11.07.2015 Views

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

ü ç ü n c ü k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KASABLANKA ZİRVƏ TOPLANTISINDAGÖRÜŞLƏR13 dekabr 1994-cü ilKÜVEYT ƏMİRİ CABİR ƏHMƏD SABAH İLƏSÖHBƏTDƏNAzərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasındatarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indiAzərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir.Azərbaycanda Küveyt səfirliyinin açılması çox zəruridir. Doğrudur, sizin ölkədə belə səfirlik açmağabizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda səfiri olsa, bu, həm sizin, həm də bizim ölkəüçün çox faydalı olar.Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz.Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir.Məsələn, Azərbaycanda 170 ildir ki, neft hasil olunur. Ancaq sizdəki neft yataqları daha zəngindir və siz ildəbizdən xeyli çox neft istehsal edirsiniz. Neft hasilatında sizin də, bizim də böyük təcrübəmiz var. Yəqineşitmisiniz ki, biz 45 ildən artıqdır ki, Xəzər dənizindən də neft çıxarırıq. Bu ilin sentyabr ayında AzərbaycanRespublikası ilə xarici ölkələrin nüfuzlu neft şirkətləri arasında böyük bir müqavilə imzalandı. Bu müqaviləyəəsasən biz həmin şirkətlərlə 30 il müddətində əməkdaşlıq edəcək və Xəzər dənizindən nefti birgə çıxaracağıq.Son illərdə Küveytdə baş verən hadisələrə münasibətimizə gəlincə, onu bildirmək istəyirəm ki, ölkənizinbaşına gələn bəlalar bizə məlumdur. Biz bunu öz dərdimiz kimi qəbul etmişik, İraqın sizin ölkəyə hücumunu,təcavüzünü həmişə pisləmişik, bu gün də pisləyirik. Azərbaycan dövləti sizin ölkənin müstəqilliyinin,suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına tərəfdardır. Çünki beynəlxalq hüquq normaları bunu tələbedir və ədalət naminə heç bir dövlət belə hallarla razılaşa bilməz. [13-14]Siz bilirsiniz ki, altı ildir Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycanmüsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqınıntərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Hörmətli Şeyxülislam Hacı AllahşükürPaşazadə 20 ildir ki, Azərbaycanda dini rəhbərdir. Onu da deyim ki, Ermənistanın Azərbaycana təcavüzüəslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsindəAzərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmintorpaqlarda bütün müsəlman abidələri, qəbirlər, Qurani-Kərimin nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim 1milyondan artıq vətəndaşımız – müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirlər, çadırlardayaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim köməyə böyük ehtiyacımız var. Əgər sizin ölkə bizim bumüsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olardıq.Bildiyiniz kimi, İslam Konfransı Təşkilatının bu Zirvə toplantısında Ermənistanın Azərbaycanatəcavüzünün pislənməsi haqqında bir qətnamə hazırlanıb. Mən güman edirəm ki, siz bu qətnamənin qəbulolunmasına tərəfdar çıxacaqsınız. Bir daha demək istəyirəm ki, biz sizi özümüzə qardaş ölkə hesab edirik. BizKüveytlə dostluq, qardaşlıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək istəyirik. Hesab edirəm ki, bu görüşdəhəmin əlaqələrin əsası qoyulur.BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİNƏMİRİ ŞEYX ZAHİD İBN SULTANƏL-NƏHYAN İLƏ SÖHBƏTDƏNÖlkələrimiz arasında əlaqələrin genişləndirilməsi və inkişaf etməsi çox vacibdir. Ona görə də bu görüşdənməmnun olduğumu bildirirəm. Bir daha bəyan edirəm ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinisülh yolu ilə aradan qaldırmaq üçün bütün səylərdən istifadə olunacaq. Altı il davam edən bu müharibənəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və həminərazilərdən bir milyondan artıq azərbaycanlı qaçqın düşüb, oradan bütün müsəlmanlar öz torpaqlarındanqovulub, həmin ərazilər tamamilə viran edilib. Qaçqınlar [14-15] hazırda respublikanın başqa yerlərində çətinşəraitdə yaşayırlar.Doğrudur, indi atəş dayandırılıb. Biz atəşin kəsilməsi barədə Ermənistanla saziş əldə etmişik. AncaqErmənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmırlar. Məsələnin həll olunması üçün bir tərəfdənRusiya, digər tərəfdən də ATƏM vasitəçilik edir. Bir neçə gün bundan əvvəl Budapeştdə ATƏM-in Zirvətoplantısı keçirildi və orada bizim bölgəyə beynəlxalq sülhü mühafizə qüvvələrinin göndərilməsi barədəqətnamə qəbul olundu. Lakin həmin qüvvələr hələ toplanmayıb. Onlar gərək toplansın, sonra biz Böyük Sülh13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!