14.07.2017 Views

SPORTSMAN-104IC

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları başa çatdı.

Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu

parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri,

idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni

qələbələr, yeni uğurlar arzulayıram.

Bizim idmançılar bu Oyunlarda

75 qızıl, 50 gümüş, 37 bürünc

medal qazanaraq komanda hesabında

birinci oldular. Bu, böyük

tarixi qələbədir. Nəzərə alsaq ki,

bu Oyunlarda 50-dən çox ölkə iştirak

edirdi və ölkələr ən peşəkar

idmançılarını bu Oyunlara göndərmişdilər,

əlbəttə, bu qələbənin

əhəmiyyəti artır. Əlbəttə, biz hamımız

yaxşı bilirik ki, bu qələbə

təsadüfi qələbə deyil. Çünki idmançılarımız

müxtəlif beynəlxalq

yarışlarda, dünya, Avropa çempionatlarında,

Olimpiya Oyunlarında

artıq öz güclərini göstərmişlər

və Azərbaycan dünya miqyasında

güclü idman dövləti kimi tanınır.

Bizim son nailiyyətlərimiz də

deməyə əsas verir ki, bu qələbə

təsadüfi qələbə deyil. Azərbaycan

idmançıları 2015-ci ildə Avropa

Oyunlarında 56 medal qazanmışlar

və komanda hesabında ikinci

yerə çıxa bilmişlər. Keçən il Yay

Olimpiya Oyunlarında medalların

sayı 18-ə çatdı. Bu, bizim Olimpiya

Oyunlarında iştirakımızın tarixində

ən böyük rəqəmdir və medalların

sayına görə Azərbaycan

14-cü, Avropa ölkələri arasında

7-ci, müsəlman ölkələri arasında

isə 1-ci yerdə idi. Yəni, bugünkü

qələbənin çox möhkəm təməli var

və bu, onu göstərir ki, Azərbaycan

idmanı inkişaf edir, Azərbaycan

dövləti inkişaf edir. Çünki ancaq

inkişaf etmiş ölkələrdə idman həm

dövlətə, həm xalqa böyük qələbə

gətirir. Biz idmançılarımızla fəxr

edirik. Mən bütün idmançılarımızı

bu böyük qələbə münasibətilə bir

daha ürəkdən təbrik edirəm, onlara

yeni uğurlar arzulayıram.

Bu günlər ərzində xarici qonaqlarla

təmaslar əsnasında çox

sevinirdim ki, elə bil hamı mənə

bir fikri çatdırmaq istəyirdi - hamı

böyük minnətdarlıq hissi ilə təşkilati

məsələlərin yüksək səviyyədə

və peşəkarlıqla həll olunduğunu

deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir.

Oyunların bu səviyyədə

keçirilməsi ölkəmizin gücünü, qüdrətini

göstərir. Göstərir ki, biz istənilən

beynəlxalq tədbiri ən yüksək

səviyyədə təşkil edə və eyni zamanda,

öz standartlarımızı da tətbiq

edə bilərik və bunu edirik. Avropa

Oyunları bundan sonra ancaq

Azərbaycan standartları əsasında

keçiriləcəkdir. Bilirəm ki, bu standartlara

çatmaq çətin olacaq.

Biz İslam Həmrəyliyi Oyunlarında

da yeni yanaşmanı ortaya

qoyduq, yeni standartlar tətbiq

etdik. Əlbəttə ki, bu, bizim qonaqlara

olan hörmətimizin əlamətidir,

məsuliyyətin təzahürüdür. Eyni

zamanda, bu, ümumiyyətlə, bizim

siyasətimizi göstərir. Çünki biz

istəyirik ki, Azərbaycanda hər bir

tədbir ən yüksək səviyyədə keçirilsin.

Ona görə də ölkəmiz inkişaf

edir, ona görə də Bakıya gələn

bütün xarici qonaqlar şəhərimizə

heyran qalırlar.

Eyni zamanda, Azərbaycan

müsəlman aləmini Qərb aləmi ilə

birləşdirən ölkədir. Təsəvvür edin,

iki il ərzində bir ölkədə, bir şəhərdə

Avropa və İslam Oyunları keçirilir.

Bu Oyunlarda 100-dən çox ölkə iştirak

edir. Heç bir başqa ölkə bax,

bu nailiyyətlə öyünə bilməz. Haqlı

olaraq fəxr edirik ki, biz bunu edə

bilmişik. Ölkəmiz həm Qərb dünyasında,

həm müsəlman aləmində

etibarlı tərəfdaş, dost və qüdrətli

dövlət kimi tanınır.

Bütün bu qələbələri bizə idmançılar

bəxş ediblər. Ona görə,

mən onları bir daha təbrik edirəm,

onları qucaqlayıram, bağrıma

basıram və onlara yeni qələbələr,

uğurlar arzulayıram.

спортсман № 104 / 2017

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!