06.06.2022 Views

F1_Aze_GP_2022_Media_Kit_AZ

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

3. 2022 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI – QAYDALAR

3.3 2002-Cİ İLDƏ FORMULA 1 YARIŞLARINDA İNQİLABİ DƏYİŞİKLİKLƏR*

2022-ci il bolidlərində döşəməaltı yerəsıxma qüvvəsi tunellər daxilində daha yaxşı qorunub saxlanır və bu zaman çirkli

hava axınına həssas, burulğan törədici səthlərin dəstəyinə ehtiyac qalmır. Nəticə isə daha yaxın məsafədən və daha

həyəcanlı yarışdır!

6. Arxa qanadın yeni “diyircəkli ucluqları” (rolled tips)

Hazırkı bolidlərin arxa qanadları hava axınını yuxarıya doğru yönləndirməklə yanaşı, havanı həm də onu önə göndərərək

arxadan gələn bolidə “çirkli hava”nı ötürür. Bunun əksinə olaraq, 2022-ci il bolidinin arxa qanadının forma və pozisiyası

arxa təkərin çirkli havasını toplayan və fırlanan hava axınını yaradaraq, onu diffuzordan çıxan axına nəql edir. Bu zaman

göbələkşəkilli çirkli hava axını əmələ gəlir.

Həmçinin maili diffuzor rampası sayəsində daha dar olan hava axını yuxarıya doğru havaya ötürülür və arxadan gələn

bolidin “təmiz hava”dan keçməsinə şərait yaradır.

Müqavimət gücünün azaldılması sistemi (DRS) arxa qanadda qaldığı halda, F1 Avtoidman komandasının mühəndisləri

bunun yeni dəyişikliklərlə birgə təsirini araşdırmaq niyyətindədir.

7. Güc qurğusu 2021-ci ildə olduğu kimi saxlanır

2022-ci il bolidində bir çox parametrlər yeni olsa da, güc qurğusu bunlara aid deyil və Formula 1 hazırkı 1.6 litrlik turbo

– hibrid güc qurğusunu saxlamaq niyyətindədir. Bu qurğuların dünyanın ən təkmilləşmiş və səmərəli mühərrikləri

olduğunu nəzərə alsaq, bu heç də pis xəbər deyil.

Bununla belə, yanacaq sistemində müəyyən əlavə standart komponentlər olacaq və FIA-nın güc qurğularına daha yaxşı

nəzarət etməsinə şərait yaradacaq bəzi əlavə sensorlar tətbiq olunacaq.

8. Bolidlər daha dayanıqlı yanacaqla işləyəcək

Hazırkı qaydalara görə, bolidlərin tərkibində 5.75% biokomponentlər olan yanacaqla işləməsi nəzərdə tutur.

Formula 1 yaxın gələcəkdə bolidlərin tam şəkildə dayanıqlı yanacaqla işləməsinin üzərində ciddi işlər həyata keçirir və

2022-ci ildə bu biokomponentin nisbətinin 10%-ə qədər artacağı gözlənilir. F1 Buna “E10 yanacaq” vasitəsilə nail olmağı

planlaşdırır. Burada “E” - etanolu bildirir, “10” isə onun qatışıqdakı faiz nisbətini göstərir.

Formula 1-in Baş Texniki Mütəxəssisi Pet Saymondsun qənaətinə görə, dayanıqlılığına görə ikinci nəsil bio yanacaq hesab

edilən etanol karbon emissiyasının demək olar ki, sıfıra endirəcək. O, həmçinin, qeyd edir ki, bu tədricən baş verəcək və

hazırkı avtoidmanda istifadə olunan yanacaq standartlarını gələcəklə uzlaşdırmağa kömək edəcək.

9. Təhlükəsizlik hər zaman prioritetimizdir

Şübhəsiz ki, Formula 1-in yeni nəsil bolidləri avtoidmanın təhlükəsizliyini maksimum təmin etmək imkanına malikdir və

bu 2022-ci il bolidlərinə də şamil edilir.

Hazırkı şassilərin ön və arxası sınaqlar zamanı müvafiq olaraq 48% və 15% daha çox enerji sərf edir. Bununla yanaşı,

şassilərin standartlaşdırılması üçün statik “sıxma” sınaqlarında daha böyük gücə malik olmasını təsdiq etməsi tələb

olunur.

*Formula.com

34

Baku Şəhər Halqası

93 Zərifə Əliyeva küçəsi Ofis: +99412 404 1390

Bakı, Azərbaycan

E-poçt: info@bakugp.az

AZ1000

Website: www.bakucitycircuit.com

© 2022 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!