12.07.2015 Views

Beledci Son_22.08.14

Beledci Son_22.08.14

Beledci Son_22.08.14

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Nümunə GətirməMəsələn Nümunə olaraq Örnək olaraqMisal üçün Bu, ... şəkildə açıqlana bilər.Qeyd: Daha geniş misallar üçün Əlavə 2-yə nəzər sala bilərsiniz.7. Müəllifin nə demək istədiyini açıqlaya və incəliklərə vara bilərsinizmi?8. Ya da müəllifin dediyini sadələşdirə və qısalda bilərsinizmi?9. Müəllifin ideyasını öz fikirlərinizlə deyərkən, ideyanın faydasınaəsaslanaraq, mühakimə yürütməyə çalışın. Misal üçün, Rəsulzadənin(1992) … haqqında təhlili xarici faktorları nəzərə aldığı üçün faydalıdır.10. Bir cümlədə bir neçə müəllifin ideyalarını yekunlaşdıra bilərsinizmi?Məsələn, Məcidzadənin (1995), Bayramlı (1999) və Həsənlinin ( 2003)ideyalarına əsasən, belə fikrə gəlmək olar ki ... Eyni zamanda, müxtəlifaraşdırmalardan tapıntılar barədə xülasə yazarkən, eyni struktur buradada tətbiq edilə bilər. Nümunə: Məcidzadə (1995), Bayramlı (1999) vəHəsənlinin (1999) tapıntılarına əsasən, belə bir nəticəyə gəlmək olar ki ...Müəllifin ideyalarını öz sözlərinizlə ifadə etmək mərhələləri1. Öz sözlərinizlə demək istədiyiniz hissəni köçürün. Müəllifin ideyasınınəsas məqamlarının altından xətt çəkin.2. Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onlarınhər biri üçün sinonimlər və ya alternativ frazalar tapmağa çalışın.3. Müəllifin əsas fikir(lər)ini öz sözlərinizlə deyin.4. Sözlərinizi daha da sadələşdirə bilərsinizmi?Müəllif Fikirlərindən Sitat GətirməAkademik yazınızda başqasının sözlərini parafraz etmək və yayekunlaşdırmaqdan savayı, siz sitatlar gətirməklə də, başqa müəllifin ideyalarınıöz akademik yazınıza daxil edə bilərsiniz. Sitat bir başqasının yazdığı və yasöylədiyi sözlərin sözbəsöz dəqiq köçürülməsidir. Sitat dırnaq işarələri “ ”içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr ilini göstərməkləyanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır.Nümunə“Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin birhissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq,onlardan (kompüter oyunlarından) istifadə dərəcəsi xeyli arta da bilər.”Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney,NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!