26.02.2020 Views

SMALL-123

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

YUBİLEY

S P O R T S M A N

XANLAR

QURBANOV

Dosye: 1950-ci il yanvarın 20-də Bakı şəhərində

anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Bədən

Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst

güləş üzrə idman ustası adını qazanıb. 1972-ci ildə

Az. DBTİ- ni bitirib, həmin ildən Güləşmə kafedrasında

müəllim kimi fəaliyyətə başlayıb. 1977-ci ildə

“Güləşmə və onun metodikası” kafedrasının baş

müəllimi, 1982-ci ildə Ümumittifaq dərəcəli hakim,

1986-cı ildə Ümümittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat

İnstitutunun məqsədli aspiranturasını bitirib

(ÜBTETİ). Moskvada dissertasiya müdafiə edərək,

Pedaqojı elmlər nazmizədi, 1988-ci ildə dosent,

Məşqçilik fakültəsində dekan müavini, 1989-cu ildə

“Güləşmə və onun metodikası” kafedrasının müdiri

vəzifəsinə seçilib. 1990-cı ildə Azərbaycan Milli İdman

Növləri Assosiasiyasının prezidenti, Milli Olimpiya

Komitəsinin və Azərbaycan Güləş Federasiyasının

(AGF) üzvüdür. 1990-1995-ci ildə Bakı şəhər

Sovetinin deputatı seçilib. 1991-ci ildə Azərbaycan

Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb.

1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının

(FİLA) elmi komissiyasına üzv, 1994-cü ildə isə professor

adını alıb.

1994-2007-ci illərdə AGİF-nin İcraiyyə Komitəsinin

üzvü olub. 1995-ci ildə İstanbul Tibb Universitetinin

fəxri professoru, 1995-2003-cü illərdə Sərbəst

güləş üzrə Qadınlardan ibarət Azərbaycan yığma

komandasının baş məqçisi, 1996-cı ildən Olimpiya

Akademiyasının vitse-prezidentidir.

2001-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, Yeni

Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2003-cü

ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə Fİ-

LA-nın Beynəlxalq dərəcəli hakimi, 2006-cı ildə

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, 2007-

ci ildə Azərbaycan Zorxana və Pəhləvan güləşi İdman

Federasiyasının (AZİF) prezidenti, Beynəlxalq

Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq

dərəcəli hakimi, 2008-ci ildən Texniki Komissiyasının

üzvü (BZİF), 2008-ci ildə Avropa Zorxana İdman

Konfederasiyasının (BZİF) I vitse-prezidenti və Texniki

Komissiyanın sədridir.

250-yə qədər elmi məqalənin, dərsliyin, dərs vəsaitlərinin,

metodiki vəsaitlərin müəllifidir.

ADBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının

müdiridir.

2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin

üzvüdür.

50 ildir ki, ADBTİA-da çalışır.

Evlidir, üç övladı, yeddi nəvəsi var.

Pəhləvanlar nəsli kimi tanınmış Xanmuradlılar

tayfasında Kazım kişinin

ailəsində həyata göz açmış Xanlar, elə

uşaqlığından liderlik keyfiyyətlərinə malik

olmaqla yanaşı qoçaq, cəsarətli, bəxtiyeyinliyi

ilə seçilib. Ailədə Əlipənah, Cavanşir

Qurbanov qardaşlarından kiçik olmasına

baxmayaraq, ailənin mühüm məişət

və həyati məsələlərinin müzakirəsində,

həllində öncüllük edib.

İyirmi yaşından bu günədək, 50 il ADBTİA-da sıravi

müəllimdən kafedra müdirinə qədər sərasər, fasiləsiz

zəngin həyat yolu keçib.

40 yaşından xalqımız üçün qara gələn doğum

günü 20 yanvarı qeyd etməsə də, bu il 70 illik yubileyi

şərəfinə adına layiq oğlu Kazım,yanvar ayının 31-də

atasının şərəfinə yubiley məclisi düzənlədi.

Yubiley ərəfəsində öz yetirmələri ilə yüksək nailiyyətlər

əldə etdikləri iki beynəlxalq səfərdən yenicə

qayıtmış görkəmli elm və idman xadimi Xanlar Qurbanovla

görüşüb söhbətləşdik.

- Gərək ki səfərə Səudiyyə Ərəbistanı krallığından

başladız.

- Bəli, hər il ənənəvi olaraq Səudiyyə Ərəbistanı

kralının şərəfinə Beynəlxalq Dəvə festivalı keçirilir.

Tədbirdə ağ, qara, sarı, qəhvəyi, boz kimi müxtəlif

rəngli dəvələrin keçidindən sonra, dəvət olunmuş

təmsilçilərin müxtəlif xalqlara məxsus yarışları keçirilir.

22 спортсман № 123 / 2020

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!