25.08.2019 Views

SPORTSMAN-IC-119-SMALL

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ХƏBƏR VAR

S P O R T S M A N

“Zirvə-Astara” basketbol komandası qalib olub

“Zirvə-Astara” komandası

Beynəlxalq Basketbol Federasiyasının

(FIBA) təşkilatçılığı

ilə basketbol 3x3 üzrə dünya

turunda uğurla çıxış edib.

Basketbolçularımız Xorvatiya,

Polşa, Latviya, Belarus və İsveçrə

mərhələlərində qüvvələrini sınayırlar.

“Zirvə-Astara”nın heyətində Amil

Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams

və Marşal Obrian Mozes kimi

tanınmış basketbolçular yer alıblar.

Artıq “Zirvə-Astara” ilk böyük

qələbəsini qazanıb. İsveçrənin Sürix

şəhərində keçirilən “Atupri 3×3

Swiss Tour Final Zurich” yarışına

qatılan komandamız uğurlu çıxış

edib. Təmsilçimiz 6 görüşün hamısında

qələbə qazanaraq yarışın qalibi

olub.

“Zirvə-Astara” komandası “Giannis”i

13:12, “Fulda Basket”i 18:16

hesabı ilə məğlub edərək F qrupunda

birinci olub. Pley-off mərhələsində

əvvəlcə “Endgame”ni 20:12,

sonra “Noname”ni 15:6, ardınca

“Yakitori”ni 18:13 hesabı ilə məğlubiyyətə

uğradan basketbolçularımız

finalda “Fulda Basket”i yenidən

18:15 hesabı ilə məğlubiyyətə uğradaraq

bu turnirdə fəxri kürsünün ən

yüksək pilləsinə qalxıb.

Bununla yanaşı, oyunçumuz

Anar Hacıyev üç xal yarışmasında

qalib olub.

Olimpiya çempionu Nazim Hüseynovun 50 illik yubileyi qeyd olunub

Avqustun 2-də Azərbaycan

Cüdo Federasiyasında (ACF)

Olimpiya çempionu, milli komandamızın

məşqçisi Nazim Hüseynovla

görüş olub.

ACF-in baş katibi Elmar Babanlı

təcrübəli mütəxəssisi 50 yaşı tamam

olması münasibətilə federasiyanın

rəhbərliyi və ölkənin cüdo

ictimaiyyəti adından təbrik edib, ona

cansağlığı, Azərbaycan idmanının

inkişafında yeni nailiyyətlər arzulayıb.

Sonra yubilyara ACF-in xüsusi

hədiyyəsi təqdim edilib.

Nazim Hüseynov təbrikə və xoş

sözlərə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, 60 kq çəki dərəcəsində

yarışan Nazim Hüseynov

1992-ci ildə Barselonada Olimpiya

çempionu, həmin il Parisdə və 1993-

cü ildə Afinada isə Avropa çempionu

olub. Onun cüdo üzrə dünya çempionatlarında

ən yüksək nailiyyətləri

1991-ci ildə bürünc, 1993-cü ildə isə

gümüş medalları qazanmasıdır.

50 спортсман № 119 / 2019

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!