01.06.2021 Views

Formula 1 Azerbaijan Grand Prix 2021 Media Kit

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1. ÜMUMİ MƏLUMAT

1.3 SƏYAHƏT BƏLƏDÇİSİ

BAKI ŞƏHƏRİ HAQQINDA MƏLUMAT – TARİXİ VƏ COĞRAFİ QURULUŞU

Bakı, Azərbaycanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, eyni zamanda Xəzər dənizi sahilində və Qafqaz

regionunda yerləşən ən böyük şəhər sayılır. Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir.

Üç milyon əhalisi olan şəhər, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşdiyi üçün, dünyanın dəniz səviyyəsindən ən

aşağıda yerləşən paytaxtı hesab olunur. Bakı Avropanın bir sıra şəhərləri, o cümlədən, İtaliyanın Neapol, Bosniyanın

Sarayevo və Türkiyənin İzmir şəhərləri ilə qardaşlaşıb.

Paytaxt şəhəri Azərbaycanın şərqində yerləşir və dünyada ən böyük göl sayılan Xəzər dənizi ilə əhatə olunub. Bakı,

həmçinin, dünyada tayı-bərabəri olmayan Neft Daşları ilə məşhurdur. Xəzər dənizinin ortasında salınmış Neft Daşları,

dünyada ən qədim və ən geniş məskunlaşmış ofşor neft şəhəri hesab olunur.

Bakı öz qonaqlarına müasir Avropa şəhərlərinə məxsus bütün əyləncələrdən zövq almaq imkanı verməklə yanaşı, özündə

orta əsrlərdə yaranmış mədəniyyət və ənənələri təcəssüm etdirir. Avropa və Asiyanın qovşağında yerləşən və dünyanın

ən sirli məkanlarından biri hesab olunan Bakı, dünya miqyaslı idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Qədim

və müasir mədəniyyətin sayısız-hesabsız nümunələrini özündə cəmləşdirən bu şəhər, qonaqları bitib-tükənməyən

imkanları kəşf etməyə və bu imkanlardan zövq almağa çağırır.

Bakının bəlkə də ən maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, bu şəhər günəşin doğduğu ilk Avropa şəhəridir. Gözəl

mənzərəli şəhər yüksək təpənin üzərində salınıb və Bakı buxtasına tərəf açılan amfiteatr formasında təşkil olunub. Bu

baxımdan, Bakını bəzən San-Fransisko, yaxud İtaliyanın Bakı ilə qardaşlaşmış Neapol şəhəri ilə müqayisə edirlər.

Bakının “ziddiyyətlər şəhəri” adlandırılması, heç şübhəsiz, burada öz əksini tapmış qədim tarixi gözəlliyin və müasir

Avropa şəhərlərinə xas olan heyrətamiz arxitektura, biznes mərkəzləri və göydələnlərin maraqlı vəhdətindən

qaynaqlanır.

Şəhər iki əsas hissədən ibarətdir: şəhərin müasir mərkəzi və qədim İçəri Şəhər. İçəri Şəhər, habelə Qız Qalası və

Şirvanşahlar Sarayı 2000-ci ildə YUNESKO-nun mühafizə olunan mədəni irs nümunələri siyahısınına daxil edilmişdir.

Bakı tarixən min illər boyu mövcud olub və Azərbaycanın memarlıq və mədəniyyət incisi kimi özünü təsdiq edib.

Bakının İçəri Şəhərinin divarları arasında qonaqlar keçmişə qayıdaraq, qənbər daşı döşənmiş və labirinti xatırladan

ensiz küçələrini, qədim tikililərini, XII əsrə aid Qız Qalasını və yaraşıqlı naxışların həkk olunmuş Şirvanşahlar Sarayını

kəşf edə bilərlər.

Bakının müasir görkəmi də insana eyni dərəcədə valehedici təsir bağışlayır. Yeni tikililər ecazkar Bakı buxtasını əhatə

edən təpələrin, o cümlədən, sahilyanı xəttin görünüşünü dəyişir. Məşhur memar Zaha Hadid tərəfindən

layihələndirilmiş əsrarəngiz Heydər Əliyev Mərkəzində dünya şöhrətli musiqi ulduzlarının konsert tədbirləri, muzey və

müasir incəsənət nümunələrinin sərgiləri təşkil olunur. Şəhərin qonaqlarına həmçinin, Milli İncəsənət və Müasir

İncəsənət muzeylərini ziyarət etmək tövsiyə olunur.

8

Baku City Circuit

93 ZarifaAliyeva Street Office: +99412 404 1390

Baku, Azerbaijan

AZ1000

Email: info@bakugp.az

Website: www.bakucitycircuit.com

© 2021 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!