11.07.2015 Views

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN DÖVLƏT TELERADİOVERİLİŞLƏRİ ŞİRKƏTİNİN VƏ BMT-ninBEYNƏLXALQ UŞAQ FONDU – YUNİSEFTƏŞKİLATININ BİRGƏ TƏŞKİL ETDİYİ"UŞAQLAR DÜNYANIN SEVİNCİDİR"XEYRİYYƏ TELEMARAFONUMÜNASİBƏTİLƏ TELEVİZİYASTUDİYASINDA UŞAQLARLAGÖRÜŞDƏ ÇIXIŞ11 dekabr 1994-cü ilƏziz uşaqlar, əziz balalarımız!Mən sizi – Azərbaycan Respublikasının bütün uşaqlarını bu ilin münasibətilə, Birləşmiş Millətlər TəşkilatıYUNİSEF fondunun təşəbbüsü ilə bu xeyriyyə telemarafonunun keçirilməsi münasibətilə ürəkdən təbrik edirəmvə hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.Siz – Azərbaycanın övladları, bizim əziz balalarımız, Azərbaycanın gələcəyisiniz. Sizin bugünkü həyatınız,yaşayışınız, təhsiliniz, böyüməyiniz Azərbaycan dövlətinin daim qayğısı altındadır. Mən bu gün bildirməkistəyirəm ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzabəziyyətligünlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların,təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər və inkişaf edirlər.Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar.Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərinitutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Onagörə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.Azərbaycan dövlətinin uşaqlar haqqında siyasəti məhz bundan ibarətdir. Dövlətin qayğısı ilə hər birvətəndaşın, hər bir təşkilatın qayğısı, hər bir cəmiyyətin qayğısı, xeyriyyəçilik edən [5-6] hər bir adamın qayğısıbirləşməlidir, qovuşmalıdır. Biz uşaqlarımızı yaxşı tərbiyə etməliyik, yaxşı şəraitdə yaşatmalıyıq. Uşaqlarımızatəhsil verməliyik. Onları gələcək üçün hazırlamalıyıq.Biz xoşbəxtik, ona görə ki, Azərbaycan xalqının əsrlər boyu böyük insanları, istedadlı adamları olubdur. Bugün bu insanlar, istedadlı adamlar Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlardır,respublikamızın müstəqilliyini təmin edən adamlardır. Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi böyük dəgələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzab-əziyyətli mərhələlər, dövrlər olubsa,gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır.Əziz balalar, sizi xoşbəxt günlər gözləyir. Ona görə də bu günlərin əzab-əziyyətini dözümlə keçibgetməlisiniz. Çünki siz gələcəkdə xoşbəxt yaşayacaqsınız. Mən buna tam əminəm. Ona görə əminəm ki,Azərbaycan müstəqil dövlət kimi öz addımlarını inamla atır. İndi ölkəmiz müharibə şəraitindədir, Ermənistansilahlı qüvvələrinin təcavüzü nəticəsində aşır vəziyyətə düşübdür. Respublikamızın ərazisinin bir qismi işğalolunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, ağır şəraitdə yaşayır. Bumüharibədə biz şəhidlər vermişik. Şəhidlərimizin arasında uşaqlar da var, körpə balalarımız da var. Bunlarınhamısı həyatımızın faciəsidir, erməni işğalçılarının, düşmənlərin Azərbaycan xalqına qarşı amansız və çoxyırtıcı hərəkətlərinin nəticəsidir. Odur ki, bu illərdə bizim uşaqlarımız da, körpələrimiz də həlak olubdur.Qaçqın ailələrinin, o cümlədən uşaqların həyatı ağır və çətindir. Bütün bunlar hamısı Azərbaycanın son illərdəkihəyatının reallığıdır, gerçəkliyidir. Ancaq belə bir şəraitdə də bizim uşaqlar böyük nikbinliklə yaşayırlar, təhsilalırlar, mahnı oxuyurlar, rəqs edirlər, şənlənirlər və gələcəyə ümidlə baxırlar. Əziz balalarım, mən bu gün sizədemək istəyirəm ki, bu ümidiniz əsaslıdır. Çünki, bir də deyirəm, Azərbaycanın bu günü nə qədər çətin vəağırdırsa, gələcəyi bir o qədər işıqlı, o qədər də xoşbəxt və gözəldir. Sizi gələcəkdə gözəl həyat gözləyir. Bugözəl həyatı yaratmaq sizə nəsib olacaq, bunları siz etməlisiniz. Siz oxuyub, təhsil alıb özünüzü cəmiyyətdəişləmək, xalqa xidmət etmək üçün hazırlamalı, düşünməlisiniz ki, Azərbaycanın müstəqilliyini gələcəkdə sizirəli aparacaqsınız, Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Sizin hamınızı qucaqlayıram, öpürəm, bütünAzərbaycan uşaqlarını [6-7] bağrıma basıram, öpürəm və hamınıza xoşbəxt həyat, şən günlər, sağlamlığıarzulayıram. Əminəm ki, gələcəyiniz xoşbəxt olacaqdır. Sizi bir daha təbrik edirəm.Hamını, bütün Azərbaycan vətəndaşlarını uşaqlara, bizim körpələrə, balalarımıza, gənclərimizə köməketməyə, yardım göstərməyə dəvət edirəm. Xüsusən qaçqın ailələrinə müraciət edirəm. Mən bilirəm ki, qaçqınailələrində çoxlu uşaq var. Onların valideynlərinə müraciət edirəm. Sizin üçün nə qədər çətin olsa da,uşaqlarımıza yaxşı baxın, onlara qayğı göstərin. Uşaqlar bizim gələcəyimizdir.9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!