11.07.2015 Views

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BÖYÜK AZƏRBAYCAN RƏSSAMI SƏTTARBƏHLULZADƏNİN ANADAN OLMASININ85 İLLİYİNƏ HƏSR OLUNMUŞ SƏRGİNİNAÇILIŞINDA ÇIXIŞRüstəm Mustafayev adına Azərbaycan Dövlətİncəsənət Muzeyi17 dekabr 1994-cü ilHörmətli incəsənət ustalan, mədəniyyət xadimləri, mədəniyyətimizi, incəsənətimizi sevənlər,qiymətləndirənlər! Hörmətli bacılar, qardaşlar! Bu gün Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümüqeyd edilir. Səttar Bəhlulzadə adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir şəxsiyyətdir.Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıqsənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycanrəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.İyirminci əsrdə Azərbaycan xalqı dünyaya böyük rəssamlar, heykəltəraşlar bəxş edibdir. Onların arasındaSəttar Bəhlulzadə xüsusi yer tutur.Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyəti var. Həmin xüsusiyyət onun əsərlərində aydıngörünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsizki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıqməktəbini yaradan bir insan həm öz şəxsiyyətinə görə adi deyil, həm sənətkarlığına görə adi deyil, həm dəyaradıcılığına görə adi deyil. Çox qeyri-adi bir insandır, çox qeyri-adi bir rəssamdır, mədəniyyət xadimidir. Onagörə də bizim rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığıilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır. Bu rəssam illər boyu yaşayacaq və heç şübhə etmirəmki, zaman keçdikcə Səttar Bəhlulzadənin yaradıcılığı daha da yüksəklərə qalxacaq, onun əsərlərinin qiymətidaha da artacaqdır.Mən Səttar Bəhlulzadə ilə şəxsən yaxından tanış idim. [42-43]Onunla şəxsi əlaqələrim var idi. Sizə məlumdur ki, mən 25 il bundan öncə Azərbaycanın rəhbərliyinəgəlmişdim, ancaq ondan xeyli əvvəl Səttar Bəhlulzadə bir rəssam kimi mənim diqqətimi cəlb etmişdi və onunlagörüşlərim, söhbətlərim olmuşdu. Onun bir insan kimi qeyr-adiliyi və yaratdığı əsərlərin qeyri-adiliyi məni cəzbetmişdi. Sonralar da – mən Azərbaycanın rəhbəri olduğum zaman onunla görüşlərim olmuş və onun əsərlərinəhəmişə yüksək qiymət vermişəm. Xatirimdədir, 1973-cü ildə onun əsərlərinə, deyəsən buradakı əsərlərinhansınasa Azərbaycanın Dövlət mükafatı verildi. Bəli, bu, mənim də şəxsən iştirakımla, təşəbbüsümlə oldu.Demək istəyirəm ki, mən Səttar Bəhlulzadəni təkcə burada olan əsərləri ilə yox, yaxud da yazılarla yox,şəxsən tanıyırdım. Bir insan kimi, bir rəssam kimi ona hörmətim olmuşdu. Hələ 60-cı illərin əvvəllərində – ovaxt da hiss eləyirdim ki, Səttar Bəhlulzadənin Azərbaycan incəsənətində, rəssamlıq məktəbində özünəməxsus,çox görkəmli yeri var. Ondan sonrakı dövr də (indi çox vaxtlar keçibdir) bunu sübut etdi, mənim o vaxtkıhissiyyatlarımın üzərinə daha böyük hissiyyatlar gəldi. Zaman keçdikcə dünyada cürbəcür rəssamlıq məktəbləriyarandı, biz onları gördükcə, tanış olduqca Səttar Bəhlulzadənin nə qədər böyük sənətkar, nə qədər böyükrəssam olduğunu və onun əsərlərinin nə qədər qiymətli olduğunu hamımız dərk etdik. Ona görə də mən SəttarBəhlulzadənin 85 illiyi yaxınlaşdığını bilən kimi xüsusi sərəncam verdim ki, bu yubiley geniş qeyd olunsun.Bununla əlaqədar mənim sərəncamımla komissiya yarandı. Baş nazirin müavini Elçin Əfəndiyev bukomissiyaya başçılıq edir və indi yubileyə hazırlıq işləri başa çatıb.Bu gün Səttar Bəhlulzadənin 85-ci ildönümü təntənəli surətdə qeyd olunacaqdır. Mən tam əminəm ki,gələcək nəsillər görkəmli sənətkarın yaradıcılığına bundan da yüksək qiymət verəcəklər. Səttar Bəhlulzadəninyaradıcılığı Azərbaycan xalqının həyatında daim öz yerini tutacaqdır. Mən burada yazdığım sözləri bir də təkraretmək istəyirəm. Onun yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir, xalqımızı, onun mədəniyyətiniyüksəklərə qaldırır. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədəryüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubdaəsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın[43-44] gələcəyi üçün,mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm və bir daha bu sərgiyə, görkəmli rəssamın əsərlərinə,Səttar Bəhlulzadənin xatirəsinə, onun şəxsiyyətinə hörmət və ehtiramımı bildirirəm. Sağ olun!27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!