19.03.2015 Views

AQRAR BÖLMƏDƏ SƏMƏRƏLİLİYİN ... - Journal of Qafqaz University

AQRAR BÖLMƏDƏ SƏMƏRƏLİLİYİN ... - Journal of Qafqaz University

AQRAR BÖLMƏDƏ SƏMƏRƏLİLİYİN ... - Journal of Qafqaz University

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AQRAR BÖLMƏDƏ SƏMƏRƏLİLİYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİNƏ YENİ

BAXIŞ

Həzi EYNALOV

Qafqaz Universiteti

Bakı/AZƏRBAYCAN

eynalov@yahoo.com

XÜLASƏ

Sahibkarlığın inkişaf etdiyi indiki şəraitdə istehsal münasibətlərinin əsas amillərindən biri olan iqtisadi səmərəlilik

anlayışı hər zaman olduğu kimi bu gün də mühüm iqtisadi məsələlərdən biridir. Sovet dövründəki iqtisadi səmərəlilik

anlayışı ilə müasir dövürdəki anlayışda fərqliliklər vardır. Müasir dövürdə iqtisadi səmərəlilik göstəricilərində də müəyyən

dəyişikliklər olmuşdur. Bunun nəticəsində də bugünki səmərəlilik anlayışı müəyyən mənada dəyişmişdir. Bu məqalədə də

biz, aqrar bölmədə iqtisadi səmərəliliyi müasir dövrün şərtlərinə uyqun olaraq qiymətləndirəcəyik.

Açar Sözlər: Səmərəlilik, sahibkar, aqrar bölmə

A NEW LOOK AT DETERMINING EFFICIENCY IN AGRICULTURE

ABSTRACT

Economic productivity a is very important economic problem of all times, especially considering that it is a

main factor of productive relations, that characterize current business development. There are diffirences between the

Soviet and modern conceptions of economic productivity. The contemporary meaning of contents of productivity has

some differences. That is why the meaning of productivity has also changed. In this artricle, we value the economic

productivity of agriculture in respect of contemporary conditions.

Key Words: Productive, enterprising, agriculture

1. GİRİŞ

Yeni istehsal münasibətlərinin formalaşması iqtisadi səmərəliliyi aktual bir məsələ halına

gətirmişdir. İstehsalın “səmərəliliyi” mürəkkəb bir anlayışdır. Onun mahiyyəti müxtəlif yanaşma

formaları ilə izah edilir. Odur ki, iqtisadi ədəbiyyatlarda vahid fikir birliyi yoxdur. Bəzi iqtisadçı

alimlər səmərəliliyi istehsalin nəticələrinin çəkilmiş xərclərə nisbəti kimi xarakterizə edirlər [1].

Biz bu fikirlə razılaşmırıq. Ən yaxşı halda məsələyə birtərəfli, natamam yanaşma forması hesab

edirik.

Fikrimizcə, ölkədə sahibkarlığın inkişafı şəraitində aqrar bölmədə səmərəlilikdən danışarkən

onun təsərrüfatçılıq formaları, təşkilati, iqtisadi, ictimai və sosial aspektlərini əsas meyar kimi qəbul

etmək daha məqsədə uyğundur.

İstehsal edilmiş məhsulun məcmuunda təsərrüfat formalarının rolu və yerinin müəyyən

edilməsi, bir qayda olaraq, natural və dəyər göstəricilərinə xas olan üsul sayılır [2]. Belə yanaşma

üsulu müxtəlif təsərrüfat formaları tərəfindən istehsal edilən məhsulların miqdarını və dəyərini

müəyyənləşdirməyə, hər bir qrup təsərrüfatların xüsusi çəkisini müəyyən etməyə şərait yaradır.

Təsərrüfatçılıq formaları aspektində məhsul istehsalının səmərəliliyinin araşdırılması

əlverişli istehsal forma və mühitinin yaradılması, bu istiqamətdə ixtisaslaşdırma məsələlərinin

həllinə imkan verir. Müasir texnologiyaya cavab verə bilən istehsalçıların meydana çıxmasina

şərait yaranır. Təbii ehtiyatlardan və iqtisadi imkanlardan səmərəli istifadənin təmin edilməsi

konkret təsərrüfat formalarında daha əldə etmək mümkündür [1]. İstehsal nəticələrinin düzgün

qiymətləndirilməsi, yol verilmiş nöqsanların vaxtında aşkar edilməsi, onların operativ aradan

qaldırılması yalnız fərdi (şəxsi) mülkiyyətə əsaslanan təsərrüfat formalarında – sahibkarlıq

şəraitində səmərəlilik problemi özünün daha düzgün həllini tapır.

Məhsul istehsalı səmərəliliyinin təşkilati aspekti müvafiq istehsal sahələrində calışan

işcilərin bilik, bacarıq və istehsal vərdişlərindən bilavasitə asılı olur. Sahibkar özü və onun

məqsədinin icra olunmasında iştirak edən ailə üzvləri və cəlb edilmiş işcilərin bilik və istehsal

mədəniyyəti nə qədər təkmil olarsa bir o qədər səmərəli nəticələr əldə etmək mümkün olar.

Məhsul istehsalının izafi xərclərinin azaldılması, keyfiyyətinin artırılması, istehsal edilmiş

məhsuldan səmərəli istifadə edilməsi və satışının düzgün təşkili və s. istehsal, tədarük, satış

məsələlərinin lazımi səviyyədə təşkili sahibkarın və onun işcilərinin bilik və bacarıq səviyyəsinin

təkmilliyindən asılı olur [3]. Son nəticədə məhsulun və istehsalın səmərəli işləməsinə nail olunur.

Məhsul istehsalının iqtisadi səmərəlilik aspekti ayrı-ayrı növ məhsulların istehsalına çəkilən

xərclər, satış qiymətləri, rentabellik səviyyəsi və digər iqtisadi qiymətləndirmə xüsusiyyətlərini

özündə əks etdirir. Sahibkarın başlıca məqsədi mümkün qədər az xərc çəkmək müqabilində daha

çox və keyfiyyətli məhsul əldə etməkdən ibarətdir.

2. İQTSADİ SƏMƏRƏLİLİK AMİLLƏRİ

Hər bir konkret sahibkarın və bütövlükdə istehsal sahələrinin səmərəliliyinə təsir edən amilləri

iki qrupa bölmək olar: daxili və xarici amillər [4].

Daxili amillər sahibkarın fəaliyyətindən asılı olur. Bu amilləri də iki istiqamətdə qruplaşdıraraq

birbaşa və dolayısı yolla təsir edən amillərə bölmək olar.

Səmərəliliyə birbaşa təsir edən amillərə məhsulun kəmiyyət və keyfiyyəti, istehsal bazasının

səviyyəsi, mövcud texnologiyanın uyğunluğu, xammal və materiallardan istifadə imkanları daxildir.

Dolayısı təsir göstərən amillərə isə insan amili, istehsalın təşkili, iş üsulları, idarəetmə qaydalarını

daxıl etmək olar [3].

Təbiidir ki, bacarıqlı və ixtisaslı işçılərin məhsuldarlığı və istehsal etdiyi məhsulun

keyfiyyəti yüksək olduğundan yüksək istehlak dəyərinə də malik olur. İstehsalın düzgün təşkili

sahibkarın bütün istehsal bazasından, əmək və pul ehtiyatlarından səmərəli istifadə olunmasının

əsas şərtlərindən hesab edilir. Tətbiq edilən iş üsulları mütərəqqi texnoloji prinsiplərə uyğun

gəlməlidir. Nəhayət, idarəetmə amilləri məhsul istehsalı, istifadə olunması, bazar

münasibətlərinin uyğunlaşdırılması, istehsalın səmərəliliyini şərtləndirən daxili və xarici amillərin

tarazlaşdırılmış ahəngdarlığının təmin edilməsində mühüm rol oynayır.

Səmərəliliyə təsir edən xarici amilləri üç növə bölmək olar: quruluş islahatları, təbii

sərvətlər, hökumət və infrastruktur amilləri [5].

Quruluş islahatları əsasən iki qrupa bölünür: a) iqtisadi islahatlar, b) sosial və demoqrafik

dəyişikliklər.

Təbii sərvətlər amillərini torpaq, əmək (işçi qüvvəsi), enerji, xammal və material

ehtiyatlarının mövcudluğu baxımından təsnifləşdirilir.

Torpağın tərkibi və keyfiyyəti məhsul istehsalının həcminə və çəkilən xərclərin səviyyəsinə

bilavasitə təsir göstərir. Əmək ehtiyatlarının mövcudluğu, onların peşəkarlıq və təhsil

səviyyəsindən asılı olaraq sahibkarın işçilərinin keyfiyyət xüsusiyyətləri müəyyənləşdirilir. Enerji

təminatının səviyyəsindən asılı olaraq istehsalın təşkili imkanları üzə çıxır. Xammal və material

ehtiyatlarının zənginliyindən asılı olaraq istehsal xərclərinin dəyişmə meyilləri təzahür olunur.

Bazar sferasında xammal və material bolluğu qiymətlərə bilavasitə təsir göstərməklə sahibkarın

aralıq istehlak xərclərini azaltmaqla istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə bilavasitə

şərait yaradır.

Hökumət və infrastruktur amillərinə dövlətin daxili və xarici iqtisadi siyasəti, iqtisadi

qanunvericilik paketi, idarəetmə qurumları, infrastrukturlar və s. daxıl edilir. [5]

Hökumətin həyata keçirdiyi iqtisadi siyasət, strateji məqsədlərin icrası və ümummilli

proqramların həyata keçirilməsi istehsalın nəticələrinin səmərəlili-yinə böyük təsir göstərir.

Qiymətlərə nəzarət, istehsalın tənzimlənməsi, vergi siyasəti, pul-kredit siyasəti, xarici iqtisadi

əlaqələrin qurulması və tənzimlənməsi, gəlir və əmək haqqının səviyyəsinin tənzimlənməsi və s.

iqtisadi metodların tənzimləyicisi funksiyalarını dövlət və dövlət orqanları həyata keçirirlər [6].

Beləliklə səmərəliliyi təmin edən amillərin aşağıdakı sxem şəklində göstərmək olar [7].

Sahibkarın səmərəlilik amillərinin modeli

Sәmәrәlilik amillәrı

Daxili amillәr

Xarici amillәr

Birbaşa

tәsir edәn

Dolayısı yolla

tәsir edәn

Quruluş

islahatları

Tәbii amillәr

Hökumәt vә

infrastruktur

Mәhsul

istehsalı

İstehsal

bazasının

vәziyyәti

İstehsal

texnologiyası

İnsan amili

İstehsalın

tәşkili

sәviyyәsi

Tәtbiq

edilәn iş

üsulları

İqtisadi

islahatlar

Sosial

vә

demoqrafik

dәyişikliklәr

Torpaq

əmək

ehtiyatları

Enerji

ehtiyatları

Dövlətin

daxili və

xarici

siyasəti

Qanunlar

paketi

İdarәetmә

qurumları

Xammalmateriala

qәnaәt

İdarәetmә

forması

Xammal vә

material

ehtiyatları

İnfrastrukturlar

“Səmərəlilik” yalnız iqtisadi münasibətlərin nəticələrinin deyil, insan fəaliyyətinin bütün

sahələrinin qimətləndirilməsi üçün istifadə edilən anlayışdır. Ayrıca bir fəlsəfi kateqoriya kimi

istehsal prosesinin ayrı-ayrı sahələrinin nəticələrinin qiymətləndirilməsi meyarıdır. İqtisadi

nəzəriyyədə iqtisadi kateqoriya kimi qəbul edilir.

3. İQTİSADİ SƏMƏRƏLİLİK HAQQINDA MÜXTƏLİF FİKİRLƏR

İstehsal münasibətlərinin forması, inkişaf səviyyəsi, mülkiyyət forması və təsərrüfat

növündən asılı olmayaraq, səmərəlilik anlayışı, onun iqtisadi məzmunu və mahiyyətinin düzgün

müəyyən edilməsi daim tədqiqatçıları düşündürmüşdür. Bununla yanaşı, ədəbiyyatlarda iqtisadi

səmərəliliyin mahiyyətinin müəyyən edilməsinə birmənalı yanaşılmır [5]. Ziddiyətli fikirlər də

mövcuddur.

Tanınmış iqtisadçı alim L.İ.Abalkin hesab edir ki, səmərəlilik iqtisadi inkişaf prosesinin

nəticəsidir. Onun fikrincə, səmərəlilik alınan nəticələrin sərf edilən məsrəflərə və ehtiyatda

olanlara nisbətidir. Səmərəliliyin artması isə minimum səviyyədə məsrəflər müqabilində mümkün

qədər çox nəticələrə malik olmaq deməkdir. V.A.Tixonov səmərəliliyi iqtisadi kateqoriya kimi

qiymətləndirir və onun iqtisadi münasibətlər prosesinin nəticəsi kimi qəbul edilməsini təklif edir.

O, hesab edir ki, səmərəlilik istehsalın nəticələrini əks etdirir. Buradan da belə bir nəticə əldə

etmək mümkün olur ki, səmərəlilik məqsədə nail olmaq səviyyəsini müəyyən etmək üçün iqtisadi

bir vasitə və kateqoriyadır. Səmərəlilik iqtisadi nəticələri qiymətləndirmə meyarıdır.

Bəzi iqtisadçı alimlər, bir tərəfdən, səmərəlilik məvhumu altında Aqrar Sənaye Kompleksi

sisteminin məhsuldar qüvvələrinin və istehsal əlaqələrinin mütərəqqiliyini başa düşürlər [6].

Digər tərəfdən, aqrar - sənaye istehsalının effektliyinə məhsul istehsalı prosesində kompleksin

istehsal ehtiyatlarından istifadə səviyyəsinə təsir edən kateqoriya kimi baxılır. İstehsalın iqtisadi

səmərəliliyinin məzmununu istehsalın nəticələrinin məsrəflərə və ya resurslara nisbəti səmərəlilik

amili kimi izah edilir. Məhdud mənada istehsalın səmərəliliyinin yüksəldilməsinə ən az məsrəflə

eyni istehsal nəticəsində nail olunur. Başqa sözlə, eyni əmək müqabilində daha çox məhsul əldə

etmək, yaxud ən az əmək miqdarı ilə eyni səviyyədə və daha çox istehsal nəticəsinə nail

olmaqdan ibarətdir. Qərb iqtisadçıları arasında bu fikir iqtisadı inkişafın “4 faktoru” – xərclər 2

dəfə az və gəlirlər 2 dəfə çox prinsipi kimi formalaşmışdır. Kənd təsərrüfatında səmərəlilik

göstəriciləri bilavasitə istehsal vasitələri və əmək cismləri sərfindən, istehsal münasibətlərinin

formasından, kənd təsərrüfatına yararlı torpaqların keyfiyyəti və onlardan faktiki istifadə edilməsi

səviyyəsindən, müasir, mütərəqqi istehsal mədəniyyətindən, istehsal edilmiş məhsulların

keyfiyyətindən, onlardan səmərəli istifadə edilməsi və sair amillərdən asılı olur [8].

Araşdırmalar nəticəsində aydın olur ki, iqtisadçı alimlər arasında istehsalın səmərəliliyini

müəyyən edən göstəricilər barədə də birmənalı fikir formalaşmamışdır. Bəzi hallarda istehsalın

səmərəliliyi kateqoriyası ilə onu müəyyən edən göstəricilər arasında heç bir fərq qoyulmur,

onların məzmun və mahiyyəti eyniləşdirilir. Bəzi iqtisadçılar isə istehsal nəticələrinin

qiymətləndi-rilməsi meyarı ilə iqtisadi göstəricilər arasında oxşarlığın olmadığını iddia edirlər.

Bəzi iqtisadçılara görə, səmərəlili müəyyən edən göstəricilər sistemini genişləndirmək

məqsədəuyğun sayılır, digərləri isə, əksinə, göstəricilərin sayını mümkün qədər azaltmağı təklif

edirlər.

Tədqiqatçılar səmərəliliyi müəyyən edən göstəricilər barədə danışılarkən əmək

məhsuldarlığı, maya dəyəri, fond tutumu, material tutumu, rentabellik, mənfəət (xalis gəlir) və s.

göstəricilərə üstünlük verirlər. Beləliklə, biz səmərəlilik kateqoriyasını iqtisadi münasibətlər

nəticəsinin meyarı kimi qəbul edirik və onu iqtisadi göstəricilərdən ayrılıqda qəbul edilməsini

məqsədəuyğun sayırıq. Səmərəlilik bir və daha çox göstəricilər vasitəsilə xarakterizə edilir.

İctimai istehsalın səmərəliliyinə dair nəzəri fikirlərin inkişaf etdirilməsində V.S.Nemçinov,

V.V.Novojilov, L.V.Kantoroviç, S.Q.Strumilin və sair iqtisadçıların xidmətləri çoxdur. Kənd

təsərrüfatında səmərəliliyi, ictimai istehsal anlayışı kimi, bəzi iqtisadçılar 1 hektar torpaq

sahəsindən minimal xərclər müqabilində daha çox məhsul istehsalı ilə xarakterizə etməyi, digər

iqtisadçılar isə cəmiyyətin tələbatının ödənilməsi ilə yanaşı xalis məhsul alınmasının təmin

edilməsini səmərəlilik kimi qəbul edilməsini təklif edirlər. Üçüncü qrup iqtisadçılar isə əldə

edilmiş nəticələrin xərclərə nisbətini səmərəlilik sayırlar. Bəzi iqtisadçılar ictimai əmək

məhsuldarlığına görə səmərəliliyi müəyyən etməyi məqsədəuyğun sayır, bəziləri isə səmərəliliyi

əldə edilən gəlir, mənfəət, rentabellik səviyyəsinə görə müəyən etməyi tövsiyə edirlər [10].

Professor İ.Ş.Qarayevin fikrincə, istehsalın səmərəliliyi özünü texnoloji, iqtisadi və sosial

səmərəlilik formalarında göstərir. Aqrar bölmədə istehsalın texnoloji səmərəliliyi kənd təsərrüfatı

bitkilərinin və heyvandarlığın məhsuldarlığı, bitkiçilik və heyvandarlıq məhsullarının enerji

tutumu, müqayisəli qiymətlərlə kənd təsərrüfatının ümumi məhsulu, hər hektar yararlı torpağa, o

cümlədən əkin yerinə görə əsas heyvandarlıq məhsulları istehsalı, əlavə sərf olunmuş resursların

hər vahidi hesabı ilə müqayisəli qiymətlərlə ümumi məhsul istehsalının artımı və s. göstəricilər

vasitəsilə müəyyənləşdirilir.

O göstərir ki, iqtisadi səmərəlilik əsas növ kənd təsərrüfatı məhsullarının maya dəyəri, cari

qiymətlərlə ümumi məhsulun dəyəri, ümumi gəlir, mənfəət, bir hektar kənd təsərrüfatına yararlı

torpaq, bir hektar əkin yeri, bir nəfər orta illik işçi, bir manatlıq əsas istehsal fondları və cari istehsal

vasitələrinin hər bir vahidi hesabı ilə cari qiymətlərlə ümumi məhsulun dəyəri, ümumi gəlir və

mənfəət göstəriciləri ilə səciyyələndirilir. Sosial səmərəlilik bir nəfər orta illik işçi hesabı ilə

istehlak fondunun həcmi, real gəlirlərin səviyyəsi, əmək haqqının səviyyəsi, əhalinin demoqrafik

geniş təkrar göstəriciləri, bir nəfərin cari istehlakı, bir nəfər hesabı ilə satılmış məhsulun fiziki

həcmi, bir nəfər hesabı ilə pullu xidmətlərin həcmi, real gəlirlə minimum yaşayış zənbili arasındakı

nisbət və s. göstəricilərdən istifadə edilməsi təklif edir. Belə qeyri - müəyyənlik şəraitində

sahibkarın fəaliyyətinin iqtisadi səmərəliliyini müəyyən etmək üçün konkret təkliflər irəli sürülməsi

olduqca nəzəri və praktiki əhəmiyyət kəsb edir [6].

Biz iqtisadi münasibətlər sistemində, onun aqrar istehsal münasibətləri və heyvandarlıq

məhsulları istehsalı üzrə səmərəliliyin müəyyən edilməsinə dair bəzi iqtisadçıların nəzəri

müddəaları, tədqiqat zamanı yanaşma formaları barədə yuxarıda göstərib təhlil etdikdən sonra

belə qənaətə gəlmişik ki, onların əksəriyyəti və demək olar ki, hamısı ictimai istehsala əsaslanan

istehsal münasibətlərinə uyğun gələn iqtisadi nəzəriyə baxımından öz baxışlarını formalaşdırmış

və tədqiqatlarını aparmışlar [9]. Bu da hazırki iqtisadi münasibətlər şəraitinə prinsip etibarilə

uyğun gəlmir. Məsələn, sahibkarın işçi qüvvəsi əsasən öz ailə üzvlərindən ibarətdir və bu halda

onlara əmək haqqı ödənilmir. Onlar yalnız istehsal nəticəsində əldə edilmiş mənfəətin sahibi

olurlar. Yalnız cəlb edilmiş işçilərə əmək haqqı ödənilir. Buna uyğun olaraq müasir şəraitdə

ümumi nəzəri və tematik tədqiqatlar zamanı əmək haqqı əvəzində cəlb edilmiş işçilərin əmək

haqqından söhbət getməlidir.

Başqa bir prinsipial yenilik onunla xarakterizə edilir ki, müasir şəraitdə iqtisadi

münasibətin nəticələrinin qiymətrləndirilməsi zamanı, beynəlxalq standartlara əsaslanaraq, maya

dəyəri göstəricisinin əvəzində aralıq istehlak xərclərinin hesablanması zərurəti yaranmışdır. Maya

dəyərindən fərqli olaraq, aralıq istehlak xərcləri əmək haqqı xərclərini və amortizasiya

ayırmalarının dəyərini özündə əks etdirmir. Yəni aralıq istehlak xərcləri ictimai istehsal

münasibətlərinə uyğun olaraq formalaşmış iqtisadi nəzəriyədəki müstəqim xərcləri xarakterizə

edir. Buraya keçmiş əməyin dəyəri, yəni xammal-materialların dəyəri daxildir.

Yeni yaradılmış dəyər, ümumi daxili məhsul, onların bölgüsü və istifadəsi, mənfəətin

hesablanması metodikasının dəyişməsi və s. istehsalın səmərəliliyinin müəyyən edilməsinə yeni

iqtisadi fikirlərin meydana gəlməsini (yaradılmasını) obyektiv surətdə şərtləndirir [6].

Bəzi iqtisadçılar isə sahibkarın iqtisadi fəaliyyətinin üç əsas amilinə torpaq, əmək və

kapitalı daxil edir. Onun fəaliyyətinin investisiyadan (kapitaldan) bilavasitə asılı olduğunu

göstərir. Kapitalın mənbələrinə sahibkarın öz vəsaiti və kredit, subsidiya, ianələr (əvəzsiz

yardımlar) şəklində kənardan daxil olan (alınan) vəsaitləri, formalarına isə nağd pul vəsaitlərini,

əsas vəsaitlər (aktivlər), dövriyə vəsaitlərini (aktivləri) və qeyri-maddi aktivləri daxil edir.

İstehsalın səmərəliliyini müəyyən etmək üçün ilk növbədə istehsal nəticələrini düzgün

qiymətləndirməni təklif edir. Ona görə də, digər iqtisadçılardan fərqli olaraq, beynəlxalq

standartlara uyğun gələn istehsalçı qiymətlərindən istifadə etməyi məqsədəuyğun sayır. Daha

sonra aralıq istehlak xərclərinin düzgün hesablanması və bu məqsədlə də istehlakçı

qiymətlərindən istifadə olunması təklifi irəli sürülür. Bu iki göstərici arasındakı fərq yeni

yaradılmış əlavə dəyər kimi qəbul edilir. Daha sonra yeni yaradılmış əlavə dəyərin bölgüsü və

istifadəsinə dair yeni iqtisadi fikirlər irəli sürülür. Sahibkarın səmərəliliyinin təmin edilməsi

məqsədilə əmtəəlik məhsul göstəricisinə üstünlük verilir. Onun rentabellik səviyyəsinə təsiri

əhəmiyyəti açıqlanır. Rentabelliyin üç növünün: məhsulların rentabelliyi, istehsalın rentabelliyi

və təsərrüfatın rentabelliyinin hesablanması mümkünlüyü göstərilir. Onların hesablanmasına dair

metodika verilir. Fikrimizcə, sahibkarın fəaliyyətini qiymətləndirmək üçün 4 qrup göstəricilərdən

istifadə edilməlidir [8]:

a) İstehsal imkanlarını (ehtiyatlarını) xarakterizə edən göstəricilər: İşçilərin sayı, cəlb

edilən işçilərin sayı, kənd təsərrüfatına yararlı torpaqlar və onun tərkibi, əkin sahələri və tərkibi,

mal-qaranın sayı və tərkibi, istehsal tikililəri, dövriyə vəsaitlərinin tərkibi, təbii-iqlim şəraiti; su

və enerji təminatı;

b) İstehsalın səviyyəsini xarakterizə edən göstəricilər: Burada istehsal edilən məhsulların

miqdarı və dəyəri, onlardan istifadə edilməsinə dair məlumatlar, əmtəəlik məhsulun həcmi və s.

göstəricilər üzrə məlumatları daxil edirik;

c) Maliyə resursları və istifadəsini xarakterizə edən göstəricilər: Bu qrup göstəricilərə məhsul

istehsalına cəkilən xərclər, məhsul satışından əldə edilən pul vəsaiti, hesablaşmalar və s. pul-kredit

məsələlərini müəyyən edən göstəriciləri daxil edirik.

d) Səmərəliliyi xarakterizə edən göstəricilər: Səmərəlilik göstəricilərinə istehsal

ehtiyatlarına və istehsal xərcləri ilə müqayisədə istehsal olunmuş məhsulun miqdar və dəyər

göstəricilərini daxil etməyi təklif edirik.

Birinci üç qrup göstəricilər natural və dəyər ifadəsidə olmaqla mütləq və nisbi kəmiyyətlər

vasitəsilə öz obyektini xarakterizə edirlər. Onlar sahibkarın fəaliyyətinin qiymətləndirilməsinin

bütün istiqamətlərini (təşkilatı-texnoloji, iqtisadi, ictimai, sosial) müəyyən etmək üçün yardımçı

vasitələr sayılır. Dördüncü qrup göstəricilər isə səmərəliliyi müəyyən edən nisbi göstəriciləri

özündə əks etdirir. Bu qrup göstəricilər də natural və dəyər ifadəsində hesablana bilir. Belə

metodoloji yanaşmaya uyğun olaraq heyvandarlıqda səmərəliliyi müəyyən edən göstəriciləri

aşağıdakı kimi təsnifləşdirməyi məqsədəuyğun sayırıq:

İstehsal ehtiyatlarını xarakterizə edən göstəricilərə: kənd təsərrüfatına yararlı torpaq

sahəsi, əkinə yararlı torpaq sahəsi, biçənək və otlaqlar, yem bitkilərinin əkin sahəsi, yaylaq və

qışlaq sahələri, mövcud mal-qaranın və quşların sayı, ana mal-qaranın sayı, törədici mal-qaranın

sayı, işçi mal-qaranın sayı, heyvandarlıqda məşğul olan işçilərin sayı, cavan mal-qaranın sayı,

cəlb edilmiş muzdlu işçilərin sayı, habelə heyvandarlıq bina, qurğu, tikililərinin mövcudluğunu və

texniki təchizat səviyyəsini xarakterizə edən göstəricilər və s. daxil edilir [10].

İstehsalın səviyyəsini xarakterizə edən göstəricilərə: diri və kəsilmiş cəkidə ət istehsalı,

çəki artımı (bioloji ət istehsalı), süd istehsalı, yumurta istehsalı, yun istehsalı (qırxımı), bal

istehsalı, bala alımının mütləq göstəriciləri və s. əsas növ məhsullar istehsalını, habelə əlavə

məhsullar (gön-dəri, dırnaq, tük, mayalandırma-damazlıq işlərinin təşkili üçün müvafiq

məhsullar) istehsalı xarakterizə edən göstəricilər. aid edilir. Bu göstəricilər vasitəsilə ayrı-ayrı

mal-qara və quş növləri üzrə istehsal səviyyəsini xarakterizə edən natural (mütləq) məlumatlar

hazırlanır. Diri və kəsilmiş çəkidə ət istehsalı göstəriciləri ərzaq üçün son istehlaka yönəldilən və

əmtəəlik məhsul kimi istifadə edilən çəkiləri əks etdirir. Heyvandarlıqda çəki artımı (bioloji ət

istehsalı) göstəricisi isə müəyyən istehsal ilində yeni doğulmuş balaların çəkisini, habelə cavan

malın bəslənməsi və yetişdirilməsi nəticəsində əldə edilən çəki artımını xarakterizə edir və

bitməmiş istehsalın məhsulu hesab edilir. Kənd təsərrüfatı və onun heyvandarlıq sahəsi üzrə

ümumi məhsulun dəyərini hesablayarkən bitməmiş istehsalın məhsulu da nəzərə alınır. İstehsal

səviyyəsini xarakterizə edən göstəricilər üzrə məlumatlar həm natural və həm də dəyər ifadəsində

hesablanılır.

Bu qrup göstəricilər sırasına heyvandarlıq məhsullarından istifadəyə dair göstəriciləri də

daxil etməyi məqsədə uyğun sayırıq: təsərrüfatdaxili istifadələr, əmtəəlik məhsullar, zay və

tullantllar hesabına itirilmiş məhsullar, məhsul qalıqları və sair istifadə formaları və məhsul

hərəkətini xarakterizə edən göstəricilər.

İstehsal səviyyəsini xarakterizə edən göstəricilər üzrə məlumatlar həm natural və həm də

dəyər ifadəsində hesablanılır [11].

Maliyə resursları və istifadəsini xarakterizə edən göstəricilər istehsal ehtiyatlarını,

istehsal nəticələrini və onlardan istifadə edilməsini, istehsalın son nəticələrini qiymətləndirmək və

səmərəliliyi müəyyən etmək məqsədilə zəruri sayılan və dəyər ifadəsində hesablanan göstəriciləri

əhatə edir. Buraya sahibkarın nəqd pul ehtiyatları, istifadə etdiyi qısa müddətli və uzun müddətli

kreditlər, subsidiyalar, ianələr şəklində daxil olan vəsaitlər; əsas vəsaitlərin (aktivlərin), dövriyyə

vəsaitlərinin (aktivlərin) və qeyri-maddi aktivlərin dəyəri; istehsal edilmiş ümumi məhsulun

dəyəri, aralıq istehlak xərcləri, yeni yaradılmış əlavə dəyər, istehsala subsidiyalar, sərəncamda

qalan əlavə dəyər, istehsala vergilər, amortizasiya ayırmaları, cəlb edilmiş işçilərin əmək haqqı,

sahibkarın mənfəəti və digər göstəriciləri daxil etməyi məqsədəuyğun sayırıq.

Bu qrup göstəricilərə habelə heyvandarlıq məhsullarının istehsalçı və istehlakçı

qiymətlərini də daxil edirik.

İstehsalçı qiymətlərinin müəyyən edilməsini ayrı-ayrı növ heyvandarlıq məhsulları

satışından alınan puldan həmin məhsulun satışı hesabına alınmış əlavə dəyər vergisi və aksizlərin

dəyərini çıxdıqdan və subsidiya alınmışsa onda subsidiyanın dəyərini üstə gəldikdən sonra

satılmış məhsulun miqdarına nisbəti kimi qəbul edirik. Məsələn, süd məhsulunun istehsalçı

qiymətini aşağıdakı riyazi ifadə üzrə hesablanır:

P istehsalçı = (G-(ƏDV + AV) + S) / Q [1]

burada P istehsalçı məhsulun satış qiymətini (istehsalçı qiymətini), G- məhsul satışından daxil olan

pulun məbləğini, ƏDV- məhsul satışına görə alınmış əlavə dəyər vergisinin məbləğini, AVməhsul

satışı hesabına alınmış aksiz vergisinin məbləğini, S- həmin məhsulun satışına görə

alınmış subsidiyanın məbləğini, Q isə satılmış məhsulun miqdarını göstərir.

İstehlakçı qiyməti isə alınmış məhsul üçün ödənilən puldan həmin məhsulun alınması ilə

əlaqəli ödənilən əlavə dəyər vergisi və aksiz vergisinin məbləqini çıxdıqdan və məhsulun

daşınmasna çəkilən xərcləri (yükləmə-boşaltma və nəqliyyat xərclərini) üstə gəldikdən sonra

alınan məbləğin alınmış məhsulun miqdarına nisbəti kimi aşağıdakı riyazi ifadə ilə hesablanır:

P istehlakçı = (Ö-(ƏDV + AV) + NX) / Q [2]

burada Ö-alınmış məhsul üçün ödənilən pulun məbləği, NX-nəqliyyat daşıma xərclərinin dəyərini

əks etdirir.

Səmərəliliyi xarakterizə edən göstəricilərə istehsalın nəticələrinin istehsal ehtiyatlarına

və aralıq istehlak xərclərinə nisbətini xarakterizə edən nisbi göstəricilərin daxil edilməsini təkilf

edirik. Bizim fikrimizcə, səmərəliliyi xarakterizə edən göstəri istehsal-texnoloji, iqtisadi, ictimai,

sosial göstəricilər sistemi kimi təsnifləşdirmək olar.

İstehsal-texnoloji göstəricilərə mövcud ehtiyatlardan istifadənin səmərəliliyini xarakterizə

edən göstəricilər daxil edilir: 100 hektar kənd təsərrüfatına yararlı torpaq, əkin sahəsi və ya otlaq

və biçənəklərə görə heyvandarlıq məhsulları istehsalı; hər baş mal-qara və quş hesabı ilə məhsul

istehsalı, bala alınması; bir nəfər işçiyə görə məhsul istehsalı; əsas istehsal fondlarının hər

manatına görə məhsul istehsalının dəyəri və s.

Səmərəliliyin müəyyən edilməsinin iqtisadi göstəricilərinə istehsal xərcləri müqabilində

yaradılmış yeni dəyərin (ümumi daxili məhsulun) səviyyəsini xarakterizə edən göstəriciləri daxil

etməyi təklif edirik. Bura aiddir ayrı-ayrı növ heyvandarlıq məhsulları üzrə 1 manat aralıq

istehlak xərclərinə (müstəqim xərclərə) görə yeni yaradılmış əlavə dəyərin (ümumi daxili

məhsulun) məbləği, istehsalçı qiymətlərilə istehlakçı qiymətləri arasındakı mütənasiblik,

rentabellik səviyyəsini xarakterizə edən və s. göstəricilər [9].

İqtisadi ədəbiyyatlarda rentabelliyin hesablanmasının üç forması göstərilir: məhsulun

rentabelliyi, istehsalın rentabelliyi və təsərrüfatın rentabelliyi. Biz bü təkliflə razılaşmağı

məqsədəuyğun sayaraq heyvandarlıq məhsulları istehsalının səmərəliliyinin öyrənilməsində

onlardan istifadə etməyi zəruri sayırıq.

Beləliklə hər növ heyvandarlıq məhsulunun səmərəliliyini müəyyən etmək üşün aşağıdakı

riyazi ifadədən istifadə etməyi məqsədə uyğun hesab edirik:

r məhsul = p məhsul / z məhsul * 100, [3]

burada “r”- hər hansı bir məhsulun (ət, süd, yumurta, yun, bal və s.) rentabellik səviyyəsini, “p” -

həmin məhsulun vahidinin dəyəri (əsas istehsal qiyməti), “z” isə həmin məhsulun vahidinə düşən

aralıq istehlak xərclərini xarakterizə edir. Hesablamanın nəticəsini faizlə ifadə etmək üçün 100-ə

vurulur.

Heyvandarlıq sahəsinin rentabelliyini hesablamaq üçün aqreqat indekslər metodundan

istifadə etməklə aşağıdakı riyazi ifadədən istifadə etmək olar:

n

n

R heyvandarlıq = ∑ (p*q)-(q*z) : ∑ p*q * 100, [4]

1 1

urada “p” məhsulun vahidinin dəyərini, “q” həmin məhsulum miqdarını, “z” isə məhsul vahidinə

çəkilən aralıq istehlak xərclərini, “n” məhsul çeşidinin sayını əks etdirir.

Bunlardan başqa, sırf heyvandarlıqla məşğul olan sahibkarlar üzrə təsərrüfatın

rentabelliyini hesablamaq olar. Bu zaman aşağıdakı riyazi ifadədən istifadə etmək mümkündür.

R təsərrüfat = (İM+AİM) / (ƏA+DA) * 100, [5]

burada İM- istehsaldan əldə edilən mənfəəti, AİM- aktivlərin icarəyə verilməsindən əldə olunan

mənfəəti, ƏA- uzunmüddətli aktivlərin dəyərini, DA – dövriyə aktivlərinin dəyərini xarakterizə

edir.

Sahibkarın mənfəətini isə aşağıdakı metodika üzrə hesablamaq olar:

M = (İD+AİM+İS) – (AİX+İV+AA+MİƏ), [6]

burada M – sahibkarın mənfəətinin məbləğini, İD-istehsal edilmiş məhsulların dəyərini, AİMaktivlərin

icarəyə verilməsindən əldə edilən mənfəəti, AİX- aralıq istehlak xərclərinin məbləğıni

(müstəqim xərcləri), İV – istehsala vergilərin dəyərini, AA - əsas vəsaitlərin amortizasiyası

hesabına ayırmaların dəyərini, MİƏ – cəlb edilmiş muzdlu işçilərə ödənilən əmək haqqının dəyərini

xarakterizə edir. Sahibkarın əldə etdiyi qazanc isə onun mənfəətinin məbləği ilə xarakterizə edilir.

Mənfəətin məbləği nə qədər çox olarsa sahibkarın ailəsinin firavan həyat tərzi bir o qədər

yaxşılaşmış olur, yığımlara yönəldilən vəsaiti ilbəil artar, istehsalı inkişaf etdirmək, geniş təkrar

istehsalı dinamik davam etdirmək, cəmiyyətin tələbatının ödənilməsinə, ərzaq təhlükəsizlik

məsələlərinin həllinə nail olmaq asanlaşır [11].

Səmərəliliyin ictimailiyini xarakterizə edən göstəricilərə əmtəəlik məhsulun xüsusi çəkisi,

ölkənin heyvandarlıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi əmsalı (çəkisi)

və s. göstəriciləri daxil etmək olar. Ayrı-ayrı məhsul növü üzrə və ya heyvandarlıq məhsulları

istehsalı ilə məşğul olan müəyyən sayda sahibkarın fəaliyyəti mənfəətlə başa vurulsa da ölkənin

heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsində idxalın rolu yüksəkdirsə, ümumən ölkənin

heyvandarlığının inkişaf etdirilməsi səmərəliliyindən danışmağa dəyməz. Milli sahibkarların

ölkənin tələbatının ödənilməsində tutduğu xüsusi çəkinin üstünlüyü və getdikcə artma xüsusiyətinə

malik olması, heyvandarlıq məhsullarının ölkədən ixrac olunması səviyyəsi və getdikcə artırılması

meyilləri heyvandarlığın ictimai səmərəliliyini tərənnüm etdirən göstəricilər sayılır.

Hər bir sahibkarın məhsul istehsalının tərkibində əmtəəlik məhsulum xüsusi çəkisi nə qədər

çox olarsa, bir tərəfdən, onun əldə etdiyi mənfəət bir o qədər artar, digər tərəfdən isə, cəmiyyətin

tələbatının ödənilməsində sahibkarın fəallığı artar.

Sahibkarın əmtəəlik məhsulunun çəkisi belə hesablana bilər:

Ə əmtəəlik = SM (miqdarı və ya dəyəri) / İM (miqdarı və ya dəyəri) *100

burada SM – satılmış məhsulun kəmiyyətini, İM – isə istehsal edilmiş bütün məhsulun

kəmiyyətini xarakterizə edir.

Sahibkarın fəaliyyətinin səmərəliliyinin sosial xüsusiyyətlərini xarakterizə edən

göstəricilərə işçilərinin tərkibində cəlb edilmiş muzdlu işçilərin xüsusi çəkisi və onların orta aylıq

əmək haqqının səviyyəsi, sahibkarın (ailə üzvləri ilə birlikdə) adambaşına mənfəətinin (gəlirinin)

səviyyəsi, tibbi və sosial sığortaya ödənişlərin səviyyəsi və s. göstəriciləri daxil etmək olar.

4. NƏTİCƏ

Bütün yuxarıda deyilənləri diqqətə alaraq bütünlükdə aqrar sahədə və onun əhəmiyyətli bir

yarım sahəsi olan heyvandarlıqda iqtisadi səmərəliliyi artırmaq üçün aşağıdaki tədbirlərin həyata

keçirilməsi məqsədəuyğun sayılmaqdadır.

• Heyvandarlıq məhsulları istehsalının səmərəliliyini xarakterizə edən xüsusiyyətləri

təsərrüfat formaları, təşkilati, iqtisadi, ictimai və sosial aspetlər üzrə xarakterizə etmək

məqsədə uyğundur;

• Məhsul istehsalının səmərəliliyi təbii-iqlim şəraitindən bilavasitə asılı olur. Odur ki,

məsələnin tədqiqatı zamanı regional müqayisə metodu ilə təhlil işlərinin aparılması

əhəmiyyətli və zəruridir;

• Kənd təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin təmin edilməsində

ixtisaslaşmanın mühüm əhəmiyyəti vardır;

• İstehsalın təşkili və iqtisadi münasibətlərin yerinə yetirilməsində iştirak edən işçilərin bilik

və bacarığının artırılması iqtisadi səmərəliliyi təmin edən əsas şərtlərdəndir;

• İqtisadi səmərəliliyin təmin edilməsi iqtisadi münasibətlərin nəticələrinin düzgün

qiymətəndirilməsi, istehsal edilmiş məhsulun istehlak dəyərinin, satış qiymətinin, aralıq

istehlak xərclərinin, yeni yaradılmış dəyərin, ondan düzgün istifadə olunması və s. iqtisadi

münasibət formalarını səciyələndirən və tamamlayan digər göstəricilər üzrə xarakterizəsi

nəticəsində mümkün olur.

ƏDƏBİYYAT

[1] Zeynallı.Ə.T., Sahibkarın maliyyə fəaliyyətinin təhlili və qiymətləndirilməsi, “İqtisadiyyat və audit” ayliq

elmi-praktik jurnal, N 7(25), 2002

[2] Abalkin L.İ., Sürətləndirmə xətti ilə, Bakı, Azərnəşr, 1987

[3] “Faktor 4” Respublika elmi-təcrübi konfransın məruzələri, Bakı, 2001

[4] Qarayev, A.İ., Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye kompleksinin inkişafı və onun

səmərəliliyinin yüksəldilməsində maliyə münasibətlərinin rolu” mövzusunda dissertasiya işi, Bakı, 1999

[5] Verdiyev Ə.Ç., Qarayev İ.Ş., Aqraq bazarın formalaşmasının iqtisadi problemləri, Bakı, 2000

[6] Məmmədov, A.I., Kənd Təsərrüfatı iqtisadiyyatı, Bakı, 1992

[7] Prokopenko J., Səmərəliliyin idarəolunması, Ankara, 1995

[8] Məmmədov, R.F., Kənd Təsərrüfatı istehsalının ıxtısaslaşdırılması və səmərəliliyi, Bakı, 1986

[9] Verdiyev Ə.Ç., Hacıyev Y.M., Maldarlıqda icarə podratı, Bakı, 1991

[10] Xurşudov Ş., bazar münasibətlərinə geçid şəraitind aqrosanaye istehsalının iqtisadi səmərəliliyinin yolları,

Bakı, 1998

[11] Hüseynov V. Özəl Kənd Təsərrüfatı müəssəsələrində istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları,

Bakı, 2001

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!