01.06.2021 Views

Formula 1 Azerbaijan Grand Prix 2021 Media Kit

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

3. 2021 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI

3.3 2021-Cİ İLDƏ YENİ QAYDALAR*

2020-ci ilin şassisi 2022-ci ilin gecikən qaydalarındakı köklü dəyişikliklərdən öncə bu mövsüm də aktuallığını

saxlayacaqdır. Buna baxmayaraq, bu mövsümdə bəzi kiçik lakin önəmli əlavələr müşahidə olunur.

BOLİDLƏRİN DÖŞƏMƏSİNƏ EDİLƏN DƏYİŞİKLİKLƏR

2021-ci ildə fanatların asanlıqla görə biləcəyi vizual dəyişiklik bolidlərin döşəməsinin formasına edilən dəyişiklikdir.

Son illərdə döşəmələrin görünən hissəsi yuxarıdan baxıldıqda dördbucaqlı formasında olmuşdur və bolidin

ətrafından müxtəlif uzununa və yanına çıxan kəsikləri görmək olurdu. Bu kəsiklər komandalara imkan verirdi ki,

döşəmənin kənarları yaxınında meydana gələn daha çox yerəsıxma qüvvəsi (downforce) yarada bilsinlər. Nəticədə

bolidin altında daha güclü çəkmə prosesi yaranır, eyni zamanda yerin səthi effektini artırmaq üçün döşəmənin

kənarlarında yaranan axını tənzimləmək mümkün olur.

Bu kəsiklərin istifadəsi bu ildən dayanır. Yeni qaydalar diktə edir ki, bütün döşəmələr düz səthə malik olmalıdır.

Amma döşəmənin arxa hissəsinə üçbucaqşəkilli kəsik (cutaway) əlavə olunacaqdır ki, bu da bolidlərin üzərindəki

yerəsıxma qüvvəsini azaldacaqdır.

ARXA ƏYLƏC BORU QANADLARI QISALDILMIŞDIR

Döşəməyə edilən dəyişikliklərdən əlavə, 2021-ci ildə bolidlərin arxa əyləc boru qanadlarına edilən kiçik bir dəyişiklik

də var. Boruların aşağı yarısında yerləşən bu qanadların uzunluğu 40 millimetrdən 80 millimetrə qədər kiçildilmişdir.

Bununla belə, boruların yuxarısında yerləşən qanadlar şəkildə gördüyünüz kimi, 120 millimetr olaraq qalır. Bu

qanadlar qısa ola bilər, lakin onlar birbaşa təkərlərə ötürülən yerəsıxma qüvvəsini əhəmiyyətli şəkildə yaradırlar,

buna görə də yüksək dərəcədə effektivdirlər.

DİFFUZOR HASARLARI QISALDILMIŞDIR

Yuxarıda qeyd olunmuş hər iki dəyişiklik yerəsıxma qüvvəsi səviyyəsinin azaldılması məqsədilə FIA tərəfindən

Texniki Qaydalara əlavə edilmişdir. Edilən dəyişikliklərdən sonuncusu isə diffuzor hasarlarının – bolidlərin

diffuzorunun arxasından sallanan şaquli zolaqların 50 millimetrə qədər qısaldılmasıdır.

Döşəmə kəsiklərinin aradan qaldırılması kimi, bu hasarların kəsilməsi yerəsıxma qüvvəsini azaldaraq bolidi daha

effektiv hala gətirəcəkdir.

*Formula1.com

28

Baku City Circuit

93 ZarifaAliyeva Street Office: +99412 404 1390

Baku, Azerbaijan

AZ1000

Email: info@bakugp.az

Website: www.bakucitycircuit.com

© 2021 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!