18.10.2022 Views

aSPORT-136-FULL-SITE

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

CÜDO

S P O R T S M A N

Olimpiya mükafatçısı “Judo Club 2012”

ilə müqavilə imzalayıb

Tanınmış cüdoçu, Tokio

Olimpiadasının gümüş mükafatçısı,

dünya və ikiqat Asiya

çempionu, milli komandamızın

üzvü Səid Mollayi bundan

sonra idman karyerasını

“Judo Club 2012”də davam

etdirəcək. İdmançı ilə klub

arasında müqavilənin imzalanması

mərasimində Azərbaycan

Cüdo Federasiyasının (ACF)

vitse-prezidenti, Olimpiya

çempionu Elnur Məmmədli,

federasiya prezidentinin müşaviri

Natiq Bağırov, “Judo Club

2012”nin sədri Azər Əsgərov,

klubun icraçı direktoru Mübariz

Cəfərov iştirak ediblər.

Cüdoçu milli komandamızın

heyətində bu il iki mötəbər yarışda -

Macarıstanda “Böyük dəbilqə”, Xorvatiyada

isə keçirilən Beynəlxalq

Cüdo Federasiyasının Qran-Pri yarışlarında

iştirak edib və hər ikisində

gümüş medal qazanıb.

ACF-nin vitse-prezidenti E.Məmmədli

deyib ki, Azərbaycan bayrağı

altında çıxış etmək Səidin ən böyük

arzusu olub. Federasiyanın rəhbərliyi

ona bu arzusunu gerçəkləşdirmək

imkanı yaradıb və milli komandanın

heyətinə daxil edib. Səidlə

bağlı böyük planlarımız var, onun

ölkəmizdə karyerasının uğurlu olacağına

inanırıq. “Judo Club 2012”

ilə əməkdaşlıq həm onun idman

karyerasına, həm də Azərbaycan

cüdosunun inkişafına müsbət təsir

göstərəcək.

Federasiyanın prezidentinin

müşaviri Natiq Bağırov da hazırda

milli komandanın liderləridən olan

Səid Mollayinin qərarını yüksək qiymətləndirib.

O deyib: “Ölkəmizdə

mükəmməl məşq bazası olan “Judo

Club 2012”nin Səidin öz uğurlarını

daha artırması üçün hər cür şərait

yaradacağına əminik. Belə titullu bir

idmançı ilə iş birliyi Azərbaycan cüdosunun

inkişafına sanballı töhfələr

verən klubun özünün də nüfuzunu

yüksəldəcək. Klubun yığma komandalarımıza

daim dəstək göstərdiyini

də minnətdarlıq hissi qeyd etmək

istərdim. Hazırda yığma komandamız

üçün baza tikilir. Belə bir vaxtda

“Judo Club 2012” öz qapılarını

təmənnasız olaraq yığma komandaya

açıb. Yeniyetmələrdən ibarət

yığmamız burada məşq edir. Vaxtilə

qızlardan ibarət millimiz də klubda

məşq keçib. Fürsətdən istifadə

edib, federasiya rəhbərliyi adından

klubun rəhbərliyinə təşəkkürümü

bildirirəm. Əminəm ki, əməkdaşlığı-

42 спортсман № 136 / 2022

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!