26.02.2020 Views

SMALL-123

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

ЭЦЛЯШ

çəkib. Buxarestdə olduğu kimi, Romada

da millimizin kapitanı ilə 23 yaşadək

güləşçilərin dünya çempionu

arasında qarşılaşma gərgin mübarizə

şəraitində keçib. Son dəqiqəyə

kimi 3 qat Avropa çempionumuz

hesabda 0:3 geridə olsa da, xarakter

göstərərək qələbəni təmin edib.

Həsənovun növbəti görüşü də asan

keçməyib. Cəbrayıl Rumıniya güləşçisiylə

mübarizədə xalların keyfiyyətinə

görə mərhələ adlayan tərəf olub.

Daha sonra Ermənistan güləşçisinə

gücünü göstərən Həsənov yarımfinala

vəsiqə qazanıb. Ancaq təcrübəli

güləşçimiz Rusiya güləşçisinə yenilərək

finala çıxa bilməyib. Cəbrayıl

3-cü yer üçün türk güləşçini sınağa

çəkib və minimalhesablı qələbəylə

8-ci dəfə qitə birinciliyində fəxri kürsüyə

qalxıb.

Nurməhəmməd Hacıyev (97 kq)

startda Macarıstan pəhləvanını yolundan

kənarlaşdırıb. Ancaq 1/4 finalda

olimpiya, 4 qat dünya və 3 qat

Avropa çempionu Abdulrəşid Sadullayevlə

bacarmayıb. Rəqib finala

yüksəldiyi üçün Hacıyev fevralın

15-də təsəlliverici görüşə çıxıb və

makedoniyalı həmkarını üstələyib.

Bürünc medal uğrunda qarşılaşmada

Gürcüstan təmsilçisinə minimal fərqlə

uduzan Nurməhəmməd bu dəfə fəxri

kürsüdən kənarda qalıb.

Aslanbek Alborov

Yarışa 1/4 finaldan start verən

İntiqam Vəlizadə (61 kq) Türkiyə

güləşçisinə qalib gələrək yarımfinala

yüksəlib. Finalın bir addımlığında son

dünya çempionu Beka Lomtadzeyə

məğlub olan həmyerlimiz fevralın 16-

da bürünc medal görüşünə çıxıb və

rumıniyalı idmançıya uduzub.

Hacımurad Hacıyev (74 kq) startda

Polşa güləşçisini vaxtından əvvəl

üstələsə də, 2 qat dünya və 3 qat Avropa

çempionu Frank Çamizoya uduzub.

Üstəlik, qolu sındığı üçün təsəlliverici

görüşə də çıxa bilməyib.

Abubakr Abakarov (86 kq) debüt

görüşündə Latviya idmançısını erkən

sıradan çıxarıb. Ancaq Avropa çempionu

və dünya üçüncüsü Artur Nayfonov

keçilməz olub. Rəqibin finala yüksəlməsi

Abubakr üçün bürünc medala

cığır açsa da, Abakarov təsəlliverici

görüşdə 4:0 üstünlüyü əldən verərək

fəxri kürsüdən kənarda qalıb.

Aslanbek Alborov (92 kq) təsnifat

mərhələsində macar həmkarına

aman verməyib. Ancaq 1/4 finalda

Türkiyə pəhləvanına məğlub olub.

Rəqib finala yüksəldiyi üçün son yarış

günündə yenidən xalça üzərinə

çıxan Alborov təsəlliverici qarşılaşmada

yerli pəhləvanı vaxtından əvvəl

üstələyib. Gürcüstan güləşçisiylə

gərgin mübarizə şəraitində keçən

dueldən də qalib ayrılan təmsilçimiz

karyerasında ilk dəfə Avropa çempionatında

fəxri kürsüyə qalxıb.

Camaləddin Məhəmmədov

Camaləddin Məhəmmədov (125

kq) əvvəlcə bosniyalı, daha sonra

türk rəqibini vaxtından əvvəl məğlub

edib. Lakin 1/4 finalda Polşa

güləşçisinə yenilib. Rəqib finala kimi

irəliləyib. Belədə Məhəmmədov mübarizəni

son yarış günündə davam

etdirib. Təcrübəli güləşçimiz təsəlliverici

görüşdə avstriyalı həmkarından

güclü olub. Həlledici qarşılaşmada

Ermənistan güləşçisiylə üz-üzə gələn

yığma üzvü sona 4 saniyə qalmış aldığı

xalla 4-cü dəfə Avropa üçüncüsü

olub.

Beləliklə, yığmamız AÇ-də ümumilikdə

5 medal (1 gümüş, 4 bürünc)

medal qazanıb.

Vüsal M.

спортсман № 123 / 2020

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!