12.01.2015 Views

dos. A.İ. Xasayev « ___ » ______ 2009 - Bakı Dövlət Universiteti

dos. A.İ. Xasayev « ___ » ______ 2009 - Bakı Dövlət Universiteti

dos. A.İ. Xasayev « ___ » ______ 2009 - Bakı Dövlət Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

həmçinin yerləşdirici çərçivənin süxurlarından asılı olan kifayət qədər aydın filizmetasomatik

zonallılıqla səciyyələnən hidrotermal-dəyişilmiş süxur oreolu ilə

müşayiət olunur.

Filiz sahələri və yataqları miqyasında mərkəzdən periferiyaya doğru

metasomatik zonallılığın bir-birini ardıcıl olaraq əvəz edən aşağıdakı

ümumiləşdirilmiş sütunu müəyyənləşdirilmişdir: kvars nüvəsi-kalium şpatıqreyzen-kvars-serisit-argillizit-propillit

zonaları. Lateral filiz-geokimyəvi zonallılıq

Mo-Cu-Ni-Co-Ag-Cu-As-Pb-Zn sırası ilə səciyyələnir.

Mis-porfir filizləri sadə mineral tərkibə malikdirlər. Əsas filizəmələgətirən

minerallar xalkopirit, molibdenit və piritlə təmsil olunublar. Əksər əsas minerallar

izomorf formada çoxlu sayda element qatışıqları saxlayırlar: xalkopiritdə – Ag, Ni,

Co, piritdə – Co, Ni, As, molibdenitdə – Re və Cu.

Gədəbəy filiz rayonunun mis-porfir yataqlarının, o cümlədən Qaradağ misporfir

yatağının Kiçik Qafqazın əsas xətti və həlqəvi strukturları ilə münasibətinin

yeni sxemi tərtib edilmiş, mis-porfir filizləşməsinin yerləşməsinin regional və lokal

qanunauyğunluqları aşkar edilmiş, onların təmərküzləşməsinin maqmatik, struktur

və litoloji-fasial faktorları müəyyən edilmiş, mis-porfir filizləşməsinin kvars-dioritqranodiorit

tərkibli kiçik porfir intruzivləri ilə məkan və paragenetik əlaqəsi

əsaslandırılmış, filizyerləşdirici metasomatitlərin və mis-porfir filizlərinin

zonallılığı müəyyən edilmişdir.

İş2: Qızılbulaq mis-qızıl filizi yatağının geoloji xüsusiyyətləri, əmələ

gəlmə şəraiti, kompleks mənimsənilməsinin və emalının fundamental problemləri

Mərhələ 1: Qızılbulaq mis-qızıl filizi yatağının yerləşməsinin geoloji xüsusiyyətləri

Məsul icraçılar: Dos., Z.İ. Məmmədov, müəl. Ü.İ.Kərimli

Hesabat dövründə Qızılbulaq mis-qızıl filizi yatağının geoloji

xüsusiyyətlərinin və əmələ gəlmə şəraitinin maqmatizmlə əlaqəsi öyrənilmişdir.

Qızılbulaq mis-qızıl filizi yatağı Azərbaycanın ən vacib filiz yataqlarından biri

olub, Löh-Qarabağ struktur-formasiya zonasının Qarabağ və Ağdam antiklinoriləri

ilə Xocavənd çökəkliyinin qovuşma sahəsində yerləşir.

Tədqiqat işində yatağın mis-qızıl filizlərinin əmələ gəlməsində maqmatik və

onların təbiətindən irəli gələn postmaqmatik proseslərin rolu araşdırılmışdır.

Geyd edilən yatağın formalaşmasında və yerləşmə qanunauyğunluğunda Orta

yuranın maqmatik komplekslərinin, konkret olaraq, bayosun kontrast bazalt-riolit

maqmatik kompleksinin olduqca sıx məkan və paragenetik əlaqələri müəyyən

edilmişdir. Hesabat dövründə bu filiz nəzarət edici və filiz yerləşdirici kompleksin

petroloji-petrokimyəvi xüsusiyyətləri araşdırılmışdır.

Yatağın geoloji quruluşu əsasən orta və üst yuranın vulkanogen və

vulkanogen-çökmə əmələgəlmələrdən təşkil olunaraq müxtəlif istiqamətli

qırılmalarla və qırışıqlıq strukturaları ilə mürəkkəbləşmişdir. Rayonun əsas

filiznəzarət edici və filizyerləşdirici strukturaları ŞQ, ŞŞq və submeridional

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!