01.06.2021 Views

Formula 1 Azerbaijan Grand Prix 2021 Media Kit

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

5. DƏSTƏK YARIŞLARI - FIA FORMULA 2 ÇEMPİONATI

5.1 GİRİŞ

Formula 2, bu çempionatı beşinci dəfə təşkil etdiyini qürür hissi ilə elan edir. Formula 2 seriyası bütün dünyada Formula

1-ə aparan əsas yol kimi qəbul olunur. Belə ki, bu seriya böyük məharət göstərmiş istedadların - Şarl Lekler, Corc Rassel,

Lando Norris, Aleksandr Albon, Nikolas Latifi, Mik Şumaxer, Yuki Tsunoda və Nikita Mazepin kimi F1 pilotlarının

hazırlanmasında böyük rol oynamışdır.

F1 həftəsonlarında keçirilən bu yarışlar bu pilotlara imkan verir ki, dünya üzərində ən çətin və tanınmış şəhər

halqalarında F1 komandalarının qarşısında öz məharətlərini göstərsinlər.

Bu çempionatda 22 eyni şəkildə qurulmuş bolidlər yarışır. Bolidlərin şassi hissəsi Dallara Automobili şirkəti tərəfindən

istehsal olunmuşdur və 2018-ci ildən bəri istifadə olunur. Bolidin güc bazası 3,4 litrlik V6 Mecachrome mühərrikidir.

Gənc istedadların yarışması üçün münbit şərait yaratmaqla, F2 seriyası çempionatın rəqabətini tarazlaşdıran,

komandaların və pilotların maliyyə məhdudiyyətlərini, həmçinin auditoriyanı idarə edən xüsusi qaydaların tətbiqini tələb

edir. Təsis olunduğu gündən bəri FIA Formula 2 Çempionatı özündə 5 əsas dəyəri ehtiva edir və bütün təklif olunan

dəyişikliklər bu dəyərlərin əsasında aparılmalıdır:

Performans - F2 dünyada yeniyetmə yaşındakı gənclər üçün yeganə yarışdır ki, Formula 1 performans səviyyəsinə çata

bilir. 620 at gücünə sahib mühərriklərin sayəsində dövrə vaxtları xüsusilə sıra düzülüşünün arxa hissəsində daha çox

rəqabət yaradır. F1-dən əvvəl 18 düymlük şinlərə keçid gələcəkdə çempionatın daha da qızğın rəqabət şəraitində

keçməsinə təkan verəcəkdir.

Xərcələrə nəzarət - F2 seriyası F1 üçün uyğun pilotlar hazırlamağı hədəfləyir. Bu hədəfə nail olmaq üçün

qarşılaşdıqları hər hansı maliyyə məhdudiyyətinə baxmayaraq, dünyadakı ən sürətli və rəqabətə davamlı gənc

pilotlar tələb olunur. Bu da öz növbəsində xərclərə nəzarəti daha vacib məsələyə çevirir. Xərcləri Formula 1

komandasına qoyulan sərmayənin təxminən 2%-i həcmində olan Formula 2 seriyası daima çalışır ki, büdcəyə nəzarət

və performans bir-birilə ayaqlaşsın.

Əyləncə - F2 dünyada ən həyəcanlı və rəqabətli çempionatdır. Formula 2 komandaları Formula 1 ilə eyni trekdə,

eyni həftəsonları yarışsalar da, bu çempionatda yarış həvəskarları üçün möhtəşəm performans sərgiləyirlər – burada

hər həftəsonu üç yarış, tərs sıra düzülüşü, məcburi pit-stop, Prime və Option şinləri, 22 eyni bolidin nümayişi öz

əksini tapır.

Təhlükəsizlik - F1-ə yaxın sürətdə yarışan F2 üçün təhlükəsizlik ən vacib prioritetdir. Bolid FIA-nın ciddi qəza

testlərindən keçmiş və Formula 1-in ciddi təhlükəsizlik standartlarına uyğun hazırlanmışdır. F2 bolidləri Formula 1-

də istifadə olunan Titanium HALO baş müdafiə sistemindən və anti-müdaxilə panellərindən ibarətdir. Burada HANS

cihazından istifadə məcburidir. Çempionat hər şeydən əvvəl təhlükəsizlik məsələləri qarşısında öhdəlik daşıyır.

46

Baku City Circuit

93 ZarifaAliyeva Street Office: +99412 404 1390

Baku, Azerbaijan

AZ1000

Email: info@bakugp.az

Website: www.bakucitycircuit.com

© 2021 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!