18.10.2022 Views

aSPORT-136-FULL-SITE

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ХƏBƏR VAR

S P O R T S M A N

Prezident İlham Əliyev Beynəlxalq Şahmat

Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının

prezidenti Arkadi Dvorkoviçi qəbul

edib.

Gənclər və idman

naziri Fərid Qayıbov

ölkəmizdə səfərdə

olan ABŞ-ın idman

mütəxəssisləri Con

Smit və Sali Robertslə

görüşüb. Görüş

zamanı nazir qonaqları

salamlayıb və ölkəmizdə

keçirəcəkləri görüşlərin

faydalı olacağına

inandığını bildirib.

Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası

arasında uzun illər uğurlu əməkdaşlığın həyata

keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri

kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük

diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı

şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar

qeyd olundu.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq

şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın

2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat

Olimpiadasının açılışında iştirakından məmnunluq

bildirildi.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə

nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə

fikir mübadiləsi aparıldı.

Gənclər və idman naziri ölkəmizdə səfərdə olan

ABŞ-ın idman mütəxəssisləri ilə görüşüb

Səmimi görüşə görə təşəkkür

edən amerikalı mütəxəssislər Azərbaycan

idmanı ilə yaxından maraqlandıqlarını

və idmançılarımızın

uğurları barədə məlumatlı olduqlarını

vurğulayıblar.

Görüşdə nazir müavini Mariana

Vasileva, nazirliyin idman şöbəsinin

müdiri Elnur Məmmədov,

ABŞ-ın ölkəmizdəki səfirliyinin

məsul əməkdaşı Fərqani Əliyev

də iştirak ediblər.

Futbol üzrə Azərbaycan milli komandasının

baş məşqçisi ilə müqavilə uzadılıb

Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin

növbəti iclası keçirilib.

AFFA-nın saytına istinadla xəbər verir ki, aparılmış

müzakirələrdən sonra futbol üzrə Azərbaycan milli komandasının

baş məşqçisi Canni De Byazi ilə müqavilənin

müddəti daha bir seçmə mərhələ müddətinə uzadılması

barədə qərar qəbul olunub.

Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş

Velebitlə müqaviləyə xitam verilib.

Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq

olunub. Belə ki, U-19 Zamir Həsənova, U-17 Nərgiz

Qurbanovaya, U-15 Xanlar Əliyevə həvalə olunub.

52 спортсман № 136 / 2022

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!