Create successful ePaper yourself
Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.
№ 123 / 2020 / 10 манат
www.sportsman.az
Журнал 2004-ъц илдян няшр олунур
«ЗЯФЯР-2019»
Бейнялхалг Идман Мцкафаты
ñÿù.4
«ЗЯФЯР-2019»
Бейнялхалг Идман
Мцкафаты
Azərbaycan
karateçisi Tokio 2020
Olimpiadasına
vəsiqə qazanıb
ÁÓ ÑÀÉÛÌÛÇÄÀ
XANLAR
QURBANOV
Yunan-Roma
güləşçilərimizin
Avropa zəfəri
ñÿù.20
ñÿù.24
ñÿù.31
Milli Qəhrəman
Mübariz İbrahimovun
xatirəsinə həsr olunmuş
şahmat turniri
İlin ilk Dünya
Kuboku
ñÿù.36
ñÿù.38
ñÿù.40
ñÿù.44
Yalçın Qaralı:
“2020-ci ildə
daha çox medal
qazanacağıq”
“CityAirbus” aero
taksisi ilk sərbəst
uçuşunu həyata
keçirdi
Azərbaycan ilk dəfə polo
üzrə Avropa
çempionatına ev
sahibliyi edəcək
Suprim
Qrand Master -
SÜLEYMAN
MƏMMƏDLİ
Basketbol üzrə NBA
Azərbaycan
Yeniyetmələr Liqası
təşkil olunacaq
Qobuda yeni
cüdo zalının
açılışı olub
ñÿù.42
ñÿù.46
ñÿù.50
ñÿù.53
ñïîðòñìàí
Áàø ðåäàêòîð:
Ðÿøàä Ãÿìÿðøàùîüëó
Öíâàí: Áàêû, Фятяли Хан Хойски 10,
Тофиг Бящрамов адына
Республика Стадиону
Òåëåôîí: 012 511 15 32
å-ìàèë: sportsmagazine@mail.ru
www.sportsman.az
Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí
ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí
êå÷ìèøäèð. ¹1164
Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè
óéüóí ýÿëìÿéÿ áèëÿð.
Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ
æóðíàë ìÿñóëèééÿò äàøûìûð.
Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”
ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.
Öç ñÿùèôÿäÿ:
«ЗЯФЯР-2019»
Бейнялхалг Идман
Мцкафатынын галибляри
«ЗЯФЯР-2019»
Бейнялхалг Идман Мцкафаты
31 yanvar 2020-ci il. Bakı şəhəri, JW Marriott hoteli.
“Zəfər 2019” Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi.
Azərbaycan Gənclər və İdman Nazirliyi və “Sportsman”
jurnalının birgə layihəsi olan “Zəfər” BİM, növbəti dəfə idmançıları,
məşqçiləri, idman mütəxəssislərini, federasiya nümayəndələrini,
idman ictimaiyyətini, KİV nümayəndələrini,
Azərbaycan idmanına daim dəstək olan iş adamlarını və sadəcə
dostları “Marriott” hotelin “Şərq” zalına topladı. “Zəfər”
BİM-in daimi aparıcısı olan tanınmış jurnalist və teleaparıcı
Sənan Şəfizadə, 2019-cu ilin uğurlu olduğunu, nominantlar
arasında isə gərgin rəqabətin olduğunu bildirdi.
Sonra, Azərbaycan Gənclər və İdman Nazirliyinin “İdman”
şöbəsinin müdiri, Olimpiya və dünya çempionu Fərid
Mansurov qonaqları salamlayaraq, 2019-cu ildə Azərbaycan
idmançılarının hünərlərindən danışdı: “Mötəbər yarışlarda
ümumi hesabda 775 medal qazanmış idmançılarımız, ölkəmizi
layiqincə təmsil ediblər. Medalların 271-i qızıl, 238-i gümüş,
141-i isə bürünc medaldı. Olimpiya idman növlərində 90 qızıl,
96 gümüş, 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman
növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal
qazanılıb. Bundan əlavə, bilirsiz ki, ölkəmiz irimiqyaslı yarışların
keçirilməsində böyük təcrübəyə malikdir. Belə yarışların
Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. 2019-cu ildə
10-dan artıq beynəlxalq yarışlara ev sahibliyi etmişik. 2020-ci
ildə də bu say azalmayacaq. Lakin, xatırladım ki, bu il həm də
olimpiya ilidir. İdmançılarımızı Tokio Olimpiadasında çətin sınaq
gözləyir. Əminəm ki, idmançılarımız bu mübarizədə əsl əzmkarlıq
nümayiş etdirəcəklər. Mən, “Zəfər 2019” Beynəlxalq
İdman Mükafatının qaliblərini təbrik edir, 2020-ci ildə bütün
idmançılarımıza uğurlar arzulayıram”.
Daha sonra nominantları təbrik etmək üçün “Sportsman”
jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu səhnəyə dəvət
olundu: “2019-cu ildə qazanılan Azərbaycan idmanının uğurlarını
bizlərlə bölüşdüyünə görə Fərid müəllimə təşəkkür
edirəm. Ümidvaram ki, 2020-ci ili də möhtəşəm qələbələrlə
başa vurub, xüsusi fərqlənənləri yenə birlikdə mükafatlandıracağıq.
Mən başqa bir məqamı diqqətinizə çatdırmaq istərdim.
Beləki, 2004-cü ilin məhz bu günü, yəni 31 yanvar 2004-cü
il tarixində “Sportsman” jurnalının ilk nömrəsinin təqdimat
mərasimini keçirmişik. Əlbəttə ki, burada iştirak edən qonaqlar
sırasında bu mərasimdə iştirak edənlər də var. Sadəcə mən
kiçik bir xatırlama etmək istədim. Bəli, bu gün “Sportsman”in
16 yaşı tamam olur. 16 yaş isə həddi-buluğa çatmaq deməkdir
və artıq pasport almaq vaxtıdır. Çox şadam ki, bu hadisə
Azərbaycan idmanının qayğıkeşi, hörmətli Prezidentimiz İlham
Əliyevin də diqqətindən kənar qalmayıb. Dekabr ayının
sonu ilin yekunları ilə bağlı idmançılar və idman ictimaiyyəti
ilə görüşdə mən də iştirak edirdim. Cənab Prezident il ərzində
xüsusi fərqlənmiş idmançıları və idman mütəxəssislərini mükafatlandırdı.
Mənə isə Respublikanın “Əməkdar Jurnalist”i
fəxri adını təqdim etdi. Fürsətdən istifadə edib, Azərbaycan
idmanının inkişafındakı xidmətlərinə görə Hörmətli Prezidentimiz
İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Mən, qalib nominantları təbrik edir, Tokio Olimpiadası da
daxil olmaqla 2020-ci ildə bütün idmançılarımıza uğurlar arzulayıram”.
Tanınmış müğənni Elxan Qaraxanoğlunun “Azərbaycan”
mahnısının ifasından sonra “Zəfər 2019” Beynəlxalq İdman
Mükafatının təqdimetmə mərasimi başladı. Qaliblərə “Zəfər”
BİM-in xüsusi diplomu və hədiyyələr təqdim olundu. Lotoreya
oyunları, furşet və estrada ulduzlarının çıxışı ilə davam edən
tədbirdən fotoreportajı diqqətinizə təqdim edirik.
P.S. “Sportsman”, tədbirin keçirilməsində göstərdikləri
dəstəyə görə “Volvo Azərbaycan”a, “Offissa
Dizayn”a, “Russkiy Xolod”a, “Hyatt Regency Baku”-
ya, “Vita1000” şirələrinə, “Azqranata” şərablarına,
“NOVCO Group”a, “Sirab” təbii mineral sularına,
“Nati” şirniyyata, “King Pong” tennis klubuna, dünyanı
yaşıllaşdıran “Aris”ə, “İz” kulinariyaya, “Kazbegi”
limonadlarına, Fəxriyyə Xələfovanın ətriyyat
kolleksiyasına və “Marriott” hotelin kollektivinə dərin
təşəkkürlərini bildirir.
6 спортсман № 123 / 2020
S P O R T S M A N
ЗЯФЯР - 2019
QALİB NOMİNANTLAR
* İlin İdmançısı
* İlin Qadın İdmançısı
* İlin Veteran İdmançısı
* İlin Əzmkar İdmançısı
* İlin Məşqçisi
* İlin İdman Hakimi
* İlin Kəşfi
* İlin Federasiyası
* İlin İdman yarışı
* İlin İdman Portalı
* İlin İdman Kompleksi
* İlin İdman Jurnalisti
* İlin İdman Verilişi
* İlin İdman Avtomobili
* İlin Ədalətli Personası
* Azərbaycan idmanının təbliğindəki xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
- Ruslan Lunyov
- Mariya Stadnik
- Süleyman Məmmədli
- Kənan Pənahov
- Aslan Ağayev
- Cahangir Babayev
- Aydın Süleymanlı
- Azərbaycan Cüdo Federasiyası
- XV Avropa Gənclər Yay Olimpiya Festivalı
- www.allsport.az
- Milli Gimnastika Arenası
- Ceyhun Əliyev
- "İmza" CBC Sport
- Volvo XC90 Plug-In Hybrid R-Design
- Xəzər İsayev
- İlqar Paşazadə
- Mikayıl Cabbarov
- Qulu İskəndərov
- Babək "Sirab" ASC
спортсман № 123 / 2020
7
QALИBLЯR
S P O R T S M A N
8
спортсман № 123 / 2020
S P O R T S M A N
QALИBLЯR
спортсман № 123 / 2020
9
QALИBLЯR
S P O R T S M A N
10
спортсман № 123 / 2020
S P O R T S M A N
qonaqlar
QONAQLAR
спортсман № 123 116 / 2020 2019
11
QONAQLAR
S P O R T S M A N
12
спортсман № 123 / 2020
S P O R T S M A N
QONAQLAR
спортсман № 123 / 2020
13
QONAQLAR
S P O R T S M A N
14
спортсман № 123 / 2020
S P O R T S M A N
QONAQLAR
спортсман № 123 / 2020
15
QONAQLAR
S P O R T S M A N
16
спортсман № 123 / 2020
S P O R T S M A N
QONAQLAR
спортсман № 123 / 2020
17
QONAQLAR
S P O R T S M A N
18
спортсман № 123 / 2020
S P O R T S M A N
QONAQLAR
спортсман № 123 / 2020
19
QONAQLAR
S P O R T S M A N
20
спортсман № 123 / 2020
S P O R T S M A N
QONAQLAR
спортсман № 123 / 2020
21
YUBİLEY
S P O R T S M A N
XANLAR
QURBANOV
Dosye: 1950-ci il yanvarın 20-də Bakı şəhərində
anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Bədən
Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst
güləş üzrə idman ustası adını qazanıb. 1972-ci ildə
Az. DBTİ- ni bitirib, həmin ildən Güləşmə kafedrasında
müəllim kimi fəaliyyətə başlayıb. 1977-ci ildə
“Güləşmə və onun metodikası” kafedrasının baş
müəllimi, 1982-ci ildə Ümumittifaq dərəcəli hakim,
1986-cı ildə Ümümittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat
İnstitutunun məqsədli aspiranturasını bitirib
(ÜBTETİ). Moskvada dissertasiya müdafiə edərək,
Pedaqojı elmlər nazmizədi, 1988-ci ildə dosent,
Məşqçilik fakültəsində dekan müavini, 1989-cu ildə
“Güləşmə və onun metodikası” kafedrasının müdiri
vəzifəsinə seçilib. 1990-cı ildə Azərbaycan Milli İdman
Növləri Assosiasiyasının prezidenti, Milli Olimpiya
Komitəsinin və Azərbaycan Güləş Federasiyasının
(AGF) üzvüdür. 1990-1995-ci ildə Bakı şəhər
Sovetinin deputatı seçilib. 1991-ci ildə Azərbaycan
Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb.
1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının
(FİLA) elmi komissiyasına üzv, 1994-cü ildə isə professor
adını alıb.
1994-2007-ci illərdə AGİF-nin İcraiyyə Komitəsinin
üzvü olub. 1995-ci ildə İstanbul Tibb Universitetinin
fəxri professoru, 1995-2003-cü illərdə Sərbəst
güləş üzrə Qadınlardan ibarət Azərbaycan yığma
komandasının baş məqçisi, 1996-cı ildən Olimpiya
Akademiyasının vitse-prezidentidir.
2001-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, Yeni
Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2003-cü
ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə Fİ-
LA-nın Beynəlxalq dərəcəli hakimi, 2006-cı ildə
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, 2007-
ci ildə Azərbaycan Zorxana və Pəhləvan güləşi İdman
Federasiyasının (AZİF) prezidenti, Beynəlxalq
Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq
dərəcəli hakimi, 2008-ci ildən Texniki Komissiyasının
üzvü (BZİF), 2008-ci ildə Avropa Zorxana İdman
Konfederasiyasının (BZİF) I vitse-prezidenti və Texniki
Komissiyanın sədridir.
250-yə qədər elmi məqalənin, dərsliyin, dərs vəsaitlərinin,
metodiki vəsaitlərin müəllifidir.
ADBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının
müdiridir.
2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür.
50 ildir ki, ADBTİA-da çalışır.
Evlidir, üç övladı, yeddi nəvəsi var.
Pəhləvanlar nəsli kimi tanınmış Xanmuradlılar
tayfasında Kazım kişinin
ailəsində həyata göz açmış Xanlar, elə
uşaqlığından liderlik keyfiyyətlərinə malik
olmaqla yanaşı qoçaq, cəsarətli, bəxtiyeyinliyi
ilə seçilib. Ailədə Əlipənah, Cavanşir
Qurbanov qardaşlarından kiçik olmasına
baxmayaraq, ailənin mühüm məişət
və həyati məsələlərinin müzakirəsində,
həllində öncüllük edib.
İyirmi yaşından bu günədək, 50 il ADBTİA-da sıravi
müəllimdən kafedra müdirinə qədər sərasər, fasiləsiz
zəngin həyat yolu keçib.
40 yaşından xalqımız üçün qara gələn doğum
günü 20 yanvarı qeyd etməsə də, bu il 70 illik yubileyi
şərəfinə adına layiq oğlu Kazım,yanvar ayının 31-də
atasının şərəfinə yubiley məclisi düzənlədi.
Yubiley ərəfəsində öz yetirmələri ilə yüksək nailiyyətlər
əldə etdikləri iki beynəlxalq səfərdən yenicə
qayıtmış görkəmli elm və idman xadimi Xanlar Qurbanovla
görüşüb söhbətləşdik.
- Gərək ki səfərə Səudiyyə Ərəbistanı krallığından
başladız.
- Bəli, hər il ənənəvi olaraq Səudiyyə Ərəbistanı
kralının şərəfinə Beynəlxalq Dəvə festivalı keçirilir.
Tədbirdə ağ, qara, sarı, qəhvəyi, boz kimi müxtəlif
rəngli dəvələrin keçidindən sonra, dəvət olunmuş
təmsilçilərin müxtəlif xalqlara məxsus yarışları keçirilir.
22 спортсман № 123 / 2020
S P O R T S M A N YUBİLEY
Ümumdünya Köçəri Oyunları
çərçivəsində 14-20 yanvar 2020-ci
il tarixlərində keçirilən Konqresdə
bir çox ölkələrin nümayəndələri ilə
yanaşı mən də ölkəmizi təmsil edirdim.
Azərbaycan nümayəndə heyəti
bu tədbirdə ikinci dəfə idi ki, çıxış
edirdi. Köçəri Oyunlarında əsasən
müxtəlif dünya xalqlarının oyunları,
ənənəvi idman növləri üzrə yarışlar
keçirilir. Mənim təşəbbüsüm ilə
keçən il güləş ənənələri olan İran,
İraq, Monqolustan, Özbəkistan,
Türkmənistan kimi ölkələrin pəhləvanlarının
iştirakı ilə qurşaq güləşi
yarışları keçirildi. Bizim milli güləşimizi
təmsil edən idmançımız Cəlal
Süleymanov bu yarışlarda 62 kq
çəki dərəcəsində Dünya çempionu
adına layiq görüldü.
- Bəs bu il necə?
- Builki Konqresdə bizim ənənəvi
milli oyunumuz olan çövkənin atla
deyil, dəvə üzərində oynanılmasını
təklif etdim. Çox bəyəndilər. Bu yarışın
adı beynəlxalq termin olan polo
kimi qəbul edildi. Eləcə də, Azərbaycanın
stolüstü milli idman növü
olan nərdin və milli güləşin də Kralın
şərəfinə keçirilən festival çərçivəsində
Dünya Köçəri Oyunlarının
proqramına salınmasını təklif etdim.
Növbəti Konqresdə digər təklifimlə
zorxana və pəhləvan güləşində bu
oyunların proqramına salınması
nəzərdə tutulub. Onu da qeyd etməyi
özümə borc bilirəm ki, başda kral
Səlman Bin Əbdül Əziz olmaqla,
onun komandası biz də daxil olmaqla,
müxtəlif ölkələrdən gəlmiş, fərqli
inancılara mənsub bütün qonaqları
mehribancasına, yüksək qonaqpərvərliklə
qarşılayıb yola saldılar. Bu
səfərdən qazancımız o oldu ki, mənim
təklifimlə Azərbaycana məxsus
dörd milli idmanımız Dünya Köçəri
Xalqların Oyunları proqramına daxil
edildi.
Yanvarın 20-si, yəni anadan olduğum
gün Ər-Riyaddan təyyarəylə
Bakıya, elə həmin gün də professor
Ağayusif Qurbanovun rəhbərliyi ilə
zorxana üzrə milli yığma komanda-
спортсман № 123 / 2020
23
YUBİLEY
S P O R T S M A N
İran İslam Respublikasının
Bojnord şəhərində 19-22 yanvar
2020-ci il tarixlərində Zorxana və
Pəhləvan güləşi üzrə keçirilən III
Dünya çempionatında 20 komanda
arasında Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının
tələbə və müəllim heyətindən ibarət
Azərbaycan milli yığma komandası
ölkəmizi təmsil edərək, ümumi komanda
hesabında II yeri tutduq. Komandanın
tərkibində fərdi hərəkətlərdə
pəhləvanlarımız - Məmmədi
Salamov (70 kq), Rüfət Güləliyev
(80), Vüsal Cavadov (+90) 3 qızıl,
- Xəyyam Orucov milsəngin,
Rüfət Güləliyev - səng alətlərində 2
mızın heyətində İran İslam Respublikasının
Bojnord şəhərinə uçduq.
- Yəqin bu dəfə də Zorxana və
Pəhləvan güləşi üzrə keçirilən III
Dünya çempionatında Azərbaycan
milli yığma komandası mükafata
layiq yerlər əldə etdi.
- Bizim səfərimiz İran-Amerika
münasibətlərinin gərginləşdiyi bir
dövrə təsadüf etdiyindən, bu ölkədə
general Qasım Süleymaninin qətli ilə
əlaqədar baş qaldıran iğtişaşların
kəskinləşdiyi vaxta təsadüf etməsinə
baxmayaraq, orda sakitçilik, dinc
həyat hökm sürürdü. Çox fərəhləndirici
haldır ki, burada da doğma, əziz
insanlar kimi qarşılandıq. Hər yerdə
diqqət və qayğı ilə əhatə olunduq.
gümüş, eləcə də, Xəyyam Orucov,
Məmmədi Salamov, Rüfət Güləliyev,
Vüsal Cavadov, Orxan Xanlarov
və Rəsul Səfərov zorxana idman
növünün fərdi hərəkətlərində
9 bürünc medal qazandılar.
- Yarışa hazırlığınız necə keçdi?
- Bu Dünya çempionatına hazırlıq
dövründə professorlar Xanlar
və Ağayusif Qurbanovların rəhbərliyi
ilə yığma komandamız təlim-məşq
toplanışını Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akadamiyasının Güləş zalında keçib.
Təlim-məşq prosesi müddətində
Azərbaycan Dövlət Bədən
24 спортсман № 123 / 2020
S P O R T S M A N YUBİLEY
Tərbiyəsi və İdman Akademiyasının
rəhbərliyi tərəfindən Zorxana
və Pəhləvan güləşi üzrə ölkə yığma
komandasına lazım olan şəraiti
yaratdığına görə şəxsən rektor
Fuad Hacıyevə və prorektorlar Təhminə
Tağı-zadəyə, Rizvan Əliyevə
təşəkkür edirik. Eləcə də, bir çox
beynəlxalq tədbirlərdə iştirakımızı
təmin etdiklərinə, idmanımıza, idmançılarımıza
göstərdikləri diqqət
və qayğıya görə ölkə rəhbərliyinə
- hörmətli Prezidentimiz İlham Əliyev
cənablarına, I vitse-prezident
Mehriban xanım Əliyevaya, Gənclər
və İdman naziri Azad Rəhimova
minnətdarlığımızı bildirirəm.
Qeyd: Xanlar müəllim barəsində
2004-cü ildən bəri “Sportsman”ın
müxtəlif saylarında aktual yazılar
dərc olunmasına baxmayaraq 70
illik yubileyi münasibətilə SSRİ İdman
Ustası, Respublikanın Əməkdar
Məşqçisi, Beynəlxalq dərəcəli
hakim, Azərbaycan Milli İdman
Növləri Assosiasiyasının prezidenti,
Olimpiya Akademiyasının vitse-prezidenti,
Avropa Beynəlxalq Zorxana
Konfederasiyasının I vitse-prezidenti,
“Tərəqqi” medalının sahibi,
Əməkdar Bədən Tərbiyəsi və İdman
Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə
doktoru, ömrünün 50 ilini həsr etdiyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının üç adekvat
qurumun birləşməsindən yaranmış
İdmanın təkmübarizlik növləri
kafedrasının müdiri, professor Xanlar
Qurbanovun həyat və fəaliyyətini
əks etdirən tarixçəni diqqətinizə
yetiririk.
P.S. “Sportsman”, görkəmli
pedaqoq, elm və idman
xadimi, professor Xanlar
Qurbanovu 70 illik yubileyi
münasibətilə təbrik edir, möhkəm
can sağlığı, yeni-yeni
uğurlar arzulayır!
Saleh Salahzadə
спортсман № 123 / 2020
25
KARATE
S P O R T S M A N
Azərbaycan karateçisi Tokio 2020
Olimpiadasına vəsiqə qazanıb
Azərbaycan karateçisi İrina Zaretska (67 kq)
Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc
medalını qazanmaqla həm də Tokio 2020 Olimpiadasına
lisenziyanı vaxtından əvvəl təmin edib.
Azərbaycan Milli Karate Federasiyasının məlumatına
görə, karateçimiz Tokio Yay Olimpiya Oyunlarında
61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışacaq.
Qeyd edək ki, o, Dünya Karate Federasiyasının
(WKF) reytinq cədvəlinin və Olimpiya reytinq cədvəlinin
lideridir. Bu nəticəyə baxmayaraq, İ.Zaretska hər
iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı
yarışlara da qatılacaq. İdmançımızın bundan əvvəl
Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində
qızıl medal qazandığını da xatırladaq.
Rafael Ağayevə isə Olimpiya lisenziyası almaq
üçün 3 qələbənin reytinq xalları bəs edir. O, Dubayda
Karate 1 Premyer Liqa turnirində uğurla çıxış edib. 75
26 спортсман № 123 / 2020
S P O R T S M A N
KARATE
kq çəki dərəcəsində yarışan karateçimiz 1-ci yer uğrunda
Luici Busa (İtaliya) ilə döyüşünü qalib başa vuraraq
qızıl medal qazanıb. Qeyd edək ki, bu nüfuzlu
yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.
Azərbaycan karateçilərini fevralın 28-dən martın
1-dək Avstriyanın Zalsburq şəhərində mövsümün
üçüncü Karate1 Premyer Liqa turniri gözləyir.
Yeniyetmə və gənc karateçilərimiz
Macarıstanda 8 medal qazanıblar
Azərbaycan karateçiləri Macarıstanda yeniyetmə
və gənclərin növbəti Avropa çempionatında 8 medal
qazanıblar.
Mötəbər yarışın son günü daha 2 bürünc mükafata
sahib olan milli komandamız, ötən illərki statistik göstəricilərini
yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı
спортсман № 123 / 2020
27
KARATE
S P O R T S M A N
gənclər arasında üçüncü yeri tutan
Fidan Teymurova (-50 kq) və Mədinə
Sadıqova (-55 kq, hər ikisinin
məşqçisi Seymur Xudaverdiyev)
bürünc medalların sayını üçə çatdırıblar.
Qeyd edək ki, çempionatın əvvəlki
günlərində 16-17 yaşlı gənclər
arasında Sultan Hüseynov (-55 kq,
məşqçisi Rəşad Hüseynov), Fərid
Ağayev (-76 kq, məşqçisi Namiq
Priverdiyev) və Osman Osmanlı
(+76 kq, məşqçisi Rövşən Allahverdiyev)
Avropa çempionu, Ayla
Rzazadə (-59 kq, məşqçisi Seymur
Xudaverdiyev) gümüş medala,
Əminağa Quliyev (-61 kq, məşqçisi
Elnur Həsənov) isə bürünc mükafata
sahib olub, həmçinin bir gün
əvvəl 14-15 yaşlı yeniyetmələrdə
Fərid Savadov (-57 kq) birinci yerə
çıxıb.
Tale Yaqubov (-68 kq, məşqçisi
Cahangir Babayev), Hümmət
Baxşəliyev (-67 kq, məşqçisi Vüqar
Hüseynov), Arina Bezrebra (+54
kq) və Həsənəli Həsənəliyev (kata)
bürünc medal uğrunda həlledici
görüşdə məğlub olublar. Murad
Hacızadənin (+84 kq) təsəlliverici
döyüşdə hakim qərəzliyi idmançımızın
məğlubiyyətinə səbəb olub.
Yeniyetmə və gənclər seçmə
komandasının baş məşqçisi Anar
Allahverdiyev və kişilərdən ibarət
milli komandanın böyük məşqçisi
Şahin Xudaverdiyevin rəhbərliyi ilə
Avropa çempionatında çıxış edən
Azərbaycan karateçiləri 4 qızıl, 1
gümüş və 3 bürünc medalla 52 ölkə
arasında 3-cü pilləni tutaraq, bu
yaş qruplarının tarixində ən yüksək
nəticə göstərib. A.Allahverdiyevin
qeyd etdiyinə görə, yeniyetmələrin
heyətində 2022-ci il gənclərin olimpiadasına
lisenziya qazana biləcək
perspektivli idmançılar da var.
Əlli iki ölkədən 1155 idmançının
qatıldığı Yeniyetmə və Gənclərin
47-ci, 21 yaşadək karateçilərin isə
12-ci Avropa çempionatını idarə
edən hakimlər arasında beynəlxalq
referilər Cahangir Babayev və
Vüqar Kərimov da yer alıb. Azərbaycan
Milli Karate Federasiyasının
prezidenti və Avropa Karate
Federasiyası (EKF) idarə heyətinin
üzvü Yaşar Bəşirov fərqlənən
idmançıları mükafatlandırma mərasimində
iştirak edib. Beynəlxalq
karate mütəxəssisləri və EKF rəsmiləri
Azərbaycan karateçilərinin
çıxışlarını yüksək dəyərləndiriblər.
Yeniyetmə və gənclərin növbəti
Avropa çempionatı Polşada keçiriləcək.
Bakıda keçiriləcək Avropa
çempionatına hazırlıq işləri
müzakirə edilib
Macarıstanın paytaxtı Budapeştdə
Avropa Karate Federasiyası
(EKF) idarə heyətinin iclası
keçirilib. Azərbaycan Milli Karate
Federasiyasının prezidenti, EKF-in
idarə heyətinin üzvü Yaşar Bəşirov
yığıncaqda iştirak edib.
Bu il martın ikinci yarısında Bakıda
keçiriləcək böyüklərin 55-ci
Avropa çempionatına hazırlıq işləri
də müzakirə olunub. Y.Bəşirov nüfuzlu
tədbirə hazırlıqla bağlı məlumat
verib.
EKF rəsmiləri kütləvi beynəlxalq
yarışlar keçirməkdə böyük təcrübəsi
olan Azərbaycanın bu tədbiri də
uğurla təşkil edəcəyinə inandıqlarını
bildiriblər.
11-ci beynəlxalq “Baku
Open” turniri keçiriləcək
Martın 5-8-də Boks Mərkəzində
11-ci beynəlxalq “Baku Open” karate
turniri keçiriləcək.
Yarışda 6-13 yaşlı uşaqlar, 14-
15 yaşlı yeniyetmələr, 16-17 və 18-
20 yaşlı gənclər, böyüklər və veteran
karateçilər iştirak edəcəklər.
Fərdi və komanda yarışlarında
10-dan artıq ölkədən 1000-dək idmançının
iştirakı gözlənilir.
Azərbaycanlı karate
hakimi kumite üzrə beynəlxalq
dərəcəyə layiq görülüb
Azərbaycanlı karate hakimi kumite
üzrə beynəlxalq dərəcə alıb.
Mais Mədətov kumite üzrə B
dərəcəsinə layiq görülüb.
Avropa Karate Federasiyası
(EKF) hakimlər komitəsinin Budapeştdə
təşkil etdiyi nəzəri və praktiki
imtahanlara qatılan M.Mədətov
hər iki sınaqdan uğurla keçib.
28 спортсман № 123 / 2020
İdmançı üçün göz sağlamlığı əsasdır
Kim idmanla məşğul olarkən göz sağlamlığının təhlükə
altında ola biləcəyini düşünə bilər ki? Halbuki sağlam
həyat tərzini seçmiş hər bir kəs idmanı həyatından əskik
etmir; idmanı peşə seçmiş insanlar üçün isə idman
həyatlarının tam mərkəzindədir. Lakin idmanın, bədən
və zehin sağlamlığı üçün bu qədər faydalı olmasına
baxmayaraq, həyata açılan pəncərələrimiz olan gözlərimiz
üçün risk amili də ola bilər. Çoxlarına məlum olmayan,
idmançıların sağlamlıq problemlərindən birinin də gözlə
bağlı olduğunu bildirən Dünyagöz Bakı xəstəxanasından
Prof. Həkim Dilavər Erşanlı “Başda boks olmaqla, hər bir
idman növü ilə məşğul olarkən gözlərin zədələnməsi riski
yaranır. Xüsusilə də tor qişası təbəqəsində yarana biləcək
problemlər üçün fərdi və ya komanda oyunçusu, uşaq və
ya yetkin, lisenziyalı və ya lisenziyasız bütün idmançılar
mütləq göz dibi müayinəsindən keçməlidirlər” dedi.
"Ağ Canavar" ləqəbli Azərbaycanlı
peşəkar kikboksçu, 25 qat dünya çempionu,
7 qat Avropa çempionu, 7 qat dünya
kubokunun sahibi, 15 qat Azərbaycan
çempionu, Asiya və Avrasiya çempionu,
peşəkarlar arasında dünya çempionu,
peşəkarlar arasında WAKO versiya üzrə
interkontinental kəmərin sahibi, peşəkarlar
arasında IKBO versiya üzrə dünya kəmərinin
sahibi, əməkdar idman ustası, əməkdar
məşqçi, Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyev tərəfindən
layiq görülən "Vətən uğrunda" medalının
sahibi, Eduard Məmmədov Dünyagöz Bakı
xəstəxanasında müayinə oldu.
Hər-hansı bir travmaya səbəb olmasa da, idmanın
bütün növlərinin tor qişasına dolayı yolla mexaniki təsiri
olduğunu bildirən Dünyagöz Bakı xəstəxənasının prof.
həkimi Dilavər Erşanlı “İdmanla məşğul olarkən göz
sağlamlığının təhlükə altında ola biləcəyi ağılagələn bir
vəziyyət deyildir. Əsasən də yumruq və ayaq kimi travmaya
səbəb olan hərəkətlər edildiyi üçün idmançıların
gözlərinə xəsarətin yetirilməsi ilə bağlı ilk ağıla gələn idman
növü boksdur. Əslində bu risk hər idman növü üçün
keçərlidir. Bir futbol topuna kəllə vuran, basketbolda səbətin
altında dirsək zərbəsinə tuş gələn, karatedə ayağa
hədəf olan, voleybolda blok üçün tora qalxıb yerə düşən,
tennisdə üzünə top dəyən idmançılar və ya davamlı olaraq
ağırlıq qaldıran ağır atletikaçılar da risk altındadır.
Tor qişa xəstəlikləri ilə bağlı məlumat verən Dünyagöz
Bakıdan prof. həkim Dilavər Erşanlı “Gözün
daxilində yerləşən vitreus geli, tor qişasının insanın
hər cür hərəkətlərindən təsirə məruz qalmasına səbəb
olur. Ancaq xəsarət almaqla nəticələnməyən
toqquşma, atlanma, ağır qaldırma kimi hər cür gündəlik
və idman fəaliyyəti tor qişasına dolayı mexaniki
təsir edərək, tor qişasının degenerasiyasını və tor qişasının
yırtığı riskini yaradır. Yırtıq yaranarsa, xəstədə
qığılcım və ya dağınıq görmə şikayətləri yaranır və
müalicə olunmazsa, tor qişasının təbəqələrə ayrılması
və görmənin zəifləməsi baş verir” deyərək, xəbərdarlıq
etdi.
Damcılı göz dibi müayinəsi ilə bütün tor qişa təbəqəsinin
ətraflı yoxlanmasının mümkün olduğunu
deyən prof. həkim Dilavər Erşanlı “Mütəmadi olaraq
ağır fiziki hərəkətlər edən idmançıları göz sağlamlığı
mövzusunda məlumatlandırmaq və ictimai xəbərdarlığı
artırmaq tor qişasının sağlamlığının əhəmiyyətini
anlatmaq üçün ilk addımdır. Fərdi və ya komanda
oyunçusu, uşaq və ya yeniyetmə, bütün oyunçular
üçün dövrü olaraq tor qişasının müayinəsi, kardioloji
müayinə qədər vacibdir” dedi.
Kataraktadan uşaq göz sağlamlığına, lazer müalicələrindən
qlokomaya, okuplastikadan tor qişası
xəstəliklərinə qədər bütün müayinə, diaqnostika və
müalicə xidmətlərini bir dam altında həyata keçirən
və müasir texnologiyaya sahib cihazları ilə Azərbaycanda
göz sağlamlığı xidmətlərini təklif edən Dünyagöz
Bakının tibb heyətində prof. Həkim Dilavər
Erşanlı, prof. Həkim Ahmet Maden, prof. Həkim Anıl
Kubaloğlu, op. Həkim Abdulhakim Tekçe, op. həkim
Halit Özhisar, op. Həkim Haluk Talu, Op.həkim Levent
Güllü, Op. Həkim Mehmet Şeref vardır.
Dünyagöz Xəstəxanalar Qrupu haqqında:
1996-cı ildə Türkiyədə xidmət göstərməyə başlayan
Dünyagöz Xəstəxanalar Qrupu, gözün bütün
sahələrində göz və göz ətrafının sağlamlığına dair
problemlər üçün 500 fərqli müalicə üsulu ilə göz
sağlamlığı xidmətini göstərir. Filial xəstəxanaçılığı
ilə yeni bir dövrə başlayan Dünyagöz Xəstəxanalar
Qrupu gündə 8000 poliklinika və 1000 əməliyyat
gücü ilə daxildə və xaricdə ümumilikdə 28 ayrı
nöqtədə sağlamlıq xidmətlərini həyata keçirir.
Dünyagöz, öz texnologiyası, təlim üsulu və professional
həkimlərdən ibarət 250 nəfərlik tibbi heyəti,
2000 işçi heyəti ilə qısa zamanda dünyanın tibb referans
mərkəzinə çevrildi.
Türkiyə daxilində İstanbul, Ankara, Antalya, İzmit,
Adana, Samsun, Tekirdağ, Bursa, Konya, Sakarya
və Qazientepe də olmaqla 11 ayrı ərazidə 20 şöbə,
xaricdə isə Almaniyanın Frankfurt və Köln, Gürcüstanın
Tiflis, Azərbaycanın Bakı, Hollandiyanın Amsterdam
və Nijmegen şəhərlərində, Qırğızıstanın Bişkek,
Bosnya-Herseqovinya və Kosovanın Priştine şəhərləri
olmaqla, ayrı nöqtədə xidmət göstərməkdədir.
Dünyagöz xarici dövlətlərə yatırımlarına eyni sürətlə
davam etməklə 2019-cu ildə İzmirdəki yeni mərkəzi
ilə birlikdə daha geniş bir coğrafiyaya sahiblənməyi
hədəfə almışdır. Türkiyədə səhiyyə turizmində liderliyi
ələ alaraq, 147 fərqli xarici ölkədən ildə təxminən
80 min xəstəyə xidmət göstərərək, Türkiyənin 500
Böyük Xidmət ixracatçısı Nailiyyət Sertifikatı ilə təltif
olunan Dünyagöz, 2019-cu ildə xaricdə həyata keçirəcəyi
yeni uğurları ilə səhiyyə turizminin həcmini
genişləndirməyi hədəfə alır.
DÜNYA
GÖRMƏYƏ
DƏYƏR
S P O R T S M A N
ЭЦЛЯШ
Yunan-Roma güləşçilərimizin Avropa zəfəri
İtaliyanın paytaxtı Romada
güləş üzrə Avropa çempionatı
keçirilib.
Sənan və Rafiq Avropa çempionu oldu
Yunan-Roma güləşi üzrə millimiz
baş məşqçi Aleksandr Tarakanov,
böyük məşqçi Rövşən Bayramov və
məşqçi Akif Əliyevin rəhbərliyi altında
tarixi uğura imza atıb. Belə ki, komandamız
tarixində ilk dəfə Avropa
çempionatında rekord sayda - 6 medal
qazanıb. Sənan Süleymanov (77
kq) və Rafiq Hüseynov (82 kq) bütün
rəqiblərinə qalib gələrək fəxri kürsünün
ən yüksək pilləsinə qalxıblar. Eldəniz
Əzizli (55 kq), Murad Bazarov
(60 kq), Ülvü Qənizadə (72 kq) və
İslam Abbasov (87 kq) isə 3-cü yeri
tutublar. Beləliklə, 2 qızıl və 4 bürünc
medal qazanan millimiz 116 xal toplayaraq,
komanda hesabında Rusiyadan
(128) sonra 2-ci olub. Türkiyə isə
90 xalla 3-cü pillədə qərarlaşıb.
“Möhtəşəm qələbə”
Yunan-Roma güləşi üzrə millimizin
2020-ci ilin Avropa çempionatında
tarixi uğura imza atması ölkə rəhbərliyi
tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yunan-Roma
güləşi üzrə milli komandamızın 2020-
ci ilin Avropa çempionatında böyük
uğur qazanması münasibətilə özünün
“Twitter” səhifəsində paylaşım edib.
Dövlət başçısının paylaşımında
deyilir: “Avropa çempionatında yunan-Roma
güləşi üzrə tarixdə ilk dəfə
6 medal qazanan milli komandamızın
möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı,
məşqçilərimizi və bütün
Azərbaycan xalqını ürəkdən təbrik
edirəm”.
Ölkənin 1-ci vitse-prezidenti
Mehriban Əliyeva isə "Instagram"
səhifəsindən təbriklərini çatdırıb:
“İdman sahəsində növbəti böyük
uğurumuz! İtaliyanın paytaxtı Romada
keçirilən Avropa çempionatında
yunan-Roma güləşi üzrə Azərbaycan
millisi tarixində ilk dəfə 6 medal qazanaraq
komanda hesabında ikinci
yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə
sevincini Azərbaycan xalqına yaşadan
idmançılarımızı - qızıl medal
sahibləri Sənan Süleymanovu və Rafiq
Hüseynovu, bürünc medal sahibləri
Eldəniz Əzizlini, Murad Bazarovu,
Ülvi Qənizadəni və İslam Abbasovu
və onların məşqçilərini səmimi-qəlbdən
təbrik edir, onlara yeni-yeni nailiyyət
və qələbələr arzulayıram!”
спортсман № 123 / 2020
33
ЭЦЛЯШ
S P O R T S M A N
Eldəniz Əzizli
Avropa çempionatının ilk yarış
günündə 55, 63, 77, 87 və 130 kq-da
çıxış edən yunan-Roma güləşçiləri
mübarizə aparıb.
Mübarizəyə 1/4 finaldan qoşulan
Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısını
çətinlik çəkmədən məğlub
edərək adını yarımfinala yazdırıb.
Finalın bir addımlığında Bolqarıstan
güləşçisiylə qarşılaşan Eldəniz
ilk hissəni 5:0 öndə tamamlasa da,
yekunda məğlubiyyətdən xilas ola
bilməyib. İkinci yarış günündə İtaliya
güləşçisini sınağa çəkən Əzizli elə ilk
hissədə tam üstünlüklə qələbə qazanaraq
karyerasında 3-cü dəfə qitə
birinciliyinin bürünc medalına sahib
çıxıb.
Taleh Məmmədov (63 kq) ilk
görüşdə Rusiya güləşçisiylə bacarmayıb.
Rəqib finala yüksəldiyi üçün
Məmmədov ikinci yarış günündə
təsəlliverici görüşə çıxmaq hüququ
qazanıb və macar həmkarına da
məğlub olub.
Sənan Süleymanov
Sənan Süleymanov (77 kq) debütdə
Bolqarıstanı təmsil edən erməni
güləşçiyə qalib gəlib. Daha
sonra İtaliya idmançısına şans verməyən
güləşçimiz 1/4 finala vəsiqə
qazanıb. Bu mərhələdə Yunanıstan
idmançısıyla görüş dramatik alınıb.
Yüksək əzmkarlıq nümayiş etdirən
Sənan son saniyələrdə uğurlu fənd
işlədərək rəqibinin kürəyini yerə sıxıb
və yarımfinala yüksəlib. Yarımfinalda
təcrübəli Ermənistan güləşçisiylə
prinsipial görüşdən də üzüağ çıxan
Süleymanov debüt etdiyi qitə birinciliyinin
finalına vəsiqə qazanıb. Fevralın
11-də macar güləşçiylə həlledici
görüşə çıxan gənc pəhləvanımız
ikinci hissədə qazandığı xallarla Avropa
çempionatının qalibi olub.
Sənan Süleymanov qələbə
təəssüratlarını və yarışla bağlı fikirlərini
Azərbaycan Güləş Federasiyasının
rəsmi saytı ilə bölüşüb:
“Çempion olmaq çox gözəl hissdir.
Gözləmədiyim halda çempion
oldum. İlk dəfə bu yarışda 77 kq-da
çıxış etdim. Çəkim hazırda 75 kq-dır.
Ona görə də heç kim məndən medal
gözləmirdi. Özüm də fəxri kürsüyə
qalxacağıma inanmırdım. Bu da rahat
və heç bir təzyiq hiss etmədən
güləşməyə imkan verirdi. Görüşdən-görüşə
inamım artdı. İlk qarşılaşmada
Bolqarıstan ermənisinə
qalib gəldim. Yarımfinalda qarşılaşdığım
erməni həm fiziki cəhətdən, həm
də təcrübəsinə görə məndən üstün
idi. Ancaq onu da məğlub etməyi
bacardım. Finalda zərrəcə həyəcan
keçirmirdim. Şükürlər olsun, xalçada
bacardığımı ortaya qoyub, bayrağımızı
dalğalandırdım.
Çəkim az olduğu üçün parterdə
xal qazanmaq şansımın yüksək
olmadığını bilirdim. Ona görə də
çalışırdım ki, ayaqüstə xallar alım.
Məşqçilərə mənə bu yarışda etimad
göstərdikləri üçün minnətdarlığımı
bildirirəm. Məsləhət olsa, bundan
sonra da 77 kq-da güləşmək istərdim.
Gələcəkdə dünya çempionatında
və Olimpiadada da uğurumun
davamını gətirməyə çalışacağam.
Qələbəmi buna sevinən hər kəsə, ən
başda da ailəmə həsr edirəm”.
İslam Abbasov
İslam Abbasov (87 kq) ilk mərhələdə
yanvarda Fransa "Qran-pri"-
sində məğlub olduğu Kiril Maskeviçlə
qarşılaşıb. Gərgin mübarizə şəraitində
keçən görüşdə həmyerlimiz belaruslu
rəqibindən revanş alıb. İslam
1/8 finalda polşalı həmkarından güclü
olub. Abbasov 1/4 finalda Bolqarıstan
təmsilçisini "tuşe" ilə üstələyərək
yarımfinala adlayıb. Ancaq finalın bir
addımlığında son dünya çempionatının
gümüş medalçısı olmuş macar
həmkarına uduzduğundan ikinci
yarış günündə bürünc medal üçün
güləşib. Litva təmsilçisinə qalib gələn
Abbasov Avropa 3-cüsü olub.
Yunan-Roma güləşi üzrə millimizin
əsas simalarından biri olan
İslam Abbasov Azərbaycan Güləş
Federasiyasının rəsmi saytına
açıqlama verib:
“Yarış yaxşı keçdi. Rəqiblər güclü
idi. Çətin qrupa düşmüşdüm. Ona
34
спортсман № 123 / 2020
S P O R T S M A N
ЭЦЛЯШ
görə də sona kimi mübarizə aparmalıydım. Yarımfinala
qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim
səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək
mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə
hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları
səhvsiz keçirim”.
Sabah Şəriəti (130 kq) startda Ermənistan təmsilçisiylə
üz-üzə gəlib. Prinsipial qarşılaşmadan millimizin üzvü
qalib ayrılıb. Ancaq 1/4 finalda o, rumıniyalı rəqibinə uduzub.
Rəqibi finala yüksəldiyi üçün Sabah təsəlliverici görüşdə
qüvvəsini sınamaq şansı qazansa da, zədələndiyi
üçün xalçaya çıxmadan mübarizəni dayandırıb.
Murad Bazarov
İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış
edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Murad Bazarov (60 kq) debütdə çətinliklə də olsa, İtaliya
güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən
qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi
üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak
edib və bolqar güləşçiyə vaxtından əvvəl qalib gəlib. Estoniya
təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin
olimpiya çempionu Avropa çempionatının bürünc medalını
qazanıb.
İslambek Dadov (67 kq) təsnifat mərhələsində macar
həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da,
fasilədən sonra zəif çıxış edərək məğlub olub.
Ülvü Qənizadə
Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqarıstanlı
rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin
1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə
batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən
Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə
çıxıb. Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan
həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə
aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat
Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla qarşılaşan
gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin
hesabına 4-cü bürünc medalı yazıb.
Rafiq Hüseynov
Rafiq Hüseynov (82 kq) əvvəlcə hollandiyalı güləşçiyə
çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə
görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala
yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə
qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik
çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa
çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada
Bolqarıstan idmançısıyla üz-üzə gələn təcrübəli
pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə
qazanıb və ikinci dəfə Avropa çempionu olub.
Doqquz illik fasilədən sonra yenidən qitənin ən
güclüsü olan Rafiq Hüseynovun fikirləri isə belə olub:
“Həm ikinci dəfə Avropa çempionu olduğum üçün,
həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm.
Artıq millimizdə güclü gənc güləşçilər var. Hər
idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə
ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin
idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da
dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra
lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin
qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da
hədəfimiz Olimpiadadır”.
Orxan Nuriyev (97 kq) isə ilk görüşdə polşalı rəqibiylə
bacarmayıb.
“Güləşçilərimizin
çıxışından çox razıyam”
AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti
Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:
“Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən
də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq
Hüseynovu qeyd etmək istərdim. Ölkə Prezidenti İlham
Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə
görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi.
Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə
verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və
verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri
Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.
Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir.
Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız
qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar.
Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları
əldə edək”.
“2 qızıl və 4 bürünc
medal çox yaxşı nəticədir”
Millimizin baş məşqçisi Aleksandr Tarakanov
bunları deyib:
спортсман № 123 / 2020
35
ЭЦЛЯШ
S P O R T S M A N
“Komandanın çıxışından çox razı
qaldım. Fikrimcə, Avropa çempionatında
2 qızıl, 4 bürünc medal qazanmaq
çox yaxşı nəticədir. Nəzərə alaq
ki, bizim üçün əsas lisenziya turnirləri
sayılır. Çünki Olimpiadaya bacardığımız
qədər çox vəsiqə əldə etməliyik.
Bunun üçün əlimizdən gələni
edəcəyik. Fürsətdən istifadə edib
AGF-nin rəhbəri Namiq Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Çünki
o komandanın bütün ehtiyaclarının
qarşılanması və yüksək səviyyədə
təlim-məşq toplanışlarının təşkili
üçün əlindən gələni əsirgəmir. Biz də
çalışacağıq ki, bizə yaradılan bu şərait
fonunda etimadı tam doğruldaq”.
Tatyana Omelçenko
Qadın güləşçilərimizdən Tatyana
Varansova (53 kq) ilk görüşdə İspaniya
təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir
güləş məktəbinin yetirməsi hesabda
2:5 geridə olsa da, əzmkarlıq
nümayiş etdirərək yekunda qələbə
qazanıb. Ancaq 1/8 finalda Hollandiya
güləşçisi qarşısında aciz qalıb.
Rəqibin finala çıxması həmyerlimizə
təsəlliverici görüşə çıxmaq şansı verib.
Ancaq beşinci yarış günündə Rumıniya
idmançısıyla baş tutan qarşılaşma
da uğursuzluqla nəticələnib.
Varansova hesabda 3:2 öndə olsa
da, sonuncu dəqiqədə təşəbbüsü
əəldən verərək məğlub olub.
Alyona Kolesnik (57 kq) ilk mərhələdə
Norveç təmsilçisinə vaxtından
əvvəl uduzub. Ancaq rəqib finala
yüksəldiyi üçün yığmamızın üzvü
3-cü yer uğrunda güləşib. Kolesnik
belaruslu həmkarına da məğlub olub.
Tatyana Omelçenko (62 kq) təsnifat
mərhələsində italyan güləşçiyə
qalib gəlib. Yığma üzvü daha sonra
Macarıstan təmsilçisini üstələyərək
adını yarımfinala yazdırıb. Ancaq
finalın bir addımlığında dünya və
ikiqat Avropa çempionu Yuliya Tkaça
məğlub olub. Omelçenko fevralın 14-
də bürünc medal uğrunda güləşib və
Belarus idmançısını üstələyərək 3-cü
yerin sahibi olub.
Elis Manolova
Mübarizəyə 1/4 finaldan qoşulan
Elis Manolova (65 kq) startda dünya
və 2 qat Avropa çempionu Petra
Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il
Buxarestdə olduğu analoji yarışda olduğu
kimi, yenə titullu rəqibinə qalib
gəlib və yarımfinala yüksəlib. Rusiya
güləşçisinə də gücünü göstərən Manolova
ardıcıl 3-cü dəfə Avropa çempionatının
finalına adlayıb. Ancaq
təmsilçimiz titulunu qoruya bilməyib.
Bolqar rəqibinə uduzan Elis bu dəfə
gümüş medalla kifayətlənib.
Beləliklə, qadın millimiz Avropa
çempionatını bir gümüş və bir bürünc
medalla başa vurub.
Sərbəst güləş yığmamız
Avropa ikincisi oldu
Yarışın son günlərində sərbəst
güləşçilər mübarizə aparıb. Millimiz
qitə birinciliyində 5 medal qazanıb.
Ağahüseyn Mustafayev (70 kq) gümüş,
Əli Rəhimzadə (65 kq), Cəbrayıl
Həsənov (79 kq), Aslanbek Alborov
(92 kq) və Camaləddin Məhəmmədov
(125 kq) bürünc medal əldə edib.
Bu nəticəylə millimiz 116 xal toplayıb
və komanda hesabında Avropa ikincisi
olub. Rusiya 186 xalla çempionluğu
təmin edib. İlk "3-lüy"ü 95 xal
yığan Gürcüstan tamamlayıb.
Əli Rəhimzadə
Beşinci yarış günündə sərbəst
güləşçilərin mübarizəsinə start verilib.
Əfqan Xaşalov (57 kq) startda
Fransa idmançısına vaxtından əvvəl
qalib gəlsə də, alman rəqibinə 1/4 finalda
uduzub.
Püşk Əli Rəhimzadəni (65 kq)
startda olimpiya, dünya və 3 qat Avopa
çempionu Vladimir Xinceqaşviliylə
üz-üzə qoyub. Ancaq gənc güləşçimiz
titullu rəqibiylə görüşü çəkinmədən
və yüksək səviyyədə keçirərək
böyükhesablı qələbəyə sevinib.
Rəhimzadənin rumıniyalı həmkarıyla
dueli ağır keçib. Son saniyələrdə
aldığı xal Əlini yarımfinala yüksəldib.
Rəhimzadə finalın bir addımlığında
Belarus güləşçisinə məğlub olub və
fevralın 15-də bürünc medal üçün
Macarıstanın güclü güləşçisi İsmayıl
Musukayevlə mübarizə aparıb. Gərgin
keçən qarşılaşmada əzmkarlıq
göstərən həmyerlimiz son saniyələrdə
aldığı xalla Avropa çempionatının
bürünc medalını qazanıb.
Ağahüseyn Mustafayev
Ağahüseyn Mustafayev (70 kq) ilk
mərhələdə Ermənistan idmançısıyla
üz-üzə gəlib. Dramatik görüş olduqca
gərgin və maraqlı alınıb. Prinsipial
qarşılaşmaya rəqib daha yaxşı başlayıb
və 8:0 önə keçib. Ancaq özünü itirməyən
həmyerlimiz inanılmaz əzmkarlıq
nümayiş etdirərək fantastik
geridönüş edib. İkinci hissədə rəqibə
göz açmağa imkan verməyən Avropa
çempionatının gümüş medalçısı
yarışa inamlı qələbəylə start verib.
Həmyerlimiz daha sonra Belarus
təmsilçisindən güclü olub. Ukrayna
güləşçisini də sıradan çıxaran Ağahüseyn
yarımfinala adlayıb. Mustafayev
Moldovadan olan həmkarına da
qalib gələrək ikinci dəfə Avropa çempionatının
finalına yüksəlib. Həlledici
görüşdə Polşanı təmsil edən dağıstanlı
həmkarına yenilən Ağahüseyn
ikinci dəfə Avropa çempionatının gümüş
medalı ilə kifayətlənib.
Cəbrayıl Həsənov
Cəbrayıl Həsənov (79 kq) ötən
analoji yarışda olduğu kimi, yenə ilk
görüşdə Nika Kentçadzeni sınağa
36
спортсман № 123 / 2020
S P O R T S M A N
ЭЦЛЯШ
çəkib. Buxarestdə olduğu kimi, Romada
da millimizin kapitanı ilə 23 yaşadək
güləşçilərin dünya çempionu
arasında qarşılaşma gərgin mübarizə
şəraitində keçib. Son dəqiqəyə
kimi 3 qat Avropa çempionumuz
hesabda 0:3 geridə olsa da, xarakter
göstərərək qələbəni təmin edib.
Həsənovun növbəti görüşü də asan
keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə
mübarizədə xalların keyfiyyətinə
görə mərhələ adlayan tərəf olub.
Daha sonra Ermənistan güləşçisinə
gücünü göstərən Həsənov yarımfinala
vəsiqə qazanıb. Ancaq təcrübəli
güləşçimiz Rusiya güləşçisinə yenilərək
finala çıxa bilməyib. Cəbrayıl
3-cü yer üçün türk güləşçini sınağa
çəkib və minimalhesablı qələbəylə
8-ci dəfə qitə birinciliyində fəxri kürsüyə
qalxıb.
Nurməhəmməd Hacıyev (97 kq)
startda Macarıstan pəhləvanını yolundan
kənarlaşdırıb. Ancaq 1/4 finalda
olimpiya, 4 qat dünya və 3 qat
Avropa çempionu Abdulrəşid Sadullayevlə
bacarmayıb. Rəqib finala
yüksəldiyi üçün Hacıyev fevralın
15-də təsəlliverici görüşə çıxıb və
makedoniyalı həmkarını üstələyib.
Bürünc medal uğrunda qarşılaşmada
Gürcüstan təmsilçisinə minimal fərqlə
uduzan Nurməhəmməd bu dəfə fəxri
kürsüdən kənarda qalıb.
Aslanbek Alborov
Yarışa 1/4 finaldan start verən
İntiqam Vəlizadə (61 kq) Türkiyə
güləşçisinə qalib gələrək yarımfinala
yüksəlib. Finalın bir addımlığında son
dünya çempionu Beka Lomtadzeyə
məğlub olan həmyerlimiz fevralın 16-
da bürünc medal görüşünə çıxıb və
rumıniyalı idmançıya uduzub.
Hacımurad Hacıyev (74 kq) startda
Polşa güləşçisini vaxtından əvvəl
üstələsə də, 2 qat dünya və 3 qat Avropa
çempionu Frank Çamizoya uduzub.
Üstəlik, qolu sındığı üçün təsəlliverici
görüşə də çıxa bilməyib.
Abubakr Abakarov (86 kq) debüt
görüşündə Latviya idmançısını erkən
sıradan çıxarıb. Ancaq Avropa çempionu
və dünya üçüncüsü Artur Nayfonov
keçilməz olub. Rəqibin finala yüksəlməsi
Abubakr üçün bürünc medala
cığır açsa da, Abakarov təsəlliverici
görüşdə 4:0 üstünlüyü əldən verərək
fəxri kürsüdən kənarda qalıb.
Aslanbek Alborov (92 kq) təsnifat
mərhələsində macar həmkarına
aman verməyib. Ancaq 1/4 finalda
Türkiyə pəhləvanına məğlub olub.
Rəqib finala yüksəldiyi üçün son yarış
günündə yenidən xalça üzərinə
çıxan Alborov təsəlliverici qarşılaşmada
yerli pəhləvanı vaxtından əvvəl
üstələyib. Gürcüstan güləşçisiylə
gərgin mübarizə şəraitində keçən
dueldən də qalib ayrılan təmsilçimiz
karyerasında ilk dəfə Avropa çempionatında
fəxri kürsüyə qalxıb.
Camaləddin Məhəmmədov
Camaləddin Məhəmmədov (125
kq) əvvəlcə bosniyalı, daha sonra
türk rəqibini vaxtından əvvəl məğlub
edib. Lakin 1/4 finalda Polşa
güləşçisinə yenilib. Rəqib finala kimi
irəliləyib. Belədə Məhəmmədov mübarizəni
son yarış günündə davam
etdirib. Təcrübəli güləşçimiz təsəlliverici
görüşdə avstriyalı həmkarından
güclü olub. Həlledici qarşılaşmada
Ermənistan güləşçisiylə üz-üzə gələn
yığma üzvü sona 4 saniyə qalmış aldığı
xalla 4-cü dəfə Avropa üçüncüsü
olub.
Beləliklə, yığmamız AÇ-də ümumilikdə
5 medal (1 gümüş, 4 bürünc)
medal qazanıb.
Vüsal M.
спортсман № 123 / 2020
37
Breyn-Rиnq
S P O R T S M A N
Milli Qəhrəman Mübariz İbrahimovun
xatirəsinə həsr olunmuş şahmat turniri
Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun
xatirəsinə həsr olunan şahmat
turniri keçirilib.
Şahmatın rapid növü üzrə təşkil
olunan yarışda 16 yaşadək uşaqlar
və yeniyetmələr mübarizə aparıblar.
Paşam Əlizadə 6 xalla turniri
birinci yerdə başa vurub. İkinci və
üçüncü yerlərə Amin Qurbanov (5,5
xal) və İsmayıl Qurbanov (5 xal) sahib
olublar.
Bakı Şəhər Gənclər İdman Baş
İdarəsinin, “Grandmaster” şahmat
klubunun təşkilatçılığı ilə keçirilən yarışda
65 şahmatçı qüvvəsini sınayıb.
Biləsuvar rayonunda
“Mübariz kuboku” uğrunda
breyn-rinq yarışı
Biləsuvar Gənclər evində Azərbaycanın
Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr edilən
“Mübariz kuboku” uğrunda breyn-
38
спортсман № 123 / 2020
S P O R T S M A N
Breyn-Rиnq
rinq yarışı keçirilib.
Gənclər və İdman Nazirliyi xəbər
verir ki, ümumrayon birinciliyinin
həlledici mərhələsində 24 məktəb
komandası arasından finala vəsiqə
qazanan 6 kollektiv iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib və
Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Biləsuvar Rayon Gənclər və İdman
İdarəsinin rəisi Azad Quliyev
Mübariz İbrahimovun həyatından
və torpaqlarımızın müdafiəsi zamanı
göstərdiyi şücaətdən danışaraq
qeyd edib ki, Mübariz Ağakərim oğlu
İbrahimov 1988-ci il fevralın 7-də
Biləsuvar rayonunun Əliabad kəndində
doğulub. Doğma kəndində təhsil
aldıqdan sonra hərbi xidmətə yollanıb.
Sonradan könüllü olaraq hərbi
hissələrin birində gizir kimi xidmətə
başlayıb. Mübariz 2010-cu il iyunun
18-dən 19-na keçən gecə təkbaşına
təmas xəttindəki bir kilometrlik minalanmış
sahəni keçərək 5 saat ərzində
Ermənistan silahlı qüvvələrinin çox
sayda əsgər və zabitini məhv edib.
Səhər saatlarında qeyri-bərabər döyüşdə
qəhrəmancasına şəhid olan
Mübariz bir gecədə xalqının qəhrəmanına
çevrilib. Onun adı Azərbaycanın
qəhrəmanlıq tarixinə qızıl hərflərlə
yazılıb.
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 22 iyul tarixli
Sərəncamına əsasən, Mübariz
Ağakərim oğlu İbrahimova
Azərbaycanın ərazi bütövlüyünün
və müstəqilliyinin qorunmasında
müstəsna xidmətlərinə görə Azərbaycanın
Milli Qəhrəmanı (ölümündən
sonra) adı verilib.
Yarışda Nizami Gəncəvi adına
Biləsuvar şəhər 1 nömrəli tam orta
məktəbin komandası 1-ci yerə layiq
görülərək “Mübariz kuboku”na sahib
olub. Zəhmətabad kənd tam orta
məktəbin komandası 2-ci, Amankənd
kənd tam orta məktəbin şagirdləri isə
3-cü yeri tutublar.
Sonda iştirakçılar Mübariz İbrahimovun
xatirəsinə ucaldılmış abidəni
ziyarət edib, önünə tər çiçək dəstələri
düzüblər.
Kamal Rza
спортсман № 123 / 2020
39
эимнастика
S P O R T S M A N
İlin ilk Dünya kuboku
Azərbaycan Gimnastika
Federasiyası (AGF) tərəfindən
2020-ci ildə təşkil ediləcək
beynəlxalq yarışların cədvəlində
ilk olan batut gimnastikası və
tamblinq üzrə Dünya Kuboku
turniri başa çatıb.
Olimpiya Oyunlarına təsnifat xarakterli
2 günlük yarışda dünyanın
30 ölkəsinin 150-yə yaxın idmançısı
birincilik uğrunda mübarizə aparıb.
Olimpiya çempionları Vladislav
Qonçarov (Belarus), Rozanna Maklennan
(Kanada), Donq Donq (Çin),
Olimpiya medalçısı Brioni Peyc (Böyük
Britaniya), dünya çempionları
Qao Ley və Liu Linqlinq (Çin), eləcə
də Yana Lebedeva, Aleksandr Lisitinin
(Rusiya) də çıxış etdiyi bu Dünya
kubokunda Azərbaycan idmançıları
da öz qüvvələrini sınayıblar.
Tamblinq yarışlarında ölkəmizi
Fərid Mustafayev, fərdi batut yarışlarında
isə Selcan Mahsudova təmsil
edib. Hər iki gimnast ilk dəfə Dünya
kubokunda böyüklər proqramında
çıxış edib. Fərid yarışların final mərhələsində
8-ci, Selcan isə Olimpiya
növü olan fərdi batut proqramında
32-ci yerdə qərarlaşıb.
AGF-nin təşkil edəcəyi növbəti
yarış isə 7-8 martda keçiriləcək kişi
idman gimnastikası üzrə “1-ci AGF
Junior Trophy” adlı beynəlxalq turnir
olacaq. Turnirdə gənclər yaş qrupuna
daxil olan 2003-2006-cı il təvəllüdlü
gimnastlar öz bacarıqlarını nümayiş
etdirəcəklər.
İlkin qeydiyyat siyahısına əsasən,
yarışda 13 ölkədən 84 gimnast birincilik
uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “AGF Junior Trophy”
mayın 27-31-də Milli Gimnastika
Arenasında təşkil ediləcək kişi idman
gimnastikası üzrə Avropa çempionatından
öncə gənc gimnastlar
üçün bir növ sınaq turniri rolunu oynayacaq.
40
спортсман № 123 / 2020
S P O R T S M A N
эимнастика
“Biz Azərbaycanın dünya
idmanında vacib rol
oynadığını görürük”
“Azərbaycanda müntəzəm olaraq
müxtəlif idman tədbirləri keçirilir. Biz
ölkənin dünya idmanında vacib rol
oynadığını görürük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri
Bakıda keçirilən batut gimnastikası
və tamblinq üzrə dünya kuboku
yarışlarını izləyən Fransanın Azərbaycandakı
səfiri Zacharie Gross
deyib.
Səfir bildirib ki, Milli Gimnastika
Arenasında əla mühit hökm sürür. Bakıda
keçirilən dünya kuboku idmançılar
üçün vacib əhəmiyyət daşıyır.
Çünki bu yarış 2020-ci ildə Tokioda
keçiriləcək Yay Olimpiya Oyunlarına
lisenziya xarakteri daşıyır.
Azərbaycanda gimnastikanın inkişafından
danışan Z.Gross qeyd
edib ki, bu idman növü ölkədə hamı
üçün əlçatandır. “Bu, çox demokratik
idman növüdür. Daha çox insanın,
xüsusilə də uşaq və yeniyetmələrin
gimnastika ilə məşğul olması vacibdir”
- deyə o qeyd edib.
“Bakıdakı gimnastika arenası
geniş və gözəldir, onun
imkanları heyrətamizdir”
Bakıda keçirilən batut gimnastikası
və tamblinq üzrə dünya kuboku
yarışlarını izləyən Kolumbiyanın
Azərbaycandakı səfiri Luís Antonio
Dimaté Cárdenas Azərbaycanda idmana
böyük diqqət göstərildiyini vurğulayıb.
Səfir batut gimnastikası və tamblinq
üzrə dünya kubokunda iştirak
edən Kolumbiya nümayəndə heyətinin
nümayəndələri ilə görüş keçirdiyini
bildirib: "İdmançılarımız Azərbaycanda
yaradılan şəraitdən məmnun
qalıblar. Yarışların gözəl şəkildə təşkili
ilə əlaqədar Azərbaycanı təbrik
edirəm”.
Luís Antonio Dimaté Cárdenas
deyib ki, Bakıdakı gimnastika arenası
geniş və gözəldir, onun imkanları
heyrətamizdir: “İstəyirəm, hər ölkənin
oxşar meydançaları olsun”.
Etibar Hüseynov
спортсман № 123 / 2020
41
KARATE
S P O R T S M A N
Məlum olduğu kimi, hər il Milli
Olimpiya Komitəsində ilin idman
yekunlarına həsr olunan tədbir
keçirilir. 2019-cu il dekabrın
25-də keçirilən mərasimdə Milli
Olimpiya Komitəsi Prezidentinin
fəxri fərmanları ilə təltif edilənlər
arasında Yalçın Qaralı da var idi.
Yalçın Qüdrət oğlu Qaralı 1979-cu ildə
Goranboy rayonu Tapqaraqoyunlu kəndində
anadan olub. 1990-cı ildən idmanın karate
növü ilə məşğul olub, 2000-ci ildənsə
məşqçi kimi fəaliyyət göstərir.
Y. Qaralı öz təəssüratlarını “Sportsman”
jurnalı ilə bölüşüb:
“Azərbaycan Respublikası Prezidenti,
Milli Olimpiya Komitəsinin prezidenti
cənab İlham Əliyevin Azərbaycanda qeyri-olimpiya
idman növlərinin (karate-do)
inkişafında xüsusi xidmətlərimə görə məni
Yalçın Qaralı:
“2020-ci ildə daha çox medal qazanacağıq”
fəxri fərmanla təltif etməsi karyeram ərzində aldığım
mükafatlardan ən dəyərlisidir. Bu mənim üçün böyük
etimaddır. Eyni zamanda Azərbaycan idmanı qarşısında
məsuliyyətimi daha da artırır.
Mən karatedə dəfələrlə Respublika çempionu, Avropa
və dünya çempionu, Avropa kubokunun sahibi,
müxtəlif beynəlxalq turnirlərin qalibi, həmçinin peşəkarlar
arasında bir çox seminarların iştirakçısı olmuşam.
42
спортсман № 123 / 2020
S P O R T S M A N KARATE
və idmançılara göstərdiyi yüksək
diqqətə görə həm öz adımdan, həm
də federasiyamızın prezidenti Nurəddin
Quliyev başda olmaqla bütün karateçilər
adından minnətdarlığımızı
bildiririk. Söz veririk ki, 2020-ci ildə
dünya və Avropa çempionatlarından
ölkəmizə daha çox medal gətirəcəyik.
Eyni zamanda, fürsətdən istifadə
edib Gənclər və İdman naziri cənab
Azad Rəhimova da bizim idmançılara,
şəxsən mənə göstərdiyi diqqətə
görə öz təşəkkürümü bildirirəm.
Bir də həmişə idmançılardan
dəstəyini əsirgəməyən bizim nazirliyin
aparat rəhbəri Rüfət Həsənova
da minnətdarlığımı bildirirəm”.
WKC karate-do idman növü üzrə
idman ustası və 2018-ci ildə Fəxri
Bədən Tərbiyəsi və İdman İşçisi adlarına
layiq görülmüşəm.
Məşqçi kimi də uğurlara imza atmışam.
10-a yaxın tələbəm dünya və
Avropa çempionu olub. 16 tələbəm
isə hüquq-mühafizə orqanlarında
çalışır. Bunun nəticəsində 2014-cü
ildə Azərbaycan Respublikasının
əməkdar məşqçisi adına layiq görülmüşəm.
Hazırda Göranboy Üzğüçülük
Hovuzunun direktoru vəzifəsində çalışıram.
Həmçinin WKC növləri üzrə
Azərbaycan Karate Federasiyasının
1-ci vitse-prezidentiyəm.
Fürsətdən istifadə edib Azərbaycan
Respublikasının Prezidenti möhtərəm
cənab İlham Əliyevə mənə
спортсман № 123 / 2020
43
ДЮЙЦШ СЯНЯТИ
S P O R T S M A N
Suprim Qrand Master - SÜLEYMAN MƏMMƏDLİ
Döyüş sənətləri fəlsəfəsi üzrə doktor, professor
Beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF. WTF,
Çun Khun Do) Azərbaycanda bütün Koreya və bəzi
Çin, Yapon, Tailand və s. ölkələrin Döyüş Sənətlərinin
yaradıcısı (Kik Boksinq, Turan Do və s.)
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi
Döyüş sənətlərindən ən yüksək adlar sahibi - Sifu,
Soke, 10 növdən Qrand Master, 2 növdən Qreat Qrand
Master, 3 növdən Suprim Qrand Master
1. WUCAA (Dünya Universal Döyüş Sənətləri Assosiasiyası)
10-cu dan
2. WTA (Dünya Turan Do Assosiasiyası) 10-cu dan
3. MMA (Qarışıq Döyüş Sənətləri) 10-cu dan
4. Xüsusi təyinat 10-cu dan
5. Tae Kuk Musul 10-cu dan
6. AIKI-Ju-Jitsu 10-cu dan
7. Combat MMA (Kombat Qarışıq Döyüş Sənətləri) 10-
cu dan
8. Kombat Karate Do 10-cu dan
9. Military Close Combat (Kombat yaxın məsafə döyüşü)
10-cu dan
1. Kombat Hap Ki Do 9-cu dan
2. Dong Ku Yudo Kwan 9-cu dan
3. Kombat Kick Boxing 9-cu dan
4. Kempo 9-cu dan
5. Vuşu 9-cu dan
6. Bu Jitsu 9-cu dan
7. Bu Do 9-cu dan
8. Karate 9-cu dan
9. Martial Arts (Döyüş sənətləri) 9-cu dan
1. Kombat Taekwon Do 8-ci dan
2. Kombat Soo Bhak Do 8-ci dan
3. Çun Khun Do 8-ci dan
4. Taekvon Do (Dünya Mudo Akademiyası) 8-ci dan
5. Full Contact (Tam kontakt) 8-ci dan
6. Taekvon Do (Mu Sul Taekvon Do) 8-ci dan və s.
müəllimi təbrik edib, yaxından-uzaqdan söhbət açdıq.
- Süleyman San, ilk olaraq Sizi 2019-cu ilin veteran
idmançısı seçilməyiniz münasibətilə təbrik edir
və yeni-yeni uğurlar arzulayırıq...
- Təbrikə görə sağ olun. Ancaq, çıxış etdiyim yarışlardakı
idmançıların heç də hamısı veteran olmayıb. Qalib
gəldiyim idmançılar məndən xeyli cavan və ən azı 5-ci
Dan sahibləri olublar (gülür).
- Süleyman San, biz gözümüzü açandan Sizi
Qrand Master görmüşük. Tələbələrinizin sayı-hesabı
yoxdur. Sadəcə maraqlıdır, neçə ildir ki, döyüş sənətləri
ilə məşğulsunuz?
- Sırf döyüş sənəti ilə 50 ildən yuxarıdı. Ancaq, Tovuz
rayonunda hələ orta məktəbdə oxuyarkən ağırlıqqaldırma
ilə məşğul olurdum. Yadımdadı ki, 7-ci sinifdə oxuyanda
bir əllə 57 kq qaldırmışdım. Baxmayaraq ki, öz
çəkim heç 57 kq deyildi.
- 50 il bir igidin ömrüdü. Bu müddət ərzində qazanmadığınız
ad, titul qalmayıb. Əsas sirr nədədir?
- Heç bir sirr yoxdur. Döyüşkənlik Türk millətinin qanındadı.
Sadəcə, böyük həvəslə edilən gündəlik məşqlərlə
yanaşı bu döyüş növünün fəlsəfəsini də mənimsəmək
lazımdı. Uzun və mütəmadi məşqlərdən sonra hər hansı
Ümumi danlarının cəmi 240-dan yuxarı
Qırx dəfədən çox Dünya, Avropa Çempionu və
Beynəlxalq yarışların qalibi
Yaşı 70-i keçşə də hərəkətlərinə, çevikliyinə, bədən
quruluşuna görə “30” yaşlı müəllimlər müəllimi, Ustad
sənətkar, el arasında San Sanıç kimi tanınmış canlı
əfsanə olan Süleyman Məmmədlini oxucularımıza təqdim
etməyə ehtiyac yoxdur. Qazandığı medalların sayını-hesabını
itirən Süleyman San, bu günümüzə qədər
Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda layiqincə
təmsil edir. Yanvarın 31-i “Marriot” hoteldə keçirilən
“Zəfər” Beynəlxalq İdman Mükafatının təqdimat mərasimində
“İlin Veteran İdmançısı” seçilən Süleyman
44
спортсман № 123 / 2020
S P O R T S M A N
ДЮЙЦШ СЯНЯТИ
çəkilişlərində iştirak etmişdim. Digər
ölkələrdən də təkliflər olub. Sadəcə
mən qəbul etməmişəm. Çünki filmə
çəkilmək üçün gərək bütün iş-gücünü
atasan. Qusman isə bilirsiz ki, bizim
yerlimizdir və bu çəkilişlərin əksər hissəsi
Azərbaycanda olub.
- Süleyman Məmmədlini biz döyüş
ustadı olmaqla yanaşı, həm də
bir şair kimi tanıyırıq. Bir neçə şerlər
kitabının müəllifisiniz. Gəlin bir
qədər də şair Süleyman Məmmədli
ilə danışaq...
- Bilirsiz, bu daxildən gələn bir
hisdir. Hər hansı bir məsələ ilə bağlı
düşünürəm, birdən özümdən asılı
olmayaraq, elə bir vəh gəlir ki, sözlər
özü-özünə su kimi axır. İmkan olanda
tez qələmə alıram ki, ona da həyat
verim. Şerin xüsusi qüdrəti, xüsusi
bir səviyyəyə qalxmaq olar. Lakin, bu
səviyyəni yalnız məşqlərlə keçmək
mümkün deyil. Bunun üçün bu döyüş
sənətinin fəlsəfəsini də bilmək lazımdır.
- Bir çox əlbəyaxa döyüş ustaları
bədii filmlərə çəkilməklə məşhur
olublar. Siz də Yuli Qusmanın
1981-ci ildə çəkdiyi “Qorxma mən
səninləyəm” filminə çəkilmisiniz.
Dünyanın 80-nə yaxın ölkəsində
olmuş Süleyman Sana başqa
dəvətlər də olubmu?
- “Qorxma mən səninləyəm” filmində
bütün döyüş səhnələrini mən
qurmuşam. Karate hərəkətlərinin hamısını
mən edirdim, sifət göstərəndə
isə Lev Durovu göstərirdilər. Bir neçə
il əvvəl bu filmin 2-ci seriyasının da
hikməti var. Əsasən yazdığım şerlər
vətənə, torpağa, fədakarlığa, saflığa,
məhəbbətə, vətənpərvərliyə həsr olunur.
Əlbəttə ki, mən də ata olaraq, övladlarımızı
sağlam, dünyagörüşlü və
ən əsası isə vətənini sevən, uğrunda
canından belə keçməyə hazır olan
gənclərimizi görəndə çox sevinirəm.
Belə oğullarla fəxr etməyə dəyər.
Hər ilin sonunda isə hörmətli Prezidentimiz
İlham Əliyevin idmançı və
idman mütəxəssisləri ilə görüşərək
onları mükafatlandırmasına görə,
ümumiyyətlə Azərbaycan idmanına
göstərdiyi diqqət və qayğıya görə
bütün idmançılar adından ona dərin
təşəkkürlərimi bildirirəm.
Emil Hüseyn
спортсман № 123 / 2020
45
AVTOBAN
S P O R T S M A N
“CityAirbus” aero taksisi ilk
sərbəst uçuşunu həyata keçirdi
“Airbus” şirkətinin “Airbus
Helicopters” bölməsi
tərəfindən yaradılan uçan
taksi ilk sərbəst uçuşunu
həyata keçirib.
Bu barədə TASS “Le Parisien”
qəzetinə istinadla informasiya yayıb.
Bu layihə şirkət tərəfindən Paris
Nəqliyyatı Muxtar İdarəsi (RATP) ilə
birlikdə həyata keçirilir.
Əslində bu uçuş “CityAirbus”ın
ikinci uçuşu olub. Lakin 2019-cu ilin
mayında keçirilən ilk uçuşda maşına
qoruyucu kanatlar bərkidilib. Həmin
vaxt sadəcə mühərrik və uçuşa nəzarət
sistemləri sınaqdan keçirilib.
İndi isə söhbət praktiki cəhətdən
tamamlanmış, havada 120 kilometr/
saat sürətlə dörd nəfəri daşımaq iqtidarında
olan maşından gedir. Uçan
taksinin mühərriki elektrik enerjisi ilə
çalışır, uçuş və eniş şaquli icra olunur.
Hazırda proqram iştirakçıları
proqramın Paris-İl-de-Frans regionunda
icrası imkanlarını nəzərdən
keçirir. Burada söhbət 2024-cü il
Olimpiya oyunlarına qədər Parislə
Disneylend arasındakı yolu uçan
taksilərlə təmin etmək, həmçinin
Ruassi və Sen-Deni şəhərləri arasında
sərnişin daşınması marşrutu
yaradılmasından gedir.
Yerüstü nəqliyyatının yükünün
bir hissəsinin azaldılmasına imkan
verəcək uçan taksilərin kommersiya
məqsədilə istifadəsi 2030-cu ildə
mümkün olacaq. O zaman Paris və
Versal arasında marşrutlar xidmətə
46 спортсман № 123 / 2020
S P O R T S M A N
başlayacaq, həmçinin Defans biznes-kvartalına
daşınmalar icra olunacaq.
“Le Parisien”in məlumatına
görə, hazırda uçan taksilər sərnişinlərlə
birlikdə uçmaq üçün texniki
cəhətdən tamamilə hazırdır. Qarşıda
isə bu cür nəqliyyat sisteminin
yaradılması və idarəsi ilə bağlı
problemlərin tənzimlənməsi dayanır.
Bununla bağlı müvafiq qanunların
və normativ aktların qəbulu,
həmçinin uçuşların idarə edilməsi
sisteminin yaradılması gözlənilir.
Həmçinin uçan taksilərin yaratdığı
səs-küylə bağlı da sakinlərin narazılıqlarının
yaranması problemə
çevrilə bilər.
Bütün bunlarla yanaşı, sözügedən
aparatların eniş etməsi üçün
meydançalara yer tapılması, həmçinin
onların enerji ilə doldurulması
üçün cihazların təmin edilməsi
məsələsi də diqqət mərkəzində olacaq.
AVTOBAN
Uçan taksilərin elit deyil, bütün
vətəndaşlar üçün əlçatan olması
planlaşdırılır. Belə ki, RATP qiymətlərin
hər kilometr üçün 1-2 avro təşkil
edəcəyini qeyd edir.
Kamal Rza
BASKETBOL
S P O R T S M A N
Basketbol üzrə NBA Azərbaycan
Yeniyetmələr Liqası təşkil olunacaq
Azərbaycan Basketbol Federasiyası (ABF)
və Amerika Milli Basketbol Assosiasiyasının
(NBA) və təşkilatçılığı ilə Azərbaycanda 12-14
yaşlı məktəbli oğlanlar və qızların mübarizə
aparacağı NBA Azərbaycan Yeniyetmələr
Liqasının təqdimatı olub.
Tədbirdə əvvəlcə əfsanəvi basketbolçu Kobe Brayantın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Gənclər və İdman naziri
Azad Rəhimov vurğulayıb: “Dünyada böyük populyarlıq
qazanan, milyonlarla insanın azarkeşi olduğu NBA
Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq
müqaviləsi imzalayıb. Bu müqavilə Azərbaycan idmanı
üçün önəmli hadisələrdən biridir. Artıq bu yarış Azərbaycandadır.
Bu, bizi çox sevindirir. Bu ad altında bizim
də oğlan və qızlarımız çıxış edəcəklər. Ölkəmizdə dövlətimizin
idmana diqqət və qayğısı nəticəsində Azərbaycan
idmanı gündən-günə inkişaf edir. Bir çox idman
növlərində uğurlar əldə etmişik. Təkcə Olimpiya növlərində
deyil, ötən il ərzində idmançılarımız qeyri-olimpiya
növlərində də bir çox nailiyyətlər əldə edib. Bu gün
Azərbaycanda idmanın mövcud maddi-texniki bazası
bizə imkan verir ki, ölkəmizdə basketbolu da inkişaf etdirək.
Bu mənada, ölkədə bütün idman komplekslərinin
qapıları basketbola açıq olacaq. Azərbaycan Basketbol
Federasiyasına uğurlar arzulayıram”.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib
ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər
birində basketbol komandalarının yaranmasına səbəb
olacaq. Nazir müavini qeyd edib ki, hazırda şagirdlər
arasında basketbola maraq əsasən paytaxt məktəblərindədir.
Amma yeniyetmələr liqasının yaradılması
sayəsində yaxın il ərzində regionlarda da bu idman növünün
kütləviləşməsinin artacağını deyən F.Qurbanov
bir daha bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü
bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə isə futbol, atletika, tennis və basketbol
kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda
da inkişafının vacibliyini söyləyib: “Hazırda ölkəmizdə
basketbolun inkişafına fürsət yaranıb. Hər birimiz öz
bacardığımız qədər bu işə dəstək verməliyik ki, Azərbaycanda
ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli
Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək
üçün dəstək olacaq. İnanıram ki, ən qısa zamanda bu
layihənin müsbət nəticələrinin şahidi olacağıq”.
Tədbirin fəxri qonağı - NBA-nın Avropa, Afrika və
Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno
Paskual Azərbaycanda basketbolun inkişafı üçün
lazımi maddi-texniki bazanın olduğunu deyib. Qonaq
səfərdə məqsədin basketbolu inkişaf etdirməkdən
ibarət olduğunu bildirib: “Bu liqa NBA liqasının təqlidini
nəzərdə tutur. Əsas məqsəd basketbol oyunlarına
aşılanan münasibətdir. İstərdik ki, uşaqlar bir-biri ilə
sağlam rəqabət aparsınlar. Onların vaxtında istirahət
etmələrinə, yarışmalarına və sağlam həyat keçirmələrinə
çalışacağıq. Artıq Azərbaycanda layihənin təməlini
qoymuşuq. Gələcəkdə daha yüksək səviyyədə layihələr
həyata keçirməyi planlaşdırırıq. Bu il oğlanlar
və qızlar qarışıq komandalarda oynayacaqlar. Növbəti
ildən isə ola bilsin, qızlar və oğlanlar ayrı-ayrı komandalarda
çıxış etsinlər. Bu, təbii ki, Azərbaycan Basketbol
Federasiyasının qərarından asılı olacaq”.
Azərbaycan Basketbol Federasiyasının prezidenti
Nadir Nəsibov isə bildirib ki, NBA Azərbaycan Yeniyetmələr
Liqasına seçim Azərbaycan birinciliklərinə
qatılan məktəblərdən başlayacaq. Orada ən güclülər
müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar.
Federasiya prezidenti vurğulayıb: “Üç il əvvəl
Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var
idi. Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə
olacağına ümid edirik. Proqramın fəlsəfəsinə əsasən,
ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni
kollektivdə də ola bilər. Maliyyə məsələlərində Gənclər
və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi hər zaman
dəstək olurlar. Yarış təşkilatçıları da bu dəfə bəzi
kömək edəcəklərinə söz veriblər. Layihənin qalibi Avropa
və dünya çempionatlarında Azərbaycanı təmsil edə
bilər. Bu layihə ilkin olaraq, 4 il davam edəcək”.
Qeyd edək ki, belə bir qlobal layihənin əsas məqsədi
yeniyetmələrin basketbola cəlb edilməsinin daha
peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində
75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları,
məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri
və digər təbliğat xarakterli tədbirlər həyata keçi-
48
спортсман № 123 / 2020
S P O R T S M A N
BASKETBOL
rilir. Liqa ölkə üzrə məktəb şagirdlərinin
bu liqada iştirak edən oğlan və
qızlardan təşkil edilmiş komandalar,
NBA-da çıxış edən 30 komandanı
təmsil edərək, NBA klublarının adlarını
daşıyacaq və həmin klubların
formasında çıxış edəcəklər. Onlar 2
konfrans və 6 divizionda mübarizə
aparacaqlar.
Tədbirdə həmçinin ABŞ-ın Azərbaycan
Respublikasındakı səfiri Li
Litzenberger və digər şəxslər iştirak
ediblər.
Əlil arabasında basketbol
idmanının inkişaf
etdirilməsinə başlanılıb
Azərbaycan Milli Paralimpiya
Komitəsi (AMPK) əlil arabasında
basketbol idman növünün inkişaf
etdirilməsi istiqamətində müvafiq
tədbirlərə başlayıb.
AMPK-dan AZƏRTAC-a bildiriblər
ki, bununla əlaqədar milli komandaya
idmançıların seçiminə
start verilib. İdmanın bu növü üzrə
milli komandaya əzələ gücünün
və hərəkət diapazonunun zəifliyi,
minimum bir ayağın atetozu və ya
ataksiyası, aşağı ətrafların hər hansı
hissəsinin amputasiyası və ayaqların
uzunluğunda fərq olan şəxslər
müraciət edə bilərlər.
Tahir Baxşıyev 16 yaşadək
basketbolçulardan ibarət
Azərbaycan millisinin yeni
baş məşqçisidir
Yeri gəlmişkən, Azərbaycan
Basketbol Federasiyasında Rəyasət
Heyətinin iclası keçirilib.
Toplantıda Azərbaycan Basketbol
Federasiyasının 2020-ci il üçün
iş planı, işçi komissiyaların təsdiq
edilməsi, Jr.NBA Liqasına hazırlıq
prosesi və digər təşkilati məsələlər
müzakirə edilib.
Məşqçilər Şurasının təklifi ilə
Tahir Baxşıyev 16 yaşadək basketbolçulardan
ibarət Azərbaycan milli
komandasının baş məşqçisi təyin
edilib.
Vidadi Baxşiyev
спортсман № 123 / 2020
49
POLO
S P O R T S M A N
Azərbaycan ilk dəfə polo üzrə Avropa
çempionatına ev sahibliyi edəcək
Sentyabrın 10-dan 20-dək
Bakıda keçiriləcək 13-cü Avropa
çempionatında iştirak edəcək
komandalar müəyyənləşib.
Prezident İlham Əliyevin atçılıq
idmanının inkişafına ali diqqət və
qayğısı sayəsində qədim tarixə malik
atçılıq mədəniyyətimizin dünya
miqyasında təbliği sahəsində son
illərdə önəmli nəticələr əldə olunub
və idmançılarımız beynəlxalq səviyyədə
böyük nüfuz qazanıblar.
2018-ci ilin sentyabrında İtaliyanın
Florensiya şəhərində keçirilən
sonuncu Avropa çempionatında milli
komandamızın yalnız final qarşılaşmasında
ev sahiblərinə uduzaraq
turnirin gümüş medallarına sahib
olması atçılıq idmanı mütəxəssisləri
tərəfindən mühüm nailiyyət kimi
qiymətləndirilib. Üç il əvvəl Dünya
Polo Federasiyasının Baş Assambleyasında
2020-ci ildə çempionatın
məhz Bakıda keçirilməsi barədə
qərarın qəbul edilməsi Azərbaycanın
idmanın bu növü üzrə qazandığı
böyük nüfuzun daha bir ifadəsi olub.
Sentyabrın 10-dan 20-ə kimi Bakıda
təşkil olunacaq polo üzrə növbəti
- 13-cü Avropa çempionatında
iştirak edəcək komandalar reytinq
xallarına əsasən artıq müəyyənləşib.
Avropanın ən mötəbər tədbirlərindən
sayılan bu çempionatda 8 ən yaxşı
komanda iştirak edəcək. Çempionata
ev sahibliyi edəcək Azərbaycan
və hazırkı Avropa çempionu İtaliya
turnirdə birbaşa iştirak hüququ qazanıblar.
Qitə birinciliyinin digər iştirakçıları
isə Fransa, İngiltərə, İspaniya,
İsveçrə, Niderland və Avstriya
komandaları olacaqlar. Bu koman-
52
спортсман № 123 / 2020
S P O R T S M A N POLO
dalar Avropanın ən titullu yığmalarıdır.
Belə ki, İngiltərə 6, Fransa və
İtaliya 2 dəfə Avropa çempionu titulunu
qazanıblar. İspaniya və İrlandiya
yığmaları isə hərəyə bir dəfə Avropa
birincisi olublar.
ARAF-ın təşkilatçılığı ilə Bakıda
keçiriləcək 13-cü Avropa çempionatında
iştirak edəcək milli komandamızın
heyəti də müəyyənləşib. Komandamız
çempionatdan qabaq ilk məşq
toplanışını keçirdiyi Argentinadan
yanvarda qayıdıb. Martda yenidən
Argentinada start götürəcək növbəti
məşq toplanışı 90 gün davam edəcək.
Polo üzrə 13-cü Avropa çempionatının
keçiriləcəyi Binə Atçılıq
Mərkəzinin ərazisində hazırda ümumi
sahəsi 7 hektardan çox olan təxminən
8 futbol stadionu böyüklüyündə
meydançanın inşasına başlanılıb.
Bu istiqamətdə işlər sürətlə davam
etdirilir.
“Odlar Yurdu” komandası
İsveçrədə qar polosu üzrə
dünya kubokunda
İsveçrənin Sankt-Moritz şəhərində
keçirilən ənənəvi qar polosu üzrə dünya
kuboku turnirinə yekun vurulub.
Ölkəmizi təmsil edən “Land of
Fire” komandası avropalı tamaşaçılara
polonun vətəni Azərbaycanın
atçılıq ənənələrini, Odlar Yurdunun
füsunkar təbiətə, qədim mədəniyyətə
malik olmaqla yanaşı, güclü idmançılar
diyarı olmasını nümayiş etdirib.
“Land of Fire” final görüşündə turnirin
ən güclü komandası sayılan “St.
Moritz” ilə qarşılaşıb. Maraqlı idman
mübarizəsinin yaşandığı qarşılaşma
rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə,
təmsilçimiz turnirdə 2-ci yeri tutub.
3-cü yer uğrunda “Mazerati” və
“Badrutt’s Palace Hotel” komandaları
qarşılaşıblar. Görüşdə “Mazerati” komandası
rəqibindən üstün olub.
спортсман № 123 / 2020
53
эцлмяъя
S P O R T S M A N
54
спортсман № 123 / 2020
S P O R T S M A N ХƏBƏR VAR
Qobuda yeni cüdo zalının açılışı olub
Qobu yaşayış kompleksinin ərazisində yeni
cüdo zalının açılışı olub.
Tədbirdə çıxış edən federasiyanın rəsmiləri dövlətimizin
idmana göstərdiyi diqqət və qayğıdan danışıblar.
Onlar qeyd ediblər ki, düzgün və məqsədyönlü
dövlət siyasəti sayəsində Azərbaycan idmanı
yüksək sürətlə inkişaf edir. Federasiya rəsmiləri ölkə
idmanında qazanılan uğurlarda cüdoçularımızın böyük
rol oynadığını xüsusi vurğulayıblar.
Sonra Əməkdar məşqçi Hacıağa Hacıəhmədov,
Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev,
cüdo üzrə milli komandamızın üzvləri Rüstəm Orucov,
Orxan Səfərov, Məmmədəli Mehdiyev və Hidayət
Heydərov çıxış edərək öz fikirlərini bölüşüblər. Ölkəmizdə
daim adlı-sanlı idmançıların yetişdiyini diqqətə çatdıran
çıxışçılar bu ənənənin bundan sonra da yüksələn
xətt üzrə davam edəcəyinə inandıqlarını söyləyiblər. Onlar
yeni zalın açılışına, eləcə də yaradılan yüksək şəraitə
görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Sonda yeniyetmə cüdoçulara federasiya tərəfindən
cüdoqilər təqdim olunub.
Teymur Rəcəbov amerikalı Fabiano Karuana ilə qarşılaşacaq
Dünya şahmat tacı uğrunda
çempion Maqnus Karlsen ilə
qarşılaşacaq idmançının müəyyənləşdirilməsi
üçün keçiriləcək
iddiaçılar turnirinin püşkü atılıb.
Püşkatma mərasimində FIDE
prezidenti Arkadi Dvorkoviç, Rusiyanın
İdman naziri Oleq Matıtsin,
məşhur tennisçi Anastasiya Mıskina,
tanınmış şahmat məşqçisi
Vladimir Buxovski və digər şəxslər
iştirak ediblər.
Püşkün nəticələrinə əsasən,
turnirin birinci turunda Azərbaycan
şahmatçısı Teymur Rəcəbovun
rəqibi amerikalı Fabiano Karuana
olacaq. Çinin hər iki təmsilçisi
- Liren Dinq və Hao Yanq bu turda
qarşılaşacaqlar. Rusiyalı Yan
Nepomnyaşinin rəqibi Niderland
təmsilçisi Aniş Giri olacaq. Rusiyalı
Aleksandr Qrişuk isə həmyerlisi Kiril
Alekseyenko ilə üz-üzə gələcək.
İddiaçılar turniri martın 15-dən
aprelin 5-dək Yekaterinburq şəhərində
keçiriləcək.
Həmyerlimiz Finlandiya çempionatında gümüş medal qazanıb
Finlandiyanın paytaxtı Helsinkidə
yaşayan 20 yaşlı azərbaycanlı Məhəmməd
Məcidli cüdo üzrə Finlandiya çempionatında
+81 kiloqram çəki dərəcəsində
dörd qarşılaşmadan üçündə qalib gələrək
gümüş medal qazanıb.
Həmyerlimiz cüdo ilə məşğul olduğu illər
ərzində müxtəlif yarışlarda iki qızıl, iki gümüş
və üç bürünc medal qazanıb.
Qeyd edək ki, Məhəmməd Məcidli 10 yaşından
ailəsi ilə birgə Finlandiyada yaşayır və
orada təhsil alıb. Hazırda o, “Finlandiya Azərbaycan
Gənclər Birliyi” diaspor təşkilatının
idarə heyətinin üzvüdür.
спортсман № 123 / 2020
55
ХƏBƏR VAR
S P O R T S M A N
XXV Balkan çempionatı
Azərbaycanın atletləri İstanbulda
qapalı məkanda keçirilən
XXV Balkan çempionatında iştirak
ediblər.
Üç təkanla tullanma yarışında iştirak
edən Nazim Babayev 16,92 metr
nəticə göstərərək çempion olub. O ən
yaxın izləyicisi - ermənistanlı rəqibini
0,48 m qabaqlayaraq 1-ci yeri tutub.
Azərbaycanın digər təmsilçisi Yekaterina
Sarıyeva isə qadınların yarışında
üç təkanla 13,50 metr məsafəyə
tullanaraq bürünc medala sahib olub.
Sarıyeva həm də yeni Azərbaycan rekordu
müəyyənləşdirib.
Qeyd edək ki, turnirdə ölkəmizi İlham
Abışov, Anna Yusupova, Rahim
Məmmədov, Yelena Pextireva, Yekaterina
Sarıyeva, Nazim Babayev və
Rüstəm Məmmədov təmsil ediblər.
Atletlərimiz federasiyanın baş katibi
Məhərrəm Sultanzadənin rəhbərliyi
altında mübarizə aparırlar.
Azərbaycan atletləri həmçinin Türkiyədə
keçirilən İstanbul kuboku turnirində
iştirak ediblər.
Üç təkanla tullanma yarışında iştirak
edən Yekaterina Sarıyeva 13,26
metr nəticə göstərərək bürünc medal
qazanıb.
…Fransada isə gümüş mükafatçı oldu
Avropa çempionu Nazim Babayev
sonar Fransanın Lievin şəhərində keçirilən
atletika üzrə “Meeting Hauts de France pas
de Calais” beynəlxalq turnirində iştirak
edib.
Üç təkanla tullanma növündə mübarizə
aparan idmançımız 17,15 metr nəticə ilə ikinci
olub. Yarış cari ildə Tokioda keçiriləcək Yay
Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı
üçün N.Babayev bu nəticə ilə Tokio 2020-yə lisenziya
qazanıb.
Turnirdə Burkina Fasonu təmsil edən Huques
Fabrike Zanqo 17,51 nəticə ilə bütün rəqiblərini
qabağlayaraq fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.
Azərbaycan voleybolçusu Macarıstan
kubokunun qalibi olub
Qadın voleybolçulardan ibarət
Azərbaycan millisinin üzvü Ayşən
Abduləzimova Macarıstan kubokunun
qalibi olub.
Voleybolçumuzun çıxış etdiyi “Vasas
Obuda” komandası Macarıstan kubokunun
finalında “Fatum Nyiregyhaza”nı
3:1 hesabı ilə məğlub edib.
Yığmamızın kapitanı oyunda 21 xal
toplayıb. Voleybolçumuz ötən il “Vasas
Obuda” ilə Macarıstan çempionatında
bürünc medal qazanıb.
56 спортсман № 123 / 2020