01.06.2021 Views

Formula 1 Azerbaijan Grand Prix 2021 Media Kit

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1. ÜMUMİ MƏLUMAT

1.4 FAYDALI MƏLUMAT

Banklar və kredit kartları

Şəhərin bir çox yerində bankomatlar var və demək olar ki, onların hamısı beynəlxalq debit və kredit kartlarını qəbul edir.

Bankların əsas filialları bazar ertəsindən cümə gününədək (qısa iş günü) fəaliyyət göstərir, bazar günləri isə bağlı olur.

Kiçik filiallar isə həm şənbə, həm də bazar günləri fəaliyyət göstərmir. Beynəlxalq kredit və debit kartları restoranların

və böyük mağazaların əksəriyyətində keçərlidir.

Milli valyuta

Azərbaycanın milli valyutası Azərbaycan manatıdır (AZN). 1 Manat 100 qəpiyə bərabərdir və manatın 1, 5, 10, 20, 50 və

100-lük əskinasları var. Azərbaycandan kənarda digər valyutaları manata mübadilə etmək mümkün deyil. Buna görə də

ölkəyə səfər edən qonaqlar hava limanındakı valyutadəyişmə məntəqəsindən və şəhərdəki bankomatlardan istifadə

etməlidirlər.

Elektrik

Azərbaycanda standart elektrik cərəyanı 220 voltdur. Elektrik cihazlarının və qurğularının 2-bağlı ştepsel başlıqları

Avropa standartı olan 220-240 volta uyğundur.

Çaypulu

Azərbaycanda xidmət üçün çaypulu verilməsi tələb olunmur, lakin bu ənənə Bakıda geniş yayılıb. Bəzi mötəbər restoran

və otellərdə xidmət rüsumu hesaba daxil edilir. Dünyanın hər bir yerində olduğu kimi, gostərilən xidmət orta səviyyədən

yuxarı olarsa, xidmətə görə çaypulu vermək yüksək qiymətləndirilir.

Dil

Ölkənin rəsmi dili Azərbaycan dilidir, amma əksər insanlar rus, türk və ingilis dillərində də danışa bilirlər.

İş Saatları

İş vaxtı bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədərdir. Banklar saat 09:00-dan 18:00-a qədər açıq

olur, lakin bank əməliyyatları saat 09:30-dan 17:00-a qədər həyata keçirilir. Mağazalar adətən həftənin 7 günü açıq olur

və səhər saat 09:30 və ya 10:00-dan 20:00-a qədər işləyir. Barlar və restoranlar adətən azı saat 23:00-a qədər fəaliyyət

göstərir.

Siqaret çəkmək

Azərbaycanda ictimai yerlərdə, o cümlədən bir çox restoran və barlarda siqaret çəkməyə icazə verilir. Siqaret çəkmək

üçün ayrılmış xüsusi yerlər istisna olmaqla, Bakı Şəhər Halqasının heç bir hissəsində siqaret çəkmək olmaz.

Vergilər (ƏDV)

Azərbaycanda Əlavə Dəyər Vergisi (ƏDV) sistemi bir çox Avropa ölkələrində tətbiq edilən sistemə bənzəyir və ƏDV satılan

malların və göstərilən xidmətlərın, habelə idxal olunmuş malların qiymətinə əlavə olunur. ƏDV ödəyiciləri, ƏDV tətbiq

olunmuş məhsullara ƏDV məbləğindən artıq vəsait ödədikləri zaman ƏDV məbləğindən artıq olan vəsaiti geri ala bilərlər.

10

Baku City Circuit

93 ZarifaAliyeva Street Office: +99412 404 1390

Baku, Azerbaijan

AZ1000

Email: info@bakugp.az

Website: www.bakucitycircuit.com

© 2021 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!