12.07.2015 Views

Beledci Son_22.08.14

Beledci Son_22.08.14

Beledci Son_22.08.14

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qayıdacaq və onlara xoşbəxtlik gətirəcək. Göründüyü kimi, vasitəsiz nitq vasitəlinitqə çevrilərkən öz intonasiyasını itirdiyi kimi, əvvəlki emosionallığını da xeyliitirir. Vasitəli nitqdə modal sözləri, nidaları, xitabları saxlamaq olmur.Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən əvəzliklərdə daha çox dəyişiklik olur -əvəzliklər özgə nitqinin daşıyıcısı deyil, onlar müəllif nitqinin tələblərinə uyğunişlədilir. Məsələn: Murad soruşdu: -Sən ki sarayda məşhur adam idin, bu nəgündür düşmüsən? (F.Kərimzadə) -Murad soruşdu ki, o, sarayda məşhur adamidi, bu nə gündür düşüb.-Sən şəkli necə çəkirsən, mənə də öyrət,-İsmayıl yazdığıvərəqi bir tərəfə qoyub anasının dizinə söykəndi.(F.Kərimzadə) - İsmayıl yazdığıvərəqi bir tərəfə qoyub anasının dizinə söykənərək soruşdu ki, o, şəkli necə çəkir,ona da öyrətsin. Göründüyü kimi, bu misallarda vasitəsiz nitqə aid “sən”əvəzlikləri vasitəli nitqdə müəllif nitqinin tələbi ilə “o” şəklində işlənmişdir.Vasitəsiz nitqi vasitəli nitqə çevirərkən əvəzliklərdə aşağıdakı dəyişikliklər edilir:1. Müəllif nitqi üçüncü, vasitəsiz nitq birinci şəxsə aid olduqda vasitəli nitqəçevrilərkən əvəzlik də (vasitəsiz nitqin əvəzliyi) üçüncü şəxsdə işlənir.Məsələn:1.-Mən bilirəm,-Cibo Səfər qorxa-qorxa dilləndi. (F.Kərimzadə) - Cibo Səfərqorxa-qorxa dilləndi ki, o bilir. 2. -Hara gedək? - Əbih Sultan sanki öz-özündənsoruşdu. (F.Kərimzadə) -Əbih Sultan sanki öz-özündən soruşdu ki, haragetsinlər. Bu cür çevirmə prosesində əvəzliyin hansı halda olmasının əhəmiyyətiyoxdur.2. Müəllif nitqi üçüncü, vasitəsiz nitq ikinci şəxsdə olduqda vasitəli nitqəçevrilərkən vasitəsiz nitqin mübtəda - xəbər əlaqəsi üçüncü şəxsə aid olur.Məsələn: Əbih Sultan Cibo Səfərə dedi: - Sən bura məhrəm adamsan.(F.Kərimzadə) - Əbih Sultan Cibo Səfərə dedi ki, o bura məhrəm adamdır.Əvəzlik işlənmədikdə, şəxs şəkilçisi ilə müəyyənləşir: Qönçə acıqlı-acıqlı:- Səsinbatsın! - dedi. (İ.Məlikzadə) - Qönçə acıqlı-acıqlı dedi ki, (onun) səsi batsın.3.Həm müəllif nitqi, həm də vasitəsiz nitq üçüncü şəxsdə olduqda çevirməprosesində vasitəsiz nitqin şəxsində dəyişiklik olmur. Bu forma vasitəsiz nitqləvasitəli nitqin ən çox uyğun olduğu formadır. Məsələn: Bəbir on dəqiqə gözləməkfikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu:- Ay ana, yeməyə bir şeyvarmı? (İ.Məlikzadə) -Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmayaqalxar-qalxmaz soruşdu ki, yeməyə bir şey varmı.Lakin heç bir fərq müşahidə edilmədikdə də vasitəsiz və vasitəli nitq intonasiyacəhətdən mütləq fərqlənir Məsələn: Soruşdu ki: “Orada nə yazıblar?” cümləsi ilə“Soruşdu ki, orada nə yazıblar” - cümlələrinin xüsusilə vasitəsiz və vasitəli nitqhissələrinin intonasiyasında mühüm fərq var.Cümlə vasitəli nitq şəklinə düşdükdə xitabların, ara sözlərin, nidaların iştirakı da43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!