11.07.2015 Views

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ümumiyyətlə, belə düşünürəm ki, Azərbaycan islam ölkələrinin imkanlarından daha səmərəli istifadəetməlidir. Biz artıq bir çox ölkələrlə əlaqələr yaratmışıq və mən həmin dövlətlərin başçıları ilə Kasablankadatəkrarən görüşdüm. Lakin bir[37-38] sıra dövlətlərlə əlaqələrimiz yoxdur və biz onlarla da əlaqələr quracağıq.Mən bu səfərimizi çox uğurlu hesab edirəm. İndi vəzifəmiz ondan ibarət olacaq ki, bu qətnamələrdənistifadə edək, Azərbaycanın mövqelərini dünya miqyasında möhkəmləndirək.– Cənab prezident, ən qatı opponentləriniz belə Sizin şəxsinizdə Azərbaycan prezidentininqazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər. Belə bır qanunauyğunluq var və bu da əslindəBudapeşt Zirvə toplantısında Azərbaycan prezidentinin uğurları, yəni ATƏM-in sülhyaratmaqüvvələrinin yaradılması barədə qərar qəbul edilməsi, sonra isə İKT-nin Yeddinci Zirvə toplantısındatəcavüzkarın tanınması ilə əlaqədardır. Təbii ki, Azərbaycana düşmən qüvvələr bununla bağlı müəyyənfəallıq göstərəcəklər. Bundan sonra Azərbaycana qarşı təzyiqlər güclənə bilərmi?– Açığını deyim, indi Azərbaycan elə bir vəziyyətdədir ki, onu hər şey gözləyə bilər. Ancaq müşahidəçilərbunu yəqin aşkar görürlər ki, mən Azərbaycana başçılıq etdiyim vaxtdan indiyə qədər Azərbaycanınmüstəqilliyini, dövlətçiliyini qorumaq üçün prinsipial siyasət aparmışam və aparıram. Allaha şükürlər olsun ki,indiyə qədər bu siyasət öz müsbət nəticələrini verir və ümidvaram ki, bundan sonra da verəcəkdir. Amma heçkəs güman etməməlidir ki, gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə vəziyyəti asan olacaqdır. Yox, belədeyildir. Ölkəmizin vəziyyəti, Ermənistanla müharibə, dünyanın bir çox dövlətləri tərəfindən Ermənistanın ciddidəstəklənməsi – bütün bunlar Azərbaycan üçün çox mürəkkəb şərait yaradır. Üstəlik, Azərbaycan müstəqillikəldə edən vaxtdan bəri çox itiribdir. Təsəvvür edin, üç ildir Azərbaycan müstəqil yaşayır, əgər bu müddətərzində intensiv işlər görülsəydi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha möhkəm olardı, öz müstəqilsiyasətini yeritmək üçün o, daha böyük imkanlara malik olardı. Bildiyiniz kimi, bunların hamısı yalnız sonvaxtlarda həyata keçirilir. Amma güman edirəm ki, biz gələcəkdə də bu istiqamətdə işləyəcək və nə qədərçətinliklər olsa da, onların qarşısını alacağıq.Bilirsinizmi, çətinliklər, bizi heç vaxt qorxutmamalıdır və biz heç vaxt da düşünməməliyik ki, bu Zirvətoplantılarından sonra çox hamar yolla gedəcəyik. Yox, çətinliklər olacaqdır. Ancaq nailiyyət üçün qətiyyətlazımdır. Nailiyyət üçün sərbəst [38-39] fikir lazımdır. Nailiyyət üçün müstəqillik lazımdır. Müstəqil siyasətlazımdır. Siz də görürsünüz ki, mən müstəqil siyasət aparıram.– Sizə bu müstəqil siyasətdə, Azərbaycanın gələcəyi yolunda uğurlar, cansağlığı, Azərbaycanı xoşgünlərə çatdırmağınızı arzulayırıq.– Sağ olun!– Kasablanka Zirvə toplantısında Sizə bu məclisin bağlanması münasibətilə Asiyanın müsəlmanölkələri adından təbrik nitqi ilə çıxış etmək üçün söz verildi. Bu, Azərbaycan liderinin düzgün siyasi xəttseçdiyinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığına dəlalətdirmi?– Bilirsinizmi, bizim düzgün xətt seçdiyimiz heç də təkcə bununla səciyyələnmir. Biz təkcə islamdünyasına arxalanmırıq, bütün dünya birliyinə güvənirik. Götürək Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin49-cu sessiyasında mənim çıxışımı, yaxud ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının BudapeştdəDördüncü Zirvə toplantısında bizim iştirakımızı və mənim çıxışımı. İndi isə İslam Konfransı TəşkilatınınKasablanka görüşündə bizim iştirakımızı və mənim çıxışımı. Deyirsiniz ki, Zirvə toplantısının bağlanışımünasibətilə Asiyanın müsəlman ölkələri adından təbrik nitqi söyləmək və Yeddinci Zirvə toplantısınınmüvəffəqiyyətlə başa çatması münasibətilə minnətdarlıq etmək üçün mənə imkan verilmiş, daha doğrusu, böyükehtiram göstərilmişdir. Bütün bunlar birlikdə götürüldükdə görürük ki, biz düzgün xətt seçmişik. Özü də təkcəİslam Konfransı Təşkilatının fəaliyyətində yox...– Mən kompleks şəkildə nəzərdə tuturam.– Bəli, kompleks şəkildə götürdükdə. Bəli, mən belə hesab edirəm və əminəm ki, Azərbaycan çoxməqsədyönlü, düzgün, müstəqil, asılı olmayan, Azərbaycanın milli mənafelərinə cavab verən xarici siyasətyeridir.– Kasablankada Asiya dövlətləri adından Azərbaycan prezidentinin danışması irəlicədən məlumidi, yoxsa, görüşün gedişində məlum oldu?– Xeyr, irəlicədən məlum deyildi. Toplantının gedişi vaxtı dedilər, belə bir fikir var ki, üç regiondan çıxışolsun: ərəb ölkələri adından Yasir Ərəfat, Afrika ölkələri adından Burkina-Fasonun prezidenti, Asiya ölkələriadından isə Azərbaycan [39-40] prezidenti çıxış etsin. Bu məsələ katiblikdə müzakirə olunmuşdu və belə fikrəgəlmişdilər. Yəqin ki, belə bir fikrin olması da Azərbaycana göstərilən diqqət və münasibətin nəticəsidir.– Qəbul olunmuş qətnamədə onun həyata keçirilməsi üçün mexanizm nəzərdə tutulurmu?– Şübhəsiz ki, onun nəzarət mexanizmi də var. Biz bundan sonra işləməliyik və bu qətnamənin həyatakeçirilməsi üçün lazımi tədbirlər görməliyik.– Müsaidənizlə, daha bir sual. Məlum bir həqiqətdir ki, islam dövlətləri böyük məclislərətoplaşanda, orada qərarlar qəbul ediləndə onlar çox vaxt yekdil olurlar. Amma onların bəziləri – mən adçəkməyəcəyəm, – həmin xətti axıradək yürütmürlər. İndi burada ikitərəfli əlaqələrin, yeni tanışlıqların,yeni münasibətlərin yaranması bu xoşagəlməz halın aradan qaldırılmasına təsir göstərəcəkmi?25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!