16.12.2012 Views

SİZ NƏYƏ GÖRƏ AVROPA ŞURASININ MÖVCUDLUĞUNDA ...

SİZ NƏYƏ GÖRƏ AVROPA ŞURASININ MÖVCUDLUĞUNDA ...

SİZ NƏYƏ GÖRƏ AVROPA ŞURASININ MÖVCUDLUĞUNDA ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sİz nəyə görə AvropA ŞurASının

mövcudluğundA mArAqlı olmAlıSınız?

ONA GЮRя Kи:

Avropa Şurası Avropada insan

hüquqlarını, demokratiyanı və

qanunun aliliyini qorumaq üçün

fəaliyyət göstərir. O, Avropanın uzun

müddətdən bəri mövcud olan siyasi

təşkilatıdır;

O, dünyada yeganə məkandır

ki, insan hüquqları barəsində

məcburi qüvvəyə malik beynəlxalq

konvensiya burada qəbul edilib;

Avropa Şurası cəmiyyətimizin

üzləşdiyi əsas problemlərin, o

cümlədən aşağıdakıların həllini

tapmağa çalışır: irqçilik, azlıqlara

qarşı ayrı-seçkilik, uşaqların

müdafiəsi, insanların cəmiyyət

tərəfindən qəbul edilməməsi,

terrorizmə, mütəşəkkil cinayətkarlığa

və korrupsiyaya qarşı

mübarizə, narkotik vasitələrə

aludəçilik, qadınlara və uşaqlara

qarşı zorakılıq, insan alveri, bioetika

və klonlaşdırma, ətraf mühitin

mühafizəsi, dərmanların və tibbi

qulluğun keyfiyyəti. Yalnız bütün

üzv dövlətlər arasında əməkdaşlıq

vasitəsilə biz bütün əsas müasir

problemlərə cavablar tapa bilərik.

Siz müəllimlər üçün ümumavropa

təlim seminarlarında iştirak etmək

imkanlarına maliksiniz.

AVROPA SиZиN

DцшцNDцYцNцZDяN Dя ARTIQ

BиR шEYDиR

Bu məlumat materialları kimlər

üçündür?

Bu məlumat materialları 12 və daha

yuxarı yaşlı şagirdlərin onlarla tanış

olması üçün nəzərdə tutulub. Onlar

mühüm və bəzən mürəkkəb mövzuları

əks etdirir, amma aydın və jarqondan

azad anlayışlarla ifadə edilib.

Burada əks olunan problemlərə

toxunmaqda şagirdlərə kömək

etmək üçün bu tədris paketinə

həmçinin mövzunun mahiyyətini

açan təsvirlər və məşhur

şəxsiyyətlərdən sitatlar daxil edilib.

Bu məlumat materiallarından necə

istifadə etməli?

Bu məlumat materiallarının hər

biri sizi konkret mövzu ilə və ya ona

aid məlumatlarla tanış edir.

Çalışma materialları burada əks

olunan məsələləri sinifdə əlavə

öyrənmək üçün ideyalar verir.

Məlumat materiallarında müəyyən

terminləri izah etmək üçün

“lüğətlər” yer alıb.

Müxtəlif məsələlər arasında

əlaqəni göstərmək üçün məlumat

materialları arasında linklər

(əlaqələndiriclər) var.

Avropa Şurasının müvafiq İnternet

saytlarında əlavə informasiyaları və ya

nəşrləri əldə etmək üçün bəzi məlumat

materiallarında İnternet linkləri var.

TяDRиS ишчиLяRи цчцN

«PESTALOZZи» TяLиM PROQRAMI

30 ildən artıqdır ki, Avropa Şurası

ən müxtəlif prioritet mövzulara dair

Avropa seminarları təklif edir. Bu

seminarlar sizə imkan verir ki:

Bütün Avropadan olan həmkarlarınızla

görüşəsiniz və təcrübə mübadiləsi

aparasınız;

Tədrisdə yeni və ya innovativ

inkişaflardan xəbər tutasınız;

Avropa səviyyəsində təhsilin

prioritetləri barədə müzakirədə

iştirak edəsiniz.

Hər il 2.000-ə yaxın avropalı

müəllim seminarlarda iştirak edir,

onlardan 500-ü nəqliyyat xərclərinin

kompensasiyasından yararlanır.

Mütəmadi olaraq təzələnən

informasiyanı bu saytda tapmaq

olar:

www.coe.int/pestalozzi

яLAVя MяLUMAT цчцN!

Avropa Şurasının fəaliyyətləri barədə xəbərləri, gündəlik mövzuları, sorğuları öyrənmək

üçün Avropa Şurasının İnternet saytını yoxlayın və özünüz üçün kəşf edin ki, nə üçün “Avropa

sizin düşündüyünüzdən də artıq bir şeydir”! Avropa Şurasının nəşrlərini almaq üçün onlar

haqqında əlavə məlumatları bu saytda tapın: www.book.coe.int

www.coe.int www.coe.int/pestalozzi www.book.coe.int

BU

SиMALAR KиMLяRDиR?

UİNSTON ÇÖRÇİLL (WINSTON CHURCHILL) (30 noyabr 1874–24 yanvar 1965)

Britaniya siyasətçisi və ədəbiyyat üzrə Nobel mükafatı laureatı. O, İkinci

Dünya Müharibəsi zamanı 1940-cı ildən 1945-ci ilədək, sonra isə yenidən

1951-ci ildən 1955-ci ilədək Birləşmiş Krallığın baş naziri vəzifəsində çalışıb.

(material 1)

ANDREY SAXAROV (ANDREI SAKHAROV) (21 may 1921–14 dekabr 1989)

Sovet nüvə fiziki və insan hüquqlarının fəal müdafiəçisi. 1975-ci ildə Saxarova Nobel

mükafatı verilib. 1988-ci ildə təsis edilən və özünü insan hüquqlarının və əsas

azadlıqların müdafiəsinə həsr edən şəxslərə və təşkilatlara hər il Avropa Parlamenti

tərəfindən verilən Saxarov mükafatı onun şərəfinə adlandırılıb. (material 2)

SİMON VEYL (SIMONE VEIL) (13 iyul 1927)

Fransa Akademiyasının üzvü olan Simon Veyl fransız hakimi və siyasətçisidir, o,

Fransa hökumətində səhiyyə naziri, Avropa Parlamentinin sədri, yenə də Fransa

hökumətində sosial, səhiyyə və şəhər məsələləri naziri vəzifələrində çalışıb.

(material 3)

PABLO PİKASSO (PABLO PICASSO) (25 oktyabr 1881 – 8 aprel 1973)

Məşhur rəssam, heykəltəraş və qrafikaçı olan, Malaqada (İspaniya) doğulan Pikasso 20ci

əsr incəsənətinin aparıcı qüvvəsi idi. (material 4)

YOHAN VOLFQANQ FON HÖTE (JOHANN WOLFGANG VON GOETHE) (28 avqust 1749

– 22 mart 1832)

Alman yazıçısıdır, onun əsərləri poeziya, dramaturgiya və ədəbiyyatdan tutmuş teologiya,

humanizm və elm sahələrinədək geniş çeşidlidir. Almaniyanın mədəniyyət təsisatı olan

Höte İnstitutu onun adını daşıyır (material 5)

KŞİŞTOF KİSLOVSKİ (KRZYSZTOF ‘ KIESLOWSKI) (27 iyun 1941 – 13 mart 1996)

Aparıcı Polşa rejssoru və ssenaristidir, müasir dövrün ictimai və mənəviyyat mövzularını

tədqiq edib. (material 6)

KOFİ ANNAN (KOFI ANNAN) (8 aprel 1938)

Qana diplomatıdır, 1 yanvar 1997-ci ildən 1 yanvar 2007-ci ilədək Birləşmiş Millətlər

Təşkilatının beşinci Baş katibi vəzifəsində çalışıb. Kofi Annan və Birləşmiş Millətlər

Təşkilatı 2003-cü ildə Nobel Mükafatının müştərək laureatı olublar (material 7)

MARİYA KÜRİ (MARIE CURIE) (7 noyabr 1867 – 4 iyul 1934)

Polşada yaşamış, sonradan Fransa vətəndaşı olmuş fizik və kimyaçı. O, fizika və

kimya sahələrində Nobel mükafatı alıb və Paris Universitetinin ilk qadın professoru

olub. (material 8)

QRO HARLEM BRUNDTLAND (GRO HARLEM BRUNDTLAND) (20 aprel 1939)

Norveç siyasətçisi, diplomatı və həkimi. O, Norveçin sabiq baş naziridir və Ümumdünya

Səhiyyə Təşkilatının sabiq Baş direktoru vəzifəsində çalışıb. Hazırda Birləşmiş Millətlər

Təşkilatında iqlim dəyişiklikləri üzrə xüsusi elçi vəzifəsində çalışır. (material 9)

MİXAİL QORBAÇOV (MIKHAIL GORBACHEV) (2 mart 1931)

Rusiya siyasətçisi, SSRİ dövlətinin sonuncu başçısı, 1985-ci ildən SSRİ

dağılanadək bu vəzifədə çalışıb. 1990-cı ildə ona Nobel mükafatı verilib.

(material 10)

1

ЧюRЧиLLDяN BAшLAYARAQ

QORBAЧOVA Vя ONDAN

SONRAKILARADяK...

Müharibənin böyük paradokslarından

biri ondan ibarətdir ki, o, siyasi və sosial

dəyişikliklər üçün böyük hərəkətverici

qüvvə ola bilər; təkcə elə Birinci

Dünya Müharibəsindən sonra qadın

hüquqlarının inkişafını yada salmaq

kifayətdir.

Avropa Şurasının yaradılması İkinci

Dünya Müharibəsindən cəmiyyəti

yaxşılaşdırmaq və uzunmüddətli sülh

yaratmaq uğrunda xalq hərəkatlarının

mühüm nəticəsi idi. 1946-cı ilin

sentyabrında Sürixdəki nitqində

Uinston Çörçillin olduqca əla ifadə etdiyi

kimi:

“Biz bir növ Avropa Birləşmiş

Ştatlarını qurmalıyıq. Yalnız bu yolla

yüz milyonlarla zəhmətkeşlər həyatı

mənalı edən əsil sevinci və ümidi

yenidən əldə edəcəklər… Bu coşğun və

qüdrətli qitənin məyus xalqlarına geniş

vətənpərvərlik və ümumi vətəndaşlıq

hissi verən avropalılar qrupu niyə də

MцHцM FAKTLAR

olmasın?”

Az sonra Avropa Şurası təsis edildi:

digər ölkələr üçün təşkilata daxil

olmaq imkanı saxlanılmaqla onun

NİZAMNAMƏSİ 1 tərtib olundu və 5

may 1949-cu ildə on dövlət tərəfindən

imzalandı. 1989-cu ildə Berlin divarının

yıxılmasından bəri Avropa Şurasının

üzvlərinin sayı xeyli artdı (bax:

çalışma materialı 10), yeni dövlətlər

demokratiyaya, insan hüquqlarına və

qanunun aliliyinə əsaslanan Avropa

quruculuğu işinə sadiqliklərini nümayiş

etdirmək üçün təşkilata daxil oldular.

O dövrdə Sovet İttifaqının prezidenti

olan Mixail Qorbaçov 1989-cu ilin

iyulunda Parlament Assambleyasında

çıxış etməyə gələndə nə qədər böyük

dəyişikliklərin baş verdiyi aydınlaşdı.

Hazırda Şuranın qərarlarının şamil

olunduğu 800 milyona yaxın insan

vardır. Qeyd etmək vacibdir ki, Avropa

Şurası Avropa İttifaqı ilə bir sıra

layihələrdə əməkdaşlıq etsə də, bu iki

təşkilat tamamilə ayrı-ayrı təşkilatlardır

(bax: məlumat materialı 10).

Avropa Şurası DÖVLƏTLƏRARASI 2

təşkilatdır, onun əsas məqsədləri

aşağıdakılardır:

İnsan hüquqlarını,

demokratiyanı və

qanunun aliliyini

təmin etmək

Sosial vəhdəti

təşviq etmək

Avropalıların

rəngarəng mədəni

mənsubiyyətlərini

inkişaf etdirmək

“Biz bir növ Avropa Birləşmiş Ştatlarını

qurmalıyıq”.

AVROPA шURASI: ONUN

MяNшяYи Vя MяQSяDLяRи

Avropa

Şurasının əsas

məqsədləri

Uinston Çörçill

Sosial problemlərin,

o cümlədən bunların

birgə həllini tapmaq:

Mütəşəkkil

cinayətkarlıq

Qadın və uşaqlara

qarşı zorakılıq

Terrorizm

Kibercinayətlər

Bioetika və

klonlaşdırma

İnsan alveri

İrqçilik və

dözümsüzlüklə

mübarizə

GENиш ЧEшиDLи

FяALиYYяTLяR

Avropa Şurası hərbi müdafiə məsələlərindən

başqa Avropa cəmiyyətinin

üzləşdiyi bütün əsas problemlərlə

məşğul olur. Buraya aşağıdakılar

daxildir: insan hüquqları,

media, hüquqi əməkdaşlıq, sosial

və iqtisadi məsələlər, səhiyyə,

təhsil, mədəniyyət, mədəniyyətlərarası

dialoq, Avropa irsi, idman,

gənclərin problemləri, yerli və

regional idarəetmə və ətraf mühit.

яMяKDAшLIQ SиSTEMи

Hökumətlər, milli parlamentlər və yerli

və regional hakimiyyətlər təşkilatda

ayrı-ayrı təmsil olunurlar.

Nazirlər Komitəsi Avropa Şurasının

qərarverici orqanıdır. O, Şuranın

büdcəsini və iş planlarını hazırlayır.

O, 47 üzv dövlətin xarici işlər

nazirlərindən və ya onların daimi

nümayəndələrindən – Strasburqda

məskunlaşan səfirlərdən təşkil olunur.

Parlament Assambleyası elə bir

qurumdur ki, burada ən müxtəlif

məsələlər üzrə tövsiyə və qətnamələr

müzakirə olunur və qəbul edilir. Çox

vaxt onu Şuranın hərəkətverici qüvvəsi

adlandırırlar. O, üzv dövlətlərin milli

parlamentlərinin üzvlərindən və ya

onların əvəzedicilərindən ibarət olur.

Konkret siyasi partiyadan olan üzvlərin

sayı onların ölkəsinin parlamentindəki

cari situasiyanı əks etdirir.

Avropam Şurasının Yerli və Regional

Hakimiyyətlər Konqressi Avropa

regionlarının və bələdiyyələrinin

adından çıxış edir. O, yerli və regional

səviyyədə DEMOKRATİYANI 3

müdafiə

edir və gücləndirir. O, Avropanın

яLAVя MяLUMAT цЧцN!

AVROPA шURASI: ONUN

MяNшяYи Vя MяQSяDLяRи

bütün yerli və regional hakimiyyətlərini

təmsil edir.

İnsan Hüquqları Komissarının

İdarəsi üzv dövlətlərdə insan

hüquqlarına dair maarifləndirmənin,

məlumatlılığın artırılmasının və insan

hüquqlarına hörmətin təşviqinə

və Avropa Şurasının konvensiya

və tövsiyələrinə əməl olunmasının

təmin edilməsinə görə cavabdeh olan

müstəqil idarədir.

BQHT Konfransı (Beynəlxalq Qeyri-

Hökumət Təşkilatları Konfransı)

siyasətçilərlə ictimaiyyət arasında

mühüm əlaqələri təmin edir və

vətəndaş cəmiyyətinin səsini Avropa

Şurasına çatdırır.

Beş ildən bir Parlament Assambleyası

tərəfindən seçilən Baş Katib təşkilatın

fəaliyyətlərinin idarə olunmasına və

koordinasiyasına görə cavabdehdir.

AVROPANI GцNBяGцN

QURMAQ

Avropa Şurasının insanların

gündəlik həyatına təsir edən əsas

aləti “konvensiya” adı ilə tanınır:

bu, beynəlxalq müqavilədir, onun

vasitəsilə dövlətlər konkret məsələdə

əməkdaşlıq etməyi vəd edirlər.

Bunlar çox səmərəli, rəsmi sənədlərdir:

Şura çərçivəsində tərtib edilmiş

təxminən 200 konvensiyanı

əvəz edə bilmək üçün dövlətlər

arasında 130.000-dən artıq ikitərəfli

müqavilə lazım gələrdi. Konvensiyanı

imzalayan və ratifikasiya edən hər

bir dövlət ona riayət etməyə və onu

həyata keçirməyə hüquqi cəhətdən

borcludur. Sonradan konvensiyanın

müxtəlif tələblərinin yerinə yetirildiyinə

əmin olmaq üçün Avropa

Şurası konkret ölkənin fəaliyyətlərini

monitorinq edə bilər.

AVROPA BцDCяSиNDяN

MALиYYяLяшDиRиLяN

BEYNяLXALQ ишЧи HEYяTи

Üzv dövlətlərdən cəlb olunmuş

təxminən 2.000 beynəlxalq mülki

qulluqçu Baş katib tərəfindən

rəhbərlik edilən təşkilat katibliyinin

daimi işçi heyətini təşkil edir.

Avropa Şurası üzv dövlətlərin

hökumətləri tərəfindən maliyyələşdirilir,

təşkilatın büdcəsinə onların

ödədiyi haqlar onların əhalisinin

sayına və maddi durumuna görə

hesablanır.

Avropa Şurasının qərargahı Strasburqda

(Fransa) Avropa İnsan

Hüquqları Sarayında yerləşir.

www.coe.int www.book.coe.int

1

Burada nəzərdə tutulan mənada

“NİZAMNAMƏ” sözü 1949-cu

ildə Avropa Şurasını təsis etmək

üçün yazılmış rəsmi sənədi

bildirir.

2 “HÖKUMƏTLƏRARASI” sözü iki

və ya daha artıq hökuməti əhatə

edən bir şeyi bildirir.

3 DEMOKRATİYANIN mövcud olması

üçün cəmiyyətin bütün

üzvləri hakimiyyətə gəlmək

baxımından bərarbər imkanlara

malik olmalıdırlar və hər kəsin

insan hüquqlarına hörmət

edilməlidir. Məhz buna görə azad

və ədalətli seçkilər keçirmək və

bütün fərdlərin insan hüquqlarını

qorumaq önəmlidir.

1

AVROPA шURASI: ONUN

MяNшяYи Vя MяQSяDLяRи.

ЧALIшMA MATERиALI

Sizin məktəbin şagirdlərinə

Avropa Şurası barədə məlumat

vermək üçün bir çox üsullar

vardır, siz onlara öncə ümumi

anlayış vermək, sonra isə konkret

məsələlər üzərində işləmək

istəyində ola bilərsiniz, yaxud işə

əsas konsepsiyalardan başlamağı

daha uğurlu üsul hesab edə

bilərsiniz.

“AVROPA шURASI”

HAQQINDA DцшцNMяK

Şagirdləri qruplara bölün və

onlardan soruşun ki, onların

fikrincə nəyə görə “Avropa Şurası”

mövcuddur?

Kimlər onun üzvü ola bilərlər?

O, hansı işləri görür?

Hər bir qrup fikirlərini təqdim

edir və nəticələr

real həyatdakı

göstəricilərlə

müqayisə olunur.

DяYяRLяR Vя

PRиNSиPLяR

Avropa bayrağı (göy fonda 12 qızıl

ulduz) Şura tərəfindən 1955-ci

ildə qəbul edilib: şagirdləriniz onu

necə başa düşürlər?

Avropa Şurası aşağıdakı əsas

dəyərlərin və prinsiplərin əsasında

qurulur: tolerantlıq, demokratiya,

məlumatlılıq, müxtəlfilik, etika,

həmrəylik, vətəndaşlıq, azadlıq,

insan hüquqları, ədalət, etimad və

bərabərlik.

Bu dəyərləri və prinsipləri

şagirdlərinizlə müzakirə edin.

Onlar nə deməkdir?

Onlar praktikada necə həyata

keçirilə bilər?

1

SиYASи COьRAFиYA

Avropa xəritəsinin surətini çıxarın

və şagirdlərinizdən xahiş edin ki,

Şuranın bütün üzvlərini tapsınlar

və sonra rəngləsinlər.

Üzv dövlətlərin bayraqlarını

toplayın və qruplardan xahiş

edin ki, onların hər birinin hansı

ölkəyə məxsus olduğunu tapsınlar.

Şagirdləriniz bu ölkələr haqqında

daha nə bilirlər?

SиZиN юLKяNиZ Vя

AVROPA шURASI

Ölkəniz Avropa Şurasına nə vaxt

daxil olub?

Həmin vaxt ölkənizdə nə baş verirdi?

Şuranın Parlament Assambleyasında

ölkənizi kimlər təmsil edir?

Yerli və Regional Hakimiyyətlər

Konqressində sizin regionu kimlər

təmsil edir?

TARиXиN MцHцM

ишTиRAKЧISI

Şagirdlərinizdən xahiş edin ki, zaman

xəttinin köməyi ilə müəyyən tarixləri

həmin dövrdəki tarixi kontekstlə

əlaqələndirsinlər:

10 təsisçi dövlət hansılardır?

Nə üçün 1989-cu ildən sonra Şuraya

bu qədər çox ölkə daxil oldu?

BU SITAT KIMя Mя XSUSDUR?

“Biz bir növ Avropa Birləşmiş Ştatlarını qurmalıyıq.”

Cavabı sitatın arxasına yazın.

1

1949 Avropa Şurasını yaradan London

Müqaviləsinin imzalanması

1950 İnsan hüquqları haqqında Avropa

Konvensiyasının tərtib edilməsi

1954 Avropa Mədəniyyət Konvensiyasının

Hazırlanması

1955 Avropa bayrağının yaradılması

MяNBяLяR

AVROPA шURASI: ONUN

MяNшяYи Vя MяQSяDLяRи.

ЧALIшMA MATERиALI

1957 Avropa Yerli Hakimiyyətlər Konfransının

yaradılması (1994-cü ildən “Yerli və Regional

Hakimiyyətlər Konqressi” adlanır)

1959 Avropa İnsan Hüquqları Məhkəməsinin təsis

edilməsi

1961 Avropa Sosial Xartiyasının imzalanması

TARиXиMиZDя MцHцM DюVRLяR

Uinston Çörçil: Uinston Çörçillin 19 sentyabr 1946-cı ildə Sürix Universitetindəki çıxışından parça;

“Böyük Avropa vəzifələri”, Avropa Şurasının Nəşriyyatı, Strasburq, 1996 (“The challenges of a Greater

Europe”, Council of Europe Publishing, Strasbourg, 1996).

www.coe.int www.book.coe.int

1964 Avropa Farmakopeyasının hazırlanması

1972 İlk dəfə Avropa himninin səslənməsi

1972 Strasburqda Avropa Gənclik Mərkəzinin açılması

1980 “Pompidu Qrupu”nun yaradılması

1987 İşgəncələrin qarşısının alınmasına dair Avropa

Konvensiyasının qəbulu

1988 “Avroimic”in yaradılması

1989 Dopinq əleyhinə Konvensiyanın qəbulu

1999 İnsan Hüquqları Komissarı İdarəsinin təsis edilməsi

2005 İnsan alverinə qarşı tədbirlərə dair

Konvensiyanın qəbulu

2009 Avropa Şurasının 60-cı ildönümü

BиRGя FяALиYYяT GюSTяRяN 47

цZV DюVLяT!

1949: Belçika Danimarka Fransa İrlandiya İtaliya Lüksemburq Niderland Norveç

İsveç Birləşmiş Krallıq Yunanıstan Turkyə 1950: İslandiya Almaniya 1956: Avstriya

1961: Kipr 1963: İsveçrə 1965: Malta 1976: Portuqaliya 1977: İspaniya

1978: Lixtenşteyn 1988: San-Marino 1989: Finlandiya 1990: Macarıstan 1991: Polşa

1992: Bolqarıstan 1993: Estoniya Litva Sloveniya Çexiya Respublikası Slovakiya

Rumıniya 1994: Andorra 1995: Latviya Albaniya Moldova Ukrayna “Keçmiş Yuqoslav

respublikası Makedoniya“ 1996: Rusiya Federasiyası Xorvatiya 1999: Gürcüstan 2001: Ermənistan

Azərbaycan 2002: Bosniya və Herseqovina 2003: Serbiya 2004: Monako 2007: Çernoqoriya

Bayraqlar: yalnız əyani nümayiş (illüstrasiya) məqsədləri üçün.

2

иNSAN HцQUQLARI

HAQQINDA AVROPA

KONVENSиYASI

Əgər siz əvvəllər Avropa Şurası

haqqında eşitmisinizsə, onda güman

ki, eşitdikləriniz insan hüquqları

mövzusu barədə olub. Şura bizim

hüquq və azadlıqlarımızın müdafiəsi

üçün müxtəlif alətlərə malikdir. 1948ci

ildə Birləşmiş Millətlər Təşkilatının

Baş Assambleyası tərəfindən qəbul

edilmiş İNSAN HÜQUQLARI 1

haqqında

Ümumi Bəyannamə İnsan

hüquqları haqqında AVROPA KON-

VENSİYASI 2 üçün əsas (baza) kimi

istifadə edilib, İHAK 1950-ci ildə

Şuranın üzvü olmaq istəyən dövlətlər

tərəfindən imzalanmaq üçün açıq elan

edilib. Bu, üç əsas səbəbə görə önəmli

idi (aşağıdakı diaqrama bax).

www.coe.int/justice

VAHиD иNSAN

HцQUQLARI MяHKяMяSи

1998-ci ildə İnsan hüquqları haqqında

Avropa Konvensiyasında müəyyən

dəyişikliklərdən sonra Konvensiyanın

iki əvvəlki təsisatını əvəzləmək üçün

daimi fəaliyyət göstərən vahid Avropa

İnsan Hüquqları Məhkəməsi təşkil

edildi. Fərdlər Avropa Məhkəməsinə

birbaşa müraciət edə bilərlər, onun

hüquqi səlahiyyəti üzv dövlətlərdəki

Milli parlamentlər və hüquq sistemləri

qanunların qəbulunda və şərhində

onlara yardımçı ola biləcək insan

hüquqlarına dair sanballı istinad

mənbəyi əldə etdilər

иNSAN HцQUQLARININ QORUNMASI

“Bu, insan şəxsiyyətinin müstəqilliyinə

və dəyərinə, insan həyatının mənasına

təhlükədir.”

Vя BAшA DцшцLMяSи

Andrey Saxarov

İHAK-ın

əhəmiyyəti

bütün insanlara məcburi qaydada

şamil olunur. Strasburqda yerləşən

Məhkəmə Konvensiyanın iştirakçısı

olan dövlətlərin sayı qədər hakimdən

təşkil olunur. Hakimlər Avropa

Şurasının Parlament Assambleyası

tərəfindən seçilir. Onlar öz vəzifələrinin

icrasında tam müstəqildirlər və onların

namizədliyini irəli sürmüş dövlətləri

təmsil etmirlər.

иNSAN HцQUQLARININ

POZULMASININ QARшISININ

ALINMASI

Avropa Şurasının insan hüquqlarını

təmin etməyə yönələn səylərində

insan hüquqlarının pozulması

hallarının qarşısının alınması daha çox

vurğulanaraq önə çəkilir. 1987-ci ildə

hazırlanmış İşgəncələrin və qeyriinsani

və ya ləyaqəti alçaldan rəftar

və ya cəzanın qarşısının alınmasına

dair Avropa Konvensiyası azadlıqdan

məhrum edilən insanlara qarşı pis

rəftarın qarşısının alınması məqsədini

daşıyır. Müstəqil ekspertlərdən

ibarət xüsusi komitə (İşgəncələr

Əleyhinə Komitə – CPT) saxlanma

yerlərinə, məsələn, həbsxanalara, polis

bölmələrinə, hərbi kazarmalara, və

psixiatriya xəstəxanalarına səfərlər

edir və vəziyyətin yaxşılaşdırılması

üçün tövsiyələr verir. Sözügedən

Konvensiyaya əsasən, CPT-nin

Hər bir fərdin hüquq və azadlıqlarına

iştirakçı dövlətlər adlandırılan dövlətlər

tərəfindən təminat verildi

İcrası məcburi olan qərarlar qəbul

edən məhkəmə insan hüquqlarına dair

beynəlxalq müqavilə vasitəsilə ilk dəfə

təsis edildi

nümayəndə heyətləri saxlanma yerlərinə

məhdudiyyətsiz daxil olmaq və həmin

yerlərin daxilində sərbəst hərəkət etmək

hüququna malikdirlər. Onlar tutulmuş

şəxslərlə şahidlərin iştirakı olmadan

söhbət edirlər və informasiya verə

bilən hər kəslə görüşə bilərlər. Onların

tövsiyələri (əgər onlar varsa) müvafiq

dövlətlə dialoq üçün baza qismində

istifadə edilən hesabata daxil edilir.

иNSAN HцQUQLARININ

AZAD TяMSиLЧиSи

1999-cu ildə bu təsisat yaradılandan bəri

İnsan Hüquqları Komissarının İdarəsi

Avropa Şurasının insan hüquqları

standartlarının praktikada həyata

keçirilməsində fəal rol oynayır. Komissar

üzv dövlətlərlə açıq dialoqdan istifadə

edir, tematik sahələrə dair hesabatlar

hazırlayır, digər beynəlxalq təşkilatlarla

əməkdaşlıq edir və başqalarının bəzən

getməyə ehtiyat etdiyi yerlərə getmək və

orada sözünü demək azadlığına malikdir.

Komissar terrorizmə qarşı mübarizədə

hansı tədbirlərə haqq qazandırmağın

mümkün olduğunu anlamaqda digər

şəxslərə fəal surətdə kömək edir.

SOSиAL HцQUQLAR

İnsan hüquqları haqqında bizim

düşüncələrimiz zaman keçdikcə dəyişir.

Mülki və siyasi hüquqlar, məsələn,

yaşamaq hüququ, işgəncəyə məruz

qalmamaq hüququ, sığınacaq hüququ və

ifadə azadlığı İnsan hüquqları haqqında

Avropa Konvensiyasının təməlini təşkil

edir. Bəs iqtisadi və sosial hüquqlar

necə?

Bu məqamda Avropa Sosial Xartiyasına

müraciət etmək lazım gəlir. O, aşağıdakı

sahələrə aid hüquqları təsbit edir:

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/justice

www.echr.coe.int

www.coe.int/t/commissioner

иNSAN HцQUQLARININ QORUNMASI

Vя BAшA DцшцLMяSи

Mənzil təminatı

Səhiyyə

Təhsil

Məşğulluq

Sosial təminat

İnsanların sərbəst

yerdəyişməsi

Ayrı-seçkiliyin olmaması

Avropa İnsan Hüquqları Məhkəməsi

Sosial Xartiyanın tətbiq dairəsinə düşən

məsələlərlə bağlı yurisdiksiyaya malik

olmasa da, nəzarət sistemi qurulmuşdur

ki, onun vasitəsilə Avropa Sosial Hüquqlar

Komitəsi Xartiya pozuntularını müəyyən

edir və Nazirlər Komitəsi vəziyyəti

düzəltmək üçün tədbir görməyən

dövlətlərə tövsiyələr verir.

QADINLAR Vя KишиLяR

ARASINDA BяRABяRLиK

İnsan hüquqlarının nə olduğunu

və praktikada necə işlədiyini heç

kim bilməsəydi, insan hüquqlarının

qorunması üçün bütün bu imkanların

mövcudluğu mənasız olardı. İnsan

hüquqlarının müdafiəsinin ön

cəbhəsində çalışanlar, məsələn,

hakimlər, polislər, həbsxana

əməkdaşları, həkimlər, sosial işçilər və

qeyri-hökumət təşkilatları üçün təlim

proqramları hazırlanmışdır. Geniş

ictimaiyyət və xüsusən də gənclər

arasında məlumatlılığın artırılması

üçün maarifləndirmə və informasiya

materialları buraxılır. Əlverişsiz

vəziyyətdə olan, insan hüquqları daha

çox təhlükəyə məruz qalan qruplarla,

məsələn, QAÇQINLARLA 3

və sığınacaq

istəyənlərlə bu işi aparmaq üçün böyük

səylər göstərilir.

2

1 İNSAN HÜQUQLARI o şeyləri bildirir ki,

bizim hər birimiz ləyaqətli həyat sürmək

üçün onlara malik olmalıyıq: məsələn,

yaşamaq hüququ, ədalətli məhkəmə

araşdırması hüququ, yaxud işgəncəyə

məruz qalmamaq hüququ. Bu hüquqlar

cinsindən, irqindən, dini və ya mədəni

mənsubiyyətindən asılı olmayaraq

planetdəki hər bir fərd üçündür. Bu o

deməkdir ki, sizə şamil olunan hüquqlar

başqalarına da şamil olunur və bununla da

həmin hüquqlar müvafiq vəzifələr doğurur.

2 KONVENSİYA iki və ya daha artıq dövlət

arasında bağlanan, onların orada qeyd

edilənlərə əməl etmək niyyətində olduqlarını

göstərən hüquqi müqavilədir, sonradan onlar

bu niyyətlərini yerinə yetirməyə qadir

olduqlarına əmin olduqda onu “ratifikasiya”

edə bilərlər, bu o deməkdir ki, onlar həmin

müqavilədəki dəyərlərə və göstərişlərə əməl

etməyi öhdələrinə götürürlər.

3 QAÇQIN o şəxsdir ki, irqinə, dininə,

milliyyətinə və ya siyasi rəyinə görə təqibə

məruz qalacağından qorxduğu üçün və ya

məruz qaldığı üçün yaşamağa təhlükəsiz yer

tapmaqdan ötrü öz ölkəsini tərk edir.

иNSAN HцQUQLARININ QORUNMASI

Vя BAшA DцшцLMяSи

ЧALIшMA MATERиALLARI

İnsan hüquqları haqqında

şagirdlərinizlə söhbət edə bilmək

üçün insan hüquqları sahəsində vəkil

və ya ekspert olmağınız vacib deyil;

insan hüquqları hər kəsə məxsusdur

və hər kəsin başa düşə biləcəyi

prinsiplərə əsaslanır.

иNSAN HцQUQLARI NяDиR?

Şagirdlərinizdən xahiş edin ki,

insan hüquqları barədə fikirlərində

tutduqları misalları gətirsinlər və

çalışın ki, onların misalları mümkün

qədər konkret olsun, məsələn, su

ilə təchiz edilmək hüququ, musiqi

dinləmək hüququ, yaxud istədiyin hər

bir şeyi demək hüququ.

Onları siyasi və mülki hüquqlar

haqqında (bu hüquqlar İnsan

hüquqları haqqında Avropa

Konvensiyasında təsbit edilib) və

“iqtisadi, sosial və mədəni hüquqlar”

haqqında (bu hüquqlar 1961-ci il

tarixli Avropa Sosial Xartiyasında

təsbit edilib) fərqli şəkildə düşünməyə

sövq etməyiniz faydalı olardı.

QAдINLAR Vя KишиLяR

ARASINDA BяRABяRLиK

Qadınlar və kişilər arasında

bərabərliyin müdafiəsi Avropa

Şurasının fəalyyət sahələrindən

biridir. Bu məsələnin dərki ölkədən,

mədəniyyətdən və mühitdən asılı

olaraq olduqca fərqlidir.

Şagirdlərinizdən xahiş edin ki, gender

bərabərliyinin nə demək olduğunu,

bərabərsizliyin səbəblərini və

bərabərliyin təşviqi üçün mümkün

tədbirləri müzakirə etsinlər.

Sinfinizdə işçi qrupları təşkil edin və

onların hər birindən xahiş edin ki,

gender bərabərsizliyi ilə mübarizə

üçün Avropanın müxtəlif ölkələrində

görülmüş tədbirləri nəzərdən

keçirsinlər. Təşəbbüsləri müqayisə

edin və şagirdlərdən xahiş edin ki,

tədbirlər və onların təsirləri barədə

fikirlərini bildirsinlər.

ZиDDиYYяTя GиRяN

HцQUQLAR

Şagirdləri cütlüklərə bölüb xahiş

edin ki, gündəlik həyatlarında (evdə,

məktəbdə, kollecdə, gənclər qrupunda

və ya başqa yerlərdə) baş verən elə

situasiyaları müzakirə etsinlər ki, bu

zaman onların hüquqları başqalarının

hüquqları ilə ziddiyyətə girir, məsələn,

onlar qonaqlıq keçirmək, qonşuları

isə erkən yatmaq istəyirlər, yaxud

onlar elə bir rəydədirlər ki, həmin rəy

başqa birisini təhqir edə bilər. Onlar

bu situasiyanı necə həll edəcəklər?

HцQUQLAR Vя VяZиFяLяR

Yadda saxlayın ki, hüquqlar müvafiq

vəzifələr doğurur; hüquqa malik olan

hər bir şəxs həmin hüququ müşayiət

edən vəzifə daşıyır. Şagirdləri qruplara

bölüb xahiş edin ki, konkret hüquqların

hansı vəzifələri doğurduğu barədə

düşünsünlər, məsələn, əgər sənin

yaşamaq hüququn varsa, bu hüquq

öz növbəsində hansı vəzifələri doğura

bilər?

Hüququn ikili xarakterinin başa

düşülməsi hüquqların ziddiyyətə

girməsinə yol verməməyə əhəmiyyətli

yardım göstərə bilər.

SиZиN SиNиF Vя YA MяKTяB

цЧцN иNSAN HцQUQLARI

XARTиYASI

Şagirdlər mövzunu dərk edən kimi,

onlarla birlikdə çalışaraq sizin sinif

və ya məktəb üçün İnsan hüquqları

Xartiyası tərtib edin. Xartiyadan

irəli gələn fərdi və qrup

“Bu, insan şəxsiyyətinin müstəqilliyinə və dəyərinə, insan həyatının mənasına

təhlükədir.”

2

BU Sи TAT Kи Mя Mя XSUSDUR?

Cavabı sitatın arxasına yazın

2

vəzifələrini sadalayın. Şagirdlərin

və müəllim heyətinin Xartiya ilə

bağlı rəylərini toplayın və altı

aydan sonra şagirdlərin davranışına

Xartiyanın təsirini qiymətləndirin.

иNSAN HцQUQLARININ

TARиXи

İnsan hüquqları ilə bağlı hər bir ölkənin

öz tarixi var. Məsələn, Macarıstan

tarixində kölələrin qiyamları baş

vermiş (1514/1710) və 1848-ci

ildə özünün kulminasiya nöqtəsinə

çataraq köləliyi qanunsuz elan edən və

mətbuat azadlığını tətbiq edən qanunun

qəbulu ilə nəticələnmişdir. Qruplar

halında işləməklə bir qrup şagirdə

belə bir araşdırma tapşırığı verin ki,

öz ölkələrində insan hüquqlarının

inkişafına kömək etmiş insanları,

nəşrləri, hadisələri və hərəkatları

öyrənsinlər. Digər şagirdlər üçün bu

mövzuda sərgiyə baxış təşkil edin.

Sizin ölkəniz İnsan hüquqları haqqında

Avropa Konvensiyasını nə vaxt imzalayıb

və ratifikasiya edib? Bu sizin ölkəyə

hansı dəyişiklikləri gətirib (əgər onlar

varsa)?

Əlbəttə, bu fəaliyyəti mövzulara

(məsələn, uşaq hüquqları mövzusuna)

və ya dünyanın digər ölkələrinin tarixinə

uyğunlaşdırmaq da mümkündür.

QEYRи-HюKUMяT

TяшKиLATLARININ (QHT-

LяRIN) MцHцMLцYц

QHT-lər insan hüquqlarına hörmət

edilməsi və insan hüquqlarının

pozuntuları barədə ictimaiyyətin

məlumatlandırılması üçün hökumətlərə

təzyiq göstərməkdə çox mühüm rol

oynayırlar. Sizin regionda hansı QHTlər

aktivdir? Hazırkı məqamda onların

MяNBяLяR

иNSAN HцQUQLARININ QORUNMASI

Vя BAшA DцшцLMяSи

ЧALIшMA MATERиALI

əsas layihələri hansılardır? Şagird

qrupları onlarla təmasa girə və əldə

etdikləri məlumatları öz yaşıdlarına

çatdıra bilərlər. Həmçinin onların

nümayəndələrini şagirdlərinizlə söhbətə

dəvət etmək mümkündür.

İlk dəfə 2002-ci ildə

nəşr olunmuş “Kompas

– gənclərin insan

hüquqları sahəsində

maarifləndirilməsi

üçün məlumat kitabı”

Avropa Şurasının

“Gənclər üçün isan hüquqları

sahəsində maarifləndirmə

proqramı” üçün tez bir zamanda

sanballı vəsait və yardım vasitəsi

kimi tanındı. O, ən azı 16 dildə

nəşr olundu və əlavə nəşrlər

planlaşdırılır. Təcrübəyə və qeyri-formal

tədris yanaşmalarına

əsaslanan bu kitab gənclərə aid

məsələləri və onları əhatə edən

mühiti önə çəkir. “Uşaqlar” mövzusundan

tutmuş “ətraf mühit” və

“ksenofobiya” mövzularına qədər

on beş mövzunu prioritetlər üzrə

sıralayan “Kompas” kitabında

gənclər, gənc işçilər və müəllimlər

üçün əsas məsələlər əks olunur

və məlumatlılığın artırılmasına

və praktiki addımlara gətirib

çıxaran fəaliyyətlərin təşkili üçün

yetərincə məlumat materialı

təqdim edilir. Hazırda ərəb, ingilis

və fransız dillərində “Kompas”

İnternet saytı (www.coe.

int/compass) təşkil edilib,

sayta kitabın çap versiyasında

yer almayan fəaliyyətlər

daxil edilib və sayt linklər

(əlaqələndiricilər) vasitəsilə

digər nəşrlərlə əlaqələndirilib.

Andrey Saxarov: : “Tərəqqi, birgə yaşayış və intellektual azadlıq” kitabından parçalar. Naşir: “W W Norton &

Co. Inc”. “Nyu-York Tayms” tərəfindən tərcümə olunub (1968) (“Progress, Coexistence, and Intellectual Freedom”,

Andrei Sakharov, Publisher W W Norton & Co. Inc, translated by New York Times (1968))

www.coe.int/justice www.echr.coe.int www.coe.int/t/commissioner

3

Məktəb bilik öyrənmək üçün

təhlükəsiz bir yer olmalıdır; o,

sizə dünyadakı mühüm şeyləri,

o cümlədən keçmişdəki səhvləri

öyrətməlidir ki, siz eyni səhvləri

təkrarlamayasınız; siz dünya

haqqında daha çox şeylər

öyrəndikcə və söyləməyə daha çox

sözünüz olduqca məktəb həmçinin

sizin səsinizin eşidilməsi yollarını

tapmağa çalışmalıdır!

MяKTяBDя TяHLцKяSиZ

MцHиTDя OLMAQ

Avropa Şurası məktəbi hamı üçün

təhlükəsiz mühitə çevirmək istəyir:

buraya təkcə şagirdlər arasında

zorakılığa, o cümlədən təhdidlərə

qarşı mübarizə deyil, həm də

müəllimlərə və ya məktəb işçilərinə

qarşı hücumların və digər zərərli

davranışların qarşısının alınması

daxildir. O, bu məsələlərə dair praktiki

məlumat kitabları buraxmışdır və

məktəblərdə irqçiliklə daha yaxşı

mübarizə aparmaq kimi məsələlərin

həllinə səy göstərir.

www.coe.int/children

иNTERNETDя TяHLцKяSиZ

MцHиTDя OLMAQ

İnternet bilik öyrənmək və ya sadəcə

əylənmək üçün çoxlu imkanlar yaradır.

Lakin o, müəyyən risklər də doğurur,

əsasən ona görə ki, siz İnternetdə

ünsiyyətdə olduğunuz şəxslərin

həqiqətən özlərini təqdim etdikləri

şəxslər olduqlarına heç vaxt əmin

ola bilməzsiniz. Avropa Şurasının

“İnternet savadlılığı” adlı məlumat

kitabında MySpace, Facebook və ya

Friendster kimi on-layn sosial şəbəkə

saytlarından istifadə üçün praktiki

təhlükəsizlik tövsiyələri verilir.

“Təhsil insan hüquqlarına və onların

kökündə duran vətəndaşlıq dəyərlərinə

hörmət etməyi bizə öyrədə bilər.”

MяSULиYYяTLи VяTяNDAшA

Simon Veyl

ЧEVRиLMяK

www.coe.int/internet-literacyhandbook

Yaşca daha kiçik şagirdlərinizə bu

mövzu barədə məlumat verərkən

Avropa Şurasının Wild Web Woods

oyunun olduğu sayta girin.

Bu sayt bütün yaş qrupları üçün

əyləncəlidir!

www.wildwebwoods.org

BиZиM QиTяNиN

TARиXиNиN TяDRиSи

Biz məktəblərdə tarixi nə üçün

öyrədirik? Avropa tarixinin tədrisinin

nə kimi xüsusiyyətləri var? Ənənəvi

olaraq, məktəbdə ölkə tarixinin

tədrisi milli perspektivlər ətrafında

qurulur və udulmuş və ya uduzulmuş

döyüşlər, habelə milli qəhrəmanlar

və nailiyyətlər önə çəkilir. Amma bu

məsələyə baxış üçün bəzi alternativ

yollar da var.

Avropa Şurası “20-ci əsrdə Avropa

tarixinin öyrənilməsi və öyrədilməsi”

layihəsini həyata keçirmiş, layihə

orta məktəblər üçün innovativ tədris

resurslarını ortaya qoymuşdur.

O, həmçinin mühüm araşdırma

bacarıqlarını inkişaf etdirməkdə

müəllim və şagirdlərə kömək etmək

məqsədini daşımışdır, sonradan

onlar həmin bacarıqlardan sadəcə

ardıcıl qaydada faktlar, şəxsiyyətlər

və döyüşlər barədə məlumat almaq

üçün deyil, tarixi öyrənmək üçün

istifadə edə bilərlər. Bu, keçmişlə bu

gün arasındakı əlaqələri və bu gün

Avropanın üzləşdiyi münaqişələrin

xarakterini şagirdlərin daha yaxşı

başa düşməsinə imkan verəcək.

Mövcud fəaliyyətlər göstərir ki, tarixi

hadisələrə dair insanların şərhi

olduqca fərqlənə bilər və insanların

böyük əksəriyyəti tarixi hadisələrdə

oyunçu olmaqdan daha çox, qurban

olurlar.

Əlavə məlumatı bu saytdan əldə etmək

olar:

www.coe.int/Culture

TARиXи YADDAшIN TяDRиSи

BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTLƏRİN

QARŞISININ ALINMASININ TƏDRİSİ

2002-ci ildə Avropanın təhsil nazirləri

“Holokost 1 Xatirəsi və Bəşəriyyətə

Qarşı Cinayətlərin Qarşısının Alınması

Günü”nün məktəblərdə qeyd edilməsini

öhdələrinə götürdülər. Avropa Şurası

tədris materiallarını təqdim etmək

və “SOYQIRIMI” 2

və “bəşəriyyətə

qarşı cinayətlər” mövzularını tədqiq

etmək vasitəsilə Holokost Xatirəsi

hazırlıqlarında müəllimlərə kömək

etməklə bu təşəbbüsdə öz rolunu

oynayır, bunda məqsəd xalqlar arasında

belə halların qarşısının alınmasını,

anlayış və dostluğu, habelə irqlər və

dinlər arasında tolerantlığı təşviq

etməkdir. (bax: məlumat materialı 7)

www.coe.int/Holocauste

www.coe.int/t/e/cultural_

co-operation/education/Remembrance

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/internet-literacy-handbook

www.coe.int/children

www.wildwebwoods.org

www.coe.int/Culture

MяSULиYYяTLи VяTяNDAшA

ЧEVRиLMяK

HцQUQLARINIZI BиLиN Vя

яLA VяTяNDAш OLUN!

“Demokratik vətəndaşlıq naminə

maariflənmə” layihəsi (EDC) demokratik

həyatda fəal iştirak etməkdə və

cəmiyyətdə öz hüquq və vəzifələrini

həyata keçirməkdə yeniyetmələrə

və böyüklərə kömək etmək məqsədi

daşıyan bir sıra praktiki təcrübələrin

və fəaliyyətlərin toplusudur.

EDC layihəsinə xüsusən insan

hüquqları, cəmiyyətşünaslıq, sülh və

mədəniyyətlərarası münasibətlər kimi

sahələrdə maariflənmə daxildir. EDC

layihəsinin məqsədləri aşağıdakılardır:

İndiki və gələcək demokratik cəmiyyətləri

zəngin mədəniyyət vasitəsilə

daha güclü etmək;

Vətəndaşlarda özlərini həqiqətən bu

demokratik cəmiyyətlərin tərkib hissəsi

saymaq hissinin və onlara kömək etmək

istəyinin yaranmasına şərait yaratmaq;

Bütün Avropa vətəndaşlığının paylaşdığı

mühüm dəyərlər barədə insanların daha

çox məlumatlı olmasına şərait yaratmaq

və daha azad, ədalətli və tolerant

Avropa cəmiyyəti qurmaq.

www.coe.int/edc

www.coe.int/Holocauste

3

1 Adətən HOLOKOST İkinci

Dünya Müharibəsi zamanı

təxminən altı milyon

yəhudinin qətlə yetirildiyini

ifadə etmək üçün istifadə

edilən termindir.

2 SOYQIRIMI elə bir termindir

ki, onun mənası ilə bağlı çoxlu

mübahisələr vardır, çünki

bu, ciddi məsələdir. Ümumi

şəkildə desək, soyqırımı

o zaman baş verir ki, bir

qrup insan vətəndaşlığına,

milliyyətinə, irqinə və ya

dini əqidələrinə görə digər

bir qrup tərəfindən təqib

olunur. Bu təqib ölümlə,

ciddi xəsarətlə, yaxud

körpələrin doğulmasının

qarşısının alınması cəhdi

ilə nəticələnə bilər.

www.coe.int/t/e/cultural_co-operation/education/Remembrance

www.coe.int/edc

MяSULиYYяTLи VяTяNDAшA

ЧEVRиLMяK

ЧALIшMA MATERиALI

Burada uşaqların hüquqları,

təhlükəsizliyi və şagirdlərin

məruz qaldığı təsirlər (onların

məsuliyyətləri) barədə bəzi

çalışmalar vardır.

юZ HцQUQLARINI BиLMяK

Uşaqların və yeniyetmələrin hüquqları

böyüklərin hüquqlarından heç də

az deyil – bizim hamımızın eyni

hüquqlarımız var. “Bədən cəzası

hüquq pozuntusudur –böyüklər kimi

uşaqlar da döyülməmək hüququna

malikdirlər”: şagirdlərinizdən soruşun

ki, onlar bu fikirlə razıdırlarmı? Əgər

razı deyillərsə, nə üçün?

Eyni hüquqların hər kəsə şamil

olunduğunu vurğulamaq üçün

şagirdlərinizdən soruşun ki, onların

fikrincə İnsan hüquqları haqqında

Avropa Konvensiyasındakı hər hansı

konkret hüquq onlara şamil olunurmu:

Məsələn, onların fikrincə onlar təhsil

hüququna malikdirlərmi?

Bəs nikah hüququna?

Yaxud öz ölkələri daxilində istədikləri

Siz bilirsinizmi ki…

İsveç dünyada bədən cəzasını ləğv

etmiş ilk ölkədir, bu 1979-cu ildə

baş verib.

yerə getmək hüququna (“hərəkət

azadlığı”)?

Bu hüquqların hansı konkret olaraq

məktəbdə tətbiq edilə bilər?

DEMOKRATиK VяTяNDAшLIQ

“Demokratik vətəndaşlıq naminə

3

maariflənmə” proqramı şagirdlərin

demokratik cəmiyyətin həyatında

iştirak barədə daha çox məlumat əldə

etməsi üçün müəllimlər tərəfindən

sinifdə istifadə edilməkdən ötrü

material buraxıb. Aşağıdakı məlumat

kitabları sizin üçün maraqlı ola bilər

və onları İnternet vasitəsilə (on-layn)

sifariş verə bilərsiniz:

1) “Demokratiya шяraitindя

yaшamaq”

Bu, “Demokratik vətəndaşlıq naminə

maariflənmə” (EDC) və “İnsan hüquqları

sahəsində maariflənmə” (HRE)

proqramlarını icra edən müəllimlər,

EDC/HRE üzrə tədris kitablarının

redaktorları və tədris proqramlarının

(kurrikulum) tərtibçiləri üçün məlumat

kitabıdır, kitabın hədəf qrupu 8 və

ya 9-cu sinif şagirdləridir. Təxminən

dörd dərsi əhatə edən doqquz tədris

mövzusunun hər birində EDC/HRE üzrə

əsas konsepsiyalar önə çəkilir. EDC/HRE

proqramlarının məqsədi demokratik

cəmiyyətin həyatında iştirak etmək

istəyində və iqtidarında olan aktiv

vətəndaş yetişdirməkdir.

2) Mяktяblяrdя demokratik

idarяetmя

Demokratik idarəetmə nədir və

gəncləri idarəetmədə iştirak edən

yetkin demokratik vətəndaş olmağa

hazırlamaqda məktəblər ondan

necə yararlana bilər? Məktəblər və

digər təhsil müəssisələri demokratik

vətəndaş ola bilmək üçün şagirdlərin

maariflənməsinə nə cür yardım edə

biləcəklərini necə qiymətləndirə

bilərlər?

Hər ikisi orta məktəb direktoru olan

bu məlumat kitabının iki müəllifi

öz məktəblərinin günbəgün necə

fəaliyyət göstərdiyinə nəzər salaraq,

demokratiyaya aparan cığırın necə

BU SиTAT KиMя MяXSUSDUR?

“Təhsil insan hüquqlarına və onların kökündə duran vətəndaşlıq dəyərlərinə

hörmət etməyi bizə öyrədə bilər.”

Cavabı sitatın arxasına yazın

3

formalaşdığını təsvir edir, məktəblərinin

bu yolda nə qədər uzağa getdiyini

qiymətləndirməkdə oxuculara kömək

edir və bu yolda səfərə başlamağa, onu

davam etdirməyə və qiymətləndirməyə

dair praktiki məsləhətlər verirlər.

www.coe.int/edc

иNTERNETDя TяHLцKяYя

MяRUZ QALMAMAQ

Siz İnternetdə təhlükəyə necə məruz

qalmamaq barədə müzakirəyə başlaya

bilərsiniz. Məsələn, “söhbətləşmə

otağında” (“çatda”) hansı məlumatları

verməyiniz yaxşı olar? Sevimli musiqi

qrupunuzun adını? Bəlkə məktəbinizin

adını? Ümumiyyətlə əvvəllər heç

vaxt rastlaşmadığınız insanlarla

İnternetdə söhbət etməlisinizmi?

Öz İnternet saytları və ya “bloqları”

olan şagirdlərin oraya hansı

informasiyaları qoyması təhlükəsiz

olar? Onlar hansı informasiyaları oraya

buraxmamalıdırlar?

MySpace, Facebook və ya Friendster

kimi sosial şəbəkə saytlarında təhlükəyə

necə məruz qalmamaq barədə

məsləhətləri “İnternet savadlılığı” adlı

məlumat kitabında və ya saytda tapa

bilərsiniz.

Bilirsinizmi ki, 10 fevral “İnternet

Təhlükəsizliyi Günü”dür?

Məlumat üçün bu saytlara gir:

www.saferinternet.org

www.coe.int/internet-literacyhandbook

MяNBяLяR

MяSULиYYяTLи VяTяNDAшA

ЧEVRиLMяK

ЧALIшMA MATERиALI

www.wildwebwoods.org

Yaşca daha kiçik şagirdləriniz üçün

Wild Web Woods oyunu İnternetdən

təhlükəsiz qaydada necə istifadə etməyi

öyrənməkdən ötrü əyləncəli və xoş

üsuldur.

Simon Veyl: Fransanın sosial, səhiyyə və şəhər məsələləri üzrə dövlət naziri Simone Veylin Sosial İnkişafa dair

Ümumdünya Sammitindəki (Kopenhagen, 6 mart, 1995) nitqindən parça

www.coe.int/edc www.coe.int/internet-literacy-handbook

www.wildwebwoods.org

4

Bəzən sizdə elə hiss yarana bilər ki,

gənc olduğunuza görə sizin rəyinizə

heç kim qulaq asmır və siz heç vaxt

nəyisə dəyişə bilməyəcəksiniz. Amma

Avropanın gələcəkdə necə olacağını

sizin hərəkətləriniz müəyyən edəcək.

Siz sülhə, ədalətə və bərabərliyə

əsaslanan Avropa istəyirsinizmi? Əgər

belədirsə, onda elə etməlisiniz ki,

səsinizi eşitsinlər!

Avropa Şurası İkinci Dünya

Müharibəsindən sonra Avropanın

yenidən qurulmasının tərkib hissəsi

olan bu məqsədlərə nail olmaq

istiqamətində çalışmaq üçün yaradılıb

– əgər əldə olunmuş bu tərəqqi davam

etdirilməlidirsə, bizim hamımızın

birgə çalışmağımız önəmlidir, bu isə

o deməkdir ki, prosesə gənclər də

qatılmalıdırlar.

Sizin rəyiniz daha yaşlı insanların

rəyindən heç də az əhəmiyyətli deyil:

“kiçik hüquqları” olan “kiçik insanlar”

yoxdur. Avropa Şurası onun üçün çalışır

ki, gənclərin rəyləri nəzərə alınsın,

onlar qərarların qəbulu prosesinə

cəlb olunsunlar və hüquq və vəzifələri

barədə məlumatlandırılsınlar. Odur ki,

prosesə qatılın və aktiv olun!

шURA GяNCLяRя Nя

TяKLиF EDиR?

Şuranın həyata keçirdiyi fəaliyyətlər

gəncləri onların və icmalarının

üzləşdiyi problemləri istər təlimlər,

istər araşdırmalar, istərsə də

qərarların qəbuluna cəlb olunma

vasitəsilə həll etmək üçün alətlərlə

təmin etməkdən ibarətdir. Artıq

Avropada 150 milyondan artıq gənc

vardır; Şura Avropadakı hər bir gənclə

birbaşa iş apara bilməz. Buna görə də

o, gənclərin yaşadığı ərazilərdən olan,

onların baxışlarını təmsil edən və

sonradan Şuranın mesajlarını gənclərə

“Gənc olmaq üçün uzun vaxt gərəkdir.“

VяTяNDAшLARIN YENи NяSLиNиN

Pablo Picasso

RUHLANDIRILMASI

çatdıra bilən qruplarla və ya fərdlərlə

işləyir.

FяALиYYяT SAHяLяRи:

Avropa Şurası gənclərlə aşağıdakı

sahələrdə çalışır:

İnsan hüquqları sahəsində

maarifləndirmə və mədəniyyətlərarası

dialoq (bax: məlumat materialı 2);

Cəmiyyətin həyatında gənclərin

iştirakı və demokratik vətəndaşlıq

(bax: məlumat materialı 3);

Sosial vəhdət və gənclərin də bu

prosesə qatılması;

Hökumətlərin gənclərə dair

siyasətlərinin inkişaf etdirilməsi

və həmin siyasətlərdə gənclərin

səfərlərə çıxması, məktəbdənkənar

təhsili, könüllü xidmətləri,

məlumatlandırılması və cəmiyyətin

həyatında iştirakı kimi məsələlərin

önə çəkilməsi.

Gənclərin bu işə cəlb olunmasını

təmin etmək üçün qərarlar müştərək

idarəetmə sistemi vasitəsilə qəbul

edilir, bu sistem Şuranın komitələrinin

işində gənclərin qeyri-hökumət

təşkilatlarının (QHT-lərinin) iştirakını

nəzərdə tutur.

Bundan əlavə, Şura ixtisaslaşmış

qurumlar yaradıb ki, onlar gənclərlə

işi diqqət mərkəzində saxlasınlar və

gəncləri dəstəkləsinlər. Aşağıdakılar

buna aid bəzi nümunələrdir:

BUDAPEшTDяKи Vя

STRASBURQDAKI AVROPA

GяNCLиK MяRKяZLяRи

Bunlar beynəlxalq təlim, görüş və

tədris mərkəzləridir. Onlar təlim

kurslarına müxtəlif gənc liderləri

qəbul edirlər, həmin kurslarda

gənclər müzakirələr aparmaq,

təcrübələrini paylaşmaq və

müxtəliflik barədə öyrənmək

imkanına malik olurlar.

www.coe.int/youthcentres

AVROPA GяNCLиK FONDU

Gənclik Fondu avropalı gənclərin

fəaliyyətləri üçün maliyyə dəstəyini

təmin edir. Onun maliyyələşdirməsi

sayəsində 330.000-dən artıq gənc

bütün Avropada keçirilən beynəlxalq

görüşlərdə təlim almaq imkanı əldə edib.

www.eyf.coe.int/fej

GяNCLяRиN TяRяFDAшLIьI

1998-ci ildə start götürmüş “Gənclərin

tərəfdaşlığı” (Youth Partnership)

proqramı gənc işçilərə və liderlərə

təlim keçmək, habelə tədqiqatlara və

əməkdaşlığa şərait yaratmaq üçün

Avropa Şurası ilə Avropa Komissiyasının

tərəfdaşlığını nəzərdə tutur.

www.youth-partnership.net/

youth-partnership/about/objectives.

html

Digər təşəbbüslər aşağıdakıları özündə

ehtiva edir:

GяNCLяR цЧцN KARTLAR:

GяNCLяRиN SяFяRLяRи

цЧцN KART-BLANш

Əgər sizin yaşınız 26-dan azdırsa,

siz gənclər üçün kart əldə edə

bilərsiniz, o sizi aşağıdakı sahələrə aid

məlumatlarla, ödəniş güzəştləri ilə və

məsləhətlərlə təmin edir: mədəniyyət

(muzeylər, teatrlar, kino-teatrlar),

nəqliyyat (avtobuslar, qatarlar, təyyarə

səfərləri), səyahətlər (dil kursları,

yerləşmə), xidmətlər (sığorta) və alışveriş.

www.eyca.org

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/youthcentres

www.eyf.coe.int/fej

www.youth-partnership.net

VяTяNDAшLARIN YENи NяSLиNиN

SяFяRLяR VASиTяSиLя

VяSAиT YIьIMI

Avropa Şurası və Beynəlxalq Dəmiryolları

İttifaqı (UIC) Gənclərin Səfərlərə Çıxması

üçün Həmrəylik Fondu təsis etməkdən

ötrü qüvvələrini birləşdirmişlər, bu fond

imkansız gənclərin səfərlərini nəzərdə

tutan layihələri dəstəkləyir. Hər bir

beynəlxalq dəmiryol kartından (Inter

Rail Card) fonda təxminən bir avro

ianə ayrılır ki, bu da gənc avropalıların

digər mədəniyyətlərlə təmasda olmaq

və onları kəşf etmək üçün beynəlxalq

fəaliyyətlərdə iştirak etmələrinə imkan

verir. 1995-ci ildə yaradıldığı vaxtdan bəri

fond təxminən 300 layihəni dəstəkləyib

və 5.000-dən artıq gəncin beynəlxalq

görüşlərdə və layihələrdə iştirak üçün

Avropa boyunca səfərlər etməsinə imkan

yaradıb.

www.eyf.coe.int/fsmj

www.eyca.org

www.eyf.coe.int/fsmj

RUHLANDIRILMASI

4

VяTяNDAшLARIN YENи NяSLиNиN

RUHLANDIRILMASI

ЧALIшMA MATERиALI

GяNC OLMAQ Nя

DEMяKDиR?

Gənclik barədə bizim təsəvvürlərimiz

zaman keçdikcə dəyişir və

mədəniyyətdən mədəniyyətə

fərqlənir. Bəzi mədəniyyətlərdə

gənclik anlayışı ümumiyyətlə yoxdur:

uşaqlar yetkinliyə keçid mərasimi

keçirilənə qədər uşaq olaraq qalırlar.

Bəzi cəmiyyətlərdə siz 40 yaşınadək

gənc sayılırsınız.

Sinifdəki şagirdlərinizdən xahiş

edin ki, “gənc” olmağın əsas

xüsusiyyətlərini müəyyən etsinlər.

Avropa Şurası və Avropa İttifaqı

gənclik layihələrini maliyyələşdirirlər:

bu zaman onlar hansı yaş hədlərini

qoyurlar? Bu cür yaş hədlərinin

arxasında dayanan səbəblər nədir?

VяTяNDAшLIQ

Vətəndaş cəmiyyətinin üçbucaqlı

modelindən istifadə etməklə

vətəndaşlıq anlayışını şagirdlərinizlə

birlikdə tədqiq edin.

Vətəndaşın hansı hüquqları və

vəzifələri var?

Plüralist demokratiyada aktiv

vətəndaşların olması nə üçün bu qədər

önəmlidir?

“Avropa vətəndaşı” nə deməkdir?

GяNCLяRиN YERLи

SяVиYYяDя CяMиYYяTиN

HяYATINDA ишTиRAKI

Yerli və Regional Hakimiyyətlər

Konqressinin “Bələdiyyə işlərində və

regional işlərdə gənclərin iştirakına

dair Xartiya” adlı nəşrinin bir nüsxəsini

əldə edin.

Sinifdəki şagirdləriniz Xartiyada yer

alan ideyalar barədə nə düşünürlər?

4

Xartiyanı həyata keçirmək üçün (əgər

bunu hələ etməyiblərsə) planlarının

olub-olmadığını öyrənməkdən ötrü

yerli bələdiyyə şurası ilə təmasa girin.

Əgər onu hələ həyata keçirməyiblərsə,

onlar gəncləri yerli səviyyədə

cəmiyyətin həyatında iştiraka cəlb

etmək üçün hazırda nə edirlər?

YERLи GяNCLяR

TяшKиLATLARI

Cəmiyyətin həyatında gənclərin

iştirak etməsinin yollarından biri

bunu gənclər təşkilatlarına üzv olmaq

vasitəsilə etməkdir.

Yerli gənclər təşkilatlarını araşdırın:

Bunlar hansı növ təşkilatlardır? Onların

üzvləri kimlərdir? Onların milli və (və

ya) beynəlxalq təşkilatlarla əlaqələri

varmı? Onlardan Şura ilə əməkdaşlıq

edəni varmı?

Sinfinizdəki şagirdlərdən kimlər

gənclər təşkilatının üzvləridir?

Əgər onlar bunu istəyirlərsə, xahiş edin

ki, sinfə öz təşkilatları barədə məlumat

verməklə təşkilatlarını təqdim etsinlər.

AVROPALI GяNCLяRиN

SяFяRLяRя ЧIXMASI

Avropada getdikcə daha çox gənc başqa

ölkələri ziyarət etmək, orada təhsil

almaq və işləmək üçün səfərlər edir.

Sinfinizdəki şagirdlər özlərini nə

dərəcədə gənc avropalı hiss edirlər?

Sinfinizdəki şagirdlər haraya getmək

istərdilər?

Onlar orada nə etmək istərdilər və nə

üçün?

Bütün sinfi əhatə edən səfər layihəsini

təsəvvür edin: bu necə mümkün ola

bilər? Siz maliyyə vəsaitini haradan

əldə edə bilərsiniz?

BU SиTAT KиMя MяXSUSDUR?

“Gənc olmaq üçün uzun vaxt gərəkdir.“

Cavabı sitatın arxasına yazın

4

Fərdlərin digər Avropa ölkəsində oxuması və

ya işləməsi üçün hansı imkanların olduğunu

öyrənin. Şagirdlərinizdən soruşun ki,

onlar bu növ səfərlərin asanlaşdırılması və

həvəsləndirilməsi üçün Avropada hər hansı

praktiki tədbirlərdən xəbərdardırlarmı?

MяNBяLяR

VяTяNDAшLARIN YENи NяSLиNиN

RUHLANDIRILMASI

ЧALIшMA MATERиALI

Pablo Picasso: Məşhur ispan rəssamı Pablo Pikassoya (1881-1973) məxsus olduğu bildirilən sitat

www.coe.int/youth www.coe.int/congress

5

Avropa elə bir qitədir ki, burada bir çox

müxtəlif dillərdə danışırlar və insanlar

ölkələr arasında daha çox səfərlər

etdikcə dillərin qatışığı da heyrətamiz

dərəcədə artır. Ola bilər ki, siz yalnız

öz ölkənizin “rəsmi” dilini bilirsiniz,

amma sizin şansınız var ki, yaxınlıqdakı

qəsəbədə və ya şəhərdə çoxlu sayda

müxtəlif dillərdə danışıqları eşidəsiniz.

Avropanın bir çox yerlərindəki

müxtəlif radiostansiyaları tutun və

siz çoxlu sayda müxtəlif dilləri eşidə

bilərsiniz.

Yeni dili öyrənmək istər səfərlər

etmək, istərsə də yeni dostlar tapmaq,

digər mədəniyyətləri kəşf etmək və ya

başqa ölkədə iş axtarmaq baxımından

maraqlı və faydalı ola bilər.

MцASиR DиL TяDRиSи

Sabahkı avropalılar üçün ən mühüm

bacarıqlardan biri birdən artıq

dildə danışa bilməkdir. Ötən illər

ərzində Şura Avropa Mədəniyyət

Konvensiyasının prinsipləri əsasında

əməkdaşlığı inkişaf etdirmək və

dillərin tədrisindəki təcrübəsini

paylaşmaq üçün ideal imkanlara

malik olub. İnsanları digər dilləri

və mədəniyyətləri bilməyə

həvəsləndirmək onların bir-biri

ilə ünsiyyətinin yaxşılaşmasına və

bir-birini başa düşmələrinə kömək

edəcək, bu həm də dözümsüzlüyə

qarşı mübarizəyə kömək edəcək

(bax: məlumat materialı 7). Birbaşa

ünsiyyətə girməyi bacarmaq həm də

mədəni və iqtisadi faydalar gətirə bilər.

«BU SюZ SиZиN DиLDя NECя

DEYиLиR: …?”

Dillərin tədrisi sadə iş deyil, buna

görə də Avropa Şurasında “Müasir

dillər” layihələri vasitəsilə tədris

“Xarici dillər barədə heç nə bilməyənlər öz dili

barədə də heç nə bilmirlər.”

DиLLяRи юYRяNMяK Vя HяMиN

Yohann Volfqanq fon Höte

DиLLяRDя DANIшMAQ

metodları hazırlanır. Həmçinin ekspert

qruplarının, dil təlimi üzrə məşğələ

və seminarların vasitəsilə tədris

materiallarının və bilik və təcrübələrin

mübadiləsi aparılır. Bunların çoxu

Qratsda (Avstriya) yerləşən Avropa

Müasir Dillər Mərkəzində (ECML)

həyata keçirilir, onun missiyası

dillərin tədrisində əla keyfiyyəti və

innovasiyaları həvəsləndirməkdən

və dilləri daha effektiv öyrənməkdə

avropalılara kömək etməkdən

ibarətdir. ECML-in proqramları

Şuranın Strasburqdakı qərargahında

yerləşən Dil Siyasəti Bölməsinin

proqramları ilə dolğunlaşdırılır.

www.ecml.at

AZLIQLARIN DиLLяRиNиN

Vя YA REGиONAL DиLLяRиN

QORUNMASI Vя иNKишAF

ETDиRиLMяSи

Bir çox ölkələrdə çoxlu sayda insanlar

birdən artıq dildə danışırlar, amma

getdikcə bu dillərin bəzilərində

danışan insanların sayı azalır və ya

digər insanlar həmin dilləri yetərincə

qəbul etmirlər. Nəticədə onlar

“məhv olub itirlər”. Avropa Şurası

bu dilləri qorumaq üçün çalışır və

bunun üçün Regional və ya azlıqların

dillərinə dair Avropa Xartiyası

tərtib etmişdir. (Həmçinin bax: Milli

azlıqların müdafiəsinə dair Çərçivə

Konvensiyası.) Xartiyanın məqsədi

Avropada tarixi və regional dilləri və

ya azlıqların dillərini qorumaq, mədəni

ənənələri və irsi inkişaf etdirməkdir.

“Siz Sámi dilində danışırsınızmı?”

Sámi dillərində Finlandiyada,

Norveçdə, İsveçdə və Rusiyanın bir

hissəsində danışırlar.

Bu istər məktəblərdə, istərsə də ictimai

həyatda həmin dillərdən istifadəyə

hörmətlə yanaşmaq və onları təşviq

etmək deməkdir.

www.coe.int/minlang

DиLLяRиN QEYD EDиLMяSи

GцNц: AVROPADA DиLLяR

GцNц, 26 SENTYABR

Avropada Dillər Günü dil müxtəlifliyini

qeyd etmək üçün təsis edilmiş gündür –

bu, danışdığımız bir çox müxtəlif dillərlə

və onların mədəniyyətimizə gətirdiyi

zənginliklə qürur duymaq deməkdir.

Həmin günün qeyd edilməsi sizin

dillər haqqında daha çox şeylər kəşf

etməyinizə və onların hansı imkanları

yaratdığını öyrənməyinizə, habelə

aşağıdakılara şərait yaradır:

Dilləri öyrənməyin vacibliyi barədə

cəmiyyətə xəbərdarlıq edilməsi və

çoxdilliliyi və mədəniyyətlərarası

anlaşmanı artırmaq üçün öyrənilən

dillərin müxtəlifliyinin təmin edilməsi;

Avropada zəngin linqvistik və mədəni

müxtəlifliyin təşviq edilməsi;

Məktəbdə və məktəbdən kənarda

insanların daim dilləri öyrənməyə

həvəsləndirilməsi.

www.coe.int/EDL

DиL BиLиKLяRиNиZиN

NцMAYиши: “AVROPA DиLLяR

PORTFELи “

Birdən artıq dil bilmək faydalı bacarıqdır.

Əgər siz dil öyrənirsinizsə, onda “Avropa

Dillər Portfeli” (ELP) təşəbbüsü məhz

sizin üçündür! Öyrəndikləriniz barədə

yazmaq və düşünmək əladır, bununla

siz nələri bildiyini və hansı səviyyədə

olduğunu insanlara göstərə bilərsən. Bu

яLAVя MяLUMAT цЧцN!

www.ecml.at

www.coe.int/minlang/

DиLLяRи юYRяNMяK Vя HяMиN

DиLLяRDя DANIшMAQ

sayta girərək proqramın sizə nələri təklif

etdiyini öyrənin:

www.coe.int/portfolio/

www.coe.int/EDL

www.coe.int/portfolio

5

DиLLяRи юYRяNMяK Vя HяMиN

DиLLяRDя DANIшMAQ

ЧALIшMA MATERиALI

İnsanın öz dili ilə qürur duyması

təbiidir, bəs biz başqa dildə

danışanlarla ünsiyyətə girmək

istədikdə nə baş verir? Onlar bizim dili

öyrənmək məcburiyyətindədirlərmi?

Hamımız eyni dildə danışsaq daha

yaxşı olmazmı? Burada biz dil

müxtəlifliyinə nəzər salacaq və

birgə yaşayışımıza onun təsirlərini

qiymətləndirməyə çalışacağıq.

SиZиN REGиONDA

иNSANLAR HANSI

DиLLяRDя DANIшIRLAR?

Bir çox ölkələrin bir və ya daha artıq

rəsmi dili var, lakin regionların çoxunda

elə insanlar da var ki, başqa dialektdə

(ləhcədə) və ya hətta başqa dildə

danışırlar. Şagirdlərinizdən xahiş edin

ki, evdə qohumları ilə və ya dostları ilə

bəzi araşdırmalar aparsınlar.

Onlar neçə müxtəlif dil və (və ya)

dialekt aşkar edə bilərlər?

Onlardan hansıları rəsmən tanınıb?

Sizin regionda insanlar bu dillərdə

çoxdanmı danışırlar?

Bu dillər haradan gəlib? Onların

gələcəyi varmı? Onlar hələ də çoxlu

insanlar tərəfindən öyrənilirmi?

MяKTяBDя DиLLяRиN

юYRяNиLMяSи

Hazırkı dövrdə məktəblərdə dillərin

tədrisinə daha artıq önəm verilir. Bəs

sizin məktəbdə vəziyyət necədir?

Şagirdlərinizlə aşağıdakı sualları

araşdırın:

Sizin məktəbinizdə bu sahədə hansı

imkanlar var?

Orada hansı dilləri öyrənmək olar

və məhz bu dillərin seçilməsinin

səbəbləri nədən ibarətdir?

Şagirdləriniz neçə dil öyrənmək

istəyirlər və nə üçün?

Həmin dillə məşğul olduqlarına görə

5

onlar hansı imkanları əldə edəcəklər?

ЧALIшIN Kи, SиZи BAшA

DцшSцNLяR

Bəzən insanlar başqa ölkəyə tətilə

gedərkən getməmişdən əvvəl

onun dilini öyrənməyə çox da səy

göstərmirlər. Siz həmin dildə çox şey

öyrənməyə borclu deyilsiniz, amma

bəzi sözlər, xüsusən daha hörmətli

və nəzakətli görünmək baxımından,

işinizə yaraya bilər.

Şagirdləri cütlüklərə bölüb xahiş

edin təsəvvür etsinlər ki, sizin dilin

danışılmadığı bir yerdədirlər və

fikirləşsinlər ki, hansı situasiyalarda

bəzi mühüm ifadələri bilməyə

ehtiyac duya bilərlər. Bəlkə onlar

mehmanxanaya getmək istəyərkən

azıblar? Yaxud bəlkə müəyyən köməyə

ehtiyacları var? Şagirdlərinizdən xahiş

edin ki, həqiqətən sözləri bilməyin

zəruri olduğu situasiyanı görə bilmək

üçün müəyyən ssenari seçsinlər və

mümkündürsə rola girərək əl jestləri

ilə fikirlərini çatdırmağı nə dərəcədə

bacardıqlarını yoxlasınlar.

BAшQA юLKяDяKи

MяKTяBLя яLAQя

Təcrübə göstərir ki, şagirdlərin

həqiqətən başqa dildən istifadə etmək

imkanı olarsa, onlar onu öyrənmək

üçün böyük motivasiya əldə edə

bilərlər.

Başqa ölkələrdəki məktəblərlə

əməkdaşlıq etmək üçün bir çox ideya

və üsullar var:

Digər məktəbdəki siniflə birlikdə

birgə layihə üzərində işləmək;

Məktublar və elektron məktublar

(e-mail) yazmaq və birgə İnternet saytı

hazırlamaq üçün birlikdə işləmək;

Konkret mövzu ətrafında videofilm

hazırlamaq.

BU SиTAT KиMя Mя XSUSDUR?

“Xarici dillər barədə heç nə bilməyənlər öz dili barədə də heç nə bilmirlər.”

Cavabı sitatın arxasına yazın

5

Regional və ya azlıqların dillərinin

mühafizəsi və müdafiəsi

Regional və ya azlıqların dillərinə

dair Avropa Xartiyası rəsmi

dildən və ya dillərdən fərqlənən

“yerli” (aborigen) dilləri və

onların müxtəlif dialektlərini

müdafiə edir.

Xartiya miqrantların danışdıqları

dillərə şamil olunmur, amma

“qeyri-ərazi dillərini”, başqa

sözlə, konkret coğrafi ərazi ilə

bağlılığı olmayan vətəndaşların

istifadə etdiyi dilləri də müəyyən

məhdudiyyətlərlə müdafiə edir.

Bu, Avropada konkret olaraq idiş

və qaraçı dillərinə şamil olunur.

MяNBяLяR

DиLLяRи юYRяNMяK Vя HяMиN

DиLLяRDя DANIшMAQ

ЧALIшMA MATERиALI

Yohann Volfqanq fon Höte: Hikmətli sözlər və aforizmlər (Johann Wolfgang von Goethe: Maxims and

Reflections (Maximen und Reflexionen), Goethe, Rivages, rivages / poche).

www.ecml.at www.coe.int/portfolio

6

Bizim mədəniyyət və ətraf mühit

yüksək keyfiyyətli həyat sürməyimizdə

mühüm amillərdir, əgər onlara

ziyan dəyərsə, nəticədə həyatımızın

keyfiyyəti pisləşər.

AVROPA MяDяNиYYяTи?

Mədəniyyət həyatımızın bütün

aspektlərində vardır – onun vasitəsilə

biz insan olaraq nəyə dəyər verdiyimizi

və öz fərdiyyətimizi ifadə edirik.

Avropadakı mədəniyyətlərin nə

qədər fərqli olduğunu nəzərə alsaq,

“Avropa mədəniyyətinə mənsubluq”

barədə danışmaq qeyri-adi fikir

kimi görünə bilər. Bu fikri deməkdə

məqsəd mədəniyyətlərin bir-birinə

daha çox bənzədiyini söyləməkdən

ibarət deyil, onların arasındakı

fərqləri alqışlamaqdan və onların

müxtəlifliyində güclü cəhətlər

tapmaqdan ibarətdir.

www.coe.int/culture

RяSMи ишLяR…

Avropa Şurasının üzvü olan dövlətlər

1955-ci ildə Avropa Mədəniyyət

Konvensiyasını tərtib ediblər, onun

məqsədi həmin dövlətlərin bir-birini

başa düşmələrini və mədəniyyətlərini

paylaşmalarını asanlaşdırmaqdan,

habelə araşdırma və fəaliyyətlər

vasitəsilə onların inkişafına imkan

yaratmaqdan ibarətdir.

www.coe.int/T/E/Cultural_

Co-operation/

Konvensiya Avropa Gənclik Mərkəzinin

(bax: material 4) və Qratsda Avropa

Müasir Dillər Mərkəzinin (bax: material

5) yaradılmasını, habelə bir çox

başqa layihələri nəzərdə tutur, onların

bəziləri aşağıda sadalanır:

«Hər kəs hər dəfə nəsə etməyə cəhd

göstərdikdə dünyanı dəyişmək istəyir.”

Kşiştof Kislovski

MяDяNи Vя TяBии SяRVяTLяRиN

QORUNMASI

ишIQ! KAMERA! START!

“Avroimic” (“Eurimages”) Avropa

filmlərinin müştərək istehsalını

dəstəkləmək üçün yaradılmış Avropa

Şurası Fondudur. 1989-cu ildə təsis

ediləndən bəri “Avroimic” 1.200-dən

artıq tam metrajlı cizgi filmlərinin və

sənədli filmlərin müştərək istehsalını

dəstəkləyib və müxtəlif ölkələrdə bir

sıra kinofilmləri dəstəkləyir.

www.coe.int/eurimages

MяDяNиYYяT

MARшRUTLARI

Avropada bəşər tarixi ərzində insanlar

ticarət üçün, mədəni və dini məqsədlər

üçün qitə boyunca səfərlər etmişlər.

Mədəniyyət marşrutları bizim coğrafi

torpaqlarda keçmişdə baş vermiş

macəraları və cəsarətli təşəbbüsləri

üzə çıxarmaqla avropalıların ümumi

mədəni mənsubiyyətini onların yadına

salır. Şura Motsartın yaşadığı yerin

öyrənilməsindən tutmuş vikinqlərin

izi ilə getməyə qədər geniş çeşidli

marşrutların təşkilinə yönələn səyləri

koordinasiya edir.

www.coe.int/routes

PULSUZ ZиYARяT!

Bütün avropalılar qitənin zəngin

mədəni ənənələrinin olduğu kimi

qalmasının və gələcək nəsillərə

ötürülməsinin təmin edilməsi üçün

bərabər məsuliyyət daşıyırlar. Mədəni

irs mədəni mənsubluq hissini yaradır

və qloballaşma mühitində müxtəlif

icmalar arasındakı fərqlərdən

xəbərdar olmaqda sizə kömək edir. O,

həmçinin müxtəlif mədəniyyətlərdən

olan insanlara bir-birini daha yaxşı

tanımaqda kömək edir. Avropa Şurası

müxtəlif layihə və proqramlar vasitəsilə

qitənin bir çox milli mədəniyyətlərini

təşviq etməklə bu missiyaya öz töhfəsini

verir.

www.ehd.coe.int/

SиZиN иRSиNиZ

Bütün avropalılar qitənin zəngin mədəni

ənənələrinin olduğu kimi qalmasının və

gələcək nəsillərə ötürülməsinin təmin

edilməsi üçün bərabər məsuliyyət

daşıyırlar. Mədəni irs mədəni mənsubluq

hissini yaradır və qloballaşma mühitində

müxtəlif icmalar arasındakı fərqlərdən

xəbərdar olmaqda sizə kömək edir. O,

həmçinin müxtəlif mədəniyyətlərdən

olan insanlara bir-birini daha yaxşı

tanımaqda kömək edir. Avropa Şurası

müxtəlif layihə və proqramlar vasitəsilə

qitənin bir çox milli mədəniyyətlərini

təşviq etməklə bu missiyaya öz töhfəsini

verir.

www.coe.int/EuropeanLandscape

Convention

яTRAF MцHиT

Sağlam ətraf mühit bizim rahat və

sağlam yaşamağımızı təmin edir. Bizim

yaşadığımız planet hamımızın paylaşdığı

məkandır və onun bizə yanacaq və

enerji vermək imkanları müxtəlif

amillərin olduqca kövrək balansına

əsaslanır. Məsələn, bir qrupun və ya

fərdin hərəkətlərinin nəticələri dünyanın

başqa tərəfindəki insanlara təsir göstərə

bilər. Buna görə də yerli, milli, regional

və beynəlxalq səviyyədə ətraf mühiti

qorumaq üçün əməkdaşlıq və səylərin

koordinasiyası önəmlidir.

Şura Avropada təbii ətraf mühiti mühafizə

və idarə etməyə və insanları əhatə

edən mühiti və əraziləri olduğu kimi

saxlamağa və ya daha da yaxşılaşdırmağa

hökumətləri həvəsləndirmək üçün bir sıra

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/culture

www.coe.int/T/E/Cultural_Co-operation/

www.coe.int/eurimages

MяDяNи Vя TяBии SяRVяTLяRиN

üsullar irəli sürüb.

QORUNMASI

BцTцN DиGяR CANLILARIN

QORUNMASI: BERN

KONVENSиYASI

Avropada vəhşi flora və faunanın

və təbii ətraf mühitin mühafizəsinə

dair Konvensiyanın (o həm də Bern

Konvensiyası kimi tanınır) əsas

məqsədləri bunlarıdr:

Nadir və TƏHLÜKƏ ALTINDA OLAN 1

növlərin, habelə onların təbii mühitinin

mühafizəsi;

MÜHAFİZƏ OLUNAN NÖVLƏRİN 2

yo-xa çıxmasının qarşısının alınması;

Heyvanların QANUNSUZ TİCARƏTİ-

NƏ 3 son qoyulması.

LANDшAFT SADяCя OT, DAш

Vя LиL YIьINI DEYиL

Avropa Landşaft Konvensiyasında sosial

mühitin DAVAMLI İNKİŞAFINA 4

nail olmaq üçün bütün Avropada

landşaftların qorunması, idarə olunması

və planlaşdırılması üsulları nəzərdə

tutulur.

www.coe.int/routes

www.ehd.coe.int/

www.coe.int/EuropeanLandscapeConvention

6

1 “TƏHLÜKƏ ALTINDA OLAN”

ifadəsi o deməkdir ki, növün

bütün fərdləri ölüb getmək

riski altındadır, çünki artım

səviyyəsi ölüm səviyyəsindən

geri qalır.

2 “MÜHAFIZƏ OLUNAN

NÖVLƏR” sayları azalmaqda

olduğuna görə qanunla

qorunur. Adətən bu o

deməkdir ki, onları tələ

vasitəsilə tutmaq və ya

ovlamaq olmaz.

3 “QANUNSUZ TİCARƏT” o

halda baş verir ki, siz nəyi isə

qanuna zidd olaraq alır və ya

satırsınız.

4 “DAVAMLI İNKİŞAF”

dünya resurslarından

bizim elə tərzdə istifadə

etməyimizi bildirir ki,

insanlar gələcəkdə bizim

kimi onlardan faydalana

bilsinlər. Buna görə də,

əgər meşə qırılıbsa yenisi

salınmalıdır ki, gələcək

nəsillər də meşəyə və təmiz

havaya malik olsunlar.future

generations will also have

MяDяNи Vя TяBии SяRVяTLяRиN

MяDяNиYYяT

QORUNMASI

ЧALIшMA MATERиALI

“Mədəniyyət” anlayışının hüdudları

çox genişdir və daim dəyişir. Gənclərlə

mədəniyyət məsələləri ilə bağlı

işləmək labüd olaraq müəyyən bir

seçimi nəzərdə tutur, çünki biz hər

şeyi əhatə edəcəyimizə ümid edə

bilmərik. Biz əsas komponentləri başa

düşməkdə və labirintdə öz yollarını

tapmaqda onlara kömək etməyi hədəfə

ala bilərik.

MяNиM MяDяNиYYяTиM,

SяNиN MяDяNиYYяTиN,

BиZиM MяDяNиYYяTиMиZ

Mədəniyyət kifayət qədər mücərrəd

termindir və onun nə demək

olduğunu başa

düşməyə başlamağın

yollarından biri

“aysberq” adlandırılan

modeldir.

Mədəniyyətdə sizin görə bildiyiniz

bütün əşyalar, davranışlar və s.

aysberqin görünən hissəsidir (üzdə

olan .şeylərdir); sizin görə bilmədiyiniz

şeylər isə gördyünüz bütün şeylərin

kökündə durur: bunlar dəyərlər,

prinsiplər, estetika və ənənələrdir.

Sadə nümunə gətirək: bir çox

mədəniyyətlərdə insanlar bir-birini

əllərini sıxmaqla salamlayırlar.

Görəsən nə üçün? Yüz illər öncə bu,

insanların qılınclarından istifadə

etməyəcəyini bildirən işarə idi.

Hər bir şagird fərdi qaydada işləməklə

aysberq formasında izah etməlidir ki,

mənsub olduğu mədəniyyət nədən

ibarətdir – müxtəlif ənənələrin və

adətlərin altında nələr var. Ümumi

və fərqli məqamları tapmaq üçün

aysberqləri müqayisə edin.

6

BиZиM MяDяNи

MARшRUTUMUZ

Bütün Avropada insanlar öz mədəni

irslərini yenidən kəşf edir və

canlandırırlar.

Şagirdlərinizdən xahiş edin ki, sizin

məktəbin yaxınlığındakı ərazidə

mühüm tarixi abidələri və ənənələri

aşkara çıxarsınlar. Onlardan

hansıların digər Avropa ölkələri ilə

əlaqəli olduğunu müəyyən edin.

Mədəni Marşrutlardan nümunə kimi

istifadə etməklə sizin regionun da

daxil olduğu yeni mədəni marşrut

fikirləşin.

яTRAF MцHиT: BиZ NиYя

NARAHAT OLURUQ?

Planetimizin tarixi ərzində milyonlarla

həyat formaları sadəcə olaraq

mövcudluğunu başa vurub yox

olmuşdur. Daha onlar yoxdur. Bəziləri

bu prosesi “təbii seçmə və ya mühitə

daha çox uyğunlaşanların yaşamaq

qabiliyyəti” adlandırır. Bu gün biz təbii

qoruqlar, zooparklar və digər layihələr

görə bilərik ki, onların hamısının

məqsədi ətraf mühiti “mühafizə

etmək” və ya “qorumaqdır”.

Dinozavrları (!) nəzərə almasaq,

sizin şagirdləriniz yox olmuş hansı

həyat formalarını həyata qaytarmaq

istərdilər?

Canlıların mühafizəsinin səbəblərini

müzakirə edin: məhz hansı canlılar

seçilir? Biz yalnız “yaraşıqlı” heyvanlar

və bitkilər barədə narahat olmalıyıqmı?

YERLи TяBии SяRVяTLяR

Sizin əraziyə ən yaxın olan vəhşi təbiət

ərazisi və ya təbii qoruq haradadır?

Şagirdlərinizlə

planlaşdırın.

oraya səfər etməyi

BU Sи TAT KиMя Mя XSUSDUR?

« Hər kəs hər dəfə nəsə etməyə cəhd göstərdikdə dünyanı dəyişmək istəyir.»

Cavabı sitatın arxasına yazın

6

Nələrin aşkar edilməsi onlar üçün maraqlı

olar?

Nə üçün təbii qoruq yaratmaq üçün bu

ərazi seçilib?

O, Avropanın “biogenetik” ehtiyatlar

şəbəkəsinin bir hissəsidirmi?

LOKAL TяDBиRLяR

Şagirdlərinizlə birlikdə bilavasitə

məktəbinizin yaxınlığında olan vəhşi

təbiəti müşahidə edin.

Onlar orada nə qədər canlı aşkar edə

bilərlər?

Sizin şagirdləriniz bilirlərmi ki,

qurbağalar lokal ərazidə ətraf mühitin

sağlam olduğunun göstəriciləridir?

Vəhşi təbiətin qorunması üçün yerli

hakimiyyət orqanları tərəfindən hansı

tədbirlər görülür?

Ətraf mühit məsələləri ilə məşğul olan

yerli qeyri-hökumət təşkilatları ilə

təmasa girin: onlar nə edirlər?

Şagirdlərinizlə müzakirə edin ki,

onlar hansı tədbirləri görmək

istərdilər. Təkliflər arasında bunlar

ola bilər: ətraf mühitin çirklənmə

səviyyələrinin ölçülməsi və bu

məlumatların məktəbdəki qalan

şagirdlərlə paylaşılması; ağacların

əkilməsi; gölməçə yaradılması; havanın

çirklənmə dərəcəsinin ölçülməsi; təkrar

sirkulyasiya üçün müvafiq materialların

toplanması; lokal ərazidə ətraf

mühitin qorunması üçün kampaniyaya

başlanılması.

Əgər sizin məktəbiniz başqa ölkədəki

məktəblə təmasdadırsa, onlardakı ətraf

mühitin vəziyyətini sizinki ilə müqayisə

edin.

MяNBяLяR

MяDяNи Vя TяBии SяRVяTLяRиN

QORUNMASI

ЧALIшMA MATERиALI

FяLAKяTLяR

Şagirdləriniz təbii və (və ya) texnoloji

(texnogen) fəlakətlərin hansı

nümunələrini göstərə bilərlər?

Onlar ümummilli sərhədləri əhatə edən

təsirlərə malik fəlakət nümunələri

göstərə bilərlərmi?

Fəlakət baş verəcəyi təqdirdə əhalini

məlumatlandırmaq üçün yerli səviyyədə

hansı sistemlər qurulub?

Kşiştof Kislovski: Stanislas Zavislinskinin Kşiştof Kislovski ilə müsahibəsindən parça

www.coe.int/culture

7

MцXTяLиFLиKDя VяHDяT

Avropa son yüzillikdə əhəmiyyətli

dərəcədə dəyişib: sərhədlər dəyişikliyə

uğrayıb və insanlar ətraf yerlərə

daha çox səfərlər edirlər, buna görə

də müxtəlif mədəniyyətlər arasında

balanslar dəyişib. Mədəniyyət dedikdə

hər hansı insan qrupunun eyni

ənənələri və yaşayış tərzini paylaşması

başa düşülür. Bütün dünyada insanlar

müxtəlif tərzdə xörək bişirir, paltar

geyinir, danışır, musiqi ifa edir və s.

Bu fərqləri kəşf edərkən MƏDƏNİ

MÜXTƏLİFLİYİN 1

alqışlanması

önəmlidir. Təəssüf ki, bəzi insanlar

yeni mədəniyyətin gəlişinə təhlükə

kimi baxırlar.

Avropa Şurasının bütün bunlara

reaksiyası müxtəlif mədəniyyətləri

harmoniya halında birgə yaşamağa

sövq etməyə çalışmaqdan ibarətdir.

Şura buna kampaniyaların təşkili və

hökumətlər və yerli hakimiyyətlər

tərəfindən yerinə yetirilməli olan

rəsmi sənədlərin qəbulu vasitəsilə,

habelə tədris proqramları vasitəsilə

nail olmağa ümid edir. Burada biz bir

neçə mühüm sahəni qeyd edəcəyik.

SцLH Vя ANLAYIш!

Mədəniyyətlərarası maarifləndirmə

insanların öz mədəniyyətini və

dünyadakı başqa mədəniyyətləri daha

yaxşı başa düşə bilməsi üçün istifadə

olunur, bunda məqsəd insanları daha

çox tolerantlığa və anlayışa sövq

etməkdir. Bu, xüsusilə müxtəlif

mədəniyyətlər arasında münaqişənin

olduğu yerlərdə önəmlidir. Avropa

Şurası mədəniyyətlər arasında

ünsiyyəti asanlaşdırmaqla, təlimlər

təşkil etməklə və informativ materiallar

təqdim etməklə mədəniy-yətlər

arasında harmoniyanı yaxşılaşdırmağı

hədəfə alır. Şura mədəniyyətlərarası

maarifləndirmənin

“Bizim fərqli dinlərimiz, fərqli dillərimiz

ola bilər, dərimizin rəngi fərqli ola bilər,

amma biz hamımız vahid insan irqinə

mənsubuq.”

HAMIMIZ EYNи иRQиN – иNSAN

иRQиNиN BиR HиSSяSиYиK

Kofi Annan

təkcə əməkçi miqrantların ailələri

ilə məhdudlaşmaması məsələsinə

(əvvəllər belə bir tendensiya vardı)

yardım göstərilməsində mühüm rol

oynayıb, o göstərib ki, bunun üçün bütün

tərəflər səy göstərməlidirlər. 2002-ci

ildən bəri Şuranın mədəniyyətlərarası

maarifləndirməyə dair proqramlarında

həmçinin dini müxtəlifliklər sahəsində

işdə xüsusi vurğulanıb.

www.coe.int/dialogue

иRQЧиLиYя Vя

DюZцMSцZLцYя YOX!

İrqçilik və dözümsüzlük fərdlər və

cəmiyyət üçün zərərlidir. İnsanlar

irqçilik və ya dözümsüzlük nümayiş

etdirdikdə, bunun nəticəsi işdə və ya

məktəbdə ayrı-seçkilikdən tutmuş

zorakılığa və ya münaqişələrə qədər

müxtəlif hallardan ibarət ola bilər.

Avropa Şurası hər cür irqçilik və

dözümsüzlüklə mübarizə aparmağa

çalışır. 1993-cü ildə xüsusi sammit

zamanı irqçiliyə, ksenofobiyaya,

antisemitizmə və dözümsüzlüyə

qarşı tədbirlər planı üzv dövlətlər

arasında razılaşdırıldı. Buraya “Hər

kəs fərqlidir – hər kəs bərabərdir”

gənclik kampaniyası daxil idi, bu

kampaniya bütün Avropada minlərlə

insanı hərəkət etməyə həvəsləndirdi

və nümayişlərin təşkili, azlıqlar üçün

təlim kurslarının keçirilməsi və

tədris materiallarının buraxılışı ilə

nəticələndi. Bunun ardınca keçirilən

kampaniya gəncləri sülh şəraitində

yaşayan, müxtəlifliyə, inklüzivliyə

və hörmətə əsaslanan cəmiyyətlər

qurmaqda fəal iştirak etməyə

həvəsləndirdi.

İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa

Komissiyasının (ECRI) işi əsasən

irqçilik və dözümsüzlüklə mübarizə

üçün hüquqi bazanın tədqiqindən və

ən əsası, milli hökumətlərə bu sahədə

öz qanunvericilik və praktikalarını

yaxşılaşdırmaq barədə tövsiyələr

verməkdən ibarətdir.

www.alldifferent-allequal.info

www.coe.int/ecri

MиLLи AZLIQLARIN

MцDAFияSи!

1949-cu ildə yaradıldığı vaxtdan

bəri Avropa Şurası “milli azlıqların”

vəziyyətini araşdırıb. 1994-cü ildə

Qaraçı xalqı

2006-cı ilin martında milli azlıqların

hüquqlarının qorunmasına yönələn

səyləri çərçivəsində Avropa Şurası

məlumatlılığın artırılmasına dair

“Dosta!” (bu söz “Yetər!” mənasını verən

QARAÇI sözüdür) kampaniyasına

başladı, kampaniyanın məqsədi təkcə

qərəzli fikirləri və stereotipləri pisləmək

deyil, həm də qeyri-qaraçı xalqlarını

qaraçı xalqı ilə daha da yaxınlaşdırmaq

idi (bax: məlumat materialı 9).

www.dosta.org/

2

onun üzvü olan dövlətlər milli

azlıqları müdafiə etmək üçün çərçivə

konvensiyasının qəbulu barədə razılığa

gəldilər. Bu konvensiya onu imzalayan

və ratifikasiya edən dövlətlərin üzərinə

belə bir öhdəlik qoyur ki, milli azlıqların

öz kimliklərinin mühüm elementlərini,

xüsusən dinlərini, dillərini, ənənələrini

və mədəni irslərini mühafizə etmələrinə

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/dialogue

www.alldifferent-allequal.info

www.coe.int/ecri

HAMIMIZ EYNи иRQиN – иNSAN иRQиNиN

imkan yaratsınlar (bax: məlumat

materialı 6).

www.coe.int/Minorities

1 MƏDƏNİ MÜXTƏLİFLİK

insanların müxtəlif köklərini,

həyat təcrübələrini, həyat

tərzini, həyat qavrayışlarını,

dəyərlərini və əqidələrini bildirir.

2

BиR HиSSяSиYиK

QARAÇI DİLİ 4-5 milyona

qədər insanın danışdığı dildir.

Onun çoxlu sayda müxtəlif

variantları mövcuddur.

www.coe.int/Minorities

www.dosta.org/

www.coe.int/antidiscrimination

7

HAMIMIZ EYNи иRQиN – иNSAN

иRQиNиN BиR HиSSяSиYиK

ЧALIшMA MATERиALI

Uşaqların və gənclərin mədəniyyətlərarası

maarifləndirilməsi iki əsas

üsulla həyata keçirilir:

Bərabərsizliyin, haqsızlığın, irqçiliyin,

stereotiplərin və qərəzli

fikirlərin mövcudluğunu etiraf etməyi

bacarmaqda onlara kömək etməklə;

Cəmiyyətdə bu mexanizmlərlə

üzləşdikləri bütün hallarda bu

mexanizmlərə etiraz etmələrinə

kömək edəcək bilik və bacarıqları

onlara verməklə.

Mədəniyyətlərarası maarifləndirmə

insan təbiətinin yanaşmalar, hisslər,

qavrayışlar, dəyərlər və təcrübələr

kimi müxtəlif aspektləri ilə bağlı işi

özündə ehtiva edir. Bu aspektləri

yalnız intellektual (zehni) yanaşma

vasitəsilə dərk etmək olmaz, onlar

həmçinin eksperimental amilləri

də tələb edir. Şura bu məsələlərə

dair gələcək işinizdə sizə kömək

edə biləcək bir sıra müvafiq nəşrlər

buraxıb.

BиZиM KюKLяRиMиZ

HARADAN GяLиR?

“Başqalarını kəşf etmək maneələri deyil,

münasibətləri kəşf etmək deməkdir.”

Klod Levi-Strauss (Claude Lévi-Strauss)

Həqiqətən o insana çox nadir hallarda

rast gəlmək olar ki, onun dörd nəsil

əvvələ gedib çıxan qohumlarının

hamısı eyni şəhərdə və ya kənddə

doğulmuş və orada qalmış olsun. Bu

cür araşdırma sinif şagirdlərinə öz

mədəni köklərini tədqiq etməkdə və

paylaşmaqda kömək edir və əcnəbilərə

və azlıqlara qarşı şəfqətli münasibəti

təşviq etmək məqsədini daşıyır.

Sinfinizdəki şagirdlərdən xahiş edin ki,

üç və ya dörd nəsil əvvələ gedib çıxan

ailə şəcərəsini hazırlasınlar və oraya

mümkün qədər çoxlu qohumlarını

7

daxil etsinlər. Onlar başqa ölkəyə və

ya onların indi yaşadıqları ölkəyə

mühacirət etmiş qohumlarını xüsusilə

nəzərə almalıdırlar.

Sinifdəki şagirdlərin sayından asılı

olaraq, şagirdlər gəldikləri nəticələri

qruplar daxilində və ya bütövlükdə

sinif çərçivəsində bir-biri ilə paylaşa

bilərlər. Bu, həssas tapşırıqdır və

diqqətli olmaq lazımdır ki, sinif

şagirdlər yalnız onlar üçün üzücü

olmayan faktları açıqlasınlar.

Müzakirə üçün suallara aşağıdakılar

daxil edilə bilər:

Nə üçün bəzi qohumlar mühacirətə

gediblər (və ya gəliblər)?

Onlar başqa ölkəyə gələrkən nə ilə

üzləşdilər?

Onlar özləri ilə nə götürmüşdülər?

Siz xaricə köçmək barədə nə vaxtsa

düşünmüsünüzmü?

Orada sizinlə necə rəftar edilməsini

istərdiniz?

SиZиN REGиON Nя

DяRяCяDя

ЧOXMяDяNиYYяTLиDиR?

Sizn regionda nə qədər müxtəlif

mədəniyyətlər olduğunu sinif

şagirdlərinizlə birlikdə araşdırın.

Müxtəlif mədəniyyətlərdən olan

insanların yerli ərazidə necə həyat

sürdüklərini müzakirə edin. Müxtəlif

mədəniyyətlərdən olan insanlar

arasında təmasları və dialoqu təşviq

etmək üçün nə kimi səylər göstərilir?

ЧOXLUQLAR Vя AZLIQLAR

Bir çox demokratik sistemlərdə belə

qəbul edilib ki, çoxluğun səsi daha

güclü olmalıdır, amma bu şərtlə ki, bu

səsdən sui-istifadə edilməsin.

BU Sи TAT KиMя Mя XSUSDUR?

“Bizim fərqli dinlərimiz, fərqli dillərimiz ola bilər, dərimizin rəngi fərqli ola bilər,

amma biz hamımız vahid insan irqinə mənsubuq.”

Cavabı sitatın arxasına yazın

7

HAMIMIZ EYNи иRQиN – иNSAN иRQиNиN

Sinfinizdəki şagirdlərdən xahiş edin

ki, aşağıdakı situasiyalar barədə

düşünsünlər: a) onlar çoxluğa

mənsubdurlar; b) onlar azlığa

mənsubdurlar. Bu situasiyalarda onlar

özlərini necə hiss edərlər?

Onlar öz cəmiyyətlərində hansı növ

azlıqları göstərə bilərlər?

Milli azlıqların müdafiəsinə dair

Çərçivə Konvensiyasını öyrənin və onun

müddəalarını sizin ölkənizdəki azlıqların

hüquqları ilə müqayisə edin.

MяNBяLяR

BиR HиSSяSиYиK

ЧALIшMA MATERиALI

Kofi Annan: 24 iyun 2000-ci ildə Bazeldə (İsveçrə) Ümumdünya Uşaq Festivalında Birləşmiş Millətlər Təşkilatının

7-ci Baş katibi (1997-2006) Kofi Annanın çıxışından parça

www.coe.int/ ecri www.coe.int/antidiscrimination

8

Sağlam demokratik cəmiyyət tibbi

yardımla və təhlükəsiz dərmanlarla

təmin olunan əhali tərəfindən idarə

olunmalıdır.

SAьLAMLIQ MяSяLяLяRи!

Siz sağlamlıq hüququna maliksiniz –

Avropa Şurasının Sosial Xartiyasında

belə deyilir. Üstəlik, Avropa Şurası

ona üzv olan dövlətləri öz səhiyyə

siyasətlərini məhz buna uyğun

olaraq qurmağa, təhsil sahəsində

maarifləndirməni inkişaf etdirməyə

və səhiyyə xidmətlərinə insanların

bərabər çıxışını təşviq etməyə

həvəsləndirir. Aşağıdakılar Şuranın iş

apardığı bəzi başqa sahələrdir:

XяSTяLиK Vя DяRMANLAR:

FARMAKOPEYA NяDиR?

Əgər siz xəstələnmisinizsə, harada

olmağınızdan asılı olmayaraq

aldığınız dərmanlara sizdə inam

olmalıdır. Avropa Farmakopeyası

məhz bu məsələlər barədə təlimatlar

toplusudur – o, bütün Avropada

dərmanların eyni standartlar əsasında

hazırlanmasını təmin etmək işini

yerinə yetirir. Əgər siz başqa bir Avropa

ölkəsindən dərman almısınızsa,

onda bilirsiniz ki, o, öz ölkənizdə ala

biləcəyiniz dərmanla eyni keyfiyyətə

malik olacaq. Avropa Farmakopeyası

Dərmanların Keyfiyyəti üzrə Avropa

Direktorluğunun (EDQM) fəaliyyətinin

bir hissəsidir, sonuncu həmçinin

qan köçürülməsi və orqanların

transplantasiyası üzrə məlumat

bazalarına malikdir.

www.edqm.eu

MцRяKKяB MяSяLяLяR

BİOETİKA 1 mübahisəli mövzudur,

məsələn, bəziləri düşünə bilər ki,

GÖVDƏ HÜCEYRƏLƏRİNİN TƏDQİ-

“Həyatda heç nədən qorxmaq lazım

deyil, sadəcə bunu başa düşməliyik. İndi

daha az qorxmağımız üçün daha çox

şeyləri öyrənməyin vaxtıdır.”

TяHLцKяSиZLиYиNиZиN Vя

SAьLAMLIьINIZIN MцHAFиZяSи

Mariya Küri

Qİ, 2 GENETİK TESTLƏR 3 və KLON-

LAŞDIRMA 4

heyrətamiz potensiala

malikdir, amma hələ də belə fikirlər ki,

onlar ciddi etik məsələləri meydana

çıxarır. Biotibbi tədqiqatlar səhiyyədə

diqqətçəkən irəliləyişlərə səbəb oldu,

məsələn, qızılca və poliomielitə qarşı

peyvəndlər hazırlanıb, QİÇS-in (AIDS)

müalicəsi təkmilləşdirilib. Digər

nailiyyətlər daha heyrətamiz nəticələrə

səbəb ola bilər, amma önəmli olan budur

ki, müvafiq müalicə və ya tədqiqatlar

insanların hüquqlarına və insan

ləyaqətinə müdaxilə etməsin. Bu sahədə

Avropa Şurasının işinin məqsədi elmi

tərəqqi ilə insanların müdafiəsi arasında

düzgün balansı təyin etməkdir.

Məhz buna görə Avropa Şurası İnsan

hüquqları və biotəbabət haqqında

Konvensiya tərtib edib. Bu Konvensiya

tədqiqat üçün insan rüşeymlərinin

(embrionlarının) yaradılmasını qadağan

edir və müəyyən müalicəni istəmək

barədə sizin qərar vermək iqtidarında

olub-olmadığınıza, nə zaman genetik

testin aparılmalı olduğuna və bu kimi

məsələlərə dair ciddi standartlar

hazırlayıb. İndi konvensiyanın yeni

tərkib hissəsi olan sənəd (protokol)

insan varlığının klonlaşdırılması üçün

hər cür gen mühəndisliyinin də qadağan

olunmasını nəzərdə tutur. Bir çox

məsələlər vardır ki, onlar biotekinanın

tərkib hissələridir, onlarla tanış olmaq

üçün bu sayta girin:

www.coe.int/Bioethics

XOшAGяLMяZ MяSяLяLяR

Narkotik vasitələrdən sui-istifadə və

narkotik vasitələrin qaçaqmalçılığı

cəmiyyətlərə, ailələrə və fərdlərə təsir

göstərir. Bu problemləri həll etmək

üçün işləyən qrup Fransa prezidentinin

təklifindən sonra yaradılmış Narkotik

vasitələrdən sui-istifadə və narkotik

vasitələrin qaçaqmalçılığı üzrə

Əməkdaşlıq Qrupudur, o, həmçinin

“Pompidu Qrupu” adı ilə tanınır. Bu

qrup müxtəlif hökumətlərin üzvlərindən

təşkil edilib, qrupun məqsədi ondan

ibarətdir ki, qrupda iştirak edən ölkələr

narkotik vasitələrdən sui-istifadə ilə və

narkotik vasitələrin qaçaqmalçılığı ilə

mübarizə təcrübələrini paylaşsınlar və

narkotik vasitələrlə mübarizə sahəsində

daha səmərəli və innovativ siyasətlər

hazırlasınlar.

www.coe.int/pompidou

иDMAN MяSяLяLяRи

Bədəninizi məşq etdirməyiniz vacibdir –

bu, sizin sağlam və xoşbəxt qalmağınıza

kömək edir, belə ki, fiziki hərəkətlər

ENDORFİN ifrazına səbəb olur. Konkret

idman növü ilə məşğul olmaq yeni

insanlarla görüşməyin həqiqətən xoş və

faydalı üsulu ola bilər. İnsanlar həmçinin

idmana baxmaqdan da zövq alır, peşəkar

və həvəskar oyunçuları dəstəkləmək

üçün bir araya gəlirlər. Avropa Şurası

bütün bunları dəyərli hesab edir və bütün

idman növlərinin ədalətli və təhlükəsiz

olmasına çalışaraq hamı üçün idmanı

təşviq etmək istəyir.

Avropa İdman Xartiyası 1992-ci ildə

qəbul edilmiş sənəddir, hökumətlər onu

imzalaya və onun prinsiplərinə riayət

edəcəkləri barədə razılığa gələ bilərlər.

Onu imzalamış hökumətlər təmin

etməlidirlər ki, idmanla məşğul olmaq:

maddi imkanından asılı olmayaraq hər

kəs üçün əlçatan olmalı;

sağlam, təhlükəsiz, ədalətli və tolerant

şəraitdə baş verməli;

ətraf mühitin qaydalarına hörmət edilməklə

həyata keçirilməli;

idmanla məşğul olanların hər cür

istismarına qarşı yönəlməlidir ki,

insanlar ədalətsiz və ya təhlükəli şərtlər

яLAVя MяLUMAT цЧцN!

www.edqm.eu

www.coe.int/Bioethics

www.coe.int/pompidou

TяHLцKяSиZLиYиNиZиN Vя

SAьLAMLIьINIZIN MцHAFиZяSи

altında olmasınlar (bax: Antidopinq

Konvensiyası).

Xartiya barədə əlavə məlumat üçün bu

sayta bax:

www.coe.int/t/dg4/sport/

sportinEurope/charter_en.asp

ANTиDOPиNQ

KONVENSиYASI

İdmandakı göstəricilərini yaxşılaşdırmaq

üçün dopinq” adı ilə tanınan dərmanlar

qəbul edən insanlar sağlamlıqlarını

təhlükə altında qoyur və başqalarının

idman fəaliyyətlərinə ziyan vururlar, çünki

daha yaxşı nəticələr əldə etmək üçün

fırıldaqçılığa əl atırlar. Şura insanların

bunu etməsini dayandırmaqda Konvensiya

vasitəsilə hökumətlərə kömək edir.

TAMAшAЧI ZORAKILIьINA

DAиR AVROPA

KONVENSиYASI

1980-ci illərdə idman tədbirlərində

bir sıra faciəli insidentlər baş verdi ki,

bu da siyasətçilərin idmanda tamaşaçı

zorakılığına qarşı mübarizə üçün

yollar axtarmasına səbəb oldu. 1985ci

ildə Avropa Şurası buna son qoymaq

üçün Konvensiya tərtib etdi. Bunun

nəticələrindən biri ondan ibarət oldu ki,

insanların potensial təhlükəli əşyaları

oyunlara gətirməsinə icazə verilmir.

Həmçinin idman tədbirlərində irqçilik

və ksenofobiya ilə mübarizəyə daha çox

diqqət yetirilir.

«EPAS» – иDMANLA BAьLI

POZиTиV ADDIM

EPAS Avropada İdman haqqında

NATAMAM TƏRKİBLİ MÜQAVİLƏ 6

deməkdir, onun adı çox da cəlbedici

olmasa da məqsədləri yetərincə

aydındır: idmanı təşviq etmək və onun

8

müsbət dəyərlərini önə çəkmək; bunları

necə etmək barədə hökumətlər arasında

razılaşmalara nail olmaq; idmanın daha

sağlam və ədalətli olması və daha yaxşı

idarə olunması üçün müxtəlif qruplara

kömək etmək. EPAS həmçinin idmanda

irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə

sahəsində də aktiv rola malikdir.

Əlavə məlumatları bu İnternet saytında

tapa bilərsiniz: www.coe.int/epas

1 BİOETİKA: tibbi və bioloji

tədqiqat etikası.

2 GÖVDƏ HÜCEYRƏLƏRİNİN

TƏDQİQİ gövdə hüceyrələrinin

tibbi məqsədlərdən ötrü istifadə

edilmək üçün tədqiq edilməsini

bildirir, bunlar elə hüceyrələrdir

ki, bədənin müxtəlif toxuma-ları

üçün ixtisaslaşmış (differensiasiya

olunmuş) hüceyrələr yarada

bilirlər.

3 GENETİK TEST elə bir tibbi test

növüdür ki, xromosomlardakı,

genlərdəki və ya zülallardakı

dəyişiklikləri müəyyən edir,

o, hər hansı şəxsin konkret

xəstəliyə meylli olub-olmadığını

təyin etmək üçün istifadə edilə

bilər.

4 KLONLAŞDIRMA nəyinsə dəqiq

surətini yaratmaq deməkdir.

Buradakı kontekstdə o, genetik

səviyyədə eyni (identik) olan bir

şeyi bildirir.

5 ENDORFİNLƏR beyin nahiyəsində

bədənimizin ifraz etdiyi

hormonlardır, onlar əhvalımızı

təbii surətdə yüksəldir.

6 “NATAMAM TƏRKİBLİ

MÜQAVİLƏ” termini Avropa

Şurası tərəfindən təşkil edilən,

amma onun üzvü olan

dövlətlərin hamısını əhatə

etməyən Avropa əməkdaşlığı

fəaliyyətinin əsas növünü

bildirir.

www.coe.int/t/dg3/health

www.coe.int/t/dg4/sport/sportinEurope/charter_en.asp

www.coe.int/EPAS

TяHLцKяSиZLиYиNиZиN Vя

SAьLAMLIьINIZIN MцHAFиZяSи

ЧALIшMA MATERиALI

KLON YARATMAQ

Dolli adlı qoyun artıq tarixə çevrilib

– bu gün getdikcə daha çox canlıları

klonlaşdırmaq mümkündür.

Sinfinizdəki şagirdlər klonlaşdırma

barədə nə düşünürlər?

İnsanın klonlaşdırılmasının mümkün

nəticələrini araşdırın.

Avropa Şurası insanların klonlaşdırılmasını

qadağan edən birinci

beynəlxalq müqaviləni nə üçün tərtib

edib?

Sinfinizdəki şagirdlər tibbi tədqiqatlar

sahəsində növbəti mühüm irəliləyişin

nədən ibarət olacağı barədə nə

düşünürlər?

QANLA BAьLI MяSяLяLяR

Hamımızın damarlarında qan axır,

amma əlavə qana ehtiyacımız olanda

müxtəlif ölkələrdə vəziyyət müxtəlif

cür olur.

Sizin şagirdlərinizin qanları hansı qan

qruplarına aiddir?

Əgər qanköçürməyə ehtiyacları olarsa,

onlar nə etməlidirlər?

Sinfinizdəki şagirdlərdən xahiş edin

ki, sizin şəhərdə qan banklarının necə

təşkil edildiyini müəyyən etsinlər.

İnsanlar qan verərkən bunu ödənişsiz

qaydada könüllü olaraq edirlərmi?

Kimlərin qan verməsinə icazə verilir?

NARKOTиK MADDяLяR Nя

VAXT QANUNи SAYILIR?

Sinfinizdəki şagirdlərlə birlikdə

təsəvvür edin ki, siqaretlər və alkoqol

yenicə ixtira edilsəydi nə baş verərdi?

Onların fikrincə hökumətin reaksiyası

necə olardı: bu cür “narkotik

maddələrin” dükanlarda sərbəst

8

satışına icazə verilərdimi?

Bu düşüncə narkotik maddələr və

dərmanlar üzərində nəzarət barədə

daha geniş müzakirə üçün imkanlar aça

bilər: nəyin qanuni və nəyin qanunsuz

olduğunu kim müəyyən edir?

Sinifdəki şagirdlərin “yumşaq

narkotiklər” adlandırılan dərmanlar

barədə rəyləri nədən ibarətdir?

Gəncləri narkotik maddələrin qəbulu

barəsində maarifləndirmək üçün sizin

ölkənizdə nə edilir?

иDMANDA NARKOTиK

MADDяLяR

Sinfinizdəki şagirdlərin fikrincə idman

sahəsində narkotik dərmanların

qəbuluna nə vaxt haqq qazandırmaq

olar?

Bu nə zaman “fırıldaqçılıq” sayılır?

Bunun idmana nə kimi təsiri ola bilər?

Sizin ölkənizdə idman sahəsində

narkotiklərə

görülür?

qarşı hansı tədbirlər

яDALяTLи OYUN

İdmanla məşğul olarkən insanların

bunu ədalətli və təhlükəsiz qaydada

etməsi önəmlidir. Bu həm də çox

maraqlı ola bilər.

Şagirdlərinizdən soruşun ki, onların

sevimli idman növü hansıdır və nə

üçün məhz odur? İdmanın müsbət

tərəfləri hansılardır?

Onun hər hansı mənfi tərəfləri varmı?

Əgər varsa, onları təsvir edin. Sizin

şagirdləriniz konkret idman növü

ilə məşğul olmağın fiziki, əqli və

emosional effektlərini öyrənmək

istəyə bilərlər.

BU Sи TAT KиMя Mя XSUSDUR?

“Həyatda heç nədən qorxmaq lazım deyil, sadəcə bunu başa düşməliyik. İndi daha

az qorxmağımız üçün daha çox şeyləri öyrənməyin vaxtıdır.”

Cavabı sitatın arxasına yazın

8

Onların sevimli idman ulduzu varmı?

Həmin şəxsin hansı xüsusi cəhətləri var?

İdmanda nümunə kimi gördüyünüz

şəxslərin idmanda ədalətli olması,

məsələn, öz göstəricilərini yaxşılaşdırmaq

üçün narkotik maddələr qəbul

etməməsi önəmlidirmi?

DцNYA MиQYASINDA иDMAN

Şagirdlərinizdən soruşun ki, onların

fikrincə onların sevimli idman növü ilk

dəfə harada yaranıb və ya ixtira edilib?

Bu, onların sevimli idman növünün

mənşələrini və necə inkişaf etdiyini

tədqiq etmək üçün yaxşı layihə ola bilər.

Onlar yeni idman növü ilə məşğul olmağı

sınaqdan keçirmək istərdilərmi?

Onların fikrincə Avropanın digər

ölkələrində hansı idman növləri

populyardır?

Onlar Avropadan kənarda populyar olan

hansı idman növlərini tanıyırlar?

BIOETиKA MяSяLяLяRиNя

DAиR MAARиFLяNDиRиCи

MяLUMAT MATERиALLARI

Bu saytda müəllimlər guşəsini tapın:

www.coe.int/teachers-corner

Bioetika məsələləri barədə məlumatlı

və çoxsahəli müzakirə təşkil etməklə

şagirdlərinizə onları ictimai həyatda

iştiraka sövq edən yanaşmanı

aşılayın (bu, vətəndaşlıq sahəsində

maarifləndirmə üçün önəmlidir).

Bu saytdakı yardımçı tədris materialı

xüsusən 4-6-cı siniflərin biologiya,

MяNBяLяR

TяHLцKяSиZLиYиNиZиN Vя

SAьLAMLIьINIZIN MцHAFиZяSи

ЧALIшMA MATERиALI

təbiətşünaslıq və cəmiyyətşünaslıq

müəllimləri üçün nəzərdə tutulub.

Orada nəzərdən keçirilən birinci

üç mövzu bunlardır: orqanların

bağışlanması; tibbi yardım vasitəsilə

nəsilartırma; genetik test.

Mariya Küri: Fizika (1903) və kimya (1911) sahəsində Nobel mükafatı laureatı Mariya Küri tərəfindən

deyildiyi bildirilən sitat

www.book.coe.int www.coe.int/t/dg3/health www.coe.int/sport www.edqm.eu www.coe.int/epas

9

KAMPANиYALARA

QATILMAQ

Avropa Şurasının kampaniyaları elə

tədbirlərdir ki, siz onlara həqiqətən

qatıla biləsiniz! İndiyədək bu

kampaniyalarda insan hüquqlarına,

xüsusən yaşamaq hüququna (yəqin

razılaşarsınız ki, bu, kifayət qədər

önəmli hüquqdur) böyük diqqət

yetirilib, amma eyni zamanda bu

kampaniyalarda digər hüquqlar,

məsələn sosial və mədəni hüquqlar

da önə çəkilir (misal üçün “Dosta!”

kampaniyası – aşağıya bax).

Bu kampaniyaların bəziləri hazırda

başa çatıb, amma bu o demək deyil

ki, iş bitib –belə hesab etmək olar

ki, iş təzəcə başlayıb! İnsanların

hərəkətə keçməsini tələb edən mühüm

məsələlər hələ də var. Bəlkə də hazırkı

məqamda sizin ölkədə milli və ya hətta

yerli (lokal) səviyyədə kampaniya

aparılır?! Bu barədə öyrənin və siz də

dəyişikliklərə qatılın!

“AYRI-SEЧKиLиYя QARшI

SяSиNиZи UCALDIN”

KAMPANиYASI

Media (televiziya, qəzetlər, radiolar

və s.) insanların başqalarına qarşı

mövqelərinə mühüm təsir göstərə

bilər. Avropa Şurasının “Ayrı-seçkiliyə

qarşı səsinizi ucaldın” adlı yeni

kampaniyası ayrı-seçkilik qurbanı

ola biləcək müxtəlif fərdlərin və

qrupların hüquqları barədə insanları

məlumatlandırmaq üçün media

ilə birgə və medianın vasitəsilə iş

aparılmasını nəzərdə tutur.

Kampaniya həmçinin mediada

çalışan və müxtəlifliyi təşviq edən

insanlar üçün təlim materiallarının

hazırlanmasını özündə ehtiva edir.

Kampaniya barədə əlavə məlumat

“İrqçiliyə göz yumanlar qərəzliliyin

və zorakılığın yardımçılarına

çevrilirlər və bundan bütövlükdə

cəmiyyət əziyyət çəkir.”

HяRяKяTя KEЧMяK! AVROPA

шURASININ KAMPANиYALARINDA

ишTиRAK

Qro Harlem Brundtland

üçün onun interaktiv İnternet saytına

bax:

www.coe.int/antidiscrimination

QADINLARA QARшI

ZORAKILIьI DAYANDIRIN

Hər gün qadınlara qarşı zorakılığın baş

verməsi və onu dayandırmaq üçün heç

nə edilməməsi çox pis haldır. Statistika

göstərir ki, Avropada qadınların 12-

15%-i hər gün evdə zorakılıqla üzləşir

– bu, təxminən hər səkkiz qadından

biri deməkdir! “Qadınlara qarşı

zorakılığı dayandırın” kampaniyası

qadınlara qarşı zorakılığın qadınların

insan hüquqlarını pozduğuna və onu

dayandırmaq tələb olunduğuna dair

məlumatlılığın artırılması məqsədini

daşıyır.

Ailədaxili zorakılığın ölkələr

tərəfindən kriminallaşdırılması

(cinayət əməli sayılması), qurbanlara

yardım göstərilməsi və bütövlükdə

mövqelərdə dəyişiklik yaradılması

üçün kampaniya başlanılıb, məqsəd

ondan ibarətdir ki, insanlar daha evdə

qadınlara qarşı zorakılığa dözümlü

yanaşmasınlar.

Əlavə məlumatları bu saytda tapın:

www.coe.int/StopViolence

DOSTA!

“Yetər!” mənasını verən qaraçı

sözü “Dosta!” qeyri-qaraçıları

QARAÇI 1

vətəndaşlarla daha da

yaxınlaşdırmaq üçün nəzərdə

tutulan kampaniyanın adıdır (bax:

məlumat materialı 7). Kampaniyaya

2006-cı ildə Şuranın milli azlıqların

hüquqlarının qorunmasına yönələn

səylərinin tərkib hissəsi qismində

başlanılıb. Qaraçı xalqı barədə daha

çox məlumatlar əldə edin – bu xalqa,

demək olar ki, Avropanın hər bir

ölkəsində rast gəlmək olar, onların

çoxu hələ də ayrı-seçkiliklə və qərəzli

münasibətlə üzləşirlər.

www.coe.int/RomaTravellers

www.dosta.org

иNSAN SATILMIR!

иNSAN ALVERиNи

DAYANDIRIN

Yanvar 2006 – Yanvar 2008

Əgər köləliyə son qoyulduğunu

fikirləşirsinizsə, bu barədə yenidən

fikirləşin. Üstəlik, bu hal bizim öz

ölkələrimizdə baş verir – insanlar hər

gün başqa ölkələrdəki insanlara satılır,

əməklərinin istismar edildiyi şəraitdə

işləməli olurlar.

Avropa Şurasının “İnsan alverinə qarşı

mübarizə” kampaniyası “İnsan satış

üçün deyil” şüarı altında 2006-cı ildə

başlanılıb. İnsan alveri qanunsuzdur

və çox vaxt mütəşəkkil cinayətkar

dəstələrin üzvləri vasitəsilə idarə

olunur. Alver qurbanı olan qadınlar və

uşaqlar zorakılığa, pis rəftara və seksual

istismara məruz qala bilərlər.

Kampaniyanın məqsədi insan alverinin

bu gün Avropada nə qədər böyük

problem olduğu barədə məlumatlılığı

artırmaqdır. Kampaniya hökumətlərə,

yerli və regional hakimiyyət orqanlarına

və cəmiyyətin qalan hissəsinə

ünvanlanıb. Kampaniya bu yeni köləlik

formasının qarşısını almaq üçün həyata

keçilə bilən, habelə qurbanların insan

hüquqlarının qorunmasına və insan

alverçilərinin cinayət təqibinə məruz

qalmasına yönələn müxtəlif tədbirləri

önə çəkir.

www.coe.int/Trafficking

www.coe.int/HumanTrafficking

яLAVя MяLUMAT цЧцN!

www.coe.int/antidiscrimination

www.coe.int/StopViolence/

www.coe.int/RomaTravellers/

www.dosta.org

HяRяKяTя KEЧMяK! AVROPA

шURASININ KAMPANиYALARINDA

ишTиRAK

юLцM CяZASI яLEYHиNя

AVROPA GцNц

Ölüm cəzası bir çox insanların, o

cümlədən Avropa Şurasının əleyhinə

çıxdığı cəzadır və bu mövqeyin səbəbini

anlamaq önəmlidir.

Kimsə dəhşətli bir cinayət, məsələn, qətl

törədirsə, əvəzində ona qarşı dəhşətli bir

əməl törətmək vəziyyəti yaxşılaşdırmır.

Əgər bunu etsəniz, özünüzü onun

səviyyəsinə endirmiş olarsınız. Bundan

başqa, hər kəsin yaşamaq hüququ var

(bax: məlumat materialı 2).

Avropa Şurası ölüm cəzasının ləğvi

uğrunda mübarizədə aparıcı rol

oynayaraq belə hesab edir ki, demokratik

cəmiyyətlərdə ölüm cəzasına yer

olmamalıdır. Bu gün Avropa dünyada

yeganə regioundur ki, orada ölüm

cəzası daha tətbiq edilmir. “Ölüm cəzası

əleyhinə Avropa günü”nün keçirilməsi

barədə qərar 2007-ci ildə qəbul edilib

və bu tədbir hər il oktyabrın 10-da

keçirilir. Bu, mühüm bir dəyərə dəstəyin

əlamətidir və eyni addımı atmaları üçün

digər ölkələrə güclü mesajdır.

MяNBяLяR

Bu mənbəni Şuranın İnternet saytında

tapmaq olar: “Ölüm ədalət mühakiməsi

deyil” – Avropada ölüm cəzasına dair 50

səhifəlik buklet.

www.book.coe.int/en

Həmçinin bax:

www.coe.int/notodeathpenalty/

www.coe.int/Trafficking/

www.coe.int/HumanTrafficking/

www.coe.int/notodeathpenalty/

www.coe.int/children/

9

AVROPANI UшAQLAR цЧцN

Vя ONLARLA BиRLиKDя

QURAQ

Bu, uşaq hüquqlarının təşviqi və

uşaqların zorakılıqdan müdafiəsi üçün

Avropa Şurasının proqramıdır. Biz

hamımız yadda saxlamalıyıq ki, uşaqlar

“kiçik hüquqları” olan “kiçik insanlar”

deyil. Faktiki olaraq, uşaqlar böyüklərdən

daha əlverişsiz vəziyyətdədirlər və

buna görə də daha çox müdafiəyə

ehtiyacları var. Avropa Şurası uşaqlara

qarşı zorakılığı sadəcə pisləmir, həm də

deyir ki, bu zorakılığın qarşısı tamamilə

alınmalıdır. Uşaq hüquqlarına hörmət

bizim yaşadığımız Avropa adlı məkanın

inkişafı üçün önəmlidir, çünki uşaqlar

onun gələcəyidir. Bu proqram uşaq

hüquqlarının qorunmasını təşviq etmək

və uşaqları zorakılıqdan qorumaq

məqsədini daşıyır və bunun üçün hər bir

üzv dövləti öz ölkəsində daha çox işlər

görməyə, habelə digər üzv dövlətlərlə

əməkdaşlıq etməyə həvəsləndirir.

www.coe.int/children/

1 QARAÇI xalqına, demək olar

ki, Avropanın hər bir ölkəsində

rast gəlmək olar. Onların

əcdadlarının mənşəyinin

Şimali Hindistandan olduğu

güman edilir, onlar ilk dəfə

Avropaya 14-cü əsrdə gəliblər.

O vaxtdan bəri qaraçı xalqı

çoxsaylı inkarolunma və ayrıseçkilik

halları ilə və hətta

təqiblərlə üzləşib.

HяRяKяTя KEЧMяK! AVROPA

шURASININ KAMPANиYALARINDA

ишTиRAK

ЧALIшMA MATERиALI

Kampaniyalara qatılmaq faydalı,

informativ və maraqlı ola bilər! Çox

zaman gənclərdə kampaniyaya yeni

rəng qata biləcək çoxlu entuziazm və

yeni ideyalar olur. Bunun əvəzində

gənclər çox şey öyrənə, bəzən onlar

üçün tamamilə yeni olan mövzu

haqqında məlumat əldə bilərlər,

həmçinin kollektivdə çalışmaq,

ictimaiyyət qarşısında danışmaq,

yaxud sadəcə olaraq işləri təyin

olunmuş vaxtadək yerinə yetirmək

kimi bacarıqlar əldə edə bilərlər.

Avropa Şurasının kampaniyalarının

bəziləri olduqca həssas məsələlərlə,

məsələn, ölüm cəzası ilə və ya qadınlara

qarşı zorakılıqla əlaqədar olur. Bununla

belə, əgər siz bunun faydalı olacağına

əminsinizsə, kampaniyalardan biri

haqqında şagirdlərinizə oxumağınız

və oradakı məsələləri sinifdəki

şagirdlərlə müzakirə etməyiniz

maraqlı olar. Siz həmçinin oxşar

məsələ ilə bağlı fəaliyyət göstərən yerli

təşkilatın olub-olmadığını və təşkilatın

hər hansı könüllü nümayəndəsinin

(volontyorun) sizin dərs keçdiyiniz

yerə gəlib həmin məsələ barədə

danışmasının mümkün olubolmadığını

öyrənə bilərsiniz.

Eyni zamanda, aşağıdakılar adı

çəkilən kampaniyalarla bağlı hərəkətə

başlamağınız üçün bəzi ideyalardır:

QADINLARA QARшI

ZORAKILIьI DAYANDIRIN

Bu kampaniya xüsusən ailədaxili

zorakılığı önə çəksə də, siz bu

məsələdən bütövlükdə qadın

hüquqlarını müzakirə etmək üçün

istifadə edərək kişi və qadınların

bərabər hüquqlara malik olduğunu

və buna görə də onlarla eyni cür

rəftarın zəruri olduğunu xüsusi

vurğulaya bilərsiniz.

9

иNSAN HцQUQLARI HяM Dя

QADINLARIN HцQUQLARIDIR

Avropa Şurasının üzvü olan bütün

dövlətlər qadın hüquqları ilə bağlı

Birləşmiş Millətlər Təşkilatının iki

mühüm sənədini ratifikasiya ediblər:

-Qadınların və kişilərin bərabər

hüquqlara malik olduğunu təsdiq edən

İnsan hüquqları haqqında Ümumi

Bəyannamə (1948);

-Qadınlara qarşı ayrı-seçkiliyin bütün

formlarının ləğvinə dair Konvensiya

(1979).

Öz növbəsində Avropa Şurası hazırda

qadınlara qarşı zorakılığın və ailədaxili

zorakılığın qarşısının alınması və

onlarla mübarizə barədə hüquqi sənəd

hazırlayır.

Bəs sizin ölkədə vəziyyət necədir? 20ci

əsrdə və ondan sonra qadınlarla

bağlı hansı mühüm dəyişikliklərin

baş verdiyini göstərmək üçün

şagirdlərinizlə birlikdə xronoloji cədvəl

tərtib etməyə çalışın.

Məsələn, qadınların boşanmaq hüququ

varmı? Əgər varsa, bu barədə qərar nə

zaman qəbul edilib?

Sizin ölkə 1979-cu il Konvensiyasını nə

vaxt ratifikasiya edib?

Qadınların idarəetmədə və ya işdə

bərabər təmsilçiliyinə dair hər hansı

qanunlar varmı?

AиLяDAXиLи ZORAKILIQ: BU

QяTиYYяN YAXшI HAL DEYиL

Əgər şagirdlərinizlə ailədaxili zorakılıq

məsələsini müzakirə edirsinizsə, bunu

vurğulamaq vacibdir ki, ailədaxili

zorakılıq əsla qurbanın “günahı” deyil,

o, qətiyyən yaxşı hal deyil. Ailədaxili

zorakılıq bir çox formalarda təzahür

edir, yəni həmişə fiziki zorakılıq

formasında olmaya da bilər. Əgər bu

məsələni şagirdlərinizlə müzakirə

etmək hər hansı narahatçılıq yaratmırsa,

BU Sи TAT KиMя Mя XSUSDUR?

“İrqçiliyə göz yumanlar qərəzliliyin və zorakılığın yardımçılarına çevrilirlər və

bundan bütövlükdə cəmiyyət əziyyət çəkir.”

Cavabı sitatın arxasına yazın

9

məsləhətdir ki, dərs dediyiniz yerdə hüquq

məsləhətçisi ilə (vəkillə) əlaqə yaradasınız,

əvvəlcə öyrənin ki, şagirdlərinizdən hər

hansı birinin məsləhətə ehtiyacı olsa, yerli

səviyyədə nə kimi köməklik göstərilə

bilər. Mövzunu müzakirə edərkən

şagirdlərinizin bu məlumatı bilməsinə

imkan yaradın.

DOSTA!

Qaraçı xalqı azlıq kimi tanınaraq

qorunur. Avropa Şurası ilə Avropa

İttifaqının birgə kampaniyası olan

“Dosta!” bu barədə mesajı ölkələrə

çatdırmaq məqsədini daşıyır. Əgər siz

müxtəlif etnik qruplardan olan, birlikdə

harmoniya halında yaşayan insanların

məsələsini şagirdlərinizlə müzakirə

etmək istəyirsinizsə, “Hər kəs fərqlidir

– hər kəs bərabərdir” maarifləndirmə

toplusu fantastik mənbədir, onu bu

saytdan köçürmək olar:

eycb.coe.int/edupack/

иNSAN SATIш цЧцN

DEYиL! иNSAN ALVERиNи

DAYANDIRIN

İnsan alveri məsələsini müzakirə

edərkən nəzərə alın ki, bir çox insanlar

cinsi istismar üçün satılır, buna görə də

əvvəlcə qrupun yaşını və yetkinliyini

nəzərə almaqla bu mövzu barədə

danışmağın məqsədəuyğun olubolmadığı

barədə qərar verin.

Siz bu mövzunun tədqiqinə şagirdlərinizə

belə bir sual verməklə başlamalısınız:

onlar insan alveri haqqında eşidiblərmi?

Onlar bilirlərmi ki, təxminən 1,2 milyon

uşaq hər il insan alverinə məruz qalır?

Bu rəqəm onları təəccübləndirirmi?

Onlar fikrincə insanlar nəyə görə insan

alverçisinə çevrilirlər? Bəs onların aldığı

və satdığı insanlar bu vəziyyətə necə

düşürlər?

Siz insan alveri faktını aşkara çıxardıqdan

MяNBяLяR

HяRяKяTя KEЧMяK! AVROPA

шURASININ KAMPANиYALARINDA

ишTиRAK

ЧALIшMA MATERиALI

sonra (ola bilər ki, bunu yerli təşkilatdan

öyrənmisiniz) sizin dairəni təmsil edən

parlament üzvünə birgə məktub yaza

və bu cinayətə qarşı mübarizədə ondan

yardım istəyə bilərsiniz.

«юLцM CяZASINA QARшI

AVROPA GцNц»

Siz debat təşkil etmək üçün bu məsələdən

fürsət kimi istifadə edə bilərsiniz.

Şagirdləri iki qrupa bölün, amma bölgü

onların bu məsələ barədə faktiki rəyinə

əsaslanmamalıdır. Hansı mövqedə

olmalarından asılı olaraq, onlardan xahiş

edin ki, ölümün tətbiq edilməli olduğunu

və ya olmadığını əsaslandıran çoxsaylı

səbəblər barədə düşünsünlər. Minidebat

keçirərək onların öz mövqelərini

növbə ilə bildirmələrinə imkan

yaradın. Daha sonra hər kəsin yaşamaq

hüququ olduğunu və kiminsə əlindən

bu hüququn alınmasının mümkün

olmadığını nəzərə almaqla müəyyən

mülahizələrin həqiqətən düzgün olubolmadığını

nəzərdən keçirin.

Debatı davam etdirmək üçün siz ölüm

cəzasının hansı alternativlərinin olması

və onlara necə nail olunması məsələsini

misallar gətirməklə nəzərdən keçirə

bilərsiniz.

AYRI-SEЧKиLиYя QARшI

SяSяNиZи UCALDIN

Sizin şagirdləriniz nə vaxtsa mediada

işləmək barədə düşünüblərmi?

Bəlkə onlar futbol oyunlarında idman

jurnalisti olmaq, yaxud günlərin birində

xəbərləri insanlara təqdim etmək

istəyirlər?

Onlar media işinin çətin peşə olduğunu

düşünürlərmi, yaxud düşünürlərmi

ki, bu iş onların mənsub olduğu etnik

qrupdan və ya mədəniyyətdən olan

birisi üçün çətindir?

Ola bilər ki, siz və ya şagirdləriniz

müəyyən azlıq qruplarına qarşı sizə

təəccüblü gələn müəyyən ayrı-seçkilik

hallarını hiss etmisiniz.

Kampaniyanın İnternet saytı resurs

mərkəzini özündə ehtiva edir, siz oradan

vərəqələri, broşürləri və posterləri

kompüterinizə köçürə bilərsiniz, yaxud

hətta həmin saytdan bəzi vebkastları

(webcast) seyr edə bilərsiniz.

Əgər siz şagirdlərinizin öz hüquqları

barədə daha çox şeylər öyrənməsini

istəyirsinizsə, kampaniyanın xəbər

məktublarına (newsletter) niyə də

abunə yazılmayasınız? Sizin iştirakınız

bu kampaniyada nəzərə alınır.

AVROPANI UшAQLAR цЧцN

Vя ONLARLA BиRLиKDя

QURAQ

Bu, uşaq hüquqlarını təşviq etmək və

uşaqları zorakılıqdan qorumaq üçün

proqramdır. Bədən cəzası uşaqlara qarşı

ən geniş yayılmış zorakılıq formasıdır

və insan varlığı olaraq uşaqların

hüquqlarının pozuntusudur. Avropa

Şurası “Əlinizi kötəklənmə əleyhinə

qaldırın” kampaniyası vasitəsilə

Avropanı bədən cəzasından tamamilə

azad olan qitəyə çevirməyə çalışır,

kampaniya 47 üzv dövlətin hamısında

pozitiv və qeyri-zorakı valideynliyi

təşviq edir.

Neçə ölkədə bədən cəzası qanunsuz elan

edilib?

Bəs sizin ölkədə?

www.coe.int/children/

Qro Harlem Brundtland: 4 fevral 1993-cü ildə Avropa Şurasının Parlament Assambleyasında Norveçin baş

naziri Qro Harlem Brundtlandın çıxışından parça. Avropa Şurasının mətbəəsində “Avropanın səsi” nəşrində

dərc olunub (“Voices of Europe“, Council of Europe Publishing

www.eycb.coe.int/edupack/ www.book.coe.int

http://www.coe.int/t/dg3/

corporalpunishment/presentation_

EN.asp?

10

Avropa Şurası öz məqsədlərini həyata

keçirmək üçün digər təşkilatlarla birlikdə,

xüsusən İNSAN HÜQUQLARI, 1

DEMOKRATİYA 2 və QANUNUN ALİ-

LİYİ 3

mövzuları ilə bağlı fəaliyyət

göstərir (hətta onlar Avropadankənar

təşkilatlar olsa belə).

AVROPA SяRHяDLяRи:

HANSI SяRHяDLяR HANSI

DюVLяTLяRиNDиR?

Bir çox insanlar Avropa Şurasını

Avropa İttifaqı (Aİ) ilə qarışıq salırlar!

Bunu başa düşmək olar, çünki onlar

eyni rəmzlərdən istifadə edirlər,

amma əslində tamamilə ayrı və fərqli

təsisatlardır.

Avropa Şurasına üzv olan

47 dövlət var və o, özünün

800 milyon vətəndaşı üçün

demokratiyanı, insan hüquqlarını və

qanunun aliliyini qorumaq və təşviq

etmək uğrunda çalışır.

www.coe.int

Digər tərəfdən, Avropa

İttifaqına (Aİ) üzv olan 27

dövlət var və o, üzv dövlətlərin unikal

iqtisadi və siyasi tərəfdaşlıq təşkilatıdır,

onlar təşkilatın 495 milyon vətəndaşı

üçün daha zəngin və təhlükəsiz Avropa

qurmaq uğrunda birgə fəaliyyət

göstərirlər.

www.europa.eu

Heç bir ölkə əvvəlcə Avrpa Şurasına

üzv olmadan Aİ-yə daxil olmayıb.

“Biz əminik ki, ehtiyac duyduğumuz şey

dünyanın qalan hissəsinə əl uzadan dinc

və demokratik… bir Avropadır.”

AVROPA шURASININ Vя DиGяR

TяSиSATLARIN MAHиYYяTиNи

ANLAMAQ

Mixail Qorbaçov

AVROPA шURASI Vя

AVROPA иTTиFAQI eyni

rяmzlяri paylaшan ayrы-ayrы

tяsisatlar!

Avropa Şurası həmçinin bir sıra digər

beynəlxalq təşkilatlarla, xüsusən

aşağıdakılarla əməkdaşlıq edir:

Avropada Təhlükəsizlik və

Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə

– terrorizmə qarşı mübarizə, milli

azlıqların müdafiəsi və insan alverinə

qarşı mübarizə kimi sahələrdə;

Birləşmiş Millətlər Təşkilatı

ilə – uşaq hüquqlarının təşviqi və

müdafiəsi, qadınlara qarşı zorakılığın

dayandırılması və işgəncələrin

qarşısının alınması da daxil olmaqla

ən müxtəlif sahələrdə;

www.un.org

Avropa Şurasının müşahidəçi

statuslu beş üzvü (Kanada, Vatikan,

Yaponiya, Meksika və Amerika

Birləşmiş Ştatları) ilə əməkdaşlıq

bir sıra mühüm sahələrdə

təşkilatın fəaliyyətinin hüdudlarını

genişləndirmək üçün unikal imkan

yaradır – beləliklə, siz görürsünüz ki,

bu, əsil beynəlxalq təşkilatdır!

FяRQLяRи BиLMяK

Müxtəlif qurumların olduqca oxşar

adları var ki, bu da onların daha çox

qarışdırılmasına səbəb olur!

Avropa Şurası: Avropanın 47

demokratik ölkəsindən təşkil

olunmuş, Strasburqda yerləşən

beynəlxalq.

Avropa İttifaqının Şurası:

Avropa İttifaqının Şurası Aİ-nin

əsas qərarverici orqanıdır. O, mütəmadi

olaraq üzv dövlətlərin nazirlərini bir

araya gətirir.

Avropa Komissiyası (Avropa

İttifaqı qurumu): Avropa

İttifaqının icra hakimiyyəti orqanıdır,

Brüsseldə yerləşir, Aİ müqavilələrinin və

Aİ təsisatlarının qərarlarının dürüst

yerinə yetirilməsini təmin etmir. O,

Avropa İttifaqında böyük həcmdə

gündəlik işi yerinə yetirir.

Avropa Şurasının Parlament

Assambleyası: Burada Avropa

Şurasının 318 nümayəndəsi (və eyni

sayda əvəzedicilər) mühüm mövzüları

müzakirə edir və üzv dövlətlərə

tövsiyələr qəbul edirlər. Onlar üzv

dövlətlərin milli parlamentləri tərəfindən

təyin olunurlar.

Avropa Parlamenti (Avropa

İttifaqı qurumu): Bu, Avropa

İttifaqının parlament qurumudur,

Avropa İttifaqının 27 ölkəsindən olan,

ÜMUMİ SEÇKİ HÜQUQU 4

əsasında

seçilən 785 üzvdən ibarətdir.

AVROPA шURASININ Vя DиGяR

TяSиSATLARIN MAHиYYяTиNи

ANLAMAQ

İslaslarını Srasburqda

keçirən Avropa İnsan

Hü-quqları Məhkəməsi Avropa

Şurasının daimi məhkəmə orqanıdır,

o, İn-san hüquqları haqqında Avropa

Konvensiyasına riayət edilməsinə

görə cavabdehdir.

Avropa Birliyinin Ədalət

Məhkəməsi iclaslarını Lüksemburqda

keçirir və Avropa İttifaqı

müqavilələrinin şərhi və tətbiqi

zamanı Avropa İttifaqı qanunlarına

riayət edilməsini təmin edir.

Beynəlxalq Ədalət

Məhkəməsi (BMT qurumu):

Birləşmiş Millətlər Təşkilatının

məhkəmə orqanıdır, Haaqada

(Niderland) yerləşir.

İnsan hüquqları haqqında

Avropa Konvensiyası: dövlətlərarası

müqavilədir, Avropa Şurasının

üzvü olan dövlətlər onun vasitəsilə əsas

hüquq və azadlıqlara hörmət etməyi

öhdələrinə götürüblər.

İnsan hüquqları haqqında

Ümumi Bəyannamə (BMT

sənədi): beynəlxalq səviyyədə insan

hüquqlarının müdafiəsini gücləndirmək

üçün 1948-ci ildə Birləşmiş

Millətlər Təşkilatı tərəfindən qəbul

edilmiş sənəddir.

Əsas hüquqlar haqqında

Xartiya (Avropa İttifaqı

sənədi): İnsan hüquqları və əsas

azadlıqlar haqqında Avropa İttifaqının

sənədi, 2000-ci ildə qəbul edilib.

Avropa İttifaqının Əsas

Hüquqlar Agentliyi (FRA):

Avropa İttifaqının Vyanada yerləşən

qurumudur, 2007-ci ildə təsis edilib.

яLAVя MяLUMATLARI BU иNTERNET SAYTLARINA GиRMяKLя TAPIN!

www.coe.int – Council of Europe

www.europa.eu – European Union (EU)

www.osce.org – Organization for Security and Co-operation in Europe (OSCE)

www.un.org – United Nations (UN)

10

1 İNSAN HÜQUQLARI elə

hüquqlardır ki, layiqli həyat

sürmək üçün hər birimiz onlara

malik olmalıyıq: məsələn,

yaşamaq hüququ, ədalətli

məhkəmə araşdırması hüququ

və ya işgəncəyə məruz qalmamaq

hüququ. Bu hüquqlar cinsindən,

irqindən, dinindən və ya

mədəni mənsubiyyətindən asılı

olmayaraq planetdəki hər bir

fərdə məxsus olan hüquqlardır.

2 DEMOKRATİYANIN mövcud

ol-ması üçün cəmiyyətin bütün

üzvləri hakimiyyətə gəlmək

üçün bərabər imkanlara malik

olmalıdırlar və hər kəsin insan

hüquqlarına hörmət edilməlidir.

Məhz buna görə azad və ədalətli

seçkilər keçirmək və bütün

fərdlərin insan hüquqlarını

qorumaq önəmlidir.

3 Çox sadə şəkildə desək,

QANUNUN ALİLİYİ o deməkdir

ki, heç kim qanunun fövqündə

deyil və qanun hamı üçün eynidir.

Qanunun aliliyi aşağıdakıları

nəzərdə tutur: hakimiyyətlər

bölgüsü, səmərəli və müstəqil

məhkəmə hakimiyyətinin mövcudluğu

və əlçatan olması;

hərcmərcliyə yol verməyən

hüquqi müəyyənlik; ayrı-seçkiliyə

yol verilmədən qanun qarşısında

bərabərlik; və ədalətli

məhkəmə araşdırması hüququ, o

cümlədən məhkəmə qərarlarının

kağız üzərində qalmasına yol

verilmədən səmərəli icrası.

4 ÜMUMİ SEÇKİ HÜQUQU

irqindən, cinsindən, əqidəsindən,

intellek-tual səviyyəsindən,

iqtisadi və ya sosial vəziyyətindən

asılı olmayaraq yetkinlik yaşına

çatmış bütün vətəndaşlara

səsvermə hüququ verir.

Bayraqlar: yalnız illüstrasiya məqsədləri üçün.

AVROPA шURASININ Vя DиGяR

TяSиSATLARIN MAHиYYяTиNи

ANLAMAQ

ЧALIшMA MATERIALI

Avropandakı və dünyanın qalan

hissəsindəki müxtəlif təsisatların

mahiyyətini anlamaq önəmlidir, çünki

onlar, hətta ola bilsin biz bunu dərk

etməsək belə, bizim həyatımızda

böyük rol oynayırlar.

Şagirdləriniz, məsələn, Avropa İttifaqı

(məlumat materialı 10), Avropada

Təhlükəsizlik və Əməkdaşlıq

Təşkilatı (ATƏT) və ya Birləşmiş

Millətlər Təşkilatı barədə məlumata

malikdirlərmi, onlar Avropada

daha hansı beynəlxalq təşkilatları

tanıyırlar? Onları xəritədə təyin etmək

üçün müxtəlif rənglərdən istifadə edin.

Üzvlüyün şərtlərini və məqsədlərini

müqayisə edin.

Şagirdləriniz siyahıya baxmadan

Avropa Şurasının üzvü olan neçə

dövlətin adını çəkə bilərlər. Onlar

həmin dövlətləri xəritədə tapa

bilərlərmi? Onlar dövlətin paytaxtını

da tapsalar, onlara mükafat olaraq

əlavə xal verin!

Avropa Şurası digər təşkilatlarla hansı

başqa sahələrdə əməkdaşlıq edir?

AVROPA шURASI Vя DиGяR

TяшKиLATLAR: DцNYANI

DяYишMяK цЧцN BиRGя

ЧALIшMAQ!

Avropa Şurası kimi Birləşmiş Millətlər

Təşkilatı (BMT) da insan hüquqlarının

müdafiəsi üçün çalışır.

Avropa Şurası kimi əsasən Avropa

səviyyəsində fəaliyyət göstərən

təşkilata malik olmağın nə kimi

əhəmiyyəti var? Bu iki təşkilatın

arasında nə kimi fərqlər var?

Avropa Şurası və BMT uşaq hüquqlarını

necə müdafiə edirlər? Bir neçə konkret

misal göstərin.

Şagirdlərinizi hər qitəyə bir qrup

düşməklə altı qrupa bölün və müxtəlif

10

ölkələrdəki gənclərin gündəlik həyatı

və mühüm məsələləri barədə fikir

bildirmələrinə imkan yaradın.

Şagirdlərinizin bütün avropalılar

üçün mühüm hesab etdikləri

konkret mövzuya dair konfrans

təşkil etmələrinə imkan yaradın.

Seçilmiş mövzunu müdafiə etmək

(əsaslandırmaq) üçün şagirdlərinizi

qruplara bölün.

FяRQLяRи TяYиN ETMяK!

Şagirdləriniz aşağıdakı iki Avropa

təşkilatı arasında hansı fərqlərin

olduğunu bilirlərmi?

AVROPA шURASI

Bu, qərargahı Strasburqda

(Fransa) olan dövlətlərarası

siyasi təşkilatdır, Avropa Şurası ona

üzv olan 47 dövlətin hamısında

demokratiyanı, insan hüquqlarını və

qanunun aliliyini təşviq etməyə çalışır.

AVROPA иTTиFAQININ

шURASI

Avropa İttifaqının Şurası Aİnin

əsas qərarverici orqanıdır.

O, mütəmadi olaraq 27 üzv dövlətin

nazirlərini bir araya gətirir.

PARLAMENT ASSAMBLEYASI

Bu, Avropa Şurasının

məşvərət orqanıdır, üzv

dövlətlərin milli parlamentləri

tərəfindən təyin olunan 318

nümayəndədən (və eyni sayda

əvəzedicilərdən) ibarətdir.

və

AVROPA PARLAMENTи

Bu, Avropa İttifaqının

parlament orqanıdır, Avropa

İttifaqının 27 ölkəsindən olan, ümumi

səsvermə hüququ əsasında seçilən

785 üzvdən (parlament üzvlərindən)

ibarətdir.

BU SиTAT KиMя MяXSUSDUR?

“Biz əminik ki, ehtiyac duyduğumuz şey dünyanın qalan hissəsinə əl uzadan dinc və

demokratik… bir Avropadır.”

Cavabı sitatın arxasına yazın

10

яLAVя MяLUMAT цЧцN!

AVROPA шURASININ Vя DиGяR

TяSиSATLARIN MAHиYYяTиNи

ANLAMAQ

ЧALIшMA MATERиALI

AVROPA шURASININ цзVц OLAN 47 DюVLяT

Onlar daha hansı beynəlxalq təşkilatların üzvüdürlər?

AŞ-nın üzv dövlətləri Aİ ATƏT BMT

Albaniya * *

Ermənistan * *

Azərbaycan * *

Bosniya

və Herseqovina * *

Xorvatiya * *

Çexiya Respublikası * * *

Estoniya * * *

Fransa * * *

Almaniya * * *

Macarıstan * * *

İrlandiya * * *

Latviya * * *

Litva * * *

Malta * * *

Monako * *

Niderland * * *

Polşa * * *

Rumıniya * * *

San Marino * *

Slovakiya * * *

İspaniya * * *

İsveçrə * *

Türkiyə * *

Birləşmiş Krallıq * * *

MцшAHиDяЧиLяR: Kanada, Vatikan, Yaponiya, Meksika və ABŞ

цZVLцYя NAMиZяD DюVLяT: Belarus (12.03.1993)

AŞ-nın üzv dövlətləri Aİ ATƏT BMT

Andorra * *

Avstriya * * *

Belçika * * *

Bolqarıstan * * *

Kipr * * *

Danimarka * * *

Finlandiya * * *

Gürcüstan * *

Yunanıstan * * *

İslandiya * *

İtaliya * * *

Lixtenşteyn * *

Lüksemburq * * *

Moldova * *

Çernoqoriya * *

Norveç * *

Portuqaliya * * *

Rasiya Federasiyası * *

Serbiya * *

Sloveniya * * *

İsveç * * *

“Keçmiş Yuqoslav

Respublikası

Makedoniya”

Mixail Qorbaçov: Mizail Qorbaçovun 6 iyul 1989-cu ildə Avropa Şurasındakı çıxışından parça; nəşr olunduğu mənbə:

“Böyük Avropa vəzifələri”, Avropa Şurasının Nəşriyyatı, Council of Europe Publishing, La Nuée Bleue, Strasburq, 1996

(“The challenges of a Greater Europe“. Council of Europe Publishing, La Nuée Bleue, Strasbourg, 1996)

www.coe.int europa.eu www.osce.org www.un.org

Ukrayna * *

Cədvəldə biz yalnız Avropa Şurasının üzvü olan ölkələri sadaladıq. Avropa İttifaqının bütün üzvləri əvvəlcədən Avropa Şurasının üzvüdürlər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!