04.01.2018 Views

122_80_m

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Games / Need for Speed

Hadisələr Fortuna-Velli

yeraltı dünyasında

cərəyan edir. Üç

qəhrəman burada

güclərini birləşdirib

kriminal dairələrdə

məşhurlaşan və qumarxanaları,

cinayətkarları, hətta polisləri özünə tabe

edən karteldən intiqam almalıdır. Bu

oyunda əvvəlkilərdən də gözəl və güclü,

unikal maşınlar yaratmaq mümkün

olacaq. Möhtəşəm, olduqca görkəmli

binalarla, əsl avtomobil döyüşləri lə və

sarsıdıcı məqamlarla dolu macəraya

hazır olun!

Son vaxtlar Need for Speed özündən

hər iki ildən bir xəbər verir. Buna

görə də hər dəfə bu oyundan maraqlı

bir yenilik gözləyirsən. Oyun isə bu

gözləntiləri boşa çıxartmır. Belə ki, bəzi

məqamlarda o qədər böyük dəyişikliklər

edilir ki, oyunu tanımaq belə olmur.

Amma heyf ki, bunun xeyri-faydası

yoxdur! Yeni əlavə olunmuş hissələr çox

vaxt tamamlanmamış kimi görünür.

Elə təəssürat yaranır, sanki müəlliflər

özləri çaş-baş qalıblar ki, vaxtilə

zirvələri fəth etmiş serialı indi hara

istiqamətləndirsinlər.

Need for Speed: Payback-in anonsu bu

dəfə hər şeyin dəyişəcəyinə ümid verdi.

Yeni seriya oyun dünyasında «forsaj»

yaradacağını, avtomobil yarışlarına

yenidən süjet və ekşn qazandıracağını

vəd edirdi. Lakin müəlliflər əslində

avtomobil yarışları üçün işə yaramayan,

amma indiki zamanda dəbdə olan «açıq

dünya» məsələsinə məğlub düşdülər.

Nəticədə, burada təkrar-təkrar kadra girən

binalar və ümumiyyətlə, qısa hekayəni

saatlarca uzada bilən nə varsa, hər şey

ortaya çıxdı. Payback-də «Forsaj»ın oyun

versiyasını görmək istəyirdinizsə, bunu da

unudun. Yeni Need for Speed tipik «açıq

dünya»lı, nəhəng xəritəli, saysız-hesabsız

«qonka»larla, xırdalıqlarına qədər tüninqlə

və yolsuzluq yarışları ilə dolu bir oyundur.

İçində səhnələşdirilmiş avtomobil

qovalamaları olan gözəl süjet missiyalarına

burada rast gəlmək çətindir. Belə

süjetlər yalnız açıq dünyada əldə olunan

qələbədən sonra, məsələn, rayondakı

bütün quldur dəstələrinin üzərində

çalınan zəfərdən, ya da hər üç personajla

bütün mövcud yarışmalarda qalib

gələndən sonra qarşımıza çıxır. Qalan

vaxt ərzində isə süjetdə heç bir irəliləyiş

baş vermir, oyunçu öz-özünə əyləncə

axtarmağa vadar olur. İstərsə, reklam

panolarını bir-bir vurub, yıxsın, istərsə də

nadir avtomobillərin gövdələrini axtarsın,

ya da Volkswagen Golf-u güclü yolsuzluq

avtomobilinə çevirmək üçün pul yığsın.

Bütün bunlarla yanaşı, əsas problemin -

açıq dünyada saatlarla zəhlətökən sürüş

dərdinin öhdəsindən gəlmək heç cür

mümkün olmayacaq.

Deyildiyi kimi, oyunda 3 əsas personaj

var və bunlardan hər biri üçün ayrıayrılıqda

bu və ya digər şəraitə - halqa,

yolsuzluq və drift yarışlarına uyğun

maşın yığmaq lazımdır. Personajlar

öz aralarında maşınları yarış növlərinə

görə bölə bilməsələr də, sizin pulunuzu

çox yaxşı bölürlər. Odur ki, 1-2 yerinə

siz 5, hətta daha çox maşına pul

xərcləməlisiniz, çünki bəzi hallarda bəzi

personajlar bir neçə yarış növündə

birdən iştirak edir. Təbii haldır ki,

belə vəziyyətdə pulunuz əriyib gedir.

Onda nə etməli? Başqa çarəsi yoxdur:

eyni açıq yarış və tapşırıqlarda təkrartəkrar

iştirak edib pul toplamalısınız.

Beləliklə, ürəksıxan prosesə 10-15 saat

sərf etdikdən sonra başa düşməyə

başlayırsan ki, oynadığın maraqlı

arkad yarışı deyil, Uber sürücüsü üçün

qurulmuş simulyatora bənzər bir şeydir.

76 /12/2017

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!