11.07.2015 Views

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

RESPUBLİKADA ÖZƏLLƏŞDİRMƏNİNHƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏLƏRİNƏHƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ ÇIXIŞPrezident Sarayı7 mart 1995-ci ilBugünkü geniş müşavirə respublikada iqtisadi islahatların həyata keçirilməsinə həsr olunub.Dəfələrlə bəyan edilib ki, Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu iləqurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir. Məhz bununüçün də müvafiq iqtisadi islahatların keçirilməsi vacibdir. Son illər bu barədə danışıqlar, çıxışlar, bəyanatlar çoxolub və müəyyən sənədlər də var. Ancaq təəssüf ki, konkret tədbirlər az həyata keçirilib.Bilirsiniz ki, son vaxtlar biz bu işi gücləndirmişik. Aqrar bölmədə islahatların həyata keçirilməsi iləəlaqədar son aylarda çox güclü iş görüldü, müzakirələr aparıldı. Təyin olunmuş komissiya layihələr təqdim etdi.Bu layihələr yerlərdə kənd təsərrüfatında, aqrar bölmədə müzakirə olundu, ümumrespublika müşavirəsikeçirildi. Həmin tədbirlərin yekunları ilə əlaqədar məsələləri komissiya müzakirə etdi və nəhayət ki, iki böyükqanun layihəsi Milli Məclisə təqdim olundu. Bu layihələr Milli Məclisdə müzakirə olunub qəbul edildi, onlarqanun kimi mənim tərəfimdən imzalandı.Bu qanunların həyata keçirilməsi üçün artıq əməli iş başlanıbdır. Kolxozların, sovxozların islahatınıaparmaq üçün mərkəzi komissiya yaradılıb. Bu komissiyanın verdiyi məlumata görə, artıq fəaliyyət göstərir,yerlərdə komissiyalar yaranır. Güman edirəm ki, bu sahədə islahatların aparılması üçün artıq hüquqi əsaslarvardır, sənədlər hazırlanıb, təşkilati işlər görülüb. İndi iş həmin sənədlərin əməli surətdə həyata keçirilməsindənasılıdır.Son aylarda müzakirələr göstərdi ki, ictimaiyyətin tam əksəriyyətinin rəyi bu islahatların xeyrinədir. Burəylər islahatların aparılmasının zəruri olduğunu əks etdirir, təsdiq edir. Ona görə də güman edirəm ki, buislahatlar həyata keçiriləcək və keçirilməlidir. Şübhəsiz ki, bunun üçün çox güclü, [231-232] ardıcıl təşkilati işlazımdır. Bu təşkilati işi bizim mərkəzi komissiya, yerlərdəki komissiyalar aparmalıdır. Aqrar bölmədəislahatların aparılmasına bilavasitə və yaxud dolayısı ilə bağlı olan təşkilatlar, nazirliklər, idarələr, elmi dairələrbu qanunların həyata keçirilməsini təmin etməlidirlər.Bu, iqtisadiyyatımızın bir sahəsidir. İqtisadiyyatımızın böyük bir sahəsi də sənayedir, nəqliyyatdır,ticarətdir, məişət xidmətidir və digər sahələrdir. Bu sahələrdə də iqtisadi islahatların aparılması haqqındadövlətin mövqeyini dəfələrlə bildirmişik. Həmin sahələrdə iqtisadi islahatların aparılması birinci növbədəözəlləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədardır.Azərbaycan parlamenti özəlləşdirmə haqqında 1993-cü ilin yanvarında qanun qəbul edib. Bu qanun qəbuledilən vaxtdan iki ildən çox vaxt keçib. Həmin qanuna bu gün bir daha baxsaq, hesab edirəm ki, özəlləşdirmənihəyata keçirmək üçün o, yaxşı hüquqi əsas yaradır. Ancaq qanunda nəzərdə tutulmuş tədbirlər qanun qəbulolunandan sonra təəssüf ki, həyata keçirilməyib. Bu gün demək olar ki, bunların obyektiv və subyektiv səbəblərivar. Həmin səbəbləri mən indi o qədər də təhlil etmək fikrində deyiləm. Ancaq bir neçə kəlmə deməkməcburiyyətindəyəm. Onu qeyd etmək istəyirəm ki, bu qanunun həyata keçirilməsinin ləngiməsi bəzi dairələrdə– müxalifət dairələrdə, yaxud bizim dövlət strukturunda olan ayrı-ayrı dairələrdə belə fikirlər yaradır ki, guyaözəlləşdirməni kimsə həyata keçirmək istəyir, kimsə istəmir, kimsə bunu ləngidir, mane olur, kimsə canfəşanlıqedərək bunun tərəfdarıdır.Güman edirəm ki, bunların heç birinə əsas yoxdur. Respublikamızda daxili ictimai-siyasi sabitliyi pozmaqistəyən qüvvələr, yaxud dövlətin ümumən siyasətinə, o cümlədən iqtisadiyyat sahəsindəki siyasətinə ləkəsalmaq istəyən qüvvələr belə şayiələri, sözləri meydana atırlar. Bir prezident kimi, dövlət başçısı kimi mənimmövqeyim məlumdur. Mən Azərbaycanda dövlət başçısı, prezident vəzifəsini həyata keçirməyə başlamamışdanbir neçə il öncə də, ümumiyyətlə Sovetlər İttifaqı dağılandan, Azərbaycan müstəqillik qazanandan, həttaAzərbaycan müstəqilliyə can atan vaxt özəlləşdirmənin, iqtisadi islahatların tərəfdarı olmuşam; nəinki tərəfdarıolmuşam, hətta onların Azərbaycanda həyata keçirilməsinin həddindən ziyadə zəruri olduğunu bildirmişəm.[232-233]Sovetlər İttifaqının saxlanılıb-saxlanılmaması haqqında Azərbaycan parlamentində 1991-ci ilin martındagedən müzakirələr zamanı – hələ o vaxt Sovetlər İttifaqı mövcud idi, kommunist partiyasının hakimiyyəti varidi – mən bu barədə öz fikirlərimi burada, Azərbaycanda da demişəm, Naxçıvanda işlədiyim vaxtlar da bubarədə öz fikirlərimi açıq-aydın söyləmişəm. Bunlar ondan ibarətdir ki, Azərbaycan keçmiş iqtisadi sistemləyaşaya bilməz. Ölkəmizin böyük təbii sərvətləri, iqtisadi, intellektual, elmi potensialı Azərbaycan üçün çoxyaxşı gələcək yarada bilər. Bu gələcək də yalnız və yalnız iqtisadiyyatın aparılması sisteminin, mülkiyyət122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!