13.07.2015 Views

insan hüquqlarının tarixi türk məkanındakı mənası - Journal of ...

insan hüquqlarının tarixi türk məkanındakı mənası - Journal of ...

insan hüquqlarının tarixi türk məkanındakı mənası - Journal of ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İNSAN HÜQUQLARININ TARİXİ TÜRKMƏKANINDAKI MƏNASIReha YILMAZQafqaz ÜniversitetiBeynəlxalq Hüquq Fakültəsi,AMEA İnsan Hüquqları İnstitutuBakı / AZƏRBAYCANryilmaz@qafqaz.edu.azXÜLASƏİnsan haqları, müasir dövrümüzün əsas qavrayışlarindan biridir. Həqiqətən də, insan haqlarıbütün bəşəriyyətin ortaq dəyəri, bütün mədəni ölkələr üçün birlikdə iştirak nöqtəsidir. Bugünkü təfəkkürə görə bütün insanların bərabər, azad və şərəflə yaşamaq haqı vardır. Bu düşüncəmilli və beynəlxalq sənədlərin, bəyannamələrin çoxunda öz əksini tapmışdır. Əslində bu təfəkkürtərzinə gəlib çatmaq çox da asan olmamışdır. Bu, yüz illər davam edən bir mübarizənin nəticəsindəortaya çıxmışdır.Qədim Türk dövlətlərində vətəndaşlara geniş hüquq və azadlıqlar verilmişdir. Bunun səbəbiTürk dövlətlərinin quruluşu ilə bağlı idi. Orta Asiyada qurulan dövlətlərdə cəmiyyət birqəbilə, ya da ailənin yaratdığı cəmiyyət deyil, idarə edənlərlə əməkdaşlıq edən geniş xalq kütlələrininfəaliyyətləri və iştirakı ilə həyata keçirilən siyasi cəmiyyət idi. Hətta tarixi sənədlərdə dədövləti quran və xaqana uğur qazandıran ən əsas amil “millət”in mövcud olması qəbul edilir.Türklərdə bir başqa əsas xüsusiyyət xaqanın hüquqdan asılılığıdır. Adət-ən’ənənə qaydalarınınəzərə almadan törədilən özbaşına davranışlar zülm sayılır və bəyənilmirdi. Məsələn, YusifHas Hacibin yazmış olduğu “Kutadğu Bilik” əsərində Xaqanın zalım olmamasının vacibliyi xüsusiləgöstərilir. Bütün bu haq və səlahiyyətlərin əsası isə törədir (adət-ənənələrdir). Türk dövləttörəsinə görə xalq pozulan haqlarını lazım olanda idarə edəndən ala bilərdi.İslam dininin, İslam hüququnun insan haqları məsələsinə həssaslığı, Türklərin İslamı qəbuletməsi ilə türk cəmiyyətində öz əksini tapmışdır. Çünki Türk cəmiyyətinin ümumi xarakterikquruluşuna uyğun gələn bu təfəkkür xaqanların qanunlara uyğunlaşma və qanunlara əsasən idarəetmə prinsipini möhkəmləndirərək tətbiq etmələrinə zəmin hazırlamışdı. Çünki Türklər hüquqidövlət qavrayışı ilə cəmiyyəti idarə etmişdirAçar sözlər: insan hüquqları, türk məkanı, törə, Osmanlı, AzərbaycanTHE HUMAN RIGHTS IN ANCIENT TURKIC LANDSABSTRACT‘Human rights’ is one of the principal necessities of our contemporary epoch. Actually,human rights is the common right of all mankind, it is the point of departure for all civilizedcountries. Today’s society understands that all humans have equal rights for a free andhonourable living. This idea finds its expression in many national and international laws anddeclarations. In reality, situation has not been easy to obtain it has resulted from a hundred yearsof altercation.Ancient Turkish states gave wide rights and liberties to their citizens. The reason was thestructure of Turkish states. The society was not a community established by a tribe or a family inJournal of Qafqaz UniversityFall 2002, Number 10197

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. Ylmazmiddle Asia, it was a political community, which survived by the work, participation andpartnership of administrators and people.The main principle driving force in Turkish society was that law bound the Sultan.Attitudes and treatment, which were considered wrong, were those, which had not involvedthrough the rule of Turkish customs. For example, in Yusif Has Hacib’s novel “Kutadgu Bilig” heespecially points out the Sultan’s should not be a tyrant or a despot. The main base all of theserights and authorities was custom.When the Turks accepted Islam, the sensitivity towards human rights in Islamic lawincreased among Turkish community. Because this comprehension is suitable for the generalcharacteristic structure of Turkish community, also it prepared conditions for Sultans to makeadministrating principles very hard and that the administration must obey the law.Key Words: Human rights, Turkish land, Morals, Ottoman, AzerbaijanGİRİŞİnsan haqları, müasir dövrümüzün ən mühüm qavrayışlarındandır. Həqiqətəndə, insan haqları bütün bəşəriyyətin ortaq dəyəri, mədəni ölkələr üçünbirgə çıxış nöqtəsidir. Bu günkü anlayışa görə bütün insanların bərabər, azad vəşərəflə yaşamaq haqı vardır. Bu təfəkkür milli və beynəlxalq sənədlərin, bəyannamələrinçoxunda öz əksini tapmışdır. Əslində, bu anlayışa varmaq çox daasan olmamışdır. Bu yüz illərlə davam edən bir mübarizənin nəticəsində ortayaçıxmışdır 1 .Ümumdünya insan haqlarının kökü, tarixdəki müxtəlif dini və mədəniənənələrə, siyasi hərəkatlara və dünyanın görkəmli mədəniyyətlərinə gedibçıxır. Xüsusilə maarifçilik dövrünün ifadəsi ilə desək bir başqasına verilməsimümkün olmayan “insan haqları” ya da “təbii haqlar” Ümumdünya insan hüquqlarınınkökəni, tarixdəki fərqli dini və mədəni ənənələrə, siyasi hərəkatlara vədünyanın bilinən mədəniyyətlərinə qədər gedib çıxır. Xüsusilə çiçəklənmə dövründəkimənasıyla başqasına dövr edilə bilməmə kimi bəzi xüsusiyyətləri məlumolan “insan haqları” və ya “təbii haqlar” ideyasının və liberal - demokratikənənənin formalaşdığı bu günki tə’rifində öz əksini tapmışdır 2 .1. İSLAMİYYƏTİ QƏBUL ETMƏDƏN ƏVVƏLQədim Türk dövlətlərində vətəndaşlara geniş hüquq və azadlıqlar verilmişdir.Bunun səbəbi Türk dövlətlərinin quruluşu ilə bağlı idi. Orta Asiyadaqurulan dövlətlərdə cəmiyyət bir qəbilə ya da ailənin yaratdığı cəmiyyət deyil,idarə edənlərlə əməkdaşlıq edən geniş xalq kütlələrinin fəaliyyətləri və iştirakı iləhəyata keçirilən siyasi cəmiyyət idi. Hətta tarixi sənədlərdə dövləti quran vəxaqana uğur qazandıran ən başlıca amilin də millət olduğu qəbul edilir.Bütün bu haq və səlahiyyətlərin əsası isə törədir (adət-ənənələrdir). Türkdövlət törəsinə görə xalq, pozulan haqlarını lazım olanda idarə edəndən tələbedə bilər və həmin hüququ pozandan ala bilərdi 3 .123http://www.basbakanlik.gov.tr/yayinlar/insanhak5.htmAlan Duben, İnsan Hakları ve Demokratikleşme, İstanbul: Warld Akademisi,1994, s. 13.H.Dursun Yıldız, “Hazarlarda İnsani Değerler”, Türklerde Insani Değerler ve Insan Hakları,İstanbul, 1992, s. 155.198Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasTürklərdə bir başqa başlıca xüsusiyyət xaqanın hüquqdan asılılığıdır.Xaqan törəyə bağlıdır, onu dəyişdirə bilməz. Buna misal olaraq Göytürk Xaqanıİşparanın Çin hökmdarına yazdığı məktubda “ bizim adət- ənənələrimiz çoxdanyerləşmişdir. Ona görə onları dəyişdirməyə gücüm çatmaz!” deməsini göstərməkolar 4 .Törələri nəzərə almadan icra edilən özbaşına davranışlar zülm sayılır vəbəyənilmirdi. Məsələn, Yusif Xas Xacibin yazdığı “Kutadğu Bilig” əsərindəXaqanın zalım olmamasının vacibliyi xüsusilə göstərilir 5 .Göytürk dövlətində xalqın şəxsi hüququnun təmin olunmasını, iqtisadibaxımdan azad və şəxsi mülkiyyətə sahib olduğunu görmək olar. Bizans mənbələrinəgörə GöyTürklər azad insanlardır. Xüsusi mülkiyyət insan hüquq və azadlıqlarınıntəminatı olduğuna görə, insanın hüquq və azadlıqları sahib olduğu bunöv mülkiyyətlə düz mütənasibdir 6 .Törə hüququ insan haqlarının əvəzolunmaz təminatı sayılır. Eyni formadada əlavə bir dövlət hüququnun mövcud olması və dövlətin Qağandan üstünqəbul edilməsi əlavə bir məsələ kimi qəbul edilir. Dövlətin nümayəndəsi sayılanən böyük məsuliyyətli şəxs Qağan özüdür. Vətəndaşların rahat yaşayışını, ictimaiəsayişi təmin etmək, bununla yanaşı haq və azadlıqlarını qorumaq onun vəzifələrindənsayılır.Qağanın səlahiyyəti məhduddur, ona məclis tərəfindən nəzarət edilir. Beləlikləqağanın özbaşınalığının və vəzifəsindən sui-istifadə etməsinin qarşısıalınır. Qağanın Tanrının nümayəndəsi sayılması da onun öz istədiyi kimi hərəkətetməsinə mane olan bir səbəb sayıla bilər.Bir dövlətdə qanunvericilik təşkilatı kimi bir məclisin mövcud olmasıinsan haqlarının qorunması və həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir.Çin mənbələrindən Göytürklərdə Qağana qarşı çıxa bilən toy adı verilən birməclisin olduğu görünür. Bu məclis yeri gələndə Qağana qarşı çıxa bilirdi.Bundan başqa haqları tapdalananların üz müraciət edə biləcəkləri Dövlət Məhkəməsiadlandırılan bir məhkəmə də dövlət sistemində mövcud olub. Bu məhkəməyəQağan başçılıq edib.Göytürklərdə quldarlıq və köləliyin olmaması yaşamaq hüququna əhəmiyyətverildiyini göstərir. Bununla yanaşı qadın haqlarının təmin edildiyi vəqadınların dövlətin bir çox sahələrində istər siyasi, istər sosial həyatda birbaşaiştirak etdikləri görünür. Hətta cariyə saxlamağın qadınları alçaldan bir məsələolduğu, cariyə sözünün qarşılığı olan “Küng” sözünün əslində Çin dilindən gəldiyiqəbul edilir.Digər bir məsələ Göytürklərin hakimiyyəti altında olan xalqlara qiymətverilməsidir. Buna görə də bu xalqlardan bir çoxunun dövlətin muxtəlif vəzifə456Bahaaddin Ögel, Türk Kültürünün Gelişme Çağları, İstanbul 1988, s. 272.Hüseyin Salman, “Türkiş ve Karluklarda İnsani Değerler”, Türklerde Insani Değerler ve InsanHakları, İstanbul, 1992, s. 198.Ahmet Taşağıl, “Göktürkler’de Insani Değerler Ve Insan Hakları”, Türklerde Insani Değerler VeInsan Hakları, İstanbul, 1992, s.101.Journal of Qafqaz UniversityFall 2002, Number 10199

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. Ylmazpostlarında vəzifə tutduğunu görmək mümkündür. Bunlar şəhəri idarə etmişlər,vali olmuşlar və ya yerli özünüidarələrdə vəzifə tutmuşlar 7 .Uyğurlarda da xüsusilə yaşamaq və mülkiyyət haqlarına böyük əhəmiyyətverilmişdir. Dövlətdə yüksək səviyyədə azadlıq şəraiti olmuşdur. Qaldı ki,dövlətin tərkibində mövcud olan hər boy ayrılmaq istədiyi vaxt istədiyi yerdəyerləşmək hüququna sahibdir. Uyğurlarda torpağa bağlı köləlik (torpağa təhkimliguldarlıq) mövcud olmamışdır.Qağanın səlahiyyətləri deyil, məsuliyyətləri vardır. Bu xalqın ehtiyaçlarınıödəmək məsuliyyətidir. Bu çərçivədə haqları qorumaq, pozulan haqlarınbərpasını təmin etmək ən əsas məsələdir.Uyğur dövlətində etiqad və vicdan azadlığı həmişə mövcud olmuşdur.Dinindən və dilindən asılı olmayaraq insanlar arasında fərq qoyulmamaışdır.Buna görə də Uyğur dövlət fəlsəfəsində din və dünya işlərini bir-birinə qarışdırmamaqvə yerli mədəniyyətlərə toxunmamaq adəti vardır 8 .İnsanların haqlarının qorunması və həyata keçirilməsi üçün iki instantsiyalıbir məhkəmə sistemi qurulmuşdur. Qağanın sədrlik etdiyi məhkəmə yüksəkdərəcəli məhkəmə idi. O hər sahədən olan məhkəmə işlərinə baxırdı. Cəmiyyətdəqadın və kişi bərabər statusa malik idi. Onlar sosial həyatda bərabər səviyyədə iştirak edirdilər 9 ..Xəzər Türklərində də din və vicdan azadlığının olduğu sənədlərlə müəyyənedilmişdir. Elə həmin dövrdə Avropada məzhəb savaşlarında minlərlə insanelarbir-birbirlərini qırdıqları halda Xəzərlərdə xristian, yəhudi və müsəlmanlaryan-yana yaşayırdılar.Xüsusi mülkiyyət insan haqlarının təminatı olduğuna görə bu mövzununüzərində ətraflı durmaq lazımdır. Xəzərlərdə başqa bir əsas məsələ isə öz vətəndaşlarınaverdikləri haqların onlara tabe olan xalqlara da verilmiş olmasıdır. Buçərçivədə din və vicdan azadlığına, sosial, siyasi və iqtisadi haqlara əhəmiyyətverildiyi görülür. Məsələn, IX əsr tarixçilərindən Məsudinin verdiyi məlumatlaragörə, Xəzərlərdə Xaqanın yəhudi dininə mənsub olmasına baxmayaraq,vəziri, qoşun başçıları müsəlmanlardan olurdu və bunlar hər cür sosial, mədəni,dini və məhkəmə haqlarını sərbəst şəkildə yerinə yetirə bilirdilər 10 .İbn Fəzlanın Səyahatnaməsində verdiyi məlumatlar da bu deyilənləritəsdiqləyir. Ona görə Xəzərlərdə müsəlman və xristianlarla bərabər bütpərəstlərdə vardı. Müsəlmanlar bütün haqlarını azad icra edirdilər, hətta bir müsəlmanlaxristian arasında məhkəmə işlərinə müsəlman qazılar baxırdılar. Heç kəs başqasınındini işlərinə qarışmırdı. Türk hakimiyyətinin yaranmasının ilk dövrlərindənbəri hökmdarlara öhdəliyinə verilən ən əsas vəzifələrdən biri yaxşı qanunçıxartmaq və onu icra etməkdir. Xalqın rahatlığı və dincliyi üçün əsas şərt sa-789Taşağıl, s. 101-113.Gülçin Çandarlıoğlu, “Uygurlarda İnsani değerler ve Hukuk”, Türklerde Insani Değerler ve InsanHakları, İstanbul, 1992, s.123-124.Çandarlıoğlu, s.125.10 Mes’udi, Murucu’z – Zeheb, II, 7 ( alıntı: Yıldız, “Hazarlarda Insani ……), s. 157.200Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak Mänasyıldığına görə dövlət ilə törə hüququ bir-birindən ayrılmayan, bir-birini tamamlayanprinsiplər kimi qəbul edilmişdir 11 .Kutadğu Bilikdə rəiyyətin hökmdardan tələb edəcəyi haqları arasındagöstərilən “ədalətli qanunlarla idarə etmək, zorakılığa və hökmranlığa qarşıçıxmaq” insan haqlarının təminatı sayılır 12 .Türk dövlətlərində insan haqlarının qorunması və yerinə yetirilməsi üçüninkişaf etmiş bir sistem qurulmuşdu. Xüsusilə İslamiyyətin qəbul edilməsindənsonra İslam qurumlarının da təsirilə bu daha da inkişaf etdirilmişdir.2. İSLAMI QƏBUL ETDİKDƏN SONRAÖlkədə və ölkədən kənarda insan haqlarına qarşı təcavüzlərin və bu haqlarabarmaqarası baxmağın qaşısını almaq üçün İslam fərdə, ictimaiyyətə vədövlətə vəzifələr vermişdir.Fərd hüquqları pozulanda susmamalı, əlindəki bütün imkanlardan istifadəedərək hüquqlarını qorumağa çalışmalıdır. Bu yolda həyatını itirsə şəhid sayılmalı,hücum edənə zərər yetirsə özünü müdafiə hüququndan yararlanmalıdır.Cəmiyyəti idarə etmək, ədaləti təmin etmək, haqı sahibinə vermək, yaxşıvə düzgün olanı icra etmək, pis və səhv olanın qarşısını almaq, pis şeyləri rəddetmək, yaxşılıqlara təşviq etmək vəzifəsi verilmişdir. Bu vəzifənin tələblərinəgörə təlim-tərbiyə, təhsilin təşkili və digər fəaliyyətlər üçün cəmiyyət qarşısındaməsuliyyət daşıyırdı. Vətəndaşların səlahiyyətləri çatmayan sahələrdə dövlət işəmüdaxilə edib cəmiyyət üçün lazım olanı yerinə yetirirdi. Lazım gələndə cəmiyyətdə dövlətə qarşı müqavimət göstərmə və lazım gələn dəyişikliyi etməkvəzifəsini yerinə yetirməli idi.Dövlət də insan haqlarını ölkədə və ölkə sərhədlərindən kənarda qorumaqüçün xüsusi təhlükəsizlik təşkilatı və ali məhkəmələr qurmalı, hakimlik, beynəlxalqməhkəmə təsis etməli, ehtiyac varsa bu yolda kəmiyyətə və zamana müvafiqbütün tədbirləri görməli, hətta zərurət olduğu zaman savaşmalıdır 13 .İslam dininin, islam hüququnun insan haqları məsələsindəki həssasiyyəti,Türklərin islamı qəbul etməsi ilə türk cəmiyyətində öz əksini tapmışdır. Çünkitürk cəmiyyətinin ümumi xarakterik quruluşuna uyğun olan bu təfəkkür xaqanlarınqanunlara uyğunlaşma və qanunlara əsasən idarəetmə prinsipini möhkəmləndirərəktətbiq etmələrinə zəmin hazırlamışdı. Çünki türklərdə dövlət vəhüquq birlikdə cəmiyyəti idarə etmiş, bir çatı altında fəaliyyət göstərmişdir 14 .Qaraxanlı dövləti dövründə, dövlət və hüquq məsələsində o dövrün təfəkkürünüəks etdirən Yusif Xas Xacib, “Kutadğu Bilik” də “hansı hökmdar ölkədədüzgün qanunvericilik təsis edibsə, o ölkəsini tənzim etmiş və aydınlığa çıxarmışdır.Bu baxımdan ölkədə uzun müddət hökmranlıq etmək istəyən bir bəy,11 İbrahim Kafesoğlu, Türk Milli Kültürü, Ankara 1997, s. 29.12 Reşad Genç, “ Karahanlılarda İnsani Değerler ve Hukuk”, Türklerde Insani Değerler ve InsanHakları, İstanbul, 1992, s.336-337.13 Hayrettin Karaman, Türklerde Insani Değerler ve Insan Hakları, İstanbul, 1992, s.324.14 B. Öğel, Türk Kültürünün Gelişme Çağları, İstanbul 1972, s. 72.Journal of Qafqaz UniversityFall 2002, Number 10201

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. Ylmazqanunu düzgün tədbiq etməli və xalqı qorumalıdır”. Özü də bir ictimai vəzifədəişləyən Balasaqunlu Yusifə görə, dünyanı məhv edən iki xüsusiyyət vardır.Birincisi, vəzifəyə laqeyd yanaşmaq; digəri isə vətəndaşlarına zülm etməkdir.Belə olan halda yaxşı bir idarə məmuru xalqı ədalətli qanunlarla idarə etməli,birinin başqalarına qarşı zorakılıq tədbiq etməsinə icazə verməməlidir. Göründüyükimi vətəndaşların hökmdar üzərindəki haqları “xalqı ədalətlə idarə etməkvə zorakılığa, özbaşınalığa icazə verməmək” olaraq qısaca verilmişdir 15 .Qəznəvilər dövründə də xüsusilə idarə məmurlarının hüququ qoruduqlarıvə zülmkarları son dərəcə diqqətlə izlədikləri görünür. Çünki hüququntədbiq edilməsinin təminatı elə sultan olmuşdur. Xüsusilə rəqib bir sülalə olmasınabaxmayaraq Səlcuqlu dövlətinin tanınmış şəxsiyyətlərindən olan Nizam əlMülk, Sultan Mahmud dövrünü bu mövzudakı həssasiyyətinə görə müsbətqiymətləndirir və onların qurduqları sistemə xüsusi diqqət yetirir. Həqiqətən də,sultan Mahmud dövründə insan hüquqlarını qorumaq və şəxsiyyət hüquqlarınınpozulmasının qarşısını almaq məqsədiylə bir nəzarət sistemi yaradılmışdı.“Sahib-i xəbərlər” və “Münhi”, yəni xəbərçilər bu cür əməlləri vaxt itirmədənmərkəzi idarəyə bildirirdilər və anında lazım olan tədbirlər həyata keçirilirdi 16 .SƏLCUQLU DÖVRÜBöyük Səlcuq dövlətinin qurulmasıyla bir çox sahədə, xüsusilə torpaq vəhüquq sistemlərində köklü islahatlar aparılmışdır. Torpaq sistemi qədim türksistemini islam sistemiylə birləşdirmiş, ordunun təchizatında və idarə edilməsindədəyişikliklər aparılmış və bu işlər qaydaya salınmışdır. Bununla yanaşı Səlcuqluhökuməti ölkənin ədalətlə idarə edilməsi üçün bir sıra qanunlar qəbuletmişdir. Məsələn, Məail-i Məlikşah adı ilə tanınan məcəllə bunun ən gözəl nümunəsiolmuşdur. Monqol istilasına qədər tətbiq olunan bu məcəllə o dövrünalimlərinin birlikdə fəaliyyətləri sayəsində qarışıq hüquqi məsələlərə aydınlıqgətirmək məqsədiylə hazırlanmışdır.Bundan başqa hüquqi strukturda da islam hüquq sisteminə bənzər islahatlaraparılmışdır. Məhkəmə işlərini aparan qazılar qazil-qüzat deyilən vəmərkəzdə yerləşən bir idarənin tabeçiliyində idi. Onun vəzifəsindən kənar bütünənənəvi məsələləri isə mərkəzi idarənin səlahiyyətində idi.Səlcuqlu idarəsinin qanunları tədbiq etməkdə son dərəcə diqqətli olduğugörülür. Bu məsələ qədim çağlardan bəri gələn türk dövlət ənənəsinin bir nümunəsidir.Xalqın idarə üzərindəki haqlarından biri olan düzgün qanun, ədalət,əsayiş və təhlükəsizlik təfəkkürləri səlcuqlu hökümətində də mövcud olmuşdur.Bundan başqa hər bir idarə məmurunda aranan xüsusiyətlərdən ədalət və bərabərliktəfəkkürünə sahib olmaları Səlcuqlu dövlətində insan hüquq və azadlıqlarınınqorunmasına göstərilən diqqətdən xəbər verir 17 .15 Reşad Genç, “Karahanlılar’da İnsani Değerler ve Hukuk” , Türklerde Insani Değerler ve InsanHakları, İstanbul, 199216 Nizamül’l Mülk, Siyasetname, hzl:M.A. Köymen, İstanbul 1990, s. 81.17 Coşkun Alptekin, “Selçuklularda İnsani Değerler ve Hukuk Türklerde Insani Değerler ve InsanHakları, İstanbul, 1992, s. 379.202Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasSəlcuqluların bir dövlət olaraq izlədikləri siyasətin bir istiqaməti də “dinvə vicdan azadlığıdır”. Onlar ölkələrində yaşayan müxtəlif dinlərdən və irqlərdənolan insanlar arasında fərq qoymamış, onlara qarşı səmimi münasibət göstərmiş,bu səmimiyyətin nəticəsində də bu səmimiyyətin ən yüksək zirvəsinəçatmış Məlikşah və II Qılıc Arslanın ölümləri müsəlman olmayanlar tərəfindəndə kədərlə qarşılanmışdır 18 .B. OSMANLI DÖVLƏTİİnsana və hüquqa hörmət prinsipi dövlətləri, millətləri idarə etməyin əsasamillərindən biridir. Bu isə bir başa ədalət sistemindən asılıdır. Sağlam birədalət sistemi ilə əlaqəlidir. Sağlam bir ədalət sistemi olmayan dövlətlərin uzunmüddət yaşaya bilmədikləri, tarix səhnəsindən silinib getdikləri bilinən birhəqiqətdir. “Ədalət mülkün, yəni iqtidar olmanın əsasıdır” ifadəsi keçmişə də,gələcəyə də aitdir.Osmanlı dövləti bir islam dövləti idi. Uzun ömrlü və dünya miqyaslı dövlətolmasının səbəblərindən biri də, şübhəsiz sağlam bir ədalət sistemi üzərindəqurulmuş olması idi. Osmanlı dövlət fəlsəfəsinin əsası tək bir siyasi “çatı”altında topladığı xalqları din, dil, irq fərqi qoymadan idarə etməsidir. Həqiqətəndə osmanlılar siyasi sabitlik və ictimai ədalətləri sayəsində dünya hakimiyyətiuğrunda mübarizədə ən güclü nümayəndə olmuşdur. Yeni bir ruh və dünyagörüşü ilə ortaya çıxan Osmanlı dövləti, milliyyətçilik, siniflər arası və ictimaitarazlığın pozulması kimi ictimai və siyasi həyatı qarışdıran bütün xəstəliklərdənyan qaçmağı bacararaq, millətlər və dinlər arasında sağlam bir tarazlıq,xalq sinifləri arasında ictimai ədalət qurmuşdur.Osmanlı hüquq sistemi islam hüquq sistemindən təsirlənmiş və ümumiyyətləİslam hüququnun əsas prinsiplərini mənimsəmişdir. Bu insan haqları iləəlaqədar tənzimləmələrdə də öz əksini tapmışdır. “Haq” təfəkkürünü mənimsəyərkəndə islam mütəfəkkirlərinin düşüncələrindən qidalanmışdır. İlk islamhüquqçuları “haq” məfhumunun tərifini verməmişlər. Bu məsələ ilə ancaq XIVəsrdə maraqlanmağa başlamışlar 19 .İslam mütəfəkkirlərinə görə “Haq, hüquqi cəhətdən qəbul olunan, müəyyənbir səlahiyyətdir”, “insan və ya Allah üçün başqası qarşısında qorunanşeydir”, “Hüququn bir səlahiyyət və ya məcburiyyət olaraq mənimsədiyi aidiyyətdir”,“Haq, qanunun fərd üçün müəyyən etdiyi maddi məsələdir”. Zərqanınverdiyi tərif ümumi şəkildə qəbul edilmiş və “haq”ı hüquq sistemi qəbul etsək,“haq” “səlahiyyət”i də əhatə edən bir anlayış olar 20 .İslam Osmanlı Hüquq sistemində 4 amil vardır. Haqın kreditoru (Allah vəya insan ola bilər), borclusu (insan və ya insanlar), predmeti (əmlak, fayda, iş vəhərəkətsizlik ola bilər) və qanuniliyi həmin amillərdir. Haqdan bir səlahiyyətkimi istifadə edilməsi sərəncam və ya mülkiyyət haqında olduğu kimi insan və18 İ. Kafesoğlu, Selçuklular, İA,X, s. 391.19 İsmet Miroğlu, “Osmanlı Yönetiminde İnsana ve Hukuka Saygı”, Yeni Türkiye, C. 4, Mayıs-Haziran 1995, s.559.20 H.Tahsin Fendoğlu, Hukuk Tarihimizde Temel Haklar, Konya: Mimoza 1994, s. 30Journal of Qafqaz UniversityFall 2002, Number 10203

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. Ylmazya müəyyən bir şey barəsində gerçəkləşir. İslam Osmanlı hüququnda haq şərtibir anlayışdır 21 .Osmanlı hüququnda insan haqlarının ilk insanla birlikdə başladığı təfəkkürüformalaşmışdır. Bu təfəkkürə görə, bütün insanlar bərabər hüquqlarasahibdir və onlar barəsində ayrı-seçkiliyə yol vermək olmaz. Belə ki, bütünpeyğəmbərlərin təlimlərində də eyni şey qəbul edilmiş və həyata keçirilməyəçalışılmışdır. Qərbdə hüquqlar, fərd ilə dövlət arasındakı əlaqələr sayılır. Fərddövlətdən qorunur və bu öz əksini konstitusiyada tapır. Osmanlı təfəkküründəisə fərd ilə dövlət arasında müqavilədən danışmaq olar. Bu müqavilənin yerinəəsas məsələlərdə Allah ilə müqavilə imzalanmışdır. Bu müqavilə insanın dövlətilə əlaqələri də daxil olmaq şərtilə bütün həyatını əhatə edir. Buna görə dəAllahın insanlara verdiyi haqları siyasi hakimiyyət dəyişdirə bilməzdi. Dövlət,ancaq Qur’anda və hədisdə mövcud olmayan haqlar barəsində tənzimləmələraparardı. Osmanlı hüquq sistemində azadlığın əxlaqi əsasları vardır. Əxlaqınümumiyyətlə maddi sanksiyası yoxdur. Buna görə dövlət zəmanəti də yoxdur.Ancaq insan, hüquq və əxlaq arasında fərq qoymadan Allaha hesab verəcəkdir.Əxlaqla hüquq hakimiyyətin səlahiyyətlərini müəyyənləşdirmək üçün fərqləndirilmişdir.İnsana verilən hər bir haqın tələbçilərindən biri də Allahdır. Beləlikləhaqların yerinə yetirilməsi ya da pozulmaması üçün güclü bir qoruma mexanizmiqurulmuşdur. Qaldı ki camaatın Allaha olan etiqadı və Onun qarşısındahiss etdiyi məsuliyyət anlayışı, dövlətin güc vasitələrindən istifadə etməistəyindən qat-qat güclüdür. İslam hüququnun əsas prinsiplərindən biri olan“işlərin ən yaxşısı orta yoldur” prinsipilə hərəkət edən Osmanlı hüquq sistemində“yekə - yekə” düşünmək hüquqa zidd sayılırdı.İnananla inanmayan arasında fərq qoymadan insanlarla ədalət, əxlaq vəvicdanla davranılmalı və verilən söz yerinə yetirilməlidir. Osmanlı dövlətindəhüquq, haq sahiblərini müəyyən etmək, təcavüzü və zorakılığı aradan qaldırmaqüçün tətbiq edilmişdi.Osmanlı hüquq sistemində islam hüququnun təsiri ilə ictimai və xüsusihüquq arasında fərq qoyulmamışdır. Bunun yerinə hüququllah (Allah haqı),hüquq əl ibəd (insan haqları) və qarışıq səciyyəli haqlar olmuşdur.Osmanlı hüququnda irq, rəng, dil ya da nəslə görə ayrı-seçkilik prinsipiqəbul edilməmişdir. Bərabər statusa sahib olanlar arasında qanunların bərabərşəkildə tətbiqi, oxşar təbəqədən olanlara təbəqəsinə müvafiq münasibət göstərilməsi,qanunlara müvafiq olaraq hər kəsə səs vermə hüququnun verilməsi,bərabər statusa sahib olanlara eyni səviyyədə ictimai əhəmiyyət verilməsi birprinsip kimi qəbul edilmişdir. Çünki qanunların hamıya bərabər tətbiq edilməsivərandaşın hüquqi təhlükəsizliyini təmin edir. Beləcə xalq dövlətin uzun ömrlüolması üçün çalışır. Belə ki, dövlətin uzun ömrlü olması haqların qorunmasıüçün zəruridir. Dövlətin uzun ömrlülüyü təmin edilməsə dövlət yıxılacaq və21 Fendoğlu, s, 31.204Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak Mänaszülmkarlar ağalıq etməyə başlayacaqlar. Bu da sözsüz ki, insan haqlarınınpozulmasına gətirib çıxaracaqdır.Praktikada görünən çatışmazlıqlar hər nə qədər bərabərliyin olmadığıfikrini doğursa da, sistem barəsində belə bir nəticə çıxara bilmərik. Belə ki,Osmanlı hüquq sistemində vətəndaşlara verilən hüquqlar haqında fürsətbərabərliyi, məhkəmə qarşısında bərabərlik, mülki hüquqlardakı sərbəstlik vəxüsusilə də din azadlığı bu məsələdə yüksək səviyyəli bir praktika olmuşdur.Xüsusilə fürsət bərabərliyi məsələsində müstəsnalıq təşkil edən vəzifələrdənbaşqa (bu gün də etniklərə hərbi və strateji vəzifələr verilmir) etniklərəticarət sahəsində geniş sərbəstlik verildiyini görürük. Elm və sərvət əldə etməküçün heç kimə üstünlük verilmir. İnsanın bacarığı bu məsələdə əsas götürülür.Məhkəmədə də bərabərlik vardır. XVIII əsr avropada olduğu kimi zadəganlaraayrı məhkəmə qurulmur. Hətta məhkəmə qarşısına çıxmazdan qabaq da beləayrı - seçkilikdən söz gedə bilməz. Mühakimə zamanı hakimin tərəflərdənbirinə gülməsi, işarət etməsi, ayağa qalxması ya da tərəf tutması kimi qəbuloluna biləcək hər cür hərəkətin qarşısı alınmışdır.Osmanlı dövlətində ədliyyə bir qayda olaraq bərabərlik prinsipi üzərindəqurulmuşdur. Praktikadakı bəzi xətaları çıxmaq şərtilə, ədliyyə sisteminin düzgünişlədiyini deyə bilərik. Bəzi düçüncələrə görə qazıların sərbəst olmadıqları,məhkəmə icraçılarından asılı olduqları iddia edilir. Məsələyə struktur baxımındanyanaşdıqda qazının tamamilə təminat altında və sərbəst olduğu, ancaqpraktikada mərkəzi hakimiyyətin və şeyxülislamın təsirinin olduğunu görürük.Bu məsələdə Əbu Hənifə mülki hüquqçuluq qurumunu yaratmaq üçün çox səygöstərmişdir. Ancaq şərqşunaslar hamısı bu fikirdədirlər ki, qazı mərkəzihakimiyyətin, yəni icra hakiminin və ali hərbi hakimin təzyiqi altında olmuşdur.Osmanlı şəriət qanunları tədqiq ediləndə insan təhlükəsizliyinin təminedildiyini, hüquqi təhlükəsizliyinin qorunduğunu göstərən bir çox qərarlarlaqarşılaşmaq mümkündür. Xüsusilə qanun sahəsində, Osmanlı rejimi insan haqlarınahörmətlə yanaşmışdır. Əbussüud əfəndi məruzəsində “Qudat-Məmalik-iMəhviyyə, müddəa əleyh məshəbinə müxalif hökümdən məmnunlardır” deyir 22 .Osmanlı dövlətində İslam hüququnun təsiri ilə xüsusi xarakterli məhkəmələrqurulmuşdur. Bunlardan ən başlıcası isə hüquqları pozulmuş insanlarınmüraciət etdiyi məzalim məhkəmələridir. Bu məhkəmələrə dövlət başçısı xüsusihakim təyin edirdi.Coulsana görə məzalim məhkəmələri alternatif bir mühakimə yeri olmuş,irq və qanunla mühakimə bir-birindən ayrılmış, ayrı-ayrılıqda aparılmışdır.Qazılar məscidlərdə məhkəmə qurmuş, məzalim məhkəmələri isə rəsmi dairələrdəhəyata keçirilmişdir 23 .Buna baxmayaraq Osmanlı adət hüququnun hakimiyyətə verdiyi qanunvericiliksəlahiyyəti çərçivəsində bir hüquqdur. İslam hüququndan kənar və yaona alternatif bir hüquq olmadığı haqında da fikirlər irəli sürülür.22 Ahmet Akkündüz, Şerriyye Sicilleri, C. I, İstanbul 1988-1989, s. 224.23 Fendoğlu, s.43.Journal of Qafqaz UniversityFall 2002, Number 10205

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. YlmazQadınla kişinin bərabərliyi məsələsinə aid təlimdə, Osmanlı dövlətindəümumiyyətlə qadının faktik vəziyyətinin hüquqi vəziyyətindən daha pis olduğu,qadının həyatla əlaqəsinin kəsildiyi, qadına ilk haqların 1917-ci ildə verildiyiniiddia edənlər vardır 24 .Halbuki, İslam hüququnun təsiri ilə qadına kişilərin mütəxəssis sayıldığıbir sıra vəzifələri tutmaq haqı verilmişdir. Hətta qadının siyasi vəzifələr tutabiləcəyi də qəbul edilirdi. Bəzən qadınların hüquqları olduqca məhdudlaşdırılsada belə hallar Osmanlı dövlətində çox geniş yayılmamışdı. Çünki OsmanlıTimar sistemi tədqiq ediləndə, qadınlara, hətta oğlu müsəlman olmuş qeyrimüsəlmanqadına da hərbi qulluqdan azad edilərək 1400-cü illərdə timarlarverildiyi aydın olur. Eyni şəkildə Osmanlı hüququnda qadına bir mülkiyyət hüquqununverildiyini, şəxsiyyət və əhliyyətinin oluduğunu görmək mümkündür.Qadın hər növ müqavilə bağlaya bilər, əmlak sahibi ola bilər, əmlakı haqındaistədiyi kimi sərəncam verə bilərdi. Qadının ərinin və ya atasının onun işinəqarışması mümkün deyildi. Deməli, bu məsələdə hüquqi tənzimləmələrlə praktikaarasında fərq yoxdur. Səriyyə dəftərləri tədqiq ediləndə ərinin icazəsiolmadan ev satın alan qadınlar barəsində məhkəmə qərarlarına rast gəlməkmümkündür 25 .Etniklərin hüquqları ilə əlaqədar olaraq Osmanlı dövlətində İslam hüququmüddəaları mənimsənmişdir. Müsəlman olan və olmayan vətəndaşlara qarşıedilən zülmlərin qarşısının alınması məqsədiylə mərkəzi hakimiyyət bir sırafərmanlar imzalamışdır.Osmanlı dövlətində 1856-cı ildə müsəlman olub – olmamasından asılıolmayaraq ayrı - seçkilik tamamilə aradan qaldırılmışdır. Osmanlı dövlətindəhüquqların tətbiq olunması sayəsində müsəlman olmayanların olanlardan daharahat yaşadıqları məlumdur. Çünki müsəlman olmayanlar, etniklər hərbi qulluğagetməmiş, sərbəst ticarət hüququ verilmiş, dini və mədəni sərbəstlik verilmişdir.Bu məsələ ən amansız Osmanlı tədqiqatçıları tərəfindən belə qəbul edilmişdir.1856-cı ildə cizyə vergisinin ləğv edilməsilə zahiri bərabərsizlik də aradanqaldırılmışdır. Etniklərin dini müəssisələri, siniflərin statusları, inzibati bölgüsü,vergiləri, yerli adət - ənənələri, hərbi rütbələri əsas etibarilə qorunmuşdur 26 . Buməsələ şüphəsiz ki, islam dininin ayrı-seçkiliyi rədd edən əsas prinsiplərindənirəli gəlir.Osmanlı dövlətində köləlik qurumu yalnız muharibə dövründə qanunisayılmışdır. Muharibədə əsir düşənlərdən başqa heç kim kölə sayılmamışdır.Hərbi əsirləri əvəzli və ya əvəzsiz azad etmə ya da oxuma, yazma öyrətməyinəvəzində azad edilmişlər.Kölələrin hüququnun qorunması üçün Osmanlı dövləti bir çox tədbirlərgörmüşdür. Yoxsul kölələrə xərclik təyin edildiyini göstərən məhkəmə qərarlarıolduğu kimi, kölə haqlarının pozulmasının qarşısını alan qanun 1851-ci ildəcinayət məcəlləsinə bir maddə olaraq salınmışdır. Beləliklə kölələrin yüksələrək24 Halil Cin, Tarih Boyunca Kadının Hukuki Statüsü, Konya 1999, s. 15.25 İstanbul Şer’iyye Sicilleri, Defter No 1, S.9, Hüküm No 57.26 Halil İnalcık, Fatih Devri Üzerinde Tetkikler Ve Vesikalar, C. I, Ankara 1987, s. 181.206Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak Mänasdövlətin idarə olunmasında sanballı yer tutduqlarını da görmək olardı. Xüsusiləsultanlar və saray adamları və hasəkilərin (sarayda cariyələr arasında seçilipqabağa çəkilənlər) əksəriyyəti cariyə kimi saraya gətirilənlərdən ibarət olduqlarıməlumdur 27 .İnsan hüquq və azadlıqları baxımından şura məclisi (qanunverici orqan)Osmanlı dövlətində padşah tərəfindən fərqli formada yaranmışdır. DivanıHümayun adlandırılan təşkilat Osmanlı dövlətində padşah tərəfindən “şuraməclisi” kimi qəbul edilmişdir. Divanı Hümayun Osmanlı dövlətinin siyasi,inzibati, məhkəmə, iqtisadi və hərbi məsələlər üzrə qərarlar çıxarılan bir qurumidi. Divanda qəbul edilən qərarlar padşaha yazılı olarak bildirilir. Padşah tərəfindəntəsdiqlənmişsə, xüsusi bir məsələ ilə əlaqədardırsa, müddəa bütün cəmiyyətləəlaqədardırsa qanunnamə, xəbərdarlıq xarakteri daşıyırsa ədalətnaməadlanır. Ədalətnamə adlanan qərarlardan əsas olanlar “mühimmə dəftərinə”qeyd olunur. Bundan başqa bu divan ali məhkəmə vəzifəsini də yerinə yetirir.Şikayəti olan hərkəs divana müraciət edə bilərdi. Bu divan qazı qərarlarınınkassasiya edildiyi məhkəmə vəzifəsini də yerinə yetirirdi 28 . Daha sonra bu divaniki yerə bölünmüş və “Şurayi dövlət” və “ Divani Əhkami Ədliyyə” qurulmuşdu.Bu qurumun insan haqlarının qorunmasındaki ən böyük səlahiyyəti hüquqlarıpozulmuş və yerli məhkəmələrdə haqlarını əldə edə bilməmiş vətəndaşlarınpozulmuş hüquqlarının bərpa edilməsi üçün ən üst məhkəmə kimifəaliyyət göstərməsi və şikayətlərə dövlətin ən yüksək səlahiyyətlərə malik olanməmurları tərəfindən baxılmasıdır.Osmanlı dövlətində insan hüquqlarının qorunması ilk öncə dövlət başçısınınvəzifəsidir. Bu islam hüququnun praktikada öz əksini tapan başlıca prinsiplərindənbiridir. Çünki dövlət başçısı olan padşah hüququ qorumalı, ədalətitəmin etməli, xalqın can, mal və şərəfinin hər cür təcavüzə qarşı müadafiəsinitəmin etməli, ölkədə yaşayan insanlar arasında ayrı - seçgilik etməməli, ictimaixidmətləri etibarlı insanlara tapşırmalı, məmurları həmişə nəzarət altında saxlamalıdır.Bunlar qanunlarla tənzimlənmişdir. Buna görə də bu vəzifələriniyerinə yetirməyən padşahlar hüquq çərçivəsindən kənara çıxmışlar.Osmanlı dövlətində dövlət başçısı ictimaiyyətin yararı üçün çalışmalıdır.Buna görə də onun toxunulmazlığı vardır. Gördüyü hər bir iş üçün məsuliyyətdaşıyır. Şəxsi və ya ölkəyə aid işləərə görə yalnız Şura Məclisi qarşısında deyil,xalq qarşısında da cavabdehdir. Ordu və alimlər də padşahın fəaliyyətini məhdudlaşdırır.Osmanlıda axilik, mövləvilik kimi təşkilatların da bəzən hakimiyyətüzərində təsirli olduğu müşahidə olunur. Hisbə qurumu da azadlıqların qorunmasındaöz rolunu oynamışdır.Osmanlı dövləti ədalət və ağıldan güc aldığı zaman böyümüş, insan hüquqlarınıqoruyanda, insan azadlıqları üçün çalışanda öz gələcəyini zəmanətaltına almışdır. Osmanlı dövlətində insan hüquqlarının tarixi inkişafına nəzərsalınsa, qədim Türk dövlət təfəkküründən çıxış edərək xüsusilə Səlcuqlu və27 Fendoğlu, a.g.e, s.63-64.28 Akgündüz, Osmanlı Kanunnameleri ve Hukuki Tahlilleri, İstanbul 1990, C.I, s. 209.Journal of Qafqaz UniversityFall 2002, Number 10207

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. YlmazAbbasi dövlət sisteminin qarışımından ibarət olan bir dövlət sistemi qurmuş vəislam dininin əsas prinsiplərini həyata keçirməyi qarşısına məqsəd qoymuşdur 29 .Bu dövrdə hüquqların inkişaf edən xətt üzrə getdiyi görünür. Bu məsələdəhətta bir xalq fəaliyyəti də gözə çarpırdı. Çünki qərbdəki kimi xalq iləhakimiyyət arasında bir çəkişmə və mənfəət davasından söz getmirdi. Dövlətəalternativ bir qurum olmadığına görə nə siniflər, nə də qruplar arasında mənfəətuğrunda mübarizə getməmişdir 30 .Tənzimatdan əvvəl Osmanlı vətəndaşlarının can və mal təhlükəsizliyininolmadığı, xalqın padşahın qulu olduğu, onun ağzından çıxan bir sözlə hüquqlarıntapdalana biləcəyi, kortəbii, tamamilə itaət etmək məcburiyyətində olduqlarıiddia edilir. Ancaq bunlar əsassız tənqiddən başqa bir şey deyildir. ÇünkiOsmanlı dövlətinin arxivində və bir çox məhkəmə qərarında dövlət başçısınınözünün mühakimə edildiyi və padşahın haqsız sayılaraq, hüquqları pozulmuşvətəndaşların haqlı çıxdıqlarını görmək mümkündür. Hətta hüquqları pozulanlaretniklər olsa belə bu dəyişmirdi.Şübhəsiz ki, dövlətin zəifləməsinə paralel olaraq hüquq sisteminin dəzəifləməsi və icraçıların hüquqa hörmətlərinin azalması və məhkəmə sistemininbir mexanizm kimi öz rolunu itirməsi səbəbilə bir sıra tədbirlər görməyə ehtiyacyaranmış və bunlar Tənzimat fərmanı ilə birlikdə gündəliyə çıxmışdır. Bu məsələdəxüsusilə dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılması və məhkəməningücləndirilməsinə üstünlük verilmişdir. Tənzimat Fərmanının 1839-cuildə elan edilməsilə Osmanlı Türklərinin ilk İnsan Haqları Bəyannaməsinin elanedildiyi bildirilir. Bu fərmanla xalqın can, mal, namus təhlükəsizliyi təmin ediləcək,vergi yığma metodu düzəldiləcək, müddətli hərbi qulluq tədbiq ediləcək,heç kəs aşkar və ya gizli öldürülməyəcək, cəzaları məhkəmələr müəyyən edəcək,müsadirə üsulu aradan qaldırılacaq, dövlət başçısı bu prinsiplərə qarşıçıxmayacaq, hər kəs yığıncaqlarda fikrini sərbəst söyləyə biləcəkdir 31 .Fərman hüquq və azadlıqların qorunması məqsədilə verilmişdir. Dünyadakapitalist fəlsəfəsinə görə can, mal və namus ən çox dəyər verilən anlayışlardır.Buna görə də mal və namusun qorunması dövlətdən asılılığın əsas amillərindənbiridir. Bu hüquqlar təbii hüquq təfəkkürünün də əsas prinsiplərini təşkil edir.Hər hansı bir ayrı-seçkilik edilmədən hərkəsə verilməlidir. Və bu da Tənzimatfərmanıyla hamıya verilmişdir 32 .Tənzimat fərmanı bir əmr kimi hamıya aid idi. Bu fərman bir “charter”(xartiya, nizamnamə) kimi qəbul edilirdi. Çünki ilk dəfə padşah öz istəyi iləsəlahiyyətlərini məhdudlaşdırmışdı. Dini etniklərə sərbəstlik verilmiş, hərbi vəmülki məktəblərin qapısı açılmışdı. Osmanlı dövlətində onların əmlak sahibi olabilmələri təmin edilmişdi.29 Katip Çelebi, Mizanül-Hakk Fi İhtiyari’l Ahakk, Haz: Orhan Şaik Gökyay, İstanbul 1972, S. 123-128.30 Şükrü Karatepe, Osmanlı Siyasi Kurumları, İstanbul 1989, s. 163.31 Osmanlı Arşivleri, Düstur I, Tertip, 1/ 4-7.32 Yavuz Abadan, Tanzimat Fermanının Tahlili, İstanbul 1940, S. 23.208Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasTənzimat və islahat fərmanları forma və hüquqi cəhətdən bir-birinəbənzəyir. 1856-cı il fərmanı ilə müsəlmanlarla qeyri-müsəlmanlar arasındakıayrı-seçkilik aradan qaldırılaraq məhkəmə məsələsində bir sıra yeniliklər gətirilmişdir.Bununla birlikdə bu fərmanlarla padşahı məhdudlaşdıran qüvvələr, yəniordu, alimlər və yerli hakimiyyət sistemləri ləğv edilmiş və onun yerinə hərhansı bir sistem yaradılmamışdır. Bunun nəticəsində də bır sıra boşluqlar ortayaçıxmışdır. Bu mənada bu fərmanlar bir islahat fərmanı deyil, yıxıb-dağıtmaqfərmanı olmuşdur 33 .Osmanlı dövlətində 1876-cı ildə Qanuni Əsasi avropa modelində, ancaqislam hüququna müvafiq hazırlanmışdır. Bu tənzimləmənin mənbəyi xalqdır.Qanunvericilik və icraetmə səlahiyyətləri bir əldə cəmlənmiş və padşaha verilmişdir.Hökümət məclis qarşısında məsuliyyət daşımır. Veto qoymaq sistemiyaradılmamışdır. Ancaq insan hüquqlarının Osmanlıda inkişafına təkan verənbir sənəd olduğu şüphəsizdir. Məhdud şəkildə də olsa insan hüquqlarının qorunmasıvə təminatı bu sənəddə yer almışdır.Bu Konstitusiyanın 9-26-cı maddələrində əsas hüquqlar tənzimlənmişdir.Tanınmış bütün dinlərə, ictimai asayişə və əxlaqa zidd olmamaq şərtilə sərbəstlikverilmişdir. Bu konstitusiyanın verdiyi hüquqlar, insanları çox maraqlandıranməhkəmə təminatı baxımından da heç də əhəmmiyyətsiz deyildir.1909-cu ildə Osmanlı dövləti demokratiyaya keçmiş və konstitusiyadaedilən dəyişikliklərlə hüquqlar daha da genişlənmişdir. Ancaq bu hüquqlarazadlıqları boğmuş və dövlətin parçalanıb dağılmasına səbəb olmuşdur. Bunagörə də, bu hüquqlar xalqa deyil, xarici təziqlər nəticəsində etniklərə verilmişdi.Tənzimatın əsas məqsədi xalqa daha artıq hüquqlar vermək deyil, demokratiyanınölçüsünün itirilməsi idi. 1856-cı il fərmanının məqsədi isə kapitalist qurumlarınOsmanlı dövlətinin ali qurum və quruluşlarının arasına sızmasına imkanvermək olmuşdu 34 .Tənzimat fərmanıyla verilən hüquqlar cəmiyyəti qabağa deyil, əksinəgeriyə aparmış, hakimiyyəti məhdudlaşdıran qurumlar yıxılmış və bürokratlarındiktatorluğuna keçilmişdir. Bu prosesslər də nəticədə qərb dövlətlərinin Osmanlıdövlətinə hakim olmasına gətirip çıxarmışdır.C. AZƏRBAYCAN MƏKANINDAAvropa xalqlarının mənəviyyatında, adət-ənənəsində, mentalitetində olanxüsusiyyətlərin bu gün açıq qapı siyasəti aparan Azərbaycanın çox qədim tarixəmalik, zəngin mədəniyyətinə daxil olmasında onların yerini və təsirini müəyyənləşdirməkzərurəti yaranmışdır 35 .Ədalətli cəmiyyət eşqi, bərabərlik, insanlar üçün azadlıq Azərbaycandahəmişə öz yerini tapmışdır. Yəni tarixdən əvvəlki dövrlərdə də insanlar hökmdarlardanümumi rifahın naminə cəmiyyətin idarə edilməsini gözləyirdi.33 Akgündüz, , Belgeler Gerçekleri Konuşuyor, , C. I , İzmir 1989, s. 15.34 Bülent Tanör, Osmanlı Devletinde Anayasal Gelişmeler, İstanbul 1982, S. 94.35 Tofiq Qəmbərov, `Şərqdə insan hüquqları amili`, Azərbaycanda Ombudsman Təsisatı, Bakı 2001, s. 46.Journal of Qafqaz UniversityFall 2002, Number 10209

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. YlmazNizami Gəncəvi “İsgəndərnamə’nin ikinci hissəsində “İqbalnamə’dəideal, xoşbəxt bir dövlət quruluşu, milli və dini mənsubiyyətə fərq qoymayan,bəşəriyyətə gətirəcək adil bir hökmdar obrazı yaratmaq niyyətində olmuşdur 36 .Əsərdə, İsgəndər şimal səfərində firavan həyat sürən bir ölkəyə çatır. Ütopiksosialist cəmiyyətinin ilk nümunəsi olan həmin ölkədə bütün insanlar bərabərhüquqludur, öz halal zəhmətləri ilə yaşayırlar.Ümumiyətlə, Nizaminin bütün əsərlərində şəxsiyyət azadlığı, insanın mənəviazadlığı tərənnüm edilmişdir. O, Azərbaycan cəmiyyətinin fikrini öz əsərlərindəortaya qoymuşdur. Nizami üçün şəxsiyyətin ən böyük meyarı insanlıqidi. İrqi, milli və dini ayrı-seçkiliği şiddətlə rəddetmişdir.Bir başqa elm adamı Xəqani Şirvani də öz azadlıqsevər baxışları ilə fərqlənmişdir.Xəqanini “Töhfət ül- İraqeyn” məsnəvisində sosial ədalət, yoxsul vəəzilənlər üçün bərabərlik məsələlərinə toxunmuşdur. Saray əhlinə məddahlaryazan müasirlərindən fərqli olaraq Xəqani şerlərində real həyata, özünün vəbaşqalarının ləyaqətinə hörmətlə yanaşan təbii insan hissiyatlarına müraciətetmişdir. O, zülmkar hökmdarlardan, gileylənmiş, nadanların yüksəkdə, ağıllı,zəhmətkeş insanların dəlalətdə olduğunu “Həbsiyyə” adlandırılan qəsidələrindəcəsarətlə söyləmişdir.Xəqaninin üsyankar və məğrur təbiəti, onun azadlığı tərənnüm edənşerləri hakim zümrənin və onun canfəşanlarının nifrətini oyada bilməzdi. XəqaniI Axsitanın əmri ilə həbs edilərək Şabran qalasına salınır. Şair həbsdən azadedildikdən sonra da ətrafında cərəyan edən hadisələri real surətdə əks etdirməyəçalışmış, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, “Xəlqani” olarak özünüadlandıraraq göstərmişdir.Həmin dövrdə, XII əsrdə Azərbaycan şəhərlərində sənətkarlar təşkilatlaryaratmışdılar. Ümumiyyətlə, əgər söhbət insan haqlarının qorunmasından, müdafiəsindəngedirsə, o zaman Azərbaycanın keçmişindən onlarca hərəkatı misalgöstərmək olar ki, əsasında məhz bu dəyəri müdafiə etmək durur. Bunlardanbiri axi təşkilatı olub. Təşkilatın hər bir üzvü -“əxi”- qardaş adlanırdı. NizamiGəncəvi əvvəllər bu təşkilata adi üzv, sonralar isə şeyx seçilmişdir. Əxiləremalatxana sahibləri, sələməçilərlə mübarizə aparır, öz təşkilatlarının ehtiyacıolan üzvləri üçün vəsait yığırdılar 37 .Şərqdə hələ erkən orta əsrlərdə meydana çıxmış əxi qardaşlıq təşkilatlarıxalq müdafiəçisi mənasına oxşarlıq baxımından nümunə ola bilər. Bu təşkilatlarTürkiyə, İran, Orta Aisya, xüsusi ilə, Kiçik Asiyada geniş yayılmışdır. Cəmiyyətdəinsanın haqlı iradını müdafiə və sübut etmək əxi təşkilatlarının əsas funksiyasıolmuşdur. Əxilər insanların hüququna hörmət etməyi və ehtiyacı olanlaramaddi yardım göstərməyi vacib sayırdılar. Bu ideologiya insanları dərisininrənginə, dilinə, peşəsinə, maddi vəziyyətinə və cəmiyyətdə tutduğu mövqeyinəgörə ayırmırdı.36 Nizami gencemi, İsqəndərnamə, Gənçlik, Bakı 2002, s. 565.37 Arzu Abdullayeva, Sacidə Əbdulvahabova, İnsan Hüquqları Müdafiyəsi Tarixindən, Bakı, 1999, s. 18.210Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak Mänasİnsan sevərlik əxiliyin söykəndiyi təməl köklərindən biridir. Bu hərəkatbir sinfin digər sinif, bir nəfərin digəri üzərində ağalığına qarşı çıxmış, bərabərhüquqluluğumüdafiə etmişdir. Əxilər hələ xilafət zamanında başlamış vəşəhər sənətkarları arasında özünümüdafiə təşkilatları yaratmaq istəyən “Fütüvvə”hərəkatını davam etdirmək vəzifəsini qarşılarına məqsəd qoymuşdular. Ədəbiyyatlardaqeyd edilir ki, əxiliyin məqsədi varlı ilə yoxsul, istehsalçı ilə istehlakçı,əmək ilə sərmayə, nəhayət, xalq ilə dövlət arasında sağlam əlaqələr quraraqsosial ədaləti həyata keçirmək olmuşdur. XVI əsrin əvvəllərində bu təşkilatınmahiyyəti haqında son dərəcə maraqlı xarakteristika qalmışdır. Bir ərəb səyyahıbu təşkilatı belə təsvir etmişdir: “Rum Türkləri ilə məskun olan bütün ölkələrdə,hər vilayətdə, hər şəhərdə, hər kəntdə bunlardan var. Bütün dünyada qərib vəyurdsuzlara bunlar qədər qayğılı olan, ac adamı doyuran, ehtiyacına köməkedən, zülmün qarşısını alan, zalım sərkərdələri və onların köməkçilərini cəzalandırmağahazır adam tapmaq mümkün deyil”. Bu sitatdan aydın görünür ki,əxilər öz ixtiyarlarından sui-istifadə edən hakimlərə, məmurlara qarşı mübarizəaparmış, insanların hüquqlarını müxtəlif yollarla müdafiə etmişlər. Daha sonrarast gəlinən maraqlı incəliklərdən biri də budur ki, əxi təşkilatlarının mövcudolduğu bəzi şəhərlərdə müstəsna hallarda əxi hakimlik də edə bilərdi.Qeyd etdiyimiz kimi, Yaxın və Orta Şərqdə mövcüd olmuş bu təşkilatların,həmçinin Azərbaycanda da mövcud olması istina edilmir. XIV-XV əsrlərdəAzərbaycanda möhkəm siyasi qüvvəyə çevrilmiş əxilər o qədər mütəşəkkilidilər ki, hətta sənətkarlara aid müxtəlif məsələləri birlikdə müzakirə etməküçün müəyyən tikililəri də olmuşdur. Qeyd edək ki, bu tikililərin qalıqları indidə Azərbaycanın müxtəlif ərazilərində, o cumlədən, Bakı ətrafında qalmaqdadır.Demək lazımdır ki, cəmiyyətin ədalətlə idarə olunması, insan haqlarınahörmət uğrunda təbliğat Azərbaycan ədəbiyyətında böyük ustalıqla yaradılmışəsərlərdə ən görkəmli yerlərdən birini tutur. XII əsrin böyük Azərbaycan şairiNizaminin yaradıcılığını ədalət, hümanistlik kimi insanpərvər hisslər izləyir.Bəzi ədəbiyyatlarda qeyd edilir ki, Nizami Gəncəvi də Gəncə əxi təşkilatlarınınüzvü olmuşdur. Göstərilir ki, öz əsərlərində haqsızlığı və ədalətsizliyi və bir çoxmənəvi taptalanmaları ittiham edən N.Gəncəviyə bu ruh müəyyən mənadaəxilərdən gəlmişdir. Nizami bu ruhdan çıxış edərək zülmə qarşı acımaq yox,bütün qüvvəni ona qarşı qoymağın vacibliyini həmişə təbliğ etmişdir. Əxilərləəlaqə Nizaminin bütün fəaliyyətində dərin iz buraxmışdır 38 .Müəyyən mənada xalq müdafiəçisi kimi anlaşılan ombudsman təsisatıŞərqin Türk xalqları üçün spesifikdir. Təsadüfü deyil ki, ombudsman təsisatınınkökü Şərqdə yaranmış, daha sonra qərbə keçmiş və orada imkişaf etdirilmişdir.Bu, Avropalıların özlərinin qəbul etdiyi bir məsələdir. Qeyd etmək lazımdır ki,bu ruh şərqin türk aləmində həmişə özünü biruzə vermişdir.38 Tofiq Qəmbərov, `Şərqdə insane hüquqları amili`, Azərbaycanda Ombudsman Təsisatı, Bakı 2001,s. 47-48.Journal of Qafqaz UniversityFall 2002, Number 10211

Ìnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak MänasR. YlmazNƏTİCƏÜmumdünya insan haqlarının kökü tarixdəki müxtəlif dini və mədəniənənələrə, siyasi hərəkatlara və dünyanın görkəmli mədəniyyətlərinə gəlib çıxır.Xüsusilə maarifçilik çağındaki ifadə ilə desək bir başkasına verilməsi mümkünolmayan “insan haqları” ya da “təbii haqlar” ümumdünya insan hüquqlarınınkökəni, tarixdəki fərqli dini və mədəni ənənələrə, siyasi hərəkətlərə və dünyanınməlum olan mədəniyyətlərinə qədər uzanır. Xüsusilə çiçəklənmə dövründəkimənasıyla başqasına dövr edilə bilməyən xüsusiyyətləri məlum “insan haqları”ya da “təbii haqlar” ideyasının və liberal-demokratik ənənənin formalaşdığı bugünkü tə’rifində ifadəsini tapmışdırQədim Türk dövlətlərində vətəndaşlara geniş hüquq və azadlıqlar verilmişdir.Bunun səbəbi Türk dövlətlərinin quruluşu ilə bağlı idi. Orta Asiyadaqurulan dövlətlərdə toplum bir qəbilə ya da ailənin yaratdığı cəmiyyət deyil,idarə edənlərlə əməkdaşlıq edən geniş xalq kütlələrinin fəaliyyətləri və iştirakiləhəyata keçirilən siyasi cəmiyyət idi. Hətta tarixi sənədlərdə dövləti quran vəxaqana uğur qazandıran ən başlıca amilin də millət olduğu qəbul edilir.Türklərdə bir başqa başlıca xüsusiyyət xaqanın hüquqdan asılılığıdır.Törəyə baxmadan törədilən özbaşına davranışlar zülm sayılır və bəyənilmirdi.Məsələn, Yusif Has Hacibin yazmış olduğu “Kutadğu Bilik” əsərində xaqanınzalım olmamasının vacibliyi xüsusilə göstərilir. Bütün bu haq və səlahiyyətlərinəsası isə törədir (adət-ənənələrdir). Türk dövlət törəsinə görə xalq pozulanhüquqlarını lazım olanda idarə edəndən tələb edib ala bilərdi.İslam dininin, İslam Hüququnun insan haqları məsələsinə həssaslığı, budiqqəti Türklərin İslamı qəbul etməsi ilə Türk cəmiyyətində öz əksini tapmışdır.Çünkü türk cəmiyyətinin ümumi xarakterik quruluşuna uyğun gələn bu anlayışxaqanların qanunlara uyğunlaşma və qanunlar əsasında idarə etmə prinsipinimöhkəmləndirərək tətbiq etmələrinə zəmin hazırlamışdır. Çünki türklər hüquqidövlət qavrayışı ilə, cəmiyyəti idarə etmişdir.ƏDƏBİYYAT– Abadan, Yavuz, Tanzimat Fermanının Tahlili, İstanbul 1940.– Abdullayeva, Arzu, Sacidə Əbdulvahabova, İnsan Hüquqları Müdafiyəsi Tarixindən,Bakı, 1999.– Akgündüz, Ahmet,, Belgeler Gerçekleri Konuşuyor, , C. I , İzmir 1989.– Akgündüz, Osmanlı Kanunnameleri ve Hukuki Tahlilleri, İstanbul 1990, C.I.– Akkündüz, Şerriyye Sicilleri, C. I, İstanbul 1988-1989.– Alptekin, Coşkun, “Selçuklularda İnsani Değerler ve Hukuk Türklerde İnsani Değerlerve İnsan Hakları, İstanbul, 1992– Arslan, M., Kutadgu Bilig’deki Toplum ve Devlet Anlayışı, İstanbul 1987.– Çandarlıoğlu, Gülçin, “Uygurlarda İnsani değerler ve Hukuk”, Türklerde İnsaniDeğerler Ve İnsan Hakları, İstanbul, 1992.– Cin, Halil, Tarih Boyunca Kadının Hukuki Statüsü, Konya 1999.212Journal of Qafqaz UniversityFall 2002, Number 10

R. YlmazÌnsan Hüquqlarnn Tarixi Türk Mäkanndak Mänas– Duben, Alan, İnsan Hakları ve Demokratikleşme,İstanbul: Əarld Akademisi,1994.– Fendoğlu, H.Tahsin, Hukuk Tarihimizde Temel Haklar, Konya: Mimoza 1994.– Genç , Reşad,“ Karahanlılarda İnsani Değerler ve Hukuk”, Türklerde İnsani Değerler veİnsan Hakları, İstanbul, 1992.– http://www.basbakanlik.gov.tr/yayinlar/insanhak5.htm– İnalcık, Halil, Fatih Devri Üzerinde Tetkikler Ve Vesikalar, C. I, Ankara 1987.– İstanbul Şer’iyye Sicilleri, Defter No 1, S.9, Hüküm No 57.– Kafesoğlu, İbrahim, Türk Milli Kültürü, Ankara 1997.– Karaman, Hayrettin, Türklerde İnsani Değerler ve İnsan Hakları, İstanbul, 1992.– Karatepe, Şükrü, Osmanlı Siyasi Kurumları, İstanbul 1989.– Katip Çelebi, Mizanül-Hakk Fi İhtiyari’l Ahakk, Haz: Orhan Şaik Gökyay, İstanbul1972.– Kili, Suna, 1876 Anayasasının Çağdaşlaşma Sorunları Açısından Değerlendirilmesi,İstanbul 1986.– Kutadgu Bilig, Beyit 2017,2033,2034,2036.– Mes’udi, Murucu’z – Zeheb, II, 7 ( alıntı: Yıldız, “ Hazarlarda İnsani Değerler VeHukuk”, Türklerde İnsani Değerler Ve İnsan Hakları, İstanbul, 1992”.– Miroğlu, İsmet, “Osmanlı Yönetiminde İnsana ve Hukuka Saygı”, Yeni Türkiye, C. 4,Mayıs-Haziran 1995.– Nizamü’l Mülk, Siyasətname, hzl: M.A. Köymen, İstanbul 1990.– Nizami Gencevi, İskəndərnamə, Gənçlik, Bakı 2002.– Öğel, B., Türk Kültürünün Gelişme Çağları, İstanbul 1972.– Ögel, Bahaaddin, Türk Kültürünün Gelişme Çağları, İstanbul 1988.– Osmanlı Arşivleri, Düstur I, Tertip, 1/ 4-7.– Qəmbərov, Tofiq, “Şərqdə insan hüquqları amili”, Azərbaycanda Ombudsman Təsisatı,Bakı 2001,– Salman, Hüseyin, “Türkiş ve Karluklarda İnsani Değerler”, Türklerde İnsani Değerlerve İnsan Hakları, İstanbul, 1992.– Şeşen, Ramazan, İslam Coğrafiyaçılarına gore Türkler ve Türk Ülkeleri, Ankara 1985,s. III.– Tanör, Bülent, Osmanlı Devletinde Anayasal Gelişmeler, İstanbul 1982..– Taşağıl, Ahmet, “Göktürkler’de İnsani Değerler Ve İnsan Hakları”, Türklerde İnsaniDeğerler ve İnsan Hakları, İstanbul, 1992.– Yıldız, H. Dursun, “Hazarlarda İnsani Değerler Ve Hukuk”, Türklerde İnsani DeğerlerVe İnsan Hakları, İstanbul, 1992.Journal of Qafqaz UniversityFall 2002, Number 10213

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!