14.07.2017 Views

SPORTSMAN-103IC

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

idman növləri

S P O R T S M A N

Ağır Atletika

İslam Həmrəyliyi Oyunlarında ağır

atletika yarışları, şübhəsiz ki, yarışmanın

getdiyi 5 gün ərzində çox böyük

diqqət cəlb edəcək. Ağır atletika

yarışlarında ağırlığın qaldırılmasının

iki növü var: sürət, müvazinət və

elastiklik tələb edən birdən qaldırma

və daha böyük güc tələb edən təkanla

qaldırma.

Ağır atletikada kişilər və qadınlar

hərəsi səkkiz çəki dərəcəsində mübarizə

aparır. Bu, qadınlarda 48, 53, 58,

63, 69, 75, 90 və +90 kq, kişilərdə isə

56, 62, 69, 77, 85, 94, 105 və +105 kq

çəki dərəcələridir. Qadın və kişilərin

çəki dərəcəsinin sayları 2017-ci ilin

yanvarın 1-dən bərabərləşib.

Ağır atletika yarışları Şüvəlan qəsəbəsində

yerləşən Ağır Atletika Akademiyasının

yarış zalında keçiriləcək.

Ağır atletika 1896-cı ildə Afinada keçirilmiş

ilk müasir Olimpiya Oyunlarında

təqdim edilib. Müasir ağır atletika

yarışlarında idmançılar birdən

və təkanla qaldırma hərəkətləri üzrə

yarışır və qaliblər iki hərəkətin cəmində

toplam nəticəyə uyğun olaraq

müəyyən edilir.

Atıcılıq

Dünya səviyyəli atıcılıq obyekti olan

Bakı Atıcılıq Mərkəzində yarışlar 5

gün sürəcək. Yarış iştirakçıları tapança,

tüfəng və hava tüfəngi kimi odlu

silahları əhatə edən fərdi və komanda

yarışlarında mübarizə aparmaq imkanına

sahib olacaq. Hədəfdən, məsafədən

və idman silahının növündən asılı

olaraq hər bir idman növü üzrə bir

neçə yarış keçiriləcək. Atıcılığın qədim

tarixi var. Atıcılıq üzrə ilk idman

klubları XIII əsrdə yaradılıb.

Bu idman növü silah-sursatların istehsalı

nəticəsində daha da inkişaf edib.

Rəhbər orqanlarının və atıcılıq assosiasiyalarının

qurulmasının da atıcılıq

idmanının inkişafında böyük rolu var.

Atıcılıq ilk dəfə Olimpiya Oyunları

proqramına 1896-cı ildə daxil edilib.

1904-cü ildə Sent-Luisdə və 1928-ci

ildə Amsterdamda keçirilmiş oyunlar

istisna olmaqla atıcılığa bütün Olimpiya

Oyunlarında yer verilib. Elektron

hədəflər 1992-ci ildə Barselonada keçirilmiş

oyunlarda sərrastlığın təkmilləşdirilməsi

məqsədi ilə təqdim olunub.

Faktlar və rəqəmlər

n

Kişilər arasında atıcılıq ilk dəfə

1896-cı ildə Afinada keçirilən

müasir Olimpiya Oyunlarına daxil

edildiyi təqdirdə, qadınlar arasında

atıcılıq yarışının oyunlar sırasına

n

daxil edilməsi 1984-cü il Los Anceles

Olimpiya Oyunlarına kimi

uzadıldı.

Atıcılıq üzrə Dünya Çempionatının

tüfəng, tapança və hava tüfəngi

üzrə final yarışları 2014-cü ilin 21-

28 oktyabr tarixlərində Azərbaycanın

Qəbələ şəhərində keçirilib.

Voleybol

Kristal Zalı Azərbaycanın ən məşhur

komanda idman növlərindən biri

olan voleybola ev sahibliyi edəcək.

11 günlük yarış zamanı müxtəlif millətləri

təmsil edən idmançılar kişi və

qadınlar üçün yarışlarda qızıl medal

uğrunda mübarizə aparacaq. Voleybol

təkcə havaya tullanmaqdan, topu oyuna

daxil etməkdən, hücum zərbəsindən

və ya topun yerə düşməməsi üçün

idmançıların gah topu cəld sıçrayışla

qaytarmalarından, gah da rəqib komanda

tərəfinə zərbə vurmaq üçün

tullanaraq tordan da yuxarı qalxmalarından

ibarət deyil.

1895-ci ildə Amerika Birləşmiş Ştatlarında

Gənclərin Xristian Birliyində

(YMCA) təlimatçı işləyən Vilyam Q.

Morqan basketbol, beysbol, tennis

və həndbolun elementlərini özündə

cəmləşdirən yeni bir oyun yaratdı. O

vaxtlar “mintonette” adlanan bu oyun

hazırda bütün dünyada voleybol kimi

tanınır. Bu gün voleybol dünyada ən

populyar və dinamik idman növlərindən

biridir və Avropa komandaları bu

növdə ən güclülər sırasındadır; 2014-

cü ilin kişilər arasında keçirilmiş

Dünya Çempionatında ilk beş yerdən

dördünü məhz bu qitədən olan komandalar

tutub.

Faktlar və rəqəmlər

n

Voleybolçular bir oyunda orta hesabla

300 dəfə tullanırlar.

n Kişilər arasında keçirilən oyunlarda

topun sürəti saatda 130 kilometrdən

artıq ola bilər.

n Torun hündürlüyü kişilər üçün 2,43

metr, qadınlar üçünsə 2,24 metr

olur.

n

Çimərlik voleybolunda da torun

hündürlüyü qadınlar üçün olan

hündürlüklə eynidir.

14 спортсман № 103 / 2017

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!