26.02.2020 Views

SMALL-123

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

эимнастика

S P O R T S M A N

İlin ilk Dünya kuboku

Azərbaycan Gimnastika

Federasiyası (AGF) tərəfindən

2020-ci ildə təşkil ediləcək

beynəlxalq yarışların cədvəlində

ilk olan batut gimnastikası və

tamblinq üzrə Dünya Kuboku

turniri başa çatıb.

Olimpiya Oyunlarına təsnifat xarakterli

2 günlük yarışda dünyanın

30 ölkəsinin 150-yə yaxın idmançısı

birincilik uğrunda mübarizə aparıb.

Olimpiya çempionları Vladislav

Qonçarov (Belarus), Rozanna Maklennan

(Kanada), Donq Donq (Çin),

Olimpiya medalçısı Brioni Peyc (Böyük

Britaniya), dünya çempionları

Qao Ley və Liu Linqlinq (Çin), eləcə

də Yana Lebedeva, Aleksandr Lisitinin

(Rusiya) də çıxış etdiyi bu Dünya

kubokunda Azərbaycan idmançıları

da öz qüvvələrini sınayıblar.

Tamblinq yarışlarında ölkəmizi

Fərid Mustafayev, fərdi batut yarışlarında

isə Selcan Mahsudova təmsil

edib. Hər iki gimnast ilk dəfə Dünya

kubokunda böyüklər proqramında

çıxış edib. Fərid yarışların final mərhələsində

8-ci, Selcan isə Olimpiya

növü olan fərdi batut proqramında

32-ci yerdə qərarlaşıb.

AGF-nin təşkil edəcəyi növbəti

yarış isə 7-8 martda keçiriləcək kişi

idman gimnastikası üzrə “1-ci AGF

Junior Trophy” adlı beynəlxalq turnir

olacaq. Turnirdə gənclər yaş qrupuna

daxil olan 2003-2006-cı il təvəllüdlü

gimnastlar öz bacarıqlarını nümayiş

etdirəcəklər.

İlkin qeydiyyat siyahısına əsasən,

yarışda 13 ölkədən 84 gimnast birincilik

uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “AGF Junior Trophy”

mayın 27-31-də Milli Gimnastika

Arenasında təşkil ediləcək kişi idman

gimnastikası üzrə Avropa çempionatından

öncə gənc gimnastlar

üçün bir növ sınaq turniri rolunu oynayacaq.

40

спортсман № 123 / 2020

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!