VOLEYBOL S P O R T S M A N RUSİYA VƏ İTALİYA VOLEYBOLÇULARININ QƏLƏBƏ SEVİNCİ Voleybolçu qızların mübarizəsində final görüşündə rusiyalı voleybolçular Rumıniya komandasına 3:1 (23:25, 25:16, 25:19 və 25:17) hesabı ilə qalib gələrək çempion olublar. Türkiyənin voleybolçu qızları isə İtaliya millisi üzərində 3:0 (25:23, 25:21, 25:23) hesablı qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar. 5-6-cı yerlər uğrunda görüşdə Belarus voleybolçuları Almaniya təmsilçilərini məğlub ediblər – 3:1 (25:17, 25:23, 21:25, 25:18). 7-8-ci yerlər uğrunda digər qarşılaşmada Ukraynanın voleybolçuları Bolqarıstan millisini məğlubiyyətə uğradıblar – 3:0 (25:18, 25:23, 25:21). Oğlanların yarışında final görüşündə Belçika komandasını məğlub edən İtaliya çempion olub. İtaliyalı voleybolçular hər üç setdə qələbə qazanaraq festivalın qızıl medallarına sahib çıxıblar - 25:21, 25:21 və 25:19. Rusiya komandası Belarusla qarşılaşmada 3:1 (21:25, 25:16, 25:17, 28:26) hesablı qələbə qazanaraq bürünc medalları hesabına yazdırıb. 5-6-cı yerlər uğrunda matçda Bolqarıstan voleybolçularını sınağa çəkən Çexiya 3:0 (25:22, 25:21, 25:16) hesabı ilə qələbə qazanıb. 7-8-ci yerlər uğrunda oyunda isə Almaniya millisi Azərbaycanın oğlanlardan ibarət voleybolçularına 3:1 (25:22, 34:32, 26:28, 25:20) hesabı ilə qalib gələrək, yarışları yeddinci pillədə başa vurub. Qeyd edək ki, festivalda həm qızların, həm də oğlanların voleybol yarışlarının hər birində səkkiz komanda iki qrupda mübarizə aparıb. Oğlanların yarışında A qrupunda Azərbaycan, Almaniya, Rusiya, Belarus, B qrupunda isə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları yer alıblar. Qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları olub. Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşanlar isə 5-8-ci yerlər uğrunda qarşılaşmalarda güclərini sınayıblar. Voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində və Azərbaycan Voleybol Mərkəzində keçirilib. 38 спортсман № <strong>119</strong> / 2019
S P O R T S M A N VOLEYBOL спортсман № <strong>119</strong> / 2019 39