18.01.2019 Views

SPORTSMAN-115small

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

ŞüvüllƏ tullAnmA

daha çox idi. Ona görə ki, 1972-ci ildə

“Zarya” komandasının SSRİ çempionu

olmasından sonra Luqansk, tam

mənası ilə, futbolla yaşayırdı. Amma

yüngül atletikaya gəldikdən sonra

məndə idman növünü dəyişmək istəyi

heç yaranmadı.

Şüvüllə tullanmaya isə məni qonşum

Slava Malaxov aparmışdı. O

məndən bir az böyük idi və məşqçi

Vitali Petrova cəld və hərəkətli oğlana

diqqət yetirməyi məsləhət görmüşdü.

Vitali Afanasyeviç əvvəlcə

məni götürmək istəmirdi, iki ildən

sonra gəlməyimi tövsiyə etmişdi.

Amma müəyyən testlərdən sonra

məni saxlamaq qərarına gəldi.

Bəli, şüvüllə tullanma çətin növdür,

amma uzun ağacın köməkliyilə

şaquli xətt boyunca bir neçə metr

hündürlüyə uçanda keçirdiyin hissləri

heç nə ilə müqayisə etmək olmaz.

- Siz altı metrdən yüksəyə tullanan

ilk insansınız. uçmaq və bu

hündürlükdən yerə düşmək necə

hissdir?

- Əlbəttə, ilk növbədə, uçmaq hissi...

Sanki quş kimi havada süzürsən.

Qaçış prosesində bütün enerjini şüvülə

ötürürsən, sonra isə o, enerjini

sənə qaytarır – bu son dərəcə güclü

katapultadır! Uçuşun özü saniyənin

bir hissəsidir, amma onu unutmaq

mümkün deyil.

- Şüvüllə tullanmanın əsas aləti

olan şüvülün uzunluğu təxminən

5 metr olur. maraqlıdır, bəs onun

başqa hansı parametrlərini qeyd

edə bilərsiniz?

- Şüvüllər parametrlərinə görə

müxtəlif olur – sərtliyik, uzunluq və diametrlərinə

görə fərqlənilərr. Diametr

az olduqda şüvül də ağır olur, əksinə

diametr böyük olduqda isə daha sərt

olur. Bir sözlə, şüvülün sərtliyi elə

olmalıdır ki, idmançının çəkisinə davam

gətirə bilsin. Bu, funtla ölçülür,

məsələn, 215-220 markalı şüvüllər

97-100 kq çəkisi olan idmançıya tab

gətirə bilir.

Mənə gəlincə, adətən, yarışlara

müxtəlif xüsusiyyətli və təbii ki,

müxtəlif çəkili 5-6 şüvül götürürdüm.

Konkret seçimi isə müəyyənləşdirilən

hündürlükdən, havanın temperaturundan,

küləyin gücündən və

sairdən asılı olaraq yarış zamanı hər

cəhddən əvvəl edirdim.

спортсман № 115 / 2019

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!