəm, ağlaşma görürəm, xalqınəsrlər boyu yana-yana, göynəyə-göynəyə yaratdığı ələmsözlərin, ağı və oxşamalarını eşidirəm. İlk dəfə ömrümə Ölümdaxil olur.Otaq.Masa.52

Masanın üstündəbir cənazə.Hansı həyat lövhəsi,hansı sənət əsərivar ki...bir-an içindəçökə, ağır dağ kimi,insanı birdən əzəCənazə sapsarı mum,Mən bir yanda qurudum.Bir yanda,bir yanda da...Əgər allah var isə,külli ixtiyar isə,ağsaçlı bir ananınqarşısında diz çökübgərək üzr istəyəydi"Yoxdur,yoxdur xəbərim,bu şeytani-ləininəməlidir" deyəydi.....Anamın gəlin qızı!On ildən artıq olurbu şeri başladığımYazıb-yazıb pozuram.Heç qurtara bilmirəm.Yanıqlı xatirələrHey gəlir axın-axın.Hara qaçım onlardanHara, hara bilmirəm!…ünvanını bilsəydim,düz yanına gələrdim.Sən getdiyin yollardankim geri qayıdıb, kim...53

Bilmirəm ki, tabutunşamdır, yoxsa arçandır;Sənin son səfərindir;bizim səfər haçandır!!Əlbəttə, on üç yaşlı uşaq ölümdən xəbərsiz ola bilməzdi.Tez-tez evimizin qabağından dəfn mərasimləri keçirdi. Anamqadağan eləsə də, eyvana qaçıb maraqla küçəyə baxırdım, birdəfə hətta açıq tabutda ölü sifəti də görmüşdüm və bu yuxumagirmişdi. "Ölülərə maraq edir çocuqlar" – Nazim Hikmətin bumüşahidəsi çox dəqiqdir.Dəfnlərdə Şopenin "Matəm marşı" çalınırdı. Nədənsə,körpəlikdə bu marşı yaman sevirəmmiş. Bizdə bu marşın valıvarmış – pianoçu Emil Gilelsin ifasında. Özümün, şübhəsiz,yadıma gəlmir, amma atam danışardı ki, balaca olanda – iki-üçyaşında həmişə bu valı qoydurardın, "ləsul, ölüm malşınıçaldıl" – deyərdin, özün də gəlib oturardın dizimin üstündə,üzünü üzümə qoyub qulaq asardın.Səkkiz yaşında olanda ölümlə daha yaxından tanış oldum.Atamın dayısı Məhəmmədhüseyn Rzayev 1946-cı ildəvərəmdən vəfat etdi. Onun oğlu, məndən altı yaş böyük Oğuzsəhər tezdən bizə gəldi: "Baba (atasına "baba" deyirdi)keçindi", – hıçqırıb ağladı.Atam Moskvada idi. O vaxt kinematoqrafiya nazirivəzifəsində işləyirdi. Kino işçiləri ilə birlikdə mən də aeroportaonu qarşılamağa getmişdim.Həmişə Moskvadan qayıdarkən məni görüb gülümsəyənatam indi üzümə də baxmadı.Evə gəldik. Otağa daxil oldu, anasını, xalasını, bacılarınıgördü və bərkdən hönkürüb ağladı.Atamı ilk dəfə ağlayan gördüm və kişinin, həm də atamınağlaması, özü də belə hönkürüb ağlaması ömrüm boyuqulaqlarımda qaldı.Ancaq hər halda, bu ölümün təfərrüatı hafizəmdəsolğunlaşmışdı. Turənin vəfatı isə ölümün nə qədər yaxın54

olduğunu beynimə həkk etdi.Ölüm yaxındadır, "bir əl uzadımındadır", ən yaxın adamını,səni öpən, əzizləyən, kinoya, gəzməyə aparan bibini birdənbirə,37 yaşında dünyadan qopara bilər....Aydın ilıq bir səhərşəhərdən gəldi bağasevincli, gözəl xəbər.Elə lap darvazadansəs gəldi:Oğlan!Oğlan!Sağlıq!Muştuluq, filan!Dünən Buzovnada bibimin salamat qurtarması, oğlu olması,təhlükənin sovuşması müjdəsinə sevinmişdik, anam şəhərə,onu görməyə getmişdi, bizim də kefimiz kök, damağımız çağidi, Mark Tvenin hekayələrinə gülürdük.Demə, biz Tennessi jurnalistlərinin başıpozuqluğundanşənlənəndə Turə yazıq artıq dünyayla vidalaşıbmış....İndi on bir yaşlı qızım Günel Mark Tvenin həminhekayələrini oxuyur, uğunub gedir, ayrı-ayrı parçaları təkraredib gülüşünü, sevincini mənimlə də bölüşmək istəyir. Mən isəbu hekayələrə gülə bilmirəm; Turənin sifəti gəlib dururgözlərim qarşısında.Amma ölüm insan ömrünə əsl mənasında o vaxt girir ki,onun qorxusunu, xofunu, vahiməsini duyursan.–Min-min ana içində,anamı tanıyıramgözlərimi bağlasalar belə.Tanıyıramayaq basdığı torpağın qoxusundan,qəlbimə dolub, boşalanonu itirmək qorxusundan.Mən bilmirəm anasını itirmək qorxusu atamın ürəyində55

haçandan yuva salıbmış, amma həmin adamı – yəni atamınanasını – nənəmi, Məryəm xanımı – biz ona atamın,bibilərimin diliylə "Ciji" deyərdik-Cijini itirmək qorxusumənim qəlbimə Turənin vəfatıyla daxil oldu.Ömrümdə ilk dəfə olaraq balasını itirmiş ana dərdi gördüm.Neçə-neçə il keçibo gündən və bu gündən.Ürək yüngülləşməyibbu itkinin yükündən.Toy da, bayram da olur,şənlik də, ad günü də.Ancaq ki, ürəyimdədamğa yanığı kimiqalıb sənsiz ananın"Verin mənim balamı!" –deyən fəryad günü də.Anamın gəlin qızı!Turənin yeddisindən, qırxından sonra da nənəmi tez-tezxısın-xısın ağlayan görürdüm, özü də çalışırdı ki, bizimgözlərimizdən yayınsın, bir bucağa çəkilib dərdini tək özüçəksin, heç kimlə bölüşməsin. O da yaxşı yadımdadır ki,nənəm bəzən saatlarla sakit-sakit susur, sonra birdən köksünüötürüb, heç kəsə müraciət etmədən, öz-özünə: "nə bilim, vallah,sən bilən yaxşıdır" – deyirdi.Çox illər sonra, daxili monoloqun nə demək olduğunuqavramaq istərkən mən nənəmin bu halını xatırlayırdım.Deməli, o saatlarla içəri dünyasında özü-özüylə danışır,danışırmış, fikri qaynayırmış, sonra bu daxili mükalimənin, bu"düşüncələr axınının" nəticəsi, yekunu kimi ah çəkir, içindəngələn bir səslə bərkdən "nə bilim, vallah, sən bilən yaxşıdır"deyə Allaha müraciət edir, bu izahsız zərbənin məntiqindən,mənasından baş açmayıb, səbri, təvəkkülü yenə də Tanrınındərgahıyla bağlayırdı.Nənəmin təngnəfəsliyi vardı, qızının ölümü xəstəliyini56

şiddətləndirdi və o, sonbeşiyinin fərağına yalnız bircə il dözəbildi. 52-ci ilin yayında mətbəxdə əl-üzünü yuyarkən birdən eləbil quruyub qaldı. Az qala yıxılacaqdı.Anamla mən yüyürüb qolundan tutduq. Mənə baxıbgülümsünən kimi oldu, hətta hansı daxili bir qüvvəyləsə əliniazacıq qaldırıb başıma çəkdi, saçımı sığalladı – bu öz iradəsinətabe olan son hərəkəti idi: nənəmi iflic vurmuşdu.Bir neçə gündən sonra gözlərini həmişəlik yumdu. Qızınınyanında basdırdılar.Üç ildən sonra o biri nənəmi – anamın diliylə biz də onaAna deyirdik – itirdik.Bu ölümlərdən sonra ürəyimdə öz ata-anamı itirməkqorxusu yuva saldı. Elə bil ölümün də yaş növbəsi, ardıcıllıqsırası varmış. Elə bil ki, ürək qorxular üçün darısqaldır, ordayalnız bir, ya iki adamı itirmək qorxusu üçün yer var.Qəribədir, atamla-anamın vəfatından sonra mən buqorxunun Günelin qəlbində yuvalandığını görürəm. İlk dəfəyaxın adamlarını – babasını, nənəsini itirmiş qızcığaz – özvalideynləri üçün nigaranlıq keçirir.1956-cı ildə on səkkiz yaşım tamam oldu, necə deyərlərhəddi-buluğa çatdım. Həmin il bir çox mühüm ictimai-siyasihadisələr baş verdi. Mənə elə gəlir ki, tək mənim deyil, bütünbizim nəslimizin yeniyetməlik çağı məhz bu il qurtardı. 1968-ci ildə gəncliyimiz qurtaran kimi.1956-cı ildə XX qurultay keçirildi. Stalin və şəxsiyyətəpərəstiş dövrü haqqında bir çox həqiqətlər aşkara çıxdı.Macarıstan hadisələri bu il cərəyan etdi. A.A.Fadeyev bu ilinmayında intihar etdi. Böyük şair, böyük insan Səməd Vurğunbu il rəhmətə getdi.Bu il sanki ictimai həyatda müəyyən bir dövr sona yetir,başqa bir dövr başlanırdı.Bu il ilk dəfə atamın dilindən təsadüfən və ötəri şəkildəqaçırtdığı sözləri eşitdim: "Mənim nə ömrüm qalıb ki, bir il –iki il..."57

Bundan sonra 25 il – əsrin bir çərəyini yaşadı. Və bu 25 ildəonun ölüm haqqında fikirləri də, mənim qorxularım,nigarançılğım, qəlbimin səksəkəsi də ömrümüzə sarmaşıbbizimlə birgə yaşadılar:Əvəzi Yola saldıqxəstəliyi: diabet.Bir gün Mikasız qaldıqxəstəliyi: diabet.Su oymuş qaya kimiuçulur dörd bir yanım.Bilirəm gec–tez gəlibçatacaq mənə növbət.Hələlik növbətə varbir il, bir gün, bir saat.Yaşamaq istəyirəm,sənə eşq olsun, həyat!Düşünürdüm ki, hər şey ola bilər, mən atamdan tez öləbilərəm. Bu məni sevindirmirdi, yaşamaq, çox uzun yaşamaqistəyirdim, cavan idim, həyat hərisi, dirilik acıydım, ammaməni həmin fikirdə ovudan o idi ki, heç olmasa onun ölümünügörməyəcəyəm.Kim bilir, bəlkə də zəlzələ, fəlakət, müharibə, maşın, yatəyyarə qəzası hamımızı birdən aparacaqdı. Şübhəsiz, mənneçə-neçə başqa insanın müsibətinə bais olacaq zəlzələ, fəlakət,müharibə, qəza istəyini ömrümdə ağlıma belə gətirməzdim,amma bir gün atamsız qala biləcəyim də mümkünsüz,"dünyasında ola bilməz" bir şey kimi görünürdü mənə.Yəqin ki, çox adamın uşaqlıq xəyalında yaşayan, bəzənböyüyəndə büsbütün vidalaşmadığı bir xülya – bəlkə bir günölümsüzlük dərmanı tapıldı və bizə də qismət oldu – xülyası daşüurumun hansı küncündəsə qıvrılıb qalmışdı.Atamın xəstəlikləriylə, səhhətinin vəziyyətilə bağlı qorxu eləbil anam sarıdan nigaran olmağa qoymurdu. Dünyada hamıdançox, hətta atamdan da çox anamı istəyirdim, amma onunçün belə58

nigaranlıq çəkmədim, – bəlkə doğrudan da ürək darısqaldır, ikiqorxuyçün, iki narahatlıqçün yer yoxdur orda."Anar bala, xoş gördük!Buralar sağ-salamatlıqdır. Sən necəsən? Zökəmin keçdimi?Ani bala, ssenarini ("Torpaq. Dəniz. Od. Səma" ssenarisini– A.) oxudum, diqqətlə, aramla. Ümumi təsirdən deməmiş birneçə qeydimi sənə yetirmək istəyirəm. Ssenarinin bir çoxyerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu iləgetmisən. Doğrudur, kino bütün ədəbi növlərdən ən çoxprozaya yaxındır, ancaq eyni deyil, məhz yaxındır. Qayalarıntəsvirində kompanovka yoxdur. Burda və bütün əsər boyuunutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir......Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqındademək olar. Sən bu epizodda bir boşluq, cansıxıcı ətalət,fərəhsiz həyat mənzərəsi vermək istəmisən. Tapdığın detallararasında yaxşıları az deyil. Ancaq bütün uzun gəliş səhnəsi,ağaçlar, onları əkmək və sairə artıqdır, kinematoqrafik deyil.Bu səhnə çox sonradan başlaya bilər......İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur......Azərin Ağca ilə görüşü də uzadılmışdır. Xüsusilə, ritualçox vaxt aparır......Nəğmə formasını aydın saxlamaq lazımdır. Bu əsər gərəkdörd "tonalğnostğ"da, dörd rəngdə, ahəngdə, avazda, xaldüzümündə yazılmış nəğmələr olsun. Burda gərək torpağınsakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğuvə s. göylərin dərinliyi, soyuqluq və tənhalığının insan nəfəsi,insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin əzəməti, suyunhəyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı,təmizləyici qüdrəti aydın hiss olunsun. Bütün bunlar ümumi vəmücərrəddir. Ancaq daxili məna belədir, bunun əyaniəvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sırayerdə bunlar var. Ancaq tapılmamış, fikri yayındıran, əsasideya və məqsədə xidmət etməyən yerlər çoxdur. Mənsəhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə59

aiddir....Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüşorijinal bir şeyin konkret ifadəsində tələsmisən. Əsərdəəvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğməninpoetik, fəlsəfi ifadəsi (voploşenie) çox yerdə qırılır. Texnikidetallar, bıtovoy təfərrüatla dumanlanır, yolundan çıxır. Rəngliboya ilə çəkilmiş lövhələrdə qrafik cizgilər görünür, bəzənfırça ilə çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətttaxtası (lineyka) ilə çəkilib. Bu ideal düz xətt əsərinmahiyyətinə uymur, bu xətlərdə olmayan kələ-kötürlük, əyrilikəsərdən qoparılmış canlı bir parça kimi hiss olunmur.Dialoqlarda mümkün qədər hiss olunmalıdır ki, ruscadanışan bu adamlar rus deyillər. Başqa xalqınnümayəndələridirlər. Onların düşüncəsində-dilində ümumicəhətlərlə bərabər, xüsusi ştrixlər də vardır.Rəsul.1964".1970-ci ildə Moskvaya ikinci dəfə təhsil almağa getmişdim.Rejissor emalatxanasında oxuyurdum.Bir gün Bakıdan atam zəng elədi, dedi ki, Nigar bir azxəstələnib, qorxulu heç bir şey yoxdur, amma hər haldaMoskvaya gətirmək istəyirəm. Elə gümrah səslə danışırdı ki, taonlar Moskvaya gələnəcən işin nə yerdə olduğunu bilmədim.Hətta Moskvada onları – atamı, anamı, Təranəni vağzaldaqarşılayanda da, mehmanxanaya gətirəndə də anamın həmişəsakit sifətində nigarançılığa əsas verə biləcək bir şeysezmədim.Yalnız səhərisi gün atam telefonda səsi əsə-əsə: "Nigarınepikrizi çox pisdir, lap başımı itirmişəm", – deyəndə təhlükəninnə qədər ciddi olduğunu dərk etdim. İndiyəcən atamdan "lapbaşımı itirmişəm" sözlərini eşitməmişdim.Bakıda həkimlər anamda şiş tapmışdılar. Moskvaya, Kaşirşosesindəki onkoloji mərkəzə getməyi məsləhət bilmişdilər.Orada operasiya olunmalıydı.60

Anamı xəstəxanaya apardıq, qəbul otağında ona xalatverdilər. Anam fürsət tapıb məni kənara çəkdi:–Sənin ürəyin daha möhkəmdir, – dedi, – Rəsuldan,Təranədən muğayat ol, qoyma fikir eləsinlər.Sonra hamımızla öpüşdü, gülə-gülə bizdən ayrıldı. Onunpaltarını bizə verən tibb xidmətçisi:–Nu proşaytesğ – dedi, – vı ee bolğşe ne uvidete. – Elə bilbaşımızdan qaynar su tökdülər.Əlbəttə, bunu o mənada deyirdi ki, cərrahiyyə əməliyyatınaqədər və əməliyyatdan bir neçə gün sonra, əməliyyat uğurlukeçərsə, xəstəylə görüşmək mümkün olmayacaq. Amma busözü elə kobud, elə köntöy dedi ki, uzun zaman özümüzə gələbilmədik.Şaxtalı, çovğunlu Moskva qışının erkən axşam qaranlığınaçıxdıq.Sonralar anam bu günlər haqda "Kaşir yolu" adlı silsiləşerlər yazdı. Amma bu şerlər Kaşir yolu haqqında yox, buküçədəki bina haqqında, onun içindəki adamlar haqqında, əlacgözləyən xəstələr və şəfa verən həkimlər haqqında idi. Kaşiryolunun dastanını isə biz – atam, Təranə, mən yaza bilərdik –bu yollarda biz qalmışdıq.Saat dörddə-beşdə qaralan dekabr axşamlarının cansıxıcıkədəri, havaya sovrulan qarların arasından görünən böyükbinanın zəif, solğun işıqlı pəncərələri...Bu kədərli, məhzun pəncərələrin birinin dalında mənimanam yatır, amansız ehtimallar, dəhşətli fərziyyələr içindəoperasiya gününü gözləyir.Bu cərrahiyyə əməliyyatı onu yenidən həyata qaytara bilər.Ya da......Yuxuda dünyayla vidalaşırdım,Dünya gözəl idi, ayrılmaq çətin...Atam: – Novikova səninlə danışmaq istəyir, – dedi, – onazəng vur... Mənə düzünü demir, bəlkə sənə dedi.Professor Lüdmila Alekseyevna Novikova anamı operasiya61

edəcək cərrah idi.Novikova mənə:–Atanız da xəstə adamdır, – dedi, – ona demək düz olmaz,amma siz bilməlisiniz, ananızın ürəyi zəifdir, operasiyayadözməyə də bilər. Operasiya uğurla keçsə də, yalnız kistolojianalizdən sonra qəti demək olar – şiş bədxassəli idi, yaxoşxassəli...Bütün bunları atama, Təranəyə, Bakıda qalıb hər gün, hərsaat bizdən xəbər gözləyən Fidana, başqa qohumlara necə, nəşəkildə deyə bilərdim?Ömrün xəzan çağındayam,Təranə,Payız bağındayam...Xatirəli günlərqızıl-qızıl yarpaqlar kimi tökülür,ömrümün çılpaq budaqlarındaşəfəqli bir ümid gülür.O sənsən, Təranəm,o sənsən...Ruzgarda yaşıl budaq kimi əsən,O sənsən, Təranə,o sənsən...1971-ci il yanvarın 4-də əməliyyat uğurla keçdi, bir neçəgündən sonra kistoloji analizin nəticəsi də məlum oldu – şişxoşxassəli imiş.Bir neçə il atamın təşəbbüsüylə bu günü – yanvarın 4-üanamın yenidən dünyaya gəldiyi gün kimi qeyd elədik.Bundan neçə il qabaq da həkimlər anamda bu məşumxəstəliyin əlamətlərindən şübhələnmişdilər. Anamın dayısıoğlu, mahir cərrah Səlahəddin Rəfibəyli onda bir mütəxəssiskimi bizdən artıq narahatlıq keçirirmiş. O, bunu bizə ehtimalınyanlış olduğu aydınlaşandan sonra dedi.1971-ci ilin yanvarında isə anam: "Xərçəng iki dəfə mənəhücum çəkib, bir, şey eləyə bilməyib, – dedi, – Allah62

üçüncüsündən saxlasın".Xərçəng üçüncü hücumunda onu apardı, amma anam özübilmədi, bilmədi ki, xəstəliyi həmin o gülüb zarafata saldığıamansız, qəddar, əlacsız azardır."Anar bala, xoş gördük.Sənin əlvan məktubunu güc-bəla oxudum, təxminən sənmənim məktublarımı oxuyan kimi.Tural xanın əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlumTuralın onda bir yaşı vardı – A.) qoy bir az dil açsın, ondasənin Nigara və mənə tutduğun divanın "nədir", "niyə"lərinhayıfını səndən çıxacaq.Buralarda üç gün dəhşətli istilər oldu 38–40°. Sonra dabaşladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq......Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim.Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üçnəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamatqurtarıb. Qalanlar yaralanıb, bir qolu sınanlar olub, bu zavallıbərk zədələnib, gecə xəstəxanada operasiya zamanı keçinib.Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər biranaxronizm heykəlidir. Ölüləri yaxşıya, pisə bölmə nə qədərmənasız və kobud bir işdir).Rəsul.24/VII.65".***1973-cü ilin sentyabrında atamla bir yerdə MoskvayaNəsimi yubileyinə getdik.Bu illər ailəmiz üçün çətin vaxtlar idi – bizə çox əziz olan üçadam – atamın əmisinin və xalasının oğlu NiyaziMəmmədxanlı, Fidanın qaynatası Süleyman Vəzirov və atamıno zaman həyatda olan dostlarından ən yaxını Cəfər Cəfərovağır, ümidsiz xəstə idilər.Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazinin başı çoxbəlalar çəkmişdi. Davanın ilk günlərindən - 26 yaşındaykən63

cəbhəyə getmiş, Sevastopolun odundan-alovundan keçmiş, əsirdüşmüş, faşist zindanlarında olmazın əzab-əziyyətlər çəkmişdi.Bir dəfə mənə: "Aclığın bütün növlərinə bələd oldum, – dedi, –ən ağır şəkli dilinə bir qırıq çörək vurub ac qalmaqdır, amma acqalmaq ondan asandır". Müharibə illərində evlərinə qara kağızıgəlmişdi, yasını saxlamışdılar. Qələbədən sonra qayıtdı, birneçə ay ailəsinə qovuşandan sonra Sibirə sürgün edildi. Stalindövrü qurtarandan sonra Bakıya qayıtdı, öz ixtisası üzrə – neftmühəndisi işlədi. Subay idi, evlənmədi də... Binədən qarayazılmış bəxti ömür möhlətini çox qısa müəyyənləşdiribmiş.Diaqnozu qəti və amansız idi.Təqribən həmin vaxtlarda əlacsız xəstəlik SüleymanVəzirovun da, Cəfər Cəfərovun da hökmünü vermişdi.Cəfər Cəfərov bir neçə il Mərkəzi Komitənin katibiişlədikdən sonra 1971-ci ildə vəzifəsindən azad edilmişdi. O,işdən çıxarıldıqdan sonra tez-tez evlərinə gedərdim, uzun-uzunsöhbətlər edərdik. Bir dəfə dedi: "Ömrüm boyu başıma çoxişlər gəlib, amma heç vaxt indiki kimi bədbinləşməmişəm.Yəqin ki, bu yaş xüsusiyyətimlə əlaqədardır. Əvvəllər beləsarsıntılardan sonra dərhal özümü toplayırdım, çalışmaq,işləmək əzmim qat–qat artırdı, bilirdim ki, bir müddət keçəcəkyenə fəal ictimai mövqe tutacam. Amma bu səfər heç birümidim yoxdur"...C.Cəfərov işləri təzə təyin olunmuş katibə təhvil verəndəD.P.Quliyev: "Cəfər müəllim, o qədər təriflədiniz məni ki,gətirib sizin yerinizə qoydular," – deyib.Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyinolunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və"Qobustan"a hücumlar başladı."Qobustan"a, yaxud mənə qarşı hücumlar "Kommunist"qəzetindən "Kirpi" jurnalınacan müxtəlif mətbuat səhifələrinibəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa "şifahijanrları" hələ demirəm.Budur, D.P.Quliyev yoldaşın kabinetindəyik. Məni və iki64

nəfər görkəmli filosof-alimi çağırıb. "Qobustan"ın təzə-köhnənömrələrini onların qabağına qoyub, onların mötəbər rəyinisoruşur.Alimlərdən biri başını tutub:–Vay, vay, vay, Danil Piriyeviç, bir görün burda nə yazıblar,– deyir, – yazıblar ki, Şuşada Pənah xana abidə qoymaqlazımdır.D.Quliyev:–Yox əşi, – deyir, – yoldaş Anar, bəs siz buna necə yolvermisiniz?–Moskvada bu şəhərin əsasını qoyan knyaz YuriDolqorukinin, Leninqradda Peterburqun əsasını qoyan çarPyotrun, Tbilisidə Tiflisin əsasını qoyan Vaxtanq Qorqasilininabidələri var, – deyirəm, – Şuşada bu şəhərin binəsini qoyanPənah xana heykəl ucaltmaq təklifində nə qəbahət var ki?İkinci adam:–Danil Piriyeviç, özü də görün bu təklifi kim verir? Elturan!–Elturan kimdir ki?–Bilmirəm kimdir, amma bu adamın adı Elturandır. Elturanbilirsiniz də nə deməkdir: yəni Turan eli – pantürkistlərinxülyası…D.Quliyev məzəmmətlə başını bulayır, mənə baxır.–Axı, mən bu adama necə deyim ki, adını dəyişsin? –deyirəm.On il sonra, 1982-ci ildə H.Ə.Əliyev yoldaşla birlikdəŞuşada Vaqifin məqbərəsinin açılışına gedənlər arasında məndə vardım. Qonaqları şəhərin mədəniyyət abidələriylə tanışedirdilər. Qədim qala divarları üzərində Pənah xanın şəkliçəkilmişdi. "Qobustan"ın on il əvvəl verdiyi təklif həyatakeçmişdi, düzdü başqa janrda, heykəl yox, şəkil (əfsus ki,bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlaraizahat verən həmin o memar Elturan Avalov idi – adını dəyişibeləməmişdi. Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katibdeyildi...65

O vaxt katibin kabinetində isə filosof-alimlərin rəyləridiqqətlə dinlənilir və tam ciddiyyətlə qəbul edilirdi. Hər yerdə,hər sözdə "pantürkizm" axtarırdılar. "Qobustan"ın üzqabığındakı "toplu" sözündən, ensiklopediyada bu ya digəristilaha verilən işarələrin sayına qədər. Anamın bu zamanlarçıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin"türkpərəstliyinə" yeni bir "sübut" olmuşdu. Yalnız "türkçülük"yox, başqa günahlarımız da damğalanırdı.Aktyor evində jurnalistlərin qurultayı çağırılmışdı. Məngecikmişdim, özüm eşitmədim, amma dərhal qulağımaçatdırdılar ki, D.Quliyev çıxışında səni möhkəm vurdu. Məsələondaydı ki, bir neçə gün qabaq mənim "Literaturnayaqazeta"da məqaləm çıxmışdı. Tənqidimizə aid bəzimülahizələrimi yazmışdım.D.Quliyev çıxışında bu məqalədən danışmış, qurultayaMoskvadan qonaq gəlmiş məşhur jurnalist V.Peskovamüraciətlə: "Ümumiyyətlə mərkəzi mətbuatda Anarı çox çapedirlər, – demişdi, – xahiş edirik ora bizim fikrimizi çatdırın ki,az çap etsinlər".Səhərisi gün mən telefon edib D.Quliyevin qəbuluna getdim.–Mənim məqaləmdə nə səhv var ki, siz onu qurultaykürsüsündən rüsvay edirsiniz? – dedim.D.Quliyev:–Doğrusu, sənin məqaləni oxumamışdım, – dedi, – mənəçox pis qələmə vermişdilər. Bu gün oxudum, axı nə varmış ki,orada belə...Buna baxmayaraq "Literaturnaya qazeta" üç nömrə dalbadalmənim yanlış fikirlərimi təkzib edən yazılar verdi – bu adi birməqaləyə görünməmiş diqqət deməkdi. Yazılardan biri –Əkbər Ağayevin məqaləsi mənə cavab olaraq, xüsusi göstərişlətəşkil olunmuşdu. Yanılmıramsa bu Əkbər Ağayevin"Literaturnaya qazeta" səhifələrində dərc olunmuş ilk və hələki, axırıncı yazısıdır.***66

1972-ci il martın 6-da Natəvan klubunda tənqidməsələlərinə həsr olunmuş müşavirə çağırılmışdı. Məruzəçiatamın şerlərini tənqid edirdi, ürəyini boşaldıb doyanda mənimyazılarıma keçir, onları alt-üst edirdi, deyib-deyib yorulandayenə qayıdırdı atamın nöqsanlarına.Ürəyim səksəkəliydi, elə bil iynə üstə oturmuşdum.Məruzəçinin bəlağətinə görə yox, ayrı səbəbdən. Başqaşeydəndi nigarançılığım!Budur, foyeyə telefona çağırırlar. Evdən zəng vurublar,sevincək səslə: "Təbrik edirik, qızın oldu", – deyirlər.Salona qayıdıram, atamın qulağına: "bir qız nəvən də oldu"– deyirəm.Qucaqlaşıb öpüşürük. Salondakılar mat-mat bizə baxır.Məruzəçi də bir an susub duruxur, udqunur. Görəsən onunsıyrılmış tənqid qılıncının altında mən nə fənd işlətmişəm, harayol tapmışam, kimdən və hardan şad xəbər gətirmişəm. Bu nəxəbərdir belə ki, iclasın şıdırğı yerində ata-bala öpüşübgörüşürük:Məsələdən agah olan Bayram Bayramov:–Elə bu da məruzəyə cavab idi, – deyir, – ölü fikirlərə, ölüsözlərə həyatın verdiyi cavab.Axşam evdə anam:–Gərək bu qızın adını Tənqidə qoyaq, – dedi, – yaman toptüfəngliiclas günü gəlib dünyaya.Qızın adını Tənqidə yox, Günel qoyduq.***Bir geniş iclas yadıma düşür. İdeoloji məsələlərə həsrolunub, partiya və mətbuat işçiləri, yaradıcılıq təşkilatlarının,nazirliklərin nümayəndələri, alimlər, yazıçılar toplaşıb,D.Quliyev çıxış edir. Sov. İKP MK-da keçirilmiş müşavirəhaqqında məlumat verir. Gürcüstan KP MK-nın işindəmillətçilik təzahürləri kəskin tənqid edildi. Bizim ideolojiişlərimizdə beynəlmiləlçilik təqdir olundu. Gürcüstanın ideolojikatibinin çıxışı yaxşı təsir bağışlamadı. O, öz işlərinə bəraət67

qazandırmağa çalışırdı, sübut etmək istəyirdi ki, Gürcüstandaheç bir millətçilik təzahürü-flan yoxdur. Mən isə özünütənqidmövqeyindən çıxış elədim. Dedim doğrudur, bizimbeynəlmiləlçilik sahəsində işimiz burda yüksəkqiymətləndirildi, amma bu o demək deyil ki, biz özümüz öznöqsanlarımızı görmürük. Bizdə də müəyyən belə təzahürlərvar, məsələn, "Qobustan" jurnalının işində. Yoldaşlar: – yənisiz "Qobustan"ın redaktorunu ipə-sapa yatırda bilmirsiniz? –dedilər. (Çıxış rus dilindəydi odur ki, bu son ifadəni dəqiqgətirmək istəyirəm: neujeli vı ne mojete obuzdatğ redaktora"Qobustana?")İclasdan birbaşa D.Quliyevin kabinetinə getdim.–Sizə deyirlər ki, məni "obuzdatğ" eləmək lazımdır. Necəaydır ki, işdən azad olunmağım haqda ərizə vermişəm. Buərizəyə haçan baxacaqsınız?–Yəni doğrudan getmək istəyirsən?–Lap doğrudan.–Niyə?***Bir səhər məni telefon zəngi oyatdı. D.Quliyevin yanınaçağırırdılar. Rəssam Toğrul Sadıqzadəni tapıb onu da özümləgətirməliydim. "Qobustan"ın üz qabığında T.Sadıqzadənin birtablosunu vermişdik. Tabloda Nərimanov, Kirov, Orconikidzevə Mikoyan təsvir olunmuşdu. Bizi də məhz elə bu məsələyəgörə çağırırdılar.MK-nın liftində Toğrul Sadıqzadə:–Kimin yanına çağırıblar bizi? – deyə xəbər aldı.–İdeoloji katib Danil Quliyevin yanına.– Bəs katib Cəfərov deyil?Məni gülmək tutur; Cəfərov artıq neçə vaxtdı katiblikdənçıxarılıb. Rəssamlar bəzən dünyadan bixəbər olurlar. Nə isə...Bütün bu mərəkəyə səbəb nə idi? Sən demə, kiminsə ağlınagəlib ki, şəkildə Nərimanov Kirova, Orconikidzeyə, Mikoyanagörə ön planda verilib. Bu isə kobud siyasi səhvdir.68

–Axı o ön planda deyil, bir balaca çiyni qabağa çıxıb, –deyirəm.–Kobud siyasi səhvdir.–Şəkil İçəri şəhərin küçəsini təsvir edir, Nərimanov yerlidir,yerli adam, şübhəsiz, qabağa keçib bələdçilik etməlidir, –deyirəm. Məntiqimin absurdu vəziyyətin absurdundan doğur.–Ciddi siyasi səhvdir.Toğrul Sadıqzadə:–Mən bu şəkli tarixi fotolar əsasında çəkmişəm, – deyir. –Bax bu da fotolar. Görürsünüz burda da Nərimanov bir azqabaqda dayanıb.–Kobud səhvdir.–Bu şəkil Bakıda və Moskvada sərgilərdə olub."Qobustan"dan qabaq "Kommunist" qəzetində qat–qat dahaböyük tirajla çap edilib.Eyni cavab.Toğrul Sadıqzadə:–Bu lap ona oxşayır ki, – deyir, – bir rəssamı incidirlərmiş,sən nöş cücələri bikef çəkmisən?Məni gülmək tutur. D.Quliyevin dodağı da qaçmır."Qobustan"ı göstərib:–37-ci ildə sizə (yəni mənə – redaktora və Sadıqzadəyə –rəssama) bilirsiz neylərdilər? Tutub basardılar!Toğrul yaxşı cavab verir, xoşuma gəlir:–Narahat olmayın, – deyir, – tutulanımız da olub (ToğrulSadıqzadənin atası Seyid Hüseyn və anası şairə Ummigülsümşəxsiyyətə pərəstiş dövrünün gedib qayıtmayanlarındandır).–Bir söz, bu üz qabığını dəyişmək lazımdır.–Mən bunu edə bilmərəm,– deyirəm, – tiraj çap olunub.–Mən sizə göstəriş verirəm.–Onda yazılı surətdə verin,– deyirəm. – Şifahi göstərişləmən belə iş edə bilmərəm. Mən mətbəədə fəhlələrə –naborşiklərə necə başa salım – nə səbəbə dörd nəfər görkəmliinqilabçının şəkli jurnaldan çıxarılır?69

Əlbəttə, heç bir yazılı göstəriş-filan olmadı, "Qobustan"beləcə də çıxdı və heç kəsin ağlına gəlmədi ki, Nərimanovunçiyninin bir azacıq qabağa çıxması kobud siyasi səhvdir.Mən bütün bu söhbətləri, mükalimələri bir kəlmə artırıbəksiltmədən, olduğu kimi yazıram, amma belə nəticə çıxmasınki, D.P.Quliyevi sırf mənfi səciyyələndirmək və ondan, necədeyərlər, gecikmiş hayıfımı çıxmaq istəyirəm. Mən də bilirəmki, daldan atılan daş topuğa dəyər və mən heç kəsin ardınca daşatmaq fikrində deyiləm. Demək istədiklərimi,razılaşmadıqlarımı, etirazlarımı D.Quliyev iş başında olandaonun özünə demişdim.Bu qəmli yazıda belə söhbətlərin yeridirmi? Bilmirəm! Axı,hadisələr özü də indi mənə gülməli gəlir, o vaxtlarsa əsəbgərginliyi, qan qaraltısıydı. Amma mən bütün bunları çox daürəyimə salmırdım. Cavan idim, səhhətim sağlam idi, həyataümidim çox idi. O da mənə təsəlli idi ki, keçmişlərdə də,indinin özündə də bir çox yazıçıların, redaktorlarınrastlaşdıqları böyük əziyyətlərin müqabilində mənim bu xırdaparaçətinliklərim boş bir şeydi.Bir də ki, nə mənim ərizəmə baxıb redaktorluqdangötürürdülər, nə də "Qobustan" bağlanırdı (belə gümanlar davar idi). Hətta "toplu" sözünü də saxlaya bildik.Katib işləyərkən "Qobustan"ın yaranmasının və mənimredaktor təyin edilməyimin təşəbbüskarı olmuş Cəfər Cəfərovölüm yatağında mənə dedi:–Hər halda "Qobustan" bütün sınaqlara davam gətirdi vəqaldı.***Amma ensiklopediyayla bağlı məsələlər qat–qat mürəkkəbvə daha dramatik idi.Şəksiz, mənim özümü atamla müqayisə etməyim gülməliçıxar, ancaq onu qeyd etmək istəyirəm ki, əgər "Qobustan"ıntəşkili, yaxşı çıxması üçün bütün səylərim təqdir olunmaqyerinə tənələrlə qarşılanırdısa və bu mənə yer eləyirdisə, gör70

onda atam nə çəkirmiş. Axı onun ensiklopediya kimi ağır birişin yükünü öz üstünə götürməsi, həm də sinninin bu yaşında,səhhətinin bu vəziyyətində bütün canını bu yolda qoyması əslfədakarlıq idi. Azərbaycan tarixində ensiklopediya nəşrinin heçbir təcrübəsi yox idi, bu işdə nə ənənə vardı, nə səriştə, nəkadrlar. Dəqiq terminologiya, bir çox sahələrə aid istilahlar,coğrafi adların qəti təsdiqliyi ilə müəyyənliyi yox idi, hələ heçAzərbaycan dilinin tam izahlı lüğəti də nəşr olunmamışdı.(Yəni elə indiyəcən bu lüğətin nəşri tamamlanmayıb – 4cilddən yalnız ikisi çıxıb).Coğrafi xəritələrə, tarix problemlərinə aid həll olunmamışmübahisəli məsələlər də az deyildi. Xalqın mənşəyi, dilininyaranması, təşəkkülündən tutmuş adına qədər – bir çoxproblemlərə aid hər ağızdan bir səs gəlirdi. Tarixə, coğrafiyaya,mədəniyyətə, hətta məişətə aid bir çox hadisələrə,şəxsiyyətlərə, yerlərə, istilahlara qonşularımız ya şərik çıxır, yaetiraz edirdilər.Bütün bu mürəkkəb məsələləri məhz ensiklopediyacildlərində qəti və mötəbər şəkildə, partiyalılıq, vətənpərvərlik,beynəlmiləlçilik mövqeyindən həll etmək lazım idi. Başredaktorun azərbaycanlı, kommunist, ziyalı və Xalq şairi adınalayiq şəkildə həll etmək...Həm də bütün bunlar Azərbaycan ictimai həyatının spesifikxüsusiyyətləri şəraitində həll olunmalıydı. Ziyalılarımızarasında yuxarıda haqlarında bəhs etdiyim filosoflar kimiləri azdeyildi. Ancaq filosof niyə – tarixçilər, dilçilər, yarımçıq şairlərarasında belələri tapılmazdı məyər? Özü də bu irad küləklərihər tərəfdən əsirdi – sağdan da, soldan da, yuxarıdan da,aşağıdan da. Xəzrisi də vardı, giləvarı da, gicəvarı da...Hazırlanmış, yığılmış, cildlənmiş birinci cildin buraxılıbburaxılmaması haqqında rəy verən tarixçilərdən bəziləri kitabınçıxmasının qəti əleyhinə olduğunu yazırdılar. Belə rəylərdənbiri və həm də çox səciyyəvisi indi qarşımdadır. Müxtəlifməsələlərə irad tutan İqrar Əliyevin ən böyük etirazına səbəb71

"Azərbaycanlılar" məqaləsi idi:"Azərbaycanlılar" məqaləsində çoxlu məntiqsizliklər var.Müəllif nəyin bahasına olursa olsun, türkdilli qəbilələrinQafqaz sahələrində olmalarının qədimliyini sübut etməkistəyir. Qeyd etməliyəm ki, neçə deyərlər, "türkpərəstlik" sonvaxtlar bizim diletantlıq edən ziyalılarımızın bir qismi içindəəsl azara çevrilib. Türkləri hər yanda axtarırlar... Skifləri türkelan edirlər. Qafqaz albanları arasında türkləri görməkistəyirlər və s. və i.a."Burada insaf və ədalət naminə onu deməliyəm ki, erməniyazıçısı Sero Xanzadyanın Babəkin şəxsiyyətilə və atamın"Babək" şerilə əlaqədar olaraq föhş və böhtan dolu məktubuna(S.Xanzadyan bu məktubu Azərbaycan KP MK-ya və Sov.İKP-ya göndərərək Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanıadı verilməsinə etirazını bildirirdi) tutarlı cavab verənlərdənbiri də İqrar Əliyev idi. Təbii ki, onun cavabı atamla yox,Babəkin tarixdə yeri və roluyla bağlıydı. S.Xanzadyan Babəkicani, quldur, qaniçən, uşaq əti yeyən qatil adlandırır, onunhaqqında Azərbaycanda film çəkilməsi, adına rayon qoyulmasımünasibətilə qəzəblənirdi. Tarixi məxəzlər əsasında Babəkinşəxsiyyətinə qiymət verən İ.Əliyev cavabında yazırdı: "RəsulRzanın Səhl ibn Sumbat haqqında dediklərini Xanzadyanxunveybin ifadələri adlandırır. Bu xalis fitnəkarlıqdır... RəsulRza "Babək" şerində tamamilə haqlı olaraq Səhlin adınıhəqarətlə çəkir və onu xain məxluq sayır. Xanzadyanın "özknyazı" üçün inciməsinin heç bir əsası yoxdur. Əgər Rəsul Rzaxain və satqın Səhl ibn Sumbatı damğalayırsa, bunun ermənixalqına nə dəxli var? Gərək büsbütün vicdanını itirəsən ki,Rəsul Rzanın Səhl ibn Sumbata aid olan sözlərini ermənilərə,erməni xalqına şamil edəsən. Odur ki, biz Xanzadyanın "RəsulRza "Babək" kimi şerləriylə Lenin milli siyasətinin ruhunuləkələyir, həm də birbaşa SSRİ Konstitusiyasını pozur, ermənixalqının tarixini, erməniləri təhqir edir" kimi ittihamlarını yerlidiblirədd edirik…72

Biz Xanzadyanın Rəsul Rzanın tarixi təhrif etməsi haqqındaiddialarını da rədd edirik. Rəsul Rza tarixi təhrif etmir,Xanzadyan Azərbaycan xalqının tarixinə böhtan atır... Bütündediklərimizi əsas tutaraq Rəsul Rzayla bərabər biz də Babəkitam haqla qəhrəman adlandırır və şairin Babəkə aid sözləriniqürurla təkrar edirik: "İnsan var ki, işlərilə böyüyür". (İqrarƏliyevin rusca yazılmış məktubunun surəti mənimarxivimdədir – A.)Sero Xanzadyanın başdan-başa iftiralar və təhqirlərlə dolubədnam məktubuna "Babək" filminin ssenari müəllifi ƏnvərMəmmədxanlı da kəskin cavab yazmışdı: "S.Xanzadyanınqəhrəman Babəki ləkələmək və qaralamaq cəhdi – hər han sıməsuliyyət hissini itirmiş bir millətçinin növbəti fitnəkarlığıdır"(sentyabr, 1980)."Türkpərəstliyi" bilmirəm, amma ensiklopediyaya daşatmaq – daş atanın gücündən, iqtidarından asılı olaraq iri, yaxırda daşlar atmaq, – doğrudan da, bəzi tarixçilər, filosoflar,dilçilər, yazıçı – şairlər arasında azara çevrilmişdi.Ensiklopediyanı kökündən baltalamaq, heç vəchlə işıq üzünəçıxmağa qoymamaq üçün mötəbər ziyalılarla yanaşı, həvəskarrəyçilər, öz şəxsi təşəbbüsüylə pəl vurmaq istəyənlər dəcanfəşanlıq edirdilər. Çox təəssüf ki, indi bütün bu son dərəcəsəciyyəvi sənədlər əlimdə yoxdur. Belə rəylərdən,məktublardan, danoslardan ensiklopediyanın bir cildi həcmindəqalın bir kitab tərtib etmək olardı. Kim bilir, bəlkə haçansa beləbir kitab, doğrudan da, tərtib olunacaq. Bir sıra ziyalılarınadlarını tarixə salacaq belə kitabı oxumaq nəyə desən dəyər...Ən kəskin mübahisələr "azəri" terminiylə bağlıydı. Bəzirəyçilər "azəri xalqı", "azəri dili", "azərilər" və s. ifadələrinin,bir sözlə, "azəri" termininin işlədilməsinə etiraz edirdilər. Buqəbildən olan iradlara cavab olaraq Rəsul Rza MərkəziKomitəyə göndərdiyi məktubda (çünki iradlar da məhzMərkəzi Komitəyə göndərilirdi) qeyd edirdi:"Azəri" məfhumunun işlədilməsi ensiklopediyanın nəşrindən73

çox əvvələ, hətta keçən əsrə aiddir. "Azəri" termininin elmi vəpraktik baxımdan "azərbaycanlı" məfhumuna nisbətən dahadüzgün və münasib olması haqqında fikrimizi hələ maketçapdan çıxmamış MK-ya etdiyimiz arayışda bildirmişik;.Respublikamızda dilçiliyə dair ədəbiyyatda xalqımız vədilimizlə əlaqədar "azəri" məfhumu işlənir. "Azəri" terminielmi ədəbiyyatdan başqa mətbuatda, radio və televiziyaverilişlərində də çoxdan geniş işlədilir. Xalqımızın yaşadığıölkənin "Azərbaycan"ın adında da "azər" sözü var. Bu söz"atar", "atər" və b. formalarda ölkəmizin adı ilə əlaqədar ənqədim zamanlardan indiyə qədər işlədilir. Dilçi alimlərimizin"azəri" termini əleyhinə nəinki bir monoqrafiyasına, hətta beləsanballı bir elmi məqaləsinə də rast gəlməmişik.Bununla belə ensiklopediyanın Baş redaksiyası "azəri"termini ilə əlaqədar respublikanın görkəmli tarixçilərinin ikigün davam edən müşavirəsini keçirmişdir. ("Azəri"məfhumundan narazı olduğunu nəzərə alaraq E.Əlibəyzadənidə müzakirəyə dəvət etmişdik). Müşavirənin iştirakçıları (həttaəvvəl "azəri" məfhumuna çox kəskin etiraz edən mərhum prof.M.Şərifli də) "azəri" termininin elmi olduğunu təsdiq etdilər.E.Əlibəyzadə mövqeyində qaldı. Bütün bunları bir kənaraqoyaq. Ola bilsin ki, E.Əlbəyzadə sadəcə olaraq öz"mövqeyindən" çəkilmək istəmir. Bu o qədər təəccüblü deyil.Təəccüblü budur ki, o, "azəri" termininin fars mənşəliliyinisübut etmək üçün İran hökumətinin hakim fars millətçiliyisiyasətinin məddahı və bunu elmi şəkildə əsaslandırmağaçalışanlardan biri olan İran tarixçisi Əhməd Kəsrəviyə isnadedir. Məgər Kəsrəvi "azəri" terminini başqa cür izah edərmi?Nə üçün biz Kəsrəvinin yolu ilə gedib, onun Azərbaycanın taqədimdən irandilli xalqların ölkəsi olması, burada irandilliazərilərin yaşaması haqqında bədnam iddiasını qəbuletməliyik?" (Məktubun surəti Rəsul Rzanın arxivindədir – A.).Atamın "azəri" terminini belə israrlı təkid etməsinin səbəbixalqımızın adının yerli adı kimi deyil, millət adı kimi təsdiq74

olunması idi. Çünki "azərbaycanlı", yəni Azərbaycandayaşayan rus da ola bilər, ləzgi də... Ermənistanlı ruslar,Gürcüstanlı ermənilər olan kimi, Özbəkistanlı taciklər,Tacikistanlı özbəklər, Türkmənistanlı qazaxlar, Qazaxıstanlıqırğızlar, Qırğızıstanlı tatarlar, Tatarıstanlı başqırdlar,Başqırdıstanlı çuvaşlar və s. olan kimi.Ancaq erməni – yalnız erməni, gürcü – yalnız gürcü, rusca –yalnız rus, özbək – yalnız özbəkdir. Türkmən, qazax, qırğız,tacik, tatar, başqırd, çuvaş və s. də elə. Azəri də ancaq azərilərola bilərdi. Ola bilərdi, olmadı. Qoymadılar.Yadımdadır, "azəri" sözünün damğalanıb aradangötürüldüyü günlərdə Moskvadan Böyük SovetEnsiklopediyasının cildi gəldi bizə. Atamın təşəbbüsü, səyiyləburada millətimizin adı "Azərbaycanlı, azəri" kimi getmişdi.Yadımdadır, Mərdəkanda xəstəxanada yatırdı. Həmin cildi ora,xəstəxanaya apardım. Necə də uşaq kimi sevinirdi, ilahi! Eləbil dünyanı ona bağışlamışdın. Fərəhindən sanki azar-bezarınıda unutmuşdu.Ensiklopediyanı isə hər tərəfdən didib-tökürdülər, beləçətinliklə qurulmuş binanı (yeri gəlmişkən deyim ki, sözünhərfi mənasında da ensiklopediya binasının tikilməsi də,binanın qarşısında H.Zərdabinin abidəsinin ucaldılması daatamın xidmətidir, amma onun gücünə ucalmış binada işləməkyerinə gələnlərə qismət oldu) daş-daş, kərpic-kərpic sökməyə,dağıtmağa çalışırdılar. Ensiklopediyaya dəyən zərbələr atamınqəlbinə, səhhətinə, ömrünə vurulan zərbələr idi...***Ölümündən sonra onun kağızlarını araşdırarkənensiklopediyadakı işinə aid qovluqları da diqqətlə nəzərdənkeçirdim. Neçə-neçə səhifələrdə müxtəlif iradlara, elmimülahizələrə və elmdən uzaq danoslara maddə-maddəməntiqli, tutarlı cavablar verirdi.Bəzən bürokratik iradlara bürokratik üslubda da cavabverirdi, ancaq haçansa, hardasa səbri tükənəndəmi, şairlik75

təbiəti soyuq idarəçilik təhkiyəsini üstələyəndəmi satirikqələmə sarılırdı, şerlə boşaldırdı ürəyini:Qoca bir vücud vardı,gödəkboy, uzunburun,Söz-söhbəti bu idi:Əzin!Qovlayın!Vurun!Qəribə adı vardıbu qocalmış kişininAd qoyanlar bilirmişyəqin onun işini.Mirzə Kaftarlı!Bəli.İş-gücü həmişəBöhtan, qiybət, yalandı.Köhnə-kövşən eşməkdəmütəxəssis şeytandı.Şərini, böhtanınıGündüz-gecə yazardı.Goreşənlər bilirlərhara, necə yazardı.Atamın arxivində, ensiklopediya işlərinə, ensiklopediyadövrünə aid qovluqda elə sənədlər var ki, onlarla ürək ağrısıylatanış olurdum. Respublikanın hörmətli, mötəbərşəxsiyyətlərindən olan Rəsul Rza hansı "Goreşən Kaftarlının"danoslarınasa idarənin baş mühasibiylə birgə imzaladığıhesabatla cavab verməyə məcbur idi və bu hesabatda beləbəndlər də var (şübhəsiz, danosda verilən ittihamnaməyləəlaqədar): "Volqa" № 54-95 avtomaşını Göyçay rayonunaASE-nin baş redaktoru Rəsul Rzanı aparmışdı, çünki o həminrayondan Azərbaycan Ali Sovetinin deputatı olduğu üçünseçicilərlə görüşə getməliydi". Hətta öz idarə maşınında yayaylarında şənbə günü Buzovnadakı bağına getməsi haqqında da76

izahat verməli olub Xalq şairi, deputat, ensiklopediyanın başredaktoru.Ensiklopediyanın milli-patriotik ruhundan rəncidə olanlar,xalqımızın tarixini olduğu kimi, doğru-dürüst işıqlandırmaqistəyindən narazı qalanlar redaksiyanın işini müxtəlif, bəzənhətta "elmi don" geyindirilmiş bəhanələrlə, bəzənsə açıq-aşkarşantajla ləkələmək, "ipə-sapa" yatmayan" baş redaktoru ya rametmək, itaətə gətirmək, ya da dolaşdırıb cana-boğaza yığmaqistəyirdilər. Hətta xeyirxahları belə: "Rəsul nə əcəb öz xoşuylaərizə verib çıxmır – deyirdilər, – bu təzyiqlər, bu hücumlarqarşısında təkbaşına nə edəcək axı?" Atam isə: "Ərizə-zadverməyəcəyəm, çıxarırlar, çıxarsınlar", – deyirdi. Və onuçıxarmaq üçün nə çirkin yollara, nə bəd əməllərə əlatmırdılar?!! Axır ki, iş Sov.İKP MK yanında Partiya NəzarətiKomitəsinə qədər gedib çıxdı. Ordan AzərbaycanEnsiklopediyasının Baş redaktorunu ləkələmək tapşırığı iləməxsusi komissiya göndərildi. Moskvalı qonaqlara can-başlaqulluq göstərən yerli "qonaqpərəstlər" də fürsəti fövtəvermədilər. Sokolov adlı bir məmurun hazırladığı hesabatacavabı atam Sov.İKP Siyasi bürosunun üzvü, Partiya NəzarətiKomitəsinin sədri Pelşeyə göndərdi:"Hörmətli A.Y.Pelşe yoldaş!Sokolov yoldaşın arayışında ASE-nin işindəki bəzi faktlarlayanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli izah edənəsassız müddəalar da var... Sokolovun arayışla tanış olmaqüçün mənə çox məhdud vaxt verildiyinə görə, mən yalnız bəziyadımda qalan maddələri təkzib edə bilərəm.Birinci cildin maketinin 4 aya, cildin özünün isə il yarımaburaxılacağını real saymaq üçün ya gərək obyektivlik hissinitam itirmiş olasan, ya da ensiklopediya nəşri kimi mürəkkəbişin spesifik xüsusiyyətlərindən heç baş çıxartmayasan.Halbuki, 1966-cı ildə, ensiklopediyanın nəşri haqqında qərarqəbul edilməsindən beş ay sonra Baş redaksiyanın bircə dənəotağı belə yox idi, ştatı isə yalnız tək bir baş redaktordan ibarət77

idi. Ensiklopediya kollektivinin guya başlı-başına buraxılmasıhaqqında Sokolovun iddiası da həqiqətə uyğun deyil.Məlumdur ki, ASE kollektivi çox böyük iş görüb və qismən IVvə V cildləri, habelə Azərbaycan və rus dillərində xüsusi cildihazırlayıb. 60 min kəlmə termindən ibarət sözlük nəşr olunub.Onu demirəm ki, respublikada ensiklopedik nəşr təcrübəsininolmamasını, terminoloji məsələlərin, toponimika məsələlərininbərbad vəziyyətini də nəzərə almaq lazımdır. Baş redaksiyaonlarla əməkdaşını, mütəxəssisləri məlumat toplamaq üçünrespublikanın şəhər və kəndlərinə göndərməli oldu və toplananməlumatlardan bir çoxu ilk dəfə bizim tərəfimizdən qeydəalındı. Onlarla tarixi və coğrafi xəritələr də ASE tərəfindənhazırlanmış və nəşr olunmuşdur. Əgər bütün bunlar yoldaşSokolovun iddia etdiyi kimi kollektivin başlı-başınaburaxılmasıdırsa, onda bəs gərgin, faydalı və mütəşəkkil iş nədeməkdir?Təəccüb doğuran odur ki, Sokolov yoldaş nəyin bahasınaolursa-olsun məni ləkələmyə çalışır. Rəsul Rzanın işə gecgəlməsi və işdən tez getməsi haqqında iddiası da, görünür,R.Hüseynovun verdiyi məlumatlara əsaslanır. Məsələninmahiyyətinə gəldikdə isə, birinci Sokolov yoldaş bilməlidir ki,baş redaktorun iş günü normalaşmış deyil. İkincisi, onu dayaxşı bilməlidi ki, ASE Baş redaksiyasındakı işimdən başqamən xeyli ictimai vəzifə də daşıyıram: Asiya və Afrika ölkələriilə Respublika həmrəylik Komitəsinin sədri, APN-in respublikaictimai idarə heyətinin sədri, Respublika Sülhü MüdafiəKomitəsinin sədr müavini, Yazıçılar İttifaqı Rəyasət heyətininüzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri,Terminologiya Komitəsinin üzvü, Sabir poeziya günləriKomitəsinin sədri, Böyük Sovet Ensiklopediyası Redaksiyaheyətinin üzvü, Azərbaycan KP MK-nın təftiş komissiyasınınüzvü və i. a. Aydındır ki, bütün bu ictimai işlər üçün mənsutkanın 24 saatından vaxt ayırmalıyam, hətta istirahətimin vəyuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq78

mən ensiklopediyanın baş redaktoru vəzifəsini işin tamhəcmində icra edirəm.Sokolov yoldaş yazır ki, mən 1970-75-ci illərdə 18 kitabımınəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki: Nəolsun? Amma işin həqiqi tərəfi odur ki, bu beş ildə mənim 18yox, 9 kitabım çıxıb (arayış əlavə edirəm). Deyəsən Sokolovungözündə rəqəmlər nədənsə ikiləşir. Yəni doğrudanmı Sokolovyoldaş elə hesab edir ki, mənim kolleqalarım – şairlərM.Bajan, P.Brovka, İ.Abaşidze – Ukrayna, Belorusiya vəGürcüstan ensiklopediyalarının baş redaktorları olandan bərişer yazmır və kitab nəşr etdirmirlər?Mənim Göyçaydakı bağım haqqında Sokolov yoldaşıniddiaları da həqiqətdən uzaqdır. Burada Sokolov yoldaş rəqəmiikiləşdirməkdən də keçib, üçləşdirib; 95 kvadrat metrlikGöyçay evimi 265 kvadrata çatdırıb. Bu Göyçaydakı evdənYazıçılar İttifaqının dörd üzvü – mən, həyat yoldaşım, oğlum vəəmim oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə, Tbilisidə,Daşkənddə və başqa böyük şəhərlərdə yaşayan yazıçıların səsküydənuzaq bir yaradıcılıq guşələri – bağları olduğu kimi,mən də bu evi halal zəhmətimlə qazandığım pullara və dövləttəşkilatlarıyla müqavilə əsasında tikdirmişəm (bu barədə bütünsənəd və arayışları əlavə edirəm).Partiyaya üzvlük haqqını da mən həmişə vaxtlı-vaxtındavermişəm, 1972-73-cü illərdə 8 ay ağır xəstə yatdığım üçünoğlum mənim üzvlük haqqımı səhv hesabladığına görə lazımolduğundan da bir qədər artıq məbləğdə verib. Bütün bu aydınfaktları nə səbəbdənsə yanlış izah etdiyi və ədalətsiz qənaətəgəldiyi üçün qoy yoldaş Sokolov öz partiya vicdanı qarşısındacavab versin.Mən heç vaxt razı olmaram ki, uzun illərin namuslufəaliyyətimdən sonra, ömrümün 66-cı ilində mənə əsassızittihamlar verilsin və mənim bir yazıçı və kommunist kimibioqrafiyama kölgə düşsün. Məktubumun yeganə məqsədi budur.Hörmətlə, Rəsul Rza."79

Əlbəttə, bu məktub cavabsız qaldı.Atamın arxivində Azərbaycan KP MK–nın birinci katibiHeydər Əliyev yoldaşa göndərilmiş bir neçə məktubun surətləridə var. Məktublardan biri Qobustandakı daş karxanasınınoradakı nadir qayaüstü rəsmlərin kor qoyulması haqqındadır.Bu barədə təcili tədbir görməyin vacibliyi qeyd olunur. Başqaməktublar ensiklopediyaya aiddir. Çapına, satışına icazəverilməsi və sairə məsələlər qaldırılır."ASE-nin 20 min nüsxə çap olunmuş birinci cildi bu vaxtaqədər satışa buraxılmayıb. Hazırda 1972–ci il tarixi iləburaxılması təklif olunur... Xahiş edirəm bu məsələlərhaqqında göstəriş verəsiniz."Başqa bir məktub (əsli ruscadır)Hörmətli Heydər Əliyeviç!ASE-nin birinci cildinin buraxılması məsələsi hələ də həllolunmayıb, redkollegiyanın və redaksiya şurasının heyətitəsdiq olunmayıb. Lazım olan düzəlişlər və dəqiqləşdirmələrietmişik və bu barədə MK-ya 27 iyul 1972-ci il tarixli məktublabildirmişik. Cildin buraxılış müddəti haqqında qərarınolmaması nəticəsində redaksiya çox ciddi çətinliklərlə üzləşir.Bizə ayrılmış kağız, lideron, karton və başqa materialları qəbuledə bilmirik və onlardan imtina etməyimiz ASE-nin gələcəktəchizatını təhlükə qarşısında qoyur. O biri cildlərinmaterialları üzərində işləyə bilmirik, çünki onların məzmunu,bir çox cəhətdən birinci cildlə bağlıdır. İkinci cildinmateriallarının bir hissəsi yığıla bilərdi, amma mətbəə qəbuletmir. Birinci cildin çap və buraxılış məsələsinin yubadılmasıçox böyük çətinliklər və əngəlliklərlə nəticələnə bilər.Respublikadan kənarda (Omskda, Leninqradda, Moskvada)böyük əziyyətlərlə çap etdirdiyimiz rəngli və ağ-qara xəritələr,əlaqədar orqanların təlimatına görə, köhnəlmiş hesabolunacaqlar, bu xəritələrin yenidən tərtib və çap edilməsi isə,böyük xərclərdən əlavə uzun müddət vaxt da tələb edəcək.Sizin çox məşğul olduğunuzu yaxşı bilirəm, amma ki, ASE-80

nin birinci cildinin ləngidilməsi və bununla bağlı olaraqkollektivin qeyri-normal fəaliyyəti yaradıcı əməkdaşları işdənsoyudur və peşələrindən yadırğadır.Sizə müraciət edərək ASE redaksiyasındakı son dərəcəgərgin vəziyyəti nəzərə almanızı, ən yaxın zamandaAzərbaycan Sovet Ensiklopediyasının birinci cildininburaxılması məsələsini həll etmənizi və bununla da bizimkollektivin normal işləməsi üçün şərait yaratmanızı xahişedirəm.Rəsul Rza.4 yanvar, 1972Bütün bu ətraflı, müfəssəl sənədlər, məktublar arasındabirdən kiçik, çox qısa bir kağız da gördüm. O biri məktublarınmakina surətlərindən fərqli olaraq bu atamın öz xətti, öz əlyazmasıydı, özü də rusca yazılmışdı:Pervomu Sekretarö ÜK KP Azerbaydjana tov. Alievu Q.A.Uvajaemıy Qeydar Alieviç. Smertelğno ustal. Dalğşe ne moqu.Jdu Vaşeqo reşeniə.Rasul Rza.25 VIII –75Belə bir ərizə yazdığından mənim xəbərim yoxdu. Məncə,heç göndərməmişdi də onu. İnsan nə qədər dözümlü, mətinolsa belə, onun zəiflik məqamları, hər şeydən bezdiyi anları davar. Yəqin belə dəqiqələrinin birində yazıb bu kağızı. Yazıbqoyub qovluğa. Çünki heç olmasa, birinci cildi buraxmamışişdən çəkilmək istəmirdi. Ömrünün on ilini, səhhətini,əsəblərini qurban verdiyi işin heç olmasa bircə cildlik bəhrəsinigörmək istəyirdi. Amma bu istək ürəyinin nisgili oldu.Nisgil kimi də apardı onu özüylə...***Ərizəsiz-filansız azad etdilər onu. Daha doğrusu, çıxartdılar.Yadımdadır, Cəfər Cəfərov katiblikdən hələ təzəcə81

çıxarıldığı vaxt mənə:–Rəsulu üç qat cəzalandıracaqlar, – dedi, – Deputatseçmədilər – bu bir, Moskvada Qurultayda Yazıçılar İttifaqınınİdarə heyətinə düşmədi – bu iki. Gec-tez ensiklopediyadan dagötürəcəklər – bu da olacaq üç...Atam Azərbaycan Ali Sovetinin ilk çağırışından həmişədeputat olmuşdu (yalnız bir çağırışdan başqa, gərək ki, 1946-cıildə seçkilərdə). O zaman kino naziri işləyərkənM.C.Bağırovun qəzəbinə keçmişdi, Bağırov yanıq verirmişkimi: "Bax, bütün nazirləri deputat vermişik səndən başqa", –deyirmiş. Atamın M.C.Bağırovla münasibətləri gahəzizlənməsi, təqdir olunması, gah gözdən salınması, ammahəmişə ləyaqətini saxlaması haqqında, Nizami yubileyindəRəfiligildə toqquşmaları, Bağırova qaytardığı sərt və mərdcavablar haqqında bir neçə adam maraqlı xatirə yaza bilərdi,amma kim yazacaq, yazsa da, kim üzə çıxaracaq? Və haçan?Ümumiyyətlə, bütün bunlar – Azərbaycan ictimai həyatınınqarışıq səhifələri, neçə-neçə insanın mənəviyyatında dərin izlərsalmış, neçələrini gedər-gəlməzə aparmış, neçələrini hifz etsədə, ruhən şikəstləşdirmiş, Səməd Vurğun demişkən "asta-astasıpıxıb" sudan quru çıxan "tilsimli qəhrəmanların" hər dönüşdəiştə-piştə olduqları, neçəsinin abrını saxlayaraq, şəxsiyyətiniqoruyaraq kənara çəkilib, susub gizləndiyi dövran, o illərintəzadlı, dolaşıq, çoxyönlü həqiqətləri nə zamansa açılacaq,çözələnəcək, aşkarlanacaqmı? Kimin kim olduğuaydınlaşacaqmı? Ya hər şey – yaxşı da, pis də, mərdlik də,namərdlik də, bütövlük də, nakişilik də dövrün sıx dumanıiçində əbədilik itib gedəcək? Kim bilir? Kim bilir...***Əgər kimsə, haçansa bu parçaları oxuyacaqsa, bəlkə dəçiyinlərini çəkdi: "Bu nə söhbətlərdir belə, nə böyük işdirbəyəm – deputat seçməyiblər, ya İdarə heyətinə düşməyib.Həqiqi şairçün, bütün bunların nə əhəmiyyəti ola bilər?"Şübhəsiz, bütün bunlara hadisələrin içindən deyil,82

fövqündən, fəlsəfi, ümumbəşəri, zamandan yüksək zirvələrdənbaxanda, belədir. Amma axı, bizim gerçəkliyin, illah da əyalətgerçəkliyinin ab-havasında yaşayırıq. Odur ki, bütün bunlarıvecinə almamaq çətindir...Hər yaşda, ədəbi və ictimai mövqeyin hər mərhələsindəbaşqa-başqa pisikdirmək üsulları var. Təzə başlayan müəllifinbir sətrini də çap etməyib onu elə beşiyindəcə boğmaq olar.İmzasını tanıtmış müəllifi tənqidin yaylım atəşləriylə sıradançıxarmaq, şil-küt etmək mümkündür. Daha yüksək mövqeliyazıçını isə ətrafına təcrid çəpərləri çəkməklə, haqqında israrlasusmaqla, onun yaradıcılığını görməzliyə vuraraq və ondanqat-qat aşağı dayanan tay-tuşunu üfürə-üfürə şişirtməklə,hıqqana-hıqqana qaldırmaqla və neçə cür bu sayaq başqafəndlərlə ruhdan salmaq, usandırmaq, əlini, dilini bağlamaq –sınanmış vasitələrdir... və bütün bunların təbii nəticəsi kimitelefonun birdən-birə susur, qapın döyülmür, küçədə səninləsalamlaşanda da əvvəlcə bərayi-ehtiyat o yan bu yana baxırlar– görən yoxdur ki...Bütün bu vəziyyətləri gərək özün yaşayasan ki, dibinə qədərduya biləsən. Ensiklopediyanın və "Qobustan"ın başındabuludlar sıxlaşdıqca şəxsən mənə münasibətin nə sayaqdəyişdiyini açıq-aydın görürdüm.Dost bildiyim adamlardan ikisi (mən indinin özündə dəonları dostum sayıram – amma bu artıq mənim şəxsixasiyyətim və təbiətimlə bağlı cəhətdir) oxşar iki situasiyadaözlərini eyni cür apardılar. Biriynən təsadüfən Xaqanikücəsində görüşdük. Yazıçılar İttifaqına tərəf gedirdik. Mənəvvəlcə onun davranışındakı müəyyən əsəbiliyin fərqinəvarmamışdım. Amma İttifaqın qabağında bir topa adamıuzaqdan görər-görməz ayaq saxladı:–Bağışla, – dedi, – amma bizi bir yerdə görməsələr,yaxşıdır.İkincisiylə Vaqif küçəsində, o vaxtlar mənim də yaşadığımYazıçılar binası qarşısında rastlaşdıq. Neçə illərin vərdişinə83

uyğun dayanıb söhbət edirdik, amma aydın görürdüm ki, nəsənarahatdır, söhbəti tez qurtarmaq istəyir, elə hey binanınqapılarına, pəncərələrinə, eyvanlarına sarı boylanır. Axırdaözünü saxlaya bilmədi və eyni sözləri təkrar etdi:–Bizi bir yerdə görməsələr, yaxşıdır.Bəlkə mən şişirdirəm, bu adi sözlərə xüsusi məna verirəm,ötəri bir cümlədən böyük nəticələr çıxarmaq istəyirəm.Bilmirəm, bəlkə də. Bəlkə də iki müxtəlif adamın bir-birindənxəbərsiz sözbəsöz dedikləri bu eyni cümlələrdə bütünzamanların ayıq-sayıq məntiqi vardı – axı, hamının gözüqarşısında belə mehribançılığın heç bir xeyri yoxdur, zərəri olabilər. Amma hər halda mənə elə gəldi ki, sifətimi 37-ci ilinzəhərli nəfəsi qarsdı, bu anlarda mən yalnız əfsanəvi Həzrətİsanın Hefsiman bağındakı ölümcül kədərini deyil, tam real birvarlıq olan Heydər Hüseynovun ömrünün son günlərində, sonsaatlarında duyduğu "tənhalıq tilsimini" də dərk etdim.Həmişə deputat seçilən adamın seçilməməsi bu şəxsə rəsmimünasibətin açıq və aydın göstəricisi idi və bunu hamıdanəvvəl bir para adamlar – havadan iy çəkənlər hiss etmişdi –nazirindən tutmuş mənzil-istismar kontoru işçilərinəcənzəncirin həlqələri bir-birinə bağlıydı. Və bu münasibətlərdən özpayını götürən ortabab bir şair atamın şerlərini jurnalredaksiyasından qaytarmağa cəsarət edirdi. Nəşriyyat məmuruonun kitablarını ixtisar etməkdə, yubandırmaqda, plandançıxarmaqda canfəşanlıq göstərirdi. Senzura şerinin hər sözünə,hər nöqtə-vergülünə zərrəbinlə baxırdı, şeytanın ağlınagəlməyən "ikinci mənalar" tapırdı, çapına icazə vermirdi.Jurnalın ədəbi işçisi də, nəşriyyat ya senzura məmuru daarxayın idilər - qırx ildən artıq ədəbi stajı olan, rəsmən Xalqşairi adını daşıyan, amma "gözdən düşmüş" sənətkara qarşı buözbaşınalıq, saymazyanalıq üstündə kim onlara "gözün üstəqaşın var" deyəcəkdi? Kim?Heç kim... Bircə Rəsul Rza özü bu cür kəmfürsətlərə dişinindibindən çıxanı deyəcəkdi və rastlaşanda əl verməyəcəkdi...84

Amma belələrinin nə vecinə...***Bir dəfə atam mənə bir əfsanə danışdı. Yazmaq istəyirdi buəfsanəni. Süjetini bilmirəm özü uydurmuşdu, ya hardansaeşitmişdi, oxumuşdu. Atamın, ümumiyyətlə, şakəri vardı:hərdən özü uydurduğu rəvayətləri, əfsanələri xalq yaradıcılığıkimi qələmə verirdi. Yadımdadır, "Oqonyok" jurnalınaSumqayıt haqqında oçerk yazarkən bu şəhərin adı haqqındarəvayət uydurmuşdu. Rəvayət guya Sum adlı bir gəncinməhəbbətiylə bağlıydı, – Sum, qayıt, – deyə onu çağırırdılar vəyerin adı burdan qalmışdu. Oçerki bizə oxuyanda Sum adınınnə dərəcədə Azərbaycan üçün xarakter olub-olmamasıbarəsində mübahisə etmişdik. Oğlanın sevgilisinin adınıCeyran qoymuşdu və Ceyranbatan gölünü də bu əfsanəyləbağlamışdı. Ancaq ən qəribəsi odur ki, mənim gözləriminqabağında yaranan bu "xalq əfsanəsi"ni alimlərimiz sonralarfolklor kitablarına həqiqi müəllifini göstərmədən doğrudandoğruçu"el rəvayəti" kimi daxil etdilər və hətta bu rəvayətihansı kənddə, hansı qocanın dilindən yazdığını iddia edən"tədqiqatçı"da tapıldı. Nə isə...Atamın danışdığı rəvayətlərdən birini yazıçı Rüstəmİbrahimbəyov "Sosialistiçeskaə industriə" qəzetinin xüsusimüxbiriylə söhbətində xatırlayır:"Filmin ("Bir-cənub şəhərində" filmi nəzərdə tutulur – A.)ətrafında müəssisələrdə, institutlarda, idarələrdə mübahisələrgedirdi. Və bir dəfə belə diskussiyalardan birində bizim gözəlşairimiz Rəsul Rza pəncəsinə tikan batmış şir haqqında rəvayətdanışdı. Təbii ki, şirin pəncəsi ağrayırdı, irinləmişdi. Ammaşirin imdada çağırdığı bütün heyvanlar həmin o yaralı yeriyalayır, tumarlayırdılar, tikanı dartıb çıxartmağa isəqorxurdular – axı kəskin ağrı heyvanlar padşahının qəzəbinəsəbəb olardı. Nəhayət, balaca bir heyvancığaz gəlir, tikanıdartıb çıxardır. Şir ağrıdan az qala öz xilaskarını öldürməkistəyir, amma yara sakit olandan sonra başa düşür ki, bu ağrı85

onun xilas olması üçün vacib imiş.Bu rəvayətin çox dərin mənası var. Uzağı görə bilməyənadamlar bəzən ifşaedici sənət əsərlərini qiymətləndirməyibacarmırlar, müəllifi vətənpərvər olmamaqda təqsirləndirirlər.Amma süni parıltı yaratmaq çəkməsilənlərin peşəsidir,ədəbiyyatın vəzifələri başqadır...".Atamın mənə danışdığı əfsanə isə belə idi: Günlərin birgünündə vəzir padşahın hüzuruna gəlib deyir ki, qibleyi-aləm,bir yağış yağacaq, hamı o yağışın suyundan içib dəli olacaq.Padşah:–Vəzir, bəs nə tədbirin var? – deyə xəbər alır. Vəzir: – Məntədarük görmüşəm, – deyir, – adi sudan yığıb saxlayacağamözümçün. Bəli, bir gün, doğrudan da, leysan yağış yağır,vəzirlə padşahdan başqa hamı bu yağışın suyundan içir. Suyuiçib başlarına hava gəlir, padşahla vəzirə baxıb: – A, a, a,bunlara baxın, dəli olublar! – deyirlər.Padşaha baxıb: – Buna bax, şalvar geyib... Vəzirə baxıb: –Gör e, bunun iki gözü, bir burnu var və s. – deyə ağlınıitirməmiş yeganə iki nəfəri lağa qoyurlar. Əvvəl lağa qoyurlar,gülürlər, amma get-gedə əsəbiləşirlər, hirslənirlər, bərkqəzəblənirlər ki, vəzirlə padşah niyə bizə oxşamır, mütləq bizəoxşamalıdırlar, bizə oxşamaq istəməsələr, eyniylə bizim kimiolmasalar, özlərindən küssünlər...Bütün bunlardan qorxuya düşmüş padşah: – Vəzir, bir tədbir, –deyir. Vəzir: Şah sağ olsun, mən bu günümüzü də qabaqcadangörmüşdüm deyir, odur ki, işimi möhkəm tutmuşam. Həmin yağışsuyundan özümüzçün də saxlamışam. İçək biz də onlardan olaq,onlar ağılda olaq, onlar kimi olaq...Bəli, padşahla vəzir də bu sudan içib olurlar hamının tayı,yəni əslində dəli, dəlilərin gözündə isə adi, özününkü.Bu yazını işlərkən qeyd dəftərimi varaqladım və orda yanvar1971-ci il tarixli bir yazıya rast gəldim. Yazını olduğu kimibura köçürürəm."Bu gün Rəsul mənə yuxusunu danışdı. Yuxunu dünən gecə86

(yanvarın 4-dən 5-nə keçən gecə) görüb: "Gördüm ki, Tiflisdəbir məclisdəyəm. Tost deyirdim, deyirəm ki, məsələ stolunüstündəki nemətlərdə deyil, məsələ qəlbin açıqlığındadır. Buvaxt bir erməni durub öz dilində danışmağa başlayır. Deyirəm:mən bilmirəm o adam nə danışır, amma biri danışanda ikinciadamın danışması qanacaqsızlıqdır. Sonra da deyirəm ki, içəkAzərbaycan və gürcü xalqlarının sağlığına. Sonra görürəm ki,aerodrom binası kimi böyük, geniş bir foyedəyəm. Hər tərəfdəermənilərdir, mən lap təkəm. Mənə sataşırlar. Mən deyirəm ki,Tatul Huryana şer yazmışam. Biri lap üstümə gəlir,provokasiya eləyir ki, onu vurum, o da məni itələsin, yıxılım vəguya təsadüfən basdırıqda məni ayaqlayıb tapdalasınlar. Hərtərəfdən üstümə gəlirlər. Lap təkəm, heç yerdən də kömək,gümanım yoxdur. Nədənsə, Ağasəfi – 34-cü ildə ölmüş bibimoğlunu çağırıram, haradan düşüb o yadıma bilmirəm"...***Mətləbdən uzaq düşdüm. Atam Yerevana ensiklopediyaişçilərinin müşavirəsinə getmişdi. Orda iclasda çıxış edərkənonu telefona çağırmış və demişdilər ki, təcili Bakıya qayıtsın.Qayıtdı və səhər MK-ya getdi.Mən kinostudiyada idim, ordan hər yarım saatdan bir telefonedirdim. İşdə yox idi, ev telefonları susmuşdu. Anam bağda idi.Nəhayət, günün ikinci yarısında telefon hay verdi. Atam artıqevdəydi.–Nə oldu?–Qurtardı...–Necə, nə cür?–Gəl bura, – dedi.On beş dəqiqədən sonra yanındaydım. Balaca iş otağındaoturmuşdu, gülümsünürdü.–Vəssalam, – dedi, – axır ki, hər şey qurtardı.H.Ə.Əliyevin yanındaymış, Əliyev deyib ki, sabah bürodasizi işdən azad edəcəyik. Atam:–Bir xahişim var, – deyib, – icazə verin mən sabah büronun87

iclasına gəlməyim.–Bizdə heç vaxt belə olmayıb... amma sizin xahişinizinəzərə alarıq.–Mən büroda özümü saxlaya bilməzdim, – dedi atam. Artıqheç nə demədi, amma mənimçün hər şey aydın idi.O gün bütün axşamı bir yerdə olduq. Donetsk şəhərindənmənim köhnə tanışım Vladimir Vasilyeviç Qajiyev Bakıyaqonaq gəlmişdi. Toğrul Nərimanbəyova da zəng vurdum, atam,Qajiyev, Toğrul, mən "Azərbaycan" mehmanxanasınınrestoranına getdik.Qajiyev və Toğrul atamın sağlığına badələr qaldırırdılar.Qajiyev deyirdi ki, Azərbaycan xalqının Sizin kimi şair oğluylafəxr etməyə haqqı vardır. Gündüzkü hadisədən heç birininxəbəri yox idi. Biz də heç nə demədik.Səhəri atamın iştirakı olmadan büroda onu işdən azadetdilər.Bir neçə il keçdi və həmin o büro üzvlərinin əksəriyyətimüxtəlif vaxtlarda işlərindəki nöqsanlara görə vəzifələrindənvə büro üzvlüyündən azad edildilər. Hər biri də dünənkikolleqalarının onların ünvanına söylədikləri ittihamlarıkirimişcə dinləyir, razılaşır və qızğın təşəkkür edirdi.Büronun həmin iclasından sonra atamın H.Əliyevəgöndərdiyi axırıncı məktubunun surəti də arxivindədir(məktubun əsli rus dilindədir)."Hörmətli Heydər Əliyeviç!Sizinlə görüşdən qabaq mən Quliyev yoldaşla danışdım vədedim ki, arayışla müfəssəl tanış olmaq istəyirəm. Başredaksiyanın partiya bürosu üzvləri, onun katibi, mənim elmiişlər üzrə müavinim Yerevandadırlar və məsələninmüzakirəsini bir neçə günlüyə təxirə salmaq məqsədəuyğundur.Mənim dediklərimə Quliyev yoldaş heç bir reaksiyavermədi, mən də belə nəticə çıxardım ki, məsələ artıq həllolunub. Məhz buna görə və səhhətimi nəzərə alaraq mən sizdənbüroda iştirak etməyəcəyimi xahiş etdim. Siz razılıq verdiniz.88

Bunu ona görə yazmıram ki, Büronun ASE haqqında qərarıbarədə mübahisə edim. Ancaq yaxşı adımı qorumaq mənimborcumdur. Məlum olduğu kimi, ASE təşkil olunarkənrespublikada müvafiq ensiklopedik kadrlar da yox idi,ensiklopediya yaratmaq təcrübəsi də. Baş redaksiyanın işlədiyimüddətdə kollektiv yarandı, bu kollektiv əsasən gənclərdənibarət idi və onlar təcrübə və səriştə qazandılar.Qeyri-səmimi olmaq istəmirəm və odur ki, öz təəccübümübildirirəm: Nə səbəbə məni 21-25 oktyabr 1975-ci ildəMoskvaya sovet və xarici yazıçılarla görüşə, dəvət olunduğumgörüşə getməyə qoymadılar və əvəzində məsləhət gördülər ki,Yerevana, Zaqafqaziya ensiklopediyalarının müşavirəsinəgetdim. Halbuki, artıq elə bu vaxt mənim ensiklopediyadakıvəzifəmdən azad edilməyim barədə məsələ həll olunubmuş.Birinci cildin buraxılmasını beş il ləngidəndən sonra,doğrudanmı, məni Yerevana ASE-nin baş redaktoru kimigöndərmək və müşavirənin ortasındaca, məruzəm vaxtı Bakıyageri çağırmaq vacib idi?Yol. Əliyev H.Ə. Xalqıma layiqli mədəni abidə yaratmaqüçün əlimdən gələni əsirgəmədim. Əgər müyəssər olabilmədimsə, bu, mənim günahım deyil. Soruşmaq olar: əgərrespublikanın ən görkəmli alimlərinin böyük qrupu"prinsipsizlik göstəribsə" (büronun qərarında deyildiyi kimi –A.) belə alimlərlə neçə işləmək və ilk Azərbaycanensiklopediyasını yaratmaq olar?Əgər yeni yoldaşlar əldə edilmiş böyük təcrübədən istifadəedərək yaxın zamanda ASE–nin yüksək kefiyyətli çapınıburaxarlarsa, mən şad olaram.Hörmətlə"Rəsul Rza.***1973-cü ilin sentyabrında atamla bir yerdə MoskvadaNəsimi yubileyindəydik. Fikrət Əmirovun "Nəsimi dastanı"89

aleti Bakıda Nəsimi yubileyində böyük uğur qazandı. Bubaletin librettosu mənim idi və odur ki, Moskvaya Nəsimigecəsinə gedənlər siyahısına məni də salmışdılar.Baletdə səhnə arxasından Nəsimi şerləri səslənirdi. Bakıtamaşasında bu şerləri oxuyan aktyor Moskvaya gəlməmişdi,odur ki, təklif etdilər bu misraları mən oxuyum.Səhnə arxasından Nəsimi beytlərini oxudum:Dünya duracaq yer deyil, ey can, səfər eylə,Aldanma anın alına, ondan həzər eylə...Varı möhnətdir cahanın nə umarsan, ey könül,Lənət olsun bu cahana və cahanın varına.Tamaşadan sonra Fikrət Əmirovu təbrik edəndə mənə:–Axır Bolşoy teatrda da ürəyini boşaltdın, – dedi.Həmin gecə Bakıda Cəfər Cəfərov vəfat edibmiş...Moskvadan qatarla qayıdırdıq, atamla bir kupedəydik. Elə heysusurduq, hərdən-birdən danışanda da ancaq Cəfərdəndanışırdıq.Atam özünü çox pis hiss eləyirdi. Ayağı bərk ağrıyırdı.Hərarətölçəni qoyduq – qızdırması çox yüksək idi. Get-gedəhalı da xarablaşırdı. Qatar rəisinə müraciət elədim, növbətistansiyaya teleqram vurdular. Minvodda kupemizə həkimgəldi.–Qanqrena başlaya bilər, – dedi, – qatardan düşürmək, təcilixəstəxanaya çatdırmaq lazımdır. Atam razı olmadı:–Ancaq Bakıda düşəcəm, – dedi.İynə vurdular, həb verdilər qızdırmasını bir azca saldılar.Bakıya çatan kimi yarım saatlıq evə dəydi, ordan birbaşaxəstəxanaya apardıq...Onu müayinə edəndə cavan həkimdən təbəssümlə soruşdu:–Nədi, kəsəcəksiniz ayağımı?Həkim tutuldu:–Yox, niyə ki...Dörd aydan artıq çəkən ağır azarı belə başlandı.Bu üzücü xəstəliyin bütün təfərrüatını yazmayacam. Əvvəl-90

əvvəl elə bil yaxşılığa doğru gedirdi – ayağında yarayainfeksiya düşmüşdü, diabet olduğu üçün əngəl açmışdı,qorxulu bir şey yox idi, amma çox gec sağalası idi.Amma noyabrın axırında halı birdən-birə kəskin şəkildəxarablaşdı, bütün göstəricilər – şəkər, azot qalığı, qan təzyiqi –təhlükəli həddə çatdı, az qala koma halına düşdü. Vəziyyətigün-gündən ağırlaşırdı – yemirdi, içmirdi, bir kəlmə sözdeməyə taqəti yox idi.Bütün bədəni ağrıyırdı, dərmanların təsiri nəticəsindəkeyişirdi, gecələr yata bilmirdi. İynə vurulan qolu "abses"eləmişdi, bu da ona çox əziyyət verirdi. Bir dəfə həkimlərinyanında çaşıb abses əvəzinə "sepsis" dedi. Həkimlərdiksindilər:–Nə danışırsınız, Allah göstərməsin, sepsis nədir, adicəabsesdir, – dedilər.Bunacan bilməsəm də, indi başa düşdüm ki, "sepsis" çoxqorxulu sözdür. Bir neçə gündən sonra məlum oldu ki, atamınvəziyyəti məhz bu qorxulu sözlə təyin olunur: sepsis, qanzəhərlənməsi.Ağır xəstəyə baxmaq son dərəcə çətin işdir, illah da ki, atamkimi kür xasiyyətli adam ola. Xəstəlik xasiyyətinin ən naqiscəhətlərini üzə çıxarırdı – əsəbi və hövsələsiz, sərt, kobud,şıltaq olurdu. Şübhəsiz, mən də, bacılarım da bütün bunlaradözməyi borcumuz, vəzifəmiz bilirdik, hər bir nazını çəkməyə,yuxusuz gecələr keçirməyə, hər narahatlığa, zəhmətə, əzabaqatlaşmağa hazırdıq. Amma hamıdan çox əziyyət anamınpayına düşürdü. Bizim hərəmiz həftədə, on gündə bir yuxusuzgecə keçirirdiksə, anamın hər gecəsi yuxusuz keçirdi və hərgündüzü də ərinin yanında idi. Bir-iki saat dincəlməyə,gözünün çimirini almağa onu güclə məcbur edirdik. Özü dəxəstə olan yaşlı qadının bu mənəvi və fiziki dözümünə matqalınasıydı.İndi, neçə illər keçəndən sonra fikrən o günlərə qayıdarkəndüşünürəm ki, yuxusuz gecələrinin altını anam sonralar çəkdi.91

O günlərin əzab-əziyyətləri qısaltdı ömrünü: səkkiz il sonraonu aparan xəstəliyin ilk rüşeymləri bəlkə də o vaxt əmələgəldi...Həmin elə o günlərdə anam bir dəfə mənə:–Ay Anar, bu İmran nə yaxşı adam imiş, – dedi.İmran Qasımovu neçə illərdi tanıyırdı, amma elə dedi ki, eləbil onu təzəcə kəşf etmişdi.–Nə lazım olursa, dərman, həkim, deyən kimi dərhal təşkileləyir. Əlindən gələni əsirgəmir.Atamın halı lap xarablaşanda İmran Qasımova dedik ki,Moskvadan həkim çağırmağa kömək eləsin. Bu xahişimizi osaat yerinə yetirdi. Moskvadan çox yaxşı bir mütəxəssis –Georgiy Sergeyeviç Kratovski dəvət olundu. O, müəyyənməsləhətlər verdi, amma xəstəliyin elə bir mərhələsi idi ki,mütləq reanimatorun müdaxiləsi gərəkdi... Kratovskinintövsiyyəsiylə Moskvadan gənc bir reanimator (yəni eləKratovski özü də cavan idi) – V.V.Rodionov gəldi. Bu ikihəkim atamı ölümcül vəziyyətdən çıxartdılar, vəziyyəti az-çoxdüzəldi, amma yenə ağır idi – üstəlik ağrılar, keyişmə,yuxusuzluq ona olmazın əziyyətlər verirdi.Bir gecə – mən qalmışdım yanında – qəfilcən dedi:–Bax, qoymayın məni Fəxri xiyabanda-filanda basdırsınlar.İstəmirəm.–Əşi, bəsdir sən Allah, – dedim, – bu nə fikirlərdir başıvagəlir...Bu sayaq şeylərdən – silk imtiyazlarından zənd-zəhləsigedirdi. "Fəxri xiyaban, hələ üstəlik birincisi, ikincisi – ölüləridə dərəcələrə ayırmaq olar?"Ensiklopediyada işlədiyi vaxt xüsusi mağazadan imtinaetmişdi.Anam onu bu sarıdan danlayanda, "hamı necə, biz də elə", –deyirdi və o da vardı ki, anam da onu çox elə sidq-ürəkdəndanlamırdı. "Deyirsən hamı necə, axı, hamının dükandabazardatanışları var, yüz cür əlaqəsi, vasitəsi var, bunlardan92

istifadə edib hər şey tapırlar, evlərinəcən gətirtdirirlər, bizimaxı elə adamlarımız yoxdu"... Bu sözləri də elə-belə deyirdi,əminəm ki, həmin məzəmmətləri edə-edə ürəyinindərinliklərində ərinin belə təbiətiylə qürrələnirdi.Kratovskiylə Rodionov təklif edirdilər ki, xəstəni Moskvayaaparaq, amma qəti qərara gələ bilmirdik. Bakı həkimlərindənbir çoxu və yaxın qohumlarımızdan bəziləri bu fikrə etirazedirdilər. Amma axırı qəti qərara gəldik ki, mütləqaparmalıyıq. Bu qərara gəldiyimiz üçün taleyə minnətdaram.Moskvaya aparmaqla atamı xilas etdik. (Şübhəsiz ki, onu xilasedən biz yox, Moskva həkimləri oldu).Hər halda ömrünə yeddi il yarım əlavə olundu...Yadımdadır, yola çıxacağımız o yanvar günündəhəkimlərdən biri:–Çox böyük risk edirsiniz, – dedi. – Siz onu heç Moskvayaçatdıra bilməyəcəksiniz.Bu sözlər vaxtilə Novikovanın anam barəsində verdiyihökm qədər amansız və xoşbəxtlikdən elə o hökm qədər dəəsassız oldu (Bakı və Moskva həkimlərinin belə güzəştsizhökmlərini bir neçə dəfə dinləməli olmuşam və atamla anamıdəfələrlə ölümün pəncəsindən xilas etmiş həkimlərə nə qədərminnətdar olsam da, bu barədə susmaq istəmirəm).Novikovanın sözləriylə bu həkimin dedikləri bir cəhətdən dəoxşar idi: hər iki hökm müəyyən, çox qısa bir vaxtlaməhdudlaşırdı. Novikova: – "Ananız operasiyadan çıxmayabilər", – demişdi, bu həkim: – "Moskvaya çatdırabilməyəcəksiniz", – dedi.İşin bir cəhəti də vardı – qatarda mən onunla olmayacaqdım.Mən onları – atamı, anamı, bibim oğlu, tarixçi OqtayƏfəndiyevi, tibb bacısını Bakı vağzalında yola salıb elə həmingecə təyyarəylə Moskvaya uçurdum – orda xəstəxanada yerinimüəyyənləşdirmək, qatarı qarşılayıb xəstəni birbaşa oraaparmaqçün.Xəstə Moskvaya salamat gəlib çıxsaydı...93

Moskvada Kursk vağzalına Bakı qatarının qarşısına gələndəbilmirdim bir neçə dəqiqədən sonra məni nə gözləyir. Xəstəatamımı qarşılayıram, onun iraq–iraq cənazəsinimi?Bu saatları, dəqiqələri elə bil duman içində qavrayırdım.Bakıda həkimin belə çılpaq şəkildə dediyi fikir hamımızınürəyini gəmirirdi. Bakıda dəmiryol vağzalında onu yolasalanların əksəriyyəti də kədərlə düşünürdülər ki, Rəsul Rzanison dəfə görürlər. Bəlkə bir də buna görə vağzala bu qədər çoxadam yığılmışdı.Vidalaşmağa gəlmişdilər. Əbədi vidalaşmağa.Ötürənlərin içində rəhmətlik Məmməd Arif də vardı. Kiminağlına gələrdi ki, indi kupenin aşağı yerində uzanmış, həyatı birtükdən asılı olan Rəsul Rza kəfəni yırtıb çıxacaq və bir neçə ilsonra indi onunla vidalaşmağa gəlmiş Məmməd Arifindəfnində iştirak edəcək.Məmməd Arif vaqona qalxdı. Görüşməkçün atama tərəfəyiləndə atam dodaqlarını güclə tərpədərək: – Arif,ensiklopediyada gözün olsun, – dedi, – bir də Filankəsdənmuğayat ol. Qoyma incitsinlər".Əlbəttə, mənim Filankəs deyə yazdığımın adını dedi atam.O adam ensiklopediyada işləyirdi, atam ona çox inanırdı.Adamlara çox inanması, etibar bəsləməsi də, yəqin ki, atamınzəif cəhətlərindən idi və bunun nəticəsində tez-tez aldanır,aldadılırdı. Amma bir yandan baxanda bu zəif cəhətdirmi? Axı,uşaqlar da tez inanır, asan aldadılırlar. Şair də bir azca uşaqdeyilmi?Nə isə bu adam atamın qılığına girmişdi və şair xislətindəkiuşaqlıq təbiidirsə, təcrübəli idarə başçısının adamlarıtanımaması, şübhəsiz, nöqsandır.Mən bu adamı heç tanımırdım, amma tanımaya-tanımayaşübhələnirdim ondan. Şübhələnməyim səbəbsiz deyildi. Birdəfə onun atama bağışladığı kitabını görmüşdüm. Kitabınüstündə bir dolu səhifə elə yağlı, şirin, mübaliğəli sözləryazmışdı ki, şübhəyə düşmüşdüm. Yox, mən demirəm, atam94

əlkə ondan da artıq təriflərə layiq idi və bu hörmət, ehtiram,məhəbbət sözləri də səmimi hissdən doğula bilərdi. Amma hərhalda işlədiyin idarənin rəhbərinə bu sayaq sözlər yazmaqnədirsə, məni şübhəyə salırdı və əfsus ki, gələcək məhz elə buşübhələri doğrultdu.Bakıdan bəlkə də həmişəlik ayrıldığı bu son dəqiqələrində,ölüm ayağında, min bir ağrı və əziyyət içində atam o adamıdüşünür, Məmməd Arifə ayrı heç kəsi yox, məhz onu tapşırırdı.Atamın xəstəliyinin ən ağır günlərində isə ensiklopediyadamüşavirə keçirirdilər və vicdan çəkisini özünə artıq yük bilənbirisi atamın kölgəsini qılınclayırdı (nə dəqiq ifadədir, məhz"kölgəsini"). Deyirmiş ki, ali təhsil diplomu olmayan bir adam(atamın, doğrudan da, ali təhsil diplomu yox idi və bu barədəözü dəfələrlə demiş, yazmışdı) ensiklopediyaya necə rəhbərlikedə bilər? Bəli, sözümün canı odur ki, bu müşavirədə həmin oFilankəs də iştirak edirmiş. Yox, əlbəttə, atamın əleyhinədanışmayıb, hər necə olsa, onu da, diplom haqqında danışanıda atam götürüb işə, amma lehinə, müdafiəsinə bir kəlmədeməyib, ağzına su alıb susub.Bir epizod da yadıma düşür. Anamın Moskvada ağır xəstəyatdığı günlərdə, atamla mən də Moskvada, onun yanındaolduğum günlərdə əlimə Bakıdan gəlmiş bir qəzet keçdi.Bakıda Yazıçılar İttifaqında keçirilmiş iclasın hesabatı dərcolunmuşdu. Çıxışların qısa məzmunu verilmişdi: Rəsul Rzanınşerlərindəki formalizmi atəşin tənqid edirdilər və bu çıxışlarıniçində (redaktorun geniş qəlbiydimi buna səbəb,diqqətsizliyiydimi, bilmirəm) belə bir abzas da vardı ki, gəncşair Vaqif Nəsib çıxış edənlərlə razılaşmadı və Rəsul Rzanınpoeziyasını müdafiə etməyə cəhd göstərdi.Müxtəlif dövrlərdə – 30-cu illərdə, 50-ci illərin ikinciyarısında, 60–cı illərin əvvəllərində atama qarşı güclü tənqidkampaniyaları təşkil olunurdu və bütün bu dövrlərdə atamınyalnız bədxahları, istəməyənləri deyil, dostları, ardıcılları,tərəfdarları, müdafiəçiləri də olub. Amma sərt Moskva qışında,95

intizarlı günlərimizdə, əlimiz hər yandan üzülən çağımızdarəsmi qəzet hesabatında keçən bu bir neçə cümləlik məlumatıheç vədə unutmaram. Vaqif Nəsibin adı – onun istedadlı şeri vənəsri bir yana dursun – tək elə bir bu cəsarətinə görə həmişəyaddaşımın işıqlı bucağında yaşayacaq.Atamı eksperimental cərrahiyyə klinikasına, məşhur həkimMarat Dmitriyeviç Knyazevin şöbəsinə qoyduq. İki günlükmüayinədən sonra Knyazev mənə dedi ki, hələ analizin bütünnəticələrini almamışıq, amma güman edirik ki, atanızın hardasaşişi var. Ümumi vəziyyəti də belədir ki, operasiya eləməkmümkün deyil. Odur ki, görünür, yaxın günlərdə onu geriaparmalı olacaqsınız. Mən sizin adətlər haqqında eşitmişəm,mənə elə gəlir ki, bu hadisə evdə, vətənində olsa, dahamünasibdir.Bundan aydın-açıq nə demək olardı ki... Mən isə bu qərarı,təbii ki, məğzini gizlədərək, dəyişərək, ayrı səbəblər gətirərəkanama və uçub Moskvaya gəlmiş Fidana deməliydim.Knyazevdən xahiş elədim ki, bu barədə anama və bacıma birşey deməsin.–Niyə ki? – deyə təəccübləndi, sonra əlavə etdi – Ananızxəstə adamdı, ona bəlkə, doğrudan da, hələ demək lazım deyil.Bacınızın isə həqiqəti bilməyə sizin qədər haqqı var.İki gün də keçdi – necə iki gün, bir Allah bilir – Knyazevsəhər-səhər mənə gülə-gülə:–Sizi təbrik edirəm, – dedi, – bizim gümanımız təsdiqolunmadı. Şiş yoxdur. Qanında stafilokok tapılıb. Bu mikrobaqarşı güclü dərmanlarımız var. Elə bilirəm ki, hər şey yaxşıqurtaracaq.Məndən qabaq atamın özünü təbrik edibmiş və atama dayalnız onda agah olubmuş ki, sən demə, bunların şübhələrişişə-filana imiş...Mikrobu təyin edən kimi bütün müalicəni ona qarşıyönəltdilər və xəstə elə sürətlə, elə tez yaxşılaşdı, dirçəldi ki,Bakıdan zəng vuranlar belə təcili sağalmaya heç cür inana96

ilmirdilər.Elçin də Bakı vağzalında ötürənlər arasındaydı, Moskvayanə halda getdiyini görmuşdü və indi yolu Moskvaya düşmüşdü.Bir yerdə xəstəxanaya getmişdik, atamın belə az müddətdə –on-on beş gün ərzində – bu qədər dəyişib yaxşılaşmasını görür,gözlərinə inanmırdı.Bakıdan Abbas Zamanov mehmanxanadakı nömrəmizəzəng vurur, bibim Surəylə danışırdı:–Yəni sən lap öz gözlərinlə gördün ki, yerindən durur, –yeriyir, gəzir?74-cü ilin yanvarında dörd aydan artıq sürən xəstəliyindənsağaldı və bundan sonra düz yeddi il üç ay yaşadı. Taleyinmideyim, həkimlərinmi deyim ona hədiyyə verdikləri bu yeddi ilüç ayda "Çinar ömrü" şerini, Şuşa haqqında, Babək haqqındaşerlərini, xəstəliyiylə bağlı şerlər silsiləsini və neçə başqasilsilə şerlər, "Min dörd yüz on səkkiz" və "Qız qalası"poemalarını, İsmayıllı və Ağdaş rayonları haqqında oçerklərini,Əzizə Cəfərzadənin "Aləmdə səsim var" romanı haqqında vəMövlud Süleymanlının "Dəyirman" povesti haqqında, dilhaqqında, cavan şairlər haqqında məqalələr yazdı, neçəmüxbirlə söhbət etdi, müsahibələr verdi, Gəncədə Nizamigünlərində, Şamaxıda Sabir günlərində, Bakıda SabitRəhmanın 70 illik yubiley gecəsində iştirak etdi, üç dəfə babaidi, beş dəfə oldu – Təranənin Nigar və Bəyaz adlı iki qızını dagördü, onların dil açmasından, yeriməsindən fərəhləndi, onlarınməzəli sözlərini təkrar etdi. Moskva televiziyası onun haqqındaveriliş, Bakı kinostudiyası film çəkdi, Toğrul Nərimanbəyovportretini işlədi. Mənim kino və teatr premyeralarımda iştiraketdi, Əkbər Babayevin, Əliağa Kürçaylının və qızı Ülkərinölümlərindən sarsıldı, onlara vida sözləri yazdı, İmranQasımovun əlacsız xəstəliyə düçar olduğuna açıdı, Elçinlə biryerdə Moskvaya yazıçılar qurultayına getdi, yenidən Yazıçılarİttifaqının idarə heyətinə üzv oldu, yenidən Azərbaycan SSRAli Sovetinə deputat seçildi və 70 illiyində Sosialist Əməyi97

Qəhrəmanı adı aldı. 1980-cı il dekabrın 4-də Ali Sovetinbinasında bu nişanı təqdim edərkən H.Ə.Əliyev yoldaş dedi:"Rəsul Rza Azərbayçan sovet ədəbiyyatının görkəmlinümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğunvə Süleyman Rüstəmlə birlikdə Azərbaycan Sovet poeziyasınınbanilərindən biri hesab olunur......Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi,həm də yeni sosialist həyatı, sovet quruculuğu illərindərespublika zəhmətkeşlərinin fəal işi ətraflı və yüksək bədiisəviyyədə əks olunmuşdur....Rəsul Rzanın poeziyası zəmanəmizdə coşğun inkişif edərəkson vaxtlar respublikada baş verən müsbət prosesləri parlaqşəkildə əks etdirir, zəhmətkeşlərin ideya-siyasi və estetiktərbiyəsinə kömək edir....Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamıtərəfindən sevilmiş, ona hüsn-rəğbət və hörmət, ölkəmizdə vəxaricdə böyük şöhrət qazandırmışdır".Atam da cavab nitqi söylədi:–Bu gün mən Azərbaycanın ən xoşbəxt oğullarındanam, –dedi....Bu yüksək ad məni daha böyük ruh yüksəkliyi iləçalışmağa çağırır.. Partiyamızı əmin edirəm ki, bütün qüvvəmivə bacarığımı xalqıma xidmət işinə sərf edəcəyəm.Bu atamın son çıxışı idi və Ali Sovetin binasında təltifatmərasimi başlamazdan qabaq həkim ona ürəyimöhkəmləndirən iynə vurmuşdu.***Yetmiş illiyiylə əlaqədar radio və televiziyayla böyükverilişlər gedirdi, qəzet və jurnallarda məqalələr dərc olunurdu,Rəsul Rzanı diri klassik adlandırırdılar. Azərbaycanın vəölkənin hər yerindən məşhur ədəbiyyat, sənət xadimlərindəntutmuş adi oxucularacan yüzlərcə teleqramlar, təbriklər,kağızlar gəlirdi.Anam:98

–Mən – heç bilməzdim ki, xalq Rəsulu bu qədər sevir, –dedi–Azərbaycan xalqı öz şairlərini çox sevir, –dedim, –xüsusilə, o vaxtlarda ki, onları hökumət də sevir.***Son illərdə, nəvələriynən əyləndiyi dəqiqələrdən başqa,onun yeganə həqiqətən şad gününü – yenidən deputatlığanamizəd verilərkən gördüm.Mən bu barədə yazıram və yaza-yaza düşünürəm ki,şadlığının belə səbəbi kiminsə gözündə şair və şəxsiyyət kimiatamın obrazını kiçildə bilər. Buna baxmayaraq yazıram,əvvəla, ona görə ki, bu, doğrudan da, belə idi və mən də ancaqolanları yazmağı boynuma götürmüşəm. İkinci də, ona görə ki,mənim gözümdə bu sevinci onu əsla kiçiltmir. Deputatverilməsi, daha dəqiq desək, deputatlıqda bərpa olunmasıonunçün ədalətsiz bir aksiyanın axır-əlbət ədalətlədüzəldilməsi, haqqın, həqiqətin təsdiqi idi. Deputatlıqdan qatqatşərəfli və yüksək ad sayılan qəhrəmanlıq adını çox sakitqarşıladı, heç bir o qədər də sevinmədi...Burada mən İmran Qasımovun bütün bu işlərdə xidmətiniqeyd etməyi özümə borc bilirəm. Atamın yenidən deputatlığaverilməsində də, Sosialist Əməyi Qəhrəmanlığına təqdimolunmasında da İmranın böyük rolu oldu. Əlbəttə, bütünbunları həll edən H.Ə.Əliyev idi. Ömrünün son ilində atamagöstərilən bu hörmət və ehtiram aktları – ondan gəlirdi. Ammabütün bu işlərdə İmranın da səyi az deyildi. İmran danışırdı ki,Rəsulun deputat verilməsi haqqında H.Ə.Əliyevə deyəndə o,bu təklifi böyük rəğbətlə qarşıladı. Sosialist Əməyi Qəhrəmanıadı verilməsi də ancaq H.Ə.Əliyevin əzmiylə, nüfuzuyla oldu.Hətta H.Ə.Əliyevin haradasa dediyi bir söz də camaat arasındagəzirdi, deyibmiş ki, Rəsul Rzaya qəhrəman nişanı alabilməsəm, bunu özümə bağışlaya bilmərəm. Deyibmi bu sözü,deməyibmi, bilmirəm.80–cı ilin aprelində yetmiş illiyinə bir ay qalmış atam yenə99

də xəstəxanada yatırdı. İmran mənə zəng vurdu, dedi ki,Heydər Əliyeviçin yanındaydım, Rəsulun məsələsindəndanışırdı. Dedi ki, Sov. İKP MK-yla danışıb, Rəsul RzanınSosialist Əməyi Qəhrəmanlığına layiq olması orda heç kəsdəşübhə oyatmır, amma bizim respublikanın əhalisinə görə buraüç yazıçı qəhrəman çoxdur axı 40 milyonluq Ukraynada cəmiiki yazıçı bu adı alıb, Ermənistanda heç biri də almayıb.İmranın bir az küyə və fantaziyaya aludə olduğuna bələdidim, odur ki, bu sözlərdən özümçün tamamilə aydın nəticəçıxartdım: atama bu ad verilməyib və bütün bu izahlar daİmranın həmin faktı ayrı səbəblərlə bəzəmək cəhdləridir.Amma aprelin axırlarında, gözləmədiyim halda evimə zəngolundu:–Sizinlə Heydər Əliyeviç danışacaq, – dedilər.H.Ə.Əliyev atamın səhhətini xəbər aldı, dedim ki, çoxzəifdir, xəstəxanadadır. Sonra Əliyev eyniylə İmranın mənədediklərini təsdiq etdi:–Mən Suslov yoldaşla da, Çernenko yoldaşla da bu barədəətraflı danışdım. Fikirləri belədir ki, Rəsul Rza bu adatamamilə layiqdir, bu barədə heç bir şübhə yoxdur. İşinçətinliyi ondadır ki, bizim respublikamızda artıq iki yazıçı buadı alıb, amma 40 milyonluq Ukraynada da bu ad yalnız ikiyazıçıya verilib. Hər halda biz yoldaşları qane edə bildik vəartıq qərar qəbul olunub. Təbrik edirəm. Bu barədə atanızadeyin, hər halda bu xəbər də ona mənəvi cəhətdən kömək olar.– Çox sağ olun, Heydər Əliyeviç, – dedim, – bütün ailəmizadından Sizə dərin minnətdarlığımızı bildirirəm.Axşam saat doqquz radələri idi, amma mən dərhalxəstəxanaya cumdum. Bu axşam orda Fidan növbə çəkirdi.Xəstəxananın qapısı, darvazası çoxdan bağlanmışdı, divarı aşıbbirtəhər özümü içəri sala bildim.Fidan mat qaldı:–Bu vaxt sən hardan gəlib çıxdın bura?–Yatmayıb ki?100

–Yox.Atam güclə gözlərini açdı. Onu öpdüm:–Təbrik edirəm, – dedim, – qəhrəman olmusan.O çox zəif gülümsündü:–Sağ ol, – dedi və təzədən-gözlərini yumdu.***Mayın 19-da onun ad günündə bu məlumat bütün qəzetlərdədə çıxdı, elə həmin gün atamı adi palatadan iki otaqlı lüksəkeçirdilər.H.Ə.Əliyev xəstəxanaya zəng vurdu, atamla danışdı, təbrikelədi. Atam təşəkkürünü və minnətdarlığını bildirdi.Moskvadan Ali Sovetin sədri Qurban Xəlilov zəng vurdu,təbrik etdi.Hökumət üzvləri palataya gül göndərirdilər, nazirlər,Mərkəzi Komitənin işçiləri dəyməyə gəlirdi, bütün raykomkatibləri teleqram vururdular.Yetmiş il bundan qabaq may ayında dünyaya gəlmiş atamdemə ömrünün axırıncı may ayını yaşayırmış, gələn ilin mayınıgörməyəcəkmiş...Mən güllü bir may səhəri doğulmuşam.Bəlkə getdim bir yanvar axşamı.Tabutuma ipək salmayın!Dəfnimə toplamayın izdihamı.Bir ovuc torpaq üstünə qoyun başımı,Mən o torpağı sevmişəm.Ancaq məhəbbətimnə sərgiyə qoyulan bir tablo olub,nə parıltısı diqqət çəkən üzük qaşı.Mənim sevgim sevgi idisadə, yaxşı...***1980-cı ili hamımız bir yerdə yola saldıq. Axır illər yeni ilinadir hallarda birgə qarşılayardıq. Biz – övladları, gəlini,yeznələri, nəvələri yeni il axşamı atamgilə gələr, onları təbrik101

edər və yeni ili qarşılamağa hərəmiz bir ayrı məclisə gedərdik.Lap "Keçən ilin son gecəsi"nin personajları kimi...Axır illər məndə qəribə bir hiss vardı, elə bilirdim ki, yeni ilgecəsini atamgillə bir yerdə keçirsək, bu hökmən birgəkeçirdiyimiz son yeni il gecəsi olacaq. Niyə belə düşünürdüm,hardan dammışdı bu ürəyimə? Bilmirəm. Amma həqiqətən dəelə belə oldu.80-cı ili bir yerdə yola saldıq. Atam da bir qurtum şampaniçdi – demə, ömrünün son badəsini qaldırırmış.Bir-birimizə yeni ildə böyük xoşbəxtliklər, səadət arzuladıq.Saat on ikini vurdu.81-ci il gəldi. 1981!Uşaqlıqdan yadımda qalıb, həmişə yeni ildən beş-on dəqiqəkeçən kimi atam: "Gör e, – deyərdi, – artıq təzə ildən də beş(ya on, on beş) dəqiqə getdi, vaxt nə yaman qaçır, ay aman".Sonra susub dalğınlaşırdı, elə bil nəyəsə qulaq verirdi, eləbil divar, ya qol saatını deyil, daxilində işləyən, İçəridünyasında saniyələri, dəqiqələri sayan saatı eşitmək istəyirdi.Çıq-çıq saat işləyirdüşür əbədiyyətəömrün geri dönməyən anları.Zaman alıb aparır insanlarıbu günəcən heç kəsinqayıtmadığı uzaqlara.Vaxt var ikən dünyaya bax!Baxıb doymasan belə,Bir divara daş qoy!Çiçək iylə...Vaxt var ikənəllərinin hərarətindənisinsin bir insan əli.Nə qədər iş var görməli......Düşmənə amansız ol,dosta xoşqılıq!102

Vaxt var ikənelə yaşa, elə çalışbir gün sən olmayandahər kəsə aydın görünsünYerində qalan boşluq.81-ci ilin elə ilk günündən atamın halı kəskin şəkildəxarablaşdı. Yanvarın ikisində onu təzədən xəstəxanaya apardıq.Anam da mədəsi tərəfdə ağrılardan şikayət edirdi. Ammahəmişəki kimi nikbinliyini, sakitliyini, yumorunu itirmirdi.Xəstəxanadan Turala məzəli şer yazmışdı:Tural haqqında ballada, Oratoriya,Kantata və sairə Tatatayaxud TuralnaməBaşında çalma,əlində almayeməkdən qalma,ay arıq Tural,salma, qalmaqal.Boğazı bağlı,ye yağlı-yağlı,ay arıq Turalsalma qalmaqal.Məktəbə getmə,Şuluqluq etmə,Güneli didmə,ay arıq Turalsalma qalmaqal.SÖZLƏRİ NİGARIN, MUSİQİSİ GÜNELİN,"FATMABACI" HAVASI ÜSTÜNDƏ OXUYUR ANAR VƏZEMFİRA, DƏFDƏ ÇALIR RƏSUL29 yanvar 81-ci il. Xəstəxana. Səhər saat 900Nə biləydik ki, bu lağlağı sözlər anamın qələminin son103

məhsuluymuş.Fevralda atamın səhhəti yaxşılaşdı, həkimlər evə getməyəicazə verdilər.Onları evlərinə gətirdim, iki həftəlik İtaliyaya uçdum.Qayıdanda isə yuxarıda yazdığım kimi, onları yenə dəxəstəxanada gördüm.Martın 14-ü mənim ad günümdür. Gündüz xəstəxanayagetdim. Məni təbrik etdilər, anamın halı heç yaxşı deyildi.Atamdan da pis görünürdü – yorğun, əzgin, zəif idi,ağrılarından şikayətlənirdi.Axşam bizə bacılarım, qohumlar, dostlar gəldi. Elə bilhamımızın ürəyinə dammışdı ki, ağır sınaqlar ərəfəsində bubizim axırıncı qayğısız məclisimizdir.Səhərə qədər oturduq, qonaqların çoxu dağılışdı, Zemfira,Salehə, Emin, Vaqif Səmədoğlu və mən isə elə hey danışırdıq,Vaqif Mustafazadə yazığı xatırlayırdıq – bibim qızı Salehəninməktəb yoldaşı idi, bir sinifdə oxmuşdular. İki gündən sonra –martın 16-da Aktyor evində onun xatirə gecəsini keçirəcəkdik,mən də çıxış edəcəkdim.Martın 16-da günün ikinci yarsında xəstəxanaya getdim.Anam pal-paltarını yığışdırmışdı.–Məni evə apar, – dedi, – daha qala bilmirəm, halım yoxdur.– Heç vaxt onu belə əsəbi görməmişdim, əsəb gərginliyinin sonhəddində idi.Atam:–Üç gündən sonra məni də buraxırlar, – dedi, – Nigara,deyirəm üç gün də qal, bir yerdə gedək.Anam tələsik:–Yox, yox, – dedi, – mən bu gün gedirəm.Atam etiraz eləmədi.Anamı evə gətirdim və evdə hönkürüb ağladı.–Daha tabım qalmayıb, – dedi. Uzun illər boyu xəstəyəqulluq etmək və öz xəstəlikləri – diabet, hipertoniya, ürəkzəifliyi – onun əsəblərini pozmuşdu. Özünün zarafatla dediyi104

kimi, iki dəfə ona hücum etmiş və həmləsi boşa çıxmış məşumxərçəng də, demə, artıq bir neçə ay imiş ki, onu içəridən sökübdağıdırmış.Amma hələ bundan heç kəsin xəbəri yox idi, nəhəkimlərin, nə bizim, nə də təbii ki, özünün... Xəstəliyinaltdan-altdan, gizli-gizli, oğrun-oğrun gördüyü iş ancaq birneçə vaxtdan sonra üzə çıxacaqdı – daha gec olandan sonra, işişdənkeçəndən sonra...Üç gündən sonra atamı da xəstəxanadan buraxdılar, onu daevə gətirdik. Anam yataqda idi, ağrıları onu hələ də narahatedirdi, amma ümumi halı müəyyən qədər yaxşılaşmış, əsəbləribir az sakitləşmişdi. Gülümsünürdü və həmişəki dözümüylə,təmkiniylə hamımızı arxayınlaşdırırdı, ürəklərimizə ümidpaylayırdı, hər şeyin yaxşı qurtaracağına inam yaradırdı.Martın 23-də başqa bir həkim çağırdıq ki, anama baxsın.Müayinədən sonra mənə və bacılarıma dedi ki, bizi qorxudubeləmək istəmir, amma qarın nahiyəsində barmaqlarıyla şişolduğunu hiss edir. Təcili surətdə xəstəxana şəraitində analizləraparmaq lazımdır. Anam heç vəchlə təzədən xəstəxanayaqayıtmaq istəmirdi:–Bu xəstəxana day lap zəhləmi töküb, – deyirdi. Həkim: –Cəmisi iki-üç günlüyə, – dedi – analizləri eləsinlər, yenə evəqayıdarsız.Sabahısı gün mən kinoqrupumla Şuşaya getməliydim,Üzeyir Hacıbəyov haqqında filmin çəkilişinə başlayırdım vənatura seçməliydim.Həkim:–Bəs haçan qayıdacaqsınız? – Deyə xəbər aldı.–İki gündən sonra.Anam:–Onda qoy Anar gedib qayıtsın, sonra aparsın mənixəstəxanaya.Razılaşdıq.Həkimi ötürdük, oturub söhbət edir, danışıb gülüşürdük. Eləbil qarşıdan kabus kimi gələn günlərin dəhşətindən qaçmaq,105

yayınmaq istəyirdik.İndi onu da düşünürəm ki, həmin o gün – martın 23-ü,baharın ilk günü bizim hamımızın – atamın, anamın, Fidanın,Təranənin, mənim – bu evdə – valideynlərimizin evində, bizimuşaqlığımızın yuvasında – bir yerdə keçirtdiyimiz son axşamimiş...Axşam saat 11-ə yaxın onlardan çıxdım, öz evimə tərəfgedirdim və Xaqani küçəsiylə addımladıqca, məsafəni qətetdikcə beynimə qurğuşun ağırlığı dolurdu – anamı hədələyəntəhlükənin nə dərəcədə ciddi olduğunu get-gedə daha artıq dərkedirdim. İsti-isti tam qavramadığım bir həqiqəti get-gedə bütünaydınlığı ilə anlayırdım. İlk dəfə olaraq onu başa düşürdüm ki,bəlkə biz anamı atamdan əvvəl itirdik. Anamı itirmək isə hərikisini itirmək deməkdi, çünki atamı yaxından tanıyanlarınhamısı təsdiq edər ki, o, Nigarsız yaşaya bilməzdi...Yaz axşamı idi, narın yağış çisələyirdi, hansı evinsə açıqpəncərəsindən televizorun səsi gəlirdi. Akif İslamzadə "Sarıgəlin" oxuyurdu:Saçın ucun hörməzlər,Gülü sulu dərməzlər, sarı gəlin.Bu sevda nə sevdadır,Səni mənə verməzlərNeylim aman, aman, sarı gəlin....Mənə elə gəlirdi ki, bu yağış da, bu mahnı da başqa birhəyatdan süzülüb, axıb gəlir və Akifin səsi də – ömrün otayından gələn bir səsdir. Bütün bunlar haradasa başqa biraləmdə, yaşadığımız günlərin uçurumla ayrılmış o biritərəfində, o biri uzaq yamacında – yalında qalıb – sanki yerçatlamış, torpaq aralanmış, yarğan açılmışdı – və ömrümdəyaxşı, işıqlı, ilıq nə vardısa – bu yarğandan o yanda qalmışdı –o tərəfdən, o taydan – əbədi itirilmiş üfüqlərdən köhnəmahnılar, tanış kəlmələr, uzaqlaşıb itəcək səslər gəlirdi,haçansa, solub unudulacaq sözləri eşidirdim:106

Bu dərənin uzunuÇoban qaytar quzunu, sarı gəlin.Nolaydı bir gün görəmNazlı yarın üzünüNeylim, aman, aman, sarı gəlin.Evə gəldim, mətbəxə keçib qapını çəkdim, bu yaşımda bəlkədə ilk dəfə ağladım.Uşaqlar yatmışdı, Zemfira da səsimi eşidə bilməzdi, ammasövq-təbii bir qadın hissiylə duyuq düşüb mətbəxə gəldi.–Nə olub?Danışdım. Məni sakitləşdirməyə çalışırdı – analizlərsiz,yalnız bir baxmaqla belə şeyi necə təyin etmək olar, həm də lapşiş varsa da, bəlkə xoşxassəlidir və s.Mənim özümün də əqlim, şüurum təsəlli axtarırdı.Amma ürəyim amansız, qaçılmaz həqiqəti bilirdi.Bir Allah bilir ki, Şuşaya nə hisslərlə gedirdim. DəstəmizəƏzizə xanım Cəfərzadə də qoşulmuşdu; çoxdandır onunladanışmışdıq bir yerdə Şamaxıya gedək, onun öz xərciylətikdirdiyi kənd məktəbində görüş keçirdək.Kəndə getdik də, məktəbdə görüş keçirdik də, müdirinevində bir saat qonaq da olduq, amma bütün bunları dumaniçində xatırlayıram – fikrim-zikrim Bakıda, anamın yanındaydı.Elə həmin günücə axşam Əzizə xanım Şamaxıdan Bakıyaqayıtdı, biz isə yolumuza davam etdik. Gecə saat on birdəAğdama çatdıq – Şuşaya səhər gedəsiydik. Ağdamdan Bakıyazəng elədim, Təranə dedi ki, qorxma, bir şey yoxdur, ammaqərara gəlmişik ki, Nigarı xəstəxanaya sabah aparaq.–Bir gün gözləyin də, – dedim, – biri gün mən də Bakıdaolacam.–Sənlik bir iş yoxdur ki... həkimlərlə danışmışıq, səhəraparacayıq. – Sonra əlavə etdi, – Sabah Abbas da gəlir.Təranənin yoldaşı Abbas Zeynalov Moskvada həkimləritəkmilləşdirmə kurslarında oxuyurdu, vaxtının qurtarmasınadörd-beş ay qalırdı. Bəs dərsini yarımçıq qoyub niyə gəlirdi107

Abbas? Bu da anamın başının üstünü almış təhlükənin birəlaməti deyildimi?Təranə telefon dəstəyini anamın özünə verir – mənimlə eləşux, elə gümrah danışır ki... zarafat eləyir, and verir ki, nigaranqalmayım, işimi pozmayım. Sonra dəstəyi atam götürür, o daeyni şən, qayğısız tərzdə danışır...Yəqin ki, bu gecə – martın 24-dən 25-nə keçən gecə, Ağdammehmanxanasının suvağı tökülmüş balaca, xəfə, rütubətlinömrəsində keçirdiyim gecə – ömrümün ən dəhşətli gecəsiydi.Hətta atamı itirdiyim günün – aprelin 1-i gecəsindən və anamıitirdiyim iyulun 10-u gecəsindən də dəhşətli idi. Mən onları bugecə, məhz bu gecə, həm də ikisini də birdən itirdim.Bu gecə əbədilik ayrıldım onlardən. Bu gecə bütün müdhişəyaniliyiylə mənə aydın oldu ki, tez – çox tez bir zamanda bizitərk edəcəklər və dünyada bunun qarşısını alacaq heç bir qüvvəyoxdur.Gecə saat ikiydimi, üçdümü, bilmirəm. Yol yoldaşlarımhamısı mehmanxananın müxtəlif nömrələrində yatmışdılar:Ürəyim partlayırdı, istəyirdim durum, onları bir-bir oyadım,bir an da yubanmadan yola çıxaq, Bakıya qayıdaq. Ya daəksinə, heç kəsi oyatmadan, heç birinə bir söz demədən geyinibküçəyə çıxım, bu vaxt qatar, təyyarə yoxsa, taksi maşın, nə isəbir şey tapım, lap elə piyada gedə bildikcə gedim – təki buotaqda, bu çarpayıda qalmayım, özümü Bakıya yetirim.Bu bir "panika" idi, tamamilə başımı itirmişdim. Mənə eləgəlirdi ki, yalnız həftələr, günlər deyil, saatlar, dəqiqələr də sayilən qalıb, gecikə bilərəm, yubana bilərəm, çatmaram.Geyinib küçəyə çıxdım, amma gecənin bu çağı Bakıya heçnəylə getmək, təbii ki, mümkün deyildi.Yavaş-yavaş şüurun soyuq səsi məni toxdadırdı, insanınəzəli təsəlli, özünüaldatma, sakitləşmə fəndləri, yalançı ümidlərmənə şirin vədlər pıçıldayırdı: hər şey sovuşub gedəcək, hərşey düzələcək, hər şey yaxşı olacaq. Bütün bəd ehtimallar –keçən dəfələrdə olduğu kimi yalan çıxacaq, bəla sovrulandan108

sonra öz həyəcanlarımızı bir-birimizə danışıb arxayın-arxayıngülüşəcəyik. Yenə də ömrün başqa çətin anlarında, qəlizdəqiqələrində, işim bərkə düşəndə olduğu kimi pənahımmöcüzəyə idi: inanmaq, daha doğrusu, özümü inandırmaqistəyirdim ki, ötən səfərlərdəki kimi bu dəfə də tale bizi dardaqoymaz.Bu günün uzaq yolu, qayğı yükləri, əsəb gərginliyi mənitaqətdən salmışdı, məhbəs kamerası kimi dar, uzunsovnömrəmə qayıtdım, çarpayıma yıxıldım, səhərə yaxınyuxuladım.İki saatdan sonra yol yoldaşlarım məni oyatdılar. Şuşayagetdik. Şərt qoydum ki, bu günə nə təhər olursa-olsun Bakıyaqayıtmalıyıq. Şuşanı atüstü gəzib, çəkiliş yerlərini təxmini olsada gözaltı elədik və axşama Bakıya döndük. Zemfira dedi ki,bu gün səhər Nigar xalanı xəstəxanaya apardıq, Tural da Rəsuləmigildə, babasının yanında gecələyir.Sübh tezdən xəstəxanaya cumdum – anamın halı məni xeylisakitləşdirdi – hətta mənə elə gəldi ki, fələk Ağdamgecəsindəki yalvarışlarımı eşidib və hər şey, doğrudan da,yaxşı olacaq.Səhərisi gün – martın 27-də atamı Mərdəkan xəstəxanasınaaparmalıydıq. Atamın maşınını sürən qohumumuz FikrətAğazadə, Ənvər Məmmədxanlı, atam və mən Mərdəkana yoladüşdük.Atam dedi ki, xəstəxanaya, Nigara dəyək, sonra gedək.Bir neçə dəqiqə söhbət elədilər, ikisi də bir-biriniarxayınlaşdırdılar ki, özlərini çox yaxşı, lap əla hiss edirlər,nigarançılığa heç bir əsas yoxdur, tezliklə sağalıb yenə biryerdə olacaqlar.Görüşüb ayrıldılar.Bax, bu gün, bu cür əbədi ayrıldılar-nə biləydilər ki, sondəfə görürlər bir-birlərini, nə biləydilər ki, daha heç zaman, heçzaman görüşməyəcəklər.Bu mart günündən əlli il qabaq tanış olmuş, 47 il qabaq109

nişanlanmış, 44 il qabaq evlənmişdilər, alınlarına yazılmışömrün üçdə ikisini bir yerdə, bərabər yaşamışdılar, şadlıqlarıda bir olmuşdu, dərdləri-qəmləri də...Üç övlad ata-anası, beş nəvə baba-nənəsi, yüz kitab müəllifioldular.Çox şəhərlər, ölkələr gəzdilər.Dost da qazandılar, düşmən də.Hərdən sözləri çəp düşdü, küsüşdülər də, barışdılar da.Bəzən səfərlər, şəhərlər onları bir-birindən uzaq saldı...Yerdən gurultuyla qopub qalxantəyyarələrin dalıncabaxa-baxa qaldım.Uzaq dənizlərdəböyük gəmilərlə səni yola saldım.Stansiyalardan ayrılıb gedənqatarların arxasıncakövrəlib ağladım.Həmişə sabaha, vüsalaümid bağladım.Havalar geniş,dəryalar dərin,nələr görür sənin işıqlı gözlərin....Yaxşı yol,uğurlar olsun,Hara gedirsən get,Mənim dərya səbrimi qurtarma,Hara gedirsən get,mənim vətənə bağlı ürəyimigetdiyin uzaq yollaraaparma, əzizim, aparma.Bu etiraf Nigar Rəfibəylinindir. Bu parça isə Rəsul Rzanın1942-ci ildə Kerçdə yazdığı şerindəndir:Xatirində varmı tez-tez küsüşübdeyərdin: – Danışma, dindirmə məni.110

İndi o sözlərin yadına düşübyandırırmı səni, yaxırmı səni..…Bəlkə bir gün səndən üzüldü əlim."Xoş keçdi az sürən bu ömrümüz"dəAyrılıq dəmində, aman gözəlimqoy yadımda qalsın, bir yaxşı söz de!Mənsiz bu dünyanın olsan qonağı,nə olar, sevgilim, sağ ol təki sən.Kim görsə boyasız solğun dodağıOnsuz da biləcək sən mənimkisən.Atam yolda Fikrətə:–Köhnə yolla sür, dedi, bağa dəymək istəyirəm.Mərdəkana təzə yolla yox, Zabratdan keçən yolla getdik.Maştağa yanında, yol ayrıcında maşını saxlatdırdı. Bizikababxanaya apardı.Bilmədik ki, son dəfə bir yerdə çörək yeyirik.Ənvərlə söhbət edirdi.Atamın doğma qardaşı yox idi. Amma heç bir qardaşı onaəmisi oğlu və xalası oğlu Ənvər Məmmədxanlı qədər yaxın olabilməzdi. Ömrü boyu bir-birlərinin ən məhrəm sirdaşlarıolmuşdular.Ənvərlə söhbət edirdilər. Adi şeylərdən danışırdılar.Bilmirdilər ki, körpə çağlarından, atamın özündən üç yaşkiçik Ənvərə saymaq öyrətdiyi, "yedi yox, yeddi de" – dediyiuzaq günlərdən bu günə qədər – 60 il fikirləri, söz-söhbətləribir olmuş, birgə fərəhlənmiş, birgə dərdlənmiş iki əmioğluxalaoğluaxırıncı söhbətlərini edirlər. Buzovnaya – bağımızagəldik, 40 ildir ki, hər yayı bu bağda keçirirdik....dəniz, gömgöy dəniz, dənizin üstündə ağappaq paraşütlər,sahildə yayın axır günlərinin əlvan pioner toplantıları,uşaqlığımız, qayğısız, min bir ümidli, keçmişin yükündən azad,gələcəklə hamilə illər... qayalar, qumlar, qol-budaqlı, gen-bolkölgəli tut ağacı, ən iri, ən şirin ağ tut uca, əlçatmazbudaqdadır, budaqları silkələyirik, altına süfrə tuturuq, tutlar111

ir-bir ora tökülür, sonra hansı mərdümazarsa dibinə əhəngtöküb qurutdu bu şah tutu......meynələr, elə bil üzlərini sığal üçün yumşaq, soyuq, narınqumlara sürtən salxımlar, qoralar, bütün üzümlərdən kiçik olankişmiş üzüm, üzümlərin ən şirini ağ şanı, qara şanı, avqustunaxırlarına bal kimi şipşirin şirinləşən sarıgilə, sübh obaşdandanşehli əncirlər, yaşıl qabığının içində qarpız rəngli qızartdağəncirlər, bağımızın sərhədindəki qamışlıq. Atam qarğılardanirili-xırdalı səbətlər hörürdü, bu ustalıq ona uşaqlığından, səbəttoxuyub sataraq ailələrinə əl tutduğu balacalıq dövründənqalmışdı, səbətlərin dibinə tənək yarpaqları düzür, içinə üzümyığıb qonum–qonşuya, tanış-bilişə pay göndərirdik... gecələrcırcırama səsləri, il-ildən ürüyüb-artan ağcaqanadlar, yuxarıaçıq eyvanda sırayla düzülmüş ağ miçətkənlər, atam gecə əlfənərini yandırıb hardansa deşik tapıb milçətkənin içinəsoxulmuş hünüləri ovlayırdı... uzaq qonşuların qapılarındangələn – gözlərimizi deşən 200-lük, 300-lük elektrik lampaları,elektrik qatarının fit səsi, dənizin uğultusu, sanatorireproduktorundan eşidilən köhnə, nimdaş tanqolar, bazargünləri gündüz 2-dən 3-dək bütün ətrafı xəfif duman kimibürüyən muğamlar, muğamların elə bil dəm alan mayeləri,oynaq təsnifləri, rəngləri, yenidən aramlı, uzandıqca uzananavazları, zil zəngulələri, qəfilcə qopub qəfilcə də yatan dəliküləklər, atamın, anamın cavanlığı, nənələrimin sağ olduğugünlər, gecələrin nağılları, böyür söhbətləri, Ənvərgilinbəstəboylu, zərif qamətli anaları - İmmi xala, o biri bağqonşumuz – Əvəz Sadıqgilin ailəsi, onun oğlu və kürəkəni adaşAzərlərlə oynadığım futbol, voleybol, şahmat, nərd, Əvəzəminin məzəli zarafatları, arvadı Əfruz xalanın şirin Ordubadləhcəsi, onların "gül-adlı" qızları – Gülarə, Gülər, Gülnar,Gülyaz, qəflətən gecə gələn hay-küylü qonaqlarımız, kömürlümanqallar, soyuq qalmaqçün quyuya salladılmış qarpızlar,qovunlar, günü isti mətbəxdə keçən anamın arada qısaca birvaxt tapıb istirahət etdiyi nimdaş, prujinləri cırıldayan, dəmiri112

paslı çarpayı, atamın əlində milçəkləri vurmaqçün bükdüyüqəzetlər... ulduzlu, aylı gecələr, kəndirdə quruyan dənizgeyimlərimiz, qumların gündüzlər yalın ayaqlarımızı yandıranhərarəti, çimərliyin duzlu gölməçələri, dənizin insanı məst edəngenişliyi, gözəlliyi, ləngəri, çimməkdən sonrakı susuzluq və şorsuyun çayı; ilk gənclik çağlarımda Buzovnadan Mərdəkana –Zemfiragilin bağlarına piyada getdiyim boş, adamsız sahilyolu... Fikirlər, xəyallar, ümidlər... ömrümüzün yay çağı...haylı-küylü günləri... Buzovna bağımız...81-ci ilin 27 mart günündə Buzovna bağımız bomboş,kimsəsiz, unudulmuş, atılmış yurd yeri kimi həzin vəqüssəliydi. Ya da bəlkə mənə elə gəlirdi.Bəlkə də mən o gün bağa atamın gözləriylə baxırdım. Axı,sanki atam Buzovnayla vidalaşmağa gəlmişdi. Bəlkə özünün dəürəyinə dammışdı ki, illər boyu qurub tikdiyi, becəribbəslədiyi, hərdən küləyindən, qumundan-tozundangileyləndiyi, amma sevdiyi, ömrün neçə acı-şirin xatirəsiyləbağlı bu bağı son dəfə görür.Meynələri gözdən keçirirdi, bağbanın işini bəyənirdi,diblərini yaxşı işləyib-deyirdi. Sonra yenə susub uzun-uzundalğın-dalğın bağa baxırdı. Nə düşünürdü bu anlar?Küləklər harda yatır, görəsən!Buludlar hardan yığır göz yaşınıHava ayaz olanda!Çaylar harda dincəlir, görəsən!İldırımlar niyə belə tez sönür!Ən uzaq ulduzlardan o yananə var, kim var, görəsən!...Qulağı çəkilmiş kimi idi bağ.Qulağı çəkilmiş kimi idi Buzovna. Səssiz-səmirsiz... Elə bilnarın külək bağı silib-süpürüb dincəlmişdi, qumları hasarlardibinə yığıb daramışdı.İlıq mart mehi qumlara ehmalca sığal çəkir, meynəyarpaqlarını üsulluca tumarlayır, otları, çiçəkləri həzin-həzin113

oxşayırdı. Öz dilində – meh dilində onlara nə isə danışırdı.Dəniz dəniz dilində, yağış yağış dilində danışan kimi...Nə qayıq var, nə bulud,nə qağayı izdihamı var bu gün.Qum təpəciklərindənsahil də düyün-düyün.ip kimi uzanmışdır.dənizin qırağında......Dənizin yaxasındaköpüklü dalğalardandüymə-düymə xal qonubtitrəyən üfüqlərəElə bil ki, dənizinBugünkü tənhalığıOnun gurultusundanqopub düşüb bu yerə.İndi, il yarım sonra, 82-nin payızında bu yazını yazmaq üçün üçgündür ki, bura, Buzovna bağına çəkilmişəm. Təktənhayam.Sentyabrın 19-da gəlmişəm, bu gün 22-də bu yazının birincihissəsini gecə səhərə qədər işləməli olsam da, qurtarmaqistəyirəm.Sabah səhər Bakıya qayıtmalıyam. Bakıda yazını qurtarmaqimkanı olmayacaq.Məsələ onda deyil ki, ölçüb-biçib gündə bir-iki saat yazıpozuyaayıra bilmirəm – bu yazı elə yazı deyil ki, onunlaişarası, vaxtarası, bir-iki saat məşğul olasan. Bu yazı mənimbütün vaxtımı, bütün gecə-gündüzümü, bütün fikirlərimi,varlığımı istəyir məndən..Çöl dünyasından, hamıdan – görüşlərdən, sözlərdən, hərçeşid işgüzarlıqdan, hər cür adiliklərdən tamamilə ayrılmağı,büsbütün İçəri dünyana qapılmağı tələb edir.Özün olmağı tələb edir.Tək bir özün. Bir də onlar – xatirələri, səsləri, sifətləri.Addım səsləri114

Nəfəsləri.ŞerləriGecədir, sakit, ulduzlu Buzovna gecəsi. Atamın səsinieşidirəm:Hərdən mənə elə gəlir ki,Ulduzlar göyün yaxasındasədəf düymələridir.Bu düymələri açsanBaşqa bir aləm görəcəksən.Orda nə toz var,Nə duman.Nə ölüm, nə qan...Anamın səsini eşidirəm:Mənyuxuda durna oluramgecələrÇırpıb qanadlarımıyerdən üzülürəm,Geniş-geniş havalarda səf çəkənDurnaların qatarına düzülürəmUçuruq uça bildikcəTorpağın ətrini aparırıqUlduzların aləminə.Həyat səsi qatırıqGöydə soyuq-soyuq işıldayanayın yalqızlı qəminə.SəhərŞəfəqlərOyadır məniSevinə-sevinə durubQalxıram ayağa;sonra bütün gününə həvəsim olur,115

nə macalım,bir də yerdən üzülübdurna olmağa…Bu gün yayın son günü, payızın ilk günüdür. Təbiətintarazlıq günü – gündüzlə gecənin bərabərləşdiyi gün.Amma nə gündüz var, nə gecə...Mənəm, kimsəsiz bağdır, bir də keçib gedən günlər. NazimHikmət necə yazıb? "Keçib getmiş günlər gəlin, rakı için,sərxoş olun". Gərək ki, belədir. Burda əlimin altında Naziminkitabı yoxdur ki, baxıb dəqiqləşdirim – uşaqlıqdan, o günlərdənyadımda necə qalıb, o cür yazıram.Bir mənəm, bir gecə, bir bağ. Bir də özümlə gətirdiyim radio.Bakıdan gecə konserti verirlər. Nərminə oxuyur... "Özünəqurbanam, sözünə qurbanam".Andrey Babayevin mahnısıdır. Andrey Babayev çoxdanölüb, Nərminə də çoxdan oxumur; köhnə lent yazılarınıverirlər.Anamın Türkiyədə yaşayan böyük qardaşı Kamıl dayı(anam özü belə deyərdi: Kamil yox, məhz Kamıl) yadımadüşür və Kamıl dayıdan dolayısı atamın "Qanlıca" şeri yadımadüşür:Qanlıca bir dağ ətəyindədirSakit okeandan bəri uzananAsiyanın qurtaran yerində.Bəlkə əsrlərin çobanlaraBura köçəri çobanlarabir sığınaq,bir yurd olub.Qanlıcada bizim adicə qatıqAta-baba adını dəyişibYoğurt olub...Mən də içdimyoğurtunu Qanlıcanındoktor Kamil Arran,116

şair Nigar da.İtişmişdik,Harda tapışdıq,harda!Anam qardaşıyla qırx illik ayrılıqdan sonra 1968-cı ildəgörüşmüşdü. Atamla-anamdan yeddi il sonra İzmir tərəflərdəKamıl dayıyla mən də görüşdüm....Egey dənizi sahili, Ayvalıq, dənizə səpələnmiş saysızhesabsızadaların birində oturmuşuq, şam edirik. Dayım: –Bax, o ada bizimdir, – deyir,– o yunanlarınkı, o dayunanlarınkı, amma bax o biri bizimdir.Balıq yeməkləri yeyirik, dayım, dayım oğlu, mənim yaşıdımAydın, dayımın kürəkəni Tamer, dayımın təzəcə evləndiyicavan arvadı, bir də mən. Dayımın cavan arvadı ona: həyatım –deyə müraciət edir, 65 yaşlı Kamıl dayım isə zövcəsinə məftungözlərlə baxır: – "Məni yaşadan budur", – deyir. Aydın mənəgöz vurur. Yaxın sahil Anadolu, üfüqün o yanı Yunanıstan.Dörd tərəfimiz Egey – Aralıq dənizinin bir hissəsi – antikmədəniyyətin beşiyidir bu yerlər.Qürub çağıdır, ala-toranlıqda bir-birinə qarışmış türk yayunan adaları arasından yuvarlanıb sulara düşən qızılı günəşsözə gəlməz dərəcədə gözəl bir axşam mənzərəsi yaradır.Hardansa həzin bir melodiya eşidilir. Fransız mahnısınıntürkcəyə çevrilmiş sözləri səslənir: Mutluluqla randevüm var. –Xoşbəxtliklə görüşüm var, yəni...Dayımın gözləri yol çəkir, harasa, adalardan, dənizdən,üfüqdən də o yanda qalmış məchul bir nöqtəyə baxır sanki,sonra qəfilcən Nərminəni soruşur. Təəccüblə:–Sağ-salamatdır, – deyirəm, – sən onu hardan tanıyırsan?Dayım köksünü ötürür:–Eh, bilsən o qız mənə nə qədər rakı içirdib, – deyir.Nazimin bayaq gətirdiyim misralarının dalı da düşdü yadıma:Keçmiş getmiş günlər gəlin117

akı için, sərxoş olun.Tütəkdə nəğmələr çalın,bu kədər öldürdü məni.Vətənindən didərgin düşmüş qərib doktor illər boyuradiosuyla Bakını tuturmuş, qabağına bir şüşə rakı qoyurmuş.Nərminə Azərbaycan mahnılarını oxuduqca qədəh–qədəhdalınca təkbaşına içirmiş.İstanbulda bir günSaleh Gəncər adlı biriqonaq çağırdı evinə bizi.Dedi: "Razı olsanız,çağırım bu gecəyəbir neçə didərginiAzərbaycanlını...... Saleh özü gedib vətəndənbeyninin qaynar çağı.Macəralar romantikasıməst eləyib14-15 yaşlı uşağı......Peşimanam demir.Güzəranım yaxşı,dost–aşnam.Ancaq Boğaziçinə baxandahər axşam,yadıma Xəzər düşür.Xatirələrimlə bacara bilmirəm.Fikrimi, xəyalımıgöynəklərdən qaçıra bilmirəm.Peşmanam demir Gəncər.Ancaq qırx ildən sonra yenəyerli türklərgöyərtiyə "səbza" deyirSaleh – pəncər."Peşman sözü cılız gəlir Salehə,118

yaralıyam – deyir.Burda evim–eşiyimorda ana beşiyim,bilmirəm haralıyam – deyir...Nərminə daha oxumur. Radioyla verilən ancaq köhnə lentyazılarıdır.Saleh Gəncər çoxdan ölüb.Kamıl dayı da artıq yoxdur. Atamla anamın ölümləriarasında keçən o yüz günlərin birində Türkiyədən vəfatıhaqqında xəbər gəldi.Hər üçünün – atamın, anamın, Kamıl dayının bir-birlərininölümlərindən xəbəri olmadı.Buzovna küçələri bomboş, səssizdir. Elə bil istinin gur səsivarmış, havalar sərinləşdikcə sanki səslər də qısılıb, yavaşıyıb.Sahil adamsız, qəsəbə dinc, sakit, Bakıya gedən avtobuslarhərdənbir gəlir. Həm də seyrək sərnişinli...İl yarım bundan qabaq beləcə sakit, mülayim mart günündəBuzovnayla vidalaşıb Mərdəkana getdik.Atamı palatasına ötürdük, onu ordakı həkimlərə, tibbbacılarına tapşırıb Bakıya qayıtdıq.Hamımızı anamın vəziyyəti düşündürürdü, həkimlər nə isəözlərini suçlu aparır, analizlərin nəticəsi haqqında qəti bir şeydemirdilər. Anama onkologiya sahəsində görkəmli mütəxəssisNacarov baxmalı idi.Martın 29-da Fikrətlə Mərdəkana – atama dəyməyə getdik.Əhvalı pis deyildi. Anam sarıdan da arxayın etdik onu,"analizlərdə qorxulu bir şey yoxdur", – dedik. (Şiş-filansöhbətindən atamın xəbəri yox idi).Atam dedi ki, bir neçə şer yazmışam, üzünü köçürüm, gələnsəfər aparıb "Azərbaycan" jurnalına, Əkrəmə verərsən. Sonraoturub məktub yazdı, "Nigara ver", – dedi, O məktub indiməndədir.119

"Gözəl gözlü Nigar xanım!Sənə Mərdəkan salamı göndərirəm. Özümü yaxşı hissedirəm. Bircə nigarançılığım səndəndir. Doktor Əliyev deyirki, Nigar xanım bura gəlsin, üç gündə onu sapsağlam edərik.Doğrudan da!Hər gün səndən xəbər tuturam. Darıxma, inanıram ki, yaxınvaxtda görüşərik. Öpürəm.Rəsul29.03.81".Uzun illər boyu Moskvadan, cəbhədən, Təbrizdən, haçansa,ilk gənclik çağlarında Bakının özündən anama onlarca məktubyazıb, məktublaşmalarına aid "Səndən sənə" adlı poeması davar.Bu bir əlcə kağız isə anama yazdığı son məktubu oldu.Martın 30-da Nacarov anama baxdı. Anam onu üzdəntanımırdı, adını demədik, başqa həkim kimi qələmə verdik.Anamın qohumu Elmira Rəfibəyli (sənətşünas CavadRəfibəylinin qızı) Nacarovla bir yerdə işləyirdi. O da gəlmişdixəstəxanaya.Elmira dəhlizdə mənə:–Necə olub ki, belə gec xəbər tutmusunuz? – dedi. –Xərçəngin ən son mərhələsidir, gecdir, heç bir şey etməkmümkün deyil.Biz necə xəbər tuta bilərdik axı, biz həkim deyildik ki...Anam neçə müddətdi xəstəxanada, həkimlərin nəzarəti altındaidi. Atamı müalicə edən həkimlər vaxtaşırı anamı da müayinəedirdilər. Bəs necə olub ki, onlar da vaxtında duyuqdüşməyiblər?Amma bütün bu gecikmiş ittihamların nə mənası vardı?–Bəlkə Moskvaya aparaq? – dedim.–Məncə, mənası yoxdur. Hər halda bir Nacarovla danışın.Gecə Nacarova zəng vurdum.–Mənimçün diaqnoz tamamilə aydındır, – dedi, – heç birşübhə yeri qalmır. Amma ailənin hisslərini də başa düşürəm.120

Vicdan əzabı çəkməyəsiniz deyə istəyirsinizsə, Moskvahəkimlərinə də göstərin. – Bu qəti hökmdən sonra Nacarovəlavə etdi: – Kim bilir, bəlkə biz yanılırıq, hər bir şeymümkündür! – bu sözlərdən zəif bir ümid işığı gəlirdi.Elə həmin gecə mən Moskvaya, 71-ci ildə anamı müalicəetmiş həkimə – Boris Oleqoviç Toloknova zəng vurdum. Əvvəlçox təəccübləndi – hər halda on il keçmişdi, sonra xatırlayıb,tanıyıb mehribanlıqla danışmağa başladı. Deyəsən, bir balacaiçmişdi, kefi kök idi.–Sizin həkimlər nə belə tez diaqnoz qoyurlar, – dedi. –Əlavə analizlər lazımdır, yalnız bundan sonra qəti söz deməkolar. Nə isə, gətirin onu Moskvaya, sağaldarıq...Bu sözlər, yəqin ki, kefinin duru vaxtında, içkinin gücünəsöylədiyi sözlər – bir gecəlik ümidimizə, neçə saatlıqsevincimizə bəs idi.Ən ağır, ümidsiz dəqiqələrində də insan xoşbəxt sonluq,nikbin qurtuluş gümanlarından əl çəkmir, özünü inandırmaqistəyir ki, axır-əlbət hər şey yaxşı olacaq, yaxşı olmalıdır, yaxşıolmaya bilməz. Yəqin ki, bu duyumda sırf eqoistik, özünüqoruyucu bir çalar da var. İnsanın xislətindədir bu cəhət. Bəlkədə elə budur insanları hifz eləyən, saxlayan, xilas edən. Kimbilir?Həqiqətin düz gözünün içinə baxmaq hünərdir, cəsarətdir,igidlikdir, amma insanın özü özünü aldatması da qüvvətli birhissin – yaşamaq hissinin, həyat eşqinin əbədi şərti, əzəliqanunudur.Martın 31-də bacılarımla məsləhətləşib elə səhərisi gün,yəni aprelin 1-də anamı Moskvaya aparmağı qərara aldıq.Martın 31-də bütün gün bilet almaq (anamla mən və Fidangedəsiydik), Moskvada yer tədarük etmək, pul götürmək və s.təşkilat məsələləriylə məşğul olduq. Anama hələ bir şeydeməmişdik.Yalnız aprelin 1-də səhər onun yanına gələndə, "hazırlaş,axşam Moskvaya gedirik, – dedim – sənin sevimli həkimin121

Toloknovla danışdım, dedi, gətirin, bir həftəyə sağaldım onu".Anam mat qalmışdı. "Yadında, Rəsul o vaxt nə haldaydı,Moskvada on günə sağaldı. İndi sən də o hala düşməkistəyirsən? Tez gedək ki, tez də sağalasan"...–Nə deyirəm ki, – razılaşdı, qızlara evdən hansı paltarlarını,lazım olan şeyləri gətirməyi tapşırdı.Fidanın yoldaşı Rauf Vəzirovla mən isə Mərdəkanayollandıq – Moskvaya getməyimizi mümkün qədər yumşaq vəehtiyatlı şəkildə atama demək lazım idi.Gündüz saat on iki radələrində Raufla Mərdəkana çatdıq,Moskva səfərimiz haqqında birdən-birə söz açmadıq. Dedik ki,Nigar yaxşıdır, amma qorxuruq ki, burda müalicəsini düzaparmasınlar, odur ki, Moskvayla, Toloknovla danışdıq,məsləhət elədi ki, ora aparaq.Hələ haçan aparacağımızı deməmişdik, hələ ümumi şəkildəMoskvaya getmək ehtimalından söz açmışdıq, amma atamdərhal tutuldu.–Duzünü deyin, ciddi bir şey var?Hər ikimiz arsız-arsız gülüşdük.–Yox canım, heç bir ciddi şey yoxdur, – dedim, – yadındadeyil, sən o vaxt, burda nə qədər əziyyət çəkdin, Moskvayagedən kimi o saat yaxşılaşdın, xəstəliyin üstünə tez düşməklazımdır ki, tez də sağalasan.Rauf onun fikrini yayındırmaq üçün söhbəti dəyişdi, atamıntəzə kitabını vərəqləyə-vərəqləyə:–Rəsul əmi, burda iş otağınız haqqında yazırsınız,– dedi. –Falk, Bricit Bardonun pişik üzü, Tağı... Tağı inciməz ki...Atam sanki bu sözləri eşitmirdi, dupduru, aydın, göy gözləridüz mənim gözümün içinə baxırdı.–Düzünü de, Nigarda nə var?Bayaqkı uydurmalarımı bir daha inandırıcı olmağa çalışaraqtəkrar etdim.Vaxt keçirdi, biz şəhərə qayıtmalı, səfərə hazırlaşmalı idik,altıda qatar yola düşürdü.122

Mərdəkana gələrkən Təranə də, Zemfira da: – Bu güngetməyinizi bildirməyin, – demişdilər. – Siz gedəndən sonrabiz ona xəbər verərik.Kim bilir, bəlkə belə də etməliydik.Amma mən o vaxt əmin idim (və indi də əminəm) ki, o,anamın Moskvaya getdiyini biz yola düşəndən sonra bilsəydi,yenə də bu xəbərə dözməyəcəkdi...Həm də... nə gizlədim, fikirləşirdim ki, atam indi bizimləBakıya getməli, – Nigarı vağzalacan ötürməlidir. Axı, hissedirdim ki, bir daha görüşməyəcəklər.Nə isə... Qərara gəlib dedim:–Toloknov dedi ki, yubanmağın mənası yoxdur, odur ki,dünən imkan düşdü, bilet aldıq, elə bu gün gedirik...–Bu gün? – O, bir az da tutuldu.Rauf dərhal futboldan danışmağa başladı, atam onun futbolsöhbətinə qoşuldu. Nə isə deyirdi, amma görürdüm ki, indifikrində yalnız eşitdiyi xəbərdir, onun içində o üz-bu üz edirgötürüb-qoyur, çəkib-çevirir...Birdən ayağa durub geyinməyə başladı.–Mən də sizinlə şəhərə gedirəm...–Rəsul əmi, axı neylirsiz şəhərə getməyi? – dedi.–Yox, getmək istəyirəm.–İstəyirsən, gedək, – dedim, – özün öz gözünlə görərsən ki,qorxulu bir şey yoxdur.O, geyinə-geyinə:–Kim-kim gedirsiniz? – deyə soruşdu.Dedim.–Mən də sizi ötürüb sabah bura qayıdaram...Bu vaxt həkim otağa girdi, geyindiyini görüb:–Hara belə hazırlaşmısınız, Rəsul müəllim? – deyə xəbər aldı.–Bir günlüyə Bakıya getmək istəyirəm. Nigar Moskvayagedir, onu ötürməyə…Həkim duruxdu, otaqdan çıxdı, bir qədərdən sonra başqahəkimlərlə qayıtdı. Eyni mükalimə təkrar olundu. Atamın123

uşaqlıqdan Göyçaydan tanıdığı Ələkbər İsmayılov:–Onda qoy bir təzyiqini ölçsünlər, – dedi.Doğrudan da, atamın rəngi dəyişmişdi, nəfəsi təngiyirdi.Halı get-gedə xarablaşırdı. Təzyiqini ölçdülər. Bir-birləriyləbaxışdılar. Özünə:–Hər halda bir az yüksəkdir, – dedilər. Neçə dedikləriyadımda deyil, amma Ələkbər İsmayılov işarəylə məni dəhlizəçağırdı, təzyiqin daha da yüksək olduğunu dedi və əlavə etdi ki,mən məsuliyyəti üstümə götürüb onu buraxa bilmərəm, birdənyolda bir şey oldu...Biz otağa qayıdanda halı bir az da xarablaşmışdı, ağır-ağırnəfəs alırdı.İndi o biri otaqda, çarpayısının üstündə oturmuşdu, köynəyininyaxasını açmışdılar. Həkimlərin, tibb bacılarının ora-buraqaçmalarından vəziyyətin son dərəcə ciddi olduğu aydın idi.İynələr vururdular, oksigen balonları gətirirdilər. Mən atamın beləhala düşməsini bir neçə dəfə görmüşdüm, odur ki, hələ də buvəziyyətin keçəcəyinə inanmaq istəyirdim.Gənc reanimator həkimi çağırdılar. Həkimin dodaqaltıdeyindiyini eşitdim:–Ağır xəstəyə belə xəbəri vermək olar? Gör təzyiqi haraqalxıb, indi reanimator, gəl çıxart onu bu vəziyyətdən, görümnecə çıxarırsan.Atam olan otaqda indi yeddi-səkkiz adam vardı – tibbipersonal.Raufla mən bu biri otaqdaydıq. Qapıya yanaşdım. Atammənə baxırdı.–Necəsən? – deyə soruşdum.Başının işarəsiylə və gözləriylə "yaxşıyam" – dedi. Üzündəgördüyüm son ifadə idi bu.Sonra gözləri axmağa başladı, indiyəcən heç vaxt gözlərininbelə axdığını görməmişdim.Həkimlərdən biri qolumdan yapışıb məni kənara çəkdi.–Vəziyyəti çox ağırdır, – dedi, – hər şeyə hazır olun.124

Otağa başqa həkimlər, tibb bacıları da gəldilər, qaçır, tələsir,oksigen balonlarını dəyişir, ora-bura vurnuxurdular.Birdən-birə hamısı elə bil süst düşdü, bütün hərəkətlər, oraburaqaçmalar, tələsmələr dayandı.Hər şeyi başa düşdük.Ələkbər İsmayılov qapıda durub başını bulayırdı.–Keçindi, – dedi. Saat ikiyə yaxın idi.Bir sükut, bir qaranlıqkəsir qarşımı.Dur!Qurtar!Deyirəm axıbitməmiş işlərim,nə qədər ümidim,arzum var.Soyuq bir səsyandırır beynimi:Möhlət bitdi.Qurtar.O sözləri deməyə,bu sözləri eşitməyə beləmacal olmayacaq.Nə qədər vaxt keçdi? On dəqiqəmi, bir saat, iki saatmı, uzunaylar, illərmi?Vaxt donub qalmışdı.Zaman – yox idi.Nə edirdim, nə danışırdım, ya danışmırdım, bilmirəm. Nəisə həblər, dərmanlar verirdilər mənə, deyəsən."Niyə, axı niyə? Biz kimə nə eləmişik ki, tale belə amansızcəzalandırır bizi", – deyə düşünürdüm, başımı divaradöyürdüm, "biz indiyəcən çox xoşbəxt yaşamışıq, indi talebunun əvəzini çıxır", – deyə düşünürdüm, özümə yer tapabilmirdim, anamı düşünürdüm, düşünürdüm ki, indi necəolacaq anamın yeganə xilas ümidi – Moskvaya getməsi necə125

olacaq və onu da düşünürdüm ki, indi bunun nə əhəmiyyəti, nəmənası var, onların bir-birindən ayrı ömür sürmələrini heç cürtəsəvvür edə bilmirdim.Heç cür ağlıma sığışdıra bilmirdim ki, yarım saat, ya da birəsr bundan qabaq bizimlə bax burda, bu otaqda, bu masanınarxasında oturan, danışan, təzə kitabını vərəqləyən, Nigarısoruşan, pencəyini geyinən, çəkməsinin bağını bağlayan adam– məninçün dünyada kişilərin ən kişisi, ataların ən yaxşısımənim atam – artıq yoxdur, həmişəlik yoxdur, bir daha heçvaxt olmayacaq.Heç bir qüvvəylə geri qaytarıla bilməyəcək heçlikdədirartıq, bir də heç vaxt, heç vaxt mənimlə danışmayacaq,dərdləşməyəcək, hirslənməyəcək, sevinməyəcək, mənə nə isətapşırmayacaqdır.Birinci Rauf özünü ələ alır:–Anar, denən, neyləmək lazımdır, hara, kimə zəng vurmaq,kimə xəbər vermək.–Zemfiraya zəng vur, qızlara o desin Ənvərə zəng vur,Yazıçılar İttifaqına, Elçinə xəbər versin.Nə qədər vaxt keçdi – bir saat, on saat, bir əsr? Otaqda indiikimiz qalmışdıq – atam və mən... Həkimlər, xidmətçilər harasagetmişdilər.Mən üzü ağla örtülmüş cənazəyə baxırdım və düşünürdümki, uzun illərin xəstəlikləri boyu anam onun çox əziyyətiniçəkdi, nazıyla oynadı, yuxusuz qaldı, amma indi – bu qəfilölümüylə atam istər-isəməz verdiyi bütün əzab-əziyyətlərin"günahını" sanki yumuşdu.Hərənin Öz ömrü Öz taleyi olduğu kimi, Öz ölümü, yəni öztəbiətinə münasib ölümü də var.Məsələ əcəldə deyil, məsələ ondadır ki, insanların ölümləridə onların xarakterlərini, şəxsiyyətlərini tamamlayan sonnöqtədir. Atam yalnız belə ölə bilərdi – emosional sarsıntıdan,daxili çılğınlıqdan, narahatlıqdan, hövsələsizlikdən, Nigarınınnigarançılığından. Ömrünün müxtəlif çağlarında onun təbiəti126

də müəyyən dərəcədə dəyişirdi. Orta yaşlarında və xüsusilə də,cavanlığında, qaynar həvəsli, coşğun, ağına-bozuna baxmayanbir dəliqanlıymış, əsəbi, kür, köntöy vaxtları da olub. Ammaelə sakit, mülayim, yavaş, kimsəni incitmədən öldü ki.Fəryadsız, haraysız, səssiz-səmirsiz... Elə bil gur bir musiqiahəstə, həzin bir akkordla tamamlandı...Ömrünün axır illərində atam nədənsə mənə qədiməlyazmasını, çox qiymətli bir perqamenti xatırladırdı, İllərinağırlığından saçları çallaşmışdı, sifəti solğundu, bütün vücuduqədim əlyazması kimi nazilmiş, kövrəkləşmişdi. Qədiməlyazması kimi yavaş-yavaş didildi, ovxalandı, soldu getdi.Sonralar bibim Sarə:–Elə bil tələsdi, – dedi, – tələsdi ki, Nigardan qabaq ölsün,onun müsibətini görməsin...Demirəm Göyçayda basdırın məniAncaq ki, riyakar gözlərdən uzaqaparın bir çayda basdırın məniTabutumu örtsün sərin sular.Qəbrimi görüb kədərlənməsinSevinclilər, arzulular.Qəbrimin üstündən sular çağlasın.İnsanlar sevinsin, gülsünişıqlı gündüzlər!Gecələr də mənə,yaşıl saçlarınısulara sallayan,salxım söyüdlər ağlasın...Nə qədər vaxt keçdi. Bir il? Beş gün? Üç saat? Birdənqapılar taybatay açıldı, otağa Ənvər, Elçin, Fikrət Qoca, FikrətSadıq, Hüseyn Abbaszadə, Qabil, Sabir Azəri, Aleksandr Qriç,Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadə, Əhəd Muxtar,Allahverdi və başqa yazıçılar daxil oldu. (Kimin adınıunutmuşamsa, üzürlü bilsin) Sonralar Fikrət Qoca bu gəlişi"Rekviyemdə" təsvir elədi:127

Xəbər ilan kimi çaldı qulağımı,Telefonun dəstəyi əlimdə boğuldu.Ölüm nə ucuzdu...nə boldu...Bu Mərdəkan yolu nə uzaq oldu.Bu, deyəsən, dünyadaən uzaq yoldu......Bir andacagöyə hopmuşdu mavi gözlərinin rəngi.Dənizi yun kimi didirdimübarizəsi-cəngi.Balacalanıb taxta çarpayıya sığmışdışerimizin nəhəngi……şair qocalmır,ömrü bir yaz olur qurtarır.Şair ölmür,qara qələm kimi yazılır qurtarır.Nə qəribədir insan hafizəsi – o günün bir çox təfərrüatınısanki yuxu tək xatırlayıram, cizgiləri süd dumanı içində əriyibitir, amma bəzi şeylər dupduru, apaydın qalıb. YadımdadırQabil siqaret çıxartdı, sonra birdən cənazə olan otağa tərəfbaxıb:–Burda çəkmək olar? – deyə soruşdu.–Nə qəribə söz danışırsan, indi onunçün nə təfavütü varçəkdin, çəkmədin.Qabil:–Bağışla, Anar, sən Allah, bağışla, – dedi, – heç fikirləşmədim.Yadımdadır, xidmətçi qadın atamın şeylərini yığışdırırdı.Sarı papkasını, tranzistorunu, bir ovuc dava-dərmanı – budərmanlar daha ona gərək deyildi.Yadımdadır ki, uzun müddət Mərdəkandan çıxa bilmirdik.Baş həkim deyirdi ki, xüsusi icazə kağızı olmasa, cənazəniburaxa bilmərəm. Elçin Səhiyyə Nazirliyinə, MK-ya, NazirlərSovetinə zəng eləyir, heç kəsi tapa bilmirdi, hamı Elmlər128

Akademiyasında hansısa iclasda idi.Nəhayət, baş həkim bizi buraxmağa bir şərtlə razı oldu:cənazəni təcili yardım maşınında, həm də evə yox, BakıdakıLeçkomissiya xəstəxanasına aparmaq şərtilə.Yola çıxdıq. Mən Hüseyn Abbaszadə və Elçinlə bərabərSabir Azərinin maşınına mindik.Bakıda Nərimanov prospektindəki xəstəxananın qabağınagəldik. Darvazanın ağzında dayandıq. Atamın cənazəsi –darvazanın qabağında dayanmış təcili yardım maşınında, anamisə ondan yüz metr masafədə, binanın içində üçüncü mərtəbədəidi. Tapşırdıq ki, xəstəxanada xəbər yaymasınlar, anam hələbilməsin.Cənazəni evə aparmaq üçün icazə kağızı gözləyirdik. Heçkəs bu problemi həll edə bilmirdi. Elçin Akademiyaya getdi ki,məsələni həll edə biləcək adamlarla danışsın.Acı külək əsirdi. Maşında oturmuşdum – nə göz yaşımqalmışdı, nə sözüm. İçərimdə sonsuz bir boşluq hiss edirdim.Ürəyim elə bil daşlaşmışdı. Heç nə duymurdum – nə təəccüb,nə ağrı, nə dərd... Yalnız gözləyirdim, bir saat – saat yarımgözlədik, amma o gün –həyatımın ən uzun günü (doğrudan da,"gün var, əsrə bərabər") sanki bir neçə gün uzunluğundaydı,hər dəqiqə, hər saniyə elə bil olduğundan üç dəfə, beş dəfəuzun çəkirdi. Nəhayət, Elçin qayıtdı. Lazımi göstərişlərverilmişdi. Atamgilin evlərinə yollandıq.Bu ev üç dəfə yas yeri olmuşdu – iki nənəm və Turərəhmətə gedəndə. İndi dördüncü dəfə burda hüzr başlanırdı –çöl qapısı taybatay açılmışdı, qonşulardan stul daşıyırdılar,güzgülərin üstünə örtük çəkilmişdi, qapının ağzında,pilləkanda, dəhlizdə çoxlu adam vardı, amma bütün bu kişisifətləri içində o an mən yalnız oğlum Turalın sifətini gördüm;həyatında ilk və qəfil sarsıntıdan quruyub-qalmış sifətini...Cənazəni həmin o böyük otaqda qoydular, o otaqda ki, ordahaçansa, yox haçansa niyə, cəmisi bir neçə gün bundan qabaq,kresloda, televizorun qarşısında oturmuşdu, əynində pijama129

şalvarı, yaşıl yun cemper. Ekranın qabağında oturmuşdu,gözlərini yummuşdu.Adamlar gəlirdilər. Hər gələn – anımlar zənciriylə bağlı idi,neçə-neçə xatirəni dartıb çıxarırdı yaddaşımdan.Balaca cürübbəz bir kişi daxil olur otağa. Mürvətdir, atamınensiklopediyada sürücüsüydü...…bir dəfə Mürvət mənə təklikdə şikayətləndi ki, atamonunla pis rəftar edir, yeri gəldi-gəlmədi acıqlanır...…Bir də o yadıma düşür ki, Mürvət həmişə deyərdi: təkibircə bu kitabımız çıxsın (Ensiklopediyanın birinci cildininəzərdə tuturdu)...…bir də yadımdadir, Təranənin toyunda Mürvət içib sərxoşolmuşdu, tullana-tullana oynayırdı, ortalıqdan çıxmaq bilmirdi,elə hamıya xəbər verirdi ki, "mənə də "Cin Mürvət" deyərlər",atam da əsəbləşirdi, "bədbəxtin oğlu lap özünü biabır elədi" –deyirdi......və o zamandan, ensiklopediya illərindən sonra Mürvətigörməmişdim, neçə ildi qapımızı açmamışdı, indi ölümxəbərini eşidib gəlmişdi. Mənə yaxınlaşdı, əl verdi, için-içinağladı, "çox xozeyinim olub, – dedi, – amma əsl kişi bir onugördüm"...Abbas Zamanov gəldi....1942-ci ildə Kerç yolunda, gəmilərini alman təyyarələribombalayanda atam ona deyib ki, bir butulka tap.–Butulkanı neynirsən?–Sənin işin deyil, dedim tap, tap!"Tapdım gətirdim, bir kağız yazdı, şüşənin içinə qoydu,sonra butulkanın ağzını bərk-bərk bağlayıb dənizə atdı, yəni ki,bizim başımıza bir iş gəlsə, bəlkə haçansa kimsə bu butulkanıtapdı... Amma kağızda nə yazmışdı, bilmirəm"...Müharibə illərində, sonrakı illərdə də (və bu gün mən əlavəedə bilərəm – 81-ci ilin 1 aprel günündən sonrakı aylarda,illərdə də!) Abbas Zamanov atama etibarlı dost idi. Atam daonu çox istəyirdi, amma bəzən onunla kobud da danışırdı,130

sözünü kəsirdi, acılayırdı.İndi Abbas Zamanov oturub yanımda, ağlayır, cənazəyəbaxır:–Kaş bircə dəqiqəliyə duraydı, – deyir, – əvvəlki kimi məniacılayaydı...Teymur Əliyev gəlir. Teymur müəllimin radio komitəsindəsədr olduğu illər və mənim orda işlədiyim o bir il yadımadüşür. Onün təşəbbüsüylə yaranan "Axşam görüşləri" verilişi –bu verilişin redaktoru mən idim, atamın bu verilişə başlıq kimi"Axşam görüşləri" adlı şer yazması, Tofiq Quliyevin həminşerə mahnı bəstələməsi, Şövkət Ələkbərovanın ifasında həminmahnını ilk dəfə Teymur müəllimin kabinetində dinlədiyimizgün yadıma düşür. O gün atamın üzünün ifadəsi gözümünqarşısında dayanır.Təzə-təzə adamlar gəlir, onların arasında atamınsevmədikləri və atamı sevməyənlər də var, amma qəribədir ki,bu dəqiqələrdə onlar da mənə əzizdir, onlar da qəlbimititrədirlər... Səbəbini anlayıram; axı onlar da atamlaəlaqədardırlar, onlar da anımlar zəncirinin hələqələridir, hərbiriylə əzablı, ya əyləncəli xatirələr bağlıdır. Onlar da atamınhəyatının, taleyinin müəyyən səhifələri, saatları, günləridir,əsəbilikləri, inciklikləri, narazılıqlarıdır. İndi bütün bu sifətlər –dost sifəti də olsa, yad sifəti də – keçmişin qəlpələridir. Okeçmişin ki, orda atam diridir, sevinir, dalaşır, atışır, barışır.O biri otağa keçirəm. Fidan qəribə söz deyir.–Mən eşidəndə elə bildim ki, siz yanına gələnəcən keçinib.Tək, özgə, yad adamların içində. Sonra biləndə ki, sizyanındaymışsınız, elə bil bir balaca təsəlli oldu mənə…Bu fikri sonralar mənə Ənvər Məmmədxanlı da dedi: – Nəyaxşı, axır dəqiqələrində sən yanında olmusan."Nə yaxşı" – nə acıdır bu söz…Soruşurlar:–Ölüm qabağı bir şey dedimi?Yaxın adamlar da soruşur, uzaqlar da...131

–Yox, – deyirəm, – heç nə demədi, heç nə deyə bilmədi.Yalnız ölümündən beş-altı dəqiqə qabaq başıyla, gözləriyləişarə elədi: yaxşıyam...–Nigara nə deyiblər, Moskvaya niyə getmədiyimizi necəizah ediblər?–Deyiblər ki, sənin təcili işin çıxıb, gedə bilmirsən. O dadeyib ki, "bu Anarın heç ipinə odun yığılası deyil, səhər başıalovlu gəlir ki, axşam gedirik, sonra da fikrini dəyişib; ilimilimitir...".–Kim var indi yanında?–Sənubər.Sənubər anamın dayısı qızıdır, ona tapşırıblar ki, gözdəqulaqdaolsun, Nigar Rəsulun vəfatından xəbər tutmasın.Təranə:–Bəs indi neyləyək? – deyir, – haçan, necə getsinMoskvaya?–İndi bunun heç bir əhəmiyyəti yoxdur, – deyirəm, – hər şeybitdi...Fidan kəskin şəkildə:–Niyə onu vaxtından qabaq basdırırsan? –deyir, – Nigarhələ sağdır və onu xilas etmək lazımdır.Əlbəttə, haqlıdır Fidan. Bu günün sarsıntısından sonrabirinci özünü ələ alan odur, mənim bütün fikirlərim, hisslərimkeyləşib, donub, buz bağlayıb və məndən beş yaş kiçik bacımməni bu vəziyyətdən çıxarır, silkələyib ayıldır sanki; anam hələsağdır, onu yaşatmaqçün mümkün olan hər şeyi eləməliyik.Amma əlbəttə, o da var ki, nə Fidan, nə Təranə, ümumiyyətləheç kəs, mən biləni bilmir – Elmira Rəfibəylinin heç bir gümanyeri qoymayan sözlərindən, həkimlərin qəti diaqnozundan,Nacarovun bu diaqnozu yüz faiz təsdiq etməsindənbixəbərdirlər. Gizlətmişəm hamıdan, həkimlərdən də xahişeləmişəm heç kəsə deməsinlər...Kimsə təklif edir:–Bəlkə heç Moskvaya aparmaq lazım deyil, Moskvadan132

həkim çağırmaq olar?...və biz – elə atamın öldüyü gün bu istiqamətdə fəaliyyətəbaşlayırıq, cənazəni qoyduğumuz otaqdan müxtəlif yerlərəzəng vururuq ki, Moskvadan həkimlərin çağırılmasını təşkiledək…Dünyada nə əcaib peşələr varmış! Allah adamı bu peşələrlətanışlıqdan uzaq eləsin. Amma ölümsüz həyat mümkünolmadığı kimi, bu peşələrsiz də insanlar keçinə bilməzlər."Keçinmək" sözünün hər iki mənasında.Tabut düzəldən, qəbir qazan peşələri məlumdur, amma səndemə, cənazəyə qulluq eləyən, ona iynə vuran, onu neçə günsaxlayan peşəkar da varmış. Ölünün üzündən maska çıxarmaqda hər adamın işi deyilmiş, bunun da xüsusi mütəxəssisivarmış.Bütün bu adamları hardansa tapırlar, gətirirlər; bu "ölümxidmətçilərinin" nə qəribə sifətləri var, ya bəlkə mənimnəzərimdə elədir, onların nə peşə sahibi olduqlarını biləndənsonra özlərinə də, üzlərinə də ayrı gözlə baxıram. Mənə eləgəlir ki, bu adamların sifətində nə isə başqa bir dünyanınnişanələri, işarələri var, elə bil batıq, çuxur gözlərinə, solğunbənizlərinə – ayrı bir aləmin, yoxluq, heçlik aləminin soyuqişığı düşüb. Elə bil bu adamlar – bizim, dirilərin arasında ölülərdünyasının elçiləridir.Bunu, bildiklərindənmi, ya da elə belə, sadəcə olaraqpeşələrinin insanı eyməndirən tənhalığını çoxdan dərketdiklərindənmi – heç kəslə qaynayıb-qarışmırlar, kirimişcə birqıraqda dayanıb gözləyir, işlərini görüb qurtarandan sonrahaqlarını alıb elə beləcə də səssiz-səmirsiz qeyb olurlar. Elə bilbu adamlar həyat və ölüm haqqında bizim heç birimizin agaholmadığı mübhəm və müdhiş bir sirri bilirlər...Gecənin gec saatıdır, hamı dağılışıb, ancaq özümüz qalmışıq.Hamımızın başında bir fikir dolaşıb-neyləyək, anama necədeyək, nə sayaq çatdıraq. Aydındır ki, dəfndə iştirak edəsi133

halda deyil – iki addım atmağa taqəti yoxdur.Beləysə, dağın üstünə dağ çəkəkmi? Öz ağır xəstəliyinə buitkinin çəkilməz yükü də əlavə olunsun, həm də dəfn günününvaxtını, saatını bilib ərini basdıra bilməsin, yasını, matəminixəstəxanada, yad adamların içində tutsun? Əgər sağalmasınacüzi bir ümid varsa, bu dərdin acı ruzigarı o zəif çırağı dakeçirməzmi?Yaxşı, ona deməsək, ondan gizlətsək necə? Və gizlətsək nəmüddət gizlədə biləcəyik? Necə, nə sayaq? Bir gün – gec-tez –biləndə bunu bizə bağışlayarmı?Qoca qarılar xeyir-dua verəndə bəzən belə ifadə işlədirlər"görüm səni neyləyim, necə eləyim deməyəsən" – Məhz buvəziyyətdə idik indi. Bilmirdik neyləyək, necə eləyək.Nigar xalaniyə demədim sənə:–Rəsul öldüNiyə aldım əlindənneçə il bir yastığa baş qoyduğunacıdil, alagöz ərinin üstündədil deyib,diz döyübağlamaq haqqını?Eh, Nigar xala...eh, Rəsul əmi...Fələk də ayıra bilməzdi sizibu dünyadabir-birinizdən.İndi o dünyadaNecə tapacaqsınız bir-birinizi!Necə tapacaqsan, Nigar xala,sən onun ölümündən,o sənin ölümündən xəbərsiz!Necənecə Nigar xala?134

Bəlkə gəldiyimiz bir dünyadaunutduğumuz təkgetdiyimiz dünyada da unuduruqgəldiyimiz bu dünyanı?Hələ soyumamış meyitinin yaddaşındançıxmayıb ki, Rəsul əmi?Yerişi ağır, ayağındakı yaradan azacıq axsaq,oturuşu xan oturuşu,ürəyi pambıq,dili bıçaq,gözləri alaGörəndə tanı,tanı, Nigar xalaNigar xala...Vaqif Səmədoğlu bu yanıqlı misraları sonralar yazdı, ammao günlər həmin çətin problem-məhz bizim problemimiz idi:deyib-deməmək qərarını biz verməliydik.–Hər halda dəfnə qədər bilməsin, – dedik, – sonrasınabaxarıq.Əgər yanına gedib-gəlməsəydik, şübhələnəcəkdi.Ömrümüzün bu çətin çağında bacılarım dözüm və rəşadətörnəyi oldular. Mən bir daha əmin oldum ki, qadınlar kişilərənisbətən daha böyük iradəyə, gücə, səbrə malikdirlər. Həm dəonlar–anasının qızları idi, ən ağır dəqiqələrdə təmkinlərinisaxlamağı bacarırdılar. Atamın ölümündən elə bircə gün sonramatəm izlərini silib təmizləyib dodaqları təbəssümlü anamınpalatasına girə bildilər, ona "atamdan salam" yetirdilər, mənimgəlməməyimin səbəbləri barəsində nə isə bir əfsanəuydurdular.O gecə təbii ki, gözümü yuma bilmədim. Arada bir-ikidəqiqəlik huşum yuxuya yuvarlananda, mənə elə gəlirdi ki, heçbir şey olmayıb, hər şey əvvəlki qaydasındadır, indi də yuxudadeyiləm, oyağam və atam da sağdır, ölümü-vahiməli yuxudur,məni qara basıb, vəssalam, amma dərhal, həmin andaca135

ayılırdım, dərk edirdim ki, yox, yuxu onun diriliyi imiş, ölümüisə yuxu deyil, acı, qaçılmaz həqiqətdir, o biri otaqda, masanınüstündə atamın cənazəsidir, iki gündən sonra isə bu evdə heçcənazəsi də qalmayacaq. Qırx dörd il sahibi olduğu bu evdəkeçirdiyi son iki gecədən-birincisidir.Səhərisi gün matəmlə, dəfnlə əlaqədar yüz cür işə qarışdıbaşımız-bəlkə də bu qədim adət-ənənə – yasla bağlı qayğılar –qalanlarçün müdrik bir xilas vasitəsidir. İtkinin ən yandırıcı ilkgünlərində bütün bu cari və vacib işlər səni öz dərdinlə,fikirlərinlə, içərinlə baş-başa qalmağa qoymur...Moskvadan Əkrəm zəng elədi, başsağlığı verdi, "əlbəttə,belə bir gündə mən gərək sənin yanında olaydım" – dedi.Rəsul Rzanın ölüm xəbəri məni dərindən kədərləndirdi. Bizböyük söz ustasını və müdrik sənətkarı itirdik. Mən Rəsulmüəllimi yaxşı tanıyırdım. Moskvadakı çoxillik görüşlərimizzamanı o mənim ən yaxın həmsöhbətim idi. Onun parlaqxatirəsi önündə baş əyirəm.Çingiz Aytmatov.Böyük sənətkarın, əlçatmaz ustadın yaratdığı şer vəpoemalar sosialist mədəniyyəti tarixinə, minnətdar oxucularınyaddaşına əbədi həkk olub. Sizinlə birlikdə bu ağır itkiyədərindən kədərlənirik, Kommunist Partiyasının sədaqətli oğlu,böyük yazıçı və insan Rəsul Rzanın işıqlı xatirəsi bizimqəlbimizdə əbədi yaşayacaqdır.Şərəf Rəşidov, Daşkənd....Yarım əsrdən artıq duz–çörək kəsdiyim böyük şairin,mübarizə, məslək yoldaşımın və qardaşımın, ehtiraslı həyatvurğununun həyatla birdəfəlik vidalaşmağına inanmaq, bu ağırqüssəyə dözmək nə qədər çətindir. Rəsul Rzanın adı, RəsulRzanın böyük sənəti, gözəllik, mərdlik, cəsarət, həyatı idrakpoeziyasının əbədi, ölməz rəmzidir.Mirzə İbrahimov,136

Moskva....Çox ağır bir xəbər mənə də çatdı: mənim istəkli dostumRəsul bizi tərk etdi. Dərindən kədərlənirəm, təəssüflənirəm ki,bu günlərdə bir yerdə olub kədərinizi bölüşə bilmirəm. RəsulRza ölməzdi, o əbədi dost və əbədi şairdir. Onun xatirəsinihəmişə qəlbimdə yaşadacağam.Rəsul Həmzətov,Mahaç-Qala....Şərq xalqlarının parlaq poeziya ulduzu söndü. Böyükşairin və insanın böyük, xeyirxah ürəyi susdu. Azərbaycanxalqının mədəniyyətinə əvəzolunmaz itki üz verdi, onun dostlarıyetim qaldı. Əlvida, Rəsul, əlvida, əlvida...Qara QarayevMoskvaBizə xəbər verdilər ki, Moskva həkimləriylə danışıblar.Sabah uçurlar, dəfndən sonra, axşam Bakıda olacaqlar.Dəfn sabah – aprelin 3-də, saat 16.00-dadır.Axşam 9-da respublika televiziyası nekroloq verdi. Səhərsigün nekroloq qəzetlərdə də çap olundu.Qəzetlərdə rəsmi bildirişdən, nekroloqdan, başsağlıqlarındanbaşqa, bir neçə yazıçının vida sözləri də dərc olunmuşdu.Mən Rəsul Rza barədə düşünürəm, onun işıqlı simasınıgözlərim qarşısına gətirirəm və təskinliyi onda tapıram ki,Rəsul Rzanın güclü istedadı bütün ömrü boyu eyni təravətləyaşayıb-yaratdı. O, sözün əsl mənasında, novator şairdir vəonun yaradıcılığı – sovet mədəniyyətinin zirvələrindən olmaqlabərabər, Azərbaycan xalqının milli koloritilə, millipoeziyamızın ən yaxşı ənənələri ilə son dərəcə sıx surətdə bağlıidi....Mən təskinliyi onda tapıram ki, Azərbaycan sovetpoeziyasının yüksəlişində, şerimizin zənginləşməsində,saflaşmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır.137

Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə,ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğubmərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır......Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəviehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.İlyas Əfəndiyev...Bu gün tabutu qarşısında baş əydiyimiz Rəsul Rzaxalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri idi. O, həmsənətdə, həm də həyatda həmişə öz yolunu getdi, həmişə özqəlbinin sözünü dedi. Biz onda heç bir yarımçıqlıq görmədik.O, sözündə də bütöv idi, əməlində də. Nifrətində də bütöv idi,sevgisində də.Həm ölməz əsərləri, həm də şəxsiyyəti ilə ölməzlik qazanmışqüdrətli sənətkarımızın ölümü onun ölumünün deyil,ölməzliyinin təsdiqidir...Bəxtiyar Vahabzadə....Rəsul Rza xalqının ağlının, şüurunun fəlsəfəsinin, millivarlığının təcəssümü olan çağdaş şerimizin ən yüksək dağzirvələrindən biridir...…Rəsul dünən, bu gün olduğu kimi, "yarın da mübarizələrinön sırasında" dayanacaqdır.Rəsul, qardaşım! Mən sənə "əlvida" demirəm. Çünki sənbizimlə də, bizdən sonrakılarla da çiyin–çiyinə yaşayacaq,insan səadəti, insan ləyaqəti uğrunda döyüşlərini davametdirəcəksən.Abbas Zamanov.Rəsul Rza onu yetirən Azərbaycan torpağına bənzəyirdi. Butorpağın nadir möcüzələrindən biri idi...Xəlil Rza.Aprelin 2-də səhər tezdən onun iş otağına girdim....Ölülər geri dönə bilsəydi.138

Mən bu otağa gələrdim.Burda uzun bir dəqiqə dincələrdim......O otağa yığmışdıq Mərdəkandan gətirdiyimiz şeylərini. Osarı papka da burdaydı. Bilirdim ki, pasportu, sənədləri bupapkanın içindədir.Həm sənədlərini götürməliydim, həm də son kağızlarınıgözdən keçirmək istəyirdim – bəlkə elə bir sözü, arzusu,vəsiyyəti var ki, hökmən indi, dəfnəcən bilməliyik.Papkanın içində qələmləri, elektrik ülgücü, odekalon,pasport, tibb kitabçası, oxuduğu son kitablar və uzunsov birdəftər vardı.Bu dəftərə axırıncı şerlərini yazmışdı, məhz elə bu şerləri"Azərbaycan" jurnalına, Əkrəm Əylisliyə göndərməkniyyətində idi.Şerləri oxumağa başladım. Müharibə illərinə aid silsilə idi.Görən, niyə görə ömrünün bu son günlərində, yaxınadamlarından ayrı, təklik, yalqızlıq içində, xəstə arvadınınnigarançılığını çəkə-çəkə, məhz o uzaq müharibə illəriniyaşayırmış xəyalında, şerlərində o dövrü, Krımıcanlandırırmış?Novorossiyskdən çıxdıqüzü Qara dənizə.Qırx ikinin birinə açılangecə.Köhnə "Quban" gəmisində.Səfərlilər həmvətənlərim,Yolumuz – gerisiz.Vətən adından səfərbərdikbizBir parça kağıza yazdım:"Qara dəniz Qırx ikiyə açılan gecə.Rəsul Rza, həmvətənlərilə".Bərk bağladımşüşənin ağzını139

"Ya bəxt" – deyib, atdım dənizə...Şerləri oxuyuram və birdən öz adıma ilişib diksinirəm:Xəyalımdagözü yaşlı,sinəsi ahlı,dili gileylianamı görürəmAnalar anası!Bir də hər dərdimə,qayğıma şəriksadiq ömür sınağımı, həyanımı,Nigarımı,Şairə anasının qucağındaüç yaşlı oğlum Anar,gözləri yol çəkimli.Göy öskürəkdəndodaqları qançır.Kimə yaxınlaşsaondan uzaq qaçır...Demək, bu son günlərində, İçəri dünyasında – xatirələr,poeziya dünyasında – mən də varammış xəyalında, gözləriqarşısında, mən də dayanmışammış, amma indiki, qırx üç yaşlımən yox, üçyaşlı uşaq. O göy öskürəkli uşaq ki, ondan hamıuzaq qaçırmış...Qəhər məni boğurdu, səhifələri bir–bir uda–uda son vərəqəçatdım.Son vərəqə – son şeri yazılmışdı. Yarıməsrlik yaradıcılıqyolunun son yazısı.Şerin altında tarixi yazılmışdı – 31 mart 1981, Mərdəkan.Xəstələr evi.31 mart-ölümündən bircə gün qabaq.Ölümündən bircə gün qabaq dediyi son söz:Ömrün qəmli günlərindəyəmXəstəliyin ucundan,140

qocalığın üzündən.Həkim deyir:yorulub ürək.Deyirəm:yorulmusan, ürəyimKeçən günlər gözümdəbir xəyal dünyasıdır.göynədir göyüm-göyüm.O günlər-doğmam idi,Bu günlərim – ögeyim.Günlər var çeşid-çeşid;inciklisi bu yanda,Fərəhlisi o yandaBelə olurmuş deməkömrün-günün sonunda.…və birdən-birə mən bütün əyaniliyiylə o günü, o axşamı,ömrünün son axşamını gördüm; bizsiz–övladlarsız, Nigarsız,yad adamların arasında, xəstələr evinin adamın ürəyiniqaraldan qüssəsi içində ... Qərib Abşeron axşamınınalatoranlığı, hardansa, uzaq pəncərələrdən ögey işıqlar süzülürvə atam da çox aydın başa düşür ki, bu – axırdır, ömür yolununən son mənzili, ən son günləri, ən son metrləridir və bütünkeçmiş həyatı kino lenti kimi İçəri dünyasının ekranından axıbgedir – müharibə, şerlərində həkk olunmuş dava günlərinintəəssüratı və bütün başqa günlərin anımları və o anımlar, otəəssürat, o səhnələr, fikirlər, obrazlar ki, – daha onlarıpoeziyada əks etməyə möhləti qalmayıb....amma bəlkə də bütün bunları yox, keçmişi yox, ötənləriyox, gələcəyi düşünürmüş və bu gələcəkdə də ancaq heçsizlik,qaranlıq, sükut var.Sağlam, gümrah, cavan vaxtlarında tənhalığı, yalqızlığı buqədər çətin keçirən adam ömrünün son, ən dəhşətli yalqızlığınanecə dözüb, görəsən?Ömrünün son gününün bu sonsuz kədərini, qüssəsini,141

həsrətini hansı möcüzəvi iradəylə poeziyaya çevirə bilib, həyattəcrübəsinin müdrikliyini, şerin xilasedici məlhəmini necəsaxlaya bilib?Bu misralar insanın zəifliyi deyil, şairin güclülüyüdür.Fərdin məğlubiyyəti yox, sənətkarın qələbəsidir, şəxsiyyətintəslimi yox, yaradıcının yenilməzliyidir. Bədbinliyin şerecazıyla dəf olunmasıdır. Ən ağır, ümidsiz dəqiqələrində şerətapınan adam bədbinliyi də, ölümü də, heçsizliyi də üstələyir.Özü gedirsə də və getdiyini açıq-aydın bilirsə də, sözünü,fikrini insanlara qoyub gedir.Belə olurmuş, deməkömrün-günün sonunda...Nə göz yaşı var bu misralarda, nə giley-güzar, nə etiraz.Ancaq həyatın faciəvi gərdişinin sakit, müdrik təsdiqi var:"Belə olurmuş demək..." Elə bil ki, o taydan, həyatla ölümsərhədinin o tayından, bu sərhədi keçmiş adamın o tərəfdənsöylədiyi sadə, adi bir həqiqət var bu sətirlərdə: TBelə olurmuşdemək…UÖlüm, sən demə, belə imiş – sakit, səssiz, qaçılmaz."Belə olurmuş demək..."Son şerlərindən birini "Ədəbiyyat və incəsənət" qəzetinəgöndərdim. İstəyirdim ki, rəsmi yazıların, vida sözlərininiçindən onun öz səsi də gəlsin. İstəyirdim ki, dəfnində də hələheç kəsin bilmədiyi, eşitmədiyi, oxumadığı şeri səslənsin.Özü olmayandan sonra da adamlar onun yeni bir şerinidinləsinlər; elə bil yenə bizimlə danışır!Aprelin 3-də cənazəni Filarmoniyanın səhnəsində qoydular.Qohumlar, tanışlar, müxtəlif adamlar salonda oturmuşdular.Radiodan öz səsi yazılmış lentləri gətirdilər – şerlərinioxuyurdu, qəmli musiqi parçaları çalınırdı.Tabutun dövrəsindən dəstə-dəstə adamlar keçirdi. Tabutgül-çiçəyə qərq olmuşdu.Güllərin altında qalmışdı ölüm...Çiçək tabutunda təngnəfəs olub,142

elə bil saralıb solmuşdu ölüm...Gözləri dolmuşdu qızılgüllərin,işığı sönmüşdü qərənfillərin...Səni tanıyandan bəri,belə dərdli,belə yazıq görməmişdim çiçəkləri.Səni addım-addım güdmüşdü ölüm...İndi, günorta vaxtı gül-çiçək içində itmişdi ölüm.Tünlükdən qorxubelə bil harasa getmişdi ölüm,Bir azdan... bir azdan qayıdacaqdı.Səni tanıyandan bəriBelə dərdli görməmişdim çiçəkləri…Fəxri qaravulda dayanan güllərGizli-gizli, xısın-xısın ağlayırdı,Fəxri qaravulda dayanan VətənSəni çiçəklərlə qucaqlayırdı.İsa İsmayılzadənindir bu misralar. Filarmoniya müdirininkabinetinə keçdim. Niyazi məni görüb qucaqladı, ağlamsındı.–Qırx iki il bundan qabaq, bax, həmin bu kabinetdəoturmuşdu Rəsul, – dedi, – bax, həmin o stolun dalında.Filarmoniyanın direktoru idi. Mən də bədii rəhbər işləyirdim,mən də o biri – otaqda otururdum. Lap cavan idik, elə dəmehriban dost idik ki, o illər... heç ağlıma gələrdi ki, bir günonu bax bu binadan götürəcəklər?Tofiq Quliyev yanaşdı mənə......çox illər bundan qabaq, uşaq vaxtı, atamlaMoskvadaydım.Mehmanxanadakı nömrəmizə bir gün Tofiq Quliyev gəldi.Mahnılarını çox xoşladığım bəstəkarın özünü ilk dəfəgörürdüm. Özü heç mahnılarına oxşamırdı. Mahnıları şən,nikbin, gümrah idilər, özünün isə sifəti yorğun, gözləri qəmli143

idi... Atamın xahişilə pianonun arxasına keçdi, ən yaxşımahnısını – "Qızıl üzüyü" çaldı. Atamın sözlərinə yazmışdı bumahnını.Sonralar da atamın sözlərinə mahnılar bəstələdi. Atam TofiqQuliyevin təklifiylə Bakı haqqında bir neçə mətn yazmışdı. Bumətnlər neçə il idi ki, T.Quliyevdə idi. Elə hey deyirdi ki,musiqisi hazırdır, bu yaxında ifa ediləcək. Yalnız atamınölümündən sonra bu mahnılardan birini üzə çıxartdı. Atamahəsr olunmuş verilişdə T.Quliyevin özünün pianoda müşayiətiilə Akif İslamzadə oxudu.Danış, danış, Qız qalası,Ellər sənə qulaq asır.Axşamların həzin olur,Yoxsa sükut bəsin olur?Mən bu şeri bilmirdim, eşitməmişdim, oxumamışdım, ammayüz şairin şeri içindən: "Qız qalası – qulaq asır, həzin olur –bəsin olur" qafiyələrinin atamın olduğunu tanıyardım.Filarmoniyanın foyesində mənə müxtəlif adamlar yanaşır,başsağlığı verir, təskinlik sözləri deyirdilər.Bir nəfər:–Deyirlər, vəsiyyət eləyibmiş ki, Göyçayda basdırasınız,düzdür? – deyə xəbər alır.–Yox, – deyirəm, – belə vəsiyyəti-filanı olmayıb.Ümumiyyətlə, heç bir vəsiyyət-zad eləməyib. O ki qaldıGöyçayda basdırmağa, bu barədə özü yazıb da: "DemirəmGöyçayda basdırın məni...".Başqa birisi yanaşır:–Deyirlər sən içini yeyirsən ki, Nigar xanımı Moskvayaaparmağınız xəbərini niyə dedim atama. Ürəyivə salma.–Baş üstə, – deyirəm, – salmaram.Dəfn günü bir yoldaş mənə:–Matəm mitinqində o şerin oxunması məsləhət deyil, – dedi.–Niyə?–Bədbin şerdir.144

–Məgər matəm mitinqində nikbin şerlər oxunmalıdır?Sonra həmin adam mənə belə bir sual verdi:–Sən necə bilirsən, bu Rəsul Rzanın ən yaxşı şeridir?–Bilmirəm ən yaxşısıdır ya yox, amma bu Rəsul Rzanın sonşeridir.Belə qərara alındı ki, mitinqdə Cabir Novruz çıxış edənzaman bu şeri oxusun.Oxudu da…Amma......Zen-buddizm fəlsəfəsinin ən əsas və mənim fikrimcə, əndürüst müddəalarından biri belədir ki, həqiqət adama birdənbirə,qəfilcən aşkar olur, sanki bir an içində insanı öz işığınaqərq edir və bütövlüklə, bütün dərinliyiylə insan tərəfindəndərhal dərk edilir.Cabir Novruz matəm mitinqindəki çıxışının axırında atamınhəmin o dediyim şerini oxudu:Olmasın, olmasınkönül qaranlığı.Ömrün qəmli günləri,damcı-damcı süzülürarzuma-ümidimə.Arxada qalan illərincikli yollar boyuuzaqlaşıb qərq olurxatirələr gölünündumanlı sükutuna.Hər gün yaxınlaşdırırAxır mənzilə bizi.Sahilini göstərirartıq ömür dənizi.O sahildə nələr var,varmı xəbər gətirən,ordan geri qayıdan!Nə yel qanadlı bir quş,145

nə təyyarə, nə tren...Ömür bir küçədir ki,bir tərəfli hərəkətonun sərt qanunudur......Günlər onuhər qarış udur…...və bu an birdən, qəfilcən mən amansız bir həqiqətin çılpaqsərtliyini duydum. Dərk etdim ki, cəhdlərimin hamısı əbəsimiş. Bu şer güman ki, heç kəsin qəlbini tərpətmədi.Məhz o anlarda, o dəqiqələrdə dərin və acı bir gerçəklikgözlərim qarşısında dibsiz uçurum, yarğan, girdab kimi açıldı.Atam bir şerində "anlamaq dərdi" ifadəsini işlədib."Qınamayın İsgəndəri, yaman olur anlamaq dərdi". Amma"anlamaq dərdindən" də yaman dərd varmış: "Anlanılmamaqdərdi"...Mən güllü bir may səhəri doğulmuşam.Bəlkə getdim bir yanvar axşamı.Tabutuma ipək salmayın!Dəfnimə toplamayın izdihamı.Bir ovuc torpaq üstünə qoyun başımı.Mən o torpağı sevmişəm.Ancaq məhəbbətimnə sərgiyə qoyulan bir tablo olubnə parıltısı diqqət çəkən üzük qaşı.Mənim sevgim sevgi idi –sadə, yaxşı......Mən öləndə ağlamayın!Mən öləndə gülməyin.Yox, nəyə gərəkdir!Mən sağlığımda çox gülmüşəm,çox ağlamışam.Ancaq o həzin axşam,məni yalqız qoyubəbədi sükut evində,146

qayıdanda geriaçın, taybatay açınotağımda pəncərələri!Çıraq yanmasın.Səssiz çıxın otaqdan.Elə çıxın ki, sükut oyanmasın....... Mən xoşbəxt olardım,tabutumu özüm apara bilsəm!Adımı, xatirəmiyazılı nitqlərdən,sərin ahlardan qopara bilsəm..."Mən xoşbəxt olardım tabutumu özüm apara bilsəm!" - busözlərdə Rəsul Rzanın bütün təbiəti ifadə olunub – məğrurluğu,tənhalığı, hikkəsi...***Hara gedirdi o, hara çağırırdı bizi... Cavan şairləri özardınca hansı mənzilə, hansı məqsədə doğru aparırdı? O cavanşairləri ki, onların yolunda hər fədakarlığa, nüfuzlu düşmənlərqazanmağa, başının daşdan-daşa dəyməsinə hazır idi, razı idivə o cavan şairləri ki, rişxəndlərə, tənələrə, tənqidlərə məruzqalaraq kəşf edirdi, açırdı, təqdim edirdi; iyirmi ildən sonrabaşqaları, o cümlədən vaxtilə bu cəhdlərə gülənlərin, ağızbüzənlərin də bəziləri, həmin o şairləri, o şerləri yenidən "açır",bəyənir, təqdir edir, alqışlayır, üstəlik ilk kəşf edənə acıq, yanıqda verirdilər.Uzun illər sıxdı məni:gah çəkmələrim –bəzən uzunu, bəzən eni ilə,Gah ötüb-keçən ilə təəssüfümgah ümidim yeni ilə.Gah dünyanın dərdi, qəmi sıxdı məni,gah corablarımın boğazı.Gah alçaq buludların qalın pərdəsigah bir nadan qələmindən147

tökülən yazı...Qırıb çıxmaq istədim"olar", "olmaz" çərçivəsindən.Dedilər yox, yox!Dəblərə, qaydalara gir!Vərdişləri, adətləri gözlə!Sığallı dillə yaz!...pəncərələr sıxdı məniuzunsov dördbucaqda göstəribküçənin evlərlə sərhədlənmiş yarğanını....Şəhərimin yaşıllığıölçülüb biçilibsalınıb rəqəmlərə.Dağlar darıxıb göyə qalxıbdərələr çöküb yerə.Darıxır insanhüdudlar, ölçülər içində.Yayda uzun gündüzlər,qışdauzun gecələr içində.Deyirəmöləndə atınən dərin dəryaya məni,qaldırıb buludlardan yuxarıSon yolum uzun,son mənzilim geniş olsun barı!Son dəfə onun açıq tabutundakı sifətinə baxıram, bu qədərtanış, doğma, əziz sifətinə. Sifətinin gözəl, mərd, nəcibcizgilərinə.Meh saçlarını tərpədir və ona görə də sifət canlı görünür.Tabutun qapağını örtürlər; bir də heç vaxt onu görməyəcəm.Şəkillərdə, fotolarda görəcəm, kinoda, teleekranda görəcəm,yuxularımda görəcəm, amma bax beləcə – bir əl uzadımındagörməyəcəm, əlimi saçlarına çəkə bilmək məsafəsində148

görməyəcəm.HEÇ VAXT. HEÇ VAXT. HEÇ VAXT!Tabutu qəbrə saldılar. Üstünə torpaq atdıq...Daş qoydular, suvadılar, güllərin, çiçəklərin altında qaldı.Milis ora-bura gedir, maşınlara yol açırdı...Adamlar yavaş-yavaş dağılışırdılar....Məni yalqız qoyubəbədi sükut evindəqayıdanda geri,açın, taybatay açınotağımda pəncərələri!İçimdə bu misraları səslənirdi, başqa misraları döyünürdü:Qar çox yağsın, az yağsın,bir vaxt gələcək günəş daha mehriban,daha canayatan,dağ-dərələr az duman,çöl-bayır al-əlvanolacaq.Küləklər daha mülayim əsəcəkHər il beləqış gedib bahar gələcəkBu baharlardan birimənsiz gələcək,mənsiz gedəcəkBarı çiçəkli, otlu olaydı yoluDağında, düzündə,bitməyəydi qaratikan kolu.Belə, dünya, belə!Gülə-gülə!Belə vidalaşırdı dünyaylaBelə vidalaşırdı bizimlə.149

İKİNCİ HİSSƏYenə bu yüz günün qara çərçivəsini qırıb çıxmaq istəyirəm.81-ci ilin kədərli xatirələrindən ayrılmaq, daha uzaq illərəqayıtmaq istəyirəm...Bu yazımın içində bir neçə səhifəni – bir daha geridönməyəcək, heç vaxt qayıtmayacaq Keçmişdə yaşamaqistəyirəm.Anamın səsini dinləmək istəyirəm..."Anarım!Bu gün dörd gündür burdayam, amma səndən heç bir şeyyoxdur. Çox nigaranam, niyə yazmırsan? Bütün bu suallar buragələndən mənim yuxumu qaçırdır. Biz lap yaxşıyıq, yerimiz,otağımız çox gözəldir. Fidan və Təriş bütün günü dənizdədirlər.Rəsul da onlardan geri qalmır. Mən balkondan onlara tamaşaedirəm. Bircə dəfə çimmişəm. Ümumiyyətlə, pis deyiləm. Bircə buQara dənizin səsi olmasaydı. Çox heyvərə dənizdir, gecə-gündüzgurlayır. Yalvarıram ki, aman ver, dəniz, bir az düşünüm, heçeşitmək istəmir. Bu gecə göy gurladı, ildırım çaxdı, dəniz özündənçıxdı və Nigar xanım səhərə qədər yata bilmədi. Biz qalan otağınqapısı və balkonu dəniz tərəfədir, pəncərəsindən isə üstü qıvrımsaçlı meşə ilə örtülü dağlar görünür, dağların başı çox zamandumanlı olur. Bu gecəki ildırım da dağlarda çaxırdı. Gündüz havaisti olur. Moskvadan və başqa yerlərdən xeyli adam var. Ammamən səni istəyirəm, lap ölürəm sənin dərdindən. Sən isə yəqin ki,ananı unutmusan. Nə isə, sənə çox başağrısı vermək istəmirəm.Zemfira xanımın xüsusi kefi necədir? Məndən ona çoxlu salam.Qoy həvəsi olsa mənə məktub yazsın, görüm necə keçinirsiniz?...Bilmirəm bağda daha kim var, hər kəs olsa bizimkilərdən,məndən atəşin Qara dəniz salamı...…Daha nə yazım. Səbirsizliklə məktubunu gözləyirəm. Səni buQara dənizin dalğalarının sayı, hesabı qədər, meşəsindəkiyarpaqların miqdarı qədər çox sevən "unudulmuş və atılmış"Anan150

17 iyul, 1963-cü il. Qaqra".O il mən Moskva təhsilimin yay tətillərinə Bakıyagəlmişdim, Buzovnada, bağda qalırdım, atam, anam vəbacılarım isə Qaqraya, yaradıcılıq evinə getmişdilər!Zarafatyana bir gileylə yazdığı "unudulmuş və atılmış" ifadəsivaxtilə yazdığı qəzəlinin misrasından gəlir:Unudulmuş və atılmış gülü sevda kimiyəm,Gözlərindən çəkilən bir dəmi röya kimiyəm.Neyləmişdim, sənə mən, böylə vəfasız çıxdınHəsrətindən üzülən bülbülü-şeyda kimiyəm.Hər keçən yolçudan ağlar gözüm əhval sorar,Hər buluddan su uman bir quru səhra kimiyəm.Avqustda onlar Bakıya qayıtdı, mən isə təhsilimi davametdirməkçün Moskvaya getdim."Anarım!..Yəqin ki, bütün günü Moskvada ayaq vurursan, balacaayaqların (42 nömrə) yorulur. Fidan dedi ki, bəlkə sentyabrdagəldin, əgər gəlsə idin, bir az bağda qalardın. Bağ indi çoxgözəldir, doğrudur, mənim başım çox qarışıqdır, ayın 1-dəgedənlərin tör-töküntüsünü təmizləyirəm, mürəbbə bişirirəm,badımcan turşusu hazırlayıram, yun yuyuram, hər gün səhər 6-da durub axşam 11-də yatıram. Təmiz havada işləmək mənəzərər eləmir. Rəsul da mənimlə qalır. Nə isə görürsən ki,mənim həyatımda maraqlı, mədəni, mənəvi bir hadisə yoxdur.Arabir vaxt tapanda kitab oxuyuram və bu mənim yeganəmənəvi qidam olur. Sizin üçün çox darıxıram. Başqa birintizarım yoxdur. Siz necəsiniz? Məndən Zemfiraya və bütüntanışlara – Erlona, Herlona, Neylona, Seylona, Draça, Vraça,və i. a. salam söylə.Öpürəm səni milyon kərə.Buzovnaqrad Villa R. R.Nigar4 sentyabr, 1963-cü il"151

Məktubun əvvəlindəki bir ifadəni və sonunda salamgöndərdiyi "tanışları" izah etmək lazımdır.Atam, anam, bibilərim həmişə mənə deyərdilər ki, sən çox"qart uşaq" idin, elə qurd dillərin vardı ki... Gəzməyə çıxandaatamla anamın zəhləsini suallarla tökərəmmiş: bu nədir, okimdir, niyə, neçə? və s., ya da qırqıc olarammış ki, məniqucağınıza götürün. İki-iki yaş yarım olanda bir dəfə çoxyalvar-yaxardan sonra anama demişəm: "Niyal, məni qucağıvagötür, axı mənim balaca ayaqlarım yorulub".İndi "42 nömrəli balaca ayaqların" yazanda anam həmin ouşaqlıq dillərimə işarə edirdi. Moskvada Ali SsenariKurslarında mənim yoldaşlarım arasında gürcü yazıçısı ErlomAxvlediani və Ukrayna şairi İvan Draç da vardı. Qışda anamgilMoskvada olarkən Erlomla, Draçla və başqa yoldaşlarımlatanış etmişdim. Məzə üçün "Erlon, Herlon, Neylon, Seylon,Draç, Vraç" yazanda anam onları nəzərdə tuturdu.O il mən nə iş üçünsə sentyabrda Bakıya gələsiydim, gələbilmədim. Amma o aylarda atamla-anamın Moskvayagəlmələri haqqında məsələ ortaya çıxdı."Anarım! Əgər istəsən ki, mən Moskvaya gəlim, gərəkaşağıdakı şərtləri qəbul edəsən:1.Özünə mütləq qış paltosu al.2.Makintoş, yaxud plaş al.3.Kostyum, çəkmə alsan, pis olmaz. 3-cü şərti sonra daeləsən olar. Amma bir və ikini mütləq elə. Bunlar hazır olandamənə yaz (çestno!). Onda mən gələrəm. Belə çıxır ki, mən səniyox, təzə paltonu görməyə gələcəyəm. Eybi yoxdur, qoy beləolsun. Gör bu məsələ nə qədər mühümdür ki, bütün məktububuna həsr edirəm. Dünən bizdə qonaq var idi. Zemfira daburada idi. Hamı sağ-salamatdır. Bakıda heç bir maraqlıhadisə yoxdur. Köhnə hamam, köhnə tas.Canım sənə qurban.Nigar.152

30 sentyabr, 1963-cü il"Ağır olsa da 63-cü ilin o ilıq payızından 81-ci ilin amansızyazına qayıtmalıyam.Aprelin 3-də – atamın dəfni günü-axşam Moskvadanhəkimlər uçub gəldilər – onları Abbas qarşıladı. Gələn ikihəkimdən biri Boris Oleqoviç Toloknov idi. 1971-ci ildəMoskvada Onkoloji Mərkəzdə anamı o, müalicə etmişdi vəanam onu həmişə böyük minnətdarlıq hissilə, böyük nəvazişləxatırlayırdı. Boris evlənəndə anamla atamı toyuna –Gürcüstana dəvət eləmişdi; arvadı Natella gürcü qızı idi.Dəvəti məmnuniyyətlə qəbul etdilər, Tbilisiyə getdilər vəsonralar uzun müddət bu şux toydan həvəslə danışırdılar.Aprelin 4-də səhər tezdən Abbasla "Moskva"mehmanxanasına – həkimlərin yanına getdik. Bu illər ərzindəBoris dəyişmişdi – axı, hər halda aradan on il keçmişdi...Atamın vəfatıyla əlaqədar mənə başsağlığı verdi, mən dədedim ki, indi yeganə ümidimiz sizədir, on il bundan qabaqanamı siz xilas etdiniz...Boris də, onun həmkarı da sözlərimi həssaslıqla qarşıladılar,amma mən sezirdim ki, Abbas artıq elə dünən anamın həqiqivəziyyətini onlara "həkim dilində" nəql edib. Onlar müəyyənqənaətə gəliblər artıq və görünür, bu qənaətin güman gələntərəfi azdır.Bunu duya-duya, bilə-bilə, hər halda, möcüzəyə belbağlayıırdım – ən çıxılmaz vəziyyətlərdə belə ümidlə yaşamaqinsanın həm zəifliyi, həm gücüdür.Xəstənin yanına girməmişdən qabaq moskvalılar bizimhəkimlərlə konsilium keçirmək üçün bir otağa çəkildilər.Abbas da onlarla getdi. Mən dəhlizdə qaldım, təkbaşımaanamın palatasına girməyə ürək eləmirdim – sonuncu dəfəonunla dörd gün bundan qabaq görüşmüşdüm – ayrı birepoxada, ayrı bir həyatda, ömrün o biri tayında – o tayında ki,orda onun əri və mənim atam sağ idi...153

Həkimlərin məşvərət keçirdikləri otağın qapısı dalındadayanmışdım – onlar orda indi yəqin ki, rentgen şəkillərinəbaxır, analizlərlə, müxtəlif göstəricilərlə tanış olur, bir-birlərinəlatın istilahları və sözləri deyir, müəyyən ümumi qənaətin qətitəsdiqinə yaxınlaşırdılar. Mən isə qapı dalında hökmügözləyirdim, gözləyirdim və mənə elə gəlirdi ki, bu gözləməmheç bir vaxt bitib qurtarmayacaq.Qapı açıldı. Abbas otaqdan çıxdı, – onun gözlərindənhökmü oxumaq istədim – axı, Abbas həkim idi və ölü latınsözləri – həyat ya ölüm hökmünün qəti qərarı onunçün açıqaydınidi.Abbas məni içəri dəvət elədi.Mənə yer göstərdilər, oturdum. Uzun–uzadı görünən, ammayəqin ki, cəmisi bir neçə an çəkən sükutdan sonra Boris mənəmüraciət elədi:–Mən sizi incitmək istəməzdim. Amma həqiqətibilməlisiniz. Xərçəngin tez sürən tələsik formasıdır. Özü də ənson mərhələsində.Heç bir vaxt sözləri belə çətinliklə deməmişdim, elə bilağzımda dilim pərçim olub qalmışdı, güclə hərəkət edirdi:–Nə qalıb ömründən?–Bəlkə bir ay, ya bir az çox. Bəlkə aydan da az... Sözləriiçimdən kəlbətinlə dartıb çıxarırdım:–Ağrıları olacaq?Boris:–Yox, ağrıları olmayacaq, – dedi və şükür ki, sözü düzçıxdı: ağrıları olmadı.Bu söhbət zamanı otaqda cavan bir qadın həkim də vardı –bütün mükaliməni də eşitmişdi, qəti hökmü də, müddəti,möhləti də…Onu tez-tez dəhlizdə görürdüm. Otaqdan çıxanda həmin oqadına müraciət elədim:–Xahiş edirəm, göz-qulaq olun, anamın palatasına kənar adamdaxil olmasın, Rəsul Rzanın ölümünü deyən olmasın ona.154

Qadın həkim çox kəskin bir ədayla:–Mən bütün günü onun qapisının ağzında qaravul çəkəbilmərəm, – dedi.Düz beşcə dəqiqə bundan qabaq o hər şeyi eşitmişdi –hökmü də, möhləti də. Mən onun adını, familini bilmirdim vəodur ki, indi də bilmirəm. Amma sifəti əbədilik yaddaşımahəkk olundu: bu sifət, öz-özlüyündə yapışıqlı, yaraşıqlı cavansifət – özgə dərdinə biganəliyin, insan iztirablarına tamlaqeydliyin, qansızlığın buz kimi soyuq sifəti idi…Anamın palatasına Moskva həkimlərilə birgə daxil olduq.İnsan nə qəribə məxluqdur. Tək özgələrə deyil, özünə beləəməlli-başlı bələdliyi yoxdur. Dünən atamı basdırmışdım,indicə anamın ölüm hökmünü dinləmişdim və palataya irişəirişə,şit zarafatlarla girirdim.Anam artıq bilirdi ki, onun çox inandığı sevimli həkimiBoris Toloknov gəlib və Borisin palataya girməsi elə bil onunovqatını bir az da açdı. Bəlkə də on il qabaqkı xəstəliyinin vəsağalmasının xatirələri ona bir növ dayaq olurdu. O vaxt onusağaltmış Toloknovun gəlməsi onu arxayınlaşdırır,sakitləşdirir, tezliklə ayağa duracağına ümidini artırırdı. Borisəailəsi haqqında, arvadı Natella haqqında suallar verirdi.Boris:–Yanvarın birində qızım oldu, – dedi.Anam sevindi:–Bəs niyə demirsiniz? Yəqin ki, dünən Anarla bu hadisəniqeyd etmisiniz?Anama məlum idi ki, moskvalı həkimlər dünən gəlib, necəizah edə bilərdim, nə səbəbdən dünən onları qarşılamamışam,onlarla olmamışam. Necə izah edə bilərdim ki, dünən mənhardaydım, dünənki gün ömrümüzün necə günüydü.–Hara apardı Anar sizi?Elə bil anam qəsdən bizi sorğu-suala tuturdu.Abbas dərhal:–Karvansaraya getmişdik, – dedi. Anam gülümsündü:155

–Yəqin möhkəm vurmusunuz. Hər halda, Anar belə fürsətiəldən verməz.–Hə, Borisin qızının sağlığına içdik – dedim.–Anam Borisə müraciətlə:–Mənim də beş nəvəm var, – dedi, – onlar bizə gələndə çoxsevinirik, amma çıxıb gedəndə də çox sevinirik – zarafatındanqalmırdıSonra üzünü mənə tutdu:–Mütləq qonaqları evimizə apar, – dedi, Borisə baxdı –doğrudur, indi evimiz bomboşdur. Bilirsiz də RəsulMərdəkandadır, odur ki, evdə heç kəs yoxdur...Bu sözləri söylədiyi dəqiqələrdə onun bomboş, kimsəsiz,bağlı saydığı evin çöl qapıları taybatay açıqdı – yüzlərlə adamgəlib-gedirdi.Boris böyük ustalıqla və peşəkar məharətlə anamaxəstəliyinin xüsusiyyətləri haqqında danışmağa başladı:qorxulu bir şey yoxdur, ancaq səbir, təmkin lazımdır, gərəkdözsün, tab gətirsin, halı çox yavaş-yavaş yaxşılaşacaq. Bir azyaxşılaşan kimi, Moskvaya gəlsin. Ya da bəlkə o özü, Boris,bir müddətdən sonra yenə Bakıya gəldi – müalicənin gedişnnənəzarət etməkdən ötrü.Anam:–Mayda gəlin, – dedi. – Bakının mayı qiyamət olur. – Mayaçıxacaqdımı? Bir ay, bircə ay qalıb – bu fikir başıma mismarkimi çəkiclə vurulurdu, deşirdi beynimi.Həkimlər ayağa durdular. Vidalaşmağa başladılar.–Mən də onlarla gedirəm, – dedim.–Yaxşı, – dedi anam. – Götür bu meyvələri də Rəsula apar.Xəstəxananın çöl qapısında həkimlərlə görüşdüm. OnlarıAbbas müşayiət edəcək, axşam Moskvaya ötürəcəkdi, mən isəatamgilə, yas yerinə qayıtmalıydım.Boris əlini mənə uzatdı, nə isə deyirdi, mətanət haqqında,dözüm haqqında, həyatın sınaqları haqqında, nə isə ilıq,məhrəm sözlər deyirdi, amma mən o sözləri adda-budda156

qavrayırdım. Borislə güman ki, son görüşümüz idi, əbədiayrılırdıq; yalnız bir-birimizlə deyil, 71-ci ilin xatirələriylə dəvidalaşırdıq – Kaşir şosesinin sazaqlı ala-toranlığı, o günlərinxoşbəxt sonluqla nəticələnmiş nigarançılığı, Borisin Tbilisidəkitoyu, anamın xəstəxana şerləri – bütün bunlarla vidalaşırdım...Elə oradaca Abbasla qərara gəldik ki, qızlara vəümumiyyətlə, heç kəsə bir şey deməyək, həkimlərə də tapşırdıqki, deməsinlər. Əsl həqiqəti ailədə yalnız ikimiz bilək – mən vəAbbas. Abbas bir şey də dedi:–Qoy bundan sonra yanında ancaq Fidanla Təranə qalsınlar.Nigar xalayla mümkün qədər çox ola bilsinlər...Assosiasiyaların – anımların gərginləşməsi, kəskinləşməsi,ürüyüb-artması, hər şeyi, hər yanı, bütün aləmi bürüməsi qəlbinqeyri-adi hallarıyla bağlıdır – biz sevəndə, qəlbimizdəməhəbbət oyananda və ağır dərdə düçar olanda, dözülməziztirablar içində çırpınanda – bütün dünya yaddaşımızınanımlar toruna düşür – hər kücə, hər ev, hər sifət, hər qoxu,söz, hər rəng, hər meh qarmağa ilişmiş kimi nə qədər yaddaşyükünü, hafizə qatma-qarışığını içərimizə doldurur. Sevərkənbütün aləm sənə sevgini, sevgilini andırırsa, ağrıyarkən dəhəyatın hər anı, bəliri ağrılarını yada salır.Həkimlərdən ayrılıb xəstəxanadan atamgilin evinəcən, Kitabpassajınacan piyada gəldim və hər küçə, hər tin, ötən hər maşın,keçib-gedənlərin sifətindəki hər ifadə, qulağıma dəyən hər söhbətqırığı atamla, anamla bağlı anımları oyadırdı...Vaqif kücəsiylə düşürdüm, ömrümün on ilini bu kücədə, 30nömrəli evdə yaşamışdım; bu mənzilimizə necə də tez-tezqonaq gələrdilər atamla anam. Hər gəlişləri, bizdə dedikləri hərsöz, oturuşları, duruşları, əyin-başları – hər şey, hər şey bircəbircəgözlərimin qarşısından keçirdi...Kommunist küçəsiylə gedirdim, bax, burda, Sabir bağınınyerində haçansa bir bina varmış və bu binada haçansa "Maarifevi" yerləşirmiş və haçansa məhz bu binada ilk dəfə Rəsul157

Rzayla Nigar Rəfibəyli bir-birləriylə tanış olmuşlar.Kommunist küçəsiylə aşağı enirəm, Nizami muzeyininyanından keçirəm, muzeyin içində onların kitabları qoyulub,şəkilləri asılıb və haçansa mən də düz bir il bu muzeydəişləmişəm və yadımdadır ki, bir dəfə atam...Xəstəxanadan onların "Kitablar üstündəki evlərinə"cən olanbu 25-30 dəqiqəlik yolu keçərkən nə hisslər keçirir, nələrdüşünür, nələri anırdım – yəqin ki, bu barədə beş-on cildlikkitab yaza bilərdim. Amma belə kitab mənim özüm barəsindəkitab olardı – mənim hisslərim, düşüncələrim, İçəri dünyamhaqqında...Mən isə indi özüm haqqında yazmıram, onlar haqqındayazıram.Nə oldu, nə dedilər? – Evə girən kimi hamı üstümə bu suallacumur. Səbrsizlik də var bu sualda, ümid də. Ağır itkidən sonraxoş müjdəli xəbərin həsrəti, intizarı da. Bəlkə də aldanmaqehtiyacı, şirin yalanda təsəlli tapmaq istəyi... – Vəziyyətiümidsiz deyil, – deyirəm, həm də elə qəti, möhkəm deyirəm ki,az qala özüm də dediyimə inanasıyam. – Hələ qəti bir şey deyəbilmirlər, amma fikirləri budur ki, ardıcıl müalicə olunsa,Moskvadan göndərəcəkləri təzə dərmanları versək, hər haldaümid var,Dörd günün göz yaşlarından şişib qızarmış gözlərdə bir işıq,güman qığılcımı görürəm.Başqasına ümid sədəqə verirsənsə, ümiddən sənin özünə birpay düşürmü? Kim bilir..."Anarım! Sən məni nə qədər sevməsən də, məktub yazmasanda, telefon etməsən də, mən səni yenə də sevirəm. Heç olmasa,"Azərbaycan qadını" jurnalının 40 illik yubileyi münasibətiləməni təbrik edəydin. Nə isə, çox vəfasız oğlansan. Bu məktubusənə yazmaqla bəzi şeyləri xahiş etmək istəyirəm. 1.Rəsulmənim kitabımı Registana verəcək – "Sovetski pisatel"ə. MehdiHüseyn də onlara kağız verib ki, kitabı plana salsınlar. Sənkitabın dalınca ol, "bezprizornı" qalmasın. Həm də aralıqda158

itib-bata bilər, mən isə onu xeyli zəhmətlə tərtib etmişəm. Sənəzəhmət olmasın deyə burada yazdırıb düzəltdim. 2. Kitabda üçşer –"Durna", "Vosemğ pətnadnadüatğ", "Svadğba" –şerlərinin tərcüməsi iki variantda verilib. Kitabın redaktoruhansı tərcüməni yaxşı hesab eləsə, kitabda o qalsın. 3. Kitabınhəcmi 2.300 misradır, əgər çox olsa, köhnə şerlərdən birsırasını çıxarmaq olar.Anarım, bilmirəm belə bir işlə məşğul olmağa sənin vaxtınolacaqmı? Hər halda, xahiş edirəm bu iş üçün də bir az vaxtayırasan. Və nəşriyyatın cavabını mənə yetirəsən. Sizə nə lazımolsa yazın, göndərim. Zemfiraya salam söylə. Məktub yazın,unutmayın.Öpürəm.Məktubu makinada yaz.Anan.22 noyabr, 1963–cü il, Bakı""Anarım! Səni anadan olduğun gün münasibətilə təbrik edir,bağrıma basır, bərk–bərk öpürəm. 26 il əvvəl sən yox idin, məntək və kimsəsiz idim. Sonra sən dünyaya gəldin, təsəvvür edəbilməyəcəyin qədər sevinc gətirdin, ümid və məna gətirdin, sağol, oğlum, dostum və yoldaşım. Bu lirik girişdən sonra prozahissəsinə keçirəm, əgər bu aşağıdakı şeri–meri oxusan, mənimmənəvi həyatım haqqında səndə müəyyən bir təsəvvür yaranar:Dolma büksəm yaxşıdır,Çay töksəm yaxşıdır,Şer yazsam yaxşıdır,Bozbaş assam yaxşıdır.Çayı Təranə tökər,Dolmanı Fidan bukər,Şeri Rəsul yazar–Nigara qalır bazar!Görürsən ki, nə zəngin yaradıcılıq işləri ilə məşğulam. Nəisə, bu gün sənin 8 Mart təbrik məktubunu aldıq, evin qadınları159

adından sənə təşəkkür edirəm. Rəsul hələ Kiyevdədir. Mən birsıra şerlər yazmışan, "Azərbaycan"ın iyun nömrəsinə verməkfikrindəyəm. Əgər imkan tapsam, apreldə bəlkə gələ bildim.Sənin üçün çox darıxıram. Bakıda qış bu il uzandı, soyuq bizilap təngə gətirib. Hamı, qohum-əqraba sağ-salamatdır. Araz(A.Dadaşzadə–A.) arabir telefon edir. Mən keçən illərənisbətən bu il ürək cəhətdən pis deyiləm. Hələlik özümü yaxşıhiss edirəm. Bəlkə bu ona görədir ki, evdə işim çoxdur, heçözümə fikir verməyə vaxtım qalmır. Anarım, hərənin dünyadabir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik yaşlarımdanzəhmətə öyrəndiyim üçün işsiz dayana bilmirəm. Ömrümün birhissəsi yazı masasının arxasında qalın-qalın kitablarıntərcüməsi, ya mütaliəsi ilə keçib, zalım ürək vəfasız çıxdıqdansonra isə mən mətbəxə, piltə başına keçmişəm. Mən havayıçörək yeməmişəm. Əgər paltar təknəsinin arxasında, piltəbaşında, yaxud yazı stolumun arxasında ölsəm, özümü ənxoşbəxt adam hesab edərdim. Bu günə qədər heç kəsə yükolmamışam, bu gündən sonra da olmaq istəmirəm. Busözlərimin səmimi olduğuna inan. Bilmirəm bunları sənə nəmünasibətilə yazıram, ancaq üzündəki istehzalı təbəssümügörürəm. Əgər yersiz söhbətdirsə, bağışla. Zemfiraya çoxlusalam.Öpürəm bərk-bərk.Anan.(10 mart. 1964-cü il. Bakı")Bilmirəm və yəqin ki, ömrümün axırınacan da bilməyəcəm– atamın ölümünü yüz gün anamdan gizlətməklə düzmühərəkət etmişik, səhvmi?Bu itkidən xəbərdarlıq anama nə verəcəkdi? Müsibət, dərd,matəm, göz yaşları – özü də evdə yox, rəsmi binada,xəstəxanada, yad divarlar arasında, özgə adamlarla bir damınaltında çəkməliydi bu dərdini, ələmini... Evəburaxmayacaqdılar, heç qəbir üstünə getməyə dəqoymayacaqdılar həkimlər.160

Ancaq o biri tərəfi də var axı: üç aydı ağır xəstə yatır, necəolub ki, Rəsul bir dəfə də imkan tapıb ona baş çəkməyib, Rəsulki bu səbrin yiyəsi deyil – bircə bu nisgilini özüylə qəbrəaparmazdı anam. Əgər bilsəydi... Bilmədi. Nisgili ürəyindəqaldı. Ömrü boyu hamıdan gizli saxladığı bütün başqanisgilləri kimi bu dərdini də pünhan saxladı. Heç kəsləbölüşmədi.Könlün yenə min dərdinə bir çarə tapılmazBir dərdimi ərz eyləyən ol yarə tapılmaz.Axşam qızaran göylərə endikdə qaranlıqKönlüm evini yandıran odlarə tapılmaz.Aşiqlərə sordum dedilər: ey qəmi-pünhan,Gizlin yaradan ağrısı çox yarə tapılmaz.Sonralar mən bu sözlərin acı və böyük həqiqətini öztəcrübəmlə öz qəlbimdə duydum.Doğrudan da, "gizlin yaradan ağrısı çox yarə tapılmaz"mış...Aprelin 1-də: – hələ Nigara deməyək, dəfnə qədər gözləyək;– dedik.Sonra: – Gözləyək, görək moskvalı həkimlər nə məsləhətbilir, – dedik.Daha sonra: – Rəsulun qırxını gözləyək, – dedik, – qoyNigarın da halı bir az babatlaşsın, – dedik.Günü günə sata-sata həqiqəti ona açmaq saatını yubatdıq,uzatdıq. Axı, heç birimiz öz-özüylə təkbətək daxili söhbətdəbelə etiraf etmək istəmirdik ki, anamın halı bir dahababatlaşmayacaq, o, ölüm yatağından heç vaxt durmayacaq...Aprel və may aylarında xəstəliyi zahirən çox da şiddətli deyildivə mənə elə gəlirdi ki, bildiyim amansız hökmü bacılarım bilmir,odur ki,"gözləyək halı bir az babatlaşsın" deyəndə bu təklifdə hərhalda bütün başqalarıyçün bir aldanış yox idi. Amma mən bilirdimaxı – bir ay qalıb, cəmi-cümlətanı bir ay, üç gün az, beş gün çox,ancaq hər halda bir ay, bircə ay...Və bu bircə ayı, ömrünün son ayını, onsuz da ağır xəstəlikləçarpışmada keçən bu son ayı – vay xəbərilə cəhənnəm əzabına161

çevirmək olardımı?Mənə elə gəlir ki, həqiqəti anamdan gizlətməklə biz hərhalda, düzgün hərəkət etmişdik...Əgər tale onların hər hansı birini bizim vəziyyətimizəsalsaydı, bizim qarşımızda duran məsələni qarşısına qoysaydı,onların özləri də məhz bizim kimi hərəkət etmiş olardı – bunaəminəm.Biz düzgün hərəkət eləmişdik. Mərhəmətli, şəfqətli hərəkətidi bu. Həqiqəti açsaydıq, nəinki bu bir ay anamçün dəhşətliiztirablar içində keçərdi, bəlkə heç o qalan qısa ömür möhlətinidə yarımçıq başa vurardı. Onsuz da az qalmış günlərinin sayıbir xeyli də azalardı.Biz düzgün hərəkət eləmişdik. İnsaflı qərara gəlmişdik.Amma…"Amma hər halda... hər halda... hər halda...".Anamın müsibəti mənim aləmimdə atamın ömür sonunanisbətən daha faciəvidir. Atam uzun illərin xəstəsiydi,həyatının çırağı hər mehdən titrəyən zəif alov dilimi kimi xəfifxəfifşölələnirdi, bu od, bu işıq hər an keçə bilərdi. Amma bukeçmənin – bu keçinmənin qəti, amansız vaxt möhləti, dəqiqtəqvim mənzili yox idi. Hər an – bu həm sabah, həm bir aysonra, amma həm də bir il, beş il sonra deməkdi... Əcəlin hədəfseçmə oyunları da çox dolaşıqdır, izahsızdır, atam beşmi –onmu il artıq yaşasaydı, nə biləsən, kim kimi dəfn edəcəkdi –mən onu, omu məni.Xəstəlik atamı ölümə məhkum etmişdi, amma bu edamıngünü, saatı, icra vaxtı təyin olunmamışdı – rəmzi ömürpasportu müddətsiz idi...Anamın ömür möhləti isə qəti və dəqiq bildirilmişdi – biray. Bircə ay. Üç gün çox, beş gün az – amma bir ay, bircə ay...Bundan ağır da müsibət olar? – Biləsən ki, bir ayın ərzindəmütləq, hökmən, qaçılmaz və dəyişməz bir surətdə ən əzizadamını itirəcəksən və bu itkinin qarşısını heç nəylə almaqiqtidarında deyilsən. Əlindən heç nə gəlmir, heç nə sənin162

ixtiyarında deyil. Gücsüzsən fələyin rəftarına qarşı. Ölümhökmü-əfvsiz, bəraətsizdir. Labüddür....Edama məhkum olunmuşun gündəlik qorxusunu mən inditam aydınlığıyla dərk edirəm. Bax, hökm yəqin bu gecə icraolunacaq, ya sabah, ya birisi gün, amma mütləq gecə vaxtı…Belə də oldu. Gecə...Səhər – ümid deməkdir. Atam gündüzün günorta çağıkeçindisədə, gündüzlər, anam sarıdan nədənsə, nigaranqalmırdım hardansa ürəyimə damımşdı ki, dünyayla mütləqgecə vidalaşacaq...Yuxuda…Yuxuda dünyayla vidalaşırdım,Dünya gözəl idi, ayrılmaq çətin.Deyirlər yaxşıdır qocalıb ölməkBelədir qanunu kor təbiətin.Dunyadan ayrılmaq çətindir, gülüm,Tez də gəlsə, gec də aparsa ölüm...Müxtəlif yerlərdən, müxtəlif şəxslərdən, tanıdığım vətanımadığım adamlardan çoxlu məktublar, teleqramlar alırdıq.Onlardan bir neçəsini burda vermək istəyirəm."Əziz Anar müəllim! Bu günlər bütün ədəbi içtimaiyyət,tamam Azərbaycan və Sizin kimi biz də kədərliyik. Rəsul Rzaölümü təkcə ədəbiyyatımızda yox, bütün mənəviyyatımızda heçzaman dolmayacaq bir boşluq yaratdı. Ölüm – yox, bu onayaraşmır – Rəsul müəllim cild-cild əsərlərdə, ürəklərdə yaşayırvə yaşayacaq. Rəsul Rza təkcə Azərbaycan sovet ədəbiyyatınındeyil, bütün Şərq ədəbiyyatının sərkərdələrindəndir. Onunhaqqında yazmaq mənim kimi azsavadlı adamın işi deyil.Ancaq ürək, məhəbbət Rəsul Rza haqqında elə xoş sözlər deyirki, o söz, görünür, heç bir dildə hələ yoxdur, bəlkə də heçolmayacaq. Mən Rəsul müəllimin səsi yazılmış qrammofon valıəldə etmişəm. Anam onu qırxına qədər hər gün dinləməyi xahişetmişdir. Anam ancaq latın hərfləri tanısa da, Rəsul Rzaşerlərini ya əzbər, ya məzmununu, çox əksərini bilir. Rəsul Rza,163

sözün əsl mənasında, Azərbaycan ədəbiyyatının ağır yüklüqatarı, əzəmətli Qoşqarıdır. Sizə nə deyim? Əgər imkan tapabilsəniz, mənə məktub yazmağı və şairin kiçik də olsa, birəlyazmasını göndərməyi Sizdən xahiş edirəm. Sizə, ailənizə,şəxsən Ananıza təskinlik və uzun ömür arzulayıram.HörmətləTapdıq Alxanov.Laçın rayonu, Qorçu kəndi10.01.81""Hörmətli Anar Rəsul oğlu!Atanızın, gözəl sovet şairinin, Azərbaycanın nəğməkarınınvəfatı münasibətilə mənim ən səmimi başsağlığımı qəbul edin.Sizin atanızla 30-cu illərdə Bakıda, Azərkinonun kinofabrikindəişlədiyim zaman, sonralar isə Moskvadagörüşmüşdüm və onun haqqında bir ədib və insan kimi ən xoşxatirələrim var.Mərhum şairin kədərlənmiş oxucusu və həmyaşı adındanbütün ailənizə dostluq salamları göndərirəm.Aleksandr Kron,11.05.81 Moskva""Əziz Anar. Rəsul poeziyası torpağımızdan axan nəhəng birçaya bənzər. Rəsul qəlbi susdu. Rəsul nəğməsinin ömrütorpağımızın ömrü qədərdir.O, bir vulkan dağı kimi yaratdıqlarını torpağın üzərinəsəpələyib öz qəlbinin odunu torpağın dərinliklərinə çəkdi.Rəsulun itkisi əvəzedilməzdir. Təsəlli isə onun sənətininəbədiliyindədir. Sənə, bütün ailənizə, Rəsul sənətini sevərlərinhamısına başsağlığı verirəm. Rəsul şəxsiyyətinə, Rəsul sənətinədərin hörmətlə baş əyənMəmməd Araz"."Möhtərəm Anar bəy!Salamlar.164

Bu gün Abbas Zamanov bəydən almış olduğum bir məktubbizi ələm və kədərə qərq etdi. Babanız Rəsul Rza bəyin vəfatıxəbəri bizləri də çox üzdü, kədərləndirdi.Başınız sağ olsun. Tanrı mərhuma qəni-qəni rəhmət eyləsin.Sizlərə başsağlığı və səbrlər dilər, acınızı paylaşarız.Ən dərin hörmətlərimlə, əfəndim.Əli Yavuz Akpinar.Ərzirum, Türkiyə, 17.IV.1981"."Hər vaxtınız xeyir olsun... Anar!Bir neçə gündür ki, mərhum xalq şairimiz Rəsul Rzanın I-IIcildlərini oxuyuram... Oxuyuram... Düşünürəm...Rəsul Rzanı ilk dəfə Naxçıvanda X sinifdə oxuyandayaxından görmüşəm. Şerini dinləmişəm. Ah, əsl şair ürəyi necədə yanımlı, duyumlu imiş......Həmişə mərd, öz səsləri və taleləri olan sənətkarlarıcanım qədər sevmişəm.Divarda daş ayna,Ordan baxır mənə,Məryəm oğlu,gözləri doluAncaq,nə arxasında qanlı çarmıx,nə başında tikanlı çələngi var.Sağ olun, istəkli şairimiz, ruhunuz şad olsun! Mirzə Cəlilsayağı: "Allah sizə rəhmət eyləsin!"....İnana bilmirəm, inanmaq istəmirəm ki, sənətkar köçübdünyadan... İnsanlara bağlı olan bir ürəyi ayırmaq olarmıkönüllərdən?...İnsan ömrü... İnsan taleyi... Dinləyirəm qədim"Segah"ımızı. "Ana" mahnısını...Unudulmaz Mirzə Cəlilin "Anamın kitabı"nı və Rəsul Rzanın"Anamın kitabı" şerini... Dağ da ağlayarmış acı-acı, dəlihönkürtülərlə...165

Təsəllini onda tapırıq kı, nə yaxşı Mirzə Cəlil var. Rəsul Rzavar! Eşq olsun xalqa bağlı sənətkarlara! Ümidimiz, inamımız,bu günümüz, sabahımız onlardır!Hörmətli–yazıçımız Anar, Sizin ən ağır göynərtiligünlərinizdə mən Sizə dostum dedim. Yəqin ki, məni haqlısayarsınız.Rəsul Rza həmişə qəlbimizdə, ürəyimizdədir!Acı, göynərtili kədərlə oxucu dostunuz, ədəbiyyata sədaqətlioxucunuz.Musa Quliyev27.04.81. Axşam saat 1100. Küləkli bir günNaxçıvan MSSR. Babək r-nu Böyükdüz kəndi"."Nigar Rəfibəyliyə.Sirdaşınız Rəsul Rzanın ölümündən böyük bir hüznlə çoxgec xəbər tutduq. Əziz Nigar xanım, mənim səmimibaşsağlığımı qəbul edin. Toxtayın, həyat və poeziya sizdən hələxeyli güc və igidlik tələb edəcək.Sizin Zülfiyyə,Daşkənd".Uzaq Daşkənddə özbək şairəsi Zülfiyyə xanım Rəsul Rzanınvəfat etdiyini eşitmişdi. Bakıda Azərbaycan şairəsi Nigarxanım ömür yoldaşını itirdiyindən xəbərsizdi.Bir həftədən sonra mən işə çıxdım. Kinostudiyada çox ağırbir işə başlamışdıq. – Mərkəzi televiziyanın sifarişiylə ikiseriyalı "Üzeyir Hacıbəyov" filmi çəkməliydik. Ssenarisinimən yazmışdım, rejissoru da özüm idim.Rejissor ssenarisi təsdiq olunmuşdu, aktyor sınaqlarıkeçirilmişdi, dekorasiyalar tikilirdi. Bir sözlə, hazırlıq dövrügedirdi, çəkilişə başlamaq vaxtı yaxınlaşırdı.Bilirdim ki, indi mənim yeganə xilasım bu işdir, nə ailə,qohumlar, dostlar, nə yazı masam məni tənhalığın qırılmaztilsimindən qurtarmağa qadir deyildilər. Yalnız film çəkilişinindolaşıq aləmi, hər saat qarşıya çıxan müxtəlif təşkilati, inzibati,166

istehsalat problemləri – kino dünyasının ipə-sapa yatmayanqarma-qarışıqlığı adamın fikrini yayındıra bilərdi. Yalnız buəvvəli-axırı bilinməyən iş prosesi günlərimi limhəlim doldurar,ayrı hisslərə, ayrı düşüncələrə, adamı içindən gəmirənxatirələrə yer qalmazdı, məni öz–özümlə bir an belə təkbətəkqoymazdı.Doğrudan da, günlərimi beləcə – ağzınacan, dibinəcəndoldururdum. Ancaq gündüzlərin axşamları vardı axı...Axşamlardan sonra isə gecələr gəlirdi.....və tamam başqa bir həyat başlayır.Gecə həyatı. Gecənin həyatı.Yuxusuzluq saatları var bu həyatda. Amma bərkyorulduğum gündüzlərin yuxulu gecələri də var.Yuxu gecələri. Yuxulu gecələr. Gecə yuxuları...və bu yuxularda – hər şey ayrı cürdür.Atamın vəfatından sonra mənə deyirdilər ki, indi hər gecəyuxuna girəcək, tez-tez səninlə uzun-uzadı söhbətlər edəcək.Amma vəfatı günündən qırxınacan yalnız üçcə dəfəgörmüşdüm onu – axır illərində mənim evimə də belə nadirnadirqonaq gəlirdi – ayda bir, ya iki dəfə.Birinci dəfə onu yuxuda görəndə öz evlərinin pilləkənləriyləqalxırdı – üzündə də mənə bu qədər tanış olan bir ifadə vardı –müdrik bir yorğunluq, dünyaya dalğın kədərlə baxan gözlər.Anam da – yuxuda hər ikisi sağdı – anam da onunladır.Yuxuda da düşünürəm ki, indicə pilləkənləri qalxıb evlərinəgirəcəklər, evlərində yas nişanələrini görəcəklər, evi tələsiksəliqəyə salmaq lazımdır ki, hüzr əlamətləri qalmasın.Tezcə evi əvvəlki, həmişəki halına salırıq, amma vaxtımızçatmır, atamın kabinetini yığışdıra bilmirik. Qorxuruq ki,indicə bizi sorğu-suala tutacaq: "Niyə otağımın qapısı bağlıdır,qabağına niyə divan qoymusunuz?" Qorxuruq ki, divanı kənaraçəkib kabinetinin qapısını açacaq, içəri girəcək və orada – özsifətindən çıxarılmış maskasını görəcək.Bir müddət sonra atamı ikinci dəfə yuxuda gördüm. "Üzeyir167

Hacıbəyov" filmini çəkməli olan əvvəlki operator atamın dəfnmərasimini də lentə almışdı. Bir gün studiyada bu materialımənə göstərdi – o məşum günü sanki yenidən yaşadım:filarmoniya, matəm yolu, mitinq və tabutun içində atam –yüngül meh saçlarını tərpədir…Həmin gecə bütün bunları yuxuda gördüm, amma yuxudabunların hamısı yalnız bir dolaşıqlıq, bir səhv idi. O, tabutaqoyulmuşdusa da, ölü deyildi, diriydi və bütün bu dəfn-filan dabir anlaşılmazlıq, vahiməli yuxuydu. Məni qara basırdı, indicəoyanacaqdım, duracaqdım, silkinib yuxudan çıxacaqdım vəatamı sapsağlam, salamat görəcəkdim... Oyanarkənsə onuyenidən itirirdim.Üçüncü dəfə atamı may ayında, qırxı ərəfəsində gördüm. İlkdəfə mənimlə danışdı, sualıma cavab verdi.–Necəsən? – deyə xəbər aldım.–Necə olacam? – deyə küskün-küskün dilləndi. – Sənsizəmdə.Gündüz Üzeyir Hacıbəyovla bağlı xronikaya baxmışdım.Üzeyir bəyin tabutu yanında fəxri qaravulda atamı dagörmüşdüm, onu da bilirdim ki, Üzeyirin tabutu başında Bülbül"Sənsiz" oxuyub.Bütün bu anımlardan, təəssüratlardan, ağrılardan,fikirlərdən, hisslərdən, kədərli obrazlardan yuxu qəribə birsüjet, tükürpədən bir dialoq qurub İçəri dünyamda mənənümayiş etdirirdi.–Necəsən?–Necə olacam? Sənsizəm də...Kinoyla yuxular nə qədər yaxındır bir-birinə. Bütünsənətlərdən yuxuya ən yaxın kino, xüsusilə də müasir kinodur:Əyani, görümlü obrazların pərakəndəliyi, montaj kəsiklərininardıcılsızlığı, pərən-pərən düşmüş anımların qəribə düzümü, birdə qeyri-adi işıq, işıqlanma…Niyə biz vahiməli yuxulardan bu qədər sarsılırıq; axı, çoxvaxt ən adi bir mənzərə görürük – küçədir, bomboş şəhər168

küçəsi, biz də tək-tənha, bu adamsız küçəylə addımlayırıq. Bəsətimizi ürpərdən, bizi xoflandıran nədir bu mənzərədə?Küçənin işığı, bəli məhz işığı. Zülmət kimi zülmət deyil, ayişığı kimi ay işığı deyil, gecə kimi gecə deyil.Nə qəribə rəngi var bu işığın. Dünyanın, yer üzünün heç birrənginə, heç bir işığına bənzəməz. Boz-mavi-kül rəngidir burəng. Küçə də bu rəngin işığıyla işıqlanıb. Soyuq bir işıqla.Ölüm rəngiylə. Budur bizi vahiməyə salan. Bəzən elə yuxudacamənə elə gəlir ki, bu, başqa bir aləmin, "O dünyanın" işığıdır,şüurumuza süzülür, İçəri dünyamıza "ölülər dünyasının"rəngini çiləyir.Kino və yuxu.Gözlərimizi yumuruq – zülmət dünyasına qərq olur, rənglirəngsizyuxular görürük.Göz-gözü görməyən qaranlıq bir salona daxil oluruq, ekranabaxır, rəngli-rəngsiz filmlər görürük...Bu günlərdə qorxduğum şeylərdən biri də musiqidir. Neçəanımın açarı musiqidədir. Bir nəva, zümzümə, melodiya qırığıqarmaq kimi ömrün neçə ötən gününü dartıb çıxarda bilər,qəlbinə, beyninə, yaddaşına pərçim edər...Musiqidən qorxurdum bu günlər. Yaxın adamlarınla qırxildən artıq bərabər ömür sürmüsənsə, dünyanın bütünmelodiyaları, bütün təranələri sənə onların müəyyən birməqamını, ilini, gününü, saatını xatırladacaq, yaxın adamlarlabirgə sürülən ömür – anımların toplanması, çoxalması, bütünaləmi əhatə etməsidir. Küçələr, evlər, kitablar, adamlar, sözlər,səslər – hər şey, hər şey anımlar oyadır, keçmişin anımları isəikiqat təsirli, yandırıcı, göynəkli olur – ötən günlər – yaxşısı da,pisi də – yaddaşda yalnız titrək bir həsrət yaradır. İndi dünyadahər şey mənimçün xatirələr zəncirinin həlqələri – olarlıgünlərimin anımlarıdır.Musiqi bu günlərdə yalnız anımlar oyatmırdı, həm dəəsəbiliyimə, hövsələsizliyimə səbəb olurdu. Küçədə əlimiqaldırıb maşın saxlayırdım, xəstəxanaya anamın yanına, ya169

atamın qəbri üstünə gedirdim. Sürücünün mənim halımdan nəxəbəri var, radiosunu qurub, şux bir mahnı səsləndirir... Mənəisə elə gəlir ki, mahnı məhz mənim əsəblərimi qıcıqlandırmaqüçün qəsdən bu dərəcədə şit yaradılıb. Açıq pəncərələrdən rəqsmusiqisi eşidirəm – mənə elə gəlir ki, qayğısız həyat mənimhisslərimi təhqir edir, içəri dünyamı laqeydliyi, biganəliyi ilətapdamaq istəyir.Amma budur bax, kinostudiyaya gəlirəm, çəkilişlə əlaqədaryüz cür məsələ çıxır; mən isə bir neçə dəqiqəlik, bir neçənəfəslik fasilə düzəldirəm özümə – rejissor otağıma çəkilirəm,qapıları kip bağlayıram, guya ki, musiqiyə qulaq asıb qeydləredəcəm, ariyaların uzunluq – qısalıq metrajının haqq-hesabınıçəkəcəm, bir sözlə, film üçün musiqiylə işləyəcəm. Əslində isəişləyib eləmirəm, haqq-hesab fikrində də deyiləm. Musiqiqururam, amma onunla işləmək üçün yox. Elə beləcə oturubmusiqiyə qulaq asıram. Üzeyir musiqisinə.Sanki üstünü duman almış uca bir dağ başında büllur bulağaqapanıram. Bəlkə də bu bənzətmələr köhnədir, çeynənmişdir.Amma mənim, doğrudan da, o anlarda duyduqlarımı ən dəqiqşəkildə ifadə etmək üçün başqa təşbehlər tapa bilmirəm.Hardan gəldi başıma bu fikir? Bilmirəm. Amma hər haldabir gün xəstəxanaya, anamın yanına gələndə atamın sonşerlərini də gətirdim və oxumağa başladım. Anam, əlbəttə, buşerlərin Rəsulun son əsərləri olduğunu, ölümündən sonra çapaverildiyini bilmirdi. Onunçün bu şerlər Rəsulun diriliyinin, təzəşerlər bitirdiyinin yeni bir təsdiqi idi. Ən qəribəsi odur ki, buyalnız anam üçün deyil, mənim özümçün də beləydi.Ölümündən 15 gün sonra atam yenə də bizimlə danışır, təzəyazılarını həmişə olduğu kimi ailə müzakirəsinə verir, sankibizdən flkir, rəy gözləyirdi. Kimə deyəcəydik fikrimizi,kiminlə bölüşəcəydik rəyimizi?Bir müddət sonra bu şerlər "Azərbaycan"da dərc olunacaqdı vəRəsul Rzanın son şerləri minlərlə oxucuya çatacaqdı.Şairin şerləri çıxdıqca, oxunduqca, səsləndikcə, diri qaldıqca170

o özü də yaşayır. Və hər təzə tapılmış, yeni aşkar olunmuş,bunacan naməlum qalıb indi üzə çıxmış şeriylə mərhum şairsanki dirilir, oyanır, canlıların arasına qayıdır, onlara hələonların eşitmədikləri sözünü deyir.Bütün iradəmi toplayıb anama şer oxuyuram. Atamın sonşerləridir bunlar. Yəqin ki, anamın da həyatda dinlədiyi sonşerləridir.Səhərlərim açılır,–Könlüm açılmır nədən!Nəfəs alıb verdikcəÖmürdür keçib gedən.Sarı–sarı yarpaqlarbudaqlarda titrəşirOnları yavaş–yavaşYuyur yağış–mürdəşir.Bacılarım bunu biləndə məni danlamağa başladılar: "Öz–özünü niyə çarmıxa çəkirsən axı?"Bəs məgər indi, bax, elə indi, bu yazımı yazarkən, buyazının içində yaşayarkən mən eyniylə həmin cür hərəkətetmirəmmi – özümü çarmıxa çəkmirəmmi?Şübhələr içimi gəmirir – bu yazımın mənası, qayəsi nədir?Ağır, acı günlərimizin müfəssəl təsviri – dərdin dadını, təminidamağında saxlamaq istəyindən doğur bəlkə? Kim bilir. Bəlkədə belədir.Gecələr şübhələrin təzyiqi lap dözülməz olur. Yuxu,yarımyuxu, oyaqlıq bir-birinə sarmaşır, bir-birinə qovuşur,bulaşıb qarışır, onların sərhədləri solub, silinib itir və özün dəaydın dərk edə bilmirsən oyaqmısan, yuxulumu – özün-özünüməhşər ayağına çəkirsən: dərdi əzizləmək, bəsləmək,nazlandırmaq, dərdi bəzəməkdir sənin bu yazın, vəssalam.Bilirəm, həyatında itkilərin də olub, ağrıların, həsrətlərin,peşmanlığın da. Amma bunların heç biri həqiqi böyük dərddeyilmiş. İndi bəxtinə əsl dərd düşüb – başqalarının bəxtinəsəadət düşən kimi.171

... və sən də bu dərdi, bu müsibəti içində saxlamaq,dibinəcən yaşamaq, dərk etmək, anlamaq, araşdırmaqistəyirsən... Axı dərd həyatın ən böyük, əzəligerçəkliklərindəndir və onu bütün dərinliyiylə, çalarlarıyladuymadan, mənimsəmədən, içəridən yaşamadan –"insanavaqifəm", "dünyayla tanışam", "hətta özümə bələdəm" –deməyə də haqqımız yoxdur.Əgər belədirsə, sənin bu araşdırmaların, öyrənmələrinəxlaqa, vicdana nə dərəcədə uyğundur? Qələmini qırmaq,yazdıqlarını yandırmaq, o günlərin təfərrüatını beynindən,yaddaşından silib atmaq daha namuslu iş deyilmi?Yuxudadırmı bu suallar, oyaqlıqdadırmı?Bəs cavabı hardan doğur – yuxumun qaranlıq üfüqündənmi,oyaq şüurun dolaşıq lağımlarından, çıxışsız labirintlərindənmi?– Yox, – deyirəm, – qələmi sındırmaq, yazdıqlarımı yandırmaqnamərdlik olardı. Yaddaşdan qaçmaq – qorxaqlıq, acizlikdir.Yaddaşda saxladıqlarını kağızda həkk etməmək də xəyanətdir.Onlara xəyanətdir. Onların həyatları sənə məxsus olmadıqlarıkimi, ölümləri də tək sənin deyil. Onların ömürləri,yaradıcılıqları, şəxsiyyətləri kimi ölümləri də müasir mənəvihəyatımızın faktıdır və faktları bütün dəqiqliyiylə bilib,bildiyini gizlətmədən, ört-basdır etmədən, tərsinə çevirmədəndəftərə salmaq – mənim yalnız oğulluq borcum deyil,vətəndaşlıq vəzifəmdir.Amma axı kimin qarşısındadır bu borc, bu vəzifə? Əgər bütünmətləblər İçəri dünyamızda cəmlənibsə, deməli, bütün bildiklərim,gördüklərim, duyduqlarım da elə öz içimdə qalmalıdır, ordan axıbgetməlidir-gözəgörünməz yeraltı çaylar kimi...Əgər bizim fərdi İçəri dünyamızın və insanlığın ümumiböyük dünyasının fövqündə nəsə, ya kimsə varsa – o zaman buKim, ya Nə – dünyanın altını da, üstünü də, insanın çölünü də,içini də hamıdan artıq, hər şeydən dəqiq bilir. Və mənimgördüklərimi, bildiklərimi də mənim özümdən yaxşı, özümdənsəhih bilir. Çünki mənim bilə bilmədiklərimi də bilir, görə172

ilmədiklərimi də görür. Mənə qədər olanlardan və məndənsonra olacaqlardan da xəbərdardır.Amma axı bir iş də var: bilmədiklərini bilməmək dəbilməyin xüsusi bir şəklidir, səndən əvvəli və səndən sonranıgörməmək – xüsusi bir görüm nöqtəsidir... Və odur ki, bubilimsizlikdən doğan duyğuların, fikirlərin, qənaətlərin yeriniheç bir hər şeydən agahlıq, hər sirrə vaqiflik verə bilmir....və mən yenə də yazımı davam etdirmək qərarına gəlirəm...Bir də ki... Bir də ki, bu yazı mənim elə dəruni ruhiehtiyacımdan doğulur ki, onu bitirmədən, heç bir yaradıcılıqasudəliyi, təxəyyül azadlığı duya bilmərəm.Doğrudur, bu yazını işlədiyim vaxt ərzində fikrim, qələmimçox o yan-bu yana yayınıb, yolundan sapıb, hədəfdən çovuyub.Amma ayrı nə yazıramsa, nədən yazıramsa yazım – iki ildirmən yalnız bu kitabın içindəyəm. Daha doğrusu, bu dəftərin.Bu dəftər – kitab olacaqmı, olmayacaqmı, bilmirəm! Kim bilir!Hər halda mən onun içindəyəm. Mən onun içinə məhrəmolmuşam, isnişmişəm. Doğma evinin içini duymaq kimi birhissdir bu hiss. Bütün başqa yazılar özgə yerlərə səfərlərindir,yad mehmanxana nömrələrində yaşadığın günlərdir. Oməqamlar, o mənzillərdir ki, oradan bir gün mütləq geriqayıdacağına əminsən.Geri, yəni ora ki, orda səni doğma evin – doğma yazın,doğma kitabın gözləyir.Kitabın – sənin evindir.Mənim... evim – mənim kitabımdır.Ev-kitab. Kitab evi.Bir gənc şairin şerində atamgilin mənzilləri haqqında deyilirki, Rəsul Rzayla Nigar Rəfibəyli kitabların üstündəyaşayırdılar. Doğrudan da, belədir – evləri Kitab passajınınüstündə üçüncü mərtəbədə yerləşir.Qəribə anlayışdır Ev. İnsanlarsız, sakinlərsiz, canlıdanışıqlar, nəfəslər, addım səsləri olmayan ev nədir? Dörddivar, tavan və döşəmə arasında boşluq...173

Bununla belə həmin günlər onların onlarsız Evi – divarlar,qapılar, pəncərələr, tablolar, kitablar, stol, stullar – özləriözlüyündəmənimçün ilıq, doğma, diri varlıqdılar. Bacılarım dadeyirdilər ki, gün ərzində iş yerlərində, öz evlərində onları buev – atamla-anamın mənzili ahənrüba kimi çəkir, çağırır.Bir dəfə qəribə ifadə eşitdim. "Filankəs, çox yapışıqlıadamdır, üzündə bir "gəlbərisi" varU.Evin də gəlbərisi olurmuş.Min bağlı-bağlı anımlar var bu evdə – su kranının yaxşıbağlanmamasından tutmuş qarşı evin pəncərə pərdələrinəcən.Həyət tərəfdən qalxmış çinarın xışıltısından rəflərdəki kitablarakimi – uzaq illərimizin mütaliə aləminəcən... Onların əlləriyləyazılmış hər kiçik kağız parçasından tutmuş – altmış ili əhatəedən fotolara qədər...Onları tanıyan əşyalarla təmas bizimçün onların dostlarıylaünsiyyət qədər vacibdir – son ayrılığımızın möhlətini,mənzilini uzaqlaşdıran yeganə vasitə indi budur.Ancaq bizi bu evə çağıran, çəkən, cəlb edən bir səbəb də var– qeyri-şüuru aldanışdır bu. Məsələ ondadır ki, onlar çox vədəbu evdə olmurdular əvvəllər tez-tez səfərlərə çıxırdılar, uzunmüddət Göyçayda, Buzovnada, son illər isə Bakı və Mərdəkanxəstəxanalarında yaşayırdılar. Ev isə dururdu, kirimişcə onlarıgözləyirdi...…bir anlığa gerçəklikdən imtina edəndə, həqiqətdənyayınanda illüziya yaranır – adama elə gəlir ki, biz bura evionların qayıtmasına hazırlamaq üçün toplaşmışıq – tozusilmək, sobanı qalamaq, çayniki piltənin üstünə qoymaqlazımdır.Onlar da bu saatca gələcəklər.İndicə, bax, indicə çaynik qaynayacaq, qapının zəngiçalınacaq... İndicə, indicə...***Kim bilir bəlkə bu yazı yalnız bircə məqsəd güdür: onlarlaünsiyyəti bir azca da uzatmaq, onlarla bir azacıq da birgə174

yaşamaq...Yaşamaq və hər şeyi yenidən keçirmək. O cümlədən onlarıitirməyin ağrısını da...Onlarla olmaq, onlarla danışmaq. Atamın dəfni günü qəribəbir hiss də keçirirdim – bütün bu günü, yəni dəfn gününü, bumərasimdə olanları atamın özünə danışmaq ehtiyacı duyurdum,bütün detallarla, təfərrüatla, iştirakçıların səciyyələriylə... Buatama maraqlı görünə bilərdi və mən hətta söhbətimin ayrı-ayrıməqamlarında onun reaksiyasını da aydın görür, replikalarınıeşidirdim. Dəfn günündəki bu ya digər hərəkətə, çıxışa, sözəatamın münasibəti mənə dəqiqdən də dəqiq məlum idi.Mərasimin müəyyən intizamsızlığı lap yəqin onu əsəbləşdirər,hövsələdən çıxardardı...Güman ki, yazımın bu yerləri kiməsə lap əcaib görünəcək;Nə etməli, mən, doğrudan da, belə hiss keçirirdim, beləduyurdum. – "Filan çıxışçı eşitdin də, nə dedi?" – deyəatamdan soruşurdum.Və onun cavabını, atamın mütləq deyə biləcəyi sözlərikəlmə-kəlmə, açıq-aydın eşidirdim...***Atamın ölümündən sonra və anama bir ay ömür möhlətiverildiyi günlərdə, anamın bizim aramızda müvəqqəti qonaqolduğunu bütün acısıyla dərk etdiyim saatlarda onun hərsözünü, hər fikrini içimə sümürmək, udmaq istəyirdim; hərkəlməsini, yaddaşının hər parçasını, bizim – ən yaxınadamların belə sonacan bilmədiyimiz İçəri dünyasının hərguşəsini, hər bucağını öz daxilimə keçirmək istəyirdim. Birininqanı başqasına köçürülən təkin, qəzaya uğramış və həlak olmuşbir nəfərin sağlam ürəyi başqasına keçirilən kimi mən dəanamın xatirələrini, daxili aləmini öz içərimə keçirmək, illəri,insanları onun gözləriylə görmək istəyirdim – onun sönənhəyatını öz həyatıma calayıb davam etdirmək istəyirdim, onunömrünü öz ömrüm etmək istəyirdim.Və indi, onun xatirələrini xatırlayarkən, mənə elə gəlir ki, mən175

onun görümünə yaxınlaşıram. Çətin ömrünün son günlərində özdaxili baxışlarıyla gördüklərini mən də görürəm.Gəncədəki evləri – uşaqlığının evləri, ömrünün ilk yeddiilini yaşadığı ev – bu ev indiyəcən durur. Ata-anasının otaqları,özünün və iki qardaşının otağı. Gecələr qardaşlarıyla balışdavası. Dayəsi Nastya xalayla ayrılığı, bu ayrılığın uşaqqəlbinə təsiri."Sonralar çox ayrılıqlar gördüm, amma bu ilk ayrılığınacısını, ağrısını uzun zaman çəkdim"..."Cavan ölən bibimin adını qoymuşdular mənə: Suğra.Amma heç kəs ürək eləyib bu adla çağırmırdı. O vaxt türkşairəsi Nigar xanım bint Osman çox məşhur idi, anam Cavahirxanım da onun şerlərini çox sevirdi, bir gün qərara gəlibbabama – Ələkbər bəyə dedi ki, o bədbəxtin adını çəkməyi heçkim ürək eləmir, icazə ver bu qızın adını Nigar qoyaq. Babamdinməyib, amma nahar eləyəndə, – Cəvahir, şərab gətir, –balaca Nigarın sağlığına içək" – deyib.İndi anamın xatirələri mənim hafizəmdə məskən saldığıkimi, onun da yaddaşında əcdadlarından eşitdiyi söhbətlər,adlar, əhvalatlar yaşayırdı. Böyük bir nəslin keçmişi Rəfi bəyinadıyla bağlı idi. Rəfi bəyin gərək ki, Cavad xana qohumluğuçatır, ya o bunun qaynatası olub, ya bu onun – anam bunudəqiq bilmirdi. Rəfibəyli nəslinin ulu babası Mirzə Kəriminməşhur şərqşünas Mirzə Kazımbəylə qohumluq dərəcəsibarəsində də ancaq fərziyyələr eşitmişdi.Amma bəzi ailə tarixçələrini çox yaxşı danışardı: Ata babasıƏləkbər bəy, ana babası Mirzə bəy, habelə Hadı bəy Rəfibəylivə bir neçə başqa Gəncə və Qarabağ cavanları at belindəPeterburqa təhsil almağa gediblər. Doqquz ay yol gediblər, altıil orda oxuyublar, bu müddətdə Qafqaza dəmir yolu çəkilib vəonlar vətənlərinə qatarla qayıdıblar. Mirzə bəy hərbi təhsil alıb,Ələkbər bəy ziyarət üzrə mütəxəssis imiş.Anamın bir dayısı – Məmməd də vaxtilə Peterburqda təhsilalıb, inqilabçılara qoşulub Gəncəyə qayıdandan sonra öz176

həmfikirləriylə bir yerdə gecələr gizli intibahnamələr çapedirmişlər. Başqa bir qohumumuzun – Eyyub bəyin atası isəpristav imiş, gecələr bu inqilabçıların keşiyini çəkirmiş ki,onlara dəyib-toxunan olmasın.Sonra Məmməd vərəm xəstəliyinə tutulur və vida kağızıyazaraq özünü öldürür.O kağız nənəmdən anama qalmışdı. Anam onu qoruyubsaxlamışdı. İndi həmin kağız məndədir.Anamın bircə xalası vardı – Cəvahir xanımın böyük bacısıGöyçək xala... Göyçək xala əri Məşədi Süleymanla qırx ilyaşamışdı."Hərdən qəsdən sataşırdım ona: "– Ay xala, – deyirdim, –bir kişiylə qırx il yaşamaq olar?" "– Kiri, az, – deyirdi, – ərəgedəndə, o evə ki gəlin gedirsən, gərək ordan tabutun çıxsın".Çox möhkəm prinsipləri vardı, deyirdi ki, ər arvada xəyanətedə bilər, öz işidir, amma arvad hökmən ərinə sadiq olmalıdır."Bizim xoruz özgə damında banlasın, amma bizim damımızdaözgə xoruz banlamasın".Mənim də yadıma gəlir bu, balaca, yumru, dümağ saçlı qocaqarı. Yadımdadır, cığara kağızı kimi nazik yuxa salardı.–Doğrudan yadındadır? – anam mənə baxır və yaddaşındankeçən hansı xatirələrəsə gülümsünür. – Düz deyirsən, çox nazikyayardı yuxanı. Çox dadlı da xörək bişirərdi. Yazıq arvadınürəyi də elə təmiz idi, lap uşaq kimi. Görürsən könlümə birxörək düşəndə deyirdim: "Ay xala, Məşədi Süleyman dayınıyuxuda görmüşəm, yarpaq dolması sifariş eləyib" – anamıngözləri gülür – yazıq arvad o saat durub dolma bükərdi...Ərinin ata evində mülkü, otaqları vardı. Əri öləndə səksənminə satıb, hamısını yetim-yesirə paylayıb; "filankəsin uşağıolmur, filankəsin adamı ölüb" – və öz-özünə o dünyada yeralırmış, demə. Amma bir az qızıl saxlamışdı, mənə verdi, dedi:"Bu mənim can haqqımdır, məni gərək öz puluma basdırasan.Mənə qəbir də düzəltmə, – dedi, – gərək mənim qəbrim itsin".Sonsuz idi, ona görə belə vəsiyyət eləmişdi. "Sonsuza qəbir177

düzəltmək günahdır", – deyərdi.Nə biləydi anam ki bir gün onun özünü də həmin oqəbiristanlıqda – nənəsinin, anasının, dayısının, dayısıoğlanlarının yanında basdıracayıq. Göyçək xala da orda,onların arasındadır. Amma başdaşı yoxdur, qəbri itib. Özvəsiyyətinə görə...Anamın ata babası Ələkbər bəy Rəfibəyli (1859-1919)böyük nüfuza malik olan bir adam imiş.Anamın vəfatından xeyli sonra, onun arxivini araşdırarkənbir qovluq gördüm. Qovluğun üstündə öz xəttiylə "Babam,atam və anam. Şəkillər, vəsiqələr" yazmışdı. Qovluğun içindəmüxtəlif materiallar, kağızlar, sənədlər vardı. Görünür,arxivlərdə araşdırmalar aparan tədqiqatçı alimlərimizin hansısaiki maraqlı sənədin üzünü köçürüb anama veribmiş. Həminsənədləri olduğu kimi gətirirəm:MVDELİSAVETPOLĞSKİYPOLİÜİMEYSTERĞ18 İÖLƏ 1907 Q.№176Q.ELİSAVETPOLĞSoverşenno sekretno.Qospodinu Elisavetpolğskomu qubernatoruRaportNa üirkulərnoe predpisanie, ot 30 maə s. q. za № 571,donoşu Vaşemu Prevosxoditelğstvu, çto kak mnoöustanovleno, musulğmanskie partii "Difai" i "Mudafie"suhestvuöt na sredstva, sobiraemıe neleqalğno smusulğmanskoqo naseleniə qubernii. Rukovoditeləmi pervoypartii əvləötsə Elisavetpolğüı: Alekber bek Rafibekov i AxundMolla Mamed Paşa Namaz Zade...Partiə "Difai" presleduet üelğ: zaşitu interesov svoeqo178

naroda voobhe i, qlavnım obrazom, obrazovaniə, a "Mudafie"–uluçşeniə krestğənskoqo bıta voobşe, razdeleniə pomeohiçğ ixzemelğ mejdu krestğənami i podnətiə kulğturnoqoblaqosostaəniə ix putem nisproverjeniə suşestvuöheqoQosudarstvennoqo stroə, a takje neplateje pomehikam za zemlösleduemıx doxodov: to estğ baqrı. V obhem gti partiipresleduöt koneçnuö üelğ odnu i tu je.Poliümeyster(podpisğ)PomoşnikNaçalğnika Tifl.Qubernskoqo jandarmsk.Uprav, v Elisavetskoy Qub.16 ənvarə 1909 q.№161Q. ElisavetpolğNa 1 1888, 37.Soverşenno sekretno.... 4-qo, seqo ənvarə obıskom u Alekpera beka Rafibekovatakje obnarujen ustav, napeçatannıy v neskolğkix gkzempləraxna russkom əzıke: oznaçennıe ustavı pri sem prilaqaö; pri gtomdokladıvaö, çto vospitıvaöt li gti musulğmanskie obşestva vduxe protivoqosudarstvennom-svedenii ne imeetsə.Otnositelğno je dvijeniə musulğman v polğzu revolöüionerovPersii imeötsə tolğko sleduöhie ukazaniə: v torqovoy kniqe,otobrannoy po obısku u persidskoqo podannoqo İskenderaMuxtarova imeetsə ukazanie, çto orujie pokupaetsə taynımputem v Rossii i otpravləetsə v predelı Persii v otrədı Sattar-Xana.Rotmistr AstrosənüQospadinu Elisavetpolğskomu QubernatoruGünlərin bir günü Ələkbər bəy arvadı Xeyransa xanımı,bacısı və qudası Xədicə xanımı (oğlu Xudadata bacısı qızı179

Cəvahiri alıb) və cavan gəlini Cəvahiri Gəncədə göstərilən teatrtamaşasına aparıb.Gəncə qoçuları söz qoyublarmış ki, teatrın qapısı ağzınagələn hər bir müsəlman qadınını öldürəcəklər.…və birdən hündürboylu, enlikürəkli Ələkbər bəy, yanında daüç qadın teatra gəlir, camaatı elə bil qılıncla iki bölürlər – yol açılırvə bu yolla dördü də keçib binaya girirlər. Anam həmin səhnəni özİçəri dünyasında aydınca görürdü, hərçənd ki, bu səhnə onundünyaya gəlməsindən xeyli qabaqlar olmuşdu.Gəncədə məktəblər, mədrəsələr açılmasında və şagirdlərəyalnız dini deyil, elmi biliklər də tədris olunmasında Ələkbərbəyin xidməti çox olub."Babam bəy olsa da, kasıb bəylərdən idi, odur ki, oxutmaqistədiyi kasıb uşaqlarına deyərmiş ki, gedərsən filan tacirinyanına, ona tapşırmışam, sənə pul verəcək, o pula get oxu".Anamın arxivindəki qovluqdan daha bir sənəd:"Gəncədən.Ələkbər bəy Rəfibəyov həzrətlərinin məxdumi Xudadat bəyRəfibəyov doktorluq elmini oxuyub Gəncəyə gəlməsiniyazmışdıq. Müşarileyh keçən sənə Gəncə müsəlmanları üçünməccanı həkimlik ediyorlardı.Pədəri həzrətləri necə ki millətpərəstlikdə sabit qədəmdir,məxdumi isə ondan daha artıq. Xudadat bəy Gəncə füqərayikasibəsi üçün məccanan həkimlik edib və hərgah müsəlmanlarhümmət və qeyrət edərlərsə, müsəlman hissəsində dəxi birxəstəxana güşad edəcəkdir.Yaşasın boyla doktor müsəlmanlar!Ey müsəlman füqərayi kasibəsi şad olunuz!"İrşad" qəzeti 1907-ci il, № 99 səh. 3"***Anamın atası Xudadat bəy Rəfibəyli (1878-1920) ali təhsilalmış ilk azərbaycanlı cərrahdır. Tibbi təhsilini 1897-1902-ci180

illərdə Xarkovda alıb. 1903-cü ildən ömrünün axırınacan – 17il müddətində Gəncədə həkim kimi fəaliyyət göstərib. Müsavathakimiyyəti vaxtında heç bir vaxt müsavat partiyasının üzvüolmamış Xudadat bəy şəhər ictimaiyyətinin israrlı təkidindənsonra cəmisi doqquz ay müddətində şəhər valisi vəzifəsiniaparıb. O, bu təklifə atasının və Molla Məhəmməd Axundunxahişindən sonra və bircə şərtlə razı olub – səhərlər həkimlikfəaliyyətini davam etdirsin, günortadan sonra valilik işlərinigörsün.Birinci dünya müharibəsi cəbhələrindən qayıdan yaralı rusəsgərlərinə fitnəkar basqın zamanı Xudadat bəy gecə-gündüzbilmədən neçə-neçə əməliyyatlar edib, neçə-neçə yaralınıölümdən xilas edib. Ona bu cərrahiyyə əməliyyatlarındaasisentlik edən tibb bacısına sovet hökuməti məhz bu işdəiştirakına görə təqaüd kəsib. Həmin tibb bacısı ömrününsonuna qədər nənəmlə – Cəvahir xanımla məktublaşırmış.Anamın həmin qovluğunda o hadisələrə aid şəkil də durur.Babam və tibb bacıları yaralı rus əsgərləri içində.Gənc yaşlarında o zaman Gəncədə baş verən bir çoxhadisələrin canlı şahidi olmuş Maarif əməyi və Böyük vətənmüharibəsi veteranı müəllim Abbasəli Kərimlinin birəlyazması da anamın həmin qovluğunda saxlanır. Buəlyazmasından bəzi parçaları da gətirmək istərdim:"1920-ci ilin 28 apreli idi. Gəncə şəhərinə xəbər yayıldı ki,Bakıda hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Əvvəl bunaheç kəs inanmırdı. Sonra isə şəhərə vəlvələ düşdü. Kimisevinir, kimi isə inanmırdı. Adamlar dəstə-dəstə toplaşıbdanışırdılar.Bu xəbəri eşidən Gəncə bolşevikləri Fərhad Əliyevin evinətoplaşdılar. Əsl doğru xəbər gətirmək üçün Fərhad Əliyev vəİbrahim Əliyev Gəncə dəmir yol stansiyasına getdilər ki,Bakıdan doğru bir xəbər bilsinlər... Onlar şad xəbərlə geriqayıtdılar. Yoldaşlarına xəbər verdilər ki, həqiqətən Bakıdahakimiyyət bolşeviklərin ixtiyarına keçibdir...181

Buna görə onlar da Gəncədə hakimiyyəti öz ixtiyarlarınakeçirməyə qərar verdilər. Onlar Xudadat bəyin yanına tez adamgöndərdilər ki, hökuməti yerli bolşeviklərin ixtiyarına versin.Xudadat bəy evində axşam yeməyi yeyən vaxt qapı döyülür.O, elə bilir ki, xəstəyə yardım istəmək üçün gəliblər.Dərhal yeməyini yarımçıq qoyaraq ayağa qalxır, çantasınalazımı dərmanlar və alətlərini qoyaraq əlindəki çörəyi yeyəyeyəirəliləyir, qapıdan çıxaraq:–Xəstə haradadır, hara getməliyik? – deyib gələn adamınüzünə baxır.–Bəy, xəstəmiz yoxdur, sənə deyəcək sözümüz var.–Buyurun, nə demək istəyirsiniz deyin.–Bakıda hökumət bolşeviklərin əlindədir. Mən Gəncəbolşevikləri tərəfindən gələrək tələb edirəm ki, Siz də hökumətibizə təhvil verəsiniz.Bu sözü eşidən Xudadat bəy pərt olaraq:–Hökumət cibimdədir ki, çıxarıb deyim: alın, təhvil verdim?Hökumət idarəsi var, xalq var, məni xalq seçib, xalq da lazımbilərsə, hökuməti xalqa təhvil verərəm. Mən bu barədə Bakıdanxəbər bilərəm. Mənə göstəriş verərlərsə, hakimiyyəti təhvilverə bilərəm. Göstəriş alan kimi sizə xəbər verdirərəm.Gələn nümayəndə geri qayıdaraq əhvalatı yoldaşlarınasöyləyir.Həmin gün İbrahim Əliyevin evinə bolşeviklər toplaşırlar.Qərar qəbul edirlər ki, Xudadat bəy onlara xəbər göndərən kimigedib hökuməti qəbul etsinlər.Xudadat bəy 29 aprel 1920-ci ildə İbrahim Əliyevə xəbərverir ki, adam göndərsin, hökuməti nə vaxt təhvil verəcəyibarədə danışıq aparaq.Həmin gün İbrahim Əliyev dəmir yol stansiyasına getmişdiki, Bakı ilə danışsın. Onun əvəzinə Mahmud Soltanovu Xudubəyin yanına göndərməyi qərar verirlər.Həmin gün Mahmud Soltanov Şəhər valiliyi idarəsilə gedir,icazə alıb içəri girir. Xudadat bəy ayağa qalxıb ona tərəf182

gedərək qaşqabağını sallayıb.–Siz məni niyə aldadıbsınız? – deyir.Mahmud Soltanov qızararaq:–Sizi nə vaxt aldatmışıq? – deyir.–Sizin adamlar gəlib mənə dedilər ki, Bakıda hakimiyyətbolşeviklərin əlindədir... Bu yalan sözdür, hakimiyyət özyerindədir. Siz məni aldatdığınız üçün həbs olunursunuz.Mahmud Soltanov qorxuya düşür, rəngi ağarır, özünü itirir.Bunun bu halını görən Xudadat bəy gülərək əlini onun çiyninəqoyub:–Mən Bakı ilə danışdım, – deyir, – hökumət, doğrudan da,bolşeviklərin əlindədir. Mənə təklif olunub ki, hökuməti yerlibolşeviklərə təhvil verim... Mən hazıram. Nə vaxt istəsənizgəlin təhvil verim.Mahmud Soltanov sevinərək:–Sağ ol, bəy – deyə geri qayıdır, yoldaşlarına gülə-güləəhvalatı nəql edir. Onlar sevinir və gülüşürlər. Qərara gəlirlərki, hökuməti təhvil almağa İbrahim Əliyev, İbrahimƏminbəyli, Mahmud Soltanov getsin. Saat 5-də Xudadat bəyinyanına gedirlər.Gəncə şəhər valisi kabinəsində vali Xudadat bəy Rəfibəylivə onun müavini Söyünqulu xan Xanxoyski oturub hökumətüsuli – idarəsini qəbul etməyə gələnləri gözləyirdilər. Elə kinümayəndələr icazə alıb içəri girdilər Xudadat bəy ayağaqalxır, ehtiram və gülər üzlə salamlaşıb, əl verir:–Buyurun, buyurun, gəlin oturun, – deyə onların oturmasıüçün yer göstərir və özü də oturub katibi çağırır, qəbul vətəhvil aktını yazdırır. Onu yoxlayır, hər iki nüsxəyə qol çəkibəyalətdə olan vəziyyət barədə məlumat verir və qeyd edir ki,dəftərxana və maliyyə işinə Söyünqulu xan Xanxoyskirəhbərlik edibdir, pul haqq-hesabını ondan təhvil ala bilərsiniz.Sözünün axırında deyir: "Xalq məndən bir həftə xahiş etmişdiki, hökuməti idarə etməyi qəbul edim, çarəsiz qalıb qəbuletdim. İndi isə yenə camaat nümayəndələri gəlib hökuməti183

təhvil verməmi tələb edir. Buna etiraz etməyərək hökuməti buakt ilə sizə təhvil verirəm. Madam ki, bunu xalq lazım bilir,xalqa xeyirdir və mənfəətlidir, mən də camaatın bir tayı.Bundan sonra mən də sizin ixtiyarınızdayam və var qüvvəmləxalqa xidmət etməyə hazıram... Hər zaman istəsəniz, məni işəcəlb edə bilərsiniz. Allah xeyir versin, – deyə aktları onlaraverir.İbrahim Əliyev ayağa qalxıb:–Yeni hökumətin iclasını açıq elan edirəm, – deyir. – Yenihökumət üzvləri inqilab qurbanlarını yad etmək üçün ayağaqalxsın, – dedikdə hamı ayağa qalxıb sükut edirlər, – oturun, –dedikdə hamı oturur.Bu zaman Söyünqulu xan Xanxoyski ayağa qalxaraq:–Bəs mənim işim nə olacaqdır? – dedikdə Xudadat bəyyerindən ona baxaraq:–Sizə yeni hökumət üzvləri cavab verə bilər, – deyir.İbrahim Əliyev ona cavab verir ki, sizinlə sonra danışarıq.Xudadat bəy ayağa qalxaraq gülər üzlə hamı ilə əl veribgörüşür, evinə gedir. Sonra Söyünqulu xan qalxıb heç kəsə əlvermədən xudahafizləşib gedir.Onlar gülüşərək yenidən iclas edirlər, vəzifələr bölünür.Belə qərara gəlirlər ki, İbrahim Əliyev vilayət Komitəsi sədri,Fərhad Əliyev ona müavin, İbrahim Əminbəyli vilayətkomissarı seçilsin.Müsavat hökuməti dövründə yaranmış gizli erməni təşkilatıüzə çıxıb Gəncədə yeni təşkil edilmiş yerli hökuməti tanımaqistəməyərək təzə hökumət düzəltməyi və keçmiş vali Xudadatbəyin həbsə alınmasını tələb etdilər. Bütün ixtiyaratı erməniləröz əllərinə aldılar. Şəhərin müqəddəratı onların əlinə keçdi.Xudadat bəyi həbsə alaraq erməni kəndinə apardılar. Bu halyerli Azarbaycan bolşevik təşkilatı üzvlərinə və şəhər əhalisinəpis təsir etdi. Bir çox adamlar hazırlaşırdılar ki, basqın edibXudadat bəyi daşnakların əlindən alsınlar. Bundan xəbər tutanXudadat bəy razı olmamışdı: " – Məndən ötrü qan tökməsinlər,184

– demişdi, – məni heç bir şeydə ləkələyə bilməzlər". İşi buvəziyyətdə görən Qabuziyan, Termixaylyan, Levon vəbaşqaları belə qərara gəlmişdilər ki, Xudadat bəyi Bakıyaaparıb orada öldürsünlər. Onu təqsirləndirirdilər ki, guya o,icazə veribmiş ki, azərbaycanlılar erməni kəndlərini dağıdıbəhalisini qırsınlar. Bu tamamilə yalan, uydurma və böhtan idi...Əksinə, o zaman Qarabağdan ermənilər basqın edib Gəncəninəsgərlərini öldürmüşdülər. Qisas almaq üçün əhali istəyirdierməni kəndinə basqın etsin. Xudu bəy buna razılıqverməmişdi... Xəlvət Balabağman və Böyük Bağmandan ayrıcadəstələr düzəldib dağ ermənilərini qırmağa getmişdilər.Bundan xəbər tutan Xudu bəy ata minərək onların dalıncagedib geri qaytarmışdı...Balabağman, Böyük Bağman və şəhər əhalisi həyəcaniçində idi. Səhərisi gün biz gimnaziyaya gedirdik ki, görək nəvaxt dərsə başlayacağıq. Dəmir körpüyə yaxınlaşırdıq ki,gördük 3 nəfər döyüşçü əllərində silah Xudadat bəyiqabaqlarına qatıb dəmir yol stansiyasına aparırlar ki, oradanBakıya göndərsinlər... Bu vəziyyəti gördükdə daha məktəbəyox, onların dalınca getməli olduq.Xudadat bəy həmişəki kimi başında silindri, çiynində qaraplaşı, əlində əsası, başını uca tutub, heç yana baxmadangedirdi. Bu zaman bir nəfər ona yaxınlaşıb pul uzatdı. O, qəbuletməyərək:–Mənə pul lazım deyil, – dedi.Bizim gözümüz yaşla doldu. Ona baxa-baxa gedirdik.Kinoteatrın yanına çatanda bir nəfər yaşlı kişi ona qandırdı ki,səni stansiya ilə şəhər arasında olan bağların yanındaqaçırtmalıyıq.Xudu bəy pərt olaraq:–Mən belə şeyə razı deyiləm, – dedi, – mənim adımıləkələməyin. Şəhərimizin adını, nəslimizin, atamın adınıləkələməyin, qan tökməyin. Məni heç bir şeydə ləkələyibtaxsırlandıra bilməzlər. Nahaq yerə məni taxsırlandırarlarsa və185

ya mənə iş verərlərsə, yenə də həbsxanada həkim işlərəm.Hamıya xəbər verin ki, pis fikirlərdən əl çəksinlər. Mən qaçasıdeyiləm.Onu görüb tanıyanlar və tanımayanlar da göz yaşları ilədalınca gedirdilər. Heç kəsdən nə pul və nə də yemək şeyləriqəbul etmirdi. Əvvəl onu 3 nəfər silahlı qabaqlarındaaparırdılar, sonra ermənilər silahlı dəstəni artırdılar. Dahaadamları onun dalınca getməyə qoymadılar. Biz də göz yaşlarıilə geri qayıtmalı olduq.Xudu bəyi azad etdirmək üçün Bakıya N.Nərimanovunyanına Məhəmməd Xəlilov, Cahangir Nağıyev, Cavad bəyRəfibəyli və Fərhad Əliyev getmişdi. Amma Nərimanovunxəbəri olmadan onu Nargində ermənilər öldürmüşdü. Xudadatbəyin öldürülməsindən xəbər tutan Nəriman Nərimanovdemişdir: " – Hayıf Xudadat bəy kimi məşhur xirurq-həkimixəbərimiz olmadan öldürüblər. Bu işdə Həmid Sultanovunbağışlanmaz səhvi olmuşdur".Əlbəttə, o vaxt, yeddi yaşında atasını itirmiş qızcığaz bütünbunları bilə bilməzdi. Amma bəzi şeylər anamın da yadındayaxşı qalmışdı. 1920-ci ildə XI Qızıl Ordu Gəncəyə gələndəməşhur Yefremov onların evinə düşüb."Bizim dalımızca da Gəncə bolşeviklərindən Cəbrayılgəlmişdi. Anam onu tanıyırdı, ona deyibmiş ki, bax, Cəbrayıl,öz qanımı da, uşaqların qanını da sənə halal eləyirəm. Görsənki, biz ermənilərin əlinə düşürük, hamımızı öldür".Uşaqları –11 yaşlı Kamil, 7 yaşlı Rəşid, 7 yaşlı Nigar idi.Üçü də, nənəm də sağ qaldılar. Nigar məktəbə getdi və yeddi ilsonra – 1927-ci ildə, on dörd yaşındaykən Bakıya gəldi."Bakıda qohumlarımız vardı. Kinostudiyada işə düzəldim,titrləri Azərbaycan dilinə tərcümə edirdim. Mirzə Fətəliküçəsində otaq tutmuşdum. Hərdən anam Gəncədən mənədəyməyə gəlirdi".Anamın vəfatından sonra onun "Bir həzin axşamda düşsəmyadına" adlı kitabını tərtib edərkən bəzi şerlərini elə bil yeni186

gözlə oxuyurdum. Belə şerlərindən biri – ilk yazılarından olan"Anama" adlı şeridir. Şer həmin o illərə – nənəmin qızınadəymək üçün Gəncədən Bakıya gəldiyi və qayıtdığı günlərəaiddir.Sönür gecə yandırdığın şam,Xəstəyəm verən yox bir az su, ana.Vaqon yırğalayır səni bu axşam.Ey uzaq yolların yolçusu, ana.Darıxır ürəyim, yanır nəfəsim,Başımın üstündə yoxdur bir kəsim.Qəlbimi köz kimi yandırır, səniBir daha görməmək qorxusu, ana."O illər bizim kinostudiyada N. Şengelaya, İ. Savçenko daişləyirdilər. Qlavlitin rəisi Dondarov idi. Studiyada 80 manatmaaş alırdım. Kəmsavad bir qadın vardı, mənim tərcümələrimiöz adına çıxır, 100 manat maaş alırdı. Bir dəfə həmin qadınxəstələnəndə Dondarov bu işdən duyuq düşdü. Mənim maaşımıartırdılar.Yadımdadır, bir dəfə Cəfər Cabbarlıyla Abbas Mirzə Şərifzadəbir cümlənin tərcüməsində ilişmişdilər, o cümlənin azərbaycancasəslənməsi haqqında mübahisə edirdilər. Mən onların söhbətinieşidirdim, amma qarışmırdım. Onlar isə məni elə bil heçgörmürdülər. Mənim qulağım o cümləni almışdı, tərcümə edibkağızı dinməzcə onlara uzatdım. Yaman təəccübləndilər. Beləsavadlı qız ancaq tərcüməçi işləyir?".Amma bunu da anama çox gördülər.1930-cu il sentyabrın 18-də respublika qəzetlərində və həttaTiflisdə çıxan "Zarya Vostoka" qəzetində anama qarşı böyükbir məqalə çıxdı.Bu podval (podval – nə dəqiq sözdür!) məqaləsinin müəllifiƏliheydər Qarayev idi. Məqalədən bir neçə parça gətirirəm:"Cənab Cavad bəy və onun bacısı qızı"187

İri mülkədar, müsavat partiyasının böyük liderlərindən biri,Bakı kommunasına qarşı yürüşün təşkilatçılarından biri,Gəncənin keçmiş general qubernatoru Xudadat bəy RəfibəyliGəncə qiyamının təşkilatçısı kimi 1920-ci ildə güllələnmişdir.Özündən sonra bu mülkədarın varisləri qalıb: arvadı madamCəvahir xanım, qızı mademuazel Nigar xanım və iki oğlu.Bu mülkədar ailəsində xırdaca bir dəyişiklik olub, yəniancaq ailə başçısı öldürülüb. Mülkədar Xudadat bəyin varidatıisə 3 evi, 3 bağı və son dərəcə zəngin yaylaq evi toxunulmazqalıb. Üstəlik, Xudadat bəyin arvadına sovet hökumətinin bəziimtiyizları da verilib. Madam Cəvahir xanım Azərbaycanfəhlələrinin hesabına özünün mülkədar oğullarını oxudub, alisavad təhsili verib. Oğlanlardan biri 1928-1929-cu illərdəBakıda ali məktəbi bitirəndən sonra İrana qaçıb və orada sovethökuməti əleyhinə iş aparmağa başlayıb. İkinci oğlu Leninqradpolitexnik institutunda təhsil alır. Və heç inamımız yoxdur ki,ali məktəbi bitirəndən sonra böyük qardaşından nümunəgötürməyəcəkdir.Bizim baş qəhrəmanımız isə mademuazel Nigar xanımdır.Hal-hazırda o, Bakı məktəblərinin birində tərbiyəçi işləyir. AliPedaqoji İnstitutda və konservatoriyada təhsil alır. Şair imiş!Doğrudur, Bakı proletariatı onu tanımayıb və tanımır da, o isə,sən demə, məşhur şairmiş. Bundan onun dərs dediyi sinif yaxşıxəbərdardır.Biz, onun sovet məktəbimizdəki "tərbiyəvi" fəaliyyətindəeşələnməyəcəyik. Onun pedaqoji fəaliyyətinə qiymət verməküçün iki aylıq yaradıcılıq məhsulu ilə tanışlıq kifayət edər.1928-ci ilin iyun-iyul aylarında yazdığı indiyə qədər üzəçıxmayan şerlərinə diqqət edək.Şer "Günəşin şimaldan doğacağını" gözləyənlərə müraciətdir.Nigar xanım yazır:Ey sən…Beynində şimal küləkləri əsən!Bil ki,188

Günəş şimaldan doğmayıb!Şimaldan da doğmayacaq!"Şerin ardını söyləməyə ehtiyac yoxdur, ona görə ki,bütünlüklə bu ruhda yazılıb. Şer "Odlu günəş həmişəki kimiyenə də Şərqdən doğacağı" ümidilə bitir.Mademuazel Nigar Xanım günəşin Şərqdən doğmasını (ağatlı ingilis müdaxiləçilərini) gözləyənlərdən biridir. Mülkədarvə kapitalist dövlətinin bərpasını arzulayanlardan biridir.İngilis kapitanının hamisi, mülkədar Xudadat bəyin qızıəsrlərdən bəri Şərq xalqlarının daşa dönmüş ürəklərinihərəkətə gətirən qırmızı günəşin parlaq şəfəqlərinə dözə bilmir,onunla barışmaq istəmir. O, Şərqi ingilis kapitalı əsarətindənxilas edəcək Şimalın sayrışa-sayrışa xalqlara yol göstərənnicat ulduzunu da duya bilməyəcəkdir.Təsadüfi deyil ki, mademuazel Nigar Xanım özü ruhluşairlərlə geniş məktublaşır və bu "şairlər" onu Azərbaycanqəhrəmanı sayırlar.Onu və ona bənzər çoxlarını hələ də nə üçünsə üzəçıxarmamışıq, sifətlərinə geydikləri yalançı maskaları qoparıbqatı mülkədar simalarını ifşa eləməmişik...…Müsavatçı mülkədarın qızı öz ulularının işini durmadandavam etdirir. Üzünə xeyirxah maska taxan bu müsavatparaziti mədəniyyət cəbhəsində özünə yer eləyib bizim gənclərimülkədar zəhərilə zəhərləyir.Başqa şərh verməyəcəyik, çünki onlar məlumdur. Nəticə özühər şeyi izah edir.QarayevMəqalənin qalan hissəsi Cavad bəy Rəfibəylinin "ifşasına"həsr olunub.Gətirdiyim parçaları əxlaq, insaf və sairə yüksək mənəvi vəinsani kateqoriyalar baxımından, Azərbaycan millixarakterində bu qədər öyündüyümüz namusluluq və kişilikbaxımından şərh etmək fikrində deyiləm. Bütün bunlarhaqqında oxucu özü nəticə çıxarda bilər. Yalnız Qarayevin189

məqaləsindəki faktik yalanlardan söz açmaq istəyirəm.Məqalənin adından başlanır yalanlar. Cavad bəy anamgilinqohumu idisə də, dayısı deyildi və anam heç cür onun"plemyannitsası" ola bilməzdi. Xudadat bəy 9 ay Gəncəninqubernatoru işləmişdisə də, nə müsavat partiyasının böyükliderlərindən idi (heç bu partiyanın üzvü də deyildi), nə də irimülkədar. Bakı kommunasına qarşı heç bir yürüş-filan təşkiletməmişdi. Gəncə qiyamının təşkilatçısı da ola bilməzdi, çünkibu qiyamdan qabaq həbs olunub Bakıya gətirilmiş və Nargindəgüllələnmişdi. Evləri və bağları yeni hakimiyyətin ilkgünlərində müsadirə edilmişdi. Kamil dayı, heç şübhəsiz ki, ikiilə heç bir ali məktəbi qurtarıb eləməmişdi. Qarayev Gəncəyərəhbərlik etdiyi dövrdə on doqquz yaşından yuxarı bütünkeçmiş zadəgan və bəy oğullarını ucdantutma güllələtdiyiüçün, nənəmin təhrikilə canını qurtarmaq üçün İrana qaçmışdı(eyni tərzdə Rəşid dayı Rusiyaya qaçdığı kimi). Kamil dayıİranda, sonra isə Türkiyədə yaşamış, tar çalmaqla çörəyiniqazanmış və bu dolanışıqla Türkiyədə ali tibb təhsili almış,ömrü boyu həkim işləmiş, heç vaxt siyasətə qarışmamışdı.Anam heç vaxt konservatoriyada təhsil almamışdır.Xüsusi qəzəbə səbəb olmuş "Günəş Şərqdən doğacaq"şerinə gəlincə isə – bu şerin müəllifi anam deyildi. AnamgilinGəncədəki evlərində növbəti axtarış zamanı tapılıb bu şer, özüdə imzasız imiş. Şeri Mikayıl Rzaquluzadə yazıbmış. Buzaman o, Moskvada təhsil alırmış, anamın qardaşlarıyla, dayısıFərruxla dostluq edir, Gəncədə evlərinə gəlib gedir,məktublaşırmış. O cümlədən anama da məktublar yazırmış vəbu məktubların birinin içində həmin şeri göndəribmiş. Gümanki, "Nigar xanımın özü ruhlu şairlərlə məktublaşması, onlarınşairəni Azərbaycanın qəhrəmanı hesab etməsi haqqında"məqalədəki işarələr də məhz bu yazışmayla tanışlıqdan doğub.Mikayıl Rzaquluzadənin təhsilini pozmamaq üçün, həyatınıqırmamaq, gələcəyinin üstünə kölgə salmamaq üçün anamhəqiqəti açmayıb, qəzəbə keçmiş şer "mənim deyil" deməyib,190

zərbəni özü qəbul edib, beləliklə də, 17 yaşlı qızcığazmaskalanmış qatı mülkədara, müsavat agentinə, ingiliskapitalının hamisinə (bu lap əcaib ittihamdır!) çevrilib. Birmüddət sonra məsələdən xəbər tutan M.Rzaquluzadə Bakıyaməktub yazmış, şerin ona məxsus olduğunu bildirmişdir. Bu,əlbəttə, mərdanə hərəkətdir. Amma bu vaxta qədər anamahücumlar kompaniyası, onu işdən çıxarmaq tədbirləri və s. ənyüksək zirvəsinə çatmışdı.Ə.Qarayevin məqaləsiylə başlanan bu "igidlikkompaniyasına" bir çox şairlərimiz böyük həvəslə qoşulmuşlar.Sağ ol, yoldaş Qarayev,Bolşeviksən bolşevikHər işdə sənin kimiBiz gərək olaq çevik.(Süleyman Rüstəm)Başqa şairlər də ondan geri qalmayıblar. Belə bir şer də çoxmaraqlıdır:Nigar!Madmazel Nigar!Sözlərim sənə bil olsa zəhrimarDeyəcəyəm,Bizi yaşadan günəşinŞimaldan doğduğunu isbat edəcəyəm.Yadındamı madmazel NigarlaraQara hərf, qara günlər yox idi.Üst qatlarda xumarlananBəy nəsliniz tox idi,Fəqət Nigar,Şimaldan gələn ruzigarSildi siyah örtüləri, sildi siyah pərdənihər dəniBu günəşin ziyasını içmədi.İçəməz!191

Bu bir körpühər kəs ondan keçəməz.Şimaldan doğdu günəş.Zənginlərin gözlərini qamaşdıran bir günəş.Min günlərlə qan soranBəyi, xanıçaxnaşdıran bir günəş.Sən günəşin istəyinə uymadın,Bu bəllidir, uymadın.O günəşi duymazdınOnu duymaq,ona uymaqasan deyilUnutma ki, sənAclığından torpaq yeyən milyonlarıƏzən, kəsənXudu bəyin qızı, Rəfibəyov Nigarsan.Bağlamışsan ümidin şərqdən doğan günəşəFəqət sənin duymadığın bir günəş var,Ey Nigar!Biz günəşizGünəş biz.O gündən başlayır mübarizəmizBu gündən zərbə alırQospada, madmazellər, qraflar,Sandıqların can çəkişənsönük-sönük şeylərBu günəşəGünəşlərin al günəşi –Şimal günəşi deyərlər.(Kommunist" qəzeti, 23 dekabr, 1930)Göründüyü kimi, bu şerin bədii dəyərləri nəcabətiylə təngəlir.***192

Bu məqalədən sonra qəzetlərdə, jurnallarda anamın əleyhinədalbadal şerlər, yazılar çıxmağa başladı. Belə yazıların altındabir çox tanış imzalar var. Anam: "Amma Cəfər CabbarlıylaSəməd qol çəkməmişdilər", – deyirdi.Məqalələrin birinin altında atamın da imzası olub. Atam özübu barədə belə yazır:"1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. Ozamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilərona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyatadəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar.Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətləaparırdı.Bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərləbərabər, mənim də imzam var idi, ona görə də indi bu barədəyazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə biziyaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata vəhəyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur.Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çoxxoşuma gəldi. Görünür, onun da mənə münasibəti pis deyilmiş,çünki sonralar bizim yollarımız ayrılmadı....Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyimüçün xoşbəxtəm".Mən bu əhvalatı dönə-dönə atamdan da, anamdan daeşitmişəm, illər keçdikcə bu hadisə onlarçün bir zarafat,yüngülvari atışma mövzusu olmuşdu. Amma mənə elə gəlir ki,çox illər sonra da atam hardasa ürəyinin dərinliyində oimzasının peşmançılığını ovuda bilmirdi. Atam haqqında kitabyazmış ədəbiyyatşünas-alim Gülrux Əlibəyovanın birmüşahidəsi çox dəqiqdir: həmin bu hadisəni Rəsul təəssüfhissiylə, Nigar isə yumorla nəql edirdilər.Mən həmişə ona təəccüb edirdim ki, "Qızıl gül olmayaydı"poemasında Müşviq haqqında:Ona namərd şilləsi kimi vurulanimzalar içində193

mənim imzam olmadı –misralarını yazmağa mənəvi haqqı olan Rəsul Rza, hər zamanöz imzasının təmizliyini saxlaya bildiyi halda, nə cür olub 30-cu ildə bu sayaq "kompaniya məqaləsinə" qol çəkib.Əlbəttə, 30-cu il 37-ci il deyil və ən kəskin tənqidlərdən sonrabelə, hələ heç kəsi tutmur, sürgün etmir, güllələmirdilər.Sadəcə AZAP-çıların bir çoxu, o cümlədən də, heç şəksizatam ideya əyintisi saydıqları hər şeyə qəzəblərində,hiddətlərində səmimi idilər...Bir də o var ki, sonrakı illərin sınaqlarında atamınməhəbbəti, sədaqəti, vəfası və şübhəsiz ki, ictimai mövqeyianamı bir çox bəlalardan xilas elədi, qorudu.Bütün bunlar belədir.Amma hər halda bu yazıda mən o acı faktın da üstündənsükutla keçmək istəmədim. Necə ki, atam özü də keçmirdi.Bir gün hədəf oldunQaradan qara böhtana.Bu ədalətsiz ittihamdamənim də yaralı payım vardı.Zaman keçdi, İllər yudu ləkəniBilən bildi,aylarca, illərcəsən çəkəni, mən çəkəni..."Maarif evinə – indiki Sabir bağının yerindəydi –gəlmişdim. Nə isə ədəbi gecə vardı. Əbülhəsənlə tanış idim!Əbülhəsənin yanında bir cavan oğlan da var idi. Göygöz.Əbülhəsən təklif elədi ki, şer oxuyum.–Yox, – dedim, – şer oxumağa gəlməmişəm.Birdən-birə Əbülhəsənin yanındakı oğlan hələ tanışolmadığımıza baxmayaraq:–Nə olsun, – dedi, – şer oxumağa gəlməsəniz də oxuyabilərsiniz.Mənə elə gəldi ki, dili ağzında bir az böyükdür. Bu sayaqtəklifsiz söhbətə müdaxilə etməsi də heç xoşuma gəlmədi.194

Özünü də həddindən artıq tox tuturdu. Bu, Rəsul idi.Sonralar Rəsul da kinostudiyaya işə düzəldi və orada təzədəntanış olduq. Bir şöbədə işləyirdik, bir otaqda otururduq, ammauzun müddət bir-birimizlə danışmağa söz tapmırdıq".Yuxunu qaçıran mənəmsə əgər,niyə məndən qaçırsan!Könlünü dağıdan bu qəm, bu kədərMənimsə,niyə məndən qaçırsan!Bir kəlmə danışmazsan görsə bir adamBəs təklikdə nə üçünmən sənə yadam!Mən ki sənin könlündəyaşayan bir fəryadam,pərişan halınlahər məni görcəkniyə məndən qaçırsan?!Anamındır bu misralar."Məni işdən çıxardılar, hər yerdən də əlim üzüldü. O vaxthəmkarlar ittifaqının sədri işləyən Əliağa Babayevin qəbulunagetməyi qərara aldım". (Əliağa Babayev mərhumkinorejissorumuz Arif Babayevin əmisidir – A.)."Heç vaxt onun xeyirxahlığını yadımdan çıxarmaram. –Sənin kimi körpə uşağın üstünə düşüblər? – dedi. Məni"Azərnəşr"ə işə düzəltdi.Azərnəşr isə tamam yeni bir aləm idi – poeziya, ədəbiyyat,gənclik dünyası. Sabit, Müşfiq, Nəzakət burda işləyirdilər".Alman dili üzrə mütəxəssis Nəzakət Ağazadə anamın ənyaxın rəfiqələrindən idi. Sonralar Nəzakət xanım dilçi-alimƏliheydər Orucovun həyat yoldaşı olub. 1979-cu ildə xaricəturist səfəri zamanı vəfat etdi.Cənazəni qürbətdəntəyyarəylə gətirdilər,Qapalı dəmir yatağında195

vətən torpağına yetirdilər.Soyuq barmaqlarıylayapışdı ürəyimdənbu dərd mənim, bu qəm mənim,Nəzakət, Nəzakət,əziz, mehribanrəfiqəm mənim...…Nə ata çörəyi yedik,nə gördük qardaş sovqatıQamçıladı biziacı-acısərt üzlü yetimlik həyatı.…Ömrün çətin yollarındabizə yar oldu Əli, RəsulOnlar açıq ürəkli,qaynar məhəbbətligənclər idi,O zamanlar bizimləünsiyyət bağlamaqSadə sevgi deyilböyük hünər idiXatirələr aləminə səsləyir yenəbu ayrılıq, bu qəm məni,Nəzakət, Nəzakət,əziz, mehribanrəfiqəm mənim...1934-cü ildə anamla atam evləndilər. Həmişə təbəssümləxatırlayırdılar ki, kəbinlərini kəsdirərkən qəribə vəziyyətədüşüblər, qeydiyyat üçün bir manat vermək lazım imiş, heçbirinin də yanında bir manatı yoxmuş. Bu fakt atamın şerinə dədüşüb.Xatırladım o əziz günü.Xoşsifət qadın:"Bir manatınız yoxdur, – dedi,196

sonra gətirərsiniz".Qeyd dəftərindəqoşa imza atdıq bizSonra başladıayrılıq günləriacıdan acı.Sonra başladıNigaran qəlbinülfət ehtiyacı.Kəbinlərini kəsdirsələr də, toylarını edə bilməmişdilər.Bibilərim oxuyurmuş, atamgilin böyük ailələri – anası, üçbacısı (böyük bacısı Kubra ərdə idi) və özü Birinci Paralelküçədə iki balaca otaqda yaşayırmışlar.Anam Moskvaya ali təhsil almağa gedib. Bubnov adınapedaqoji instituta daxil olub. Bir neçə ildən sonra atam daMoskvaya növbəti sona yetməmiş ali təhsillərindən birinialmaq üçün yola düşüb.Toyları 1937-ci ildə fevralın 11-də Bakıda, həmin o BirinciParalel küçəsindəki mənzillərində olub. Toyun qonaqları içindəHüseyn Cavid, Əhməd Cavad, Kazım Ələkbərli, MikayılMüşfiq də vardı."Tez-tez düşünürəm ki, yəqin sonralar bizim o toy məclisinixatırlayırmışlar, yazıqlar".Söhbətdən yorulur.–Sən get, – deyir, – bir az dincəlmək istəyirəm. – Sonrasoruşur: – Mərdəkana gedəcəksən?–Gedəcəm, – deyirəm.–Rəsula salam söylə.Hər dəfə Rəsula salam göndərir.Hər dəfə xəstəxanadan çıxıb Fəxri xiyabana gedirəm –atamın qəbri üstə.Fəxri xiyabanın milisləri mənimlə artıq tanış kimisalamlaşırlar. Ölüm yeni tanışlar çevrəsinə salır məni;indiyənəcən qapısını tanımadığım idarələrlə, təşkilatlarla197

münasibətlərim yaranır; əhaliyə mülki xidmət idarəsi, yaşıltəsərrüfat idarəsi, Bakı sovetinin əlaqədar şöbələri, Bədii fond,daş karxanaları, mərmər zavodu, heykəl fabriki...Müxtəlif peşə sahiblərinə bələd oluram – daş yonanlarla,qraniti işləyənlərlə, daş üstündə yazı yazanlarla əlaqəsaxlayıram, uçotçular, mühasiblər, saysız-hesabsız kağızlar,qərarlar, göstərişlər, smetalar, sərəncamlar, dərkənarlar aləminəqərq oluram. Yük qaldıran, yük aparan, yük boşaldanmaşınların, qaldırıcı kranların çeşid-çeşid növlərini bir-birindənayırmağa başlayıram...İnsanın həyət qonşuları, həyat qonşuları olan kimi ölümqonşuları da varmış.Atamın məzarına tərəf gedərkən sağ əldəki, sol əldəkiməzarlara – onun ölüm qonşularına baxıram və bu mərhumlarda elə bil mənimçün məhrəmləşirlər.Atamın məzarının yanındakı qəbir İmran Qasımovundur.İmran atamdan düz iyirmi gün sonra – aprelin 20-də vəfat etdi.***Əlli illik ədəbi fəaliyyəti ərzində anamın çox az kitabı çıxıb.Bunun bir sıra səbəbləri var. Birinci səbəbi, əlbəttə, odur ki,anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailəborcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığınamane olurdu. Biz mane olurduq, biz hamımız. Biz hamımız vəəlbəttə, çox böyük dərəcədə mən özüm onun vaxtını talayırdıq,qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini,duyğularını, fikirlərini dağıdır, pərən-pərən edirdik.Yaradıcılığa həsr olunası günlərini, saatlarını – ərinə, ailəsinə,uşaqlarına, nəvələrinə paylayırdı. Həmişə yanındaydıq, həmişəböyründəydik, həmişə onunlaydıq; özü-özüylə tək qalmağaimkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı. Oisə, atamdan fərqli olaraq, tənhalığı sevirdi.Atam yalqızlığa dözümsüz idi. Xususilə, son illərdə heçtəkliyə tab gətirə bilmirdi. Yəni elə əvvəlki illərdə, hələ səhhətiyaxşı olan vaxtlarda da ayrılıq möhlətini heç vədə başa vura198

ilmirdi, istirahət yerlərindən, yaradıcılıq evlərindən yarımçıqqayıdırdı – yeniyetmə çağında oxuduğu məktəbləri buraxıbevlərinə qaçdığı kimi...Bəzən ailədə, bizim içimizdə də darıxırdı, sıxılırdı. Ammabizsiz daha da artıq darıxırdı.Mənə elə gəlir, sağlam vaxtlarında səfərlərə, səyahətlərə dəbelə tez-tez çıxırdı ki, bir daha aydın qənaəti təsdiq etsin:evdən uzaqlarda uzun müddət yaşaya bilməz…Hara getsəydi bir həftədən, ən çoxu iki həftədən sonra evədönürdü. Xəstəliklər, qayğılar, yorğunluq onu üzüb əldənsalmadığı keçmiş illərdə qonaq getməyi, qonaq qəbul etməyiçox xoşlardı. Bir də ondan xoşlanırdı ki, biz hamımız –balaları,nəvələri ətrafına toplaşaq, yanında olaq. Son illərinin ən böyüksevinci nəvələrinin məzəli sözləri, çıxartdıqları min-bir oyunlaridi. Dünyanın ən böyük mütəfəkkirlərindən daha çoxnəvələrinin gülməli ifadələrini sitat gətirərdi, məşhurkəlamlardan, şerlərdən daha artıq nəvələrinin sözlərini misalçəkərdi.Anam hamımızı – övladlarını, da nəvələrini də atamdan azistəmirdi, amma arabir də olsa öz daxili aləminə qapılmaqanamın əlçatmaz arzusuydu. O özü özüylə baş-başa qalandaheç vaxt darıxmırdı. Amma belə yalqızlıq məqamları –onunçün xülya idi. İnsanlar içində tənhalıq – tənhalıqların ənbetəridir.Mənə elə gəlir ki, məsələn, tutalım Ənvər Məmmədxanlınıntənhalığı – bütün ömrünü təklik içində, amma kitabları,yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsininvə fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxilitəkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələrhaqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və osıradan özünütəhlil – ömrü bütün bunlarla dolmuş ƏnvərMəmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələtənhalığın son həddi deyil. Tənhalığın son həddi insanlararasında keçən tənhalıqdır – gündəlik qayğılardan, min-bir199

məişət məsələsindən, insanın içini sümürüb sovuranadiliklərdən yoğrulmuş ömür – özünə çəkilməyə, qəlbinlə,fikrinlə, yaddaşınla, nəhayət, kitablarınla təkbətək qalmağamacal tapmayanda – bu tənhalığın, ümidsiz, işıqsız, bəhrəsizşəklidir. Atam demişkən, "kimə deyim dərdimi, dünya doluadamdır".Əksər hallarda özü-özüylə yalqız qalmaq imkanındanməhrum olan anam, təbii ki, yaradıcılığa öz istəyincə vaxt ayırabilmirdi. Nəticəsi isə yazdıqlarının yaza biləcəklərinə nisbətdəqat-qat azlığıdır. Yaradıcılıqla biz məşğul olurduq, bizimqayğılarımızı isə o çəkirdi.Mənim yazdığım hər yazı, atamın yaratdığı hər şer, anamınyazılmamış şeri, yazısıdır.Anamın bu qədər az kitabı olmasının, yuxarıda dediyimkimi, əsas səbəbi budur. Əsas səbəbidir, amma yeganə səbəbideyil. Bunun başqa bir səbəbi də var. Kitab buraxdırmaq çətin,yorucu, üzücü bir işdir, bununçün gərək əsəblərin dəmirdənola, gərək möhkəm səbrin ola, inadkarlığı, zirəkliyi, fərasətidemirəm hələ... Kitabı plana saldıranacan, saldıracaq olsan çapedilənəcən nəşriyyatlar qapısına dönə-dönə gedib-gəlmələr dəbir yana dursun... Anamın sağlığında çıxan axırıncı kitabısəkkiz il yubadılıb gah plana salınır, gah çıxarılırdı. Gah anamıinandırırdılar ki, kitabı ən yeni bir üsülla – fotoyığım üsuluylaçap ediləcək, gah məlum olurdu bu metod hələ yaxşımənimsənilməyib, gah deyilirdi ki, kitab yenidən köhnə üsullayığılır, gah bütün deyilənlər də unudulurdu, kitabın özü də...Aylar, illər keçirdi. Anam, əlbəttə, bunu ürəyinə salırdı, ammanə haqqını tələb edə bilirdi, nə şikayətlənirdi, nə kiməsə xahişəgedirdi. Dinib danışmırdı, ürəyində nisgili qalırdı, vəssalam.1981-ci ilin aprelində həkimlərin qəti hökmündən iki-üç günsonra mən nəşriyyat müdiri – Əjdər Xanbabayevin yanınagetdim. Anamın diaqnozunu və ömür möhlətini dedim ona.Həqiqəti dediyim yeganə adam idi.–Anam kitabını görməlidir, – dedim, – bunun yolunda nə200

lazımdırsa hər şeyə hazıram. Əgər lazımdırsa mətbəədəgecələyə bilərəm.Müdir məni başa düşdü;–Arxayın ol, – dedi, – elə edərik ki, ən yaxın zamanda kitabçıxar.Sözünün üstündə durdu və kitab 25 günün içində çıxdı.Aprelin 30-da yadımdadır, may bayramının ərəfəsi idi – kitabınsiqnal nüsxəsini xəstəxanaya apardım.Kiçicik bir kitab idi, həm də şerlərinin orijinalı deyildi, rusdilinə tərcüməsi idi. Amma bu balaca kitabça xəstə şairəyəömrünün qürubunda nə qədər sevinc bəxş elədi. Gözümünqabağından heç vaxt çəkilməz – kitabı yastığının yanınaqoymuşdu, gəlib-gedənlərə göstərirdi, təzə nüsxələr gətirdikcəxahiş edirdi ki, onun adından həkimlərə, tibb bacılarına yazaq.Özü taqətsiz idi, yaza bilmirdi, yalnız diktə elədiyi sözlərinaltından qol çəkirdi.Elə təxminən o günlərdə əvvəlcə "Literaturnaya qazeta"da,sonra da respublika mətbuatında bir məlumat çıxdı: məşhurİtaliya bəstəkarı Franko Manino "Məhəbbət haqqında" kantatayazmışdır. Kantatanın mətni bir neçə sovet şairəsinin, ocümlədən Nigar Rəfibəylinin şerləridir.Anam qədər şöhrət həvəsindən uzaq adam tapmaq çətindi,amma bu məlumat onu uşaq kimi sevindirirdi.–O bəstəkara mənim adımdan bir təşəkkür məktubu yazın, –deyirdi.Xəstəlik onu gün-gündən saralıb-soldururdu, boğazından birtikə çörək getmirdi, əriyib çöpə dönmüşdü. Ona bir qaşıqmeyvə şirəsi içirtmək – qazancımız idi. Bir dəri qalmışdı, birsümük, ancaq hələ də zarafat edirdi,–O italyana mənim şəklimi göndərin, cavanlıq şəklimi...Amma yox, lazım deyil, italyanlar çılğın olur, bir də görərsəndurdu gəldi bura, məni bu halda gördü, sözlərimə musiqiyazdığına peşiman oldu.Susurdu, fikrə dalırdı, sonra birdən:201

–Gör e, – deyirdi, – İtaliya hara, mənim şerlərim hara...Zalım oğlu İtaliyada eşələyib tapıb mənim şerimi...Bu söhbətlərlə əlaqədar bir kədərli xatirə də düşür yadıma.Bir gün atam mənə üç-dörd mahnı mətni verdi:–Eminə göstər, – dedi, – gör ağlı bir şey kəssə, mahnı yazsın.İki-üç gün keçəndən sonra atam:–Nə oldu, verdin şerləri Eminə? – deyə xəbər aldı.–Verdim.–Yazır?–Yazacaq.–Haçan?–Nə bilim, dedi çox xoşuma gəlib, mütləq yazacam.–Day denən çox ləngitməsin.Üç ya dörd gün də keçdi.–Nə oldu, Emindən bir xəbər çıxmadı.–Hələ yox.–Əgər yazmırsa, denən qaytarsın.– Əşi nə qəribə söz danışırsan, – dedim, – cəmisi bir həftəkeçib, yazar da...Üç ya dörd gün də keçdi, atam:–Eminə de ki, qaytarsın şerləri, – dedi. – İstəmirəm, yazmasın.Onu mümkün qədər mülayim, yumşaq şəkildə diləgətirməyə çalışaraq:–Axı, niyə belə hövsələsizlik edirsən, – deyirdim, – özünşairsən, yaradıcı adamsan, bilirsən ki, əsər birdən-birə tələmtələsik,iki daşın arasında yaranmır... İndi Emin də gərək birəməlli-başlı mətni mənimsəsin, axtarsın, şerlərə layiq, sənəlayiq mahnı yazsın da...Kimə deyirsən?Ümumiyyətlə atamda mənim dostlarıma qarşı xüsusi bir sərttələbkarlıq, hətta bir ərköyünlük vardı. Onların hamısını çoxistəyirdi. Təbii ki, yalnız mənim yoldaşlarım olduqlarına görəyox, özlərinin şəxsiyyətlərinə, yaradıcılıqlarına, istedad vəağıllarına görə. Amma mənim yoldaşlarım olduqlarına görə202

onlara ərki daha çox çatırdı. Bəzən onlara kəskin sözlər deyir,qaba rəftar edirdi. Ensiklopediyada atamla işləmiş Arazın vəVaqifin, yəqin ki, bu qəbildən daha çox xatirələri var. VaqifSəmədoğlu atamın ölümündən sonra yazdığı və əvvəllərdəgətirdiyim şerində ona "acıdil" deyir. Atam hər hansı birmöcüzəylə bu şeri oxuya bilsəydi, şübhəsiz ki, bəyənərdi."Acıdil" sözünə də etiraz etməzdi. Axı elə özü də dilininacılığından xəbərdar idi və bu barədə hətta "Acıdil" adlı şer dəyazıb. Bu şeri oxuyanlar atamın nəyə görə "acıdil" olduğununhəm səbəbini, həm də izahını başa düşərlər.Elçin bir dəfə atamın hansı tənəsinəsə cavab olaraq: Rəsulmüəllim, bütün məzəmmətlərinizi qəbul edirəm, – demişdi, –çünki hər şeydən başqa Siz Anarın atasısız, Anar da mənimdostumdur.İnsaf naminə deməliyəm ki, yalnız mənim yoldaşlarımdeyil, öz dostlarıyla, ən yaxın dostlarıyla rəftarında da bəzənağına-bozuna baxmırdı.Yadımdadır, ən yaxın və sadiq dostu Sabit Rəhman biləndəki, atamda şəkər xəstəliyi tapıblar mənə dedi:–Hə, Rəsulun bütün şəkəri dilindədir...Cəfər Cəfərov məsul vəzifədə işləyəndə bir dəfə küçədərastlaşdıq.–Rəsul haçan gəlir? – deyə soruşdu.Atam hardasa səfərdə idi.–Dörd-beş günə gələr, – dedim.Cəfərov gülümsündü:–Əşi, tez gəlsin çıxsın, – dedi – yenə bizi dalayıb didir.Bir Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzvseçdilər. Onu təbrik edəndə mənə:–Kaş Rəsul sağ olaydı, – dedi. – Birinci məni o, təbrikedəcəkdi. Özü də bilirsən nə deyəcəkdi, deyəcəkdi: "AbbasZamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?"–Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim. –Əlbəttə. Buna məgər şübhə ola bilər?203

Ömrü boyu öz xasiyyətinidandı Rəsul.Elə bilirdiyüz ağac boyundan görünürkövrək olduğu,sinəsində körpə ürəyi kimibir ürək olduğu.Sərtliyi üzünə, sözünə yaxardıBəzən sərtliyindənöz nəfəsi də darıxırdı,göz yaşları içinə axırdı,Dilə tuturdu özünü"Başa düş, ay ürək,kişiyə yaraşmaz kövrəlmək,"qadan alım", "qurban olum" – deməkZorla dost tutma,dostun var dostluq eləyoxdur, tək gəz.Kişi kömək eləyər,kişi kömək gözləməz.Ömrün gecəsi–gündüzü olduğu kimivar hər ömrün öz ağı, qarası.Ötən şirin ömründənşəkər xəstəliyi qalmışdı ona,bir də ürək ağrısı...(Fikrət Qoca. "Rekviyem")..Anımlar zənciri xəyalımı çəkib uzaqlara apardı, mətləbdənaralandım. Eminin mahnılarına qayıdaq.Mən, əlbəttə, Eminə atamın sözlərini yetirmədim, mətnlərigeri almadım və bir müddətdən sonra Emin bu şerlərə bir neçəmahnı bəstələdi. Zeynəb Xanlarovanın ifasında "İnsaf da yaxşışeydir" nəğməsi çox populyar oldu.Bütün bunları isə başqa səbəbdən xatırladım. Atam Emininləng tərpənməsindən əsəbiləşdiyi vaxtlarda, anam çox sakit,204

hətta bir azca utancaq tərzdə mənə dedi.–Mənim də bir neçə şerimi ver Eminə, – sonra təbəssümləəlavə etdi, – mən tələsdirməyəcəyəm, ürəyinə yatsa, yazmaqistəsə, haçan həvəsi gəldi yazar...Bu, sözləri o qədər kövrək, ürkək, zərif dedi ki, indi də yadımadüşəndə ürəyim titrəyir. Mən şerləri dərhal Eminə verdim vəbəstəkar anamın sözlərinə "Dağları duman, alanda" mahnısınıyazdı. Bu mahnını da ilk dəfə Zeynəb xanım ifa etdi......İndi, atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki,Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Ammasən verən mətnlərdən deyil, köhnə bir şeridir. Emin 50-ciillərdə Moskva Konservatoriyasında oxuyanda Leninkitabxanasına gedər, Bakı mətbuatını oxuyar, bəyəndiyi şerləridəftərinə köçürərmiş. Anamın "Azərbaycan" jurnalında dərcolunmuş həmin şerini də elə o vaxtlar köçürüb.Həmin mahnını Akif İslamzadənin ifasında lentəyazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanayagətirdik. "Qoy Nigar xala özü də eşitsin", – dedi.Mən mahnının hansı şerə bəstələndiyini bilmirdim vətəəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər olaolaköhnə şerə müraciət edib.Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm.Alagözlüm, səndən ayrı gecələrBir il kimi uzun olur, neyləyim!Bağçamızda qızılgüllər hər səhərTezdən açır, vaxtsız solur, neyləyim!Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı haraylaması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamınyoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anambilmirdi.Bəlkə tez gələsən, əlac verəsən,Sünbüllərin saçın yığıb hörəsən.Əlvan çiçəkləri özün dərəsən –Gözləri yollarda qalır, neyləyim!205

Mahnı anamın xoşuna gəlmişdi, xahiş elədi ki, lenti vəmaqnitofonu aparmayaq; yanına gələnlərə, həkimlərə çaldırırdı.Fidan bir gün mənə pıçıldadı:–Xahiş edirəm, aparın bu lenti, mən dözə bilmirəm, qulaqasa bilmirəm bu mahnıya.Anamçün bu yalnız mahnı idi – Fidançün, Təranəyçün,mənimçün, bütün bilənlərçün ağrı idi, əzab idi, möhnət idi...Anam yalnız musiqini, yalnız ifanı, yalnız sözləri eşidirdi:Çəkir çiçəklərin gözü intizar,Ayrılıqdan betər dünyada nə var,Bu bahar axşamı səni bax, NigarHəzin-həzin yada salır, neyləyim!Anam biz biləni bilmirdi axı... Bilmirdi ki, alagözlüsününahaq çağırır, nahaq haraylayır.Alagözlüsü bir aydan artıqdır ki, ala gözlərini həmişəlikyumub..."Möhtərəm Anar müəllim! Salam!Yadınızda varsa 1979-cu ilin ortalarında Uzaq Şərqdə hərbixidmətdə olan bir oxucunuz Sizə məktub yazmışdı. Siz də"Adamın adamı", "Macal" kitablarınızı həmin oxucunuzagöndərmişdiniz. O oxucunuz mənəm. Sizdən sonra QaraQarayevdən, Mirzə İbrahimovdan, Niyazidən də məktublaraldım. Mənimlə birlikdə qulluq edən azərbaycanlı uşaqlarlaəhd eləmişdik ki, Bakıya çatan kimi birinci Sizə baş çəkək.Hərə bir şey əhd eləyir. Biz də bunu.Gələndə Daşkənddən gəldik. May ayının 19-da Bakıyatəyyarəylə uçacaq idik. Təyyarə vağzalında bəstəkar SüleymanƏləsgərov ilə tanış oldum. Sözdən, musiqidən söhbət düşdü.Ondan bu sözləri eşidəndə gözlərim yaşardı: "Rəsul Rzanıitirdik".Rəsul Rza bizim ailənin çox sevdiyi şairdi. Atam hər dəfəmənə posılka göndərərkən (hərbi xidmətdə) Rəsul müəlliminbir kitabını da göndərirdi. Bilirdi dəlisiyəm Rəsul müəllimin,hər dəfə insan şəxsiyyətindən, insan ləyaqətindən söhbət206

düşərkən Rəsul Rzanı misal çəkərdi bizə.Rəsul Rza həm Füzuli idi, həm Sabir idi, həm də SəmədVurğun... həm də onların heç biri deyildi. Rəsul Rza idi.Bakıda Sizə dəymək fikrindən daşındıq. Nə deyəcək idimsizə. Gəldim evə. Sonra bir dəfə televizorda gördüm sizi....Bu məktubu Sizə nə üçün yazdım? Ürəyim dolmuşdu. Ürəkdolanda boşala gərək....Vaxtınızı aldığıma görə xahiş edirəm məni bağışlayasınız.Sizə çan sağlığı və uzun mənalı ömür arzulayıram".Əbilov Etibar.Neftçala rayonu"Əzizim Anar! Qardaşım!Mən bu şeri 1980–ci il, dekabr ayında xəstəxanaya, Rəsuləmiyə baş çəkməyə gedəndən sonra yazmışam. Bir oturuma.Qüsurlar çoxdur. Həddindən artıq. Yazının üstündə qətiyyənqələm gəzdirməmişəm. Ölənə kimi də, ürəyimin lap dibindəngələn bu yazını redaktə etməyəcəm. Üslubunda qazansasəmimiyyətində itirər. Odur, Səndən xahiş edirəm bu şeriolduğu kimi və mənim Rəsul əmiyə böyük məhəbbətim kimiqəbul et. Sən allah!Dekabr yağmuru, konyak çiskiniDünyadan xəbərsiz olmağım gəlir bəzəndekabr yağmurunda,konyak çiskinində...Belin qırılsın, belinmənə şer yazdıran qüvvə!...Bel bağlaya bilmirəmnə qadına, nə saza,Neynim, Rəsul əmi,neyləyim, Rəsul Rza!Səksəninci ilin dekabr yağmuruyla207

içimin konyak çiskiniölüm ayağında yatdığınxəstəxanaya gətirdi məni...Gördüm, vallah, gördüm öləcəyini.Gördüm,ömür boyu kor dayansam daxoşbəxtlik qarşısında...Allah dərd verməyə göz verib mənə!Deyə bilmərəm, qadan alım,sənə olan, məhəbbətim uzatdı dodaqlarımısağ əlininqupquru dərisinə,ya baş əydimkonyak zəhrimarın iradəsinə,Bağışla, şair, bağışla yenə.Danladın Vaqif bala deyibdünyaya sevdirmək istədiyini.Danladındekabr yağmurundakonyak çiskininə düşdüyüm üçün!Ancaq mavi yaş da dolduala gözlərinə, Rəsul əmi...Bildim, o dekabr günündə bildimqışı yola verəcəksən birtəhər.Di gəlçıxa bilməzsənbir daha yaza.İndi,bu dekabr yağmurunda,bu konyak çiskinindəneynim, Rəsul əmi,neyləyim, Rəsul Rza!Dekabr yağmuruylao konyakın dəli çiskini208

gecə yarısından xeyli keçmiş dəgətirdi məni xəstəxanaya.Niyə Vurğun oğlu gəlməyəydi,neçin, niyə?Qabağımı qızın kəsdi, Rəsul əmi,necə kəsdi!Kəsdi Fidan bala.O gecə öldürəcəkdi məni az qala!Dedi: yatır,buraxmadı, Rəsul əmi, məni sənin yanına,Çıxdım xəstəxanadan.Qoşuldum dilsiz yağmura, gözsüz ayazaNeynim, Rəsul əmi,neyləyim, Rəsul Rza...Rəsul əmi, ömrün gedir,çətin günlər sona yetir,hansısa arzular itir.Hansısa ümidlər bitir...Mənim beş–on ümidim var,Bilmirəm kimə yalvarım!Allah, mənə ömür göndər,Öldürmə, sağ saxla yenə,Beş-on yazılmamış şerim,Beş-on duam qalıb sənə...Dərində üzə bilmirəm,ölsəm girmərəm dayaza!Neynim, Rəsul əmi,neyləyim, Rəsul Rza?Kədərli olsam da danlama məni,Zəhm də gətirmə ala gözünə,nə qədər sevsəm də dünyada səni,heç baxmamışam allah sözünə.209

Odur, Rəsul əmi, sözünü saxla,Açılan sinəni bu axşam bağla,Gəl duraq üz–üzə gözü yumulu,Mən sənə ağlayım, sən mənə ağla.Arzum yetim qalır, ümidim sənsiz,Kimsə ölüm hökmü mənə də verir,Yuxuma hər gecə sahilsiz dəniz,bir də ağ yelkənli tabutlar girir.Gözüm görə-görə gedirsən neynim?Ağlayıb diz döyüm, yoxsa dil deyim?Dünyada varıydın, varı neylədim,İndi yox olursan, yoxu neyləyim?Ürək beyninə baxıbYas tutub ağlayanda,Dünyanın min əlacıbir havaya neyləsin!Araya dərd düşəndəAğıl vaya neyləsin?Rəsul Rza öləndə,bu sözləri yazarkəngözlərimi siləndəkar Allahı görməyənbu kor dünya neyləsin.***Mayın 19-u atamın ad günüdür.Yadımdadır, bu günə açılan gecəni xəstəxanada anamınyanında mən qalmışdım. Anam taqətdən düşdükcə, zəiflədikcəgündüz və gecənin çox hissəsini yuxuda keçirirdi, hərdən ayılıbbir-iki kəlmə söz deyir, sonra yenə mürgüləyirdi. Hər günRəsulu xəbər alırdı. "Qorxulu bir şey yoxdur, – deyirdik, –amma təzyiqi hələ də yüksəkdir, həkimlər durmağa icazəvermirlər".Yaya planlar qururdu:210

–Bir az yaxşılaşım, bağa köçərik, – deyirdi, – Allahkərimdir, Rəsul da o vaxta babatlaşar, Buzovnaya gələr, bağhəmişə düşür bizə. Tural da instituta girsin, inşallah, onunqonaqlığını özüm verəcəm.Tural bu yay ali məktəbə imtahanlara hazırlaşırdı.Amma məhz o gün dəqiq yadımdadır, mayın 18-də, uzunçəkən yuxudan ayılıb zəndlə mənə baxdı. Otaqda yalnızikimizdik. Qəfilcən:–Bilirəm, dedi, – mən daha bu xəstəlikdən durmayacam.Anam yazıq da belə getdi. Ölümünə 10-12 gün qalmış ancaq suiçirdi, gecələr məndən elə hey su istəyirdi. Bir gecə istəmədi.Elə yuxudaca keçinmişdi. Mən də yəqin elə gedəcəm.–Nə olub sənə, – dedim, – yenə belə napək sözlər danışırsan("napək" onun özünün çox işlətdiyi söz idi – A).–Yox, ölümdən qorxmuram, – dedi. – Sizə yazığım gəlir.Bir böyüyüvüz qalmayacaq.–Başlama yenə, Niyarə, – dedim. Özləri bizi beləöyrətmişdi, atamı da, anamı da adlarıyla çağırırdıq.–Yox, yox, elə belə sözdür də, dedim...Başını qatmaq, bu fikirlərini yayındırmaq üçün ordanburdansöhbətlər etməyə başladım.O gün xeyli danışdı. Axırıncı dəfə idi ki, mənimlə beləuzun-uzadı, müxtəlif məsələlərdən söhbət edirdi. Hardansa sözgəlib Silva Kaputikyanın üstünə çıxdı.–O vaxt – 30-cu illərdə münasibətlər tamam başqa idi.Yerevana Sasunlu David yubileyinə getmişdik. Rəsul, Səməd,Mirvari, mən... Vallah, erməni yazıçıları başımıza pərvanə kimidolanırdılar. Rəsul o vaxt Soyuzun sədri idi, Bakıda işlərivardı, bizi Səmədə tapşırıb yubileydən yarımçıq qayıtdı. Silvada o vaxt lap cavan qız idi, əldən-ayaqdan gedirdi bizimçün...Uşaqlıq rəfiqəsi F. haqqında danışmağa başladı. F. haqqındahəmişə çox böyük nəvazişlə danışardı.Necə gözəl qız idi, necə gözəl ziyalı idi, necə də bədbəxt idi.İstəyirəm bir dəfə onun bütün həyatını sənə danışım, bəlkə bir211

gün gərəyin oldu. Əsl romandır elə bil.Sanki bir daha heç bir vaxt danışa bilməyəcəyini duyurmuşkimi indi danışmağa başlayır.–F.–nin atası dul qalır, amma elə arvadının qırxındaca gəlibgedəngəlin-qızlara göz qoyurmuş. Birinə gözü düşür və yasıverib qurtaran kimi dərhal onu alır. Kişinin böyük övladları,hətta nəvələri varmış, hamısı ondan üz döndərir, köhnəarvadının ilini gözləmədiyi bir yana dursun, kişi özü qoca, təzəarvadı isə lap cavan imiş. Hacıkənddə evləri varmış, həmin oqoca kişi də cavan arvadıyla bu evin axar-baxarlı eyvanındaoturub mürəbbəli çay içərmişlər."Mənə bu söhbəti anam, xalam eləyib, yaşımdan çox qabaqolub bu işlər, amma həmin səhnəni elə aydın, əyani təsəvvüredirəm ki, elə bil o axar-baxarlı eyvanı da, o mürəbbəli çayı daözüm öz gözlərimlə görmüşəm".Deməli, anam da kiminsə yaddaşında saxladığı səhnələri özyaddaşına bütün əyaniliyiylə köçürürmüş, indi də mən onunhafizəsində həkk olunmuş mənzərələri öz İçəri dünyamaalmaq, orda saxlamaq, hifz etmək, qorumaq istəyirəm."Bir sözlə, F. bax, həmin bu nikahdan doğulub, necədeyərlər, məhəbbət övladıdır. Cavan anası zinger Məmməddeyilən bir dərzi vardı, onun bacısıydı. F. böyüyəndə onu dadərziyə ərə verdilər, özünün meyli yox idi o adama, ammavalideynlərinin iradəsinə tabe oldu. Əri, həmin o dərzi isə, ozamanlar dəb imiş deyə pasportunda yazdırıb ki, guya iranlıdır.İranlıları köçürəndə mən F.-nin pasportunu alıb gizlətmişdim –haranın iranlısıydı F. axı.Amma o razı olmadı təkid edib pasportunu aldı, əriylə bərabərgetdi. Orda bir qızları olub. Mənə məktublar yazırdı, yazırdı ki, bukörpənin dünyaya gəlməsi mənə təsəvvür edilməyəcək bir sevinc,səadət gətirdi, elə bil həyatım, nəhayət, bir məzmun qazandı, eləbil kimsə mənə ömrümün indiyəcən dərk etmədiyim mənasını, çoxyüksək bir mənasını başa saldı. 56-cı ildən sonra qayıtdılar.Gəncədə yaşayırdılar. F. qızıyla bağçada gəzirmiş, altı212

yaşındaymış qızcığaz. Küçəni keçərkən anasının əlindən qopur,qaçır. Maşın vurur uşağı, elə ordaca canı çıxır. Fikirləşirəm ki, F.-nin bütün həyatı sınaq idi! Tale niyə insanı belə amansız sınaqlaraçəkir, nə məqsədlə, nə üçün axı? Bu son sınağa daha tab gətirəbilmədi. Nə uşaqlığının çətin illəri, nə sonrakı bəlalar onu sındırabilməmişdi, amma balaca balasının ölümü sındırdı.İndi F. özü də yoxdur.F. bütün mənim uşaqlığım, gəncliyimdir..."Söhbətindən yorulur.–İşığı keçir, yatacam, – deyir. Bir azdan sakit, yuxulunəfəsini eşidirəm.Nə görür yuxusunda görəsən?Təklik çətin olurhəm şad gündə,həm tufanda...Alagözlü gəlin Göy gölümüdüşünürəm.Yuxularıma Hacıkəndinpalıd meşələri girir,Gənclyim Xaçbulaq yaylağındasarı çiçək dərir.Səhər oyanan kimi mənə dedi:–Bu gün Rəsulun yaşıdır. Mərdəkana gedəcəksiniz?–Hə.–Mənim adımdan da ona bir dəstə yasəmən al apar.–Yaxşı.Xəstəxanadan çıxdım. Bazara getdim. İstəyirdim yasəmən alıbatamın məzarı üstünə aparım. Bazarda yasəmən tapılmadı.Evlərinə gəldim, kitab rəfinin üstünə baxdım. Gördüm ki,atamın iri şəklinin yanında vaza bir dəstə yasəmən qoyulub.Fidan alıbmış. Özü də anamın xahişini bilmədən məhzyasəmən alıb.Saat 2-də Fəxri xiyabana yollandıq. Bir azdan sonra xeyliadam gəldi – yazıçılar, alimlər, jurnalistlər.213

Bu gün qəzetlərdə də atamın şeri çıxmışdı, axşamteleviziyayla onun haqqında çəkilmiş Moskva verilişinigöstərəcəkdilər. Qohumlar, dostlar atamgildə toplaşmışdı.Radio atam haqqında verilişə başladı. Ölümündən 49 gün sonrailk dəfə səsini eşitdik – şer oxuyurdu.Atamın ölümündən iki aya yaxın vaxt keçmişdi, ammaünvanına hələ də müxtəlif yerlərdən, müxtəlif şəhərlərdənməktublar gələrdi. Azərbaycandan gələn məktublar bizəbaşsağlığı məktubları idi – Azərbaycanda Rəsul Rzanınvəfatından xəbərdar olmayan adam çətin tapılardı. Ammabaşqa şəhərlərdən gələn məktubların bəzilərində onun özünəmüraciət edirdilər – vəfat etdiyini bilmirdilər. Burda beləməktublardan üçünü – Heç vaxt sahibinə çatmayacaqməktubların tərcüməsini gətirmək istəyirəm."Hörmətli ustad!Sizə Vyetnamdan yazıram.Əziz yoldaş Rəsul.Altmışıncı illərdə "Nedelya" jurnalında Sizin rənglərə aidşerləriniz dərc olunmuşdu. Çox xoşuma gəldi. Qərara aldım ki,dərhal tərcümə edim. Təəssüf ki, o vaxt müharibə gedirdi. Şervaxtı deyildi. Amma mən tərcümənin əlyazmasını –itirdim.Orijinalı kitabxanada axtardım. Heç cür tapa bilmədim.Turgenevi, Paustovskini və Antonovu da çevirmişəm. Şertərcüməsinə çox ehtiyatla yanaşıram. Çevirmək istədiyimyeganə şerlər Sizinkilərdir. Lütfən teleqram, ya kağız vasitəsiləşerlərinizin "Nedelya"nın hansı nömrəsində, hansı ay və hansıildə dərc olunduğunu mənə bildirərsinizmi? Bizimkitabxanamızda "Nedelya"nın 1958-ci ildən bəri bütün köhnənömrələri var – mən tərcüməni Oktyabr bayramına, ya dabizim partiyanın I qurultayına çatdırmaq istəyirəm. Kağız çoxgec çatır. Bakıdan Hanoya yarım ilə gəlir.Əgər gələcəkdə şerlərinizin məcmuəsini mənə göndərsəniz,mən Sizə çox minnətdar olaram. Niyə Sizin şerləriniz rusdilində bizə gəlib çatmır. Etiraf edirəm ki, Sizin haqqınızda az214

şey bilirəm. Amma elə yalnız bircə şerinizlə tanışlıq Sizihəmişəlik sevmək üçün kifayətdir.Sizə cansağlığı, səadət və böyük yaradıcılıqmüvəffəqiyyətləri arzulayıram.Hörmətlə,Səmimiyyətlə SizinBuy Monq Kuin.VSR Hanoy"."Əziz yoldaş Rəsul Rza!(Bağışlayın ki, belə rəsmi müraciət edirəm – atanızın adınıbilmirəm).Mən heç zaman yazıçılardan, şairlərdən, ya artistlərdən heçbirinə kağız yazmamışam, çünki onları işlərindən ayırmaqistəməzdim. Amma bu dəfə özümü saxlaya bilmədim.Məsələ ondadır ki, 1960-cı ildə məni orduya çağırdılar,evdə arvadım və oğlum qaldı. Arvadım gözləməkdən usandı.Vəfasız çıxdı. Halım ağır oldu və mənə elə gəldi ki, artıqömrümdə yaxşı heç bir şey olmayacaq. Bax elə bu zaman Sizin"Dördümüzün söhbəti" şeriniz dərc olunmuş "Literaturka"əlimə keçdi.Bu şer məni sarsıtdı, müvazinətimi qaytarmağa mənə köməketdi. O vaxtdan poeziya ilə maraqlanmağa başladım. Bu şeriisə ömürlük yadımda saxladım.Bir neçə il bundan qabaq həkimlər bacımda qlaukomaolduğundan şübhələndilər. Bacım özü də həkimdir və yaxşıdərk edirdi ki, nəticədə kor qala bilər. Nədən qorxduğunu açıbmənə deyəndə mən ona da Sizin həmin şerinizi oxudum. Şeronun da karına gəldi. Xoşbəxtlikdən diaqnoz təsdiq olunmadı.Ancaq bu sonralar məlum oldu.Bütün bu illər mən həmin şeri axtarmışam. Müəllifin adınıdəqiq yadımda saxladığıma əmin deyildim, odur ki, sizəqabaqlar yazmırdım. Hər halda Sizin ələ keçirə bildiyim şerkitablarınıza baxırdım, başqa gözəl şerlərinizlə də tanış215

olurdum, amma o şerinizi nədənsə – kitablarınıza daxiletmirdiniz. Bu günlərdə isə oğlum, (onun artıq 25 yaşı var)mənə Sizin şerinizi göndərdi. Mənə xəbər verdi ki, bu şeri"Oqonek"un 1960-cı il nömrələrinin birində tapıb.Mənim taleyimdə hər şey Sizin şerinizdəki kimi oldu – yeniailə, xoşbəxtlik, qız övladım. Uşaqlarım (qızın 16 yaşı var) dapoeziyanı sevirlər. Yaxşı kitabları almaq çox çətin olduğu üçünmən artıq on il var ki, xoşladığım şerləri dəftərimə köçürürəm,mənim övladlarımın da beləcə dəftərləri var. Birimiz yaxşı birşer tapanda, o birilər bu şeri öz dəftərlərinə "layiq" biləndə buhamımız üçün ən böyük sevinc olur.Sizin digər şerlərinizdən ən çox xoşuma gələnlər "Dəniznəğmələri", "Qayıqlar", "Damlalar" və xüsusilə "Gənclik vəqocalıq" haqqında şerlərinizdir.Bağışlayın ki, Sizi işinizdən ayırıram, amma Sizə təşəkküretmək çox böyuk arzum idi. Bir də sağ olun. Sizə cansağlığı,uzun illər və yeni şerlər diləyirəm.Sağ olun. 15.01.81Mənim 46 yaşım var, mühəndis-radiotexnikəm, oğlum damühəndisdir. EHM proqrammistdir, qızım 9-cu sinifdə oxuyur.Ünvanım: 310092 Xarkov-92, Şekspir küçəsi 12. mənzil 4.Markov Valentin Semyonoviç"."Hörmətli Rəsul RzaSizə Ukraynanın Senkov 8 illik məktəbinin "Rassvet" ədəbistudiyasının və "Poisk" gənc kitab həvəskarları klubununüzvləri müraciət edirlər.Əziz Rəsul Rza, SSRİ-nin yaranmasının 60 illiyi şərəfinəSizinlə dostcasına məktublaşmağı çox arzu edirik. Bizimədəbiyyatçılara və kitab həvəskarlarına dostluqməsləhətlərinizi verməyi rica edirik. Habelə, Sizin avtoqraflıkitabınızı almaq, Sizin yaradıcılığınız və xalqınız haqqındaməlumat toplamaq istərdik. Çox xahiş edirik ki, məktubumuzacavab yazasız. Sizin cavabınız bizimçün xalqlarımızın216

dostluğunun rəmzi olacaq. Yazın, Sizin dilinizdə "xleb","pesnya", "drujba" sözləri necədir. Sizə yaradıcılıq uğurları,sağlamlıq və səadət arzulayırıq.HörmətləPoltava əyaləti Qadyan rayonu Senkov 8 illikməktəbinin "Rassvet" ədəbi studiyasının və"Poisk" klubunun üzvləri".Bu məktublar cavabsız qaldı. Poltava məktəbliləri dəbilmədilər ki, Azərbaycan dilində "xleb", "pesnya", "drujba"sözləri necə səslənir. "Smertğ" sözünün azərbaycanca "ölüm"olduğunu da bilmədilər.***Azərbaycan yazıçılarının III Qurultayı keçirilməliydi. BuQurultay ərəfəsindəki bir çox hadisələr, söhbətlər situasiyalarda ömrümün qəmli yüz gününə düşür, amma bu ayrıca birsöhbət mövzusudur.Qurultay vaxtı iki gün ərzində xəstəxanaya anama baş çəkəbilməmişdim. Qurultayın səhərisi gün yanına gəldim. İmranQasımovun ölümünü anama deməmişdik. İmranın əlacsızxəstəliyini bilir və tez-tez onu soruşurdu. Bir dəfə – bəlkə dəonu yuxuda görmüşdü – təlaşla xəbər aldı:–Düzünü deyin, İmrana nə olub?Deyirdik ki, halı yaxşı deyil, xəstəliyi şiddətlənir, odur ki,ərizə verib Yazıçılar İttifaqındakı vəzifəsindən çıxıb. Hardansaanama söhbət gəlib çatmışdı ki, İmranın yerinə təyin olunacaqnamizədlər arasında mənim də adımı çəkirlər.Qurultaydan sonra anamı zarafatla təbrik elədim, "sədrliyəqardaşını seçdik", – dedim. (Mirzə İbrahimov anama həmişə"Nigar bacı" deyərdi, biz də anamla söhbətdə M.İbrahimovunadı gələndə "sənin qardaşın" deyərdik – A).Anamın sifətinə çox məmnun və rahat bir təbəssüm qondu.Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı:217

–Gedəndə bunu nəzir ver, – dedi, – nəzir eləmişdim ki, oyerə səni qoymasınlar.***İyunun 20-də qəzetlərdə məlumat dərc olundu ki, NigarRəfibəyliyə ədəbiyyat sahəsində böyük xidmətlərinə görə Xalqşairi adı verilir.Xəstəxanaya təbrik teleqramları gəlməyə başladı. Anam: –Niyə bu camaat məni belə istəyir, – dedi, – mən ki həmişəkölgədə olmuşam.Mən atamın adından da ona kiçik bir təbrik kağızı yazdım,gətirib oxudum.O qədər zəif və halsız idi ki, artıq bu şeylərə də heç birreaksiya vermirdi. Atam haqqında daha az-az, hərdən-birdənsoruşurdu. Bir dəfə dayısı qızı Sənubərlə tək qalanda onagileylənib: "Görürsən Rəsulu, mən o qədər onun qulluğundadurdum, – üç aydır xəstəyəm, bir dəfə yanıma gəlmədi..."Gündüzün və gecənin çox hissəsini yuxuda keçirirdi,oyananda da heç dinib-danışmırdı. Arabir Füzulinin beytlərinioxuyurdu: "Mənim tək heç kim zari-pərişan olmasın, yarəb!".Bir də bir sətri tez-tez təkrar edirdi:"Fəsli bahar tək gedərəm".Bilmirəm bu misra kimindir – başqa bir şairinmi, yaözününmü? Bəlkə mənə məlum olmayan, yaxud da hələyazılmamış şerindəndir. Hələ yazılmamış və daha heç bir vaxtyazılmayacaq şerindən bir sətir, yalnız bircə sətir. Anamınzəifləmiş, amma əvvəlki məlahətini saxlamış səsiylə,pıçıltısıyla təkrar etdiyi bu misra daima qulağımdadır:"Fəsli bahar tək gedərəm".Gedirdi də, şam kimi gün-gündən əriyirdi, sönüb gedirdiəlimizdən. Fəsli bahar tək gedirdi.Ömrünün axırıncı baharıyla bərabər gedirdi.Yaşıllanır çöllər, oyanır torpaq,Bəzənir gəlintək hər dərə, hər dağRuhuma bir adət olur çırpınmaq218

Məhəbbətim səndə, könlüm səndədir,Bahar nə nazəndə, nə nazəndədir.Gah yoluna çıxdım, gah yola saldımGah intizar çəkdim, həsrətdə qaldım.Qışda sorağını uzaqdan aldım,Dedim əmanətim, eşqim səndədir,Bahar nə nazəndə, nə nazəndədir.Xoş nəğmələr qoşdum sənin adına,Saf bir nəfəs kimi çatdın dadıma.Bir həzin axşamda düşsəm yadınaBil ki, məhəbbətim, könlüm səndədirBahar nə nazəndə, nə nazəndədir.Xalq şairi adı alması münasibətilə radioda anam haqqındaveriliş düzəltmişdilər. Əzizə xanım Cəfərzadə danışdı,şerlərini oxudular, mahnılarını səsləndirdilər. Tranzistorlaqulaq asırdı, mənə elə gəlirdi ki, yarıyuxuludur, duman içindəqavrayır hər şeyi. Amma verilişin onun xüsusi tərifləndiyiyerində zəif-zəif gülümsündü, taqətsiz halda əlini qaldırdı vəalnına apardı – hərbi salam kimi. Bunu bizimçün edirdi: sonzarafatıyla bizi toxtaq saxlamaq üçün...İyunun 29-u anamın ad günüdür. Palatası başdan-başa güliçindəydi. Atamın adından da ona bir dəstə çiçək gətirmişdik.Yuxuda çiçəklər görürəm hər gecə,öpürəm onları gizlicəhər yanım çiçək,yastığım, yorğanım çiçək.Çiçəklər əlvan-əlvan,çəmən-çəmən.Bu çiçəklər aləmindəxumarlanıb yatıram mənYuxuda çələnglər görürəm,qərənfili seçir könlüm219

çiçəklər arasındanElə bil iki damla, qan sızırürəyimin yarasından.Bu alov rəngli qərənfilləriyar vermişdi ayrılıq dəmi,Elə bil çökmüşdüOnların üstünə dünyanın qəmi.Yuxuda qərənfillərimi görürəm,yığıb solan çiçəklərimiümid çələngi hörürəm.Ümidə yer qalmırdı; təşəkkür sözlərini demək üçün belədodaqlarını güclə tərpədə bilirdi.Anamın bir gənclik şəkli var – gərək ki, Moskvayaxınlığında Maleyevkada çəkilib; ağ çiçəklərlə dopdolu genişbir çöldə çəkdirib bu şəkli – özünün də qucağında çəməndəntopladığı iri bir çiçək dəstəsi var.Körpəlikdə anamın dilindən eşitdiyim ilk laylay yadımadüşür:Laylay dedim yatasanQızıl gülə batasanQızılgülün içindəŞirin yuxu tapasan.İndi öz yuxusunu qızılgüllərin, çox sevdiyi qərənfilləriniçində tapırdı. Bəzən mənə elə gəlir ki, o özü də bizimdünyamıza, hamımızın həyatına o ağ çiçəklərlə, güllərlədopdolu olan bir aləmdən gəlmişdi və bir gün ora qayıdasıidi...Güllər içində tapdığı bu "acı yuxuda" yalnız dünyayla deyil,yalnız bizimlə deyil, çiçəklərlə də vidalaşırdı:Sevib oxşadığım əlvan çiçəklərƏlvida, ey gözəl dağ çiçəkləri.Öpdüm gözlərimlə sizi hər səhərYığdım dəstə-dəstə ağ çiçəkləri.220

Əssin üstünüzdə ruzgar ahəstə,Yığsın sizi qızlar hey dəstə-dəstə.Yel əssə tökülün sinəmin üstə,Payız çiçəkləri, yaz çiçəkləri."Əzizim Nigar!Sənə hamı Nigar xanım. deyir.Mən isə Nigar!Mənə elə gəlir ki, xanım sözü bizim gənclik dostluğumuzun,məhəbbətimizin arasında sədd olar.Mən səni bu illər ərzində fikrimdə, xəyalımda həmişə osəmimiyyətlə yaşatmışam.Bu günlərdə xəstə olduğunu eşitdim.Özüm xəstəxanadayam, odur ki, görüşünə gələ bilmədim.Sarı bülbül! Sənə xəstəlik yaraşmayır, sən şairsən,nəğməkarsan, demək güclüsən, əbədiyyətsən.Bir vaxt mən ağır xəstələndim. Sağalmağıma ümid az idi.Onda mənim həyata olan eşqim, inamım və poeziyanın işığıazarın söndürdüyü işıqları bir-bir yandırdı. Mən həyataqayıtdım. Yenə xəstəyəm, lakin həyata ümidim çoxdur. Sən dəözünü bərk saxla. Tale bizə şairlik kimi əvəzsiz bir sərvət vəqüvvət verib. Qoy poeziyanın odu, işığı azarların bütünfəsadlarını yandırsın: Sənin qəlbində sağlamlıq, gümrahlıqçıraqları yandırsın.Amin!Öpürəm səni!Sənə tezliklə sağalmaq arzu edirəm. Şairə bacın, rəfiqənMirvarid Dilbazi".Hamımız hiss edirdik: möhlət sona yetməkdədir – axırıncıgünlərini yaşayır. Qərara gəldik ki, onu evə aparaq. Həkimlərdə bizim qərarımızla razılaşdılar. Doğum gününün səhərisi –iyunun 30-da anamı evə apardıq. Dedik ki, həkimlər şəraitidəyişmək məsləhət görür, müalicəni evdə davam etdirəcəklər.221

Etiraz eləmədi. Yəni məgər etiraz eləyəsi halda idi?Xəstəxanadan çıxmaqdan qabaq nədənsə üzüyünü Fidanaverdi:–Götür bu üzüyü, – dedi, – sənə bağışlayıram.Mat qalırdım: üç ay ərzində aclıq keçirən, müstəqil hərəkətedə bilməyən, çətinliklə danışan bu yaşlı, xəstə qadında nəqədər mənəvi güc vardı, iradə vardı, yumor vardı – ömrü boyuonun özünün də, bizim hamımızın da dadına çatan, qolundantutan bu keyfiyyətlərini hələ də saxlamışdı.Maşınımız evə çatanda:–Məni evə gətirdiz? – deyə xəbər aldı. – Bəs mən eləbilirdim basdırmağa aparırsınız.Fidan eyniylə onun tərzində zarafatyana bir sərtliklə:–Heç diri adamı da basdırarlar, Nuruş? – dedi.Evdə isə birdən yenə Fidana müraciət elədi:–Madam ki, ölmürəm, onda qaytar üzüyümü, – dedi, – dahasənə bağışlayası olmadım.Yenə zarafat edirdi, amma bu, deyəsən, artıq axırıncızarafatı idi.Biz hamımız, mən də, bacılarım da anamgildə gecələyirdik.Evə gətirdiyimiz birinci gecə onun yatdığı otaqda Təranənövbə çəkirdi.Səhər – iyulun 1-də – atamın ölümündən düz üç ay keçəngün – sübh tezdən Təranə həyəcan içində məni çağırdı. Adətənözünü saxlamağı bacaran Təranə karıxıb qalmışdı:–Anar, tez bura gəl.Anam yatan otağa qaçdım. Anamın geniş açılmış gözlərindəqeyri-adi bir dəhşət vardı, elə bil başqa dünyadan baxırdı bugözlər.Gözlərini düz gözlərimin içinə zilləmişdi.–Rəsula nə olub? – deyə soruşdu.Təranə lap özünü itirmişdi, anamın bu sualı sübh tezdənverməsi, doğrudan da adamı vahiməyə salırdı. Bu an məni dədəhşət bürüdü. Amma bu hissə təslim ola bilməzdim.222

–Nə olub ki, Rəsula dedim. – İndicə Mərdəkana, yanınagedəcəm.Sözləri ağır-ağır tələffüz edərək:–Axı sən heç vaxt məni aldatmamısan, – dedi. Görünür bucümləni, bu tutarlı dəlili uzun zaman hazırlamışdı, bu cümləninhökmüylə həqiqəti məndən qoparmaq istəyirdi, – düzünü de, nəolub?İndiyəcən başa düşə bilmirəm ki, axı nə səbəbdən üç ayərzində atamın səhhəti haqqında uydurduğumuz bütünyalanlara inanmışdı, bu gün, iyulun 1-də, sübh tezdən belə inadvə israrla həqiqəti öyrənmək istəyir və deməli, bütünuydurmalarımızı şübhə altına alırdı. Bəlkə daha heç birsözümüzə inanmırdı? Baxışında nə isə elə bir şey vardı ki,bunu sözlə təsvir eləmək mümkün deyil – elə bil hər şeyi –atamın yoxluğunu – öz gözüylə görmüşdü.Anamı gətirməzdən əvvəl evi diqqətlə səliqəyə salmışdıq.Yasdan işarə, əsər-əlamət qalmamışdı. Hər şey onların evi qoyubgetdikləri şəkildə idi. Bəs öz evində keçirdiyi elə ilk gecədən sonrabu şübhə onun ürəyinə haradan, necə dammışdı?–Bax, aşağıda maşın gözləyir, – dedim. – MərdəkanaRəsulun yanına gedirəm. İki saatdan sonra qayıdacağam.Bilmirəm bu sözlərə inandı, inanmadı, amma bir daha atamhaqqında heç nə soruşmadı.Gündüzlər bir-iki saatlığa onun yanından gedirdim,studiyada olurdum "Üzeyir Hacıbəyov" filmi üçün QədirRüstəmovun səsini yazırdıq, geyim eskizlərinə baxırdıq.Evə qayıdanda anam:–Necə oğulsan? – deyirdi. – Ananı burda qoyub gedibitirsən. Neçə gündür səni görmürəm. – Onun yanından iki-üçsaat qabaq getmişdim; artıq vaxtı qarışdırırdı.Axırıncı iki günü artıq danışmırdı, ancaq iki qolunu havayaqaldırırdı. Çox qəribə bir jest idi bu – nə qədər taqətsiz olsa dahardansa güc tapır və qollarını havaya atırdı – elə bil uçmaqistəyirdi. Elə bil üç aylıq ölüm yatağının cazibəsini qırıb223

qanadlanmaq istəyirdi. "Durna olduğu yuxularındaqanadlandığı" kimi.Elə bil haçansa yazdığı misralarını təsdiq etmək istəyirdi:Demirəm dünyadan köçüb gedəndəVətəndə şöhrətli bir adım qalsınİstəyirəm bircə həzin xəyalım,Bir də uçmaq istəyəniki qanadım qalsın.Axşamlar qohumlar gəlirdilər, bizə ürək-dirək verməkistəyirdilər, əllərindən gələn köməyi təklif edirdilər. Amma nəkömək edə bilərdilər ki? Ümumiyyətlə, kim kömək edə bilərdibizə…Anamın pəhləvan qamətli geoloq qardaşı Rəşid dayı acizacizsoruşurdu:–Həkimlər nə deyir axı, heç bir ümid yoxdur?Ona da təskinlik verməyə çalışırdıq.Gecə yarsına yaxın hamı dağılışırdı və yalnız biz övladlarıqalırdıq. Elə bil başqa bir zaman, vaxt kəsiyinə düşürdük – axıneçə il idi ki, hərəmizin öz ev-eşiyi, öz ocağı, ailəsi vardı, birbirimizdənayrı yaşayırdıq.Neçə gecə idi gözümüzü yummurduq – bu müdhiş,dözülməz bir vəziyyət idi – ananın ölüm yatağının yanınıkəsdirəsən, biləsən ki, əlindən gedir və heç bir şey etməyibacarmayasan. Əlindən heç nə gəlməyə. Vaxtı dayandıra,saxlaya bilməyəsən, əcəl saatını yubada bilməyəsən. Ölümüazdıra bilməyəsən. Əlindən heç nə, heç bir şey gəlməyə...Biz danışırdıq da, susurduq da. Susanda da eyni bir şeyhaqqında susurduq. İçəri dünyalarımız bir-birinə qovuşubbirləşmişdi hərə öz daxili aləminə çəkilmişdi, amma bu daxilialəmlərimiz – umumi yaddaşımız idi, – uşaqlığımız, diriatamız, sağlam anamız, hamımızın bir dam altında yaşadığımızgünlər, aylar, illər...İyulun doqquzundan onuna keçən gecə – hiss etmişdik ki,axırıncı gecəsidir. Gecəyarısı qohumlar dağılışdılar. Rauf224

axşamdan getmişdi, zəng elədim ki, gəlsin. Saat birə yaxın halılap xarablaşdı. Təcili yardım çağırdıq. Gəldilər. Həkim:–Burda biz nə edə bilərik ki? – dedi...İynə vurdular, çıxıb getdilər... Anamın ətrafındaoturmuşduq, çox ağır nəfəs alırdı.Birdən nəfəsi sakitləşdi. Fidanın gözlərində ümid oyandı,elə bildi ki, halı bir az yaxşılaşıb.Mən dərhal başa düşdüm. Bu – son demək idi. Raufgüzgünü üzünə tutdu. Nəfəsi kəsilmişdi. Əzab-əziyyəti bitibqurtarmışdı.Fidan:–Anasız qaldıq, – dedi, ağladı, Təranəni qucaqladı.Təranə:–Ağlaya bilmirəm, dedi, – göz yaşım qalmayıb. Ancaq busaatlarda bir-birimizə bildirdik ki, həkimlərin ona ölüm hökmüverdiyi hamımıza məlum imiş. Təranə mənə və Fidana baxıb:–Birdən sizə bir şey olar, – dedi, – onda mən neylərəm.Anamın yoxluğunun ilk saatlarında danışdığımız bütün buadda-budda sözlər, pərakəndə, mənasız cümlələr elə bil qızmarmaşayla – hafizəmə həkk olub – bu gecənin hər dəqiqəsi, hərsözü dünənki kimi yadımdadır. Fidanın qəfil isterikası da,dərddən quruyub daşa dönmüş Təranənin halı da... Səhərəyaxın Zemfiraya zəng vurdum.Telefonda hönkürdü:–Haçan?–Üç saat bundan qabaq, – dedim.–Niyə elə gecə zəng vurmadın?Bir qədər sonra qohumumuz Fikrətə zəng vurdum.Səhər açılanda Elçinə zəng elədim.Mənim bir neçə yaxın dostum var, hamısı mənə əzizdir,onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Ammaatamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilkdüşən Elçin oldu.Ev yavaş-yavaş qohum-əqrəbayla dolurdu.225

Yüz gün içində ev ikinci dəfə matəm libası geyinirdi –güzgülərə qara örtük çəkilir, qonşulardan stol, stul daşınırdı.Ölümü müşayiət edən yüz cür iş başlanırdı...Dünya, bir sirrini aşkar et mənə,Nədən parlayırsan, nədən sönürsən!Bu qədər siqləti alıb arxana,Sən öz məhvərində necə dözürsən.***Rəsmi yerlərdən, Yazıçılar İttifaqından telefon edirdilər.Mirzə İbrahimov ailəmizin yeganə xahişindən xəbərdar idi,bilirdi ki, anamı atamın yanında basdırmaq istəyirik. Bilmirəmyuxarıda bunu məsləhət eləmişdi ya yox, amma ayın 10-dagündüz bizə gəlmişdi və mən soruşanda dedi ki, bu məsələ hələmüzakirə olunur. Düz demirmiş. Məsələ artıq həll olunubmuşvə Mirzə İbrahimov da bu barədə bilirmiş. Anamı atamınyanında yox, ikinci Fəxri xiyabanda basdırmaq haqqında qərarartıq qəbul olunubmuş. Bu barədə Fikrət mənə xəbər gətirdi,ikinci xiyabana gedibmiş, görüb ki, orda anam üçün məzarqazırlar. Mən Vəfa Quluzadəyə zəng elədim, o həmin xəbəritəsdiq elədi.–Yox, – dedim, – əgər atamın yanında basdırmağa icazəverilmirsə, mən onu ümumi qəbiristanlıqda, öz anasının vəəzizlərinin yanında basdıracam.Vəfa:–Onda qoy mən bir Kamran Mamedoviçlə danışım, – dedi.Bilmirəm daha kim kimlə və necə danışdı, amma bir saatdansonra Vəfa zəng elədi.–Bilirsən, – dedi, – axı qərar var ki, ikinci xiyabanda dəfnolunsun. Qərarı necə dəyişmək olar?–Mən onu öz anasının yanında basdırmaq istəyirəm, – dedim.–Axı, sən yalnız oğul deyilsən. Sən Anarsan, ictimaixadimsən, sənin özünçün də bunun nəticəsi yaxşı olmaz.Mən mümkün qədər yumşaq danışmağa çalışaraq:–Mən öləndə, – dedim, – harda istəsəz, orda basdırarsız,226

amma anamı yad adamların arasında dəfn olunmağaqoymayacam. Xahiş edirəm kimə lazımdırsa de ki, bu bütünailəmizin fikridir.Vəfa:–Onda mən Kamran Mamedoviçlə danışıb sənə bir də zəngeləyərəm.Heç bir dəqiqə keçməmişdi ki, zəng elədi:–Yaxşı, – dedi, – istədiyiniz yerdə dəfn edin.Mən bu iki axırıncı zəng arasındakı vaxtı – bir dəqiqəni –ona görə xüsusi qeyd edirəm ki, Kamran Bağırov bu qərarıtəkbaşına vermişdi, bu iki dəqiqə ərzində heç kəslə danışa,məsləhətləşə bilməzdi – H.Ə.Əliyev Bakıda yox idi. K.Bağırovrəsmi qərarı ləğv etmək məsuliyyətini öz üzərinə götürmüşdüvə bunun altını məndən – "ictimai xadimdən" daha artıq o, –partiya işçisi çəkə bilərdi:Bu mərd hərəkəti də mən heç zaman unutmaram.Aktyor evində matəm mərasimi oldu.Bura mənim iş yerimdir – "Qobustan" redaksiyası burdayerləşir.Gündə keçdiyim foye qara geyinmişdi – bu mənim anamınmatəmi idi. Salonun səhnəsi matəm əklilləri içində idi. Mən busəhnədə onlarla yığıncaq açmışam, aparmışam, bağlamışam, busəhnədə tamaşalarım, filmlərim göstərilib. İndi bu səhnədəmatəm çiçəkləri içində anamın tabutu qoyulmuşdu, anamınqara çərçivəli şəkli asılmışdı.Matəm mitinqini Mirzə İbrahimov açdı. Şairlər, yazıçılar,aktrisalar çıxış etdi.Fikrət Qoca çıxışında:–Biz torpağınıq, – dedi, – amma torpaq heç kimin deyil. Bugün bütün Azərbaycan torpağı Rəsul Rzanın qollarıyla açılıbNigar xanımı qəbul edir.Yüz günün içində ikinci dəfə idi tabutun ağırlığınıçiyinlərimdə hiss edirdim. Cənazəni Xaqani küçəsiylə aparırdıq– bu küçəyə ömrümün min bir xatirəsi bağlıdır. Gənclik227

illərində bu küçəylə nişanlımı evlərinə ötürərdim, bu tindəgörüşünü gözləyərdim. Sonralar özümüz bu küçənin o başındaev aldıq – evimizdən atamgilə, qayınanamgilə, Yazıçılarİttifaqına, iş yerimə – "Qobustan"a bu küçəylə gəlib-gedərdim.Bu gün anamın son yolu həmin küçədən keçir.Bir neçə gündən sonra yenə bu küçəylə evə, işə gedibgələcəm.Anamı Azərbaycan qəbirstanlığında, əzizlərinin yanındabasdırdıq. Nənəsi Xədicə xanım, anası Cəvahir xanım, dayısıFərrux Rəfibəyli, dayısının iki oğlu – düz əlli yaşı tamam olangün vəfat etmiş cərrah Səlahəddin və 18 yaşında vərəmdənölmüş tibb institutu tələbəsi Mirzə burda dəfn olunublar.Mirzənin başdaşı üstündə vaxtilə anamın yazdığı iki sətir həkkolunub:Amansız taleyin adəti budur:Körpə budaqları vaxtsız qurudur.Cənazəni qəbrə qoyanda bacılarım ora bir parça da atdılar –anam bu parçadan özünə paltar tikdirmək istəyirmiş.Təzə qəbrin başında, ayağında, böyründə ağaclarpıçıldaşırdılar. Bu ağacları anam özü əkdirib – anasının,nənəsinin məzarları yanında.Fidan lap yavaşdan mənə:–Nə yaxşı yerdir bura, – dedi, bilmirəm bunu qəsdən dedi,həssaslıqla mənim əzablarımı duyaraq anamı atamın yanındabasdıra bilmədiyimdən nə qədər əlavə iztirab çəkdiyimi hissetdiyindənmi dedi, ya doğrudan da, bu adi, sakit guşə anamıntəbiətinə uyğun idi, ona yaraşan şairanə bir son mənzil idi?Bilmirəm, amma belə bir dəqiqəmdə Fidanın mənə dediyi busözlər üçün ona çox minnətdaram.***Heç nə, heç bir şey, nə "qubernator qızının xofu", nəotuzuncu illərin ədəbi döyüşləri, nə 37-ci il, nə Moskvadakıtəhsil illəri, nə müharibə, nə sonrakı dövrün ağlı-qaralı günləri– heç nə, heç bir şey Rəsul Rzayla Nigar Rəfibəylini bir-228

irindən ayıra bilmədi.Həyat da ayıra bilmədi onları, ölüm də – Rəsul Nigarınəlacsız xəstəliyini, Nigar Rəsulun vəfatını bilmədi. Rəsul özüdünyada olmaya–olmaya Nigara ad günündə çiçəklər göndərdi,təltifatını təbrik etdi. Nigar artıq dünyadan köçmüş Rəsuluntəzə şerlərini dinlədi, ona salam göndərdi, yasəmənlərgöndərdi, onun "etinasızlığından" gileyləndi... Nə həyat, nəölüm onları ayıra bilmədi.Onları ölümlərindən sonra ayırdılar.Mən ki doymamışdım heç vüsalından,Mənə zülm elədi yaman ayrılıq.Nə olaydı bir gün durub yuxudanGörəydim ki, olub yalan ayrılıq.Biz ki bir ruh idik iki bədəndə,O gülüb sevinsə, gülərdim mən də.Vüsalın bülbülü uçub gedəndə,Daş kimi qəlbimdə qalan ayrılıq.(Nigar Rəfibəyli)Hardan düşdü yadımaanamın göynəkli bayatısı!"Mən bütöv bir yuvaydım,Yel vurdu paralandım.Mən səndən ayrılmazdım,Zülmnən aralandım".(Rəsul Rza)...və mən heç nə edə bilmədim. Əlimdən heç nə gəlmədi.Bütün varlığımda sonsuz bir acizlik, köməksizlik hiss edirdim– yalnız ömürlərimizi deyil, ölümlərimizi belə tənzim edənlərqarşısında, torpağın üstündə kimin harda yaşamasını vətorpağın altında kimin harada yatmasını həll edənlər qarşısındatam iqtidarsızlığımı dərk edirdim.Axı, biz kimsədən xahiş eləməmişdik ki, atamı birinci Fəxrixiyabanda dəfn etsinlər. Özü də bunu istəmirdi, ölülərin229

dərəcələrə bölünməsi əleyhinə dönə-dönə demişdi də, yazmışdıda. Onlar nə birinci və beşinci xiyabanda, qoy lap ucqar, lapqərib bir yerdə, amma mütləq bir yerdə dəfn olunsaydılar,özlərinin də, necə deyərlər, ruhu xoş olardı, camaata da yaxşıtəsir bağışlardı, ailə üzvləri də kiçik bir təsəlli tapardı.Onların birliyi axı, yalnız bir məişət faktı deyildi,Azərbaycan ruhunun, Azərbaycan mənəviyyatının, Azərbaycanailəsinin, sədaqətin, etibarın, vəfanın poetik rəmzi idi. Bu rəmzhər hansı bir xalqın iftixar edə biləcəyi, öyünə biləcəyi bir rəmzidi.Amma mənəviyyat və rəmz bir yana dursun, NigarRəfibəylinin Rəsul Rzanın yanında dəfn olunmağa rəsmiimtiyazı da vardı. Bu günə qədər rəhmətə getmiş bir çoxyazıçılar, şairlər və o cümlədən bütün Xalq şairləri və Xalqyazıçıları Birinci Fəxri xiyabanda dəfn edilib Bütün hamısı.Tək bir anamdan başqa.Niyə? Bu müəmmanın cavabı hələ də mənə açılmayıb.***Çoxlu ailə fotolarımız var. Müxtəlif vaxtlarda hərdənbironları nəzərdən keçirərdik və hamısını əzbərdən bilərdik.Amma həmin günlərdə nekroloq üçün, böyüdülmək üçün,matəm mərasimi üçun yenidən fotoları araşdıranda qəfilcənanamın 30-cu illərdə aid bir fotosunu – hansı möcüzəyləsəindiyəcən heç hansımızın görmədiyi bir şəklini tapdıq. Gənclikillərində çəkdirdiyi bu şəkildə bir məlahət, həzinlik, hüsn var.Necə olub ki, indiyəcən heç kim bu şəkli görməyib? Elə bilşəkil illər boyu özünü gizlədibmiş ki, anamı itirəndən sonraonun yeni bir surətini gözlərimiz qarşısında canlandırsın.Sonralar bu şəkli anama həsr olunmuş televiziya verilişindəgöstərdilər.Ölümündən sonra çıxan "Bir həzin axşamda duşsəm yadına"kitabına da həmin şəkli verdik.Yazı masamın üstündə atamın şəklinin yanında anamın dabu şəklini böyüdüb asmışam.230

Amma o gün – o matəm günü – bu şəkli ilk dəfəgörmüşdüm və kəfəni qəbrə salanda, qəbrin üstünə daş qoyubsuvayanda, üstünə bellə torpaq atanda gözlərim qarşısındaanamın canlı surəti dayanmışdı. Lakin son aylar və günlərdəxəstəliklərdən üzülmüş, yorğun, iztirablı, arıq sifətini deyil,gənclik vaxtını, həmin o fotodakı illərin cazibədar, gözəlçöhrəsini görürdüm.…və bu anlar mən onun haqqında anam kimi deyil, qızımkimi düşünürdüm. Çox cavan, çox kövrək, köməksiz, zəif vəincə qızım kimi, qoruyub saxlaya bilmədiyim qızım kimi...Keşməkeşli taleyi haqqında düşünürdum: haçansa birzadəgan və ziyalı ailəsində dünyaya bir qız gəlmişdi, başqa birkübar ailəsi "bu qız bizim gəlinimiz olacaq" deyə onundoğulması münasibətiylə qurban kəsmişdi. Amma yellər əsdi,sellər gəldi, dünya dəyişdi. Yeddi yaşlı qız atasız qaldı, qurbankəsənlər pərən-pərən olub Yer üzünə səpələndilər.14-15 yaşlı qız anasından, qardaşlarından ayrılıb Bakıyagəldi, heç kəsə arxalanmadan, heç kəsdən kömək ummadanözü öz gücüylə, ağlıyla, iradəsiylə gundəlik kasıb ruzusunuqazandı. Amma qızcığazın ürəyində nə kin-küdurət yuva saldı,nə başqa qara hisslər. Əksinə, şair qəlbi işıqla dolu idi, dünyanıişıq içində görürdü, yeni həyatın şəfəqlərinə doğru gedirdi, yeniocaqların istisinə can atırdı. 17 yaşındaykən, kövrək budaqkimi incə, zərif, zəif çağında rütbəli birisi onun körpəqanadlarını qırmaq istədi.Haqsız hücumların yarışı başladı! Hamısına dözdü.Hamısına tab gətirdi – rişxəndə də dözdü, hədəyə də...Günlərin birində ömrünə alagözlü bir gənc daxil oldu –"Bolşevik yazının" müəllifi, proletar məfkurəli, komsomoləqidəli, AZAP-casına ağına-bozuna baxmayan alagözlü gəncşair cavan şairənin qəlbini ovlaya bildi. Evləndilər və ömrüboyu şairə vəfalı ömür yoldaşı oldu – qadın kimi, məsləkdaşıkimi, cəbhədaş kimi xoş günləri də, ağır günləri də bərabəryaşadılar. Ömrünün çoxunu yazı masasından iraq düşdü, ərinə,231

övladlarına sonralar nəvələrinə xidmət elədi. Xəstə ərininçarpayısı yanında saysız-hesabsız yuxusuz gecələr keçirdi. Özüdə xəstələnib yatağa düşənə qədər ərinə qulluq elədi.İnsanlıq, qadınlıq, analıq borcunu sonacan yerinə yetirdi...…və indi, ölümündən sonra, ərinin ölümündən sonra və özölümündən sonra – ömür yolunu sonacan keçib borcunuaxıracan icra edib yenə özününkülərin yanına qayıtdı. Oadamların ki, qırx il qabaq onlardan ayrılıb başqa bir həyatagetmişdi.Yenə qayıtmışdı əziz, doğma Rəfibəylilərin içinə – incə birməhəbbətlə sevdiyi adamlarının arasına – yanında anası,nənəsi, dayısı, dayısı oğlanları.Bir də sonsuz olduğuna görə məzarı itib-batmış Göyçəkxala.Fidan:–Mən bildim, – dedi. – O özü belə istədi.– Anamı nəzərdətuturdu. – Onun öz ruhu elə istədi ki, orda basdırılsın. Axı, hərcürə dəbdəbəni xoşlamırdı. Özü o yeri, o sakit yeri, anasının,əzizlərinin yanını istəyib. Sən də bilirsən ki, o bir şeyi çoxistəyəndə mütləq nail olurdu.Yadımdadır, uşaqlıqda dediyim bir ifadə anamın özünün dəxoşuna gəlirdi: "Niyarə, sən istəsən lap Koreyada müharibənidə dayandıra bilərsən".Fidanın sözlərində bəlkə də mistika vardı, amma hər haldaanam özü belə şeylərə inanırdı – Allaha da, ruhlara da və onunbu inamı övladlarına da keçib.Mən, şübhəsiz, dindar və mövhumatçı deyiləm, diniehkamları qəbul etmirəm, dini mərasimlərin estetik tərəfinəheyran olsam da, onların məcburi icrasına biganəyəm. Ammainsanın fövqündə duran, dərk etdiyimiz və edə bilmədiyimizdünyaya hökm verən bir qüvvənin mövcudluğuna heç birşəkkim yoxdur. İnsan ruhunun ölməzliyinə, əbədiliyinə, birhaldan başqa hala keçərək daima baqı qalmasına da inanıram.Odur ki, onlarla – atam və anamla həmişəlik ayrılmağımı heç232

cür şüuruma sığışdıra bilmirəm. Yalnız şüurumla deyil, bütünhisslərimlə, bütün varlığımla duyuram ki, haçansa, hardasa, nəşəkildəsə hökmən yenə onlarla görüşəcəm və ayrılıqdakeçirdiyimiz vaxtın – bu günlərin, ayların, illərin təəssüratınıbir-birimizlə bölüşəcəyik. Uzaq səfərlərdən qayıtdıqdan sonragördüklərimizi, eşitdiklərimizi bir-birimizə danışdığımız kimi...Bax, indi yazdığım yazını da onlarla birlikdə müzakirəedəcəyik, tənqidi qeydlərini dinləyəcəyəm, nəyləsə razılaşacaq,nəyləsə yox, nəyisə izah etməli olacam, nədənsə özümümüdafiə etməli.Anamın dəfnindən bir neçə gün sonra hərəmiz öz evimizəçəkildik, atamgilin evlərində Təranəgilin ailəsi qaldı. Təranədanışırdı ki, bir dəfə gecənin bir əyyamında o biri otaqdaqəfilcən işıq yandırıldı.Bir neçə gündən sonra həmin hadisə Fidangildə də təkrarolub – gecə vaxtı qəfilcən işıqları yanıb.Səkkiz aydan sonra 1982-ci ilin martında televiziyayla anamhaqqında veriliş gedirdi. Bu verilişə mən öz evimdə baxırdım.Soyuq bir gün idi. Pəncərələr və eyvan qapısı kip bağlıydı,cəftələnmişdilər.Birdən ekrandan anamın öz səsi eşidiləndə eyvan qapısıtaybatay açıldı. Külək-filan yox idi, heç yüngül meh dəəsmirdi.***Amma elə günlər də olur ki, Bakının dəli, acı küləkləri əsir,göydən yerə leysan yağışlar yağır. O zaman mənə elə gəlir ki,qəbirlərində üşüyürlər.***1979-cu ildə Hindistana getmişdim. Tərcüməçidən xahişelədim ki, məni yoqların yanına aparsın.Dehlidə səhər saat altıda Yoqlar Mərkəzinə gəldik. Baş yoqSvami Manuçaraka meditasiya – xəyaladalma seansında iştiraketməyə icazə verdi.Yalın əhəng divarlı bir hücrəyə girdik – Baş yoq özü, mən,233

tərcüməçim Nərgiz Misra, iki hindli kişi və bir yapon qadın.Hücrə alaqaranlıq idi. Baş yoq dizlərini xüsusi cür büküb,bardaş qurdu, bizə də belə oturmağı təklif elədi. Qədimmətnləri dua kimi avazla oxuyurdu, sonra dedi ki, indi də birmüddət sükut etməli, fikrə, xəyala dalmalıyıq, ömrünüzdəki əntəmiz, ən saf günlərinizi, saatlarınızı xatırlayın – dedi.Sükut və alaqaranlıq içində fikirlərimi heç cür toplayabilmirdim. Gah Baş yoqun, seans iştirakçılarının donub qalmışsifətlərinə baxır, gah iki gündən sonra ölkənin başqaşəhərlərinə gedəcəyim barədə düşünür, gah Moskvayadönəcəyim vaxtı fikirləşirdim.İçəri dünyamın qapıları heç cür açılmırdı. Üçmü dəqiqəkeçdi, beşmi, bilmirəm, birdən-birə tərəfimdən heç bir xüsusisəy göstərilmədən elə bil daxili baxışlarım qarşısında apaydın,görümlü, əyani mənzərə açıldı:Bakının Krivoy deyilən küçəsiylə anamla bir yerdə gedirik,amma küçə indiki küçə deyil, qalaq-qalaq illərin altında qalmışküçədir – indiki "Nərgiz" kafesi yoxdur, onun yerində mixəyidikdən qurulmuş, pəncərələri gəmi pəncərələri kimi dairəviolan dondurma kafesi var. Bu kafeylə – indi genişləndirilmiş, ovaxt isə daha dar sahədə yerləşən Parapet bağının arasındaüçmərtəbəli bina var: birinci mərtəbəsi kitab mağazasıdır,kitablar, xəritələr satılır. Mirbəşir Qasımov bu evdə yaşayırdı.Qarşısında "Azərbaycan" kinoteatrı yerləşir, yay salonunun birdivarı büsbütün yamyaşıl sarmaşıqlarla örtülüb. Bu divaryaşayış binasının divarlarıdır, yaşıl sarmaşıqların içindənaxşamlar pürrəngi çay rəngində pəncərələr görünür, bupəncərələrdən evin sakinləri başlarını uzadıb aşağı, ekrana,filmə baxırlar və həmin adamlar dünyada ən çox həsədçəkdiyim insanlardır – gündə öz mənzillərinin içində kinoyabaxırlar! "Zorro nişanı", "Azadlıq ordusunun kapitanı" ("VivaVilya!") daha nə bilim hansı kinolar. Kinoteatr girəcəyininyanında, sağ əldə bir əyləncə də var – bədənsiz qadın başıgöstərirlər. Məndən altı yaş böyük Oğuz deyir ki, bu illüziya234

güzgülər və qara pərdələr vasitəsilə yaranır.O yanda, "Araz" kinoteatrının yanında – indi restoran vəçayxana olan yerdə – idman meydançası var, çəpərinarxasından basketbol oyununa baxırıq."Araz" kinoteatrı əvvəl "Spartak", "Azərbaycan" – "KrasnıyVostok", "Vətən"– "Proletari", "Bakı" – "Bakkomuna","Nizami" – "Xudojestvennıy", "Bahar" – "Forum" adlanırdı.Bu kinoteatrların adlarını atam kino naziri işlərkən dəyişdirdi.Bu kinoteatrlar, onların köhnə adları, onların ekranlarındagöstərilən filmlər, o filmlərin həqiqətdə yaşanılmış qədərreallıqla xatırlanan epizodları, personajları, mənzərələri, abhavası,melodiyaları, o dövrün əyləncələri, sökülüb yox olmuşbinaları, davadan sonrakı ilk illərin müharibə əlilləri, kontuziyaalmış əsəbi adamları, bıçaq itiləyən çarxlı dəzgahlarıylahəyətləri gəzib bıçaq itiləyənlər, "starıveş" harayları haradasa,hansı zaman, şüur ucqarlarında qalmış bütün bunlar – bir aniçində yoq hücrəsinin alaqaranlığında gəlib gözlərimin önündədayandı.Baş yoq: – Ömrünüzün ən təmiz, ən saf, ən işıqlı günlərini,saatlarını xatırlayın – demişdi.Krivoy küçəsiylə, indi çoxdan sökülmüş gül, papaqdükanlarının yanından anamla keçirik. Anamın əynində yaşılaçalan boz bukle palto var, başına qara beret qoyub... Məniməlimdən yapışıb. Qəfilcən anamdan soruşuram:–Bəs mənim necə yaşım var?–Üç – deyir.İnsan dünya haqqında bir çox – əsas və vacib həqiqətləri beşyaşınacan öyrənir. Sonra yüz il yaşasa da qalan 95 il onun builk beşillikdə öyrəndiklərini, mənimsədiklərini, inanıbinanmadıqlarınıtəsdiq edir.Bəzən yalnız öz keçmişimi deyil, anamın yaşadığı ömrünsəhnələrini də eyni əyaniliklə İçəri dünyamda canlandırabilirəm. Elə bil içimdə işıq yanır, kinoproyektor cihazı şüaburaxır və daxili ekranda özümün şəxsən yaşamadığım günlər235

– açıq-aydın şəkildə bir-bir ötüb keçir.Qəribədir, atamın xatirələrini bu dərəcədə özümləşdirəbilmirəm. Bəlkə bu hələ izah olunmamış sırf fizioloji bircəhətlə əlaqədardır. Bəlkə insan ana bətnində ana beynininYaddaş qırışlarını, hafizə hüceyrələrini də mənimsəyir, özzehninə hopdurur, özününküləşdirir?Yaşımdan qabaqkı günləri – 30-cu illərin Moskvasını,anamın təhsil illərini görürəm. Moskva küçələri izdihamla, gülçiçəklədoludur. Qütbü fəth edib qayıdan çeyuskinçiləriqarşılayır Moskva. O dövrün ən məşhur və ən xarakter mahnısısəslənir: "Vse vışe, i vışe, i vışe stremim mı polet naşix ptiü, i vkajdom propellere dışet, spokoystvie naşix qraniü".Bir də başqa bir mahnı səslənir, qulaqlarımda! "Banderarossa".Bir də bir mahnı – D.Şostakoviçin "Vstreçnı" filminəyazdığı mahnı "Nas utro vstreçaet proxladnoy, nas pesneyvstreçaet Moskva, kudrəvaə çto je tı ne rada, sçastlivomu penöqudka". Bütün bu mahnıların melodiyalarını, sözlərini anam30-cu illərdən gətirmişdi bizə, Moskvadan gətirmişdi Bakıya,hərdən zümzümə edərdi, oxuyardı və mən bu mahnılarıekranlarda, efirdən eşitməmişdən çox qabaq onlar evimizəməhrəm olmuşdular.Moskva küçələri bu mahnılarla doludur, gülüşlərlə, gülçiçəklə,mayla, baharla doludur. Anam ağ corablarda, ağparusin çəkmədə, ağ güllü qara krepdeşin paltardadır, belinənazik ağ kəmər taxıb, başına beret qoyub...22-23 yaşındadır anam, yanında da Moskvaya qonaq gəlmişon bir yaşlı dayısı oğlu Mirzə. Qorki parkında gəzirlər. Birdənharay qopur. Hamı bir tərəfə qaçır, Mirzə də anamın əlindənqopub camaat qaçan tərəfə cumur... Demə, Stalin, başqarəhbərlər parka gəliblər, camaat onları dövrəyə alır. Hələotuzuncu illərin birinci yarısıdır.Əlbəttə, butün bunları xəyalımda ona görə bu qədər əyanicanlandırıram ki, anam özü danışıb bizə – onun bu paltarda, bu236

eretdə fotolarını görmüşəm, bütün bunlar belədir, amma mənəelə gəlir ki, o illərin bahar, səhər, ümid dolu ab-havası, gənclikhəvəsi, inamı – ispan respublikalarına, Dolores İbarruriyərəğbətdən tutmuş Çkalov uçuşlarının təntənəsinəcən – bütün bubayramların, fərəhlərin, sevinclərin işığı qanımla keçib mənəanamdan – sanki özüm yaşamışam o illəri...İçimdə yaşayan o illərin hadisələri, faktları deyil – dünyaduyumu, hissləridir, hadisələrin ardıcılığını tarix kitablarından,qəzetlərdən də öyrənmək olar. Bütün bunları İçəri dünyadayaşadıb saxlamaq, öz şəxsi fərdi xatirən kimi yada salmaq isətamam başqa məsələdir.Heç vaxt səhnədə Arbuzovun Babanovanın iştirakıylaoynanılan "Tanya" pyesini mən özüm görməmişəm, anamgörüb. Amma mənə elə gəlir ki, özüm görmüşəm, özümeşitmişəm qolçomaqların hədələrindən xoflanan Tanyanındinlədiyi "Kakaə xoroşaə budet jiznğ" mahnısını.Anam bizə danışmışdı ki, Moskvada təhsil illərində maddisıxıntılar içində keçən günləri çox olub. "Bir dəfə nahareləməyə bir-iki manatım da qalmamışdı. Əlacsızlıqdanmənimlə bir yerdə təhsil alan azərbaycanlı tələbələrdənbirindən üç manat borc almaq qərarına gəldim. Onainstitutmuzun pilləkanında rast gəldim. Məni görmədi, aşağıdüşürdü. Yanaşa bilmədim. Üçüncü mərtəbədən aşağıbaxırdım, çağıra bilmirdim. O, birinci mərtəbəyə çatanda,nəhayət, özümü məcbur edib yuxarıdan onu harayladım, adınıbərkdən çağırdım, O eşitdi, qanrılıb yuxarı baxanda çəkildim,gizləndim. Məni görmədi. Təəccüblə o yan-bu yana boylandı,çıxıb getdi. O gün ac qaldım".Fidan mənə dedi ki, anamın cəmisi bircə dəfə bizə danışdığıbu səhnəni elə bil öz gözlərimlə görmüşəm – pilləkanı da,üçüncü mərtəbədən çağırmasını da, adamın qanrılıbboylanmasını da, anamın çəkilib gizlənməsini də...Mən də o səhnəni eyni əyaniliklə görürəm...***237

Xaqani küçəsindəki ZAQS idarəsinə getdim. Hər ikisininpasportunu təhvil verdim.Həmin o pasportları ki, orda doğulma tarixləri haqda,evlənmə tarixləri haqda, mənzilləri haqda qeydlər var.Moskvanın, səfər etdikləri başqa şəhərlərin möhürləri var.Övladlarının adları var.Bütün ömürlərinin nişanələri toplanmış iki nazik kitabçanıtəhvil verdim – əvəzində mənə ölümləri haqqında ikişəhadətnamə təqdim etdilər.***Televiziyada rejissor Ramiz Mirzəyev anam haqqında çoxtəsirli bir veriliş hazırladı.Zemfira verlişə baxa-baxa ağlayırdı:–Hər halda xoşbəxt adam idilər, – dedi, – bir-birlərinisevirdilər, övladlarından razıydılar, nəvələrini gördülər. İndiözləri yoxdur, şerləri, mahnıları, kitabları qalıb, səsləri qalıb.Küçədə tanımadığım bir nəfər məni saxladı:–Rəsul müəllim axıracan öz sözünü dedi getdi: "Vətəndəndə püşk olarmı, pay olarmı?" Niyə başa düşmək istəmirdik ki,şairlər başqa insanlara bənzəmir, şairin bəzən nazını da çəkməklazımdır, şıltağına da dözmək lazımdır.Bir idarədə işləyən yaşlı qadın mənə bu cür təskinlik verirdi.–Çox da ürəyinizə salmayın, – deyirdi. – Müğənni X-in lapcavan oğlunu öldürüblər, bax, bu yaman dərddir. Amma sizinatanızı bir gör necə büsatla, cah-cəlalla dəfn elədilər. Siz dədeyirsiz...–Mən heç nə demirəm, – onun sözünü yarımçıq kəsdim, –xahiş edirəm, siz də heç nə deməyəsiniz...Elə bil birinin dərdini başqasının dərdiylə tutuşdurmaq,hansı ümumi ölçülərləsə ölçmək olar. Guya itkinin ağırlığıyaşın, sinnin azlığı – çoxluğuyla ölçülür. Guya kiminsə əndəhşətli müsibəti sənin möhnətini kiçildə bilər...Bir gecə kitablarımı sahmana salarkən vərəqlər arasından birkağız düşdü. Anamın xəttiydi. Haçansa atama yazmışdı:238

"Termos mətbəxdə, çörək isə qazandadır",Atamın "Qədim əlyazması" adlı bir şeri var.Varaqlar solğun, sarı.Səhifələrin neçəsi pozulub;neçə-neçə varağın kənarıillərin ağırlığına dözməyib,ovxalanıb, toz olub.Lakinxəfif bir təbəssüm,bir gilə göz yaşı,arzular, ümidlər qalıb.Anamın bu xırda məişət kağızında nə təbəssüm var, nə gözyaşı, nə ümid. Hardansa gecə gec qayıdan atam üçün adi birməlumat yazıb: termos mətbəxdədir, çörək – qazanda....bu bir əlcə kağız mənə ən qədim əlyazması qədərqiymətlidir. Atamın o gecə evə gəldiyini – kağızı gördüyünü,mətbəxə keçdiyini, termosdan çay süzdüyünü, bir parça çörəkyediyini – gözlərim qarşısında canlandırıram.Başımı qırxdırmaqçün kitab pasajının yanındakı balacabərbərxanaya girirəm. Dəllək:–Atan rəhmətliyin də başını, üzünü həmişə mən qırxardım, –deyir.İşə başlayır. Düşünürəm: bir neçə ay bundan qabaq bu əlləratamın başına, üzünə toxunub."Hörmətli Anar!Yəqin ki... yazılarınız üçün oxuculardam çoxlu məktublaralırsınız. Demək olar ki, bütün yazılarınızı oxumuşam. Ammaetiraf edim ki, mən poeziyanı nəsrdən daha çox sevirəm. Mənəelə gəlir ki, mənim poeziyaya vurğunluğum sevimli şairimRəsul Rzanın:"Hər kim nə deyir, desinşer dili aydındır.İstəyirsən sevincdən,istəyirsən qəmdən yaz,239

Elə aydındır bu dilNadan yüz yol oxusunYenə bir şey anlamaz.şerilə başlanmışdır. Füzulini də, Sabiri də mənə bu gözəl şairsevdirmişdir. Nigar xanım öz vüqarı – ilkinə, qızları vənəvələrinə həsr elədiyi şerlərilə öz ailəsini mənə çoxdandoğmalaşdırmışdır...İstər Nigar xanımın, istərsə də onun könül dostu şairR.Rzanın ömrü "Çinar ömrü"ndə yazıldığı kimi "Heç kəsə başəyməyən, yoxuşu şərəfli, enişi dözümlü" həmişə xatirələrdəyaşayacaq bir ömürdür.Qərəz, mən onlardan birini şairliklə yanaşı, incə, zərif birqadın, ürəyiəsimli bir ana, vəfalı yar-yoldaş, o birini qartalqanadıyla gənc şairləri mühafizə edib yollarına mayak olan,bütün insani sifətləri özündə cəm etmiş qranit bir heykəl kimikönlümün dərinliyində yerləşdirmişəm.....Çox xahiş edirəm, mümkün hesab etsəniz... ən çoxsevdiyim şairləriminn kitablarını adınızdan mənə hədiyyəgöndərin. Mən onları kitab rəflərimin Füzuli qəzəlləri,"Hophopnamə"min yanına qoyub, nərgiz və yasəmənlə, bir dəonlara olan sonsuz məhəbbətimlə bəzəyəcəm, inanın.HörmətləRəisə Heydərovalayihəçi–mühəndisBakı""Əziz Anar. Qəlbimə munis olan Rəsul Rzanın və onunarvadının vəfatını ancaq indicə bilmişəm. Dərindənsarsılmışam. Böyük dərdinizi sizinlə bölüşürəm. Ürəkdən arzuedirəm ki, təsəllini yaradıcılıqda tapasınız. Unudulmaz atanızınyaradıcılığı kimi yüksək və xalqa gərəkli yaradıcılıqda.SizinMarietta Şaginyan"."Salam əziz Anar qardaşımız!Mən sizin ata-ananızın... ülvi ana dilindən süzülən240

saflıqlarla müqəddəsləşən, kamilləşən, Sizdən xəbərsiz yetişənsizlərdən çox-çox uzaqlardakı oxucunuz, qərib bacınızam!Uzun illər bu tayda Şahinin vasitəsilə sizlərin əsərlərinizioxuyub ağlamışam! Şahin, mənim qardaşımdır. İki ay əvvəlŞahin mənə bir lent yazısı göndərmişdi. SSRİ xalqlarıədəbiyyatı dərsində onu qurub dinlədim. Fonda daxil etdim!Mən ancaq onda bildim. Ağladım. Ailə üzvlərinizin və Sizindərdinizə şərik oluram! Əziz bacılarınıza və həyat yoldaşınızasalam söyləyin.Keçən payız Təbrizdən Bülbülə qəsəbəsinə bir qoca arvadgetmişdi. O, sizin ananız Nigar xanımı çox istəyirdi. Siziaxtarıb görə bilməyib. Şahin onu çox çətinliklə Nigar xanımınməzarı üstünə aparıb. Məzar üstə gül qoyub nənə!...Mən Şəhriyarın nəvəsinə ana dilindən dərs deyirəm!Bu torpağı Rəsul Rzanın ev muzeyinə qoymaq üçün onunnəvəsi gətirib mənə verdi... Sizdən Şəhriyar və mən hər ikişairin və sizin öz əsərlərinizdən birini xahiş eləyirik Şahininvasitəsilə bizə göndərəsiniz. Çox sağ olun.Hörmətlə,Çinarə Təbrizdən"Əziz Anar!Sənin gözəl qəlbinə dəyən zərbələrə qarşı möhkəm və mətindayan. Bağışla ki, başına gəlmişlər və gələnlərə dərhal hayvermədim. Abbas Abdulla burda idi, onunla sənin haqqında,sənin ailən haqqında, Rəsul Rza haqqında xeyli danışdıq...həmişə hay verməsəm də, həmişə səninləyəm.Məhəbbətlə,Sənin dostun İvan Draç"."Əziz qardaşımız Anar!Azərbaycan sovet poeziyasının görkəmli nümayəndəsi, sadəvə böyük insan, istedadlı və nikbin ruhlu şair, xalqımızınləyaqətli oğlu, sevimli atanız (əgər etiraz etməsiniz, həm dəbizim atamız) Rəsul Rzanın ölümü bütün Azərbaycan xalqı kimi241

məktəbimizin müəllim və şagird kollektivini də hədsiz dərəcədəkədərləndirmişdir....Şagird qələmim mənim sözümə baxmaq istəmir, sanki o dabu dərd–qəmli ifadələrə inanmır, onları yaza bilmir.Rəsul Rza elə bir şair idi ki, onun yoxluğuna inanmaqçətindir. Böyük şairimizin ölümü bütün Azərbaycan xalqınısarsıtmışdır. Bu qəfil zərbə mənim qəlbimə sağalmaz bir yaravurdu. O, ana torpağın oğlu idi – ondan ilham alırdı, məzarıda orda oldu.Ölüm onun adına yaddır, şairin həyatını xalqımız davametdirəcək. Rəsul Rza cismən bizim aramızdan getsə də,ürəyimizdən heç vaxt getməyəcəkdir.Bu itki nə qədər ağır olsa da, hər halda iradəli adam bunadözməyi bacarmalıdır və belə iradə yazıçılar üçün dahavacibdir. Axı onlar cəmiyyətin fikrini çəkirlər. Yazıçılarəsərlərini nikbin ruhda yazmalıdırlar. Biz yaxşı bilirik ki,əsərlərinin süjeti bugünkü həyatımızdan götürülür. Buna görədə yazıçılar həyatın axınına xələl gətirməmək üçün, öz əsərlərixatirinə ən böyük kədərlərini belə unutmalıdırlar.Odur ki, hörmətli yazıçı, biz oxucular sizdən nikbin ruhluəsərlər gözləyirik. Nikbin ruhda yazmaq üçün nikbin ruhluolmağı bacarmaq lazımdır.Qoy bu ağır itki Sizin yaradıcılıq əzminizi qırmasın. RəsulRzanın ölümü qoy Sizi bədbinləşdirməsin və Sizin onun idealınırəhbər tutaraq, onun kimi müvəffəqiyyət əldə etmənizi və dahaböyük uğurlar qazanmağını arzu edirəm. Qardaşımız Anar,Sizə tükənməz səbr, möhkəm iradə və böyük yaradıcılıqmüvəffəqiyyətləri arzu edirik.Məktəb kollektivi adından dərin hüzn və kədərləDilşad Osmanova.Balakən rayonu, N. Nərimanov adınaMahamalar kənd məktəbi".Mənim balaca bacım Dilşad. Sadə, mehriban şagird diliylə242

yazdığın kağızındakı təsəlli sözlərinçün çox sağ ol, mənəverdiyin ürək-dirək üçün çox sağ ol. Sözlərinə riayət etməyəçalışaram, iradəmi toplayıb bədbinləşməməyə səy göstərərəm,nikbin əsərlər yazaram. Atamla anamın ölümündən il yarımsonra "Evləri köndələn yar" adlı komediya da yazdım hətta,daha bundan o yana nikbin, şən əsər ola bilməz…***Mənə elə gəlir ki, valideynlərimə yaxşı oğul olmuşam: bəlkəlap uşaqlıq çağlarımda "bu nədir?", "o nədir?", "bu niyəbelədir?" suallarımla bir az zəhlələrini aparmışam. Bəlkədəcəlliyim, şıltaqlığım hərdənbir onları yorub. Bəlkə məktəbillərində pis, ya orta qiymətlərim, tənbəlliyim, illah da musiqidərslərindən axsamağım, müəllimlərin tənələri atamıəsəbiləşdirib, anamın qəlbini ağrıdıb.Amma böyüyəndən bəri çalışmışam ki, onları heç nəyləincitməyim. Əgər mən sarıdan nigaranlıq, narahatlıq saatları,xətərələri olubsa, mənim günahım yoxdur burda. Əlbəttə, məntənqid və tənələrə hədəf olanda onlar da ürəklərinə salırdılar.1967-ci ilin iyulunda "Ağ liman" haqqında kəskin tənqidiməqalə çıxanda anam mənə bir şer yazmışdı:Körpəlikdə ayağına daş dəysəürəyimə dəysin deyərdim.Küləyin, tufanın nəfəsisənə toxunmasınməni əysin deyərdim.İndi ürəyimi yaralayırlardinə bilmirəm.Niyə yaşadım qaldımbu günə bilmirəm.Mənə müxtəlif səviyyəli, müxtəlif səpkili hücumlar olandaatam da bunu ürəyinə salırdı. Amma bu mənim günahımdeyildi. Mən həmişə çalışırdım ki, onları mümkün qədər özuğursuzluqlarımdan təcrid edim, mənə atılan daşlardanmümkün qədər xəbərsiz olsunlar. Çalışırdım ki, onları hər cür243

ürəkbulandıran söhbətlərdən qoruyum.İmkanım daxilində Bakıda da, Moskvada da onların ədəbiişləriylə məşğul olurdum. Xəstələnəndə qayğılarını çəkirdim,sağalmaları üçün əlimdən gələni edirdim. Vəfatlarından sonrada xatirələri üçün bacardığımı elədim. Nəyi bacarmadımsa,bacarmadım, Allah şahiddir...Hər halda mən onlara heç vaxt pis oğul olmamışam.Amma...Amma hər an, hər saat onlar qarşısında günahkar, təqsirkarolduğumu duyuram. Bu hiss daima mənimlədir, bir an beləməni tərk etmir, içimi didib tökür.Özümü günahlı hiss edirəm ona görə ki, sağ qalmışam,diriyəm, yaşayıram, nəfəs alıram, yeyirəm, içirəm, səfərəçıxıram, lətifələrə gülürəm, özüm lətifələr danışıram,dostlarıma, həyata, günəşə, məhəbbətə sevinirəm, kitaboxuyuram, yazı yazıram: bir halda ki, atamla anam artıqyoxdurlar.Həyatın hər bir təzahürü, diriliyimin hər bir bəliri mənimonlara, dünyadan getmişlərə xəyanətimdir.Həmin duyumun dəhşəti ondadır ki, bu daimi bir hissdir –həyatın fasilələri yoxdur, yalnız sonu var. Mən isə nə qədər ki,sona çatmamışam, yaşamağımın hər anı onlara, yaşamayanlaraxəyanətimdir.Hətta bu yazım da. Onlardan yazdığım bu yazı da. Onlarsızyazdığım bu yazı da...Hərdən gülüşün düşür yadıma,Hərdən qəmin, məlalın,Hər şeyi sezə bilən,Hər şeyə dözə bilənqəlbin, pərişan halın.Sakit axan sular kimiaxıb getdin.Dostlarının ürəyində ağrı buraxıb getdin.Yenə gələcək bahar,244

yenə çiçək açacaq çəmən.Budaqlardan sallanacaqsalxım-salxım yasəmən.Quşlarqatar-qatarQürbətdən vətənə dönəcəkGünəş yenə dənizdən doğacaq,dağların dalında sönəcək!Ağ göyərçin balası kimiçırpınan kiçik qızınsevgilisinin sinəsinə yaslanıbisti göz yaşlarıtökəcək səninçin.Yanıb-yaxılacaqİçin-içinSonra həzin bir təbəssümləqaldıracaq başınısiləcək göz yaşını.Yenə dünyada vüsal olacaq.olacaq acı hicranBircə sən dönməyəcəksən,Dönməyəcəksən getdiyin əbədi yoldan.(Nigar Rəfibəyli )"Üzeyir Hacıbəyov" filmi üzərində iş həm xilasım idi, həmxəyanətim. Xilasım idi, çünki kinonun qarmaqarışıq, hayküylü,adamla qaynaşan aləmindən başqa heç bir iş məni içimigəmirən fikirlərdən, xatirələrin acısından, bir-birindən ağrılıanımlardan qurtara bilməzdi. Kino xilasım idi...Amma kino həm də xəyanətim idi. Axı kinoçəkmə onlarınmüsibətlərilə birgə başlamışdı, bu müsibətlərlə paralel zamanyoluyla gedirdi, yüz gün içində bir ölümün itki acısıyla, ikinciölümün gözləmə dəhşətiylə qoşa addımlayırdı. Anam sağ idi,amma bilirdim ki, çəkilişin axırına o da qalmayacaq. Bilirdimki, çəkiliş müddətində anamı itirəcəm, basdıracam, yasını245

tutacam və kino işimi davam etdirəcəm, tamamlayacam. Mənbunu nəinki bilirdim, mən ayıq, amansız bir praktisizmlə bunustudiyanın rəhbərliyinə də çatdırmışdım: kino – istehsalatdır,studiyaya rəhbərlik edənlər əmin-arxayın olmalıdırlar ki,quruluşçu rejissorun heç bir qəlb sarsıntıları film üzərində işqrafikini poza bilməz.Bilmirəm, zəifliyim idi bu, ya gücüm idi – ancaq çalışırdımki, mənim daxili iztirablarım heç vəchlə görməkdə olduğum vəgörəcəyim yaradıcılıq işinə təsir göstərməsin. Bu işi – ÜzeyirHacıbəyov haqqında film yaratmağı – vacib, gərəkli işsayırdım. Və sayıram.Həmin ağır günlərdə filmi çəkməli olan operator mənə zərbəvurdu. Çəkilişə bir həftə qalmış işləməkdən boyun qaçırdı –xəstəyəm – dedi.Məsələ onda deyil ki, hələ neçə ay qabaq mən həminoperatorla danışmışdım, o, böyük məmnuniyyətlə razılıqvermişdi. Bu zaman ayrı filmdə məşğul olduğu üçün, mən dəçəkiliş vaxtını məhz elə onun xatirinə neçə ay yubatmışdım vəbu yubadılmış müddət ərzində tale məni belə çətin imtahanaçəkmişdi. Həmin operatorla o ağır günlərdə Şuşaya, naturaseçməyə getmişdim, aktyor sınaqlarını o çəkmişdi. Pavilyonlartikilmişdi, çəkiliş başlanmalıydı və elə bu zaman operatorürəyinin xəstə olduğunu elan etdi...Filmi dayandıra bilərdilər. Bunu istəyənlər də vardı. Filminbağlanması təhlükəsi reallaşırdı. Mən düşünürdüm ki, başımagələn bütün bəlalara baxmayaraq, filmi çəkmək əzmindəyəmsə,kiminsə etibarsızlığı üstündə bu işi bada vermək olarmı?Operatordan xahiş elədim:–Onca gün ərzində pavilyonları çək, sonra get istirahətə,müalicəyə.Çünki hazır pavilyonların istifadəsiz qaldığı hər günqruppaya amansız ziyan verirdi.Operator razı olmadı. Cavan oğlandı – ziyalı, tərbiyəli,oxumuş. Rəftarı həlimdir, özü nəzakətli, qanacaqlıdır, yüksək246

səviyyəli professionaldır – buna söz ola bilməz. Sifətdən dəsifayidir, yapışıqlıdır.Amma onun sifəti də – son dəfə qəti boyun qaçırdığıdəqiqələrdə gördüyüm sifəti – o xəstəxanada "mən burda bütüngünü növbə çəkə bilmərəm" deyən cavan, yaraşıqlı həkiminsifəti kimi hafizəmə əbədi həkk oldu.Yayda filmlər istehsalının ən qızğın dövründə bütün operatorlarməşğuldurlar, məşğul olmayanlar da dincəlir, təzə iş üçün qüvvətoplayırlar. Mənimçün son dərəcə ağır və çətin olan bu günlərdəstudiyada bir nəfər operator tapılmadı ki, yıxılıb böyrü üstə qalmışfilmimizə yardım əlini uzatsın. Tək bircə Zaur Məhərrəmovdanbaşqa. Zaur bu vaxt başqa filmdə məşğul idi, amma studiyamüdriyyəti vəziyyəti ona izah edən kimi razılaşdı, iş prosesinəortada müdaxilə etdi, (bu isə operator üçün xüsusilə çətinməsələdir) və qəliz, mürəkkəb bir filmi layiqli şəkildə çəkdi. Buyoldaşlıq və insanlıq hərəkəti idi.Özgə etibarsızlığına aludə olub öz xəyanətimdən gendüşdüm. Anamın əlacsız xəstə yatdığı günlərdə – ömrünün songünlərində – kinostudiyada keçirdiyim hər saat anama xəyanətdeyildi məgər? Bəlkə bütün işimi-gücümü təxirə salsaydım,gecə-gündüz yalnız anamın yatağı yanında olsaydım, günahhissini bu qədər kəskin duymazdım... "Təxirə salmaq" dedim.Deməli, çəkilişdən tamam imtina etmirdim, deməli, təxirə salıbanamın yanında oturmaqla onun sonunu, sonucu – ölümünügözləməli olurdum. Gözləyirdim ki, ölümündən sonra çəkilişəbaşlayım. Bu da mümkünsüz idi. Oturub gözləmək, ölümügözləmək olmazdı...Anamın dəfn günü əvvəlcədən planlaşdırılmış qrafik üzrəçəkiliş dəstəsi Şuşaya getdi. Bir həftədən sonra mən də onlarınyanına gedəcək və hər cümə axşamı Şuşadan Bakıyagələcəkdim.Bir həftədən sonra Şuşaya yola düşdük. Fidangil dəmənimlə getdi.Axşama yaxın Göyçaya çatdıq, Göyçaydakı evdə – onların247

evində qaldıq. Alatoranlıq idi. İşıqları, nədənsə, yandırmadıq.Darvazadan həyətə girib, ev qapılarını açıb otaqlara keçəndəkeçirdiyimiz hissləri təsvir etmək çətindir. Qapının qabağındaonların yumşaq məstləri düzülmüşdü. Rəflərdə dərmanşüşələri, masanın üstündə kənarında qeydlər etdikləri kitablarvardı, əlyazmaları vardı.Həyətə düşdüm. Fidan alatoranlıqda ağacların birinin altındatək-tənha oturmuşdu. İçəri dünyasına çəkilmişdi.Elə bil ev, həyət Onların danışıqlarıyla, nəfəsləriylə, addımsəsləriylə, ruhlarıyla dolu idi. Yazda həyətdə ağaclar çiçək açardı –gilas, albalı dəyərdi. Payızda nar, xurma yetişərdi. Atamla-anamildə iki-üç ay burda yaşayardılar. Bazar günləri biz də gələrdik –ətraf nəvələrin səs-küyüylə, qışqırıqlarıyla, gülüşləriylə dolardı,balacalar ora-bura qaçışırdılar.İndi buranın yeganə sakini onların yoxluğu idi.Bakıda, onların evlərinə toplaşarkən bəzən bizdə belə birqeyri-iradi illüziya oyanırdı ki, onlar yalnız müvəqqətiyoxdurlar evdə, hardasa ayrı yerdədirlər, bəlkə eləGöyçaydadırlar.İndi biz Göyçaya gəlmişdik. Burada da yox idilər.***Uşaqlığımızın yay aylarını ara-sıra Şuşada keçirərdik.Dünyada ən çox sevdiyim şəhərlərdən biri də Şuşadır.Amma mənə elə gəlir ki, Şuşa heç zaman o yaralı yayımızdaolduğu qədər gözəl, cazibəli olmayıb.Bakının ağır bürküsündən sonra Şuşanın saf, təmiz havası –ciyərlərimizin bayramı idi.Qədim, yaraşıqlı evlərin "qaşqa suvağı", meşələrin sərinbulağı – qeyri-ixtiyari şerə keçdim, çünki elə bu bulaqların adıda şer kimi səslənir – İsa bulağı, Saxsı bulağı, Səkili bulaq,Gəlin bulağı, Çarıq bulağı, Ayğır bulağı, Şirlan... O yanda Qırxqız dağları, bu yanda Topxana meşəsi, uzaqda Kirsin zirvəsi,bu tərəfdə Bağrığan dağı, Cıdır düzündən Daşaltı çayına enənQırx pilləkən, İbrahim xanın sığnağı, Ağ qaya, Ərimgəldi248

yamacı, tayı-bərabəri olmayan xarıbülbül gülü, kəkotu,qantəpər, çobanyastığı, quzuqulağı, sarı çiçəyin ətirli çayı,gecələrin İsaq-musaq quşları, Natəvan bağında ətrafı bürüyənqızılgül rayihəsi, tez yağıb tez kəsən çobanaldadan yağışlar,dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra eləcə dəehmalla çəkilən süd rəngli dümağ dumanlar, gündüzün-gecəninhər vaxtında, hər yandan, hər bucaqdan ucalan musiqi sədaları– radiolardan, televizorlardan, maqnitofonlardan axan, ya daməclislərdən, İsa bulağı meşəsindən, Cıdır düzündən yüksələncanlı avazlar – Şuşa!O yay elə bil Qarabağın bütün gözəl səsləri Şuşayatoplaşmışdı – sanki nəvalar, zəngulələr havanın özünəhopmuşdu. Uşaqlıq hafizəmdə yaşayan balaca dükanlarlasəflənmiş Rasta bazar indi hündür mehmanxana binalı,fontanlı, güllüklü geniş xiyabana çevrilmişdi. Natəvan bağındaNiyazi simfonik konsert verirdi, xanəndələr oxuyurdu –muğamatsız Şuşada konsert olar? Biz də özümüzlə musiqigətirmişdik. Üzeyir haqda filmin epizodlarını onun ölməzmusiqisinin hazır fonoqrammaları altında çəkirdik. Üzeyirinmayası burdan götürülmüş əsərləri indi lentlərə həkk olubqayıtmışdı Şuşaya. Bu epizodlar böyük bəstəkarın uşaqlıqillərini canlandırırdı – ən məşhur Qarabağ xanəndələrinidinlədiyi uzaq illəri.Cabbar Qaryağdıoğlu rolunda Qədir Rüstəmovu çəkirdik.Bakıda aktyor sınaqları zamanı bu rola Qədiri nəzərdə tutandada, hətta səsini qabaqcadan lentə yazanda da heç kəs inanmırdıki, Qədir çəkiləcək. Mən özüm də qəti bilmirdim. Danışırdılarki, kefi istəməsə, heç kəs, heç bir rütbə sahibi onu oxumağaməcbur edə bilməz. Hər bir əsl sənətkar kimi müstəqil, özləyaqətini saxlayan adam idi və nədənsə, xoşu gəlməyəndə hərhansı məclisdən – ona boyun olunan haqqın miqdarından asılıolmayaraq – yarımçıq çıxıb gedirmiş.Bütün bunlar öz yerində, amma danışdığımız gün, danışdığımızsaatda öz maşınıyla Ağdamdan Şuşaya, çəkilişə gəldi.249

–Qədir, doğrusu, qorxurdum vədinə xilaf çıxasan, – dedim.–Boy, bu nə sözdür danışırsan? – dedi. – Sənə söz verdimaxı, gələjəm. – Sonra əlavə etdi. – Yəqin sənin də qulağınaçatıb ki, Qədir dəlidir. Qardaş, Qarabağda dəli olmasan, başçıxarda bilməzsən.Adət eləmədiyi çəkiliş intizamsızlığı onu bəzən lapdarıxdırırdı; qapalı salonda, pirotexnik Vasya çəkiliş üçünlazım olan tüstünü buraxanda lap hövsələdən çıxırdı:–Ay urus, Allaha bax, – deyirdi, – boğdun bizi tüstüdə...Onu Məcnun sifətində qrim edəndə, əyninə cır-cındırgeyindirəndə etiraz etmirdi, dözürdü, amma mənə:–Bax, canınçün, ancaq sənin xətrinə bu hala düşürəm ha, –deyirdi....elə səhərisi gün zirək fotoqrafın Qədiri Məcnunqiyafəsində əks etdirmiş şəkillərini aşağıda, "benzinkolonun"yanında biri beş manata satırdılar...***Hər cümə axşamı Bakıya gəlirdim, hər dəfə dəbizimkilərdən kimsə mənimlə Şuşaya gəlirdi.Bir həftə, dediyim kimi, Fidangil Şuşada qaldılar, bir həftəZemfirayla Günel, bir həftə Ənvər Məmmədxanlı...Toğrul Nərimanbəyov da bu müddətdə Şuşada idi – Mərkəziteleviziya onun haqqında film çəkirdi.85 yaşlı Nəsir bəy Cavanşir həmişəki kimi bu yay da Şuşadadincəlirdi, bizi evinə dəvət etdi, konyak içir, ötən günlərdənşirin xatirələr danışırdı. Hər yerdə şuşalılar mənə qayğı vədiqqət göstərirdilər. Üzeyir haqqında film çəkdiyimə görə də,itkilərimdən xəbərdar olduqlarına görə də... Bütün bunlarmənimçün o günlər çox vacib idi. Həm də bu xalqımın əngözəl, ən vacib cəhətlərinin – həssaslığının, zərifliyinin ifadəsiidi...Zemfirayla Günel Şuşada olan günlər bir axşam gəzintiyəçıxmışdıq, yolumuz istirahət evinin ərazisinə düşdü. Şuşada axırillər dəfələrlə olmuşam, amma 1952-ci ildən bəri, yəni otuz il250

ərzində nə səbəbdənsə heç yolum istirahət evinə düşməyib.1952-ci ildə hamımız – atam, anam, bacılarım – burdadincəlirdik. İndi otuz ildən sonra qeyri-ixtiyari o uzaq illərəqayıtdım. Çoxdan saralıb-solmuş xatirələr elə bil birdən-birədirçəldilər, oyandılar, püskürdülər, qurd olub yedilər məni...Bax, bu evdə qalırdıq, bu cığırla yeməkxanaya gedirdik.Bura kitabxana idi, həm də kinozal. Axşamlar bu ağaclarınaltında oturardıq.Atam bax burda nərd atardı. Mən o dərədə tay-tuşlarımla futboloynayırdım. O vaxt Şuşada yaman darıxırdım, ürəyim Bakıyatələsirdi. Doqquz yaşlı Fidan da darıxırdı. Təranəyə hələ darıxmaqtezdi – dörd yaşındaydı. Atam Fidanla mənim başımı qatmaq üçüntəklif elədi ki, yol qeydlərimizi yazaq, Şuşada gördüklərimiziqələmə alaq. Yadımda deyil Fidan yazdı, ya yox, amma mənyazmağa başladım. Yol qeydləri və Şuşa haqqında deyil...Amerika həyatından bir pyes yazdım.Bir axşam, bax, həmin o evin eyvanında yazıb qurtardığımpyesi bizimkilərə oxudum. Təbii ki, pyes zəif və bekara bir şeyidi, amma atam onda nə isə görmüşdü. Oxuyub qurtarandaonun göy gözləri parlayırdı.–Heç nə, – dedi, bilmirəm sevinclə dedi bunu, ya təəssüflə.– Sən də yazıçı oldun.Məhz bax, bu gün, bu axşam, bu saat, bax, bu sözlərdənsonra mən yazıçı oldum.Ya olmadım. Belə də hesab etmək olar, sözüm yoxdur. Hərhalda mənim taleyim bu anlarda həll olundu.İndi axşam toranlığında bu yerləri dolaşanda Zemfiraya,Günelə dedim ki, haçansa çox illər bundan qabaq bax o evdəqalırdıq.Amma bu sözlər kifayət idi ki, Günel böyrümə qısılsın. Mənaydın hiss-elədim: bu anlarda o da öz İçəri dünyasında mənimxəyalımda gördüklərimi görür, duyduqlarımı duyur.Sonralar da mən bu on yaşlı qızın həssaslığına mat qalırdım.Mən tez-tez susuram, fikirli oluram, öz içimə çəkilirəm. Heç251

vaxt mənə mane olmur. Fikirlərimdən ayırmır. Amma o günlərdalğınlaşan kimi, keçmişin səhnələrini xəyalımda görən kimiGünel hansı daxili duyumlasa mənim İçəri dünyamı görür,yanıma gəlir, məni qucaqlayır, oxşayırdı.–Ata, – deyirdi, – babayla, nənə düşdü yadına, hə?–Hə, qızım, onlar düşdü yadıma, sənin babanla nənən.***1983-cü il aprelin 1-də atamın vəfatının ikinci ildönümündəqəbirüstü abidəsinin açılışı oldu. Atamın xatirəsinə son dərəcəvəfalı olan Elmira Hüseynova hələ sağlığında onun heykəlportretiniyaratmışdı… İndi, bu son heykəlini də böyükduyğuyla düzəltmişdi. Atamın son illərdə sifətinə çökmüş birifadəni çox dəqiq yarada bilmişdi – müdrik bir kədər, bir azyorğunluq, bir az təəssüf...Təbrizdən, Şəhriyarın adından göndərilmiş bir ovuc torpağıAbbas Zamanova verdim, bu barədə bir-iki kəlmə dedi vətorpağı məzarın üstünə səpdi.1983-cü il iyulun 29-da anamın yetmiş yaşı tamam olan günonun qəbri üstündə də abidə açdıq. Yazıçılar, jurnalistlər toplaşdı,əklillər qoydular, çıxış etdilər, qəzetlər, jurnallar məqalələr çapetdilər, radioyla, televizorla verilişlər getdi...Atamın beşcildliyi çıxdı. Özü görmədi.Moskvada "Qoslitizdat"da ikicildliyi çıxdı. Bunu da görəbilmədi.Müxtəlif yerlərdən onların adlarıyla bağlı xəbərlər gəlir.Eston bəstəkarı Eugen Kapp atamın sözlərinə romans yazıb.Türk bəstəkarı Təhsin İncirçi atamın şerinə mahnı bəstələyib.Bu mahnı Qərbi Berlində işləyən türk fəhlələrinin xorununifasında vala yazılıb. Valı mənə də göndəriblər.İsveçdə, Macarıstanda, Bolqarıstanda, İraqda atamın şerləriçap olunub, Rəsul Rzanın və Nigar Rəfibəylinin ölümləriyləəlaqədar Türkiyədə, İranda bir neçə jurnalda məqalələr, onlarınşerləri, şəkilləri dərc olunub. Təbrizdə çıxan "İnqilab yolunda"jurnalının üz qabığında atamın iri şəkli verilib, Cənubi252

Azərbaycanın bir neçə şairi – Qulamhüseyn Səbri, HüseynTufarqanlı, Güloğlan, İmran Salehi və başqaları onun ölümünəşerlər həsr ediblər.Onun ölümünə saxladıq əzaEllər onu daim yada salacaq.Yenə sıramızda var Rəsul RzaÖlməz əsərləri daim qalacaq.Bu şerlər haqqında "Azərbaycan müəllimi" qəzetindəməlumat verən Abbas Zamanov "Yenə sıramızda var RəsulRza" adlı məqaləsində yazır:"Son zamanlar əlimizə gəlib çatan məlumatlardan aydın olurki, Rəsul Rza Cənubda ən çox oxunan və sevilən bir şair kimişöhrət tapmışdır. Mənhus Məhəmməd Rza şahın zamanındahökm sürən terrorun qurbanı olan Səməd Behrəngi 1968-ci ildəgizli şəraitdə buraxdığı "Parə-parə" məcmuəsinə Rəsulun birsıra şerlərini daxil etmişdi. Cənub mətbuatının yazdığına görə,o zaman bu şerlər oxucular tərəfindən maraqla qarşılanmış,əldən-ələ keçmiş, geniş yayılmışdır...Cənubi Azərbaycanın tanınmış ədiblərindən Hüseyn Sadiq qaragünləri xatırlayaraq yazır: "Millətimizin təhsinəlayiq inqilabındanneçə il əvvəl Rəsul Rzanın müxtəlif xalqların taleyindən danışangözəl şerlərindən bir neçəsini "Asari-əz şüərayi Azərbaycan"("Azərbaycan şairlərinin əsərlərindən nümunələr") kitabında dərcetdirmişdim. Xain Məhəmməd Rza şahın nökərləri Rəsul Rzanınşerlərinin kitaba daxil olmasına görə üç il kitaba nəşr icazəsivermədilər. Kitab nəşr olunandan sonra da savakçılar dərhaltoplayıb satışını qadağan etdilər".Şimali Azərbaycanda da bir sıra şairlər, nasirlər RəsulRzaya və Nigar Rəfibəyliyə həsr olunmuş xeyli şer, hekayəyazıblar. Bir qismi mətbuatda, bir qismi həmin müəlliflərinkitablarında çap olunub.Radio və televiziya onlar haqqında verilişlər təşkil edir, teztezefirdə şerləri, mahnıları səslənir.Bakı-Moskva təyyarəsinin sərnişinləri havaya qalxmaq253

ərəfəsində Polad Bülbüloğlunun atamın sözlərinə bəstələdiyimahnısını dinləyirlər:Gözlərinə de ki,girməsinlər, yuxuma:nə kədərlinə sevincli,nə şirin vədəli.Dodaqlarına de ki,Çəkilsinlər xəyalımdanpıçıltılı,gileyli,hədəli!Ömrün illəriyığılıb çiynimə qalaq-qalaqNə qəm!Gəl bir əbədi ansəninləəl-ələsöz-sözəfikir-fikrə qalaq!Bəlkə bütün ötüb-keçən günlərən gözəl günün müqəddiməsi imişBəlkəbu incimələrməhəbbətin sınağısəadətin səsi imiş...Bəlkə də belədir. Bəlkə də bu ümidli sözlərdə böyük birhəqiqət var. Bəlkə doğrudan da, "bütün ötən günlər ən gözəlgünün müqəddiməsi imiş"... Bəlkə də... Kim bilir?***Şuşada olduğum günlərdə küçədə çox gənc, lap sütül biroğlan mənə yanaşdı, utana-utana;–Anar müəllim, – dedi, – olar sizdən bir şey soruşum?–Olar, – dedim, – soruş.254

–Düzdür ki, sizin adınızın mənası belədir: Anam Nigar.Atam, Rəsul?–Düzdür, – dedim, – tamamilə doğrudur. Məhz elə belədir:ANAR, yəni Anası Nigar, Atası Rəsul.***Anam Nigar, Atam Rəsul! Sizdən yazdığım bu yazınıSizinlə bərabər yazdım. Yalnız ona görə yox ki, yazımın ənqiymətli səhifələri sizin şerləriniz, məktublarınız, sözlərinizoldu. Bir də ona görə ki, bu yazını yazdığım iki uzun il ərzindəhər an sizin doğma nəfəsinizi duydum, səslərinizi eşitdim, hərşeyi, dənizi, çiçəkləri, küçələri, insanları, hadisələri, hətta sizinvəfatınızı, dəfninizi belə sizin gözlərinizlə gördüm. Bütün buiki ili mənimlə oldunuz. Canlılar kimi...Sizsiz qalıb yaşamağın çətin dərslərini yavaş-yavaş, tədricləöyrətdiniz mənə...***Uşaqlıqdan bizə əziz, bayram olan günlərdə yığışırıq –mayın 19-da atamın doğum günündə, iyunun 29-da anamındoğum günündə, fevralın 11-də onların toy günündə. Əvvəlonlar özləri bizi bir yerə yığırdılar, indi xatirələri yığır.Onların evlərində toplaşırıq. İndi bu evdə Təranə əriylə, ikibalaca qızıyla yaşayır; hamımızdan artıq ata ocağına Təranəbağlıydı. Ailənin sonbeşiyi idi. Təranə, onu xüsusi birkövrəkliklə sevirdik Təranə isə hamımızdan möhkəm oldu –ailənin ruhunu, ocağın tüstüsünü, evin çırağını məhz Təranəqorumalı, hifz eləməli oldu.***Anamın çox cəhətlərini – zərifliyini, mülayimliyini, hər şeyianlamaq qabiliyyətini – Fidanda və Təranədə görürəm.Rəftarlarında bir çox cizgilər, bədii zövqləri, həyat əqidələri –anamdandır. İradəsini, dözümünü, təmkinini Təranədə dahaartıq görürəm, xəyalpərvərliyi, dalğınlığı, kövrəkliyi Fidandadaha artıq duyulur.O müsibətli günlərimizdən iki il sonra 1983-cü ilin255

payızında Fidan yoldaşı Raufla uzun müddətə İraqa işləməyəgetdilər. Bəlkə də Fidan həyatında ilk dəfə 29 iyun gününü –anamızın doğum gününü – hamımızdan aralı, qürbətdə, uzaqBağdadda keçirdi. Və bu günün ərəfəsində, yuxusuz gecədəduyduqları istər-istəməz şerə çevrildi. Bəlkə də Fidanın ilk vəyeganə şeridir bu sadə misralar. Bəlkə heç bunları şeradlandırmaq da düz deyil. Qırılıb misralara tökülmüş qəlbnisgilləridir. Əkrəm Əylisli demişkən, doğrudan da, dünyadaelə mətləblər var ki, onları yalnız şerlə ifadə etmək olar:Bu gecə, bu gecəKeçəcək qorxular,vahimələr,Gələcək yerinə xəyallar.Açılacaq cənnət qapılarıtaybatay.Səni görəcəyəmsağ-salamat.Əlini uzadıb sığallayacaqsanipək saçlarımı.Bağrına basacaqsan məni.Deyəcəksən: qorxma,mən yanındayam.Nədənsə, kəkotu ətri gələcəkcənnətdənÜrəyimin çilik-çilik qəlpələricingildəməyəcək içimdəBoğazıma tıxanmayacaqyaş düyünüsəsini eşidəndə.Deyəcəksən yenə: "Ay aman,bu qız nə arıqdı,canına bir az fikir ver, ay bala",Uğunub güləcəyəməvvəl mən,256

sonra sənElə-belə, səbəbsizuğunub güləcəyik ürəkdən.Xoşbəxt gülüşümüz,Səslənəcək cənnətdəQorxusuz,itkisiz,ölümsüzcənnətdə.28 iyul, 1984. İraq.Bu şerdən bircə mənim xəbərim var və Fidan xahiş eləyibki, onu heç kəsə göstərməyim, məbadə, çapa verməyim. Onasöz verdim. ...və sözümün üstündə durmayıb şeri "Sizsiz"ədaxil edirəm. Çünki Fidanın keçirdiyi və ifadə etdiyi buduyğular da yalnız tək bir ona məxsus deyil, anamızın xəyaliabidəsinin əlavə bir çaları, cizgisidir. Bəlkə də Fidan əhdə xilafçıxdığımı mənə bağışladı. Bəlkə də...Təranəgil atamın evinə köçməmişdən qabaq, mən düşündümki, təzə ailə, yeni həyat tərzi hər halda bu mənzilin zahirigörünüşünü dəyişəcək. Odur ki, fotoqraf çağırdım, dedim ki,bu boş, adamsız otaqları necə var, o cür çəksin – qoy Onlarınvaxtında bu mənzil necə olubsa, – fotolarda o cür qalsın.Fotoqraf bomboş otaqları müxtəlif nöqtələrdən çəkdi vəfotoları mənə verdi.Təranəgil mənzildə heç nəyi dəyişməyiblər. Hər şeyatamgilin vaxtında necə varsa, o cür qalıb.Fotoqrafın çəkdiyi şəkillərə baxıram – onlar qəlbimin heçbir telini tərpətmir – ev avadanlığının, əşyaların müəyyəndüzümüdür, vəssalam. Fotolar – ölüdürlər.Atamgilə gəlirəm. İçəri dünyam min bir anımla, xatirəylə dolur– ev diridir. Diri evin otaqlarında səs-küy, gülüşlər eşidilir. Güneldə, Fidanın qızı Aysel də burdadırlar, Təranənin balaca, şıltaqqızları Nigar və Bəyazla belədən-belə qaçırlar…Həyat davam edir...257

Amma mən fotolara baxmağı da çox xoşlayıram. Heç vaxtzənn etməzdim ki, fotolar bu qədər söhbətcildir. Gecənin biryarısı – evimdə hamı yatanda, masamın siyirtməsini çəkirəm.Bir qalaq foto çıxarıb ortalığa tökürəm. Tələsmədən, aramlamüxtəlif illərin fotolarını nəzərdən keçirirəm.Bunu tez-tez etmirəm ki, duyumun təravəti itməsin, təsirikorşalmasın. Üç ayda, dörd ayda bir...Onların müxtəlif vaxtlarda, müxtəlif yerlərdə çəkdirdiklərişəkillər, tək şəkilləri, cüt şəkilləri, bizimlə, başqa adamlarla,dostlarla, qohumlarla, tanışlarla çəkdirdiyi şəkillər dil açıbdanışır.Bu fotolardakı adamların da bir qismi artıq yoxdur, amma oadamların da səslərini, gülüşlərini eşidirəm.Bəzi şəkillər yaman gurdur, hay-küylüdür. Gecəyarısıotağım səslərlə, qəhqəhələrlə, zarafatlarla, qab-qacaq səsiylə,qədəh cingiltisiylə dolur! Bəzi şəkillər fikirli, dalğındır –sükutu dinləyirəm. Bəzilərindən musiqi sədaları gəlir – uzaq,həzin musiqi. Moskva küçəsinin hənirtilərini, uzaq ölkələrindanışıqlarını eşidirəm. Buzovna meynələrinin pıçıltısını, Xəzərləpələrini, Göyçay ağaclarının xışıltısını eşidirəm. Bakıevlərinin xısın səslərini eşidirəm.Hər foto min bir anımla, xatirəylə bağlıdır – uzun ömrünçeşid-çeşid günləri, illəri, saatları. Yüz insan sifəti – əziz,munis sifətlər.Bir foto da var. Bu foto həmişə ürəyimə məlhəm çiləyir,məni ovudur, sakitləşdirir elə bil.Qatar vağzalında, perronda dayanıblar. Artıq cavan deyillər,amma hələ qocalmayıblar da.Harasa gedirlər. Onları yola salırıq. Fotoda olmasaq da,perronda varıq, dayanmışıq, onlarla söhbət edirik. İndicə fitsəsi eşidiləcək, onlar vaqona qalxacaqlar, qatar yola düşəcək.Ayrılacayıq. Amma bu əbədi hicran deyil. Müvəqqətiayrılıqdır. Bir müddətdən sonra yenə görüşəcəyik....Onların olmaması fikriylə barışa bilmirəm və heç zaman258

arışa bilməyəcəm.Bu ayrılığın əbədi olması fikrini heç cür qəbul edə bilmirəmvə ömrümün axırınadək qəbul edə bilməyəcəm.Bir daha görüşməyəcəyimizi ağlıma sığışdıra bilmirəm vəbilməyəcəyəm.Mənə elə gəlir ki, harasa gediblər. Mütləq qayıdacaqlar.Hökmən görüşəcəyik.Odur ki, əlvida deyə bilmirəm onlara. Hələlik, – deyirəm.Görüşənə qədər, – deyirəm. Gülə-gülə, – deyirəm.Sağ olun – deyirəm.Sağ olun ki, vardınız.Sağ olun ki, varsınız.Sağ olun ki, həmişə bizimlə qalacaqsınız.1981-1983259

HƏYATIM AĞRIYIR(povest-xatirə)260

"Həyatım ağrıyır...". Ənvər Məmmədxanlının ifadəsidir.Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş məclisdə,ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birəöz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq birxatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olubsənə, nə var?" – dalğın-dalğın cavab verərdi: – "Həyatımağrıyır". Bilmirəm bu ifadə onun hansısa əsərinə düşübmü?Gərək ki, yox. Hər halda çap olunmuş əsərlərində rastgəlmədim. Bəlkə hələ üzə çıxarılmamış əlyazmalarında,gündəliklərində, qeydlərində – "Qəlpələr"ində hardasa düşübqalıb bu söz. O uzaq illərdə mən bu ifadəni orijinal bir obraz,qəribə bir təşbeh sayırdım. Hər şeyi daha dəqiq qavramağabaşlayandan sonra Ənvər Məmmədxanlının şəxsiyyətini,bioqrafiyasını daha dərindən dərk etdikdən, özüylə və ailəsiyləbağlı bütün məşəqqətlərinə vaqif olandan sonra anladım ki, buyalnız gəlişigözəl söz deyilmiş – Ənvər Məmmədxanlıtaleyinin çox sərrast, çox dürüst düsturu imiş. Uşaqlıqdan mənona Ənvər əmi, ya Ənvər müəllim deyil, sadəcə Ənvərdeyirdim. Atamla anama da adlarıyla müraciət etdiyim kimi.Özləri belə öyrətmişdilər, mən də, bacılarım davalideynlərimizə Rəsul, Nigar, Ənvərə Ənvər deyirdik. Buyazıda da başqaları üçün qeyri-təvazökar, yaxud kobud görünsəbelə, mən "Ənvər" deyib yazacam, çünki bu mənimçün dahatəbii və real səslənir.Həyatsevər insan idi, gəncliyində dünyanın ləzzətlərindənzövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən,yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdı.Amma bu nikbin təbiətli bir insanın ömrü boyu "həyatıağrımışdı"."Həyat ağrısı"nın bəzi, mənə məlum olan səbəblərini buyazıda açıqlamağa çalışacam.***261

Bu il Ənvərin 80 illiyidir. 1913-cü il fevralın 28-i ƏnvərMəmmədxanlının doğum günüdür.1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğumgünü deyil. Ənvər Məmmədxanlı fevralın 29-da anadan olubvə fevralın 29-u ancaq dörd ildən bir olur. Ailədə biz həmişə bumövzuda zarafat edərdik. Bir zaman hətta elə düşünürdük ki,dəbdəbəni, hay-kuyü sevməyən Ənvər qəsdən, ad gününü qeydeləməməkçün belə bir günü – hər il olmayan bir günü – özününad günü elan edib. Axı sən necə fevralın 29-da anadan olabilərsən ki, 1913-cü ildə fevral 28-dən olub? – deyirdik və bizəelə gəlirdi ki, bu tutarlı dəlillə onun "uydurmasını" ifşaedəcəyik. Ənvər gülümsünür: – Bəs onu bilmirsiniz ki, ovaxtdan bəri təqvim dəyişib və on üç gün qabağa çəkilib?Amma hər halda hər il bu gün, yəni il 29-dan olanda 29-da, 28-dən olanda 28-də onun evinə gedər, təbrik edərdik.Nə yazıq ki, 91-ci ilin 28 fevralında onun evinə yox,televiziyaya getməli oldum: iki ay on gün qabaq vəfat etmişyazıçının xatirəsinə həsr olunmuş verilişdə danışmaq üçün. Ovaxt dedim ki, Ənvər haqqında danışmaq çətindir, əvvəli onagörə ki, onun vəfatı mənimçün çox böyük itki idi. Hələ yaraqaysaqlanmamışdı, sağalmamışdı. İndi, on iki ildən artıqkeçəndən sonra yenə də Ənvərdən söz açmaq mənə asan deyil:yara hələ də qövr edir, incidir. Bu bir səbəbdir. İkinci səbəbiodur ki, Ənvər haqqında xatirələrim çoxdur, bitib-tükənməzdir,mənim həyatımda Ənvərin o qədər böyük yeri var ki, buxatirələri tənzim etmək, səhmana salmaq, müəyyən birardıcıllıqla düzmək müşkül işdir. Adamı az tanıyanda onunhaqqında bir neçə görüş əsnasında, bir neçə ünsiyyətdəqiqələri, ya saatları nəticəsində xatirə söyləmək mümkündür.Amma bir insanı uzun illər boyu tanıyanda və o insan sənə buqədər yaxın olanda xatirələri müəyyən bir məcraya sığışdırmaqzor işdir. Üçüncü bir səbəb də var: Ənvər Məmmədxanlımənim yaxın qohumumdur, əmimdir. Əmi deyəndə çox adamtəəccüblənir – axı bilirlər ki, Rəsul Rzanın qardaşı olmayıb.262

Ənvər Məmmədxanlı atamın həm əmisi oğlu idi, həm xalasıoğlu. Onların ataları İbrahim və Qəffar qardaş idilər, analarıMəryəm və İmmihanı bacı idilər. Amma bu qanqohumluğundan başqa – onları birləşdirən mənəvi varlıqları idivə heç bir doğma qardaş bir-biriylə bu qədər yaxın olabilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və əqidəsahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çoxçətinliklərinə birlikdə sinə gərmişdilər. Mübahisə etdiklərivaxtlar da olurdu, amma bir-birlərini qəribə, riqqətli birməhəbbətlə sevirdilər. Bu zahirən bəlkə də görünmürdü, ammadaxildə, mən bilirəm ki, nə qədər bir-birinə bağlı adamlaridilər. Ailəmizin ənənələrindən, babalarımızın təbiətlərindəngələn bir sərtliklə bir-birinə mehriban sözlər deməyi, qarşılıqlıməhəbbətlərini nümayiş etdirməyi sevməzdilər, hətta birbirlərininyaradıcılıqlarına dərin rəğbət və hörmətləyanaşdıqları halda belə heç vaxt atam Ənvərin hekayələrinə,pyeslərinə, Ənvər atamın poeziyasına mətbu surətdəmünasibətlərini bildirməyiblər. Yadımdadır, atam bir dəfəƏnvərin "Qaralmaz günəş" hekayəsində bir obrazı bəyəndiyinisöyləmişdi. Həmin obraz olan cümləni bura köçürürəm:"Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdənkəsdi. Elə bil naməlum ovçu gülləsi ilə ağac başından yerəsərilən bir quş, aşağıda otlar üstündə bir-iki dəfə qanad çalıb,sonra tamamilə susdu".Yalnız atamın ölümündən sonra Rəsul Rza və NigarRəfibəyli haqqında xatirələr kitabına yazdığı "ön söz"də ƏnvərMəmmədxanlının ilk və bəlkə də gecikmiş etirafı səslənmişdi:"Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, biryoldaş və böyük qardaş idi, o eyni zamanda uşaqlıq illərindənmənə müəllimlik eləmişdi və həmişə mənim üçün örnəkolmuşdu". ("İki ömrün işığı", Gənclik, Bakı, 1987, səh. 4.)....və mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım vəbəlkə də, o atamın atabir-anabir qardaşı olsaydı belə mən onusevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan263

artıq bağlanmazdım. Mənə bağışladığı ikicildliyinin üstündəyazdığı "Əzizim Anara, ürək dostuma..." sözləri mənimçün əntəmtəraqlı "izhari məhəbbətlərdən" daha qiymətlidir.İndi onun haqqında düşünəndə, həm də çox tez-tez, sıx-sıx,müxtəlif məqamlarda, müxtəlif hadisələrlə bağlı olaraqdüşünəndə bir yandan öz xatirələrim canlanır xəyalımda –onunla bağlı saysız-hesabsız günlər, aylar, illər... Atamgilinsağlığında demək olar ki, həftədə bir, ya iki dəfə onlara gələrdi,orda görüşərdik. Buzovnada bağlarımız qonşu idi və hər il yayayları hər günü bir yerdə keçirərdik: gündüzlər və axşamlarsöhbətlər, şahmat yarışları, gecələr radio dalğalarında "düşmənsəslərini" – "Amerikanın səsini", "Azadlığı", "Almandalğasını" aradığımız, dinlədiyimiz saatlar...Sonra, mən ayrı yaşamağa başlayanda hərdən bizə gələrdivə daha tez-tez mən onun evinə gedərdim. Bakıda olduğumzaman demək olar ki, hər həftə ona baş çəkərdim. Moskvadan,ya başqa uzaq səfərdən qayıdandan sonra da mütləq Ənvərgiləgedərdim. Birlikdə səfərə çıxdığımız vaxtlar da az olmayıb.Dəfələrlə Moskvaya, Azərbaycanın müxtəlif şəhər vəkəndlərinə bərabər getmişik, başqa respublikalarda birlikdəsəfərlərdə olmuşuq. Bütün bu dediklərimin nəticəsində mənimbitib-tükənməz xatirələrim, şəxsi təəssüratım onun özünün özhəyatı haqqında, öz keçmişi, uşaqlığı, gəncliyi haqqındasöylədikləriylə qovuşur, qaynayıb-qarışır. Bura Ənvərhaqqında başqalarının söhbətləri, xatırladıqları da əlavə olunur– atamın, anamın, Ənvərin bacılarının, qohum-qardaşın,tanışların, yazıçıların söhbətləri... Və nəhayət, Ənvər haqqındadüşüncələrimin, xatirələrimin bir qaynağı da var – onun özyazıları, bədii əsərləri... Çünki onun yaradıcılığında, xüsusilə,hekayələrində avtobioqrafik ünsürlər az deyil. Bu ünsürlər"Bakı gecələri"ndə də var, "Ayrıldılar" hekayəsində də, başqaəsərlərində də..."Ayrıldılar" hekayəsinin qəhrəmanı İlyasın ömrü boyuhəsrətində olduğu at – dayısının atını çapıb məhv eləməsi,264

"Babək" romanında da eyni çılğın ehtirasla köhlənin belinəsıçrayıb uçuruma atılan gəncin aqibəti – Ənvərin gənclikxatirələrilə bağlıdır. Dayısı Məhəmmədhüseyn RzayevinQaragöz və Ceyran adlı atlarını çapmaq istəyən balacaƏnvərin, yeniyetmə Ənvərin arzularının əksidir.Uşaqlıq və gənclik illərində at çapmağı sevən və bacaranƏnvər çox illər sonra, ahıl yaşında "Leyli və Məcnun" filmininçəkilişi zamanı at belinə sıçramasını da danışmışdı mənə:"Özümü saxlaya bilmədim bu cins atları görəndə, bir az çapdımbelədən-belə, qurdumu öldürdüm". Odur ki, bütün bunlar eləqaynayıb-qarışır, elə birləşir ki, sonucda məndə qəribə birduyum baş qaldırır. Sanki mən Ənvəri uşaqlıqdan, yəni onunuşaqlığından tanıyıram, yaşımdan çox qabaq ötüb-keçənləri özgözümlə görmüş kimi xatırlayıram."Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaqistəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuzsəyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik,turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasauzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, buyaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanıgəzərik..." (Ənvər Məmmədxanlı "İki ömrün işığı" kitabınayazdığı "Ön söz"dən).Elə bil öz gözlərimlə görürəm bu səhnəni – Göyçayın quruboz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvırcıqsaçlı, biri ondan üç yaş böyük – göygözlü, harasa uzaqlarabaxır və içəri aləmlərində uzaq ölkələri – böyük-böyükşəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər...Bu romantik xəyal onların hər ikisinin xislətində idi. Hərikisi dünyanı gəzmək, dünyanı görmək, dünyanı dolaşmaqeşqilə yaşayırdılar. Hər ikisi mühitlərinə sığmırdılar və hərikisini mühit, şərait, yaşadıqları dar məkan çərçivəsi, zamanınməhdudluğu sıxırdı. Atamın "Darısqallıq" şeri də elə bubarədədir... Hər ikisi bütün dünyaya qovuşmaq istəyirdi və hərikisi dünyadan doymurdular... Bu narahatlıq, doyumsuzluq, dar265

ir həyat ülgüsü içində darıxmaq Ənvərin bir çoxhekayələrində əks olunub – onun qəhrəmanları karvanlaraqoşulur, baş götürüb uzaqlara getmək istəyiylə çırpınırlar.Gəncliyində yazdığı "Karvan dayandı" hekayəsində də,qocalığında tamamlamaq istədiyi "Babək" romanında da... AxıBabək də Ənvər Məmmədxanlını ilk öncə dünyaya sığmayanbir adam kimi, məhdud ehkamlarla barışmayan bir şəxsiyyətkimi, sərgərdanlıq ruhuyla yaşayan, azadlıq odunda yanıbqovrulan bir səməndər quşu kimi cəlb edirdi. "Babək"romanının böyük hissəsini – uzaq karvan yolunun təsviri tutur."Əfsanəli dağlar" hekayəsinin qəhrəmanı da adiliklərmühitindən əfsanələr aləminə qaçır, uzaq və uca dağzirvələrində bəlalı məhəbbətini tapır və itirir. "Ay işığında"hekayəsində qoca aşiq sənətinin ecazıyla gəncliyini, cavanlıqehtiraslarını, həvəslərini, hisslərini qaytarmaq istəyir və bucəhdin mümkünsüzlüyündən üzülür... Və nəhayət,"Ayrıldılar"da bu insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşıüsyan iki sevgilinin qəribə, ilk növbədə izahsız və məntiqsizgörünən ayrılmalarıyla nəticələnir. Vaxtilə Səməd Vurğun buhekayəni bəyənməmişdi, qəbul eləməmişdi və hətta "Axı niyəayrıldılar?" adlı bir məqalə də yazmışdı. Amma onu deyim ki,Səməd Vurğun, ümumiyyətlə, Ənvərin şəxsiyyətini də,yaradıcılığını da sevirdi. "Şərqin səhəri" haqqında ayrıca birməqalə də yazıb əsəri yüksək qiymətləndirmişdi. Ənvərəərkyana bir zarafatla "Peçorin" deyərdi və məncə, hər ikisininxasiyyətlərində, xüsusilə, cavanlıq çağlarında oxşar cəhətlərçox idi. Gəncliklərində hər ikisi xəyalpərvər, romantik idilər.Birlikdə səfərlərdə, Moskvada, çox-çox məclislərdəolmuşdular. Ənvərin Səməd haqqında canlı detallarla zənginolan xatirələri vardı, heyf ki, özü yazmadı. Mənim yadımdaqalanları burda gətirirəm. Bu xatirələrin məzəli məqamları davar. Və qəribədir ki, bu məzəli xatirələrdə Mir Cəfər Bağırovunkabus kimi vahiməli surəti də yumor işığında görünür. "Birdəfə Bağırov Mehdiylə məni çağırmışdı, Səməd də o vaxt266

Yazıçılar İttifaqının sədri idi, biz bir az gecikmişdik, MərkəziKomitənin qarşısında Səməd əsəbi var-gəl edir, papiros çəkirdi,bizi görən kimi üstümüzə düşdü: – Mənim kimi aslan, – dedibura gələndə dizlərim titrəyir, siz hələ gecikirsiz də...Bağırov bizi Moskvaya oxumağa göndərmək istəyirdi, bizimtina edəndə: "əlbəttə, Bakıda bulvar qalır, İnturist qalır,gəzib-dolanmaq qalır, Moskvaya gedib oxumağı neyləyirsiz?"– dedi."Bir dəfə yenə köhnə "İnturist"də idik, Səməd, Rahim,mən... "İnturist"in o vaxtkı məşhur metrdoteli İvan İvanoviçbizə yaxşı stol düzəltmişdi, yeyib-içdik. O vaxtlar da yazıçılar"İnturist"ə gedən kimi Bağırova xəbər verərdilər.Nə məsələyçünsə yenə yanındaydıq, birdən düşdü üstümüzəki, Tbəli, gününüzü restoranlarda keçirirsiniz, içirsiniz filanbaxbu günlərdə yenə Səməd Vurğun, Rəsul Rza, ƏnvərMəmmədxanlı "İnturist"də kef edirlərmiş. Rəsul isə orada yoxidi, nə o gün bizimlə "İnturist"ə getmişdi, nə də indi Bağırovunyanında yox idi. "İnturist"də də bizimlə Rahim idi, burda davardı, amma Bağırov onun adını çəkmirdi, Rahim də üstünüvurmurdu. Gördüm bu dinmir, dedim: – Yoldaş Bağırov, RəsulRza orda yox idi! – Bəs kim vardı? Dedim: – Məmməd Rahim.Rahim dərhal sıçradı: Yoldaş Bağırov, içmişdim, amma lülüşqədeyildim. – Sadis, durak – deyə Bağırov onun üstünə çəmkirdi.Gülüşdük və vəziyyət bir az yumşaldı, sonra cəsarətə gəlib: –axı rus yazıçıları lap betər içir, – dedik. – Şoloxov, Fadeyev.Bağırov çox məntiqli cavab verdi: Onların dədə-babaları daiçib, sizə nə düşüb?"Ənvərin Səməd Vurğunla və Bağırovla bağlı başqa birxatirəsi daha dramatik idi... "40-cı illərdə bir şayiəburaxmışdılar ki, (güman ki, bunu qəsdən, provakasiya üçünediblər) Cavid sağdır, qayıdır və Cavidin köhnə dostu AbdullaŞaiq vağzala, onu qarşılamağa gedib. Ənvər deyirdi ki, buxəbəri Səməd mənə deyəndə yanımızda üçüncü bir adam davardı və mən ondan şübhələnirdim ki, bu adam yoncadır1.267

Səməd bu sözü təzə başlamışdı, stolun altında onun ayağınıvurdum ki, danışmasın. Səmədin də bütün həyat təcrübəsiylə,zəkasıyla bərabər, bir az sadəlövhlüyü də vardı, qayıtdı mənəki, ayə, nə olub, ayağımı niyə vurursan? Bildim ki, xəbəriBağırova çatdıracaqlar. Doğrudan da, bir müddət sonraBağırov Şaiqin bu hərəkətinə görə Səmədi də bərk məzəmməteləmişdi, – O qocaya nə düşüb vağzala gedir, – demişdi –yaxşı, tutalım lap Cavid gəlir, hardan gəlir? Həcdən, Məkkədəngəlir?***Sonralar "Ayrıldılar" hekayəsini yenidən işlədi, əsaslıdəyişdi və bəlkə bu son variantda "axı niyə ayrıldılar" sualınadaha açıq, daha məntiqli cavab tapmaq olar, amma məncə,hekayənin birinci variantı daha bədii, daha kamil və incədir...1983-cü ildə "Ulduz" jurnalının 3-cü nömrəsində ƏnvərMəmmədxanlıyla müsahibə aparan jurnalistin: – İmkanınızolsaydı əsərlərinizi yenidən yazardınızmı? – sualına yazıçı beləcavab verir: – Bilmirəm, ömür limitindən nə qədər qalıb, ammabu dözülməz zəhmətə qatlaşardım. Bəzi yazılarımı büsbütünləğv edərdim, bəzilərini isə yenidən yazardım...Bu yazı üzərində işlərkən Ənvər Məmmədxanlınınsağlığında çıxan son kitabını – "İkicildliyini" oxudum və böyükbir təəssüf hissilə gördüm ki, uşaqlıqdan demək olar ki,hafizəmdə başdan-ayağa kimi diri yaşayan bir çox hekayələri,o cümlədən "Bakı gecələri", "Ay işığında", "Ayrıldılar"hekayələri üzərində yazıçı yenidən işləyib və işlədiyivariantlar, mənim zənnimcə, onların ilk variantlarından bədiicəhətdən heç də yüksək deyillər. Dedim bəlkə məni çox təbiibir hiss aldadır, cavanlıqda oxuyarkən bu hekayələrin mənəgöstərdiyi böyük təsir gücünü indiki yaşımda duya bilmirəm.Həmin hekayələrin ilk variantlarını da yenidən mütaliə etdimvə onlar mənə əvvəlki kimi güclü təsir göstərəndə əmin oldumki, yanılmıram, yazıçı hekayələrini təzədən işləyərkən onlarımüəyyən qədər "korlayıb".268

Gənclik təravətiylə, gənclik çılğınlığıyla yazılmışhekayələrin akvarel boyaları üstündən kömürlə işlənilib, hissitapıntıları bir çox hallarda rasionalist izahlar dayazlaşdırıb.Alatoran mənzərələrin cazibəsi, hüsnü, sonacan açılmamışmətləblərin sehri qeyb olub, səthi şərhi qalıb. Əlbəttə, buhekayələrin ilk nəşrlərindən bixəbər oxucuları yenidən işlənmişvariantlar da yüksək sənətkarlığı, zərif şeriyyatı, füsunkardiliylə cəlb edəcək, amma həmin əsərlərin "gəncliyini"yaddaşlarında yaşadan mənim kimi oxucular üçün onlarınyenidən süslənmiş görkəmi müəyyən pərişanlığa, xəyalqırıqlığına səbəb olacaqdır.Bu cəhətdən "Bakı gecələri" də, zənnimcə, Ənvərin ən yaxşıhekayəsi – yazıçının sonralar apardığı "cərrahiyyə əməliyyatı"nəticəsində çox şey itirib. Lakin indi mən konkretmüqayisələrlə hekayənin iki variantı arasında fərqlərigöstərmək və fikrimi əsaslandırmaq istəmirəm. Bu ayrısöhbətin mövzusu ola bilər. Burda Ənvərin bioqrafiyasının"Bakı gecələrin"də də əks olunmuş bəzi ayrıntıları üzərindədayanmaq istəyirəm. Mənim nənəm, yəni Ənvərin xalasıMəryəm xanım 20-ci illərin axırlarında artıq Bakıda yaşayırdıvə Bakıya gələn Ənvər əvvəl-əvvəl bir müddət məhz onlardaqalıb. Nərimanov adına sənaye texnikumunu 1931-ci ildəbitirib, 1932-ci ildə Azərbaycan neft institutuna daxil olub.Eyni zamanda, həmin vaxtlarda Montin zavodunda texnikmexanikişləyirmiş. Amma Ənvər şair qəlbli bir insan idi,meyli texnikaya, sənayeyə, neftə yox, ədəbiyyata, söz sənətinəidi, nəsrə idi. Yadımdadır, nənəm danışardı, deyirdi hər səhərƏnvəri güclə oyadırdım ki, instituta, dərsə getsin, dururduotururdu yorğan-döşəyinin içində, gur qıvırcıq saçları vardı,əliylə onları qarışdırır və hirslə deyirdi: mən getməyəcəminstituta, mən mühəndis olmayacam. Ölüm-zülümnən onuməcbur edirdik dərsə getsin, axır ki, o peşənin dalınca getmədi,mühəndis olmadı, yazıçı oldu.Mühəndislik təcrübəsi Ənvərin ilk povestində –269

"Burulğan"da neftçilərin həyatından bəhs edən yazıda əksinitapdı. Yazıçı özü bu əsərinə çox tənqidi yanaşırdı. "Ulduz"jurnalına verdiyi və bayaq xatırlatdığım müsahibəsində deyir:"Ədəbiyyata 1934-cü ildə çap olunmuş "Burulğan" povesti iləgəlmişəm. Sadəlövh və zəif bir şeydir, ikinci dəfə heç çapetdirməmişəm, unutmaq istəmişəm, amma başlanğıcı xəbərverdiyi uçün hər dəfə yadıma salırlar".Ənvərin mühəndisliyin daşını atıb yazıçılığın dalıncagetməsi ailələrində də çox söz-söhbətə səbəb oldu, daha dəqiqdesək, atası Qəffar bu işdən çox narazı imiş. Ənvərlə bağlı ikilent yazısı durur məndə. Birini onun sağlığında bacısı Həbibəxanım Məmmədxanlıgildə yazmışam. Ənvər, Həbibə, o biribacıları Arifə xanım Məmmədxanlı və mən Məmmədxanlılarnəsliylə bağlı məsələlər ətrafında söhbət edirdik. İkinci lentyazısı isə artıq Ənvərin ölümündən sonra Buzovna bağındayazılıb, bu söhbətin də iştirakçıları Arifə xanım, Həbibə xanımvə mənəm. Yeri gəldikcə bu yazımda hər iki lentdən istifadəedəcəm. İndi Ənvərin atasıyla bağlı məqamları və xüsusilə,Qəffar əminin (heç bir vaxt görmədiyim bu adamı mən dəatamın, bibilərimin diliylə belə adlandıracam) Ənvərin peşəseçməsindən narazılığını, necə deyərlər, ilk qaynağa – Ənvərinözünün, Arifənin və Həbibənin xatirələrinə əsaslanaraqaçıqlayacam.11 avqust 1991-ci il, Buzovna bağında söhbətin lentyazısından fraqment (Həbibə, Arifə, Anar).HƏBİBƏ. Bu xüsusda Ənvərlə çox mübahisələri olurduəmimin (qeyd: Qəffar əminin bütün uşaqları da Rəsulgilindiliylə atalarına "əmi" deyərlərmiş, Ənvər hətta uşaq yaşlarında"Qəffar əmi" deyirmiş – A.). Əmim deyirdi ki, yazıçı olursan,rəssam olursan, nə olursan özün bilərsən, amma hayıfdı,üçüncü kursdasan, çıxma institutdan. AZİ-ni qurtar, əlindədiplomun olsun, ondan sonra yaz da, sənin əlindən yazıçılığıalan yoxdu ki... Ənvər də qəti deyirdi ki, yox, oxumayacam mənorda. Bax bunun üstündə çox mübahisələri olurdu... Bir dəfə270

evdə heç kəs yox idi, bir mən idim bir də əmim. Çağırdı məniki, bura gəl. Ənvərin kitabı çıxmışdı, dedi bu kitabı götür, oxumənə.ANAR. Niyə özü oxumurdu ki?HƏBİBƏ. Özü küsmüşdü də Ənvərdən (gülüş). Gəldim mən dəoxudum, özü də bir hekayə idi ki, orda öpüşmək-zad vardı,udquna-udquna oxuyurdum, utanırdım, çox pərdəli idik...ARİFƏ. Həbibə, çox zəhmli idi e, biz ondan qətiyyən birdənə ağır söz eşitməmişdik, bizə bir söz deməmişdi, qışqırsın,eləsin, amma o qədər ondan qorxardıq, o gələndə özümüzə yertapmırdıq. Çox zəhmli idi, çox, çox...""Bakı gecələri"nin ilk variantında əsas qəhrəman Yunisininstitutdan çıxmaq söhbətinə işarə-filan yoxdu, sonralar işlədiyiikinci variantda bu məsələyə aid bəzi eyhamlar var. Önəmlicəhət odur ki, bu hekayədə Ənvər kənddən, daha doğrusu,Göyçay kimi bir əyalət şəhərindən Bakı kimi böyük birmərkəzə gələn gəncin duyğularını çox dəqiq təsvir etmiş,şəhəri bu gəncin gözlərilə görə və göstərə bilmişdi. Bakıya xasolan cəhətlərin belə əyani təsviri yalnız ilk təmasınsəmimiyyətindən və güclü müşahidə istedadından doğa bilərdi.Evləri bir-birinə çox yaxın yerləşdiyi üçün gecələr sayrışanişıqların sıx topalığı, qəfil qopan cilovsuz Bakı küləklərinincövlanı, köhnə Bakı evlərinin yastı damlarında isti yay günləriadamların yerlərini sərib yatması, Bayıldan Qaraşəhərəcənşəhərin səmasını qaraya-qırmızıya boyayan o dövrün məşhurvə məşum neft yanğınları, çoxailəli Bakı evləri, səs-küylühəyətləri, bu şüşəbəndli eyvanların birindən göylərəgöyərçinlər uçurdan balaca Səttar, köhnə binaların yastıdamlarında isti yay gecələrində yer salıb yatan adamlar – bütünbu dəqiq ayrıntılar dünyanı şairanə baxışla görən həssas birgəncin duyğularından və gələcək yazıçının iti müşahidəsindəndoğulmuşdur.Yastı dam üstündə paltar sərən Yaqutu yazıçı belə təsvir edir:"İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı271

yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarımüstünə qoymuşdum, axşam şəhərin topa-topa alışan işıqlarınabaxmışdım. Haradasa veyllənən fikrimi hardansa geriqaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəmaltındakı dam üstündə görmüşdüm. Bəlkə çoxdan üzünügörmədiyim, səsini eşitmədiyim xəyalı idi bu? Yox, özü idi, ağquşum, ağ səadətim idi. Ayağı altındakı tasdan götürdüyü kətanağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əlüzdəsmallarını damın bacalarına sarınmış dirəklər arasındakıiplərə tıxaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasındaqalaraq asfalt cığırla uzaqlaşıb gedirdi. Dənizdən həzin küləkəsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isəəyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyinqabardıb yuxarı qaldırdığı donunun ətəyini aşağı salırdı, sonrayorğun bir halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxtdoğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız onabaxırdı və qız şəhərin qızıl işıqları önündə sirli bir rəqsəbaşlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıbçıxırdı.(kursiv mənimdir – A.) Dönüb əllərini iplər üstündəgəzdirə-gəzdirə yaxınlaşır və hərdən yanakı və ani bir baxışlaqaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı"."Bakı gecələri"ni yenidən mütaliə edərkən bu yeri oxuyandaaz qala diksindim. Axı eyni bir obraz – dam üstündə paltarsərən qızın küləklə, ağlarla rəqsi mənim "Gürcü familiyası"hekayəmdə və onun əsasında çəkilmiş "Gün keçdi" filmində dəvar. İstəyirsiz inanın, istəyirsiz yox, həmin hekayəni yazandamən ondan azı 20-25 il qabaq oxuduğum "Bakı gecələrin"dəkibu səhnə heç xəyalımda deyildi. Bilmirəm, bəlkə də özümünbelə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədirki, indi bu yazıyla əlaqədar olaraq Ənvərin hekayələrini neçə ilsonra yenidən oxuyanda mənim nəslimdən olan başqayazıçılarımızın hekayələrində də "Ənvər motivlərinə" yaxınparçalar olduğunu gördüm. Elə həmin "Bakı gecələrində" beləbir yer var: Yunis qonşuları Səttarın cibindən Yaqutun –272

sevdiyi Yaqutun məktubunu ələ keçirir: "Mən əlimi Səttarındizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüşbir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindənqopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, ammaelə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz birbülbül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o bozbülbülü və ağ gül ilə boz bülbül arasındakı ağ boşluqda iri,yumru uşaq xətti ilə yazılmışdı ki:Gəlmişdin görəsən məni,Dərmişdin hörəsən məni,Əlində açar olmadı,Bir açıb görəsən məniU.Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığıüçün daha dəhşətli idi: "Bunu mənim qəbrimin baş daşınayazdırarsan". Bu parçada da Elçinin və Əkrəm Əylislinin bəziəsərlərinə xas olan poetikayla bir səsləşmə aydın-açıqgörünmədədir. "Ayrıldılar" hekayəsində kənd qırağındagörüşüb soyuq daş üstündə söhbətləşən İlyasın və Adilənindanışıqları, səhnənin ümumi ahəngi Yusif Səmədoğlunun"Soyuq daş"ıyla eyni pərdədə köklənib. Təkrar edirəm, bütünbu bənzəyişlər, əlbəttə, təsadüfi ola bilər, yaxud gənclikmütaliəmizin şüuraltı yaddaşda ilişib qalmış qəlpələrindənmayalana bilər. Amma Ənvər Məmmədxanlının bir yazıçı kimidə, bir şəxsiyyət kimi də özündən sonrakı ədəbi nəsillərə təsiridanılmazdır.***Ənvər hər hansı şöhrət, məşhurluq iddialarından çox uzaqadam idi, müsahibələr verməyi, çıxışlar etməyi, televiziyaekranında görünməyi sevməzdi. Bunun umumən onunxasiyyətinə və təbiətinə uyğun çox nəcib cəhət olmasıylabərabər mənfi tərəfləri də var, çünki onun özü haqqında da,dövrü haqqında da, ədəbiyyat haqqında da deməyə sözü vardıvə nə yazıq ki, bunların yüzdə birini də demədi. TənqidçiKamal Abdullayev (indi o Ənvər Məmmədxanlının irsi273

komissiyasının sədridir) böyük inad göstərərək Ənvərləteleviziyada böyük bir söhbət apardı və bu söhbətin bir qiymətionun ətraflı, müxtəlif mövzularla bağlı olmasıdırsa, bir əvəzsizdəyəri də odur ki, bu söhbət Ənvərin ölümündən bir az əvvəlapardığı söhbət idi, bir müddət sonra o dünyasını dəyişdi vəKamalın inadkarlığı olmasaydı, biz bu maraqlı söhbətdən dəməhrum olardıq. Ənvərin ölümündən sonra Kamal həminsöhbətin stenoqrafik yazısını "Ədəbiyyat qəzetində" dərcetdirdi. Həmin söhbətdə başqa mövzularla yanaşı, Ənvərədəbiyyat aləminə gəlməsini də xatırlayır. "O vaxt mən təhsiliburaxdım və indi təəssüf edirəm, gərək institutu qurtaraydım vəmühəndis olaydım, mühəndis diplomunu alaydım. Diplomumyoxdur. Texnik-mexanik diplomum hələ də durur – Nərimanovtexnikumunu qurtaranda almışdım, indi də saxlamışam çoxəziz bir yadigar kimi. Mən özümçün nə isə yazırdım, heç biriddiam olmadan. Sonra belə oldu ki, Faruq idi, bilmirəm kimidi, tanışlığımız vardı – göyçaylı idi – bir vədə dedim ki, məndə bir şey yazmışam, dedi ki, gəl aparaq verək Azərnəşrə,oxusunlar eləsinlər. Əvvəl razı olmadım, sonra, nəhayət, razıoldum. Azərnəşrin binası əvvəlcə başqa yerdə idi. Ora verdim,birinci Mehdiyə çatmışdı. Bir azdan sonra gəldim ki, Mehdi, nəoldu? Dedi ki, nə tələsirsən, nə olub? Bir az Mehdinin dəkəskin danışığı vardı. Mən də dedim ki, mənimlə kəskindanışma. Çap eləyirsən elə, eləmirsən eləmə. Çıxdım getdim.Nə isə sonra çap olundu... O vaxtı az maraqlanırdım ədəbiyyatsahəsi ilə. O vaxt RAPP vardı, AZAP vardı. AZAP-a rəhbərlikeləyirdi o vaxt Mehdi. İdeya rəhbəri idi"...Mehdiylə Ənvərin çox qəribə münasibətləri vardı... Bumünasibətlərin mənə məlum olan bəzi nöqtələrindən söz açmaqistəyirəm. Ənvərin yazdığı o ilk təmaslarından sonrayaxınlaşmış, hətta dost da olmuşdular. Eyni vaxtda MoskvadaAli Kinossenaristlər kursunda oxumuşdular. "Amma Moskvadamənim başım daha çox kefə qarışmışdı o illər – deyirdi Ənvər– gəzmək, tanslar. Mehdi isə gecəsini-gündüzünü kitab274

oxumaqla keçirirdi, dərslərə, imtahanlara ciddi hazırlaşırdı vəgörürsən bəzən elə gətirirdi ki, mən əməlli-başlıhazırlaşmadığım imtahandan Mehdidən yüksək qiymət alırdım.Dəli olurdu Mehdi, cinlənib özündən çıxırdı, axı yamanyanağan idi... Bir dəfə də yadımdadı, bir fəlsəfə müəllimimizvardı, adı yadımdan çıxıb və başqa bir məşhur filosof Luppolda onunla düşmən idi... Həmin müəllimə imtahan verəndəMehdi bunların ədavətini bilirdi. İmtahan verəndə nə isədolaşdı, lazımınca cavab verə bilmədi və müəllimməzəmmətinə cavab olaraq: "Eto Luppol menya naputal (MəniLuppol çaşdırdı)U deyə cavab verdi. Luppolun imtahanverdiyimiz fənnə aid kitabını nəzərdə tuturdu. Qoca müəllimbaşını buladı: Ne nado molodoy çelovek, ne nado, – dedi.Sonrakı illərdə Mehdiylə gah dalaşır, gah barışırdılar. Birdəfə Mir Cəfər Bağırov Mehdiylə Ənvərə neftçilərmövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisibirlikdə işləməkdən imtina ediblər: biz bir yerdə yaza bilmərik,– deyiblər.Bağırov: – Nə oldu, siz Marksla Engelsdən artıq oldunuz? –deyib – onlar bir yerdə yaza bilərdilər, siz yaza bilmirsiniz?Nə isə bu iş baş tutmayıb, amma bir neçə il sonra hər haldabirlikdə bir əsər yazıblar – "Fətəli xan" filminin ssenarisini.Təəssüf ki, o illər bu film ekrana çıxmadı, siyasi səbəblərdənqadağan olundu.Ənvərlə Mehdinin araları da soyudu. Ənvər çox sonralar,Mehdi artıq dünyasını dəyişəndən sonra və köhnə yaralarsağalandan sonra gülə-gülə deyirdi ki, Mehdi Yazıçılarİttifaqının bir iclasında mənim "And" kitabımı camaatagöstərib: "Ay yoldaşlar, – deyirdi – bu boyda kitabda bir yerdə"kolxoz" sözü yoxdur".Ənvər Mehdiyə qarşı, Mehdi Ənvərə qarşı mətbuatda daçıxış etmişdilər. Mehdinin çıxışı daha kəskin idi və Ənvər çoxincimişdi. Yadımdadır, bundan bir az sonra – bacım Təranəninbir yaşı tamam olan gün – deməli, 1949-cu il mayın 9-da atam275

qonaqlıq düzəltmişdi və yazıçılardan da bir neçəsini dəvətetmişdi: Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim,Sabit Rəhman, Cəfər Xəndan, Əvəz Sadıq ailələriylə buqonaqlıqdaydılar. Atam Mehdini də çağırmışdı. Bu, hələ dəMehdiylə küsülü olan Ənvərçün xoşagəlməz bir sürprizolmuşdu. Məclisdə,j əlbəttə, bir şey deməmişdi, ammagedəndə, indiki kimi yadımdadır, bir az içmişdi və atamademədiyini (hər halda böyük qardaşı kimi aralarındakı pərdənisaxlayırdı) anama demişdi: liberalsınız. Mehdini çağırdıqlarıüçün liberal imişlər. Amma Ənvər insaflı və obyektiv adamolduğu üçün Mehdinin müsbət keyfiyyətlərindən də danışardı.Bir dəfə yadımdadır, dedi ki, o vaxt Turan haqqında (TuranCavid Həbibə xanımın uzun illər boyu ən yaxın rəfiqəsidir)Mehdidən xahiş elədim, radio komitəsində müavin işləyirdi,Turan işsiz idi, xahiş elədim və Mehdi onu işə götürdü, bucəsarət tələb edirdi, axı o vaxt "xalq düşmənlərinin" ailələrinəhər hansı qayğı risk idi...Mehdiylə qəribə zarafatları vardı. Daha doğrusu, MehdiƏnvərin yumorunu heç cür qavraya bilmirdi və ona görəhirslənib əsəbiləşirdi. "Bir dəfə Mehdiyə dedim ki, ay Mehdi,bu geçə yuxumda Maksim Qorkini görmüşəm və mənə çoxağıllı, çox müdrik bir fikir söyləyib, səncə, mən bu fikri biryerdə çap elətdirsəm, öz fikrim kimi qələmə verim, yaQorkinin fikri kimi? Mehdi dəli olub özündən çıxırdı – Tbu nəsarsaq sözdür mənə deyirsən, mən nə bilim necə qələməverəsən, heç dəxli var?U Uğunub gedir.Uzun illər boyu Ənvərin öz həyatından, başqa hadisələrdəndanışdığı epizodları bir-bir xatırlamaq, sapa düzmək,nizamlamaq çətindir, odur ki, assosiasiya, anımlar zəncirininucundan yapışıb yada düşənləri pərakəndə, dağınıq şəkildə olsada, qələmə alıram. İndi Ənvərin söhbətləriylə əlaqədar olaraqxatirimdə canlanan əhvalatlardan biri də əlifba məsələsidir.Yəni latın əlifbasından kiril əlifbasına faciəvi keçidlə bağlısöhbətlərdir. Bu keçid, doğrudan da, faciəvi keçid adlana bilər,276

əvvəla ona görə ki, neçə adamın taleyində əsl faciəylə, ölümitimlənəticələnmişdir. Daha önəmlisi bütün bir cəmiyyətə,bütün bir xalqa, ədəbiyyata, dilə vurulan ağır, sağalmaz zərbəidi... Bir müşahidəmi, – bəlkə də, bu müşahidə bir azmübahisəli görünəcək – oxucuyla bölüşmək istəyirəm. Bizimnəsil gözünü açandan, daha doğrusu, oxumağa başlayandan,kiril əlifbasıyla oxumağa başlamışıq, bunu bir fakt kimi qəbuletmişik və ona görə latın əlifbasının xiffətini o qədər dəçəkməmişik, hər halda o illər. İndi yaxşı ki, imkan düşüb,təzədən latına qayıdırıq və mən bu bunu dəstəkləyənlərdən,alqışlayanlardan biriyəm. Amma hər halda bizim məktəb vəuniversitet illərində bu barədə söhbət ola bilməzdi və bizim 50-ci illərdə yalnız "Ö"-nun, "Ə"-nın, "E"-nin əlifbamızdançıxarılmasına sevinirdik. Atamçün, anamçün, Ənvərçün,bibilərimçün (mən yalnız özümün müşahidə etdiyim şeylərdəndanışa bilərəm, amma aydındır ki, o nəslin başqa ziyalılarınınçoxu da eyni hissləri keçirirmiş) bəli, onlarçün latından kiriləkeçmək bir faciə idi və bizim evdə bu faciədən 37-ci ilmüsibətindən sonra xalqımızın ən böyük fəlakəti kimidanışılırdı. Mən bu barədə çox düşünmüşəm və mənə elə gəlirki, o nəslin hadisəni bu qədər acılı-ağrılı yaşamasının səbəbibudur: latından kirilə keçidi – hər halda ilk mərhələdə – onlaryalnız əlifbanın deyil, dilimizin, ədəbiyyatımızın da yoxolması, sıradan çıxması və deməli, tam bir ruslaşma kimiqavrayıblar. Əlbəttə, belə olmadı və ola da bilməzdi və beləolmamağın səbəbi də elə həmin o nəslin yaradıcılığı, əsərləriidi... Partiyanı, Stalini vəsf edirdilər, amma Azərbaycan dilindəvəsf edirdilər və deməli, Azərbaycan ədəbi dili yaşayırdı. Bubəraəti deyil onların, bəraətə ehtiyacları da yoxdur, çünkiyalnız ideyalı əsərlər deyil, lirik əsərlər, məhəbbət şerləri, tariximənzumələr, pyeslər də yaradırdılar və bu ədəbiyyatın estetikdəyərinə görə ədəbiyyat adlana biləcək hissəsi həmişəyaşayacaq, hər hansı dövrün konüktür təsdiq, ya inkarhəmlələrindən salamat çıxacaqdır. Amma təkrar edirəm,277

ütünlüklə bu ədəbiyyat olmasaydı, Azərbaycan dili ya aradançıxar, ya da rus sözlərilə tanınmaz olacaq dərəcədə zibillənərdi.Bax buna görə də əlifbanın rus qrafikasına dəyişdirilməsinidilin, ədəbiyyatın axırı kimi qavrayan o nəsil ziyalıları həminşokdan uzun illər çıxa bilməmişdilər. Hadisələrin mənə məlumolan gedişi isə bu cür olmuşdu: Azərbaycanın, sonra isə digərrespublikaların latından kirilə keçməsi fikri Stalinin şeytanbeynində doğulmuşdu və aydın bir məqsəd daşıyırdı – bizləriTürkiyədən ayırmaq, uzaqlaşdırmaq və ruslara yaxınlaşdırmaq,yəni son nəticədə (elə o nəsil ziyalılarının zənni bu baxımdandüz idi) ruslaşdırmaq. Yenə də Ənvərdən eşitdiyim bir xatirə.Ona da bu hadisəni gərək ki, Teymur Yaqubovun dilindənİsrafil Nəzərov danışıb. Deyir bir gün M.C.BağırovlaT.Yaqubov Moskvada olarkən Bağırov Stalinin qəbulundançox həyəcanlı bir şəkildə çıxıb, "mən bir şey başa düşmürəm,yoldaş Stalin deyir ki, biz latından rus əlifbasına keçməliyik" –deyib. Bağırov bu sözləri deyərkən, Yaqubovun şəhadətinəgörə əlləri əsirmiş və əlindəki kağız-kuğuzu yerə tökülübsəpələnib. Amma görünür, bu ani bir həyəcan imiş, çünki (bufikri də mən Ənvərdən eşitmişəm) Bağırov elə bir adam idi ki,Stalinə fanatikcəsinə inanırdı və bir gün Stalin ona desəydi ki,kommunizmin təntənəsi üçün bütün Azərbaycan xalqınıgüllələmək lazımdır, bir an da tərəddüd etmədən bu əmri icraedərdi. Əlbəttə, bu məsələdə də Ənvərlə mübahisə etməkolardı. Çünki Mir Cəfər Bağırovun Azərbaycan xalqıqarşısında bağışlanmaz cinayətləri, öz xalqına qarşı ermənienkevedeçilərinin əliylə cəllad kimi davranmasıyla bərabər,ikinci dünya müharibəsi vaxtı artıq həyata keçirilməsitamamilə real olan bir planın – azərbaycanlıların da, başqaQafqaz müsəlman xalqları kimi sürgün edilməsi planınınqarşısını almaqda, hər halda Bağırovun xidməti var və buməsələdə o riskə gedərək hətta Stalini belə niyyətindən döndərəbilmişdi. Nə isə, mətləbdən uzaq düşdüm. Bir sözlə, latındankirilə keçmək qərarı tamamiylə Stalin hökmüylə bağlı idi və278

Bağırov yalnız bu əmrin icraçısı idi.Xalq şairi Mirvarid Dilbazi "Ədəbiyyat qəzeti"ndə (7dekabr, 1990) çap etdirdiyi "Kiril əlifbasını necə qəbul etdik"adlı yazısında 1939-cu ilin fevralında Səməd Vurğun vəMəmməd Ariflə birlikdə Moskvada olmalarından, oradaKalinin tərəfindən orden və medallarla təltif olunmalarındansöz açır. Təltifin səhərisi günü Moskva universitetinin filolojifakültəsində görüş zamanı onları qarşılayan rus alimi: –Məsləhət belədir ki, siz gərək kiril əlifbasına keçəsiniz, –deyib."Səməd Vurğunla Məmməd Arif əvvəlcə ölü rəngi aldılar,sonra üzlərinə boğuq bir qızartı çökdü. İlk sözə Səməd Vurğunbaşlayıb dedi: – Bu mümkün deyil. Kiril əlifbasındakı bir çoxsəslər dilimizə uyğun deyil, biz gərək onların əvəzinə başqadillərdən hərflər götürək, həm kiril əlifbasına yamaq vuraq,həm də əlifbamızı yükləyək. İndi qəbul etdiyimiz latın əlifbasıbizi təmin edir və bizim xalqdan bu haqda heç bir şikayətyoxsa, onu dəyişməyə nə ehtiyac var?Bir də bununla biz Orta Asiya xalqlarından ayrılıb təklənirik(o, "türkdilli xalqlar" demək istədi, ancaq dayandı)... Rus alimidedi: "Siz bu işin "pioneri" olacaqsınız..." Məmməd Arif dəxeyli tutarlı danışdı, ciddi səbəblər göstərib bu dəyişikliyinxalqımıza, mədəniyyətimizə böyük zərbə olacağını sübutayetirdi. Deyilənlərin qarşısında söz tapmayan rus alimi dedi: –Mən sizi başa düşürəm, ancaq nə etmək olar, artıq qərar verilib.Bu Stalinin göstərişidir......Səs Bakıya çatanda Stalinin adını eşidib qorxuya düşənlərbu əlifbanı tərifləməyə söz tapdılar, əleyhinə olanlar isə özcəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı gəncşair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaricetdilər, heç yerdə iş vermədilər, müharibə başlananda, önsıraya döyüşə göndərdilər, orada məhv oldu. Abdulla FaruqRəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı daYazıçılar İttifaqının sədrliyindən çıxardılar. Abdulla Faruqun279

u faciəsi çoxlarına görk oldu".Mirvarid xanımın bu qiymətli şəhadətinə anamdaneşitdiklərimi də əlavə etmək istəyirəm. Deyildiyi kimi, o vaxtatam Yazıçılar İttifaqının sədri idi. Anam danışırdı ki, bir günRəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisidə bir haldaydı ki, çırtma vursan, sifətlərindən qan damardı.Bağırovun yanından gəlirlərmiş, Bağırov bunları əlifbaməsələsi üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içkiistədilər, içdilər və dərdləşməyə başladılar. Bağırov deyib ki,rus əlifbasına keçirik, özü də burda daha heç o yan – bu yan olabilməz, bu şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxuncsözlərə baxmayaraq etiraz etməyə çalışıblar "axı ermənilər,gürcülər öz əlifbalarından əl çəkmirlər" – deyiblər. Bağırov: –"Yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər, – deyib,– Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyniəlifbadan istifadə etməlidirlər". İçdilər, dərdləşdilər, artıqneyləyə bilərdilər ki, yazıqlar...".Əhvalatın dalını Ənvərin dilindən eşitmişdim: "Faruq mənədedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesabedirəm, bu Bağırovun işidir, ona məktub yazacam. Dedimyazma, bu Bağırovun işi deyil, Stalindən gələn məsələdir.Faruq qulaq asmadı, yazdı. Məktubu Bağırova çatan kimi tufanqopdu. Bağırovun bir xasiyyəti vardı, bir kəs bir iş tutan kimi,o saat deyirdi ki, bu tək sənin işin deyil, sənin dalında hansısabir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış bir təxribatdır.Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs FaruqRəsul Rzanın qohumudur və Rəsul da Yazıçılar İttifaqının sədriolduğu üçün bu məsələni o təşkil edib".Yadımdadır, atam da danışardı ki, bir gün Bağırov məniçağırdı, gözündən, ağzından od tökülürdü, mən də hələ başadüşmürdüm ki, niyə qəzəbə keçmişəm, çünki Faruqunməktubundan xəbərim yoxdu, məsələ açılanda, deyəndə ki,Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki,bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün280

cavabdehsiniz? Daha da özündən çıxdı: – "Mən bax bu əlimləöz qohumlarımı güllələmişəm" – dedi. Atamın dilindən buəhvalatı mən məhz bu cür eşitmişəm. Bu söhbətdə bəzi başqayazıçılar da iştirak edirmiş və bu yaxınlarda həmin əhvalatıMirzə İbrahimov da xatırladı."7 gün" (18 iyul, 1992) qəzetində dərc olunmuşmüsahibəsində Mirzə İbrahimov müxbirin sualına cavabverərək deyir: "Rəsul Rza onun (Mir Cəfər Bağırovun – A.)kəskin iradlarına qarşı çıxırdı, sualına iti cavablar verirdi. Birdəfə yığıncaqların birində Bağırovun Məmmədxanlı nəslinəqarşı işlətdiyi ifadəyə görə Rəsul: "Sən get, öz bacının(Qubada yaşayan bacısı həmişə ona qarşı çıxırdı, o isə bundanqorxardı) cilovunu yığ" – dedi. Ancaq əksər şair və yazıçılartənqid olunanda sakit dururdular".Mirzə müəllimin yaddaşına inansam və hörmət etsəm də,məncə, bu xatirələrində mübaliğə var. Əvvəla, Azərbaycandagərək ki, Ordubadidən və Mirqasımovdan başqa heç kəsBağırova "sən" demirdi. Hətta Üzeyir bəy də ona "siz"deyirmiş. Yaşca çox cavan olan atam da təbii ki, ona "sən"deməzdi və belə kobud şəkildə ("Get öz bacının cilovunu yığ")cavab qaytarmazdı... Ola bilməyən şeylə indi qürurlanmağın nəmənası var? Doğrudur, bəzən elə şeylər oxuyursan ki, matqalırsan. Bağırovun nəinki özündən, hətta katibəsindən,sürücüsündən də oddan qorxan kimi qorxanlardan birisi: "Sözüşax deyirdim Bağırovun üzünə, qalırdı mal kimi baxa-baxa" –deyəndə adamın gülməkdən başqa əlacı qalmır. İstəmirəm ki,atamla Bağırovun münasibətlərində də belə ifratlara, həttaxeyirxahlıqla olan ifratlara yol verilsin, amma bununla bərabər,onu da ədalət naminə deməliyəm ki, bütün o dövrdəkiadamların şəhadətlərinə görə Bağırovla ən sərt, ən cəsarətlidanışan bir neçə adamdan biri Rəsul Rza idi və Bağırovunqohumları haqqında qaytardığı cavab da olmuş hadisədir;intəhası, belə kobud şəkildə olmamışdı bu sözlər. Hər nə isə birelə bu ötkəm cavab bəs idi ki, atamın necə deyərlər, kitabı281

ağlansın. Onu dərhal Yazıçılar İttifaqının sədrliyindənçıxardılar, adını hər yerdə qaralamağa başladılar. Özü də təkonu yox, anamı, Ənvəri də qara siyahılara saldılar, əleyhinəkampaniya məqalələr təşkil olundu. O vaxt Moskvada keçirilənAzərbaycan ədəbiyyatı dekadasına gedənlərin siyahısındannəinki atamın adını pozmuşdular, kitablarını çıxarmışdılar,hətta onun adını belə hər yerdən silirdilər. Özü də bunu qəsdənelə sadist şəkillərdə edirdilər ki, adam nəinki "yuxarıdakıların",həm də onların aşağılardakı buyruq qullarının qəddarlığınatəəccüb edir. O vaxt "Azərnəşr"də işləyən bibim SurəMəmmədxanlıya, məhz ona tapşırmışdılar ki, dekadamünasibətilə Moskvaya göndərilən bütün kitablardan RəsulRzanın adını pozsun. Göz yaşları içində bu işdən imtina edənbibimin nələr çəkdiyini təsəvvür etmək çətin deyil... KamalAbdullayevlə apardığı son söhbətində Ənvər də o günlərixatırlayır: Bağırov onu (Faruqu – A.) tutdurmadı, halbuki,tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37-ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarınındoldurulması və 39-cu ildə bu repressiyalar kampaniyasınınbutün ölkədə dayandırılması idi – A.). Amma başladı ki, yox,səni öyrədiblər, Yazıçılar İttifaqında öyrədiblər. Elə sənə RəsulRzanın qohumluğu da çatır. Bütün Yazıçılar İttifaqınıdarmadağın elədi. Bir-bir adamları çağırırdı. O vaxt mən oadamların içində, düzdü, olmamışam. Səməd Vurğunu, RəsulRzanı, başqalarını, hamısını... İçəri girən kimi də soruşarmış ki:"Kakoy on poet?" (Yəni Faruq – A.) Məsələn, Səməd nə bilsinki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov,rastuşiy, xoroşiy poet".–"A... rastuşiy, xoroşiy poet??! Otur!". Bir nəfər, adınıdemirəm kimdir, nə təhər olubsa, hiss eləyib ki, bu nəməsələdi. İçəri girən kimi bundan da soruşub ki, rusca soruşubyenə: "po tvoemu, kakoy poet Faruk?". O da deyib ki, "eto –provokator, ne poet". Bağırov deyib: "Vot bolğşevik".Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki,282

Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılarİttifaqına sədr göndərdilər...Ənvər Faruqla yaxın dost imişlər və danışırdı ki, buhadisələrdən sonra "Faruq hər gecə bizə gələrdi. Oİçərişəhərdəki evimə. Və bir nəfər də var, o da gələrdi və məndə bilirdim ki, bu adam söz almağa gəlir.Bu adam da hər dəfə məndən soruşardı: Ənvər, sən necəbaxırsan bu əlifba məsələsinə? Mən deyir bu adamın nəyuvanın quşu olduğunu bilirdim, odur ki, buna ehtiyatla cavabverməyə çalışırdım, amma mən ağzımı açmamış Faruq ortalığaatılırdı ki, çox pis baxıram bu əlifbanın dəyişdirilməsinə, buböyük səhvdir, düz hərəkət deyil. Bu adam yenə məndənsoruşurdu ki, Ənvər, sən necə baxırsan, mən də yenə sözüdəyişərək ehtiyatla cavab vermək istəyirdim, Faruq yenəatılırdı ortalığa: mən çox pis baxıram – filan... Axırda buadamın hövsələsi çatmadı, qayıtdı Faruqa ki, əşi səni bilirik e,sən bilirik ki, pis baxırsan, bu hamıya məlumdur, mən bukişinin fikrini bilmək istəyirəm ki, bu necə baxır". (1993-cüildə yazdığım bu yazıya düz on il sonra – 2003-cü ildə əliməkeçmiş bir sənəddən bəzi faktları əlavə etmək istəyirəm. NKVDarxivindən alınmış bu sənədlərlə məni tədqiqatçı-alim Solmazxanım Rüstəmova Tohidi tanış etmişdir. Solmaz xanıma dərintəşəkkürümü bildirərək 1939-cu ilə aid olan və o vaxtın Daxiliİşlər Xalq Komissarı Yemelyanov və komisarlığın əməkdaşıkapitan Qriqoryan tərəfindən imzalanmış sənəd Azərbaycanziyalılarının latından kirilə keçmək məsələsinə münasibətləriniinfarmatorların gizli danossları əsasında əks etdirir. Həyatımağrıyır yazımın bu qismi ilə birbaşa əlaqəsi olduğu üçün həminsənəddən üç sitat verirəm:Yazıçı Məmmədxanlı deyirmiş: biz kiçik millətik və əlifbavasitəsilə bizi ruslaşdırmaq istəyirlər.Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadanqayıdan Səməd Vurğun və şair Rəsulov Rza (sənəddə beləyazılıb – A.) yeni əlifbaya keçmənin əleyhinə kəskin şəkildə283

danışırlarmış.Şair Əfəndiyev Abdulla Faruq deyirmiş: Mən yeni əlifbayakeçmənin əleyhinə çıxış etmək istəyirdim, amma Rəsul Rzabunu məsləhət görmədi. İndi mən yalnız neytral tamaşaçı kimiqalıram).Çox illər sonra Ənvər bunu gülə-gülə danışardı, amma oillər nəinki evinin içinə çuğul, "yonca" göndərir, hətta çölqapısının ağzında da güdükçülər qoyurmuşlar. – "Day lapcanım boğazıma yığılmışdı, bir gecə bir az dəm gəlmişdim,gördüm yenə qapımın ağzında qaraltı hərlənir, kefliliyimə salıbbunun ayağını elə basdaladım ki, çığırtısı ərşə qalxdı. O illərNKVD məni də, Rəsulu da yaman hərləyirdi. Bir nəfər işçisivardı oranın, eşitdim ki, bir yerdə deyib, Rəsulla Ənvər çoxməğrurdurlar, çox lovğadırlar, eyb etməz, yaxın vaxtlardasalarıq bura, padvallarımızda çox tez yumşalarlar".Taleyin hansı qismətiylə onlar salamat çıxmışdılar? Hansıtəsadüflərin, Bağırovun hansı damarının sayəsində məhvolmamışdılar, kim bilir? Axı atamın başında bu əlifbaməsələsindən başqa anamın, Nigar Rəfibəylinin – Gəncəqubernatoru Xudadat bəyin qızı və Türkiyəyə qaçmış Kamilinbacısı, doqquz dəfə sürgün olunmuş Rəfibəylilər nəslininnümayəndəsi Nigarın təhlükəsi də Domokl qılıncı kimiasılmışdı.Ənvərin başının üstündə asılmış Domokl qılıncı isə – atasıQəffar idi. Müsavatın Göyçaydakı təmsilçilərindən olan, ömrüboyu Şura hökumətinə düşmən kəsilmiş, neçə illər türmələrdə,Sibir sürgünlərində olmuş və ömrünün son beş ilini gizlənmiş,hökumət tərəfindən axtarılan qaçaq kimi yaşamış Qəffar əmi...11 avqust 1991-ci il Buzovna bağındakı söhbətin (Arifə,Həbibə, Anar) lent yazısından fraqmentlər:ANAR. Atanızın tutulan günü yadınıza gəlir? Nə cür olub,neçənci ildə?HƏBİBƏ. 28-ci ildə.ANAR. Göyçayda, Bakıda?284

HƏBİBƏ. Göyçayda.ARİFƏ. Mənim yadıma gəlmir. Həbibə, o qədər tutulmuşduki, hansı yadındadı? Heç biz onu evdə görürdük ki?HƏBİBƏ. Gəldilər, iki kişi idi. Bu da onlarla getdi. Mən dəbaşa düşmürdüm kimdirlər... Həyətdə oynayırdım, sonra evəgəldim, gördüm yazıq cicim (anaları İmmi xala – A.) ağlayır.ANAR. İlk dəfə onda tutulmuşdu?HƏBİBƏ. Hə. Dörd il qaldı.ANAR. Dörd il qaldı, sonra buraxdılar? Məhkəmə-zad oldu,yoxsa elə-belə?HƏBİBƏ. Vallah, məhkəmə olmuşdu deyəsən, çünki əvvəldedilər burda o Sentralnı türmə deyirdilər, indi şirniyyatfabrikidi – nədi, Kömür meydanının yanında, bax orda türməvardı, ordaydılar. Bir il orda qaldı, sonra Rusiyaya, Sibirəsürgün elədilər. Ordan göndərdiyi şəklini yaxınlarda tapdım,şəklin dalında əski əlifbayla yazıb...ARİFƏ. Qəşəng xətti vardı. Rusca da, əski əlifbayla da...Yadında, Həbibə, xəz paltosu vardı. Özü də elə yaraşırdı onaki, axı çox qəşəng, yaraşıqlı kişi idi. Ucaboylu... Hə o xəzpaltosu. Deyirdi Sibirdə bu məni qurtardı... Sibirinşaxtasından...ANAR. Sibirdə neçə il olub?ARİFƏ. Sibirdə üç il olub...HƏBİBƏ. Talesiz adam idi də...ARİFƏ. Eh Anar, yaxşısı budur, bizim keçmişimizitərpətmə. Mənə elə gəlir bizim ailə qədər zülm çəkən ailəolmayıb.ANAR. Deməli, Sibirdən 31-ci ildə gəldi, yaxşı bəshaçandan sonra qeyri-leqal vəziyyətə keçdi, gizlənməyəbaşladı?HƏBİBƏ. 37-ci ildən sonra... Bir nəfər gəldi...Mahmudbəyov. Dedi ki, NKVD-dən bir adam çıxıb, deyib ki,məcbur oldum, protokola qol çəkmişəm, pokazanya vermişəm.Qafar gedəcək, tutacaqlar Qafarı. Daha nə protokoldu, nə285

pokazaniyadı, bilmirəm. Hər halda əmim bunu eşidən kimiyığışdı getməyə. Elə evdən təzəcə getmişdi ki, qapımızdöyüldü, gəldilər ordan. Yadında deyil, Arifə?ARİFƏ. Yox.HƏBİBƏ. Çamadanını yığışdırmışdı, amma aparmağamacal eləməmişdi, evdə qalmışdı, cijim çamadanın üstünə nəisə atdı, yorğan idi, adyal idi, nə idi...ARİFƏ. Ümumiyyətlə, çox qoçaq idi, hər şeyi hiss edirdi,hamısından da vaxtında qaçırdı, aradan çıxırdı, heç cür onu ələgətirə bilmirdilər.ANAR. Neçənci ildə rəhmətə gedib, 42-də?HƏBİBƏ. Hə.ANAR. Demək beş il gizlənib.ARİFƏ. Hə. Beş il.ANAR. Bəs sizi incitmirdilər, çağırıb soruşmurdular,hardadır bu?HƏBİBƏ. Eh, nə qədər...ARİFƏ. Məni o qədər incidiblər ki, onun üstündə.ANAR. Nə deyirdilər?ARİFƏ. Ay Anar, sən Allah demə, qurban olum sənə,ağlamaq tutur məni...ANAR. Soruşurdular ki, hardadır?ARİFƏ. Üçüncü kursda oxuyurdum onda... Gəldi bir nəfər,dedi ki, NKVD-dən gəlmişəm, Kasparov, indi də yadımdadırfamiliyası...ANAR. Erməni idi?ARİFƏ. Hə. Ki bəs mənim səninlə işim var, idarəmizŞaumyan küçəsindədir. İndi də ordan keçəndə o bina yadımadüşür. Qoydu məni maşına apardı, dedi, amma bunu heç kəsbilməməlidir, evdə heç anan da bilməməlidir, heç kəsədeməməlisən bunu. Mən də nə başa düşürdüm, üçüncü kursdaoxuyurdum o vaxt. Getdim bununla, Kasparov – familiyasıyadımdadı, adı yadımda deyil köpək oğlunun, amma vidi bütünyadımdadır – uzun kişi idi, arıq. O pilləkənləri Allah heç kəsə286

göstərməsin, o binanın içi, orda...ANAR. İndiki KQB-nin binasıdı?ARİFƏ. Yox, yox. Bu, bilirsən hardadı, o qabaq Şaumyanküçəsi vardı e, indi Azərbaycan prospektidir, dəniz tərəfəgedəndə sağ tərəfdə... köhnə binadı... İndi də ordan keçəndəətim ürpəşir. Onun pilləkənlərini Allah heç kəsə göstərməsin,dəmirdən bax belə tor çəkmişdilər, yadımdadır, enli pilləkənləridi...HƏBİBƏ. Dustaqlar ordan özlərini atmasınlar deyə setkaçəkmişdilər.ARİFƏ. Hə, girdik uzun, dar koridora, onunla, apardı, dediki, bax bura mənim kabinetimdir, havaxt istəsən, gələ bilərsən.Elə şirin dillə danışırdi ki, heç kobudluq eləmirdi. Soruşdu ki,atan hardadır sənin? Dedim bilmirəm, atamla əlaqəmiz yoxdu.Dedi, yox, ola bilməz, heç ola bilməz, siz atanızın yerinibilmiyəsiniz? Dedim, bilmirəm. Bəs siz nə təhər dolanırsınız?Dedim bizi qardaşımız dolandırır, onun himayəsindəyik,atamızı heç, dedim uşaq vaxtımızdan görməmişik, həmişəqaçaq olub. Yox, dedi, sən bizə atanızın yerini deməlisən, sənbizə kömək eləməlisən bu barədə. Biz səni yaxşı işə dədüzəldərik, bilirik vəziyyətiniz ağırdır. Müharibə vaxtı idi də...Hə, deyirdi, müharibə vaxtıdı, ailə vəziyyətiniz ağırdır,qardaşların da cəbhədədir, anan işləmir, biz sizə şəraityaradacayıq, səni işə düzəldərik. Dedim, yox, mən hələoxuyuram. Eybi yoxdur, dedi, dərsdən sonra gələrsən gündə ikisaat, çox yox, iki saat, iş verəcəyik, işləyəcəksən, yaxşı pulverəcəyik, maaş verəcəyik, bu maaşla bütün ailəniz dolanabilər. Hə, get fikirləş, səhər yenə gələrsən. Get, yaxşı fikirləş,sənə çox yaxşı kömək edəcəyik...HƏBİBƏ. Oy, o günlər getsin, gəlməsin. Bunu bir saat oerməni danışdırırdı, mən də o binanın yanında dolanırdım, ayAllah, çıxacaq, çıxmayacaq, bunu saxlasalar, mən gedib cijimənə deyim, deyim ki, qızı saxladılar? Dəhşətli illər idi.ARİFƏ. Məni də qorxudurdular ki, bax məbadə evdə287

deyəsən.HƏBİBƏ. Bilirdilər ki, qorxaqsan, ona görə qorxudurdular(gülüş). Məni bir dəfə çağırdı, Quran haqqı, mənə də həminşeyləri dedi, nə bilim, belə savadlı adamlara ehtiyacımız var,filan-peşməkan.ARİFƏ. Həbibə, heç qorxub eləmirdim onda. İndi danışırambelə hala düşürəm, yoxsa o vaxt qorxub eləmirdim.ANAR. Səndən də atanın yerini soruşurdu?HƏBİBƏ. Əlbəttə. Filandı, peşməkandı, atanın yerinibilməmiş deyilsən.ANAR. Həmin adam idi səni də dindirən?HƏBİBƏ. Yox, başqası idi.ANAR. O da erməni idi?HƏBİBƏ. Yox, rus idi.ARİFƏ. O Kasparov indi də gözümün qabağındadı mənim.Uzun kişi idi, arıq. Bir də o dəmir pilləkənlər yadımdadır.Dəmirdən setka çəkmişdilər. Dar, qaranlıq koridorlar idi.ANAR. Həbibə, yaxşı, sən nə dedin?HƏBİBƏ. Gördüm çox darıxıram, axı mən çox danışabilmirəm, mübahisə eləyə bilmirəm. Axırda qayıtdım ki,demirəm. Atamın yerini demirəm. Dedi mənə ki, o sözü bir dəde. Dedim deyirəm: demirəm. Deyirəm ki, bilmirəm, elə heydeyirsiz ki, bilməmiş deyilsən, filan. Deyirəm axı bilmirəm.ANAR. Dedin demirəm, sonra nə oldu?HƏBİBƏ. Heç nə, dedi: çıx get... Ona görə dua eləyirdim,ay Allah, qoy Arifəni yox, məni çağırsınlar. Çünki bu əsirdi osaat, bir hala düşürdü, gəl görəsən.ARİFƏ. Yox əşi, heç eynimə deyildi...HƏBİBƏ. Müsibətli günlər keçirmişik, çox fikirləşəndədeyirəm, yazıq cijim, nə bədbəxt adam idi...ANAR. Bir yandan baxanda da gör nə qədər aciz idarədir ki,izinə düşüb tapa bilmirdilər, sizin yaxanızdan yapışırdılar...ARİFƏ. Hə də. Axmaqlığa bax ki, yapışıblar qızından ki,atanın yerini de, tutaq onu basaq dama, ya öldürək. Heç qız288

atasının yerini deyər? Lap bilsə də... Özü də azərbaycanlıolsun. Atamın yerini doğrudan da bilmirdim, amma bilsəydimdə heç deyərdim? Öldürsələr də deməzdim.ANAR. Demək yerini siz də bilmirdiniz?HƏBİBƏ. Əlbəttə yox, yerini tez-tez dəyişirdi, on gündən,bir həftədən çox bir yerdə qalmırdı...ANAR. Bəs heç görüşmürdüz?HƏBİBƏ. Xəbər göndərirdi qabaqcadan, gedirdik filansaatda, filan poyezdin vaxtında vağzala. Qatardan düşürdü,orda görüşürdük bir saat, elə həmin qatara da minib gedirdi,bax bizim görüşməyimiz bu olurdu.ANAR. Bəs nə cür xəbər eləyirdi sizə ki, gələsiz?ARİFƏ. Vallah, bax o yadımda deyil.HƏBİBƏ. Dostlarının vasitəsilə...ARİFƏ. Hə. Düzdü, dostları. O vaxt telefon yox, teleqrafvura bilməzdi, amma deyirdi, məsələn, bu gecə saat on ikidəfilan qatar çatır Bakıya, demək gəlir. Gedirdik ordagörüşürdük. Risk eləyirdi də əmim o vaxt. Yadımdadı,vağzalda görüşəndə yazıq cijim deyirdi ki, indi gəlib sənitutarlar, axı axtarırlar səni, deyirdi heç nə olmaz. Qorxmurdu,heç nədən qorxmurdu... Hə, biznən görüşürdü orda, bir az oyandan-bu yandan danışırdıq, yenə poyezdə minirdi, çıxıbgedirdi.ANAR. Nə əcəb izinə düşə bilməyiblər?ARİFƏ. Nə təhərdisə, elə bil tilsimli idi. Yaxşı dostlarıvardı. O dostu vardı e, Həbibə... Ağahəsən.HƏBİBƏ. Yaman dost idilər.ARİFƏ. Basqallıydı da o?HƏBİBƏ. Hə. Ağacına söykənə-söykənə gələrdi biziyoxlamağa, nə var, nə yox,... necəsiz, necə dolanırsız... Hərdəfə də deyirdi ki, mən Qəffardan sonra yaşaya bilməyəcəm.Doğrudan da, əmimin ölümündən bir il keçmədi, yazıq kişi dəöldü. Yaman fikir eləyirdi.ARİFƏ. Arvadı da çox qoçaq idi. Onlar saxlayırdı əmimi...289

Mustafa Sübhidə olurdular. Bakıya gələndə əmim bəzənonlarda qalırdı, çox yox, bir saat, iki saat o evdə qalırdı,gecədən də ordan gedirdi. Əsasən, Gürcüstanda, Tiflisdəgizlənirdi. Burda dostları vardı, amma Gürcüstanda daha çoxdostu vardı, özü də belə çox mərd, qoçaq dostları vardı.ANAR. Azərbaycanlılar idi də Gürcüstanda?ARİFƏ. Hə. Tiflisin özündə də yox, əsasən, şəhərdənkənarlarda gizlənirmiş. Amma o vaxtdan ki, iyirminci illərdənonu tutmağa, təqib etməyə başladılar, mənim həmişə o söhbətiyadımdadır ki, deyərdi cijimə, mən burda qalmayacam.Mənimki bu hökumətlə tutmaz, narazıyam bu hökumətdən, çoxnarazıyam, cijimə deyirdi, gəl çıxaq gedək Tiflisə, ordan dakeçək Türkiyəyə, mənim yaxın dostlarım var, mənə deyirlər ki,havaxt gətirirsən gətir ailəni, bir həftənin içində səni keçirdərikailənlə Türkiyəyə. Bax o da onun ürəyində qaldı yazığın. Cijimdeyirdi ki, mən dünyasında getmərəm, getsəm mən ancaqBakıya köçərəm Göyçaydan, çünki mənim bacım, qardaşımBakıdadılar.ANAR. Bakıya haçan köçdünüz?ARİFƏ. Otuz birdə.ANAR. Ənvər əvvəldən gəlmişdi də...ARİFƏ. Hə, o çoxdan, on üç yaşından evdən çıxmışdı...ANAR. Nəyə görə təqib edirdilər axı Qəffar əmini,Müsavatın üzvü olduğuna görə?ARİFƏ. Ancaq ona görə. Müsavat partiyasının üzvü idi.ANAR. Abbas Zamanov deyirmiş ki, Müsavatın Göyçaydalideri olub...ARİFƏ. Yox lider–filan olmayıb, amma Müsavatpartiyasının üzvü olub. Həm də müsavat vaxtı Göyçayınpristavı olub. Deyəsən, Göyçayın, Ucarın.HƏBİBƏ. Bizim Göyçayda evimiz belə idi, bir otağın qapısıümumi yoldan deyildi, qonaq otağının. Bax o otağa yığılardılarGöyçaydakı müsavatçılar, nəsə orda söhbətləri olardı.ANAR. Sovet vaxtı?290

ARİFƏ. Hə. Nə söhbət eləyirdilər, bizim xəbərimiz olmurdu.HƏBİBƏ. Şura vaxtı əmimlə bərabər Göyçayda bir neçəadam da tutuldu, müsavatçılar, yadında?ARİFƏ. Hə.HƏBİBƏ. O vaxt bizim evdə yığışanda heç kəsiburaxmazdılar. Amma yadıma gəlir, əmim deyirdi, yaxşı ki,Məmməd Əminin əlyazmasını qurtarıb saxlaya bildim. Hansısaəlyazmasını gizlədib keçirdibmiş.ANAR. Bəlkə, söhbət "Əsrimizin Səyavuşundan" gedir?Axı Məmməd Əmin bu əsərini Lahıcda yazıb – Göyçaya yaxınbir yerdə...HƏBİBƏ. Bilmirəm, bu barədə heç nə deyə bilmərəm,amma o sözü yaxşı yadımdadır, deyərdi ki, Məmməd Əmininəlyazmasını qurtarıb saxlaya bildim...ARİFƏ. Yaxşı mütaliəsi vardı əmimin, rusca, farscabilirdi...Tolstoyu çox sevirdi...HƏBİBƏ. Mənə həmişə deyirdi ki, sistemlə oxumursan.Mütaliən düz deyil. Mən Tolstoyun "Voskresenye"sinioxumuşdum, xoşuma gəlməmişdi. Dedim ki, çox axmaq şeydi,acığım gəldi. Dedi ki, bu kitabı nahaq oxumusan, o hələ səninyaşına uyğun deyil. Amma hər halda oxumusansa, gərək birnəticə çıxardaydın.ANAR. O cür həyatla – siyasət, qaçqınlıq, gizlənmək-filan,hələ ədəbiyyata meyli, marağı da vardı?ARİFƏ. "Ovod"u qatarda oxumuşdu, deyirdi özümü gücləsaxladım. Deyirdi qatarda neçə sutka yol gedirdim, haragedirmiş bilmirəm, "Ovod"u oxudum, o qədər mənə təsir elədiki. Günü qatarlarda keçirdi də.HƏBİBƏ. Bir dəfə mən ona dedim ki, bəsdir də, gəl, qayıtnə qədər orda-burda yaşayacaqsan? Yazıq dedi ki, mənimömrüm çarxların üstündə keçdi...ANAR. Neçə yaşında rəhmətə gedib?HƏBİBƏ. Əlli dörd idi də...ANAR. Demək "Müsavat"da lap cavan vaxtlarında olub da...291

ARİFƏ. Hə, lap cavan vaxtı idi. Deyirəm də, biz də uşaqidik o vaxtlar, onu təqib edirdilər.HƏBİBƏ. Həyatı olmadı yazığın...ARİFƏ. Bir dəfə cijimə qayıtdı ki, qırx bir yaşım varmənim, bütün qardaşlarım qırx bir yaşında ölüblər. Üç qardaşıqırx bir yaşında ölüb. Bütün vəsiyyətini elədi ki, bəs mənim dəvaxtım çatıb.HƏBİBƏ. Bax ən böyük qardaşları Mahmud əmimiz 41yaşında ölüb, xərçəngdən.ANAR. O Şura hökumətindən əvvəl ölüb də?..HƏBİBƏ. Hə. Ədil əmimiz vərəmdən ölüb... O da qırx biryaşında, Şura hökumətindən əvvəl, İbrahim əmimiz dəsətəlcəmdən, 15-ci ildə. Uçü də qırx iki yaşına keçəndə...İbrahimi, sənin babanı yaman çox istəyirdi. Kiçik qardaşıHidayət əmimlə tamamilə əks xasiyyətdə adamlar idilər.ARİFƏ. Hidayət əmi, nə təhər deyərlər, belə kefcil,zarafatcıl, yumşaq, bir az da qorxaq. Amma bu onun tamaməksinə, elə bil heç qardaş deyildilər. Amma Hidayət əmim dəondan çəkinirdi, yadında, Həbibə, içəri girən kimi özünüyığışdırırdı.HƏBİBƏ. Bir dəfə Hidayət əmimə dedi ki, Allah İbrahimialdı mənim əlimdən, səni saxladı. Cijim dedi ki, niyə elədeyirsən, dedi bəs, İbrahimlə mənim başqa cür dostluğumvardı. Mən, – dedi, – bəlkə ayrı bir yola düşərdim İbrahimolmasaydı. Bir dəfə deyir, kazinoda idim, qumar oynayırdım,oturmuşdum, cavan vaxtlarımda, hələ evlənməmişdim, birdəndeyir qapı açıldı, İbrahim içəri girdi, əlində də onun həmişəəsası olurdu, deyir heç nə demədi, gəldi o əsayla mənimkürəyimdən vurdu.ANAR. Yaş fərqləri çox idi bunların?HƏBİBƏ. Vallah, onu deyə bilmərəm.(Özüm öz sualıma cavab verirəm: Babam İbrahim 15-ci ildə41 yaşında ölübsə, Qəffar əmi də 42-ci ildə 54 yaşında vəfatedibsə, deməli, aralarında 14 yaş fərq varmış).292

HƏBİBƏ. Hə, deyir İbrahim vurdu məni, çıxdı getdi evə.Mən də gəldim evə, üzümə baxmadı, Məryəm deyir nə qədərelədi ki, Qəffar gəlib-filan, guya heç eşitmir. Bir-iki gündanışmadı mənimlə... Kazinonu o atan oldum. İbrahimin buhərəkəti olmasaydı, bəlkə mən də Hidayət kimi içkiyəqurşanardım.ARİFƏ. Qardaşlarının içində hamısından çox İbrahimiistəyirdi. (Beş qardaş olublar – A.).ANAR. İmmi xalayla harda tanış olublar. İbrahim babamlaMəryəm nənəm evlənəndən sonra, hə?HƏBİBƏ. Hə, onlar evlənəndən sonra. Xalam yazığahəmişə deyərdim ki, özün getdin, gördün Məmmədxanlılaryaxşıdı, bacıvı da gətirdin.ARİFƏ. Xalam yazıq da gülərdi, ay o Məmmədxanı görümbelə-belə olsun – deyərdi... (gülüş).HƏBİBƏ. Cijimi də atası Molla Hüseyn vermirmiş ki, onlarbabıdı, rus məktəbində oxuyublar...ANAR. Bəs bir qızını verib, sonra...HƏBİBƏ. Yəqin bir qızını verib, peşiman olub... Odur ki,xoşum gəlmir o kişidən.ANAR. Baban deyil, balam? Məmmədxan ulu babandır, onagüldən ağır söz deyəndə, aləmi dağıdırsan, bu doğmacababanın qarasınca danışırsan? (gülüş).HƏBİBƏ. Cijimə qarğış eləyib ki, cijim qoşulub qaçıb... Buişdə xalam da iştirak eləyib əməlli-başlı... Atası da qarğışeləyib cijimə, yazığı elə onun qarğışı tutdu, ömrü boyu əziyyətçəkdi...ANAR. Qəffar əminin sizinlə rəftarı deyirsən yumşaq,mülayim idi?HƏBİBƏ. Həm zəhmli idi, həm mülayim. Sözü adamadeyəndə məsləhətlə deyərdi. Mən o vaxt rolikovı konki sürürdüm.Hə, yox onu demirəm, kupalniyə gedirdim, çimməyə.ARİFƏ. Sənə nə var, oğlan kimi şeydin...HƏBİBƏ. Cijim də razı deyildi. Bir dəfə gördüm gecə xısın-293

xısın deyir ki, atasan, denən ona, getməsin. Gedir deyir,yüksəkdən tullanır. Yazıq ondan qorxurmuş e... Səhər mənimcanıma vəlvələ düşdü ki, indi mənə görüm nə deyəcək.Gördüm deyir, – yazıq mənə ceyran qızım deyirdi, – deyir,ceyran qızım, səninlə söhbətim var. Oturdum. Dedi, deyirlərkupalniyə gedirsən, çimməyə, dedim: – hə. Dedi: – oranın suyuelə çirklidir ki, bəlkə getməyəsən. Atanın əmri idi də bu: bəlkəgetməyəsən... Heç bundan sonra gedə bilərdim?ARİFƏ. Hamımız ondan çəkinirdik, hamımız.HƏBİBƏ: Pirşağıda bağ götürmüşdük, onda Nigarla Rəsulnişanlı idilər, Nigar da anası Cavahir xalayla o bağda qalırdı.Surəylə Nigar sarafanda gəzirdilər. Bir də görürdün xəbər gəldiki, Qəffar əmi gəlir, əllərinə keçəni çiyinlərinə salardılar.ARİFƏ. Nigar o saat çiyinlərini örtərdi, oy, deyirdi,qorxuram ondan.ANAR. Atamgilin toyunda vardı?HƏBİBƏ. Var idi, əlbəttə. Ondan bir az sonra tutatutbaşladı, o da qaçıb gizləndi. Amma toyda çox sevinirdi. ƏhmədCavadla bir qucaqlaşırdılar ki...ANAR. İki əski müsavatçı...HƏBİBƏ. İndi istəməsin, Rəsulu yaman çox istəyirdi... Heçyadımdan çıxmaz... gecə mən gec yatırdım, qulaq asırdımbunların söhbətinə. Otuz birinci ildə sürgündən gələndəsoruşdu: nə var, nə yox. Cijim dedi ki, bəs Rəsul nişanlanıb.Yox əşi, kimnən nişanlanıb? Cijim dedi, Xudadat bəyin qızıyla,Gəncəli Xudadat bəyin. Dedi: Afərin Rəsul, halal olsun.ANAR. Tanıyırmış Xudadat bəyi?ARİFƏ. Bilmirəm, tanış idi, tanış deyildi Xudadat bəylə,amma tanıyırdı onu...HƏBİBƏ. Nə isə... Yazığın başı çox bəlalar çəkdi...Ölümünü də Ənvər yəqin danışıb sənə...ANAR. Danışmışdı. O vaxt yazmadım, indi yanıb tökülürəm,çünki çox maraqlı detalları vardı, gedib Tiflisdə onubasdırmağından danışmışdı mənə... Yanıram ki, o vaxt294

yazmamışam.ARİFƏ. Əşi, Allah yandırmasın.HƏBİBƏ. Çox fərli, ürəkaçan söhbətlərdir ki...ANAR. Tiflisdə basdırıblar da?ARİFƏ. Hə, Mirzə Fətəlinin yanında.ANAR. Mirzə Şəfi, Fətəli xan Xoyski, Həsən bəy Ağayevidə orda basdırıblarmış, indi yerləri qalmayıb.HƏBİBƏ. Hə, bir Mirzə Fətəlidən başqa hamısınıdüzləyiblər.ANAR. Həbibə, ağır olsa da, danış onun ölümüylə bağlıməsələləri.HƏBİBƏ. Dostu gəlmişdi, bir nəfəri görmək istəyirailəsindən. Kim getsin, kim getsin, diribaş mən idim guya.Muzeydə işləyirdim, muzeyin müdiri Kazım Kazımzadədənicazə aldım, propusk da düzəltdim Tiflisə, müharibə vaxtıydı,Tiflisə getmək üçün propusk lazım idi. Ənvər dedi ki, biletimən alaram. Səhərisi gün bileti Ənvərdən götürüb Tiflisəgedəcəydim həmin o dostuyla. Gecə yuxusunu gördüm, Arifə,heç yadımdan çıxmaz, uzun bir koridordu, guya üzbəüz gəlirikatamla, birdən bir palçıq dalğası belə gəldi, çirk, lilli bir dalğa,kişini bax belə aldı, getdi. Oyandım, dedim Allah xeyirliyəcalasın, bu nə yuxu idi belə? Saat onda getdim Ənvərgilə,dedim Ənvər, bilet aldın? Dedi: – Yox, almadım. Özü də beləçox əsəbi dedi: almadım, sən getmə, özüm gedəcəm. Dedim: –ölüb? Qayıtdı mənə ki, nə bildin, kim dedi sənə? Dedim: – heçkəs deməyib, yuxusunu görmüşəm. Nə isə... Ənvər getdiTiflisə, ordan da o kəndə, amma Ənvər ora çatana qədərbasdırıblarmış xristian qəbiristanlığında. Gecəykən maşın tutubo qəbiristanlıqdan onu çıxardıb, Mirzə Fətəlinin yanında,müsəlman qəbiristanlığında basdırıb. Ənvər bura qayıdan kimi,səhəri onu çağırdılar NKVD–yə. Xəbər tutmuşdular. Yaxşı ki,məsələ gəlib çıxıb Teymur Yaqubova. Yaqubov da Ənvəritanıyırmış. Mir Cabbar vardı, Ənvərin çox yaxın dostu,Teymur Yaqubovun əmisi oğluydu, Yaqubov da Ənvərə deyib295

ki, "Mir Cabbar sənin haqqında mənə o qədər danışıb ki...Anan namaz üstəymiş – deyib Teymur Yaqubov, – məlumatbirbaşa mənə gəldi. Kanselyaridən keçməyib. Yoxsa səninvəziyyətin yaxşı olmayacaqdı".Maqnitofonumun düyməsini basıram, lent yazısından birmüddət ayrılıram və yenidən Ənvər haqqında düşünürəm.Atasıyla bağlı məsələlər ömrü boyu Ənvərin üstünə kölgəsalıb, hər yerdə layiqli qiymətini almasına mane olub. Məsələn,tutalım onun dram əsərinin tamaşasına mükafat verirdilər,aktyorlar, rejissor, rəssam mükafat alırdı, Ənvər almırdı. Uzunmüddət, 60-cı illərə qədər xarici ölkələrə turist kimi beləburaxmırdılar.Ənvər çox məğrur, qorxmaz, cəsur adam idi. Bəzən cəsurluqüzdə olur, ifrat çılğınlıq, cırtqozluq kimi meydana çıxır. Bir dəolur əsl cəsurluq, daxili cəsurluq və belə həqiqi cəsurluq yalnızhərəkətlərdə bəlli olur. Ənvərin həyatında belə mərd, kişihərəkətləri çox olub. Elə hökumətdən qaçıb gizlənən,hökumətə asi olmuş atasını gedib basdırması – belə bir hərəkətdeyildimi? Bu hərəkətin bütün nəticələrini nəzərə alaraq o vaxtməhz belə etməsi zarafat deyil. Əlbəttə, indi bu hərəkət bizətəbii gəlir, hətta təəccüblənə bilərik, necə ola bilər ki, oğulatasını basdırmasın? Amma o dövrdə ki, oğul atadan imtinaedirdi, ata oğuldan imtina edirdi, qardaş qardaşdan imtinaedirdi, Ənvərin bu davranışı qeyrətli bir oğulun, əsl kişixasiyyətli adamın təhlükəli və riskli addımı idi.***Ənvər danışırdı ki, müharibə başlanan kimi Mir CəfərBağırov bizi, yazıçıları çağırdı, dedi: – Vətən-vətən deyəndəağzınıza çullu dovşan sığmır (mən dəqiqləşdirdim, dedi ki,Bağırov məhz bu ifadəni işlətdi), indi gedin vətən yolundacanınızı qurban verməyə. İlk könüllü gedən yazıçılarınsırasında atam da vardı, Ənvər də. Atam Krım cəbhəsinəgetmişdi, Ənvər əvvəl Cənub-Qərb cəbhəsinə, sonra daStalinqrada.296

Ənvərin cəbhə xatirələri də zəngin idi. Cəbhədə məşhurUkrayna rejissoru və yazıçısı Aleksandr Dovjenko ilə görüşlərihaqqında danışardı:"Dovjenko mərkəzi qəzetlərdən hansınınsa müxbiri sifətiyləgəlmişdi cəbhəyə və nədənsə, mehrini mənə salmışdı. Özü dəmənə, nədənsə, Ənvər yox, Məmmədxan deyərdi. Görürsən,arada imkan olan kimi məni çağırardı, "Mamedxan, poşli",cibində, flyaqasında həmişə araq olardı, məni də qonaq edərdi.Uzun və dərdli söhbətlər edərdi: Ukraynanın faciəsindən,Ukraynanın faşist istilası zamanı çəkdiyi iztirablardan, partizanhərəkatından, gələcək filmlərinin, hekayələrinin dramatiksüjetlərindən. Arada belə bir şey dedi ki, məni çağırırlarMoskvaya və orda bəlkə Stalinlə görüşdüm. Görüşsəm belə birməsələni qaldırmaq istəyirəm: bəzən qəzetlərdə yazırlar ki,bizim hələ zəbt olunmamış torpaqlarımız çoxdur, vətənimizböyükdür və s. Amma mən deyəcəm ki, vətən nə qədər böyükolsa da tükənməz deyil və vətən nə qədər böyük olsa belə, birqarışını vermişiksə də bu bizim müsibətimizdir. Məsələn, hələSibirdəki torpaqlarımız qalırsa, amma bütün Ukrayna işğalolunubsa bir ukraynalı üçün bundan böyük faciə ola bilərmi?Bilmirəm də, görüşdü Dovjenko Stalinlə görüşmədi, (çünkidaha onu heç vaxt görmədim), bu fikrini nə yollasa çatdırabildi, bilmədi, amma həmin söhbətdən bir müddət sonra, birgecə, gecə vaxtı bizi yığdılar, sıraya düzdülər və Stalinin oməşhur gizli əmrini oxudular. Bu əmr ancaq bizim günlərdə,son vaxtlar üzə çıxarıldı, müharibə vaxtı çap olunmamışdı. Çoxsərt və kəskin əmr idi və orda deyilənlərin içində Dovjenkonunfikirləriylə səsləşən yerlər də vardı, yəni bu fikir keçirdi ki,vətən torpağı tükənməz deyil, geri çəkildiyimiz hər qarışfaciəmizdir, ona görə də bu vecsiz söhbətlərə – "torpağımızböyükdür-filan" son qoymaq lazımdır. Əlbəttə, əmrin qırx neçəil bundan qabaq bircə dəfə eşitdiyim mətnini çox təqribişəkildə şərh edirəm, amma mahiyyəti belə idi və o vaxt mənəelə gəlmişdi ki, bu məzmun, bu mətləb Dovjenkonun297

dediklərilə təsadüfən səsləşmir, ya doğrudan da, Dovjenkoürəyindəkiləri Stalinə çatdıra bilmişdi, ya da bu fikir artıqictimaiyyətin, ziyalıların ümumi fikri kimi formalaşmadaydı vəStalin də bununla hesablaşmalı olmuşdu. Çünki Stalininəvvəlki ura – patriotik əmrləriylə tam bir kontrast təşkil edirdibu əmr və məhz elə ona görə də gizli qalırdı, heç yerdə rəsmibəyan olunmamışdı"...***Stalinqrad cəbhəsindən sonra Ənvər başqa Azərbaycanyazıçılarıyla bir yerdə Şimali Qafqaz cəbhəsinə göndərilir. 416-cı diviziyada hərbi müxbir işləyir... 1944-cü ildə ordununtərkibində İrana göndərilir. İranda əski əlifbayla "Vətənyolunda" qəzeti buraxırdılar. İran, Cənubi Azərbaycan Ənvərinbir insan kimi də, bir yazıçı kimi də bioqrafiyasının çoxmühüm səhifələrindəndi. Zabit paltarında olsa da ilk növbədəyazıçı idi. Uşaqlıqdan yadımdadır, hərdən Təbrizdən Bakıyadönən kimi bizə gələrdi, zabit paltarında. Zabit libası da onaçox yaraşırdı. Gəncliyində çox yaraşıqlı idi, elə yaşlı vaxtındada nurani sifəti vardı, amma gəncliyində çox gözəl idi və hərbipaltar da ona çox yaraşırdı. Və bu sovet zabiti libasının içindədöyünən yazıçı ürəyi, Azərbaycan ziyalısının duyumudüşüncəsiona İrandakı hadisələrin əsl mahiyyəti haqqında çoxşeyi qandırmışdı. Xalqın – Cənubi Azərbaycan xalqının özləyaqəti, dili, milli heysiyyəti uğrunda təbii istək və arzularınınnecə ustalıqla sovet geopolitik maraqlarının toruna salınmasınıƏnvər öz gözləriylə müşahidə etmişdi. Bakıda sovetmətbəələrində əski əlifbayla çap olunmuş intibahnamələrin,çağırışların İrana yaxşı bələd olan NKVD agentləri tərəfindənCənubi Azərbaycanın müxtəlif şəhərlərində, kəndlərində,yollarında səpələnməsini, yayılmasını dəfələrlə müşahidəetmişdi. İrandakı hadisələri yönəldən, indiki terminlə desək, ozamankı Azərbaycan partokartlarının Arazın o tayındakıözbaşınalığı və acgözlüyündən, özlərinin və arvadlarının malzinəthərisliyindən və bu cür pozuq əxlaqlı adamların başına da298

yerli dələduzların cəmlənməsindən ürək ağrısıyla danışardı.Özü də yalnız çox illər sonra danışmırdı, öz etirazını,narazılığını bu ya digər şəkildə elə o zaman orda da bildirirdi.Kefli İskəndərsayağı bəzən sözünü içib deyirdi."Bir dəfə içmişdim, Bakıdan gələn yüksək rütbəli partiyaməmurlarının məclisində açdım gül ağzımı, dedim hamınızjuliksiniz. Məclisdəkilərin azı yarısı da açıq, ya gizli NKVDişçiləri idi. Bu rütbəlilərdən biri – o vaxt Mərkəzi Komitəninkatibi, – Necə? – dedi – hamımıza julik deyirsən? YoldaşBağırova da?Nə qədər dəm olsam da, sözümü bilirdim, – yox – dedim –bircə ondan başqa, qalan hamınız... Əvvəla, ona görə ki,doğrudan da, nə o vaxt, nə də elə indinin özündə Bağırovu julikhesab eləmirdim və eləmirəm, ikinci də, bilirdim, o dövrün vəBağırovun qəribə bir xüsusiyyəti vardı, bu Rəsulun da başınagəlib, o dövrün az-çox tanınmış ziyalısı Mərkəzi Komitənin ənyüksək vəzifəli bir məmuruyla toqquşa bilərdi və bu toqquşmaBağırova çatanda heç kəs yüz faiz əmin və arxayın olabilməzdi ki, məsələ kimin xeyrinə həll olunacaq. Elə hallarolurdu ki, Bağırov bu konfliktdə məsələn, Səmədin, ya Rəsuluntərəfini saxlayır, onlardan çuğulçuluq edən məmurları yerindəotuzdururdu. Əlbəttə, əks hal da olurdu, çox olurdu. Amma hərhalda bilirdim ki, İranda da məni, yəni tək məni yox,başqalarını da, amma hər halda məni bir az daha artıq izləyirlərvə işdi mən içkinin təsirilə coşub Bağırov haqqında bir sözdesəydim, gurumbultuyla gedərdim. Amma bir-birinə nifrətedən, bir-birinin ayağının altını qazan müxtəlif rütbəli partiyavə NKVD funksionerlərinə "Bağırovdan başqa hamınızjuliksiniz" deyəndə hər kəs bu sözü özünə yox, başqalarına aidedirdi və odur ki, bəzən çox ciddi təhlükələr də başımızınüstündən sovuşub gedirdi. Bir dəfə yenə hansısa məclisdə mənotaqda tavana güllə atmışdım, rəhbərimiz o vaxt Cəfər Xəndanidi, dərhal ona xəbər vermişdilər, gəldi gördü ki, mən bir aziçmişəm, bilirdi ki, mənə söz desə, cavabını verəcəm, bir şey299

demədi, birdən gözü divanın üstündə uzanıb qalmış QulamMəmmədliyə sataşdı, heç dəxli olmadan: – Adə, uzun adamınpyanlığı nə pis olurmuş, – deyib çıxıb getdi.–Rəhbəriniz Cəfər Xəndan idi?–O qədər rəhbərimiz vardı ki, ümumi rəhbərliyi, yəni CənubiAzərbaycandakı bütün işlərimizin rəhbərliyini üçlük – troyka idarəedirdi, sədri Mirzə İbrahimov, üzvləri o vaxtkı Mərkəzi Komitəninkatibi Həsən Həsənov və NKVD-nin müavini Atakişiyev idi,amma rəhbər sifətilə Bakıdan başqa Mərkəzi Komitə işçiləri,məsələn Şahgəldiyev, o vaxt o da Mərkəzi Komitənin katibi idi,gəlirdi. Redaksiyamıza isə Cəfər Xəndan, Rza Quliyev rəhbərlikedirdi. Cənubi Azərbaycanın məşhur şairi vardı – ağayi Etimad,hamımıza kitablarını bağışlamışdı, cavan adamlar idik də, o vaxt,cavan yazıçılar idik, amma hamımıza kitabının üstündə yazmışdı –"dahi yazıçı Ənvər Məmmədxanlıya, dahi yazıçı QılmanMusayevə, dahi yazıçı Seyfəddin Abbasova". Sonra həmin sözləriRza Quliyevə də yazmaq istəyəndə, uşaqlardan hansısa demişdi ki,ağayi Etimad, biz də dahi, o da, axı o bizim hamımızınböyüyüdür? Etimad bununla razılaşmış və Rza Quliyevəbağışladığı kitabın üstündə "Nabiqeyi əsr" yazmışdı, özününizahına görə bu, yüz ildə bir dünyaya gələn dahi demək imiş".Yadımdadır, yuxarıda yada saldığım həmin o qonaqlıqda –Təranənin bir yaşını qeyd etdiyimiz gün Əvəz Sadıq Ənvərhaqqında tost dedi, dedi ki, İranda Ənvərə deyərdim, ay Ənvər,başına dönüm, bir az döz, Bakıya-qayıdaq, orda nə oyundançıxırsan çıx, bura hər halda xaricdir, burda hər tərəfdən bizəgöz qoyurlar, bir az ehtiyatlı davran...Ənvər də Əvəz əminin Təbrizdəki məzəli söhbətlərindəndanışardı hərdən. "Əvəz, – deyirdi – bir müddət Mirzəylə birotaqda qalırdı. Mirzə həmin o troykanın iclasından sonra evəgələndə, çox inandığı Əvəzə: – Əvəz, sənə bir sirri açacam,amma heç kəs bilməsin, – deyərkən, Əvəz dərhal: – Mirzə, sənAllah, lazım deyil, – deyirmiş, – sən heç nə demə, sabah bazaraçıxan kimi hamısını özüm eşidib biləcəm".300

Çox macəralı və faciəli taleyi olan Məhəmməd Biriyahaqqında da danışardı: "Bizimkilərə çox fəal qoşulmuşdu,inqilabdan, marksizmdən, Lenindən, Stalindən alovludanışardı, bir dəfə hansı məclisdəsə halı xarab oldu, qəşş etdi,yaxasını açdılar, köynəyinin altında "Quran" vardı...İranda elə adamlar vardı ki, biz nə deyirdik, ləbbeykdeyirdilər, bizim qoşunlar çıxan kimi birinci radioyla çıxış edibəleyhimizə danışan da onlar oldu. Amma elə adamlar da var idiki, yüyürüb bizim ağuşumuza atılmırdılar və bizimkilər dəməhz onlardan şübhələnirdilər, amma son nəticədə məhz onlarözlərini çox namuslu, mərd apardılar".Bir adamı Ənvər xüsusi qeyd edirdi – şair Səffəti. Elə o vaxtyaşlı bir adam imiş. "Azərbaycanlı idi, amma əsasən farscayazırdı, azərbaycanca da bir neçə şeri vardı. Təhsili farsca idi.Nə isə söhbətimiz tuturdu. Bizim qəzeti oxuduqca deyirdi ki,hə, mən indi inanıram ki, müasir Azərbaycan ədəbi dili var vəbu dildə də hər mətləbi ifadə etmək olar. Sonra mənə bir şey dədeyirdi, deyirdi ki, bax mən qoca kişiyəm, uzun ömürsürmüşəm və bu ömrümün təcrübəsi nəticəsində müəyyənqənaətlərə, müəyyən fikirlərə, əqidələrə gəlmişəm. Siz məni,deyirdi, inandırın ki, bax bu məsələ bu cürdür, düzü belədir,yoxsa göstərişlə, əmrlə, təkidlə, ya təhdidlə heç bir kəsiürəkdən inandırmaq olmaz, yalandan: "bəli, düz buyurursunuz"– deyən çox olacaq. Amma onlar da ürəkdən inanmırlar.Mənim bir fikrə gəlməyim üçün gərək buna inanım. Uzunsöhbətlərimiz olurdu və bu söhbətlər nəticəsində bir çoxməsələlərdə mənimlə razılaşırdı, amma heç vaxt bizim hərdediyimizə: "bəli, düz buyurursunuz" demədi, "ləbbeyk"demədi. Başqa görkəmli şair Həbib Sahir kimi o dabizimkilərdən gen gəzərdi, yaxın düşmürdü bizimkilərə. Ammabizim qoşunlar çıxandan sonra özünü ən mərd, namusluaparanlardan biri də Səffət oldu, bura gəlmədi, orda qaldı,sürgün olundu və sürgündə də, deyəsən, vəfat elədi. Qoca adamidi də..."301

Bu yaxınlarda İranda olarkən mən o vaxtın adamlarındanSəffəti soruşdum və çox sevindim ki, Ənvər bu zənnində dəyanılmayıbmış. Onu tanıyanlar, xatırlayanlar, Səffət haqqındaçox saf, təmiz, peyğəmbəranə bir adam kimi danışırdılar.Onu da xatırladım ki, vaxtilə "Ədəbiyyat və incəsənət"qəzetində (11 may, 1990-cı il) Ənvər Məmmədxanlıyla Qılmanİlkinin "Unudulmaz Təbriz günləri" adlı söhbətləri çıxmışdı vəhəmin söhbətdə də Səffəti yada salırdılar. Qılman İlkin: "SəninMəmmədli Səffət ilə mübahisələriniz yaxşı yadımdadır, –deyir. – Amma qəribə idi ki, mübahisələriniz sizi bir-birinizdənuzaqlaşdırmaq əvəzinə, daha da yaxınlaşdırırdı. Səffəttəmkinli, xoşxasiyyət, müdrik bir qoca idi... Əvvəlcə bizə çoxehtiyatla yanaşırdı. Sonra tezliklə bizimlə ünsiyyət bağladı".Cavabında Ənvər: "Haqlısan – deyir. – Mənim o kişiyəböyük hörmətim vardı. Müstəqil düşüncəli bir şəxsiyyət idi.Dürüst müşahidələri ilə başqalarından fərqlənirdi. İranıngələcəyinə aid orijinal fikirlər irəli sürürdü. Bəziləri kimi bizimvəzifəli adamları idealizə etmirdi. Əksinə, yeri düşəndə həttabizə qarşı tənqidi münasibətini də gizlətmirdi. Təvazökar idi.Özündən deyil, başqalarından eşitmişdik ki, o, vaxtilə ŞeyxMəhəmməd Xiyabaninin ən yaxın adamlarından biri olub.Çoxlu elmi və ədəbi əsərlərin müəllifi idi".Mən demək olar ki, bizim nəşrlərin, kitabların, antologiyavə tədqiqatların heç birində Səffətin adına rast gəlmədim,haqqında bir şey eşitmədim. Amma Ənvərin danışıqlarımənimçün etibarlı bir dəlildir və inanıram ki, bu adam məhzbelə olub. Mənə elə gəlir ki, Ənvərlə onu yaxınlaşdıran ümumicəhətləri də başa düşürəm, yəni nədən bir-birinə mehrsaldıqlarının səbəbini anlayıram. Ənvərin təsvirində Səffətə xasolan cəhətlər onun özünün də təbiətinə uyğun idi. ÇünkiƏnvərin özündə də bir müdriklik, nuranilik, əqidəsində sadiqqalmaq, yel kimi o yan-bu yana əsməmək, konüktürmülahizələrə müti olmamaq xasiyyəti vardı... Ənvər də ancaq oşeyi deyirdi ki, ona daxilən inanırdı. Daxilən inanmasaydı, heç302

kəs onu fikrindən döndərə bilməzdi. Ədəbi zövqləri də çoxdəqiq idi, bəzən mənim zənnimcə, bir qədər konservativ olsada. Siyasi mövqeyi də çox dəqiq idi, müxtəlif milli məsələlərəmünasibətində də çox aydın pozisiyası vardı və bumövqeyindən onu heç kəs döndərə bilməzdi...İranda olduğu iki il ərzində Azərbaycanın, İranın bir çoxşəhərlərini gəzmişdi. Ərdəbildə, Tehranda, kürdlərin mərkəziMehabadda olmuşdu və müşahidələri bir sıra hekayələrində əksolunub – "Qızıl qönçələr", "Boyunbağı", "Karvan dayandı"...."Od içində" pyesi də Cənubi Azərbaycan mövzusundadır və bupyeslə bağlı əhvalatlar üstündə bir az ətraflı dayanacam.Bu pyesin də, daha doğrusu, bu tamaşanın da başı bəlalıoldu. Amma tamaşanın hansı çətinliklərlə qarşılaşdığını izahetmək üçün yenidən Ənvərin bioqrafiyasına qayıtmalı olacam.Həmişə "ağrıyan həyatının" daha bir acısından söz açacam.Ənvər ömrünün uzun bir müddətində başının üstündənasılmış Domokl qılıncı atasıyla bağlı idisə və 42-ci ildə atasınınvəfatından, başlanan vətən müharibəsindən, Ənvərin bumüharibənin müxtəlif cəbhələrində iştirakından və İrandakıhərbi-jurnalist xidmətindən sonra bu qılıncın təhlükəsi birqədər sovuşmuşdusa, onun ikinci süyər yeri məhz bu illərdə,yəni müharibədən sonrakı illərdə meydana çıxmışdı: bu dakiçik qardaşı Niyaziylə bağlı idi.Niyazi ipək kimi yumşaq, gözəl bir insan idi, amma həm dəçox mərd, cəsur, həmişə öz ləyaqətini, mənliyini yüksək tutanbir adam idi. Ənvərin vaxtıyla atıb getdiyi yolu o axıracangetmişdi. AzNKİ-ni bitirib neft mühəndisi olmuşdu. Bəzənmən danışanda inanmırlar, deyirlər ki, iki-üç yaşlı uşaq buşeyləri xatırlaya bilməz, amma Allaha and olsun ki,müharibədən qabaqkı son yayı, yəni – qırxıncı ilin yayını – ikiyaş yarımında olduğum yayı, Pirşağı bağında olan bəzisəhnələri duman içində olsa da xatırlayıram: o cümlədən,Niyazinin: – bax, buranı qazacam, burdan nöyüt çıxacaq, –deyə məni qorxutmasını da... Neftin çıxacağı niyə məni303

qorxudurdu, bilmirəm, amma Niyazinin bu zarafatlarıyadımdadır. Bir il sonra dava başlandı və Niyazi dəmüharibəyə getdi. O vaxt artıq institutu qurtarmışdı, hansızavodda isə mühəndis işləyirdi. Onu əsgərliyə çağırdıqlarıgündən cəmisi bircə həftə sonra həmin zavod hərbi müəssisəyəçevrilmişdi və bütün işçiləri bron almışdılar. Ailədə onu dadanışırdılar ki, Niyazinin cəbhəyə getməsindən bir neçə günqabaq kimsə ona "vətəni qorumağa gedirsən"– deyə xeyir-duaverəndə, Niyazi "vətəni yox, bax bu qonşumuz Marusyanımüdafiə etməyə gedirəm", – deyə acı bir rişxəndlə cavabvermişdi. Müharibədə ən ağır bir cəbhəyə – Sevastopolcəbhəsinə düşür. Sonralar mənə danışırdı ki, Tbir gün zabitdostlarımdan biri, uzaqdan bir-birimizə güllə ataq, əllərimiziyaralayaq, bizi geri – qospitala göndərsinlər" – demişdi,cəbhədə belə hallar olurdu, razı olmadım, qeyrətiməsığışdırmadım belə işi"...Sevastopolda yaralanır, əsir düşür... Sonralar, Stalin –Beriya sisteminin də dustağı olduğu üçün bir dəfə soruşdum: –Niyazi, hansı daha ağır idi – Hitlerin məhbəsi, ya Stalininsürgünü? Bir az fikirləşib, "yox, hər halda alman əsirliyi dahaağır idi, – dedi... dil bilmirsən, yad mühit, səsin heç haraçatmayacaq".Yaralı halda etapla əsir aparılarkən taqətdən düşüb az qalayıxılacaqmış, yıxılanı da almanlar dərhal avtomatla biçirdilər,elə oradaca qalırdı. "İki rus əsiri iki tərəfdən qollarıma girdilər,"nə qədər taqətimiz qalıb, səni də aparacayıq" – dedilər.Həyatımı xilas elədilər... Etap boyu Ukrayna kəndlərindənkeçəndə Ukrayna qadınları bizə çörək uzadırdılar, almankonvoyu tüfənglərin, avtomatların qundaqları ilə onları vurur,qovurdu, amma yenə əl çəkmirdilər, imkan tapıb hərəmizə birtikə çörək verə bilirdilər. Sonra Sibir lagerində həmin oUkrayna qadınlarını gördüm, yəni həmin deyəndə konkretadamları demirəm, ümumiyyətlə, işğal zonasında qalmış oUkrayna qadınlarını Beriya əclaf müharibədən sonra Sibir304

lagerlərinə sürgün eləmişdi"."Aclığın bütün formalarına bələdəm, – deyirdi Niyazi, – ənçətin aclıq, neçə günlük tam aclıq yox, hər gün cirəylə veriləncüzi qidadır... Heç nəyim qalmamışdı, əmimin (atasının)yadigarı qızıl bir saatı qalmışdı, alman qarovulçusunun gözüdüşmüşdü o saata, neçə gün dözdüm, vermədim, axır bir günaclığa tab gətirə bilmədim, bir parça çörəyə dəyişdim... T –Bunları müxtəlif vaxtlarda Niyazidən eşitmişdim.Müharibə illərində isə Niyazinin qara kağızı gəlmişdi...Evdə yasını tutmuşdular. İndi mən düşünürəm ki, bu itkindüşmüş adamların ailələrinə göndərilən ölüm şəhadətnamələridə bilməzlikdən, səliqəsizlikdən, qarma-qarışıqlıqdan doğan birdolaşıqlıq deyilmiş, dəqiq düşünülmüş, insana qənim Stalinsiyasətinin bir ünsürü imiş: madam ki, əsir duşüb, deməli,düşməndir, madam ki, düşməndir, özünə hələ əlimiz çatmırsa,hələlik ailəsini cəzalandıraq, diri adamın ölüm xəbərini ailəsinəçatdıraq – bu məntiqlə göndərirlərmiş ölüm kağızlarını. Nə isə,müharibə illəri Ənvərin həyatı ölkənin ümumi faciələrindənbaşqa ölən atasına tutulmayan yas və o vaxt hələ diri qardaşınatutulan yasın ağrısıyla da ağrıyırmış... Müharibə qurtarandansonra, ya müharibənin axırına yaxın isə birdən-birə şad birxəbər gəldi: Niyazi sağdır, hələlik Moskva yaxınlığında hərbihissədədir. Atamla anam Moskvaya uçdular (Atam o vaxtKinematoqrafiya naziri idi). Ənvər o vaxt hələ İranda idi.Moskvada gedib Niyazini tapıblar. Hissə komandirindən iznistəyiblər ki, bir günlük onu özləriylə Moskvaya aparsınlar.Atam: – mənim qardaşımdır deyib. Komandir inanmırmış: –qardaşınızdır, niyə familiyalarınız müxtəlifdir?.. Amma hərhalda görünür rəhmdil adam imiş və arvadının da təsiri olub.Bu, söhbətdə iştirak edən arvadı ərinə: – Sən bir onların(Atamla Niyazinin) gözlərinə bax, gör necə oxşayır bir-birinə,– deyib. Axır komandir yumşalıb, icazə verib, Niyaziyləbirlikdə Moskvaya qayıdıblar, bir gün onlarla "Moskva"mehmanxanasında qalıb. Sonra Bakıya gəldi. Hamımız, bütün305

ailəmiz necə şadlanırdı o gün, ilahi. Amma Niyazinin o günağladığı da yadımdadır, axı bir gündə üç əziz adamının bumüddət ərzində öldüyünü bilmişdi: atasının, dayısıMəmmədhüseynin, əmisi Hidayətin... Nə yazıq ki, Niyazinindemək olar ki, o dünyadan qayıtmasıyla bağlı bu sevinc uzunsürmədi. Bütün zamanlarda və bütün ölkələrdə əsirlikdənqayıdanları ən böyük hörmətlə, ehtiramla qarşılayırlar, çünkionların çəkdikləri əzab-əziyyət bəlkə hamıdan artıq olur AncaqStalin əxlaqıyla qurulmuş bir ölkədə əxlaq da tərs olmalıydı.Stalinin: "Bizim əsirlərimiz yoxdur, vətən xainləri var" –kəlamı yüz minlərlə insanın onsuz da şikəst olmuş həyatınayeni baltalar endirirdi. Birini qoyum, birini götürüm. Bir neçə ilbundan qabaq hansısa kinoteatrda "Qurtuluş" (Osvobojdenie)filminə baxırdım. Filmdə belə bir epizod var: Stalinə təklifedirlər ki, əsir düşmüş oğlu Yakovu alman feldmarşalıPaulyusa dəyişsin. Stalin: "Mən əsgərləri marşallaradəyişmirəm"– deyəndə salonda bir alqış qopdu, gəl görəsən.Məni sarsıtdı bu alqışlar. Həqiqətən deyibsə də, deməyibsə də,bu filmdə səslənən sözlər tarixin ən əxlaqsız cümlələrindəndir.Söhbət canlı insandan, sənin oğlundan gedir və sən effektli birfrazaya insan həyatını, doğma oğlunun həyatını qurbanverirsən. Bu, Stalinin şəxsi ailə məsələsi olsaydı, özü bilər, özişidir. Amma axı bu fikrin, bu qənaətin məntiqilə neçə minlərləinsan, onsuz da əsirlikdə mənən və fiziki cəhətdən zədələnmişinsanlar yeni iztirablara məhkum olunurdu. Bizim camaat isə əlçalır buna... Nə isə... Niyazinin də aqibəti başqa əsirlərinaqibəti kimi oldu... May günləri idi, atam hamını Göyçayaaparmaq istəyirdi, Ənvər, Niyazi də gedəcəkdi... Gecə gəlibNiyazini aparmışdılar və on il Sibirə sürgün eləmişdilər...Niyazinin özünün ağır, dözülməz iztirablarından başqaailəsinin də yeni müsibəti başlanmışdı və Ənvərin də başınınüstündən yeni bir Domokl qılıncı asılmışdı...Bu söhbətlərin məhz bura düşməsi isə, bayaq dediyim kimi,"Od içində" tamaşasının taleyi ilə bilavasitə bağlıdır. Həmin306

illərdə Azərbaycanda başqa bir sürgün kompaniyası dabaşlamışdı və bizim ailənin o biri qolundan, anam tərəfindən –Rəfibəylilərdən də bir neçə nəfər, o cümlədən anamın dayısıFərrux bəy arvadı Rəxşəndə xala ilə Tomska, Cavad bəyRəfibəyli növbəti dəfə Semipalatinskə sürgün edilmişdi.Nənəm Cavahir xanımın sürgün olunmaq təhlükəsi vardı vəanam hər gün gündüzlər onun yanında olur, axşam evə qayıdırvə səhər tezdən yoxlamaq üçün zəng eləyirdi, qorxurdu ki,gecə apararlar. Telefonlara da qulaq asıldığını bilirdi, odur ki,nənəmə zəng eləyib Rüstəmin, dayımoğlunun halını soruşurdu,guya ki xəstəymiş... Bir sözlə, yeni sürgünlər axını gedirdiAzərbaycanda və elə bu vaxt "Od içində" pyesi meydanaçıxmışdı. Orda da adamları sürgün edirdilər. Əlbəttə, İranda,İran hökuməti edir bu rəzaləti, heç gül kimi sovet hökumətimizbelə şey edər? "Od içində" pyesində Əli Fişəngçi deyir:–Şəhərdə müsibətdir... Sərbazlar əllərində məşəl və siyahıməhəllələri gəzib qapıları döyürlər. Təzədən altı yüz ailənisürgünə göndərirlər.Əsərin başqa səhnəsində şah ordusunun sərhəngi Ehtişamiilə Təbrizdən sürgün edilən qoca ziyalı Ədalət və onun qızıPərvin arasında belə mükalimə var: "Ehtişami: Nə tez yorulubyoldan qalmısan, ağayi Ədalət? Bu əsa, bu yerişlə nə sən, nəPərvin xanım heç üç aya da gedib Bilicüstana çatabilməyəcəksiniz.Ədalət: Kinayə etmə, sərhəng! Gün gələr biz qayıdarıq...Ehtişami: Yox, geri qayıtmaq ümidindən əl çəkin, qoca...Mürur zamanla siz yurdunuzun, yuvanızın harda qaldığınıunudacaqsınız, əslinizin, nəslinizin kim olduğunu yadınızdançıxaracaqsınız.Pərvin: Bu şahlar İranın minillik xam xəyalıdır, sərhəng vəmin ildir siz bizim adımızla, dilimizlə, yurdumuzla iftixarımızıbizim ürəyimizdən qoparda bilməmisiniz!"Və nəhayət, əsərin finalında da baş qəhrəman Azərin anasıReyhan kiçik oğlu haqqında deyir: "Azər nəslini məhv etmək307

olmaz! O sonbeşiyim qayıdıb ata-baba yurduna sahibduracaq!".Əlbəttə, indi elə bir zaman gəlib ki, bütün bunları çoxasanlıqla ayrı cür yozmaq olar: Bilicüstan əvəzinə "Sibir",sərhəng əvəzinə "NKVD polkovniki", şahlar İranı əvəzinə "Rusimperiyası" istilahlarını qoysaq, deyə bilərik ki, Ənvər İrandanyazıb, sovet siyasətini hədəf tutub. Amma mən bunu deməkistəmirəm və Ənvər özü də bunu demirdi, demək istəməzdi vədeməzdi... Bunu Ənvər yox, onun düşmənləri, onuistəməyənlər, onu gözü götürməyənlər, ya elə-beləbikarçılıqdan çuğulçuluq eləyənlər demişdi. Şeytançılığa könülvermiş adamlar, növbənöv iblislər bütün dövrlərdə olduğu kimio dövrlərdə də vardı, amma başqa dövrlərdən xeyli çox idi.Əlqərəz, danos vermişdilər ki, bu əsərdə Ənvər İran, CənubiAzərbaycan adıyla öz dərdini yazır, sürgün olunmuş kiçikqardaşının taleyini yazır, ümumiyyətlə, Bakıdan sürgün edilənadamları nəzərdə tutur. Belə bir kağız, belə bir danos lazımiyerlərə getmişdi, lap yuxarılara çatmışdı. Tamaşa hazır idi,mərhum rejissorumuz Adil İskəndərov hazırlamışdı,premyerası olacaqdı. Ənvər bizim hamımızı dəvət eləmişdi.Ortancıl bacım Fidan onda lap balaca idi, onu dəvəteləməmişdi. Amma Fidan biləndə ki, biz teatra gedəcəyik,amma onu aparmayacaqlar, Ənvər haqqında demişdi ki, "boqeqo nakajet" (uşaqlıqda dayəsi rus idi, rusca danışırdı).Atam Bakıda yox idi. Anamla getdik teatra, gördük qapılarıbağlıdır, içi qaranlıqdır. Dedilər tamaşa olmayacaq. Niyə? Heçkəs bilmirdi. Ənvər özü də heç yerdə yox idi, zəng eləyirdik,telefonu cavab vermirdi. Anamla evlərinə getdik, qapını açdı,gördük ev paltarındadır, gülümsünür. Bəs nə oldu tamaşa, niyəolmadı? Gülüb dedi ki, Fidanın qarğışı, deyəsən həyata keçdi,tamaşanı saxladılar. Niyə saxladılar? Vallah, mən də bir şeybilmirəm.Sonralar məlum oldu ki, danoslar veriblərmiş. Cürbəcürrütbəli məmurlar, özü də yalnız İncəsənət Komitəsi, Mərkəzi308

Komitədən yox, həm də, o vaxtkı təbirlə desək, müəyyənorqanlardan gəlib ictimai baxışlarda iştirak edir, bir kəlmə sözdemədən çıxıb gedirlərmiş. Nə "hə" deyirlərmiş, nə "yox".Çünki bu da o dövrün spesifik xüsusiyyətiylə bağlı idi. Axı sonsözü Bağırov deməliydi, birdən bunlar deyər "hə", o, qadağanedər, ya bunlar deyər "yox", o icazə verər tamaşanıngetməyinə. Bir sözlə, hamıdan çox Ənvərin əsəbləriyləoynayırdılar. "Götürdüm Bağırova bir kağız yazdım, neçə güngözlədim, cavab çıxmadı, axır götürüb katibəsi Novikovayazəng elədim, dedi ki, kağız ondadır, oxudu, amma mənəqaytarmadı, özündə saxladı. Hə, bir detalı da deyim: Makinadayazdırmışdım, adımı altında yazmışdım, amma nədənsə qolçəkməyi unutmuşdum, demə Bağırov buna da diqqət eləyib,"etot qospodin ne soizvolil daje podpisatsya" – deyib. SonraMirzə İbrahimova deyib ki, nə istəyir məndən, məgər mənonun yazdığı əsəri oxumağa borcluyam? Mirzə də deyib ki,"yox oxumağınızı istəmir ki, sizdən, tamaşa hazırdır gəlinbaxın və fikrinizi deyin". Nə isə bir gün gəlir Bağırovtamaşaya."Oturmuşduq, – deyir Ənvər – Bağırov, yanında dabaşqaları, belə onlara yaxın da Adil İskəndərov, mən... Adil dəmənə demişdi, bilmirəm hardan bilirdi bunu, demişdi ki,Bağırovun hər cibində bir tapança var. Nə isə, baxırdı əsərə,birdən heç tamaşaya dəxli olmadan qayıtdı bizə ki, "DədəQorqud"un sizə nə dəxli var? Bizə – yəni azərbaycanlılara. –Orda – dedi – at əti yeyirlər, at südü içirlər, bəyəm "sizinbabalarınız at əti yeyiblər, at südü içiblər? Türkmənlər istəyironu, qızıl podnosda verrəm türkmənlərə. Bu dastanınAzərbaycana heç bir dəxli yoxdur. Mən də dedim ki, bəsDərbənd? Eynəyinin altından mənə tərs-tərs baxdı, ammadinmədi, gördüm bu tərəfdən Adil qolumdan dartır ki, sən nədanışırsan, görmürsən fikri hazırdır?Qısa bir müddətdən sonra "Kitabi-Dədə Qorqud"la bağlıməsələlər ortaya çıxdı, onu Azərbaycana yabançı bir əsər elan309

elədilər, qadağan olundu."Od içində"nin göstərilməsinə isə icazə verildi.***Qəribə, unikal yaddaşı vardı Ənvərin. Mən ondan çox cavanolduğuma baxmayaraq, dünən oxuduğumu bu gün yada salabilmirəm. Amma o haçan nə kitab oxumuşdusa, nə məlumatalmışdısa, kimlə haçan görüşüb nə söhbət eləmişdisə, bir sözlə,nə bilirdisə, nə öyrənmişdisə həyatda – hamısı yadında idi.Azərbaycan və Dünya tarixinə, ədəbiyyatına, fəlsəfəsinə,müasir siyasətə aid ensiklopedik biliklərə malik idi və onunlasöhbət eləmək bir universitet qurtarmaq qədər zənginləşdirirdi,savadlandırırdı adamı. İslam tarixini Azərbaycanda ən dərindənbilən adamlardan idi. İslam tarixiylə, xilafətin quruluşuyla,ərəb istilalarıyla Babək haqqında roman üzərində işlədiyizaman belə geniş tanış olmuşdu. Xanlıqlar dövrünə –Azərbaycan tarixinin XVIII əsrin axırı – XIX əsrin əvvəlinəaid dövrünə də – Mirzə Fətəli haqqında əsər üzərindəişləyərkən – qaynaqlara, ilk mənbələrə, arxiv materiallarınaəsaslanaraq ətraflı bələd olmuşdu. Yadımdadır, bir dəfə MirzəFətəlinin mötəbər bilicilərindən olan Mikayıl Rəfili Axundovbarəsində söhbətləri əsnasında Ənvərə: "səndə əməlli-başlıtədqiqatçı damarı var – dedi. O da yadımdadır ki, Rəfili: –amma Mirzə Fətəlinin bioqrafiyasına daha yaxşı bələd olduqca,deyəsən, ondan bir az soyuyursan," – demişdi. Ənvərgülümsünüb cavab verməmişdi. Axundov mövzusunutamamlamaması bəlkə, doğrudan da, bu səbəblərlə bağlı idi.Amma həqiqət naminə onu da deməliyəm ki, hələ o zamanlarınözündə Mirzə Fətəliyə qarşı yönəldilən ittihamları (indi buittihamlar baş alıb gedir) heç cür qəbul etmirdi. Yəni buittihamların əsas məğzi Mirzə Fətəlini guya çar Rusiyasınınsiyasətinə xidmət edən bir adam kimi, az qala çar casusu kimiqələmə vermək cəhdidir. "Belə deyil, – deyirdi Ənvər. – Buməsələ daha qəlizdir. Mirzə Fətəlinin oğlu Rəşidə yazdığıməktubları – o vaxt hələ bu məktublar çap olunmamışdı –310

tapın, oxuyun. Görəcəksiniz ki, Mirzə Fətəli necə ayıq başla,"şəkili bicliyiylə" oğluna ruslarla ehtiyatlı davranmağı tövsiyəedir. Yəni rus siyasətinin mahiyyətinə aid heç bir illüziyasıolmayıb. İntəhası, xalqın taleyini, inkişaf prosesini rusmədəniyyəti və rus mədəniyyəti vasitəsilə Avropa mədəniyyətiyönündə görürdü. Şərq ətalətindən, dinin, xurafatın əsarətindənqurtuluş yollarını burada arayırdı".Hər halda hansı səbəbdən olursa olsun, doğrudan da, MirzəFətəli mövzusundan soyudu və ömrünün son illərini Babəkəhəsr elədi. Amma Mirzə Fətəli dövrüylə tanışlığı da onunçünçox önəmli idi – çar siyasətini, Rus–İran münasibətlərini,Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsini – kiçikayrıntılarına, faktlarına qədər bilirdi. İran şahzadəsi AbbasMirzədən, rus generalları Patskeviçdən, Yermolovdan, odövrün başqa tarixi şəxsiyyətlərindən elə danışırdı ki, elə bil buadamları öz gözüylə görüb.Bu dövrlə əlaqədar nəslimizin tarixinə aid geniş bilikləri dəvardı. Şahsevənlər tayfasından olan ulu babamız Məmmədxançar hakimiyyətiylə toqquşan və ruslar tərəfindən təqib edilənilk Azərbaycan feodallarından biri olub.Həbibə xanımın anasından eşitdikləri: "Bir günMəmmədxanın yanına qonşu kənddən bir çapar gəlir, xanınayağına yıxılır: – başına dönüm, xan, – deyir – bizə kömək elə,kəndimizə bir dəstə urus soldatı gəlib. Yerləşdirdik,əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadıngətirin, gəlinlərinizi, qızlarınızı gətirin. Ümidimiz bir sənədir.Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən. Məmmədxanbir qədər fikrə gedir, sonra, çapara deyir ki, "get deginən, busaat gətirəcəyik". Çapar kor-peşman geri qayıdır. Məmmədxanoğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul silahlanıb atalarınaqoşulurlar. Həmin kəndə gəlirlər. Deyilənə görə soldatlardanbir nəfəri də olsa qaçıb qurtara bilmir, hamısını qılıncdankeçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutubgətirən adama böyük ənam vəd edir. (Yüz il sonra nəticəsi311

Qəffar Məmmədxanlı kimi Məmmədxan da neçə müddət asikimi, qaçaq kimi hökumət tərəfindən axtarılırmış – A.) heç cürtuta bilmirlərmiş onu. Günlərin bir günündə Məmmədxanışamaxılı Mahmud ağa qonaq çağırır. Kimsə satqınlıq edib bubarədə ruslara xəbər verir. Evi əhatə edib Məmmədxanıtuturlar. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onuqazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonraoğlanlarının hərəsi bir tərəfə dağılır. Xanlıq məhv olur. Birrəvayətə görə kəndlər Təbatəbaiyə verilir".Həbibə xanımgildə Ənvərin iştirakıyla lentə aldığım yazıdanbir parça:ƏNVƏR: Bir iranlı vardı, Qivami. Abırlı kişilərdən biri idi,çox da bilikli adam idi. Bir dəfə mənə bulvarda rast gəldi,söhbət elədik o yan-bu yandan, birdən dedi ki mənə, sizinnəslinizin tarixini bilirəm. Dedim ağayi Qivami, hardan?Danışdı mənə. Özüm də bəzi şeyləri bilirdim, uyğun gəldi.Demək Məmmədxanın ki oğlanları qaçır İrana, hamısı qaçır,bizim ulu babamız, Məmmədxanın böyük oğlu Mahmud ağadanbaşqa, Məmmədxanın bütün kəndlərini – Çiynini, Qaziyanı,başqalarını alırlar. Ruslar təzə bəylər zümrəsi yaradırdı. Kimqaçırdısa İrana hamısının yerlərini, kəndlərini alırdılar.Patskeviç Təbrizdə olanda Təbrizi ona verənlərdən biri məşhurmüctəhid olub – Mirfəttah ağa Təbatəbai. Təbatəbai nəsliİranda çox məşhurdur. Həmin bu Mirfəttah ağa kömək eləyibPatskeviçə Təbrizi alsın. Nikolaya xəbər gəlib çatanda ki, bəsməsələ belədir, Patskeviç o vaxt bir polknan gedib bütün İranıala bilərdi, Nikolay deyib ki, Tehrana getməyin, geri çəkilin,sərhəd olsun Araz çayı, mən istəmirəm ki, Qacar sülaləsi məhvolsun... Görürsən, necədir məsələ, hər halda o sinfi hiss var da,bir padşah düşmən olsa da, o biri padşahın tamam məhvolmasını istəmir. Nə isə, Patskeviç geri çəkiləndə daha oMirfəttah ağa da İranda qala bilməzdi, Abbas Mirzə onuöldürəcəkdi. Gəlir o da bu taya. Patskeviç ona çoxlu şey verir,bağ-zad, yeddi kəndi – Bərgüşadı, Çiynini, Qaziyanı –312

Məmmədxanın kəndlərini də ona əta eləyir. Amma Mirfəttahağa çox savadlı adam imiş, böyük kitabxanası varmış,kitabxanasının bir hissəsini Tiflisdə qoyur. Tiflisdə o məşhurmüctəhid bağı var e, o da həmin o Mirfəttah ağanın adınadır,kitabxanasının bir hissəsini də gətirir Qaziyan kəndinə, bir dəbaşqa bir kəndə, adını hardasa qeyd etmişəm. Orda bir evtikdirir, yığır ora kitablarını, əlyazmalarını... Bu hadisə də niyəgörə düşüb aktlara – bir gün, düşmən düşübmüş kimləsə, odvurub bütün kitabxanasını yandırırlar... Gör indi o kitabxananə xəzinə imiş e...".***Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gəncyazıçı ikən Yazıçılar İttifaqında keçirilən o qanlı iclaslarınşahidi olub. "Yadımdadır, Sultan Məcid Qənizadə lap qoca kişiidi – o vaxtkı proletar yazıçılarından biri – adını deyirdi Ənvər,mən yazmıram – qocanın az qala boğazını üzürdü ki, ver buraüzvülük biletini, səni İttifaqdan çıxartmışıq. O qoca yazıq dazəif səslə: vermərəm, – deyirdi, bu kitabçaya Maksim Qorkiözü imza atıb... Nə fayda, tutub aldılar əlindən... Qoca kişinitutdular, məhv etdilər, amma az bir müddətdən sonra həmin obileti ondan alanı da tutub basdılar, o da qayıtmadı... Nə isə...bu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahibolan bir sənətkar yarada bilər...".Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyubgetdi bizə...* * *68-ci ilin avqustunda Zuğulbada dincəlirdik. Hər gecə xariciradionu dinləyirdim. Bir yerdə yazmışam ki, 56-cı ildəMacarıstanın işğalı zamanı bizim nəslin yeniyetməlik dövrübitdi, 68-ci ildə Brejnev Çexoslovakiyaya qoşunları yeridəndəisə gəncliyimizlə vidalaşdıq. Praqa baharı, Çexoslovakiyada"gülər uzlü sosializm", "insani sosializm" qurmaq cəhdlərişəxsən mənim sosialist ideyasına son ümidim, son gümanım idivə bilirdim ki, Praqa reformaçılarının bu təşəbbüsləri də sovet313

tanklarının tırtılları altında darmadağın edilsə, daha bu ideyayaheç bir inam qala bilməz. Ümumiyyətlə, bizim nəsil buhadisələri çox böyük həyəcanla izləyirdi və Praqa baharınınsüqutunu çox ağır qəbul etdi. Rüstəm İbrahimbəyov o günlərdəPraqada idi, sonra mənə danışırdı ki, sovet qoşunlarınıçaşdırmaq üçün praqalılar küçələrin adları yazılmış lövhələriqoparırdılar, mən də onlara qoşulub bir neçə lövhəni öz əlimləqopardım. Avqustun axırında Moskvada Rüstəmlə görüşdük,Araz Dadaşzadə də Moskvadaydı, saatlarla Moskva küçələrinidolaşıb Çexoslovakiyanın dərdinə acı-acı yanırdıq. Dubçekinişdən uzaqlaşdırıldığı xəbəri gələndə Əkrəm Əylislininhönkür–hönkür ağladığı yadıma gəlir. Vaqif Səmədoğlunun dao vaxt yazdığı şerlərinin birində "yuxuma girir rus çarınıntankları" misrası vardı, amma o dövrlərdə təbii ki, dərc ediləbilməyən bu şer, nədənsə, indiyə qədər də çap olunmayıb. Məndə o vaxt çap olunmuş Fransa haqqında yazımda senzuranıaldadaraq ürəyimi boşaltmışdım: guya ki, Parisin XIX əsrdəkibələdiyyə rəisi baron Osmanın ünvanına söylədiyim sözlər,əlbəttə ki, Praqanı yaman günə qoymuş sovet tankları haqqındaidi: "Osman indi yaşasaydı, yəqin üsyan etmiş insan ləyaqətinəqarşı toplarla yox, tanklarla çıxardı. Ancaq xalq qeyrəti şahəqalxanda, dözüm və səbr kasası dolanda, millət haqqını tələbetmək üçün küçələrə çıxanda nə toplara baxır, nə tanklara.Tankın, topun zirehi bəlkə də tarixin qısa bir keçidində xalqınləyaqətinə, iradəsinə, sözünə üstün gəlir, amma keçmişin vəindinin baronları bilməlidir ki, tankın şüur, söz üzərindəüstünlüyü müvəqqəti, keçəri və aldadıcı bir qələbədirU("Azərbaycan" jurnalı № 5. 1970). Sovet qoşunlarınınÇexoslovakiyaya girdiyini eşitdiyim gün Zuğulbada qalabilmədim, ürəyim partlayırdı, nədənsə, məhz Ənvəri görməkistəyirdim. Buzovnaya, bağa, onun yanına gəldim. Külrəngindəydi sifəti, içində boğulmuş adam təsiri bağışlayırdı:"Vallah, – dedi – imkanım olsaydı, bu saat Çexoslovakiyayagedərdim, sovet qoşunlarıyla əlisilahlı mübarizə etmək üçün. O314

vaxt neçə-neçə ölkədən adamlar İspaniyaya gedib respublikanımüdafiə etdikləri kimi... Bu imkanı da alıblar əlimizdən".Ənvərin bu qədər həyəcanlı danışdığını az-az görmək olardı...İçindəkiləri, düşündüklərini, duyduqlarını yazılarında deməkimkanına malik olmaması da onu bir tərəfdən sıxırdı, boğurdu,həyatını ağrıdırdı."İndi adamların evinin içindən çox beyninin içində axtarışaparırlar". "Hər tərəfdə maqnitofon var, nə deyirik yazılır.Xahiş edirəm mümkün qədər idealizmdən uzaq ol". "Düşünənüçün son fikir yoxdur, dost və hər şey ki, boğulanda ölür, fikirboğulduqca dirilir"... "Düşünən həmişə belədir. Azadlığaqovuşanda bir az dəli olur". (Lap elə bil bu gün üçün deyilib –A.) "Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü", "Ey yazıqlar, sizheç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir.O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir". "Böyükgələcək və yaxud bərabərlik dünyası məgər bir nağıl deyilmiuşaqlar üçün? Və əgər ədalətli keçmiş birinci yalandırsa,ədalətli gələcək də ikinci yalandır". "Xırdaca kəndlər gördümki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördümki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfələnət olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnındabir–birini!".Müxtəlif əsərlərinə səpələnmiş bütün bu atmacalar Ənvərindemək istədiklərinin və deyə bilmədiklərinin qısa və boğuqfəryadlarıdır. Bugünkü rüsxətli cəsarət mövqeyindən keçmişinbu sayaq etiraz səslərini lağa qoyanlar başa düşmürlər, ya başadüşmək istəmirlər ki, tariximizin böyük bir dövründə ənnamuslu şairlərimiz, yazıçılarımız əsərlərini yalnız Azərbaycandilində deyil, həm də Ezop dilində yaratmağa məcbur idilər...Bunu böyük Nazim Hikmət bilirdi. Bir dəfə BakıdanMoskvaya qatarla gedərkən Ənvərlə bir vaqonda olublar vəyolda Nazim "İnək" pyesini Ənvərə, Ənvər isə "Şirvangözəlini" Nazimə oxuyub. Nazim bu əsəri dinlədikdən sonra:"Siz kiçik millətlərin (kiçik deyəndə o da, Ezop diliylə qeyri-315

müstəqil, millətləri nəzərdə tuturdu) yazıçılarında həmişə birqurnazlıq (fəndgirlik, biclik, hiyləgərlik) var, demək istədiyinizmətləbləri dolayı yolla deyirsiniz". Doğrudan da, sözün yaxşımənasında, yüngül bir komediya olan "Şirvan gözəlin"də yadfikirlərin, uyğun olmayan nəzəriyyələrin zorla başqa mühitətəlqin olunmasından, zorakılıqla yeridilməsindən söhbətgedirsə, aydındır ki, məsələ yalnız alma sortlarında deyil, dahaciddi mətləblərdədir. Moskvadan gəlmiş rus alimi Mudrov,Azərbaycandakı həmkarlarına müraciətlə: "Dostlar, mənimyetişdirdiyim o ağaclar aranda, öz vətənində yaxşıdır, ammaburda, dağ ətəyində, Göytəpə bağlarına yaramır" (kursivmənimdir – A.) – deyəndə təbii ki, söhbət yalnız nəbatatdangetmir. Və Mudrov son nöqtəni də qoyur: "Burda, Göytəpəbağlarında baş verən hadisələr üçün mən də cavabdehəm, onagörə... bütün Göytəpə bağbanlarından üzr istəyirəm"..."Şirvan gözəli" o dövrün mətbuatında kəskin tənqidə məruzqalmışdı. Daxilən Ənvər həmişə mövcud quruluşa qarşıdissident duyumuyla, dissident düşüncəsiylə yaşamışdı, ancaqRusiyadakı dissidentlik hərəkatından – həmişə dünya ictimaifikrinin diqqət mərkəzində olan hərəkatdan fərqli olaraqAzərbaycanda dissidentlik passiv xarakterdə, daha çox daxilinarazılıq, tərənnümlərə və təntənələrə qoşulmamaq şəklindəolmuşdur. İctimai həyatdan kənara çəkilmək, mənəvisığınacağı sükutda tapmaq Ənvərin də özünəməxsus daxilietirazı idi. Əlbəttə, Stalin dövründə, başının üstündə bayaqdediyim Domokl qılıncı, daha doğrusu, Domokl qılıncları, ənazı iki qılınc – atasıyla və qardaşıyla bağlı təhlükələr asılandaƏnvər də Lenin, Stalin haqqında hekayələr yazmışdı, Aprelin28-ni "Şərqin səhəri" kimi tərənnüm etmişdi... Bunlar da var,bunları da danmaq olmur və yazılana da pozu yoxdur. KamalAbdullayevlə söhbətində Ənvər bu barədə də tam səmimiyyətlədanışır və deyir ki, "Şərqin səhəri"ni yazanda onun əlində olansənədlər həqiqətin, cüzi və təhrif olunmuş hissəsini əksetdirdiyini çox sonralar dərk edib. O vaxt nə 18-20-ci illərdəki316

aparırdı. "Qəlpələr" adlanan bu gündəliklər onun daxilialəminin, daxili həyatının, mütaliəsindən, müşahidələrindən,fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi. Mənə eləgəlir ki, bütün bu zəngin irs tapılıb, araşdırılıb, çapa hazırlanıbmeydana qoyulandan sonra ədəbiyyatımızda tamamilə yeni,indiyəcən yaxşı tanımadığımız bir yazıçını kəşf edəcəyik.Ənvərin indiyə qədər məlum olan yaradıcılığı nə qədər maraqlıvə əlvandırsa, bundan sonra açılacaq irsi ondan da rəngarəng,parlaq və mühümdür, şübhəsiz.Son illərdə Ənvər çox istədiyi anası İmmi xanımı, sürgündənqayıdıb yalnız bir neçə il sakit həyat yaşayandan sonra xərcəngdənvəfat etmiş kiçik qardaşı Niyazini, İnşaatçılar prospektində maşınaltında qalmış bacısı Vahidəni itirdi. Bacısı Həbibənin və xalqrəssamı Tağı Tağıyevin oğlu, özü də rəssam olan Namiq gəncyaşında qəfil xəstələnib keçindi.Rəsul Rzayla Nigar Rəfibəylinin ölümləri Ənvərin tənhalıqçəmbərini daha da daraltdı. Əsərlərinin birində elə bil özü özühaqqında demişdi: "Sən o qədər təksən ki, heç vaxt təklik nəolduğunu bilməyəcəksən"......Son illərdə yalnız bircə dəfə guşənişinliyə qapıldığıyuvasından çıxıb Yazıçılar İttifaqına, "dava iclaslarının" birinəgəlmişdi. "Dəyirman" povestini, haqsız, nadan hücumlaraməruz qalmış Mövlud Süleymanlını, istedadını təqdir etdiyiMövlud Süleymanlını müdafiə etmək üçün. Deyirdi ki, Mövludməni əsərləriylə onu oxumağa məcbur edir. Və bu iclasdabizim başqa yazıçı adını daşımağa layiq olan yazıçılarımızla biryerdə Mövludu qanadı altına almışdı. Bunu özünün yazıçılıq,vətəndaşlıq borcu sayırdı. 37-ci ildə Azərbaycan ziyalılarınıtəpiklə, yumruqla döyən NKVD müstəntiqlərinin varislərinəhəmin iclasda: "Bəsdir daha, keçməz o məşum illərin oyunları,– demişdi. – O illəri qaytara bilməyəcəksiniz, – demişdi....və: – mən sizdən heç vaxt qorxmamışam" – demişdi.Bunu deməyə mənəvi haqqı vardı. Bu sözləri Ənvərin bütünağrıyan həyatı təsdiq edə bilərdi...318

***Ənvərin vəfatı həyatımda elə bir boşluq yaratdı ki, mən buboşluğu heç nəylə doldura bilmirəm. Elə gün olmur ki,düşünməyim: bax bu məsələni Ənvərlə danışmalıyam,müzakirə eləməliyəm, fikrini bilməliyəm onun.Onunla söhbət eləmək, təkrar edirəm, universitet qurtarmaqkimi bir şeydi.***Böyük bir arzum vardı. Həmişə nədənsə adam ən yaxşıarzularında yubanır. Çoxdan belə niyyətim vardı və 91-ci ilinlap əvvəlində bu niyyəti həyata keçirməyi planlaşdırmışdım. Ovaxt SSRİ Ali Sovetinin deputatı kimi ilin çox hissəsiniMoskvada keçirirdim, amma dekabr ayında rotasiya olasıydı,Ali Sovetin tərkibindəki Azərbaycan deputatlarının heyətidəyişməliydi, mən də Ali Sovetdən çıxmaq haqqında ərizəvermişdim və bu məsələni deputat heyətimizin ağsaqqalı,rəhmətlik Tofiq İsmayılovla da razılaşdırmışdım, çünki iki ilidi Moskvayla Bakı arasında qalmışdım... Ənvərlə danışmışdıq,qərarlaşdırmışdıq ki, Moskvayla üzülüşəndən sonra Bakıda biristirahət evinə gedəcəyəm Ənvərlə bir yerdə. Maqnitofongötürəcəm və saatlarla onun söhbətlərini həm maqnitofona,həm dəftərə yazacam. Bunu 91-ci ilin yanvarında etməkistəyirdim.Qismət olmadı. Dekabrda Moskvadaydım, ayın axırınasessiya qurtarmalıydı. Dekabrın 18-də mehmanxanadakıotağıma zəng çalındı. Elə bil ürəyimə nə isə dammışdı,telefonu uzun zaman götürmədim. Nəhayət qaldırdım dəstəyi.Arif Əsədov idi, Moskvada yaşayan qohumumuz. Dedi ki,Ənvər vəfat edib.Elə bil ki, həyatımın yarısını itirdim. Atamla anamınvəfatından sonra ən böyük itkim idi... Ümumiyyətlə, bu 90-cı ilhəyatımın ən məşum illərindən biriydi. Qanlı yanvar faciəsiyləbaşlamış bu ilin ərzində əziz, yaxın dostumu – ArazDadaşzadəni itirmişdim və onun dəfnində Ənvər də vardı. İndi,319

ilin sonunda Ənvəri itirdim.Həmin gecə təyyarəylə Bakıya uçdum. Dəfn elədik.Yasını verdik.Mənə dedilər ki, xəstəxanada olanda axır nəfəsinə yaxınçağırdığı adamlardan biri də mən olmuşam. Deyib ki, Anarıgörmək istəyirəm, ona sözüm var.Nə sözü vardı mənə, nə deyəcəkdi, bunu mən daha heç birvaxt bilməyəcəm. Bəlkə özümü çatdırsaydım, "necəsən?" –deyə soruşsaydım, son dəfə deyəcəkdi: "həyatım ağrıyır"...Yanvar, 1993320

ANILAR, AĞRILAR, AĞILAR321

QARA QARAYEVƏ REKVİYEM26-lar bağının qarşısındakı binada iclas gedirdi. Yay idi, istiidi, pəncərələr taybatay açıqdı. İclas uzandıqca uzanırdı, adamaelə gəlirdi ki, bu iclasın axırı yoxdur, o heç vaxt bitibqurtarmayacaq. Eyni cür çıxışların yeknəsəqliyi hamını təngəgətirmişdi. Bir yandan da bu bürkü......qəfilcən açıq pəncərələrdən salona füsunkar musiqi səsləriaxdı. Dağ havası kimi saf, dəniz mehi kimi mülayim, nəcib vəkədərli musiqi sədaları salonu doldurdu. Bu – qarşıdakı bağdansəslənən musiqi – Qara Qarayevin Matəm odası idi. Musiqiteması səsləndi, başqa registrdə təkrar olundu, bitdi, susdu.İclas davam edirdi. Darıxırdım, üzülürdüm, amma artıqbilirdim ki, cansıxıcı toplantı nə qədər uzun çəkir-çəksin, hərsaat – düz hər saatdan bir bu musiqi məni xilas edəcək. Təşnəürəklərə bir qurtum sərin bulaq suyu tək, boğucu tüstüdə birudum ozon kimi dadımıza çatacaq.Ömrümüzün çeşidli çağlarında Qarayev musiqisiqəlblərimizi qürurla və ümüdlə doldururdu, bizə güc verirdi,təsəlli verirdi, həyatın faciəvi ziddiyyətlərini anladır, gələcəyəinanmağa çağırırdı. Bu musiqidə dəniz maviliyinin hüdudsuzgenişliyi, dəniz təlatümü və dəniz ləngəri vardı. Üfüqdən üfüqəgöy sulardan başqa heç nə görmədiyin dənizlərdə duyduğunsonsuzluq hissi vardı. Amma niyə vardı?Qarayev sənəti haqqında danışarkən keçmiş zaman feliniişlətmək düz deyil. Gələcəyin musiqisi barəsində keçmişzamanda danışmaq olarmı?Qara Qarayev bizim sənətimizdə İstiqbalın elçisi, Sabahınsəfiri idi və gələcəkdə Azərbaycan musiqisi hansı zirvələrəucalacaqsa o zirvələdə Qara Qarayevlə rastlaşacaq. Biz, onunçağdaşları isə bu bənzərsiz sənətkarla hər bir görüşümüzün,söhbətimizin xatirələrini tutiya kimi qoruyub əzizləyəcəyik.322

Ondan eşitdiyimiz sözləri, bir qədər yeyin, kəskin, bir az əsəbidanışıq tərzini, ciddi, sərt sifətini birdən-birə işıqlandırantəbəssümünü, qalın eynək şüşələri arxasında parlayan gözləriniyaddaşımızda canlandıracayıq.Ayda birmi, ikimi, üçmü dəfə radiomuzda TYeddi gözəlUbaletinin musiqisi səslənəcək və biz gəncliyimizə qayıdacayıq.Həftədə birmi, ikimi dəfə TLeyli və MəcnunU simfonikpoeması səslənəcək. Ehtiras toqquşmalarının, müqavimət vəmübarizənin gərgin akkordlarını eşidəcəyik. Sonra simli alətlərməhkum bir eşqin qüssə və təəssüf dolu nəğməsini oxuyacaq.Sonra sükut çökəcək. Amma bu sükutu da son akkordunfəryadı dağıdıb, sındırıb çilik-çilik edəcək.Hər gün bu bağda matəm odası səslənir. İfaçıları görmürük.Bəzən elə gəlir ki, oxuyan torpağın özüdür - bu torpağınüstündə yaşayan və onun uğrunda həlak olanlara ağı deyəntorpağın özüdür.Bu torpağın yetişdirdiyi və qoynunda son mənzil verdiyiinsanlardan biri də Qara Əbülfəz oğlu Qarayevdir. Azərbaycanxalqının böyük oğlu, təkrarsız sənətkar, etibarlı dost, müdrik,işıqlı və son dərəcə təvazökar insan Qara Qarayev.Bu gün ana torpağımız vətənindən müvəqqəti ayrı düşmüşvə onun qoynuna əbədi qayıtmış Qara Qarayevə ağlayır. Bütünvarlığıyla Vətəninə bağlı, bütün fikirləri, hissləriylə,musiqisinin ruhuyla Azərbaycana bağlı Qara Qarayevə.Onun musiqisinin ünvanına çevrilmiş bu bağda ayaqsaxlayaq. Xatirəsini sükutla yad edək. Ətrafa ölümsüzmusiqinin yayılacağı anı gözləyək. Qara Qarayev rekviyemininsəslənəcəyi anı. Meydan Qarayev musiqisini oxuyur, Qarayevmusiqisi ölümə meydan oxuyur.Qara Qarayev öldü, bu gündən onun ölümsüzlüyü başlandı.15 may, 1982323

CAVAD MİRCAVADOVA VİDA SÖZÜCavad Mircavadov vəfat etdi. Böyük bir rəssamı itirdik. Əslaşübhəm yoxdur ki, gələcək nəsillər onu məhz böyük rəssam kimidəyərləndirəcəklər, amma onu da güman edirəm ki, indi yaşayaninsanların bir qismi bununla razılaşmayacaq. Burda təəccüblü birşey yoxdur. Cavadın yaradıcılığı qızğın mübahisələr doğurmağaqadir olan sənətdir.Yaxın keçmişimizdə sənətin dəyəri necə təyin olunurdu?Rəsmi təltiflər, fəxri adlar, mükafatlar, ordenlər vasitəsilə.Cavad bunların heç birini almamışdı. Demək olar ki, almamışdı– dəqiqlik üçün bu ifadəni işlədək. İndi bizim bu qatma–qarışıqgünlərdə bütün dəyərlər kəllə-mayallaq olub və yeni meyarlarmeydana çıxıb – ötən dövrlərin hər rəsmi təltifatı indi sənətkarıifşa edən dəlilə çevrilib. Hər dövrə uyğunlaşanlar isə indi dəheç bir təltifatları olmamasıyla fəxr edirlər, necə ki, bu sayaqadamlar ötən illərdə yaxalarındakı zınqırovlarla öyünürdülər.Sənətkar, əgər o, doğrudan da, bu yüksək ada layiqdirsə – beləanlayışlardan çox-çox uzaqdır.Xronoloji baxımdan Cavad keçən illərdə yaşayıb. Estetikbaxımdan onun zamanı, güman ki, hələ də gəlməyib. O,Gələcəyin övladıdır, elə bir zamanın ki, sənətkarın həqiqidəyəri fəxri adlar, mükafatlar, təltifatlarla müəyyənləşmədiyikimi bütün bunların olmamasıyla da müəyyənləşməyəcək.Yeganə meyar yaradıcılıq ancaq və ancaq yaradıcılıq olacaq.Və həqiqi sənətçilərin bu həqiqi sənət yarışında CavadMircavadovun adı – buna şübhəm yoxdur – XX əsrdəAzərbaycanın 4 ya 5 parlaq rəssamlarından biri kimi çəkiləcək.Bizi tərk edən ustad haqqında yazdığım bu bir neçə söz,əvvəla, Cavada minnətdarlığımın ifadəsidir – ən azı mənzilimindivarlarını bəzəyən gözəl əsərlərinə – müəllifin hədiyyəsinə324

görə. Amma daha vacib iş odur ki, bu qeydlərim mənim tarixinməhkəməsi qarşısında alibim, bəraətimdir. Heç bir günahımolmasa da, bu yazını yazmasaydım, Cavadın xatirəsi qarşısındaözümü günahkar sayardım.Başa düşürəm: hər şeyin izahı var – indi vaxt elə vaxtdır ki,hər gün televiziya ekranlarından, qəzet səhifələrindən qan selkimi axır, güllə, mərmi, top, partlayış səsləri eşidilir. Bugurultu-partıltıda yaşlı rəssamın ölüm xəbəri sanki pıçıltıyladeyildi. Cavad elə bil ki, ölümüylə diqqəti çəkmədi.Amma axı müəyyən vaxt keçəcək, başqa bir dövr gələcək vəyeni nəsillər bizi sorğu-suala tuta bilər: necə oldu ki, siz beləböyük bir itkinin üstündən sükutla keçdiz. Gözünüz, qəlbiniz,yaddaşınız hardaydı, tarix və sənət duyumunuza nə olmuşdu?Bu suala cavabım, alibim – oxuduğunuz bu sətrlərdədir....Hələ o illərdə ki, Cavadı təqib etməsələr də, daha betər,sanki heç görmürdülər, belə bir rəssamın olduğunun fərqinəbelə varmırdılar, mən onun sənətinə valeh olaraq "Qobustan"dahaqqında geniş material dərc etdim, əsərlərinin xeyli rənglireproduksiyasını verdim. Bu, ümumiyyətlə, Cavadın ömründənəşr olunmuş ilk rəngli reproduksiyaları idi. O dövrün yüksəkrütbəli məmuru mənə irad tutdu:–Belə bir səhlənkarlığa necə yol vermisiniz? Heç kəsintanımadığı rəssamın bu qədər rəngli reproduksiyasını niyəvermisiniz?–Günahkaram, – dedim – imkan olmadığı üçün bu rəssamalayiq iki dəfə çox reproduksiya verə bilmədik.Vaxt nə tez keçir və nə də tez dəyişirmiş. Zövqlər dəyişir,qiymətlər dəyişir, anlayışlar dəyişir. "Qobustan"dakıtəqdimatdan artıq bir il sonra rəssam haqqında mənimssenarimlə "Bu, Cavaddır" adlı telefilm çəkildi. (Adı dahaəvvəllər mənim ssenarim əsasında çəkilmiş "Bu, Səttardır"telefilminə uyğunlaşdırılmışdı).Azərbaycan Rəssamlar İttifaqının o vaxt yenicə seçilmişsədri Fərhad Xəlilov Cavad Mircavadovun Bakıda ilk fərdi325

sərgisini təşkil etdi. (Sonralar Moskvada da sərgisi oldu, sənətxiridarlarının, nüfuzlu sənətşünasların heyranlıqla dolu rəyləridə) ...Mən Bakı sərgisinin kataloquna – Cavadın ilk kataloqunaön söz yazdım.Sərginin açılışında Cavad həmin kataloqu mənə xoşavtoqrafla bağışladı: "Əziz Anara, bizim ətalət və cürətsizliküzərində ümumi qələbəmizin xatirəsi, minnətdarlıq vəməhəbbətlə, Cavad".Bu qələbə bütünlüklə və tam olaraq sizin qələbəniz idi,Cavad. Sizə təşəkkür edirəm. Mənfur keçmiş dediyimiz oillərdə taleyinizə çıxan çətinlikləri və sınaqları bilirəm. Ammaonu da bilirəm ki, o dövrdə siz Azərbaycanın nadirsənətçilərindən biri idiniz. Və məhz bu sayca çox olmayansənətçilərin hünəri nəticəsində Azərbaycanda unikal sənətyarandı – rəssamlıq, musiqi, ədəbiyyat, kino. Bu sənətinəhəmiyyəti bəlkə də indi yetərincə dərk olunmur, ammagələcəkdə onunla iftixar edəcəklər. Bax elə məhz bu məqsədnaminə Siz ləyaqətli bir ömür yaşadınız. Qürurlu, müstəqil,fədakar və azad bir ömür. Allah Sizə rəhmət eləsin, Cavad.27 iyun, 1992326

ƏLVİDA, MİRZƏ MÜƏLLİMAzərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonraidarədə, iş otağımda məndən qabaq bu vəzifəni tutanlarınşəkillərini asdım. Doqquz şəkil. Xronoloji sıraya görə Mirzəİbrahimov altıncı idi. Amma əslinə qalsa bu divarda Mirzəİbrahimovun bir yox, üç şəkli asılmalıydı. Çünki bu vəzifəni üçdəfə tutmuşdu – 47-ci ildən 56-cı iləcən, 65-dən 76-yacan,81-dən 86-yadək. Arada isə ən yüksək hökumət, dövlətvəzifələrində, ictimai vəzifələrdə işləmişdi. O cümlədən,Azərbaycan Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsində.Əgər 40-cı illərin ortalarında müharibənin son ili vəmüharibədən sonrakı ilk ildə beynəlxalq siyasi vəziyyət vəqarşı-qarşıya duran qüvvələrin tənasübləri bir qədər ayrı cürolsaydı, güman ki, biz Mirzə İbrahimovun Cənubi Azərbaycanıidarə etdiyini də görərdik. Çünki Cənubi Azərbaycandadünyaya gəlmiş Mirzə müəllim Sovet Ordusunun tutduğuŞimali İranda siyasi xəttin əsas yönəldicilərindən biriydi.Bir rəvayət kimi ifadəli ömürlüyü var Mirzə müəllimin:Cənubi Azərbaycanda, kasıb kəndli ailəsində dünyayagəlmişdi, uşaq yaşındaykən anasını, daha sonra atasını vəböyük qardaşını itirir, Şimali Azərbaycanda nə evi, nə ailəsi, nəpulu, nə qohumları, nə də heç bir nüfuzlu tanışları olmadanyaşamağa başlayır. Neft mədənlərində əvvəlcə xidmətçi, sonrausta köməkçisi işlərkən də heç kəsi yoxdu.Yalnız öz inadkarlığı, iradəsi və zəhmətiylə Mirzəİbrahimov sovet sistemində nail oluna biləcək hər şeyə nailoldu – ən yüksək şan–şöhrətə, mükafatlara, imtiyazlara,adlara. Ən qəribəsi də budur ki, butün bunları əldə etdikdənsonra belə xeyirxah bir insan olaraq qaldı: kompleksləri dəyoxdu, çətin, yetim uşaqlığıyçün bütün bəşəriyyətdən dəinciyib küsməmişdi. Mirzə İbrahimov öz dövrünü təmsil edirdi327

– bu dövrün ən mühüm ədəbi və ictimai–siyasi təzahürlərinitəmsil edirdi. Onun ömür yolu və şəxsiyyəti parlaq bir şəkildəVaxtın ifadəsiydi – Vaxtın miqyaslarını, aldanışlarını, sərt vəamansız oyun qaydalarını əks etdirirdi. O, bu miqyasları duyabilirdi, o, bu aldanışları paylaşırdı, o, yad bir yetimi Prezndentməqamına qədər yüksəldə bilən sistemin dəyərlərinə səmimisurətdə inanırdı. Ədəbiyyata da absurd bir çağırışla gəlmişdi:"İstehsalat qabaqcılları ədəbiyyata" şüarıyla. Amma beləməlum olur ki, bu əcaib ideyada da istisnalar varmış – Mirzəİbrahimov görkəmli ədəbi xadim oldu, nəsrdə, dramaturgiyada,publisistikada əhəmiyyətli iz qoydu.Mirzə İbrahimovun ədəbi-ictimai həyatının son 35-40 ilimənim gözlərim qarşısında keçib. Vaxtilə irişə-irişə salamvermək üçün onun baxışlarını pusan adamları da müşahidəetmişəm, həmin adamların – Mirzə müəllim sahibi-ixtiyarolmadığı zamanlarda – onu görəndə özlərini görməməzliyəvurmalarını da. Onlar elə düşünürdülər ki, Mirzə İbrahimovundaha vaxtı keçib, qatarı gedib, həmişəlik gedib. Düşünmürdülərki, qatarın içindəki axı canlı insandır.Əminəm, Mirzə müəllim bir neçə yaş gənc olsaydı, yaşadığıbütün əvvəlki dövrlərdən kökündən fərqlənən bu yeni dövrü dəmənimsəyə biləcəkdi. Ancaq taleyin qərarı başqa imiş.Ömrünün son aylarınacan Mirzə müəllim, xüsusi bir işi olmasada, tez-tez Yazıçılar Birliyinə gələrdi. Bu binanın havasıylanəfəs almaq istəyirdi, sadəcə, başqa bir dövrü xatırlamaqistəyirdi. Ancaq demək olar ki, bir dənə də olsun tanış sifətgörmürdü, tanış səs eşitmirdi. Onun müasirləri və işdaşlarıancaq fotolarda qalmışdılar. Şəkillərin qarşısında durub uzunuzadıonlara baxardı. Sanki xəyalən onlarla söhbət edərdi. Nəbarədə? Mənə dedilər ki, ölüm yatağında da çoxdan dünyasınıdəyişmiş dostlarını çağırır, onlarla danışırmış.Heç şübhə yoxdur ki, Mirzə İbrahimov bizimədəbiyyatımızda bütöv bir dövrdür. Dövrə də, Mirzəİbrahimova da münasibətdən asılı olmayaraq bu, belədir. Bu328

dövr bitdi. Mirzə İbrahimov öldü. Bu dövrü və o ömüryollarında Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərinitəcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımızvarmı?Mənim fikrimcə, yoxdur. Amma niyə mənim fikrimcə? Axıbizlərdən çox-çox qabaqlar deyilib: "Mühakimə etməyin ki,sizi də mühakimə etməsinlər".Əlvida, Mirzə müəllim! Bu amansız dünyaya gələr-gəlməzyalqızlığınızı dərk etdiniz və anladınız ki, tək bir özünüzəarxalanmalısınız. Bütün çağdaşlarınızı itirib yenə də dünyadantək-tənha ayrılırsınız. Kökündən dəyişmiş dünyadan. Elə birdünyadan ki, artıq nə Siz onu başa düşürdünüz, nə də, əfsus, osizi başa düşürdü.329

YERİ HƏMİŞƏ GÖRÜNƏCƏKBöyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarındanbirini – İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinəyaraşan şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namusluömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan songünlərinəcən halal zəhmətiylə, hər cür intriqalardan, həsəddənvə nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığıhəyatıyla sübut edirdi. Nəsrimizin ən dəyərli örnəklərindənolan "Geriyə baxma, qoca" romanını yaratmış İlyas müəllimQarabağda keçən uşaqlığını, gəncliyini, ömrünün gerisində,keçmişində qalmış elat yaşamını canlı səhnələriylə, koloritlisimalarıyla, dəqiq ayrıntılarıyla həmişə xatirələrində saxlayırdı,amma o sənətimizin üzü geriyə yox, irəliyə baxan mütərəqqifədaisi idi.Ömrünün çətin günləri az olmamışdı. Son illər Qarabağfaciəsinin qubarı, doğulduğu Füzuli bölgəsinin həsrəti ürəyindəqövr edirdi. Amma bununla belə İlyas Əfəndiyev xoşbəxt adamidi. İlk əsərlərindən sevilmişdi. Oxucuların istəkli müəllifiolmuşdu, gənclər onun əsərlərinin diliylə məktublaşmışdı. 50ildən artıq bir müddətdə milli teatrımızın tamaşaçılarla dopdolusalonu onun pyeslərini alqışlarla, təhsinlə, gül-çiçəkləqarşılayırdı. Ata və ana fədakarlığı ilə iki layiqli oğulböyütmüşdü, onların uğurlarıyla, ailə səadətiylə qürürlanırdı,babalığın sevincini duymuşdu.İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaşları,çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əhatəsindəəbədiyyətə qovuşdu. Vəfatından sonra belə səhnəmizdə yeniəsərlərinin sədası yüksələcək. Ancaq bu təskinlik deyil. Əsərlərininnəsil-nəsil insanlara bədii zövq verəcəyini bilsək də, xatirəsininqəlblərdə daima yaşayacağına inansaq da, diri ünsiyyətindənməhrum olmağımızın xiffəti, boğuq öskürəkli danışıqlarını330

eşitməyəcəyimizin nisgili, teatr şövqüylə, premyeralarınınfərəhiylə parlayan gözlərini bir daha görməyəcəyimizin acısı –təsəllisizdir.İlyas Əfəndiyevin ölümü – ədəbiyyatımız üçün, teatrımızüçün, xalqımızın mənəvi varlığı üçün böyük itkidir. Və şəxsənmənim üçün də ağır itkidir. O, valideyinlərimin nəslinə mənsubolan son həqiqi ziyalılarımızdan idi, indiki zamanda gündüzçıraqla axtarılan ziyalılardan idi. Atamın dostu və dostumunatası idi.Allah Sizə rəhmət eləsin, İlyas müəllim! Yeriniz həmişəgörünəcək.4 oktyabr, 1996331

DANIŞA BİLMİRƏMKükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi sənətkar"Susa bilmirəm" deyə fəryad çəkmişdi. Bu gün bir sıra başqaAzərbaycan yazıçıları kimi mən də bircə onu deyirəm ki,danışa bilmirəm. Başımıza gələn müsibət qarşısında sözacizdir, nitqimiz tutulub, dilimiz lal olub. Gərək belə olmasın,bilirəm. Amma belədir. Dərdimiz o qədər böyük, faciəmiz oqədər müdhiş, ağrımız o qədər dözülməzdir ki, onları bəlkə dəyalnız sükutla ifadə etmək olar. Ən parlaq, ən təsirli sözlərqiymətdən duşüb, mənasızlaşıb. Nə təsəlli sözləri tapıram, nəürək-dirək vermək istəyirəm. Bütün sözlər deyilib qurtarıb,deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sankisözsüzlük səhrasıdır.Niyə qismətimiz belə gətirdi, nəyidi günahımız, bu ağırbəlaya neçin düçar olduq? Qanlara bulaşmış tanklar,güllələrdən çopur olmuş divarlar, qətl yerinə çevrilmiş küçələr,iki gündə qəbiristana dönmüş yaşıl yamac, göz yaşları, matəm,yas... Analara oğullarını, uşaqlara atalarını, qadınlara ərlərinikim qaytaracaq, kim? Kim verəcək bu acı sualların cavabını?Bilmirəm. Danışa bilmirəm. Düşünə bilmirəm. Söz tapmıramdeməyə.Dərdimi suya dedim,Alışdı su da yandı.Xalqa təsəllini yenə də yalnız xalqın özü verə bilir. Xalqınəsrlərdən bəri cilalayıb dediklərinə bərabər söz tapmaqmümkün deyil.Aşıq naçar ağlamaGündür keçər, ağlama.Qapını bağlayan fələkBir gün açar, ağlama.Şəhidlərimizə min rəhmət. Məzarları nurla dolsun.Əzizlərinin, yaxınlarının başı sağ olsun. Xalqımızın başı sağ332

olsun.22 yanvar, 1990. Bakı.333

MÜSİBƏTAzərbaycan torpağına müsibət üz verdi. 19-dan 20-sinəaçılan yanvar gecəsində rəsmən fövqəladə vəziyyət elanolunmasından altı saat əvvəl Sovet qoşunları Azərbaycana vəonun paytaxtı Bakıya qarşı əməlli–başlı hərbi əməliyyatabaşladılar. Tanklarla, zirehli maşınlarla, başqa müasirsilahlarla. Rəsmi məlumata görə, qadınlar, uşaqlar,yeniyetmələr, qocalar daxil olmaqla 170 insan – əksərənazərbaycanlılar, amma həm də ruslar, yəhudilər, tatarlar,ləzgilər tank tırtılları altında qalmış, zirehli maşınlarla əzilmiş,üzdən və arxadan gülləylə vurulmuş, həlak olmuşdur. Neçə yüzadam isə ağır yaralar almış itkin düşmüşdür. Sonrakı günlərdəyaralardan ölənlər də çoxdur. Qoşunlar yaşayış binalarınınmərtəbələrini, xəstəxanaları atəşə tutub, eyvana çıxan, özmənzilində olan, avtobusda gedən, küçədə avtomat-telefonladanışan adamlara güllə atıblar. Elə hallar olub ki,yaralananlardan da əl çəkməyib, onların da axırına çıxıblar.Təcili yardım maşını atəşə tutulub: – yaralıların imdadınatələsən həkimlər, tibbi personal məhv edilib. Qətləyetirilənlərin bədənindən mütəhərrik güllələr çıxarılıb. Özölkəsinin vətəndaşlarını qorumalı olan bir ordunun həminvətəndaşlara qarşı belə görünməmiş qəddarlığını, kor hiddətinianlamaq çətindir.Böyük Vətən müharibəsi illərində Bakı nefti Sovetdövlətinin faşist işğalçıları üzərində qələbə çalmasında mühümamillərdən biri idi. Hitler Bakı neftinə can atırdı. Onunqoşunları Bakıya çata bilmədi. Bakını faşist qəsbkarlarıüzərində qələbədən 45 il sonra "Qəhrəman Sovet Ordusu" aldı.Yeniyetmələrin və uşaqların müqavimətini qıraraq şəhəri "fəthetdi".Öz ölkəsinin əhalisinə qarşı belə görünməmiş qaniçənliyə334

əraət qazandırmaq üçün gətirilən dəlillər əsassızdır; təsadüfideyil ki, ölkənin ən yüksək rəhbərliyi belə bu hərəkətinsəbəbini müxtəlif şəkildə izah və şərh edirdi. Rəhbərlərdən birideyir ki, biz Sovet hakimiyyətini qorumaq məqsədi güdürdük,başqası deyir ki, millətlərarası çəkişmələrə son qoymaqistəyirdik, üçüncüsü isə Azərbaycan Xalq Cəbhəsininstrukturlarını dağıtmaq cəhdindən dəm vurur. Nə olursa olsun,belə bir aksiya hadisələrə uyğun olmayan, həm də gecikmiş birhərəkət idi. Axı söhbət Sovet hakimiyyətindən gedirsə, DağlıqQarabağda belə bir hakimiyyət iki ildir yoxdur və bu cəhətBakının üstünə qoşun yeridənləri, görünür, o qədər də narahatetmirmiş. Bu bir. İkinci, məgər rəsmi təsdiq olunmuş birtəşkilatla – Azərbaycan Xalq Cəbhəsiylə siyasi dialoq mümkündeyildi? Məgər tarixin acı dərsləri sahibi-ixtiyarlara heç bir şeyöyrətməyib? Dərk edə bilməyiblər ki, ayrı siyasi baxışlaramalik olan adamlarla tankların və dəyənəklərin diliylədanışmaq heç bir vaxt xeyirli nəticə vermir.Yanğını alışıb ətrafı bürüyənə qədər söndürmək lazımdır.Yanvarın 13-14-də Bakıda kimlər tərəfindən törədildiyi bəlliolmayan erməni talanları baş verdi. Əskəran və Sumqayıt,Ermənistanın Qukark rayonu, Fərqanə, Yeni Uzen, Tbilisifaciələrindən sonra iki il ərzində hakimiyyət orqanları beləqəddarlığın, təhdid və talanların qarşısını ala biləcək birmexanizm, təcili fəaliyyət göstərməyə qadir olan bir qüvvəyarada bilməzdilərmi? Nəyə görə talanların ərəfəsindərespublikanın daxili qoşunlarının silahları alınmışdı? Bakıermənilərinin ünvanları talançılara məlum idisə, bu ünvanlarasayişi qorumalı olan respublika və mərkəz dairələrinə niyəməlum deyildi və günahsız adamları müdafiə etməyə onlara nə,ya kim mane oldu? Nazir Bakatinin dediyinə görə, bu zamanBakıda beş min talançı, on iki min nəfərlik daxili qoşun vardı,bəs onda iki yarım milis işçisi bir talançının öhdəsindən gələbilməzdimi? Suallar, suallar, suallar... Bu sualların cavabı isəyoxdur. Hər halda bu suallara cavab vermək istəmirlər. Bu335

talanlar kimə lazım idi, kimə xeyir idi? Bir çox azərbaycanlıailələri, Xalq Cəbhəsinin nümayəndələri erməniləri gizlədibqoruyurdular.Bizim bütün ziyalılarımız, ictimaiyyətimiz kimi Azərbaycanyazıçıları da, qəti şəkildə və qeydsiz-şərtsiz bu talanları pislədi,onların təşkilatçılarının və icraçılarının ciddi məsuliyyətə cəlbolunmasını tələb etdi. Həlak olanların hamısına acıyırıq.Hakimiyyət orqanları, o cümlədən mərkəzi hakimiyyətorqanları bu talanların qarşısını almaqda acizlik göstərdilərsə,heç olmasa 13-14 yanvarda Bakıda cinayət törədənləri tapmalıvə cəzalandırmalıydılar. Bunun əvəzində isə mərkəzihakimiyyət bütöv bir xalqdan "qisas almaq" fikrinə düşdü, buxalqın öz ləyaqət və namusunu qorumaq, torpağını və ərazibütövlüyünü təcavüzdən mühafizə etmək əzmini qan içindəboğmaq istədi. Qatillər və canilər deyil, yüzlərcə günahsızazərbaycanlını – on üç yaşlı qızcığazı, on dörd yaşlı oğlanları,yetmiş yaşlı qoca qarını, kor rus fəhləsini, təcili yardımınyəhudi həkimini cəzalandırdılar.Cinayəti törədənlər başqaları idi, cəza alanlar başqaları.Əgər bir şəhərdə hər hansı cinayət baş verirsə, bu səbəbdənhəmin şəhəri gülləbaran etmək, evləri, küçələri, adamlarıyelpincvari atəşə tutmaq məqbuldurmu? Qocaya da, körpəyə dəqan uddurmaq olarmı – nə var, nə var, onlar da şəhərinsakinidir? Hələ onu demirəm ki, vicdansızlığın son həddi –belə kütləvi qırğının gecikdiyindən gileylənməkdir. Yəni ki,günahsız insanlar bir az daha qabaq, uşaqlar daha körpəyaşında qanına qəltan edilməliymiş – bunu yüksək kürsülərdənsöyləyənləri insan saymaq olarmı? Həm də bunu həmin o dildədeyirlər ki, o dildə Dostoyevski körpənin göz yaşları haqqındaməşhur kəlamını bəyan edib. Belələrini qan seliylə dəsarsıtmaq olmaz, onda ki, bir körpənin göz yaşı olsun.Bir ovuc qatili və canini tapmaq və zərərsizləşdirməkdənötrü tanklara və zirehli maşınlara, sərkərdələrin hərbiməharətinə və superdövlətin silahlı qüdrətinə ehtiyac vardımı?336

Məgər Moskva ətrafındakı Lübertsi qəsəbəsində, yaxud Kazanşəhərindəki mütəşəkkil cinayətə qarşı bu vasitələrlə mübarizəaparılır?Bəzən iddia edirlər ki, söhbət SSRİ-nin dövlət sərhədlərininqorunmasından gedirdi. Məgər bu sərhədlər Bakıdan keçir?Sərhədləri vaxtlı-vaxtında həm də onlardan 500 km uzaqda olanşəhərdə yox, sərhədlərin keçdiyi yerlərdə qorumaq olardı. Bir dəiddia edirlər ki, söhbət Bakıda Sovet hakimiyyətinindevrilməsindən gedirdi. Məgər "Sovet hakimiyyəti" və Bakıda,rayonlarda iflasa uğramış, istefası tələb olunan ayrı-ayrı partiyarəhbərləri eyni anlayışdır? Nəyə görə başqa yerlərdə iqtidarsızrəhbərliyin istefaya çıxması haqqında tələblər – demokratiyanıntəntənəsi, Azərbaycanda isə eyni şey dövlət çevrilişi sayılır?Şübhəli bir fikir də ortaya atılır: guya kimsə burda İslamrespublikası yaratmaq niyyətindəymiş. Nə Xalq Cəbhəsi, nə başqamötəbər bir hərəkat ya təşkilat heç vaxt və heç yerdə belə birməsələ qaldırmayıb. Əgər hardasa kiçicik dəstələr belə şüarlar irəlisürüblərsə, onda da bu, İkimilyonluq şəhər və yeddimilyonluqrespublikaya qarşı cəza tədbirlərinə səbəb ola bilməz. Tez-tezMərkəzi televiziyayla Rusiyada monarxiya sistemini bərpa etməkarzusunda olan adamlar çıxış edirlər. Məgər onların bu arzusunaavtomat atəşiylə, topların yaylımıyla, sərnişinli "Jiquli"ni xurdxəşiledən tankların yürüşüylə cavab verirlər?Matah yenidənqurma bu imiş? Bu cür yenidənqurmanıintizarla gözləyir, sadəlövhlüklə buna inanırmışıq? Heyf, sədheyf. Bu imiş demə demokratlaşma, cəmiyyətin təzələnməsi,yeni düşüncə tərzi. Hələ onu demirəm ki, SSRİ Konstitusiyası(229-cu maddə, 14-cü bənd) kobudcasına pozulmuşdur.Azərbaycan SSR-in Konstitusiyası da həmçinin. Respublikanınsuverenliyi tamamilə alt-üst edilmişdir. Respublikanın alihakimiyyət orqanları ilə formal cəhətdən belə razılaşdırılmadanbu cür zalım bir aksiya hazırlanırmış. Həm də ölkənin alimənsəbləri Azərbaycan ziyalılarını, deputat korpusunu yalançıvədlə aldatdığı bir vaxtda belə bir qırğına şıdırğı hazırlıq337

gedirmiş. Bu oyunu bizim başımıza açdılar ki, başqalarına dagörk olsun, öz suverenliyini, müstəqilliyini çox da ciddi qəbuleləməsinlər.Yeniyetməlik çağım 1956-cı ildə, Sovet qoşunlarıMacarıstana girəndə qurtardı, gəncliyim 1968-ci ilinavqustunda Sovet ordusu "Praqa baharı"nı boğanda bitdi. 1990-cı ilin Bakı yanvarında mənə elə gəlir ki, həyatımın axırıdır...Uzun müddət ərzində SSRİ Ali Soveti və Xalq deputatlarıQurultayında xüsusi tədqiqat aparılırdı – Əfqanıstanaqoşunların girməsinə kim əmr verib, Molotov – Ribbentropmüqaviləsi, bütöv xalqların yerindən dəbərdilib sürgünedilməsi üçün kim məsuliyyət daşıyır? İndi, Stalin zamanındayox, Brejnev zamanında yox, bizim günlərdə, aşkarlıqdövründə suveren respublikanın ərazisinə qoşun yeridirlər, həmdə əvvəlcədən qurbanları da nəzərə alırlar (təcavüzdən bir neçəsaat qabaq xəstəxanalarda yerlər tədarük edir, tibbi personalısəfərbər edirlərmiş), amma ölkənin Ali Sovetinin nəinki razılığıalınır, heç onu xəbərdar etməyi də lazım bilmirlər. Tbilisifaciəsi də dərs olmadı bunlara.13-14 yanvar talanlarıyla Bakıya qoşun yeridilməsi arasındabeş gün var. Bu beş günə Azərbaycana on min əsgər gətirməyəvaxt tapdılar, amma Moskvada Ali Sovetin üzvü olan 540deputatı toplamağa imkan tapmadılar. Belə fövqəladə birməsələdə onların rəyini bilməyə macal olmadı. Ümumiyyətlə,səhv etmirəmsə, ölkənin tarixində fövqəladə vəziyyət ilk dəfətətbiq olunur və onun mexanizmi haqqında da dəqiq anlayışyoxdur. Görünür, Azərbaycan belə-belə işlərin tətbiq olunmasıüçün münasib sınaq meydanıdır. Bundan sonra hələ QanuniDövlət yaradılmasından dəm vururlar.Nə gizlədim: Bizim üçün – Azərbaycan nümayəndələri üçünbu hadisələr yenidənqurma, demokratikləşmə prosesləri,sosializmin təkmilləşməsi, respublikaların müstəqilliyinin vəsuverenliyinin artması, insan hüquqlarının mühafizəsi haqqındabütün xoş və xam xəyalların puça çıxması deməkdir. Əgər bu338

gün zülmə və yalana, zorakılığa və riyakarlığa qarşı gur səsləetiraz etməsələr.1988-ci ilin fevralında Əskəranda öldürülən iki azərbaycanlıgənc, bundan sonra baş vermiş Sumqayıt faciəsi, ErmənistanınQukark və başqa rayonlarındakı zorakılıq, hər iki tərəfdən yüzminlərlə qaçqın, yüz minlərlə qırılmış tale, söndürülmüş ocaq,alçaldılmış, təhqir olunmuş, didərgin salınmış insanlar vənəhayət, Bakının qanlı yanvarı – Qarabağ konfliktinin acıyekunları bunlardır. Özlərinin çıxardıqları qərarlara,qətnamələrə, fərmanlara Ali Dövlət orqanlarının vecsizmünasibəti, bu qərar, fərman və qətnamələrin həyatakeçirilməyib elə kağız üzərində qalması regionda gərginliyə vəzorakılığa rəvac verdi. Konstitusiya qanunlarına, ölkənin AliSovetinin rəyinə saymazlıq göstərmək ümumən qanunlarısaymazlıqla nəticələndi.Daha dəhşətli bir bəla bu inzibati-bürokratik gücsüzlüyün milliqarşıdurmayla nəticələnməsi olardı. Kimlərsə milli qarşıdurmaylada kifayətlənməyib dini ədavətin ocağını qalamağa cəhd edir. Millidüşmənçilik bizim yolumuz deyil. Dini dözümsüzlük ruhumuzayaddır. Azərbaycanda rusların əleyhinə, ruslar arasındaazərbaycanlıların əleyhinə hissləri qıcıqlandırmaq – tarixqarşısında cinayət olardı. Azərbaycanlı analar da, rus, ermənianalar da eyni dildə – dərd dilində ağlayırlar.Bakı həmişə elə şəhər olub ki, burda müxtəlif millətlərinövladları birlikdə yaşayıb, işləyib, sevinib, kədərləniblər. Uzunillər boyu onların münasibətinə heç bir şey kölgə salmayıb. Bəsniyə şəhərimizin füsunkar Dağüstü parkı iki gün ərzində yüzməzarlı Şəhidlər qəbiristanına çevrildi? Niyə? Nədən? Bu ağrılısuallara kim cavab verəcək? Analara oğullarını, uşaqlaraatalarını, qadınlara ərlərini, bacılara qardaşlarını, qardaşlarabacılarını kim qaytaracaq?Ölkə yazıçılarına, ziyalılarına, jurnalistlərinə, deputatlarınamüraciət edirik. Gürcü xalqının ağır günündə Tbilisiyətələsdiyiniz kimi, bu gün də Bakıya gəlin, müxtəlif millətlərin339

nümayəndələrini ağuşuna almış Şəhidlər qəbiristanlığınıziyarət edin. Təsəlli və kədər, etiraz və qəzəb sözlərini tapıbdeyin. Bakılılar məğrur insanlardır, onlar sızlamağı, ona-bunadərdlərini açmağı sevmirlər, ağlayıb heç kəsin ürəyiniyumşaltmaq istəmirlər. Ancaq hər halda bu ağır günlərdə onlarözlərini yalqız, unudulmuş, matəmi şəriksiz çəkən dərdlilərkimi hiss etməməlidirlər. Yoxsa ümumi ailə, ümumi tale,ümumi gələcək haqqında təmtəraqlı sözlərin nə qiymətivarmış?Heç kəs məsuliyyətdən yaxasını qurtara bilməyəcək – nəBakının Qara yanvarının baiskarları, nə də kütləvi informasiyavasitələrində bu qanlı faciə üçün zəmin hazırlayanlar, faktlarıtəhrif edənlər, bəzi məlumatları gizlədib, bəzilərini şişirdənlər,ictimaiyyəti aldadıb müəyyən yanlış təsəvvürlər yaradanlar, birxalqı o birinə qarşı qaldıranlar və indinin özündə üçüncü birxalqı da düşmən etmək üçün canfəşanlıq edənlər... Moskvajurnalisti Georgi Rojkovun fəryadı məni çox mütəəssir etdi.Bizim tərəflərə gəlibmiş. Hər şeyi öz gözüylə görüb, birmüddət sonra isə gördüklərini yazıb, "Vışka" qəzetinəgöndərib. İri məqaləsinə belə bir qeyd də verib: "İki aydan artıqmüddət keçməsinə baxmayaraq, Azərbaycana və Ermənistanasəfərim barəsində bircə sətir də çap etdirə bilməmişəm.Moskvanın bircə qəzeti, bircə jurnalı da mənə səhifələrində yervermir. Niyə? Səbəbi çox sadədir: mənim yazdığım həqiqətaydan-aya oxucuların və dinləyicilərin beyinlərinə yeridilənfikrə uyğun deyil. Bu fikir isə belədir: "Azərbaycan qanhərisidir, təcavüzkardır, Azərbaycanın qonşuları isə günahsızqurbanlardır".Mərkəzi nəşrlərdə plüralizmin bariz örnəyidir, deyilmi?Georgi Rojkovun buradakı vəziyyət haqqında ədalətli fikrinəgörə minnətdaram ona. Qoy süngüylə yaralanmışlarıqələmləriylə öldürən jurnalnistlər vicdanları qarşısında xəcalətçəksinlər.Xalqımız haqqında istər "sağ", istərsə "sol" mətbuatda,340

televiziya ekranlarında çox böhtanlar, iftiralar yazılıb, deyilib.Xalqımız kinli və qisasçı xalq deyil. Və biz – bu xalqınnümayəndələri – ölkənin bütün namuslu adamlarına müraciətedirik: bizim faciəmizi anlayın. Başa düşün ki, bu həm də sizinfaciənizdir. Bu, bizim ümumi faciəmizdir. Dəmir yolu qəzalarıbaş verəndə milli matəm elan edən ölkə Bakının qara yanvargünlərində televiziya ekranlarında, radio efirdə çalıboynamamalıydı. Çünki bu matəm, yalnız minlər və milyonlarlaazərbaycanlının və erməninin matəmi deyildi, bu yalnız həlakolanlara tutulan yas deyildi. Bu, ölkədə demokratikdəyişmələrə tutulan yas idi, həyatımızın düzələcəyinə,yaxşılaşacağına olan inam və ümidlərimizin matəmi idi. Buümidlər o qədər kövrək, o qədər köməksiz imişlər ki, onlarıtanklar və sapoqlarla asanca tapdalayıb əzmək oldu...Müxtəlif xalqlara ayrı gözlə baxmaq olmaz: birininhüquqlarının doğrudan, ya yalandan pozulmasına vasvasılıqladiqqət yetirmək, o birinin əzilib məhv olunmasını sakitcə seyretmək. Bəzən hətta bu qanlı qırğına haqq da qazandırırlar. Bakıhadisələrinə bəzilərinin münasibətini belə ifadə etmək olar:canilərın törətdikləri talanlara cavab olaraq hökumətin də talantörətməyə haqqı var. Belələri, bu zorakılığa bəraət axtaranlar,yəni əslində dövlət terrorizmini məcburi tədbir kimiqiymətləndirənlər, gec-tez bu sayaq "obyektivliklə" öztalelərində rastlaşacaqlar. O zaman gecikmiş, sonrakıpeşmançılığın faydası olmayaçaq. Belə bir fikir də gəzir ki,min adamı xilas etmək üçün yüz günahsızın qanını tökməkolar. Bu gün belə deyənlər sabah milyonları "xilas" üçünminləri, biri gün yüz milyonların "xilası" üçün milyonlarıqurban verə bilər. Çox şübhəli haqq hesabdır. Tarixin budərsini də çoxdan keçmişik. Dəfələrlə. Eyni dərsi neçə kərətəkrar etmək olar?Bu qaranlıq tunelin axırında bir işıq ucu sezilirmi? Ölüləriqaytarmaq olmaz. Ölənlə ölmək olmaz. Amma ölənlərinxatirəsi naminə əlimizdən gələni etməliyik ki, bu müsibət bir341

də təkrar olunmasın. Bununçün isə hadisəyə aydın və qətiqiymət vermək lazımdır. Siyasi oyunların, vəzifə "qeyrəti"ninucundan həqiqətin və ədalətin ağzı yumulmamalıdır. Cinayətinbütün baiskarları cəzalarına çatmalıdırlar."Günahsızların qanı yerdə qalmasın deyə başqagünahsızların qanı axıdılmalıdır" – belə məntiqi heç bir zaman,heç bir dəlillə qəbul edə bilmərəm. Hələ məktəb yaşlarındanbizə təlqin edirdilər ki, Lev Tolstoy dahi yazıçı olsa da, fəlsəfivə əxlaqi naqis idi, nəyisə heç cür başa düşə bilmirdi.Bəlkə indi vaxtı gəlib deyək ki, yanılan Tolstoy yox, bizolmuşuq. Əsrin və ikinci minilliyin axırında bu ucu-bucağıgörünməyən ölkədə uçurum qarşısında xilas olmağın yeganəyolu – zora zorla cavab verməmək fəlsəfəsidir.23 yanvar, 1990.Qeyd: Qara Yanvar günlərində rus dilində yazılmış bu yazıelə həmin günlərdə müraciət kimi – yüzə qədər ünvana –Yazıçılar İttifaqlarına, ayrı-ayrı yazıçılara, SSRİ Xalqdeputatlarına göndərilmişdi. Rus dilində "Çernı yanvar"kitabında dərc olunmuş, İranda və Fransada da nəşr edilmişdi.342

ŞƏhİDLƏR DAĞIBu bir il nə tez keçdi, ilahi. Bu bir il nə uzun çəkdi.Göz qırpımı kimi, an kimi qısa, ömür kimi uzun.Elə bil dünən idi o müdhiş gecə. Elə bil yüz il bundan qabaqidi. Yüz il bundan qabaq tanklar, pulemyotlar, avtomatlar yoxidi. Qəddarlıq, zülm, zorakılıq ki, var idi, "həqq-qəvinindir"inancı ki, var idi... Yüz il də, iki yüz il də, neçə əsrlər, min illərəvvəl də... Dünyada heç nə dəyişmirmiş, ilahi. Qoluzorlu eləqoluzorludur, "zülmün topu var, gülləsi var"... Təsəlli yalnızkədərli ifadələrdə, ağrılı şer misralarındadırmı?Ey dünya, gidi dünya,Üzün igidi, dünya.Namərdi uca tutdun,Yıxdın igidi, dünya.Necə igidimiz şəhid oldu o dəhşətli yanvar gecəsində. Ogecədən əvvəlki gecələrdə və gündüzlərdə. O gecədən sonrakısəhərlərdə-axşamlarda. Bu ilin – 91-ci ilin yanvar qurbanları daötən illərin, ayların matəm siyahısına əlavə olundu.Sallana-sallana gələn salatınGəl belə sallanma, göz dəyər sənə.Bu günümüzü görəydin, qoca aşıq. Bu gün qızlarımıza,gəlinlərimizə göz dəymir, güllə dəyir. Düşmən gülləsi, namərdgülləsi...1990-cı il yanvarın 19-dan 20-sinə açılan gecə Bakımızın neçəmin illik yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi.Rəsmi müharibə elan etmədən, hətta rəsmi bəyanatverilməsindən, fövqəladə vəziyyət elan edilməsindən yeddisaat qabaq Sovet qoşunları Azərbaycan paytaxtına qarşı əslhərbi əməliyyata başladılar – tanklarla, zirehli maşınlarla, ənmüasir silahlarla.Yüzlərlə öldürülənlər, neçə yüzlərlə yaralananlar – o sıradan343

qocalar, uşaqlar, qadınlar, əlillər… Çoxu azərilər, amma həmdə ruslar, tatarlar, yəhudilər. Tank tırtılları altında əzilmişlər,sinədən və arxadan vurulmuşlar, itkin düşmüşlər, həmişəlikşikəst qalanlar, sonrakı günlərdə, aylarda ağır yaralardankeçinənlər. Yaşayış evlərinin, xəstəxanaların, hətta təciliyardım maşınının gülləbaran edilməsi. Avtobusda yol gedən,öz mənzilində oturan, eyvana, ya küçəyə çıxmış, küçədəavtomat-telefonla danışan neçə-neçə insanın qəfil qətli.Ölənlərin, yaralananların bədənlərindən çıxarılan mütəhərrik(yuvarlanan) güllələr. Ordunun öz ölkəsinin vətəndaşlarınaqarşı belə amansız davranması insan beyninə sığışmır.İkinci dünya müharibəsi illərində Bakı nefti Sovet İttifaqınınfaşist Almaniyası üzərində zəfər çalmasının mühümamillərindən biri idi. Elə buna görə də Hitler Bakı neftini ələkeçirməyə can atırdı. Faşistlər istəklərinə çata bilmədilər.Almaniyanın darmadağın edilməsindən qırx beş il sonraşəhərimizi Sovet qoşunları zəbt etdi. Uşaqların, yeniyetmələrinmüqavimətini qırıb şəhərə daxil oldular.Bir il keçib, amma elə gün olmur ki, bu səhnə yaddaşımdacanlanmasın: yanvarın 19-u, axşam saat 11 radələri, Tbilisiprospekti səmtində sürətlə gedən avtobus. Avtobusun açıqqapısından lap sütül bir gəncin, yeniyetmənin sifəti, parlayangözləri görünür. Yalın əllərlə tankın, zirehin, atəşin qabağınagedir. Tarixin bu axşamında, bu saatında onu saxlaya biləcəkheç bir qüvvə, heç bir söz, heç bir dəlil yoxdur. Tankların,atəşin, ölümün qabağını saxlamağa qadir olmadığımız kimi...Dəhşətli fəlakətin qarşısı alınmazdır. Bundan qabaq başqayerlərdə, şəhərlərdə, bundan sonra kim bilir harda və nə şəkildəolacaq bəlalar kimi... Əlin, səsin, sözün hara çatacaq?Çağır, bağır, ha çığır.Çığırmaqdan nə çıxır?Yollarımız bağlanıb,Nə bir iz var, nə cığır.Sonra, olan olandan, keçən keçəndən sonra – bu müsibətin,344

dinc vaxtı dinc əhaliyə divan tutulmasının səbəblərini izahetmək üçün müxtəlif dəlillər gətirirdilər – bu dəlillərdə nəhəqiqət vardı, nə məntiq. Dəlillərin özləri bir-biriyləuyuşmurdu. Ölkənin ən yüksək rəhbərləri bu məsələdə heçdilbir də deyildilər. Biri deyirdi ki, Sovet hakimiyyətiniqorumağa gəlmişik, ikincisi deyirdi ki, məqsədimiz milliqırğına son qoymaqdı, üçüncüsü Xalq Çəbhəsi strukturlarınıdağıtmaq niyyətini əsas sayırdı. Bu "əsas"ların hamısı əsassızidi, daha düzü, heç biri xalqı qanına qəltan etmək üçün əsas olabilməzdi.Yanğını ilk qor düşən kimi, köz alova çevrilməmişsöndürmək lazımdı. 13-14 yanvarda Bakıda törənmişcinayətlərin qarşısını almaq olardı. Yeri gəlmişkən, bucinayətlərin kimlər tərəfindən törədilməsi bu günə qədər dürüstaydınlaşdırılmayıb. Bəlkə bu hadisələr bir bəhanəymiş, belə birbəhanə lazım imiş və ona görə də məharətlə təşkil olunubmuş.Kim bilir? Kim bilir hardan gəlirdi bu sifariş, kim idi fitvaverən, kim idi bu fitvaya əməl edən. Əgər talan olunanlarındəqiq ünvanları talançılara, yaxşı məlum idisə, milisə,mühafizə orqanlarına niyə məlum deyildi? Hardaydılar buictimai asayişin qoruyucuları, daxili işlər nazirliyinin, müdafiənazirliyinin qoşunları? Kim idi bu qurğunu quran?Bir söz deyim, sən də yaz.Doğru söz yerdə qalmaz.Dünyanın işi budur –Sual çoxdur, cavab az.Azərbaycan ictimaiyyəti 13-14 yanvar cinayətlərini kəskinşəkildə pisləmişdi, müqəssirləri məsuliyyətə cəlb etməyəçağırmışdı. Amma bunun yerinə bütün bir xalqın "dərsiniverməyə" cəhd göstərildi, ağına-bozuna baxmadancinayətkarları yox, tamam başqa adamları, günahsızlarıcəzalandırdılar. Əgər bir şəhərdə cinayət olubsa, o şəhəriucdantutma güllə yağmuruna qərq etmək hansı əxlaqa, hansıinsan anlayışlarına tuş gəlir? Yenidənqurma bu imiş demək?345

Suverenlik bu imiş?O dəhşətli gecənin səhəri "Pravda"nın müxbirləri yanımagəlmişdilər. Dediklərimi, o vaxt keçirdiyim hisslərin ifadəsiniolduğu kimi qəzetlərinin səhifələrində verdilər: "Yeniyetməlikçağım 1956-cı ildə qoşunlarımız Macarıstana girəndə bitdi.Gəncliyimlə 1966-cı ildə, Çexoslovakiya hadisələri zamanıvidalaşdım. İndi duyuram ki, bu Bakı yanvarında ömrüm sonayetir..."Bu sözlər – bir il bundan qabaq keçirdiyim sarsıntının həqiqivə səmimi əksi idi... Doğrudan da, o vaxt mənə elə gəlirdi ki,həyat bitib-tükənib, daha heç bir şey olmayacaq, heç bir sözdeyilməyəcək. Dünya sanki sözsüzlük səhrası idi. Bütünmənəviyyat müc olub qalmışdı, nə düşünməyə, nə danışmağahey yox idi. Amma elə bu ilk günlərin, ilk saatlarınsarsıntısındaca dərk etdim ki, susub durmaq da olmaz, nə isəbir iş görmək, müsibətimizi aləmə bildirmək gərəkdir. 20-dən21-nə keçən gecə müxtəlif respublikalardan olan SSRİ Xalqdeputatlarına və Yazıçılar İttifaqlarına doqquz səhifəlikmüraciət yazdım ("Çernı yanvar" kitabında dərc olunmuş"Beda" adlı yazım da həmin bu müraciətin mətni əsasındadır).Yanvarın 21-də səhər Akademiyada toplaşdıq və bu müraciətinyüzdən artıq kserosurətini ölkənin müxtəlif şəhərlərinə –deputatların, yazıçıların ünvanlarına göndərdik. 21-də axşambaşlanan və bütün gecəni səhərə qədər davam edən sessiyada –Azərbaycan Ali Sovetinin sessiyasında – bütün ölkələrinparlamentlərinə və BMT-yə müraciətin mətnini tərtib və təklifetdim.Elə o gecə, Ali Sovetin binasından xalq şairi BəxtiyarVahabzadə Oljas Süleymenova zəng elədi, müsibətimizi onaçatdırdı. Bir, ya iki gün sonra Oljas özünü Bakıya yetirdi. Buəsl qardaşlıq hərəkəti idi. SSRİ Xalq deputatlarıQurultaylarında da, Ali Sovetin sessiyalarında da Oljasın bizədost və arxa olduğunu dönə-dönə görmüşük. Ermənistanzəlzələsində ora yardıma gedənlərin təyyarə qəzasında həlak346

olması və bu barədə "Komsomolskaya Pravda" qəzetində çıxanməlumatı Oljasa verdim və o, çıxışında bu barədə təsirli sözlərdedi... Sonralar bizə irad tutanlar da tapıldı: Niyə bu faktıAzərbaycan deputatları yox, Oljas dedi? Məgər bununözümüzün deyil, başqa respublikanın nümayəndəsinin dilindənsəslənməsi daha əhəmiyyətli, daha tutarlı deyilmi?Yanvar faciəsində Oljas bir neçə gün Bakıda oldu,bədbinləşənlərə ürək-dirək verdi. Bir növ həyan oldu bizə."Bölüşülmüş sevinc ikiqat sevinc, bölüşülmüş dərd yarımdərddir", – deyirlər.Dar dərələr dərin-dərin.Gül-çiçəyin dərin, dərin.Gəl bölüşək, sən də aparBu kədərin bir qədərin.Oljas Bakıda xəstələnmişdi, "Azərbaycan" mehmanxanasındayatırdı. Ona dəyməyə getmişdim. Yanında XalqCəbhəsindən cavanlar vardı. Azadlıq meydanı bomboş idi.Əsgərlər qaravulunu çəkirdi. Bir azdan həngamə başladı.Tanklar hay-küylə meydana daxil olub Dəniz vağzalına tərəfgetdilər, gəmilərə atəş açdılar. Mehmanxanaya tərəf də gülləatırdılar. Cavanlar pəncərədən dəhlizə düşmüş güllələri Oljasınnömrəsinə gətirdilər, bizə göstərdilər. Gənc operatormehmanxananın eyvanından bu "dəniz döyüşü" səhnələrinicəsarətlə çəkirdi.Gecələr atəş səsi eşidilirdi – daraq-daraq, qatar-qataravtomat atəşi.Gecələr gəmilər ulayırdı. Nə məşum səs idi bu – qışınzülmət gecəsində dalğa-dalğa şəhərin üzərinə yayılırdı. Gecələryuxum ərşə çəkilirdi.Açar verin, könlüm açım,Könlüm açım, zülmət saçım.Zil qaranlıq gecələrdənHara qaçım, hara qaçım?Hər gün Yanvar müsibətinin yeni-yeni təfərrüatı, faktları347

üzə çıxırdı.***Elə qara Yanvar günlərindəcə faciəmizi dünyaya, ölkəyəçatdırmaq üçün, ona ən kəskin qiymət vermək üçün müəyyənişlər görüldü. Bu baxımdan ən mötəbər və əhəmiyyətlikürsülərdən biri, bəlkə də birincisi SSRİ Ali Sovetinin sessiyasıidi. Sessiyada xalqımızın faciəsini bütün ölkəyə, dünyayaçatdırmalıydıq. Asan məsələ deyildi bu. Yaxşı bilirdik ki, biz19 yanvar hadisələrinə qiymət vermək tələbini irəli sürən kimi13-14 yanvar hadisələrini üzümüzə çırpacaqlar. Həm də ki, 19-20 yanvar hadisələrinin üstündən az qala tam sükutla keçənmərkəzi informasiya vasitələri 13-14 yanvar hadisələrini yerliyataqlıvə hətta şişirdərək ölkəyə, dünyaya yaymış, bizə qarşıəsaslı mənfi rəy yarada bilmişdilər. 1989-cu il aprelin 9-daTbilisidə baş vermiş faciədən bizim fəlakətimizin fərqli cəhətibunda idi və bu vəziyyətdən ləyaqətlə çıxmaq gərəkdi.Ləyaqətlə və həqiqətə sədaqətlə...Fevralın 13-də "Moskva" mehmanxanasında E.Qafarovanınnömrəsində toplaşdıq. Səhərisi, sessiya açılırdı. Qərara gəldikki, hamımızın adından akademik Midhət Abbasov danışsın. O,19-20 yanvar hadisələrini araşdıran komissiyanın – AzərbaycanSSR Ali Sovetinin yaratdığı komissiyanın sədri idi. Komissiyaartıq müəyyən işlər görmüşdü, xeyli fakt, məlumat toplamışdıvə nəyin bahasına olursa olsun, bütün bunları ölkədeputatlarına çatdırmaq lazım idi.Amma mən başqa sarıdan da nigaran idim. Əmin idim ki,iclas başlayan kimi erməni deputatlar qabağa düşüb 13-14yanvar hadisələrindən söz açacaq, o günlər həlak olanlarınxatirəsini yad etməyi təklif edəcəklər. Bundan sonra bizim dədurub ikinci bir təkliflə çıxış etməyimiz – 19-20 yanvarşəhidlərinin xatirəsini yad etmək təklifimiz – təkrar və təqlidkimi, bəhsəbəhs kimi görünərdi, yerinə düşməzdi. Eynizamanda 19-20 yanvar şəhidlərini yad edib 13-14 yanvarınüstündən sükutla keçmək də olmazdı. Bu, xalqımıza xas olan348

insani keyfiyyətlərlə, alicənablıqla, ürək genişliyiləuyuşmayan, əxlaqa zidd bir şey olardı və hamıya çox pis təsirbağışlardı, əleyhdarlarımızın dəyirmanına su tökərdi. Yeganəməqbul yol – qanlı yanvarda həlak olanların hamısınınxatirəsini yad etməkdi və bu təklifi məhz biz etməliydik. Bumülahizələrimi deputatlarımızla bölüşdüm, mənimlərazılaşdılar.Fevralın 14-də sessiyanın səhər iclası başlananda Tofiqİsmayılov inadla və əzmlə (iclasın sədri ona mane olmağaçalışsa da) bu təklifi irəli sürdü və deputatlar, o sıradan hərbilibasda olanlar da, ayağa qalxıb Bakıda qırılanların xatirələrinisükutla yad etdilər.Elə həmin səhər iclasındaca Azərbaycan deputatları 19-20yanvar Bakı qırğınını müzakirə etmək və bu hadisələrə qiymətverilməsi haqqında fikir yürütdülər. Lakin həm sədrlik edənA.İ.Lukyanov, həm də erməni deputatları bu məsələni – yenədə uydurma bir problemin – Dağlıq Qarabağ problemininmüzakirəsinə çevirməyə çalışdılar. Dağlıq Qarabağ deputatıVaqif Cəfərov Lukyanova müraciətlə: – Anatoli İvanoviç,bildirin fevral ayından başlayaraq bu məsələ 20 dəfədən artıqmüzakirə olunub, – dedi. – Qərarlar qəbul olunub, amma biridə yerinə yetirilmir. Odur ki, biz qəti surətdə bu məsələninyenidən müzakirə olunmasının əleyhinəyik. (Gətirdiyim bütünsitatlar sessiyanın çap olunmuş stenoqramlarındandır). Başqabir regionun deputatı qaçqınlar məsələsini müzakirə etməyitəklif etdi. Yeni mübahisələr başlandı. Mikrofona yanaşıb:"Bakıda dəhşətli faciə baş verib, – dedim. – On min hərbçiniBakıya göndərmək üçün beş gün kifayət imiş. Amma 540deputatı – Ali Sovet üzvlərini Moskvada toplayıb onların rəyinisoruşmaq üçün bu beş gün azlıq edib. İndi biz burda oturubsakitliklə müxtəlif şeyləri müzakirə edirik, elə bu zamanBakıda göz yaşları tökülür, qan axır. Bu məsələ müzakirəolunacaqmı? Seçicilərimizin qəti rəyi belədir: əgər bu məsələyəbiganəlik göstəriləcəksə, Ali Sovetin işində iştirak etməyək349

(salonda səs-küy).Fasilədən sonra, saat 12-də ikinci iclas başlanan kimi sədrMidhət Abbasova söz verdi və Midhət müəllim Bakı faciəsininbütün acı həqiqətlərini əks etdirən, ordu hissələrinin qəddarlıqfaktlarını göstərən, konkret günahkarları ittiham edən ətraflı vəinandırıcı məruzəylə çıxış etdi. Bu məruzə mətbuatda dərcolunmadısa da Ali Sovetin bülletenində çap edildi və ölkəictimaiyyətini Parlament səviyyəsində hadisələrin əslmahiyyətilə tanış edən çox mühüm bir sənəd mövqeyiniqazandı. Ordunun şəhərə soxulması, dinc əhalinin qırğınıməruzədə Azərbaycan xalqına qarşı törədilmiş təcavüz vəcinayət kimi qiymətləndirilir və 5 maddədən ibarət konkrettəkliflər irəli sürülürdü.Lakin sədrlik edən yenə də müxtəlif fəndlərlə bu məsələnimüzakirəyə qoymamağa çalışdı. Elə həmin gün saat 16-dadavam edən iclasda Rüstəm İbrahimbəyov Azərbaycannümayəndələri adından bəyanat verdi:"Bakıda qan tökülməsi davam etdiyinə görə biz təklifetmişdik ki, palata vətənimizdəki vəziyyəti müzakirə etsin vəbu hadisələrə siyasi qiymət versin. Ali Sovetin bu biganəliyinəticəsində respublikada vəziyyət daha da mürəkkəbləşə vəproblemlər çıxa bilər. Biz təkid edirik ki, bu məsələ ən təcilisurətdə müzakirəyə qoyulsun və hadisəyə hərtərəfli siyasiqiymət verilsin.M.S.Qorbaçovun replikası: – Mənim mövqeyimi bilmənizüçün deməliyəm ki, o, sizin mövqeyinizə uyğun gəlir –məsələni müzakirə etməliyik. Amma o biri tərəfdən məlumatalmışıq ki, hələlik bu məsələni təxirə salmaq istəyirlər. Biz dəbu xahişi nəzərə alırıq.R.İbrahimbəyov: – Nə məlumatdır bu belə? Hardandır buxahiş? Burada Azərbaycan xalqının nümayəndələri əyləşib,Azərbaycan Ali Sovetinin qərarı var...Sədr: – Yaxşı, gəlin bu məsələyə gündəliyi səsə qoyanzaman baxaq.350

Bundan sonra bir neçə başqa deputat tamam ayrı məsələləriortaya atdılar və Azərbaycan deputatları yenə də israrla Yanvarhadisələrinin müzakirəsini gündəliyin ilk bəndi kimi səsəqoymağı təklif etdilər.Sədr (M.S.Qorbaçov): Yaxşı, beləliklə, məsələ qaldırılır ki,19-20 yanvarda Bakıda baş vermiş hadisələrə siyasi qiymətverilsin.Yerdən səs: – Bəs 13 yanvar hadisələrinə?Sədr: – 13 yanvar haqqında məsələ qaldırılmır (salonda səsküy).Təkrar edirəm, onlar (yəni Azərbaycan deputatları – A.)bu məsələnin üstündən keçirlər, amma bu o demək deyil ki,mən bu məsələni qaldırmıram.Anar Rzayev: – Yoldaşlar, burda deyirlər ki, Sumqayıtaqiymət vermək lazımdır. Amma axı Sumqayıtdan başqaErmənistanın Qukark rayonunun faciəsi də var. İndi söhbətBakı yanvarından gedir. Biz məsələni belə qoyuruq:Azərbaycan deputatları, Azərbaycan ictimaiyyəti Bakıdakı 13-14 yanvar talanlarını qeydsiz-şərtsiz pisləyir. Əgər lazımdırsa,bunu da müzakirə etməyə və günahkarları üzə çıxarmağahazırıq. Amma indi bizim istədiyimiz odur ki, Bakıdakı 19-20yanvar hadisələrini müzakirə və məhkum edək, çünki bunlartalanlara cavab deyildi, günahkarları yox, günahsızlarıcəzalandırdılar. Gəlin bax, bu məsələni aydınlaşdıraq. Yəni,doğrudanmı heç kəs bu işlər üçün məsuliyyət daşımayacaq,cavabdeh olmayacaq?İclasdan sonra R.İbrahimbəyov, H.Turabov və mənQorbaçova yanaşdıq, Bakı hadisələrinin bütün acıtəfərrüatlarını olduğu kimi ona çatdırmağa çalışdıq. "Hər şeyiordunun boynuna yıxmayın", – dedi ("Ne nado delat iz armiikozla otpuşeniya"). "Yüzlərlə günahsız insan həlak oldu", –dedim. "Ordu qarışmasaydı, yüzlərlə yox, minlərlə, on minlərləadam qırıla bilərdi" – dedi. "Min adamı xilas etmək üçün yüzadamı qırmaq söhbəti şübhəli haqq–hesabdır" – dedim. –"Sabah min adam xətrinə yüz min, yuz min adam xətrinə351

milyon, milyonlarla insanı da qırmaq olar. Amma tarixin budərsini biz bir dəfə keçmişik". Cavab vermədi. Yanındadayanmış Primakov bizə baxıb məzəmmətlə başını buladı.Bakı faciəsindən iki gün qabaq yanvarın 17-də AzərbaycanKP MK-nın binasında bizimlə – ictimaiyyətin bir neçənümayəndəsiylə görüşdə Primakov da, Sov. İKP MK katibiGirenko da and-aman eləmişdilər ki, Bakıda heç bir fövqəladəvəziyyətin elan olunması nəzərdə tutulmur, şəhərə heç birqoşun hissələri girməyəcək. Bizi beləcə arxayınlaşdırmışdılar."Sən öz saydığını say, gör fələk nə sayır".***Məsələ Ali Sovetin qapalı iclasında müzakirə edildi.E.Qafarova, T.İsmayılov, A.Məlikov, R.İbrahimbəyov və mənçıxış etdik. Hadisələrin həqiqi mahiyyəti haqqında, mərkəziinformasiya vasitələrinin birtərəfli mövqeyi haqqında səhihməlumat verildi. A.Məlikov rişxəndlə Yazova Bakı şücaətiüçün marşal adı verilməsini təklif etdi. (Az sonra Arifin bukinayəli sözləri həyata keçdi). DTK-nin sədri Kryuçkov və ovaxtkı Daxili İşlər Naziri Bakatinin çıxışlarında müəyyən ölçühissi vardısa, Müdafiə naziri Yazovun çıxışı başdan-başahadisələrin təhrifi idi. Yerimizdə otura bilmirdik. NazirŞəhidlər Xiyabanı haqqında istehzayla danışanda ("Evdə ürəkxəstəliyindən ölən qocaları da aparıb orda basdırıblar, heç biruşaq-filan ölməyib", və s. bu qəbildən sözlər) daha dözəbilmədik, salonu tərk etdik.Qabaqlar da bir sıra mübahisəli məsələlər ortaya atılanda"gərək çıxıb gedəydiniz" deyə bizə məsləhət verənlər olurdu.Hər dəfə və tez-tez salonu tərk etsəydik, bu hərəkətin özüqiymətdən düşər, ucuzlaşar və heç bir təsir qüvvəsinə malikolmazdı. Amma o gün nazir danışarkən qəzəbli etiraznidalarıyla salonu tərk etməyimiz, Xuraman Abbasovanın, SaraVəzirovanın və başqa qadın deputatlarımızın kəskin replikalarınəticəsiz qalmadı. Doğrudur, bir sıra deputatlar bizimardımızca ünvanımıza tikanlı sözlər deyir, ittihamlar da352

yağdırırdılar. Bəzi deputatlar, o cümlədən Oljas da (səmimiqəlbdən bizə rəğbət bəslədiyinə görə) dalımızca foyeyə çıxıbbizi geri çağırırdılar. Yanvar günlərində Bakıya gəlmiş,hadisələri öz gözüylə görmüş (görə bilməmiş və ya görməkistəməmişsə də) polkovnik Petruşenko foyedə qolumdanyapışır: – Xahiş edirəm, qayıdın, – deyir.–Necə qayıda bilərik ki, nazir ağ yalan danışır, – deyirəm, –siz ki hər halda Bakıdaydınız, hər halda kimlərin şəhidolduğunu bilirsiniz və onların arasında uşaqların daöldürüldüyündən xəbərdarsınız.Qabaqlar da salondan çıxan deputat qrupları olub, ammaonlar çıxıb elə Ali Sovetin binasındaca gözləyir və tənəffüszamanı rəhbərliklə danışığa girirdilər. Biz isə dərhalpaltolarımızı geyinib mehmanxanaya yollandıq.Axşam xəbər tutduq ki, biz çıxandan sonra və nazir nitqiniqurtaran kimi tələsik fasilə (vaxtı çatmasa da) elan olunub,Primakov bizi axtarıb və tamam çıxıb getdiyimizi biləndə çoxtəəccüblənib. Yalnız Qorbaçovla görüşüb danışandan sonrasessiyaya qayıdacağımızı bildirdik. O zamanlar hələ ümidimizvardı ki, məsələləri bütün təfsilatıyla izah edə bilsək, bununmüəyyən nəticəsi olar.Bir neçə gün sonra dedilər ki, səhər iclasından əvvəlQorbaçov təxminən 35-40 dəqiqə ərzində bütün Azərbaycannümayəndələriylə görüşəcək, danışacaq. Bu son dərəcə qısavaxtda, dar macalda, iki daş arasında ona hansı mətləbləri aça,izah edə bilərdik, ondan nə cavab ala bilərdik? Ağlıma bir fikirgəldi, dostum, deputat həmkarım, Ali Sovetdə birgəçalışdığmız müddətdə fəal, bacarıqlı, prinsipial adam kimitanıdığım Tofiq İsmayılovla məsləhətləşdim. O da bu fikrimibəyəndi. Fikir isə ondan ibarət idi ki, Qorbaçovla görüşərəfəsində onun çox yaxın silahdaşlarından vəməsləhətçilərindən olan Aleksandr Nikolayeviç Yakovlevləgörüşək, onunla daha müfəssəl və ətraflı söhbət edək ki, o dabizim mövqeyimizi münasib şəkildə Mixail Sergeyeviçə353

çatdırsın. Səhər Yakovlevə zəng etdik və elə həmin gün saat 6-da bizi görüşə dəvət etdi. Deputatlardan beşimiz – Tofiqİsmayılov, Eldar Salayev, Vəli Məmmədov, SüleymanMəmmədov və mən "Staraya ploşad"da Mərkəzi Komitəninbinasına gəldik, iki saatdan artıq bir müddətdə Yakovlevləətraflı söhbət etdik. Azərbaycan haqqında, hətta onun uzaq vəyaxın tarixi haqqında, xalqımızın demokratik ənənələri, Şərqdəilk demokratik respublikanın 18-ci ilin mayında məhzAzərbaycanda yaranması, bu respublikanın Parlamanındamüxtəlif partiyaların və müxtəlif millətlərin təmsil olunmasıhaqqında və təbii ki, Dağlıq Qarabağ probleminin bütün tarixi,siyasi, iqtisadi və qanuni aspektləri haqqında danışdıq. Əlbəttə,qanlı yanvar hadisələri söhbətlərimizin diqqət mərkəzində idi.Yakovlev bizi diqqətlə dinlədikdən sonra öz fikrini bildirdi.Bizim kiçik nümayəndə heyətimizin mövqeyindən,səviyyəsindən, siyasi arqumentasiya mədəniyyətindən çoxməmnun qaldığını bildirdi: – Doğrusu, sizin görüşməkistəyinizi eşidəndə bir az çəkinirdim, münasibətlərin bu qədərkəskinləşdiyini nəzərə alaraq dözümsüz bir mövqedən çıxışedəcəyinizi və odur ki, söhbətimizin alınmayacağından ehtiyatedirdim. Yaxşı ki, bir-birimizi tam anlaya bilirik. Qarabağməsələsində dediklərinizə tam şərikəm. Hələ iki il bundanqabaq Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdim.Silva Kaputikyanı bir şairə kimi tanıyırdım. Kanadada səfirişlədiyim zaman yolu ora düşmüşdü, şəxsən tanış olmuşduq.Bir gün eynilə sizin kimi o da zəng elədi, mənimlə görüşməkistədiyini dedi. Görüşə razılıq verdim, dedi ki, Zori Balayanadlı bir jurnalist də onunla gələcək. O zaman mən bu adamıtanımırdım. Gəldilər. İki saata yaxın söhbət etdik. Qarabağa aidöz versiyalarını söylədilər. O vaxt onlara söylədiyim fikrin əsasməğzini bu gün də təkrar edə bilərəm: Qarabağ əhalisininiqtisadi və mədəni-mənəvi ehtiyacları ödənilməlidir, ammaDağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsibarədə söz ola bilməz. Bu məsələnin qaldırılmasının özü çox354

öyük bəlalara səbəb ola bilər. Qorbaçovla görüşməkistədiklərini bildirdilər. Qorbaçov onları qəbul etdi, fikrimi onada dedim. Bu günlərdə Mixail Sergeyeviç yadıma saldı. Haqlıolduğumu söylədi, doğrudan da, Qarabağın statusunundəyişdirilməsi haqqında məsələ qaldırılmasının nə kimibəlalara səbəb olduğu indi tamamilə aydındır – dedi.Bakıdakı qanlı yanvar hadisələri də Yakovlevin dediyi kimihəm onu, həm də Qorbaçovu çox mütəəssir edib. Qorbaçovbelə bir hərbi əməliyyata yol vermək istəmirdi, məcbur oldu,özü də çox böyük tərəddüdlərdən sonra qərar verdi. Odur ki,sizin xalq onu zalımlıqda, qəddarlıqda ittiham edəndə bu, onuçox ağrıdır, incidir. Rezervistlərin (ehtiyatda olanların) Bakıyagöndərildiyini biləndə əsəbiləşdi, qəzəbləndi, dərhal onlarınBakıdan çıxarılması haqqında göstəriş verdi.– Onlar artıq elədiklərini eləmişdilər, – dedim.Gəlişimizin əsas məqsədi – dediklərimizin prezidentə dəqiqvə müfəssəl şəkildə çatdırılması, Yanvar hadisələrinə siyasiqiymət verilməsi və müqəssirlərin cəzalandırılması məsələləriidi. Yakovlev bütün bu mətləblər haqqında Qorbaçovla ətraflıdanışacağını vəd etdi. Azərbaycan Xalq Cəbhəsiyləmaraqlandı. Mən: – Xalq Cəbhəsinin nüfuzlu xadimlərindənbiri yazıçı Yusif Səmədoğlu indi Moskvadadır, – dedim. –Onunla görüşsəniz, yaxşı olar. Yakovlev məmnuniyyətlərazılaşdı, onun telefonlarını Yusifə verdim və bir neçə günsonra görüşüb söhbət etdilər.Ayrılıb mehmanxanaya qayıtdıq. Tofiq İsmayılovmehmanxanadakı telefon nömrəsini Yakovlevin katibinəvermişdi və heç bir saat keçməmiş Yakovlev ona zəng elədi,Qorbaçova görüşümüz haqqında ətraflı məlumat çatdırdığınısöylədi.Səhərisi gün saat 10 iclasından yarım saat qabaq QorbaçovAzərbaycan deputatlarını qəbul etdi. Əvvəl özü danışdı, sonrabizim deputatların adından – əvvəlcədən sözləşdiyimiz kimi –Tofiq İsmayılov danışdı, lazım olanları dedi, amma hələ355

deməyə sözümüz çox idi. Qorbaçov özü də hiss edirdi ki,söhbətimiz bununla bitmir və böyük tənəffüs zamanı (saat 2 ilə4 arasında) iki-üç nümayəndəmizlə görüşəcəyinə boyun oldu.Saat 2-də M.Abbasov, Adilə xanım Namazova və mənQorbaçovun Ali Sovetin binasındakı kabinetinə getdik. Qəbulotağında gözlədiyimiz zaman Yakovlev gəldi, görüşdük, "Sizindediklərinizin hamısını Mixail Sergeyeviçə çatdırdım, – dedi, –hər halda, məndən asılı nə vardısa, elədim".Az sonra Qorbaçovun otağından üç Baltik respublikasınınnümayəndələri çıxdılar. Litva, Latviya və Eston deputatlarınınölkə rəhbərinin yanına birgə getmələrinə, məsələlərini birgəqoymalarına həsəd aparırdıq. Kaş Qafqaz respublikaları daümumi məsələlərinin həlli üçün belə yekdil, vahid olaydılar.Heyhat və əfsus! Yenidənqurma başlanandan bəritorpaqlarımızı qəsbkar qonşudan qorumağa məcburuq.Kabinetə dəvət olunduq. Mixail Sergeyeviçdən başqaLukyanov, Nişanov və Qorbaçovun köməkçisi Şahnəzərov daotaqda idilər. Adilə xanım şəhid məktəbli LarisaMəmmədovanın anasının məktubunu Qorbaçova verdi, obiçarə qızcığazın ki, Yazovun bəyanatına görə, ümumiyyətlə,yerli-dibli olmayıb da, ölməyib də. Axı, "ölənlərin içində uşaqfilanyoxdur" – demişdi.Midhət müəllim rəhbərlik etdiyi komissiyaya DTK vəDaxili İşlər Nazirliyi, SSRİ Prokurorluğu tərəfindən lazımisənədlərin verilməsi haqqında məsələ qaldırdı və Qorbaçovdanmüsbət cavab aldı. Komissiyanın işinə hər cür yardım etmək vəşərait yaratmaq üçün Nişanova tapşırıq verdi.Qorbaçov da dünən Yakovlevin dediklərini təkrar etdi:"Mən hələ o vaxt Kaputikyana və Balayana demişdim ki,Qarabağın Ermənistana verilməsindən, ümumiyyətlə,sərhədlərin dəyişdirilməsindən söhbət ola bilməz. VəŞahnəzərov yoldaş da dəfələrlə Ermənistan nümayəndələri iləgörüşüb, onlara eyni fikri başa salmağa çalışıb. Ammagörürsünüz ki, belə iddialarını yenə də davam etdirirlər. Bizim356

mövqeyimiz birdəfəlik aydındır, Dağlıq QarabağAzərbaycanındır, elə də qalmalıdır, amma elə etmək lazımdırki, orada yaşayan hər iki xalqın hüquqları mühafizə olunsun,heç kim özünü pisikdirilmiş hiss eləməsin".– Mənə sual verirlər, – dedim, – nəyə görə Sov.İKP MərkəziKomitəsinin Plenumunda Qorbaçov yoldaş resbublikalararasında sərhədlərin dəyişdirilməyəcəyi haqqında fikrinibildirəndən sonra Ermənistanın Partiya katibi SurenArutyunyan yenə durub Qarabağ məsələsini qaldırır vəQorbaçov onun sözünü kəsmir, halbuki, ondan əvvəl Litvanınkatibi Brazauskasın sözünü kəsə bilirdi. Bu sualı mənəverəndə, mən sizə Qorbaçovun əvəzinə cavab verə bilmərəm, –deyirəm, amma yeri düşsə, imkanım olsa, bu sualı MixailSergeyeviçin özünə verərəm. Qorbaçov: "Mən bir daha təkraredə bilərəm, – dedi, – respublikalar arasında heç bir sərhəddəyişkənliyinə yol verməyəcəyəm".Azərbaycan deputatlarının Qorbaçovla bundan qabaqkıgörüşlərində dəfələrlə Qarabağ mövzusu qaldırıldığına görəbugünkü görüşdə diqqət mərkəzinə qanlı Yanvar hadisələriniçəkmək istəyirdik. Dünən Yakovlevin də dediyi kimizalımlıqda ittiham edilməsi Qorbaçovun ürəyinə toxunur, onuçox incidirmiş.Bizə də:– Bəli, bilirəm, – dedi. – Orda məni cəllad, qəddar,Çauşesku adlandırırlar.–Bunu balalarını, qardaşlarını, atalarını itirən adamlar deyir,– dedim.Yenə o gün dediyi fikri təkrar etdi ki, ordunu heç kimin ayağınaverməyəcək. Əsgərlərə əmr olunub, ona görə atıblar.–Kim əmr edir etsin, mən heç vaxt qadına, uşağa, qocayagüllə ata bilmərəm, – dedim. – Siz də elə...Dinmədi. Söhbəti 13-14 yanvar hadisələrinə, talanlaragətirdi.–Nazir Bakatin çıxış etdi, – dedim. – Göstərdi ki, o günlər357

talançıların sayı beş mindən artıq olmayıb. Eyni zamanda bunuda Bakatin dedi – həmin günlər Bakıdakı daxili qoşunların sayı12 min nəfər imiş. Deməli, bir talançıya iki yarım milisionerdüşür. Bəs niyə talanların qarşısını ala bilmədilər?M.S.Qorbaçov düz gözümün içinə baxaraq:– Doğrudan da, niyə talanların qabağını ala bilmədilər? –deyə soruşur. Məndən soruşur.Yazımın bu yerində bir sual (?) və üç nida (!!!) işarəsiqoymaqdan savayı əlacım qalmır.Nəhayət, görüşümüzün bir məqsədindən də söz açırıq:söhbət Ali Sovetin qəbul edəcəyi qərara yanvar hadisələrinin,qanlı divanın müqəssirlərini ittiham edən abzasınsalınmasından gedir. Mən bu abzası əvvəlcədən yazıb hazıretmişəm, oxuyur və Qorbaçova təqdim edirəm. Bu abzasınqərara salınmağına heç cür razılıq vermir. Bəllidir ki, heçvəchlə ordunu narazı salmaq istəmir. Təkidlərimizdən sonra biraz yumşalır. Müəyyən redaktəylə abzasın qərara salınmasınarazılıq verir. Tənəffüsdən sonrakı iclasda mən yenə çıxışelədim və dediyim abzası gecə yazdığım kimi oxudum.Qorbaçov son sözündə: "Mən deputat Rzayevin hisslərini başadüşürəm", – dedi, amma son məqamda (artıq iclasdan sonra,bizsiz, Rəyasət heyəti aparatında mətbu mətn hazırlanarkən)yenə də bu abzas çıxarıldı. Belə qalmaqallı vaxtda hakimiyyətədayaq olan Ordunun təəssübünü çəkmək – bütün qeyrimülahizələrə,faktlara, həqiqət və ədalət hissinə üstün gəlmişdi.Bu məsələdə ölkə parlamentində qələbə çala bilmədiksə,məğlub da olmadıq. Hər halda hadisələrin məğzini,mahiyyətini əsl mətləbdən bixəbər deputatlara çatdıra, səsimizi,etirazımızı, fəryadımızı eşitdirə bilmişdik. Bir növ qəribətənasüb yaranmışdı Ali Sovetdə. Qarabağ məsələsində bizimmövqeyimizdə durmayan "sol – radikal" deputatlar OrdununBakıya divan tutmasından qəti narazılıqlarını bildirirdilər,ordunun hərəkətini dəstəkləyən "mühafizəkar" və hərbçideputatlar isə Qarabağ məsələsində bizimlə tam həmrəy idilər.358

Ümumiyyətlə, bu tənasüb həm qurultaylarda, həm də AliSovetin sessiyalarında bizim siyasi xətt-hərəkətimizi, taktikgedişlərimizi müəyyənləşdirmək üçün nəzərə alınası vacibfaktordur. Bu cəhətdən bəzi deputatlarla qısa söhbətlərim çoxsəciyyəvidir. Marşal Axromeyevə yanaşdım, Bakıda olanlarıdanışdım, ordunun amansız davranışı haqqında mənim rəyimləqəti surətdə razı olmadığını bildirdi, amma dərhal əlavə etdi ki,Qarabağ məsələsində yüz faiz Azərbaycanın mövqeyinimüdafiə edir. Sobçaka Yanvar divanı münasibətilə müraciətetdiyim zaman, "əlbəttə, ordunun hərəkətləri bağışlanmazdır, –dedi, – amma sizin, Azərbaycan ziyalılarının da günahı var,niyə Bakıdakı erməni talanlarının qarşısını ala bilmədiz? –Bakı iki milyonluq şəhərdir, – dedim. – Bəs nədən Moskvaziyalıları Ədəbiyyat evində yəhudi talanının qarşısını alabilmədi? – dedim. Sobçak: – mən moskvalı deyiləm,leninqradlıyam, – dedi və söhbətimiz bununla bitdi.B.N.Yeltsinin Yaponiyada çıxışlarının birində Bakıdakıqanlı Yanvar faciəsindən danışdığını, ordunun hərəkətlərinipislədiyini eşitmişdim. Dəhlizdə ona yanaşdım, belə mövqeyiüçün təşəkkür etdim. – Mən Rəyasət heyətinin iclasında da sizimüdafiə etdim, – dedi. Sonra bizim cəbhəçilər sayağıyumruğunu "Rot-Front" jestiylə qaldırdı: – Mən sizinləyəm, –dedi, amma iclasda Yanvar qırğınının müzakirəsi zamanı birkəlmə də dinib-danışmadı. Litva nümayəndələri İttifaqlarSovetində bizim qarşımızdakı sırada otururdular. "Çernıyanvar" kitabını Kazimira Prunskeneyə verdim. Arif Məlikovona dəhşətli Yanvar fotolarını təqdim etdi. Prunskene: – "Sizəbu divanı tutublar ki, bizi də qorxutsunlar", – dedi. "Bizimbaşımıza gələn, sizin də başınıza gələ bilər" – dedim. – Bəli.Amma Prunskene də, başqa Baltik deputatları da, Orta Asiyanümayəndələri də müzakirə zamanı susmağı, məsələyəqarışmamağı üstün tutdular.Bütün bunları yazmaqda məqsədim – şahidi olduqlarımı,duyub-düşündüklərimi, olub-keçənləri artırıb-əskiltmədən359

qələmə almaqdır, həm olanları tarixin gələcək çək-çeviri üçünhifz etmək istəyirəm, həm də bugünkü qüvvələr nisbətinə ayıqreal mövqedən yanaşmağa çağırıram. Deputat korpusumuzunişini nöqsansız saymıram. Bəlkə də başqa deputatlar bizdəndaha səmərəli fəaliyyət göstərə bilərdi. Nə deyim... Ammaxalqımızın mənafeyi, şərəfi və ləyaqəti yolunda əlimizdəngələni, bacardığımızı etdik və bu cəhətdən tarix qarşısında da,millətimiz qarşısında da alnımız açıq, üzümüz ağdır. Şübhəetmirəm ki, tarix özü yaxşını-yamanı ayırd edəcək, həqiqiəməllə havayı sözləri fərqləndirəcək, çətin parlamandöyüşləriylə asan çayxana tənqidlərinin hərəsini öz yerinəqoyacaq. Üzücü siyasi deyişmələrlə gurultulu şer gecələrininbaşqa-başqa janrlar olduğu, yəqin bir gün hər kəsə aydınolacaq. Halva-halva deməklə ağız şirin olmadığı kimi, "qeyrət,qeyrət" deməklə də insan qeyrətlənmir. Əlbəttə, adama bir azyer eləyir ki, deputatlarımız Moskvada rəqiblərimizlə çarpışanzaman burda da bəziləri deputatlarımızın kölgələriniqılınclayır, onlara həcv yazırdılar. Elə bil düşmənlərimizincızdığı çox dəqiq bir layihəni həyata keçirirdilər – xalqıziyalılara, deputatlara qarşı qoymaq, parçalamaq və hökmetmək. Xalqın tarixi zəkası dövrün hər hansı keçəri, ötərioyunlarına, fəndlərinə üstün gələsidir. Ziyalıları hörmətdən,nüfuzdan salmaq, onların ünvanına hər çeşidli föhş vəböhtanlar yağdırmaq faşist və totalitar rejimlərin ən dürüstgöstəricisi, ən dəqiq əlamətidir. Faşist Almaniyası da, Çininmaoçu mədəni inqilabı da, dini fanatiklərin hökm sürdüyuquruluşlar da, hər hansı qaragüruh hərəkatı da, bütün fərqlicəhətlərinə baxmadan bir ümumi nöqtədə birləşir – ziyalılaranifrətdə. Qəribəsi də odur ki, bəzən bu nifrəti ziyalıların özlərioyadır, yayırlar! Daha doğrusu, ziyalıların bir qismi başqaqismini gözdən salmağa, damğalamağa, sıradan çıxarmağaçalışır ki, öz yerləri gen-bol olsun. Amma bu xam xəyaldır.Ziyalıları, ümumiyyətlə, ziyalılıq anlayışını ləkələməyəçalışanlar üstünə qonduqları budağın özünü baltalayırlar.360

Məşhur xalq məsəli var – hörmətli yazıçımız İsmayıl Şıxlıhəmin məsəli yerində yadımıza saldı: "Sapı özündən olanbaltalar" ifadəsi həm də özləri özlərini baltalayan ziyalılaraaiddir. Çingiz Aytmatovun manqurtluq anlayışı da bir tərəfdənmilli köklərini dananlara aiddirsə, o biri tərəfdən öz ziyalılıqborcundan vaz keçənlərə, mədəniyyət və mənəviyyat irsindənimtina edənlərə şamil edilə bilər. Hər şey ötüb keçəcək, xalqınhəqiqi dəyərləri qalacaq. Zamanın bütün tozanaqlarını vəharay-qışqırıqlarını yarıb keçən əbədi meyarlar qalacaq.Qəlbim mənə qalx deyir,Yan-yörənə bax deyir.Hay-küy səni üzməsin,Kütlə hələ xalq deyil.***Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb.Buradan Bakının hər səmti, hər tərəfi görünür, soyub, sorubtaladığımız gözəllər gözəli Xəzərin genişliyi açılır. Dumantəbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır vəbiz yaxın-uzaq Xəzər adalarını da görürük. Böyük Zirəni –Nargini görürük. Bu adalarda 20-ci illərdən bəri nə qədərgünahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarınadaş bağlayıb dənizə atırmışlar.Toğrul Nərimanbəyovun keçən il tamamladığı dəhşətli birtablosu var – dənizin içi və dənizin dibinə doğru gedən ayağınadaş bağlanmış, sinəsi güllələrlə deşilmiş meyitlər.Güllələnmişlər, qurbanlar, şəhidlər... Şəhidlərin şahidləri –Xəzər adaları. Xəzər adalarından, dənizin mavi səthindənyüngül bir şeh qalxır, xəfif bir nəsim əsir – Şəhidlər dağınaçatır, təzə qurbanların qəbirlərini ussufluca sığallayır. Dənizyelinin yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarınaqarışır.Analar deyir ağı:Bizə kim qıydı axı?Gör neçə dağ çəkibdi361

Xalqa şəhidlər dağı...Ağrılarım mənə də şer yazdırdı. Yox, yox, şair-filan olmaqfikrində deyiləm. Həm də qırxında, daha doğrusu, əllineçəsində öyrənənin harda çalacağı haqqında el məsəlini dəunutmamışam. Amma ən çətin dəqiqələrdə, heç bir şeyyazmağa həvəsim olmayanda, əlim qələm tutmayanda, ayrıayrısözlər bir-birinə qoşulub, bir-birinə yoldaş olub, hayanolub, dost-dostu tapan kimi sözlər də cütləşib, üçləşib,qafiyələnib, bayatı biçiminə giriblər. Müxtəlif günlərin,saatların ovqatlarından doğulan mənzum parçaları bu yazımasəpələdim. Ümidsizliyim də bu "çağırılmamış bayatılar" –dadır, ümidim də...Na qismətdir, nə də qədər,Yoldaş olub mənə kədər.Gümanım var, bir gün səhərSevinc gələr, kədər gedər...* * *Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzərdeyil, bütün Azərbaycan görünür – o taylı, bu taylı. Bu günbura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. Bu dağınzirvəsindən keçmişimizi də görürük, gələcəyimizi də.Tariximizin rəmzidir Şəhidlər dağı – min bir əzab-əziyyətli,məşəqqətli, keşməkeşli tariximizin. İgidliyin, qeyrətin, qürurunrəmzidir Şəhidlər dağı. İtkilərimizin, müsibətimizin rəmzidir –yalnız bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi,ağrısı, matəmi çöküb bu dağa – duman, çiskin çökən kimi, çəndüşən kimi.Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmanasalınıb. Bu nəcib işdə əməyi olanların hamısı sağ olsun. AmmaŞəhidlər dağının tariximizin, azadlıq mübarizəmizin möhtəşəmabidəsi kimi əbədiləşməsi üçün hələ çox işlər görmək gərəkdir.Götürülmüş heykəlin yerində, onun özül daşının yanında ikişümal sütunun da ucaldığını xəyalən təsəvvür edirəm. Bu üçsütunun üstündə üç od – üç məşəl yanır – həm Bakımızın362

məşhur gerbi kimi, həm Odlar yurdunun rəmzi kimi, həm dəŞəhidlər qəbiristanlığının əbədi alovu kimi.Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey dətamam başqa cür qurulur. Bura Şəhidlər muzeyidir. Burda qaraYanvar günlərinin tükürpədici əşyayi-dəlilləri də nümayişetdirilir – tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın –bədbəxt alimlərin avtomaşını, gülləbaran olunmuş təcili yardımkaretası da, güllələrdən dəlik-deşik pəncərə şüşələri, çopurçopurdivarların maketi, məktəbli qızın çantası, qanlı pal-paltarda, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də.Amma bu muzey yalnız Qanlı Yanvar abidəsi deyil. 18-ciilin mart qurbanlarına həsr olunmuş guşə də var burda, 20-ciildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də əks olunub.Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə canverən Məmməd Əmin Rəsulzadə, daşnak güllələrinə hədəfolmuş Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Behbud xanCavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli,Azərbaycanın ilk səhiyyə naziri, Xəzər adasında güllələnmişXudadat bəy Rəfibəyli – uzun illərin ayrılığından, həsrətindənsonra bu muzeydə görüşüb qovuşurlar.Xiyabani də burdadır, Pişəvəri də...Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-ci ilin və başqa illərin neçə–neçə qurbanları, gedər-gəlməzdənqayıtmayanları da.Qətl günü üzünü tərtəmiz təraş edib, ağ köynək geyinən,səliqəylə qalstuk bağlayıb edam yerinə qalxan Firudin İbrahimidə, Savakın sularda boğduğu Səməd Behrəngi də... şəhidqadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızıda, Mərziyə Üsküyü də... Kürd qəhrəmanı Məhəmməd Qazidə... Bu muzeydə xalqların formal, rəsmi, boğazdan yuxarıdostluğu yox, halal qardaşlığı, həqiqi həmrəyliyi, tale birliyiəks olunmalıdır. 90-cı ilin Yanvar faciəsi haqqında mərkəzimətbuatda ilk həqiqətləri söyləyən rus rejissoru StanislavQovoruxinin yazısı da bu muzeydə yer tapmalıdır, qazax363

dostumuz Oljasın təyyarə bileti də – Bakının ağır günündə onubura yetirən təyyarənin bileti... Tiflisin 89-cu il 9 Aprel faciəsidə əks olunmalıdır bu muzeydə, Ermənistan zəlzələsindənsonra yardıma tələsən, hava qəzasında həlak olan və qəzayauğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də...Ayrıca bir lövhədə – Qobustan daşları kimi əbədi bir daşınüstündə – kənd, çay, dağ, meşə, bulaq adları yazılmalıdır –Ermənistandan qovulmuş Azərilərin – yurd yerləri, qədimdədə-baba məskənlərinin adları. Axı bu adlar da repressiyayaməruz qalmış adlardır.Muzeydə hər saatdan bir həzin musiqi səslənir – Üzeyirbəyin ölməz "Şəbi-hicran" xoru, Böyük Füzulinin sözləri eləbil məxsusi Şəhidlər dağı üçün yazılıb:Şəbi-hicran yanar canım,Tökər qan çeşmi-giryanım.Oyadar xəlqi əfğanım,Qara bəxtim oyanmazmı?Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada,döşəmədə mis bir dairə – qalxan kimi. Ətrafında dairəvidivarlar. Divarların üzərində böyük sənətkarlarımızın sözləri.Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin:Dağa dersən eşidər, sonra verər əks-səda,Daşa dönmüşlərə əks eyləmədi fəryadım –beytinəcən, Sabirin:Ey dərbədər gəzib ürəyi qan olan çocuq,Ey ehtişami-milləti talan olan çocuq –misralarına qədər.TBu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlikmeydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətənitəhlükədədir. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa –gözümüzün qabağında ürəklər parçalayan Azərbaycanmatəmgahı durur" (Mirzə Cəlil). Bu sarsıdıcı sözlərdən çağdaşşairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan – bütünmətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis364

dairənin üstündə isə, məncə, ikicə sətir yazılmalıdır. Busətirlərin müəllifi – gənc şəhid şair dahilərin, uluların,böyüklərin məclisində mərkəz yeri öz halal qanıyla, taleyilə,qismətiylə qazanıb! Onun sətirlərinin saf həqiqəti qarşısındabaş əyməliyik:Həyat üçün doğulmuşduq,Vətən üçün ölməliyik.***Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlərdağı... Xalqın matəmi, hüznü, dərdi. Xalqın mütilik, köləlik,əsarət üzərində qələbəsi...Şəhərin aşağı məhəllələrindən, dəniz sahilindən başımızıqaldırıb yuxarı baxacayıq – çətin anlarımızda ucalardan ucatanrıya üz tutacayıq. Bir də Şəhidlər dağına, onun əbədiməşəllərinə tapınacayıq...…Və bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarındaqəlblərimizə kədərlə bərabər ümid, işıq, həyat duyğuları dadolacaq...Yanvar,1991365

AYDIN SURƏTİParlaq, munis, unudulmaz insanlar – Dilarə Əliyeva vəAydın Məmmədovun faciəli ölüm xəbəri məni Türkiyədə, əskiSəlcuq şəhəri Bursada yaxaladı.Mən "yaşıl Bursa", "gözəl Bursa", "qədim Bursa" da yazabilərdim. Niyə kağıza qeyri-ixtiyari məhz bu sözlər – "Səlcuqşəhəri" düşdü? Assosiasiyaların – anımların, yada salmalarınöz qanunları var və Səlcuqların da burda xatırlanması təsadüfideyil.Bir neçə il bundan qabaq Leninqradda (onda hələ Leninqradidi) Azərbaycan günlərinin iştirakçıları sırasında Aydınla məndə vardıq. Sözləşib məşhur alim-türkoloq L.N.Qumilyovgiləgetdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanışetsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gəncazərbaycanlı həmkarına xüsusi bir hörmətlə yanaşdığını görür,qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, özkeşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovunatasıyla bir barakda, üst-üstə taxçalarda yatmağından danışırdı.Söhbət Azərbaycan xalqının mənşəyindən düşdü. Qumilyov:"Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünümüəyyənləşdirmək üçün ora-bura boylanırlar? – deyə soruşdu:– Səlcuqların əsl varisisiniz. Azərbaycan tarixində üç uluSəlcuqun – Toğrulun, Alp-Arslanın, Məlikşahın həlledici yerivar. – Sonra diqqətlə Aydına və mənə baxdı – Səlcuqmənşəyiniz hər birinizin zahiri görkəmində belə əks olunub, –deyə əlavə etdi.Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanınquruluşu, mənəviyyatın yönü, ruhun gözəlliyidir. Və AydınınSəlcuq ruhuna sədaqəti, türk mənəviyyatına, xalqımızın həqiqimənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununlaəlaqədardır. Aydın əsl alim idi. Ciddi dilçi-alim kimi366

Azərbaycan dilinə aid araşdırmalar aparmaq, iltisaqi şumerdiliylə iltisaqi türk dilləri arasında müəyyən bağları axtarmaq,tələsik səthi nəticələr yox, inandırıcı dəlillər tapmaq istəyirdi.Bu barədə dəfələrlə etdiyimiz söhbətlər zamanı "ayrı-ayrısözlərin bənzərliyinə, oxşarlığına uymaq olmaz, – deyirdi –"Xalq etimologiyası" deyilən məsələ təhlükəli və sürüşkənsahədir. Başı çıxanın da, çıxmayanın da zahiri əlamətlərə görəqəti hökmlər verməsi gülüncdür. Həqiqi elmi etimologiyanı"ehtimalogiya" ilə əvəz etmək olmaz". Şumer dilinə ciddimarağı, bu sahədə tədqiqatları onu görkəmli qazax şairi OljasSüleymenovla yaxınlaşdıran, məhrəmləşdirən, doğmalaşdıranümdə cəhətlərdən idi.Səksəninci illərdə bir neçə gənc dilçi-alimimiz, yəqin ki,ədəbi tənqid sahəsində müəyyən kasadlıq, xüsusən də, cavannəsil tənqidçilərinin az olması səbəbindən, əzm və həvəsləədəbiyyatımızın bu cəbhəsində fəaliyyət göstərməyə başladı.Aydın da onlardan biri, həm də ən dərin mühakimələrə, əndəqiq təhlilə qadir olanlarından idi. İstər öz ədəbi nəsli, istərsədə daha yaşlı nəsillərin nümayəndələri haqqında yazıları, ocümlədən mənim haqqımda yazdığı məqalə o dövrkitənqidimizin yeni, daha müasir səviyyəsini müəyyənləşdirirdi.1987-ci il "Ulduz" jurnalının 6-cı nömrəsində Aydınla mənimdialoqumuz çıxdı. Bu dialoqda ilk dəfə olaraq latın əlifbasıməsələsini qaldırmışdıq və həmin söhbətin əks-sədası həttaOrta Asiya respublikalarında da eşidilmişdi. Mən bu söhbətdəbir sıra vacib məsələləri "səsimiz eşidilənədək" deyəcəyimizəboyun olmuşdum. Sonralar Aydın məqalələr kitabını nəşretdirdi, o kitaba həmin dialoqumuzu da saldı və kitabı həminsözlərimlə adlandırdı: "Səsimiz eşidilənədək".Ay keçdi, il dolandı. O vaxt qaldırdığımız məsələlərin birçoxu keçmişdə qaldı, bir sıra məsələlərdə isə həyat bizim ənqabaqcıl fikirlərimizi ötüb keçdi. Yeni ictimai iqlim yarandı,yəni mənəvi ab-hava müəyyənləşdi, yeni siyasi şərait təsdiq vəbərqərar oldu. Və bütün bu surəclərdə (proseslərdə) Aydın367

yalnız alim-tənqidçi, publisist kimi deyil, nüfuzlu siyasi xadimkimi də böyük rol oynadı. Həm də o siyasətçi kimi çox tez birzamanda yetişdi, püxtələşdi, sözü gözlənilən və sözü eşidilənbir adam oldu. Müxalifətin bu gün geniş tanınmış, o vaxtlar isəsiyasi meydanda hələ ilk addımlarını atan xadimləriyləYazıçılar İttifaqında təşkil etdiyimiz görüşlərin fəaliştirakçılarından biri də Aydın idi. Belə görüşlərdən birinin lentyazısı məndə durur. Bu kasetdə indiki məşhur müxalifətliderlərinin səsləriylə bərabər, mənimçün çox əziz olan ikinəfərin – faciəli aqibətə düçar olmuş Tofiq İsmayılovun vəAydın Məmmədovun da səsləri eşidilir.Aydın ayıq siyasi təfəkkürə, nadir natiqlik bəlağətinə, genişelmi və ədəbi erudisiyaya malik bir şəxsiyyət idi. Odur ki, uzunsəylərdən sonra Azərbaycan Yazıçılar İttifaqı nəzdindəTərcümə və Ədəbi Əlaqələr Mərkəzini yaratmağa nailolduğumuz zaman buranın rəhbərliyini mən məhz AydınMəmmədova təklif etdim. Aydın bu təklifi məmnuniyyətləqəbul etdi. O vaxtkı qaydalar üzrə "yuxarılar" da onunnamizədliyini təsdiq etdilər. Aydın işə həvəslə, səriştəyləgirişdi və qısa müddətdə peşəkar kollektiv toplayıb, görüləsiişləri planlaşdırdı. Bu çətin və ciddi işlə bərabər Aydın siyasifəaliyyətindən də kənar qalmırdı, Azərbaycan Ali Sovetinədeputat seçilmişdi. İstər şəxsiyyətində, istər siyasi fəaliyyətindəziddiyyətli cəhətlər də vardı, siyasətin "oyunlarından" və"fəndlərindən" də agah idi, yanıldığı məqamlar da olurdu.Amma siyasi həyatımızda Aydının öz əvəzsiz yeri vardı və buyeri indi də görünür. Ali Sovet sessiyalarında onun parlaq,ağıllı, təmkinli çıxışları xalq tərəfindən böyük rəğbətləqarşılanırdı. Xalq onun sözünə inanır, etibar edirdi.Parlamentimizin bugünkü çarpışmalarında Aydının müdriksözünə, inandırıcı məntiqinə, konstruktiv təkliflərinə daha artıqehtiyac duyulur. Azərbaycan Yazıçılarının IX Qurultayıərəfəsində xəbər yayıldı ki, Aydın Tərcümə Mərkəzindəngetmək istəyir. Bu xəbər müəyyən dərəcədə onun "Yol"368

qəzetinə verdiyi müsahibəsinə əsaslanırdı. Güman olunurduki, Aydın bütün fəaliyyətini yalnız Ali Sovetdəki işiyləbağlamaq istəyir. Axı o yalnız deputat deyil, həm də Ali Sovetkomissiyasının sədri idi. "Türkologiya" jurnalı redaktorunun dabirinci müavini, faktiki olaraq bu jurnalı çıxaran idi.Qurultayda Aydın Azərbaycan Yazıçılar Birliyi idarəheyətinin üzvü və o vaxt keçiriləcəyi güman edilən SSRİYazıçılar Qurultayına nümayəndə seçilmişdi.Azərbaycan Yazıçılar Qurultayından sonra, təşkilatplenumumuzdan bir gün əvvəl axşam Aydın mənə evə zəngelədi, bir qədər həyəcanlı səslə:–Anar müəllim, mən Tərcümə Mərkəzindən getməkistəmirəm, – dedi, – bütün başqa vəzifələrimdən, işlərimdən əlçəkərəm, hətta deputatlıqdan imtina etməyə də hazıram, ammaTərcümə Mərkəzindən ayrılmaq istəmirəm.–Aydın, nə söhbət ola bilər, – dedim, – Tərcümə Mərkəzininilk müdiri sənsən, kollektivi sən toplamısan və qalıb işləməkistəyirsənsə, çox gözəl. Deputatlıqdan imtina-filan da lazımdeyil.Aydının bu telefon söhbətindən sonra bir qədərsakitləşdiyini hiss etdim, amma görünür, nədənsə nigaran idi,ya kimsə onu bu sarıdan nigaran salmışdı, çünki elə həmin güngecəyarısına yaxın bir də zəng elədi və yuxarıda gətirdiyimdialoq demək olar ki, bir də təkrar olundu.Səhər plenumda Aydın Məmmədov Azərbaycan YazıçılarBirliyinin katibi və Tərcümə Mərkəzinin müdiri seçildi. 1991-ci il mart ayının son günləri idi, kim bilərdi ki, Aydının ömürmöhlətinə cəmi-cümlətanı bir aydan da az qalıb.Türkiyədən dönən kimi Emin Sabitoğluyla birlikdə Şəkiyə,Kiş kəndinə, Aydının qəbri üstünə, sonra da ata evinə,valideynlərinə başsağlığı verməyə getdik.İnsanlar bir-birinə bənzəmədikləri kimi, dərdi də müxtəlifcür çəkirlər. Dərdini içində, zahirən büruzə vermədən, mətanətvə dözümlə çəkənlər adamı daha artıq sarsıdır. Aydının369

atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş kədərişığını heç bir vaxt unutmaram.Dözülməz oğul dağını, təsəllisi mümkünsüz övlad dərdinielə ləyaqətlə çəkirdilər ki, bu saatlarda Aydının hansı sağlamvə əbədi köklərə bağlı olduğunu daha dəqiq duya bildim.Aydın yaşayarkən o, atası Mirsaleh kişi üçün iftixar etdiyi,fərəhləndiyi oğul idi, balaca bir kənddən çıxıb Bakıya getmiş,orada peşəyə yiyələnmiş, alim olmuş, ad-san qazanmış bir ailəüzvü idi. Ölümündən sonra Aydını bütün xalq – Azərbaycanxalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını dərk etdi.Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görədə çox təbii və səmimi sözlər idi:–Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş.Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar,teleqramlar, güllər...Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütünAzərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə qərqolub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı– Aydın buranı çox sevərdi. "Marxal"ın qədim türk sözüolduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biritərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmişbir ev – itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yanayana,yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana.Hər tərəfdə – qarlı dağlar başında, sıx ormanlıqlarda, qədimŞəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın,Azərbaycanın hər yerində məhəbbətlə, hörmətlə,minnətdarlıqla, yanğıyla anılan bir ad – Aydın Məmmədovunadı. Aydının butün vətən torpağımızı dolaşan ruhu.Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlısurəti.Aydın surəti.28 mart, 1992370

TORPAĞI VƏTƏN EDƏNLƏR90-cı il 20 yanvar müsibətindən sonra xalqımızın bəxtinə birqara gün də çıxdı – 91-ci ilin 20 noyabrı.Bu nə zəmanədir, ilahi, televiziyada səslənən klassik musiqidərhal gərilmiş əsəblərimizi bir az da tarıma çəkir, səksəkəliürəklərimiz bəd xəbərin vahiməsiylə titrəyir. 20-də axşamteleviziya ekranında alışdığımız xəbərlər proqramı əvəzinəsimfonik musiqi sədaları eşidəndə ürəyimə yeni bəlanınqorxusu damdı. Xəstəydim, evdə yatırdım, kimdən xəbər alabilərdim? Dayım oğlu milis polkovniki Akif Rəfiyevə zəngelədim. Yoldaşı təşvişlə: – Akif Qarabağdadır, – dedi, – yamannigaranıq. Deyirlər orda yenə atışma olub.Daha kimə zəng edə bilərdim? Yəqin hər halda Tofiqİsmayılov bir xəbər bilər. Dəstəyi qaldırdım. Elə bil kimsə: –Yox, zəng eləmə, – dedi. – Yəqin hələ işdədir. Evə gec gəlir.10-a qədər bir şey aydınlaşmasa, zəng vurmaq olar. O vaxt evəgələr.Daha heç vaxt evə gəlməyəcəksən, Tofiq, nə onda, nə onbirdə, nə bu gün, nə sabah, heç vaxt mehriban ailəni xoştəbəssümlə sevindirməyəcəksən, həyatından artıq istədiyinoğlun Heydəri oğrun-oğrun süzüb fərəhlənməyəcəksən.Tofiq, əzizim, dostum, qardaşım. Səni üç il qabaq itirsəydik,yenə də yanardım, xalqımın belə alim, ziyalı, ağıllı-kamallıoğlunun itkisinə acıyardım.Amma səni daha yaxşı tanıdığım bu üç il ərzində mənə oqədər doğma, munis, əvəzsiz bir dost oldun ki, ən çətindəqiqələrdə çiyin-çiyinə dayanmağımıza elə alışdım ki,müdrik məsləhətlərinə, dəqiq siyasi təhlillərinə, adicə insanidavranışına o qədər vərdiş etdim ki, sənin yoxluğun ən əziz, ənyaxın adamımın itkisi kimi ağrıdır məni. Sənin bu son illərdəxalqın üçün, vətənin üçün elədiyin fədakarlığı, hünərini və371

cəsarətini, dönməzliyini və tədbirini – bilənlər bilir, ammabəlkə biz – sənin deputat həmkarların bu çətin, əzablı vətəhlükəli mübarizənin gözlərdən, qulaqlardan gizlin təfərrüatınıdaha artıq bilirik. Ali Sovetin, Qurultayın sessiyalarında,iclaslarında rəqiblərimizi məntiqinlə, natiqlik məharətinlə,ehtiraslı vətəndaşlıq mövqeyinlə yerində oturdan çıxışlarındanbaşqa, necə deyərlər, "səhnə arxasında", şəxsi təmasların,saysız-hesabsız yazılı məktubların, sorğuların, müraciətlərin,ən yüksək vəzifəli adamların kabinetlərində ləyaqətlə, səbrlə,təmkinlə, prinsipiallıqla apardığın danışıqlar – sənin bu torpaq,bu vətən uğrunda sıravi əsgər döyüşün, bacarıqlı sərkərdəəməliyyatın idi.Xalqımızın başına gələ biləcək neçə bəlanın qarşısınıvaxtında almaqda sənin misilsiz xidmətin var. Butün bu illərərzində sənin nələr çəkdiyini bilən bilir, Tofiq. Qarabağımızason borcunu da verdin – onun doğma torpağında şəhid düşdün.Şəhidin yeri behiştdir, – deyərlər. Dostlarının, xalqınınqəlbində həmişə yeri behiştlik bir fədai kimi yaşayacaqsan,qardaşım.Vəli, əzizim! Ali Sovetdə sənin gördüyün qara fəhlə əməyi –parlaman iclaslarında, komissiyalarda fəaliyyətin, müasir, yatarixi sənədləri, qərarları və qanunları həmişə cabəca əlininaltında saxlamağın, tutarlı silah təkin istifadə etməyin –ədəbiyyatçı-tədqiqatçı kimi yaşadığın gənclik illərinin vərdişiidi, Nərimanovun ürək yanğısıyla yazdığı və illər boyugizlədilən məktublarını arxivlərdə öz əlinlə köçürdüyün, sonraduyuq düşməsinlər deyə köynəyinin altında bayıra çıxardığın ouzaq illərdən qalmışdı sənə. Uzun illər partiya işlərindəçalışmışdın, amma o işləri tapdalamaq yeni siyasi konükturayaçevriləndə keçmişinə dönük çıxmadın. Çünki konüktürçüdeyildin, əqidə adamı idin. Əqidə saxta olsa belə, ona inamsüni yox, həqiqi ola bilər. Yüksək partiya vəzifələrindəciblərini doldurmamışdın, altına yığmamışdın, bir vaxtpartiyanı öyməklə sərvət qazanıb, indi partiyanı söyməklə372

şöhrət axtaranlardan deyildin. Çox yerdə işləmişdin, işsiz qalanvaxtların da olmuşdu, işini dəyişdiyin vaxtlar da. Qarabağdaişini yox, dunyanı dəyişdin.Əzizim Vaqif! Xalq deputatlarının birinci Qurultayında –sənin halal yerinə bədnam Zori Balayanı dürtüşdürməkistədilər. Çıxış eləməliydin. Çıxışının rus dilində səlis səslənibsəslənməyəcəyindənvə bunun da seçkiyə müəyyən təsirgöstərəcəyindən nigaran idik hamımız. Bircə səndən başqa."Arxayın olun, – deyirdin. – Necə lazımdır, elə danışacam vəseçiləcəm".Belə də oldu. Çünki danışdıqların həqiqət idi, ədalət sənintərəfində idi və sənin rəqibinə qələbə çalmağın haqq işin zəfəriidi.Ən ağır dəqiqələrdə məhz sən bizi arxayınlaşdırırdın: "Mənordan gəlmişəm, işin içindəyəm, hər şey yaxşı olacaq, –deyirdin. – Qarabağ sarıdan narahat olmayın. Bu çəkişmədə bizhökmən qalib gələcəyik!".Məmməd, İsmət, Zülfü, Qurban – əziz həmvətənlərim –sizinlə bağlı nə qədər xatirələrim var, Bakıda, Moskvada,Şuşada, Sumqayıtda, Ağdaşda görüşdüyümüz günlər, saatlar...Haçansa xoş zarafatlı söhbətlər, haçansa ciddi, ağrılı fikirmübadiləsi... Ön atəş xəttindən gələn sorağınız – Qarabağımızıqorumaq və qurmaq əzminiz... Nurlu surətləriniz yaddaşımdurduqca yaddaşımda qalacaq.Osman, Rafiq – uzaq gənclik illərimin tay-tuşları, duz-çörəkkəsdiyim, xeyirdə-şərdə görüşdüyümüz, dərd-sərimizibölüşdüyümüz insanlar. Bir gündə, bir neçə dəqiqəlikteleviziya xəbərində bu qədər dost, yoldaş, tanış itirmək nədəhşətli imiş...İqor, eşe odin tovarih moix önıx let. Ə vospominaö totdalekiy i nezabıvaemıy seminar tvorçeskoy molodeji, kotorıy tıs Zaurom Rustam-zade orqanizovali v Zuqulbe, i kak mı vsebıli molodı, i kak vsem nam toqda bılo xoroşo vmeste, iskolğko svetlıx nadejd bılo v naşix duşax. Kak strastno sporili373

mı o podeme kulğturı naşey rodinı Azerbaydjana. Moey i tvoeyrodinı, İqor. Tı zdesğ rodilğsə, na gtoy zemle jil, löbil, rabotal,gtoy rodine s sınovney vernostö slujil i otdal svoö jiznğ za nee.İ pustğ pamət o tebe stanet simvolom edinstva vsex qrajdanAzerbaydjana, raznıx naüionalğnostey, predannıx gtoy zemle isçitaöşix ee svoey rodinoy.Alı, gənc dostum. Ali Sovetin mətbuatsız keçən hər qapalıiclasından sonra tənəffüsə çıxarkən ilk gördüyüm sənin nigarangözlərin, ilk eşitdiyim sənin səbrsiz sualların idi: "Nə oldu?Bizə toxunan bir məsələ qalxmadı ki?"Sən də, Fəxrəddin də, işıqçı həmkarın Arif də son saatınızaqədər vətəndaşlıq və peşəkarlıq borcunuzu namusla, qeyrətləyerinə yetirdiniz. Sizin işinizə verilən ən yüksək qiymət odurki, vertolyotunuzu namərd gülləbaranıyla məhv edən quldurlar– cinayət yerində iz itirməyə çalışan canilər kimi – sizinçəkdiklərinizi oğurlayıb aparıblar. Sizin əks etdirdiyinizhəqiqətdən necə qorxurmuşlar gör!Hamınızın müqəddəs ruhları qarşısında baş əyirəm. Allahhamınıza rəhmət eləsin.Qarabağa sülh məramıyla gəlib, burdan öz yer-yurdlarınatabutda qayıdan hərbçilərin, mühafizə orqanları işçilərinin,Rusiya və Qazaxıstan nümayəndələrinin, vertolyotsürücülərinin xatirələri qarşısında baş əyirəm.Bu günlər tez-tez yada düşən misranın həqiqəti əbədidir:Torpaq, əgər uğrunda ölən varsa – VƏTƏNDİR.21 noyabr, 1991374

TOFİQ İSMAYILOVUN XATİRƏSİNƏBudur bax – bir il də keçdi. 1991-ci il noyabrın mənhus 20-sində Qarabağ göylərində görünməmiş qəddarlıqla, məkrlə birdikuçar (helikopter, vertolyot) məhv edildi. İndiyəcənaçılmamış bu cinayətin nəticəsində insanlar həlak oldu: onlarınçoxusuyla uzun illərin dostluğu bağlayırdı məni və bu dostlarıniçində ən yaxını Tofiq İsmayılov idi.Dostlar müxtəlif türlü olur – uşaqlıq dostları, gənclikdostları, ömrün qısa, ya uzun müddətlik dostları. Əlbəttə, ömürboyu sürən dostluq da var. Tofiq mənim sinli çağımın dostu idi,bu yaşda dostları xüsusi tələbkarlıqla seçirsən. Biz özömrümüzün və xalqımızın ömrünün ən ağır, ən çətin illərində –son illərdə dostlaşdıq. Bu çətin və ağır illəri həm də sınaq illəriadlandırmaq olar – insan münasibətlərinin, etibarın vəetibarsızlığın sınanıb üzə çıxdığı illər, sözlə hərəkətin birbirindəndəqiq ayrılıb seçildiyi illər. Bu yaşda, adətən, dostlarıtapmırlar, itirirlər.İtkilərimin qəmli siyahısı var, o cümlədən dost itkilərimində. Biri öldü, belə erkən, belə tez getdi aramızdan. Biriuzaqlara getdi. Üçüncüsü satdı – sakitcə, səssiz-səmirsizcəxəyanət etdi.Ömrün bu sərt aşırımında tale mənə Tofiqlə dostluğu bəxşetdi, bu dostluq gec gəldi həyatıma və əfsus ki, çox qısa oldu.Tofiq İsmayılov haqqında 1989-cu ilə qədər nə bilirdim?Bilirdim ki, görkəmli alimdir və Akademiyamız onu öz üzvüseçmək şərəfinə layiq görməyib. Bilirdim ki, ziyalı, mədəni,nəzakətli adamdır, görüşəndə bir-birimizə iki-üç kəlmə xoş sözdeyərdik, ya elə-belə gülümsünərək salamlaşıb ötərdik.Gərək ki, 1987-ci ilin payızında Yazıçılar İttifaqındaXəzərin problemlərinə həsr edilmiş Dəyirmi stol ətrafındatoplaşmışdıq. Moskvadan publisistlər, bizim Azərbaycan375

yazıçıları, jurnalistləri, alimləri dəvət olunmuşdu. Onlarınsırasında "Xəzər" Kosmik Tədqiqatlar İnstitutunun müdiriTofiq İsmayılov da vardı. Onun çıxışına heyran qaldım.Xəzərin ekologiyası üzrə mütəxəssis olmasa da, ətraflı, səriştəliçıxışında bu problemləri yerli-yataqlı, müfəssəl bilməsi açıqaydıngörünürdü.Elə bütün bunlar kifayət idi ki, mən Tofiqin dikuçarda həlakolmasını xalqımız, cəmiyyətimiz, elmimiz üçün böyük itki kimiqəbul edim. Amma İttifaq deputatlığının məşəqqətli illərində bizibağlayan əlaqələr mənəvi aləmimin elə bir vacib hissəsinəçevrilmişdi ki, Tofiqin ölümü mənimçün ağır şəxsi dərd oldu, yeriheç nəylə doldurulmayacaq bir itki oldu. Bu keçən il ərzində eləgün olmayıb ki, Tofiqi xatırlamayım, onun yoxluğunun acısınıduymayım, ictimai-siyasi həyatımızın ciddi dönüş məqamlarındaonun olmamasını düşünməyim. Axı o olsaydı, qalsaydı, çox şeyayrı cür yönələ bilərdi. Tarixdə də, taledə olduğu kimi fərziyyələrə,gümanlara "əgər belə olmasaydı, elə olsaydı" ehtimallarına yeryoxdur. Tariximizin ağır olayları Tofiqin qəlbini acılarladoldururdu. O xalqının dərdlərini mərd-mərdana, kişi kimi çəkirdi,bu dərdi çəkdiyini nümayiş etdirmək üçün yox. 90-cı ilin qanlıYanvar gecəsinə görə Tofiqin ürəyi param-parça olmuşdu, ammaXocalı müsibətini, Şuşa faciəsini bilmədən getdi bu dünyadan.Bəlkə bu qəribə səslənəcək, amma bəzən mənə elə gəlir ki, ölənlərhardasa diri qalanlardan daha bəxtiyardırlar, çünki ölümlərindənsonra baş vermiş dəhşətlərdən bixəbərdirlər. Ölənlərin matəmhüznünü, kədərini də axı onların özləri yox, onların dalıncaağlayanlar çəkir.Deputatlıq illərimizdə Tofiqi yalnız etibarlı dost kimi deyil,həm də nadir bir şəxsiyyət kimi tanıdım. Məncə, bu şəxsiyyətmilli xarakterimizin ən gözəl cəhətlərini özündə toplamışdı –ağıl və ehtiras, əqidələrində sabitlik və ardıcıllıq, işinə, əməlinəfədakarlıqla xidmət göstərmək, təmənnasızlıq və qorxmazlıq,inad və iradə möhkəmliyi – bütün bünlar vardı Tofiqdə vəbütün bunlar qəribə bir nazikliklə, nəcibliklə, təvazöylə376

uyuşurdu. Heç vaxt özünü gözə soxmağa çalışmazdı. Hər kəsəyardım əlini uzatmağa hazır idi. Başqasının dərdini öz dərdikimi çəkirdi, xislətində bir mərdlik, səxavət, ürək genişliyivardı. Həyatsevər idi, dünyanın kefini çəkməyi də bacarırdı,amma ağır zəhmətə qatlaşmağına, işgüzarlığına, işdə sərtnizam-intizamına da söz ola bilməzdi. Zəngin daxili aləmivardı, fəqət öz içinə qapanmamışdı, insanlarla asan təmasqururdu, çox ünsiyyətli idi, yapışıqlı idi, sadə idi, özünüdartmağı sevməzdi. İnsanlara sözdə yox, əməli işdə qayğıgöstərərdi, kiməsə yardım əli uzatmaq üçün bir himə bənddi.Neçə-neçə adamı işə düzəltdi, talelərinin uğursuz anlarındadadlarına çatdı, xırda məişət sorunlarına qədər maraqlandı.Neçəsinin sözün məcazi yox, hərfi mənasında həyatlarını xilasetdi. Ona müraciət edənlər bilirdi ki, Tofiq əlindən gələni dəedəcək və hətta əlindən gəlməyəni də. Saysız-hesabsız deputatmüraciətləri, sorğularıyla, məktublarla, inadlı telefondanışıqlarıyla, bilavasitə ünsiyyətlə, rütbəli şəxslərinkabinetlərinə ayaq döyməklə Tofiq qarşısına qoyduğuməqsədlərə hökmən çatırdı. Amma məsələ tək bu fərdi, şəxsixeyirxahlıq addımlarında deyil. Doğrudur, onlar da vacibdir,kimsə belə işlərə rişxənd eləsə də, insanların həyatları çox vaxtbu sayaq xırda məsələlərdən də asılı olur. Amma dediyim kimi,məsələ yalnız bunlarla məhdudlaşmır. Daha önəmli işi Tofiqİsmayılovun bir deputat kimi öz xalqı, öz respublikası üçünelədikləridir. Bu elədikləri üçün quru bir "çox sağ ol" dagözləmirdi. Çünki tamamilə haqlı olaraq belə düşünürdü ki,ancaq öz borcunu yerinə yetirir – azərbaycanlı, ziyalı, vətəndaş,deputat borcunu. Nəinki "çox sağ ol" gözləmirdi, həttaelədiklərinin doğru-düzgün, ədalətli qiymətləndiriləcəyinə dəümidi az idi. Yadımdadır, bir dəfə – Parlamentdə çox qızğınmübahisələrdən, kəskin etirazlardan, yorucu danışıqlardansonra ən yüksək məqamlarda biz xalqımızın taleyi üçün faciəviola biləcək hadisələrin qarşısını aldıq. Tofiq isə bu fəaliyyətincanı, qəlbi idi, bizim deputat korpusunun düşünən beyni, vuran377

ürəyi idi. Bundan bir qədər sonra isə Tofiq yüngül bir zarafatla(amma bu zarafatın içində xəfif bir kədər də vardı) mənədanışırdı ki, Bakıda qaynam-qaynam qaynayan izdihamlı birgörüşdə ağzından süd iyi gələn yeniyetmə Tofiqə: – Axı sən buxalq üçün neyləmisən? – deyib.Qızdırmalı çıxışlardan məst-xumar olmuş belə növcavanınnadan sualı adama yer eləmir. Adama yer eləyən odur ki,Tofiqə və başqa deputatlarımıza – Vəli Məmmədova, VaqifCəfərova – mən ancaq rəhmətə getmişlərin adını çəkirəm –mənfi münasibət qəsdən, bilərəkdən yaradılırdı. Özü dədeputatlarımızın son dərəcə əhəmiyyətli fəaliyyətindən yaxşıxəbərdar olan, agah olan adamlar tərəfindən qısqırdılırdı.Bütün bu illər ərzində mən Bakı meydanlarını çuğlayan vəhalal hiddətlə kükrəyən Xalq hərəkatının əhəmiyyətini qeydetmişəm. Məhz bu qəzəbli və güzəştsiz axın bizim deputatkorpusumuza da güc verirdi, biz sözlərimizin, tələblərimizin,təkliflərimizin arxasında real qüvvə dayandığına güvənirdik...Qoy o mitinq natiqləri də ədalət naminə bir həqiqəti etirafetsinlər: o illərin siyasi vuruşlarının ön cəbhə xətti ÜmumittifaqParlamentindən keçirdi və laqeyd, biganə, bəzən bizibəyənməyən, bəzənsə açıq düşmən kimi baxan Ali Sovetauditoriyası qarşısında çıxış edib Azərbaycanımızın mövqeyinimüdafiə etmək, Bakıda, həmvətənlərin qarşısında odlu-alovluçıxışlar etməkdən qat-qat daha çətin məsələ idi. Həm də axıBakıdakı auditoriya natiqin məhz o sözlərini alqışlayırdı ki,onları eşitmək arzusunda idi. Bu sözlərin gerçəklikdən nə qədəruzaq olub-olmaması, xalqın taleyi üçün nə qədər xeyirli, yaziyanlı olması kimsənin vecinə deyildi.Mən indi özümün də, necə deyərlər, yaralı yerim olan buməsələyə toxunmaq istəməzdim, amma diş ağrısı kimi heçzaman məni rahat buraxmayan bir qəlb sızıltısı bu sözləriyazmağı məcbur edir: bu mübarizələrdə xidmətləri olmuş vəson nəticədə öz həyatlarını belə qurban vermiş adamları necəunutmaq olar?378

Bu günlər 88-ci il noyabr mitinqlərinin ildönümü MilliDirçəliş bayramı kimi qeyd olunur (mitinqlər daha əvvəl, 88-ci ilin fevralında başlamışdısa da). Və haqlı olaraq Meydandaodlu-alovlu çıxışlar edənlərin xidmətlərini xatırlarkənAzərbaycanın səsini haçansa SSRİ adlanan ölkənin ən yüksəkkürsüsündən – Ali Sovet kürsüsündən ucaldanlar unudulur.Amma orada ucalan səslər – çox vaxt səhrada tək qalıb harayçəkənin sədası idi. Bu sədaların içində ən gur səslənən Tofiqİsmayılovun harayı idi. Get-gedə bu səsləri dinləməyə,eşitməyə başladılar. Tofiqə müxtəlif millətlərə və müxtəlifsiyasi əqidələrə mənsub olan adamlar da ehtiram bəsləyirdilər.Ona görə də düşmənlər ona bu qədər nifrət edir və ondanqorxurdular. Onun iti zehnindən, iradəsindən, məntiqindən,inadından qorxurdular. Onun bəyan etdiyi həqiqətlərdənqorxurdular.Ali Sovetin iclaslarından birində Tofiq mikrofona növbəyədayanmışdı. Onun arxasında Ermənistan deputatı LidiyaArutunyan durmuşdu. Onlar bir-birini yalnız Parlamentdəndeyil, həm də eyni deputat heyəti tərkibində Amerikaya birgəsəfərlərindən tanıyırdılar. Tofiq tam bir centlmen idi və onagörə də Arutunyan: – Tofiq Kazımoviç, icazə verin, mənsizdən irəli keçim, – deyəndə nəzakətlə qadını qabağaburaxmışdı. Mikrofonu ələ keçirən kimi Lidiya Arutunyansədrdən tələb etmişdi ki, Tofiq İsmayılova söz verilməsin.Tofiq şaqqanaq çəkib gülmüş və söz də almışdı. Amma buepizod çox şey deyir – ümumiyyətlə, milli xarakter haqqındada, şəxsən Tofiq İsmayılovun xarakteri haqqında da.Ciddi alim və fəal deputat, mehriban, qayğıkeş ailə başçısıvə etibarlı dost – Tofiq İsmayılov xatirəmdə belə yaşayır. Birdə ki, mənim üçün o, müstəqil Azərbaycanın ilk Milliqəhrəmanlarındandır.Bunun rəsmi fərmanla təsdiq olunub-olunmamasının isə biro qədər də əhəmiyyəti yoxdur məncə.379

12 noyabr, 1992380

VƏLİ MƏMMƏDOVU DÜŞÜNÜRKƏNBu gün unudulmaz dostum Vəli Məmmədovu düşünürkənilk öncə yadıma düşən onun iki sözüdür. Qarabağ məsələlərihələ təzə başlayanda Vəli bir dəfə mənə: – İndi bundan sonrabizim nə ömrümüz qalıbsa həyatımızın axırına qədər Qarabağproblemiylə məşğul olacayıq, – dedi. Görkəmli alim, qeyrətlivətəndaş Xudu Məmmədovun ürəyi Qarabağ dərdinə dözməyibpartlayanda Vəli: – Thələ bu yolda bizim çox qurbanlarımızolacaqU, – dedi.Hər iki sözü çin çıxdı Vəlinin. Ömrünün sonuna kimiQarabağ mübarizəsinin ön cəbhəsində vuruşdu və bumübarizənin qurbanı oldu.Vəlini çoxdan tanıyırdım. Yaş fərqimizə baxmayaraq birbirimizləməhrəm ünsiyyət bağlamışdıq, sözümüz-söhbətimiztuturdu.Kənardan, başqa adamlardan onun haqqında eşitdiklərim dəVəliyə marağımı, rəğbətimi artırırdı. Eşitmişdim ki, hələ ovaxtlar Amerika Birləşmiş Ştatlarında olarkən Vəli oradakıAzərbaycan mühacirləriylə görüşməyə cəsarət edib. Bu, ovaxtkı siyasi mühitdə cəzasız qalmayacaq bir addım idi. İllahda partiya işçisi üçün. Amma Vəli cavanlıqdan komsomol vəpartiya işlərində çox fəal çalışsa da, hər şeydən əvvəlAzərbaycan vətənpərvəri, Azərbaycan ziyalısı, Azərbaycantədqiqatçısı idi.Tədqiqatçı kimi də Nəriman Nərimanovun şəxsiyyətinə –hələ onun adı yasaq olan vaxtlardan – böyük maraq göstərirdi.Nərimanovun Leninə, Stalinə, Trotskiyə yazdığı faciəliməktubların surətini Bakının, Tbilisinin arxivlərində gizlincəköçürür, köynəyinin altında xəlvətcə binadan dişarı çıxarırdı.Bunu mənə özü danışmışdı.Vəlinin vətənsevərliyi alovlu nitqlər, gurultulu bəyanatlar,381

çılğın şüarlarda deyil, konkret əməli işlərdə meydana çıxırdı.Bakı Komitəsində ideologiya üzrə katib işlədiyi vaxtlardabütün sənədləri, rəsmi yazışmanı Azərbaycan dilində aparmağanail olmuşdu. "Bir dəfə hətta Mərkəzi Komitənin ikinci katibiYelistratova göndərdiyim məktubu da Azərbaycancayazmışdım, – deyə Vəli gülə-gülə danışırdı mənə, "sən dahalap ağ elədin" dedilər.Belə söhbətlər indi gülməli, qəribə gəlir. Azərbaycan dilininKonstitusiyaya görə Dövlət dili elan olunduğu respublikadarəsmi yazışmanın bu dildə aparılması nə böyük hünər imiş?İndi belə deməyə nə var? O dövranların ab-havasında yaşamış,mənəvi iqlimində nəfəs almış adamlarçün hər belə bir addımınnə qədər çətin, təhlükəli, ən ağır nəticəli olmasını izah etməklazım deyil. Bilirlər. Görüblər. Yaşayıblar o dövrləri. Başlarıçox çəkib. Bilməyənlərə, görməyənlərə, yaşamayanlara, başlarıçəkməyənlərə isə izah etmək zor işdir.Vəliylə tanışlığımız, xoş münasibətlərimiz sonralar dostluğaçevrildi. 1989-cu ildə hər ikimiz SSRİ Xalq deputatı, SSRİXalq deputatlarının birinci Qurultayında isə Ali Sovetin üzvüseçildik. Ali Sovetin üzvləri – Azərbaycan deputatları arasındaTofiq İsmayılov və Vəli Məmmədovla daha yaxın idim.Demək olar ki, hər iclasdan sonra yaşadığımız "Moskva"mehmanxanasında ya mənim, ya Tofiqin, ya Vəlinin nömrəsinətoplaşar, məsləhətləşər, iş və hərəkət proqramımızımüəyyənləşdirərdik. Ümumi iclaslarda iştirak və çıxış etsəmdə, ayrı-ayrı komissiyaların, deputat qruplarının toplantılarınagetməyə həvəsim yox idi. Vəli isə bir toplantıdan, biryığıncaqdan, müəyyən məlumatlarla faydalana biləcəyi birgörüşdən kənar qalmırdı. "Moskva" mehmanxanasında kiçicikotağında qalaq-qalaq qəzetlər, jurnallar, məktublar, ərizələr,cürbəcür soraq kitabçaları, arayışlar yığılmışdı. Ən vacib, ənmühüm xəbər, yazı, məlumat, təhlil, rəylərdən bizi də agahedirdi. Vəli əqidə adamı idi. Gənc yaşlarından komsomol vəpartiya sıralarında yetişdiyi, formalaşdığı üçün bu əqidəyə382

ürəkdən inanırdı. Dar baxışlı, məhdud doqmatik, ehkamçıdeyildi. İnandığı əqidələrin real həyatda necə təhrifolunduğunu, tərs-məzhəb tətbiq olunduğunu, yüksək sözlərsöyləyib alçaq işlər görənlərin meydan sulamasını açıq-aydıngörürdü. Bu əqidələrin özündə belə yanlış, ifrat, birtərəflicəhətlərin üstünlüyünü – illah da son illərdə üzə çıxarılmış birçox gizli sənədlərin, materialların, faktların işığında daha dəqiqanlayırdı. Anlayırdı, amma ömrü boyu tapındığı, inandığı,təmənnasız xidmət etdiyi ideyaları bir günün içində ürəyindən,beynindən süpürüb ata bilmirdi. Mən bunu Vəlinin zəifliyikimi yox, həqiqiliyi, bütövlüyü, saflığı kimi qiymətləndirirəm.Yalan bütlərə inanmısansa da, əgər səmimi inanmısansa, biryüngül hərəkətlə ömrün boyu bəyan etdiyin məsləkin üstündənqələm çəkmək asan deyil. Əgər bu məsləkin yolunda özünüoda-közə vurmusansa, bir çox başqaları kimi bu məsləkdənyalnız öz mənafeyin, öz xeyrin, öz təmənnan üçün istifadəetməmisənsə bu mənəvi dəyişmə səni içəridən gəmirir. Bir çoxpartiya işçiləriylə müqayisədə Vəli bu cəhətdən bəlkə də nadir,müstəsna şəxsiyyət idi. Onun üçün əqidə dəyişmək paltardəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən "gəlirli"partiya vəzifələrində illərlə tər tökə-tökə, dəridən-qabıqdançıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinəqədər ehtiyac və borc içində yaşadı. İçində dolandığımızcəmiyyətin eybəcər əxlaqı belə idi ki, haram pulla firavangüzəran keçirənlər yox, halal maaşla kasıbçılıq eləyənlər dahaartıq xəcalət çəkməli olur. Ciblərini doldurmağıbacarmayanlara isə hətta gülürlər də, "acizliyinə", "əfəlliyinə","pul qırpa bilməməyinə" rişxənd də edirlər. Belələriyçün Vəli"qəribə adam" idi. Nazim Hikmətin "Qəribə adam" sayağındabir məxluq idi. Vəli ayrı cür ola bilmirdi, bacarmırdı.Kommunistlər heç cür idealistlərlə barışmaq istəmir. AmmaVəli idealist idi. Təbir caiz deyilsə də, "kommunist idealisti"idi.Böyük və dəyişməz əqidəsi isə Azərbaycan vətənpərvərliyi383

idi. Bu amalın yolunda o hər hansı işdə – böyük, məsulvəzifələrdən tutmuş, ən adi sıravi xidmətə qədər hər hansıyerdə real çalışmağa hazır idi. Qarabağda güllə yağışının, ölümhədəsinin altında bu amalla yaşayır, döyüşürdü, həm də nə özfədakarlığını təbliğ edir, nə qoçaqlığını reklam edir, nə dəözünü başqalarına örnək göstərirdi. "Bax, mən belə igidəm, sizdə mənim kimi olun" demək ağlına da gəlmirdi. Bu onunxasiyyətinə, təbiətinə uyğun deyildi.Təmiz, saf, təmənnasız insan kimi yaşadı.İgid, mərd, bütöv insan kimi həlak oldu.Qəbrin nurla dolsun, Vəli.29 mart, 1992-ci il384

ULDUZLU ZİYA - ZİYALI ULDUZƏsrlərdən bəri "ulduz" sözü, "ulduz" anlayışı səma cismianlamından əlavə bir çox başqa mənalar da daşıyır. Neçəbucaqlı ulduzlar dövlət rəmzlərinə çevrilmiş, milli bayraqlarıbəzəmişdir. İnsanlar bəxt ulduzuna inanırlar, "ulduzu parladı","ya ulduzu batdı" deyirlər. Bəşəriyyətin ulduz saatlarından sözaçılır. Siyasət, elm, ədəbiyyat, sənət, səhnə ulduzları var."Ulduz" sözünün bir çox anlayışları böyük alim, vətəndaş,döyüşkənlik və cəsarət rəmzi olan akademik Ziya Bünyadovayaraşır. İlk öncə onu "ulduzlu Ziya" adlandırmağa haqqımızvar. Çünki İkinci Dünya müharibəsinin odunda-alovundaigidliyi, rəşadəti sayəsində və halal qanıyla qazandığı ulduzu -Sovet İttifaqı Qəhrəmanı ulduzunu – Ziya müəllim bütündəyişən dövrlərdə eyni iftixar və qürur hissiylə sinəsindəgəzdirirdi. Bu ulduz hər hansı sistemin, quruluşun,ideologiyanın nişanəsi deyildi, şücaətin, qoçaqlığın, hünərinrəmzi idi.Müharibə illərinin ölüm-dirim sınağından qəhrəman adıylaçıxmış Ziya Bünyadov bütün qalan ömrünü döşündəki buulduzun işığıyla, şöhrətiylə, adı-sanıyla yaşaya bilərdi. Ammao, bu asan yolu seçmədi. Elmin, biliyin fədaisi oldu, ərəbdilinin mükəmməl mütəxəssisi kimi orta əsrlərin həqiqiAzərbaycan tarixini möhkəm təməllər üzərində ucaltdı. Və"ulduz" sözünün bu mənası da ona şamil edilə bildi: "Tarixelminin ulduzu", "Şərqşünaslığımızın ulduzu","Mənbəşünaslığımızın ulduzu".Ancaq vətəndaş qeyrəti, ziyalı təəssübkeşliyi, narahat vicdanıZiya Bünyadovu daha bir sahəyə çəkdi. O, Stalin repressiyalarınınqurbanları haqqında yorulmaz araşdırmalar apardı, qaranlıq qalmışfaktları, itkin düşmüş adları, ağ ləkələri üzə çıxardı. Bu işi hər kəsdeyil, işığı, nüfuzu cəmiyyətdə təsdiq olunmuş bir ziyalı və hər385

ziyalı da deyil, "Ziyalı ulduz" görə bilərdi. Məhz bu mənada mənyazımın adını "Ulduzlu Ziya – ziyalı ulduz" qoydum. Ziyamüəllimin 37-ci il şəhidlərindən olan Mədinə xanım Qiyasbəylihaqqında yazısını oxuyandan sonra ona dedim ki, repressiyaqurbanları arasında başqa bir ziyalı qadın – Köylü qızı Gülarə dəolub. Onun haqqında materiallara rast gəlsə, bu nakam qadınıntaleyi haqqında da yazması yaxşı olardı. Bir müddət sonra ZiyaBünyadovun "Şərq qadını" jurnalının ilk redaktoru Gülarə Köylüqızı haqqında yazısını oxuyanda böyük alimin həm diqqətcilliyinə,həm də araşdırıcı inadına qibtə etdim.Ziya Bünyadovu yeniyetməlik illərimdən tanıyır və onunömür yoluna, cəmiyyətdə özünü tutmasına, davranışına gənclikçılğınlığıyla pərəstiş edirdim. Çox gənc yaşlarımda "Ulduz"jurnalının bir anketində qoyulmuş suallara cavab verərkən vəyaradıcılıq niyyətlərimdən danışarkən, xalqımızın böyük oğluZiya Bünyadov haqqında oçerk yazmaq istədiyimibildirmişdim. Təəssüf ki, indiyə qədər bu arzumu həyata keçirəbilməmişəm, amma bir gün bunu mütləq gerçəkləşdirəcəyiməinanıram. Ziya Bünyadov haqqındakı o vaxtkı niyyətimin buqədər – bir ömür – yubanmasına kiçik bir bəraətim ondadır ki,mənim təklifimlə Moskva teatrşünası Lyubov Lebedina məhzZiya Bünyadovla tanış olmaq və onun haqqında yazmaq üçünBakıya gəldi, alimlə ətraflı söhbətdən sonra "Teatralnaya jizn"jurnalında onun haqqında maraqlı oçerk yazdı.Ziya müəllim haqqında ötəri bir yazı yazmaq istəmirdim,onun barəsində layiqli bir mətn meydana çıxartmaq üçünbioqrafiyasına da, xasiyyətinə də daha yaxından bələd olmağaçalışırdım.Bibim oğlu tarixçi Oqtay Əfəndiyevlə dostluq edən ZiyanıOqtaygilin məclislərində müşahidə etdim, atamın evinə qonaqgəldiyində daha yaxından tanıdım və nəhayət, sonralar özümdə dəfələrlə bu təkrarsız insanla ünsiyyətdə oldum. Tənqidlərəməruz qaldığı vaxtlarda onu "Qobustan" toplusununredaksiyasına dəvət etdik, haqqında material verdik, iki saata386

qədər ən müxtəlif məsələlər barəsində çox maraqlı söhbətlərinidinlədim. Bərabər səfərlərdə olduq - Türkiyədə, İranda,Göyçayda. Eyni seçkilərdə Milli Məclisə deputat seçildik vəhəftədə iki dəfə iclaslarda görüşməyə başladıq. Ziya Bünyadovhaqqında yazmaq barədə gənclik niyyətimi unutmamışdım,mütləq bir gün bunu edəcəyimə əmin idim. Amma deyir, sənsaydığını say, gör, fələk nə sayır... Nə biləydim ki, Ziyamüəllimin dəfnində danışmalı olacam, onun haqqındaölümündən sonra yazmalı olacam... Milli Məclisdə arxa tərəfdəbir sırada yan-yana otururduq: Əli Ansuxski, onun yanındaZiya Bünyadov, sonra Yusif Səmədoğlu və mən ... İndi buməşum sıra haqqında düşünəndə hətta bir qədər xoflanıram.Ansuxski və Ziya Bünyadov müəmmalı şəkildə qətləyetirildilər. Yusif Səmədoğlunu çox erkən itirdik. Ziyadan vəYusifdən sonra tək bir oturduğumuz sırada deyil, ümumiyyətlə,Məclisdə yaranrmış boşluğu hər an hiss edirəm. ZiyaBünyadovu məclisdə gördüyüm son gün – demə onunhəyatının son günüymüş. Axşam toplantısının sonuna on-onbeş dəqiqə qalmış məndən o günkü qəzetləri istədi, verdim,baxdı, qaytardı.İki saat sonra isə evdə qara xəbəri eşitdim. Müharibəninbütün dəhşətlərindən keçmiş, milli müstəqilliyimiz uğrundamübarizənin ön sıralarında mətanətlə addımlamış, heç vaxtfikrini, sözünü açıq deməkdən qorxub çəkinməmiş ZiyaBünyadov öz evinin pilləkənlərində namərd əliylə – namərdəllərlə, namərd niyyətlərlə qətlə yetirilib.Bir təsəllimiz odur ki, tarixçi Ziya özü də tarixin malıolmuşdur. Hər xalqın tarixində Ziya Bünyadov kimi şəxslərinadı ən şərəfli səhifələrdə yazılır.Deyirlər, çoxdan sönmüş ulduzların işığı hələ də bizə gəlibçatmaqdadır. Ziya Bünyadovun ulduzu heç zaman sönməyəcəkvə bu işıq – bu ziyalı ulduzun işığı – ulduzlu Ziyanın işığı hərzaman Azərbaycan xalqının inam və ümid nöqtəsi olacaqdır.387

BİR NEÇƏ SÖZÜlkər! Qızımmı deyim sənə – qızımdan xeyli böyüksən,bacımmı deyim – bacımdan xeyli kiçiksən. Cavan və əbədilikcavan qalacaq qələm dostum desəm, daha yaxşıdır.Cəmisi bir neçə hekayən dərc olunmuşdu, ancaq istedadınıbəyan etmək üçün onlar da kifayət idi. Bu yazılarda istedadınümdə bəlirlərindən biri – həyatı erkən duyub qavramaq,dünyanı bütün mürəkkəbliyiylə, qəlizliyiylə anlamaq və anladabilmək cəhdi hiss olunurdu.Bizi atan – gözəl şairimiz Əliağa Kürçaylı tanış etmişdi.Arabir tamaşalarda, yığıncaqlarda rastlaşardıq, ötərisalamlaşırdıq, bəlkə heç kəlmə də kəsməmişdik səninlə. Ammabu gün sənin haqqında bir neçə söz deməyə daxili tələbatduyuram.Kövrək, bir qədər ürkək təbəssümlü çöhrən yaddaşıma həkkolunmuşdu. Hekayələrin xoşuma gəlmişdi. Hərəkətin sarsıtdıməni. Hərəkətini təqdir, ya tərənnüm etmək istəmirəm,əttövbə, bu yolu kimsəyə örnək saymaq fikrindən çox uzağam.Ancaq eyni zamanda böyük ehtirasın, hissin, o zərifvücudundakı inadın və iradən qarşısında sarsıntımı gizlətməkdə istəmirəm. Əziz dostumuz. Əliağanın itkisini iki qatmüsibətə, ağrıya çevirdin. Gənc idin, çox gənc idin. Bu gəncyaşında çox şeyi dərk etmişdin, bircə onu dərk etməmişdin ki,zaman ən acı yaraları belə ovudur, yaşa dolduqca itkilərəalışırıq, həyat bizi ən yaxın adamlarımızla ayrılmağa hazırlayırvə biz özümüz də əzizlərimizi bir gün bizsiz yaşayacaqlarınayavaş-yavaş hazırlayırıq. Sən buna hazır deyilsənmiş, Ülkər...Bu uğursuz xəbəri alandan bəri düşüncələrim onun müdhişcazibəsindən qurtara bilmir.Axşam Xəzər sahilinə getdim. Əfsanəli Qız qalasınınyaxınlığından dənizə baxdım. Əfsanə yadıma düşdü. Qalanın388

aşından dənizə atılan və qalaya öz adını vermiş qədim gözəlixatırladım. Kim nə deyir desin, bu əfsanəni qəbul edəbilmərəm. Xalqımızın milli təfəkkür tərzinə, dünyaduyumuna,əxlaq dəyərlərinə uyuşmayan bir məqam var bu əfsanədə.Xalqımın başqa mənəvi keyfiyyətlərinə inanıram: insanibağlılığa, ailə mehribançılığına, ata-övlad, ana-övlad, bacıqardaş,ər-arvad münasibətlərinin saflığına, möhkəmliyinə,həqiqətinə...Doğrudur, əfsanələrin, dastanların, nağılların çoxu cavanaşiq-məşuqların faciəli məhəbbətindən dəm vurur. Ancaqdünyada məhəbbətin, hissin, könül həmdəmliyinin başqabağları, başqa telləri də var və bəzən məhz bu tellərin qırılması– taleyin alt-üst olmasıdır. Öz əlinlə taleyini parçalayıb tar-maretmək əzmi ancaq qeyri-adi daxili ehtirasdan doğa bilər....və bu elə bir ehtirasdır ki, hər şeydən güclüdür – həyatsevincindən də, ölüm qorxusundan da, dünyanın min birmarağından, macərasından da...Axşam, adamsız sahildə, Qız qalasından bir az aralıdayanmışam, əfsanələr, faciələr şahidi Xəzərə baxıram vədüşunürəm ki, ən qəribə əfsanələrin, ağlagəlməz dastansüjetlərinin mayasında heç bir uydurma, yalan yoxdur. Bütündastanlar, əfsanələr nə qədər əcaib-qəraib şəkillərə düşsələr də,olmuş hadisələrdən törəyir, gerçəklikdən mayalanır, bizimlə birsəma altında, bir Yer kürəsində yaşayan insanlarınehtirasından, yanğısından, aldanışından, ağrılarından doğur.Əfsanələrin necə və nədən yarandığını bu axşam daha dürüstbaşa düşdüm.Heyf sənə, Ülkər...13 fevral, 1980389

BİR DOSTUM VARDIRəssam Yuran Məmmədovun xatirəsinəYaxın dost, yaşdaş, nəsildaş, həmsöhbət itirməyin acısınımən bilirəm axı, Yuran, bir daha niyə bizi bu nisgilə saldın?Sənin ölən yaşın deyildi axı... Beynin, qəlbin rənglərlə,cizgilərlə, mənzərələrlə, insan surətləriylə, yeni-yeni tablolarınəlvan boyalarıyla dolu idi... Arzuların, niyyətlərin aşıb-daşırdı.Məgər sənin ölmək vaxtın idi? Ölüm həmişə vaxtsızdır. Səningözlənilməz, qəfil ölümünə, həyat eşqilə dolu ürəyininetibarsızlığına heç cür inana bilmirəm. Ölüm sənə yaraşmır,Yuran. İndi, sənin gülər üzünü, mehriban çöhrəni xatırlayanda,o da yadıma düşür ki, sifətində həmişə xoş təbəssüm olsa da,gözlərində gizli bir kədər də var idi. Həmişə gümrahgörünürdün, nikbin adam idin, idmançı idin, gəncliyindəboksçu kimi ad çıxarmışdın, orta yaşa dolandan sonra dasağlam, qıvraq görkəmin vardı. Həmişə deyib-gülərdin. Bircəgözlərinin dalğın qəmində ötüb-keçən illərin ağrısından,acısından iz qalmışdı. Ya da bəlkə dünyayla belə erkənvidalaşacağın qabaqcadan ürəyinə dammışdı, bu gələcəkayrılığın fəraqı idi gözlərinə çökən...Təsəvvür edə bilmirəm ki, Naxçıvana gələcəm, səninləgörüşməyəcəm, ancaq məzarını ziyarət etməli olacam. Təsəvvüredə bilmirəm ki, daha Bakıya gəlməyəcəksən, Toğrula, mənə zəngvurmayacaqsan, görüşüb söhbət etməyəcəyik.Ürəyin sənə vəfasız çıxdığı o uğursuz gündən bir ay qabaqBakıda, fotoqraf Hüseyn Hüseynzadənin emalatxanasındagörüşmüşdük. Hüseyn Naxçıvan MSSR-in 60 illiyinə həsrolunmuş fotoalbom hazırlayırdı. Sənin də şəkillərin vardı bualbomda. Həm öz şəklin, fotoqrafiyan, həm də əlvantablolarının rəngli reproduksiyaları – köçürtmələri. Naxçıvanınbayramına fərəhlə, həvəslə hazırlaşırdın, iri bir divar rəsmi390

çəkməyə sifariş almışdın. Sənətdə ustadın, böyük qardaşsaydığın Toğrul Nərimanbəyovla məsləhətləşirdin. Qarşıdasəni bir sevinc də gözləyirdi – fərdi sərgin açılmalıydı. "AiləmiBaltika sahillərinə aparıram – dedin. – Onları orda rahatlayıbgələcəm. Qayıdım, bir yerdə Naxçıvana gedək".Belə də sözləşdik: Qayıt Baltik sahillərindən, gedəkNaxçıvana. Toğrul, sən, mən. Baltik sahillərindən qayıtmadın.Ürək böhranı səni Azərbaycanımızdan uzaqlarda haqladı.Naxçıvana tabutunu gətirdilər... Səni doğma torpağa tapşırdılar.Sən bu torpağı sevirdin, onun təkrarsız mənzərələrini sevirdin,əməkçi adamlarını sevirdin, keçmişini sevirdin, bu gününüsevirdin. Sevirdin və sevdiklərini kətan uzərində, kağız, kartonüzərində ifadə edirdin. Böyük bir divarda da ifadə etməkistəyirdin – qismət olmadı.Leninqradda ali təhsil aldın. Naxçıvanda yaşayıb-yaratdın,Bakıya hər gəlişinlə dostlarını sevindirdin. Baltik sahillərindəəbədi yumdun işıqlı və qəmli gözlərini.O gün, H.Hüseynzadənin emalatxanasında gələcəkgörüşümüz, Naxçıvan səfərimiz haqqında vədələşib ayrılanda,nədənsə birdən-birə mənə bir qələm uzatdın. – Bu nədir beləYuran? – Ruçkadır. Sənə bağışlayıram.Nə biləydim, nə biləydim ki, bu son görüşümüzdür. Nəbiləydim ki, mənə bağışladığın qələmlə bir aydan sonra səninhaqqında acıdan-acı vida sözləri yazmalı olacam. Nə biləydimki, qələmin mayesi qurtarmamış, sənin ömrün sona çatacaq.Əlvida, Yuran, əlvida, dostum!28 iyul, 1984391

VAQIFLIKBir neçə ay bundan qabaq "Bakı" qəzetində Vaqif İbrahiminşer kitabı haqqında resenziyam çıxmışdı. Vaqif "Qobustan"agəldi, təşəkkür elədi, təzə poemasının makina yazısını verdi,oxuyun, dedi, fikrinizi bilmək istərdim.Bu görüşün üstündən ay yarım, iki ay keçəndən sonra zəngelədi, təbiətinə xas olan utancaqlıqla, təvazökarlıqla xəbər aldı:hələ oxumamısınız ki?–Yox, Vaqif, – dedim – bağışla, başım yaman qarışıqdır,amma mütləq oxuyacam.Macal tapan kimi poemanı diqqətlə oxumaq, müəllifəfikrimi müfəssəl çatdırmaq istəyirdim.İnsan ömrünün yaş möhlətindən başqa, taleyin öz möhlətivarmış. Vaqif cavan idi, sağlam idi, qaynar həvəsli adam idi.Kimin ağlına gələrdi ki, bütün ömrü hələ irəlidə olan bu gözəlşairin, sadə, səmimi, etibarlı dostun əsəri haqqında fikrimitəxirə salmaqla bu fikri ona demək imkanını əbədi itirirəmmiş.Bir də heç vaxt Vaqifin yazısı haqqında rəyimi onun özünədeyə bilməyəcəyəm. Onunla ovunuram ki, Vaqifin şer kitabıhaqqında xoş sözlərimi müəllifə mətbuat vasitəsiylə çatdırabildim. Ona acıyıram ki, "Yer məhəbbəti" poeması haqqındafikrimi Vaqifin özünə deyə bilmədim. Ona acıyıram ki, bupoemanı müəllifin ölümündən sonra oxudum. Ona ağrıyıramki, bir daha Vaqif İbrahim imzalı yeni yazıları oxuyabilməyəcəm, şairin həmişə xoş ifadəli sifətini bir dəgörməyəcəyəm. Ona ağrıyıram ki, Vaqif İbrahim aramızdanbelə tez, çox tez, tələsik, vaxtsız getdi.Öz qeydindən də göründüyü kimi, "Yer məhəbbəti" poemasıüzərində müəllif 20 ilə yaxın bir müddət ərzində işləyib, çapınahövsələsizlik eləməyib, əsəri barədə ruhlandırıcı fikir eşitsə də,özünü bir də, bir də yoxlayıb, yazısını dönə-dönə vaxtın məhəkdaşıyla sınayıb.392

Əlbəttə, bu poema, məncə, çoxdan çap olunası əsərdir,amma hər bir ilhamla yazılmış əsər kimi "Yer məhəbbəti"ni dəvaxtın axarı soldurmayıb, köhnəltməyib. Əksinə, bu gün –nüvə təhlükəsi dünyamızı daha artıq şiddətlə hədələyəndəpoemanın da kəsəri artır, o bizə vaxtında deyilmiş söz kimiçatır. Poema çağdaş dövrün nigarançılıqlarından, düşünənvətəndaş beyninin, həssas şair qəlbinin narahatçılığındandoğulub.Doğrudan da, Vaqif İbrahim sözün həqiqi mənasında,həssas, düşünən və nəcib insan idi, ziyalı idi. Ziyalı nəcabəti,ziyalı missiyası, məncə, iki əsas cəhətlə bağlıdır – keçmişəsədaqətlə və gələcəyə sədaqətlə. Keçmişi unutmamaq vəgələcəyi düşünmək. Keçmişin dəyərlərini yaşatmaq, dünyadangedənləri ehtiramla yad etmək və gələcəyin özülünühazırlamaq, gələcək zövqləri, anlayışları, dünyaduyumunuyetişdirmək. Vaqif İbrahim bu iki cəhətə bütün varlığıyla,həyatının hər günü, hər anıyla bağlıydı. "Yaddaşmədəniyyətdir"– deyirlər. Əli Kərimin erkən vəfatından sonraVaqif İbrahim əsl fədakarlıqla Əlinin xatirəsiylə bağlı çoxluxeyirxah işlər gördü. Elə tək Sumqayıtda yaranmış Əli Kərimpoeziya klubunun işini götürsək, həmin klubun bütün ölkədaxilində, beynəlmiləl əlaqələrini nəzərə alsaq, aydın olar ki,bu fəaliyyət həm mərhum şairin xatirəsini yaşatmaq, həm dəyeni, gənc istedadları pərvazlandırmaq yolunda Vaqifİbrahimin təmənnasız, umacaqsız xidməti idi.Vaqif İbrahim yaxşı bilirdi ki, Dünəni unudanın Sabahı yoxdur.Dünəni unudursansa, Sabah da səni unudaçaq. Vaqif DünəniSabaha calamaq üçün Bu günü hər ikisiylə – Keçmişlə vəGələcəklə bağlayırdı. Rəhbərlik etdiyi ədəbi dərnəyi həqiqiədəbiyyat ab-havasında, yüksək sənət prinsipləri ruhunda tərbiyəetmək istəyirdi. Vaqif İbrahimin özünün xatirəsinə ən layiqli töhfə– onun ədəbiyyatda, mətbuatda, dərnək məşğələlərində izlədiyinəcib amallara sadiq qalmaqdır.Vaqif İbrahim xalqa, ədəbiyyata, mənəviyyata gündəlik,393

təmtəraqsız, hay-küysüz xidmətin sirlərinə bələd idi, vaqif idi.Doğrudan da, Vaqif idi. Həm kiçik hərflə, həmböyük hərflə.1984394

ŞERİMİZİN BAŞI SAĞ OLSUNAcıdan acı xəbər: çağdaş şerimizin ən dəyərlinümayəndələrindən biri – İsa İsmayılzadə dünyasını dəyişdi.İsanın ölümü də ədəbiyyata gəlişi kimi qəfil oldu. 60-cı illərdəşerimizə birdən-birə daxil oldu, orijinal üslubuyla, oxşarsız ifadətərziylə, obrazlarının gözlənilməzliyiylə dərhal nəzərə çarpdı,tanındı, parladı və bir də bənzərsiz istedad kimi haqsız hücumlarınhədəfinə çevrildi. Şerlərinin bir çoxuna ağız büzdülər, rişxəndetdilər, maraqlı tapıntılarını lağa qoydular. Amma çox qısa birsurətdə kimin kim olduğu da aydınlaşdı. İsanın şerimizdə nə kimimühüm yer tutduğu bilindi. Mətbuatda təşkil olunmuş məktublaryazan "oxucuların" saxta qəzəbi zamanın ruzigarında sovrulubgetdi. İsanın incə, kövrək poeziyası isə yaşadı, hər sınaqdan çıxdı,boy atdı, özünü təsdiq etdi.Ədəbiyyatımıza yalnız şair kimi deyil, savadlı, səriştəli,tələbkar, məsuliyyətli redaktor kimi də xidmət göstərdi, bu çətinzamanlarda belə "Azərbaycan" jurnalını bədii meyarlarla seçilənyazılarla təmin etmək üçün əlindən gələni əsirgəmirdi. Gənclərəqayğı ilə yanaşdı, ağsaqqalın-ağbirçəyin hörmətini saxladı,böyüyün böyük, kiçiyin kiçik yerini bildi. Özünü oda-közə vurubbalalarını layiqli insanlar kimi böyütdü. 60-cılar nəslinin yaşı 60-açata bilməmiş bu nümayəndəsi sonrakı onilliklərdə də gəncliyininümidlərinə və ideallarına, bədii anlayışlarına və axtarışlarınadönük çıxmadı, unutqanlıq mərəzinə tutulmadı, sona qədərdostlara vəfasını, inanclarını, etibarını qorudu, təmkinini,mövqeyini, abırını, ləyaqətini həmişə saxladı. Zahiri sakitliyində,mülayimliyində əyilməzlik, sərtlik, sözü kəskin demək bacarığı davardı.Əlvida İsa, uzaq gəncliyimin əqidə dostu, saf və təmiz qələmsahibi, ədəbiyyatımızın zəhmətkeş və əzabkeş fədaisi. Yerin çoxgörünəcək, yoxluğun çox yandıracaq, çox göynədəcək hamımızı.Allah sənə rəhmət eləsin. Ailənin, balalarının başı sağ olsun,395

şerimizin başı sağ olsun.14 iyul 1997-ci il396

ELMİRA HÜSEYNOVANIN XATİRƏSİNƏDost itirmək çox ağırdır. Şair: nəslimin yarpaq tökümü başladıdesə də, bu labüdlüklə heç cür barışmaq istəmirsən.İstedadlı heykəltaraş, xoşxasiyyət, mülayim insan, ailəmizinetibalı dostu Elmira Hüseynova vəfat etdi. Onun ölümylə bizdə həyatımızın bir parçasını, sanki elə də uzaq olmayangəncliyimizin bir hissəsini itirdik. İndi dost ünsiyyətimizin xoşgünləri, saatları yalnız xatirələr aləmində qalacaq. O günlərin,o saatların ki, heç nə ömrün gələcək ağır sınaqlarından soraqvermirdi.Elmira güclü və vüqarlı insan idi, ağrı-acılarına mətanətlə,mərdliklə dözə bilən incikliklərini gizli saxlamağı bacaraninsan idi. Son illərdə taleyinin və səhhətinin ağır yaralarını eləbil heç vecinə almayaraq hər görüşdə dost-tanışlarınıtəbəssümlə qarşılayar, hamıda elə təsəvvür yaratmaq istərdi ki,hər işi əladan əladır. Gileylərin, şikayətlərin yerinə həvəslənəvəsindən danışmağa başlardı. Nəvəsi çətin həyatının bəlkə dəson və yeganə sevinci idi. Bir də zərif rəssam, incə və kövrəkvarlıq olan qızı Əsmərin uğurlarıyla öyünürdü.Uzun illər hamımız – bütün dostlar bir yerdəydik. İndi Elmiraheykəllərini yaratdığı insanlarladır – Həsən bəy Zərdabiylə, CəfərCabbarlıyla, Səttar Bəhlulzadəylə, Rəsul Rzayla. O, indi elə birdünyadadır ki, istəkli adamlarının, yaxınlarının çoxusu da ordadır– babası şair Səməd Mənsur, atası, anası, bacısı, əmisi – yazıçıMehdi Hüseyn, dayısı – rejissor Tofiq Kazımov.İnanmaq istəyirəm ki, onlarla Elmira rahatdır. Və onlarElmiranı qoruya da, ona təsəlli verə də biləcəklər. Əfsus ki, bizbunu bacarmadıq.Əlvida əziz Elmira. Sənin gözəl əsərlərin, xeyirxahlığın,mehribanlığın, bir qədər utancaq təbəssümün həmişəyaddaşımızda yaşayacaq. Nə qədər ki, yaddaşımız var.25 yanvar, 1995397

ARAZSIZ QALDIQArazsız qaldıq. Nə ağırdır, nə çətindir bu sözləri yazmaq.Qardaş verməyib mənə Allah. Yarım əsrə qədər bir müddətdəAraz mənim qardaşdan yaxın dostum olub.M.P.Vaqifin nüfuzlu araşdırıcısı, aşıq şerinin mükəmməlbilicisi idi. Hərdən, kefimizin duru çağında, onun yadına MollaCumanın məşhur misrasını salardım: dost mehriban ya bir olar,ya iki.Araz duyurdu ki, bu misranın həqiqətini mən məhz onaşamil edirəm, uşaqlıq, gənclik illərində və bütün ömrümüzboyu davam edən dostluğumuzu nəzərdə tuturam. Tanış-bilişbolluğunda dost kasadlığı daha aydın sezilir. İnsan ömründə əsldost, doğrudan da, "ya bir olur, ya iki". Araz əsl dost, əsl insan,əsl ziyalı idi. "Ziyalı" sözünün az qala söyüş kimi işlədildiyi birzamanda – bizim bu günümüzdə ziyalı ləyaqətini, ziyalıqürurunu qoruyub saxladı. Yetişdiyi Məmməd Arif ocağınınmənəviyyat işığını yaşatdı, övladlarına təhvil verdi.İşıqlı insan idi Araz. Ürəyində zərrə qədər xılt, kin-küdurət,paxıllıq duyğuları yoxdu. Gücsüz həsəd hissi gəmirmirdi içini.Dostlarının irili-xırdalı hər uğuruna öz sevincindən artıqsevinərdi. Təkrarsız gülüşü vardı. Bəzən ən adi sözə, ən kiçikhadisəyə, ən sadə hərəkətə elə ürəkdən, elə sürəkli gülərdi ki,ona qoşulub gülməmək olmurdu. Hər şeyə marağı vardı –siyasətdən tutmuş şahmatacan. Filarmoniyanın simfonikkonsertlərindən – futbol yarışlarınacan.Dostlarıyla zarafatlaşmağı xoşlardı və özü də dostlarınınzarafatından heç vaxt inciməzdi. Arazın ad günlərində həmişəArif əmigildə yığışardıq və belə ad günlərindən birindəyazdığım zarafatyana qəzəlin nüsxəsini saxlamışam. Buqəzəlin yazıldığı il qeyd olunmayıb və indi də mən o ili dəqiqtəyin edə bilmərəm. Amma hər halda mətndən görünür ki, Araz398

o zaman hələ doktorluq dissertasiyasını müdafiə etməmişdi vəhəyat yoldaşı Aida xanım kimi o da hələ elmlər namizədi idi.Şerin bir misrası məhz buna işarədir. Başqa bir işarə Arazınkinostudiya ilə əlaqədar fəaliyyətiylə bağlıdır. Araz,Zöhrabbəyovun "Odlu diyar" romanı əsasında ədəbi ssenariyazmış və kinostudiyamıza təhvil vermişdi. O vaxt studiyanındirektoru görkəmli sənətkarımız, danışığında "qada" sözünübol-bol işlədən Ədil İskəndərov idi. Arazın ssenarisininmüzakirəsi yubadılırdı və qəzəldə buna da bir eyham vurulur.Bax, bu kiçik şərhlərdən və izahlardan sonra o uzaq illərinzarafatlı qəzəlini oxucuya təqdim edirəm:Səni təbrik edirik, biz bu gün Araz, ay Araz!Kefin olsun həmişə çağ, həmişə saz, ay Araz!Doktor ol, banketinə bizləri də dəvət eləAxı bir evdə iki kandidat olmaz, ay Araz!"Odlu yurdun" alovu yandıramaz balü-pərinBu cür işlər de "qada" çox belə qalmaz, ay Araz!Orta əsr şöbəsinin cənnəti bustanındaUcalırsan necə ki, canani-tənnaz, ay Araz!Bizə söhbət yaraşar, amma ki, qeybət yaramaz,Qeybəti hərdən edək, həm də ki, lap az, ay Araz!Mən sənə öz sözümu şer ilə çatdırmadayamEşidibsənmi denən, sən belə avaz, ay Araz!Dostun Anar gətiribdir sənə bu xoş gündəHəm qəşəng, həm bahalı bax belə bir vaz, ay Araz!***Gəncliyimiz hərəkətsiz, tərpənişsiz, donuq bir dövrə, səssizsəmirsizictimai səhraya, mənəvi həyatın alatoranlığınadüşmüşdü.50-ci illərin ikinci yarısında tez yanıb, tez sönən ümidçıraqları, qısa haray çəkib qısılan səslər – bu toranlığı, busükutu daha da qatılaşdırırdı, daha da ümidsizləşdirirdi. 56, ya57-ci ilin küləkli bir payız günü Arazla Bakı küçələrini dördbeşsaat dolaşmağımız uzun illərin saysız-hesabsız görüşləri399

içində xüsusi yadımda qalıb.Uşaqlıq və yeniyetməlik çağından sonra bu tələbəlikillərimizin bəlkə də ilk ciddi ünsiyyəti, ürəyimizdəkiləri birbirimizəaçdığımız çox vacib söhbət idi. Nədən danışırdıq oaxşam? Nədən danışmırdıq? Siyasət, ədəbiyyat, xalqımızın acıtaleyi, ictimai mühitimizin boğucu havası, sənətdə bayağılıq,zövqsüzlük, səviyyəsizlik, ətrafımızı sarmış əliəyrilik,yaltaqlıq, riyakarlıq, yalan... Ürəyim bütün mətləblərlə,fikirlərlə, sözlərlə dolu idi və ürəyimdəkiləri açıb deyəbiləcəyim, qəlbimin qızdığı iki-üç adam vardısa, biri Araz idi.Tay-tuşlarım arasında o illər, bəlkə tək yeganəsi Araz idi."Dost-mehriban ya bir olar, ya iki". Adi fikirlərimizi siyasi sirrkimi içimizdə gizlətdiyimiz o illərdə "sirrini aləmədeməyəcəyinə" əmin olduğun bir dost tapmaq, onunladüşündüklərini bölüşmək nə böyük səadət idi! Həqiqi, səmimi,mənəvi ünsiyyət acıydıq, bir-birimizi tapmışdıq."Molla Nəsrəddin-66" adlı satirik hekayələr silsiləmdəiçkibazlar simpoziumu haqqında məlumatı Araz dürüstanlamışdı və duyduğunu mənimlə bölüşdü. İçkibazlarqurultayında səhnəni niyə məhz üç portretin bəzəməsi bəlkəbaşqalarına da çatmışdı, amma o vaxt mən bu mətləbi Arazdanbaşqa heç kəslə söhbətdə açıb-ağarda bilməzdim. 56-cı ilinpayızında Macarıstanın işğalına, 68-ci ilin avqustundaÇexoslovakiyaya təcavüzə Arazla münasibətimiz tam uyğunidi. 56-cı ilin ümid qırıqlığından 68-ci ilin mənəviçıxılmazlığına gedən yolu bərabər keçmişdik.Son gümanımızı itirmişdik. Nə biləydik ki, illər keçəcək və90-cı ilin qanlı Yanvarında AzərbaycanımızıÇexoslovakiyadan da ağır yaralayacaqlar və Araz da doqquz aysonra bu dərdi özüylə torpağa aparacaq.O uzaq gün – 56, ya 57-ci ilin o küləkli payız söhbətinin isəhafizəmdə bir şer qəlpəsi də qalıb. Hər halda gənc idik, hərhalda tamam inamsız yaşaya bilməzdik və Araz o uzun,üzüntülü, ağrılı mətləblərlə dolu söhbətimizi Vidadinin400

"təsəllisiylə" yekunlaşdırdı:...Bu dövran belə qalmazTən bir gün olur xak ilə yeksan, belə qalmaz...Hər şey dəyişdi, "elə qalmadı", dövran dəyişdi insanlardəyişdi, anlayışlar, dəyərlər, bütlər dəyişdi. Qaraya ağdeyənlər, indi də ağa qara dedilər. Suyu üfürə-üfürə içənlərbirdən-birə Armudan bəy sayağı elə qoçaq oldular ki, gəlgörəsən. Ömrü boyu ətrafa çəhrayı eynəklə baxanlar, indi dəqara gözlüklər taxdı. Dünən beynəlmiləlçilikdən danışandaağızlarına çullu dovşan sığmayanlar bu gün ağızdolusumillətdən dəm vurmağa başladılar. Dünən deyilənlər büsbütünunuduldu, elə bil heç dünən yox imiş. Srağagün isə yerli-dibliolmayıb. Elə bil tarix bu gün səhərdən başlanıb. Hər şeydəyişdi. Araz dəyişmədi. Ad çıxarmağın asan, şirnikdiriciyolları məst-xumar etmədi Arazı. Qeyrəti, kişiliyi,vətənsevərliyi dilinin ucunda yox, gündəlik əməlində oldu. Hərhavada, hər iqlimdə fəhlə və fədai məsuliyyəti ilə gördüyü işiyenə gördü.Gurultulu bəyanatları sevməzdi, ensiklopedik biliyini,yüksək savadını, işgüzarlığını milli mədəniyyətimizin qarışqarışgenişlənməsi, kərpic-kərpic yüksəlməsi yolunda sərf vəsəfərbər edirdi.Birdən görürsən hirslənib özündən çıxmağı, hövsələsizliyidə vardı Arazın.Uşaqlıqda, futbol oyunlarımızda çığallığı da vardı, hərdənqeybət qırmağa da həvəslənərdi. Canlı insan idi. Bir azvasvasıydı. Görüşməyimizi vədələşirdik, məsələn, axşamsəkkizdə, Nizami muzeyinin tinində. "Səkkizdə də, yeddidə(yaxud doqquzda) yox" – deyə dəqiqləşdirirdi Araz.–Bəli, səkkizdə.Bir azdan zəng vururdu: – Deməli, səkkizdə. Nizamimuzeyinin tinində, Nazmi kinosunun yox.Bir azdan yenə zəng çalardı: – Deməli, səkkizdə, Nizamimuzeyinin tinində. Yaxşı. Hansı tinində? – Ay Araz, insafın401

olsun, Nizami muzeyinin dörd tininin arasında nə böyükməsafə varmış axı.... Uğunub gedirdi, görüşəndə isə ən dərin,ən mürəkkəb məsələləri elə məntiqlə izah edirdi ki, matqalırdın... Bir ağsaqqal müdrikliyi vardı Arazda, bir uşaqsadədilliyi, körpə sadəlövhlüyü. Yalnız ona, Araza məxsussözləri, ifadələri, ibarələri vardı. İti müşahidəsi vardı. Çox incəyumor hissi vardı.Vardı... vardı... vardı...İndi yoxdu, yoxdu, yoxdu....Cəmisi onca gün bundan qabaq Moskva xəstəxanasına, onadəyməyə getmişdim. Arıqlayıb çöpə dönmüşdü. Bənizi sapsarı,sifəti yorğun idi, müalicədən, müayinələrdən, diaqnozun qeyrimüəyyənliyindənzara gəlmişdi, amma gözləri həmişəki təkişıqla dolu idi, uğunub gülürdü, zarafatından, nikbinliyindənqalmırdı. Yaşayacağına, işləyəcəyinə, doğma Bakısına,ailəsinin, istəkli nəvəsinin yanına qayıdacağına inanırdı.İndi bütün bunlar acı anımlar, yandırıb-yaxan xatirələrdir.Dost-taleyin bizə bəxş etdiyi ən böyük sevinclərdəndir.Dost itkisi – taleyin bizə vurduğu ən ağır yaralardandır.Molla Cumanın o qoşmasında belə misralar da var:Bir gün ölsəm, hamı deyər: – yazıqdırCanı yanan ya bir olar, ya iki.Əlvida Araz, əlvida, dostum, qardaşım.4 noyabr, 1990-cı il.402

QURAM PANCİKİDZENİN ÖLÜMÜNƏGürcüstan ləyaqətli övladını, ədəbiyyat görkəmli yazıçını itirdi,mənsə əziz dostumu itirdim. Quramın ölümü haqqında acı xəbəronun Azərbaycandakı dostlarını ürəkdən kədərləndirdi. QuramAzərbaycanı çox sevirdi və Azərbaycanda da onu çox sevirdilər.Əsərləri dilimizə çevrilmiş, nəşr olunmuşdu.Uzun illərdi ki, Quram Gürcüstan Yazıçılar İttifaqınarəhbərlik edirdi. Bunun nə qədər ağır və çətin iş olduğunu çoxadam bilmir, yaxud dərk eləmir. Quram bu ağır yükü ləyaqətlədaşıyırdı, öz borcunu layiqincə ödəyirdi. Ölüm xəbəri Bakıyaçatanda kimsə məndən xəbər aldı: – Nədən ölüb? – Yazıçılarİttifaqının sədri olmaqdan – dedim.Quram yaradıcılığından aldığı günləri, ayları, illəri Yazıçılarİttifaqına verirdi. Başqalarının bitib-tükənməyən qayğılarınıçəkməkçün o, öz yaradıcılıq azadlığını, vaxtını və həyatınıistədiyi kimi qurmaq səadətini qurban vermişdi.Bilirəm ki, gürcü yazıçılar Quramın bu fədakarlığını anlayırvə yüksək qiymətləndirirlər, amma mənə elə gəlir ki, onunyoxluğunu duyduqca bunu daha da dərindən hiss edəcəklər,KİMİ itirdiklərini daha aydın dərk edəcəklər.Yazıçının əsərləri diri qaldıqca, kitabları oxunduqca,sevildikcə, xatırlandıqca o, özü də diri qalır. Quramın kitablarıyaşadıqca – onların hər zaman yaşayacağına inanıram. Quramdə yaşayacaq. Dostlarının, işdaşlarının, oxucularının qəlbindəyaşayacaq. Yer üzündə o qədər xeyirli işlər görüb ki, indi yerinaltında rahat yata bilər.Əlvida, Quram.2 sentyabr, 1997403

HEÇ BİR ZAMANQırx gün keçdi. Elmiranın, Elmira xanımın, bizim əzizElmiramızın vəfatından qırx gün keçdi.Pianoçu və pedaqoq, Moskva Konservatoriyasının aspirantıvə Azərbaycan Konservatoriyasının professoru, əməkdarincəsənət xadimi Elmira Səfərova respublikamızda fortepianoməktəbinin inkişafinda, dünyanın müxtəlif ölkələrində çıxışedən, nüfuzlu beynəlxalq müsabiqələrdən zəfərlə qayıdan neçəneçətələbənin yetişməsində müstəsna xidmətlər göstəmişdir.O, özü də gənc yaşlarında beynəlxalq müsabiqənin laureatıolmuşdu. Onun itkisinə indiki və sabiq tələbələri, yoldaşları,dostluq etdiyi insanlar və ya elə sadəcə bu nadir şəxsiyyətlətəmasda olan hər kəs dərindən və ürəkdən kədərləndi. Elmiratəkin dostluq etməyi bacaranlar az olur. O, peşəsində olduğukimi dostulqda da sadiq və etibarlıydı, dostluq münasibətlərinədə sevdiyi işinə yanaşdığı kimi məsuliyyət və fədakarlıqlayanaşırdı.Onun öldüyü gün bu acı xəbər inanılmaz bir sürətləAzərbaycan sərhədlərindən çox-çox uzaqlara yayıldı.Mənzillərində telefonları aramsız zəng çalırdı – Moskvadan, ABŞdan,yenə Moskvadan, İstanbuldan, Ankaradan, İsraildən,Kanadadan və yenə də Moskvadan... O, dostlarına necəvəfalıydısa, dostlar da ona belə vəfalı çıxdı. O, insanlarıbirləşdirməyi bacarırdı – qəlbinin istisiylə, əliaçıqlığıyla, Bakıdakıkiçik mənzillərinin qonaqsevərliyiylə, həmişə başqasının dərdinəhəmdərd olmasıyla – elə duyğularla ki, onlar sərhəd tanımır, nəməkan sərhədləri var belə duyğularçün, nə zaman-yaş fərqi, nəmilli, dini mənsubiyyət məhdudiyyəti.Taleyin hökmüylə indi Moskvada yaşayan dostlarının çoxuqədim Azərbaycan adət-ənənəsiylə hər cümə axşamı Floraxanımın və onun əri Ələkbərin evində yığışırlar. Onları –404

köhnə bakılıları – Dilarəni, Simanı, Nellini, Altayı, Rudiki –Elmiranın xatirəsi bir yerə toplayır. Elmira ölümündən sonra dainsanları birləşdirir. Bəlkə də bir-biriylə tez-tez görüşməyən buadamları yadlaşmış-yabançılaşmış Moskvada bir araya gətirəndoğma Bakı və obrazı Bakının mədəni, musiqi, mənəvihəyatından ayrılmaz olan Elmira haqqında solmaz, sönməz,doyulmaz nostalji xatirələridir.O vaxtkı Bakının müəyyən dərəcədə kosmopolit mühitindəyetişmiş, təpədən dırnağa musiqiçi, ictimai-siyasiproblemlərdən çox uzaq olan Elmiranı Qarabağ faciəsisarsıtmışdı, qəlbini ciddi zədələmişdi. Xalqımızın düçar olduğumüsibəti, hər itkini, hər Azərbaycan ailəsinin bəlasını öz şəxsidərdi kimi yaşayırdı. Hərçənd, öz dərd-bəlaları da az deyildi.O, öz xalqına sözdə yox, əməlləriylə xidmət edirdi –Azərbaycan musiqisini özü təbliğ edə-edə və bu musiqini təbliğedənlərin yeni-yeni nəsillərini yetişdirə-yetişdirə. Tələbələrinəyalnız peşəkarlığın sirlərini öyrətməklə kifayətlənmirdi, onlaramənəvi dəyərlər, milli ləyaqət hissi, estetik zövq, dünyayageniş baxış aşılayırdı.Sınaq günlərində faciələrimizi aləmə car çəkmədən öziçində, yuxusuz gecələrinin acıdan-acı düşüncələriyləyaşayırdı. Hamıdan gizli saxladığı bu stresslər, axır əvvəl onunamansız xəstəlyinə və hamını yandınb-yaxaraq belə erkəngetməsinə səbəb oldu. Ailələrinin, valideynlərinin əxlaqidəyərlərinin varisi kimi Elmira incəliyinə, zərifliyinə vəkövrəkliyinə rəğmən çox güclü və qürurlu insan idi, son saatınaqədər özünü tox tuturdu, mətin aparırdı, mütaliə edirdi, deyibgülürdüvə eyni zamanda məhkum olduğunu aydın bildiyinəgörə həssaslıqla son istəyini – vəsiyyətini də yaxınlarınaçatdırdı. İztirabları dözülməz həddə çatdıqda belə ən yaxınadamlarından – bacısından, qardaşından, ərindən savayı heçkəs onun göz yaşlarını görmədi.Elmiranın ölümü musiqi-ifaçılıq sənətimiz, musiqi təhsilisahəsi üçün əvəzsiz itkidir, amma bu həm də bizim ailənin,405

şəxsən mənim qəlbimi param-param parçalayan bir ağrıdır.Elmira – mənim həyat yoldaşım Zemfiranın böyük bacısıdır vəmən də onu öz bacım bilirdim.Çox uzaqlarda qalmış illərdə, hələ şəxsən tanış olmadığımgələcək bacanağım Tofiq Mirzəyevlə Xaqani küçəsinin ikiqabaq-qənşər tinində (Səfərovların evi o küçədəydi)nişanlılarımızı kinoya, konsertə, ya bulvara gəzməyə getməküçün gözlədiyimiz günlərdən bəri bütün sonrakı həyatımızıyanyanaşı yaşadıq və heç bir zaman heç bir ləkə düşməmiş budostluq-qohumluq ünsiyyəti, söhbətlər, məclislər – dördümüzüçün də son dərəcə munis və əziz idi. Biz yalnız qohumdeyildik, ən yaxın dostlar idik. Azərbaycan rayonlarına birgəsəfərlərimiz, bəzən, (doğrudur nadir hallarda) daha uzaq yerlərəsəyahətlərimiz... Moskva payızı və qarlı İstanbul qışı... Bütünbunlar əbədi itirilmiş keçmişdə qaldı.THeç belə iş olar, Qobustan burada, lap yaxındadır, ammamən hələ də oranı görməmişəm" – deyirdi Elmira və mən sözverirdim ki, mütləq onu Qobustana aparacam. Daha aparabilməyəcəm. Heç bir zaman. Bilirdi ki, Şopenin prelüdlərindənbirini daha çox sevirəm. "Mən mütləq onu yenidən öyrənibsənə çalaram" – deyirdi. Daha çala bilməyəcək. Heç bir zaman.Və daha heç bir zaman mənim hər işıq üzü görən yazımıoxuyub dərhal fikrini söyləməyəcək, onu bəlkə də layiqolduğundan da yüksək qiymətləndirməyəcək. Və heç bir zamanZemfirayla doyunca danışıb ayrıldıqlarından yarım saatkeçməmiş yenidən telefonla uzun-uzadı söhbətləraparmayacaq. Və öz oğlu kimi sevdiyi övladlarımızın da hərqayğısına qalmayacaq. Heç bir zaman...Zəngin daxili aləmiylə də, zahirən də çox gözəl olan Elmiradaha heç bir zaman bizə məlahətli gülüşünü bəxş etməyəcək,ancaq onun deyə bildiyi xoş, mehriban sözlərlə dindirməyəcəkbizi.Səyahət etməyi sevsə də, bu, ona az-az nəsib olurdu. Ammabəzi səbəblərdən qarşısına vətənini tərk etmək məsələsi406

çıxanda heç cür doğma şəhəriylə vidalaşmağa daxilən razıolmurdu. Günü günə sataraq bu mənhus vida saatını uzadırdı.Gəncliyinin, ilk və son məhəbbətinin, yaradıcılığının, işininpeşəsinin,aqibətdəysə ölümünün şəhəri olmuş Bakıdan heç cürayrılmaq istəmirdi. Ayrılmadı da. Daha ayrılmayacaq. Heç birzaman.Və birdə heç bir zaman bizi evlərinə çağırmayacaq. Nəiyunun 16-da, sevgisi bütün ömründən keçmiş Tofiqin adgünündə, nə sentyabrın 16-da özünün doğum günündə. Və bugünlərdə yığışanlar da neçə-neçənci dəfə xatırlamayacaqlar ki,Tofiqlə Elmira gəncliklərində necə də yaraşıqlı, gözəl idilər,bir-birlərinə necə də yaraşırdılar. Və Elmira da növbəti tostunuənənəvi Tmən nə demək istəyirəm sözləriyləU başlamayacaq.Sevdiyi tələbələrinin (əslində sevmədiyi tələbələri yoxdu)Filarmoniya səhnəsində hər uğurlu çıxışından sonra Elmiranınpar–par parıldyanan gözləri, dəstə–dəstə gül səbətləri, alqışlar,təşəkkür sözləri də olmayacaq.Mərdəkanda, Səfərovların bağında o ilıq yay günü dəolmayacaq. Elə bir gün ki hamımız cavandıq və düşünürdük ki,bu, həmişəlikdir: mülayim avqust günəşi, sakit dəniz,gəncliyimiz. Əlbəttə, avqust da olacaq, günəş də, çimməlidəniz də... Ancaq Elmirasız. Və bizim gəncliyimizsiz.Onun vəfatıyla dünya elə bil daha tutqun, daha sönük, dahaqüssəli oldu.Elmirasız dünya bizimçün – Zemfirayçün, qardaşlarıÇingizçün, əri Tofiqçün, oğulları Teymurçün, mənimçün, onunbütün dostları, yaxınları, tələbələri, iş yoldaşları üçün əvvəlkidünya olmayacaq. Ömrümüzü onsuz başa vurmalıyıq. Ammason günümüzə qədər, bizə ayrılmış həyat möhlətimizin sonsaatına qədər onun təbəssümü, nadir Allah vergisi – insanlarasevinc gətirmək istedadı bizimlə qalacaq.Səni unutmayacayıq, əziz Elmira, yeganə baldızım. Heç birzaman. Heç bir zaman...407

20 fevral, 1997408

QIRX GÜN, QIRX GECƏYusif!Mənim etibarlı, ağıllı, istedadlı dostum, yaraşıqlı, gözəl-göyçəkqardaşım! Səni itirdiyimiz o dəhşətli anlardan qırx gün, qırx gecəkeçir. Bilirəm, zaman ötdükcə Vaxt ən ağır yaraları sağaltmasabelə qaysaqlayır, göynərtisini ovudur, amma ölümündən keçən buqırx günün elə bir saatı, dəqiqəsi olmayıb ki, sənin yoxluğunundözülməz ağrısını duymayım, hər dərdimi, hər sözümü həmişəkikimi səninlə bölüşə bilməyəcəyimin acısını hiss etməyim. Gecələryuxuma gəlirsən, "bilirsən, filankəs də lax çıxdı" deyirəm, "gündəyeddi dəfə Allahlıq iddiasına düşən indi yetmiş yeddi dəfə düşür,tək alçaq dağları yox, elə uca dağları da yaratdığını bəyan edir" –deyirəm. "Aybənizin nəvəsi oldu" deyirəm.Ölümündən iki gün qabaq, xəstəxanada son görüşümüzdə orduorduna yapışmış, kül rəngli sifətində gördüyüm zəif, amma əvvəlkikimi işıqlı təbəssümünlə gülümsünürsən, heç nə demirsən...Nə deyəcəksən axı? Əbədi sükut dünyasındasan. Elə birdünyada ki, ora ünvanlanmış suallar həmişə cavabsız qalır. Biziböyuk qismi (hamısı yox, əstəğfürullah!) çörəyi dizinin üstündəolan, dönük, kəmfürsət, paxıl və kinli adamlardan ibarət "ədəbimühitdə", bu canavar sürüsünün içində qoyub niyə getdin? Bizi –Vaqifi, Fikrəti, Çingizi, Arifi, məni... Çingiz, Arif bizdəncavandırlar, bizlərdən sonra hələ çox illər yaşayacaq və bəlkəhaçansa birlikdə işlədiyimiz günləri xatırlayacaqlar: "Anar bir azqaraqabaq idi, Vaqif çox vaxt qaşqabaqlı, Fikrət bəzən dalğınolurdu, amma Yusif... Yusifin həmişə dodağında təbəssüm, dilindəxoş bir lətifə, heç kəsi incitməyəcək, heç kəsin qəlbinətoxunmayacaq şux zarafat olardı".Eləydi, Yusif. Ağlıma sığışdıra bilmirəm ki, bundan sonrabir daha Yazıçılar Birliyindəki, yaxud Milli Məclisdəkiotağımın qapısından o təkrarsız təbəssümünlə içərigirməyəcəksən – çiynində foto-aparat, böyründə cib telefonu,həmişə səliqəli, şıq geyinib-keçinmiş, yaxanda kostyumunauyğun zövqlə seçilmiş qalstuk, pencəyinin döş cibində eyni409

əngli dəsmal, başında dama-dama kepka...Təpədən dırnağa aristokrat və ziyalı idin. Qiyafəndə,davranışında, oturub-durmağında, insanlarla rəftarında, sənin əlinəsu tökməyə layiq olmayan adamların hucumlarına, böhtanlarınaağayana etinasızlığında... İctimai və ədəbi qara-qışqırığabiganəliyinə, onu eyninə almamağına görə bəzən səni qınayırdım."Qəribəsən e, – deyirdin – bir it, ya qoca köpək səni dişləyirsə, səndə onu dişləməlisən? Hürüb-hürüb yorulacaqlar..."Haqlısan Yusif. Sənin belə-belə şeyləri vecinə almamağınınsəbəbi o idi ki, müdrik insan idin, dünya malında – vəzifə, şöhrət,fəxri ad-filan – gözün yox idi. Elə bu hücumların da əksərən məhzbu sayaq şeylərə tamah salanlar tərəfindən edildiyini yaxşı bilirdin.Elə bir ailədə dünyaya gəlmişdin ki, uşaqlıq çağından şöhrətin hərüzünü və ən geniş miqyasını görmüşdün. Bu sarıdan da gözün toxidi. İntizarla onun-bunun ağzına baxıb bir qaşıq tərif payınıumanlardan, onun-bunun qələmini pusub özü haqqında mübaliğəlisözlər eşitməyin nisgilini çəkənlərdən və xudanəkarda bu sözlərieşitməyəndə özü-özünü şişirdib dağ başına qoyanlardan deyildin.Mirzə Cəlilin topuğundan olub onunla bəhsə-bəhsə girənzavallılara ancaq xəfif bir təbəssümlə gülümsünürdün. Sənin butəbii kübarlığının, ziyalı ləyaqətinin kökünü yalnız mənşəyinlə,nəslinlə, anadan olduğun, yetişdiyin ailənlə bağlamaq düz olmaz.Əlbəttə, əsl-nəcabətin, ailə tərbiyəsinin də əhəmiyyəti az deyil.Amma bu əsl-nəcabət, ləyaqət bəy nəslinə mənsub olduğu qədəradi bir çoban nəslinə də mənsubdur. Məsələn, tutalım, çobanailəsində dünyaya gəlmiş Mövlud Süleymanlının ləyaqəti, daxilimədəniyyəti, ziyalılığı yazıçı ailəsində göz açmış bəzi şərəfdəndəm vuran şərəfsizlərdən min pay artıqdır. Səndə isə hər iki cəhətson dərəcə ahəngdar şəkildə bir–birini tamamlayırdı. Ailəndəngələn ağayanalıq və öz təbiətinin zənginliyi – böyük istedad, dərinzəka, geniş savad, dünyaya, hadisələrə, insanlara, həyata və ölüməmüdrik baxış... Və bəlkə dünyanın bütün ağrı-acılarını, insanlarınbütün naqisliklərini, xırdaçılıqlarını, yekə-yekə sözlər, gurultuluşüarlar ardında vəzifə, kürsü, şan-şöhrət hərisliyi, iyirmi günləzzətini duyduqları üç ya dörd nömrəli telefonları qaytarmaq üçünsifətdən-sifətə düşdüklərini, maaşa dolananların kasıbçılığınarişxənd edən harınların hər üzünü gördüyünçün özünə başqa bir410

dünya qurmuşdun. Bu dunyada ailə üzvlərindən və ən yaxındostlarından başqa heç kəsin yolu yoxdu. Bu dunya sənindüşüncələrinin, aləmə car çəkməyib əzabını içində yaşatdığındərdlərinin, ağrılarının, min-bir milli, ictimai və məişətproblemlərinin dünyası idi. Uğurla başa vurduğun bədii əsərlərininvə gələcək yaradıcılıq niyyətlərinin dünyası idi.İnsanlardan bezəndə bu dünyada quşlarla, balıqlarlaünsiyyət tapırdın – mənzilində saxladığın balıqlarla, quşlarla...Quşlar, balıqlar, kitablar, musiqi, bir də nəvələrinin məzəlisözləri – bəlkə axır illər sənə qalan son sevinclər idi.Bir də xatirələrin sevinci. Axı sən elə bir ömür sürmüşdün ki,çoxları yalnız bu ömrün həsədini çəkməklə öz ömürlərini çürüdür.Nə olmayıb sənin ömründə, Yusif? İlk növbədə yaradıcılıq fərəhi– gözəl hekayələrin, filmlərin, ədəbiyyatımızın iftixarı olan,dildən-dilə çevrilmiş "Qətl günü" romanın... Xalqımızın ən ağırgünlərində onunla bir olmağın, onun yanında və onun keşiyindədurmağın, dərdiylə yaşamağın xatirələri. Apardığın mitinqlər,iştirak etdiyin toplantılar, çıxışların, müsahibələrin... Məqamındasənin adından, şöhrətindən bol-bol istifadə edib sonra səni"unudanların" həqiqi məqsədlərini anlamağın və bu xəyalqırıqlığından qırılmamağın, bədbinləşməməyin... Ölkələr, maraqlıinsanlar, kitablar, filmlər, ilk gənclik illərindən sevib-sevilməyin...Hər günü beş ömrə bərabər bir ömür...Sənin və mənim evlərimizdə, iş yerlərimizdə, dostməclislərində, Qazaxda, Göyçayda, Dərbənddə, Alma-Atada,Bişkəkdə, Moskvada, Türkiyədə, Misirdə, Çində, Kanadada,ABŞ-da birgə keçirdiyimiz unudulmaz günlər, uzun-uzadısöhbətlərimiz – bütün bunlar, ötən günlər, saatlar sənin olduğuqədər mənim də xatirələrimdir.Bilirəm ki, xatirələr yazmamısan, ancaq gündəlik aparırdın. Buortaq xatirələrimizin hansıları əks olunub yazılarında, bilmirəm.Hər halda bütün bunları canlandırmaq, ötüb keçmiş ömrümüzü birdaha kağız üzərində yaşamaq mənim öhdəmə düşür. Həm özyerimə, həm sənin yerinə. Əlbəttə, ömür vəfa etsə…Səninlə bağlı min bir epizodu, dərin-dürüst fikirlərini, dəqiqmülahizələrini, şux zarafatlarını, bənzərsiz yumorunu, zəngin vəcanlı şəxsiyyətinin müxtəlif cizgilərini daha dolğun və ətraflı411

şəkildə qələmə almaq indi mənim yoldaşlıq borcum, vəzifəmdir.Vaqif küçəsində hekayələrini dinlədiyim, hekayələrimidinlədiyin o uzaq günlər, "Qətl günü"nün əl yazmasınıoxuduğum gecə, Ankarada mini bara qoşduğun məzəli şer,Qahirədə Piramidalara getməyə ərinməyin, "əşi, kinodagörmüşük də" deməyin, İstanbulda Çiçək passajında Emininhesabına qəhvə içməyimiz, sonra İstiqlal caddəsində Eminəqalstuk almağın, Vaqifin hər təzə şerindən duyduğun və böyükqardaş təmkiniylə gizlətməyə çalışdığın qürur, mənəbağışladığın qəlyan ("axır ki, sənin də bir keyfiyyətli qəlyanınolsun" – dedin), gecə yarısı telefon zənglərin…Akvarium balıqları və qəfəsdəki quşlar, fotolar və damadamakepka… İndi isti-isti bütün bunları xatırlamaq, xəyalımdabir də yenidən yaşamaq mənə çətindir, Yusif. Dəfnmərasimində danışa bilmədim. Arazın matəmində olduğu kimio gün də qəhər məni boğurdu. Yalnız bir-iki söz deyə bildim.Bu yazım da bəlkə bir az dağınıq oldu. Bəlkə içimə yığılmışacılar və bu acıları səninlə paylaşa bilməyin imkansızlığı eləsözləri, elə ifadələri işlətməyə məcbur etdi ki, bu gileylər səninhaqqında, – büllur kimi pak, təmiz, qəlbi hər cür həsəddən, kinküdurətdən,xıltdan xali olan insan haqqında yazıyadüşməməliydi. Buna görə bağışla məni, Yusif…Neyləməli; "Kimə deyim dərdimi, dünya dolu adamdır?"Axı heç birinə heç bir pislik, bədxahlıq etmədiyimiz, əksinəbacardığımız dərəcədə, imkanlarımız daxilində həmişə yaxşılıqetməyə çalışdığımız, həmişə ancaq və ancaq xeyirxahlıqgöstərdiyimiz bu insanlar nə istəyir bizdən, ay Yusif? Nəveriblər ala bilmirlər?Cavab yoxdur…Yusif yoxdur… Yusif Səmədoğlunun vəfatından qırx gün, qırxgecə keçir…Sentyabr, 1998412

NƏHS AVQUSTHəyat Kitab kimidir. Bu Kitabı Tanrı yaradıb. Biz insanlarisə oxuyuruq və oxuduqlarımızı bir-birimizə danışırıq. Anadanolduğumuz gündən oxumağa başlayırıq. Ortalarına çatırıq.Bitiririk – ömrümüz sona yetir.Amma yazılan kitab da – həyat kimidir. Əlinə kitab alıboxumağa başlayırsan. Birdən bir xəbər gəlir – şad xəbər ya bədxəbər. Həyat Kitabı ömrünə daxil olur.Yazıçı üçünsə həyat Kitabıyla kitabın həyatı sarmaşıq təkinbir-birinə sarılıb. Kitabı yazmağa başlayırsan – yazı müddətiuzun çəkirsə, bu vaxt ərzində kimsə doğulur, kimsə ölür,müharibələr başlayır və bitir, zəlzələlər olur, hakimiyyətlərdəyişir, biri evlənir, biri boşanır, dost itirirsən – rəhmətə gedirya dönük çıxır. Payıza düşürük, qış gəlir, yenidən yaz oyanır.Sonra yay – yeganə yazı-pozu imkanım.Amma yaydan yaya keçən ömür müddətində duyğularım,düşüncələrim neçə dəfə və necə dəyişib – bir Allah bilir. Əvvəladını "Keçən keçdi, olan oldu", sonra dəyişib "Əsrim vənəslim" qoyduğum xatirələr, düşüncələr romanımın böyükhissəsini 97-ci ilin yayında yaza bildim. Amma yenə payızgəldi. Yenə yazım yarımçıq qaldı. Az qala söz oyununa uyub"yazım yaza qaldı" yazacaqdım. Yaya qalmasaydı.1998-ci ilin yayında Zuğulbada "Min beş yüz ilin Oğuz şeri"antologiyasını tərtib etməklə yanaşı, ara-sıra bu yazımı daişləyirdim. Avqustun ikinci yarısında bitirmək niyyətindəydim.Avqustun 16-da Bakıdan Vaqif Səmədoğlu telefon etdi, dediki, bir saat bundan qabaq Yusif rəhmətə getdi.Yusif Səmədoğlu mənim ən etibarlı dostlarımdan idi, həyanım,arxam, çətin günlərimdə ürəyimi aça bildiyim insan idi. Neçə aydısağalmaz xəstəliyə düçar olmuşdu. Həkimlər bir ümid vermirdilər,gün-gündən şam kimi əriyirdi. Sonuncu dəfə ölümündən iki günqabaq xəstəxanada gördüm onu. Bir dəri qalmışdı, bir sümük. Sondəfə gülümsündü. Yusifə ağı kimi onun qırxına "Qırx gün, qırx413

gecə" adlı yazı yazdım.***"Əsrim və nəslim" yazmaq istədiyim trilogiyanın birincikitabıdır. İkinci kitabı artıq çoxdan yazılıb və çap olunub:"Sizsiz", "Keçən keçdi, olan oldu" adlı üçüncü kitabı isə gələnyay yazmaq niyyətindəyəm. Trilogiyanın bu üçüncü kitabındaYusif haqqında, ümumiyyətlə, öz yaşıdlarım, taytuşlarım,keçdiyimiz ömür yolu haqqında daha ətraflı yazacam. Əsrinson iki onilliyi haqqında, bu dövrün siyasi, ictimai, ədəbihəyatı, son dərəcə mürəkkəb, qatma-qarışıq, təzadlı dövrhaqqında yazacam, şahidi olduqlarımı və düşüncələrimimüfəssəl təsvir etməyə çalışacam.98-ci ilin avqustunda – Yusifin itkisiylə bütün duyğularım,yazmaq həvəsim alt-üst oldu. Romanı yarımçıq qoyub nisbətəntexniki xarakter daşıyan bir işlə – Antologiyanın ikinci cildinitərtib etməklə məşğul oldum. Payız gəldi – yenə Milli Məclis,yenə Yazıçılar Birliyi, yenə yüz cür iş, yüz cür problem, yüzcür qayğı. Yüz cür xahişə gələn adamlar… Toplantılar,görüşlər, müsahibələr… Axşam evə sıxılmış limon kimiqayıdırdım.99-cu ilin yanvarında bəxtim gətirdi – xəstəxanaya düşdüm.Elə qorxulu bir şey yoxdu, 87–ci ildən duçar olduğum diabethərdən bir "mən də varam, məni də unutma" deyir. Qandaşəkər 300-ə qalxmışdı. Amma 20 gün xəstəxanada tək otaqdaqalmağım, ardı-arası kəsilməyən telefon zənglərindən, saysızhesabsızxahişlərdən, tədbirlərdən, qəzetlərin zəhərindən təcridolunmağım roman üzərində işimi davam etdirməyə imkanverdi. Xeyli hissəsini yaza bildim. 45-46-cı illərin CənubiAzərbaycan hadisələrinə çatdım. Gecə üçdə bu hissəni qurtarıbnöqtə qoydum. Səhər xəstəxanadan çıxdım. "Dalısı qalsınyaya" – dedim.İyunda və iyulda "İmpuls" qəzetində atama və mənə qarşıböhtan və təhqirlərlə dolu iyrənc yazılar çıxdı. Onlara cavabverməli oldum. Vaxtım, əsəblərim, yaradıcı iş üçün vacib olan414

könül rahatlığım buna getdi.Mənim taleyimin də, bizim ailəmizin də qəribə birxüsusiyyəti var. (Bəlkə bu başqaları üçün də, ümumiyyətlə,insan həyatı üçün də səciyyəvidir). Ürəkbulandıran dediqodular,mığmığa sancmaları, hər çeşid bədxahlarınmırtdanmasıyla müşayiət olunan, istəmədən qoşulmağa məcburolduğum ədəbi və ictimai dava-dalaşlarla dopdolu ömrümüzünara-sıra işıqlı, sevincli, qayğısız zolaqları da olur – bir neçəgün, bəzən bir həftə, nadir hallarda – bir ay. Naşükür olmayaq.Bu da az deyil. Axı insanların çoxuna heç bu qısa sevinclər dənəsib olmur.İyul ayında Quzey Kipr Türk Cümhuriyyəti MilliMəclisimizin bir qrup deputatını, o cümlədən məni dəxanımlarımızla bir yerdə bu ölkəyə dəvət etmişdi. Oğlum TuralAnkarada AzərTacın müxbiridir. İyulun 21-də Turalın böyükoğlu Rəsulun on yaşı tamam olur. Kiprə səfərimizlə əlaqədarTuralgillə sözləşdik ki, onlar da bir həftəliyə Kiprə gəlsin,Rəsulun ad gününü orda birgə keçirək. Qızım Günel də dördyaşlı qızı Denizlə bizə qoşuldu.Şimali Kiprdə bir dəfə olmuşdum: 93-cü ilin mayında birtoplantıda iştirak və çıxış etdim. Mayda mənə cənnətin birguşəsi kimi görünmüş bu gözəl ölkə indi cəhənnəm istisindəyanırdı.Qüzey Kiprdə yerli türkləri yunan soyqırımından xilasetmək üçün Türkiyə silahlı qüvvələrinin adaya çıxdıqları günün25 illiyi bayram edilirdi.Levkoşanın böyük meydanında təntənəli rəsmi-keçiddəTürkiyənin və Şimali Kiprin çeşidli silahlı qüvvələri iştirakedir, göydən əlvan paraşütlərlə gənc oğlan və qızlar düzmeydana enirdilər. Kipr türkləri iftixarla: paraşütçülər öz yerliqoşunlarımızdandır – deyirdilər.74-cü ildə yunanlar Kiprdə türklərin axırına çıxmaqsiyasətini ardıcıl sürətdə həyata keçirərkən o vaxtkı vahidölkənin Prezidenti axiyepiskop Makarios idi. (Sovet İttifaqı415

tərəfindən dəstəkləndiyi üçün türklər ona "qızıl papas"deyirlər).Türkiyənin Kiprdəki soydaşlarının dadına çatacağı haqqındafikirlər yayılanda Makarios: – Türkiyə qoşunlarını adayaçıxaracaqsa, burada türk tapmayacaq – demişdi. Yəni hamısınıməhv edib, ya qovub qurtaracayıq. Amma Makariosun özününbaşı bəlaya düşdü. Yunanıstanda qara polkovniklərin xuntasıfaşist hökuməti qurdu, adada isə Samson adlı avantüristMakariosu devirib hakimiyyəti ələ keçirdi. Makariosunbaşladığı siyasətini Samson daha amansız və sürətli şəkildə icraetməyə başladı. Adada olduğumuz günlərdə bizi müxtəlifyerlərdə – Atlılar, Muradağ, Sandallar şəhid qəbiristanlıqlarınaapardılar. Yunan faşistləri bütöv türk kəndlərini – arvadları,qocaları, körpə uşaqlarıyla qətlə yetirmişdilər. Atlılar kəndməzarlığında Kamil Merac adlı sanki bütün varlığıyla dərdmücəssiməsinə çevirilmiş yaşlı kişi bizə bələdçilik edir, izahatverirdi – onun bütün ailəsini qırıblar – arvadını, dörd uşağını, ocümlədən yaş yarımlıq oğlunu. Hamısı da bu toplu məzarlıqdatorpağa gömülüb.Kipr türkləri onların bu genosiddən qurtaracaq Türkiyəsilahlı qüvvələrini intizarla gözləyirmiş. Ölkənin türk icmasınınrəhbərləri bu xilas yardımının haçan gələcəyini gününə, saatınaqədər bilirmiş. Levkoşadakı mitinqdə Quzey Kipr TürkCümhuriyyətinin Prezidenti Rauf Denktaş da çıxış etdi. Gözəlnatiqdir. Təsirli danışırdı. Nitqinin bir məqamı məni xüsusiləriqqətləndirdi. Türkiyə qoşunlarının müəyyən saatda (dəqiqyadımda deyil, məsələn səhər 5-də) adaya çıxacaqlarınıbilirmişlər. Bu saat gəldi, amma heç nə görünmürdü. Denktaş:"Düz bir saat intizar içində yaşadıq – dedi. – Bəlkə bir şeyolub, Türkiyə qərarını dəyişib. Onda bizim halımız necəolacaq?"Bir saat sonra havada Türkiyə təyyarələri, dənizdə türk hərbigəmiləri göründü. Ana vətən Yavru vətənin (türklər Kiprinəvazişlə belə adlandırırlar) imdadına çatmışdı.416

Bu qərarı Türkiyənin o vaxtkı Baş Naziri Bülənd Ecevitvermişdi. İndi bu tarixi hadisənin 25-ci il dönümü bayramedilərkən Kipr türkləri Eceviti milli qəhrəman kimi qarşılayırdılar.Bu ortaboylu, arıq, qarabuğdayı (Türkiyədə ona Qaraoğlandeyirlər), daima başında kepka olan dürüst və namuslusiyasətçiyə həmişə rəğbət bəsləmişəm. Əvvəla, Türkiyədəhamının, hətta rəqiblərinin belə təsdiq etdiyi əlitəmizliyinəgörə. İkincisi, "millət-millət", "din-din" deyə bağıran bəzibaşqa siyasətçilərdən fərqli olaraq Ecevit çağdaş Türkiyənintarixində sözləri və bəyanatları ilə yox, əməlləri ilə həlledici roloynayıb. 74-cü ildə Kipr türklərinin xilas olması da, 99-cuildə qanlı terrorist, 30 min türk və kürd insanının qanını tökmüşAponun – PKK lideri Abdulla Ocalanın dünyanın o başındayaxalanıb Türkiyə ədalətinə təslim edilməsi də Ecevitin adıylabağlıdır, onun iqtidarı dövründə olub. Üçüncüsü, şəxsitəəssüratlarımla əlaqədardır. Türkiyənin həm ədəbi, həm siyasihəyatını müfəssəl bilən, Nazim Hikmətin tədqiqatçısı və dostuƏkbər Babayev Ecevitlə məktublaşırdı. Ecevitin həm də birşair olduğunu ilk dəfə Əkbərdən eşitdim və çox illər sonra birşerini tərtib etdiyim Antologiyaya daxil etdim. 89-91-ci ildəMoskvada deputat olduğum vaxtlarda Ecevitlə şəxsən tanışoldum. O vaxt Moskvada daimi nümayəndəmiz olan gənclikdostum Zaur Rüstəmzadə məni və Rüstəm İbrahimbəyovunümayəndəliyimizə Ecevitlə görüşə çağırdı. Ecevit o vaxtmüxalifətdə idi. Maraqlı söhbətimiz oldu. Ecevit islamfundamentalizminə qarşı Türkiyənin apardığı – Mustafa KamalAtatürkün mənəvi və nəzəri irsinin təməl prinsipini təşkil edənlayiqliyin – dünyəvi dövlət siyasətinin nə qədər önəmliolduğunu vurğulayır, bunun Batı dünyası tərəfindən dərkininvacibliyindən danışırdı. Söhbət türk dillərində yeni kəlmələrinişlənməsindən düşdü. Yadımdadır ki, hələ o illər Türkiyəsəfərlərimdə televiziya ilə siyasi xadimlərin çıxışlarınıdinləyirdim. Qəribədir ki, çağdaş Türkiyədə dil də siyasiləşib,daha doğrusu, partiyalaşıb. Neologizmləri daha çox solçular,417

əski kəlmələri sağçılar işlədir. Və bir sağçı siyasətçinin:"Ecevit demişkən, "olaylar" ifadəsini işlətməsi, yadımda qalıb.Amma indi 20-25 il sonra "olaylar" sözünü hamı işlədir – sollarda, sağlar da. Bu ciddi məsələ ayrı, daha ətraflı söhbətinmövzusu, Türkiyə türkləri demişkən, konusudur. Burada buməsələyə toxunmağın səbəbi odur ki, Ecevit söhbətdə bizim"açar" kəlməsini çox bəyəndiyini və onu "anaxdar"ın yerinəişlətməyin gərəkliyini dedi. Mən də "Qobustan" toplusunundilimizə gətirdiyi bir sıra yeni sözləri, məsələn "inkar edilməz"əvəzinə "danılmaz", "təfsir" əvəzinə "yozum", vertolyotəvəzinə "dikuçar" işlətdiyimizi dedim. "Vertolyotu", təbii ki,anlamadı, helikopter deyə izah etdim. "Dikuçar" sözünü çoxbəyəndi və cib dəftərçəsini açıb ora yazdı.***Kiprdə bizi yüksək səviyyədə qəbul etdilər. Prezident RaufDenktaşla, Parlamentin – Məclisin sədri, Müdafiə və Xariciişlər Naziriylə görüşdük, şərəfimizə ziyafətlər verildi, RaufDenktaşa Kipr türk şairlərinin şerlərini də daxil etdiyim "Minbeş yüz ilin Oğuz şeri" antologiyasının birinci cildini təqdimetdim.Bütün görüşlərdə gah açıq, gah eyhamla qaldırılan ağrılıməsələ dünya ölkələrinin, o cümlədən Azərbaycanın QuzeyKipr Türk Cümhuriyyətinin bir dövlət kimi tanınması məsələsiidi. Hətta "bəlkə Rusiya ya ABŞ bu məsələdə sizi təhdidedirlər" fikri də səsləndi. Başqa deputatlarımızla bir yerdə məndə çıxış etdim, – məsələ təhdiddə-filanda deyil, – dedim –qəlbimizlə, bütün varlığımızla sizi çoxdan tanıyır, sevir vədəstəkləyirik. Mədəni, ticari əlaqələrimiz var. Bu günAzərbaycan Milli Məclisinin 14 deputatı ürək dolu sevincləsizin bayramınızda iştirak edir. Amma Azərbaycan rəsmi,diplomatik yolla Quzey Kipri tanısa, səhərisi gün Yunanıstan,sonra Ermənistan və bəlkə başqa ölkələr qondarma DağlıqQarabağ respublikasını tanıyacaqlar. Bu arqumenthəmsöhbətlərimizi az-çox qane edirdi, amma əlbəttə,418

ürəklərində bir inciklik də qalırdı. Bu məsələ Kipr türklərininhəssas və yaralı yeridir. Aeroportda pasportlarımıza QuzeyKipr Türk Cümhuriyyətinin möhürünü vuranda və bizlərdənkimsə: – bu möhürlə daha bizi heç vaxt Yunanıstanaburaxmazlar – deyə əndişələnəndə ev sahiblərinin pərtolduqlarını sezdim.***Girnədə, qədim qalanın ətəyində, Aralıq dənizi sahilindəkiçik bir lokantada balaca Rəsulun on yaşını qeyd etdik.Görmədiyim bu bir il ərzində nəvəm böyüyüb, maraqlarıyetkinləşib. Mənə kosmos haqqında, yer kürəmizə başqaplanetlərdən gələnlərin izləri haqqında, uçan boşqablarhaqqında bitib-tükənməyən suallar verir. O biri nəvəm 5 yaşlıAnarın fikri-zikri köpəklərdə idi. Valideynləri söz veriblər ki,ad günündə ona it alacaqlar. – Neyləyirsən köpəyi? – deyəsoruşuram. – Rəsulun üstünə buraxacam.Rəsul bizimlə Azəri türkcəsində, məktəb yoldaşlarıyla xalisTürkiyə türkcəsində danışır. Balaca Anar isə gözünü açandanTürkiyə mühitində böyüyür və dilimizi bilsə də, Türkiyətürkcəsiylə daha sərbəst danışır.Kiprdə bir gün bizi gəmi gəzintisinə apardılar. Bir sahildəgəmi dayandı – 1974-cü ildə Türkiyə əsgərləri adaya buradançıxıblar. Balaca Anar gəminin niyə dayandığı ilə maraqlandı,kapitan duran göyərtəyə qalxdı və bir azdan qayıtdı.Həyəcanla: "Kötü bir haberim var – dedi – Kapitan yokdur".Gülüşüb onu sakitləşdirdik. Deniz nəvəm isə: – Baba, səndağın başından o buludu dərə bilərsən? – deyə soruşdu.Hamımız bir yerdəydik – həyat yoldaşım, balalarım, gəlinim,nəvələrim… Son illər nadir hallarda bir yerdə oluruq. Xoşsaatlarımız, xoş günlərimiz idi. Axır illərin bitib-tükənməz qayğılıgünləri içində (amma uşaqlıqdan bəri hansı illərim qayğısız olubki?) tale bizə bir neçə qayğısız gün, bir həftə xoş ovqat, sevincbəxş etmişdi. Amma əvvəllərdə yazdığım kimi bizə sevincdüşmür. Bir gözümüz güləndə, biri ağlayır.419

Kiprdən döndüyümüzdən 15 gün sonra yeznəm, kiçik bacımTəranənin həyat yoldaşı Abbası itirdik.***İyulun 26-da Kiprdən qayıtdıq. Avqustun 1-də Zuğulbaya,bağa köçdük. Bazar günü idi. Səhərisi gün, ayın 2-dən romanüzərində işə başlamaq istəyirdim. Son illər bu bizimçün çoxnəhs aydır. Allah eləsin bu yay başımıza bir iş gəlməsin,yazımı qurtarım – deyə düşünürdüm. 2-də səhər saat 11-dədəftərimi açdım, yazıya başlamaq istəyirdim ki, telefon zəngçaldı. Arif Əmrahoğlu idi. – Anar müəllim, pis bir xəbər var –dedi. – Fikrət Qocanın anası rəhmətə gedib.Dəftəri büküb, qələmi bir yana qoyub Bakıya gəldim. Fikrətmənim ən əziz, ən yaxın, illərin sınağından çıxmış ən etibarlıdostlarımdandır. Bu günlərdə onun yanında olmalıydım.Zərxara ananın üçünü, yeddisini verdik. Yeddisi bazar gününəavqustun 8-nə düşürdü. Bazar ertəsi Zuğulbaya qayıtmalıydıqvə mən işə başlamalıydım. Günellə Denizi də özümüzləaparmalıydıq. Dörddə evə gəldim. Zemfira: – Nə qədər zəngedirəm Günel cavab vermir – dedi – axı danışmışdıq ki, dörddəbizi gözləsin.–Yəqin telefonları xarabdır. Gedək onu evdən götürək.Evlərində də yox idi. Günelin həyat yoldaşı İlkinə zəng elədim.–Günel Təranəgildədir – dedi. – Bəs bilmirsiz? Abbasınbeyninə qan sızıb.Dərhal Təranəgilə gəldik. Demə səhər 9-da Təranə Abbasıhamam otağında yerə yıxılmış, huşunu itirmiş halda tapıb.İnsult. Abbasın diabeti və yüksək qan təzyiqi vardı. Neftçilərxəstəxanasında, reanimasiya palatasında yatırdı. Neftçilərxəstəxanasına gəldik. Abbasın qardaşları, həkim dostlarıburdaydı. Reanimator həkim Fikrət Əfəndiyev: – Ümid azdır –dedi – ancaq hələ ki, göstəricilər yaxşılığa doğru gedir. Təzyiqixeyli düşüb, iki-üç gün həlledici olacaq. Göstəricilər belə qalsaqurtara bilər.Bizi bir qədər sakitləşdirdilər. Axşam 8-də Zuğulbaya420

gəldik. Bir saatdan sonra bacım Fidanın qızı Aysel zəng elədi.Dəstəyi Zemfira götürdü, səsi dəyişdi: – Nə danışırsan?Hər şeyi başa düşdüm. Abbas keçinmişdi. Bakıya gəldim.Abbasla Təranə iki qızları – Nigar və Bəyazla Kitabpassajının üstündəki mənzildə, valideynlərimizin evindəyaşayırlar. Yenə də neçə dəfə bundan əvvəllərdə olduğu kimi –mənzilin qapıları taybatay açıqdı, yenə də bu evə matəmgəlmişdi. Təranəni qucaqladım. Bacım: – Abbas yoxdur – dedi,ağladı, amma az sonra özünü ələ aldı. Mən yenə də balacabacımın nə qədər böyük iradə sahibi olduğunu gördüm. Təranəhamımızdan artıq dərəcədə ən ağır dərdini içində çəkməyibacaran adamdır.Belə gənc yaşlarında – biri 24, biri 21 atadan yetim qalmışbacım qazlarını – Nigarı və Bəyazı bu ağır dərd içində görəndədözə bilmirdim, ürəyim parçalanırdı.***Abbas nadir insanlardan idi. Xeyirxah, mehriban, xeyrə-şərəyarayan, çətinə düşmüş, xəstələnmiş, köməyə möhtac olan hərkəsin dadına çatan, hər kəsə əlindən gələn yardımı edən həkimidi. Gəncliyindən dost seçdiyi adamlarla ömrünün sonunacansadiq dostluq elədi, onların yolunda hər bir fədakarlığa hazıridi. Yüksək bədii zövqü, geniş mütaliəsi vardı. Elmin, sənətinmüxtəlif sahələriylə maraqlanırdı. Siyasi hadisələrə,siyasətçilərə dəqiq qiymət verərdi.Mənim hər hansı kiçik uğuruma ürəkdən sevinir, mənə olanhücumları ürəyinə salırdı. Son günlərin hücumlarındanhardansa xəbər tutmuş, mənə zəng eləmişdi. – Fikir vermə, ithürər karvan keçər – deyirdi. – Bəs niyə mənə heç nədeməmisən? – Çox xoş xəbərdir ki, sənə də deyim? Sən dənəbadə Təranəyə deyəsən.Abbasa zarafatla "ailəmizin səhiyyə naziri" deyirdik.Doğrudan da ən uzaq qohumlarımızın, tanışlarımızın beləsəhhətləriylə bağlı bir məsələ olan kimi Abbasın üstünəqaçırdıq. Hamımız az qala zökəm olanda da Abbasa müraciət421

edirdik. Anamın, atamın ağır xəstə olduqları illərdə Abbasmənə yaxından yaxın qardaş, dayaq və arxa oldu.Uzun illər boyu ailəsindən, istirahətindən, dostməclislərindən, gənclik əyləncələrindən qopardığı vaxtıSəhiyyə Nazirliyində gecəsi-gündüzü bilinməz işə sərf etdi.Sonra öz ərizəsiylə bu vəzifədən getdi və Birinci PoliklinikanınBaş həkimi oldu. Burda boş vaxtı daha çox idi və qəribədir, eləbil bu asudəlik onu sıxırdı. Daima qaynar fəaliyyətlə məşğulolan, enerjisi, həvəsi aşıb daşan bir insan üçün iş yerindəişsizlik saatlarını krossvord doldurmaqla keçirmək ağır mənəviişgəncəymiş....Və Abbas qırıldı, bədbinləşdi. Əvvəllər yüz maraqlayaşayan, hər işdən həvəslə yapışan yeznəm, elə bil həyatındadını qaçırmışdı. Diabeti şiddətləndikcə bu andıra qalmışxəstəliyin nazını çəkmək məcburiyyətinə də məhəl qoymurdu.Nə pəhriz saxlayırdı, nə rejiminə diqqət yetirirdi, hərəkətsiz,oturaq həyat sürürdü ev-iş, kürsüdən kürsüyə. Neçə dəfə onurayonlara aparmaq istəmişdim. – Gedək, bir az havamızıdəyişək. Əvvəllər belə təklifləri həvəslə qəbul edən Abbas indicürbəcür bəhanələrlə boyun qaçırırdı. Tez-tez ölümdən sözsalardı, yaxınlarda öləcəyini deyirdi. – Bəsdir bu qızlarınürəyini üzdün – deyə onu ərklə məzəmmət edirdim. – Bax səndüz on yaş məndən kiçiksən. Özün də həkimsən. Hər ikimizinşəkər xəstəliyi var. Sən belə bədbinləşəndə, ölümü gözləyəndə,mən nə etməliyəm? Özümə tabut sifariş verməliyəm?–Səndə diabetin daha yüngül formasıdır – deyirdi.–Axı sən də həkim ola-ola bu xəstəliyin heç bir şərtinə əməleləmirsən. Sənə baxanda mən təbabətə olan-qalan inamımı daitirirəm.İyulun 30-da Zuğulbaya köçməyimiz ərəfəsindəvidalaşmağa onlara getmişdim. Bu yay vidalaşması deməAbbasla ömürlük vidalaşma imiş.Mənzillərində neçə aydan bəri çəkən təmir bitmişdi.Döşəmənin parketi par-par parıldayırdı, rənglənmiş divarlar,422

qapılar, silinib-təmizlənmiş çılçıraq...–Axır ki, remontdan canınız qurtardı. Payızda Allah qoysabunu yuyarıq, – dedim.Abbas:–Payızda öz yerində. – dedi – Hamını qonaq çağıracayıq.Amma bəlkə indidən başlayaq?Soyuq araq gətirdi. Şüşənin yarısı boş idi.–Mən bu mənzil üçün hər şeyi etdim – dedi.Doğrudan, da, beləydi. 81-ci ildən, atamla-anamınvəfatından sonra Abbas bu evin həm sahibi, həm də layiqlivarisi kimi köhnə mənzili daima təzə saxlamaq üçün, yüz cür"yırtıq-yamağını" düzəltmək üçün çox zəhmətlər çəkmişdi. Eləbil son saatını da təmirin bitməsinə, böyük qızı Nigarınsəfərdən qayıtmasına, kiçik qızı Bəyazın əla diplomla dördüncükursu bitirib magistraturaya imtahansız daxil olmasına, nəhayətbizim Kiprdən dönməyimizə saxlayırmış. Bəlkə elədüşünürmüş ki, bu dünyada görməli işlərinin hamısını görübqurtarıb: ailə qurub, qızlarını böyüdüb, boya-başa çatdırıb, alitəhsil verib. Ata-anasının məzarlarının üstünü layiqli şəkildəgötürüb. Cəmiyyətə də verə biləcəklərini verib, verəbilmədiklərində isə təqsirkar deyil.Bəlkə həyatının beləcə bitib-tükənməsi fikri imiş onu buqədər bədbinləşdirən. Bəlkə həkim kimi öz xəstəliklərininsonucunu və zamanını tibbi dəqiqliklə duyurmuş. Kim bilir?Son görüşümüzdə təmir vaxtı evdəki arxivi, köhnə kağızkuğazısaf-çürük etdiyini də söylədi. – Öz məktublarımınhamısın cırıb atdım – dedi.–Niyə?–Kimə, nəyə lazımdır? Mən məgər Motsartam ki, hərkağızımın dəyəri olsun?Nədənsə, məhz bu adı çəkdi – Motsart.–Motsartın buna nə dəxli var – dedim – hər insanın keçmişionun özü üçün, ailəsi üçün əhəmiyyətli, qiymətlidir. Keçmiş isə ənçox mətnlərdə, o cümlədən məktublarda yaşayır.423

–Eh, ondansa gəl içək. Sənin sağlığına.–Sağ ol. Sənin sağlığına.Nə bileydim ki, Abbasın sağlığına sonuncu dəfə içirəm.Yarımçıq şüşəni başa vurduq.–Birini də açım – dedi – Soyuducuda biri də var.Təranə, qızlar hay-küy qaldırdılar:–Bu istidə...Canınıza yazığınız gəlsin.–O da qalsın gələn səfərə – dedim.Nə bileydim ki, gələn səfər bir də heç vaxt olmayacaq.***Bu növbəti nəhs avqustun 10-da Abbası atasının, anasınınyanında torpağa tapşırdıq. Dəfndən qabaq çadırda oturmuşduq.Məndən bir az aralı qohumumuz, mənim uşaqlıq dostum FikrətAğazadə əyləşmişdi. Birdən onu harasa çağırdılar, getdi. Birazdan məni çağırdılar. Fikrətin oğlu İlkinin beyninə qan sızıb –dedilər. Kürəkənim kimi Fikrətin oğlunun da adı İlkindir.Kiminsə mobil telefonuyla "Medikal klab" təcili yardımxidmətinə, sonra Semaşkonun baş həkiminə zəng elədik.Əvvəllər belə tibbi məsələlər Abbasın öhdəsində olardı.Semaşkonun Baş həkimi Pənah müəllimlə danışdım. – Tezreanimasiyaya gətirsinlər – dedi.Fikrətə xəbər elədim: – Semaşkoda gözləyirlər.Abbası dəfn edib qayıtdıq. Kişilər çadırın qabağındadövrələmə dayandı, ovuclara gülab səpməyə başladılar.Dayım oğlu Rüstəmin oğlu mənə yanaşdı: Ailəmizə birmüsibət də üz verdi – dedi – Fikrətin oğlu keçindi. Elə evdə,heç xəstəxanaya apara da bilməyiblər.Fikrətgilə getdim.Uşağın anası Maya özündə deyildi, dildeyirdi, diz döyürdü, özünü öldürürdü. Fikrət isə sanki sadəcəyuxuya getmiş İlkinin sakit və tərtəmiz sifətini oxşayıb: – AxıAllah niyə bizə belə zülm elədi? – deyirdi. – Ömrümüz boyuişləmişik, çalışmışıq, heç nəyimiz yoxdur. Bircə oğlumuzvardı, Allah onu da əlimizdən aldı.İlkin 27 yaşındaydı. Dörd ay bundan əvvəl evlənmişdi.424

Toyda Fikrət də, Maya da necə sevinirdilər, ay Allah! Maya: –Zeynəb xanım oxuduğu mahnı mənə aiddir – deyirdi. –Dünyanın xoşbəxti mənəm dünyada.Meyiti yumağa məscidə aparmaq lazım idi. Fikrətqucaqlayıb buraxmırdı. – Qoymaram, qoymaram – deyirdi – oölməyib. Necə ola bilər, üç saat bundan qabaq sağ idi,danışırdı, gülürdü. İndi iynə vuracaqlar, duracaq ayağa.Fikrəti bir təhər həyətə çıxardıq, meyiti məscidə apardıq.Neçə gün sonra Fikrət bir az toxtamışdı, danışırdı ki, İlkineynən Abbas kimi insult olub, amma ilk dəqiqələrdə hələ dilitutulmayıbmış. Həkimlərə: – Məni qoymayın ölüm, axı hələcavanam – deyirmiş. Sonra birdən öldüyünü dərk edib,kəlmeyi-şəhadətini oxuyub.Bəlkə iki gün ərzində bu iki itki – həm də eyni simptomluxəstəliklərin nəticəsi olan ölümlər – o günlər havanın qeyri-adi istikeçməsi, günəş radiasiyasının artmasıyla əlaqədardır. Axıdeyirdilər ki, avqustda gözlənilən gün tutulması da yer üzündəböyük fəlakətlərə səbəb olacaq, hətta Paris dağılacaq.Paris, şükür, dağılmadı, amma nə yazıq ki, Türkiyədədəhşətli zəlzələ baş verdi. Bu gün bu yazını yazarkən artıq 14mindən artıq adamın həlak olduğu, neçə minin isə hələ dətapılmadığı haqqında məlumat verilir. Ölənlərin sayı 30 minəçata bilər. Bu avqust nə nəhs ay imiş…Zəlzələ günü Zuğulbadaydıq. Hələ heç nədən xəbərimizyoxdu. Səhər tezdən zəng olundu. Ankaradan Tural idi.–Telefon etdim ki, nigaran olmayasınız, biz sağ-salamatıq.–Nə olub ki?–Zəlzələdən xəbəriniz yoxdur? Televizoru qurun.***Avqustun 16-da Yusif Səmədoğlunun ilini verdik. Bütün bumüsibətlərdən doğan duyğular atamın məhşur şerini yadımasalırdı. Yalnız iki adı və bir neçə sözü dəyişərək, öz-özümə buşeri təkrar edirdim.Yusifi yola saldıq425

xəstəliyi diabetBir gün Abbassız qaldıqxəstəliyi diabetTək qalmış qaya kimiuçulur sağım-solumBilirəm gec-tez bir günmənə çatacaq möhlətHələ ki, möhlətə var –beş il, beş ay, beş saat.Yaşamaq nə şirinmiş,Necə qısaymış həyat.***Kədərli hadisələr, ailə müsibətlərimiz və Türkiyədə zəlzələfəlakətiylə bağlı bu haşiyəni romanıma salmaqla təhkiyəminxronoloji düzümünü pozsam da, başımıza gələnləri isti-istiqələmə almağa çalışdım, çünki bunları yazmadan ayrı, uzaqmətləblərə keçməyi də bacarmazdım. Bəlkə də bu yazımınxüsiyyəti və qisməti belədir: o yaşanıla-yaşanıla yazılır vəyazıla-yazıla yaşanılır.Deyəsən, doğrudan da, mən bu yazımı taleyimlə çarpışaçarpışayazıram.avqust, 1999426

ŞUŞALI,YALÇINLI GÜNLƏRYalçın haqqında xatirə yazmaq mənimçün çətindir. Əvvəlaona görə ki, bu xatirələr 1981-ci ilin yayını – ömrümün ən ağırçağını – yüz gün içində atamı və anamı itirdiyim ayları yadasalır. İkinci ona görə ki, bu xatirələr müvəqqəti itirdiyimizŞuşayla bağlıdır. Üçüncü də ona görə ki, Yalçının özünü dəçox erkən, həyatının, sənətinin çiçəkləndiyi vaxt itirdik. 1981-ci ildə quruluşçu rejissor kimi öz ssenarim əsasında ÜzeyirHacıbəyov haqqında iki seriyalı bədii film çəkdim. Filmin birhissəsi Üzeyir bəyin Şuşada keçən uşaqlıq illərinə aid idi.Balaca Üzeyir roluna sınaq çəkilişləri üçün assistentlərimonlarla məktəblini kinostudiyaya gətirmişdilər. Uşaqlarınəvvəlcə şəkillərinə baxır, seçdiklərimizin kino sınaqlarınıkeçirirdik. Fotolarında ifadəli gözləri ilə diqqətimi cəlb edənYalçının kino sınaqları da uğurlu oldu. Yalnız onu bu rolatəsdiq edəndən sonra bildim ki, Yalçın Əfəndiyev yaxındostum Elçinin qardaşı Timurçinin oğlu, görkəmli sənətkarımızİlyas Əfəndiyevin nəvəsidir.Filmin çəkilişində Şuşaya getdiyimiz zaman balaca Yalçınıana nənəsi müşayiət edirdi, ara-sıra İlyas müəllimmehmanxanaya mənə telefon edir, nigarançılıq içində nəvəsinisoruşurdu. Yalçının sapsağlam olduğunu, çəkilişlərin normalgetdiyini deyirdim."Üzeyir Hacıbəyov, Uzun ömrün akkordları" filmininözəlliyi ondan ibarət idi ki, bədii olsa da, böyük bəstəkarın vədigər tarixi personajların əsərdə söylədikləri hər cümlə, hər sözsənədli mətnlərə əsaslanırdı. Təbii ki, Üzeyirin uşaqlığına aidbelə mətnlər, yəni onun dediyi sözlər, cümlələr şahidlərinxatirələrində əks olunmamışdı.Odur ki, Yalçın qəbul etdiyimiz bədii prinsipi pozmamaq427

üçün obrazı danışıqlar, sözlər, mətnlə deyil, səssiz baxışlarıylayaratmalı, davranışıyla açmalıydı. İlk dəfə filmdə çəkilənbalaca Yalçın bu çətin aktyorluq vəzifəsinin öhdəsindən uğurlagələ bildi. Onun bu filmdə açılan aktyorluq qabiliyyətizənnimcə iki epizodda daha çox yadda qalır.Dediyim kimi, Üzeyirin uşaqlıq illərinə aid əlimizdə heç birsənəd yox idi. Ancaq bəstəkarın öz xatirələrində ömrünün budövrü haqqında çox vacib bir hadisədən bəhs olunur. Üzeyirbəy xatırlayır ki, ilk dəfə Şuşada məşhur xanəndə CabbarQaryağdıoğlunun ifasında "Məcnun Leylinin məzarı üstündə"səhnəciyi ona çox böyük təsir göstərmiş və gələcəkdə musiqilitamaşa – yəni opera yaratmaq fikri məhz bu zaman ağlınagəlmişdir.Filmimizdə həmin səhnəciyi Cabbar Qaryağdıoğlu rolununifaçısı, təkrarsız müğənni Qədir Rüstəmov canlandırır. Bu kiçiksəhnəcikdə balaca Üzeyir də başqa uşaqlarla birlikdə xor oxuyur.Ancaq Cabbarın – Qədirin ifası balaca Üzeyiri – Yalçını o qədərəfsunlayır ki, o, öz oxumasını unudub Məcnunun TSegahUınabayılır. Bu sözsüz, danışıqsız səhnəni musiqinin həssas çocuqqəlbinə təsirini Yalçın ancaq üzünün ifadəsiylə, qəmli gözləriylə,mənalı və dalğın baxışlarıyla oynamalıydı. Və balaca aktyor buçətin vəzifənin öhdəsindən məharətlə gəldi. Filmi görənlər busəhnədə Yalçının nə qədər daxilən dolu, həyəcanlı və mütəəssirgöründüyünü təsdiq edər.İkinci vacib bir epizodda isə Yalçın başqa duyğunu – fərəh,sevinc hissini səssiz-sözsüz oynamalıydı. Filmin finalında birşərtiliyə yol vermişdik: Uşaqlıqda Şuşanı tərk edib Qoriyə, Tiflisə,Bakıya, Moskvaya – böyük dünyaya getmiş Üzeyir çox illər sonradoğma şəhərinə, musiqisiylə – ölməz əsərləriylə qayıdır.Unudulmaz dirijorumuz Niyazinin rəhbərliyi ilə o yay Şuşadaçıxış edən simfonik orkestrimizin konsertini lentə aldıq. ÜzeyirHacıbəyov çoxdan dünyasını dəyişmişdi, amma dediyim kimi,şərti bir üsuldan istifadə etdik: Şuşanın füsunkar təbiəti qoynundaçalan orkestrin ifasını dinləyənlərin arasında balaca Üzeyiri –428

Yalçını da görürük.Məhz bu şəhərdə balaca Üzeyir ilk dəfə musiqinin sehriniduymuş, gələcəkdə bəstəkar olacağına qərar vermişdi. Sonralarbu böyük niyyətini dahiyanə şəkildə – klassik əsərləriyləhəyata keçirmişdi.Uzun ömrü boyu başqa, böyük şəhərlərdə yaratdığı əsərlərinakkordları doğma yurdunda – uşaqlıq vətənində səsləndiyizaman sanki balaca Üzeyir – Yalçın keçmişdən gələcəyəboylanır, dünəndən bu günə gəlir və uzaq cocuqluq arzularınınçin çıxmasına sevinir, fərəhlənir, bir az da heyrətlənir. Yalçınbu epizodda heyrətini, fərəhini, sevincini elə canlı şəkildə ifadəedir ki, çox sonralar onu boylu-buxunlu, yaraşıqlı, yetkin bircavan kimi görmüşdümsə də, yaddaşımda məhz o görkəmi, oçöhrəsi, üzünün–gözünün o ifadəsiylə yaşayır: Şuşa ağaclarınınyarpaqlarını aralayıb heyrət, fərəh və sevinclə orkestrə, bizə,tamaşaçılara baxan məsum, daxilən zəngin və istedadlı çocuq,sənətdə böyük gələcəyi olan uşaq.Nə yazıq ki, bu böyük gələcək, çox erkən keçmişə, xatirələrəçevrildi, olacaqlar olub bitdi. Acı bir xəbər qəlbimizi sarsıtdı: gəncrəssam Yalçın Türkiyədə qəfil ürək böhranından keçinib.1981-ci ilin yayındakı Üzeyirli, Yalçınlı, valideynitkilərimdən mənimçün dərdli, möhnətli, amma həmişəki kimigözəl Şuşam – bu gün bizim deyil. Cıdır düzünün, Vaqif,Nəvvab məzarlarının, Natəvan bulağının, Üzeyir, Bülbülevlərinin, Ərimgəldinin, Səkili bulağın yad tapdağı altındaolduğunu düşünəndə təpəmdən tüstü çıxır.İnanıram, inanmaq istəyirəm və özümü inandırıram ki, buitki müvəqqətidir. Şuşamızın hökmən azad olunacağına, anatorpağımıza qovuşacağına inandığım kimi Yalçınla haçansa birdaha görüşəcəyimizə də inanıram. Çünki Allaha inanıram,həmişə inanmışam və həmişə inanacam. Allaha inanıramsa,deməli, ədalətin sonda zəfər çalacağına da – Şuşanın xoşiqbalına da inanıram. Allaha inanıramsa, deməli, başqa birdünyada bu dünyada bitən həyatlarımızın hansısa ayrı bir429

şəkildə davam edəcəyinə də inanıram.Və heç kəsin bilmədiyi, amma mütləq mövcud olan bir aləmdəitirdiyimiz unudulmaz insanlarla yenidən görüşəcəyik. Ocümlədən "balaca Üzeyirlə" – əziz, mehriban Yalçınla.430

EMİNƏ AĞIBir həftə bundan qabaq Emin Sabitoğlu Ali məktəblərininbirində dərs dediyi İstanbuldan Bakıya gəlmişdi. Noyabrın 21-də Milli Dram teatrında keçirilməsi nəzərdə tutulan tədbirdə –atası Sabit Rəhmanın 90 illiyi yubileyində iştirak etmək üçün.Üç həftə bundan qabaq Eminə Xalq artisti adı verilmişdi,Noyabın 17-də Akif Rəfiyevin təklifi və dəvətiylə Eminingəlişini və ad almasını qeyd etmək üçün dost məclisinəyığışmışdıq: Fikrət Qoca, Vaqif Səmədoğlu, Akif, Emin, mən.Eminin sağlığına badələr qaldırırdıq. O özü içmirdi, amma sonillərdə ilk dəfə olaraq Emini belə şən, nəşəli görürdüm.Vaqiflə, mənimlə bir yerdə oxuduğumuz məktəbi, məktəbillərini, gəncliyimizi xatırlayırdıq. Vaxtsız itirdiyimizdostlarımızı – Arazı, Yusifi yada salırdıq. Ötüb keçən illəringah kədərli, gah məzəli günlərinə qayıdırdıq. Fikrət, Vaqifköhnə və təzə şerlərini oxuyurdular. Emin də onlara qoşulubgəncliyimizdən sevdiyi və əzbər bildiyi bir şeri – MikayılRəfilinin "Pəncərə" şerini oxudu:Fikrim bir sap kimiilişirdi parıldayan bir xəncərə,Qarşımdakı böyük şəhər –bir pəncərə.Axşam saat 11-də ayrıldıq. Mən evimin tinində maşındandüşdüm, maşın Vaqiflə Emini evlərinə apardı. Heç əl veribgörüşmədik də... İki gün sonra Yazıçılar Birliyindəgörüşəcəyimizi vədələşdik. Emin atasının yubileyinədəvətnamələri gətirəcəkdi. Mən maşından çıxanda Emin mənəvə Vaqifə qələm bağışladı. Belə şakəri vardı – hər dəfəTürkiyədən Bakıya gələndə hərəmizə bir qələm hədiyyə edərdi.Evə gəldim, saat ikiylə-üç arasında yuxuladım. Yuxudagördüm ki, Emin ölüb.431

Səhər saat doqquzun yarısında qızı Ceyran zəng elədi vədedi ki, gecə saat dörd radələrində Eminin ürəyi dayanıb.Əlli beş illik dostumNiyə, niyə axı sənHəyatdan doydun, bıqdın?Sən ki etibarlıydın,Niyə vəfasız çıxdın?Niyə belə tələsdin,Qürbətdən betər olanAyrılığın acısınBilə-bilə tələsdin...Sənsiz qalan bu dünyamhəsrətli bir aləmdi,Kədərdi, dərddi, qəmdi,hıçqırıqdı, ələmdi.Əlimdə bu qələm dəSənin son hədiyyəndir –QARA YAZAN qələmdi....Eminin məhşur bir mahnısı var. Sözləri Fikrət Qocanındır:"Payız gəldi, uçdu getdi quşlar". Dünyaya payızda gəlmişdi –noyabrın 2-də, payızda da uçdu getdi. Son dostluq məclisimizhaqqında Fikrət dedi: – Sən demə, Emini yola salmağayığışmışdıq.Neçə il Türkiyədə işlədi, sanki bayatımızın müdrikliyinitəsdiq eləmək üçün Bakıya döndü:"Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır".Əlvida Emin, əlvida əzizim, həmdəmim, munisim, məktəbvə sənət yoldaşım, uşaqlıq, gənclik, qocalıq dostum. BirNiyaziyə, bir də sənə maestro deyərdim.Əlvida, maestro... Əlvida Emin... Əlvida Eminciyim...20 noyabr, 2000432

ƏLVİDAGözəl bir insanı, etibarlı dostu, böyük alimi, həqiqi ziyalını,ədəbiyyat fədaisini itirdik. Mən həmişə bu fikirdə olmuşam ki,ədəbiyyatın ən çətin janrlarından biri tənqid janrıdır. Və bujanra xüsusi istedad lazımdır. Bu xüsusi istedada geniş biliklərəlavə olunmalıdır. Bu xüsusi istedada yüksək bədii zövq əlavəolunmalıdır. Bu xüsusi istedada, bəlkə də, ilk öncə ədəbi əxlaq,ədəbi vicdan, obyektivlik hissi əlavə olunmalıdır. Bütün budediyim keyfiyyətlər ən parlaq şəkildə Yaşarın şəxsiyyətində,yaradıcılığında təcəssüm olunmuşdu.Yaşar Firidun bəy Köçərlidən, Məmməd Arifdən üzü bəriAzərbaycanın ən böyük tənqidçiləri, ədəbiyyatşünaslarısırasında şərəfli bir yer tutur və bu gündən sonra əbədiyyən biryer tutacaqdır.Yaşarla çox səfərlərdə olmuşuq. Onun insan kimikeyfiyyətləri, özünəməxsus yumoru, həlim xasiyyəti, insanlaraqarşı xeyirxah olması, dünyada heç kəsin əleyhinə bir kəlməsöz danışmaması, eyni zamanda ədəbi mübarizələrdə, ədəbiölçülərdə prinsipiallığı, barışmazlığı uzun zaman örnək olaraqqalacaqdır.Bir neçə gün bundan əvvəl Fikrət Qocayla, ArifƏmrhoğluyla Yaşara dəyməyə getmişdik. Çox zəifləmişdi.Yaşarı tanımaq olmurdu. Amma cismən zəifləmiş bu adamıniradəsi, zehni, ağlı, mühakiməsi əvvəlki kimi diri, canlı idi. Vəözünəməxsus cümlələrlə danışanda arabir dedi ki, "necədir,fikrim yerində qalıbmı?" Dedik: – Tək fikrin yox, üslubun dayerindədir, Yaşar. Və tezliklə sənin bu yeni kitabının – əlbəttə,bilərək ki, bu bir aldanışdı, – sənin bu yeni kitabının birlikdətəqdimatını keçirəcəyik.Dedi ki, özü də sən keçirəcəksən, çünki sən həmişə mənimtədbirlərimdə iştirak eləmisən və bəzən hətta unudub mənə söz433

də verməmisən.O yadıma salırdı ki, onun yubiley gecəsində nədirsə, hamıyasöz verdim, Yaşara söz vermədim. Bir də mən ona söz verməksəadətinə nəsib olmayacağam. Amma Yaşarın xatirəsimənimçün ən əziz insanların xatirəsi sırasında əbədi yaşayacaq.Nazim Hikmət Rəfilinin ölümünə həsr etdiyi şerdə"Nəslimin yarpaq tökümü başladı" – deyib. Bizim nəslinyarpaq tökümü çoxdan başlayıb. Və indi bəlkə budaqlarda təktükyarpaqlar qalıb. Bu yarpaqlardan biri də bu gün aramızdangedib. Amma onun ruhu, onun ədəbiyyatımız qarşısında olanxidmətləri, onun tələbələri, onu unutmayan dostları, əsas isəonun qədrini bilən bu xalq həmişə yaşayacaqlar.Əlvida, Yaşar, qəbrin nurla dolsun...434

ELƏ BİL HEÇ YOX İMİŞFotoların kino lentlərindən və videokadrlardan bəziüstünlükləri də var – özəlliklə xatirələrimizi əyani şəkildəcanlandırmaq istədiyimiz zaman. Doğrudur, sənədli kino, yavideo kadrlarda insanlar hərəkət edir, danışır, onlarıngüldüyünü ya qəzəbləndiyini görürük, səslərini eşidirik. Ammasürətlə ötüb keçən həyatı dayandıra bilmədiyimiz kimi, bukadrları da saxlaya bilmirik. Yox, əlbəttə, hər hansı kadrıdurdura bilərik, buna stop-kadr deyirlər. Amma bu artıq kinoya video deyil: yenə də fotodur, səssiz, hərəkətsiz.Bilmirəm, ən əziz, ən yaxın adamlarımdan biri haqqında, builin fevralında itirdiyimiz bibim qızı Salehə (biz ona Sasadeyərdik) haqqında yazdıqlarımı niyə belə uzaqdan başlayıram.Bu itkinin reallığına hələ də çətinliklə inanıram və elə bunagörə də onun haqqında yazmaq istədiklərimi bu qədəryubatdım, yeddi ay keçdi. Yara hələ də çox göynədir.Fotolara gəlincə – onlanı bir-bir gözdən keçirirəm və Sasalıfotolar xəyalımda min bir xatirəmi canlandırır. Salehə atamınkiçik bacısı Surə Məmmədxanlının və kinoaktyor, rejissorİsmayıl Əfəndiyevin övladı idi. Bibim qızıydı, amma bibimqızından artıq böyük bacım idi. Yaşca yox, yaşca məndən ikiyaş kiçik idi. O, mənim ilk bacım idi. Çünki ana-bir, ata-birbacılarım Fidan və Təranədən daha qabaq gəlmişdi dünyaya vəmən də ta uşaqlıqdan əvvəl-əvvəl bacım kimi onu görmüşdüm.Budur qarşımda 45 ilin fotosu, atamın yanında mən durmuşam,onun dizləri üstə isə beş yaşlı Salehə və iki yaşlı Fidandır. Bufoto mənim foto-albomumda da nəşr olunub. Rəsul Rza vəNigar Rəfibəyli foto-albomunda isə başqa bir foto var: Surəxanım, İsmayıl Əfəndiyev və iki qızları – Salehə, kiçik bacısıZabitə. Bibim zarafat edərdi: – İsmayılın qohumları bizisoruşanda deyirlər: Salehə xanım necədir, Zabitə xanım435

necədir, Surə necədir? Qızlarım – xanımmış, mən – xan nəvəsi– sadəcə Surə.Amma sonra gülüb izah edirdi ki, məsələ bir az ayrı cürdür.İş ondadır ki, Salehəyə İsmayılın vaxtsız vəfat etmiş bacısınınadını qoyublarmış – Salehə xanım. Zabitə xanım da hansısabaşqa qohumunun adıymış.Dördünü – Surəni, İsmayılı, Salehəni, Zabitəni – əks etdirənfotoda hamısı gülümsüyürlər, amma məni bu fotoda ən çoxriqqətləndirən Salehənin üzündəki ifadədir. Yeniyetməlikçağında olan qızın işıqlı gözlərində, üzündə, təbəssümündə oqədər məsudluq var, o qədər daxili saflıq, nikbin bir ruhgörünür ki, ürəyim ağrıyır. Axı Salehənin sonrakı həyatınınağrı-acıları durur gözlərim qarşısında, uğursuz taleyininvurduğu zərbələri bir-bir yada salıram. Bu şəkli çəkdirdiklərizaman ağıllarına gələrdimi ki, həyata, gələcəyə, məhəbbətəgülümsəyən bu qızcığazın alnına nələr yazılıb.Atamın böyük bacısı Sarə Məmmədxanlıya həsr etdiyişerində acı bir sual var: Tale niyə belə öc olur adamla? Bu sualıSalehənin taleyinə də aid etmək olar. Niyə qəlbi insanlarasevgiylə dolu, hamıya yalnız yaxşılıq etmək, hər zamanxeyirxahlıq göstəmək istəyən, hamının dadına çatmağa canatan insana tale belə qənim kəsilir? Bütün uşaqlığımız bir yerdəkeçmişdi. Hətta qızılcanı da bir yerdə çıxarmışdıq və üçümüz –Fidan, Salehə, mən bizim evdə keçirirdik bu xəstəliyi.Yeniyetməlik, gənclik illəri... Bacılarımın artıq mənimləbölüşmədikləri söhbətləri, sirrləri... Çox sonralar etiraf edirdilərki, o vaxtlar mən onlara göz verir, işıq vermirəmmiş – beləgeyinmə, belə danışma, ora getmə, bura get – hər hərəkətlərinənəzarət edirmişəm demə. Özümün belə qəddar olmağım,əlbəttə, yadıma gəlməz. Salehə zarafatla: ömrümüz boyuZemfiraya minnətdar olmalıyıq – deyirdi – onunla görüşməyəbaşlayandan sonra daha bizi bir az rahat buraxdın.Salehə, Fidan o vaxt on üç-on beş yaşında idilər. Neçin vəhaçan uzaqlaşmağa başladıq? Bəlkə də Salehənin nikahından436

sonra. Heç bir cəhətdən ona layiq olmayan bir insana rastgəlmişdi. Qızı öz xoşuna qoysan ya dümbəkçiyə gedər, yazurnaçıya – deyən xalqın sözündə müəyyən həqiqət də var. Oadama rast gələndə Salehə hələ çox gəncdi, həyat təcrübəsiyoxdu, çox sadəlövhdü. O sənə layiq deyil – çox dedik,eşitmədi. Atam uzun zaman Salehəni dindirmədi, yalnız çoxillər sonra barışdılar.O adam indi sağmıdır, ölübmü, bilmirəm, son illərMoskvada yaşayırdı, sonra müəmmalı şəkildə qeyb oldu, gahdedilər, Amerikadadır, gah dedilər ölüb. İçən idi, ayıq vaxtıolmurdu və içib itkin düşməsi də mümkündür.Ailənin israrlı etirazlarına baxmayaraq evləndilər, bir müddətBakıdan uzaqda yaşayıb işlədilər, Minskdə. Bir dəfə Salehəylətəsadüfən Moskvada, Qorki küçəsində rastlaşdıq, birlikdə naharetdik, söhbətləşdik və başa düşdüm ki, xoşbəxt deyil. Dahadoğrusu çox peşmandır. Amma artıq ana olmuşdu. Sonra Bakıyadöndü və axır ki, ayrılmalı oldular.Televiziyada işə düzəldi. Musiqi redaksiyasındakı işinihəvəslə görürdü, müxtəlif maraqlı verilişlər hazırlayırdı. Elə işyerindəcə Vahidə rast gəlmişdi. Bir-birini sevmiş,evlənmişdilər, Vahid əsl kişi xasiyyətli, alicənab və ləyaqətliinsan idi. Hamımız sevinirdik ki, Salehə axır ki, ailə rahatlığınaqovuşub. Həssas həyat yoldaşı, oğlu, sevdiyi peşəsi. Burahatlığın belə qısa sürəcəyini bilmirdik. Bir səhər Təranəmənə telefon etdi: – Vahid daha yoxdur – dedi.Elə bil başıma qaynar su tökdülər, axı Vahid heç vaxtsəhhətindən şikayət eləməzdi, xəstə–filan da yatmamışdı. Qəfilürək krızı və belə amansız ölüm!Gəncəliydi, aparıb Gəncədə də dəfn etdik. Vahidin gəncəliqohumları dil deyir, sinə döyür, ağılar çağırırdılar. Salehə –şəhər övladı isə bu qadınların arasında dinməz-söyləməzöturmuş, sanki daşa dönmüşdü. Bacımın bu halına dözmək çoxçətindi.Oğul sarıdan da yarımadı, bu da ömrünün axır illərinin437

müsibətinə çevrildi. Evdə nə vardı satıb qurtarmışdı, ağırmaddi çətinliklər içində yaşayırdı. Biz, xüsusilə də Fidanlahəyat yoldaşı Rauf, ona imkan daxilində kömək göstərirdik,mən oğlunun müalicəsi üçün vəsait tapa bilmişdim. AmmaSalehənin qara bəxti ona yeni-yeni yaralar vururdu. Axır özüdə xəstələndi. Və yenə də bir uğursuz sabah üzü acıdan–acıxəbər aldım: Salehə öldü.İztirabları, məşəqqətləri axır ki, bitdi.Ehsanında televiziya əməkdaşlarından biri mənə dedi: –Kimin hünəri vardı Salehənin yanında sizin haqqınızda artıq birsöz danışsın, boğazını üzərdi.Bir də oğlu Orxan mənə dedi: – Məni tək qoymayın.Bir neçə yaxın, əziz adamımın itkisini yaşamış, onlarhaqqında vida sözü yazmışam. Bu yazıların çoxunda məlumifadələri təkrar edirəm: səni unutmayacayıq, qəlbimizdəyaşayırsan və s. və i.a.Amma onu da dəqiq bilirəm ki, bunlar yalnız təsəllialdanışıdır. Dəfn etdiklərimiz artıq yaşamır.Salehə də yoxdur.Elə bil heç yox imiş...26 oktyabr, 2003438

QALİB GƏLDİ, QALİB GETDİNeçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətininyaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də,nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin– kino-video kadrlarının, adicə fotolarının meydanaçıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələdidim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-ni ötmüş birinsanın vücudunda da, sifətində də, təbii ki, bir üzgünlük,zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinədə, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cürrazı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrurduruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insankimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. Bu günlərdəmüxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnızrəsmi sürətini yox, çox təbii, çox səmimi, çox insani cəhətlərinidə gördük, şux zarafatlarını da eşitdik, dalğınlıq anlarının,qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib gözlərininyaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara daindi ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içindəbir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün Bakı havalimanında uçaqdan enib üstünə cuman jurnalistlərə təbəssümləbaxaraq: – mətbuat səhifələrində məni neçə dəfə dəfnetmisiniz, – deyəcəkdi. – Görürsünüz ki, sağ-salamatam –deyəcəkdi.Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puçoldu. ANS televizyonu qara xəbəri bütün Azərbaycana yaydı,xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım atalarını,Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çoxəziz adamımı itirdim.Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nəqohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə439

dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini vəqayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovetdönəmində, istərsə də müstəqillik dövründə məndən ona pisniyyətlə deyənlər də az olmayıb. Yazıçıların XX qurultayındaçıxış edərəkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki,bütün bu danoslar mənə olan münasibətinə zərrə qədər də təsiretmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kiminkim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalısözləri də gerçək əməllərdən seçib ayırırdı. Elə adamlar var ki,özləri lakey xislətli ola-ola özgəsinin səmimi hislərinə heç cürinana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola bilər,hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindənheç vaxt şəxsi umacağım olmayıb. Və Heydər Əliyev işbaşında olanda da, olmayanda da, ona eyni hörmət və rəğbəthissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusudeyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadəetməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar.Halbuki, Heydər Əliyevin mənim haqqımda, ayrı-ayrıəsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər, mənimonun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil.Yalnız bir dəfə 75 illiyində "Oqonyok" jurnalının sifarişi iləonun barəsində "Şəxsiyyətin miqyası" adlı ayrıca bir məqaləyazmışdım.İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənimyazdığımdan da böyük olduğunu etiraf edirəm. Və şübhəetmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyükolduğunu da dərk edəcəyik.Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdəAzərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlardaGəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada,Moskvada, Romada, Pekində və Şanxayda, Alma-Atada,Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərləünsiyyətində, tarlalarda ya küçələrdə adi adamlarlagörüşlərində onu yaxından müşahidə etmək imkanım olub.440

Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm,yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, ikiüçdəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub.1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə taRomadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Busöhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqlikləisti-isti qeyd etmişəm.İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum –hafizəmdə və kağız üzərində qalmış bütün təfərrüatları, uzunillər müşahidə etdiklərimi və məhrəm söhbətlərimizin tammətnini, eləcə də Heydər Əliyev fenomeni haqqındadüşündüklərimi iri bir yazı şəklində qələmə almaqdır və mənmütləq bunu edəcəm.Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isəHeydər Əliyev taleyinin yalnız bir əsas cəhəti üstündə durmaqistəyirəm. Zənnimcə Heydər Əliyev bu dünyaya həmişə qələbəçalmaq üçün gəlmişdi.O, heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağındanqaçmazdı. Ən qorxulu vəziyyətlərdən belə zəfər çalaraqçıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarınınAzərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab edirlər.Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlərkorpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovetdönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçəgənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu.Sirr deyil ki, Sovet dövründə Azərbaycanın hərbiçağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdəişlədilirdilər. Böyük əhəmiyyətini yalnız 15–20 il sonra, –Qarabağ davası başlananda, tam dərk etdiyimiz bu iş – millihərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərindəqələbə idi. Azərbaycanı yalnız xammal ərazisi kimi görməkistəyənlərə qarşı – ən yeni sənaye ocaqlarının qurulması –SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi. 37-ci ilinmilyonlarla repressiya qurbanlarından yalnız birinin – böyük441

Hüseyn Cavidin nəşinin tapılıb vətənə gətirilməsi hələ dəzehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi.Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaqmükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərindeyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli,Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar – HeydərƏliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin,uzaqgörənliyinin qələbəsi idi.Və bütün bunlar bədnam qonşularımızı qıcıqlandırır,qızışdırır, qəzəbləndirir, yuxularını qaçırırdı.Moskvaya, mərkəzi dairələrə danos-danos dalınca gedirdi. –"Heydər Əliyev Naxçıvanı ermənilərdən təmizlədi, indi dəQarabağı təmizləmək niyyətindədir" – danosların əsas mövzusubu idi.Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəlqoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özünüvə xalqını, respublikasını mikoyanlardan, baqramyanlardan vəonların tör-töküntülərindən siğorta etmək idi.Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəliniucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla,Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə HeydərƏliyev bu qədim Azərbaycan şəhərinin milli simasınımüəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə ikiheykəlin Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunumən yaxşı xatırlayıram. Heydər Əliyev Azərbaycan KP MKnınBirinci katibi olduğu illərdə Dağlıq Qarabağda ermənimillətçiliyi meyllərinə qarşı çıxarılmış partiya qərarı dayadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyimeyllərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunmayıb.Bütün bunlara rəğmən Heydər Əliyev iki dəfə SosialistƏməyi qəhrəmanı adına da layiq görülür, Siyasi Büronuntərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın neyləsin? Məni isəyandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvayagedən danosların böyük bir qismi elə onun öz vətənindən,442

Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılarverirdilər bu danosları.Səd heyf ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin"də Heydər Əliyevə bu bədxah münasibəti bizim günlərdə,müstəqillik dövründə də davam edir. Heydər Əliyev ermənilərləmübarizə aparırdı, "Özümüzünkülər" isə onun özüylə. Bu nə millişakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı birgörkəmli övladı – istər siyasət sahəsində olsun, istər elm, sənət,ədəbiyyat – xalqına şöhrət gətirirsə, ölkəmizin sərhədlərindənkənarda ad qazanırsa, millətini beynəlxalq aləmdə layiqincə təmsiledirsə, həmin elə bu xalqın, bu millətin bir para insanları onaqənim kəsilir.1987-ci ildə ermənilərin, erməni dairələrinin güclü təsirialtında olan Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİninsiyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə sonra isəadıbədnam akademik Aqanbekyan Parisdə Qarabağkompaniyasına start verdi.H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruzqaldı, Moskva qəzetlərində böhtanlar, iftiralar dərc olundu,barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladılar.Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük çıxdığı(bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heçnədən və heç kəsdən qorxub-çəkinmədən MoskvadakıAzərbaycan nümayəndəliyinə gəlir, 90-cı ilin qara Yanvarınılənətlə damğalayır, bütün dünya mətbuatı qarşısındaQorbaçovu ittiham edirdi. Bu da onun qələbəsi idi.O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim.Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyladanışırdı. – Belə yazılara fikir verməyin, – dedim, – Siz tarixişəxsiyyətsiniz və bunu hamı bilir.Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələrihaqqında gələcəkdə ətraflı yazacam. İndi isə ancaq onu deyimki, bu söhbətdən Heydər Əliyevin daha Moskvada qalmaq,orada yaşamaq istəmədiyini başa düşdüm.443

Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heçBakıda da yaşamağa imkan vermədilər. Tikilib qurulmasındabu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil dətapılmadı, doğulduğu yerə – Naxçıvana getməli oldu. Soyuq,şaxtalı, yanacaqsız Naxçıvan qışında ətrafındakı etibarlıinsanlara – "ölsək də bir yerdə öləcəyik, qalsaq da bir yerdəqalacayıq" – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasikaryerası bitmiş Heydər Əliyev axır ki, məğlub edilib. Beləamansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqabirisi bəlkə də məğlub olardı. Hər hansı başqa birisi. HeydərƏliyev yox.Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerləyeksanoldu, indi SSRİ-nin ilk və son prezidenti vaxtınıöldürmək üçün radioda uşaq nağıllarını səsləndirir və cibinidoldurmaq üçün TMakdonaldUsı reklam edir. Heydər Əliyevisə XX əsrdə müstəqilliyini ikinci dəfə qazınmış millidövlətinin düz on il ərzində Prezidenti oldu. Özü də elə birPrezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlətbaşçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı. Kimqalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıqetdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqdaolan ölkəsini xilas edən, sonrakı çeviriliş cəhdlərinin qarşısınıalan, bir gecə yarısı televiziya çıxışı ilə Prezident sarayıətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?Bəziləri Heydər Əliyevi atəşkəs sazişinə görə suçlayır,Qarabağ problemini həll etməməkdə təqsirləndirirlər.Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkəkprotokolu imzalansaydı, Rus ordusunun açıq və gizli dəstəyiləermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstanarasında yeni bir işğal zonası yaransaydı və neft boru kəməriəbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar görən ondanə deyəcəkdi?Qarabağ probleminin gec-tez həll olunacağına,Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal edilmiş444

torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma buproblemin nə qədər çətin olduğunu da aydın dərk edirəm.Postsovet məkanının bu səpkili hansı problemi həll olunub –Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya,Cənubi Osetiya indi də Acarıstan problemi? Və nəhayətRusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürənİsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət mümkünolana əsaslanmaq sənətidir – deyiblər. Hər halda Qarabağlabağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında HeydərƏliyev Azərbaycanın mənfeynə zidd olan heç bir güzəştəgetmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu daqələbə idi.2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimibaşa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nəşənbə, nə bazar, nə məzuniyyət, nə istrahət bilən, yaşı səksənəçatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddiqabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidənsəhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenəgörünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı iləvidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqındahərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərindəqələbə idi.Şayiələr, dedi-qodular, ara söhbətlərinə əsaslanaraq insanıdiri-diri bastıranlar, görəsən, öz yazdıqlarına inanırdımı?Türkiyə və Amerika kimi açıq ölkələrdə məşhur siyasixadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasınakim inanar? Və əgər bunu yazanların özləri inanmırsa,oxucularını niyə ağılsız sayırlar?Heydər Əliyev həqiqətən dünyasını dəyişən gün "biz bunuhələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlarözlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi?Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhusxəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla,xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, Prezident445

seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlikdən imtinaetməsiylə, seçkiləri izləməsi və nəticələrindən arxayınolmasıyla qələbə çaldı. Bəlkə də bu gün yeganə təsəllimiz odurki, Prezidentimiz dövlətinin taleyindən arxayın getdi.Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.Heç kəsin xidmətini danmadan Müstəqil Azərbaycanınqorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevinmüstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Birjurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkabatanlar isə liliputlardır.Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzarunudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişafetdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı təminolunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifətpartiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölümhökmsüz,sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycanqalacaq. Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanıdaha da gözəl, firavan, daha əzəmətli və daha ədələtli ola bilərvə olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şərqüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əlayağadolaşanlara rəğmən çətin doğulan əsər kimi yaratdı.Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir.Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq vəgələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr,dartışmalar, toqquşmalar – Xalqın talyi qarşısında çox cılızgörünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər,hikkələrdir.Heydər Əliyev hər xalqa bəlkə də əsrdə bir dəfə qismət olannadir şəxsiyyət idi.Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan,sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən HeydərƏliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə yazıryazsın, qalib gəldi, qalib getdi.16 dekabr, 2003446

GECƏ DÜŞÜNCƏLƏRİ447

Gecə yatmaq lazımdır. Yaxud sevmək. İşləmək – oxumaq,yazmaq. Gecə qarovulçususansa, hansısa idarəni, binanı,dükanı, bankı… qorumalısan. Yanğınsöndürən, təcili yardımhəkimi, milis, hərbiçi, yaxud sərhədçisənsə, ayıq-sayıqolmalısan. Gecə reyslərinin pilotu, axşam qatarlarınınmaşinisti, gəmi kapitanısansa, demək, yenə də ayıq qalmalı,sübhü dirigözlü açmalısan.Ancaq harda olursansa ol, fikrin, düşüncən daim səninlədir.Sevəndə də, işləyəndə də, təyyarədə, növbədə olduğun hər an,buruqda – gecə növbəsində də…Bir balaca mürgüləyən kimiqəribə yuxu aləminə düşəcəksən.Bütün ömrüm boyu, yuxusuzluqdan əzab çəkdiyimzamanlar beynimdən keçən fikir və düşüncələri əlimə keçənkağız parçasına yazmış, yaxud maqnitofonun yaddaşına etibaretmişəm. Səhər olan kimi bu fikir və düşüncələrimə bir dəqayıtmış, onları nəyləsə tamamlamış, əyər-əskiyini düzəltmiş,gecə sayıqlamaları kimi nəyisə qoparıb atmışam. Ancaq…ancaq səhərin ən geniş, əhatəli, necə deyərlər, ayıq-sayıq fikirvə düşüncələrinin əsasında da gecənin qəfil düşüncə oyanışlarıdurur.Gecələr biz ölümə, əbədiyyətə və qorxuya daha yaxınoluruq. Bundan əlavə, gecələr günün ən narkotik və nəşəliməqamıdır. Gündüz ən müxtəlif təəssürat, informasiya, stresləyüklənən beyin hələ tam yorulub əldən düşməyibsə, qüssəli,lal-kar səssizliyə qovuşur. Ancaq eyni zamanda o, qəribədir ki,yuxuda, yarıyuxu və yarıayıqlıqda, yaxud tam ayıq olduğunzaman da beynin anlaşılmaz bir həyəcanla işləyir. Bütünbunların sonucunda isə son dərəcə gərgin, çox zamandeformasiyaya uğramış, şişirdilmiş dəyərləndirmə sistemiyaranır. Və beləcə narkotik vəziyyətə çox yaxın olan gecəhallisünasiyalarında adama çox mənalı, maraqlı görünən şeylərolur ki, gün işığının altında buxarlanıb qeybə çəkilir, ilğım448

kimi yox olub gedir. Ancaq bəzən heç gözləmədiyin yerdəqəribə bir işıq selinə tuş gəlirsən.Bu düşüncələr otuz ildən çox bir müddət ərzində davamedən gecə "sayıqlamalarının" məhsuludur. Ancaq onların heçbirində elə bir iddia yoxdur ki, qəsdən gecəni gündüzə qatıbyatmayım, baş sındırıb, belə bir inad üstündə köklənim ki,gündüz hökmən bəşəriyyətə xoruz səsi eşitməyən bir fikir bəxşedəcəyəm. Yox, bütün bunlar sərbəst və bilaixtiyar şəkildə,bəzən anlaşılmaz, nədən və hansı anımdan tutaşaraq boygöstərdiyi aydın olmayan qəfil qarşılaşdırmalar, nəticə,qiymətləndirmə kimi, özü də əlimə keçən kağız parçasında, yada maqnitofona deyilərək yaranmışdır.Sonra isə bu param-parça qeydlərin bəzisi - bir əlçim kağızvə maqnitofonun yaddaşına deyilən sözlər iş vaxtı açılıbpardaqlanır, tamamlanır da… Gecə kiminsə hardansaoxuduğum, yaxud eşitdiyim fikrini xatırladanda sonralar onundəqiq mənbəyini göstərməyə cəhd edirdim. Yadıma düşənfikrin hansı mənbəyə aidliyini bəzən heç tapa da bilmirdim,onu, bu yad fikri təxmini şəkildə, öz sözlərimlə verirdim,cümlənin dəqiqliyinə əmin olmasam da, fikrin, mənanın tamdəqiqliklə ifadə edilməsinə zəmanət verirəm.Olurdu ki, gecələr mütaliə ilə başım qarışanda hansımüəllifinsə fikri məni özünə çəkir və mən bu fikri müəllifəistinad edərək qeyd edirdim.Bir çox qeydlərimin altında 62-ci ildən başlayaraq bu günə –1997-ci ilə kimi tarix göstərilmişdir. İndi, tam azad şəkildə,mövzu və xronoloji ardıcıllığı saya salmadan onları bir yerətoplamağa cəhd etdiyim zaman görürəm ki, bəzi müşahidə,proqnoz və qeydlərin altında, ümumiyyətlə, tarix yoxdur.Ancaq mən təxmini də olsa, onların nə zaman meydanagəldiklərini müəyyənləşdirə bilərəm. Olub ki, mənimproqnozlarım özünü doğruldub desəm, bəlkə də heç kəsinanmaz ki, mənim tarixlə manipulyasiya etmək niyyətimolmayıb, yəni filan fikir 90-cı illərdə yox, məhz 70-ci illərdə449

doğub və sair. Özümü yalançı qəhrəman kimi göstərməkistəməzdim - yatıb-yatıb birdən peyda olan müdrik və yaqəhrəman kimi; çox-çox əvvəlin qeydlərinə əl gəzdirməkfikrindən uzağam. Burada dövrün izi var – leksikonda,terminologiyada, ən əsası isə təfəkkür modelində.Oxucunun mühakiməsinə verilən fikirlər - mənim gecəqeydlərimin və gündüz elədiyim əlavələrin təxminən üçdə birhissəsidir. Həcmi bundan təqribən üç dəfə böyük olan, doğmaAzərbaycan-türk dilində qələmə alınan düşüncələr buraya daxiledilməmişdir. Ancaq onların əksəriyyətini bu və ya digərformada – bədii əsər və esselərimdə istifadə etmişəm. Heçyerdə işlədilməmiş, necə deyərlər, əl toxunmamışları isəzamanı gələndə çap etdirəcəyəm.Burada gecə düşüncələrimin böyük bir hissəsi, rus dilindəqələmə alınan (və düşünülən) fikirlər, metaforalar da təqdimedilmir. Onların bir hissəsi bədii əsər və publisistik məqalələrimdəözünə yer almış, müxtəlif məqalələrdə, esse, çıxış vəmüsahibələrdə işlədilmişdir. Yeri gəlmişkən, siz burada konkretşəxslərlə – indi yaşayan və ya rəhmətə getmiş adamlarla bağlıdeyilən fikirlərə rast gəlməyəcəksiniz. Ümumən, mən imkandaxilində ad konkretliyindən qaçmağa çalışmışam. Hər halda buyazıda.Ora-bura səpələnmiş fikir və düşüncələrimi müəyyənardıcıllıq üzrə, bir mətn daxilində toplayarkən gördüm ki, eləbu qarmaqarışıqlığın özündə də bir sistem var - bir-birindənçox-çox uzaq anımların qəribə yumağı, bilaixtiyar, özün dəbilmədən bir-birinə qarışıb mozaik olsa da, mənim daxilidünyamın, hiss və duyğularımın, hadisələrə qiymətverməyimin müəyyən mənada dəqiq mənzərəsini yaradır. Bugün mənə çox-çox sadəlövh görünməyinə baxmayaraq, bəzivaxtı ötmüş fikirlərimi də toxunmadan verirəm. Ona görə ki,fraqmentlər şəklində olsa da, yalnız mənə aid olan fikir vədüşüncələrimdən – öz daxili dünyamdan üz döndərib heç nəyidanmaq, inkar etmək istəmirəm. Bəlkə həm də ona görə ki,450

insan Özüylə – Gecə Həmsöhbətiyə ünsiyyətdə təsəvvüredilməyən dərəcədə səmimi olur. Əgər ümumiyyətlə, budünyada sonadək səmimi olmaq mümkündürsə. Özü də sən busəmimiyyəti başqalarıyla bölüşürsənsə…Mart, 1997.***Həyat Allahla insanın birgə yaradıcılıq məhsuludur. Onlarəl-ələ verərək dünyanı yaradır (yaxud dağıdır), yaxşılığın da,pisliyin də yaradıcısı məhz onlardır. Birinci ikincini yaratsa da(bəlkə də əksinə, Volterin aforizmini xatırlayaq: "Allaholmasaydı, onu uydurmaq lazım gələrdi"), hardasa onlarbərabərdirlər. Axı, həqiqətən, fikir də, düşüncə də, təsəvvürünözü də bir gerçəklikdir; İnsan nəyisə fikirləşirsə və bunu heçharda qeyd etmir, heç kəsə demir, yazmır, hansı şəkildəsə ifadəetmir, hətta bu fikri kiminsə yanında dilə gətirmirsə, bu fikironsuz da dünyanın yaradıcısı olan Allah tərəfindən eşidilir vədemək, mövcudluq statusu qazanır. Sənin dilə gətirmədiyinfikir də Ona məlumdur və O, insanın ürəyində pıçıldadığı, diləgətirmədiyi bu fikrinə yaşamaq vəsiqəsi verir.***Mən o dünyaya inanıram, inanıram ki, hansısa tam başqa birbiçimə düşəcəyəm – ruhmu, şüamı, ulduzmu, axır nəyəsəçevriləcəyəm. Ancaq artıq yaddaşım, bu dünya və onun içindəmənim yaşadığım həyat barədə yaddaşım olmayacaq. Bu da eləölüm deməkdir.***De görək, səni kim eşidir axı? Təsəvvür elə ki, beş nəfəsliorkestrin bir yerdə və bütün gücüylə səsləndiyi bir zaldasan –marş çalınır – nağaralar gumbuldayır, barabanlar çırpılır,gərənaylar çalınır – sən isə tək bir skripkada sakit bir nöktürnüçalmaq istəyirsən. Axı kim səni eşidəcək.İdeoloji libaslı şerbazlığın içindən vıyıldayaraq keçən təbilritorikası. Nə fərqi var, hansı ideologiya olur-olsun –451

kommunistmi, şovinistmi, dinimi. Bir də əsl poeziyanın zərifvə kövrək səsi. Bu vurhavurda qışqırmaq istəyirsənsə, yaəlindən gəlmirsə… kim kimin səsini batıracaq?***Romanın başlanğıcı. Bir dəfə gecə vaxtı qulağıma kütləninuğultusu gəldi, bu, o vaxt idi ki, nümayiş və mitinqlər şəhəribaşına almışdı, küçə və meydanlarda küləyin vıyıltısı, yağışşırıltısı, avtomobillərin şütüməsi, zavod borularının səsi yox,mitinq hay-küyü hökm sürürdü. Artıq hamının vərdiş etdiyi busəsi gecənin bir aləmində eşidəndə düşündüm: görəsən, gecəsaat üçdə bu nə mitinqdir, istefa-istefa deyən qışqırıqlar nədirbelə? Sonra başa düşdüm ki, bu, kütlənin qışqırtısı yox, artıq üçgündür ki, su gəlməyən boru və kranların uğultusudur, görünür,bu gün su veriblər, su borunun içi ilə axıb gedir. Sən demə,təkcə kütlə yox, borular da uğuldaya bilərmiş. Səs tribunadanyox, trubalardan gəlirdi.***Yazıçı öləndə onun uşaqları yox, kitabları yetim qalır.Uşaqlar onsuz da böyüyür, onların öz uşaqları dünyaya gəlir,yaşlı ata və anaları yetim saymaq nəsə birtəhər çıxır (bumənada onsuz da dünyada bütün insanlar əvvəl-axır yetimqalırlar). Kitablar isə böyümürlər, onlar valideyn-yaradıcınınölümündən sonra kimsəsiz qalırlar. Aralarında ən dözümlüləri,necə deyərlər, maneəni yarır və yaşamaq haqqı qazanırlar. Əndavamsızların payına unudulmaq düşür.***Yetimlik. Uşaqlıqda ananı itirmək psixoloji problemdir.Atasız qalmaq isə sırf sosial problemdir.***Xoşbəxtlik nədir? Bu suala cavab vermək çətindir. Ən doğrucavablardan biri, məncə, budur: xoşbəxtlik öz vətənində özünolmaq və özün kimi qalmaqdır.***Dünən Maqsud, Çingiz və Arif İbrahimovla birlikdə452

Yazıçılar Birliyinin yardımçı təsərrüfatında olduq – neft, evlər,boş sahələr. Sonra Şüvəlandakı Yaradıcılıq evinə getdik. Dahasonra isə buradakı prokurorluğun həyətindəki özəl restorandanahar etdik. Restoran elə belə də adlanırdı (əlbəttə, ağızda):Prokuraturanın həyəti. Sonra çay içdik, deyilənə görə, çayxanailə qonşu olan türmədə on beş erməni boeviki saxlanılır. Birdən"Koroğlu" operasından uvertüra səsləndi. Demə, uvertüranıgündə bir neçə dəfə səsləndirir və boevikləri ayaq üstə durubdinləməyə məcbur edirlər. Mənasız işdir. Yəqin ki, türmədənçıxandan sonra onlar başlarına gətirilən işgəncələr barədəaləmə car çəkəcəklər. Elə bil biz Qabriel Qarsia Markesintəsvir etdiyi əcaib bir dünyanın içindəyik. Maqsud dedi ki,daha Buş da bizim dediyimizi deyəcək – Bakı neftini Buşun oniki faizinə yiyələndiyi Aramko Şirkətinə verdilər. Bu da belə...Bərəkallah, Markes. Hətta Marks da.7 avqust, 1991-ci il***"Qoy Dreyfus günahkar olsun, fərqi yoxdur, yenə Zolyahaqlıdır, çünki yazıçının işi cinayətkarları mühakimə etmək,təqib etmək yox, artıq mühakimə edilmiş və cəzasını çəkənməhkumların adından danışmaqdır. İttihamçılar, prokurorlar,jandarmlar onsuz da çoxdurU (A.P.Çexov).***Cavanlıqda həyat oyun, ümid, tapmaca, qayğısızlıq vəəylənməkdən ibarətdir. Bu zaman içində sənin həyatında olanqaçılmaz sonluqlu möhlət hissini keçirmirsən. Cavanlıqdaömrünün nə vaxtsa sona çatacağını hiss etmirsən, bu barədədüşünəndə belə, o sənə çox uzaq, qeyri-real və mümkünsüz birşey kimi gəlir. Axı ətrafında hamı – valideynlərin də, dostlarında, qohumların da, adicə tanışların da sağdır, dipdiridir.Qocalanda ətrafında ölülərdən başqa bir kəs olmur və buzaman sən həyatı möhlət, nə bilim məsafə-filan kimi yox,453

günbəgün, zaman keçdikcə sıxılıb daralan və nəhayət,tənhalıqla sonuclanan qapalı bir dairə kimi hiss edirsən.Ürəyinə son nöqtənin qoyulduğu anın qorxusu damır. DairəYer kürəsi kimi genişdir, sonda isə o, sənin yer üzərindəkimövcudluğunun son nöqtəsinə, son anına yığılır.***Bu dünyada mənim həsəd çəkdiyim yeganə varlıq Allahdır.Ancaq mən onun gücünə, qüdrətinə yox, hər şeyi bilməyinəhəsəd aparıram. Burada "hər şeyi bilmək" sözünün altından xəttçəkərdim, çünki bu müdriklik anlayışından da geniş biranlayışdır. Bu söz daha əhatəlidir. Şübhəsiz ki, Allahmüdrikdir. "Allah müdrikdir, ancaq məkrli deyil" - Eynşteynbelə demişdir. Bəli, mən Allahın çoxbilmişliyinə həsədaparıram, ən azı ona görə ki, onun əlinin altında bütünbəşəriyyətin dosyesi vardır. O, bizə qədər nələr baş verdiyinidə bilir, bizim hər birimiz haqqında hər şeydən agahdır, bizdənsonra nə olacağını da yalnız O bilir. O, bizim hər birimizinhaqqında özümüz barəsində bildiyimizdən daha çox məlumatamalikdir. Məsələ heç də onda deyildir ki, bizim taleyimizinsonrakı enişləri və yoxuşları haqqında təbii ki, fərz edəbilmədiyimiz çox şeyləri yalnız O bilir. O həm də ürəyimizinən dərin sirlərindən agah olmaqla, hələ özümüzə bəlli olmayanşüuraltımızın sirlərini də bilir, bu və ya digər vəziyyətdəözümüzü necə aparacağımızı da bütün dəqiqliyi ilə bilir. Olsunki, biz bu kimi çıxılmaz vəziyyətlərə heç düşmürük də. O,bizim ömrümüzün yaşanıldığı konteksti bilir, şüurumuz da,şüuraltımız da ona, yalnız ona bəllidir, hətta şüuraltından qatqatdərinlərdə yerləşən sirlər də. Bir belə əhatəli biliyə heç birAllah bəndəsi malik deyil – qoy lap Musa, yaxud İsa, Budda vəya Məhəmməd, Konfutsi və ya Zərdüşt, Monten, Şekspir,Nostradamus, Dostoyevski, L.Tolstoy, Prust, Freyd və ya ÇK-QPU-NKVD-KQB arxivlərindən xəbərdar olan insan, yaxudbütün digər kəşfiyyat və əks-kəşfiyyat idarələrinin agentləri,bütün dünyanın, bütün zamanların və xalqların casusları olsun.454

***O, dənizin sahilində, qum üzərində uzanmışdı, mülayim yaygünü idi – bir azdan payız gələcəkdi, günəş adamı bir eləyandırmırdı, hardansa axıb gələn səslər dünyanın bu sakitliyinipozurdu. Yüngül külək onun saçlarını dağıdır, dənizi azacıqdalğalandırırdı. Dalğaların sakit səsinin altında gözləriniyumdu və bu dəm ürəyindən keçdi ki, yanında nə olaydısevdiyi qadın olaydı və bu qadın onun saçlarını uzun, nazik vəsoyuq barmaqlarıyla oxşayaydı, dalğaların zümzüməsi yox,onun ahəstə, qüssəli səsi ürəyini zəbt edəydi. Üstündən bir neçəil keçdikdən sonra o, yad bir mənzildə divanın üzərindəoturmuşdu və uzun, nazik qadın barmaqları ahəstə-ahəstə onunsaçlarına toxunur, maqnitofondan isə sakit, qüssə gətirənmusiqi süzülürdü. Gözlərini yumdu və təsəvvüründə dənizsahilində, qumların üzərində artıq ötüb keçmiş günü, payız ağzıgünəşin nəvazişlə şəfəq saçmağını, bir sözlə, əlçatmazxoşbəxtliyi, sözlə ifadə oluna bilməyən xoşbəxtliyi canlandırdı.***Zamanın və məkanın əvvəlinin və sonunun dərk olunmazlığıelə Allah deməkdir.***Məhəbbət o deməkdir ki, sən bəzən müxtəlif adamlardamüxtəlif cəhətləri axtarırsan və qəfildən onların hamısını birnəfərdə tapırsan. Yaxud uzun müddət ərzində bu sənə belə gəlir.***İstərdim ki, mən öləndən sonra məni tanıyan adamlar – hərə özbildiyi kimi, hərə məndən bir parçanı çəkməklə mənim portretimiyaratsınlar. Qoy lap Pikasso portretlərindəki kimi beş burnumolsun, nə qəm.***Onu tutmaq qeyri-mümkündür. Hamının əlindən sürüşərəközünə çəkilir - bura onun heç kəsin - nə dostların, nə dədüşmənlərin əlinin çatmadığı bunkeridir.***455

Əgər sən xəyanətkar qadının sədaqətli ərisənsə,qısqanclıqdan öləcəksən. Əgər sən sədaqətli qadınınxəyanətkar ərisənsə, vicdan əzabı səni məhv edəcək. Əgər sənsədaqətli qadının sədaqətli ərisənsə, ürək sıxıntısı sənin axırınaçıxacaq. Əgər sən xəyanətkar qadının xəyanətkar ərisənsə, özcəzandı, çək.***Müxtəlif tarixi nəsillər Oktyabr inqilabına müxtəlif cüryanaşırlar. Olsun ki, oktyabr inqilabının müasirləri onu gözəlvə gənc qadın kimi (Delakrunın "Barrikadada azadlıq" –əsərində olduğu kimi) təsəvvür edirdilər. Bizim nəslimiz onuqoca fahişə kimi tanıdı. O nəslin yaddaşında inqilabın hələ dənostalji gətirən obrazı – təmiz, murdarlanmamış, insanı ilhamagətirən obrazı yaşamaqdadır. Biz isə onu heç zaman belətəsəvvür edə bilməyəcəyik.***Allah bizdən qaçıb. Bizə bəlkə də öz rəğbətinin son işarəsi,təskinlikverici şəfqəti, Vavilon qiyamətində qeyb etdiyimizümumi dil kimi bir təsəlli – içkini qoyub gedib. Nə esperanto?Alkoqol – insanlar arasında yeganə ümumi dil bax budur və bizbutulkanın boğazından dibinə qədər uzanan yolla səyahətəçıxırıq.***Yuxuda gördüm ki, gündə yeddi sözdən artıq söz işlətməkqadağan edilib. İşlədəcəyin sözlərin üzərində qadağa qoyulub.Mən isə öz normamı, söz limitimi tükətmişəm, bu gün mən heçolmasa bir söz, həyatımın ən vacib sözünü demək istərdim,ancaq olmaz. Limit başa çatıb.***O, özünə qədər çoxlarının, həm də böyük adamların, ədalətlişəxslərin etdiyi səhvi təkrarladı - o, xalqına digər xalqlarınyardımı ilə kömək etməyə cəhd göstərirdi.***Susmaq həqiqətdir, bəlkə həqiqətin özü elə sükutun456

içindədir.***Mənəvi oğurluq daha pisdir. Rüşvətxorluğun, yerlibazlığındaha böyük pislik olduğunu düşünən insanlar səhv edirlər.***Hadisələr iyrənc şəkil alanda, sən onların murdarlığıhaqqında danışa bilirsənsə, bu, hələ rəzilliyin ən son məqamıdeyildir. Ən böyük rəzillik onda baş verir ki, sən bu dəhşətlirəzil vəziyyəti tərifləməyə məcbur olursan.***İdmanda idmançıların nostaljisi məni onunlahəyəcanlandırır ki, onlar həyatlarının mənasından onunsonunda, hətta ortasında belə yox, lap başlanğıcında ayrıdüşürlər - onlara çox qısa zaman çərəyində məşğul olmaqimkanı verilən idmanın yaş həddi var. Bundan sonra onlarqazandıqları qələbə anlarını yalnız yaddaşlarında qüssə iləxatırlaya bilərlər.***Kişinin kompleksi - bu HADİSƏ hələ ki baş verməyibsə,özünə güvənməməyindədir. Bu HADİSƏ ona özünütəsdiqüçün lazımdır. Qadının KOMPLEKSİ isə - kişi bütün ehtirasınıcəmləyərək yalnız bu HADİSƏNİ gözləyirsə, onunalçalmağındadır. Qadının özünü təsdiq etməsi üçün gərək kişibu HADİSƏNİ arzulamasın, yaxud heç olmasa, təkcə BUNUistəməsin. Kişi inanır ki, qadın kişiyə münasibətini özünübütünlüklə ona təslim etməklə təsdiq edir. Qadın isə inanır ki,kişi ona münasibətini yalnız təkcə BU barədə düşünməyəndətəsdiqləyir.***O, bundan sonra da qələbələr qazanacaq, ancaq bu ənyüksək zirvəyə qalxa bilməyən və özünə başqalarının bəlkəyuxularında gördükləri zirvəyə qalxması ilə təsəlli verənalpinistin yalançı qələbəsi olacaqdır.***457

İçimizdəki bomboz səhralardır. Deməli, ilğımı da var.***Şübhəsiz ki, kinlilik, təhqiri uda bilməmək və əvəziniçıxmaq bütövlüyü şərtləndirən element kimi, deyək ki, xörəyintərkibində bir çimdik duz kimi lazımlıdır. Bədbəxtlik xörəyinbaşdan-ayağa duza bələnməyində, yaxud tam duzsuzolmağındadır.***Bizdə ideologiya cırlaşıb, yaxud dinə - özü də onun ən pisformalarına - sxolastikaya, doqmaya, bitədçiliyə,dözümsüzlüyə çevrilib. Gerçəkliyin dərkində sxolastik təfəkkürtərzi, fasiləsiz və tez dəyişən, ortaya mücərrəd yox, konkretproblemlər qoyan gerçəkliyə doqmatik yanaşma… Hər hansıalternativ barədə düşünməkdən üsyankarcasına imtina, başqacür düşünmə tərzinin təqib edilməsi, müzakirə zamanıpeyğəmbər-klassikdən gətirilən növbəti sitatın dilə gətirilərəktamamlanan arqumentlər sırası ilə müşayiət olunan tarixin,həyatın yalnız bir üzünə, bir cəhətinə əsaslanan diktatura.Ehkam üzərində çıxarılan qərarlar. Din kimi ideologiya da totalvə qlobal olmağa, hər şeyi əhatələməyə çalışır və buna görə dəfasiləsiz olaraq dəyişən həyatın ortaya qoyduğu sualları izahedə bilmir. Ancaq axirətdə əbədi həyat qazanmaq ümidioyadan, əxlaqı xeyir və şərin, Tanrı və Şeytanın, cənnət vəcəhənnəmin balansıyla tənzimləyən dindən fərqli olaraq,ideologiyada bu iki qütb arasındakı sərhəd olsa-olsa dövlətsərhədindən ibarətdir. Əbədi həyat yoxdur - ideologiya belədeyir – cənnət gələcəkdədir, yəni bu, sənin yox, BaşqalarınınEvidir. Ən yaxşı halda isə sənin gələcək nəslinin. Və bu cənnətdeyilən zaman keçdikcə bizdən daha da uzaqlaşır. Səninhəyatında bir elə məna qalmır, o yalnız qeyri-müəyyən vəanlaşılmaz gələcək naminə görülən Sizif əməyinə çevrilir.Vaxtilə Kilsə Dövlətdən ayrılan kimi indi də sağ qalmaqnaminə heç olmazsa ideologiya iqtisadiyyatdan ayrılmalıdır.İdeoloji qəliblərin Prokrust yatağında can verən iqtisadiyyatın458

azad olması, gerçəkliyin və insan naturasının donuq ideolojimodelini yox, real vəziyyəti əks etdirməsi naminə…80-ci illərin əvvəli.***Səsimiz dünyada niyə eşidilmir? Həm də ona görə ki, bizpotensial olaraq və hətta yaradılan və yaradılmaqda olanəsərlərə görə dünyanın nəzərini öz sənətimizə cəlb etməkiqtidarında olsaq belə, özümüzü həm də mədəniyyətimizinsəviyyəsi ilə tanıda bilmədik. Ancaq təəssüf ki, biz özümüzdənbaşqa heç kəsə lazım olmayan nümunələri əsl sənət uğuru kimisırımaqdan, bunları artırıb çoxaltmaqdan bezmədik. Xüsusən,indiki vaxtda bizim mədəniyyətimiz dünya standartlarına cavabverməkdən qalır, əyalət standartları ilə kifayətlənir.***Mühafizəkarlıq, ənənəçilik və hətta kiçik xalqların millimədəniyyətinin donuqluğu bəlkə elə özünüqoruma instinktidir,bəlkə də bu qeyri-şüuri, ancaq intiutiv olaraq dərk edilən beləbir öncəgörümdür ki, dünya səviyyəsində bərabərlik milliözünəməxsusluğu, milli varlığı – qoy lap patriarxal geriliyin,milli özünəməxsusluğun primitiv mahiyyəti olsun – məhv edəbilər. Amma gerilik millətin mədəni və ruhi cəhətdən salamatqalması uğrunda mübarizədə silah ola bilməz. Milli ox, yaxudqılınc "kosmopolit" pulemyotun qarşısında duruş gətirə bilməz.***Sənətkar öz milli mədəniyyətinə yalnız o zaman xeyir gətirəbilər ki, onun içində, kontekstində yaşayıb nəfəs alsın. Belədeyək, nə qədər populyar olmasına baxmayaraq, bütündünyada tanınan müğənni milli vokal sənətinin səviyyəsiningöstəricisi sayıla bilməz. O, öz-özünə milli incəsənətin inkişafmeylləri və ənənələrindən kənarda mövcud olduğuna görə sırfnominal baxımdan Azərbaycan mədəniyyətinin təmsilçisiadlandırılır, olur ki, çox zaman bu da yaddan çıxır. Onun ənböyük və şübhə doğurmayan uğuru bütövlükdə milli vokal459

sənətinin inkişaf dövrü ilə ölçülmür, çünki çoxmillətli ölkədəbu sərhədlərin özü son dərəcə şərti olur.***Həmişə, həmişə qışqırırdıq ki, insanı dəyişmək lazımdır,ancaq axı insanı əzmədən, ona zülm etmədən onu dəyişdirməkmümkün deyildir. Nəticədə isə, biz, əlbəttə, istəyimizə nailolduq – insanın daxilini elə dəyişdik ki, o, tam tanınmaz oldu.Ancaq bunun kiməsə xeyri dəydimi? Çünki təbiətinidəyişməyən insan həmişə özünü elə göstərəcək ki, guya dəyişib– bu o deməkdir ki, o, ikiüzlülüyün dərslərini əlamənimsəmişdir. Nəticə isə budur: insan həmişə bir şeyidüşünür, başqa şeyi deyir, hərəkətə gəldikdə isə bunlarınikisindən də imtina edir. Uzun illər boyu əxlaqsızlıq təlqinedilibsə, yaxşı nə gözləmək olardı?! Soy, qarət elə (artıqtalanmış bir şey olsa belə, adı ki yenə talandır), öldür (qoy budüşmən olsun, öldür, nə fərqi var), aldat, ikiüzlülük elə,ərköyünlük elə, yaltaqlan, aldatdıqca aldat, yenə, yenə aldat…***Ləyaqət dedikləri həmişə özün olmaq, müstəqil olmaqdır,amma sənin fikrindən köklü şəkildə fərqlənən fikri qəbul etməkləyaqəti bir damcı da azaltmır. "Sizin fikrinizlə razı deyiləm,ancaq həyatımı verərdim ki, sizin onu ifadə etmək imkanınızolsun". Volterin bu tezisi mənim ruhuma çox yaxındır.***İnsanın ən amansız, ən qəliz və ən uzun mübarizəsi onunözü özüylə – içindəki eqoizmi, şöhrətpərəstliyi, qorxaqlığı,ağciyərliyi, laqeydliyi, heyranlığı, illüziya və tənhalığı… ilədavasıdır.***Canlı tiranlar özləri kimi bu gün yaşayan tiranları sevmirlər;necə olmasa da, axı rəqibdirlər. Onlar yalnız dünyadan getmiştiranları sevirlər. Bəs necə, tiranlara da nəsil şəcərəsi lazımdıraxı...***460

İnsanın bütün həyatı əzab və qorxudan yoğrulmuşdur. İşinpis gedəndə üzülürsən, yaxşı gedəndə qorxursan –xoşbəxtliyini itirməkdən qorxursan. Ümumən götürdükdə,özünü dərk edəndən ölüm qorxusu səni rahat buraxmır. Əndəhşətli qorxu – doğmalarını itirmək qorxusudur.***Həyatın sevincdən çox - ağır yük olduğu insanlara mən nəqədər desən rast gəlmişəm. Buna heç yük də deməzdim. Budaha çox darıxdırıcı, üzücü məcburiyyətə bənzəyir. Belələrihəyatlarında heç bir dəyişiklik gözləmirlər (çoxdan, lap çoxdanbu dəyişikliyin baş verməyəcəyinə qəti inanıblar), onlarıngözlədikləri şeyin adı heç xoşbəxtlik, gözlənilməz sevinc dədeyildir, sonu gözləmək intizarıdır, necə ki, türmədənçıxmağını, məktəbdə darıxdırıcı dərsin bitməyini, sevmədiyinişin başa çatmağını və ya hərbi xidmətin qurtarmağınıgözləyirsən…, yaxud buna bənzər, ağır, darıxdırıcı şeylər.Ancaq yuxarıda sadalanan və sadalanmayanlardan fərqli olaraqbu nəyinsə sona varıb, nəyinsə başlayacağını gözləmək intizarıyox, bir xilas yolu kimi ÖLÜMÜ gözləməkdir. "Sonsuzdəhşətdənsə, dəhşətli sonluq yaxşıdır". Belə bir mövcudluğason qoyulmalıdır. Bu mövcudluq forması tükənərək başavarmalıdır, ancaq o mənada yox ki, bunun arxasınca bundan biraz babat olan digər şey başlasın. Yox, söhbət məhz bumövcudluq formasından, bütün tale dönəmləri ilə bərabərgötürülən həyatın özündən gedir, ondan sonra isə yalnız ölümvə sükut gəlir. "Sonda - sükut" – Hamlet belə demişdir. Tez, yagec, əvvəl-axır bütün bunların başa çatmağı, həyatın ölümə,yoxluğa, heçliyə qovuşmağı… Ona görə də, hər açılan təzəsəhəri sevinclə qarşılamaq yox, buna qurtuluş müddətinin biraz da yaxınlaşması kimi baxırlar.***Bütün bəxti gətirməyən insanlar - xüsusən, yüksəkemosional gərginliyin mövcud olduğu incəsənət sahəsində – ənfaciəvi insanlardır. Öz istedadı, əməyi, ləyaqətli və namuslu461

həyat tərzi sayəsində bir çox uğurlar qazanan sənət adamlarınınəksəriyyətində bu uğurlara çatmayan sənət həmkarlarınamünasibətdə bir günah hissi olur. Mən bu fikri "Danteninyubileyində" göstərmək istəyirdim. Təcrübəmdən çıxış edərəkbunu mən "Kəbirlinskiyə münasibət kompleksi" adlandırardım.Başını əsiri olduğu yaradıcılıq qayğıları ilə qatan, bu qayğı iləözünü aldadan, dərkedilməz və qarşısıalınmaz şəkildəyaradıcılığa meyllənmək, tale qismətini sürünərək yaşamaq,sözün kəsəsi, Kəbirlinski olmaq dəhşətdir. Bütün ömrünüfədakarcasına sənətə həsr edən, yaradıcılıqdan başqa birqayğısı olmayan insanların diri ikən ölü sənət həmkarlarıbarədə düşünəndə əzab çəkməsini yaxşı başa düşürəm. Ancaqbu problemin başqa bir aspekti də vardır. Sənətdə uğursuzluq,qrafomanın məhəl qoyulmayan ambisiyaları, bunun müvafiqaqressivlik, güclü temperament, iradə, daha doğrusu, dağıdıcı,əzici iradə gücü ilə müşayiət olunması… özündə böyük şərpotensialını toplaya bilər. Şair ola bilməyən Stalini, rəssam olabilməyən Hitleri xatırlayaq. Onların hər hansı qeyri-adi, parlaq,yaradıcı, mənəvi cəhətdən azad şeylərə qarşı quduzmünasibətinin kökündə heysiyyatın tapdalanması, öz sənəti ilədünyanı "istila etmək" çılğınlığının baş tutmaması durmurmu?Yaradıcı impotensiyanın səbəbinə özünütəsdiqin baştutmaması, hərəmxanada hərəm ağasının həsədindən geriqalmır.***Bəzən ədəbiyyat, incəsənət və tənqiddə yeni bir şeylərastlaşanda, bələdlik məqsədilə bu şeylərin analoqunuaxtarırlar. Dərk etmək, müqayisə etmək, mənalandırmaq vədəyərləndirmək məqsədilə onlara hökmən nümunə lazımdır.Əsl sənət əsərləri isə qışqırıqla, gözə soxulmaqla və bunauyğun formalarda meydana gəlmir. Çox vaxt səssiz-küysüz,sezilmədən dünyaya gəlirlər. Bəzi tənqidçilər hesab edirlər ki,onlar hansısa yazıçını tanımırlarsa, bu, həmin yazıçının özgünahıdır. Ancaq geoloqların kəşf edib-etməmələrindən asılı462

olmayaraq, almaz elə almazdır. Bu müqayisə kiməsəmübaliğəli görünsə, özümüzə yaxın və uyğun bir şeyi nəzərdənkeçirə bilərik. Neft yerin təkindədir və adi baxmaqla onugörmək mümkün deyildir. Ancaq bu ki neftin dəyərini aşağısalmır.***O, ziyalıların gözündə kənd yazıçısı idi (kənddən yazsa da,yazdıqlarını əsasən ziyalılar oxuyurdu). Başqa birisi isə,ziyalılardan yazsa da, əsasən kəndlərdə və rayonlardaoxunurdu. Ziyalı deyilən şəxsin ruhunda snobizm mərəzi olur,özü haqqında oxumaq ona birtəhər gəlir. Öz kəndli həyatındanbezmiş kəndli isə hardasa ondan uzaq həyat tərzinə maraqgöstərir.***Adamlar, adətən, ilk mükafatı alana qədər məğrur olurlar.Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsandoqquz mükafatın həsrəti ilə yaşayırlar.***İki ay ərzində iki ümumittifaq qurultayda(kinematoqrafçıların və yazıçıların) iştirak etdikdən sonra,burada, Pirquluda "Qəm pəncərəsi" filminin çəkilişi zamanı"Literaturnaya qazeta"nın oxumadığım nömrələrinə baxıbfikrin cəsarətlə, açıq-saçıq deyilişinə, qaldırılan problemlərinböyük əhəmiyyət daşıdığına sevinsəm də, bu sevinc tamolmadı, necə deyərlər, ürəyimə yağ kimi yayılmadı. Bununsəbəbi yaşmıdır (görünür, mən həyatımın elə bir dövrünəqədəm qoyuram ki, Nazim Hikmət demişkən, bu yaşda artıqsöz səni sərxoş etmir). Bəlkə səbəb zəmanəninetibarsızlığındadır ki, birdən qəfil şəkildə tərs üzünü göstəribdəyişər. Odur ki, verilmiş söz azadlığı, icazəli azadlıq sənə tamləzzət vermir – Azadlıq və Həqiqət onu verənin iradəsindənasılıdırsa, bütün qaçılmaz qurbanları bahasına amansızmübarizədən doğmayıbsa, onun dadı da başqadır. Halbuki, buatmosferi hələ uzun illərdən bəri ən vicdanlı yazıçılar463

yaratmışlar və mən də bu işə öz payımı vermişəm. Ammavicdanlı yazıçı öz zınqırovlu sənət həmkarları haqqında hirslə,acıqla, nə bilim, hansısa eyhamlarla danışanda məndə belə birşübhə yaranır ki, bəlkə elə onun özü də bu zınqırovlara həsrətçəkən bir şəxsdir. Kim nəyin tamarzısıdırsa, ondan da danışır.Təbiətin, Allahın və taleyin ədalətli payı var. Kimlərəsəistedad, başqalarına orden verilir. Düzdür, zaman keçdikcəbunların ikisinin birləşdiyi məqam da olur. Desəm ki, bu uşaqmuşaqoyuncağını mən istəmirəm, səmimi çıxmaz, eynizamanda onların həsrətində də deyiləm. Sadəcə, mənim fikriməgörə, onlara əlin çatmayanda, bunu özünə dərd eləməməlisən,verəndə isə sevincindən atlanıb-düşməməlisən. Hər cürmükafatdan nümayişkaranə surətdə imtina etmək də, həminordenləri alıb həvəslə döşünə taxmaq ehtirası da bir şeydir.Verirlər, versinlər də… Verməsələr nə olacaq ki… Kəsəsi buməsələyə ömür sərf eləməyə dəyməz. Bu məsələni biryolluqyaddan çıxartmaq lazımdır.1986-cı il, iyun***Bu və ya digər şəxsin mənəvi baxımdan dəyərləndirilməsizamanı onun yaşadığı dövr, zəmanə və şəraitin qulaqardınavurulması ən böyük ikiüzlülükdür. Şübhəsiz ki, mənəvi bütövlükbütün dövrlərdə sabit və dəyişməzdir, ancaq onun təzahürformaları bir çox cəhətdən şərait və tarixi gerçəklikdən asılı olabilər. Həqiqət Tdəb" olan dövrdə, bu zaman çərəyindətəsəvvürolunmaz dərəcədə TcəsarətliU olmaq dünyanın ənədalətsiz işlərindən biridir. Axı indi həqiqətə qəsdən yol açılır, onudeyənə mükafat verilir, bu həqiqət dividendlər belə gətirməklə, həryerdə fəal şəkildə tətbiq olunur. Odur ki, həqiqətin ürəyinə qızmışdəmir basılanda, yalanın isə total şəkildə artması zamanındaəlindən heç olmasa susmaq gələn adamlar daha abırlı görünür.464

Pasternak cəsarətli, mərd, ən əsası isə qorxmaz sənətkar idimi?Əlbəttə. Hər halda, Yevtuşenkodan cəsarətsiz deyildi.***Şir və pələng ovu cəsarət tələb eləyir. Şir və ya pələnglərastlaşanda ayaqların əsmirsə, kişisən. Səhrada əliyalın, silahsızpələng və şirlə rastlaşanda əsməyin hələ qorxaqlıq əlamətideyil. Ancaq ölmüş şirə, yaxud pələngə güllə atmaq heç dəböyük hünər deyil. Bax bunu bu günün icazəli qəhrəmanlarınaxatırlatmaq necə də yerinə düşür.***Despotluqla demokratiya arasındakı fərq nədən ibarətdir.Despot rejimində pələnglər və şirlər özünü tülkü kimi aparırlar.Demokratiya dövründə isə hamı pələngə və şirə dönür. Bəsdovşanlar? Despotun dövründə dovşanlar tülküyə dönmüşşirlərdən və pələnglərdən qorxurlar, demokratiya zamanı isəqəfildən şirə-pələngə dönmüş tülkülərdən.***Qadın təkcə qısqanmır, həm də ürəyinin dərinliyindəqısqanılmasını istəyir. Hər dəfə o, səmimi qəlbdən, yaxud dayalandan ərinin, oynaşının, ona heyran kəsilən başqa bir şəxsindəhşətli və dözülməz qısqanclığından şikayət edəndə ürəyindəarzulayır ki, Allah onu heç zaman bu əzabdan qurtarmasın. Buəzab ona özünütəsdiq üçün lazımdır: qadının onu qısqanmaqsəbəbi nə qədər az olsa, bir o qədər qısqanılmaq həvəsialovlanır. Qısqanmağa əsası olan qadınların öz cazibədarlığınınümayiş etdirib sübuta yetirməyə ehtiyacı olmur.***Marksizm təlim kimi düşünülübsə də, dinə çevrilmişdir.***İnsan əks ardıcıllıqda mövcud ola bilsəydi... Ancaq bumövcudluq haçan və nədən başlayır? Valideynlərinin ilktanışlığından, ilk təbəssümündən, öpüşündən? Pol Eluar yazır ki,insanlar öpüşdən dünyaya uşaq gətirirlər.***465

Realizm tarixi hadisədir. O, hər bir müvafiq dövrün təfəkkürsəviyyəsini əks etdirir. Homerin dövründə Təpəgözün təsvirielə bizim dövrümüzdə teletəsvir kimi real bir şeydir. Realizm omənada hüdudsuzdur ki, o, təkcə insanın əməl və sözünü yox,həm də onun fikirlərini, fantaziyasını, dünyagörüşünü vəyuxularını əks etdirir.***Əzab çəkmək haqqını da gərək qazanasan.***Həyat həmişə gələcəkdədir. Keçmiş ölüm səltənətidir. O,yaşanılıb, tükənib, qurtarıb və demək, artıq canını tapşırıb.***Kosmopolitizm azad xalqların məzələnməsidir. Əsarətaltında olan xalq bundan çox-çox uzaqdır.***Ən yaşarı ideologiya o ideologiyadır ki, özünün əksiyləmübarizə aparmır, onu mənimsəyib öz içində əridir.***Ağıl – şər toxumlu da ola bilər, müdriklik isə həmişəxeyirxahlıq deməkdir. Ağıl vicdanın səsini şübhə altındaqoymağa gücü çatsa belə, onu əvəz edə bilməz.***Həyat – nəqliyyatdır. Yollarda qalmışam, bəlkə məni kimsəöz avtomobilinə, öz həyatına götürə.***O, işıqlanıb gərəksiz olmuş lent kimi idi. Mənasız və lazımsız.***Qədim Romada ən zülmkar nəzarətçiləri qulların arasındanseçirdilər. Faşistlər isə kapo adlanan nəzarətçiləri elə əsirlərinöz arasından seçirdilər. Məmlükləri, yeniçəriləri də burayaəlavə etmək olar.***Gələcək o zaman reallıq kəsb edir ki, hansı mənadasa indikizamanda iştirak edir.466

***Dahilik, taleyin özünü də ehtiva edir. Taleyin öz dühasınıgerçəkləşdirmək imkanı vermədiyi insan potensial dahi sayılabilməz.***Ədəbiyyat insanın üzərindən statistik damğaları götürür, hərbir insana təkrarolunmaz yeganə fərd kimi yanaşır.***Bəzi adamların sinizmi, heç şübhəsiz ki, cəmiyyətinhəyasızlığından irəli gəlir.***Azərbaycanda dini müəyyən mənada poeziya əvəz edir - öztanrıları və peyğəmbərləri ilə birlikdə.***Həmişə öz uğurları ilə öyünən lovğa cəmiyyət ancaq özününyalan-doğru qələbələrindən başqa heç nəyi görməyən dargözinsanları doğur.***Tolstoy deyir ki, insanlar ağıllı və səfeh yox, anlayan vəanlamaz şəklində bölünürlər. Bu, həqiqətən belədir: TYamanolur anlamaq dərdiU.***Ola bilsin ki, həyat elə əbədiyyətdən sonsuzluğa ünvanlananismarıcdır.***Azsaylı xalqların içindən çox nadir hallarda böyük nasirləryetişir. Bəli, şairlər yetişir, ancaq nasirlər yox. Bəlkə azsaylıxalqın həyatında epiklik çatmır. Bəlkə bu, onların tarixiproseslərdə rol oynamaması, yaxud da insanlığın tarixində zəifiştirakı ilə bağlıdır. Axı poeziya təkcə ürəyin, qəlbinkardeoqrammasıdırsa, nəsr bütün cəmiyyəti əhatə eləyən birşeydir. Azsaylı xalqların içindən çıxan hansı yazıçı, sözünhəqiqi mənasında, böyük nasirdir? Coysmu? Ancaq o daİrlandiyadan çox böyük ingilis ənənəsinə bağlıdır, baxmayaraq467

ki, qəhrəmanlarını Dublinin tarixi şəhər kontekstində təsviredib. Praqa sakini Kafka da balaca Çexiyaya yox, böyük almanədəbiyyatı ənənələrinə aiddir. Balaca İslandiyanın içindənNobel mükafatı laureatı Laksnes çıxıb, ancaq Nobelmükafatını alsa belə, Laksnes böyük yazıçıdırmı? Bilmirəm.Oxumamışam.***Nağıllar xalqların yuxularıdır.***Uşaqlığın xiffətini çəkmək – uşaqlığımızda yaşlılarınhəyatını nə vaxt yaşayacağımızı həsrətlə gözləməyimizləbağlıdır. Bu yaşa çatanda tamam başqa şeyin şahidi olursan.Doğrudanmı, həyatımızın ilk dövründə biz yaşlıların həyatınıelə beləcə təsəvvür edirmişik?***Bəzən kitablarda gözümüzə çox qəribə, heç harda təsdiqinitapmamış və izah olunmayan faktlar sataşır. Məsələn, YeremeyParnovun Ernest Telman haqqında yazdığı "Gizlin məhbus"kitabının (Moskva, 1978) 356-357-ci səhifələrində gözüməbelə bir fakt sataşdı: "Svastika ideyasını Hitlerə uzun illərTibetdə yaşamış Qurciyev soyadlı bir azərbaycanlı vermişdi".***"Drujba narodov" jurnalının təşkil etdiyi dəyirmi masadaçıxış edərkən dedim ki, biz yuxularımızı belə Qlavlitdən(senzura idarəsi) keçirtmək məcburiyyətində qalmışdıq. "Yaxşıpadşahın nağılı"nda yuxulara icazəni şah verir. Bu yaxınlardahardasa oxudum ki, German Kant "RENT-Korporeyşndə"çalışarkən yuxuların proqramlaşdırılması üzərində işləyirmiş.Ümumən götürdükdə "Yaxşı padşahın nağılı" ətrafında çoxmürəkkəb bir situasiya yarandı. Bu hekayəni qələmə alanda,mənim sarkazmımın hədəfində ancaq və ancaq totalitarizmdururdu, burada heç bir konkret ünvan-filan yox idi, ancaqbuna baxmayaraq, bəzi adamlar onu konkret şəxslərləəlaqələndirməyə cəhd etdilər. Dərhal müvafiq instansiyalara468

danoslar göndərildi, bir məlumatlı adamın dediyinə görə, budanosları mənim bəzi sənət dostlarım yazırmış. Sən birparadoksa bax: mənim hekayəmdə şah şer yazmağa başlayır.Bu hekayə çap olunandan bir neçə il sonra qəfildən Brejnev dəTyazıçıU oldu. Mən ədəbi süjeti heç bir konkret şəxsə görəqurmasam da, həyat özü mənim hekayəmin əsasında duranvəziyyəti reallaşdırdı.***Yeri gəlmişkən, Brejnev haqqında. Onun Bakıya gəlişiərəfəsində Lenin meydanında, düz mənim evimin qarşısındaböyük tədbirlər hazırlanırdı. Gecənin bir aləmində ucu-bucağıgörünməyən meydanda məşqlər keçirilirdi. Reproduktorlardanalqışlar və maqnitofon lentinə yazılmış "Ura" səsləri ucalırdı.Maqnitofon lentinə yazılmış və meydanda səslənən alqış,entuziazm, ura səsləri, alqışlar mənim üçün absurd dövrününən parlaq simvolu olaraq qalır.***Puşkin haqlıdır, sənətkar cinayətkar ola bilməz. Onunalibisini, təqsirsizliyini sübut edən istedadıdır.***Yunq qeyd edir ki, sənətkar öz taleyini bütün bəşəriyyətintaleyi ilə eyniləşdirir, bunun vasitəsilə isə bir növ həm də azadolur və bütün dövrlərdə insana hər hansı bədbəxtlik önündəduruş gətirmək, habelə ən uzun və üzüntülü gecənin belə beliniqırmaq imkanı verən xeyirxah qüvvələrlə qovuşur. Yunqunfikrinə görə, sənətin təsir mexanizmi bundan ibarətdir.***Mən həmişə dostlarımın yaxşı dostu olmağa çalışmışam.Onların mənə yaxşı dost olmasından daha yaxşı. Ancaq bu,bədbəxtlik yox, taledir.***İyirmi milyondan artıq güllələnmiş və məhv edilmiş insan -xalqın özü-özünün qənimi elan edilmişdi.***469

Xatırlamaq hər bir insanın yaradıcılıq fəaliyyətinin birelementidir. Bu səbəbdən bütün insanlar potensial olaraqyaradıcı və sənətkardırlar.***Bu dünyada təkcə ictimai, siyasi represiyalar mövcud deyilki. Təbiətin də represiyaları mövcuddur – yanğın, sel, zəlzələ…***Həyat Allahın tapmacasıdır. Açması belədir ki, Tanrıinsanlara bu tapmacanı bulmaq şansı verir, yoxlayır vəsınaqdan keçirir – biz insanlar nə qədər dözə, duruş gətirəbiləcəyik?***Dünyanın müxtəlif qəbiristanlıqlarına səpələnən qardaşlıqqəbirləri – eyni biçimli qəbirlərin səliqəli sırası... insanlar yox,daşların üzərinə həkk edilmiş tarix və rəqəmlər... Bəlkə eləəclafların qanunu buradan irəli gəlir – meşəni qırırlar, talaşasəpələnir.***İdeyalar cəmiyyətin içində yetişir, cəmiyyət isə abort da edəbilər. Tarixin bu burumunda Şərqi Avropa ölkələri azad olmalıidilər. Bizim üçün, hətta Pribaltika ölkələri üçün vaxt hələhamilədir. Tarix bu ideyanın tamam-kamal yetişməsi üçünhələ bir dövrə də vurmalıdır. Şübhəsiz ki, əgər cəmiyyət"bətnindəki uşağı" salmasa. (Bu qeydlər səksəninci illərinsonunda qələmə alınıb. O zaman mən nə biləydim ki, hər şeybelə tez baş verəcək və tarixin növbəti burumu bir il, ilyarımdan sonra özünü göstərəcək. Təkcə Pribaltikarespublikaları yox, yerdə qalan bütün respublikalar azad olacaq- bu isə doxsanıncı illərin qeydləridir).***İnsan nə qədər mürəkkəb və qəlizdirsə, Allahı da bir o qədərmürəkkəb və qəlizdir.***Erməni tarixçiləri və müasir daşnak və digər dənizdən-dənizə470

(yəni Xəzər dənizinə) Ermənistan ideoloqlarının yazdıqları ilərazılaşmalı olsaq, gərək azərbaycanlıların əcdadları Xəzərdənizində yaşayan balıqlar olsun, çünki bu halda onlara başqa heçbir ərazi qalmır. Bu fikri mən Moskvada SSRİ yazıçılarınıniclasında dedim. Daha sonralar, müstəqillik dövründə Rusiya vəİran Xəzər dənizinin Azərbaycan sektoruna qarşı iddia irəlisürdülər. Belə çıxır, heç dəniz də bizə məxsus deyilmiş. Bu fikriisə mən, 1994-cü ilin oktyabr ayında Bakıda "Azadlıqmeydanı"nda keçirilən mitinqdə dedim.***Ədəbiyyat yatıb qalmış, pəsməndə xalça kimi beyinlərdəkitozu çırpıb küləyə sovurur.***Ürəyim 37-ci ilin qəbiristanlığıdır.***Mən çovuyan gülləyəm. Məni hansısa bir hədəfi nişan alıbatıblar. Güllə hədəfə dəyməsə də, hələ də uçmağındadır. Ancaqsönüb yerə düşməyinə az qalıb.***Maska onun üzünə elə yapışıb, elə tutaşıb ki, çıxarmaqistəyəndə gərək dərisini sıyırıb atasan.***Bəzən müxtəlif Şərq xalqlarının ədəbiyyatının çiçəklənməsidövrlərini İntibah adlandırırlar. Məsələn, Nizami və Rustavelidövrünü Qafqaz intibahı, böyük fars şairlərinin dövrünü İranintibahı, türk liriklərinin (Nəvai, Füzuli, Baqi) dövrünü türkintibahı adlandırırlar. Məncə, bu fikir heç də doğru deyildir.Türk, yaxud İran ədəbiyyatının müəyyən bir dövrdəkidirçəlişini Avropada qəbul edilən şəkildə və anlamda İntibahadlandırmaq olmaz. Bu mənada Avropada baş verən hadisələrŞərqdə özünü göstərmədi. Yəni sözün elə bir dar mənasında ki,antikliyin xəzinəsi qarşısında dünya heyrətə gəldi və budəyərlər yenidən dirilməyə və dirçəlməyə başladı, başqa sözlə,qədim sivilizasiyanın uğurları yeni tarixi şəraitdə yeni yaşamaq471

haqqı qazandı – bax bu mənada Şərqdə həmin proses getmədi.Baxmayaraq ki, İbn Sina, İbn Rüşd, Əl-Fərabi və digərləriməhz antik dövrün mənəvi, mədəni və elmi dəyərləriniyaşadıqları müasir dünyaya çatdırmışdılar, Xəyyam, Nizami,Füzuli isə Ellin dünyasının mədəni dəyərləri haqqında ətraflıməlumata malik idilər, ancaq bununla belə, Şərq coğrafi,genetik və mədəni xüsusiyyətlərinə görə antik mədəniyyətlədaha yaxından tanış olub, Avropada olduğu kimi onu təzədəndirçəldə bilmədi. Sözün geniş mənasında isə, yəni o mənada ki,intibah insanın özünün uydurduğu buxovlardan azad olmasıdövrüdür (Qərbdə xristian sxolastikasından), intibah Şərqdəolmayıb. Bunun çox şərti mənada analoqu kimi Şərqdə dar dinidoqmalara qarşı üsyan ovqatı doğuran sufizm fəlsəfəsini misalçəkmək olar. Bəlkə elə bu dövrdən etibarən, Kolumb,Magellan, Vasko de Qamanın böyük əhəmiyyətə malik coğrafikəşflərini, Kopernik, Qaliley, Cordano Brunonun kosmoqonikfərziyyələrini nəzərə alaraq Şərqin və Qərbin inkişafında elə birqeyri-sinxronluq başladı ki, bu Qərbi ictimai-siyasi, texniki,elmi və sənaye dirçəlişinə, demokratiya ideyasına gətiribçıxartdı, Şərqi isə canüzücü durğunluğa, geriliyə, despotizməvə dini fanatizmə. (Halbuki, bütün tarixi boyu - auto-de fe-dəntutmuş Varfolomey gecələrinə, Olsterdə baş verən qanlı diniçəkişmələrə qədər Qərb fanatizmdə Şərqdən geri qalmır.Mədəni avropalılar şiələrin "şaxsey-vaxseyUini görəndədəhşətə gəlirlər. Ancaq baxın görün, XVI əsrdə (təkcə XVIəsrdəmi) Avropada nə baş verirdi: "Yürüşün qabağında qurşağaqədər soyunmuş dini xadim gedirdi. O, nəfəsini dərmədən,matı-qutu qurumuş halda ayənin sözlərini deyib qıyya çəkir vəarasıkəsilmədən kənarlarında dəmir dişlər olan dəri qayışlakürəyinə və böyrünə zərbələr vururdu. Bu qayda ilə o, öz ailəüzvlərinə də əzab verirdi. Zərbələri o, sakral ehtirasla vururdu:qışqırıq və fəryad səsləri Allaha yalvarış səslərinə qarışırdı.Onun qanlı izlərini kütlə tutub irəliləyirdi: onun arxasıncaqadınlar, kişilər, qocalar, qarılar, yeniyetmələr və hətta uşaqlar472

elə gəlirdi. (Sitat Manfred Beklın 1995-ci ildə Moskvada çapolunmuş "Nostradamus" kitabından gətirilmişdir. Bu sitataltmışıncı illərdə mənim intibah haqqında düşüncələrimə 1996-cı ildə Nostradamus haqqındakı kitabı oxuyarkən daxiledilmişdir).Beləliklə, Qərb sıçrayışla qabağa çıxdı və Şərqin bunuanlamayan nümayəndələri öz düşüncə və təfəkkür tərzlərinəuyğun olaraq onu əməlli-başlı bir neçə əsr geriyə atdılar.Yadıma İran rəhbərlərinin biriylə etdiyimiz söhbət düşür. O,Qərbin hansısa bir uğura sahib olmasını tərsliklə inkar edirdi.Bəs bütün bu gördüklərimiz – mən ona etiraz etdim, gözümləona ən yeni müasir texniki avadanlıqla - telefon, faks,kompüter, kondisioner, televizor, radio, elektriklə təchizolunmuş kabinetini göstərdim, hələ bir qapısının ağzında ənyeni Amerika markalı avtomobili dayanıb, bunlar bəs deyilmi?Özünün, doğrudan da, zəngin və şan-şöhrətli keçmişi iləöyünməyə haqqı çatan Şərq son iki-üç əsrdə müasirsivilizasiyanı heç bir texniki yeniliklə zənginləşdirməyib. Birzamanlar Cəlil Məmmədquluzadə bunu görürmüş kimi acı-acıgülürdü: "Avropalılar gör nə qədər səfehdilər ki, qan-tər içindəzəhmət çəkib paravoz, qatar icad edirlər. Bəs bu paravozlardankim istifadə edir? Bu işə zərrə qədər də olsun, cəhdgöstərməyən biz müsəlmanlar" (Sitatı yaddaşıma güvənibgətirirəm).Renessans insanın yatmış ağlını silkələyib oyatdı. İnsanözünün böyüklüyünü anladı, o həm xristian, həm də müsəlmanteologiyasının müəyyənləşdirdiyi Allahın əlində gücsüz vəitaətkar insan roluna qarşı üsyan etdi. Allahı inkar etməsə də,onun quluna yox, yardımçısına çevrildi. O, öz dünyasınıAllahın yaratdığı və insanları təvəkkülə arxayın olmayıb, alıntəri ilə zəhmətə qatlaşmağa yolladığı dünyada qurub-yaratmağabaşladı.Dini kosmoqoniyanın bütün kanonlarına əməl edən Dantedini sırf insani, utilitar-konyuktur mənada istifadə edərək473

cənnəti və cəhənnəmi konkret şəxslərlə doldurdu. Siyasi vasitəkimi. Bokaççio hər iki ayağı ilə torpağın üzərində duran, axirətdünyası haqqında düşünməyən və buna görə də həyatdan dahaçox sevinc uman insanın, yer övladının varlığını tərənnüm etdi.Rable və Viyonun timsalında fransız intibahının mahiyyəti dəbundan ibarətdir. Şekspir isə dahiyanə "Hamlet" əsərindəxristianlığın guya öz doqmaları ilə cavablandırdığı suallarıverdi. Onun kəskin ağlı aramsız şəkildə bu sualların cavabınıaxtarır. SONRA nə olacaq? Skeptik ağılın məntiqinə görə, dinyeganə avtoritet deyildir. Şübhə ağlın inkişafını şərtləndirənamildir. "Olum, yoxsa ölüm? Budur məsələ". Bu, intibahdövrünün və ümumən mövcudluğun ən böyük sualıdır."Fəlsəfədə yalnız bir əsas məsələ vardır – Kamü belə deyirdi –intihar problemi".Və yenə də məsələ həmin məsələdir – olum, yoxsa ölüm,ancaq bu dəfə bizim əsrin kontekstində. Kökləri isə Avropaintibahında, insan ruhunun oyanışında, insanda insanınoyadılmasındadır. Təkcə antik dəyərlərin dirçəlişi deyil,(halbuki, insan şəxsiyyətinin oyanışında antik humanizm ənböyük nümunələrdən biridir). İntibah insanın dini buxovlardanazad olması erasıdır, insanın öz qiymətini başa düşməsidir.Şərqdə isə bu, belə deyildir. Şərqin dünyaya bəxş etdiyi böyükşəxsiyyətlər, xüsusən, poeziya və arxitektura sahəsinə aid olannümunələr islam ideologiyası çərçivəsində təqdim olunur.Sufizmin mənası və mahiyyəti haqqında isə artıq məndanışmışam.(Sufizm haqqında - Zen-Buddizm və Eqzistensializmləbərabər mənim mənəvi aləmimə böyük təsir göstərən baxışlarsistemi haqqında ayrıca söhbət açmaq lazımdır).Faktiki olaraq, Şərq ədəbiyyatı və fəlsəfəsi (Azərbaycanda,məsələn, M.F.Axundova qədər və ondan sonra) ideolojibaxımdan İntibah dövrünə qədər Avropa ədəbiyyatı ilə oxşarvəziyyətdə idi. Biz hələ Rudəkidən Füzuliyə qədər İslamŞərqinin titanlarının böyük xidmətlərini demirik, onlar artıq474

daşlaşmış doqmaların Prokrust yatağında dövrün, mənsubolduqları xalqın milli xüsusiyyətlərini, ümumilikdə isə insanhisslərinin bütün çalarlarını əks etdirə bilmişdilər. Orta əsrlərŞərqinin üç epos dahisi - Firdovsi, Nizami və Nəvai Şeksprinxristian ideologiyasının çərçivəsiylə qapanıb yaratdıqları iləmüqayisədə daha çox müsəlman ideologiyasının çərçivələridaxilində qalaraq zəngin, maraqlı və universal bir dünyayaratdılar ki, bu da bütün parametrləri etibarilə böyük ingilisşairinin təxəyyülü və qələmilə yaradılan dünyadan geriqalmırdı. Baxmayaraq ki, bu min illər boyu heç bir Şərqşairinin pozmağa cürət etmədiyi İslam ideologiyasının normavə formaları çərçivəsində yaranmışdı.(Yetmişinci illərə aid olan bu fikirlərim bugünkümühakimələrimlə müqayisədə mənə çox mübahisəli görsənir.Mən, əlbəttə, yenə təsdiq edirəm ki, Şərqdə Avropa anlamındaİntibahdan danışmaq düzgün deyildir və yenə də o fikirdəyəmki, Şərq və Qərbin qeyri-sinxron inkişafı məhz bu dövrdənbaşlamışdır. Mən yenə o fikirdəyəm ki, iyirminci əsrdə Qərbinhətta inqilab adlandırılan elmi-texniki yüksəlişi ruhun azadlığıilə əlaqədardır).Azad olmayan insan heç nə kəşf edə bilməz. Stalindövrünün TşaraşqalarıU – həbs düşərgələri bu fikri təsdiqləyir.Həmin dəyənəklər altında yaşayan ixtiraçılar azadlıqda olanalimlərə baxanda ruhən daha azad idilər. Yaxşı yadımdadır,Soljenitsinin hələ samizdat variantında "V kruqe pervom"əsərini oxuduğumuz vaxtlar bacım Fidanla kitabdan aldığımıztəəssüratı bölüşürdük, onun dediyi sözlər mənim təəssüratımıtamamlayırdı: "Azadlıqda olan insanlara həsr olunmuşsəhifələri oxuduqca, türmədə olan, ancaq daha azad nəfəs alanvə danışan insanlara həsr edilən səhifələrə nisbətən dahadəhşətli zülmün şahidi olursan".Yenə də vaxtilə apardığım Qərb-Şərq paralelininqiymətləndirilməsinə qayıdaq. Mənə belə gəlir ki, bu fikirlərinən böyük qüsuru ondadır ki, qeydləri yazdığım vaxt Şərqin475

keçdiyi tarixi yolun özünəməxsusluğunu lazımınca dərketmirdim, onun özəlliyini və bütövlüyünü tam şəkildəanlamırdım, başqa sözlə desək, Şərqə Qərb trafareti iləyanaşırdım. Bu isə tamam başqa söhbətin mövzusudur.***İnqilabların ən əsas məziyyətləri odur ki, onlar özlərindən sonramətnlər – bəyanatlarda təsbit edilən, ancaq heç də tam şəkildə vədərhal həyata keçməyən ideyalar və niyyətlər barədə sənədlərqoyub gedirlər. İngilis inqilabı THüquqlar haqqında Bill sənədiUniqoydu. Fransız inqilabı insan hüquqları haqqında verdiyibəyanatda ölməz TBərabərlik, Qardaşlıq və AzadlıqU şüarını irəlisürdü. Amerika inqilabı "Müstəqillik Bəyannaməsi" iləəlamətdardır. Oktyabr inqilabından sonra torpaq, sülh və xalqlarınöz müqəddəratını təyinetmə hüququ (sonradan edilən calaq kimiyerinə yetirilmədi) miras qaldı.İnqilablar nə qədər qanlı olsa da, inqilab rəhbərlərininhakimiyyət uğrunda apardığı xırda intriqalı vurnuxması nəqədər iyrənc olsa da, yapdığı əməllər nə qədər sərt vəgözlənilməz olsa da… inqilablar tarixdə bu sadaladığımızəlamətləri ilə yox, olsun ki, heç zaman həyata keçməyənideyaları ilə qalır. İnqilabların irəli sürdükləri ideyalar digərmütəfəkkirlərin ideyalarından məhz bununla fərqlənir. İnsancəmiyyətinin Əsas Qanununun - Konstitusiyanın hər maddəsiöz varlığıyla hansısa inqilaba borcludur. İnqilablar, şübhəsiz ki,böyük düşüncə sahiblərinin ideyalarından su içir, ancaq məhzictimai kataklizmlər baş verdiyi zaman reallığa çevrilirlər.Ayrı-ayrı mütəfəkkirlərin ictimai-siyasi, sosial-fəlsəfi ideyalarıinqilab olmadan heykəltaraşın tunc, yaxud mərmər üzərindəhəyata keçirmədiyi arzusuna bənzəyir. Məhz inqilablar bu vəya digər ideyanı əsrlərin "tunc lövhəsinə" həkk edir və yalnızbundan sonra tarixin istiqamətləndirici faktoruna çevrilirlər.Fransız inqilabını tarixi baxımdan müxtəlif cürqiymətləndirmək olar. Ancaq "Azadlıq, Bərabərlik vəQardaşlıq" şüarının içindəki ədalət və xeyirxahlığa şübhə ola476

ilməz. Bu şüarın fransız inqilabına qədər də ayrı-ayrımütəfəkkirlər tərəfindən deyilməsinə baxmayaraq, o yalnızinqilabla təsdiq edildi. Və inqilab haqqında nə deyilməyindənasılı olmayaraq (yəni inqilab adlı bu dev öz övladlarını udur,həm də onu dahilər düşünür, fanatiklər həyata keçirir, barındanisə alçaqlar istifadə edir), hər halda inqilablar insanlığıntarixində ideyaların lokomotivi rolunu oynayırlar.60-cı illər***Görün, Ermənistan SSR EA-nın müxbir üzvü Q.Avetisyan vəTarix İnstitutunun kiçik elmi işçisi M.Karapetyan Ermənistan KPMK-nın orqanı olan "Kommunist" qəzetində (3 oktyabr, 1989-cuil) "Hansı məqsəd güdülür" məqaləsində nə yazırlar:"Azərbaycan bütövlükdə ermənilərə qarşı, xüsusən isəQarabağ ermənilərinə qarşı vəhşiliklər törədilməsindəTürkiyənin əlaltısı olmuşdur… Bu iş indinin özündə də davamedir. Qarşıya qoyulan məqsədə çatmaq üçün qarət,soyğunçuluq, ayrı-ayrı adamları ovlamaq gündəlik normayaçevrilmişdir. Biz əminik ki, öz böyük qardaşı Türkiyədənnümunə götürən indiki Azərbaycan hökuməti erməniləri birmillət kimi yer üzündən silməyə cəhd göstərir".Özlərini alim adlandıran və bu tipli faşist hədyanlarınıkommunistlərin qəzetində çap edən insanların bu mağara,zooloji nifrətinə cavab vermək ikrah doğurur. Bəlkə bunakommunist təliminin banisi olan Karl Marksın öz sözləri iləcavab vermək daha düzgündür. Görün, Marks V.Libknextə nəyazırdı: "Biz qəti şəkildə türkləri müdafiə edirik... Ona görə ki,biz artıq türk kəndlisini öyrənmişik, biz türk kəndlisininsimasında Avropa kəndlisinin ən işgüzar və mənəviyyatlınümayəndəsini görürük".Mətndə TmənəviyyatlıU sözünü Marks yox, mənqaraltmışam. Bədbəxt Marks haradan biləydi ki, zaman gələcək477

Avetisyan və Karapetyan kimi kommunistlər meydana çıxacaqvə türk adı gələndə ağızları köpüklənəcək.***Belə bir fakt mənim diqqətimi cəlb edir ki, SSRİ AliSovetinin iclasları TV-də yayımlanmayanda bir tonallığın,yayımlananda isə başqa bir tonallığın şahidi olursan. Görün, nəqədər insan efirdə görünməyə can atır. Biz həqiqətən dəölkəmizin dərdinə məlhəm tapmaq istəyiriksə, vacib deyil ki,bütün xalq bu cərrahiyyə əməliyyatının tamaşasına dursun.Cərrah xəstəni həyata qaytarmaq məqsədilə çalışır, onunniyyəti öz sənətini kütləyə nümayiş etdirmək deyildir. Bu işinvacibliyi, qaçılmazlığı öz yerində, amma onun nümayişetdirilməsi qeyri-estetik bir hadisə olardı.***Şübhəsiz ki, sistem can verir, onun ölümqabağı tutmalarınabaxmaq necə də əzablıdır.90-cı illərin əvvəlləri***Bir yandan Qorbaçovun arzuladığı kimi, ümumi Avropaevini, o biri yandan isə öz evində ümumi türməni qurmaqolmaz. XX əsrin ikinci yarısında ordu heç kəsin üstünə hücumeləmək niyyətində olmadığı ölkənin müdafiəçisi kimitanınıbsa, onun Avropa, Asiya və Afrikada jandarm, öz dövlətidaxilində türmə nəzarətçisi funksiyasını yerinə yetirməsinəhaqq qazandırmaq olmaz. Ordu qiyamçıları ram edir, ancaqonlar türmədə qiyam qaldıranlardır. Yeri gəlmişkən, ordunugünahlandırmaq mənasız bir işdir. Ordu ilə haqq-hesab çəkməktanka, pulemyota, avtomata qarşı iddia irəli sürmək kimi birişdir. Ordu yalnız dövlətin əlində silahdır, siyasi arqumentdir.Siyasi, ideoloji, mənəvi və digər dəlil və sübutlartapılmayanda, (axı haradan tapasan ki, bu dəlil-sübutların özü478

kağız oyunundan başqa bir şey deyil və təsadüfi deyil ki,stixiya baş qaldıran kimi yanıb külə dönür, yaxud cırılıb atılır)ən əsas dəlilə çevrilir. Güc varsa, ağıl lazım deyil – iflasauğramış siyasətçilərin kredosu budur. Ordu, yəni kor,mühakimə yürütməyən, yalnız əzən qüvvə azadlıq, müstəqillik,suverenitet, öz milli tarixi inkişaf yolunu seçmək hüququhaqqında müzakirələrdə dövlətin yeganə arqumentidir. Ordunubir simvol kimi götürərək, onun diskreditasiyasına qarşıçıxanlar unudurlar ki, müxtəlif tarixi şərait, vəziyyət vədövrlərdə müxtəlif simvollar mövcud olur. Stalinqradıdüşmənə verməyən qırx beşinci ilin may ayında Berlini alanordu vətənpərvərlik simvoludursa, Əfqanıstana soxulan orduyalnız biabırçılıq simvoludur.Əlində silah Osvensim qurbanlarını azad edən insan vəQULAQDA saxlanan məhbusla keşik çəkən silahlı adam XXəsrin tarixi faciəsinin müxtəlif personajlarıdır: qırx beşinci ildəPraqa və Budapeştin küçələrindəki Sovet tankları, əlli altıncıildə Budapeştin küçələrindəki Sovet tankları və altmışsəkkizinci ildə Praqanın küçələrindəki Sovet tankları –müxtəlif döyüş maşını modelləri və müxtəlif hərbi texnika yox,Xeyir və Şərin tam əks qütbləridir. Həlak olan əsgərlərinanalarının ağır dərdini bölüşərək Bakı, Tbilisi və Vilnüsdə eləbu əsgərlərin qətlə yetirdiyi şəxslərin analarının dərdini dəanlamaq lazımdır.1991-ci il***Eh şair, şair… sən, qəbiristanlıq və qəbirlərin tənhalığını duyan,hər gün, hər saat, hər dəqiqə həyatın tapmacaları və yoxluqvahiməsi qarşısında dayanan, yalnız Tanrıya könlünü açan vəyalnız əbədiyyətlə dil tapa bilən şair… axı sənin bu siyasətbazlarınvə cahilərin, ambisiya və intriqaları ərşə dayanan insanlarınapardığı oyunların, çəkişmələrin, demaqogiyanın və çirkin pulların479

içində nə işin var?***Müxalifəti iqtidara gəlməkdə günahlandırmaq absurddur.Hakimiyyət hər bir siyasi partiyanın son məqsədidir. Dəhşət ozaman baş verir ki, məqsəd konkret hədəf güdmür. TNə olurolsun hakimiyyətə gəlməliyikU fikrindən daha dəhşətli fikir:THakimiyyətə gələk, sonra nə olur olsunU fikridir.***Sənətkar öz əsərlərinə görə yalnız özü cavab verməlidir. Hərbir sənətkar üçün özünün qarşısındakı məsuliyyətdən böyük vəağır yük yoxdur. O, belə bir şeyə qəti inanmalıdır ki,yaratdıqlarının ünvanı – oxucu, tamaşaçı, dinləyici və onunyaratdığı əsərin ünvanlandığı digər şəxslərdir. Biləndə ki, onunürəyindən əlinə süzülüb yoğrulan işi dəfələrlə, müxtəlifsəviyyələrdə və instansiyalarda mühakiməyə çəkilərək"təkmilləşəcək", bu inam sarsılır. Yazıçının dünyaya gətirdiyi,yaratdığı mətnə onun özündən dəfələrlə az bələd olan kəslərməsləhətləri, adamın əhdini kəsən şərtləri, danışıqsız hökmləriilə burunlarını haraya gəldi soxacaqlar və bundan sonra onunyaratdığı, dünyaya gətirdiyi mətni söküb dağıdacaqlar.Sənətkar üçün ən dəhşətli şey redaktorun, senzuranın, bu kimibaşqa instansiyaların belə dağıdıcı işlə məşğul olmasıdır.Nə vaxtsa Moskvada təkcə ədəbi və rejissor ssenariləri yox,hətta aktyor sınaqlarının təsdiq olunduğu vaxt mərkəziteleviziyanın redaktoru məndən soruşmuşdu: – Bakıda havanecədir? – Moskvada olduğu kimi, – ona belə cavabvermişdim. Onun: – Axı Moskva Bakıya baxanda şimaldadı, –təəccübünə cavab kimi dedim: – Havamızı da biz eləMoskvada təsdiqləyirik.70-ci illər***Çox zaman bizim ideoloji davamız boksçunun armudla480

məşqinə oxşayır. Rinqdə rəqiblə görüşdüyü zaman o, yənibizim ideologiya, həmişə nokauta düşür.***Biz tarixin işıqforu qarşısındayıq – qırmızı işıq yanır,demək, yerindəcə dayanmalısan, hərəkət yoxdur. Yetmiş ilinqırmızı işığı bizi durğunluq vəziyyətinə gətirib çıxartdı, irəliyəhərəkət imkanları tükəndi. Sarı işıq yanır – dəlixana rəngi.Doğrudanmı, sarı işığın qarşısında bir yerə mıxlanıb dayanacaqvə hamının necə dəli olduğunu görəcəyik? Və nəhayət, İslamınyaşıl işığı yanır. İndi yol ancaq o tərəfə açıqdır. Qabaqda diniperspektivdən başqa bir şey yoxdur?***İslam da hardasa provaslav və protestantlıq kimi xristianlığınbir qoludur. Ancaq yaş etibarilə onlardan daha qədimdir. Elə bunagörə də o, ortodoksal baxımdan bidət kimi yox, xristianlığakardinal şəkildə əks olan, ona düşmən kəsilən bir din kimi qəbuledilir. Ancaq İslam özündən əvvəl gələn iki monoteist dinəhörmətlə yanaşır, onların bir çox dəyərlərini bölüşür,peyğəmbərlərinin adını hörmətlə yad edir, Məhəmmədi isə zamanetibarilə onların sonuncu davamçısı sayır.Digər tərəfdən təkcə xristian konfessiyasının daxilindəkiçəkişmələr – orta əsrlərin Varfolomey gecələri, loyollaları vəsavanarollaları, Lüter və Yan Qus tipli üsyançılar, katolik vəprotestantlar arasında baş verən və günü bu gün də eyniqəddarlıqla davam edən qanlı olaylar (Olster, serb-xorvat qanlıolayı) – bütün bunlar müxtəlif dövrlərdə və günü bu günxristian-müsəlman qarşıdurmasından daha kəskin, qanlı vəqlobal hadisələrin məhz xristian dünyasının öz daxilindəolması faktını sübuta yetirmirmi?***Bu ölkədə abırlı və ləyaqətli adamlar ən köməksiz və ənyazıq insanlardır.***Dərbənd qalası orta əsrlərdəki Qibroltar və Dardanel kimi481

oğazdır, amma su yox, quru boğazıdır.***Stalinin avam xalq kütləsi üçün cəlbedici xüsusiyyətlərindəndaha biri – onun dəyərləndirmədə sabitliyi, həyat, siyasət,iqtisadiyyat, fəlsəfə sahəsinə aid məlumatları bəsitləşdirməyi,onları, məsələn, yaxşı-pis, qara-ağ, dost-düşmən tipli yığcamişarələrlə ifadə etmək bacarığıdır.***Bəli, Stalin mifdir. Arqumentlərin, dəlil-sübutların, həttatəkzibedilməz faktların, şahid ifadələrinin köməyilə mifləmübarizə aparmaq mümkün olan iş deyil. Çünki mif vəgerçəklik – dünyaya iki fərqli baxış, iki fərqli qavrayışüsuludur. Onlar bir-birinə qəti şəkildə uyğun gəlmir. MəkrliAmerika imperializminə qarşı mübarizə stereotipləri ilə beynidolan bir çoxlarını İslamla xristianlığın qarşıdurmasıkontekstində Səddam Hüseynin hərəkətlərini adekvat şəklindəqiymətləndirməyə inandırmaq çətindir. AzərbaycandaSəddamın real vəziyyət və gerçəkliyin istənilən arqumentiniqulaqardına vuran bu qədər fanatik tərəfdarları varkən Stalintoya getməlidir.Stalin mifi kütləvi şüura bir neçə nəsil boyu hesablanmışehtiyatla bərabər yeridilmişdir. Onun ardıcılı isə özünü əsl havaterroristi kimi aparır: təyyarəni partladaram, özüm də, bütünsərnişinlər və ekipaj da məhv olub gedər (yəni mən ölsəm, bütünölkəm məhv olar, bizimlə bərabər isə bütün dünya). Havaterroristləri kimi şantajın yerimədiyini və öz həyatının təhlükəaltında olduğunu anladıqdan sonra tüpürdüyünü yalamağa başladı.Bu hərəkəti ilə o, az qalmışdı ki, cahil tərsliyi ilə heç nə qanmayantərəfdarlarını məyus etsin. (12 il sonra Səddamın bu xislətini həyatözü təsdiq etdi. – 2004-cü ilin qeydi).***Bu sistemi Stalinmi yaradıb, yoxsa sistem Stalini yaradıb? Əgərbu sualı bir neçə il qabaq versəydik, o, Sovet cəmiyyətininəksəriyyəti tərəfindən dəhşətli bir təhqir kimi qəbul edilərdi.482

Cavab, şübhəsiz ki, sərt və birmənalı olardı: bax bu şeytan vəcəllad Stalin total təqib, danos, repressiya, dəhşətli cəzalar,təfəkkürü iflic edən, iradəni sındıran, gecə həbsləri ilə qorxutoxumları səpən, ölü sükut zonası yaradan sistemi yaratmışdır. İndiisə vəziyyət tamamilə dəyişmişdir - əksinə Stalinin özünə sistemindoğurduğu bir hadisə kimi baxılır. Bir zaman yeni sənədlər (dahadoğrusu, köhnə sənədlər) meydana çıxanda aydın oldu ki, bütünbu dəhşətlər hələ Lenin epoxası ilə başlamışdı – tarixdə ilk həbsdüşərgələri, çar ailəsinin qətli, din xadimlərinin kütləvi həbsi,amansız qırmızı terror, dəhşətli qərarlar, insafsız fərmanlar, insanaqənim teleqramlar – güllələmək, rəhm etməmək, öldürmək,asmaq, boğmaq…Belə olduqda, sual meydana çıxır: – Leninmi bu sistemiyaratmışdı, yoxsa sistem Lenini? Nəzərə alsaq ki, başçı olsa da,Lenin inqilabi hərəkatın, oktyabr hadisələrinin və yenicəqurulan hökumətin fiqurlarından biri idi, nəzərə alsaq ki, həttaən böyük siyasətçinin də şəxsiyyəti öz-özlüyündə tarixingedişini dəyişdirə bilmir, olsa-olsa ona bu və ya digər dərəcədətəsir göstərir, onda məntiqi nəticə alınır – sistem, sözün genişmənasında, tarixin özü Lenini, leninizmi və bundan doğanStalini və stalinizmi yaratmışdır. Tarix Lenini və Stalini seçdivə öz iradəsini onların vasitəsilə yeritdi. Sistemə belə şəxslərlazım idi. Hansı sistem, hansı tarix? Şübhəsiz ki, çarRusiyasının sistemi, onun tarixi. Görünür, bu sistem o qədərpozğun, insana qənim idi ki (bu gün monarxiya ovqatı üstündəköklənən bütün nostaljiyə – poruçik Qolisın və KornetObolenski haqqında mahnılara baxmayaraq), onu dağıtmaq,yerlə-yeksan etmək lazım gəldi, bunu isə bolşeviklər çoxböyük uğurla həyata keçirdilər. Bəs onları nəyə görə söyübdamğalayırlar? Görünür, tarixin özünün məntiqi bundanibarətdir ki, öz şər potensialını tükədən bir zülm sistemi özyerini formaca fərqli olsa da, mahiyyət etibarilə insana nifrəttəbliğ edən digər sistemə verir. Qum saatının işləmə prinsipi.Yuxarı aşağıya, aşağı yuxarıya çevrilir. Dünən heç kəs olan, bu483

gün ən qüdrətli şəxsə çevrilir. Növbəti dövr yetişməyincə,əqrəblər fırlandıqca fırlanır, qum saatından qum töküldükcətökülür.Görünür, bu qapalı faciə dairəsindən yeganə çıxış yolu zülmetməmək fəlsəfəsidir ki, bunu vaxtilə L.Tolstoy Rusiyanınyaxın gələcəyindən narahat olaraq demişdi. Həmin əqidəniapardıqları mübarizənin mənəvi təməli kimi götürənHindistanda Mahatma Qandi və Amerikada Martin Lüter Kinqona əsaslanırdılar ki, sözügedən təlimdən, bu əsas prinsipdənRusiyada olduğu kimi imtina etmək… dəhşətli şeylərinmeydana gəlməsinə yol açır.Bu gün yalnız bu fəlsəfə, yalnız bu mənəvi mövqe nifrətlələbələb dolan ölkəni xilas edə bilər. Reaktorlar (nüvə vəekstremist) bir anın içində nəinki Rusiyanı və SSRİ məkanını,bütün dünyanı dağıda bilər, bütün bəşəriyyəti fiziki və mənəvibaxımdan darmadağın edə bilər. Özünün mənəvi ölümünüanlamayan bəşər əhli fiziki cəhətdən qırılır, yoxsa insanlarınmənəvi ölümü nəticəsində onlar məhz özlərinin fiziki məhvinəhissiyyatsız və laqeyd şəkildə yanaşırlar?8 avqust, 1991***Axundovun asıb-kəsməyən monarxdan narazılığı əks etdirənmüdrik "Aldanmış Kəvakib" pritçası bu gün konturları aydınşəkildə cızılan psixoloji fenomeni nişan verir – insanlar qeyrişüurişəkildə zalım hökmdarın gəlişini arzulayırlar (fərqiyoxdur monarx olsun, yaxud böyük bir idarənin müdiri olsun),çünki bu adamların yarımçıqlıq kompleksi belə birözünətəlqinlə tamamlanır ki, onlar gücə tabedirlər, başqa çıxışyolu görmürlər. Yaxud belə bir özünətəlqin – təsəlli dahahumanist bir formada meydana çıxır: bəli, bax mən o filankəskimi uca-uca zirvələri fəth eləyə bilmədim. Ancaq mən zalımdeyiləm, heç kəsə pisliyim keçməyib, heç kəsi bədbəxt484

eləməmişəm. Amma bu böyük başçı (fərqi yoxdur hökumətin,yoxsa idarənin başçısı) da xeyirxahdırsa, demək, bizimgərəksizliyimizi sübut edir. Bu çox dəhşətli bir hadisədir. Bizqorxduğumuz adamlarla daha rahatıq, nəinki hörmət etdiyimizadamlarla. Bax burada yenə fiziki ölümündən otuz altı ilkeçəndən sonra da Stalinin diri qalması məsələsi ortaya çıxır.1989***Dərdin adam elədiyi adamlar da var, dərdin zalımlaşdırdığıadamlar da… Bu sonuncular təkcə doğmalarının ölməyindən yox,başqalarının hələ də sağ qalmağından yasa batırlar.***Dövlətin və cəmiyyətin mədəniyyətə münasibəti Xala xətrinqalmasınU prinsipi üzərində yox, "insan təkcə çörəklə yaşamır"iradəsi üzərində qurulmalıdır. Üstəlik çörək məsələsinin özü dəsən deyən şəkildə yoluna qoyulmayıb.***Cinsi əlaqə kimi bədii əsər də müəllifin qurtulmağı və rahatolmasıdır. Müəllif, doğrudan da, mühüm və özü üçün olsa daməhrəmanə bir şey yaradaraq daxili aləminə yığışan yükdən -dərddən-qəmdən, qüssəli xatirələrdən, tənhalıq hissindən, gecəqarabasmalarından, ölüm qorxusundan azad olur. O, tövbəedirmiş kimi, bütün bunları öz sənəti vasitəsilə digər şəxslərəmüraciət formasında ifadə edərək canını qurtarır və rahatlıqtapır. Bunun özü gözəl bir işdir. Sənətə içindəki HƏR ŞEYİverərkən o həm də sevgi hissiyatından, ruhun dadlı əzabından,ümid və illüziyalardan, nə qədər faciəli olsa da, bu həyatdanvəcdə gəlməkdən, xoşbəxtlik vədlərindən və təsəlliümidlərindən azad olur. Bu isə kədərlidir, çox kədərlidir.***Nəyə görə müxtəlif insanlar keçmişə fərqli qiymətlər485

verirlər? Ona görə ki, ötüb gedən bütün KEÇMİŞ üçün eynizaman yoxdur. Kimlər üçünsə əvvəlki rejim əl verirdi və onlarbu zamanı həzin qüssə və nostalji ilə xatırlayırlar. Digərinsanlar və onların doğmaları üçün isə bu keçmiş yalnızfaciələrdən yoğrulub və buna görə də onlar həmin keçmişdəbaş verən hər şeyə nifrətlə baxırlar. Ancaq insanpsixologiyasının paradoksallığı ondadır ki, Sovet dönəmindəhətta çox acınacaqlı vəziyyətdə yaşayan insanlar belə bəzən bukeçmişi həzin bir qüssə ilə xatırlayırlar. Bu isə, insanın ictimaivarlıq olmasından yox, bioloji təbiətindən irəli gəlir: həttaməşəqqətlər içində başa çatan gənclik illəri də zamankeçdikdən sonra xoş həyəcanla xatırlanır.***Bir çox dinlərdə olduğu kimi, müəyyən ideoloji sistemlərdədə insan həyatı, mövcudluğun özü inkar edilir. Bu nöqteyinəzərdəninsan həyatı ondan ya zaman, ya da məkan etibariləkənarda hər hansı bir uğurun qazanılması üçün olsa-olsa yalnızbir alətdir. Yer üzərində baş tutmayan cənnət ideyası,kommunizmin vəd etdiyi gələcək xoşbəxtlik, minillik Reyx.Ancaq hər bir insan həyatı heç kəsin görə bilmədiyi finişxəttinə qədər estafet ağacı ilə qaçış – bu estafetin gələcək nəsləötürülməsindən ibarət olan qaçış deyildir. Bu yolun hər birparçası hər bir insan üçün onun mövcudluğunun doldurduğubütöv dünyadır – beşikdən tabuta qədər. Təkrar edirəm, yolunbir parçası yox, bütöv yol. İnsan öləndə onun üçün bütün tarixölür. İnsan həyatının təsdiqi kimi, onun dəyəri və təkrarsızlığıkimi humanizmin bütün mahiyyəti bu fikirdədir. Bütün gerçəkdünyanı, özünün bütün əməllərini cənnətə giriş, yaxud digərinsanlar üçün işıqlı gələcəyin inşasına başlamaq sınağı kimigötürmək – mən bunu anlamıram.***Ancaq ayrı-ayrı şəxslərin xoşbəxtliyi və rifahı dövlətinxoşbəxtliyinə və onun çiçəklənməsinə təminat verə bilər, yaxudəksinə. Yəni belə bir fikir qəbuledilməzdir ki, dövlətin486

xoşbəxtliyi və rifahı, habelə onun güclənməsi naminə onunvətəndaşlarının hər birinin həyatı və taleyi qurban verilməlidir.Əks halda biz elə bu kimi hadisələrlə daha çox üzləşirik,dövlətin imperiya və hakimlik ambisiyaları naminə onunvətəndaşlarının bütöv bir nəslinin həyatı qurban verilir.Ümumən götürdükdə isə, dövlətin qazandığı var-dövlət guyaonun öz xeyrinə tutulur və iqtidar tərəfindən onun lazım bildiyişəkildə və vicdanının rəva gördüyü qaydada bölüşdürülür.Cəmiyyət varlı adamların hakimiyyətə yiyələnməyi üzərindəqurulur və həm də əlinə qara qəpik də çatmayan insanlarınüzərində. Quldarlıq cəmiyyətində belə bir ictimai qaydamövcud olsa da, bu işdə heç bir riyakarlıq yox idi və o zamanheç kəs demirdi ki, dövlət qulların maraqlarına xidmət edir.***İnsanın bütün davranışı inam və etibar üzərindəqurulmuşdur. Dini təfəkkürdə belə bir inanış var ki, ölümdənsonra həyat mövcuddur. Əvəzin verilməsi və cəza. Bir tərəfdənbaxanda ateist də NƏYƏSƏ inanır, o inanır ki, dünyayagəlişinə qədər və o, dünyadan köçdükdən sonra da tarixmövcud olacaqdır, yəni başqa sözlə desək, o, şəxsən şahidiolmadığı, şəxsən hiss etmədiyi, ancaq başqalarından eşitdiyibütün şeylərə (lap o biri dünyaya inanan insanlar kimi) –Keçmişə və Gələcəyə inanır.***Azərbaycanda dissident ədəbiyyatı, dissident sənəti,ümumən dissident təfəkkürü mövcud olubmu? Sözün darmənasında yox, ancaq sözün geniş mənasında - bəli, olub,çünki rejimin hakimiyyət formasına qarşı birbaşa çıxmadanhəyat həqiqətinə susamağın özü elə bir növ dissidentlik idi. Bubaxımdan yanaşdıqda, Rusiyada təkcə Soljenitsin və Saxarov,Bukovski və Amalrik, Şaranski və Qinzburq, vicdan etalonuolan digər şəxslər - general Qriqorenko və Sergey Kovalyovyox, həm də Şukşin, Astafyev, Yuri Kazakov, Brodski,Rasputin, Trifonov, Qrekova, Bitov, Makanin, Fazil İskəndər,487

Okucava, Yevtuşenko, Voznessenski, Axmadullina və digərsaysız-hesabsız şəxslər də dissident olublar. Azərbaycanda isəhəyat həqiqətinə susamaq və onu ifadə etməyin özü dissidentlikolub (bu haqda danışmaq həm gülməlidir, həm də bir az yerinədüşmür, ancaq deyim ki, altmışıncı illərdə bizim yazıçıpublisistlərimizdənbiri məni antisovetçilikdə günahlandırmışdı.O, belə demışdı: "Bizim də Soljenitsinimiz peydaolub – Anar". (İndi bu fikir bir az vaxtı ötmüş komplimenttəsiri bağışlaya bilər, (mən buna layiq olmasam da) ancaq ozaman bu sözlər birbaşa siyasi donos və təhdiddən başqa birşey deyildi).Bizim ədəbiyyatın məhz ən yaxşı nümunələri ictimaitəfəkkürün sərbəstliyə hazırlanmasında (məncə, bu anlayışmüstəqillikdən daha önəmlidir) böyük rol oynamışdır. Mənəbelə gəlir ki, Azərbaycanda harayçı-patriotik-ritorik ədəbiyyatgələcəkdə, tarixi perspektivdə ifşaedici, satirik ədəbiyyatdandaha az qiymətləndiriləcəkdir. Mirzə Fətəli, Mirzə Cəlil vəSabirin ifşaedici və satirik əsərləri günü bu gün də canlı vəaktual olaraq qalır, ancaq deyin görək onların müasirləri olan,tərif və milli dəyərlər haqqında difiramblar yazan şəxsləri bugün kim tanıyır? Özünüz fikir verin – bu gün həmin patriotlarınheç adresatı qalmayıb, çünki onların oxucu kontingentinin özümilli müstəsnalıq ideyaları ilə xəstələniblər. Bizim millilikduyğusu zəif olan rusdilli oxucumuz isə bu tipli ədəbiyyatımütaliə etmədiyindən onun haqqında heç nə bilmir və buradanbaşqa bir paradoks doğur: öz dilini bilməyən, yaxud çox zəifbilən rus təhsilli oxucu bir çox hallarda əsərləri yalnızorijinalda çap olunan bəzi şair və yazıçıları başqalarındaneşitdikləri rəylərə görə qiymətləndirirlər və halbuki, onlarıorijinalda oxusaydılar, bu əsərləri estetik baxımdan qəbuletməzdilər.İctimai fikri müstəqilliyə alışdıran satirik ədəbiyyat isəözünün bütün qəzəbini müstəqillik dövründə də xərçəng kimimetastaz verən bəlalara – hər şeydən əvvəl Azərbaycanın488

mübtəla olduğu üç bəlanın üzərinə – yerlipərəstlik, korrupsiyavə nadanlığın üzərinə tuşlamışdı (Füzulidən Sabirə qədərkorrupsiya və rüşvətxorluğu qamçılayan klassiklərimizi,M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadədən bu günəqədər avamlığı qamçılayan yazıçıları, yenə dəC.Məmmədquluzadədən bu günə qədər yerliçiliyi qamçılayanyazıçıları götürüb oxuyun).Xatırlatmağa dəyərmi ki, bu bəlalar heç də təkcəAzərbaycana xas deyil, Qoqolun "Müfəttiş" əsərini, Şedrininəsərlərini, Karamzinin Rusiya haqqında "talayırlar" deməsinixatırlatmaq kifayətdir. Amma kimsə xərçəngə tutulubsa, başqabirisinin də bu xəstəliyə tutulması fikri onun üçün heç dəböyük təsəlli deyildir. Yazıçı-satiriklərin öz millətinə böhtanatması, onu pis vəziyyətdə qoyması barədə səslənən hər hansıittiham doğru deyildir, çünki satirik yazıçılar gördükləri işləeyni zamanda milləti sağaltmağa cəhd göstərmiş və heç olmasabəlanın diaqnozunu qoya bilmişlər."Elə indicə L.Tolstoyun yeni dramını oxuyub başaçatdırmışam və hələ də dəhşətdən özümə gələ bilmirəm – 18fevral 1887-ci ildə K.Pobedonostsev III Aleksandra beləyazırdı: TDoğrudanmı, bizim xalq elə Tolstoyun təsvir etdiyikimidir? Təsəvvür eləyin ki, rus kənd məişətinin xaricdə buşəkildə nümayiş etdirilməsi necə əks-səda doğuracaq, o yerdəki, bütün mətbuat Rusiyaya nifrətdən yoğrulub, əlinə keçən hərhansı bir faktdan dərhal bizim əleyhimizə istifadə etməyəçalışır və bəzən çox əhəmiyyətsiz uydurma faktlarınquyruğundan yapışıb Rusiyada hökm sürən dərəbəylikdəngeniş şəkildə bəhs edir. Deyəcəklər ki, baxın görün ruslarınözləri bunu necə təsvir edirlər".Cəlil Məmmədquluzadə və onun çap etdiyi "MollaNəsrəddin" jurnalına qarşı təqribən bu tonda ittihamlareşidilirdi – guya C.Məmmədquluzadə və onun jurnalı özxalqına qara yaxır, onu bütün dünyada biabır edirdi. Bəzəndaha məntiqli və ağıllı opponentlər belə bir fikirlə razılaşırdılar489

ki, jurnalda yazılanlar yalan yox, həqiqətdir, ancaq dərhal bufikrə gəlirdilər ki, "hər həqiqəti də yazmaq olmaz axı".Bu gün biz Babək və Koroğlunun adı ilə bağlı olan tarixikeçmişin şanlı səhifələrinin də elə bu şəkildə qaralanmasınınşahidi oluruq (bir vaxtlar, Böyük Vətən müharibəsi illərindəmərhum Cəfər Cəfərovun bizim şairlərin yeri gəldi gəlmədiKoroğlu obrazına müraciət etməsi ilə ilgili işlətdiyi "Koroğluharda aşdı, orda başdıU cümləsi onu ictimai qınağın obyektinəçevirmişdi).Korrupsiya, avamlıq, yerlibazlıq və digər bəlalarlamübarizəyə gəldikdə isə, deməliyik ki, ədəbiyyat bumübarizəni daha ardıcıl, məqsədəuyğun şəkildə aparmışolsaydı, biz bu gün millətin iradəsini az qala iflic edən bəladançoxdan qurtulmuş olardıq – axı bizim erməni həyasızlığıqarşısında acizliyimiz hər şeydən əvvəl ondan doğur ki,beynimizə hər şeyin alınıb satılması ideyası təkidləyeridilmişdir, odur ki, xalq təfəkküründə hər hansı şəhərindüşmən əlinə keçməsi təkcə döyüş əməliyyatının uğursuznəticəsi kimi yox, sadəcə o şəhərin satılması kimiqiymətləndirilir. Axı satqınçılıq və korrupsiya barədə danışmaqcəhdinin özü belə öz xalqına atılan böhtan kimi damğalanırsa,buna qarşı əks reaksiya Thər şeyi, lap doğma torpağı da satmaqolarU şəklində meydana çıxır. İddia olunur ki, bizimkeçmişimiz ancaq şərəfli hadisələrdən ibarətdir, xalqa böhtanatmaq olmaz, bizdə satqınçılıq, yaxud bu kimi digər mənfihallar ola bilməz. Ya da bunun tam əksi bəyan edilir – hamısatqındır, hər şey satılır, bütün tarixi şəxsiyyətlər, bir neçəseçilmiş şəxsləri çıxmaq şərtilə milləti satıblar – bu cərgəyə əslsatqınları göstərən şəxslər də aiddir. Hələ bu harasıdır. Bu günelə bir adam yoxdur ki, korrupsiya, yaxud rüşvət barədəqəzəblə danışmasın. Bir məsələ aydın deyil, hamı rüşvətinəleyhinədirsə, bəs onda rüşvət alan kimdir? Keçmişdə aliməktəbə qəbul imtahanlarında keçid balını, dərmanı, yaxşımüalicə etmə bacarığının özünü, gəlirli vəzifəni, ədalətli490

mühakimə prinsiplərini satmaq bir elə çətin deyildi. Bu günbelə acı təcrübəni xalq canından və qanından keçiribsə, kimiheyrətləndirmək olar? Ona görə də, şəhərlərin, bütövrayonların satılması fikri də çoxuna təbii görünür.Dünən bəzilərini bağlayan yerliçilik bu gün Azərbaycanıayrı-ayrı parçalara doğrayaraq artıq eybəcər traybalizməçevrilmişdir – bu tipli separat cəhdlərin etnik əsasında isə yenədə həmin yerliçilik mərəzinin metastazı durur. Satirikədəbiyyat məhz bu bəlalara qarşı mübarizə aparırdı.Üçüncü bəlamız olan avamlıq özünü həm də qrafomanlıqdabüruzə verir. Əsrlər boyu ədəbiyyat və incəsənətdəkiqrafomanlıq bu gün həm də siyasi qrafomanlıq müstəvisindəpeyda olub. Siyasi diletantlıq, ictimai düşüncənin mədənisəviyyəsinin aşağı olması da elə avamlıqdan, milli lovğalıqdanvə təkəbbürdən irəli gəlir və bütün bu şeylərin nəticəsi kimimeydana çıxır. Dünyadan xəbərsiz olan bu adamlar özxırdacıq, son dərəcə adi uğurlarını layiq olduqları dəyər vəmənadan çox-çox yuxarıya ucaldır, qəhrəman keçmişi, yaxudkeçmişin qəhrəmanlarını, rəhbərləri, onların qəhrəmanlığınıgöylərə qaldıraraq mədhiyyə ədəbiyyatını satirik ədəbiyyatdanüstün sayırlar. Keçmişlə məzələnə-məzələnə biz fürsətimiziəldən vermiş, gələcəyi itirmişik. Ən azı onu, gələcəyi sualaltına qoymuşuq.15 may ,1993-cü il, İstanbul***Keçən əsrdə rus ordusunun könüllü olaraq dəvət olunması(Gürcüstana, Kabardaya və bilmirəm daha hara) bu günmövcud olan paralellərin (1956-cı ildə Sovet tanklarınıMacarıstana guya Yanos Kadar, 1968-ci ildə isəÇexoslovakiyaya Bilyak və İndra dəvət etmişdi) tarixi şəkildəəsaslandırılmasından başqa bir şey deyildir. 1979-cu ildə Aminvə Babrak Karmalın dəvəti ilə Sovet ordusunun "məhdudkontingenti" Əfqanıstana soxuldu (belə çıxır ki, onları burayadəvət edən Aminin özünü öldürmək üçün).491

***Ermənistanla müharibə təkcə meydanlarda, daha doğrusu,döyüş meydanlarında yox, həm də KİV-də (bu da döyüşünbaşqa bir formasıdır), banklarda, beynəlxalq korporasiyalarda,beynəlxalq terrorizm mərkəzləri və düşərgələrində, hökumətkabinetlərində və onun dəhlizlərində, silah alverçilərininsövdələşmələrində, narkomafiyada, neftlə qazanılan dollarlardavə s. aparılır. Bir vaxtlar mən tarixi faktlara, keçmişin şəhadətvə sənədlərinə istinad edərək bizim haqlı olduğumuzusadəlövhcəsinə sübut etməyə çalışırdım. Bütün bunların heç birəhəmiyyəti yoxdur, yaxud bunlar çox cüzi əhəmiyyət daşıyır.H.Əliyevin Parisdə Fransanın o zamankı Prezidenti ilə görüşüzamanı Fransua Mitteran əsl fransız sinizmi ilə dedi ki, əlbəttə,siz haqlısınız, ancaq ədalət çox zaman zəfər çalmır. Doğrudanda, bu tipli konfliktlərdə haqq-ədalət – arabanın beşincitəkərinə çevrilir. Hər şey bir çox digər nöqteyi-nəzərlərdən(lobbinin gücü, diasporun təsiri, satın alınmış mətbuat və TV,geosiyasi maraqlar, xristian simpatiyası və müsəlmanantipatiyası), özü də Bakıda, Əskəranda, Yerevanda, yaxudXankəndində deyil, Moskvada Kremldə, Vaşinqtondakı AğEvdə və nəhayət, Parisdəki Yeliyes sarayında həll edilir.***Həm rus şovinistləri, həm də bir çox Şərq respublikalarındaonların yaltaq züy tutanları sonuncu müstəmləkəçi imperiyanındirçəlməsinə açıq-aşkar və əl altdan böyük ümidlər bəsləyirlər.Birincilər ona görə belə edirlər ki, onlar Qərbə münasibətdəəbədi natamamlıq kompleksini Şərq üzərində hakimiyyətlətarazlaşdırmaq istəyirlər (Vladivostok, Vladiqafqazşəhərlərinin təkcə adlarına fikir verin), ikincilər isə özlərinəbaşqa bir iş tapa bilmədiklərinə görə nökərçilik missiyalarınıcani-dildən yerinə yetirirlər.***1994-cü ilin sentyabr ayında Bəstəkarlar İttifaqınınZuğulbadakı Yaradıcılıq evində hələ Türkiyədə olduğum492

zaman başladığım "Otel otağı" povestini tamamladım. Bura əslcənnətdir – sakitlik, rahatlıq, evin altındakı dənizə açılaneyvan... Axşamlar sahildə uzaq-uzaq işıqlar yanıb-sönür. Maşınsahil boyu sakit-sakit getməyindədir: içindəki nədir –məhəbbət, cinayət, yoxsa tənhalıq. Tolstoyun "İvan İliçinölümü" povestini, digər əsərlərini – "Dəlinin qeydləri"ni,"Şeytan"ı və s. yenidən oxudum. Buna qədər isə Çexovun"Darıxdırıcı əhvalat"ını yenidən oxumuşdum. Şəhvət, günah vəölüm qorxusu – L.Tolstoy bu üç motivi müxtəlif variasiyalardaişləyir. Daha doğrusu, burada iki mövzu var – şəhvətindoğurduğu günah və cəza qorxusu. Daha doğrusu, ölümqorxusu.***Yuxular əsl möcüzədir, bəzən mənim yuxularım elə aydın,əyani olur ki, həyatda heç zaman görmədiyim və tanımadığıminsanların ən xırda üz cizgilərini belə görürəm; məsələn, qəzetsatan uşağı yuxuda yaşıl corablarına qədər, yaxud siqaret çəkənbir şəxsi görürəm. Bəzən yuxuda gördüyüm şəxslər və fiqurlaro dərəcədə dəqiq və təfərrüatlı olur ki, onların üz cizgiləri elədəqiqliklə görünür ki, bunun yuxu olduğunu kəsdirmək beləçətin olur – gördüyüm hər şey elə aydın, elə real biçimdə peydaolur ki… Bəzən mən yuxuda makinada çap olunmuş, yaxud əlilə yazılmış, üzərində səhvləri tutulan, bolbol qrammatik səhvəyol verilən mətnləri görürəm – bunun özü də mənim kitabhərisliyimin bəlirtisidir.Bir dəfə yuxuda əvvəllər heç zaman eşitmədiyim EverestMaksimoviçin adını eşitdim. Gələcəkdə bu adlı şəxsləgörüşəcəyəmmi? Bu adda və onu daşıyan şəxsdə hansı sirrixudagizlənmişdir, doğrudanmı, belə bir şəxs dünyadamövcuddur? Bu qəribə adı qulağıma kim pıçıldayıb? Kimdir ovə mənim taleyimlə nə əlaqəsi var? Yuxuda bu adı mənədeyəndə qəribə həyəcan keçirtdiyimi xatırlayıram.***Doğrudanmı, erməni milli təfəkküründə iki qütb - ərazi493

öyüklüyü - böyük Ermənistan haqqında xülyayla tariximəzlumluq, inciklik və məhkumluq arasında yalnız boşluq var?Burada, doğrudanmı, təbii, ya süni kədərdən başqa həyatınrəngarəng spektrindən heç nə yoxdur? Yaxşı yadımdadır, birneçə il qabaq Eçmiədzində olanda hər addımbaşı guyaTsoyqırımıU qurbanlarına qoyulan abidələrlə rastlaşırdım vəbu məni heyrətləndirirdi. Bu abidələr niyə belə çoxdur, – deyəsoruşdum. Bax bu abidə erməni əsilli amerikan milyonerininhədiyyəsidir, bu isə fransız, bax o biri italyan ermənisininhədiyyələridir - mənə belə cavab verirdilər. Doğrudanmı, sizintarixinizdə işıqlı, nikbin bir hadisə olmayıb ki, dünyayagözünüzü açan kimi keçmişin məhz bu üzünü – dərdi, əzabı,qırğını, matəmi yada salıb ağlayırsınız?Üstündən bir neçə il keçəndən sonra Parisdəki "Fiqaro"qəzetinin müxbirinin suallarına cavab verərkən dedim ki,Yerevanda keçirilən mitinqlərdə səsləndirilən bəzi şüarlarmazoxizm təsiri oyadır: "Rus-Türk-Azərbaycan blokunuerməni qanına batıraq", yaxud "rus əsgərini bizə güllə atmağaməcbur edək". Bakıda mənimlə görüşən müxbir mənimsözlərimi öz bildiyi kimi belə təqdim etmişdi: TAnar bəyanedir ki, bütün ermənilər mazoxistdirU və bu cümlə çap olunarolunmazaləm dəydi bir-birinə. Bundan sonra mənəErmənistandan təhdidedici məktublar gəlməyə başladı, buməktubların bir neçəsində erməni terroristlərinin qətlə yetirdiyişəxslərin siyahısı verilirdi: biz Ənvər Paşanı, Camal Paşanı,Tələt Paşanı (qətlin vaxtı və yeri göstərilirdi) öldürmüşük,əlimiz sənə də çatar. Zəng edib arvadımı qorxudurdular ki,tezliklə məni qətlə yetirəcəklər. Ən dəhşətlisi isə uzaq Qarabağkəndlərinin birində yaşayan kəndlinin savadsız rus dilindəyazdığı məktubu idi. Demə, bu uzaq kənd sakini nəinki fransızqəzeti "Fiqaro"nu oxuyur, həm də "mazoxizm" sözünün dəmənasını gözəl anlayırmış və bu ifadəmə görə məndən inciyib.Məsələ şişib-şişib Sov.İKP MK-ya, Qorbaçova çatdı.Azərbaycan və erməni deputatları ilə görüşündə (o zaman mən494

İttifaq səviyyəli deputat deyildim) Ermənistan YazıçılarBirliyinin sədri Vardqes Petrosyan (sonralar Yerevanda özevinin kandarında şübhəli bir şəraitdə qətlə yetirilmişdi) buməsələni Qorbaçovun diqqətinə çatdırdı, məni erməni fobiyasıyaratmaqda, milli düşmənçilik toxumu səpməkdəgünahlandırdı. Bu məclisdə məni Mirzə İbrahimov müdafiəetdi. Bunu yaddan çıxarmaq olarmı?Bu da yadımdadır ki, hələ bu hadisələr baş verməmişdən çoxçoxəvvəl, daha dəqiqi Qarabağ konfliktinin başlanmasından birneçə il qabaq Suren Ayvazyan adlı bir nəfər Sov.İKP MK-yahaqqında film çəkdiyimiz Qaçaq Nəbinin adına hədyanlaryazmışdı. Bunu eşidən kimi, mən S.Ayvazyanın əlində dəstavuzetdiyi yalançı faktlar barədə Sov. İKP MK-ya məktub yolladım.Üstündən bir az ötəndən sonra o zaman bizim MK-da işləyən,rəhmətlik Qəşəm Aslanov məni dəvət etdi və dedi ki, səninməktubun Sov. İKP MK-ya çatıb, ona münasibət yaxşıdır, QaçaqNəbi haqqında film ekranlara buraxılacaq. Ancaq Qəşəm busözləri də əlavə etdi: "Ancaq unutma ki, Sov. İKP MK-nın səninməktubun baxılan şöbəsində on altı erməni işləyir, onlar bunu nəvaxtsa sənin yadına salacaqlarU. Qəşəmin sözü doğru çıxdı.***Yağış yağır – bu, kökündən dəyişilmiş dünyada mənə tanışolan yeganə nəsnədir (televiziya verilişlərinin birində dediyimvə "Qırmızı limuzin" hekayəsində işlətdiyim bu fikri sonralar,1996-cı ildə "Arqumentı i faktı" qəzetində sitat gətirmişdilər).Yadıma gəlir ki, o vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi, həminteleviziya verilişindən sonra Vaqulya (V.Səmədoğlu) mənəzəng eləyib dedi ki, sən getdikcə mənim şerlərimə daha çoxbənzəyirsən. "Yəni o mənada ki, heç kəs heç nə başa düşmür?– Atmaca ilə cavab verdim: – Nə məni, nə sənin şerlərini? –Yox. O mənada ki, getdikcə sən də mənim şerlərim kimikədərli olursan.***Onlar əvvəlcə mənə nifrət edirlər, sonra isə bu nifrətə səbəb495

axtarmağa başlayırlar.***İctimai fikir quru yerdə hazırlanmır, onu illər boyuformalaşdırırlar. Əgər senzuranın aradan götürüldüyü birdövrdə nə zamansa qadağan olunmuş, yaxud qara siyahılarasalınmış və ya xaricdə çap olunmuş əsərlər (onlar yəqin ki,mövcud olmayıb) üzə çıxmırsa, bu gün müstəqil Azərbaycanınmövcud ictimai fikrini yetişdirən yeganə mənbə bizim leqalədəbiyyatımız sayılmalıdır. Bu ədəbiyyatın dəyəri isə təkcəonun ictimai əhəmiyyət daşıması ilə yox, həm də yüksəkestetik bədii səviyyəsi ilə şərtlənir. Demək olar ki, altmışıncıillərdə ədəbiyyata gələn nəslin bir neçə nasirlərinin səyihesabına yaradılan gözəl nəsr nümunələrinə Azərbaycanədəbiyyatında daha əvvəllər rast gəlinməyib. Axı bu faktı necəinkar etmək olar, yaxud belə bir tarixi ədəbi faktın üzərindənnecə sükutla keçmək olar? Olmaz, ancaq buna cəhd edənlərvar. Görünür, altmışıncıların ədəbi ideyaları təkcə özlərinindavamçılarını deyil, həm də davamçı olsa da, bu varisliyidananları, öz kökünü və mənbəyini inkar etməyə çalışanopponentlərini də yetişdirmişdir. Nə qədər qəribə olsa da,totalitar dövrün ictimai təfəkküründəki bəla – relikt halında bugün də yaşayır: nankorluq və keçmişə münasibətdə naşükürlük,özündən əvvəl gələnin kökünü baltalamaq, yerlə-yeksanetmək, mövcud olan hər şeyi bir düsturun üzərinə gətirmək,Keçmişdən keçib bu günə gəlib çıxan, hələ yaşayan, nəfəs alanhər şeyi – zoğları, pöhrələri qırıb çatmaq ehtirası.Totalitar keçmişə totalitar münasibət – bizim yaşadığımızdünyanın elan edilməsə də, görünməz bir əllə idarə olunubfəaliyyət göstərən əsas şüarı bax budur. Daha dəqiq desək, beləbir təfəkkür tipi ki, onu təkidlə cəmiyyətə sırımaq istəyirlər.Yanvar, 1993***Bizim nəslin – altmışıncıların faciəsi Sovet sistemində vəBrejnevin hakimiyyəti dövründə ümidlərimizin boşa496

çıxmağında deyildir. Brejnevə heç vaxt heyran olmamışıq ki,sonra da xəyal qırıqlarına düçar olaq. Biz, sözün əsl mənasında,Saxarov və Soljinitsinə münasibətimizdə xəyal qırıqlığınauğradıq.Məlum oldu ki, Saxarovun arvadının etnik mənşəyi onunçüntarixi ədalət hissindən vacib imiş, istənilən tarixi sənədi sondərəcə dəqiqliklə araşdıran Soljinitsın isə, konkret olaraqQarabağ probleminə münasibətdə həqiqətə məhəl qoymur.Məni bu fikrə düşməyimə təkcə o vadar etmir ki, sözügedənməsələlər mənsub olduğum xalqın, millətin problemidir. Bunaməni o vadar edir ki, həmin problem barədə yuxarıda adıçəkilən məşhur hüquq müdafiəçilərindən daha çox bilirəm vəonun haqqında söz demək səlahiyyətim var. Fikirləşəndə ki, buadamlar mənim üçün gün kimi aydın olan məsələ barədə beləsəhvlərə yol verir, belə qeyri-obyektiv danışır, görəsən, onlarındigər məsələlər üzrə mövqeləri də elə beləcə, TobyektivUimişmi? Əlbəttə, məni Qarabağ probleminə birtərəflimünasibətimə görə günahlandırıb iddia irəli sürmək olar, ancaqfaktların əlindən hara qaçacaqsan. "Fakt tərs şeydir" – səhvetmirəmsə, Haqqın və Ədalətin BÖYÜK dostu yoldaş Stalinbelə demişdir.***Bizimlə bizdən sonra gələn nəslin arasındakı fərq ondanibarətdir ki, deməyə sözümüz olsa da, bu sözü ifadə etməyə yervə imkan tapmırdıq. Bu nəslin isə ağlına gələni istədiyi şəkildəifadə etmək üçün yer də, imkan da mövcuddur. Ancaq onun,görünür, sözü yoxdur.***Mənim yazdığım dil doğma Azərbaycan-türk dilidir. Ancaqmən rus dilində də yazıram – esse, məqalə, bax bu gecəfikirlərini. Bəzən öz yazdığımı özüm rus dilinə çevirməlioluram. Sovet dönəmində istəmirdim ki, məni ikidilli yazıçıadlandırsınlar, bu anlayışın içində mən bir kollobrasionizmgörürdüm.497

İndi müstəqil Azərbaycanda, əlbəttə, yenə də özümü ikidilliyazıçı saymıram. Amma bu və ya digər fikirlər mənim ağlımaməhz rus dilinin axınında gəlir və bu zaman mən öz fikrimiboğmamaq xətrinə onları doğulduqları dildə qeydə alıram. Bugecə fikirlərinin müəyyən hissəsi də rus dilində meydana gəlib,yaxud yetişib, buna görə də mən onları həmin dildə yazmışam.İndi burda oxuduqlarınız isə uğurlu, ya uğursuz tərcümələrdir.***Sözünü o kəslərə de ki, səni eşitmək istəmirlər – Sokratın bumüdrik fikrini C.Məmmədquluzadə çox xoşlayardı. Bu, eləC.Məmmədquluzadənin də bizim hamımıza etdiyi vəsiyyətdir.***Naxçıvan teatrının rejissoru Vaqif Əsədov qatarda mənədedi ki, ailəmizdə yeddi uşaq idik (biz Naxçıvandan Bakıyagəlirdik). Mən evin balacası idim, evimizdə təkcə bir dənəkerosinlə işləyən lampa var idi. Biz gecə olan kimi növbə iləkitab oxuyurduq, lampanın işığı yalnız iki nəfərin oxumasınabəs edirdi, hamı öz növbəsini gözləyirdi. Mənim növbəm ənaxırda çatardı – hardasa səhərə yaxın saat beşdə, yaxud altıda.Bu zaman mənə qədər mütaliə edənlər artıq yatmış olurdular,lampanı götürüb düz sübhün gözünə kimi oxuyurdum. Bax eləo zamandan məndə gec yatmaq, səhər açılana qədər oxumaqvərdişi yarandı.Bax bu, bizim xalqın əsl simvollarından birisidir - uşaq özsaatını, lampa işığı növbəsini, kitabdan düşən işıq növbəsinisəbrlə sübhə kimi gözləyir.***Bizim tarixçilərin böyüyü Baş Tarixçimiz zənn edir ki,xalqımız səhvən öz dilində danışır. Mən onu çox asanlıqla başadüşürəm, məsələ yad etnik kökdə yox, öz dilini bilməməkdə,yaxud pis bilməkdədir. Axı bilmədiyin, yaxud pis bildiyin birşeyi, sevmədiyin bir şeyi çox asanlıqla başqa bir şeyə dəyişəbilərsən. Ana südü ilə ruhumuza keçən dil, vətən hissiyyatı,şübhəsiz ki, tarixin obyektiv faktlarının müəyyən edilməsində498

əhəmiyyətli rol oynayır, daha doğrusu, bu hissiyyat həminfaktlara münasibətdə əhəmiyyətli rola malikdir. Ruhuna yaxınolmayan bir şeyi çox asanlıqla özündən uzaqlaşdırsın. Busadəcə sənin özündən uzaqlaşdığın bir şeydir, bədənininətindən kəsib atdığın bir şey deyil. Tarixi əcdadlar o olmasın,bu olsun, nə fərqi var... yuxarıdan hansı ideoloji göstərişiversələr, o tarixi də yazarıq. Ola bilsin ki, sənə daha bir qaşıqartıq tərif payı, tərif yalı verərlər…***Adamlar var ki, onların dəyəri bu dünyadan getdikdən sonrabilinir. Onların mövcudluğunun əhəmiyyəti nə qədər böyükolsa da, daha doğrusu, məhz bu dəyər sayəsində onlarınyoxluğu daha böyük əhəmiyyəti, mənanı qabardır. Yəni onlarlabir damın altında yaşayanda, ola bilsin ki, onlarınmövcudluğunu sona qədər dərk etmirdik, anlamırdıq ki, onlarınboş qalan yeri necə də görsənəcək, bu adamlar bizimhəyatımızda nə böyük rol oynayıblar. Onlar köçüb getdikdənsonra yaranan boşluğu daha heç nə ilə doldurmaq mümkünolmayacaq.***İnsan nə qədər mürəkkəbdirsə, Allahı da bir o qədərqəlizdir. İnandığı Allahı.***Məğrur xalq tarixi uğursuzluqlarına görə həmişə dərd çəkibağlamamalıdır. Axı hansı xalqın dərdi, müsibəti olmayıb ki?***Ramiz Rövşən bəzi cavan şairlər haqqında yaxşı deyib:"Onların şerlərindən qan iyi, ağızlarından isə süd iyi gəlir".Sitat təqribən belədir. Doğrudan da, gənclərin bəzən çox-çoxşeylər vəd edən bəyanatlarını eşidəndə təəccüb qalırsan. Axıdeyirlər ki, bizə qədər heç bir ədəbiyyat olmayıb,altmışıncıların yaratdığı nə varsa, pisdir, ümumiyyətlə,Füzulidən sonra (şübhəsiz ki, bu sözləri dilinə gətirən adamaqədər) Azərbaycan ədəbiyyatında bir kimsə olmayıb. Ancaq499

elə iddiada olanların yazdığı şer və ya nəsr əsərini oxuyandahər şey aydınlaşır. Təskinlik tapırsan ki, bu "çağaların" hələdişləri çıxmayıb, ancaq dişləmək istəyirlər. Amma burada nəsətəzə bir şey varmı? Hələ 20-ci illərdə bizdə bəzi nəzəriyyəçilərözlərinə qədər bütün Azərbaycan ədəbiyyatını inkar edirdilər,özlərini isə (indiki çağalar kimi) Füzulidən sonra ən böyüksənətkar adlandırırdılar. (Hələ yaxşı ki, yazıq Füzuliyə (yaxudSabirə) bu yeri çox görmürdülər). Səciyyəvidir ki, bu "mənəmmənəmliklərinUhamısı, adətən, keçid dövrlərində yaranır,bütün əvvəlkilər ayaq altına salınır, bir pyedestalın üstünə isəüst-üstə neçələri dırmaşmaq istəyir. Yetər deyindim. Mənözüm də nə vaxtsa gənc olmuşam.***Aqati Kristini oxuyurdum. Fikrimcə, o, Simenondan dahagüclü sənətkardır. Ciddi ədəbiyyat aləmində Simenonun çəkisibir az yüngül gələr, əyləncə ədəbiyyatı üçünsə bir azağırtaxtalıdır. Aqata Kristi – təmiz detektiv budur. Yaxşıdetektiv əsərində yalnız sonuna yaxın kəsdirirsən ki, sənibarmağa dolayıblar.***İranlılarda (xüsusən, Güney azərbaycanlılarda) Türkiyəyəqarşı nəsə bir qısqanclıq kompleksi var. Yaxud, daha dəqiqdeməli olsaq, yarımçıqlıq kompleksi. Ümumən, İslamın şiəməzhəbində bir çox məqamları yalnız Freyd kompleksləri iləizah etmək olar. Türkiyəni həm döyüş, həm də siyasi strategiyacəbhəsində Atatürkün dahiliyimi xilas etdi? Bəli. Amma həmdə qan yaddaşıyla bağlı bir ruh – Mərkəzi və Orta Asiyaçöllərinin azad ruhu. Elə bir azadlıq duyğusu ki, onu YaxınŞərqin dəyərlər sistemi sona kimi yenə bilmədi – azadlıqhissini doqmayla boğmaq olarmı?!***"Zaman deyilən şey yoxdur. Təkcə Zaman haqqındamüəyyən təsəvvürlər mövcuddur" – Höte belə demişdir. Ammadeyəsən, bunu o deməyib.500

***Onlar Keçmişi olmayan insanlardır, keçmişi olmayanınGələcəyi də olmaz. Qara camaatın məqamı çatıb. Öz saatınlayaşamalısan, bu dəhşətli dərəcədə çətin olsa belə. Böyürbaşında– Özgə Zamandır, Özgəsinin zamanıdır.***Şahmatın sirləri mənə magiya təsiri bağışlayır. Şahmatdaoyun mövqelərinin, partiya və variantların sonsuzluğu…Müasir kibernetika elminin imkanları təsəvvüredilməzdərəcədə masştablı kosmik ölçüləri hesablayıb üzə çıxarmağaqadir olsa da, heç bir EVM şahmat mövqelərininçoxvariantlılığını hesablayıb başa çata bilmir. Şahmatoyununda, bu oyunun mahiyyətində bir mistika və magiyagizlənmişdir. Bu mənada şahmatla yalnız insan beyninin hələaşkarlanmamış sonsuz imkanları tutuşdurula bilər. Görəsən,şahmat insan beynininmi məhsuludur, yoxsa bunu bizəKainatın dərin-dərin qatlarından gözəgörünməz qüvvələryetirib? Bəlkə elə oyun da, həyat da… yer kürəsinə kənardangətirib.***Hər bir insan potensial sənətkardır, ən azı ona görə ki, onunyaddaşı var. Xatırlamaq, yada salmaq – hansı işlə məşğul olubolmamasından,hansı sənətin sahibi olmasından asılı olmayaraqhər bir insan üçün yaradıcılıq işidir. Xatırlamaq – bir növseçimdir, hadisələrin, şəxs və yaşantıların yenidən canlanması,bu dediklərimizin üzərinə psixoloji nüansların artırılması,onların mübaliğə donunda təqdimi, yenidən mənalandırılıb"dünyaya gətirilməsi"dir – yəni, bu proses zamanı incəsənətəxas olan elementlər peyda olur ki, elə əsl sənət əsəri kimi dəinsanın qəlbinə təsir göstərir. Ancaq bir şey var ki, yadasalmatək bircə insan üçün yaradılan sənət əsəridir, burada tamaşaçıda, dinləyici də onun özü olur. Yuxu da – tək bircə tamaşaçı,yəni yuxu görənin özü üçün verilən film və ya tamaşa olduğukimi. Yuxu daha çox irrasional, sürrealist, abstraksionist501

sənətkarın yaratdığı əsərə oxşayır, yada salma isə realistsənətkarın iradəsiylə xatırlanan səhnələrdir. Əgər keçmiş bir azyüngül duman içində yaddaşda canlanırsa –bu da imressionizmörnəyidir.***Xatirələr yazmaq hələ tezdir, onları lap axıra, bu dünyadakıhəyatının qurtarıb tükəndiyi vaxta saxlamaq lazımdır, elə birmacala ki, bu sənə azacıq sevinc kimi görünsün, həyatıyenidən, xatirələrdə və kağız üzərində yaşamaq imkanına malikolasan. Ancaq bu dönəmin nə vaxt gələcəyini kim deyə bilər,axı çox ahıl çağda da soyuq mühakiməylə dərk edirsən ki, az,lap az qalıb, budur, həyat dramının, faciə, yaxud komediyasınınson səhnəsini oynayırsan. Amma yenə də ürəyinə hakimkəsilən özünümüdafiə duyğusu ilə özünə təsəlli verib deyirsənki, qabaqda hələ çox yaşanılmamış illərin qalıb.***Əvvəl-axır bütün ədəbi süjetlər mənasızdır. Məhəbbət,hicran, həsrət, mübarizə, ölüm. Çünki həyatın özü mənasızdır –doğum – ölüm. Başqa heç bir süjet variantı, süjet dönüşümövcud deyil. Həyat - ölümə aparan yoldur.***Bir daha ədəbiyyatın spesifikası haqqında. Sənətkar və yayazıçının işinin spesifikasını, mənim fikrimcə, çox dəqiqşəkildə səciyyələndirən yetərincə yüngülməzac rəvayətlərvardır. Onlardan biri belədir: rəssam model qadınla özemalatxanasında oturub. Onlar konyak içib söhbətləşməkləməşğuldurlar. Qapı döyülür, rəssam həyəcanla qadına: –Arvadımdır, – deyir. – Tez soyun görüm.***Yazıçının əməyi ilə bağlı ikinci rəvayət də çox dəqiqdir.Yazıçı həyətdə ağacın dibini boşaldır. Onun həyət evininyanından keçən tanışı söz atır: – İşləyirsən? – Yox, dincimialıram. Üstündən bir az keçəndən sonra elə bu tanışı həmin502

yerdən keçərkən yazıçını yelləncəkdə uzanmış görür. –İstirahət edirsən? – Yox, işləyirəm.***Təəssüf, hətta yazıçılığın spesifikasına bələd olan adamlarda bu cəhəti nəzərə almırlar. Yazanda və ya makinadaçaqqıldadanda heç kəs işinə qarışmır, sənin fikrini yayındırmır,ancaq əlini qələmdən, yaxud makinadan çəkən kimi, kresloyaoturunca, - olsun ki, bu, sənin işinin çox vacib bir məqamıdır,-sual-sual dalınca yağdırılır, ən müxtəlif mövzularda söhbətlərəçəkilirsən. Cavabında dodaqaltı nə mızıldasan da, düşünmək,yaradıcılıqla məşğul olmaq, hələ də fantaziya oyununun içindəqalmaq üçün vaxtını qorusan da, bazarda qiymətlər, qonşularınyay istirahəti, dostların ailəvi planları, uşaqların, nəvələrin,qohumların, şoferin, dəlləyin... problemləri haqqında söhbətlərbeynində fırlanan süjet xətlərini, dialoq, xarakter, təbiəttəsvirini havaya uçurdur. Düzdür, gün ərzində heç kəsləünsiyyətə girməyən həmsöhbətini də başa düşmək lazımdır.Bədbəxtlik də elə burasındadır, hamını başa düşürsən, hamınıanlayırsan, dərdinə şərik olursan, səni isə, nəticə etibarilə heçkəs anlamır.***Çətini yazıncadır. Başladınmı, hər şey yağ kimi gedəcək. Ənazı üç vəziyyət var ki, onlara köklənmək çətin olur: şəhəryerindən durmaq, soyuq suya girmək və yazı stolunun arxasınakeçmək. Ən çətini bir anın içində bu işi görməyiqərarlaşdırmaqdır – sonra hər şey öz qaydasınca gedəcək. Birgöz qırpımında özünü məcbur edib yerindən durmaq, yuxunuüstündən adyal kimi atmaq və yataqdan sıçrayıb qalxmaq,bütün iradəni cəm edib, özünü məcbur edib soyuq suyatullanmaq… Gücünü toplayıb yazı stolunun arxasına keçmək,dəftəri açıb ilk cümləni yazmaq. Sonra stuldan qalxabilməyəcəksən. Kağızın özünəməxsus cazibəsi var, onunüzərinə yazılan sözün ovsunu səni tərk-silah edir, imkan vermirki, ondan ayrılasan. Ən əsası isə sözlərin "zəncirvari503

eaksiyası"dır... Fikirləri tutmaq, dayandırmaq, ram etmək…kağız üzərindəki sözlər özünün daxili ardıcıllıq, başlama, bitməqanunauyğunluğu olan MƏTNƏ çevrilir. Yazanda bütünümidimi sözlərin zəncirvari reaksiyasına bağlayıram, – sözsözü, cümlə cümləni, abzas abzası… çəkir.***Mənim yaddaşım başdan ayağa qəbiristanlığa çevrilmişdir,burada daha qəbir yeri qalmayıb, bircə yer, bircə boş qəbirgörsənir – mənim öz məzarım.***Mən hələ öz xalqımın faciəsindən, minlərlə ölən, şikəstolan, evsiz-eşiksiz qalan, qovulan, güclə dolanan, küçələrdəsəfillik edən, maşınların qabağına qaçıb şüşə silməklə bir neçəmanat çörək pulu qazanmaq istəyən uşaqlardan danışmıram.Budur müstəqillik və azadlığımız? Budur arzusundaolduğumuz işıqlı gələcək? Bizə qalan keçmişdir. Bizə qalanhamının, hamının canlı olduğu xatirələrdir.İnsanın iki həyatı var, yer üstündəki həyatı və məniməqidəmə görə, o biri dünyadakı həyatı.***Ancaq sənətkar üçüncü həyatını da yaşayır – əgəryaradıcılığında öz yaddaşını, öz keçmişini əks etdiribdiriltməyə gücü çatırsa... Mənimçün həmişə təskinlik olub ki, –bəlkə də bu, dünyada ən böyük dinlərdən də böyük birtəskinlikdir, – Marsel Prust sayağı, iki həyat – real həyatı vəkağız üzərindəki həyatı yaşamaq mümkündür. Zamanı saxlayabilmək, itmiş zaman axtarışında daha bir ömrü başa vurmaqhesabına zamana güc gəlmək yalnız sənətdə mümkündür.Sənətdə qazanılan zaman insanın bu dünyadakı həyatını o biridünyada fərz edilən həyatı ilə birləşdirən körpüdür. Bütünhallarda incəsənətdə əks etdirilən həyatdır. Yaddaş və keçmişsənətdə yüksək səviyyədə təcəssüm etdirilibsə, buölümsüzlüyün elə özü deməkdir. Olsun ki, bu çox sadə birsözdür, ancaq bu fani dünyada başqa bir təskinlik varmı?504

***Hər hansı bir rus nəyisə soruşmağı sevir, Gertsenintəbirincə, "Kimdir müqəssir?" sualını verməyi xoşlayır. "Nəetməli?" bu sualı Çernışevski vermiş və Lenin təkrar etmişdir."Rus elində kimin günü xoş keçir?" – Nekrasovun sualıdır."Sənətkarlar, siz kiminləsiniz?" – Qorki bu sualla insanlarıseçim qarşısında qoymağa cəhd göstərmişdi. "Yaxşı nədir, pisnədir?" sualını Mayakovski verib. Qonşumuz Vanya dayıüçüncü badədən sonra qırsaqqız olub əl çəkmir: "Mənə hörməteləyirsən?" ruslara xas olan bu sualların içində Pasternakındilindən çıxan, dahiyanəliyi və sadədilliyi ilə fərqlənən bir sualda var: TƏzizlərim, indi hansı minillikdir?U. Hər haldaPasternak xoşbəxt adam idi ki, minillikləri ayıra bilmirdi…***Bax budur, keçən ilin sonuna beş dəqiqə qalıb və mənhəyəcanla özümə sual verirəm: hansı ili qarşılayırıq: 1997-ni,yaxud 1937-ni?31 dekabr, 1996***Bu gün 40 il bundan əvvəl olduğu kimi, mən Azərbaycandaən cavan yazıçıyam.***Tarix Allahın dözümüdür.***"Oqonyok"da Bulat Okudcava ilə müsahibə verilmişdir.Sual: "Bu gün 60-cıların idealına necə yanaşırsınız?" Cavab:"…Gənc "yetmişincilər" "altmışıncıların" əlindən yamanəsəbidirlər. "Altmışıncılardan" yazanda onlara elə gəlir ki, nəsəböyük bir şey icad edirlər, yaddan çıxarırlar ki, atalarla oğullararasında mübahisə çoxdanın davasıdır. Burada heç bir kəşffilanyoxdur. Təbii ki, "altmışıncılar" öz dövrlərinin övladlarıidilər. Onlar inqilabçı olmadılar. Onlar həmin şəraitdə yaşaya505

ilməyən abırlı insanlar idilər. Onlar bu rejimi laxlatmaqbarədə düşünmürdülər. Onlar sadəcə rejimi bir balacainsaniləşdirmək istəyirdilər ki, azacıq azad nəfəs alsınlar.Bundan başqa heç nə. İndi isə üzümü "yetmişincilərə" tutubdeyirəm: buyurun, indi sizin növbənizdirU. (Bulat Okudcava,Daha Arbat yoxdur. Suallara cavablar. "Oqonyok" № 30, iyul,1997).***Kimsə Alber Kamünün Nobel mühazirəsi haqqındaistehzayla demişdi: o, yalnız tərəddüdləriylə zəngindir. Mənimfikrimcə, əslində Kamünü bir sənətkar kimi zənginləşdirənbolluca şübhənin olmasıdır. Bu da mənim fikrimdir ki, şübhəquru hökmlərdən daha canlı və daha diridir.***Bu da həqiqətdir ki, relyativizm şəxsiyyətin bütövlüyü üçünmüəyyən təhlükə törədir. Dönmədən, dayanmadan, təkidləözünəməxsus həqiqətdən şübhələnmək, eyni zamanda isə,qarşısıalınmaz ehtirasla başqa şəxslərin həqiqətini dərketmək… son nəticədə səni öz-özünü anlamaqdan saxlayır.Hamını, hər şeyi anlayıb bilmək, hər şeyi bağışlamaqdözümünün içində mənəvi relyativizm təhlükəsi gizlənmişdir.Sərhədsiz tolerantlıq, dözümlülük yenə də insan bütövlüyünütəhlükə altına alır və sənin öz həqiqətinin tamlığına xələlyetirir.***Deyirlər ki, o, bizim vicdanımız idi. Uzun müddətbaşqalarının vicdanına çevriləndə öz vicdanından, şübhəsiz ki,yadırğayırsan.***Stalinçilərin uğursuzluğu ondadır ki, stalinizm yaşasa da,Stalinin özü yoxdur.***Hakimiyyət tənhalıq deməkdir. Mütləq hakimiyyət mütləqtənhalıqdır.506

***Əsl həyat kağız üzərində yaradılan həyatdır, mətndəndoğulan gerçəklikdir.***Adamlar var ki, təkcə sənin mövzularını və ideyalarını yox,həm də xatirələrini oğurlayırlar.***Yeganə ümid yeri mətndir. Müasirlər onun səsini ya eşitmir, yada eşitmək istəmirlər. Ümid yalnız onadır ki, gələcək var.***Reyqan şər imperiyasını devirmək istəyirdi, Brejnev isə onusaxlamaq. Qorbaçov imperiyanı saxlamaqla, onun içindəki şəriməhv etmək istəyirdi. Yeltsin imperiyanı çökdürsə də, şərnəinki qaldı, bir az da böyüyüb artdı.***Nə vaxtsa Rusiyada qırmızılarla ağlar vuruşurdu. İndi ağlar(ruslar) qaralarla (çeçenlərlə) və onların şəxsində bütün Qafqazmillətləri ilə müharibə aparırlar.***Nə vaxtsa zamanın rəngləri qırmızı, yaxud ağ və ya ancaqqəhvəyi idi. İndi isə qırmızı-qəhvəyi, yaxud qəhvəyininçalarları meydana çıxıb. Yaşıllar – bu adla bütöv bir partiya,ekoloji, yaxud dini donlu partiyalar zühur edibdir. Mavilər dəüzə çıxıblar.***KİV-də bolşeviklərin tiranlığı, xüsusən televiziya, teatr vəkinoda inhisarı menşeviklərin yox, azlıqların tiranlıqları iləəvəz olunub. Seksual azlıqların.***Dövran dəyişib, bala. Raket qorxusu reket qorxusunaçevrilib. Marazmatik rəhbərlərin yerinə xarizmatik rəhbərlərpeyda olub, ancaq onlar da öz növbəsində xarizmalarını itirərəktəzədən marazma uğrayıblar. Çeşidli prezidentlər gördük –pleyboyundan tutmuş plebeyinə qədər.507

***Siyasət və incəsənət əks qütblərdir. İncəsənətdə emosiyatələb olunur, siyasətdə bu faciə ilə sonuclana bilər. Siyasətgüzəşt, kompromis tələb edir, incəsənətdə isə hər hansı güzəşt,kiçicik kompromis belə hər şeyin darmadağın olmasıyla bitəbilər.***Provaslavlığın üstünlüyünü etiraf etmək (Dostoyevskidəolduğu kimi) o deməkdir ki, onun Allah iradəsinin yeganəifadəçisi olduğunu qəbul edirsən və katolik, islam vəiudaistlərin bu hüquqa malik olduğunu inkar edirsən; bu, odeməkdir ki, Allah özünü yalnız bir dini konsepsiyada vəkonfessiyada təcəlla etdirərək qalanlarını bir kənaratullamışdır.***Yevgeni Yevtuşenkonun "Ölümdən qabaq ölmə" romanınıoxudum. Müəllifin özü ilə əlaqədar bu fikri işlətmək yerinədüşərdi – "Ölümdən sonra yaşama". Çünki əgər o, Allaheləməsin, 60-cı illərin birinci yarısında ölüb eləsə idi, sözün əslmənasında, qurbana və əzabkeşə çevrilərdi, heç olmazsaüzərində Mayakovski imici qalardı. Ölümündən sonra bir beləyaşamaqla o, İqor Sevzryanın imicinə malik oldu. Amma hərhalda 60-cı illərin ictimai fikrinin təşəkkülündə Yevtuşenkonunpoeziyası və mövqeyinin əhəmiyyətini inkar etmək istəmirəm.***Ağıl və müdriklik başqa-başqa şeylərdir. Ağılda şər toxumuda ola bilər. O, hiyləgər və qəddar da ola bilər. Müdriklikhəmişə xeyirxahlıq, özgə dərdini anlamaq və bağışlamaqdeməkdir.***O dəyişmir, dəyişilən onun sabunla girdiyi ...-lərdir.***O, tarixi aldatmaq cəhdində bulunur. Xalqı aldatmaq olar,dövləti, hökuməti də aldatmaq olar, hətta istəsən içində508

yaşadığın zamana da kəf gələ bilərsən, ancaq tarixi aldatmaqolmaz, bala. Tarix gec-tez hər şeyi yerbəyer eləyir. Hər kəsə özhaqqını verir. Ucaldır, yaxud ayaqlar altına salır, ancaq bütünhallarda və bütün hallar üçün şübhə yeri qoymur.***Klassik rəngkarlıq yeni rəngkarlıqdan – mən impressionizmi vəpostimpressionizmi, erkən Pikassonu və Matissi nəzərdə tuturam –xalis formal, yaxud texniki fəndlərə görə fərqlənmirdi, onunlafərqlənirdi ki, klassik rəngkarlıqda zaman kirəcləşmiş formadadır,yeni rəngkarlıqda isə zaman balıq kimi sürüşüb əldən çıxır, hərəkətstixiyası çarpan damara bənzəyir. Yadıma gəlir, cavanvaxtlarımda, o zaman ki, impressionizm haqqında heç nəbilmirdim, köhnə sovet ensiklopediyasını vərəqləyərkən,Pisarronun "Yağışlı havada Paris bulvarı" əsərininreproduksiyasını gördüm. Bir anlıq yad bir şəhərin küçələrindəçisələyən yağışın səsini hiss etdim. Zaman axırdı, çisələyən yağışüzümə çırpılırdı. Matissin rəsmindəki rəqqas fiqurlar da beləcəhərəkət edirdi, Pikassonun, Təlində şar tutan qızıU az qalırdı ki,müvazinətini itirsin, ayağı yerdən üzülsün, bax elə indicə yıxılacaq– bu, daban-dabana zidd sənətkarları stilistik fərqlər yox, zamanıhərəkətdə qavramağın özü birləşdirirdi. Yapon rəssamlarındanbirinin dediyi kimi (bu sitatı səhv eləmirəmsə, Matiss dəvermişdir), ağac çəkəndə onun necə böyüdüyünü hiss etməlisən.***Bizdə plüralizmdir. Bizdə çoxpartiyalılıq yox, traybalizməsöykənən çoxmərtəbəli tayfa sistemi mövcuddur. Şairlər dətayfa (traybalist) şkalasına görə qiymətləndirilir, bu və ya digərsənətkarın əsl qiymətini vermək cəhdi az qala mafioz qruplarınterrorist akta əl atmasına səbəb olur.***Sözün əsl mənasında, ədəbiyyat tarixi və ümumən, tarixmövcuddurmu? Bəlkə, bütün bunların hamısı ancaq humanitarelm sahələridir.***509

30-cu illər SSRİ-də ədəbi döyüşlər əsl qladiator döyüşlərinəbənzəyirdi, döyüşə girənin həyatı qumara qoyulmuşdu, özü dəRoma qladiatorlarından fərqli olaraq yenilən insanın dərditəkcə onun yox, bütün ailə üzvlərinin çiyinlərinə yüklənirdi.Bizim dövrün ədəbi döyüşləri isə ən yaxşı halda şahmatturnirinə bənzəyir; qalib yalnız cədvəldə – göstəricilərtabelində daha yüksək yer tutmağa iddia edir.***Siyasətçilər, xüsusən nüfuzlu siyasətçilər öz şəxsiyyətinəhörmət edən insanları xoşlamırlar. Onlar çuğulçulara,satqınlara (hətta onların özlərini də satanlara) üstünlük verirlər.Birinciləri onlar ona görə sevmirlər ki, həmin insanlarınxeyirxahlığından əsəbləşirlər. Belə bir xeyirxahlıq, satılmazlıqvə əyilməzlik onlara dünyanın dəhşətli dərəcədə əzablı işi kimigörsənir. İkincilərlə isə rahat dolanır, bu adamlara nifrəteləsələr də, dözürlər, çünki plastilindən (daha dəqiq desək,gildən, ən pis halda isə nəcisdən) qayrılmış insanlarladolanmaq daha rahatdır. Bəs necə, bu yumşaq materialdanistədiyin formanı ala bilərsən, onlardan istədiyin kimi istifadəedə bilərsən.***İnsanların yiyələndiyi bilik, həyatı tam şəkildə bütün dərinləvə əsəbinlə qavramağa bəs etmir, çünki özgəsinin təcrübəsi ənyaxşı halda dərk edilə, duyula və qavranıla bilər, ancaq heç birhalda sən onu bütün varlığınla hiss edə bilməzsən.***Haçansa beynimizə yeridiblər ki, bu dünyada sosialist(əlbəttə, əsl sosialist) və burjua (şübhəsiz ki, əldəqayırma)demokratiya tipləri mövcuddur. Bu iki demokratiya tipi barədəheç nə deyə bilməsəm də, əminəm ki, demokratiyanın üçüncüforması da mövcuddur – dekorativ demokratiya. Yəni üzdədemokratiyanın bütün atributları - çoxpartiyalılıq, mətbuatazadlığı, yığıncaq azadlığı görünsə də, əsl həqiqətdə hər şeydekorasiyadan başqa bir şey deyildir.510

***Gördüyüm yuxulardan birini danışım sizə. Yuxuda Bakınıgörürəm, orada mən əsl həqiqətdə mövcud olmayan hansısaböyük binanı, yaxud bütöv bir məhəlləni görürəm. Yuxudacatəəccüblənirəm, necə ola bilər ki, mən bunu indiyə kimi özdoğma şəhərimdə, hər künc-bucağını tanıdığım şəhərdəgörməmişəm. Bu, gördüyüm şəhərlərin hansısa tikili vəməhəlləsinin Bakıya köçürülməsi də demək deyildir. Yox,məhz bizə məxsus olan, ancaq indiyə qədər görmədiyim birmənzərədir. Bax, məni qorxudan da budur. Burada bütünsürrealist sənətin gizlinlərindən boy göstərən qorxu mexanizmigizlənir. Tanıdığın şeyin tanış elementi olsa da, bu, təbiətdəyerli-dibli mövcud deyildir.***Qısa radio dalğalarında gənclərin zarafatları, proqramınaparıcısına və bir-birlərinə ünvanladığı səfeh sözləri yayılır.Mən necə də beləcə ağılsız və gənc olmaq istərdim. Birinciyəçatmaq bir o qədər çətin deyildir. İkinci daha çətindir.***Mərkəzi mətbuatda çap edilən birtərəfli antiazərbaycanməqalələri, TV-də göstərilən antiazərbaycan verilişləri nəticəetibarilə antierməni səciyyəsi daşıyır, çünki qarşı tərəfidinləməmək, digər tərəfin sübut və faktlarını yaxınaburaxmamaq gerçəkliyin deformasiyaya uğramış yalançımənzərəsini yaradır, bu isə öz növbəsində mübahisəliməsələlərin realist mövqedən həllinə mane olur.***Anlamağın da maksimum həddi vardır. Anlamaq prinsipinison həddə gətirib çatdırsan, gərək bütün yaramazlarıbağışlayasan.***Sən Allah olmaq istəyirdin və həm də istəyirdin ki, dostlarınolsun. Allahın nə dostu, nə də iş yoldaşı olur. Allah həmişətəkdir, həm də tək, yeganə yox, tənhadır.511

***Ağlın və ürəyin özünəməxsus təcrübələri var. Ağlın,mühakimənin gəldiyi nəticə deyir ki, bütün dostlar potensialsatqına, bütün qadınlar isə xəyanətkara çevrilə bilərlər. Bunagörə də sən heç kəsə inanmırsan, belə olanda ürəyini şübhətoxumları yeyir. Ağlın təcrübəsi səni nə qədər müdafiə etsə də,hər bir xəyanət ürəyini yaralayacaq, çünki ürəyin də öz yoluvar, elə bir yol ki, ağlın məntiqinə tabe olmur. Burada daha heçbir nəzəri təskinlik də kara gəlmir – "bəyəm buna hazırdeyildin?" – bu vəziyyətdə heç nə sənə kömək etməyəcək. Bəli,sən bunu nəzəri cəhətdən, yəni ağlınla dərk etsən də, şüuraltınqulağına bunun belə olmadığını pıçıldayırdı.***Qadınların diqqətini cəlb etmək üçün əvvəlcə onunrəfiqəsini təriflə, ancaq qəfildən əlavə elə ki, şübhəsiz, sənrəfiqəndən daha cazibəlisən. Sonra yavaş-yavaş bax, indigöylərə qaldırdığın həmin rəfiqənin ayrı-ayrı qüsurlarını diləgətirib tənqid et. Dərhal o, səni başa düşəcək. Qadının ürəyinəyol, onun ən əziz rəfiqəsi olsa belə, başqa bir qadının meyitiüzərindən keçir.***Çar generalı Knyaz Sisiyanov Rusiya imperatoruna yazırdı:TXalqın yaddaşından Gəncə adını tamamilə silib atmaq üçünmən Yelizavetanın şərəfinə şəhəri Yelizavetpol adlandırdımU.Hələ çox-çox əvvəllər, görünür, elə bu məqsədlə həmin şəhərinadını digər istilaçılar Şah Abbasın şərəfinə Abbasabadadlandırmışdılar. Bolşeviklər də daha sonra bu şanlı feodalənənəsini davam etdirərək, Gəncəni Kirovabad adlandırdılar,Azərbaycan ziyalılarının içərisindən də elələri tapıldı ki,Moskva qəzetlərində yazdılar: TBəli, biz fəxr edirik ki,KirovabadlıyıqU. Yenidənqurma illərində moskvalı jurnalistFərhad Ağamalıyev şəhərə qədim adının qaytarılmasıməsələsini qaldıranda (ondan da qabaq mən bu təkliflə çıxışetmişdim və mənim təklifim "Ədəbiyyat və incəsənət"512

qəzetində çap olunmuşdu) onun iş yoldaşları, o cümlədən Bakıjurnalisti Q.Oqanovun fəal müdaxiləsi ilə Fərhad üçünobstruksiya yaratdılar, onu pisikdirdilər və uzun illərdən bəriişlədiyi qəzetdən ("Sovetskaya kultura") qovulmaq məsələsiniqaldırdılar. Mən, "Sovetskaya kultura" qəzetinə Fərhadımüdafiə etmək üçün məktub yazdım, məktubu mənimləbirlikdə Maqsud İbrahimbəyov, Əkrəm Əylisli və FərhadBədəlbəyli imzaladı. Düzdür, məktub heç bir nəticə vermədi.Fərhad oradan çıxarıldı. Ancaq Sisiyanovun "Gəncə" sözünüxalqın yaddaşından silib-süpürmək niyyəti də baş tutmadı. Bugün xalqın yaddaşında təkcə Abbasabad və Yelizavetpol kimiadlar yox, həm də son illərin Kirovabad sözü də yaşamır.Gəncə isə min il bundan əvvəllər mövcud olan Gəncədir.***Üç əbədi sual var ki, cavabsızdır. İkisi fiziki dünyaylamövcudluğun mahiyyəti – zamanın əvvəli və sonu ilə bağlıdır.Məkan harada başlayıb, harada qurtarır? Üçüncü sual sosialxarakterlidir: azadlıq nədir, azadlığın məhdudlaşdırılması nədeməkdir? Təsəvvür edək ki, mən camaatı azadlığınməhdudlaşdırılmasına çağırıram. Buna qadağa qoymaq azadlığıboğmaqdır, icazə vermək onu məhv etməkdir.***İnsanın təbii keyfiyyətləri sırasında onun təbiətinə xas olan,azadlıq və müstəqillik problemləriylə bağlı üzə çıxan ikilimünasibəti göstərmək olar. Yaxud başqa sözlərlə desək, bumünasibət demokratiya və tiranlıq şəklində zühur edir. İnsanıkiminsə onun üzərindəki hökmranlığı əzəndə onun təbiətindəasılılığa nifrət hissi baş qaldırır və o, azadlıq və demokratiyayasusayır. Azadlığı, daha doğrusu, seçim azadlığını əldə etdikdənsonra o, çoxvariantlı seçim qarşısında özünü itirir, qəti qərarqəbul etməkdən çəkinir. Bundan başqa, demokratiyabaşqalarına da özünəməxsus rəyə malik olmaq imkanı verir,olsun ki, bu rəy sənin rəyinlə üst-üstə düşməsin, onunla əksliktəşkil etsin. İdeya, fikir, söz və əməl mübarizəsində qalib gələ513

ilməsən, hər şey gözünə anarxiya şəklində görünəcək, bütünbunlar sənə əvvəlcə sövq-təbii təsir bağışlasa da, sonra tamşüurlu şəkildə istəyəcəksən ki, hamı üçün vahid ictimaidavranış formasını, qayda-qanunu bərqərar edən möhkəm əlgəlsin. Bu möhkəm ələ sən də, sənin opponentlərin də tabeolsun (razılaşsalar da, razılaşmasalar da). Yəni özhərəkətlərinin məsuliyyətini başqalarının üzərinə qoyursan –elə buradan da asılılıq, başqalarının iradəsinə tabe olmaq istəyicücərir. Həmin hisslər təzədən səni sıxıb suyunu çıxarır, azadolmaq arzunu boğur, insana xas olan azadlıq ehtirasını xıncımxıncımedir.***Yeri gəlmişkən, azadlıq deyilən şey təsəvvür olunan qədərdə sadə və birmənalı deyildir. Azadlıq, doğru deyirlər ki,anarxiya deyil. Ancaq icazəli azadlıq da azadlıq deyil. Buproblemlə bağlı bir neçə məlum nümunəni xatırladaq. Volterdeyirdi ki, mən heç vaxt sizin rəyinizlə razılaşmaram, ancaqhəyatımı verərdim ki, siz onu demək imkanına malik olasınız.İkinci analogiya – bu, bir az kobud analogiyadır – mənimyumruğumun azadlığı sənin burnunun bir neçə millimetrliyindəqurtarır. Və nəhayət, uzun illər boyu məndə dərin təəssüratoyadan və müxtəlif şəraitlərdə dəfələrlə təkrar etdiyim sözlər.ABŞ-da olarkən hansısa dini xadimin çıxışını dinlədim (təbiiki, tərcümədə). Bu o vaxt idi ki, Amerika həyəcan içindəyaşayırdı. Ağ Evin qarşısında Uotorqeyt münaqişəsi özünün ənyüksək məqamına yetişmişdi, bura bizi ekskursiyayaaparmışdılar, təəccüblənirdik ki, turistləri AmerikaPrezidentinin iqamətgahı olan Ağ Evə ekskursiyaya gətiriblər.Prezidentin dairəvi kabinetinə və bir çox vacib dövlətkabinetlərinə baş çəkdik. Maqsud bələdçidən Niksonun yataqotağının harada olmağını soruşurdu. Elə Ağ Evin ərazisindəcə,az qala prezidentin kabinetində bizə kağız ötürdülər, oradayazılmışdı: "Amerikanı yalançı Niksondan xilas edin", Ağ Evinqarşısında isə əllərində Niksonun əleyhinə plakatlar və onun514

portretləri, bir də əynində zolaqlı türmə geyimi çəkilmiş, türməbarmaqlıqları arxasında təsvir edilən o vaxtkı vitse-prezidentin(səhv eləmirəmsə, Aqnyu) portretini tutan piket var idi.Televizorda keşişin çıxışında ömrüm boyu yadımdan çıxmayansözlər isə bax, budur: "Amerikanın Atlantika sahilində, Nyu-Yorkda Azadlıq heykəli ucalır. Gərək biz başqa birmonumental abidəni – Məsuliyyət heykəlini Amerikanın o biritərəfində Sakit okean sahilində, məsələn, San-Fransiskodaucaldaq, ölkəmiz azadlıqla məsuliyyət arasında yaşadığını dərketsin, çünki məsuliyətsiz azadlıq ola bilməz".***Yuxarıdakı qeydlərin altına tarix qoymasam da, onların 80-ci illərin ikinci yarısına aid olduğu aydındır, bu zaman SSRİ-dəyenidənqurma və aşkarlıq dövründə demokratik alternativ,düşüncə azadlığının müəyyən toxumları peyda olmağabaşlamışdı. Ancaq bu günlərdə (1997-ci ilin martında)"Literaturnaya qazeta"da (5 mart – Stalinin ölümü günü)rəhmətlik Andrey Sinyavski – Abram Tersin "Dissidentlikşəxsi təcrübə kimi" adlı böyük essesini oxudum. Mənim bir çoxdüşüncələrimin Sinyavskinin fikirləri ilə üst-üstə düşməsi mənibir o qədər də təəccübləndirmədi – bunun özünəməxsus izahıvar, axı biz eyni zamanda və eyni bir cəmiyyətdə yaşamışıq –təəccüblü olan onların Dostoyevskinin fikirləri ilə üst-üstədüşməsində idi. Etiraf edim ki, həmin fikirləri xatırlamırdım.Bunlar mənim, şübhəsiz ki, çox-çox əvvəllər mütaliə etdiyim"Karamazov qardaşları" romanından idi. Bəla da elə budur –kitablara bir daha üz tutmaq imkanın olmayanda özün üçünsərbəstcə mühakimələr yürüdür və guya bəzi-bəzi həqiqətləridə yenidən TkəşfU edirsən. Ancaq məlum olur ki, buhəqiqətlər haqqında sənə qədər də deyilib və onları səndən çoxəvvəl kimlərsə kəşf edib. Nəhayət, Sinyavskinin essesindəDostoyevskinin adının xatırlandığı yerə qayıdaq: "BəlkəDostoyevskinin dahi inkivizatoru belə bir fikrində haqlı idi ki,insanlar azadlığı sevmir, ondan qorxurlar, onlar bu həyatda515

çörək, avtoritet və möcüzə kimi dayaqlar axtarırlar? İnsanlarkimin qarşısında əyilməyin fərqinə varmadan günlərin birindəöz azadlıqlarını verdikləri hansısa nüfuzlu şəxsin qarşısındaəyilmək istəyirlər…T Bundan sonra Sinyavski özü əlavə edir:"Qərb disidentlərinə münasibətdə konformizmin əsas təhlükəsiondan ibarətdir ki, insanlar birlikdə baş əyməli olduqlarıümumi büt axtarışına çıxıblar".***Deyirlər: üslub elə insanın özüdür. Ancaq üslub həm dəcəmiyyət deməkdir. Bu gün bizim dona bürünmüşcəmiyyətimizin üslubu demaqogiya və ritorikadır. Sözünmagiyası – Natiqlərin nitq irad edərkən işlətdikləri cadugərliknümunəsi. Bu ölkənin əbədi xəstəliyi olan bürokratiya iləbərabər cəmiyyət uzun illərin susqunluğundan sonra söz içindəitib-batıb. Belə cəfəng sözlərin içində qurunun altıda birhissəsini təşkil edən məmləkəti batırmaq olar. İndi cəmiyyətsöz xəstəliyinə tutulub, necə ki, əvvəllər lallıq azarına mübtəlaolmuşdu. Klişelənmiş söz cərgələri – anlayışlar – bunlar elətəfəkkürün qəlibləridir. Ritorik fiqurlar – bunlar reallığınyalançı əlamətləridir. Heç nə ifadə eləməyən ritorik pasajlar.Ritorika demaqogiyanın bədii-publisistik, orator ifadəsidir.***Sözlər, sözlər, sözlər… daha nə qalır? Yenə də Hamletdemişkən, yerdə qalan sükutdu bəlkə? Daha dəqiq söyləsək:"Bundan sonra – sükut". Yaxud Hamletin yox, öz sözlərimlədesəm: "Ən yaxşısı sükutdu bəlkə?"***Bu qədər söz axını, hirs, "hay-küy və hiddətdən" sonra bucəmiyyətin uzun müddət inadkarlıqla burnundan vurubitələdiyi dəyərlərə qayıda bilərikmi – zülmə qarşı zorişlətməmək – Tolstoyun, M.Handinin, Martin Lüter Kinqinhəqiqətinə tapına bilərikmi?***Yazıçı-eksperimentatorun kitabını oxudum. Bu kitab516

laboratoriya ədəbiyyatı yox, laboratoriya kolbasında yaradılanədəbiyyatdır. Bəzən kitab oxuyanda eynək lazım olur, bu kitabüçün isə mikroskop tələb olunur. Ancaq mikroskopla oxuyubkitabdan nə zövq almaq olar, üstəlik mikroskopun özü ilə nəyiayırd etmək olar ki. Burada hər şey qeyri-müəyyəndir, aydınolan şey isə maraqlı deyildir. Aydın olmayan şeyin yeganəTdəyəriU elə namüəyyənlikdir, aydın olan şeyin isə heç birdəyəri yoxdur.***"Kənd yazıçılarının" bütün şəhər intellegensiyasınabəslədiyi nifrətin səbəbi həyat nemətləri əldə edilərkən qismətədüşən pay üstündə, eyni zamanda, – bəlkə də ilk növbədəmənəvi dəyərlərin – kitab, muzey və konsertlərəmünasibətlərdə taleyin ədalətsizliyinə görə dərin və qeyri-şüuribir hissiyyatdadır. "Biz bu torpağın üzərində kartof əkib yerbecərəndə, siz Rilkedən tutmuş Lorkaya qədər bütün yazıçışairlərioxuyurdunuz".***İntellegensiyaya qarşı bəslənən bu aqressivlik ruhənaristokrat olanlara qarşı qısqanc münasibət bəsləməyin əbədisəbəbidir, eyni zamanda isə bu təkcə intellegensiyanın yox, onaqarşı kor bir qəzəblə çıxan bütün insanların başına gələnsonsuz bədbəxtliklərin səbəbidir. "Bizim ziyalıların 80%-nigüllələmək lazımdır", – "Azadlıq" qəzetinin səhifələrindəoxuculardan biri belə yazır. "Mədəniyyət sözü gələndə əlimitapançama atıram" – Hitlerin ideoloqlarından biri belə demişdi.TYaman ağıllısanU – sovet dönəmində ucu-bucağıgörünməyən növbələrdə eynək taxanlara istehzayla belədeyirdilər, bu sözü tramvay növbələrində sürücü vəkonduktorlar, piştaxta arxasında satıcılar və taleyin hər şeyiziyalılara verib, onlara qıymaması üstündə şikayətlənən hər kəsdeyir və dedikcə usanmır, onlara elə gəlir ki, ziyalılar buadamların başına gələn hər bir bədbəxtliyin səbəbidir ki, var.Mayakovski "nəyə görə fəhlələr sizi oxumur və başa düşmür,517

ziyalılar isə dişinin dibindən çıxanı deyir" sualına belə cavabvermişdi: "Fəhlələr məni oxumursa, nə bilirlər ki, məni başadüşmürlər. Ziyalıların məni söyməyinə gəldikdə isə, "ziyalı"sözü elə söyüşdür də...U Ziyalıların tərifini Sabit Rəhman özkomediyalarının birində belə verir: "Marks yaxşı deyib ki,ziyalıdan adam olmaz". Yeri gəlmişkən, bu, Marksın ziyalılaramünasibətinin bəlkə də ən doğru-düzgün ifadəsidir. Uzun illərboyu sovet mentalitetində belə bir düstur yaranıbformalaşmışdı: fəhlələr, kəndlilər və onlara xidmət edənziyalılar. Görürsünüzmü, ziyalıların rolu xidmətgöstərməsindədir. Ancaq ziyalılığa düşmənçilik çox zamankənardan yox, onun öz içindən, öz mahiyyətini ya qorxu, ya dapopulist təsəvvürlər ucundan satmağa hazır olankollobrasionistlər tərəfindən bəslənilir və elə onların öz içindənqaynayıb çıxan bu kor qərəz hissi gec-tez bütün ziyalıların da,qeyri-ziyalıların da, yarımziyalıların da başında çatlayır. Buzaman o, hamını əzib məhv edir, hətta nəyə görə ölməsininsəbəbini kəsdirməyən insanların da əzib suyunu çıxarır. Bircəgec, lap gec dərk edilən günah hissi qalır ki, daha bununizahının da heç kəsə isti-soyuğu yoxdur. Ziyalılığınmanqurtluğu – təkcə avtomat, tank, hakimiyyət və qələmləsilahlanmış istilaçılarla əməkdaşlıq etməkdən ibarət deyildir.Bu həm də zülm, nadanlıq səltənətinin hökmranlığı iləbarışmaq, maarif işığının üstünə ayaq alıb yeriməkdir. Belə birziyalı tipini C.Məmmədquluzadə ölməz "Ölülər"ində poçtmüdiri və müəllim obrazlarında dəqiq ifadə etmişdir.***Dünən (8 fevral, 1985-ci il) Mirzə İbrahimovun mənəyolladığı A.B.Reznikin "İran" kitabını oxudum (Şah rejimininiflası. Moskva, Siyasi ədəbiyyat nəşriyyatı, 1983). Bu kitabdaçoxlu maraqlı faktlarla üzləşdim. SAVAK-ın türməsində yatanAyətullah Taleqani amansız cəzalara düçar olmuşdur. AtasıRza şah tərəfindən öldürülən Şahpur Bəxtiyarın özü İspaniyada518

Frankoya qarşı vuruşmuş, sonra fransız müqavimət hərəkatınınsıralarında faşizmə qarşı döyüşmüş, şah rejiminin zindanlarınagirmiş, 30 il Avropada sürgün həyatı keçirmişdir; o, əqidəsinəgörə sosial-demokrat olmuşdur. Onların hamısı həyatdangetmiş, Xomeyni isə İranda baş verən hadisələrdən sui istifadəedərək, kiçik Paris şəhərlərindən biri olan Nofl-le-Şatedəntelefonla əlaqə saxlayıb şah devriləndən sonra İrana dönmüşdü.İrana çatar-çatmaz belə bir bəyanatla çıxış etmişdi: "Mən sizədeyirəm, Məhəmməd Rza Pəhləvi satqındır, satqın olduğu üçündə qaçıb getdi, bütün sərvətlərimizi küləyə sovurdu, ölkəmizixaraba qoydu, onu qəbiristanlığa çevirdi".Bəxtiyar xəbərdarlıq etmişdi: ölkə yenidən qara diktaturadövrünə, bəlkə də feodalizmə qayıda bilər.Bu da onun sözüdür ki, mən və doktor Səncabi arzulayırdıqki, heç olmasa dörd otağımız olsun və milli cəbhənin başqərargahı lövhəsini asıb təşkilat yarada bilək. İndi ki, azadlıqvar, Səncabinin dediyi nədir? Məgər o, siyasi mübarizəaparmaq istəyir? Bəs nəyə görə, təşkilati işlərlə məşğulolmaqdansa, durub-oturub cənab Xomeyninin əlini öpür? Bizköhnə və yıpranmış diktaturanın əvəzinə yenisini, quduzdiktaturanı istəmirik… Seçkilər elə indicə keçirilsəydi, onseçicidən yəqin ki, doqquzu Xomeyniyə səs verərdi, altı aydansonra isə, sakitlik bərqərar olandan sonra hamı başa düşərdi ki,Xomeyniyə nisbətən şah toya getməliymişU.Kitabın müəllifi Bəxtiyar haqqında rəğbətlə danışsa da,siyasi baxımdan onu uzaqgörən olmamaqda suçlandırır.Mənim fikrimcə, siyasətçilər indi eynək taxırlar (mənməcazi mənada deyirəm). Bəziləri uzaqgörənlik eynəyi taxırlar.Onlar gözlərinin qarşısında baş verənləri görmür və buna görədə uğursuzluğa düçar olurlar. Ancaq onlar burunlarının altındabaş verənlərlə müqayisədə uzaq perspektivi daha yaxşı seçibayırırlar. Digərləri isə yaxını daha yaxşı görə bilirlər – onlarböyür-başlarında baş verən hadisələri çox yaxşı görsələr də,uzağı duman içində görürlər. Görünür, Bəxtiyar da ətrafında519

aş verən hadisələri görə bilməmiş, perspektivdə başverəcəkləri isə, səhvsiz duya bilmişdi.***Yeri gəldi-gəlmədi, mənsub olduğun xalqın həssaslığıhaqqında, dünyada ad çıxarmasından danışmaq ayıbdır, qoybunu həmin əməllərin bəhrəsini görən və bu barədə öz fikriolan digər xalqlar danışsınlar (çeçenlər, balkarlar, qaraçaylar,Krım tatarları, kalmıklar və s.).***Doğrudanmı, dövlətin böyüklüyü onun coğrafi xəritədətutduğu ərazi ilə ölçülür?***Şəxsiyyətin tarixdə rolu nədən ibarətdir? Bəzən bunu çoxşişirdirlər, hesab edirlər ki, bir şəxsiyyət tarixin gedişinikardinal şəkildə dəyişə bilər. Bəzən də onun rolunu, məsələn,Tolstoyun Napoleona münasibətində olduğu kimi, sıfraendirirlər. Tolstoy Napoleonu tarixin olsa-olsa adi bir alətihesab edirdi. Mənim fikrimcə, şəxsiyyət-tarix tərəzisindəobyektiv və subyektiv faktorlarının tənasübünün əyani vəzaman baxımından yaxın nümunəsi mövcuddur – Xruşşov.Stalin dövründə Xruşşov xalqlar rəhbərinin Ukraynada adiicraçısı və loyal funksioneri idi, Moskva partiya təşkilatındanəzarətçisi, siyasi büroda Stalinin əl quzusu, başqalarındanyalnız yaxşı rəqs etməyi ilə seçilən bir şəxs idi. Başqakeyfiyyətlərinə görə yerdə qalan şəxslərdən bir eləfərqlənmirdi. Burdan çıxış edib demək olar ki, şəxsiyyət(Xruşşov) tarixi müstəvidə bir elə əhəmiyyət kəsb etmirdi, hərhalda sovet tarixinin Stalin dönəmində. Çox gözəl. AncaqStalin ölən kimi, onun xələflərindən biri olan Xruşşov əvvəlcəöz rəqiblərinin çox ciddi müqavimətini qıraraq, təkcə siyasiolimpin zirvəsinə yüksəlməklə qalmadı, həm də bir-birinindalınca yerdə qalanların hamısını vurub aşırdı, ən əsası isəyarımçıq olsa da, bir çoxlarına qarşı çıxaraq rejimin köklərinilaxladıb cəmiyyəti prinsip etibarilə tam fərqli bir müstəvi520

üzərinə gətirə bildi. Məhz XX qurultayın tribunasına çıxmaqlatarixin cahanşümul gedişini müəyyənləşdirə bildi, bu isə nəqədər əzablı və ziqzaqlı olsa da, Şər imperiyasının tam iflasauğramasıyla nəticələndi. Şəxsiyyət, doğrudan da, Tarixingedişatında əhəmiyyətli rola malikdirsə, bəs nəyə görə Xruşşovbu rolu Stalin dövründə oynaya bilmirdi? Yox, əgər onun,doğrudan da, heç bir rolu yoxdursa və hər şeyi Tarixmüəyyənləşdirirsə, görəsən, bu Tarix hansı prinsiplərdən çıxışedərək islahatçı kimi ətrafdakı minlərlə insanın içindən məhzXruşşovu – ağlı, təhsili, iradəsiylə heç kəsdən fərqlənməyən birşəxsi seçdi? (Beriya, Malenkov, Kaqanoviç, Molotov… da varidi axı). Tarixin bu seçimi nə ilə əlamətdardır? Şəxsiyyət özözlüyündəbir dəyərə malikdir, yoxsa onun imkanları müxtəlifdövrlərdə müxtəlif şəkildə əyaniləşir? Bəs necə olmasa da,şəxsiyyətin bu imkanlarının meyarı nədir? İnsanlar özhərəkətlərində nə dərəcədə müstəqil və məsuliyyətlidirlər vəonların bu əməlləri Zamana nə dərəcədə təsir göstərə bilir? Bu,dünyanın özü kimi qədim olan bir sualdır: iradə azadlığı, ilahiniyyət, varlığın bilinməzləri…***3 oktyabr, 1987-ci ildə mən SSRİ Yazıçılar İttifaqının təşkiletdiyi beynəlmiləlçilik problemlərinə həsr olunmuş beynəlxalqsimpoziumda çıxış etdim. Burada – Leninqradda, yerigəlmişkən, gözəl türk yazıçısı Səmum Qocagözlə tanış oldum.Axşamüstü mən və Maqsud İbrahimbəyov onu şama dəvətetdik. Səmum Qocagöz solçu idi, Türkiyə zindanlarındayatmışdı, SSRİ-yə onu dostluq münasibətləri bağlayırdı, bizimölkəmizə o, ilk dəfə idi ki, dəvət olunurdu. Deyirdi ki, indi,xüsusən yenidənqurma başlayandan sonra SSRİ-də baş verənçox şey onda rəğbət doğurur, ancaq o, belə bir beynəlmiləlsimpozium keçirən şəxslərin Bolqarstanda Todor Jivkovunmillətçi rejimini müdafiə etməsini heç cürə anlamır, o TodorJivkov ki, bolqar türklərinə qarşı əsl faşist siyasətini yeridir,məcbur edir ki, bütün türklər bolqar adlarını götürsünlər, onlara521

ana dilində danışmağı qadağan edir, türk dilində olan məktəbvə qəzetləri qapadır. Mən dedim ki, Jivkovu mən də əsl faşistsayıram, Maqsud isə özünəməxsus yumorla türk yazarınısakitləşdirdi: "Mən Bakıda şəhərdənkənar kəndlərin birindəkibağ evində yaşayıram, orada mənə hamı hörmət edir, – dedi, –mən kənd sakinlərinə itlərin adını dəyişib Todor Jivkovqoymağını təklif etdim və bu adı harda bərkdən çəksən, itlər osaat hürüşürlərU. Qocagöz sarsılmışdı: "Türk mətbuatındahökmən bu barədə yazacağam".***Mənim çıxışım şifahi olsa da, tezisləri durur. Orada dedimki, şəxsiyyətəpərəstiş dövründə pərəstişdən danışmaq mümkündeyildi, bu anlayışın özü cəmiyyətin o dövrdə qərarlaşantəfəkkürünə yeriməmişdi. Xruşşovun dövründə Stalinşəxsiyyətinə pərəstişin adına istənilən söyüşü yağdırmaq olardı,ancaq biz güman etmirdik ki, volyuntarizm dövrünü yaşayırıq.Yəni bütün həyatı boyu proza ilə danışmasına təəccüblənənMolyerin qəhrəmanı kimi, volyuntarizm dövründə yaşadığımızıkəsdirmirdik.Nəhayət, durğunluq dövründə, qulağımızın dibinə qədərdonub qaldığımız dövrdə bilmirdik ki, məhz bu dövr sonradandurğunluq adlanacaqdır. Onu da bilirdik ki, nəinki bu dövrü,volyuntarizm dövrünü də, hətta şəxsiyyətəpərəstiş dönəmini də,ümumən sovet tarixinin müxtəlif dövrlərinin heç birini tənqidetmək olmazdı. Uzun illər ərzində ilk dəfədir elə bir dövrdəyaşayırıq ki, (düzdür, onun nə vaxt sona çatacağını və bundansonra necə adlanacağını bilmirik) onu, içində yaşaya-yaşaya azda olsa, tənqid edə bilirik. Bu dövrdə bizə demokratiyadandanışırlar, onu da eşidirik ki, demokratiya ağzına gələnidanışmaq deyil. Çox gözəl, amma icazəli demokratiya dademokratiya sayıla bilməz.***Elə günü bu gün, üstündən illər ötəndən sonra yox, içindəyaşadığım dönəmi özüm üçün müəyyənləşdirməyə cəhd522

edirəm: cəmiyyətimiz nə cəmiyyətdir, biz hansı ideyanındaşıyıcılarıyıq – bizim cəmiyyətimiz, ideyamız bütünçaşqınlıqlarına, qanlı cinayətlərinə, faciəvi, dəhşətli səhvlərinəbaxmayaraq, tarixin inkişafında daha yüksək bir mərhələdir?Yaxud tarixin öz yolundan sarpmasıdır? Mənə belə gəlir ki, busuala birmənalı şəkildə cavab vermək olmaz, şübhə də həmişəbəhrəsiz olmur, yeri gəlmişkən deyim ki, şübhələnməyin zərəribarədə fikir – Platonovun qəhrəmanı şəkkak Makara lənətolsun – sırf dini təfəkkürdür və marksist təlimə daha çox məhztəfəkkürün dini modeli ziyan vurmuşdur. Sadəcə, birpeyğəmbərin əvəzinə digərləri gəldi, kimlərsə cənnəti filanyerdə vəd eləyirdilər, indi cənnət başqa yerdə vəd olunur –baxın, ən qabaqcıl təlimdə çox şey doqmalarla üst-üstə düşür.Beləliklə, mənim fikrimcə, demokratiya – təfəkkürün istər dini,istərsə də sektant-sxolastik doqmalardan yaxa qurtarmasıdır.Məhz, sənin özünəməxsus əqidənə qarşı şübhələnməyindemokratiyaya doğru ilk addımdır.Paradoks: Marksizm-leninizm dövlət ideologiyasına (yənidinə) çevrilməsə idi, inkişaf baxımından, müxtəlif şəraitlərdədəyişikliyə uğramaq, planetin ən müxtəlif guşələrindəuyğunlaşma prosesi keçirmək, dəyişən dünya ilə bərabər olaraqtəbəddülat nöqteyi-nəzərindən çox şey qazana bilərdi. Deyəkki, xristianlıqda olduğu kimi. Çünki marksizm hakimideologiyaya çevrilərək dövlət strukturları ilə bərabərcəmiyyətin inkişafı boyu baş verən bütün qüsur vəədalətsizliklərinə şərik çıxır. Başqa sözlə desək, alternativ vəmüxalif bir ideya kimi öz cazibəsini itirir.***J.P.Sartr 1963-cü ildə Praqada deyirdi: – "Mənim fikrimcə,hər bir əsrdə yalnız bir böyük mövzu mövcud olur. Məsələn,bizim əsrdə qərarlaşan roman mövzusu – XVI əsrin məhsuluolan TDon KixotU və XIX əsrin məhsulu olan THərb və SülhUkimi – yalnız bir mövzu ola bilərdi – 1917-ci ildən etibarənbizim günlərə qədər sosializmin təcrübəsi. Bizim əsrin baş523

mövzusu budur… İnsan həyatının kontekstindən baxanda,dəqiq söyləməli olsaq, bizim yüzilin romanının mövqeyindənnəzər yetirdikdə, azacıq da olsa şübhə yeri qalmır ki, Stalindeformasiyası ilə bərabər sosializm baş mövzuya çevrilir…Mütləq əxlaq yoxdur. Yeganə meyar təcrübədir, inqilabitəcrübə. Bu, o deməkdirmi ki, məqsəd vasitəyə bəraətqazandırır? Yox, yenə də yox. Belə ki, düzgün olmayan,yerində işlənməyən vasitə məqsəddən yayınmaqla nəticələnəbilər. Hegel yazırdı: "Məqsəd ona nail olmaq üçün istifadəolunan vasitələrin məcmusudur". Bir anlığa təsəvvür edək ki,dünyanı xilas etmək üçün sistematik şəkildə yalan danışmaq vəmistifikasiyalar irəli sürmək tələb olunur. Bu vasitələrinköməyi ilə azad olan cəmiyyət bizim təsəvvür edə biləcəyimizcəmiyyətdən son dərəcə fərqli bir şey olardı. Bu, hər gün yalandanışıb mistifikasiyalara uyan insanlar yığımından ibarət bircəmiyyət olardı. Bu, tamamilə yabançılaşmış insancəmiyyətinə çevrilmiş olardı. İnqilabi intellektualın da vəzifəsiondan ibarətdir ki, istənilən anda vasitə qarşıya qoyulanməqsədə uyğun gəlmədiyini hiss etdikdə, bunu bəyan etsin".***Millətçilik səhrada yeganə ağac olmaq arzusudursa,beynəlmiləlçilik meşədə müstəqil ağac olmaq arzusudur,müxtəlif meyvə bitirən, yarpaqları, kökü, gövdəsi fərqli olan,ancaq birlikdə yer övladları olan, eyni havanı udan, ümumigünəşli səmanın altında demokratiya atmosferini təmizsaxlamağa çalışan şəxslərin arzusu.***Demokratiya sivilizasiyanın öz-özünə meydana gələn,özözünü tənzimləyən bir fenomeni olsa da, burada hansısa birmetafizik qorxu da gizlənmişdir, çünki demokratiya çoxluğunrəyidirsə, çoxluq isə demokratiyaya qarşıdırsa, bu son dərəcəmürəkkəb sillogizmi necə həll etməli – antidemokratikçoxluğun iradəsinin təsdiqi demokratiyanın təntənəsi, yoxsaməhvidir? Tiran hökmranlığının tam təntənəsinin qərarlaşması524

üçün on illər tələb edilsə də, hər halda tiraniyanı bir an içindətəsdiq etmək olar. Demokratiya isə bir anın içində bərqərarolmur, demokratik proseslər üzücü və uzun olur, tədricixarakter daşıyır. Demokratik prosesin keçdiyi yolu spirala dabənzətmək olar. Demokratiya hərlənib-fırlanıb spiral kimiözünə qayıdaraq, hər bir yeni buğumda daha yüksək birsəviyyəyə qalxır. Demokratiyanı bilik kimi – əlifbadan tutmuşdərin və təkmil savad əldə edənə kimi, hesabdan ali riyaziyyataqədər – öyrənmək lazımdır. Demokratiyanı imperiya təfəkkürüilə qaynaq etmək imkansızdır. 200 il bundan qabaq demokratikprinsipləri bəyan edən Amerikaya daha bir 100 il lazım oldu ki,qanlı vətəndaş müharibəsinin içindən keçərək ictimaitəfəkkürdə zəncilərin qul olmaması fikrini təsbit etsin və daha100 il lazım oldu ki, ağların və qaraların bir avtobusda yolgetməsi, habelə onların bir məktəbdə oxuması kimi elementarbir fikir qəbul olunsun. Avropada azadlıq ideyasına daha çoxbağlı olan Fransa uzun illər boyu əlcəzairlilərin azadlığa layiqolmaları fikri ilə razılaşmırdı.***Yeri gəlmişkən, demokratiyanın təmiz, mücərrəd səciyyədaşıyan prinsiplərindən fərqli olaraq ictimai-siyasi təfəkkürdədövr və zamanla müəyyənləşən həm azadlıq, həm də necədeyərlər, onu məhdudlaşdıran qüvvələr mövcud olur. Ptolomeyepoxasında heliosentrik konsepsiya mümkün olmadığı kimi,demokratiyaya meylli qədim Afina cəmiyyətin də qullarınhəmin cəmiyyətin azad vətəndaşları ilə bərabər hüquqlaramalik olması fikri heç ağla gəlmirdi. Necə ki, qara dəriliqulların bərabər hüquqa malik olması ideyası Amerikademokratiyasının təməlini qoyan maarifçi atalarıntəfəkküründə özünə yer tapa bilmirdi. Dünyada ən qədimparlament demokratiyası, konstitusiya plüralizmi olan İngiltərəüçün imperiyanı qoruyub saxlamağın mümkün olmayacağıfikrini həzm etmək üçün bir əsr bəs etmədi. Əlbəttə, Britaniyaimperiyasının iflası, heç şübhəsiz ki, İkinci Dünya525

müharibəsinin (əfsus ki, dünyada heç bir imperiyamüharibələrin – dünya və vətəndaş müharibələrinin qanlıkataklizmləri olmadan, öz uşaqlarını udan inqilablar başvermədən çökmür) və yeni tendensiyaların dünya miqyasında,yeni qarşıdurmanın, ancaq hər şeydən əvvəl müstəmləkəxalqlarının özlərinin mübarizəsi, o cümlədən rus inqilablarınıntəcrübəsindən stimul alan mübarizə səbəbinə baş verdi.Məsələn, Handinin ideyalarını rəhbər tutaraq, müstəqillikuğrunda mübarizə aparan hindistanlıların apardığı qansızmücadilə də unikal bir hadisə kimi göz önündədir. Çörçildeyirdi: TMən tarixə Britaniya imperiyasının süqutuna rəvacverən Baş nazir kimi daxil olmaq istəməzdimU. Ancaq bununlabelə, Britaniya imperiyasının iflası ilə razılaşdı və İngiltərəikinci dərəcəli dövlətə çevrildi. "İkinci dərəcəli dövlət"dedikdə, nə anlaşılır. Bu elə bir dövlətdir ki, öz vətəndaşlarınıyüksək həyat səviyyəsi ilə təmin edir, dünya miqyasındaiqtisadiyyat, mədəniyyət və siyasət kimi sahələrdə öndə gedir,yeri gəldi-gəlmədi əlini silaha atmır, amma lazım olanda gücdə nümayiş etdirə bilir? Bəs məzlum dilənçi kökünə düşən,bayaq, lap son ana kimi hədələdiyi rəqiblərinə ("biz sizi dəfnedəcəyik" – Xruşşov amerikalılara belə demişdi) indi əl açıbdilənən bir dövləti super dövlət hesab etmək olarmı?***Ancaq söhbət heç də bundan getmir, söhbət beynində çoxmöcüzəli bir şəkildə qardaşlıq, bərabərlik, azadlıq vədemokratiya ideallarının bilərəkdən, yaxud sövq-təbii olaraqimperiya ambisiyaları ilə çulğaşdığı kifayət qədər proqressivfikir sahibi sayılan ziyalıların təfəkkürünə demokratiyanınyeridilməsindən gedir. 200 il bundan əvvəl ən yüksəkalicənablıq hissini əks etdirən, azadlığa və müstəqilliyə bağlıolduqlarını göstərən şüarları hamıya elan edən, əldə silahalman istilasına müqavimət göstərərək yüz il sonra öztorpaqlarının müdafiəsinə qalxan Fransanın ən görkəmliadamları bütün bu nəcib hissləri "Fransız Əlcəzairi" şüarı ilə526

necə birləşdirirdilər?***Mən bir çoxları kimi uzun illər ərzində (bəlkə indininözündə də) inanırdım ki, Sovet dövlətinin ilkin şüarları vəçağırışları əsl həqiqətdə Çar imperiyasının modifikasiyasıideyasına əsaslanmırdı, əksinə bu imperiyanın tərkibinə daxilolan millətlərin bərabərhüquqlu ittifaqına söykənirdi.Baxmayaraq ki, mənim qəlbimdə həmişə bu fikrindüzgünlüyünə şübhə hissi də baş qaldırırdı. Bu dövrünsənədlərində, ilk növbədə isə Leninin yazmış olduğutəlimatlarda Rusiyanın Bakı neftinə marağı açıq-aşkar şəkildəgörünürdü, bu da Şərqin əsarət altında qalan xalqlarına azadlıqverməyi vəd edən məlum şüarı sual altına alırdı. XI QızılOrdunun komandiri Levandovskinin xatirələrində çox maraqlıfaktlardan birisi budur ki, bu ordunun Azərbaycan ərazisinəgirməsi planı hələ inqilabi hökumətin bərqərar olmasından çoxçoxəvvəllər hazırlanmışdı. Üstündən illər keçəndən sonra buüsul 56-cı ildə Macarıstanda, bir az sonra isə Əfqanıstandatəkrarlandı. Azərbaycan kommunist-sovet ekspansiyasının buməlum modelinin tətbiqi üçün bir növ poliqon olmuşdu. Əndəhşətli fakt ondan ibarətdir ki, Azərbaycanın sözdə müstəqilelan edilməsindən dərhal sonra mərkəzdən pambıqçılığınplanlaşdırılması, habelə neftin aparılması barədə göstərişlərverilir və bütün bunlar Ruisya Federasiyasının (o zaman hələSSRİ mövcud deyildi) mənafeyi naminə edilirdi, əvəzindəisə… TdirsəkU göstərilirdi. Sosialist Azərbaycanının uğursuz"spiker"inin (indiki anlayışla desək) Rusiya rəhbərlərinəmüraciətində olduğu kimi: "Mı vam neftğ kaçay-kaçay, vı namkulğtura kaçay-kaçay". "Kulğtura kaçay-kaçay" haqqındaayrıca söhbət aparmaq olar, ancaq mən sözügedən sinizmin birməqamını qeyd etmədən ötüşməzdim: bu sinizm özünü yerliəhali ilə davranışda son dərəcə nəzakətli və təmkinli olmağıtövsiyə edən sənədlərdə göstərir, yəni elə et ki, ustalıqla aldat.Və bu kontekstdə köhnə çar rejiminin müstəmləkə siyasətinin527

Sovet dövlətinin milli siyasəti ilə uyğun gəlməsi aşkar görünür.***Əfqanıstan hadisələri zamanı mən Asiya və Afrikaölkələrinin Həmrəylik Komitəsinin nümayəndə heyətininbaşçısı kimi Kabulda idim, moskvalı alim-politoloq AlekseyKivi də nümayəndə heyətinin tərkibində idi. Ən müxtəlifmövzularda fikir mübadiləsi aparmaq üçün imkan yaranmışdı.Məni təəccübləndirən o idi ki, bu yüksək sivilizasiyalı sovetadamı, kommunist tükünü də tərpətmədən doğrudan-doğruya(şübhəsiz ki, özünə görə) hətta SSRİ-nin də yox, Rusiyanınmüstəmləkə siyasətinə haqq qazandırır, bunu onunlaəsaslandırırdı ki, Rusiyanın dəniz qıtlığı var və buna görə də,bütün tarixi boyu isti cənub dənizlərinə çıxmağa cəhd göstərir.İki dünya okeanına çıxışı olan, Ağ dənizdən Qara dənizə,Xəzər dənizindən Oxot dənizinə qədər uzanan Rusiya dənizdənqıtlıq çəkir?***Müstəmləkə siyasətinə haqq qazandıran daha bir cəhd -arqument ondan ibarətdir ki, Rusiya öz sərhədlərinintəhlükəsizliyini təmin etməlidir. Taftalogiya olsa da,soruşuram, bu təhlükəsiz sərhədlərin sərhədi haradan keçir?Yeni ərazilər zəbt etdikdən sonra yeni sərhədlər müəyyənləşirvə bu yeni sərhədləri qorumaq məqsədilə yeni-yeni istilalarüzrə strateji vəzifələr meydana çıxır – dünya xəritəsinə ləkəkimi hopan və çoxdan özünün milli konturlarını itirən dövlət özsərhədlərini haraya qədər uzatmaq niyyətindədir? SərhədləriQərbə, Cənuba, yaxud Şərqə uzatmasından asılı olmayaraq"təhlükəsizlik xətti" yeni-yeni ərazilərdən keçəcəkdir. Bu həvəssonsuza qədər uzanacaq, Antraktidaya qədərmi?***Hətta ən ağıllı rusların təfəkkürünə hakim kəsilən belə birimperiya düşüncəsi Rusiyanın özündə demokratik həyattərzinin bərqərar olmasına əngəl törədəcək, sivilizasiyalıölkələrin ailəsinə qorxu və qamçı vasitəsiylə yox, bərabər528

şəkildə daxil olmağa mane olacaq. Bu təfəkkür tərzi Rusiyanıyenidən totalitarizmin ağuşuna atacaq. Bu artıq ictimaitəfəkkürə sakitcə və oğrun-oğrun sirayət edir. Bütün bunlarabaxmayaraq, mən yenə hesab edirəm ki, demokratik düşüncətərzinin formalaşmasını dayandırmaq mümkün deyildir, çünkibununla yanaşı, hər şeydən öncə texniki inkişaf, kütləviünsiyyət vasitələri ilə bağlı universal dünyəvi inkişaftendensiyası da mövcuddur. Təbii ki, bu çətin prosesdir, bayaqdediyimiz kimi, spiralabənzər yolu xatırladan bir prosesdir,ancaq qaçılmaz.***Yaddan çıxarmaq olmaz ki, Rusiyada imperiya təfəkkürüənənələrinin dərin kökləri vardır və bu Rusiyada ən ağıllıadamlar üçün də üzvi və təbii anlayışlar sayılır. Hətta ənsavadlı və dünyagörüşü geniş olan adamların digər xalqlarınmilli taleyinə münasibətinin nümunəsi kimi Çaadayevin XIXəsrdə Polşada baş verən hadisələrə münasibətini göstərməkolar. İşə bax, polşalıların özləri yox, məhz Çaadayev Polşaüçün hansı həyat şəraitinin yaxşı olmasını qərarlaşdırır. Bumənada dahi Puşkin də günahdan xali deyil. Düzdür, Polşayamünasibətdə tam ədalətli mövqe tutan Gertsen də var. Bir sitatafikir verin: "Rus liberal güruhu Polşanı müdafiə etdiyinə görəGertsendən uzaqlaşanda, bütün "ziyalı cəmiyyəti""Kolokoldan" üz döndərəndə də, Gertsen yolundan dönmədi.O, Polşanın azadlığını müdafiə etməkdə və II Aleksandrıncəlladlarını qamçılamaqda davam etdi. Gertsen rusdemokratiyasının şərəfini xilas etdi. "Biz rus adamının şərəfinixilas etdik - o, Turgenyevə belə yazırdı – və buna görə dəçoxluğun tənəsinə tuş gəldik". Bu, Leninin sitatıdır. Bu gün adımənfi planda çəkilən Leninə məxsus başqa bir sitat da var: "Bizmilli fəxarət hissi keçiririk və buna görə də, qul keçmişimizənifrət edirik (mülkədar və dvoryanlar Macarıstan, Polşa vəÇinin azadlığını boğmaq üçün mujikləri müharibəyəyollayanda), bugünkü qul vəziyyətimizə nifrət edirik. Bu529

zaman kapitalistlərlə əlbir olan mülkədarlar bizi Polşa vəUkraynanı boğmaq, İran və Çində demokratik hərəkatıbatırmaq, bizim velikorus milli ləyaqətimizə ləkə yaxanRomanov, Bobrinski və Pruşkeviçlərin dəstəsini gücləndirməküçün müharibəyə çəkirlər… "Digər xalqlara zülm edən xalqazad ola bilməz" – XIX əsrin ardıcıl demokratiyasının böyüknümayəndələri Marks və Engels belə yazırdılarU. Vladimirİliçin çoxcildli əsərlərində bir-birinə daban-dabana zidd olanbu kimi fikirləri tapmaq bir elə çətinlik törətmir. Sitatıngötürüldüyü məqalə isə çar hökmranlığı dövründə yazılmışdır,bu sözlərin müəllifi özü hakimiyyətə gələndə, Azərbaycanda,Gürcüstanda və Ukraynada azadlığı boğmağa girişdi, biz hələonun şagirdləri olan Stalindən Brejnevə qədər hökmdarların ənmüxtəlif ölkələrdə – Polşada, Macarıstanda, Çexoslovakiyadavə Əfqanıstanda xalqların azadlığını, milli heysiyyətini,nəhayət, demokratik hərəkatı ayaqlar altına atmasını demirik.Bunlar azdırmı? Məsələ bax, bu yerdədir. Sözlər, sözlər,sözlər… İş, iş, iş…***Ən kədərli fakt budur ki, bu həqiqətin əks-sədası,başqalarının yerinə "yaxşı-pisdi" problemini, başqalarınınyerinə onların necə həyat tərzi keçirməsi məsələsini həll etmək– bəşər tarixində tiran hökmranlığına qarşı mübarizə aparan əncəsur şəxslərdən biri, böyük yazıçı Soljenitsinin "Rusiyanı necəqurmalı?" adlı traktatında da eşidilir. Bu əsər ağrı və əzablayazılsa da, digər xalqların dərdini anlamaqdan uzaqdır, o yalnızöz xalqının başına gələn milli fəlakətlər üstündə köklənmişdir.Ancaq axı bu dünyada, xüsusən XX əsrdə hər şey bir-biriləbağlıdır. Deyək ki, Qarabağ konflikti ilə əlaqədar ədalətsizfikirlər Rusiyanın öz taleyində də əks-səda verir. Mən nəyazdığımı gözəl şəkildə başa düşürəm, həm də onu da başadüşürəm ki, bunları, bu fikirləri məhz Soljenitsinin cəsurluğuvə özünü fəda etməsi sayəsində dəyişən bir ölkədə yazabilirəm. Nə gizlədim, mən Soljenitsin mənəvi təqibə məruz530

qalarkən onun müdafiəsi naminə bir kəlmə də yazmadım(əleyhinə də heç nə yazmadım). Bəlkə də indi, icazəli cəsarətdönəmində onun mühakimələri ilə mübahisəyə girməyə mənəvihaqqım çatmır. Ancaq mənə görə Soljenitsinin mübarizəsindəməqsəd bu idi ki, hər bir şəxsə onun düzgün saymadığıfikirlərlə mübahisə etmək hüququ verilsin, o, özmühakimələrini irəli sürə bilsin.***Rus xalqını isti dənizlərə çəkən səbəblər içərisində təkcətarixi və strateji məsələləri hallandırmaq düzgün deyildir,burada sırf bioloji amil də vardır. Yayda Qara dənizin, yaxudXəzər dənizinin çimərliklərində olmaq kifayətdir ki, günəşgörməyən adamların buludsuz səmaya və isti dəniz dalğalarınagenetik həsrətini başa düşəsən. Bu, milli xarakterin bütüngenetik strukturuna qeyri-şüuri şəkildə sirayət edən bədəninehtiyacıdır. Bütün dünyada şimallı turistləri cənub dənizləriözünə cəlb edir, ancaq bununçün İslandiya, yaxud İsveç dünyakommunizminin təntənəsi adı ilə Maltanı və ya Balear adalarınıöz ərazisinə qatmaq fikrinə düşmür. İslandiya da, İsveç də,ABŞ-da – bu ölkələrdə mütləq əksəriyyət təşkil edən orta sinficənub ölkələrinə səfər etmək, orada istirahət etmək və bütünmövcud iqlim şəraitindən həzz almaq imkanı ilə təmin etmiş,ancaq heç zaman bu gözəl yerlərə tank və təyyarələrinigöndərməmişdir. Öz xalqını layiqli xoşbəxtliklə təmin etməkistəyən Rusiya heç bir ritorik yalana və demaqogiyaya əlatmadan da Yer kürəsinin istənilən nöqtəsində arzulanan qonaqola bilər, bir şərtlə ki, o, başqasının torpağını zəbt etmək fikrinədüşməsin.***Yadıma gəlir ki, "Qurtuluş" adlı primitiv səviyyəli filmdəStalin "mən əsgəri generala dəyişmirəm" sözlərini dilinəgətirəndə kinozal necə alqışlara qərq oldu. Bu sözləri deyəndəo, əsirlikdə olan oğlu Yakovu nəzərdə tuturdu, onu faktikiolaraq əzablı, işgəncəli ölümə məhkum edərək marşal Paulyusa531

dəyişmək təklifini rədd edirdi.Zalda mənimlə yanaşı, kənddən sanki elə indicə gəlmişyeniyetmə uşaqlar oturmuşdular. Onlar dayanmadan əlçalırdılar, onlardan biri dedi: "Ay sizin... hələ bir şəxsiyyətəpərəstişdən danışırsınız!" Və bütün bunlar Xruşşovun guyaStalini darmadağın etməsindən – XX qurultaydan sonra,Stalindən sonrakı epoxada baş verirdi. Bu sözləri həminepoxanın təmsilçiləri deyirdi. Bu uşaqların qəzəbinin ünvanıpartiya, dövlət, cəmiyyət, rəhbərlər, nəhayət, antistalinizmpafosu idi. (Ümumən, totalitar cəmiyyətdə hər hansı məişətproblemi üstündə yaranan cüzi narazılıq belə hirsə, qəzəbədönərək bütün dövlət sisteminə qarşı çevrilir: dəlləkxana birneçə gün idi ki, nəyə görəsə bağlanmışdı, hamı kommunaltəsərrüfatının rəhbərliyini yox, ümumilikdə Sovet hökümətinisöyürdü. Yadıma gəlir, iki tələbə küçədə dövlətpiştaxtalarından alma aldılar. Onlardan biri almanı dişlədi, səndemə, alma qurdlu imiş, oğlan ürəkdən deyinirdi: "Çürükhökümətin alması da çürük olar").***Təzədən Stalin mövzusuna qayıdaq. Guya ki, hansısamücərrəd dövlət marağı naminə oğlundan, konkret insani vəmənəvi motivlərdən imtina etmək, əslində həmin mücərrədideyanı yaxın bir insanın həyatına qarşı qoymaqdır. Stalininözü də həmin o qeyri-insani, qeyri-əxlaqi ideyanın dəhşətlitəcəssümü deyildimi?***Mənfi yapışıqlılıq – müəyyən səhnə ampluasına malik olanaktyorlara tətbiq edilir. Teatr termini olan bu sözlə mənStalinin obrazını səciyyələndirmək istərdim. Uzun illər boyumən özümdən asılı olmayaraq həmin obraz haqqında düşünübdaşınmaqdanusanmıram.***"Gecə düşüncələri"nin bu hissəsində uzun illər boyu Stalinhaqqında düşündüklərimi, dəlil və fikirlərimi, onun bizim532

taleyimizdə oynadığı rol barədə mülahizələrimi bir yerəyığmağa çalışıram – bir şey də var ki, Stalin mövzusu o qədərmürəkkəb, o qədər çoxölçülüdür ki, hətta son illər işıq üzügörən ən qalın kitablar belə bu mövzunun miqyasını və buproblemin bütün aspektlərini əhatələyə bilməz. Mənim özümdə belə bir şeyə iddia etmirəm. Diqqətinizə təqdim etdiklərimsadəcə Stalin haqqında düşüncələrimdən ayrı-ayrıfraqmentlərdir.***Bütün inqilablar güya ki, yaratma, qurma naminə olsa da,ancaq və ancaq dağıtmaqdan, dağıdılmaqdan başlayır. Leninindahiliyi (bu ifadə - həmin düşüncələrin qələmə alındığı illərdətəfəkkürümə hakim kəsilən ifadə klişəsi idi. İndi bu sözləri məno vaxtın anlamında işlətməzdim, halbuki, indinin özündə dəLenini dahi, ancaq şər dahisi hesab edirəm. Buna baxmayaraq,həmin sözü 25 il bundan əvvəl – 70-ci illərin ortalarında qəbuletdiyim kimi saxlayıram), beləliklə, Leninin dahiliyi dağıtmaprosesinin öz içindəcə quruculuğun müəyyən cücərtiləriniyaratmağa qadir idi; o, dağıdılmalı olan şeylə qurulacaq şeyarasındakı uçurumu dərinləşdirmək istəmirdi. Mümkün olandərəcədə yeni şeyi keçmişin xarabalıqları üstündə yox, hifzolunmuşların yarımçıq təməli üzərində qurmağa cəhdgöstərirdi. Mədəniyyət sahəsində bir neçə nümunə bu fikrindoğruluğunu təsdiqləyir. (Bolşoy Teatra münasibət, keçmişmütəxəssislərin bəzilərinə göstərdiyi qayğı, müəyyən şəxslərinmonumental təbliğatı, o cümlədən ŞeytanlarUın müəllifiDostoyevskiyə də abidə qoymaq fikri). Ziddiyyətli, siyasi vəfəlsəfi baxımdan təkəbbürlü olsa da, öz millətinin dühası kimi,L.Tolstoya hörmətlə və hətta fəxarətlə yanaşması və s. Lenininkifayət qədər savadlı davamçıları - Buxarin, Çiçerin,Lunaçarski, qəribə səslənsə də dəhşətli çekist repressiyaları,amansız qırmızı terrora mənəvi bəraət qazandıran Dzerjinskibelə müəyyən dərəcədə həmin yolla getməyə cəhdgöstərmişlər. Oktyabr çevrilişinin dağıdıcı stixiyası isə daha533

çox Trotski və Stalinin şəxsiyyətində qərarlaşmışdı. Trotskinivə Stalinin özünü inqilabın mahiyyətindən, onun məntiqindənayırmaq düzgün deyildir. Vəhşilik, kor ehtiraslar, dağıdılanşeyə nifrət olmadan dağıntını təsəvvür etmək mümkün deyildir.Trotski və Stalin inqilabın kor ehtirasıdır, əlbəttə, fərdifərqlərlə, xarakterlərindəki, talelərindəki, həyattəcrübələrindəki ayrı-ayrı nüansları nəzərə almaqla. Stalindönəmində Trotskini, Xruşov dönəmində Stalinin özünüinqilaba düşmən kimi qələmə vermək cəhdləri həqiqətə uyğundeyildi. Hər ikisi inqilabın mahiyyətini təcəssüm edirdilər.Trotskidə romantik-ibarəli, Stalində isə konkret-dəftərxanaüslubu şəklində. İstənilən kor ehtiras qanunauyğun şəkildədəhşətli amansızlığa, bu da öz növbəsində məqsədə,şəxsiyyətin özünüifadəsinə və özünütəsdiqinə çevrilir. Sadizmvasitə yox, məqsəd olur. (Halbuki, hər hansı məqsədə çatmaqyolunda vasitə kimi də ondan istifadə yolverilməzdir). İnqilabcəngavərinin – "Dəmir Feliksin" romantik haləyə bürünmüşxofu zaman keçdikcə eybəcərləşir, təbii şəkildə Yejov-Beriyakimilərin vulqar, heyvərə, iyrənc, eyni zamanda isə şəxsitamahının əsiri olan əməllərinə çevrilir. Dzerjinskini istənilənsifətdə təsəvvür etmək olar, ancaq sənədli sübutlar aşkaraçıxarıldığı halda belə mən, onun üçün qadın təşkil edən hansısaaradüzəldəni (necə ki, Beriyanın şəxsi yavəri Sərkisyan edirdi)olduğunu təsəvvür edə bilmərəm. (M.C.Bağırova qarşı sürülənittihamlardan biri də onun Beriya ilə dostluğu idi. Bəli, BağırovBeriyanın sədaqətli dostu, hətta onun törətdiyi bir çox qanlıcinayətlərin iştirakçısı idi, ancaq Beriyanın oğraşı o yox,Sərkisyan idi).***İctimai quruluşun təkmilləşdirilməsi uğrunda start götürənhadisələr və onun kifayət qədər radikal bəlirtiləri – inqilabitəmizləmələr, yaxud bu evfemizmin arxasında duranmilyonlarla insanın qətlə yetirilməsi – tarixdə analogiyasıolmayan alçaqlıq və çirkabda təcəssüm edirdi.534

***Qeyri-əxlaqi durum, təkcə mənəviyyatsız prinsiplər yox,həm də tamamilə başqa "dəyərləri" təsdiq edən, şüurla işlənibhazırlanan antihumanist prinsiplər insanlığın min illər boyuyaratdığı xeyir və şər anlayışını ayaqlar altına saldı. Belə çıxırki, hansısa mücərrəd sinfi məqsəd, yaxud sinfi həmrəyliknaminə Manu və ya Hammurapidan başlamış, Romahüququndan tutmuş bu günlərə qədər, istinasız olaraq ən böyükdünya dinlərinin Şər saydığı satqınlıq, alçaqlıq, xəyanət, yalanvə s. kimi hərəkətlərə yol vermək mümkündür.Xatirimdədir, Bakıda xeyrat məclisində artıq yaşlaşmışçekistlərdən biri danışırdı ki, Azərbaycanda 20-ci ilin aprelayından sonra onun ən yaxın dostu qaçaq kimi dağlaraçəkilibmiş. Həmin dövrdə onu tutmaq, başçılıq etdiyi dəstənidağıtmaq bir elə asan deyildi. Bu iş həmin sözləri danışanadama tapşırılmışdı. Bu adam dostunun yanına gedərək əsl kişisözü, dost sözü ilə onu dağlardan düşürdü, ona tamtəhlükəsizlik zəmanəti verərək hökumət orqanlarına tabe olmaqüçün dilə gətirdi. "Bəli, zaman o zaman idi" – ÇK veteranı özsözlərini bitirdi və çaydan bir qurtum aldı. Mənim üçün ənqəribə hadisə o idi ki, bu adama öz əhvalatını bitirmək, sonaqədər danışmaq lazım deyildi, görünür, məclisdəkilərin hamısıüçün bu əhvalatın sonluğu məlum idi. Bircə, deyəsən, mənməsələnin sonluğunu başa düşməmişdim. Soruşdum: "Bəs buqaçağın başına nə gətirildi?". "Necə yəni nə? – yaşlı çekist,sözün əsl mənasında, təəccübləndi – güllələdik, getdi".Bir daha təkrar edirəm, ən dəhşətlisi odur ki, üstündən 60 ilötməsinə baxmayaraq, bu adamda elədiyi hərəkət barədə buhərəkətin yüzdə-yüz açıq alçaqlıq olması barədə zərrə qədər dəşübhə yaranmamışdı. "Hər şey inqilab naminə edilirdi",görünür, bu adam uzun ömrü boyu düşünüb-düşünüb heç nəanlaya bilməmişdi. Biz isə, bu gün cəmiyyətimizin dərin-dərinköklərinə sirayət edən yalanı, ikiüzlülüyü görəndətəəccüblənirik, gənc nəslin heç bir səbəbi olmayan sinizmini,535

digər nəsillərin də nifrət və qəzəb hissindən yoğrulduğunugörəndə, az qalır gözlərimiz hədəqəsindən çıxsın. Həmincəmiyyətin sinfi "əxlaqı" məhz bu əsaslar üzərində – yalan vəsatqınlıq, amansızlıq və xəyanət, çuğulçuluq və alçaqlıqüzərində qurulmuşdu. Qisasçılıq, şübhəgirlik, vəhşət,amansızlıq kimi keyfiyyətlər elə zəruri tərkib hissələri idilər ki,Stalin və onun əlaltıları, bu "qandan xörək bişirən aşbazlar" birçox nəsillər üçün qida məhsulları hazırlayırdılar. Təbii ki, buəxlaqı qəbul edə bilməyən şəxslər üçün yeganə vasitə bu işdəiştirak etməmək, sükut, çox zaman uğursuz olsa da,gerçəklikdən qaçmaq, öz daxili qürbətinə çəkilmək, gözdənkönüldənuzaq olmağa çalışmaq, başqa sözlə desək,unudulmaqda xoşbəxtliyi bulmaq idi.***Trotski və Stalin mövzusuna qayıdaraq, onların birinindigərindən fərqini anlamağa çalışanda düşünürəm ki, birincisihəmin kor ehtirası – cəmiyyətdən narazılığı və bununla da onuniçində ilan kimi yatan intiqamı ifadə edirdi, bu ifadədə cavan,hələ kamala çatmamış şəxsin emosional cəhətləri qabarıq ifadəolunurdu (baxmayaraq ki, Trotski oxumuş və ayıq-sayıqsiyasətçi idi). O, bütün gizlin ehtiraslarını üzə çıxarmışdı.Stalində isə həmin emosional hiddətin əsər-əlaməti də yox idi(bəlkə onun kindən başqa, ümumiyyətlə, heç bir emosiyası yoximiş. Stalinin içindəki əsl və yalançı incikliklərdən qidalananvə içini yandırıb yaxan bu kin ətrafı da qarsıyırdı), yaxud onunemosiyası o dərəcədə dərinlərdə gizlənmişdi ki, bunlarınvarlığından heç özünün də xəbəri yox idi. Bunun əvəzində,emosional ehtirasın çölə püskürməsi ilə birlikdə (əsl Qafqaztemperamentinə məxsus üslubda) ölçülü-biçili, ardıcıl, uzaqtarixi perspektivə hesablanmış, öz iradəsinə tabeetmə sistemi,əzmə, zülmetmə mexanizmi var idi. Zülm birdəfəyəqurtarmırdı, hissə-hissə, etapla icra edilirdi: son məqsədəçatmaq naminə.***536

Buna görə də, Stalini inqilabdan ayırmaq, təcrid etməkdüzgün deyildir, onun əvvəlcə əksinqilabçı, az qala çarrejiminin agenti, yaxud konyuktur ustası olması barədəversiyalar düz deyil. (Xruşşov dönəmində elə bu fikri sübutetməyə çalışırdılar). Yox, Stalindən əksinqilabçı, yənicəmiyyətdə mövcud olan tarazlığın saxlanmasının tərəfdarıçıxmazdı, çünki onun üçün inqilab ideyasının özü – intiqamalmağın, zülm etməyin – dəhşətlərlə dolu bioqrafiyasının bütünbəlirtilərinin sinonimi idi.Stalinin əlahiddə zalımlığı təkcə mücərrəd formalıümumdövlət ideyasında yox, həm də şüurlu şəkildə yeridilənsadizmdə idi. Milyonlarla insanın qətlə yetirilməsi haqqındasərəncam vermək (Hitlerin elədiyi kimi) rəqəmlərin kölgəsindəkonkret insan taleyini görməməkdir. Yox, Stalinin zalımlığımücərrəd zalımlıq deyil, bu, onun ən yaxın tanışları, köhnəsilahdaşları, onların ailə üzvləri, uşaqları, öz ailə üzvləri, həttahəyatını borclu olduğu insanlara tuşlanan bir zülmdür. Bütünbu yaxın adamları çarmıxa çəkilmiş, əzab və işgəncələrdənqıvrılan və nəhayət, alçaldılmış, qırılmış, ayaqlar altınasalınmış halda görmək arzusu – Stalinin daxilindən püskürənbir ehtiyac idi, onun ola bilsin ki, yeganə kef mənbəyi idi("Mayn Kayf" – kimsə Brejnevin trilogiyası ilə bağlı bu uğurluifadəni tapmışdı).***Bəli, Stalinin bu gün mövcud olan məddahları onun gördüyüböyük-böyük işlərdən danışırlar. Müharibədəki qələbə, ucubucağıgörünməyən quruculuq işləri, geridə qalmış aqrarölkənin dünyanın super dövlətinə çevrilməsi və bu səbəbdənbütün dünyanın həmin super dövlət və Stalin qarşısında tir-tirəsməsi.***Quruculuq – mənəvi əsaslardan məhrum olan, öz adınıəbədiləşdirmək naminə həyata keçirilən quruculuq Stalinin537

zamandan, tarixdən, Allahın özündən aldığı intiqamı idi. O,Allahı hətta özünə bərabər səviyyədə belə qəbul etməkistəmirdi. O, Allaha belə özünün üstünlüyünü sübut etməkistəyirdi və təkcə bütün bəşəriyyətin taleyi və ölümünəsərəncam vermək hüququ ilə yox, həm də quruculuq işləri ilə.O, təbiətə iqlimi də sırımaq istəyirdi – süni meşələrinsalınması, çayların axınının dəyişdirilməsi və s. Ancaq bütünbunlar – istilik-elektrik stansiyaları, zavodlar, fabriklər,dəmiryolları, şəhərlər rus xalqını, yaxud SSRİ tərkibindəyaşayan digər xalqları daha xoşbəxt, yaxud heç olmasa,müəyyən mənada təminatlı edə bildimi? Hətta Stalin xalqın birhissəsi üçün – nomenklatura üçün bunu bacardımı? Yox.Nomenklatura, əvvəla, cəmiyyətin çox nazik təbəqəsidir,ikincisi, onun qeyri-sabitliyi, Kremlin verdiyi payı həbsdüşərgəsiylə dəyişmək alternativi bu zümrənin belə firavanlıqiçində yaşamasına heç bir təminat vermir. Təminat, müəyyənhəyat səviyyəsi yaratmış olsa belə, hətta sosial təminatın,xüsusən müharibəyəqədərki dövrdə müəyyən mənada özünügöstərməsi axı nəyin sayəsində əldə olunmuşdu? Sürgünlərinhesabına, milyonlarla insanın qətlə yetirilməsi hesabına –əvvəla, kütləvi qətllərdən sonra cəmiyyətdə yeyənlərin sayıazalmışdı, ikincisi isə, fiziki cəhətdən məhv edilməyən əhalipulsuz qul əməyinin daşıyıcılarına (fəhləyə yox, qula)çevrilirdi. İndi həmin dövrdə, məhz müharibədən sonrakıdövrdə hər il qiymətlərin endirilməsindən danışırlar, bu mənimuşaqlıq yaddaşımda ilişib qalan bir nəsnədir. Yadımdadır,qiymətlərin aşağı salınması insanlarda necə ironiya yaradırdı,axı onsuz da heç kəsin almadığı, almaq istəmədiyi məhsullarınqiymətini aşağı salırdılar. İndi isə söhbət həmin hadisədəndüşəndə, insanın naşükürlüyündən şikayətlənirlər. Ancaq birşeyi də yaddan çıxarmaq olmaz ki, milyonlarla sürgün edilmişvə qətlə yetirilmiş insanlardan başqa, xalqın azadlıqda qalanhissəsi də öz daxilində sürgünə göndərilmişdi – öz içindəkiməhbəsə, özünün təkadamlı kamerasına, içərisindəki sükuta,538

qorxuya, heç kəslə, hətta ən yaxın adamları ilə ünsiyyətqurmamaq məcburiyyətinə məhkim edilmişdi. Stalinçoxmilyonlu xalqı kar və kor bir cəmiyyətə çevirmişdi və buqorxu sindromu bir çox sonrakı nəsillərin taleyinə də hakimkəsildi və deyim ki, içərisində mənim özüm də olmaqla biz, bugünə qədər həmin qorxu sindromundan yaxa qurtarabilməmişik. Yox, necə olmasa da, Stalin çox dahi bir insan idi,çünki o, təsəvvürə gətirilməyən bir şeyi – "Homo sapyensin"təbiətini dəyişərək Xeyirdən üz döndərməyə məcbur etmiş,üzünü Şərə doğru çevirmişdi.***Qan dənizlərindən başqa, neçə-neçə nəsillərin mənəviaxtalanması, hər şeydən əvvəl ziyalıların bu kökə salınmasıStalin "mərhəmətinin" böyüklüyünə inanmağa qoymur. Axı bugünün ağır gerçəkliyindən səmimi şəkildə narazı olan adamlarnostaljiyə vararaq təkcə Stalin dövrünü xatırlamırlar, bir az dairəli gedərək o dövrün qayıtmasını arzulayırlar. Hər kəsürəyində düşünür ki, buna yeni qurbanlar, repressiyalar,dəhşətli zülmlər bahasına nail olmaq mümkündürsə, onunözünün, ailəsinin və ən yaxın adamlarının canı və qanıbahasına olmayacaq. Aman Allah, bu sözlər necə də tanışdantanışdır, tarix bizə – kəsilib elə hey bir sinifdə qalan adamlara –eyni dərsi nə qədər keçəcək.***Mənim fikrimcə, bir çox rəylərə rəğmən Stalin termidorayol verməmişdi. Ancaq onun əl-qolu açılanda, yəni inqilabınilkin mərhələsinə aid olan, cəmiyyət tərəfindən qəbul edilənşəxslər, məsələn, Leninə yaxın olan təkcə Trotski, Zinovyev,Kamenev, Buxarin yox, həm də Qorki və Krupskaya, həttaKirov kimi potensial rəqiblər, potensial təhlükə mənbəyi olangeneralitet və milli ideyanın daşıyıcıları olan şəxslər (SultanGaliyev, Nərimanov, B.Mdivani) ictimai və siyasi arenadangötürüldükdən sonra o, əvvəlcədən düşündüyü, ancaq onaməxsus siyasi səbrlə uzun müddət gizli saxlanılan niyyətini539

yeritməyə başladı. Parlaq təhsilə malik olan, bir neçə Avropadillərini bilən, Avropanın özü ilə çox yaxşı tanış olan, nəzəribaxımdan savadlı, iti ağıllı, həm də sərrast natiqlikqabiliyyətinə malik publisistlərlə əhatə olunmuş, rus dilindəçətinliklə danışan Koba içinin bütün hirs və hikkəsini çoxprimitiv qanqster oyununa – silahdaşlarını, kin saxladığışəxsləri onların öz əlləri ilə, bir-birinin əli ilə aradan götürməyəsərf etdi. Yalan və alçaqlıq, xəyanət və satqınlıq, arxadanvurma (qoy lap Smolnı dəhlizinin gizlin bir yerində olsun),qorxu və yaltaqlıq, kimisə təhdidetmə, kimininsə qılığınagirmək. Bu gün aşkar edilən çoxsaylı sənədlər, ən müxtəliftədqiqat və kitablar - həm SSRİ-də, həm də xaricdə çap edilənmateriallar meydana çıxdıqdan sonra – Stalin obrazının əsascizgiləri az və ya çox dərəcədə aşkarlanır. Eyni zamanda Stalinfenomeni heç kəsin aça bilmədiyi bir bilməcəyə çevrilir.Təsadüfi deyil ki, çoxsaylı şahidlərin yanında baş verən ölümüilə birlikdə həyatı da çeşidli suallar dumanına bürünmüşdür.Onun fiziki baxımdan ölümü də çox çəkdi, amma öləndənsonra belə hadisələrin gedişinə təsiri bitmədi. Bu adam ölsə də,canı çıxmayan, tarixin, necə deyərlər, ən "uzunölümlü"tiranıdır. Rasputin kimi, Stalin də ölüm yatağında özünün aşkarvə qeyri-aşkar qatillərinin gözündə qorxulu idi. Belə birtragikomik əhvalat xatırlanır ki, Stalinin ölümünün şahidi olanBeriya guya deyib ki, tiran öldü. Bu zaman Stalin gözləriniaçaraq hamıya dəhşətli nəzər salır və Beriya onun ayaqlarınadüşür. Bu əhvalatdakı fantastika açıq-aşkar görünsə də, əsasolan onun mifoloji konturlarıdır və bu, Stalinin yenilməyəndəhşətli qüvvəsinin simvolik ifadəsinə çevrilir.***Əlbəttə, Stalinin şəxsiyyətinə, onun xarakterinə Freyd təlimiilə yanaşmaq mümkündür, hətta zəruridir. Psixoanalizinpredmeti kimi Stalinin öz valideynlərinə münasibəti, onun atasıbarədə əzabverici şübhə kompleksini (doğrudanmı, o, Stalininatası idi?), anasına yadlaşma, ona qarşı sırf ritual münasibəti və540

s. götürmək olar. Oğlanlarına laqeyd münasibət və nəhayət,ikinci arvadına - Alliluyevaya münasibəti. Stalin heç zamanona intiharını bağışlamamışdı, bu qadının gülləni ürəyininbaşına sıxmasını Stalin məhz onun özünə – İosifə xəyanət kimiqəbul etmişdi. Onun anormal ağlı təlqin edirdi ki, düşmənləriona bu oyunu qura biliblər, arvadını Stalindən intiqam almaqüçün öz həyatına qəsd etməyə məcbur ediblər. Və artıqhəyatdan getmiş Alliluyevanın ölümünün hayıfını hər kəsdən –onu bu addımı atmağa məcbur edən adamlardan almağabaşladı, Stalin öz silahdaşlarının arvadlarını (səciyyəvidir ki,məsələn, Orjenikidzeni, Molotovu, Kalinini, Poskerbışevi yox,məhz onların arvadlarını) zindana saldı. Buxarinə, qəribəyaxınlıq və mehribançılıq duyğusu ilə və xüsusi qısqanclıqla(Stalin Buxarini cavan arvadı ilə görəndə demişdi: "Buməsələdə də sən məni ötüb keçmisən") yanaşdığı bu şəxsəmünasibətdə o, necə deyərlər, ürəyinin ən dərin guşələrindəngələn TmərhəmətU hissini əsirgəməmişdi – ərini güllələtmiş,arvadını sürgünə yollamışdı. İş yoldaşlarının arvadlarına qarşıbu nifrət və ümumən, onun qadınlara münasibəti Freydpsixoanalizinin çox dərin və mürəkkəb predmetini təşkil edəbilər. Birinci nikahdan olan oğlu Yakova heç cürəanlaşılmayan qısqanclıq hissi bəsləmiş və faktiki olaraq onuHitlerin baltasının altına itələmişdi. Və Stalinin oğlununmüharibədə ölməsindən sonra Siyasi Büronun üzvləri vəRespublikaların rəhbərləri üçün oğullarının döyüşdə ölməsi birnöv TdəbəU çevrilmişdi.Bu, rəhbərə qarşı özünəməxsus loyallığın könüllü və yaməcburi əlamətlərindən biriydi – arvadını itirib, biz də dulqalmışıq, oğlu müharibədə həlak olub, bu "bəla" bizdən də yanötüşməyib. Yeri gəlmişkən, "bəla" sözündən dırnaqları atardım– kim olmağından asılı olmayaraq övlad itirən valideynlərinəzab çəkməsinə şübhə etmək günahdır.***Ancaq Stalinin çəkdiyi dərdin səmimiliyinə necə541

şübhələnməyəsən ki, sevimli arvadının intihar etməsindən sonra,görünür, onun TxətrinəU Alilluyevanın ən yaxın qohumlarını qırıbçatdı, müharibədə ölən oğlu Yakovun arvadını sürgünə göndərdi,bacanağı və gənclik dostu Svanidzeni güllələtdirdi.***Stalinin xarakterindəki patoloji zülmkarlıqla yanaşı,ikiüzlülük də əsas cəhətdirmi? Özünün əsl və ya xəstətəxəyyülü ilə uydurduğu düşmənlərinə - rəqiblərinə qarşıgöstərdiyi cəlladlıq və amansızlıq elə onlara - dostlarına vəsilahdaşlarına, onların ailə üzvlərinə qarşı büruzə verdiyidəhşətli riyakarlıqla qəribə şəkildə birləşir. O, öz fotosunuM.Tomskiyə bağışlarkən fotosunun arxasında ürək titrədənsözlər yazır - "dostum Mişa Tomskiyə", bu sözləri onu intiharaməcbur elədiyi zaman və "dostu Mişanın" bütün ailə üzvlərininöldürməsi ərəfəsində yazır. Eyni üslubla vaxtilə gənc Kobanı,sözün əsl mənasında, ölümün cəngindən alan Məmməd ƏminRəsulzadənin qoca anasını, arvadını sürgünə yollayır, cavanoğlunu güllələtdirir. Mənə deyirlər ki, Stalinin Rəsulzadəninailə üzvlərinin başına gətirilənlərdən xəbəri olmaya da bilərdi,yaxşı, Tomskinin, Orjenikidzenin, Svanidzenin, Yenunidzenin,ona şəxsən yaxın olan bir çox şəxslərin ailə üzvlərinin başınagətirilənlərdən ki, xəbərdar idi.***Təkrar edirəm, barəsində ölüm hökmü kəsilən ailə üzvləri,azyaşlı uşaqları haqqında o, hər şeyi bilirdi. Təsəvvür eləsək ki,doğrudan da, ataların günahı yüzdə-yüz sübut olunmuşdu, bəsonların arvadlarının, azyaşlı uşaqlarının günahı nə idi?***"Oğul ataya cavabdeh deyil" - bunu Stalin bəyan etmişdi vəuşaqları kiminsə övladları olduğu üçün güllələtdirirdi. Buradahansı cəhət özünü daha çox büruzə verir – ifrat amansızlıq,yoxsa tayı-bərabəri olmayan ikiüzlülük?***Güman etmək lazım deyil ki, terror maşını öz-özünə542

işləyirdi, onu hərəkətə gətirən Stalin idi. Poskerbışevinarvadını, onun icazəsi olmadan həbs edə bilərdilərmi?Poskerbışevin arvadı həbs edildikdən sonra Stalin demişdi: "Bunədi belə, qaş-qabağın yernən gedir, sənə başqa arvad taparıq"– bu sözləri Xruşşovun memuarlarından Stalindən gətirdiyibaşqa bir cümlə ilə tutuşdurmaq olar. Stalin çoxdan nifrətbəslədiyi, narazı qaldığı və görəndə əsəbiləşdiyi Krupskayahaqqında, Nikita Sergeyeviçin şəhadətinə görə, bir dəfə belədeyib: "Axı kim deyib ki, Leninin dul arvadıdır? Biz Leninəbaşqa dul taparıq". Bu cümlə Qoqol qələminə layiq sözlərdir.Amma Qoqolun da ağlına belə bir şey gələ bilərdimi? Və əslhəqiqətdə Leninin ölümündən 6-7 il keçəndən sonra NadejdaKonstantinovnanın əvəzinə Stasovanı, ya da Zemlyaniçkanıonun dul arvadı elan etmək istəyirdilər. Yeri gəlmişkən,Leninin dəhşətli (güllələmək, öldürmək, asmaq), yaxud sırf işləbağlı sərəncamlarının içində belə bir incə qeyd - sual da vardır:"Mossovetin adından İnessa Armandın qəbrinin üzərinə güldəstəsi qoymaq olarmı?" Görünür, məşuqəsinin məzarına özhesabına pul qoymağa xəsislik edib.***Beləliklə, Stalinin qadınlara və dul arvadlara münasibətinəqayıdaraq demək olar ki, onun ölçüsündən yanaşdıqda, təkcəarvadların yox, həm də dul arvadların dəyiş-düyüş edilməsi çoxnormal bir hadisədir. Bu, belə demək olarsa, Stalinin insanlara,onların hisslərinə, həyati seçimlərinə və talelərinə sayqısızmünasibətinin kvintessensiyası idi. Bu kvintessensiya Stalinindünyaya antiəxlaqi münasibətinin düsturuna çevrilmişdi:insanlar vintciklərdir, arvad, dul arvad, uşaqlar - vaxtaşırıolaraq dəyişdirilə bilən vintciklərdən başqa bir şey deyildir.***Stalinin riyakarlığı həm də ondadır ki, ağıllı adam kimi(şübhəsiz ki, o, ağıllı adam idi) hərəkətlərindən xəbəri olmamışdeyildi. O, necə inana bilərdi, yaxud özünü inandıra bilərdi ki,Buxarin Lenini öldürmək istəyirmiş, yaxud Qorkini öldürüb.543

Yaxud Kirovun ölümünü təşkil edib. O, bilirdi ki, əvvəl-axırtarix bu prosesin əsl mahiyyətini üzə çıxaracaq (amma günü bugün də həmin o Tsəmimi etiraflarınU sirri və səbəbiaçılmayıbdır, görünür, Stalin bu mənada, doğrudan da,uzaqgörən imiş). Ancaq bütün bunlara baxmayaraq, ölümdənsonra şüurlu, yaxud qeyri-şüuri cinayətləri üçün mənəvi bəraətbarədə düşünən Stalin nəsillər qarşısında özünü safa çıxarmağacəhd göstərərək, xüsusən qocalıq illərində özünün imicini –humanist, xeyirxah, qayğıkeş rəhbər, böyük Sovet ailəsininatası imicini yaratmaqla məşğul idi. Bu gün biz onuncinayətləri haqqında müəyyən məlumatlara malik olduğumuzagörə onun uşaqlarla çəkdirdiyi şəkillər bizdə dəhşətli ikrahhissi oyadır. Bu şəkillərin birində Stalin atasını öldürdüyü qızıqucaqlayıb. Totalitar dövlətdə tiran onunla əlbir olan şəxslərüçün modelə çevrilir. Yejov – qanlı Stalin cəlladı öz əli iləöldürdüyü Tomskinin oğluna məhəbbət izhar edir. Beynəlxalqmüsabiqədə qalib gələn skripkaçıya böyük məbləğdə pulmükafatı verilir və Stalin bu zaman zarafatından qalmır – sənəsl varlı adama çevrildin, küçədə görsən məni tanımazsan, heçsalam da verməzsən – deyir. Ətrafdakı adamlar gülməkdən azqalır tumanlarını batırsınlar: gör bu adam necə sadə, genişürəkli insandır ki, uşaqlarla belə zarafatlar eləyir.***Bax, Stalin mifi də həmin bu portret cizgiləri vəəhvalatlardan hörülmüşdür - bu, XX əsrin ən böyük mifidir. Budərindən-dərinə yalanla süstlənən mifdə ən qorxulu şey odurki, o, günü bu gün də yaşarıdır. O, bu qeydlərin əvvəlindəmənim xatırlatdığım anlayışa – mənfi yapışıqlığa – Stalinxarizmasının özülünə uyğun gəlir. Çoxları üçün sirri-xudadırki, insan necə bu dərəcədə amansız, təsəvvür olunmayandərəcədə qana susayan, insan əzablarından doymayan şəxsəçevrilə bilər. Ancaq tapmaca deyilmi ki, bu gün hamısı olmasada, Stalinin cinayətlərinin çoxu açılsa belə, milyonlarlainsanların qətlə yetirilməsində onun şəxsi günahı sübut olunsa544

elə, bir çox insanlar üçün Stalin şəxsiyyət kimi öz parlaqlığınısaxlamışdır, əvvəllər olduğu kimi, yenə də onların kumiridir.Məsələ təkcə qoca təqaüdçülərin öz gənclik illərinə bəslədiyinostaljidə deyildir. Məsələ demokratiya qarşısında özünü itirəninsanların dəmir ələ ehtiyac duymalarında da deyildir. Məsələheç də qul psixologiyasında, azad mənəvi seçim etməkdən,müstəqillikdən qorxan, yuxarıdan necə yaşamaq, duymaq,sevmək və nifrət etmək, nədən danışmaq və susmaq barədəgöstərişlər gözləyən insanların psixologiyasında da deyildir.Məsələ ondadır ki, Stalinin törətdiyi cinayətlərin açılması onunşəxsi mənfi yapışıqlığını zərrə qədər də azaltmamışdır.***Bu mənfi yapışıqlıq hələ də işindədir, onun şəxsiyyəti, sifəti,sarımtıl bığları və sarımtıl kinli gözləri haqqında nə qədəryazılsa da, bir çoxları üçün o, yenə də xeyirxah, kövrək ürəkliqoca, mavzoleyin tribunasında sarışın qız uşağınıqucaqlayaraq, ona heyran kəsilən və onun heyran kəsildiyixalqı salamlayan bir insandır.***Bəli, Stalin, heç şübhəsiz ki, tarixdə ən uzunölümlü tirandır.1953-cü ilin mart ayının əvvəlində onun xəstəliyi haqqındarəsmi xəbər yayılanda, hamı güman edirdi ki, günləri sanılıdır.Və bu qədər həyəcanlı gözləmələrdən sonra martın 5-də elanedildi ki, o, ölmüşdür. Ancaq ölümündən sonra da canlılarınbədəninə vicvicə salan qorxu gücünə Stalin uzun müddət canlıolaraq qaldı. Onun canlı surətini əbədi hifz etmək üçünbədənini balzamlayıb Leninlə yanaşı uzatdılar. XruşşovunStalini ifşasından sonra onu mavzoleydən kürüyüb atdılarsa da,o, təkcə XX deyil, XXII qurultaya qədər də yaşadı. O, bundansonrakı bir çox qurultaylarda da sağ idi. O, Xruşşovu devirərəkhakimiyyətə Brejnevi gətirdi və Brejnev onun soyadını dilinəgətirəndə, yüksək partiya - dövlət xadimləri ilə ağzına qədərdolmuş Qurultaylar Sarayı alqışlardan lərzəyə gəldi. O,bugünkü döyüşlərdə də sağdır və S.Alliluyeva doğru demişdi545

ki, TQorbaçov hədər yerə atamın kölgəsini qılınclayır,Qorbaçov onun öhdəsindən gələ bilməzU. Əksinə! Bunu isəmən özümdən əlavə edirəm.23 oktyabr, 1988-ci ilStalin haqqında uzun illərin düşüncələrinin məhsulu olan buqeydlərmi bir gecənin içində - 23 oktyabr 1988-ci ildə kağızaköçürdüm. Zaman mənim bu sonuncu gümanımı doğrultdu.Ölməyən Stalin Qorbaçovu da devirdi. Gələcəkdə daha nələrbaş verəcəkdir? Bəlkə onu "uzunölümlü" tiran yox, TölməyəntiranU adlandıraq?15 mart, 1997-ci il***Tarixin gedişatında obyektiv və subyektiv faktorlar,şəxsiyyətin rolu və real şərait haqqında danışmalı olsaq, ənparlaq nümunə kimi Xruşşov götürülməlidir. Stalin dövründəbir müstəqil şəxsiyyət kimi o, bir elə dəyərə malik deyildi,mövcud şəraitdə funksional olaraq fəaliyyət göstərənadamlardan biri idi. Belə çıxır ki, şərait şəxsiyyətdən güclüdür.Ancaq Stalindən sonrakı dövrdə də o, əvvəlki iş yoldaşlarınınöhdəsindən gələ bilmədiyi bir işi gördü – destalinizasiyanınəsasını qoydu. Görünür, hər halda şəxsiyyətdən də nəsə asılıdır.Müəyyən qeyd-istisnalarla bərabər, bunu Qorbaçov haqqındada demək olar. Məlumdur ki, "yenidənqurma" ideyaları onunbeynində hələ "yenidənqurmayaqədərki" dövrdə yetişmişdi.Yadıma gəlir ki, "Drujba narodov" jurnalının əməkdaşı,Moskvanın siyasi məkanında kifayət qədər məlumata malikolan şəxs, hələ Andropovun dövründə (yaxud Çernenkonundövründə, indi dəqiq xatırlamıram), hər halda Brejnev dövrüqurtardıqdan sonra mənə demişdi ki, Moskva ziyalılarınınbütün ümidi Qorbaçovadır, o, hakimiyyətə gəlsə, çox şey546

dəyişəcək.***1985-ci ilin mart ayında Qorbaçov hakimiyyətə gəldiyizaman Moskvada mən tbilisili erməni, rusdilli yazıçı, vaxtiləssenari kurslarında bir yerdə oxuduğumuz Armen Zurabovlarastlaşdım, erməni yazıçılarının bir çoxundan fərqli olaraq,mənə elə gəlir ki, o, şovinizmdən uzaq bir adamdır, sonrakıillərdə də antiazərbaycan kompaniyalarının heç birinəqoşulmadı. Bəli, həmin zaman, Qorbaçovun hakimiyyətəgəldiyi ilk ayda hələ Tbilisi ilə əməllicə vidalaşmayan Armenvaxtının çoxunu Moskvada keçirirdi, Moskvada tanınmışevlərə gedib-gəlirdi, bir sözlə, paytaxtın siyasi iqlimi ilə kifayətqədər tanış idi. Mərkəzi Ədəbiyyat Evində nahar süfrəsiarxasında yenidənqurma və aşkarlıq haqqında fikirlərimizibölüşürdük. Mən dedim ki, 56-cı ildən, XX qurultaydan sonraolduğu kimi siyasətdə bir çox dəyişikliklər gözlənilir. Armen: –Yox, – dedi, – çox böyük kardinal dəyişikliklər başverəcəkdir. Bu dəyişikliklər 1917-ci il oktyabr inqilabıhadisələrinə bərabər olacaqdır. Hər şey kökündən dəyişəcək.Çox sonralar anladım ki, Armen yalnız proqnoz vermirmiş,sadəcə qabaqdan gələn illərdə hansı hadisələrin baş verəbiləcəyi barədə dəqiq məlumata malik imiş. Dolayısı ilə buməni bir daha inandırdı ki, ermənilər, hətta fəal ictimai axındanbir az kənarda qalan ermənilər belə siyasi proseslər barədəmükəmməl məlumata malikdirlər.***Yenə də şəxsiyyətin tarixdəki roluna qayıdaq. Şəxsimotivlərin gücünə revanş arzusuna düşərək, inqitam arzusu iləyanan Yeltsini xatırlamaq lazımdır. Bəlkə də bütün bunlarıngücünə o, böyük tarixi kataklizmlərin içində önəmli bir fiquraçevrildi. Ümumiyyətlə, Sovet imperiyasının çökməsində təbiiki, obyektiv tarixi səbəblərlə yanaşı, bir çox konkretşəxsiyyətlər də əhəmiyyətli rol oynadılar. Xaricdə olanlardanRoma papasını, Bzejinskini, Reyqanı və Tetçeri misal çəkmək547

olar. Bzejinski və Voytilaya gəlincə, onlar üçün stimul rolunudamarlarından axan polyak qanı, etnik vətənləri olan PolşanıSovet hegemonluğunun buxovlarından qurtarmaq arzusuoynadı. Reyqan və Tetçer öz aqressiv hərəkətləri ilə həmişəgözlənilməz olan (Berlin divarı və Berlin blokadası,Macarıstan, Çexoslavakiya, Əfqanıstan, Kuba böhranı,ölkədaxili repressiyalar, Saxarovun sürgün edilməsi,Soljenitsinin ölkədən qovulması və s. və i.a.) əbədi təhlükəmənbəyini, Şər imperiyasını məhv etmək istəyirdilər. Ölkənindaxilində digər disidentlərlə yanaşı, mənim fikrimcə, dörd şəxs– Soljenitscn, Saxarov, Qorbaçov və Yeltsin həlledici roloynadı. Və yenə də, obyektiv tarixi faktorlarla yanaşı, şəxsimotivlər də əhəmiyyətli sambala və gücə malik idi. ƏgərSoljenitsin öz vaxtında təqdim edildiyi Lenin mükafatınıalsaydı, görəsən, Sovet ədəbi isteblişmentinə qatılmazdımı?Hökumətin səfeh siyasəti, burnundan uzağı görməyənməmurların təhdidləri Saxarovu da radikallaşdırdı.***Yeltsin və Qorbaçovun qarşılıqlı münasibətlərinə gəlincə,mənə belə gəlir ki, Yeltsin vaxtında Siyasi Büronun üzvüseçilsə idi, Sovet tarixi tamam başqa yolla addımlayardı.***Ola bilsin ki, mən problemi bir balaca sadələşdirirəm; Sovetimperiyası gec-tez çökəcəkdi. Ancaq bu subyektiv faktorlarolmasaydı, mənim fikrimcə, imperiya belə tez yox, daha gecçökəcəkdi. Yeri gəlmişkən, kommunist rejimində SSRİ-niimperiya adlandırmaq Cinayət Məcəlləsinin müvafiqmaddəsində nəzərdə tutulduğu kimi, antisovet hərəkəti olardı.Ancaq sistem və ölkə özülündən laxlayan kimi, ilkin olaraqrusların özü (təbii ki, rus yazıçıları) minillik tarixə malikimperiyanın, rus, məhz rus dövlətinin məhvi barədə harayqaldırmağa başladılar. Eynihüquqlu xalqların birliyindən ibarətSovet dövlətinin məhvindən yox, yalnız dominant xalqınməhvindən danışdılar. Beləliklə, hər şey öz yerini aldı. Məlum548

oldu ki, ölkənin beynəlmiləl xarakteri haqqında bütün söhbətləronun imperiya mahiyyətini pərdələməkdən ötrü ortaya atılansözdən başqa bir şey deyilmiş.***Yenə öz mövzumuza qayıdaq. Beləliklə, Qorbaçov YeltsiniSiyasi Büroya buraxmır, küsmüş Yeltsin özünün parlaq vəiddialı xarakterinin gücünə inqitam almağa hazırlaşır. Bundansonra, hökumət orqanları ona qarşı bütün yaramaz vasitələrdən– alçaltmadan tutmuş təhqirlərə qədər hər şeydən istifadəedirlər, bütün bunlar onun intiqam hissini, özünütəsdiqiradəsini daha da gücləndirir və o, Qorbaçovun bütünqüsurlarından, xüsusən onun təbliğat maşınının küt işindənyararlanaraq hamının rəğbətini qazanır, cəmiyyətin ən geniştəbəqələri arasında yüksək reytinqə malik olur. O, kütləningözündə ən yaxşı hökmdar obrazına çevrilir və bu dalğanınaxarı ilə hələlik Rusiyada ən yüksək vəzifəni əldə edir. Eləbunun özü də kifayət qədər böyük nailiyyətdir, yerdə qalanlar,necə deyərlər, texniki məsələdir, ağıllı siyasi manevrlərdənasılıdır. Artıq laxlamış Qorbaçovu darmadağın etmək üçün(xüsusən, avqust ayında baş verən yalançı putçdan sonra) hərşeydən əvvəl çürümüş strukturu dağıtmaq, Qorbaçovun hələ kiformal şəkildə başçılıq etdiyi ölkədən yaxa qurtarmaq, yəniSSRİ adlanan məmləkəti dünya xəritəsindən silib-süpürməklazım idi. SSRİ yoxdursa, demək, onun prezidenti də yoxdur.Ekzekusiya aktı Belovej meşəsində baş verdi. Əsrin buhadisəsində subyektiv və obyektiv faktorların hansı nisbətəmalik olmasını, şəxsi və ictimai amillərin hansı nisbətdə roloynamasını müəyyənləşdirmək tarixə məxsusdur. Beləliklə,bütün bunlar XX əsrin ən böyük imperiyalarından birinindarmadağın olması ilə nəticələndi.***Bizim ölkəmizdə azadlıq probleminin açılmayan düyünününmahiyyəti hər şeydən əvvəl onda ifadə olunur ki, rus xalqı azadolmasa, say etibarilə azlıq təşkil edən digər xalqlar da azad549

olmayacaqlar. Ancaq rus xalqı yalnız o zaman azad olacaq ki,digər xalqlar azad olsun. Yadıma gəlir, Portəgizin o zamankıprezidenti Suareş Bakıda "Gülüstan" sarayındakı qəbulda öztostunda nə qədər sadə və elementar olsa da, çox dərin bir fikirsöyləmişdi – Portəgiz totalitar rejimdən Salazarın çökdüyüzaman yox, öz müstəmləkələrindən imtina edəndə qurtuldu.İndi Marksı daha çox tarixi proqnozların qeyri-dəqiqliyiüstündə söymək moddadır, ancaq onun bir fikri tarixin bütüngedişi boyu özünü doğrultmuşdur – digər xalqları əsarət altındasaxlayan xalq özü azad deyil. Mən dərhal etiraz eşidirəm - rusxalqını sistemlə qarışıq salmayın, rejimi rus xalqı iləeyniləşdirməyin, bu rejim ona da, digər xalqlara da beləcəsırıdılıb. Mən nə dəyişik salıram, nə də eyniləşdirirəm.Doğrudur ki, rus xalqı daha acınacaqlı gündədir, ancaq o, digərxalqlardan fərqli olaraq çoxsaylıdır, buna müvafiq olaraq,demək, həm də güclüdür, o qədər güclüdür ki, indiyə kimi onudigərləri ilə bərabər sıxıb saxlayan zəncirləri ilkin olaraq qırabilər. Mən hələ onu demirəm ki, hakimiyyətin mərkəzanlayışını ifadə edən, yəni rus dövlətinin ənənəvi paytaxtı olanMoskvada digər xalqların nümayəndələrinin iştirak payı iləmüqayisə olunmayan dərəcədə böyük xüsusi çəkiyə ruslarmalikdir.***İqor Belyayev "Literaturnaya qazeta"da Sovet İttifaqınınşərq respublikalarında yeni doğulan uşaqlara İslam kimi adlarınqoyulmasında İslam fundamentalizmi qorxusunu gördüyünüyazmışdı, onun fikrincə, özbək rəqs ansamblının adının "Yalla"olması təsadüfi deyil, Allah sözünə yaxındır. Görün, nə qədərincə müşahidədir. Bəs onda nəyə görə İ.Belyayev MərkəziTeleviziyanın qarşısında Alla Puqaçova və MüslümMaqomayevin çıxışlarının qadağan edilməsi barədə məsələqaldırmır - axı, Alla adı Allah sözünə Yalladan da dahayaxındır, Müslüm isə elə müsəlman deməkdir. Belə olduqda,İslam fundamentalizmi təhlükəsi də öz-özünə aradan çıxar.550

***"İsa deyirdi: "Xeyir iş görəndə, sağ əlin etdiyindən sol əlinxəbəri olmasın, gördüyün xeyirxah iş sirr kimi qalsın".Buddizmin sirli xeyirxahlığının mahiyyəti elə bundadır. Ancaqİsa deyir: "Sənin atan gördüyün işlərə kənardan nəzər yetirərəksəni mükafatlandırar". Burada biz xristianlıqla buddizmarasındakı mühüm fərqi görürük. Allahın, yaxud şeytanın sizinəməlləriniz haqqında hər şeyi bilməsi fikri mövcud olduqcazenbuddizm fəlsəfəsinə görə siz hələ "bizlərdən biri" hesabolunmursunuz. Bu fikirlə müşayiət olunan hərəkətlərtəmənnasız deyillər. Kamil paltarda nə çöldən, nə də içəridənbaxanda tikiş yerləri görünmür: bu, bütöv bir əsərdir və heç kəsonun harda başlayıb harda bitdiyini dəqiq şəkildə deyə bilməz.Ona görə də, zen fəlsəfəsində kamil, xeyirxah hərəkətin əvəzveriləcəyi haqqında fikrə yer yoxdur".***Çin filosofu ruhun bu vəziyyətini təsvir edərək aşağıdakımüqayisədən istifadə edir: mən, öz Daoma hər nə haqqındaistəsə, maneəsiz olaraq düşünmək ixtiyarı verdim, dilimə isə nəgəlir danışmaq icazəsi. Mən, sadəcə, küləyə qoşularaq yarpaqkimi şərqə və qərbə üz tutdum, kəsdirmədim ki, mən küləyiminib çapırdım, yoxsa külək məni. Külək, şübhəsiz ki, nəyəsəbağlı olmamaq təsəvvürünü ideal şəkildə verən ən gözəlobrazdır. "Əhdi-cədidUdə oxuyuruq: "Külək, istədiyi yerə əsir"(Zen-buddist fəlsəfəsinin tədqiqatçısı T.Sudzukinin "Zenbuddizminəsasları" kitabından). Xeyirxah əməlintəmənnasızlığı barədə bizim də məsəl var, deyərlər ki, "Balığıat dəryaya, balıq bilməsə də, xalıq bilər". Mən uzun müddət bufəlsəfənin tərəfdarı olmuşam, ancaq Sudzukinin kitabında zenetikası ilə tanış olduqdan sonra, (ondan da əvvəlZavodskayanın zen əxlaqına aid kitablarını oxuyanda)anlamışdım ki, zenin təmənnasızlığı, hətta Allahdan beləmükafat gözləməmək – mənəvi kamilləşmənin ən alisəviyyəsidir.551

***Həqiqət haradadır? Bunu yalnız Allah bilir, insana isə hərhansı birinin üzərində israrla dayana bilmədiyi çoxlu həqiqətlərməlumdur. Bu ona bənzəyir ki, insanın beynində zaman vəməkanın sonsuzluğunu hiss etmək qabiliyyəti qoyulmayıb,həqiqət də beləcə sonsuza qədər uzanan "lehinə və əleyhinələr"içərisində itib-batır. Ancaq elə insanlar da var ki, sonsuzluq vəəbədiyyət haqqında bir an belə düşünmədən güman edir ki,dünya üfüqlərdə bitir.***Düşmənlərə hörmət bəsləmək lazımdır. Heç olmasa, onlarsizi satmır. Satqınlıq - dostlara məxsus imtiyazdır.***Onun ağlı artıqlıq edirdi. Bilmirdi, bu artıq ağlı neyləsin, bunə ona, nə mühitə, nə də zamana lazım idi.***İnsanlar arasındakı münasibətlərdə, insanların davranışlarındainteryer və eksteryer vardır. İnsanların ətrafdakılaranecə görünməyi ilə onların əsl həqiqətdə necə olmaları və nəilə nəfəs almaları arasında böyük fərq vardır. Görünənləmahiyyət arasında, təsəvvürolunanla əsl həqiqət arasında. Bu,bir Azərbaycan atalar sözündə ifadə olunmuşdur: "Çölümözgəni yandırır, içim özümü". Cəlaləddin Rumi isə deyirdi:"Ya göründüyün kimi ol, ya olduğun kimi görün".***O, öz-özünü uydurub yaradan bir insan idi.***Liberalizm dövrüydü. Kimlərsə liberala çevrildilər, çünkiliberalizm modda idi, başqaları isə bu yolu səslərinin xaricdəeşidilməsi naminə tutmuşdular. Üçüncülər ona görə liberalolmuşdular ki, yazıçı kimi yetişə bilməmişdilər, liberalizminonları təsdiqləyəcəyinə, heç olmazsa, onların iqtidarsızlığınabəraət qazandıracağına inam bəsləyirdilər. Başqa qrup insanlarisə, ancaq azadfikirlilikləriylə qadınların diqqətini cəlb etməyə552

görə bu yolu tutmuşdular.Liberalizm ötüb keçdi. Zaman gəldi, bu adamlar bir-birdünən səcdə etdikləri liberal əqidədən və dostlarından imtinaetməyə başladılar, özlərini inandırmağa çalışdılar ki, bu işihansısa böyük, bir çox insanların dərk edə bilmədiyi aliprinsiplərə görə edirlər. Onlar dərk etmək istəmirdilər ki,monolit tiraniyayla mübarizə aparmaq üçün birliyə vəhəmfikirliyə malik olmaq lazımdır. Ancaq görünür, burada daetik prinsip özünü göstərir – totalitarizmə qarşı total vəbirləşmiş müxalifət – totalitarizmin daha bir təzahür formasıdır.***Alibi yoxdur. Hansısa bir xeyirxah iş görərək, bütün yerdəqalan ömrünə mənəvi təminat qazanmaq mümkün deyil, çünkihər gün sənin böyür-başında sonsuz cinayətlər baş verir və sənöz sükutunla bu cinayətlərin bir növ iştirakçısına çevrilirsən."Dünən mən bir xeyirxah iş gördüm, dünən üçün bəraətim var,bu gün yorulmuşam, istəyirəm hər şeydən uzaqlaşım, vicdanımtəmizdir". Yox, sən hər gün, hər saat seçim qarşısındadurursan. Həyat sənə vicdanlı, cəsur, ədalətli olmaq üçün hərgün, hər saat testlər verir. Bəli, yer üzündə mövcudluğununsonuna qədər. Bununla bağlı gənc Həsən bəy Zərdabinin artıqyaşlaşmış Mirzə Fətəli Axundova məktubunu xatırladım. O,Axundovu belə bir şeydə günahlandırırdı ki, bütün ömrü boyucəhalət, fanatizm və haqsızlıqla mübarizə apararaq yorulmuş vəindi kənara çəkilmişdir. Bu işdə nəfəsdərmə, macal və aramyoxdur – Zərdabinin təlqin etdiyi fikir bundan ibarət idi.Üstündən illər keçəndən sonra qoca Zərdabi müəllimlərinqurultayında gəncləri ehtiyatlı olmağa, bu qədər radikalolmamağa çağırır, daha təcrübəli şəxslərin sözünə qulaqasmağı məsləhət görür. Cavan Nəriman Nərimanov ona kobudcavab verir: "Ağıl yaşda olmaz, başda olar". Üstündən bir neçəil də keçəcəkdi, Azərbaycanda Sovet hakimiyyəti qurulacaqdı,cavan kommunistlər – əsas etibarilə tör-töküntülər (onlarınarasında təəssüf ki, Ruhulla Axundov kimi işıqlı və savadlı bir553

insan da var idi) Nərimanovu millətçilikdə, konservatizmdəgünahlandıracaqdılar. Onların birgə səyi nəticəsində, şübhəsizki, Stalinin razılığı ilə Nərimanov əvvəlcə Azərbaycandantəcrid olunacaqdı, formal olaraq Moskvaya daha yüksəkvəzifəyə çağırılacaqdı. Onu müdafiə eləyən Lenin öldükdənsonra isə Nərimanovun özünün də axırına çıxacaqdılar.Üstündən 12 il keçəndən, həmin o gənc kommunistlər bir azmeydan sulayandan sonra bir neçə qramlıq qurğuşunla məhvediləcəkdilər. Deyilənə görə, Azərbaycan MK-nın keçmişkatibi Ruhulla Axundovu birinci katib Mir Cəfər Bağırovunözü istintaqa çəkmiş və Bağırovun "Sən özün doktoru (yəniNərimanovu – A.) millətçilikdə günahlandırırdın, necə oldu ki,özün millətçi oldun?" sualına işgəncələrdən sonra qan qusanRuhulla belə cavab vermişdi: "Doktor sağ olsaydı, mən onunqarşısında diz çökər, ondan dönə-dönə üzr diləyərdim".Nəhayət, Bağırov öz məhkəməsində ləyaqətlə duruşgətirərək və bağışlanmaq haqqında xahişi rədd edərək demişdi:"Məni şaqqalasanız da azdır, mən, dizəcən günahsız insanlarınqanına batmışam".Tarix insanların gözünü çox gec açırmış.***200 ildir ki, Rusiya imperiyasında yaşadığımıza adətetmişik. İndi ermənipərəst imperiyada yaşamaqla heç cürəbarışmaq mümkün deyildir.***Ulduzlar bizi nədən cəzb edir? Dənizdə gəminin uzaqişıqları, yaxud tənha yelkən və ya körpüdə yanan od –balıqçıların yandırdığı ocağın uzaqdan görünən parıltısı nədənbizi özünə çəkir? Bəlkə oralarda həyatın olması illüziyası ilə.Elə bir illüziya ki, biz dərk eləməsək də, öz problemləri,sevinci, sözü-sovu, qayğıları, dərdi, çıxılmaz vəziyyəti,qılığıyla mövcuddur. Amerikadan – okean üzərindən uçurdum.Gecə, yolun yarısında Atlantik okeanının üzərində olarkəntəyyarə möhkəm ləngər vurmağa başladı, bizə kəmərləri554

ağlamağı məsləhət bildilər, qorxu yarandı və yalnız o zamanki, Avropanın, İrland adasının sahil işıqları neçə mil məsafədəngöründü, sakitləşdim. Orada işıq vardı, insanlar vardı, həyatqaynaşırdı. Anladım ki, qorxu bəzən sırf atavist səbəblərdən,qaranlıq vahiməsindən yaranır, buna əsaslanıb ibtidai insanınoda, işığa və istiliyə səcdə etməsini anlamaq da mümkündür.***Ədəbiyyat var ki, həyatdan, həyati problemlərdən, əbədi həllolunmaz bilməcələrdən və bunu sözlər, obrazlar vasitəsilə nəsrvə poeziya ilə ifadə etmək arzusundan yaranır. Ancaq başqa birədəbiyyat da vardır ki, onu həyata ədəbiyyat, ədəbiyyatıninkişafı, indiyə qədər olanları təkrarlamamaq, bir az da irəliyəgetmək arzusu gətirir. Mən ortada dayanmışam. Mən həyatı oqədər sevirəm ki, təmiz ədəbiyyata qurşanıb ondan təcrid olunabilmərəm, ədəbiyyatı da o qədər sevirəm ki, onu həyata qurbanverə bilmərəm.***Azərbaycan nağılları bizim uşaqlığımızdır - danışan kəllə,yalnız qaşlardan ibarət insan sifəti, üçayaqlı at, yeddibaşlıəjdaha, güləndə ağzından güllər tökülən GÜL-QƏH-QƏHXANIM, qurşağa qədər daşa dönən insan, əl dəyəndə daşıinsana çevirən sehrli çubuq, sehrbazlar, dərvişlər, pərilər,cinlər, divlər, göyərçinə dönən qızlar, küpəgirən qarılar, qırxbağlı qapı, qırxıncı qapıdan o yana açılan tam başqa bir dünya,qəbrin içindən gələn işıq, yaşıl, sarı, qırmızı işıqlar, sirli, sakralmənalı sözlər, rəqəmlər, kodlar, xalçalardakı insanların birbirinəməlumat ötürdüyü sirli butalar və s. və i.a. – bütünbunlar sürrealizm stixiyasıdır, dünyaya sürrealist baxışınbəlirləridir. Əgər bütün bunlar ən konkret sənət növündə – sözsənətində təcəssüm olunubsa və bizə bütün bu şərtilikləri,obrazları qəbul etdiribsə, nəyə görə rəngkarlıqda – deyək ki,Cavad Mircavadovun işlərində sürrealist sənət bizə yadolmalıdır? Sürrealizm rəngkarlıqda əksini tapan, ola bilsin ki,bir neçə əsr gecikmiş elə həmin nağıldır. Ağlımıza da gəlmir555

ki, indi məsafədən təsir (teleqraf, televizor, radio, telefon,releylə məsafədən idarə olunan partlayıcılar) bizimçün adişeylərdir, çünki təfəkkürümüzü bu şeylərə hər şeydən əvvəlnağıllar hazırlayıb: divin ürəyi onun özündən müəyyənməsafədə, hansısa şüşə qutunun içində yerləşir ki, onuöldürmək istəyən əvvəlcə şüşəni sındırmalıdır.Qeyri-məntiqi olana, möcüzəli, sirli şeylərə, yuxuya meyl…– bizim bu tələbatımızı uşaqlıqda nağıllar ödəyib – əgər beləruhi tələbatımızı ödəyən sürrealist rəngkarlıqdan imtina etsək,vizual ehtiyacımız ödənilməmiş qalacaqdır. Cavadın sənəti –bizim yuxularımızın əyaniləşməsi, uşaq təxəyyülümüzüncanlanaraq göz önünə gətirilməsidir.***Onun arzusu bütün işçilərin işə vaxtlı-vaxtında gəlibgetmələri,həmişə öz yerlərində olaraq onu qarşılayıb yolasalmaları, o içəri girəndə ayağa qalxmaları, nəhayət, ilkçağırışla hər şeyə hazır olmalarıdır – bir sözlə, işdə kazarmaintizamına çatmasa da, ideal dəftərxana intizamı yaratmaqdır.Qısası, o, dəftərxana Napoleonu olmaq arzusundadır.***Susmaq qorxaqlıq olanda – mən danışırdım,Danışmaq qorxaqlıq olanda – mən susmuşam.***Heç vaxt qorxaq olmasam da, özümü qəhrəman da hesabeləməmişəm. Mən heç qorxaqlıq ucundan danışan, yaxudsusanları da qorxaq adlandırmazdım, ancaq qorxaqların illərkeçəndən sonra özlərini qəhrəman, başqalarını isə qorxaqadlandırmalarına dözə bilmirəm. Deyəsən, Brext deyib: o xalqbədbəxtdir ki, qəhrəmanlara ehtiyacı var.***Azərbaycan klassik ədəbiyyatında iki özünəməxsus personajvardır – Axundovun pyesindəki Müsyö Jordan və CəlilMəmmədquluzadənin "Dəli yığıncağı" əsərindəki doktorLalbyuz. Ekzotik müsəlman mühitinə düşən iki avropalı axıra556

qədər heç nə anlamır. Müsyö Jordanın ağlına girmir ki, Parisiinqilabçılar, qiyam edən fransız xalqı yox, Qarabağqadınlarının çağırdığı Dərviş Məstəli Şah dağıdıb, doktorLalbyuz isə ona tanış olmayan adamların arasında var-gəledərək "kim dali?" sualını elə hey təkrar edir. Rusədəbiyyatının kardinal sualı olan "kimdir müqəssir?" – günü bugün də öz aktuallığını itirməmişdir. Azərbaycan ədəbiyyatınınkardinal sualı olan "kim dali?" – günü bu gün də yaşarıdır.***İ.Bunin 18-19-cu illərdə baş verən hadisələrə həsr etdiyi"Lənətə gəlmiş günlər" gündəliyində yazırdı ki: "Klyuçevskirus tarixindəki qeyri-adi təkrarlanma halını qeydə almışdı".Sözün əsl mənasında, bu gündəlikləri oxuyarkən əyani surətdəgörürsən ki, Klyuçevskinin sözləri və onların Bunin tərəfindəntəsdiq edilməsi təkcə uzaq əsrlərə yox, bu günün reallığına daaiddir. Bizim günlərdə də hər şey – dözümsüzlük, sosialədalətsizlikdən doğan problemlər, zorakalıq kultu, kütləninqanmazlığı, rusların yəhudilər tərəfindən və əksinə alçaldılmasıbu gün də davam edir. Bunin yazırdı: "Yadıma 14-cü ildəMoskva ziyalılarının hüquq cəmiyyətində keçirilən yığıncağıdüşür. Həyəcandan əsən Qorki çıxış edirdi: TMən ruslarınqələbəsindən ona görə qorxuram ki, vəhşi Rusiya yüzmilyonlarla ac qarnı ilə Avropanın canına daraşacaq. İndi bu,bolşeviklərin qarnıdır və o, artıq qorxmur". Yenə də orada:"İnqilab, qanlı oyundan başqa bir şey deyildir, xalq hansısazaman çərəyində hay-küy salıb hökm versə də, əvvəl-axırhəmişə yağışdan çıxıb yağmura düşür".***Ədəbiyyat beyinlərin tozunu çırpıb onları təmizləyir.***İndi bizdə təkcə ictimai, siyasi əmlak ədalətsizliyi yox, həm dəestetik ədalətsizlik hökm sürür, qrafomanların şerləri, miskinteatrın səhnəsinə qoyulan miskin dramaturji əsərlər, düşük nəsrnümunələri səslənəndə yalançı estetik dəyərlərə yox, həqiqətən557

öyük dəyərə malik sənət əsərləri və onların müəllifləri susurlar.Ümumən götürdükdə, müstəqil, azad və demokratikAzərbaycanda yalnız leninçi estetik prinsiplər, partiyalı ədəbiyyatprinsipləri mövcuddur. Fərq yalnız ondadır ki, təkpartiyalıədəbiyyatın yerinə çoxpartiyalı ədəbiyyat gəlmişdir. Bu sonsuzsayda partiyaların hər biri ədəbiyyatı yalnız bu və ya digər şairi,nasiri, sənətçini, məhz onun partiyasına yaxın olub-olmamasındanasılı olaraq qavrayır. Bütün "bizimkilər" – dahilərdir, canlıklassiklərdir, "bizim dəstəmizdən olmayanlarınU isə adınıçəkməyə belə dəyməz. Bizim çoxpartiyalı fəlsəfəmizə, təkcəkeçmişin kommunist ictimai-siyasi əxlaqı yox, həm də onunuydurduğu – TtəftişçilikU irsi qalmışdır. Keçmiş başdan-başatəftiş edilir, orada bu və ya digər partiyanın əqidəsinə uyğungəlməyən nə varsa, yaxud həmin partiyanın liderlərinin yerliçilikmünasibətlərinə uyğun gəlmirsə, inkar edilir. Gənc jurnalistlərinçoxu isə – əsilsiz-nəsəbsiz qanmazlardır. Kökünü xatırlamayan,dünən dünyaya gələn nacinslər keçmişin qanunlarına görə gələcəkqururlar. Bu, dəhşətli dərəcədə qorxuludur. Onların mənəvi baqajıAzərbaycanfilm kinostudiyasının bir-iki tarixi filmlərindən başqabir şey deyildir. Bizim, o cümlədən mənim filmlərimdən.***Estetik ədalətsizlik bütün digər sahələrdə də ədalətsizliktoxumunu cücərdir. Estetik savadsızlıq özlüyündə estetikiddialara, yox yerdən özünə məftunluğa, inama və mənəmmənəmliyəmeydan açır.***Qəribədir, rus patriotik mətbuatının yaxın günlərin tarixinəmüraciət edəndə Kosmosun Qaqarin tərəfindən fəth edilməsibəşəriyyətin yaratdığı təkamül prosesində xalis rus hadisəsi kimişərh edilir, ancaq Əfqanıstanda olduğu kimi müstəmləkəçilikməqsədilə aparılan müharibələr SSRİ-nin ayağına yazılır. Yerigəlmişkən, mənim fikrimcə, XX əsrdə Rusiya və onun varisi olanSSRİ, o cümlədən SSRİ-nin hüquqi varisi olan demokratik Rusiyamüharibələrin heç birini udmayıb. Əsrin əvvəllərində o, rus-yapon558

müharibəsini uduzdu, sonra Birinci Dünya müharibəsində məğlub,daha sonra finlərlə, əfqanlarla və çeçenlərlə aparılan müharibələrdəisə biabır oldu, 1956-cı ildə Macarıstanda, 1968-ci ildəÇexoslovakiyada da uduzdu – şübhəsiz, qələbə məfhumuna hadisəkimi yox, proses kimi baxsaq. Bu nöqteyi-nəzərdən o, İkinciDünya müharibəsini də uduzmuşdu. Çünki müharibəninnəticələrini zaman içində baş verən hadisələr baxımındanqiymətləndirməli olsaq, 1945-ci ilin mayında Reyxstaq üzərindəSovet bayrağı sancılmışdı, Yaponiya isə "Missuri" kreyseriningöyərtəsində kapitulyasiya aktını imzalamışdı. Qələbə məfhumunuhadisə kimi yox, proses kimi götürsək, onda üstündən bir neçəonillik keçdikdən sonra dirçələn, özündə yenilməz iqtisadi güctoplayan Almaniya və Yaponiyanın müharibədən qalib çıxdığınınşahidi olarıq, bu mənada birləşmiş, bütövləşmiş Almaniya isəmütləq qalibə çevrilir, yenilən Rusiyanı isə iqtisadiyyatı günügündənçiçəklənən həmin ölkələrə əl açan dilənçi kökündəgörürük. İkinci Dünya müharibəsində kim qələbə çaldı? Hər halda,Rusiya yox.Rus xalqı, şübhəsiz ki, böyük xalqdır, rus xalqının içindəndahi insanlar – şairlər, yazıçılar, filosoflar və bəstəkarlarçıxmışdır. Bəs onda nəyə görə belə böyük bir xalq bütün yerdəqalan xalqlardan – Tmurdar basurmanlardanU, yadellilərdən,yəhudilərdən, masonlardan, qərəzli çeçenlərdən, tatarlardan dabetər olan çağırılmamış qonaqlardan, tatarların özlərindən,islam fundamentalistlərindən, pantürkistlərdən, çuçmeklərdən,xoxollardan, avropalılardan, amerikanlardan və sairkimsələrdən etdikləri şikayətlərdə belə köməksizdir, yazıqdır.Nəyə görə o istəmir ki, onu sevsinlər, ona hörmətlə yanaşsınlar.Ancaq istəyir ki, ondan qorxsunlar. Yeri gəlmişkən, rus millişüurunda dominant rolunu oynayan anlamlardan biri də budur:"Rusiyanı ağılla başa düşmək olmazU. Rusiyanın XX əsrdəkiparlaq zəkaları İlyin, Berdyayev, Soljenitsin, hətta Qumilyovmessianizm xəstəliyinə mübtəla olublar, tarix boyu Rusiyanınmissiyasını bütün xalqlara dərs deməkdə görüblər. Mən559

Komsomolskaya pravda qəzetində dərc olunmuş məqalələriminbirində belə bir fikri yeritmək istəyirdim ki, "Kimsə səniməcburi şəkildə xoşbəxt etmək istəyirsə, bundan pis bir şeyyoxdur. Bu həm ayrı-ayrı insanlara, həm də bütöv xalqlaraaiddir". Sonra "KomsomolkaUnın müxbiri E.Abasquliyevamənə dedi ki, bu fikir yalnız son redaktə zamanı (yazı bütüninstansiyalardan keçibmiş) kiminsə gözünə sataşıb vəüzərindən xətt çəkilib.***Aparılan mübahisələrdə ən son arqument kimi tanklar irəlisürüləcəksə, mübahisə eləməyin yeri qalmır. Çexoslovakiyahadisələri zamanı belə bir lətifə dolaşırdı: "Danışıqlar zamanıÇexoslovakiya tərəfindən tt1. Dubçek, Smorkovski, Sisarj,Sovet tərəfindən isə tt44 (tanklar nəzərdə tutulur) iştirakedirdi".***Karen Brutensin "Rusların amerikanlarla əməkdaşlığabaşlaması tez deyilmi?" məqaləsində ("Nezavisimaya qazeta",13 may, 1994) belə bir passaj var idi: "Kim olmağından asılıolmayaraq, Bzejinski haqlıdır… Onun formulə etdiyiaksiomanın altından imza atmaq olardı: "Rusiya ya imperiya,ya da demokratik ölkə ola bilər, o, eyni zamanda, hər ikisindənola bilməz".Bzejinski bu fikri "Forin Afferz" jurnalının 1994-cü ildə sonnömrəsində çap edilən "Erkən əməkdaşlıq" məqaləsindəişlətmişdi. Eyni fikri mən 1991-ci ildə "Literaturnaya qazeta"daçap etdirdiyim – "Cənab Jirinovski Boris Nikolayeviçinsağlığına badə qaldıracaqmı?" məqaləmdə söyləmişdim.***Vladimir Lukinin "Manilovdan Nozdrevə qədər"("Nezavisimaya qazeta", 14 may, 1994) məqaləsində RusiyanınOrta Asiya və Qafqazlara iddiası bir növ əsaslandırılır. Müəllifözünün imperiya iştahasını eyhamlarla ifadə edərək yazırdı:"Eyni vəziyyət islam dünyasının tam şəkildə Rusiya560

sərhədlərinə yaxınlaşdığı Qafqazlarda da baş verə bilər". Bufikrə islam dünyasının özünün baxış bucağından nəzəryetirməli olsaq necə? Axı, islam dünyası üçün ən böyüktəhlükə, məhz Rusiyanın onun sərhədlərinə yaxınlaşmasıylaəlaqədardır. Son iki əsrin hadisələrini necə unutmaq olar:Rusiya-İran, Rusiya-Türkiyə, Qafqaz müharibələri, biz hələƏfqanıstanda və Çeçenistanda aparılan müharibələri demirik.***İspaniyada şəhəri xristian ordularına verməli olan ərəbsərkərdəsi ən uca bir yerdə durub əlindən çıxan şəhərə baxaraqağlayırmış. Anası ona deyib: "Kişi kimi əlində saxlayabilmədiyin şeyə görə arvad kimi ağlama".***İnqilab qələbə çalanda, inqilabçılar ən pis hökmdarlaraçevrilirlər – onlar dözümsüz və amansız olurlar. Alçaltmalar,təqiblər, əzab və məşəqqətlər, saysız-hesabsız məhrumiyyətləronların təbiətində ifrat aqressivlik və qisasçılıq duyğularıoyadır, onların ürəyində haqq-ədalətə bir damcı da yer qalmır.Onlara işgəncə verən rəqiblərinə bəslədikləri nifrəti bütündünyanın üstünə yağdırırlar.İncəsənət sahəsində heç bir uğura yiyələnməyənqrafomanlar siyasət sahəsində ən qərəzli insanlara çevrilirlər,onlar özlərinin doydurulmayan şöhrətpərəstlik azarlarınınəvəzini hər şeydən öncə incəsənət xadimlərindən, ümumənziyalılardan çıxmağa cəhd göstərirlər.***Deyəsən, Brext söyləyib ki: "Qəhrəmanları olmayancəmiyyət bədbəxtdir, qəhrəmana ehtiyacı olan cəmiyyətbundan da bədbəxtdir". Doğru fikirdir. Hər hansı normalcəmiyyət qəhrəmanlardan və satqınlardan yox, adi, normalinsanlardan ibarət olur. Hər bir xalqın içində qəhrəman da,satqın da, xain də, əclaf da az deyil, ancaq əksər etibarilənormal insanlardır. Sistem yalançılar, xainlər, rüşvətxorlar və s.bu kimi nadürüstlər üçün şərait yaradanda mənəvi mühitdəki561

alans pozulur, normal insanların bir hissəsi buna davamgətirməyərək Şərin tərəfinə keçir, yaxud qaçılmazqütbləşmənin səbəbinə qurbanlıq qoyuna çevrilirlər. Qurbanlıqqoyuna çevrilən bu insanları sonra qəhrəman kimi öyürlər,ancaq həmin insanlar sadəcə öz həyatlarını yaşamaq istəyənnormal insanlar idi. Lilian Helmanın kitabının adı xoşumagəlir: "Əclafların zamanı". Bəli, əclafların zamanında adiinsanın qəhrəmana çevrilməsinə bircə addım qalır.***Hal-hazırda, yenidənqurma və aşkarlıq dövründə"Səlahiyyətli orqanların ünvanına" göndərilən gizli donoslar –hansısa subyektin antidövlət, antikommunist və antisovetfəaliyyətindən bəhs edən donoslar indi yeni dövrün antixalq,antimillət və antidini ittihamlar verən donoslar ilə əvəz edilib.Bu kimi donoslar mitinqlərdə, yığıncaqlarda, efirdə, qəzetsəhifələrində səsləndirilir.Aşkarlığın daha bir uğuru budur ki, gizli donosların yeriniaşkar donoslar tutub.***Canilərin mərhəməti sayəsində şükürlər olsun ki, hələ dəsağıq. Sağ olsunlar ki, bizi soymağa, üstümüzdəkilərioğurlamağa və öldürməyə vaxt və fürsət tapmayıblar. Axıasayiş qoruyucularından müdafiə mənasında hansısa köməyiummaq yersizdir – maşınını oğurlasınlar, səni oğurlayıb sonrada öldürsünlər – bundan sonra nə maşının qayıtmasına, nə dəcaninin tapılaraq cəzasına çatmasına ümid yeri yoxdur.Oğurladılar, öldürdülər – nə olsun ki. Ümid yalnız canilərinmərhəmətinədir, bir də qəzavü-qədərə – əcəlin çatıbsa,öləcəksən.***Napoleon boyca ondan hündür olan nazirlərindən birinə(deyəsən, Taleyrana) demişdi: "Sən məndən hündür olsan da,cəllad başını kəsən kimi bizim aramızdakı fərq ortadan562

götürüləcək". Bizim günlərin siyasətçiləri və ədəbi "cırtdanları"səviyyəcə Napoleondan çox-çox aşağı olsalar da, orta həddənhündür olan insanları sözün həm həqiqi, həm də məcazimənasında xoşlamırlar, özlərindən ağıl, intellekt, bacarıq,məşhurluq, hətta elementar abır baxımından üstün olanşəxslərin başını kəsməyə hazırdırlar; təkcə ona görə ki, ətrafdaolanların hamısından uca dursunlar.***Hər hansı bir şəxsə qarşı alçaqlığa haqq qazandırmaq olmazki, bu adam sənə daha böyük pisliklər etmişdir. Alçaqlıq eləalçaqlıqdır, bunun müvafiq səbəb və motivlərə heç bir dəxliyoxdur.***Ölüm də mühacirətdir, öz mahiyyəti, aqibəti və nəticəsietibarilə ən dəhşətli mühacirətdir. Söhbət intihardan gedirsə, bukönüllü mühacirətdir, ölümün səbəbi edamdırsa, avtomobilqəzası, xəstəlik və qocalıqdırsa, bu məcburi mühacirətdir.***Dünyada mövcudluğumun faciədən yoğrulmuş mahiyyətionunla şərtlənir ki, qaynar təbiətim baş verən hadisələrə laqeydqalmağa imkan vermir, hadisələrin fəal iştirakçısı olmağa isəsoyuq ağlım qoymur.***Yeganə müəllif Allahdır. Həyat adlı kitabın müəllifi. Biz isəbu kitabın oxucularıyıq. Oxuduqlarımızı bir-birimizə danışırıq.***Berdyayevin "Bərabərsizliyin fəlsəfəsi" əsərini oxuyuram.Bir şəxsiyyət kimi o, məni məyus etsə də, bir filosof kimiözünə qarşı hörmət yaradır, buna da səbəb odur ki, digərfilosoflara baxanda bu adamın əsərlərinin dili sadə vəanlaşıqlıdır. Onun antisosialist, daha doğrusu, antikommunistbaxışlarını, həyata sinfi yanaşmanı qəbul etməməsinibölüşürəm, fikirlərindən boyaboy görsənən dini-mistikdüşüncələrinə laqeydəm, ancaq onun son dərəcə millətçi,563

şovinist, irqçi və Rusiyada yaşayan xalqlara münasibətdəgöstərdiyi müstəmləkəçi baxışlarını rədd edirəm. Ümumən,həm insanlara, həm də xalqlara aid edilən bərabərsizlik ideyasımənə yaddır. Bayağı beynəlmiləlçilikdən bıqsaq da, bu dahapisdir. Haqq-ədalətin lap son məqamına vaqif olmaq iddiası davaxtilə İsanın qınadığı təşəxxüs deyilmi? (Müəllif yeri gəldigəlmədiİsanın adından istifadə etsə də). Heç zaman təsəvvüreləməzdim ki, Qərb sivilizasiyasının zəkalarından biri(dünyadan xəbərsiz olmağımızın aqibəti budur) beləantidemokrat, monarxist, şovinist və təkəbbürlü olarmış. Bizisə, Jirinovskiyə təəccüblənirik. Berdyayev Jirinovskininbirbaşa sələfidir, halbuki, o, bundan xəbər tutsaydı,təəccüblənərdi, necə ki, Nitşe öz ideyalarının Hitlerininterpretasiyasında belə yozulmasının şahidi olsaydı, dəliolardı. Biz azərbaycanlıların coğrafi qonşular baxımından bəxtiUyamanU gətirib. Kimsə xəyallarında dənizlərdən-dənizlərəuzatdığı ölkəsi haqqında sayıqlayır, başqa birisi ölkəsi realolaraq dənizlərdən-dənizlərə yox, okeandan-okeana qədəruzansa da, özgəsinin bir qarış torpağına da tamah salır. Burada,şübhəsiz ki, xalqlar - qonşular yox, onların ideoloqları, düşüncəsahibləri və ziyalıları, yəni xalqın düşünən başı nəzərdə tutulur.Belə deyək, Çaadayevdən, Slavyanofillərdən tutmuşBerdyayevə qədər, Soljenitsinə qədər. Hətta Leninin xalqlarınTbərabərliyiU haqqında ikiüzlü ideyasında da bir beləhəyasızlıq yoxdur.***"Nezavisimaya qazetaUda (28 aprel, 1994) Kremlin Georgizalında ictimai sazişin imzalanması haqqında məlumatverilmişdi. Altında "Vladimir Jirinovski onun adını daşıyanVodkanı prezidentə aparır" sözləri yazılmış şəkil də vardi.Sonra mətn gəlir: "Müqaviləyə imza atmağa söz verənVladimir Jirinovski mərasimə bir saat qalmış Kremlə gəlir vədigər imza atan şəxslərdən fərqli olaraq əli dolu gəlir. O, əlindəiki şüşə "Jirinovski" vodkasını tutmuşdu. Bəyan edir ki, rus564

qaydasınca bunları prezident və baş nazir üçün gətirib". Üç ilbundan qabaq mən "Literaturnaya qazetaUda çap edilənməqaləmdə belə bir sual vermişdim: "Cənab Jirinovski BorisNikolayeviçin sağlığına badə qaldıracaqmı?" Bu da cavabı.***Franko İspaniyası. 30 il idi ki, İspaniyanın üzərinə gecəzülməti çökmüşdü və bu radio diktorunun sözləri ilə elanedilmışdı: "Bütün İspaniyanın səması buludsuzdur". Bir günlükböcəyə elə gəlir ki, həmişə gündüzdür (yaxud gecədir), çünkigündüz doğulan böcək gecə düşməmiş ölür. Yaxud əksinə.Diktatura rejimində doğulan və böyüyən nəsil digər mövcudluqformasını təsəvvürünə gətirmir. Ona elə gəlir ki, bu elə həyatınnormal axınıdır. Franko epoxasında böyüyən bir çox uşaqlar,gələcək məşhur yazıçılar, məsələn, Qoytisolo, Matute digərdünyanın mövcudluğundan xəbərdar idilər. Ümumən bu, yerüzündə doğulan, ancaq ürəyinin dərinliyində "heç ola bilməzki, biz kainatda tək olaq", – deyə düşünən bütün insanlara xasbir duyğudur.***Elm və incəsənət… Elm – krossvordun doldurulmasıdırsa,incəsənət ilahidən azad olan, hansısa qəfəs və məhdudiyyəttanımayan buxovsuz sözdür.Krossvord söz qandalıdır, hərflərin təkadamlı kamerasıdır.Elmdə təbiətin proqramlaşdırdığı qanunlar mövcuddur, onlarıaçmaq və krossvordun xanalarını doldurmaq lazımdır. Elmdəelə bir ixtira yoxdur ki, əvvəl-axır açılmamış olsun.İncəsənətdə hətta ən dahiyanə sənət əsərləri belə yaranmayabilərdi. Nyutonun qanunu kəşf olunmasaydı, elm bugünküsəviyyəsinə yetişərək bir belə inkişaf edə bilməzdi. İncəsənəthətta Şekspir olmasaydı belə, yaşayıb inkişaf edərdi. Düzdür,bu halda o, müəyyən mənada kasıblaşardı, ancaq bu, tamambaşqa mövzunun problemidir.***Kitelin hər bir düyməsini, yaxud çəkmənin qırışlarını belə565

təsvir edən naturalist heykəltaraşlıq mənə heykəltaraşın yox,daha çox daş, mərmər, qranit və bürüncdən nəsə tikən dərzinin,yaxud çəkməçinin işini xatırladır.***Hər hansı ideologiyanın (kommunist, islam, yaxudpantürkist) təqdimində millətlərin qovuşması, yaxud vahid dilhaqqında söhbətlər (qeyri-real olduğu üçün təhlükəsi azdır)kiməsə uzaq perspektivdə cəlbedici görünə bilər. Necə deyim,Vavilon qiyamətinə qədərki dünya haqqında arzulara bənzəyir.Ancaq müasirliyin konkret kontekstində bu fikirlər vaxtaşırıolaraq dominant bir millət tərəfindən digər xırda xalqlarınəzilməsi formuluna müncər edilir. Əsas dini xadimlər –iranlılar ümumislam birliyi şüarı altında bu istiqamətdə işgörməyə can atırlar, ancaq son nəticədə belə bir ümumislambirliyi fars dili və mədəniyyətinin bütün digər qeyri-farslarınüzərində hakim kəsilməsi kimi anlaşılır. Eynilə bir zamanlarSovet xalqının gələcək dili haqqında söz düşəndə heç kəsinağlına gəlmirdi ki, məsələn, ümumi dil kimi udmurt diligötürülə bilər, yaxud ən azı belə bir dil rus, ukrain, altay, yaxuddigər dillərin bərabər şəkildə iştirakı ilə formalaşdırıla bilər.Yox, əlbəttə ki, bu məsələdə aydın şəkildə əvvəlcədən nəzərdətutulurdu ki, yerdə qalan bütün dillər məhv olub gedəcək,ortada bircə rus dili qalacaq. Şübhəsiz ki, SSRİ məkanında.(80-ci illərdə bu sözləri qələmə alarkən, mən təsəvvür etmirdimki, yeni dövrün, türk intibahının gəlişi ilə daha bir məsələ ilə –Azərbaycan-türk dilinin hansısa ümumtürk dili ilə əvəzlənməsiməsələsi ilə üzləşəcəyik. Aydındır ki, bu dil İstambul-türkdilinin, deyək ki, yakut, yaxud tuvalıların dili iləcalanmasından ibarət olan bir dil kimi yox, məhz İtambul-türkdili kimi təsəvvür edilir. Axı bizə ən yaxın olan Türkiyətürkləri belə Azərbaycan-türk dilindən bircə kəlmə qəbuletmirlər. Bizim türkcəmizdəki "açar" sözü nə qədər uğurlu olsada, yenə yunan mənşəli "anaxtar" sözünü işlədirlər).***566

İdeologiyalar çox zaman iqtisadi sistemdən dahauzunömürlü olur. Elm və texnikanın inkişafı ilə bərabər şəkildətəşəkkül tapan iqtisadi və siyasi sistemlər nəticədə konkretdünyəvi və dini doktrinaların əsirinə çevrilirlər (yeri gəlmişkən,dünyəvi ideologiyalar da müəyyən mənada dini çalardanməhrum deyillər).İdeologiya elə bir borcdur ki, cəmiyyət bunu özünün tarixiinkişafı boyu ödəməlidir. Nəyə görə? Görünür ona görə ki,mədəniyyət, incəsənət, əxlaq, ənənə, mənəvi davranışkodeksləri ilə ətə-qana dolan ideologiya insanların təfəkkürünə,onların məişətinə dərindən-dərin nüfuz edir və nəticədə həyatnormasına və yaşayış formasına çevrilir. Təsadüfi deyil ki,ideologiyanın yerindən laxlaması kütlə tərəfindən kataklizm,ümumən, həyatın, dünyanın dağılması kimi qavranılır. Eləbuna görə də, deyək ki, ərəb və ya digər müsəlman ölkələriözlərinin daha uzaqgörən siyasi xadimlərinin şəxsində islamfəlsəfəsinin doğruluğuna və bu ənənənin konseptuallığına imangətirməyə məcburdurlar. Yuxarıda adı xatırlanan həmin ouzaqgörən siyasi xadimlər anlayırdılar ki, bu dəyərlərə ifratdərəcədə iman gətirilməsi müasir elmi-texniki təkamülləziddiyyət təşkil edir, bir çox hallarda isə onun inkişafınıdayandırır. Bir çox dünyəvi ideologiyaların aqibəti elə belə dəolur.70-ci illər***Bu hissədə mən yenə də Ezop dilinə müraciət etməli oldum.Giriş hissəsində total ideologiya haqqında söhbət saldıqdansonra elmi-texniki tərəqqiyə mane olan doktrinalar haqqındatezisimi əsaslandırmaq üçün söhbəti ərəb ölkələrinə keçirtdim(burada elə bir saxtakarlıq görmürəm, bir çox ərəb ölkələrindəabsurd səviyyəsinə çatdırılan dini doqmalar, sözün əsl567

mənasında, müasir təkamülə əngəl törədir). Bu passajdansonra, bir çox dünyəvi ideologiyalara istinad edərək mən,əlbəttə ki, üzümü ilk növbədə Avropa, Asiya, Afrika və həttaLatın Amerikası məkanında hökmranlıq edən kommunistideologiyasına tuturam). – Sonraların haşiyəsi.***Ləyaqət hissi – ləyaqətsizliyi şirnikdirən bir çox tələlərdənqurtulmaqdır. Mən özlərini məğrur göstərən insanlar tanıyıramki, hansısa real rütbənin, vəzifənin, yaxud hansısa gəlirin əldəedilməsi naminə bu məğrurluqdan və ləyaqətdən imtina etməkzərurəti yarananda çox asanlıqla adına məğrurluq, ləyaqətdeyilən hisslərin üstündən xətt çəkir, həmin qiymətli şeyləri –rütbəni, gəliri… əldə etdikdən sonra isə yenə də maskalarınıtaxırlar. Və necə olsa da, bizim dövrün təfəkkür və əxlaqınıdəqiq ifadə edən "kasıb və xəstə olmaqdansa, sağlam və varlıolmaq yaxşıdır" ifadəsini mən belə işlədərdim: "kasıb və mərdolmaq daha yaxşıdır".***Yer üzündə mövcud olan peşələrdən Tanrıya ən yaxın olanı,mənim fikrimcə, sənətkar-yaradıcının əməyidir. Tanrı –yaradıcıdır, din xadimləri olsa-olsa, Tanrının şərhçiləridir.Dövlət xadimləri, sərkərdələr, istilaçılar dünyanı, bəli, onlarınyaratmadığı dünyanı ya özlərinəməxsus şəkildə sahmana salır,ya həzm-rabedən keçirirlər. Kəndli Tanrı-təbiətin ona verdiyitorpağı (dövlət onun əlindən almayıbsa) əkib-becərir. FəhləTanrının düzüb-qoşduğu elementlərdən nəsə tikir, yaradır.Həkim insanları Tanrının göndərdiyi bədbəxtlikdən qurtarır,müəllim dərs deyir, hakim hökm çıxarır. Yalnız sənətkarTanrıya oxşadığı üçün öz dünyasını yaradır və bu dünyanınbütövlüyü də, rəngarəngliyi, çoxölçülülüyü, digər başqaxüsusiyyətləri də artıq sənətkarın istedadının ölçüsündənasılıdır. Özünüz baxın, məgər Homerin, Firdovsinin,Tolstoyun, Balzakın yaratdığı epik dünya bütöv bir aləmdeyilmi? Dostoyevskinin, Rembrantın yaratdıqları dünya dərin568

deyilmi, Şeksprin, Bethovenin yaratdıqları ehtiraslar dünyası,Rablenin, Servantesin, Qoqolun şişirdilmiş dünyaları,Dantenin, Mikelancelonun yaratdıqları fantastik dünya,Bosxun, Kafkanın, Dalinin sürrealist dünyası, Pikasso vəŞostakoviçin deformasiyaya uğramış dünyası, Nizami, Füzuli,Bayron, Lermontov, Şopenin romantik dünyası, Puşkinin,Motsartın, Çexovun şəffaf və təmiz dünyası, xokku vətankaların dünyası, Li Bonun, impressionistlərin xəfif dumanabürünmüş dünyası… Bizim real dünyamızdan geri qalmayanrəngarəng bir dünya...***Sovet normativ estetikası sənətkarın yaradıcılığını,yaradıcılıq prosesinin özünü, yazıçılar, rəssamlar, bəstəkarlar,kinorejissor və aktyorları sənət predmetinə çevirmək hüququnuinkar edirdi. Bunlar sosialist realizminin marginal sferasına aidedilirdi. Halbuki, dünya sənətində bu mövzular mühüm yertutur. Kino sənətinin ən böyük əsərlərindən biri Fellinini T81/2U filmi sənətkarın gücsüzlüyünə həsr olunmuş güclüörnəkdir. Fellini də, ona qədər Çaplin də dəfə-dəfə sirkmövzusuna müraciət etmişdilər. XX əsrin dahiyanəromanlarından biri, bəstəkarın həyatına həsr edilmiş "DoktorFaust" romanını, darıxdırıcı olsa da, monumental "Jan Kristof"romanını yada salaq. "Usta və MarqaritaUnın qəhrəmanıyazıçıdır. Yeri gəlmişkən, Bulqakovun Sovet ədəbiyyatındaçıxdaş olmasının səbəblərindən bəlkə elə birisi də budur.Yazıçılar və rəssamlar haqqında bir çox şah əsərlər mövcuddur.Yalnız Sovet tənqidi onları ədəbi prosesin kənarına tullamışdı,mərkəzdə isə təkcə "Sakit Don" yox, "Sementlər","Hidrosentral", "Qara metallurgiya" da dururdu, mən hələ"Qızıl ulduz kavalerlərini" demirəm. Və bütün bunlar sonradanəmək və həyat qəhrəmanlarına çevrilən səfillərdən ustacasınayazmağı bacaran Qorkinin xeyir-duası ilə edilirdi: ona eləgəlirdi, yerdə qalan yazıçılar da onun kimi yazmalıdırlar.***569

Günəş dünyanın rəssamıdır. Günün müxtəlif vaxtlarında o,doğmasıyla, saçdığı şəfəqlər və kölgəsiylə dünyanıngörünüşünü dəyişdirir. Biz Günəşi rəssamla yox, işıqçıylamüqayisə edərdik, çox böyük bir projektorun filtrini dəyişəndəgörürsən ki, bütün dünya – təpələr, evlər, pəncərələr, ağaclarınyarpaqları, dəniz belə əlvan rənglərə tutaşdı.***Ağıllı kral ətrafının ləyaqətli olmasının qayğısına qalır.Ancaq görünür, əksər kralların ağlı yalnız kral olana qədərişləyir. Yerdə qalan boş şeydir. Burda təkcə "məndən sonra lapdünyanı sel-su bassın" ifadəsi yox, həm də "ətrafımdakıları selaparsın" deyimi yerinə düşür, kimə nə olur-olsun, Nuhungəmisində olduğu kimi təkcə mən sağ qalım.Elementar məntiqdir – sən, doğrudan da, hamıdan ağıllı,müdrik və böyüksənsə, sənin ağlın, müdrikliyin və böyüklüyündigər şəxslərin ağlını, müdrikliyini ötüb keçməlidir. Alçaqların,səfehlərin və yaltaqların arasında böyük olmaq hünər deyil.Brilyant da digər qiymətli əşyaların içində daha parlaq işıqsaçır, adi şüşələrin arasında onun özünün də parıltısı sönür.Mən daş-qaş mütəxəssisi deyiləm, bəlkə də qiymətli daşlarüçün bu fikir heç də aksioma deyildir, ancaq hakimiyyətsferasında yüzdə-yüz həqiqətdir.***Rus klassikləri niyə belə qaşqabaqlı, tündməcazdırlar?Lermontov, Qoqol, Dostoyevski, Qriboyedov, həyatının sonillərində moralistə çevrilən Tolstoy qaraqabaqdırlar. Buənənənin XX əsrdəki davamçıları Soljenitsin və kəndyazıçılarıdır. Doğrudur, Puşkin və Çexov bu ənənədən kənardaqalırlar.2 yanvar, 1993-cü il***İnsanlar birdən-birə müdrikləşdilər. Elə bil ki, bir az əvvəl570

ütün bu biabırçılığı bunlar eləməmişdilər. Elə bil, bütünbunlar heç olmayıb. Elədiklərindən peşman da olmayıblar. Yerigəlmişkən, indi tövbə də ikiüzlülüyün formalarından birinəçevrilmişdir. Vaxt var idi insanlar günah işlədərdilər, sonratövbə eləməyin zamanı gəldi. Məşhur Bibliya mətnini bizimzəmanə belə formulə edərdi: "Günah zamanı, tövbə zamanıU.Roman üçün gözəl addır. İndiyə qədər yazılmamış kitablarınuydurulan adlarının sayına görə mən, heç şübhəsiz ki, bütünzamanların və xalqların ən məhsuldar yazıçısıyam. Yaxşı ki,məndə hələ özünəironiya hissi qalıbdır. Axı mənimkolleqalarımdan bir çoxu məhz xəstəliklərin ən dəhşətlisinə –özünəvurğunluğa mübtəla olublar (bu da təbii ki, natamamlıqkompleksinin tərs üzüdür). Həmişə Çexovun bu sözlərinətəəccüblənirdim ki, mən qul xislətini canımdan damcı-damcıvurub çıxartdım. Hələ yeniyetmə yaşlarından şən, deyib-gülənvə davakar Antoşa Çexontedən qulmu olardı? Ancaq hər biryazıçı, doğrudan da, öz canından təkcə qul xislətini yox, quldarxislətini də – özünün hamıdan yuxarıda dayanması haqqındaloğva imici qovub-çıxartmalıdır. Düzdür, yazıçılıq sənəti özözlüyündəelitar sənətdir və yazmaq bacarığı nadir istedaddır.Ancaq bu xüsusiyyət yazıçılıq istedadının sahibində özünühamıdan yuxarıya qoymaq hissiyatını doğurmamalıdır.Dünyada Tanrıdan uca və Tanrıdan başqa tək olan yoxdur.Dünən Şərq və Qərbin dünya mədəniyyətinə verdikləri töhfəbarədə mübahisə edirdik. Bu gün axşam saat 9-da işıqlarsöndü. Mən düşündüm ki, bu qədər lənətlədiyimiz Qərbolmasaydı, indiyə qədər də axşamlar şam işığına möhtacqalardıq. Düzdür, səhər olcaq təbiətin ən böyük çilçırağı –Günəş doğacaq. Bəlkə elə Şərq məhz təbiətin təbii şəkildə dövretməsinə bel bağlayır, burada Günəş, istədin-istəmədin, onsuzda vaxtı gələndə zülmətin yerini tutur. Günəş əbədidir. Günəş –işıq və hərarət mənbəyidir, üstəlik heç bir bəşəri ixtira nə onuəvəz edə bilər, nə də yerini tuta bilər. Qərbdə isə əbədiGünəşdən başqa, hələ bir gecənin zülmət qaranlığını işığa qərq571

etmək üçün elektrik enerjisini düşünüb tapmaq, ərzağı soyuqquyuların içində yox, məhz soyuducuda saxlamaq üçün də nəsədüşünüb tapıblar. Hələ televizoru demirəm. Mən mütləqşəkildə nə Şərqin, nə də Qərbin tərəfdarıyam. Mən nə şərqçi,nə də qərbçiyəm. Mən dünyaçıyam. Dünyanın bütünzənginliyini, onun mədəniyyətini, mövcud dinlərin bütündəyərlərini ehtiva etmək istəyirəm.Hələ bu qaranlıqda düşünürəm ki, bizim millixarakterimizdəki özünə yer alan başısoyuqluq onunlaəlaqədardır ki, təbiətdən, yaxud Allahdan bir çox şeyləri bizmüftəcə almışıq. Son dərəcə zəngin və gözəl torpağı, 11 təbiiiqlim qurşağından 9-nun mövcud olduğu ərazini – bu ərazidənheç kənara çıxmasan da, səfər etməsən də, bütün dünyanıniqlim qurşaqlarını hiss edə bilərsən. Musiqi zənginliyi, necədeyim, başlı-başına buraxılıb. Burada heç bir konkret müəllifmövcud deyildir. Muğam nə qədər desən, şərqi nə qədər desən.Əbədi folklora gəlincə, eyni vəziyyətlə rastlaşırıq – füsunkarbayatılar və anonim janrlar – götür istifadə elə.Düşüncələrimin bu məqamında qaranlığın içindən işıqçırtladı və dərhal televizor işə düşdü. Moskvadan hansısaəyləncəli proqramı göstərirdilər, məsxərə hədəfi Lenin idi,hansısa hamamda xorla Sovet İttifaqının himnini oxuyurdular.Keçmişi tənqid etmək, dağıtmaq, məhv etmək olar vəmümkündür, ancaq artıq bu dünyadan köçmüş və buna görə dədurub sənə cavab verə bilməyən adama məsxərə etməkgünahdır. Yeri gəlmişkən, belə bir qələndərlik rus millixarakterində oturuşmuş xüsusiyyətlərdən birinə çevrilmişdir;Bu dəhşətli günlərdə Tgünümüz necə də şəndir, şəndir…"nəqaratını oxuyurlar. Bunun 37-ci ildə Stalinin kəsdiyihökmdən nə fərqi var ki: "Yaşamaq günü-gündən gözəlləşir,fərəhli olur". Doğrudan da, "Taun içində kef məclisi"ni Puşkinyazıb. Hələ bir deyirlər də – gülüş öldürür. Ölüm az imiş kimi,təzə bir edam növünü də kəşf ediblər. Bir də belə deyirlər:"Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır". "Gülə-gülə, bəli,572

amma hırıldaya-hırıldaya yox. Bir də belə deyirlər, faciə olanşey fars formasında təkrar olunur. Bəli, ağlı başında olanMarks bunu doğru deyib. İşıq yandı, mən bu sətirləri ənənəviŞərq lampasının işığında yox, Qərbin elektrik işığında yazıram.Gerçəklik dəhşətlidir. Gələcəyin müstəvisində işləməklazımdır. İqtisadi, mədəni, informasiya məkanı mövcud olduğukimi, gələcəyin də öz məkanı var. Bax, həmin konteksdəişləmək lazımdır. Orada və onun üçün."Hakimiyyət tənhalıqdır, mütləq hakimiyyət – mütləqtənhalıqdır", bu sözlər gündəliyimə 7 yanvar 1993-cü ildə qeydedilmişdir. Görəsən, kimin sözləridir, doğrudanmı, mənimsözlərimdir.***Qriqori Pomeransın "Tövbə etmədən" məqaləsində(Literaturnaya qazeta, 5 fevral 1997-ci il) maraqlı fikirlərastlaşdım: "Yeri gəlmişkən, Suslovun siyasəti də öz bəhrəsiniverdi. Polşa kommunistlərinin təcrübəsindən istifadə edərəkMoskva ziyalılarını da (təkcə onlarımı) etnik əlamətə görəzümrələrə ayırdılar. Bunun himini qoyanların əlinə nə gəldi –mürtəce romantizm, kəndlinin öz rus sifətini (azərbaycanlı,qırğız, latviya və s. – A.) itirən, quru yerdəU çıxan şəhərziyalısına qarşı qoyulması. Qısa zaman çərəyində belə birillüziya yarandı ki, kəndli, şübhəsiz ki, şəhərlidən dahabütövdür, mümkün və yeganə həqiqət kəndlidədir. ("Drujbanarodov" jurnalının təşkil etdiyi dairəvi masa söhbətində mənelə bu barədə danışmışdım. – A.) Yeri gəlmişkən, bu ideya"İvan Denisoviç" əsəri vasitəsilə ortaya atılmışdı, ancaq kəndnəsrinin şəhər nəsrindən üstünlüyü ideyası siyasət vəsenzuranın işindən başqa bir şey deyildi. Ədəbiyyatınsərhədlərindən kənara çıxmalı olsaq, mənzərə kəskin şəkildədəyişəcəkdir. Tarkovskinin "İvanın uşaqlığı" əsərindən sonrakıqəhrəmanları başdan-ayağa ziyalıdırlar: ancaq Tarkovski"Stalker", "Nostalgiya" kimi əsərlərində Şukşindən zərrə qədərdə geri qalmır. Bu əsərlərin hər birində misilsiz məsxərəçi573

obrazlar, mənə belə gəlir ki, Belovun "Adi iş" əsərindəkiqəhrəmandan daha dərindir". Bu fikirlərə ədəbiyyatın özündəngələn nümunələri, deyək ki, psixoloji ustalıq baxımındanV.Rasputindən heç də geri qalmayan Trifonovun əsərləriniəlavə etmək yerinə düşərdi. Doğrudur, gətirilən nümunələrinsayını keçmiş SSRİ-nin milli ədəbiyyatlarının materiallarıəsasında artırmaq olardı, bu dövrdə kənd mövzusunda yazanyazıçılar təkcə şəhərə və şəhər mövzusuna qarşı qoyulmurdu,həm də onları mükafatlandırırdılar, irəli çəkirdilər, şəhərziyalılarına nümunə kimi göstərirdilər. Bunlarla əlaqədarolaraq son dərəcə ustalıqla tapılmış bir termin, "Sosial realizm"termini işlədilirdi ki, bu da, "Sosialist realizmi" termini iləmünasibətdə evfemizm sayılırdı, çünki "Sosialist realizmi"anlayışı öz-özlüyündə gözdən düşmürdü. Müharibə haqqında,müharibədən sonrakı kəndlərdə baş verən fəlakət və haqqındayazılan həqiqət və yarımhəqiqətlər mükafatlandırılır və həqiqisənət əsəri kimi irəli çəkilirdi (bir çox obrazlarıyla o, doğrudanda, buna layiq idi, ancaq ədəbiyyat təkcə bundan ibarət deyilaxı). Bütün yerdə qalanlar göydəndüşmə, özülü olmayanəsərlər sayılırdı ki, bunların da ziyalı qəhrəmanları tənqidtərəfindən yerlə-yeksan edilirdi. Doğrudan da, keçmiş Sovetdövrünün qeyri-disident ədəbiyyatının xidmətləri haqqındadanışsaq, öz mənəvi probblemləri, mənəvi dəyərlər axtarışı ilə,narazılığı ilə birlikdə götürülən "aciz" sıravi qəhrəmanları daictimai təfəkkürün formalaşmasında müəyyən rol oynadılar vənəticə etibarilə kommunist ideologiyasının dəmir-betonözülünün dağılmasına gətirib çıxartdılar. Təkcə realistikolmalarıyla yox, həm də həqiqi bədii dəyərlərinə görə, şəhərədəbiyyatı (termini şərti mənada işlədirik) heç nədə kəndədəbiyyatından aşağı deyildi.***Qahirədə Sfinks susur və bu da idiomatik ifadəyəçevrilmişdir, guya başqa heykəllər elə hey danışır və bir-biriyləsöhbət edirmiş.574

***F.Köçərli və İsmayıl Hikmətin (Artaylı) cızdıqları sərhədlərdaxilində Azərbaycan ədəbiyyatı tarixi nə deməkdir? Buradadigər ismlər də ola bilərdi, deyək ki, fasdilli şairlərin yerinə –bu gün tərcüməsiz və şərhsiz-filansız oxuyub başadüşdüyümüz, bizə daha doğma olan Yunis İmrə. Qəribəparadoksdur. Bu günün türk ədəbi dili neologizmlərlə o qədərzənginləşib (yaxud zibillənib) ki, Yunis İmrəni, XIV əsrinşairini oxuyanda yüzdə-yüz anladığım halda, onun müasirtədqiqatçılarının yazdıqları Ön sözü mütaliə edəndə üçcümlədən bir lüğətə baxıram.***İnsan dəyişə bilməz, bir az başqalaşa bilər. Çinar dönübpalıd olammaz, ancaq çinar pohrələri ilə müqayisədə qoca,qollu-budaqlı çinarın dəyişməsi, əlbəttə ki, göz qabağındadır,o, öz kölgəsiylə daha böyük məkanı əhatələmək qüdrətindədir.***Türkiyədə solları da, sağları da yalnız bir şey birləşdirir –hər ikisi yalan danışır. Sollar sevgili SSRİ-lərinə öz xalqlarınaqarşı törədilən bütün cinayətləri, digər ölkələrə münasibətdəyürütdükləri müstəmləkəçiliyi, imperializmi, senzuranı,QULAQ-ı bağışlayırlar. Özü də təkcə Türkiyənin yox, bir çoxqərb ölkələrinin sol intellektualları da...***Öz məqsədləri naminə demokratiyadan kommunistlər də,fundamentalistlər də istifadə edirlər. Məsələ burasındadır ki,demokratiya öz ideyalarını hətta demokratiyaya qarşı olaninsanlara təlqin edə bilir. Antidemokratlar da demokratiyanınməhz bu xüsusiyyətindən sui-istifadə edərək, demokratiyanınözünü məhv etmək məqsədilə hakimiyyətə gəlməyə can atırlar.Ancaq demokratiyanın bu Axilles dabanına baxmayaraq, bu,yer üzündə yeganə qəbul ediləsi rejimdir, çünki yerdə qalan nəvarsa, ilk öncə ikiüzlülüyün təməli üzərində dikəlir, yənipopulist və demaqoq şüarlar irəli sürməklə əksəriyyəti təşkil575

edən kütləni bu ideoloji "qəfəsin" içində o vaxta qədərsaxlayırlar ki, sərbəst düşünmək, fikir yürütmək tərzinin özüyerli-dibli yoxa çıxsın. Xalqın adından danışmaq səlahiyyətiniqazanmaq naminə elə eləməlisən ki, xalqın özü birdəfəliksussun, ya da dili tutulsun. Belə olduqda, bir də görürsən ki,insan təbiətinə əzəldən xas olan cəhətlər – ikiüzlülük, xəbislik,yalançılıq, çuğulçuluq… gül açdı, gülzar oldu. Bütün bunlardemokratik rejimdə yoxa çıxmır, ancaq həmin şəraitdə bütünbunlar haqqında heç olmazsa, danışmaq mümkündür.Totalitarizm – sükutla xəlvət bağlanan əhd-peymandır. "Böyükdemokrat" Leninin təbirincə desək, inqilab yox, demokratiyaözünü məhz öz postulatlarından qorumalıdır. Yaxşı ki, türkhərbçiləri, doğrudan da, dahi insan olan, Türkiyəni qurtaran vəquran, onun demokratik inkişaf yolunu müəyyənləşdirən vəTürkiyənin müdafiə mexanizminin əsaslarını işləyib ortayaqoyan Atatürk ideallarının fədailəridir. Doğrudur, burada etirazetmək olar ki, Məhəmməd daha böyük insan idi, onundoktrinası əsrlərdən artıqdır ki, ürəklərə hökm edir. Ancaq kimtəsdiq edə bilər ki, müasir islam fundamentalistləri tərəfindəntəftiş edilən XX əsrin siyasi reallıqları bu gün islamideyalarına, doğrudan da, uyğun gəlir. Axı konkret tarixi vəcoğrafi zəmində inkişaf tapan bu din digər tarixi epoxa vəcoğrafi məkanın meydan oxumasına laqeyd qala bilməz. Bəlkəİslamın zəif damarı ondadır ki, digər dinlərlə müqayisədə o,fərqli tarixi və coğrafi məkana çətin uyuşur (halbuki, bu sözünözündə bir az mənfi çalar olmamış deyil). Konkret şəkildədesək, İslama ayrıca bir din kimi yox, pravoslav, katoliklik vəxristian protestantlığı kimi vahid monoteist dinin bir qolu kimibaxmaq olar. Və bu gün Türkiyəni xilafət dövrünə döndərməkistəyənlər əlləri yerdən-göydən üzülmüş xurafatçılar vəfanatiklərdir, yaxud Türkiyənin məhvində maraqlı olan xariciqüvvələr tərəfindən yaxşıca ödənc verilən adamlardır. Belə birtendensiyanın qorxusu ondadır ki, o, çağırış kimi demokratikrejimdən zəncir çeynəyən qüvvələrə ünvanlanıb. İnsanlar576

etdikləri seçimin səhv olduğunu anladıqları zaman (demokratikoyun qaydaları ilə şərtlənən) artıq çox gec olur. Nəticə etibariilə isə totalitarizmin qələbəsi ilk növbədə onun fanatiklərininbaşında çatlayan bir faciəyə çevrilir – bütün inqilabçı vəfundamentalist liderlər bir-birinin ətini yeyir, bunu anlayandaisə gec olur – o zaman həmin adamlar SAVAK-ın, yaxudKQB-nin divarları arasında çürüyürlər. Daha bir cəhət.Antidemokratik rejimlərin üzdə olan fiqurları öz quru canlarınıxilas etmək məcburiyyətində qalanda isə nifrət etdikləridemokratik rejimli ölkələrdə siyasi sığınacaq tapırlar.Yaxud, qaçmaq baş tutmadıqda, öz əlləriylə qurduqlarırejimin tələsinə düşdükdə ölüm saatını gözləyə-gözləyə indiyəqədər törətdikləri, yol verdikləri səhvləri götür-qoy etməyəazca da olsa vaxt tapırlar, ya da bəxtləri gətirsə, avtomobil,yaxud təyyarə qəzasına düşürlər ki, kədərli aqibətlərininsəbəbini düşünməyə belə macal da qalmır.Nəyə görə inkişaf etmiş Türkiyə İrana təsir göstərmir,xurafatçı İran isə Türkiyənin ictimai təfəkkürünə soxulmaq,orada özünə yer eləmək istəyir? Ona görə ki, demokratiyanızəif salan faktlar olsa da, içəridən oyulan və gec-tez külü göyəsovrulan totalitar rejimlərdən fərqli olaraq bu quruluşlarda birsabitlik vardır. Ona görə də totalitar rejimlər zəlzələdəki kimibir anın içində yerlə-yeksan olur. Axı zəlzələ də adi gözləgörünməyərək yerin təkində illər boyu yığılıb qalır. Qərbdemokratiyasına gəldikdə, XX əsrdə özünün stabilliyinə görəo, iki şəxsə borcludur – Stalinə və Hitlerə. Ona görə ki, Çinxunveybinlərinin tərəfdarları tipli qərb intellektualları,məsələn, Sartr, boğaza qədər azadlıq içində olanda anlayırlarki, onların ölkəsində demokratiyanın alternativi nə ola bilər vəşəxsi azadlıqları və həyatları üçün nəylə nəticələnə bilər.***Hər inqilabın ilk döyüşü yaddaşla, tarixlə, mədəniyyətlə,mənəviyyatla apardığı döyüşdür. İnqilab öz xəstəliyini – tarixiyaddaşının skleroz olmasını bütün cəmiyyətə yoluxdurmağa577

can atır. Bizim gerçəklik – Azərbaycan gerçəkliyi də istisnadeyildir. Dünən heç nə olan birisi bu gün hamıdan artıqdır vədünən adı-sanı olanlardan başlayır intiqam almağa. Məlummodeldur – "kökünə qədər dağıdaq, sonra isə…" Nə sonra?Sona nə olacaq ki? Heç nə...Zəlzələdən, dağıntıdan, yaddaşın məhv edilməsindənsonra…***Azərbaycanın bugünkü rəhbərlərinə xaricdə vətənimizinlayiqli imicini yaratmağın lazım olduğunu izah etməkfaydasızdır, onlar hələ bu sözün (imic) özünü anlamırlar.***Birinci Dünya müharibəsində döyüş dövlətlər arasındaaparılırdı, İkinci Dünya müharibəsində – ideologiyalararasında, indi isə etnoslar arasında. Üçüncü Dünya müharibəsigedir – Yuqoslaviya, Moldova, Qarabağ, Osetiya, Abxaziya…***Çoxlu fakt və sənədlərin açılmasından sonra başa düşürəmki, anam necə cəsur qadın olub və ailəsinin başına gələn bütünfaciəni bir dəfə də dilə gətirməyərək bizi şərdən-xatadan necəqoruyub. Bu gün xalqımıza qərəz, kin-küdurət yox, tövbə,bağışlama, intiqama susamamaq gərəkdir.***Bu, Azadlıq meydanıdır, yadıma mitinqlərdən daşan günlərdüşür, bir az öncə isə Brejnevin adına keçirilən bayramlardagecələr boş meydanda səs gücləndiriciləri işə salaraqümumxalq "sevincini" məşq edirdilər, alqış sədaları, şüarlar…bütün bunlar necə də absurd teatrı xatırladırdı. İstərdim ki, bumeydanda Azadlıq və Məsuliyyətin simvolları kimi(Amerikada olduğu kimi, bir tərəfdə Azadlıq, o biri tərəfdəMəsuliyyətə qoyulan abidələr) iki abidə ucaldılsın – iki çinarəkilsin. Azadlıq Çinarı və Məsuliyyət Çinarı – qoy onlargözlərimizin önündəcə boy atsınlar, rəmzləri olduqlarıanlayışlar kimi boyaboy yüksəlsinlər.578

***Həyat – məzmundur, incəsənət isə sözün geniş mənasında,formadır. Həyatın məzmunu amorfdur, onu incəsənət əridibqəlibə tökür və əbədiyyətə ötürür. "Həyat keçicidir, sənətdaimi". Həqiqətdə də, belədir.***İ.S.Bax alman bəstəkarları içində daha çox şərqlidir, ruslarıniçində ən şərqlisi, mənim fikrimcə, Raxmaninovdur (mən,məsələn, Rimski-Korsakovda, Balakirevdə,Qlinkada,Borodində ("Poloves rəqsi") "şərq motivlərinin"mövcudluğundan danışmıram). Mən melodiya sistemininözünü, səsləndirməni… nəzərdə tuturam. Baxda çox şeylərŞərqlə birbaşa assosiasiya oyadır, mən hələ "prelüdiyaUylaTBayatı-ŞirazU arasında aparılan analogiyanı xatırlatmıram.***Nəyə görə bir xalqın övladları öz qan qardaşlarına qarşı birbelə amansızdırlar? Erməniyə bəslənilən nifrət bizim birbirimizəbəslədiyimiz nifrətin yanında nədir ki?***Mən Xalq Cəbhəsini qadağan etmək, buraxmaq,ümumiyyətlə, qeyri-qanuni elan etmək təklifi ilə MilliMəclisdə çıxış edən adamlarla razı deyiləm. Xalq Cəbhəsibizim tariximizin bir hissəsidir, şübhəsiz ki, müxalifətdəolduğu zaman və hakimiyyətdə olduqları qısa bir zamançərəyinin acı təcrübəsi ilə birlikdə. Bütün bunların qiymətinizaman özü verəcək. Xalq Cəbhəsi ilə müstəntiqlər yox,tədqiqatçılar məşğul olmalıdır.***Uğradığımız uğursuzluqlarda həmişə başqalarınıgünahlandırmaq (biz bu cəhəti, deyəsən, ruslardan götürmüşük)öz gücünlə, bacarığınla öz taleyində nəyisə dəyişməyin qeyrimümkünlüyüideyasına gətirib çıxarır. Belə çıxır ki, əgər bizimtaleyimizi Qərb, Amerika, ruslar, yəhudilər, ermənilər, KQB,SRU və Mossad həll edirsə, nə yetəri gücümüz, nə ağlımız, nə579

də iradəmiz var. Onlar, doğurdan da, taleyimizlə bir beləoynayırlarsa, etiraf etməliyik ki, biz marionetkalarıq, ipimizhəmin güclərin əlindədir.***Öz xalqının taleyi üçün məsliyyət hiss edən ciddisiyasətçilərin hamısını bir ucdan satqın adlandırmaq olmaz,bəziləri bu damğanı çox böyük həvəslə Nəriman Nərimanovayapışdırırlar. Siyasət aləmində öz xalqının şərəfini və şəxsiləyaqətini qoruyaraq ölən, ancaq yaşadığı şəhəri xilas edəbilməyən Cavad Xan yolu və özünü Teymurun 9-cu quluadlandıraraq ölkəsini xilas edən İbrahim Şirvanşah yolumövcuddur. Fransız müqavimət hərəkatını təşkil edən, onun ilkilhamvericisi olan Şarl de Qol yolu və öz adının tarixə biabırçı,ləkəli şəkildə düşməsi bahasına Parisi dağılmaqdan xilas edənPeten yolu var. Mən İbrahim, yaxud Peten kimi hərəkət etməkistərdim? Yox. Çünki mən siyasətçi deyiləm.***"KoroğluU eposu ilə Şekspirin "Hamleti" arasında oxşarlıqvar. Hər iki əsərin qəhrəmanları atalarının intiqamını alır.***Xalqların müstəqilliyi ilə yanaşı, şəxsiyyətin müstəqilliyianlayışı da mövcuddur. Şəxsiyyətin müstəqilliyini dəhökumətin və dövlətin qəsdindən qorumaq lazımdır.Şəxsiyyətin nə edib-nə etməmək barədə qərar çıxarması, nəvaxt susması özünün və yalnız özünün müəyyənləşdirdiyiməsələdir. Şəxsiyyətə edilən hər hansı təzyiq, onunmüstəqilliyinə edilən qəsd, həm də millətin özgürlüyünü məhvedir. Müstəqil millət addımbaşı ləbbeyk deyən itaətkar və asılınəfərlərdən ibarət ola bilməz. Əbülfəzin zamanında bizözümüzü ölkənin vətəndaşları, H.Əliyevin zamanında isətəbəəsi kimi hiss edirdik. Biz Əbülfəzi qəbul etməyə bilərik,ancaq o zaman biz, özümüzü prezidentlə eyni hüquqlu adamlarkimi hiss edirdik. İndi biz sözün əsl mənasında, sahibi olanölkənin təbəələriyik.580

***Biz biabır olmuş, iflasa uğramış və dağılmışıq. Kimdirgünahkar? 90% özümüz. Başısoyuqluğumuz, laqeydliyimiz,boşboğazlığımızın ucundan gözəl yurdumuzu viranə qoyduq.Olur ki, lider öz xalqına layiq olmur, belə halda deyirlər ki, hərbir xalq öz hökmdarına layiqdir. Ancaq olur ki, xalq öz liderinəlayiq olmur. Heydər Əliyevin tarixi prosesləri anlaması və dərketməsi səviyyəsi bu gün Azərbaycan ictimai fikrinin yetişdiyisəviyyədən qat-qat üstündür. Ümumən, hərdən televizorabaxanda, onun rus rəhbərləri ilə yan-yanaşı durmasını görəndəbir anlığa unudursan ki, o, Moskvaya dağılıb-parçalanmış vəbiabır olmuş bir ölkədən təşrif gətirib, görkəmi qalibgörkəminə bənzəyir. Erməniləri də qorxudan məhz budur,əsəbiləşirlər, elə bil ki, Azərbaycana istehza eləyən bunlardeyilmiş. Heydər Əliyev, şübhəsiz ki, MDB-yə girəcək,halbuki, bu, SSRİ əsarətinin başqa bir ad altında dirilən formasıola bilər. Mən MDB-yə inanmıram, ancaq H.Əliyevə inanıram,o, bütün variantları ölçüb-biçəndən sonra nəticə etibarilə MDByədaxil olmağı qərarlaşdırıbsa, demək, Azərbaycanın başqaçıxış yolu yoxdur. Bəs MDB-nin özü nə olan şeydir,hadisələrin sonrakı gedişinə nə vəd edir? Bu barədə "Denğ"qəzetindəki yazıları oxumaq yetər. Proxanovla generalAçalovun söhbətini oxumaq kifayətdir ki, bizə hansı qismətinhazırlandığını təsəvvür edək. Rus patriotları yaman adamlardır,həmişə böyük bir dövlətin məhv olub getməsi barədə hay-küysalaraq özlərini də dolaşdırırlar, bu məhvə sürüklənən şeyinxilasını milli mahiyyətdə axtarıb-aramaq əvəzinə təzədən başqamillətlərin taleyi ilə məşğul olur, onların əvəzinə özlərinə sərfedən qərarlar qəbul edirlər. Mənə elə gəlir ki, bunun arxasındaiki məqam var. Birincisi, milli tənhalıq qorxusunun hay-küyşəklində çatdırılmasıdır. Rus xalqı böyük millətlər arasında,olsun ki, ən tənha millətdir. Qərb onu öz ailəsinin bərabər üzvükimi qəbul etmək istəmir, bu ailə, göründüyü kimi, son ikiDünya Müharibəsinin faciəvi dərslərindən sonra yaranıb və581

yaşayır. O, Avropa Birliyindən daha genişdir. Buraanqlosakson xətti üzrə təkcə ABŞ, Kanada yox, onlardantamamilə uzaq və yad olan Yaponiya da daxildir. Çünki bu ailəzəngin üzvlərin ailəsidir, Rusiya isə kasıb olduğu üçün burayaburaxılmır. Hələ onu demirik ki, o, uzun müddət özünü lazımolan şəkildə aparmamışdır. Hələ də Rusiyaya uzun müddətərzində başqalarının canına yeritdiyi alçaldıcı qorxunubağışlamırlar. İslam və ümumən, Asiya dünyasında daRusiyanın yeri yoxdur. Onun yeri slavyan ailəsində, düşmənPolşa, Çexoslovakiya, dişlərini qıcıtmış Ukrayna, laqeydBelorusiya, demək olar ki, xəyanət etdiyi Serbiya və vaxtaşırıolaraq Rusiyanı satan Bolqariya ilə birlikdə təsəvvür edilmir.Pribaltika ölkələrinin, Moldaviyanın, Macarıstanın,Rumıniyanın nifrəti… Dostu olmayan Gürcüstan və ikiüzlüşəkildə arabir yaltaqlanan, əsl həqiqətdə ona hamıdan çoxnifrət bəsləyən Ermənistan. Yerdə qalır yalnız Orta Asiyarespublikaları və hərəkətlərindən heç nə anlaşılmayanAzərbaycan. Bax bu itaətkar ölkələr dinc durmayandaRusiyanın səbr kasası daşır.İkinci məqam burnunun ucunda hiss edilən NATO təhlükəsiqarşısında keçirdiyi qorxu hissidir.Ancaq əgər patriotlar Rusiyanın bu gün, doğurdan da, Qərbəsarətində olmağına səmimi şəkildə inanırlarsa, onda buboyunduruğun altına digər millətləri çəkməkdənsə, birinci qoyözləri xilas olsunlar. Rusları və erməniləri olsun ki, bir başqaxüsusiyyət də yaxınlaşdırır – azadlığın dadını bilməmək, yəni omənada ki, bu hissi litvalılar, gürcülər və çeçenlər bilir.Ermənilər bütün tarixləri boyu güclü ağaların qarşısında –istəyir Osmanlı imperiyası olsun, istəyir İran, yaxud Rusiyaolsun, – boyun əyiblər və bu yolla həm də dünyanın min birbicliyindən, hiyləsindən keçərək, mənəvi köləliklərininintiqamını alaraq dünyadakı mövcudluqlarını təmin ediblər…Və bütün lovğalıq natamamlıq kompleksindən və "güc varsa,ağıl lazım deyil" kor-koranə inamından irəli gəlir. Anlamırlar582

ki, qul da güclü ola bilər. Azadlıq – hər şeydən öncə daxilikeyfiyyətdir. Bəs mənim yazıq, bədbəxt, aldadılmış vəbiabırçılığa düçar olmuş xalqım?! O, öz başısoyuqluğunun,həyata kefcil münasibətinin, həqiqi və yalançı uğurlarıyla bəsitşəkildə lovğalanmasının, əsl və yalançı qəhrəmanlarınatapınmasının, hər addımbaşı qəhrəman keçmişiylə, dünyada ənşanlı tarixə, ən zəngin mədəniyyətə yiyələnməsiyləöyünməsinin qurbanıdır… Bu da axırı…***Rusdilli azərbaycanlı ziyalıları imperiyanın keçmişinə çəkənqüvvə nədir belə? Ötən 70 il ərzində biz daxilən bütöv,hərtərəfli ziyalı nəsli yetişdirə bilmədik, elə bir zümrə ki,onun üçün ana dili istənilən vəziyyətdə özünütəsdiqin əsaslıqarantına çevrilsin. Bax burada çox şeyləri uduzmuşuq, zəifyerimiz buradır. Xalq Cəbhəsinin bir illik hakimiyyəti zamanıburaxılan səhvlər nəticəsində ziyalılara elə bir zərbə dəydi ki,o, təzədən imperiyanın, kommunizmin, sosializmin… nə bilim,daha nələrin ağuşuna atılmağa hazır idi, təki öz mövqeyini,çörəyini qoruyub saxlasın.***J.Berje və L.Povelinin "Kahinlərin sabahı" (Moskva, MİFnəşriyyatı, 1991, səh 12) kitabından: "Flaqelliantlar –günahlarını bilib özünə qamçı vurduranlardırU. XIV əsrinikinci yarısında İtaliyanı çuğlayan kütləvi tövbə hərəkatı. Ucubucağıgörünməyən, bütün zümrələri əhatə edən xalq kütləsiözünü şallaqla döyərək bütün İtaliyanı gəzib-dolaşırdı. 1348-ciil taunundan sonra bu hərəkat Alplardan aşaraq QərbiAvropaya adladı. Katolik kilsəsi əvvəlcə bu hərəkata xeyir-duaversə də, sonralar onunla tonqallar çataraq mübarizə apardı.***Çox zaman ona nə deyildiyinin fərqində olmur, çünkiözüylə ləbaləb doludur.***Motsartın musiqisini Motsart yazıb, Baxın musiqisini –583

Allah. Albioninin Adajiosu da ilahi əsərdir. Baxın xoralları,Vivaldinin musiqisi, Şubertin "Ave Mariyası" – bütün bumöcüzələri doğurub-yapan xristian mədəniyyətinə necədüşmən gözüylə baxasan?***Bütün inqilablar, nəhayət, imperiyaların və diktatorlarınyaranması ilə bitir – Roma imperiyası, Fransa inqilabındansonrakı Napoleon. Oktyabrdan sonra doğulan Stalin. Və indibütün yenidənqurmalardan, azadlıq və demokratiyadan sonraYeltsin imperiyasının növbəsidir. Yeni Yeltsinkonstitusiyasının mayasında imperialist əxlaqı var. Stalin vəBrejnev konstitusiyaları toya getməlidir bunun yanında. Buradaxalqların yalandan da olsa, öz müqəddəratını təyinetməhüququna yer yoxdur.***İlya Qlazunov yazır: "Rusiya heç zaman heç bir ölkəni zəbtvə istila etməmişdir". Məşhur rəssam heç olmazsa Tretyakovqalereyasına baş çəkib orada Surikovun "Sibirin Yermaktərəfindən istila edilməsi" əsərinin qarşısında dayanaydı, yaxudboş vaxtlarında L.Tolstoyun "Hacı Murad" əsərini oxuyaydı.***Hər hakimiyyət sənətkara gizlin, yaxud açıq-aşkar kinbəsləyir, çünki əqli cəhətdən ən geridə qalmış hakimiyyətsahibləri də anlayır ki, o, olsa-olsa müəyyən qısa vaxt çərəyidaxilində hökmlüdür. Həqiqi sənətkar əsrindən yuxarı dayanabiləndir. Bax buna görə də çox qısa bir zamanın hakimlərisənətkardan öc almalıdır. Sənətkarın zamandan asılı olmamağıonların əsəblərini gəmirir, onlara öləri olduqlarını xatırladır.***Saat 17.00. Gəmimiz Poros adasından yola düşür – sahilboyu dənizdə gün qüruba enərkən forma və rəngini itirənmeşəli təpələr görünür – bunlar nə müvafiq ölçülü heykəllərə,nə də rəngləri aşıb-daşan rəsm əsərlərinə bənzəyir. Bu, artıqxalis qrafikadır, dağların silueti hamar, qaranlıq və tünd, həm584

də yekrəng məkanı əhatələyir. Dağların görünən konturlarıarasında hamar sahədir. Dənizin də rəngi dəyişir: bu, sözün əslmənasında, günəşin diqtəsidir - o və ancaq o, günün müxtəlifanlarında dünyanı rənglərə boyayır. Əbəs deyil ki, ibtidaiinsan hesab edirmiş ki, hər səhər günəş məhz ağacları, kollarıvə gülləri yapıb-doğurur.Gün – elə simfoniyadır, öz ritmi olmasa da, şübhəsiz ki,ovqat çaları yalnız onun özünə məxsusdur – səhər alleqrosu,sonra axşam və gecə vaxtının andantesi, adajiosu.Təpələrin arxasında günəş itir, onun sarı-qızılı şüalarıdənizin məxmər səthində bərq vurur. Ancaq qəribədir ki, bugörünüş qüssə oyatmır, bəlkə ona görə ki, günəş çox qəlbidayanıb, parlaqdır, əlçatmazdır. Ən qüssəli qürub narıncıdır.Yunan adaları elə türk adalarına bənzəyir. İnsanlar, musiqi,yeməkləri belə az qala eynidir. Dan yerinin ağarması vəzərlərin səsi… də oxşardır (Yeri gəlmişkən, təkcə söz, musiqi,ətir-qoxu, yeməyin tamı… yox, adicə səs də vətənə nostaljioyada bilər. Moskvada Kaşir şossesində onkoloji mərkəzinucu-bucağı görünməyən dəhlizi boyu irəliləyərkən birdən buyerlər üçün heç də adi olmayan, ancaq mənə doğmadan-doğmagörünən səsi eşidəndə ürəyim sıxıldı – kimsə zər atır, nərdoynayırdı).Beləliklə, türklər və yunanlar bu qədər bir-birlərinəyaxınkən nədən dolanmamalıdırlar? Yunanlar türkləribağışlamırlar ki, əllərindən torpaqlarını alıblar, xüsusənKonstantinopolun – İstanbulun itirilməsi ilə qövr edən yara beşəsrdir ki, qaysaq bağlamır. Belə bir incini itirən yunanlarıanlamaq olar. Ancaq axı zamanında onlar da yad torpaqlarınıistila etməklə məşğul olmuşlar – Makedoniyalı İskəndər azqala dünyanın tən yarısını istila etmişdi, həmin o torpağı zəbtolunmuş xalqlar nə duymalıdır?İnsanların həyatına, bizim bəşər tarixinə, Yer kürəsinintarixinə yadplanetlinin gözüylə baxmalı olsaq, orda absurddanbaşqa bir şey görmərik. Minlərlə, milyonlarla insan həyatını585

itirib, ancaq ona görə ki, hansısa tikilinin üzərində məlumhəndəsi işarə + (xaç) qoyulsun. Digərləri isə orda ayparanıgörmək istəyir. Bunu hansısa ağlı başında (varsa əgər) olankəsə izah etmək olarmı? Amansız insanları vəhşi heyvanadlandırırlar – nə böyük haqsızlıqdır. Hətta ən yırtıcı heyvan daöldürə, parçalaya, yeyə bilər, ancaq pəncəsinin altında olanqurbanına əzab verib, bu əzabdan həzz ala-ala məhv etmir.Bizantiya imperatoru VI Konstantini elə öz anası taxtdansalmış, bu azmış kimi gözünü çıxartdırmış (oğlunun gözünü –!) və onu adadakı monastra yollamışdı. Öz növbəsində Nikifortərəfindən devrilən şahzadə İrina da bu monastra məhkumedilmiş, oradaca ölmüşdü. O zaman saray qarşısında hansısaəməlinə görə günahlandırılan adamları pişik və ilanlarla biryerdə torbaya salıb dənizə tullayarmışlar.Bunu ancaq insan edə bilər. Heç bir vəhşi heyvan bunuetmir. Yırtıcı heyvan insan ətini gəmirəndə belə o, yalnız təbiiehtiyacını – aclığını ödəyir. İnsansa öz həmcinslərinə hansıformada əzab və işgəncə verməyini düşünüb tapır. MadriddəÇingiz Abdullayevlə korridaya getdik. Hər ikimiz ilk dəfəolaraq bunu canlı şəkildə görürdük. Bu mənzərə məndədəhşətli ikrah hissi oyatdı. Çingiz bu qanlı döyüşünözünəməxsus estetikaya malik olmasını sübut etmək üçünədəbiyyat və incəsənətdən misallar çəkirdi (Heminquey,Pikasso). Ancaq çox tez bir zamanda bu cəllad oyununun bütündəhşətini dərk edərək o da məyus oldu. Bəlkə də biz ispanlarınmilli əyləncəsinə çevrilən bu oyunun gözəlliyini və gizlimənasını anlamırıq, elə ispanların özləri də bizim qoyunqurban kəsməyimizi heç cürə anlaya bilməzlər, ancaq mənyalnız gördüyümüz mənzərədən keçirdiyimiz hisslər barədəyazıram. Bu hissiyyat insanı məcbur edir ki, insan təbiətihaqqında dərindən düşünüb-daşınsın. Korridanı az qala sənətəsəri səviyyəsinə qaldıran insan cəllad kimi, həm də mənasızyerə ölüm törədir. Qoy deməsinlər ki, torreador da həyatını riskedir. Torreadorun seçimi var. Bu riski onun özü qəbul etmişdir,586

şöhrətə, pula, yaxud nəsə başqa bir şeyə nail olmaq üçün, yənikönüllü şəkildə. Öküzünsə heç bir seçim imkanı yoxdu. O,yalnız kor-koranə özünü müdafiə edir. Hansısa təhlükədənsığortalanmayan öküz səbəb-nəticə əlaqəsini yaradan məntiqidüşüncədən məhrumdur, yəni milyon illərin təkamülünəticəsində Təbiətin, yaxud Tanrının yer üzündə yeganə ağıllıcanlıya bəxş etdiyi nemətdən məhrumdur.***Leonid Bejinin Çin şairi haqqında yazdığı "Du Fu"kitabından (JZL, 1987, səh.80): "Li Bo, damarlarından türkqanı axan şair".***Quberniyanın sakit bir guşəsində, Astapovkada, stansiyarəisinin evində Tolstoy can verirdi. 6 noyabrda, ölümərəfəsində oğlu Sergeyi çağırdı, yaxın gələndə sakit səslə dedi:"Seryoja… mən həqiqəti sevirəm, sevirəm həqiqəti". Bu, onunsonuncu sözləriydi.***Rəsul Həmzətov Şamil damğalanarkən onu "çeçen canavarı,inquş ilanı" adlandırmışdı. Bu, təkcə Şamilə qarşı yox, həm dəo vaxt sürgün edilmiş çeçen və inquş xalqlarına qarşı təhqir idi.Həmzətov bilməmiş deyildi ki, Şamil elə onun özü kimiavardır.***Hegel "Tarixin fəlsəfəsində" yazırdı: "Aralıq dənizidünyanın üç hissəsinin körpüsüdür və ümumdünya tarixininparlaq nöqtəsi olan Yunanıstan burada yerləşir. Suriyada isəiudaistlərin və xristianların mərkəzi olan Yerusəlim yerləşir,cənub-şərqdə Məkkə və Mədinə, Məhəmmədə imangətirənlərin vətəni, qərbdə Delf, Afina, ucqar qərbdə isə Roma.Aralıq dənizinin sahillərində Aleksandriya və Karfagenyerləşir. Beləliklə, Aralıq dənizi qədim dünyanın döyünənürəyidir, məhz o, həmin dünyanın mövcudluğunu şərtləndirir".Yeri gəlmişkən, Gertsen hesab edirdi ki, XX əsrdə Atlantik587

okeanı, sahilləri ilə birlikdə, Aralıq dənizinin qədim dünyadaoynadığı rolu oynayır."Tarixin fəlsəfəsində" Hegel qeyd edir ki, "Asiyada ruhun işığıdoğdu və ümumdünya tarixi məhz bunun sayəsində pərvəriştapdı". Elə həmin məqamda maraqlı bir müşahidə ilə rastlaşırıq:"Din hissiyyatı elə bir şeydən başlayır ki, insandan ali və yüksəkolan nəyinsə mövcud olması dərk edilir… cadugərlikdə isə beləməqam əsasdır ki, insan ən böyük gücdür, onun yerini nə Tanrı, nədə hansısa daxili inam-tapınma tuta bilər".***O, pulu daxıla atırmış kimi öz fikirlərini dəftərə köçürürdü.Günlərin bir günü o, daxılı sındırdı, ancaq bu zaman puldəyişmişdi, yığdıqları buna görə də dəyərdən düşmüşdü.***O, səhvlərini ona görə etiraf edirdi ki, gələcəkdə onları birdaha təkrarlamamaq üçün imkan əldə etsin.***Ağacların da janrları, bədii üslubları var: palıd, çinar – epik,sərv ağacı – romantik, salxım söyüd – lirik, Abşeronküləklərindən budaqları qıc olmuş əncir ağacı – dramatik,banyan – fantastik, palma – eqzotikdir.***Kommunistlərin yeni şüarı: "Bəlkə də qaytardılar!"***"Ortalıq" qazaxca mərkəz deməkdir. Yaxşı sözdür.***Mən heç vaxt yalqız olmuram. Tənhalığım həmişəmənimlədir.***Məsələ etno-psixoloji fərqdədir. Azərbaycanlıların xeylinaqis cəhəti var, amma biz məkrli deyilik, asan inanırıq. Bəlkəelə bu da naqis cəhətdir. Ermənilərin yaxşı cəhətləri də var:işgüzar, zəhmətkeşdirlər, məmə yeyəndən pəpə deyənə həqiqi,ya uydurma tarixləriylə maraqlanırlar. Amma həm də588

məkrlidirlər. Əsas fərqimiz də bundadır. Erməni uzun zamanözünü dost qələmə verə bilər, səninlə çörək kəsər, yeyər, içər,şəninə yaxşı sözlər deyər, ailəliklə dostluq edər, amma məqamıgələndə, fürsət düşəndə xəyanətə əl atar, arxadan kürəyinəbıçaq saplar, yaxud üzünə gülə-gülə ayağının altını qazar.Yaşadıqları müxtəlif ölkələrdə ermənilər (əlbəttə, hamısıyox, bir qismi və böyük qismi) başını aşağı salıb erməniliyiniqabartmadan öz işiylə məşğuldur – yaxşı alim, həkim,mühəndis, vəkil, jurnalist, siyasi xadim olur. Ətrafdakıların heçbiri onu məhz erməni kimi qavramır, amma məqamı gələndəhər hansı peşə sahibi kimi yox, ilk növbədə məhz erməni kimihərəkət edir. Bizimkilər isə (əlbəttə, hamı yox, bir qism) başqaxalqlar arasında yaşayıb bir mövqe, mənsəb, ad-san qazanabilibsə, özünün hansı millətdən olduğunu həm unudur, həm dəunutdurmaq istəyir.***Zəmanəmizin qəhrəmanları: Taxtaqılınc, Yalançı Pəhləvan.***Müstəqilliyimizin beşiyi başında duranlardan böyük MəmmədƏmin Rəsulzadə deyirdi ki, biz xalqımıza azacıq da olsa azadlıqdadızdırdıq. Bəla da bundadır: dadızdırdılar, amma doyuzdurabilmədilər. Nə yazıq ki, buna imkanları olmadı. Qoymadılar. Odurki, xalqımız 18-20-ci illərin azadlığından, müstəqilliyindən umsuqoldu. Necə deyərlər, "dadı damağımızda qaldı". Sonrakı illərdə budadı da ağzımızdan qaçırdılar.91-ci ildə qazandığımız müstəqilliyi isə ermənilər və daxiliçaxnaşmalar burnumuzdan tökdü.***Bayatılarımızı ard-arda oxuyanda görürük ki, hər hansıyazıçının yaza biləcəyi bütün mövzular, ovqatlar, hadisələr budördsətirliklərdə öz ifadəsini tapıb. Körpəlik, körpəsiniəzizləmək, oxşamaq, yatızdırmaq, onunçün təlaş keçirmək.Ailə münasibətləri – ata, ana, bacı, qardaş… Məhəbbətin,589

sevginin bütün çalarları – aşiq olmaq, həyəcan, sevinc, fərəh,qısqanclıq, ayrılıq, həsrət, itki.Ümüdsizlik və təsəlli. Qürbət, qəriblik özləmi, vətən niskili.Həyatın keçiciliyini dərk etmək. Ötən illərin təəssüfü,gəncliyinçün qəribsəmə… Ölüm vahiməsi və əcəlin qaçılmazlığı.Vəfatın hüznü, kədəri. Təkliyin möhnəti. Xoş günlərə inam– hər cür iztiraba, əzaba, müsibətə və faciəyə rəğmən yaşamaqeşqi. Bütün bunlar və burda sıralanması, sadalanması imkansızolan yüzlərcə, minlərcə mətləb, hiss, ovqat, fikir, duyğusezgiləri – budur dərindən dərin, incədən incə bayatılarımız.Bir dəfə zarafat naminə bir neçə bayatımızı ruscaya vəznsiz,qafiyəsiz çevirdim:Na lepestokUpala rosaÜvetku stalo xolodno.V dverğ upala tenğƏ podumal çto prişlaMoə vozlöblennaə.Ə polil uliüı vodoyÇtob ne podnəlasğ pılğKoqda po ney proydet moə löbimaə.Bunları yapon poeziyasını çox sevən bir dostuma hokkularkimi təqdim etdim, inandı və heyran oldu. Yalnız handan- hanadərk etdi ki, bizim bayatıların tərcüməsidir.***Balaca adamların böyük adamlardan qısası onları özləriboyda etmək cəhdidir.***Əqidəni, mövqeyini, insanlara münasibətini, rəğbət və nifrəthədəfini hər gün, ya günaşırı dəyişirsənsə, ləyaqətini, sifətini,mənliyini qoruyub saxlayan dəyişməz adamları heç cür başadüşməyəcəksən, çaş-baş qalacaqsan. Flüqer bənd edildiyi590

dirəyi necə başa düşsün axı?..***İqtidara, ya müxalifətə qarşı müxalifətdə deyiləm, Vaxtaqarşı müxalifətdəyəm. Yəni mənəvi dəyərləri iqtidar, yamüxalifətin deyil, Zamanın, Dövrün heçə saydığı bir Vaxtaqarşıyam. İmkanım daxilində bu dəyərləri nəinki qoruyubsaxlamağa, həm də artırmağa çalışıram.***Əlimizdən ala bilməyəcəkləri yeganə şey – hər birimizinKeçmişidir. İndimizi ləkələyə bilərlər, Gələcəyimizi məhv edəbilərlər, amma Keçmişimizi silib atmağı bacarmayacaqlar.Keçmiş yalnız ötüb keçən olaylar deyil, min bir anımdır,sözdür, səsdir, qoxudur, mehriban gözlərin təbəssümüdür.…və bu Keçmiş yaşadığımız hər gün, hər an bizimlədir.***Alçaqlıq və əclaflıq yarışı keçirilsəyi, o üç nəfərin hansınınbirinci, hansının ikinci, hansının üçüncü yer tutacağını deyəbilmərəm. Çünki üçü də birinci yerə layiqdir.***Altmışıncılar ədəbi nəslinə ağız büzənlər dərk etmir, ya dərketmək istəmirlər ki, bu nəsil yaradıcılığa başlayanda, ədəbimeydana (daha doğrusu, ədəbi tarlaya) çıxanda ədəbiyyatdaindi parodiya kimi səslənən əsərlər örnək sayılırdı. Bu ədəbitarlanı əsasən altmışıncılar təmizlədilər, şumladılar, əkdilər,becərdilər. Sonra gələnlər isə bu tarladan başaq yığdılar və eləhey əvvəlkilərin qarasınca deyindilər.Ancaq nə yazıq ki, "dınqır, sazım, dınqır-dınqır" şerini,əşirət nəsrini örnək sayan mağara adamları hələ də meydansulamaqdadır.***Bir sıra şair və nasirlərimizin bədii əsərlərində vəmüsahibələrində dönə-dönə qaldırdıqları son dərəcədə vacib,aktual və ağrılı bir problem var: niyə mən yox, başqası fəxri ad(ya mükafat, ya orden, ya özəl təqaüd, ya təbrik məktubu –591

fərqi yoxdur) aldı. Birisi hətta nekroloqun altındakı imzalariçində xəttinin, daha doğrusu, adının olmamasının xiffətiniçəkirdi. "Narahat olmayın, – dedim, – inşallah, gələnnekroloqlarda imzalar içində mütləq sizin də adınız olar".Məmnun qaldı. Bədbəxtin yumor hissi də yoxmuş.Orden (medal, mükafat, ad) məsələsi kimi ciddi ictimai vəmilli problem ədəbiyyatımızın mühüm mövzusudur və onunmüxtəlif variantları var: a)Mənə niyə vermədilər – təəssüf, ağrıvariantı; b)ona niyə verdilər – niskil, həsrət, qəzəb variantı;v)mən heç istəmirəm də, mənə heç lazım deyil – israrlı və bunagörə də şübhə doğuran təkid variantı.***Cayıl (yəni cavan) olmaq yaxşıdır, cahil olmaq (nə yaşdaolursan ol) pis.***Allaha inanan insan üçün Ölüm qorxulu deyil, ancaqmaraqlıdır: görəsən, həyatın o tayında nə var?***Onları o qədər ağzı kip bağlı bankada saxladılar ki, axırdabankanın içində hörümçək kimi bir-birini tələf etməyəbaşladılar.***Son vaxtlar içimdə qəribə bir öz-özümə yabançılaşma hissivar. Sanki mən özüm deyil, mənim zahiri qiyafəmdə olan birisiiclaslarda iştirak edir, idarədə işləyir, televiziyada çıxış edir,qəzetlərə müsahibə verir, müxtəlif məclislərdə görünür. İçimdəisə tamam başqa bir insan yaşayır. Yunis İmrə deyir ki, "məniməndə bilmə, məndə deyiləm, bir mən vardır məndə məndəniçəri". Mən isə deyərdim, "məni məndə bilmə, məndə deyiləm,başqa bir mən vardır mənim çölümdə".***Mənimçün Türk dünyası, türk birliyi, ortaq türk mədəniyyəti– uyqar, sivil, dünya ölçülərinə boy verə biləcək bir anlayışdır.Mənimçün Dədə Qorqudsuz, Yunis İmrəsiz, Füzulisiz,592

Üzeyirsiz türk dünyası olmadığı kimi, Nazim Hikmətsiz, QaraQarayevsiz də türk dünyası yoxdur.İki cür şer, sənət var. Öz ölkəsində, öz dövründə çoxpopulyar olan, sevilən sənət. Elə sənət də var ki, öz dövründə,öz ölkəsində yetərincə qəbul edilmir, amma dünyada öz xalqınıtanıda bilir və uzaq gələcəkdə də yaşarı qalır. İkincilərə aidolanlar birinciləri qısqanmamalı, birincilər ikinciləri inkaretməməlidirlər. Xalqın, millətin mənəvi, mədəni varlığı üçünhər iki növ sənət önəmlidir, gərəklidir, hərəsinin öz yeri var vəheç biri digərinin yerini dar eləmir.***Milləti sevməyin tək nişanəsi – yalnız millətçilik deyil,millətə xidmətin başqa üsullari və yolları da var. Doğrudur,millətin başının üstünü təhlükə alanda, mənəviyyatın, dilinməhvi real qorxuya çevriləndə millətçiliyin əlahiddə rolu olur.Amma ümumi tarixi prespektivdə yalnız millətçiliyə tapınancəmiyyət, quruluş öz xalqını, millətini uçuruma yuvarlayabilər. Tarixdə yəqin ki, alman nasistlərindən və italyanfaşistlərindən betər qatı millətçi olmayıb, amma görün özxalqlarının necə böyük fəlakətlərinə bais oldular.Millətçilikdən daha üstün, millətə daha çox xeyir verə bilən –maarifçilikdir. Təbii ki, ötən əsrlərin ədəbi və ictimai-fəlsəficərəyanı olan maarifçiliyin süni təkrarı yox, çağdaş anlamdainkişaf etmiş variantı – yəni xalqın öz milli dəyərləriniqoruması ilə bərabər (əks halda bu kosmopolitizmə gətiribçıxarar ki, kiçik millətlərçün böyük təhlükədir), dünyanınmədəni dəyərlərini mənimsəmək, bəşər mədəniyyətininəxlaqımıza zidd olmayan sərvətlərinə yiyələnmək, millətiksenofobiya (başqaları bəyənməzlik), milli yekəxanalıq,mənəm-mənəmlik mərəzindən xilas edərək onu dünyanınqabaqcıl inkişaf etmiş ölkələrinə çatdırmaq. Milli ləyaqəthissinin milli lovğalıqla heç bir əlaqəsi olmadığını dərk etmək.Bu böyük amallar uğrunda onlara mane olan hər əngələqarşı barışmaz mübarizə aparmaq. Bu mübarizədə təklənmək,593

tənha qalmaq qorxusunu da göz altına alaraq yolundansapmamaq. Bizim böyük maarifçilərimiz Mirzə Fətəli, Həsənbəy Zərdabi, Mirzə Cəlil, Sabir məhz bu yolun yorulmazyolçuları idi. Bizim karvanımız da bu yoldan dönməməlidir.Onu hansı səslər müşayət etməsinə məhəl qoymadan.***"Alilər xaki-məzəllətdə, dənilər mötəbərSahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər".Molla Pənah Vaqif bunu haçan yazıb. Dünən? Bu gün? Yasabah? XVIII əsrdə, yaxud XXI əsrdə?Sabir sağ olsaydı, nə deyərdi? Bir dövrdə ki, fahişələr əxlaqdərsi deyəcək, ismətdən danışacaqmış, biqeyrətlər qeyrətdəndəm vuracaqmış, rüşvətxorlar rüşvətlə "mübarizəaparacaqmış", şərəfsizlər özlərini şərəflilər sırasınasırıyacaqmış, "bilməm belə dövranları neylərdin, İlahi?".***"Mən dünyanı min rəngdə görürəm" deyən adam əslindədünyanı yalnız iki rəngdə görür – ağ və qara. Ağappaq, aydanarı, sudan duru – özü, qapqara bütün başqalar.Deyir ki, uşaqlıqda kolxoz sədri olmaq arzusundaydım.Sonra da deyir ki, Yazıçılar Birliyi kolxozdur. Rəhmətlik Freyddemişkən, "dil dolaşar düzün deyər".Deyir ki, Quranı tərcümədə oxuyuram, Bibliyanı orijinalda.Görəsən, Bibliyanı hansı dildə oxuyur: ivritdə, yunanca, yalatınca?***Belə bir fikir formalaşıb ki, monoteizm (təkallahlıq)bütpərəstliyə və bütün başqa dinlərə nisbətən dini şüurun dahamütərəqqi şəklidir. Ancaq axı zərdüştlüyün dualizmi(cütallahlığı) dünyanı daha məntiqli izah edir. Əgər Tanrıtəkdir, qadirdir, adil və müdrikdirsə, dünyada Şərin səbəbinədir? Nədən, Allah öz qüdrətiylə Şəri ram etmir? Niyə özününyaratdığı Mefistofelin, Lütsiferin, İblisin öhdəsindən gələbilmir?594

Atəşpərəstlik dünyadakı təzadları Xeyirlə Şərinmübarizəsiylə izah edir. Xeyir Allahı Hörmüzd yaxşı işləri, ŞərAllahı Əhrimən pis işləri himayə edir. Bu iki qüvvəninmübarizəsi – dünyada ədalətin və ədalətsizliyin səbəbidir. Həriki Allahın qüvvəlləri təndir, dünyada Xeyrinmi, Şərinmi üstünçıxması bu toqquşmanın müxtəlif mərhələlərindən asılıdır.Çoxallahlı qədim yunanların pantenonunda isə Allahlar indikinazirliklər kimi idi. Olimpdə hər sahənin öz naziri – Allahı vardı.Mars – hərbi nazir, Afina – ədliyyə naziri, Hermes – ticarət naziri,Apollon – mədəniyyət naziri, Poseydon – dəniz naziri və s. Başnazir də vardı – Zevs Birini ledi də – Gera. Hətta Ana müxalifətinlideri də vardı – Prometey. Onu da qeyd edək ki, antik Elladanındövlət quruluşu respublika idi.Monoteizmin təsdiqi də Dövlət quruluşuyla bağlıdır. VahidAllah, vahid imperiya, vahid imperator, şah, sultan. İmperator,kral, şah, sultan – Allah kimi adildir, müdrikdir. İblis isə buquruluşda İmperatorun, kralın, şahın, sultanın ətrafındakılardır– vəzirlər, vəkillər, Çeka, KQB və s. Şər, zülm də onlardandır.Şahın, kralın bunlardan xəbəri yoxdur.***Deyirlər ki, Rusiyanın Qərbdən fərqli öz yolu var. Bu yolunbariz nümunəsi dəmir yollarıdır. Bütün Avropada relslərarasında bir məsafə var, Rusiyada başqa. Odur ki, sərhəddəsərnişinlər saatlarla gözləyir ki, qatarlar bir relsdən o birinəkeçirilsin. Budur bax, Rusiyanın fərqli, özəl yolu.***Bu çətin günlərdə öz rahat evində oturmuşdu, çay içə-içəiştirak etmədiyi qaynar hadisələr haqqında, göstərdiyi igidliklərbarəsində xatirələrini yazırdı.***Bir şeyi başa düşdüm. Kimə yaxşılıq edirsənsə, bunu sənəheç bir vaxt bağışlamır. Pisliyi bağışlar, unudar, üstündənkeçər, yaxşılığı heç bir vaxt əhf etməz. Yaxşılıq edənə nifrətidə bununla bağlıdır. Axı niyə sənin mənə yaxşılıq etmək595

imkanın olsun? Bunu heç cür sənə bağışlaya bilmərəm.***Uzun zaman o özünü olduğundan daha mürəkkəb, dahaqəliz bir şəxsiyyət kimi göstərməyə çalışırdı. Buna sidq ürəkləinananlar da tapılırdı. Çox-çox sonralar bütün bu zahirimürəkkəbliyin, qəlizliyin dalında ən bəsit, ən bayağı paxıllıqdurduğu aşkar olundu.***Kim nə deyir-desin, qəti əminəm ki, 60-cı illərədəbiyyatımızın qızıl dövrü idi. İndi qızılca dövrüdür, yəniədəbiyyatın uşaq xəstəliyinə tutulduğu dövrdür. İndikilərə 50yaşında cavan da demək olmaz, onlar əlli yaşında uşaqdırlar.Məsumluğuna, təmizliyinə, günahsızlığına görə yox, gecikmişinfatalizminə, dünyadan bixəbərliyinə, dünyagörüşlərinin,ədəbi təsəvvürlərinin sayalığına və sıyıqlığına görə, şüur vəzövq inkişafının ilkin pilləsində durduqlarına görə. Həm özyazıları, həm əvvəlki klassik və çağdaş yazıçılara münasibətləriədəbiyyat yox, antiədəbiyyatdır. Odur ki, olanı dağıdıb yenidənqurmaq istədikləri də Anti-Yazıçılar Birliyidir. AYB – bax,budur.***Fransızlar yaxşı deyir ki, qocalıq – həmişəlik yorğunluqdur.***Bəlkə də məhəbbət – birlikdə qocalmaqdır.***Neyləməli, bu da bir qismətdir. Bütün ömrüm belə keçdi –bir əlimdə yazmaq üçün qələm, bir əlimdə özümü qorumaqüçün çomaq.***Nə desəm, nə yazsam, mütləq bir dılğır məlum yerdə çibankimi pırtlayıb çıxacaq, mız, qulp qoyacaq. Məsələn, desəm ki,bu gün ayın üçüdür, deyəcəklər, bəs nədən dünən demirdin ki,ayın ikisidir. Heç nə deməyəndə, deyirlər ki, niyə susur. Nəetsəm, deyirlər ki, yəqin iqtidarın göstərişi ilə edir. Heç nə596

etməyəndə deyirlər, yəqin iqtidarın göstərişi ilə heç nə etmir.***"Köhnə dostum, təzə düşmənimin" hər atmacasına cavabvermək, onunla mübarizə aparmağa nə hacət? Hər çıxışıyla, həryazısıyla, hər bəyanatıyla özü-özüylə mübarizə aparır, kimolduğunu, hansı ağıl və əxlaq sahibi olduğunu nümayiş etdirir.***Sovet vaxtında adicə JEK müdirinin qabağında tir-tir əsənbəzi dil pəhləvanları indi gecə-gundüz sovet rejimini yaş yuyubquru sərəndə yeri var deyəsən, sovet vaxtında aldığın rüşvətlərgözündən gəlsin.***O gözüyumulu yaşayırdı. Qapalı gözləri yalnız öz içinəbaxırdı. İki gözü cüt pəncərə yox, cüt güzgü idi, baxdıqcadünyanı yox, ancaq və ancaq özünü görürdü.***O qədər şöhrət düşkünü idi ki, bircə şeyə heyfsilənirdi, sədheyf, öz dəbdəbəli dəfnini görə bilməyəcək, özü haqqındatəmtəraqlı nitqləri eşitməyəcək.***Həyat bəlkə Allahın yuxusudur. İndi oyanacaq,əstəğfürullah və hər şey – bütün varlıq əriyib qeyb olacaq.***Deyəndə ki, dostlarımdan bəziləri dönük çıxdı, səhvedirəmmiş. Ona görə yox ki, dönük çıxmayıblar, ona görə ki,səhvən onları uzun müddət dost bilmişəm. İndi mənə aydındırki, dost bildiklərim elə binədən dostum deyilmişlər, özlərinidost kimi qələmə verənlərmiş. Ona görə də onları etibarsızlıqdayox, riyakarlıqda günahlandırmaq olar.***Böyük rəssamlar cansız əşyalardan yaratdıqlarınatürmortlara ruh, həyat, ovqat verdikləri kimi Çarli Çaplin dəən adi predmetləri poeziyaya çevirə bilir. "Səhnə işıqlarında"Çaplin və onun partnyoru Baster Kiton skripkanın başına nə597

oyunlar açırlar, basdalayırlar, əzirlər, tapdalayırlar, qaloş təkinayaqlarına geyirlər, amma skripka yenə də çalır. Epizoddaşeriyyət də var, kədər də, sənətin əbədi varlığının rəmziölümsüzlüyü də…Çaplindən başqa bəlkə bircə Fellini sənətin bu möcüzəsiniifadə edə bilirdi. "Həyatın ləzzəti" filmində Marçello atasınıdəvət etdiyi restoranda hava şarlarıyla qüssəli səhnəcik yaradankloun nə qədər təsirlidir. Epizodun sonunda təlxək havaşarlarını ardınca aparanda adama elə gəlir ki, canlı birvarlıqdan ayrılırsan. Çaplin də, Fellini də sirk sənətininəyləncəli və qəmli mahiyyətini dərindən duyurlar.***Əvvəlki nəsillər üçün 1936-cı ilin İspaniya hadisələri nəidisə, bizim nəsil üçün 1956-cı ilin Macarıstan hadisələri o idi.İndi 36-cı ilin İspaniya hadisələrinə münasibət kökündəndəyişə bilər, Tbu sovet təbliğatının təhrif etdiyi kommunistavantürası idiU – deyilə bilər.Amma İspaniya hadisələrini mən sovet təbliğatının gözüylədeyil, Koltsovun və hətta Erenbuqun yazdıqlarına görə yox,Ernest Heminqueyin şəhadəti, "Çan kiminçün çalınır"romanının faciəvi səhnələri, Pablo Pikassonun "Gernika"tablosu, Federiko Qarsia Lorkanın poeziyası və romantikölümü, vətəni tərk etməli olmuş dahi violonçelist PabloKazalsın musiqisiylə dəyərləndirirəm. Və elə buna görəİspaniya hadisələri əvvəlki nəsillərin qəlbində bu qədər dərin izsalmışdı.56-cı ilin Macarıstan hadisələri – Sovet tanklarınınBudapeşti işğal etməsi isə bizim nəsil üçün o vaxta qədər hələdə inandığımız sosializm ideyalarının büsbütün darmadağınolunması deməkdi. Faşist təcavüzü qarşısında İspan xalqınındərdinə yananların övladları sovet təcavüzünə məruz qalmışMacar xalqıyla həmdərd idi.***Bibliyanı, Tövratı və İncili, Əhdi-ətiqi və Əhdi-cədidi598

dalbadal oxuyanda təəccüb edirsən. Tarixi, coğrafi və mifolojifon eynidir, ümumi personajlar, yaxın üslub var, amma bunlarbir-birindən necə də fərqlidir. Bu təbiidir. Əhdi-cədid(Yevangiliya-Xoş xəbər) yeni bir dinin – Xristianlığınmüqəddəs kitabıdır. Amma axı xristianlıq Bibliyanı bütövlükdəqəbul edir – vahid qutsal kitab kimi. Halbuki, Əhdi-ətiqin əsasprinsipi – "dişə diş, gözə-göz" əxlaqı, xristianlığın əsas qayəsiisə "sağ yanağına sillə vurularsa, sol yanağını da silləyə tuş et"əqidəsidir. Bu iki mətndəki Allah da iki müxtəlif Allahlardır.Yəhudilərin Allahı İeqova-Savaof qəddar və qisasçıdır, kinli vədeyingəndir. Elə hey öz xalqının üzünü danlayır, ona etdiyiyaxşılıqları dönə-dönə yada salır. (Bu bizə bugünkireallıqlarımızı xatırlatmırmı?) "Mən sizi Misir əsarətindənqurtardım, amma siz nankor çıxdınız, buna görə dəcəzalandırılacaqsınız" – Allah bu fikri yəhudi xalqına israrlatəlqin edir. Dörd "Yevangilyada" – Xoş xəbərdə (illah da, ənmüfəssəl Matvey yevangilyasında) Həzrət İnsanın Allahıxeyirxah və rəhmdildir, dostlara da, düşmənlərə dədözümlüdür. Tək bir Apokalipsisin qarabasmalarındabəşəriyyətin dəhşətli aqibətlərindən sayaqlama səciyyəlisəhnələr təsvir olunur.Əhdi-ətiqdə bütün başqa xalqlara qarşı soyqırımı - genosidideyası təlqin olunur, düşmənin bütün nəsli – qadınlar, uşaqlar,qocalar belə məhv edilməlidir. İsanın təlimində nə ellin var, nəyəhudi. Bütün xalqlara xoşgörüylə yanaşılır. Məhz elə bunagörə də xristianlıq bir çox xalqın dini oldu, iudaizm isə tək birxalqın, bütün dünyaya yayılsalar da, tək bir yəhudi xalqınındini oldu. Doğrudur, xristianlıq da kökləri etibarilə iudaizmdənçıxıb, amma o ellərarası bir dinə çevrildi – dünyanın beşqitəsinə yayıldı. Paradoks da bundadır. İsa Məsih də, onunhəvariləri də etnik mənşələri etibarilə yəhudidirlər, təlimləri dəruhu, intellekt səviyyəsi, ənənələri etibarilə yəhudidüşüncəsinin, yəhudi tarixinin və mifolojisinin bəhrəsidir, həttaməkan etibariylə də qədim yəhudi torpaqlarına bağlıdır.599

Xaçpərəstlik ilk mərhələlərində ortodoksal, təməl iudaizməarxalanır, onun qanunlarına və təlimlərinə sadiqdir. İlkmərhələdə o sanki bu əski dini çağdaşlaşdırır, reforma edirdi vəilk mənbəyə əsaslanırdı. Ancaq tarix boyu dəfələrlə olduğukimi yəhudilərin yaratdıqları təlim bir müddət sonra onlarınözlərinə qarşı çevrildi. Elə ilk dövrlərdəcə dönə-dönə yəhudiolduqlarını bəyan edən İsa Məsihin və həvarilərinin ən qəddardüşmənləri yəhudilər özləri idi – fariseylər, səddikulər, əhlikitablar.Sonralar isə yəhudilərin yaratdıqları yeni din –xristianlıq başqa xalqlar tərəfindən də qəbul olunaraqyəhudilərin ən amansız düşməninə döndü. Eynən iki min ilsonra yəhudi Marks və yəhudi Lassal tərəfindən nəzəri əsaslarıqoyulmuş və daha sonra Rusiyada yəhudi Martov, yarıyəhudiLenin, xalis yəhudilər – Trotski, Sverdlov, Zinovyev, Kamenevvə başqalarının həyata keçirdikləri kommunizm təlimi az birzaman ərzində yəhudiliyin barışmaz təqibçisinə çevrilir. Buxüsusilə dini seminariyanın (təbii ki, xristian diniseminariyasının) yetirməsi Stalinin açıq, ya gizliantisemitizmində, yəhudilərə divan tutmasında aydın-aşkargörünür.27 iyun, 1998***Bakıda bulvar birdir, bulvar qəzeti çox. Görəsən, bu sarımətbuatın xəcalətdən qızaracağı gün gələcəkmi?***İnsanların yaddaşı necə etibarsızmış (bəzilərinin özlərikimi). Əgər ötüb keçənləri xatırlayırlarsa, ancaq özlərinə xeyirolan şeyləri xatırlayır, nalayiq hərəkətlərini büsbütünyaddaşlarından silməyə çalışırlar. Hələ belə olsaydı, dərdyarıydı. Görürsən özlərinin heç bir vaxt olmayan igidliyindən,səxavətindən, mərdliyindən elə əfsanələr uydururlar ki, bütünbunların şahidi olanlar, əsl həqiqəti bilənlər mat qalır.600

***Azad insan olmaq nə deməkdir? Məncə, bunun həm müsbət,həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, azad insanolanda – məğrur, müstəqil, sərbəst düşüncəli və davranışlıolursan, yalnız öz vicdanının və qəlbinin iradəsiylə hərəkətedirsən. Mənfi tərəfi odur ki, azad insan hardasa mənçi, eqoistolur, yəni hərəkətlərində, davranışlarında sərbəstliyin,müstəqilliyinin başqalarının əzab-əziyyətinə, iztirablarına, ağrıacısınasəbəb olacağını vecinə almır. "Mən belə düşünürəm,mən belə istəyirəm, mən belə hərəkət edirəm, vəssalam".Cəmiyyətdə olduğu kimi, hər bir insanın rəftarında, həyattərzində də azadlıq məsuliyyət hissiylə tənzim edilmişdir.Məsuliyyət hissi kal olan insan da, cəmiyyət də, deməli, hələazadlıq üçün yetişməyib.***Füzuli Sözü kaman kimi inlədə bilən şairdir.***Heç vaxt dostlarını sınamağa çalışma. Çoxu sınaqdançıxmaya bilər.***Elə insanlar var ki, yaxşılıq etməkdən zövq alırlar, eləadamlar da var ki, bu zövq-səfanı pislik etməkdən alırlar.Səbəbsiz, məqsədsiz, mənasız pislik onların təbii tələbatıdır.Hər fürsətdə kimisə zəhərləməsələr, çörək boğazlarındangetməz.***Eyni süjet, eyni motiv, eyni bədii niyyət beyninə düşür,sonra onun haqqında heç düşünmürsən, onu çözələməyə,inkişaf etdirməyə, təkmilləşdirməyə çalışmırsan. Sankiunudulub gedir. Amma, demə, şüuraltı iş gedirmiş, hardasa,beynin hansı alt qatında, gizli saxlancındasa bu rüşeym, buhüceyrə öz həyatını yaşayırmış, bu toxum cücərirmiş. Birdən,qəfilcə, gözləmədiyin halda bu zəif impuls qol-budaq atır, ətəqanadolur, bitkin ədəbi niyyət kimi formalaşır, süjet601

dönəmləri, xarakterlər konturlaşır, sonra isə müxtəlif rənglər,çalarlar qazanır, personajlar dil açır, özlərinə xas üslubla,ləhcəylə danışmağa başlayır.***Dombalaq aşıb mövqeyini tərs-məzhəb dəyişən siyasətçilər.***Sovet sisteminin bir cəhəti əlamətdardır: komsomol -partiya– KQB təlimini münasib məktəblərdə keçənlər bütün gələcəkömürləri müddətində zombiləşirlər. Sonralar, dünya vəcəmiyyət kökündən dəyişəndə əqidələrini hətta dəyişə dəbilərlər, amma düşüncə modeli, təfəkkür tərzi, əxlaq ülgülərieyni sovet xüsusi təhsil sisteminin yetirməsi olaraq qalır. Həttaağıllı, savadlı və nisbətən sərbəst düşüncəli insanlar belə buqəlibləri qırıb çıxa bilmir. Sital kommunistlərə gəlincə, heç birvaxt cansıxıcı marksizm doqmatlarından yaxa qurtarabilməyəcəklər. Sovet dövrünün acı gerçəklikləri, tökülənqanlar, məhv olmuş milyonlarla insan, bütün dünyaya aşkarolmuş cinayətlər onların əqidələrini sarsıda bilmir. Çünki buəqidə deyil, bütün varlıqlarını robota çevirmiş proqramdır.***Həyat – kitab kimidir. Deyilmiş söz olsa da, belədir. Bukitabı tanrı yaradıb. Biz insanlar isə onu oxuyuruq. Oxumağabaşlayırıq, ortasına çatırıq, bitiririk – ömrümüz sona yetir.Amma kitab da həyat kimidir. İllah da yazıçı üçün. Kitabıyazmağa başlayırsan – yazı müddəti uzun çəkirsə, bu vaxtərzində kimsə doğulur, kimsə ölür, ömür yolunu, düşüncətərzini, duyğu axarını büsbütün dəyişən yüz cür, min cür hadisəbaş verir. Kitabın bitəndə həyatın da bitir. Ya əksinə, həyatınsona çatanda kitabın da bağlanır.***Düzdür, muğam adlarının çoxu farscadır: Rast, Şur, Segah,Cahargah… Amma axı "bayatı" ki, türk sözüdür. İsfahan, Şiraz– fars şəhərləridir, ancaq onların adlarıyla bağlı muğamlar türksözüylə ifadə olunur. "Bayatı Şiraz", "Bayatı İsfahan". Fars602

elementinin iştirak etmədiyi muğam da var – "Bayatı Kürd".Və nəhayət, Bayatı Qacar yalnız izafətinə görə fars diliyləbağlıdır. Qacarlar da türkdür, bayatlar da…***Bəzən Atalar sözü adıyla özlərinin uydurduqları mənasızifadələri dilə sırıyırlar ki, yazıq atalar ömründə belə kəlamıdillərinə gətirməzdi. Deyirəm, bəlkə mən də bir Atalar sözüuydurum. Məsələn, "Əti çaparlar, atı çaparlar". Necədirsizinçün?***İstedadsız adamların yalnız bir istedadı var: istedadlıadamların arasını vurmaq istedadı.***Qəribə dramatik taleyi vardı. Öz vaxtını çox qabaqlamışdı.Gələcəyə ümidliydi. Amma gələcək yetişdiyi vaxt məlum olduki, indi də vaxt onu ötüb keçib, o geridə qalıb. Bütünzamanların vaxt qəribi…***İndi mənə daha çox aydın olur ki, vaxtilə Rəsul Rzanınensiklopediyasına və "Qobustan"a qarşı hücumların sırfkommunist-ideoloji səbəblərindən başqa etnik səbəbləri,antitürk mövqeləri də varmış. Və bəlkə bu cəhət daha önəmliimiş.***İndi Heminqueyə münasibət – ədəbiyyatın məlum, ammaədalətsiz fenomenlərindən biridir. Hər hansı yazıçının birzaman kəsiyində əlahiddə populyarlığı, səcdə obyekti olmasıonun sonrakı taleyində məşum rol oynayır. Sanki zaman ondanməşhurluğunun, sevilməsinin hayfını çıxır. Həm də axı bütləriyıxmaq, abidələri uçurmaq özünütəsdiqin ən yüngül, ən asanyoludur. Qapdığın varlıq nə qədər böyükdürsə, o qədər diqqətçəkəcəksən. Krılovun məşhur "Abirin və kilab" təmsilindəolduğu kimi. "Abirin" və "kilab"ın nə demək olduğunu bilməkistəyirsizsə, Mirzə Cəlil Məmmədquluzadənin eyni adlı603

felyetonunu oxuyun, ya ərəb dili lüğətinə baxın.***Qəribədir, birdən köhnə, unudulmuş qeydlərinə baxandatəəccüblə görürsən ki, başına təzə gələn fikrini sözbəsöz,cümləbəcümlə daha qabaqlar yazmısanmış. Bu bəzən ayrıcafikrə yox, bütöv şerə, ya musiqiyə də aid olur. YusifSəmədoğlu danışırdı ki, atası "Mən tələsmirəm" şerini təzə şerkimi yazıbmış, amma sonra arxivində çox illər qabaq yazdığışerinə rast gəlib və görüb ki, unutduğu həmin şer təzəyazdığının hər sətriylə, hər sözüylə eynidir. Emin Sabitoğlu dadeyirdi ki, anamın sözlərinə bəstələdiyi bir mahnınınmelodiyası çox illər qabaq yazdığı və unutduğu bir mahnısının– tamam başqa sözlərə yazdığı mahnının melodiyasının sonnotuna qədər təkrarı imiş. Deməli, yenə bayaqkı fikriməqayıdıram. Yaradıcının beynində oyanmış hər hansı ifadə, həttaşer, ya melodiya güya ki, unudulsa da, əslində unudulmurmuş,yaddaşın hansı zirzəmisindəsə atılıb qalırmış və bir gün ordanboy atıb çıxırmış.***Gözəl adlarımız var – Sevda, Sevinc, Sevil. Onları Seda,Seva etmişik. Axı bircə hərfi tələffüz etməyə ərindiyimizdənyaxşı adları niyə yabançılaşdırmışıq?***Sxematik ədəbiyyatda alverçi yalnız möhtəkirliklə məşğulolan mənfi surətdir. Xalq təfəkkürü isə alverçini də insan kimigörür. Alverçi də şair kimi sevə bilər. "Ağacda alma, dərrəmsataram, Bir ala gözlü hardan taparam, Ağacda püstə, dərrəmsataram, Bir boyu bəstə hardan taparam?" İntiqam Qasımzadəyaxşı deyir ki, biz bəlkə dünyada yeganə xalqıq ki, alverə lirikmahnı qoşmuşuq. Bu qəbahət yox, xalq ruhunun genişliyi vəincəliyidir. Elə bu ruh incəliyindəndir ki, sevgilinin sevgilisinəən ağır qarğışı "gülün yarpıza dönsün" sözləridir.Amma xalq təfəkkürünün qəribə paradoksları da var. "Yeddioğul istərəm, bircə dənə qız gəlin". Yaxşı, tutalım, hər ailədə604

doğulanların hamsı oğlan oldu, bu yeddi qardaş sonralarevlənməyə hardan qız tapacaq?***Xarici dilləri yalnız dərs və kitablar vasitəsilə öyrənməkyeganə yol deyil. Körpələr artıq iki-üç yaşında kitabsız, dərssizdil açdıqları lisanın bütün qrammatik qanunlarına riyaət edirlər.Bu dilin qaydalarını da, uzlaşmalarını da, lüğət tərkibini dəpraktik şəkildə mənimsəyirlər.Dil və o sıradan əcnəbi dili öyrənmək üçün mühit, qulağınlaeşitdiyin danışıqlar daha vacibdir.İndi məktəblərdə tədris latın əlifbasıyla aparılır. Fikrət Qocadanışırdı ki, balaca nəvəsinin əlinə kiril əlifbasıyla nəşrolunmuş Azərbaycan dilində kitab düşür. Höccələyə-höccələyəoxuyur və təəccüb qalır: Baba, kitabı rusca oxudum,Azərbaycanca çıxdı.Yeni nəsillərdə kiril əlifbası məhz rus diliylə anım(assosiasiya) yaradacaqdır.***Kinodan yazsa da, o, kinoşünas deyil, kinoloqdur.***Ay qara milçək,Taxmışam əlcək,Səni əzərəm,Yaxamdan əlçək.(Yuxuda qoşduğum şer)***Dilimiz Azərbaycan türkcəsi olduğu halda, nədəndir ki,danışığımızda "türkün sözü", "türkün məsəli" kimi ifadələrişlədirik? Sanki ayırırıq, başqa bir dilin ibarələri kimiqavrayırıq. "Türkəsaya", "Türkəçara" anlayışları da təxminənbu qəbildəndir. Türkün sözü, türkün məsəli, türkəsayaifadələrində sözü düzənqulu, açıq demək mənasından başqa birkobudluq çaları da var. Sanki kübar, elitar bir danışıqda qabaxalq deyimi, küçə-bazar kəlmələri işlədirsən. Bəlkə Axsitan da605

Nizamiyə TLeyli və Məcnun"u yaratmaq barədə sifarişgöndərəndə türksayaq yazmamasını buna görə xahiş etmişdi.Ümumiyyətlə, Nizaminin bu sətirləri çox müəmmalıdır. Buparça hətta sətri filoloji tərcümələrdə belə müxtəlif cür izaholunur. Təbliğat səciyyəli yazılarda bu ifadə Nizaminin türkdilində yazmamasına göstəriş kimi şərh olunur. Amma məgərbundan əvvəlki iki məsnəvisini, qəzəllərini Nizami türk dilindəyazmışdı ki, Axsitan bu sarıdan təlaşlanırdı. Başqa, elmicəhətdən daha obyektiv və dəqiq izahlarda, məsələn,Krımskinin tədqiqatlarında bu yer "türk üslubunda","türkbənzər" şəklində şərh olunur. Amma məsələ yenə dəaydınlaşmır. "Türk üslubu, ya türkbənzər" deyəndə Axsitannəyi nəzərdə tuturdu? Nəinki Nizaminin, o dövrün hər hansıbaşqa sənətkarının əsərində bu "türk üslubu" nədə görünür?Cavabsız. Hələ ki, cavabı tapılmamış, hər halda mənəcavabı məlum olmayan məsələdir.***İncidərlər, əzərlər.Bezdirərlər, üzərlər.Sonra da deyərlər ki,Uman yerdən küsərlər.Yuxuda deyil, oyaq vaxtı dilimə gətirdiyim bu misralar axırvaxtlar mənə ünvanlanan və qulağımda yağır olmuş bir ifadəyə– "uman yerdən küsərlər" ifadəsinə etirazımdır. Məsələ tək birməndə də deyil. Məni daha çox narahat edən bu ifadəninpsixoloji tutumudur. İş görmək əvəzinə, ancaq ummuşuq,küsmüşük. Kimdənsə cəsarət, hərəkət uma-uma özümüz süst,fəaliyyətsiz olmuşuq və peşəmiz kimdənsə küsmək olub."Allaha təvəkkül" düsturu da insanın öz iradəsini müc edib,yalnız Tanrıdan imdad gözləməsinə xidmət edir. Yalnızummaq və küsmək insanın öz iradəsini, əzmini, məsuliyyətinibaşqasının boynuna qoymaq cəhdidir. Doğrudur, "səndənhərəkət, Allahdan bərəkət" ifadəsi də var. Amma çox vaxt bu606

cümlənin ikinci hissəsinə ümid olub, birinci hissəsiniunuduruq. Hərəkət etmək istəmirik ki, bərəkətini də görək.***Mənə qarşı cahil hücumlara reaksiya kimi çox vaxtxeyirxahlarım: "Əşi fikir vermə, it hürər, karvan keçər"deyirlər. Çox əcəb, amma axı it yalnız hürmür, həm də qapır vəəgər qapan quduzdursa, onda neyləməli? Yenə vecinəalmayasan? Ya gedib quduzluq iynəsi vurdurasan? Ya dagözləyəsən ki, günlərin bir günü özün də quduzlaşacaqsan?***Qərblilər Amerika aborigenlərinin – hindu qəbilələrininsadəlövhlüyünə lağ edir, gülürlər. Bir ovuc saxta daş-qaşahundulardan o boyda Manxetten adasını aldıqlarıylaməzələnirlər. Eyni fəndlə afrikalıların da başlarını tovlayıbsərvətlərinə, torpaqlarına sahib çıxmalarıyla az qala öyünürlər.Amma indi, XX əsrin sonunda qəzetlərdə belə bir məlumatoxuyuram: Londonda auksionda kino ulduzu MerilinMonronun soxası – paltarı bir milyon dollara satılıb. Demə, bupaltarda o Prezident Con Kennedini seçkidə qələbəsimünasibətilə təbrik edibmiş. Yaxşı, bu ən səfeh bir şəkildəfetişizm deyil, nədir? Bunun nəyi qəlp daş-qaşa aldananhunduların düşüncəsindən irəlidir? Bunu belə məbləğə alan kişineyləyəcək – əyninə taxacaq, arvadına, qızına, aşnasınabağışlayacaq? Divardan asacaq, şkafda gizlədəcək? Sondərəcədə əbləh iş olmaqdan savayı, həm də, məncə, çoxəxlaqsız hərəkətdir. Əgər Qərb mədəniyyəti bu gün bəşərtərəqqisinin ən yüksək pilləsindədirsə, bu cür hərəkətləri necəqəbul edə bilirlər. Nəinki qəbul edir, mətbuat hətta onu ağzınımarçıldada-marçıldada reklam edir. Düşünmürlər ki, belə birəməl yer üzündəki bir parça çörəyə möhtac olan milyardlarlaac-yalavacları ən alçaq şəkildə təhqir etməkdən başqa bir şeydeyil.***İnsanın İçəri dünyasını poetikləşdiririk. Sevdiklərimizə "sən607

mənim qəlbimsən, ürəyimsən, ciyərimsən" deyirik. Ammaəslinə qalsa, insan bədəninin içərisi üfunətli bir yerdir.Dünyanın ən ləziz təamları ağzımızdan içəri giribbədənimizdən murdarcasına çıxır. Belə olan surətdə insanboğazı tualet deşiyi, bağırsaqları kanalizasiya borularıfunksiyasını yerinə yetirmirmi? Hər canlı məxluqun gövdəsinəcis və peyin istehsal edən fabrik, müəssisə deyilmi? Beləbaxış da ola bilər, amma insanı, canlını alçaldan bu baxışınəks-müddəası odur ki, qidalar insanı yaşatmaqçün, həyatınləzzətlərini təkrar dadızdırmaq üçün, qışda qızdırmaq, yaydasoyutmaq və hər mövsümdə diri saxlamaq üçündür. Fiziolojibaxımdan insanın içini zavoddan, borudan, dəmirdəndümürdənfərqləndirən də budur.***Azadlıq nə gözəl şeydir. Zəncir nə pis şeydir. Amma bir varqolunun zəncirini qırıb sərbəst olasan, bir də var itin zənciriniaçıb onun-bunun üstünə qısqırdasan.***İsti bir gündə tər tökə-tökə balkonda oturub televizorabaxıram. Televiziya aparıcısı deyir ki, Anar müəllimdənmüsahibə almaq istəyirdik, müsahibə verməmək üçün busoyuqda bağa gedib.Ay bala, insafın olsun, mənim haqqımda nə yalan deyirsənde, nuş olsun, heç olmasa, hava haqqında yalan demə.***Rusiya heç cür azad ölkə olmaq istəmir. Onun idealı xalqlarməhbəsi olmaqdır. Dərk etmir ki, məhbəsdə hamı dustaqdır –dustaqların özü də, onların qaravulçuları da…***Bəzi müxalifət tərəfdarları ilə bəzi iqtidar tərəfdarlarınınfərqi ondadır ki, birincilər sabah hər şeyi qapışdıracaqlarına vəqamarlayacaqlarına ümid bəsləyir, ikincilər isə "bu günün işinisabaha qoyma" fikriylə hər şeyi elə indi məngirləməyə çalışır.***608

"İnsaf dinin yarısıdır" – deyiblər. Dinləri, imanları var ki,hələ onun yarısı da olsun?***İslamdan qabaq məğrurluğu, igidliyi, möhkəmliyi ifadə edəntürk adları: Toğrul, Qazan, Arslan, Teymur, Doğan, Yılmaz,Yıldırım, Qorxmaz…Köləlik şüurunun yaratdığı adlar: Allahqulu, İmamqulu,Məmmədqulu, Əliqulu, Həsənqulu, Hüseynqulu, Qurbanəli,Qulamhüseyn, Qulaməli və s.***Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə ikiböyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq:– Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah: – Tələsiknəticələr çıxarmayın, darıxmayın, darılmayın, səbriniz olsun, –deyir. – Zaman hər şeyi yerbəyer edəcək. Hər şey vaxtındahəqiqi və ədalətli qiymətini alacaq. Vaxt – səbr deməkdir. Səbr– vaxtın ölçüsüdür.Tarix də Allahın səbridir.***Zərb məsələrin, atalar sözünün, ideomatik ifadələrinmənasını və məğzini anlamaq istəyənlər bizim idarəyəgəlsinlər: hamam suyuya dost tutanlar da burdadır, çörəyidizinin üstündə olanlar da. Ortada yeyib qıraqda gəzənlər də,dəymə mənə, dəymərəm sənə deyənlər də, ipinə odunyığılmayanlar da, Tazacıq aşım, ağrımaz başımU söyləyənlərdə…***Demə, evini bir neçə kvadrat artırmaq naminə bütünəqidələrini kənara atmaq, münasibətlərini pozmaq, məsləkinidəyişmək olarmış. Demə, məsləki – mənzilmiş. MənzilMəsləkli – lap, elə bil, şair təxəllüsüdür. Hansı xəbis keyfiyyətqaldı ki, belələrində olmasın – ikiüzlülük, yox iki azdır,minsifətlilik, yalançı səmimiyyət, saxta sadəlövhlük və bu guyaki, xəyalpərvər, ruhu göylərdə gəzən laübali sənət adamının609

maskası altında xainlik, satqınlıq, namərdlik, işi düşəndə,quyruğu qapı arasında qalanda xoşqılıqlıq, yalmanmaq,tüpürdüyünü yalamaq, quyruğu qapı arasından çıxan təki, guyaki, özünü məğrur aparmaq, guya ki, dikbaşlıq, heç kəsisaymazlıq. O halda ki, bu yalançı dikbaşlığın dalında yenə dəkiminsə fitvası durur. Qoldoninin personajı iki ağanın birnökəriydisə, bu – üç ağanın bir nökəridir. Çünki ilkgəncliyindən yalnız kiminsə qoltuğunda olmağa adətkərdəolub. Və qoltuğuna sığındıqları kimin üstünə qısqırtsalar, onuda qapacaq.***Kağıza ilk sözü, ilk cümləni yazdınmı, daha vərəqdən ayrılabilməyəcəksən. Sözlərin, fikirlərin zəncirvari reaksiyasıbaşlayacaq, sözdən söz, fikirdən fikir doğacaq. Xatirələr axını,təəssüratlar axını, düşüncələr axını, hisslər seli qələminiqabağına qatıb aparacaq. Və birdən çat vermiş bənddən əvvəlcəsızan, sonra bəndi dağıdıb gur gələn sel kimi bu yazı axını eləşiddətli olacaq ki, onu ram etməyi bacarmayacaqsan. Macalistəyəcəksən ki, ağlına gələnləri kağıza köçürməyə imkanolsun, yox, mümkün deyil, bir dalğanı cilovlamamış arxadangələn söz, fikir dalğası onu basıb altına alacaq, itirəcək və onunözünü də yeni gələn dalğa yorğan kimi örtəcək.***Folknerin məşhur fikri var. Deyir ki, onun təxəyyülününməhsulu olan Yoknapatafa qəsəbəsi (daha doğrusu, dairəsi)coğrafi xəritədə poçt markası boyda görünərdi, amma bukiçicik ərazi dünyanın bütün genişliyini, əlvanlığını vəmürəkkəbliyini ehtiva edir, qapsayır. Bu dairə ancaq bir ştatınxəritəsində poçt markası miqyasındadır, dünya və hətta ABŞxəritəsində kiçik bir nöqtə kimi də görünməzdi. Amma, təbiiki, məsələ bunda deyil. Məsələ ondadır ki, Folknerin bu doğrufikrini əsas götürən bəzi yazıçılar da, uydurduqları kiçik bircoğrafi ərazini dünyanın modeli kimi göstərməyə çalışırlar.Ancaq unudurlar ki, Şekspir də, Dostoyevski də, elə Folknerin610

özü də xudmani bir məkan içində dünyanın ən qəliz hisslərini,insan münasibətlərinin ən anlaşılmaz dönüşlərini, insanın daxilialəminin ən dərin quyularını çözə, açıb göstərə biliblər. Poçtmarkasının – kiçik coğrafi ərazinin sırf empirik təsviri isə, ənyaxşı halda, ekzotik bir məkanın mənzərəsindən artıq deyil.Amma məsələnin başqa bir tərəfi də var… Folkner metoduyazıçı dünyagörüşünün və dünyaduyumunun yeganə üsuludeyil. Məsələn, Heminqueyi ancaq öz xəyali Yoknapatafasında(əgər beləsini başqa bir adla uydursaydı da) təsəvvür etməkmümkün deyil. İtaliyada, Fransada, İspaniyada müxtəlifmüharibələrdə iştirak etmədən, gəncliyində Parisin boqemahəyatıyla, ya İspaniyada korridalara tamaşayla, orta yaşlarındaAfrikada şir ovuyla yaşamasaydı, qocalığında Kubadabalıqçılığa həvəslənməsəydi və bütün bunların təcrübəsiniyazılarına gətirə bilməsəydi, Heminquey Heminquey olmazdı.Doğrudur, indi elə zaman gəlib ki, bizim nəslin gənclikədəbi kumiri Heminquey gözdən düşüb. Özü də yalnız yeninəsillərçün yox, elə bizim nəslin bəzi öz keçmişlərinə dönükçıxmış nümayəndələri üçün də. Qəribədir, insanlar çox vaxt ənamansız nifrəti haçansa dəlicəsinə sevdiklərinə qarşı duyurlar.Folknerin böyük yazıçılıq qüdrətinə pərəstiş etməyimlə bərabərHeminqueyi də gəncliyimin bir hissəsi kimi yaddaşımdan vəqəlbimdən çıxarıb ata bilmirəm. Ümumiyyətlə, bir böyükyazıçını, şairi sevmək başqasını mütləq inkar etmək, danmaqdeyil. Tolstoyun ilahi genişliyinə, Dostoyevskinin dahiyanədərinliyinə heyran olmaqla bərabər, Çexovun incəliyinə,həssaslığına, yumşaq niskilinə, qüssəli yumoruna və şuxkövrəkliyinə də valehəm.Mənimçün ədəbiyyatda da, incəsənətdə də hissi, duyğusal,insanın yalnız ağlına deyil, qəlbinə də təsir edən örnəklər dahayaxındır. Bunu bəzən xasiyyətimdə də, yazılarımda dasentimentallığa meyllə izah edirlər. Əgər belədirsə, mənsentimentallıqdan qorxmuram. Sənətdə sentimentallığıntərəfdarıyam. Amma bu Sternin, Karamzinin "Bədbəxt611

Liza"sının, ya "Solğun çiçəklərUin sentimentallığı deyil.Mənimçün bu mənada Füzuli də sentimentaldır, Çexov da,Şopen də, Çaplin də, Fellini də…Yenə də Yoknopatafa, kiçik vətən və poçt markasımövzusuna qayıdaraq Tolstoyun sözlərini yada salıram.Tolstoy "mənimçün Yasnaya Polyanasız Rusiya yoxdurU –deyir. Elədir. Amma axı "Rusiya elə ancaq YasnayaPolyanadır" demir. Moskvanın və Peterburqun kübar salonlarıda, Napoleonla müharibənin Borodinosu və Austerlitsi dəTolstoyçün eyni mənada Rusiya, onun tarixi və taleyidir.***Allaha inanırsansa, məntiqi olaraq O dünyaya, ruhlarınəbədiliyinə və insanın ölümsüzlüyünə də inanırsan. Beləliklə,son nəticədə həyatın mənasına, tarixin ədalətinə, bu dünyanınmizan-tərəzisinə inanırsan. Allaha inanmırsansa, deməli, başqaheç nəyə də inanmırsan, nə həyatın mənasına, nə insanvarlığının hər hansı bir qiymətə malik olmasına: heçdən gəldin,heçə getdin, vəssalam…***O mənim haqqımda yazır ki, mən Mirzə Cəlilin təhlilçisindənpersonajı olmuşam. Bəli, olmuşam, düz deyir. Şeyx Nəsrullahlarvə ölülər içində özümü Kefli İskəndər kimi hiss edirəm.***Oxucularımızın çoxu Molla Nəsrəddinin məşhur lətifəsindəolduğu kimi ancaq dəfələrlə eşitdiyini bir də eşitmək, əvvəldənonsuz da bildiyini bir daha bilmək istəyir. Bu dönə-dönəeşitdiklərini, bildiklərini, qulağına tanış olanları hələ üstəliknəzmə də çəkiblərsə, bunu əsl şer sayır.***Hirsli cavanlarımızdan biri yazır ki, Anar, Əkrəm, Yusif, Elçinheç vaxt Kafka, Folkner olmayacaqlar. Demə, kimin Kafka, kiminFolkner olmasını yumurtadan dünən çıxıb bu adları təzə eşidəncücə təyin edir. Bəlkə bizim hər hansı birimiz nə Kafka, nəFolkner olmaq istəyirik, məsələn, tutalım, mən Aalı Tokambayev,612

yaxud Mamin-Sibiryak olmaq niyyətindəyəm. Onda necə?***Dini xadimlər var ki, onlar üçün din – əqidə və inam yox,peşədir, iş yeridir.***O, xırda adam deyildi, xırdaçı idi.***O, rəqs edirdi və qolu, boynu açıq, tarım paltarının içindəcilvələnən oynaq, hərəkətli bədəni sanki geyimindən sıyrılıbçıxmaq istəyirdi.***Vallah, bəzən adama elə gəlir ki, bunlar ikiüzlülükdən,riyakarlıqdan xüsusi seksual ləzzət alırlar.***Həzrət İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə xeyliİuda varmış.***Deyir ki, səni on dəfə tərifləmişəm, bir dəfə tənqid etsəm nəolar? Heç nə, sağlığın. Nə olacaq ki? Amma tənqid də var,tənqid də, daha doğrusu, təhqir də.. Sənin məntiqin belədir ki,on dəfə başını sığallamışam, bir dəfə başını kəsəndə nə olar?Amma başımı kəsməyi çox da asan bilmə…***Lissabon sammitində 30 ölkə (o cümlədən Azərbaycan)qətnamənin lehinə, yalnız bir ölkə (Ermənistan) bu qətnaməninəleyhinə səs verib. Bizim müxalifət kimin tərəfindədir, buqətnamənin lehinədir, ya əleyhinə?***Yazır ki, yuxumda Yazıçılar Birliyini tövlə kimi gördüm.Burda təəccüblü nə var ki? Özünə yaxın və doğma məkanlarıyuxuda görüb qəribsəmək təbii haldır.Elə hey deyir ki, O – pisdir, Mən – yaxşıyam. Buna kimiinandırsa da, hələ ki, özünü inandıra bilməyib. İnandırsaydı,hər çıxışında bu qədər israrlı təkrar etməzdi.613

***Çağdaşlarının anlayacaqlarını gözləmirdi. Ancaq ölümündənsonra anlanılacağına ümid edirdi. Düşünürdü ki, o zaman, haçansauzaq gələcəkdə şəxsiyyətinin miqyasları çağdaşlarını heyrətəgətirəcək, onları heyran qoyacaq, düşmənlərini isə xəcil edəcək.Ağlına gəlmirdi ki, uzaq gələcəkdə axı çağdaşlarının da heç biriqalmayacaq ki, təəccüblənsin, ya xəcil olsun. Əgər ağlı çaşmış,qartımış bir qoca o vaxta qalsa belə, heç nəyi xatırlamayacaq vəheç nəyi dərk etməyəcək.***Dünya yer üzündə cənnət olardı, insanlar onu elə yerüzündəcə cəhənnəmə döndərməsəydi. Və məhz elə buna görədə ən adil Hakim – Allah insanları ən ağır cəzaya – ölüməməhkum edib. Doğrudan da, insanlar bir-birini öldürəcəksə,əbədi həyat nəyinə gərək?Sovet düşüncəsi müəyyən anlamda dini dünyaduyumudur.Xristianlığın Rusiya tərəfindən qəbul edilməsinin 1000 illiyiniqeyd edərkən bu olay mənfi, yaxud müsbət dəyərləndirilmir.Rusiyanın xristianlıqdan öncəki inanclarını xatırlamırlar,ortodoks (pravoslav) təliminə də qiymət vermirlər. AncaqRusiyanın Bizansdan gələn dini ənənəyə mənsub olduğu qeydedilir. Bu dini əqidənin könüllü, ya zorla qəbul olunması,sonrakı mürəkkəb taleyi də önəmli deyil. Eynən müsəlmanxalqları da bəzən İslamı qılınc gücünə qəbul etmiş olsalar beləvə hətta bəzi daha öncəki inancarının qalıqlarını nə şəkildəsəqoruyub saxlasalar da, İslama yalnız yeganə düzgün təlim kimideyil, həm də daha artıq dərəcədə, min illər ərzindəmənimsənilmiş mədəniyyət və məişət cəhətləriylə bağlıdırlar.Bu baxımdan sovet düşüncə və yaşama tərzi də artıq bir çoxlarıüçün Xeyir və Şər anlayışlarının dışındadır, bu həyat vədüşüncə tərzi artıq bir neçə nəslin - əcdadlaırımızın da ocümlədən yaşadıqları və öldükləri bir dövrdür. Və məhz bunagörə də həmin sovet dünyaduyumu onlarçün üzvi xarakter614

daşıyır, bəyan olunan, yaxud icra olunan əxlaqi, ictimai vəfəlsəfi prinsiplərdən asılı deyil.***Mən millətlərin əzəli və fatal düşmənçiliyinə inanmıram.Xalqların, insanların, siniflərin, irqlərin və dillərin bir-birinəqənim kəsilməsinə inanmıram. Düşmənçilik – doğuluş, ölüm,sevgi və əmək kimi həyatın əzəli şərtlərindən deyil.Düşmənçilik çox vaxt bir-birini başa düşməməkdən, yaxuddüzgün başa düşməməkdən əmələ gəlir. Ona görə dəədəbiyyatın vəzifəsi bu anlaşılmazlıqları aradan götürmək,insanlara, xalqlara, başqa dinə tapınanlara, başqa sinfə, başqairqə mənsub olanlara – Allahın yaratdığı başqa insanlar,xalqlar, dinlər, irqlər, siniflər haqqında həqiqəti, olanlarıolduğu kimi çatdırmaqdır, dözümlülüyü təbliğ etməkdir. Həzrətİsa da məhz dözümlülüyü təbliğ edirdi və onun mübahisəsindəən tutarlı arqumenti öz həyatı, daha doğrusu, öz əzablı ölümüoldu. Bütün dinlərin, təlimlərin fanatikləri yalnız öz əqidələriuğrunda həlak olurdular, Həzrət İsa isə hamını anlamaq, hərtəlimə, dinə dözümlülük yolunda həlak oldu. Bundan sonra onuedam edən fanatiklərin ardıcılları İsanın təlimi naminə bütünbaşqa cür düşünənləri və başqa əqidəyə tapınanları məhvetməyə başladı. Tarixdən çıxardığımız bədbin nəticə budur.Rersonajlar, təlimlər dəyişir, amma düşmənçilik, dözümsüzlüktoxumları elə hey yenidən cücərib boy verir.***İnqilablar qum saatı kimidir, məqamı gələndə saat kəlləmayallaqolur, aşağı tərəf başa, baş tərəf alta keçir. Zaman isəyenə də qum dənələri kimi durmadan tökülür. Ta yenidənsaatın baş-ayaq olacağı günə qədər…***Tarix neçə dəfə təkrar olunar? 1848-ci ildə Çılğın Vissarion(Vissarion Belinski nəzərdə tutulur) yazırdı: "Xeyli saydabalaca "böyük" adamlar peyda oldu, əllərinə dəftər alıbMüqəddəs Gilyotin adlandırdıqları maşının yanında dayandılar615

və cəhd etdilər ki, hamını döndərib qədim romalı eləsinlər.Şairlərə əmr etdilər ki, Azadlıq naminə Respublikaçılıqideyalarını təbliğ etsinlər – elə düşünürdülər ki, sənətcəmiyyətə xidmət etməlidir. Mütəfəkkirlərə əmr etdilər ki,yenə də Azadlıq naminə hüquqların bərabərliyini sübut etsinlər.Azad ilham və sərbəst düşüncəyə sadiq qalaraq əksini isbatetmək istəyənlərin isə – Azadlıq naminə boynunu vururdular.Sənət və müstəqil düşüncə məhv oldu – artıq ideyaların inkişafıyoxdur, təfəkkürün tərəqqisinin qarşısı həmişəlik alınıbU.Qəribədir ki, bu sözləri Belinski deyir, özü də daha çoxyakobin tipli inqilabçı olan, radikallar radikalı "ÇılğınVissarion". Deməli, o da Azadlıq naminə edilən repressiyalarınfaciəvi nəticələrini öncədən görə bilmişdi. Bənzər öngörümdaha parlaq, dahiyanə və dəhşətli şəkildə Dostoyevskinin"Şeytanlar" romanında əks olunub. Bu romanıyla Dostoyevskifaktiki olaraq XX əsrdə bütün rus tarixinin falını açıb.***Xadqın da, hər bir insanın da yaddaşı olmalıdır, ammayadında saxlamaq – kin saxlamaq deyil. Eləcə də ləyaqət,özünə hörmət hissi özünəheyranlıq, özünəməftunluq,özünəvurğunluq duyğusuna çevrilməməlidir.***Mənə onu bağışlamırlar ki, taleyim ən ağır bir sınağaçəkməyib – ölmək və ya vicdanla yaşamaq seçimi qarşısındaqoymayıb məni.***Cəlaləddin Ruminin məşhur çağırışında – müxtəlif dinlərə,müxtəlif əqidələrə mənsub olan və hətta heç bir dinətapınmayanları öz məbədinə çağırışında, məncə, ən dərinməqam odur ki, Mövlana: " Yüz dəfə tövbə etmisənsə və yüzdəfə tövbəni pozmusansa da, yenə gəl" deyir. Bu insan xislətinianlamağın ən dərin səviyyəsidir.***İslamın bir xüsusiyyəti də ondan ibarətdir ki, millət anlayışı616

inkar edilir, daha doğrusu, lazımınca dəyərləndirilmir. Ümmətanlayışı millət anlayışından qat-qat üstündür İslamda. Eləcə dəmilli dillərin varlığı önəmli deyil. (Halbuki, ərəb dili və farsdili zərrə qədər də öz mövqelərini itirməyib). İndiyəcən İslamındini ayinləri bu dinin yarandığı dildə – ərəb dilində icra olunurvə müsəlman xalqlarının əksəriyyəti üçün anlaşılmaz qalır.Amma İslam da elə anlaşılmaq yox, qeydsiz-şərtsiz tapınmaq,ibadət tələb edir. Şüurla deyil, duyğularla qavranılan dualarbəlkə də daha böyük təsir gücünə malikdir.Hər hansı din mənəviyyatın və əxlaqın daşıyıcısı olduğunuiddia edir. Qədim hindlilərin Manu qanunları, yəhudilərin,xaçpərəstlərin, müsəlmanların dini qanunları insan həyatınınbütün sahələrini ehtiva edir, onun mənəvi dünyasını vədavranış qaydalarını müəyyənləşdirir. "Öldürmə, oğurluq etmə,zina etmə, xəyanət etmə, aldatma, özgə malına göz dikmə" –əlbəttə, bu universal dəyərlər hər bir dinin əxlaq prinsipləridir.Sital ateizm yolunda bu dini prinsipləri rədd etməyin acınəticələrini gördük. Amma bununla belə, mənə elə gəlir ki,vahid Allahın müxtəlif dinlərə görə müxtəlif şəkildə təqdimetmək cəhdləri insanları birləşdirməkdən daha artıq ayırır.İnsanları daha çox mədəni dəyərlər birləşdirə bilər. Özyaradıcılıqlarında dini motivləri əks etdirmiş Bax, Rafael,Mikelancelo yalnız xristianların deyil, bütün insanların –yəhudilərin, müsəlmanların, buddaçıların mənəvi sərvətidir.Eyni cür İspaniyada, İstanbulda, Qahirədə, Qüdsdə, İsfahanda,Səmərqənddə İslam memarlıq abidələri, Hindistanda Tac-Mahal yalnız müsəlman mədəniyyətinin deyil, bütünbəşəriyyətin ortaq inciləridir.***İnsan təbiətindəki əzəli cəhətləri saya salmaya bilmərik,insan xislətində xeyir, mərhəmət, məhəbbətlə yanaşı, qəddarlıq,zülm etmə, əzazillik potensialı da var. Bunlarla bəradər, insanaqorxu və ümid hissləri də xasdır. Etdiyi qəbahətlərə, yacinayətlərə görə cəza çəkəcəyinin qorxusu və gördüyü yaxşı617

işlərin əvəzini alacağına ümid. Beləliklə, Allahı və dini inkaretmək – insan davranışına təsir mexanizmini zəiflətməktəşəbbüsüdür. Dostoyevski demişkən, Allah yoxdursa, deməkhər şey etmək olar.Nə qədər ki, insanlıq ölümə qarşı gücüzdür, onun əbədihəyat, o dünya haqqında ümidlərini əlindən almaqinsafsızlıqdır. İnsan gərək haçansa başqa bir dünyada itirdiyiəzizləriylə görüşəcəyinə ümid bəsləsin. Bu həyatınədalətsizlikləriylə üzləşdikcə hardasa başqa bir dünyadaədalətin bərqərar olunacağına inanmalıyıq. Bu dünyada izahsızgörünən mətləblərin başqa bir dünyada açılıb izah olunacağınaəmin olmalıyıq.***Əgər bütün dinlər yalnız insan naminə nazil olubsa, nəyəgörə ən xırda və mənasız mətləblər üstündə dəryalarcan qantökülür, göz yaşları axıdılır – hansı binanın üstündə hansı işarə– xaçmı, ayparamı ucaldılması bir yana dursun, xristianlığın öziçində necə xaç çəkmək, necə dua etmək, hansı ayinləri necəicra etmək üstündə qanlı çəkişmələr minlərlə, milyonlarlainsanın ölümünə səbəb olur. Eləcə də sünni-şiə məsələsi.***Şiəlik çoxmillətli İranı birləşdirmək üçün çox əlverişli oldu."Şiə", "müsəlman" – "fars, türk, kürd" anlayışlarını aradanqaldırır. Amma bu, bir tələdir. Bütün başqa millətlərin millimənsubiyyəti əridilir ki, bir hakim millətin – farslarınhökmranlığı, dil hegemonluğu təsdiq olunsun. İranazərbaycanlıları bəzən özlərinə təsəlli vermək üçün, "bəli, bizmüsəlmanıq, şiəyik, iranlıyıq, amma fars deyilik"-deyirlər.Əgər İran ən əvvəl rəsmi dövlət dilinə görə fars dövlətidirsə, butəsəlli ancaq özünüaldatmadır. Başqa bir təsəlli odur ki, İranınrəhbərliyində xeyli Azərbaycanlı var, bəlkə hətta farslar qədər.Olsun. Sovet dövlətinin başında otuz il gürcü Stalin dururdu,amma məgər SSRİ rus dövləti deyildi? Ya Mikoyan AliSovetin sədri olanda erməni dövlətinə çevrildi?618

SSRİ – Rus dövəti idi, həmişə də rus dövləti kimi qaldı.Stalinin qızı Svetlana Alilluyevanın xatirələrində belə birməzəli məqam var. Bir gün böyük qardaşı Vasili ona: –Bilirsən, bizim atamız əvvəllər gürcü imiş, – deyib.Bu gün İranın dini rəhbəri ağayi Xameneyi Azərbaycantürküdür, Mirzə Fətəlinin doğulduğu Xəmnə kəndindəndir,hətta deyilənə görə, Şeyx Məhəmməd Xiyabaniyə qohumluğuda çatır. Çox gözəl.İranda olduğumuz vaxt ağayi Xameneyi bizi – Azərbaycannümayəndələrini qəbul etdi. Bir saatlıq görüşdə o, bizimləyalnız farsca danışdı, bizim Azəbaycan türkcəsindədediklərimizi isə ona tərcümə edirdilər (halbuki, hamısını gözəlbaşa düşdüyü aydın idi). Farsca çıxışının bir yerində Şəhriyarıxatırladı və "Heydərbabaya salam" poemasından bir beytiAzərbaycan türkcəsində oxudu. Görüşdən sonra bizi müşayiətedənlər sevinclə: "Gördünüzmü, ağayi Xameneyi türkcə oxuduŞəhriyarın misralarını" – deyirdilər.Tarix boyu Qəznəvilərdən son Qacarlara qədər İranın bütünşahları türklər olub, amma çifayda – dövlət dili şahlar vaxtındada, indi respublika quruluşunda da fars dilidir.Kommunizmdə hamı bir dildə danışacaq – deyirdilər.Əlbəttə, bu dil tuva, xakas, yaxud yakut, çukot dili yox, rus diliolacağı nəzərdə tutulurdu.Milli cəhətləri inkar edən İslam da məhz bir millətin hakimmövqeyinin ideoloji əsaslarını təmin edir.***Son vaxtlar dünya azərbaycanlılarının sayını ilbəil artırmaqdəb düşüb. Vaqif Səmədoğlu yaxşı dedi: ermənilər guya ki, 15-ci ilin soyqırımında ölənlərinin sayını ilbəil artırırlar, biz isədirilərimizin sayını hər il azı bir neçə milyon artırırıq.Doğrudan da, bir neçə il qabaq dünya Azərbaycanlılarınınsayını (əsasən İrandakı azərbaycanlıların hesabına) 30 milyon,sonra qırx milyon, indi isə əlli miyon deyə müəy-yənləşdirirlər.Təki olsun. Amma məni bir şey düşündürür. Ermənistanla619

İranın sərhədi Cənubi Azərbaycandan, yəni azərbaycanlılarıntorpaqlarından keçir. Şimali Azərbaycanın 20 faizini işğaletmiş Ermənistanın yeganə iqtisadi təminatı İrandan gələnmallardır. Olmazmıydı ki, bu 20, ya 30 milyon Güneyazərbaycanlı qardaşlarımız heç olmasa bir dəfə Ermənistanagedən traylerlərin qabağını kəsəydilər, bir etiraz piketikeçirəydilər. Əksinə, deyilənə görə, bu gün İrəvan bazarlarındaən çox səslənən Azərbaycan dilidir – bədnam qonşularımızıərzaqla təmin edən cənublu qardaşlarımızın danışdıqları doğmadil.İrandakı görüşlərimlə bağlı daha bir xatirə. TəbrizdəŞəhriyar simpoziumu keçirilirdi. Bu qədim Azərbaycanşəhərində Azərbaycan şairi haqqında İran tərəfindən edilənbütün məruzələr, çıxışlar yalnız fars dilində idi. Bizimnümayəndələr təbii ki, Azərbaycan dilində çıxış edirdilər. Onuda deməliyəm ki, Təbrizin hər yerində – küçədə, bazarda hamıancaq Azərbaycanca danışır, başqa dil eşitmək mümkün deyil.Avtobusda gedərkən gənc alim qızlarımızdan ikisi bir-birinərusca nə isə dedilər. Bizi müşayət edən Əsgər Fərdi dərhalmənə söz atdı: – Ağayi Anar, sizin qızlar rusca danışır – dedi, –heç Təbrizdə başqa dildə danışana rast gəldinizmi? – Heç yerdərast gəlmədim, – dedim, – bircə Şəhriyar simpoziumundanbaşqa.Fərdi güldü: -Bir sıfır sizin xeyrinizə, – dedi.***İdeologiya çox vaxt iqtisadi sistemlərdən daha uzunömürlüolur. Elm və texnikanın tərəqqisiylə bağlı olaraq iqtisadisistemlər inkişaf etsə də, ideoloji baxımdan nimdaş dünyəvi, yadini ideyaların əsiri olaraq qalırlar (bir çox hallarda dünyəviideyalar da elə dini düşüncənin bir şəklidir). Beləliklə,cəmiyyət inkişaf yolunda ideologiyaya xərac verməlidir. Axınəyə görə? Görünür, ona görə ki, mədəniyyət, sənət, əxlaq kimiideologiya da cəmiyyətin şüurunda o qədər dərin iz salır ki,onun təməllərinin sarsıdılması insanlar tərəfindən zəlzələ-620

vəlvələ kimi qavranılır, həyat tərzinin kökündən dəyişməsikimi anlaşılır. Məhz buna görə də bəzi ərəb ölkələri diniehkamların iqtisadi inkişafa mane olduğunu dərk etsələr belə,bu ayinlərə sədaqətlərini nümayiş etdirməlidirlər. Bizim sovetideologiyası da eynən bu cür hərəkət edir, yəni dəyişəndünyanın tələblərinə, elmi-texniki tərəqqinin şərtlərinə əməletmək ehtiyacı ideoloji qəliblərə salınır.(Bu 85-ci ilin qeydləridir. Görünür, yenidənqurmanın ilkilinə aiddir. Bundan sonra SSRİ inkişafının neqativ nəticələridə, Çin təcrübəsinin əsasən pozitiv yekunları da mənimfikirlərimi təsdiq etdi. Balaca Den böyük bir eksperiment yapdı– marksizm-maoizmin ideoloji ritorikasını saxlamaqla Çininiqtisadi həyatını bütünlüklə bazar müstəvisinə keçirdi. Bununnəticəsində vaxtilə Amerika yazıçısı Perl Bakın "Torpaq"romanında təsvir etdyi, sözün hərfi mənasında torpaqlaqidalanan çinlilər aclıqdan və dilənçilikdən qurtuldu, milyardyarım insanın qarnı doyduruldu, əyni-başı düzəldi. Bazariqtisadiyyatına çoxdan riayət edən qonşu Hindistanda isə bugün də bir milyard hindli dəhşətli səfalət və aclıq içindəçabalayır. Həm də Çin bunu tarix üçün çox qısa sayıla biləcəkbir müddətdə həyata keçirdi. Deməli, bu problemi – əhalininnormal yaşaması, təminatı problemini hər hansı ölkədə – həttabu qədər əhalisi olan, bu günə qədər geridə qalmış sayılan,proletar inqilabının və "ən qabaqcıl təlimin" bütün"ləzzətlərini"dadmış, xunveybinlərin amansız "mədəniinqilabını" belə yaşamış ölkədə də həll etmək mümkün imiş.Həm də bu, qeyri-müəyyən Gələcəyin əfsanəvi və xülyavikommunizm cənnəti yox, indi ömür sürən insanlarınyaşadıqları normal həyat tərzidir).***Çində olarkən Mao Tzedunun mavzoleyini ziyarət etdim.Maonun balzamlanmış nəşi qoyulan binada onunsilahdaşlarının – vaxtlilə bir-birinin ətini yeməyə hazır olan vəMaonun özünün də cəzalandırdığı silahdaşlarının şəkilləri621

asılıb Cju De, Lya Şao Tsi, Cjou En Lay, Den Syao Pin.Moskvada, məsələn, Lenin mavzoleyində belə bir mənzərənitəsəvvür etmək mümkündürmü – Stalinin, Trotskinin, Xruşşovun,Brejnevin şəkilləri yan-yanaşı asılsın?***Tiraniya, adətən, ac-yalavac, min bir əzab çəkən ölkələrdəbaş tutur. O, kütlələrin mövcud şəraitə narazılıq hissləri vəmilli qürurunun alçaldılması zəminində ucalır. Kütlələrin bunarazılığı aşıb-daşanda Qiyama çevrilir. Rus şairi Marşakın bubarədə çox dəqiq şeri var. Məzmunu budur ki, qiyamlar heçvaxt uğur qazanmır, uğur qazanırsa, ayrı cür adlandırılır. (YəniMarşakın demək istədiyi və deyə bilmədiyi odur ki, qiyamuğurla baş tutanda onu Böyük İnqilab adlandırırlar, məsələn,Böyük Oktyabr İnqilabı, baş tutmayanda isə, məsələn,Kronştad qiyami, ya Kornilov qiyamı).***Ən böyük inqilab belə həllinə boyun olduğu problemləriçözə bilmədiyinə görə yeni narazılıqların qarşısını almaq üçündiktaturayla nəticələnir. Hamını da inandırmaq istəyirlər ki,yalnız tiraniya, despotik rejim ictimai xaosun qarşısını almağaqadirdir. Tiraniyanın möhkəmlənməsi üçün ona mütləqdüşmənlər lazımdır, daxili və xarici düşmənlər. Beləliklə,düşmən axtarışına çıxır və çox tezliklə hər şeyin səbəbkarı olandüşmənləri tapırlar – bu, əlbəttə, ilk növbədə ziyalılardır. Hərşeyin günahkarı, əlbəttə ki, onlardır. Ayrı kimə gücləri çatacaqki?***Monarxik, yaxud hər hansı təkhökmranlıq quruluşuyəhudiliyin, xaçpərəstliyin və İslamın əsasını təşkil edənTəkallahlılıq (monoteizm) ideyasının siyasi qarşılığıdırmı?Nisbətən humanist variantda imperator – Allahın canişini kimiqələmə verilir, amma sırf diktatura rejimləri də butəkhökmranlıq – təkallahlıq fikrinə arxalanır. Teymurləngindeyiminə görə, göydə Allah birdir, yerdə də hökmdar bir622

olmalıdır. Onda belə çıxır ki, politeizm (çoxallahlılıq)demokratik rejimlərə uyğundur. Ancaq tarix bunu təsdiq etmir.Yalnız demokratiyanın ilk vətəni qədim Yunanıstanda İlahiPanteon – yer hakimiyyəti kimi həyatın hər sahəsinə nəzarətedən Allahlardan ibarət idi.***Bu müqayisə yüngülməcaz görünə bilər, ancaq mənə eləgəlir ki, seçicilərlə deputatların münasibəti – seçicilərin təqdiri,ya tənqidi – hardasa meydançadakı futbolistlərlə tribunalardakıtamaşaçıların münasibətini xatırladır. Tamaşaçıya elə gəlir ki,necə penalti, yaxud küncdən zərbə vurmağı, topu ötürməyi,müdafiəçilərin hasarını yarıb qapıdan qol keçirməyi və özqapısını qorumağı o, meydançadakı futbolçulardan daha yaxşıbilir. "Topu ona ötür, bundan al, qabağa get, sola qayıt"- vəsairə məsləhətlərini çığırıb-bağıraraq o, tamaşaçı oyunçularıhələ söyüb təhqir də edir, bacarıqsızlıqda günahlandırır, ələsalır, lağa qoyur, fitə basır və s.Amma axı meydançada döyüşən futbolistdir, tamaşaçı deyil."Öz münasibətini bildirmək tamaşaçının haqqıdır" –deyəcəksiniz. Doğrudur. Amma tamaşaçının bu haqqınıtanımaqla, hətta onun iradlarını qəbul etməklə bərabər deyəbilmərik ki, o, tamaşaçı futbolu oyunçudan çox sevir, yafutbolçu komandasının qələbəsini tamaşaçıdan az istəyir vənəhayət, necə oynamağı tamaşaçıdan pis bilir.Bunu xalqı sevmək, xalqın mənafeyini qoruya bilməkbarədə deputatlara tutulan iradlarla bağlı deyirəm. Kimsəxalqına sevgisini, bağlılığını onun yolunda hər hansı sahədə –siyasətdə, iqtisadiyyatda, yaxud mədəniyyətdə gördüyü əməliişlərlə həyata keçirir. Başqa birisi isə bu sevgidən yalnızmitinqlərdə gur səslə danışır və üstəlik iş görmək istəyənləri dəyaş yuyub quru sərir. Orxan Vəli gözəl deyib: "Nələr etmədikbu vətən yolunda, kimsə canını fəda etdi, kimsə nitq söylədi".Futbolla müqayisəni davam etdirsək, onu da deyə bilərik ki,futbolçu üçün futbol – onun taleyi, ömrü-günü, həyatının623

mənasıdır. Tamaşaçı üçünsə futbol bir neçə xoş, ya həyəcanlıkeçən əyləncə saatlarıdır. Deputat fəaliyyətinə də tamaşaçıkürsülərindən baxıb mənfi, ya müsbət (əksərən mənfi) qiymətvermək ən asan işdir. Doğrudur, futbolda da, siyasətdə də kütləbəzən özüyçün bütlər, kumirlər də yaradır. Amma bu gün qolvurub kumirə çevrilən birisi, sabah topu qapının üstündən, yayanından keçirərkən fitə basılır. Dünənki kumir bir an içindərüsvay edilir. Eynən deputatlar kimi – bir gün yaxşı çıxışelədin, qəhrəmansan, sabah nə səbəbdənsə susdun, nifrətəlayiqsən.1989. Moskva. SSRİ Ali Sovetindədeputat olduğum vaxtlar.***SSRİ-də otuzuncu illərin ədəbi döyüşləri qədim Romadakıkimi qladiator döyüşləri idi – meydana döyüşçülərin həyatı,dünyada qalıb-qalmaması qoyulurdu. Amma Romaqladiatorlarından fərqli olaraq, məğlub olanın yalnız özü yox,bütün ailə üzvləri, yaxınları da məhv edilirdi. Bizim günlərinədəbi çəkişmələri isə – olsa-olsa şahmat turnirinə bənzəyir –qalib ancaq bir mərtəbə yüksəlməyə iddia edə bilər.***Əsrin nəfəsi kəsilib. Sonuna yaxın o, onilliklər ərzində başvermiş bütün hadisələrdən yorulub usanıb sanki – iki cahanmüharibəsi və saysız-hesabsız xırda, regional, vətəndaş, etnikvə dini savaşlar. Elə o böyük müharibələr kimi qanlı savaşlar.Bir də ki, İnqilablar – böyük və kiçik inqilablar, çevrilişlər,qiyamlar. Repressiyalar, edamlar, sürgünlər, ölüm düşərgələri,dövlətin özünün, ya ayrı-ayrı dəstələrin, qrupların, təşkilatlarıntörətdikləri terror aktları. Çeşid-çeşid totalitar rejimlərdəyaşamağa məhkum olmuş nəsil-nəsil insanın ümidsizliyi.Xərçəng xəstəliyi və SPİD. Hirosima. Çernobıl. Osvensim.Kolıma. Xolokost və QULAQ, Stalin və Hitler. Pol-Potun qanlıKampuçiya eksperimenti və xunveybinlər. Çində Maonun624

qırmızı sitat kitabçıqları və İtaliyada Qırmızı Briqadalar. Əsrinəvvəlində qaz fanarları və əsrin ortalarında qaz kameraları.Kosmonavtlar və astronavtlar. Qaqarin və Armstronq. İlk peykvə Ayda insan ləpirləri. Böyük şəhərlərin ekoloji fəlakətləri,dənizlərin, okeanların zəhərlənməsi. Səmada ozon dəlikləri vədənizlərin dibində məhv olan balıqlar. Yer üzündən silinib itənAral kimi dənizlər, zəhərli ximikatlarla və nüvə qalıqlarıylaşikəst edilmiş torpaq, qırılmış meşələr və insanlar, xalqlar.Qaralar, ağlar, qırmızı və sarı dərililər arasında sönübsəngiməyən ədavət, düşmənçilik, qisasçılıq……Amma bütün bunlar hələ qabaqdadır, bütün bunlar hələolacaq.Bu gün isə XX əsrin axırı yox, ilk günüdür. 1901-ci ilyanvarın biridir və məhz elə bu gün Qori seminariyasınınməzunu Cəlil Məmmədquluzadə ərizə yazır ki, onu bir neçə ayərzində işlədiyi pristav vəzifəsindən azad etsinlər. Onun işideyil bu. Onun işi də, əsri kimi sanki elə bu gün başlayır.***Yadımdar Brejnev hakimiyyət başında olarkən həmkarlarıonun çox mərhəmətli, xoşqılıqlı, yumşaq və nəzakətli adamolmasından ağız dolusu danışırdılar.Mərhəmət, yumşaqlıq, nəzakət hara, ölümündən sonraqəbrinə atılan bu qədər çirkab hara? Bəlkə də insanlar içlərindəyığılmış narazılığı, illər boyu udmağa məcbur olduqları etirazhisslərini, demək istədikləri və deyə bilmədikləri ittihamsözlərini indi, ölümündən sonra bədbəxt Brejnevəünvanlamaqla onun təmsil etdiyi quruluşdan, onu qaldırıbbütləşdirən rejimdən heyflərini çıxmaq istəyirlər. O ki qaldırəhbərlərə, axı rəhbərlər də hər halda insandırlar, onlarBrejnevin sağlığında ona nə qədər yalmanır vəyaltaqlanırdılarsa, indi bir o qədər həvəslə mərhumdan bütünbunların acığını çıxırlar. Bu tipik kölə xislətidir –yaltaqlandığına, qarşısında quyruq buladığına, hər şıltaqlığınaitaət etdiyin şəxsə öz daxilində amansız nifrət toplanır,625

səbrsizliklə intiqam saatını gözləyirsən. Bu intiqamı diriadamdan yox, onun meyitindən almalı olacaqsan. Bu daqənimətdir. Kölənin mədhiyyələri də qisasçılığı qədərtəhlükəlidir. Amma məgər elə Brejnev özü məhz bu cür hərəkətetmirdi? Rəhmətlik Ənvər Məmmədxanlının bir dəqiqmüşahidəsi vardı: Xruşşovla birgə işlədiyi müddətin bütünfotolarında Brejnev yan tərəfdən heyran baxışlarla Xruşşovunağzına baxır. Axı şəkil çəkilərkən Xruşşov Brejnevin yantərəfdən ona necə də "məhəbbətlə" baxdığını görə bilməzdi,bunu yalnız qəzetlərdə, fotoda görəcək və iş yoldaşınınsədaqətini lazımınca qiymətləndirəcəkdi. Sədaqət və satqınlıq –ikisi də "S" hərfiylə başlanan bu iki söz, illah da hakimiyyətinən yuxarı mərtəbələrində bir-birinə çox yaxın, hətta çox vaxttam uyğun anlayışlardır.Yaxşı, tutalım, bütün bu zınqrovları döşünə Brejnev özütaxırdı. Bəs onun ölümündən sonra xatirəsininəbədiləşdirilməsi haqqında heç bir ölçü hissinə, heç birəndazayə sığmayan tədbirlər? Bunu ki, Brejnev özü etmirdi.Hər halda ölümündən sonra öz adını neçə-neçə şəhərə, rayona,zavoda, müəssisəyə, gəmiyə verə bilməzdi. Yaxşı, tutalım bunuAndropov edirdi, karyerasında irəliləməsinə görə Brejnevəminnətdar olduğu üçün (inanan daşa dönsün). Andropov öləndədə bu ölçüsüz-biçisiz ad vermələri Çernenko edirmiş? (Bunaadamın heç inanması gəlmir). Yaxşı bəs adidən adi, heç bircəhətiylə fərqlənməyən Çernenkonun ölümündən sonra kimonun adını belə böyük ölçüdə əbədiləşdi-rirdi?Əndazəsiz, şişirdilmiş mədhiyyələr daha təhlükəlidir, çünkiyalnız elə bir neçə nəslin ömrü müddətində tarix bizə sübut etdiki, hakimiyyətdə olan rəhbərin şəninə deyilən şit təriflər,sağlıqlar, tostlar nə qədər ifrat şəkil alırsa, bu tərifləriyağdıranların tərif obyektinə gizli nifrətləri də bir o qədəramansız olur. Və rəhbərin ölümündən keçən ilk vaxtar – birhəftəmi, bir aymı – hələ də köləlik xislətindən azad olmayanyeni rəhbərlər öz sələflərinin xatirəsinə bir-birindən təmtəraqlı626

tədbirlər qərarlaşdırsalar da, az vaxtdan sonra onun nəinkiözünü, hətta bütün yaxınlarını, ailə üzvlərini ən yaxşı haldayaddaşlardan silib süpürməyə hazırdırlar. Stalinin, sonra daXruşşovun ümumittifaq miqyasında mənəvi edamı, bizimresbuplika səviyyəsində N.Nərimanova, sonra daM.C.Bağırova yönəlmiş hücumlar bu qəbildəndir. Əlbəttə,Stalinin, Xruşşovun da, Nərimanovun, Bağırovun da fəaliyyətio qədər mürəkkəb bir dövrü əhatə edir və hər birinin fərdifərqli cəhətləri o qədər ziddiyyətlidir ki, onlara birmənalıqiymət vermək olmaz. Daha dürüst və obyektiv qiyməti tarixverəcək. Amma belə tələsik verilən sırf mənfi qiymət daha çoxbu qiyməti verənlərin təbiətini üzə çıxarır - kəmlikkompleksindən əziyyət çəkən və hər şeyi udub içində saxlayan,məqam gözləyən insanların təbiətini.***İndi, keçmişin kölgələrinə qarşı bu qədər "cəsarətli"davrandığımız bir dövrdə biz hər halda bir əsas suala cavabtapmaqda acizik: Stalinmi bu sistemi yaratdı, ya sistemmiStalini yaratdı? Durğunluq dövrünü Brejnevmi yaratdı, ya dövrözü rəhbərlik etməyə, məsələn, Kosıgin kimi adamı yox,Brejnevi seçdi? Axı patoloji dərəcədə qəddar Stalindən fərqliolaraq Brejnev, görünür, zalım adam deyilmiş. Doğrudur,Praqa baharını tank tırtılları altında xıncım-xıncım əzməyə də oqərar vermişdi. Amma ümumiyyətlə, Brejnev, xüsusən, sonillərində yetərincə duyğusal, sentimental adam olub. OnuMüslüm və Rıskin ağlada bilərdi. Bunun mən özüm dəşahidiyəm. İstedadlı bəstəkar və o vaxtkı Mədəniyyət nazirimizRauf Hacıyev hardansa eşələyib tapmışdı ki, bizim operateatrımızın sıravi dirijoru Rıskin vaxtilə Brejnevlə birlikdəKiçik Torpaqda bir polkda xidmət edib. Brejnev Azərbaycandaolarkən Lenin sarayında təntənəli iclasda Rauf Hacıyevin bumövzuya həsr etdiyi mahnısı səslənir (sözlərini yadımda deyilkim yazmışdı). Rıskin dirijorluq edir və Müslüm səsinin vəistedadının var gücüylə qocalıb haprımış Baş katibin gözlərini627

yaşardır. Az qala melodeklomasiya kimi səhnədən bir başaBrejnevə xitab edərək: "Yadındamı, Kiçik torpaqda filan-filan"və bu kimi sözləri oxuyur.Brejnev yazığın çənəsi əsir, gözlərindən yaş gəlir (Bunumən artıq sonra televiziya ekranında təkrar translyasiya zamanıgörə bildim). Brejnev ağlayır və yanında əyləşmişÇernenkonun bütün bu xatirələr vecinə olmasa belə, o da şefinəbaxıb dəsmal çıxardır və gözlərini silir. Aman Tanrım…Amma indi bax bütün qəzetlər Stalinin özbaşınalığını vəBrejnevin şıltaqlıqlarını "qoçaqlıqla" ifşa edirlər. "Pravda"qəzeti ləzzətlə yazır ki, Brejnevin adı verilmiş hər yerdən adıgötürülür.Mart 1988Erməni terrorçuluğunun zəngin ənənələri var. Əsrinəvvəllərindəki mauzeristlər və onların bugünkü davamçılarıəslində yalnız ermənilərə qarşı hər hansı bir cinayət işlətmiş vəyaxud bunu güman etdikləri adamları öldürmürlər. Yox,düşmən saydıqları millətin ən parlaq, humanist, rəhmdiladamlarına qəsd edirlər ki, qarşı tərəfi başsız qoysunlar.Dirilərə qarşı bu fiziki terror ölülərə qarşı mənəvi terrorlatamamlanır. Babəki, Koroğlunu, Qaçaq Nəbini qaniçənadlandıraraq, sözün əsl mənasında, qaniçən Androniki öz milliqəhrəmanları sayırlar.(Bu sözlər 80-ci illərin ikinci yarısında yazılıb. O vaxt heçağlıma gəlməzdi ki, gün gələcək, ermənilər yox, özünüazərbaycanlı sayan bəzi alimlər, jurnalistlər eyni ermənihiddətiylə və eyni erməni terminləriylə Babəkə, Koroğluya, Şahİsmayıla, Qaçaq Nəbiyə hücum çəkəcəklər - sonrakı qeyd).Ermənilər Androniki milli qəhrəmanları sayırdılarsa, sovetvaxtında ayrı-ayrı şairlərdən və yazarlardan başqa küll olaraqAzəbaycanda Andronik haqqında güldən ağır söz deyən yoxidi. Bizim bu "dözümlülüyümüzə" qarşısa ermənilər müqəddəssaydığımız insanlara – Üzeyir Hacıbəyova, Cəlil628

Məmmədquluzadəyə, Nəriman Nərimanova çirkab atmağabaşladılar, onlara millətçi dedilər. "Bahadır və Sona", "Əsli vəKərəm", "Kamança"nı yaradanlar millətçiymiş?(Köhnə yazımın bu yerində yenə də bizim günlərinmüdaxiləsini acı-acı qeyd edirəm. Ermənilərin Mirzə Cəlilə,Nəriman Nərimanova hücumlarına iyirmi ildən sonra öz"qeyrətli donosbazlarımız" qoşuldu. Mirzə Cəlili vətən xaini,Nərimanovu satqın, Füzulini şarlatan adlandırdılar – sonrakıillərin qeydi). Gərək qulaqların kar, gözlərin kor olsun ki,"Kamança"da səslənən yüksək insansevərlik və humanizmmelodiyasını eşitməyəsən. "Usta Zeynal"dakı bir ötərireplikaya görə Mirzə Cəlili faşist adlandırmaq üçün isə yalnızkar və kor yox, həm də dəyyus olmalısan.Erməni terroristlərinin – mənəvi və fiziki terroristlərin –məqsədi düşmən saydıqları millətin dəyərli insanlarını yaaradan götürmək, ya ləkələməkdir və beləliklə, onun tarixini,mədəniyyətini yoxa çıxarmaqdır ki, bundan sonra yekə-yekəbəyan etsinlər, görün, bizim qarşımızdakı düşmən kimdir –mədəniyyətsiz, keçmişsiz vəhşi köçərilər. Nə tarixləri var, nətorpaqları, nə ədəbiyyatları. Odur ki, nələri qalıbsa qarət etməkqənimətdir – ərazilərini, folklorlarını, musiqilərini, həttayeməklərini. Əsl genosid, soyqırımı – mənəvi genosid baxbudur.(Yenə də bu günün acı təcrübəsi: bizim zamanda bu məkrlierməni planlarının ən yaxşı icraçısı bəzi mətbuatorqanlarımızdır – məhz belə qəzetlərin səhifələrindəAzərbaycan xalqının keçmişi təftiş olunur, tarixinin,ədəbiyyatının, elminin ən dəyərli insanlarına çirkab atılır.Bunlar birbaşa erməni göstərişiyləmi edilir, bilmirəm, bubarədə bir şey deyə bilmərəm. Amma istisna etmirəm ki,xaricdəki erməni lobbisinin maddi dəstək verdiyi müxtəlifbeynəlxalq təşkilatların bu işdə barmağı var. Hər halda məqsədki eynidir – Azəbaycan xalqının bütün mənəvi dəyərlərinihissə-hissə, parça-parça, tədriclə sıradan çıxarmaq – indiki629

illərin qeydi).***Aşkarlıq bizə bir şeyi də açdı. İlk baxışda bu parodoksalgörünsə də, müəyyən bir hadisə haqqında məlumat verməmək– özəlliklə də bu böyük və ucu-bucağı görüməyən ölkədə –həmin hadisənin olmamasına bərabərdir. Yəni bir olayhaqqında xəbərin yoxdursa, sanki o, yerli-dibli olmayıb. Sovetvaxtında təbii və qeyri-təbii fəlakətlərin onda biri haqqındaməlumat ya veriləydi, ya heç verilməyəydi. İndi hər gün, hərsaat zəlzələlər, yanğınlar, təbii fəlakətlər, batan gəmilər,toqquşan qatarlar, qaçırılan, ya qəzaya uğrayan təyyarələr,manyakların və sadistlərin cinayətləri haqqında eşidəndə,oxuyanda bizə elə gəlir ki, bütün bunlar yenidənqurmanın vəaşkarlığın nəticəsidir və qismən də haqlıyıq. "Əvvəllərdə dəbütün bunlar olurdu, amma biz xəbər tutmurduq" – demək dəməsələyə tam aydınlıq gətirmir. Totalitar sistemin (biz isəətalət üzrə hələ o sistemin ölçüləriylə yaşayır və düşünürük)prinsipi belə idi ki, kütləvi şüur üçün mövcud olan, yalnızhaqqında xəbər verilən hadisədir. İngilis yazıçısı Corc Ourel"1984 -cü il" adlı antiutopik romanında bu fikri absurdaçatdırıb – qəzəbə keçmiş hər hansı bir adamın adını belə bütünkitablardan, dəftərlərdən silməklə, sanki, belə bir adamıntarixdə hacansa mövcüd olduğu da inkar edilir. İkinci birməsələ də var – hər hansı bir təbii, ya qeyri-təbii fəlakət lokalmiqyaslı ola bilər. Amma o müasir KİV-in gücüylə bütündünyaya bəyan ediləndə daha iri miqyaslar qazanır. Başqasözlə desək, bu fakt həqiqi meyarlarından qat-qat böyükəhəmiyyətə malik olur və bu sayaq başqa kataklizmlərlə birsıraya düzülərək Qiyamət gününün yaxınlaşması haqqındaduyumları şüurlara yeridir. "Ağzını xeyirliyə aç" – deyimi var.Ağız yalnız belə-belə fəlakətlərə və faciələrə açıldıqda, elə bil,onlara yol göstərir. Vətəndaş müharibəsi qorxusu, siyasiçevriliş təhlükəsi, Stalin qantökməsinə qayıdış haqqındafərziyyələr belə bir mənhus gələcəkdən soraq verir – şüurlarda630

ütün bunlar qaçılmaz labüdlük və hökmən həyata keçəcəkdəhşət kimi qavranılmağa başlayır.***Ən bacarıqlı yalançılar ən səmimi yalançılardır, yəni yalandanışdıqları vaxt səmimi olanlar, öz yalanlarına özləriinananlar, ya özlərini inandıranlar. Dahi yalançı ilk öncə özüözünüaldada bilən yalançıdır. O, elə davranır, elə duyur, elədanışır ki, sanki bu situasiyada həqiqi davranış, həqiqi duyum,həqiqi söz – bax belə olmuş, ya olmalıdır. O, yalnız öz fikir vəsözlərinə müəyyən vaxt həddi qoyur, belə bir müddət ki, özünüdə, başqalarını da səmimi şəkildə aldada bilsin. Bu həddkeçiləndən sonra o, yalanın başqa bir situasiyasına keçir vəyenə özü özünü aldadır.***Qadınlar haqqında o, Napoleon şahmat barədə dediyi kimidüşünürdü: Bu çox yüngül məsələdir ki, onu ciddi iş sayasanvə çox ciddi işdir ki, ona əyləncə kimi baxasan.***Elə düşünürdük ki, öz ömrünü, özünün yaşamaq müddətinidünyada əsas dəyər saymaq "mənçi"liyə, eqoizmə,eqomərkəzçiliyə gətirib çıxarar. XIX əsrdə də hesab edirdilərki, ateizm özbaşınalığa, hərki-hərkiliyə səbəb olacaq. "Allahyoxdursa, demək hər şey etmək olar" – Dostoyevskinin budüsturu həyat gerçəkliyindən daha məhdud görünür indi. (70-ciillərdə etdiyim bu qeydlərin həqiqiliyinə 90-cı illərdə şübhəyləyanaşıram).XX əsr bir çox ateistlər yetişdirdi ki, onlar əxlaqıtapdamadılar. Beləcəsinə öz həyatını ən vacib dəyər hesabetmək də əxlaqsızlıq, mənəviyyatsızlıq, eqoizm deyil. Onaqalsa, gələcək səadət naminə indiki mərhumiyyətlərə dözməkdüsturu da əxlaqsız və mənəviyyatsız fikir sayıla bilər. Gələcəkxoşbəxt cəmiyyət naminə milyonlarla insanın məhv edilməsiisə tamamilə cinayətkar düstur olmaqla bərabər, həm dəhəqiqətə uyğun deyil. Milyonlarla insanın qanı bahasına631

qurulan səadət heç cür səadət sayıla bilməz. Hegel haqlıdır: "Məqsəd – ona çatmaq üçün istifadə olunan vasitələrintoplusudur". Dostoyevski bir çocuğun bir gilə göz yaşlarındandanışanda peyğəmbərlik edirdi. Həm peyğəmbərlik edirdi, həmdə gələcək Rusyanın falını açmışdı. Rus inqilabı damla nədir,dənizlərlə göz yaşı axıtdı. Gözyaşı və qan. Özü də tək biruşaqlarınkını yox.Rus inqilabının metafizik və fəlsəfi uğursuzluğu Çarıngünahsız övladlarının qanı axıdılan gecə müəyyənləşdi. Hansısiyasi və strateji məqsədlərlə izah olunsa da (uzun müddətgizlədilsə də), bu cinayətin bəraəti yoxdur. Və tarix sübut etdiki, saf, işıqlı və xoşbəxt gələcəyi günahsız insanların, uşaqlarınqanı üstündə qurmaq olmaz. Tarix Vladimir Ulyanovdan dabetər qisasçıdır.Əlbəttə, qəlblərdə döyünən yalnız Orenburqda edamolanların külü deyil, milyonlarla başqa günahsızların səssizharayıdır. Amma hər halda Orenburq faciəsi kökündən cinayətüstündə qurulmuş bir işin axır-əlbət uğursuzluğa düçarolacağının ən parlaq rəmzidir.Türkiyədə bu ölkənin tarixiylə tanış olarkən mən bu barədədə düşünürdüm. I Sultan Muradın hakimiyyəti dövründə (1359-1389) sui-qəsdin üstü açılır, bu sui-qəsdə Sultanın öz oğlu dabulaşıbmış. Qəsdin bütün iştirakçıları edam olunur. (Məlumdurki, Qorxunc İvan (İvan Qroznı) və Dəli Petro (I Pyotr) da özoğullarının başına oyun açıblar). Amma Osmanlı dövlətində buvaxtdan bəri bir ənənənin əsası qoyulur. Taxt-tac uğrundaçəkişmələrin qarşısını almaq üçün hər yeni sultan hakimiyyətəgələn kimi yaxın qohum-əqrəbasını qətlə yetirir (əcəbənənədir!). Məsələ ondadır ki, bu vəhşi davranışı ən yüksəkdövlət maraqlarıyla izah etmək və ona bu baxımdan bəraətqazandırmaq istəyirlər. Sonralar İkinci Məhmədin verdiyifərmanlarda deyilirdi: "Əgər mənim övladlarımdan, əzizoğullarımdan, ya nəvələrimdən biri dövlətin başçısı olarsa,ümumi xeyir naminə öz qardaşlarını məhv edə bilər". Bax buna632

görə də türbələrdə sultanların uşaqkən öldürülmüş övladlarının,ya qohumlarının məzarları belə çoxdur.Dünyanın özü qədər qədim, amma alçaq bir fikir var –hansısa ali məqsələrlə günahsız insanların, hətta uşaqlarınqanını tökmək man deyil. Bu fikir bəlkə də Bibliyada öz əksinitapmış "körpələrin məhv edilməsi" əfsanəsindən qaynaqlanır.Bu düsturu əsas götürüb Stalin və digər müstəbidlər məxsusihaqq-hesabı qanuniləşdiriblər. Əgər yüzlərin naminə on adamıməhv etmək məqbuldursa, minlərin uğrunda yüzləri,milyonların yolunda minləri və bu haqq-hesabla yüz minləri,milyonları qurban vermək olar. Böyük miqyasda söhbət həttayüz milyonlardan gedir. O vaxt milyard əhalisi olan Çininrəhbəri Mao Xruşşova deyirmiş ki, Üçüncü Dünyamüharibəsində kapitalizmin məhv olması və kommunizminqələbə çalması naminə yüz milyon insanın qırılması böyük itkideyil. Stalin dövrünün amansız anekdot - lətifələrindən biri dəbelə idi: Guya ki, Stalinin özü Beriyanın təqdim etdiyi edamsiyahılarından dəhşətə gələrək: – Bu qədər adamı qırmağı təklifedirsən? – deyə soruşur. Beriya cavabında: – Məgər biz buəhalini Nikolay padşahdan siyahıyla almışdıq? – deyir.(Bu fikrin müəyyən əks-sədası 1990-cı ilin Qarayanvarından sonra M.S.Qorbaçovla olan söhbətimizdə səsləndi."Bəli, Bakıda insanlar həlak oldu – deyirdi Qorbaçov bizimləgörüşdə və əlavə edirdi: – Ancaq qoşunlar daxil olmasaydı,daha çox insan məhv ola bilərdiU. Mən, bax bu yuxarıdayazdığım fikirləri xatırlayaraq Qorbaçova dedim: "Minlərinnaminə yüzlərin məhv edilməsi, minlərin naminə yüz minlərinhəlak olması – bu haqq-hesabı biz tarixən çox keçmişik axı"…Qorbaçov dinmədi, onun yanında dayanmış Primakov isəməzəmmətlə başını buladı – bu qeyd, çox sonralar, 90-cı illərdəedilib).Mənə ruhən çox yaxın olan fəlsəfə sisteminə – zenbuddizməmüraciət edərək bu təlimin bir maddəsini yadasalmaq istəyirəm: "Günahı xeyirxah əməllərlə yumaq fikri və633

gələcək səadət naminə indi cinayət törətmək düşüncəsi zenetikasına kökündən ziddir". Zenbuddizmin tədqiqatçısıY.V.Zavadskaya "Qərb Şərqdə" kitabında belə yazır. Beləliklə,dəyərlər cədvəli necə qurulub? Kim deyə bilər ki, gələcəknəsillər səadətə indikilərdən daha artıq layiqdirlər və nəyə görəindiki nəsillər öz yeganə və təkrarsız ömürlərini necəliyiməlum olmayan, hansı dövrdə yaşayacağı bilinməyən nəsillərinfərziyyə, güman şəklində nəzərdə tutulan səadətlərinə qurbanverməlidir? Və bu gələcək nəsillər də öz növbələrindəömürlərini daha da irəlidə yetişəcək nəslin yolunda fədaetməlidir? Və sonsuza qədər bax beləcəsinə…Amma digər tərəfdən bu fədakarlıq olmasaydı, ən bəsitşəkildə desək, valideynlər ömürlərini təmənnasız – filanövladlarına qurban verməsəydi, həyatın davamı da mümkündeyildi. Çox qədim və çox müdrik bir fikir də var: səninəkdiyin ağacın bəhrəsini gələcək nəsillər görəcək, köl-gəsindənəvə-nəticələrin oturacaq, amma sən özün onun nə bəhrəsinigörəcəksən, nə kölgəsində dincələcəksən. Vaxtilə mən özüm dəyazmışdım ki, həyat bir borcdur, bu borcu bizvalideynlərimizdən alırıq, övladlarımıza qaytarırıq. Hər nəsiləcdadlarından onların fədakarlığını da borc alıb, bu borcuxələflərinə qaytarır. Bəlkə də belədir. Yox, lap yəqini belədir.Amma yenə də müəyyən şübhələr beynimi gəmirir: Hər nəslinfədakarlığı bəlkə də gələcəyin mümkünsüz xoşbəxtliyihaqqında bir aldanışdan, bir illüziyadan, sirabdan, ilğımdanbaşqa şey deyil. Bəlkə bu da şirin bir özünüaldatmadır. Necəki, xatirələrimiz, keçmişlər haqqında nostalji duyğularımız da –xoş bir yalandır. Keçmişdə, o anları yaşadığımız zamanduymadığımız fərəh, sevinc hisslərini indi, o anları yadasalarkən duyuruq. İtirilmiş cənnət əfsanəsi. Gələcək səadəthaqqında xəyallar da eynən itirilmiş cənnət xülyasına bənzərbir şeydir.Əgər doğrudan da, səadət dedikləri bir şey varsa, o ancaqötəri və tez keçib gedən anların tələsik sevincləridir. Az qala634

aşlanan kimi bitən sevinclərdir. Bax bu tutulub saxlanmasımümkün olmayan an, iki yoxsuzluq arasındakı qısa fasilə yəqinki, həqiqiət məqamı, həyatın və gözəlliyin mənasıdır.***Ən gənc, az qala uşaq yaşlarımdan mənə söylənən ən xoş"kompliment" – çox mütaliəli olmağımdır.Xeyirxahlarım da, bədxahlarım da mütaliəmi mənə gahmüsbət qiymət kimi, gah da ittiham kimi verirdilər… Halbuki,özüm yaxşı bilirdim, mənim geniş mütaliəm daha çox zahirigörüntüdür, nəinki əsl həqiqət. Oxumadığım, amma oxunmasıvacib olan kitablar oxuduqlarımdan dəfə-dəfə artıqdır. Bəzənsancmaq istəyəndə mənim bütün yaradıcılıq cəhdlərimi, illahda, onlar uğur qazanırdısa, ancaq və ancaq oxuduğumkitabların təsiriylə bağlayırdılar. Əlbəttə, heç bir yazıçı başqabir yazıçının, özəlliklə böyük və klassik müəlliflərin müəyyəntəsirindən xali deyil. Amma doğrudan-doğruya heç vaxtoxumadığım yazıçıların mənə guya ki, təsir etdiyini eşidəndəyanıb-yaxılırdım. İlk povestimi "Ağ liman" adlandırmağım vəfinalda qırmızı gəmilərdən yazmağım kifayət etmişdi ki, bunuQrinin təsiri hesab etsinlər. Niyə Qrin? Sadəcə olaraq onun "Alqırmızı yelkənlər" əsərinin adı yadlarında qalmışdı (Çoxgüman ki, əsərin özünü heç oxumamışdılar). Şükür olsun ki,Çingiz Aytmatovun "Ağ gəmi" povesti mənim "AğlimanUımdan sonra çıxdı, yoxsa onun da təsiriniyapışdırardılar. Ayıb olsa da, etiraf edirəm: Qrinin heç birəsərini oxumamışam. Deyilənə görə, çox gözəl yazıçıdır, ammavallah-billah bir sətrini də oxumamışam. Əvvəllər nə isə imkandüşməyib, tənqidçilərin bu iradlarından sonra isə bilərəkdən,qəsdən oxumuram (bəlkə də haçansa oxudum). Amma Qrininəsərlərinin yalnız adıyla deyil, məzmunuyla da tanış olan ciddiadamlar mənə dəfələrlə deyirdilər ki, "Ağ liman"ın Qrininəsərlərinə heç bir dəxli yoxdur.Əfsus ki, Edqar Ponu da oxumamışam, ona görə də təəccübqalıram: bəzi yazılarımda onun təsirini tapanlar da var. Tanış635

olmadığın mətn sənə necə təsir edə bilər? Bilmirəm. Qoy bunutənqidçilər izah etsin.Bu ittihamların əsas məqsədi yazılarımın orijinal olmamasıhaqqında fikri beyinlərə yeritməkdir. Ən yaxşı variantdamənim güya ki, həyatı yetərincə bilməməyim və həyatakitablar vasitəsiylə bələd olmağımdır. Bir dəfə bizim millibəlamız yerliçilik haqqında söhbət düşəndə Vaqulyaya (VaqifSəmədoğluna) dedim: – Valideynlərimizin doğulduğu yerlərəgörə biz səninlə ayrı-ayrı bölgələrdənik. Amma mən Göyçaydavə Gəncədə küll halında heç bir ay da yaşamamışam. Necə ki,sən də Qazaxda, ya Dərbənddə. Biz Bakıda doğulumuşuq,burda boya-başa çatmışıq, burda yaşamışıq və yəqinömrümüzün sonuna qədər yaşayacayıq, Amma bununla beləköklü bakılılar da, bizi özününkü, yəni əsl Bakılı saymır. Odurki, biz istəsək də, yerlibaz, yerlipərəst ola bilmərik. Vaqif,məncə, çox dəqiq cavab verdi: Biz səninlə kitabstanlıyıq.Bizim yerlibazlığımız kitablar zəminindədir.Bir dəfə bazarda nəyinsə qiymətini düz demədim, kimsəməni hesabı pis bilməkdə suçladı, atam gülərək: hesabı yox,həyatı pis bilir, – dedi.Daha bir şeydə də suçlayırlar məni "sən bu xalqdan uzaqsan,yaxud bu xalq səndən uzaqdır". Əvvəllər belə sözlər məniağrıdırdı. İndi bu kəmlik kompleksindən azad olmuşam. Çünkitəvazökarlıqdan uzaq olsa da, deməliyəm, kaş xalqa yaxınolduqlarını iddia edənlər mənim bu xalq üçün elədikləriminyüzdə birini edəydi. Bu sözlərimçün üzr istəyirəm, yoxsa lapBəxtiyar Vahabzadənin şerinin tərsi çıxdı: Bircə ondan razıyamki, özümdən çox razıyam. Əstəğfürullah. Allah göstərməsinmənə belə özündən müştəbehliyi.Yuxarıdakı iradı da anlamağa çalışıram. Bu iradın arxasındaduran fikir də mənə gün kimi aydındır: yəni dedikləri odur ki,sən (yəni mən) uşaqlıqdan firavan bir şəraitdə böyümüsən,həyatın bərkinə-boşuna düşməmisən. Xalqın əksəriyyətininyaşadığı gün-güzəran, dolanışıq tərzi sənə yad və yabançıdır.636

Və buna görə də sənin nəslinin uşaqları – müharibə dövrününac-yalavac balaları çörək qeydinə qalanda sənin mədəniyyətlə,ədəbiyyatla, müsiqiylə tanış olmaq imkanın olub.Hələ yeniyetməlik çağlarımda bir dəfə məşhur kinorejissorLətif Səfərovla mübahisəmiz düşdü. O, ƏnvərMəmmədxanlının "Leyli və Məcnun" ssenarisi əsasında filmçəkməyə hazırlaşırdı və bağa, Ənvərin yanına gəlmişdi. Özyozumunu danışırdı. Mən bu yozumla razılaşmırdım. Leyli –Məcnun mövzusu haqqında öz fikrimi çatdırmağa çalışırdım: –Məncə, – deyirdim, – Məcnunun faciəsi zahiri əngəllərlərastlaşmasında deyil, ondadır ki, Qeys anadangəlmə faciəqəhrəmanı kimi doğulub, o, dünyaya ancaq əzab çəkmək üçüngəlib. Baş rollarda çəkilən aktyorlar haqqında da fikrimiz çəpdüşmüşdü. Lətif bütün fikirlərimi, o cümlədən məcnunluqhaqqında fikirlərimi də diqqətlə dinləyirdi, heç bir iradımacavab vermirdi, amma sonda elə bir şey dedi ki, o sözlərinmübahisə predmetimizə heç bir dəxli yoxdu. Amma o sözlərömrüm boyu yadımda qalıb. Məcnunçuluq haqqında mücərrədfəlsəfəçiliyimə cavab olaraq Lətif: – Anar, həyat səni yetərincəincitməyib, – dedi.16-17 yaşım olardı o vaxt. Sonralar həyat məni yetərincəincitdi, amma o vaxt anlamamışdım ki, Lətif bununla nə deməkistəyir və bu fikrin bizim mübahisəmizə nə dəxli var. Sonralarintihar etmiş Lətif haqqında düşünərkən, mən bu sualıncavabını da tapdım. Belə gənc yaşlarında belə "dərin" fikirləryalnız firavan uşaqlığın nəticəsi ola bilər.Atrıq yetkin çağımda, 50 yaşım keçəndən sonra 1989-cu ilinsentyabrında Azərbaycan Ali Sovetinin sessiyası zamanı mitinqedən kütlənin arasından Parlament binasına tərəf keçməkistəyirdim. Mən onda respublika Parlamentinin deyil, SSRİ AliSovetinin deputatı idim, oradakı fəaliyyətim, çıxışlarım vəhətta çıxış etməməyim də birmənalı qarşılanmırdı.Səkkiz-doqquz dəfə danışsamda, yalnız bircə dəfə Qorbaçovmənə söz vermədi.637

(Əvvəlcədən çıxışa yazılmamışdım, o, mikrofonu çıxartdı vəsəhərisi gün Prezidiumda əyləşən Püstəxanım Əzizbəyovavasitəsilə mənə üzrxahlığını bildirdi. Amma Parlamentdəkibütün fəaliyyətim bir yana, bir bu faktdan bədxahlarım ağızlarısulana-sulana bolluca istifadə etdilər. (Bu günün əlavəsi: Və bugünə qədər də mənə qarşı "kəsərli" silah kimi istifadə edirlər.Hətta dəlixanada müalicəsini yarımçıq qoyub ordan çıxmışbirisi yazır ki, guya Qorbaçov mənə "sadis, molçi" – deyib.Yalançının lap… Qorbaçov yox, dünyada heç kəs mənimləbelə danışa bilməz. Bu adamcıq özünə xas olan cəhətləri mənəşamil eləməsin – çox sonrakı illərin əlavəsi).Ümumiyyətlə, ittifaq deputatlarımızın fəaliyyətində xeylimüsbət cəhətlər və əlbəttə, müəyyən kəm-kəsirlər vardı. Ammagün kimi aydındır ki, ümumittifaq deputatlarının damğalanmasıvə ləkələnməsi yolunda əməlli-başlı planlı iş də aparılırdı. Eləgün olmurdu ki, mənə onlarla kağız, teleqram gəlməsin,yüzlərlə telefon zəngi (Moskvadan, Bakıdan və başqaşəhərlərdən, İrəvandan və Moskvanın özündən hədələyicizənglər də vardı) edilməsin. Sonra bu zənglərin, teleqramların,kağızların birdən-birə doxsan faiz azalması sübut edir ki, bütünbunlar müəyyən mərkəzdən idarə olunurmuş. Əlbəttə, bizimişimizi təqdir edən, bizə ürək-dirək verən məktublar,teleqramlar, telefon zəngləri də az deyildi.Bax belə bir "məhəbbət-nifrət" münasibətinə tuş olaraq kütləniniçindən Parlamentə tərəf gedirdim, amma gedib çata bilmədim.Tanıdılar, dövrəyə aldılar və saysız-hesabsız suallara, iradlara,tələblərə, xahişlərə cavab verməli oldum. Bir sözlə, mitinqinmərkəzinə çevrildim. Epizodun əvvəlinə qayıdım. Maşındandüşüb kütlənin içindən Parlamentə tərəf addımlayarkən mənə əlçalmağa başladılar. Lap cavan bir oğlan, sütül yeniyetmə isə: – Əlçalmayın, – dedi, – qoy hələ dokazat eləsin. Nəyi "dokazat"eləməliydim, bilmirəm... Yəqin ki, bu alqışlara haqqım olduğunu.Bir də cır səsli bir qadının qışqırığını eşitdim və onun dediyisözlər, məncə, gecə düşüncələrimin bu bölümünə məntiqi yekun638

vurur. Qadın çığırırdı: "Anar müəllim, bizə mədəni deputatlarlazım deyil!"Şübhəsiz, Qorbaçovun mənə söz verməyib mikrofonusöndürdüyü vaxt onunla əlbəyaxa olmadığıma irad tuturdu.Bu an mən çox şeyi anladım. Anladım ki, bu qadın dahaqlıdır, vaxtilə Lətif Səfərov da haqlıymış.Amma onu da anladım ki, onları haqlı saymağı mənəkitablar öyrədib.***İndi dəhşətli bir tiraniya mövcuddur – informasiya tiraniyası– qəzetlər, radio və televiziya başımıza kürül-kürül xəbəraxıdır, bununla da, nəinki kitabla ünsiyyətə, heç işləməyə,sərbəst düşünməyə də vaxt qalmır. Sözun yalnız fizikianlamında deyil, mənəvi anlamında da elementar fikrə dalmağaimkan verilmir. Elə bil, fikrin dərinləşməsinə, təkmilləşməsinə,öz-özünü ürütməsinə ehtiyac qalmayıb. Bu əsasən ziyalıları –elmi və yaradıcı ziyalıları zədələyir. Estetik, mənəvi, elmidəyərlərin istehsalçılarından istehlakçılarına çevrilirlər.Deyirlər ki, qərb qəzetləri ("Fiqaro", ya "Nyu-York TaymsU)azı əlli-yüz səhifə çıxır və orda onlarla telekanal var. Amma buproblemi aradan qaldırmır. Çünki orada hər kəs bu informasiyaaxınında özünü maraqlandıran guşəni axtarır. Uzun illərininformasiya pəhrizində yaşamış bizləri isə hər şeymaraqlandırır – siyasət də, idman da, uçan boşqablar da,ekstrasenslər də, tarixin ağ ləkələri də. Lenin əməkdaşlarının vəStalin əlaltılarının taleyi də, Vısotskiylə Marina Vladinin şəxsihəyatı da, çar ailəsinin qətli də, kosmosdan gəlmiş qonaqlarınizləri də, dini mütəfəkkirlər də. İnformasiya aclığı informasiya"qarınqululuğunu" meydana gətirib. Bu mənəvi qidanın (əslinəqalsa bu mənəvi qidadırmı?) həddən ziyadə çoxluğu uzunillərin ideoloji pəhrizindən çıxıb rəsmi polifabrikatlarlazəhərlənəndən sonra mədələrin deyil, beyinlərin pozulmasınagətirib çıxarmasın…***639

RSFSR-in qurultayında Silayevin kəndli təsərrüfatıhaqqında məruzəsinə qulaq asırdım. Nəyə görə kəndlilərfermer təsərrüfatına belə həvəssiz yanaşır. Çünki bunun hüquqitəminatı yoxdur, heç kəs də quru sözlərə etibar etmir. Eynisözləri İttifaq müqaviləsi və daha geniş anlamda Milli məsələhaqqında deyə bilərəm. Qorbaçov arxayınlaş-dırır: "Tamamiləyeni əsaslarla qurulan İttifaq, həqiqi suverenitetlərin Birliyi". Obiri tərəfdən də jurnalistlər məsxərə edir: suverenitetlər paradı.(Yeri gəlmişkən, akademik Saxarov Ali Sovet kürsüsündəntəklif edəndə ki, Azərbaycan Qarabağı Ermənistana bağışlasın,mən çıxış edib ona cavab verdim: Bizim respublika suverenrespublikadır, suvenir respublikası deyil ki, torpağının birhissəsini kiməsə hədiyyə, süvenir versin).Axı kim qarantiya verə bilər ki, Qorbaçovun bu vədləri dənövbəti oyun deyil, bu sözlərin arxasında Oruelin romanındaolduğu kimi tamamilə əks və tərs anlayışlar dayanmayıb.Əvvəlki Sovet Konstitusiyasında da bir xeyli qəşəng söz vardı– hətta respublikaların istədikləri vaxt ayrılmaq hüququ datəmin olunurdu. Amma nəinki Stalin dövündə, hətta Brejnev vəXruşşov dövründə belə bu fikri dilinə gətirənlərin boğazınıüzərdilər.Hər hansı respublika bu istiqamətdə bir balaca qımıldandımı– bütün vasitələrə əl atacaqdılar – sabitliyin pozulması,separatizmin körüklənməsi (bəzən, məsələn, Dağlıq Qarabağproblemiylə əlaqədar bu, qabaqcadan hazırlanan tədbir kimi dəmeydana çıxır), hədə-qorxu, blokada və s. Yadımdadır,Lukyanovun iş otağında o vaxt palatanın sədri Primakov özmüdrikliyindən yorulmuş baxışlarla bizə, Azərbaycandeputatlarına mentor tonuyla izah etməyə çalışırdı ki, hər hansırespublika ayrılmaq istəsə belə, prosedura məsələləri on illərboyu çəkəcək. (Yox, müdrik orakul yaman səhv edibmiş,demə, bütün bu işlər çox qısa bir müdətdə baş verdi – sonrakıəlavə).Yeni qanunlarınmı qəbul olunması, yaxud əski qanunlaramı640

iayət olunması o qədər də vacib deyil. Vacib olan odur ki, buqanunlarda yazılmış sözlərin həqiqi anlamıyla onların həyatakeçirilməsi arasında təzad, ziddiyyət, tamamilə tərs təfsirolmasın. Bu sözlərin, maddələrin istənilən kimi, demoqojişəkildə yozulması yox, müstəqim mənasına uyğun olaraqrəhbər tutulması cəmiyyətə çoxdan itirilmiş əxlaq normalarını,qanunun ruhuna və hərfinə inam və etibar hissini qaytara bilər.Bax budur cəmiyyət qarşısında duran əsas məsələ – sözlərəinamın, etibarın qaytarılması, sözlərin hərəkətlərə əks yox,uyğun olması. Yetmiş ildə çox iş görülüb, amma əsas işlərdənbiri UYĞUNSUZLUQ anlamının şüurlara yeridilməsi olub.Sözlərin və əməllərin uyğunsuzluğu, bəyan edilənlə icraolunanın uyğunsuzluğu, başqa sözlə desək, YALAN. Yalan vəriyakarlıq. Riyakarlıq – dəyərə çevrilib, insanlarda hörmətəlayiq bir keyfiyyət sayılır, elə bir qabiliyyət hesab olunur ki,çoxları bu qabiliyyətə həsəd çəkir, çoxları heyran qalır. "Əhsənfilankəsə, hamını barmağına doladı, maşallah, bəhmənkəsyaşamağın təhrini bilir. Bərəkallah, peşmənkəs işin içindən görnecə çıxdı". Uyğunlaşmaq, konyukturçu – zamanın adamıolmaq cəmiyyətin qınağını yox, təqdirini qazanır və onun,cəmiyyətin simasını da müəyyənləşdirir. İctimai əxlaqıtapdayıb keçmək şücaət kimi qəbul edilir, buna uyğun olmayanhəqiqi əxlaq prinsipləri isə burjua qalıqları, dinçilik, xristian,ya İslam ehkamları kimi damğalanır. Bu illərdə bütöv bir insanpopulyasiyası yetişib ki, artıq heç nəyə və heç kimə inanmır.Bu mənada, doğrudan da, yeni tarixi insan cəmiyyəti – sovetxalqı haqqında danışmaq olar.***Bu ya digər bir xadimin müvəqqəti populyarlığı da ancaq birsaatlıq xəlifəlikdir. Xalq indi bircə şeyə inanır –hakimiyyətdəkilərin, ya hakimiyyətə can atanların bütünqəşəng sözləri, şirin vədləri, andları və əhdləri – yalnız fırıldaq,fənd və yalandır. Hər şey yalnız o zaman düzələ bilər ki,insanlar sözlərə inansın, bunun isə yeganə yolu sözün əmələ tuş641

gəlməsidir. Bu bir. İkinci şərt də sözlərin az olması, qıtolmasıdır, xəsiscəsinə deyilməsidir. Yoxsa yaman çoxdurlaronlar. Onlar – yəni sözlər. Biz söz axınında batıb çabalayırıq vədünya qurusunun altıda birini təşkil edən ölkəni də bu sözburulğanında batırmağa hazırıq.***İtaət etmək ki, minlərə, milyonlara hökmranlıq edə biləsən.İtaət etmək? Kimə, nəyə? Pula? Vəzifəyə? Hakim- mütləqə?Bunun əhəmiyyəti yoxdur. Vacib olan prinsipdir, itaət et ki,məqamı gələndə sənə də itaət etsinlər.***Milli müstəqillik və azadlıq yaxın anlayışlar olsa da, fərqlimövhumlardır. Tutalım, Tirananın tiranı Ənvər Xoca dövründəAlbaniya tamamilə müstəqil idi, hətta ifrat dərəcədə müstəqilvə tək-tənha idi, lovğalanıb heç kəsi saymırdı – nə SSRİ-ni, nəÇini, nə ABŞ-ı. Bu cəhətdən başqa kiçik bir dövlətdən –məsələn, Monqolustandan fərqli idi. Axı Monqolustanhaqqında deyirdilər ki, o asılı ölkə deyil, o mənada ki, ondanheç nə asılı deyil. Bu baxımdan Albaniya tamamilə müstəqilidi, fəqət azad ölkə deyildi. Bunu başqa müstəqil – totalitarölkələr haqqında da demək olar. Şimali Koreya da beləməmləkətdir. Allah bizi bu sayaq "müstəqillikdən" qorusun.Mən Şimali Koreyada olmuşam və nə dediyimi bilirəm.***Ölkənin və cəmiyyətin dirçəlişi din deyil, mədəniyyətvasitəsiylə baş tutmalıdır. Çünki dinin bütün müsbətcəhətlərinə – insanları mənən saflaşdırmasına, nəyəsə inamaşılamasına baxmayaraq, çox vədə o, insanları da, xalqları dabirləşdirməkdən daha çox ayırır. Çoxmillətli ölkədə müxtəlifdinlərə və hətta dini təriqətlərə tapınan insanları da, xalqları daqarşı-qarşıya qoya bilər. Mədəniyyət isə universaldır, hər hansıdar əqidə qəlibinə tabe deyil. Mədəniyyət xalqları bir-birinətanıdır və bu yolla yaxınlaşdırır. Unutmayaq ki, bir xalqhaqqında yanlış təsəvvürlər çox vaxt o xalqa əməlli-başlı bələd642

olmamaqdan yaranır. Başqa xalqın tarixini, adətlərini, psixolojixüsusiyyətlərini, ənənələrini, mahnılarını və zarafatlarını,mətbəxlərini və yas, toy-bayram mərasimlərini bilməməkdəndoğulur yad, yabançı, ogey, sonra da düşmən münasibət.Bəs biz – keçmiş sovet xalqları deyilən millətlər 70 il birgəyaşamağımız nəticəsində bir-birimiz haqqında nə bilirdik?Moskvada daha çox masqaradı xatırladan incəsənət dekadaları,yazıçıların kef səfərləri – yeyib-içmə məclisləri, yaxud da milliədəbi klassiklərin yubileyləri. O yubileylər ki, gələn qonaqlaryubilyarın adını əməlli başlı tələffüz edə bilmədikləri halda(hələ yaradıcılığıyla tanış olmadıqlarını demirəm), onunbarəsində kürsüdən odlu-alovlu nitqlər irad edirdilər, – bütünbunlar idi bizi bir-birimizə tanıdan, yaxınlaşdıran? Əsla.Yenidənqurma başlananda bu yöndə addımlar atmaq hələgec deyildi (indi artıq gecdir). Sovet İttifaqının dağılacağı artıqsezilən bir zamanda Leninqradda bir ədəbi müşavirədə məntəklif etdim ki, siyasi cəhətdən ayrılsaq da, mədəni məkanıqoruyub saxlayaq və bu məqsədlə Moskvada keçmiş SSRİxalqlarının tarixini, mədəniyyətini öyrənən və öyrədən (yənihəm ali məktəb, həm elmi-tədqiqat institutu funksiyalarınıyerinə yetirən) bir universitet açılsın. Təklif maraqla qarşılandı,amma elə təklif olaraq da qaldı.XIX Ümumittifaq Partiya Konfransında üzvu seçildiyimkomissiyaya SSRİ-nin o vaxtkı Baş naziri N.İ.Rıjkov rəhbərlikedirdi. Mən təklif etdim ki, müttəfiq respublikalarınpaytaxtlarında bir-birlərinin daimi nümayəndəlikləri açılsın.Komissiya üzvləri bunu qeyri-real ideya saydılar və Rıjkovnəzakətlə dedi ki, bu məsələ müttəfiq respublikaların özsəlahiyyətlərinə aiddir, ehtiyac olsa, bunu özləri həlletməlidirlər. Mən indi də belə hesab edirəm ki, o vaxt üçünmənim təklifim əhəmiyyətsiz deyildi. O zaman Ermənistandahələ 200 min Azərbaycanlı yaşayırdı ki, sonralar hamısınıqovub bu ərazidən çıxardılar. Azərbaycanda da DağlıqQarabağdan başqa yerlərdə də ermənilər yaşayırdı. Bakıda və643

İrəvanda Azəraycanın və Ermənistanın daimi nümayəndəlikləriolsaydı, bir çox insanların ən azı bəzi problemləri bəlkə dədaha uğurlu həll edilərdi. Əgər bu nümayəndəliklər səmərəliişləsəydi, bəlkə də bir çox faciələrin qarşısı alınardı. Heçolmasa lazımı vaxtda lazımı məlumatlar verə bilər, xəbərdarlıqedə bilərdilər. Daimi kontaktlar üçün bir kanal olardı. Əfsus ki,bütün bunların əvəzinə qanlı faciələr baş verdi.Qırmızı Sovet evində yüzlərlə böyük-kiçik millət bir təhərbaşını girləyirdi. İndi bu qırmızı evi sarı boyamağa, dəlixanayaçevirməyə çalışırlar ki, ağlını qaçırmış adamlar bir-birini atəşətutsun. Klassikin sözlərini yada salmağın məqamı gəlməyibmi:Əlvida, silah.Əlvida qəddarlıq, nifrət, zülm. Salam mənəvi zənginlik,salam məhəbbət, salam mədəniyyət. Və yenə də başqa biryazıçının kitabı yada düşür: Salam, kədər. Olsun. Mədəniyyət,mənəvi zənginlik, duyğuların çeşidləri olan yerdə kədər dəolacaq. Bramsın simfoniyasını dinlərkən duyduğumuz kədər,faciəvi xəbərləri aldığımız zaman duyğumuz sarsıntılardan minpay yaxşıdır.***Müdaxilə modelləri: Qanuni hökumət devrilir, müdaxiləedən xarici ölkənin öz ərazisində yaratdığı oyuncaq hökümətona hamilik edən ölkəyə müraciət edib yardım istəyir və buişğalçı dövlət də guya bu "hökumətin" xahişinə əməl edərəkbaşqa ölkəyə soxulur. Sovet Rusiyası bu modeli ilk dəfə 1920-ci ilin aprelində Azərbaycanda, daha sonra Ermənistanda,Gürcüstanda, çox sonralar Pribaltika ölkələrində, daha dasonralar Macarstanda (1956), Çexoslovakiyada (1968) vəƏfqanıstanda həyata keçirdi. Beləliklə, Azərbaycan ilk sınaqmeydanı oldu. Müdaxilə üçün başqa bir bəhanə. Guya ki, başqaölkənin ərazisində yaşayan milli azlığın bu azlıqla eyni millətolan daha güclü dövlət tərəfindən müdafiə etmək bəhanəsi.Faşist Almaniyasının Sudet almanlarını müdafiə bəhanəsiyləÇexoslovakiyaya soxulması. Bizim günlərdə Ermənistanın644

guya ki, Dağlıq Qarabağ ermənilərini müdafiə məqsədiləAzərbaycana təcavüzü.***Bizim Rusiya demokratlarına qoşulmamağımızın, yaxudonlardan uzaqlaşmağımızın səbəbi onlara inamımızıitirməyimizdəndir. Qısa bir müddət ərzində aydın oldu ki, rusdemokratları ancaq Rusiya üçün demokratiya arzulayırmışlar.Onlar, necə deyərlər, "demokratik İmperiya" yaratmaq, yaxud"Demokratik sifətli imperiyanı" qoruyub saxlamaq niyyətindəimişlər. Görəndə ki, həmin bu imperiyanın təbəələri olan başqaxalqlar da demokratiyanı milli müstəqillik kimi düşünürlər (yademokratiya onlara belə düşünməyə imkan verir) və bu da"Minillik dövlətin" dağılmasına gətirib çıxaracaq – onda bütünbu demokratlar – Qovoruxinlər, Mixalkovlar, Rutskoylar, YuriVlasovlar demokrat olduqlarını unutdular.Onların tezisi budur – dədə-babalarımın yaratdıqları dövlətiitirdik. Dədə-babalarınız özgələrin torpaqlarını talan, qarətedirdilərsə və bu qarətlər, talanlar əsasında qurublarsa "özdövlətinizi", gec-tez tarixi borcları qaytarmaq məqamı gəlir.Əgər özgə malına tamah salmağın yeganə əsası güc sayılırsa,gün gəlir, səndən də güclüsü meydana çıxır və səninlə sənindaha zəiflə rəftar etdiyin sayaq rəftar edir. Sənə isə elədonquldanmaq qalır: "Raseya gibnet". Darmadağın edilmiş vətalan olunmuş Almaniya, atom bombardmanından maddi vəmənəvi cəhətdən ağır zədələnmiş Yaponiya məhv olmalarıhaqqında qara-qışqırıq salmadan, panikaya qapılmadan, tarixitalelərindən küsüb incimədən, hamıya nifrət püskürmədən,hətta qaliblərinə belə qısqanc yanaşmadan addım-addım özhəyatlarını qurdular və qısa müddətdən sonra bugünkürifahlarına nail oldular. Burada isə yalnız vay-şivən: – "Ayaman, qoymayın, minillik imperiya əldən getdi".İspaniyada sahib olduğu şəhəri tərk etməli olan ərəbsərkərdəsi şəhərin yüksək yerindən itirdiyi məskənə baxıbağlayırmış. Anası deyib: kişi kimi qoruya bilmədiyin şəhər645

üçün arvad kimi ağlama.Tarixdə bütün imperiyalar gec-tez dağılır. Şişir-şişir, sonra,görürsən, bir günün içində üfürülmüş şar kimi partladı getdi.Minillik dövlət haqqında xülyalar Gələcəyə yönəlmiş olsa da(məsələn, alman nasistlərinin minillik Reyx arzusu), keçmişəüz tutsa da (nəyimiz vardı və nəyi itirdik), real olaraq heç birkonkret səmərə vermir.***Qərb demokratiyalarını söyə-söyə rus patriotları, elə İslamtəməlçiləri kimi, öz ölkələrinin repressiv rejimlərindəncanlarını qurtarmaq üçün yenə də dönə-dönə lənətlədikləridemokratik ölkələrdə sığınacaq tapırlar. Deməli, bu "mənfur"demokratiya elə də pis şey deyilmiş ki, bütün təqib olunanları,qovulanları, həyatları təhlükəyə məruz qalanları xilas edir,bəsləyir, əvəzində isə tənələr qazanır. Elə sığınacaq verdikləriZinovyev kimi nankorların, Limonov kimi ağlı kəmlərin və nəyazıq ki, Soljenitsin kimi həqiqətən böyük və qəhrəman birmücahidin tənələrini…***Yazıçı tayfasının böyük qismi, özlərini patriot adlandıranlarYevtuşenkonun şöhrətinə qısqanaraq ona bəslədikləri nifrətnaminə bütün sevimli vətənlərini qana bələməyə hazırdırlar.***Stalinin bir cəlbedici cəhəti də ən qəliz məsələləri adiadamlarçün sadələşdirməsi, bəsitləşdirməsidir. Dünyanın ənmürəkkəb problemlərini ancaq yaxşı-pis, dost-düşmən, ağ-qarakimi dəyərləndirmək insanı ağır mühakimələrdən və ağrılıdüşüncələrdən xilas edir. Amma bu gün mənəvi daltoniklərondan mütəəssir olublar ki, həyatın "ağ-qara" Stalin kinosunudünyanın əlvan, min rəngli "filmləri" əvəz edib. Rəngləri ayırabilməyənlər üçün bu da bir problem deyilmi?***İnqilab və mədəniyyət vaxtilə Azərbaycanda jurnal adı olsa da,heç cür bir-biriylə uyuşmur. Mədəniyyət ardıcıllıq, davamiyyət,646

varislik deməkdir. Ənənələr nə qədər təzələnsə də, mədəniyyətintəməlini onlar təşkil edir. İnqilab isə ardıcıllığın tamamilə tar-maredilməsidir. Çox vaxt elə dağıtmaq naminə dağıtmaqdır. Təbiidir,bu dağıtma əməlinə də ziyalıları boğmaqla başlayır. Çox vaxt daelə ziyalıların öz əliylə.***İlk dəfə çox gözəl, cazibəli və ağıllı qadına rast gələrkən azsonra agah oluruq ki, bütün bu üstün cəhətlərini bizdən qabaqduyanlar və yetərincə istifadə edənlər olub. Bəzən ağıllıjurnalistə, yazıçıya, alimə rast gələndən sonra təəssüfləöyrənirik ki, onun da bu cəhətlərini bizdən qabaq Xüsusixidmətlər nəzərə alıb və istifadə ediblər. Onlar axı belə şikarıəldən verməzlər. Necə ki, şorgöz kişi cazibəli qadından yankeçməz.***Mən şərqli kimi duymaq və qərbli kimi düşünməkistəyirəm… Əlbəttə, bu fərq də şərtidir. Şərqli kimi düşünməkdə eyni cür dərindən düşünmək deməkdir. Amma burdadüşüncələrin aramlı axarı, tələsgənliyə yol verməyən müdrikarxayınlıq var. Qərb düşüncəsi daha mütəhərrikdir, dahadinamik və praktikdir. O biri tərəfdən çılğın şərqliehtiraslarından danışarkən Qərbin də qızğın duyğularınıunutmamalıyıq – Şekspirdən Felliniyə qədər ən böyüksənətkarların əsərlərində ifadə olunmuş düyğu zənginliyiniyaddan çıxarmamalıyıq.***Abuladze. "Tövbə" filmi. Meyiti qəbirdən çıxarıb atırlar.Yəni bu Stalin-Beriya kabusunun tarixin rəmzi zibilliyinəatılmasıdır. Amma onu düşünmürük ki, torpağa basdırılmamışmeyit çürüyəcək, üfunəti və mikroblarıyla ətrafı zəhərləyəcəkvə beləliklə, yeni bir ictimai epidemiyaya səbəb olacaq.***Sistem dağıldı, biz onun dağıntıları və çöküntüləri altındaqalmaqdan qorxuruq. Onun çürüməsindən də qorxuruq ki,647

hansısa xəstəliyə yoluxarıq.***Özlərinə alibi axtarırlar: "Kommunist partiyasının üzvüolsam da, onun ideyalarını və siyasətini bəyənmirdim"-deyirlər.Başqa daha tutarlı alibi: "Mən heç partiyanın üzvü dəolmamışam". Əvvəla, gəlin baxaq görək niyə olmamısan, bəlkəcan atmısan, qəbul etməyiblər (Bir çoxları KQB çuğulluğunacan atdıqları və istəklərinə nail olmadıqları kimi).Amma istəyirsən partiyanın üzvü ol, istəyirsən olma – sovetsisteminə mənsub olmağının alibisi yoxdur. Sistemideologiyadan daha geniş anlayışdır və bəzən heç onunla tamüst-üstə də düşmür. Sistem – həm də həyat tərzidir, düşüncətərzidir, davranış qaydalarıdır, yaşamaq, salamat qalmaq, başınıgirləmək mexanizmidir. Bütün bunlar artıq insanın genetikmahiyyətinə sirayət edir və bu cəhətləri kənara atmaq partiyabiletini atmaqdan daha çətindir. Sərhəd – kommunistlər vəbitərəflər arasında, hətta ideoloji cəhətdən fərqli baxışlararasında deyil. Sərhəd xətti çox əski anlayışlara uyğun olaraqçəkilib: sərhəd – namus, ləyaqət, şərəf, vicdan və bunlarınolmaması arasında çəkilib.***Rusiyada əsrlər boyu ağılla güc arasında dava gedir. Rusxalqı acı bir gerçəklik kimi, bir qədər də kinayəylə bu davanınmahiyyətini belə ifadə edir: TGüc varsa ağıl cərək deyilU. Güc– hakimiyyət deməkdir. Qorxunc İvanın opriçniklərindənStalinin yejovçularına və Brejnevin tanklarına qədər repressivaparatı olan hakimiyyət deməkdir. Ağıl – rus mənəviyyatınınintellektual qiyamıdır – Protopop Avakumdan Lev Tolstoyaqədər. Güc – mütləqiyyətə müti olan sifətsiz (ya hamısı eynisifətli) kütlədir. Ağıl – tək-tüklərin üsyanıdır – ÇaadayevdənSaxarov da daxil olmaqla Brejnev dövrünün dissidentlərinəqədər.Gücə qarşı sənətin üsyanı - Platonov, Bulqakov, Axmatova,Zoşşenko, Pasternak, Soljenitsin, Brodski… siyahını davam648

etdirmək də olar.Amma güc – yalnız hakimiyyət problemi deyil. Qiyam daağlın yox, cilovsuz gücün törəməsi ola bilər. Puşkin tarixənəzər salaraq belə "mənasız və qəddar rus qiyamının"dəhşətindən XIX əsrdə yazmışdı, amma onun peyğəmbərliyiXX əsrdə daha böyük ölçüdə təsdiq olundu.Güc və ağıl – bu ziddiyyət, əlbəttə, ancaq Rusiyanınproblemi deyil – kütlə və ziyalılar, kommunistlər vədemokratlar ziddiyyəti bir çox ölkələrə xasdır. Demokratikdəyərlər və despotik rejimlər, faşist tipli millətçilik vəümumbəşəri humanist ideallar arasınla gedən savaş – təkcəideyalar qarşıdurması deyil, həm də Ağılla Gücün davasıdır.Ağıl Güc ola bilər, Güc heç vaxt Ağıl ola bilməz. Gücmüvəqqəti zəfərlər qazana bilər: Hitler, Stalin, Mao…. Ammason nəticədə Sokratdan Saxarova qədər ağıl üstün olduğunusübut edir.Nəyə görə demokratik nəşrlərdə Liqaçova, Polozkova,Qorbaçova (hələ Lenini demirəm) həsr olunmuş iti yazılar,karikaturalar, atmacalar yer alır, amma rəsmi informasiyavasitələri eyni səviyyədə, məsələn, Yeltsini lağa qoya bilmir.(Bü sözlər yazılan vaxt, doğrudan da, belə idi – çox sonralarınqeydi). Qələmin, dilin iti olmaması ilk növbədə ağlınyetməzliyilə bağlıdır. Bu sarıdan yəhudilər çox zaman məhzhəmin üstünlüklərinə görə zəfər çalırlar. Amma yəhudilərinintellektual terrorunu da unutmaq olmaz.Heç kəsə sirr deyil ki, Kütləvi İnformasiya Vasitələrində(özü də tək Rusiyada yox, bir çox ölkələrdə) aparıcı qüvvəyəhudilərdir. Və o da var ki, yəhudilik əsasən yəhudilərdənibarət olsa da, yalnız yəhudilər demək deyil.Yəhudilik – həm də düşüncə və davranış tərzidir, yəhudiolsan da, olmasan da məhz bu sayaq düşünə və davranabilərsən. Bu anlamda yəhudilik dünyaya qlobal baxış, konkretbir ölkəni deyil (İsrailə nə qədər bağlı olsalar, ona xidmətetsələr, onu qorusalar da), bütün dünyanı vətən saymaq,649

yaşadıqları hər məmləkətin mədəniyyətini, dilinimənimsəməklə bərabər, öz milli xüsusiyyətini də mühafizəetmək və lazım gələndə birləşə bilməkdir. Küll halındayəhudilik planetimizin bəlkə də ən qüdrətli superdövlətidir.Doğrudur, spesifik xüsusiyyətləri olan və konkret çoğrafiməkanı olmayan superdövlətdir. (Xəritədəki cılız İsrail busuperdövlətin bir elementidir, amma əlbəttə ki, onunnüfuzunun, imkanlarının mində birinə də malik deyil). Busuperdövlət böyük intellektual sərvətə sahibdir – qüdrəti dəəsasən bundadır – zəngin pul-para, Kütləvi İnformasiyaVasitələrinə nəzarət, sənət, elm uğurları – bu əsas qüdrətin –intellektual zənginliyin törəmələridir. Lazım gələndə gücə dəistinad edir, hətta terror, daha doğrusu, antiterrorəməliyyatlarına da əl atırlar. (Eyxmanın tutulması, Olimpiadadəhşətlərinə görə qisas alınması, Nayrobi reydi və s.) Amma bufiziki antiterror aksiyalarından daha vacib intellektual üsullarlamübarizə aparmaqdır. Bu üsullar yəhudi vəkillərinin (sözünhərfi və məcazi mənasında) bəlağətində, KİV-dəkimüdafiəçilərinin iti qələmlərində, satira, yumor, kinayə,sarkazm və ironiyayla qəlibləşmiş mifləri, avtoritetləri, bütövquruluşları, rejimləri, məmləkətləri xəcil edib dağıtmaqbacarığındadır.***Mənzil məsələsi. Əgər səkkiz-doqquz nəfərlik ailə 18kvadrat metrlik otağa sığışıbsa, sənin arvadınla birlikdə ikinizyaşadığınız dörd otaqlı mənzildə kitabların çoxluğu ucbatındandarısqallıqdan şikayətlənməyə haqqın yoxdur. Ümumiyyətlə,insanların elementar həyati və məişət tələbatını ödəyə bilməyəncəmiyyətdə mənəvi dəyərlərdən danışmaq çətindir.***Məhəbbət sivilizasiyanın törətdiyi duyğudur, ona görə dəcanlı məxluq üçün, o cümlədən insan üçün şəhvət daha qədim,daha təbii və daha üzvi bir hissdir. Deyirlər ki, şəhvət heyvanitələbatdır. Yəni doğrudanmı, insanlar heyvanlardan daha650

xoşbəxtdir? Əlbəttə, heyvanların da duyğuları var – ağrı, qorxuhiss edirlər, kiməsə bağlanırlar və bu bağ qırılanda xiffətedirlər. Amma heyvanların tərəddüdləri olmur, təəssüfləri,tövbələri, peşmançılıqları, illüziyaları, xəyal qırıqlığı olmur.Xatirələrini, qəribsəmələrini, ümidlərini və xəyallarını sözlə,musiqiylə (bəs bülbül, cəh-cəh vuran başqa quşlar? – Özözüməetiraz qeydim), rənglərlə ifadə etmək niyyəti, bu yöndəacı və əbəs istəkləri onları incitmir. Sənətkar heyvanlar yoxdur(Heyvan sənətkarlar olsa da). Amma yəqin bu fikir dəmübahisə doğura bilər. Quşların yuvalarını bəzəməsi,qarışqaların lağım-qurğuları – rasional memarlığını nəzərdənqaçırmayaq. Tovuz quşunun öz əlvan lələkli quyruqqanadlarınıyelpazə kimi açıb qürrələnməsi estetik duyumunbəlirtisi deyilmi?***Hər bir insanın dünyaduyumunda qəribə bir məqam var.Şüurlu, ya qeyri-şüurlu surətdə, istər-istəməz hər insandoğulduğu yeri (daha doğrusu, daimi, ya davamlı yaşadığı yeri)kainatın olmasa da, yer kürəsinin mərkəzi kimi qavrayır.Kosmik planda kürreyi-ərzin nə yuxarısı var, nə aşağısı. Yalnızqlobuslarda və xəritələrdə planetin təpəsi və alt tərəfi var vəbununla bağlı da Şimala və Cənuba, Şərqə və Qərbə ayrılır.Bax bu qlobus-xəritə qavrayışında da insan özünün daimiməkanını dünyanın mərkəzi sayır, bütün istiqamətləri vəməsafələri fikrində bu nöqtədən ölçür və müəyyənləşdirir. Məndə, necə deyərlər, belə "özmərkəzçilik" duyumuna malikolduğum üçün vətənimi, yaşadığım şəhəri elə bir nöqtə kimiqavrayıram ki, bütün qalan torpaq-lar bu yerdən ölçülür. Buqavrayışın bir məqamı da var – öz vətənini məkanda ada kimiduyursan. (Zamanla bağlı da belə duyum var – yaşadığım vaxt– mənə qədər olanlar və məndən sonra olacaqlar dəryasında biradadır).Bu duyumlarla Azərbaycanı qavrayanda vətənimin onuəhatə edən və bəzi hallarda ona düşmən kəsilən qüvvələrin651

episentrində yerləşdiyini dərk edirəm. Bütün azimutlardan,bütün yönlərdən, istiqamətlərdən Azərbaycan hansıtəhlükələrlə üzləşə bilər? Cənubdan aqressiv təməlçilik ki, dinibirlik adıyla bütün milli xüsusiyyətləri inkar edir və eynizamanda bir hakim millətin hökmranlığı naminə bütün başqamillətlərin öz dilində yaşamaq hüququnu tanımır. Şimaldaneyni ambisiyalı və aqressiv təmənnalar. Bu təmənnalarJirinovski variantında başqa xalqların, ümmiyyətlə,mövcüdluğunu inkar edir, kommunist-internasionalistversiyasında isə başqa xalqları guya ki, tamamilə başqa tərzliBirliyə çağırır. Amma bu birlik də vahid bir Mərkəzəbağlanmalıdır və məhz bu Mərkəz hansı xalq üçün nəyin yaxşı,nəyin pis, nəyin xeyir, nəyin zərər olduğunumüəyyənləşdirəcək. Təbii ki, milli dillərin aqibəti də Allahumuduna qalacaq. Yenə o əski Sovet himninin məntiqi (Busözlər yazılandan çox sonra əski sovet himni daimi himnmüəllifi Mixalkovun özünün cüzi söz dəyişiklikləri ilə yenidənRusiyanın himni oldu – sonrakı illərin qeydi).Himnin sözlərini xatırlayın: "Soyuz neruşimıy respubliksvobodnıx splotila naveki velikaya Rus". Yəni azadrespublikaların sarsılmaz ittifaqını əbədi olaraq böyük Rusiyayaratdı. Əgər respublikalar və xalqlar, doğrudan da,azaddırlarsa, onda niyə onları məhz bir xalq – qoy lap böyükxalq olsun – birləşdirməlidir. Və bu elə "azadlıqdır" ki, nəinkiheç bir seçimə, nə vaxtsa seçim olacağına da yol vermir, axı birilə, beş ilə yox, "əbədi birləşiblər" və bu ittifaq da"sarsılmazdır".Əslində bu əbədi sarsılmazlıq da puç imiş – elə həmin Sovetİttifaqının Çinlə "Moskva-Pekin" mahnısında ifadə olunmuşəbədi dostluq xülyası kimi. Umimiyyətlə, ömrün müəyyənillərinin içində yaşaya-yaşaya əbədiyyətdən necə dəm vurmaqolar? Ritorika və demoqogiya doğma bacılardır.Şimal belə, Cənub da belə. Şərqdə Xəzər neft yataqlarınaTürkmənbaşı iddiaları, Qərbdə erməni təcavüzü. Nə qalır?652

Uzaq Qərb – yəni Avropa, Amerika? Bəli, bu gün Qərb vəqərbçilik istiqaməti bütün başqa yönlərdən daha məqbulgörünür. Amma – bü gün… Sabah necə olacaq? Tutalım ABŞsiyasi stratejimizin yeganə real qarantı olanda bizi nə gözləyir?Kim bilir…Axı Ərəstu və Şekspirin, Don Kixotun və Yanuş Korçakın,Alber Şveytserin və Con Braunun, Vivaldi və Baxın, Ekzüperivə Martin Lüter Kinqin, Qərb dünyasından başqa zirəkişbazların, "sabun operalarının", Hollivud "atdı-tutdu"filmlərinin, bitib-tükənməyən serialların bütün millixüsusiyyətləri silib atan kosmopolitik erzas – "mədəniyyət"dünyası da var. Ən optimal Qərb yönlü inkişafımızda beləbizim milli mədəniyyətimiz məhvəmi məhkumdur? Son ikiəsrdə mənimsədiyimiz sənət növləri – nəsr, dramaturgiya, teatr,simfonik musiqi, balet, monumental heykəltaraşlıq, dəzgahboyakarlığı, kino daha bizə gərək olmayacaqmı? Hər şeyitəzədən başlamaq lazım gələcək – həvəskar teatr dərnəkləri,tamaşaları, ayrı-ayrı savadlı xeyriyyəçilərin, mesenatlarınumuduna qalmış sənət. Sənət, ədəbiyyat olmayacaqsa, busəxavət-kanlarının özlərini kim və necə savadlandıracaq? Kitabnəşri kimin öhdəsində qalacaq? Ya ümumiyyətlə, kitabaehtiyac olmayacaq? Heç kəs kitab oxumayacaq?Qərb yönlü inkişaf bu nəticələrə gətirib çıxaracaqsa , çoxheyf. Çörçilin dediyi kimi, demokratiyanın min qüsuru var,amma bəşəriyyət hələ ki, demokratiyadan yaxşı bir üsul-idarətapmayıb. Qərb demokratiyasının da mənim gözümdəüstünlüyü ondadır ki, bu demokratiyanı bəyənməyənlər, odemokratiyaya ağız büzənlər bərkə düşəndə, özməmləkətlərində təqiblərə, həbslərə, zorakılığa məruz qalandabəyənmədikləri Qərb ölkələrində sığınacaq axtarır və tapırlar.Ayətulla Xomneyidən Limonova qədər.***Ziyalılarımızın çoxu komformistdirlər. Amma bəla ondadırki, onlar bu sözün özünü də bilmirlər.653

***O, tarixi aldatmaq istəyirdi, Xalqı aldatmaq olar,hakimiyyəti aldatmaq olar, nəhayət, yaşadığın Vaxtın, zamanınözünü aldatmaq olar. Amma Tarixi aldatmaq mümkün deyil.Gec-tez Tarix hər şeyi yerbəyer edir. Hərəyə öz payını verir,kimisə qaldırır, kimisə yerlə-yeksan edir, amma hər halda,yalançı dəyərlərin əsiri olmur.***İvasakinin "Yapon kinosunun tarixi" kitabında bir epizodməni sarsıtdı. İkinci dünya müharibəsi bitər-bitməz darmadağınolmuş, alçaldılmış Yaponiya dünya ictimaiyyəti qarşısınaVenetsiya kino festivalına Midzoqutinin filmini tədim etməkləçıxır. Aktrisa Tanaka xatırlayır ki, konkurs baxışından əvvəlMidzoqutinin oteldəki otağına gəlir. Yapon kinosunun ənböyük sənətkarı Midzoqutini milli geyimdə – kimanoda, sandalçubuqlarını yandırıb dua edən görür. Allaha yalvarırmış ki,qələbə qazansınlar. Aktrisaya deyir: Biz məğlub olmuş,alçaldılmış, amma məğrur ölkənin övladları – kinomuzudünyanın mühakiməsinə çıxarmışıq. Allaha yalvarırdım ki,bizə zəfər əta etsin".Midzoquti xalqının ruhunun qələbəsi üçün dua edirmiş. Buqələbəylə ümidsizlikdən, bədbinlikdən çıxmaqları üçün duaedirmiş.O il Midzoqutinin "Ugetsu Monoqatari" ("Yağışdan sonradumanlı ayın nağılı") filmi Venetsiya festivalının ən alimükafatını – Qran prini qazanır.***Lev Tolstoyun fikri doğrudur: Millətçilik – alçaqların sonsığınacağıdır. Heç nə millətə ifrat millətçilikdən çox zərərgətirmir. Faşizm, şovinizm bu həqiqətin parlaq təsdiqidir.Tolstoydan fərqli olaraq mən ifrat millətçilik ifadəsiniişlədirəm, çünki millətçiliyin daha həlim, daha maarifçişəkilləri müəyyən vaxtlarda və müəyyən şəraitdə faydalı da olabilər. Xüsusilə də, kiçik xalqlar, əzilən millətlər üçün.654

***SSRİ-nin başqa xalqları üçün rus ideyası: İstəyirsinizsə,buyurun, özünüz olun… Amma bizim altımızda.***Nemət Azərbaycanda mövcud olan quruluşu faşist quruluşu,Milli Məclisin deputatlarını isə xain adlandırıb. İskəndərHəmidova sual veriblər ki, nədirsə çoxdan jurnalistləridöymürsünüz. Cavab verir ki, Ağamalı Sadiq Əfəndidən başqabütün qalanlarını mütləq döyəcək və əlavə edib: – Məndemokrat deyiləm. Demokratiya yanvarın 1-də (?) bitdi, Nemətvə onun kimilərlə ancaq zopa, dəyənək dilində danışmaqlazımdır.Partokratlar bu sözləri alqışlayır: İndi hakimiyyətdəolanlarla biz də vaxtilə gərək bu metodlarla mübarizəaparaydıq.Bütün bunlardan sonpa İskəndərin demokratik seçkilərhaqqında sözləri lap qəribə görünür. Əcəb demokratiyadır –zopalı, dəyənəkli.Axır ki, nə? Repressiyalar, ya demokratiya? Ya 70 ildəkeçdiyimiz riyakarlıq, fariseylik məktəbinin yeni dərsləri.***İşığımız keçdi, batareyalı radionu qurdum. Bizim köhnəxalq mahnıları səslənirdi – Nərminə, Qaragilə, Kəsməşikəstə… Qaranlıqda Zemfira sakit-sakit ağlayırdı – bumahnıları anası oxuyardı.İş yalnız mahnılarda və xatirələrdə deyil. İş yalnız keçmişdədeyil, indidə və daha da artıq Gələcəkdədir. Türkiyəyə getməkərəfəsindəyik. Ürəyimdən daş asılıb. Vahid biletləri gətirdi –saat 4-də Türkiyəyə uçuruq, uzun müddətə. Vətənlə, doğmaşəhərinlə, qohumların, yaxınların, dostlarınla, uzun illəryaşadığın həyat tərziylə vidalaşmaq asandır məgər?Getməyimizlə bağlı yüz cür şayiə çıxarıblar: "Hakimiyyətdənküsüblər, ona görə gedirlər", yaxud "çoxlu qızılları var, onlarıxərcləməyə gedirlər", ya da tamam tərsi: "dilənçi655

kökündədirlər, pul qazanmağa gedirlər".Daş insanın böyrəyində olar, mənim ürəyimdədir. Türkiyəyəözüm-özümdən qaçıram. Məgər bizim istədiyimiz,gözlədiyimiz bu idi? İndiki hakimiyyətin rəhbərləri: "Biztanklarla hakimiyyətə gəlmişik, bizi yalnız tanklarla devirməkolar" – deyirlər. Görünür, hakimiyyət davasında tanklar əninandırıcı dəlildir. Məhz bu mükəmməl dəlildən 56-cı ildəMacarıstanda, 68-ci ildə Çexoslovakiyada, 79-cu ildəƏfqanıstanda, daha da əvvəl 20-ci ildə Azəbaycanda istifadəetdilər. Düzdür, 20-ci ildə tanklar yox idi, ayrı "dəlildən" –zirehli qatardan istifadə etməli oldular. Bəli, o vaxtAzərbaycana hakimiyyəti zirehli qatarla yeritdilər. Bu gün dədemokratiyanı, ya antidemokratiyanı tanklarla həyata keçirməkistəyirlər. Belə "demokratiyadan" da, totalitarizmdən də dahabetər riyakarlıqdır. Əgər İskəndər kimi demokrat olmağıistəmirsinizsə, bunu onun tək açıq deyin, heç olmasa riyakarlıqetməyin. Qəzetlərinizdə keçmiş "Bütün dünya proletarlarıbirləşin" şüarı əvəzinə, "Həqq qəvinindir", yəni THakimiyyətgüclünündürU şüarını yazın.Ancaq bir şeyi unutmayın. Həmişə ən güclüdən də dahagüclüsü tapılır və sizi güc hesabına devirdiyi gün çığır-bağırsalmayın: "Hardadır haqq-ədalət, demokratiya?".Ordadırlar. Siz onları dəfn etdiyiniz yerdə.Yanvar, 1993(Burda proqnozlaşdırdıqlarım cəmisi altı aydan sonra təsdiqolundu – sonrakı qeyd).***Əbülfəz Elçibəyin yanında Qara Yanvarın ildönümünü necəqeyd etmək məsələsi müzakirə olunurdu. Bu hadisələrdə kimingünahkar olduğu barədə danışırdılar. Mən çıxışımda dedim ki,kimin nə dərəcədə günahkar olduğunu tarixmüəyyənləşdirəcək. Biz bu gün kimin günahkar olduğunu656

ilmirik, amma kimin günahsız olduğunu dəqiq bilirik. Heç birgünahı olmayanlar – şəhidlərdir.***Bəlkə də bəşər tarixində ilk serial "Min bir gecə"nağıllarıdır.***Hələ mən diriykən şahidi olduğum hadisələr haqqında eləuydurma xatirələr danışırlar ki, mat qalıram. Görürsən, buhadisələrdə epizodik iştirak edənlərdən biri özünü başqəhrəman kimi qələmə verir. Demədiyi sözləri indi cəsarətlə"xatırlayır", etmədiyi "igidliklərdən" danışır. Ümumiyyətlə,belə çıxır ki, sovet vaxtında hamı qəhrəman imiş və rejimucdantutma hamını təqib edirmiş. Rüşvət üstündə tutulan da"millətçi, antisovet əqidələrim üçün cəzalandırılmışdım"- deyir.Sovet təqib sisteminin də qəribə xüsusiyyətləri varmış, demə.Qəribə bir şəkildə təqib edirmişlər adamları – təqib etdiklərininbaşına nemətlər yağdırırlarmış – mükafatlar, adlar, ordenmedallar,mənzil, bağ və s.***Yaşamaqdan bezmiş yazıçı intihar etmək istəyir. Onu buaddımdan saxlayan yeganə şey – ailə, övlad qayğıları deyil,yazmadığı əsərləridir. Həyata keçirmək istədiyi niyyətləridir.***Ədəbyyat – özgələri özünün vasitəsiylə anlamaq cəhdidir.Öz taleyini, öz duyumlarını, fikirlərini başqasının həyatınaşamil edərək onu da, hamını da başa düşə bilirsən.***Həmişə daha gənc nəsil öz sələflərini inkar edir. O vaxtaqədər ki, daha gənc nəsil yetişir və indi də onların özləriniinkar etməyə başlayır. O zaman həmin bu təzə inkar olunanlarəvvəllər inkar etdiklərinə üz tuturlar, vaxtiləbəyənmədiklərində dayaq nöqtəsi axtarırlar, həyatdayoxdurlarsa ruhlarından dəstək diləyirlər. Atalar və oğullarprobleminin mahiyyəti budur.657

***Hər bir inqilab uğursuzların uğur qazananlardan qisasalmasıdır.***Kommunist baxış sistemi hələ də şüurlara hakim kəsilib,ancaq sözlər dəyişib – "beynəlmiləlçilik" sözünü – "millətçilik"sözüylə, proletar həmrəyliyini – türk həmrəyliyi, Lenini –Rəsulzadəylə əvəz ediblər. Model isə eynidir – yenə dədünyaya dar baxış, dünyanın bütün mürəkkəbliyini, əlvanlığınısxemlərə, doqmalara, ehkamlara pərçim etmək cəhdi.***Ümumiyyətlə, ədəbiyyat tarixi varmı? Hər halda, az, ya çoxdərəcədə dəqiq elm kimi mövcüddurmu? Daha da genişgötürsək, ümumiyyətlə, tarix varmı, ya o yalnız tarixçilərinbəhrəsidir? Mübahisəli məsələdir. Hər halda, ədəbiyyattarixindən danışırıqsa, ayrı-ayrı yazıçılar var, onların əsərləri,fikirləri, hissləri, təcrübələri var ki, sözlərlə ifadə olunub.Ədəbiyyat tarixçilərinin işi isə bunları sistemləşdirmək, bu, yadigər konsepsiyaya uyğunlaşdırmaq, bu yazı axınını müəyyənməcraya salıb dövrləşdirmək, estetik, ictimai-siyasi, ideolojisxemlər üzrə düzməkdir. Bax bu mücərrəd elm – ədəbiyyattarixi məhz bu cür yaranıb. Tarix də belədir. Tarixdə xadimlər,hadisələr olub, onların əsasında monumental, amma şərti birbina – Tarix adlı bina yapmaq isə tarixçilərin işidir. Bir çoxhadisələr bizə məntiqsiz görünür. Çünki Tarix yoxdur, tarixhaqqında kitablar var. Və bu kitab müəlliflərinin də hərəsininöz baxışı və öz məntiqi var. Yenə də fikrim Stalinə ilişib qaldı.Pəsməndə, nimdaş stalinçilərin uğursuzluğu ondadır ki,stalinizmi dirçəltmək istəsələr də, bacarmırlar. Axı Stalin özüyoxdur. Stalinsiz nə stalinizm? (Aydındır ki, söhbət personalolaraq Stalindən yox, stalinizmin mahiyyətini ifadə edə biləcəkStalin tipli adamdan gedir). Nə qədər ki, yeni Stalin peydaolmayıb stalinçilərin heç bir şansı yoxdur. Amma əfsus ki, yeniStalinin zühur etməsi tam real bir fərziyyədir. Yalnız müqəddəs658

yer yox, lənətlənmiş yer də uzun zaman boş qala bilməz.Kimsə bu guşəni tutmalıdır.***Azad insan olmaq istəyirəm – nə kommunist, nə millətçi, nəsosialist, nə faşist, nə dinçi… Bütün təlimlərə maraq göstərən,fəlsəfi, siyasi, dini təlimlərlə müfəssəl tanış olan, amma heçbirinin əsarətinə düşməyən insan olmaq istəyirəm. Həyatda damüxtəlif əqidəli adamlarla tanış olmaq istəyirəm. Onlarınbaxışlarını qəbul etməsəm də, özümdən uzaqlaşdırmaq daistəmirəm. Amma əfsuslar olsun ki, insanlar siyasi əqidələrinə,dini inanclarına, milli mənsubiyyətlərinə görə bir-birindənməftilli çəpərlərlə ayrılıblar, bu çəpərləri aşıb bir "zonadan" obirinə keçmək çətindir. İnsanlar özlərinin özləriyçünyaratdıqları təkadamlıq ideloji kameralarda yaşamağaməhkumdurlar. Bunun bəzən çoxadamlı ideoloji baraklarolması məsələnin mahiyyətini dəyişmir.***Paradoksdur, Türkiyədə tələbəm mənə həvəslə danışırdı ki,fransızlar Orxan Vəlinin şerlərini oxuyub maraqgöstərməyiblər, "belə yazılar bizdə də var" deyiblər, "Divanədəbiyyatı" isə əksinə onları çox cəlb edib. Məsələnin beləqəribə qoyuluşu Azərbaycanda da var. Qərbi qəbul eləməyən,onun mədəni və estetik dəyərlərinə yuxarıdan aşağı baxanadamlar bəzən öz milli ədəbiyyat və sənətimizdə hər hansıhadisənin qiymətini Qərbin onu dəyərləndirməsində görürlər.Onlara elə gəlir ki, guya Qərbin bu təqdiri mühafizəkar sənətinqiymətini artırır. Aydındır ki, avtomobilə vərdiş etmiş Qərbadamını Azəbaycanda bu miniklə heyrətləndirmək olmaz,fayton, qazalaq, ya öküz arabası Qərb adamına daha maraqlıgələ bilər. Macarıstanlı tərcüməçim Laslonun balaca oğlunuxatırlayıram. Onları Lahıca aparmışdıq və Laslonun oğlu atbelində oturub ağlayırdı ki, vətənlərində onun sinifdaşlarınınheç biri buna inanmayacaq, uzaq Qafqaz kəndində at belinəminməsini nağıl sayacaqlar. Amma bir avropalının ata bu659

marağı o deməkmi ki, biz də avtomobillərimizi atıb arabadagəzməliyik. (Araba demişkən, Türkiyənin məşhur alimi,həkimi, Azərbaycanın dostu İhsan Doğramaçı əslən İraqtürklərindəndir – son illərdə onları özlərinə türkman deməyəməcbur ediblər. Bilkənddə Füzuli yubileyi ərəfəsində İhsanbəylə görüşdüyümüz zaman bu yaxında İraqa getdiyimizisöyləmişdim. İraq blokadada olduğu üçün İhsan bəy: "Nəyləgetmişdiniz?" – deyə soruşdu. Türkiyə tükrcəsində danışırdıq,odur ki, "Arabayla" – dedim. İhsan bəy yüngülcə qımışaraq:"Arabaya at qoşmuşdular, ya öküz? " – deyə soruşdu. Başadüşdüm ki, Türkiyə türklərin "avtomobil" yerinə işlətdikləri"araba" sözünün əleyhinədir).***Klassik Qərb musiqisi kasetlərini almışam, dinləyir, heydinləyirəm. Gəncliyim ədəbiyyatın, kinonun cazibəsilə keçdi,qocalığımın təsəllisi, deyəsən, musiqi olacaq.Musiqi də müqəddəs kitablar kimi Tanrının insanlaraismarıcıdır. Bəlkə də musiqi hardasa Allahın emosiyaları,duyğularıdır və qəribədir ki, o, bu hisslərini dünyadaemosiyalar sarıdan ən xəsis xalq olan almanlar vasitəsilə ifadəetmişdir – Bax, Hendel, Haydn, Motsart, Bethoven, Şubert,Şuman, Vaqner, Brams, Maler – bu hisslərin müxtəlif üslubluifadəçiləridir.O biri tərəfdən də fransızların "Karmen" operası. Çağdaşbəstəçilərin musiqi dili nə qədər qəlizləşsə də, avanqardistlərinheç biri mənimçün Bize əsərinin ispan-ərəb əlvanlığını kölgədəqoya bilməz.Şuşada, Malıbəyli kəndində, Səkili bulağın yanındaduyduqlarımı xatırlayıram. İsti yay günü "Üzeyir ömrü"filminin çəkilişində bir neçə dəqiqəlik qrupdan aralandım,corablarımı soyunub ayaqlarımı Səkili bulağa salladım. Bu andünya mənimçün elə sərin, elə işıqlı, elə sakit və dinc idi ki,sanki musiqi dinləyirdim. Və o günlər içimi lim-həlimdoldurmuş Üzeyir musiqisini də yox, nədənsə, Haydn660

musiqisini dinləyirdim, sanki. Məhz Haydn musiqisini. Əgərmən bu mətni çağdaş Azərbaycanda – dünya mədəniyyətinəsaymazyana yanaşan, Qərb dəyərlərini, ümumiyyətlə, mədənidəyərləri, sənət dəyərlərini heçə çıxarmış bir ölkədə çap etsəm,məni, Allah bilir nələrdə suçlayacaqlar – ədabazlıqda, özünümədəni göstərməkdə, xalqın real ehtiyaclarından uzaqolmaqda, bilmirəm daha nədə. "Biz nə hayda, sən nə hayda",yaxud "vardı hər yarağımız, çatmırdı bir saqqal darağımız" vəsairə bu kimi hikmətli kəlamlar eşidəcəkdim. Amma məsələbunda da deyil. Heç də özümü musiqi bilicisi kimi göstərməkistəmirəm. Düzdür, musiqidən bir az başım çıxır, ona görə ki,müsiqi məktəbində oxumuşam. Doğrudur, bu sahədə uğurlarımolmayıb, birinci yəqin ona görə ki, müsiqiyə qabiliyyətimyoxdur, ikincisi də, bəlkə heç yerdə bu məktəbdə olduğu qədərmusiqiyə nifrət aşılanmır. Musiqi təhsili alanlar əgər sonralarda bu sənət növünə sədaqətli qalıblarsa, igid adamlardır. Çünkimusiqi təhsili müsiqinin cismini cərrah insanı yaran kimi yarırvə insanın iç-içalatını görəndən sonra onun estetikgözəlliyindən zövq almaq çətindir. Nə isə…. Bəlkə də belədeyil. Sözdür də deyirəm. Amma qəribə odur ki, müsiqiməktəbində musiqiyə nifrət bəsləməsəm də, hər halda, xüsusisevgim də olmadığı halda, demə, bu elə bir xəstəlik imiş ki,fəsadları çox sonralar meydana çıxacaqmış. İndi ahıl yaşımdamusiqi xəstəsi oldum, heç kəsə öz "mədəniyyətimi" nümayişetdirmədən tək-tənha, saatlarla klassik musiqini dinləməkdəndaxili rahatlıq duyuram. Plaşa, köynəyə və kostyuma ayırdığımbütün pullarıma yüzdən artıq kaset aldım. Musiqi mənim yaralıyaddaşıma məlhəm qoyur. Elə bil, bu anlarda hər şeyiunuduram. O cümlədən onu da ki, mənim xatirələrimdəHaydnla bağlı Səkili bulaq indi düşmən tapdağındadır. Musiqidinlərkən Allaha yaxın oluram, əbədiyyətə, saflığa yaxınoluram, bir sözlə, Tanrının emosiyalarını duyuram.Musiqi məktəbində harmoniya müəlliməmiz məni heydanlayırdı ki, septakkordla kvartseptakkordu ayıra bilmirəm. O661

uzaq illərdə septakkordu kvartseptakkorddan ayırabilməməyim mənə dərd olmuşdu. Nəhayət, bir dəfə təngə gəlibhəmin o müəlliməyə dedim ki, mən iki akkordu ayırabilmirəmsə, o da indiyəcən mənim adımı düz tələffüz edəbilmir, mənə Anar yox, Ənar deyir. Bu isə iki akkorduayırmaqdan daha asandır.Bütün bunlar uzaq günlərin xatirələridir və necə də istərdimki, o illərə qayıdım, həmin o sinifdə oxuyum, yenə dəkvartseptakkordu septakkorddan seçə bilməyim və həmin omüəlliməmiz də yenə mənim adımı düzgün tələffüz etməsin.May 1993, İstanbul***Həmişə təəccüb qalırdım ki, musiqiçilər alətsiz-filanpartituranı üzdən oxuya, daha doğrusu, eşidə bilirlər. Kağızüzərində yazılmış notlara baxıb orkestrin bütün alətlərinin necəsəslənməsini dinləyə, tembrlərini, templərini təyin edə bilir vəböyük simfonik əsəri təsəvvürlərində canlandırmağı bacarırlar.***Türkiyədə müxtəlif televiziya kanallarında ölkə rəhbərlərini,başqa siyasətçiləri gülməli kuklalar şəklində nümayiş etdirirlər.(Sonralar bu Rusiyada da tətbiq olundu). Əvvəl-əvvəl bu məni– sərt puritan kommunist sistemində yetişmiş adamı – çaş-başsalırdı. Sonralar bu işin vacibliyini anladım. Siyasi xadiminkarikatur kukla şəklində göstərilməsi cəmiyyət üçün də, eləonun özü üçün də (qürrələnməsin!) qat-qat daha faydalıdır,nəinki onun hər yerdə ucaldılmış monumental heykəlləri,yaxud öz şəkilləri fonunda çəkdirdiyi fotoları. SSRİ-də dirirəhbərlərə heykəl qoyur, ölümlərindən sonra bu heykəlləriuçururdular. Burda diriykən yox, yalnız ölümündən sonraheykəl qoyur və daha heç vaxt uçurmurlar.***Dəfələrlə deyirdilər ki, biz hakimiyyətə tankların üstündə662

gəlmişik, bizi ancaq tanklarla devirmək olar. Belə də oldu.Özününüz qoyduğunuz qaydalardan nahaq şikayətçisiniz.19 iyun 1993, Türkiyə gündəliyi***Heydər Əliyev siyasətdə qrossmeyesterdir, onun rəqibləriisə heç şahmat oynaya bilmir. O siyasi şahmat oynayır, onunlarəqabət aparmaq istəyənlər isə nərd oynayırlar – "ya bəxt" deyəzər atırlar.***Niyə görə mən bu kəmsavadlara öz vətənpərvərliyimi sübutetməliyəm? Nədi, bədbəxt vətənimizi məndən artıq istəyirlər,ya onun yolunda məndən çox iş görüblər? Belə bir təsəvvüroyanır ki, Allah onları Azərbaycan üzrə müvəkkili təyin edib,onlar ittihamçılardır, qalan hamı isə müttəhimlərdir. Səbəb?Səbəb eynidir. Bu hərəkat milli olmaqdan daha çox, sinfi,sosial hərəkatdır. Zahiri millətçilik isə lüm-penlərinziyalılardan qisas almaları üçün ən əlverişli vasitədir. Nəyinqisasın alırlar? İndiyə qədər kölgədə ömür sürmələrinin?***Əslində hər şey sərvətlərin, gəlirin yenidən bölünübpaylanması üstündədir. Talan olunmuşu talan elə – bəlkə dəbütün xalqlar birbaşa, ya dolayı yolla bu Lenin-Stalin-Trotskisosializminin qanlı məngənəsindən keçməlidirlər. Digərtərəfdən başqa bir qanlı rejimin – Hitler natsizminin müdhiştəcrübəsini də bilməliyik ki, sadə bir həqiqəti dərk edək: rifahınyüksəlməsi üçün gərək özün zəhmət çəkəsən, işləyəsən,başqasını (başqa xalqı, başqa sinfi, başqa şəxsi) qarət etməkləəldə etdiyin dövlət, sərvət, bir gün burnundan töküləcək. Özifrat faşist millətçiliyi üstündə 45-ci ildə diz çökdürülən almanxalqı iflasa uğradı, amma məhv olmadı. Ona görə ki, qisasçılıqyanğısıyla yaşamadı, ağlayıb-sızlamadı, işləməyə başladı vəözü öz gərgin əməyi sayəsində qısa müddətdə hər şeyə nail663

oldu. Eləcə də yaponlar. Rusiya hələ ki, bunu dərk etməyib.Bizsə heç dərk etməmişik.***Əbülfəz Elçibəy hakimiyyəti bitdi. Mənim bu namuslu vəbədbəxt idealistə səmimi surətdə yazığım gəlir. Bu anlayışınyaxşı mənasında Don Kixot idi (bir az bicliyi olsa da). Zahirəndə Don Kixota oxşayırdı, xüsusilə də, Turqut Ozal – SançoPansoyla yan-yanaşı qoşa duranda.Hər halda, yazıq ona. Amma dövlət başçısı yazıqlıqduyğuları oyatmamalıdır. Hörmət, ehtiram, heyranlıq, ya daqəzəb, qorxu, nifrət, – hansı duyğu oyadır-oyatsın, bircə gərəkxalqın yazığı gəlməsin ona. Yazığın gəldiyi adam sənə də,ölkəyə də rəhbərlik edə bilməz.Amma nə əkərsən, onu biçərsən. Heydər Əliyev həqiqətənzərgər dəqiqliyiylə işlədi. Televizorla siyasi oyunlara, ictimairəyin hazırlanmasına, taktikasına baxıb heyran qalırdım. Sonnöqtəni də bir mollayla keçirilən tədbirdə qoydu (bunu dateleviziyayla gördüm). Molla kürsüyə çıxıb: "Şəhidlərirnruhuna fatihə oxuyacam" – dedi.–Oxu, – dedi Heydər Əliyev.Amma fatihə əvəzinə molla Mutəllibovun dövründəndanışmağa başladı, siyasi tövsiyyələr vermək istədi. Görünür,Əliyevi Mütəllibovla dəyişik salmışdı. Davam etdi: "Əbülfəzona görə yıxıldı ki, Allahsız idi" – dedi. (Əbülfəz yazıqAllahsız imiş? Burda – Türkiyədə onu hətta "köy imamı"- kəndmollası adlandırırdılar). "Birinci yerə İslamı qoymasanız, sizində aqibətiniz elə olacaq" – dedi molla Heydər Əliyevə. Əliyevkəskin şəkildə onun sözünü kəsdi: – "Sən fatihəni oxu" – dedi.Molla yenə siyasi mövzularda moizələrini davam etdirməkistəyəndə H.Əliyev elə bərkdən öskürdü ki, mollanın sözüboğazında qaldı və dərhal fatihə oxumağa başladı. Azəbaycantragikomediyasının növbəti səhnəsi belə bitdi.***Hər xalqla müəyyən bir heyvanın obrazını əlaqələndirirlər –664

us ayısı, ingilis şiri, fransız (qall) xoruzu, ispan öküzü.Almanlar donuzu sevir, hindlilər inəyə sitayiş edir, ərəbidəvəsiz təsəvvür etmək çətindir. Çinlilər ilanı, türklər bozqurdu totemləşdirir. Sovet vaxtında Darvin təliminə görə biziinandırırdılar ki, meymundan törəmişik. İndi isə deyirlər ki,Boz qurddan əmələ gəlmişik.***Keçmiş qayıdır – elə həmin mədhiyyələr dinmədən,məmnunluqla qəbul edilir.2 sentyabr, 1993***Onun yalnız bicə güclü düşməni var – özü.***Keçmiş SSRİ-dəki stalinistlərlə xaricdəki stalinistlərin fərqiondadır ki, birincilər alçaq, ikincilər axmaqdırlar. Birincilər hərşeyi bil-bilə riyakarlıqla bütün bildiklərinə göz yumurlar,ikincilər isə heç nə bilmirlər, ya bilmək istəmirlər. Milyonlarlaməhv edilmişlər, güllələnmişlər, sürgünlərə göndərilmiş,məhbəslərə atılmışlar, ölüm düşərgələri – QULAQ…Birincilər: "nə olsun, yuksək məqsəd yolunda bu qurbanlarlabüddür" – deyir. İkincilər: "Bizim bundan xəbərimizyoxdursa, deməli, bunlar olmayıb" – fikrindədirlər.***Moskvada – senzura tətbiq olunur. Demokratik Qərbriyakarlıqla bundan narazıdır. Yaxşı, mən də senzuranınəleyhinəyəm, amma axı məhz mətbuatın özbaşınalığı buatmosferi yaratdı, gərginləşdirdi və bütün bunlar Parlamentitopa tutmaqla nəticələndi. Qərb də bunu (yəni topa tutmanı)anlaşıqlı qarşıladı. Qəribədir. Qanlı nəticəni anlamaq, qəbuletmək, amma ona gətirən səbəbləri, hadisələrin gedişatnı başadüşməmək. Rusiyada da, bütün keçmiş SSRİ məkanında danüvə potensialından daha təhlükəli olan hamının hamıya665

qarşılıqlı nifrətidir. Bax bu partlaya bilər, daha doğrusu, artıqpartlayır. Partlayışı hazırlayan isə məsuliyyətsiz, təhrikçi vətəxribatçı mətbuatdır. Odur ki, mətbuata təzyiqlər haqqındatəəssüflər riyakarlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mənget-gedə daha çox dərk edirəm ki, Qərbin demokratiyayaaludəçiliyi daha çox demokratiyanın zahiri, dekorativatributlarına aiddir. Sxolastik demokratik düşüncə doqmatiktotalitarizmdən, ehkamçı kommunist fikir tərzindən azfərqlənir. Əlbəttə, fikir, əqidə azadlığına hörmətlə yanaşmaqlazımdır, amma əgər bu faşizmdirsə, yalnız kimsə həminəqidəyə tapınır deyə onu məqbul saymaq olarmı?Demokratiyanın və söz azadlığının süyər yeri də elə budur.Mücərrəd şəkilə yozulan söz azadlığı naminə azadlığı o şəxslərdə qazanır ki, əslində elə bu azadlığın düşmənidirlər.Demokratiyanın bu anadangəlmə Axilles dabanından istifadəedərək əksəriyyət demokratik quruluşun özünə qarşı çıxa bilər.Çoxluq demokratiya istəmirsə, demokratiyanı zorla qəbuletdirmək – demokratiyadırmı?Bu çıxmazdan çıxış varmı? Məncə, yoxdur. Ancaq intuisiyailə bu balansın dərk olunmasına ümid bəsləmək olar – yənidiktator-demokratın, həqiqətən də, demokratik dəyərlərə sadiqolduğuna və onlara namusla xidmət etməsinə ümid etmək…Müəyyən dərəcədə Kamal Atatürk bunun örnəyidir.Demokratiyanın diktaturası, ya demokratik diktatura… Yeltsinnecə, buna örnək ola bilərmi? Yəni ağlı və iradəsi çatacaqmı ki,bu dəyərləri ilk növbədə özünün ətrafındakılardan qoruyabilsin – axı ətrafında Qraçov kimi acgözlər, Qdlyan kimifırıldaqçılar, Staravoytova kimi siniklər var ki, hamısı təpədəndırnağasatılmış adamlardır. Onlar üçün demokratiya yalnız biroyun kartıdır. O biri tərəfdən də general Lebed kimi mağaraadamlarının fikrincə, Rusiyanın imperiya amalı heç dədemokratiyaya zidd deyil. Belələrinin zehnində demokratiyapatrisilər üçündür (Lebedi patrisi sifətində təsəvvür etmək çətinolsa da). Və bütün başqa xalqların müqəddəratını bir xalq həll666

etməlidir.5 oktyabr, 1993, İstanbul***Ölüm məni təkzibolunmazlığı ilə qorxuzur. Həyat – daimaseçimdir, öz-özünlə, öz taleyinlə daimi mübahisələrdir. Ölüm –sonuncu və mübahisəsiz qərardır, alternativsiz seçimdir.Şübhələrin, tərüddülərin, "nə edim, necə edim?"lərin sonudur.***Stalin tarixin ən uzunölümlü müstəbididir. Fiziki ölümündən40 il sonra yenə qatillik işini davam etdirir – dünyanın ölümsəpən bir çox terrorist təşkilatlarının bayraqlarında Staliin adıvar. Hələ keçmiş SSRİ-dəki qana və qisasa susamış stalinçiləridemirəm.***Yenidən gənc olmaq istərdim. Amma tək özüm yox, bütünyaxınlarımla, əzizlərimlə, sevdiklərimlə birlikdə.***Qalib gəlmiş inqilabçılar elə zəfərlərinin səhəri günüqələbənin dadını və ləzzətini duyurlar – dəbdəbəli mənzil, ləziztəamlar, gözəl qadınlar, pul, sərvət, əmr, göstəriş, fərmanvermək, insanların talelərini müəyyənləşdirmək imkanları…Qabaqcadan şüurlu surətdə bunun naminə mübarizəetməmişdilərsə də, indi birdən-birə bütün bunlara malik olandanəfsini saxlamaq çətindir. Və az bir zaman ərzində bu "gözəl"həyat tərzinə vərdiş edəndən sonra yerlərini dar edə biləcəkdünənki silahdaşlarının belə boğazlarını üzməyə hazırdırlar ki,üstündə quş südü olan masa arxasında, ya hərəmxanayataqlarında şərikləri qalmasın.***Rusiyanın bugünkü siyasi həyatında faşizmin mixəyirəngiylə qırmızı rəng tay-dəyişik düşüb. Elə bil, öküz-daltonikmixəyini qırmızı, qırmızını mixəyi görür.667

***Platonovu oxuyuram. Aydındır ki, nəyə görə Stalini"Şəkkak Makar" belə qəzəbləndirib. Burda ikibaşlı-filan mətləbyoxdur. Hər şey iki dəfə iki kimi aydındır. Rəhbərə və onunsisteminə birbaşa, açıq işarə vurulur.Bir-birindən nə qədər fərqlənsələr də, Platonovun,Zoşşenkonun və Bulqakovun bir ümumi cəhətləri var: sovetquruluşunu, sovet cəmiyyətini dəbdəbəli – patetik şəkildətərənnüm edən rəsmi ədəbiyyata qarşı onlar bu quruluşu,cəmiyyəti gülünc və zavallı görkəmdə, idiotizm və absurdşəklində təsvir edirdilər. Müəyyən dərəcədə bu xüsusiyyətMayakovskinin satirik pyeslərində, İlf və Petrovunromanlarında, Erenburqun yazılarında da var.***Ürəkləri nifrət, gücsüz həsəd və kinlə dopdolu insanlarlanecə dialoq qurmaq olar? Ürəyin də müəyyən sahəsi var – əgərbu sahəni ədavətlə, qisasçılıqla, xıltla, hamıya və hər kəsədüşmənçiliklə doldurmusansa, orada mərhəmətə, sevincə,məhəbbətə yer qalmır. Hətta tənhalıq hissinə də yer yoxdur,çünki kinli adam tək deyil – kini-küdurəti həmişə onunladır,gecə-gündüz onunla danışır, onu müəyyən hərəkətlərə təhrikedir. Qisasçı da tək deyil – içində alovlanan intiqam duyğusunuməqamı gələnəcən gizlətsə də, bu od onu içəridən qarsıyır. Bugün dəbdə olmayan Maksim Qorkinin şeytan haqqında birhekayəsi var. Şeytan insanın ürəyindən bütün bəd hissləri birbirçıxarır və ürək bomboş qalır. Orada pis niyyətlərdən başqaheç nə yoxmuş.Neyləyim ki, kin saxlaya bilmirəm, məni hər gün mətbuatsəhifələrində zəhərləyənlərə, mənə qarşı hər cür əclaflıqlaredənlərə qarşı ədavət hissi duymuram. Doğudur, hər gün birqaşıq zəhər udduqca şəkərim qalxır və ilk impuls olaraq buhaqsız hücumlara cavab vermək, zərbə vurana zərbə vurmaqistəyi olur. Amma bu hiss çox tez keçir. Bəlkə də bu pisliyiyadda saxlamamaq, unutqanlıq xasiyyətimin zəif və mənfi668

cəhətidir. Aldıqları yaralar qərtmək bağlasa da, bu yaralarıqoruyub saxlayan, sağalmağa qoymayan adamlara çox rastgəlmişəm. Onlar məqam gözləyir ki, bu yaraların qərtməyiniqopartsınlar və yaraları yenidən qanayanda "qana qan" deyəintiqam alsınlar. Amma bu sağalmamış yara axı irinləyə bilər,bütün bədəni zəhərləyə bilər. İçərində konservləşdirilmişzəhərlə necə yaşamaq olar axı? Bunu heç vaxt başadüşməmişəm.***İstanbulda dəniz ən gözlənilməz yerlərdə birdən-birə qarşınaçıxır. Bax eləcə Dərbənddə də müxtəlif yerlərdə qədim qaladivarlarının qalıqlarıyla rastlaşırsan. Bir də əskiqəbiristanlıqlarla. Dərbənddə müasir binaların arasıyla gedirsənvə birdən-birə əski qəbiristanlıq çıxır qarşına, ya da qala divarı.İstanbulu gəzirsən. Boğazdan bax indicə aralanmısan, tamaməks istiqamətdə irəliləyirsən və qəfilcən yenidən dənizin başqabir sahilinə çıxırsan.***Kübar məclislərini (ya snobların tusovkalarını)burunlayırlar. Amma axı Balzakın da, Marsel Prustun daəsərlərinin əsas materialı məhz bu məclislər, oradakı söhbətlər,münasibətlər, olaylar və insanlardır.***Yazıçıya verilən ən böyuk cəza – əsərlərinin nəşrolunmamasıdır, yəni yaradıcılığına ölüm hökmüdür.***O, əlbəttə, dahi dirijordur, amma nə yazıq ki, orkestrindəbiri xaric çalır, o biri pis çalır, başqa birisi heç çala bilmir,birinin isə, ümumiyyətlə, notdan xəbəri yoxdur.***Onu rejissorla da müqayisə etmək olar. Elə bir quruluşçurejissorla ki, ən zəif aktyorlarla, ən zəif pyes əsasında dahiyanətamaşa qoyur.***669

Müasirliyi çox gözəl duyur, amma tarixilik hissi o qədərsərrast deyil.***O, konformistdir, həmişə necə lazımdırsa, o cür danışır vəhərəkət edir, nəticədə hər şeyə malikdir. Mən ayrı cüryaşayıram və heç nəyim yoxdur. Bəs nədən mən onu yox, oməni qısqanır?Gör nə günə qalmışıq ki, təmiz yaşadığımız üçün bəraətistəyirik. Gör nə zamanda yaşayırıq ki, alçaq ola bilmədiyinüçün sənə ağız büzürlər. Xeyirxahlarım belə: "Güclü olmaqlazımdır" – deyirlər. Onların aləmində güclü olmaq – zirəkolmaq, məkrli olmaq, sifətini hər gün dəyişməkdir. Vicdansklerozu ilə yaşamaqdır. İstəmirəm, bu cür güclü olmaqistəmirəm, zəifəm, qoy zəif qalım.***Rusların xarici siyasətini heç cür anlaya bilmirəm (Elə daxilisiyasətlərini də). Bir yandan NATO-nun Şərqə doğruirəliləməsinin əleyhinədirlər. O biri tərəfdən Belorusiyaylabirləşib NATO-ya daha yaxın olmağa cəhd edirlər. Axı Polşamütləq NATO-nun üzvü olacaq. Müstəqil Ukrayna vəBelorusiyanı neytral bufer ölkələri kimi saxlamaqdansa Rusiyaonları da həzm-rabedən keçirib NATO-yla həmsərhəd olmaqistəyir.***1993-cü il yanvarın 28-də "Yol" qəzetində gənc Azərbaycanşairi yazır ki, Azərbaycan adlı yer olmamalıdır və bu sözunudulmalıdır. Hər yan böyük Turanın içində əriməlidir. Elədüşünür ki, Böyük məmləkətsiz böyük ədəbiyyat yaranabilməz. Mirzə Cəlil demiş, "Ax yazıq vətən, ax biçarə vətən!Sənin yer üzündən silinməyini bir yandan Zori Balayan istəyir,bir yandan da Turan xülyasına qapılmış öz övladın".29 yanvar, 1993***670

Romiklə Yusif gəlmişdilər. Gecə ağlıma gəlmiş fikirlərionlarla bölüşdüm. Yazıq Azərbaycan – bir vaxtlar onu millətanlayışını qəbul etməyən İslam ümmətçiliyində əridib itirməkistəyirdilər. Sonra rus imperiya düşüncəsinə xidmət edən soverbeynəlmiləlçiliyi adıyla assimilə etməyə çalışdılar. İndi dətürkçülük içində yox etmək istəyirlər. Niyə görə yakut, yaxakas (onlara hörmət bəsləsəm də) mədəniyyət, mentalitet,adət-ənənə, psixoloji cəhətdən mənə talışdan, ləzgidən, tatdanvə kürddən daha yaxın olmalıdır? Azərbaycan xalqı, heçşübhəsiz, türk mənşəli xalqdır, amma bizi məhz Azərbaycantürkü kimi formalaşdıran cəhət tarixi ömrümüzdə başqa etnikelementlərlə qaynayıb qarışmağımızdır. Bu, qarşılıqlızənginləşməyə səbəb olub. Tam saf, təmiz irqlər, millətləryoxdur. Məsələ yalnız bir millətin etnogenezində başqaünsürlərin iştirak dərəcəsində, iştirak ölçüsündədir. "Xalçanınhikməti" adlı essemdə yazmışdım ki, Azərbaycan xalqı türkatanın və yerli ananın övladıdır. Bu düstur türk düyasının dostuvə dərin bilicisi, böyük türkoloq Lev Qumilyovun da xoşunagəldi. Leninqradda rəhmətlik Aydın Məmmədovun vasitəsiyləbu böyük alimlə tanış oldum. Evlərinə getdik. Kommunalmənzildə yaşayırdı. Mənə bağışladığı kitabının üstündə:"Aslandan Anara" yazmışdı. (Axı adı Levdir). Amma atasıNikolay Qumilyovun kitabına avtoqraf qoymağa razı olmadı.Aydınla mənə baxıb – "tarixinizi ayrı yerə aparmayın, eləsizin sifətlərinizə baxmaq kifayətdir ki, Selcuqların xələfləriolduğunuz aydın görünsün". Mənim "türk ata, yerli ana" fikrimhaqqında onun rəyini soruşduqda "tamamilə doğrudur" – dedi.Sonralar bu düstur nə şəkildəsə Türkiyədə də qəbul olundu.İstanbulda "Ata yurddan Ana Yurda" adlı dərgi çıxmağabaşladı. O vaxt, sovet dövründə mən Türk atamız məsələsini"Qobustan" toplusunda, Dədə Qorqudla bağlı işlərimdə və"Dədə Qorqud dünyası" essemdə daha çox qabartmağaçalışırdım. Amma indi elə bir dövr gəlib ki, yerli anaelementləri haqqında da danışmaq lazım gəlir. Birtərəfli671

yanaşma əvvəllərdə olduğu kimi indi də Azərbaycan türklərinitarixi yetimə çevirə bilər.29 yanvar, 1993***Gecə ağlıma bir fikir də gəldi: Mirzə Cəlilin "Anamınkitabı" pyesi məşhur üçlüyə – "türkləşmək, islamlaşmaq,müasirləşmək" düsturuna qarşı yönəlmiş əsər deyilmi?***Moskva və Leninqrad demokratlarının zəif damarı odur ki,səmimi şəkildə totalitarizm əleyhdarları olsalar belə, hələ dətotalitar düşüncənin əsiridirlər. Bu onda görünür ki, Qorbaçovamüxtəlif iradlar tutarkən yeni bir büt yaradırlar, mənfi işarəlibir büt. Yəni hər şeyi onun fərdi keyfiyyətləriylə,qərarsızlığıyla, səbatsızlığıyla, güzəştə meylli olmasıylabağlayırlar və cəmiyyətin bütün qlobal, total problemlərinin birnəfərdən, onun şəxsiyyətinin mənfi cəhətlərindən asılıolduğunu iddia edir, yəni yeni kult uydururlar. Unudurlar ki,Qorbaçov siyasətçi kimi müəyyən şərtlər çərçivəsində, birbirinəqarşı duran qüvvələrin kontekstində, oturuşmuş dövlətinzibati,partiya-siyasi mexanizmlər sistemində fəaliyyətgöstərir. Bir fərdin səlahiyyətləri nə qədər geniş olur-olsun,məsələ tək bir adamdan asılı ola bilməz. Bu yalnız Stalindövründə, Stalin şəxsiyyətinə görə mümkün olan şeydir. İndiisə söhbət real vaxt kəsiyində bir şəxsin – nə qədər yüksəkvəzifə tutur- tutsun, obyektiv hərəkət etmək imkanlarındangedir. Sol radikallar tələb edir ki, mühafizəkarlara qarşı qətiaddımlar atılsın, amma bu addımlar necə olmadır - zorakı,inzibati, cəzalandırıcı? Axı cəmiyyətin bir kəsiminin baxışlarıbizə nə qədər mürtəce, mühafizəkar, mağara təfəkkürü kimigörünsə də, bu, cəmiyyətin müəyyən kəsiminin baxışlarıdır. Bukəsimin təfəkkürünü dəyişmək çətindir, ondan da çətin onlarıbaşqa cür düşünməyə məcbur etməkdir. Onda nə qalır?672

"Düşmən təslim olmursa onu məhv edirlər? "Belədə budüşüncə tərzinin Stalin sistemindən təfavütü nədədir?Konkret, yaxın və lokal örnəkdə demokratların səhvləri dahaaydın görünür. Mən israrla təkid edirəm ki, demokratlar DağlıqQarabağ hadisələrinə birtərəfli münasibətlə, məsələninmahiyyətini bilmədən və buna varmaq istəmədən yanaşdıqlarıüçün Azərbaycanda nəinki Kommunist hakimiyyətininmöhkəmlənməsinə şərait yaratdılar, hətta bir növ dini-təməlçimeylə də səbəb oldular.***Əgər iki ildən artıq müddətdə respublikalardan biri gərginlikşəraitində yaşayırsa, onun Konstitusiyayla təmin olunmuş ərazibütövlüyünə təcavüz edilirsə, öz milli ərazisiylə daxil olduğuittifaqın müqaviləsi pozulursa, daha betəri, Konstitusiyanın vəMüqavilənin bu maddələrinin özləri şübhə altına alınırsa,respublikaların öz sərhədləri daxilində inzibati hüquqlarıtapdanırsa, hansı suverenlikdən dəm vurmaq olar?Aşkarlığı da yalan və təhqirlər üçün istifadə etməkmümkündür.Yenidənqurma sərhədlərin yenidən biçilməsi deyil – bu tezisdəfələrlə ən yüksək dövlət kürsülərindən səslənir, ən mühümsənədlərdə əks olunur, amma məsələnin guya ki, ədalətli həlliniistəyənlər tərəfindən israrla rədd edilir. Çünki onlar ədalətlihəlli yalnız öz xeyirlərinə olan qərar kimi qavrayırlar. Axışübhəli, bəzənsə tam mifik tarixi qaynaqlara istinad edərək təkrespublikaların deyil, dünyadakı bütün dövlətlərin sərhədlərinitəftiş etmək olar. Bəzən elə xəritələrə isnad olunur ki, o xəritəyaranan dövrün təsəvvürlərində yer kürə deyil, üç öküzbuynuzu üzərində dayanmış səth imiş.Əgər yenidənqurmanı inqilab sayırlarsa, onun VandeyasıDağlıq Qarabağdır.Erməni xalqının tarixi iztirablarını və ağrılarını başadüşürük. Amma məgər Azərbaycan xalqı tarix boyu daha artıqmüsibətlər, faciələr yaşamayıb? Daha az əzab-əziyyət çəkib?673

Parçalanıb, əzəli torpaqlarını itirib, qırılıb, sürgün olunub, ənləyaqətli oğulları qanına qəltan olunub. İndi nə etməli, həmişəkeçmişə yas tutmalı, ağlamalı, ağı deməliyik? Heç gələcəyidüşünməməliyik? Yadda saxlamaq bir şeydir, kin saxlamaqbaşqa şey.***Məhəbbət – qəfilcən nədənsə aşiq olduğun adamıuydurmaqdır.***Balzak deyəndə ki, ancaq qadının son eşqi kişinin ilkməhəbbətiylə müqayisə oluna bilər, haqlı deyildi. Görünür, busözü gəncliyində deyib, o vaxt ki, yaşca ondan çox böyük olanqadını sevirmiş. Bəlkə də ahıl çağında, Qanskayaya aşiq olandabaşa düşüb ki, kişinin son məhəbbəti daha güclü olur. Ammabəlkə bilmirmiş ki, bu son məhəbbətidir. Həm də axı kim təyinedə bilər ki, hansı məhəbbət məhz son eşqdir. Bunu yalnızölüm müəyyənləşdirə bilər. Ölüm öncəsi məhəbbət – sonməhəbbətdir. Ölümlə məhəbbət necə də yaxındırlar. Süleymanpeyğəmbər demişkən: "Ölüm kimi güclüdür məhəbbət".***Sartr maoçu və xunyevbinçi şıltaqlıqlarına rəğmən,şübhəsiz, ağıllı adam idi və o, sosializmin acı təcrübəsini dəyüksək qiymətləndirirdi. Yeri gəlmişkən, Qərbin başqatanınmış yazıçısı və ictimai rəyə təsir göstərən mütəfəkkiriAlberto Moravia da Çin "mədəni inqilabını" müsbətdəyərləndirirdi, İmran Qasımov onunla İtaliyada görüşmüşdüvə söhbətlərini mənə də danışmışdı.Nədir bütün bunlar – toxluq və rifah içində həyat sürən Qərbintellektuallarının ictimai firavanlıqdan doyub macəralarauyması? Bəlkə də yox, bazar qanunlarından bezmiş Qərbdemokratlarının acı təcrubəsi? Ümumiyyətlə, Qərbintellektuallarının sosialist təcrübəsinin SSRİ-də reallaşanvariantına münasibətləri dərin təhlil tələb edir. "Bu rejimincinayətlərindən xəbərimiz olmayıb, yalnız Soljenitsin QULAQ-674

la gözlərimizi açdı" desələr də, hər halda çox şeydən daha öncədə xəbərdar idilər. Niyə bəzilərinin gözü Soljenitsininşəhadətlərindən daha qabaq açılmışdı, bəziləri isə indininözünəcən çox şeyi görmür, ya görmək istəmir. Niyə AlberKamyu XX qurultaydan və 56-cı ilin Macarıstanhadisələrindən sonra SSRİ-ni ittiham etməyə özündə güc vəcəsarət tapdı, Stalin təbliğatının gah qaragüruhçu, gah da sülhuğurunda alovlu mübariz kimi təqdim etdiyi Jan Pol Sartr isəNobel mükafatından imtina edə bildi, amma Xruşşov sifətlisosializmdən üz döndərmədi. Niyə Andre Jid 30-cu illərdəSSRİ-yə gəlib bu quruluşun qüsurlarını görə bilmişdi, LionFeyxtvanger isə həmin elə 30-cu illərin Stalin məhkəmələrindəiştirak edib onlara haqq qazandırırdı? Niyə Herbert UelsLenini ancaq mülayim və məsum Kreml xəyalpərvəri kimigörürdü, Anri Barbüs Stalinin gözüylə baxırdı cahana? NədənBernard Şou və Pablo Pikasso, Lukino Viskonti və BertoldBrext sosialist idealına inanırdılar? Niyə? Doğrudanmı, tarixinmarksist təsnifatı gerçəkdir – həyat yalnız siniflərinmübarizəsidir, bəşəriy-yətin bir ictimai formasiyadan başqasınayüksəlişidir və bütün bu düzünəqulu yolun ən uca zirvəsi –sosializm-kommunizmdir? Bütün yanlışlıqlarına, amansızsəhvlərinə, qanlı və cinayətkar keçmişinə baxmayraq, Sovetsosializmi dünyanın inkaşafında daha yüksək mərhələdir?Yaxud bütün nailiyyətlərinə (onları da danmaq olmaz)baxmayaraq tarixin faciəvi yolazmasıdır?Görünür, həqiqət bu iki əks fikrin arasındadır. Hər halda birmüstəqim cavab yoxdur, cavab axtarışları var. Andre Jid yaxşıdeyib: "Həqiqəti axtaranlara inanın, həqiqəti buldum deyənlərəşühhəylə yanaşınU.Şübhə faydasız deyil. "Şəkkaka lənət" – sırf dini düşüncəninməhsuludur. Marksizm də bütün ateist şüarlarına baxmayaraq,məhz bu dini təfəkkürü qəbul etmişdi və həmin təlimə zərərvuran da elə bu oldu. Dinə qarşı amansız mübarizə apara-aparamarksizm onun bir çox cəhətlərini mənimsədi – dinin675

peyğəmbərlərini öz peyğəmbərləriylə əvəz etdi, cənnətvədlərini və cəhənnəm hədələrini – xoşbəxt kommunizmgələcəyi vədləriylə və Sibirin "buzlu cəhənnəmiylə" yerdəyişetdi. Həm də ki, kommunizm cənnəti ancaq elə boş vəd, Sibircəhənnəmi isə tam real bir qılınc idi – hamının başı üstündənasılmışdı. Hər ikisini kütlənin beyinlərinə eyni dini üsullarlayeridirdilər – dualar – şüarlar, möüzələr – çıxışlar, rituallar –iclaslar, mitinqlər və s.Bu anlamda demokratiya – dinin yaşaması, dini rituallarınicra edilməsi, dini etiqada hörmət bəslənməsi üçün hər birşəraiti yaratsa da, hər şeydən əvvəl ictimai şüuru diniehkamlardan azad edir.Sentyabr, 1987Gecə vahimələrim müharibə dövrünə düşmüş uşaqlığımlabağlıdır. İşıq çıxmasın deyə qara kağızlarla örtülmüş pəncərələruşaqlıq xatirələrimdə radio-reproduktorun dairəvi qara diskiyləeyniləşir. Bu saçabənzər qara dairədən bir-birindən pis xəbərlərgəlirdi –təntənəli matəm məlumatları – təhvil verilmiş şəhərlər,düşmənin irəliləməsi. Bütün bunlar da o qara kağızlarlaörtülmüş pəncərələrin ardında baş verirdi.Uzun zaman eyni bir yuxunu görürdüm: ayın soyuq gümüşükül rəngli ziyasında Bakıdakı Hökümət evinin sütunları.Sütunların arasında dolaşan kölgələr və məhz elə bu sütunlarınarasından kimsə gecənin bir aləmində mənə telefon edir. Baxelə həmin dəqiqədəcə evimizdə telefon səslənir. Bu azı iki-üçdəfə təkrar olundu. İndi yadımda deyil, əslində də telefon zəngedirdimi, ya elə bu da yuxuda idi, amma hər halda, mənə eləgəlirdi ki, zəng məhz bizə olunurdu. O vaxtdan gecəzənglərindən oddan qorxan kimi qorxuram.Nədəndir bu qorxu? Haçansa böyüklərdən eşitmişdim ki,hökümət evini alman əsirləri tikirmiş. O əsir əsgərlər ki, vaxtiləqara örtüklü pəncərələrin ardından, dairəvi reproduktordan676

irəliləyib az qala evimizin içinə girəcəkdilər. Kimdənsə onu daeşitmişdim ki, bu tikinti zamanı ölən əsirlərin meyitlərinihəmin binanın divaları arasına hörüblər. Mənə elə gəlirdi ki,məhz bu divara hörülmüş meyitlərin kölgələri gecələrsütunların arasıyla gəzişir və aylı gecələrdə mənə zəng edirlər.Bir başqa vahimə də beləydi. Gecələr mən yuxudaykənkimsə başımın üstündə durub aramla, yeknəsəq tonla sayırdı –bir, iki, üç, dörd, beş və s. Bu gecə vahimələrindən bəziləriniçox sonralar "Əlaqə" povestində qələmə alıb onlardan xilasoldum. Qəribə olsa da "Əlaqə"-nin süjetini əvvəldən axırayuxuda görmüşdüm. Elə bil, kimsə bu mətni mənə diqtəetmişdi. Yuxudaydımı bu, yarıayıq vəziyyətdəydimi, bilmirəm.Elə "Qırmızı limuzin", "Vahimə" hekayələrinin süjetlərini,"Otel otağı" povestinin finalında mehmanxana nömrəsindəözgə paltarları asılmış şifoneri də yuxuda görmüşəm. Butunbunlar sanki hazır halda beynimə pərçim edilmişdi, sonra oyaqvaxtı onları işləmiş, təkmilləşdirmişəm, ayrı-ayrı detalları əlavəetmiş, personajları səciyyələndirmiş və əsas da yaşadığımvaxtın, zamanın işarələrini bu fabulaya uyğunlaşdırmışam.Bu cəhətdən o da maraqlıdır ki, həmin süjetlər və detallar,lap elə "Otel otağı"ndakı şifoner məsələsi yuxuma girəndənçox illər, azı iyirmi il sonra istifadə olundu. Elə bil bu detalməqamını, müəyyən tarixi hadisələrlə bağlı bir süjetin içindəyer almaq üçün vaxtının gəlməsini gözləyirmiş.***Ürəyin vətən sarıdan nigarançılıqla döyünür, amma heç kəsbu döyüntünü eşitmir. Amma bax, mən vətənpərvərliyimi təbilsədaları altında bəyan edirəm, hamı eşidir, hamı əl çalır.***Sınaqsız zamanların alçaqları və qorxaqları ağır zamanlarınnamuslu adamlarından daha qoçaq görünür. Axı zaman onlarısınağa çəkməyib.***Dövr kitablarda qalacaq. Dövr necəydisə, o cür də, özünü677

necə görmək istəyirdisə, o cür də. Kitabı – hər hansı kitabı –sevin, o, vaxtın şahididir.***Aygün ad var. Gərək BUGÜN adlı da insan olsun. Dünənivə Sabahı olmayan insan.***Xalq çörəklə tam təmin olunmayınca "İnsan tək çörəklədoymur" ifadəsi yaxşı səslənmir. Əvvəl-əvvəl insanlarınqarnını doydur, sonra yüksək mətləblərdən dəm vur.Amma aclığın özü də təsirli sənət əsərləri yarada bilər -Amerika yazıçısı Perl Bakın Çində aclıq haqqında "Torpaq"romanı (romanın qəhrəmanları sözün hərfi mənasında aclıqdantorpaq yeməyə məcburdurlar). Bir də üç yazıçının – norveçliKnut Qamsunun, Hindistanlı Bxabani Bxattaçariyanın və tatarQalimcan İbrahimovun eyni "Aclıq" adlı üç romanı.***Ağrılı düşüncələrim Rusiya haqqındadır. Mən müstəqil,suveren, dünya cameəsi tərəfindən tanınmış, BMT-nin vəonlarla başqa beynəlxalq təşkilatın üzvü olan Azərbaycanınvətəndaşıyam. Rusiyayla bu dəfə bəlkə də həmişəlikboşanmışıq (18-ci ilin boşanması müvəqqəti oldu). Hər haldaaltı ildir ki, ayrı yaşayırıq. Bəs nədən Rusiyanın ağrıları mənibu qədər incidir? Doğrudanmı, bu böyük ölkə, bu böyük xalqəsrdən-əsrə yalnız üç düstura uyğun yaşamalıdır. Birincisi,"Gücün var, ağıl cərək deyil". İkincisi, "Ağılla Rusiyanıanlamaq olmaz". Üçüncüsü, "Ağıldan bəla".Doğrudanmı, ağıl Rusiyadan artıq bir şey kimi qovulub,doğrudanmı, bu ölkənin bəlası – ağıldır. Yəni Rusiyada ağıllıadam qalmayıb? Əlbəttə, qalıb. Rusiyada ağıllı insanlar hərhansı ölkədəkindən az deyil ki, bəlkə çoxdur. Amma hamısıağıllarının əziyyətini çəkir. Onlara qarşı duran isə nəhəng,sürüşkən bir kütlədir – ona ağıl gərək deyil, sayına, çoxluğunaarxalanan gücü var, bəsidir. "Kərəm əhlini" qovmağa, əzməyə,ömrünü çürütməyə yetər bu güc.678

***Hər xalq özü haqqında düşünür ki, o, seçilmişdir, xüsusidir,başqalarına bənzəmir, hamıdan üstündür və dünyadabaşqalarından fərqli məqsədi var. Bu kiçik xalqın iddiasıolanda onun öz işidir, qoy özü özüyçün lovğalansın,qürrələnsin, desin ki, mənim millətim ən cəsur millətdir,qadınlarımız dünyada ən gözəl qadınlardır, ədəbiyyatımız ənzəngin ədəbiyyatdır, bunun kimə nə zərəri var? Amma bu meylböyük xalqlara hakim kəsiləndə – artıq bütün dünyanın taleyitəhlükə qarşısında qalır.***Rus xalqı əbədi bir suala cavab verməlidir: Hansıqonşularının olmasını istəyir – ona hörmət edən qonşuları, yaondan qorxan qonşuları? Əgər balaca xalqlar arxayın olsalar ki,Rusiyanın yüksəlməsi, dirçəlməsi, güclənməsi onlara təhlükətörətmir, onları əzməyəcəklər, alçaltmayacaqlar, istismaretməyəçəklər, onlarçün nəyin yaxşı, nəyin pis olduğunuMoskva yox, özləri həll edəcəklər, əlbəttə, o zaman Rusiyanınəzəmətli və qüdrətli olmasını niyə istəməsinlər? Amma axıindiyəcən bir təhlükə mövcuddur. Bu təhlükənin əlaməti yalnızLimonov səviyyəsində deyil, hətta Berdyayev və Soljenitsinsəviyyəsində rus düşüncəsinə hakimdir – yazıçılar,mütəfəkkirlər, siyasətçilər bunu müxtəlif şəkillərdə durmadanifadə edirlər: "Vaxtilə Rus, sonra Sovet imperiyasına daxil olanbütün xalqlar, indi müstəqil dövlətlər olan ölkələr yenidənbizim himayəmiz altında olmalıdır". Bu məqsədlə hər xalqın öztaleyi olması fikriylə razılaşmırlar və süni bir anologiyaya əlatırlar: müstəqilliyini qazanmış keçmiş sovet respublikalarıABŞ ştatlarına uyğundur və Amerikada millət anlayışıolmadığı kimi Rusiyada da olmamalıdır (başqa sözlə, hamıözünü rus saymalıdır). Amma axı Amerika ştatlarından heçbirinin açıq etnik sifəti yoxdur, hətta zəncilərin, hinduların,latınamerikalılarının çoxluq təşkil etdiyi ştatları belə onların679

milli əraziləri saymaq olmaz. Amerika qazanında hamı çoxdanqaynayıb qarışıb. ABŞ unikal milli struktura malik ölkədir vəamerikan xalqına universal kosmopolitizm xasdır ki, çeşidlietnik elementləri öz içinə alıb əridir. Bu cəhət rus mentalitetinətamamilə yad olan bir keyfiyyətdir. Rus mentalitetinə görəRusiyanın dünyada ancaq özünəməxsus yolu var. Ortodoksluq(Pravoslaviya) yeganə həqiqətdir. ABŞ çoxmillətliliyi – keçmişetnik elementlərin qorunub saxlanmasıyla ümumamerikamentalitetinin qəbul olunması Rusiyanın etno-milliquruluşundan tamamilə fərqlidir. Amerika – mühacirlərölkəsidir, könüllü şəkildə əzəli torpaqlarını tərk edib YeniDünyanı vətən sayanların və onların nəsillərinin ölkəsidir. Buyeni dünya müxtəlif xasiyyətli, müxtəlif məqsədli, müxtəlifniyyətli insanları nəylə cəlb edir, nəylə özünə bağlayırdı?Azadlıq arzusuyla, xilas olmaq imkanıyla, özünütəsdiq,təşəbbüskarlıq keyfiyyətləriylə. Bu cəhətdən Rusiya – "xalqlarzindanı" – tarix boyu heç vaxt, heç kəsi cəlb etməyib. O kiqaldı guya hansı xalqınsa Rusiya tərkibinə könüllü qatılmasına,ağ Padşahdan himayədarlıq istəməsinə, bu da ayrı-ayrı irilixırdalıfeodalların öz hakimiyyətlərini saxlamaq ehtiyacındandoğan xahişlər idi. Başqa, daha amansız qüvvələrin şikarıolmamaq üçün bu yola əl atırdılar. Balaca xanlıqlar özləri kimikiçik qonşu xanlıqlarla çəkişərkən Rus çarının qoltuğunasığınmağı daha üstün tuturdular. Bu tarixi süjetləri bütövxalqların istəyi kimi qələmə vermək SSRİ-nin saxlanmasıhaqqında yalançı referendumun nəticələrinə inanmaq kimi birşeydir. SSRİ-nin saxlanması üçün keçirilən bu referendumStalin-Brejnev sosialist demokratiyasının – "dünyada ən kamildemokratiyanın" ən qabarıq cəhətlərini nümayiş etdirdi.Yaxşı, əgər Rus xalqının öz müstəqil dövləti olmalıdırsa,nəyə görə estonların, ya çeçenlərin də eyni arzuları ruslartərəfindən nankorluq kimi qəbul edilir? Əgər balaca xalqlarıböyük İmperiyanın kiçik övladları, ya rusların kiçik qardaşlarıkimi saysaq belə, gün gəlir bu balaca qardaşlar və böyümüş680

övladlar ayrı yaşamaq haqqında düşünürlər. Bunu niyə faciəkimi qəbul etmək lazımdır? İmperiya iddialarını nə vaxta qədərguya ki, təhlükəsizliklə bağlamaq olar? Kimdir sizintəhlükəsizliyinizə qəsd edən? Volski "Moskovski Novosti"qəzetində (4. X. 92) yazır: "Biz (yəni Rusiya) Zaqafqaziyadangedə bilmərik, çünki o Şimali Qafqaza yaxındır, Stavropolunlap böyründədir".Bu məntiqlə demək olar ki, Rusiyanın cənub sərhədlərinintəhlukəsizliyi naminə yaxındakı ölkələri – Türkiyəni, İranı datutmaq lazımdır. Məhz elə bu fikri – son niyyətlərinigizlətmədən – açıq-aşkar şəkildə Jirinovski bəyan edir.***Hər hansı hakimiyyət açıq, ya gizli şəkildə Sənətkara nifrətbəsləyir. Çünki ən küt hökmdarlar belə anlayırlar -onlarınhakimiyyəti yalnız müəyyən vaxt kəsiyinə aiddir. Həqiqisənətkarlar isə əsrlər boyu şüurlara hakim kəsilir.Hakimiyyətlərinin qısa müddətli olmasının heyfini hökmdarlarsənətkarlardan çıxır. Sənətkarın tarix müstəvisində müstəqilliyionlara xatırladır ki, özləri vaxtdan asılıdırlar və zamanbaxımından da fanidirlər.***Günəş qüruba ğoğru dığırlandıqca, göy boyu aşağı endikcəbuludlar daha qəmli görünür və belə yanlış təsəvvür yaranır ki,buludlar günəşdən ucadır, günəş onları göydə atıb yerin altınagedir. İbtidai insanları anlamaq olar – onlar şüurlarınındeduktiv qabiliyyətinə, həndəsi ya astronomik hesablamalaradeyil, gözləriylə gördüklərinə inanırdılar. İbtidai insanın dərkedə bilmədiyi əsl dünya – mücərrəd hesablamalarda, şüurungəldiyi mücərrəd nəticələrdədir. Sivil insanın ziddiyyətləri dəbundan doğur – gözüylə gördükləri və gözlə görünməyən,mücərrəd, amma həqiqət olan bildikləri. Nədir belə fəlsəfimətləblərə girişdim? Bəlkə bu elə Yunanstanın havasıdır,adamı dənizin dayaz yerində "dərin" düşüncələrə qərq edir.Əslində mən dayazda yox, dənizin dərinlikləri üzərində üzən681

gəmidəyəm. Ətraf Yunan sahilləri, yunan adaları. Doğrudanda, qədim Elladanın – çağdaş Yunanstanın ab-havası adamısanki fəlsəfi düşüncələrə və mücərrəd fikirlərə sövq edir. Necəki, Parisin ab-havası insanı bədii yaradıcılığa, məhəbbətəkökləyir. Bəlkə də bu ənənədən gəlir. Haçansa oxuduğunkitabların, gördüyün filmlərin və rəsm əsərlərinin təsirindənyaddaşında ilişib qalanlar sənin bu ovqatını yaradır.Günəşin dairəsi qeyb oldu – indi günəş, daha doğrusu, onunişığı göyə qayğanaq kimi yayılıb. Tava – günəş özü artıqgörünmür, amma yumurtanın ağı-sarısı buludların arasınadağılıb.Gəminin göyərtəsində oturub bu ölkə haqqında düşünürəm,bu torpağın bəşəriyyətə bəxş etdiyi demokratiyanın mahiyyətihaqqında düşünürəm. İnsanların bu yerlərdə, bu açıq səmaaltında 2500-2700 il qabaq düşündükləri metofizik problemləriyada salıram. Nə deyirsiz deyin, çox şeyi məhz iqlim həll edir.Bu ölkə, demək olar ki, heç vaxt qış görməyən bir diyardır,günəş və dəniz ölkəsidir, yarıçılpaq Allahların və yarılütinsanların – siyasətçilərin, filosofların, natiqlərin,heykəltaraşların, söz ustalarının vətənidir. O insanların ki,özləri kimi yarıçılpaq Allahları uydurub bütün problemlərinionların çiyninə yükləyiblər. Amma üç min il bundan qabaq davarlığın ən əsas suallarına cavab yox idi – həyatın mənasınədir? Kainatn əvvəli-axırı varmıdır? Vaxt haçandan başlanırvə haçan, necə bitəcək?Kainatın böyüklüyü haqqında çoxlu bənzətmələr tapmaqolar. Əgər bizim planet kəhkəşanda bir qum dənəsi boydadırsa,kəhkəşanın özü kainat dəryasında bir damladır – Sakit okeanınbir damlası kimi. Amma bütün bu çətin təsəvvür olunanmənzərələr belə kəmiyyət ölçüləridir, onları keyfiyyətbaxımından dərk edə bilmirik. Yaxşı, kainat nə qədərtəsəvvürolunmaz dərəcədə böyük olur-olsun, axır ki, hardasaqurtarırmı? Deməli, hardansa başlanır? Bəs bitdiyi yerinardında nə var? Əgər bir şey yoxdursa, bu yoxluğun özü nə682

deməkdir? Eləcə də Vaxt, Zaman anlayışı. Vaxt, Zaman haçanbaşlanıb, haçan sona yetəcək. Bu sualların cavabsızlığı özözlüyündəsonsuzluq deyil, bizim şüurumuzun müəyyənsərhədlərlə məhdudlaşmasıdır. İnsan şüuru sonsuzluğusonsuzluq kimi qavramaqda acizdir – bu artıq beynimizinxüsusiyyətidir. Məkan sonsuzdur, amma bu sonsuzluğu dərketmək istəyən insan zəkasının imkanlarının sonu var. Din eləhesab edir ki, belə sualların cavabını bircə Allah özü bilir.Razıyam. Ona da razıyam ki, insan beynindəki buməhdudiyyəti də o görünməz ulu Varlıq müəyyənləşdirib.İnsan bunu bilməməlidir. Mənim Allaha inanmağımın çoxlusəbəblərindən biri də elə budur. Gəncliyimdən qəbul etdiyimdüstura ömrüm boyu sadiq qalmışam: "Allaha inanıram, Dinəhörmət edirəm, Xurafata, Mövhumata nifrət bəsləyirəm".Allah mənimçün həm də Ədalətin son və ən yüksəkqoruyucusudur. Amma bu artıq etik anlayışlar aləmindəndir,yəni yalnız insan münasibətlərinin, ictimai əlaqələrin əhatəetdiyi sahəyə aiddir. Bəs metofizik sahədə? Cavabı bilməsəkdə, sual vermək haqqımız ki var? Hər halda, insan beyninə "nəbarədəsə heç düşünmə, sual vermə" yasağını qoymaq olmaz.Dünyanı Allah yaradıb, əstəğfürullah, bəs Allahı kimyaradıb? Dindarlar dərhal Tküfr danışmaU deyəcək. Amma axıbu cavab deyil. Din, Allah əbədidir deyirik. Bəs əbədilik nədir?– yenə, yenə bu sualı verirəm. Özüm cavab verirəm: Əbədilik –vaxtın yoxluğudur. Amma axı biz – düşünən məxluqlar Vaxtıniçində yaşayırıq – doğuluruq, böyüyürük, ölürük. Deməli, Vaxthər halda mövcüddur. Yunanların təfəkküründə Xronosa(Vaxta) qədər Xaos varmış. Bəs Xaosdan əvvəl? Din cavabverir, daha doğrusu, dinin iki cavabı var: birincisi; Allah (yaAllahlar) varmış Xaosdan qabaq. Amma onda ikinci sual açıqqalır – Allahı (ya Allahları) kim yaradıb, onlardan qabaq nəvarmış? Din Tbu küfrdürU – deyir. Yəni İlk haqqındadüşünməyin özü günahmış. Bu barədə düşünmək belə yasaqdır.Yəni cavab yoxdur, yasaq var. Amma yasaq – cavab deyil.683

Daha aşağı səviyyəli problemlərə – cəmiyyət problemlərinəenəndə, mənimçün cavabsız suallardan biri də demokratiyanınmahiyyəti məsələsidir. Mən qüsurlu antik demokratiyanıdemirəm. Qulları bərabərlik cəmiyyətindən çıxdaş edəndemokratiya, təbii ki, tam demokratiya sayıla bilməz. Vəqulların cəmiyyətdən kənar edilməsi hansı mənadasaxristianlığı – insanların bərabərliyi haqqında ilk təlimi yaratdı.Amma söhbət bundan getmir. Antik demokratiya yox,demokratiyanın ən kamil formaları da bir sadə suala cavab verəbilmir: əgər demokratiya xalqın istəyidirsə, xalqınhakimiyyətidirsə, daha doğrusu, hakimiyyət olmazdan qabaqxalqın seçimidirsə və xalqın əksəriyyəti də demokratiyanıistəmirsə, seçmirsə, bu müəmmanın cavabı necə olmalıdır?Əksəriyyətin rəyinə xilaf olan əksəriyyətin hakimiyyəti – yənidemokratik üsul-idarə. Onda bunun nəyi demokratik seçimoldu? O biri seçim – xalqın əksəriyyətinin istəyiylə tiranik,müstəbid, diktator rejiminin yaranması da, təbii ki,demokratiyanın təntənəsi sayıla bilməz. (Çoxluğun rəyiylə,seçimiylə, səsiylə bərqərar olsa da). Bu abstrakt, mücərrədməsələlər deyil, hər birimizin qarşısına hər gün çıxan konkretproblemlərdir. O cümlədən bizim – öz rejimini vəideologiyasını müəyyənləşdirmək istəyən məmləkətinvətədanşları qarşısında da durur.Daha bir zarafatyana paradoks. Əgər əcnəbinin: - Sizinölkənizdə demokratiya varmı? – sualına sən tamamilə sakitcə:– Yoxdur, – deyə cavab verə bilirsənsə, – deməli, hər haldaölkəndə demokratiya var. Olmasaydı, qorxundan TvarUcavabını verməyə məcbur idin.***Bəs niyə mən, özünü ziyalı sayan adam (ziyalı sözü indisöyüş kimi səslənsə də) öz ölkəmdəki avtoritar rejimi qəbuledirəm? Onun bütün naqisliklərini, traybalizmi, şəxsiitaətkarlıq prinsipini, korrupsiyanı və sairəni görə-görə burejimə etiraz etmirəm? Belə rejim mənim insanlıq ləyaqətimi684

alçaldırmı? Şübhəsiz. Onda səbəb nədi? Başını girləmək cəhdi?Bəlkə də. Sakit və stabil həyat tərzinə meşşan aludəçiliyi? Olabilər. Ya əsas məqsəd – mətnlər yarada bilmək imkanı üçünözünü qoruyub saxlamaq ehtiyacı? Yəqin bu da var, çünki mənhəyatda vəzifəmi də, xalqım qarşısında əsas borcumu damətnlər yaratmaqda görürəm ki, onlar, güman edirəm, məndənsonra da yaşayacaq və kiməsə gərək olacaq. Bəli, bunlar hamısıbelədir. Amma bir mühüm, bəlkə də ən mühüm cəhət də var.Biz qısa ömürlü demokratiya təcrübəsindən keçdik. Bu çiydemokratiya idi, kor, aciz, üzmək bilmədən suya atılmış uşaqkimi çabalayan demokratiya idi, başlıcası isə ölkəni idarəedənlərin nə özlərini, nə də idarə etdikləri ölkəni qoruyabilməyən demokratiya idi.Bəla bir də ondadır ki, bu adamlar, liderlər, onlarıqələmləriylə dəstəkləyənlər, onların ardıcıllarıməğlubiyyətlərindlən heç bir nəticə çıxarda bilmədilər.(Əslində kim tarixdən, lap elə öz taleyindən ibrət dərsi ala bilirki?) Bunlara üstün gələnlər həm də ölkəni dağılmaqdan,parçalanmaqdan, müxtəlif istiqamətlərdən gözlənilən işğaldanxilas etdilər. Mənim də bu rejimi qəbul etməyimin əsas səbəbibax budur.Bəli, bizdə müxalifət olmalıdır, mən istəyirəm ki, müxalifətolsun, hətta indiki qışqırıqçı – karikatur şəklində meydanaçıxırsa da. Amma mən istəmirəm ki, bu müxalifət, hər haldaindiki şəklində və indiki tərkibdə bir daha hakimiyyətə gəlibhər şeyi yenidən bərbad eləsin. Əgər onlarla xırda partiyalarabölünmüş, çeşidli maraqlara, liderlərə, onların iddialarınaxidmət edən qruplar birləşə bilmirsə, hətta ən nüfuzlu və ciddipartiyalar belə buna qabil deyilsə, onda bəs bunlardan hər hansıbiri min bir siyasi, iqtisadi, ideoloji ziddiyyətlərin toqquşduğu,xarici maraqların üz-üzə durduğu ölkəni necə birləşdiribbütövləşdirə biləcək? Ona görə də avtoritar rejimin indikinisbətən yumşaq variantı – onun bütün qüsurlarını unutmadan– mənimçün daha üstündür. Heydər Əliyev ikinci dəfə685

hakimiyyətə gələndə dedim ki, bu bizim son şansımızdır. Mənindi də fikrimi dəyişməmişəm. Amma o zaman düşün-müşdümki, Heydər Əliyev Azərbaycanın birinci şansıdır, onun yetmişyaşında olması isə ikinci şansı.***Xalqın dünyaduyumunun formalaşması üçün geosiyasiiqlim və meteoroloji şərait çox vacibdir. Cənub dənizlərinin –Xəzərin, Qara dənizin çimərliklərində günəşdən bol-bolfaydalanan, isti sulardan ləzzət alan, kəhrəba qumlarasəpələnən rusları görəndə bu xalqın əsrlər boyu sürən siyasətini– isti cənub dənizlərinə can atmasını yaxşı başa düşürsən. Buisti həsrəti daima üşüyən və daima günəşə boylanan şimalxalqının genetik yaddaşındadır.***Çoxmu düşmənim var? Xalqımın düşmənlərinin sayı qədər.Nə bir nəfər çox, nə bir nəfər az.***Gənc nasir özundən əvvəl yazanlar haqqında elə yekə-yekədanışırdı ki, elə lovğalıqla onlara qiymət verirdi ki, mən həttabir az qorxdum. Daha doğrusu, utandım ki, mən də bir vaxt nəisə yazmışam. Gör bu cavan ədəbiyyata necə yüksək tələblərləyanaşır ki, bizim bütün yazdıqlarımızı bəyənmir. Sonra qorxaqorxaonun öz yazılarını oxumağa başladm və … sakit oldum.Demə, bütün sələflərini bəyənməyən ən adi qrafoman imiş.Adicə süjet belə qura bilməyən, bir salamat cümlə yazmağaqadir olmayan cızma-qaraçı. Yazıları yalnız yüz dəfədeyilmişlərin, yazılmışların zəif və savadsız təkrarıdır.Təkəbbüründən başqa heç nəyi yoxmuş.Odur ki, hələ yaşamaq olar. Yazmaq da…***Bəxtlərinə nisbətən sərbəst zamanlarda yaşamaq şansı düşənVaxt ərköyünləri gərək ağıllarına nə gəldi danışarkənözlərindən əvvəlkiləri çətin zamanlarda yalan danışmaqdansasusmaqda suçlamasınlar, sözlərini dolayı yolla deməkdə, Ezop686

dilində ifadə etməkdə gunahlandırmasınlar. Eynən o cür, azadölkələrin vətəndaşlarının repressiv rejimlərdə yaşayanlarıfəaliyyətsizlikdə, passivlikdə günahlandırmağa haqları yoxdur.Məlum deyil ki, bu ərköyünlər başqa vaxtda və başqa ölkədəyaşasaydılar, özlərini necə aparardılar.***Bazar dövrüdür, hər şeylə alver edirlər. O cümlədən guya ki,keçən dövrlərdə qoçaq olmalarını, cəsarətli hərəkət etmələrinidə bazara çıxarıblar. Hamısı da qəlp mallardır. Olmayanlarıolan kimi sırımaq cəhdidir.***Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdədost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdənölüm alır, bəzilərini həyat.***Həyat qoyur ki, yaşayaq? Elmirayla Tofiqin Erika Erikovnaadlı bir tanışları vardı, hansısa Baltik respublikasındandı.Onlara ev işlərində kömək edirdi. Bir dəfə kimsə ondan xəbəraldı: Pribaltikadan ölümdən qurtulmaq üçün qaçdınız? Qadın:– Yox, – dedi, – həyatdan qurtulmaq üçün.Şekspirə layiq replikadır.***Polad Bülbüloğlu bəzən zarafatla məni "Millət atası"adlandırır. Mən nə millət atası, nə xalqın başbiləni, ağsaqqalıolmaq istəyirəm. Mən yalnız xalqımın yaddaşı olmağaçalışıram.***Dünya vətənimi eşitmək istəmir, vətənim də məni…***Orta Asiya rejimləriylə münasibətlər. Bir tərəfdən hər necəolsa soydaşlarımızdır, o biri təpəfdən o ölkələrin totalitarrejimlərinə dəstək verdikdə öz demokratik imicimiziitirmirikmi?687

2 dekabr 1993***Türk jurnalisti İlhan Selcuk "Cümhuriyyət" qəzetində mənəirad tutur ki, bir müsahibəmdə "Qərb bizdən qorxur"-demişəm.Görünür, müsahibəni diqqətlə oxumayıb. Mən "Qərblilərbizdən (yəni İslam Şərqindən) qorxur" deyəndə hərbigücümüzdən yox, "ağlımızdan" qorxduqlarını nəzərdətuturdum. Əgər bir müsəlman ölkəsi terrorizmi rəsmiideologiya kimi qəbul edirsə, başqa bir müsəlman ölkəsikitabına görə yazıçının qətlinə fitva verirsə, üçüncü müsəlmanölkəsinin naziri deyirsə ki, mənim atom bombam var və onurəqib ölkənin paytaxtına atacam, Qərb bizdən qorxubçəkinməsin, neyləsin?Təkrar edirəm, gücümüzdən yox, ağılsızlığımızdanqorxurlar, dövlətlərin və xalqların qəbul etdiyi ümumbəşərianlaq və əxlaq normalarına riayət etməməyimizdən çəkinirlər.1993, İstanbul***Elə kitab var oxuculara mənəvi qida verir, elə kitab varanbarda siçanların qidasıdır.***Kiməsə bir qaşıq artıq tərif payı, kiməsə bir qaşıq az – bütünincikliklər bundan başlanır.***Əsl dostluq günəş, dəniz, ulduzlar kimidir. O mənada ki,illərlə dənizi görməyə bilərsən, amma qayıdıb onu yenə həminyerində və həmin cür görəcəksən.***Qəlblə ağıl yaşıd olmur. Ağlımın yüz yaşı var, qəlbim onsəkkiz yaşındadır.***688

Ssenari kurslarında təhsil aldığım illərdə İosif Brodskininməhkəməsinin protokollarını oxudum, onun özüylə isə bir, yaiki il sonra, Repinoda kino seminarı zamanı kurs yoldaşlarımvə Brodskinin leninqradlı dostları İlya Averbax və AnatoliNaymanın vasitəsilə tanış oldum. Bu protokolda əks olunmuşölçüsüz-biçisiz haqsızlıq, ədalətsizlik, insafsızlıq, açıq-aşkarantisemitizm məni elə sarsıtmışdı ki, rastıma çıxan həryəhudidən üzr istəməyə hazır idim. Bu işə heç bir aidiyyatımvə heç bir günahım olmasa da, bütün insanların adından üzrdiləmək istəyirdim. Əlbəttə, pis xasiyyətli yəhudilərə də rastgəlmişəm, amma küll olaraq bu xalqın tarix boyu çəkdiyiəzablar qarşısında baş əyirəm. Həm də yəhudilər dərdləriniağlayıb-sızlamaqla çəkmir, yeri gəldi-gəlmədi taleyindənşikayətlənmir, heç kəsi günahlandırmır, amma bütün sınaqlardançıxaraq işləyir, düşünür və qarşılarına qoyduğuməqsədlərə çatır. Bütün bəşəriyyəti yeni kəşflər, yeniideyalarla zənginləşdirir. Bu xalqın cəsarətinə, ağlına,istedadına və ləyaqətinə hörmət bəsləməklə mən heç də özmillətimi alçaltmıram – başqa xalqın iztirablarına şərik olmaqhər bir xalqın özünün də başını ucaldır.***Bu il – 1997-ci il martın 22-də – Novruz bayramı günü Bakıküçələrində məni çox mütəəssir edən bir halla qarşılaşdım.Küçələrin birində qoca rus qadın azərbaycanlıların millibayramı günü Azərbaycan dilində dilənirdi. Gör bir vaxt necədəyişdi. Bir zamanlar öz doğma dilini bəzi azərbaycanlılarözləri belə öyrənmək istəmirdi. "Ürəyim ağrıyır" adlı birgənclik hekayəm var. Bu hekayədə bir ailə təsvir olunur. Buailə üzvlərinin heç biri öz ana dilində danışmır və danışmaqistəmir. Bundan əsəbiləşən qonaq həmin evi tərk edir və acıBakı küləyinin cövlan etdiyi qaranlıq küçələrdən birindəsoyuqdan donub bir küncə büzüşmüş qoca qarının Azərbaycandilində diləndiyini eşidir. İndi gör hər şey necə dəyişib.Azərbaycan bu rus qadını üçün həm vətəndir, həm də vətən689

deyil (Başqa vətəni də yoxdur). Taleyin qismətiylə doğulduğuyerlərdən çox uzaqlara düşüb, özgə millətin bayramında özgədilində dilənməyə məcburdur.Elə həmin gün qəbiristanlığa getdik, valideynlərimizin,əzizlərimizin məzarlarını ziyarət etdik. Qəbiristanlıqda da xeylirus dilənçi vardı (əlbəttə, Azərbaycanlı dilənçilər daha çox idi).Azərbaycanlı dilənçiyə kimsə, nədənsə, üç pomidor verdi vəmənim gözlərim qarşısında o, bu üç pomidordan birini rusdilənçiyə verdi. Fağır-füqəra internasionalı? Ya yenidənBÜTÜN ÖLKƏLƏRİN FÜQƏRAYİ-KASIBLARIBİRLƏŞİNİZ? Aman Tanrım. Haçan, axı haçan elə bir dövrdəyaşayacayıq ki, dilənçilik, müharibələr, göz yaşı olmayacaq.İnsanlar iztirab çəkməyəcək, millətlər arasında ədavətqalmayacaq. Ya bu xülyadı? Yox, axı belə yaşayan ölkələr var.Tale niyə bizi belə cəzalandırıb? Həm ötüb keçmiş sovetillərində, həm də indi müstəqillik dövründə?***Paxıllıq, həsəd hər bir insana xasdır, amma bu ziyanlıduyğuları elə rüşeym halında boğmaq üçün gərək daima səndənyaxşı yaşayanlar, səndən xoşbəxt olanlar haqqında yox, səndənpis yaşayanlar, səndən bədbəxt olanlar haqqında düşünəsən.***Haçansa gileylənirdim – yuxu ömrümün əhəmiyyətli vəsəmərəli saatlarını alır, bu vaxtı daha yaxşı istifadə etməkolardı – işləyə, yaza, oxuya, dostlarla ünsiyyətdə ola bilərdim,bir sözlə, yaşaya bilərdim. Yuxu isə, "Kitabi Dədə Qorqud"dadeyildiyi kimi kiçik ölümdür.Amma indi həyatımın ən sakit, ən xoşbəxt saatları yuxudaolduğum vaxtdır, dünyada olmadığım, heç nə eşitmədiyim, heynə görmədiyim, heç nə oxumadığım, heç kəslə ünsiyyətdəolmadığım dəqiqələrdir – nə mənəvi, ya fiziki ağrı duyuram, nəbir-birindən çətin problemlərlə üzləşirəm. Ayıq vaxtı, oyaqvaxtı duyduğun boşluqdansa yuxunun dərk olunmayan boşluğudaha yaxşıdır. Yatasan, elə hey yatasan. Bir şərtlə ki, heç yuxu690

da görməyəsən. Yuxular da çox vaxt bizi incidir. Keçmişimizicanlandırmaqla, itirdiklərimizi aldadıcı, müvəqqətiqaytarmaqla işgəncə verir bizə.***Heç cür anlaya bilmirəm, musiqini başa düşmək (yadüşməmək) nə deməkdir. Küləyi, yağışı, ay işığını başadüşmək, ya düşməmək olar? Yəni musiqinin hansısa gizlisirrinə agah ola bilmirsən? Yəqin ki, musiqiçilər, bəstəkarlar,dirijorlar, ifaçılar, nəzəriyyəçi-musiqişünaslar musiqinintexniki xüsusiyyətlərini təhlil edə bilər, onun ifadə vasitələrininözəlliklərini araşdıra bilərlər. Amma belə olduqda da bu,tutalım, ədəbi əsərin, elmi, ya fəlsəfi konsepsiyanınmahiyyətini təhlil etmək kimi bir şey deyil. Musiqini yalnızhiss etmək, duymaq olar – bu, mənim qəti qənaətimdir. Musiqiqəlbimizdə müəyyən ovqatlar yaradır. O, xatirələrimizicanlandırır, anılar zəncirini sapa düzür və məlum deyil ki,hansı yollarla bizim şüurumuzun dərinliklərinə sirayət edərəkdaxili dünyamızda əks-səda verir, müəyyən impulslar alışır vəbu impulslardan hansısa yeni fikirlər, hisslər doğulur, indieşitdiyimiz musiqiylə heç bir zahiri əlaqəsi olmayan duyğularoyanır. Mən proqramlı musiqini, musiqinin proqramlı olmasınıqəbul etmirəm. Mənimçün əhəmiyyəti yoxdur ki, simfonik əsərnecə adlanır – "Eqmont", "Françeska da Rimini" ya QaraQarayevin "Leyli Məcnun"u… Bu əsərləri dinləyəndə daxilialəmimdə onların ədəbi qaynaqlarını, süjetlərini, personajlarını,mətnlərini canlandırmıram. Bu musiqi əsərlərinin öz ömrü var,onlara ad vermiş ədəbi qaynaqlardan birbaşa asılı olmayandramaturgiyası, məzmunları var. Bəlkə də bəstəkar ilk impulsubu ədəbi mətnlərdən alıb, yox, yəqin ki, belədir, amma bubəstəkarın işidir, mənim, dinləyicinin işi isə bu sənət əsərlərinimüstəqil musiqi örnəyi kimi duymaq və qavramaqdır.***İnsanları tanımaq hələ həyatı dərinlə, əsəblərinlə duymaqdemək deyil, çünki başqasının təcrübəsini anlaya, tanıya,691

qavraya, dərk edə bilərsən, amma bütün varlığınla yaşayabilməzsən.***Bakıda indi "birmərtəbəli Amerika" mövcuddur. Daha dəqiqdesək, birmərətəbəli kapitalizm. Ondan da dəqiq ifadə – birincimərtəbələrin, alt mərtəbələrin kapitalizmi, sözün məcazi yox,hərfi mənasında. Bəlkə bu təbirə yalnız zirzəmiləri, yaxudyarızirzəmiləri də əlavə etmək olar. Fikrimi izah edim. Zirəksahibkarlar, iş adamları siçanlar yuvası, nəm, qaranlıqzirzəmiləri qısa müddətdə yaxşı isidilən və işıqlandırılanmağazalara, restoranlara, klublara çevirdilər. Birinci mərtəbələrşık bazar dünyasının bütün parlaqlığını əks etdirir. Ən müxtəlifmallar düzülmüş vitrinlərin bər-bəzəyi göz qamaşdırır.(Doğrudur, bu malları almaq az adama nəsib olur). Zövqlü(bəzən də zövqsüz) dizayn, var-dövlət, par-par parıldayanreklamlar. Amma birinci mərtəbələri vəhşi kapitalizmtərəfindən zəbt olunmuş binaların elə ikinci mərtəbəsi biziyenidən doğma sosializmin kommunal dünyasına qaytarır –çirkli, üfunətli pilləkənlər, yerə atılmış siqaret kötükəri, sidikiyi… İkinci, üçüncü, dördüncü, beşinci mərtəbələr – istilikverilməyən soyuq mənzillər, vaxtaşırı sönən elektrik işığı,qışda tez-tez kəsilən qaz, yayda tez-tez kəsilən (ya günlərlə heçgəlməyən) su… Beşinci mərtəbədən yuxarı isə bütün həmin"gözəlliklərə" əlavə – tez-tez sıradan çıxan lift. Lift növbətidəfə işləmədiyindən iş gününün yorğunluğunu çiyinlərindəaltıncı, yeddinci, səkkizinci mərtəbəyə daşıyırsan. Çoxdantəmirə ehtiyacı olan mənzilinə daxil olursan. Əgər əlbəttə,mənzilini yeni azərbaycanlıya (yeni rusa, yəhudiyə, çeçenə,gürcüyə, yaxud köhnə avropalıya, amerikalıya, türkə, iranlıya,ərəbə, yapona, bilməm daha kimə) kirayə veməmisənsə. Bəli,indi lap dəqiq demək olar – bakılılar adlı bir millət mövcüddur.Mersedesləri, mobil telefonları, norka kürklü gənc top-modelməşuqələri və boyun-boğazlarından qızıl-brilyant sallanmışarvadları olan bir millət – onlarındır bu birmərtəbəli Bakı –692

ahalı restoranları, mağazaları, kazinoları, yüz cür kef yeri olanşəhər. Bir mərtəbə yuxarıdakılar isə bir sinif aşağıdakılardır.(Əlbəttə, avrotəmir edilmiş mənzillərin sakinləri istisnadır).Belə birinci mərtəbələr bizimçün deyil. Olsun. Çoxdandırbeşmərtəbəli evin altıncı mərtəbəsinə də qalxmırıq. Olsun.Amma küçə ki hələ mənimdir – hər tinində dilənçilər dayanmışküçə, qırmızı işıqda dayanan avtomobillərə sarı qaçıb şüşələrinisilib qəpik-quruş alan uşaqların küçəsi. O küçə ki, hər ikiadamdan biri məni tanıyır, hər üç adamdan biri salamlaşır, hərdörd adamdan biri məndən nə isə xahiş edir və hər beşadamdan biri məni bütün bədbəxtçiliklərinin baisi sayır.Bəzən mənə elə gəlir ki, birinci mərtəbələr uzun və əlvankəndirlər və ya zəncirlərdir, mənim şəhərimin ayaqlarını bukəndirlərlə bağlayıb, bu zəncirlərlə zəncirləyiblər. Ya bəlkəmənə elə gəlir….***Elmiranın ölümünün ili ərəfəsində yuxu gördüm. Səhnədəpiano, royal yox, piano. Elmira çalır, amma səslər eşidilmir.Qəbiristanlıqda, Elmiranın məzarı yanında Fərhada(Bədəlbəyliyə) yuxumu danışdım.-Antonioni kadrlarıdır, – dedi. Kino assosiasiyalarına qalsa,mənə elə gəlir ki, Antonioni yox, Berqman kadrlarıdır.***Folknerin məşhur sözü var ki, yazıçının uşaqlığı keçənyerləri andıran və onun özünün uydurduğu Yoknopatafa dairəsi(bizim təbirlə rayonu, bəlkə qəsəbəsi) xəritədə bir poçt markasıboyda olsa da, dünyanın bütün mürəkkəbliyini və dərinliyiniehtiva edir. Eynən bu cür bir ailənin tarixçəsində də bütöv birəsrin taleyini əks etdirmək olar.***"Keçən keçdi, olan oldu" xatirələr romanımın janrını ikiqatmemuarlar, daha doğrusu, üç qat memuarlar adlandırmaq olar.Mən yalnız öz xatirələrimə əsaslanmıram, atamın, anamınxatirələrini də canlandırıram. Konkret bir mətndə həkk693

olunmamış, sistemləşdirilməmiş, ayrı-ayrı yazılarına –şerlərinə, məqalələrinə səpələnmiş anılarını, habelə, şifahisöhbətlərindən eşitdiyim, duyduğum olayları, adamlarhaqqında təəssüratlarını bir yerə toplamaq istəyirəm. Bütünbunları xronoloji və məntiqi ardıcıllıqla düzməklə dəkifayətlənmirəm, onların demədiklərini də onların yerinədemək istəyirəm. Ancaq o deyimləri, o fikirləri ki, onlarınməhz belə ifadə etmək istədiklərinə yüz faiz əminəm. Onlarındüşüncə və dəyərləndirmə meyarlarına görə, müxtəlif insanlaravə hadisələrə münasibətlərini bildiyimdən və nəhayət,bioqrafiyalarının faktlarına əsaslanaraq bərpa etmək istəyirəm.Bu bir bərpaçı işidir bəlkə. Bundan başqa, qohumlarımızın,dostlarımızın – onların, ya mənim dostlarımın, onları yaxşıtanıyanların söhbətləri, xatirələri də əlavə materialdır. Ammabununla da iş bitmir. Mən həm onların yaşadıqları dövrüonların gözüylə görmək istəyirəm, həm də özümün – onlardansonra yaşadığım həyatın və zamanın təcrübəsinə arxalananinsanın gözləriylə görməyə çalışıram. Odur ki, bu xatirə-romanbir həyatın – təkcə mənim həyatımın deyil, ən azı üç həyatın –atamın, anamın və mənim yaşadığımız ömürlərin birləşdirilmişsalnaməsidir. Kitab üzərində işləyərkən qanrılıb geriyə baxabaxamən özüm də sanki üç həyat yaşayıram. Bir neçə birbirindənköklü fərqlənən dövrün şahidi olub, bir neçə nəslintaleyinə ortaq olub və beləliklə, bir ailənin timsalında XX əsrinəvvəlindən axırına qədər böyük bir tarixi yolu keçirəm.(Sonralar bu planım dəyişdi. "Keçən keçdi, olan oldu" kitabıəvəzinə bu düşünülmüş kitabın ancaq birinci hissəsini "Əsrimvə nəslim" hissəsini yazmağa başladım. Bu kitabın da böyükqismi artıq işıq üzü görmüş "Mubarizə bu gün də var" kitabımadaxil oldu.Amma "Əsrim və nəslim"i də mütləq yazıb bitirəcəyəm. –Çox sonrakı illərin qeydi).***Ortaq türk dilindən danışırlar. Bu xülyadır. Türk xalqlarının694

tarixinə az-çox bələd olanlar yaxşı bilir ki, türk dilləri hələqədimlərdən müxtəlif qruplara – qıpçaq, oğuz, qarluk və s.ayrılıblar və bu gün qazax "jipək" yerinə "ipək", Türkiyə türkü"yıldız" yerinə "jıldız" deməyəcək. Əgər süni bir dil yaratsalarbelə, bu, esperanto kimi ancaq mütəxəssislərin və həvəskarlarınistifadə etdiyi bir dil olacaq. Lakin populist məqsədlərlə buortaq dil məsələsini ortaya atırlar, kiməsə yarınmaq məqsədiyləbunu edirlər. Mənim isə uzun illər Türkiyənin özündə (əslindədaha çox elə Türkiyədə) dediyim odur ki, ortaq dil xülyasınadüşməkdənsə, ortaq rabitə, ünsiyyət (Türkiyə türkləri bunailetişim deyirlər) dili yaradaq. Daha doğrusu, bunu yaratmağada ehtiyac yoxdur. Bütün türk xalqları məhz Türkiyə türkcəsinibu əlaqə, ünsiyyət, rabitə, iletişim dili kimi qəbul etsin, çünkiTürkiyə türkcəsi ən böyük türk dövlətinin, əsrlər boyu müstəqilyaşamış və zəngin dövlətçilik ənənələrinə malik olan bir xalqındilidir, həm də bütün sahələrdə – siyasət, elm, hüquq, hərbçilik,iqtisadiyyat və s. daha çox inkişaf etmiş, gəlişmiş,zənginləşmiş bir dildir. Mən qətiyyən rus dilinin əleyhinədeyiləm. Əksinə düşünürəm ki, rus dili hələ uzun müddətkeçmiş SSRİ-də yaşamış türk xalqlarının karına gələcək,dünyanın mədəni sərvətlərinə açar kimi istifadə olunacaq. İndi,məsələn, elə Azəbaycanda ingilis dilinin daha fəal mövqetutması, təəssüf ki, ancaq bazar iqtisadiyyatının şərtləri iləbağlıdır. İngilis dilini bildiklərinə görə şirkətlərdə işləyibböyük maaşlar alan cavanların ingilis dilində Şekspiri, yaFolkneri oxuyanlarına rast gəlməmişəm. Şekspir də, Balzak da,Markes də, Kafka da hələ ki, bizə rus dili vasitəsilə çatır. Hələonu demirəm ki, rus ədəbiyyatı özü zəngin bir xəzinədir. Odurki, uzun illər nail olduğumuz yüksək mədəni səviyyəmiziqoruyub saxlamaqda rus dili bizə gərək olacaq. Amma mən,məsələn, qırğızın Azəri türküylə, qazaxın qaqauzla, yakutunözbəklə rus dilində anlaşması yerinə, Türkiyə türkcəsiyləanlaşmasını istərdim. Bax əlaqə, rabitə, ilətişim dili budeməkdir və bu daha real bir məqsəddir. Hələ onu demirəm ki,695

u prosesdə müstəqil dillərimiz Türkiyə türkcəsindən alınmışən uğurlu sözlərlə zənginləşəcək və bu ümummənəvi türkməkanının yaranması yolunda daha gerçəkçi addım vəvasitədir. Yoxsa türk xalqları nümayəndələrinin iştirakıylaTürkiyədə keçirilən müşavirələrdə türk dilindən daha çox rusdili səslənir. Çünki türk kökənli soydaşlarımızın çoxu Türkiyətürkcəsini bilmir, öz dillərindən başqa yalnız rus dilindədanışırlar. Başqırdla türkmənin bir-biriylə ingilis, ya fransızdilində danışdıqlarını təsəvvür etmək çətindir. Gülüş doğuracaqhadisələr də baş verir ki, bəzilərini mən bədii əsərlərimdə əksetdirmişəm. Türkiyədə bir müşavirədə bir yanımda tatar, o biriyanımda qazax oturmuşdu. Natiq kürsüdən deyirdi ki, bizimhamımızın dili birdir, eynidir. Qazax və tatar məndən rusdilində xəbər aldılar: – Nə deyir? – Cavab verdim: – Deyir ki,dilimiz birdir. Hər ikisi rus dilində: – Düz deyir, – dedilər.Bu cəhətdən mən müxtəlif türk dillərinin ləhcəadlandırılmasının da qəti əleyhinəyəm. Əgər, tutalım,Azərbaycan dili ləhcədirsə, hansı Ana dilin, ədəbi dilinləhcəsidir, Türkiyə türkcəsinin? Niyə? Molla Pənah Vaqifin,Mirzə Fətəlinin, Aşıq Ələskərin, Sabirin, Mirzə Cəlilin,bayatılarımızın dili niyə ləhcə sayılsın? Yox, bəlkə, buməntiqlə Türkiyə türkcəsi də ləhcədir. Onda əsas dil, Ana dil(Ana dili yox, Ana dil – bunlar fərqli anlayışlardır), normativədəbi dil hansıdır? Ya heç mövcud deyil?Slavyan dil ailəsi də var, amma heç kəs rus, polyak yabolqar dilini ləhcə saymır.Əlbəttə, Oğuz qrupunun dilləri, özəlliklə Azəri və Türkiyətürkcəsi bir-birlərinə çox yaxındır. (Qazax diliylə qırğız, tatardiliylə başqırd dilləri də bir-birinə çox yaxındır, hətta ümumiədəbiyyat klassikləri də var). Amma rus və ukrayna dillərininbir-birinə yaxınlığından da daha artıq bir-birinə yaxın olanAzərbaycan və Türkiyə türkcəsi, hər halda, eyni dil deyil.Bu iki dilin eyni dil olmasını iddia edən dostuma: – Sənməndən yaşda kiçiksən, – dedim, – səni özümə qardaş bilirəm,696

amma istərsənmi bundan sonra sənə küçük qardaşım deyim?Məlum olduğu kimi küçük Türkiyə türkcəsində kiçikdeməkdir. (İran inqilabçısı Küçük xanın adı da bu mənanıdaşıyır).Bir çox söz var ki, Azəri və Türkiyə türkcəsində eyni cürsəslənsə də, tamamilə fərqli mənalar daşıyır, məsələn, bizdə"deyinmək" sözü Türkiyə türkcəsində "toxunmaq"anlamındadır, itiniz, yəni itələyiniz, qışqırtmaq – qısqırtmaq,kişi – şəxs, qoca – ər, qarı – arvad, həyat yoldaşı, yoğun –gərgin, düşmək – yıxılmaq, bekar – subay, subay – zabit,dinlənmə – dincəlmə, axtarmaq – çatdırmaq və s. və s. Busiyahını xeyli artırmaq olar. Hələ onu demirəm ki, bizim dildəən adi sözlər olan "karxana, qıç, incəsənət, yaraqlı" – Türkiyətürkcəsində biədəb kəlmələrdir. Cümlə quruluşunda,sintaksisdə də fərqlər çoxdur.XX əsrin əvvəllərində dillərimizin daha yaxın, bir-birinədaha anlaşıqlı olduğunu iddia edənlər bir neçə amili unudurlar.Əvvəla, o vaxt bu dilləri ərəb əlifbası yaxınlaşdırırdı, ərəbəlifbasıyla eyni cür yazılan sözləri müxtəlif dillərdə müxtəlifcür tələffüz etmək mümkün idi. İkincisi, o vaxtkı poeziyada,məsələn, Tofiq Fikrətlə Məhəmməd Hadinin dilində bir-biriyləeyni olan bolluca ərəb-fars sözləri və izafətlər idi. Üçüncüsü,otuzuncu illərdə Tükiyədə Akop Dilaçarın rəhbərliyiyləaparılan dil siyasəti dillərimizi bir az da uzaqlaşdırdı, Türkiyətürkcəsinə daxil edilən çoxlu uğurlu sözlərlə yanaşı, məsələn,"məktəb" sözünün fransız "ekoluna" bənzədilərək "okul"adlandırılmasına, ya TmüəllimUə – TöyrətmənU deyilməsinəehtiyac varmıdı? Hələ onu demirəm ki, sovet hakimiyyətidövründə Azərbaycan dilinə olsa-olsa on-on beş sırf ruskəlməsi daxil oldusa (kolxoz, sovxoz, sovet, komsomol və buqəbildən. Hətta bütün dünya "sputnik" biz isə "peyk" deyirdik),Türkiyə türkcəsində fransız və xüsusilə də, ingilis sözlərininsayı-hesabı yoxdur. Mən XIV əsr şairi Yünis İmrəni tərcüməsizanlayıram, amma onun kitabına yazılmış TÖn sözUü697

oxuyarkən dəfələrlə lüğətlərə baxmalı oluram. İstanbulda ortaəsr şairi Pir Sultan Abdal haqqında televiziya filminə baxırdım.Pir Sultan Abdal "bol şanslar" deyəndə daha filmin ardınabaxmaq istəmədim.Güman edirəm ki, bu düşüncələrimin başını, ayağını kəsibmin yerə yozacaqlar, hətta mənim guya Türkiyə türkcəsinəiradlarımdan sui-istifadə edəcəklər. Sovet vaxtında məndənrəsmi dairələrə donos verənlər indi də başqa ünvana donoslarçatdıracaq. Buna öyrəncəliyəm, sovet vaxtında "Qobustan"toplusunda Türkiyə türkcəsindən aldığım uğurlu sözlərə görəməni pantürkizmdə suçlayanların mənəvi davamçıları indi"alovlu türkçüU olub mənə yüz əsassız ittiham verəcək.Türkiyədə işləyərkən bir qəribə parodoksdan da agah oldum.Azərbaycanda "toplu", "baxım", "görüm", "duyum", "dönəm","önəmli", "öncə", "örnək", "uğur", "danılmaz" və neçə-neçəindi hamının işlətdiyi sözlərə görə bizi pantürkzmdə ittihametdikləri kimi, Türkiyədə də yeni sözlərin əleyhdarları butəşəbbüsləri kommunist təsiri kimi dəyərləndirirmişlər.Türkiyədə çıxışlarımdan birində dediyim sözləri burda datəkrar edirəm: "Türkiyə türkləriylə biz azərilərin çox şeyi ortaqolduğu kimi abdallarımız da ortaq imiş".Mən Türkiyəyə və onun ədəbiyyatına, dilinə məhəbbətimivə hörmətimi sübut etməyə heç bir ehtiyac duymuram. Bütünömrüm boyu dəyişməz mövqeyimi, bu istiqamətdəfəaliyyətimə az-çox bələd olanlar bilir. Mən xalqımızın türkmənşəli olduğunu, dilimizin adında "türk" sözünün vacibliyinihəmişə açıq bəyan etmişəm. Dilimizin adını yalnız türk diliadlandırmağın da əleyhinə idim, indi "türk" sözünün atılıbyalnız Azərbaycan dili adlanmasını da qəbul etmirəm. Bubarədə Konstitusiyamızın yeni variantı müzakirə olunanda dademişdim və yazmışdım. Odur ki, bu gün də bütün yazılarımdaməhz Azərbaycan türkcəsi, ya Azəri türkcəsi istilahlarınıişlədirəm.***698

Yaddaş – Vaxtın qatılaşmasıdır, press edilməsidir. Yaddaş -yaşanılmış ömrün xülasəsi, daydjestidir. Sıxılıb-sıxılıbyığcamlaşmış icmalı olmasa da, ayrı-ayrı seçmə epizodların,səhnələrin, hadisələrin, obrazların, insan sifətlərinin, sözlərinadda-budda şəkildə, adacıqlar şəklində şüurda həkkolunmasıdır. Amma ömürdən fərqli olaraq yaddaş – donuqdur.Həyat vaxt axarındadır, axıb gedir, yaddaş donub qalıb,daşlaşıb. Həyatda bu gün dünəni əvəzləyir, sabah bu gündənsonra gəlir, Keçmiş keçir, Gələcək İndinin ardınca gəlir.Yaddaşda hər üç zaman kəsiyi eyni vaxtda mövcuddur, eynicür donub qalıb. Odur ki, yaddaş anıları əsasında yazılanmətndə – elə mənim bu mətnimdə də – Dünəni, Bu günü,Sabahı irəli-geri çəkmək imkanı var, hadisələri qabağa apara,geri qaytara bilirsən. Həyat təkrarsız və geriyə dönüşsüzdür.Yaddaşda ömrünü istəyincə təkrarlaya, çək-çevir edə bilərsən.Odur ki, bu sayaq mətnin özəlliyi də xronoloji ardıcıllıq deyil,anımlar zənciri həlqələrinin izaholunmaz ardıcıllıqladüzülüşüdür…***Ağnağız – Mingəçevirdə Məhəbbət Qaradağlıdan eşitdiyimsöz. Mənası – nübar. Amma tək meyvənin yox, ümumiyyətlə,bir işin ilki, təzəsi, nubarı.***Əgər hələ heç hakimiyyətə gəlmədən hakimiyyətin iyiniduyub bir-birinin boğazını üzməyə hazırdırlarsa, hakimiyyətəgəlsələr, nələr edəcəklər? Əvvəlcə üzvü olduğu partiyanıparçalayan, gənclik dostuna dönük çıxan, sonra ordudanfərarilik etmək üçün sığındığı partiya qanadının rəhbəriniminnətçi salan, daha sonra elə onun özündən də üz döndərənbir sütül siyasətçi indi də Yazıçılar Birliyinə girişib, bizəədəbiyyatdan mühazirələr oxuyur. Dediyinin məğzi də budurki, siz canınızı fəda edin, nə var, nə var, mən yenidənhakimiyyətdə bir post tutub əvvəlki kimi "halalca" rüşvətimialım.699

Cox güman ki, haçansa şer yazırmış. (Bəlkə indi də gizlicə,xısın-xısın yazır). Çünki Azərbaycanın klassik və çağdaşyazıçılarına bu dərəcədə nifrət bəsləmək, onlara şər atmaq –həsədcil qrafomanlığın birinci əlamətidir. Allah göstərməsin,belələri haçansa hakimiyyətə yiyələnsin. Azərbaycanı Pol-Potun Kampuçiyanı qoyduğu gündən pis günə salarlar.***Ədəbi döyüşlər hara, ədəbi söyüşlər hara? Hər səhəryuxusundan kal oyanan bir dılğır ünvanımıza hədyanlaryağdırır.***Gənc şair Dayandoldurum.***O qədər ehtiyatlı adam idi ki, çılpaq qadın bədəninitumarlayanda da əlcəklə tumarlayırdı ki, barmaq izləri qalmasın.***Dədəsizlər dərdli-dərdli dedilər: Hardasınız dədələr, aydədələr.***Bura gəlib gedərdim,Xeyir əkdim, şər dərdim,Hərənin bir dərdi var,Mənim oldu min dərdim.***Şer də musiqi kimi yalnız marşlardan itbarət ola bilməz.Sevgilinə eşq etirafını nəfəsli orkestrləmi edəcəksən. ŞerdəTKəsmə ŞikəstəU də lazımdır, noktürn də…***Gecə düşüncələri çıxandan sonra bir neçə başqayazıçılarımız da bu janrda – qısa və pərakəndə fikirlər toplususəpkisində yazılar yazdılar. Çox sonralar bildim ki, demə,yaponlarda da belə bir janr varmış və adı dzuy-xitsu imiş.***Moskvada təhsil aldığım illərdə (1962-1964) Lenin700

kitabxanasında 20-30-cu illərin jurnallarıyla tanış olurdum, indiçıxan "İnostrannaya literatura" jurnalından əvvəl, otuzuncuillərdə eyni tipli "İnternatsionalnaya literatura" adlı dərgi çıxıb,amma ondan da qabaq – iyirminci illərdə "Vestnik inostrannoyliteraturı" adlı toplu buraxılırmış. Bu almanaxın iki nömrəsindəqəribə bir imzaya rast gəldim. 1928-ci ildə çıxan səkkizincinömrədə Fatima Rezayevanın "Dve postanovki v teatrePiskatora" (Piskator teatrında iki quruluş), on tikincinömrəsində Fatima Rizazadənin "Teatrı Parija" (Parisinteatrları) adlı yazıları dərc olunub. O vaxtın məşhur almanrejissoru Piskatorun teatrı Berlində idi. İkinci məqalənin altındaParis sözləri yazılıb. Deməli, müəllif hər iki şəhərdə – Berlindəvə Parisdə olub və gördüyü tamaşalar haqqında təəssüratınıqələmə alıb. Adının hər iki yazılışından bəlli olur ki,Azəbaycanlıdır. Bəs kimdir bu azəri qızı ki, iyirminci illərdəiki Avropa paytaxtının sənət aləminə bələd olub, nüfuzluMoskva jurnalında bu barədə peşəkar teatrşünas kimi yazılardərc etdirib?Moskavadan qayıdan kimi bu barədə rəhmətlik QulamMəmmədliyə məlumat verdim. Onun da bu barədə bilgisi yoxidi, amma bir neçə gün sonra belə məsələlərdə son dərəcədəqiq və səliqəli, hətta mən deyərdim vasvası olan Qulammüəllim mənə zəng elədi, dedi ki, deyəsən, belə bir adamınvaxtilə "Şərq qadını" jurnalıyla əlaqəsi olub. Bu barədə birHökümə xanımla danış, bəlkə o bir şey bilir. RəhmətlikHökümə Sultanovayla danışdım, dedi ki, Fatma (biz ona Fatoşdeyərdik) adlı bir qız vardı, ya "Şərq qadını"na gəlib gedərdi,ya orda işləyərdi, bəlkə də yazı yazardı (belədirsə, bu yazılarqalmalıdır). Sonra, deyəsən, bir xariciylə ailə qurdu, Avropayagetdi. Vəssəlam. Hökümə xanım bu adam haqqında artıq heçnə xatırlamırdı. Bu həmin Fatma Rezayeva (Rizazadədirmi)?Bir də rəhmətlik kinoşünas Nazim Sadıqov həmin müəllifinfransız rejissoru Mussinak haqqında bir yazısına rast gəlmişdivə bu barədə məlumatı "Qobustan"da çap etmişdik.701

Yaxşı olar ki, gənc teatrşünaslarımız bu imzanın izinədüşsünlər. Ən azı "Vestnik inostrannoy literaturı" toplusunun1928-ci il №8 və №12-də dərc olunmuş bu iki yazını İnternetvasitəsilə əldə edib Azərbaycanda təkrar nəşr etdirsinlər(əlbəttə, dilimizə də tərcümə edilməlidir). İyirminci illərdəAvropanın teatr həyatı haqqında səriştəli yazılar yazmış bubəlkə də ilk peşəkar Azərbaycan teatrşünası haqqında dahageniş təsəvvürə malik olmağımız vacibdir.***SSRİ Ali Sovetnin deputatı olduğum illərdə (1989-1991)həm ermənilər tərəfindən (mətbuatlarında və ünvanımagönərdikləri məktublarda), həm də özümüzünkülər tərəfindən(mətbuat, kağızlar, teleqramlar, telefon zəngləri) yüz cürtəhqirə, hədəyə məruz qalırdım. Rəhmətlik Vəli Məmmədov bubarədə gündəliklərində də yazır: "Anara ermənilər də hücumedir, özümüzünkülər də".Erməni deputatlarla yalnız iclaslarda toqquşmurduq, ara-birtənəffüslərdə, foyedə də üz-üzə gəlirdik. Bir neçə epizodyadıma düşür. Deputatlıqdan qabaq sənətşünas kimi tanıdığımHenrix İgidyan xüsusi canfəşanlıq edirdi. Azərbaycan xalqınıtəhqir etdiyi zaman cavabını verdik, Ali Sovetin rəhbərliyinədəfələrlə müraciət etdik, sözünü geri götürməli oldu. İgidyanlaşəxsən tanış deyildimsə də, bir gün foyedə mənə yanaşdı: –Sizi ziyalı insan kimi tanıyıram, – dedi, – bəlkə bir söhbətedək. – Mən də sizi tanıyıram, – dedim, – şəxsən tanış olmasaqda, vaxtliə redaktor olduğum "Qobustan" toplusunda sizinməqalənizi də vermişdim. Amma siz mənim xalqımı təhqiredəndən sonra mən sizinlə bir kəlmə də danışmaq istəmirəm.Başqa bir səfər foyedə mənə Telman Qdlyan yanaşdı. Ovaxt o, MK katibi Liqaçovla "mübarizə" aparırdı, guya ki,Qarabağ məsələsinə qarışmırdı, amma yüz faiz əminəm ki,Liqaçov bu məsələdə az-çox obyektiv mövqe tutduğu üçünQdlyanın qarşısına onu yıxmaq, ya ən azı ləkələmək vəzifəsiqoyulmuşdu. Nə isə, bu Qdlyan da mənə yanaşdı və702

inanmazsınız, eyni sözlərlə söhbətə başladı: – Görürəm ki, sizziyalısınız. (Nədir, onlar bu söhbətlərini öz aralarındaəvvəlcədən eyni şablon üzrə razılaşdırırlar?). Bu girişdən sonraQdlyan mənə dedi: – Bilirsiz ki, mənim başımın üstündə buLiqaçov kərpici asılıb (eynən bu sözləri dedi). Odur ki,Qarabağ məsələsiylə məşğul olmuram. Amma bir kənar (?!)adam kimi deyirəm, bəlkə müvəqqəti olaraq, ancaq müvəqqəti– bir-iki illiyə Qarabağı Ermənistana verəsiz, ehtiraslarsakitləşəndən sonra yenə Azərbaycana qaytarıla bilər.Ürəyimdə: – Deməzsən, aldatdım, – deyə düşündüm və butəcrübəli demaqoqun belə ucuz fəndlərdən istifadə etməsinəgüldüm, amma Qdlyana ancaq bunu dedim: – Qarabağı nəinkiiki ilə, heç iki aya, iki günə, iki saata da heç kəsə verə bilmərik.Bir şey deməyib çıxıb getdi.Qarabağ məsələləri təzə başlananda Bakıya Fransadan"Fiqaro" qəzetinin müxbiri gəlmişdi, mənimlə də görüşdü vəmən dedim ki, Yerevandakı mitinqlərdə bəzi çağırışlar,məsələn, "Biz məcbur edəcəyik ki, sovet əsgərləri bizə atəşaçsın", yaxud "Biz rus-türk-tatar xalqlarını erməni qanınabələyəcəyik" – mazoxistcəsinə səslənir. Jurnalist isə "Fiqaro"dabunu: "Azərbaycan yazıçısı Anar deyir ki, bütün ermənilərmazoxistdirlər" – şəklində vermişdi. Bütün xalqı təhqir etməkadətimə ziddir və mən qəzetə təkzib yazdım. Amma ermənilərbundan gen-bol istifadə etdilər. Ali Sovetdə də Ambarsumyan(akademik yox, rektor, adını unutmuşam) kinayəylə mənə sözatdı: "Axı biz ermənilər mazoxistik" – dedi. – Mən belə sözdeməmişəm, – dedim, – amma erməni xalqının özünün bubarədə fikri var. Ambarsumyan təəccüblə: – Nə fikir? – deyəxəbər aldı. Vaxtilə erməni dili bilən bir tanışımdan eşitdiyim vədəftərçəmə yazıb əzbərlədiyim erməni zərb-məsələni təkraretdim: "Vor teğ hay, in teğ vay" ( yəni harda Hay (erməni) var,orda vay var).Ambarsumyanın gözü kəlləsinə çıxdı, bir kəlmə də demədəndonub qaldı.703

***Tarixin qəribə paradoksları var. Görürsən kütlə qəflətyuxusunda uyuyur və yuxudan oyanmamış insanların başındakimlərsə turp əkir. Sonra kimsə başqa birisi bu uyuyan kütləniçətinliklə də olsa, turp əkənlərin müqavimətini qıra-qıra oyadır.Və oyanan kütlə qəzəbini, nifrətini başında illər boyu turpəkənlərə qarşı deyil, onu qəflət yuxusundan oyadana qarşıçevirir. Bütün reformatorların (Xrüşşov, Qorbaçov da daxilolmaqla) taleyi belədir. Ədəbiyyatda da istər bizdə, istərRusiyada yeni nəslin (əlbəttə, hamısının yox, bir qisminin)altmışıncılara neqativ münasibəti məhz bununla bağlıdır.***Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqeyinə görə,90-cı ilin Bakıdakı Qara yanvarına görə Qorbaçovu heç vaxtbağışlamayacam. Amma bununla belə SSRİ adlanan şərimperiyasının dağılmasında onun müsbət rolunu daunutmuram. Sovet sisteminin bütün eybərəcərliklərini yaşamışadamlar da Qorbaçova nifrət bəsləyir. "Gərək bu ölkənidağıtmayaydı" deyirlər. Dağıtmasaydı, Azərbaycan müstəqilola bilərdimi? Bəzi respublikalarda, o cümlədən Azərbaycandada milli müstəqillik hərəkatı nə qədər güclü və əhəmiyyətli olsada, Qorbaçovun bəlkə də özünün də sonacan dərk edəbilmədiyi islahatçılıq kursu olmasaydı, yenidənqurma adıylaaşkarlıq siyasəti aparılmasaydı, milli müstəqillik hərəkatlarınında aqibəti yalnız sovet məhbəsləri və Sibir sürgünləriylənəticələnəcəkdi. Hər bir imperiya kimi (Avstro-Macarıstan,Osmanlı, Britaniya və Fransa imperiyaları kimi) Sovetimperiyası da gec-tez dağılmalıydı. Gec yox, tez dağılması isəQorbaçov siyasətinin bəhrəsidir.***"Gecə düşüncələri" ("Noçnıe mısli") yazısından parçalarAzərbaycan və rus dillərində "525-ci qəzet"də, "Literaturnayaqazeta" və "Zerkalo" qəzetlərində, "Azərbaycan" jurnalında(xeyli ixtisar edilmiş şəkildə) çap edilmişdi. Əsərin tam mətni704

(yazı rus dilidə yazılıb) – 1998-ci ildə Azərnəşr tərəfindənburaxılmış "Noçnıe mısli" kitabımda dərc olunmuşdu.Amma bu tarixdən sonra da nə gecələr bitib, nə də gecədüşüncələri. Yazımın nəşrindən sonra qeyd etdiyim düşüncələribu kitabda gedən mətnə əlavə edirəm (xronologiyanıgözləmədən) və bu gecə düşüncələrimin Azərbaycantürkcəsində tam mətnidir. Amma bu mətnin sonunda qoyulantarix şərtidir, çünki dediyim kimi xronoloji prinsipə riayətetmədiyimdən çox sonrakı fikirlər əvvələ, ya ortaya düşüb.Yəqin ki, gecə düşüncələri bu mətnlə də bitməyəcək. Nə qədərki, yuxusuz gecələrim olacaq və nə qədər ki, fikirləşməkqabiliyyətimi itirməmişəm gecə düşüncələri də davam edəcək.***"Ağ qoç, qara qoç" utopik və antiutopik nağıllarımı yazıbnəşr etdirməklə qarşıdan gələn təhlükələr haqqında xəbərdarlıqetməyə çalışdım. Amma hardan? Hakimiyyət hərislərihər hansı ayıq xəbərdarlığa məhəl qoymağa qadirdilərmi?***Parisdə Şərq xalqlarının incəsənətini əks etdirən Gimemuzeyində mənə ən çox təsir edən yapon rəssamlarının əsərlərioldu. Fransız impressionistləri Monedən və Pisarro-dan neçəəsr əvvəl yaponlar öz qravürlərində havanın titrəyişini əksetdirməyi bacarırdılar ki, adətən, bu tapıntını XIX əsrin fransızrəssamlarına aid edirlər. Utamaronun çəkdiyi qadın – təbircaizsə – yapon Madonnası, ana və körpəsi motivi də Avroparəssamlarının eyni mövzuda çəkdikləri şəkillərdən daha incə,daha lətifdir. Utamaro rəsmlərindəki cizgilərin – musiqi terminiilə desək, leqatosuna – yalnız Pikasso və Matis deyil (onlarınqrafikasını nəzərdə tuturam), hətta İntibah dövrünün rəssamıBottiçelli də həsəd apara bilərdi. Utamaronun yaponqadınlarının dar, qıyma gözlərindəki kədər isə Modilyanininqadın portretlərini andırır. Ümumiyyətlə, hansısa izaholunmazcəhətlərilə Modilyani və Utomaro, məncə, bir-birinə çox yaxınsənətkarlardır.705

5 oktyabr, 2003, Paris***Faciəvi, dramatik, ümidsiz illər yaşadıq. Dəhşətli vaxtlardavə ondan da dəhşətli VAXTSIZLIQ (bezvremenye) şəraitindəömür sürdük. Amma heç bir zaman həyat indi kimi bayağıolmamışdı. İndi son dərəcə BAYAĞI bir dünyada yaşayırıq.Hər yerdə hökm sürən ancaq və ancaq bayağılıqdır. Siyasətdə,sənətdə, əxlaq və mənəviyyatda, mətbuatda, TV və radioda –bayağılığın təntənəsi…. Fikirlərdə və hisslərdə – əgər bunlarıfikir və hiss saymaq olarsa – bayağılıq. Bu "fikir" və "hissləri"ifadə edən dildə bayağılıq.Bayağılıq insanların bütün varlıqlarına hakim kəsilib.Bayağılıq üzünü Keçmişə də tutur. Keçmişin ən yüksək, təmiz,müqəddəs ədəbiyyat və sənət anlayışları, ədəbiyyat və sənətadamları bayağılaşdırılır. Bayağılıq indiki söz sənətinə,musiqiyə, ifaçılığa, kinoya öz zövqlərini, daha doğrusu, özzövqsüzlüyünü diqtə edir. Gələcək haqqında düşünəndə dəbayağılıq heç bir ümid yeri qoymur.21 sentyabr, 2003***Fərqli fikrə, sənin mövqeyinlə üst-üstə düşməyən mövqeyəqarşı bu qədər dözümsüz olub özünü demokrat saymaq olmaz.Hakimiyyət uzurpatorları olduğu kimi demokrat anlayışının da,millətçi anlayışının da uzurpatorları var.***İndi xarici sözləri işlətmək dəbdir, mən də iki əcnəbi sözişlədəcəm: Mən istərdim ki, bizim müxalifət bu cəmiyyətinİSTEBLEŞMENTİNƏ daxil olsun, cəmiyyətinMARGİNALLARI olmasın.***706

Düzəliş: "Filankəs cüvəllağıdır" əvəzinə, "Filankəscümləqayğıdır" oxunmalıdır.***Bu çox sadə bir əqidədir: Allaha inanırsansa, deməli, odünyaya, həyatın mənasına, son nəticənin ədalətinə dəinanmalısan. Yox, Allaha inanmırsansa, deməli, başqa heçnəyə də inanmırsan.***Onlar yalnız Molla Nəsrəddin lətifəsində olduğu kimieşitdiyini eşitmək, bildiklərini bilmək istəyirlər. Bildiklərini,dəfələrlə eşitdiklərini bir balaca nəzmə də çəkiblərsə, bu olurbəyəndikləri, sevdikləri şer.***Tİnsaf dinin yarısıdırU deyirlər. Dinləri var ki, onun yarısıda olsun?***Mən özümü ona görə güclü hiss edirəm ki, Allaha və Vaxtaarxalanıram. Daha doğrusu, tək bir Allaha, çünki Vaxt da eləAllahın səbridir. Allah: "Tələsik nəticələr çıxarmayın, – deyir,– darıxmayın, dözün, səbriniz olsun. Zaman hər şeyi yerbəyeredəcək, Hər şey öz məqamında həqiqi və ədalətli qiymətinialacaq".Səbr – vaxtın ölçüsüdür. Vaxt da, tarix də Allahın səbridir.***Mən Həzrət İsa olmasam da, əstəğfürullah, yan-yörəmdəİudalar bir deyil, iki deyil.***İnsanın qoruması vacib olan və heç vəchlə qoruya bilmədiyişey – onun ölümündən sonra xatirələrdə əks olunmuş surətidir.Haçansa söylədiklərin, haçansa etdiklərin, hər hansı hərəkətinxatırlayanların öz zövqü, öz səviyyəsi, öz marağına görəyozulacaqdır. Çox vaxt tam təhrif olunacaq, heç zamandemədiklərin, etmədiklərin sənə aid ediləcək, sənə sırınacaq,gerçək şəxsiyyətin tanınılmaz şəkildə dəyişiləcək,707

saxtalaşdırılacaq, bayağılaşdırılacaq.16 oktyabr, 2003, Strasburq***Türkiyədən Strasburqa Türk Dünyası yazarlar toplantısınagələnlərin əksəriyyəti dinçidir. Türkiyədə bunlara qalstuklumollalar da deyirlər. Əlbəttə, aralarında açıq fikirli şəxsiyyətləraz deyil, amma çoxu ayağı çarıqlı, başı panamalı adamlardır.Çuxalarının yaxasında kəpənək qalstuk taxmış insanlar – belədə demək olar.Oktyabr 2003, Strasburq***Bəzən deyirlər ki, filankəsi (klassiki, ya çağdaşı) dünyayatanıda bilməmişik. Səfeh sözdür. Sənətkar yalnız özü-özünüsənəti vasitəsilə tanıda bilər. Doğrudur, bəzi istisnalar da olur,bu tanınma uzun illər, hətta əsrlər də gecikə bilər. Belədədünyasını dəyişmiş sənətkar bundan xəbər tutmayacaq. Ammagec-tez məhz sənət əsəri – söz, mətn, film, musiqi, rəsm özünütəsdiq edir. Əks halda belə çıxardı ki, bir əsəri dünyaya tanıdabiləcək tənqidçi, alim (yaxud lap neçə-neçə tənqidçi, alim)sənətkarın özündən daha böyük təsir etmə gücünə malikdir, yareklamın, təbliğatın gücü sənət əsərinin öz gücündən üstündür.Cəfəng fikirdir. Rəhmətlik Məmməd Arif düz deyirdi ki, bizimədəbiyyatda layiqli bir şey olanda Moskva (o vaxtkı Mərkəz)özü tapıb, dartıb çıxardır. Həqiqətən böyük, onda ki olsun dahisənətkarı dünyadan gizli saxlamaq mümkün deyil. Dünyaböyük sənət əsərlərindən bixəbər deyil və biganə qalmır beləəsərlərə. Əlbəttə, reklamın, piarın (illah da dünyada yəhudipiarının) təsir gücünü də tamamilə inkar etmək olmaz.2003708

***Mənimçün xalq yalnız bir millətə mənsub olan, indi yaşayaninsanlar toplusu deyil. Xalq bu, ya digər miqdarda camaat deyilvə əlbəttə, küyə gedən kütlə də deyil.Xalq – müəyyən mədəni dəyərlər, yaratdığı maddi vəmənəvi sərvətlər, əxlaq prinsipləri, adət-ənənələr, sənət, elməsərləridir, doğma dildir. Xalq – onun keçmişi, tarixi, əsrlərinkeşməkeşli yollarından keçirib gətirdiyi özünəməxsusluğu,mənliyi, qeyrəti, heysiyyəti, bənzərsiz simasıdır. Dədəbabalarınınməzarları qazılmış və özünün, nəvə-nəticələrininyaşadıqları və yaşayacaqları ərazinin sahibidir.Dədə QorqudDedi: qoduqYetər, bəsdiDedi-qodu.Ədəbiyyat çabalayırkəndlə şəhər arasında.Yazır, yazır, hey yazırlaraxşam, səhər arasında.Mətbuat zəhərlədikcəartır qanımda şəkərim,Bax beləcə keçir ömrümŞəkər-zəhər arasında.2003******7 iyul, 1999Qanda şəkərimin 305-ə qalxdığı gün***Bugünkü Azərbaycan əhalisinin gen yaddaşında, şüuraltınınən alt və dərin qatlarında nəinki İran-Turan davası, hətta oğuzqıpçaqsavaşlarının da uzaq əks-sədaları yaşayır. Dilimizin709

adında "türk" sözünün olması, latın əlifbası, dilə yenikəlmələrin gəlməsi və bir çox başqa məsələlərəmünasibətlərinə görə mən bu adamın şüuraltı varlığında hansıbaşlanğıcın – Turan, ya İran başlanğıcının – üstün olduğunudəqiq təyin elə bilərəm. Eynən qıpçaq elementinin güclüolduğu bugünkü regionlarımıza mənsub olan insanların da birqismində (əlbəttə, hamısında yox) oğuz mənşəli türklərə birallergiya, ögeylik, yadlıq duyğusu var.Çox vaxt bu İran ədavətinin və qıpçaq yabançılığının hədəfiTuran şüurlu və oğuz mənşəli adam kimi mən oluram.Haçansa bu fikirlər mənə fantastik, qəribə və gülməligörünərdi. Amma indi həyat təcrübəm dediklərimin gerçəkliyəçox yaxın olduğunu hər gün sübut edir.Molla Pənah Vaqifin sözlərini (bir kəlməsini dəyişdirərək)öz-özümə tez-tez təkrar edirəm:Saç ağardı, ruzigar oldu gün-gündən siyah,Qədr bilməz millət ilə eylədim ömrü tabah.Bir də həmin şerindən başqa misraları tez-tez xatırlayıram –günümüzə necə də uyğundur:Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,Ondan ötrü kim, deyildir öz yerində xeyrü-şər,Alilər xaki məzəllətdə, dənilər mötəbər,Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər…***Anamın misraları var:Yuxuda dünyayla vidalaşırdım,Dünya gözəl idi, ayrılmaq çətin.İlk baxışda bu sözlər çox adi, dəfələrlə deyilmiş fikir kimigörünə bilər. Ancaq insan özü bu situatsiyaya düşəndə həminhissin nə qədər gerçək olduğunu anlayır. Çünki həyat özü sonnəticə etibarilə adidən adi, bəsitdən bəsitdir – doğuluş, yaşayış,ölüm – dəfə-dəfə təkrar olunan sözlər kimi həyatın bu cədvəli dətəkrar olunduqca olunacaq. Sonsuz dəfə.***710

Dəniz – göyün güzgüsüdür – günəşi, buludları, ayı vəulduzları əks etdirən güzgü.***Rəqs edirdi və oynaq, qıvraq, cilvələnən bədəni, sankiqolları, boynu açıq, dar paltarından qıvrılıb, sıyrılıb çıxmaqistəyirdi.***Bəlkə də cənnət elə bizim yer kürəmiz imiş, insanlar onucəhənnəmə çevirib. Elə günahlarına görə də Allah insanlarıölümə məhkum edib – gec-tez hamı ölür. Əbədi həyat insanlaraniyə verilməliydi ki? Əbədiyyən bir-birini öldürməkçün, birbiriniqırıb-çatmaqçün?***Onu bu gün qəbul etməyən çağdaşlarına yanıq verir ki, mənigələcəyin insanları layiqincə qiymətləndirəcək, onda görərsiniz(yəni yanıb-yaxılarsınız!). Amma məsələ ondadır ki, bu gələcəyininsanları peyda olanacan – əgər, doğrudan da, haçansa peydaolacaqlarsa – bütün indiki çağdaşlarının da – elə onun özünün də –sümükləri çürüyəcək. Heç kəs heç kəsə "bax, gördünüzmü?" –deyə yanıq verə bilməyəcək.***Zuğulbada yay gecəsi. Qədir oxuyur, səma ulduzla vəmuğamla dopdoludur. Elə bil, muğam sədaları bax o qaranlıqsəmadan, pərən-pərən buludların arasından, ulduzlar aləmindəngəlir. Səma, ulduzların yerləri daimi donduğu kimi vaxt dadonub qalıb və muğam davam etsə, rəngdən rəngə, mayədəntəsnifə, zəngulədən qiraətə, bəmdən zilə, zildən bəmə keçsə də,elə bil, bu musiqinin özü əbədi donub qalmış hazır, bitkin birşeydir. Muğam göy tağı kimi dünyanın başı üstündən asılıb.Təbiətin milləti yoxdur, amma bax Zuğulbadakı bu muğamlı,bürkülü avqust gecəsi məhz şərq gecəsidir. Və bu an mən, eləbil, sonsuzluğa daha yaxınam. Mənə elə gəlir ki, bu donubqalmış muğam gecəsi – həmişəlikdir.Muğamlar qədər sevdiyim Bax musiqisi böyük kilsələrin711

musiqisidir, o kilsə tağı altında səslənmək üçün yazılıb.Muğam – səma qübbəsi üçün yazılmış musiqidir. Gecəsəmasının.***Cavan jurnalistlərin çoxunun ədəbi baqajları yalnızAzərbaycanfilm studiyasının istehsal etdiyi və televizordagördükləri filmlərdən ibarətdir. Belə olmasaydı, bu filmlərdənayrı-ayrı səhnələri, ya replikaları belə sıx-sıx misalçəkməzdilər. Savadlarına da söz ola bilməz. Biri yazır ki,Trotskini Meksika rəssamı Dieqo Rivyera öldürüb. Halbuki,Dieqo Rivyera qatı trotskiçi idi və Trotsikini öldürən NKVDajanı Roman Markoderdir. Düzdür, başqa bir Meksika rəssamıSikeyros da belə bir təşəbbüsdə bulunub, amma məqsədinə nailola bilməyib. Sikeyrosla Dieqo Rivyera ikisi də rəssam və ikisidə meksikalı olsalar da, hər halda, tamam başqa-başqaadamlardır. Necə ki, Baxla Bethoven də, bir başqa gəncjurnalistin zənn etdiyi kimi eyni adam deyil.Bir jurnalist də belə yazır: "Musavad ərəb-fars sözüdür, özüdə savad kəlməsindəndir. Savada mu əlavə edilməsii isə ərəbdili üçün səciyyəvidir, məsələn, müxalifət".Əhsən belə "muuuya", belə savada. "Müsavat" kəlməsinin –"savad" kəlməsinə heç bir dəxli olmadığını, müsavatın –bərabərlik demək olduğunu bu "savadlı" (musavadlı!) müəllifbilmir.***Böyük və kiçik müharibələrdə qaliblər olmur, məğlubsayılan tərəf kinini, nifrətini, içindəki qisas, intiqam hisslərinitoplayıb-toparlayıb bir müddət sonra yeni bir cəngə başlayır vəbu savaşın nəticələri çox vaxt əvvəlkinin tam tərsi olur. Məğlubtərəf qalib, qalib tərəf məğlub sayılır və çərxin yeni birfırlanma dönəmi başlanır. Amma intiqamın, qisasın biralternativi də anlaşma, barış ola bilər. Avropa dövlətləri eləancaq XX əsrdə (hələ əvvəlki əsrləri demirəm) bir-biriylə ikiqanlı cahan hərbində külli-miqdarda qırıb qırıldıqdan sonra bu712

fikrə gəldilər. Avropadakı ayrı-ayrı lokal konfliktlər – məsələn,Balkanlardakı hadisələr – istisnadır. Güman ki, XXI əsrdə buanlaşmaq, barış düşüncəsi Asiya və Afrikada da şüurlara hakimkəsiləcək. Və bizim Qarabağımız da qansız-qadasız, sülhünmüharibədən qat-qat faydalı və xeyirli olması fikrininrəqiblərimizə hakim kəsilməsiylə azad olunacaq.Axı ermənilər hikkələrindən əl çəkib, tarixi xülyalaraqapılmadan real və praqmatik düşünməyi bacarsalar, anlayarlarki, bu konfliktdə itirdikləri qazandıqlarından çoxdur. BuQarabağ avantürasını başlamasaydılar və Azərbaycanın irişəhərlərindən qovulmasaydılar indi, bazar iqtisadiyyatışəraitində Bakının, Gəncənin, Sumqayıtın əksər şirkətləri,bankları, otelləri, restoranları, dükanları onların əlindəydi. Həmalverdə zirək olduqlarına görə, həm də xaricdəki ermənidiasporasıyla sıx əlaqələrinə görə. Bu cəhətdən bəxtimiz gətirdiki, Azərbaycanda iqtisadi hökmranlığa nail ola bilmədilər.İqtisadi inhisarın siyasətə nə qədər güclü təsir etdiyi aydındır.Amma məsələ ondadır ki, işğal etdikləri və boşalmış şəhərlərənəzarət etsələr də, burada yaşamağa, məskən salmağa ürəkeləmirlər. Bilirlər ki, bu hökmranlıq müvəqqətidir, həminşəhərlər, kəndlər, ərazilər, o cümlədən Şuşa da əsl sahibinə –Azərbaycan xalqına qaytarılacaq. Bəlkə bu proses uzun çəkdi,amma mütləq bununla nəticələnəcəyinə zərrə qədər də şübhəmyoxdur. Şübhəm başqa şeyədir – o zaman Ermənistan özü birdövlət kimi ayaqda qala biləcəkmi? Demoqrafik baxımdan vəmühacirətə gedənlərin axınına görə Ermənistan əhalisinin neçədəfə azalması öz yerində. İqtisadi təcrid nəticəsindəErmənistanda dolanışığın gün-gündən pisləşməsi də nəticəsizqala bilməz. Xarici diaspora da, nəhayət, bir gün Ermənistanıyemləməkdən bezib təngə gələcək.Bizim ən böyük müttəfiqimiz Vaxtdı. Bir də demoqrafikfaktor. Qafqazda üstünlük – hər halda, əhali üstünlüyüAzərbaycan kəndlisinin yatağında həll olunur. Zori Balayankimi faşistləri də hələ sovet dövründən bəri ən çox narahat713

edən məhz bu məsələ – Azərbaycan, ümumən türk vəmüsəlman ailələrinin çoxuşaqlı olmasıdır.***2000-ci ilin avqustu. Bildirki kimi nəhs avqust. Bildirinavqustunda bir çox yaxın adamlarımı itidim. Bu ilin avqustu dabaşqa xoşagəlməz hadisələrlə doldu. Elçibəyin ölümü,Naxçıvandan uçan təyyarəni qaçırmaq cəhdi və bununnəticəsində cərəyan edən hadisələr. Rusiyada bir çox ictimaibəlalar – Puşkin meydanında partlayış, dərhal "çeçenlərinişidir" – deyə formalaşan ictimai rəy və bütün çeçenlərə qarşı –quldura da, quldur olmayana da, Moskvadakı çeçen professorada, dağlardakı çeçen uşağına, qadına, qocaya qarşı eyni nifrəthissi və qisas almaq arzusu. Çeçenləri pəpə deyəndən məməyeyənə qədər qırıb qurtarmaq – yeganə çıxış yolunu bundagörürlər. Daha düşünmürlər ki, başqa yol da ola bilər. Buraxgetsin, çeçen istədiyi kimi yaşasın. Uraldan Uzaq Şərqə qədərböyük bir ərazidə, deyilənə görə, cəmisi 8 milyon yerli əhaliyaşayır. Bütün bu əraziləri yavaş-yavaş, aramla, amma ardıcılşəkildə çinlilər doldurur, hələlik ticarət, iş adıyla. BapbalacaÇeçenistan uğrunda canını qoyan Rusiya bir gün ayılıb görəcəkki, ölkəsinin üçdə ikisi çinlilərin əlindədir.Çeçen təbliğatına görə, Masxadov Putinə islamı qəbuletməyi təklif edib. (Vaxtliə belə bir təklifi Qorbaçova, yaYeltsinə – yadımda deyil -Ayatolla Xomneyi də etmişdi).Çeçenlərin gümanına görə Putin bu təklifə biganə qaldığı üçün"Kursk" sualtı gəmisində qəza baş verdi. Gəmidəki 118 adamxəbər-ətərsiz suların dibindədir – hələ sağdırlar, ya artıqölüblər? Uzun zaman məlum deyildi. Rus höküməti xaricdənyardım təkliflərini əvvəl rədd etdi: "Birdən sirlərimizi bilərlər".Vaxtilə ssenari kurslarında gördüyüm film – Stenli Kubrikin"Doktor Streynclav, yaxud mən atom bombasını necə sevdim"filmi yadıma düşdü. Təsadüf nəticəsində ABŞ SSRİ-ni, SSRİABŞ-ı darmadağın edir. Amerikanın Prezidenti və başqayüksək rütbəli siyasi rəhbərləri bunkerdə gizləniblər. Rus714

səfirini də bura dəvət ediblər. Bunkerin divarında iri bir dünyaxəritəsi var və bu xəritədə müxtəlif qitələrdəki Amerika hərbibazalarının yerləri göstərilib. Dediyim kimi, təsadüfnəticəsində tək bu iki superdövlət yox, bütün dünya dağılıb,sağ qalan yalnız bu bunkerdəki insanlardır. Və filmin sonuncukadrı: sovet səfiri çəkməsinin bağını bağlamaq bəhanəsiyləəyilir və hamının gözünü oğurlayıb kiçik fotoaparatlaxəritədəki Amerika hərbi bazalarının şəklini çəkir.Nə isə… "Kursk" məsələsinə qayıdıram. Yalandan deyirlərki, guya gəmiylə əlaqə yaradıblar. Ekipajın neçə nəfərolduğunu da gizli saxlayırdılar. Doğrudur, "KomsomolskayaPravda" qəzetinin müxbiri rüşvət verib bu siyahını əldə edəbilib. (Bu ölkədə dövlət sirlərini də rüşvətlə öyrənməkolarmış). Gah deyirlər ki, gəmidə oksigen ehtiyatı ayın 18-nə, gah deyirlər 23-nə qədər çata bilər. Gəminin içi qaranlıqdır,soyuqdur, havasızdır. Soyuq dənizdə insanlar məhv olarkənPutin Soçidə Qara dənizin isti sularında çimir.Bir versiya da var ki, "Kursk" "Petr Veliki" gəmisiylətoqquşub, bu gəminin qalıqları isə dənizin dibindədir. Vəqəvvaslar da guya "Kursk"a yardım üçün yox, məhz o batangəminin qalıqlarını tapmaq üçün sulara qərq olurmuş. Deyirlərki, "Kursk"un lükunu aça bilmirlər. Nəhayət ki, norveçliləriköməyə çağıran kimi həmin gün o lükü aça bildilər. Etirafetməli oldular – bütün ekipaj elə ilk gün həlak olub. Onlarlaəlaqə yaradılması-filan ağ yalan imiş. Amma əlüstü onuvurğulayırlar ki, ekipajın içində iki dağıstanlı olub.Başqalarının millətlərini niyə demirlər? Ancaq bir səbəbdən.Başqa bir versiya da ortaya atmaq üçün, yəni bəlkə budağıstanlılar kamikadzelər imiş, özlərini də gəmini də onlarməhv edib. Küt rəsmi təbliğat onu da dərk etmir ki, bu versiyaağlabatan olmasa da, hər halda, ən azı dağıstanlıların cəsarətinivə fədakarlığını təsdiq edir. Həlak olmuş 118 adama çoxyazığım gəlir. Hər gecə səbrsizliklə xəbərlərə baxırdım ki,bəlkə xilas ola bildilər. Bununla belə, rəsmi təbliğatın, daha715

doğrusu, rəsmi siyasətin bəyanatları da ikrah doğururdu.Fransız kralları Burbonlar haqqında deyirdilər ki, onlar heç birşeyi unutmayıblar, amma heç nə də dərs olmayıb onlara.Bunlar həm hər şeyi unudublar, həm də heç bir şeydən ibrətdərsi almırlar. Tam bir iflas – hərbi, elmi-texniki, siyasi, əsasda mənəvi iflas.Puşkin meydanında partlayışdan həlak olanların və"Kursk"da məhv olanların ailələrinin göz yaşları qurumamışOstankino qülləsində yanğın baş verdi. Burada da ən azı 3adam öldü. Yazıq Rusiya! Elə bil, Allahın lənətinə gəlib.***Əbülfəz Elçibəy vəfat etdi. Azərbaycanın bəlkə də sonuncuromantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da,romantik siyasətçi Məmməd Əmin Rəsulzadəylə müqayisəetmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər əsasənpraqmatikdirlər. Yəni hakimiyyəti özü-özlüyündə sevirlər –xalqdan, millətdən, demokratik ideallardan da artıq sevirlər.Amma onların praqmatikliyi də qüsurludur, çünki praqmatizmsoyuq şüurun məhsuludur, bunların hikkəsi hadisələrə soyuq,ayıq və oyaq şüurla yanaşmağa imkan vermir. Yəni bu hikkə –kimisə yıxmaq, kimdənsə qisas almaq, kimdənsə heyf çıxmaqvə yalnız bu cür özünütəsdiq etmək hikkəsi bütün başqaməqsədlərdən üstündür, demokratik və millətçi ritorika isəyalnız bu əsas mahiyyəti gizlədən şirmalardır. Elçibəy belədeyildi. Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi.Əqidəsi yolunda əzab çəkməyə də hazır idi, xislətindəqisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibariləmüəyyən hüdudlar çərçivəsində düşünə və fəaliyyət göstərəbildi, amma sözlərində, əməllərində səmimi idi, dözümlü idi,mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbətcəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar.Ölümünü və dəfnini də şaxsey-vaxsey mərasiminə çevirdilər. Osəhnələrə televizorla baxanda düşünürdüm ki, aşurapsixologiyası 1300 ildir bu xalqın şüuruna, xarakterinə elə716

dərindən nüfuz edib ki, ona mütləq şəhidlər lazımdır.Erməniləri, yalançı və uydurma mif olsa da, soyqırımıadıyla milli matəm, hüzn biləşdirir. Biz isə 1300 ildir ərəbsərkərdələrinin yasını tuturuq. 1300 ildir Kərbəla şəhidlərininmatəmini yaşayırıq – sinə döyürük, zəncir vururuq, baş yarırıq,saç yoluruq. Və mütləq bir düşmən obrazı lazımdır bütün bumərasim üçün. Real düşmənlərimiz qalıb bir qıraqda, Şümürə,Yezidə lənət oxuyuruq.Allah Əbülfəzə qəni-qəni rəhmət eləsin. Uğurlu siyasətçiolmasa da, saf insan idi.***Mətbuatda qəribə və şəxsən mənə təsir edən xəbər oxudum.Məlum olduğu kimi, Xəzərdə üzən gəmilərdən birinin adı"Rəsul Rza", birininki "Nigar Rəfibəyli"dir. Qazaxıstanlimanlarının birində təsadüfən bu iki gəmi eyni zamanda lövbərsalıb. "Rəsul Rza" gəmisində içməli su qurtarıb və nə sahildən,nə başqa bir gəmidən su ala bil-yiblər. Yalnız "NigarRəfibəyli" gəmisindən onlara su göndəriblər.2004***Fevralın birində – Qurban bayramı günü Zemfiranın kiçikqardaşı Çingiz öldü. Qurban bayramında ölənlər cənnətə düşür,– deyirlər. Əgər cənnət varsa Çingiz lap yəqin ordadır, çünki oqədər saf, ürəyi təmiz, hamıya yaxşılıq etmək istəyən, xeyirxahinsan idi ki. Həyatda tamamilə haqsız olaraq çəkdiyiəziyyətlərə görə də cənnətə getməyə layiqdir. Çingiz 1945-ciildə – Zemfirayla tanış olduğumuz il – dünyaya gəlmişdi, bütünuşaqlığı, cavanlığı və nəhayət, yetkin çağı gözləriminqabağında keçmişdi. Doğma qardaşım yoxdur, onu doğmaqardaşım kimi istəyirdim. Dekabrın əvvəllərində başında, qaraciyərində ağrılardan şikayət-lənirdi, onu görkəmli onkoloqhəkimƏhliman Əmiraslanovun yanına apardım. Rentgen717

şəkillərini, analizləri gözdən keçirdi, özünü müayinə etdi vəmənə təklikdə: "Əfsus ki, gecdir, – dedi, – beynində bəd xassəlişiş var, ciyərə də metastaz verib".Düz ay yarım bu acıdan-acı xəbəri daş kimi içimdə daşıdım,nə Zemfiraya, nə də başqa heç kəsə dedim.Qismətə bax. Neçə il bundan qabaq böyuk bacıları Elmiravəfat edəndə Çingiz onun qəbrini atasının, anasının yanındaqazdırmışdı. Sonra qərar verildi ki, Elmira İkinci Fəxrixiyabanda basdırılsın. Çingiz o qəbrin üstünü örtdü, amma içinihazır saxladı. Elə bil, özüyçün saxlayıbmış. Onu elə həminqəbirdə dəfn etdik.Sabah Ənvər Məmmədxanlının doğum günüdür. 29 fevraldörd ildən bir olur, Ənvər də həmin gün anadan olub.İtirdiyimiz hər yaxın adam – bizim özümüzü də addımaddımölümümüzə yaxınlaşdırır. Allah hamısına rəhmət eləsin.28 fevral, 2004Yazacağım bir kitab haqqında çoxdan bəri düşünürəm.Düşüncələr, anılar, xatirələr kitabı olacaq bu əsər TNəslim,əcdadlarım, valideynlərim, ailəm, özüm haqqında, dostlarım vədüşmənlərim haqqında, həyatda rastlaşdığım xeyli insanhaqqında, gəzdiyim ölkələr, şəhərlər haqqında, oxuduğumkitablar, gördüyüm filmlər, dinlədiyim musiqi haqqında – birsöz, bütün bunlarla dopdolu dolmuş ömrüm haqqında əsərolacaq. Bəlkə də, daha sönük bir ömür sürsəydim, həyatlavidalaşmaq mənə bu qədər ağır gəlməzdı.Amma həyatla vidalaşmaq fikrim də yoxdur. Hər halda, bukitabı bitirməyincə dünyadan köçən deyiləm. Kitabın adıbelədir: "Keçən keçdi, olan oldu". Üzərində gərgin iş gedir.Doğrudur, hələ ki, ancaq bircə cümlə – kitabın ilk cümləsiyazılıb:"ÖMÜR KEÇDİ. ONUN HAQQINDA DANIŞMAQ MƏQAMI GƏLDİ".20 aprel, 1997718

OXUDUQLARINIZSizsizSizsiz .................................................................................. 3Həyatım ağrıyırHəyatım ağrıyır ................................................................260Anılar, ağrılar, ağılarQara Qarayevə rekveiyem.................................................322Cavad Mircavadova vida sözü .........................................324Əlvida, Mirzə müəllim ....................................................327Yeri həmişə görünəcək .....................................................330Danışa bilmirəm................................................................332Müsibət..............................................................................334Şəhidlər dağı......................................................................343Aydın sürəti.......................................................................366Torpağı vətən edənlər........................................................371Tofiq İsmayılovun xatirəsinə............................................375Vəli Məmmədovu düşünərkən .........................................381Ulduzlu Ziya - Ziyalı ulduz ..............................................385Bir neçə söz.......................................................................388Bir dostum vardı................................................................390Vaqiflik..............................................................................392Şerimizin başı sağ olsun....................................................395Elmira Hüseynovanın xatirəsinə ......................................397Arazsız qaldıq....................................................................398Quram Pancikidzenin ölümünə ........................................403Heç bir zaman....................................................................404Qırx gün, qırx gecə............................................................409Nəhs avqust.......................................................................413Şuşalı, yalçınlı günlər .......................................................427Eminə ağı...........................................................................431Əlvida................................................................................433Elə bil heç yox imiş...........................................................435Qalib gəldi, qalib getdi......................................................439719

Gecə düşüncələriGecə düşüncələri...............................................................448720

ANAR. Əsərlər. III cildBakı, Nurlan, 2004, 689 səh.Nəşriyyat redaktoru:KÖNÜL ŞAHBAZOVAMƏLAHƏT QƏMBƏROVABilgisayar tərtibi:SEVİNC HÜSEYNOVAYığıcı:ARZU MAHMUDOVA,SEVİNC HÜSEYNOVA721

Yığılmağa verilib: 17.09.2003.Çapa imzalanıb: 01.04.2004.Həcmi: 43 ç.v. Format:60x88 1/2Ofset çap üsuluSayı: 500.Qiyməti müqavilə yolu iləNurlan Nəşriyyat Poliqrafiya Birliyi722

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!