18.01.2019 Views

SPORTSMAN-115small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yubİley

S P O R T S M A N

fəq olub, ilk günlərdən nəzərəçarpan

uğurlara imza atıb. Respublika dövri

mətbuatında onun maraqlı foto işləri ilə

yanaşı rəsmləri, illüstrasiyaları, müxtəlif

janrlarda yazıları, hekayə və şerləri

də dərc olunurdu.

Sovetlər dönəmində hətta, yerli

mətbuat vasitəsində dərc olunmaq

böyük uğur sayılırdı. 20 yaşında ikən,

o vaxtlar üçün fantastik hesab edilən

bir olaya da nail oldu. Onun Moskvada

9 milyon nüsxə tirajla çıxan Sovet

İttifaqı Kommunist Partiyası Mərkəzi

Komitəsinin “Selskaya Jizn” gündəlik

qəzetinin 4 oktyabr 1968-ci il tarixli 233

(11245)-ci nömrəsində birbaşa rus dilində

yazdığı “Geroi zemli” (“Torpağın

qəhrəmanları”)sərlövhəli oçerki dərc

olundu. Buna görə ölkə rəhbərləri onu

təbrik etdilər. Daha sonralar imzası

Sovet İttifaqının “Sovetskaya kultura”,

“Komsomolskaya pravda”, “Krestyanka”

və digər mərkəzi nəşrlərində görünməyə

başladı.

O, İttifaq və respublika teleradio

efirində də müntəzəm çıxışlar etmişdir.

1968-1985-ci illərdə Azərbaycan Dövlət

Universitetinin jurnalistika fakültəsində

qiyabi yolla ali təhsil almışdır.

E. İsmayılov 1966-ci ildən Azərbaycan

Televiziyası və Radiosu ilə daha

sıx yaradıcılıq əlaqələri qurmuşdu.

Televiziyanın əsasən xəbərlər, gənclik,

kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat,

təbliğat, tədris redaksiyaları ilə

əməkdaşlıq etmiş, bir-birindən maraqlı

və aktual mövzuları əhatə edən verilişləri,

süjetləri mütəmadi olaraq efirə

verilmişdir. Bu verilişlərin ccenarisini

yazmaqla yanaşı, operatorluğunu, rejissorluğunu

da özü etdiyindən böyük

bir qrupun işini təkbaşına, həm də keyfiyyətli,

operativ yerinə yetirirdi. Bu da

komitə rəhbərliyinə hər cəhətcə, xüsusilə

maddi baxımdan sərfəli idi. Eldar

o vaxtlar təkcə teleradiodan bir nazir

maaşından qat-qat artıq qonarar alırdı.

Respublikanın aparıcı KİV orqanlarının

xüsusi müxbiri o vaxt Mərkəzi

Komitə namenklaturasına “əlçatmaz”,

nüfuzlu vəzifələr sırasında idi. Eldar

İmayılov ulu öndərimiz Heydər Əliyevin

göstərişi və xeyir-duası ilə 1979-cu

ilin 23 fevralında Azərbaycan Dövlət

Televiziya və Radio Verilişləri Komitəsinin

ən çətin zona sayılan Dağlıq Qarabağ

Muxtar Vilayəti (DQMV) və ətraf

rayonlar üzrə xüsusi müxbiri postuna

irəli çəkildi. 31 yaşlı gənc jurnalist üçün

bu təyinat ölkə rəhbərinin ona olduqca

böyük etimadı idi. Həmin vaxta qədər

Azərbaycanda heç kim, bu yaşda, respublikanın

hər-hansı mötəbər media

orqanının bölgə üzrə xüsusi müxbiri

təyin edilməmişdi. Gənc, lakin kifayət

qədər təcrübəli, peşəkar telejurnalist

ona olan bu inamı lazımınca doğrulda

bildi. DQMV tərkibindəki 1 şəhər, 5 rayonla

yanaşı Kəlbəcər, Qubadlı, Laçın,

Zəngilan, Cəbrayıl börgələrindən də

maraqlı teleproqramlar, radio verilişləri,

operativ informasiyalar hazırlayıb

respublika efirinə verdi. Sonra onun

kurasiya zonasına Yevlaxdan o yana

bütün Qarabağ rayonları əlavə edildi.

Erməni separatçılarının düşmənçilik

siyasəti ayaq açanda, Qarabağ

torpaqları uğrunda gərgin döyüşlər

gedəndə Azərbaycan dövlət teleradi-

34 спортсман № 115 / 2019

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!