06.06.2022 Views

F1_Aze_GP_2022_Media_Kit_AZ

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1. ÜMUMİ MƏLUMAT

1.3 SƏYAHƏT BƏLƏDÇİSİ

BAKI ŞƏHƏRİ HAQQINDA MƏLUMAT – TARİXİ VƏ COĞRAFİYASI

Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində

yerləşir. Üç milyon əhalisi olan şəhər, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşdiyi üçün dünyanın dəniz səviyyəsindən

ən aşağıda yerləşən paytaxtı hesab olunur. Bakı Avropanın bir sıra şəhərləri, o cümlədən, İtaliyanın Neapol, Bosniyanın

Sarayevo və Türkiyənin İzmir şəhərləri ilə qardaşlaşıb.

Paytaxt şəhəri Azərbaycanın şərq tərəfində yerləşir və dünyanın ən böyük gölü olan Xəzər dənizi ilə əhatələnmişdir. Bakı

dünyanın ən çoxsaylı və qədim dəniz neft şəhəri olan unikal Neft Daşlarına görə məşhurdur.

Bakı ziyarətçilərinə müasir Avropa şəhərinin təklif edəcəyi bütün əyləncələri təqdim etməklə yanaşı, orta əsrlərə aid

ənənələri və mədəniyyəti də özündə təcəssüm etdirir. Avropa ilə Asiyanın qovşağında yerləşən bu şəhər dünya səviyyəli

idman və mədəni tədbirlərə ev sahibliyi edir. Qədim və müasir mədəniyyətin sayısız-hesabsız nümunələrini özündə

cəmləşdirən bu şəhər, qonaqları bitib-tükənməyən imkanları kəşf etməyə və bu imkanlardan zövq almağa çağırır.

Bakının yəqin ki, ən unikal xüsusiyyətlərindən biri onun günəşin çıxdığı ilk Avropa şəhəri olmasıdır. Bu mənzərəli şəhər

yüksək təpə üzərində qurulmuşdur və Bakı Buxtasına doğru açılan amfiteatr formasında qurulub. Məhz buna görə şəhəri

çox vaxt San Fransisko və ya qardaşlaşmış olduğu İtaliyanın Neapol şəhəri ilə müqayisə edirlər.

Bakının “Təzadlar Şəhəri” kimi reputasiyası heç şübhəsiz, burada öz əksini tapmış qədim tarixi gözəlliyin və müasir

Avropa şəhərlərinə xas olan heyrətamiz arxitektura, biznes mərkəzləri və göydələnlərin maraqlı vəhdətindən

qaynaqlanır.

Şəhər iki hissəyə bölünür: müasir şəhər mərkəzi və qədim İçərişəhər. Şirvanşahlar sarayı və Qız Qalası ilə birlikdə Bakının

Qədim Şəhəri 2000-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrsinə aid nümunələr siyahısına alınmışdır. Şəhər min illər

ərzində mövcud olmuş və Azərbaycanın memarlıq və mədəni incisi kimi özünü təsdiq etmişdir. Bakının İçəri Şəhərinin

divarları arasında qonaqlar keçmişə qayıdaraq, qənbər daşı döşənmiş və labirinti xatırladan ensiz küçələrini, qədim

tikililərini, XII əsrə aid Qız Qalasını və yaraşıqlı naxışların həkk olunmuş Şirvanşahlar Sarayını kəşf edə bilərlər.

Bakının müasir siması da eyni dərəcədə valehedicidir. Yeni tikililər ecazkar Bakı buxtasını əhatə edən təpələrin, o

cümlədən, sahilyanı xəttin görünüşünü dəyişir. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilmiş əsrarəngiz

Heydər Əliyev Mərkəzində dünya şöhrətli musiqi ulduzlarının konsert tədbirləri, muzey və müasir incəsənət

nümunələrinin sərgiləri təşkil olunur. Şəhərin qonaqlarına həmçinin, Milli İncəsənət və Müasir İncəsənət muzeylərini

ziyarət etmək tövsiyə olunur.

9

Baku Şəhər Halqası

93 Zərifə Əliyeva küçəsi Ofis: +99412 404 1390

Bakı, Azərbaycan

E-poçt: info@bakugp.az

AZ1000

Website: www.bakucitycircuit.com

© 2022 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!