06.06.2022 Views

F1_Aze_GP_2022_Media_Kit_AZ

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

5. DƏSTƏK YARIŞI

FIA FORMULA 2 ÇEMPİONATI

GİRİŞ

2022-ci il Formula 2 çempionatının altıncı dəfə keçirilməsi ilə yadda qalır. Formula 2 seriyası bütün dünyada Formula

1-ə aparan əsas yol kimi özünü təsdiq etmişdir. Belə ki, bu seriya böyük məharət göstərmiş gənc istedadların - Şarl

Lekler, Corc Rassel, Lando Norris, Aleksandr Albon, Nikolas Latifi, Mik Şumaxer, Yuki Tsunoda və Quan Çjou kimi F1

pilotlarının ərsəyə gəlməsində böyük rol oynamışdır.

F1 yarışı həftəsonlarında keçirilən bu yarışlar bu pilotlara imkan verir ki, dünya üzərində ən çətin və məşhur şəhər

halqalarında F1 komandalarının qarşısında öz məharətlərini göstərsinlər.

Bu çempionatda 22 eyni şəkildə qurulmuş bolidlər yarışır. Bolidlərin şassi hissəsi Dallara Automobili şirkəti

tərəfindən istehsal olunmuşdur və 2018-ci ildən bəri istifadə olunur. Bolidin güc bazası 3,4 litrlik V6 Mecachrome

mühərrikidir.

Gənc istedadların yarışması üçün münbit şərait yaratmaqla, F2 seriyası çempionatın rəqabətini tarazlaşdıran,

komandaların və pilotların maliyyə məhdudiyyətlərini, həmçinin auditoriyanı idarə edən xüsusi qaydaların tətbiqini

tələb edir. Təsis olunduğu gündən bəri FIA Formula 2 Çempionatı özündə 5 əsas dəyəri ehtiva edir və bütün təklif

olunan dəyişikliklər bu dəyərlərin əsasında aparılmalıdır:

Performans - F2 dünyada yeniyetmə yaşındakı gənclər üçün yeganə yarışdır ki, Formula 1 performans səviyyəsinə

çata bilir. 620 at gücünə sahib mühərriklərin sayəsində dövrə vaxtları xüsusilə sıra düzülüşünün arxa hissəsində daha

çox rəqabət yaradır. F1-dən əvvəl 18 düymlük şinlərə keçid gələcəkdə çempionatın daha da qızğın rəqabət şəraitində

keçməsinə təkan verəcəkdir.

Xərclərə nəzarət - F2 seriyası F1 üçün uyğun pilotlar hazırlamağı hədəfləyir. Bu hədəfə nail olmaq üçün

qarşılaşdıqları hər hansı maliyyə məhdudiyyətinə baxmayaraq, dünyadakı ən sürətli və rəqabətə davamlı gənc

pilotlar tələb olunur. Bu da öz növbəsində xərclərə nəzarəti daha vacib məsələyə çevirir. Xərcləri Formula 1

komandasına qoyulan sərmayənin təxminən 2%-i həcmində olan Formula 2 seriyası daima çalışır ki, büdcəyə nəzarət

və performans bir-birilə ayaqlaşsın.

Buna mərkəzləşdirilmiş satınalmalar, komanda heyəti və testinqə qoyulmuş ciddi məhdudiyyətlər və fərdi inkişaf

xərclərinin birbaşa qadağan edilməsi sayəsində nail olunmuşdur. Həyata keçirilən bu tədbirlər onların komandaların

strukturuna necə təsir edəcəyi nəzərə alınmaqla edilir.

Əyləncə - F2 dünyanın ən riqqətləndirici və rəqabətli bir nəfərlik çempionatıdır.F1 ilə eyni trek və eyni həftə

sonlarında yarışan Çempionat həftədə üç yarış, əks qrid, pitdə məcburi dayanmalar, Əsas və Könüllü şinlər və yarışan

22 eyni avtomobilləri ilə insanları riqqətə gətirməkdə və əyləndirməkdə davam edir.

50

Baku Şəhər Halqası

93 Zərifə Əliyeva küçəsi Ofis: +99412 404 1390

Bakı, Azərbaycan

E-poçt: info@bakugp.az

AZ1000

Website: www.bakucitycircuit.com

© 2022 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!