04.01.2018 Views

122_80_m

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Company

Hüqo Barra (Hugo Barra)

Zelandiya, Böyük Britaniya və ABŞ-dakı

iri alverçilər həvəslə alırdı. Lakin bu

smartfonların Çindən rəsmi ixracatı

yalnız bir müddət sonra başladı. 2012-ci

ildə şirkətin dəyəri 1 milyard dolları

ötüb keçdi. O zaman Ley Dzün başda

olmaqla Xiaomi rəhbərləri bazarın bütün

seqmentlərinə daxil olmaq qərarına

gəldilər. MiJia ekosistemin yaradılması

məhz belə başladı.

2013-cü ildə şirkətin vitse-prezident

vəzifəsinə Hüqo Barra gətirildi.

Daha əvvəl o, Goggle-da, Android

bölməsinin mətbuat ataşesi vəzifəsində

5 il işləmişdi. Barra Google şirkətini

Sergey Brin ilə onun arasında yaranan

gərgin münasibətlər üzündən tərk

etməli olmuşdu. Gərginliyin səbəbi isə

Barranın şirkətə gətirdiyi və bundan

sonra Brinin həddindən çox diqqətinə

məruz qalan rəfiqəsi idi. Xiaominin

inkişaf sıçrayışını bir çoxları elə məhz

Hüqonun bura gəlməsi ilə bağlayırlar.

Barranın şirkətdəki bir çox prosesləri

öz şəxsi nəzarəti altına alması smartfon

dünyasında bir növ inqilaba və Çin

keyfiyyəti haqqındakı mənfi stereotipin

dağılmasına gətirib çıxartdı. Bir az irəli

gedərək onu da qeyd edək ki, 2017-ci

ildə Barra şirkəti tərk edib Feysbuka

keçdi.

2013-cü il sentyabr ayının 5-də

Xiaominin baş direktoru Ley Dzün

Android platformalı, 3D interfeysli 47”

Smart TV haqqında ilk bəyanat verdi.

Televizor Tayvanın Wistron Corporation

tərəfindən istehsal olacaqdı. Bu şirkətin

istehsalçı olaraq seçilməsi onun daha

əvvəllər Sony ilə birgə işləməsi ilə izah

olunurdu. Elə həmin gün Xiaomi Mi3

smartfonu da elan olundu. Həmin

model üçün Adreno 330 qrafikalı, 2 Gb

əməliyyat və 16/64 Gb quraşdırılmış

yaddaşlı, 3050 мА/s-lıq batareyalı 2,3

GHz-lik Snapdragon 800 prosessor

nəzərdə tutulmuşdu. 5 düymlük,

FullHD displeyi isə ayrıca qeyd etməyə

dəyər. Satışlar elə həmin il, oktyabr

ayında başladı və sadəcə ilk 3 dəqiqə

50 /12/2017

ərzində tam 200000 smartfon satıldı!

Ümumilikdə isə 2013-cü ilin sonunda

18,7 milyon, 2014-cü ilin əvvəlində isə

daha 26,1 milyon smartfon satıldı.

2014-cü ildə Xiaomi öz biznesini Çinin

xaricinə çıxaracağı barədə bəyanat verdi

və ilk xarici ölkə Sinqapur oldu. Bunun

üçün məhsulların xarici bazarlarda

satışını və ümumilikdə Xiaomi şirkətinin

xaricdəki fəaliyyətini nəzarət altında

tutan xüsusi bölmə yaradıldı. Satışlara

2014-cü ilin mart ayında start verildi.

Sinqapurun ardından Malayziya,

Filippin və Hindistan gəldi,

sonra isə İndoneziya,

Tailand, Rusiya, Türkiyə,

Braziliya və Meksika

bazarları hədəf alındı.

Həmin il mart ayının

17-də RedMi Note

fableti təqdim olundu. Bu qurğu 1 Gb

əməliyyat, 8 Gb quraşdırılmış yaddaşlı,

və 2 Gb əməliyyat, 16 Gb quraşdırılmış

yaddaşlı versiyalarda istehsal olunurdu.

IDC şirkətinin məlumatlarına görə,

2014-cü ildə Xiaomi ən iri smartfon

istehsalçıları reytinqində 3-cü yeri tuta

bildi. 2014-cü ilin digər əlamətdar

hadisələri arasında mi.com domeninin

3,6 milyon dollar kimi rekord qiymətə

alışı qeyd etmək olar. Eyni ildə şirkət

bəyan etdi ki, özünə məxsus olan

televiziya məzmununun yaradılmasına 1

milyard dollarlıq sərmayə ayırır.

2015-ci ildə Xiaomi həm Hindistanın

iki ən iri elektron ticarət saytında, həm

də adi mağazalarda məhsullarını satışa

çıxartmağa başları. Aprelin 24-də

Ley Dzün və Hüqo Barra Xiaomi Mi4i

modelini anons etdilər. Bu model

şirkət tərəfindən Çindən əvvəl bir xarici

ölkədə - Hindistanda satışa çıxarılan

ilk smartfon oldu. Yeni smartfonla

enyi vaxtda Mi Band fitnes trekeri də

anons edildi. 2015-ci il iyunun 30-da

şirkət artıq Braziliyada istehsal xəttini

işə saldı. Burada RedMi 2 smartfonu

istehsal olunmağa başladı. Başqa

sözlə, şirkətin tarixində ilk dəfə

smartfonların istehsalı Çin

xaricində, satışları isə

Asiyada deyil, başqa

coğrafiyada həyata

keçirilməyə başladı.

Bu, Xiaominin

qlobal miqyaslı

planlarından

xəbər verirdi.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!