26.02.2020 Views

SMALL-123

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KARATE

S P O R T S M A N

gənclər arasında üçüncü yeri tutan

Fidan Teymurova (-50 kq) və Mədinə

Sadıqova (-55 kq, hər ikisinin

məşqçisi Seymur Xudaverdiyev)

bürünc medalların sayını üçə çatdırıblar.

Qeyd edək ki, çempionatın əvvəlki

günlərində 16-17 yaşlı gənclər

arasında Sultan Hüseynov (-55 kq,

məşqçisi Rəşad Hüseynov), Fərid

Ağayev (-76 kq, məşqçisi Namiq

Priverdiyev) və Osman Osmanlı

(+76 kq, məşqçisi Rövşən Allahverdiyev)

Avropa çempionu, Ayla

Rzazadə (-59 kq, məşqçisi Seymur

Xudaverdiyev) gümüş medala,

Əminağa Quliyev (-61 kq, məşqçisi

Elnur Həsənov) isə bürünc mükafata

sahib olub, həmçinin bir gün

əvvəl 14-15 yaşlı yeniyetmələrdə

Fərid Savadov (-57 kq) birinci yerə

çıxıb.

Tale Yaqubov (-68 kq, məşqçisi

Cahangir Babayev), Hümmət

Baxşəliyev (-67 kq, məşqçisi Vüqar

Hüseynov), Arina Bezrebra (+54

kq) və Həsənəli Həsənəliyev (kata)

bürünc medal uğrunda həlledici

görüşdə məğlub olublar. Murad

Hacızadənin (+84 kq) təsəlliverici

döyüşdə hakim qərəzliyi idmançımızın

məğlubiyyətinə səbəb olub.

Yeniyetmə və gənclər seçmə

komandasının baş məşqçisi Anar

Allahverdiyev və kişilərdən ibarət

milli komandanın böyük məşqçisi

Şahin Xudaverdiyevin rəhbərliyi ilə

Avropa çempionatında çıxış edən

Azərbaycan karateçiləri 4 qızıl, 1

gümüş və 3 bürünc medalla 52 ölkə

arasında 3-cü pilləni tutaraq, bu

yaş qruplarının tarixində ən yüksək

nəticə göstərib. A.Allahverdiyevin

qeyd etdiyinə görə, yeniyetmələrin

heyətində 2022-ci il gənclərin olimpiadasına

lisenziya qazana biləcək

perspektivli idmançılar da var.

Əlli iki ölkədən 1155 idmançının

qatıldığı Yeniyetmə və Gənclərin

47-ci, 21 yaşadək karateçilərin isə

12-ci Avropa çempionatını idarə

edən hakimlər arasında beynəlxalq

referilər Cahangir Babayev və

Vüqar Kərimov da yer alıb. Azərbaycan

Milli Karate Federasiyasının

prezidenti və Avropa Karate

Federasiyası (EKF) idarə heyətinin

üzvü Yaşar Bəşirov fərqlənən

idmançıları mükafatlandırma mərasimində

iştirak edib. Beynəlxalq

karate mütəxəssisləri və EKF rəsmiləri

Azərbaycan karateçilərinin

çıxışlarını yüksək dəyərləndiriblər.

Yeniyetmə və gənclərin növbəti

Avropa çempionatı Polşada keçiriləcək.

Bakıda keçiriləcək Avropa

çempionatına hazırlıq işləri

müzakirə edilib

Macarıstanın paytaxtı Budapeştdə

Avropa Karate Federasiyası

(EKF) idarə heyətinin iclası

keçirilib. Azərbaycan Milli Karate

Federasiyasının prezidenti, EKF-in

idarə heyətinin üzvü Yaşar Bəşirov

yığıncaqda iştirak edib.

Bu il martın ikinci yarısında Bakıda

keçiriləcək böyüklərin 55-ci

Avropa çempionatına hazırlıq işləri

də müzakirə olunub. Y.Bəşirov nüfuzlu

tədbirə hazırlıqla bağlı məlumat

verib.

EKF rəsmiləri kütləvi beynəlxalq

yarışlar keçirməkdə böyük təcrübəsi

olan Azərbaycanın bu tədbiri də

uğurla təşkil edəcəyinə inandıqlarını

bildiriblər.

11-ci beynəlxalq “Baku

Open” turniri keçiriləcək

Martın 5-8-də Boks Mərkəzində

11-ci beynəlxalq “Baku Open” karate

turniri keçiriləcək.

Yarışda 6-13 yaşlı uşaqlar, 14-

15 yaşlı yeniyetmələr, 16-17 və 18-

20 yaşlı gənclər, böyüklər və veteran

karateçilər iştirak edəcəklər.

Fərdi və komanda yarışlarında

10-dan artıq ölkədən 1000-dək idmançının

iştirakı gözlənilir.

Azərbaycanlı karate

hakimi kumite üzrə beynəlxalq

dərəcəyə layiq görülüb

Azərbaycanlı karate hakimi kumite

üzrə beynəlxalq dərəcə alıb.

Mais Mədətov kumite üzrə B

dərəcəsinə layiq görülüb.

Avropa Karate Federasiyası

(EKF) hakimlər komitəsinin Budapeştdə

təşkil etdiyi nəzəri və praktiki

imtahanlara qatılan M.Mədətov

hər iki sınaqdan uğurla keçib.

28 спортсман № 123 / 2020

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!