14.07.2017 Views

SPORTSMAN-104IC

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

Şahzadə Abdullah

Bin Mosaad Bin Əbdüləziz

İslam Həmrəyliyi İdman

Federasiyasının prezidenti

Azərbaycan paytaxtında möhtəşəm

idman və dostluq bayramı başa

çatır. Bakı İslam ölkələrinin atletlərinə

bacarıqlarını nümayiş etdirmək,

dörd qitədən gəlmiş insanlara

birlik və anlaşma ruhunda qarşılıqlı

əlaqələri qeyd etmək məqsədilə gözəl

şəraiti təmin etdi.

Bu əlamətdar İslam Həmrəyliyi

Oyunları Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin rəhbərliyi

ilə, Birinci vitse-prezident və

“Bakı-2017”nin Təşkilat Komitəsinin

sədri xanım Mehriban Əliyevanın

və onun Azərbaycan İslam Həmrəyliyi

Oyunları Təşkilat Komitəsində

çalışan heyətinin fəaliyyəti sayəsində

qonaqpərvər ev sahibinin səyləri

ilə mümkün oldu. İslam Həmrəyliyi

İdman Federasiyası adından Bakı

sakinlərinə və Azərbaycan xalqına

göstərdikləri fədakarlığa və çox böyük

qonaqpərvərliyə görə təşəkkürümü

bildirmək istəyirəm. Biz sizi

2021-ci ildə İstanbulda keçiriləcək

Oyunlarda yenidən görməyi səmimiyyətlə

arzulayırıq.

Azad Rəhimov

Azərbaycan Respublikasının

Gənclər və İdman naziri,

İslam Həmrəyliyi Oyunları Əməliyyat

Komitəsinin baş icraçı direktoru

IV İslam Həmrəyliyi Oyunları İslam

ölkələrinin dostluğunu təcəssüm

etdirdi. Bu Oyunların həyəcan dolu

10 günü idman, bayram və dostluğun

təntənəsindən xəbər verir. “Bakı-

2017” Əməliyyat Komitəsinin işinin

başa çatmasına baxmayaraq, paytaxt

şəhərimizin dünyada beynəlxalq idman

və mədəniyyət mərkəzi kimi fəaliyyəti

davam edir. Biz Bakıda bu yay

keçiriləcək Formula-1 Azərbaycan

Qran-Pri turnirində, 2017-ci ildə qadınlar

arasında Avropa voleybol çempionatında

və 2020-ci ildə UEFA-nın

Avropa çempionatının dörddəbir final

oyunlarında və üç qrup qarşılaşmasında

bütün dünyanı yenidən salamlamağı

səmimiyyətlə arzulayırıq.

“Bakı-2017” IV İslam Həmrəyliyi

Oyunlarında iştirak edən bütün

idmançılar, missiya rəhbərləri İslamiadanın

təşkilindən məmnunluqlarını

bildiriblər. Qürur hissi ilə deyə bilərik

ki, IV İslam Həmrəyliyi Oyunları Rio

Olimpiadasından da yüksək səviyyədə

keçirildi. Azərbaycan IV İslam

Həmrəyliyi Oyunları ilə belə mötəbər

yarışlara yüksək səviyyədə ev sahibliyi

etməyə qadir olduğunu dünyaya

göstərə bildi.

спортсман № 104 / 2017

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!