18.10.2022 Views

aSPORT-136-FULL-SITE

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N ХƏBƏR VAR

Azərbaycan nümayəndəsi Avropa İdman

Mətbuatı İttifaqının icraiyyə komitəsinin üzvü seçilib

İtaliyanın paytaxtı Roma

şəhərində oktyabrın 4-dən 6-dək

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının

– AIPS (International

Sports Press Association) 84-cü

Ümumdünya Konqresi keçirilib.

Tədbir çərçivəsində AIPS İcraiyyə

Komitəsinin iclası, konqresin rəsmi

açılış mərasimi, müxtəlif qitələr üzrə

sessiyalar, panel iclasları və seçkilər

keçirilib.

AIPS-in qitə səviyyəli qurumu olan

Avropa İdman Mətbuatı İttifaqının Baş

Assambleyasında növbəti 4 il müddətinə

ittifaqın prezidenti, baş katibi,

icraiyyə komitəsi üzvlərinin seçkiləri

keçirilib. Azərbaycan İdman Jurnalistləri

Assosiasiyasının birinci vitse-prezidenti

N.Mahmudzadə icraiyyə

komitəsi üzvlüyünə namizədlər sırasında

olub. Səsvermə nəticəsində 39

ölkədən 31-nin nümayəndəsi N.Mahmudzadənin

Avropa İdman Mətbuatı

İttifaqı icraiyyə komitəsi üzvü seçilməsinin

lehinə səs verib. Beləliklə, N.

Mahmudzadə Avropa İdman Mətbuatı

İttifaqının icraiyyə komitəsinin üzvü

Bakı Tennis Akademiyasında ənənəvi “ITF Payız

Kuboku” turnirinin növbəti - 5-ci mərhələsi başa çatıb.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna,

İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən

81 tennisçi gücünü sınayıb.

On səkkiz yaşlı tennisçilərin mübarizəsində dəfələrlə

yerli və beynəlxalq turnirlərin qalibi olan Kənan Qasımov

bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Təmsilçimiz

həlledici görüşdə rusiyalı Artur Ayuxanovla qarşılaşıb. Tennisçimiz

ilk setdə 6:4, ikinci hissədə isə 7:5 hesabı ilə qalib

gələrək çempion olub.

İdmançımız deyib: “Qalib olduğum üçün çox xoşbəxtəm.

Bu, ardıcıl 2-ci qələbəmdir. Çəkilən zəhmətin əvəzini görmək

sevindiricidir”.

seçilib və ölkəmiz 4 illik müddətə bu

mötəbər qurumun rəhbərliyində təmsil

olunacaq.

Qeyd edək ki, AIPS 1924-cü il

iyulun 2-də Parisdə yaradılıb və hazırda

164 ölkə assosiasiyada təmsil

olunur.

Azərbaycan tennisçisi Kənan Qasımov

Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub

спортсман № 136 / 2022

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!