06.06.2022 Views

F1_Aze_GP_2022_Media_Kit_AZ

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

3. 2022 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI

3.4 XALLAR VƏ TƏSNİFAT

Xallar və Təsnifatlandırma – Hər Qran Pridə ilk 10-luğun aşağıda verilmiş şkala üzrə pilot və mühəndislər dünya

çempionatlarında xalları:

Mövqe 1 2 3 4 5 6 7 8 9 10

Xallar 25 18 15 12 10 8 6 4 2 1

Bonus xallar

Yarışın ən sürətli dövrəsini vuran pilot əlavə bir xal qazanır. Ancaq ən sürətli dövrəyə nail olmuş pilot yarışı ilk 10-luqda

bitirməlidir. Bu o məqsədlə nəzərdə tutulub ki, ilk 10-luqdan kənarda olan pilotların sonuncu dövrələr zamanı yeni

şinlərlə pit-stop edib yarışən ənsürətli dövrəsini vurmaq səylərinin qarşısı alınsın.

Sprint Yarışı

Ötən il təqdim olunmuş qısa sıralanma turu (Sprint qualifying) formatına uyğun olaraq, F1 Komissiyası Sprint formatı

yarışlarını 2022-ci ildə İmola, Red Bull Ring and Interlagos Halqalarında keçirəcək. Əsas tərəfdaşların fikrini nəzərə

alaraq (o cümlədən idarəetmə orqanı olan FIA) və bütün komandalarla aparılmış danışıqlardan sonra bu yarışların

Emilia Romanya, Avstriya və San Paulu Qran Prisində keçirilməsi təsdiqlənmişdir.

Xallar sisteminə dəyişiklik edilmiş, ilk səkkiz yerdə qərarlaşan pilotlar xallar qazanacaqdır; əvvəllər ilk üç qalibin xallara

layiq görülməsi ilə müqayisədə indi vəziyyət daha əlverişlidir: Yarışı lider kimi başa vuran pilot səkkiz xala layiq görülür,

yarışı 8-ci başa vuran pilot isə cəmi bir xal qazanır.

Həmçinin, qərara gəlinmişdir ki, sıralanma turu mərhələsində ən sürətli dövrə vurmuş pilot (Cümə günü Sprint yarışı

həftəsonu zamanı) poul pozisiyasına layiq görüləcək. Ötən il buna layiq görülən pilot Sprint yarışının qalibi idi.

Sıralanma turu Şənbə günü F1 Sprint yarışında qridi (bolidlərin düzülüş sırasını) müəyyən etməyə davam edəcək və Sprint

yarışının nəticəsinə əsasən, Bazar günü Qran Prisinin başlaması üçün sıralanma müəyyən ediləcək.

Pilot və mühəndislər çempionluğu titulları mövsüm ərzində ən çox xal qazanmış pilot və mühəndisə təqdim edilir.

36

Baku Şəhər Halqası

93 Zərifə Əliyeva küçəsi Ofis: +99412 404 1390

Bakı, Azərbaycan

E-poçt: info@bakugp.az

AZ1000

Website: www.bakucitycircuit.com

© 2022 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!